Zəki Valid Toğan

ZƏKİ VƏLİD TOĞAN

 Türk Dünyasının Məşhurları 18

Tarixçi, türkolog, Başqırd müstəqillik hərakatı lideri, qısa bir müddətdə də olsa xalqına muxtariyyat qazandırmış Zəki Valid Toğan.../Әli Şamil

 

Göndərmə 5/26/2010 10:35:29 AM UTC

Güncəlləmə 5/26/2010 10:35:29 AM UTC

www.trtazerbaycan.com

www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=0a8c9bf3-21d1-4fd1-921c-04c95452988b


    Sevindirici haldır ki, xalqlarımız yavaş-yavaş da olsa öz mədəniyyətlərinə, tarixlərinə, millət və vətən uğrunda həyatlarını qurban vermiş insanlarına sahib çıxmağa başlayırlar. TÜRKSOY-un 2010-cu ili Əhməd Zəki Valid Toğan ili elan etməsi də buna nümunə ola bilər.

Zəki Vəlid Toğan ilinin ilk tədbirlərindən biri də Bakı şəhərində keçirildi. 2010-cu ilin aprelin 29-30-da Mirzə Fətəli Axundov adına Milli Kitabxanada tanınmış türkoloq Əhməd Zəki Validin 120 illik yubileyinə həsr olunmuş sərgi və beynəlxalq elmi konfrans təşkil edildi. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY-un və AMEA-nın Şərqşünaslıq İnstitutunun birgə təşkil etdiyi bu tədbirdə Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Qırğızıstandan, Türkmənistandan, Başqırdıstandan və Krımdan alimlər, yubilyarın qızı və nəvəsi də gəlmişdi. Uzun illər adı və əsərləri qadağan olunmuş bir yerdə yübiley tədbirinin yüksək səviyyədə təşkili sevindirici idi.

1890-cı ilin dekabrın 10-da başqırdların sıx yaşadığı İsterlitamak bölgəsinin Küzen kəndində Vәlidovun ailəsində dünyaya göz açan uşağa Әхмәtzәкi adını qoydular. Gündən-günə güclənən Rusya bu yerləri Әхмәtzәкi doğulmamışdan çox-çox əvvəllər işğal emişdi. Ona görə də Əxmətzəki Rusiya vətəndaşı kimi doğuldu və familyası da Validov yazıldı.

Tatarların, başqırdların yaşadıqları bölgələri işğal etməklə gözü doymayan Rusiya ordularını Sakit okianadək göndərmişdi. Artıq Qafqaz, Türküstan da onun işğalı altında idi. Rusya çarları işğal etdikləri torpaqlarda yaşayanları öz təbəəsi hesab etsə də, onları Rusya vətandaşı saysa da, işğal altında doğulanların bir qismi bununla razılaşmır, özünü, millətini və vətənini azad görmək istəyir və ömünü bu iş uğrunda mübarizəyə həsr edir.

Əxmətzəki də belə mübarizlərdən biri idi. O, ilk təhsilini kəndlərindəki mədərsədə almış, 12 yaşında, yəni 1902-ci ildə orta təhsil almaq üçün Ütekdə yaşayan dayısı Həbib Nəccarın yanına gedir.

1908-ci ildə Kazan şəhərinə gələrn Zəki Vəlidburada Katanov və Aşmarin kimi türkoloqlarla tanış olur. 1909-ci ildə Kazandakı Qasımiyyə mədrəsəsində “Türk Tarixi və ərəb ədəbiyyatı tarixi” müəllimi kimi fəaliyyətə başlayır. 4 ilə yaxın Qasımiyyə mədrəsəsində dərs deyən Zəki Vəlid elmi araşdırmalar da aparır. 1911-ci ildə “Türk və Tatar Tarixi” kitabını çap etdirir. Bu kitab ona böyük şöhrət qazandırır. 21 yaşlı Zəki Vəlid Kazan Universitetinini Arxeologiya və Tarix Cəmiyyətinə üzv seçilir.

Rusya işğal etdiyi əraziləri uzunmuddətli əsarət altında saxlamaq üçün o yerləri hərtərəfli öyrənirdi. Zəki Vəlid də öz soyunun tarıxini öyrənmək və yetişməkdə olan vətənpərvər gəncliyi öyrətmək istəyirdi. Buna görə da Rusyanın siyasəti ilə onun istəyi müəyyən mərhələdə üst-üstə düşürdü. Onun Türküstana göndərilməsini məmuniyyətlə qarşılayan gənc araşdırıcı 1913-cü ildə Fərqanəyə, 1914-cü ildə Buxaraya gedir. Oradan hazırladığı raportları Peterburqdakı, Kazandakı və Daşkənddəki Arxeoloji Cəmiyyətlərin toplularında çap etdirir.

Professor Katanovun kitablarının İstanbul Universitetnə göndərilməzində də Zəki Vəlidin rolu böyük olur.

1905-ci ildə Rusyada baş verən inqilab oktyabrda çarın bir sira demokratik islahatlar həyata kecirilməsi haqqında qanun qəbul etməsilə nəticələnir. Yeni qəzet, jurnalla çap olunmağa, Dövlət dumasına seçkilər keçirilməyə başlayır.

Zəki Vəlid də Ufa Müsəlmanlarının deputatı kimi Dördüncü Dumaya qatılmaq üçün Peterburqa gedir. Beləliklə elmi fəaliyyətinə siyasî fəaliyyətini də əlavə etməli olur. Burada türk müsəlman deputatlarla görüşür və onlarla birkdə fəaliyyət proqramlarını müzakirə edir.

1917-ci ilin Oktyabrında bolşeviklər silah gücünə hakimiyyəti ələ keçirdikdə Zəki Vəlid də xalqnı əsarətdən qurtarmaq üçün mübarizəyə atılır. 1917-ci ilin noyabrın 29-da Başqırdıstanın müxtariyyatının elan edilməsində onun da əməyi böyük olur. Yeni yaradılan hökümətdə 27 yaşlı Zəki Vəlidov hərbi naziri vəzifəsini tutur. Lenin, Stalin və Troçki ilə dəfələrlə görüşsə də Başqırdıstanın azadlığına nail ola bilmir. Çar generallarınn və bölşeviklərin arasinda qalan və hər iki qüvvəyə qarşı döyüşməli olan Başqırdıstan höküməti 1918-ci ilin fevralın 18-də məğlub olur. Bolşeviklər Zəki Vəlidovu və onun məsləkdaşlarını həbs edirlər.

İyunun 7-də həbsdən qaçmağa nail olan Zəki Vəlidov Türküstana gedir və Rusiyaya qarşı mübarizəsini burada davam etdirir. 1920-23 illərdə Türküstanda Rusiyaya qarşı amansız bir mübarızə getsə uğurla nəticələnmir. Xaricdən yardım alan bolşeviklər Türküstanı yenidən işğal edir.

Zəki Vəlidov, Abdülqədir İnanir və başqa məsləkdaşları ilə birgə çətin şərtlərlə Əfqanıstana, İrana oradan da Parisə gedə bilirlər. Onu Paris, Londona və Berlində yaşayan bir çox alimlər işlə dəvət etsələr də bu dəvətləri qəbul etməyərək 1925-ci ilin mayı 20-də Türkiyəyə gəlir. İstanbul Darülfünunda Türk Tarixi Müdərris Muavini kimi işə başlayır. İstanbul və Anadolu kitabxanalarında yorulmadan çalışan, elmi əsərlərini və məqalələrini Zəki Valid imzası ilə çap etdirən araşdırıcı 1932-ci ildə Türkiyəni tərk edərək Vyanaya getməli olur. Bu gedişinə səbəb kimi I Türk Tarix Konqresində doktor Reşit Qaliplə mübahisəsi və bundan sonra onun əleyhinə başlayan kampaniya göstərilir. Əslində həmin illərdə Türkiyəni M.Ə. Rəsulzadə, M.B. Məmmədzadə və onlarla keçmiş Rusiyadan gəlmiş mühacir tərk etmək məcburiyyətində qalmışdı. SSRİ Xarici İşlər Naziri Çiçerinin Türkiyənin hökümət dairələri ilə apardığı danışıqlardan sonra Sovetlər əleyinə təbliğat aparanlar Türkiyədən çıxarılırdılar.

1932-1935-ci illərdə Vyanada yaşayan və doktorluq dissertasiyası müdafiə edən Zəki Valid Bonn və Qöttingen Universitetlərində dərs deyir. TürkiyəTəhsil Nazirliyinin dəvətiylə 1939-cu ildə geri dönərək İstanbul Universitetində Ümumi Türk Tarixi Kürsünde dərs deməyə başlamışdır. İkinci Dünya Müharibəsinin sonlarına yaxın onu və məsləkdaşı olduğu bir qrup türkoloqu Sovetlər əleyhinə təbliğatda və Turancılıqda ittiham edərək həbs edirlər.

Zəki Validə 10 il həps cəzası kəsilsə də sonradan Hərbi məhkəmə bu işi ləğv edir.1948-ci ildən yenidən universitetdə müəllim işləməyə başlayır. Türkiyədə olan Azərbaycanlı mühacirlə dostluq və əməkdaşlıq edən Zəki Valid, ensklopediyalara Azərbaycanla bağlı olduqca dəyərli məqalələr də yazır. Türkoloğiyanın inkişafında əvəzsiz xidmətləri olan, əsarətdə olan türk xalqlarının azadlığa çıxması üçün daim yollar axtaran böyük alim və içtimai xadim

1970-ci ilin iyulun 26-da İstanbulda vəfat edir. Onun “Tarixdə üsul”, “Ümumtürk tarixinə giriş”, “Türkün müqəddəratı üzərinə” kitabları isə türkologiyamıza böyük töhfə olur. Sovetlər zamanında Zəki Validin adını çəkmək belə yasaq olduğu halda indi haqqında olduqca dəyərli kitablar çap olunur, Başkırdıstanda büstü qoyulur, adına muzey yaradılır. Butün bunlar bir daha onu göstərdi ki, Zəki Valid və məsləkdaşları nə qədər haqlı imiş.

 

 








 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=