Deyimlərimizdə “Oğuz” dastanlarinin izləri

ƏLİ ŞAMİL
AMEA  Folklor İnstitutu

 DEYİMLƏRİMİZDƏ “OĞUZ” DASTANLARININ İZLƏRİ

 Özət: Danışanda, yazanda hər birimiz müxtəlif deyimlər-ideomtik ifadələr işlədirik. Lakin heç birimiz bu deyimlərin özündə hansısa gizli informasiya daşıdığına, tariximizin hansı dövründə yarandığına və hansı dünyagörüşün mənsulu olduğuna o qədər də əhəmiyyət vermirik. Azərbaysanda Musa Adilov,Mirəli Seyidov, Süleyman Əlyarov, Güllü Yoloğlu, Məmmədəli Qıbsaq, Seyfəddin Altaylı və b. deyimlərin yaranma tarixi ilə bağlı diqqətiçəkən araşdırmalar aparmışlar.
Biz isə araştırmamızda Rəşiddəddinin yazıya köçürdüyü “Oğuznamə” ilə bu gün dilimizdə işlədilən “süfrənin qurd payı” deyimi və qurdla boğuşmuş körəyə qoyun quyruğu yedirdilmisi  adətindən söhbət açacağıq.
Giriş.
 Nitqin şirinləşməsində və yazı dilinin axarlı, oxunaqlı olmasında deyimlərin rolu olduqca böyükdür. Deyimlərə frazeoloji birləşmə, ideomatik ifadə, “qanadlı sözlər”  və deyilir və yazılır. Son illərdə tariximizin, mədəni irsimizin öyrənilməsinə diqqət artmışdır. Yazılı qaynaqlar azlıq etdiyi və ya olmadığı dövrlərə işıq salmaq üçün araşdırıcılar miflərə, nağıllara, dastanlara, hətta dil tarixinə belə müraciət edirlər. Bu da olduqca uğurlu nəticələr əldə etməyə şərait yaradır. Dünyanın tanınmış araşdırıcılarının bu sahədəki təcrübəsindən yararlanan  azərbaycanlı alimlərin gəldikləri nəticələrdən ölkəmizdən kənarda yaşayan araşdırıcılar da həvəslə istifadə edirlər.
Azərbaycanlı araşdırıcılardan Musa Adilovun, Mirəli Seyidovun, Məmmədəli Qıpçağın, Süleyman Əliyarovun, Kamil Vəli Nərimanoğlunun, Kamal Abdullanın, Güllü Yoloğlunun, eləcə də Türkiyədə yaşayan Azərbaycan ədəbiyyatı və tarixinə dair maraqlı məqalələrlə diqqəti cəlb edən Seyfəddin Altaylının  deyimlərimizlə bağlı apardığı tədqiqatlar olduqca maraqlıdır.
1.Dili zənginləşdirən vahidlər.
Tanınmış dilçi alim Azərbaycanda son əlli ildə çap olunan lüğətlərin müəlliflərindən olan Ə.Orucov 1976-cı ildə çap etdirdiyi «Azərbaycanca-rusca frazeoloji lüğət»ə(Orucov, 1976)  yazdığı ön sözdə göstərir ki, belə bir lüğətin yaranması fikri hələ 50-ci illərdə (müəllif 20-ci yüzilin 50-ci illərini nəzərdə tutur - Ə.Ş.) doğmuşdu, lakin o zaman bunu həyata keçirmək üçün heç bir maddi və metodoloji baza yox idi. Maddi baza dedikdə, ilk əvvəl lüğətin «skeletini» təşkil edən kartoteka nəzərdə tutulur ki, bunsuz ciddi mənada, ümumiyyətlə heç bir lüğət yaradıla bilməz. Bu kartotekanı yaratmaq üçün birinci növbədə dildə işlənən frazeoloji  materialın özünü tapmaq və sistemə salmaq lazımdır. Müəllif belə bir şəraitdə işə başlamalı olmuşdur (Orucov, 1976:5).
Onu da deyək ki, Ə.Ə.Orucovun hazırladığı sözlüyə cəmi 5500 frazeoloji birləşmə - deyim daxil edilmişdir. Bu işi davam  etdirən Ankaradakı «Türkiyənin səsi» radiosunun  Azərbaycan redaksiyasının müdiri iki cildlik «Azərbaycan türkcəsi sözlüyü»nün müəllifi Seyfəddin Altaylı isə hazırladığı «Azərbaycan deyimləri sözlüyü» kitabına 23000-ə yaxın deyim daxil etmişdir. Bu araşdırıcılarımıza daha geniş tədqiqatlar aparmağa  imkan verəcəkdir.
 Biz bu sahədə geniş araşdırmalara girişməyib, yalnız konfransımızın mövzusu ilə bağlı bir neçə   deyim üzərində dayanacağıq. Bu gün çoxumuz danışanda dilimizin şirinliyini artırmaq üçün deyimlərdən gen-bol istifadə edirik, lakin çoxumuz bu deyimlərin nə vaxt yarandığı, hansı dövrün dünya görüşünü özündə daşıdığını heç düşünmürük də.
2.Qurdla bağlı deyimlər.
Qurdla bağlı dilimizdə çoxlu deyimlər vardır. Məsələn: «filankəsin qurdu uladı», «qurd anılan yerdə hazır olar», «qurd kimi», «qurd quzu ilə otlayar», «qurd ürəyi yemək», «qurd yağı sürtmək», «qurdla qiyamətə qalmaq». Bundan əlavə, qurdla bağlı bəzi mərasimlərimiz də var. Məsələn: köpək qurdla boğuşubsa mütləq ona qoyunun quyruğunu verirlər ki,  it qudurmasın, qorxaq  olmasın. Bütün bunların izi tariximizin ən qədim dövrlərinə  gedib çıxır. Hələ də bölgələrimizin bəzilərində süfrənin  ən yağlı, ən gözəl tikəsindən söhbət düşəndə  ona  «qurd payı» deyilir. Bəzən də görürsən ki, biri başqasına hörmət əlaməti olaraq süfrədən daha dadlı bir tikə verəndə deyir: «bunu qardaş qardaşa qıymaz, mən sənə qıyıram. Süfrəmizin qurd payıdır».
Bu deyimləri dinləyəndə adamı təəccüb bürüyür ki, nə üçün süfrənin ən dadlı və ləzzətli ət tikəsi  «qurd payı»   adlanmalıdır. 
3.“Oğuznamə”də qurdun istəyi.
Oğuz dastanlarını diqqətlə nəzərdən keçirdikdə bu gün dilimizdə işlədilən  bəzi deyimlərin oradan qaynaqlandığının şahidi oluruq. Bizcə «süfrənin qurd payı» deyimi də məhz Oğuz dastanlarından günümüzə yadigardır. Rəşidəddinin  qələmə aldığı «Oğuznamə»də Duman xanın  padşah elan edilməsindən,  Göl Erkin xanın onun şərəfinə  qonaqlıq verməsindən söhbət açılanda yazır:  «Qorqud  bu xəbəri alınca oraya gəldi. Göl Erki xan, Duman xanın şərəfinə toy qurdu və Qorqud da kasa təqdim etdi. Yeməklər  gətirilib süfrə  salındığı  zaman qoca bir qurdun ulaması eşidildi. Duman xan bütün heyvanların dilini bildiyindən bu qurdun nə söylədiyini  də anladı. Qurd deyirdi: «Çox heyif ki, artıq mən qocaldım; ovlarımın arxasından qaçıb ona yetişə bilmirəm. Əgər yetişsəm belə onu tuta bilmirəm: hətta tutsam da parçalaya bilmirəm». Qoca qurdun sözü bitən kimi üç gənc  qurd belə cavab verdilər: «Əgər sən yaşlı və gücsüzsənsə, bizim qüdrətimiz vardır; əgər hər gənc yaşlıya yavrdım etməzsə, onun nə dəyəri var. Bu gecə duman, qaranlıq və şiddətli bir fırtına olacaq. Bundan istifadə edib toy üçün gətirilmiş heyvanların hamısının quyruqlarını və qarınlarını parçalayıb  sənə verəcəyik. Bunları könül rahatlığı ilə ye; zira hər zaman sənə yardım edəcəyik»(Rəşidəddin,2003:65-66).
Onların yaxınlığında , mətbəxdəki qoyunlara göz-qulaq olan Göl Erki xanın Qara Barak adlı bir iti vardı. Bu it «əgər padşah mənə isti bir yağlı quyruq versə, sizlərdən heç birinizin bir quzuya belə əl uzadıb ona sahib olmanıza yol vermərəm» - deyə cavab verdi. Padşah oğlu (padşahzadə) Duman bu durumu eşitcək  bişmiş və hazır olan yeməyin içindən bir quyruq götürüb o itə atdı. Yanında olan hər kəs: «heç, itə də, belə  bir quyruq atarlarmı?» - deyə soruşdular. O isə belə cavab verdi: «Bunu bizimlə Göl Erki xan arasında könül incikliyi olmasın deyə verdim»3.
Rəşidəddin sonra təsvir edir ki, gecə yarısı Duman xan oyanıb yanındakılardan  «çölə baxın, görün kürək əsir ya yox» deyə xəbər alır. Onlarda ətrafın qaranlıq, küləkli və son dərəcə qorxunc bir yağışlı hava olduğunu söyləyirlər. Duman xan qurdların sözünün doğru olduğunu anlayır. Səhər yağış kəsib hava aydınlaşandan sonra  hədiyyə aparacaqları qoyunları tapa bilmirlər. Qoyunlarla birlikdə Qara Barak yoxa çıxmışdır. Duman xan yanında olan 300 adamına  Qara Barakı və sürünü tapmağı tapşırır. Təkcə bir yolu olan Ağlı adlı bir keçiddə  sürünü tapırlar. Qara Barak qurdlarla vuruşmuş, keçidin ağzını tutaraq onların  qoyunlara hücumunun qarşısını almışdır. Duman xan bunu öyrəndikdə özü dərhal atını minib oraya gedir. Qoyunlarını da sürərək Erkin xanın yanına aparmağı əmr edir. Erkin xan Duman xanın gəlməkdə olduğunu öyrəndikdə onu qarşılamağa çıxır. Duman xanla Göl Erkin xan qucaqlaşıb görüşürlər və bərabər otururlar.
Sonuc.
Bu parçadan da açıq-aydın  görünür ki, dilimizdəki deyimləri biz diqqətlə araşdırsaq, tariximizin qaranlıq səhifələrinə işıq saçmış olarıq.
Qaynaqlar
Orucov. Ə.Ə.(1976) Azərbaycanca-rusca frazeoloji lüğət. «Elm» nəşriyyatı. Bakı.
Rəşidəddin.(2003) Oğuznamə. (Hazırlayan İ.M.Osmanlı)  Azərbaycan Milli Ensiklopediyası NPB, Bakı.
 
                                     Ali Shamil
                 Azerbaijan National Academy  
Institute of Folklore
 
                          SIGNS OF “OGUZ EPOS”  IN OUR PHRASEOLOGICAL UNITS
 While reading and writing all of us use some phraseological units. But we do not pay attention to whether these units have any information or not. In fact they are the protector of the outlook  and history of their creation time. They keep the information in secret. In discovering these secrets Azerbaijani scientists such as Musa Adilov, Mireli Seyidov, Suleyman Aliyarli, Gullu Yologlu, Mamedali Qipchaq, Seyfaddin Altayli and others worked hardly. In their books and articles the history of the creation of our phraseological units and the basis of the outlook that gave them birth were researched. Seyfeddin Altayli prepared his book for the press where he had gathered nearly 25.000 phraseological units used in Azerbaijani language. Despite it he could not include all our units.In our language there are a lot of units about wolf. But not all of them were reflected in his book.
   In our research we investigated one of them named “Wolf Portion” (the best and the most delicious  part of food). Except it we researched the tradition of giving fresh sheep tail to the dog that fought with the wolf.
   Key words:   Oghuzname,  Rashideddin,  “Sufreden Qurd Payi”,  Phraseological Units                                   
 Ali Şamil
AMEA İnstitut Folkloristiki
 SLEDI OQUZKİX DASTANOV V NAŞİX SKAZANİƏX.
R E Z Ö M E
Koqda mı pişem i qovorim mı ispolğzuem raznıe narodnıe skazaniə. No ne predaёm znaçenie na to, çto kakuö informaüiö nosət gti skazaniə. V deystvitelğnosti oni konservativno voplohaöt  istoriö i mirovozzrenie svoix vremёn i v tom çisle mojno skazatğ, çto soxranəöt ix. V Azerbaydjane Musa Adilov, Mirali Seidov, Suleyman Aliərov, Qölli Yoloqlı, Mamedali Kıpçaq, Seyfaddin Altaylı i dr. opublikovali interesnıe kniqi i statği svəzannıe s istoriey i mirovozzreniem skazanii naşeqo naroda. Daje Seyfaddin Altaylı vıəvil dlə peçati v vide kniq bolee 22 tısəç skazaniy kotorıe ispolğzuötsə v azerbaydjanskom əzıke. No gta kniqa ne polnostğö oxvatıvaet skazanii kotorıe ispolğzuötsə v naşem əzıke. Estğ ehё bolğşoe koliçestv skazaniy o volke kotorıe ne bıli vklöçenı v gtu kniqu. Mı v gtix Oquzname vıəvili sledı tradiüii borğba volka sobakoy i «volçiy paek».
Slova-klöçi:Oquzname, Raşidaddin, «Sufradan Kurt payı» (Volçiy paёk) frazeoloqiçeskie soçetaniə.
Çap olunub: Deyimlərimizdə Oğuz dastanlarının izləri. Türk dastsnları tariximizin ədəbi salnaməsidir. Beynəlxalq Folklor Konfransı. Qafqaz Universiteti, 2004, 6-7 may, Bakı, Azərbaysan, səh.256-257.
 
 

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol