Sədri Maksudi Arsal

Sədri Maksudi Arsal

Türk Dünyasının Məşhurları-07

Sədri Maksudi Arsal kimi tanınan elm adamı və siyasətçınin əsil adı və soyadı Sədrəddin Nizaməttin oğlu Maksudovdur...

Göndərmə 3/30/2012 11:16:41 AM UTC

Güncəlləmə 3/30/2012 11:23:54 AM UTC

www.trtazerbaycan.com

http://www.trtrussian.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=e68705ea-789a-451f-bacc-190c6cc5d922

Onun doğulduğu tarix haqqında dəqiq bilgi olmadığından qaynaqlarda gah 1878-ci, gah 1879, gah da 1880-ci ildə doğulduğu göstərilir. Rusiya Fedarasiyasının Tatarıstan Respublikasındakı Taşşu kəndində Molla Nizaməttinin ailəsində dünyaya gələn Sərdrəddin ilk təhsilini atasının dərs dediyi məktəbdə alır.

Sədrəddinin doğulduğu kənd Qazan şəhərinə yaxın idi və burada əsasən başqırdlar yaşayırdılar. Həmin illərdə tatarlar və başqırdlar arasında günümüzdəki kimi ayrıseçkilik yox idi. Bir millət kimi yaşayır, eyni dilin, eyni mədəniyyətin, eyni dinin daşıyıcısı kimi çıxış edirdilər.

Sədrəddin kənd məktəbini bitirdikdən sonra təhsilini davam etdirmək üçün 1888-ci ildə Qazandakı Allamiyə mədrəsəsinə gedir. Onun böyük qardaşı Əhməd Hadi (1868-1941) də bu mədrəsəni bitirmiş və orada müəllim işləməyə başlamışdır.

Məşhur pedaqoq, maarifçi və cədidçi kimi tanınan Əhməd Hadi Maksudov 1895-ci ildə bir illiyinə indiki Ukrayna Respublikasının Kırım Muxtar Respublikasındakı Bağçasaray şəhərində işləməyə gedəndə kiçik qardaşı Sədrəddini də özü ilə aparır. O, böyük türkçü, maarifçi və qəzetçi İsmayıl bəy Qaspıralının dərs dediyi Zincirli mədrəsədə müəllimlik etməyə başlayır.

İsmayıl bəy Qaspıralının söhbətləri və faliyyəti 15-16 yaşlı Sədrəddinə güclü təsir edir. Ziyalı bir ailədə doğulan gənc böyük millət fədaisinin vurğununa çevrilir və həyatını onun kimi qurmağa çalışır. Sədrəddin bir il sonra Qazana döndükdə Rus dili müəllimləri hazırlayan məktəbə daxil olur.

Məktəbdə rus dilini dərindən öyrənən, bu dil vasitəsilə Rus ədəbiyyatı və Avropa xalqlarının ədəbiyyatı ilə yaxından tanış olan Sədrəddin millətinin geridə qalmasının, Rusiyanın əsarəti altına düşməsinin səbəbini təhsildə və tərbiyədə görür. Qəzet və jurnallarda çap etdirdiyi məqalələrində cəhalət və nadanlıqla yanaşı, bəzən milli dəyərləri də tənqid edir.

Ayaz İsaki ilə də bu məktəbdə oxuyarkən tanış olan və dostlaşan Sədrəddin Maksudov ilk romanı olan “Məişət”i də burada yazır. 1898-ci ildə Qazanda çap olunan roman Rusiya əsarəti altında olar türklər arasında yayılsa da, müəllifinə böyük şöhrət qazandırmır.

Dörd il burada oxuduqdan sonra 1901-ci ildə müəllimlər hazırlayan məktəbi bitirən Sədrəddin 1902-ci ildə Osmanlının paytaxtı İstanbula getməyi qərarlaşdırır. Yolüstü Kırımda İsmayıl bəy Qaspıralı ilə görüşür. İsmayıl bəy ona Parisə getməyi, orada latın və fransız, alman, ingilis dillərini öyrənməyi, ali təhsil almağı məsləhət görür. Gənc Sədrəddin özündən böyük məsləkdaşının məsləhətinə əməl edərək İstanbulda çox qalmayıb Parisə gedir.

Sarbon Unversitetinin Hüquq fakültəsinə daxil olan Sədrəddin Parisdə istanbullu “Məşvərət” jurnalının redaktoru Əhməd Rza, Əhməd Fərid, Yahya Kamal və həmyerlisi, böyük türkçü Yusif Akçura ilə dostlaşır. Hətta onlarla bilikdə “Tərcüman” qəzetinin nəşrə başlamasının 20 illiyi münasibətilə “Yubileyə çağrı” adlı kitabça hazırlayaraq Qafqazın, Krımın, Tatarıstanın, Türküstanın qabaqcıl ziyalılarına göndərməklə 1903-cü ildə Rusiya türklərinin konqresinin keçirilməsinə nail olurlar.

Sədrəddin bəy Parisdə oxuyarkən qəzet və jurnallara məqalələr yazır, tərcümə işləri görür, beləliklə həm qələmini püxtələşdirir, biliyini artırır, həm də özünə çörəkpulu qazanır. Böyük qardaşı Əhməd Hadi Maqsudova və İsmayıl bəy Qaspıralıya yazır ki, ona daha pul göndərməsinlər.

Sədrəddin bəyin Parisdə oxuyarkən gördüyü ən irihəcmil işlərdən biri Amerika yazıçısı Bellamiyin “100 sonra” ictimai-siyasi romanını tərcümə etməsidir. Romandan parçalar 1906-cı ildə “Tərcüman” qəzetində “S.M” imzasıyla çap olunur.

1906-cı ildə Paris Hüquq fakültəsini və Sarbon Universitetinin Ədəbiyyat və sosial elmlər fakültəsini bitirib vətənə dönən Sədrəddini burada millətsevər və cəsarətli bir ziyalı kimi tanıyırdılar. Odur ki, o hələ yolda ikən 1906-ci il avqustun 16-da Nijni Novqorod şəhərində keçirilən Rusiya Müsəlmanları İttifaqının III qurultayında İsmayıl bəy Qaspıralının təklifilə Sədrəddin Maqsudov Mərkəzi Komitə üzvlüyünə seçilir.

Vətənə dönüb ciddi ictimai-siyasi fəaliyyətə başlayan, məqalələr yazan Sədrəddin Maqsudov II Dövlət Dumasına və Dumanın Sədrlər Şurasına üzv seçilir. Onun Duma iclaslarındakı hökumət əleyhinə sərt və elmi cəhətdən əsaslandırılmış çıxışları uzun illər yaddaşlardan silinməmişdir. Belə ki, 1919-cu ildə Finlandiyaya mühacirət etmək məcburiyyətində qalanda Daxili İşlər Naziri onun Dövlət Dumasındakı çıxışını xatırlayıb böyük ehtiram göstərmiş, oturum izni verməklə kifayətlənməmiş, hökumət qonağı kimi bütün məsrəflərini də ödəmişdir.

II Duma çar II Nikolayın göstərişilə bağlansa da, III Dövlət Dumasına seçilənlər arasında yenə Sədrəddin Maqsudovun adına rast gəlmək olur. O, Dövlət Duması toplantısında Rusiyanın işğalı altında yaşayan türklərin tatar adlandırılmasını tarixi yanlışlıq adlandırır. 1909-cu ildə Böyük Britaniyaya gedən IV Dövlət Duması üzvləri sırasında olan Sədrəddin Maqsudov özünü rus kimi deyil, Rusiyada yaşayan türklərin nümayəndəsi kimi təqdim edir. Geri döndükdə isə Fateh Kəriminin redaktoru olduğu “Vaqt” qəzetində təəssurtlarını çap etdirir.

Dövlət Dumasının üzvü kimi Peterburqda olan Sədrəddin Maqsudov milliyətcə alman olan rus türkoloqu Radlofla görüşür. Radlof onun hələ Parisdə olarkən Orxan kitabələrini öyrədn kurslara getdiyini bildikdə heyrətlənir və təklif edir ki türkologiya ilə məşğul olsun. Lakin o millətini elmi axtarışlarla zülm və istismardan qurtara bilməyəcəyini görüb siyəsətlə məşğul olur.

Bədii yazılarını Arsal imzasıyla çap etdirən Sədrəddin Maqsudov 1917-ci il martın 25-də Katet Partiyasının qurultayında Rus ordularını Avropadan geri çəkərək günüyə yönəltməyi, Pyotrun vəsiyyətlərinə əməl edərək İstanbulu işğal edərək isti dənizlərə çıxmağı təklif edən partiya liderinə sərt cavab verərək deyir: “Biz buna etiraz edirik. Sizə açıq və qəti bildirirəm, əgər müsəlmanların sizə hüsn-rəğbət bəsləməsini istəyirsinizsə, boğazları və İstanbulu işğal etmək məsələsini gündəmdən çıxarın!”

Çar II Nikolay hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra yaranmış qarışıqlıqdan istifadə edən əsarət altındakı xalqlar azadlığa can atırlar. İş Rusiya və Sibir Türk-Tatar Muxtar Resbublikası yaradıldığı elan edilir. Sədrəddin Maqsudov bu respublikanın prezidenti və Milli Məclisin sədri seçilir. O, yeni qrumun 28 maddədən ibarət Ana yasasını – Konstitusiyasını hazırlayaraq “Muxtariyyat” jurnalının 6-cı sayında çap etdirir. Mövqelərini möhkəmlədən bolşeviklər 1918-ci il aprelin 13-də muxtariyyatı ləğv edir, onun xəzinəsini məsnimsəyirlər.

Sədrəddin Maqsudov Finlandiyaya mühacirət etmək məcburiyyətində qalır. Oradan da 1919-cu ildə Parisdə çağrılmış Sülh Konfransına yola düşür. Onun gəlişi mətbuatın diqqət mərkəzində olur. Musahibələrinin birində uzaqgörənliklə deyir ki, Avropalılar bolşevizmi bir fikir cəryanı kimi qəbul edirlər. Əslində, Rusiya özünü böğub öldürməyə çalışan bir mücadilədədir.

Sədrəddin Maqsudov Sülh Konfransına 10 milyonluq İç Rusiya və Sibir türkləri adından bir memerandum imzalayıb verir.

Paisdə ictimai-siyasi, pedaqoji və publisistik fəaliyyətini davam etdirən Sədrəddin Maqsudov 1924-cü ildə gənc Türkiyəyə mühazirə oxumağa gəlir. 1925-ci ildə isə onu Atatürkün tapşırığıyla Maarif naziri Həmdulla Sübhü yaşamaq və işləmək üçün Türkiyəyə gəlir. Türkiyədə yaşadığı 38 il müddətində ali məktəblərdə dərs deyən, üç dəfə millət vəkili seçilən Sədri Məqsudi Arsal kimi məşhurlaşır və daha çox da bu adla tanınır.

Rusiya işğalı altında olan bir başqırd ailəsində doğulan Sədri Məqsudi Arsal türk xalqlarının azadlığı uğrunda mübarizə aparan bir insan kimi sevilir və təbliğ edilir.

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=