Mollanepesin "Zöhre ve Tahir" eserinde halk destanından istifade

Əli Şamil Hüseyin oğlu,
Azərbaycan Milli Elmlər Akademiyası
 Folklor İnstitunun xarici ölkələrlə
Ələqələr sektorunun müdiri

MOLLANEPESİN “ZÖHRE-TAHİR”İNDE
XALQ DASTANINDAN İSTİFADƏ

Müəllifi bilinməyən bədii nümunələr anonim, xalq ədəbiyyatı, folklor və s. adlandırılır. Əslində müəllifsiz heç bir əsər olmur. Yəni xalq bir yere toplaşaraq atalar sözü, bayatı(mani), nağıl, dastan və s. yaratmır. Onları yaradan toplumun içərisindəki seçkin insanlar olur. Zaman keçdikcə həmin insanların adları unudulu və xalq arasında geniş yayılan bu nümunələr başqaları tərəfindən çilalanır. Bu nümunələr həcminin kiçik və ya böyüklüyündən asılı olmayaraq yaddaşlara hopur və sürətlə genış ərazilərə yayılır. Türk xalqları arasında genış yayılmış istər qəhrəmanlıq, istər məhəbbət dastanları Avropada yayğın olan romanlardan həcm etibarıyla kiçik olmasa da insanlar onu yaddaşlarında yaşadaraq nəsildən nəsilə ötürürlər.

Xalq arasından yayğın olan bu bədii nümünələrdən şair və filosoflar da geniş istifadə etmişlər. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəvai, Cami və b. onlarla dünya şöhrətli şairlərimiz də xalq arasında geniş yayılmış bədii nümunələrdən bacarıqla yararlanmışlar. Maxtumqulu Fəraqi, Mollanəpəs də sələflərinin ənənəsini şərəflə davam etdirmişlər.

Bu baxımdan Mollanepəsin “Zöhrə-Tahir” əsəri olduqca diqqətiçəkəndir. Mollanepəsdən öncə Molla Mırat Xorezmi də xalq arasında geniş yayılmış bu dastandan yararlanmışdır.

Mollanepes de xalqın böyük məhəbbət bəslədiyi, sevə-sevə dinlədiyi “Tahir və Zöhrə” dastanına müraciət etməsi heç də təsadüfi deyil. O, sadəcə olaraq xalq dastanını nəzmə çəkməmişdir. “Tahir və Zöhrə” dastanının şöhrətinə siğınaraq özünü xalqa sevdirməkdən də uzaq olmuşdur. Məqsədi fikir və düşüncələrini xalqa yaxın olan bir sujet- “Tahir və Zöhrə” sujeti  əsasında vermək olmuşdur. Necə deyərlər biris tərəfindən yaradılmış, aşqı və baxşılar tərədindən xalq arasında yayılmış “Tahir və Zöhrə” sujeti yenidən fərd tərəfihdən işlənərək müəllifli bir əsərə çevrilmişdir. Bu zaman Mollanepes zəmanəsinin əhval-ruhiyyəsin və özünün həyata baxışını bu sujet vasitəsilə xalqına çatdırmışdır.  

 Çap olundu: Mollanepesin “Zöhre-Tahir”  dessanı barada(səh.106), About the “Zokhre and Takhyr” destan bu Mollanepes(230),  O destane Mollanepese “Zoxre i Taxir”  (355), Mollanepes ve XIX asyr Türkmen durmuşy(Halklara ylmy maslahatyn nutuklarynyn gysgaça beyanı 2010-njy yylyn 8-10 njy aprel), Marıy, 2010.

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol