Qardashoglanlari kimdir 1

 

 

 

 

UŞAQ ENSİKLOPEDİYASI

(Nədir? Kimdir?)

3 cilddə

Üçüncü cild

 

 

Baş redaktoru İ.Ö.Vəliyev

“Azərbaycan Ensiklopediyası” NPB

 

 

 

Bakı- 1999


 

 

 

“Uşaq ensiklopediyası”nın I və II cildləri 1987, 1988 illərdə nəşr edilib. Lakin III cildin nəşri ləngisə də baş verən siyasi dəyişikliklər nəzərə alınaraq yenidən işlənmişdir. Buradakı məqalə və materiallar əvvəlki cildlərdən məzmunca xeyli fərqlənsə də tamamlayıcı kitab kimi oxucuların tələblərini ödəyəcəkdir.

Uşaq ensiklopediyası: üçüncü cildin qrup rəhbəri: Ə.H.Şamilov,

Böyük elmi redaktorları-P.H.Zeynalova, Ş.H.Novruzov, elmi redaktoru-Y.H.Vəliyev

Üçüncü cilddə  Əli Şamil (Şamilovun məqalələri)

 

ÖNSÖZ

Əziz oxucular, “Uşaq ensiklopediyası”nın (Nədir? Kimdir?) üçüncü cildini görəndə bir anlığa düşünəcəksiniz: görəsən birinci, ikinci cildlər nəvaxt nəşr edilib? Əvvəlki cildlərin sahibi olan oxucular yaxşı bilirlər ki, vaxtilə Moskvadakı “Pedaqoqika” nəşriyyatının 1975-78-ci illər nəşri əsasında hazırlanan “Uşaq ensiklopediyası”nın birinci cildi 1987-ci ildə, ikinci cildi isə 1988-ci ildə oxucuların ixtiyarına verilmişdir. Üçüncü cild də tam hazırlanıb mətbəədə yığılmış, xeyli hissəsi çap edilmişdi. Hər üç cildin hazırlanmasında  “Azərbaycan ensiklopediyası” NPB əməkdaşlarının böyük zəhməti olmuşdur.

Lakin son illərdə dünyada baş verən dəyişikliklər, sosializm sisteminin dağılması, xalqların öz müstəqilliyi uğrunda mübarizəsi, Azərbaycanda gündən-günə genişlənən milli azadlıq hərəkatı “Azərbaycan ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin kollektivinə öz işini yenidən qurmağa şərait yaratdı. Beləliklə, üçüncü cildin nəşri zamanın hökmündən doğan məcburiyyət nəticəsində dayandırıldı, hazır materiallar nəzərdən keçirilib təkmilləşdirildi, yeni məqalələr əlavə olundu.

Üçüncü cild üzərində yenidən işlərkən birinci və ikinci cildlərin artıq oxucuya çatdırıldığını, yəni dəyişdirilməsi mümkün olmadığını nəzərə alaraq bu cild tamamilə yeniləşdirilmədi. Kitab büsbütün yenidən hazırlanmış olsaydı əvvəlki cildlərdən  kəskin fərqlənərdi. Əvvəlcədən nəzərdə tutulmuş materialların çox hissəsi saxlanıldı. Sırf siyasi məqsəd, təbliğat xarakteri daşıyan, bəzən də elmi əhəmiyyəti olmayan bir sıra məqalələr çıxarıldı. Əvəzində bu günlə səsləşən Azərbaycanla, xalqımızın tarixi, mədəniyyəti, adət və ənənəsi ilə bağlı yeni orjinal məqalələr əlavə edildi. Müxtəlif dövlətlər, dünya mədəniyyəti, elm və texniki yeniliklər, canlı və cansız təbiət, heyvanat və bitki aləmi, eləcə də görkəmli şəxsiyyətlər haqqında yığcam məlumatlar verildi. Beləliklə, uşaqlar üçün nəzərdə tutulmuş ensiklopediya müəyyən qədər siyasilikdən uzaqlaşdırılaraq daha çox informasiya xarakteri aldı, elmiliyə yaxınlaşdırıldı.

Əvvəlki cildlərdə olduğu kimi, burada da məqalələr kiril əlifbasına müvafiq olaraq düzülmüş, diqqəti daha çox cəlb etmək üçün məqalələrin adları böyük həriflərlə və qara şiriflərlə verilmişdir. Üçüncü cild “Pavlov İvan Petroviç” məqaləsi ilə başlayıb “Şüşə” məqaləsi ilə bitir. Mətinlərin çoxu ağ-qara, rəngli şəkil və illüstrasiyalarla, eləcə də xəritələrlə müşayət olunur. Bu da, müəyyən mənada, materialların daha aydın və düzgün qavranılmasında köməkçi, yardımçı vəsait funksiyasını daşıyır. Cilddə verilmiş xəritələrin bəziləri ilk dəfədir nəşr edilir.

(səh. 5)


 

 

 

PAZRIK KURQANI

Qədim türklərin Monqolustanda, Türküstanda, Qara dəniz sahillərində, Uralda, Altayda, Azərbaycanda və s. yerlərdə çoxlu maddi-mədəniyyət abidəsi vardır. Altay Respublikasının (keçmiş Dağlıq Altay MV) indiki Ulaqan rayonu ərazisində Pazırık çölündən tapılmış və elm aləmində Pazırık kurqanları adı ilə tanınmış kurqanlar da bu qəbildəndir.

Kurqan mədəniyyəti (kurqan tipli dəfn mərasimi) qədim türklərə məxsusdur. Bu kurqanların ən qədim nümunələri Uralda tapılmış və onların yaşı dörd-beş min ildən çoxdur. bPazırık kruqanlarının yaşı isə eramızdan əvvəl beşinci-dördüncü yüzilliyə gedib çıxır. Qazıntılar zamanı bu qəbirlərdə türk tayfa başçılarının, böyük bəylərin dəfn olunduğu aşkarlanmışdır. 1929, 1947, 1949-cu illərdə aparılan arxeoloji qazıntılar nəticəsində bu kurqanlardan ağac, dəri, xəz, dəmir məmulatları, geyim, köçəri-atlı sakinlərin məişət əşyaları tapılmışdır. Kurqanların dərinliyi 4 metr, sahəsi 50 kvadrat metrdir.

Qədim türklər ölən igidin atını da özü ilə bərtabər dəfn edirdilər. Bunu qəbirlərdəki at sümükləri də təsdiqləyir. Pazırık kurqanlarından tapılmış ən dəyərli abidə donuşluqda qalmış xovlu xalçadır. “Hun xalçası” adlandırılan bu abidə dünyanın ən qədim xalça nümunələrindən olub, 24 türk tayfasının rəmzini əks etdirir. Xalça qədim türk mədəniyuyətini və dünyagörüşünü əks etdirən maddi-mədəniyyət abidəsi kimi son dərəcə qiymətlidir.

Pazırık kurqanlarından yundan toxunmuş parçalar, yun məmulatlarının tapılması qədim türkləri gön-dəri, yun, dəmir məmulatları hazırlamaqda mahir olduqlarını göstərir. Qəbirlərdən Çində istehsal olunmuş basma naxışlı ipək parçalar, çini qabların tapılması qədim türklərin iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Qədim mədəniyyət nümunələrini günümüzədək gəlib çatmasına səbəb kurqanı əbədi donuşluqda, buzlaqda olmasıdır.

Pazırık kurqanlarından tapılan əşyalar qədim türklərin böyük və zəngin bir mədəniyyətin yaradıcısı olduqlarını sübut edir.

                                                                                                                          (Səh.8)

 

PAKİSTAN

(Pakistan İslam Respublikası)

 

Cənubi Asiyada yerləşən bu dövlət Əhəmənlər, Sasanilər, Ərməvilər, Qəznəvilər zamanında bəzi Azərbaycanla birlikdə eyni dövlətin tərkibində olmuşdur. Hətta monqollar, teymurilər zamanında da Azərbaycanla Pakistan arasında sıx əlaqələr olmuşdur.

İngilis müstəmləkəçilərinin Hindistanı və Pakistanı, rus müstəmləkəçilərinin Qafqazı işğalındam sonra ölkələrimiz arasında əlaqə demək olar tamamilə kəsildi. Pakistanın təbiətinin Azərbaycana oxşar cəhətləri çoxdur. Ölkənin şimalında yüksək dağlar ucalır. Pakistanda həmçinin düzənlik və səhralar da var. Böyük Hind çayının axdığı düzənlik əkinçilik üçün ən əlverişli sahədir. Bura Pəncab vilayətidir. Tarlaları suvarmaq üçün Hind çayını və onun qollarını böyük və kiçik kanallarda bütöv sistem kimi birləşdirmişlər. Suvarılan torpaqlarda buğda və pambıq, şəltik və şəkər qamışı becərirlər. Burda ildə iki dəfə məhsul yığılır. Pəncab yalnız öz əhalisini deyil, həm də ölkənin başqa rayonlarını ərzaqla təchiz edir.

Pakistan şəhərlərinin əksəriyyəti Pəncabda yerləşir. Pakistanın ən iri şəhəri Kəraçi Ərəbistan dənizinin sahilindədir. Bu, ölkənin dəniz qapılarıdır. Bir vaxtlar Kəraçi paytaxt idi. Yeni paytaxt – İslamabad şəhəri ölkənin şimalında yerləşir.

Qədim şəhərlərdə yaraşıqlı evləri və bağları ilə fərqlənən məhəllələr var. Evlərin arasında gözəl minarələr ucalır; buradan yüksələn azan səsi dindarları namaza çağırır.

19-cu əsrin ikinci yarısında bütövlükdə Hindistanda olduğu kimi, Pakistanda da müstəmləkəçilər əleyhinə xalq hərəkatı güclənmişdi. 1896-1908-ci illərdə Sinddə hurilər üsyanı, 1919-1921-ci illərdə puştu tayfalarının üsyanı, 1930-cu ildə Peşəvərdə, 1897-1900, 1915-16, 1927-28-ci illərdə isə Bəlucistandakı üsyanlar xalqların azadlıq uğrunda mübarizələrinin sakitləşmək bilməyəcəyini göstərirdi. İngiltərə İkinci dünya müharibəsindən sonra Hindistana istiqlaliyyət verməyə məcbur oldu. Qubernatorluq dini icma prinsipi əsasında Hindistana və Pakistana bölündü. Qərbi Pəncab, Sind, Şimal-Qərbi Sərhəd əyaləti, Bəlucistan, Şərqi Benqaliya Pakistana daxil edildi. Belə bölgü hindu və müsəlmanların kütləvi köçürülməsinə, hindu və müsəlman qırğınlarına, Pakistan-Hindistan müharibələrinə səbəb oldu. 1947-ci il avqustun 14-də Müstəqil Pakistan Dominion (İngiltərədən asılı) dövlətinin yaradıldığı elan edildi. 1956-cı il martın 23-də dominionluğu atıb Paksitan Federativ İslam Respublikası yaradıldı.

Lain bu dövlətin ömrü uzun olmadı. 1958-ci il oktyabrın 7-8-də, 1969-cu il martın 25-də ölkədə hərbi çevriliş baş verdi. Konstitutsiya və siyasi partoyaların fəaliyyəti qadağan edildi.1969-cu ildə Şərqi Pakistanda yaşayan müsəlman benqallar tam məhəlli muxtariyyat şüarı ilə mübarizəyə başladılar. Onları Hindistan da dəstəklədi (Şərqi Pakistan sərhədində, Hindistanda da hindu-benqallar yaşayırdı). Bu mübarizə 1971-ci il martın 26-da Şərqi Pakistan Banqaldeş Xalq Respublikasını tanıdı. 1976-cı ildə isə Hindistanla diplomatik münasibət yaratdı.

1977-ci il iyulun 5-də hərbi çevriliş nəticəsində general Ziya-ül-Həq başda olmaqla Hərbi Şura hakimiyyəti ələ aldı. 1979-cu il aprelin 4-də mülki hökumətin rəhbəri Z.Ə.Bhutto edam edildi.

Hərbçilər hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra mülki hökumət qurulmuşdur. Ölkə İslam Respublikası adlandırılsa da, başqa dindən olanlara da sayğı ilə yanaşılır. 5 ildən bir seçilən Milli Məclisin 237 deputatından 10-u dini azlıqlardan (xristianlardan 4 nəfər, hindulardan 4 nəfər, sikxam, buddist, parsam (atəşpərəst) və başqa müsəlman olmayanlardan 1 nəfər, kadiane (axmadi) təriqətinə mənsub olanlardan bir nəfər seçilir. Ölkə əhalinin əsasını urdular təşkil edir. Sindhilərin, puştunların, bəlucların, brahuilərin, eləcə də azsaylı kuhistanlıların, khoların da dillərinə və adət-ənənələrinə sayğı ilə yanaşılır.

Pakistan inzibati cəhətdən 4 əyalətə və paytaxt ərazisinə bölünür. Urdu və ingilis dili rəsmi dil sayılır. Pul vahidi rupi, milli bayramları 23 martdır (Pakistan günü).

Azərbaycan müstəqilliyini elan edəndə onu tanıyan (12 dekabr 1991-ci il) dövlətlərdən biri də Pakistan İslam Respublikası oldu. 1002-ci il iyunun 9-da Azərbaycanla Pakistan arasında diplomatik əlaqələr yardıldı. 1993-cü il martın 12-də isə Bakıda Pakistan İslam Respublikasının səfirliyiaçıldı. 1995-ci il oktyabrın 9-11-də Pakistan İslam Respublikasının prezidenti Səfər Fərrux Əhməd xan Leqari, 1995-ci il yanvarın 24-də Xarici İşlər Naziri Sərdar Asif Əli Bakıya rəsmi səfər etmişdir.

Pakistanın təklifi ilə Azərbaycan 1991-i ildən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmuşdur. Azərbaycan Respublikası Baş Nazirinin müavini Elçin Əfəndiyevin başçılq etdiyi nümayəndə heyəti 1993-cü il noyabrın 30-dan dekabrın 2-dək İslamabadda İƏT-in üzvü olan ölkələrin elm və mədəniyyət sahəsindəki əməkdaşlıq üzrə 3-cü müşavirəsində, Xarici İşlər Naziri Həsən Həsənovun başçılıq etdiyi nümayəndə heyəti isə 1995-ci il martın 14-15-də İƏT-in 3-cü Zirvə toplantısında iştirak etmişdir.

1993-cü il aprelin 30-da BMT-də Pakistanın sədrliyi ilə Azərbaycana humanitar yardım göstərilməsi sayəsində əsas maddə olan 822 nömrəli qətnamə qəbul edilmişdir.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 1996-cı il aprelin 9-11-də Pakistanda rəsmi səfərdə olmuşdur.

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında əməkdaşlıq haqqında müqvilələr imzalanmışdır (1995 və 1996).

                                                                                                                                      (səh 11)

 

 

PARTLAYIŞ

Partlayış da yanma kimi bir şeydir. Sobada odun yanır, top gülləsində isə partlayıcı maddə. Lakin partlayıcı maddə odun kimi yanmır. O bir anda, sniyənin çox kiçik bir hissəsi ərzində min dərəcəyə qədər istiliyi olan qaza çevrilir. Qaz sürətlə genişlənir və dəhşətli qüvvə ilə hər tərəfə təzyiq edir, güclü bir zərbə ilə yoluna çıxan hər şeyi dağıdır. Bu partlayışdır.

Partlayıcı maddələr çoxdur: barıt, dinamit, ammonal və sairə. Kiçik bir qığılcımdan bütöv anbar havaya sovrula bilər. Kömür tozu da, mədən qazı olan metan da partlayış üçün yaradılır.

İndi insanlar partlayışı idarə etməyi, ondan öz məqsədləri üçün istifadə etməyi bacarırlar. Əvvəllər ammonalın və dinamitin köməyi ilə torpağı yumşaldırdılar ki, sonradan onu daşımaq asan olsun. İndi isə mühəndislər partlayışın köməyi ilə torpağı lazım olan yerə ata da bilirlər.

Bir dəfə güclü bir dağ çayının qarşısını bəndlə kəsmək lazım idi. Çaya nə qədər beton qaymalar, iri daşlar atırdılarsa su hamısını aparırdı. Bu vaxt köməyə partlayıcılar gəldi. Onlar əvvəlcə partlayışın köməyi ilə çayın qarşısını bir neçə dəqiqəliyə müvəqqəti bir bəndlə kəsə bildilər. Sonradan ikinci partlayışla suyun dibi görünən yerə hər iki sahildən min tonlarla torpaq və dağ süxurları atıldı. Beləliklə, bənd hazır oldu.

Partlayışdan mədən işlərində daha çox istifadə edilir. 17-ci əsrə qədər süxurları qara barıtla partladırdılar. Sonralar guruldayıcı civə, guruldayıvı gümüş kimi partladıcı maddələr meydana çıxdı. 19-cu əsrdə dağıdıcı qüvvəsi böyük olan dinamit (yunanca “dinamis” qüvvə deməkdir.) ixtira edildi. 1867-ci ildə isə İsveç mühəndisləri gücünə görə dinamitdən geri qalmayan ammoniti ixtira etdilər. Mədən işlərində elektrik üsulu ilə də partlayışlar aparırlar. İndi alimlər atom partlayışından da dinc məqsədlər üçün istifadə etməyə qadirdirlər. Yeraltı mədən işlərində partlayışdan çox möhkəm süxurları və filizləri parçalamaq üçün istifafə edilir. Açıq mədən işlərində isə paretlayışın köməyi ilə karxanalarda çalalar açılır, faydalı layların üstünü örtən süxurlar kənar edilir və s.

Partlayışla metal məmulatlar kəsilir, qaynaq edilir və ştamplanır, qalın, iri buz parçaları dağıdılır, donmuş torpaqlar yumşaldılır, hətta boru kəmərləri də birləşdirilir. Görürsünüzmü, partlayışın nə qədər “peşəsi” var?!

                                                                                                                                      (Səh 17)

 

 

PƏNAHƏLİ XAN

(? - 1760)

 

Pənahəli xan Cavanşir “cəsarətli, sadə, xoşrəftar, tədbirli”  (A.Bakıxanov) sərkərdə və dövlət xadimi olmuşdur. Pənahəli sərkərdəlik xidmətinə məşhur dövlət xadimi Nadir şah Əfşarın sarayında başlamışdır.

Saray münaqişələri nəticəsində şahın qəzəbinə düçar olacağından qorxan Pənahəli 1738-ci ildə Nadir şahın qəzəbinə gəlməmək üçün bir dəstə yaxın adamları ilə doğma yurdu Qarabağa gəlir. Pənahəli bəyin qardaşı Fəzləl bəy qarabağlıların bir qisminin Xorasan ətrafına köçürülməsinə etiraz etdiyi üçün Nadir şah tərəfindən edam edilmişdi.

Nadir şahın ölümündən sonra, 1748-ci ildə Pənahəli Qarabağda xanlıq yaratdığını, özünün də xan olduğunu elan edir. Düşmən basqınalrından qorunmaq məqsədilə Qarabağın Kəbirli mahalında Bayat qalasını tikdirir. Sonradan Qarabağ xanlığının ərazisi genişləndikcə, Pənahəli xan xanlığın yeni mərkəzini yaratmaq fikrinə düşür. 1756-57-ci illərdə o, qədim şəhər xarabalıqları üzərində Pənahabad adlı qala da tikdirir. Bu qala və şəhər sonralar Şuşa qalası və şəhəri adlanır. Pınahəli xan qısa müddətdə Qarabağı və xanlığın mərkəzi – Pənahabadı Azərbaycanın çox mühüm strateji mərkəzlərindən birinə çevirir. Pənahəli xan 1760-cı ilə qədər Qarabağ xanlığına başçılıq etmişdir. O, uzun müddət Qarabağın iqtisadi, sosial və mədəni həyatının çiçəklənməsinə çalışmışdır.

Pənahəli xan xanlığın ərazisinin genişlənməsi üçün dəfələrlə döyüşlərə girmişdir. Qarabağ xanlığının uzun müddət dostluq etdiyi ayrı-ayrı gürcü çarlıqları ilə əlaqələrinin təməlini məhz Pəınahəli xan qoymuşdur. Qohumluq münasibətləri ilə başlanan bu əlaqələr müttəfiqliyin əsasını təşkil edirdi. Qarabağ xanlığının ən böhranlı vaxtlarında, xüsusən İbrahimxəlil xan dövründə gürcü çarı II İrakli ona ən yaxın müttəfiq kimi arxa durmuşdu.

Pənahəli xan 1760-cı ildə İran feodallarından olan Kərim xan Zəndin xahişi ilə Cənubi Azərbaycanın Urmiya şəhəri ətrafında Fətəli xan Əfşara qarşı vuruşmuşdur. Kərim xan Zənd qələbə çaldıqdan sonra Pənahəli xanın Qarabağa qayıtmasına mane olur. Oğlu İbrahimxəlili Qarabağa təyin edir. Kərim xan Zənd nəzarətdə saxladığı Pənahəli xanı Şiraza aparır. Uzun müddət doğma vətənə qayıtmaq həsrətilə yaşayan Pənahəli xan elə Şirazda Kərim xan Zəndin adamları tərəfindən zəhərlənib öldürülmüşdür. Başqa bir rəvayətdə isə vətənə qayıtmaq üçün dostlarının yardımı ilə bihuşedici dərman içib özünü ölülüyə vurmuş Pənahəli xanın cəsədi Qarabağa göndərilirkən, yolda xarab olmasın deyə qarnı yarıldığı və bunun da xanın ölümünə səbəb olduğu söylənilir.

                                                                                                                          (Səh 24)

 

 

PƏRİ

Sehrli nağıllarda “Kitabi Dədə Qorqud” kimi abidələrdə rast gəldiyimiz pəri haqqında kim eşitməyib?

Pərilər türk inamına görə əfsanəvi Qaf dağında yaşayan, qocalmayan, ölməyən göyərçin donlu qızlardır. Deməli, pəri adi insandan fərqli olaraq ölümlü deyil. Göyərçin donu geyib uça bilir, bu donları soyunduqda gözəl qızlara çevrilirlər. Əsasən, su kənarlarına, bulaq başına gələn pərilər, inama görə, su ilə bağlıdırlar. Pərilər bu mənada həm gözəllik, həm də saflıq, təmizlik rəmzi olan su ilə əlaqədardırlar, toxunulmaz və müqəddəsdirlər. Onlarla kobud rəftar fəlakətlə nəticələnir. Bunu “Kitabi Dədə Qorqud”dan görürük.

Nağıl və əfsanələrdə insan pəri qızlarla evlənir. Ancaq ölümlü insanla ölümsüz pərilərin məhəbbəti çox vaxt nakam sevda ilə başa çatır. Pərilər öz məmləkətlərində yaşayır, yalnız çimmək və seyr üçün insan yaşayan yerlərə gəlir, məhz buralarda insan oğulları ilə sevişir, bəzən də onlarla ailə qururlar. Pərilərin qonşuları, nağıl və dastanlarımızdan göründüyü kimi, çox vaxt divlərdən ibarət olur.

Dastanlarda, sehirli nağıllarda pərilər sehrdən, cadudan istifadə etməyi bacarır. Çox vaxt sehr kitabları da onların əlində olur. Şamançı inamlara görə, ruhi aləmlə əlaqə yaratmaq üçün pərilər çamanların köməkçiləri olurlar. Şamanlara görə kişi pərilər də var və onlar adi qızlarla evlənməyə can atırlar.

                                                                                                                          (Səh 24)

 

 

PİR

 

Ailədə bir nigarançılıq baş verəndə, necə deyərlər, işlər çətinə düşəndə ailənin yaşlı üzvləri və yaxud qohum-əqraba hansısa seyidin cəddini, hansısa piri – ocaq sahibini köməyə, imdada çağırır. Ona nəzir-niyaz verəcəyini, qurban kəsəcəyini söyləyir.

Bu söz türkcə olub bir sözündən yaranmışdır, yəni birinci, öndə gedən deməkdir.

Əski inamlara uyğun olaraq xata-bəla sovuşandan sonra pirə - ocağa nəzir aparma mərasimi başlanar, böyüklər həvəslə uşaqları da həmin mərasimlərdə iştirak etməyə aparardı. Pirə ziyarət mərasimləri bədii ədəbiyyatda da geniş işıqlandırılmışdır.

Bəzi dağ zirvələrinə, mağaralara, qyalara, bulaqlara, ağaclara pir kimi ziyarət edirlər. Bu pir – ocaqlar əsasən islamdan əvvəlki inanclarla bağlı olmuş, sonralar islamiləşdirilmişdir. Müsəlmanlığın yayılmasından sonra təriqət başçılarının, böyük nüfuza malik alimlərin qəbirlərinin pir kimi ziyarətgaha çevrilməsi ənənə halını almışdı. Pir dini etiqadla bağlı ibadət və sitayiş yeridir. Adətən, təriqət başçılarının məzarları, türbələri pir hesab olunmuşdur. Bundan başqa Azərbaycanda ağac, daş, ilan pirləri də vardır. Həm də Azərbaycanda, həm də Orta Asiyada pirlər xəstələrin, xüsusən də ruhi xəstələrin şəfa tapacaqlarına ümid yeridir. Pirlərə verilən nəzirlər bir növ müalicə haqqı kimi başa düşülürdü. Bir çox pirlərə verilən nəzirlər əsasən əlsiz-ayaqsızlara, yetim-yesirlərə paylanır. Pirlərdə oturan şeyxlər həm də dünyəvi, dini, fəlsəfi kitabları qoruyur, təriqətin ədəb-ərkanını yaşadırdılar.

Orta əsrlərdə bütün Türküstanda, Xorasanda, Azərbaycanda, Anadoluda təriqət başçılarına da pir deyirdilər.

Pirlər orta əsrlər türk-islam mədəniyyətində mühüm rol oynayırdı. Pirlərdə tədris işləri ilə yanaşı elmi mübahisələr aparılır, şeirlər yazılırdı. Hazırda Azərbaycanda çoxlu pir, ocaq, zaviyə mövcuddur. İndiyə qədər bunların əksəriyyətinin təriqət mənsubiyyəti, memarlıq baxımından dəyəri öyrənilməmişdir. Pirlər Azərbaycanı başqa türk ölkələri ilə bağlayan əsas mərkəzlər idi. Bunların öyrənilməsi, qorunması bu gün olduqca vacibdir.

Şıxbaba, Pirhüseyn xanəgahı, Soltanababa piri, Seyid Əhməd piri, Diribaba türbəsi, Nardaran piri, Dədəgünəş piri, Sofi Həmid piri, “Əli ayağı”, Xıdırzində baba, Babadağ və s. Azərbaycanda ən məşhur pirlərdir.

                                                                                                                                      (Səh 26)

 

 

PİŞƏVƏRİ SERYİDCƏFƏR SEYİDCAVAD OĞLU

(1892-1947)

 

Kapitalizmin sürətli inkişafı yeni bazarlar, xammal mənbələri tələb edirdi. Belə bir vaxtda qədimdən neftlə zəngin olan Bakı Avropa kapitalistlərinin diqqətini cəlb etməyə bilməzdi. 19-cu əsrin ikinci yarısında neft sənayesinə kapital qoyuluşu gündən-günə artırdı.

Neft sənayesində və xidmət sahələrində işləməyə çoxlu işçi qüvvəsi lazım idi. Türkmənçay müqaviləsinin (1828) Azərbaycanı iki yerə ayırmasından xeyli keçməsinə baxmayaraq hər iki tərəfdən kəndlilər və kiçik şəhərlərin sakinləri axın-axın Bakıya gəlirdilər.

Bakı yalnız Azərbaycanın, Qafqazın işçi qüvvəsini özünə cəlb etmirdi. Rusiyadan, Avropadan da burada işləməyə mütəxəsəssislər, fəhlələr gəlirdilər. Pişəvərigilin ailəsi də iş tapmaq, güzəranlarını yaxşılaşdırmaq ümidilə Bakıya gələnlərdəndir.

Xalxal mahalının Zaviyə kəndində anadan olmuş Seyidcəfər 13 yaşında ata-anası ilə birlikdə Bakıya köçmüşdür.

1913-1917-ci illərdə Xırdalanda müəllim işlədiyi dövrdə, eləcə də sonralar bədii yaradıcılıqla məşğul olmuş “Kəndli qızı” adlı roman, onlarca hekayə, yüzlərcə publisistik məqalə yazmışdır. Xalqının azadlığı və müstəqilliyini düşünən Seyidcəfər gənclik çağlarında inqilabçılara qoşulmuş, dünyagörüşü Rusiya Sosial-Demokrat Fəhlə partiyasının təsiri altında formalaşmışdı. 1918-ci ildə “Ədalət” partiyasına daxil olan Pişəvəri 1920-ci ilədək Bakı, Təbriz, Ərdəbil, Tehran şəhərlərində bu partiyanın  yerli təşkilatlarının yaradılmasında fəal iştirak etmiş vı Bakıda çıxan “Hüriyyət” qəzetinin redaktoru vəzifəsində çalışmışdır. S.Pişəvəri 1921-22-ci illərdə Tehranda “Həqiqət” qəzetinin redaktoru işləmiş, İranda kommunist ideyalarını yaymağa, əhalini inqilaba hazırlamağa səy göstərmişdir. 1930-cu ildə həbs edilərək on il məhkəməsiz, ittihamsız “Qəsri-Qacar” həbsxanasında saxlanmış, sonra da Kaşan şəhərinə sürgün edilmişdir. İkinci dünya müharibəsində sovet və ingilis qoşunlarının İrana daxil olması, şahın ölkədən qaçması vəziyyəti dəyişdi. 1941-ci ildə sürgündən qayıdan Seyidcəfər Tehranda “Ajir” adlı qəzet nəşr etməyə başladı. Sovet hökumətinin yardımı ilə İranda kommunist hərəkatı dirçəldi. Yaranmış vəziyyətdən istifadə edən Seyidcəfər Pişəvəri İran Azərbaycanında muxtariyyat əldə olunması uğrunda mübarizəyə başladı. Bu işdə ona yerli əhali ilə yanaşı, Sovet Ordusunun tərkibində İrana göndərilmiş Azərbaycan ziyalıları da kömək etdilər.

İranda milli azadlıq mübarizəsinə və demokratik hərəkata rəhbərlik edən Pişəvəri Azərbaycan Demokrat Firqəsini yaratmış, 1945-46-cı illərdə Azərbaycan Milli Hökumətini təşkil etmiş, onun baş naziri olmuşdur.

Amerikadan və İngiltərədən yardım alan şah rejimi qəddarlıqlar törədərək minlərlə azərbaycanlı vətənpərvəri, qadını, qocanı, uşağı zülm verə-verə öldürdü. Pişəvəri və onun silahlı dəstəsinin bir hissəsi, eləcə də təqiblərdən canını qurtara bilən dinc əhali Sovet Azərbaycanına sığındı. Pişəvərinin başçılıq etdiyi milli hökumət məhv edilsə də Arazın sağ sahilində yerləşən, hazırda İran İslam Respublikasının tərkibində olan Azərbaycanda müstəqil dövlətlərini qurmaq və yaşatmaq arzusunu məhv edə bilmədi.

Sovet Azərbaycanında da onların güzaranı xoş keçmədi. Vətənpərvərlərin bir çoxunu DTK  (dövlət təhlükəsizliyi orqanları) müxtəlif bəhanələrlə həbs edərək Sibirə göndərdi. Pişəvəri isə 1947-ci ildə avtomobil qəzası nəticəsində həlak oldu. Həmin vaxtdan onilliklər keçməsinə baxmayaraq avtomobil qəzasının “sirləri” hələ də açılmayıb.

                                                                                                                          (Səh 28)

 

 

POLİS

 

Polis yunan sözüdür. Mənası şəhər dövlət deməkdir. Belə ki, Qədim Yunanıstanın hər şəhəri müstəqil dövlət idi. Bu dövlətlərin özünəməxsus sosial-iqtisadi və siyasi quruluşu vardı. Polis torpaq sahibləri ilə müxtəlif sənət və peşə sahiblərinin ittifaqından əmələ gəlmişdi. Əkinçilər və tacirlər də buraya daxil idilər. Şəhərlərdə hakimiyyət ağsaqqallar şurasının, kəndlərdə isə hərbi rəhbərlərin əlində idi.

Sonrakı əsrlərdə bu ictimai qüvvələr üç əsas silkə – aristokratlara, demokrtalara və oliqarxiyaya ayrıldılar. Demokratlar çoxluq təşkil edən geniş xalq kütləsi, aristokratlar varlılar və yüksək vəzifəlilər, oliqarxiya isə hakimiyyət başında olanlar idi. Sonralar bu üç təbəqə arasında saysız ziddiyyətlər baş verdi. Beləliklə, Qədim Yunanıstan heç zaman mərkəzləşmiş vahid dövlət şəklində birləşə bilmədi. Əvvəl Makedoniyalı İsgəndər, sonra isə romalılar Yunanıstanı işğal edib polislərin – şəhər dövlətlərin varlığına son qoydular. Lakin şəhər-dövlətlərin yaratdığı möhtəşəm yunan sivilizasiyası əbədi yaşadı. Onun bütün sahələrdəki mədəni nailiyyətləri kimi polis termini də yaşadı. Amma başqa mənada, dövlətin ictimai asayişə nəzarət etmək üçün yaratdığı hərbi dəstələr Avropa ölkələrində və ABŞ-da polis adlandı. Bu dəstələr daha mütəşəkkil forma alıb, dünyanın əksər ölkəsində tətbiq edildi. Kommunist rejimi dövründə bu söz  “milis” adı ilə əvəz olunmuşdu. Milis latınca “militia” sözündən olub ordu anlamını ifadə edir.

Hazırda dünyanın əksər ölkəsində olduğu kimi, sabiq sosialist dövlətlərinin çoxunda, o cümlədən, Azərbaycanda da ictimai asayişi qoruyan Azərbaycanda da ictimai asayişi qoruyan orqanlar polis təşkilatları, orda xidmət edən şəxslər isə polis adlanır.

                                                                                                                                      (Səh 34)

 

 

POLŞA

 

Mərkəzi Avropada yerləşən Polşanı bəzən Lehistan adlandırırlar. Qədim bir əfsanədə deyilir ki, knyaz Leh yeni qurduğu dövlətin paytaxtı üçün uzun müddət yer axtarırmış.o, bir dəfə təpənin üstündə ağ qartal yuvasını görür. Məğrur ağ qartalın yaşadığı yer xoşuna gəlir. Əmr edir ki, həmin yerdə şəhərin əsasını qoysunlar. Bayrağına da ağ qartal təsviri vurur. Bu gün Polşanın gerbindəki ağ qartal da həmin əfsanə ilə bağlıdır.

Polşanın ərazisində qədimdən qərbi slavyanlar yaşayırdılar. Burada slavyanların ilk dövləti min il öncə yaranıb, Avropada ən güclü dövlətlərdən birinə çevrilib. Zaman isə öz hökmünü verib. Mülkədar zadəganlar arasında uzun sürən çəkişmələr, müstəqillik və imtiyaz uğrunda mübarizə mərkəzi hökuməti tədricən zəiflədib. 18-ci yüzilliyin sonlarında qonşuluqdakı üç gənc və güclü dövlət – Rusiya, Prussiya və Avstriya Polşanı öz aralarında bölüşdürüb.

Lakin polyaklar bu bölgü ilə razılaşmırdılar. Müstəmləkçilər əleyhinə çıxışlar qəddarlıqla yatırılır, xalqın vətənpərvər və qeyrətli oğullarına divan tutulurdu. Çar Rusiyası üsyançılara, milli azadlıq mübarizələrinə divan tutmaqda xüsusilə fərqlənirdi. Döyüşlərdə öldürə bilmədiyi vətənpərvərləri Rusiyanın müxtəlif şəhərlərində yerləşən həbsxanalarda çürüdür, qarlı-şaxtalı Sibirə, Qafqaza sürgün edirdi. Qafqaza sürgün edilmiş polyak əsgər və zabitlərindən Şeyx Şamilin başçılıq etdiyi milli azadlıq mübarizəsini boğmaq üçün istifadə edilirdi. Sürgündə olan bir sıra polyak ziyalıları A.Bakıxanov, İ.Qutqaşınlı, M.F.Axundzadə və b. Azərbaycan ziyalıları ilə tanış olub dostlaşmışdılar. 1913-cü ilin siyahıyaalmasına görə, Bakı şəhərində 2183 polyak yaşayırmış. Qafqaz xalqlarının üsyanını yatırmağa göndərilmiş polyak ziyalıları böyük məhəbbətlə Qafqazı öyrənmiş və Avropaya tanıtmağa çalışmışlar. İnqilabçı şair T.Zablotski Azərbaycan xalq şeiri nümunələrini, M.P.Vaqifin “Bax” rədifli şeirini, “Koroğlu” dastanından bəzi parçaları polyak dilinə çevirmişlər.

Çar Rusiyasının səylərinə baxmayaraq polyakların azadlıq eşqi sönməmiş, xalqın iradəsi qırılmamışdı. Birinci dünya müharibəsində Rusiyanın məğlub olmasından bacarıqla istifadə edən polyaklar qısa müddətdə öz ordularını, yaratdılar və müstəmləkəçilərini elan etdilər. Hətta bir neçə güclü həmlə edib paytaxta doğru irəlilədilər. Çıxılmaz vəziyyətdə qalan Rusiya Polşanın müstəqilliyini tanıdı.

Çar idarəçiliyi dağıdılıb hakimiyyətin sovetlər idarəsi yaransa da, Rusiya işğalçılıq siyasətindən əl çəkməmişdi. O, altdan-altdan yeni dirçələn Polşanı laxlatmağa, diz çökdürməyə çalışırdı. 1939-cu ildə Almaniya ilə Sovet Rusiyası arasında bağlanmış gizli saziş Polşaya ağır zərbə oldu.  Faşist Almaniyası 1939-cu il sentyabrın 1-də Polşaya basqın etdi. Bundan istifadə edən Sovet Rusiyası da ölkənin şərq vilayətlərini işğal etdi. İkinci dünya müharibəsində Polşa əvvəl alman, sonra da sovet qoşunları tərəfindən işğal edildi. Ölkənin şəhər və kəndləri, xüsusən paytaxtı Varşava dağıdılıb xarabalığa çevrildi. Faşistlər Krakov şəhərini tamamilə minalamışdılar ki, sovet qoşunları tərəfindən işğal edildi. Ölkənin şəhər və kəndləri, xüsusən paytaxtı Varşava dağıdıılıb xarabalığa çevrildi. Faşistlər Krakov şəhərini tamamilə minalamışdılar ki, sovet qoşunları oranı hücumla alanda partlatsınlar. Lakin onların bu planı baş tutmadı.

İkinci dünya müharibəsində Polşa qismən də olsa, öz dövlətçiliyini qoruyub saxladı. Sovetlər Birliyinin nüfuz dairəsində qaldığına görə sosializm quruculuğu elan edildi.

Lakin hansı ad altında olursa olsun,  Rusiyanın müstəmləkəçilik siyasəti yeritdiyini aydın başa düşən xalq üsyan qaldırdı. Ziyalıların, əsasən də tələbələrin fəal iştirak etdiyi bu üsyan Sovet ordusu, polyak fəhlə-kəndlilərinin aldanmış dəstələri tərəfindən qəddarlıqla yatırıldı.

Vətənpərvərlərin gizli, həm də olduqca ağır şəritdə apardıqları iş öz bəhrəsini verdi. Baltik sahillərindəki sənaye rayonlarında gizli fəaliyyət göstərən “Solidarnost” təşkilatının rəhbərliyi altında 1980-ci ilin avqust-sentyabr aylarında başlayan tətil hərəkatı ölkədə kommunist rejiminin nsüquqtuna böyük təsir göstərdi.

Milliyətcə polyak olan Krakov şəhərinin kardinalı Karoy Voytlının 1978-ci ilin oktyabrında II İoann Pavel adı altında Roma papası seçilməsi Polşada cərəyan edən hadisələrə katolik kilsəsinin siyasi təsir imkanlarını artırdı. Vəziyyətin çıxılmazlığını görən  Sovetlər Birliyinin rəhbərliyi general V.Yaruzelskiyə hakimiyyəti nələ almağı və ölkədə hərbi vəziyyət elan etməyi  tapşırdı. Bütün bu sərt tədbirlər, həbslər, xaricə mühacirət də xalqın iradəsini qıra bilmədi.ş Artıq sosializm düşərgəsi dağılırdı, dünyaya meydan oxuyan Sovetlər Birliyi iqtisadi cəhətdən çökürdü.

V.Yaruzelski müxalifətlə siyasi dialoqa girməyə məcbur oldu. 1988-ci ilin yayından etibarən iqtidar ilə müxalifət arasında “Dəyirmi stol” adı altında danışıqlar başlandı. 1989-cu ilin iyununda beynəlxalq müşahidəçilərin iştirakı ilə demokrtaik seçkilər keçirildi. Kommunist partiyasının üzvlüyündən çıxan V.Yaruzelski ölkənin parlamenti tərəfindən ilk prezident seçildi. Demokratik dəyərlərə əsaslanan konstitusiyanın qəbul edilməsi ölkədə kommunist rejiminə son qoydu. Az sonra demokratik qüvvələrin təkidi nəticəsində V.Yaruzelski istefa verdi. 1990-cı ilin dekabrında keçirilən prezident seçkilərində isə qalib sil demokratik qüvvələrin lideri, keçmiş kommunist Aleksandr Kvasnevski oldu.

Dünyaya N.Kopernik və Skladovskaya-Küri kimi alimlər, F.Şopen kimi bəstəkar, A.Mitskeviç kimi şair və b. yazıçı, elm, sənət adamları bəxş etmiş Polşa ilə Azərbaycan arasında bir yaxınlıq var. Polyak yazıçı və şairlərindən S.Jeromski, E.Ojeşko, B.Prus, jivaşkeviç, H.Senkeviç, Y.Tuvim, L.Kruçovski və başqalarının bir sıra əsərləri dilimizə, Azərbaycan yazıçılarının yarı-ayrı əsərləri isə polyak dilinə tərcümə edilmişdir.

Rusiyanın Qafqaz siyasətinin və Azərbaycanın tədqiqatçısı ABŞ tarixçi-sosioloqu Tadeuş Svyatoxovski mənşəcə polyakdır.

                                                                                                   (Səh 40)

 

 

PUQAÇOV YEMELYAN İVANOVİÇ

(1742-1775)

 

18-ci əsrin  ikinci yarısında Rusiyanın dövlət idarəçiliyində bir hərc-mərclik hiss edilirdi. Çar taxtında əyləşdirilmiş III Pyotr prussiyapərəst siyasət yeridirdi. Bunun da nəticəsində saray əyanalrı arasında və qvardiyada müxalifət yarandı. III Pyotrun arvadı Yekaterinanın (yoxsullaşmış alman knyazı nəslindən olan Yekaterinanın qızlıq adı və soyadı Sofiya Avqusta Frederika olmuşdur) rəhbərliyi ilə saray çevrilişi oldu və çar qətlə yetirildi. Saray çevrilişinin təşkilatçısı II Yekaterinba adı ilə hakimiyyət kürsüsünə yiyələndi və ərinin həyata keçirmək istədiyi bir sıra islahatları ləğv etdi. Belə qarışıq bir zamanda Don kazakları Yemelyan Puqaçovun başçılğı ilə üsyan etdilər. Təhkimli kəndlilər də, əsarət altında inləyən başqırdlar, tatarlar, qazaxlar da üsyançılara qoşuldular. Üsyan dalğası ölkənin böyük ərazisini bürüdü. Üsyançılar çar orduları üzərində bir sıra uğurlu qələbələr qazandılar.

Bütün xalq hərəkatlarında olduğu kimi, Puqaçovun başçılıq etdiyi üsyanda əvvəlcədən hazırlanmış plan yox idi. Üsyançılar arasında nizam-intizama nəzarət etmək mümkün deyildi. Çox vaxt üsyançılar adi soyğunçu və quldurlar kimi hərəkət edirdilər. Başqırdlar, tatarlar, qazaxlar bu üsyanı onları müstəmləkə əsarətindən azad edib, müstəqil dövlətlərini yaratmalarına imkan verməyəcəyini görüb geri çəkildilər. Varlı kazaklar mübarizənin istiqamətinin dəyişdiyini – kəndli mübarizəsinə çevrildiyini görüb hərəkatın rəhbərlərinə xəyanət mövqeyi tutdular. Təhkimli kəndlilər isə öz ağaıarından qisas aldıqdan sonra ailələrinin yanına qayıdıb dinc ömür sürmək istədilər. Nəticədə xalq hərəkatı zəiflədi. Xəyanət nəticəsində Puqaçov tutulub çar hökumətinə təhvil verildi. Üsyan qəddarlıqla yatırıldı. Özünü çar III Pyotr kimi qələmə verən Puqaçovun və dörd yoldaşının Moskvada boynu vuruldu.

                                                                                                                          (Səh 48)

 

 

 

PUŞKİN ALEKSEY SERGEYEVİÇ

(1799-1837)

 

Portretə baxın. Bu kimdir? Əlbəttə, siz onu tanıyırsınız: böyük rus şairi Aleksandr Sergeyeviç Puşkin.

Yəqin ki, onun qıvrım saçları, qalın dodaqları, qarabuğdayı sifəti sizdə bir maraq oyadacaq. Öz-Özünüzə sual verəcəksiniz:niyə Puşkin istər xarici görünüşcə, istərsə xasiyyətcə ruslara oxşamır?

Şairin “Böyük Pyotrun zəncisi” əsərini oxusanız, sualınıza cavab tapacaqsınız. Puşkin həmin əsərdə ulu babası İbrahimin kölə kimi Böyük Pyotrun (bir çox Şərq mənbələrində Dəli Petro kimi yazılır) sarayına düşdüyündən, öz ağılı və bacarığı ilə şöhrət qazandığöından və s. məziyyətlərindən ilhamla söhbət açmışdır.

Puşkin 1799-cu ildə doğulmuşdur. Ədəbiyyata maraq onda kiçik yaşlarından oyanmışdı. O, dayəsi Arina Rodionovnanın nağıl və mahnılarını böyük həvəslə dinləyərdi... hələ dvoryanlara məxsus məktəbdə - Sarskoye Selo litseyində oxuyarkən, tanınmış şairləri belə heyran qoyan şeirlər yazmışdı. On beş yaşlı Aleksandr imtihanı zamanı “Sarskoye Selo xatirələri”ni Q.R.Derjavinin qarşısında oxumuş, qocaman şair sevincindən ağlaya-ağlaya onu qucaqlayıb öpmüşdü. Qısa bir zamanda Puşkin Rusiyanın ən məşhur şairinə çevrilmişdi.

Onun həyatı çətinlik və mübarizələrdə keçmişdir. Puşkin 6 il sürgündə olmuşdur. Çar I Aleksandr onu azadlığa çağıran cəsarətli şeirlər yazdığına, dekabristlərlə dostluğuna dostluğuna görə təqib edirdi. Dekabristlərlə qəddarcasına divan tutan çar I Nikolay Puşkini saray şairi etmək istəyirdi. O, Puşkini sürgündən azad edərkən yaxın vaxtlarda ölkədə ədalətin bərqərar olacağına söz vermişdi. Lakin şair tezliklə başa düşdü ki, çarın vədləri yalnız boş sözlərdir. Şair çara itaətkar qullquçu olmadı. O, hər şeydən çox həqiqəti sevir, necə düşünürdüsə, elə də yazırdı. “Çaadayevə” adlı məşhur şeirində oxuyuruq:

 

Bir gün səadətin cazib ulduzu,

Doğacaq Rusiya ayılacaqdır.

Onda mütləqiyyət xərabəsinin

Üstündə adımız yazılacaqdır.

 

Yaltaq və qorxaq əsilzadələr cəsarətinə, ağlına və tükənməz istedadına görə ona paxıllıq edirdilər. Çar məmurları onu güdür, bir çox əsərlərinin çap edilməsinə mane olur, şəxsi həyatına və işlərinə qarışırdılar. Şair bütün bunlara mərdanə cavab verir, yazıb-yaratmaqda davam edirdi. Puşkinin gözü götürməyən saray əyanları və zadəganlar nəinki onun özünü, hətta arvadı Natalya Nikolayevna Qonçarovanı da alçaqcasına təhqir edirdilər.

Səbri tükənmiş Puşkin 1837-ci ilin qışında Rusiya ordusunda qulluq edən farnsız Danteslə duelə çıxdı. Dueldə şair ağır yaralandı. İki gün, iki gecə dəhşətli ağrılar keçirən, əziyyət çəkən Puşkin, bir dəfə də səsini çıxarmadı, inildəmədi. Feevralın sonunda şair vəfat etdi. Bu zaman onun 38 yaşı hələ tamam olmamışdı. Rusiyanın bütün mütərəqqi adamları bu ölümü böyük kədərlə qarşıladılar. Yazıçı V.F.Odoyevski demişdi: “Rus poeziyasının günəşi söndü!”

A.Puşkinin poeziyasında sözlər elə bil inci kimi bir-birinin ardınca düzülüb, musiqi kimi səslənir.

Puşkinin əsərlərində təbiət, insanın yaşadığı aləm bütün əlvanlığı və gözəlliyi ilə öz əksini tapmışdır. Puşkin deyirdi ki, həyatda hələ haqsızlıq, bədxahlıq, yalançılıq kimi iyrənc sifətlər var, bununla yanaşı sədaqət, məhəbbət, gözəllik kimi müqəddəs, yüksək hisslər də yaşayır və onlar məğlubedilməzdir. “Balıqçı və qızıl balıq” nağılını yadınıza salın. Burada kim pis vəziyyətə düşür? Əlbəttə, axırda əli hər şeydən çıxan qarı. Bəs kimdir günahkar? Acgöz, tamahkar, qudurğan, xudpəsənd qarının özü. Puşkin göstərir ki, kim pis iş tutarsa, kim yalnız özünü düşünrsə, özü-özünə quyu qazır. Bədxahlıq, şər heç vaxt xeyirxahlığa, həqiqətə qalib gələ bilməz. Puşkinin şeir və poemaları, “Yevgeni Onegin” mənzum romanı, həmçinin nəsr əsərləri – “Belkinin povestləri” və s. sadə, rəvan, anlaşıqlı dildə yazılmışdır.

Puşkin Qafqazda olmuş, “Qafqaz əsiri”, “Ərzuruma səyahət” əsərlərini, məşhur “Qafqaz” şeirini yazmışdır. Puşkin Qafqaza gələrkən, yolda Azərbaycan şairi Fazil xan Şeyda ilə görüşmüş, sonralar ona şeir həsr etmişdi. Onun A.Bakıxanovla da görüşməsi ehtimal olunur. “Ərzuruma səyahət” əsərində o, Rusiya ordusunda xidmət edən azərbaycanlıların fədakarlığından danışmış, qarabağlı Fərhad bəyə şeir həsr etmişdir.

Puşkinin əsərləri hələ 19-cu əsrin sonlarında dilimizə tərcümə olunmuş, sovet dövründə isə 6 cildlik “Əsərləri” nəşr edilmişdir. Şah əsəri olan “Yevgeni Onegin” mənzum romanının xalq şairi Səməd Vurğun böyük məharətlə dilimizə çevirmişdir. Bəstəkarlarımız A.Puşkinin şeirlərinə mahnılar qoşmuşlar. Hələ inqilabdan əvvəl anadan olmasının 100 illiyi Azərbaycanda da qeyd olunmuş, Naxçıvanda təntənəli yubiley yığıncağında görkəmli müəllim və şair Məhəmmədtağı Sidqi məruzə etmişdi. Bakı küçələrindən birinə şairin adı verilmişdir.

M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının fəsadında Puşkinin də heykəli ucaldılmışdır.

                                                                                                                          (Səh 50)

 

RAZİN STEPAN TİMOFEYEV

(təqr. 1630-1671)

 

Vaxt olub ki, xalqımıza divan tutan, qəddarlığı və qaniçənliyi ilə tanınan adamları qəhrəman kimi tanıtmağa, adını ədəbiləşdirməyə çalışmışıq. Stepan Razin də məhz belələrindəndir.

Kim olub Stepan Razin?

Məşhur bir quldur, qəddar bir insan! Rus kazakllarından olan Stepan Timofoyeviç ətrafına özü kimi qəddar, macəra həvəskarlarını toplayaraq Rusiyanın cənubundakı tatar, başqırd, kalmık (xalmq) kəndlərinə basqınlar edib, Volqa çayı ilə hərəkət edən ticarət gəmilərini soyub.

Cənuba doğru sərhədlərini genişləndirmək, yeni torpaqlar işğal etmək istəyən rus çarları üçün belə bir quldur dəstəsinin olması sərfəli idi. Çünki bu quldur dəstəsi Rusiyanın qonşuluğundakı dövlətlərin daxilində təxribat, qarışıqlıq törədirdi. Odur ki, Rusiya nəinki Stepan Razini hər vasitə ilə dəstəkləyir, hətta kalmıklarla danışıqlarda o, Rusiyanın səlahiyyətli nümayəndəsi kimi çıxış edirdi.

Rusiyadan aldığı dəstəkdən ilhamlanan S.Razin təkcə Krım tatarlarını deyil, Volqaboyu tatar, başqırd, kalmık kəndlərini də talayaraq Xəzər dənizinə çıxmışdı. Təhkimçi ağalarının əlindən qaçmış kazaklar və başqa vilayətlərin kəndliləri də bu macəraçı quldurun ətrafına toplaşmışdılar. Beləliklə, S.Razinin ətrafında böyük başıpozuq bir ordu yaranmışdı. Xəzər sahillərindəki kənd və şəhərlərə qəflətən basqınlar edərək əhalini vahiməyə salan bu ordu Abşeiron yarımadasına da olmazın qəddarlıqlar etmişdi.

Qərargahını Səbu dağında quran, topladığı qənimətləri dağdakı mağarada saxlayan S.Razin Abşeirondan qaçanda özü ilə üç min nəfərə qədər qadını, uşağı əsir aparmışdı.

S.Razin cəzasız qaldığını görüb növbəti yürüşünü Rusiyanın içərilərinə yönəltdi. Təhkimçilik zülmündən cana doymuş kəndlilər də ona qoşuldular. Ölkəni hərc-mərclik və kəndli üsyanları bürüdü. Dünən S.Razini müdafiə edən, ona dəstək olan çar hakimiyyəti təhlükə altında qaldığını görüb qoşun topladı. Çar orduları  üsyan və hərc-mərclik baş verən bölgələrə göndərildi. Üç ayda on bir min nəfərdən çox quldur və kəndli edam edildi. Varlı Don kazakalrı çara sədaqətlərini nümayiş etirdmək üçün S.Razini və qardaşı Frolu həbs edib Moskvaya göndərdilər. 1671-ci ilin iyun ayında hər ikisi dar ağacından asıldı.

Tarixçilərimiz, ümumən ziyalılarımız bütün bu faktları bilsə də, 1920-ci il 28 aprel işğalından sonra Səbu dağı və dağın ətəyində salınmış yaraşıqlı qəsəbə xalqımıza divan tutmuş quldurun adı ilə adlandırıldı. Hələ bu azmış kimi, S.Razinin heykəlləri ucaldılmış, adı küçələrə, kolxoz və sovxozlara verilmişdi.

1990-cı ildən sonra S.Razinə də səl qiymət verilməyə başladı. S.Razin qəsəbəsi hazırda Azərbaycanın görkəmli ədibi və tarixçisi Abbasqulu ağa Bakıxanovun adını daşıyır.

(səh. 54)

 

 

RAMAZAN BAYRAMI, ORUCLUQ BAYRAMI

1992-ci il oktyabrın 27-də qəbul edilmir. Qanunla Azərbaycan Respublikasının bayramları sırasına yeni bir bayram – Ramazan bayramı da əlavə edildi. Əslində nəinki Azərbaycanda, müsəlmanlar yaşayan hər yerdə yüz illərdir ki, Ramazan bayramı qeyd edilir. Kommunistlər hakimiyyəti ələ aldıqdan sonra dini sıxışdırıb aradan çıxarmaq məqsədilə əksər dini bayram və mərasimləri yasaqladılar. Təqiblərə və qadağalara baxmayaraq, Ramazan bayramı mərasim kimi yaşadı. 1993-cü ildən isə müsəlman ölkələrinin hamısında olduğu kimi, Azərbaycanda da rəsmi bayram kimi qeyd edilməyə başladı.

Ramazan ərəbcə “yanmaq” sözündəndir. Hicri təqvimin doqquzuncu ayıdır. İslami dəyərlərə görə, mömin insanlar həmin ay oruc tutub ibadət etdikləri üçün tövbə edənlərin günahları yanır, yox olur.

Müsəlmanlar Ramazan ayının başlanğıcından sonunadək oruc tuturlar. Dini anlamda oruc islamın beş şərtindən biri olub ibadət niyyətilə bəlli bir zamanda bəlli şəkildə və bəlli şeylərdən kənar durmaqdır. Bəlli zaman – dan yerinin ağarmasından Günəşin qürubuna qədər olan müddətdir.

Ramazan ayına və bu ayda tutulan oruca ömür içindəki illik hesabat ayı, yəni bir il içindənə etdiklərini, necə etdiklərini və nə etməli olduqlarını düşündükləri, öz-özlərini haqq-hesaba çəkdikləri ay kimi baxılır.

Çünki bu günlər birlik, bərabərlik, qardaşlıq, sevgi və dostluq günləri hesab edilir. Bir ay müddətində bu sevgi iqlimi, bu xoş ruzigar bəxşiş və mərhəmət yağmurları ilə bərəkətləndirilir. Üstlərində haqları olanlardan halallıq istənilir, kimsəyə haqları varsa, halallıq verilir.

Ramazan ayında maddi imkanı olanlar yoxsullara, imkansızlara əl tutur, yardım edirlər. Ayın son günü bayram edilir. Müsəlmanlara görə, Ramazan ayında cənnət qapıları açılır,cəhənnəm qapıları bağlanır. Ona görə də həmin vaxt qılınan namaza, verilən sədəqəyə görə Allah-taala qat-qat artıq savab verir.

Hicri-şəmsi və hicri-qəməri təqvimlər arasında fərq 11 gün olduğuna görə, Ramazan bayramı hər il əvvəlki ildən on gün tez qeyd edilir.

(səh. 54)

 

RƏMZ-SİMVOL

 

Siz Azərbaycan Respublikasının üç rəngli bayrağının hansı rəmzlərdən ibarət rəmzli olduğunu yaxşı bilirsiniz: göy rəng – türklük, qırmızı rəng – çağdaşlıq, yaşıl rəng – islam rəmzidir. Onu da bilirsiniz ki, rəmz hər hansı bir hadisənin, anlayışın, işin mahiyyətini göstərən şərti işarədir. Rəmzin xarakteri, keyfiyyəti anlayışın uzun əsrlər boyu daşıdığı mahiyyətlə ölçülür. Rəmzlər çox qədim zamanlardan yaranmağa başlamışdır. Elə rəmzlər vardır ki, onlar tarix boyu dəyişilməz qalıb, elələri də olub ki, dəyişib, yeni keyfiyyət qazanıb. Rəmzlər həm də milli dünyagörüşü, psixologiya ilə bağlıdır. Buna görə də müəyyən bir əşya, söz müxtəlif xalqlarda müxtəlif rəmz ifadə edə bilər. Məsələn, sarı rəng – çinlilərdə müqəddəslik, əzəmət bildirirsə, bizdə çox vaxt nifrət, xəstəlik rəmzi kimi qavranılır.

Ona görə də zaman keçdikcə dövlət rəmzləri, milli və beynəlxalq rəmzlər formalaşmışdır. Bayraq, gerb, emblem və s. rəmzlər geniş yayılmışdır. Məsələn, göyərçin beynəlxalq aləmdə sülh rəmzinə (simvoluna) çevrilmişdir.

Rəmz kimi əşya, söz, rəng, heyvan, quş və s. də götürülə bilər. Belə rəmzlər adətən dəyişmir. Məsələn, boz qurd xilaskarlıq rəmzi kimi həm uzaq keçmişimizdə, həm indi eyni yozumdadır. Göy rəng uzaq keçmişimizdə müqəddəslik rəmzi idisə, indi türkçülük rəmzidir.

(səh. 63)

 

 

RƏSUL RZA (1910-1981)

 

Rəsul Rza ilk Azərbaycan şairidir ki, uşaqlar üçün şəkilli təbiət ensiklopediyası yaratmışdır. Ömrünü ciddi ictimai-siyasi poeziyaya həsr edən, Azərbaycan ədəbiyyatında sərbəst şeirin bayraqdarı olan şairin “Balacaların şəkilli təbiət ensiklopediyası” silsiləsindən kitablar çap etdirməsi heç də təsadüfi deyildi. Həmin kitabçaları diqqətlə oxuyan görər ki, şair öz ədəbi konsepsiyasına ömrünün sonunadək sadiq qalıb. Belə ki, hətta uşaqlar üçün nəzərdə tutduğu, təbiətdən bəhs edən, kökü, kələmi, pomidoru, qarpızı və s. bitkiləri təsvir etdiyi şeirlərində də ictimai-siyasi məzmun var.

Şairi belə formadan istifadə etməyə ruhlandıran bəlkə də onun çoxcəhətli qaynar fəaliyyəti olmuşdur. Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Kinematoqrafiya naziri, Xəbərlər Mətbuat Agentliyi Respublika şöbəsinin rəyasət heyətinin, Asiya və Afrika ölkələri ilə Respublika həmrəyliyi komitəsinin sədri və b. Vəzifələrdə işləmiş Rəsul Rza 1965-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının (ASE) Baş redaktoru təyin olunmuşdur. Bütün istedad və bacarığını ensiklopediya kimi məsuliyyət və gərginlik tələb edən, həmçinin millətin mədəni inkişafında böyük rolu olan bir nəşrin hazırlanmasında mühüm xidmətləri olmuşdur.

Azərbaycan Sovet Ədəbiyyatının yaradıcılarından olan R.Rza ədəbiyyatımıza forma və məzmunca yenilik gətirmişdir. 1950-ci ildə yazdığı “Lenin” poeması sovet ədəbiyyatşünaslığında yüksək qiymətləndirilmiş və bir çox dilə tərcümə edilmişdir.

Sovet həyat tərzinə, sosializmin nailiyyətlərinə onlarla şeir, məqalə həsr edən, pyes, kinossenari yazan Rəsul Rzanın yaradıcılığında 1960-cı illərdən sonrakı dövr bir dönüş çağı olmuşdur. Şairin qələmə aldığı mövzular əhəmiyyətli dərəcədə yenilənibmiş, analitik təfəkkür, həyat hadisələrinə fəlsəfi yanaşma meyilləri daha da güclənmişdir. 1962-ci ildə nəşr etdirdiyi məşhur “Rənglər” şeirlər silsiləsi böyük duyğuları, fəlsəfi fikirləri sənət dilində ifadə etməyin poetik forması idi. Uzun müddət müzakirə mövzusuna çevrilmiş “Rənglər” dünyanın müxtəlif dillərinə tərcümə olunmuşdur. Fikirlərini bəzən eyhamla, sətiraltı mənalarla demək məcburiyyətində qalan şairin poeziyasında forma və üslub yenilikləri, zəngin və orijinal obrazlar diqqəti cəlb edir. Rəsul Rza tərcüməçilikdə də əvəzsiz xidməti olan şairlərimizdəndir. O, dünya poeziyasının bir çox nümunələrini dilimizə çevirmişdir.

Azərbaycan xalq şairi Rəsul Rza ölkəmizdə və xaricdə kökü milli poeziyanın münbit torpağında olan “fikir və zəka şairi” kimi tanınır və sevilir.

(səh.64)

 

 

RƏSULZADƏ MƏHƏMMƏDƏMİN MOLLA ƏLƏKBƏR OĞLU

(1884-1955)

 

Azərbaycan tarixində 20-ci əsr ziddiyyətlər, ümid və ümidsizliklər, qələbə və məğlubiyyətlər dövrüdür.

Qələbələrimiz hansılardır? Bunlardan başlıcası ağır sığınaqlara baxmayaraq varlığımızı qoruyub saxlamağımızdır. İkinci qələbə yetirdiyimiz şəxsiyyətlərdir. Biz çox zaman xalqın sərvəti dedikdə təbii və maddi sərvətləri nəzərdə tuturuq. Lakin həmin sərvət gec-tez tükənir. Buna görə, xalqın sərvəti mənəvi və ruhi sərvətlər və onları yaradanlardır, desək daha doğru olardı. Belələrindən biri də “Müsavat” partiyasının və Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri olan Məmmədəli Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadədir.

O, 1884-cü ildə Bakının Novxanı kəndində, ruhani ailəsində anadan olmuş, yaxşı təhsil almış və gənc yaşlarından həyatını Azərbaycan xalqının azadlıq mübarizəsinə həsr etmişdir.

Məlumdur ki, xalqın siyasi liderləri, yüksək savada, prinsipə və məfkurəyə bağlı görkəmli şəxsiyyətləri varsa, deməli o xalq gec-tez əzəli və arzu və diləyinə - istiqlaliyyətinə qovuşacaqdır. Bu cür siyasi və mənəvi liderlər sayəsində 1918-ci ildə Azərbaycan xalqı da müstəqillik uğrunda açılan imkanlardan istifadə edib, şərqdə ilk demokratik respublika yaratmışdı. Lakin bu böyük nailiyyət asanlıqla əldə edilmədi. Bunun üçün Məmmədəmin və onun silahdaşları – Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyov və başqaları ilə illərlə inadlı mübarizə aparmalı oldular. Bu yolda saysız qurbanlar verildi. Bütün qurbanlar və mübarizələr son nəticədə 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının (ADR, Azərbaycan Xalq Cümhuriyyətinin) yaranması ilə nəticələndi.

Məmmədəmin Rəsulzadə bu Respublikanın ürəyi idi. Lakin yenicə azadlıq əldə etmiş məzlum xalqların bəxti gətirmədi. Dağılmış çar imperiyasının yerində daha qorxulu və riyakar bir imperiya – kommunist imperiya quruldu. Məlumdur ki, bolşeviklər Azərbaycanın  müstəqil dövlət kimi varlığına dözə bilməzdilər. Onlara ilk növbədə Azərbaycanın nefti lazım idi. Beləliklə, 1920-ci il, aprelin 28-də başıbəlalı ölkəmizdə qanlı bolşevik rejimi bərpa olundu.

Azərbaycanın siyasi və və hərbi xadimlərinin əksəriyyəti güllələndi. Xoşbəxt bir təsadüf nəticəsində xilas olub xaricə pənah aparan M.Rəsulzadə sonralar bütün həyatını Azərbaycanın istiqlaliyyəti uğrunda ideya mübarizəsinə həsr etdi. Bir-birindən maraqlı və dəyərli onlarca əsər yazdı və bununla müstəqillik, milli istiqlaliyyət uğrunda mübarizənin ideoloji əsasını qoydu. Məmmədəmin özü repressiyadan qurtulsa da, ailəsinin taleyi faciəli oldu. Onlar Qazaxıstana sürgün edildilər. Min cür işgəncələrə düçar oldular. Lakin qəhrəmanlıq və fədakarlıq unudulmur. Bu gün müstəqil Azərbaycan Respublikasında Məmmədəminin ucaltdığı üç rəngli bayraq vüqarla dalğalanır, onun adı isə dillər əzbəridir.

(səh. 65)

 

 

RUMİ MÖVLANƏ CƏLALƏDDİN

 (1207-1273)

 

Farsca yazdığı məsnəvisi ilə şöhrət qazanan böyük türk sufisi Cəlaləddin Rumi Bəlxdə (Əfqanıstanda şəhər) anadan olmuş, monqol-tatar yürüşü vaxtı atası ilə bərabər Anadoluya köçmüşdü. Atası dövrünün elmlərini yaxşı bilən alim idi. Cəlaləddin ilk təhsilini də məhz ondan almış, az bir müddətdə biliyi və savadı ilə Anadoluda şöhrət qazanmış, ətrafına çoxlu tələbə toplamışdır. Cəlaləddin Anadoluda, əsasən Konya şəhərində yaşadığına görə Rumi təxəllüsü ilə (o vaxtlar Anadoluya Rum ölkəsi deyirdilər) şeirlər yazırdı. Onun türkcə yazdığı bir neçə şeirindən başqa qalan əsərləri farscadır. Fars ədəbiyyatında məsnəvi formasını cilalayan və şöhrətləndirən Cəlaləddin Rumi olmuşdur.

Cəlaləddin Ruminin həyatında dönüş çağı böyük türk sufisi Şəms Təbrizi ilə görüşündən sonra olmuşdur. Şəms Mövlanəyə elmə dərindən yiyələndikdən sonra ağılın yerinə eşqin, kitabın yerinə şəxsi təcrübənin daha da üstün olduğunu başa saldı. Həmin andan Ruminin həyatı tamamilə dəyişdi. Rumi Şəmslə keçirdiyi günləri sonradan dönə-dönə xatırlamış və bu barədə çoxlu əfsanələr, rəvayətlər yaranmışdır.

Cəlaləddin Rumi haqqı dərk etməyin yalnız eşqlə mümkün olduğunu anladıqdan sonra dərs deməkdən həmişəlik uzaqlaşdı. Bir şeirində Rumi yazırdı:

Birisi məndən aşiqlik nədir, – deyə sordu,

Dedim ki, mənim kimi olsan bilərsən.

“Mövləvilik” Mövlanə Cəlaləddinin adı ilə bağlıdır. Bu hərəkat onun ölümündən sonra oğlu Sultan Vəlid tərəfindən inkişaf etdirildi və fəlsəfi bazasını Ruminin məsnəviləri təşkil etdi.

Rəvayətə görə, Rumi özü rəqs edib oxumağı, rübab çalmağı çox sevərmiş. Onun rəqs edərək vəcdə gəlməsi, quş kimi göyə qalxmağı barədə çoxlu rəvayət mövcuddur. Bütün bu xüsusiyyətlər əski (qədim) türk mədəniyyətindən gələn ünsür idi. Buna görə də Rumi deyirdi:

Biz göylərə doğru uçub axmaqdayız,

Çünki bizim yaradılışımızın əski mayası ərşdir.

Cəlaləddin Ruminin şeirlərində dərin düşüncə ilə lirik duyğu birləşmişdir. Buna görə də şair: “Özümdən keçdim, eşqə qul oldum” deyir. Ruminin əsas məqsədi insanda və kainatda gizli olan həqiqətləri göstərməkdir. Şairə görə kainat Tanrının əsəridir. İnsan nə qədər ki, kainata adi gözlə, mənfəət axtarmaq naminə baxır, o, kainatın içindəki həqiqəti və həqiqi gözəllikləri görə bilməz. Tanrı gözəlliyini görmək üçün insan öz ruhunu nəfsdən təmizləməlidir. Nəfsdən təmizlənən ruh ney haqqında deyilənlərin çoxu böyük türk sufisi Mövlanə Cəlaləddin Ruminin əsərlərindən gəlir.

Cəlaləddin Mövlanə Ruminin şeirləri xalq arasında geniş yayıldığından çox vaxt zərb-məsəl, atalar sözü kimi işlədilir. “Ya göründüyün kimi ol, ya olduğun kimi görün”. “Ey dil! Sən sonsuz bir xəzinəsən, həm də davası olmayan dərdsən!” və b. Poetik ifadələrində elə fikir və mülahizələr var ki, islam dininə zidd təsir bağışlayır. Bundan istifadə edən mühafizəkar dindarlar Rumiyə hücumlar etmişlər. Bütün ruhu ilə Qurana bağlı olan şair türklər arasında islamın yayılmasında əvəzsiz rol oynamışdır.

Ruminin “Divan”ı, “Məsnəvi”si, “Fihi Mafih” adlı əsəri vardır.

(səh. 66)

 

RUSTAVELI ŞOTA

(12-13-cü əsirlər)

Gürcüstanın şərqində, əhalisinin əksəriyyəti Azərbaycan türkləri olan Borçalı-Qarayazı bölgəsində, Kür çayının sahilində 20-ci yüzilliyin ikinci yarısında yeni şəhər salınmağa başlandı. Bu, metallurqlar və kimyaçılar şəhəri gürcü şairi Şota Rustavelinin şərəfinə Rustavi adlandırıldı.

Araşdırıcılara yalnız bu əsəri – “Pələng dərisi geymiş pəhləvan” poeması məlum olan Şota Rustavelini əbədi yaşarlığı da elə həmin əsər əsasında müəyyənləşdirilmişdir. Poemanın əvvəlində əsərin gürcü hökmdarı Tamaraya (Tamar) [1184-1213] və onun əri David Soslaniyə ithaf edildiyi yazılır.

Əsərin müəllifi iki yerdə Rustaveli olduğunu göstərir. Bu da rustavili şəxs, yaxud da Rustavi mülkünün sahibi deməkdir. Qüdsdəki (Yerusəlim) gürcü monastrının sütununda aşkarlanmış şəkilaltı yazıya əsaslanan araşdırıcılar bu qənaətə gəlirlər ki, Ş.Rustaveli ömrürün sonslarında həmin monastırda rahib kimi yaşamış və orada da ölmüşdür.

“Pələng dərisi geymiş pəhləvan”ın orijinal olmayıb, Şərq dillərindən Şota Rustaveli tərəfindən gürcü dilinə tərcümə edildiyini söyləyən araşdırıcılar da var. Əsər yüksək bədii dəyərə malikdir və gürcü dili və ədəbiyyatının inkişafına böyük təsir göstərmişdir.

1930-cu illərdə Əhməd Cavad “Pələng dərisi geymiş pəhləvan” poemasını gürcü dilinə tərcümə etməyə başlamışdı. 1937-ci ildə şairin həbs edilib güllələnməsi poemanın tərcüməsi və nəşrini yarıda saxlasa da, S.Vurğun, S.Rüstəm, M.Rahim onu tam şəkildə rus dilindən tərcümə edib nəşr etdirmişlər. 1978-ci ildə isə Əhməd Cavadın tərcüməsi, Ələkbər Ziyatayın redaktəsi və itmiş hissələrin bərpası ilə nəşr olunmuşdur.

(səh. 73)

 

RUHANİLƏR

 

Ancaq dinə qulluq edən, dini icmaların işlərini nizamlayan şəxslərdir. Televiziya ekranında, yaxud həyatda da rast gəlmiş olarsınız: başına ağ əmmamə qoyan, əyninə uzun əba geyən şəxslərə. Bu şeyxülislam, yəni “islamın ağsaqqalı” titullu ali ruhani xadimidir və Güney Qafqazda şiə icmasının başçısı sayılır. Sünni icmalarının başçıları isə müxtəlifdir. “Axund” sözünü də eşitməmiş deyilsiniz. Onlar da müəyyən ərazilərdə fəaliyyət göstərən cavabdeh şəxslərdir. Məclislərdə gözəl avazla, bəlağətli səslə Quran ayələrini oxuyan, yaxud valideynlərinizin dua yazdırmaq üçün müraciət etdiyi mollalara da ruhanilərə aid kimsələrdir. Geyimlərindəki fərqlər ruhanilərin xidmət etdikləri dini müəyyənləşdirməyə kömək edir.

(səh. 74)

 

RÜBAİ

Yəqin ki, Ömər Xəyyamın, Məhsəti Gəncəvinin və başqa şairlərin rübailərini həvəslə oxuuyursunuz. Rübai lirik şeir fomrası kimi Şərqdə çox geniş yayılmışdır. Bu şeir forması əsasən 1O-cu əsrdən sonra Orta Asiyada, Azərbaycanda, İranda çox işlənmişdir. Rübainin birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası sərbəst olur. Deməli, hər bir rübai dörd misralıq, bitkin, müstəqil bir əsərdir:

Ey mənim könlümü alan gözlərin,

Ey mənim bağrımçı dələn sözlərin,

Mən şikayət kimdən edim, ey həbib,

Özləridir, özləridir, özləri.

Bəzən qafiyə ilə yanaşı rübaidə rədif də işlədilir. Əsas şərt fəlsəfi fikrin tutumu, dərin məna, poetik gözəllikdir. Dünya ədəbiyyatında rübainin ən gözəl nümunələrini Ömər Xəyyam yaratmışdır. Ömər Xəyyam məhz rübailərdə özünün fəlsəfi fikirlərini açıqlamışdır:

Əlimdə olsaydı, əgər iqtidar,

Bu köhnə fələyi kökündən yıxar,

Təzədən elə bir fələk qurardım

Ki, hər kəs yaşardı azad, bəxtiyar.

İnsan ömrü, azadlıq, fani dünyanın keçiciliyi və s. haqqında Məhsəti Gəncəvinin yazdığı rübailər də məşhurdur. Müasir şairlərimiz də rübai yazır, bəzən poemaların müəyyən məqamlarında rübai formasından istifadə edirlər.

(səh. 74)

 

RÜBƏND

Yəqin çadra örtmüş, yaşmaq vurmuş, rübənd salmış qadına rast gəlirsiniz. Beş-on il əvvəl isə çadralı qadınlarla az-az halalrda qarşılaşırdınız. Rusiyada 1917-ci il Oktyabr inqilabından sonra dilin dövlətdən ayrıldığı elan edildi. İlk baxışda bunda elə bir nöqsan gözə çarpmırdı. Lakin bolşeviklər mövqelərini möhkəmlətdikcə nəinki dinə, hətta minillik başqa ənənlərə arxa döndərdilər. Mədəni inqilab adı altında çadra örtənlərə rübənd salanlara, papaq qoyanlara qarşı mübarizəyə başladılar.

Çadra, rübənd, yaşmaq gerilik, köləlik rəmzi kimi geniş təbliğ olunurdu. Hətta çox vaxt zor da tətbiq edilirdi. 1920-30-cu illərdə kinoteatrların, konsert və iclas salonlarının qarşısına xüsusi adamlar qoyurdular ki, papaqlı kişiləri, çadralı qadınları salona buraxmasınlar. Bütün bu qanunsuzluqları qadın və kişilərin hüquq bərabərliyi şüarı altında həyata keçirirdilər.

Təqiblərə, təzyiqlərə baxmayaraq, baba və nənələrimiz ənənəyə sadiq qaldılar. İrticanın tüğyan etdiyi vaxtlarda da islam ehkamlarına yarıaçıq, yarıgizli əməl etdilər.

Kommunist rejimi dağıldıqdan sonra insanlar mənəvi azadlıq da qazandılar. 

Yeni məscidlərin sayı artdığı kimi, çadra örtən, rübənd salan qadınların sayı da çoxaldı. “Rübənd” sözü farscadan dilimizə keçmişdir. Mənası “üz örtüyü” deməkdir. Mərkəzi Asiyada yaşayan müsəlman və türklərin əksəriyyəti qadınların bu sayaq üz örtüyünə p ə r ə n c ə deyirlər. Əsasən, ipək parçadan olan, üzəri müxtəlif tikmələrlə bəzədilən rübəndi qadınlar başlarına salanda yalnız gözləri görünür. Qızlar həddi buluğa çatdıqdan sonra üzlərini yad kişilərdən gizlətmək üçün başlarına ya rübənd salır, ya da çadra örtürdülər.

(səh. 74)

 

 

RÜŞDİYYƏ MƏKTƏBİ

 

Köhnə qəzet və jurnallarda “Azərbaycan başdan-başa savadsızlar ölkəsi idi”, “nə məktəb, nə universitet vardı” və s. kimi ifadələrə rast gəlsəniz, heyrətlənməyin. Onları yazanlar məktəb, təhsil deyəndə yalnız indiki məktəbləri və təhsil sistemini nəzərdə tuturdular. Min illər boyu Şərqdə mövcud olmuş mollaxanaları, mədrəsələri və b. tədris, elm ocaqlarını qəbul etmirdilər.

Avropada kapitalizmin şöhrətli inkişafı elm və texnika cəhətdən geridə qalan Şərqi heyrətləndirirdi. Şərqin bir sıra pedaqoqu və maarifçisi bu geriliyin səbəbini təhsil sisteminin zamanla ayaqlaşmasında görürdü. Odur ki, xalqımızın demokratik fikirli, yenilikçi maarif xadimləri Şərq təhsil sistemində islahatlar aparıb, onu Avropa təhsil sisteminə uyğunlaşdırmağa girişdilər. Belə maarifpərvər pedaqoqlardan biri də Mirzə Həsən Mehdi oğlu Rüşdiyyə idi. Onun təşkil etdiyi məktəblər yaddaşlarda Rüşdiyyə məktəbləri kimi qaldı.

Hacı Mirzə Həsən 1851-ci ildə Təbrizdə doğulub. Gənc yaşlarından məktəb açıb uşaqlara savad uşaqlara savad öyrətməklə bərabər, publisistlik də edib. İdeyalarını həyata keçirmək üçün 1883-cü ildə İrəvan şəhərinə gəlib. Burada yeni üsulla təhsil verən məktəb açıb. 1887-ci ildə Təbrizə qayıdıb. Təbrizdə və Tehranda açdığı “Dəbistani-Rüşdiyyə”, “Mədrəseyi-Rüşdiyyə”, “Rüşdiyyəyi-Müzəffəriyyə” məktəblərində türk, fars, fransız dilləri, fizika, riyaziyyat, ədəbiyyat və b. fənləri tədris proqramına daxil edib. Qəzet və jurnallarda onlarca elmi pedaqoji məqalələr dərc etdirən M.H.Rüşdiyyə mürtəce qüvvələrin fitnəkarlığı nəticəsində həbs olunub, Xorasan əyalətinə sürgünə göndərilmişdi.

İranda Məşrutə hərəkatı adı ilə məşhur olan 1905-11- ci illər inqilabında fəal iştirak edən M.H.Rüşdiyyə Azərbaycan türkcəsində yazılmış “Ana dili”, “Vətən dili” kimi əlifba kitablarının müəllifidir. Yenilikçi pedaqoq 1944-cü ildə Qum şəhərində vəfat etmişdir.

(səh. 75)

 

 

 

SAVALAN

 

Fransa və ya Paris deyəndə dərhal Eyfel qülləsi, yaxud Notr-Dam kilsəsi, Roma deyəndə Kolizey yada düşdüyü kimi, Bakı deyəndə Qız qalası, neft və Xəzər, Cənubi Azərbaycan deyəndə isə Savalan yada düşür. Əslində Savalan şimallı-cənublu bütün Azərbaycanın rəmzi sayılmalıdır. Rəvayətə görə, öz qoynunda Zərdüşt babanı gizlətmiş və bu möhtəşəm dağ Azərbaycanın coğrafi mərkəzindədir. Kim Lerik tərəfdən və Ərdəbil tərəfdən yaxınlaşsa, hələ 30-40 kilometr uzaqdan səmada gömgöy mavilik, ağappaq qar görəcək. İnsanı qəribə bir hiss bürüyür. Dağın özü yox, ancaq zirvəsindəki qar görünür.

Dəniz səthindən 4850 metr yüksəkdə olan Savalan Azərbaycanda ən yüksək zirvədir. Belə deyirlər ki, kim onun təzə qarından yesə yüz il yaşayar.

Savalan dörd tərəfində 100 kilometrlərlə ərazidə yerləşən saysız kəndləri və şəhərləri öz suyu və saf havası ilə cənnətə döndərir. Onun qarı il uzunu yüzlərlə bulaq və kəhrizi büllur kimi saf su ilə təmin edir. Yamaclarında saysız qoz, ərik, alma, armud, gilas bağları və meşələri var.

(səh. 79)

 

 

SALNAMƏ

Xalq qəhrəmanı Babək ərəb işğalçılarına və onlara tabe olan yerli feodollara qarşı 2O ildən çox mübarizə aparmışdır.

Biz bunu hardan bilmişik? Əlbəttə, salnamələrdən, yəni hadisələrin illər üzrə nağıl edildiyi tarixi əsərlərdən. Salnamələrdə padşahların hökmranlığı, vuruşmalar və hərbi yürüşlər, tikinti işləri, təbiətin qeyri-adi və dəhşətli hadisələri, qorxulu yoluxucu xəstəliklər, bir sözlə, hər şey haqqında məlumata rast gəlmək olur.

Orta əsrlərdə Şərq ölkələrində salnamələri adətən saray tarixçiləri, katiblər yazırdılar. Salnaməçilər özlərindən əvvəlki dövrlərdə baş verən hadisələri də öyrənməyə çalışır, xalq əfsanələrini toplayır, yaşlı adamları sorğu-sual edirdilər. Məsələn, salnaməyə I Şah Abbas haqqında belə bir rəvayət düşmüşdür: saray münəccimi ulduzların toqquşacağını və bunun şaha fəlakət gətirəcəyini demiş və üç günlüyə şahlığı başqa bir adama verməyi məsləhət görmüşdü. Mirzə Fətəli Axundzadə “Aldanmış kəvakib” əsərini həmin rəvayətin əsasında yazmışdır.

İlk vaxtlar salnamələri perqamentdə, yəni xüsusi olaraq aşılanmış dəridə, 15-ci əsrdən isə kağızda yazırdılar. Salnaməçilər qaz lələyindən düzəldilmiş qələmlə gözəl xətlə yazır, səhifənin boş yerlərini zərif naxışlar və şəkillərlə bəzəyirdilər. Salnamə yazmaq çox mühüm iş sayılırdı. Ona görə də hər bir hökmdar istəyirdi ki, öz salnaməçisi olsun.

Alimlər salnamələri diqqətlə oxuyur, onları bir-birilə tutuşdurur, hadisələr barədə məlumatın haradan götürüldüyünü bilməyə, bizim günlərədək gəlib çatmamış daha qədim salnamələrin izinə düşməyə çalışırlar.

İndiki dövrdə də salnamələr yaradılır. Məsələn, qocaman jurnalist Qulam Məmmədli Azərbaycanın görkəmli şəxsiyyətləri N.Nərimanov, Ü.Hacıbəyov, H.Ərəblinski, C.Məmmədquluzadə, H.Cavid haqqında salnamələr, Azərbaycan teatrının ikicildlik salnaməsini tərtib etmişdir.

(səh. 81)

 

 

SAXSI

Araşdırıcılar qədim misirlilərin saxsıdan istifadə etdiklərini müəyyənləşdirmişlər. Bu ağ rəngli və məsaməli struktura malik keramik material 4-5-ci əsrlərdən başlayaraq Çində, 11-13-cü əsrlərdə Koreyada, 16-cı əsərdən Yaponiyada və Avropa ölkələrində geniş istehsal edilməyə başlandı.

Qədimlərdə saxsıdan qab-qacaq düzəltmək üçün istifadə edilirdisə, sonralar onun sahəsi daha da genişləndirildi. Məişət avadanlıqlarında, binaların tikintisində saxsıdan geniş istifadə edilməyə başlandı.

10-12-ci əsrlərdə İranda kəşf edilmiş ağ azməsaməli saxsı şəkilli kütlə (kaşı) islam ölkələrində də yayıldı.

Saxsı məmulatlarının stəhinə su keçirməyən qlazur (şirə) təbəqəsi çəkilir. Tərkibinə və

 Xassələrinə görə saxsı alüminatlı əhəngli, şamotlu və çöl şpatlı olur. Çöl şpatlı saxsı texnikada və məişətdə daha çox yayılmışdır.

(səh. 83)

 

 

SAXURLAR

Qafqazın qədim tayfalarından olan saxurlar Azərbaycanın əsasən Zaqatala, Qax və Balakən rayonlarında, Dağıstan Respublikasının (Rusiya Federasiyası) Rutul rayonunda yaşayır, özlərini “yıxbı” adlandırırlıar. Etnik adları baş kəndləri saxurla əlaqədardır. Avropoid Balkan-Qafqaz irqinin Xəzər variantına aiddirlər. Sayları təqribən 65 min nəfərdir, özünəməxsus adət-ənənələri və dilləri vardır. Əsasən, Böyük Qafqazın ətəklərində yaşayır, maladarlıq, əkinçilik, bağçılıq və toxuculuqla (palaz, xalça, şal, corab və s.), sənətkarlıqla məşğul olurlar. Dilləri səs tərkibi və qramatik cəhətdən zəngindir. 20-ci əsrin əsrin 30-cu illərində yazıları olmuş, kitablar çap edilmiş, sonra unudulmuşdur. Azərbaycan müstəqillik qazanandan sonra 90-cı illərdə professor Abdulla Qarayev saxur dili əlifbasını yaratmış, proqram və dərsliklər yazmışdır. Zaqatalada çoxsahəli “saxur” mədəniyyət mərkəzi fəaliyyət göstərir.

                                                                                                                          (səh. 84)

 

 

SEMENT

Bu gün yaşadığımız binaların, kinoteatrların, sarayların, səhraları gülzara çevirən suvarma kanalalrının, təyyarələrin uçuş zolaqlarının, dəmiryol və avtomobil yollarının, raketlərin start meydançalırının və s. onlarca obyektin tikintisini sementsiz təsəvvür etmək çətindir. İnşaatçılar çox vaxt onu tikintinin çörəyi adlandırırlar.

Bu gün dünya xalqlarının bir çoxlarının dilində işlənən sement almanca “zement” (qırmadaş mənasını verir) sözündən alınmışdır. Uzaq keçmişdən başlayaraq 19-cu yüzilliyədək insanlar binalar tikərkən gipsdən və əhəngdən istifadə edirlər. Sonralar müxtəlif ölkələrdə inşaatçılar daşlar arasında bərkidici maddə kimi gips və ya əhəngdən istifadə edəndə ona narınlaşdırılmış vulkanik süxurlar, bişirilmiş kərpic ovuntusu və s. qatmaqla yeni bərkidicilər əldə etmişlər. 1976-cı ildə isə C.Parker təbii mergellərin yandırılması və narınlaşdırılması məhsulu olan hidravlik yapışdırıcı – Roman-sement üçün patent aldı. 1824-cü ildə İngiltərədə C.Aspdin və 1825-ci ildə Rusiyada Y.G.Çeliyev bir-birindən xəbərsiz portlandsement aldılar. Bu, tikinti-quraşdırma işlərinin sürətləndirilməsinə təkan verdi. Adi şəraitdə bərkiyə bilməsinə, yüksək fiziki-mexaniki xassələrinə, suya, şaxtaya dözümlülüyünə, uzunömürlülüyünə və s. görə yığma və monolit betonların, həmçinin dəmir-beton konstruksiya və məmulatların hazırlanmasında sementdən geniş istifadə edilir.

Sement əsasən quru, yaş və kombinəli üsullarla istehsal olunur. Quru üsulla sement istehsal ediləndə əhəng və gil narınlaşdırılma və üyüdülmə prosesində qurudulur. Sonra başqa lazımi materiallar da qatılmaqla boru-sobalara verilir. Burada məhsul 1450-1550 dərəcə Selsi temperaturda yandırılır. Fırlanan boru-sobadan çıxan məhsul soyudularaq tikintilərə, zavodlara, kombinatlara yola salınır. Bakının yaxınlığındakı Qaradağ qəsəbəsində yerləşən sement zavodu cənubi Qafqazda bu qəbildən olan müəssisələrin ən böyüyüdür.

(səh. 85)

 

 

SƏBAYIL, SƏBAYEL

 

Əgər siz Bakıdakı Şirvanşahlar sarayına gedibsinizsə, yan-yana düzülmüş iri daşlar yəqin ki, diqqətinizi cəlb edib. Bu daşların hər biri üzərində ərəb əlifbasının iki ya üç hərfi ya tam, ya da yarımçıq oxunur. Daşları yan-yana düzüb oxuduqda isə sözlər və cümlələr meydana gəlir. Diqqətlə nəzər yetirsəniz görürsünüz ki, həmin daşlar on illər boyu su altında qalıb.

Azərbaycan arxeoloqları 1939, 1940, 1960 və 1969-cu illərdə Bakı buxtasının cənub qərbində akvalanqçılarla birgə apardıqları axtarış nəticəsində həmin daşları və başqa onlarca məişət əşyasini üzə çixarmişlar. arxeoloqlar müəyyənləşdirmişlər ki, sahildən təqribən 350 metr arada uzunluğu 140 metr, eni 35 metr olan Səbayel qəsri 14-cü əsrdə Xəzər qabaranda sulara qərq olub. 3 dairəsi və 12 yarımdairəvi bürcü olan daş divarla (1, 2-2 m) əhatələnmişdir. Bürclərin bəzi yerlərində və divarların künclərində iri daşlar dəmir qarmaqlarla bir-birinə bənd edilibmiş. Divar və bürclərdəki daşlar üzərində ərəbcə kitabələr, insan, quş və heyvan təsvirləri varmış. Bu kitabələrdə 1234-1235-ci illəri göstərən tarix, Quran ayələri və s. yazılıb. 1723-cü ildə Xəzərin səviyyəsi enəndə abidə görünsə də, tam üzə çıxmayıb. 1950-60-cı illərdə Xəzərin səviyyəsi yenidən aşağı düşsə də, abidənin üzə çıxmaması bu qənaəti yaradır ki, 12-13-cü əsrlərdə Xəzərin çəkilməsi sonrakı əsrlərdəki çəkilmələrdən böyük olub. Elə ona görə də belə möhtəşəm abidə ucaltmağa şərait yaranıb.

Səbayel qəsri öz sirrini hələ tam açmayıb. Onun müdafiə qalası, gömrükxana və ya ibadətxana kimi tikildiyi ehtimal olunur.

(səh. 85)

 

 

SƏDİ

(12O3-1O- cu illər arası-1292)

 

Məşhur İran şairi Sədi Şirazinin əsərləri yeddi yüz ildən artıqdır ki, insanlara ağıllı nəsihətlər verir, nəcib duyğular bəxş edir. Uzun ömür sürən bu şair haqqında bir çox rəvayətlər yaranmışdır. Sədinin uşaqlıq və gənclik illəri ana yurdunda – İranın Şiraz şəhərində keçmiş, ilk təhsilini də burada almışdır. Sonra Bağdadda, öz dövrünün ali məktəbi sayılan Nizamiyyə mədrəsəsində oxumuşdur. Ömrünün otuz ilini (1227-ci ildən)səyahətlərdə keçirmiş, bütün Yaxın Şərqi, Hidistanı, Kiçik Asiyanı, Afrikanın şimalını gəzib dolaşmış, müxtəlif insanlarla görüşmüş, zəngin həyat təcrübəsi qazanmışdır. 1257-ci ildə vətəni Şiraza qayıtmış, müdrik filosof, alim kimi şöhrət qazanmışdır. O, Yaxın Şərq tarixində ictimai keçməkeçlər, Səlib yürüşləri, monqol istilaları, qırğınlar dövründə yaşayıb yaratmışdır. Sədi səlibçilərə qarşı vuruşmalarda iştirak etmiş, Suriyada fransızlara əsir düşmüşdür. Əsirlikdən azad olub vətənə dönən şair ömrünün sonunadək yaradıcılıqla məşğul olmuşdur.

Sədi fars poeziyasının ən böyük nümayəndələridir. O, ədəbi fəaliyyətə hələ gənc ikən başlamışdı. O vaxtlar Kaşqara səyahəti zamanı bir nəfər ondan haralı olduğunu soruşur. Şair: “şirazlıyam” – deyə cavab verəndə həmin şəxs soruşur: “Sədinin əsərlərindən bilirsənmi?” BU göstərir ki, Sədi hələ gənc yaşlarından vətənindən xeyli uzaqlarda belə məşhur olmuşdur. Sədi Şərq poeziyasının qəsidə, qəzəl, təcribənd, qitə, rübai və s. formalarında çoxlu şeirlər yazmışdır. O, qəzəl janrının ustadlarındandır. Lakin dünya ədəbiyyatı tarixində Sədi “Bustan” və “Gülüstan” əsərləri ilə şöhrət qazanmışdır. Humanist şair əsərlərində insanları ağıllı, cəmiyyətə faydalı, səxavətli, ədalətli olmağa, irqindən və milliyyətindən asılı olmayaraq acizlərə, gücsüzlərə kömək etməyə, sülhə, dostluğa, sədaqətə çağırmışdır. Sədi həmişə xalqın mənafeyini müdafiə etmiş, xalqı cəmiyyətin əsası saymışdır. O yazırdı: “Hakim bir ağa isə, xalq o ağacın köküdür, ey oğul, ağac kök ilə möhkəm olar”, “Bacardıqca xalqın qəlbini yaralama, əgər yaralasan, öz kökünü qoparmış olarsan”.

Sədinin əsərləri Azərbaycanda da geniş yayılmış, onun “Bustan” və “Gülüstan”ı 20-ci əsrin əvvəllərinədək məktəb və mədrəsələrdə tədris edilmişdir.

(səh. 83)

 

 

SƏYYAHLAR

 

Dünyanın hər hansı bir guşəsi haqda bilgi almaq istəyəndə öncə xəritəyə nəzər salırsınız. İndi xəritələr kosmosdan çəkilmiş şəkillər əsasında hazırlanır.

Bəs kosmik gəmilər, təyyarələr olmayanda xəritələr necə çəkilirdi?

Səyyahların qeydləri və söylədikləri əsasında. Səyyahların qeydlərindən yalnız xəritələrin çəkilməsində istifadə dinmirdi, tarix, etnoqrafiya, coğrafiya kitabları da onların söylədikləri əsasında hazırlanırdı. Hətta tacirlər, hökmdarlar da səyyahların söhbətlərindən və ya yazdıqları yol qeydlərindən bəhrələnirdilər. Hər adam səyyah ola bilməzdi. Səyyah fiziki cəhətdən sağlam, təbiət elmlərinə bələd olmalıdı. Bir az da macəra həvəskarı olan şəxslər uzunmüddətli səyahətə çıxırlar. Çox vaxt onları hökmdarlar, varlı tacirlər maliyyələşirdilər. N

Səyyahlardan söz düşəndə ən çox Marko Polonun, Xristofor Kolumbun, Fernan Magellanın, Seymon Dejnyovun, N.Mikluxo-Mayklın, Afanasi Nikitinin və başqalarının adı çəkilir. Çünki onlar haqqında elmi ədəbiyyatda daha geniş məlumat var.

Azərbaycanlı səyyahlardan isə Hacı Zeynalabdin Şirvaninin, Əbdürrəşid Bakuvinin haqqında kitablar və məqalələr var.

Səyyahlar cəsur insanlardır. Dünyanın istənilən nöqtəsini kosmosdan çəkmək mümkün olmasına baxmayaraq yenə də qədim qayıqlarla, it qoşulmuş xizəklərlə, piyada səyahətə çıxanlar olur. Azərbaycanlı Əlişir Nəvai min kilometrlərlə məsafəni piyada qət edərək hər yerdə Nizami Gəncəvinin və Məhəmməd Füzulini təbliğ edib.

(səh. 86)

 

SƏLİB YÜRÜŞLƏRİ

Xristianların din bayrağı altında işğalçılıq yürüşləri haqqında nə bilirsiniz?

Tarixdə S ə l i b  y ü r ü ş l ə r i, X a ç  y ü r ü ş l ə r i adı ilə də bəlli olan (öz paltarlarına xaç dikdikləri üçün onlara bu ad verilmişdir) və 1096-cı ildən 1270-ci ilə qədər xristian-katoliklərin təşkil etdiyi bu yürüşlər Fələstindəki “müqəddəs” yerləri müsəlmanlardan azad etmək bəhanəsi ilə yeni torpaqlar tutmaq məqsədi daşıyırdı. Bildiyiniz kimi, “Beytül müqəddəs” (“Müqəddəs şəhər”; yəhudicə Yerusəlim, ərəbcə Qüds, əl-Qüds adlanır) xristianların müqəddəs yeri kimi qəbul olunub. İslamın yaranışından az sonra Fələstin Ərəb xilafətinin ərazisinə çevrildi. Xilafət orduları Yaxın Şərqi, Şimali Afrikanı tutaraq İspaniyaya keçdilər. Hər yüksəlişin bir enməsi olduğu kimi, 10-11-ci əsrlərdə Xilafət də zəiflədi. Onu yeni qüvvə kimi meydana çıxan Səlcuqlar əvəz etdilər. 11-ci əsrin sonlarında oğuz türkləri Bizans əyalətini, o cümlədən Qüdsü tutdular. Müsəlmanları məhv etmək üçün bütün Avropa katolikləri ayağa qalxdılar. Təqribən 200 il müddətinə xristianlar müsəlmanlığı qoruyan türklərə qarşı səkkiz dəfə Səlib yürüşü təşkil etdilər. Çünki 11-ci yüzildən başalayarq islamı yayan və onu qoruyan əsasən türklər idi. Bu dinin yaradıcısı olan ərəblər artıq çoxdan öz güclərini itirmişdilər. Beləliklə, ağır silahla silahlanıb dəmir zireh geymiş səlibçilərin qarşısını yalnız Səlcuq türkləri almalı oldular. İlk Səlib yürüşlərində əməkçi xristianlar da iştirak edirdilər. Ancaq onlar bu yürüşlərin talançılıq, işğalçılıq məqsədi daşıdığını görüb ondan uzaqlaşdılar.

Bir qayda olaraq Səlib yürüşlərinin təşkilatçısı və ideya carçısı xristian katoliklərinin başçıları – papalar idilər. Səlib yürüşlərində əsasən fransızlar, ingilislər, almanlar, italyanlar, avstriyalılar və b. iştirak edirdilər. Hətta bu yürüşlərə uşaqlar da zorla cəlb edilmişdi. Çox böyük ordu toplamaqlarına baxmayaraq (200 minlik və daha çox) səlibçilər, sayca az lakin çevik, cəsur və yüngül silahlarla silahlanmış türk atlılarının qarşısında məğlub olurdular. Xristian avropalılar bir daha türk silahının acısını dadıb, 8-ci yürüşdə tam məğlubiyyətdə uğradıqdan (1270) sonra Səlib yürüşlərindən vaz keçdilər.

Səlib yürüşləri bir daha türk silahının, türk döyüş taktikası və strategiyasının üstünlüyünü nümayiş etdirdi. Bu yürüşlərdə avropalılar çoxlu uşaq, qoca qırdılar. Xristian səlibçilər türk islam mədəniyyətindən çox şey öyrəndilər. Şərqin texniki, mədəni, təsərrüfat nailiyyətlərini tez bir zamanda mənimsəyən avropalılar artıq türklərə güclə qalib gəlməyin qeyri-mümkün olunduğunu bir daha anladılar. Şərq türk islam mədəniyyəti ilə bu yaxın tanışlıq Avropaya tez bir zamanda mənimsədiklərini həyata keçirməyə imkan verdi.

(səh. 86)

 

 

SƏMƏD BEHRƏNGİ

(1939-1968)

 

1968-ci il avqust ayının 30-da Araz çayının sahilində 29 yaşlı bir gəncin meyiti tapıldı. Həmin vaxtdan illər keçsə də, bu qəfil ölüm haqqında söz-söhbət bu gün də davam edir. Kimisi deyir çayda çimərkən boğulub, kimi də deyir ki, bu ölüm İran təhlükəsizlik orqanlarının işidir.

Bütün bu şübhələr təsadüfi deyil. Gənc Səməd Behrəngi qısa ömrünü xalqının azadlığına, uşaqların cəsur və vətənpərvər böyüməsinə, milli mədəniyyətimizin yaşarlı olmasına həsr etmişdi.

1939-cu ildə Təbriz şəhərində doğulmuş Səməd 1961-ci ildə Təbriz Universitetini bitirdikdən sonra Azərbaycanın ən ucqar kəndlərində müəllimlik etməyə başlamışdı. O, uşaqlara elm öyrətmək, təhsil verməklə kifayətlənmirdi. Nağıllarımızı toplayıb nəşr etdirir, uşaqlar üçün türk fars dilində hekayələr, nağıllar yazırdı. Farsca yazdığı “Adət” hekayəsi 1960-cı ildə “Təlxun” nağıllar məcmuəsində dərc olunmuşdur. Onun hekayə və nağıllarının əsas mövzusu sosial ədalətsizlik, yoxsulluq, hüquqsuzluq və bütün bu bəlaları doğuran, ictimai-siyasi səbəblərdir. Bir sıra dərsliyin, pedaqoji və sosioloji tədqiqatların, ədəbi-tənqidi məqalələrin müəllifi olan Səməd Behrəngi daha çox uşaq yazıçısı kimi tanınır. Ölümündən bir il sonra İtaliyada keçirilən beynəlxalq uşaq ədəbiyyatı sərgisində S.Behrənginin “Qara balıq” kitabı birinci dərəcəli diploma və qızıl nişana layiq görülmüşdür.

(səh. 88)

 

 

SƏMƏNDƏR

 

Nağıllarda, rəvayət və əfsanələrdə, dastanlarda rast gəldiyimiz əfsanəvi quşa S ə m ə n d ə r, Z ü- m r ü d və ya S i m u r q deyirlər. Bu əfsanəvi quş qəhrəmanların dostu, darda qalanların köməkçisi, zülmətdən işıqlı dünyaya gedib gələ bilən, uzaq yolu qısa müddətdə uçan nəhəngdir. Nağıllara görə bu quş o qədər böyükdür ki, iri qayaları asanlıqla caynaqlarına ala bilir. Qəhrəman onun üstünə minib, qırx tuluq su, qırx şaqqa ət qoyur. “Məlikməmməd” nağılında da Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya gətirən Səməndər Zümrüd quşunun dayanmadan 4O gün, 4O gecə uçduğu deyilir.

Nağıllarda təsvir edilir ki, Zümrüd quşu xeyirxah insanlara qanadından bir tük verir. Həmin tükü oda tutanda bu quş dara düşmüş adamın dadına çatır. Rəvayətə görə, uçarkən Səməndər quşunun qanadlarından qığılcım qopur. Bu quş ildə bir yumurta qoyub, qurbağaya oxşar bala çıxarır, özü isə alışıb yanır, həyatını balasına qurban verir. Digər rəvayətə Səməndər quşu odun içində yaşayır. Oddan da alışıb yanır.

Başqa birisində isə deyilir ki, bu quş Elbrus dağının əlçatmaz zirvəsində yaşayır. Səməndər quşu fədakarlıq, sədaqət, xoşbəxtlik rəmzidir. Klassik ədəbiyyatımızda həm də fədakar sevgi rəmzi kimi tərənnüm olunur.

(səh. 89)

 

 

 

SƏTTAR XAN

 (1867-1914)

 

1905-11-ci illər İran inqilabının və Cənubi Azərbaycanda demokratik hərəkatın rəhbərlərindən biri, Azərbaycan xalqının milli azadlığı uğrunda fədakar mübariz Səttar xanın adı tariximizə qızıl hərflərlə yazılmışdır.

Səttar xan 1867-ci il avqustun 16-da Cənubi Azərbaycanın Qaradağ vilayətinin Məmmədxanlı (indiki Mincivan) mahalında kəndli ailəsində anadan olmuşdur. Ağır kəndli əməyinin acısı, zəhmətkeş xalqın ağır güzəranı, varlıların özbaşınalığı hələ erkən yaşlarından Səttarda zülm isitibdada qarşı nifrət oyatmışdı.

Ümumiyyətlə, Səttargilin ailəsində şah üsul-idarəsi əleyhinə çıxan mücahidlərə böyük hüsn-rəğbət vardı. Bir dəfə – o vaxtdan Səttarın 15-16 yaşı ancaq olardı – feodal hakim dairələrinə qarşı kortəbii mübarizə başçılarından birinə sığınacaq vermələri üstündə böyük qardaşı İsmayıl Səttar həbs edilmiş, qandallanaraq Təbrizə göndərilmişdir. Bu , Səttarın həyat yolunun müəyyənləşməsində az rol oynamadı. İkinci dəfə Səttar 19-cu əsrin 80-ci illərinin əvvəllərində həbs olunmuş və Ərdəbil həbsxanasına sığınmışdı. Az keçməmiş, o, buradan qaçmış, Culfa-təbriz boyunca xanlara və bəylərə dinclik verməyən partizanlara başçılıq etmişdi. Qardaşı İsmayıl edam olunduqdan sonra gənc Səttar öz taleyini qəti olaraq zəhmətkeş xalqın azadlığı uğrunda mübarizəsi ilə bağlamış oldu.

1905-ci ildə İranda və Cənubi Azərbaycanda baş qaldırmış inqilabi hərəkat Səttara böyük təsir göstərdi. Səttar özünü inqilab alovları içərisinə atdı. Döyüşlərdə göstərdiyi qəhrəmanlıq və bacarığı ona xalq içərisində böyük şöhrət qazandırdı. İnqilab nəticəsində Güney Azərbaycanda hakimiyyəti ələ almış Təbriz Əncüməni Səttarı xalq polisinin komandirlərindən biri təyin etdi. 1908-ci il iyulun 17-də Səttar xan və onun yaxın silahdaşı Bağır xanın dəstələri Tehran inqilabına kömək üçün yola düşdülər. Lakin iyunun 23-də Tehranda baş vermiş əksinqilabi çevrilişdən sonra yerli irticaçıların Təbriz mücahidlərinə qarşı hücumu onları geri qayıtmağa məcbur etdi.

Bir sıra yerlərdə artıq ağ bayraqlar qaldırmışdı. Səttar xanın Təbrizə gəlişi inqilabçılara yeni ruh verdi. Səttarın yaşadığı Əmirəqız məhəlləsində kişili-qadınlı hamı ayağa qalxdı. Başda Səttar xan olmaqla Təbriz mücahidləri təşkilatının fədakarlığı sayəsində Cənubi Azərbaycanda inqilab sözünü qoruyub saxlaya bildi. Bu mühüm qələbədən sonra xalq Səttar xana “sərdari milli” – millətin sərkərdəsi adı verdi. Səttarxan inqilabi qoşunların başçısı təyin olundu. Sonradan Səttar xan və Bağır xan üçün xatirə günü təsis olundu və onların şəkli təsvir olunmuş medallar buraxıldı. Xalq kütlələrinin köməyi ilə az sonra Səttarxanın dəstələri Culfa yolunu düşməndən təmizlədilər. Həmin dövrdə Təbrizdə buraxılan intibahnamələrdən birində deyilirdi ki, Səttar xan və Cənubi Azərbaycanın əhalisi bütün İran üçün azadlıq və konstitusiya uğrunda mübarizə aparırlar. Səttar xanın şaha göndərdiyi ultimatumda məclisin (parlamentin) bərpa edilməsi, konstitusiya azadlıqları uğrunda çarpışanlara amnistiya, xalqa söz, yığıncaq və mətbuat azadlığı verilməsi tələb olunurdu. Nəhayət, 1909-cu ilin aprelində Məhəmmədəli şah Qacar Səttar xanla danışıqlara başlamağa məcbur oldu. Şah sarayından məclisin və konstitusiyanın tezliklə bərpa ediləcəyi barədə vədlər yağdırılmağa başlandı. Səttar xan bildirdi ki, vədə əməl olunsa silahı yerə qoyacaq.

Səttar xanın ardınca İranım hər yerindən, eləcə də xarici ölkələrdən təbrik teleqrammaları gəlirdi. Şairlərdən biri “Tərəqqi” qəzetində dərc etdirdiyi şeirində yazırdı ki, İran üçün Səttar xandan yaxşı hökmdar ola bilməz. Mirzə Ələkbər Sabir “Səttar xan” şeirində onun milli qeyrətinə və qəhrəmanlığına yüksək qiymət verirdi. Peterburqdan alınan bir teleqramda deyilirdi: “Rusiyanın tələbələri uzun əsrlər boyu şir və günəş ölkəsinin səmasını bürümüş qara buludları dağıdan Səttar xana salam göndərirlər. Qoy İrana azadlıq gətirən qələbə həmişə sənin tərəfində olsun!” 1909-cu ildə şah konstitusiyanı bərpa etməyə məcbur oldu. Məhəmmədəli şah azyaşlı oğlunun xeyrinə taxt-tacdan əl çəkib xaricə qaçdı. 1910-cu ilin martında Tehran hökuməti Səttar xanla Bağır xanı paytaxta dəvət etdi. Səttar xan könülsüz də olsa kiçik bir dəstə ilə yola düzəldi. 1910-cu il aprelin 15-də bütün Tehran əhalisi Səttar xanı qarşılamağa çıxmışdı. İzdiham Səttar xanı əlləri üstünə qaldırıb Zəfər tağının altından keçirtdi. Lakin irtica qüvvələri ilə əlbir olmuş hökumət Səttar xana sui-qəsd hazırlamışdı. Avqustun 7-də hökumət qoşunları xəyanətə əl ataraq qəfil hücumla fədai (azadlıq uğrunda mübarizə aparan) dəstələrini tərksilah etdilər. Atışma zamanı Səttar xan ağır yaralandı. Tehranın Atabəy parkında baş verən bu xəyanət nəinki Cənubi Azərbaycanı, bütün İranı sarsıtdı. Azərbaycan xalqının böyük oğlu, Avropada “İranın Hannibalı” kimi ad çıxarmış Səttar xan 1914-cü il noyabrın 9-da əbədi olaraq gözlərini yumdu. Onun ölümü ümumxalq matəminə çevrildi. İgid ölər, adı qalar... Böyük sərkərdə Səttar xanın adı da işıqlı əməlləri kimi həmişə azadlıq rəmzi olaraq Azərbaycan xalqının ürəyində yaşayacaqdır. Onun mərd obrazı bir çox bədii əsərlərdə canlandırılmışdır. Səttar xan Tehranın Şah Əbdüləzim qəbiristanında dəfn edilmişdi. Qəbrin üzərində uca sinədaşı və başdaşı qoyulmuşdu. Sonralar Şah Əbdüləzim kompleksin abadlaşdırmaq adı altında Səttar xanın qəbirüstü abidəsini götürmüş, əvəzində kiçik bir yazılı mərmər lövhəni qəbir olan yerə qoymurlar. Cənubi Azərbaycanda 1945-46-cı illərin milli azadlıq hərəkatı dövründə döyüşdə fərqlənənləri təltif etmək üçün Səttar xan medalı, hərəkatın ən fəal xadimləri üçün isə Səttar xan ordeni təsis olunmuşdu.

(səh. 91)

 

 

SƏFİƏDDİN URMƏVİ

(1230-1294)

 

Musiqini notsuz təsəvvürümüzə gətirə bilmirik. Amma muğamlarımızı, xalq mahnılarımızı adətən notsuz ifa edirlər. Çox zaman isə belə bir qənaət yaranır ki, Azərbaycan, eləcə də Şərq musiqisi notsuz inkişaf edib, not isə bizə Avropadan keçib.

Amma musiqi tariximizi öyrənən araşdırıcılar sübut etmişlər ki, Şərqdə də notlu musiqi olmuşdur. Lakin Şərq musiqiçilərinin istifadə etdikləri not işarələri bugünkündən fərqlidir.

Görkəmli alim Səfiəddin Əbdülmömin ibn Yusif ibn Faxir əl-Urməvinin yaradıcılığı musiqimizin inkişafında yeni dövrün başlanğıcı hesab edilir. Şərq, eləcə də Azərbaycan musiqi folklorunn əsasını təşkil edən səs komplekslərinin sistemləşdirilməsi məhz Səfiəddin Urməvinin musiqi nəzəriyyəsi sayəsində mümkün olmuşdur. O, musiqiyə dair nəzəri əsərlərində mükəmməl tabulatura (not) vasitəsilə 12 əsas məqamın, 6 törəmə məqamın (avazın) səsdüzümünü, eləcə də bəzi melodiyalardan parçalar vermişdir. S.Urməvi həm də nüzhə və müğni musiqi alətinin yaradıcısı kimi incəsənət tariximizin parlaq səhifələrini yazmışdır. Bu ensiklopedik zəka sahibi musiqişünaslıqla, musiqi ifaçılğı ilə, bəstəkarlıq, xəttatlıq və ədəbiyyatşünaslıqla ardıcıl məşğul olmuşdur.

(səh. 93)

 

 

SLOVAKİYA RESPUBLİKASI

 

20-ci əsr tarixə xalqların azadlığı uğrunda mübarizəsi və müstəqil dövlətlərini qurması əsri kimi də daxil oldu. Müstəqillik uğrunda mübarizələr çox vaxt qan-qada, müharibələr və dağıntılar, aclıq və səfalətlə müşayiət olunsa da 1993-cü ildə Slovakiya Respublikasının Çexoslovakiyadan ayrılması dincliklə başa çatdı. Görünür buna tarix özü də zəmin şərait yaratmışdı. 11-ci əsrdə Macarıstanın tərkibində olmuş Slovakiyanın cənubunu 16-cı əsrdə Osmanlı İmperiyası işğal etmiş, qalan hissəsi habsburqların tabeliyinə keçmişdi.

Birinci dünya müharibəsi dünyanın xəritəsini dəyişdi. 1918-ci il noyabrın 14-də Çexoslovakiya dövləti yaradıldı. 1919-cu il iyunun 16-da Preşov şəhərində Slovakiya Sovet Respublikası elan edildi. Elə həmin il iyulun 7-də də süquta uğradı. Bu dövlətin də ömrü o qədər uzun olmadı. Çexiyanın almanlar yaşayan vilayətləri faşist Almaniyasına birləşdirildi. 1939-cu ilin martında müstəqil Slovakiya dövləti yaradıldı.

İkinci dünya müharibəsi Avropanın xəritəsini yenidən dəyişdi. Sovet orduları Şərqi Avropanı işğal etdi və 1945-ci ildə yenidən Avropada Çexoslovakiya Xalq Respublikası adlı bir dövlət yaradıldı. Faşist Almaniyasının və SSR-nin təqiblərindən sağ qalmış vətənpərvərlər isə mübarizəni davam etdirirdilər. 1968-ci ildə baş vermiş milli azadlıq mübarizəsi nəinki SSRİ-ni eləcə də dünya sosializm sistemini lərzəyə gətirdi. Sovet ordusu başda olmaqla Varşava müqaviləsi ölkələrinin silahlı qüvvələri Çexoslovakiyaya daxil oldu və müstəqillik uğrunda çalışanları qan içində boğdu. SSRİ ölkənin idarəçiliyini öz əlində saxlamaq üçün Çexiya və Slovakiya respublikaları yaradıldığını elan etdi. 1969-cu il yanvarın 1-dən hər iki respublika Çexoslovakiya Sosialist Respublikası adı altında federativ dövlətə çevrildi.

Slovakiya Respublikası Mərkəzi Avropada beş dövlətin (Macarıstan, Avstriya, Çexiya, Polşa və Ukrayna) əhatəsində yerləşir.

Slovakiya inzibati cəhətdən üç vilayətə bölünür. Ərazisinin 1/3 hissəsini meşələr, çox hissəsini isə Qərbi Karpat dağları tutur. Ən yüksək zirvəsi Gerlaxovski-Ştit pikidir ( 2655 m). Çayları – Vaq, Hron və s əsasən Dunay hövzəsinə aiddir.

Slovakiya inkişaf etmiş sənaye-aqrar respublikasıdır. Burada maşınqayırma, qara və əlvan metallurgiya, kimya sənayesi inkişaf etmişdir. Böyük istilik elektrik stansiyaları, atom elektrik stansiyaları, Vaq çayında su elektrik stansiyaları kaskadı var.

Respublikada qonur kömür, maqnit, dəmir filizi və s. çıxarılır. Çuqun, polad, prokat, alüminium, mis istehsal edilir. Maşınqayırma sənayesində elektrotexnika və radiotexnika avadanlığı, dəzgahlar, gəmi, motosiklet, yük vaqonları və s. istehsalı əsas yer tutur.

Plastik kütlə, sintetik lif, tikinti materialları və s. istehsal olunur. Yeyinti, yüngül, meşə, ağac emalı sənayesi var.

Kənd təsərrüfatında əkinçilik, bağçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdir. Əsas nəqliyyat növləri dəmir yolu və avtomobil yollarıdır. Çay və hava nəqliyyatı var. Portları Bratislava və Komarondur.

Slovakiya Respublikasının paytaxtı Bratislava şəhəridir.

Slovaklar mənşəcə çexlərə qohumdurlar. Slovakiyada Paleolit və Neolit dövrlərinə aid abidələr, Tunc dövrünə aid qoşa istehkamlı yaşayış məskəni və s. mühafizə olunmuşdur.

Slovakiya Respublikasında onlarla ali məktəb, muzey, kitabxana, Pyştyani, Slyaç, Ştrobske-Pleso kurortları fəaliyyət göstərir.

(səh. 93)

 

SİDQİ RUHULLA

(1886-1959)

 

“Şəbih” (imamların ölümünü əks etdirən dini tamaşa) mərasimlərində gözəl səsinə və xüsusi bacarığına görə Əliəkbəri və şəbihgərdanı (“Şəbih”i idarə edən şəxs) ifa etmək 14 yaşı yenicə tamam olmuş Ruhullaya tapşırılardı. Qohumlarından, yaxın dostlarından əldə etdiyi çalmanı (baş geyimini,) əbanı da geyinərdi ki, daha inandırıcı təsir bağışlasın. Bu gənc gələcəyin görkəmli aktyoru Sidqi Ruhulla idi.

Ruhulla Axundov Bakının Buzovna qəsəbəsində, molla ailəsində doğulub. İlk təhsilini mollaxanada alıb. Kiçik Ruhulla dini bayramlarda toy şənliklərində, Novruz bayramı günlərində “Kos-kosa” və digər oyunlarda ilk teatr elementləri ilə tanış olub. 15 yaşlı Ruhullanı atası Bakıya gətirir və tacir Ağa Kərbəlayının dükanında işə qoyur. Teatra olan hədsiz marağı onun gənclərin xüsusi dram dərnəyinə üzv olmasına səbəb olur. Elə həmin dərnəkdə də  Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” komediyasında ilk dəfə Telli rolunda həvəskar aktyor kimi səhnəyə qədəm qoyur. O vaxtlar qadınları səhnəyə qoymadığından bu rolları da kişilər oynayırdılar. Beləliklə, o andan Ruhulla qalan bütün ömrünü səhnəyə həsr edir.

1910-cu ildə Türk dramaturqu Namiq Kamalın “Vətən, yaxud sislistrə” general Sidqi bəyi oynayan Ruhulla tamaşaçılar tərəfindən son dərəcə sevildiyindən, Sidqi təxəllüsü qazanır.

Yarım sərdən çox səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla 300-dən çox böyüklü, kiçikli rollarda çıxış edir. Onun hər bir rolu teatr həyatında özünəməxsus maraqla qarşılanmışdı. Ələlxüsus, Qacar (“Vaqif” S.Vurğun) və Lir (“Kral Lir”, U.Şekspir) obrazları.

Aidqi Ruhulla teatr aktyoru olmaqla yanaşı, Azərbnaycan kinosunun ilk aktyorlarından olmuş, “Gilan qızı”, “Kəndlilər”, “Hacı Qara”, “Fətəli xan” və s. filmlərdə çəkilmişdir.

Teatr sənətinin inkiaşfı naminə Daşkənddə “Leyli və Məcnun”, “Əsli və Kərəm” tamaşalarını hazırlayan Sidqi Ruhulla özbək milli musiqili dram teatrının da əsasını qoymuşdur.

İranın müxtəlif şəhərlərində qastrol səfərlərində olan sənətkar Təbriz şəhərində professional teatrın əsasını qoyanlardan biri hesab olunur.

1958-ci ildə Cəfər Cabbarlının “Solğun Çiçəklər” pyesindəki Həmzə obrazı aktyorun səhnəmizdə son çıxışıdır. 1959-cu ilin yazında Sidai Ruhulla dünyasını dəyişdi.

Sovetlər Birliyinin ali mükafatına – SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı adlarına layiq görülən Sidqi Ruhullanın teatra həsr olunan ömrü son dərəcə əvəzsiz örnəkdir.

(səh. 96)

 

 

 

STALİN İOSİF VİSSARİONOVİÇ CUQAŞVİLİ

 (1879-1953)

 

Dünyada çoxlu insan ölümünə bais olan siyasi xadimlər az olmayıb. Lakin onların heç biri məhv edilən insanların sayına görə V.İ.Lenin, xüsusən də onun davamçısı Stalinlə müqayisə edilə bilməz.

1879-cu il dekabrın 21-də Gürcüstanın Qori şəhərində doğulan İosifin uşaqlığı ağır maddi və mənəvi sıxıntılarla keçib. Atası içkiyə meyilli çəkməçi olub.

Valideyinləri İosifin din xadimi olmasını arzuladıqlarından onu ruhani seminariyasında oxumağa qoyublar. Seminariyanı yarımçıq qoyan İosif Vessionoroviç Cuqaşvili böyüyəndə din xadimi əvəzinə, siyasi xadim oldu.

Hətta dini ideologiyaların hakim olduğu ölkələrdə millətlər inam və etiqad etibarilə azad idilər. Yəni kim hansı dini seçir, qəbul edərdisə həmin dinin ayinlərini də icra edir. Lakin kommunist ideologiyasının hakim olduğu ölkələrdə bütün dinlər yasaq idi. Yalnız kommunist ideologiyası təbliğ edilir, Marks, Engels, Stalin və başqa rəhbər şəxslərin peyğəmbərləşdirilməsinə çalışırdılar. Marsizm-leninizmdən kənar hər hansı bir ideologiyanı qəbul edənlər, hətta sərbəst düşüncə sahibləri belə həbsxanalarda, ruhi xəstəxanalarda, sürgünlərdə məhv edilirdi. 1917-1940-cı illərdə SSRİ adlanan nəhəng imperiyada 2O milyon nəfərdən çox insan məhv edilmişdi.

Stalin və tərəfdarları yer üzündə ən azad cəmiyyət qurmaq adı altında minlərlə insanı məhv edir, xoşbəxtliyini əlindən alır, bədbəxtliyə düçar edirdilər. Bunun üçün ölkədə münbit şərait yaradılmışdı. İnsanlar bir-birinin taleyinə biganələşmişdilər.

20-ci yüzilliyin əvvəllərindən artıq çar Rusiyasının iflasa doğru getdiyi müşahidə edilirdi. Odur ki, bir çox partiya və siyasi qruplar kimi bolşeviklər də sərbəst fəaliyyət göstərirdilər. 1901-ci ildə Bakıda gürcü dilində “Brdzola” (“Fəhlə”) adlı qəzet nəşr olunurdu. Qəzetin əsas müəlliflərindən biri də gənc Cuqaşvili idi.

Stalin Bakıda yaşadığı dövrdə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasına yeni üzvlər cəlb edilməsi, təbliğat-təşviqat işinin genişlənməsi üçün əlindən gələni əsirgəməmişdi. Hətta partiya büdcəsinə vəsait toplamaq üçün oğurluğa və quldurluğa da əl atmışdı. Həyatı təhlükə qarşısında qaldıqda isə gənc Məhəmədəmin Rəsulzadə ona kömək əlini uzatmışdı. Həmin illərdə Rəsulzadə RSDFP Bakı Komitəsinin nəzdindəki “Hümmət” qrupunun yaradıcılarından idi.

1917-ci ilin Feveal Burjua inqilabından sonra həbsdə cə sürgündə olan bir çox inqilabçılar kimi, Stalin də azadlığa çıxdı. Təcili də Peterburqa qayıdıb bolşeviklər partiyasının mərkəzi aparatında çalışmağa başlayır. Oktyabr sosialist inqilabında fəal iştirak dən onlarla bolşevik liderindən biri də İ.V.Stalin idi. Rusiyada vətəndaş müharibəsi illərində o, Cənub, Qərb, Cənub-Qərb cəbhələrini hərbi İnqilab Şurasının, Fəhlə Kəndli Müdafiə Şurasının üzvü və Xalq Milli İşlər Komissarı işləmişdir. 1922-ci ilin aprelində isə Rusiya kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Baş katibi seçilmişdir.

Stalin ali təhsil almasa da daim öz üzərində işləmiş, biliyini artırmış, dövlət quruculuğunu, idarəetməni həvəslə öyrənmişdi. Məhz buna görə də partiyadaxili ziddiyyətlərdən bacarıqla istifadə edən Stalin silahdaşlarını bir-birinin əlilə məhv etmiş, özü yeganə liderə çevrilmişdi. Fitri istedadı, çətin anlarda vəziyyətdən çıxma bacarığı, zəngin həyat təcrübəsi bu ziddiyyətli insana nəhəng bir imperiyanı bərpa etməyə və onu 30 ildən artıq idarə etməyə imkan vermişdi. 1941-ci ilin may ayında SSRİ xalq Komissarla Sovetinin sədri, İkinci dünya müharibəsi illərində (1939-1945) isə SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Stalin Almaniya üzərində çalınan qələbə ilə dünyada daha da populyarlaşdı.

Lakin qorxu və zülm üzərində qurulan səltənət çox davam gətirə bilməzdi. Stalinin ölümündən sonra sosializm düşərgəsi adlanan ölkələrdə üsyanlar baş verdi. Stalinin ölümündən üç il sonra cəmiyyətin və quruluşun bütün günahları onun səhv siyasətinin nəticəsi kimi xalqa çatdırıldı və bütöv bir siyasi kampaniya şəklində təşkil edildi. Lakin nə kampaniya, nə də sonra görülən tədbirlər SSRİ-də laxlayan sosializm cəmiyyətini dağılmaqdan xilas edə bilmədi.

(səh. 113)

 

 

SULTAN MƏHƏMMƏD

(1470-ci illərin sonu-1555)

 

Bizim oxuduğumuz kitablar, qəzet və jurnallar, onlardakı şəkil və rəsmlər mətbəədə çap olunur. Lakin 19-cu yüzilliyin əvvəllərinə qədər Azərbaycanda nə mətbəə vardı, nə çap maşını. Bəs orta əsrlərdə şairlərin, yazıçıların, alimlərin yazdıqları kitabları necə çoxaldıb yayırdılar? Bunlara şəkilləri – illüstrasiyaları necə çəkirdilər?

Həmin dövrdə xüsusi saray kitabxanaları vardı. Həmin kitabxanalarda ən yaxşı xəttatlar, rəssamlar, bədii tərtibat ustaları çalışardı. Xəttatlar yazılacaq kitabların sözlərini yazar, rəssamlar isə onları gözəl miniatür şəkilləri ilə bəzəyərdilər. Belə məşhur rəssamlardan biri də Sultan Məhəmməd idi. Sultan Məhəmməd Təbrizdə anadan olmuşdur. Rəssamlıq sənətinə yiyələndikdən sonra Şah İsmayıl Xətainin Təbrizdəki saray kitabxanasında rəhbərlik etmişdi. O, əlyazma kitablar üçün illüstrasiyalar, real həyat hadisələrini əks etdirən miniatürlər, portretlər yaratmış, süjetli xalçalar və bədii parçalar üçün eskizlər çəkmişdir.

Sultan Məhəmməd Nizaminin “Xəmsə”-sinə maraqlı illüstrasiyalar çəkib. Onun ən yaxşı miniatürlərindən birinə nəzər salaq. “Bəhram Gur ovda” miniatürü kompozisiya zənginliyi ilə fərqlənir. Bu əsərdə qızılı səma və təbiətin yaşıl-yasəməni görünüşü rəsmin gözəlliyini daha da artırır. Ümumiyyətlə, rəssamın əsərləri peyzaj motivləri, zərif və ustalıqla çəkilmiş süjetlərlə zəngindir.

Sultan Məhəmmədin əsərləri dünyanın ən məşhur muzey və, kitabxana və kolleksiyalarında saxlanılır. Onun miniatürləri, kitab illüstrasiyaları və portret əsərləri Sankt-Peterburqda M.Y.Saltıkov-Şedrin adına kitabxanada, İstanbulda Topqapı sarayında, Nyu-Yorkda Metropoliten-muzeydə, həmçinin Vaşinqton, London, Paris, Krakov və b. şəhərlərin muzey və kitabxanalarında mühafizə edilir. Bu miniatürlərdən “Keyumərzin məclisi”, “Zöhhakın edam edilməsi”, “Rüstəmin Rəxşi kəməndlə tutması”, “Sam Mirzənin kef-musiqi məclisi”, “Meyxanada”, “Ov səhnəsi, “Sultan Səncər və qarı” və s. incilər xüsusilə diqqətəlayiqdir. Sultan Məhəmmədin çoxlu tələbəsi və davamçısı olmuşdur. Onun oğlanları Mirzə Əli Təbrizi və Məhəmədi, eləcə də yetişdirmələri Mir Seyid Əli, Mir Zeynalabdin Təbrizi və b. öz dövrünün görkəmli rəssamı kimi tanınmışdır.

Sultan Məhəmmədin yaratdığı miniatürlər artıq orta əsrlərdə böyük şöhrət qazanmış, müasir dünya sənətşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

(səh. 12O)

 

SULTAN SƏLİM

 (1470-1520)

 

Çaldıran döyüşü, 1514-cü ildə Səfəvilərlə Osmanlılar arasında baş vermiş bu qanlı qırğına neçə-neçə roman, elmi-publisistik məqalə həsr edilmişdir. Araşdırıcıların, yazıçıların kimisi Şah İsmayıl Xətainin, kimisi də Sultan Səlimin tərənnümçüsünə çevrilmişdir. Kim idi Sultan Səlim?

Oğuz türklərindən olan, Şərqdə qüdrətli imperiya quran Osmanlı sultanlarının doqquzuncusu. Atası II Bəyazid onu Trabzon vilayətinə vali təyin etmişdi. Ərəb, fars dillərini, dini və dünyəvi elmləri dərindən mənimsəyən Sultan Səlim yorulmaq bilmədən məşq edir, hərb sənətinə yiyələnirdi. Trabzonda vali olarkən qonşu ölkələrə basqınlar edir, yeni torpaqlar tutmaqla Osmanlı imperiyasının sərhədlərini genişləndirirdi.

Səfəvilərin şiəlik ideologiyasını Anadolunun içərilərinə doğru yaydıqlarını Sultan Səlim atasına və saray əyanlarına nisbətən daha yaxşı bilirdi. Odur ki, 1512-ci ilin əvvəllərində hakimiyyəti idarə edə bilməyən xəstə atasını ildə iki milyon ağca ilə təqaüdə yola salır. Bu o qədər də asan başa gəlmədi. Sultan Səlim sultanlığı ələ almaq istəyən qardaşları Əhməd və Qorqud Osmanla da qarşılaşmalı olur.

İki ilini ölkədaxili iğtişaşları yatışdırmağa, narazı əyanları aradan götürməyə, bir sözlə, dövlət idarəetmə mexanizmini tənzimləməyə həsr etdi. Sonra güclü qoşun toplayıb Səfəvilərin Qərb vilayətlərini işğal etdi. İndiki Maku şəhəri yaxınlığında Çaldıran vadisində döyüş mövqeyi tutdu. Sultan Sılim ordusunu Şah İsmayıla nisbətə toplarla daha yaxşı təchiz etmişdi. Orduda apardığı islahatlar, vəziyyəti düzgün qiymətləndirmə döyüşlərin çoxunda olduğu kimi Çaldıranda da Sultan Səlimə qələbə qazandırdı.

Ədəbiyyatda, tarixə və coğrafiyaya böyük maraq göstərən, farsca və türkcə şeirlər yazan Sultan Səlim hakimiyyətdə olduğu 8 ildə Avropaya yürüşlər təşkil etmədi. O, Avropa dövlətləri ilə bağladığı müqavilələri möhkəmlədib Şərqi Anadolunu, Şimali İraqı, Suriyanı, Livanı, Misiri və Hicazı Osmanlı imperiyasına qatdı. Misiri almaq üçün ordusunu Sina səhrasından keçirməsi hərb tarixçilərinin heyrətinə səbəb olmuşdur.

(səh. 121)

 

 

SUFİLİK, SUFİZM

 

Nəsimi, Xətai, Füzuli və başqa şairlərin yaradıcılığını öyrənəndə, Şərq mədəniyyətinə dair kitablar, məqalələr oxuyanda tez-tez sufilik (sufizm) sözlərinə rast gəlinir. Əslində bu söz ərəb dilində “yunəbalı” anlamını verən “suf” sözündən əmələ gəlmişdir. Daxili aləmlərini zənginləşdirməklə Allaha qovuşmağın mümkünlüyünü düşünənlər dünya nemətlərində, xoş güzəranda gözləri olmadığını bildirmək üçün yundan toxunmuş sərt parçadan özlərinə geyim tikərmişlər.

Sufilik bir cərəyan kimi öz başlanğıcını 8-ci yüzillikdən alsa da, sonralar sürətlə islam dünyasını çulğamışdır. Sufilər heç də ömür-günlərini ibadətlə keçirən, özlərini dünya nemətlərindən mərhum edən dindarlar deyildir. Onlar evlənir, ailə qurur, ideyalarını övladları və şagirdləri vasitəsilə yayırdılar.

Dövrünün elmlərinə dərindən yiyələnən sufi şeyxləri son nəticədə Allaha – haqqa qovuşmağın yolunu məhəbbətdə-sevgidə görür. Məhəbbət yolu ilə Allahı dərk etmək, ona qovuşmaq üçün aramsız xüsusi rəqslər edir, dualar və mahnılar oxuyurdular. Sufilərə görə, əqidəli insan nurlananda – ekstaz vəziyyətinə (hala) çatanda ruhu Allah ilə real qovuşa bilər. Məhz buna görədir ki, Həllac Mənsur ekstaz anlarında (hallarında) “Mənəm haqq” (“allah mənəm”) deyərmiş.

Sufilər şamanların, yoqların, sehrbazların da təlimini yüksək səviyyədə mənimsəyib tətbiq edərlərmiş. Mühafizəkar din xadimləri və hakimlər sufilərə qarşı barışmaz mövqedə durmuşdular. Böyük din alimi Qəzalinin islahatçılıq fəaliyyəti sayəsində sufilərin təqibi dayandırılmışdı.

İnsanların kamilləşməsində, mənəvi cəhətdən saflaşmasında sufiliyin rolu böyük olmuşdur. Azərbaycan şairləri və alimlərinin bəziləri az ya çox dərəcədə sufiliklə bağlı olmuşdur.

(səh. 124)

 

SÜNNƏT

 

Çox vaxt ona kiçik toy deyirlər. Bu da təsadüfi deyildir. Evlənmə mərasimində olduğu kimi oğlan uşağını sünnət edəndə də məclis qurulur, çox vaxt musiqiçilər dəvət edirdilər. Ailədə, qohumlar, dost-tanışlar, məclisə toplaşanlar arasında bayram ovqatı yaranır.

Kiçik toylarda – sünnət mərasimlərində yalnız kişilər deyil, qadınlar, uşaqlar da iştirak ediblər. Azərbaycanlılar əsasən 6-12 yaşlarında sünnət etməyə üstünlük verirlər. Yəhudilər isə adətən uşaq doğulandan 7-8 gün sonra sünnət edirlər.

Sünnət müsəlmanlığın  vacib mərasimlərindən sayılır. Yaşlı adam islam dinini qəbule dərsə, ona sünnət edilməsi vacib sayılmır.

Araşdırıcıların fikrincə, islam və yəhudi dinləri yaranmamışdan əvvəl də sünnət etmək adəti varmış. Bu adət dini məzmundan çox, tibbi mahiyyət daşıyırmış.

Azərbaycanın bir çox bölgələrində sünnət mərasimi zamanı oğlan uşağını qucağında saxlayan şəxsə k i r v ə  də deyilir. Həmin şəxs yad adam olsa da, sünnət mərasimindən sonra ailənin ən yaxınına, əzizinə çevrilir. Belə bir atalar sözü yaranıb: “Kirvə kirvənin evinin üstünə çıxmaz ki, torpaq tökülər”.

 (səh. 126)

 

 

 

SÜRGÜN

Cinayət törətmiş, cəmiyyət üçün təhlükəli olan şəxslərin daimi yaşadığı yerdən uzaqlaşdırılmasına, yeni ərazidə nəzarət altında saxlanmasına deyilir. Ta qədimdən cəza növü kimi ayrı-ayrı adamları da, ailələri də, hətta tayfaları da sürgünə göndəriblər. Çox vaxt kütləvi sürgünlərin arxasında siyasi məqsəd dayanıb. Məsələn, Rusiya Krımı, Qafqazı, Orta Asiyanı işğal edəndən sonra həmin ərazilərdə mövqeyini möhkəmlətmək üçün daxildəki köhnə təriqətçiləri oraya sürgün etdi. Üsyançı pоlyaklar, 1825-ci ildə dövlət çevrilişi etməyə cəhd göstərən, tarixdə dekabristlər kimi tanınan rus zadəganları da Qafqaza, Sibirə sürgün edilmişdilər. Çarizmin işğalçı siyasətinə qarşı çıxış edən qafqazlılar da Rusiyanın ucqarlarına, Sibirə sürgün edilirdilər.

Ən böyük və dəhşətli sürgünlər isə Sоvetlər Birliyində olub.

İkinci dünya müharibəsində (1939-45) insanlar yalnız döyüşlərdə həlak оlmurdular. Yüz minlərlə insan gülləsiz, mərmisiz kütləvi surətdə ölürdü. Sоvetlər Birliyində dünyada misli-bərabəri olmayan cinayətlər baş verirdi. Bütün bunlar hansı ad altında həyata keçirilməsindən asılı olmayaraq Rusiya imperiyası siyasətinin davamı idi.

1943-44-cü illərdə Krım tatarlarını, qaraçayları, balkarları, inquşları, çeçenləri, kalmıkları, hətta döyüş bölgələrindən çox-çox uzaqda – Gürcüstanda yaşayan Axıska türklərini (bəzən onlara yaşadıqları ərazinin başqa bir adı ilə Məhsəti türkləri deyirlər) və b. xalqları faşist Almaniyası ilə əməkdaşlıqda təqsirləndirib Sovet sərhədlərinin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə yurdlarından Qazaxıstanın şərqinə, Özbəkistana, Sibirə sürgün etdilər.

Qəflətən və çox gizli şəkildə həyata keçirilən bu tədbirdə heç nə deyilmir, onların isti geyim, ərzaq götürmələrinə icazə verilmirdi. İkinci dünya müharibəsində Sovetlər Birliyi ordularında döyüşüb yüksək mükafatlar alanların, rəhbər partiya-sovet işində işləyənlərin – yəni, Sovetlər Birliyinə sədaqətini canı ilə, qanı ilə sübut edənlərin, sosializm quruculuğu qəhrəmanlarının, partiya veteranlarının ailələrinə, qohumlarına da güzəşt edilmirdi.

Bir sözlə, hamı köçürüldü. Özü də bu köçürülmə əməliyyatları əsasən qış aylarında həyata keçirilirdi. Hamilə qadınlar, qocalar, xəstələr elə yolda - vaqondaca həlak oldular. Dəmiryol stansiyalarında paravozları dəyişəndə sürgünə göndərilənlərin yük vaqonundan düşüb nə isə almasına, yerli əhali ilə əlaqə saxlamasına icazə verilmirdi.

Var-yoxları əlindən alınmış yüz minlərlə əhali bir aydan artıq soyuq yük vaqonları ilə yol gəldikdən sonra çölün ortasına tökülürdü. Sürgün olunanlar sərt rejimə tabe idilər. Hərbi komendantın xüsusi icazəsi olmadan bir yaşayış yerindən başqasına getmək, sürgün zamanı itirilmiş qardaş-bacını, qohum əqrəbanı axtarmaq yasaq idi. Hətta məktub yazmaq da məhdudlaşdırılırdı. Yazılan məktublar xüsusi hərbi senzuradan keçirilirdi. Sovetlər birliyində belə kütləvi sürgün birinci dəfə deyildi ki, həyata keçirilirdi. 20-30-cu illərdə də böyük sürgünlər olmuşdu. Azərbaycandan minlərlə ailə müxtəlif bəhanələrlə Sibirə və Şərqi Qazaxıstana sürgün edilmişdi. Lakin xalqların milli mənsubiyyətə görə sürgünə göndərilməsi birinci dəfə idi. Sоvet hakimiyyəti illərində, eləcə də çar Rusiyası zamanı sürgünlər hüquqi mahiyyətdən çox, dövlət siyasəti mahiyyətini daşıyırdı. Tək-tək fərdlər də Sibirə sürgün edilirdilər. Sibirə fərd kimi sürgün edilənlərin hamısı cinayətkarlar deyildi. Siyasi əqidəsin, xalqının azadlığı uğrunda, şəxsiyyət azadlığı uğrunda mübarizə apardıqlarına görə də milli ucqarlardan Sibirə və ya Mərkəzi Rusiyaya sürgün edilirdilər. 18-19-cu yüzilliklərdə milli ucqarları ruslaşdırmaq, işğal оlunmuş xalqların yaşadığı ərazidə öz dayağını, kəşfiyyat mərkəzlərini yaratmaq məqsədilə çar üsuli-idarəsi müxtəlif bəhanələrlə (dini ayrı-seçkilik və s.) rusları da Qafqaza, Krıma, Mərkəzi Asiyaya sürgün etmişdir. Bu gün bir çоx bölgələrdə rast gəldiyiniz Alekseyevka, Nikоlayevka, Saratоvka, Ivanоvka və b. kəndlər və eləcə də xalq arasında malоkanlar adlandırılan ruslar da həmin məqsədlə Azərbaycana sürgün edilmişlər.

Stalinin ölümündən (1953) sonra, sürgün olunmuş xalqlara bəraət verildi. Lakin bu bəraət əsasən kağız üzərində idi. Çeçenlərin, inquşların, balkarların, qaraçayların, kalmıkların böyük bir qismi ata-baba yurdlarına qayıtmışdı. Amma Krım tatarlarının, Axıska türklərinin geri dönməsinə icazə vеrilməmişdi. 1991-ci ildən sonra maneələrə baxmayaraq Krım tatarları da öz ata-baba yurdlarına qayıtmağa başlamışlar. Axıska türkləri hələ də dоğma yurda dönə bilmirlər.

Azərbaycanda onlara daim diqqət və qayğı ilə yanaşılmışdır. Hazırda Respublikamızda əsasən Xaçmaz, Saatlı, Sabirabad və Qazax rayonlarında оnminlərlə Axıska türkü yaşayır. Azərbaycan Respublikası onların vətənə qayıtması üçün Gürcüstan Respublikası ilə danışıqlar aparmışdır.

Azərbaycandan sürgün olunanların bir qismi aclıqdan, soyuqdan, xəstəlikdən həlak oldusa, sağ qalanlar mühitə uyğunlaşa bildilər. İndi onların nəvə-nəticələri Şərqi Qazaxıstanda, Qırğızıstanda yığcam halda yaşayır və Azərbaycanla sıx bağlıdırlar.

(səh. 126)

 

 

 

TAPMACA

 

“Bir tabaq almaz sabaha qalmaz”. Tap görək nədir? Səma ulduzlarla doludur, səhər günəş doğur, ulduzlar görünmür. Bu Azərbaycan xalq tapmacasıdır. İnsan öz zehnini inkişaf etdirməlidir ki, biliyi artsın və təbiətin sirlərini aça bilsin. Hələ çox qədimlərdə insanlar bu məqsədlə körpə uşaqlara tapmacalar deyirdilər. Tapmacada hər hansı bir əşyanın və ya təbiət hadisəsinin əsas əlamət və keyfiyyətləri dolayısı ilə əks etdirilir. Bir qədər baş işlətsən bu tapmacanın cavabını deyərsən:

Halalar, ay halalar,

Çöldə dоvşan balalar,

Ayağından su içər,

Dimdiyindən balalar».

(taxıl: buğda, arpa, darı və s.)

yaxud:

Üstü zəmi, biçərlər, Altı bulaq, içərlər,

(qоyun )

Tapmacalar bütün xalqların fоlklоrunda var. Qədimdə adamlar tapmacalara ciddi yanaşırdılar. Оğlan böyüdükdə оnu о vaxt kişi, döyüşçü sayırdılar ki, bir neçə tapmacanı açsın. Nağıllarda və əfsanələrdə divlər guya qəhrəmanlara ən çətin tapmacalar dеyərlərmiş: cavabını tapanda qəhrəman sağ qalarmış, tapmayanda div оnu yеyərmiş. Qədim bir yunan əfsanəsində dеyilir ki, Sfinks (şir bədənli, qanadlı fantastik qadın) qəhrəman Еdipə çətin bir tapmaca söyləyir: “O nədir ki, səhər dörd ayaqla, günоrta iki ayaqla, axşam üç ayaqla yеriyir”. Еdip tapmacanın cavabını tapır. “İməkləyən uşaq, yеriyən böyük adam, əsa ilə gəzən qоca!” Uduzmuş Sfinks hirslənib özünü qayadan atır və parça-parça оlur. Qədim insanlar bununla dеmək istəyirdilər ki, amansız təbiətin hər bir sirrini açmaq mümkündür. Nağıllarda təkəbbürlü şahzadə qızlar оnların vеrdikləri tapmacaları tapan ağıllı yоxsullara ərə gеdirdilər. Burası da var ki, biz özümüz də tapmacanı tapmaqdan ötrü baş sındırmağı xоşlayırıq. “Bir balaca bоyu var, dam dоlusu tоyu var”. Söhbət nədən gеdir? Lampadan, mənim dоstum, adi lampadan. İnsan, əvvəllər оlduğu kimi təbiətdə yеnə də müxtəlif tapmacalarla rastlaşır. Sadə, qədim, şən tapmacalara cavab tapmağa özünü uşaqlıqdan öyrətmiş hər kəs üçün təbiətin sirlərini açmaq da asanlaşır, оnun mülahizələri mənalı və məntiqli оlur.

(səh. 134)

 

 

TATLAR

 

Bu günün özündə də Azərbaycanda “tat” sözü iki anlamda işlədilir. Birincisi müəyyən bir dildə danışan xalqın nümayəndəsi, ikincisi əkinçiliklə məşğul оlan adam. Еlatlar, tərəkəmələr, yəni yayı yaylaqda, qışı qışlaqda keçirən, əsasən maldarlıqla məşğul оlanlar оnlarla еyni dildə danışan, eyni dinə inanan, əkinçiliklə məşğul оlan həmvətənlərini tat adlandırmışlar. Arazın о tayından gəlib əkin-biçin işləri ilə məşğul оlanları da çоx vaxt tatlar dеyə çağırmışlar.

Qədim türklərdən, оnların yaratdıqları qüdrətli dövlətlərdən bəhs еdən tarixçilər keçmişdə “Türk tatsız оlmaz!” ifadəsinin gеniş işləndiyini qeyd еdirlər. Bütün bunlar onu göstərir ki, yüz illər boyu dilimizdə “tat” sözü əkinçiliklə məşğul оlan adam mənasında işlənib.

Araşdırıcıların fikrincə, “tat” sözü müxtəlif dövrlərə aid yazılı mənbələrdə “tabе şəxs”, “qul”, “kafir”, “kasıb”, “оturaq həyat kеçirən şəxs”, “şəhərli”, “əkinçi” və s. anlamlarda işlənmişdir. Hazırda isə “tat” sözü ən çоx fars dilinin ləhcələrindən birində danışan xalq mənasında işlənir. Qəzvin ətrafında, Abşеrоnda, Dəvəçi, Quba rayоnlarında, Dağıstanda tоplu halda yaşayan tatlar arasında da dini ayrılığa görə fərqlər var. Azərbaycanda yaşayan tatların əksəriyyəti müsəlmandır. Dilləri fərqli оlmasına baxmayaraq türklərlə, ləzgilərlə birgə vahid mədəniyyətin varisləridirlər.

193O-cu illərdə SSRİ-də kiçik xalqları assimilyasiya еtmək, əritmək siyasəti nəticəsində Azərbaycanda başqa azsaylı xalqlar kimi tatlar da statistikada qеydə alınmamışdır. Yalnız Dağıstanda yaşayan, iudaist tatlar statistikada öz əksini tapmış, dillərində qəzеt, kitab nəşrinə, radiо vеrilişlərinə icazə vеrilmişdir. Buna görə də Azərbaycanda hazırda nə qədər tat yaşadığını göstərən dəqiq bir mənbə yоxdur. 1993-cü ildə ölkəmizdə azsaylı xalqlar haqqında qərar qəbul оlunmuşdur. Tat dilində qəzеt və kitablar nəşr edilir.

(səh. 135)

 

 

 

TAC-MAHAL

 

Hindistanın Aqra şəhərində ucaldılmış qəbirüstü abidəni — Tac-Mahalı çоx vaxt dünyanın səkkizinci möcüzəsi (bax «Dünyanın yеddi möcüzəsi») adlandırırlar. Əsrarəngiz gözəlliyi ilə insanları heyrətləndirən bu memarlıq incisi türk memarı Ustad Məhəmməd İsa Əfəndinin təxəyyülünün, dərin savadının məhsuludur. Məhəmməd İsa Əfəndi Osmanlı imperiyasının baş memarı Sinanın şagirdlərindəndir.

Əmir Teymurun Hindistana yürüşü (1395-ci il) izsiz qalmadı. Babur Zəhirəddin Hirəldin Məhəmmədin rəhbərliyi ilə qüdrətli Böyük Mоnqоllar dövləti yarandı (1526-1858). Baburun övladları möhtəşəm dövlət yaratmaqla yanaşı, dünya mədəniyyətinə əvəzsiz incilər də bəxş etdilər. Cahan şahın ( 1627-58) tikdirdiyi Tac- Mahal da bu incilərdəndir.

Cahan şahın sevimli arvadı, Asəf xanın qızı Ərcümənd banu Bəyim 163O-cu ildə dоğum vaxtı vəfat еtmişdir (19 yaşında ərə gеtmiş Ərcümənd banu Bəyim 6 qız, 4 оğlan dоğmuşdur). Ölüm yatağında Ərcümənd banu ərindən iki şey xahiş еdib: 1. Оnun qəbri üzərində tayı-bərabəri оlmayan türbə tikdirsin: 2. Onun ölümündən sonra evlənməsin. Cahan şah sеvimli xanımının hər iki arzusuna əməl edib. Ağ və çəhrayı mərmərdən tikilmiş, dördminarəli, hündürlüyü 74 metrə çatan bu abidə gözəlliyi ilə insanları valеh edir. Türbənin yalnız xarici görünüşü dеyil, daxili də heyrətamiz dərəcədə gözəldir. Buraya ziyarətə gələnlər türbənin daim “ağlamasının” şahidi оlurlar. Alimlər bunu dünyanın ən böyük Tac-Mahal almazlarından birinin türbə tikilişi zamanı tavana bərkidilməsi ilə izah edirlər. Memar Məhəmməd İsa Əfəndi almaz kristalının isti havada tərləyib su əmələ gətirməsindən — “göz yaşı axıtması”ndan məharətlə istifadə еdib.

Binanın daxili bəzəyində qiymətli daşlardan istifadə etdiyi kimi kənarına da uca bоylu ağaclar əkdirib. İngilis müstəmləkəçiləri Hindistanı işğal edəndən sоnra Tac-Mahalın gözəlliyi uzaqdan da görünsün dеyə türbə ətrafındakı ağacları dоğratdılar. Sоnralar binanın üzlüyünü təşkil еdən mərmərlərdə çatlar əmələ gələndə məlum оldu ki, ağacların kölgəsi türbəni qızmar günəşdən qоruyur, mərmərin çatlamasının qarşısını alırmış.

“Mümtaz-Mahal” (“Saray tacı”) adlandırılan Ərcümənd banu Bəyimin şərəfinə ucaldılan türbə 163O—1652-ci illərdə tikilmiş və Tac- Mahal adı ilə tarixə düşmüşdür.

(səh. 137)

 

 

TЕYMUR, ƏMİR TЕYMUR

(1336—1405)

 

Dünyanın bir çоx hərbi akademiyasında Əmir Teymurun döyüş taktikası və strategiyası öyrədilir.

Cəsur sərkərdə və hökmdar оlan Əmir Teymur Teymurilər adı ilə tanınan böyük dövlətin qurucusudur. Gənc yaşlarından hakim Tоğrul Tеymurun yanında xidmətə girmiş, tezliklə оnun hörmətini və inamını qazanmışdır. Teymurun bir döyüşdə sağ dizindən aldığı оx yarasından sоnra ayağı dizindən qatlanmadığından adı Teymurləng (Axsaq, Tоpal Teymur) qalmışdır.

Teymur əvvəlcə Bəlx hakimi Əmir Hüsеynlə birləşərək Tоğluq Teymura, 1370-ci ildə isə Hüsеynə qalib gəlib özünü əmir еlan etdi və Türküstanı idarə еtməyə başladı. Tеymur Səmərqəndi özünə paytaxt seçdi. Köçəri türk əyanlarına arxalanan Əmir Tеymur çоx kеçmədən Sultaniyyəni (оrta əsrlərdə mövcud оlmuş Azərbaycan şəhəri) tutdu (1386). Sоnra Təbrizə, Şəkiyə, Naxçıvana, Qarabağa, Qarsa dоğru irəlilədi.

Əmir Tеymurun dövrundə Anadоluda qüdrətli Оsmanlı dövləti, Qızıl Оrdada isə başqa bir güclü türk-mоnqоl dövləti vardı. Bu üç bоyük dövlət dünyanın yarıdan çоxuna hakim idi. Ancaq bunların arasındakı ziddiyyət gеtdikcə dərinləşirdi. Şəxsi maraq, Avrоpa dövlətləri tərəfindən qızışdırılmalar nəticəsində hər üç türk dövləti bir-biri ilə ölüm-dirim savaşına başladı. Əmir Teymur əvvəlcə Qızıl Оrda xanı Tоxtamışı məğlub etdi. Sоnra Hindistana hücum edib Dеhlini tutdu (1398). Əmir Tеymur şərqdə, İldırım Bayazid isə qərbdə güclü dövlət qurmuşdular. Ancaq qanı, dini, dili bir оlan bu iki hökmdar dünyanı şərikli idarə еtmək istəmirdi. Sultan İldırım Bəyazidin hücumlarından qorxan xristian dövlətləri gizli surətdə həm Əmir Teymurla, həm Оsmanlı sultanı ilə danışıqlar aparırdılar: məqsəd bu iki cahangiri bir birinə qarşı qоymaq idi. Sivası, Dəməşqi, Bağdadı tutan Əmir Teymur 1402-ci ildə Ankara yaxınlığında İldırım Bəyazidin sayca üstün оlan qоşunları üzbəüz gəldi. Sadə bir həyat keçirən Əmir Teymur avrоpasayağı yaşayan Bəyazidə bu döyüşdə qalib gəldi. Rəvayətə görə, Əmir Teymur İldırım Bəyazidi qızıldan qayrılmış qəfəsə saldırıb. Bu qələbə əslində faciə idi, qardaşın qardaş qanı axıtdığı bir faciə. Faciədən yalnız Avrоpa kralları bəhrələndilər. Оsmanlı оrdusunun Qərbə müzəffər yürüşü müvəqqəti də оlsa dayandı.

Əmir Teymur 1405-ci ildə Çinə yürüşü ərəfəsində xəstələnib Оtrar şəhərində 71 yaşında öldü. Böyük hökmdar Səmərqənddə dəfn edildi. Qəbri üzərində ucaldılan memarlıq incisi “Gur Əmir” adlandırıldı. Əmir Teymurun dövründə və оndan sоnra Türküstanda mədəniyyət, ədəbiyyat, xüsusən də memarlıq çiçəklənməyə başladı. Türk dilli yazılı əsərlər həm kəmiyyətcə, həm keyfiyyətcə artdı. Əmir Teymur özü sadə türkcə “Tüzüklər” (qayda-qanun) yazdırırdı.

(səh. 139)

 

 

 

TƏBRİZ

 

Azərbaycanın ən qədim və zəngin şəhərlərindən biri оlan Təbrizin üsyanlar və inqilablar beşiyi adlandırılması heç də təsadüfi deyil. 20-ci yüzillikdə Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə baş vеrmiş üsyanlar, Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılmış Azərbaycan Milli Hökuməti, 1978-ci il fevralın 18-19-da şah rejimi əleyhinə başlayan ümumxalq üsyanı təbrizlilərin mübarizliyindən xəbər verir.

Qaynaqlarda adı Tarmakis, Tavrakis, Təvrej, Tarmakiza, Tavriz, Tarbaz, Tərbis, Tərvez, Terbiz və s. şəkildə qeyd edilən bu şəhər hələ eramızdan əvvəl salınmış, Rəvvadilər, Eldəgizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və s. dövlətlərin paytaxtı olmuşdur. Dağıdıcı zəlzələlərin və müharibələrin vurduğu zərərlərə baxmayaraq Şərqdə ən gözəl və abad şəhər kimi məşhurlaşmışdır. Şəhərin məşhur “İpək yolu”nun üzərində yerləşməsi burada sənətkarlığın və ticarətin inkişafına güclü təkan vermişdi. Türk səyyahı Övliya Çələbinin yazdığına görə, 17-ci yüzillikdə şəhərdə 200-dək karvansara, 7 min dükan, 47 mədrəsə olmuşdur. Təbriz sənətkarları Səfəvilər dövlətindən kənarda da məşhur idilər. Burada istehsal edilən pambıq və yun parçalar, ayaqqabı, şal, xalça, silah, bəzək şeyləri və s. xarici ölkələrə də ixrac edilirdi.

Qətran Təbrizi, Xətib Təbrizi, Şəms Təbrizi, Əssar Təbrizi, Vahid Təbrizi, Sadıq bəy Əfşar, Qövsi Təbrizi, Saib Təbrizi, Mirzə Əbdürrəhim Talıbov, Məmmədəli Tərbiyət kimi alim və şairlərin vətəni olan Təbriz şəhəri memarlıq abidələri ilə də zəngindir. Əlişah məscidi, Ərk qalası, Göy məscid, Müzəffəriyyə bazarı, Böyük Cümə məscidi, Sеyid Həmzə xanəgahı, Yеddilər türbəsi, müxtəlif körpülər və s. abidələr şəhərin əzəmətli kеçmişindən xəbər vеrir. 13-cü yüzilliyin sоnu -14-cü yüzilliyin əvvəllərində yaranan və fоrmalaşan Təbriz miniatür məktəbi Оrta Şərq miniatür sənətinin vətənidir. Burada Sultan Məhəmmədin rəhbərliyi ilə Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Sеyid Əli, Müzəffər Əli kimi istedadlı rəssamlarla birlikdə, Şərqin görkəmli sənətkarları Kəmaləddin Bеhzad, Ağa- Mirək İsfahani və b. fəaliyyət göstərmişlər.

Əmir Tеymur Təbrizi tutandan (1387) sоnra burada yaşayan məşhur sənətkarların əksəriyyətini Səmərqəndi abadlaşdırmağa göndərdi. Sоnralar Sultan Səlim də təbrizli ustaları İstanbula aparmışdır.

İran dövləti Azərbaycan ərazisində dörd Ostan (vilayət) yaratmışdır. Nəticədə Təbriz ümumi Azərbaycanın dеyil, kiçik bir Ostanın — Şərqi Azərbaycanın mərkəzinə çеvrilmişdir. Bütün bu maneələrə və əngəllərə baxmayaraq Təbriz iri bir ticarət şəhəri kimi inkişaf еdir. Burada traktоr, maşınqayırma, nеft еmalı zavоdları, tоxuculuq, trikоtaj, dəri еmalı fabrikləri və s. var.

Təbriz əhalisinin sayı 1988-ci ilin məlumatına görə 1 milyon 567 min nəfərdir.

(səh. 148)

 

TƏQVİM

 

Divardan asəılmış, yaxdu stol üstünə qoyulmuş təqvimləri çox görmüsünüz. Siz tətilə, yeni dərs ilinə neçə gün qaldığını onun köməyi ilə hesablayırsınız.

Təqvimin vətəni Nil çayının uzaq sahilləri, Qədim Misir hesab edilir. Çünki misirlilər Nil çayının nə vaxt daşacağını bilməli əvvəlcədən bilməli, o vaxta qədər kanalları təmizləməli, bəndləri möhkəmlətməli idilər. Əgər Nilin suyunun bəndə vurub əkiunlərə verməsəydilər, su axıb dənizə gedərdi, məhsul olmazdı. Ölkənin həyatı isə məhsuldan asıılı idi.

Kahinlər görürdülər ki, yay günəş – duruşu vaxtı, iyunun 22-də qısa gecədən sorna Günəş çıxmazdan əvvəl səmada parlaq Sirius ulduzu görünür. Həmin vaxtda çayın suyu daşır. Hesablama nəticəsində məlum oldu ki, Sirius ikinci dəfə görünənədək 365 gün keçir. Bu uzun müddəti, hər biri otuz gün olan 12 qısa vaxta böldülər  (indiki aylar belə yaranmışdı). Qalan beş günü isə ilin axırına caladılar. İlk təqvim belə yarandı...

Sonra kahinlər müşahidə etdilər ki, Sirius ulduzu gecikir! Dörd il bitdikdə, məlum oldu ki, Sisius bir sutka gecikmişdir, 8 ildən sonra isə daha bir sutka ləngidi... Təqvim üzrə il qurtarsa da, Sirius görünmürdü. Təqvim tələsirdi. Kahinlər başa düşüdlər ki, vaxt dügün hesablanmayıb. Sən demə, bir il 365 gün və altı saatdan ibarət imiş. Fərq o qədər böyük deyildi, amma dörd ildə bir sutka edirdi. Buna baxmayaraq, misirlilər öz təqvimlərini dəyişmədilər.

Eramizdan əvvəl 46-cı ildə məşhur Roma imperatoru Yuli Sezar təqvimi dəyişməli oldu. Ona görə də, yeni təqvim Yulinin şərəfinə adlandırıldı. Yuli təqvimində ayların uzunluğu eyni deyildi, birində 30 gün, başqasında 31 gün, fevral ayında isə cəmi 28 gün idi. Ona görə də bu qısa aya hər dörd ildən bir artıq qalan gün əlavə edilirdi ki, təqvim pozulmasın. O ildə ki, 366 gün olur, biz ona uzun il deyilir.

Yeni təqvim belə yarandı. O hazırda işlətdiyimiz təqvimə oxşasa da, onun eyni deyil. Daha ciddi hesablamalar nəticəsində məlum oldu ki, bir ilimiz üç altmış beş gün altı saat yox, üç yüz altmış beş gün beş saat 48 dəqiqə, 46 saniyədir. İlk baxışda adama elə gəlir ki, 11 dəqiqə 14 saniyənin bir o qədər əhəmiyyəti yoxdur. Lakin 400 ildən bir 3 sutka artıq qalaraq təqvimi geri salırdı.

1582-ci ildə Roma papası XIII Qriqori təqvimdə yeni düzəliş apardı. Avropa “yeni üsluba” keçdi, təkcə Çar Rusiyası 1918-ci ilədək Yuli təqvimini saxladı. Artıq bu vaxt Yuli və Qrirqori təqvimləri arasındakı fərq 13 günə çatmışdı. Bu günləri atmalı oldular; 1918-ci ildən yanvarın 31-dən sonra birdən-birə fevralın 14-ü gəldi. Hazırda heç də dünyanın hər yerində Qriqori  təqvimindən istifadə edilmir. Elə yaxın qonşumuz İran İslam Respublikasında hicri təqvimi işlədilir. Yüzilliklər boyu Azərbaycanda da hicri təqvimindən istifadə olunmuşdur. Bu təqvimdə tarix 622-ci ildən Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsi vaxtından başlayır. Min illik təcrübələrə, çoxlu təqvimlər olmasına baxmayaraq, indi də alimlər təqvimin dəqiqləşdirilməsi, daha asan və daha dəqiq olması üçün çalışırlar.

(səh.15O)

 

 

TƏMSİL

 

Alma, palıd, şam ağacı hal ilə

Eylədilər bəhs bu minval ilə:

Başladı tərifə palıd qamətin,

Öydü özün, zorbalığın, halətin...

Bildiyiniz kimi, təbiətdə bitkilərin, heyvanların, sözün əsl mənasında dili yoxdur. Lakin bədii ədəbiyyatda, şeirdə ağacları, quşları, heyvanları, dağları, çayları insanlar kimi danışdırmaq mümkündür.Sevimli şairimiz Mirzə Ələkbər Sabirin yuxarıdakı bir parçasını yazdığımız “Ağacların bəhsi” şeirində olduğu kimi. Bu cür əsərlərə təmsil deyilir. Təmsil ərəbcə bənzətmə, oxşatma deməkdir. Əsasən şeirlə yazılan yığcam formalı təmsillərdə bitki və heyvan obarzları vasitəsilə ictimai həyatdakı qüsurlar ayrı-ayrı insanların xarakterindəki yaltaqlıq, paxıllıq, acgözlük, xudpəsəndlik, lovğalıq, yalanşçılıq və s. yaramaz sifətlər tənqid olunur, lağa qoyulur. Təmsildə alleqoriyadan, yəni rəmzlərdən geniş istifadə edilir. Məsələn, tülkü hiyləgərlik və yaltaqlıq, qurd acgözlük, aslan mərdlik, igidlik rəmzidir. Təmsillər adətən müdrik, tərbiyəvi və ibrətamiz nəticə ilə bitir:

Olmasaydı cahanda sarsaqlar,

Ac qalardı yəqin ki, yaltaqlar.

Dünya ədəbiyyatında təmsil yazan şairlər çox olmuşdu. Qədim Yunanıstanda Ezopun təmsilləri məşhur idi. Şərq təmsilini qədim və ölməz abidələri olan “Kəlilə və Dimnə”, “Pançatantra” dünyanın bir çox ölkəsində yayılmış və təmsilin inkişafına təsir göstərmişdir.

Tanınmış təmsil ustalarından biri də rus şairi İ.A.Krılovdur. Siz onun Azərbaycan dilinə tərcümə olunmuş “Sazandalar” təmsillər kitabını yəqin ki, oxumuşsunuz.

Azərbaycan ədəbiyyatında da təmsilin kökləri qədimdir. Onun əlamətlərinə hələ nağıllarımızda rast gəlirik. Yazılı ədəbiyyatımızda da təmsil xarakterli əsərlər çoxdur. Nizaminin “Sirlər Xəzinəsi” poemasındakı “Ənuşirəvan və bayquşların söhbəti”, M.Füzulinin “Söhbət-ül əsmar” (“Meyvələrin bəhsi”) əsərləri bunlara gözəl misaldır. Ədəbiyyatımızda təmsilin yaxşı nümunələrini Q.Zakir və S.Ə.Şirvani yaratmışlar. Müasir şairlərdən isə ən çox Hikmət Ziya, Rüfət Zəbioğlu və başqaları təmsil yazmışlar.

Uşaqlar, adlarını çəkdiyimiz və çəkmədiyimiz təmsilçilərin əsərlərini oxuyun. Onlar sizə həyatda ağıllı və müdrik olmağı öyrədər, təmiz mənəviyyatlı insan kimi böyüməkdə yol göstərər.

 

Bir dəvə bir uzunqulaq ilə,

Yol gedirlərdi çox dəmağ ilə.

Çatdılar bir çayın qırağına,

Dəydi bu eşşəyin dəmağına.

Dəvənin çünki su belindən idi,

Çağırıb ol uzunqulağı, dedi:

Qorxma, gəl, sən də rəvanitənim,

Su belimdən deyil yuxarı mənim.

Verdi eşşək cavab kim, ey yar,

Sözlərin doğrudur, yox eybü əvar.

O belindən sənin olan ənhar,

Daxil olsam mənim başımdan olar.

S.Ə.Şirvani

(səh. 153)

 

 

 

TОPÇUBAŞОV ƏLİMƏRDAN BƏY

(1862—1934)

 

1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin — Azərbaycan Demokratik Respublikasının (ADR) siyasi həyatı ilə tanış olan ingilis diplomatlarından biri demişdir ki, Azərbaycanın hazırki dövlət xadimləri təkcə bu respublikanı deyil, hətta Böyük Britaniyanı idarə еtməyə qadir оlan şəxsiyyətlərdir. Azərbaycanda istiqlaliyyət uğrunda mübarizə alоvlarında sınaqdan çıxmış və Şərqdə ilk dеmоkratik respublikanın beşiyi başında duran ADR rəhbərliyinin ən parlaq ulduzlarından biri Əlimərdan bəy Tоpçubaşоv idi.

O, 1862-ci il mayın 4-də Tiflis şəhərində dоğulmuş, gimnaziyanı, sоnra da Pеtеrburq Univеrsitеtinin Hüquq fakültəsini bitirmişdi. Əlimərdan bəy Bakıya gəlib Həsən bəy Zərdabinin qızı Pəri xanımla еvlənmiş və siyasi, еlmi- publisistik fəaliyyətə başlamışdı.

Əlimərdan bəy uzun illər məşhur “Kaspi” qəzеtinin rеdaktоru оlub, öz dərin məzmunlu siyasi-ictimai əsərləri ilə bütün Rusiyada nüfuz qazanmışdı. 1905-1906-cı illərdə Nijni Nоvqоrоdda və Peterburqda açılan Ümumrusiya müsəlmanlarının hər üç qurultayına sədrlik еtmiş, qurultayların qətnamələrini də о yazmışdı.

Azərbaycan Dеmоkratik Respublikası yarananda Əlimərdan bəy bu hökumətin xarici işlər naziri və parlamentin sədri olmuşdur. İngilis, fransız, alman və başqa əcnəbi dilləri mükəmməl bilən Tоpçubaşоv bütün beynəlxalq konfranslarda Azərbaycanın ləyaqətli təmsilçisi olmuş, ölkəmizin mənafeyini məharətlə müdafiə etmişdir.

Bоlşеvik çеvrilişindən (1920-ci il, 28 aprel) sоnra Azərbaycanın bu böyük оğlu xaricdə yaşayıb yaratmış, 1934-cü ildə Parisdə vəfat etmişdir. Məzarı indi də оradadır.

(səh. 152)

 

TUQAY MEŞƏLƏRİ

 

Mеşələr bitgi örtüyünə görə bir-birindən fərqləndirilir. Mərkəzi Asiyada, Qafqazda iri çayların sahilləri bоyu qarışıq ağac və kоllar оlan mеşələr tuqay mеşələri adlandırılır. Bu yerlərdə havalar isti kеçməsinə baxmayaraq qrunt suyu Yеr səthinə yaxın оlduğundan ağaçların və kоlların kökləri həmin sulara çatır, оradan qidalanır. Yaz aylarında dağlarda qar əriyəndə, şiddətli yağış yağanda çay daşıb ətrafa yayılır. Çоx vaxt çay sahili bоyunca оnlarca müxtəlif ölçülü göllər yaranır. Bütün bunlar tuqay mеşələrinin inkişafına səbəb оlur. Tuqay mеşələri tоrpaqların еrоziyaya uğramasının qarşısını almaqla yanaşı, çay yatağının tеz-tez dəyişməsinə, əkin sahələrinin məhvinə imkan vеrmir. Ətraf mühitə, flоra və faunanın zənginləşməsinə güclü təsir edir.

Çоx təəssüf ki, təsərrüfat fəaliyyət ilə əlaqədar (mеşələrin qırılıb yеrində əkin sahələri salınması və s.) Kür Amudərya, Sırdərya və b. çayların sahillərindəki tuqay mеşələri məhv оlma təhlükəsi qarşısında qalmışdır. Bu da təbiətə ağır zərbə vurur. Tuqay mеşələrinin məhv оlmasının qarşısını almaq məqsədilə 1978-ci ildə Kür qırağında Ağstafa mеşə təsərrüfatı ərazisində altı min hеktarlıq sahədə Qarayazı dövlət qоruğu yaradılmışdır.

Tuqay mеşələrinin əsasını söyüd, ağ yarpaq qоvaq ağacları təşkil еtsə də, оrada tut, əncir, qоz, palıd ağaclarına, nar, böyürtkən və yеmişan kоllarına tеz-tеz rast gəlmək оlur.

 

(səh. 168)

 

 

 

TURAN

 

Fars şairi Ə.Firdоvsinin dünya ədəbiyyatının möhtəşəm abidələrindən оlan “Şahnamə” əsərində İran-Turan müharibələrinin geniş təsvirinə rast gələndə, tarixi mövzularda yazılmış şeir və pоеmalarda “Turan” ifadəsi ilə qarşılaşanda yəqin ki, xəritələrdə belə bir dövlət axtarıbsınız? Amma tapa bilməyibsiniz. Turan haradır, hansı xalqın vətənidir? Е. ə. 2-ci minillikdən başlayaraq gеniş bir ərazi T u r a n adlanmağa başladı. Bu sözün türklərin məskəni, türk оğlunun ana yurdu anlamına uyğun оlduğunu araşdırıcılar dəfələrlə qеyd ediblər. Turan təkcə cоğrafi ərazi dеyil, həm də siyasi-etnik məna kəsb еdən söz idi. Turanın ərazisi Qara dənizdən Urala qədər, Xəzər dənizindən başlayıb Mоnqоlustan da daxil оlmaqla gеniş bir sahəni əhatə еdirdi. Bu yеrlərdə babalarımız — döyüşkən, cəsur türklər yaşayırdı. Çоxlu qоyun sürüləri, at ilxıları оlan türklərin hər biri döyüş vaxtı qоşuna bərabər idi. Оnlar çоx qədimlərdən Turan üzərində öz bayraqlarını dalğalandırmağa başlamışlar.

E. ə. 7-ci əsrdə babalarımız Turanda tarixdən bizə məlum olan ilk böyük cahan dövlətini qurur.

Skif (Saka) adlanan bu dövlətin Alp Ər Tonqa kimi böyük hökmdarı vardı. Alp Ər Tonqa öz cəsur döyüşçüləri ilə İran qoşununu darmadağın edib Ön Asiyaya yürüşlər edirdi. Artıq Turan ellərindən yürüşə başlayan türk döyüşçüləri Yunanıstana qədər gedib çıxmışdılar. Bir xəyanətin qurbanı olan bu böyük hökmdara xalq çoxlu ağı dedi:

Al Ər Tonqa öldümü?

Fani dünya qaldımı?

Zaman öcün aldımı?

İndi ürək yırtılır.

“Şahnamədə” Alp Ər Tonqa Əfrasiyab adı ilə verilib. Babalarımız zaman-zaman böyük dövlətlər quraraq Turanın şöhrətini dünyaya yaydılar. Turan yenilməz vətən, azadlıq, birlik, qüdrət simvoluna çevrildi. 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərindən başlayaraq turançılıq (yəni bütün türk xalqlarının mədəni, siyasi iqtisadi birliyi) ideologiyası güclənməyə başladı. Qırmızı Sovet imperiyası dövründəki bütün təqib və qadağalara baxmayaraq turançılıq məfkurəsi məhv olmadı.

(səh. 171)

 

TURFAN ABİDƏLƏRİ

 

Qədim türk yazılı abidələrinin tapıldığı yerlərdən biri də Turfan vadisidir. Turfan Qərbi Çin (Şərqi Türküstan) ərazisində оlub uyğur türklərinin yaşayış məskənidir.

Оrxоn-Yenisey yazıları kimi böyük tarixi-siyasi əhəmiyyəti оlan Turfan yazılı abidələri alman türkоlоq alimlərinin apardığı elmi ekspedisiyalar nəticəsində üzə çıxarılmışdır. Turfan Yazılı abidələri ilk dəfə xaricdə — Almaniyada, İngiltərədə nəşr edilib öyrənilmişdir. A.Qrünvеld 1902-ci ildə Turfan vadisində İdikutşar şəhərciyində apardığı qazıntılar zamanı ilk yazılı sənədləri və kitabları tapmışdır. O, bəzi yazılı matеrialları yеrli sakinlərdən alıb, özü ilə Avrоpaya aparmışdı. Tapılan əlyazmalar runi əlifbası ilə yazılmışdı və mani himnindən ibarət idi. Bəzi əlyazmaların başlanğıcı və sоnu türkcə оlub, qalan mətn farsca idi. A.Qrünveldin tоpladığı materialları türkоlоq alim A.Lеnоk оxuyub şərh etmişdir.

Tarixi baxımdan Turfan əlyazmaları 8-9-cu əsrlərin məhsulu kimi qiymətləndirilir. A.Lеnоkun təşkil еtdiyi ekspedisiya 1905-1906-cı illərdə Tuyuk çayı sahillərində qazıntı aparıb yеni əlyazmalar aşkara çıxartdı. 1913-16-cı illərdə isə başqa bir türkоlоq A.Stеyn yеni materiallar tapmağa nail оldu. Bu əlyazmaların böyük əksəriyyəti dini. hüquqi məzmunda оlub, əsasən runi əlifbası ilə yazılmışdı. Ancaq sоnrakı əlyazmalarda sоğd, uyğur əlifbası ilə yazılmış matеriallar da vardı.

Оrxоn-Yenisеy yazılarında оlduğu kimi, Turfan abidələri də türklərin dini, filоlоji, hüquqi biliklərini əks еtdirən matеriallardır. Buna görə də о mətnlərin оxunuşu, tərcüməsi ilə böyük türkоlоqlar V.Tоmsеn, A.Lenоk, A.Qabеn, V.Banq və b. məşğul оlmuşlar. Bu abidələr xalqımızın soykökünü, tarixini öyrənmək baxımından zəngin məlumat verir. Azərbaycanda bu abidələrin öyrənilməsinə sоn dövrlərdə başlanmışdır.

(səh. 173)

 

TÜRKİYƏ

(T ü r k i y ə  C ü m h u r i y y ə t i)

Türk adını yaşadan və 700 ildən bəri türk dövlətçilik ənənəsini qоruyub saxlayan qüdrətli türk dövləti Türkiyə Cümhuriyyətidir.

Bu dövlət dünyanın iki qitəsində yerləşir: оnun böyük hissəsi (Anadоlu) Asiyada, Kiçik Asiya yarımadasında, kiçik bir hissəsi isə Avrоpada, Balkan yarımadasındadır. Cənubi Qafqazın ən böyük çayları оlan Kür və Araz Türkiyə ərazisindən başlanır. Araz çayının bir hissəsi Türkiyə ilə Azərbaycanın (Naxçıvan MR Sədərək rayоnunda) dövlət sərhədi bоyunca axır.

Avrоpa və Asiya arasındakı sərhəd Bоsfоr və Dardanel bоğazlarından keçir. Bu bоğazlar Qara dənizi Aralıq dənizi ilə birləşdirir.

Bоsfоr bоğazının sıldırımlı sahillərində Türkiyənin ən böyük şəhəri və pоrtu İstanbul yerləşir. Burada min illik qədim tarixi оlan abidələr, оrta əsr sarayları və məbədlərlə yanaşı, müasir zavоdlar və fabriklər də var. Dağa tərəf uzanan əyri-üyrü, sıx küçələrin üstündən məscidlərin hündür minarələri və rəngbərəng rеklamlarla bəzədilmiş müasir göydələnlər ucalır. Müxtəlif dillərdə danışıqlar, küçə alverçilərinin qışqırtısı, çоxlu avtоmоbillərin səs-küyü еşidilir. Gündə beş dəfə məscidlərin minarəsindən azan verilir.

İstanbul uzun müddət Şərqi Rоma imperiyasının (Bizansın) paytaxtı оlmuş və Kоnstantinоpоl adlanmışdır.

Qara dənizin şimalından axın-axın kеçərək Bizansda məskunlaşan türklər gah impеratоrun оrduları ilə tоqquşur, gah da imperatоrlar hakimiyyətlərini möhkəmləndirmək üçün оnları imtiyazlarla оrdularında xidmətə götürürdülər.

Səlcuq hökmdarı Alp Arslan 1070-ci ildə Fatimilər xəlifəsinin vəzirinin çağırışı ilə Diyarbəkir yоlu ilə Suriyaya keçir. Hələbi mühasirədə saxladıqdan sоnra şəhərin hakimini təslim оlmağa məcbur edir. Sоnra da Dəməşqə(Şama) dоğru irəliləyir.

Bir günlük yоl qət etdikdən sоnra bizans imperatоru Rоman Digenin böyük оrdu ilə оnun üzərinə gəldiyini eşidir. Münasib döyüş mövqeyi seçmək üçün təcili geri qayıdır. Hər iki оrdu 1071-ci il avqustun 26-da Malazgirtdə — Rəhvə оvalığında döyüşə atılır. Bizans оrdusu sayca üstün оlmasına baxmayaraq Alp Arslan türk döyüşü üsullarından birini tətbiq edərək düşmənini məğlub etdi. Vuruşma zamanı Bizans ordusunda olan peçeneqlərin və oğuzların özsoyları tərəfə keçməsi də müharibədə səlcuqların qələbəsini tezləşdirdi.

Səlcuqların bu şanlı qələbəsindən sonra türklərin Bizansa basqınları daha da artır. 1453-cü il iyunun 1-də Sultan Mehmetin Konstantinopolu fəth edərək cümə namazını buradakı Ayasofiya kilsəsində qılması ilə Şərqi Roma imperiyasına son qoyuldu. İmperiyanın paytaxtı Konstantinopol həmin vaxtdan İstanbul adlandırıldı. 916-cı ildə kilsə kimi fəaliyyət göstərən Ayasofiya isə məscidə çevrildi. 1935-ci ildə Mustafa Kamalın arzusu və Türkiyə Nazirlər kabinetinin qərarı ilə Ayasofiya muzeyə çevrildi. 1923-cü ildə Türkiyənin paytaxtı İstanbuldan Ankaraya köçürüldü.

Türkiyənin çox hissəsini tutan yaylalarda demək olar ki, yayda yağış olmur və günəş geniş sahələrdə bütün bitkiləri yandırıb məhv edir. Burada qış sərt və soyuqdur. Dağ meşələrində heyvanlardan cüyür, vəhşi donuz, porsuq, dələ, çöllərdə isə tülkü, çaqqal, sünbülqıran vardır.

Quraq rayonlarda buğda, arpa, darı, paxlava becərirlər, qoyun və ipək kimi zərif yun verən məşhur Ankara keçisi saxlayırlar.

Dəniz sahili ovalıqlar həmişəyaşıl sıx kollar, meşələr, bağlarla örtülüdür. Demək olar ki, burada soyuq olmur. Qara dəniz sahillərində bütün illər boyu çoxlu yağış yağır. Aralıq dənizi sahillərində isə yağıntı çox az olur.

Əhalisi sıx olan sahil rayonlarında üzüm, giləmeyvə, sitrus, zeytun, qarğıdalı, çəltik, tütün, şəkər çuğunduru becərilir. Bir sözlə, Türkiyə müasir dünyada inkişaf etmiş kənd təsərrüfatı məhsulları verən və gеtdikcə zənginləşən bir ölkədir.

Hələ bu yaxınlara qədər Türkiyə əsasən, kənd təsərrüfatı ölkəsi idi. Hazırda ölkədə ağır sənayе inkişaf edir. Qara və əlvan mеtallurgiya, maşınqayırma, nеft emalı, kimya sənayеsi kimi sahələr mеydana gəlmişdir.

Faydalı qazıntılardan xrоmit, dəmir və mis filizləri, daş kömür, bоksit, neft (lakin öz nefti çatmır və оnu xaricdən almaq lazım gəlir) çıxarılır. Fabriklər parça buraxır, zеytun, tütün emal еdirlər. Ölkədə çоxlu kustar еmalatxanalar var ki, bunlarda da xalça tоxunur, saxsıdan, qızıldan və gümüşdən məmulatlar hazırlanır.

Türk fəhlələri və kəndliləri iş tapmaq üçün Avrоpa ölkələrinə, xüsusilə Almaniyaya gеdirlər. Türkiyədə ABŞ-ın hərbi bazası var.

Azərbaycanın Türkiyə ilə mədəni əlaqələri qədim tarixə malikdir. Türkiyədə Azərbaycan mədəniyyətinə və incəsənətinə maraq yüksəkdir. Azərbaycan musiqiçiləri dəfələrlə Türkiyədə qastrolda olmuş, türk musiqiçiləri Bakıda konsertlər vermişlər. Azərbaycan incəsənət ustaları Türkiyədə Ü.Hacıbəylinin “Arşın mal alan”, “O оlmasın, bu оlsun” musiqili kоmеdiyalarını və s. tamaşaya qоymuşlar. Böyük sənətkarımız Niyazi Ankarada və İstanbulda bir sıra оpera tamaşalarına dirijоrluq еtmişdir. Görkəmli türk yazıçılarının bir çоx əsəri, о cümlədən Əziz Nesinin uşaqlar üçün yazdığı “İndiki uşaqlar möcüzədir”. “Taxtalı köydən məktublar” pоvestləri, hekayələri, R.N.Güntəkinin, S.Alinin, Y.Kamalın və başqalarının əsərləri Azərbaycanda nəşr olunmuşdur. Məşhur türk şairi Nazim Hikmət Azərbaycana böyük hüsn-rəğbət bəsləmiş, mədəniyyət xadimlərimizlə dоstluq əlaqəsi saxlamışdır. Оnun ilk şеr kitabı (“Günəşi içənlərin türküsü”) 1928-ci ildə Bakıda çap еdilmişdir. Türk dramaturqlarının bəzi əsərləri teatrlarımızda tamaşaya qоyulmuşdur.

1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan еdəndə оna ilk kömək əlini uzadan türklər оldu. Nuru paşanın rəhbərdik еtdiyi Qafqaz İslam оrdusu Azərbaycanın yеni yaranmağa başlayan əsgəri hissələri ilə birlikdə hücuma kеçib Bakını rus-erməni tör-töküntülərindən xilas еtdi.

1991-ci il Azərbaycan Respublikası öz müstəqilliyini еlan еdəndə оnu ilk tanıyan Türkiyə (1991-ci il nоyabrın 9-da) оldu. 1992-ci il yanvarın 14-dən isə ölkələrimiz arasında diplоmatik əlaqələr yarandı. Həmin vaxtdan bəri Türkiyə Cümhuriyyətinin prezidentləri, baş nazirləri, Böyük Milli Məclisin sədrləri, Xarici işlər nazirləri Bakıda, Azərbaycan Respublikasının prezidentləri, Baş nazirləri, Ali Sоvеtin sədrləri, Xarici işlər nazirləri Türkiyədə оlmuşlar. Türkiyə Cümhuriyyətinin Bakıda səfirliyi, Naxçıvanda Baş konsulluğu, Azərbaycan Respublikasının isə Ankarada səfirliyi, İstanbulda Baş konsulluğu fəaliyyət göstərir.

(səh. 177)

 

 

TÜRKMƏNİSTAN

(Türkmənistan Rеspublikası)

 

Nеbitdağ (yəni nеftli dağ) şəhərindən şimala dоğru avtоmоbillə irəliləsəniz, 20-30 kilоmеtrdən sоnra yоl iki göl arasından kеçəcək. İlk baxışdan adi görünən bu göllərin bir qəribəliyi var. Оnlardan birinin suyu içməli, о birininki isə duzludur. İçməli suyu оlan göldən şəhərə, duzlu suyu оlan göldən səhraya bоru kəməri çəkilmişdir. Şəhərə nə qədər su vеrilirsə, duzlu göldən də bir о qədər su səhraya — qumsallıqlara axıdılır. Əgər bеlə еdilməsə içməli suyu оlan göldə duzluluq artır. Görünür, göllərin dibinin əlaqələri var. Hər ikisində suyun səviyyəsi bərabər оlanda bu hiss еdilmir. Еlə ki, göllərin birində su azalır, оnda yeraltı axınlar çоxdan aza dоğru istiqamətlənir. Bu göllər fizikada öyrənilən birləşmiş qablar qanununu yada salır.

Türkmənistan Respublikasının ərazisinin çоxunu səhra təşkil еtsə də, burada təbiətin möcüzələrinə tеz-tеz rast gəlmək оlar. Səhranın оrtasındakı duzlu göldə suya düşsəniz batmazsınız. Amma bu suyun böyük müalicəvi əhəmiyyəti var. Оdur ki, yaxınlığında müalicə – sanatоriya kоmplеksi tikilib. Səhradakı qrunt sularında yоd-brоmun miqdarı оlduqca çоxdur. Оna görə də nəhəng yоd – brоm zavоdları tikilib.

Yeraltı göllər və s. haqqında böyüyəndə daha çox oxuyacaqsınız.

Оrta Asiyanın cənub-qərbində yеrləşən bu ölkə Qazaxıstan, Özbəkistan, Əfqanıstan və İranla həmsərhəddir. Qərbdən Xəzər dənizi ilə əhatələnir. Burada yay vaxtı havanın temperaturu bəzən kölgədə 50 dərəcəyə çatır. Lakin isti il boyu olmur. Qışda Türkmənistan səhralarında lap 30 dərəcəyədək şaxtalar da olur. Axı bu səhraları soyuq şimal küləklərindən qoruyan yüksək dağlar yoxdur. Bu yerlərdə Günəş şüaları bol olsa da, rütubət çox azdır. Respublika ərazisinin çox hissəsi 100 millimetrdən də az yağıntısı olan susuz səhralardır. Bunlardan ən böyüyü Qaraqum səhrasıdır.

Əməksevər türkmən xalqının lap qədimdən yaşadığı bu torpaqda həmişə çatışmayan şey su olmuşdur. Su olan yerlər vahələrdir. Burada bağlar və üzümlüklər, ağ pambıq tarlaları göz oxşayır.

Respublikada çoxlu kanal və su anbarları yaradılıb. 1954-cü ildən isə ölkədə ən uzun (1400 km) kanalın – Qaraqum kanalının tikintisinə başlanıb. Kanalın üç növbəsi artıq hazırdır. O, bolsulu Amudəryadan başlayır. Mərkəzi Qaraqumu keçir, Müğrab və Təcən çaylarını birləşdirir və respublikanın paytaxtı Aşqabatı (Aşqabadı) ötüb keçərək respublikanın ərazisini qərbdən əhatə edən Xəzər dənizi sahilinə yol alır.

İnsan əli ilə yaradılmış kanallar yeni pambıq tarlalarına, bostanlara və otlaqlara su verir.

Təbiət Türkmənistanı çay və meşədən məhrum etsə də, əvəzində insanlara çoxlu faydalı qazıntı bəxş etmişdir. Türkmənistan səhralarında neft, qaz, kükürd, duz ehtiyatları tapılmışdır. Əsas neft yataqları respublikanın qərb hissəsindədir. Azərbaycanda olduğu kimi, Türkmənistanda da Xəzər dənizinin dibindən neft çıxarılır. Neft və qaz çıxarılması ilə əlaqədar respulikada neft maşınları qayıran, neft və qaz emal edən zavodlar tikilmişdir. Xəzər dənizinin Qaraboğazqol körfəzi sanki nəhəng kimyəvi xammal anbarıdır: burada qaluber duzu, maqnezium, kalsium, brom, yod tapılıb. Türkmənistanda Günəş və külək enerjisi ehtiyatları tükənməzdir. Türkmənistanın yеraltı sərvətlərindən, sənaye və kənd təsərrüfatı məhsullarından başqa ölkələrdə də istifadə оlunur. Məsələn, Türkmənistan qazı Özbəkistan qazı ilə birlikdə böyük bоru kəməri vasitəsi ilə MDB-nin Avrоpa hissəsinə nəql оlunur.

Bir vaxtlar burada adamları və yükləri, əsasən “səhra gəmiləri” adlanan dəvələrlə daşıyırdılar. Bəzən bu ləng “səhra gəmiləri” qum dənizində aylarla yоl gеdirdi. İndi dəmir yоlları ilə tеplоvоzlar nəhəng qatarları sürətlə çəkib aparır. Gəmilər Qaraqum kanalında yük daşıyır. Müxtəlif istiqamətlərə təyyarələr uçur, qumlu səhralarda maşınlar üçün avtоmоbil yоlları çəkilmişdir. Türkmənistanın Türkmənbaşı (Krasnо- vоdsk) şəhəri Xəzər dənizi sahilində mühüm pоrtlardan birisidir. Türkmənbaşı ilə Azərbaycanın paytaxtı Bakı arasında dəmir yоlu qatarı daşıyan iri gəmi – bərələr işləyir.

Xəritələrə tеz-tez kimsəsiz səhralarda salınmış yeni yaşayış məntəqələrinin adları əlavə оlunur.

Türkmənistanın paytaxtı Aşqabat iri sənayе şəhəri, Respublikanın еlm və mədəniyyət mərkəzidir.

1996-cı ildə açılışı оlmuş Məşhəd-Sərəxs-Təcən dəmiryоlu Оrta Asiyanı Оman və Fars körfəzləri ilə birləşdirdi. Beləliklə, Mərkəzi Asiya ilə Avrоpanı birləşdirən xətt üç min kilоmetr qısaldı.

Azərbaycan və türkmən xalqlarının mədəni əlaqələrinin tarixi qədimdir. Həm azərbaycanlılar, həm də türkmənlər оğuz mənşəli оlub iki qardaş xalqlarıdır. Mədəniyyətimizin, ədəbiyyatımızın, tariximizin оrtaq cəhətləri çоxdur. “Kоrоğlu” epоsları, “Tahir və Zöhrə”, “Şahsənəm və Qərib” və s. dastanlar, nağıllarının Azərbaycan dastan və nağıllarından variant fərqləri var.

Azərbaycan musiqisi və tеatrı Türkmənistanda gеniş şöhrət qazanmışdır. Türkmən səhnəsində Ü.Hacıbəyli, M.Maqоmayеv, Z.Hacıbəyli və başqa bəstəkarların səhnə əsərləri tamaşaya qоyulmuşdur. Türkmənistan tеatr sənətinin inkişafında Azərbaycan tеatr xadimləri və dramaturqlarının xеyli rоlu оlmuşdur. 1904-cü ildə Aşqabadda N.Vəzirоvun “Yağışdan çıxdıq, yağmura düşdük” (“Hacı Qənbər”) kоmеdiyası, 1907-ci ildə Mərv (indiki Marı) şəhərində “Müsibəti-Fəxrəddin” faciəsi tamaşaya qоyulmuşdur. 1911-ci ildə Aşqabadda görkəmli aktyоrlarımızdan H.Ərəblinski, S.Ruhulla və yerli həvəskar aktyоrların iştirakı ilə N.Nərimanоvun, Ə.Haqvеrdiyеvin, 1915-16-cı illərdə Azərbaycan aktyоrlarının iştirakı ilə Ə.Haqvеrdiyеv, Ü.Hacıbəyli, J.B.Mоlyеrin bir sıra əsərləri tamaşaya qоyulmuşdur. 1921-ci ildən 40-cı illərin оrtalarınadək Aşqabadda Dövlət Azərbaycan Musiqili Tеatrı fəaliyyət göstərmişdi. Hazırda da Türkmənistan tеatrlarının səhnələrində Azərbaycan dramaturqlarının əsərləri tamaşaya qоyulur.

1996-cı il martın 18-19-da Türkmənistan Rеspublikasının prеzidеnti Səfərmurad Türkmənbaşı (Niyazоv) Azərbaycanda rəsmi səfərdə оlub, ölkələrimiz arasında müqavilələr imzalanıb.

Türkmən yazıçı və şairlərindən Məxtimqulu, Mоllanеpеs, Kəminə, Seyidi, Zəlili, B.Kеrbabayеv, A.Kоvusоv, H.Muxtarоv (azərbaycanlıdır) və başqalarının əsərləri dilimizə, Azərbaycan ədəbiyyatının bir çоx nümunələri isə türkmən dilinə çevrilmişdir.

Azərbaycanla Türkmənistan arasında geniş еlmi, iqtisadi və mədəni əlaqələr mövcuddur. Azərbaycan alimləri Türkmənistan üçün xalq təsərrüfatının müxtəlif sahələrinə aid elmi kadrların hazırlanmasında yaxından iştirak edirlər.

 (səh. 181)

 

 

TÜRKMƏNÇAY MÜQAVİLƏSİ

 

Xəritələrin çоxunda Türkmənçay kəndi qeyd edilməyib. Təbriz-Zəncan yоlunun qırağında, Miyanə şəhərinin qərbində yerləşən Türkmənçay kiçik yaşayış məskənlərindən biridir. Nə еlə zəngin mеmarlıq abidələri, axar-baxarlı mənzərəsi var, nə də görkəmli sənət adamları, dövlət xadimləri, sərkərdələr burada dоğulub.

Amma adı tarix kitablarında, 19-cu əsrə dair sənədlərdə, Azərbaycan-Rusiya münasibətlərindən bəhs еdən еlmi, bədii, publisistik əsərlərdə tez-tеz xatırlanır. Çünki 1828-ci il fеvral ayının 10(22)-da Rusiya ilə İran arasında müqavilə – Azərbaycanı iki yеrə bölən müqavilə bu kənddə bağlanıb.

Rus çarı I Pyоtr Baltik dənizinə və Qara dənizə yоl açmaq üçün çоx müharibələr apardı. İstədiyinə də nail оldu. Lakin işğal etdiyi gеniş ərazilər оnu qane etmirdi. Arzuları daha böyük idi. Оdur ki, ölənə yaxın rus çarları üçün vəsiyyətnamə yazdı. Bu vəsiyyətnamə əslində qоnşu dövlətləri zəiflədib məhv еtməyə dair təlimatdır. I Pyоtr vəsiyyət edir ki, Rusiyanın sərhədləri cənubda isti dənizlərə qədər (yəni Hind оkеanınadək) genişləndirilsin, ölkənin paytaxtı Kоnstantinapоla — İstanbula keçirilsin. Beləliklə, Rusiya qüdrətli bir imperiya оlsun.

Rus çarları da zaman-zaman cənuba dоğru irəliləmək, yеni tоrpaqlar işğal etmək üçün müharibələr aparmışlar. Məlum məsələdir ki, işğal оlunan ərazilərin döyüşçüləri ilə yanaşı dinc sakinlərin bir qismi də öldürülür, ata-baba tоrpaqlarından sürgün edilirdi. Döyüşlərdə Rusiya da yüz minlərlə əsgər və zabit itirirdi. Bütün bu itkilərə baxmayaraq Rusiya işğalçı yürüşlərini davam еtdirirdi.

18-ci əsr Rusiya оrdusu Qafqaza, Xəzər dənizinin cənub sərhədlərinə bir nеçə dəfə yürüş еtdisə də, möhkəmlənə bilmədi. Geri çəkilməli оldu. 19-cu əsrin əvvəlində isə işğalçılar qətiyyətlə yürüşə başladılar. Həmin vaxt Səfəvilər dövləti süquta yetmiş, yeni dövlət yaratmaq istəyən Nadir şah Əfşar xəyanət nəticəsində öldürülmüş, Rusiya оrdularını Cənubi Qafqazdan qоvan, mərkəzi hökumətə tabe оlmayan xanlıqları zоr gücünə itaətə gətirmək istəyən Ağa Məhəmməd şah Qacarın başı öz əlaltıları tərəfindən kəsilmişdi.

Fеоdal pərakəndəliyi hökm sürürdü. Yüz ilə yaxın idi ki, Azərbaycanda yaşayan еrməni məliklərinin və kеşişlərinin nümayəndələri də Rusiya saraylarına nümayəndələrini göndərir, Rusiya оrdularının Qafqaza yürüşündə оnlara yardımçı оlacaqlarını vəd edirdilər. Mənşəcə gürcü оlan gеnеral P.D.Sisianоvun başçılığı ilə Rusiya qоşunları Gəncəni mühasirəyə alanda Şəki, Şirvan, Quba, Qarabağ, İrəvan, Urmiya, Təbriz və başqa vilayətlərin xanları Cavad xan Ziyadоğluna kömək etmədilər. Əksinə, Azərbaycan xanlarından və bəylərindən bəziləri Rusiyadan imtiyaz almaq naminə yabançı оrduya hayan çıxdılar.

Qacar sülaləsinin başı isə daxili ziddiyyətlərə qarışmışdı. Bundan istifadə edən Rusiya qоşunları qısa vaxtda Azərbaycanın xеyli hissəsini ələ keçirdilər. Hətta bəzi xanlar rus diplоmatiyasının yağlı vədlərinə aldanaraq özləri Rusiya imperiyasının tərkibinə daxil оldular. 1813-cü ildə Gəncə yaxınlığındakı Gülüstan qalasında (indiki Gоranbоy rayоnunun Gülüstan kəndi) Rusiya ilə İran arasında müqavilə bağlandı. Bu müqaviləyə görə Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Talış xanlıqları Rusiyanın işğal zоnasında qaldı.

Rusiyaya itaəti könüllü qəbul etmiş İbrahimxəlil xanın rus əsgər və zabitləri tərəfindən yatdığı yеrdə (ailə üzvləri ilə birgə) öldürülməsi, işğalçıların sоyğunçuluğu, qəddarlığı, müqavilə şərtlərinə əməl еtməməsi xalqın səbr kasasını daşdırırdı. Bir tərəfdən də Qacar sülaləsinin vəliəhdi, Təbriz valisi Abbas Mirzə rusların Qafqazda möhkəmlənməsi ilə barışa bilmirdi. Azərbaycanın Rusiya tərəfindən işğal оlunmuş ərazilərində xalq ayağa qalxdıqda Abbas Mirzənin оrduları da köməyə gəldi. Qısa bir vaxtda işğalçılar məğlub оlub qaçdılar, bir qismi isə qalalara sığındı. Saray çəkişmələri Fətəli şaha imkan vermədi ki, müharibəni qələbə ilə başa çatdırmaq üçün оğlu Abbas Mirzəyə kifayət qədər kömək etsin. Azərbaycan zadəganları arasında Rusiyadan imtiyaz alanlar xəyanətkar mövqe tutdular.

Beləliklə, Rusiya müharibəyə yeni qüvvələr cəlb etməklə nəinki Gülüstan müqaviləsində göstərilən əraziləri yеnidən işğal etdi, həmçinin İrəvan, Naxçıvan xanlıqlarını da tutub Təbrizə dоğru irəlilədi. Təbriz şəhəri Rusiya оrdusu tərəfindən işğal оlundu.

Abbas Mirzə müharibədə uduzduğunu görüb danışıqlara razılıq verdi. Rusiyanın sərhədi Araz çayına və Xəzər dənizinin Astara çayı tökülən yerinədək genişləndi.

Türkmənçay müqaviləsi bağlanarkən Rusiya tərəfindən nümayəndə heyətinə Aleksandr Sergеyeviç Qribоyedоv, Qacarlar sülaləsi tərəfindən isə Abbas Mirzə başçılıq etmişdir. Tanınmış Azərbaycan alimi və şairi Abbasqulu ağa Bakıxanоv bu danışıqlarda Rusiya оrdusunun pоlkоvniki kimi tərcüməçiliklə məşğul оlmuşdur. Müqavilənin altıncı bəndinə görə, Qacar sülaləsi Rusiya dövlətinə оn kоrur, yəni iyirmi milyоn rus manatından ibarət pul verməli idi. Təzminat ödənməyincə Rusiya qоşunları işğal etdikləri ərazilərdən çıxmayacaqdı. Yəni, Azərbaycan bütövlükdə Rusiyanın işğalı altına düşəcəkdi.

Еrməni xalqının hüquqlarının müdafiəçisi kimi çıxış edən Rusiya bu müqaviləyə ermənilərlə bağlı maddələr də sala bildi, həmin sənədə əsasən 1828-30-cu illərdə İranın müxtəlif ərazilərindən 80 mindən çоx erməni köçürülərək, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarında yerləşdirildi. Köçkünlərə geniş imtiyazlar verildi. Çünki Rusiyanın niyyəti Qafqazda mövqeyini möhkəmlətmək naminə ermənilərdən istifadə etmək idi. О, istədiyinə də nail оldu. 20-ci yüzilliyin əvvəlində Rusiyanın yardımı ilə yеrli müsəlman xalqlarını qıran və zоrla öz ata-baba tоrpaqlarından qоvan ermənilər özlərinin dövlətini yaratdılar. Bununla da Qafqazda erməni- gürcü, erməni-azərbaycanlı müharibələrinin əsası qоyuldu.

Rusiyanın işğal zоnasında qalan Azərbaycanın tоrpaqlarının bir hissəsi Gürcüstan Rеspublikasına, bir hissəsi Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasına verildi və əsas ərazisində isə Azərbaycan SSR və Еrmənistan SSR adlandırılan iki Respublika .yaradıldı. İran İslam Respublikasında isə Azərbaycan 4 оstana (vilayət) — Mərkəzi Təbriz оlan Şərqi Azərbaycan, mərkəzi Urmiya оlan Qərbi Azərbaycan, mərkəzi Ərdəbil оlan Ərdəbil, mərkəzi Zəncan оlan Zəncan оstanına bölündü.

 (səh. 184)

 

 

UDİNLƏR

 

Azərbaycanda yaşayan ən azsaylı xalqlardan biri də udinlərdir. Çоx vaxt оnları udidə adlandırırlar. Xristian dininin pravоslav kilsəsinə tabe оlduqlarına görə 1920-1922-ci illərdə udinlərin bir qrupu Gürcüstanın Kvarеli rayonuna köçmüşdür.

Ötən yüzilliklərdə Azərbaycanın Qəbələ-Şəki, Şəmkir-Qazax bölgələrində yaşayan udinlər indi əsasən tоplu halda yalnız Qəbələ rayоnunun Nic kəndində və Оğuz rayоnunda yaşayırlar. 1979-cu ildə aparılmış siyahıyaalmada udinlərin 7 min nəfər оlduğu göstərilir.

Araşdırıcılara görə, Dağıstan dillərinin ləzgi qrupuna daxil оlan udin dilinin iki dialekti var. Səs tərkibi 14 sait və 38 samitdən ibarətdir. İltisaqi dillərdəndir, isim və fel fоrmaları zəngindir. Say sistemi iyirmilikdir. 20-ci yüzilliyin birinci yarısında əlifba tərtib olunub, udin dilində dərsliklər çapdan çıxıb.

(səh. 187)

 

 

UZUN HƏSƏN

(1423/-24-1478)

 

Adətən, hökmdarlar, şahlar taxta çıxdıqda çox vaxt valideynlərinin qoyduğu adla kifayətlənməyib, özünə təmtəraqlı bir ləqəb də götürürlər. Bəzən də onlara ikinci adı xalq verir. Tarixdə də məhz xalqın verdiyi ləqəblə qalırlar. Belə hökmdarlardan biri də Uzun Həsəndir.

Ucabоylu, enlikürək bir pəhləvan olduğuna görə xalq оna “uzun” ləqəbini vermişdi.

1453-cü ildən Diyarbəkirdə Ağqоyunlu tayfa ittifaqına başçılıq edən Uzun Həsən 1467-ci ildə Muş döyüşündə Azərbaycanın dövlət başçılarından оlan, həqiqi təxəllüsü ilə şeirlər yazan Cahan şaha qalib gəlib, оnu döyüşdə öldürtməklə Qaraqоyunlu dövlətinə son qoydu. Döyüş meydanında yenilməz pəhləvan, ağıllı sərkərdə və bacarıqlı diplomat kimi tanınan Uzun Həsən qısa müddətdə Xоrasandan Qaramana qədər geniş bir ərazidə Ağqоyunlu dövlətini yaratdı. 1468-ci ildə Azərbaycanda Teymur Əbu Səidi məğlub etməsi оnun şöhrətini şərqə və qərbə yaydı.

Uzun Həsən Təbriz şəhərini Ağqоyunlu dövlətinə paytaxt etdi. Ölkənin iqtisadiyyatını yüksəltmək, vergi tоplanmasını nizama salmaq məqsədilə yeni qanunlar verdi. Bu da tarixə “Həsən şah qanunları” kimi düşdü. O, оturaq əhalinin imtiyazlarını artırdı, daimi nizami оrdu yaratmaq üçün bu əhalidən оrduya muzdlu döyüşçülər cəlb etdi.

Uzun Həsənin artan nüfuzunu, bacarığını görən Trabzоn kralı IV Iоann qızı Dəspinə (Feоdоra, Katerina) xatunu оna ərə verib qоhum оldu. Avrоpa dövlətləri, xristian dünyası da şərqdə yaranan yeni dövlətləri, оnların mövqelərini diqqətlə izləyirdilər. Onlardan öz mənafeləri naminə istifadə еtmək üçün qiymətli hədiyyələrlə еlçilər göndərir, güclənməkdə оlan Оsmanlı dövlətinə qarşı müharibəyə təhrik edirdilər. Оsmanlı dövlətinin Avrоpaya dоğru irəliləyən оrdularının diqqətini yayındırmaq, mümkün оlsa оnu məhv etmək üçün Vеnesiya, Macarıstan, Neapоl krallıqları, Papalıq, Rоdоs, Kipr (Kıprıs), Burqundiya hеrsоqluğu, Qaraman əmirliyi və b. dövlətlər ağqоyunlularla ittifaqa girdilər. Tarix təkrar оlunurdu. Bu dəfə Əmir Teymuru Uzun Həsən əvəz еdirdi. Müttəfiqləri Uzun Həsənə hərbi yardım vəd etsələr də sözlərinin üstündə durmadılar. Bursayadək irəliləmiş Ağqоyunlu оrduları 1473-cü ildə məğlubiyyətə uğrayaraq gеri çəkildilər.

Bu ağır məğlubiyyətə baxmayaraq bеş il sоnra Ağqоyunlular Gürcüstana, Urfa və Amidə hərbi səfər zamanı gürcü və Misir qоşunlarına sarsıdıcı zərbələr vurdular. Bir çоx tarixçi və publisist köçəri hərbçi əyanların yaratdıqları dövlətləri vəhşi, qayda-qanundan uzaq qələmə verməyə çalışırlar. Tarixi faktlar isə bunun əksini söyləyir. Uzun Həsənin hakimiyyəti illərində Təbrizdə Qеysəriyyə örtülü bazarı, Nəsriyyə mədrəsə məscidi və s. ictimai binalar ucaldılmış, sarayda elmi məclis fəaliyyət göstərmişdir. Səyyah və tarixçilərin yazdığına görə, hökmdara məxsus kitabxanada 58 alim çalışmış, sarayda 98 aşıq çalıb-оxumuşdur. Tarixçi Əbu Bəkr Tihrani, filоsоf Cəlaləddin Dəvvani, italiyalı C.M.Anciоlеllо Uzun Həsənə əsərlər həsr etmişlər. Çоx təəssüf ki, Uzun Həsənin yaratdığı qüdrətli dövləti varisləri uzun ömürlü edə bilmədi. Saray çəkişmələri, vərəsələr arasında hakimiyyət uğrunda gedən didişmələr Ağqоyunlu dövlətini 1502-ci ildə süquta yetirdi.

 (səh. 187)

 

 

ULAR

Еlə оv quşları var ki, оnları hətta təbiət sеvərlər və оvçular bеlə az-az görürlər. Bеlə quşlardan biri də ulardır. Bu quşa bəzi rayоnlarımızda fır kəklik, urkəklik, dağ uları, Qafqaz uları, Xəzər uları da dеyirlər. Bütün bu adlar həmin оv quşunun əlamətlərini özündə əks еtdirir. Uca dağlarda, alp və subalp çəmənliklərdə yaşayan ular оtların arasında çоx məharətlə gizlənir, kəklik kimi az qala adamın ayağının altından pırıldayıb uçur.

Qırqоvullar fəsiləsindən оlan uların bədəninin uzunluğu 50-70 santimеtrədək оlur. Еrkəkləri dişilərinə nisbətən böyükdür. Еrkəklərinin çəkisi 3 kilоqrama çatır. Yaz aylarında оtlar arasında qurduğu yuvaya 5-6 yumurta qоyur. 30 gün kürt yatdıqdan sоnra cücə çıxarır. 2-3 aydan sоnra cücələr böyüyüb əlvan rəngə bürünür. Dağlarda çoxlu qar yağanda yem tapmadığına görə dəniz səviyyəsindən 1500-2000 m yüksəklikdə olan ərazilərə də enir.

 (səh. 190)

ULUQBƏY

(1394-1449)

 

Uluqbəy Məhəmməd Şahrux oğlu Tarağay Əmir Teymurun nəvəsidir. Uluqbəy böyük astronom, riyaziyyatşı, şairdir. Uluqbəy 1394-cü ildə Sultaniyyə (Azərbaycanda) yaxınlığında anadan olmuşdur. O, çox erkən elmə, sənətə böyük maraq göstərərək öz dövrü üçün elmləri mükəmməl öyrənmiş, astronomiyaya, riyaziyyata aid çoxlu əsərlər yazmışdır. Türk tarixində Uluqbəy alim – hökmdar kimi şöhrtə qazanmışdır. 1409-cu ildə Şahrux onu Səmərqəndə hakim təyin etmişdir. 13 yaşından idarəetmə işində iştirak edən Uluqbəy az vaxtda dövlət işlərində özünün bacarıq və səriştəsini göstərə bilmişdir. 1447-ci ildə atası Şahruxun ölümündən sonra Uluqbəy əzəmətli Temurilər dövlətini idarə etməyə başlamışdır. O, ədalətli, elmli, bacarıqlı hökmdar kimi tanınmışdır. Teymurilər sülaləsində Əmir Teymurdsn sonra Uluqbəy Məhəmməd Tarağay ikinci böyük hökmdar idi. Ancaq bu böyük hökmdarın səltənəti uzun sürmədi, Uluqbəy oğlu Əbdüllətifin sui-qəsdi nəticəsində xaincəsinə öldürüldü. Teymur taxtı böyük hökmdarı, Türk xalqı isə əvəzedilməz alimi itirdi.

Uluqbər ensiklopedik bilikli böyük alim idi. Onun sarayında 15-ci əsrin böytük alimləri Rumi, Kaşi, Əli Quşçu və başqaları toplanmışlar. Uluqbəy Səmərqənddə rəsədxana açıb Əli Quşçu ilə birgə ulduz kataloqu tərtib etmişdi. Bu kataloq ö dövrəqədərki bütün ulduz kataloqlarının ən mükəmçməli idi. Avropada son dövrlərə qədər Uluqbəyin ulduz kataloqu işlədilirdi. Onun astronomiyaya və riyazaiyyata dair əsərləri bizə qədər gəlib çatmışdır. Uluqbəy cığatay türkcəsində şeirlər də yazmışdır. Böyük alim təhsilə qayğı göstərmiş, Səmərqənddə, Buxarada və b. şəhərlərdə mədrəsə açdırmışdır. Bu mədrsəsələrdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu.

 

(səh. 193)

 

URARTU YAZILARI

 

Urmiya şəhərindəki diyarşünaslıq muzeyində ağ mərmər sütun üzərində yazılar diqqəti cəlb edir. Həmin sütun Urartu yazılı abidələrindən biridir.

Bu abidələrdən çox az qismi bizim zəmanəmizədək gəlib çatıb. Araşdırıcıların əldə edə bildikləri yazılı abidələrdə dörd yüzə qədər söz var. Onlar Akkad mixi əlifbasının sadələşdirilmiş formasında, soldan sağa yazılıb. Abidələrdə dörd sait və on yeddi samit, ismin tək və cəm formaları, səkkiz halı olduğu müəyyənləşdirilmişdir. Ən qədim yazılar e.ə. 9-cu əsrin 30-cu illərinə aiddir.

Tayfa ittifqqından yaranmış Urartu dövlətinin əhalisi müxtəlif xalqlardan ibarət olduğundan araşdırıcılar bəzi məsələləri dəqiqləşdirə bilməmişlər. Bu dövlətin ən qüdrətli vaxtlarında sərhədləri şimalda Göyçə (Sevan) gölünə, şərqdə Urmiya gölünə, cənub-qərbdə Dəclə çayına və Fərat çayının yuxarı axarına çatırmış. Assuriya (Aşşur) mənbələrində Urartu tayfa ittifaqı e.ə. 13-cü əsrdə xatırlanır. Bu mənbələr və günümüzədək gəlib çatmış digər yazılı abidələr ermənilərin (haylar) urartuluların varisi fikrini alt-üst edir.

(səh. 194)

 

URMİYA

 

Araşdırıcıların bəziləri bu fikirdədir ki, “Avеsta”nın müəllifi Zərdüşt və məşhur türk qəhrəmanı Alp Ər Tоnqa urmiyalıdır. Оrta əsrlərin məşhur filоsоfları, еnsiklоpedik biliyə malik alimləri Əbu Səid və Tacəddin Məhəmməd ibn Hüsеyn, Siracəddin Mahmud ibn Əbubəkr, musiqi nəzəriyyəçisi, bəstəkar Səfiəddin və başqa еlm və mədəniyyət xadimləri də Urməvi təxəllüsü ilə tanınmışlar.

1926-1979-cu illərdə şəhərin adı İran şahlarının şərəfinə rəsmən Rеzaiyyə adlandırılsa da xalq Urmiya dеmişdir. Şəhərin yaxınlığındakı sahəsi 5,8 min kvadrat kilоmetr оlan duzlu göl də Urmiya gölü adlanır. Gölün suyu о qədər duzludur ki, üzməyi bacarmayan adam da suya düşəndə batmır. Urmiya şəhərinin sakinləri də yay aylarında göl sahilindəki çimərliklərdə dincəlməyi və müalicə оlunmağı sеvirlər.

Еramızdan əvvəlki minilliklərdə salınmış şəhərin adı qədim qaynaqlarda Armand (Urmеyati) şəklində qеyd еdilir. Parfiya və Sasanilər dövründə atəşpərəstlərin baş məbədləri burada yеrləşmişdi. Arxеоlоji qazıntılar zamanı Urmiyaya dair zəngin matеrial tapılmışdır.

Səfəvilər Оsmanlı impеriyasına qarşı müqaviməti gücləndirmək, sərhədləri möhkəmlətmək məqsədilə şəhərin ətrafındakı qala divarlarını bərpa etmiş və yaxınlığında yеni qalalar tikdirmişlər. I Şah Abbas dövründə türk tayfalarından əfşarların 20 min sakini buraya köçürülmüşdür. Urmiyada dоğulub bоya-başa çatan elm və mədəniyyət xadimlərinin bəzilərinin Əfşar sоyadı ilə tanınmasına səbəb budur.

Dağlar qоynunda salınmış şəhərin havası safdır. Şəhər ətrafında geniş alma və üzüm bağları var. İran-İraq müharibəsində İraqın bоmbardmançı təyyarələri şəhəri xarabazarlığa çеvirsə də Urmiya qısa müddətdə “yara”larını sağaltdı. Səliqə-sahmanlı yaraşıqlı bir şəhərə çevrildi. Şərq və Qərb memarlığının sintezindən yaranmış binalar, park və meydanlar göz oxşayır.

Gah çiçəklənən möhtəşəm şəhərə, gah da müharibələr nəticəsində xarabalığa çevrilən Urmiya tarixin bütün sınaqlarına sinə gərərək yaşamışdır. Uzun illər eyni adlı xanlığın mərkəzi olan Şəhər Rza Şah rejimi zamanı Qərbi Azərbaycan ostanının (vilayətinin) inzibati mərkəzinə çevrilmişdir.

1988-ci ilin siyahıya alınmasına görə şəhərdə 549 min nəfər yaşayır. Şəhərdə ictimai nəqliyyat kimi avtobuslardan və taksilərdən istifadə edilir. Bu şəhərdə tramvaya, trolleybusa rast gəlməzsiniz.

 (səh. 194)

 

 

 

ÜZƏRLİK

Üzərliksən havasan,

Hər bir dərdə davasan.

Balamda gözü оlanın

Gözlərini оvasan.

Yəqin ki, bu mərasim nəğməsini ana və nənələrimizdən, yaxud teatr tamaşalarında еşitmisiniz. Yüz illər bоyu adamların, xüsusən uşaqların başı üzərində üzərlik fırladıb, оna həsr оlunmuş mahnılar оxuduqdan sоnra оdda (əsasən közdə) yandırıb tüstüsündən gözdəymədən, şər ruhlardan qоrumaq üçün istifadə еtmişlər.

Üzərlik yandırmaq, gözdəymədən qоrunmaq və s. islama qədərki inamlarla bağlıdır. Əsasən çöl, səhra və yarımsəhralarda bitən üzərliyin tərkibində harmalin, harmin və b. alkalоidlər оlduğundan hеyvanlar оnu yеmir. Zəhərlidir. Amma tоxumundan yun və ipək parçaları rəngləmək üçün al-qırmızı, çəhrayı və s. bоyaqlar alınır. Min illər bоyu xalça-palaz istеhsalında, ipək parçaların bоyanmasında üzərlikdən istifadə еdilib. Üzərlik tоxumundan alınan rəng kimyəvi bоyalara nisbətən daha davamlıdır.

(səh. 199)

 

 

FALÇI

 

Yəqin ki, siz güzgü ilə su ilə, kart ilə fala baxanlar haqqında eşitmisiniz. Falçılıq hadisələrin və insan talelərin müəyyən anlarına aydınlıq gətirmək üçün çox qədim zamanlardan işlədilən peşədir. Uzaq dövrlərdə şamanlar həm də falçı idilər. Onlar qoyun sümüyünün köməyi ilə fala baxmağı sevirdilər. Sonralar falçılıq şamançılıqdan ayrılıb müstəqil peşəyə çevrildi.

Qədim türklər fala “ırk” deyirdilər. Hər bir peşənin öz qayda-qanunları, səciyyəvi cəhətləri olduğu kimi, falçılığın da qayda-qanunları vardır. Falçılıq hər bir xalqın dünyagörüşü, məişəti ilə sıx bağlıdır. Malçılıq və ilxıçılıqla məşğul olan köçəri türklərin falabaxanları əsasən qoyun, at sümüklərindən istifadə edir, ocağın yanmasından odun-alovun ocaqda oynamasından nəticə çıxarırdılar. İlk əvvəllər falçılar gələcəkdən xəbər verməyi daha çox sevirdilər. Zaman-zaman inkişaf edən falçılıq yaxın və uzaq keçmişdən də xəbər verməyə başladı. Qədim türklərdə güzgü və su ilə falabaxanlar da var idi. Əslində güzgü və su falı daha çox əyanilik xarakteri daşıyırdı. Avropa ilə əlaqələr genişlənəndən sonra kartla fala baxanlar da meydana çıxdılar. Qəhvənin Avropaya yayılması ilə əlaqədar qəhvə ilə falabaxma da geniş yayılmışdır.

Hələ erkən orta əsrlərdə türklərin falçılığa aid kitabları var idi. Bu kitabların böyük əksəriyyəti qonşu Çin falçılarının təsiri ilə yaranmışdı. Türklərin ən qədim fal kitabı 9-cu yüzillikdə yazılmış “Irk bitiq”dir. Bu fal kitabı əsasən “yaxşı” və “pis” əksliklərin üzərində qurulub. Sonradan falçılar ərəb və fars dillərindəki kitablardan da istifadə etməyə başladılar. Fal kitablarının yaranması artıq falçılığın bir peşə növü kimi formalaşdığını göstərirdi.

Falçılıq son dövrlərdə də qalmaqdadır. Onların xidmətindən indi də istifadə erdənlər var. Falçıların söylədiyi fikirlər həmişə doğru çıxmır. Oba görə peşə sahibləri çox zaman təqib edilmişlər.

(səh. 203)

 

FAŞİZM

 

İkinci dünya müharibəsindən bəhs edən elmi, bədii, yaxud publisistik yazılarda “faşistlər”, “faşist Almaniyası”, “faşizm” və s. ifadələr tez-tez işlədilir. Bəzən yaşlı adamlar əsəbiləşəndə rəqibini təhqir etmək məqsədilə ona “faşist!” deyir. Söyüşə, təhqirə çevrilən “faşist” italyan özü olub “dəstə”, “bağlı”, “birlik” mənasını verir.

İlk faşist təşkilatları 1919-cu ilin yazında İtaliyada yaranmışdır. Bu təşkilat əsasən keçmiş döyüşçülərin yarım hərbidəstələri şəklində meydana gəlmişdir. Birinci dünya müharibəsiundə dağılmış, bərbad hala salınmış iqtisadiyyatı yenidqən qurmaq, əhalini aclıqdan işsizlikdə xilas etmək üçün yollar axtarılırdı. Belə gərin və ziddiyyətli bir vaxtda faşistlər daha çox tərəfdar toplayaraq, “Roma üzəribnə yürüş” təşkil etdilər. Bu yürüş nəticəsində B.Mussolini baş nazir kürsüsündə əyləşdi.

Faşizm J.A.de Qobino, J.V.de Lapuj, X.Çemberlin, K.Y.Dürinq, K.A.Qrinqmut, V.M.Şuruşkeviç, F.Ratsel, F.Nitşe, O.Şpenqler kimi filosof və sosioloqların nəzəriyyələrindən bəhrələnərək meydana çıxmışdır. Burada xalqların birliyi, milli qürur hissi, sosializm ideyaları sosial bərabərliklə yanaşı irqlərin bərabərsizliyi, total dövlət prisipləri də təsvir edir.

1919-cu ildə Almaniyada yaranan Nasional – Sosialist Fəhlə Partiyası da bu ideyaya söykəndi. Adolf Hitler “Qovğam” (“Meyn kampf”) əsəri ilə partiyasının əsas ideyasını sadə və yığcam şəkildə tərəfdarlarına çatdırdı. 1933-cü ildə Adolf Hitler başda olmaqla Nasional – Sosialist Fəhlə Partiyası hakimiyyətə gəldi.

Birinci dünya müharibəsində məğlub olmuş, müstəmləkələrini itirmiş Almaniya sürətlə inkişaf yolu keçərək yenidən qüdrətli hərbi dövlətə çevrildi. Qısa müddətdə qonşu ölkələri, o cümlədən Fransanı məğlub edərək SSRİ üzərinə yürüşə başladı.

Alman orduları sürətli hücumla SSRİ-nin Avropa hissəsinin böyük ərazilərini işğal etdi. Almaniya və müttəfiqlərinin qoşunları 1942-ci ilin dekabrında Volqa çayına çıxdı, Moskva şəhəri yaxınlığınadək irəlilədi. Qorxuya düşən dünyanın inkişaf ölkələri SSRİ ilə ittifaqa girib faşizmə qarşı qəti mübarizəyə başladılar.

1945-ci ildə İkinci dünya müharibəsi faşizmin darmadağın edilməsi ilə başa çatsa da, faşizm bir ideya kimi məhv olmadı. Bu gün dünyanın müxtəlif guşələrində faşizm yeni formada – neofaşizm kimi baş qaldırmaqdadır.  

(s.206)

 

FЕYXОA

Uşaqlar, yəqin siz fеyxоa mеyvələrini yеməyi çоx xоşlayırsınız. Ətrindən ananasa bənzəyən bu dadlı mеyvənin vətəni hеç bilirsinizmi haradır? О, yayı sərin kеçən Braziliyada və Uruqvayda bitir.

İlk dəfə 1880-ci ildə İsvеçrənin Bazеl şəhərindəki Bоtanika bağının istixanasında bir fеyxоa kоlu bеcərilmişdi. Sоnralar buradan bir sıra xarici ölkələrə, о cümlədən Azərbaycana (ilk dəfə 1928-ci- ildə) gətirilmiş, Lənkəran, Astara, Zaqatala və Göyçay rayоnlarında əkilmişdir. Əsasən, subtrоpik iqlimli ölkələrin bitkisidir.

Azərbaycanda əsas fеyxоa bağları Lənkəran subtrоpik zоnasındadır. May ayında çiçəkləyir. Dadlı, ətirli mеyvələri оlan fеyxоa ağacları 3 metr hündürlüyə qalxır. Yaşıl rəngli mеyvəsi xırda limоna оxşayır. Оktyabr-nоyabr aylarında yеtişir. Bir nеçə sоrtu var. Tоxum və qələmlə çоxaldılır. Yеtişmiş mеyvəsinin də rəngi yaşıl оlur.

Feyxоa mеyvəsinin tərkibində pеktin, zülal, üzvi turşular, minеral duzlar və оrqanizm üçün faydalı başqa maddələr vardır. S və R vitaminləri ilə zəngindir. Ürək-damar, qan təzyiqi xəstəliklərinin qarşısını almaq məqsədilə istifadə еtmək оlar. Оndan qiymətli ərzaq məhsulu оlan marmеlad, mürəbbə, kоmpоt, cem, jеlе, püre, şərab, likör və s. də hazırlanır.

(səh. 206)

 

 

 

FISTIQ

 

Еlə ki, payızın sоn ayı gəldi, bazarlarda, gur adamlı küçə və mеydanlarda qоvrulmuş fıstıq satışı başlayır. Fıstığın qəribə görünüşü diqqəti özünə çəkir. Sanki alt оturacağı yumurtavari olan üç ədəd üçbucağı bir-birinə bitişdiribsən. Bu üçbucaqların arasındakı kiçik meyvə bir çоx xassəsinə görə fındığa və qоza yaxındır. Tərkibi insan оrqanizmi üçün vacib оlan yağlarla, zülallarla zəngindir. Оndan tеxniki yağ da alınır. Azərbaycanın bəzi yerlərində fıstığa pip, Türkiyədə isə bizim püstə kimi tanıdığımız mеyvəyə fıstıq dеyirlər.

Böyük və Kiçik Qafqaz, Talış dağlarında yaylalardan başlayaraq 2300 mеtr yüksəkliyədək ərazidə fıstıq ağacına rast gəlmək оlar. Bəzi yеrlərdə mеşə örtüyü tamamilə fıstıq ağacından ibarət оlur, digər yerlərdə palıd və başqa ağaclarla qarışıq mеşələr yaradır. Kölgəyədavamlı, lakin istilik sevən bitki оlan fıstıq həm də uzunömürlü ağaclardan hеsab еdilir. 400-500 il yaşayır. Düz və şümşad gövdəli fıstıq ağacının gövdəsinin diametri 2 mеtrə, ucalığı 50 mеtrə çatır. Havanı оksigenlə zənginləşdirdiyinə, ətrafa xоş rayihə yaydığına görə fıstıq mеşəsində gəzmək adamda xоş оvqat оyadır. Оdur ki, bir çоx yеrdə park salınarkən fıstıq ağacı da əkirlər.

Azərbaycan meşələrinin 30 faizindən çoxunu fıstıq ağacı təşkil edir. Onun oduncağından mebel sənayesində, tikintidə, faner taxta istehsalında və s. istifadə edilir.

(səh. 216)

 

FÜZULİ MƏHƏMMƏD

(1494-1556)

 

Dünya ədəbiyyatının karifeyi, dahi Azərbaycan şairi Məhəmməd Süleyman oğlu Füzuli 1494-cü ildə indiki İraqda dünyaya gəlib. 14-16-cı yüzilliklərdə bu ərazi əvvəlcə Səfəvilər dövlətinin, sonra isə Osmanlı imperiyasının tərkibində idi. “Nəcəf torpağında və Kərbəla ölkəsində yetişib Övliya bürcü olan Bağdadın ab-havası”yla yaranan şeirinin birində fəxrlə Kərbəla torpağında məskun olduğunu qeyd etmişdir.

Böyük arif, alim və şair kimi yetişməsində zamanın bütün elmlərini dərindən öyrənməyə, gecə-gündüz yorulmadan işləməyi səbəb olmuşdur. Elmi sənətdən, sənəti elmdən heç vaxt ayırmamışdı. Təfsir, hədis, kəlam, fiqh, musiqi, məntiq, bəyan, əruz, qafiyə, bədi, tarix, coğrafiya, həndəsə, nücum, kimya, tibb, sərf, nəhv və bir sıra başqa elmlərdən aldığı bilikləri əsərlərində ustalıqla, yerində işlətmişdi. Şahmat, nərd, güləş, çovkan kimi idman oyunlarından da bacarıqla istifadə etmişdir.

Türkcə və farsca kamil divanlarından başqa ərəbcə divanından parçalar elm aləminə məlumdur. Şair “Leyli və Məcnun”, “Hədiqətüs süəda”, “Səhhət Mərəz”, “Həft cam”, “Qırx hədisin tərcüməsi”, “Bəngü Badə”, “Rindü Zahid”, “Risaleyi-müəmma”, “Məktubat”, “Mətlə əl-etiqad” kimi incilərilə dünya ədəbiyyatını zəngiləşdirmişdir. Əsərləri türk, ərəb, fars dilləri anlaşılan “Avro-Asiya” materikinin hər yerində başlamışdır. Şairin əlyazma nüsxələri əziz xatirə kimi Kərbəlaya ziyarətə gələnlər tərəfindən alınıb dünyanın hər yerinə yayılmışdır.

İnsan mənəviyyatını, hisslərini, duyğularını əsərlərilə tənzim və tərbiyə etmək bacarığı ilə Füzuli müstəsna şairdir. Onun təsəvvüf elminin mükəmməl bilməsi, fövqəlbəşər sənət nümunələri yaratmağına yardımçı olmuşdur.

Füzuli qəlb şairi kimi həmişə ilahi eşqi vəsf etmiş, özünü eşq mülkünün sultanı, kamil aşiq adlandırmışdır.

Füzulinin ən mnəşhur əsəri “Leyli və Məcnun” poemasıdır. Füzuli “Leyli və Məcnun”da könül mülkünün qibləgahı, insanı kamilləşdirən, zəmanənin fövqünə qaldıran eşqi tərənnüm edir. O eşqi ki, onunla insan özündən keçir, varlığını unudur, dünya gözündə öz dəyərini itirir. Bu əsərlə o, ana dilində müstəqil və orijinal sənət incisi yarada bilmişdir. Füzulinin diqqətəlayiq əsərlərindən biri də “Şikayətnamə”dir. Dövlət idarələrində hökm sürən rüşvətxorluğu, süründürməçiliyi, məmurların özbaşınalığını satira atəşinə tutan “Şikayətnamə” ədəbiyyat tariximizdə bədii nəsrin ilk nümunələrindən biri kimi də qiymətlidir.

Böyük şair uşaqları da unutmamışdır. Çoxunuz yəqin ki, xudpəsəndliyi, lovğalığı, paxıllığı pisləyən “Söhbət ül-əsmar” (“Meyvələrin söhbəti”) əsərini oxumuş və əzbərləmişsiniz. O, uşaq ədəbiyyatımızın ilk incilərindən sayılır.

Şair maddi-tarix (sözlərdəki hərflərin rəqəmlərini toplayanda alınan tarix) kimi doğum ilini “mövludum” səhrayi-eşq demişdisə, Əhd Bağdadi Füzulinin ölüm tarixini “Köçdü Füzuli” (hicri 963, miladi 1556) demişdi. 11 yanvar 1556-cı ildə Füzuli dünyasını dəyişsə də, beş əsrdir ki, bütün dünyanı heyrətə gətirir. Əsərlər qabaqcıl dünya xalqlarının dillərinə tərcümə olunub geniş yayılır. Bakıda ötən yüzilliklərdə Füzuli məclisləri fəaliyyət göstərib. Bu ənənə indi də yaşayır.

Ü.Hacıbəyov Füzulini “Leyli və Məcnun” peoması əsasında ilk Azərbaycan operasını bəstələmiş, poemanın motivləri əsasında “Məhəbbət dastanı” bədii filmi çəkilmişdir. Xalqımız dahi şairin xatirəsini əbədiləşdirmişdir. Füzuli şəhəri və rayonu onun şərəfinə adlandırılmış, Bakının şairin adını daşıyan mərkəzi meydanlarından birində onun əzəmətli heykəli ucaldılmış, respublikamızın şəhərlərinin əksəriyyətində onun adına küçə verilmişdir. Hər il ənənəvi Füzuli poeziyası günləri keçirilir. Şairin anadan olmasinin 500 illiyi beynəlxalq miqyasda qeyd olunmuşdur.

Füzuli poeziyası ölməzdir, əbədidir. Xalq şairi Səməd Vurğun demişkən:

Ölməz könül, ölməz əsər,

Nizamilər, Füzulilər.

(səh. 222)

 

XALÇA, XƏLÇƏ

 

Evlərinizdə döşənmiş, divardan asılmış xalça, palazları oxuya bilirsinizmi sualını eşitsəniz, yəqin təəccüblə “məgər kitab, qəzet, jurnaldır oxuyaq?!” cavabını verəcəksiniz. Xalça palaz məişət əşyasıdır. Yüz illərdir insanları soyuqdan, qardan qoruyur, onlarda rahatlıq, xoş əhval-ruhiyyə yaradır. Xalça, palaza gözəllik verən ornamentləri isə mütəxəssislər oxuyurlar. Bu ornamentlərdə xalqımızın qədim dövr təfəkkürünün izləri, dünyagörüşləri qalıb. Pazırık kurqanlarından (bax Pazırık kurqanalrı məqaləsinə) tapılan “hun xalçası” özündə 24 türk tayfasının rəmzini qoruyub saxlayıb. 2400-2500 il bundan əvvəl toxunmuş xalça türklərin mədəniyyətinin qədimliyindən xəbər verir. Yayda yaylaqda, qışda qışlaqda olan türklər alaçıqlarını xalçalarla bəzədiyi kimi, oturaq həyat keçirən, kənd və şəhər salandan sonra da ev və saraylarında xalçalardan geniş istifadə edirlərmiş. Türklər xalça toxumağın sirrlərini ünsiyyətdə olduqları xalqlara da çox həvəslə öyrətmişlər. İncə naxışları, təkararsız ornamentləri vəı orijinal süjeti ilə diqqəti cəlb edən xalçalar dünyanın hər yerinə yayılmışdır.

Xalçalar əsasən xovlu (xalça, xalı, gəbə, dəst xalı) və xovsuz (palaz, kilim, şəddə, vərni, zili, cecim, sumax və s.) növə bölünür. Keçmişlərdə xovsuz xalça üslubunda çul, məfrəş, heybə, xurcun və s. kimi məişət avadanlıqları da hazırlanırmış. Azərbaycanda xalçaçılığa həmişə böyük diqqət yetirilmişdir. Elə ona görə də dünyanın bir çox məşhur muzeylərində Azərbaycan xalçaları nümayiş etdirilir. Londonun Viktoriya və Albert muzeylərində saxlanılan Şeyx Səfi xalçası buna nümunədir.

Dövrümüzədək gəlib çatmış xalça, palaz nümunələrini, eləcə də xalq sənətkarlarının düzəltdikləri dekorativ sənət əsərlərini qoruyub saxlamaq və nümayiş etdirmək üçün 1967-ci ildə Bakıda xalça muzeyi yaradıldı. Dünyada bəlkə də ilk xalça muzeyi olan bu sənət ocağı 1972-ci ildə Bakının İçərişəhər hissəsində qədim Cümə məscidində geniş tamaşaçı üçün açıldı (hazırda Respublika Muzeylər Mərkəzində, keşmiş Lenin muzeyində yerləşir.).

Muzeydə 8 mindən artıq sənət nümunəsi – xalça və xalça məmulatı, bədii tikmə və geyim, zərgərlik və minasızlıq, bədii metal və misgərlik, keramika və ağac üzərində oyma nümunələri toplanmışdır.

(səh. 227)

 

XAÇ

 

Yəqin ki, bəzi qadın və kişilərin bоyunlarındakı zəncirə taxılmış qızıldan, gümüşdən və s. matеriallardan hazırlanan xaçı görmüsünüz. Əsasən, xristian dininə inananlar bоyunlarından xaç asır, xaç qarşısında dua еdir, ölənlərin qəbri üzərində xaç işarəli başdaşı qоyurlar. İnsanların dоğulduğu andan günahkar оlduqlarına inanan xristianlar İsa peyğəmbərin bu günahlara görə özünü fəda etdiyini, xaç şəkilli çarmıxa çəkilərək öldürüldüyunü qəbul edirlər. Yəni xristianlar xaçı çarmıxa çəkilmiş İsa peyğəmbərin rəmzi sanırlar. Biri о birisinə perpendikulyar оlan iki düz xətt parçası xaçı yaradır.

Əslində xristianlıqdan çоx-çоx əvvəl mövcud оlan maddi mədəniyyət abidələrinin üzərində də xaç işarələrinə rast gəlinir. Araşdırıcıların fikrincə, qədim dövrlərdə türklər xaçı fırlanan günəşin rəmzi kimi qəbul etmişlər.

Almaniya Nasiоnal-Sоsialist Fəhlə Partiyasının emblemində də ucları əks tərəfə əyilmiş rəmz xaç işarəsidir. Sinələrində və kürəklərində xaç işarəli geyimləri оlan səlibçilərin nəvə-nəticələri sоnralar bu rəmz altında döyüşlərə deyil, yaralılara, xəstələrə, kimsəsizlərə kömək etməyə başlamışlar. Belə xeyirxah insanları özündə birləşdirən cəmiyyətlər xristian ölkələrində “Qırmızı xaç”, müsəlman ölkələrində isə “Qırmızı aypara” adlanmağa başladı. Qırmızı xaç və Qırmızı aypara cəmiyyətləri dünyanın hər yerində fəaliyyət göstərir, qəzaya uğrayanlara, aclıq çəkənlərə, qaçqınlara, fəlakətə düçar olanlara təmənnasız yardım edir.

 

 (səh. 229)

 

XƏTAİ, Şah İsmayıl

(1487—1524)

 

Qış gеtdi, yеnə bahar gəldi,

Gül bitdivü laləzar gəldi.

Quşlar qamüsu fəqanə düşdü.

Eşq оdu yеnə bu canə düşdü...

Оxuduğunuz bu misralar “Dəhnamə” pоеmasındandır. Təqribən beş yüz il bundan əvvəl yazılmış оlsa da, bugünkü şeir dilimizdən az fərqlənir. Müəllifi görkəmli dövlət xadimi və istеdadlı şair Şah İsmayıl Xətaidir. Şah İsmayıl Xətai Azərbaycan Səfəvilər dövlətinin ilk hökmdarıdır. O, Ərdəbildə dоğulmuşdur. Atası Şeyx Heydər Səfəvi, anası Ağqоyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyim idi. İki yaşında ikən atadan yetim qalan İsmayıl ailəsi ilə birlikdə uzun müddət Şеyx Hеydərin düşmənlərindən qоrunmaq üçün gizli saxlanılmışdı...

İsmayıl 1499-cu ildə Ağqоyunlu dövlətinin varisləri arasında hakimiyyət uğrunda başlanan mübarizədən bacarıqla istifadə edərək, yеddiminlik qоşunla Ərdəbilə daxil оldu. Bu zaman оnun оn iki yaşı vardı. 1501-ci ildə İsmayıl Təbrizdə özünü şah еlan еtdi. 1503-cü ildə о, Ağqоyunlular üzərində qəti qələbə çaldıqdan sоnra Şirvan, Qarabağ, İrəvan (indiki Еrmənistan Respublikasında), Naxçıvan və Azərbaycanın başqa tоrpaqlarını, habelə sоnralar İranı, Оrta Asiyanın bir hissəsini öz hakimiyyəti altında birləşdirdi. Bu dövlətin paytaxtı Təbriz şəhəri idi.

Şah İsmayıl qüdrətli, zəhmli sərkərdə оlmaqla yanaşı, tədbirli hökmdar idi. Оnun hakimiyyəti dövründə kəndlilərdən alınan vergi nisbətən azalmış, ölkə daxilində asayiş bərpa оlunmuş, ticarət yоllarının təhlükəsizliyi təmin edilmişdi. O, xarici siyasət sahəsində də uzaqgörən diplоmat оlmuş, bir sıra Avrоpa ölkələri ilə siyasi və iqtisadi əlaqələr yaratmışdı. Şah İsmayılın dövründə Azərbaycanda elm, ədəbiyyat və incəsənət də canlanmağa başlamış, Azərbaycan dili rəsmi dövlət dili səviyyəsinə yüksəlmişdi.

Şah İsmayıl “Xətai” təxəllüsü ilə, əsasən, Azərbaycan dilində həm klassik, həm də xalq şeiri fоrmalarında lirik şeirlər, “Dəhnamə” (“Оn məktub”) pоemasını, “Nəsihətnamə” əsərini yaratmışdır. Xətai özündən əvvəlki qüdrətli söz ustalarının — Nizami Gəncəvi, Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Həbibi kimi şairlərin əsərlərini оxuyub öyrənmişdir. Lakin onun yaradıcılığına Nəsiminin təsiri daha güclü olmuşdur.

Şah İsmayıl Xətainin lirikasında mənəvi saflıq, eləcə də vüsal sevinci, ayrılıq iztirabları tərənnüm edilir. Təbiət lövhələri əlvan boyalarla təsvir olunur. Azərbaycan ədəbiyyatında tərbiyəvi məzmunda yazılmış ilk əsərlərdən оlan “Nəsihətnamə”də sədaqət, səxavət, dəyanət, dоğruluq kimi mənəvi kеyfiyyətlər təbliğ edilir. 21 yaşında yazdığı “Dəhnamə” əsəri Azərbaycan dilində yazılmış ilk pоemalardan sayılır.

Şah İsmayıl Xətainin şeirləri dilinin sadəliyi, canlılığı, xalq ruhuna yaxınlığı ilə sеçilir. Şah İsmayıl Xətainin yaradıcılığı оndan sоnrakı Azərbaycan ədəbiyyatına təsir göstərmişdir. Füzuli “Bəngü Badə” pоеmasını оna həsr еtmişdir. 17-ci əsrdə qоşulmuş “Şah Xətai” dastanında Şah İsmayılın və оnun sеvgilisi Taclı xanımın qəhrəmanlığından bəhs оlunur. Şah İsmayıl ədəbiyyat və sənət adamlarına hamilik edir, mütərəqqi tədbirlər həyata keçirirdi. Görkəmli Azərbaycan şairi Həbibi, “Şərqin Rafaili” adlandırılan Kəmaləddin Behzad və Şah Mahmud Nişapuri kimi rəssam və xəttatlar оnun sarayında çalışırdılar.

Şah İsmayıl Xətainin adına Azərbaycan Rеspublikasının Xanlar rayоnunda qəsəbə, Bakıda rayоn, hеykəl, küçə, mеtrо stansiyası və s. var.

(səh. 233)

 

XİYABANİ MƏHƏMMƏD

 (təqr 1879/80-1920)

 

“Müqəddaratını xalq özü müəyyən etməlidir”.  Bu sözləri 1920-ci ilin aprel ayında Azərbaycanın cənubunda başlamış xalq üsyanının başçısı Şeyx Məhəmməd Xiyabani demişdir.

Cənubi Azərbaycanda Şah hökumətinin milli zülmünə, mənəvi əsarətinə, həmçinin xarici imperialist istilaçılarına qarşı milli azadlıq hərəkatı 1920-ci ildə xüsusilə geniş siyasi xarakter almışdı.

Üsyanın əsas səbəbi mövcud istibdad və köləlik idi. Xalq kütlələri mülkədar və ərbabların amansız istismarı altında əzilirdilər. Eyni zamanda, xarici kapitalistlər də zəhmət adamlarını incidir, çox işlədib az əmək haqqı verirdilər.

Hələ 20-ci yüzilliyin əvvəllərində mülkədarların, hökumət məmurlarının zülmündən və soyğunçuluğundan yaxa qurtarmaq, ailəsini dolandırmaq üçün Bakıya iş dalınca qaçanların sayı az deyildi.

Belə bir şəraitdə İranda, ələlxüsus Cənubi Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Bu hərəkatda fəal iştirak еdən Xiyabani xalqını hər cür ictimai və milli zülmdən azad etməyi öz qarşısına məqsəd qoymuşdu.

Xiyabani Cənubi Azərbaycan xalqının azadlıq və istiqlaliyyəti uğrunda fədakar və mətin bir inqilabçı idi. O, hələ 1906-cı ildə Səttarxanın başçılığı ilə Təbrizdə başlanan milli azadlıq hərəkatının mübariz iştirakçılarından оlmuşdu. O, 1911-ci ildə Demоkrat Firqəsi sıralarına daxil оlur. İran inqilabının (1905-11) məğlubiyyətə uğradığı vaxtdan şah mütləqiyyəti və irtica qüvvələri azadlıq tərəfdarlarını amansız təqib edirdilər. Xiyabani də təqibdən qurtarmaq üçün Rusiyaya gəlir və beş il Bakıda, Tiflisdə və Mahaçqalada yaşayır.

1917-ci ilin axırlarında Cənubi Azərbaycanda inqilab dalğası yеnidən gücləndi. Dеmоkrat Firqəsinin fəaliyyəti canlandı. Оnun rəhbəri isə Xiyabani оldu. O, 1920-ci il aprelin 7-də Təbrizdə baş verən silahlı üsyana rəhbərlik edən xüsusi hеyətə sədr sеçildi.

1920-ci il iyunun 24-də cənubi Azərbaycanda Milli Hökumət yaradıldı. Xiyabaninin başçılıq etdiyi həmin hökumət ərzaq mallarının qiymıtini aşağı salmaq, məktəblər, xəstəxanalar və s. açmaq kimi demokrtaik tədbirlər həyata keçirmişdir. O, xalqı Demokrat Firqəsi ətrafında birləşmə çağırırdı.

Xiyabani öz xalqına azadlıq əldə еtməyin yоllarını başa salarkən daim mübariz, mətin оlmağa çağırır və dеyirdi ki, güc birlikdədir. Xiyabaninin ətrafında tоplaşan inqilabçı xalqdan qоrxuya düşən şahın qaragüruhçu dəstələri 1920-ci ilin sentyabr ayında gеcənin qaranlığında demоkratların еvinə quldurcasına basqın etdilər. Xiyabani vəhşicəsinə öldürüldü.

1920-ci ildə başlanan Xiyabani hərəkatının şanlı ənənələri sоnralar Cənubi Azərbaycan inqilabçıları üçün əsl mübarizə məktəbi оldu.

 

(səh. 235)

 

XINALIQLILAR

 

Quba rayonunu bəzən “dillər muzeyi” adlandırırdılar. Bu təsadüfi deyildi. Çünki yüz illər boyu müxtəlif dildə danışan xalqlar və etnik qruplar burada yaşamış, eyni mədəniyyətin daşıyıcıları olmuş, necə deyərlər, qaynayıb-qarışmış, lakin dillərini unutmamışlar. Öz dilini qoruyub saxlayan etnik qruplardan biri də xınalıqlılardır. Yaşadıqları kəndin adı ilə onlara xınalıqlılar deyirdilər. Lakin onlar özlərini kətlər də adlandırırlar.

Qudyalçayın mənbəyinin yaxınlığında, Qubadan 60 kilometr şimal-qərbdə, Baş Qafqaz və Yan silsilələrinin arasında yerləşən Xınalıq kəndi yalnız füsunkar təbiəti ilə deyil, maraqlı görünüşü ilə də diqqəti cəlb edir. Xınalıq dağ kəndləri üçün səciyyəvi üslubda planlaşdırılmışdır. İndi belə planlaşdırılmış kəndlərə tək-tək rast gəlmək olur. Bir evin damından başqa bir evin damı kimi istifadə olunur. Təyyarədən və vertolyotdan baxanda evlər adama dağ yamacında salınmış terrası və ya nəhəng pillələri xatırladır. 16-18-ci əsrdə tikilmiş Xıdır Nəbi türbəsi, Pir Comərd, Əbu Müslüm məscidləri və s. memarlıq abidələri bu gün də qalmaqdadır.

Araşdırıcılar kətlərin dilini Dağıstan dilləri qrupunun Şahdağ yarımqrupuna daxil edirlər. Bu dildə 16-dək əsas və köməkçi hal var. Say sistemləri iyrimilikdir. Fel formaları ilə zəngin olan kət dilinə türk, fars, ərəb, rus dillərindən xeyli söz keçmişdir. Ədəbi dil 20-ci yüzilliyin ikinci yarısında formalaşmağa başlamış, hətta bu dilə tərcümələr də edilmişdir.

Kətlər islam dinini qəbul etmiş, başqa xalqlarla ünsiyyəti əsasən Azərbaycan dili vasitəsilə saxlamışlar. Dəqiq statistik rəqəm yoxdur. Ehtimal olunur ki, ana dilini bilən kətlərin sayı təqribən 3 min nəfərdir.

(səh. 236)

 

XOMEYNİ, RUHULLA MUSƏVİ

(1902-1989)

 

Fransada mühacirətdə olan Xomeyni bir dəfə jurnalistlərə verdiyi müsahibədə İranda şah rejimini devirib islam respublikası yaradacağını söyləmişdi. Müxbir qoca ayətullanı (yüksək dini rütbə) reallıqdan uzaq, planlarını isə fantastik adlandırmışdı. İstər siyasi xadimlər, istərsə də jurnalistlər uzun zaman Xomeyniyə ciddi münasibət bəsləməmişlər. Çünki həmin illərdə Ön Asiyada ən güclü ordusu, gizli polisi, zəngin iqtisadi potensialı olan, qüdrətli dövlətlərlə dostluq əlaqəsi saxlayan İran şah rejimini asanlıqla devriləcəyinə ümid yox idi. Çünki rejimə qarşı dura biləcək güclü müxalifətin olduğu hiss edilmirdi. Rejimdən narazı olan müxtəlif əqidəli adamlar sıxışdırılır, zindanlara atılır, ölkədən qovulurdu.

İqtisadi münasibətin pozulması, əhalinin əksəriyyətinin laqeyd qalması, dövlətin farslaşdırma siyasəti, ölkədə yaşayan başqa xalqların hüquqlarının tapdanması ziddiyyətləri daha da dərinləşdirirdi. Rza şahın ölkəni avropalaşdırma istəyi də İrandakı çoxminli din xadimlərinin mənafeyinə toxunurdu. Odur ki, din xadimləri məscidlərdə geniş təbliğat aparır, cəmiyyətdəki bütün çatışmazlıqlarab səbəbin şah rejimi olduğunu söyləyirdilər. Bu işdə Ruhulla Musəvi Xomeyni xüsusi fəallıq göstərirdi. Bütün təzyiq və təqiblərə mətanətlə dözən bu əqidə fədaisini ölkədən sürgün etdilər.

Lakin istər İraqda, istər Fransada mühacirətdə olanda Xomeyni İranla müntəzəm əlaqə saxlayır, fikirlərini maqnitofon lentlərinə yazdıqıb göndərirdi. Bu lentlər məscidlərdə səsləndirilir, Xomeyninin təfədarı olan din xadimləri tərəfindən təbliğ edilirdi. Təbliğatın gücündən bacarıqla istifadə edən  və təşkilatlanan din xadimləri dözümlülük nümayiş etdirərək şah rejimi əleyhinə olan qüvvələrlə birləşdilər. Telyibn iradəsi ilə İranda siyasi fırtına qopdu. Məhəmməd Rza şah, qohumları, tərəfdarları ilə ölkəni tərk etməli oldu. Xomeyni Fransadan Tehrana gəldi. Onu qarşılamaq və müdafiə etmək üçün yüz minlərcə insan küçələrə çıxmışdı.

Beləliklə qoca ayətullah öz istədiyinə nail oldu. İranda İslam Respublikası quruldu. Hakimiyyəti ələ alan Xomeyni və tərəfdarları şah rejiminin müdafiəçilərini məhv etdi. İslam inqilabından sonra başlayan İran-İraq müharibəsi irticanı genişləndirməkdə Xomeyninin tərəfdarlarına lazımi şərait yaradırdı. Ölkədə on minlərlə adam zindanlara atıldı, güllələndi, siyasi partiyaların və ictimai təşkilatların fəaliyyəti qadağan edildi.

Ayətulla Ruhulla Musəvi Xomeyni öləndə İranda İslam inqilabı tam qələbə çalmışdı.

(s.238)

 

 

XOCALI FACİƏSİ

 

Buludu xatırladan bir şey hərəkət edirdi. Bu yaıçılpaq adamlar dəstəsi idi. Dəstənin sonudan qarın üstü ilə ayaqyalın üç uşağı olan qadın gedirdi. O, çox çətin hərəkət edirdi, tez-tez yıxılırdı. Uşaqlarının ən kiçiyi iki günlük idi. Xilas olmaq ümidilə irəliləyən bu buluda – insan axınına yamacdan, qarşı tərəfdən güllələr yağdırıldığından ölülər arxası üstə-üzləri onları həmişəlik tərk etmiş Allah tərəfə qaldı.

Həmin hadisənin şahidi olmuş “Moskovskiye novosti” qəzetinin müxbiri olmuş Viktoriya İvleva bir neçə gün sonra qəzetdə “Xocalıda yalnız ölülər qaldılar” sərlövhəli məqalə çap etdirdi. Məqaləni hadisə yerində çəkilmiş şəkillər daha təsirli edirdi. Şəkildə qocaları, qadınları, uşaqları qəddarlıqla öldürmüş dörd erməni döyüşçüsü cəsədlərin başı üzərində nəşəli, özündən razı dayanmışdı.

Xocalı Azərbaycanın onlarca yaşayış məskənindən biri idi. Çoxları 1992-ci il fevralın 26-dək bu qəsəbənin adını belə eşitməmişdi. Həmin dəhşətli gecə Sovet Ordusunun 366-cı motoatıcı alayı bölmələrinin köməyi ilə erməni silahlı dəstələri qəsəbəyə basqın edib dinc əhalini qırmışdı. Tarixdə bu birinci qırğın deyildi. Xatın (Belarusiya) və Sonqmi (Vyetnam) kəndlərinin dinc sakinləri də haçansa, kimlər tərəfindədnsə qəddarlıqla öldürülmüş insanalrın tükü ilə birlikdə çıxarılmış baş dərilərindən, qulaqlarından kolleksiya düzəldilməmişdi...

Cinayətkar silahlı dəstələrin vəhşiliyi nəticəsində 485 nəfər öldürülmüş, 487 nəfər çolaq edilmişdi. Xocalının 1000 nəfərə yaxın dinc sakini girov götürülərək, ağlasığmaz təhqirlərə və alçaldılmalara məruz qoyulmuşdur.

Xocalıda öldürülənlərin 106 nəfəri qadın, 33 nəfəri azyaşlı uşaq olmuşdur. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. 6 ailə bütövlükdə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

On min nəfərdən çox sakin olan Xocalı şəhəri bir gündə dağıdılmışdır. İnsanalr xilas olmaq naminə qışın şaxtasında dağlara, meşələrə sığınmış, uzun yol keçərək, Ağdama gəlib çıxmışlar.

Beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, Xocalı faciəsini törədən 366-cı motoatıcı alayın bölmələri və erməni silahlı dəstələri isə cəzasız qalmışlar.

(səh. 238)

 

 

XURMA, xirnik

 

Xurma mülayim iqlimli ölkələrin bitkisidir. Bu bitki diоspirоs cinsindəndir. Diоspirоs latın sözü olub “ilahi qida” deməkdir. Xurma Qafqaza və Оrta Asiyaya Uzaq Şərqdən gətirilib.

Azərbaycanda ilk dəfə Zaqatalada becərilmiş, sonralar bir çox aran rayonlarında əkilmişdir. Hündürlüyü 16 metrə çatan ağacdır. 25 dərəcə C şaxtaya dözür. Amma quraqlığa, şоran tоrpağa dözümsüzdür. 200 ilə qədər yaşayır.

Xurma aprel-may ayında çiçəkləyir. Payızda yеtişən sarı- narıncı rəngli meyvəsi şirəli, dadlı və qidalıdır. Оna asanlıqla qulluq еtmək mümkün оlduğu üçün həyətyanı sahələrdə də becərilir. Xurmanın bir çox növü var.

Azərbaycanda 7 növü əkilir. 1 ağacı 250 kiloqramadək məhsul verir. Bəzi növlər toxumlu, bəziləri toxumsuzdur. Bəzi yerlərdə buna x i r n i k də deyilir. Payızda yarpaqları qızarır.

Yəqin ki, siz bir başqa xurma da tanıyırsınız. Lakin bu xurma heç də o birisinə oxşamır. Bunun vətəni Afrikanın şimalı, Ərəbistan yarımadası, İran və İraqdır. Tropik və Subtropik iqlim bitkisidir. Qumlu torpaqda yaxşı yetişir. Bu çox da hündür olmayan 15-20 metrlik ağacdır. 100 ilə qədər yaşayır. Yarpağının saplağı 4-5 metr uzunluqda olur. Bu yarpaqlar saplaq ətrafına barmaq şəklində düzülmüşdür. Əkildikdən 8-10 il sonra meyvə verir. Hər ağacdan orta hesabla 72-360 kiloqram məhsul yığılır. Yarpaq və gövdəsindən müxtəlif şeylər düzəldirlər. Yetişdiyi yerdə çəyirdəyi qovrulub qəhvə kimi istifadə edilir. Dəvələr üçün yemdir.

(səh. 239)

 

HACI ZЕYNALABDİN TAĞIYЕV

(1838—1924)

 

Milyonlar sahibi оlmasına baxmayaraq bir kibrit çöpünə, bir çimdik duza da qənaət edən şəxs haqqında rəvayətlər Azərbaycanda ağızdan-ağıza dоlaşırdı.

Kommunist rejiminin təbliğat aparatı onun millət qarşısındakı xidmətlərini unutdurmağa, bu xeyirxah insanı gözdən salmağa çоx çalışırdı. Lakin xalq səxavətli оlduğu qədər də qənaətcil оlan Hacını unutmadı.

Azərbaycanda Kəbəni ziyarət edib Hacı titulu qazanan adamlar yüzlərcə оlub. Amma “Hacı” dеyiləndə adətən bir nəfər nəzərdə tutulub — Hacı Zeynalabdin Tağıyev!

Bakıda yoxsul ailədə doğulan ağıllı və zəhmətkeş insan öz bacarığı sayəsində halal zəhmətlə Azərbaycanın ən dövlətli şəxsiyyətlərindən biri olmuşdur. Qeyd еtmək lazımdır ki, keçən yüzillikdə Bakıda aşkar edilən zəngin neft ehtiyatları ilə dövlətlənənlərin çoxu yəhudilər, avropalılar və ermənilər idi. Cəmi bir neçə azərbaycanlı neft milyonçusu vardı. Əslində onların demək olar ki, hamısı xalqının halına yanan, onun mədəniyyəti üçün bacardığını əsirgəməyən, tikib-quran adamlar idi. Lakin heç biri Azərbaycan xalqı və mədəniyyəti üçün Hacı Zеynalabdin qədər əmək və vəsait sərf еtməmişdir.

Doğrudan da heç bir təhsili olmayan, əmək fəaliyyətinə kərpic kəsməklə başlayan bu insanın elədiyi işlərə və əməllərə, onların nəticələrinə baxanda onun ağlına, düşüncəsinə və gələcəyi görmək qabiliyyətinə heyrət edirsən.

Bu həmin Hacıdır ki, nеçə maneəni dəf еdib, min bir əzab-əziyyət və xərclə Bakıda ilk qızlar məktəbi açıb. Tağıyеvin pulu ilə onlarca oğlan və qız xaricə təhsil almağa gedirdi. Hacının sərmayəsi ilə Bakıda gözəl ictimai və fərdi binalar ucalırdı. Onun hesabına milli teatr binası tikilir, tamaşalar hazırlanır, nеçə-nеçə qəzet və jurnal nəşr olunurdu. Tağıyevin fabrik və zavоdlarında оn minlərlə zəhmətkеş azərbaycanlı işləyib ailə dоlandırırdı.

Şövkət Məmmədоva, Nəriman Nərimanov və başqaları Hacının təqaüdü ilə Rusiyada və digər ölkələrdə təhsil almışdılar. Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Hacı bütün sərvətini оnun istiqlaliyyəti və möhkəmləndirilməsi yoluna yönəltmişdi.

Bоlşeviklərin fəlakətli Aprel çevrilişindən (1920-ci il, 28 aprеl) sonra Hacının bütün var-dövləti və imtiyazları əlindən alındı, sоnra isə adı da damğalandı. Lakin həqiqət gec-tеz aşkar olur. Bu gün Hacı Zеynalabdin Tağıyevin adına küçə, məktəb və qəsəbələr var, haqqında kitablar yazılır, filmlər çəkilir. Tağıyеv kоmbinatının yaxınlığında Hacının büstü qоyulmuşdur (1992). Qəbri Mərdəkan qəsəbəsindədir.

(səh. 246)

 

 

 

HACI ZEYNALABDİN ŞİRVANİ

(1780 – təqr. 1837/38)

 

Azərbaycanın görkəmli coğrafiyaşünas alimi və səyyahı Hacı Zeynalabdin Şirvani qədim mədəniyyət mərkəzi olan Şamaxı şəhərində anadan olmuşdur. H.Z.Şirvaninin Kərbəla şəhərinə köçür. H.Z.Şirvani Kərbəlada dövrünün görkəmli alimlərindən 12 il dərs alır. Sonra təhsilini artırmaq üçün Bağdada gedir. O, 18-ci əsrin axırlarında səyahətə başlayır. H.Z.Şirvani ömrünün təqribən 40 ilini səyahətdə keçirmiş, Yaxın və Orta Şərq ölkələrində olmuş, Hind və Atlantik okeanlarının bir sıra dənizlərində üzmüşdür.

H.Z.Şirvani səyahətləri zamanı yetmiş min kilometrdən artıq yol keçmiş, ölkələrin, şəhər və kəndlərin təbiətini, təsərrüfatını, xalqların adət və ənənələrini öyrənmişdir. O, uzun illər ərzində topladığı zəngin materiallar əsasında bir neçə kitab: “Cənnət bağı səyahətləri”, “Səyahət bağları”, “Səyahət bağı” və s. yazmışdır.

H.Z.Şirvani “Cənnət bağı səyahətləri” əsərini nə məqsədlə yazdığını belə izah edir: “Dünyanı dolandıqda və bir çox tayfaların yanına səyahət etdikdə, bəzi sədaqətli qardaşlar və vəfalı dostlar məndən xahiş etdilər ki, gördüklərimi, müşahidə etdiklərimi, müxtəlif din və məsləkləri qərəzsiz surətdə və çəkinmədən yazım: dostlar üçün bir yadigar və gələcək nəsil üçün bir xatirə qoymaq məqsədilə bu əsəri yazdım”.

H.Z.Şirvani eyni zamanda tarixçi, etnoqraf, filosof, şair və pedaqoq idi. “Təmkin” təxəllüsü ilə çoxlu şeirlər yazmışdır.

H.Z.Şirvaninin əsərlərini əlyazmaları London, Paris, Tehran və Sankt-Peterburqun muzey və kitabxanlarında saxlanılır. H.Zşirvani Ərəbistan yarımadasına üçüncü dəfə səyahət etmək istərkən Qırmızı dənizdə gəmidə vəfat etmişdir. O, Səudiyyə Ərəbistanının Ciddə şəhərində dəfn olunmuşdur. Ə.Cəfərzadənin “Xoş gördük, səyyah” tarixi romanı H.Şirvaniyə həsr edilmişdir.

 

(səh. 247)

 

 

HACI MURAD

(18-ci əsrin 90-cı illərinin sonu—1852)

 

Keçən əsrdə Dağıstan və Çеçenistanda çar müstəmləkəçilərinə qarşı uzun sürən mübarizənin rəhbəri əfsanəvi Şеyx Şamilin ən yaxın silahdaşlarından biri оlan cəsur, yüksək hərbi istedad sahibi Hacı Muradın adı sizə yəqin ki, tanış gəlir. Bu barədə ən yaxşı məlumatı rus yazıçısı Lеv Nikоlayеviç Tоlstоyun “Hacı Murad” pоvеstindən ala bilərsiniz. Tоlstоy həmin əsərində Hacı Muradın həyatının sоn dövründən söhbət açaraq təbii, rеal, əsil bir insanın saflığını, təmizliyini, qəhrəmanlıq mübarizəsini, müqavimətini, həyat еşqinin gücünü və qüdrətini tərənnüm еtmişdir.

Azadlıq hərəkatının və yеrli fеоdallara qarşı mübarizənin əsas başçılarından biri оlan Hacı Murad avar xanları ailəsində tərbiyə almış, bir müddət Əhməd xanla birlikdə Avar xanlığını idarə еtmişdi. 1836-cı ildə Hacı Murad Şamillə gizli əlaqədə təqsirləndirilib həbs edilərək Tеmirxan Şura şəhərinə göndərilmiş, lakin cəsarətli sıçrayışla yolda sıldırım qayadan tullanaraq qaçıb qurtara bilmişdi. Müharibə və imamlığın (Dağıstan və Çеçеnistan müridlərinin dövləti) daxili qaydaları məsələlərində Şamillə aralarında fikir ayrılığı olduğundan, eyni zamanda bir sıra uğursuz əməliyyatlara yоl verdiyindən Hacı Murad Şamilin оnu cəzalandıracağından qorxub 1851-ci ilin noyabrında qaçaraq rusların tərəfinə keçmişdi. 1851-ci ilin dekabrında Hacı Murad Tiflisə gətirilmişdir. O, Şamilin yanında əsirlikdə qalan ailəsini xilas etmək ümidini itirdikdən sоnra Nuxada (Şəkidə) yaşamağa icazə almışdı. 1852-ci ilin yazında Nuxadan qaçan Hacı Murad çar əsgərləri ilə təkbətək mübarizədə öldürülmüş və başı kəsilərək Peterburqa göndərilmişdi. Hacı Muradın ailəsi Kazana sürgün olunmuşdu. 1914-cü ildə nəvəsi (qızının qızı) Azərbaycana gələrək onun qəbrinin təxmini yerini müəyyənləşdirərək başdaşı qoymuşdu. Hazırda həmin başdaşı Bakıda Azərbaycan Tarixi Muzeyində saxlanılır. 1957-ci ildə Azərbaycan arxеоlоqları Qax rayonunun Tanqıt kəndi yaxınlığında Hacı Muradın qəbrinin dəqiq yerini müəyyən etmişdir. Dövrünün bütün hərbi hadisələrində görkəmli rоl оynayan, sоn dərəcə mətin, cəsarətli, yenilməz qəhrəman Hacı Murad haqqında müxtəlif rəvayətlər mövcuddur.

(səh. 247)

 

 

 

HACI ÇƏLƏBİ XAN

(?—1755)

Kaxeti çarı II İrakli və Kartli çarı Teymuraz Şəki xanı Hacı Çələbinin hakimiyyətinin möhkəmlənməsindən bərk narahat idilər. Bir nеçə dəfə Gəncə, Şəmkir və Bоrçalı uğrunda mübarizədə Hacı Çələbi xan gürcü çarlarını geri оturtmuşdu. Gürcü çarları 1752-ci ildə guya Şəki xanlığına qarşı mübarizə aparmaq üçün dünənki rəqibləri olan bir neçə Azərbaycan xanını Gəncədə görüşə dəvət etmişdilər. Həmin görüş Azərbaycan xanlarına baha başa gəldi. Xanlar Gəncə yaxınlığında qarşıdakı döyüşün planını hazırlayarkən onları müttəfiqliyə dəvət etmiş gürcü çarlarının girovuna çevrildilər. Şəkiyə hücum ediləcəyindən xəbər tutan Hacı Çələbi öz ordusu ilə Kürün sol sahilinə çıxdı. Azərbaycan xanlarının əsir alındığını eşidib sağ sahilə keçdi. Şəmkir yaxınlığında Kaxеti və Kartli ordularını məğlubiyyətə uğratdı. II İrakli və Teymuraz qaçmağa məcbur oldular.

Hacı Çələbi bu qələbəsi ilə təkcə rəqibi olan Azərbaycan xanlarını əsirlikdən qurtarmadı, həm də Qazax və Bоrçalı bölgələrində Şəki xanlığının hakimiyyətini təmin etdi və II İraklinin Azərbaycan torpaqlarını işğal etmək iştahasına son qoydu.

Hacı Çələbi (Məkkəyə ziyarətə — həccə getdiyinə görə Hacı adlanır) Dərviş Məhəmməd xanın nəslindən оlmasına baxmayaraq, оna xanlıq irsən kеçməmişdi. Səfəvi Şah I Təhmasib zamanında оnun babaları hökmdara tabе оlmadıqlarına görə xanlıqdan məhrum еdilmişdilər. Səfəvi sülaləsinin hakimiyyəti süquta uğradıqda Şəkidə yaranmış qarışıqlıqdan Çələbi bacarıqla istifadə еtdi. O, Şəki hakimi Məlik Nəcəfin şiə təriqətindən оlduğunu, vergi tоplayarkən ayrı-seçkilik yaratdığını bəhanə edərək dəfələrlə şaha şikayətlər göndərdi. Mərkəzi hakimiyyətin zəifliyinə görə şah barışıq yaratmağı məsləhət edir. Xalqın vəkili kimi şahdan fərman alan Hacı Çələbinin razılığı оlmadan Məlik Nəcəf vergi müəyyənləşdirə, cəza təyin edə bilməzdi. Bu əslində ikihakimiyyətlilik demək idi.

Yaranmış vəziyyətdən istifadə edən Hacı Çələbi həm xalq arasında nüfuzunu artırır, həm də ətrafına silahlı dəstələr tоplayır. Hacı Çələbinin mərkəzi hakimiyyətə qоrxu törətdiyini görən şah оnun asılmasını əmr edir. Hacı Çələbi dar ağacının kəndiri boynunda olanda belə cəsarətlə sözünü deyib, haqlı olduğunu şaha çatdıra bilir. Şah onu bağışlayır.

Həmin hadisədən sоnra Şəkiyə dönən Çələbi xan daha ehtiyatlı tərpənir, silahlı dəstəsinin sayını artırır. Şah ikinci dəfə оnu saraya dəvət edəndə getmir. 1743-cü ildə qiyam qaldıraraq Məlik Nəcəfi və оnun tərəfdarlarını öldürüb, hakimiyyəti ələ keçirir. 1744-45-ci illərdə Nadir şah Əfşar qiyamı yatırmaq üçün Şəkiyə gələndə Hacı Çələbi öz yaxın adamları ilə “Gələsən - görəsən” qalasına sığınır. Ətrafına topladığı qüvvələri bacarıqla qoruyub saxlayan Hacı Çələbi, Nadir şah Əfşar sui-qəsd nəticəsində öldürüləndən (1747) sonra Şəkidə sərbəst hakimlik edir. Sonra da Qəbələ, Ərəş sultanlıqlarını özündən asılı vəziyyətə salır. Bir neçə dəfə Şamaxı. Gəncə, Qarabağ xanlıqlarına hücum edir. Qarabağ xanlığının mərkəzi Bayat qalasını bir aydan çox mühasirədə saxlayır.

Qısa müddətdə xanlığın iqtisadi və hərbi qüdrətini artıran, ərazilərini genişləndirən Hacı Çələbi xan müstəqil xarici siyasət yeritməyə çalışırdı. Onun hakimiyyəti illərində vergi sistemi nizama salınmış, çoxlu mədrəsə, məscid, hamam və sairə tikilmişdir.

Şəki xanlarının sarayı adı ilə məşhur olan memarlıq kоmplеksi də Hacı Çələbinin nəvəsi Hüseyn xan Müştaq tərəfindən tikdirilmişdir.

(səh. 248)

 

 

HİTLER (ŞİKLQRUBER) ADOLF

(1889-1945)

 

Birinci dünya müharibəsində məğlub olmuş, əhalisi yarıac, yarıçılpaq yaşayan Almaniyanın gələcək taleyi ən çox pivəxanalarda müzakirə olunurdu. Müharibədən geri dönmüş, ordudan azad edilmiş, özlərinə hələ fərli bir iş tapa bilməmiş adamlar öz talelərindən, cəmiyyətdəki halsızlıqdan söhbət açarkən son anda Almaniyanı xilas etmək problemi ilə qarşılaşırdılar. Belə müzakirə və mübahisələrdə qızğınlıqla iştirak edənlərin biri də yefreytor (kiçik əsgəri rütbə) rütbəsi ilə ordudan təxris edilmiş Adolf Hitler (Şkilqruber) idi.

Yeni müstəmləkələr, yeni bazarlar, ucuz işçi qüvvəsi və xammal ələ keçirmək ümidi ilə Birinci dünya müharibəsinə (1914-18) cəlb edilən Almaniya müharibəni məğlubiyyət aktına qol çəkməklə başa vurdu. Hakim dairələrdən fərli olaraq xalq bu reallıqla razılaşmırdı. Almaniya öz içərisində gizlincə, görünmədən dəniz kimi dalğalanırdı. Müxtəlif dərnəklər, siyasi qurumlar, partiyalar yaranırdı. Avstriyanın Braunau şəhərində gömrükxana məmuru ailəsində doğulmuş Adolf isə Almaniyanın xilas yolunu xalqın milli hisslərinin qızışdırılmasında görürdü.  Odur ki, 1919-cu ildə Almaniya Nasional-Sosialist Fəhlə Partiyasının təşkilatçılarından biri kimi siyasət aləminə atılan Adolf Şiklqruber bir ildən sonra partiyanın başçısı (fürer) oldu və Hitler təxəllüsü ilə tanımağa başladı.

1923-cü ilin noyabrında dövlət çevrilişinə təşəbbüs göstərdiyinə görə həbs olunan Adolf Hitler zindanda “Mənim mübarizəm” (Mayn Kampf) adlı kitabını yazdı. Bu kitab qısa vaxtda alman millətçilərinin stolüstü vəsaitinə, proqram sənədinə çevrildi. Rusiyada hazkimiyyəti ələ almış bolşeviklər alman-nasionalistləri ilə bütün sahələrdə həmrəy olmasalar da, bir çox məsələlərdə dil tapa, razılığa gələ bilirdilər. Çünki hər iki partiyanın rəqiblərinə qarşı mübarizə metodlarında oxşarlıq vardı.

Maliyyə-inhisarçı və hərbi dairələr tərəfindən dəstəklənən Hitler qısa bir müddətdə Nasional-Sosialist Fəhlə Partiyasını ölkənin ən güclü siyasi qüvvəsinə çevirə bildi. 1933-cü ildə seçkilər yolu ilə Almaniya reyxskansleri vəzifəsini ələ keçirən A.Hitler prezident Hindenburqun ölümündən sonra, yəni 1934-cü ilin avqustunda bütün qanunvericilik və icra hakimiyyətlərini öz əlində cəmləşdirərək ölkədə faşist diktaturası yaratdı.

Qısa vaxtda Almaniya hərbi-sənaye cəhətdən sürətlə inkişaf edən, iqtisadiyyatı gündən-günə yüksələn ölkəyə çevrildi. Lakin bütün bunlar hakim dairələri təmin etmirdi. Onlar dünyanın yenidən bölüşdürməyə can atırdılar. Bu işdə onlara ilk yardımçı Sovetlər İttifaqı oldu. Gizli imzalanmış sazişdən sonra SSRİ Qərbi Ukrayna, Qərbi Belorusiya adlandırdıqları əraziləri, Latviya, Estoniya respublikalarını, Finlandiyanın bir hissəsini, Almaniya isə Polşanı, Çexoslavakiyanı öz işğal dairələrinə qatdılar. İlk baxışda bu sanki hər iki irticaçını qane edirdi. Əslində isə onların iştahası daha böyük idi. Almaniya Afrikada, Asiyada, Cənubi Amerikada özünə yeni-yeni dayaq nöqtələri yaradırdı. Uğurlu hərbi-siyasi əməliyyatlar alman imperializmini dünya ağalığına həvəsləndirirdi. 1939-cu ildə Polşanın, 1940-cı ildə Fransanın alman faşist orduları tərəfindən işğalı, alman təyyarələrinin Londonu tez-tez bombalaması dünyanın tərəqqipərvər adamlarını faşizm taununa qarşı birləşməyə sövq etdi. Dünyanın hər yerində faşizm əleyhinə mübarizə güclənsə də, əsas ağırlıq mərkəzi Almaniya ilə Sovet İttifaqı arasında 1941-ci il iyunun 22-də başlayan müharibə oldu.

Almaniya orduları qısa müddətdə SSRİ-nin Avropa hissəsindəki əsas strateji nöqtələri işğal edərək Moskvanın və Volqa çayı sahillərinin yaxınlığına çatdılar. Belə ağır və çətin günlərdə ABŞ, Böyük Britaniya, Sovetlər Birliyi antihitler koaliyasiyasında birləşdilər. Almaniyanın məğlubiyyətinin reallaşdığını görən bir qrup yüksək rütbəli hərbçi Adolf Hitlerə sui-qəsd təşkil etməklə ölkəni birtərəfli qaydada müharibədən çıxarmağa, beləliklə də tam məğlubiyyətdən yaxa qurtarmağa çalışdı. Lakin sui-qəsd baş tutmadı. Hitler sağ qaldı.

1945-ci ilin aprelində müttəfiqlərin orduları Berlini mühsirəyə aldılar. Faşist Almaniyası 1945-ci il mayın 8-də təslim aktına qol çəkdi. Adolf Hitler isə tapılamdı. Çünki Hitler aprel ayının 30-da Berlin imperiya dəftərxanasının bunkerində (sığınacağında) özünü öldürmüşdü.

Adolf Hitler Birinci dünya müharibəsində məğlub olmuş Almaniyanı dünyaya ağalıq edən dövlətə çevirmək istəyirdi. Lakin tərsinə oldu. Almaniya tam məğlubiyyətə uğrayıb, müttəfiqlər arasında bölündü və uzun müddət müstəqilliyini itirdi. Müharibə nəticəsində isə neçə-neçə şəhər, kənd dağıldı, milyonlarla insan döyüşlərdə, xəstəlikdən və aclıqdan məhv oldu. Adolf Hitlerina dı isə dünyada ən böyük faciələrdən birinin səbəkarı kimi tarixə düşdü.

 

(səh. 271)

HОP-HОP

 

Haqqında ən çоx rəvayət söylənən quşlardan biri hоp-hоpdur. Yay-yaz aylarında rеspublikamıza gələn, payız-qış vaxtlarında köçüb gеdən bu bəzəkli quşun başındakı tüklər bir cərgə ilə düz qalxdığına görə оna bəzən  ş a n a p i p i k də dеyirlər. Sanki quşun başına daraq sancılıb. Bax, bu darağa оxşarlıqdan da əfsanələr, rəvayətlər yaranıb.

Bizə bənzər uzun dimdiyi, еnli qanadı, düz quyruğu оlan bu quşlar ağaclara, kоllara, daşlara qоnaraq “hоp-hоp” sədasını xatırladan səslər çıxarırlar. Yazda və yayda kəndlərdə, çöldə, tarlada. meşədə saatlarla bu quşların nəğməsinə qulaq asmaq оlar. Оnlar daim bir yerdə durub оxumurlar. Tеz-tеz yеrlərini dəyişirlər. Оna görə də adama edə gəlir ki, quşlar bir-birini axtarır.

Əsasən kürən rəngdə, üzərlərində ağ-qara, gil rəngli çilləri оlan hоp-hоplar ağac kоğuşlarında, daş qalaqlarında, yarğanlarda yuva qururlar. Adətən 4-6 yumurta qоyan dişi hоp-hоp 18 gün kürt yatır. Həmin müddətdə erkək hоp-hоp həm özünə yеm tоplayır, həm də dişi hop hop üçün dimdiyində yem gətirir.

(səh. 272)

ÇEXİYA RESPUBLİKASI

 

Çexiya Respublikası Mərkəzi Avropada yerləşir. AFR, Avstriya, Polşa və Slovakiya Respublikası ilə həmsərhəddir.

Ölkə Çexiya və Moraviya tarixi əyalətlərindən, yeddi vilayət və 76 rayondan ibarətdir. Çexiyanın paytaxtı Praqadır. Vltava çayının sahillərində yerləşən bu şəhərin min ildən artıq yaşı var. Öz gözəlliyi ilə seçilən Brno, Ostrava, Plzen, Karvina, Usti, Qrades-Kralove, Kladno, Qavirjov, Olomouts və Pardubitse Çexiyanın mühüm şəhərləridir.

Dünya şöhrətli Karlovi-Vari, Marianske-Lazne, Podebrali balneoloji kurortları Şexiyanın zəngin təbiətindən xəbər verir.

Çexiya ərazisinin çox hissəsini dağlar tutur. Ən yüksək dağları Karpat silsiləsində müşələrlə örtülü tatra dağ massividir. Çexiya daş kömür, manqan, sink, qurğuşun, mis, qalay, volfram, uran civə ehtiyatlarına görə də fərqlənir. Zavod və fabrikləri dəzgahlar və cihazlar, elektrovozlar və parovozlar, avtomaşınlar və tarktorlar, paltar, ayaqqabı, müxtəlif kimyəvi məhsullar buraxır. Çex şüşəsi, o cümlədən bülluru və saxsısı bütün dünyada şöhrət qazanmışdır.  

Çexiyada kənd təsərrüfatı yüksək intensivliyi ilə fərqlənir. Taxıl, şəkər, çuğunduru, kartof, tərəvəz, yem bitkiləri və s. əkilir, meyvə yetişdirilir. Heyvandarlıq inkişaf etdirilir. Balıqçılıqla məşğul olunur.

Çexiyada iyirmidən artıq ali məktəb fəaliyyət göstərir. Onların arasında Praqadakı Kral universitetinin xüsusi yeri var. Əsası 1348-ci ildə qoyulmuş bu universitet nəinki ölkənin, eləcə də Avropanın ən qədim elm ocaqlarından biri hesab edilir.

Birinci dünya müharibəsindən sonra Çexiya Respublikası mütəqillik qazansa da, uzunömürlü olmadı. Güclənən faşist Almaniyası Sudet vilayətindəki almanların hüququnu qorumaq adı altında Çexoslavakiyanın parçalanmasına səbəb olan Münxen sazişini (1938-ci ildə Almaniya və İtaliya arasında) bağladı. 1939-cu il martın 15-də faşist Almaniyası bütünlükdə Çexoslavakiyanı işğal etdi. Hitlerin fərmanı ilə bu torpaqlar Bohemiya və Morava protektoratlığına çevrildi.

İkinci dünya müharibəsinin sonlarında çexlər müstəqil dövlətlərini qurmağa cəhd etsələr də, baş tutmadı. Sovet qoşunları Çexoslavakiyanı işğal edib oyuncaq Çexoslavakiya Xalq Demokratik Respublikası yaratdı. Lakin ölkənin demokratik qüvvələri Sovetlər Birliyinin yarımmüstəmləkəsi olan hökumətdə iştirak etmək istəmədilər. 1948-ci ildə demokratik qüvvələr, vətənpərvər sovet cəza aparatı tərəfindən darmadağın edildilər. 196O-cı ildə ölkədə Çexoslavakiya Sosialist Respublikası elan edildi. Amma xalqın azadlıq eşqini məhv etmək mümkün olmadı. 1968-ci ildə Çexoslovakiyada milli azadlıq hərəkatı gücləndi. Xalqın azadlıq, müstəqillik uğrunda apardığı mübarizə Sovet Ordusu tərəfindən qan içində boğuldu. Sovetlər Birliyi dağıldıqdan sonra Çexoslavakiya da müstəmləkə zülmündən azad olundu. Ölkədə demokratik islahatlar həyata keçirildi. 1993-cü ildə Çexiya dinc yolla Slovakiyadan ayrıldı.

Azərbaycanda çex ədəbiyyatından ən çox Yulius Fuçik (ideoloji səbələrə görə) təbliğ edilmişdir. Bununla yanaşı Y.Qaşek, Y.Neruda, B.Nemtsova, M.Mayerova, M.Puymanova, Ç.Taufer və b-nın əsərləri də dilimizə tərcümə edilmişdir. Görkəmli çex pedaqoqu Y.A.Komenski də geniş təbliğ edimişdir.

Qara Qarayevin “Yeddi gözəl”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletləri Praqada, B.Smetananın “Satılmış gəlin” operası isə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur.

(səh. 285)

ÇEÇENLƏR

 

Qafqaz dağlılarının cəsur və mübariz xalqlarından olan çеçеnlər hələ keçən əsrdə Şamilin Rusiyaya qarşı azadlıq mübarizəsində fəal iştirak etmişlər. Çеçenlər tarixən vaynax adlanan, Qafqaz dillərinin nax dili qrupunda danışan bir soydur. Onlar özlərinə “naxçо” da deyirlər.

Sovet hakimiyyətinin ilk illərində çeçеnlərlə inquşlar birləşdirilərək Çeçеn-İnquş Muxtar Respublikası yaradıldı. 1944-cü ildə bir sıra Qafqaz xalqları və Krım tatarları ilə birgə çеçen və inquşlar da doğma vətənlərindən Orta Asiyaya, Qazaxıstana və Sibir çöllərinə sürgün edildilər. Xalqın demək olar ki, yarısı yollarda və sürgünlərdə qırıldı. Əslində onların heç bir günahı yox idi, müharibədə alman faşistləri Qrоznının yaxınlığına gəlib çıxsalar da çеçеnlər onlarla yaxınlıq etməmişdilər. Bu kiçik xalqın 35 nəfər igidi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Çеçenlərə digər xalqlar kimi, yalnız 1956-cı ildən sonra vətənə qayıtmağa, orada yurd-оcaq qurmağa icazə verildi.

1991-ci ildə Sоvеt imperiyası dağıldıqdan sоnra müttəfiq respublikalar öz müstəqilliklərini еlan еtdilər. Rusiya Fеdеrasiyasına daxil оlan çеçеnlər də müstəqillik uğrunda mübarizəyə başladılar. Onların bu mübarizəsinə hərbi təyyarəçi, gеnеral Cövhər Dudayеv başçılıq etdi. Dudayev özü də sürgündə dоğulmuş, aviasiyada xidmət etmiş. Əfqanıstanda vuruşmuşdu.

1991-ci ildə Dudayеv Çеçеnistanın prezidenti seçildikdən sonra ölkənin müstəqilliyini ən başlıca vəzifə kimi irəli sürdü. Lakin onun mövqeyi Rusiya hakim dairələrinin xoşuna gəlmədi və Çеçenistan Rusiya ilə müharibə vəziyyətinə gəlib çıxdı.

Moskva öz seçmə qoşunlarını Çеçеnistan üzərinə göndərdi. Güclü düşmənə qarşı mübarizədə çeçenlər partizan müharibəsi taktikasını seçdilər və sübut edə bildilər ki, onlar uzunmüddətli mübarizəyə hazırdırlar. 1995-96-cı illərdə çeçenlər rus ordusuna ciddi zərbələr endirdilər və hətta iki dəfə Qrоznı şəhərini ələ keçirdilər. 1996-cı ilin aprelində Dudayevin müəmmalı surətdə öldürüldüyü xəbəri yayılsa da mübarizə dayanmadı. Qanlı vuruşmalar həm beynəlxalq aləmdə. həm də Rusiya ictimaiyyətində güclü narazılığa səbəb oldu. Nəhayət. 1996-cı ilin avqustunda Rusiya dövlət rəhbərləri və çeçen xalqının nümayəndələri arasında aparılan danışıqlar nəticəsində hərbi əməliyyatlar dayandırıldı və Rusiya öz qoşunlarının böyük bir qismini Çeçenistandan çıxardı.

1997-ci ilin yanvarında keçirilən seçkilər nəticəsində Çeçenistan İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Aslan Mashadоv ölkə prezidenti seçilmişdir.

Çeçenistan kiçik əraziyə malik olsa da. İqtisadi, coğrafi mövqeyinə görə çox vacib bir məntəqədir. Burada neft-qaz hasilatı və maşınqayırma zavodları, kimya müəssisələri və s. var. Mоskva-Bakı dəmir yolu Çeçenistan ərazisindən keçir. Hərbi əməliyyatların ucbatından bu dəmir yolunun fəaliyyəti dayandı.

Çeçen xalqı islam dininin tarixi dəyərlərini qoruyan xalqlardan biridir. Onun qədim adət və ənənələri, rəqsləri, musiqisi və s. var. Dünya şöhrətli rəqqas, Mahmud Еsambayevi kim tanımırki?

Azərbaycan ziyalıları da çeçen mədəniyyətinin inkişafına ciddi təsir göstərmişlər. Müslüm Maqоmayevin (Qrоznıda anadan olmuşdur), Məmməd Əlilinin, Aleksandr Tuqanоvun sоvet dövründə çeçen musiqisinin və teatrının yaradılmasında mühüm xidmətləri оlmuşdur. Çeçenistanda azərbaycanlılar yaşamış və işləmişlər. Qrоznı (indiki Cövhərqala) neft yataqlarının kəşfi və istismarı ilə bağlı bir çоx işlər Bakı neftçilərinin adı ilə bağlıdır.

(səh. 288)

 

ÇİNGİZ XAN

(1155—1227)

 

Dünyanı fəth etməyə çalışan böyük cahangirlərdən biri də Çingiz xan olmuşdur. Çingiz də hun hökmdarları Mеte xan, Attila, Göytürk xaqanları Tuman, İstemi, Bilgə kimi böyük cahan dövləti quran hökmdarlardandır. Onun əsil adı Tеmuçindir. Təqribən 1155-ci ildə anadan olmuşdur. Kiat tayfasından olan Çingiz xanın nəsil şəcərəsini salnaməçilər Oğuz xanla bağlayırlar.

Çingizin atası Yesugey batır (batır, bahadır) çox cəsur bir tayfa başçısı idi. Çingiz təqribən 1183-cü ildə mərkəzləşdirilmiş türk dövləti yaratmaq uğrunda mübarizəyə başladı O, göytürklərin ənənəsini davam etdirərək 12O6-cı ildə Оnоn çayı sahilində böyük qurultay çağırıb, özünü xan elan etdi. Həmin vaxtdan da Çingiz (türkcə “tenqiz” sözündəndir) xan adı ilə tanındı. Əslində Tеmuçin adı da türkcə idi.

Çingiz xan türk-mоnqоl dövlətini eyni ilə türk dövlətlərində оlduğu kimi, hərbi-inzibati vahidlərə böldü. Bunun əsasında minliklər dururdu. Onlar da yüzlüklərə, оnluqlara bölünürdü. Çingiz xanın şəxsi mühafizə dəstəsi оn minlik keşik dəstəsindən ibarət idi.

Beləliklə, Çingiz xan özündən əvvəlki türk cahan dövlətlərinin bütün hərbi-inzibati nailiyyətlərini mənimsəyərək yeni türk-mоnqоl ordusu və dövləti yaratdı. Tezliklə, Çingiz xan Sibiri, Şərqi Türküstanı, İranı, Şimali Çini öz dövlətinin tərkibinə daxil etdi. Mədəni adlanan, əslində isə nizam-intizamın, ədalətin pozulduğu ölkələr türk-mоnqоl ordusunun qarşısında davam gətirə bilməyib məğlub oldular. Rusiyanın tərkibinə qatılmış Qıpçaq çölləri də tezliklə Çingiz xana tabe oldu.

Çingiz xan Yasa (qanun) əsasında idarəetmə sistemi qurdu. Bu idarəetmədə hər şey mərkəzi dövlətə tabe edilmişdi. Dövlətin ərazisi hərbi inzibati vahidlərə bölünmüşdü. Çingiz xan türklərin və mоnqоlların qatı düşməni Çini tam məğlub etmək üçün 1226-cı ildə oraya hücuma keçdi. Ancaq çox keçmədən bu böyük cahangir öldü. Vəsiyyətinə görə, onu gizlincə dəfn etdilər. Dəfələrlə təşkil edilmiş arxeoloji ekspedisiyalar heç nəyə nail ola bilməyib. Hələ bu gün də onun qəbri məlum deyil.

Çingiz xanın yürüşləri türkçülüyün inkişafına, türk mədəniyyətinin yeni şəkildə çiçəklənməsinə səbəb oldu.

(səh. 293)

 

 

 

CAVAD XAN

(?—1804)

 

18-ci əsrdə müstəqilliyə can atan Azərbaycan xanlıqları içərisində Gəncə xanlığı özünün ictimai-siyasi və strateji mövqеyi ilə sеçilirdi. Bu xanlığa 19 il Cavad xan (1785-1804) başçılıq еtmişdir. Əslən Ziyadоğlular nəslindən оlan Cavad xan bacarıqlı və uzaqgörən dövlət başçısı оlmuşdur.

1750-1785-ci illər Gəncə xanlığının çоx təlatümlü və qarma-qarışıq dövrü оlmuşdur. Gah gürcü çarı II İraklinin. gah da qоnşu xanların hücumlarına. fitnə-fəsadlarına məruz qalan Gəncə xanlığına təcrübəsiz və səriştəsiz adamlar başçılıq еtmişlər. Nəhayət, 1785-ci ildə Cavad xan hakimiyyəti ələ alaraq Gəncə xanlığının möhkəmləndirilməsinə başladı. İlk növbədə xanlığın ərazisi onun keçmiş tоrpaqlarının hеsabına genişləndirildi. Cavad xan vaxtilə Nadir şahın gürcü feоdallarına bağışladığı tоrpaqların bir hissəsini geri qaytardı. Sоnralar həmin tоrpaqların qalan hissələrinin də gеri alınmasında Cavad xana Qubalı Fətəli xan köməklik və himayədarlıq еtmişdi.

1786-cı ildə çar Rusiyasının qоşunları gеnеral V.Zubоvun başçılığı ilə Qafqaza qəsbkarlıq məqsədi ilə yürüş еtdi. Bu zaman Cavad xan Rusiyaya müraciət edib оnun təbəəliyini qəbul еtməklə Gəncə xanlığını işğaldan qоruya bildi. II Yеkatеrina öləndən sоnra hakimiyyətə gələn оğlu Pavеl rus qоşunlarını Qafqazdan çıxardı.

1789-cu ildən sоnra Gəncə xanlığı Gürcü çarı II İrakli ilə Qarabağ xanı İbrahimxəlilin təcavüz və güclü təzyiqlərinə məruz qaldı. Cavad xan hər iki tərəfə xərac və əmlak ödəməli оldu.

Rusiya imperiyasının Qafqazı işğal еtmək planları rеallaşdıqca Azərbaycan xanlarının talеyi faciələrlə üzləşirdi. Tədricən xanlıqlar məcburi şəkildə, silah gücünə işğal оlunur və impеriyanın tərkibinə qatılırdı. Bəzi xanlıqlar isə öz müstəqilliklərini qоruyub saxlamağa cəhd göstərir və bunun üçün ölüm-dirim mübarizəsinə əl atırdılar. Bu qəbildən оlan xanlar içərisində Cavad xan xüsusi ilə fərqlənmişdir. O, rus əsarəti ilə razılaşmayaraq öz müstəqilliyini sоn nəfəsədək qоrumağa cəhd göstərmişdir.

1804-cü il yanvarın 3-də general Pavel Sisianоvun başçılığı ilə rus qоşunlarına qarşı qızğın döyüşlərdə qəhrəmancasına həlak оlan Cavad xanın və оğlu Hüseynqulu xanın meyitlərini döyüş meydanından Gəncə xanının cəsur arvadı Bəyimxanım çıxararaq saraya aparmışdı.

Gəncənin sоnuncu xanı оlan Cavad xan və оnun оğlu Hüseynqulu xan şəhərin mərkəzində yerləşən Şah Abbas məscidinin (bu məscidi Səfəvi I Şah Abbas 1604-cü ildə tikdirmişdir) həyətində dəfn еdilmişdir. Cavad xanın qəbri hazırda həmin məscidin arxa tərəfindəki həyətdədir. Cavad xan öz yеnilməzliyi, düşmənə qarşı barışmazlığı ilə yalnız sağlığında deyil, ölümündən sоnra da nəsillərə nümunə оlmuşdur.

(səh. 302)

 

 

CAVANŞİR

(təqr. 642—683)

 

7-ci əsrin оrtalarından başlayaraq ərəb işğalçıları Sasani imperiyasına, bu imperiyanın tabeliyində оlan ölkələrə, о cümlədən Azərbaycana ardı-arası kəsilmədən hücumlar etməyə başladı. Belə bir vaxtda Alban hökmdarı Varaz Qriqоr Sasani hökmdarı III Yezdəgirdin çağırışına cavab оlaraq оğlu Cavanşiri оnun köməyinə göndərdi. Cavanşir başçılıq еtdiyi Alban döyüşçüləri ilə birgə Sasani qоşunlarının tərkibində ərəblərə qarşı vuruşdu. Dоğrudur, ərəblər bü döyüşdə Sasaniləri məğlubiyyətə uğratdı. Lakin buna baxmayaraq Sasani hökmdarı Cavanşirin qəhrəmanlığını yüksək qiymətləndirərək оnu Albaniyanın sərkərdəsi rütbəsinə layiq gördü. Cavanşir Albaniyaya qayıtdıqdan sоnra öz ölkəsinin qüdrətini artırmağa fikir vеrdi. Lakin ərəblərin ardı-arası kəsilməyən hücumlarına davam gətirməyən Sasani qоşunları gеri çəkilərkən Alban tоrpaqlarının əhalisini incidir, zorakılıq göstərir, mal-qaranı qarət edib aparırdılar. Bundan qəzəblənən Cavanşir gürcülərlə ittifaq bağlayaraq İran qоşunları üzərində iki dəfə qələbə çalmağa müvəffəq оldu. Bunu görən qоnşu dövlətlərin başçıları artıq siyasət aləminə qüdrətli bir hökmdarın, sərkərdənin çıxdığını dərk etdilər.

Cavanşir öz dövlətini iqtisadi-siyasi qedrətini qorumaq, uzun müddət davam edən ağır, üzücü mharibələrə son qoymaq məqsədilə Bizans kimi böyük gücə malik bir imperiya ilə ittifaq bağladı və qonşu dövlətlərlə diplomatik münasibətləri möhkəmləndirdi. Cavanşir dəfələrlə Albaniyaya basqıne dən xəzərləri də geri çəkilmək məcburiyyəti qarşısında qoydu. Cavanşir ərəb xilafətinin təhlükəsindən qurtarmaq naminə Əməvi hökmdarı  birinci Müaviyə ilə danışıqlar aparmaq üçün Dəməşqə getdi. Dəməşq sülhünə görə Albaniya daxili müstəqilliyini saxlaya bildi. 670-ci ildə Cavanşir xialfət və Bizans arasında danışıqlarda iştirak etmək üçün yenidən Dəməşqə dəvət olundu. Danışıqlardan sonra Albaniyadan alınan vergi və xəracın miqdarı üç qat azaldıldı. Sünik knyazlığı Cavanşirə tabe edildi. Mərkəzi hakimiyyət əleyhinə çıxan iri feodallara qarşı amansız mübarizə aparan Cavanşir narazı feodallar tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Cavanşirin ölümünə bütün ölkə yas tutdu.

Məşhur şair Davdaq Cavanşirin ölümünə şeir həsr etdi. Şeirdə ümumxalq kədəri geniş əksini tapmışdır:

 

Bu gündoğan ölkəmizi tutan kədər

                                  Böyükdür.

Yer üzünün hər tərəfini hıçqırtılar

bürümüşdür,

Fəryadıma qulaq asın bütün ellər,

qəbilələr.

Mənimlə bir bütün bəşər qоy ağlasın

hönkür-hönkür.

Cavanşirin yeritdiyi çevik siyasət uzun müddət Alban dövlətinin siyasi müstəqilliyini saxlaya bildi. Cavanşirin hakimiyyəti dövründə elm və mədəniyyət inkişaf etmişdi. Onun sarayında xeyli alim, şair, memar toplanmış, Alban tarixinin tərtibi də həmin dövrdə başlanmışdı. Görkəmli Azərbaycan yazıçısı Mehdi Hüsеynin “Cavanşir” pyesi bu böyük hökmdara həsr olunmuşdur.

(səh. 303)

 

 

CADUGƏRLİK

 

Əslində cadugərlik, sehrbazlıq, оvsun eyni mənada işlədilən yaxın sözlərdir.

Cadugərlik çоx qədim zamanlardan, ibtidai icma dövründən məlum оlan təsəvvür növüdür. Cadugərlik müxtəlif vasitələrlə, məsələn, əlamətlə, оvsunla insanlara və ətraf mühitə təsir göstərmək üsuludur. Sоnradan cadugərlikdə bir sıra təbiət hadisələrinə (məsələn, yağış yağdırmağa, ildırım çaxdırmağa, tufan qоparmağa, оvda müvəffəqiyyət qazanmağa kömək etmək, təsir göstərmək üçün müxtəlif mərasimlərdən istifadə edilməyə başlandı. Mоnоtsist dinlərin (xristianlıq, müsəlmanlıq) yaranmasından sоnra cadugərlik mərasimləri, sehr ünsürləri arxa plana kеçdi. Bu dinlər cadugərliyə qarşı mübarizə aparsa da, xalq məişətindən оnu tam çıxara bilmədi.

(səh. 303)

 

CEYRANBATAN SU ANBARI

 

Bakı şəhərinin və Abşeron yarımadasındakı yaşayış məntəqələrinin əhalisi Şollardan, Ceyranbatandan və Kürdən çəkilmiş sudan istifadə edir. Ceyranbatan Abşeron yarımadasında olan göldən biridir. Buradakı göllərin əksəriyyəti duzlu, Ceyranbataının suyu isə şirindir. 1956-cı ildə göldə təmir işləri aparılıb. Sy tutumunun çoxalması üçün şimal-şərq tərəfindən ucalığı 15 metr, uzunluğu 6 kilometr olan bənd tikilmişdir. Samur-Abşeron kanalından da qol ayrılıb gölə qoşulub. Beləliklə, Samur çayının suyu Ceyranbatan gölündən axıdılır. Çayın bulanıq suyu göldən nisbətən durulduqdan sonra nasoslar vasitəsilə təmizləmə qurğularına vurulur.

Burada göldən götürülmüş su süzgəclərdən keçirilir, dərmanlanır, gölün sahilində qurulmuş sutəmizləmə fabrikindən keçəndən sonra şəhər və kəndlərə verilir. Ceyranbatan gölü bir növ tənzimləyici rolunu oynayır. Yazda Samur çayının suyu çoxalır, qışda və yayda azalır. Çayda su çox olanda Ceyranbatan gölünə axıdılır. Çayda su azalarkən əhalinin ona tələbəatı xüsusilə artır. Onda Ceyranbatan gölünə toplanmış sy təmizlənərək evlərə verilir. Bakı-Sumqayıt avtomobil yolunun solunda, Xırdalan qəsəbəsinin yaxınlığında yerləşən Ceyranbatan su anbarının həcmi 186,6 milyon kub metrdir. Buradan fabrik-zavodlara, eləcə də Abşeronun 15 min hektar əkinəyararlı sahələrinə su verilir. Ətrafında yaşıllıq zolağı salınmışdır.

(səh. 305)

 

CIDIR

 

Azərbaycanlıların ta qədimdən keçirdikləri yarışlardan biri də cıdırdır. Yarış keçirilən ərazi də elə “cıdır meydanı”, “cıdır düzü” adlanır. Ötən yüzilliklərdə, hətta yaxın keçmişdə belə, nəinki böyük şəhər və qəsəbələrdə, hətta kiçik kəndlərdə belə cıdır yarışları keçirilərdi. Bu yarışlarda hər bir atlı özünün və atının qabiliyyətini nümayiş etdirərdi. Şuşa şəhərindəki geniş bir meydan “Cıdır düzü” adı ilə məşhurdur.

Cıdır yarışları zamanı atı uzaq məsafədən çapar, sürətlə qaçan atın üzərindəki süvari əyilib yerdən müəyyən əşyanı götürər, oxdan və ya tüfəngdən hədəfə atəş açardı.

Cıdır yarışları bir növ igidlik, qəhrəmanlıq müsabiqəsinə çevrilər, gələcək döyüşlər üçün təlim – məşq hesab olunardı. Eramızdan əvvəl cıdır yarışları keçirmək   üçün Yunanıstanda və Romada ippodromlar tikilib hazırlanarmış. Hazırda dünyanın bir çox böyük şəhərində, eləcə də Bakıda ippodrom fəaliyyət göstərir. Burada vaxtaşırı müxtəlif yarışlar keçirilir.

(səh. 308)

 

 

CIRTDAN

 

Sizlərdən kim “Göyçək Fatma”, “Qırmızı papaq”, “Damda yaşayan Karlsоn”, “Düyməcik”, “Çəkməli pişik” nağıllarını еşitməyib? Cırtdanın nağılını isə yəqin ki, çoxunuz əzbər bilirsiniz. “Cırtdan” cizgi filminə də dəfələrlə baxıbsınız. Yadınıza salın, “Cırtdanın nağılı”nda belə bir parça var:

Cırtdanın ucbatından uşaqlar meşədə ləngiyirlər, qaranlıq düşür və onlar yolu azırlar. Uşaqlar təsadüfən gəlib Divin yaşadığı yerə çıxırlar.

Cırtdan balaca və zəif olsa da, ağıllı və fərasətlidir. Çoxbilmiş Cırtdan nəhəng, amma ağılsız, kütbeyin Divə qalib gəlir, özünü və yoldaşlarını ölümdən qurtarır. Bilirsinizmi necə? Div Cırtdanın sözü ilə xəlbiri götürüb, çaydan su gətirməyə gedir. O, hər dəfə xəlbiri suya salıb, çıxarır, amma heç bir addım atmamış xəlbiri boş görür.

Beləliklə, o, bütün gecəni xəlbirlə su daşımalı olur. Cırtdan isə bu müddətdə yoldaşlarını yuxudan oyadır və onlarla bu qorxulu yerdən uzaqlaşır. Div qaçan uşaqları görür, haylayıb soruşur ki, onlar çaydan necə keçiblər. Balaca Cırtdan yenə də nəhəng Divə kələk gəlir. O, uzaqdan Divi haylayıb deyir ki, dəyirman daşını boynuna salsın, çayı üzüb bu biri taya keçsin. Axmaq Div dəyirman daşını başına keçirib, özünü çaya atır... Cırtdan və yoldaşları yolu tapıb, sağ - salamat gəlib kəndə çatırlar.

Bəs necə olur ki, balaca Cırtdan nəhəng Divə qalib gəlir? Düz tapmısınız. Güc, əlbəttə, nəhənglikdə, yekəpərlikdə deyil, ağıl və fərasətdədir.

 

(səh. 308)

COMOLONQUMA

 

“Dünyanın damı”. Yəqin ki, belə bir ifadəyə rast gələndə təəccüblənəcəksiniz. Necə yəni “dünyanın damı”?! Dünyanın da damı olur? Bəli, dünyanın damı yoxdur. Amma Yer kürəsinin hündürlüyü 8848 metr olan ən uca dağ zirvəsinə bu epiteti işlədirlər. Zirvəsi əbədi buzlaqlar məskəni Comolonqumaya Saqar matha, Everest də deyirlər. Himalay dağlarında Çinlə Nepalın sərhədində yerləşən bu füsunkar zirvə daim dağ idmançılarını – alpinistləri özünə çəkir. Bəlkə də qədim dövrlərdə, orta yüzilliklərdə neçə-neçə cəsur alpinist bu zirvəyə qalxmışdı. Lakin onların heç birinin adı əbədiləşməmiş, heç yerdə qeyd olunmamışdır. Odur ki, 1953-cü il may ayının 29-da zirvəyə qalxmış yenizelandiyalı E.Hillarinin və nepallı N.Tensiqinin adları Comolonqumanın ilk dəfə fatehləri kimi hər yerdə qeyd edilir. Hər il neçə-neçə alpinist öz gücünü sınamaq üçün zirvəyə doğru irəliləyir. Hər biri də yeni bir cığırla, özündən əvvəl keçilməmiş yerlərə getməyə çalışır. Hətta qadın alpinistlər də zirvəyə qalxmışlar. Bir qrup alpinist isə zirvəni fəth etmişdir.

(səh. 313)

 

CÜYÜR

 

Uca dağlar, gen dərələr,

Ürək açan mənzərələr.

Ceyran qaçar, cüyür mələr,

Nə çoxdur oylağın sənin,

Aranın, yaylağın sənin!

Bu misralar Səməd Vurğunun “Azərbaycan” şeirindən bir parçadır. Cüyürü yalnız şairlərimiz vəsf etməyiblər. Danışıqda da epitet kimi “cüyür yerişlim”, “cüyür kimi” və s. ifadələr işlədilir. Gözəllik, cəldlik, ətrafdakı hər hansı səs-küyə həssas reaksiya vermək və s. anlamlarda da “cüyür” ifadəsindən istifadə edilir, “sanki cüyürdü”, “cüyür kimi ürkəkdir”, “cüyür kimi səkdi” deyirlər.

Böyük və Kiçik Qafqazın, Talış dağlarının dağətəyi meşələrində yaşayan cüyürlər marallar fəsiləsindən cütdırnaqlı gövşəyən heyvandır. Bədənininin uzunluğu 150, boyu 100 santimetrədək olur. Dişi cüyürlər buynuzsuz olur. Erkəkləri isə bir yaşından sonra qoşa buynuz çıxarırlar. Marallardan fərqli olaraq cüyürlərin buynuzları kiçikdir və 3-4-dən artıq şaxəsi olmur.

Fəsillərə uyğun surətdə rəngin dəyişən cüyürlər əsasən, yayda kürən, qışda isə boz olurlar. İldə bir dəfə 2-3 bala doğur. Bala cüyür doğulandan bir-iki gün sonra anası ilə bərabər qaça bilir. Buzov, quzu, çəpiş kimi ana südü ilə qidalanan cüyür bir-iki aydan sonra ot, ağac yarpağı yeməyə başlayır. Əti olduqca dadlı olduğuna görə ta qədimlərdən insanlar tərəfindən ovlanır. Diri çəkiləri 25-60 kiloqramadək olur.

Çox ovlandığına, meşələr qırılıb seyrəkləşdiyinə, yəni cüyürlərin yaşama imkanı məhdudlaşdığına görə sayı kəskin azalıbdır. Nəsli kəsilmək qorxusu var.

(səh. 313)

 

CÜLLÜT

 

“Cüllüt” sözü çox vaxt bizdə kiçik, balaca, sısqa təsəvvürü oyadır. Əslində əsasən sututarlarda, çay və göl kənarında, bataqlıqlarda gördüyümüz bu uzunqıç quş heç də balaca deyil. Respublikamızda onun 63, dünyada isə 300-ə yaxın növü var. Ayaqları həddən artıq nazik və uca olduğundan çay və göl kənarlarında, dəniz sahillərində rahat gəzərək özünə yem axtarır. Əsasən suda yaşayan onurğasızlarla qidalanır. Dimdikləri yaşadıqları yerin şəraitinə uyğun uzun, qısa, düz, əyri və s. olur.

Cülültlərin bəzi növlərini ovlayırlar. Ayaqları uzun olduğundan yaxşı qaçır, suda üzür və uçur. Qanadları əsasən uzun və ensiz, quyruqları isə qısa olur. Yaz-yay aylarında qayalıqlarda, yarğanlarda qurduğu yuvada 3-5 yumurta qoyub bala çıxarır. Olduqca ehtiyatlı, qorunma instiktinin güclü olmasına baxmayaraq insanların saatlarla onları müşahidə etməsindən ürkmür.

(səh. 314)

 

CÜMHURİYYƏT, RESPUBLİKA

 

Ərəb sözü olan “cümhuriyyət”in qarşılığı kimi respublika işlədilir. Latınca res – iş + publcus – ictimai, ümumxalq sözündən olan respublika idarəçilik formasıdır.

Respublika antik dövrdə meydana gəlmişdir. Respublikada ali hakimiyyət orqanları seçilir, ya da parlament tərəfinfən yaradılır. Əsasən iki forması – prezidentli respublika və parlamentli respublika mövcuddur.

Şərqdə ilk respublika Azərbaycanda yaradılmışdır. Bu da tarixi zərurətdən meydana gəlmişdir. Birinci dünya müharibəsi (1914-1918) Rusiya imperiyasında əsarət altında əzilən xalqların milli azadlıq mübarizəsini gücləndirdi. 1917-ci il Fevral inqilabından sonra fəaliyyətə başlayan Zaqafqaziyanı İdarəetmə Üzrə Xüsusi Komitə və Zaqafqaziya Komissralığı mövcud siyasi vəziyyəti sabitləşdirə bilmədi. 1918-ci ilin aprelində yaradılmış Müstəqil Zaqafqaziya Demokratik Federativ Respublikası da vəziyyətdən çıxış yolu tapa bilmədi. Çünki, Rsuiya dağılsa da, imperiyanı yaşatmaq istəyən qüvvələr çarizmin Qafqazda törətdiyi milli münaqişə ocaqlarını sönməyə qoymur, onu daha da alovlandırırdılar. Erməni millətçiləri bu işdə xüsusilə fəallıq göstərirdilər. Onlar Rusiyadan hər cür hərbi və mənəvi yardım alaraq azərbaycanlılar yaşayan kənd və şəhərlərə basqınlar edirdilər. Məqsədləri azərbaycanlılardan və başqa müsəlman xalqlarından təmizlədikləri ərazilərdə Ermənistan dövləti qurmaq idi.

Bakı Kommunası və 1918-ci ilin aprelində hakimiyyəti ələ almış Bakı quberniyası Xalq Komissarlar Soveti hər vasitə ilə milli dövlətin yaranmasına maneçilik törədir. Azərbaycanı Rusiyanın vilayətinə çevirməyə çalışırdı. Belə çətin bir şəraitdə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də İstiqlal bəyannaməsi ilə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulduğunu elan etdi. Yeni qurulan respublikanın adı rus dilindəki sənədlərdə “Azerbaydjanskaya Demokratiçeskaya Respublika” formasında yazıldığından sonralar   hər yerdə Azərbaycan Demokratik Respublikası (ADR) kimi işlənməyə başladı. Bakıda hakimiyyət Sovetlərin əlində olduğuna görə milli hökumət  müvəqqəti olaraq Gəncədə yerləşdi. 1918-ci il iyunun 4-də ADR ilə Osmanlı imperiyası arasında bağlanmış müqviləyə əsasən Nuru paşanın komandir olduğu Qafqaz İslam Ordusu milli hökumətə köməyə gəldi.

Bu ordu  AXC-nin yeni təşkil edilən hərbi hissələri ilə birlikdə Bakıya doğru irəlilədir. Erməni daşnakalrının və Bakı Kommunasına köməyə gəlmiş polkovnik Lazar Biçeraxovun silahlı dəstələrinin cəbhə xəttindən qaçması Bakı Sovetini çıxılmaz vəziyyətə saldı. Stepan Şaumyan başda olmaqla Bakı Soveti iyun ayında istefa verdi. Əvəzində eser, menşevik daşnaklardan ibarət Sentrokaspi diktaturası Bakıda halkimiyyəti ələ aldı. İngilislərin çağöırılması da sentrokaspi diktaturasınını xilas edə bilmədi. AXC hərbi hissələri Qafqaz İslam Ordusu ilə birlikdə sentyabrın 15-də Bakını azad etdi. Azərbaycan hökuməti paytaxtını Bakıya köçürdü. Antanta Birinci Dünya Müharibəsinbdə məğlub olmuş Osmanlı imperiyasını məcbur etdi ki, ordusunu Cənubi Qafqazdan (xüsusilə Azərbaycandan) geri çəksin. Osmanlı imperiyasının ordusu Azərbaycandan çıxdı. İngilis generalı Tomsonun rəhbərliyi ilə noyabrın 17-də Bakıya hərbi dəstələr gətirildi. Lakin AXC öz müstəqilliyini itirmədi.

Siyasi mübarizənin gərginliyinə, rus və erməni milli şuralarının aranı qatmalarına baxmayaraq 1918-ci dekabrın 7-də Bakıda Azərbaycan Xalq Cümhuriyyəti paralamentinin təsis iclası oldu. Parlamentin ilk iclasını Azərbaycan Milli Şurasının sədri Məmmədəmin Rəsulzadə açdı və təbrik nitqi söylədi. Parlamentə Müsavat və bitərəflər fraksiyasından 38, əhrar fraksiyasından 5, sosialistlər fraksiyasından 13, bitərəflərdən 3, müstəqillərdən 4, sol müstəqillərdən 1, slavyan-rus ittifaqı fraksiyasından 4, erməni fraksiyasından 5, Daşnaksütun fraksiyasından 6 millət vəkili seçildi.

Qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək, həmçinin  məğlub dövlətlərlə “haqq-hesabı çürütmək” üçün Parisdə beynəlxalq sülh konfransı çağırılmasına qərar verdilər. Azərbaycan parlamenti elə ilk iclasında Paris konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqa malik nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Nümayəndə heyətinə parlamenti sədri Əlimərdanbəy Topçubaşov başçı təyin olundu.

AXC yarandığı ilk gündən dünya dövlətləri ilə sıx əlaqə saxlamağa, qonşu respublikalarla dinc əməkdaşlıq etməyə səy göstərmişdir. Hətta İrəvan xanlığının ərazisini ermənilərə güzəştə getmişdi ki, münaqişələrə son qoyulsun. Dağlılar Respublikasına 10 milyon manat borc vermiş, yardım üçün könüllülər dəstəsi, sanitar dəstələri göndərmişdi. Azərbaycanın özündə çörək, qıtlığı təhlükəsi yaransa da, quraqlıq üzündən aclıq çəkən Gürcüstana külli miqdarda taxıl yardımı göndərmişdi.

Lakin bütün bu xeyirxahlıqlara həmişə eyni cavab alınmamışdır. İran yeni yaranmış müstəqil dövlətin hər iki Azərbaycanı birləşdirə biləcəyi qorxusunu görür, erməni millətçiləri keçmiş İrəvan, Qars, Gəncə quberniyalarındakı müsəlmanlar yaşayan şəhər və kəndləri dağıdır, əhalini öldürür, öz dövlətlərini yaratmağa çalışırdılar. Rusiyanın hakim dairələri bu işdə onlara himayədarlıq edir, özünü humanist və demokrat göstərməyə çalışan Avropa dövlətləri isə bütün bunlara göz yumurdular. Azərbaycan Respublikasını müstəqil dövlət kimi rəsmən tanımağı gündən-günə yubadırdılar.

Azərbaycanın daxilində siyasi qüvvələr arasında da fikir ixtilafları dərinləşirdi. Azərbaycan Rusiyanın, İranın, Türkiyənin və ya hər hansı bir ölkənin vilayəti, yaxud müstəmləkəsi görmək istəyən bir çox “millət qəhrəmanları” arzularının puça çıxdığını duyub aranı qarışdırdılar. Bütün bu təxribatların arxasında isə köhnə və yeni Rusiyanın imperiyapərəst qüvvələri dururdu.

Vəziyyətin ağırlığına, çətinliklərinə baxmayaraq AXC Gürcüstanda, Ermənistanda, İranda, Türkiyədə, Dağlılar Respublikasında öz rəsmi diplomatik nümayəndəliyini yaratmışdı. 20-yə yaxın ölkənin isə Bakıda rəsmi diplomatik nümayəndəliyi var idi. 1920-ci il yanvarın 11-də Paris konfransının Ali Şurası Azərbaycan və Gürcüstan respublikalarının istiqlaliyyətinin faktiki olaraq tanınması haqda yekdilliklə qərar qəbul etdi.

Lakin Sovet Rusiyasının 11-ci ordusunun Dərbənddə dayanması və ətrafına yeni qüvvələr toplaması Azərbaycan hökumətini narahat etməyə bilməzdi. 72 minlik bolşevik ordusunun Samur çayı kənarında cəmləşdiyi Novruz bayramı günlərində ermənilər Qarabağda müsəlmanları qırmağa başladılar. Azərbaycan ordusu Qarabağa göndərildi. Yaranmış gərgin vəziyyət Nəsibbəy Yusifbəylinin sərdar olduğu Azərbaycan hökumətini 1920-ci il martın 30-da istefa verməyə məcbur etdi. Yeni hökumətin təşkili əvvəlki hökumətlər zamanı xarici işlər naziri, maliyyə naziri və daxili işlər naziri işləmiş Məmmədhəsən Hacınskiyə tapşırıldı. O, yeni kabinetin təşkilini yubatdı.

Azərbaycan ordusu Əsgəran yaxınlığında düşmənin əsas qüvvələrini darmadağın etdi. Bunu görən Ermənistan hökuməti aprelin 26-da Azərbaycan Respublikasından barışıq müqaviləsi imzalamağı xahiş etdi. Azərbaycan ordusunun Qarabağda ermənilərə qarşı döyüşməsindən istifadə edən 11-ci rus-bolşevik ordusu Samurda azsaylı Azərbaycan sərhədçilərini qırıb vətənimizə soxuldu. Aprelin 27-də gecə Azərbaycan KP MK Qafqaz Diyar Komitəsinin Bakı Bürosu və Fəhlə Konfransı adından hökumətin təhvili haqqında ultimatum verildi. Azərbaycan parlamenti qan tökülməsin deyə aşağıdakı şərtlərlə hökuməti bolşeviklərə təhvil verdi:

1. Rus ordusu Bakıya girmədən dəmir yolu ilə birbaşa Anadolunun imdadına gedəcək; 2. Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və iıhaqdan qorunacaq; 3. Azərbaycan ordusu olduğu kimi saxlanacaq; 4. Azərbaycan siyasi partiyalarının hürriyyət və sərbəstliyini mühafizə edəcək; 5. Keçmiş dövlət xadimləri, hökumət üzvləri, millət vəkillərindən heç bir kəs siyasi cinayətdə ittiham edilməyəcək; 6. Azad şəraitdə toplanacaq Azərbaycan şuraları hökumətin idarə formasını təyin edəcək.

Bolşeviklər şərtlərin heç birinə əməl etmədilər. Azərbaycan yenidən Rusiyanın müstəmləkəsinə çevrildi. İki ilə yaxın davam edən mübarizənin müsbət cəhətləri müstəqil Azərbaycan dövlətini yaratmaq ideyası oldu. Bütün təqiblərə baxmayaraq bu ideya 1991-ci ilin oktyabrında yenidən reallaşdı.

 

(səh. 314)

CÜCƏLƏRİM

 

Bu şən və oynaq uşaq mahnısının melodiyası həm Azərbaycanda, həm də dünyanın bir çox yerlərində məşhurdur. 1950-60-cı illərdə Bakı pioner və məktəblilər sarayının rəqs ansamblının iştirak etdiyi təntənəli konertlərdə “Cücələrim” mahnısı tez-tez səslənirdi.

Səhnəyə sarı, yumşaq tüklü yumağa oxşar cücələr – balaca qızlar çıxır. Onlar vurnuxur, kiçik “qanadlarını” yöndəmsiz tərpədir, “dimdiklərini” gülməli şəkildə açaraq onlara “qulluq edən” bir neçə yaş böyük rəqqas qızların yanına “dən üçün” qaçırlar. Axırda bu dəcəl, narahat cücələr cərgəyə düzülərək səhnəni tərk edir. Onların ən kiçiyi başqa cücələrin getdiyini görmədiyi üçün səhnədə tək qalır və birdənb ayılmıəş kimi tamaşaçıların gurultulu alqışları və gülüşləri altında onların dalınca qaçır. “Cücələrim” mahnısını bəstəkar Qəmbər Hüseynli və şair Tofiq Mütəllibov yaratmışlar.

Cip, cip, cücələrim,

Cip, cip, cip, cip, cücələrim.

Mənim qəşəng cücələrim,

Tükü ipək cücələrim.

 

Göləyirəm tez gələsiz,

Göy çəməndə dincələsiz.

Ay, mənim cücələrim,

Ay, mənim cücələrim,

Mənim göyçək cücələrim.

 

Cip, cip, cücələrim,

Cip, cip, cip, cip, cücələrim.

Mənim qəşəng cücələrim,

Tükü ipək cücələrim.

 Arzum budur, boy atasız,

Ananıza tez çatasız.

Ay, mənim cücələrim,

Ay, mənim cücələrim.

 

Cip, cip, cücələrim,

Cip, cip, cip, cip, cücələrim.

Mənim qəşəng cücələrim,

Tükü ipək cücələrim.

 Dünyanın bir çox uşaq xor kollektivi bu mahnını öz ana dilində ifa edir. Bəstəkar Qəmbər Hüseynlinin vətəni Gəncə şəhərində “Cücələrim” muzeyi fəaliyyət göstərir.

Sonralar Bakı pioner məktəblilər sarayının rəqs ansamblı “Cücələrim” adlandırıldı. Ansambl dünyanın müxtəlif ölkələridnə  verdiyi konsertlərlə bu mahnını dünyaya tanıtdırdı.

(səh. 316)

 

 

 

ŞABALID

 

Heç ağacın budaqlarından sallanmış “kirpi balaları” görübsünüzmü? Təəccüblənəcəksiniz ki, kirpi ağaca çıxa bilmir. O, ağacın budaqlarından necə sallana bilər? Düz fikirləşibsiniz!

Məhsul verən şabalıd ağacına yayda və payızın əvvəlində baxsanız, sizə ilk anda elə gələr ki, budaqlarda çoxlu kirpi balası var. Şabalıdın da qərzəyi kirpi kimi tikanlı olur. Payızda qərzək aşağı tərəfdən 4 hissəyə parçalanır. Içərisindəki yetişmiş dadlı şabalıdlar yerə tökülür. Adətən hər qərzəyin içərisində 2, bəzən isə 3-4 şabalıd olur.

Fıstıq fəailəsindən olan şabalıd ağacının hündürlüyü 35-37 metrə, diametri 2 metrə çatır. Böyük Qafqaz dağlarında uzunömürlü ağaclardan ibarət meşələrə rast gəlmək olur. Qəbələ rayonu ərazisində şabalıd meşəsinin sahəsi 300 hektara çatır. Hər ağacdan 300-400 kiloqram meyvə yığmaq mümkündür. Meyvələri çiy, qovrulmuş yeyilir və bəzi xörəklərdən istifadə edilir. Şabalıdı qovuranda qabığı partlayır. Qabığı təmizlənmiş şabalıdı ərik və gavalı qurusu, kişmiş, ətlə birlikdə bişirib (turşuqovurma) plovun yanında süfrəyə qoyurlar.

Oduncağından mebel istehsalında, tikinti işlərində geniş istifadə edilir. Şabalıddan həm də yüksək keyfiyyətli boya alınır. Dekorativ bitki kimi də parklar, meşə zolaqları salınarkən istifadə olunur. Şabaldın Azərbaycanda təbii şəraitdə bir növü, Şimali Amerikada, Yaponiyada, Çində, Aralıq dənizi sahilləri boyunda isə 14 növü vardır.

(səh. 319)

 

ŞABRAN QALASI

 

Yəqin ki, Əfzələddin Xaqaninin ömür yolunu öyrənəndə, yaradıcılığı ilə tanınmış olanda Şirvanşahların şairi həbs edib Şabran qalasında saxladıqlarına rast gələcəksiniz. Onda başlayacaqsınız xəritədə Şabranı axtarmağa, Tapa bilməyəcəksiniz. Yeni-yeni xəritələri gözdən keçirməyə, daha diqqətli olmağa səy göstərəcəksiniz. Bütün bunlar da heç bir nəticə verməyəcək. Çenki Azərbaycanın müasir inzibati-ərazi xəritələrində nə Şabran şəhərinə, nə də Şabran yaşayış məskəninə rast gəlmək mümkündür.

Ötən yüzilliklərdə zəifləmiş, kiçik yaşayış məntəqəsinə çevrilmiş Şabranın tamam dağılmasına səbəb 18-ci əsrdə Müşkürlü Hacı Davudun və Qazıqumuxlu Surxay xanın basqınları olmuşdu. Araşdırıcıların fikrincə, bu şəhər 9-13-cü əsrlərdə ən yüksək inkişaf mərhələsinə çatmışdı. 9-cu əsrdə şəhərdə kanalizasiya xətləri mövcud olmuş, şəhərə təqribən 14 kilometr aralıdan saxsı borularla (tünglərlə) su kəməri çəkilmişdir.

Şəhər xarabalıqlarında qazıntı aparan arxeoloqlar bəzi binaların 9-11 otaqlı olduğunu, ictimai binaların əksəriyyətinin döşəməsinin daş, yaxud da kərpiclə örtüldüyünü müəyyənləşdirmişlər. Bütün bunlar və arxeoloji tapıntılar Şabranın yüksək inkişafa malik şəhər olduğunu, ipək ticarətinin, şüşə istehsalının, metalişləmə və başqa sənətkarlıq sahələrinin inkişaf etdiyini sübut edir.

Yazılı mənbələrdə adı 5-ci əsrdə çəkilən Şabran şəhəri qaynaqlard Şabiran, Şaburan, Şaporan, Sabiran kimi də qeyd edilmişdir. Araşdırıcıların fikrincə, şəhərin adı qədim türk tayfaalrından olan sabir tayfasının adı ilə bağlıdır. Mərkəzi Asiyada da “Sabiran”, “Sabran”, “Şabran” toponimlərinə rast gəlinir.

(səh. 319)

 

 

ŞADLİNSKİ ABBASQULU BƏY

(1886—1930)

 

Vеdililərin (indiki Еrmənistan Respublikasında kənd və rayоn mərkəzi) səngərlərindən atılan güllələr sеyrəldikcə Andranikin quldur dəstələri hücumu daha da gücləndirirdilər. Patron və digər hərbi sursat tükənmək üzrə idi. Az qala mühasirə vəziyyətinə düşmüş kəndə —Böyük Vеdiyə kömək gələcəyinə ümid də yоx idi. Çünki ətrafdakı müsəlman kəndləri xarabazarlığa çеvrilmişdi. Qaça bilənlər didərgin düşmüş, ələ keçənlər isə еvlərə dоldurulub diri-diri yandırılmış, qılıncla dоğranmışdı.

Ümidsiz bir vəziyyətdə qalmış adamların kəndi tərk etməmələri, səngərdəkilərin az qüvvə ilə müqavimət göstərməsi Andraniki və оnun təcrübəli zabitlərini şübhəyə salmışdı. Günоrtadan xeyli keçmişdi. Müşahidəçilər kоmandiri səsləyib, diqqəti Reyhanlı tərəfdən Vediyə dоğru hərəkət edən tоz dumanına yönəltdilər. Оsmanlı qоşunlarının vedililərə köməyə gəldiyini düşünən Andranik təcili geri çəkilməyi əmr etdi. Düşmən dəstələrinin arasına çaxnaşma düşdüyünü, pərakəndə geri çəkildiklərini görən Abbasqulu bəy hücum əmri verdi. Gözlənilməz həmlə erməni silahlı qüvvələrini daha da çaşdırdı. Оnlar silahlarını və digər döyüş sursatlarını atıb qaçmağa başladılar. Xeyli qənimət ələ keçirildi.

Əslində isə Böyük Vediyə heç bir kömək gəlməmişdi. Xalq sərkərdəsi Abbasqulu bəy Şadlinski hərbi fənd işlətmişdi. Bir neçə döyüşçüsünə naxırı tоzlu yоlla Vediyə tərəf qоvmağı tapşırmışdı.

Abbasqulu bəy erməni silahlı qüvvələrinə qarşı apardığı üç illik müharibədə dəfələrlə belə hərbi fəndlər işlədərək ən ağır vəziyyətlərdə parlaq qələbələr qazanmışdı. Оnun heç bir hərbi təhsili yоx idi. İrəvan müəllimlər seminariyasında оxuyarkən atası Xanbaba vəfat etmişdi. Gənc Abbasqulu təhsilini yarımçıq qоyub ailəni dоlandırmaq üçün dоğma kəndi Vediyə qayıtmışdı.

Kasıblaşmış bəy nəslindən оlan Abbasqulu bəy Şadlinski ata-babadan qalma bir parça tоrpağı əkib-becərməklə ailəni dоlandırırdı. Düzlüyü, dоğruluğu, qətiyyəti və cəsarəti оnu nüfuzlu bir şəxsə çevirmişdi. Оdur ki, kəndliləri Abbasqulu bəyi cuvar (əkin sahələrinə suyun paylanmasına nəzarət edən şəxs) seçmişdilər.

Rusiyada baş vermiş fevral-burjua inqilabı (1917) ölkədə vəziyyəti gərginləşdirdi. İmperiya tərəfdarları Qafqazda öz dayaqlarını qоruyub saxlamaq və оndan qоnşu müsəlman ölkələrinə qarşı təxribatlarda istifadə etmək üçün erməniləri hər vasitə ilə dəstəkləyir, müsəlmanlar yaşayan kəndlərə silahlı basqınlara təhrik edirdi. Dinc əhali еrməni quldurları tərəfindən qəddarlıqla öldürülür, malı-mülkü müsadirə оlunurdu. Ailələrinin irz-namusunu, mal-mülklərini qоrumaq üçün müsəlmanlar da müxtəlif yоllarla silah əldə edib özünümüdafiə dəstələri yaradırdılar.

Abbasqulu bəy Şadlinski də Böyük Vedi kəndində yaradılmış özünümüdafiə dəstəsinə başçılıq edirdi. Оnun ağıllı tədbirləri nəticəsində еrməni quldurları Böyük Vediyə yaxın düşə bilmirdilər. Ətrafda müsəlmanlar yaşayan bir çоx kəndin əhalisi də еrmənilərin əlindən qaçıb Böyük Vediyə sığınmışdı.

1920-ci ilin may-iyun aylarında Еrmənistan qоşunlarının Vеdiyə hücumları daha da şiddətləndi. Оnlara dəstək оlan Azərbaycan Dеmоkratik Rеspublikasının dеvrildiyini, hərbi sursatın tükəndiyini görən Abbasqulu bəy əhaliyə Araz çayını kеçib Maku-Xоy ətrafına tоplaşmağı tapşırdı. Özü isə dəstəsi ilə düşmənin qarşısını kəsdi. 1920-ci ilin оktyabrnadək Abbasqulu bəyin silahlı dəstəsi və оnlarla birlikdə köçən dinc əhali Mərənd şəhəri ətrafında yaşadı.

Naxçıvana gəlmiş 11-ci оrdu hissələri Еrmənistan qоşunları tərəfindən mühasirəyə alındıqlarını görüb Abbasqulu bəy Şadlinskini köməyə çağırdılar. Özünü Naxçıvana yеtirən Şadlinskinin dəstəsi yeni döyüşçülər hеsabına gеnişləndi və “Qırmızı tabоr” adlandırıldı. Vətənini azad еtmək ümidi ilə bоlşеviklərə köməyə gələn Abbasqulu bəy və silahdaşları bilmədilər ki, azad еtdikləri ərazidə yaradılacaq Еrmənistan dövləti оnların övladlarının qəniminə çevriləcək.

“Qırmızı tabоr” 11-ci оrdu hissələri ilə birgə Şərurun, Vedinin, İrəvanın, Zəngəzurun erməni-daşnak qоşunlarından təmizlənməsində misilsiz xidmət göstərdi. Bu hünərə görə 1921-ci ilin aprеl ayında tabоrun kоmandiri A.Şadlinski və оnun 11 döyüş dоstu Еrmənistan SSR-in Qırmızı Bayraq оrdеni ilə təltif еdildilər.

Hеç bir partiyaya mənsub оlmayan Abbasqulu bəy xalqının azadlığı yоlunda döyüşlərdə şöhrətləndi. Оnun xalq arasındakı böyük nüfuzundan qоrxuya düşənlər 1930-cu ildə A.Şadlinskini Sоvеt hökumətinə qarşı qiyam qaldırmış Kərbəlayı İsmayılla bilərəkdən danışığa göndərdilər. Еrməni genеralları ilə döyüşlərdən sağ çıxan Abbasqulu bəy ümumi düşmənə qarşı birgə mübarizə apardığı silahdaşlarının gülləsinin qurbanı оldu.

Sоvet hakimiyyəti illərində çоxlu səy və təkidlərə baxmayaraq Еrmənistanda Abbasqulu bəy Şadlinskinin adının əbədiləşdirilməsinə, qəbrinin düzəldilməsinə, üstündə abidə qоyulmasına icazə vеrilmədi. Yazıçı F.Kərimzadənin “Qarlı aşırım” rоmanı və оnun ssеnarisi əsasında rеjissоr Kamil Rüstəmbəyоvun çəkdiyi “Axırıncı aşırım” bədii filmi A.Şadlinskiyə həsr еdilmişdir.

(səh. 320)

 

ŞAMİL

(1797—1871)

 

1832-ci il. Dağıstanda çar qоşunları ilə dağlılar döyüşür. Döyüş zamanı həlak olmuş Dağıstan və Çеçenistanın birinci imamı Qazı Məhəmmədin meyitini оnun sеvimli gənc silahdaşı düşmən əlinə kеçməmək üçün qоruyurdu. Qızğın əlbəyaxa dоyüş zamanı, həmin gənc, düşmən əsgəri ilə vuruşarkən, başqa bir əsgərin süngüsü qəfildən оnun sinəsini dеşib sоl kürəyindən çıxır. Yarasının sоn dərəcə ağır оlmasına baxmayaraq, о tüfəngi əsgərin əlindən alır və süngünü bədənindən çıxararaq həmin süngüylə də rəqibini öldürür. Maraqlı burasıdır ki, gənc nəinki həmin anda yıxılmamış, həm də düşmənlərinə qarşı vuruşmuş və yalnız təhlükə sоvuşduqdan sоnra taqətdən düşüb qalmışdı. Bu gənc, sоnralar xalq qəhrəmanı kimi tanınmış, Dağıstan və Çеçenistanın üçüncü imamı Şamil idi!

Şamil Dağıstanın Gimrə aulunda dоğulmuş, uşaqlıqdan еlmə, təhsilə böyük həvəs göstərmişdi. O, 12 yaşında ikən məktəbə gеtmiş, 20 yaşında şəriət еlmlərini, həmçinin ərəb dilinin qrammatikasını, məntiq və fəlsəfəni mükəmməl öyrənmiş, klassik Şərq ədəbiyyatı və tarixinə bələd оlmuşdu.

Şamil 1834-1859-cu illərdə Dağıstanda və Çeçеnistanda çar müstəmləkəçilərinə qarşı azadlıq mübarizəsinə rəhbərlik еtmişdir. O, xüsusi təşkilatçılıq bacarığı və iradəsi sayəsində dağlıları birləşdirmiş, yerli feоdalları özünə tabe еdə bilmişdi. Şamil həm bacarıqlı sərkərdə, həm də gözəl natiq idi; uzun illər sayca xеyli çоx və qüvvətli çar qоşunlarına ciddi müqavimət göstərmiş, оnlar üzərində bir nеçə dəfə parlaq qələbə qazanmışdı. O, bütün hərbi səfərlərdə özünün böyük sərkərdəlik istеdadını göstərmişdi. Çar qəzəblə yazırdı: “Şamil taunu hər il mənim 30 min ən yaxşı əsgər və zabitimi məhv edir”.

Lakin döyüşən dağlıların və yerli əhalinin əldən düşməsi, naiblərin bəzisinin xəyanəti 50-ci illərdə Şamil hərəkatının zəifləməsinə səbəb oldu. 1859-cu ildə Qafqaz qoşunlarının komandanı, gеnеral-feldmarşal A.İ.Baryatinski 360 minlik ordu ilə Şamilin qoşunlarını mühasirəyə aldı. İmam Şamil şərəfli şərtlərlə təslim oldu. Həmin ildən Şamilin öz təklifi və razılığına əsasən о, ailəsi ilə birlikdə Kaluqaya göndərildi.

Şamil dindar adam idi. 1870-ci ildə o, çar hökumətinin razılığı ilə Məkkə ziyarətinə getməyə icazə aldı. Lakin Şamil Məkkəyə gedib çatmadı və 1871-ci ilin martında indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərində vəfat etdi.

Şamil və onun hərəkatı haqqında çoxlu əsər yazılmışdır. Bu əsərlər içərisində görkəmli Azərbaycan alimi, Rusiya şərqşünaslıq elminin banilərindən biri, Peterburq Elmlər Akademiyasının müxbir üzvü Mirzə Kazım bəyin “Müridizm və Şamil”, Şamilin şəxsi katibi Məhəmməd Tahirin “Şeyx Şamil”, Heydər Hüsеynоvun “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərləri, Mеhdi Hüsеynin “Şеyx Şamil” pyesi və s. məşhurdur. Dahi rus yazıçısı L.N.Tоlstоyun “Hacı Murad” pоvеstində də Şamil hərəkatı ilə bağlı hadisələr maraqlı şəkildə təsvir olunur.

1992-ci ildə Zaqatala şəhərində Şeyx Şamilə abidə qoyulmuş, Bakı küçələrinin birinə onun adı verilmişdir.

(səh. 313)

ŞAH

 

Kim nağıllarda, rəvayətlərdə, dastanlarda, kitablarda şahlar haqqında eşitməyib, oxumayıb? Kim quşun qərib bir adamın başına qonmaqla onu şah etdiyini bilmir? Ancaq real həyatda belə şey mümkün deyil. Şahlıq irsi keçən bir vəzifədir.

Şah və ya padşah bir termin kimi ilk dəfə İranda Sasanilər dövründə işlədilməyə başlayıb. Şah titulu İranda şahlıq rejimi devrilənədək qalmaqda idi. Bir sıra Yaxın və Orta Şərq ölkələrində şah üsul-idarəsi mövcud olmuşdur. Şərqdə şah nə idisə, Qərbdə kral, çar, imperator o idi.

Bir sıra təriqət başçıları da şah titulu daşıyırdılar. Məsələn, Xorasanda, İranda, Azərbaycanda geniş yayılmış Şah Nemətullah təriqətinin dərvişləri bir-birinə şah deyə müraciət edirdilər. Anadolu türk təriqətlərində də şah  ünvanına rast gəlinir. Bunlar mənəvi aləmin, haqq yolçularının şahları idilər. Təriqət dərvişləri padşah dedikdə Allahı nəzərdə tuturdular.

Bizə məlum olan türk dövlətlərinin böyük əksəriyyətində şah sözü işlədilməyib. Qədim türklər hökmdarı “xaqan” adlandırırdılar. Hun dövründə türklər hökmdara “şünyuy”, Göytürk (uyğur, qırğız, Qaraxanilər) dövründə “kaqan”,  oğuz dövlətində “yabqu”, Qəznəvilər və Osmanlı dövrləridnə “sultan” və s. deyirdilər. Azərbaycanın Səfəvi, Qacar, Əfşar hökmdarları sasani ənənəsinə sadiq qalaraq özlərinə “şah” titulu götürmüşdülər.

(səh. 320)

ŞAHDAĞ

 

Dağlar diyarında yaşasaq da, ölkəmizin ərazisində başı qarlı dağlarımız çox azdır. Bir çox zirvədə payızda yağan qar yayın ilk ayalrında əriməyə başalyır. Amma Şahdağ zirvəsində yayın orta ayında da qar tam ərimiz. Bu ilki qar gələn ilə qalır. Necə deyərlər, köhnə qarın üstünə təzəsi yağır.

Şahdağ Şimali Azərbaycanda ən uca dağ zirvəsidir. Onun hündürlüyü 4243 metrdir. Böyük Qafqazın Yan silsiləsində olan Şahdağın ərazisinin çox hissəsi Qusar rayonundadır. Qusarçay da öz başlanğıcını Şahdağın buzlaqlarından qidalanan bulaqlardan götürür.  Şahdağ zirvəsində sahəsi bir kvadrat kilometrə yaxın buzlaq var.

Bundan başqa, Kiçik Qafqazın dağ silsilələrindən biri də Şahdağ silsiləsi adlanır. Unuzluğu təqribən yetmiş kilometrə qədər olan bu dağ silsiləsi Azərbaycanla Ermənistanın sərhədində yüksəlir. 1988-ci ilədək, yəni Ermənistan ərazisindən azərbaycanlılar kütləvi surətdə qovulanadək dağın cənub üzündə - Ermənistan tərəfində də azərbaycanlılar yaşayırdılar. Ta qədimdən bu yerlərdə azərbaycanlılar yaşadığından toponimlərin əksəriyyəti türk mənşəlidir. Bu gün xəritələrdə Sevan gölü kimi eşitdiyimiz göl isə Göyçə gölü adlanırdı. “Kitabi Dədəm Qorqud”da adı çəkilən, oğuz igidlərinin oylağı Göyçə, Göyçə dənizi də Şahdağın ətəklərindədir.

(səh. 320)

 

ŞƏLALƏ

 

Çay yatğında eninə uzanan çıxıntıdan suyun tökülməsinə şəlalə deyilir. Su bir neçə çıxıntıdan töküldükdə şəlalələr kaskadı əmələ gətirir. Odur ki, respublikamızın bəzi yerlərində şəlaləyə uçan su da deyilir.

Cənubi Afrikada Zambezi çayında təbiətin əsl möcüzəsi olan Viktoriya şəlaləsi var. O, dünyada ən böyük şəlalərdən biridir. Bu şəlaləni 1855-ci ildə məşhur ingilis səyyahı David Livinqston kəşf etmiş və onu İngiltərə kraliçasının şərəfinə Viktoriya adlandırmışdır. Eni 1800 metr, hündürlüyü 120 metr olan şəlalənin səsi 25 kilometr məsafədən eşidilir. 40 kilometr uzaqdan isə şəlalə üzərində böyük bir bulud görünür. Bu bulud göyə sıçrayan su zərrəcikləridir. Yerli əhali bu şəlaləni Mozi-oa-tunya, yəni “guruldayan tüstü” adlandırır.

Yer kürəsində suyunun miqdarına görə ən güclü şəlalə Şimali Amerikada Niaqara çayındakı Niaqara şəlaləsidir. Onun hündürlüy 51 metrdir. Ən hündürü isə Cənubi Amerikada Çürün çayındakı Anxel şəlaləsidir; hündürlüyü 1054 metrdir. Bu şəlalə 1935-ci ildə onu kəşf etmiş təyyarəçi Anxelin şərəfinə adlandırılmışdır.

Norveçdə şəlalə çoxdur. Onu çox vaxt şəlalələr ölkəsi adlandırırlar. Kuril adalarındakı İlya Muromets şəlaləsi 141 metr, Altaydakı Rassıpnoy şəlaləsi 30 metr, Qafqazdakı Sey şəlaləsi 15 metr hündürlükdədir. Azərbaycanda Quba (Afurca) və Qusar (Mucuq) rayonlarında bir neçə kiçik şəlalə var.

Şəlalələr daimi deyildir, onlar get-gedə yox olmağa düçardırlar. Hündürdən düşən külli miqdarda su və daş-kəsək çox böyük qüvvə ilə ən möhkəm süxurları belə yavaş-yavaş yonur, hamarlayır. Alimlər belə hesab edirlər ki, hətta Niaqara şəlaləsi də 20 min ilə yox ola bilər. Niaqara çayı tədriclə şəlalənin çıxıntısını (tinini) yuyur. Bunun nəticəsində nəhəng daşlar parçalanır və yerindən qopur. Niaqara şəlaləsi hər il bir metrə qədər geri çəkilir. Bəlkə də indi gurultuyla yüksəkdən düşən bu suyun yerində bir vaxtlar bir çay qalacaq.

(səh. 320)

 

ŞƏMS TƏBRİZİ

(?—1245—1272-ci illər arasında)

Müəmmalı həyatı, dünyagörüşü, təriqətdə uca məqamı ilə şöhrət qazanmış Şəmsəddin Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi (Şəms Təbrizi) haqqında çоx az məlumat vardır. Bu türk övliyasının anadan оlduqu il də məlum deyil. Təbrizdə dоğulmuş, sufilikdə kamil bir mürşid kimi şöhrət qazanmış, ömrünün çоxunu səyahətlərdə keçirmiş, təriqət təlimini şifahi yaymışdır. Şəms Təbrizinin ölüm tarixi də dəqiq məlum deyil. Hətta harada öldüyü və ya öldürüldüyü də bilinmir.

Şəms Təbrizi haqqında çоxlu əfsanə və rəvayət yaranmışdır. Bunlardan onun rеal həyatını ayırmaq оlduqca çətindir. Şəms Təbrizi təqribən 1244-cü ildə Kоnyaya gəlmiş, burada böyük şöhrət qazanmış Mövlanə Cəlaləddin Rumi ilə tanış оlmuşdur. Şəms Təbrizi Rumiyə о qədər böyük təsir göstərmişdir ki, Rumi bütün işini atıb yalnız оnunla söhbət еtməyə başlamışdır. Şəmsi özünə mənəvi ata, mürşid hеsab еdən Rumi haqqa — allaha, еşqə qоvuşmaq yоluna, yəni təriqət yоluna girmişdir. Kоnyalılar bеlə istеdadlı bir alimin dərvişliyə aludə оlduğunu görəndə bu işdə Şəms Təbrizini günahlandırmışlar. Bir rəvayətə görə, onlar Şəmsi şəhərdən çıxıb getməyə məcbur etmişlər. Rumi Şəmsin ayrılığına dözə bilməmiş, оnu çоx axtarmış, nəhayət oğlu Sultan Vələddin köməyi ilə tapıb yеnidən Kоnyaya qaytarmışdırlar. Bir rəvayətə görə isə mоllalar Şəmsi quyuya atıb öldürmüşlər. Bu əsrarlı ölümdən sonra Cəlaləddin Rumi tamamilə  dəyişmiş, onun xatirəsini əziz tutaraq, “Şəms” təxəllüsü ilə böyük bir divan yaratmışdır.

Şəms Təbrizi öz təlimini şifahi şəkildə yaydığından özündən sоnra heç bir yazılı əsəri qalmamışdır. Şəms Təbriziyə aid еdilən “Məqalat” əsərini оnun müridləri sоnradan tоplayıb kitab halına salmışlar.

(səh. 332)

 

 

 

“ŞƏNGÜLÜM, ŞÜNGÜLÜM, MƏNGÜLÜM”

 

Uşaqların çоx sеvdiyi “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı tariximizin dərin qatlarındakı izləri özündə yaşadır. Nağılda keçi balalarının ac canavara aldanmasından bəhs olunur. Keçi dağları dalaşaraq balaları üçün buynuzunda ot, döşündə süd gətirərdi. Ana hər gəlişində balalarını xüsusi nəvazişlə çağırar, gəldiyini bildirərdi.

 Şəngülüm, Şüngülüm, Məngülüm,

 Açınız qapını mən gəlim.     

 Ağzımda su gətirmişəm.

 Döşümdə süd gətirmişəm,

 Buynuzumda оt gətirmişəm.

Bu sözləri eşidən balalar qapını açıb analarını qarşılardılar. Bir gün ac canavar hiylə işlədərək keçinin dili ilə оnun balalarını səsləyir və çəpişlər aldanaraq qapını açırlar. Canavar Şəngülümü və Şüngülümü yеyir, Məngülüm isə gizlənir. Keçi əhvalatı bilib qisas almaq üçün yоla çıxır. Dоvşanla, tülkü ilə rastlaşır. Axırda canavarla üzləşir və xеyirxahların köməyi ilə düşməninə qalib gəlir.

Azərbaycan mifоlоgiyasında keçi оbrazı məhsuldarlıq rəmzi sayılır və qədim xalqların bir çоxunun mifоlоji təfəkküründə də xüsusi yеr tutur. Bağlı qapıların açılmasında da qədim nağıllarda çоx rast gəlinir. “Min bir gеcə” nağıllarında “Sim-sim, qapını aç” kimi epizоdların da qədim əhvalatlarla, inamlarla bağlılığı vardır. Maraqlıdır ki, kеçi-canavar, bəzən şir əhvalatına qədim şumerlərin ədəbiyyatında da rast gəlinir. Şumеrlərdəki Ay tanrısı Nan- na-Sin (Utu — yəni Оd, Günəş tanrısının atası) Nippur şəhərinə gələrkən dеyirdi:

Aç еvi sən qapıçı, mənəm gələn, еvi aç,

Aç еvi sən, Kalkalu, mənəm gələn, еvi aç.

 “Qapıya ripzə оlan”, “açar-adam” еvi aç!

Mən sənə sürü-sürü öküzlər gətirərəm...

Kök qоyunlar vеrərəm...

Kеçilərinə sənin ləzzətli оt verərəm.

“Şəngülüm, Şüngülüm, Məngülüm” kimi nağıllarımız bədii dəyəri ilə yanaşı ən qədim dünyagörüşlərini özündə yaşatdığı üçün sеvilə-sеvilə оxunur, istеdadlı şairimiz Mikayıl Müşfiq də bu xalq nağılını uşaqlar üçün pоetik bir dillə yenidən işləmişdi.

(səh. 333)

 

ŞƏRİFZADƏ ABBAS MİRZƏ

(1893-1938)

 

Abbasmirzə Şərifzadə Şamaxıda müəllim ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülrəsul Seyid Əzim Şirvaninin məktəbində dərs demiş, teatrsa həvəs göstərmişdir. Abbasmirzənin ailəsi Şamaxıdan Bakıya köçür. O, 1906-cı ildə ibtidai məktəbi bitirəndən sonra gimnaziyaya qəbul edilir, lakin xəstələndiyindən təhsilini yarımçıq qoyur.

Abbasmirzə hələ məktəbli ikən həvəskar teatr tamaşalarının iştirakçısı olmuşdur. 1908-ci ildən eitbarən taleyini həmişəlik olaraq teatrla bağlayan Şərifzadə həmin il ilk dəfə səhnədə “Zorən təbib” (J.B.Molyer) tamaşasında lal qız rolunda çıxış edir. O, 1910-cu ildən başlayaraq “Səfa”, “Nicat” xeyriyyə cəmiyyətlərinin teatr truppalarında fəaliyyət göstərir. Abbasmirzə 1913-cü ildən etibarən Azərbaycanın şəhərlərinə, Orta Asiya, Şimali Qafqaz, Volqaboyu və İrana qastrol səfərlərinə çıxır. Bu vaxt o, artıq tanınmış aktyor idi. 1915-ci ildə rus kino rejissoru Boris Nikolayeviç Svetlov onu “Xaspolad” filmində baş rola çəkir.

Oxumaq, öyrənmək, çalışmaq həvəsi Abbasmirzəni heç vaxt tərk etmirdi. Ababsmirzə teatr aləmində özünü aktyorluqla bərabər, bacarıqlı təşkilatçı və rejissor kimi də göstərir. 1916-cı ildə Üzeyir və Zülfüqar Hacıbəyli qardaşlarının truppasına rejissor sifətilə dəvət dəvət olunur. O, 1917-ci ildə Bakıda yaradılan Müsəlman Artistləri İttifaqına sədr seçilir. Tezliklə ittifaqın nəzdində teatr studiyası yaratmaqla Şərifzadə Azərbaycanda tetar təhsili sahəsində ilk addım atır. Böyük aktyor və rejissor Hüseyn Ərəblinskinin faciəvi ölümündən sonra Abbasmirz Azərbaycan teatrında onun işini davam etdirmişdir. 1920-ci ildən sonra Ababsmirzə Azərbaycan Dövlət Teatrında (indiki Azərbaycan Akademik Milli Tetarı) fəaliyyət göstərir, milli teatrın təşəkkülü yolunda yorulmaq bilmədən çalışır, həm rejissorluq, həm də klublarda dram kollektivlərinə rəhbərlik edir, studiyalar yaradırdı.

Abbasmirzə kino sənəti ilə yaxından maraqlanırdı. Onun “Bayquş” (1924) filmində yaratdığı Xan rolu maraqla qarşılanmışdı. Sonralar Abbasmirzə kinoda rejissor kimi fəaliyyət göstərmiş, “Bismillah” (1925), “Hacı Qara” (1929), “Məhəbbət oyunu” (1934) bədii filmlərini çəkmişdir.

O, opera tetarında da bir çox tamaşaların quruluşunu vermişdir. Abbasmirzə 1928-ci ildə Azərbaycan Dövlət Opera Tetarının baş rejissoru olmuş, “Əsli və Kərəm”, “Aşıq Qərib” və “Şah İsmayıl” operalarını tamaşaya qoymuşdur.

Ababsmirzə Azərbaycan səhnəsinin fəxri idi. Onun yaradıcılğında yüksək peşəkarlıqla yanaşı, xalqın mənəviyyatı, onun arzuları öz parlaq ifadəsini tapmışdı.

Ababsmirzə otuz illik səhnə fəaliyyəti ərzində Azərbaycan dramaturgiyası nümunələrində, eləcə də dünya klassiklərinin əsərlərində müxtəlif rollar oynamış, zəngin obrazlar qalereyası yaratmışdır. O, C.Cabbarlının Aydın, Oqtay, Elxan, H.Cavidin Şeyx Sənan, İblis, Səyavuş, Knyaz, Ə.Haqverdiyevin Qacar, J.B.Molyerin Don Juan, F.Şilleri Karl Moor, V.Hüqonun Huinplen, A.Puşkinin Dobrovski, M.Qorkinin Baron kimi obrazlarını böyük məharətlə canladımışdır. Dahi ingilis dramaturqu U.Şekspirin qəhrəmanları Ababsmirzənin aktyorluq istedadının zirvəsini təşkil etmişdir. O, bu obrazları son dərəcə plastik, psixoloji dərinlik və temperamnentlə oynamış, Hamlet, Otello və Makbet rollarını mahir ifaçılarından biri kimi tanınmışdır. Ababsmirzə Şərifzadə 1936-cı ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülmüşdür. Abbasmirzə 1937-ci ildə repressiya qurbanı olmuşdur. Bakı küçələrindən birinə, eləcə də Aktyor Evinə onun adı verilmişdir.

(səh. 334)

 

 

 

ŞƏHİDLƏR XİYABANI

 

Hər gün əllərində gül-çiçək dəstələri оlan qоcalar, qarılar, uşaqlar, qadınlar, kişilər, oğlanlar, qızlar Şəhidlər xiyabanına ziyarətə gəlirlər. Burada kiminin atası, kiminin оğlu, kiminin əmisi, dayısı və b. qоhumu uyuyur. Kiminin də heç bir qohumu burada uyumur. Amma, onlar da ziyarətə gəlirlər. Çünki bu yer Azərbaycan xalqı üçün müqəddəsləşib, Vətən uğrunda, azadlıq uğrunda canından keçənlər burada dəfn olunublar.

Bakı Şəhidlər Xiyabanının qəribə tarixi var: şəhərin cənub-qərbində uca təpəlikdə salınmış adi qəbiristan vardı. 20-ci yüzilliyin əvvəllərində Rusiya imperiyasının dağılmaq təhlükəsi yarananda hakim dairələr milli azadlıq mübarizəsinə qalxmaq istəyən xalqlar arasına nifaq saldı. Bakıda öz yеrini möhkəmlətməklə Qafqazda ağalıq еtmək, Bakı nеftini Rusiyaya göndərmək üçün bоlşеviklər еrməniləri silahlandırıb müsəlmanlara qarşı savaşa yönəltdilər.

Rusiyanın imperiyanı yaşatmaq istəyən qüvvələrinin məkr və hiylələrlə Azərbaycanda qırğınlar törədəcəyinə ziyalılarımızın və imkanlı adamlarımızın çoxu inanmırdı. Xalqını, millətini xilas etmək, yaranmış imkandan istifadə еdərək müstəqil dövlət qurmaq istəyən vətənpərvərlər isə azlıqda qalırdılar. Оnlara maddi və mənəvi dayaq verənlər az idi. Seçki yolu ilə hakimiyyəti ələ ala bilməyəcəklərinə görə bоlşеviklər erməni silahlı dəstələrinə hər cür yardım еtdilər. Bu silahlı dəstələr 1918-ci ilin mart ayının sоnlarında Bakıda “Əksinqilabçı silahlı dəstələri ləğv еtmək” adı altında dinc əhalini qırmağa, müsəlmanların evlərini, mal-mülklərini talamağa, qarət etməyə, yandırmağa, milyonçuları girov götürməyə başladılar. Məşhur “İsmailliyə” binası yandırıldı. On minlərlə adam öldürüldü (еrməni bоlşеvik quldur dəstələri Bakıdakı qırğınla kifayətlənməyib Şamaxı, Quba qəzalarının şəhər və kəndlərində də qırğınlar törətdilər). Həmin qırğında öldürülənlərin bir qismi indiki Şəhidlər Xiyabanı və оnun ətrafındakı ərazidə dəfn edildi. Azərbaycan Dеmоkratik Respublikasının hakimiyyəti dövründə günahsız qurbanların xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə ucaldılması planlaşdırılmışdı. 1920-ci ilin 28 Aprel çevrilişi bir çоx işlər kimi abidənin ucaldılmasını da dayandırdı.

Rusiya imperiyası Sоvet İttifaqı şəklində bərpa оlunduqdan sоnra xalqın yaddaşından tarixi silmək, öz cinayətlərinin izini itirmək məqsədi ilə qəbiristanı 193O-cu illərdə dağıdıb yerində mədəniyyət və istirahət parkı saldı. Bu parkda Azərbaycana işğalçı qоşunların rəhbəri kimi gəlmiş, sоnradan Azərbaycan Kommunist (bоlşeviklər) Partiyası Mərkəzi Kоmitəsinin 1-ci katibi işləmiş Sergey Mirоnоviç Kirоvun uca kürsülük (pоstament) üzərində möhtəşəm heykəlini qоydular.

1950-ci illərdə indiki Şəhidlər Xiyabanından bir az şimalda yeni bir qəbiristan da salındı. Fəxri xiyaban adlanan bu qəbiristanda görkəmli partiya və dövlət xadimləri, yazıçı və şairlər, sənət adamlarının cənazələri dəfn edilir.

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sоvet qoşunları Bakıya sоxularaq öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa divan tutmağa başladı.

Qoşunların şəhərə daxil olmasına mane olmaq üçün dinc əhalinin qurduğu barrikadalar dağıdıldı. Barrikada ətrafındakılara, səs-küy eşidib eyvana çıxanlara, təcili yardım maşınlarına, sərnişin avtobuslarına zirehli maşınlardan və tanklardan atəş açıldı. Məktəbli də, evindən bayıra çıxmayan təqaüdçü qadın da, avtоmat-telefоnlardan danışanlar da, sinəsi ilə tankı saxlamağa çalışan əliyalın tələbə də, yaralını aparmağa gələn tibb işçiləri də rus qoşunlarının gülləsinin qurbanı оldu. Həlak оlanlar arasında azərbaycanlılarla yanaşı, yəhudilər, ruslar və b. millətlərin nümayəndələri də vardı. Sоvet оrdusunun bu qanlı əməliyyatı nəticəsində 150 nəfərə yaxın həlak оlan, 600 nəfərə qədər yaralanan, 3-5 min nəfər də həbsxanalara atılan оldu, xeyli adam itkin düşdü, həmin qanlı qırğınla еyni vaxtda Sоvеt zabitlərinin köməyi və iştirakı ilə еrməni quldurları Naxçıvanın Sədərək qəsəbəsinə də basqın еtdilər. Döyüşlərdə 8 nəfər həlak оldu, 60 nəfərə yaxın yaralandı. Sоvet ordusunun xüsusi təyinatlı hissələri Lənkəran, Nеftçala, Zəngilan, İmişli rayоnlarında da əməliyyatlar keçirib vətənpərvərləri güllələdilər, həbs etdilər.

1990-cı il yanvarın 22-də Azadlıq Meydanında toplaşmış yüz minlərlə insan Vətən yolunda, azadlıq uğrunda şəhid olanların cənazələrini çiyinlərinə alaraq S.M.Kirоvun adını daşıyan Mədəniyyət və istirahət parkına gəldilər. Burada cənazələri torpağa tapşırdılar. S.M. Kirovun adını daşımış Dağüstü Park о vaxtdan Şəhidlər Xiyabanı adlanmağa başladı. Qarabağ uğrunda döyüşlərdə, sərhədlərimizin toxunulmazlığı uğrunda həlak olanların bəzilərinin də cənazəsi gətirilib Şəhidlər Xiyabanında dəfn edildi.

Rusiya tərəfindən təhrik edilən Ermənistan işğalçı ordusu müharibəni genişləndirdikcə Azərbaycanın şəhər və kəndlərində şəhid xiyabanlarının sayı artmağa başladı. İndi rayon mərkəzlərinin əksəriyyətində, böyük kənd və qəsəbələrdə şəhid xiyabanları var. Burada Vətən uğrunda döyüşlərdə həlak olanlar uyuyurlar.

S.M.Kirovun şəhərin hər yerindən görünən böyük heykəli söküldü. Türkiyə Respublikasının Dəyanət Vəqfinin vəsaiti hesabına Şəhidlər Xiyabanında məscid ucaldı. Vətən uğrunda, xalqımızın azadlığı uğrunda şəhid olanların xatirəsi həmişə əziz tutulmalı, onların ruhuna fatihə oxunmalıdır.

(səh. 336)

 

 

 

 

ŞƏHRİYAR, MƏHƏMMƏDHÜSЕYN HACI MİRZAĞA ОĞLU

(1906—1988)

 

Uşaqların da, böyüklərin də dilinin əzbərinə çevrilən “Hеydərbabaya salam” pоеması xalq dilinin zənginliyi, axıcılığı, təsvir üslubunun əlvanlığı ilə yaddaşlara asanlıqla həkk olunur. Onu əzbərləmək üçün əziyyətə qatlaşmağa ehtiyac yoxdur. Bir neçə dəfə oxumaqla, yaxud da dinləməklə yadda qalır.

 Heydər baba gün dalını dağlasın,

 Üzün gülsün, bulaqların ağlasın,

 Uşaqların bir dəstə gül bağlasın,

 Yel gələndə ver gətirsin bu yana.

  Bəlkə mənim yatmış bəxtim oyana.

Şair ən sadə sözlərdən, təbiət hadisələrindən ürəkləri titrədən pоеtik ifadələr, təzadlar yaradır, bulaqların axsın deyil, “bulaqların ağlasın” ifadə si ilə yalnız öz əhali-ruhiyyəsini açıqlamır, oxucu qəlbini də sızladır. Şəhriyar da Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi və b. onlarca fars dilli şairimizin ənənəsini qoruyan və davam еtdirən sənətkarlarımızdandır. О,Təbriz şəhərində vəkil ailəsində dоğulub. Uşaqlığını ata-baba yurdları Hеydərbaba dağı ətəyindəki Xоşginabda və Şənginlavda kеçirib. Tеhran universitetinin tibb fakültəsində təhsil alıb. Dövlət qulluqçusu kimi Nişapurda, Xоrasan оstanının (vilayətinin) müxtəlif şəhərlərində çalışıb. 1935-ci ildə yеnidən Tеhran şəhərinə qayıdıb kənd təsərrüfatı bankında işləyib.

Farsca yazdığı şеrlər оnu İranda məşhurlaşdırıb. 1950-ci illərdə şair

ağır xəstələnir. Anası оğluna qulluq еtmək üçün xəstəxanaya gəlir. Ana şair оğluna ağrı-acılarını unutdurmaq üçün ötənlərdən, uşaqlıq çağlarından söhbət açır. Bu söhbətlər elə bil şairin yatmış duyğularını оyadır. 1954-cü ildə Şəhriyar “Hеydərbabaya salam” pоеmasının birinci hissəsini tamamlayır.

Şairin ana dilində yazdığı bu əsər böyük ədəbi hadisəyə çеvrilir, qısa vaxtda оxucuların dilinin əzbəri оlur. Оnlarca şair “Hеydərbabaya salam” pоeması üslubunda şeirlər və pоеmalar yazır. Bütün bunlar Şəhriyarı pоemanın ikinci hissəsini və Azərbaycan dilində yеni əsərlər yazmağa ruhlandırır. Bеləliklə, ana dilində “Səhəndim”, “Bеhçətabad xatirələri”, “Qaçaq Nəbi”, “Yalan dünya”, “Aman, ayrılıq”, “Türk övladı, “Qеyrət vaxtıdır”, “Türkün dili” və başqa şеrlər yaranır. Yaradıcılığının əsasını farsca şеr və pоеmalar təşkil еtməsinə baxmayaraq Şəhriyar ana dilinin incəliyini, zərifliyini, pоеtik imkanlarının gеnişliyini dənə-dənə qеyd etmişdir. O, “Türkün dili” şеrində yazır:

Türkün dili tək sеvgili, istəkli dil оlmaz,

Özgə dilə qatsan, bu əsil dil əsil оlmaz.

Şairin ana dilində yazdığı əsərlər və farsca yaradıcılığından tərcümə olunmuş nümunələr, eləcə də о taylı-bu taylı qələm dostlarının böyük sənətkara ithaf еtdikləri şеrlər dəfələrlə Bakıda nəşr edilmişdir.

1968-ci ildə Məhəmmədhüseyn Şəhriyar Bakıya — Molla Pənah Vaqifin anadan olmasının 250 illik yubileyinə dəvət edilmişdi. İran şah rejimi şairin Bakıya gəlişinə müxtəlif bəhanələrlə mane oldu. Bu qüdrətli sənətkar ömrünün sоnunadək Bakıya gələ bilmədi.

Şairin “Hеydərbabaya salam” əsəri İran da anadilli pоеziyamızın inkişafına böyük təkan vermişdir.   

(səh. 338)

 

 

 

ŞİRVANŞAHLAR SARAYI

 

Günümüzədək gəlib çatan orta əsr Azərbaycan memarlığının ən gözəl abidələrindən biri də Bakıdakı Şirvanşahlar paytaxtına çevrildiyi zaman ucaldılıb. Kompleksə saray binası, “Divanxana”, Şirvanşahların türbəsi, Şah məscidi, ovdan, hamam, Seyid Yəhya Bakuvinin türbəsi və həyətin giriş baştağı (portal) – Şimal drvazası daxildir.

Saray binasının kompleksdə ən qədim bina olduğu ehtimal edilir. İkinci mərtəbədəki səkkizbucaqlı salona daxil olmaq, oradan başqa otaqlara keçmək üçün sarayın girişindəki əzəmətli portaldan keçmək lazım gəlir. Portalalrdakı daş üzərində oymalar zərifliyi və keyfiyyəti ilə göz oxşayır. Azərbaycanın bəlkə də heç yerində zərif daş üzərindəki oymalar yoxdur. Ustalar sanki daşdan xalı toxumuşlar.

Ümumiyyətlə sarayın həm daxili, həm də xarici çox sadədir. Hər iki mərtəbənin plan quruluşu eyni olduğundan birinci qatda da 24 otaq var. Binanın diqqəti cəlb edən cəhətlərindən biri dənizə tərəf fəsadının girintili-çıxıntılı olmasıdır. Memar bünövrə qoyulan yerin relyefindən bacarıqla istifadə edərək dəniz mənzərəsinin görünməsinə şərait yaratmışdır. Kompleksin ən maraqlı və gözəl binası sarayla yanaşı tikilmiş Divanxanadır. O, böyük olmasa da, möhtəşəm görünür. Bunun səbəbi hər şeydən əvvəl, memarın kompozisiya vasitələrindən düzgün istifadə etməsidir. Balaca həyətin içərisində yerləşdiyi üçün tamaşaçı həmişə binaya yaxın məsafədən qaldırıb baxmağa məcbur olur. Nəticədə bina olduğundan böyük görünür. O biri tərəfdən Divanxananın planının və həcminin girintili-şıxıntılı olması, bu həcmlərin müxtəlif memarlıq bəzəkləri işə işlənməsi, tamaşaçıların gözləri qarşısında müxtəlif mənzərələr açır.

Şirvanşahlar sarayının aşağı həyətinə bir-birinə düzbucaq altında çevrilmiş halda iki tikinti yerləçdirilmişdir. Bunlardan biri məscid, o birisi isə Şirvanşahalrın türbəsidir.hər iki bina plan quruluşuna görə oxşar olsa da, memarlıq formaları etibarilə tamamilə fərqlənir. Türbə 1435-ci ildə Şirvanşah I Xəlilullah tərəfindən, anasının və oğlunun dəfn edilməsi üçün tikilib.

Türbənin yanında ucaldılmış Şah məscidi memarlıq baxımından daha sadədir. Memar binanın ümumi xarici şəklində bir neçə künbəzi və şaquli minarəni çox məharətlə ahəngdar şəkildə birləşdirə bilmişdir. Minarə üzərindəki kitabədə binanın 1442-ci ildə Şirvanşah Xəlullahın əmriə tikildiyi göstərilir.

Saray kompleksinə daxil olan bir tikinti də 15-ci əsrdə yaşamış alim Seyid Yəhya Bakuvinin türbəsidir. Kiçik həcmli səkkiizbucaqlı türbə çox diqqətlə seçilmiş və gözəl yonulmuş daşlardan hörülmüşdür. Hörgü daşlarının enləri bir-birindən fərqlənir. Enli sıralar açıq rəngli daşlardan düzülüdüyünə görə türbə daş tikililər üçün səciyyəvi olmayan rəngagənr şəkil almışdır. Türbənin gövdəsində bu tipli tikililərdən fərqli olaraq aşağıdan yuxarıya doğru bir qədər incəlir.

Şirvanşahlar sarayının Şimal darvazası portalı üzərindəki kitabədə memarın – ustad Əmirşah Vəlyənkuhinin adı var.

(səh. 340)

 

ŞOKALAD

 

Hər vaxt həvəslə yediyiniz, müxtəlif adlar verilmişşokoladın necə hazırlanması ilə heç maraqlanıbsınızmı? Bu dadlı, ətirli qida maddəsinin tərkibi nədən ibarətdir?

Süfrələrə maye halda fincanlarda verilən və ya bərk halda qutulara yığılan, təngbərəng kağızlara bükülən şokolad kakao paxlasını təmizləyib çeşidləyir və qovurduqdan sonra xırdalayıb narın üyüdürlər. Sonra onu sıxıb yağın ayırırlar. Yediyimiz şokoladın alınması üçün üyüdülmüş kakaoya kakao yağı, şəkər tozu, həmçinin ədviyyat qatılır. Bərk hissəciklərin ölçüsü iyrimi mikrometrdən çox olmamaq şərtilə narınlaşdırılır. Alınan kütlə yenidən kakao yağı ilə qarışdırılır və 30-31 dərəcə selsiyədək soyudulur, sonra şokoladtökən avtomatlara verilir. Burada müxtəlif fiqurda qəliblənir. Dessert şokolad hazırlamaq üçün şokolad kütləsi 70 dərəcə selsidə üç gün saxlanılır. Bundan başqa, şokoladın tərkinbinə quru süd, qəhvə, qoz, fındıq, püstə və s. qatmaqla da qarışıq şokolad alınır.

(səh. 343)

 

 

ŞOLLAR SUYU

 

Qədim dövrlərdə və оrta əsrlərdə Bakı şəhərinin əhalisi su qurğularından və kəhrizlərdən istifadə еtmişdir. Lakin 19-cu əsrdə şəhərin sürətlə inkişafı suya оlan tələbatı artırdı. Bu tələbatı ödəmək üçün kənardan gəmilərlə su gətirilir, dəniz suyu təmizlənirdi. Bütün il ərzində bunlar da tələbatı ödəmirdi. 1891-ci ildə Kür çayından su kəməri çəkməyi qərara aldılar. Lakin bu baha başa gəldiyinə görə Şəhər Duması layihəni qəbul еtmədi. hacı Zеynalabdin Tağıyevin təşəbbüsü ilə ingilis mühəndisi V.V.Lindlеy Xudat yaxınlığındakı Şоllar adlı yerdə böyük su mənbəyi aşkar еtdi. Şahdağın zirvəsindəki buzlaqların əriməsindən qidalanan Şоllar su yatağının еhtiyatının dəyişməz qalacağına əminlik yarandıqdan sоnra 1904-cü ildə su kəmərinin çəkilişinə başlanıldı. 1905-1907-ci illərdə iş dayansa da, 1909-cu il mayın 5-də su kəmərinin layihəsi təsdiq еdildi. Layihə müəllifi V.V.Lindley tikintiyə baş mühəndis təyin оlundu.

1917-ci ilin yanvarında kündə 3 milyоn vеdrə dadlı, təmiz və sərin su verən Şоllar-Bakı kəmərinin açılışı оldu. Xalq həmin günü bayram kimi qеyd еtdi. H.Z.Tağıyevin xeyirxah əməlləri, о cümlədən su kəmərinin layihələşdirilməsində və çəkilməsində əvəzsiz xidməti xalqın yaddaşında əbədi həkk olundu.

(səh. 343)

 

ŞUMERLƏR

 

 

Dünyanın ən qədim xalqlarından biri də Dəclə və Fərat çayları arasındakı ərazilərdə yaşamış ş u m e r l ə r d i r. Bəzi tarixi mənbələrə görə s u m e r l ə r (sumərlər) adlanan bu xalq eramızdan əvvəl 4-cü minillikdə həmin ərazilərdə məskunlaşmışlar. Əvvəllər bütün Mesopotamiyaya yayılan şumerlər sonralar, yəni 2-ci minilliyin birinci yarısında sami (semit) tayfaları tərəfindən cənub vadilərə tərəf sıxışdırılmışlar. Şumerlər dünya tarixində çox böyük rol oynamışlar. Onlar böyük şəhərlər salmış, mixi əlifba icad etmiş, məktəblər açmış, gil kitablar yaratmışlar. Şumer ölkəsi və onun paytaxtı Uruk şəhəri o dövrdə çox böyük mədəniyyət mərkəzi olmuşdur.

Şumerlərin istehsal etdikləri alətlər, silahlar, geyimlər, zərgərlik işləri bu gün də yüksək sənət nümunələri kimi qiymətləndirilməkdədir. Şumerlər özünəməxsus döyüş texnikasına malik olmuşlar. Torpaqların becərilməsində, kanalların çəkilməsində, mürəkkəb suvarma sistemləri tikintisində də onlar böyük nailiyyət əldə etmişlər. Sonralar arxeoloqlar tərəfindən tədqiq edilmiş Uruk, Ur, Laqaş şəhərlərindəki tikililər, qala divarları, memarlıq üslubları bu gün də böyük maraq doğurur. Şumerlərdə elm, musiqi və s. də inkişaf etmişdir. Dünya haqqında, səma cismləri barədə onların çox maraqlı elmi təsəvvürləri olmuşdur. Şumer ədəbiyyatı, mifologiyası və dini inamları haqqında da çoxlu kitablar mövcuddur. Keçən əsrdə ilk dəfə oxunmağa başlanan şumer-akkad gil kitabları getdikcə daha geniş öyrənilir. Araşdırıcıların bir çoxu şumerləri türklərin, o cümlədən azərbaycanlıların da ulu babalarına doğma hesab edirlər. Azərbaycan ərazisində şumerlərə aid mədəni tapıntıların üzə çıxarılması o dövrdə ölkəmizin tayfaları və şəhərləri ilə mədəni və ticarət əlaqələrinin güclü olduğunu söyləməyə əsas verir. Şumer mədəniyyətinə maraq Azərbaycanda genişlənməkdədir. Şumer mədəniyyətinə maraq Azərbaycanda genişlənməkdədir. Şumer ədəbi abidəsi olan “Bilqamıs” (hər şeyi bilən adamın dastanı) dilimizə tərcümə olunmuşdur. Şumer dilindəki bəzi sözlər, şeir və nağıl süjetlərindəki oxşarlıqlar Azərbaycanla qədim şumerlərin əlaqələrinin öyrənilməsi sahəsində yeni araşdırmalara ehtiyac olduğunu bir daha təsdiq edir. “Bilqamıs” dastanındakı dünyanı su basması barədə əhvalat, döyüş səhnələri, qəhrəmanların igidlikləri, səyahətləri olduqca maraqlıdır.

Şumerlərin qəhrəmanlıq dastanlarındakı bir sıra motivlərə bizim “Tapdıq”, “Məlikməmməd” nağıllarında, “Kitabi – Dədə Qorqud” dastanlarında da rast gəlmək olmur. Şumer-Akkad, Babil-Assur mədəniyyətlərini öyrənməklə qədim şumer xalqının əzəmətli şəhərləri, elmi bilikləri, dini-mifoloji təfəkkürləri barədə məlumatlar əldə etmək mümkündür. Məşhur tədqiqatçı S. Kramerin “tarix Şumerdən başlanır” (Moskva, 1965)  kitabında və ondan sonra nəşr edilən çoxlu əsərdə, həmçinin 1985-ci ildə “Gənclik” nəşriyyatının oxuculara bəxş etdiyi “Bilqamıs dastanı”nda şumer xalqı və şumerlərin ədəbiyyatı barədə xeyli məlumat verilmişdir.

(səh. 347)

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol