Azərbaycanın müstəqilliyinə

Univerisitetimizin yetirmələri

Azərbaycanın müstəqilliyinə ömür həsr edənlər


 Yaradıcı insanlar, xüsusən ədəbiyyat, incəsənət adamları sərbəstliyi sevirlər. Toplumdan fərqli düşünən, köhnəliklə barışmayan, yeni bir söz demək, cəmiyyətdə özünü təsdiqləmək istəyən yeniyetmələr  elə bu gün   fərdi yaradıcılığa üstünlük verən ixtisaslara can atırlar. Lakin onların hamısı arzularına çata bilmirlər. Dövranın gərdişi çoxlarını zamanın diktəsilə hərəkət etməyə məcbur edir.Tək-tək inadcıllar isə məşəqqətli bir ömür sürür. Bunu «Dissident sözlüyü»  üçün məqalələr hazırlayarkən bir daha    müşahidə etdim.

Azərbaycan Milli Demokratiya Mərkəzinin prezidenti Ülvi Həkim 1998-ci ildə Polşadakı KARTA  qeyri hökümət təşkilatının  ingilis, rus polyak dillərində «Dissidentskaya slovar»( Dissident sözlüyühazırlamağa başladığını bildirdi məni o sözlüyün Azərbaycan bölməsini hazırlamağa dəvət etdi. Öncə razılaşmadım. Dövrü mətbuatda ara-sıra Dissidentlər haqqında məqalələr çap olunurdu.O yazıların əksəriyyətini oxumuşdum. Yaxşı bilirdim ki, əksəriyyəti xatirələrdən jurnalist təxəyyülündən ibarət olan bu məqalələr oxucunun hisslərinə  güclü təsir etsə , maraqla oxunsa da, onlardan ensiklopedik məqalələr hazırlamaq çox çətindir.37-ci il irticasına məruz qalanlarla söhbətlərdən müşahidə etmişdim ki,ötənləri xatırlamaq onlar üçün çox çətin olur.

Eşidəndə ki, Ermənistana, Gürcüstana 40-45  yer, Azərbaycana isə 15 yer ayırıblar  bərk narahat oldum.Tələbəlik illərindən gənclərin DTK-ya çağrıldığından onların necə sıxma-boğmaya salındığından, necə təqiblərə məruz qaldıqlarından,müxtəlif bəhanələrlə ali təhsildən yerindən uzaqlaşdırıldıqlarındın xəbərdardım. Onların çoxunu da şəxsən tanıyırdım. Material toplamağın o qədər çətin olmayaçağıni düşünürdüm. Beləliklə, «DS» qrupuna qoşuldum.

 Azərbaycanda bir işçi qrup yaratdıq.Ülvi bəyi layihənin əlaqəndiricisi seçdik. Öncə dövrü mətbuatda Dissidentlər haqqında yazılanları topladıq. Bu olduqca az pərakəndə idi. Şəxsən tanıdığımız, Sovet  dönəmində KQB- çağrılan, bir necə gün olsa təcridxanada saxlanılan insanlarla görüşdük. Beləliklə, 30-40 nəfərin adı  yazılan bir  siyahını hazırladıq.

Çox təəssüf ki, siyahıya adlarını daxil etdiyimiz insanların haqqında qane edici materiallar toplaya bilmədik.Bunun bir  səbəbi müasirimiz olan şəxslərin hələ köhnə rejimin məmurlarından ehtiyat etmələri idisə, bir səbəbi arxivlərdəki bürokratik əngəllər idi.Qruluş dəyişsə , Azərbaycan müstəqilliyini elan edib Rusiyanın tərkibindən çıxsa da, dünən onları yadfikirliliyə görə ittiham edib hədələyənlər hələ vəzifə başında idilər.Gənclik hissi ilə meydana atılanların bəziləri elə ilk sıxışdırma dindirilmədə sındırılmışdı. Bəzilərinin mətbuata verdiyi müsahibələrlə,söylədiyi xatirələrlə istintaq materialları uyğun gəlmirdi. Bəlkə elə buna görə həmin məsələlərin bir daha çözülməsini istəməyənlər vardı.

«Dissident sözlüyü» üçün məqalələr hazırlayarkən indiki Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbələrinin fəallığı daha qabarıq gözə çarpırdı. Bu təsadüfü bir hal deyildiGörünür Çingiz Abdullayev Cahid Hilaloğlu da xalqa öz sözlərini sərbəst demək həvəsi ilə o zamankı Azərbaycan Teatr İnstitutututunana daxil olmuşdular.Onlar ikinci kursda dərslərə yenicə başlayanda Bakıdaİldırımqrupunun üzvlərinin həbsləri başlamışdı. 5 ay 26 günlük istintaqdan sonra--yəni 1949-cu ilin 21-22 martında Rəhim İsmixanov, Gülhüseyin Abdullayev, Hacı Zeynalov, Kamal Əliyev, Aydın Vahidov, Azər Ələskərov, Musa Abdullayev, Kamal Rzayev Azərbaycan SSR CM 21-64 74- maddəsinin 2 hissəsiylə,eləcə CM 316,317-ci maddələri antisovet fəaliyyətə görə həbs edilmişdilər.

Bu qalmaqallı məhkəmə prosesindən Cahid Çingiz kimi diribaş tələbələr xəbərsiz qala bilməzdi.Görünür gizli təşkilat qurma cəhdləri, gizli vərəqlər yazıb küçələrə vurmaları xüsusi xidmət orqanlarının diqqətini  çəkibmiş.

1948-ci ildən  1956- ilədək Azərbaycanda tələbələrin həbsinə dair fakta rast gəlmədik.Görünür istintaq orqanlarının diqqəti İkinci Dünya Savaşının iştirakçılarına qarışıbmış.Müharibənin qalibləri sırasında SSRİ- olmasına baxmayaraq bu ölkədən həbs olunan, cəzalandırılan insanların sayı heç məğlub Almaniyanınkından az deyildi. Burada insanları əsir düşməkdə, vətənə xəyanətdə, xarici ölkələrə işləməkdə,sovet qurluşuna zərər vurmaqda ittiham edərək həbsxanalara atırdılar

 Stalini şəxsiyyətə pərəstişdə suçlayıb quruluşun bütün nöqsanlarını onun ayağına yazdıqdan sonra SSRİ-ni dünyaya demokratik bir ölkə kimi tanıtmağa çalışırdılar, cinayət məcəllələrindən xalq düşməni ifadəsi çıxarılmışdı. Lakin 37-ci il qurbanlarına fiziki bəraət verilsə , hələ onların dünyagörüşünə tam bəraət verilməmişdiSovet irtica maşını yenə əvvəlki gücüylə işləyirdi. Sadəcə görüntüsünü dəyişmişdi. Siyasi baxışlarına görə istintaqa cəlb olunanları ya psixi xəstəxanalara yollayır, ya oğurluqda, narkomaniyada başqa cinayətlərdə suçlayıb həbs edir, ya da avtomobil qəzalarında s. məhv edirdilər.

 Bu da bir dolaşıqlıq yaradır. Məhkəmə  sənədlərində cinayətkar kimi təqdim olunan cəzalandırılan şəxsin ondan əvvəl DTK tərəfindən həbs olunması, dolayısı ilə dindirilməsi siyasi görüşləri açıq-aydın cinayət işinin sifarişli olduğunu göstərir.

 Məqalələrin hazırlanmasına əngəl törədən əsas səbəb isə arxivlərin hələ tam açılmaması proqramın reallaşdırılması üçün kifayət qədər vəsaitin ayrılmaması idi.

Azərbaycanlı oxucu üçün diqqəti çəkən bir bu ola bilər ki, erməni   həmkarlarımız məqalələri vaxtında hazırlaya bilmədilər. «DS»nın Varşavadakı mərkəzindən bizə rəsmi müraciət edərək Ermənistanlı Dissidentlər haqqında da məqalələri hazırlamağımızı istədilər. Biz Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, Ermənistanda başqa millətdən olanların çıxarıldığını,yəni orada nəinki işləmək üçün şəraitin olmadığını, hətta gedib-gəlməyin mümkünsüzlüyünü yazmaqla işimizi bitmiş hesab etdik.

İxtisasca jurnalist olan xanımım Əzizə Şamillə birgə Azərbaycandan 15 nəfər haqqında məqalə hazırlayıbDS”- yolladıq. Ötən müddət ərzində Azərbaycanın azadlığı müstəqilliyi uğrunda mübarizə aparmış, Sovet dönəmindəyadfikirlikimi incidilmiş, həbs edilmiş insanlar haqqında tanışlarının,dostlarının, jurnalistlərin bəzi yazılarını oxuduq. Bunlarda bəzi yanlışlıqlarla rastlaşanda narahatlıq hissi keçirdik. Məsələn C. Hilaloğlunu yaxından tanıdığı məqaləsindən hiss edilən Azər TuranAydınlıqjurnalının 2003- il 4- sayında yazır:”Bu həmin Cahid Hilaloğlu idi.1966- ildə Qız Qalasına üçrəngli bayrağı sancan Cahid Hilaloğlu”. Əslində Cahid 1966- ildə həbsxanada idi.

cür yanlışlıqlar olmasın deyəDSüçün hazırladığımız məqalələrin  bəzilərini Azərbaycan mətbuatında da çap etdirməyi münasib bildik. Aşağıda  Çingiz Abdullayev Cahid Hilaloğluna həsr edilmiş məqalələri oxuculara təqdim edirik.

 

Cahid Hilaloğlu

 

       Yeniyetməliyində gəncliyində soyadı Şirinov olan, sonralar  Cahid Hilaloğlu kimi tanınan soydaşımız 1928-ci ildə (doğum gününü ayını müəyyənləşdirə  bilmədik) Azərbaycan SSR-in Ağdam şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Atası neft mədənlərində işləyir, Cahid isə 13 saylı məktəbdə oxuyurmuş. 1941-ci ilin avqustunda İranın Quzeyini işğal edən Sovet  qoşun birləşmələrinə qoşulub valideyinlərindən xəbərsiz Arazı keçən 13 yaşlı Cahid iki il Güney Azərbaycanda  qaldıqdan müxtəlif məşəqqətlərlə rastlaşdıqdan sonra yenidən Bakıya qayıdır.

      1947-ci ildə Bakıdakı 1 saylı orta məktəbi bitirib Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olunan Cahid Azərbaycanın iki yerə bölünməsilə, illər boyu  ananın oğul,bacının qardaş üzünə həsrət qalmasıyla barışmırdı. O, fikirlərini bölüşməyə həmdərd axtarırdı.Təhsil aldığı ali məktəbdə  fikirdaşlarını tapır. Çingiz Mirzağa oğlu Abdullayev başqa yaşıdları ilə kommunist diktaturasının doğurduğu eybəcərlikləri pisləyən vərəqələr yazıb divarlara vururlar. Əhalini Beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırlar.

Vərəqələr xüsusi xidmət orqanlarının diqqətini cəlb edir.                           Nəticədə Çingizi ali məktəbdən qovub, “islaholunmaq üçün 3 illiyə həbsxanaya yollayır, dəstənin başqa üzvlərini isə tənbeh ediblər. Lakin bu cəza onları yollarından döndərmir. Çingiz Bakıdan uzaqlarda olanda da daim Cahidlə əlaqə saxlayır.

        C. Hilaloğlu 1952-ci ildə institutu bitirib M.F. Axundov adına Azərbaycan Dövlət Opera Balet Teatrında işə başlayır. Burada işlədiyi müddətdə qurluşdan narazılığını müxtəlif vasitələrlə ifadə etsə , hələlik ona qarşı sərt  tədbirlər  görülmür.

        1956- ildə qurluşun bütün nöqsanlarının Stalinin adı ilə bağlandığınıböyük hay-küylü bir kampaniya başlandığını görən gənçlər burada sərbəs fəaliyyət göstərməyin mümkünsüzlüyünə tam yəqin olaraq  xaricə  getməyi, mühacirətdə olan Azərbaycan Xalq Cümhuriyyətinin liderləri ilə birgə fəaliyyət göstərməyi qərəra alırlar.

 Bəs xaricə necə getməli? Rejm sərt, sərhədlər bağlı. Giney Azərbaycanda iki il  yaşamış Cahid qaçmaq üçün ən münasib yer İranı sayır. Rayonlarda yüksək ixtisaslı kadrlara böyük ehtiyac olmasından istifadə edib  Azərbaycan Mədəniyyət  Nazirliyinə ərizə yazaraq Lerik rayonunda işləməyə getmək istədiklərini bildirirlər. İstəklərinə müsbət cavab  alırlar.

         Onlar  Azərbaycanın böyük xəritəsini alır, Lerik dağlarında sərhədin zəif nöqtəsini  müəyyənləşdirir, oradan İrana keçməyi planlaşdırırlar. Məqsədləri oradan da Turkiyəyə keçib Çingiz  Abdullayevin mühacirətdə olan yaxın qohumu vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin fəallarına qoşulmaq  idi.

       Çingiz Moskvada pasport qeydiyyatında olduğuna görə Lerikə getməsinə icazə ala bilmir. O, Moskvaya pasport qeydiyatından çıxmağa gedir. Orada Amerikalı skripkaçı İsaak Sternomun konsertinin afişalarını görür. Xaricə getməyin yeni planını hazırlayır.Konsertə bilet alır. İsaak Sternoma gül təqdim edərkən Amerika səfirliyinin telefonlarını xəbər alır. Skripkaçıdan öyrəndiyi telefonla  Moskvadakı ABŞ səfirliyinə zəng vurur səfirliyin birinci katibi Natyanel Devislə  görüşür. O, Çingizin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsindən şübhələnsə istəyini dinləyir təkrar görüş təyin edir. Dörd gün sonra, yəni 1956- il mayın 8- Cingiz səfirliyin hərbi attaşesi Frenklə görüşsə üçüncü görüş ərəfəsində DTK  əməkdaşları tərəfindən yaxalanır. Beləliklə onların xaricə getmək cəhdi baş tutmur.

1956- il martın 6-7- Tbilisidə 200 min nəfərə yaxın insanın iştirak etdiyi mitinqin təsiri nəinki Gürcüstana,hətta onun sərhədindən uzaqlara da yayılır. C. Hilaloğlu dostları  Sovet ordusunun Tbilisi şəhərində onlarla qocanı, qadını, uşağı oldürməsini həbsxanaya atmasını pisləyirlər. Bu hadisələrin üstündən heç 7-8 ay keçməmiş Sovet ordusu Macarıstanın müstəqilliyi uğrunda mübarizə aparanları qan içində boğur. Cahidgil bu qanlı qırğını da pisləyirlər. 1957-ci ilin mayın 28- Cahidgil Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə  cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının  üzərinə sancmağı qərarlaşdırırlar. Bu qərarın icrası ilə bağlı xatirələrdə bir dolaşıqlıq, qeyri dəqiqlik var. Yekdil fikir odur ki,bayrağı Qız qalasının üzərinə qaldıran  Cahid  Hilaloğlu olub. Bəs bu plan harada, kimlərin iştirakı ilə hazırlanıb, necə həyata keçirilib?- sualına xatirələr tam aydınlıq gətirmir.

Cahid  Hilaloğlunun əməlləri  DTK (KQB) tərəfindən aşkarlanır. Onu ittiham edənlərə Canid deyirmiş: ”Nədən Əfqanıstanda baş verənlər milli azadlıq hərəkatı, Macarıstandakı isə əksinqilabi qiyam adlandıılır?” Xüsusi xidmət orqanları isə daha bu gənclərinnazı  ilə oynamaqdan bezibsərt tədbirlər planlaşdırır. Cahid Hilaloğlu  oğurluqda təqsirləndirilərək  həbs edilir. Onu Aərbaycan SSR CM 21-63 maddəsilə Aərbaycan SSR Ali Sovetin Rəyasət Heyyətinin 4 iyun 1947-ci il fərmanıyla  antisovet təbligatı təşviqatında  ittiham edirlər. İşinə Azərbaycan SSR Ali Məhkəməsi baxır   10 il azadlıqdan məhrumetmə, 3 il siyasi fəaliyyətdən vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırır.

C. Hilaloğlu cəza müddətini Mordva MSSR-in Dubrovski islah-əmək düşərgəsində çəkir. Bura islah-əmək düşərigəsi adlandırılsa da əslində siyasi məhbislar üçün nəzərdə tutulmuş qapalı həbsxana idi. Həbsxana şəraitinin ağırlığına, ona xüsusi nəzarətin olmasına baxmayaraq ruhdan düşmür, ingilis, alman, fransız, ərəb, fars dillərini öyrənir. Azadlığa çıxdıqdan sonra Bakıya gəlsə uzun müddət işsiz qalır. 1969-cu ildə Erivanda yendən bərpa edilmiş  C.Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrında rejissor-aktyor kimi işə başlayır. KQB orada da C. Hilaloğlunu dinc buraxmır.Gah səhnədən söylədiyi sözün ayrı cür yozulduğuna görə, gah tamaşaya qoyduğu əsər başqa cür  başa düşüldüyünə, gah da yoldaşları ilə yeyib-içərkən söylədiyi sağlıqdan  millətçilik qoxusu gəldiyinə görəsöhbətəçağırırlar. 1971-ci ildə Bakıya qayıdır vaxtı ilə oxuduğu  ali məktəbin Tədris Teatrında rejissor işləməyə başlayır.

 Onun teatır İnstitututunda işə girməsi işdən çıxması Rahib Hüseynovun rektor işlədiyi dövrə təsadüf edir. O, dövrdə hər adam soyadının sonuna oğlu ifadəsini əlavə edə bilməzdi. Buna yuxarıların ya razılıq verməsi lazım gəlirdi, ya da uzun süründürməçilikdən, böyük dava-qalmaqaldan sonra mümkün olurduBelə soyadı həmin şəxsə millətçi damğası vurulması, cəmiyyətdən təcrid edilməsi üçün yetərliydi. Rahib müəllimin yaşıdı olan Cahid haqqında kifayət qədər bilgisi  olması şübhəsizdir. Bütün bunlara baxmayaraq az sonra ona İnstitutututda  rejissorluqdan dərs deməyə icazə verir.

 Cahid Hilaloğl ilə Rahib Hüseyinov arasında bağlılığın hansı səviyyədə olduğunu aydınlaşdıra bilmədik. R. Hüseynov həbs olunan kimi  C. Hilaloğlu ərizə yazıb işdən çıxır. Bu da R.Hüseynovun cinayətkar kimi həbs edilməsinə şübhə ilə yanaşmağa əsas verir. Çünki həmin dövürdə Azərbaycandakı ali məktəblərin rəhbərlərinin əksəriyyəti elə Rahib müəllim kimi işləyirdi.

1976- ilin aprelin 13- öz ərizəsilə işdən gedən C. Hilaloğlu xeyli işsiz qaldıqdan sonra Ağdam şəhərində yeni açılmış dövlt dram teatırında fəaliyyətə başlayır.Ömrünün sonunadək orada çalışır.1991-ci il  mayın 30-da nömrəsi bilinməyən birVolqaavtomobili Cahidi vurur. Bu qəzasından həlak olan C. Hilaloğlunu Ağdam şənərində dəfn edirlər.

(Xüsusi xidmət orqanlarının təşkil etdikləri avtomobil qəzaları, qəfil olümlər haqqında o qədər faktlar aşkarlanıb ki, C. Hilaloğlunun ölümünə təsadüfi avtomobml qəzası kimi baxmaq olmur.)

C. Hilaloğlu Azərbaycanın azad olacağı günün yaxınlaşdığını duyurdu.Çox təəssüf ki, həmişə arzusuyla yaşadığı günü görə bilmədi.

 

Çingiz Abdullayev

 1947-1950-ci illərdə Azərbaycandakı gizli tələbə  dərnəklərindən birinin rəhbəri Çingiz Mirzağa oğlu Abdullayev 1929-çu ildə  Laçın rayonunda anadan olmuşdur. Yeniyetməlik illərindən diribaşlığı, hər şeyə şübhə ilə yanaşması, sözü  üzə deməsi ilə ətrafındakıların diqqətini özünə çəkən Çingiz 1947-ci ildə  Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsində  oxumağa başlamışdır.Sovetlər Birliyi  müttəfiqlərinin yardımıyla faşizm üzərində qələbə çalsa da özü əsarətdə saxladığı xalqlarla faşistsayağı davranırdı. Ara vermədən haqq söz deyənləri, sözün düzünü deyənləri, millətinin hüquqlarının tapdandığını söyləyənləri həbsxanalara atır, sürgünə yollayır, müxtəlif yollarla təqib edir, təzyiqlər altında saxlayırdı.

Bütün ağrı-acılara baxmayaraq haqqı tələb edənlərin səslərini batırmaq olmurdu. Səsini duyuran, haksızlığa qarşı dirənən gənclərdən biri Azərbaysan Teatr İnstitutunun tələbəsi Çingiz  Abdullayev idi. O, təkbaşına bir görə bilməyəcəyini anlayıb özünə həmfikirlər axtararkən onunla eyni institutda oxuyan Cahid Hilaloğlu ilə tanış olur. Birgə dərnək qurub Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq istəyirlər.Lakin bu dərnəyin ömrü çox da uzun olmur.Xüsusi xidmət orqanları onların yazdıqlrı vərəqlərin izinə düşür.Beləliklə  1948-ci il  avqustun 28- Çingiz  Abdullayev Bakıdakı Varaşilov rayonunun 3- sahəsində  mühakimə  edilir   Azərbaycan SSR CM 213- maddəsinin  2-ci bəndilə-yənidələduzluqla dövlətə ya ictimai idarəçiliyə zərər vurmaqda ittiham edilərək üç il azadlıqdan məhrum etmə ilə cəzalandırılar    institutudan qovulur. O, cəzasını SSRİ-nin ən sərt rejimli cəza müəssisələrində çəkib 1950-ci ilin 19 iyununda azadlığa buraxılır. Bakıda yaşamasına işləməsinə icazə verməsələr  məsləkdaşları ilə daima əlaqə saxlayır, mübarizənin yeni formalarını düşünür..

Bütün çətinliklərə sıxıntılara baxmayaraq ən çox inandığı əlaqə saxladığı Cahid Hilaloğlu olur. Hər ikisi başa düşür ki, SSRİ- azad fikirlilərə yer yoxdur. Azərbaycanın azadlığı uğrunda mübarizəni onun sərhədlərindən kənarda aparmaq lazımdır. Bunun üçün ən münasib yer isə Türkiyədir. Çünki Azərbaycanlı mühacirlər, xüsusən Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri orada idilər.İstintaq materiallarında mühacirlər arasında Çingizin yaxın qohumu olduğu göstərilsə onun kimliyini hələ müəyyənləşdirə bilməmişik.

1956-ci ilin əvvəllərində Çingiz Abdullayevlə C.Hilaloğlunun Lerik rayonunun sərhəd kəndlərinin birində işə düzəlmək planının arxasında oradan İrana, İrandan da Türkiyəyə keçmək dururdu. Planlarının reallaşmasına elə bil lap az qalmışdı. Çünkü Azərbaycan Mədəniyyət Nazirliyi onların Lerikə işləməyə getmələrini rəğbətlə qarşılamışdı. Lakin Çingiz Moskvada pasport qeydiyyatında olduğuna görə işləri ləngiyir. O, Moskvaya pasport qeydiyatından çıxmağa gedir. Orada Arxangelskidən xariçi ölkələrə işləyən yük gəmilirinə işçi axtardıqlarını görüb Cahidə zəng vurur. Onu Moskvaya dəvət edir ki, birlikdə Arxangelskə gedib  yük gəmilərində işə düzəlsinlər.Gəmi xarici ölkələrin birində olanda isə sahilə çıxıb bir daha geri dönməsinlərÇingiz   bunu xariçə keçməyin daha asan rahat yolu hesab edir.

Cahid sənədlərini hazırlayıb Moskvaya yola düşənədək Çingiz orada Amerikalı skripkaçı İsaak Sternomun konsertinin afişalarını görür. Xaricə getməyin yeni planını hazırlayır.Konsertə bilet alır. İsaak Sternoma gül təqdim edərkən Amerika səfirliyinin telefonlarını xəbər alır. Skripkaçıdan öyrəndiyi telefonla  Moskvadakı ABŞ səfirliyinə zəng vurur səfirliyin birinci katibi Natyanel Devislə  görüşür. O, Çingizin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsindən şübhələnsə istəyini dinləyir təkrar görüş təyin edir. Dörd gün sonraya, yəni 1956- il mayın 8-ə təyin olinmuş görüşə N. Devis deyil, səfirliyin hərbi atteşesi Frenk gəlir. Onunla səfirliyin maşınında söhbət edirlər.Ətraflı sorğu-sualdan sonra üçüncü görüş üçün vaxt yer müəyyənləşdirirlər.Lakin bu görüş baş tutmurÇingiz 1956- ilin 9 mayında xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən yaxalanır. Elə həmin gün onu DTK generalı Serov dindirir səhərisi gün Moskva şəhər məhkəməsi Ç.M.Abdullayevi RSFSR CM 19-58 maddənin 1 hissəsinin a bəndilə  tüfeylilikdə-yəni işsiz gəzməkdə ittihm edib həbsxanaya atırlar. Çingiz ona verilən yalancı ittihamla razılaşmır.1956- ilin oktyabrın 10-da ona təkrar hökm oxunur. Bu dəfə vətənə xəyanətdə suçlayıb RSFSR CM 58-10 maddəsinin 1 hissəsiylə şəxsi əmlakı müsadirə edilməklə 10 il azadlıqdan məhrumetmə azadlığa çıxdıqdan sonra da 3 il siyasi fəaliyyətlə məşğul olmamaqla cəzalandırırlar. Beləliklə onların xaricə getmək cəhdi baş tutmur.

Çingizin həyat eşqi, mübarizə əzmi sönmür. O, həbsxanadan SSRİ Ali Məhkəməsinə, ədliyyə nazirliyinə ərizələr yollayır. RSFSR Ədliyyə Naziri  Boldirevə yazır: ”Məni yazdığım vərəqlərdə SSRİ-nin bütün xalqlarını üsyana, insanları qul, zorakılıq, aclıq, böhran şəraitində saxlayan kommunist rejimindən azad olmağa çağrışıma görə ittiham edirdilər. Mən bəyan etməyə məcburam ki, buməhkəmə iclasıteatr tamaşasına oxşayır. Burada marionet hakim hətta məni son sözdən məhrum etmişdir. Çünki son sözdə mən onların sifətlərindən maskalarını çıxaracaq, üzlərini açaraq onların fırıldaqçı, qaniçən, başkəsən, zülümkar olduqlarını sübut edəcəkdim. Bütün respublikaların milli mənafeyini müdafiə edərək onların Rusiya imperiyasının müstəmləkəsi olduğunu açıqlayacaq respublikalarda BMT-nin nəzarəti altında azad seçukilər keçirilməsinin zəruri olduğunu söyləyəcəkdim. Onlar isə bütün qanunları kobudcasına pozaraq, ən elementar qaydaları tapdalayaraq mənə son söz vermədilər.

Çünki SSRİ-nin bütün məhkəmə prokurorluq orqanları yuxarıların göstərişi ilə işləyir, mənim buna heç bir şübhəm yoxdur. Mən tam qətiyyətlə deyirəm ki, Azərbaycanın qəhrəman oğluyam alçaq kommunist rejiminə qarşı mübarizə aparmışam. Bizə məlum olduğu kimi aprelin 5-7- Tbilisidə bütün Gürcüstanda çoxsaylı nümauişlər keçirilmiş. Burada 200 min tələbə, fəhlə, kolxozçu, qadın qoca iştirak etmişdir.Onlar əllərində şüar tutaraq öz müstəqilliyi azadlıqlarını, burada BMT-nin nəzarəti altında azad seçkilər keçirməyi tələb etmişlər.

Lakin imperator-diktator Rusiya, bütün Polşanın Finlandiyanın ağasıqarğıdalı generalı”  Nikita Xuruşşovun əmrini yerinə yetirən silahlı qüvvələr günahsız tələbələrin, qadınların, qocaların  üstünə tanklarla hücüm edərək, onları güllələmiş çoxlarını Sibirə sürgün etmişlər. Azərbaycan xalqına qarşı da belə ədalətsizliklər edilmişdir. Xeyli ginahsız adam qanunsuz həbs edilmiştəqiblərə məruz qalmışdır.

Azərbaycanın, Gürcüstanın başqa respublikaların vəziyyətindən bəhs edən məruzə ilə çıxış etmək istəyirəm. Məqsədim odur ki, BMT Baş Assambleyasının növbəti sessiyasında respublikalarda azad seçkilər keçirilməsi haqqında qərar qəbul olunsun. Xatırladaq ki, Rusiya 1917-ci ilin 16 noyabrında imzaladığı deklorasiyasında Sovet hakimiyyəti tərəfindən bütün dünyaya elan etmişdir ki, yeni yaranmış sosialist, çoxmillətli dövlətin əsasını aşağıdakı demokratik prinsiplər təşkil edir: Rusiyada yaşayan bütün xalqların süverenliyi bərabərliyi, millətlərin öz müqəddəratını təyinetmə hüququ, millətlərin Rusiyadan ayrılıb  öz dövlətlərini qurması s. Bu prinsiplər 1922-ci ilin dekabrında Xalq Komissarlar Şurasını sədri V.İ. Leninin təklifi ilə  SSRİ- öz əksini tapmışdır. Lenin öz əsərində bildirir ki, millətlər ittifaqı könüllü surətdə yaranır, hər bir dövlət öz istəyilə başqa dövlətdən ayrıla bilər. Belə bir sual meydana çıxır: bu təcavüzkar kommunist rənbərliyi SSRİ höküməti Leninin vəsiyyətini yerinə yetirirmi? Əlbəttə yox! Bu təcavüzkar, qaniçən, fırıldaqsı kommunistlər dünya içtimaiyyətini çaşqın salaraq hər yerdə bizLeninin yolu ilə gedirikdeyirlər. Əgər onlar Leninin yolu ilə gedirlərsə, bəs üçün onlar Azərbaycan gürcü xalqlarının qanuni tələblərini yerinə yetirmir, əksinə kobud vəhşicəsinə onların hüquqlarını tapdalayırlar?

SSRİ Konsitutusiyası ilə hər bir vətandaş SSRİ- yaşamaqdan imtina edib xarici ölkəyə gedə bilər. Bəs üçün SSRİ-nin təcavüzkar höküməti konstitusiyadan yazılınlırın həyata keçməsinə imkan vermir? Əgər bunun həyata keçməsinə imkan verməyəcəksə onda üçün bu maddə konstitusiyadan çıxarılmır? Görünür bu, vicdansız kommunistlərə dünya içtimaiyyətini çaşğınlığa salmaq üçün lazımdır. Qəzetlərdə yazılmışdır ki, Kiprdə yunan gənclərinin nümaişi zamanı İngilis höküməti bir tələbəni öldürmüşdür,bu da Sovet içtimaiyyətinin hiddətinə səbəb olmuşdur. Maraqlıdır, görəsən Azərbaycanda Gürcüstanda baş vermiş hadisələr- dinc nümayişçilərin güllələnməsi s.qanlı divanlar hansı miqyasda Sovet dünya içtimaiyyətinin hiddətinə səbəb olmalıdır. Mən bütün bunların hamısını DTK- dan olan Serova danışdım. O, isə bu  fikirlərimə görə məni azı 10 il azadlıqdan məhrum etdirəcəyini bildirdi.

SSRİ höküməti hər yerdə car çəkir ki, bizdə mətbuat söz azadlığı var. Lakin hər bir xırda tənqid üsün milyonlarla insanı həbsxanalarda islah əmək düşərgələrində çürüdür. Dünyanın heç bir ölkəsində elə qanunsuzluq yoxdur.

On üç il kommunist əsarəti altında qalan macar xalqı bu zorakılığa, yalana, aclığa dözməyib 1956- ilin oktyabır- noyabır aylarında ayağa qalxdı. Onlar Sovet qoşunlarının Macarıstan ərazisindən çıxarılmasını, bir sözlə öz azadlıqlarını müstəqilliklərini, yeni hökümətlərini qurmalarını istəyirdilər. Bunun müqabilində Sovet höküməti oraya əlavə qoşun yeritdi, tank təyyarələrin gücüylə dinc əhalini vəhşicəsinə qırdı. Burada baş verən hadisələrəksinqilabi qiyamadlandırılır. Bəs üçün Əlcəzairdə, Yəməndə, Suriyada belə hadisələrxalq azadlıq hərəkatıadlanır.”

Çingiz  Abdullayevin RSFSR Ədliyə Naziri  Boldırevə yolladığı məktub qurluşun əsaslarını laxladırdı.Ona görə qapalı şəraitdə Mordva MSSR Ali Məhkəməsi  1957-ci il 13 iyulunda yenidən onun işinə baxır cəza müddəti 13.06.1957-ci ildən hesablanmaqla 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən məhrumetmə ilə cəzalandırılırCəza müddəti bir il artırılır Vladimir şəhərindəki xüsusi rejimli həbsxanayatəkadamlıq kameraya göndərilir.

1963- ildə onu Mordva MSSR-dəki xüsusi-ciddi rejimli islah əmək düşərgəsinə qaytarırlar. Əqidəsindən dönməyəcəyini görüb 1964 - ildə Serbiski adına Ümumittiaq Məhkəmə Tibbi Psixiaterik Ekspertiza İnstitutuna  «müayinəyə» göndərirlər. Bu instita Sovet cəza maşınının əsasını qoyan, DTK-nın ilk rəhbərlərindən Feliks Edmondoviç Dzerjinskinin qızı M.F. Talse rəhbərlik  edirdiOnun başçılıq etdiyi komissya 1956- ildə Çingiz  Abdullayevəanlaqlıdiaqnozu qoymuşdusa, bu dəfə  «anlaşıqsız» hesab edir SSRİ Daxili İşlər Nazirliyinin Yaroslavl vilayətinin Rıbinski şəhərindəki xüsusi tibbi psixi xəstəxanaya məcburi müalicəyə göndərir.Orada da Çingizin sakit oturmadığını görüb Sçov şəhərindəki xəstəxanaya yollayırlar. İki il yarımlıq «müalicə»dən  sonra 1968-ci ilin iyulun 25- Smolenski vilayətinin  Sçov şəhər Xalq  Məhkəməsinin qərarıyla Bakıya 1 nömrəli Maştağa Psixi Xəstəxanasına yollayırlar.

Çingiz  Abdullayev xəstəxananın baş həkiminin onunla  rəftarından həyatının təhlükə qarşısında olduğunu görür. Uzun illərin «müalicə»si nəticəsində Çingiz gözündə qlakoma, mədəsində və onikibarmaq bağırsağında   xora, pankretit xəstəliklərinə tutulur. Elə bu xəstəliklərə görə də həkim komissiyası onun ikinci qrup əlil olduğunu müəyyənləşdirir.Burada tanış olduğu Dissident, onun kimi məcburu «müalicəyə» göndərilmiş Nadir Ağayevə başına gələnləri qısa da olsa yazdırıb onun  qohumlarına  göndərtdirir.14 il 4 aydan sonra «hümanist» Sovet hüquq orqanları 1970-ci ilin 25 avqustunda onu «müalicəxana-həbsxana»dan azad edirlər.

O, həbsxanadan ikinci qrup əlil kimii azad edildiyi üçün Azərbaycan Korlar Cəmiyyətində işə düzəlir. Burada da fikirlərini sərbəst söyləyir, Sovet hökümətinin qəddarlıqlarından danışır.Onu daimi nəzarətdə saxlayır və iş yoldaşları arasında fikir formalaşdırmağa çalışırlar ki, Çingiz  Abdullayev ağlı pozulduğundan belə danışır.

Bütün bu ağrılara-acılara, təqib və təziqlərə baxmayaraq Çingiz  Abdullayev yenidən xaricə getməyi planlaşdırır. Bu məqsədlə Moskva    şəhərinə gedir. Çox çətinliklə də olsa 1982-ci ilin 15 sentyabrında milisin gözündən yayınaraq Moskvadakı İsveçrə səfirliyinin hasarından aşaraq həyətə keçə  bilir və siyasi sığınacaq istəyir. Səfir Karl de Qeera, səfirin birinci katibi Xell Qren onunla xeyli söhbət edirlər. Danışıqlarında sərbəst, hərəkətlərində tam anlaqlı olduğunu görsələr onu səfirliyin həkimlərinə müayinə etdirirlər. Bununla kifayətlənməyib İsveçrədən  iki professor da dəvət edirlər. Onlar da Çingizdə psixi pozğunluq olmadığını təsdiqləyirlər. Səfirliyin həkimləri onun səhhətini yoxlayıb tam anlaşıqlı olduğu qənaətinə gəlirlər. İsvesdə başqa xarici ölkələrdə çap olunan qəzetlər onun haqqında geniş məqalələr yazırlar.  

Məsələnin böyüdüyünü görən Sovet tərəfi  vəziyyəti nəzarəti altına almaq üçün Çingiz  Abdullayevə vəd edir kiİsveçrə səfirliyindən çıxsın vizası gələnədək gözləsin, onun haqqında daha heç bir cəza tədbiri görülməyəcək. O, bu vədlərə inanmasa da İsveçrə səfirliyinin işə qarışdığını nəzərə alıb «Moskva» mehmanxanasında qalmağa razılaşır. Səfirliyin iki əməkdaşı ilə birlikdə sənədlərini SSRİ DİN-nin şöbəsinə təqdim edir. İsveçrə səfirliyi onun nəinki bütün xərclərini ödəyir, həm müalicəsi qayğısına qalır.

SSRİ Ali Soveti Rəyasət Heyətində isə Çingizin xaricə getməsi məsələsi süründürməciliyə salınır. 1984- ilin 19 oktyabrında DTK-nın 6 əməkdaşı qəflətən onun qaldığı otağa daxil olub həbs edərək gizli şəkildə Moskvadakı milis idarələrindən birinə gətirirlər. Orada Çingiz  Abdullayevi Azərbaycandan gəlmiş iki DTK əməkdaşına təhvil verirlər. Onlar da gizlincə təyyarənin gecə reysilə əlləri bağlı, sərnişinlərdən təcrid olunmuş şəkildə Bakıya gətirib yenidən Maştağadakı 1 nömrəli Psixi Xəstəxanaya qoyurlar.

Sovetlər Birliyinin çöküşündən sonra Çingiz  Abdullayevə nəzarət azalır.O, yenidən xəstəxanadan buraxılır İsveçrədən siyasi sığınacaq istəyir. 1991-ci ildə qocalıb,əldən düşmüş, kimsəsiz Çingiz  Abdullayevə İsveçrə höküməti siyasi sığınacaq verir. Onun son sorağını 1998-ci ildə Bern şəhərindən almışdıq.

Çingiz  Abdullayevin uğrunda mübarizə apardığı ideya reallaşdı.Azərbayçan müstəqilliyinə qovuşdu. Lakin  bu müstəqillik uğrunda 40 ilə yaxın ardıcıl mübarizə aparan insanı lauiqincə qiymətləndirən,ona divan tutanları cəzalandıran olmadı. Əksinə onun kimi vətənpərvər insanlara divan tutanlar dana gur səslə Azərbaysanın azadlığı uğrunda mübarizə apardıqlarını söyləməyə başladılar,daha yüksək vəzifələr qamarladılar.

 

 Qaynaqlar:

 1. Azərbaycan Dövlət Mədəniuuət İncəsənət Univerisitetinin Arxivi.Cahid Hilaloğlunun şəxsi işi. 
2. Azərbaycan Daxili İşlər Nazirliyinin Arxivi.
 
3. Bünyadov Ziya.Qırmızı terror,Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,1993.
 
4. Dissident Nadir Ağayevin xatirələri.(Müəlliflərin şəxsi arxivi).
 
5. Elmira. Cahid Hilaloğlu.”Azadlıqqəzeti,1991,14 iyun, sayı, 23(53).
 
6. Hacı Emin.Çingiz Abdullayev kimdir?, ”7 günqəzeti,1997, 18 aprel, 22 aprel, sayı, 40(398), s.3, 41(399), s.3
 
7. Hüseynov Etibar. Bir kərə endirilmiş bayrağı bir daha yüksəldən.. “xalq  düşməni”, ”7 günqəzeti,1995, 16 dekabır, sayı, 44(219), s.4.
 
8. Qasımov Cələl. Repressiyadan deportassiyaya, Bakı, 1998.
 
9. Nicat Əlisa. 100 böyük azərbaycanlı. “Qanunnəşriyyatı, Bakı,1999, s. 79.
 
10. Şirinova Arzu.İsveçrə. Bern.Həyatın 17 anı...,”7 günqəzeti,1998, 30 oktyabr,sayı, 152(655), s.2.
 
11. Turan Azər.Tərkedilmiş...yaxud, Cahid Hilaloğlunun natamam obrazı.”Aydınjurnalı,2003,sayı,3,s.33-34.

 Çap olundu:Teatr İnstitutunun dissident məzunları (Əzizə Şamillə birlikdə). «Mədəniyyət dünyası» toplusu, 2003, IV cild, səh.176-187.

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol