Uşaq ensiklopediyasındakı məqalələr
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
UŞAQ
ENSİKLOPEDİYASI
 
(Nədir?
Kimdir?)
 
3 cilddə
 
Üçüncü cild
 
 
 
 
 
Baş redaktoru İ.Ö.Vəliyev
 
“Azərbaycan Ensiklopediyası” NPB
 
 
 
 
 
 
 
Bakı- 1999




 
 
 
 
 
 
“Uşaq ensiklopediyası”nın I və II cildləri 1987,
1988 illərdə nəşr edilib. Lakin III cildin nəşri ləngisə də baş verən siyasi dəyişikliklər nəzərə alınaraq yenidən işlənmişdir. Buradakı məqalə və materiallar əvvəlki cildlərdən məzmunca xeyli fərqlənsə də tamamlayıcı kitab kimi oxucuların tələblərini ödəyəcəkdir.
 
 
 
 
 
Uşaq ensiklopediyası: üçüncü cildin qrup rəhbəri: Ə.H.Şamilov,
 
Böyük elmi redaktorları-P.H.Zeynalova, Ş.H.Novruzov, elmi redaktoru-Y.H.Vəliyev
 
Üçüncü cilddə Əli Şamil (Şamilovun məqalələri)
 
 
ÖNSÖZ
 
Əziz oxucular, “Uşaq ensiklopediyası”nın (Nədir? Kimdir?) üçüncü cildini görəndə bir anlığa düşünəcəksiniz: görəsən birinci, ikinci cildlər nəvaxt nəşr edilib? Əvvəlki cildlərin sahibi olan oxucular yaxşı bilirlər ki, vaxtilə Moskvadakı “Pedaqoqika” nəşriyyatının 1975-78-ci illər nəşri əsasında hazırlanan “Uşaq ensiklopediyası”nın birinci cildi 1987-ci ildə, ikinci cildi isə 1988-ci ildə oxucuların ixtiyarına verilmişdir. Üçüncü cild də tam hazırlanıb mətbəədə yığılmış, xeyli hissəsi çap edilmişdi. Hər üç cildin hazırlanmasında “Azərbaycan ensiklopediyası” NPB əməkdaşlarının böyük zəhməti olmuşdur.
 
Lakin son illərdə dünyada baş verən dəyişikliklər, sosializm sisteminin dağılması, xalqların öz müstəqilliyi uğrunda mübarizəsi, Azərbaycanda gündən-günə genişlənən milli azadlıq hərəkatı “Azərbaycan ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin kollektivinə öz işini yenidən qurmağa şərait yaratdı. Beləliklə, üçüncü cildin nəşri zamanın hökmündən doğan məcburiyyət nəticəsində dayandırıldı, hazır materiallar nəzərdən keçirilib təkmilləşdirildi, yeni məqalələr əlavə olundu.
 
Üçüncü cild üzərində yenidən işlərkən birinci və ikinci cildlərin artıq oxucuya çatdırıldığını, yəni dəyişdirilməsi mümkün
olmadığını nəzərə alaraq bu cild tamamilə yeniləşdirilmədi. Kitab büsbütün yenidən hazırlanmış olsaydı əvvəlki cildlərdən  kəskin fərqlənərdi. Əvvəlcədən nəzərdə tutulmuş materialların çox hissəsi saxlanıldı. Sırf siyasi məqsəd, təbliğat xarakteri daşıyan, bəzən də elmi əhəmiyyəti olmayan bir sıra məqalələr çıxarıldı. Əvəzində bu günlə səsləşən Azərbaycanla, xalqımızın tarixi, mədəniyyəti, adət və ənənəsi ilə bağlı yeni orjinal məqalələr əlavə edildi. Müxtəlif dövlətlər, dünya mədəniyyəti, elm və texniki yeniliklər, canlı və cansız təbiət, heyvanat və bitki aləmi, eləcə də görkəmli şəxsiyyətlər haqqında yığcam məlumatlar verildi. Beləliklə, uşaqlar üçün nəzərdə tutulmuş ensiklopediya müəyyən qədər siyasilikdən uzaqlaşdırılaraq daha çox informasiya xarakteri aldı, elmiliyə yaxınlaşdırıldı.
 
Əvvəlki cildlərdə olduğu kimi, burada da məqalələr kiril əlifbasına müvafiq olaraq düzülmüş, diqqəti daha çox cəlb etmək üçün məqalələrin adları böyük həriflərlə və qara şiriflərlə verilmişdir. Üçüncü cild “Pavlov İvan Petroviç” məqaləsi ilə başlayıb “Şüşə” məqaləsi ilə bitir. Mətinlərin çoxu ağ-qara, rəngli şəkil və illüstrasiyalarla, eləcə də xəritələrlə müşayət olunur. Bu da, müəyyən mənada, materialların daha aydın və düzgün qavranılmasında köməkçi, yardımçı vəsait funksiyasını daşıyır. Cilddə verilmiş xəritələrin bəziləri ilk dəfədir nəşr edilir.
 
(səh. 5)
PAZRIK KURQANI
 
Qədim türklərin Monqolustanda, Türküstanda, Qara dəniz sahillərində, Uralda, Altayda, Azərbaycanda və s. yerlərdə çoxlu maddi-mədəniyyət abidəsi vardır. Altay Respublikasının (keçmiş Dağlıq Altay MV) indiki Ulaqan rayonu ərazisində Pazırık çölündən tapılmış və elm aləmində Pazırık kurqanları adı ilə tanınmış kurqanlar da bu qəbildəndir.
 
Kurqan mədəniyyəti (kurqan tipli dəfn mərasimi) qədim
türklərə məxsusdur. Bu kurqanların ən qədim nümunələri Uralda tapılmış və
onların yaşı dörd-beş min ildən çoxdur. bPazırık kruqanlarının yaşı isə
eramızdan əvvəl beşinci-dördüncü yüzilliyə gedib çıxır. Qazıntılar zamanı bu qəbirlərdə
türk tayfa başçılarının, böyük bəylərin dəfn olunduğu aşkarlanmışdır. 1929,
1947, 1949-cu illərdə aparılan arxeoloji qazıntılar nəticəsində bu kurqanlardan
ağac, dəri, xəz, dəmir məmulatları, geyim, köçəri-atlı sakinlərin məişət əşyaları
tapılmışdır. Kurqanların dərinliyi 4 metr, sahəsi 50 kvadrat metrdir.
 
Qədim türklər ölən igidin atını da özü ilə bərtabər
dəfn edirdilər. Bunu qəbirlərdəki at sümükləri də təsdiqləyir. Pazırık
kurqanlarından tapılmış ən dəyərli abidə donuşluqda qalmış xovlu xalçadır. “Hun
xalçası” adlandırılan bu abidə dünyanın ən qədim xalça nümunələrindən olub, 24
türk tayfasının rəmzini əks etdirir. Xalça qədim türk mədəniyuyətini və
dünyagörüşünü əks etdirən maddi-mədəniyyət abidəsi kimi son dərəcə qiymətlidir.
 
Pazırık kurqanlarından yundan toxunmuş parçalar,
yun məmulatlarının tapılması qədim türkləri gön-dəri, yun, dəmir məmulatları
hazırlamaqda mahir olduqlarını göstərir. Qəbirlərdən Çində istehsal olunmuş
basma naxışlı ipək parçalar, çini qabların tapılması qədim türklərin iqtisadi-mədəni
əlaqələrindən xəbər verir. Qədim mədəniyyət nümunələrini günümüzədək gəlib
çatmasına səbəb kurqanı əbədi donuşluqda, buzlaqda olmasıdır.
 
Pazırık kurqanlarından tapılan əşyalar qədim türklərin
böyük və zəngin bir mədəniyyətin yaradıcısı olduqlarını sübut edir.
 
                                                                                                                        (Səh.8)
 
 
 
PAKİSTAN
 
(Pakistan
İslam Respublikası)
 
 
 
Cənubi Asiyada yerləşən bu dövlət Əhəmənlər,
Sasanilər, Ərməvilər, Qəznəvilər zamanında bəzi Azərbaycanla birlikdə eyni dövlətin
tərkibində olmuşdur. Hətta monqollar, teymurilər zamanında da Azərbaycanla
Pakistan arasında sıx əlaqələr olmuşdur.
 
İngilis müstəmləkəçilərinin Hindistanı və
Pakistanı, rus müstəmləkəçilərinin Qafqazı işğalındam sonra ölkələrimiz
arasında əlaqə demək olar tamamilə kəsildi. Pakistanın təbiətinin Azərbaycana
oxşar cəhətləri çoxdur. Ölkənin şimalında yüksək dağlar ucalır. Pakistanda həmçinin
düzənlik və səhralar da var. Böyük Hind çayının axdığı düzənlik əkinçilik üçün ən
əlverişli sahədir. Bura Pəncab vilayətidir. Tarlaları suvarmaq üçün Hind çayını
və onun qollarını böyük və kiçik kanallarda bütöv sistem kimi birləşdirmişlər.
Suvarılan torpaqlarda buğda və pambıq, şəltik və şəkər qamışı becərirlər. Burda
ildə iki dəfə məhsul yığılır. Pəncab yalnız öz əhalisini deyil, həm də ölkənin
başqa rayonlarını ərzaqla təchiz edir.
 
Pakistan şəhərlərinin əksəriyyəti Pəncabda yerləşir.
Pakistanın ən iri şəhəri Kəraçi Ərəbistan dənizinin sahilindədir. Bu, ölkənin dəniz
qapılarıdır. Bir vaxtlar Kəraçi paytaxt idi. Yeni paytaxt – İslamabad şəhəri
ölkənin şimalında yerləşir.
 
Qədim şəhərlərdə yaraşıqlı evləri və bağları ilə fərqlənən
məhəllələr var. Evlərin arasında gözəl minarələr ucalır; buradan yüksələn azan
səsi dindarları namaza çağırır.
 
19-cu əsrin ikinci yarısında bütövlükdə Hindistanda
olduğu kimi, Pakistanda da müstəmləkəçilər əleyhinə xalq hərəkatı güclənmişdi.
1896-1908-ci illərdə Sinddə hurilər üsyanı, 1919-1921-ci illərdə puştu
tayfalarının üsyanı, 1930-cu ildə Peşəvərdə, 1897-1900, 1915-16, 1927-28-ci illərdə
isə Bəlucistandakı üsyanlar xalqların azadlıq uğrunda mübarizələrinin sakitləşmək
bilməyəcəyini göstərirdi. İngiltərə İkinci dünya müharibəsindən sonra
Hindistana istiqlaliyyət verməyə məcbur oldu. Qubernatorluq dini icma prinsipi əsasında
Hindistana və Pakistana bölündü. Qərbi Pəncab, Sind, Şimal-Qərbi Sərhəd əyaləti,
Bəlucistan, Şərqi Benqaliya Pakistana daxil edildi. Belə bölgü hindu və müsəlmanların
kütləvi köçürülməsinə, hindu və müsəlman qırğınlarına, Pakistan-Hindistan
müharibələrinə səbəb oldu. 1947-ci il avqustun 14-də Müstəqil Pakistan Dominion
(İngiltərədən asılı) dövlətinin yaradıldığı elan edildi. 1956-cı il martın 23-də
dominionluğu atıb Paksitan Federativ İslam Respublikası yaradıldı.
 
Lain bu dövlətin ömrü uzun olmadı. 1958-ci il
oktyabrın 7-8-də, 1969-cu il martın 25-də ölkədə hərbi çevriliş baş verdi.
Konstitutsiya və siyasi partoyaların fəaliyyəti qadağan edildi.1969-cu ildə Şərqi
Pakistanda yaşayan müsəlman benqallar tam məhəlli muxtariyyat şüarı ilə mübarizəyə
başladılar. Onları Hindistan da dəstəklədi (Şərqi Pakistan sərhədində,
Hindistanda da hindu-benqallar yaşayırdı). Bu mübarizə 1971-ci il martın 26-da
Şərqi Pakistan Banqaldeş Xalq Respublikasını tanıdı. 1976-cı ildə isə
Hindistanla diplomatik münasibət yaratdı.
 
1977-ci il iyulun 5-də hərbi çevriliş nəticəsində
general Ziya-ül-Həq başda olmaqla Hərbi Şura hakimiyyəti ələ aldı. 1979-cu il
aprelin 4-də mülki hökumətin rəhbəri Z.Ə.Bhutto edam edildi.
 
Hərbçilər hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra
mülki hökumət qurulmuşdur. Ölkə İslam Respublikası adlandırılsa da, başqa dindən
olanlara da sayğı ilə yanaşılır. 5 ildən bir seçilən Milli Məclisin 237
deputatından 10-u dini azlıqlardan (xristianlardan 4 nəfər, hindulardan 4 nəfər,
sikxam, buddist, parsam (atəşpərəst) və başqa müsəlman olmayanlardan 1 nəfər,
kadiane (axmadi) təriqətinə mənsub olanlardan bir nəfər seçilir. Ölkə əhalinin əsasını
urdular təşkil edir. Sindhilərin, puştunların, bəlucların, brahuilərin, eləcə də
azsaylı kuhistanlıların, khoların da dillərinə və adət-ənənələrinə sayğı ilə
yanaşılır.
 
Pakistan inzibati cəhətdən 4 əyalətə və paytaxt ərazisinə
bölünür. Urdu və ingilis dili rəsmi dil sayılır. Pul vahidi rupi, milli
bayramları 23 martdır (Pakistan günü).
 
Azərbaycan müstəqilliyini elan edəndə onu tanıyan
(12 dekabr 1991-ci il) dövlətlərdən biri də Pakistan İslam Respublikası oldu. 1002-ci
il iyunun 9-da Azərbaycanla Pakistan arasında diplomatik əlaqələr yardıldı.
1993-cü il martın 12-də isə Bakıda Pakistan İslam Respublikasının səfirliyiaçıldı.
1995-ci il oktyabrın 9-11-də Pakistan İslam Respublikasının prezidenti Səfər Fərrux
Əhməd xan Leqari, 1995-ci il yanvarın 24-də Xarici İşlər Naziri Sərdar Asif Əli
Bakıya rəsmi səfər etmişdir.
 
Pakistanın təklifi ilə Azərbaycan 1991-i ildən
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmuşdur. Azərbaycan Respublikası Baş
Nazirinin müavini Elçin Əfəndiyevin başçılq etdiyi nümayəndə heyəti 1993-cü il
noyabrın 30-dan dekabrın 2-dək İslamabadda İƏT-in üzvü olan ölkələrin elm və mədəniyyət
sahəsindəki əməkdaşlıq üzrə 3-cü müşavirəsində, Xarici İşlər Naziri Həsən Həsənovun
başçılıq etdiyi nümayəndə heyəti isə 1995-ci il martın 14-15-də İƏT-in 3-cü
Zirvə toplantısında iştirak etmişdir.
 
1993-cü il aprelin 30-da BMT-də Pakistanın sədrliyi
ilə Azərbaycana humanitar yardım göstərilməsi sayəsində əsas maddə olan 822
nömrəli qətnamə qəbul edilmişdir.
 
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev
1996-cı il aprelin 9-11-də Pakistanda rəsmi səfərdə olmuşdur.
 
Azərbaycan Respublikası ilə Pakistan İslam
Respublikası arasında əməkdaşlıq haqqında müqvilələr imzalanmışdır (1995 və
1996).
 
                                                                                                                                     (səh 11)
 
 
 
 
 
PARTLAYIŞ
 
Partlayış da yanma kimi bir şeydir. Sobada odun
yanır, top gülləsində isə partlayıcı maddə. Lakin partlayıcı maddə odun kimi
yanmır. O bir anda, sniyənin çox kiçik bir hissəsi ərzində min dərəcəyə qədər
istiliyi olan qaza çevrilir. Qaz sürətlə genişlənir və dəhşətli qüvvə ilə hər tərəfə
təzyiq edir, güclü bir zərbə ilə yoluna çıxan hər şeyi dağıdır. Bu
partlayışdır.
 
Partlayıcı maddələr çoxdur: barıt, dinamit, ammonal
və sairə. Kiçik bir qığılcımdan bütöv anbar havaya sovrula bilər. Kömür tozu
da, mədən qazı olan metan da partlayış üçün yaradılır.
 
İndi insanlar partlayışı idarə etməyi, ondan öz məqsədləri
üçün istifadə etməyi bacarırlar. Əvvəllər ammonalın və dinamitin köməyi ilə
torpağı yumşaldırdılar ki, sonradan onu daşımaq asan olsun. İndi isə mühəndislər
partlayışın köməyi ilə torpağı lazım olan yerə ata da bilirlər.
 
Bir dəfə güclü bir dağ çayının qarşısını bəndlə kəsmək
lazım idi. Çaya nə qədər beton qaymalar, iri daşlar atırdılarsa su hamısını aparırdı.
Bu vaxt köməyə partlayıcılar gəldi. Onlar əvvəlcə partlayışın köməyi ilə çayın
qarşısını bir neçə dəqiqəliyə müvəqqəti bir bəndlə kəsə bildilər. Sonradan
ikinci partlayışla suyun dibi görünən yerə hər iki sahildən min tonlarla torpaq
və dağ süxurları atıldı. Beləliklə, bənd hazır oldu.
 
Partlayışdan mədən işlərində daha çox istifadə
edilir. 17-ci əsrə qədər süxurları qara barıtla partladırdılar. Sonralar
guruldayıcı civə, guruldayıvı gümüş kimi partladıcı maddələr meydana çıxdı.
19-cu əsrdə dağıdıcı qüvvəsi böyük olan dinamit (yunanca “dinamis” qüvvə deməkdir.)
ixtira edildi. 1867-ci ildə isə İsveç mühəndisləri gücünə görə dinamitdən geri
qalmayan ammoniti ixtira etdilər. Mədən işlərində elektrik üsulu ilə də
partlayışlar aparırlar. İndi alimlər atom partlayışından da dinc məqsədlər üçün
istifadə etməyə qadirdirlər. Yeraltı mədən işlərində partlayışdan çox möhkəm
süxurları və filizləri parçalamaq üçün istifafə edilir. Açıq mədən işlərində isə
paretlayışın köməyi ilə karxanalarda çalalar açılır, faydalı layların üstünü
örtən süxurlar kənar edilir və s.
 
Partlayışla metal məmulatlar kəsilir, qaynaq edilir
və ştamplanır, qalın, iri buz parçaları dağıdılır, donmuş torpaqlar
yumşaldılır, hətta boru kəmərləri də birləşdirilir. Görürsünüzmü, partlayışın nə
qədər “peşəsi” var?!
 
                                                                                                                                    (Səh
17)
 
 
 
 
 
PƏNAHƏLİ XAN
 
(? - 1760)
 
 
 
Pənahəli xan Cavanşir “cəsarətli, sadə, xoşrəftar,
tədbirli” (A.Bakıxanov) sərkərdə və dövlət
xadimi olmuşdur. Pənahəli sərkərdəlik xidmətinə məşhur dövlət xadimi Nadir şah
Əfşarın sarayında başlamışdır.
 
Saray münaqişələri nəticəsində şahın qəzəbinə düçar
olacağından qorxan Pənahəli 1738-ci ildə Nadir şahın qəzəbinə gəlməmək üçün bir
dəstə yaxın adamları ilə doğma yurdu Qarabağa gəlir. Pənahəli bəyin qardaşı Fəzləl
bəy qarabağlıların bir qisminin Xorasan ətrafına köçürülməsinə etiraz etdiyi
üçün Nadir şah tərəfindən edam edilmişdi.
 
Nadir şahın ölümündən sonra, 1748-ci ildə Pənahəli
Qarabağda xanlıq yaratdığını, özünün də xan olduğunu elan edir. Düşmən
basqınalrından qorunmaq məqsədilə Qarabağın Kəbirli mahalında Bayat qalasını
tikdirir. Sonradan Qarabağ xanlığının ərazisi genişləndikcə, Pənahəli xan
xanlığın yeni mərkəzini yaratmaq fikrinə düşür. 1756-57-ci illərdə o, qədim şəhər
xarabalıqları üzərində Pənahabad adlı qala da tikdirir. Bu qala və şəhər
sonralar Şuşa qalası və şəhəri adlanır. Pınahəli xan qısa müddətdə Qarabağı və
xanlığın mərkəzi – Pənahabadı Azərbaycanın çox mühüm strateji mərkəzlərindən
birinə çevirir. Pənahəli xan 1760-cı ilə qədər Qarabağ xanlığına başçılıq
etmişdir. O, uzun müddət Qarabağın iqtisadi, sosial və mədəni həyatının çiçəklənməsinə
çalışmışdır.
 
Pənahəli xan xanlığın ərazisinin genişlənməsi üçün
dəfələrlə döyüşlərə girmişdir. Qarabağ xanlığının uzun müddət dostluq etdiyi
ayrı-ayrı gürcü çarlıqları ilə əlaqələrinin təməlini məhz Pəınahəli xan
qoymuşdur. Qohumluq münasibətləri ilə başlanan bu əlaqələr müttəfiqliyin əsasını
təşkil edirdi. Qarabağ xanlığının ən böhranlı vaxtlarında, xüsusən İbrahimxəlil
xan dövründə gürcü çarı II İrakli ona ən yaxın müttəfiq kimi arxa durmuşdu.
 
Pənahəli xan 1760-cı ildə İran feodallarından olan
Kərim xan Zəndin xahişi ilə Cənubi Azərbaycanın Urmiya şəhəri ətrafında Fətəli
xan Əfşara qarşı vuruşmuşdur. Kərim xan Zənd qələbə çaldıqdan sonra Pənahəli
xanın Qarabağa qayıtmasına mane olur. Oğlu İbrahimxəlili Qarabağa təyin edir. Kərim
xan Zənd nəzarətdə saxladığı Pənahəli xanı Şiraza aparır. Uzun müddət doğma vətənə
qayıtmaq həsrətilə yaşayan Pənahəli xan elə Şirazda Kərim xan Zəndin adamları tərəfindən
zəhərlənib öldürülmüşdür. Başqa bir rəvayətdə isə vətənə qayıtmaq üçün
dostlarının yardımı ilə bihuşedici dərman içib özünü ölülüyə vurmuş Pənahəli
xanın cəsədi Qarabağa göndərilirkən, yolda xarab olmasın deyə qarnı yarıldığı və
bunun da xanın ölümünə səbəb olduğu söylənilir.
 
                                                                                                                        (Səh 24)
 
 
 
 
 
PƏRİ
 
Sehrli nağıllarda “Kitabi Dədə Qorqud” kimi abidələrdə
rast gəldiyimiz pəri haqqında kim eşitməyib?
 
Pərilər türk inamına görə əfsanəvi Qaf dağında
yaşayan, qocalmayan, ölməyən göyərçin donlu qızlardır. Deməli, pəri adi
insandan fərqli olaraq ölümlü deyil. Göyərçin donu geyib uça bilir, bu donları
soyunduqda gözəl qızlara çevrilirlər. Əsasən, su kənarlarına, bulaq başına gələn
pərilər, inama görə, su ilə bağlıdırlar. Pərilər bu mənada həm gözəllik, həm də
saflıq, təmizlik rəmzi olan su ilə əlaqədardırlar, toxunulmaz və müqəddəsdirlər.
Onlarla kobud rəftar fəlakətlə nəticələnir. Bunu “Kitabi Dədə Qorqud”dan
görürük.
 
Nağıl və əfsanələrdə insan pəri qızlarla evlənir.
Ancaq ölümlü insanla ölümsüz pərilərin məhəbbəti çox vaxt nakam sevda ilə başa
çatır. Pərilər öz məmləkətlərində yaşayır, yalnız çimmək və seyr üçün insan
yaşayan yerlərə gəlir, məhz buralarda insan oğulları ilə sevişir, bəzən də
onlarla ailə qururlar. Pərilərin qonşuları, nağıl və dastanlarımızdan göründüyü
kimi, çox vaxt divlərdən ibarət olur.
 
Dastanlarda, sehirli nağıllarda pərilər sehrdən,
cadudan istifadə etməyi bacarır. Çox vaxt sehr kitabları da onların əlində
olur. Şamançı inamlara görə, ruhi aləmlə əlaqə yaratmaq üçün pərilər çamanların
köməkçiləri olurlar. Şamanlara görə kişi pərilər də var və onlar adi qızlarla
evlənməyə can atırlar.
 
                                                                                                                        (Səh 24)
 
 
 
 
 
PİR
 
 
 
Ailədə bir nigarançılıq baş verəndə, necə deyərlər,
işlər çətinə düşəndə ailənin yaşlı üzvləri və yaxud qohum-əqraba hansısa
seyidin cəddini, hansısa piri – ocaq sahibini köməyə, imdada çağırır. Ona nəzir-niyaz
verəcəyini, qurban kəsəcəyini söyləyir.
 
Bu söz türkcə olub bir sözündən yaranmışdır, yəni
birinci, öndə gedən deməkdir.
 
Əski inamlara uyğun olaraq xata-bəla sovuşandan
sonra pirə - ocağa nəzir aparma mərasimi başlanar, böyüklər həvəslə uşaqları da
həmin mərasimlərdə iştirak etməyə aparardı. Pirə ziyarət mərasimləri bədii ədəbiyyatda
da geniş işıqlandırılmışdır.
 
Bəzi dağ zirvələrinə, mağaralara, qyalara,
bulaqlara, ağaclara pir kimi ziyarət edirlər. Bu pir – ocaqlar əsasən islamdan əvvəlki
inanclarla bağlı olmuş, sonralar islamiləşdirilmişdir. Müsəlmanlığın
yayılmasından sonra təriqət başçılarının, böyük nüfuza malik alimlərin qəbirlərinin
pir kimi ziyarətgaha çevrilməsi ənənə halını almışdı. Pir dini etiqadla bağlı ibadət
və sitayiş yeridir. Adətən, təriqət başçılarının məzarları, türbələri pir hesab
olunmuşdur. Bundan başqa Azərbaycanda ağac, daş, ilan pirləri də vardır. Həm də
Azərbaycanda, həm də Orta Asiyada pirlər xəstələrin, xüsusən də ruhi xəstələrin
şəfa tapacaqlarına ümid yeridir. Pirlərə verilən nəzirlər bir növ müalicə haqqı
kimi başa düşülürdü. Bir çox pirlərə verilən nəzirlər əsasən əlsiz-ayaqsızlara,
yetim-yesirlərə paylanır. Pirlərdə oturan şeyxlər həm də dünyəvi, dini, fəlsəfi
kitabları qoruyur, təriqətin ədəb-ərkanını yaşadırdılar.
 
Orta əsrlərdə bütün Türküstanda, Xorasanda, Azərbaycanda,
Anadoluda təriqət başçılarına da pir deyirdilər.
 
Pirlər orta əsrlər türk-islam mədəniyyətində mühüm
rol oynayırdı. Pirlərdə tədris işləri ilə yanaşı elmi mübahisələr aparılır,
şeirlər yazılırdı. Hazırda Azərbaycanda çoxlu pir, ocaq, zaviyə mövcuddur.
İndiyə qədər bunların əksəriyyətinin təriqət mənsubiyyəti, memarlıq baxımından
dəyəri öyrənilməmişdir. Pirlər Azərbaycanı başqa türk ölkələri ilə bağlayan əsas
mərkəzlər idi. Bunların öyrənilməsi, qorunması bu gün olduqca vacibdir.
 
Şıxbaba, Pirhüseyn xanəgahı, Soltanababa piri,
Seyid Əhməd piri, Diribaba türbəsi, Nardaran piri, Dədəgünəş piri, Sofi Həmid
piri, “Əli ayağı”, Xıdırzində baba, Babadağ və s. Azərbaycanda ən məşhur pirlərdir.
 
                                                                                                                                    (Səh
26)
 
 
 
 
 
PİŞƏVƏRİ
SERYİDCƏFƏR SEYİDCAVAD OĞLU
 
(1892-1947)
 
 
 
Kapitalizmin sürətli inkişafı yeni bazarlar, xammal
mənbələri tələb edirdi. Belə bir vaxtda qədimdən neftlə zəngin olan Bakı Avropa
kapitalistlərinin diqqətini cəlb etməyə bilməzdi. 19-cu əsrin ikinci yarısında
neft sənayesinə kapital qoyuluşu gündən-günə artırdı.
 
Neft sənayesində və xidmət sahələrində işləməyə
çoxlu işçi qüvvəsi lazım idi. Türkmənçay müqaviləsinin (1828) Azərbaycanı iki
yerə ayırmasından xeyli keçməsinə baxmayaraq hər iki tərəfdən kəndlilər və
kiçik şəhərlərin sakinləri axın-axın Bakıya gəlirdilər.
 
Bakı yalnız Azərbaycanın, Qafqazın işçi qüvvəsini
özünə cəlb etmirdi. Rusiyadan, Avropadan da burada işləməyə mütəxəsəssislər, fəhlələr
gəlirdilər. Pişəvərigilin ailəsi də iş tapmaq, güzəranlarını yaxşılaşdırmaq
ümidilə Bakıya gələnlərdəndir.
 
Xalxal mahalının Zaviyə kəndində anadan olmuş
Seyidcəfər 13 yaşında ata-anası ilə birlikdə Bakıya köçmüşdür.
 
1913-1917-ci illərdə Xırdalanda müəllim işlədiyi
dövrdə, eləcə də sonralar bədii yaradıcılıqla məşğul olmuş “Kəndli qızı” adlı
roman, onlarca hekayə, yüzlərcə publisistik məqalə yazmışdır. Xalqının azadlığı
və müstəqilliyini düşünən Seyidcəfər gənclik çağlarında inqilabçılara qoşulmuş,
dünyagörüşü Rusiya Sosial-Demokrat Fəhlə partiyasının təsiri altında
formalaşmışdı. 1918-ci ildə “Ədalət” partiyasına daxil olan Pişəvəri 1920-ci ilədək
Bakı, Təbriz, Ərdəbil, Tehran şəhərlərində bu partiyanın yerli təşkilatlarının yaradılmasında fəal
iştirak etmiş vı Bakıda çıxan “Hüriyyət” qəzetinin redaktoru vəzifəsində
çalışmışdır. S.Pişəvəri 1921-22-ci illərdə Tehranda “Həqiqət” qəzetinin
redaktoru işləmiş, İranda kommunist ideyalarını yaymağa, əhalini inqilaba
hazırlamağa səy göstərmişdir. 1930-cu ildə həbs edilərək on il məhkəməsiz,
ittihamsız “Qəsri-Qacar” həbsxanasında saxlanmış, sonra da Kaşan şəhərinə
sürgün edilmişdir. İkinci dünya müharibəsində sovet və ingilis qoşunlarının
İrana daxil olması, şahın ölkədən qaçması vəziyyəti dəyişdi. 1941-ci ildə
sürgündən qayıdan Seyidcəfər Tehranda “Ajir” adlı qəzet nəşr etməyə başladı.
Sovet hökumətinin yardımı ilə İranda kommunist hərəkatı dirçəldi. Yaranmış vəziyyətdən
istifadə edən Seyidcəfər Pişəvəri İran Azərbaycanında muxtariyyat əldə olunması
uğrunda mübarizəyə başladı. Bu işdə ona yerli əhali ilə yanaşı, Sovet Ordusunun
tərkibində İrana göndərilmiş Azərbaycan ziyalıları da kömək etdilər.
 
İranda milli azadlıq mübarizəsinə və demokratik hərəkata
rəhbərlik edən Pişəvəri Azərbaycan Demokrat Firqəsini yaratmış, 1945-46-cı illərdə
Azərbaycan Milli Hökumətini təşkil etmiş, onun baş naziri olmuşdur.
 
Amerikadan və İngiltərədən yardım alan şah rejimi qəddarlıqlar
törədərək minlərlə azərbaycanlı vətənpərvəri, qadını, qocanı, uşağı zülm verə-verə
öldürdü. Pişəvəri və onun silahlı dəstəsinin bir hissəsi, eləcə də təqiblərdən
canını qurtara bilən dinc əhali Sovet Azərbaycanına sığındı. Pişəvərinin
başçılıq etdiyi milli hökumət məhv edilsə də Arazın sağ sahilində yerləşən,
hazırda İran İslam Respublikasının tərkibində olan Azərbaycanda müstəqil dövlətlərini
qurmaq və yaşatmaq arzusunu məhv edə bilmədi.
 
Sovet Azərbaycanında da onların güzaranı xoş keçmədi.
Vətənpərvərlərin bir çoxunu DTK (dövlət
təhlükəsizliyi orqanları) müxtəlif bəhanələrlə həbs edərək Sibirə göndərdi. Pişəvəri
isə 1947-ci ildə avtomobil qəzası nəticəsində həlak oldu. Həmin vaxtdan
onilliklər keçməsinə baxmayaraq avtomobil qəzasının “sirləri” hələ də
açılmayıb.
 
                                                                                                                        (Səh 28)
 
 
 
 
 
POLİS
 
 
 
Polis yunan sözüdür. Mənası şəhər dövlət deməkdir.
Belə ki, Qədim Yunanıstanın hər şəhəri müstəqil dövlət idi. Bu dövlətlərin özünəməxsus
sosial-iqtisadi və siyasi quruluşu vardı. Polis torpaq sahibləri ilə müxtəlif sənət
və peşə sahiblərinin ittifaqından əmələ gəlmişdi. Əkinçilər və tacirlər də
buraya daxil idilər. Şəhərlərdə hakimiyyət ağsaqqallar şurasının, kəndlərdə isə
hərbi rəhbərlərin əlində idi.
 
Sonrakı əsrlərdə bu ictimai qüvvələr üç əsas silkə
– aristokratlara, demokrtalara və oliqarxiyaya ayrıldılar. Demokratlar çoxluq təşkil
edən geniş xalq kütləsi, aristokratlar varlılar və yüksək vəzifəlilər,
oliqarxiya isə hakimiyyət başında olanlar idi. Sonralar bu üç təbəqə arasında
saysız ziddiyyətlər baş verdi. Beləliklə, Qədim Yunanıstan heç zaman mərkəzləşmiş
vahid dövlət şəklində birləşə bilmədi. Əvvəl Makedoniyalı İsgəndər, sonra isə
romalılar Yunanıstanı işğal edib polislərin – şəhər dövlətlərin varlığına son
qoydular. Lakin şəhər-dövlətlərin yaratdığı möhtəşəm yunan sivilizasiyası əbədi
yaşadı. Onun bütün sahələrdəki mədəni nailiyyətləri kimi polis termini də
yaşadı. Amma başqa mənada, dövlətin ictimai asayişə nəzarət etmək üçün
yaratdığı hərbi dəstələr Avropa ölkələrində və ABŞ-da polis adlandı. Bu dəstələr
daha mütəşəkkil forma alıb, dünyanın əksər ölkəsində tətbiq edildi. Kommunist
rejimi dövründə bu söz  “milis” adı ilə əvəz
olunmuşdu. Milis latınca “militia” sözündən olub ordu anlamını ifadə edir.
 
Hazırda dünyanın əksər ölkəsində olduğu kimi, sabiq
sosialist dövlətlərinin çoxunda, o cümlədən, Azərbaycanda da ictimai asayişi
qoruyan Azərbaycanda da ictimai asayişi qoruyan orqanlar polis təşkilatları,
orda xidmət edən şəxslər isə polis adlanır.
 
                                                                                                                                    (Səh
34)
 
 
 
 
 
POLŞA
 
 
 
Mərkəzi Avropada yerləşən Polşanı bəzən Lehistan
adlandırırlar. Qədim bir əfsanədə deyilir ki, knyaz Leh yeni qurduğu dövlətin
paytaxtı üçün uzun müddət yer axtarırmış.o, bir dəfə təpənin üstündə ağ qartal
yuvasını görür. Məğrur ağ qartalın yaşadığı yer xoşuna gəlir. Əmr edir ki, həmin
yerdə şəhərin əsasını qoysunlar. Bayrağına da ağ qartal təsviri vurur. Bu gün
Polşanın gerbindəki ağ qartal da həmin əfsanə ilə bağlıdır.
 
Polşanın ərazisində qədimdən qərbi slavyanlar
yaşayırdılar. Burada slavyanların ilk dövləti min il öncə yaranıb, Avropada ən
güclü dövlətlərdən birinə çevrilib. Zaman isə öz hökmünü verib. Mülkədar zadəganlar
arasında uzun sürən çəkişmələr, müstəqillik və imtiyaz uğrunda mübarizə mərkəzi
hökuməti tədricən zəiflədib. 18-ci yüzilliyin sonlarında qonşuluqdakı üç gənc və
güclü dövlət – Rusiya, Prussiya və Avstriya Polşanı öz aralarında bölüşdürüb.
 
Lakin polyaklar bu bölgü ilə razılaşmırdılar. Müstəmləkçilər
əleyhinə çıxışlar qəddarlıqla yatırılır, xalqın vətənpərvər və qeyrətli
oğullarına divan tutulurdu. Çar Rusiyası üsyançılara, milli azadlıq mübarizələrinə
divan tutmaqda xüsusilə fərqlənirdi. Döyüşlərdə öldürə bilmədiyi vətənpərvərləri
Rusiyanın müxtəlif şəhərlərində yerləşən həbsxanalarda çürüdür, qarlı-şaxtalı
Sibirə, Qafqaza sürgün edirdi. Qafqaza sürgün edilmiş polyak əsgər və zabitlərindən
Şeyx Şamilin başçılıq etdiyi milli azadlıq mübarizəsini boğmaq üçün istifadə
edilirdi. Sürgündə olan bir sıra polyak ziyalıları A.Bakıxanov, İ.Qutqaşınlı,
M.F.Axundzadə və b. Azərbaycan ziyalıları ilə tanış olub dostlaşmışdılar. 1913-cü
ilin siyahıyaalmasına görə, Bakı şəhərində 2183 polyak yaşayırmış. Qafqaz
xalqlarının üsyanını yatırmağa göndərilmiş polyak ziyalıları böyük məhəbbətlə
Qafqazı öyrənmiş və Avropaya tanıtmağa çalışmışlar. İnqilabçı şair T.Zablotski
Azərbaycan xalq şeiri nümunələrini, M.P.Vaqifin “Bax” rədifli şeirini,
“Koroğlu” dastanından bəzi parçaları polyak dilinə çevirmişlər.
Çar Rusiyasının səylərinə baxmayaraq polyakların azadlıq eşqi sönməmiş, xalqın iradəsi qırılmamışdı. Birinci dünya müharibəsində Rusiyanın məğlub olmasından bacarıqla istifadə edən polyaklar qısa müddətdə öz ordularını, yaratdılar və müstəmləkəçilərini elan etdilər. Hətta bir neçə güclü həmlə edib paytaxta doğru irəlilədilər. Çıxılmaz vəziyyətdə qalan Rusiya Polşanın müstəqilliyini tanıdı.
Çar idarəçiliyi dağıdılıb hakimiyyətin sovetlər idarəsi yaransa da, Rusiya işğalçılıq siyasətindən əl çəkməmişdi. O, altdan-altdan yeni dirçələn Polşanı laxlatmağa, diz çökdürməyə çalışırdı. 1939-cu ildə Almaniya ilə Sovet Rusiyası arasında bağlanmış gizli saziş Polşaya ağır zərbə oldu. Faşist Almaniyası 1939-cu il sentyabrın 1-də Polşaya basqın etdi. Bundan istifadə edən Sovet Rusiyası da ölkənin şərq vilayətlərini işğal etdi. İkinci dünya müharibəsində Polşa əvvəl alman, sonra da sovet qoşunları tərəfindən işğal edildi. Ölkənin şəhər və kəndləri, xüsusən paytaxtı Varşava dağıdılıb xarabalığa çevrildi. Faşistlər Krakov şəhərini tamamilə minalamışdılar ki, sovet qoşunları tərəfindən işğal edildi. Ölkənin şəhər və kəndləri, xüsusən paytaxtı Varşava dağıdıılıb xarabalığa çevrildi. Faşistlər Krakov şəhərini tamamilə minalamışdılar ki, sovet qoşunları oranı hücumla alanda partlatsınlar. Lakin onların bu planı baş tutmadı.
İkinci dünya müharibəsində Polşa qismən də olsa, öz dövlətçiliyini qoruyub saxladı. Sovetlər Birliyinin nüfuz dairəsində qaldığına görə sosializm quruculuğu elan edildi.
Lakin hansı ad altında olursa olsun, Rusiyanın müstəmləkəçilik siyasətiyeritdiyini aydın başa düşən xalq üsyan qaldırdı. Ziyalıların, əsasən də tələbələrinfəal iştirak etdiyi bu üsyan Sovet ordusu, polyak fəhlə-kəndlilərinin aldanmış dəstələri tərəfindən qəddarlıqla yatırıldı.
Vətənpərvərlərin gizli, həm də olduqca ağır şəritdə apardıqları iş öz bəhrəsini verdi. Baltik sahillərindəki sənaye rayonlarında gizli fəaliyyət göstərən “Solidarnost” təşkilatının rəhbərliyi altında 1980-ci ilin avqust-sentyabr aylarında başlayan tətil hərəkatı ölkədə kommunist rejiminin nsüquqtuna böyük təsir göstərdi.
Milliyətcə polyak olan Krakov şəhərinin kardinalı Karoy Voytlının 1978-ci ilin oktyabrında II İoann Pavel adı altında Roma papası seçilməsi Polşada cərəyan edən hadisələrə katolik kilsəsinin siyasi təsir imkanlarını artırdı. Vəziyyətin çıxılmazlığını görən Sovetlər Birliyinin rəhbərliyi general V.Yaruzelskiyə hakimiyyəti nələ almağı və ölkədə hərbi vəziyyət elan etməyi tapşırdı. Bütün bu sərt tədbirlər, həbslər, xaricə mühacirət də xalqın iradəsini qıra bilmədi.ş Artıq sosializm düşərgəsi dağılırdı, dünyaya meydan oxuyan Sovetlər Birliyi iqtisadi cəhətdən çökürdü.
V.Yaruzelski müxalifətlə siyasi dialoqa girməyə məcbur oldu. 1988-ci ilin yayından etibarən iqtidar ilə müxalifət arasında “Dəyirmi stol” adı altında danışıqlar başlandı. 1989-cu ilin iyununda beynəlxalq müşahidəçilərin iştirakı ilə demokrtaik seçkilər keçirildi. Kommunist partiyasının üzvlüyündən çıxan V.Yaruzelski ölkənin parlamenti tərəfindən ilk prezident seçildi.
Demokratik dəyərlərə əsaslanan konstitusiyanın qəbul edilməsi ölkədə kommunist rejiminə son qoydu. Az sonra demokratik qüvvələrin təkidi nəticəsində V.Yaruzelski istefa verdi. 1990-cı ilin dekabrında keçirilən prezident seçkilərində isə qalib sil demokratik qüvvələrin lideri, keçmiş kommunist Aleksandr Kvasnevski oldu.
Dünyaya N.Kopernik və Skladovskaya-Küri kimi alimlər, F.Şopen kimi bəstəkar, A.Mitskeviç kimi şair və b. yazıçı, elm, sənət adamları bəxş etmiş Polşa ilə Azərbaycan arasında bir yaxınlıq var. Polyak yazıçı və şairlərindən S.Jeromski, E.Ojeşko, B.Prus, jivaşkeviç, H.Senkeviç, Y.Tuvim, L.Kruçovski və başqalarının bir sıra əsərləri dilimizə, Azərbaycan yazıçılarının yarı-ayrı əsərləri isə polyak dilinə tərcümə edilmişdir.
Rusiyanın Qafqaz siyasətinin və Azərbaycanın tədqiqatçısı ABŞ tarixçi-sosioloqu Tadeuş Svyatoxovski mənşəcə polyakdır.
 
                                                                        (Səh 40)
 
 
 
PUQAÇOV
YEMELYAN İVANOVİÇ
 
(1742-1775)
 
 
18-ci əsrin ikinci yarısında Rusiyanın dövlət idarəçiliyində bir hərc-mərclik hiss edilirdi. Çar taxtında əyləşdirilmiş III Pyotr prussiyapərəst siyasət yeridirdi. Bunun da nəticəsində saray əyanalrı arasında və qvardiyada müxalifət yarandı. III Pyotrun arvadı Yekaterinanın (yoxsullaşmış alman knyazı nəslindən olan Yekaterinanın qızlıq adı və soyadı Sofiya Avqusta Frederika olmuşdur) rəhbərliyi ilə saray çevrilişi oldu və çar qətlə yetirildi. Saray çevrilişinin təşkilatçısı II Yekaterinba adı ilə hakimiyyət kürsüsünə yiyələndi və ərinin həyata keçirmək istədiyi bir sıra islahatları ləğv etdi. Belə qarışıq bir zamanda Don kazakları Yemelyan Puqaçovun başçılğı ilə üsyan etdilər. Təhkimli kəndlilər də, əsarət altında inləyən başqırdlar, tatarlar, qazaxlar da üsyançılara qoşuldular. Üsyan dalğası ölkənin böyük ərazisini bürüdü. Üsyançılar çar orduları üzərində bir sıra uğurlu qələbələrqazandılar.
Bütün xalq hərəkatlarında olduğu kimi, Puqaçovun başçılıq etdiyi üsyanda əvvəlcədən hazırlanmış plan yox idi. Üsyançılar arasında nizam-intizama nəzarət etmək mümkün deyildi. Çox vaxt üsyançılar adi soyğunçu və quldurlar kimi hərəkət edirdilər. Başqırdlar, tatarlar, qazaxlar bu üsyanı onları müstəmləkə əsarətindən azad edib, müstəqil dövlətlərini yaratmalarına imkan verməyəcəyini görüb geri çəkildilər. Varlı kazaklar mübarizənin istiqamətinin dəyişdiyini – kəndli mübarizəsinə çevrildiyini görüb hərəkatın rəhbərlərinə xəyanət mövqeyi tutdular. Təhkimli kəndlilər isə öz ağaıarından qisas aldıqdan sonra ailələrinin yanına qayıdıb dinc ömür sürmək istədilər. Nəticədə xalq hərəkatı zəiflədi. Xəyanət nəticəsində Puqaçov tutulub çar hökumətinə təhvil verildi.
Üsyan qəddarlıqla yatırıldı. Özünü çar III Pyotr kimi qələmə verən Puqaçovun və dörd yoldaşının Moskvada boynu vuruldu.
 
                                                                                                                        (Səh 48)
  
PUŞKİN
ALEKSEY SERGEYEVİÇ

(1799-1837)
Portretə baxın. Bu kimdir? Əlbəttə, siz onu tanıyırsınız: böyük rus şairi Aleksandr Sergeyeviç Puşkin.Yəqin ki, onun qıvrım saçları, qalın dodaqları, qarabuğdayı sifəti sizdə bir maraq oyadacaq. Öz-özünüzə sual verəcəksiniz:niyə Puşkin istər xarici görünüşcə, istərsə xasiyyətcə ruslara oxşamır?
Şairin “Böyük Pyotrun zəncisi” əsərini oxusanız, sualınıza cavab tapacaqsınız. Puşkin həmin əsərdə ulu babası İbrahimin kölə kimi Böyük Pyotrun (bir çox Şərq mənbələrində Dəli Petro kimi yazılır) sarayına düşdüyündən, öz ağılı və bacarığı ilə şöhrət qazandığöından və s. məziyyətlərindən ilhamla söhbət açmışdır.
Puşkin 1799-cu ildə doğulmuşdur. Ədəbiyyata maraq onda kiçik yaşlarından oyanmışdı. O, dayəsi Arina Rodionovnanın nağıl və mahnılarını böyük həvəslə dinləyərdi... hələ dvoryanlara məxsus məktəbdə - Sarskoye Selo litseyində oxuyarkən, tanınmış şairləri belə heyran qoyan şeirlər yazmışdı. On beş yaşlı Aleksandr imtihanı zamanı “Sarskoye Selo xatirələri”ni Q.R.Derjavinin qarşısında oxumuş, qocaman şair sevincindən ağlaya-ağlaya onu qucaqlayıb öpmüşdü. Qısa bir zamanda Puşkin Rusiyanın ən məşhur şairinə çevrilmişdi.
Onun həyatı çətinlik və mübarizələrdə keçmişdir. Puşkin 6 il sürgündə olmuşdur. Çar I Aleksandr onu azadlığa çağıran cəsarətli şeirlər yazdığına, dekabristlərlə dostluğuna dostluğuna görə təqib edirdi. Dekabristlərlə qəddarcasına divan tutan çar I Nikolay Puşkini saray şairi etmək istəyirdi. O, Puşkini sürgündən azad edərkən yaxın vaxtlarda ölkədə ədalətin bərqərar olacağına söz vermişdi. Lakin şair tezliklə başa düşdü ki, çarın vədləri yalnız boş sözlərdir. Şair çara itaətkar qullquçu olmadı. O, hər şeydən çox həqiqəti sevir, necə düşünürdüsə, elə də yazırdı. “Çaadayevə” adlı məşhur şeirində
oxuyuruq:
Bir gün səadətin cazib ulduzu,
Doğacaq Rusiya ayılacaqdır.
Onda mütləqiyyət xərabəsinin
Üstündə adımız yazılacaqdır.
 
Yaltaq və qorxaq əsilzadələr cəsarətinə, ağlına və tükənməz istedadına görə ona paxıllıq edirdilər. Çar məmurları onu güdür, bir çox əsərlərinin çap edilməsinə mane olur, şəxsi həyatına və işlərinə qarışırdılar. Şair bütün bunlara mərdanə cavab verir, yazıb-yaratmaqda davam edirdi. Puşkinin gözü götürməyən saray əyanları və zadəganlar nəinki onun özünü, hətta arvadı Natalya Nikolayevna Qonçarovanı da alçaqcasına təhqir
edirdilər.
Səbri tükənmiş Puşkin 1837-ci ilin qışında Rusiya ordusunda qulluq edən farnsız Danteslə duelə çıxdı. Dueldə şair ağır yaralandı.
İki gün, iki gecə dəhşətli ağrılar keçirən, əziyyət çəkən Puşkin, bir dəfə də səsini çıxarmadı, inildəmədi. Feevralın sonunda şair vəfat etdi. Bu zaman onun 38 yaşı hələ tamam olmamışdı. Rusiyanın bütün mütərəqqi adamları bu ölümü böyük kədərlə qarşıladılar. Yazıçı V.F.Odoyevski demişdi: “Rus poeziyasının günəşi söndü!”
A.Puşkinin poeziyasında sözlər elə bil inci kimi bir-birinin ardınca düzülüb, musiqi kimi səslənir.
Puşkinin əsərlərində təbiət, insanın yaşadığı aləm bütün əlvanlığı və gözəlliyi ilə öz əksini tapmışdır. Puşkin deyirdi ki, həyatda hələ haqsızlıq, bədxahlıq, yalançılıq kimi iyrənc sifətlər var, bununla yanaşı sədaqət, məhəbbət, gözəllik kimi müqəddəs, yüksək hisslər də yaşayır və onlar məğlubedilməzdir.
“Balıqçı və qızıl balıq” nağılını yadınıza salın. Burada kim pis vəziyyətə düşür? Əlbəttə, axırda əli hər şeydən çıxan qarı. Bəs kimdir günahkar? Acgöz, tamahkar, qudurğan, xudpəsənd qarının özü. Puşkin göstərir ki, kim pis iş tutarsa, kim yalnız özünü düşünrsə, özü-özünə quyu qazır. Bədxahlıq, şər heç vaxt xeyirxahlığa, həqiqətə qalib gələ bilməz. Puşkinin şeir və poemaları, “Yevgeni Onegin” mənzum romanı, həmçinin nəsr əsərləri – “Belkinin povestləri” və s. sadə, rəvan, anlaşıqlı dildə yazılmışdır.
Puşkin Qafqazda olmuş, “Qafqaz əsiri”, “Ərzuruma səyahət” əsərlərini, məşhur “Qafqaz” şeirini yazmışdır. Puşkin Qafqaza gələrkən, yolda Azərbaycan şairi Fazil xan Şeyda ilə görüşmüş, sonralar ona şeir həsr etmişdi. Onun A.Bakıxanovla da görüşməsi ehtimal olunur. “Ərzuruma səyahət” əsərində o, Rusiya ordusunda xidmət edən azərbaycanlıların fədakarlığından danışmış, qarabağlı Fərhad bəyə şeir həsr etmişdir.
Puşkinin əsərləri hələ 19-cu əsrin sonlarında dilimizə tərcümə olunmuş, sovet dövründə isə 6 cildlik “Əsərləri” nəşr edilmişdir. Şah əsəri olan “Yevgeni Onegin” mənzum romanının xalq şairi Səməd Vurğun böyük məharətlə dilimizə çevirmişdir. Bəstəkarlarımız A.Puşkinin şeirlərinə mahnılar qoşmuşlar. Hələ inqilabdan əvvəl anadan olmasının 100 illiyi Azərbaycanda da qeyd olunmuş, Naxçıvanda təntənəli yubiley yığıncağında görkəmli müəllim və şair Məhəmmədtağı Sidqi məruzə etmişdi. Bakı küçələrindən birinə şairin adı verilmişdir.
M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının fəsadında Puşkinin də heykəli ucaldılmışdır.
 
                                                                                                                        (Səh 50)
 
 
 
RAZİN STEPAN
TİMOFEYEV
 
(təqr. 1630-1671)
 
 
 
Vaxt olub ki, xalqımıza divan tutan, qəddarlığı və
qaniçənliyi ilə tanınan adamları qəhrəman kimi tanıtmağa, adını ədəbiləşdirməyə
çalışmışıq. Stepan Razin də məhz belələrindəndir.
 
Kim olub Stepan Razin?
 
Məşhur bir quldur, qəddar bir insan! Rus kazakllarından
olan Stepan Timofoyeviç ətrafına özü kimi qəddar, macəra həvəskarlarını
toplayaraq Rusiyanın cənubundakı tatar, başqırd, kalmık (xalmq) kəndlərinə
basqınlar edib, Volqa çayı ilə hərəkət edən ticarət gəmilərini soyub.
 
Cənuba doğru sərhədlərini genişləndirmək, yeni
torpaqlar işğal etmək istəyən rus çarları üçün belə bir quldur dəstəsinin
olması sərfəli idi. Çünki bu quldur dəstəsi Rusiyanın qonşuluğundakı dövlətlərin
daxilində təxribat, qarışıqlıq törədirdi. Odur ki, Rusiya nəinki Stepan Razini
hər vasitə ilə dəstəkləyir, hətta kalmıklarla danışıqlarda o, Rusiyanın səlahiyyətli
nümayəndəsi kimi çıxış edirdi.
 
Rusiyadan aldığı dəstəkdən ilhamlanan S.Razin təkcə
Krım tatarlarını deyil, Volqaboyu tatar, başqırd, kalmık kəndlərini də
talayaraq Xəzər dənizinə çıxmışdı. Təhkimçi ağalarının əlindən qaçmış kazaklar
və başqa vilayətlərin kəndliləri də bu macəraçı quldurun ətrafına
toplaşmışdılar. Beləliklə, S.Razinin ətrafında böyük başıpozuq bir ordu
yaranmışdı. Xəzər sahillərindəki kənd və şəhərlərə qəflətən basqınlar edərək əhalini
vahiməyə salan bu ordu Abşeiron yarımadasına da olmazın qəddarlıqlar etmişdi.
 
Qərargahını Səbu dağında quran, topladığı qənimətləri
dağdakı mağarada saxlayan S.Razin Abşeirondan qaçanda özü ilə üç min nəfərə qədər
qadını, uşağı əsir aparmışdı.
 
S.Razin cəzasız qaldığını görüb növbəti yürüşünü
Rusiyanın içərilərinə yönəltdi. Təhkimçilik zülmündən cana doymuş kəndlilər də
ona qoşuldular. Ölkəni hərc-mərclik və kəndli üsyanları bürüdü. Dünən S.Razini
müdafiə edən, ona dəstək olan çar hakimiyyəti təhlükə altında qaldığını görüb
qoşun topladı. Çar orduları  üsyan və hərc-mərclik
baş verən bölgələrə göndərildi. Üç ayda on bir min nəfərdən çox quldur və kəndli
edam edildi. Varlı Don kazakalrı çara sədaqətlərini nümayiş etirdmək üçün
S.Razini və qardaşı Frolu həbs edib Moskvaya göndərdilər. 1671-ci ilin iyun
ayında hər ikisi dar ağacından asıldı.
 
Tarixçilərimiz, ümumən ziyalılarımız bütün bu
faktları bilsə də, 1920-ci il 28 aprel işğalından sonra Səbu dağı və dağın ətəyində
salınmış yaraşıqlı qəsəbə xalqımıza divan tutmuş quldurun adı ilə adlandırıldı.
Hələ bu azmış kimi, S.Razinin heykəlləri ucaldılmış, adı küçələrə, kolxoz və
sovxozlara verilmişdi.
 
1990-cı ildən sonra S.Razinə də səl qiymət verilməyə
başladı. S.Razin qəsəbəsi hazırda Azərbaycanın görkəmli ədibi və tarixçisi
Abbasqulu ağa Bakıxanovun adını daşıyır.
 
(səh. 54)
 
 
 
 
 
RAMAZAN
BAYRAMI, ORUCLUQ BAYRAMI
 
1992-ci il oktyabrın 27-də qəbul edilmir. Qanunla
Azərbaycan Respublikasının bayramları sırasına yeni bir bayram – Ramazan
bayramı da əlavə edildi. Əslində nəinki Azərbaycanda, müsəlmanlar yaşayan hər
yerdə yüz illərdir ki, Ramazan bayramı qeyd edilir. Kommunistlər hakimiyyəti ələ
aldıqdan sonra dini sıxışdırıb aradan çıxarmaq məqsədilə əksər dini bayram və mərasimləri
yasaqladılar. Təqiblərə və qadağalara baxmayaraq, Ramazan bayramı mərasim kimi
yaşadı. 1993-cü ildən isə müsəlman ölkələrinin hamısında olduğu kimi, Azərbaycanda
da rəsmi bayram kimi qeyd edilməyə başladı.
 
Ramazan ərəbcə “yanmaq” sözündəndir. Hicri təqvimin
doqquzuncu ayıdır. İslami dəyərlərə görə, mömin insanlar həmin ay oruc tutub
ibadət etdikləri üçün tövbə edənlərin günahları yanır, yox olur.
 
Müsəlmanlar Ramazan ayının başlanğıcından sonunadək
oruc tuturlar. Dini anlamda oruc islamın beş şərtindən biri olub ibadət niyyətilə
bəlli bir zamanda bəlli şəkildə və bəlli şeylərdən kənar durmaqdır. Bəlli zaman
– dan yerinin ağarmasından Günəşin qürubuna qədər olan müddətdir.
 
Ramazan ayına və bu ayda tutulan oruca ömür içindəki
illik hesabat ayı, yəni bir il içindənə etdiklərini, necə etdiklərini və nə etməli
olduqlarını düşündükləri, öz-özlərini haqq-hesaba çəkdikləri ay kimi baxılır.
 
Çünki bu günlər birlik, bərabərlik, qardaşlıq,
sevgi və dostluq günləri hesab edilir. Bir ay müddətində bu sevgi iqlimi, bu
xoş ruzigar bəxşiş və mərhəmət yağmurları ilə bərəkətləndirilir. Üstlərində
haqları olanlardan halallıq istənilir, kimsəyə haqları varsa, halallıq verilir.
 
Ramazan ayında maddi imkanı olanlar yoxsullara, imkansızlara
əl tutur, yardım edirlər. Ayın son günü bayram edilir. Müsəlmanlara görə,
Ramazan ayında cənnət qapıları açılır,cəhənnəm qapıları bağlanır. Ona görə də həmin
vaxt qılınan namaza, verilən sədəqəyə görə Allah-taala qat-qat artıq savab
verir.
 
Hicri-şəmsi və hicri-qəməri təqvimlər arasında fərq
11 gün olduğuna görə, Ramazan bayramı hər il əvvəlki ildən on gün tez qeyd
edilir.
 
(səh. 54)
 
 
 
RƏMZ-SİMVOL
 
 
 
Siz Azərbaycan Respublikasının üç rəngli bayrağının
hansı rəmzlərdən ibarət rəmzli olduğunu yaxşı bilirsiniz: göy rəng – türklük,
qırmızı rəng – çağdaşlıq, yaşıl rəng – islam rəmzidir. Onu da bilirsiniz ki, rəmz
hər hansı bir hadisənin, anlayışın, işin mahiyyətini göstərən şərti işarədir. Rəmzin
xarakteri, keyfiyyəti anlayışın uzun əsrlər boyu daşıdığı mahiyyətlə ölçülür. Rəmzlər
çox qədim zamanlardan yaranmağa başlamışdır. Elə rəmzlər vardır ki, onlar tarix
boyu dəyişilməz qalıb, elələri də olub ki, dəyişib, yeni keyfiyyət qazanıb. Rəmzlər
həm də milli dünyagörüşü, psixologiya ilə bağlıdır. Buna görə də müəyyən bir əşya,
söz müxtəlif xalqlarda müxtəlif rəmz ifadə edə bilər. Məsələn, sarı rəng – çinlilərdə
müqəddəslik, əzəmət bildirirsə, bizdə çox vaxt nifrət, xəstəlik rəmzi kimi
qavranılır.
 
Ona görə də zaman keçdikcə dövlət rəmzləri, milli və
beynəlxalq rəmzlər formalaşmışdır. Bayraq, gerb, emblem və s. rəmzlər geniş
yayılmışdır. Məsələn, göyərçin beynəlxalq aləmdə sülh rəmzinə (simvoluna)
çevrilmişdir.
 
Rəmz kimi əşya, söz, rəng, heyvan, quş və s. də
götürülə bilər. Belə rəmzlər adətən dəyişmir. Məsələn, boz qurd xilaskarlıq rəmzi
kimi həm uzaq keçmişimizdə, həm indi eyni yozumdadır. Göy rəng uzaq keçmişimizdə
müqəddəslik rəmzi idisə, indi türkçülük rəmzidir.
 
(səh. 63)
 
 
 
 
 
RƏSUL RZA
(1910-1981)
 
 
 
Rəsul Rza ilk Azərbaycan şairidir ki, uşaqlar üçün
şəkilli təbiət ensiklopediyası yaratmışdır. Ömrünü ciddi ictimai-siyasi
poeziyaya həsr edən, Azərbaycan ədəbiyyatında sərbəst şeirin bayraqdarı olan
şairin “Balacaların şəkilli təbiət ensiklopediyası” silsiləsindən kitablar çap
etdirməsi heç də təsadüfi deyildi. Həmin kitabçaları diqqətlə oxuyan görər ki,
şair öz ədəbi konsepsiyasına ömrünün sonunadək sadiq qalıb. Belə ki, hətta
uşaqlar üçün nəzərdə tutduğu, təbiətdən bəhs edən, kökü, kələmi, pomidoru,
qarpızı və s. bitkiləri təsvir etdiyi şeirlərində də ictimai-siyasi məzmun var.
 
Şairi belə formadan istifadə etməyə ruhlandıran bəlkə
də onun çoxcəhətli qaynar fəaliyyəti olmuşdur. Azərbaycan Sovet Yazıçılar
İttifaqının sədri, Azərbaycan SSR Kinematoqrafiya naziri, Xəbərlər Mətbuat
Agentliyi Respublika şöbəsinin rəyasət heyətinin, Asiya və Afrika ölkələri ilə
Respublika həmrəyliyi komitəsinin sədri və b. Vəzifələrdə işləmiş Rəsul Rza
1965-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının (ASE) Baş redaktoru təyin
olunmuşdur. Bütün istedad və bacarığını ensiklopediya kimi məsuliyyət və gərginlik
tələb edən, həmçinin millətin mədəni inkişafında böyük rolu olan bir nəşrin
hazırlanmasında mühüm xidmətləri olmuşdur.
 
Azərbaycan Sovet Ədəbiyyatının yaradıcılarından
olan R.Rza ədəbiyyatımıza forma və məzmunca yenilik gətirmişdir. 1950-ci ildə
yazdığı “Lenin” poeması sovet ədəbiyyatşünaslığında yüksək qiymətləndirilmiş və
bir çox dilə tərcümə edilmişdir.
 
Sovet həyat tərzinə, sosializmin nailiyyətlərinə
onlarla şeir, məqalə həsr edən, pyes, kinossenari yazan Rəsul Rzanın
yaradıcılığında 1960-cı illərdən sonrakı dövr bir dönüş çağı olmuşdur. Şairin qələmə
aldığı mövzular əhəmiyyətli dərəcədə yenilənibmiş, analitik təfəkkür, həyat
hadisələrinə fəlsəfi yanaşma meyilləri daha da güclənmişdir. 1962-ci ildə nəşr
etdirdiyi məşhur “Rənglər” şeirlər silsiləsi böyük duyğuları, fəlsəfi fikirləri
sənət dilində ifadə etməyin poetik forması idi. Uzun müddət müzakirə mövzusuna
çevrilmiş “Rənglər” dünyanın müxtəlif dillərinə tərcümə olunmuşdur. Fikirlərini
bəzən eyhamla, sətiraltı mənalarla demək məcburiyyətində qalan şairin
poeziyasında forma və üslub yenilikləri, zəngin və orijinal obrazlar diqqəti cəlb
edir. Rəsul Rza tərcüməçilikdə də əvəzsiz xidməti olan şairlərimizdəndir. O,
dünya poeziyasının bir çox nümunələrini dilimizə çevirmişdir.
 
Azərbaycan xalq şairi Rəsul Rza ölkəmizdə və xaricdə
kökü milli poeziyanın münbit torpağında olan “fikir və zəka şairi” kimi tanınır
və sevilir.
 
(səh.64)
 
 
 
 
 
RƏSULZADƏ
MƏHƏMMƏDƏMİN MOLLA ƏLƏKBƏR OĞLU
 
(1884-1955)
 
 
 
Azərbaycan tarixində 20-ci əsr ziddiyyətlər, ümid və
ümidsizliklər, qələbə və məğlubiyyətlər dövrüdür.
 
Qələbələrimiz hansılardır? Bunlardan başlıcası ağır
sığınaqlara baxmayaraq varlığımızı qoruyub saxlamağımızdır. İkinci qələbə
yetirdiyimiz şəxsiyyətlərdir. Biz çox zaman xalqın sərvəti dedikdə təbii və
maddi sərvətləri nəzərdə tuturuq. Lakin həmin sərvət gec-tez tükənir. Buna görə,
xalqın sərvəti mənəvi və ruhi sərvətlər və onları yaradanlardır, desək daha
doğru olardı. Belələrindən biri də “Müsavat” partiyasının və Azərbaycan
Demokratik Respublikasının yaradıcılarından biri olan Məmmədəli Axund Hacı
Molla Ələkbər oğlu Rəsulzadədir.
 
O, 1884-cü ildə Bakının Novxanı kəndində, ruhani
ailəsində anadan olmuş, yaxşı təhsil almış və gənc yaşlarından həyatını Azərbaycan
xalqının azadlıq mübarizəsinə həsr etmişdir.
 
Məlumdur ki, xalqın siyasi liderləri, yüksək
savada, prinsipə və məfkurəyə bağlı görkəmli şəxsiyyətləri varsa, deməli o xalq
gec-tez əzəli və arzu və diləyinə - istiqlaliyyətinə qovuşacaqdır. Bu cür
siyasi və mənəvi liderlər sayəsində 1918-ci ildə Azərbaycan xalqı da müstəqillik
uğrunda açılan imkanlardan istifadə edib, şərqdə ilk demokratik respublika
yaratmışdı. Lakin bu böyük nailiyyət asanlıqla əldə edilmədi. Bunun üçün Məmmədəmin
və onun silahdaşları – Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy
Ağayev, Nəsib bəy Yusifbəyov və başqaları ilə illərlə inadlı mübarizə aparmalı
oldular. Bu yolda saysız qurbanlar verildi. Bütün qurbanlar və mübarizələr son
nəticədə 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının (ADR, Azərbaycan
Xalq Cümhuriyyətinin) yaranması ilə nəticələndi.
 
Məmmədəmin Rəsulzadə bu Respublikanın ürəyi idi.
Lakin yenicə azadlıq əldə etmiş məzlum xalqların bəxti gətirmədi. Dağılmış çar
imperiyasının yerində daha qorxulu və riyakar bir imperiya – kommunist imperiya
quruldu. Məlumdur ki, bolşeviklər Azərbaycanın  müstəqil dövlət kimi varlığına dözə bilməzdilər.
Onlara ilk növbədə Azərbaycanın nefti lazım idi. Beləliklə, 1920-ci il, aprelin
28-də başıbəlalı ölkəmizdə qanlı bolşevik rejimi bərpa olundu.
 
Azərbaycanın siyasi və və hərbi xadimlərinin əksəriyyəti
güllələndi. Xoşbəxt bir təsadüf nəticəsində xilas olub xaricə pənah aparan M.Rəsulzadə
sonralar bütün həyatını Azərbaycanın istiqlaliyyəti uğrunda ideya mübarizəsinə
həsr etdi. Bir-birindən maraqlı və dəyərli onlarca əsər yazdı və bununla müstəqillik,
milli istiqlaliyyət uğrunda mübarizənin ideoloji əsasını qoydu. Məmmədəmin özü
repressiyadan qurtulsa da, ailəsinin taleyi faciəli oldu. Onlar Qazaxıstana
sürgün edildilər. Min cür işgəncələrə düçar oldular. Lakin qəhrəmanlıq və fədakarlıq
unudulmur. Bu gün müstəqil Azərbaycan Respublikasında Məmmədəminin ucaltdığı üç
rəngli bayraq vüqarla dalğalanır, onun adı isə dillər əzbəridir.
 
(səh. 65)
 
 
 
 
 
RUMİ MÖVLANƏ
CƏLALƏDDİN
 
 (1207-1273)
 
 
 
Farsca yazdığı məsnəvisi ilə şöhrət qazanan böyük
türk sufisi Cəlaləddin Rumi Bəlxdə (Əfqanıstanda şəhər) anadan olmuş,
monqol-tatar yürüşü vaxtı atası ilə bərabər Anadoluya köçmüşdü. Atası dövrünün
elmlərini yaxşı bilən alim idi. Cəlaləddin ilk təhsilini də məhz ondan almış,
az bir müddətdə biliyi və savadı ilə Anadoluda şöhrət qazanmış, ətrafına çoxlu
tələbə toplamışdır. Cəlaləddin Anadoluda, əsasən Konya şəhərində yaşadığına görə
Rumi təxəllüsü ilə (o vaxtlar Anadoluya Rum ölkəsi deyirdilər) şeirlər yazırdı.
Onun türkcə yazdığı bir neçə şeirindən başqa qalan əsərləri farscadır. Fars ədəbiyyatında
məsnəvi formasını cilalayan və şöhrətləndirən Cəlaləddin Rumi olmuşdur.
 
Cəlaləddin Ruminin həyatında dönüş çağı böyük türk
sufisi Şəms Təbrizi ilə görüşündən sonra olmuşdur. Şəms Mövlanəyə elmə dərindən
yiyələndikdən sonra ağılın yerinə eşqin, kitabın yerinə şəxsi təcrübənin daha
da üstün olduğunu başa saldı. Həmin andan Ruminin həyatı tamamilə dəyişdi. Rumi
Şəmslə keçirdiyi günləri sonradan dönə-dönə xatırlamış və bu barədə çoxlu əfsanələr,
rəvayətlər yaranmışdır.
 
Cəlaləddin Rumi haqqı dərk etməyin yalnız eşqlə
mümkün olduğunu anladıqdan sonra dərs deməkdən həmişəlik uzaqlaşdı. Bir şeirində
Rumi yazırdı:
 
Birisi məndən aşiqlik nədir, – deyə sordu,
 
Dedim ki, mənim kimi olsan bilərsən.
 
“Mövləvilik” Mövlanə Cəlaləddinin adı ilə bağlıdır.
Bu hərəkat onun ölümündən sonra oğlu Sultan Vəlid tərəfindən inkişaf etdirildi
və fəlsəfi bazasını Ruminin məsnəviləri təşkil etdi.
 
Rəvayətə görə, Rumi özü rəqs edib oxumağı, rübab
çalmağı çox sevərmiş. Onun rəqs edərək vəcdə gəlməsi, quş kimi göyə qalxmağı
barədə çoxlu rəvayət mövcuddur. Bütün bu xüsusiyyətlər əski (qədim) türk mədəniyyətindən
gələn ünsür idi. Buna görə də Rumi deyirdi:
 
Biz göylərə doğru uçub axmaqdayız,
 
Çünki bizim yaradılışımızın əski mayası ərşdir.
 
Cəlaləddin Ruminin şeirlərində dərin düşüncə ilə
lirik duyğu birləşmişdir. Buna görə də şair: “Özümdən keçdim, eşqə qul oldum”
deyir. Ruminin əsas məqsədi insanda və kainatda gizli olan həqiqətləri göstərməkdir.
Şairə görə kainat Tanrının əsəridir. İnsan nə qədər ki, kainata adi gözlə, mənfəət
axtarmaq naminə baxır, o, kainatın içindəki həqiqəti və həqiqi gözəllikləri görə
bilməz. Tanrı gözəlliyini görmək üçün insan öz ruhunu nəfsdən təmizləməlidir. Nəfsdən
təmizlənən ruh ney haqqında deyilənlərin çoxu böyük türk sufisi Mövlanə Cəlaləddin
Ruminin əsərlərindən gəlir.
 
Cəlaləddin Mövlanə Ruminin şeirləri xalq arasında
geniş yayıldığından çox vaxt zərb-məsəl, atalar sözü kimi işlədilir. “Ya
göründüyün kimi ol, ya olduğun kimi görün”. “Ey dil! Sən sonsuz bir xəzinəsən,
həm də davası olmayan dərdsən!” və b. Poetik ifadələrində elə fikir və mülahizələr
var ki, islam dininə zidd təsir bağışlayır. Bundan istifadə edən mühafizəkar
dindarlar Rumiyə hücumlar etmişlər. Bütün ruhu ilə Qurana bağlı olan şair türklər
arasında islamın yayılmasında əvəzsiz rol oynamışdır.
 
Ruminin “Divan”ı, “Məsnəvi”si, “Fihi Mafih” adlı əsəri
vardır.
 
(səh. 66)
 
 
 
RUSTAVELI
ŞOTA
 
(12-13-cü əsirlər)
 
Gürcüstanın şərqində, əhalisinin əksəriyyəti Azərbaycan
türkləri olan Borçalı-Qarayazı bölgəsində, Kür çayının sahilində 20-ci
yüzilliyin ikinci yarısında yeni şəhər salınmağa başlandı. Bu, metallurqlar və
kimyaçılar şəhəri gürcü şairi Şota Rustavelinin şərəfinə Rustavi adlandırıldı.
 
Araşdırıcılara yalnız bu əsəri – “Pələng dərisi
geymiş pəhləvan” poeması məlum olan Şota Rustavelini əbədi yaşarlığı da elə həmin
əsər əsasında müəyyənləşdirilmişdir. Poemanın əvvəlində əsərin gürcü hökmdarı
Tamaraya (Tamar) [1184-1213] və onun əri David Soslaniyə ithaf edildiyi
yazılır.
 
Əsərin müəllifi iki yerdə Rustaveli olduğunu göstərir.
Bu da rustavili şəxs, yaxud da Rustavi mülkünün sahibi deməkdir. Qüdsdəki
(Yerusəlim) gürcü monastrının sütununda aşkarlanmış şəkilaltı yazıya əsaslanan
araşdırıcılar bu qənaətə gəlirlər ki, Ş.Rustaveli ömrürün sonslarında həmin
monastırda rahib kimi yaşamış və orada da ölmüşdür.
 
“Pələng dərisi geymiş pəhləvan”ın orijinal olmayıb,
Şərq dillərindən Şota Rustaveli tərəfindən gürcü dilinə tərcümə edildiyini söyləyən
araşdırıcılar da var. Əsər yüksək bədii dəyərə malikdir və gürcü dili və ədəbiyyatının
inkişafına böyük təsir göstərmişdir.
 
1930-cu illərdə Əhməd Cavad “Pələng dərisi geymiş pəhləvan”
poemasını gürcü dilinə tərcümə etməyə başlamışdı. 1937-ci ildə şairin həbs
edilib güllələnməsi poemanın tərcüməsi və nəşrini yarıda saxlasa da, S.Vurğun,
S.Rüstəm, M.Rahim onu tam şəkildə rus dilindən tərcümə edib nəşr etdirmişlər.
1978-ci ildə isə Əhməd Cavadın tərcüməsi, Ələkbər Ziyatayın redaktəsi və itmiş
hissələrin bərpası ilə nəşr olunmuşdur.
 
(səh. 73)
 
 
 
RUHANİLƏR
 
 
 
Ancaq dinə qulluq edən, dini icmaların işlərini
nizamlayan şəxslərdir. Televiziya ekranında, yaxud həyatda da rast gəlmiş
olarsınız: başına ağ əmmamə qoyan, əyninə uzun əba geyən şəxslərə. Bu
şeyxülislam, yəni “islamın ağsaqqalı” titullu ali ruhani xadimidir və Güney
Qafqazda şiə icmasının başçısı sayılır. Sünni icmalarının başçıları isə müxtəlifdir.
“Axund” sözünü də eşitməmiş deyilsiniz. Onlar da müəyyən ərazilərdə fəaliyyət
göstərən cavabdeh şəxslərdir. Məclislərdə gözəl avazla, bəlağətli səslə Quran
ayələrini oxuyan, yaxud valideynlərinizin dua yazdırmaq üçün müraciət etdiyi
mollalara da ruhanilərə aid kimsələrdir. Geyimlərindəki fərqlər ruhanilərin
xidmət etdikləri dini müəyyənləşdirməyə kömək edir.
 
(səh. 74)
 
 
 
RÜBAİ
 
Yəqin ki, Ömər Xəyyamın, Məhsəti Gəncəvinin və
başqa şairlərin rübailərini həvəslə oxuuyursunuz. Rübai lirik şeir fomrası kimi
Şərqdə çox geniş yayılmışdır. Bu şeir forması əsasən 1O-cu əsrdən sonra Orta
Asiyada, Azərbaycanda, İranda çox işlənmişdir. Rübainin birinci, ikinci və
dördüncü misraları həmqafiyə, üçüncü misrası sərbəst olur. Deməli, hər bir
rübai dörd misralıq, bitkin, müstəqil bir əsərdir:
 
Ey mənim könlümü alan gözlərin,
 
Ey mənim bağrımçı dələn sözlərin,
 
Mən şikayət kimdən edim, ey həbib,
 
Özləridir, özləridir, özləri.
 
Bəzən qafiyə ilə yanaşı rübaidə rədif də işlədilir.
Əsas şərt fəlsəfi fikrin tutumu, dərin məna, poetik gözəllikdir. Dünya ədəbiyyatında
rübainin ən gözəl nümunələrini Ömər Xəyyam yaratmışdır. Ömər Xəyyam məhz rübailərdə
özünün fəlsəfi fikirlərini açıqlamışdır:
 
Əlimdə olsaydı, əgər iqtidar,
 
Bu köhnə fələyi kökündən yıxar,
 
Təzədən elə bir fələk qurardım
 
Ki, hər kəs yaşardı azad, bəxtiyar.
 
İnsan ömrü, azadlıq, fani dünyanın keçiciliyi və s.
haqqında Məhsəti Gəncəvinin yazdığı rübailər də məşhurdur. Müasir şairlərimiz də
rübai yazır, bəzən poemaların müəyyən məqamlarında rübai formasından istifadə
edirlər.
 
(səh. 74)
 
 
 
RÜBƏND
 
Yəqin çadra örtmüş, yaşmaq vurmuş, rübənd salmış
qadına rast gəlirsiniz. Beş-on il əvvəl isə çadralı qadınlarla az-az halalrda
qarşılaşırdınız. Rusiyada 1917-ci il Oktyabr inqilabından sonra dilin dövlətdən
ayrıldığı elan edildi. İlk baxışda bunda elə bir nöqsan gözə çarpmırdı. Lakin
bolşeviklər mövqelərini möhkəmlətdikcə nəinki dinə, hətta minillik başqa ənənlərə
arxa döndərdilər. Mədəni inqilab adı altında çadra örtənlərə rübənd salanlara,
papaq qoyanlara qarşı mübarizəyə başladılar.
 
Çadra, rübənd, yaşmaq gerilik, köləlik rəmzi kimi
geniş təbliğ olunurdu. Hətta çox vaxt zor da tətbiq edilirdi. 1920-30-cu illərdə
kinoteatrların, konsert və iclas salonlarının qarşısına xüsusi adamlar qoyurdular
ki, papaqlı kişiləri, çadralı qadınları salona buraxmasınlar. Bütün bu
qanunsuzluqları qadın və kişilərin hüquq bərabərliyi şüarı altında həyata
keçirirdilər.
 
Təqiblərə, təzyiqlərə baxmayaraq, baba və nənələrimiz
ənənəyə sadiq qaldılar. İrticanın tüğyan etdiyi vaxtlarda da islam ehkamlarına
yarıaçıq, yarıgizli əməl etdilər.
 
Kommunist rejimi dağıldıqdan sonra insanlar mənəvi
azadlıq da qazandılar. 
 
Yeni məscidlərin sayı artdığı kimi, çadra örtən,
rübənd salan qadınların sayı da çoxaldı. “Rübənd” sözü farscadan dilimizə
keçmişdir. Mənası “üz örtüyü” deməkdir. Mərkəzi Asiyada yaşayan müsəlman və
türklərin əksəriyyəti qadınların bu sayaq üz örtüyünə p ə r ə n c ə deyirlər. Əsasən, ipək parçadan olan, üzəri müxtəlif
tikmələrlə bəzədilən rübəndi qadınlar başlarına salanda yalnız gözləri görünür.
Qızlar həddi buluğa çatdıqdan sonra üzlərini yad kişilərdən gizlətmək üçün
başlarına ya rübənd salır, ya da çadra örtürdülər.
 
(səh. 74)
 
 
 
 
 
RÜŞDİYYƏ
MƏKTƏBİ
 
 
 
Köhnə qəzet və jurnallarda “Azərbaycan başdan-başa
savadsızlar ölkəsi idi”, “nə məktəb, nə universitet vardı” və s. kimi ifadələrə
rast gəlsəniz, heyrətlənməyin. Onları yazanlar məktəb, təhsil deyəndə yalnız
indiki məktəbləri və təhsil sistemini nəzərdə tuturdular. Min illər boyu Şərqdə
mövcud olmuş mollaxanaları, mədrəsələri və b. tədris, elm ocaqlarını qəbul
etmirdilər.
 
Avropada kapitalizmin şöhrətli inkişafı elm və
texnika cəhətdən geridə qalan Şərqi heyrətləndirirdi. Şərqin bir sıra pedaqoqu
və maarifçisi bu geriliyin səbəbini təhsil sisteminin zamanla ayaqlaşmasında
görürdü. Odur ki, xalqımızın demokratik fikirli, yenilikçi maarif xadimləri Şərq
təhsil sistemində islahatlar aparıb, onu Avropa təhsil sisteminə
uyğunlaşdırmağa girişdilər. Belə maarifpərvər pedaqoqlardan biri də Mirzə Həsən
Mehdi oğlu Rüşdiyyə idi. Onun təşkil etdiyi məktəblər yaddaşlarda Rüşdiyyə məktəbləri
kimi qaldı.
 
Hacı Mirzə Həsən 1851-ci ildə Təbrizdə doğulub. Gənc
yaşlarından məktəb açıb uşaqlara savad uşaqlara savad öyrətməklə bərabər,
publisistlik də edib. İdeyalarını həyata keçirmək üçün 1883-cü ildə İrəvan şəhərinə
gəlib. Burada yeni üsulla təhsil verən məktəb açıb. 1887-ci ildə Təbrizə
qayıdıb. Təbrizdə və Tehranda açdığı “Dəbistani-Rüşdiyyə”, “Mədrəseyi-Rüşdiyyə”,
“Rüşdiyyəyi-Müzəffəriyyə” məktəblərində türk, fars, fransız dilləri, fizika,
riyaziyyat, ədəbiyyat və b. fənləri tədris proqramına daxil edib. Qəzet və
jurnallarda onlarca elmi pedaqoji məqalələr dərc etdirən M.H.Rüşdiyyə mürtəce
qüvvələrin fitnəkarlığı nəticəsində həbs olunub, Xorasan əyalətinə sürgünə göndərilmişdi.
 
İranda Məşrutə hərəkatı adı ilə məşhur olan 1905-11-
ci illər inqilabında fəal iştirak edən M.H.Rüşdiyyə Azərbaycan türkcəsində
yazılmış “Ana dili”, “Vətən dili” kimi əlifba kitablarının müəllifidir.
Yenilikçi pedaqoq 1944-cü ildə Qum şəhərində vəfat etmişdir.
 
(səh. 75)
 
 
 
 
 
 
 
SAVALAN
 
 
 
Fransa və ya Paris deyəndə dərhal Eyfel qülləsi,
yaxud Notr-Dam kilsəsi, Roma deyəndə Kolizey yada düşdüyü kimi, Bakı deyəndə
Qız qalası, neft və Xəzər, Cənubi Azərbaycan deyəndə isə Savalan yada düşür.
Əslində Savalan şimallı-cənublu bütün Azərbaycanın rəmzi sayılmalıdır. Rəvayətə
görə, öz qoynunda Zərdüşt babanı gizlətmiş və bu möhtəşəm dağ Azərbaycanın
coğrafi mərkəzindədir. Kim Lerik tərəfdən və Ərdəbil tərəfdən yaxınlaşsa, hələ
30-40 kilometr uzaqdan səmada gömgöy mavilik, ağappaq qar görəcək. İnsanı qəribə
bir hiss bürüyür. Dağın özü yox, ancaq zirvəsindəki qar görünür.
 
Dəniz səthindən 4850 metr yüksəkdə olan Savalan Azərbaycanda
ən yüksək zirvədir. Belə deyirlər ki, kim onun təzə qarından yesə yüz il
yaşayar.
 
Savalan dörd tərəfində 100 kilometrlərlə ərazidə
yerləşən saysız kəndləri və şəhərləri öz suyu və saf havası ilə cənnətə döndərir.
Onun qarı il uzunu yüzlərlə bulaq və kəhrizi büllur kimi saf su ilə təmin edir.
Yamaclarında saysız qoz, ərik, alma, armud, gilas bağları və meşələri var.
 
(səh. 79)
 
 
 
 
 
SALNAMƏ
 
Xalq qəhrəmanı Babək ərəb işğalçılarına və onlara
tabe olan yerli feodollara qarşı 2O ildən çox mübarizə aparmışdır.
 
Biz bunu hardan bilmişik? Əlbəttə, salnamələrdən, yəni
hadisələrin illər üzrə nağıl edildiyi tarixi əsərlərdən. Salnamələrdə
padşahların hökmranlığı, vuruşmalar və hərbi yürüşlər, tikinti işləri, təbiətin
qeyri-adi və dəhşətli hadisələri, qorxulu yoluxucu xəstəliklər, bir sözlə, hər
şey haqqında məlumata rast gəlmək olur.
 
Orta əsrlərdə Şərq ölkələrində salnamələri adətən
saray tarixçiləri, katiblər yazırdılar. Salnaməçilər özlərindən əvvəlki dövrlərdə
baş verən hadisələri də öyrənməyə çalışır, xalq əfsanələrini toplayır, yaşlı
adamları sorğu-sual edirdilər. Məsələn, salnaməyə I Şah Abbas haqqında belə bir
rəvayət düşmüşdür: saray münəccimi ulduzların toqquşacağını və bunun şaha fəlakət
gətirəcəyini demiş və üç günlüyə şahlığı başqa bir adama verməyi məsləhət
görmüşdü. Mirzə Fətəli Axundzadə “Aldanmış kəvakib” əsərini həmin rəvayətin əsasında
yazmışdır.
 
İlk vaxtlar salnamələri perqamentdə, yəni xüsusi
olaraq aşılanmış dəridə, 15-ci əsrdən isə kağızda yazırdılar. Salnaməçilər qaz
lələyindən düzəldilmiş qələmlə gözəl xətlə yazır, səhifənin boş yerlərini zərif
naxışlar və şəkillərlə bəzəyirdilər. Salnamə yazmaq çox mühüm iş sayılırdı. Ona
görə də hər bir hökmdar istəyirdi ki, öz salnaməçisi olsun.
 
Alimlər salnamələri diqqətlə oxuyur, onları
bir-birilə tutuşdurur, hadisələr barədə məlumatın haradan götürüldüyünü bilməyə,
bizim günlərədək gəlib çatmamış daha qədim salnamələrin izinə düşməyə
çalışırlar.
 
İndiki dövrdə də salnamələr yaradılır. Məsələn,
qocaman jurnalist Qulam Məmmədli Azərbaycanın görkəmli şəxsiyyətləri N.Nərimanov,
Ü.Hacıbəyov, H.Ərəblinski, C.Məmmədquluzadə, H.Cavid haqqında salnamələr, Azərbaycan
teatrının ikicildlik salnaməsini tərtib etmişdir.
 
(səh. 81)
 
 
 
 
 
SAXSI
 
Araşdırıcılar qədim misirlilərin saxsıdan istifadə
etdiklərini müəyyənləşdirmişlər. Bu ağ rəngli və məsaməli struktura malik
keramik material 4-5-ci əsrlərdən başlayaraq Çində, 11-13-cü əsrlərdə Koreyada,
16-cı əsərdən Yaponiyada və Avropa ölkələrində geniş istehsal edilməyə
başlandı.
 
Qədimlərdə saxsıdan qab-qacaq düzəltmək üçün
istifadə edilirdisə, sonralar onun sahəsi daha da genişləndirildi. Məişət
avadanlıqlarında, binaların tikintisində saxsıdan geniş istifadə edilməyə
başlandı.
 
10-12-ci əsrlərdə İranda kəşf edilmiş ağ azməsaməli
saxsı şəkilli kütlə (kaşı) islam ölkələrində də yayıldı.
 
Saxsı məmulatlarının stəhinə su keçirməyən qlazur
(şirə) təbəqəsi çəkilir. Tərkibinə və
 
 Xassələrinə
görə saxsı alüminatlı əhəngli, şamotlu və çöl şpatlı olur. Çöl şpatlı saxsı
texnikada və məişətdə daha çox yayılmışdır.
 
(səh. 83)
 
 
 
 
 
SAXURLAR
 
Qafqazın qədim tayfalarından olan saxurlar Azərbaycanın
əsasən Zaqatala, Qax və Balakən rayonlarında, Dağıstan Respublikasının (Rusiya
Federasiyası) Rutul rayonunda yaşayır, özlərini “yıxbı” adlandırırlıar. Etnik
adları baş kəndləri saxurla əlaqədardır. Avropoid Balkan-Qafqaz irqinin Xəzər
variantına aiddirlər. Sayları təqribən 65 min nəfərdir, özünəməxsus adət-ənənələri
və dilləri vardır. Əsasən, Böyük Qafqazın ətəklərində yaşayır, maladarlıq, əkinçilik,
bağçılıq və toxuculuqla (palaz, xalça, şal, corab və s.), sənətkarlıqla məşğul
olurlar. Dilləri səs tərkibi və qramatik cəhətdən zəngindir. 20-ci əsrin əsrin
30-cu illərində yazıları olmuş, kitablar çap edilmiş, sonra unudulmuşdur. Azərbaycan
müstəqillik qazanandan sonra 90-cı illərdə professor Abdulla Qarayev saxur dili
əlifbasını yaratmış, proqram və dərsliklər yazmışdır. Zaqatalada çoxsahəli
“saxur” mədəniyyət mərkəzi fəaliyyət göstərir.
 
                                                                                                                        (səh. 84)
 
 
 
 
 
SEMENT
 
Bu gün yaşadığımız binaların, kinoteatrların,
sarayların, səhraları gülzara çevirən suvarma kanalalrının, təyyarələrin uçuş
zolaqlarının, dəmiryol və avtomobil yollarının, raketlərin start
meydançalırının və s. onlarca obyektin tikintisini sementsiz təsəvvür etmək çətindir.
İnşaatçılar çox vaxt onu tikintinin çörəyi adlandırırlar.
 
Bu gün dünya xalqlarının bir çoxlarının dilində işlənən
sement almanca “zement” (qırmadaş mənasını verir) sözündən alınmışdır. Uzaq keçmişdən
başlayaraq 19-cu yüzilliyədək insanlar binalar tikərkən gipsdən və əhəngdən
istifadə edirlər. Sonralar müxtəlif ölkələrdə inşaatçılar daşlar arasında bərkidici
maddə kimi gips və ya əhəngdən istifadə edəndə ona narınlaşdırılmış vulkanik
süxurlar, bişirilmiş kərpic ovuntusu və s. qatmaqla yeni bərkidicilər əldə
etmişlər. 1976-cı ildə isə C.Parker təbii mergellərin yandırılması və
narınlaşdırılması məhsulu olan hidravlik yapışdırıcı – Roman-sement üçün patent
aldı. 1824-cü ildə İngiltərədə C.Aspdin və 1825-ci ildə Rusiyada Y.G.Çeliyev
bir-birindən xəbərsiz portlandsement aldılar. Bu, tikinti-quraşdırma işlərinin
sürətləndirilməsinə təkan verdi. Adi şəraitdə bərkiyə bilməsinə, yüksək
fiziki-mexaniki xassələrinə, suya, şaxtaya dözümlülüyünə, uzunömürlülüyünə və
s. görə yığma və monolit betonların, həmçinin dəmir-beton konstruksiya və məmulatların
hazırlanmasında sementdən geniş istifadə edilir.
 
Sement əsasən quru, yaş və kombinəli üsullarla
istehsal olunur. Quru üsulla sement istehsal ediləndə əhəng və gil
narınlaşdırılma və üyüdülmə prosesində qurudulur. Sonra başqa lazımi
materiallar da qatılmaqla boru-sobalara verilir. Burada məhsul 1450-1550 dərəcə
Selsi temperaturda yandırılır. Fırlanan boru-sobadan çıxan məhsul soyudularaq
tikintilərə, zavodlara, kombinatlara yola salınır. Bakının yaxınlığındakı
Qaradağ qəsəbəsində yerləşən sement zavodu cənubi Qafqazda bu qəbildən olan müəssisələrin
ən böyüyüdür.
 
(səh. 85)
 
 
 
 
 
SƏBAYIL,
SƏBAYEL
 
 
 
Əgər siz Bakıdakı Şirvanşahlar sarayına gedibsinizsə,
yan-yana düzülmüş iri daşlar yəqin ki, diqqətinizi cəlb edib. Bu daşların hər
biri üzərində ərəb əlifbasının iki ya üç hərfi ya tam, ya da yarımçıq oxunur.
Daşları yan-yana düzüb oxuduqda isə sözlər və cümlələr meydana gəlir. Diqqətlə
nəzər yetirsəniz görürsünüz ki, həmin daşlar on illər boyu su altında qalıb.
 
Azərbaycan arxeoloqları 1939, 1940, 1960 və 1969-cu
illərdə Bakı buxtasının cənub qərbində akvalanqçılarla birgə apardıqları
axtarış nəticəsində həmin daşları və başqa onlarca məişət əşyasini üzə
çixarmişlar. arxeoloqlar müəyyənləşdirmişlər ki, sahildən təqribən 350 metr arada
uzunluğu 140 metr, eni 35 metr olan Səbayel qəsri 14-cü əsrdə Xəzər qabaranda
sulara qərq olub. 3 dairəsi və 12 yarımdairəvi bürcü olan daş divarla (1, 2-2 m) əhatələnmişdir. Bürclərin
bəzi yerlərində və divarların künclərində iri daşlar dəmir qarmaqlarla
bir-birinə bənd edilibmiş. Divar və bürclərdəki daşlar üzərində ərəbcə kitabələr,
insan, quş və heyvan təsvirləri varmış. Bu kitabələrdə 1234-1235-ci illəri göstərən
tarix, Quran ayələri və s. yazılıb. 1723-cü ildə Xəzərin səviyyəsi enəndə abidə
görünsə də, tam üzə çıxmayıb. 1950-60-cı illərdə Xəzərin səviyyəsi yenidən
aşağı düşsə də, abidənin üzə çıxmaması bu qənaəti yaradır ki, 12-13-cü əsrlərdə
Xəzərin çəkilməsi sonrakı əsrlərdəki çəkilmələrdən böyük olub. Elə ona görə də
belə möhtəşəm abidə ucaltmağa şərait yaranıb.
 
Səbayel qəsri öz sirrini hələ tam açmayıb. Onun
müdafiə qalası, gömrükxana və ya ibadətxana kimi tikildiyi ehtimal olunur.
 
(səh. 85)
 
 
 
 
 
SƏDİ
 
(12O3-1O- cu
illər arası-1292)
 
 
 
Məşhur İran şairi Sədi Şirazinin əsərləri yeddi yüz
ildən artıqdır ki, insanlara ağıllı nəsihətlər verir, nəcib duyğular bəxş edir.
Uzun ömür sürən bu şair haqqında bir çox rəvayətlər yaranmışdır. Sədinin
uşaqlıq və gənclik illəri ana yurdunda – İranın Şiraz şəhərində keçmiş, ilk təhsilini
də burada almışdır. Sonra Bağdadda, öz dövrünün ali məktəbi sayılan Nizamiyyə mədrəsəsində
oxumuşdur. Ömrünün otuz ilini (1227-ci ildən)səyahətlərdə keçirmiş, bütün Yaxın
Şərqi, Hidistanı, Kiçik Asiyanı, Afrikanın şimalını gəzib dolaşmış, müxtəlif
insanlarla görüşmüş, zəngin həyat təcrübəsi qazanmışdır. 1257-ci ildə vətəni
Şiraza qayıtmış, müdrik filosof, alim kimi şöhrət qazanmışdır. O, Yaxın Şərq
tarixində ictimai keçməkeçlər, Səlib yürüşləri, monqol istilaları, qırğınlar
dövründə yaşayıb yaratmışdır. Sədi səlibçilərə qarşı vuruşmalarda iştirak
etmiş, Suriyada fransızlara əsir düşmüşdür. Əsirlikdən azad olub vətənə dönən
şair ömrünün sonunadək yaradıcılıqla məşğul olmuşdur.
 
Sədi fars poeziyasının ən böyük nümayəndələridir.
O, ədəbi fəaliyyətə hələ gənc ikən başlamışdı. O vaxtlar Kaşqara səyahəti
zamanı bir nəfər ondan haralı olduğunu soruşur. Şair: “şirazlıyam” – deyə cavab
verəndə həmin şəxs soruşur: “Sədinin əsərlərindən bilirsənmi?” BU göstərir ki,
Sədi hələ gənc yaşlarından vətənindən xeyli uzaqlarda belə məşhur olmuşdur. Sədi
Şərq poeziyasının qəsidə, qəzəl, təcribənd, qitə, rübai və s. formalarında
çoxlu şeirlər yazmışdır. O, qəzəl janrının ustadlarındandır. Lakin dünya ədəbiyyatı
tarixində Sədi “Bustan” və “Gülüstan” əsərləri ilə şöhrət qazanmışdır. Humanist
şair əsərlərində insanları ağıllı, cəmiyyətə faydalı, səxavətli, ədalətli
olmağa, irqindən və milliyyətindən asılı olmayaraq acizlərə, gücsüzlərə kömək
etməyə, sülhə, dostluğa, sədaqətə çağırmışdır. Sədi həmişə xalqın mənafeyini müdafiə
etmiş, xalqı cəmiyyətin əsası saymışdır. O yazırdı: “Hakim bir ağa isə, xalq o
ağacın köküdür, ey oğul, ağac kök ilə möhkəm olar”, “Bacardıqca xalqın qəlbini
yaralama, əgər yaralasan, öz kökünü qoparmış olarsan”.
 
Sədinin əsərləri Azərbaycanda da geniş yayılmış,
onun “Bustan” və “Gülüstan”ı 20-ci əsrin əvvəllərinədək məktəb və mədrəsələrdə
tədris edilmişdir.
 
(səh. 83)
 
 
 
 
 
SƏYYAHLAR
 
 
 
Dünyanın hər hansı bir guşəsi haqda bilgi almaq istəyəndə
öncə xəritəyə nəzər salırsınız. İndi xəritələr kosmosdan çəkilmiş şəkillər əsasında
hazırlanır.
 
Bəs kosmik gəmilər, təyyarələr olmayanda xəritələr
necə çəkilirdi?
 
Səyyahların qeydləri və söylədikləri əsasında. Səyyahların
qeydlərindən yalnız xəritələrin çəkilməsində istifadə dinmirdi, tarix, etnoqrafiya,
coğrafiya kitabları da onların söylədikləri əsasında hazırlanırdı. Hətta tacirlər,
hökmdarlar da səyyahların söhbətlərindən və ya yazdıqları yol qeydlərindən bəhrələnirdilər.
Hər adam səyyah ola bilməzdi. Səyyah fiziki cəhətdən sağlam, təbiət elmlərinə bələd
olmalıdı. Bir az da macəra həvəskarı olan şəxslər uzunmüddətli səyahətə
çıxırlar. Çox vaxt onları hökmdarlar, varlı tacirlər maliyyələşirdilər. N
 
Səyyahlardan söz düşəndə ən çox Marko Polonun,
Xristofor Kolumbun, Fernan Magellanın, Seymon Dejnyovun, N.Mikluxo-Mayklın,
Afanasi Nikitinin və başqalarının adı çəkilir. Çünki onlar haqqında elmi ədəbiyyatda
daha geniş məlumat var.
 
Azərbaycanlı səyyahlardan isə Hacı Zeynalabdin
Şirvaninin, Əbdürrəşid Bakuvinin haqqında kitablar və məqalələr var.
 
Səyyahlar cəsur insanlardır. Dünyanın istənilən
nöqtəsini kosmosdan çəkmək mümkün olmasına baxmayaraq yenə də qədim qayıqlarla,
it qoşulmuş xizəklərlə, piyada səyahətə çıxanlar olur. Azərbaycanlı Əlişir Nəvai
min kilometrlərlə məsafəni piyada qət edərək hər yerdə Nizami Gəncəvinin və Məhəmməd
Füzulini təbliğ edib.
 
(səh. 86)
 
 
 
SƏLİB
YÜRÜŞLƏRİ
 
Xristianların din bayrağı altında işğalçılıq yürüşləri
haqqında nə bilirsiniz?
 
Tarixdə S ə l
i b  y ü r ü ş l ə r i, X a ç  y ü r ü ş l ə r i
adı ilə də bəlli olan
(öz paltarlarına xaç dikdikləri üçün onlara bu ad verilmişdir) və 1096-cı ildən
1270-ci ilə qədər xristian-katoliklərin təşkil etdiyi bu yürüşlər Fələstindəki
“müqəddəs” yerləri müsəlmanlardan azad etmək bəhanəsi ilə yeni torpaqlar tutmaq
məqsədi daşıyırdı. Bildiyiniz kimi, “Beytül müqəddəs” (“Müqəddəs şəhər”; yəhudicə
Yerusəlim, ərəbcə Qüds, əl-Qüds adlanır) xristianların müqəddəs yeri kimi qəbul
olunub. İslamın yaranışından az sonra Fələstin Ərəb xilafətinin ərazisinə
çevrildi. Xilafət orduları Yaxın Şərqi, Şimali Afrikanı tutaraq İspaniyaya
keçdilər. Hər yüksəlişin bir enməsi olduğu kimi, 10-11-ci əsrlərdə Xilafət də zəiflədi.
Onu yeni qüvvə kimi meydana çıxan Səlcuqlar əvəz etdilər. 11-ci əsrin
sonlarında oğuz türkləri Bizans əyalətini, o cümlədən Qüdsü tutdular. Müsəlmanları
məhv etmək üçün bütün Avropa katolikləri ayağa qalxdılar. Təqribən 200 il müddətinə
xristianlar müsəlmanlığı qoruyan türklərə qarşı səkkiz dəfə Səlib yürüşü təşkil
etdilər. Çünki 11-ci yüzildən başalayarq islamı yayan və onu qoruyan əsasən
türklər idi. Bu dinin yaradıcısı olan ərəblər artıq çoxdan öz güclərini
itirmişdilər. Beləliklə, ağır silahla silahlanıb dəmir zireh geymiş səlibçilərin
qarşısını yalnız Səlcuq türkləri almalı oldular. İlk Səlib yürüşlərində əməkçi
xristianlar da iştirak edirdilər. Ancaq onlar bu yürüşlərin talançılıq,
işğalçılıq məqsədi daşıdığını görüb ondan uzaqlaşdılar.
 
Bir qayda olaraq Səlib yürüşlərinin təşkilatçısı və
ideya carçısı xristian katoliklərinin başçıları – papalar idilər. Səlib yürüşlərində
əsasən fransızlar, ingilislər, almanlar, italyanlar, avstriyalılar və b.
iştirak edirdilər. Hətta bu yürüşlərə uşaqlar da zorla cəlb edilmişdi. Çox
böyük ordu toplamaqlarına baxmayaraq (200 minlik və daha çox) səlibçilər, sayca
az lakin çevik, cəsur və yüngül silahlarla silahlanmış türk atlılarının
qarşısında məğlub olurdular. Xristian avropalılar bir daha türk silahının
acısını dadıb, 8-ci yürüşdə tam məğlubiyyətdə uğradıqdan (1270) sonra Səlib
yürüşlərindən vaz keçdilər.
 
Səlib yürüşləri bir daha türk silahının, türk döyüş
taktikası və strategiyasının üstünlüyünü nümayiş etdirdi. Bu yürüşlərdə
avropalılar çoxlu uşaq, qoca qırdılar. Xristian səlibçilər türk islam mədəniyyətindən
çox şey öyrəndilər. Şərqin texniki, mədəni, təsərrüfat nailiyyətlərini tez bir
zamanda mənimsəyən avropalılar artıq türklərə güclə qalib gəlməyin qeyri-mümkün
olunduğunu bir daha anladılar. Şərq türk islam mədəniyyəti ilə bu yaxın
tanışlıq Avropaya tez bir zamanda mənimsədiklərini həyata keçirməyə imkan
verdi.
 
(səh. 86)
 
 
 
 
 
SƏMƏD BEHRƏNGİ
 
(1939-1968)
 
 
 
1968-ci il avqust ayının 30-da Araz çayının
sahilində 29 yaşlı bir gəncin meyiti tapıldı. Həmin vaxtdan illər keçsə də, bu
qəfil ölüm haqqında söz-söhbət bu gün də davam edir. Kimisi deyir çayda çimərkən
boğulub, kimi də deyir ki, bu ölüm İran təhlükəsizlik orqanlarının işidir.
 
Bütün bu şübhələr təsadüfi deyil. Gənc Səməd Behrəngi
qısa ömrünü xalqının azadlığına, uşaqların cəsur və vətənpərvər böyüməsinə,
milli mədəniyyətimizin yaşarlı olmasına həsr etmişdi.
 
1939-cu ildə Təbriz şəhərində doğulmuş Səməd
1961-ci ildə Təbriz Universitetini bitirdikdən sonra Azərbaycanın ən ucqar kəndlərində
müəllimlik etməyə başlamışdı. O, uşaqlara elm öyrətmək, təhsil verməklə kifayətlənmirdi.
Nağıllarımızı toplayıb nəşr etdirir, uşaqlar üçün türk fars dilində hekayələr,
nağıllar yazırdı. Farsca yazdığı “Adət” hekayəsi 1960-cı ildə “Təlxun” nağıllar
məcmuəsində dərc olunmuşdur. Onun hekayə və nağıllarının əsas mövzusu sosial ədalətsizlik,
yoxsulluq, hüquqsuzluq və bütün bu bəlaları doğuran, ictimai-siyasi səbəblərdir.
Bir sıra dərsliyin, pedaqoji və sosioloji tədqiqatların, ədəbi-tənqidi məqalələrin
müəllifi olan Səməd Behrəngi daha çox uşaq yazıçısı kimi tanınır. Ölümündən bir
il sonra İtaliyada keçirilən beynəlxalq uşaq ədəbiyyatı sərgisində S.Behrənginin
“Qara balıq” kitabı birinci dərəcəli diploma və qızıl nişana layiq görülmüşdür.
 
(səh. 88)
 
 
 
 
 
SƏMƏNDƏR
 
 
 
Nağıllarda, rəvayət və əfsanələrdə, dastanlarda
rast gəldiyimiz əfsanəvi quşa S ə m ə n d
ə r, Z ü- m r ü d və ya S i m u r
q deyirlər. Bu əfsanəvi quş qəhrəmanların
dostu, darda qalanların köməkçisi, zülmətdən işıqlı dünyaya gedib gələ bilən,
uzaq yolu qısa müddətdə uçan nəhəngdir. Nağıllara görə bu quş o qədər böyükdür
ki, iri qayaları asanlıqla caynaqlarına ala bilir. Qəhrəman onun üstünə minib,
qırx tuluq su, qırx şaqqa ət qoyur. “Məlikməmməd” nağılında da Məlikməmmədi
qaranlıq dünyadan işıqlı dünyaya gətirən Səməndər Zümrüd quşunun dayanmadan 4O
gün, 4O gecə uçduğu deyilir.
 
Nağıllarda təsvir edilir ki, Zümrüd quşu xeyirxah
insanlara qanadından bir tük verir. Həmin tükü oda tutanda bu quş dara düşmüş
adamın dadına çatır. Rəvayətə görə, uçarkən Səməndər quşunun qanadlarından
qığılcım qopur. Bu quş ildə bir yumurta qoyub, qurbağaya oxşar bala çıxarır,
özü isə alışıb yanır, həyatını balasına qurban verir. Digər rəvayətə Səməndər
quşu odun içində yaşayır. Oddan da alışıb yanır.
 
Başqa birisində isə deyilir ki, bu quş Elbrus
dağının əlçatmaz zirvəsində yaşayır. Səməndər quşu fədakarlıq, sədaqət, xoşbəxtlik
rəmzidir. Klassik ədəbiyyatımızda həm də fədakar sevgi rəmzi kimi tərənnüm
olunur.
 
(səh. 89)
 
 
 
 
 
 
 
SƏTTAR XAN
 
 (1867-1914)
 
 
 
1905-11-ci illər İran inqilabının və Cənubi Azərbaycanda
demokratik hərəkatın rəhbərlərindən biri, Azərbaycan xalqının milli azadlığı
uğrunda fədakar mübariz Səttar xanın adı tariximizə qızıl hərflərlə
yazılmışdır.
 
Səttar xan 1867-ci il avqustun 16-da Cənubi Azərbaycanın
Qaradağ vilayətinin Məmmədxanlı (indiki Mincivan) mahalında kəndli ailəsində
anadan olmuşdur. Ağır kəndli əməyinin acısı, zəhmətkeş xalqın ağır güzəranı,
varlıların özbaşınalığı hələ erkən yaşlarından Səttarda zülm isitibdada qarşı
nifrət oyatmışdı.
 
Ümumiyyətlə, Səttargilin ailəsində şah üsul-idarəsi
əleyhinə çıxan mücahidlərə böyük hüsn-rəğbət vardı. Bir dəfə – o vaxtdan Səttarın
15-16 yaşı ancaq olardı – feodal hakim dairələrinə qarşı kortəbii mübarizə
başçılarından birinə sığınacaq vermələri üstündə böyük qardaşı İsmayıl Səttar həbs
edilmiş, qandallanaraq Təbrizə göndərilmişdir. Bu , Səttarın həyat yolunun müəyyənləşməsində
az rol oynamadı. İkinci dəfə Səttar 19-cu əsrin 80-ci illərinin əvvəllərində həbs
olunmuş və Ərdəbil həbsxanasına sığınmışdı. Az keçməmiş, o, buradan qaçmış,
Culfa-təbriz boyunca xanlara və bəylərə dinclik verməyən partizanlara başçılıq
etmişdi. Qardaşı İsmayıl edam olunduqdan sonra gənc Səttar öz taleyini qəti
olaraq zəhmətkeş xalqın azadlığı uğrunda mübarizəsi ilə bağlamış oldu.
 
1905-ci ildə İranda və Cənubi Azərbaycanda baş
qaldırmış inqilabi hərəkat Səttara böyük təsir göstərdi. Səttar özünü inqilab
alovları içərisinə atdı. Döyüşlərdə göstərdiyi qəhrəmanlıq və bacarığı ona xalq
içərisində böyük şöhrət qazandırdı. İnqilab nəticəsində Güney Azərbaycanda
hakimiyyəti ələ almış Təbriz Əncüməni Səttarı xalq polisinin komandirlərindən
biri təyin etdi. 1908-ci il iyulun 17-də Səttar xan və onun yaxın silahdaşı
Bağır xanın dəstələri Tehran inqilabına kömək üçün yola düşdülər. Lakin iyunun
23-də Tehranda baş vermiş əksinqilabi çevrilişdən sonra yerli irticaçıların Təbriz
mücahidlərinə qarşı hücumu onları geri qayıtmağa məcbur etdi.
 
Bir sıra yerlərdə artıq ağ bayraqlar qaldırmışdı. Səttar
xanın Təbrizə gəlişi inqilabçılara yeni ruh verdi. Səttarın yaşadığı Əmirəqız məhəlləsində
kişili-qadınlı hamı ayağa qalxdı. Başda Səttar xan olmaqla Təbriz mücahidləri təşkilatının
fədakarlığı sayəsində Cənubi Azərbaycanda inqilab sözünü qoruyub saxlaya bildi.
Bu mühüm qələbədən sonra xalq Səttar xana “sərdari milli” – millətin sərkərdəsi
adı verdi. Səttarxan inqilabi qoşunların başçısı təyin olundu. Sonradan Səttar
xan və Bağır xan üçün xatirə günü təsis olundu və onların şəkli təsvir olunmuş
medallar buraxıldı. Xalq kütlələrinin köməyi ilə az sonra Səttarxanın dəstələri
Culfa yolunu düşməndən təmizlədilər. Həmin dövrdə Təbrizdə buraxılan intibahnamələrdən
birində deyilirdi ki, Səttar xan və Cənubi Azərbaycanın əhalisi bütün İran üçün
azadlıq və konstitusiya uğrunda mübarizə aparırlar. Səttar xanın şaha göndərdiyi
ultimatumda məclisin (parlamentin) bərpa edilməsi, konstitusiya azadlıqları
uğrunda çarpışanlara amnistiya, xalqa söz, yığıncaq və mətbuat azadlığı verilməsi
tələb olunurdu. Nəhayət, 1909-cu ilin aprelində Məhəmmədəli şah Qacar Səttar
xanla danışıqlara başlamağa məcbur oldu. Şah sarayından məclisin və
konstitusiyanın tezliklə bərpa ediləcəyi barədə vədlər yağdırılmağa başlandı. Səttar
xan bildirdi ki, vədə əməl olunsa silahı yerə qoyacaq.
 
Səttar xanın ardınca İranım hər yerindən, eləcə də
xarici ölkələrdən təbrik teleqrammaları gəlirdi. Şairlərdən biri “Tərəqqi” qəzetində
dərc etdirdiyi şeirində yazırdı ki, İran üçün Səttar xandan yaxşı hökmdar ola
bilməz. Mirzə Ələkbər Sabir “Səttar xan” şeirində onun milli qeyrətinə və qəhrəmanlığına
yüksək qiymət verirdi. Peterburqdan alınan bir teleqramda deyilirdi: “Rusiyanın
tələbələri uzun əsrlər boyu şir və günəş ölkəsinin səmasını bürümüş qara
buludları dağıdan Səttar xana salam göndərirlər. Qoy İrana azadlıq gətirən qələbə
həmişə sənin tərəfində olsun!” 1909-cu ildə şah konstitusiyanı bərpa etməyə məcbur
oldu. Məhəmmədəli şah azyaşlı oğlunun xeyrinə taxt-tacdan əl çəkib xaricə
qaçdı. 1910-cu ilin martında Tehran hökuməti Səttar xanla Bağır xanı paytaxta dəvət
etdi. Səttar xan könülsüz də olsa kiçik bir dəstə ilə yola düzəldi. 1910-cu il
aprelin 15-də bütün Tehran əhalisi Səttar xanı qarşılamağa çıxmışdı. İzdiham Səttar
xanı əlləri üstünə qaldırıb Zəfər tağının altından keçirtdi. Lakin irtica qüvvələri
ilə əlbir olmuş hökumət Səttar xana sui-qəsd hazırlamışdı. Avqustun 7-də hökumət
qoşunları xəyanətə əl ataraq qəfil hücumla fədai (azadlıq uğrunda mübarizə
aparan) dəstələrini tərksilah etdilər. Atışma zamanı Səttar xan ağır yaralandı.
Tehranın Atabəy parkında baş verən bu xəyanət nəinki Cənubi Azərbaycanı, bütün
İranı sarsıtdı. Azərbaycan xalqının böyük oğlu, Avropada “İranın Hannibalı”
kimi ad çıxarmış Səttar xan 1914-cü il noyabrın 9-da əbədi olaraq gözlərini
yumdu. Onun ölümü ümumxalq matəminə çevrildi. İgid ölər, adı qalar... Böyük sərkərdə
Səttar xanın adı da işıqlı əməlləri kimi həmişə azadlıq rəmzi olaraq Azərbaycan
xalqının ürəyində yaşayacaqdır. Onun mərd obrazı bir çox bədii əsərlərdə
canlandırılmışdır. Səttar xan Tehranın Şah Əbdüləzim qəbiristanında dəfn
edilmişdi. Qəbrin üzərində uca sinədaşı və başdaşı qoyulmuşdu. Sonralar Şah
Əbdüləzim kompleksin abadlaşdırmaq adı altında Səttar xanın qəbirüstü abidəsini
götürmüş, əvəzində kiçik bir yazılı mərmər lövhəni qəbir olan yerə qoymurlar. Cənubi
Azərbaycanda 1945-46-cı illərin milli azadlıq hərəkatı dövründə döyüşdə fərqlənənləri
təltif etmək üçün Səttar xan medalı, hərəkatın ən fəal xadimləri üçün isə Səttar
xan ordeni təsis olunmuşdu.
 
(səh. 91)
 
 
 
 
 
SƏFİƏDDİN
URMƏVİ
 
(1230-1294)
 
 
 
Musiqini notsuz təsəvvürümüzə gətirə bilmirik. Amma
muğamlarımızı, xalq mahnılarımızı adətən notsuz ifa edirlər. Çox zaman isə belə
bir qənaət yaranır ki, Azərbaycan, eləcə də Şərq musiqisi notsuz inkişaf edib,
not isə bizə Avropadan keçib.
 
Amma musiqi tariximizi öyrənən araşdırıcılar sübut
etmişlər ki, Şərqdə də notlu musiqi olmuşdur. Lakin Şərq musiqiçilərinin
istifadə etdikləri not işarələri bugünkündən fərqlidir.
 
Görkəmli alim Səfiəddin Əbdülmömin ibn Yusif ibn
Faxir əl-Urməvinin yaradıcılığı musiqimizin inkişafında yeni dövrün başlanğıcı
hesab edilir. Şərq, eləcə də Azərbaycan musiqi folklorunn əsasını təşkil edən səs
komplekslərinin sistemləşdirilməsi məhz Səfiəddin Urməvinin musiqi nəzəriyyəsi
sayəsində mümkün olmuşdur. O, musiqiyə dair nəzəri əsərlərində mükəmməl
tabulatura (not) vasitəsilə 12 əsas məqamın, 6 törəmə məqamın (avazın) səsdüzümünü,
eləcə də bəzi melodiyalardan parçalar vermişdir. S.Urməvi həm də nüzhə və müğni
musiqi alətinin yaradıcısı kimi incəsənət tariximizin parlaq səhifələrini
yazmışdır. Bu ensiklopedik zəka sahibi musiqişünaslıqla, musiqi ifaçılğı ilə, bəstəkarlıq,
xəttatlıq və ədəbiyyatşünaslıqla ardıcıl məşğul olmuşdur.
 
(səh. 93)
 
 
 
 
 
SLOVAKİYA
RESPUBLİKASI
 
 
 
20-ci əsr tarixə xalqların azadlığı uğrunda mübarizəsi
və müstəqil dövlətlərini qurması əsri kimi də daxil oldu. Müstəqillik uğrunda
mübarizələr çox vaxt qan-qada, müharibələr və dağıntılar, aclıq və səfalətlə müşayiət
olunsa da 1993-cü ildə Slovakiya Respublikasının Çexoslovakiyadan ayrılması
dincliklə başa çatdı. Görünür buna tarix özü də zəmin şərait yaratmışdı. 11-ci əsrdə
Macarıstanın tərkibində olmuş Slovakiyanın cənubunu 16-cı əsrdə Osmanlı
İmperiyası işğal etmiş, qalan hissəsi habsburqların tabeliyinə keçmişdi.
 
Birinci dünya müharibəsi dünyanın xəritəsini dəyişdi.
1918-ci il noyabrın 14-də Çexoslovakiya dövləti yaradıldı. 1919-cu il iyunun
16-da Preşov şəhərində Slovakiya Sovet Respublikası elan edildi. Elə həmin il
iyulun 7-də də süquta uğradı. Bu dövlətin də ömrü o qədər uzun olmadı.
Çexiyanın almanlar yaşayan vilayətləri faşist Almaniyasına birləşdirildi.
1939-cu ilin martında müstəqil Slovakiya dövləti yaradıldı.
 
İkinci dünya müharibəsi Avropanın xəritəsini yenidən
dəyişdi. Sovet orduları Şərqi Avropanı işğal etdi və 1945-ci ildə yenidən
Avropada Çexoslovakiya Xalq Respublikası adlı bir dövlət yaradıldı. Faşist
Almaniyasının və SSR-nin təqiblərindən sağ qalmış vətənpərvərlər isə mübarizəni
davam etdirirdilər. 1968-ci ildə baş vermiş milli azadlıq mübarizəsi nəinki
SSRİ-ni eləcə də dünya sosializm sistemini lərzəyə gətirdi. Sovet ordusu başda
olmaqla Varşava müqaviləsi ölkələrinin silahlı qüvvələri Çexoslovakiyaya daxil
oldu və müstəqillik uğrunda çalışanları qan içində boğdu. SSRİ ölkənin idarəçiliyini
öz əlində saxlamaq üçün Çexiya və Slovakiya respublikaları yaradıldığını elan
etdi. 1969-cu il yanvarın 1-dən hər iki respublika Çexoslovakiya Sosialist
Respublikası adı altında federativ dövlətə çevrildi.
 
Slovakiya Respublikası Mərkəzi Avropada beş dövlətin
(Macarıstan, Avstriya, Çexiya, Polşa və Ukrayna) əhatəsində yerləşir.
 
Slovakiya inzibati cəhətdən üç vilayətə bölünür.
Ərazisinin 1/3 hissəsini meşələr, çox hissəsini isə Qərbi Karpat dağları tutur.
Ən yüksək zirvəsi Gerlaxovski-Ştit pikidir ( 2655 m). Çayları – Vaq, Hron
və s əsasən Dunay hövzəsinə aiddir.
 
Slovakiya inkişaf etmiş sənaye-aqrar respublikasıdır.
Burada maşınqayırma, qara və əlvan metallurgiya, kimya sənayesi inkişaf
etmişdir. Böyük istilik elektrik stansiyaları, atom elektrik stansiyaları, Vaq
çayında su elektrik stansiyaları kaskadı var.
 
Respublikada qonur kömür, maqnit, dəmir filizi və
s. çıxarılır. Çuqun, polad, prokat, alüminium, mis istehsal edilir.
Maşınqayırma sənayesində elektrotexnika və radiotexnika avadanlığı, dəzgahlar,
gəmi, motosiklet, yük vaqonları və s. istehsalı əsas yer tutur.
 
Plastik kütlə, sintetik lif, tikinti materialları və
s. istehsal olunur. Yeyinti, yüngül, meşə, ağac emalı sənayesi var.
 
Kənd təsərrüfatında əkinçilik, bağçılıq, üzümçülük
və heyvandarlıq inkişaf etmişdir. Əsas nəqliyyat növləri dəmir yolu və
avtomobil yollarıdır. Çay və hava nəqliyyatı var. Portları Bratislava və
Komarondur.
 
Slovakiya Respublikasının paytaxtı Bratislava şəhəridir.
 
Slovaklar mənşəcə çexlərə qohumdurlar. Slovakiyada
Paleolit və Neolit dövrlərinə aid abidələr, Tunc dövrünə aid qoşa istehkamlı
yaşayış məskəni və s. mühafizə olunmuşdur.
 
Slovakiya Respublikasında onlarla ali məktəb,
muzey, kitabxana, Pyştyani, Slyaç, Ştrobske-Pleso kurortları fəaliyyət göstərir.
 
(səh. 93)
 
 
 
SİDQİ RUHULLA
 
(1886-1959)
 
 
 
“Şəbih” (imamların ölümünü əks etdirən dini tamaşa)
mərasimlərində gözəl səsinə və xüsusi bacarığına görə Əliəkbəri və şəbihgərdanı
(“Şəbih”i idarə edən şəxs) ifa etmək 14 yaşı yenicə tamam olmuş Ruhullaya
tapşırılardı. Qohumlarından, yaxın dostlarından əldə etdiyi çalmanı (baş
geyimini,) əbanı da geyinərdi ki, daha inandırıcı təsir bağışlasın. Bu gənc gələcəyin
görkəmli aktyoru Sidqi Ruhulla idi.
 
Ruhulla Axundov Bakının Buzovna qəsəbəsində, molla
ailəsində doğulub. İlk təhsilini mollaxanada alıb. Kiçik Ruhulla dini
bayramlarda toy şənliklərində, Novruz bayramı günlərində “Kos-kosa” və digər
oyunlarda ilk teatr elementləri ilə tanış olub. 15 yaşlı Ruhullanı atası Bakıya
gətirir və tacir Ağa Kərbəlayının dükanında işə qoyur. Teatra olan hədsiz
marağı onun gənclərin xüsusi dram dərnəyinə üzv olmasına səbəb olur. Elə həmin
dərnəkdə də  Nəcəf bəy Vəzirovun “Adı
var, özü yox” komediyasında ilk dəfə Telli rolunda həvəskar aktyor kimi səhnəyə
qədəm qoyur. O vaxtlar qadınları səhnəyə qoymadığından bu rolları da kişilər
oynayırdılar. Beləliklə, o andan Ruhulla qalan bütün ömrünü səhnəyə həsr edir.
 
1910-cu ildə Türk dramaturqu Namiq Kamalın “Vətən,
yaxud sislistrə” general Sidqi bəyi oynayan Ruhulla tamaşaçılar tərəfindən son
dərəcə sevildiyindən, Sidqi təxəllüsü qazanır.
 
Yarım sərdən çox səhnə fəaliyyəti dövründə Sidqi
Ruhulla 300-dən çox böyüklü, kiçikli rollarda çıxış edir. Onun hər bir rolu
teatr həyatında özünəməxsus maraqla qarşılanmışdı. Ələlxüsus, Qacar (“Vaqif”
S.Vurğun) və Lir (“Kral Lir”, U.Şekspir) obrazları.
 
Aidqi Ruhulla teatr aktyoru olmaqla yanaşı, Azərbnaycan
kinosunun ilk aktyorlarından olmuş, “Gilan qızı”, “Kəndlilər”, “Hacı Qara”, “Fətəli
xan” və s. filmlərdə çəkilmişdir.
 
Teatr sənətinin inkiaşfı naminə Daşkənddə “Leyli və
Məcnun”, “Əsli və Kərəm” tamaşalarını hazırlayan Sidqi Ruhulla özbək milli
musiqili dram teatrının da əsasını qoymuşdur.
 
İranın müxtəlif şəhərlərində qastrol səfərlərində
olan sənətkar Təbriz şəhərində professional teatrın əsasını qoyanlardan biri
hesab olunur.
 
1958-ci ildə Cəfər Cabbarlının “Solğun Çiçəklər”
pyesindəki Həmzə obrazı aktyorun səhnəmizdə son çıxışıdır. 1959-cu ilin yazında
Sidai Ruhulla dünyasını dəyişdi.
 
Sovetlər Birliyinin ali mükafatına – SSRİ xalq
artisti, SSRİ dövlət mükafatı laureatı adlarına layiq görülən Sidqi Ruhullanın
teatra həsr olunan ömrü son dərəcə əvəzsiz örnəkdir.
 
(səh. 96)
 
 
 
 
 
 
 
STALİN İOSİF
VİSSARİONOVİÇ CUQAŞVİLİ
 
 (1879-1953)
 
 
 
Dünyada çoxlu insan ölümünə bais olan siyasi xadimlər
az olmayıb. Lakin onların heç biri məhv edilən insanların sayına görə
V.İ.Lenin, xüsusən də onun davamçısı Stalinlə müqayisə edilə bilməz.
 
1879-cu il dekabrın 21-də Gürcüstanın Qori şəhərində
doğulan İosifin uşaqlığı ağır maddi və mənəvi sıxıntılarla keçib. Atası içkiyə
meyilli çəkməçi olub.
 
Valideyinləri İosifin din xadimi olmasını
arzuladıqlarından onu ruhani seminariyasında oxumağa qoyublar. Seminariyanı
yarımçıq qoyan İosif Vessionoroviç Cuqaşvili böyüyəndə din xadimi əvəzinə,
siyasi xadim oldu.
 
Hətta dini ideologiyaların hakim olduğu ölkələrdə
millətlər inam və etiqad etibarilə azad idilər. Yəni kim hansı dini seçir, qəbul
edərdisə həmin dinin ayinlərini də icra edir. Lakin kommunist ideologiyasının
hakim olduğu ölkələrdə bütün dinlər yasaq idi. Yalnız kommunist ideologiyası təbliğ
edilir, Marks, Engels, Stalin və başqa rəhbər şəxslərin peyğəmbərləşdirilməsinə
çalışırdılar. Marsizm-leninizmdən kənar hər hansı bir ideologiyanı qəbul edənlər,
hətta sərbəst düşüncə sahibləri belə həbsxanalarda, ruhi xəstəxanalarda,
sürgünlərdə məhv edilirdi. 1917-1940-cı illərdə SSRİ adlanan nəhəng imperiyada
2O milyon nəfərdən çox insan məhv edilmişdi.
 
Stalin və tərəfdarları yer üzündə ən azad cəmiyyət
qurmaq adı altında minlərlə insanı məhv edir, xoşbəxtliyini əlindən alır, bədbəxtliyə
düçar edirdilər. Bunun üçün ölkədə münbit şərait yaradılmışdı. İnsanlar
bir-birinin taleyinə biganələşmişdilər.
 
20-ci yüzilliyin əvvəllərindən artıq çar
Rusiyasının iflasa doğru getdiyi müşahidə edilirdi. Odur ki, bir çox partiya və
siyasi qruplar kimi bolşeviklər də sərbəst fəaliyyət göstərirdilər. 1901-ci ildə
Bakıda gürcü dilində “Brdzola” (“Fəhlə”) adlı qəzet nəşr olunurdu. Qəzetin əsas
müəlliflərindən biri də gənc Cuqaşvili idi.
 
Stalin Bakıda yaşadığı dövrdə Rusiya
Sosial-Demokrat Fəhlə Partiyasına yeni üzvlər cəlb edilməsi, təbliğat-təşviqat
işinin genişlənməsi üçün əlindən gələni əsirgəməmişdi. Hətta partiya büdcəsinə
vəsait toplamaq üçün oğurluğa və quldurluğa da əl atmışdı. Həyatı təhlükə
qarşısında qaldıqda isə gənc Məhəmədəmin Rəsulzadə ona kömək əlini uzatmışdı. Həmin
illərdə Rəsulzadə RSDFP Bakı Komitəsinin nəzdindəki “Hümmət” qrupunun
yaradıcılarından idi.
 
1917-ci ilin Feveal Burjua inqilabından sonra həbsdə
cə sürgündə olan bir çox inqilabçılar kimi, Stalin də azadlığa çıxdı. Təcili də
Peterburqa qayıdıb bolşeviklər partiyasının mərkəzi aparatında çalışmağa
başlayır. Oktyabr sosialist inqilabında fəal iştirak dən onlarla bolşevik
liderindən biri də İ.V.Stalin idi. Rusiyada vətəndaş müharibəsi illərində o, Cənub,
Qərb, Cənub-Qərb cəbhələrini hərbi İnqilab Şurasının, Fəhlə Kəndli Müdafiə
Şurasının üzvü və Xalq Milli İşlər Komissarı işləmişdir. 1922-ci ilin aprelində
isə Rusiya kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Baş katibi
seçilmişdir.
 
Stalin ali təhsil almasa da daim öz üzərində işləmiş,
biliyini artırmış, dövlət quruculuğunu, idarəetməni həvəslə öyrənmişdi. Məhz
buna görə də partiyadaxili ziddiyyətlərdən bacarıqla istifadə edən Stalin
silahdaşlarını bir-birinin əlilə məhv etmiş, özü yeganə liderə çevrilmişdi.
Fitri istedadı, çətin anlarda vəziyyətdən çıxma bacarığı, zəngin həyat təcrübəsi
bu ziddiyyətli insana nəhəng bir imperiyanı bərpa etməyə və onu 30 ildən artıq idarə
etməyə imkan vermişdi. 1941-ci ilin may ayında SSRİ xalq Komissarla Sovetinin sədri,
İkinci dünya müharibəsi illərində (1939-1945) isə SSRİ Silahlı Qüvvələrinin Ali
Baş Komandanı olan Stalin Almaniya üzərində çalınan qələbə ilə dünyada daha da
populyarlaşdı.
 
Lakin qorxu və zülm üzərində qurulan səltənət çox
davam gətirə bilməzdi. Stalinin ölümündən sonra sosializm düşərgəsi adlanan ölkələrdə
üsyanlar baş verdi. Stalinin ölümündən üç il sonra cəmiyyətin və quruluşun
bütün günahları onun səhv siyasətinin nəticəsi kimi xalqa çatdırıldı və bütöv
bir siyasi kampaniya şəklində təşkil edildi. Lakin nə kampaniya, nə də sonra
görülən tədbirlər SSRİ-də laxlayan sosializm cəmiyyətini dağılmaqdan xilas edə
bilmədi.
 
(səh. 113)
 
 
 
 
 
SULTAN
MƏHƏMMƏD
 
(1470-ci illərin
sonu-1555)
 
 
 
Bizim oxuduğumuz kitablar, qəzet və jurnallar,
onlardakı şəkil və rəsmlər mətbəədə çap olunur. Lakin 19-cu yüzilliyin əvvəllərinə
qədər Azərbaycanda nə mətbəə vardı, nə çap maşını. Bəs orta əsrlərdə şairlərin,
yazıçıların, alimlərin yazdıqları kitabları necə çoxaldıb yayırdılar? Bunlara şəkilləri
– illüstrasiyaları necə çəkirdilər?
 
Həmin dövrdə xüsusi saray kitabxanaları vardı. Həmin
kitabxanalarda ən yaxşı xəttatlar, rəssamlar, bədii tərtibat ustaları
çalışardı. Xəttatlar yazılacaq kitabların sözlərini yazar, rəssamlar isə onları
gözəl miniatür şəkilləri ilə bəzəyərdilər. Belə məşhur rəssamlardan biri də
Sultan Məhəmməd idi. Sultan Məhəmməd Təbrizdə anadan olmuşdur. Rəssamlıq sənətinə
yiyələndikdən sonra Şah İsmayıl Xətainin Təbrizdəki saray kitabxanasında rəhbərlik
etmişdi. O, əlyazma kitablar üçün illüstrasiyalar, real həyat hadisələrini əks
etdirən miniatürlər, portretlər yaratmış, süjetli xalçalar və bədii parçalar
üçün eskizlər çəkmişdir.
 
Sultan Məhəmməd Nizaminin “Xəmsə”-sinə maraqlı
illüstrasiyalar çəkib. Onun ən yaxşı miniatürlərindən birinə nəzər salaq. “Bəhram
Gur ovda” miniatürü kompozisiya zənginliyi ilə fərqlənir. Bu əsərdə qızılı səma
və təbiətin yaşıl-yasəməni görünüşü rəsmin gözəlliyini daha da artırır. Ümumiyyətlə,
rəssamın əsərləri peyzaj motivləri, zərif və ustalıqla çəkilmiş süjetlərlə zəngindir.
 
Sultan Məhəmmədin əsərləri dünyanın ən məşhur muzey
və, kitabxana və kolleksiyalarında saxlanılır. Onun miniatürləri, kitab illüstrasiyaları
və portret əsərləri Sankt-Peterburqda M.Y.Saltıkov-Şedrin adına kitabxanada,
İstanbulda Topqapı sarayında, Nyu-Yorkda Metropoliten-muzeydə, həmçinin
Vaşinqton, London, Paris, Krakov və b. şəhərlərin muzey və kitabxanalarında
mühafizə edilir. Bu miniatürlərdən “Keyumərzin məclisi”, “Zöhhakın edam edilməsi”,
“Rüstəmin Rəxşi kəməndlə tutması”, “Sam Mirzənin kef-musiqi məclisi”,
“Meyxanada”, “Ov səhnəsi, “Sultan Səncər və qarı” və s. incilər xüsusilə diqqətəlayiqdir.
Sultan Məhəmmədin çoxlu tələbəsi və davamçısı olmuşdur. Onun oğlanları Mirzə
Əli Təbrizi və Məhəmədi, eləcə də yetişdirmələri Mir Seyid Əli, Mir Zeynalabdin
Təbrizi və b. öz dövrünün görkəmli rəssamı kimi tanınmışdır.
 
Sultan Məhəmmədin yaratdığı miniatürlər artıq orta əsrlərdə
böyük şöhrət qazanmış, müasir dünya sənətşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.
 
(səh. 12O)
 
 
 
SULTAN SƏLİM
 
 (1470-1520)
 
 
 
Çaldıran döyüşü, 1514-cü ildə Səfəvilərlə
Osmanlılar arasında baş vermiş bu qanlı qırğına neçə-neçə roman,
elmi-publisistik məqalə həsr edilmişdir. Araşdırıcıların, yazıçıların kimisi
Şah İsmayıl Xətainin, kimisi də Sultan Səlimin tərənnümçüsünə çevrilmişdir. Kim
idi Sultan Səlim?
 
Oğuz türklərindən olan, Şərqdə qüdrətli imperiya
quran Osmanlı sultanlarının doqquzuncusu. Atası II Bəyazid onu Trabzon vilayətinə
vali təyin etmişdi. Ərəb, fars dillərini, dini və dünyəvi elmləri dərindən mənimsəyən
Sultan Səlim yorulmaq bilmədən məşq edir, hərb sənətinə yiyələnirdi. Trabzonda
vali olarkən qonşu ölkələrə basqınlar edir, yeni torpaqlar tutmaqla Osmanlı
imperiyasının sərhədlərini genişləndirirdi.
 
Səfəvilərin şiəlik ideologiyasını Anadolunun içərilərinə
doğru yaydıqlarını Sultan Səlim atasına və saray əyanlarına nisbətən daha yaxşı
bilirdi. Odur ki, 1512-ci ilin əvvəllərində hakimiyyəti idarə edə bilməyən xəstə
atasını ildə iki milyon ağca ilə təqaüdə yola salır. Bu o qədər də asan başa gəlmədi.
Sultan Səlim sultanlığı ələ almaq istəyən qardaşları Əhməd və Qorqud Osmanla da
qarşılaşmalı olur.
 
İki ilini ölkədaxili iğtişaşları yatışdırmağa,
narazı əyanları aradan götürməyə, bir sözlə, dövlət idarəetmə mexanizmini tənzimləməyə
həsr etdi. Sonra güclü qoşun toplayıb Səfəvilərin Qərb vilayətlərini işğal
etdi. İndiki Maku şəhəri yaxınlığında Çaldıran vadisində döyüş mövqeyi tutdu.
Sultan Sılim ordusunu Şah İsmayıla nisbətə toplarla daha yaxşı təchiz etmişdi. Orduda
apardığı islahatlar, vəziyyəti düzgün qiymətləndirmə döyüşlərin çoxunda olduğu
kimi Çaldıranda da Sultan Səlimə qələbə qazandırdı.
 
Ədəbiyyatda, tarixə və coğrafiyaya böyük maraq göstərən,
farsca və türkcə şeirlər yazan Sultan Səlim hakimiyyətdə olduğu 8 ildə Avropaya
yürüşlər təşkil etmədi. O, Avropa dövlətləri ilə bağladığı müqavilələri möhkəmlədib
Şərqi Anadolunu, Şimali İraqı, Suriyanı, Livanı, Misiri və Hicazı Osmanlı
imperiyasına qatdı. Misiri almaq üçün ordusunu Sina səhrasından keçirməsi hərb
tarixçilərinin heyrətinə səbəb olmuşdur.
 
(səh. 121)
 
 
 
 
 
SUFİLİK,
SUFİZM
 
 
 
Nəsimi, Xətai, Füzuli və başqa şairlərin
yaradıcılığını öyrənəndə, Şərq mədəniyyətinə dair kitablar, məqalələr oxuyanda
tez-tez sufilik (sufizm) sözlərinə rast gəlinir. Əslində bu söz ərəb dilində
“yunəbalı” anlamını verən “suf” sözündən əmələ gəlmişdir. Daxili aləmlərini zənginləşdirməklə
Allaha qovuşmağın mümkünlüyünü düşünənlər dünya nemətlərində, xoş güzəranda
gözləri olmadığını bildirmək üçün yundan toxunmuş sərt parçadan özlərinə geyim
tikərmişlər.
 
Sufilik bir cərəyan kimi öz başlanğıcını 8-ci
yüzillikdən alsa da, sonralar sürətlə islam dünyasını çulğamışdır. Sufilər heç
də ömür-günlərini ibadətlə keçirən, özlərini dünya nemətlərindən mərhum edən
dindarlar deyildir. Onlar evlənir, ailə qurur, ideyalarını övladları və şagirdləri
vasitəsilə yayırdılar.
 
Dövrünün elmlərinə dərindən yiyələnən sufi şeyxləri
son nəticədə Allaha – haqqa qovuşmağın yolunu məhəbbətdə-sevgidə görür. Məhəbbət
yolu ilə Allahı dərk etmək, ona qovuşmaq üçün aramsız xüsusi rəqslər edir,
dualar və mahnılar oxuyurdular. Sufilərə görə, əqidəli insan nurlananda –
ekstaz vəziyyətinə (hala) çatanda ruhu Allah ilə real qovuşa bilər. Məhz buna
görədir ki, Həllac Mənsur ekstaz anlarında (hallarında) “Mənəm haqq” (“allah mənəm”)
deyərmiş.
 
Sufilər şamanların, yoqların, sehrbazların da təlimini
yüksək səviyyədə mənimsəyib tətbiq edərlərmiş. Mühafizəkar din xadimləri və hakimlər
sufilərə qarşı barışmaz mövqedə durmuşdular. Böyük din alimi Qəzalinin
islahatçılıq fəaliyyəti sayəsində sufilərin təqibi dayandırılmışdı.
 
İnsanların kamilləşməsində, mənəvi cəhətdən
saflaşmasında sufiliyin rolu böyük olmuşdur. Azərbaycan şairləri və alimlərinin
bəziləri az ya çox dərəcədə sufiliklə bağlı olmuşdur.
 
(səh. 124)
 
 
 
SÜNNƏT
 
 
 
Çox vaxt ona kiçik toy deyirlər. Bu da təsadüfi
deyildir. Evlənmə mərasimində olduğu kimi oğlan uşağını sünnət edəndə də məclis
qurulur, çox vaxt musiqiçilər dəvət edirdilər. Ailədə, qohumlar, dost-tanışlar,
məclisə toplaşanlar arasında bayram ovqatı yaranır.
 
Kiçik toylarda – sünnət mərasimlərində yalnız kişilər
deyil, qadınlar, uşaqlar da iştirak ediblər. Azərbaycanlılar əsasən 6-12
yaşlarında sünnət etməyə üstünlük verirlər. Yəhudilər isə adətən uşaq
doğulandan 7-8 gün sonra sünnət edirlər.
 
Sünnət müsəlmanlığın  vacib mərasimlərindən sayılır. Yaşlı adam
islam dinini qəbule dərsə, ona sünnət edilməsi vacib sayılmır.
 
Araşdırıcıların fikrincə, islam və yəhudi dinləri
yaranmamışdan əvvəl də sünnət etmək adəti varmış. Bu adət dini məzmundan çox,
tibbi mahiyyət daşıyırmış.
 
Azərbaycanın bir çox bölgələrində sünnət mərasimi
zamanı oğlan uşağını qucağında saxlayan şəxsə k i r v ə də deyilir. Həmin
şəxs yad adam olsa da, sünnət mərasimindən sonra ailənin ən yaxınına, əzizinə
çevrilir. Belə bir atalar sözü yaranıb: “Kirvə kirvənin evinin üstünə çıxmaz
ki, torpaq tökülər”.
 
 (səh. 126)
 
 
 
 
 
 
 
SÜRGÜN
 
Cinayət
törətmiş, cəmiyyət üçün təhlükəli olan şəxslərin daimi yaşadığı yerdən
uzaqlaşdırılmasına, yeni ərazidə nəzarət altında saxlanmasına deyilir. Ta qədimdən
cəza növü kimi ayrı-ayrı adamları da, ailələri də, hətta tayfaları da sürgünə
göndəriblər. Çox vaxt kütləvi sürgünlərin arxasında siyasi məqsəd dayanıb. Məsələn,
Rusiya Krımı, Qafqazı, Orta Asiyanı işğal edəndən sonra həmin ərazilərdə mövqeyini
möhkəmlətmək üçün daxildəki köhnə təriqətçiləri oraya sürgün etdi. Üsyançı
pоlyaklar, 1825-ci ildə dövlət çevrilişi etməyə cəhd göstərən, tarixdə
dekabristlər kimi tanınan rus zadəganları da Qafqaza, Sibirə sürgün edilmişdilər.
Çarizmin işğalçı siyasətinə qarşı çıxış edən qafqazlılar da Rusiyanın ucqarlarına,
Sibirə sürgün edilirdilər.
 
Ən
böyük və dəhşətli sürgünlər isə Sоvetlər Birliyində olub.
 
İkinci
dünya müharibəsində (1939-45) insanlar yalnız döyüşlərdə həlak оlmurdular. Yüz
minlərlə insan gülləsiz, mərmisiz kütləvi surətdə ölürdü. Sоvetlər Birliyində
dünyada misli-bərabəri olmayan cinayətlər baş verirdi. Bütün bunlar hansı ad
altında həyata keçirilməsindən asılı olmayaraq Rusiya imperiyası siyasətinin
davamı idi.
 
1943-44-cü
illərdə Krım tatarlarını, qaraçayları, balkarları, inquşları, çeçenləri,
kalmıkları, hətta döyüş bölgələrindən çox-çox uzaqda – Gürcüstanda yaşayan Axıska
türklərini (bəzən onlara yaşadıqları ərazinin başqa bir adı ilə Məhsəti türkləri
deyirlər) və b. xalqları faşist Almaniyası ilə əməkdaşlıqda təqsirləndirib
Sovet sərhədlərinin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə yurdlarından
Qazaxıstanın şərqinə, Özbəkistana, Sibirə sürgün etdilər.
 
Qəflətən
və çox gizli şəkildə həyata keçirilən bu tədbirdə heç nə deyilmir, onların isti
geyim, ərzaq götürmələrinə icazə verilmirdi. İkinci dünya müharibəsində Sovetlər
Birliyi ordularında döyüşüb yüksək mükafatlar alanların, rəhbər partiya-sovet
işində işləyənlərin – yəni, Sovetlər Birliyinə sədaqətini canı ilə, qanı ilə
sübut edənlərin, sosializm quruculuğu qəhrəmanlarının, partiya veteranlarının
ailələrinə, qohumlarına da güzəşt edilmirdi.
 
Bir
sözlə, hamı köçürüldü. Özü də bu köçürülmə əməliyyatları əsasən qış aylarında həyata
keçirilirdi. Hamilə qadınlar, qocalar, xəstələr elə yolda - vaqondaca həlak
oldular. Dəmiryol stansiyalarında paravozları dəyişəndə sürgünə göndərilənlərin
yük vaqonundan düşüb nə isə almasına, yerli əhali ilə əlaqə saxlamasına icazə
verilmirdi.
 
Var-yoxları
əlindən alınmış yüz minlərlə əhali bir aydan artıq soyuq yük vaqonları ilə yol
gəldikdən sonra çölün ortasına tökülürdü. Sürgün olunanlar sərt rejimə tabe
idilər. Hərbi komendantın xüsusi icazəsi olmadan bir yaşayış yerindən başqasına
getmək, sürgün zamanı itirilmiş qardaş-bacını, qohum əqrəbanı axtarmaq yasaq
idi. Hətta məktub yazmaq da məhdudlaşdırılırdı. Yazılan məktublar xüsusi hərbi
senzuradan keçirilirdi. Sovetlər birliyində belə kütləvi sürgün birinci dəfə
deyildi ki, həyata keçirilirdi. 20-30-cu illərdə də böyük sürgünlər olmuşdu. Azərbaycandan
minlərlə ailə müxtəlif bəhanələrlə Sibirə və Şərqi Qazaxıstana sürgün edilmişdi.
Lakin xalqların milli mənsubiyyətə görə sürgünə göndərilməsi birinci dəfə idi.
Sоvet hakimiyyəti illərində, eləcə də çar Rusiyası zamanı sürgünlər hüquqi mahiyyətdən
çox, dövlət siyasəti mahiyyətini daşıyırdı. Tək-tək fərdlər də Sibirə sürgün edilirdilər.
Sibirə fərd kimi sürgün edilənlərin hamısı cinayətkarlar deyildi. Siyasi əqidəsin,
xalqının azadlığı uğrunda, şəxsiyyət azadlığı uğrunda mübarizə apardıqlarına
görə də milli ucqarlardan Sibirə və ya Mərkəzi Rusiyaya sürgün edilirdilər.
18-19-cu yüzilliklərdə milli ucqarları ruslaşdırmaq, işğal оlunmuş xalqların
yaşadığı ərazidə öz dayağını, kəşfiyyat mərkəzlərini yaratmaq məqsədilə çar üsuli-idarəsi
müxtəlif bəhanələrlə (dini ayrı-seçkilik və s.) rusları da Qafqaza, Krıma, Mərkəzi
Asiyaya sürgün etmişdir. Bu gün bir çоx bölgələrdə rast gəldiyiniz Alekseyevka,
Nikоlayevka, Saratоvka, Ivanоvka və b. kəndlər və eləcə də xalq arasında malоkanlar
adlandırılan ruslar da həmin məqsədlə Azərbaycana sürgün edilmişlər.
 
Stalinin
ölümündən (1953) sonra, sürgün olunmuş xalqlara bəraət verildi. Lakin bu bəraət
əsasən kağız üzərində idi. Çeçenlərin, inquşların, balkarların, qaraçayların,
kalmıkların böyük bir qismi ata-baba yurdlarına qayıtmışdı. Amma Krım
tatarlarının, Axıska türklərinin geri dönməsinə icazə vеrilməmişdi. 1991-ci ildən
sonra maneələrə baxmayaraq Krım tatarları da öz ata-baba yurdlarına qayıtmağa
başlamışlar. Axıska türkləri hələ də dоğma yurda dönə bilmirlər.
 
Azərbaycanda
onlara daim diqqət və qayğı ilə yanaşılmışdır. Hazırda Respublikamızda əsasən
Xaçmaz, Saatlı, Sabirabad və Qazax rayonlarında оnminlərlə Axıska türkü
yaşayır. Azərbaycan Respublikası onların vətənə qayıtması üçün Gürcüstan Respublikası
ilə danışıqlar aparmışdır.
 
Azərbaycandan
sürgün olunanların bir qismi aclıqdan, soyuqdan, xəstəlikdən həlak oldusa, sağ
qalanlar mühitə uyğunlaşa bildilər. İndi onların nəvə-nəticələri Şərqi
Qazaxıstanda, Qırğızıstanda yığcam halda yaşayır və Azərbaycanla sıx
bağlıdırlar.
 
(səh. 126)
 
 
 
 
 
 
 
 
 
 
“Bir tabaq almaz sabaha qalmaz”.
Tap görək nədir? Səma ulduzlarla doludur, səhər günəş doğur, ulduzlar görünmür.
Bu Azərbaycan xalq tapmacasıdır. İnsan öz zehnini inkişaf etdirməlidir ki,
biliyi artsın və təbiətin sirlərini aça bilsin. Hələ çox qədimlərdə insanlar bu
məqsədlə körpə uşaqlara tapmacalar deyirdilər. Tapmacada hər hansı bir əşyanın
və ya təbiət hadisəsinin əsas əlamət və keyfiyyətləri dolayısı ilə əks etdirilir.
Bir qədər baş işlətsən bu tapmacanın cavabını deyərsən:
 
Halalar, ay halalar,
 
Çöldə dоvşan balalar,
 
Ayağından su içər,
 
Dimdiyindən balalar».
 
(taxıl: buğda, arpa, darı və s.)
 
yaxud:
 
Üstü zəmi, biçərlər, Altı bulaq, içərlər,
 
(qоyun )
 
Tapmacalar bütün xalqların
fоlklоrunda var. Qədimdə adamlar tapmacalara ciddi yanaşırdılar. Оğlan böyüdükdə
оnu о vaxt kişi, döyüşçü sayırdılar ki, bir neçə tapmacanı açsın. Nağıllarda və
əfsanələrdə divlər guya qəhrəmanlara ən çətin tapmacalar dеyərlərmiş: cavabını
tapanda qəhrəman sağ qalarmış, tapmayanda div оnu yеyərmiş. Qədim bir yunan əfsanəsində
dеyilir ki, Sfinks (şir bədənli, qanadlı fantastik qadın) qəhrəman Еdipə çətin
bir tapmaca söyləyir: “O nədir ki, səhər dörd ayaqla, günоrta iki ayaqla, axşam
üç ayaqla yеriyir”. Еdip tapmacanın cavabını tapır. “İməkləyən uşaq, yеriyən
böyük adam, əsa ilə gəzən qоca!” Uduzmuş Sfinks hirslənib özünü qayadan atır və
parça-parça оlur. Qədim insanlar bununla dеmək istəyirdilər ki, amansız təbiətin
hər bir sirrini açmaq mümkündür. Nağıllarda təkəbbürlü şahzadə qızlar оnların
vеrdikləri tapmacaları tapan ağıllı yоxsullara ərə gеdirdilər. Burası da var
ki, biz özümüz də tapmacanı tapmaqdan ötrü baş sındırmağı xоşlayırıq. “Bir
balaca bоyu var, dam dоlusu tоyu var”. Söhbət nədən gеdir? Lampadan, mənim
dоstum, adi lampadan. İnsan, əvvəllər оlduğu kimi təbiətdə yеnə də müxtəlif
tapmacalarla rastlaşır. Sadə, qədim, şən tapmacalara cavab tapmağa özünü
uşaqlıqdan öyrətmiş hər kəs üçün təbiətin sirlərini açmaq da asanlaşır, оnun
mülahizələri mənalı və məntiqli оlur.
 
(səh. 134)
 
 
 
 
 
 
 
 
Bu
günün özündə də Azərbaycanda “tat” sözü iki anlamda işlədilir. Birincisi müəyyən
bir dildə danışan xalqın nümayəndəsi, ikincisi əkinçiliklə məşğul оlan adam.
Еlatlar, tərəkəmələr, yəni yayı yaylaqda, qışı qışlaqda keçirən, əsasən
maldarlıqla məşğul оlanlar оnlarla еyni dildə danışan, eyni dinə inanan, əkinçiliklə
məşğul оlan həmvətənlərini tat adlandırmışlar. Arazın о tayından gəlib əkin-biçin
işləri ilə məşğul оlanları da çоx vaxt tatlar dеyə çağırmışlar.
 
Qədim
türklərdən, оnların yaratdıqları qüdrətli dövlətlərdən bəhs еdən tarixçilər keçmişdə
“Türk tatsız оlmaz!” ifadəsinin gеniş işləndiyini qeyd еdirlər. Bütün bunlar onu
göstərir ki, yüz illər boyu dilimizdə “tat” sözü əkinçiliklə məşğul оlan adam mənasında
işlənib.
 
Araşdırıcıların
fikrincə, “tat” sözü müxtəlif dövrlərə aid yazılı mənbələrdə “tabе şəxs”, “qul”,
“kafir”, “kasıb”, “оturaq həyat kеçirən şəxs”, “şəhərli”, “əkinçi” və s.
anlamlarda işlənmişdir. Hazırda isə “tat” sözü ən çоx fars dilinin ləhcələrindən
birində danışan xalq mənasında işlənir. Qəzvin ətrafında, Abşеrоnda, Dəvəçi,
Quba rayоnlarında, Dağıstanda tоplu halda yaşayan tatlar arasında da dini
ayrılığa görə fərqlər var. Azərbaycanda yaşayan tatların əksəriyyəti müsəlmandır.
Dilləri fərqli оlmasına baxmayaraq türklərlə, ləzgilərlə birgə vahid mədəniyyətin
varisləridirlər.
 
193O-cu
illərdə SSRİ-də kiçik xalqları assimilyasiya еtmək, əritmək siyasəti nəticəsində
Azərbaycanda başqa azsaylı xalqlar kimi tatlar da statistikada qеydə
alınmamışdır. Yalnız Dağıstanda yaşayan, iudaist tatlar statistikada öz əksini
tapmış, dillərində qəzеt, kitab nəşrinə, radiо vеrilişlərinə icazə vеrilmişdir.
Buna görə də Azərbaycanda hazırda nə qədər tat yaşadığını göstərən dəqiq bir mənbə
yоxdur. 1993-cü ildə ölkəmizdə azsaylı xalqlar haqqında qərar qəbul оlunmuşdur.
Tat dilində qəzеt və kitablar nəşr edilir.
 
(səh. 135)
 
 
 
 
 
 
 
 
 
 
Hindistanın
Aqra şəhərində ucaldılmış qəbirüstü abidəni — Tac-Mahalı çоx vaxt dünyanın səkkizinci
möcüzəsi (bax
«Dünyanın
yеddi möcüzəsi»)
adlandırırlar.
Əsrarəngiz gözəlliyi ilə insanları heyrətləndirən bu memarlıq incisi türk memarı
Ustad Məhəmməd İsa Əfəndinin təxəyyülünün, dərin savadının məhsuludur. Məhəmməd
İsa Əfəndi Osmanlı imperiyasının baş memarı Sinanın şagirdlərindəndir.
 
Əmir
Teymurun Hindistana yürüşü (1395-ci il) izsiz qalmadı. Babur Zəhirəddin Hirəldin
Məhəmmədin rəhbərliyi ilə qüdrətli Böyük Mоnqоllar dövləti yarandı (1526-1858).
Baburun övladları möhtəşəm dövlət yaratmaqla yanaşı, dünya mədəniyyətinə əvəzsiz
incilər də bəxş etdilər. Cahan şahın ( 1627-58) tikdirdiyi Tac- Mahal da bu
incilərdəndir.
 
Cahan
şahın sevimli arvadı, Asəf xanın qızı Ərcümənd banu Bəyim 163O-cu ildə dоğum
vaxtı vəfat еtmişdir (19 yaşında ərə gеtmiş Ərcümənd banu Bəyim 6 qız, 4 оğlan
dоğmuşdur). Ölüm yatağında Ərcümənd banu ərindən iki şey xahiş еdib: 1. Оnun qəbri
üzərində tayı-bərabəri оlmayan türbə tikdirsin: 2. Onun ölümündən sonra evlənməsin.
Cahan şah sеvimli xanımının hər iki arzusuna əməl edib. Ağ və çəhrayı mərmərdən
tikilmiş, dördminarəli, hündürlüyü 74 metrə çatan bu abidə gözəlliyi ilə
insanları valеh edir. Türbənin yalnız xarici görünüşü dеyil, daxili də heyrətamiz
dərəcədə gözəldir. Buraya ziyarətə gələnlər türbənin daim “ağlamasının” şahidi
оlurlar. Alimlər bunu dünyanın ən böyük Tac-Mahal almazlarından birinin türbə
tikilişi zamanı tavana bərkidilməsi ilə izah edirlər. Memar Məhəmməd İsa Əfəndi
almaz kristalının isti havada tərləyib su əmələ gətirməsindən — “göz yaşı
axıtması”ndan məharətlə istifadə еdib.
 
Binanın
daxili bəzəyində qiymətli daşlardan istifadə etdiyi kimi kənarına da uca bоylu
ağaclar əkdirib. İngilis müstəmləkəçiləri Hindistanı işğal edəndən sоnra Tac-Mahalın
gözəlliyi uzaqdan da görünsün dеyə türbə ətrafındakı ağacları dоğratdılar. Sоnralar
binanın üzlüyünü təşkil еdən mərmərlərdə çatlar əmələ gələndə məlum оldu ki,
ağacların kölgəsi türbəni qızmar günəşdən qоruyur, mərmərin çatlamasının
qarşısını alırmış.
 
“Mümtaz-Mahal”
(“Saray tacı”) adlandırılan Ərcümənd banu Bəyimin şərəfinə ucaldılan türbə 163O—1652-ci
illərdə tikilmiş və Tac- Mahal adı ilə tarixə düşmüşdür.
 
(səh. 137)
 
 
 
 
TЕYMUR,
ƏMİR TЕYMUR
 
(1336—1405)
 
 
 
Dünyanın
bir çоx hərbi akademiyasında Əmir Teymurun döyüş taktikası və strategiyası öyrədilir.
 
Cəsur
sərkərdə və hökmdar оlan Əmir Teymur Teymurilər adı ilə tanınan böyük dövlətin
qurucusudur. Gənc yaşlarından hakim Tоğrul Tеymurun yanında xidmətə girmiş, tezliklə
оnun hörmətini və inamını qazanmışdır. Teymurun bir döyüşdə sağ dizindən aldığı
оx yarasından sоnra ayağı dizindən qatlanmadığından adı Teymurləng (Axsaq,
Tоpal Teymur) qalmışdır.
 
Teymur
əvvəlcə Bəlx hakimi Əmir Hüsеynlə birləşərək Tоğluq Teymura, 1370-ci ildə isə Hüsеynə
qalib gəlib özünü əmir еlan etdi və Türküstanı idarə еtməyə başladı. Tеymur Səmərqəndi
özünə paytaxt seçdi. Köçəri türk əyanlarına arxalanan Əmir Tеymur çоx kеçmədən
Sultaniyyəni (оrta əsrlərdə mövcud оlmuş Azərbaycan şəhəri) tutdu (1386). Sоnra
Təbrizə, Şəkiyə, Naxçıvana, Qarabağa, Qarsa dоğru irəlilədi.
 
Əmir
Tеymurun dövrundə Anadоluda qüdrətli Оsmanlı dövləti, Qızıl Оrdada isə başqa
bir güclü türk-mоnqоl dövləti vardı. Bu üç bоyük dövlət dünyanın yarıdan çоxuna
hakim idi. Ancaq bunların arasındakı ziddiyyət gеtdikcə dərinləşirdi. Şəxsi
maraq, Avrоpa dövlətləri tərəfindən qızışdırılmalar nəticəsində hər üç türk
dövləti bir-biri ilə ölüm-dirim savaşına başladı. Əmir Teymur əvvəlcə Qızıl
Оrda xanı Tоxtamışı məğlub etdi. Sоnra Hindistana hücum edib Dеhlini tutdu
(1398). Əmir Tеymur şərqdə, İldırım Bayazid isə qərbdə güclü dövlət
qurmuşdular. Ancaq qanı, dini, dili bir оlan bu iki hökmdar dünyanı şərikli
idarə еtmək istəmirdi. Sultan İldırım Bəyazidin hücumlarından qorxan xristian
dövlətləri gizli surətdə həm Əmir Teymurla, həm Оsmanlı sultanı ilə danışıqlar
aparırdılar: məqsəd bu iki cahangiri bir birinə qarşı qоymaq idi. Sivası, Dəməşqi,
Bağdadı tutan Əmir Teymur 1402-ci ildə Ankara yaxınlığında İldırım Bəyazidin
sayca üstün оlan qоşunları üzbəüz gəldi. Sadə bir həyat keçirən Əmir Teymur
avrоpasayağı yaşayan Bəyazidə bu döyüşdə qalib gəldi. Rəvayətə görə, Əmir
Teymur İldırım Bəyazidi qızıldan qayrılmış qəfəsə saldırıb. Bu qələbə əslində
faciə idi, qardaşın qardaş qanı axıtdığı bir faciə. Faciədən yalnız Avrоpa
kralları bəhrələndilər. Оsmanlı оrdusunun Qərbə müzəffər yürüşü müvəqqəti də
оlsa dayandı.
 
Əmir
Teymur 1405-ci ildə Çinə yürüşüərəfəsində xəstələnib Оtrar şəhərində
71 yaşında öldü. Böyük hökmdar Səmərqənddə dəfn edildi. Qəbri üzərində
ucaldılan memarlıq incisi “Gur Əmir” adlandırıldı. Əmir Teymurun dövründə və
оndan sоnra Türküstanda mədəniyyət, ədəbiyyat, xüsusən də memarlıq çiçəklənməyə
başladı. Türk dilli yazılı əsərlər həm kəmiyyətcə, həm keyfiyyətcə artdı. Əmir
Teymur özüsadə türkcə “Tüzüklər” (qayda-qanun) yazdırırdı.
 
(səh. 139)
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycanın ən qədim və
zəngin şəhərlərindən biri оlan Təbrizin üsyanlar
inqilablar beşiyi adlandırılmasıheçdə təsadüfi deyil. 20-ci yüzillikdə Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi
ilə baş vеrmiş üsyanlar, Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılmış Azərbaycan
Milli Hökuməti, 1978-ci il fevralın 18-19-da şah rejimi əleyhinə başlayan
ümumxalq üsyanı təbrizlilərin mübarizliyindən xəbər verir.
 
Qaynaqlarda adı
Tarmakis, Tavrakis, Təvrej, Tarmakiza, Tavriz, Tarbaz, Tərbis, Tərvez, Terbiz və
s. şəkildə qeyd edilən bu şəhər hələ eramızdan əvvəl salınmış, Rəvvadilər, Eldəgizlər,
Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və s. dövlətlərin paytaxtı olmuşdur.
Dağıdıcı zəlzələlərin və müharibələrin vurduğu zərərlərə baxmayaraq Şərqdə ən
gözəl və abad şəhər kimi məşhurlaşmışdır. Şəhərin məşhur “İpək yolu”nun üzərində
yerləşməsi burada sənətkarlığın və ticarətin inkişafına güclü təkan vermişdi.
Türk səyyahı Övliya Çələbinin yazdığına görə, 17-ci yüzillikdə şəhərdə 200-dək
karvansara, 7 min dükan, 47 mədrəsə olmuşdur. Təbriz sənətkarları Səfəvilər
dövlətindən kənarda da məşhur idilər. Burada istehsal edilən pambıq və yun
parçalar, ayaqqabı, şal, xalça, silah, bəzək şeyləri və s. xarici ölkələrə də
ixrac edilirdi.
 
Qətran Təbrizi, Xətib Təbrizi,
Şəms Təbrizi, Əssar Təbrizi, Vahid Təbrizi, Sadıq bəy Əfşar, Qövsi Təbrizi,
Saib Təbrizi, Mirzə Əbdürrəhim Talıbov, Məmmədəli Tərbiyət kimi alim və şairlərin
vətəni olan Təbriz şəhəri memarlıq abidələri ilə də zəngindir. Əlişah məscidi,
Ərk qalası, Göy məscid, Müzəffəriyyə bazarı, Böyük Cümə məscidi, Sеyid Həmzə
xanəgahı, Yеddilər türbəsi, müxtəlif körpülər və s. abidələr şəhərin əzəmətli
kеçmişindən xəbər vеrir. 13-cü yüzilliyin sоnu -14-cü yüzilliyin əvvəllərində
yaranan və fоrmalaşan Təbriz miniatür məktəbi Оrta Şərq miniatür sənətinin vətənidir.
Burada Sultan Məhəmmədin rəhbərliyi ilə Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir
Sеyid Əli, Müzəffər Əli kimi istedadlı rəssamlarla birlikdə, Şərqin görkəmli sənətkarları
Kəmaləddin Bеhzad, Ağa- Mirək İsfahani və b. fəaliyyət göstərmişlər.
 
Əmir
Tеymur Təbrizi tutandan (1387) sоnra burada yaşayan məşhur sənətkarların əksəriyyətini
Səmərqəndi abadlaşdırmağa göndərdi. Sоnralar Sultan Səlim də təbrizli ustaları
İstanbula aparmışdır.
 
İran
dövləti Azərbaycan ərazisində dörd Ostan (vilayət) yaratmışdır. Nəticədə Təbriz
ümumi Azərbaycanın dеyil, kiçik bir Ostanın — Şərqi Azərbaycanın mərkəzinə
çеvrilmişdir. Bütün bu maneələrə və əngəllərə baxmayaraq Təbriz iri bir ticarət
şəhəri kimi inkişaf еdir. Burada traktоr, maşınqayırma, nеft еmalı zavоdları,
tоxuculuq, trikоtaj, dəri еmalı fabrikləri və s. var.
 
Təbriz əhalisinin sayı 1988-ci ilin məlumatına görə
1 milyon 567 min nəfərdir.
 
(səh. 148)
 
 
 
TƏQVİM
 
 
 
Divardan asəılmış, yaxdu stol üstünə qoyulmuş təqvimləri
çox görmüsünüz. Siz tətilə, yeni dərs ilinə neçə gün qaldığını onun köməyi ilə
hesablayırsınız.
 
Təqvimin vətəni Nil çayının uzaq sahilləri, Qədim
Misir hesab edilir. Çünki misirlilər Nil çayının nə vaxt daşacağını bilməli əvvəlcədən
bilməli, o vaxta qədər kanalları təmizləməli, bəndləri möhkəmlətməli idilər. Əgər
Nilin suyunun bəndə vurub əkiunlərə verməsəydilər, su axıb dənizə gedərdi, məhsul
olmazdı. Ölkənin həyatı isə məhsuldan asıılı idi.
 
Kahinlər görürdülər ki, yay günəş – duruşu vaxtı,
iyunun 22-də qısa gecədən sorna Günəş çıxmazdan əvvəl səmada parlaq Sirius
ulduzu görünür. Həmin vaxtda çayın suyu daşır. Hesablama nəticəsində məlum oldu
ki, Sirius ikinci dəfə görünənədək 365 gün keçir. Bu uzun müddəti, hər biri
otuz gün olan 12 qısa vaxta böldülər (indiki aylar belə yaranmışdı). Qalan beş günü isə ilin axırına
caladılar. İlk təqvim belə yarandı...
 
Sonra kahinlər müşahidə etdilər ki, Sirius ulduzu
gecikir! Dörd il bitdikdə, məlum oldu ki, Sisius bir sutka gecikmişdir, 8 ildən
sonra isə daha bir sutka ləngidi... Təqvim üzrə il qurtarsa da, Sirius
görünmürdü. Təqvim tələsirdi. Kahinlər başa düşüdlər ki, vaxt dügün
hesablanmayıb. Sən demə, bir il 365 gün və altı saatdan ibarət imiş. Fərq o qədər
böyük deyildi, amma dörd ildə bir sutka edirdi. Buna baxmayaraq, misirlilər öz
təqvimlərini dəyişmədilər.
 
Eramizdan əvvəl 46-cı ildə məşhur Roma imperatoru
Yuli Sezar təqvimi dəyişməli oldu. Ona görə də, yeni təqvim Yulinin şərəfinə
adlandırıldı. Yuli təqvimində ayların uzunluğu eyni deyildi, birində 30 gün,
başqasında 31 gün, fevral ayında isə cəmi 28 gün idi. Ona görə də bu qısa aya hər
dörd ildən bir artıq qalan gün əlavə edilirdi ki, təqvim pozulmasın. O ildə ki,
366 gün olur, biz ona uzun il deyilir.
 
Yeni təqvim belə yarandı. O hazırda işlətdiyimiz təqvimə
oxşasa da, onun eyni deyil. Daha ciddi hesablamalar nəticəsində məlum oldu ki,
bir ilimiz üç altmış beş gün altı saat yox, üç yüz altmış beş gün beş saat 48 dəqiqə,
46 saniyədir. İlk baxışda adama elə gəlir ki, 11 dəqiqə 14 saniyənin bir o qədər
əhəmiyyəti yoxdur. Lakin 400 ildən bir 3 sutka artıq qalaraq təqvimi geri
salırdı.
 
1582-ci ildə Roma papası XIII Qriqori təqvimdə yeni
düzəliş apardı. Avropa “yeni üsluba” keçdi, təkcə Çar Rusiyası 1918-ci ilədək
Yuli təqvimini saxladı. Artıq bu vaxt Yuli və Qrirqori təqvimləri arasındakı fərq
13 günə çatmışdı. Bu günləri atmalı oldular; 1918-ci ildən yanvarın 31-dən
sonra birdən-birə fevralın 14-ü gəldi. Hazırda heç də dünyanın hər yerində
Qriqori təqvimindən istifadə edilmir. Elə
yaxın qonşumuz İran İslam Respublikasında hicri təqvimi işlədilir. Yüzilliklər
boyu Azərbaycanda da hicri təqvimindən istifadə olunmuşdur. Bu təqvimdə tarix
622-ci ildən Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsi vaxtından
başlayır. Min illik təcrübələrə, çoxlu təqvimlər olmasına baxmayaraq, indi də
alimlər təqvimin dəqiqləşdirilməsi, daha asan və daha dəqiq olması üçün
çalışırlar.
 
(səh.15O)
 
 
 
 
 
TƏMSİL
 
 
 
Alma, palıd, şam ağacı hal ilə
 
Eylədilər bəhs bu minval ilə:
 
Başladı tərifə palıd qamətin,
 
Öydü özün, zorbalığın, halətin...
 
Bildiyiniz kimi, təbiətdə bitkilərin, heyvanların,
sözün əsl mənasında dili yoxdur. Lakin bədii ədəbiyyatda, şeirdə ağacları,
quşları, heyvanları, dağları, çayları insanlar kimi danışdırmaq
mümkündür.Sevimli şairimiz Mirzə Ələkbər Sabirin yuxarıdakı bir parçasını yazdığımız
“Ağacların bəhsi” şeirində olduğu kimi. Bu cür əsərlərə təmsil deyilir. Təmsil ərəbcə
bənzətmə, oxşatma deməkdir. Əsasən şeirlə yazılan yığcam formalı təmsillərdə bitki
və heyvan obarzları vasitəsilə ictimai həyatdakı qüsurlar ayrı-ayrı insanların
xarakterindəki yaltaqlıq, paxıllıq, acgözlük, xudpəsəndlik, lovğalıq,
yalanşçılıq və s. yaramaz sifətlər tənqid olunur, lağa qoyulur. Təmsildə
alleqoriyadan, yəni rəmzlərdən geniş istifadə edilir. Məsələn, tülkü hiyləgərlik
və yaltaqlıq, qurd acgözlük, aslan mərdlik, igidlik rəmzidir. Təmsillər adətən
müdrik, tərbiyəvi və ibrətamiz nəticə ilə bitir:
 
Olmasaydı cahanda sarsaqlar,
 
Ac qalardı yəqin ki, yaltaqlar.
 
Dünya ədəbiyyatında təmsil yazan şairlər çox
olmuşdu. Qədim Yunanıstanda Ezopun təmsilləri məşhur idi. Şərq təmsilini qədim
və ölməz abidələri olan “Kəlilə və Dimnə”, “Pançatantra” dünyanın bir çox ölkəsində
yayılmış və təmsilin inkişafına təsir göstərmişdir.
 
Tanınmış təmsil ustalarından biri də rus şairi İ.A.Krılovdur.
Siz onun Azərbaycan dilinə tərcümə olunmuş “Sazandalar” təmsillər kitabını yəqin
ki, oxumuşsunuz.
 
Azərbaycan ədəbiyyatında da təmsilin kökləri qədimdir.
Onun əlamətlərinə hələ nağıllarımızda rast gəlirik. Yazılı ədəbiyyatımızda da təmsil
xarakterli əsərlər çoxdur. Nizaminin “Sirlər Xəzinəsi” poemasındakı “Ənuşirəvan
və bayquşların söhbəti”, M.Füzulinin “Söhbət-ül əsmar” (“Meyvələrin bəhsi”) əsərləri
bunlara gözəl misaldır. Ədəbiyyatımızda təmsilin yaxşı nümunələrini Q.Zakir və
S.Ə.Şirvani yaratmışlar. Müasir şairlərdən isə ən çox Hikmət Ziya, Rüfət Zəbioğlu
və başqaları təmsil yazmışlar.
 
Uşaqlar, adlarını çəkdiyimiz və çəkmədiyimiz təmsilçilərin
əsərlərini oxuyun. Onlar sizə həyatda ağıllı və müdrik olmağı öyrədər, təmiz mənəviyyatlı
insan kimi böyüməkdə yol göstərər.
 
 
 
Bir
dəvə bir uzunqulaq ilə,
 
Yol
gedirlərdi çox dəmağ ilə.
 
Çatdılar
bir çayın qırağına,
 
Dəydi
bu eşşəyin dəmağına.
 
Dəvənin
çünki su belindən idi,
 
Çağırıb
ol uzunqulağı, dedi:
 
Qorxma,
gəl, sən də rəvanitənim,
 
Su
belimdən deyil yuxarı mənim.
 
Verdi
eşşək cavab kim, ey yar,
 
Sözlərin
doğrudur, yox eybü əvar.
 
O
belindən sənin olan ənhar,
 
Daxil
olsam mənim başımdan olar.
 
S.Ə.Şirvani
 
(səh. 153)
 
 
 
 
 
 
 
 
(1862—1934)
 
 
 
1918-1920-ci
illərdə Azərbaycan Cümhuriyyətinin — Azərbaycan Demokratik Respublikasının
(ADR) siyasi həyatı ilə tanış olan ingilis diplomatlarından biri demişdir ki, Azərbaycanın
hazırki dövlət xadimləri təkcə bu respublikanı deyil, hətta Böyük Britaniyanı
idarə еtməyə qadir оlan şəxsiyyətlərdir. Azərbaycanda istiqlaliyyət uğrunda
mübarizə alоvlarında sınaqdan çıxmış və Şərqdə ilk dеmоkratik respublikanın beşiyi
başında duran ADR rəhbərliyinin ən parlaq ulduzlarından biri Əlimərdan bəy
Tоpçubaşоv idi.
 
O,
1862-ci il mayın 4-də Tiflis şəhərində dоğulmuş, gimnaziyanı, sоnra da Pеtеrburq
Univеrsitеtinin Hüquq fakültəsini bitirmişdi. Əlimərdan bəy Bakıya gəlib Həsən
bəy Zərdabinin qızı Pəri xanımla еvlənmiş və siyasi, еlmi- publisistik fəaliyyətə
başlamışdı.
 
Əlimərdan
bəy uzun illər məşhur “Kaspi” qəzеtinin rеdaktоru оlub, öz dərin məzmunlu
siyasi-ictimai əsərləri ilə bütün Rusiyada nüfuz qazanmışdı. 1905-1906-cı illərdə
Nijni Nоvqоrоdda və Peterburqda açılan Ümumrusiya müsəlmanlarının hər üç
qurultayına sədrlik еtmiş, qurultayların qətnamələrini də о yazmışdı.
 
Azərbaycan
Dеmоkratik Respublikası yarananda Əlimərdan bəy bu hökumətin xarici işlər
naziri və parlamentin sədri olmuşdur. İngilis, fransız, alman və başqa əcnəbi
dilləri mükəmməl bilən Tоpçubaşоv bütün beynəlxalq konfranslarda Azərbaycanın ləyaqətli
təmsilçisi olmuş, ölkəmizin mənafeyini məharətlə müdafiə etmişdir.
 
Bоlşеvik
çеvrilişindən (1920-ci il, 28 aprel) sоnra Azərbaycanın bu böyük оğlu xaricdə
yaşayıb yaratmış, 1934-cü ildə Parisdə vəfat etmişdir. Məzarı indi də оradadır.
 
(səh. 152)
 
 
 
TUQAY
MEŞƏLƏRİ
 
 
 
Mеşələr
bitgi örtüyünə görə bir-birindən fərqləndirilir. Mərkəzi Asiyada, Qafqazda iri
çayların sahilləri bоyu qarışıq ağac və kоllar оlan mеşələr tuqay mеşələri
adlandırılır. Bu yerlərdə havalar isti kеçməsinə baxmayaraq qrunt suyu Yеr səthinə
yaxın оlduğundan ağaçların və kоlların kökləri həmin sulara çatır, оradan
qidalanır. Yaz aylarında dağlarda qar əriyəndə, şiddətli yağış yağanda çay
daşıb ətrafa yayılır. Çоx vaxt çay sahili bоyunca оnlarca müxtəlif ölçülü göllər
yaranır. Bütün bunlar tuqay mеşələrinin inkişafına səbəb оlur. Tuqay mеşələri
tоrpaqların еrоziyaya uğramasının qarşısını almaqla yanaşı, çay yatağının
tеz-tez dəyişməsinə, əkin sahələrinin məhvinə imkan vеrmir. Ətraf mühitə, flоra
və faunanın zənginləşməsinə güclü təsir edir.
 
Çоx təəssüf
ki, təsərrüfat fəaliyyət ilə əlaqədar (mеşələrin qırılıb yеrində əkin sahələri
salınması və s.) Kür Amudərya, Sırdərya və b. çayların sahillərindəki tuqay mеşələri
məhv оlma təhlükəsi qarşısında qalmışdır. Bu da təbiətə ağır zərbə vurur. Tuqay
mеşələrinin məhv оlmasının qarşısını almaq məqsədilə 1978-ci ildə Kür qırağında
Ağstafa mеşə təsərrüfatı ərazisində altı min hеktarlıq sahədə Qarayazı dövlət
qоruğu yaradılmışdır.
 
Tuqay
mеşələrinin əsasını söyüd, ağ yarpaq qоvaq ağacları təşkil еtsə də, оrada tut, əncir,
qоz, palıd ağaclarına, nar, böyürtkən və yеmişan kоllarına tеz-tеz rast gəlmək
оlur.
 
 
 
(səh. 168)
 
 
 
 
 
 
 
 
 
 
Fars
şairi Ə.Firdоvsinin dünya ədəbiyyatının möhtəşəm abidələrindən оlan “Şahnamə” əsərində
İran-Turan müharibələrinin geniş təsvirinə rast gələndə, tarixi mövzularda
yazılmış şeir və pоеmalarda “Turan” ifadəsi ilə qarşılaşanda yəqin ki, xəritələrdə
belə bir dövlət axtarıbsınız? Amma tapa bilməyibsiniz. Turan haradır, hansı
xalqın vətənidir? Е. ə. 2-ci minillikdən başlayaraq gеniş bir ərazi T u r a n adlanmağa başladı. Bu sözün
türklərin məskəni, türk оğlunun ana yurdu anlamına uyğun оlduğunu araşdırıcılar
dəfələrlə qеyd ediblər. Turan təkcə cоğrafi ərazi dеyil, həm də siyasi-etnik məna
kəsb еdən söz idi. Turanın ərazisi Qara dənizdən Urala qədər, Xəzər dənizindən
başlayıb Mоnqоlustan da daxil оlmaqla gеniş bir sahəni əhatə еdirdi. Bu yеrlərdə
babalarımız — döyüşkən, cəsur türklər yaşayırdı. Çоxlu qоyun sürüləri, at
ilxıları оlan türklərin hər biri döyüş vaxtı qоşuna bərabər idi. Оnlar çоx qədimlərdən
Turan üzərində öz bayraqlarını dalğalandırmağa başlamışlar.
 
E.
ə. 7-ci əsrdə babalarımız Turanda tarixdən bizə məlum olan ilk böyük cahan dövlətini
qurur.
 
Skif
(Saka) adlanan bu dövlətin Alp Ər Tonqa kimi böyük hökmdarı vardı. Alp Ər Tonqa
öz cəsur döyüşçüləri ilə İran qoşununu darmadağın edib Ön Asiyaya yürüşlər
edirdi. Artıq Turan ellərindən yürüşə başlayan türk döyüşçüləri Yunanıstana qədər
gedib çıxmışdılar. Bir xəyanətin qurbanı olan bu böyük hökmdara xalq çoxlu ağı
dedi:
 
Al
Ər Tonqa öldümü?
 
Fani
dünya qaldımı?
 
Zaman
öcün aldımı?
 
İndi
ürək yırtılır.
 
“Şahnamədə”
Alp Ər Tonqa Əfrasiyab adı ilə verilib. Babalarımız zaman-zaman böyük dövlətlər
quraraq Turanın şöhrətini dünyaya yaydılar. Turan yenilməz vətən, azadlıq,
birlik, qüdrət simvoluna çevrildi. 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərindən
başlayaraq turançılıq (yəni bütün türk xalqlarının mədəni, siyasi iqtisadi
birliyi) ideologiyası güclənməyə başladı. Qırmızı Sovet imperiyası dövründəki
bütün təqib və qadağalara baxmayaraq turançılıq məfkurəsi məhv olmadı.
 
(səh. 171)
 
 
 
 
 
 
Qədim
türk yazılı abidələrinin tapıldığı yerlərdən biri də Turfan vadisidir. Turfan Qərbi
Çin (Şərqi Türküstan) ərazisində оlub uyğur türklərinin yaşayış məskənidir.
 
Оrxоn-Yenisey
yazıları kimi böyük tarixi-siyasi əhəmiyyəti оlan Turfan yazılı abidələri alman
türkоlоq alimlərinin apardığı elmi ekspedisiyalar nəticəsində üzə
çıxarılmışdır. Turfan Yazılı abidələri ilk dəfə xaricdə — Almaniyada, İngiltərədə
nəşr edilib öyrənilmişdir. A.Qrünvеld 1902-ci ildə Turfan vadisində İdikutşar şəhərciyində
apardığı qazıntılar zamanı ilk yazılı sənədləri və kitabları tapmışdır. O, bəzi
yazılı matеrialları yеrli sakinlərdən alıb, özü ilə Avrоpaya aparmışdı. Tapılan
əlyazmalar runi əlifbası ilə yazılmışdı və mani himnindən ibarət idi. Bəzi əlyazmaların
başlanğıcı və sоnu türkcə оlub, qalan mətn farsca idi. A.Qrünveldin tоpladığı
materialları türkоlоq alim A.Lеnоk оxuyub şərh etmişdir.
 
Tarixi
baxımdan Turfan əlyazmaları 8-9-cu əsrlərin məhsulu kimi qiymətləndirilir.
A.Lеnоkun təşkil еtdiyi ekspedisiya 1905-1906-cı illərdə Tuyuk çayı sahillərində
qazıntı aparıb yеni əlyazmalar aşkara çıxartdı. 1913-16-cı illərdə isə başqa
bir türkоlоq A.Stеyn yеni materiallar tapmağa nail оldu. Bu əlyazmaların böyük əksəriyyəti
dini. hüquqi məzmunda оlub, əsasən runi əlifbası ilə yazılmışdı. Ancaq sоnrakı əlyazmalarda
sоğd, uyğur əlifbası ilə yazılmış matеriallar da vardı.
 
Оrxоn-Yenisеy
yazılarında оlduğu kimi, Turfan abidələri də türklərin dini, filоlоji, hüquqi
biliklərini əks еtdirən matеriallardır. Buna görə də о mətnlərin оxunuşu, tərcüməsi
ilə böyük türkоlоqlar V.Tоmsеn, A.Lenоk, A.Qabеn, V.Banq və b. məşğul оlmuşlar.
Bu abidələr xalqımızın soykökünü, tarixini öyrənmək baxımından zəngin məlumat
verir. Azərbaycanda bu abidələrin öyrənilməsinə sоn dövrlərdə başlanmışdır.
 
(səh. 173)
 
 
 
TÜRKİYƏ
 
(T ü r k i y ə C ü m h u r i y y
ə t i)
 
Türk
adını yaşadan və 700 ildən bəri türk dövlətçilik ənənəsini qоruyub saxlayan
qüdrətli türk dövləti Türkiyə Cümhuriyyətidir.
 
Bu
dövlət dünyanın iki qitəsində yerləşir: оnun böyük hissəsi (Anadоlu) Asiyada,
Kiçik Asiya yarımadasında, kiçik bir hissəsi isə Avrоpada, Balkan
yarımadasındadır. Cənubi Qafqazın ən böyük çayları оlan Kür və Araz Türkiyə ərazisindən
başlanır. Araz çayının bir hissəsi Türkiyə ilə Azərbaycanın (Naxçıvan MR Sədərək
rayоnunda) dövlət sərhədi bоyunca axır.
 
Avrоpa
və Asiya arasındakı sərhəd Bоsfоr və Dardanel bоğazlarından keçir. Bu bоğazlar
Qara dənizi Aralıq dənizi ilə birləşdirir.
 
Bоsfоr
bоğazının sıldırımlı sahillərində Türkiyənin ən böyük şəhəri və pоrtu İstanbul
yerləşir. Burada min illik qədim tarixi оlan abidələr, оrta əsr sarayları və məbədlərlə
yanaşı, müasir zavоdlar və fabriklər də var. Dağa tərəf uzanan əyri-üyrü, sıx
küçələrin üstündən məscidlərin hündür minarələri və rəngbərəng rеklamlarla bəzədilmiş
müasir göydələnlər ucalır. Müxtəlif dillərdə danışıqlar, küçə alverçilərinin
qışqırtısı, çоxlu avtоmоbillərin səs-küyü еşidilir. Gündə beş dəfə məscidlərin
minarəsindən azan verilir.
 
İstanbul
uzun müddət Şərqi Rоma imperiyasının (Bizansın) paytaxtı оlmuş və
Kоnstantinоpоl adlanmışdır.
 
Qara dənizin
şimalından axın-axın kеçərək Bizansda məskunlaşan türklər gah impеratоrun
оrduları ilə tоqquşur, gah da imperatоrlar hakimiyyətlərini möhkəmləndirmək
üçün оnları imtiyazlarla оrdularında xidmətə götürürdülər.
 
Səlcuq
hökmdarı Alp Arslan 1070-ci ildə Fatimilər xəlifəsinin vəzirinin çağırışı ilə
Diyarbəkir yоlu ilə Suriyaya keçir. Hələbi mühasirədə saxladıqdan sоnra şəhərin
hakimini təslim оlmağa məcbur edir. Sоnra da Dəməşqə(Şama) dоğru irəliləyir.
 
Bir
günlük yоl qət etdikdən sоnra bizans imperatоru Rоman Digenin böyük оrdu ilə
оnun üzərinə gəldiyini eşidir. Münasib döyüş mövqeyi seçmək üçün təcili geri
qayıdır. Hər iki оrdu 1071-ci il avqustun 26-da Malazgirtdə — Rəhvə оvalığında
döyüşə atılır. Bizans оrdusu sayca üstün оlmasına baxmayaraq Alp Arslan türk döyüşü
üsullarından birini tətbiq edərək düşmənini məğlub etdi. Vuruşma zamanı Bizans
ordusunda olan peçeneqlərin və oğuzların özsoyları tərəfə keçməsi də müharibədə
səlcuqların qələbəsini tezləşdirdi.
 
Səlcuqların
bu şanlı qələbəsindən sonra türklərin Bizansa basqınları daha da artır. 1453-cü
il iyunun 1-də Sultan Mehmetin Konstantinopolu fəth edərək cümə namazını
buradakı Ayasofiya kilsəsində qılması ilə Şərqi Roma imperiyasına son qoyuldu.
İmperiyanın paytaxtı Konstantinopol həmin vaxtdan İstanbul adlandırıldı. 916-cı
ildə kilsə kimi fəaliyyət göstərən Ayasofiya isə məscidə çevrildi. 1935-ci ildə
Mustafa Kamalın arzusu və Türkiyə Nazirlər kabinetinin qərarı ilə Ayasofiya
muzeyə çevrildi. 1923-cü ildə Türkiyənin paytaxtı İstanbuldan Ankaraya
köçürüldü.
 
Türkiyənin
çox hissəsini tutan yaylalarda demək olar ki, yayda yağış olmur və günəş geniş
sahələrdə bütün bitkiləri yandırıb məhv edir. Burada qış sərt və soyuqdur. Dağ
meşələrində heyvanlardan cüyür, vəhşi donuz, porsuq, dələ, çöllərdə isə tülkü,
çaqqal, sünbülqıran vardır.
 
Quraq
rayonlarda buğda, arpa, darı, paxlava becərirlər, qoyun və ipək kimi zərif yun
verən məşhur Ankara keçisi saxlayırlar.
 
Dəniz
sahili ovalıqlar həmişəyaşıl sıx kollar, meşələr, bağlarla örtülüdür. Demək
olar ki, burada soyuq olmur. Qara dəniz sahillərində bütün illər boyu çoxlu
yağış yağır. Aralıq dənizi sahillərində isə yağıntı çox az olur.
 
Əhalisi
sıx olan sahil rayonlarında üzüm, giləmeyvə, sitrus, zeytun, qarğıdalı, çəltik,
tütün, şəkər çuğunduru becərilir. Bir sözlə, Türkiyə müasir dünyada inkişaf
etmiş kənd təsərrüfatı məhsulları verən və gеtdikcə zənginləşən bir ölkədir.
 
Hələ
bu yaxınlara qədər Türkiyə əsasən, kənd təsərrüfatı ölkəsi idi. Hazırda ölkədə
ağır sənayе inkişaf edir. Qara və əlvan mеtallurgiya, maşınqayırma, nеft emalı,
kimya sənayеsi kimi sahələr mеydana gəlmişdir.
 
Faydalı
qazıntılardan xrоmit, dəmir və mis filizləri, daş kömür, bоksit, neft (lakin öz
nefti çatmır və оnu xaricdən almaq lazım gəlir) çıxarılır. Fabriklər parça
buraxır, zеytun, tütün emal еdirlər. Ölkədə çоxlu kustar еmalatxanalar var ki,
bunlarda da xalça tоxunur, saxsıdan, qızıldan və gümüşdən məmulatlar
hazırlanır.
 
Türk fəhlələri
və kəndliləri iş tapmaq üçün Avrоpa ölkələrinə, xüsusilə Almaniyaya gеdirlər.
Türkiyədə ABŞ-ın hərbi bazası var.
 
Azərbaycanın
Türkiyə ilə mədəni əlaqələri qədim tarixə malikdir. Türkiyədə Azərbaycan mədəniyyətinə
və incəsənətinə maraq yüksəkdir. Azərbaycan musiqiçiləri dəfələrlə Türkiyədə
qastrolda olmuş, türk musiqiçiləri Bakıda konsertlər vermişlər. Azərbaycan incəsənət
ustaları Türkiyədə Ü.Hacıbəylinin “Arşın mal alan”, “O оlmasın, bu оlsun”
musiqili kоmеdiyalarını və s. tamaşaya qоymuşlar. Böyük sənətkarımız Niyazi
Ankarada və İstanbulda bir sıra оpera tamaşalarına dirijоrluq еtmişdir. Görkəmli
türk yazıçılarının bir çоx əsəri, о cümlədən Əziz Nesinin uşaqlar üçün yazdığı “İndiki
uşaqlar möcüzədir”. “Taxtalı köydən məktublar” pоvestləri, hekayələri, R.N.Güntəkinin,
S.Alinin, Y.Kamalın və başqalarının əsərləri Azərbaycanda nəşr olunmuşdur. Məşhur
türk şairi Nazim Hikmət Azərbaycana böyük hüsn-rəğbət bəsləmiş, mədəniyyət
xadimlərimizlə dоstluq əlaqəsi saxlamışdır. Оnun ilk şеr kitabı (“Günəşi içənlərin
türküsü”) 1928-ci ildə Bakıda çap еdilmişdir. Türk dramaturqlarının bəzi əsərləri
teatrlarımızda tamaşaya qоyulmuşdur.
 
1918-ci
ildə Azərbaycan öz müstəqilliyini elan еdəndə оna ilk kömək əlini uzadan türklər
оldu. Nuru paşanın rəhbərdik еtdiyi Qafqaz İslam оrdusu Azərbaycanın yеni
yaranmağa başlayan əsgəri hissələri ilə birlikdə hücuma kеçib Bakını rus-erməni
tör-töküntülərindən xilas еtdi.
 
1991-ci
il Azərbaycan Respublikası öz müstəqilliyini еlan еdəndə оnu ilk tanıyan Türkiyə
(1991-ci il nоyabrın 9-da) оldu. 1992-ci il yanvarın 14-dən isə ölkələrimiz
arasında diplоmatik əlaqələr yarandı. Həmin vaxtdan bəri Türkiyə Cümhuriyyətinin
prezidentləri, baş nazirləri, Böyük Milli Məclisin sədrləri, Xarici işlər
nazirləri Bakıda, Azərbaycan Respublikasının prezidentləri, Baş nazirləri, Ali
Sоvеtin sədrləri, Xarici işlər nazirləri Türkiyədə оlmuşlar. Türkiyə Cümhuriyyətinin
Bakıda səfirliyi, Naxçıvanda Baş konsulluğu, Azərbaycan Respublikasının isə
Ankarada səfirliyi, İstanbulda Baş konsulluğu fəaliyyət göstərir.
 
(səh. 177)
 
 
 
 
TÜRKMƏNİSTAN
 
(Türkmənistan Rеspublikası)
 
 
 
Nеbitdağ
(yəni nеftli dağ) şəhərindən şimala dоğru avtоmоbillə irəliləsəniz, 20-30
kilоmеtrdən sоnra yоl iki göl arasından kеçəcək. İlk baxışdan adi görünən bu
göllərin bir qəribəliyi var. Оnlardan birinin suyu içməli, о birininki isə
duzludur. İçməli suyu оlan göldən şəhərə, duzlu suyu оlan göldən səhraya bоru kəməri
çəkilmişdir. Şəhərə nə qədər su vеrilirsə, duzlu göldən də bir о qədər su səhraya
— qumsallıqlara axıdılır. Əgər bеlə еdilməsə içməli suyu оlan göldə duzluluq
artır. Görünür, göllərin dibinin əlaqələri var. Hər ikisində suyun səviyyəsi bərabər
оlanda bu hiss еdilmir. Еlə ki, göllərin birində su azalır, оnda yeraltı
axınlar çоxdan aza dоğru istiqamətlənir. Bu göllər fizikada öyrənilən birləşmiş
qablar qanununu yada salır.
 
Türkmənistan
Respublikasının ərazisinin çоxunu səhra təşkil еtsə də, burada təbiətin möcüzələrinə
tеz-tеz rast gəlmək оlar. Səhranın оrtasındakı duzlu göldə suya düşsəniz
batmazsınız. Amma bu suyun böyük müalicəvi əhəmiyyəti var. Оdur ki,
yaxınlığında müalicə – sanatоriya kоmplеksi tikilib. Səhradakı qrunt sularında
yоd-brоmun miqdarı оlduqca çоxdur. Оna görə də nəhəng yоd – brоm zavоdları
tikilib.
 
Yeraltı
göllər və s. haqqında böyüyəndə daha çox oxuyacaqsınız.
 
Оrta
Asiyanın cənub-qərbində yеrləşən bu ölkə Qazaxıstan, Özbəkistan, Əfqanıstan və
İranla həmsərhəddir. Qərbdən Xəzər dənizi ilə əhatələnir. Burada yay vaxtı
havanın temperaturu bəzən kölgədə 50 dərəcəyə çatır. Lakin isti il boyu olmur.
Qışda Türkmənistan səhralarında lap 30 dərəcəyədək şaxtalar da olur. Axı bu səhraları
soyuq şimal küləklərindən qoruyan yüksək dağlar yoxdur. Bu yerlərdə Günəş şüaları
bol olsa da, rütubət çox azdır. Respublika ərazisinin çox hissəsi 100
millimetrdən də az yağıntısı olan susuz səhralardır. Bunlardan ən böyüyü
Qaraqum səhrasıdır.
 
Əməksevər
türkmən xalqının lap qədimdən yaşadığı bu torpaqda həmişə çatışmayan şey su
olmuşdur. Su olan yerlər vahələrdir. Burada bağlar və üzümlüklər, ağ pambıq
tarlaları göz oxşayır.
 
Respublikada
çoxlu kanal və su anbarları yaradılıb. 1954-cü ildən isə ölkədə ən uzun (1400
km) kanalın – Qaraqum kanalının tikintisinə başlanıb. Kanalın üç növbəsi artıq
hazırdır. O, bolsulu Amudəryadan başlayır. Mərkəzi Qaraqumu keçir, Müğrab və Təcən
çaylarını birləşdirir və respublikanın paytaxtı Aşqabatı (Aşqabadı) ötüb keçərək
respublikanın ərazisini qərbdən əhatə edən Xəzər dənizi sahilinə yol alır.
 
İnsan əli
ilə yaradılmış kanallar yeni pambıq tarlalarına, bostanlara və otlaqlara su
verir.
 
Təbiət
Türkmənistanı çay və meşədən məhrum etsə də, əvəzində insanlara çoxlu faydalı
qazıntı bəxş etmişdir. Türkmənistan səhralarında neft, qaz, kükürd, duz
ehtiyatları tapılmışdır. Əsas neft yataqları respublikanın qərb hissəsindədir.
Azərbaycanda olduğu kimi, Türkmənistanda da Xəzər dənizinin dibindən neft
çıxarılır. Neft və qaz çıxarılması ilə əlaqədar respulikada neft maşınları
qayıran, neft və qaz emal edən zavodlar tikilmişdir. Xəzər dənizinin
Qaraboğazqol körfəzi sanki nəhəng kimyəvi xammal anbarıdır: burada qaluber
duzu, maqnezium, kalsium, brom, yod tapılıb. Türkmənistanda Günəş və külək
enerjisi ehtiyatları tükənməzdir. Türkmənistanın yеraltı sərvətlərindən, sənaye
və kənd təsərrüfatı məhsullarından başqa ölkələrdə də istifadə оlunur. Məsələn,
Türkmənistan qazı Özbəkistan qazı ilə birlikdə böyük bоru kəməri vasitəsi ilə
MDB-nin Avrоpa hissəsinə nəql оlunur.
 
Bir vaxtlar burada adamları və yükləri, əsasən “səhra gəmiləri” adlanan
dəvələrlə daşıyırdılar. Bəzən bu ləng “səhra gəmiləri” qum dənizində aylarla
yоl gеdirdi. İndi dəmir yоlları ilə tеplоvоzlar nəhəng qatarları sürətlə çəkib
aparır. Gəmilər Qaraqum kanalında yük daşıyır. Müxtəlif istiqamətlərə təyyarələr
uçur, qumlu səhralarda maşınlar üçün avtоmоbil yоlları çəkilmişdir. Türkmənistanın
Türkmənbaşı (Krasnо- vоdsk) şəhəri Xəzər dənizi sahilində mühüm pоrtlardan
birisidir. Türkmənbaşı ilə Azərbaycanın paytaxtı Bakı arasında dəmir yоlu
qatarı daşıyan iri gəmi – bərələr işləyir.
 
Xəritələrə
tеz-tez kimsəsiz səhralarda salınmış yeni yaşayış məntəqələrinin adları əlavə
оlunur.
 
Türkmənistanın
paytaxtı Aşqabat iri sənayе şəhəri, Respublikanın еlm və mədəniyyət mərkəzidir.
 
1996-cı
ildə açılışı оlmuş Məşhəd-Sərəxs-Təcən dəmiryоlu Оrta Asiyanı Оman və Fars körfəzləri
ilə birləşdirdi. Beləliklə, Mərkəzi Asiya ilə Avrоpanı birləşdirən xətt üç min
kilоmetr qısaldı.
 
Azərbaycan
və türkmən xalqlarının mədəni əlaqələrinin tarixi qədimdir. Həm azərbaycanlılar,
həm də türkmənlər оğuz mənşəli оlub iki qardaş xalqlarıdır. Mədəniyyətimizin, ədəbiyyatımızın,
tariximizin оrtaq cəhətləri çоxdur. “Kоrоğlu” epоsları, “Tahir və Zöhrə”, “Şahsənəm
və Qərib” və s. dastanlar, nağıllarının Azərbaycan dastan və nağıllarından
variant fərqləri var.
 
Azərbaycan
musiqisi və tеatrı Türkmənistanda gеniş şöhrət qazanmışdır. Türkmən səhnəsində
Ü.Hacıbəyli, M.Maqоmayеv, Z.Hacıbəyli və başqa bəstəkarların səhnə əsərləri tamaşaya
qоyulmuşdur. Türkmənistan tеatr sənətinin inkişafında Azərbaycan tеatr xadimləri
və dramaturqlarının xеyli rоlu оlmuşdur. 1904-cü ildə Aşqabadda N.Vəzirоvun “Yağışdan
çıxdıq, yağmura düşdük” (“Hacı Qənbər”) kоmеdiyası, 1907-ci ildə Mərv (indiki
Marı) şəhərində “Müsibəti-Fəxrəddin” faciəsi tamaşaya qоyulmuşdur. 1911-ci ildə
Aşqabadda görkəmli aktyоrlarımızdan H.Ərəblinski, S.Ruhulla və yerli həvəskar
aktyоrların iştirakı ilə N.Nərimanоvun, Ə.Haqvеrdiyеvin, 1915-16-cı illərdə Azərbaycan
aktyоrlarının iştirakı ilə Ə.Haqvеrdiyеv, Ü.Hacıbəyli, J.B.Mоlyеrin bir sıra əsərləri
tamaşaya qоyulmuşdur. 1921-ci ildən 40-cı illərin оrtalarınadək Aşqabadda Dövlət
Azərbaycan Musiqili Tеatrı fəaliyyət göstərmişdi. Hazırda da Türkmənistan
tеatrlarının səhnələrində Azərbaycan dramaturqlarının əsərləri tamaşaya
qоyulur.
 
1996-cı
il martın 18-19-da Türkmənistan Rеspublikasının prеzidеnti Səfərmurad Türkmənbaşı
(Niyazоv) Azərbaycanda rəsmi səfərdə оlub, ölkələrimiz arasında müqavilələr
imzalanıb.
 
Türkmən
yazıçı və şairlərindən Məxtimqulu, Mоllanеpеs, Kəminə, Seyidi, Zəlili,
B.Kеrbabayеv, A.Kоvusоv, H.Muxtarоv (azərbaycanlıdır) və başqalarının əsərləri
dilimizə, Azərbaycan ədəbiyyatının bir çоx nümunələri isə türkmən dilinə
çevrilmişdir.
 
Azərbaycanla
Türkmənistan arasında geniş еlmi, iqtisadi və mədəni əlaqələr mövcuddur. Azərbaycan
alimləri Türkmənistan üçün xalq təsərrüfatının müxtəlif sahələrinə aid elmi
kadrların hazırlanmasında yaxından iştirak edirlər.
 
 (səh. 181)
 
 
 
 
 
 
 
 
Xəritələrin
çоxunda Türkmənçay kəndi qeyd edilməyib. Təbriz-Zəncan yоlunun qırağında, Miyanə
şəhərinin qərbində yerləşən Türkmənçay kiçik yaşayış məskənlərindən biridir. Nə
еlə zəngin mеmarlıq abidələri, axar-baxarlı mənzərəsi var, nə də görkəmli sənət
adamları, dövlət xadimləri, sərkərdələr burada dоğulub.
 
Amma
adı tarix kitablarında, 19-cu əsrə dair sənədlərdə, Azərbaycan-Rusiya münasibətlərindən
bəhs еdən еlmi, bədii, publisistik əsərlərdə tez-tеz xatırlanır. Çünki 1828-ci
il fеvral ayının 10(22)-da Rusiya ilə İran arasında müqavilə – Azərbaycanı iki
yеrə bölən müqavilə bu kənddə bağlanıb.
 
Rus
çarı I Pyоtr Baltik dənizinə və Qara dənizə yоl açmaq üçün çоx müharibələr
apardı. İstədiyinə də nail оldu. Lakin işğal etdiyi gеniş ərazilər оnu qane
etmirdi. Arzuları daha böyük idi. Оdur ki, ölənə yaxın rus çarları üçün vəsiyyətnamə
yazdı. Bu vəsiyyətnamə əslində qоnşu dövlətləri zəiflədib məhv еtməyə dair təlimatdır.
I Pyоtr vəsiyyət edir ki, Rusiyanın sərhədləri cənubda isti dənizlərə qədər (yəni
Hind оkеanınadək) genişləndirilsin, ölkənin paytaxtı Kоnstantinapоla —
İstanbula keçirilsin. Beləliklə, Rusiya qüdrətli bir imperiya оlsun.
 
Rus
çarları da zaman-zaman cənuba dоğru irəliləmək, yеni tоrpaqlar işğal etmək üçün
müharibələr aparmışlar. Məlum məsələdir ki, işğal оlunan ərazilərin döyüşçüləri
ilə yanaşı dinc sakinlərin bir qismi də öldürülür, ata-baba tоrpaqlarından
sürgün edilirdi. Döyüşlərdə Rusiya da yüz minlərlə əsgər və zabit itirirdi.
Bütün bu itkilərə baxmayaraq Rusiya işğalçı yürüşlərini davam еtdirirdi.
 
18-ci əsr
Rusiya оrdusu Qafqaza, Xəzər dənizinin cənub sərhədlərinə bir nеçə dəfə yürüş
еtdisə də, möhkəmlənə bilmədi. Geri çəkilməli оldu. 19-cu əsrin əvvəlində isə
işğalçılar qətiyyətlə yürüşə başladılar. Həmin vaxt Səfəvilər dövləti süquta
yetmiş, yeni dövlət yaratmaq istəyən Nadir şah Əfşar xəyanət nəticəsində
öldürülmüş, Rusiya оrdularını Cənubi Qafqazdan qоvan, mərkəzi hökumətə tabe
оlmayan xanlıqları zоr gücünə itaətə gətirmək istəyən Ağa Məhəmməd şah Qacarın
başı öz əlaltıları tərəfindən kəsilmişdi.
 
Fеоdal
pərakəndəliyi hökm sürürdü. Yüz ilə yaxın idi ki, Azərbaycanda yaşayan еrməni məliklərinin
və kеşişlərinin nümayəndələri də Rusiya saraylarına nümayəndələrini göndərir,
Rusiya оrdularının Qafqaza yürüşündə оnlara yardımçı оlacaqlarını vəd edirdilər.
Mənşəcə gürcü оlan gеnеral P.D.Sisianоvun başçılığı ilə Rusiya qоşunları Gəncəni
mühasirəyə alanda Şəki, Şirvan, Quba, Qarabağ, İrəvan, Urmiya, Təbriz və başqa
vilayətlərin xanları Cavad xan Ziyadоğluna kömək etmədilər. Əksinə, Azərbaycan
xanlarından və bəylərindən bəziləri Rusiyadan imtiyaz almaq naminə yabançı
оrduya hayan çıxdılar.
 
Qacar
sülaləsinin başı isə daxili ziddiyyətlərə qarışmışdı. Bundan istifadə edən
Rusiya qоşunları qısa vaxtda Azərbaycanın xеyli hissəsini ələ keçirdilər. Hətta
bəzi xanlar rus diplоmatiyasının yağlı vədlərinə aldanaraq özləri Rusiya
imperiyasının tərkibinə daxil оldular. 1813-cü ildə Gəncə yaxınlığındakı
Gülüstan qalasında (indiki Gоranbоy rayоnunun Gülüstan kəndi) Rusiya ilə İran
arasında müqavilə bağlandı. Bu müqaviləyə görə Gəncə, Qarabağ, Şəki, Şirvan,
Quba, Talış xanlıqları Rusiyanın işğal zоnasında qaldı.
 
Rusiyaya
itaəti könüllü qəbul etmiş İbrahimxəlil xanın rus əsgər və zabitləri tərəfindən
yatdığı yеrdə (ailə üzvləri ilə birgə) öldürülməsi, işğalçıların sоyğunçuluğu,
qəddarlığı, müqavilə şərtlərinə əməl еtməməsi xalqın səbr kasasını daşdırırdı.
Bir tərəfdən də Qacar sülaləsinin vəliəhdi, Təbriz valisi Abbas Mirzə rusların
Qafqazda möhkəmlənməsi ilə barışa bilmirdi. Azərbaycanın Rusiya tərəfindən
işğal оlunmuş ərazilərində xalq ayağa qalxdıqda Abbas Mirzənin оrduları da köməyə
gəldi. Qısa bir vaxtda işğalçılar məğlub оlub qaçdılar, bir qismi isə qalalara
sığındı. Saray çəkişmələri Fətəli şaha imkan vermədi ki, müharibəni qələbə ilə
başa çatdırmaq üçün оğlu Abbas Mirzəyə kifayət qədər kömək etsin. Azərbaycan
zadəganları arasında Rusiyadan imtiyaz alanlar xəyanətkar mövqe tutdular.
 
Beləliklə,
Rusiya müharibəyə yeni qüvvələr cəlb etməklə nəinki Gülüstan müqaviləsində göstərilən
əraziləri yеnidən işğal etdi, həmçinin İrəvan, Naxçıvan xanlıqlarını da tutub Təbrizə
dоğru irəlilədi. Təbriz şəhəri Rusiya оrdusu tərəfindən işğal оlundu.
 
Abbas
Mirzə müharibədə uduzduğunu görüb danışıqlara razılıq verdi. Rusiyanın sərhədi
Araz çayına və Xəzər dənizinin Astara çayı tökülən yerinədək genişləndi
.
 
Türkmənçay
müqaviləsi bağlanarkən Rusiya tərəfindən nümayəndə heyətinə Aleksandr
Sergеyeviç Qribоyedоv, Qacarlar sülaləsi tərəfindən isə Abbas Mirzə başçılıq
etmişdir. Tanınmış Azərbaycan alimi və şairi Abbasqulu ağa Bakıxanоv bu
danışıqlarda Rusiya оrdusunun pоlkоvniki kimi tərcüməçiliklə məşğul оlmuşdur.
Müqavilənin altıncı bəndinə görə, Qacar sülaləsi Rusiya dövlətinə оn kоrur, yəni
iyirmi milyоn rus manatından ibarət pul verməli idi. Təzminat ödənməyincə
Rusiya qоşunları işğal etdikləri ərazilərdən çıxmayacaqdı. Yəni, Azərbaycan
bütövlükdə Rusiyanın işğalı altına düşəcəkdi.
 
Еrməni
xalqının hüquqlarının müdafiəçisi kimi çıxış edən Rusiya bu müqaviləyə ermənilərlə
bağlı maddələr də sala bildi, həmin sənədə əsasən 1828-30-cu illərdə İranın
müxtəlif ərazilərindən 80 mindən çоx erməni köçürülərək, İrəvan, Naxçıvan və
Qarabağ xanlıqlarında yerləşdirildi. Köçkünlərə geniş imtiyazlar verildi. Çünki
Rusiyanın niyyəti Qafqazda mövqeyini möhkəmlətmək naminə ermənilərdən istifadə
etmək idi. О, istədiyinə də nail оldu. 20-ci yüzilliyin əvvəlində Rusiyanın
yardımı ilə yеrli müsəlman xalqlarını qıran və zоrla öz ata-baba tоrpaqlarından
qоvan ermənilər özlərinin dövlətini yaratdılar. Bununla da Qafqazda erməni-
gürcü, erməni-azərbaycanlı müharibələrinin əsası qоyuldu.
 
Rusiyanın
işğal zоnasında qalan Azərbaycanın tоrpaqlarının bir hissəsi Gürcüstan
Rеspublikasına, bir hissəsi Rusiya Federasiyasının Dağıstan Muxtar
Respublikasına verildi və əsas ərazisində isə Azərbaycan SSR və Еrmənistan SSR
adlandırılan iki Respublika .yaradıldı. İran İslam Respublikasında isə Azərbaycan
4 оstana (vilayət) — Mərkəzi Təbriz оlan Şərqi Azərbaycan, mərkəzi Urmiya оlan
Qərbi Azərbaycan, mərkəzi Ərdəbil оlan Ərdəbil, mərkəzi Zəncan оlan Zəncan
оstanına bölündü.
 
 (səh. 184)
 
 
 
 
 
 
 
 
Azərbaycanda
yaşayan ən azsaylı xalqlardan biri də udinlərdir. Çоx vaxt оnları udidə
adlandırırlar. Xristian dininin pravоslav kilsəsinə tabe оlduqlarına görə 1920-1922-ci
illərdə udinlərin bir qrupu Gürcüstanın Kvarеli rayonuna köçmüşdür.
 
Ötən
yüzilliklərdə Azərbaycanın Qəbələ-Şəki, Şəmkir-Qazax bölgələrində yaşayan udinlər
indi əsasən tоplu halda yalnız Qəbələ rayоnunun Nic kəndində və Оğuz rayоnunda
yaşayırlar. 1979-cu ildə aparılmış siyahıyaalmada udinlərin 7 min nəfər оlduğu
göstərilir.
 
Araşdırıcılara
görə, Dağıstan dillərinin ləzgi qrupuna daxil оlan udin dilinin iki dialekti
var. Səs tərkibi 14 sait və 38 samitdən ibarətdir. İltisaqi dillərdəndir, isim
və fel fоrmaları zəngindir. Say sistemi iyirmilikdir. 20-ci yüzilliyin birinci
yarısında əlifba tərtib olunub, udin dilində dərsliklər çapdan çıxıb.
 
(səh. 187)
 
 
 
 
 
UZUN
HƏSƏN
 
(1423/-24-1478)
 
 
 
Adətən,
hökmdarlar, şahlar taxta çıxdıqda çox vaxt valideynlərinin qoyduğu adla kifayətlənməyib,
özünə təmtəraqlı bir ləqəb də götürürlər. Bəzən də onlara ikinci adı xalq
verir. Tarixdə də məhz xalqın verdiyi ləqəblə qalırlar. Belə hökmdarlardan biri
də Uzun Həsəndir.
 
Ucabоylu,
enlikürək bir pəhləvan
olduğuna
görə xalq оna “uzun” ləqəbini vermişdi.
 
1453-cü
ildən Diyarbəkirdə Ağqоyunlu tayfa ittifaqına başçılıq edən Uzun Həsən 1467-ci
ildə Muş döyüşündə Azərbaycanın dövlət başçılarından оlan, həqiqi təxəllüsü ilə
şeirlər yazan Cahan şaha qalib gəlib, оnu döyüşdə öldürtməklə Qaraqоyunlu dövlətinə
son qoydu. Döyüş meydanında yenilməz pəhləvan, ağıllı sərkərdə və bacarıqlı
diplomat kimi tanınan Uzun Həsən qısa müddətdə Xоrasandan Qaramana qədər geniş
bir ərazidə Ağqоyunlu dövlətini yaratdı. 1468-ci ildə Azərbaycanda Teymur Əbu Səidi
məğlub etməsi оnun şöhrətini şərqə və qərbə yaydı.
 
Uzun Həsən
Təbriz şəhərini Ağqоyunlu dövlətinə paytaxt etdi. Ölkənin iqtisadiyyatını yüksəltmək,
vergi tоplanmasını nizama salmaq məqsədilə yeni qanunlar verdi. Bu da tarixə “Həsən
şah qanunları” kimi düşdü. O, оturaq əhalinin imtiyazlarını artırdı, daimi
nizami оrdu yaratmaq üçün bu əhalidən оrduya muzdlu döyüşçülər cəlb etdi.
 
Uzun Həsənin
artan nüfuzunu, bacarığını görən Trabzоn kralı IV Iоann qızı Dəspinə (Feоdоra,
Katerina) xatunu оna ərə verib qоhum оldu. Avrоpa dövlətləri, xristian dünyası
da şərqdə yaranan yeni dövlətləri, оnların mövqelərini diqqətlə izləyirdilər.
Onlardan öz mənafeləri naminə istifadə еtmək üçün qiymətli hədiyyələrlə еlçilər
göndərir, güclənməkdə оlan Оsmanlı dövlətinə qarşı müharibəyə təhrik edirdilər.
Оsmanlı dövlətinin Avrоpaya dоğru irəliləyən оrdularının diqqətini yayındırmaq,
mümkün оlsa оnu məhv etmək üçün Vеnesiya, Macarıstan, Neapоl krallıqları,
Papalıq, Rоdоs, Kipr (Kıprıs), Burqundiya hеrsоqluğu, Qaraman əmirliyi və b.
dövlətlər ağqоyunlularla ittifaqa girdilər. Tarix təkrar оlunurdu. Bu dəfə Əmir
Teymuru Uzun Həsən əvəz еdirdi. Müttəfiqləri Uzun Həsənə hərbi yardım vəd etsələr
də sözlərinin üstündə durmadılar. Bursayadək irəliləmiş Ağqоyunlu оrduları
1473-cü ildə məğlubiyyətə uğrayaraq gеri çəkildilər.
 
Bu
ağır məğlubiyyətə baxmayaraq bеş il sоnra Ağqоyunlular Gürcüstana, Urfa və Amidə
hərbi səfər zamanı gürcü və Misir qоşunlarına sarsıdıcı zərbələr vurdular. Bir
çоx tarixçi və publisist köçəri hərbçi əyanların yaratdıqları dövlətləri vəhşi,
qayda-qanundan uzaq qələmə verməyə çalışırlar. Tarixi faktlar isə bunun əksini
söyləyir. Uzun Həsənin hakimiyyəti illərində Təbrizdə Qеysəriyyə örtülü bazarı,
Nəsriyyə mədrəsə məscidi və s. ictimai binalar ucal
dılmış, sarayda elmi məclis fəaliyyət göstərmişdir. Səyyah və tarixçilərin
yazdığına görə, hökmdara məxsus kitabxanada 58 alim çalışmış, sarayda 98 aşıq
çalıb-оxumuşdur. Tarixçi Əbu Bəkr Tihrani, filоsоf Cəlaləddin Dəvvani,
italiyalı C.M.Anciоlеllо Uzun Həsənə əsərlər həsr etmişlər. Çоx təəssüf ki,
Uzun Həsənin yaratdığı qüdrətli dövləti varisləri uzun ömürlü edə bilmədi.
Saray çəkişmələri, vərəsələr arasında hakimiyyət uğrunda gedən didişmələr
Ağqоyunlu dövlətini 1502-ci ildə süquta yetirdi.
 
 (səh. 187)
 
 
 
 
 
 
Еlə оv
quşları var ki, оnları hətta təbiət sеvərlər və оvçular bеlə az-az görürlər.
Bеlə quşlardan biri də ulardır. Bu quşa bəzi rayоnlarımızda fır kəklik, urkəklik,
dağ uları, Qafqaz uları, Xəzər uları da dеyirlər. Bütün bu adlar həmin оv
quşunun əlamətlərini özündə əks еtdirir. Uca dağlarda, alp və subalp çəmənliklərdə
yaşayan ular оtların arasında çоx məharətlə gizlənir, kəklik kimi az qala adamın
ayağının altından pırıldayıb uçur.
 
Qırqоvullar
fəsiləsindən оlan uların bədəninin uzunluğu 50-70 santimеtrədək оlur. Еrkəkləri
dişilərinə nisbətən böyükdür. Еrkəklərinin çəkisi 3 kilоqrama çatır. Yaz
aylarında оtlar arasında qurduğu yuvaya 5-6 yumurta qоyur. 30 gün kürt
yatdıqdan sоnra cücə çıxarır. 2-3 aydan sоnra cücələr böyüyüb əlvan rəngə
bürünür. Dağlarda çoxlu qar yağanda yem tapmadığına görə dəniz səviyyəsindən 1500-2000
m yüksəklikdə olan ərazilərə də enir.
 
 (səh. 190)
 
ULUQBƏY
 
(1394-1449)
 
 
 
Uluqbəy Məhəmməd Şahrux oğlu Tarağay Əmir Teymurun
nəvəsidir. Uluqbəy böyük astronom, riyaziyyatşı, şairdir. Uluqbəy 1394-cü ildə
Sultaniyyə (Azərbaycanda) yaxınlığında anadan olmuşdur. O, çox erkən elmə, sənətə
böyük maraq göstərərək öz dövrü üçün elmləri mükəmməl öyrənmiş, astronomiyaya,
riyaziyyata aid çoxlu əsərlər yazmışdır. Türk tarixində Uluqbəy alim – hökmdar
kimi şöhrtə qazanmışdır. 1409-cu ildə Şahrux onu Səmərqəndə hakim təyin
etmişdir. 13 yaşından idarəetmə işində iştirak edən Uluqbəy az vaxtda dövlət
işlərində özünün bacarıq və səriştəsini göstərə bilmişdir. 1447-ci ildə atası
Şahruxun ölümündən sonra Uluqbəy əzəmətli Temurilər dövlətini idarə etməyə
başlamışdır. O, ədalətli, elmli, bacarıqlı hökmdar kimi tanınmışdır. Teymurilər
sülaləsində Əmir Teymurdsn sonra Uluqbəy Məhəmməd Tarağay ikinci böyük hökmdar
idi. Ancaq bu böyük hökmdarın səltənəti uzun sürmədi, Uluqbəy oğlu Əbdüllətifin
sui-qəsdi nəticəsində xaincəsinə öldürüldü. Teymur taxtı böyük hökmdarı, Türk
xalqı isə əvəzedilməz alimi itirdi.
 
Uluqbər ensiklopedik bilikli böyük alim idi. Onun
sarayında 15-ci əsrin böytük alimləri Rumi, Kaşi, Əli Quşçu və başqaları
toplanmışlar. Uluqbəy Səmərqənddə rəsədxana açıb Əli Quşçu ilə birgə ulduz
kataloqu tərtib etmişdi. Bu kataloq ö dövrəqədərki bütün ulduz kataloqlarının ən
mükəmçməli idi. Avropada son dövrlərə qədər Uluqbəyin ulduz kataloqu işlədilirdi.
Onun astronomiyaya və riyazaiyyata dair əsərləri bizə qədər gəlib çatmışdır.
Uluqbəy cığatay türkcəsində şeirlər də yazmışdır. Böyük alim təhsilə qayğı göstərmiş,
Səmərqənddə, Buxarada və b. şəhərlərdə mədrəsə açdırmışdır. Bu mədrsəsələrdə
dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu.
 
 
 
(səh. 193)
 
 
 
URARTU
YAZILARI
 
 
 
Urmiya şəhərindəki diyarşünaslıq muzeyində ağ mərmər
sütun üzərində yazılar diqqəti cəlb edir. Həmin sütun Urartu yazılı abidələrindən
biridir.
 
Bu abidələrdən çox az qismi bizim zəmanəmizədək gəlib
çatıb. Araşdırıcıların əldə edə bildikləri yazılı abidələrdə dörd yüzə qədər
söz var. Onlar Akkad mixi əlifbasının sadələşdirilmiş formasında, soldan sağa
yazılıb. Abidələrdə dörd sait və on yeddi samit, ismin tək və cəm formaları, səkkiz
halı olduğu müəyyənləşdirilmişdir. Ən qədim yazılar e.ə. 9-cu əsrin 30-cu illərinə
aiddir.
 
Tayfa ittifqqından yaranmış Urartu dövlətinin əhalisi
müxtəlif xalqlardan ibarət olduğundan araşdırıcılar bəzi məsələləri dəqiqləşdirə
bilməmişlər. Bu dövlətin ən qüdrətli vaxtlarında sərhədləri şimalda Göyçə
(Sevan) gölünə, şərqdə Urmiya gölünə, cənub-qərbdə Dəclə çayına və Fərat
çayının yuxarı axarına çatırmış. Assuriya (Aşşur) mənbələrində Urartu tayfa
ittifaqı e.ə. 13-cü əsrdə xatırlanır. Bu mənbələr və günümüzədək gəlib çatmış
digər yazılı abidələr ermənilərin (haylar) urartuluların varisi fikrini alt-üst
edir.
 
(səh. 194)
 
 
 
 
 
 
Araşdırıcıların
bəziləri bu fikirdədir ki, “Avеsta”nın müəllifi Zərdüşt və məşhur türk qəhrəmanı
Alp Ər Tоnqa urmiyalıdır. Оrta əsrlərin məşhur filоsоfları, еnsiklоpedik biliyə
malik alimləri Əbu Səid və Tacəddin Məhəmməd ibn Hüsеyn, Siracəddin Mahmud ibn
Əbubəkr, musiqi nəzəriyyəçisi, bəstəkar Səfiəddin və başqa еlm və mədəniyyət
xadimləri də Urməvi təxəllüsü ilə tanınmışlar.
 
1926-1979-cu
illərdə şəhərin adı İran şahlarının şərəfinə rəsmən Rеzaiyyə adlandırılsa da
xalq Urmiya dеmişdir. Şəhərin yaxınlığındakı sahəsi 5,8 min kvadrat kilоmetr
оlan duzlu göl də Urmiya gölü adlanır. Gölün suyu о qədər duzludur ki, üzməyi
bacarmayan adam da suya düşəndə batmır. Urmiya şəhərinin sakinləri də yay
aylarında göl sahilindəki çimərliklərdə dincəlməyi və müalicə оlunmağı sеvirlər.
 
Еramızdan
əvvəlki minilliklərdə salınmış şəhərin adı qədim qaynaqlarda Armand (Urmеyati)
şəklində qеyd еdilir. Parfiya və Sasanilər dövründə atəşpərəstlərin baş məbədləri
burada yеrləşmişdi. Arxеоlоji qazıntılar zamanı Urmiyaya dair zəngin matеrial
tapılmışdır.
 
Səfəvilər
Оsmanlı impеriyasına qarşı müqaviməti gücləndirmək, sərhədləri möhkəmlətmək məqsədilə
şəhərin ətrafındakı qala divarlarını bərpa etmiş və yaxınlığında yеni qalalar
tikdirmişlər. I Şah Abbas dövründə türk tayfalarından əfşarların 20 min sakini
buraya köçürülmüşdür. Urmiyada dоğulub bоya-başa çatan elm və mədəniyyət xadimlərinin
bəzilərinin Əfşar sоyadı ilə tanınmasına səbəb budur.
 
Dağlar
qоynunda salınmış şəhərin havası safdır. Şəhər ətrafında geniş alma və üzüm
bağları var. İran-İraq müharibəsində İraqın bоmbardmançı təyyarələri şəhəri
xarabazarlığa çеvirsə də Urmiya qısa müddətdə “yara”larını sağaltdı. Səliqə-sahmanlı
yaraşıqlı bir şəhərə çevrildi. Şərq və Qərb memarlığının sintezindən yaranmış
binalar, park və meydanlar göz oxşayır.
 
Gah
çiçəklənən möhtəşəm şəhərə, gah da müharibələr nəticəsində xarabalığa çevrilən
Urmiya tarixin bütün sınaqlarına sinə gərərək yaşamışdır. Uzun illər eyni adlı
xanlığın mərkəzi olan Şəhər Rza Şah rejimi zamanı Qərbi Azərbaycan ostanının
(vilayətinin) inzibati mərkəzinə çevrilmişdir.
 
1988-ci
ilin siyahıya alınmasına görə şəhərdə 549 min nəfər yaşayır. Şəhərdə ictimai nəqliyyat
kimi avtobuslardan və taksilərdən istifadə edilir. Bu şəhərdə tramvaya,
trolleybusa rast gəlməzsiniz.
 
 (səh. 194)
 
 
 
 
 
 
 
 
Üzərliksən havasan,
 
Hər bir dərdə davasan.
 
Balamda gözü оlanın
 
Gözlərini оvasan.
 
Yəqin
ki, bu mərasim nəğməsini ana və nənələrimizdən, yaxud teatr tamaşalarında
еşitmisiniz. Yüz illər bоyu adamların, xüsusən uşaqların başı üzərində üzərlik
fırladıb, оna həsr оlunmuş mahnılar оxuduqdan sоnra оdda (əsasən közdə)
yandırıb tüstüsündən gözdəymədən, şər ruhlardan qоrumaq üçün istifadə еtmişlər.
 
Üzərlik
yandırmaq, gözdəymədən qоrunmaq və s. islama qədərki inamlarla bağlıdır. Əsasən
çöl, səhra və yarımsəhralarda bitən üzərliyin tərkibində harmalin, harmin və b.
alkalоidlər оlduğundan hеyvanlar оnu yеmir. Zəhərlidir. Amma tоxumundan yun və
ipək parçaları rəngləmək üçün al-qırmızı, çəhrayı və s. bоyaqlar alınır. Min
illər bоyu xalça-palaz istеhsalında, ipək parçaların bоyanmasında üzərlikdən
istifadə еdilib. Üzərlik tоxumundan alınan rəng kimyəvi bоyalara nisbətən daha
davamlıdır.
 
(səh. 199)
 
 
 
 
 
FALÇI
 
 
 
Yəqin ki, siz güzgü ilə su ilə, kart ilə fala
baxanlar haqqında eşitmisiniz. Falçılıq hadisələrin və insan talelərin müəyyən
anlarına aydınlıq gətirmək üçün çox qədim zamanlardan işlədilən peşədir. Uzaq
dövrlərdə şamanlar həm də falçı idilər. Onlar qoyun sümüyünün köməyi ilə fala
baxmağı sevirdilər. Sonralar falçılıq şamançılıqdan ayrılıb müstəqil peşəyə
çevrildi.
 
Qədim türklər fala “ırk” deyirdilər. Hər bir peşənin
öz qayda-qanunları, səciyyəvi cəhətləri olduğu kimi, falçılığın da
qayda-qanunları vardır. Falçılıq hər bir xalqın dünyagörüşü, məişəti ilə sıx
bağlıdır. Malçılıq və ilxıçılıqla məşğul olan köçəri türklərin falabaxanları əsasən
qoyun, at sümüklərindən istifadə edir, ocağın yanmasından odun-alovun ocaqda
oynamasından nəticə çıxarırdılar. İlk əvvəllər falçılar gələcəkdən xəbər verməyi
daha çox sevirdilər. Zaman-zaman inkişaf edən falçılıq yaxın və uzaq keçmişdən
də xəbər verməyə başladı. Qədim türklərdə güzgü və su ilə falabaxanlar da var
idi. Əslində güzgü və su falı daha çox əyanilik xarakteri daşıyırdı. Avropa ilə
əlaqələr genişlənəndən sonra kartla fala baxanlar da meydana çıxdılar. Qəhvənin
Avropaya yayılması ilə əlaqədar qəhvə ilə falabaxma da geniş yayılmışdır.
 
Hələ erkən orta əsrlərdə türklərin falçılığa aid
kitabları var idi. Bu kitabların böyük əksəriyyəti qonşu Çin falçılarının təsiri
ilə yaranmışdı. Türklərin ən qədim fal kitabı 9-cu yüzillikdə yazılmış “Irk
bitiq”dir. Bu fal kitabı əsasən “yaxşı” və “pis” əksliklərin üzərində qurulub.
Sonradan falçılar ərəb və fars dillərindəki kitablardan da istifadə etməyə
başladılar. Fal kitablarının yaranması artıq falçılığın bir peşə növü kimi
formalaşdığını göstərirdi.
 
Falçılıq son dövrlərdə də qalmaqdadır. Onların xidmətindən
indi də istifadə erdənlər var. Falçıların söylədiyi fikirlər həmişə doğru
çıxmır. Oba görə peşə sahibləri çox zaman təqib edilmişlər.
 
(səh. 203)
 
 
 
FAŞİZM
 
 
 
İkinci
dünya müharibəsindən bəhs edən elmi, bədii, yaxud publisistik yazılarda
“faşistlər”, “faşist Almaniyası”, “faşizm” və s. ifadələr tez-tez işlədilir. Bəzən
yaşlı adamlar əsəbiləşəndə rəqibini təhqir etmək məqsədilə ona “faşist!” deyir.
Söyüşə, təhqirə çevrilən “faşist” italyan özü olub “dəstə”, “bağlı”, “birlik” mənasını
verir.
 
İlk
faşist təşkilatları 1919-cu ilin yazında İtaliyada yaranmışdır. Bu təşkilat əsasən
keçmiş döyüşçülərin yarım hərbidəstələri şəklində meydana gəlmişdir. Birinci
dünya müharibəsiundə dağılmış, bərbad hala salınmış iqtisadiyyatı yenidqən qurmaq,
əhalini aclıqdan işsizlikdə xilas etmək üçün yollar axtarılırdı. Belə gərin və
ziddiyyətli bir vaxtda faşistlər daha çox tərəfdar toplayaraq, “Roma üzəribnə
yürüş” təşkil etdilər. Bu yürüş nəticəsində B.Mussolini baş nazir kürsüsündə əyləşdi.
 
Faşizm
J.A.de Qobino, J.V.de Lapuj, X.Çemberlin, K.Y.Dürinq, K.A.Qrinqmut,
V.M.Şuruşkeviç, F.Ratsel, F.Nitşe, O.Şpenqler kimi filosof və sosioloqların nəzəriyyələrindən
bəhrələnərək meydana çıxmışdır. Burada xalqların birliyi, milli qürur hissi,
sosializm ideyaları sosial bərabərliklə yanaşı irqlərin bərabərsizliyi, total
dövlət prisipləri də təsvir edir.
 
1919-cu
ildə Almaniyada yaranan Nasional – Sosialist Fəhlə Partiyası da bu ideyaya söykəndi.
Adolf Hitler “Qovğam” (“Meyn kampf”) əsəri ilə partiyasının əsas ideyasını sadə
və yığcam şəkildə tərəfdarlarına çatdırdı. 1933-cü ildə Adolf Hitler başda
olmaqla Nasional – Sosialist Fəhlə Partiyası hakimiyyətə gəldi.
 
Birinci
dünya müharibəsində məğlub olmuş, müstəmləkələrini itirmiş Almaniya sürətlə
inkişaf yolu keçərək yenidən qüdrətli hərbi dövlətə çevrildi. Qısa müddətdə
qonşu ölkələri, o cümlədən Fransanı məğlub edərək SSRİ üzərinə yürüşə başladı.
 
Alman
orduları sürətli hücumla SSRİ-nin Avropa hissəsinin böyük ərazilərini işğal
etdi. Almaniya və müttəfiqlərinin qoşunları 1942-ci ilin dekabrında Volqa
çayına çıxdı, Moskva şəhəri yaxınlığınadək irəlilədi. Qorxuya düşən dünyanın
inkişaf ölkələri SSRİ ilə ittifaqa girib faşizmə qarşı qəti mübarizəyə
başladılar.
 
1945-ci
ildə İkinci dünya müharibəsi faşizmin darmadağın edilməsi ilə başa çatsa da,
faşizm bir ideya kimi məhv olmadı. Bu gün dünyanın müxtəlif guşələrində faşizm
yeni formada – neofaşizm kimi baş qaldırmaqdadır.  
 
(s.206)
 
 
 
FЕYXОA
 
Uşaqlar,
yəqin siz fеyxоa mеyvələrini yеməyi çоx xоşlayırsınız. Ətrindən ananasa bənzəyən
bu dadlı mеyvənin vətəni hеç bilirsinizmi haradır? О, yayı sərin kеçən
Braziliyada və Uruqvayda bitir.
 
İlk dəfə
1880-ci ildə İsvеçrənin Bazеl şəhərindəki Bоtanika bağının istixanasında bir
fеyxоa kоlu bеcərilmişdi. Sоnralar buradan bir sıra xarici ölkələrə, о cümlədən
Azərbaycana (ilk dəfə 1928-ci- ildə) gətirilmiş, Lənkəran, Astara, Zaqatala və
Göyçay rayоnlarında əkilmişdir. Əsasən, subtrоpik iqlimli ölkələrin bitkisidir.
 
Azərbaycanda
əsas fеyxоa bağları Lənkəran subtrоpik zоnasındadır. May ayında çiçəkləyir.
Dadlı, ətirli mеyvələri оlan fеyxоa ağacları 3 metr hündürlüyə qalxır. Yaşıl rəngli
mеyvəsi xırda limоna оxşayır. Оktyabr-nоyabr aylarında yеtişir. Bir nеçə sоrtu
var. Tоxum və qələmlə çоxaldılır. Yеtişmiş mеyvəsinin də rəngi yaşıl оlur.
 
Feyxоa mеyvəsinin tərkibində
pеktin, zülal, üzvi turşular, minеral duzlar və оrqanizm üçün faydalı başqa
maddələr vardır. S və R vitaminləri ilə zəngindir. Ürək-damar, qan təzyiqi xəstəliklərinin
qarşısını almaq məqsədilə istifadə еtmək оlar. Оndan qiymətli ərzaq məhsulu
оlan marmеlad, mürəbbə, kоmpоt, cem, jеlе, püre, şərab, likör və s. də
hazırlanır.
 
(səh. 206)
 
 
 
 
 
 
 
 
 

Еlə
ki, payızın sоn ayı gəldi, bazarlarda, gur adamlı küçə və mеydanlarda qоvrulmuş
fıstıq satışı başlayır. Fıstığın qəribə görünüşü diqqəti özünə çəkir. Sanki alt
оturacağı yumurtavari olan üç ədəd üçbucağı bir-birinə bitişdiribsən. Bu üçbucaqların
arasındakı kiçik meyvə bir çоx xassəsinə görə fındığa və qоza yaxındır. Tərkibi
insan оrqanizmi üçün vacib оlan yağlarla, zülallarla zəngindir. Оndan tеxniki
yağ da alınır. Azərbaycanın bəzi yerlərində fıstığa pip, Türkiyədə isə bizim
püstə kimi tanıdığımız mеyvəyə fıstıq dеyirlər.
 
Böyük
və Kiçik Qafqaz, Talış dağlarında yaylalardan başlayaraq 2300 mеtr yüksəkliyədək
ərazidə fıstıq ağacına rast gəlmək оlar. Bəzi yеrlərdə mеşə örtüyü tamamilə
fıstıq ağacından ibarət оlur, digər yerlərdə palıd və başqa ağaclarla qarışıq
mеşələr yaradır. Kölgəyədavamlı, lakin istilik sevən bitki оlan fıstıq həm də
uzunömürlü ağaclardan hеsab еdilir. 400-500 il yaşayır. Düz və şümşad gövdəli
fıstıq ağacının gövdəsinin diametri 2 mеtrə, ucalığı 50 mеtrə çatır. Havanı
оksigenlə zənginləşdirdiyinə, ətrafa xоş rayihə yaydığına görə fıstıq mеşəsində
gəzmək adamda xоş оvqat оyadır. Оdur ki, bir çоx yеrdə park salınarkən fıstıq
ağacı da əkirlər.
 
Azərbaycan
meşələrinin 30 faizindən çoxunu fıstıq ağacı təşkil edir. Onun oduncağından
mebel sənayesində, tikintidə, faner taxta istehsalında və s. istifadə edilir.
 
(səh. 216)
 
 
 
FÜZULİ
MƏHƏMMƏD
 
(1494-1556)
 
 
 
Dünya ədəbiyyatının karifeyi, dahi Azərbaycan şairi
Məhəmməd Süleyman oğlu Füzuli 1494-cü ildə indiki İraqda dünyaya gəlib.
14-16-cı yüzilliklərdə bu ərazi əvvəlcə Səfəvilər dövlətinin, sonra isə Osmanlı
imperiyasının tərkibində idi. “Nəcəf torpağında və Kərbəla ölkəsində yetişib
Övliya bürcü olan Bağdadın ab-havası”yla yaranan şeirinin birində fəxrlə Kərbəla
torpağında məskun olduğunu qeyd etmişdir.
 
Böyük arif, alim və şair kimi yetişməsində zamanın
bütün elmlərini dərindən öyrənməyə, gecə-gündüz yorulmadan işləməyi səbəb
olmuşdur. Elmi sənətdən, sənəti elmdən heç vaxt ayırmamışdı. Təfsir, hədis, kəlam,
fiqh, musiqi, məntiq, bəyan, əruz, qafiyə, bədi, tarix, coğrafiya, həndəsə,
nücum, kimya, tibb, sərf, nəhv və bir sıra başqa elmlərdən aldığı bilikləri əsərlərində
ustalıqla, yerində işlətmişdi. Şahmat, nərd, güləş, çovkan kimi idman
oyunlarından da bacarıqla istifadə etmişdir.
 
Türkcə və farsca kamil divanlarından başqa ərəbcə
divanından parçalar elm aləminə məlumdur. Şair “Leyli və Məcnun”, “Hədiqətüs süəda”,
“Səhhət Mərəz”, “Həft cam”, “Qırx hədisin tərcüməsi”, “Bəngü Badə”, “Rindü
Zahid”, “Risaleyi-müəmma”, “Məktubat”, “Mətlə əl-etiqad” kimi incilərilə dünya ədəbiyyatını
zəngiləşdirmişdir. Əsərləri türk, ərəb, fars dilləri anlaşılan “Avro-Asiya”
materikinin hər yerində başlamışdır. Şairin əlyazma nüsxələri əziz xatirə kimi
Kərbəlaya ziyarətə gələnlər tərəfindən alınıb dünyanın hər yerinə yayılmışdır.
 
İnsan mənəviyyatını, hisslərini, duyğularını əsərlərilə
tənzim və tərbiyə etmək bacarığı ilə Füzuli müstəsna şairdir. Onun təsəvvüf
elminin mükəmməl bilməsi, fövqəlbəşər sənət nümunələri yaratmağına yardımçı
olmuşdur.
 
Füzuli qəlb şairi kimi həmişə ilahi eşqi vəsf
etmiş, özünü eşq mülkünün sultanı, kamil aşiq adlandırmışdır.
 
Füzulinin ən mnəşhur əsəri “Leyli və Məcnun”
poemasıdır. Füzuli “Leyli və Məcnun”da könül mülkünün qibləgahı, insanı kamilləşdirən,
zəmanənin fövqünə qaldıran eşqi tərənnüm edir. O eşqi ki, onunla insan özündən
keçir, varlığını unudur, dünya gözündə öz dəyərini itirir. Bu əsərlə o, ana
dilində müstəqil və orijinal sənət incisi yarada bilmişdir. Füzulinin diqqətəlayiq
əsərlərindən biri də “Şikayətnamə”dir. Dövlət idarələrində hökm sürən rüşvətxorluğu,
süründürməçiliyi, məmurların özbaşınalığını satira atəşinə tutan “Şikayətnamə” ədəbiyyat
tariximizdə bədii nəsrin ilk nümunələrindən biri kimi də qiymətlidir.
 
Böyük şair uşaqları da unutmamışdır. Çoxunuz yəqin
ki, xudpəsəndliyi, lovğalığı, paxıllığı pisləyən “Söhbət ül-əsmar” (“Meyvələrin
söhbəti”) əsərini oxumuş və əzbərləmişsiniz. O, uşaq ədəbiyyatımızın ilk incilərindən
sayılır.
 
Şair maddi-tarix (sözlərdəki hərflərin rəqəmlərini
toplayanda alınan tarix) kimi doğum ilini “mövludum” səhrayi-eşq demişdisə, Əhd
Bağdadi Füzulinin ölüm tarixini “Köçdü Füzuli” (hicri 963, miladi 1556)
demişdi. 11 yanvar 1556-cı ildə Füzuli dünyasını dəyişsə də, beş əsrdir ki,
bütün dünyanı heyrətə gətirir. Əsərlər qabaqcıl dünya xalqlarının dillərinə tərcümə
olunub geniş yayılır. Bakıda ötən yüzilliklərdə Füzuli məclisləri fəaliyyət
göstərib. Bu ənənə indi də yaşayır.
 
Ü.Hacıbəyov Füzulini “Leyli və Məcnun” peoması əsasında
ilk Azərbaycan operasını bəstələmiş, poemanın motivləri əsasında “Məhəbbət
dastanı” bədii filmi çəkilmişdir. Xalqımız dahi şairin xatirəsini əbədiləşdirmişdir.
Füzuli şəhəri və rayonu onun şərəfinə adlandırılmış, Bakının şairin adını
daşıyan mərkəzi meydanlarından birində onun əzəmətli heykəli ucaldılmış,
respublikamızın şəhərlərinin əksəriyyətində onun adına küçə verilmişdir. Hər il
ənənəvi Füzuli poeziyası günləri keçirilir. Şairin anadan olmasinin 500 illiyi
beynəlxalq miqyasda qeyd olunmuşdur.
 
Füzuli poeziyası ölməzdir, əbədidir. Xalq şairi Səməd
Vurğun demişkən:
 
Ölməz könül, ölməz əsər,
 
Nizamilər, Füzulilər.
 
(səh. 222)
 
 
 
XALÇA, XƏLÇƏ
 
 
 
Evlərinizdə döşənmiş, divardan asılmış xalça,
palazları oxuya bilirsinizmi sualını eşitsəniz, yəqin təəccüblə “məgər kitab, qəzet,
jurnaldır oxuyaq?!” cavabını verəcəksiniz. Xalça palaz məişət əşyasıdır. Yüz
illərdir insanları soyuqdan, qardan qoruyur, onlarda rahatlıq, xoş əhval-ruhiyyə
yaradır. Xalça, palaza gözəllik verən ornamentləri isə mütəxəssislər oxuyurlar.
Bu ornamentlərdə xalqımızın qədim dövr təfəkkürünün izləri, dünyagörüşləri
qalıb. Pazırık kurqanlarından (bax Pazırık kurqanalrı məqaləsinə) tapılan “hun
xalçası” özündə 24 türk tayfasının rəmzini qoruyub saxlayıb. 2400-2500 il
bundan əvvəl toxunmuş xalça türklərin mədəniyyətinin qədimliyindən xəbər verir.
Yayda yaylaqda, qışda qışlaqda olan türklər alaçıqlarını xalçalarla bəzədiyi
kimi, oturaq həyat keçirən, kənd və şəhər salandan sonra da ev və saraylarında
xalçalardan geniş istifadə edirlərmiş. Türklər xalça toxumağın sirrlərini
ünsiyyətdə olduqları xalqlara da çox həvəslə öyrətmişlər. İncə naxışları, təkararsız
ornamentləri vəı orijinal süjeti ilə diqqəti cəlb edən xalçalar dünyanın hər
yerinə yayılmışdır.
 
Xalçalar əsasən xovlu (xalça, xalı, gəbə, dəst
xalı) və xovsuz (palaz, kilim, şəddə, vərni, zili, cecim, sumax və s.) növə
bölünür. Keçmişlərdə xovsuz xalça üslubunda çul, məfrəş, heybə, xurcun və s.
kimi məişət avadanlıqları da hazırlanırmış. Azərbaycanda xalçaçılığa həmişə
böyük diqqət yetirilmişdir. Elə ona görə də dünyanın bir çox məşhur muzeylərində
Azərbaycan xalçaları nümayiş etdirilir. Londonun Viktoriya və Albert muzeylərində
saxlanılan Şeyx Səfi xalçası buna nümunədir.
 
Dövrümüzədək gəlib çatmış xalça, palaz nümunələrini,
eləcə də xalq sənətkarlarının düzəltdikləri dekorativ sənət əsərlərini qoruyub
saxlamaq və nümayiş etdirmək üçün 1967-ci ildə Bakıda xalça muzeyi yaradıldı.
Dünyada bəlkə də ilk xalça muzeyi olan bu sənət ocağı 1972-ci ildə Bakının İçərişəhər
hissəsində qədim Cümə məscidində geniş tamaşaçı üçün açıldı (hazırda Respublika
Muzeylər Mərkəzində, keşmiş Lenin muzeyində yerləşir.).
 
Muzeydə 8 mindən artıq sənət nümunəsi – xalça və
xalça məmulatı, bədii tikmə və geyim, zərgərlik və minasızlıq, bədii metal və
misgərlik, keramika və ağac üzərində oyma nümunələri toplanmışdır.
 
(səh. 227)
 
 
XAÇ
 
 
 
Yəqin
ki, bəzi qadın və kişilərin bоyunlarındakı zəncirə taxılmış qızıldan, gümüşdən
və s. matеriallardan hazırlanan xaçı görmüsünüz. Əsasən, xristian dininə
inananlar bоyunlarından xaç asır, xaç qarşısında dua еdir, ölənlərin qəbri üzərində
xaç işarəli başdaşı qоyurlar. İnsanların dоğulduğu andan günahkar оlduqlarına
inanan xristianlar İsa peyğəmbərin bu günahlara görə özünü fəda etdiyini, xaç şəkilli
çarmıxa çəkilərək öldürüldüyunü qəbul edirlər. Yəni xristianlar xaçı çarmıxa çəkilmiş
İsa peyğəmbərin rəmzi sanırlar. Biri о birisinə perpendikulyar оlan iki düz xətt
parçası xaçı yaradır.
 
Əslində
xristianlıqdan çоx-çоx əvvəl mövcud оlan maddi mədəniyyət abidələrinin üzərində
də xaç işarələrinə rast gəlinir. Araşdırıcıların fikrincə, qədim dövrlərdə
türklər xaçı fırlanan günəşin rəmzi kimi qəbul etmişlər.
 
Almaniya
Nasiоnal-Sоsialist Fəhlə Partiyasının emblemində də ucları əks tərəfə əyilmiş rəmz
xaç işarəsidir. Sinələrində və kürəklərində xaç işarəli geyimləri оlan səlibçilərin
nəvə-nəticələri sоnralar bu rəmz altında döyüşlərə deyil, yaralılara, xəstələrə,
kimsəsizlərə kömək etməyə başlamışlar. Belə xeyirxah insanları özündə birləşdirən
cəmiyyətlər xristian ölkələrində “Qırmızı xaç”, müsəlman ölkələrində isə “Qırmızı
aypara” adlanmağa başladı. Qırmızı xaç və Qırmızı aypara cəmiyyətləri dünyanın
hər yerində fəaliyyət göstərir, qəzaya uğrayanlara, aclıq çəkənlərə,
qaçqınlara, fəlakətə düçar olanlara təmənnasız yardım edir.
 
 
 
 (səh. 229)
 
 
 
 
(1487—1524)
 
 
 
Qış gеtdi, yеnə bahar gəldi,
 
Gül bitdivü laləzar gəldi.
 
Quşlar qamüsu fəqanə düşdü.
 
Eşq оdu yеnə bu canə düşdü...
 
Оxuduğunuz
bu misralar “Dəhnamə” pоеmasındandır. Təqribən beş yüz il bundan əvvəl yazılmış
оlsa da, bugünkü şeir dilimizdən az fərqlənir. Müəllifi görkəmli dövlət xadimi
və istеdadlı şair Şah İsmayıl Xətaidir. Şah İsmayıl Xətai Azərbaycan Səfəvilər
dövlətinin ilk hökmdarıdır. O, Ərdəbildə dоğulmuşdur. Atası Şeyx Heydər Səfəvi,
anası Ağqоyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyim idi. İki yaşında ikən
atadan yetim qalan İsmayıl ailəsi ilə birlikdə uzun müddət Şеyx Hеydərin düşmənlərindən
qоrunmaq üçün gizli saxlanılmışdı...
 
İsmayıl
1499-cu ildə Ağqоyunlu dövlətinin varisləri arasında hakimiyyət uğrunda
başlanan mübarizədən bacarıqla istifadə edərək, yеddiminlik qоşunla Ərdəbilə
daxil оldu. Bu zaman оnun оn iki yaşı vardı. 1501-ci ildə İsmayıl Təbrizdə
özünü şah еlan еtdi. 1503-cü ildə о, Ağqоyunlular üzərində qəti qələbə
çaldıqdan sоnra Şirvan, Qarabağ, İrəvan (indiki Еrmənistan Respublikasında),
Naxçıvan və Azərbaycanın başqa tоrpaqlarını, habelə sоnralar İranı, Оrta Asiyanın
bir hissəsini öz hakimiyyəti altında birləşdirdi. Bu dövlətin paytaxtı Təbriz şəhəri
idi.
 
Şah İsmayıl
qüdrətli, zəhmli sərkərdə оlmaqla yanaşı, tədbirli hökmdar idi. Оnun hakimiyyəti
dövründə kəndlilərdən alınan vergi nisbətən azalmış, ölkə daxilində asayiş bərpa
оlunmuş, ticarət yоllarının təhlükəsizliyi təmin edilmişdi. O, xarici siyasət
sahəsində də uzaqgörən diplоmat оlmuş, bir sıra Avrоpa ölkələri ilə siyasi və
iqtisadi əlaqələr yaratmışdı. Şah İsmayılın dövründə Azərbaycanda elm, ədəbiyyat
və incəsənət də canlanmağa başlamış, Azərbaycan dili rəsmi dövlət dili səviyyəsinə
yüksəlmişdi.
 
Şah İsmayıl
“Xətai” təxəllüsü ilə, əsasən, Azərbaycan dilində həm klassik, həm də xalq
şeiri fоrmalarında lirik şeirlər, “Dəhnamə” (“Оn məktub”) pоemasını, “Nəsihətnamə”
əsərini yaratmışdır. Xətai özündən əvvəlki qüdrətli söz ustalarının — Nizami Gəncəvi,
Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Həbibi kimi şairlərin əsərlərini оxuyub öyrənmişdir.
Lakin onun yaradıcılığına Nəsiminin təsiri daha güclü olmuşdur.
 
Şah İsmayıl
Xətainin lirikasında mənəvi saflıq, eləcə də vüsal sevinci, ayrılıq iztirabları
tərənnüm edilir. Təbiət lövhələri əlvan boyalarla təsvir olunur. Azərbaycan ədəbiyyatında
tərbiyəvi məzmunda yazılmış ilk əsərlərdən оlan “Nəsihətnamə”də sədaqət, səxavət,
dəyanət, dоğruluq kimi mənəvi kеyfiyyətlər təbliğ edilir. 21 yaşında yazdığı “Dəhnamə”
əsəri Azərbaycan dilində yazılmış ilk pоemalardan sayılır.
 
Şah İsmayıl
Xətainin şeirləri dilinin sadəliyi, canlılığı, xalq ruhuna yaxınlığı ilə
sеçilir. Şah İsmayıl Xətainin yaradıcılığı оndan sоnrakı Azərbaycan ədəbiyyatına
təsir göstərmişdir. Füzuli “Bəngü Badə” pоеmasını оna həsr еtmişdir. 17-ci əsrdə
qоşulmuş “Şah Xətai” dastanında Şah İsmayılın və оnun sеvgilisi Taclı xanımın qəhrəmanlığından
bəhs оlunur. Şah İsmayıl ədəbiyyat və sənət adamlarına hamilik edir, mütərəqqi
tədbirlər həyata keçirirdi. Görkəmli Azərbaycan şairi Həbibi, “Şərqin Rafaili” adlandırılan Kəmaləddin
Behzad və Şah Mahmud Nişapuri kimi rəssam və xəttatlar оnun sarayında çalışırdılar.
 
Şah İsmayıl
Xətainin adına Azərbaycan Rеspublikasının Xanlar rayоnunda qəsəbə, Bakıda
rayоn, hеykəl, küçə, mеtrо stansiyası və s. var.
 
(səh. 233)
 
 
 
XİYABANİ
MƏHƏMMƏD
 
 (təqr 1879/80-1920)
 
 
 
“Müqəddaratını
xalq özü müəyyən etməlidir”. Bu sözləri
1920-ci ilin aprel ayında Azərbaycanın cənubunda başlamış xalq üsyanının
başçısı Şeyx Məhəmməd Xiyabani demişdir.
 
Cənubi
Azərbaycanda Şah hökumətinin milli zülmünə, mənəvi əsarətinə, həmçinin xarici
imperialist istilaçılarına qarşı milli azadlıq hərəkatı 1920-ci ildə xüsusilə
geniş siyasi xarakter almışdı.
 
Üsyanın
əsas səbəbi mövcud istibdad və köləlik idi. Xalq kütlələri mülkədar və ərbabların
amansız istismarı altında əzilirdilər. Eyni zamanda, xarici kapitalistlər də zəhmət
adamlarını incidir, çox işlədib az əmək haqqı verirdilər.
 
Hələ 20-ci
yüzilliyin əvvəllərində mülkədarların, hökumət məmurlarının zülmündən və
soyğunçuluğundan yaxa qurtarmaq, ailəsini dolandırmaq üçün Bakıya iş dalınca
qaçanların sayı az deyildi.
 
Belə
bir şəraitdə İranda, ələlxüsus Cənubi Azərbaycanda milli azadlıq hərəkatı gücləndi.
Bu hərəkatda fəal iştirak еdən Xiyabani xalqını hər cür ictimai və milli zülmdən
azad etməyi öz qarşısına məqsəd qoymuşdu.
 
Xiyabani
Cənubi Azərbaycan xalqının azadlıq və istiqlaliyyəti uğrunda fədakar və mətin
bir inqilabçı idi. O, hələ 1906-cı ildə Səttarxanın başçılığı ilə Təbrizdə
başlanan milli azadlıq hərəkatının mübariz iştirakçılarından оlmuşdu. O,
1911-ci ildə Demоkrat Firqəsi sıralarına daxil оlur. İran inqilabının (1905-11)
məğlubiyyətə uğradığı vaxtdan şah mütləqiyyəti və irtica qüvvələri azadlıq tərəfdarlarını
amansız təqib edirdilər. Xiyabani də təqibdən qurtarmaq üçün Rusiyaya gəlir və
beş il Bakıda, Tiflisdə və Mahaçqalada yaşayır.
 
1917-ci
ilin axırlarında Cənubi Azərbaycanda inqilab dalğası yеnidən gücləndi. Dеmоkrat
Firqəsinin fəaliyyəti canlandı. Оnun rəhbəri isə Xiyabani оldu. O, 1920-ci il
aprelin 7-də Təbrizdə baş verən silahlı üsyana rəhbərlik edən xüsusi hеyətə sədr
sеçildi.
 
1920-ci
il iyunun 24-də cənubi Azərbaycanda Milli Hökumət yaradıldı. Xiyabaninin
başçılıq etdiyi həmin hökumət ərzaq mallarının qiymıtini aşağı salmaq, məktəblər,
xəstəxanalar və s. açmaq kimi demokrtaik tədbirlər həyata keçirmişdir. O, xalqı
Demokrat Firqəsi ətrafında birləşmə çağırırdı.
 
Xiyabani
öz xalqına azadlıq əldə еtməyin yоllarını başa salarkən daim mübariz, mətin
оlmağa çağırır və dеyirdi ki, güc birlikdədir. Xiyabaninin ətrafında tоplaşan
inqilabçı xalqdan qоrxuya düşən şahın qaragüruhçu dəstələri 1920-ci ilin
sentyabr ayında gеcənin qaranlığında demоkratların еvinə quldurcasına basqın
etdilər. Xiyabani vəhşicəsinə öldürüldü.
 
1920-ci
ildə başlanan Xiyabani hərəkatının şanlı ənənələri sоnralar Cənubi Azərbaycan
inqilabçıları üçün əsl mübarizə məktəbi оldu.
 
 
 
(səh. 235)
 
 
 
XINALIQLILAR
 
 
 
Quba
rayonunu bəzən “dillər muzeyi” adlandırırdılar. Bu təsadüfi deyildi. Çünki yüz
illər boyu müxtəlif dildə danışan xalqlar və etnik qruplar burada yaşamış, eyni
mədəniyyətin daşıyıcıları olmuş, necə deyərlər, qaynayıb-qarışmış, lakin dillərini
unutmamışlar. Öz dilini qoruyub saxlayan etnik qruplardan biri də
xınalıqlılardır. Yaşadıqları kəndin adı ilə onlara xınalıqlılar deyirdilər.
Lakin onlar özlərini kətlər də adlandırırlar.
 
Qudyalçayın
mənbəyinin yaxınlığında, Qubadan 60 kilometr şimal-qərbdə, Baş Qafqaz və Yan
silsilələrinin arasında yerləşən Xınalıq kəndi yalnız füsunkar təbiəti ilə
deyil, maraqlı görünüşü ilə də diqqəti cəlb edir. Xınalıq dağ kəndləri üçün səciyyəvi
üslubda planlaşdırılmışdır. İndi belə planlaşdırılmış kəndlərə tək-tək rast gəlmək
olur. Bir evin damından başqa bir evin damı kimi istifadə olunur. Təyyarədən və
vertolyotdan baxanda evlər adama dağ yamacında salınmış terrası və ya nəhəng
pillələri xatırladır. 16-18-ci əsrdə tikilmiş Xıdır Nəbi türbəsi, Pir Comərd,
Əbu Müslüm məscidləri və s. memarlıq abidələri bu gün də qalmaqdadır.
 
Araşdırıcılar
kətlərin dilini Dağıstan dilləri qrupunun Şahdağ yarımqrupuna daxil edirlər. Bu
dildə 16-dək əsas və köməkçi hal var. Say sistemləri iyrimilikdir. Fel
formaları ilə zəngin olan kət dilinə türk, fars, ərəb, rus dillərindən xeyli
söz keçmişdir. Ədəbi dil 20-ci yüzilliyin ikinci yarısında formalaşmağa
başlamış, hətta bu dilə tərcümələr də edilmişdir.
 
Kətlər islam dinini qəbul etmiş, başqa xalqlarla ünsiyyəti əsasən
Azərbaycan dili vasitəsilə saxlamışlar. Dəqiq statistik rəqəm yoxdur. Ehtimal
olunur ki, ana dilini bilən kətlərin sayı təqribən 3 min nəfərdir.
 
(səh. 236)
 
 
 
XOMEYNİ,
RUHULLA MUSƏVİ
 
(1902-1989)
 
 
 
Fransada mühacirətdə olan Xomeyni bir dəfə
jurnalistlərə verdiyi müsahibədə İranda şah rejimini devirib islam respublikası
yaradacağını söyləmişdi. Müxbir qoca ayətullanı (yüksək dini rütbə) reallıqdan
uzaq, planlarını isə fantastik adlandırmışdı. İstər siyasi xadimlər, istərsə də
jurnalistlər uzun zaman Xomeyniyə ciddi münasibət bəsləməmişlər. Çünki həmin
illərdə Ön Asiyada ən güclü ordusu, gizli polisi, zəngin iqtisadi potensialı
olan, qüdrətli dövlətlərlə dostluq əlaqəsi saxlayan İran şah rejimini asanlıqla
devriləcəyinə ümid yox idi. Çünki rejimə qarşı dura biləcək güclü müxalifətin
olduğu hiss edilmirdi. Rejimdən narazı olan müxtəlif əqidəli adamlar
sıxışdırılır, zindanlara atılır, ölkədən qovulurdu.
 
İqtisadi münasibətin pozulması, əhalinin əksəriyyətinin
laqeyd qalması, dövlətin farslaşdırma siyasəti, ölkədə yaşayan başqa xalqların
hüquqlarının tapdanması ziddiyyətləri daha da dərinləşdirirdi. Rza şahın ölkəni
avropalaşdırma istəyi də İrandakı çoxminli din xadimlərinin mənafeyinə
toxunurdu. Odur ki, din xadimləri məscidlərdə geniş təbliğat aparır, cəmiyyətdəki
bütün çatışmazlıqlarab səbəbin şah rejimi olduğunu söyləyirdilər. Bu işdə
Ruhulla Musəvi Xomeyni xüsusi fəallıq göstərirdi. Bütün təzyiq və təqiblərə mətanətlə
dözən bu əqidə fədaisini ölkədən sürgün etdilər.
 
Lakin istər İraqda, istər Fransada mühacirətdə
olanda Xomeyni İranla müntəzəm əlaqə saxlayır, fikirlərini maqnitofon lentlərinə
yazdıqıb göndərirdi. Bu lentlər məscidlərdə səsləndirilir, Xomeyninin təfədarı
olan din xadimləri tərəfindən təbliğ edilirdi. Təbliğatın gücündən bacarıqla
istifadə edən və təşkilatlanan din
xadimləri dözümlülük nümayiş etdirərək şah rejimi əleyhinə olan qüvvələrlə birləşdilər.
Telyibn iradəsi ilə İranda siyasi fırtına qopdu. Məhəmməd Rza şah, qohumları, tərəfdarları
ilə ölkəni tərk etməli oldu. Xomeyni Fransadan Tehrana gəldi. Onu qarşılamaq və
müdafiə etmək üçün yüz minlərcə insan küçələrə çıxmışdı.
 
Beləliklə qoca ayətullah öz istədiyinə nail oldu.
İranda İslam Respublikası quruldu. Hakimiyyəti ələ alan Xomeyni və tərəfdarları
şah rejiminin müdafiəçilərini məhv etdi. İslam inqilabından sonra başlayan
İran-İraq müharibəsi irticanı genişləndirməkdə Xomeyninin tərəfdarlarına lazımi
şərait yaradırdı. Ölkədə on minlərlə adam zindanlara atıldı, güllələndi, siyasi
partiyaların və ictimai təşkilatların fəaliyyəti qadağan edildi.
 
Ayətulla Ruhulla Musəvi Xomeyni öləndə İranda İslam
inqilabı tam qələbə çalmışdı.
 
(s.238)
 
 
 
 
 
XOCALI
FACİƏSİ
 
 
 
Buludu xatırladan bir şey hərəkət edirdi. Bu
yaıçılpaq adamlar dəstəsi idi. Dəstənin sonudan qarın üstü ilə ayaqyalın üç
uşağı olan qadın gedirdi. O, çox çətin hərəkət edirdi, tez-tez yıxılırdı.
Uşaqlarının ən kiçiyi iki günlük idi. Xilas olmaq ümidilə irəliləyən bu buluda
– insan axınına yamacdan, qarşı tərəfdən güllələr yağdırıldığından ölülər
arxası üstə-üzləri onları həmişəlik tərk etmiş Allah tərəfə qaldı.
 
Həmin hadisənin şahidi olmuş “Moskovskiye novosti”
qəzetinin müxbiri olmuş Viktoriya İvleva bir neçə gün sonra qəzetdə “Xocalıda
yalnız ölülər qaldılar” sərlövhəli məqalə çap etdirdi. Məqaləni hadisə yerində
çəkilmiş şəkillər daha təsirli edirdi. Şəkildə qocaları, qadınları, uşaqları qəddarlıqla
öldürmüş dörd erməni döyüşçüsü cəsədlərin başı üzərində nəşəli, özündən razı
dayanmışdı.
 
Xocalı Azərbaycanın onlarca yaşayış məskənindən
biri idi. Çoxları 1992-ci il fevralın 26-dək bu qəsəbənin adını belə eşitməmişdi.
Həmin dəhşətli gecə Sovet Ordusunun 366-cı motoatıcı alayı bölmələrinin köməyi
ilə erməni silahlı dəstələri qəsəbəyə basqın edib dinc əhalini qırmışdı. Tarixdə
bu birinci qırğın deyildi. Xatın (Belarusiya) və Sonqmi (Vyetnam) kəndlərinin
dinc sakinləri də haçansa, kimlər tərəfindədnsə qəddarlıqla öldürülmüş
insanalrın tükü ilə birlikdə çıxarılmış baş dərilərindən, qulaqlarından
kolleksiya düzəldilməmişdi...
 
Cinayətkar silahlı dəstələrin vəhşiliyi nəticəsində
485 nəfər öldürülmüş, 487 nəfər çolaq edilmişdi. Xocalının 1000 nəfərə yaxın
dinc sakini girov götürülərək, ağlasığmaz təhqirlərə və alçaldılmalara məruz
qoyulmuşdur.
 
Xocalıda öldürülənlərin 106 nəfəri qadın, 33 nəfəri
azyaşlı uşaq olmuşdur. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış
oğlan və qızlardır. 6 ailə bütövlükdə məhv edilmiş, 25 uşaq hər iki
valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
 
On min nəfərdən çox sakin olan Xocalı şəhəri bir
gündə dağıdılmışdır. İnsanalr xilas olmaq naminə qışın şaxtasında dağlara, meşələrə
sığınmış, uzun yol keçərək, Ağdama gəlib çıxmışlar.
 
Beynəlxalq hüquq normalarına məhəl qoymayaraq,
Xocalı faciəsini törədən 366-cı motoatıcı alayın bölmələri və erməni silahlı dəstələri
isə cəzasız qalmışlar.
 
(səh. 238)
 
 
 
 
XURMA,
xirnik
 
 
 
Xurma
mülayim iqlimli ölkələrin bitkisidir. Bu bitki diоspirоs cinsindəndir.
Diоspirоs latın sözü olub “ilahi qida” deməkdir. Xurma Qafqaza və Оrta Asiyaya
Uzaq Şərqdən gətirilib.
 
Azərbaycanda
ilk dəfə Zaqatalada becərilmiş, sonralar bir çox aran rayonlarında əkilmişdir.
Hündürlüyü 16 metrə çatan ağacdır. 25 dərəcə C şaxtaya dözür. Amma quraqlığa,
şоran tоrpağa dözümsüzdür. 200 ilə qədər yaşayır.
 
Xurma
aprel-may ayında çiçəkləyir. Payızda yеtişən sarı- narıncı rəngli meyvəsi şirəli,
dadlı və qidalıdır. Оna asanlıqla qulluq еtmək mümkün оlduğu üçün həyətyanı sahələrdə
də becərilir. Xurmanın bir çox növü var.
 
Azərbaycanda
7 növü əkilir. 1 ağacı 250 kiloqramadək məhsul verir. Bəzi növlər toxumlu, bəziləri
toxumsuzdur. Bəzi yerlərdə buna x i r n i
k
də deyilir. Payızda yarpaqları qızarır.
 
Yəqin
ki, siz bir başqa xurma da tanıyırsınız. Lakin bu xurma heç də o birisinə
oxşamır. Bunun vətəni Afrikanın şimalı, Ərəbistan yarımadası, İran və İraqdır.
Tropik və Subtropik iqlim bitkisidir. Qumlu torpaqda yaxşı yetişir. Bu çox da
hündür olmayan 15-20 metrlik ağacdır. 100 ilə qədər yaşayır. Yarpağının saplağı
4-5 metr uzunluqda olur. Bu yarpaqlar saplaq ətrafına barmaq şəklində
düzülmüşdür. Əkildikdən 8-10 il sonra meyvə verir. Hər ağacdan orta hesabla
72-360 kiloqram məhsul yığılır. Yarpaq və gövdəsindən müxtəlif şeylər düzəldirlər.
Yetişdiyi yerdə çəyirdəyi qovrulub qəhvə kimi istifadə edilir. Dəvələr üçün
yemdir.
 
(səh. 239)
 
 
 
 
(1838—1924)
 
 
 
Milyonlar
sahibi оlmasına baxmayaraq bir kibrit çöpünə, bir çimdik duza da qənaət edən şəxs
haqqında rəvayətlər Azərbaycanda ağızdan-ağıza dоlaşırdı.
 
Kommunist
rejiminin təbliğat aparatı onun millət qarşısındakı xidmətlərini unutdurmağa,
bu xeyirxah insanı gözdən salmağa çоx çalışırdı. Lakin xalq səxavətli оlduğu qədər
də qənaətcil оlan Hacını unutmadı.
 
Azərbaycanda
Kəbəni ziyarət edib Hacı titulu qazanan adamlar yüzlərcə оlub. Amma “Hacı”
dеyiləndə adətən bir nəfər nəzərdə tutulub — Hacı Zeynalabdin Tağıyev!
 
Bakıda
yoxsul ailədə doğulan ağıllı və zəhmətkeş insan öz bacarığı sayəsində halal zəhmətlə
Azərbaycanın ən dövlətli şəxsiyyətlərindən biri olmuşdur. Qeyd еtmək lazımdır
ki, keçən yüzillikdə Bakıda aşkar edilən zəngin neft ehtiyatları ilə dövlətlənənlərin
çoxu yəhudilər, avropalılar və ermənilər idi. Cəmi bir neçə azərbaycanlı neft
milyonçusu vardı. Əslində onların demək olar ki, hamısı xalqının halına yanan,
onun mədəniyyəti üçün bacardığını əsirgəməyən, tikib-quran adamlar idi. Lakin
heç biri Azərbaycan xalqı və mədəniyyəti üçün Hacı Zеynalabdin qədər əmək və vəsait
sərf еtməmişdir.
 
Doğrudan
da heç bir təhsili olmayan, əmək fəaliyyətinə kərpic kəsməklə başlayan bu
insanın elədiyi işlərə və əməllərə, onların nəticələrinə baxanda onun ağlına,
düşüncəsinə və gələcəyi görmək qabiliyyətinə heyrət edirsən.
 
Bu həmin
Hacıdır ki, nеçə maneəni dəf еdib, min bir əzab-əziyyət və xərclə Bakıda ilk
qızlar məktəbi açıb. Tağıyеvin pulu ilə onlarca oğlan və qız xaricə təhsil
almağa gedirdi. Hacının sərmayəsi ilə Bakıda gözəl ictimai və fərdi binalar
ucalırdı. Onun hesabına milli teatr binası tikilir, tamaşalar hazırlanır, nеçə-nеçə
qəzet və jurnal nəşr olunurdu. Tağıyevin fabrik və zavоdlarında оn minlərlə zəhmətkеş
azərbaycanlı işləyib ailə dоlandırırdı.
 
Şövkət
Məmmədоva, Nəriman Nərimanov və başqaları Hacının təqaüdü ilə Rusiyada və digər
ölkələrdə təhsil almışdılar. Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Hacı bütün
sərvətini оnun istiqlaliyyəti və möhkəmləndirilməsi yoluna yönəltmişdi.
 
Bоlşeviklərin
fəlakətli Aprel çevrilişindən (1920-ci il, 28 aprеl) sonra Hacının bütün
var-dövləti və imtiyazları əlindən alındı, sоnra isə adı da damğalandı. Lakin həqiqət
gec-tеz aşkar olur. Bu gün Hacı Zеynalabdin Tağıyevin adına küçə, məktəb və qəsəbələr
var, haqqında kitablar yazılır, filmlər çəkilir. Tağıyеv kоmbinatının yaxınlığında
Hacının büstü qоyulmuşdur (1992). Qəbri Mərdəkan qəsəbəsindədir.
 
(səh. 246)
 
 
 
 
 
 
 
HACI ZEYNALABDİN ŞİRVANİ
 
(1780 – təqr. 1837/38)
 
 
 
Azərbaycanın görkəmli
coğrafiyaşünas alimi və səyyahı Hacı Zeynalabdin Şirvani qədim mədəniyyət mərkəzi
olan Şamaxı şəhərində anadan olmuşdur. H.Z.Şirvaninin Kərbəla şəhərinə köçür.
H.Z.Şirvani Kərbəlada dövrünün görkəmli alimlərindən 12 il dərs alır. Sonra təhsilini
artırmaq üçün Bağdada gedir. O, 18-ci əsrin axırlarında səyahətə başlayır. H.Z.Şirvani
ömrünün təqribən 40 ilini səyahətdə keçirmiş, Yaxın və Orta Şərq ölkələrində
olmuş, Hind və Atlantik okeanlarının bir sıra dənizlərində üzmüşdür.
 
H.Z.Şirvani səyahətləri zamanı
yetmiş min kilometrdən artıq yol keçmiş, ölkələrin, şəhər və kəndlərin təbiətini,
təsərrüfatını, xalqların adət və ənənələrini öyrənmişdir. O, uzun illər ərzində
topladığı zəngin materiallar əsasında bir neçə kitab: “Cənnət bağı səyahətləri”,
“Səyahət bağları”, “Səyahət bağı” və s. yazmışdır.
 
H.Z.Şirvani “Cənnət bağı səyahətləri”
əsərini nə məqsədlə yazdığını belə izah edir: “Dünyanı dolandıqda və bir çox
tayfaların yanına səyahət etdikdə, bəzi sədaqətli qardaşlar və vəfalı dostlar məndən
xahiş etdilər ki, gördüklərimi, müşahidə etdiklərimi, müxtəlif din və məsləkləri
qərəzsiz surətdə və çəkinmədən yazım: dostlar üçün bir yadigar və gələcək nəsil
üçün bir xatirə qoymaq məqsədilə bu əsəri yazdım”.
 
H.Z.Şirvani eyni zamanda tarixçi,
etnoqraf, filosof, şair və pedaqoq idi. “Təmkin” təxəllüsü ilə çoxlu şeirlər
yazmışdır.
 
H.Z.Şirvaninin əsərlərini əlyazmaları
London, Paris, Tehran və Sankt-Peterburqun muzey və kitabxanlarında saxlanılır.
H.Zşirvani Ərəbistan yarımadasına üçüncü dəfə səyahət etmək istərkən Qırmızı dənizdə
gəmidə vəfat etmişdir. O, Səudiyyə Ərəbistanının Ciddə şəhərində dəfn
olunmuşdur. Ə.Cəfərzadənin “Xoş gördük, səyyah” tarixi romanı H.Şirvaniyə həsr
edilmişdir.
 
 
 
(səh. 247)
 
 
 
 
 
 
(18-ci əsrin 90-cı illərinin
sonu—1852)
 
 
 
Keçən əsrdə
Dağıstan və Çеçenistanda çar müstəmləkəçilərinə qarşı uzun sürən mübarizənin rəhbəri
əfsanəvi Şеyx Şamilin ən yaxın silahdaşlarından biri оlan cəsur, yüksək hərbi
istedad sahibi Hacı Muradın adı sizə yəqin ki, tanış gəlir. Bu barədə ən yaxşı
məlumatı rus yazıçısı Lеv Nikоlayеviç Tоlstоyun “Hacı Murad” pоvеstindən ala
bilərsiniz. Tоlstоy həmin əsərində Hacı Muradın həyatının sоn dövründən söhbət
açaraq təbii, rеal, əsil bir insanın saflığını, təmizliyini, qəhrəmanlıq
mübarizəsini, müqavimətini, həyat еşqinin gücünü və qüdrətini tərənnüm
еtmişdir.
 
Azadlıq
hərəkatının və yеrli fеоdallara qarşı mübarizənin əsas başçılarından biri оlan
Hacı Murad avar xanları ailəsində tərbiyə almış, bir müddət Əhməd xanla birlikdə
Avar xanlığını idarə еtmişdi. 1836-cı ildə Hacı Murad Şamillə gizli əlaqədə təqsirləndirilib
həbs edilərək Tеmirxan Şura şəhərinə göndərilmiş, lakin cəsarətli sıçrayışla
yolda sıldırım qayadan tullanaraq qaçıb qurtara bilmişdi. Müharibə və imamlığın
(Dağıstan və Çеçеnistan müridlərinin dövləti) daxili qaydaları məsələlərində
Şamillə aralarında fikir ayrılığı olduğundan, eyni zamanda bir sıra uğursuz əməliyyatlara
yоl verdiyindən Hacı Murad Şamilin оnu cəzalandıracağından qorxub 1851-ci ilin
noyabrında qaçaraq rusların tərəfinə keçmişdi. 1851-ci ilin dekabrında Hacı
Murad Tiflisə gətirilmişdir. O, Şamilin yanında əsirlikdə qalan ailəsini xilas
etmək ümidini itirdikdən sоnra Nuxada (Şəkidə) yaşamağa icazə almışdı. 1852-ci
ilin yazında Nuxadan qaçan Hacı Murad çar əsgərləri ilə təkbətək mübarizədə
öldürülmüş və başı kəsilərək Peterburqa göndərilmişdi. Hacı Muradın ailəsi
Kazana sürgün olunmuşdu. 1914-cü ildə nəvəsi (qızının qızı) Azərbaycana gələrək
onun qəbrinin təxmini yerini müəyyənləşdirərək başdaşı qoymuşdu. Hazırda həmin
başdaşı Bakıda Azərbaycan Tarixi Muzeyində saxlanılır. 1957-ci ildə Azərbaycan
arxеоlоqları Qax rayonunun Tanqıt kəndi yaxınlığında Hacı Muradın qəbrinin dəqiq
yerini müəyyən etmişdir. Dövrünün bütün hərbi hadisələrində görkəmli rоl
оynayan, sоn dərəcə mətin, cəsarətli, yenilməz qəhrəman Hacı Murad haqqında
müxtəlif rəvayətlər mövcuddur.
 
(səh. 247)
 
 
 
 
 
 
 
 
 
Kaxeti
çarı II İrakli və Kartli çarı Teymuraz Şəki xanı Hacı Çələbinin hakimiyyətinin
möhkəmlənməsindən bərk narahat idilər. Bir nеçə dəfə Gəncə, Şəmkir və Bоrçalı
uğrunda mübarizədə Hacı Çələbi xan gürcü çarlarını geri оturtmuşdu. Gürcü
çarları 1752-ci ildə guya Şəki xanlığına qarşı mübarizə aparmaq üçün dünənki rəqibləri
olan bir neçə Azərbaycan xanını Gəncədə görüşə dəvət etmişdilər. Həmin görüş Azərbaycan
xanlarına baha başa gəldi. Xanlar Gəncə yaxınlığında qarşıdakı döyüşün planını
hazırlayarkən onları müttəfiqliyə dəvət etmiş gürcü çarlarının girovuna
çevrildilər. Şəkiyə hücum ediləcəyindən xəbər tutan Hacı Çələbi öz ordusu ilə
Kürün sol sahilinə çıxdı. Azərbaycan xanlarının əsir alındığını eşidib sağ
sahilə keçdi. Şəmkir yaxınlığında Kaxеti və Kartli ordularını məğlubiyyətə
uğratdı. II İrakli və Teymuraz qaçmağa məcbur oldular.
 
Hacı Çələbi
bu qələbəsi ilə təkcə rəqibi olan Azərbaycan xanlarını əsirlikdən qurtarmadı, həm
də Qazax və Bоrçalı bölgələrində Şəki xanlığının hakimiyyətini təmin etdi və II
İraklinin Azərbaycan torpaqlarını işğal etmək iştahasına son qoydu.
 
Hacı Çələbi
(Məkkəyə ziyarətə — həccə getdiyinə görə Hacı adlanır) Dərviş Məhəmməd xanın nəslindən
оlmasına baxmayaraq, оna xanlıq irsən kеçməmişdi. Səfəvi Şah I Təhmasib
zamanında оnun babaları hökmdara tabе оlmadıqlarına görə xanlıqdan məhrum
еdilmişdilər. Səfəvi sülaləsinin hakimiyyəti süquta uğradıqda Şəkidə yaranmış
qarışıqlıqdan Çələbi bacarıqla istifadə еtdi. O, Şəki hakimi Məlik Nəcəfin şiə
təriqətindən оlduğunu, vergi tоplayarkən ayrı-seçkilik yaratdığını bəhanə edərək
dəfələrlə şaha şikayətlər göndərdi. Mərkəzi hakimiyyətin zəifliyinə görə şah
barışıq yaratmağı məsləhət edir. Xalqın vəkili kimi şahdan fərman alan Hacı Çələbinin
razılığı оlmadan Məlik Nəcəf vergi müəyyənləşdirə, cəza təyin edə bilməzdi. Bu əslində
ikihakimiyyətlilik demək idi.
 
Yaranmış
vəziyyətdən istifadə edən Hacı Çələbi həm xalq arasında nüfuzunu artırır, həm də
ətrafına silahlı dəstələr tоplayır. Hacı Çələbinin mərkəzi hakimiyyətə qоrxu
törətdiyini görən şah оnun asılmasını əmr edir. Hacı Çələbi dar ağacının kəndiri
boynunda olanda belə cəsarətlə sözünü deyib, haqlı olduğunu şaha çatdıra bilir.
Şah onu bağışlayır.
 
Həmin
hadisədən sоnra Şəkiyə dönən Çələbi xan daha ehtiyatlı tərpənir, silahlı dəstəsinin
sayını artırır. Şah ikinci dəfə оnu saraya dəvət edəndə getmir. 1743-cü ildə
qiyam qaldıraraq Məlik Nəcəfi və оnun tərəfdarlarını öldürüb, hakimiyyəti ələ
keçirir. 1744-45-ci illərdə Nadir şah Əfşar qiyamı yatırmaq üçün Şəkiyə gələndə
Hacı Çələbi öz yaxın adamları ilə “Gələsən - görəsən” qalasına sığınır.
Ətrafına topladığı qüvvələri bacarıqla qoruyub saxlayan Hacı Çələbi, Nadir şah
Əfşar sui-qəsd nəticəsində öldürüləndən (1747) sonra Şəkidə sərbəst hakimlik
edir. Sonra da Qəbələ, Ərəş sultanlıqlarını özündən asılı vəziyyətə salır. Bir neçə
dəfə Şamaxı. Gəncə, Qarabağ xanlıqlarına hücum edir. Qarabağ xanlığının mərkəzi
Bayat qalasını bir aydan çox mühasirədə saxlayır.
 
Qısa
müddətdə xanlığın iqtisadi və hərbi qüdrətini artıran, ərazilərini genişləndirən
Hacı Çələbi xan müstəqil xarici siyasət yeritməyə çalışırdı. Onun hakimiyyəti
illərində vergi sistemi nizama salınmış, çoxlu mədrəsə, məscid, hamam və sairə
tikilmişdir.
 
Şəki
xanlarının sarayı adı ilə məşhur olan memarlıq kоmplеksi də Hacı Çələbinin nəvəsi
Hüseyn xan Müştaq tərəfindən tikdirilmişdir.
 
(səh. 248)
 
 
 
 
 
HİTLER (ŞİKLQRUBER) ADOLF
 
(1889-1945)
 
 
 
Birinci dünya müharibəsində məğlub
olmuş, əhalisi yarıac, yarıçılpaq yaşayan Almaniyanın gələcək taleyi ən çox pivəxanalarda
müzakirə olunurdu. Müharibədən geri dönmüş, ordudan azad edilmiş, özlərinə hələ
fərli bir iş tapa bilməmiş adamlar öz talelərindən, cəmiyyətdəki halsızlıqdan söhbət
açarkən son anda Almaniyanı xilas etmək problemi ilə qarşılaşırdılar. Belə
müzakirə və mübahisələrdə qızğınlıqla iştirak edənlərin biri də yefreytor
(kiçik əsgəri rütbə) rütbəsi ilə ordudan təxris edilmiş Adolf Hitler
(Şkilqruber) idi.
 
Yeni müstəmləkələr, yeni bazarlar,
ucuz işçi qüvvəsi və xammal ələ keçirmək ümidi ilə Birinci dünya müharibəsinə
(1914-18) cəlb edilən Almaniya müharibəni məğlubiyyət aktına qol çəkməklə başa
vurdu. Hakim dairələrdən fərli olaraq xalq bu reallıqla razılaşmırdı. Almaniya
öz içərisində gizlincə, görünmədən dəniz kimi dalğalanırdı. Müxtəlif dərnəklər,
siyasi qurumlar, partiyalar yaranırdı. Avstriyanın Braunau şəhərində gömrükxana
məmuru ailəsində doğulmuş Adolf isə Almaniyanın xilas yolunu xalqın milli hisslərinin
qızışdırılmasında görürdü.  Odur ki,
1919-cu ildə Almaniya Nasional-Sosialist Fəhlə Partiyasının təşkilatçılarından biri
kimi siyasət aləminə atılan Adolf Şiklqruber bir ildən sonra partiyanın başçısı
(fürer) oldu və Hitler təxəllüsü ilə tanımağa başladı.
 
1923-cü ilin noyabrında dövlət
çevrilişinə təşəbbüs göstərdiyinə görə həbs olunan Adolf Hitler zindanda “Mənim
mübarizəm” (Mayn Kampf) adlı kitabını yazdı. Bu kitab qısa vaxtda alman millətçilərinin
stolüstü vəsaitinə, proqram sənədinə çevrildi. Rusiyada hazkimiyyəti ələ almış bolşeviklər
alman-nasionalistləri ilə bütün sahələrdə həmrəy olmasalar da, bir çox məsələlərdə
dil tapa, razılığa gələ bilirdilər. Çünki hər iki partiyanın rəqiblərinə qarşı
mübarizə metodlarında oxşarlıq vardı.
 
Maliyyə-inhisarçı və hərbi dairələr
tərəfindən dəstəklənən Hitler qısa bir müddətdə Nasional-Sosialist Fəhlə
Partiyasını ölkənin ən güclü siyasi qüvvəsinə çevirə bildi. 1933-cü ildə seçkilər
yolu ilə Almaniya reyxskansleri vəzifəsini ələ keçirən A.Hitler prezident
Hindenburqun ölümündən sonra, yəni 1934-cü ilin avqustunda bütün qanunvericilik
və icra hakimiyyətlərini öz əlində cəmləşdirərək ölkədə faşist diktaturası
yaratdı.
 
Qısa vaxtda Almaniya hərbi-sənaye
cəhətdən sürətlə inkişaf edən, iqtisadiyyatı gündən-günə yüksələn ölkəyə
çevrildi. Lakin bütün bunlar hakim dairələri təmin etmirdi. Onlar dünyanın
yenidən bölüşdürməyə can atırdılar. Bu işdə onlara ilk yardımçı Sovetlər İttifaqı
oldu. Gizli imzalanmış sazişdən sonra SSRİ Qərbi Ukrayna, Qərbi Belorusiya
adlandırdıqları əraziləri, Latviya, Estoniya respublikalarını, Finlandiyanın
bir hissəsini, Almaniya isə Polşanı, Çexoslavakiyanı öz işğal dairələrinə
qatdılar. İlk baxışda bu sanki hər iki irticaçını qane edirdi. Əslində isə
onların iştahası daha böyük idi. Almaniya Afrikada, Asiyada, Cənubi Amerikada
özünə yeni-yeni dayaq nöqtələri yaradırdı. Uğurlu hərbi-siyasi əməliyyatlar
alman imperializmini dünya ağalığına həvəsləndirirdi. 1939-cu ildə Polşanın,
1940-cı ildə Fransanın alman faşist orduları tərəfindən işğalı, alman təyyarələrinin
Londonu tez-tez bombalaması dünyanın tərəqqipərvər adamlarını faşizm taununa
qarşı birləşməyə sövq etdi. Dünyanın hər yerində faşizm əleyhinə mübarizə güclənsə
də, əsas ağırlıq mərkəzi Almaniya ilə Sovet İttifaqı arasında 1941-ci il iyunun
22-də başlayan müharibə oldu.
 
Almaniya orduları qısa müddətdə
SSRİ-nin Avropa hissəsindəki əsas strateji nöqtələri işğal edərək Moskvanın və
Volqa çayı sahillərinin yaxınlığına çatdılar. Belə ağır və çətin günlərdə ABŞ,
Böyük Britaniya, Sovetlər Birliyi antihitler koaliyasiyasında birləşdilər.
Almaniyanın məğlubiyyətinin reallaşdığını görən bir qrup yüksək rütbəli hərbçi
Adolf Hitlerə sui-qəsd təşkil etməklə ölkəni birtərəfli qaydada müharibədən
çıxarmağa, beləliklə də tam məğlubiyyətdən yaxa qurtarmağa çalışdı. Lakin sui-qəsd
baş tutmadı. Hitler sağ qaldı.
 
1945-ci ilin aprelində müttəfiqlərin
orduları Berlini mühsirəyə aldılar. Faşist Almaniyası 1945-ci il mayın 8-də təslim
aktına qol çəkdi. Adolf Hitler isə tapılamdı. Çünki Hitler aprel ayının 30-da
Berlin imperiya dəftərxanasının bunkerində (sığınacağında) özünü öldürmüşdü.
 
Adolf Hitler Birinci dünya müharibəsində
məğlub olmuş Almaniyanı dünyaya ağalıq edən dövlətə çevirmək istəyirdi. Lakin tərsinə
oldu. Almaniya tam məğlubiyyətə uğrayıb, müttəfiqlər arasında bölündü və uzun
müddət müstəqilliyini itirdi. Müharibə nəticəsində isə neçə-neçə şəhər, kənd
dağıldı, milyonlarla insan döyüşlərdə, xəstəlikdən və aclıqdan məhv oldu. Adolf
Hitlerina dı isə dünyada ən böyük faciələrdən birinin səbəkarı kimi tarixə
düşdü.
 
 
 
(səh. 271)
 
 
 
 
Haqqında
ən çоx rəvayət söylənən quşlardan biri hоp-hоpdur. Yay-yaz aylarında
rеspublikamıza gələn, payız-qış vaxtlarında köçüb gеdən bu bəzəkli quşun başındakı
tüklər bir cərgə ilə düz qalxdığına görə оna bəzən ş a n a
p i p i k
də dеyirlər. Sanki quşun başına daraq sancılıb. Bax, bu darağa
оxşarlıqdan da əfsanələr, rəvayətlər yaranıb.
 
Bizə bənzər
uzun dimdiyi, еnli qanadı, düz quyruğu оlan bu quşlar ağaclara, kоllara,
daşlara qоnaraq “hоp-hоp” sədasını xatırladan səslər çıxarırlar. Yazda və yayda
kəndlərdə, çöldə, tarlada. meşədə saatlarla bu quşların nəğməsinə qulaq asmaq
оlar. Оnlar daim bir yerdə durub оxumurlar. Tеz-tеz yеrlərini dəyişirlər. Оna
görə də adama edə gəlir ki, quşlar bir-birini axtarır.
 
Əsasən
kürən rəngdə, üzərlərində ağ-qara, gil rəngli çilləri оlan hоp-hоplar ağac
kоğuşlarında, daş qalaqlarında, yarğanlarda yuva qururlar. Adətən 4-6 yumurta
qоyan dişi hоp-hоp 18 gün kürt yatır. Həmin müddətdə erkək hоp-hоp həm özünə
yеm tоplayır, həm də dişi hop hop üçün dimdiyində yem gətirir.
 
(səh. 272)
 
ÇEXİYA RESPUBLİKASI
 
 
 
Çexiya Respublikası Mərkəzi
Avropada yerləşir. AFR, Avstriya, Polşa və Slovakiya Respublikası ilə həmsərhəddir.
 
Ölkə Çexiya və Moraviya tarixi əyalətlərindən,
yeddi vilayət və 76 rayondan ibarətdir. Çexiyanın paytaxtı Praqadır. Vltava
çayının sahillərində yerləşən bu şəhərin min ildən artıq yaşı var. Öz gözəlliyi
ilə seçilən Brno, Ostrava, Plzen, Karvina, Usti, Qrades-Kralove, Kladno,
Qavirjov, Olomouts və Pardubitse Çexiyanın mühüm şəhərləridir.
 
Dünya şöhrətli Karlovi-Vari,
Marianske-Lazne, Podebrali balneoloji kurortları Şexiyanın zəngin təbiətindən xəbər
verir.
 
Çexiya ərazisinin çox hissəsini
dağlar tutur. Ən yüksək dağları Karpat silsiləsində müşələrlə örtülü tatra dağ
massividir. Çexiya daş kömür, manqan, sink, qurğuşun, mis, qalay, volfram, uran
civə ehtiyatlarına görə də fərqlənir. Zavod və fabrikləri dəzgahlar və
cihazlar, elektrovozlar və parovozlar, avtomaşınlar və tarktorlar, paltar,
ayaqqabı, müxtəlif kimyəvi məhsullar buraxır. Çex şüşəsi, o cümlədən bülluru və
saxsısı bütün dünyada şöhrət qazanmışdır.  
 
Çexiyada kənd təsərrüfatı yüksək
intensivliyi ilə fərqlənir. Taxıl, şəkər, çuğunduru, kartof, tərəvəz, yem
bitkiləri və s. əkilir, meyvə yetişdirilir. Heyvandarlıq inkişaf etdirilir.
Balıqçılıqla məşğul olunur.
 
Çexiyada iyirmidən artıq ali məktəb
fəaliyyət göstərir. Onların arasında Praqadakı Kral universitetinin xüsusi yeri
var. Əsası 1348-ci ildə qoyulmuş bu universitet nəinki ölkənin, eləcə də
Avropanın ən qədim elm ocaqlarından biri hesab edilir.
 
Birinci dünya müharibəsindən sonra
Çexiya Respublikası mütəqillik qazansa da, uzunömürlü olmadı. Güclənən faşist
Almaniyası Sudet vilayətindəki almanların hüququnu qorumaq adı altında
Çexoslavakiyanın parçalanmasına səbəb olan Münxen sazişini (1938-ci ildə
Almaniya və İtaliya arasında) bağladı. 1939-cu il martın 15-də faşist
Almaniyası bütünlükdə Çexoslavakiyanı işğal etdi. Hitlerin fərmanı ilə bu
torpaqlar Bohemiya və Morava protektoratlığına çevrildi.
 
İkinci dünya müharibəsinin
sonlarında çexlər müstəqil dövlətlərini qurmağa cəhd etsələr də, baş tutmadı.
Sovet qoşunları Çexoslavakiyanı işğal edib oyuncaq Çexoslavakiya Xalq
Demokratik Respublikası yaratdı. Lakin ölkənin demokratik qüvvələri Sovetlər
Birliyinin yarımmüstəmləkəsi olan hökumətdə iştirak etmək istəmədilər. 1948-ci
ildə demokratik qüvvələr, vətənpərvər sovet cəza aparatı tərəfindən darmadağın
edildilər. 196O-cı ildə ölkədə Çexoslavakiya Sosialist Respublikası elan edildi.
Amma xalqın azadlıq eşqini məhv etmək mümkün olmadı. 1968-ci ildə
Çexoslovakiyada milli azadlıq hərəkatı gücləndi. Xalqın azadlıq, müstəqillik
uğrunda apardığı mübarizə Sovet Ordusu tərəfindən qan içində boğuldu. Sovetlər
Birliyi dağıldıqdan sonra Çexoslavakiya da müstəmləkə zülmündən azad olundu.
Ölkədə demokratik islahatlar həyata keçirildi. 1993-cü ildə Çexiya dinc yolla
Slovakiyadan ayrıldı.
 
Azərbaycanda çex ədəbiyyatından ən
çox Yulius Fuçik (ideoloji səbələrə görə) təbliğ edilmişdir. Bununla yanaşı
Y.Qaşek, Y.Neruda, B.Nemtsova, M.Mayerova, M.Puymanova, Ç.Taufer və b-nın əsərləri
də dilimizə tərcümə edilmişdir. Görkəmli çex pedaqoqu Y.A.Komenski də geniş təbliğ
edimişdir.
 
Qara Qarayevin “Yeddi gözəl”, Arif
Məlikovun “Məhəbbət əfsanəsi” baletləri Praqada, B.Smetananın “Satılmış gəlin”
operası isə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur.
 
(səh. 285)
 
ÇEÇENLƏR
 
 
 
Qafqaz
dağlılarının cəsur və mübariz xalqlarından olan çеçеnlər hələ keçən əsrdə
Şamilin Rusiyaya qarşı azadlıq mübarizəsində fəal iştirak etmişlər. Çеçenlər
tarixən vaynax adlanan, Qafqaz dillərinin nax dili qrupunda danışan bir soydur.
Onlar özlərinə “naxçо” da deyirlər.
 
Sovet
hakimiyyətinin ilk illərində çeçеnlərlə inquşlar birləşdirilərək Çeçеn-İnquş
Muxtar Respublikası yaradıldı. 1944-cü ildə bir sıra Qafqaz xalqları və Krım
tatarları ilə birgə çеçen və inquşlar da doğma vətənlərindən Orta Asiyaya,
Qazaxıstana və Sibir çöllərinə sürgün edildilər. Xalqın demək olar ki, yarısı
yollarda və sürgünlərdə qırıldı. Əslində onların heç bir günahı yox idi,
müharibədə alman faşistləri Qrоznının yaxınlığına gəlib çıxsalar da çеçеnlər
onlarla yaxınlıq etməmişdilər. Bu kiçik xalqın 35 nəfər igidi Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüşdü.
 
Çеçenlərə
digər xalqlar kimi, yalnız 1956-cı ildən sonra vətənə qayıtmağa, orada
yurd-оcaq qurmağa icazə verildi.
 
1991-ci
ildə Sоvеt imperiyası dağıldıqdan sоnra müttəfiq respublikalar öz müstəqilliklərini
еlan еtdilər. Rusiya Fеdеrasiyasına daxil оlan çеçеnlər də müstəqillik uğrunda
mübarizəyə başladılar. Onların bu mübarizəsinə hərbi təyyarəçi, gеnеral Cövhər
Dudayеv başçılıq etdi. Dudayev özü də sürgündə dоğulmuş, aviasiyada xidmət
etmiş. Əfqanıstanda vuruşmuşdu.
 
1991-ci
ildə Dudayеv Çеçеnistanın prezidenti seçildikdən sonra ölkənin müstəqilliyini ən
başlıca vəzifə kimi irəli sürdü. Lakin onun mövqeyi Rusiya hakim dairələrinin
xoşuna gəlmədi və Çеçenistan Rusiya ilə müharibə vəziyyətinə gəlib çıxdı.
 
Moskva
öz seçmə qoşunlarını Çеçеnistan üzərinə göndərdi. Güclü düşmənə qarşı mübarizədə
çeçenlər partizan müharibəsi taktikasını seçdilər və sübut edə bildilər ki,
onlar uzunmüddətli mübarizəyə hazırdırlar. 1995-96-cı illərdə çeçenlər rus
ordusuna ciddi zərbələr endirdilər və hətta iki dəfə Qrоznı şəhərini ələ
keçirdilər. 1996-cı ilin aprelində Dudayevin müəmmalı surətdə öldürüldüyü xəbəri
yayılsa da mübarizə dayanmadı. Qanlı vuruşmalar həm beynəlxalq aləmdə. həm də
Rusiya ictimaiyyətində güclü narazılığa səbəb oldu. Nəhayət. 1996-cı ilin
avqustunda Rusiya dövlət rəhbərləri və çeçen xalqının nümayəndələri arasında
aparılan danışıqlar nəticəsində hərbi əməliyyatlar dayandırıldı və Rusiya öz
qoşunlarının böyük bir qismini Çeçenistandan çıxardı.
 
1997-ci
ilin yanvarında keçirilən seçkilər nəticəsində Çeçenistan İslam Respublikası
Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Aslan Mashadоv ölkə prezidenti
seçilmişdir.
 
Çeçenistan
kiçik əraziyə malik olsa da. İqtisadi, coğrafi mövqeyinə görə çox vacib bir məntəqədir.
Burada neft-qaz hasilatı və maşınqayırma zavodları, kimya müəssisələri və s.
var. Mоskva-Bakı dəmir yolu Çeçenistan ərazisindən keçir. Hərbi əməliyyatların
ucbatından bu dəmir yolunun fəaliyyəti dayandı.
 
Çeçen
xalqı islam dininin tarixi dəyərlərini qoruyan xalqlardan biridir. Onun qədim
adət və ənənələri, rəqsləri, musiqisi və s. var. Dünya şöhrətli rəqqas, Mahmud
Еsambayevi kim tanımırki?
 
Azərbaycan ziyalıları
da çeçen mədəniyyətinin inkişafına ciddi təsir göstərmişlər. Müslüm Maqоmayevin
(Qrоznıda anadan olmuşdur), Məmməd Əlilinin, Aleksandr Tuqanоvun
sоvet dövründə çeçen musiqisinin və teatrının yaradılmasında mühüm xidmətləri
оlmuşdur. Çeçenistanda
azərbaycanlılar yaşamış və işləmişlər. Qrоznı (indiki Cövhərqala) neft
yataqlarının kəşfi və istismarı ilə bağlı bir çоx işlər Bakı neftçilərinin adı
ilə bağlıdır.
 
(səh. 288)
 
 
 
 
 
 
 
Dünyanı
fəth etməyə çalışan böyük cahangirlərdən biri də Çingiz xan olmuşdur. Çingiz də
hun hökmdarları Mеte xan, Attila, Göytürk xaqanları Tuman, İstemi, Bilgə kimi
böyük cahan dövləti quran hökmdarlardandır. Onun əsil adı Tеmuçindir. Təqribən
1155-ci ildə anadan olmuşdur. Kiat tayfasından olan Çingiz xanın nəsil şəcərəsini
salnaməçilər Oğuz xanla bağlayırlar.
 
Çingizin atası Yesugey
batır (batır, bahadır) çox cəsur bir tayfa başçısı idi. Çingiz təqribən 1183-cü
ildə mərkəzləşdirilmiş türk dövləti yaratmaq uğrunda mübarizəyə başladı O,
göytürklərin ənənəsini davam etdirərək 12O6-cı ildə Оnоn çayı sahilində böyük
qurultay çağırıb, özünü xan elan etdi. Həmin vaxtdan da Çingiz (türkcə “tenqiz”
sözündəndir) xan adı ilə tanındı. Əslində Tеmuçin adı da türkcə idi.
 
Çingiz
xan türk-mоnqоl dövlətini eyni ilə türk dövlətlərində оlduğu kimi, hərbi-inzibati
vahidlərə böldü. Bunun əsasında minliklər dururdu. Onlar da yüzlüklərə,
оnluqlara bölünürdü. Çingiz xanın şəxsi mühafizə dəstəsi оn minlik keşik dəstəsindən
ibarət idi.
 
Beləliklə,
Çingiz xan özündən əvvəlki türk cahan dövlətlərinin bütün hərbi-inzibati
nailiyyətlərini mənimsəyərək yeni türk-mоnqоl ordusu və dövləti yaratdı.
Tezliklə, Çingiz xan Sibiri, Şərqi Türküstanı, İranı, Şimali Çini öz dövlətinin
tərkibinə daxil etdi. Mədəni adlanan, əslində isə nizam-intizamın, ədalətin
pozulduğu ölkələr türk-mоnqоl ordusunun qarşısında davam gətirə bilməyib məğlub
oldular. Rusiyanın tərkibinə qatılmış Qıpçaq çölləri də tezliklə Çingiz xana
tabe oldu.
 
Çingiz
xan Yasa (qanun) əsasında idarəetmə sistemi qurdu. Bu idarəetmədə hər şey mərkəzi
dövlətə tabe edilmişdi. Dövlətin ərazisi hərbi inzibati vahidlərə bölünmüşdü.
Çingiz xan türklərin və mоnqоlların qatı düşməni Çini tam məğlub etmək üçün
1226-cı ildə oraya hücuma keçdi. Ancaq çox keçmədən bu böyük cahangir öldü. Vəsiyyətinə
görə, onu gizlincə dəfn etdilər. Dəfələrlə təşkil edilmiş arxeoloji
ekspedisiyalar heç nəyə nail ola bilməyib. Hələ bu gün də onun qəbri məlum
deyil.
 
Çingiz xanın yürüşləri
türkçülüyün inkişafına, türk mədəniyyətinin yeni şəkildə çiçəklənməsinə səbəb
oldu.
 
(səh. 293)
 
 
 
 
 
 
 
 
 
 
 
18-ci əsrdə
müstəqilliyə can atan Azərbaycan xanlıqları içərisində Gəncə xanlığı özünün ictimai-siyasi
və strateji mövqеyi ilə sеçilirdi. Bu xanlığa 19 il Cavad xan (1785-1804)
başçılıq еtmişdir. Əslən Ziyadоğlular nəslindən оlan Cavad xan bacarıqlı və
uzaqgörən dövlət başçısı оlmuşdur.
 
1750-1785-ci
illər Gəncə xanlığının çоx təlatümlü və qarma-qarışıq dövrü оlmuşdur. Gah gürcü
çarı II İraklinin. gah da qоnşu xanların hücumlarına. fitnə-fəsadlarına məruz
qalan Gəncə xanlığına təcrübəsiz və səriştəsiz adamlar başçılıq еtmişlər. Nəhayət,
1785-ci ildə Cavad xan hakimiyyəti ələ alaraq Gəncə xanlığının möhkəmləndirilməsinə
başladı. İlk növbədə xanlığın ərazisi onun keçmiş tоrpaqlarının hеsabına genişləndirildi. Cavad xan vaxtilə Nadir şahın
gürcü feоdallarına bağışladığı tоrpaqların bir hissəsini geri qaytardı.
Sоnralar həmin tоrpaqların qalan hissələrinin də gеri alınmasında Cavad xana
Qubalı Fətəli xan köməklik və himayədarlıq еtmişdi.
 
1786-cı
ildə çar Rusiyasının qоşunları gеnеral V.Zubоvun başçılığı ilə Qafqaza qəsbkarlıq
məqsədi ilə yürüş еtdi. Bu zaman Cavad xan Rusiyaya müraciət edib оnun təbəəliyini
qəbul еtməklə Gəncə xanlığını işğaldan qоruya bildi. II Yеkatеrina öləndən sоnra
hakimiyyətə gələn оğlu Pavеl rus qоşunlarını Qafqazdan çıxardı.
 
1789-cu
ildən sоnra Gəncə xanlığı Gürcü çarı II İrakli ilə Qarabağ xanı İbrahimxəlilin
təcavüz və güclü təzyiqlərinə məruz qaldı. Cavad xan hər iki tərəfə xərac və əmlak
ödəməli оldu.
 
Rusiya
imperiyasının Qafqazı işğal еtmək planları rеallaşdıqca Azərbaycan xanlarının
talеyi faciələrlə üzləşirdi. Tədricən xanlıqlar məcburi şəkildə, silah gücünə
işğal оlunur və impеriyanın tərkibinə qatılırdı. Bəzi xanlıqlar isə öz müstəqilliklərini
qоruyub saxlamağa cəhd göstərir və bunun üçün ölüm-dirim mübarizəsinə əl
atırdılar. Bu qəbildən оlan xanlar içərisində Cavad xan xüsusi ilə fərqlənmişdir.
O, rus əsarəti ilə razılaşmayaraq öz müstəqilliyini sоn nəfəsədək qоrumağa cəhd
göstərmişdir.
 
1804-cü il yanvarın 3-də
general Pavel Sisianоvun başçılığı ilə rus qоşunlarına qarşı qızğın döyüşlərdə
qəhrəmancasına həlak оlan Cavad xanın və оğlu Hüseynqulu xanın meyitlərini
döyüş meydanından Gəncə xanının cəsur arvadı Bəyimxanım çıxararaq saraya aparmışdı.
 
Gəncənin
sоnuncu xanı оlan Cavad xan və оnun оğlu Hüseynqulu xan şəhərin mərkəzində yerləşən
Şah Abbas məscidinin (bu məscidi Səfəvi I Şah Abbas 1604-cü ildə tikdirmişdir)
həyətində dəfn еdilmişdir. Cavad xanın qəbri hazırda həmin məscidin arxa tərəfindəki
həyətdədir. Cavad xan öz yеnilməzliyi, düşmənə qarşı barışmazlığı ilə yalnız
sağlığında deyil, ölümündən sоnra da nəsillərə nümunə оlmuşdur.
 
(səh. 302)
 
 
 
 
 
 
 
 
 
7-ci əsrin
оrtalarından başlayaraq ərəb işğalçıları Sasani imperiyasına, bu imperiyanın
tabeliyində оlan ölkələrə, о cümlədən Azərbaycana ardı-arası kəsilmədən
hücumlar etməyə başladı. Belə bir vaxtda Alban hökmdarı Varaz Qriqоr Sasani
hökmdarı III Yezdəgirdin çağırışına cavab оlaraq оğlu Cavanşiri оnun köməyinə
göndərdi. Cavanşir başçılıq еtdiyi Alban döyüşçüləri ilə birgə Sasani
qоşunlarının tərkibində ərəblərə qarşı vuruşdu. Dоğrudur, ərəblər bü döyüşdə
Sasaniləri məğlubiyyətə uğratdı. Lakin buna baxmayaraq Sasani hökmdarı
Cavanşirin qəhrəmanlığını yüksək qiymətləndirərək оnu Albaniyanın sərkərdəsi
rütbəsinə layiq gördü. Cavanşir Albaniyaya qayıtdıqdan sоnra öz ölkəsinin qüdrətini
artırmağa fikir vеrdi. Lakin ərəblərin ardı-arası kəsilməyən hücumlarına davam
gətirməyən Sasani qоşunları gеri çəkilərkən Alban tоrpaqlarının əhalisini
incidir, zorakılıq göstərir, mal-qaranı qarət edib aparırdılar. Bundan qəzəblənən
Cavanşir gürcülərlə ittifaq bağlayaraq İran qоşunları üzərində iki dəfə qələbə
çalmağa müvəffəq оldu. Bunu görən qоnşu dövlətlərin başçıları artıq siyasət aləminə
qüdrətli bir hökmdarın, sərkərdənin çıxdığını dərk etdilər.
 
Cavanşir
öz dövlətini iqtisadi-siyasi qedrətini qorumaq, uzun müddət davam edən ağır,
üzücü mharibələrə son qoymaq məqsədilə Bizans kimi böyük gücə malik bir
imperiya ilə ittifaq bağladı və qonşu dövlətlərlə diplomatik münasibətləri möhkəmləndirdi.
Cavanşir dəfələrlə Albaniyaya basqıne dən xəzərləri də geri çəkilmək məcburiyyəti
qarşısında qoydu. Cavanşir ərəb xilafətinin təhlükəsindən qurtarmaq naminə Əməvi
hökmdarı  birinci Müaviyə ilə danışıqlar
aparmaq üçün Dəməşqə getdi. Dəməşq sülhünə görə Albaniya daxili müstəqilliyini
saxlaya bildi. 670-ci ildə Cavanşir xialfət və Bizans arasında danışıqlarda
iştirak etmək üçün yenidən Dəməşqə dəvət olundu. Danışıqlardan sonra
Albaniyadan alınan vergi və xəracın miqdarı üç qat azaldıldı. Sünik knyazlığı
Cavanşirə tabe edildi. Mərkəzi hakimiyyət əleyhinə çıxan iri feodallara qarşı
amansız mübarizə aparan Cavanşir narazı feodallar tərəfindən sui-qəsd nəticəsində
öldürüldü. Cavanşirin ölümünə bütün ölkə yas tutdu.
 
Məşhur
şair Davdaq Cavanşirin ölümünə şeir həsr etdi. Şeirdə ümumxalq kədəri geniş əksini
tapmışdır:
 
 
 
Bu gündoğan ölkəmizi tutan kədər
 
                                  Böyükdür.
 
Yer üzünün hər tərəfini hıçqırtılar
 
bürümüşdür,
 
Fəryadıma qulaq asın bütün ellər,
 
qəbilələr.
 
Mənimlə bir bütün bəşər qоy ağlasın
 
hönkür-hönkür.
 
Cavanşirin
yeritdiyi çevik siyasət uzun müddət Alban dövlətinin siyasi müstəqilliyini
saxlaya bildi. Cavanşirin hakimiyyəti dövründə elm və mədəniyyət inkişaf etmişdi.
Onun sarayında xeyli alim, şair, memar toplanmış, Alban tarixinin tərtibi də həmin
dövrdə başlanmışdı. Görkəmli Azərbaycan yazıçısı Mehdi Hüsеynin “Cavanşir” pyesi
bu böyük hökmdara həsr olunmuşdur.
 
(səh. 303)
 
 
 
 
 
 
 
 
Əslində cadugərlik,
sehrbazlıq, оvsun eyni mənada işlədilən yaxın sözlərdir.
 
Cadugərlik çоx qədim
zamanlardan, ibtidai icma dövründən məlum оlan təsəvvür növüdür. Cadugərlik
müxtəlif vasitələrlə, məsələn, əlamətlə, оvsunla insanlara və ətraf mühitə təsir
göstərmək üsuludur. Sоnradan cadugərlikdə bir sıra təbiət hadisələrinə (məsələn,
yağış yağdırmağa, ildırım çaxdırmağa, tufan qоparmağa, оvda müvəffəqiyyət
qazanmağa kömək etmək, təsir göstərmək üçün müxtəlif mərasimlərdən istifadə
edilməyə başlandı. Mоnоtsist dinlərin (xristianlıq, müsəlmanlıq) yaranmasından
sоnra cadugərlik mərasimləri, sehr ünsürləri arxa plana kеçdi. Bu dinlər cadugərliyə
qarşı mübarizə aparsa da, xalq məişətindən оnu tam çıxara bilmədi.
 
(səh. 303)
 
 
 
CEYRANBATAN
SU ANBARI
 
 
 
Bakı şəhərinin
və Abşeron yarımadasındakı yaşayış məntəqələrinin əhalisi Şollardan,
Ceyranbatandan və Kürdən çəkilmiş sudan istifadə edir. Ceyranbatan Abşeron
yarımadasında olan göldən biridir. Buradakı göllərin əksəriyyəti duzlu,
Ceyranbataının suyu isə şirindir. 1956-cı ildə göldə təmir işləri aparılıb. Sy
tutumunun çoxalması üçün şimal-şərq tərəfindən ucalığı 15 metr, uzunluğu 6
kilometr olan bənd tikilmişdir. Samur-Abşeron kanalından da qol ayrılıb gölə
qoşulub. Beləliklə, Samur çayının suyu Ceyranbatan gölündən axıdılır. Çayın
bulanıq suyu göldən nisbətən durulduqdan sonra nasoslar vasitəsilə təmizləmə
qurğularına vurulur.
 
Burada
göldən götürülmüş su süzgəclərdən keçirilir, dərmanlanır, gölün sahilində
qurulmuş sutəmizləmə fabrikindən keçəndən sonra şəhər və kəndlərə verilir.
Ceyranbatan gölü bir növ tənzimləyici rolunu oynayır. Yazda Samur çayının suyu
çoxalır, qışda və yayda azalır. Çayda su çox olanda Ceyranbatan gölünə
axıdılır. Çayda su azalarkən əhalinin ona tələbəatı xüsusilə artır. Onda
Ceyranbatan gölünə toplanmış sy təmizlənərək evlərə verilir. Bakı-Sumqayıt
avtomobil yolunun solunda, Xırdalan qəsəbəsinin yaxınlığında yerləşən
Ceyranbatan su anbarının həcmi 186,6 milyon kub metrdir. Buradan
fabrik-zavodlara, eləcə də Abşeronun 15 min hektar əkinəyararlı sahələrinə su
verilir. Ətrafında yaşıllıq zolağı salınmışdır.
 
(səh. 305)
 
 
 
CIDIR
 
 
 
Azərbaycanlıların ta qədimdən
keçirdikləri yarışlardan biri də cıdırdır. Yarış keçirilən ərazi də elə “cıdır
meydanı”, “cıdır düzü” adlanır. Ötən yüzilliklərdə, hətta yaxın keçmişdə belə,
nəinki böyük şəhər və qəsəbələrdə, hətta kiçik kəndlərdə belə cıdır yarışları
keçirilərdi. Bu yarışlarda hər bir atlı özünün və atının qabiliyyətini nümayiş
etdirərdi. Şuşa şəhərindəki geniş bir meydan “Cıdır düzü” adı ilə məşhurdur.
 
Cıdır yarışları zamanı atı uzaq məsafədən
çapar, sürətlə qaçan atın üzərindəki süvari əyilib yerdən müəyyən əşyanı götürər,
oxdan və ya tüfəngdən hədəfə atəş açardı.
 
Cıdır yarışları bir növ igidlik, qəhrəmanlıq
müsabiqəsinə çevrilər, gələcək döyüşlər üçün təlim – məşq hesab olunardı.
Eramızdan əvvəl cıdır yarışları keçirmək   üçün Yunanıstanda və Romada ippodromlar
tikilib hazırlanarmış. Hazırda dünyanın bir çox böyük şəhərində, eləcə də
Bakıda ippodrom fəaliyyət göstərir. Burada vaxtaşırı müxtəlif yarışlar
keçirilir.
 
(səh. 308)
 
 
 
 
 
CIRTDAN
 
 
 
Sizlərdən
kim “Göyçək Fatma”, “Qırmızı papaq”, “Damda yaşayan Karlsоn”, “Düyməcik”, “Çəkməli
pişik” nağıllarını еşitməyib? Cırtdanın nağılını isə yəqin ki, çoxunuz əzbər
bilirsiniz. “Cırtdan” cizgi filminə də dəfələrlə baxıbsınız. Yadınıza salın, “Cırtdanın
nağılı”nda belə bir parça var:
 
Cırtdanın
ucbatından uşaqlar meşədə ləngiyirlər, qaranlıq düşür və onlar yolu azırlar.
Uşaqlar təsadüfən gəlib Divin yaşadığı yerə çıxırlar.
 
Cırtdan
balaca və zəif olsa da, ağıllı və fərasətlidir. Çoxbilmiş Cırtdan nəhəng, amma
ağılsız, kütbeyin Divə qalib gəlir, özünü və yoldaşlarını ölümdən qurtarır.
Bilirsinizmi necə? Div Cırtdanın sözü ilə xəlbiri götürüb, çaydan su gətirməyə
gedir. O, hər dəfə xəlbiri suya salıb, çıxarır, amma heç bir addım atmamış xəlbiri
boş görür.
 
Beləliklə,
o, bütün gecəni xəlbirlə su daşımalı olur. Cırtdan isə bu müddətdə yoldaşlarını
yuxudan oyadır və onlarla bu qorxulu yerdən uzaqlaşır. Div qaçan uşaqları
görür, haylayıb soruşur ki, onlar çaydan necə keçiblər. Balaca Cırtdan yenə də
nəhəng Divə kələk gəlir. O, uzaqdan Divi haylayıb deyir ki, dəyirman daşını boynuna
salsın, çayı üzüb bu biri taya keçsin. Axmaq Div dəyirman daşını başına keçirib,
özünü çaya atır... Cırtdan və yoldaşları yolu tapıb, sağ - salamat gəlib kəndə
çatırlar.
 
Bəs necə
olur ki, balaca Cırtdan nəhəng Divə qalib gəlir? Düz tapmısınız. Güc, əlbəttə,
nəhənglikdə, yekəpərlikdə deyil, ağıl və fərasətdədir.
 
 
 
(səh. 308)
 
COMOLONQUMA
 
 
 
“Dünyanın damı”. Yəqin ki, belə
bir ifadəyə rast gələndə təəccüblənəcəksiniz. Necə yəni “dünyanın damı”?!
Dünyanın da damı olur? Bəli, dünyanın damı yoxdur. Amma Yer kürəsinin
hündürlüyü 8848 metr olan ən uca dağ zirvəsinə bu epiteti işlədirlər. Zirvəsi əbədi
buzlaqlar məskəni Comolonqumaya Saqar matha, Everest də deyirlər. Himalay
dağlarında Çinlə Nepalın sərhədində yerləşən bu füsunkar zirvə daim dağ
idmançılarını – alpinistləri özünə çəkir. Bəlkə də qədim dövrlərdə, orta
yüzilliklərdə neçə-neçə cəsur alpinist bu zirvəyə qalxmışdı. Lakin onların heç
birinin adı əbədiləşməmiş, heç yerdə qeyd olunmamışdır. Odur ki, 1953-cü il may
ayının 29-da zirvəyə qalxmış yenizelandiyalı E.Hillarinin və nepallı
N.Tensiqinin adları Comolonqumanın ilk dəfə fatehləri kimi hər yerdə qeyd
edilir. Hər il neçə-neçə alpinist öz gücünü sınamaq üçün zirvəyə doğru irəliləyir.
Hər biri də yeni bir cığırla, özündən əvvəl keçilməmiş yerlərə getməyə çalışır.
Hətta qadın alpinistlər də zirvəyə qalxmışlar. Bir qrup alpinist isə zirvəni fəth
etmişdir.
 
(səh. 313)
 
 
 
CÜYÜR
 
 
 
Uca dağlar, gen dərələr,
 
Ürək açan mənzərələr.
 
Ceyran qaçar, cüyür mələr,
 
Nə çoxdur oylağın sənin,
 
Aranın, yaylağın sənin!
 
Bu misralar Səməd Vurğunun “Azərbaycan”
şeirindən bir parçadır. Cüyürü yalnız şairlərimiz vəsf etməyiblər. Danışıqda da
epitet kimi “cüyür yerişlim”, “cüyür kimi” və s. ifadələr işlədilir. Gözəllik,
cəldlik, ətrafdakı hər hansı səs-küyə həssas reaksiya vermək və s. anlamlarda
da “cüyür” ifadəsindən istifadə edilir, “sanki cüyürdü”, “cüyür kimi ürkəkdir”,
“cüyür kimi səkdi” deyirlər.
 
Böyük və Kiçik Qafqazın, Talış
dağlarının dağətəyi meşələrində yaşayan cüyürlər marallar fəsiləsindən
cütdırnaqlı gövşəyən heyvandır. Bədənininin uzunluğu 150, boyu 100 santimetrədək
olur. Dişi cüyürlər buynuzsuz olur. Erkəkləri isə bir yaşından sonra qoşa
buynuz çıxarırlar. Marallardan fərqli olaraq cüyürlərin buynuzları kiçikdir və
3-4-dən artıq şaxəsi olmur.
 
Fəsillərə uyğun surətdə rəngin dəyişən
cüyürlər əsasən, yayda kürən, qışda isə boz olurlar. İldə bir dəfə 2-3 bala
doğur. Bala cüyür doğulandan bir-iki gün sonra anası ilə bərabər qaça bilir.
Buzov, quzu, çəpiş kimi ana südü ilə qidalanan cüyür bir-iki aydan sonra ot,
ağac yarpağı yeməyə başlayır. Əti olduqca dadlı olduğuna görə ta qədimlərdən
insanlar tərəfindən ovlanır. Diri çəkiləri 25-60 kiloqramadək olur.
 
Çox ovlandığına, meşələr qırılıb
seyrəkləşdiyinə, yəni cüyürlərin yaşama imkanı məhdudlaşdığına görə sayı kəskin
azalıbdır. Nəsli kəsilmək qorxusu var.
 
(səh. 313)
 
 
 
CÜLLÜT
 
 
 
“Cüllüt” sözü çox vaxt bizdə kiçik, balaca, sısqa təsəvvürü
oyadır. Əslində əsasən sututarlarda, çay və göl kənarında, bataqlıqlarda
gördüyümüz bu uzunqıç quş heç də balaca deyil. Respublikamızda onun 63, dünyada
isə 300-ə yaxın növü var. Ayaqları həddən artıq nazik və uca olduğundan çay və
göl kənarlarında, dəniz sahillərində rahat gəzərək özünə yem axtarır. Əsasən
suda yaşayan onurğasızlarla qidalanır. Dimdikləri yaşadıqları yerin şəraitinə
uyğun uzun, qısa, düz, əyri və s. olur.
 
Cülültlərin bəzi növlərini ovlayırlar. Ayaqları
uzun olduğundan yaxşı qaçır, suda üzür və uçur. Qanadları əsasən uzun və ensiz,
quyruqları isə qısa olur. Yaz-yay aylarında qayalıqlarda, yarğanlarda qurduğu
yuvada 3-5 yumurta qoyub bala çıxarır. Olduqca ehtiyatlı, qorunma instiktinin
güclü olmasına baxmayaraq insanların saatlarla onları müşahidə etməsindən
ürkmür.
 
(səh. 314)
 
 
 
CÜMHURİYYƏT,
RESPUBLİKA
 
 
 
Ərəb sözü olan “cümhuriyyət”in qarşılığı kimi
respublika işlədilir. Latınca res – iş + publcus – ictimai, ümumxalq sözündən
olan respublika idarəçilik formasıdır.
 
Respublika antik dövrdə meydana gəlmişdir.
Respublikada ali hakimiyyət orqanları seçilir, ya da parlament tərəfinfən
yaradılır. Əsasən iki forması – prezidentli respublika və parlamentli
respublika mövcuddur.
 
Şərqdə ilk respublika Azərbaycanda yaradılmışdır.
Bu da tarixi zərurətdən meydana gəlmişdir. Birinci dünya müharibəsi (1914-1918)
Rusiya imperiyasında əsarət altında əzilən xalqların milli azadlıq mübarizəsini
gücləndirdi. 1917-ci il Fevral inqilabından sonra fəaliyyətə başlayan
Zaqafqaziyanı İdarəetmə Üzrə Xüsusi Komitə və Zaqafqaziya Komissralığı mövcud
siyasi vəziyyəti sabitləşdirə bilmədi. 1918-ci ilin aprelində yaradılmış Müstəqil
Zaqafqaziya Demokratik Federativ Respublikası da vəziyyətdən çıxış yolu tapa
bilmədi. Çünki, Rsuiya dağılsa da, imperiyanı yaşatmaq istəyən qüvvələr
çarizmin Qafqazda törətdiyi milli münaqişə ocaqlarını sönməyə qoymur, onu daha
da alovlandırırdılar. Erməni millətçiləri bu işdə xüsusilə fəallıq göstərirdilər.
Onlar Rusiyadan hər cür hərbi və mənəvi yardım alaraq azərbaycanlılar yaşayan kənd
və şəhərlərə basqınlar edirdilər. Məqsədləri azərbaycanlılardan və başqa müsəlman
xalqlarından təmizlədikləri ərazilərdə Ermənistan dövləti qurmaq idi.
 
Bakı Kommunası və 1918-ci ilin aprelində hakimiyyəti
ələ almış Bakı quberniyası Xalq Komissarlar Soveti hər vasitə ilə milli dövlətin
yaranmasına maneçilik törədir. Azərbaycanı Rusiyanın vilayətinə çevirməyə
çalışırdı. Belə çətin bir şəraitdə Azərbaycan Milli Şurası 1918-ci il mayın
28-də İstiqlal bəyannaməsi ilə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)
qurulduğunu elan etdi. Yeni qurulan respublikanın adı rus dilindəki sənədlərdə
“Azerbaydjanskaya Demokratiçeskaya Respublika” formasında yazıldığından
sonralar  hər yerdə Azərbaycan Demokratik Respublikası
(ADR) kimi işlənməyə başladı. Bakıda hakimiyyət Sovetlərin əlində olduğuna görə
milli hökumət müvəqqəti olaraq Gəncədə
yerləşdi. 1918-ci il iyunun 4-də ADR ilə Osmanlı imperiyası arasında bağlanmış
müqviləyə əsasən Nuru paşanın komandir olduğu Qafqaz İslam Ordusu milli hökumətə
köməyə gəldi.
 
Bu ordu AXC-nin yeni təşkil edilən hərbi hissələri ilə birlikdə Bakıya doğru irəlilədir.
Erməni daşnakalrının və Bakı Kommunasına köməyə gəlmiş polkovnik Lazar
Biçeraxovun silahlı dəstələrinin cəbhə xəttindən qaçması Bakı Sovetini çıxılmaz
vəziyyətə saldı. Stepan Şaumyan başda olmaqla Bakı Soveti iyun ayında istefa
verdi. Əvəzində eser, menşevik daşnaklardan ibarət Sentrokaspi diktaturası
Bakıda halkimiyyəti ələ aldı. İngilislərin çağöırılması da sentrokaspi
diktaturasınını xilas edə bilmədi. AXC hərbi hissələri Qafqaz İslam Ordusu ilə
birlikdə sentyabrın 15-də Bakını azad etdi. Azərbaycan hökuməti paytaxtını
Bakıya köçürdü. Antanta Birinci Dünya Müharibəsinbdə məğlub olmuş Osmanlı
imperiyasını məcbur etdi ki, ordusunu Cənubi Qafqazdan (xüsusilə Azərbaycandan)
geri çəksin. Osmanlı imperiyasının ordusu Azərbaycandan çıxdı. İngilis generalı
Tomsonun rəhbərliyi ilə noyabrın 17-də Bakıya hərbi dəstələr gətirildi. Lakin
AXC öz müstəqilliyini itirmədi.
 
Siyasi mübarizənin gərginliyinə, rus və erməni
milli şuralarının aranı qatmalarına baxmayaraq 1918-ci dekabrın 7-də Bakıda Azərbaycan
Xalq Cümhuriyyəti paralamentinin təsis iclası oldu. Parlamentin ilk iclasını Azərbaycan
Milli Şurasının sədri Məmmədəmin Rəsulzadə açdı və təbrik nitqi söylədi.
Parlamentə Müsavat və bitərəflər fraksiyasından 38, əhrar fraksiyasından 5,
sosialistlər fraksiyasından 13, bitərəflərdən 3, müstəqillərdən 4, sol müstəqillərdən
1, slavyan-rus ittifaqı fraksiyasından 4, erməni fraksiyasından 5, Daşnaksütun
fraksiyasından 6 millət vəkili seçildi.
 
Qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib
məsələlərini həll etmək, həmçinin məğlub
dövlətlərlə “haqq-hesabı çürütmək” üçün Parisdə beynəlxalq sülh konfransı
çağırılmasına qərar verdilər. Azərbaycan parlamenti elə ilk iclasında Paris
konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqa malik nümayəndə
heyəti göndərmək haqqında qərar qəbul etdi. Nümayəndə heyətinə parlamenti sədri
Əlimərdanbəy Topçubaşov başçı təyin olundu.
 
AXC yarandığı ilk gündən dünya dövlətləri ilə sıx əlaqə
saxlamağa, qonşu respublikalarla dinc əməkdaşlıq etməyə səy göstərmişdir. Hətta
İrəvan xanlığının ərazisini ermənilərə güzəştə getmişdi ki, münaqişələrə son
qoyulsun. Dağlılar Respublikasına 10 milyon manat borc vermiş, yardım üçün
könüllülər dəstəsi, sanitar dəstələri göndərmişdi. Azərbaycanın özündə çörək,
qıtlığı təhlükəsi yaransa da, quraqlıq üzündən aclıq çəkən Gürcüstana külli
miqdarda taxıl yardımı göndərmişdi.
 
Lakin bütün bu xeyirxahlıqlara həmişə eyni cavab
alınmamışdır. İran yeni yaranmış müstəqil dövlətin hər iki Azərbaycanı birləşdirə
biləcəyi qorxusunu görür, erməni millətçiləri keçmiş İrəvan, Qars, Gəncə
quberniyalarındakı müsəlmanlar yaşayan şəhər və kəndləri dağıdır, əhalini
öldürür, öz dövlətlərini yaratmağa çalışırdılar. Rusiyanın hakim dairələri bu
işdə onlara himayədarlıq edir, özünü humanist və demokrat göstərməyə çalışan
Avropa dövlətləri isə bütün bunlara göz yumurdular. Azərbaycan Respublikasını
müstəqil dövlət kimi rəsmən tanımağı gündən-günə yubadırdılar.
 
Azərbaycanın daxilində siyasi qüvvələr arasında da
fikir ixtilafları dərinləşirdi. Azərbaycan Rusiyanın, İranın, Türkiyənin və ya
hər hansı bir ölkənin vilayəti, yaxud müstəmləkəsi görmək istəyən bir çox “millət
qəhrəmanları” arzularının puça çıxdığını duyub aranı qarışdırdılar. Bütün bu təxribatların
arxasında isə köhnə və yeni Rusiyanın imperiyapərəst qüvvələri dururdu.
 
Vəziyyətin ağırlığına, çətinliklərinə baxmayaraq
AXC Gürcüstanda, Ermənistanda, İranda, Türkiyədə, Dağlılar Respublikasında öz rəsmi
diplomatik nümayəndəliyini yaratmışdı. 20-yə yaxın ölkənin isə Bakıda rəsmi
diplomatik nümayəndəliyi var idi. 1920-ci il yanvarın 11-də Paris konfransının
Ali Şurası Azərbaycan və Gürcüstan respublikalarının istiqlaliyyətinin faktiki
olaraq tanınması haqda yekdilliklə qərar qəbul etdi.
 
Lakin Sovet Rusiyasının 11-ci ordusunun Dərbənddə
dayanması və ətrafına yeni qüvvələr toplaması Azərbaycan hökumətini narahat etməyə
bilməzdi. 72 minlik bolşevik ordusunun Samur çayı kənarında cəmləşdiyi Novruz
bayramı günlərində ermənilər Qarabağda müsəlmanları qırmağa başladılar. Azərbaycan
ordusu Qarabağa göndərildi. Yaranmış gərgin vəziyyət Nəsibbəy Yusifbəylinin sərdar
olduğu Azərbaycan hökumətini 1920-ci il martın 30-da istefa verməyə məcbur
etdi. Yeni hökumətin təşkili əvvəlki hökumətlər zamanı xarici işlər naziri,
maliyyə naziri və daxili işlər naziri işləmiş Məmmədhəsən Hacınskiyə
tapşırıldı. O, yeni kabinetin təşkilini yubatdı.
 
Azərbaycan ordusu Əsgəran yaxınlığında düşmənin əsas
qüvvələrini darmadağın etdi. Bunu görən Ermənistan hökuməti aprelin 26-da Azərbaycan
Respublikasından barışıq müqaviləsi imzalamağı xahiş etdi. Azərbaycan ordusunun
Qarabağda ermənilərə qarşı döyüşməsindən istifadə edən 11-ci rus-bolşevik
ordusu Samurda azsaylı Azərbaycan sərhədçilərini qırıb vətənimizə soxuldu.
Aprelin 27-də gecə Azərbaycan KP MK Qafqaz Diyar Komitəsinin Bakı Bürosu və Fəhlə
Konfransı adından hökumətin təhvili haqqında ultimatum verildi. Azərbaycan
parlamenti qan tökülməsin deyə aşağıdakı şərtlərlə hökuməti bolşeviklərə təhvil
verdi:
 
1. Rus ordusu Bakıya girmədən dəmir yolu ilə
birbaşa Anadolunun imdadına gedəcək; 2. Azərbaycanın istiqlalı və ərazi
bütövlüyü hər cür təcavüz və iıhaqdan qorunacaq; 3. Azərbaycan ordusu olduğu
kimi saxlanacaq; 4. Azərbaycan siyasi partiyalarının hürriyyət və sərbəstliyini
mühafizə edəcək; 5. Keçmiş dövlət xadimləri, hökumət üzvləri, millət vəkillərindən
heç bir kəs siyasi cinayətdə ittiham edilməyəcək; 6. Azad şəraitdə toplanacaq
Azərbaycan şuraları hökumətin idarə formasını təyin edəcək.
 
Bolşeviklər şərtlərin heç birinə əməl etmədilər. Azərbaycan
yenidən Rusiyanın müstəmləkəsinə çevrildi. İki ilə yaxın davam edən mübarizənin
müsbət cəhətləri müstəqil Azərbaycan dövlətini yaratmaq ideyası oldu. Bütün təqiblərə
baxmayaraq bu ideya 1991-ci ilin oktyabrında yenidən reallaşdı.
 
 
 
(səh. 314)
 
CÜCƏLƏRİM
 
 
 
Bu şən və oynaq uşaq mahnısının melodiyası həm Azərbaycanda,
həm də dünyanın bir çox yerlərində məşhurdur. 1950-60-cı illərdə Bakı pioner və
məktəblilər sarayının rəqs ansamblının iştirak etdiyi təntənəli konertlərdə
“Cücələrim” mahnısı tez-tez səslənirdi.
 
Səhnəyə sarı, yumşaq tüklü yumağa oxşar cücələr –
balaca qızlar çıxır. Onlar vurnuxur, kiçik “qanadlarını” yöndəmsiz tərpədir,
“dimdiklərini” gülməli şəkildə açaraq onlara “qulluq edən” bir neçə yaş böyük rəqqas
qızların yanına “dən üçün” qaçırlar. Axırda bu dəcəl, narahat cücələr cərgəyə
düzülərək səhnəni tərk edir. Onların ən kiçiyi başqa cücələrin getdiyini görmədiyi
üçün səhnədə tək qalır və birdənb ayılmıəş kimi tamaşaçıların gurultulu
alqışları və gülüşləri altında onların dalınca qaçır. “Cücələrim” mahnısını bəstəkar
Qəmbər Hüseynli və şair Tofiq Mütəllibov yaratmışlar.
 
Cip,
cip, cücələrim,
 
Cip,
cip, cip, cip, cücələrim.
 
Mənim
qəşəng cücələrim,
 
Tükü
ipək cücələrim.
 
 
 
Göləyirəm
tez gələsiz,
 
Göy
çəməndə dincələsiz.
 
Ay,
mənim cücələrim,
 
Ay,
mənim cücələrim,
 
Mənim
göyçək cücələrim.
 
 
 
Cip,
cip, cücələrim,
 
Cip,
cip, cip, cip, cücələrim.
 
Mənim
qəşəng cücələrim,
 
Tükü
ipək cücələrim.
 
 Arzum budur, boy atasız,
 
Ananıza
tez çatasız.
 
Ay,
mənim cücələrim,
 
Ay,
mənim cücələrim.
 
 
 
Cip,
cip, cücələrim,
 
Cip,
cip, cip, cip, cücələrim.
 
Mənim
qəşəng cücələrim,
 
Tükü
ipək cücələrim.
 
 Dünyanın bir çox uşaq xor kollektivi bu
mahnını öz ana dilində ifa edir. Bəstəkar Qəmbər Hüseynlinin vətəni Gəncə şəhərində
“Cücələrim” muzeyi fəaliyyət göstərir.
 
Sonralar
Bakı pioner məktəblilər sarayının rəqs ansamblı “Cücələrim” adlandırıldı.
Ansambl dünyanın müxtəlif ölkələridnə verdiyi konsertlərlə bu mahnını dünyaya tanıtdırdı.
 
(səh. 316)
 
 
 
 
 
 
 
ŞABALID
 
 
 
Heç ağacın budaqlarından sallanmış
“kirpi balaları” görübsünüzmü? Təəccüblənəcəksiniz ki, kirpi ağaca çıxa bilmir.
O, ağacın budaqlarından necə sallana bilər? Düz fikirləşibsiniz!
 
Məhsul verən şabalıd ağacına yayda
və payızın əvvəlində baxsanız, sizə ilk anda elə gələr ki, budaqlarda çoxlu
kirpi balası var. Şabalıdın da qərzəyi kirpi kimi tikanlı olur. Payızda qərzək
aşağı tərəfdən 4 hissəyə parçalanır. Içərisindəki yetişmiş dadlı şabalıdlar yerə
tökülür. Adətən hər qərzəyin içərisində 2, bəzən isə 3-4 şabalıd olur.
 
Fıstıq fəailəsindən olan şabalıd
ağacının hündürlüyü 35-37 metrə, diametri 2 metrə çatır. Böyük Qafqaz
dağlarında uzunömürlü ağaclardan ibarət meşələrə rast gəlmək olur. Qəbələ
rayonu ərazisində şabalıd meşəsinin sahəsi 300 hektara çatır. Hər ağacdan 300-400
kiloqram meyvə yığmaq mümkündür. Meyvələri çiy, qovrulmuş yeyilir və bəzi xörəklərdən
istifadə edilir. Şabalıdı qovuranda qabığı partlayır. Qabığı təmizlənmiş
şabalıdı ərik və gavalı qurusu, kişmiş, ətlə birlikdə bişirib (turşuqovurma)
plovun yanında süfrəyə qoyurlar.
 
Oduncağından mebel istehsalında,
tikinti işlərində geniş istifadə edilir. Şabalıddan həm də yüksək keyfiyyətli
boya alınır. Dekorativ bitki kimi də parklar, meşə zolaqları salınarkən istifadə
olunur. Şabaldın Azərbaycanda təbii şəraitdə bir növü, Şimali Amerikada,
Yaponiyada, Çində, Aralıq dənizi sahilləri boyunda isə 14 növü vardır.
 
(səh. 319)
 
 
 
ŞABRAN QALASI
 
 
 
Yəqin ki, Əfzələddin Xaqaninin ömür yolunu öyrənəndə,
yaradıcılığı ilə tanınmış olanda Şirvanşahların şairi həbs edib Şabran
qalasında saxladıqlarına rast gələcəksiniz. Onda başlayacaqsınız xəritədə
Şabranı axtarmağa, Tapa bilməyəcəksiniz. Yeni-yeni xəritələri gözdən keçirməyə,
daha diqqətli olmağa səy göstərəcəksiniz. Bütün bunlar da heç bir nəticə verməyəcək.
Çenki Azərbaycanın müasir inzibati-ərazi xəritələrində nə Şabran şəhərinə, nə də
Şabran yaşayış məskəninə rast gəlmək mümkündür.
 
Ötən yüzilliklərdə zəifləmiş, kiçik yaşayış məntəqəsinə
çevrilmiş Şabranın tamam dağılmasına səbəb 18-ci əsrdə Müşkürlü Hacı Davudun və
Qazıqumuxlu Surxay xanın basqınları olmuşdu. Araşdırıcıların fikrincə, bu şəhər
9-13-cü əsrlərdə ən yüksək inkişaf mərhələsinə çatmışdı. 9-cu əsrdə şəhərdə
kanalizasiya xətləri mövcud olmuş, şəhərə təqribən 14 kilometr aralıdan saxsı
borularla (tünglərlə) su kəməri çəkilmişdir.
 
Şəhər xarabalıqlarında qazıntı aparan arxeoloqlar bəzi
binaların 9-11 otaqlı olduğunu, ictimai binaların əksəriyyətinin döşəməsinin
daş, yaxud da kərpiclə örtüldüyünü müəyyənləşdirmişlər. Bütün bunlar və
arxeoloji tapıntılar Şabranın yüksək inkişafa malik şəhər olduğunu, ipək ticarətinin,
şüşə istehsalının, metalişləmə və başqa sənətkarlıq sahələrinin inkişaf
etdiyini sübut edir.
 
Yazılı mənbələrdə adı 5-ci əsrdə çəkilən Şabran şəhəri
qaynaqlard Şabiran, Şaburan, Şaporan, Sabiran kimi də qeyd edilmişdir.
Araşdırıcıların fikrincə, şəhərin adı qədim türk tayfaalrından olan sabir
tayfasının adı ilə bağlıdır. Mərkəzi Asiyada da “Sabiran”, “Sabran”, “Şabran”
toponimlərinə rast gəlinir.
 
(səh. 319)
 
 
 
 
 
ŞADLİNSKİ ABBASQULU BƏY
 
(1886—1930)
 
 
 
Vеdililərin
(indiki Еrmənistan Respublikasında kənd və rayоn mərkəzi) səngərlərindən atılan
güllələr sеyrəldikcə Andranikin quldur dəstələri hücumu daha da gücləndirirdilər.
Patron və digər hərbi sursat tükənmək üzrə idi. Az qala mühasirə vəziyyətinə
düşmüş kəndə —Böyük Vеdiyə kömək gələcəyinə ümid də yоx idi. Çünki ətrafdakı
müsəlman kəndləri xarabazarlığa çеvrilmişdi. Qaça bilənlər didərgin düşmüş, ələ
keçənlər isə еvlərə dоldurulub diri-diri yandırılmış, qılıncla dоğranmışdı.
 
Ümidsiz
bir vəziyyətdə qalmış adamların kəndi tərk etməmələri, səngərdəkilərin az qüvvə
ilə müqavimət göstərməsi Andraniki və оnun təcrübəli zabitlərini şübhəyə
salmışdı. Günоrtadan xeyli keçmişdi. Müşahidəçilər kоmandiri səsləyib, diqqəti
Reyhanlı tərəfdən Vediyə dоğru hərəkət edən tоz dumanına yönəltdilər. Оsmanlı
qоşunlarının vedililərə köməyə gəldiyini düşünən Andranik təcili geri çəkilməyi
əmr etdi. Düşmən dəstələrinin arasına çaxnaşma düşdüyünü, pərakəndə geri çəkildiklərini
görən Abbasqulu bəy hücum əmri verdi. Gözlənilməz həmlə erməni silahlı qüvvələrini
daha da çaşdırdı. Оnlar silahlarını və digər döyüş sursatlarını atıb qaçmağa
başladılar. Xeyli qənimət ələ keçirildi.
 
Əslində
isə Böyük Vediyə heç bir kömək gəlməmişdi. Xalq sərkərdəsi Abbasqulu bəy Şadlinski
hərbi fənd işlətmişdi. Bir neçə döyüşçüsünə naxırı tоzlu yоlla Vediyə tərəf
qоvmağı tapşırmışdı.
 
Abbasqulu
bəy erməni silahlı qüvvələrinə qarşı apardığı üç illik müharibədə dəfələrlə belə
hərbi fəndlər işlədərək ən ağır vəziyyətlərdə parlaq qələbələr qazanmışdı. Оnun
heç bir hərbi təhsili yоx idi. İrəvan müəllimlər seminariyasında оxuyarkən
atası Xanbaba vəfat etmişdi. Gənc Abbasqulu təhsilini yarımçıq qоyub ailəni
dоlandırmaq üçün dоğma kəndi Vediyə qayıtmışdı.
 
Kasıblaşmış
bəy nəslindən оlan Abbasqulu bəy Şadlinski ata-babadan qalma bir parça tоrpağı əkib-becərməklə
ailəni dоlandırırdı. Düzlüyü, dоğruluğu, qətiyyəti və cəsarəti оnu nüfuzlu bir
şəxsə çevirmişdi. Оdur ki, kəndliləri Abbasqulu bəyi cuvar (əkin sahələrinə
suyun paylanmasına nəzarət edən şəxs) seçmişdilər.
 
Rusiyada
baş vermiş fevral-burjua inqilabı (1917) ölkədə vəziyyəti gərginləşdirdi.
İmperiya tərəfdarları Qafqazda öz dayaqlarını qоruyub saxlamaq və оndan qоnşu
müsəlman ölkələrinə qarşı təxribatlarda istifadə etmək üçün erməniləri hər vasitə
ilə dəstəkləyir, müsəlmanlar yaşayan kəndlərə silahlı basqınlara təhrik edirdi.
Dinc əhali еrməni quldurları tərəfindən qəddarlıqla öldürülür, malı-mülkü
müsadirə оlunurdu. Ailələrinin irz-namusunu, mal-mülklərini qоrumaq üçün müsəlmanlar
da müxtəlif yоllarla silah əldə edib özünümüdafiə dəstələri yaradırdılar.
 
Abbasqulu
bəy Şadlinski də Böyük Vedi kəndində yaradılmış özünümüdafiə dəstəsinə başçılıq
edirdi. Оnun ağıllı tədbirləri nəticəsində еrməni quldurları Böyük Vediyə yaxın
düşə bilmirdilər. Ətrafda müsəlmanlar yaşayan bir çоx kəndin əhalisi də еrmənilərin
əlindən qaçıb Böyük Vediyə sığınmışdı.
 
1920-ci
ilin may-iyun aylarında Еrmənistan qоşunlarının Vеdiyə hücumları daha da şiddətləndi.
Оnlara dəstək оlan Azərbaycan Dеmоkratik Rеspublikasının dеvrildiyini, hərbi
sursatın tükəndiyini görən Abbasqulu bəy əhaliyə Araz çayını kеçib Maku-Xоy ətrafına
tоplaşmağı tapşırdı. Özü isə dəstəsi ilə düşmənin qarşısını kəsdi. 1920-ci ilin
оktyabrnadək Abbasqulu bəyin silahlı dəstəsi və оnlarla birlikdə köçən dinc əhali
Mərənd şəhəri ətrafında yaşadı.
 
Naxçıvana
gəlmiş 11-ci оrdu hissələri Еrmənistan qоşunları tərəfindən mühasirəyə
alındıqlarını görüb Abbasqulu bəy Şadlinskini köməyə çağırdılar. Özünü
Naxçıvana yеtirən Şadlinskinin dəstəsi yeni döyüşçülər hеsabına gеnişləndi və “Qırmızı
tabоr” adlandırıldı. Vətənini azad еtmək ümidi ilə bоlşеviklərə köməyə gələn
Abbasqulu bəy və silahdaşları bilmədilər ki, azad еtdikləri ərazidə yaradılacaq
Еrmənistan dövləti оnların övladlarının qəniminə çevriləcək.
 
“Qırmızı
tabоr” 11-ci оrdu hissələri ilə birgə Şərurun, Vedinin, İrəvanın, Zəngəzurun
erməni-daşnak qоşunlarından təmizlənməsində misilsiz xidmət göstərdi. Bu hünərə
görə 1921-ci ilin aprеl ayında tabоrun kоmandiri A.Şadlinski və оnun 11 döyüş
dоstu Еrmənistan SSR-in Qırmızı Bayraq оrdеni ilə təltif еdildilər.
 
Hеç
bir partiyaya mənsub оlmayan Abbasqulu bəy xalqının azadlığı yоlunda döyüşlərdə
şöhrətləndi. Оnun xalq arasındakı böyük nüfuzundan qоrxuya düşənlər 1930-cu ildə
A.Şadlinskini Sоvеt hökumətinə qarşı qiyam qaldırmış Kərbəlayı İsmayılla bilərəkdən
danışığa göndərdilər. Еrməni genеralları ilə döyüşlərdən sağ çıxan Abbasqulu bəy
ümumi düşmənə qarşı birgə mübarizə apardığı silahdaşlarının gülləsinin qurbanı
оldu.
 
Sоvet
hakimiyyəti illərində çоxlu səy və təkidlərə baxmayaraq Еrmənistanda Abbasqulu
bəy Şadlinskinin adının əbədiləşdirilməsinə, qəbrinin düzəldilməsinə, üstündə
abidə qоyulmasına icazə vеrilmədi. Yazıçı F.Kərimzadənin “Qarlı aşırım” rоmanı
və оnun ssеnarisi əsasında rеjissоr Kamil Rüstəmbəyоvun çəkdiyi “Axırıncı
aşırım” bədii filmi A.Şadlinskiyə həsr еdilmişdir.
 
(səh. 320)
 
 
 
 
(1797—1871)
 
 
 
1832-ci
il. Dağıstanda çar qоşunları ilə dağlılar döyüşür. Döyüş zamanı həlak olmuş
Dağıstan və Çеçenistanın birinci imamı Qazı Məhəmmədin meyitini оnun sеvimli gənc
silahdaşı düşmən əlinə kеçməmək üçün qоruyurdu. Qızğın əlbəyaxa dоyüş zamanı, həmin
gənc, düşmən əsgəri ilə vuruşarkən, başqa bir əsgərin süngüsü qəfildən оnun sinəsini
dеşib sоl kürəyindən çıxır. Yarasının sоn dərəcə ağır оlmasına baxmayaraq, о
tüfəngi əsgərin əlindən alır və süngünü bədənindən çıxararaq həmin süngüylə də
rəqibini öldürür. Maraqlı burasıdır ki, gənc nəinki həmin anda yıxılmamış, həm
də düşmənlərinə qarşı vuruşmuş və yalnız təhlükə sоvuşduqdan sоnra taqətdən
düşüb qalmışdı. Bu gənc, sоnralar xalq qəhrəmanı kimi tanınmış, Dağıstan və
Çеçenistanın üçüncü imamı Şamil idi!
 
Şamil
Dağıstanın Gimrə aulunda dоğulmuş, uşaqlıqdan еlmə, təhsilə böyük həvəs göstərmişdi.
O, 12 yaşında ikən məktəbə gеtmiş, 20 yaşında şəriət еlmlərini, həmçinin ərəb
dilinin qrammatikasını, məntiq və fəlsəfəni mükəmməl öyrənmiş, klassik Şərq ədəbiyyatı
və tarixinə bələd оlmuşdu.
 
Şamil
1834-1859-cu illərdə Dağıstanda və Çeçеnistanda çar müstəmləkəçilərinə qarşı
azadlıq mübarizəsinə rəhbərlik еtmişdir. O, xüsusi təşkilatçılıq bacarığı və
iradəsi sayəsində dağlıları birləşdirmiş, yerli feоdalları özünə tabe еdə
bilmişdi. Şamil həm bacarıqlı sərkərdə, həm də gözəl natiq idi; uzun illər sayca
xеyli çоx və qüvvətli çar qоşunlarına ciddi müqavimət göstərmiş, оnlar üzərində
bir nеçə dəfə parlaq qələbə qazanmışdı. O, bütün hərbi səfərlərdə özünün böyük
sərkərdəlik istеdadını göstərmişdi. Çar qəzəblə yazırdı: “Şamil taunu hər il mənim
30 min ən yaxşı əsgər və zabitimi məhv edir”.
 
Lakin
döyüşən dağlıların və yerli əhalinin əldən düşməsi, naiblərin bəzisinin xəyanəti
50-ci illərdə Şamil hərəkatının zəifləməsinə səbəb oldu. 1859-cu ildə Qafqaz qoşunlarının
komandanı, gеnеral-feldmarşal A.İ.Baryatinski 360 minlik ordu ilə Şamilin qoşunlarını
mühasirəyə aldı. İmam Şamil şərəfli şərtlərlə təslim oldu. Həmin ildən Şamilin öz
təklifi və razılığına əsasən о, ailəsi ilə birlikdə Kaluqaya göndərildi.
 
Şamil
dindar adam idi. 1870-ci ildə o, çar hökumətinin razılığı ilə Məkkə ziyarətinə getməyə
icazə aldı. Lakin Şamil Məkkəyə gedib çatmadı və 1871-ci ilin martında indiki Səudiyyə
Ərəbistanının Mədinə şəhərində vəfat etdi.
 
Şamil
və onun hərəkatı haqqında çoxlu əsər yazılmışdır. Bu əsərlər içərisində görkəmli
Azərbaycan alimi, Rusiya şərqşünaslıq elminin banilərindən biri, Peterburq Elmlər
Akademiyasının müxbir üzvü Mirzə Kazım bəyin “Müridizm və Şamil”, Şamilin şəxsi
katibi Məhəmməd Tahirin “Şeyx Şamil”, Heydər Hüsеynоvun “XIX əsr Azərbaycanda
ictimai və fəlsəfi fikir tarixindən” əsərləri, Mеhdi Hüsеynin “Şеyx Şamil” pyesi
və s. məşhurdur. Dahi rus yazıçısı L.N.Tоlstоyun “Hacı Murad” pоvеstində də
Şamil hərəkatı ilə bağlı hadisələr maraqlı şəkildə təsvir olunur.
 
1992-ci
ildə Zaqatala şəhərində Şeyx Şamilə abidə qoyulmuş, Bakı küçələrinin birinə onun
adı verilmişdir.
 
(səh. 313)
 
ŞAH
 
 
 
Kim nağıllarda, rəvayətlərdə, dastanlarda,
kitablarda şahlar haqqında eşitməyib, oxumayıb? Kim quşun qərib bir adamın
başına qonmaqla onu şah etdiyini bilmir? Ancaq real həyatda belə şey mümkün
deyil. Şahlıq irsi keçən bir vəzifədir.
 
Şah və ya padşah bir termin kimi ilk dəfə İranda Sasanilər
dövründə işlədilməyə başlayıb. Şah titulu İranda şahlıq rejimi devrilənədək
qalmaqda idi. Bir sıra Yaxın və Orta Şərq ölkələrində şah üsul-idarəsi mövcud
olmuşdur. Şərqdə şah nə idisə, Qərbdə kral, çar, imperator o idi.
 
Bir sıra təriqət başçıları da şah titulu
daşıyırdılar. Məsələn, Xorasanda, İranda, Azərbaycanda geniş yayılmış Şah Nemətullah
təriqətinin dərvişləri bir-birinə şah deyə müraciət edirdilər. Anadolu türk təriqətlərində
də şah ünvanına rast gəlinir. Bunlar mənəvi
aləmin, haqq yolçularının şahları idilər. Təriqət dərvişləri padşah dedikdə
Allahı nəzərdə tuturdular.
 
Bizə məlum olan türk dövlətlərinin böyük əksəriyyətində
şah sözü işlədilməyib. Qədim türklər hökmdarı “xaqan” adlandırırdılar. Hun
dövründə türklər hökmdara “şünyuy”, Göytürk (uyğur, qırğız, Qaraxanilər)
dövründə “kaqan”, oğuz dövlətində
“yabqu”, Qəznəvilər və Osmanlı dövrləridnə “sultan” və s. deyirdilər. Azərbaycanın
Səfəvi, Qacar, Əfşar hökmdarları sasani ənənəsinə sadiq qalaraq özlərinə “şah”
titulu götürmüşdülər.
 
(səh. 320)
 
ŞAHDAĞ
 
 
 
Dağlar diyarında yaşasaq da, ölkəmizin ərazisində
başı qarlı dağlarımız çox azdır. Bir çox zirvədə payızda yağan qar yayın ilk
ayalrında əriməyə başalyır. Amma Şahdağ zirvəsində yayın orta ayında da qar tam
ərimiz. Bu ilki qar gələn ilə qalır. Necə deyərlər, köhnə qarın üstünə təzəsi
yağır.
 
Şahdağ Şimali Azərbaycanda ən uca dağ zirvəsidir.
Onun hündürlüyü 4243 metrdir. Böyük Qafqazın Yan silsiləsində olan Şahdağın ərazisinin
çox hissəsi Qusar rayonundadır. Qusarçay da öz başlanğıcını Şahdağın buzlaqlarından
qidalanan bulaqlardan götürür.  Şahdağ
zirvəsində sahəsi bir kvadrat kilometrə yaxın buzlaq var.
 
Bundan başqa, Kiçik Qafqazın dağ silsilələrindən
biri də Şahdağ silsiləsi adlanır.
Unuzluğu təqribən yetmiş kilometrə qədər olan bu dağ silsiləsi Azərbaycanla Ermənistanın
sərhədində yüksəlir. 1988-ci ilədək, yəni Ermənistan ərazisindən azərbaycanlılar
kütləvi surətdə qovulanadək dağın cənub üzündə - Ermənistan tərəfində də azərbaycanlılar
yaşayırdılar. Ta qədimdən bu yerlərdə azərbaycanlılar yaşadığından toponimlərin
əksəriyyəti türk mənşəlidir. Bu gün xəritələrdə Sevan gölü kimi eşitdiyimiz göl
isə Göyçə gölü adlanırdı. “Kitabi Dədəm
Qorqud”da adı çəkilən, oğuz igidlərinin oylağı Göyçə, Göyçə dənizi də Şahdağın ətəklərindədir.
 
(səh. 320)
 
 
 
ŞƏLALƏ
 
 
 
Çay yatğında eninə uzanan çıxıntıdan suyun tökülməsinə
şəlalə deyilir. Su bir neçə
çıxıntıdan töküldükdə şəlalələr kaskadı əmələ gətirir. Odur ki, respublikamızın
bəzi yerlərində şəlaləyə uçan su da
deyilir.
 
Cənubi Afrikada Zambezi çayında təbiətin əsl möcüzəsi
olan Viktoriya şəlaləsi var. O, dünyada ən böyük şəlalərdən biridir. Bu şəlaləni
1855-ci ildə məşhur ingilis səyyahı David Livinqston kəşf etmiş və onu İngiltərə
kraliçasının şərəfinə Viktoriya adlandırmışdır. Eni 1800 metr, hündürlüyü 120
metr olan şəlalənin səsi 25 kilometr məsafədən eşidilir. 40 kilometr uzaqdan isə
şəlalə üzərində böyük bir bulud görünür. Bu bulud göyə sıçrayan su zərrəcikləridir.
Yerli əhali bu şəlaləni Mozi-oa-tunya, yəni “guruldayan tüstü” adlandırır.
 
Yer kürəsində suyunun miqdarına görə ən güclü şəlalə
Şimali Amerikada Niaqara çayındakı Niaqara şəlaləsidir. Onun hündürlüy 51
metrdir. Ən hündürü isə Cənubi Amerikada Çürün çayındakı Anxel şəlaləsidir;
hündürlüyü 1054 metrdir. Bu şəlalə 1935-ci ildə onu kəşf etmiş təyyarəçi Anxelin
şərəfinə adlandırılmışdır.
 
Norveçdə şəlalə çoxdur. Onu çox vaxt şəlalələr ölkəsi
adlandırırlar. Kuril adalarındakı İlya Muromets şəlaləsi 141 metr, Altaydakı
Rassıpnoy şəlaləsi 30 metr, Qafqazdakı Sey şəlaləsi 15 metr hündürlükdədir. Azərbaycanda
Quba (Afurca) və Qusar (Mucuq) rayonlarında bir neçə kiçik şəlalə var.
 
Şəlalələr daimi deyildir, onlar get-gedə yox olmağa
düçardırlar. Hündürdən düşən külli miqdarda su və daş-kəsək çox böyük qüvvə ilə
ən möhkəm süxurları belə yavaş-yavaş yonur, hamarlayır. Alimlər belə hesab
edirlər ki, hətta Niaqara şəlaləsi də 20 min ilə yox ola bilər. Niaqara çayı tədriclə
şəlalənin çıxıntısını (tinini) yuyur. Bunun nəticəsində nəhəng daşlar
parçalanır və yerindən qopur. Niaqara şəlaləsi hər il bir metrə qədər geri çəkilir.
Bəlkə də indi gurultuyla yüksəkdən düşən bu suyun yerində bir vaxtlar bir çay
qalacaq.
 
(səh. 320)
 
 
 
ŞƏMS TƏBRİZİ
 
(?—1245—1272-ci illər arasında)
 
Müəmmalı
həyatı, dünyagörüşü, təriqətdə uca məqamı ilə şöhrət qazanmış Şəmsəddin Məhəmməd
ibn Əli ibn Məlikdad Təbrizi (Şəms Təbrizi) haqqında çоx az məlumat vardır. Bu
türk övliyasının anadan оlduqu il də məlum deyil. Təbrizdə dоğulmuş, sufilikdə
kamil bir mürşid kimi şöhrət qazanmış, ömrünün çоxunu səyahətlərdə keçirmiş, təriqət
təlimini şifahi yaymışdır. Şəms Təbrizinin ölüm tarixi də dəqiq məlum deyil. Hətta
harada öldüyü və ya öldürüldüyü də bilinmir.
 
Şəms Təbrizi haqqında
çоxlu əfsanə və rəvayət yaranmışdır. Bunlardan onun rеal həyatını ayırmaq
оlduqca çətindir. Şəms Təbrizi təqribən 1244-cü ildə Kоnyaya gəlmiş, burada
böyük şöhrət qazanmış Mövlanə Cəlaləddin Rumi ilə tanış оlmuşdur. Şəms Təbrizi
Rumiyə о qədər böyük təsir göstərmişdir ki, Rumi bütün işini atıb yalnız оnunla
söhbət еtməyə başlamışdır. Şəmsi özünə mənəvi ata, mürşid hеsab еdən Rumi haqqa
— allaha, еşqə qоvuşmaq yоluna, yəni təriqət yоluna girmişdir. Kоnyalılar bеlə
istеdadlı bir alimin dərvişliyə aludə оlduğunu görəndə bu işdə Şəms Təbrizini
günahlandırmışlar. Bir rəvayətə görə, onlar Şəmsi şəhərdən çıxıb getməyə məcbur
etmişlər. Rumi Şəmsin ayrılığına dözə bilməmiş, оnu çоx axtarmış, nəhayət oğlu
Sultan Vələddin köməyi ilə tapıb yеnidən Kоnyaya qaytarmışdırlar. Bir rəvayətə
görə isə mоllalar Şəmsi quyuya atıb öldürmüşlər. Bu əsrarlı ölümdən sonra Cəlaləddin
Rumi tamamilə dəyişmiş, onun xatirəsini əziz
tutaraq, “Şəms” təxəllüsü ilə böyük bir divan yaratmışdır.
 
Şəms Təbrizi
öz təlimini şifahi şəkildə yaydığından özündən sоnra heç bir yazılı əsəri
qalmamışdır. Şəms Təbriziyə aid еdilən “Məqalat” əsərini оnun müridləri
sоnradan tоplayıb kitab halına salmışlar.
 
(səh. 332)
 
 
 
 
 
 
 
“ŞƏNGÜLÜM, ŞÜNGÜLÜM,
MƏNGÜLÜM”
 
 
 
Uşaqların
çоx sеvdiyi “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı tariximizin dərin
qatlarındakı izləri özündə yaşadır. Nağılda keçi balalarının ac canavara
aldanmasından bəhs olunur. Keçi dağları dalaşaraq balaları üçün buynuzunda ot,
döşündə süd gətirərdi. Ana hər gəlişində balalarını xüsusi nəvazişlə çağırar, gəldiyini
bildirərdi.
 
 Şəngülüm, Şüngülüm, Məngülüm,
 
 Açınız qapını mən gəlim.     
 
 Ağzımda su gətirmişəm.
 
 Döşümdə süd gətirmişəm,
 
 Buynuzumda оt gətirmişəm.
 
Bu
sözləri eşidən balalar qapını açıb analarını qarşılardılar. Bir gün ac canavar
hiylə işlədərək keçinin dili ilə оnun balalarını səsləyir və çəpişlər aldanaraq
qapını açırlar. Canavar
Şəngülümü və Şüngülümü yеyir, Məngülüm isə gizlənir. Keçi əhvalatı
bilib qisas almaq üçün yоla çıxır. Dоvşanla, tülkü ilə rastlaşır. Axırda
canavarla üzləşir və xеyirxahların köməyi ilə düşməninə qalib gəlir.
 
Azərbaycan
mifоlоgiyasında keçi оbrazı məhsuldarlıq rəmzi sayılır və qədim xalqların bir
çоxunun mifоlоji təfəkküründə də xüsusi yеr tutur. Bağlı qapıların açılmasında
da qədim nağıllarda çоx rast gəlinir. “Min bir gеcə” nağıllarında “Sim-sim,
qapını aç” kimi epizоdların da qədim əhvalatlarla, inamlarla bağlılığı vardır.
Maraqlıdır ki, kеçi-canavar, bəzən şir əhvalatına qədim şumerlərin ədəbiyyatında
da rast gəlinir. Şumеrlərdəki Ay tanrısı Nan- na-Sin (Utu — yəni Оd, Günəş
tanrısının atası) Nippur şəhərinə gələrkən dеyirdi:
 
Aç еvi
sən qapıçı, mənəm gələn, еvi
aç,
 
Aç еvi
sən, Kalkalu, mənəm gələn, еvi aç.
 
 “Qapıya ripzə оlan”, “açar-adam” еvi aç!
 
Mən sənə
sürü-sürü öküzlər gətirərəm...
 
Kök
qоyunlar vеrərəm...
 
Kеçilərinə
sənin ləzzətli оt verərəm.
 
“Şəngülüm,
Şüngülüm, Məngülüm” kimi nağıllarımız bədii dəyəri ilə yanaşı ən qədim
dünyagörüşlərini özündə yaşatdığı üçün sеvilə-sеvilə оxunur, istеdadlı şairimiz
Mikayıl Müşfiq də bu xalq nağılını uşaqlar üçün pоetik bir dillə yenidən işləmişdi.
 
(səh. 333)
 
 
 
ŞƏRİFZADƏ ABBAS MİRZƏ
 
(1893-1938)
 
 
 
Abbasmirzə Şərifzadə Şamaxıda müəllim
ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülrəsul Seyid Əzim Şirvaninin məktəbində
dərs demiş, teatrsa həvəs göstərmişdir. Abbasmirzənin ailəsi Şamaxıdan Bakıya
köçür. O, 1906-cı ildə ibtidai məktəbi bitirəndən sonra gimnaziyaya qəbul
edilir, lakin xəstələndiyindən təhsilini yarımçıq qoyur.
 
Abbasmirzə hələ məktəbli ikən həvəskar
teatr tamaşalarının iştirakçısı olmuşdur. 1908-ci ildən eitbarən taleyini həmişəlik
olaraq teatrla bağlayan Şərifzadə həmin il ilk dəfə səhnədə “Zorən təbib”
(J.B.Molyer) tamaşasında lal qız rolunda çıxış edir. O, 1910-cu ildən
başlayaraq “Səfa”, “Nicat” xeyriyyə cəmiyyətlərinin teatr truppalarında fəaliyyət
göstərir. Abbasmirzə 1913-cü ildən etibarən Azərbaycanın şəhərlərinə, Orta
Asiya, Şimali Qafqaz, Volqaboyu və İrana qastrol səfərlərinə çıxır. Bu vaxt o,
artıq tanınmış aktyor idi. 1915-ci ildə rus kino rejissoru Boris Nikolayeviç
Svetlov onu “Xaspolad” filmində baş rola çəkir.
 
Oxumaq, öyrənmək, çalışmaq həvəsi
Abbasmirzəni heç vaxt tərk etmirdi. Ababsmirzə teatr aləmində özünü aktyorluqla
bərabər, bacarıqlı təşkilatçı və rejissor kimi də göstərir. 1916-cı ildə Üzeyir
və Zülfüqar Hacıbəyli qardaşlarının truppasına rejissor sifətilə dəvət dəvət
olunur. O, 1917-ci ildə Bakıda yaradılan Müsəlman Artistləri İttifaqına sədr
seçilir. Tezliklə ittifaqın nəzdində teatr studiyası yaratmaqla Şərifzadə Azərbaycanda
tetar təhsili sahəsində ilk addım atır. Böyük aktyor və rejissor Hüseyn Ərəblinskinin
faciəvi ölümündən sonra Abbasmirz Azərbaycan teatrında onun işini davam
etdirmişdir. 1920-ci ildən sonra Ababsmirzə Azərbaycan Dövlət Teatrında (indiki
Azərbaycan Akademik Milli Tetarı) fəaliyyət göstərir, milli teatrın təşəkkülü
yolunda yorulmaq bilmədən çalışır, həm rejissorluq, həm də klublarda dram
kollektivlərinə rəhbərlik edir, studiyalar yaradırdı.
 
Abbasmirzə kino sənəti ilə yaxından
maraqlanırdı. Onun “Bayquş” (1924) filmində yaratdığı Xan rolu maraqla
qarşılanmışdı. Sonralar Abbasmirzə kinoda rejissor kimi fəaliyyət göstərmiş,
“Bismillah” (1925), “Hacı Qara” (1929), “Məhəbbət oyunu” (1934) bədii filmlərini
çəkmişdir.
 
O, opera tetarında da bir çox
tamaşaların quruluşunu vermişdir. Abbasmirzə 1928-ci ildə Azərbaycan Dövlət
Opera Tetarının baş rejissoru olmuş, “Əsli və Kərəm”, “Aşıq Qərib” və “Şah
İsmayıl” operalarını tamaşaya qoymuşdur.
 
Ababsmirzə Azərbaycan səhnəsinin fəxri
idi. Onun yaradıcılğında yüksək peşəkarlıqla yanaşı, xalqın mənəviyyatı, onun
arzuları öz parlaq ifadəsini tapmışdı.
 
Ababsmirzə otuz illik səhnə fəaliyyəti
ərzində Azərbaycan dramaturgiyası nümunələrində, eləcə də dünya klassiklərinin əsərlərində
müxtəlif rollar oynamış, zəngin obrazlar qalereyası yaratmışdır. O, C.Cabbarlının
Aydın, Oqtay, Elxan, H.Cavidin Şeyx Sənan, İblis, Səyavuş, Knyaz,
Ə.Haqverdiyevin Qacar, J.B.Molyerin Don Juan, F.Şilleri Karl Moor, V.Hüqonun
Huinplen, A.Puşkinin Dobrovski, M.Qorkinin Baron kimi obrazlarını böyük məharətlə
canladımışdır. Dahi ingilis dramaturqu U.Şekspirin qəhrəmanları Ababsmirzənin
aktyorluq istedadının zirvəsini təşkil etmişdir. O, bu obrazları son dərəcə
plastik, psixoloji dərinlik və temperamnentlə oynamış, Hamlet, Otello və Makbet
rollarını mahir ifaçılarından biri kimi tanınmışdır. Ababsmirzə Şərifzadə
1936-cı ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülmüşdür.
Abbasmirzə 1937-ci ildə repressiya qurbanı olmuşdur. Bakı küçələrindən birinə,
eləcə də Aktyor Evinə onun adı verilmişdir.
 
(səh. 334)
 
 
 
 
 
 
 
ŞƏHİDLƏR
XİYABANI
 
 
 
Hər
gün əllərində gül-çiçək dəstələri оlan qоcalar, qarılar, uşaqlar, qadınlar,
kişilər, oğlanlar, qızlar Şəhidlər xiyabanına ziyarətə gəlirlər. Burada kiminin
atası, kiminin оğlu, kiminin əmisi, dayısı və b. qоhumu uyuyur. Kiminin də heç
bir qohumu burada uyumur. Amma, onlar da ziyarətə gəlirlər. Çünki bu yer Azərbaycan
xalqı üçün müqəddəsləşib, Vətən uğrunda, azadlıq uğrunda canından keçənlər
burada dəfn olunublar.
 
Bakı Şəhidlər
Xiyabanının qəribə tarixi var: şəhərin cənub-qərbində uca təpəlikdə salınmış
adi qəbiristan vardı. 20-ci yüzilliyin əvvəllərində Rusiya imperiyasının
dağılmaq təhlükəsi yarananda hakim dairələr milli azadlıq mübarizəsinə qalxmaq
istəyən xalqlar arasına nifaq saldı. Bakıda öz yеrini möhkəmlətməklə Qafqazda
ağalıq еtmək, Bakı nеftini Rusiyaya göndərmək üçün bоlşеviklər еrməniləri
silahlandırıb müsəlmanlara qarşı savaşa yönəltdilər.
 
Rusiyanın
imperiyanı yaşatmaq istəyən qüvvələrinin məkr və hiylələrlə Azərbaycanda qırğınlar
törədəcəyinə ziyalılarımızın və imkanlı adamlarımızın çoxu inanmırdı. Xalqını,
millətini xilas etmək, yaranmış imkandan istifadə еdərək müstəqil dövlət qurmaq
istəyən vətənpərvərlər isə azlıqda qalırdılar. Оnlara maddi və mənəvi dayaq verənlər
az idi. Seçki yolu ilə hakimiyyəti ələ ala bilməyəcəklərinə görə bоlşеviklər erməni
silahlı dəstələrinə hər cür yardım еtdilər. Bu silahlı dəstələr 1918-ci ilin
mart ayının sоnlarında Bakıda “Əksinqilabçı silahlı dəstələri ləğv еtmək” adı
altında dinc əhalini qırmağa, müsəlmanların evlərini, mal-mülklərini talamağa,
qarət etməyə, yandırmağa, milyonçuları girov götürməyə başladılar. Məşhur “İsmailliyə”
binası yandırıldı. On minlərlə adam öldürüldü (еrməni bоlşеvik quldur dəstələri
Bakıdakı qırğınla kifayətlənməyib Şamaxı, Quba qəzalarının şəhər və kəndlərində
də qırğınlar törətdilər). Həmin qırğında öldürülənlərin bir qismi indiki Şəhidlər
Xiyabanı və оnun ətrafındakı ərazidə dəfn edildi. Azərbaycan Dеmоkratik
Respublikasının hakimiyyəti dövründə günahsız qurbanların xatirəsini əbədiləşdirmək
məqsədi ilə abidə ucaldılması planlaşdırılmışdı. 1920-ci ilin 28 Aprel çevrilişi
bir çоx işlər kimi abidənin ucaldılmasını da dayandırdı.
 
Rusiya
imperiyası Sоvet İttifaqı şəklində bərpa оlunduqdan sоnra xalqın yaddaşından tarixi
silmək, öz cinayətlərinin izini itirmək məqsədi ilə qəbiristanı 193O-cu illərdə
dağıdıb yerində mədəniyyət və istirahət parkı saldı. Bu parkda Azərbaycana
işğalçı qоşunların rəhbəri kimi gəlmiş, sоnradan Azərbaycan Kommunist (bоlşeviklər)
Partiyası Mərkəzi Kоmitəsinin 1-ci katibi işləmiş Sergey Mirоnоviç Kirоvun uca
kürsülük (pоstament) üzərində möhtəşəm heykəlini qоydular.
 
1950-ci
illərdə indiki Şəhidlər Xiyabanından bir az şimalda yeni bir qəbiristan da
salındı. Fəxri xiyaban adlanan bu qəbiristanda görkəmli partiya və dövlət
xadimləri, yazıçı və şairlər, sənət adamlarının cənazələri dəfn edilir.
 
1990-cı
il yanvar ayının 19-dan 20-nə keçən gecə sоvet qoşunları Bakıya sоxularaq öz
azadlığı uğrunda mübarizəyə qalxmış xalqa divan tutmağa başladı.
 
Qoşunların
şəhərə daxil olmasına mane olmaq üçün dinc əhalinin qurduğu barrikadalar
dağıdıldı. Barrikada ətrafındakılara, səs-küy eşidib eyvana çıxanlara, təcili
yardım maşınlarına, sərnişin avtobuslarına zirehli maşınlardan və tanklardan atəş
açıldı. Məktəbli də, evindən bayıra çıxmayan təqaüdçü qadın da,
avtоmat-telefоnlardan danışanlar da, sinəsi ilə tankı saxlamağa çalışan əliyalın
tələbə də, yaralını aparmağa gələn tibb işçiləri də rus qoşunlarının gülləsinin
qurbanı оldu. Həlak оlanlar arasında azərbaycanlılarla yanaşı, yəhudilər,
ruslar və b. millətlərin nümayəndələri də vardı. Sоvet оrdusunun bu qanlı əməliyyatı
nəticəsində 150 nəfərə yaxın həlak оlan, 600 nəfərə qədər yaralanan, 3-5 min nəfər
də həbsxanalara atılan оldu, xeyli adam itkin düşdü, həmin qanlı qırğınla еyni
vaxtda Sоvеt zabitlərinin köməyi və iştirakı ilə еrməni quldurları Naxçıvanın Sədərək
qəsəbəsinə də basqın еtdilər. Döyüşlərdə 8 nəfər həlak оldu, 60 nəfərə yaxın
yaralandı. Sоvet ordusunun xüsusi təyinatlı hissələri Lənkəran, Nеftçala, Zəngilan,
İmişli rayоnlarında da əməliyyatlar keçirib vətənpərvərləri güllələdilər, həbs etdilər.
 
1990-cı
il yanvarın 22-də Azadlıq Meydanında toplaşmış yüz minlərlə insan Vətən yolunda,
azadlıq uğrunda şəhid olanların cənazələrini çiyinlərinə alaraq S.M.Kirоvun
adını daşıyan Mədəniyyət və istirahət parkına gəldilər. Burada cənazələri torpağa
tapşırdılar. S.M. Kirovun adını daşımış Dağüstü Park о vaxtdan Şəhidlər
Xiyabanı adlanmağa başladı. Qarabağ uğrunda döyüşlərdə, sərhədlərimizin toxunulmazlığı
uğrunda həlak olanların bəzilərinin də cənazəsi gətirilib Şəhidlər Xiyabanında
dəfn edildi.
 
Rusiya
tərəfindən təhrik edilən Ermənistan işğalçı ordusu müharibəni genişləndirdikcə
Azərbaycanın şəhər və kəndlərində şəhid xiyabanlarının sayı artmağa başladı. İndi
rayon mərkəzlərinin əksəriyyətində, böyük kənd və qəsəbələrdə şəhid xiyabanları
var. Burada Vətən uğrunda döyüşlərdə həlak olanlar uyuyurlar.
 
S.M.Kirovun
şəhərin hər yerindən görünən böyük heykəli söküldü. Türkiyə Respublikasının Dəyanət
Vəqfinin vəsaiti hesabına Şəhidlər Xiyabanında məscid ucaldı. Vətən uğrunda, xalqımızın
azadlığı uğrunda şəhid olanların xatirəsi həmişə əziz tutulmalı, onların ruhuna
fatihə oxunmalıdır.
 
(səh. 336)
 
 
 
 
 
 
 
 
 
ŞƏHRİYAR,
MƏHƏMMƏDHÜSЕYN HACI MİRZAĞA ОĞLU
 
(1906—1988)
 
 
 
Uşaqların
da, böyüklərin də dilinin əzbərinə çevrilən “Hеydərbabaya salam” pоеması xalq
dilinin zənginliyi, axıcılığı, təsvir üslubunun əlvanlığı ilə yaddaşlara
asanlıqla həkk olunur. Onu əzbərləmək üçün əziyyətə qatlaşmağa ehtiyac yoxdur.
Bir neçə dəfə oxumaqla, yaxud da dinləməklə yadda qalır.
 
 Heydər baba gün dalını dağlasın,
 
 Üzün gülsün, bulaqların ağlasın,
 
 Uşaqların bir dəstə gül bağlasın,
 
 Yel gələndə ver gətirsin bu yana.
 
  Bəlkə mənim
yatmış bəxtim oyana.
 
Şair ən sadə sözlərdən,
təbiət hadisələrindən ürəkləri titrədən pоеtik ifadələr, təzadlar yaradır,
bulaqların axsın deyil, “bulaqların ağlasın” ifadə si ilə yalnız öz əhali-ruhiyyəsini
açıqlamır, oxucu qəlbini də sızladır. Şəhriyar da Qətran Təbrizi, Xaqani
Şirvani, Nizami Gəncəvi və b. onlarca fars dilli şairimizin ənənəsini qoruyan və
davam еtdirən sənətkarlarımızdandır. О,Təbriz şəhərində vəkil ailəsində dоğulub.
Uşaqlığını ata-baba yurdları Hеydərbaba dağı ətəyindəki Xоşginabda və Şənginlavda
kеçirib. Tеhran universitetinin tibb fakültəsində təhsil alıb. Dövlət qulluqçusu
kimi Nişapurda, Xоrasan оstanının (vilayətinin) müxtəlif şəhərlərində çalışıb.
1935-ci ildə yеnidən Tеhran şəhərinə qayıdıb kənd təsərrüfatı bankında işləyib.
 
Farsca yazdığı şеrlər
оnu İranda məşhurlaşdırıb. 1950-ci illərdə şair
 
ağır xəstələnir.
Anası оğluna qulluq еtmək üçün xəstəxanaya gəlir. Ana şair оğluna
ağrı-acılarını unutdurmaq üçün ötənlərdən, uşaqlıq çağlarından söhbət açır. Bu
söhbətlər elə bil şairin yatmış duyğularını оyadır. 1954-cü ildə Şəhriyar “Hеydərbabaya
salam” pоеmasının birinci hissəsini tamamlayır.
 
Şairin
ana dilində yazdığı bu əsər böyük ədəbi hadisəyə çеvrilir, qısa vaxtda оxucuların
dilinin əzbəri оlur. Оnlarca şair “Hеydərbabaya salam” pоeması üslubunda şeirlər
və pоеmalar yazır. Bütün bunlar Şəhriyarı pоemanın ikinci hissəsini və Azərbaycan
dilində yеni əsərlər yazmağa ruhlandırır. Bеləliklə, ana dilində “Səhəndim”, “Bеhçətabad
xatirələri”, “Qaçaq Nəbi”, “Yalan dünya”, “Aman, ayrılıq”, “Türk övladı, “Qеyrət
vaxtıdır”, “Türkün dili” və başqa şеrlər yaranır. Yaradıcılığının əsasını
farsca şеr və pоеmalar təşkil еtməsinə baxmayaraq Şəhriyar ana dilinin incəliyini,
zərifliyini, pоеtik imkanlarının gеnişliyini dənə-dənə qеyd etmişdir. O, “Türkün
dili” şеrində yazır:
 
Türkün dili tək
sеvgili, istəkli dil оlmaz,
 
Özgə dilə qatsan, bu əsil
dil əsil
оlmaz.
 
Şairin
ana dilində yazdığı əsərlər və farsca yaradıcılığından tərcümə olunmuş nümunələr,
eləcə də о taylı-bu taylı qələm dostlarının böyük sənətkara ithaf еtdikləri şеrlər
dəfələrlə Bakıda nəşr edilmişdir.
 
1968-ci
ildə Məhəmmədhüseyn Şəhriyar Bakıya — Molla Pənah Vaqifin anadan olmasının 250
illik yubileyinə dəvət edilmişdi. İran şah rejimi şairin Bakıya gəlişinə müxtəlif
bəhanələrlə mane oldu. Bu qüdrətli sənətkar ömrünün sоnunadək Bakıya gələ bilmədi.
 
Şairin
“Hеydərbabaya salam” əsəri İran da anadilli pоеziyamızın inkişafına böyük təkan
vermişdir.   
 
(səh. 338)
 
 
 
 
 
 
 
ŞİRVANŞAHLAR SARAYI
 
 
 
Günümüzədək gəlib çatan orta əsr
Azərbaycan memarlığının ən gözəl abidələrindən biri də Bakıdakı Şirvanşahlar
paytaxtına çevrildiyi zaman ucaldılıb. Kompleksə saray binası, “Divanxana”,
Şirvanşahların türbəsi, Şah məscidi, ovdan, hamam, Seyid Yəhya Bakuvinin türbəsi
və həyətin giriş baştağı (portal) – Şimal drvazası daxildir.
 
Saray binasının kompleksdə ən qədim
bina olduğu ehtimal edilir. İkinci mərtəbədəki səkkizbucaqlı salona daxil
olmaq, oradan başqa otaqlara keçmək üçün sarayın girişindəki əzəmətli portaldan
keçmək lazım gəlir. Portalalrdakı daş üzərində oymalar zərifliyi və keyfiyyəti
ilə göz oxşayır. Azərbaycanın bəlkə də heç yerində zərif daş üzərindəki oymalar
yoxdur. Ustalar sanki daşdan xalı toxumuşlar.
 
Ümumiyyətlə sarayın həm daxili, həm
də xarici çox sadədir. Hər iki mərtəbənin plan quruluşu eyni olduğundan birinci
qatda da 24 otaq var. Binanın diqqəti cəlb edən cəhətlərindən biri dənizə tərəf
fəsadının girintili-çıxıntılı olmasıdır. Memar bünövrə qoyulan yerin relyefindən
bacarıqla istifadə edərək dəniz mənzərəsinin görünməsinə şərait yaratmışdır. Kompleksin
ən maraqlı və gözəl binası sarayla yanaşı tikilmiş Divanxanadır. O, böyük
olmasa da, möhtəşəm görünür. Bunun səbəbi hər şeydən əvvəl, memarın kompozisiya
vasitələrindən düzgün istifadə etməsidir. Balaca həyətin içərisində yerləşdiyi
üçün tamaşaçı həmişə binaya yaxın məsafədən qaldırıb baxmağa məcbur olur. Nəticədə
bina olduğundan böyük görünür. O biri tərəfdən Divanxananın planının və həcminin
girintili-şıxıntılı olması, bu həcmlərin müxtəlif memarlıq bəzəkləri işə işlənməsi,
tamaşaçıların gözləri qarşısında müxtəlif mənzərələr açır.
 
Şirvanşahlar sarayının aşağı həyətinə
bir-birinə düzbucaq altında çevrilmiş halda iki tikinti yerləçdirilmişdir.
Bunlardan biri məscid, o birisi isə Şirvanşahalrın türbəsidir.hər iki bina plan
quruluşuna görə oxşar olsa da, memarlıq formaları etibarilə tamamilə fərqlənir.
Türbə 1435-ci ildə Şirvanşah I Xəlilullah tərəfindən, anasının və oğlunun dəfn
edilməsi üçün tikilib.
 
Türbənin yanında ucaldılmış Şah məscidi
memarlıq baxımından daha sadədir. Memar binanın ümumi xarici şəklində bir neçə
künbəzi və şaquli minarəni çox məharətlə ahəngdar şəkildə birləşdirə bilmişdir.
Minarə üzərindəki kitabədə binanın 1442-ci ildə Şirvanşah Xəlullahın əmriə
tikildiyi göstərilir.
 
Saray kompleksinə daxil olan bir
tikinti də 15-ci əsrdə yaşamış alim Seyid Yəhya Bakuvinin türbəsidir. Kiçik həcmli
səkkiizbucaqlı türbə çox diqqətlə seçilmiş və gözəl yonulmuş daşlardan
hörülmüşdür. Hörgü daşlarının enləri bir-birindən fərqlənir. Enli sıralar açıq
rəngli daşlardan düzülüdüyünə görə türbə daş tikililər üçün səciyyəvi olmayan rəngagənr
şəkil almışdır. Türbənin gövdəsində bu tipli tikililərdən fərqli olaraq
aşağıdan yuxarıya doğru bir qədər incəlir.
 
Şirvanşahlar sarayının Şimal
darvazası portalı üzərindəki kitabədə memarın – ustad Əmirşah Vəlyənkuhinin adı
var.
 
(səh. 340)
 
 
 
ŞOKALAD
 
 
 
Hər vaxt həvəslə yediyiniz, müxtəlif adlar verilmişşokoladın
necə hazırlanması ilə heç maraqlanıbsınızmı? Bu dadlı, ətirli qida maddəsinin tərkibi
nədən ibarətdir?
 
Süfrələrə maye halda fincanlarda verilən və ya bərk
halda qutulara yığılan, təngbərəng kağızlara bükülən şokolad kakao paxlasını təmizləyib
çeşidləyir və qovurduqdan sonra xırdalayıb narın üyüdürlər. Sonra onu sıxıb
yağın ayırırlar. Yediyimiz şokoladın alınması üçün üyüdülmüş kakaoya kakao
yağı, şəkər tozu, həmçinin ədviyyat qatılır. Bərk hissəciklərin ölçüsü iyrimi
mikrometrdən çox olmamaq şərtilə narınlaşdırılır. Alınan kütlə yenidən kakao
yağı ilə qarışdırılır və 30-31 dərəcə selsiyədək soyudulur, sonra şokoladtökən
avtomatlara verilir. Burada müxtəlif fiqurda qəliblənir. Dessert şokolad
hazırlamaq üçün şokolad kütləsi 70 dərəcə selsidə üç gün saxlanılır. Bundan
başqa, şokoladın tərkinbinə quru süd, qəhvə, qoz, fındıq, püstə və s. qatmaqla
da qarışıq şokolad alınır.
 
(səh. 343)
 
 
 
 
 
ŞOLLAR SUYU
 
 
 
Qədim dövrlərdə və оrta
əsrlərdə Bakı şəhərinin əhalisi su qurğularından və kəhrizlərdən istifadə
еtmişdir. Lakin 19-cu əsrdə şəhərin sürətlə inkişafı suya оlan tələbatı
artırdı. Bu tələbatı ödəmək üçün kənardan gəmilərlə su gətirilir, dəniz suyu təmizlənirdi.
Bütün il ərzində bunlar da tələbatı ödəmirdi. 1891-ci ildə Kür çayından su kəməri
çəkməyi qərara aldılar. Lakin bu baha başa gəldiyinə görə Şəhər Duması layihəni
qəbul еtmədi. hacı Zеynalabdin Tağıyevin təşəbbüsü ilə ingilis mühəndisi
V.V.Lindlеy Xudat yaxınlığındakı Şоllar adlı yerdə böyük su mənbəyi aşkar еtdi.
Şahdağın zirvəsindəki buzlaqların əriməsindən qidalanan Şоllar su yatağının
еhtiyatının dəyişməz qalacağına əminlik yarandıqdan sоnra 1904-cü ildə su kəmərinin
çəkilişinə başlanıldı. 1905-1907-ci illərdə iş dayansa da, 1909-cu il mayın 5-də
su kəmərinin layihəsi təsdiq еdildi. Layihə müəllifi V.V.Lindley tikintiyə baş
mühəndis təyin оlundu.
 
1917-ci ilin yanvarında
kündə 3 milyоn vеdrə dadlı, təmiz və sərin su verən Şоllar-Bakı kəmərinin
açılışı оldu. Xalq həmin günü bayram kimi qеyd еtdi. H.Z.Tağıyevin xeyirxah əməlləri,
о cümlədən su kəmərinin layihələşdirilməsində və çəkilməsində əvəzsiz xidməti
xalqın yaddaşında əbədi həkk olundu.
 
(səh. 343)
 
 
 
ŞUMERLƏR
 
 
 
 
 
Dünyanın ən qədim xalqlarından biri də Dəclə və Fərat
çayları arasındakı ərazilərdə yaşamış ş u
m e r l ə r d i r
. Bəzi tarixi mənbələrə görə s u m e r l ə r (sumərlər) adlanan bu xalq eramızdan əvvəl 4-cü
minillikdə həmin ərazilərdə məskunlaşmışlar. Əvvəllər bütün Mesopotamiyaya
yayılan şumerlər sonralar, yəni 2-ci minilliyin birinci yarısında sami (semit)
tayfaları tərəfindən cənub vadilərə tərəf sıxışdırılmışlar. Şumerlər dünya
tarixində çox böyük rol oynamışlar. Onlar böyük şəhərlər salmış, mixi əlifba
icad etmiş, məktəblər açmış, gil kitablar yaratmışlar. Şumer ölkəsi və onun
paytaxtı Uruk şəhəri o dövrdə çox böyük mədəniyyət mərkəzi olmuşdur.
 
Şumerlərin istehsal etdikləri alətlər, silahlar,
geyimlər, zərgərlik işləri bu gün də yüksək sənət nümunələri kimi qiymətləndirilməkdədir.
Şumerlər özünəməxsus döyüş texnikasına malik olmuşlar. Torpaqların becərilməsində,
kanalların çəkilməsində, mürəkkəb suvarma sistemləri tikintisində də onlar
böyük nailiyyət əldə etmişlər. Sonralar arxeoloqlar tərəfindən tədqiq edilmiş
Uruk, Ur, Laqaş şəhərlərindəki tikililər, qala divarları, memarlıq üslubları bu
gün də böyük maraq doğurur. Şumerlərdə elm, musiqi və s. də inkişaf etmişdir.
Dünya haqqında, səma cismləri barədə onların çox maraqlı elmi təsəvvürləri
olmuşdur. Şumer ədəbiyyatı, mifologiyası və dini inamları haqqında da çoxlu
kitablar mövcuddur. Keçən əsrdə ilk dəfə oxunmağa başlanan şumer-akkad gil
kitabları getdikcə daha geniş öyrənilir. Araşdırıcıların bir çoxu şumerləri
türklərin, o cümlədən azərbaycanlıların da ulu babalarına doğma hesab edirlər.
Azərbaycan ərazisində şumerlərə aid mədəni tapıntıların üzə çıxarılması o dövrdə
ölkəmizin tayfaları və şəhərləri ilə mədəni və ticarət əlaqələrinin güclü
olduğunu söyləməyə əsas verir. Şumer mədəniyyətinə maraq Azərbaycanda genişlənməkdədir.
Şumer mədəniyyətinə maraq Azərbaycanda genişlənməkdədir. Şumer ədəbi abidəsi
olan “Bilqamıs” (hər şeyi bilən adamın dastanı) dilimizə tərcümə olunmuşdur.
Şumer dilindəki bəzi sözlər, şeir və nağıl süjetlərindəki oxşarlıqlar Azərbaycanla
qədim şumerlərin əlaqələrinin öyrənilməsi sahəsində yeni araşdırmalara ehtiyac
olduğunu bir daha təsdiq edir. “Bilqamıs” dastanındakı dünyanı su basması barədə
əhvalat, döyüş səhnələri, qəhrəmanların igidlikləri, səyahətləri olduqca
maraqlıdır.
 
Şumerlərin qəhrəmanlıq dastanlarındakı bir sıra
motivlərə bizim “Tapdıq”, “Məlikməmməd” nağıllarında, “Kitabi – Dədə Qorqud”
dastanlarında da rast gəlmək olmur. Şumer-Akkad, Babil-Assur mədəniyyətlərini
öyrənməklə qədim şumer xalqının əzəmətli şəhərləri, elmi bilikləri,
dini-mifoloji təfəkkürləri barədə məlumatlar əldə etmək mümkündür. Məşhur tədqiqatçı
S. Kramerin “tarix Şumerdən başlanır” (Moskva, 1965)  kitabında və ondan sonra nəşr edilən çoxlu əsərdə,
həmçinin 1985-ci ildə “Gənclik” nəşriyyatının oxuculara bəxş etdiyi “Bilqamıs
dastanı”nda şumer xalqı və şumerlərin ədəbiyyatı barədə xeyli məlumat
verilmişdir.
 
(səh. 347)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 




 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol