Dilçi-araşdiriçi Abdulla Şərifovun mübariz ömrü

Əli Şamil Hüseyin oğlu
Bakı*

DİLÇİ ARAŞDIRIÇI ABDULLA ŞƏRİFOVUN MÜBARİZ ÖMRÜ

Azərbaycanda dilçilik elminin Avropa metodlarıyla formalaşmasında xidməti olan araştırıcılardan biri də Abdulla Məhəmməd oğlu Şərifovdur. 1938-ci il 3 iyulda  Bakıda güllənən A.Şərifova arvadı Fatma Zinnur qızının SSRİ baş prokuroru Rudenkoya yazdığı ərizəyə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasında baxılaraq 1957-ci il 30 mayda bəraət verilmişdir. Qurluşun bütün noqsanları İ.V. Stalinin adına yazılaraq Sov. İKP XX qurultayından sonra  yüzminlərlə repressiya qurbanına bəraət verildi. Əslində bu öldürülmüş və ya ölümcül hala salınmış insanlara verilən fiziki bəraət idi. Onların uğrunda mübarizə apardıqları ideyalara, əsərlərinə bəraət verilməmişdi. Elə buna görə idi ki, onların əsərləri çap olunmur, adları az-az çəkilsə də ideyalarının təblizinə icazə verilmirdi. Onların ideyaları və əsərləri əsil bəraəti Sovetlər Birliyinin dağılmasıyla əldə etdilər. Lakin bu da həqiqətlərin tam üzə çıxmasına imkan vermədi. Səbəblərini çox vaxt iqtisadi çətinliklə, araştırıcıların yazdıqlarını çap etdirə bilməməsilə izah edirlər. Həqiqətdə isə A.M.Şərifov və məsləkdaşlarının məhvinə səbəb olmuş ideologiya ilə tərbiyə almış insanların hələdə cəmiyyətdə mühümm mövqelərdə olmasıdır.

 Abdulla Şərifovun doğum tarixi ilə bağlı əlimizdə iki sənəd var. Onlardan biri Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyyətinin Arxivində A.M. Şərifovun şəxsi işi (Burada işə girmək üçün 1933-cü il 15 fevralda yazdığı ərizə, bir neçə tərcümeyi halı, əsərlərinin siyahısı və kadr anketi var), o birisi isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Arxivindəki A.M. Şərifovun istintaq işidir.  Hər iki sənəddə onun 1893-cü ilin noyabırında Rusiyanın Orenburq vailayətinin Troutski şəhərciyində anadan olduğu göstərilir. Sox təssüf ki, sənədlərin heç birində doğum günü göstərilməyib. 

AME RHA-dəki (Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyyətinin Arxivi) şəxsi işinə tikilmiş tərcümeyi halından öyrənirik ki, soykökünün Volqaboyu tatarlardan olduğunu yazan Abdulla ilk təhsilini atası Məhəmmədin müəllim işlədiyi məhəllə məktəbində almışdır. Sonra doğulduğu kiçik şəhərdəki rus-tatar məktəbində beşinci sinfi bitirənədək oxumuşdur.

 

1908-ci ildə valideyünləri onu təhsilini davam etdirmək üçün İstanbul şəhərinə yollayırlar. Onun İstanbulda hansı  orta məktəbi və ya orta təhsil verən müəllimlər seminariyasını bitirdiyinə aid əlimizdə qaynaq yoxdur. Tərcümeyi halından yalnız onu öyrənə bilirik ki, yenrli  müsəlman xeyriyyə cəmiyyətinin hesabına orta təhsilini başa vuraraq 1914-cü ildə  vətənə qayıdır.

Troutskiyə qayıdan A.M.Şərifov müəllimliklə yanaşı ardıcıl jurnalistik etdiyini də yazır. Sox təssüf ki, onun hansı qəzetlərdə işlədiyi, nədən və necə yazdığı haqqında hələlik heç bir məlumat əldə edə bilməmişik. Kadr anketindən onun

 

 

1919-cu  ilin sentyabrın birindən Anjersk musiqi məktəbində müəllim işlədiyi, Tümenskdə birinci tatar məktəbində müəllim işlədiyini, RK(b)P üzv olduğunu, 1921-ci ilin martında Tümenə quberniyasına ezam edilərək orda quberiya rəhbərinin milli məsələləri üzrə müavin təyin edildiyini öyrənə bilirik. O, rəhbər vəzifədə işləyə-işləyə  1-ci tatar məktəbində və həmkarlar ittifaqının təşkil etdiyi kurslarda dərs deyir. Kommunistlərin gənc və savadlı kadırlara böyük ehtiyacı olduğu bir zamanda Abdulla Şərifovun Tomsk Universitetinə oxumağa göndərilməsi inandırıcı görünmür. O, 1921-ci ilin payızında Tomsk Universitetinin ictimai fənnlər fakültəsinə qəbul olunur.

 1923-cü il iyununda Abdulla Şərifov Bakıda görünür. Bu onun ilk gəlişi idimi, yoxsa əvvəllər də gəlibmiş?-sualına sənədlərdə heç bir cavab tapa bilmədik. O, Bakıya gəlişini istər tərcümeyi halında, istərsə də 1938-ci ildə müstəntiqlərə verdiyi izahatda Tomskda Unversitetin bağlanmasıyla izah edir. Lakin onun bu cavabı o qədər də inandırıcı görünmür. Birincisi iyun ayında tələbə qəbulu kampaniyası başlamamışdı, ikincisi həmin vaxt Moskvada, Leninqradda, Kazanda və başqa şəhərlərdə tanınmış univerisitetlər vardı. Azərbaycan Dövlət Uneiversiteti isə 1919-cu ildə qısa ömürlü Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmışdı.  Bu ali təhsil müəssisəsi necə deyərlər yeni-yeni formalaşırdı.

Abdulla Şərifovun Bakıdakı fəaliyyətini  öyrənib həmin dövrün hadisələri ilə qarşılaşdırdıqda bu qənaətə gəlmək olur ki, o təqiblərdən, cəzadan qurtulmaq üçün Tomskdan, Orenburqdan uzaq və diqqəti cəlb etməyən bir yeri getməyi qərara alıb. Sov. İKP tarixi ilə yaxından tanış olan hər bir şəxsə məlumdur ki, Mərkəzi Komitənin qərarı ilə Kommunist Partiyasında bir neçə dəfə sıralarında  “təmizləmə» adı altında sərbəst düşüncə sahiblərinə, xalqının və millətinin taleini üçün narahat olanlara, haqsızlığa etiraz edənlərə divan tutub. Görünür A.Şərifovun partiyüadan xaric olunması 1914-1919-cu illərdəki fəaliyyəti və yazmış olduğu məqalələrlə bağlı olub. Onun Bakıya  gəlməsi 1922-1923-cü illərin «təmizləmə» kompaniyasına təsadüf edir.

İlk «təmizləmə»də partiyadan xaric etsələr də, yenidən bərpa olunan A. Şərifovun Kommunist Partiyası sıralarında qalması çox da uzun sürməyib. 1923-cü ildən Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olan, oxuduğu illərdə özünü fəal kommunist kimi göstərən, Azərbaycan KP MK-nın orqanı «Kommmunist» qəzetində işləyən Abdulla Şərifovu 1928-ci ildə keçimiş fəaliyyətinə görə Ümumittifaq Kommunist  (bolşeviklər) Partiyasının sıralarından xaric edisə də  bir daha bərpa oluna bilir.

A.Şərifovun Bakıya gəlişi Azərbaycanda milli düşüncəli insanların dəstə-dəstə həbs edilərək Solovkidəki, Suzdaldakı, Yaroslavdakı həbs düşərgələrinə göndərildiyi vaxta təsadüf edir. Burada yarana biləcək milli mənəvi boşluğu doldurmaq üçün talein hökmülə Tomskdan Abdulla Şərifov, Kazandan Qazis Ubaydullin, Krımdan Bəkir Cobanzadə, Daşkənddən Xalid Səid Xocayev və onlarla milli təfəkkürlü aydın və araştırıcı Bakıya gələrək qısa müddətdə güclü bir türkoloji mərkəz yarada bilirlər. Lakin hər addımda partiya və sovet funksiyanerlərinin, xüsusi xidmət orqanlarının hər addımda onların işinə əngəl olduqlarını gördükdə sözü ilə işi düz gəlməyən kommunistlərə qarşı  mübarizə üçün təşkilatlanırla.

Bir çox milli təfəkkürlü, haqsızlığa dözməyən, əzilən xalqları xilas etmək istəyən insanlar kimi Abdulla Şərifovda rəhbər özəyi 1925-ci ildə Səmərqənddə qoyulan millətçi təşkilata üzv yazılır. Bu təşkilatın fəalları sırasında RSFSR(Rusya Sovet Federativ Sosialis  Respublikaları) Xalq Komissarları Soveti sədrinin müavini Rıskulovun, RSFSR Mərkəzi İcraiyyə Komitəsinin katibi şuqu Əmirəsənin,Özbəkistan Kommunist(bolşeviklər)Partiyası Mərkəzi Komitəsinin katibi Raximbayovun, RSFSR Xalq Maarif Komissarı Yumanqulovun, Dağıstan Muxtar Sover Sosialist Respublikasının Xalq Maarif Komissarı Taxo Qodinin, Qaraçay-Çərkəz Muxtar Sover Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin sədri Ömər Əliyevin, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Soltanməcid Əfəndiyevin, ZSFSR (Zaqafqaziya Sovet Federativ Sosialis  Respublikaları) Xalq Torpaq Komissarı  Dadaş Bünyadzadənin, Azərbaycan Xalq Maarif Komissarı  Mustafa Quliyevin və b. onlarla aydının adı çəkilir.  Rusiyanın müstəmləkəsindən qurtularaq Vahid Türk-Tatar dövləti yaratmaq istəyən bu təşkilata Qazis Ubaydullin Abdulla Şərifov da cəlb edir.

Gorkəmli  içtima, siyasi xadim, xalqların azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış Soltan Qaliyevə Sovet höküməti oyuncaq məhkəmə qurub onu məhv edəndən sonra silahdaşları təqiblərdən yaxa qurtarmaq üçün ölkənin müxrəlif bölgələrini dağıldılar. Qazis Ubaydullində Bakıya  gəlir, Universitetdə işə düzəlir və qısa müddətdə özünə möhkəm bir çevrə qura bildi.

Münbit bir mühitə düşən gənc Abdulla 1928-ci ildə Universiteti bitirir və 1929-cu ilin fevralında aspiranturaya qəbul olunur. Aspiranturada oxuya-oxuya redaktor və Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat kafedrasında assent işləməyə başlayır. İti jurnalist qələmi, dərin biliyi və zəhmətsevərliyi ona qısı müddətdə elm aləmində də uğur qazandırır. 1932-ci ilin sentyabrından ali məktəbdə müəllim işləməyə başlayır. 1933-cü ilin fevralın 15-də isə onu SSRİ Elmlər Akademiyasının Azərbaycan Filalına işə dəvət edirlər. Filalın tarix, ədəbiyyat, dilçilik bölməsində dilçilik bölməsində elmi işçi kimi çalışdığı zaman Azərbaycanın raynlarına ekispedissiyalar təşkil edib materiallar toplamaqla yanaşı gənc kadırlırın hazırlanmasına da xüsusi diqqət göstərir. Onun tək və İdris Həsənov, Qulam Bağırovla  birgə yazdığı qrammatika kitabları təkrar-təkrar çap olunaraq orta məktəblərdə və texnikumlarda tədris edilir.

Şəxsi işində Abdulla Şərifovun aşağıdakı elmi əsərləri olduğu göstərilir:

1.Türk-tatar dillərinin sinqarmoniyası haqqında.

2.Türk dili qrammatik katoqoriyalarının təsifat prinsipləri haqqında.

3.Azərbaycanın Şamaxı dialekti. (Şamaxı rayonuna iki illik ekspedissiyanın yekunları).

4. Texnikumlar üçün qrammatika (T.Bağırov və İ.Həsənovlv birlikdə). I və II hissələr.

5. Orta məktəblər üçün türk dilinin qrammatikası (İdris Həsənovla birlikdə). I və II hissələr.

6.Türk məktəblərində Rus dilinin tədrisi (müqaisəli metodun əsaslandırılması).

Abdulla Şərifov Türk qrammatikasının sabit kursu kitabının isə yaxın vaxtlarda Azərnəşirdə çıxacağını yazır. O, M.İ.Menşikovun «Yafetidologiya və marksizm», eləcə də akademik Marrın «Yafetidologiya və marksizm haqqında Bakı diskussiyaları» kitablarını Azərbaycan türkcəsinə çevirib redaktə edərək 1932-ci ildə Bakıda nəşr etdirmişdir.

Gənc yaşında ali məkdəbdə kafedra müdiri, elmi-tədqiqat instutunda bölmə müdiri işləyən Abdulla Şərifov  da 1937-ci ilin irticasından qurtara bilmir. Hətta onu 1932-cu ildən Azərbaycan Xalq Daxili İşlər Komissarlığının işlədiyi müəəssədə müvəkkili olması da onu həbsdən qurtara bilmir. 1937-ci ilin 20 dekabrında «Sovet hökümətinə qarşı silahlı mübarizə mövqeində dayandığına və elmi cəbhədə ziyankarlıq işi aprdığına görə» həbs edilir.

1937-ci ilin əvvəllərində elmi-tədqiqat instutunun əməkdaşları Əli Nazim, Abdulla Məmməd oğlu Tağızadə, Əbdüləzəl Dəmirçizadə və başqaları işdən azad ediləndə Filalın direktoru A.R. Zifeldt in 1937-ci il 20 martda verdiyi  21 nömrəli əmirlə «lüğət terminalogiya bölməsi»nə  müvəqqəti olaraq A.M. Şərifov rəhbər təyin edilmiş və ona yarım  qalmış «Azərbaycan dilinin orfoqrafiya lüğətini tamamlamaq tapşırılmışdır. Aradan  düz üç ay keçəndən sonra, yaxın dostu, birgə kitab yazdıqları İdris Həsənov aşağıdakı əmri imzalamışdır:

                                  ƏMİR №52

EA Azərbaycan Filalının Tarix, Dil və Ədəbiyyat İnstitutu üzrə

 

21 iyun 1937 

 

Bu tarixdən etibarən Tarix, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi A.M.Şərifov linqivistika kabinetini işini pozduğuna, ardıcıl iş planını yerinə yetimədiyinə, Azərbaysan dilinə vurduğu zərərə, xalq düşmənlərinə (Çobanzadəyə, Xulufluya, Sami Kamala və onların davamçıları Məhərrəm Kamilə, Qulam Bağırova və. b.) dəstək verdiyinə görə işdən azad edilsin

Əsas: SSRİ EA Azərbaycan Filalı Rəyasət Heyyətinin  20 iyul 1937-ci il qərarı.

İmza:             İ. Həsənov,

 SSRİ EA Azərbaycan Filalı Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru.

 Maraqlı burasıdır ki, üç ay öncə yarı zor, yarı xahiş-minnət iş tapşırdıqları insanı indi «kabinetini işini pozmaqda, ardıcıl iş planını yerinə yetiməməkdə, Azərbaysan dilinə vurduğu zərərdə» ittiham edirdilər. DTK (KQB) müstəntiqlərinin ittihamı da bu əmirdəki kimiydi.

Bütün sahələri ciddi nəzarət aldtında saxlayan Sovet xüsusi xidmət orqanları ali təhsil ocaqlarına, elmi-tədqiqat müəssələrini, qəzet və jurnallara xüsusi diqqət yetirirdi. Belə müəssələrin rəhbərliyinə kimlərin təyin edilməsinə nəzarət etməklə yanaşı orada biri-birindən xəbərsiz bir neçə agent, müvəkkil saxlanılırdı.
Görünür Abdulla Şərifovu keçmişdəki fəaliyyətini  ona xatırladıraq və xarakterinin zəifliyinedən istifadə edərək Azərbaycan Xalq Daxili İşlər Komissarlığı 1932-cu ildə özlərinə müvəkkil təyin edibmiş. Lakin onun müvəkkilliyi o qədər də qanedici olmur. 1937-ci ilin dekabrın 20-də həbs ediləndə ona verilən ittihamın biri də «Azərbaycan SSR XDİK-in müvəkkili ola-ola əksinqilabi pantürkist təşkilatın üzvü olmasıdır.

Diqqəti çəkən odur ki, A.Şərifov müvəkkili olduğu təşkilata, ona firavan həyat, xoş güzəran vəd edən təşkilata deyil, ürəyinin istədiyi, sabahına ümid bəslədiyi, gizli fəaliyyət cöstərən millətçi təşkilata üzvlər cəlb edirmiş. 1938-ci ilin 13-14-də keçirilən ikinci istindaqda müstəndiqə belə cavab verib:«1934-1936-cı illərdə mən əksinqilabi millətçi təşkilata aşağıdakı şəxsləri cəlb etmişdim: 1933-cü ilin aprelində tarix, dilçilik və ədəbiyyat institutunun direktoru vəzifəsini yerinə yetirən İdris Həsənov və 1934-cü ildə SSRİ EA Azərbaycan Filialının aspirantı Ələkbər Babazadəni. Onların üzərninə aşağıdakı vəzifələr düşürdü:

1.Özlərinin elmi-nəzəri və praktiki işlərində, əsərlərində və dərsliklərində pantürkist və millətçi ideyaları yaymaq.

2.Tələbə gənclərə arasında burjua millətçi ədəbiyyatı genişləndirərək  onları  pantürkist və Sovet hökümətinə qarşı düşmən ruhda tərbiyə etmək».

Uzun illər araşdırıçılar 1937-ci illərin istintaq ifadələrinə təziq altında və zor tətbiq etməklə alındığına görə ciddi yanaşmırdılar. Bizçə faktların hamısını şübhə altını almağa əsas yoxdur.  Müstəntiqin «yaxın tanışlarınızın adlarını söyləyin?» sualına cavabda o, Bəkir Çobanzadənin, Qazis Qubaydulinin, Abdulla Tağızadənin, Hənəfi Zeynallının QulamBağırovun, İdris Həsənovun, Davud Quliyevin, Xalid Səid Xocayvein, Alfred Zifedtin, Zinnət Zakirovun adlarını çəkmişdir. Müstəntiq ona sual verəndə ki, gizli təşkilata kimləri  cəlb etmisiniz? O,  yaxın dostu İdris Həsənovun və Ələkbər Babazadənin adını çəkmişdir.

Adı çəkilən insanların heç bir gizli təşkiların üzvü olmadıqları, adamların adı müstəntiqin iradəsilə müttəhimdən alındığı fikrilə razılaşsaq onda ortaya belə bir sual çıxır: Nədən Abdulla Şərifov onunla müştərək dəslik Qulam Bağırovun deyil yaxın dostu İdris Həsənovun adını çəkir? Axı onların hə ikisilə şərikli dərslik yazmışdır!

İkincisi: müstəntiq dəfələrlə onu cəsusluqda təqsirləndirmişdir. Lakin o heç vaxt bu ittihamla razılaşmamışdı.

 Biz istintaq zamanqı zor tətbiq edildiy1inə, təzyiqlər göstərildiyinə qətiyyən etiraz etmirik. Amma verilən bütün ifadələri şübhə altına almaqla razılaşmırıq. Çünki başqa çoxlu qaynaqlar da ifadələrinbir çoxunun doğruluğunu təsdiqləmiş olur.

Araşdırıcılar müstəntiqlirin işini şübhə altına almaqla minlərlə insanın nahaqdan məhv edildiyi fikrini formalaşdırmağa çalışırlar. Bununla da onlar öz əqidəsi uğrunda illərlə mübarizə aparan, təşkilatlanan, bu yolda glümə gedən insanların xidmətləri üzərinə kölgə salmış olurlar. Bunu Abdulla Şərifovun 1938-ci il 19 yanvarında dördüncü dindirmədəki cavabları da  aydın göstərir. O, irtica maşınının onu məhv edəcəyinə əhmiyyət verməyərək cəsarətlə aşağıdakıları söyləmişdi:
        1918-ci ildən həbs olunan günədək əksinqilibi millətçi pantürküst mövqedə durmuşdur.          
1920-ci ildən başlayaraq 1938-ci ilədək ÜİK(b)P sıralarında ikən öz əksinqilibi görüşlərini partiyadan gizlətmişdir. 
     1928-ci ilin sentyabrından pantürkist millətçi təşkilatın rəhbərlərindən Qubaydullinlə sıx əlaqədə olmuşdur.
     Sovet hökumətinə qarşı silahlı üsyan hazırlamiq yolu ilə Vahid Türk-Tatar dövləti yaradılmasında əksinqilabi pantürksit təşkilatın ideyalarına tam şərik idi.

1930-cu ildən başlayaraq Qubaydullinin göstərişi üzrə ali məktəb tələbələri və  SSRİ EA Azərbaycan Filialının elmi əməkdaşları arasında əksiniqilabi pantürksit təbliğatı genişləndirmişdir.

1933-34-cü illərdə əksinilibi təşkilata cəlb etdiyi adamlar arasında institun alimləri İdris Həsənov və Ğləkbər Babazadə də olmuşdur.

1932-ci ildən həbs olunan günədək Azərbaycan SSR XDİK-in müvəkkili kimi fəaliyyət göstətə-gösərə əksinqilabi pantürkist təşkilata da daxil olmuşdur. Bunu Azərbaycan SSR XDİK orqanlarından gizlətmişdir.

 Bu etiraflar DTK-KQB müstəntiqlərini qane etməmişdir. Onu həm də cəsusluqda suçlamışlar. Dördüncü istintaqdan iki ay sonri, yəni 1938-ci ilin 8 martında aprılan dindirmədə ona nə qədər cəza versələr də cəsusluq ittihamını rədd etmişdir. Əksinqilabi millətçi təşkilatın üzvü olduğuna dair aparılan istintaqlarda suallara cavab verən, lakin cəsusluq ittihamını rədd edən Abdulla Şərifovun işi üzrə istintaqı müstəntiqlər 9 martda bitmiş hesab edərək onu Azərbaycan SSR CM-nin 64,69, və 70, 73-cü maddələrində nəzərdə tutulan cinayətlərdə ittiham olunması haqqında qərar çıxarırlar.

 1938-ci ilin 3 iyulunda saat 18.15-də bişlayan SSRİ Ali Məhkəməsinin Həqbi Kolegiyasının qapalı iclası 18.25 dəqiqədə(10 dəqiqə ərzində alimin taleyi həll olunmuşdur.) başa çatmış və Abdulla Məhəmməd oğlu Şərifov ən ağır çəzaya- güllələnməyə məhkum olunmuşdur. 10497 saylı istintaq işinə hökmün dərhal yerinə yetirildiyinə dair, yəni 1938-ci ilin 3 iyulunda güllələndiyi haqqında arayış  əlavə edilmişdir.

 Abdulla Şərifov güllələndikdən sonra xanımı Fatma Zinnur qızı Şərifova vətən xaininin ailə üzvü kimi həbs düşərgəsinə göndərilmişdir Onun ailəsinin üzvlərinin sonrakı taleyi haqqında heç bir bilgi  əldə edə bilmədik. Halbuki Azərbaycan Milli Elmlə Akademiyası Rəyasət Heyətinin Arxivində saxlanan şəxsi işdə Abdulla Şərifov himayəsində beş nəfər ailə üzvünün olduğunu yazır.

Əqidəsi uğrunda mübarizə aparan və bu yolda ölümə belə getməkdən çəkinməyən insanlar ehtirama laiqdirlər. Onları məh edən insanların çəkdikləri zəhmətlər isə boşa gedir. Zaman öz hökmünü verir. Xalq gec də olsa həqiqətlərdən xəbər tutur, qəhrəman övladlarını sevir, onların xatirələrini həmişə hörmətlə yad edirlər. SSRİ-nin dağılması, xalqların öz keçmişlərini öyrənmək istəkləri,  millətlərin öz haqqları uğrundakı mübarizəsi, bu gün keçirilən simpozium da Abdulla Şərifov və məsləkdaşlarının nə  qədər haqlı olduğunu göstərir.

16-18.04.2005

 

Türk Halklarının Birliği İçin Savaşan Bir Bilim Adamı veya Dilci Abdulla Şerifov.  

 

Turkish Studies Türkoloji Araştır­maları. seh. 2009-cu il,

 

Volume 4/3 Spring 2009 seh.1160-1173

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=