Xalid Səid Xocayev

Türk Dünyasının Məşhurları 37

Mahmud Kaşğarlının “Divani Lüğəti it Türk” əsərini ilk dəfə tam şəkildə türkcəyə çevirən Xalid Səid Xocayevin ömür yolu və yaradıcılığı...Әli Şamil

 

Göndərmə 16.10.2010 08:41:04 UTC

Güncəlləmə 22.10.2010 11:16:44 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=31729d45-35b3-41cb-8810-4291a74dc71a

 

Xalid Səid 1888 ildə Daşkənd şəhərinin 40 kilometirliyindəki Köşkörğon kəndində doğulub. Çircik çayının sahilindəki məhsuldar torpaqlarda yerləşən kənddin daxil olduğu Bostanlıq bölgəsi Türküstanı parçalayıb ayrı-ayrı Sovet respublikaları yaradanda Qazaxıstan Respublikasına daxil edilib. XX yüzilliyin 50-ci illərində isə özbək və qazaxların qarışıq yaşadığı Bostanlıq rayonu Özbəkistan Respublikasına verilib.

Xocalar ailəsində doğulan Xalid Səid 5 qardaşın ortancılıdır. O, kənddəki mollaxana adlandırılan ibtidai məktəbi bitirdikdən sonra Daşkəndə gedib. O zamanlar Rusyanın yerli xalqlardan kiçik məmurlar hazırlamaq üçün açdığı Avropa tipli məktəblərə çoxları “kafirlərin məktəbi” kimi baxırdılar. Xocalar ailəsindən olan Xalid Səid də Avropa tipli məktəbdə deyil, Daşkənddəki mədrəsədə oxuyub.

1905-ci ildə Rusyada baş verən qarışıqlıq, hökümətin coşmuş xalq kütləsini sakitləşdirmək üçün verdiyi bəzi güzəştlər Şərqə də öz təsirini göstərib.

Xalid Səid Xocayev tərcümeyi halında yazır ki, Daşkənddə İstanbul haqqında olduqca şirin və əfsanəvi söhbətlər eşidirdim. Bu şəhəri görməyə çan atırdım. Amma oraya getməyə maddi imkanım yox idi. Problemin çözümü təsadüfən tapıldı. Hökümət kəndlilərdən alacağı vergini dəqiqləşdirmək üçün onların əkib-becərdikləri torpaqları ölçdürməyə başladı. Mən mədrəsədə oxuyarkən ərəbcə kitablardan torpağı ölçməyi öyrənmişdim. Torpaqların bölünməsi və ona görə vergi müəyyənləşdirilməsi ilə məşğul olan məmurların mənim kimisinə ehtiyacları yarandı. Beləcə məni işə aldılar. 5-6 ay içində İstanbula getmək üçün lazım olan qədər pul qazandım.

Xalid Səid İstanbula getmək üçün pul toplaya bilsə də, başqa çətinliklə üzləşir. Rusiyanın bölgədəki general qubernatoru Türküstanlıların xarici ölkələrə getmələrini məhdudlaşdırmışdı. Onlara pasport verilməsi müxtəlif bəhanələrlə əngəllənirdi. İstəyinə nail olmaq üçün Xalid Səid dörd-beş ruble verməklə Çin konsulluğundan saxta bir pasport alaraq İstanbula yola düşür.

İstanbulda unversitetin hazırlıq kursuna tələbə qəbulu elanını görən Xalid Səid sənədlərini oraya verir. 430 nəfərlik kursa 1750 nəfər qəbul olunmaq üçün sənəd veribmiş. Xalid Səid müsabiqədən uğurla kecərək unversitetin tibb fakültəsinə qəbul olunur. Lakin burada çox oxuya bilmir, xəstəliklər onu diksindirdiyindən tarix-ədəbiyyat fakültəsinə dəyişib.

1910-1917-ci illərdə “Sadâi Türkistan”, Krımda İsmayıl bəy Qaspıralının nəşr etdiyi “Tərcuman” qəzetlərində Xalid Səidin məqalələrinə rast gəlinir. Bu məqalələr bəzən qəzetin bir neçə sayında verilib.

Xalid Səid Xocayevin həyat və yaradıcılığı geniş öyrənilmədiyindən onun 1918-1922-ci illərdə nə işlə məşğul olduğu haqqında dəqiq bilgi yoxdur. Özkeçmişində 1918-ci ildə Türkütana dönmək istəyi ilə İstanbuldan Azərbaycana gəldiyini, yolları qapalı olduğundan Gəncədə müəllimlik etdiyini, 1920-ci ildə yollar açılanda Türküstana getdiyini, oranın havası əlverişsiz olduğundan 1922-ci ildə təkrar Azərbaycana döndüyünü yazıb.

Əslində isə Xalid Səid Xocayevin Azərbaycana gəlişi Osmanlı ordusunun generalı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Qafqaza yürüşüylə eyni vaxta düşür. Qafqazdakı Rus-erməni əsgəri birliklərini dağıdaraq Azərbaycan Cümhuriyyətinin möhkəmlənməsinə yardımçı olmuş Qafqaz İslam Ordusunun məqsədi Rusiya əsarətindəki türk xalqlarına kömək etmək idi. Bu ordu Xəzər dənizini arxada qoyaraq Türküstana yardım etməyə tələsirdi. Sözsüz ki, Türküstanın azadlığı uğrunda mübarizəyə qalxmış xalqa köməyə gedən orduya o yerləri yaxşı tanıyan insanların bələdçiliyi və məsləhəti lazım idi. Xalid Səid Xocayev də bu baxımdan ən münasib kadr idi. Sever-Mudros anlaşması bu planı əngəllədi və Osmanlı ordusu geri çağırıldı.

Xalid Səidin Özbəkistana getməsi Azərbaycanın Bolşevik Rusiyası tərəfindən işğalından, yəni 1920 ilin 28 aprelindən sonraya, geri dönüşü isə Ənvər Paşanın Türküstanda öldürülməsindən sonraya uyğun gəlir. Muhittin Birgen də “İttihad və tərəqqidə on sənə (İttihat və tərəqqinin sonu)” əsərinin ikinci cildində Ənvər Paşanın ölüm xəbərini ona bir Daşkəndlinin gətirdiyini yazır. Bu daşkəndlinin Xalid Səid Xocayev ola bilməsi ehtimalı olduqca böyükdür.

Xalid Səid Azərbaycana təkrar döndükdən sonra mübarizəsini maarifçilik sahəsində davam etdirib. Balaxanıda, Qusarda, Bakıda müəllim işləyib. 1926-cı ildə “Osmanlı, Özbək, Kazak dillərinin müqayisəli sərfi”, 1929-cu ildə “Yeni əlifba yollarında əski xatirə və duyğularım”, 1933-cü ildə “Müxtəsər üslubiyyat ” və s. kitablarını çap etdirib, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji qurultayın təşkilatçılarından olub.

Özbəkistan gənclərinin Bakıdakı ali və orta ixtisas məktəblərində oxudulmasında, Latın əlifbasının Türk Respublikalarında yayılmasında böyük xidməti olan Xalid Səid yeni qurulan Elmlər Akademiyasında işə dəvət edilib. X.S.Xocayevin Azərbaycan Milli Elmlər Akademiyasının arxivində saxlanan şəxsi işində çap olunan və olunmayan 125 çap vərəqi həcmində 14 əsərinin hər biri haqqında iki-üç cümlə ilə bilgi var. Bu əsərlər sırasında 12 çap vərəqi həcmində «Türk dillərinin tarixi qrammatikası», 5-7 çap vərəqi həcmində «Türküstan tarixinin qısa icmalı», 18-20 çap vərəqi həcmində «Türk ədəbiyyatı nəzəriyyəsi», 5-6 çap vərəqi həcmində «Cığatay ədəbiyyatından mühazirə¬lər», 6-7 çap vərəqi həcmində «İran dillərinin qrammatikası», «Müqayisəli qrammatika» və b. adları qey edilib.

Xalid Səid Xovayev 1930-cu illərdə Orxan yazılarını çağdaş dilimizə çevirərək ona şərhlər də yazıb. Xalid Səid elmi yaradıcılıqla yanaşı, ardıcıl olaraq tərcüməçiliklə də məşğul olub. O, rus dili ilə yanaşı, əski türkcədən, çağdaş özbək türkcəsindən Azərbaycan ləhcəsinə tərcümələr edib. Özbək yazıçısı Abdullah Qədirinin, «Ötən günlər» romanını çevirərək 1928-29-cu illərdə Bakıda çap etdirib. «Gənclik» nəşriyyatı bu əsəri 1979-cu ildə İsaq İbrahimovun ruscadan tərcüməsindən çap etdirmişdir. X.Səidin tərcüməsi isə tamam unudulmuşdur!

Türkologiyanın bugünkü səviyyəsindən baxanda Xalid Səidin xidmətləri kiçik görünə bilər. Amma 1920-ci illərin səviyyəsindən baxsaq, necə bir nəcib və böyük iş gördüyünün şahidi oluruq. Ölkənin əsas ideologiyası proletar beynəlmiləlçiliyi olduğu, türkçülüklə məşğul olanlara pantürkist damğası vurulub təqib edildiyi, həbslərə atıldığı bir zamanda Xalid Səid Xocayev türkologiyaya dəyərli əsərlər bəxş edib.

Bəkir Çobanzadə 1935-ci ilin dekabrın 2-də yazdığı rəydə S.Xocayevin 14 elmi əsəri olduğunu, bu əsərlərdən şərq və rus dilçiliyinin sintaksis nəzəriyyəsi sahəsindəki fikirlərinin hamısından istifadə edərək yazdığı “Türk dilinin sintaksi” monoqrafiyasına görə ona filologiya elmlər namizədi adı və dosent elmi dərəcəsi verilməsini təklif edib.

11-ci yüz ildə yaşayan Mahmud Kaşqarinin «Divani-luğat it-türk” əsərinin yeganə nüsxəsi İstanbul Milli Kitabxanasında saxlanılır. 20-ci yüz ilin başlanğıcında köhnə kitabçıdan alındıqdan sonra çap olunan bu əsər böyük əks-səda doğurub.

SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı əsəri bütövlükdə ana dilimizə çevirməyi Xalid Səid Xocayevə tapşırıb. O, “Divan”ın çevrilməsinin metodologiyasını hazırlayır və bunu elmi jurnalda çap etdirib.

1937-ci ilin aprelində Leninqradda (S.Peterburga) çalışan ünlü Türkoloqlardan Akademik İgnati Kraçovski (16.03.1883-24.01.1954) və Prof. Sergey Malova (16.01.1880-06.09.1957) yazdığı məktubda “Divanu luğat it-türk”ün çevirməsini bitirdiklərini və rəy üçün onlara göndərəcəyini yazır. 1937-ci ilin iyunun 9-da Xalid Səid Xocayev həbs ediblər. Onu Sovet Rusiyasının əsarəti altında əzilən xalqları azad etmək və Vahid Türk-Tatar dövləti yarataq üçün alimlər və ictimai-siyasi xadimlərlə gizli təşkilat qurmaqda suçlayaraq 1937-ci ilin Oktyabrın 12-də məsləkdaşları ilə birlikdə güllələyiblər.

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol