Ata (Əta) Tərzibaşı

Türk Dünyasının Məşhurları- 52

  
Ata (Əta) Tərzibaşı (1924-2016) ( آتا ترزی باشی, Ата (Ета) Терзибаши) https://ali-shamil.tr.gg/Ata--k1-%26%23399%3Bta-k2--T%26%23601%3Brziba%26%23351%3B%26%23305%3B.htm

SİNYAL:     BAND

SES: Əziz və istəkli dinləyicilər, “Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş insanlardan söz açırıq. Bu günki verlişimizdə isə sizlərə İrak türkmənlərinin millətsevər oğulu, vəkil, ictimai xadim, alim, türkoloqAta Tərzibaşıdan danışacağıq.

Hacı Ömər1924-cü ilin noyabrın 14-də  doğulan oğluna Ataulla adı qoysa da o, Ata Tərzibaşıkimi tanındı.O dönəmin İrak krallığının türkmanların sıx yaşadığı Kərkük şəhərindəki Piryadı məhəlləsində anadan olan Ataulla ilk təhsilini məhəllə məktəbində almış, orada Quranı Kərimi oxumağı başa vurmaqla yanaşı, Sədi Şirazinin “Gülüstan”, “Büstan”nını, eləcə  də Məhəmməd Füzuli Bağdadinin farsca, türklərini əsərlərini oxumağı öyrənmişdi.

Birinci Dünya Savaşında Osmanlı dövləti  gündən-günə sənayesi, iqtisadiyyatı və hərbi güçü artan Avropa dövlətləri tərəfindən  tarix səhnəsindən silindi. Lakin Avropalılar bununla kifayətlənmədi, Osmanlı dövlətininyerində qurulan Türkiyə Cümhuriyyətinə qarşı açıq və gizli mübarizələrini davam etdirdilər. 400 ilə yaxın Osmanlı dövlətinin bir bölgəsi olan Musul vilayətinin Türkiyə Cümhuriyyətinə daxil olmasına da imkan verilmədi.

Mosul vilayəti Böyük Britaniyanın qurduğu oyuncaq İraq kırallığına tabe edildi. Bununla da bölgədə yaşayan türklərin ana dilində təhsil almalarında, milli mədəniyyətlərinə sahib çıxmalarında problemlər yaranmağa başladı. Öncə onlara ana dilində təhsil veriləcəyi vəd edilsə də sonralar bu vədə əməl edilmədi. Hətta 1958-ci ildə qəbul edilən konsitutusiyada millətin adı türk deyil, türkman kimi yazılmağa başlandı.Bütün çətinliklərə, təbliğatlara baxmayaraq onlar milli kimliklərindən əl götürmədilər. 

Ata Tərzibaşı doğulduğu şəhərdəki ibtidai və orta məktəbi bitirdikdən sonra təhsilini  Kərkük litseyində davam etdirmişdi.

SİNYAL :    BAND

SES: 1946-cı ildə litseyi başa vurub Bağdad Universitetinin hüquq fakültəsinə qəbul olunan Ata Tərzibaşının ilk yazıları Misirdəən çox tirajla çap olunan və böyük şöhrət qazanmış “Əl-Risale”jurnalında çap olunur. Daha sonra onun imzası Beyrut, Hələb, Bağdat, Kərkük, İstanbul kimi  şəhərlərdəki qəzet və jurnallarda görünməyə başlayır.

1950-ci ildəuniversiteti başa vurub vəkil kimi əmək fəaliyyətinə başlayan Ata Tərzibaşı bir ara Kərkükdə nəşr edilən “Afak” qəzetinin ədəbi redaktoru işləyir.  1958-ci ildə İraqda monarxiya devrilərək general Əbdül Kərim Qasiminin rəhbərliyi altında respublika qurulur. İyulun 26-da bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu elan edən və demokratik azadlıqlara zəmanət verən müvəqqəti konstitusiya qəbul edilir. Siyasi partiyalar açıq fəaliyyətə başlayır.Bunu alqışlayanlardan biri də Ata Tərzibaşı olur.  Qəzetçilikdə qazandığı təcrübəyə dayanaraq 1958-ci il sentyabrın 23-də “Bəşir” adlı həftəlik ədəbiyyat və mədəniyyət qəzetinin nəşrinə nail olur.

Lakin onun ictimai-siyasi fəaliyyətinin və nəşrinə başladığı qəzetin ömrü o qədər də uzun sürmür. Qasimi hökuməti tərəqqipərvər təşkilatların fəaliyyətini məhdudlaşdırmağa başlayır. 1959-cu ilin martında Ata Tərzibaşı da həbs edilir və Hilleyə sürgünə göndərilir. “Bəşir” qəzeti dəonun həbs edilməsi ilə 1959-cu ilin martın 17-dəbağlanır. “Kərkük”, “Afak”, “Bəşir” qəzetlərində türklərini mədəniyyəti, ədəbiyyatı, dili haqqında yazdığı məqalələri ilə xalqın sevimlisinə çevrilən Ata Tərzibaşının sürgün həyatı çox da uzun sürmür.Üç aydan sonra yenidə Kərkükə dönərək vəkillik fəaliyyətini davam etdirir.

Ata Tərzibaşı vəkillik etdiyi günlərdə şahidi olur ki,  soydaşları çox vaxt savadsızlıqlarına və ərəb dilini bilmədiklərinə görə məhkəmələrdə uduzurlar. Ərəblərin bir çoxu da türklərin tarixindən, mədəniyyətindən, ədəbiyyatından xəbərsiz olduqlarına görə onlara vəhşi, qaniçən və geridəqalmış kimi baxırlar. Odur ki, xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru haqqında həm ana dilində, həm də ərəbcə “A.T”, “Ataulla Tərzibaşı”, “Məcid Türkekul”, “Ömərzadə Allahverdi” və əsasən də Ata Tərzibaşı imzası ilə elmi, publisistik məqalələr yazır.

SİNYAL :     BAND

SES: Siz, Qorqud Ata verilişini dinlәyirsiniz

SES:İraq türklərinin mədəniyyəti tarixində xüsusi yeri olan “Qardaşlıq” jurnalında türk və ərəb dillərində ədəbiyyat, folklor, dil haqqında dəyərli məqalələr çap etdirən Ata Tərzibaşı sıx-sıx beynəlxalq elmi konfranslarda məruzələr edir, dünyanın ünlü türkoloqları ilə  fikir mübadiləsinə girir.

Onun “Yazı dili,danışıqdili” məqaləsi dilçilik haqqında nəzəri baxışlarını özündə əks etdirən ən dəyərli qaynaqdır. Bu yazıda  Ata Tərzibaşı türkçənin danışıq diliylə yazı dili arasındakı fərqin diğər dillərdəki kimi dərin olmadığını isbatlamaq üçün ərəb dilləri ilə müqaisələr aparır.

Ata Tərzibaşı məqalə və çıxışlarında dilin inkişaf etdirilməsinə, orta əsirlərdə türk dilinə yüklənmiş ərəb, fars tərkiblərindən təmizlənməsinə xüsusi diqqət yetirir. O, istər elmi əsərlərində,  istər məalələrində və çıxışlarında dildən çıxarılan ərəb, fars mənşəəli sözlərin yerinə Avropa mənşəli terminlərin gətirilməsinin də əleyihinə olmuşdur. “İrak türkləri vədil özləştirməsi” əsərində məsələni geniş təhlil etmiş və bu fikiri irəli sürmüşdür ki, dilin təmizlənməsi, inkişaf etdirilməsi, sərt, inqilabi yolla deyil tədrici aparılmalıdı.Həm də bu təmizləmə və yeniləşmə türk xalqları arasındakı bağlılığa zərər verməməli, əksinə onu daha da yaxınlaşdırmalıdı.

Bölgənin folklorunun toplanmasında və nəşrində böyük xidmətləri olan Ata Tərzibaşı dilin təmizlənməsində və yeniləşdirilməsinədə xalq danışığına önəm verilməsini dönə-dönə vurğulamışdır. Səbəbini də bununla izah etmişdir ki, bu gün bir türk xalqların ədəbi dilində işlənməyən, arxaikləşmiş və ya dialektə çevrilmiş sözlər başqa türk xalqlarının ədəbi dilində olduqca işləkdir. Ola bilsin ki, həmin sözlər çalar fərqlərilə seçilsinlər və yeni eşidildikdə qulaqlara yad gəlsin, yaxud arqo kimi səslənsin. İctimai-siyasi xadimlər, dövlət adamları, yazıçı və şairlər, qəzetçilər  bu sözləri sıx-sıx işlətsələr onda ədəbi dillərdə özünə vətəndaşlıq hüququ qazanar və türk xalqlarının biri-birinini yazısını anlaması da asanlaşar.

SİNYAL :      BAND

SES:Ata Tərzibaşı yazı dili ilə danışıq dilinin yaxınlaşmasının vacibliyini dəfələrlə vurğulamışdır. Bunun üçün bölgədə böyük nüfuzu olan Türkiyə türkcəsinin əksikliklərini göstərməkdən də çəkinməmişdi. Məqalə və çıxışlarında dəfələrlə vurğulamışdır ki, tarix boyu türk dillərinin ən işlək və şirin səsi olan sağır nun səsinin əlifbada göstərilməməsi getdikcə bu səsin işləkliyini itirməsi ilə yanaşı, əski yazıların oxunuşunu da, türk xalqları və toplumlarının dilləri arasındakı yaxınlığı da çətinləşdirmişdir.

Tarix boyu 12 ayrı-ayrı əlifbadan istifadə etmiş türklərin böyük bir hay-küylə latın əlifbasına keçməsi də gözlənilən nəticən veməmişdir. Onun əvəzinə ərəb əlifbasında islahatlar aparılaraq türk xalqlarının səs sisteminə uyğunlaşdırılsaydı öz keçmişlərindən və bir-birini anlamaqdan belə sürətlə ayrılmazdılar.

1970-ci ilin yanvar ayının 24-dəİrak hökuməti ölkədə yaşayan türklərə ana dilləridə təhsil almaq və b. mədəni haqlar verdiyi haqqında bir qanun çıxardı. Lakin qanunun həyata keçməsi müxtəlif bəhanələrlə reallaşmadı.

1953-cü illərdə Bağdadda “Şərqi və türkülər” kitabını nəşr etdirən Ata Tərzibaşı 1954-cü ildə ərəbcə bir kitab nəşr etdirdikdən sonra  1955-ci ildə “Kərkük hoyratları və maniləri”, 1961-ci ildə “Kərkük havaları”, 1962-ci ildə “Kərkük əski sözləri”, 1963-cü ildə “Kərkük şairləri”, 1964-də “Arzu-Kambar masalı”, 1976-cı ildə “İraq türkmənləri arasında yağmur duası” və b. kitabları işıq üzü görür.

Ata Tərzibaşı kitabları təkrar-təkrar nəşr olunan az müəlliflərdən biridir. Belə ki, onun “Kərkük şairləri” kitabı 1963-2012-ci illərdə 13 dəfə, hətta fransızcaya çevrilərək 2000-ci ildə Cenevrədə çap olunan“Arzu-Kambar masalı” orjinalında olduğu kimi Kərkük, Bağdad, İstanbul və Bakıda 5 dəfə, “Kərkük hoyratları və maniləri” üç dəfə nəşr edilmişdir. Onun kitablarının çap olunma çoğrafiyası da genişdir. Buraya Kərküklə yanaşı, Bağdad, İstanbul, Ankara, Bakı, Cenevrə və b. şəhərlər daxildir.

Ömrünü türkmən ədəbiyyatının, dilinin, folklorunun və mətbuat, nəşriyyat tarixinin öyrənilməsinə həsr etmiş Ata Tərzibaşı bir ara Bağdatda gündəlik “Əl-Cihad” qəzetini də nəşr etmişdir.

1964-cü ilin mayında Türk Dil Kurumu yardımcı üyəliyinə, 1996-cı ilin iyunundaŞərəf üyəliyinə seçilən Ata Təzibaşı bu qədər 300-ə qədər məqalə, 30-a yaxın kitab çap etdirsə də ailəsinin dolanışığını vəkilliklə təmin etmişdir. Yəni dolanışıq üçün vəkillik etməsəydi, elmi axtarışlarla məşğul olsaydı yəqin onun əsərlərinin sayı iki bu qədər olardı.

2001-ci ildə keçirdiyi bir qəza nəticəsində ayağı sınan böyük alim və ictimai xadim evindən çıxmaz hala düşür.Onun elmi əsərləri təkcə türk xalqlarının deyil, Yaxın Şərqin ən zəngin kitabxanalarının qiymətli sərvətinə çevrilmişdir.

Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)

31 Mart 2016 tarihinde, saat 21.00-d. dünyadan köçmüşdür. 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol