Özkeçmişi

Özkeçmişi

Əli Şamil (Əli Hüseyin oğlu Şamilov) 1948-ci il iyun ayının 5-də Ermənistan SSR-in Basarkeçər rayonunun İnəkdağ kəndində anadan olub. 1962-ci ildə İnəkdağ kəndindəki səkkizillik, 1965-ci ildə Zod kəndindəki onbirillik orta məktəbi bitirib.
    1965-1973-ci illərdə Sumqayıt şəhərində yaşayıb və zavodlarda fəhlə işləyib. 1968-73-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin gündüz şöbəsində oxuyuğu illərdə tələbə elmi konfranslarında fəal iştirak edib. Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri və universitet Tələbə Elmi Cəmiyyəti sədrinin müavini olub.
     1973-cü ildə təyinatla Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin, Naxçıvan MSSR Nazirlər Sovetinin  və Sov.İKP Naxçıvan Vilayət Komitəsinin orqanı olan “Şərq qapısı” qəzetində işləməyə göndərilib.
  “Şərq qapısı” (Sovet Naxçıvanı) qəzetində redaksiyanın tapşırığı ilə məqalələr yazmaqla yanaşı, işlədiyi qəzet üçün hərbi vətənpərvərlik mövzusunda, tarixi mövzularda, SSRİ-nin müttəfiq və müxtar resbublikaları haqqında və b. mövzularda səhifələr hazırlamaqla yanaşı, SSRİ-dəki Muxtar Respublika və Muxtar Vilayətlərlə birbaşa əlaqə yaratmaq və Naxçıvanı tanıtmaq və təbliğ etmək məqsədilə orada nəşr edilən qəzetlərlə səhifə mübadiləsi təşkil edib. Onun hazırladığı “Elimizin söz boxçası” səhifəsi böyük oxucu marağı qazanmaqla yanaşı, muxtar respublikada folklor nümunələrinin toplanmasına diqqəti artırıb və rayon qəzetləri də xalqdan toplanmış folklor nümunələri nəşr etməyə başlayıb.
    Xalq hərəkatının fəallarından olan Əli Şamil gizli dərnəklərin, AXC Naxçıvan Vilayət Təşkilatı məclisinin və idarə heyətinin üzvü seçilib. Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının orqanı “Ağrıdağ” qəzetinin, AXC Naxçıvan Vilatət Təşkilatının orqanı “Varlıq” və “Günay” qəzetlərinin təşkilatçılarından olunub.
   1993-cü ildə Bakıya köçərək Azərbaycan Ensiklopediyasında “Uşaq ensklopediyası” qrupuna (Onun rəhbərliyi ilə hazırlanan “Uşaq ensklopediyası”nın üçüncü cildi 1999-cu ildə nəşr olunub) və “Türk dünyasının məşhurları” qrupuna rəhbərlik edib. “Türk dünyasının məşhurları” sözlüyünü (Ədalət Tahirzadə ilə birlikdə) çap etdirb.
  1998-ci ildən Azərbacan Milli Elmər Akademiyasının Folklor İnstitutunda çalışır. İnstitutun keçirdiyi yeddi “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” Beynəlxalq Folklor Konfransının, eləcə də 17-18 oktyabr 2009-cu ildə Türkiyənin Bolu şəhərində Abant İzzet Baysal Üniversitesi Bolu Halk Kültürünü Araştırma ve Uygulama Merkezi (BAMER), Azərbaycan Respublikası Milli Elimlər Akademiyası Folklor İnstitutu, Özbəkistan Respublikası Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun birgə keçirdiyi I. Uluslararası Köroğlu, Bolu Tarih və Kültürü simpoziumunun, 1-3 Aralık 2011-ci ildə Quzey Kıbrıs Türk Cümhuriyyətinin Qazimağosa şəhərində AMEA Folklor İnstitutu ilə Doğu Akteniz Universitetinin təşkil etdiyi beynəlxalq sempozyumun, 18-21 aprel 2012-ci ildə AMEA Folklor İnstitutu, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Türkiyənin Ərdahan Universiteti, Qafqaz Universitetlər Birliyi, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi və Valeh Hacılar Uluslararası Elmi-Mədəni Tədqiqat Fondu ilə birgə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası" adlı Beynəlxalq Elmi simpoziumunun təşəbbüsçülərindən və təşkilatçılarındandır.
   2007-ci ildən AMEA Folklor İnstutunda xarici ölkələrlə əlaqələr bölməsinə rəhbərlik edir.

Emailləri: 

alishamil@yahoo.com,
ali.shamil94@gmail.com
a_194842@yahoo.com.tr

Skyupe de: ali_
shamil1,

Telefonlari:

00994557151847, 
00994708009084(
cep)
00994124929314
(iş)

 

 

 

 

 

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol