Gültekin Emin Abiddirmı?

 

Eli Hüseyn oğlu Şamil,
“Azerbaycan Ensiklopediyası”nın
qrup reqberi 


Gültəkin — Emin Abiddirmi ?

  

Azerbaycan Sovet edebiyyatşünaslıüında Gültəkin haqqında bir setire bele rast gelmemişdik. Türkiye ile get-gel başlayandan, göm­rükde sansur nezareti zeifleyenden sonra oradan getirilen qezet ve dergilerde, kitablarda, teqvimlerde, not defterlerinde Gültəkin imzası ile şe’rler gördük. Ancaq onun haqqında Türkiyede yayınlanmış yazı­lar­da da aydın bilgi bulmadıq. Meselen, M.E. Resulzade “Çağdaş Azer­baycan Ədebiyyatı” meqalesinde yazır: “Milletin parlaq geleceyine bö­yük ümidler bağlayaraq hürriyyete susamış, mübarize heyecanının ger­gin­­liyini daşıyan bu igidlerin esl qehremanlığı ile bizi heqiqi me’na­da tanış eden şe’r bolşevik sansurinden azad olaraq mühaci­retde neşr edilen Azerbaycan edebiyyatıdır. Bu edebiyyatda  
                             

                               İstiqlal, o yaşayan milletin qelbinde can,

                               İstiqlal, o seadet, qeyat, zefer, şeref, şan,

                               İstiqlal, o sönmeyen müebbed bir meş’ale

                               Könüllerde tutuşur, gözlerde sönse bele. 

 deyen Gültəkin adını daşıyan çılğın şairin yazıları xüsusi yer tutur. Gültəkinin şe’rlerinde biz heqiqi, milli-inqilab mübarizesinin neşidelerini* görürük.

...Gültəkinin yanında milli mühaciret durumunda yaşayan ve yurdseverlik ideyalarını terennüm eden başqa şairler de vardır. Bunlardan Se’nan ve Yayıcılı Kerimi göstere bilerik.”1

M.E. Resulzade Gültəkinin milli azadlıq yönlü fealiyyetini yüksek deyerlendirir. Meqale 1936-cı ilde Ankarada kitab şeklinde yayınlanmışdır.2 Bundan bele qenaete gelirik:  M. E. Resulzade Gültəkini te’qiblerden, Sovet irticasının caynağına keçmekden qorumaq üçün çox ehtiyatlı davranmış, onun şexsiyyetini açıqlaya bilecek bir iz qoymamışdı.

Son illerde Azerbaycanda yayınlanan be’zi yazılarda Gültəkin sözünden sonra ya mö’terizede, ya da sehifenin etek yazısında “Emin Abid” yazırlar.3 Ye’ni “Gültəkin”i Emin Abidin tehellüsü kimi göste­rirler. Amma müellifler bunu yazarken hansı qaynağa söyken­dik­lerini göstermirler.

Türkiyedeki Azerbaycan mühacirleri ve onlara yaxın olan dairlerde de “Gültəkin“in Emin Abidin texellüsü olması fikri hakimdir. Defelerle MAhmed Kengerliden ve Ahmed Qaracadan da bu fikri eşit­mişem. Her defe de  qaynaq göstermelerini rica etdikde: “Biz ele bir yazılı qaynaq göstere bilmerik. Memmed Emin ve Fevzi Aküzüm xoca­larımızdan eşitdiklerimizi deyirik. Onlar bunu her yerde demez­diler. İnandıqları adamlara bele yavaşdan deyerdiler” cavabını almışam.

Bakı Dövlet Universitetinde oxuduğum illerde (1968-73) Emin Abi­din  araşdırmaları  meni heyretlendirmişdi. Haqqında daha geniş bil­gi almaq isteyirdim. Amma qaynaqlarda heç ne bula bilmirdim. Onun şexsiyyetini müeyyenleşdirmek, ömür  yolunu öyrenmek üçün ilk müraciet etdiyim müellimlerim oldu. Onlardan aydın bir cavab ala bilmirdim. 37-ci ilde hebs edilenlere, güllelenenlere beraet verilse de yazıçı ve şairlerin bir çoxunun be’zi eserleri çap olunsa da E. Abid kölgede qalmışdı. Yaşlı müellimlerimiz ise nedense ondan çox ehtiyatla danışırdılar.

Meselen, Professor Abbas Zamanovdan E. Abidi xeber aldıqda: “Men Bakı Pedoqoji Texnikumunda oxuyanda orada ders deyirdi. Amma bizim kursda ders demirdi. Sonra oradan uzaqlaşdı. Çox savadlı, yüksek medeniyyetli insan idi. “Gültəkin” imzalı şe’rleri var” — dedi.

Emin Abidin ömür yolunu öyrenmek üçün 20-ci yüzilin başlanüı­cında Qafqazda ve Türkiyede çap olunan qezet ve jurnalları sehife­lemişdim. “Mek­teb”, “Dirilik”, “Övraqi-nefise”, “Babayi-Əmir” ve b. dergilerde yayınlanan şe’rleri, hekayeleri, meqaleleri bedii cehet­den zeif olsa da, güclü yurdseverlik, milletperverlik ruhu hakim idi. “Abid”, “Abid Mütellib oğlu”, “Abid Mütellibzade”, “Abid Alp Mütel­lib oğlu”, “Qozqurab bey” (bu imzanın Emin Abidin olmasını müeyyen­leşdirmekde mene reqmetlik Qulam Memmedli yardımçı oldu.) ve s. imzaları ile çap etdirdiyi yazılarına rast gelsem de, “Gültəkin” imza­sını görmedim. Her defe de prof. Abbas Zamanova müraciet etdik­de: “Yaxşı axtarmayıbsan. Get ara, bulacaqsan!” cavabını alırdım.

Telebe yoldaşım İsrafil Qurbanovla birlikde E. Abidin qardaşı oğlu Hüseyn Necdetin evini tapdıq. Atası şair Aliabbas Müznib ve emisi Emin Abid hebs edi­lenden sonra  Hüseyn Necdet de daim teqib­lerde ve sıxıntıda olmuşdu. Hetta bir ara Şekide yaşamaq mecburiy­yetinde  qalmışdı. Yeniyetme çağlarında bedii yaradıcılığı ile diq­qeti celb eden Hüseyn Necdet sonralar geri çekilmiş, teqib­ler ve tezyiqler onun ömrüne gencken son qoymuşdu. Biz onun arvadı Valentina Aleksandrovna Pezdşevle görüşe bildik. Mühasib işleyen bu qadın ereb elifbası ile yazılmış xeyli elyazmanı, latın  elifbası ile maki­nada yazılmış meqaleleri, fotoşekilleri ve s. senedleri qoruyub sax­laya bilmişdi. Hüseyn Necdetin arvadının eqrabaları rehber vezifede işlemesi ve miliyyetce azer­baycanlı olmaması erini hebsden xilas etmekle yanaşı, elyazmaların bir qisminin diqqetden kenar qalmasına sebeb olmuşdur.

Tapıntı haqqında M.F. Axundov adına kitabxanada tez-tez görüş­düyümüz Azerbaycan Dövlet Edebiyyat ve İncesenet Arxivinin direktor yardımçısı Qulam Memmedliye me’lumat verdik. O, arxivin emekdaş­la­rından Maarif Teymurovu ve Bibixanım Hüseynovanı gönderib 23 oktyabr* 1970-ci ilde aile arxivini aldırdı.1    

İster Edebiyyat ve İncesenet Arxivindeki, isterse de Azerbaycan EA Əlyazmalar İnstitutunun Əliabbas Müznib fondundakı E. Abide aid elyazmalar ve senedler arasında Gültəkin imzasına rast gelmedik. E. Abidin Elmler Akademiyasında işe girerken yazdığı tercümeyi-halında ve anketinde (bu senedlerin tapılmasında mene yardımçı ol­muş, yorulmaz araşdırıcı Rasim Tağıyevi hemişe minnetdarlıqla xatırlayıram) “Gültəkin”  imzası, elece de Türkiyede yayımlanan top­lu­sunda şe’rlerinin olduğunu yazmır.

Bütün bunlar da meni “Gültəkin”in Emin Abidin imzası olduğuna şübhe ile yanaşmağa vadar edirdi. Prof. Abbas Zamanovdan başqa, onu yaxından tanıyanlar ve eqrabaları arasında Ə. Abidin “Gültəkin” imzası ile şe’rler yazdığını söyleyen yox idi. Uzun axtarışdan sonra Türkiye radiosunun “Azerbaycanın sesi” verilişleri redaksiyasının reqberi Seyfeddin Altaylı 1928-ci ilde İstanbulda neşr edilmiş “İstiqlal uğrunda”1 kitabının suretini mene bağışladı. Kitabda Gültəkinin 20 şe’ri derc edilmişdi. Şe’rlerin birinin altında “Qezvin. 28 mais 1924”, ikisinin altında ise “Erzurum 1925”, “Erzurum 1926”2 yazılmışdı. E. Abidin öz eli ile yazdığı tercümeyi-halında İstan­bulda tehsil aldığı, Vyanada elmi e’zamiyyetde* olduğu ve s. gösterilir. Amma ne Qezvinde, ne de Erzurumda olduğuna dair heç bir qeyd olmaması, başqa qaynaqlarda da buna rast gelmemeyimiz “Gültəkin”in Emin Abid olduğuna dair şübhemizi yerinde saxladı.

Çünki, E. Abidin şe’rleri 1914-26-cı illerin dövri metbuatında gö­rü­nür. Elmi araşdırmalara başlayandan sonra onun şe’rlerine bir daha metbuat sehifelerinde rast gelinmir.

“Gültəkin” E. Abidin texellüsü deyilse, onda bu imza ile şe’rler ya­zan kimdir? — sualı da meni rahat buraxmırdı. Türkiyede yaşamış Azerbaycan mühacirlerinin ömür yolunu, yaradıcılıqlarını göz önün­den keçirsem de, qeti bir qerara gele bilmirdim.

Sonunda illerle elleşdiyim kelefin ucunu buldum. Azerbaycan Milli Tehlükesizlik Nazirliyinin arxivinde Emin Abidin dindiril­me materialları ile tanış ola bildim. Burada E. Abid “Gültəkin” imzası ile şe’rler yazdığını ve bu şe’rlerin Türkiyede çap olunduüunu yazmır. Amma M.E. Resulzade ile yaxın olduğunu, onun evinde keçirilen toplantılarda defelerle iştirak etdiyini “Yeni Qafqaz” dergisinde antisovet meqaleler ve şe’rler yazdığını etiraf edir.3 Bundan başqa, E. Abidin arvadı, Azerbaycan metbuatında “Nafie Abid” imzası ile hekaye ve şe’rleri yayınlanmış Nafie xanımın tercümeyi-halının deqiqleş­di­ril­mesi araşdırmamıza yardımçı oldu.4

1903-cü ilde anadan olan, resmi senedlerde adı ve soyadı Nafie Tevfik Tanurun atasının adı Ahmed Şükrü imiş. Nafie kiçik yaş­larında atasını itirmiş* , anası Zehra da Tevfik Tanure ere get­miş­dir. Belelikle Nafie atalığının adını ve soyadını götür­müşdü. İstan­bul Universitetinin tarix-edebiyyat fakültesinde tehsil alarken özünden  yuxarı kursda oxuyan Emin Abidle tanış olmuş ve ona ere get­mişdir. E. Abid tehsilini başa vurub 1927-ci ilde Bakıya dönende Nafi­­ye xanım da onunla geldiyine göre universitetde tehsilini yarım­çıq qoymalı olmuşdur.

İstintaq materialları ile tanış olduqdan sonra yeniden “Gültəkin” mövzusuna dönmeli oldum. Mirze Bala 1948-ci ilde İstanbuldakı Kaya­bal Giresin metbeesinde “Mühaciretde yetişen milliyyetçi Azeri şair­leri” seriyasından Gültəkinin “Buzlu cehennem ve diger şe’rleri” adlı kitabını yayınlatdırmışdı. Kitaba “Gültəkin” adlı maraqlı ön söz ya­zıb. Ancaq burada Gültəkinin şexsiyyetini müeyyenleşdirecek bir işa­reye bele yer qoymayıb. Yalnız şe’rleri siyasi mövzusuna göre deyer­len­dirib. Kitabda verilen şe’rler 1928-ci ilde çap olunmuş “İstiqlal uğrunda” toplusundakılarla eynidir. “İstiqlal uğrunda” kitabına Kamal im­zası ile yazılmış önsöz  “Buzlu cehennem”de Mirze Bala imzası ile ve­rilmiş önsöze çox yaxındır. Be’zi yerlerde neinki fikirler, hetta cümleler de eynidir. Buradan bele aydınlaşır ki, Kamal Mirzebala Mem­medzadedir.

Ona göre de, esas diqqeti “İstiqlal uğrunda” kitabına yöneltdik. Yuxa­rıda dediyimiz kimi topluya Gültəkinin 20, Ahmed Cavadın 9, Senanın 6, Azerizadenin 2, Me’sud Sefvetin 2, H. Hemdizadenin, Yusi­fin, İsma­yıl Zühutinin, Usta Əlinin, Nafie Şükrünün heresinin bir şe’ri daxil edilmiş, 2 şe’rin altından “... xanım”, bir şe’rin altından “B.”, üç şe’rin altından ise “***” işaresi qoyulmuşdu.1

Topluya geniş önsöz yazılmış ve sonda “Yeni Qafqaz” jurnalından alınmış “İnqilab neğmeleri” ve “Azeri Türk” jurnalından alınmış “Usta Ali ve şe’rleri” meqaleleri elave edilmişdir. “Müqeddime” ve “İnqilab neğmeleri” yazılarında Gültəkinin yaradıcılıüına daha çox diqqet yetirilir.

Emin Abidin xanımının Nafie, atasının Ahmed Şükrü olduğunu diqqete alsaq yeqinlikle deye bilerik: topludakı “Qardaş sevgisi”2 şe’rinin müellifi Na­fie Şükrü ele Nafie Tevfik Tanur Ahmedovadır. Ye’ni E. Abidin xanımıdır. “... xanım” imzalı birinci şe’r “Bayrağımız enerken”,3 ikin­ci şe’r “Mercan”4dır. “Bayrağımız enerken” şe’ri ister mezmun, ister formaca Gültəkinin “Bayraüım ve istiqlalım” şe’rine çox oxşa­yır. Gültəkin yazır:

 

                               Hür dedim kendime, zincir qıraraq

                               Get de kemendini cehennemde yak!

                               Yurdumun müebbed nigahbanıdır

                               Asırlar altında yükselen bayrak.

                                          Bayrağım ölmez, ölürse eger

                                          Torpağın altına keçer ölkeler...

 

                               Azeri  qanı ile yıkandın yeter

                               Yapdığın Neronun zülmünden beter...

                               Bir zeher sunsa da, emel doğurdu.

                               Türklügün qelbine vurduğun neşter.

                                          Qaldıqca Ruslarda bayrağım menim

                                          İntiqam olacaq şüarım menim!

 

 

                               Azeri oğluyum, adımda şan var,

                               Damarımda zülm haykıran qan var,

                               Meni öksüz sanıb kükreme, düşman

                               Bak arxamda haqqı seven cahan var.

                                           Paçavra* bayrağın elbet solacaq,

                                          Azerbaycan yene menim olacaq!

 

 

                               Qurtuluş, ey nazlı, sevimli peri,

                               Könülden vurğundur sene azeri,

                               Dişimle qıraram bir gün geler de

                               Bağrına saplanan qanlı xenceri

                                          Yaşa ey hesretle doğan istiqlal!

                                          Yaşa ey türk, yaşa ey gözel hilal!1  

Topluda şe’rler 9 bölmede verilib. Her bölmenin önünde de bir beyt ve ya bend şe’r verilib. Bunlardan altısı Gültəkinin şe’rlerinden alınıb. Bir neçe şe’r ise ya Gültəkine müracietle yazılıb, ya da onun şe’rlerine cavab kimi qeleme alınıb. Bele qenaete gelmek olur ki, toplu Gültəkinin yaxından iştirakı ile çapa hazırlanıb.

Altındakı tarixden şe’rlerin 1919-1926-cı illerde yazıldığı görünür. Hemin illerde E. Abid İstanbulda tehsil alırdı. “Anneme” şe’ri, “İstanbul mektubu” qeydi ile verilib. Şe’r yazılan vaxt E. Abidin anası sağ idi ve Bakıda yaşayırdı. İllerle ayrı düşdüyünden, uzaqda qaldıüından, her şeye baş eymediyi halda sevgisi önünde eyildiyini ürek dağlayan ah-nale ile söyleyen aşiq hetta anasını sevgisi  qarşısında eyilmeye gönderir. Bes şairin sevgisi kimdi?

                               Azerbaycan menim gözelim, anne!

                               Azerbaycan menim emelim, anne!

                               Get onun bayraüına üzünü sür de

                               Rusun çiynediyi torpağını öp.

                                          Azeri oğlunun böyük ümidle

                                          Gömdüyü üç rengli bayrağını öp.

 

                               Belke de ölürüm qürbetde anne!

                               Ruhumsa qalmasın hesrette anne!2

Bakıda 1925-ci ilde “Genc pedaqoq” jurnalında Emin Abid imzası ile “Qürbetden mektub” rubrikası altında verilmiş “Cavab” şe’rinde

 

                               Qış gedir, bahar gelir

                               Ayva gelir, nar gelir.

                               Çox üzülme su kibi

                               Gözlediyim yar gelir...

 

                               Anne sen gözle beni

                               Gözle dörd gözle beni

                               Könlüm yazıqdır şimdi

                               Üzme bir sözle beni

yazır. Bu misralar da “Anneme” şe’rile sesleşir. Şairin “Sevimli Bakı” şe’rinde de üsyankar bir ruh var:

                               Ey sevimli Bakı solğunsan yene

                               Bir acıyan könül yoxmu derdine?

                               Övladların kimi öksüz qaldınsa,

                               Men yanarım sene ey yetim nine!

                                          Xezerin suyunda çox göz yaşın var.

                                          Bağrına yaslanmış derdli başın var.

 

                               Dünyaya geldim men — torpağım oldun

                               Altaylardan endim — durağım oldun.

                               Yaşıl çemeninle — mavi göyünle,

                               Qırmızı gününle bayrağım oldun.

                                          Dağların mehrabım, daşın minberim,

                                          Men senin adına secde eyledim.

 

                               Ey qelbine matem bağlayan veten,

                               Düşmen qucağında ağlayan veten,

                               Əzmimle men seni qurtarmazsam.

                               Xalqımla beraber sen de yan veten!

                                          Hür olan imanın şimdi kalkanım,

                                          Halal haqqın olsun menim al qanım!1

Gültəkin rusun nişanlısını  öldürdüyü geline müracietle yazdığı “Ağla, gözel gelin” şe’rinde deyir:

                               Axşam yayılarken öksüz beldeye

                               Çemberekendinde yükselt sesini

                               Qucaqla mezarı sen veten deye

                               Millet duysun solan daş nefesini

                                          ...Getmeden elinin xınası gelin,

                                          Elle beraber tut bu yası gelin!...2

Bakıda 1923-cü ilde “Şerq qadını” jurnalında Emin Abid imzası ile verilmiş “Nişansız nişanlıya”3 şe’ri de “Ağla, gözel gelin”in sanki bir parçasıdır. Bu şe’rdeki

                               Xanım qız başına örtdüyün qara

                               Matemi eşqinin bir siyahımı?

                               Şimdi yas tutan her öksüz mezara,

                               Mezlum esirlerin bitmez ahımı?!

misraları da, misralardakı ifade ve deyimler de benzerdir.

Çenberekend sözünün üstünde işare qoyulub sehifenin aşağısında “Çenberekend Bakı mezarıstanının bulunduüu mehellenin adıdır” yazılıb. Bütün bunlar İstanbulda yaşayan şairin Bakını gözel tanıdığını, buraya bütün varlığı ile bağlı olduğunu gösterir. Emin Abid 1898-ci ilde Bakı şeherinde doğulub. Professor İslam Ağayeve göre, bu neslin soykökü sonuncu Bakı xanı Hüseynqulu xana baülanır.4

Bakıdakı III Aleksandr kişi gimnaziyasını bitiren Abid Mütellib oğlu Ahmedov bir neçe il qardaşı Aliabbas Müznibin neşr etdiyi jurnallarda işledikden sonra 1918-ci ilde İstanbula tehsil almağa getmişdi. “Gültəkin” imzası ile çap olunmuş şe’rlerdeki işareler Emin Abidin tercümeyi-halı ile uyğun gelir.

Gültəkinin şe’rlerini diqqetle gözden keçirdikden sonra yeniden E. Abidin çap olunmuş ve öz el yazısı ile yazılmış şe’rlerine baxdım. 19 oktyabr 1916-cı ilde yazdığı bir şe’rinde oxuyuruq:

 

                   Bir gün geler yurdumuzu basan qara dumanların

                   Qalmaz heç bir nişanesi, o vaxt şanlı elimizde.

                   Hep edalet güneşine işıqlanıb işıq aydın

                   Gözel xoş günlere çıxar, onlar her iş elimizde1

 

Gültəkin 28 mayis 1919-cu ilde yazdığı “Azerbaycan istiqlalı” şe’rinde yazır:

 

                               Nehayet bir gün geldi, durdu göz yaşı,

                               Yükseldi çoxdan beri eyilen başı

                               Milletin ta ruhundan bir güneş doğdu,

                               Memleketi kaplayan zülmeti boğdu.2

 

Diqqet yetirsek, ruhen bir-birine çox yaxın, biri o birini tamamlayan misralar olduğunu görerik. Gültəkinin “Buzlu cehennem”, “Vetenim ve eşqim”, “Qürbetde bayram”, “Azerbaycan gencliyine”, “Moskva”, “Çeka”, “Azeri kommunistine”, “Qızıl rus şairine”, “Qafqaz türküsü”, “Gürcü qar­daş”, “Bolşevik” ve b. şe’rleri de siyasi cehetden yetkin, döyüşken ruh­da olsa da, bedii cehetden  sönükdür.

Cefer Remzi İsmayılzade Aliabbas Müznibin iki dördlüyünü Emin Abi­din hesab etmesinde yanılsa da ilk defe “Veremli qız”, “Ayrı­lar­ken” ve “Nişansız nişanlıya” şe‘rlerini “Deyilen söz yadigardır” almanaxına3 daxil edib.

Ahmed Ceferoğlu “Azeri edebiyyatında istiqlal mücadilesi izleri” eserinde yazır: “Gültəkin beyin şe’rlerinin qüvvet ve gücü deye bilerem ki, siyasi metbuatımızdan daha çox reğbet göre bilmişdi. En gözel be’zi şe’rleri bestelenib İstanbul ehalisi arasında  bu gün de söylenmekdedir”4

Son olaraq onu deye bilerik ki, 1904-cü ilde Şuşada doğulan, Bakı Dövlet Universitetinde oxuyan Qara Hüseynov 1927-ci ilde Türkiyeye köç­meli oldu. Hemin il E. Abid de universitetde işleyirdi. Vetenperver telebe milli ruhlu genc  müellimi yeqin şexsen tanıyırdı. Türkiyede Qara Hüseynov Hüseyn Baykara kimi tanındı. O, 1975-ci ilde İstanbulda çap etdirdiyi “Azerbaycan istiqlal mübarizesi tarixi” kitabının so­nun­da sehife boyu bir şekil verib. Eli deyenekli, ayağı çarıhlı, şalva­rı­nın dizleri yamaqlı, eyni çuxalı, başı qoyun derisinden tikilmiş sa­çaqlı papaqlı şexs çobanı xatırladır. Şekilin altından ise yazı­lıb:

                               “Bir istaqlal yolçusu...

                               ... Ve siz ey ölümün qorxunc yolunda

                               Yürürken, “Baqtı”da sürüyen gencler...

                                          Gültəkin . (Emin Abid)

                                          Azerbaycan şairi”

Yuxarıda sadaladığımız faktlara esasen “Gültəkin”*in Emin Abidin gizli texellüsü olduğunu söyleye bilerik. İster M.E. Resulzade, isterse de Mirze Bala ve başqaları onu teqiblerden qorumaq üçün bunu açıb ağartmamışlar. 1938-ci ilde E. Abidi hebs edib qısa istintaqdan sonra oktyabrın 21-de saat 2130 -da güllelemişler.*(qurşunlamışlar)

Xanımı Nafie Tevfiq Tanur Ahmedovanı da tutuqlayıb uzun-uzadı işgenceler vermiş, ancaq hebs edilmesine sebeb ola bilecek ifade ala bilmemişler. Onu tanıyanlar bir neçe il hebsxanada qaldıqdan sonra Türkiyeye döne bildiyini söyleyirdiler.

İlk yaradıcılığa şe’r ve hekayelerle başlayan Emin Abid gencliyinde de sözünü poetik bir dille oxucuya çatdırmağa çalışmışdır. Elmi araşdırmalarla ardıcıl meşğul olandan, bu sahede uğur qazanandan sonra, bedii cehetden o qeder de dolğun olmayan şe’rler yazmağa ehtiyac duymamışdı. Ya da başqalarının zeif şe’rlerini tenqid eden, edebiyyat nezeriyyesini gözel bilen alim poetik cehetden yetkin olmayan şe’rler yazmaqdan el çekmişdir. Amma edebiyyatımız üçün  üz ağlığı qoyub getmişdir.Yoxsa 20-30-cu illerin proletar edebiyyatını oxuyanlar ele bilerdiler  bu millet yalnız medhiyye ve terennğm şe’rler yazmaqdan başqa heç ne bacarmayıb. Gültəkin ve onun meslekdaşlarının yaradıcılıq nümuneleri Azerbaycanda müstemleke* zülmüne qarşı üsyankar bir ruhun heç vaxt sönmediyini gösterir.

 

Çap olundu: 1.Gültəkin Emin Abiddirmi? “Ulduz” jurnalı, 1999, sayı 5-6, səh. 81-86.

2. Gültəkin Emin Abiddirmi? “Erciyes” dergisi, 1999, Temmuz, sayı 259, səh.16-19.

 



* Beyt, misra

1 Memmed Emin Resulzade. “Esrimizin Seyavuşu. Çağdaş Azerbaycan edebiyyatı. Çağdaş Azerbaycanın tarixi”. Cenclik Bakı, 1991, s. 81-82.

2 Yene orada, seh 13-14.

3 Almas Yıldırım. “Qara dastan (şe’r ve poemalar)”. Tertib edeni ve ön söz müellifi Maarif  Teymurov. Bakı, 1994, s. 10. Nesiman Yaqublu. “Müsavat  partiyasının tarixi”. Bakı, 1997, s. 154

* ekim

1 Azerbaycan Dövlet Edebiyyat ve İncesenet Arxivi. fond 170.

1 “İstiqlal uğrunda” (şe’rler toplusu). Milli Azerbaycan neşriyyatı, sayı 8, İstanbul, 1928. 

2 Yene orada, s . 21, s. 103, s.112.

* araşdırmasında

3 Azerbaycan Respublikası Milli Tehlükesizlik Nazirliyinin Arxivi, Emin Abid Ehmedovun istintaq işi ¹32796

4 Yene orada Nafie Tevfik Tanurun işi ¹ 269342

* kayb etmiş

1 İstiqlal uğrunda İstanbul, 1928.

2 Yene orada, s. 62.

3 Yene orada, s. 24

4 Yene orada, s. 134

* Esgi, cındır

1 İstiqlal uğrunda. s. 20.

2 Gültekin. “Buzlu cehennem”, İstanbul, 1948, s. 23.

1 Gültekin “Buzlu cehennem”. İstanbul, 1948 s. 22

2 Yene orada, s. 45

3 Emin Abid “Nişansız nişanlıya”, “Şerq qadını” jurnalı, 1923, ¹2, s. 18

4 İ. Ağayev “İki rejimin qurbanı-Elabbas Müznib”, “Xalq qezeti”, 1998-ci il, 4  fevral.

1 Azerbaycan EA Elyazmalar İnstitutu. E.A Müznibin şexsi fondu. Arx. 37,2 Q-5 (69), fond 25 s. 77

2 Gültekin “Buzlu Cehennem”, İstanbul, 1948. s. 17

3 “Deyilen söz yadigardır” “Yazıçı” neşriyyatı, Bakı, 1981, seh. 251-254.

4 E.Ceferoğlu “Azerbaycan edebiyyatında istiqlal mücadilesi izleri”. “Azerbaycan yurd bilgisi” dergisi, 1932, ¹ 8-9. Meqale hemin il İstanbulda eyni adda kitab kimi çap edil­mişdir.

* Azerbaycanda Orxan-Yenisey abideleri haqqında ilk bilgi vermiş araşdırıcı­la­rı­mızdan olan Emin Abid görünür “Gültekin” adını da oradan götürmüşdür. İster hemin illerde, isterse ondan xeyli sonralar Azerbaycanda Gültekin texellüsüne ve adına rast gelmirik. 

* 1962-ci ilde ona beraet verseler de (ölümünden sonra) ne qohumları, ne araşdı­rı­cı­lar onun haçan ve harada öldüyünü öyrene bilmemişdiler.

* sömörge

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=