Gözlənilməz gedişlər ustası Nəcəf Nəcəfov

 

GÖZLƏNİLMƏZ  GEDİŞLƏR  USTASI

 NƏCƏF NƏCƏFOV

 Ölkədə bir yeniləşmə havası vardı. Adamların bə’ziləri vəzifəsindən, mövqeyindən asılı olmayaraq açıq danışırdılar. İkilikdə, ailə məclislərində cəmiyyətin nöqsanlarını açıq deyən rəhbər şəxslər isə rəsmi toplantılarda tamam başqa cür danışırdılar. Moskvada, Pribaltikada qəzetlərin yazdığını Azər­baycanda hələ çoxları çayxana söhbətlərində də, ailə məc­lislərində də dilinə gətirməyə cəsarət etmirdi. Bu da bizi üzür­dü. Tez-tez bir-birimizə "niyə bizdə belədi?" sualı ilə müraciət edir, bu müraciət də çox vaxt sonu görünməyən müzaki­rə­lərə çevrilirdi.

Xarici ölkələrdən qəzet, jurnal almaq mümkün deyildi. Oradan yayılan radio verilişlərinin vaxtı məhdud, ötürücülük qabiliyyəti zəif idi. Əlac qalırdı ölkə daxilində nisbətən cəsarətli görünən qəzet, jurnalları oxumağa.

Əməkdaşı olduğum "Sovet Haxçıvanı" qəzetində çalışan bir qrup gənc uzun-uzadı müzakirələrdən sonra hər birimiz muxtar və müttəfiq respublikada çıxan iki-üç qəzetə abunə yazılmaq haqqında razılığa gəldik. Bu 1985-ci illər idi. Pribaltikada yenidənqurma havası daha tez duyuldu. Onların qəzet və jurnallarını oxuduqca, maraqlı məqalələri müzakirə etdikcə, sonda: "Bəs biz niyə belə yazmırıq? Azərbaycanda qəzetlər niyə belə çıxmır" sualları doğurdu.

Azərbaycanda da bizim istədiyimiz qəzet çıxdı. Bu "Molodyoj Azerbaydjana" qəzeti idi. Əslində bu qəzet çoxdan, lap çoxdan çap olunurdu Amma onu bizim arzuladığımız qəzetə çevirən Həcəf Həcəfov oldu. Mətbuat aləmində çalışanların əksəriyyətini tanıyırdıq. Həcəf Həcəfov isə bizim üçün yeni idi. Nəcəf bəy “İnşaatçı-Stroitel” qəzetində işləyəndə (1979-84) məni bu qəzetdə bir neçə məqaləm çap olunmuşdu. Ardıcıl olmasa da hərdən “Vışka” qəzetini də oxuyurdum. Nəcəf bəy 1984-1986-cı illərdə bu qəzetdə sənaye, təbliğat və kommunist tərbiyəsi şö’bələrinə rəhbərlik etmişdi. Açığını deyim elə bir diqqətçəkən yazısını oxumadığıma görə imzası tanış deyildi. Yenidənqurma hərəkatı olmasaydı yəqin Nəcəf bəyin “Molodyoj Azerbaydjan” qəzetindəki fəaliyyəti də öncələrdə olduğu kimi diqqətimdən kənarda qalacaqdı.

“Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı Arif Əliyev Haxçıvana e’zamiyyətə gəl­miş­di. Görüşüb xeyli söhbət etdik. Həcəf Həcəfovun şəxsiyyəti, təh­si­li, əvvəlki iş yeri ilə maraqlandıq. Arif Əliyev H.Həcəfovun ixtisasca jurnalist olmadığını söyləyəndə heyrətim daha da artdı. Bakıya gələndə məni Həcəf bəylə tanış etməyi şərtləşdik. Arif və’dinə əməl etdi. İlk görüşümüz uğurlu alındı. Adətən, mən ilk görüşdə adamlarla çətin dil tapıram. Amma bu dəfə neçə illərin tanışları kimi sözə başladıq. Həmin xoş əhval-ruhiyyə ilə də ayrıldıq.

Sonralar da bir neçə dəfə Bakıda, iş gününün sonlarında "Molodyoj Azerbaydjana" qəzetində görüşdük. Hərdən telefonla danışdıq. Az-az görüşsək də aramızda bir səmimiyyət yarandı. Xalq hərəkatının sayəsində qazandığım dostlardan biri də Həcəf Həcəfov oldu. Ermənistanda, Haxçıvanda baş verən hadisələri dəqiqləşdirmək istəyəndə gecə vaxtı da ərklə evimizə zəng vururdu. Tanışlıqları vardı. Onu “Molodyoj Azerbaydjan” qəzetindən işdən çıxaranda Naxçıvanda bir qrup jurnalistlə Azərbaycan KP MK-ya e’tiraz məktubu göndərdik.

“Bakinski raboçi” qəzetində işləyəndə bir gün axşam zəng vurdu. Səhər Haxçıvana gələcəyini söylədi. Qarşıladıq. Birlikdə gəzdik. Çörək yeməyə gedəndə mən Haxçıvan vilayət Komsomol Komitəsinin I katibi Vəli Şahverdiyevə də zəng vurdum. V.Şahverdiyev də Həcəf Həcəfovla birgə Azərbaycan LKGİ-nin plenum üzvü olmuşdu. Azərbaycan televiziyasının Haxçı­vandakı zona müxbiri Sadiq Gözəlov, Həcəf Həcəfov, mən və Vəli Şahverdiyev onun qohumlarının işlətdiyi yeməkxanada nahar etdik. Təbiətdən, Haxçıvanın tarix abidələrindən, havadan, sudan, bir sözlə siyasətdən başqa hər şeydən danışıb ayrıldıq.

Səhərisi gün Vəli Şahverdiyev zəng vurub "Məni niyə xətaya saldın?“ - dedi. - Obkoma çağırmışdılar. Həcəf Həcəfovla görüş­düyümə görə İsayev məni bərk danladı. Nahara birgə getməyimizdən görəsən necə xəbər tutub?" - dedi. Bu 1989-cu il idi. Bizim rəhbər partiya, sovet, hüquq mühafizə orqanlarında işləyənlər adamların Həcəf müəllimlə görüşməsindən belə qorxurdular. Çünki Həcəf müəllim sakitliyi, astagəlliyi ilə elə məntiqli, faktlara söykənərək danışırdı ki, qarşısındakı əksəriyyət onunla razılaşmalı olurdu.

Haxçıvanda Xalq Cəbhəsinin tə’sis konfransı 1988-ci ilin dekabrın 17-də keçirilmiş və muxtar respublika Ali Sovetinin Rəyasət Hey’ətinə təşkilatın qeydiyyata götürülməsi üçün rəsmi müraciət olunmuşdu. Bakıda isə bu iş yeddi aya yaxın yubanmışdı. Həcəf bəy əslində rəsmi iş üçün - "Bakinskiy raboçi" qəzetinin əməkdaşı kimi e’zamiyəyə gəlsə də, Xalq Cəbhəsinin yerli təşkilatlarından vəziyyəti öyrənir, bizə məsləhətlər verirdi. Açıq fəaliyyətimizdə M.S.Qorbaçovun mə’ruzə və nitqlərindən geniş istifadə etməyi, bir sözlə partiya sənədlərini diqqətlə öyrənib, onu əldə qalxan edib yerli hakimiyyət orqanlarına hücuma keçməyi, onların nöqsanlarını qabarıqlığı ilə xalqa çatdır­mağı, eləcə də Kommunist Partiyasının hakimiyyəti illərində xalqımızın başına gətirilən müsibətləri geniş təbliğ etməyin vacibliyini bizə öyrədirdi. Lakin XC tərkibində olan, gizli fəaliyyəti sevən üzvlərinin bə’ziləri onun məsləhət və təkliflərilə heç də razılaşmırdılar.

Sədərək kəndi yaxınlığında Ermənistanla Azərbaycanın sərhəddində ermənilər Sovet Ordusunun əsgər və zabitlərinin yanında azərbaycanlılar döymüş, maşınlara avtomat silahlardan atəş açmışdılar. Təsadüf nəticəsində toqquşma ölümsüz başa çatmışdı. Azərbay­canın rəsmi dairələri bunu ört-basdır etməyə çalışırdı. Mətbuat susurdu. Olan şeyi demək istəyənə ekstremist damğası vuru­lurdu. Göndərdiyimiz məqalələr çap olunmadan zibil qutusuna atılırdı. "Molodyoj Azerbaydjana" qəzetinin redaktorluğundan uzaqlaşdırılmış Həcəf bəy "Bakinski raboçi"də işləyirdi. E’zamiyyə vərəqi yazdırıb rəsmi qaydada Haxçıvana gəlmişdi. Həmişə mərkəzdən gəlmiş müxbirləri pəh-pəhlə qarşılayan yerli partiya, sovet aparatı rəhbərləri heç biri Həcəf bəyi qəbul etmək, onunla danışmaq istəmirdi. Hərəsi bir bəhanə ilə yaxasını kənara çəkirdi. Hələ üstəlik daxili işlər nazirinə də tapşırmışdılar ki, onun Sədərəyə getməsini əngəlləsinlər. Milis işçiləri də mə’lum məsələdir ki, yüz qanunu bir rəhbər işçinin quru sözünə qurban verməyə hazırdılar.

Birinci gün Həcəf bəyin Sədərəyə getməsi baş tutmadı. Haxçıvanı gəzdik dolandıq. Plan cızdıq. Planlaşdırdıq ki, mən dost-tanışların, xüsusən də rəhbər vəzifələrə xəbər apar­maq üçün sinov gedənlərin yanında Həcəf bəyi Batabat yaylağına qonaq aparacağımı söyləyim. Səhərisi gün dediyimiz kimi də etdik. Milis maşını da bizi tə’qib etdi. Biz axşamadək Batabatda gəzib gəldik. Həcəf bəy də Sədərəkdən rahatca geri dönmüşdü. Biz sa­də­cə, planımıza kiçik bir düzəliş etmişdik. Haxçıvandan Şah­buza gedən yolun üstündəki hərbi hissənin yanında Həcəf bəyi ma­şından endirib başqa bir gözlüklü tanışımızı mindir­mi­ş­dik.

Maşından düşən Həcəf bəy də hərbi hissənin buraxılış otağına girmişdi. Sonra da oradan keçib Haxçıvandan Sədərəyə gedən yolda onu gözləyən maşına əyləşib getmişdi.

Həmişə sakit, təmkinli, ağır təbiətli görünən Həcəf bəy çətin anlarda çox cəld, çevik və qətiyyətli olurdu. Sonra da özü-özünü lağa qoyaraq deyirdi: "Heyf ki, bunlar məndə bir anlıq olur. Vəziyyətdən çıxıram. Problem çox uzansa, gərginlik davam etsə, mən daha böyük kəşflər edə bilərəm".

1989-cu ildə Tallindəki "Periodika" nəşriyyatının çap etdiyi "Harodnıy konqerss" (Sbornik materialov Konqressa Harodnoqo Fronta Estonii. 1-2 oktyabr 1988 q.") kitabına "Əli müəllimə və Hax­çı­vanda yenidənqurma uğrunda döyüşənlərə müvəffəqiyyət arzu­layaraq. Həcəf Həcəfov, Azərbaycanın yenidənqurma tərəf­dar­la­rı, Xalq Cəbhəsinin təşəbbüs mərkəzinin üzvü" avtoqrafını ya­zıb mənə bağışladı.

Qəzetçi olduğuma görə AXC Haxçıvan Vilayət Təşkilatının İdarə Hey’ətinin üzvü kimi mənə də ixtisasıma uyğun iş tarşırmışdılar. Həm "Varlıq" (sonralar "Güney" adıyla nəşr olundu) qəzetini çıxa­rır, təşkilatın bir növ mətbuat xidmətinə baxır, lektoriyalar təşkil edirdim. Şəxsi münasibətlərimizə və eyni sahəni əhatə etdiyimizə görə Həcəf bəylə mən daha sıx əlaqədə olurdum.

1991-ci il avqustun 19-da Moskvada "QKÇP" baş verəndə yerlərdə də gərginlik artdı. Haxçıvan cəbhəçilərinin tə’cili mitinq təşkil edib "QKÇP"ni pisləyən qətnamə qəbul etməyi tələb etdilər. Haxçıvanın nəinki bir çox rəhbər vəzifəlilərində, hətta sıravi adamlarında da belə bir əhval-ruhiyyə baş qaldırdı: 37-ci il geri qayıdıb. Həinki xalq hərəkatı fəallarını, hətta sıravi iştirakçılarını da həbs edəcəklər!

Mən də daxil olmaqla İdarə Hey’ətinin bə’zi üzvləri tələsik mitinq çağırmağın əleyhinə idik. Biz bu mitinqə ciddi hazırlaşmağı tələb edirdik. Təşkilat daxilində bir gərginlik yaranmışdı. Gərginliyi yatırmaq üçün AXC Haxçıvan təşkilatı İdarə Hey’əti adından "QKÇP"-ni pisləyən bir bəyanat yazıb tə’cili xarici radiostansiyalara ötürdük. O dövrdə cəbhə daxilində radikallar adlandırılanlar - əslində hərəkatçılar adlandırılmalı olanlar, hər şeyi mitinq, piket, güc, təzyiq yolu ilə həll etmək istəyənlər bəyanatla razılaşmayıb mitinq keçirmək istəyirdilər. Bakıya zəng vurduq. Əbülfəz Elçibəyi, İsa Qəmbəri və başqalarını tapa bilmədik. Çox çətinliklə Həcəf bəyi tapıb vəziyyəti anlatdım. Həcəf bəy də təxminən belə dedi: "QKÇP"nin ömrü heç bir ay çəkməz. Həmişə zərbə bizlərə dəyir. Onsuz da sizlərdən yanıqlı olanlar çoxdu. Mitinq edəcəksiniz azı 100-150 nəfərinizi həbs edib incidəcək, təhqir edəcəklər. Qoy bu dəfə ruslar özləri qabağa düşsün, biz də arxalarınca gedərik. Bu milli məsələ, Azərbaycanın məsələsi deyil ki, sıçrayıb ortaya düşək. Bəyanat verməkdə ağıllı iş görübsünüz.

Bizim də yadımıza yaxşı saldın. Biz də gərək yazıb xarici radiolara ötürək".

Başqa vaxt Həcəf bəyi bəyənməyən, onu yumşaqlıqda, mülayim mövqe tutmaqda ittiham edənlər bu dəfə nədənsə bir nəfər kimi onun təklifini bəyəndilər.

“Azadlıq" qəzeti yaranan gündən qəzetə Haxçıvanda, İranda baş verən hadisələrə dair xəbərlər göndərməklə, qəzetin yayımını təşkil etməklə kömək etməyə çalışırdım. Həcəf bəy biri neçə dəfə mənə qəzetdə ştatlı işçi olmağı təklif etsə də, hər dəfə də: "Hə tapşırığınız var yerinə yetirim. Amma "Azadlıq" qəze­tin­dən gördüyüm işə görə pul almağı özümə sığışdıra bil­mə­rəm" deyirdim.

1997-ci ilin iyulun 17-də Bakıda AXC qərargahında görüşdük. "Səhər redaksiyaya gəl" - dedi. Onsuz da redaksiyaya gedəcəkdim. Getdim. Günorta idi. İşçilərlə bir süfrə arxasında çörək yeyirdi. Məni də də’vət etdilər. Oturub onlarla birlikdə nahar etdim. Sonra otağına keçəndə "Azadlıq" qəzetindən pul almaq istəmirsən, amma qəzetin pulu ilə hazırlanmış xörəyi yeyirsən" dedikdə mən tutuldum. O, gülərək: "Yeməyi redaksiyanın hesabından hazırladırıq. Bu, həm vaxt itkisinin qarşısını alır, həm də işçilər arasında səmimiyyət yaradır" - dedi.

Sonra da qarşıma vərəq qoyub “işə qəbul edilməyin haq­qında ərizə yaz” -  “Yazmasan tapşıpacam məqalələpini çap etmə­sin­ləp” - deyə əlavə etdi. Səsində bip yumşaqlıq, səmimiyyət, doğmalıq var­dı. Ərizəni yazıb verəndən sonra üstünə dərkənar qoymadı. Əri­zəm əlində çıxıb həyətdəcə redaksiyanın işçilərilə məs­lə­hətləşib hər birinin rə’yini soruşmağa başladı. Onun bu hərə­kəti qəlbimə dəydi. Düşündüm, mənə tə’kidlə ərizə yazdırmağı hara, sonra da rə’y soruşmağı hara? Maraq mənə güc gəldi. Görəsən, "Azadlığ"ın əməkdaşları mənim haqqımda nə fikr­lə­şir­lər?

Ymumi rə’yi öyrənmək üçün gözlədim. Təxminən bir saatdan sonra Arif Əliyev əlində müqavilə içəri girdi. Həcəf bə bu müqaviləni gözdən keçirib bir sözü pozdu. Aşağısından imza atandan sonra mənə imzalamağa verdi. Utandığımdan hansı sözü pozduğuna nə qədər maaş alacağıma baxmadan imzaladım. Bəlkə də bu mənim oxumadan imzaladığım yeganə sənəd idi.

Sonra baxdım ki, müqavilədə filan müddətə işə götürülsün ifadəsində "müddətə" sözünün üstündən xətt çəkib. Yə’ni mənim üçün sınaq müddəti, vaxt, zaman tə’yin etmədən işə götürüb.

"Azadlıq"da işlədiyim müddətdə bir neçə məqalədə yersiz ixti­sarlar, bə’zi dəyişikliklər edildiyini gördükdə gileyimi redaktor kimi Həcəf bəyə bildirdim. O da: "Düz deyirsən. Bəzən on­ların düzəlişləri məni də qane etmir. Amma kollektivin rə’­yi olduğuna görə razılaşıram. Hər şeyi öz əlimə alar, son anda is­tədiyimi həyata keçirərəm. Ola bilsin, qəzet indikindən bir az yaxşı çıxar. Amma kadr yetişməz. Bunlara sərbəstliyi ona gö­rə vermişəm ki, sabah hər biri bir qəzeti idarə edə bilsin" - dedi.

Həcəf bəy yüksək ixtisaslı mütəxəssis hazırlığına xüsusi diq­qət yetirirdi. Prezident Araratında az müddət işləyəndə də, 1993-cü il hakimiyyət dəyişiklikyindən sonra da kadr hazır­lığını daim ön plana çəkirdi. Xüsusən gənclərin təşkilatçılıq məsələ­lərini, idarəçiliyi, elmi bilikləri, davranış mədəniyyətini öyrən­məsini çox istəyirdi. Bu istiqamətdə də planlar hazır­layırdı.

Nəcəf bəyin şahmat oynayıb oynamadığını bilmirdim. Amma sakit, təmkinli, ləng görünən bu insan anında elə qətiyyətli və gözlənilməz gedişlər edirdi ki, ona heyrətlənməmək olmurdu. Ə.Vəzirov E’tibar Məmmədovu mikrofondan uzaqlaşdırmaq üçün Nəcəf bəyi köməyə çağıranda o yaranmış imkandan çox məharətlə istifadə edərək “Tə’til!” deməsi ilə Azərbaycanı tə’til hərəkatı bürüməsi bir oldu. O, mikrofona yaxınlaşıb nəyisə izah etmək, fikrini əsaslandırmaq istəsəydi sözsüz mövqeyini anlayıb mikrofonu kəsəcəkdilər. Məhz buna görə əhalini tə’tilə çağırmaqla istədiyinə nail oldu.

Onun prezident aparatından işdən getməsi də belə gözlənilməz gedişlərdən biri idi.

 

Əli Şamil

24.12.2000

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol