Muhammedcan Seralin

Türk Dünyasının Məşhurları- 50

MUHAMMETCAN SERALİN

SİNYAL:     BAND

SES: Əziz və istəkli dinləyicilər, “Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Belə insanlardan biri də qazax xalqının böyük oğlu, ömrünü türk xalqlarının birliyinə həsr etmiş cədidçi Muhammetcan Seralindir.

Rusiya Türkistanı işğal etdikdən sonra orada iki quberniya yaratmışdı. Bunlardan birini Türküstan, o birini isə Stepnoy, yəni Çöl adlandırmışdı. Muhammetcan Seralin də Stepnoy quberniyası Turqay əyalətindəki Kustanay şəhərində  1872-ci ildə anadan olmuşdur. Üç yaşında ikən atasını itirdiyindən tatar olan anası oğlunu da yanına alıb Troisk şəhərinə köcmüşdür. Tanınmış tatar taciri və xeyriyyəçisi Molla Əhməd Yauşevlə bu ailənin  yaxınlığı Muhammetcan Seralinin gələcək həyat yolunu müəyyənləşdirmişdir.

Belə ki, Molla Əhməd Yauşevin evi sanki bölgənin müsəlman millətsevərlərinin mərkəzi idi. Tatarlar da, başqırdalar da, qazaxlar da bu evdə toplanıb Rusiya işğalından xilas yollarını, millətlərinin gələcəyini müzakirə edidilər.

Öncə məhəllə məktəbində molla yanında təhsil alan Muhammetcan Seralin burada Quran-i Kərimi oxumağı öyrənir, səriətlə yaxından tanış olur, bir müsəlman kimi onun qaydalarına əməl edir. Həmin dövrün müsəlman məktəblərini tədris proqramı şagirdlərə ərəb, fars dilləri haqqında ilkin bilik verilməsinə, türk dilində yazıb-oxumalarına imkan yaradırdı.

Məhəllə məktəbini bitirdikdən sonra onu Troisk şəhərindədəki Beşinci Cümə Məscidinin nəzdində açılmış Rəsuliyyə mədrəsəsinə oxumağa göndərirlər. Rəsuliyyədə dərslər üsul-i qədim mədrəsələrindən fərqli tədris edilirdi. Çünki mədrəsənin yaradıcısı və müdərrisi olan Zeynulla Rəsulyev sxolastikanın əleyhinə idi. Qabdennasir Kursavi və Şiqabutdin Mərcani kimi islamı çağdaş zamana uyğunlaşdırmaq istəyən alimlərin əsərləri bu mədrəsədə tədris edilirdi. Mərcani təlimi yeniyetmə Muhammetcan Seraline o qədər güclü təsir edir ki, ömrünün sonunadə onun təsiri altında qalır.

SİNYAL :    BAND

SES: Muhammetcan Seralin Rəsuliyyə mədrəsəsini bitirdikdən sonra doğulduğu şəhərə, Kustanaya qayıdır və orada rus-qazax məktəbində oxuyaraq müəllim işləmək hüququ əldə etmiş olur. İslamı dəyərlərə sayqı ilə yanaşan, səriət qaydalarına əməl edən, rus dilini bilən gənc müəllimə soydaşları qayğı və hörmətlə yanaşır. O, İrqız bölgəsinin kəndlərinin birində məktəb açaraq müəllim işləməyə başlayır.

Şagirdlərinə yeni üsulla, yəni İsmayıl bəy Qaspıralının üsul-i cədid metodu ilə dərsə deyən gənc müəllim boş vaxtlarında bölgəni gəzi, oranın təbiəti, təbii sərvətləri, soydaşlarının yaşam tərzi ilə yaxından tanış olur. Neçə deyərlər bir növ özü üçün folklor, etnoqrafik ekispedisiyalar təşkil edərək materiallar toplayır. 1888-ci ildə hökumətun Stepnoy quberniyasında qazax dilində açdığı “Dala Vilayeti qazeti”ndə ilk yazılarını çap etdirən Muhammetcan Seralin burada bir publisist kimi formalaşır.

Muhammetcan Seralin xalq akınlarından eçitdiyi çoxsaylı cırları əzbərləryir, onların təsiri ilə şeirlər yazmağa başlayır. Dövrün ictimai-siyasi hadisələrini diqqətlə izləməsi, qəzetləri və yeni çap olunan kitabları oxuması yaradıcılığına güclü təsir edir. Cırların təsiri altında ruslara qarşı qəhramanlıqla savaşıb şəhid olan son qazax sultanı Kenesarı Qasımoğlunun həyatından bəhs edən “Top Carqan” adlı şeirlər kitabını 1903-cü ildə çap etdirir. Şeirlər romantik-qəhrəmanlıq ruhunda yazılsa da gənç şair rusya təbliğatının təsindən qurtula bilmir. Şeirlər həsr etdiyi qəhramanını qazax xalqının azadlığı uğrunda savaşan mübariz kimi deyil, şəxsi mənfəəti naminə döyüşən cəngavər kimi tanıtmağa çalışır.

Muhammetcan Seralinnin 1901-ci ildə çap olunan “Gulqaşima” kitabında toplanan şeirlərində də müsəlmanların zamanla ayaqlaşa bilməməsindən doğan üzüntülərini dilə gətirir, xalq arasında adət şəkilində yaşayan pis əməlləri tənqid edir.

 

SİNYAL :     BAND

SES: Siz, Qorqud Ata verilişini dinlәyirsiniz

SES: 1903-cü ildə yenidən Troisk şəhərinə qayıdan Muhammetcan Seralin bir ara tacir Yauşevin yanında işləyir. Bu dövürdə daha çox qəzet, kitab oxuduğunu, müxtəlif dünyagörüşlü insanlarla söhbətlər etdiyini, İsmayıl bəy Qaspıralının ölümünə həsr etdiyi “Yeri dolmayan ölüm” şerində də dilə gətirmişdi. Yauşevin tapşırıqlarını yerinə yetirmək üçün tez-tez Qazaxıstanın, Başqırdıstanın müxtəlif bölgələrinə getməli olan gənc şair hökümətin işğalçılq siyasətinin müsəlman xalqlarını necə çıxılmaz vəziyyətə qoyduğunun şahidi olur. Rusiyanın mərkəzi quberniyalardan xristian kəndlilərinin Qazaxıstana köçürülməsinin, cəmiyyət üçün təhlükəli sayılanların bölgəyə sürgün edilməsinin arxasında hökumətin ruslaşdırma siyasəti durduğunu görür.

Muhammetcan Serali sürgündə olan inqilabçılarla görüşür, onların alovlu çıxışlarından, əqidələri yolunda dönməzliklərindən xoşlanır. Təşkilatlarının proqramlarında yazılanlar ona çox şinin gəlir. İnqilabçı Sosial Demokrat Partiyasının Kustanay təşkilatı ilə əməkdaşlıq edir. Elə düşünür ki, partiyaya daxil olmaq, orada fəal yer tutmaqla proqramda dəyişikliyə nail ola bilər. Hətta Birinci Dövlət Dumasına deputat da seçildi. Dumada hökumətin qazaxları xristianlaşdırmaq siyasətini tənqid də edir.

1905-ci ildə baş verən qarışıqlıqlar, hökumətə etimadsızlıq çar II Nikolayı 17 oktyabr Msnifestini imzalamağa məcbur etdi. Söz və vicdan azadlığına nisbi yol açan, qəzet və jurnalların nəşrinə icazəni asanlaşdıran bu manifestdən sonra qazax öndərləri də təşkilatlanmağa, ana dilində hökumətə bağlı olamayan qəzet və jurnallarını nəşr etməyə başlayırlar. Muhammetcan Serali də imkandan yararlanaraq 1907-ci ildə Troisk şəhərində “Kazak” adlı qəzetin nəşrinə nail olur. Qəzetin iqilabi əhval-ruhiyyəsi və hökümət əleyhinə kəskin məqalələr çap etməsi çox qısa ömür sürməsinə səbəb olur. Elə həmin ilin martında bağlanır.

Muhammetcan Serali 1911-ci ildə “Aykap” adlı jurnalın nəşrinə icazə ala bilir. Jurnal qazax ictimai fikrinə güclü təsir göstərir. Burada Muhammetcan Seralinin mənsub olduğu cədidçilər hərəkatı ilə yanaşı qərbçilər də fəal iştirak edirlər. Qərbçilər cədidçilərin Rusiyada yaşayan turk-müsəlman xalqlarının birliyinə nail olmaq istəyindən dönməyəcəklərini gördükdə onlardan ayrılaraq 1913-cü ildə “Kazak” qəzet nəşr etməyə başlayırlar.

Cəditçi qazax ziyalıları qazax tarixi haqqında araşdırmalarında  soy-köklərinin türk olduğunu yazır və bu konsepsiyanın əleyhinə çıxanları faktlarla susdururlar. Muhammetcan Seralin “Aykap” jurnalında çap etdirdiyi bir məqaləsində qazaxların türk nəslindən gəldiyini, türk tarixinə də böyük cahangirlər, hökümdarlar və elm adamları vermiş olduğunu  qürurla yazır.

Cədidçilərin hökumət tərəfindən sıxışdırması və qərbçilərlə aralarındakı ziddiyətin dərinləşməsi 1915-ci ildə “Aykap” jurnalının bağlanması ilə nətiçələnir.

  SİNYAL :    BAND

SES: 1917-1919-cu illərin qarışıq günlərində Muhammetcan Serali xalqını demokratik dəyişikliklərdə fəal ştirak etməyə, bu yolda mübarizədə türk-tatar öndərləri ilə birgə hərəkat etməyə çağırır. Lakin baş verən dəyişikliklər ona da təsir edir. 1919-cu ildə Qazax İnsilap Komitəsinə üzv seçilir. Onu sosialist hökumətinin orqanı olan “Uçgun” qəzetinə redaktor təyin edirlər.

Muhammetcan Serali bolşeviklərin xalqlara azadlıq və xoşbəxtlik vədlərini təbliğ etməklə yanaşı qəzetdə turk xalqlarının birliyi mövzusunu da diqqətdən kənarda qoymur.

Bolşeviklərin 1923-1926-cı illərdə qazaxlar arasında təbliğatı gücləndirmək məqsəsilə nəşr etdikləri “Avıl” qəzetinə redaktorluk edən Muhammetcan Serali qəzetdə “Türkiyə Cümhuriyyəti” adlı geniş məqaləsini çap etdirir. Türküyə Cümhuriyyətinin elan edilməsi qazaxların çoxunu, xüsusən də dindarları bərk narahat etmişdi. Hər cümə günü məscidin minbərində xəlifə adından xütbə oxumağa alışmış mollalar böyük narahtlıq işərisindəydi. Belə qarışıq günlərdə xalqı sakitləşdirmək, onların Türkiyədə qurulan yeni hökumətə münasibəyini yaxşılaşdırmaq məqsədilə Serali yazırdı ki, Osmanlı dövlətinin yerində Türkiyə Cümhuriyyəti yaradılıb. Bu xəlifəliyin ləğvi demək deyil, sadəcə dinin dövlətdən ayrılması deməkdir. Əslində bu Seralin və onun kimi düşünən ziyalıların arzusu idi.

Bolşeviklər hakimiyyətlərinin zəif vaxtında Muhammetcan Serali kimi milli kadırların hərəkatlarına güzəştə getməyə məcbur idi. Elə ki, müxalifəti məhv etməyə, etiraz edə biləcək gücləri aradan qaldırmağa nail olduqdan sonra loyal milli ziyalıları təqib etməyə, onlara təziq göstərməyə başladı.

Serali və onun kimilər də bolşeviklərin xalqlara azadlıq verəcəyi vədinin boşa çıxdığını, onlar da ruslaşdırma siyasəti yeritdiklərini gördükdə etiraz səslərini ucaltmaq istəyirdilər. Lakin onların söykənəcəyi qüvvələr məhv edildiyindən sözləri, səsləri eşidilməz olmuşdu.

Ölkəni bürümüş aclıq, yoluxucu xəstəliklər Muhammetcan Seralindən də yan keçmir. Təqib və xəstəlik onu Kustanaya dönməyə vadar edir. Böyük vətənpərvər və türk xalqlarının birliyinə çalışan insan 1929-cu ildə dünyasını dəyişir.

Az sonra onu millətçilikdə suçlayıb adının çəkilməsini və əsərlərinin oxunmasını, araşdırılmasını qadağan edirlər. SSRİ dağılmağa başlayanda qazax vətənpərvərləri yenidən onun əsərlərini çap etməyə və ömür yolunu öyrənməyə başladılar.

      Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol