Uyğur ədəbiyyatında dramçılıq
   
UYĞUR ƏDƏBIYATINDA DRAMÇILIQ 


     
Əli Şamil Hüseyn oğlu          
                            
ÖZET
Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunu Azərbaycandan təxminən dörd min kilometrlik bir məsafə ayırır. Görünür eyni soydan olduğumuza görə oxşar taleyi yaşayırıq. Əlaqələrimiz bu günün sivilizasiyası ilə uyğunlaşmasa da ədəbi  əsərlərimizin adları da, mövzuları da, toponimlərimiz kimi, şəxsi  adlarımız kimi oxşardı. Bu gün Çində yaşayan soydaşlarımız  uyğur, bizsə azərbaycanlı adlanırıq. Hər birimizin də ayrıca (az qala bir-birindən tədric  olunmuş) tarixi, ədəbiyyat tarixi, dil tarixi və s. yaradılıb. Əslində  19-cu yüzilliyədək Azərbaycan ədəbiyyatı Türk ədəbiyyatından nə qədər fərqlənirdisə Uyğur ədəbiyyatı da Cığatay ədəbiyyatındarn bir o qədər fərqlənirdi.
 Dünyada  baş verən siyasi hadisələr, bizləri təsir altına alan dövlətlərin strateqlərinin hazırladığı çoxsaylı planlar isə bu fərqi artırmaga xidmət edirdi. Beləliklə, uyğur ədəbiyyatı, uyğur nəşri, uyğur poeziyası, uyğur dramçılığı və s. terminlər meydana gəldi. Uyğur ədibləri dünyanın inkişafını izləyərək Avropa ədəbiyyatının janrlarını da mənimsədilər. Bu günün uyğur dramçılığı, uyğur teatrı meydana gəldi və şöhrətləndi. Hazırda uyğur dili, ədəbiyyatı Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda və Özbəkistanda inkişaf edir və bizimlə eyni dildə danışan xalqlardan uyğurlar, qazaxlar, qırğızlar, tatarlar, özbəklər, salurlar və b. Doğu Türkistanda yaşayırlar. 
Anahtar Kelimeler: Doğu Türkistan, Sintzsyan-Uyğur, ədəbiyyat, bu günün dramçılığı, teatr, opera.
 GİRİŞ
 Çin işğalınadək - yəni 1763-cü ilədək (Türklük,1991:19) Pekinin 70 kilometrliyindən keçən Çin səddindən ta Xəzər dənizinədək olan bölgə Türkistan adlanırdı. Türkistanı Sibir, Çin, Monqolustan, Pakistan, Hindistan, Əfqanıstan, İran və s. çevrələyirdi.   Coğrafi anlamda Doğu və Batı Türkistana, onlar da kendi daxilində daha kiçik bölümlərə ayrılır. Bu bölümlərin də hər birinin öz adı var. Tarixin müxtəlif çağlarında burada neçə-neçə dövlətlər, imperiyalar yaranmış, inkişaf etmiş və çökmüşdü. Bölgədə çoxunluq Türklər olduğundan yaradılmış zənğin ədəbiyyata  da ortaq Türk ədəbiyyatının bir parçası kimi baxılmalıdır. Doğu Türkistanında klassik ədəbiyyatımızdakı ənənəvi janırlarda əsərlər  çox olsa da 1930 yıllaradək çağdaş piyeslər yox idi. 
Bu da təsadüfü deyildi. Türklərin hərbi, siyasi, mədəni çöküşü güclənən qonşu dövlətlərin yüksəlişi ilə eyni illərə təsadüf edir. Gənc Rusiya Güneyə və Doğuya doğru yürüş edib Türklərin yaşadıqları bölgələri işğal edəndə,  Çin də Doğudan Kuzey-Batıya doğru ordularını yeridirdi. Bir-birindən çox-çox uzaqda olan iki dövlət eyni vaxtda Türk bölgələrinə basqın edir, yeni torpaqlar ələ keçirirdilər. Çinlilər işğal etdikləri yerlərə yeni adlar qoyurdular: Sintzsyan! Bu da Çin dilində “yeni xətt”, “yeni sərhəd” deməkdir. (ASE,1984:452) 1884 yılında Mançu-Çin yönetimi tarafından bölgəyə Şincang və ya Xinyiang adı verilmişdir ki, bu da çincədə “yeni sınır”, “yeni kazanılan yer” anlamındadır. (Cengiz, 1997:1405)
Doğu Türkistanda 1819-1826-cı ildə Cahangir xanın başçılığı ilə çinlilərə qarşı döyüş gedəndə Qarabağda, İrəvanda, Gəncədə  Abbas Mirzənin başçılıq etdiyi hərbi hissələr  Rus ordularına qarşı vuruşurdu. 1830, 1831-ci ildə Car-Balakəni, 1831-ci ildə Lənkəranı, 1837-1838-ci illərdə Şəki və Qubanı, 1829-1861-ci illərdə Şeyx Şamilin başçılığı ilə Qafqazı bürümüş üsyanlarla Doğu Türkistandakı 1830-cu ildəki Yusif xan Xocanın, 1846-cı ildə Məhəmməd Emin Xocanın, 1855- ci ildəki Vəli Xan Törənin başçılıq etdiyi üsyanlar  necə də bir-birinə bənzəyirlər. (Türklük,1991:21) 1864-1872-ci ildə Kansu üsyanı, Salurların 1895-ci ildə Şensidəki üsyanları 19-cu yüzildə də Çin müstəmləkəçilərinə qarşı mübarizənin davam etdiyindən xəbər verir. Hətta Yaqub bəy 1866-1877-ci illərdə Doğu Türkistanın bir bölgəsində müstəqillik   əldə edib özünü Kaşğar xanı da elan etmişdi. (Kafasoğlu, 1992: 454).
Yalnız 19-cu yüzildəmi bu oxşarlıqlar baş vermişdi? Xeyr! “20-ci  yüzyılda ise Doğu Türkistanında iki  defa  Türk devleti kurulmuştu. Bunlardan ilki Doğu Türkistan Türklerinin Çin mezalümüne karşı silahlı mücadilesi neticesinde 12.11.1933 tarihinde Kaşğarda kurulan Doğu Türkistan İslam Cumhuriyetidir. Bu cumhuriyet Rus-Çin işbirliyi neticesinde 1934 tarihinde yıkılmıştır” (Kaşğarlı,1992:19) 1941-ci ilin avqustunda Sovet qoşunlarının İrana daxil olmasıyla Güney Azərbaycanda milli hərəkat güclənir və  nəticədə 1945-ci ildə S.C.Pişəvərinin başçılığı ilə yeni hökümət təşkil  edilir. 1944-cü il Oktyabrın 6-da Doğu Türkistanın  İli vilayətinin Nika qəsəbəsində  silahlı üsyana başlanılıır. Bir ay beş gündən sonra bölgənin əsas əraziləri Çin ordusundan təmizlənir. 1944-cü ilin noyabrın 12-də isə “Doğu Türkistan İnkilapçı Kurtuluş Örgütü və Ayaklanma Yetkilileri və                  Halk Temsilçilerinin yapmış olduğu tarihi  toplantıda Doğu Türkistan Cumhuriyetinin kurulduğu açıklanır.
Doğu Türkistan Cumhuriyetinin cumhur başkanlığına Elihan Töre, Cumhurbaşkanı Yardımçılığına  Hakim  Beg Hoca, Genel Sekreterliğine Abdurrauf Mahsum getirildi. Doğu Türkistan Cumhuriyeti Devlet Konseyinin 17 kişilik uyesi seçildi. Bakanlıklar tesis edildi ve bakanların tayini yapıldı... Bu tarihi toplantıda  yine günlük “Şarki Türkistan Gazetesi”ni neşretmek karara alındı”(Kaşğarlı,1993:32)
 Doğu Türkistanda da hər şey Güney Azərbaycandakına oxşar cərəyan etdiyindən   təfsilata varmağa ehtiyac duymuruq. Çünki ssenari eyni idi. Hər iki bölgədə Rusiya sitrateqləri türklərin milli hisslərindən məharətlə faydalanırdılar.
1947-ci ilin dekabrında  şah orduları Güney Azərbaycanda qurulmuş dövlətin varlığına  son qoyur və rəhbərləri, fəalları Sovetlər Birliyinə gətirilir. Güney Azərbaycanda qurulmuş, milli hökümətin rəhbəri  S.C.Pişəvərinin 1947-ci ildə Quzey Azərbaycanda avtomobil qəzası adı ilə  öldürüldüyü kimi “Doğu Türkistan Cumhuriyetinin esaslı liderlerinden reis Ahmetcan Kasimi, Milli Kurtuluş Ordusunun Komutanı general İshak bey, Komutan Yardımıçısı general Delil Han, Milli Kurtuluş Ordusunun Siyasi Komiseri Abdulkerim Abbas gibi kişilerin Pekine vardıkdan sonra Mao və Çin Kommunistlerinin Doğu Türkistan meselesindeki fikirlerine evet demesini istediler. Ama Ahmetcan Kasimi, İshak  Beg, Delil Hanlar Stalinin tavsiyelerini nazik bir üslupla redd ederek, Pekinde Çin Kommunist liderlerinden Doğu  Türkistana devlet statüsü ve bağlımsızlık isteyeceklerini bildiirdiler. Sonunda Stalin ile Mao gizli anlaşarak «uçak kazası» süsü vererek onları yok etdiler...
Sovetler Birliğinin desteğiyle Kızıl Çin Ordusu Doğu Türkistanı Ekim 1949 tarihinde işğal etti” (Kaşğarlı,1993:36)
Doğu Türkistanın son yüzilliklerine kısa bir nəzər salmamızın bir səbəbi də xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan ictimai-siyasi xadimlərin həm də millətinin maariflənməsi üçün ədəbiyyatdan istifadə etdiklərini, bədii yaradıcılqla məşğul olduqlarını, pyeslər yazdıqlarını  diqqətə çatdırmaqdır.
 ƏDƏBIYYATDA YENILƏŞMƏ
Qədim dövr türk ədəbiyyatı və dil  tarixindən yazan elə bir araşdırıcı yoxdur ki, bu və ya başqa şəkildə Orxon-Yenisey abidələrindən, Yusif Balasaqunlunun «Kutadqu-bilik», Kaşğarlı Mahmudun «Divan-i lüğat-it-türk», Əhməd Yüdəkinin «Hibət əl-həqaiq» əsərlərindən bəhs etməsin. Özbək də, qazax da, qırğız da, tatar da, qaqauz da və b. Türk kökənli olduqları ilə qürur duysalar da, bu gün hər biri özünü ayrı bir millət sayır. Amma hamısı ədəbiyyat tarixlərini yazanda ümumtürk qaynaqlarına söykənirlər.
Kaşğarlı Mahmud zamanında Türklər yaşayan bölgənin günçıxanından günbatanına atla doqquz aylıq bir yol idi. İnsanların əksəriyyəti ölənədək doğulduqları kənddə və ya şəhərdə yaşayırdı. Çox az insan ticarət və döyüşlərlə əlaqədar başqa ölkələrə gedərdi. Yəni indiki kimi əlaqələr qurmağa və davam etdirməyə şərait yox idi. Ancaq bununla belə Türklər öz dahi şəxsiyyətlərinin yaratdıqları əsərlərə yiyə durur və onu yayırdılar.
Bu gün isə bilgisayar arxasında əyləşməklə dünyanın hər hansı bir guşəsi ilə ilişki qura bildiyimiz bir zamanda Mahmud Kaşğarlının yerliləri ilə normal əlaqələr qura bilmirik. Yalnız Mahmud Kaşğarinin nəvələri uyğularlamı? Xeyr! Colan türkləri ilə də, Mosul - Kərkük - Ərbil türkləri ilə də, Balkan türkləri ilə də. Az qala Əlcəzairdə yaşayan oğuzları tamam unutmuşuq. Onlar haqqında tarix kimi danışırıq. Bu gün onlar varmı, yoxmu bilmirik. Bu barədə danışanımız yox dərəcəsindədir.
Əslində isə Orxon - Yenisey abidələrini, Mahmud Kaşqarlının «Divan-i lüğat-it-türk» əsərini ədəbiyyat tariximizə daxil ediriksə, həmin bölgədə bu gün də yaşayan soydaşlarımızın ədəbiyyatını öyrənib təbliğ etməliyik. Bununla uyğur ədəbiyyatının araşdırıcısı kimi görünmək iddiasında deyiləm. Sadəcə olaraq nüfuzlu araşdırıcılarımızın diqqətini Çindən Balkanadək uzanan məkandakı türk ədəbiyyatına yönəltmək  istəyindəyəm. Qəribə burasıdır ki, son illər Azərbaycan, özbək, qazax, qırğız, türkmən taixçiləri ah-vayla Rusiya işğalından danışırlar. Balkan Türklərinin, Üyğurların tarixçilərinin həmin dövrə dair əsərlərində də eyni sözlərlə rastlaşırıq. Sadəcə Rusiya sözü Çin, Serb, Bolqar, Yunan, Ərəb, Fars və s. sözləri ilə əvəzlənir. Əslində isə miladi 18 yüzildən Türklərin bir millət kimi sürətlə qocaldığının, çökdüyünün, tarix səhnəsindən geri çəkildiyinin şahidi oluruq.
Təfəkkür tərzimiz eyni olduğundan, eyni taleyi yaşamış, eyni cür düşünmüş, oxşar ədəbiyyat yaratmışıq. Türk dünyasınının ayrı-ayrı bölgələrində baş verənləri bütövlükdə qarşılaşdırmaq çox vaxt aparar. Ona görə də Azərbaycanla ondan az qala 4 min kilometr uzaqda olan Doğu Türküstanı müqayisə edəcəyik. 19-cu yüzildə Azərbaycanda A. Bakıxanov, M. F.Axundov, H.B.Zərdabi və başqaları Azərbaycan ədəbiyyatını, mədəniyyətini avropasayaq inkişaf etdirməyə çalışırdılar. «Gülüstan-i  İrəm», «Dərbəndnamə», «Qarabağnamə»lər, Şəki xanlığının, Quba xanlığının tarixləri kimi tarixi əsərlər yaranırdı.
Kaşqarda Abdurrahim Nizari, Turdı Qaribi, Noruzahun Ziyayi, Nazugum, Bilal Nazım, Sadir Pehlivan, Molla Şakir, Seyit Muhammet Kaşi ədəbiyyatı yeniləşdirməyə çalışırdılar. Şair Muhammet Sadık Kaşqari «Zubdetül Mesail», «Tezkere-i Eshab-i Kehif» adlı tarixi əsərləri yazır və ərəb tarixçisi Təbərinin əsərini uyğurcaya çevirir. 1830-cu ildə Molla Hocamniyaz Muhammetniyaz Kaşqarlı Fəxrəddin Əttarinin “Təzkere-i evliya” əsərinin üzünü köçürüb çoxaldır. Muhammet Abdulali Kaşqari «Tezkere-i Mevlana Fakie imam Zeynal Abidin Kağiraki», İsmail bey Binişan «Pəndnamə» adlı təsəvvüfə aid  on min misralıq didaktik fəlsəfi əsərini və «Tezkere-i Buğraxan» dastanını yazırlar. Qafur Kaşğari Mirzə Heydərin «Tarixi Rəşidi» əsərini tərcümə edir.
 Dramçılığın tarixindən
Uyğur araşdırıcılarına göre bölgede tiyatronun menşei çok eskilere uzanır. Refik Ahmet Sevengil «Türk teatrosu Tarihi. Eski Türklerde Dram Sanatı» kitabında yazır: «Çinde hükümdar olan ilk üç sülalenin kuruçuları da Türktür. Bunlar miladdan önce 2202 yılından başlayaraq miladdan önçe 250 yılına kadar hüküm sürmüşlerdir. Görülüyor ki, Çinde ilk defa tiyatrodan bahsedilmesi-yanı 1150-Türklerin idaresi zamanına aittir…. Çinde dram sanatını himaye edenler ve ilerletenler Türkler olduğu gibi, orada bu sanatı kurmuş olanlar da Türklerdir» (Sevengül, 1969:17-20)
Araştırıcı Ali Aziz ise M.Ö. 139 da Türkistana gelen ilk Çin elçisi Cang Çienin: «Uyğurlar kendi dil ve yazısına sahib olmakla kalmayıp, kendilerine özgü müzik, dans, tiyatro, ressamlık ve heykelteraşlık  alanında da  çok zengin ürünlere sahiptirler» (Aziz,1989) dayanaraq Uyğur teatrının 2000 yıldan çok yaşı olduğunu söyləyir. Bu fikirleri davam etdiren Bilge Tigin «Uyğur tiyatrosu» məqaləsində yazır: «Gerek M.S.629da Türkistana gelen Budda Rahibi Şuan Zangm hatıralarında, gerekse M.S.981de Turfana gelen Çin elçisi Vang Yendenin raporunda ve diger birçok Çin yıllıklarında benzer kaydlar bulunmakdadır. Doğu Türkistanda « Kızıl ming Öy» diye bilinen Budda tapınaqlarındakı dans ve orkestro resimleri, 8-9 yüzyıla ait 27 ülüşlük tiatro eseri «Mayturisimit»in Uyğurcaya çevrilip sahnelerde oynanması, Uyğur Türklerinin zengin tiyatrosuluk geleneğine sahib olduğunu göstermekdedir». Alman türkoloqu A.V.Gabian bu konuda daha ireli giderek yazır: «…O dönem (iç bölgeler) deki  Çinlilere nazaran, eski Sincanın (Doğu Türkistan) bedii sanatı, sessiz tiyatrosu, danslı tiyatrosu, orkestrası ve ilkel tiyatrosu büyük celbetme gücüne sahipdir. Elde bulunan elyazmalara göre Türk Uyğur alfabesinde yazılan sehne eserlerinin konusu Çince sahne eserlerininkinden üstünlük göstermekdedir». (Tigin, 346:94).
 Doğu Türkistanda tiyatronun gerilemesine sebeb kimi bölgede İslamın gelişmesi gösterilir. Eslinde tiyatro zeiflememiş sadece formasını deyişmişdi. Beleki, bölgede İslam oturuşdukca «dans, darbazlık (cambazlık), serik, konçak (kukla) oyunları, meşrep(toplu dans)lar, meddahlık, dügün oyunları, semalar gibi tiyatro unsürleri günümüzedek ulaşabilmiş ve çağdaş Uyğur tiyatrosunun temelini oluşturmuştur.» (Tigin, 346:94).
Dramaturgiyanın yaranması və inkişafı Çin işğalçılarına qarşı xalq üsyanları ilə dolayısı ilə də olsa bağlıdır. Xalq üsyana qalxanda qısa müddətli də olsa müstəqillik, muxtariyyət əldə edəndə ədəbiyyatın da gücləndiyini görürük. Ən sanballı milli və bədii dəyərli əsərlər də həmin vaxtlarda yaranır.
Çin işğalçılarına qarşı döyüşmüş Hoca Cihanın dul qadını Dilşad Sultan Pekinə aparılaraq zorla Çin imperatoruna arvad edilməyə çalışılmışdır. O, buna etiraz etdikdə zəhərləndirilərək öldürülmüşdür. “Bu, asil türk kadını Çinde ve Doğu Türkistanda iffet ve namus simvolu sayıldı. Öldürülen kocası Hoca Cihanla birlikde savaşlara katılmış, yararlıklar göstermiş olan Dilşad Sultan adına Çinde ve Avrupada edebi eserler yazıldı.” (Türklük, 1991:19)
“1827-ci il mücadilesine katılan Naziqum idi. Naziqum Kaşqardan İli vadisine sürgün edilen kadınlardan biri olub Çinlilere boyun egmedi. Gayrımüslüm biri ile evlendirilmek üçün yapılan basqılara tek başına karşı qoydu. Onun ismi uyğur halkının milli tarihinde unutulmaz iz burakdı. Çinlileri yerdiyi qoşmalar uyğur halkının kalbinde davamlı yaşadı. (Turan, 1992:769).Yeni uyğur ədəbiyyatının öndərlərindən olan, ”Müsəlmanların çinlilərə qarşı çihadı”, ”Canmoza Yusufxan” və b. mübariz poemaların müəllifi Bilal Nazım(1824-1899)  bu qəhraman qadına və həmin dövrdə xalqına tutulan divanı “Nazıqum “ povestində sənətkarlıqla qələmə aldı.(Kratkaya,1972:756) Qazaxıstanda yaşayan, Qazaxıstan SSR xalq artisti  K.Kojamiyarov 1956-cı ildə “Nazıqum” operasını yazdı.
“Doğu Türkistanda yaşamaqda olan Türklərin sayı (Uyğur Türkləri çoğunluqda olmaq üzrə qazax, qırğız, özbək, tatar) yaklaşık 30 milyon civarındadır. Bunların içinde Uyğur türklərinin sayı 20 milyona yakındır.” (Kaşqarlı, 1992:18) Buna baxmayaraq  “edebiyat ve sanat işlerinde Doğu Türkistan Türkleri real heyatı eks etdiren eserler yazma imkanına sahib deyiller”. (Dış işlerinde, 1999:5) Onu da etiraf etməliyik ki, Doğu Türkistanda Çin işğalçılarına qarşı xalqın müqavimətinə həsr edilən əsərlərin sayı Azərbaycan ədiblərinin Rusiya işğalçılarına qarşı yazdıqları əsərlərdən qat-qat çoxdur.
 Çağdaş dramçılığın yaranması və inkişafı
Doğu Türkistanın tiyatırosunun formalaşmasında və inkişafında Sovetlər Birliyində təhsil almış, yaşamış teatr xadimlərinin rolu böyükdür. «Bu sanatçılardan Mümin Efendi 1932de arkadaşlarıyla birlikde kendi yazdığı «Perixun» adlı tiyatro eserini Urumçide sahnelemiş ve böylece Çağdaş Uyğur tiyatrosu 1932den itibaren başlamış olur.
1934de kurulan «Sincan ölkilik Medeni Akartış Uyuşmisi (Doğu Türkistan Kültür Yayım Birliği) ve buna bağlı olarak Doğu Türkistanın mühtelif bölgelerinde tesis edilen «Sana-i Nefise»(«20-ci yüzilliyin başlanğıc illərində Azərbaycanda  bu adda mədəni-maarif təşkilatları vardı-Ə.Ş.) adındakı sanat heyetlerinin büyük çabalarıyla kısa bir süre içinde Urumçi, Turfan, Gulsa başta olmak üzre Doğu Türkistanın her yerinde tiyatro faaliyetleri canlanmış ve halk arasında ilgiyle izlenmişdir.» (Tigin,346:94).
 Uyğur teatr sənətciləri Avropa teatr məktəbi ilə Çinlilərin szinsilərini uyğunlaşdırmağa, sintezini yaratmağa cəhd göstərirlər. Çin aktyor sənətinin başlıca xüsusiyyəti sayılan təsəvvür olunan əşyalarla oynamaq, şərti ifadə vasitələri, üsulları, üslublaşdırılmış əl-qol hərəkətləri uyğur teatr tamaşalarını bizim alışdığımız tamaşalardan xeyli fərqləndirir.
1934-40 larda Doğu Türkistanın tiyatrolarında yerli müəlliflərin əsərləri ilə yanaşı Ü.Hacıbəyovun «Arşın mal alan» operettası və özbək şairi Həmzə Həkimzadə Niyazinin 1918də yazmış olduğu «Bay və muzdur» piyesini də böyük müvəffəqiyyətlə səhnələşdirmişlər. Həmin illərdə uyğur teatrının repertuarında «Anarhan», «Şərməndələr» (Rəzillər), «Qarip Sanem», «Perhat Şirin», «Qunçem», «Kanlık Tağ», «Şanheri keçisi» (Şanxay gecəsi) piyesləri aparıcı yer tuturdu.
 Çin cəlladlarının  həbsxanada 22 yaşında şəhid etdikləri şair Lutpullah Mutallıp 1922-ci ildə Doğu Türkistanın Gülca vilayətinə bağlı Niki nahiyəsində anadan olub. Onun «Borandın keyinki apdap» (Fırtınadan sonrakı aydınlıq), «Samsak akang qaynaydı» (Sarımsak ağabey hiddetlendi) əsərlərini (Turan, 1992: 777) uyğur dramaturgiyasının inciləri saymaq olar. Bu istedadlı şair, dramaturq, publisistin 1942de sehneleşdirilmiş «Çin Moden» (Gerçek Moden) piyesi Çin valisi Şeng Şişey tərəfindən yasaqlandı və ona qarşı başlanmış təqiblər 1945-ci ildə  həbsxanada Çin cəlladları tərəfindən öldürülməsilə bitdi.
Bu illərdə Zunun Kadır, Şükür Yalkın, Armiye Ali Sayram (Nimşehid), Ziya Semidi, Abdullah Rozi gibi yazar ve besteçilerin «Perhat Şirin», «Cahaletin cefası», «Leyli Mecnun» «Qarip Sanem», «Qunçem», «Şanheri keçisi»(Şanxay gecəsi), «Ögey ana» adlı tiyatro eserleri yıllarca sehnelerden inmemiştir. (Tigin,346:95).
Milli azadlıq mübarizəsi nəticəsində 1944-cü ildə uyğur öndərlərindən Yusuf Alptekin, Mehmet Emin Buğra, Mesut Sabri Beyköz çinlilərlə birgə qurulmuş hökumətdə yer aldılar. Senzura daha onların yazılarına əngəl ola bilmirdi. Ölkədə bir milli oyanış vardı.1947-ci ildə yeni hökümətin baş katibi İsa Yusif Alptəkin 80 nəfərlik «Sen min cu yi(üç ölkə) gənclər teatrosunu qurur. Urumçi səhnəsində Mesut Sabri Beyközün yazdığı «Niyaz qız» pyesi ilə Mehmet Emin Buğranın yazdığı «Kutlu Turkan» operasının səhnəyə çıxması uyğur dramaturgiyasının inkişafına güclü təkan verdi. (Turan, 1992:778)
Ümumiyyətlə, milli şüurun oyandığı, Çin imperiyasının zəiflədiyi 20-ci yüzilin  30-40-cı illərini uyğur dramaturgiyasının «altun dövrü» adlandırırlar. Çünki bu dövrdə Zumun Kadır, Lutpullah Mutallıp, Hamit Hakim, Ziya Səmidi, Qasımcan Qəmbəri kimi sənətkarlar «Cahaletin cəfası», «Qönçəm», «Gülnisa», «Samsak Akang qaynaydı», «Kürəş qızı», «Çin Moden», «Borandın keyinki aptap», «Qanlıq dağı», «Zülümğa zaval», «Pirixun», «Əmət Sərrap» və s. dram əsərlərini yazırlar. (Uyğur, 2001: 294) 
Çox təəssüf ki, bu yüksəliş uzun sürmədi. Sovet-Çin rəhbərlərinin birgə planı əsasında uyğur öndərləri 1949-cu il Moskvadan-Sovet hökümət rəhbərlərilə danışıqlardan geri qayıdarkən SSRİ ərazisində təyyarə qəzasına salınaraq öldürüldülər. Döğu Türkistan tamamilə Çin kommunist rejiminə tabe edildi. Bu ağır itki uyğur ədəbiyyatının da, ictimai fikrinin də itkisinə çevrildi.
 Təyyarə qəzasında həlak olanlar arasında dövlət adamı, siyasi xadim və dramaturq Mehmet Emin Buğra da vardı. Bu da dramaçılıqda bir durğunluq yaranır. Buna baxmayaraq səhnə boş qalmır. Dünya və Çin  dramaturqlarının əsərlərinin tərcümələr  edilərək səhnələşdirilməsinə başlanır. Uyğur dramaturqları sosializm realizmi adlandırılan metoda uyğunlaşaraq sinfi mübarizəni önə çəkən əsərlər yaradırlar. Bütün sahələrdə olduğu kimi dramaturgiyada da kommunist ideologiyası hakim olur. Əsərlərin əsas mövzusunu sinfi mübarizə, keçmişdə kasıbların varlılar tərəfindən istismar və təhqir edilməsi, kommunistlərin hakimiyyət uğrunda mübarizədə qazandıqları qələbələr, proletar diktaturasının dünyanı xilas edəcəyi ideyasının təbliği və bu kimi mövzular təşkil edirdi.
Bu dövrdə «Toy»(düğün), «Yeni yer», «Aşlık»(gida,ərzaq), «Ağust boranliri» (Ağustos fırtınaları), «Toy marşı»(düğün marşı), «Tamğini tartiveliş» (Mühürü elde etme) kimi səhnə əsərləri meydana gəlir. Diqqəti çəkən odur ki, yollar kəsilsə, əlaqələr qırılsa da, ayrı-ayrı imperiyaların tərkibində yaşasaq da, yaradıcı insanlarımız eyni mövzu üzərində işləyiblər. Azərbaycanda Səməd Vurğun «Fərhad-Şirin» (1941), Çinin Sintzsyan-Uyğur Muxtar Rayonunda Armiye Ali Sayram Nimşihit də «Pərhat və Şirin» , Azərbaycanda Sabit Rəhman “Toy” komediyasını (1937) 1954-cü ildə isə Zumun Kadırı «Toy içində toy» piyesi (Bu piyes «Toy» adı altında səhnələşdirilib-Ə.Ş.) yazıb. (Uyğur, 2001:295)  Zumun Kadırının sosialist inqilabının qələbəsindən bəhs edən «Toy» piyesi 1956-cı ildə Çində azsaylı xalqların dram əsərlərinin müsabiqəsində birinci yer tutub. Həmin dövrün ən yadda qalan mədəniyyət hadisələrindən biri də Əhməd Ziyainin «Rabiye Seiddin» operasının tamaşaya qoyulmasıdır.
Sosializm quruculuğuna yeni alışan ədiblər ölkəni bürüyən “mədəni inqilab”la(Kültür İhtilalı) üzləşirlər. “60-cı illərin ikinci yarısında Çində “mədəni inqilab” adı altında aparılan siyasi kompaniyada milyonlarla adam cəzalandırılmış, bütün vəzifələr ordunun əlinə keçmiş, ölkənin iqtisadiyyatına böyük zərbələr dəymişdi. Bu kompaniya gedişində ziyalılar təqiblərə məruz qalmış, mədəni nihilizm təbliğ edilmişdir. Çin Elmlər Akademiyası, ali məktəblər bağlanmış, bir sıra mədəniyyət abidələri məhv edilmiş, bir çox kitab və nəşrlər qadağan olunmuşdu.” (ASE, 1987:362)
“Mədəni inqilab” illərində uyğur səhnəsində sanballı bir əsər görünmür.  Ötənlərdə yazılmış piyeslər, hətta xalq mahnıları belə burjaziya dövrünün ədəbiyyatı, «sarı əsərlər» adlandırılaraq yasaqlanır. Yerini  «Kızıl çırak», «Akçaçlı kız» (Ağ saçlı qız), «Kızılbayrak lepildenmekte» (Kızılbayrak dalğalanmakda), «Küreş yol» (Mücadile yolu) gibi çoğu Çinceden çevrilmiş tiyatro eserleri oynanır.(Tigin,1992:346,96)  Əsas mövzusu yapon və çin millətçilərinə qarşı kommunistlərin mübarizəsinə, bu mübarizədə göstərdikləri qəhramanlıqlara, sinfi mübarizənin dünyanı xilas edəcəyinə həsr olunmuş bədii və sənətkarlıq baxımından sönük, yalnız təbliğat məqsədi daşıyan bu piyeslər özünə tamaşaçı cəlb edə bilmir.
1976-cı ildə  “Mədəni inqilab” başa çatandan sonra Çin kommunist partiyası1979da “Mədəni inqilab”ı  tənqid edən qərar qəbul etsə də, zərər çəkənlərə bəraət versə də yaradıcı insanlar asanlıqla xofdan xilas olmadılar. Buna baxmayaraq əvvəllər yazılıb səhnələşdirilmiş əsərlər yenidən tamaşaya qoyuldu, yeni əsərlər yazılmağa başlandı. Zunun Kadır, Seypidin Aziz, Ali Aziz, Əxtəm Ömər kimi dramaturqlar səhnəni canlandırdılar. Muhammətəli Zunun, Turson Yunos, Tursonxan Litıp klassik irsdən yararlanaraq günün tələblərinə cavab verən əsərlər yazdılar. Zurdun Sabir, Toxti Ayup, Səmət Duqaylı, Əxtəm Ömər, Turdı Samsaq, Hacı Əhməd kimi sənətkarlar psixoloji pyeslər yazmağa üstünlük verdilər.
Dramçılıqda Cappar Qasım, Əblət Qəyyum, Pərhat Əbohidin, Nurnisa Usman kimi gənclər gəldilər. (Uyğur,2001:297) Uyğur dramaturgiyasında tarixi dramların və zamanları bir - birinə qatan pyeslərin sayı artdı. Bu da təsadüfi deyildi. Sözünü sərbəst demək imkanı tapmayan sənətkarlar tarixə üz tutmaqla təsvir etdikləri olayların baş verdiyi ölkəni və zamanı dəyişməklə fikirlərini çatdırmaq məcburiyyətində qaldılar. Başqa sözlə, milli şüuru oyatmaq üçün bu üslub onların əlində bir vasitəyə çevrildi. Xalqa doğma olan, yüzillərdən keçib gələn süjetlər əsasında söz deməkdə mahir olan uyğur dramaturqlarının yazdıqları «Qarip Sənəm», «Pərhat Şirin», «Tahir Zöhrə» dramları uzun müddət səhnədən düşmür. Zunun Kadırının «Gülnisa», Seypidin Əzizin «Amannisa» tarixi dramı aktuallığına görə bu gün də tamaşaçı marağından uzaq deyildir.
   Muhammətəli Zunun «Məslihət çiyi», «Rabiyə Seiddin», «Muqam ustası», «Cənubtiki cən marşı», Turson Yunosin «Qanlı yıllar», «Muqam əcdatları», «Dunyavı tilsimat», Tursonxan Litıpın «Bizdə ışınəmsiz», «Qirı yigitin toyu», Cappar Qasımın «Cüləmxan», Emin Ahmetlə birgə yazdığı «Mölçərtağ boranları», (müəlliflər bu əsərin mövzusunu  Mancur sülaləsinə qarşı Uyğur Türklərinin məşhur Üçturpan üsyanından almışlar-Ə.Ş.),  Ablet Kaymin «Vətən qurbanları», Tursonxan Lıtıp və Şahidin Gövhirinin birgə yazdıqları «Çin Moden»,  Səmət Duqaylının «Sarı ölməydu», «Rabiyə Seiddin»,  Cappar Qasımın «Vicdan suti aldıda», Tuxti Ayupun «Qisas», Zurdum Sabirin «Tuman», Əxtəm Ömərin «Sırıtmaq», «Səpqəci», Pərhat Əbdurihimin «Örkəşlə», «Sayqü dəryası», Hacı Əhmət Költiqin   «Nuruqum» əsərləri ən çox  səhnələşdirilmişdir.
 «Qarip Sənəm»,  «Qanlıq yıllar», «Mölçərtağ boranları» «Çin Moden», «Qirı yigitin toyu» pyesləri dəfələrlə ölkədə keçirilən dram teatr müsabiqələrinin mükafatlarını alıb. Cumlidin «Qulam xan» operası isə «Beş min quruluş» dram mükafatına layiq görülüb. (Sultan, 1997:298)
Uyğur teatrşünasları son dövr dramçılıqdan bəhs edərkən Muhammətəli Zunun, Tursonxan Litıp və Turson Yunosə xüsusi diqqət yetirirlər.
“Əzizə”, «Rabiyə Seiddin» (müəllif bu əsərin mövzusunu 19-cü yüzildə yaşamış uyğur şairi Adurrahim Nizarinin real həyat hadisəsini özündə əks etdirən «Rabiyə Seiddin» dastanından götürüb-Ə.Ş.) “Niyətgah tumanları”, “Cənubtiki çən marşı” və başqa səhnə əsərlərinin müəllifi Muhammətəli Zunun  1939-cu ildə Kaşğar şəhərinin Saqiyə məhəlləsində kiçik alverlə məşğul olan bir ailədə doğulub. 1955-1958-ci illərdə sabiq Şincan İnstitutunun dil-ədəbiyyat fakültəsində oxuyub. Ali məktəbi bitirdikdən sonra uzun illər müxtəlif kəndlərdə ədəbiyyat müəllimi işləyib. İlk yaradıcılığa şerlə başlayan Zunun klassik irsdən səmərəli bəhrələnərək ahəngdar lirik poeziya nümunələri yaradıb. “Vüsal səhəri”, ”Gülmihçi”, “Qucaqla, o, sənin dədən” şerlər kitabını oxucuların mühakiməsinə verib.
Onun 80-ci illərdə çap etdirdiyi “İki oxucum”, “Quş məsçid”, “Münapiqin ölümü” və başqa kitablarındakı nəsr nümunələri Doğu Türkistanda ən çox oxunan və ən çox sevilən əsərlər sayılır. Muhammətəli Zunun   ədəbi yaradıcılığa vicdanla yanaşan uyğur ədiblərindəndir. Hansı janrda yazmasından asılı olmayaraq əsərləri həmişə diqqət mərkəzində olur. Onun “Gömülməz izlər” faciəsi daha məşhurdur. Abdürrəhim Ötkürünün 1910-cu illərin hadisələrini əks  etdirən “İz” tarixi romanı əsasında yazılmış faciə  milli qəhraman Tümur Xəlpının  zülümkar şaha qarşı mübarizəsindən bəhs edir.
Turson Yunos 1942-ci ildə Yekən  nahiyyəsində doğulub. 1958-çi ildə orta məktəbi, 1964-ci ildə Teatr İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Şıncak Opera Teatrında işə  başlayıb. İlk yaradıcılığa şerlə başlayan Turson 1988-dən Təkəridağ kinostudiyasında işləyib və 80-ci illərdə dramaturgiyada gücünü sınamayıb. “Qanlı illər”, “Muğam əcdadları” silsilə dramlarını, ”Kötülmügğn toy”, “Karamat bir ginb”,”Altun büşük”,” Həsən-Hüsən” və s. əsərləri yazıb səhnələşdirir.
Doğu Türkistanda məşhur olan 12 muğamlar əsasında  yazdığı “Muğam əcdadları” silsilə dramlarını xalqının taleyini bədi dillə əks adlandırmaq olar. Diqqətiçəkən odur ki, Azərbaycanın tanınmış şair, dramaturqu Bəxtiyar Vahabzadənin yazdığı ”Muğam” poeması yalnız ad oxşarlığı ilə deyil mövzuca da “Muğam əcdadları”na yaxındır. B.Vahabzadənin poeması əsasında da televiziya və teatr tamaşaları hazırlanıb.
1945-ci ildə Urumçidə doğulan Tursonxan Litıp 1982-cı ildə Şıncakda Uyğur Ədəbiyyatçılar və Sənətçilər Birliyinə daxil olub. “Şıncak sənəti” jurnalında redaktor işləyib. 1983-cü ildə bir pərdəlik “İzitku”, 1984-sü ildə “Tuxtaq tuxtınat”ı komediyasını yazıb. 1986-cı ildə  “Bızgə ışınəmsız”, 1990-cı ildə “Qiri yıqıtnın toyi” pyeslərini yazan  ədibin bizə məlum olan son əsərləri ”Tatsıkəş tümür xutunlar” və ”Kəçküzdıkı ğirıblıq” bir pərdəlik lirik dramlarıdır. 1990-cı ildə yazdığı “Qeyri Qiri yıqıtnın toyi” dramında ənənəvi toy mövzusunu seçib. 1988- də operaya işə gəlib.
Uyğur teatrının araşdırıcılarından  Tiğin Bilgə yazır: « çağdaş Uyğur tiyatrosunun meydana gelişi ve gelişip bugünkü hale gelişmesinde, Kemberhanım, Zikri Elpetta, Hüseyincan Cami, Reyhan Abliz, Aytilla Ela, Helçem Siddik, Abdulkerim Baki ve Ablimit Sadık gibi birçok sanatçıların büyük emeği vardır. Özellikle,  Kemberhanım ve Aytilla  Elanın Uyğur folklorunu, sanatını dünyaya tanıtmada oynadığı rolu kaydetmeye değerdir.
…Uyğur tiyatro nazariyeçisi Tursun Yunus şunu  yazır: «Uyğur tiyatrosu Uyğur halkının destançılık sanatından doğmuştur ki, biz onu geliştirmede yine aynı yolu takib etmeliyiz, sakın bu yoldan çıkır da Avropanın drama ve operaçılık yoluna gitmemeliyiz. Bunun için her şeyden önce Uyğur halk dastanlarının ifade kaliplerini, abartma yollarını ve ondaki genel felsefi fiktrleri kavrayarak kendimize özgü bağımsız icabiyet üslubunu yaratmamız lazım».
 İstər azərbaycanlı, istərsə də türkiyəli oxucu və ədəbiyyatşünasın Doğu Türkistandakı soydaşlarımızın yaratdıqları ədəbi əsərlər haqqında geniş bilgiləri olmadığına görə Sekür Turan «Uyğur türk ədəbiyyatı» məqaləsini bu sözlərlə tamamlayır: «1950-ci ildən sonra ədəbi qaynaqlar kifayət etmədiyi üçün uyğur ədəbiyyatının bu dönəmdəki inkişafından danışmaq çətindir; çünki Doğu Türküstandan çox ağır şərtlərlə gələn kitablarda Çin idarəçiliyinin güclənən siyasi və mədəni basqıları açıq bir şəkildə görsənməkdədir. Bu da geniş bir araşdırma aparmaq üçün əngəl törədir.» (Turan, 1992: 778)
Sekür Turanın bu fikirlərini, məncə, Azərbaycana şamil etmək olmaz. Çünki Azərbaycan uzun illər eyni ideoloji cəbhədə, həm də sosialist düşərgəsi ölkələrində olduğundan gediş-gəliş, kitap mübadiləsi o qədər də çətin olmayıb. Bu gün də çətin deyil. Sintzsyan-Uyğurda bu gün yüzlərlə azərbaycanlı var. Onlar ticarət, iş üçün gediblər. Əlaqələri də çox sıxdır. Kaş onların yüzdə biri qədər də araşdırıcımız gedəydi. Hələlik onları əngəlləyən yoxdur.
Çində yaşayan soydaşlarımızın sayları haqqında əlimizdə doğru bilgi yoxdur. Rəsmi qaynaqlar isə yalnız Sintzsyan-Uyğur Muxtar Rayonunun ərazisinin 1,6 milyon kvadratkiolmetr olduğunu yazır. Bu Türkiyə Cümhuriyyətindən iki dəfə, Azərbaycan Respublikasından isə 20 dəfə böyük bir ərazidir. Bəzi qaynaqlarda isə  Doğu Türkistanın ərazisi bir milyon 828(Kaşqarlı, 1992:18,Türklük,1991:11)  min kvadratkiolmetr göstərilir. İlk baxışda diqqəti cəlb etməyən bu rəqəm Azərbaycan, Ermənistan, Gürcüstan respublikalarının ərazisindən xeyli böyükdür. Həm də mədəniyyətimizin beşiyi olan ərazi! Oranı unutmağa haqqımız yoxdur!
Sonuç
Tarixçi Eberhardın yazdığına görə Çinin 1875-ci ildə yenidən Doğu Türkistanı işğal etməsi 10 milyon insanın məhvinə səbəb oldu. Onlar arasında çoxlu istedadlı gənc şairlər, yazıçılar, sənətçilər də vardı. Ümumiyyətlə Doğu Türkistanda daha çox şair və yazıçının gənçkən dünyasını dəyişdiyi müşahidə olunur ki, bu da ölkədəki irticanın hökm sürdüyünü göstərir. Türk memarlığına uyğun tikilən binalar sökülüb yerində Çin üslubunda binalar tikildi. Türkcə olan yer adları dəyişdirilib çinliləşdirildi. Əhali çincə oxumağa və çinlilərlə evlənməyə təhrik edildi. Milli əxlaqı pozmaq üçün qumarxanalar, meyxanalar, qəhbəxanalar və s. yaradıldı. Türk və Türkistan sözlərini işlətmək, qəzet, jurnal nəşr etmək, Türkiyədən və müsəlman ölkələrindən kitab, qəzet, jurnal gətirmək yasaqlandı. Bu da ədəbiyyatın, sənətin, mədəniyyətin inkişafında bir durğunluq yaratdısa, milli şüuru da oyandırdı.  Çin strateqləri əhalini assimlə etmək üçün müsəlman, türk qızlarını zorla çinli kişilərə verməyi planlaşdırdılar. Bu plana qarşı çıxanlar xalq qəhrəmanına çevrildi, həyatları bədii əsərlərə mövzu oldu.
Beləliklə, ədəbiyyatı ümumi bəşəri mövzulardan uzaqlaşdırıb xalqın     gündəlik problemləri ilə uğraşmaq səviyyəsinə gətirdilər.
1911-1933-cü illəri Doğu Türkistanda “Bağımsız Çinli Genel Valiler Dönemi” adlandırırlar. Bütün təqib və təzyiqlərə baxmayaraq ədəbiyyatda bir dirçəliş, oyanış hiss edilir.
Sovetlər Birliyinin təsiri altında (1933-1944) olduğu dövrdə  kommunizm ideologiyasının təbliğinə geniş yer verilmişdi. Aşağı təbəqədən olanların savadsızlığının aradan qaldırılmasına imkan yaradılmışdı. Bundan yararlanan ədiblər milli şüur oyadan əsərlər yazmağa çalışırdılar.
1944-cü ildə qurulmuş hökumətdə hökumət başkanı olan Dr.Məsut Sabir Baykurunun “Niyar qız” piyes, hökumət konseyinin üzvü olan Mehmet Emin Buğranın “Kutluk Türkan” operası səhnəyə qoyulmuşdu. Bu da siyasi xadimlərin, dövlət adamlarının səhnə əsərlərinə yüksək qiymət verdiklərini göstərir.
Kommunist ideologiyasına xidmət edən,  kommunizm quruculuğunu təbliğ edən səhnə əsərlərinin bir çoxunda sətiraltı, eyhamla da olsa milli hiss oyadacaq fikirlərə rast gəlinir.
Çindəki “Mədəni inqilab” uyğur dramaturgiyasına, teatrlarına ağır zərbə vursa da,  onun inkişafını tam dayandıra bilmədi.
Son dönəmlərdə belə təqib və təzyiqlərə son qoyulmasa da, Çin hökumətinin ədəbiyyat üzərindəki nəzarəti zəifləməyə doğru gedir. Xüsusən səhnə əsərləri tamaşaya qoyulanda aktyorlar nəzarətin zəif olduğunu hiss edən kimi mətndən kənara çıxıb  öz fikirlərini bir-iki ifadə ilə də olsa  deyə bilirlər. Bu da milli ruhun yüksəlməsinə kömək edir.
KAYNAKLAR
ASE (Azərbaycan Sovet Ensiklopediyası) (1984), ASE nəşriyyatı, Bakı, VIII cild.
Aziz, A.,(1989), Sincan Muzik ve Tiyatro Sanatının Geçmişi, «Şincan sanatı» dergisi, sayı 5.
Cengiz, İ., (1997) Doğu Türkistanın Hükuki Durumu və Temel sorunları”, “Yeni Türkiye” dergisi, Temmuz-Ağustos, sayı 16.
Çolakoğlu, S. (1999), Çin-Sovyet İttifakındakı döneminde (1950-1963) Orta Asiya “Bilik” dergisi, Kış, sayı 8, səh 15-14.
Dış Ülkelerde Yaşayan Doğu Türkistanlı ve Türkiyedeki Aziz Soydaşlarımıza. Doğu Türkistan Umumi Uygur Avazı. (1992), “Doğu Türkistanın sesi” dergisi, Haziran-Eylül, sayı 34-35, səh.5.
Kafasoğlu, İ. (1992), Kaşgar-Turfan Hanlığı (15 yüzyıl başları - 1877), Türk dünyası el kitabı. Birinci cilt. (İkinci baskı), Coğrafya-tarih, Ankara. 
Kaşğarlı, S.M., Kızıl Çin  esaretindeki Türk Yurdu Doğu Türkistan Uyğurlarının dramı.
Kaşğarlı, S.M., (1993), İlide Kurulan Doğu Türkistan Cumhuriyeti ve Rus-Çin İşbirliğindeki Akibeti. Türk dünyası  Araştırmaları Vakfi “Tarih” dergisi, Aralık, sayı 84, səh.32-33.
Kaşğarlı, S.M. (1994), Doğu Türkistan, Tibet, İç Moğolistan Halklarının Birlik Komitesi Toplantısı ve Münih Deklarasyonu. Türk dünyası  Araştırmaları Vakfi “Tarih” dergisi,  Ocak, sayı 85, səh 58-61.
Kratkaya literaturnaya ensiklopediya.(1972) İzdatelstvo ”Sovetskaya ensklopediya”, Moskva, 7 tom.
Nefise, B., (1992), Doğu Türkistanda bir facia yaşanıyor. “Doğu Türküstanın sesi” dergisi, Haziran-Eylül, sayı 34-35, səh.64-65.
Sevengil, R.A.,(1969),Türk Tiyatrosu Tarihi. Eski Türklerde Dram Sanatı. Ankara, 1969.
Sultan, A., (1997), Bugünkü zaman uyğur ədəbiyyatı teorisində. Sincan xalq nəşriyyatı.
Taşağıl (Ahmet), (1992), Geçmişden günümüze Hoten. “Doğu Türkistanın sesi” dergisi, Haziran-Eylül, sayı 34-35.
Tigin, B.,(1992), Uyğur tiyatrosu. «Türk kültürü» dərgisi, sayı,346.
Turan, S., (1992), Uygur türk edebiyatı. Türk dünyası el kitabı. (III cilt, edebiyat) II baskı, Ankara.
Türklük mücahidi İsa Yusif, (1991),(hazırlayanlar: Altan Deliorman, Prof. Dr.Abdulkadir Donuk, İsa Kocakaplan), Bayrak Basım(yayım) tanıtım, İstanbul. 
Uyğur bugünkü zaman ədəbiyyatı tarixi (2001), Sincan Universiteti nəşriyyatı.
Yunus, T.,(1988), Uyğur Tiyatrosunun Nazariye Sistemi Uzerine İnceleme. «Şincan Sanatı» dergisi, sayı 2.
 Not: Yazar, bu bildirinin hazırlanmasında böyük yardımlarını gördüyü, Azərbaycan-Doğu Türkistan arasında sıx ilişkilər qurmağa çalışan iş adamı Qənimət Səfərova təşəkkür eder.
  
DRAMA IN EASTERN TURKISTAN
 Ali Shamil Hussein oglu
“Famous Men of Turkic Peoples” Group Leader
Azerbaijan National Encyclopaedia
  ABSTRACT: A distance of about 4 thousand kilometres separates Sintszyan-Uigur Autonomous District of China People’s Republic from Azerbaijan. Apparently, being of the same origin we share the same fate. Although our relations do not coincide with today’s civilization titles of our works and their themes are alike as well as our names. Today our compatriots living in China are called Uigur, while we are called azerbaijanis. And each of us formed separate (almost isolated from each other) history, history of literature, history of language, etc. Until the 19th century difference between the Azerbaijani and the Turkish literature was as much bigger as the difference between the Uigur and the Jighatay literature. Political events in the world, plans of world strategists influencing us served to increase this difference. Thus, terms like the Uigur literature, the Uigur edition, the Uigur poetry, the Uigur drama, etc. appeared. Following the world development Uigur literati possessed genres of the European literature. So, today’s Uigur drama and Uigur theatre appeared and Uigur drama became famous with its young authors. Nowadays the Uigur language and literature develop in Sintszyan-Uigur Autonomous District of China and Uzbekistan. Uigurs, Kazakhs, Kirghizs, Tatars, Uzbeks, Salurs and other peoples speaking the same language with us live in eastern Turkistan.
 Key Words: Eastern Turkistan, Sintszyan-Uigur, literature, today’s drama, theatre, opera
 
DRAMATURQIƏ V VOSTOÇNOM  TURKESTANE
                                                Ali Şamil Quseyn oqlı                                                            sotrudnik Enüiklopedii Azerbaydjana
  Rezöme: Okolo 4000 km rasstoəniə razdeləöt - Uyqurskuö avtonomiö oblastğ (Kitayskaə Narodnaə Respublika) ot Azerbaydjana. No, vidimo, edinıe korni predopredilili i sxojestğ naşix sudeb. İ seqodnə, nesmotrə na otsutstvie v proşlom doljnıx vzaimosvəzey, mı videm kak blizki i sxoji nazvaniə naşix literaturnıx proizvedeniy, ix söjetı, naşi imena i pr.   
Seqodnə naşix sorodiçey v Kitae nazıvaöt uyqurami, a nas azerbaydjanüami. İ kajdıy iz nas sozdal svoö otdelğnuö  (çutğ li ne izolirovannuö  druq ot druqa) istoriö, istoriö literaturı, istoriö əzıka i t.d. Do  19-qo veka uyqurskaə literatura otliçalasğ ot djiqatayskoy literaturı nastolğko je, naskolğko takje kak  azerbaydjanskaə  ot tureükoy. Politiçeskie sobıtiə, proisxodəhie v mire, a tak je planı strateqov stran pod çğim iqom mı naxodilisğ, sposobstvovali uveliçeniö gtix razliçiy. Takim obrazom, poəvilisğ takie terminı, kak uyqurskaə literatura, uyqurskoe izdanie, uyqurskaə pogziə, uyqurskaə dramaturqiə i t.d. Uyqurskie pisateli usvoili i janrı evropeyskoy literaturı.  Seqodnə suhestvuöt uyqurskiy teatr i uyqurskaə dramaturqiə, kotoraə izvestna svoimi molodımi  avtorami. V nastoəhee vremə uyqurskiy əzık i literatura prodoljaöt razvivatğsə v Sinüzənğ-Uyqurskoy avtonomnoy oblasti Kitayskoy Narodnoy Respubliki i v Uzbekistane.  Vostoçnom Turkestane jivut, qovorəhie na odnom i tom je əzıke  s nami  uyqurı, kazaxi, kirqizı, tatarı, uzbeki, salurı i druqie narodı.                
 Slova-klöçi: Vostoçnıy Turkestan, Sinüzənğ-Uyqur, literatura, sovremennaə dramaturqiə, teatr, opera 
  Cap olundu:Uyğur ədəbiyatında dramçılıq. “Mədəniyyət dünyası” toplusu (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversiteti), 2006, sayı XIII, səh. 277-292 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=