6. Mustafa Çokay
MUSTAFA ÇOKAY

Türk Dünyasının Məşhurları 8

Mustafa Çokay; . Soykökü Xarəzmşahlara bağlı olan bu böyük insan gencləyindən zülmə və haqsızlığa qarşı mübarizəyə atılmış və keçməkeşli bir həyat yaşamışdır.../Әli Şamil

 

Göndərmə 3/22/2010 1:00:03 PM UTC

Güncəlləmə 3/22/2010 1:00:03 PM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=abf447ee-5967-45ef-9fa0-e9b81f93a605

Öz xalqının azadlığı və xoşbəxtliyi yolunda həyatını qurban verən insanlardan biri də görkəmli qazax siyasi xadimi və dövlət adamı Mustafa Çokaydır. 1890-ci ilin Yanvarın 7-də Sir Dərya kənarındakı Qırğiz çöllərində yaşayan sadə bir qazax ailəsində doğulan Mustafa uşaqlıq və yeniyetməliyini Akmescitdə keçirmiş, ilk təhsilini də burada aldığından çox vaxt onu Akmescit doğumlu sayırlar. Soykökü Xarəzmşahlara bağlı olan bu böyük insan gencləyindən zülmə və haqsızlığa qarşı mübarizəyə atılmış və keçməkeşli bir həyat yaşamışdır.

Orta məktəbi Daşkənddə Rus dilində bitirən Mustafa Petersburq Universitesinde hüquq fakültəsinə qəbul olunur. Peterburqda sol dünyagörüşlü inqilabçılarla yaxından tanış olsa da onlarla fikir birliyinə gələ bilməmişdi. Mustafa Çokay açıq-aydın görürdü ki, kommunizm qurmaq, insan azadlığına nail olmaq istəyi ilə mübarizəyə qoşulanlar velikorus şovenizmindən uzağa getmədiklərini, Rusya imperiyasını yeni formada yaşatmaq istədiklərini gördüyünə görə onlardan uzaqlaşır. O, birinci növbədə xalqını Rus müstəmləkəçilərinin əsarətindən xilas olmasına üstünlük verir.

Mustafa Çokay Peterburqda oxuduğu illər Avropa və Rusiyanın Balkan xalqlarını Osmanlı dövlətinə qarşı üsyana təhrik etdiyi vaxta təsadüf edirdi. Belə ağır bir zamanda Mustafa Çokay dostlarıyla bir dərnək qurur. Onlar Osmanlı dövlətinə yardım üçün müxtəlif tədbirlər həyata keçirirlər. Rusya vətəndaşı olan müsəlmanlardan pul toplayaraq Osmanlı dövlətinin Rusyadakı Büyük eçcisi Turhan paşaya verirlər.

Ali təhsilini başa vurdukdan sonra Türküstana dönən Mustafa Çokay Daşkənddəki “Uluğ Türküstan” qəzetinin ən fəal müxbirlərindən birinə çevrilir. Bir il sonra isə Daşkənddə “Birlik tuğu” jurnalını nəşr etməyə başlayır. . Daşkənddə Rusça çap olunan “HÜR TÜRKİSTAN” ve “YENİ TÜRKİSTAN” gazetelerinin fəaliyyəti də ustafa Çokayınadıyla bağlıdır. Qəzet və jurnallar ona yalnız fikrlərinin yaymaq üçün değil, həm də məsləktaşlarını tapıb bir yerə toplamaq üçün əvəzsiz vasitə olur. 1917-ci ilin fevralında Çar Nikolay hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Mustafa Çokay və məsləkdaşları Qazax və Qırğız Türklerinin ortak dövlətləri olan “ALAŞ-ORDA”nın qurmaya başlayırlar. 27 Noyabr 1918-ci ildə Kokandda Turkistan Hökumətinin elanında onun əvəzsiz xidməti olur. Yeni qurulmuş hökümətdə rəhbər vəzifədə tutan Mustafa Çokay bütün varlığıyla müstəqil siyasət yeritməyə çalışır və bir sıra demokratik islahatlar həyata keçirə bilir. Diqqəti çəkən odur ki, çar generalı olan Kolcak Mustafa Çokayın öldürülməsinə göstəriş verir. Bolşeviklər Çar Rusiyasını xalqlar həbsxanası adlandırsalar da özləri hakimiyyətə gəldikdən sonra Rusya imperyasının sərhədlərini bərpa etmək üçün qanlı döyüşlərə atılırlar. Onlar az zaman içərisində gənc “ALAŞ-ORDA”sını özlərinə tabe edirlər.

Mustafa Çokay mühacirətə getmək zorunda qalır.

1919-cu ildə Qüzey Qafqaza gələn Mustafa Çokay Tiflisdə çıxardığı “HÜR DAĞLILAR” adlı həftəlık gəzetde Türküstan davasını dile getiren yazılar yazdı. 1920-ci ildə Qüzey Qafqaz Milli Təşkilatının Türkistan Millî Mərkəzi ilə birləşərək “YENİ DÜNYA” qəzetini çıxarır. Burada dəyərli yazılar yazır. Tiflisdə “ŞAFAK” adıyla çıxardığı gəzetdə Anadoludakı Kuvay-i Milliye hərəkâtını dəsdəkləyən yazılar çap edir.

Azərbaycan Xalq Cümhuriyyətini dəstəkləyən və daima ona yardımçı olan Mustafa Çokay Bolşeviqlər Qafqazı işğal etdikdən sonra Batum-Trabzon deniz yolu ile istanbula gedir. İstanbulda çıxan “YENİ TÜRKİSTAN”, Berlin’de çıkan “YAŞ TÜRKİSTAN” adlı jurnallarda və Avrupa dillərində çıxan mətbuatda Çokay həmişə Türkistan ve Türklük davası davam etdirir.

Çokay 1921 yaz başında Istanbuldan gemi ile Fransanın Marsel limanına gelmiş ve oradan qatarla Gare de Lyona getmişdir.

Tatar liderlərindən Fuat Toktar Çokay və xanımı Mariyanı Gare de Lyonda qarşılayır və kasıb bir otele yerləştirib. Bir necə gün sonra Çokaylar Avenue Mozartta 64 nömrəli iki otaqlı kiçik bir evə köçməli olurlar. Ancak iki həfta sonra maddi sıxıntıdan mənzillərini yeməkxanaya çevirir və burada Rusyadan gəlmiş qaçqınlara ucuz qiymətə nahar verməyə başlayırlar.

Bir zamanlar Türkistan Hökumətinin rəhbəri olan Çokay indi alın təri ilə çörəkpulu qazanmak üçün kartof, soğan soymaqla, düyü arddamaqla gün keçirir.. Hətta Azərbaycan mühacirətdə olan lideri Məmmədəmin Rəsulzadə onun görüşünə gələrkən Çokay üzr diləyərək onunla söhbətini kartof soya-soya davam etdirmişdir. Rəsulzadə xatirələrində Çokayın vəziyyətini belə gördüyünə üzülmür. Əksinə onun əyilməzliyinə, qüruruna, ağıl və mətanətinə heyran qaldığını yazır.

1922-ci ilin ortalarında Çokayın xanımı Mariya xəstələnir. Onu Parisdə müalicəsinə pulları yetmədiyinə görə müalicə üçün Almaniyaya aparırlar. Çünkü Almanyada inflasyaya görə hər şey ucuz idi. Belə ki, 100 Fransız frank ilə aylarla bir pansiyonda qalmaq mumkun idi. Çokaylar ailəsi altı ay Almanyada qaldıqdan sonra Fransaya qayıdır və 1923-cü ildən Nogent Sur Marnede yaşamağa başlayırlar.

Çokay Parisdə yalnız ideoloji baxışıyla deyil dürüstlüyü və dostlarına olan vəfası ilə də tanınmışdı. O, Parisdə yaşayan Azərbaycan mühacirləri Əlimərdan bəy Topcubaşov və Ceyhun bəy Hacıbəylı ilə görüşür, birgə mübarizə planları hazırlayır, toplantılar keçirir, fikir mübadiləsi edirdilər.

Çokay, həyatının ən məhsuldar son iyirmi ilini Parisdə keçirdi. Çokay 1921 – 1941-ci illərdə Parisdə yaşayıb içtimai-siyasətlə məşğul olmaqla yanaşı tez-tez Berlinə gedir. Bu da səbəbsiz deyildi. Həm oradakı siyasi mühcirlərlə görüşür, həm də “Yaş Türkistan” jurnalı orada çap etdirirdi. O, 1929-1939-cu illər arasında “Yaş Türkistan” jurnalının 117 sayını çap etdirərək oxuculara çatdıra bildi. Bu jurnalda yalnız Türküstanın azadlığı uğrunda gedən mübarizədən söz açılmırdı. Keçmış Rusya ərazisində əsarətdə yaşayan xalqların milli mübarizəsi burada öz əksini tapırdı. Burada Azərbaycan siyasi mühacirlərinin məqalələrinə də tez-tez rast gəlinir. Jurnalın əsas qayəsi əsarətdə olan xalqları Sovet əsarətindən qurtarmaqla yanaşı, Türk xalqlarının birliyinə da nail olmaq idi. Buna görə də araştırıcılar “Yaş Türkistan” jurnalını Mustafa Çokayın ən böyuk əsəri sayırlar. Çokayın baxışları jurnalda çap olunan məqalələrdə özünə geniş yer tapıb.

Faşist Almaniyası Fransanı az zamanda işğal etdikdə siyasi mühacirlərin çoxu bu ölkəni tərk etməli oldu. Mustafa Çokay isə bu ölkəni özünə ikinci vətən saydığından Parisi tərk etmədi. Bu da onun siyasi fəaliyyətinin zəifləməsinə səbəb oldu. Lakin faşist rejimi onun bu hərəkatında da razı qalmadı. 1941-ci ilin iyunun 22-də Almaniya ilə Sovetlər Birliyi arasında başlayan müharibədən az sonra Mustafa Çokay Sur Marnedəki evində həbs edilir və Berlinə aparılır. Alman faşistlərinin məqsədi Mustafa Çokay nüfuzundan istifadə edərək əsir alınmış Türküstanlılardan, tatar və başqırdlardan ordu yaradaraq Sovetlər Birliyinə qarşı döyüşə göndərmək idi.Mustafa Çokay müharibədən sonra Türküstanın azadlıq əldə edə bilməyəcəyini gördüyündən Alman faşistlərilə işbirliyinə getmir. 1941-ci ilin dekabrin 27-də anidən xəstələnərə dünyasını dəyişir.Onun şuphəli ölümü məsləkdaılarını üzdə də xanımı Marinanın köməyilə cənazəsini alib. Islami adətlərlə Quran oxutduraraq Berlindəki Müsluman qəbristanlığında dəfn etdirirlər. Hətta Islami adətlərə görə ölumunun 40-cı. günu Paristəki ən böyuk məsciddə ehsan da verirlər.

Mustafa Çokaydan söz açarkən onun xanımı milliyətcə rus olan Marianın da xidmətlərini unutmamak lazımdır. Mustafa Çokaydan mənalı ömrünü Rur müstəmləkəçilərinə qarşı mübarizəyə həsr edəndə Maria xanım həmişə onunla birlikdə olmuşdur. Mariya Mustafa Çokayı müsəlman adətlərilə dəfn etməklə yanaşı onun irsinin qorunmasında da mühüm rol oynamışdır. Mustafa Çokayın ölümündən sonra onun arxivini Paristəki Şərq Dilləri və Mədəniyyətləri İnstituna vermişdir. Orada Çokayın şəxsi sənədlərindən ibarət bir arxiv yaradılmışdır. Mariya Çokayin zəngin kitapxanasını da Çokayın adı veriləcək bir bölum yaradılmaq şərtilə İnstituta bağışlamışdı. Bununla yanaşı Mustafa Çokay haqqında xatirələrini yazaraq çap etdirmişdir. Almatidakı Qazaxıstan Dövlət Arxiv Parisdən Mustafa Çokayın arxivinin mikrofilmlərini apararaq qazax araştırıcılarının istifadəsinə vermişdir. Buna görə də Qazaq xalqı Mariya Çokayevani da həmişə hörmətlə xatırlayacaq.

Qazaxistan Prezidenti Nursultan Nazarbayev Türküstan birliyi yaraymaq ideyasini ortaya atdıqdan sonra Mustafa Cokaya diqqət yenidən artmışdır. Belə ki, Qazaxıstan BTA Bankının sponsorluğuyla 2008-ci ildə Mustafa Çokayın həyatı əks etdirən sənədli film çəkilmişdir. Bu filmin bir çox kadırları Ozbəkistanın Daşkənd, Kokand, Qazaxıstanın Qızılorda, Rusyanın St. Peterburq, Azərbaycanın Bakı, Gürcüstanın Tiflis, Türkiyənin Istanbul şəhərlərində Fransa və Almaniyada çəkilmişdir.

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=