FOLKLORÇU ƏMIN ABID

ƏLI HÜSEÜN OĞLU ŞAMIL

BAKI*

FOLKLORÇU ƏMIN ABID

I məqalə

Folklorumuzun tarixinin və nəzəri probləmlərinin öyrənilməsində böyük xidməti olmuş Əmin Abid indiyədək olduğu kimi tanıdılmayıb. Araşdırıcının doğru-düzgün tərcümey-halı yayınlanmış bir qaynaq belə yoxdu. 30 ilə yaxın onun həyat və yaradıcılığının öyrənilməsinə maraq göstərsəm də mən də yanlışlıqlara yol vermişəm. Buna səbəb Sovetlər Birliyinin qapalı arxivləri idi. 1998-ci ilin sentyabrında ilk dəfə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivində çalışmağa izin ala bildim. Əmin Abidin ölümü, həyatı və yaradıcılığı ilə bağlı faktları ondan sonra aydınlaşdı.

Stalinin ölümündən (1953) sonra Sovet Ittifaqında bir hərəkat başladı. Dövləti xilas etmək üçün bütün günahlar bir nəfərin Stalinin adına yazıldı. Stalin şəxsiyyətəpərəstlikdə, sosializmin qanunlarına düzgün əməl etməməkdə, yüz minlərlə insanın haqsız güllələnməsinə, həbsinə və sürgün edilməsinə rəhbərlik etməkdə suçlandırıldı.

1922--1953-cü illərdə (əsasən də 1937-38-ci illərdə) "xalq düşməni" damğası ilə cəzalandırılanların əksəriyyətinə bəraət verildi. Əslində onlardan çoxu ya güllələnmiş, ya da ağır həbsxana şəraitinə dözməyib həlak olmuşdu. Sağ qalanlar isə fiziki və psixoloji cəhətdən elə vəziyyətə salınmışdı bir daha quruluşa, hökumətə qarşı çıxacaq, yazıb-yaradacaq halda deyildilər.

Əslində onlara fiziki bəraət verilmişdi. Ideoloji bəraət üçün quruluşun dəyişməsi, Sovet İttifaqının dağılması lazım gəlirdi. Bəraət verilmiş yazıçı və şairlərin, araşdırıcılarının əsərlərinin geniş öyrənilib təbliğ edilməsinə müxtəlif əngəllər törədilirdi. Gec də olsa 1962-ci ilin dəkabrın 21-də Əmin Abidə bəraət verildi.1 Lakin ömür yolunun öyrənilməsi, yaradıcılığının araşdırılıb təbliğ edilməsi əngəlləndi. Çünki Ə.Abid bədii yaradıcılığında kommunizm idiologiyası adı altında sömürgəçilərə, elmi yaradıcılıqda isə ümumtürk ədəbiyyatını parçalayıb məhəlli ədəbiyyatlar yaratmaq istəyənlərə qarşı durmuşdu.

Öncə yayınlanmış araşdırmalardakı yanlışlıqlar təkrarlanmasın dəyə Əmin Abidin qısa tərcüməyi-halını verirəm. Elm aləmində Əmin Abid kimi tanınan araşdırıcının adı Zeynalabdin, atasının adı Mütəllib, soyadı Əhmədovdur.2 Sonuncu Bakı xanı Hüseynqulunun soyundan olan3 Zeynalabdin 1898-ci ilin noyabrın 2-də Bakıda doğulub.4 Ilk təhsilini anası Reyhan Adnan qızının evdə açdığı məktəbdə, orta təhsilini hakim dairələrin müstəmləkə altında saxladıqları millət və xalqlardan idarəetmədə lazım gələn kiçik rütbəli məmurlar hazırlamaq üçün yerlərdə rus dilində açdıqları məktəblərin birində - Bakıda açılmış III Aleksandır oğlan litseynində almışdı.

1912-ci ildə qəzet və dərgilərdə Abid, Abid Mütəllibzadə, Abid Alp Mütəllib oğlu, Qozqurab bəy və b. imzalarla məqalələr, hekayələr, şe’rlər və tərcümələr çap etdirib. Litseyi bitirib Türkiyəyə oxumağa getmək istəyib. Birinci Dünya Müharibəsi buna imkan verməyib. Qardaşı, millətçi şair Əli Abbas Müznibin naşiri və redaktoru olduğu "Dirilik", "Babayi-Əmir" dərgilərində çalışıb.5

1918-ci ildə Osmanlı ordularının köməyi ilə Bakı sömürgəçilərdən azad olub Azərbaycan Demokratik Cümhuriyyətinin paytaxtına çevriləndən sonra Əmin Abid Istanbula oxumağa gedə bilib.6 Öncə Darülmüəlliməyi-aliyəyi, sonra da Darülfünunun Ədəbiyyat fakültəsini bitirib. 1927-ci ildə Bakıya dönüb, pedaqoji texnikumda, unversitetdə, ümumitəhsil məktəblərində dərs deyib. 1938-ci ilin iyulun 14-də cəsusluqda günahlandırılaraq həbs edilib. Üç ay sonra oktyabrın 21-də saat 21-30 da qətl edilib.7

Əmin Abid folklorla ilgili ilk araşdırmalarını 1923-cü ildə "Kommunist" qəzetində yayınlatdığını yazanlara mən hələ universitet tələbəsi olarkən (1968-73) cavab vermişdim.8

Lakin bu o qədər də diqqəti çəkən olmamışdır. Həmin yanlışlıq kitabdan-kitaba, məqalədən-məqaləyə kəçərək davam etmişdir. Sovet İttifaqının dağılması Azərbaycanın dünyaya dirək çıxışına imkan açmışdır. Indi Türkiyədə, Iranda eləcə də dünyanın başqa ölkələrində yaşayan araşdırıcılar Azərbaycanda yayınlanmış məqalə və kitablardan geniş istifadə edə bilirlər. Onlar da Azərbaycan folklorşünaslığında özünə "vətəndaşlıq hüququ" qazanmış yanlışlığı təkrarlamasınlar deyə həmin məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Əmin Abidin folklorla bağlı ilk araşdırmasının "Kommunist" Qəzetində yayınlandığını öncə Abdulla Abbasov söyləmişdir. O, yazır: "Kommunist" qəzetinin 1923-cü il 5 oktyabr tarixli nömrəsində Hüseyn Nicdətin "El şairi Sarı Aşıq", həmin ilin 16 Noyabr nömrəsində Əmin Abidin "El şairi Aşıq Qərib" adlı məqaləsində Sarı Aşıq haqqında mə'lumat verir".9

"El şairi Aşıq Qərib" məqaləsində yazılıb: "Haqqında bəhs etdiyimiz Aşıq Qərib Qaradağlı kəndində təqribən 200 il bundan qabaq doğulmuşdur. Bu yer Zəngəzur qəzasında Həkəri çayı civarında təqribən yüz il bundan əvvəl dağılıb xarabazara dönmüşdür. Qəbir həmin nahiyədə Güləvird adlanan kəndin yaxınlığındadır".10 Məqalədə Aşıq Qərib dəyə tanıdılan şəxsi Sarı Aşıq olduğu deyilmir. Başqa araşdırmalardan Güləbürddəki qəbrin Sarı Aşıq ləqəbli el şairinin olduğunu öyrənirik. Onun əsl adı haqqında mübahisə bu gün də davam ədir.

"El şairi Aşıq Qərib" məqaləsi "mabədi var" (yə'ni ardı var - Ə.Ş.) ifadəsi ilə bitir. Nə öndə, nə də sonda məqalənin müəllifi göstərilməyib.

Qəzetin sonrakı saylarında məqalənin mabədini-ardını tapa bilmədik. Aşaqdakı faktlara əsaslanaraq bu qənaətə gəlirik ki, "El şairi Aşıq Qərib" məqaləsinin müəllifi Əmin Abid deyil.

a) Əmin Abid həmin vaxt Istanbulda təhsil alırdı. Araşdırma mövzusu da tamam başqaydı. Qarabağı gəzib, folklor materialı toplayıb məqalə yazacaq vəziyyətdə deyildi. Əgər Istanbuldan göndərmiş olsaydı rədaksiya mütləq buna işarə verərdi. Ə.Abid Istanbuldan göndərdiyi məqalələri Bakıda çap edən dərgilər bunun ediblər.11

b) H.Nicdət Ə.Abidin böyük qardaşı şair Əli Abbas Müznibin oğludur. Məktublardan, xatirələrdən bir-birinin xətirini çox istədiyi aydın olur. Ə.Abid Hüseyn Nicdətin araşdırılmasından və yaxud tərsinə H.Nicdətin Ə.Abidin məqaləsindən xəbərsiz olmazdı. Belədə birinin aşağı Sarı Aşıq, o birinin Aşıq Qərib kimi tanıtması inandırıcı deyil.

v) Ə.Abid 1933-cü ildə SSRI EA Azərbaycan filalına işə girmək istərkən çap olunan və olunmayan əsərlərinin, hətta şe’r və tərcümələrinin də siyahısını tutub. Orada "El şairi Aşıq Qərib" və ya Sarı Aşıq adlı məqalənin adı yoxdur.12

q) Ə.Abid 1928-ci ildə tamamladığı, 1930-cu ildə yayınlatdığı bir məqaləsində13 yazır: "Salman Mümtaz Aşıq Abdulla adlı (Söhbət bu gün Sarı Aşıq kimi tanıdığımız el şairindən gədir - Ə.Ş) bir şairdən bəhs edərkən bayatı haqqında da qısaca izahat verir. (Bakı-1927) çox qarışıq olan bu izahatda ilk misrada şairin öz adını zikir etməsi haqqında olan iddia Haşım Nahidin fikrindən kopya edilmişdir; ikincisi oğuzların bayat şö'bəsinə nisbətlə adlandırılması fikri də Köpürlüzadənin daha əvvəlcə söylədiyi fikrin ("Türkiyyat" məcmuəsi, cilid 1, səh. 205) təkrarı dəməkdir".

Əmin Abid kimi diqqətcil bir araşdırıcı bunları söyləyərkən özünün də həmin mövzuda yazmış olduğunu qeyd etməməsi mümkün deyil.

"El şairi Dəli Mehdi" Məqaləsinin müəllifi Əbdülrəhman Dan olduğu göstərilir.14 Belə olduğu halda məqalənin Əmin Abidə aid olub olmadığı mövzusunda mübahisəyə girişməyə ehtiyac qalmır.

Hüseyn Nicdətin "El şairi Səfərli" və "Məmməd Kazım Pörto" (Əslində məqalələri bir sütunda verilmişdir. Məqalənin son parçası ikinci sütuna keçirilmişidr. Həmin sütunda Əmin Abidin "Ayrılarkən" şe’ri verilib. Məcid Fərzullayev hazırladığı bibloqrafiyada Əmin Abid şe’rin deyil, məqalənin müəllifi hesab etməklə yanlışlığa yol verib.15

Bizcə təcrübəli folklorşünaslarımız V.Vəliyev16. və P.Əfəndiyev17 təkrar-təkrar "Kommunist" qəzetində dərc olunmuş "El şairi Dəli Məhdi" və "El şairi Aşıq Qərib"in Abidin olduğunu yazmaqla yanlışlığa yol vermişlər.

Folklor araşdırıcılarımızdan M.H.Təhmasib, V.Vəliyev, P.Əfəndiyev, Ş.Cəmşidov, A.Nəbiyev, Y.Ramazanov, M.Əliyev və b. dərslik, monoqrafiya və məqalələrində Ə.Abidin yaradıcılığına ötəri toxunub, münasibət bildiriblər.18 Onlarda yalnız P.Əfəndiyev bir məqaləsində Ə.Abidi folklorçu kimi araşdırıblar. 19

Hələ Istanbul Universitetinin əbədiyyat fakültəsində oxuyarkən (1921--26) yazdığı altı cilidlik "Azərbaycan türklərinin ədəbiyyatı tarix"nin20 ilk cilidini Ə.Abid əsasən "Kitabi-Dədə Qorqud"un araşdırılmasına həsr etmişdir.21 Bakıya döndükdən sonra çap etdirdiyi ayrı-ayrı məqalələrdə "Kitabi-Dədə Qorqud" mövzusuna toxunan araşdırıcı bununla kifayətlənməyib. Iki məqaləsini isə tam bu mövzuya həsr edib.22 Beləliklə Azərbaycanda Qorqudşünaslığın əsasını qoyub.23

1927-ci ilin başlanğıcında Əmin Abid Bakıya döndükdə başqa ovqatla qarşılaşdı. 1918-ci ildə Istanbula oxumağa yola düşərkən milli şüurun yüksəlməsini, xalqda özünüdərkin güclənməsini bir oyanış, milli dəyərləri qiymətləndirmə görmüşdü. Geri qayıdanda isə bunun əksilə rastlaşdı. Rəsmi dairələr milli dəyərləri heçə endirməyə, xalqı kökündən uzaqlaşdırmağa, hətta müstəqil düşüncə sahiblərini belə təqib etməyə çalışırdılar. Proletar bəynəlmiləlçiliyi, inqilab mübarizə, sosializm quruculuğu adı altında müstəmləkə altında inləyən xalqların öz mədəniyyətlərindən uzaqlaşdırılması prosəsi gedirdi. Bu işin həyata kəçirilməsində xalqların içindən seçilib hazırlanmış onlarla qələm sahibinin fəaliyyəti üçün şərait yaradılmışdı.

Onlara qarşı duranlara isə ağıl, məntiq və diskussiya ilə deyil, işdən çıxarmaq, təqib etmək, sıxışdırmaq, həbsxanaya salmaq və güllələnməklə cavab verilirdi.

Belə bir çətin şəraitdə açıq mübarizənin mümkünsüzlüyünü görən Əmin Abid elmi mübarizə yolunu səçdi. Min bir əziyyət bahasına da olsa qədim və orta yüzilliyin qaynaqlarını ortaya qoydu, onları sistəmləşdirməyə çalışdı.

20-ci illərdə SSRI-ni bir yenilik axtarışı bürümüşdü. Bu yeniliyin nədən ibarət olduğunu bilməyənlər milli dəyərlərdən üz döndərib yönlərini Avropaya çevirmişdilər. Ədəbiyyatımızın incisi sayılan əsərlər nəinki məzmununa,hətta formasına görə də yararsız sayılırdı. Yenilik axtarışında olanların səhv yolda olduqlarını açıq və döyüşkən bir ruhla söyləyən bilməyəcəyini görən Ə.Abid elmi üsulla bunu söyləməyə çalışırdı.

Poeziyada vəzni, qafiyəni və ritmi ataraq onu söz yığınına çəvirmək istəyənlərə cavab olaraq yazırdı: "Şe’rdə dil, vəzn, nəzm şəkilli, qafiyə bir vasitədir. Qayb bu vasitələrlə meydana çıxan mövhum bədii gözəllikdir".

Bu fikirləri söyləyən müəllif məqaləsinin sonunda "Fəqət əsrimizdə, bilhassə inqilab prinsipləri üzərində qurulan yeni Cəmiyyətin şe’ri üçün yeni nəzm üsullarından istifadə etmək bu günkü bədii zövq nöqtəyi-nəzərindən də mənasızdır. Tək-tək qurulan sərbəst və futurist nəzm şəkilləri yanında əksəriyyətlə gözə çarpan yeni sarayın əmmaməli dilidir. Yəni saraya ədəbiyyat və sənət təlqiləridir... Bizə uyğun olan tipik prolestar şe’ri haqqında təhlillərimiz ikinci məqaləmizə buraxırız"24 yazmaqla özünün də mühitin təsirindən çıxara bilmədiyini göstərmiş olur.

Müəllifin ikinci məqaləsinə rast gəlmədik. Amma "Maarif işçisi" dərgisini üç nömrəsində yayınılanmış25 geniş bir məqalə mövzu və məzmunca yuxarıda söylənilən fikirin davamı təsiri bağışlayır. Məqalə belə başlayır: "Vəzn dilin məhsuludur, hər ictimai zümrənin öz ilk şe’rinə verdiyi ahəng dilin ümumi ahəngindən ayrılan ünsür-ələməntlər məcmuəsidir. Türklərin şe’r musiqisini axtarmaq üçün nə Ərəbistanın qızğın çöllərinə nə də Iranın tozlu obalarına getmək lazım deyildir: gözlərin dilimizə çəvrilməsi, bunun fəlsəfəsini anlamaq üçün yətərlidir".26

Araşdırmalarında fakt və məntiqə üstünlük verən Ə.Abid də ədəbi hadisələr marksist metodologiyasından bahıb sinifi yanaşmağa çalışır. Ilk cümlədə "Hər ictimai zümrənin öz ilk şe’rinə verdiyi ahəngdən söz açan araşdırıcı ikinci abzasdaca türklərin "bədii zövqlərini doyurmaq məqsədilə" yaratdıqları şe’rin savaşlarda qəhrəmanlıq göstərən igidlər və cəsur tayfa başçılarına həsr etmiş olduğunu söyləyərək yazır: "Bunlar saz cinsindən təlli çalğılarda çalınaraq yüksək səslə söylənilirdi. Dastanların sözlərinən çalğının havası (melodiyası) verilir və bu surətlə oxunan sözləri bir vəzn qazanmış olur".27

Ə.Abidə görə, qədim türk dastanları az-çox ahəngdar bir şəkildə idi. Bu ahəngi yaradan isə cümlə başında və sonunda nidanın əlavəsi, cümlələrin sonlarına vurğuların salınması, cümlə və ifadələrin təkrarı və s. Zaman keçdikcə bunlar cilalanaraq heca vəznini formalaşdırmışdır.

Qədim şe’rimizi "vəznli şe’r" adlandıran Ə.Abid həmin dövrə aid qaynaqların az olduğuna təssüflənsə də fikirlərini şərh etmək üçün Drezdən kitabxanasında saxlanan "Kitabi-Dədə Qorqud"dan nümunələr göstərir. O, dastanı müstəqil bir əsər kimi deyil "Oğuznamə"nin hissəsi kimi öyrənir. Ə.Abidə görə vəznli şe’rdən yavaş-yavaş heca vəzni yaranmışdır. Bunun da ilk nümunələri Kaşqarlı Mahmudun "Nəbiyev it-türk"də qorunub saxlanmış atalar sözləridir.

Ə.Abid bununla kifayətlənmir. Daha qədim qaynaqları önə çəkərək Orhan-Yenisəy abidələrində də 7 hecalı şe’r şəklinin olduğunu söyləyir və ondan nümunələr verir. Araşdırıcıya görə heca vəzni formalaşarkən öncə qısa ahənglər yaradan vəznlər meydana gəlmişdir. O, bunu təbii hesab ədir. çünki çox bəsit saydığı dilin birdən-birə güc və mürəkkəb parçalı vəznlər yarada biləcəyini şübhə ilə yanaşır.

Araşdırıcıya görə heca vəzninin formalaşdığı ilk dövründən başlayaraq ən geniş yayılan şəkili yeddilik olmuşdur. Bu da özünü iki şəkildə göstərir. Yeddi heca çox vaxt altı hecalı ilə qarışıq işlənir. Gah yeddi hecalı dördlüklərin üçüncü misrası altı hecalı olub, gah da altı hecalı dördlüklərin dördüncü misrası yeddi hecalı olub. Müəllifə görə yeddi hecalı vəzn inkişaf etsə də altı və səkkiz hecalıları tam sıxışdırıb aradan çıxarmamışdı.

Heca vəznində olan ilk şe’r nümunələrində qəti və müəyyən bir şəkil olmadığını söyləyən Əmin Abid eyni vəzndə gah durğuyla, gah da durğusuz işləndiyini söyləyir və "oxunarkən bütün misralarda kəlmələrin müəyyən yerdə bitməsindən doğan ahəngin" şe’rin bədii dəyərini artırdığını göstərir. Başdan sonadək durğusuz oxunan misraları isə "bir nəsr parçası" adlandırır, və "diqqət edildiyi zaman ilk mənzumələrdə bu ümumi ahəngdə qulağın xoşlandığı yumşaq bir dərəcə "olmadığı, əsgər yürüşündən hüsula gələn mütərət səslərə bənzədiyi" qənaətinə gəlir.

Onun fikirincə, qısa vəznlərdə təravətli səslər az duyulur. Dil inkişaf etdikcə uzun vəznlər formalaşır. Bu da şe’rin bədii dəyərini artırır. Sübut üçün Kaşqarlı Mahmud "Divan"ına nəzər salaraq yazır ki, mənzum parçaların çoxu qısa vəzndə-əsasən yeddi hecalıdır. Uzun vəznli beytlər isə azdır. Bundan anlaşılır ki, 950 il öncə türk ədəbiyyatında heca vəzninin bir çox növü varmış. Zaman keçdikcə onlardan bəziləri aradan çıxmış, bə'ziləri də təkmilləşərək daha da cilalanmışdır. Alim sıradan çıxanlara 12 hecalı şe’ri nümunə göstərir.

"Divan"dan götürdüyü 13 və 15 hecalı şe’rlərin durğuları üzərində dayanır. Birincidə yeddinci hecadan sonra bir durğu olduğu halda, ikincidə dörd durğu olduğunu, bu durğuların üçünün dörd hecalı, sonuncunun isə üç hecalı olduğu söyləyir.

Ə.Abid "Divan"dakı 6-dan 15 hecayədək olan şe’r parçalarını araşdıraraq aşağıdakı qənaətə gəlir: "Bu gün çox inkişaf edən on bir hecalıya həç bir nümunə yoxdur. Dəmək on bir vəzn bu zamanlarda hələ çox tətbiq edilməmişdir".28

Müəllif heca vəzninin ən geniş yayılmış şəkili olan on birliyin formalaşması zamanını aydınlaşdırmağa çalışır. Ə.Abid türklərin Batıya yürüşlərini, ərəb və fars ədəbiyyatı ilə yaxından tanış olmalarını və ondan bəhrələnmələrini göz önünə gətirərək yazır: "Türk ədəbiyyatı yalanız mövzu (motiv) e’tibarı ilə deyil, ümumi təxniki e’tibarı ilə də ayrı və yabançı olan yeni bir ədəbiyyat qarşısında bulundu. Heca vəzni gərək xalqın mühtəlif sinifləri və gərək də əşirət aristokratı ədəbiyyatında yəganə vəzinkən ərəbin əruzu üzərində yeni bir şe’r abidəsi yüksəlməyə başladı".29 Buna nümunə olaraq Yusif Has Acibin (Balasaqunlunun) 1069-1970-ci illərdə yazdığı 6500 bəytli "Quladqu biliki" göstərir.

Araşdırıcıya görə əruz saraylarda, aristokratiya arasında, təhsil ocaqlarında hecanı sıxışdırırdı. Belə bir vaxtda "təkiyyələr ətrafında yaradılmağa başlayan ədəbiyyatın şe’ri isə heca vəznini qəbul etmişdir". Bunun ən başlıca səbəbi "məfkurəvi təlqinləri xalqa onun anladığı dildə və rahat" qavraya biləcəyi formada çatdırmaq idi. Nümunə olaraq Əhməd Yəsəvinin "Divani Hikmət"indən və "Yusif və Züləyha"dan üç şe’r verir. Bu şe’rlərdən biri 7 hecalı ikincisi isə 12 hecalıdır. "Divani Hikmət"də ən çox işlədilən şe’r ölçüsü 7 və 12 hecalıdır. Araşdırmaya cəlb edə bildiyi nümunələrdən bu qənaətə gəlir ki, istər Ə.Yəsəvi, istər Əli hecanın texnikasını dəyişməmiş, onu kəçmişlərdə olduğu kimi işlətmişlər. Vəzndə dəyişiklik edən Yunis Imrə və müasirləri olmuşdur. "Yunis Imrəyə qədər zəif və cılız bir şəkildə gələn heca ondan tamamilə yeni bir cöhrə ərz ədər... Yusif Imrənin hecası hecai ahəngə deyil, misrai ahəngə malikdir... Bu gün Qafqaz və Türkiyə ədəbiyyatında Yunisin bundan 600 il əvvəlki hecası kimi vəzndə hakimiyyətə çox az təsadüf edilir" - yazan Ə.Abid şairin 5,6,7,8,10,11,14,15,16 hecalı şe’rlərindənbir və ya iki nümunə verir.

"Türkiyə təkiyyələrində qüvvətli inkişaf edən heca vəzni ilk zamanlar Azərbaycan və Qafqaz oğuzlarında nə şəkildə olduğuna aid" əlində vəsiqə olmadığına təəssüflənən Ə.Abid" yazılı ədəbiyyatımızda heca nümunələrinə Xətaidə təsadüf etdiyini söyləyir. Bunu Xətainin xalqçılığından gəlmədiyini, "kəndi dini və Dövlət prinsiplərini aşağı təbəqə əhali arasında yerləşdirmək" məqsədi daşıdığını söyləyir.

Ə.Abid əldə edə bildiyi nümunələr üzərində apardığı qarşılaşdırmadan aşağıdakı qənaətə gəlir.

a) Xətainin şe’rləri Azərbaycanda çoxdan unudulduğu halda daha çox ideoloji əhəmiyyət daşıdığından Türkiyədə "Təkiyə dərgah"ları tərəfindən 1920-ci illərədək (yə'ni dərgahlar Atatürk hökuməti tərəfindən bağlananadək) yaşadılmışdır.

b) Xətai on bir hecalı şe’rdən daha çox istifadə etmişdir.

v) Xətai heca vəznində yazdığı şe’rlər Yunis Imrə hecasının yanında sönük və ibtidaidir. Baxmayaraq ki, ondan əsrlərlə sonra yaşayıb.

q) həyatı və şəxsiyyəti əfsanələrə qarışan Kərəmdən sonra heca vəzni Azərbaycanda sür'ətlə inkişaf edib.

Kərəmi "şərqi oğuz türkcəsinin heca sahəsində yətişdirdiyi Füzulisi" hesab edən, onun sayəsində on bir hecalı şe’ri ədəbiyyatımızda inkişaf etdiyini söyləyən Ə.Abid səhifənin ətək yazısında "Kərəm haqqında ayrıca araşdırma"sı olduğunu göstərir. çox təəssüf ki, bu günədək həmin araşdırmanın izinə düşə bilməmişik.

Hecanın inkişafında Anadoluda yətişən Qaracaoğlan, Kuhi, Dərdli, Qul oğlu, Aşıq Əmrah kimi əl şairlərinin xidmətlərini yüksək qiymətləndirən və onlardan nümunələr verən araşdırıcı xalq şe’rinin III Sultan Əhməd sarayına Zəlim tərəfindən zəif şəkildə daxil olduğunu Qafqaz və Azərbaycan xanları sarayında isə qüvvətli bir inkişafa nail olduğunu göstərir. Bunun da səbəbini M.P.Vaqif kimi sənətkarlarda görür.

Ə.Abid yazır: "Bizim ədəbi sahəmizdə on bir hecanın 17-18 əsrlərdə çox məqbul olması, Xətai ilə başlayan, Kərəmlə şəxsiyyət qazanan hərəkətin nəticəsidir. Vaqifin hecası aşina olduğu klassik ədəbiyyat tərbiyyəsi dolayısı ilə Xətai və Kərəmdən çox fərqli və pişkindir".30

Hətta Türkmən şairi Mahtumqulunun heca vəznində yazdığı şe’rləri belə gözdən qaçırmayan, ona da elmi qiymət verməyə çalışan Ə.Abid Türkiyə ədəbiyyatındakı dəyişiklik haqqında yazır:

"Namiq Kamal-Əbdülhəq Hamid məktəbi ilə "Sərvəti-Fünun" nəsli tərəfindən yaşadılan Avropaçılıq şe’rin musiqisini və ümumi görnüşünü dəyişdiyi halda vəzn nöqtəyi nəzərindən bir təsir yapmadı. Əski sarayın ən'ənəvi əruzi təmadi ətdirildi". Ə.Abidə görə "Şair Məhəmmədəminin zühurundan sonra öncə Türkiyədə, sonra bizdə (yə'ni Azərbaycanda - Ə.Ş) heca vəzni işlədilməyə başlandı. Bu dəfə Oğuz şe’rindəki heca əski ədəbiyyatımızın təkamülü nəticəsində təsir altında bulunmaqla bərabər şair Məhəmmədəminin hecasının tətbiqi dəməkdir.31

II məqalə

Əmin Abidin "Türk xalqları ədəbiyyatında manə növü və Azərbaycan bayatılarının xüsusiyyətləri" adlı araşdırmasına heca vəzninin tarixinin öyrənilməsinin davamı kimi baxmaq olar. "Azərbaycan Tədqiq və Tətöbbəə Cəmiyyətinin nəşrə hazırladığı "Bayatılar" kitabına "ön söz" kimi nəzərdə tutulmuş bu araşdırmada Ə.Abid yalnız Azərbaycan bayatıları ilə kifayətlənmir.

Bu janrın inkişaf yolunu izləyir. Turfan, Altay, Özbək, Mişar, Kazan, Krım, Anadolu, Qaqauz, Dağıstan, Iran türkləri arasında geniş yayılmış heca vəznində 7 hecalı, 4 misralı beş min dördlüyü qarşılaşdırır, maraqlı elmi nəticələri ortaya qoyur. Öncə bu mövzuda yazan Hammərin, Iqnat Kunoşun, V.V.Radlovun, M.F.Köprlüzadənin, Haşım Nahidin, Sədaddin Nizhət və Məhəmməd Fəridin, Ə.Züfərin və Q.Yunusun, M.A.Abbaszadənin, Firidun Köçərlinin, Y.Vəzirovun (Çəmənzəminli), Salam Mümtazın, Ismayıl Hikmətin fikirlərinə öz münasibətin bildirir. Həmin illərdə folklorşünaslığımızda belə geniş və elmi araşdırmaya az-az rast gəlinir. Adları çəkilən araşdırıcıların əsərlərinin sadalanması və qaynaqların göstərilməsi o dövr üçün folklorşünaslarımızı istiqamətləndirmək mahiyyəti daşıyırdı.

1928-ci ilin Oktyabrında bitirdiyi araşdırmada Ə.Abid əsasən mətn üzərində işləyib. Yə'ni özü toplama işi ilə məşğul olmayıb. Yalnız hərdən özünün tələblərindən və tanışlarından topladığı bayatılardan da istifadə edib. Araşdırma aşağıdakı bölmələrə ayrılır:

I. Mədəl (başlanğıc Ə.Ş)

II. Bayatımı, manmı?

III. Başqa türk və tatar xalqlarının maniləri içində bayatının xüsusiyyətləri.

IV. Bayatıların başqa nəzm şəkillərilə müqaisəsi.

V. Bayatılarla əlaqədar olan xalq ən'ənələri.

VI. Bayatılarda qadın yaradıcılığı.

Ə.Abid yalnız bayatı, mani sözlərinin mənşəlini, janrın texnikasını öyrənməklə kifayətlənmir. Tarixi kəçmişimizə baş vurur. Orhan abidələrindəki 7 hecalı nəzm parçalarının bayatılarımızın inkişafında roluna nəzər salır. O, "Divani-luğati it-türk"ü, "Qudadqu biligi" və b. qaynaqları gözdən kəçirərək yazır: "Qudadqu bilig" sahibi məsnəvi tərzində yazdığı əsərində "bu sözü dinlə, mənidir" dədikdən sonra məniyi məsnəvi şəkilində deyil qitə şəkilində yazır, sonra təkrar mənsəviyə başlayır. Dəmək olar ki, "Qudadqu bilig" zamanında türklər arasında məni adında nəzm şəkli olmuşdu və bu mə'nilər də yalnız tək qitə halında tənzim edilmişdir."32 Bu kimi qaynaqlara dayanan araşdırıcı türklərin yaşadıqları mühtəlif bölgələrdə dördlüklərə ayrı-ayrı adlar verilməsini belə izah ədir: "Bizim əldə etdiyimiz nəticəyə görə bayatı təbiri kimi öləng, çır, türkü, əşülə adları da mənacan şərqi dəmək olduğundan bunlar da digər türk xalqlarında manının bəstəsinə verilmiş ad kimi sayılmalıdır."33

Ə.Abid bir çox mülahizələrində nüfuzlu elm xadimlərinin fikirlərinə əsaslanır, onların xidmətlərini yüksək qiymətləndirərək yazır: "Hər halda manı nəvinin orta Asya xalqları arasında Altaya qədər geniş bir sahədə "Divani-luğati it-türk"in yazılış tarixindən çox əvvəl yaşadığı haqqında Kovalski kimi bizdən çox daha səlahiyyətdar bir mütətəbbinin fikri ayrıca diqqət ediləcək bir müktədir".34

Rübainin, tuyuğun bir janr kimi formalaşmasında manıların əsas rolu olmadığı fikirilə razılaşan Ə.Abid "Divani-luğati it-türk"dəki yəddi hecalı mənzumələrin bayatılarımızla fərqli cəhətlərinin olmasını təbii sayır və oradakı qoşma mə'nasında işlədilən qoşuq sözünün bu gün bizim başa düşdüyümüz heca vəzinli bir şe’r şəkli deyil, ümumiyyətlə şe’r, qəsidə, rəcəz mə'nasında işlədildiyini göstərir.

Azad Nəbiyev35 və Yusif Ramazanov36 Ə.Abidin araşdırmalarını yüksək qiymətləndirir və onun fikirlərilə razılaşırlar.

Qaynaqlardan aldığı nümunələri yalnız formalarına, hecasının sayına görə deyil daxili qurluşuna görə də qarşılaşdırır. Bu qənaətə gəlir ki, Hoca Əhməd Yəsəvinin "Divani Hikmət"indəki yeddi hecalı şe’rlərdə misralar 3-4 durğusu ilə verildiyinə görə "Divani-luğati it-türk"dəki şe’r parçalarına daha yaxındır.

Şe’rin daxili qurluşuna da çox önəm verən Ə.Abid folklorşünaslığımızda ilk dəfə olaraq bu məsələni qoyurdu. Onun araşdırmasının ən geniş və həcimcə böyük bölməsi də məhz buna həsr edilib.

Bayatı və manilərdə misraların 6 və 7 hecalı olmasını eləcə də qafiyə, rədif, cinas və ahəng məsələsini diqqətlə öyrənib. T.Kovalsk* maniləri vəzn və ahəngə görə üç qrupa ayırması ilə razılaşmayıb.

Bir-biri ilə qafiyələnən misralardakı durğuların bölgüsünə 14, sərbəst misra adlanan, yə'ni qafiyələnməyən üçüncü misranın durğularının bölgüsünə 24 nümunə verib. Misralarda durğuların çoxluğunu poetik qüdrət, musiqilik kimi qiymətləndirib. Azərbaycan bayatılarının daha zənginliyi qənaətinə gəlib. Ömrünü ümumtürk ədəbiyyatının araşdırılmasını həsr etmiş Ə.Abidin müəllimi M.F.Köprlüzadə ilə münaqişəyə girməsi "Azərbaycan bayatılarında 9 növ cinasa rast gəlinirsə, türk manilərində çinas çox azdır yazması məhəlliçilik təsiri bağışlayır.

Ə.Abid bu fikrini qəti hökm kimi qəbul etmək çətindir. çünki 20-ci illərdə istər Azərbaycanda, istər də başqa türk ölkələrində manilər, bayatılar, çırlar və b. hələ geniş toplanıb nəşr edilməmişdir. Əlaqələrimizin genişləndiyi, kitablar və başqa qaynaqlar əldə etməyin asanlaşdığı bir dövrdə probləmə yenidən qayıtmaq, Ə.Abidin başladığı işi davam etdirmək gərəkdir.

Şe’rimizdə vəzn, ritm və s. məsələlərlə dərindən məşğul olan Məmməd Əliyev bu sahədə Ə.Abidin xidmətlərini qiymətləndirərək yazır: "Ə.Abid dəmək olar ki, hecanın əksər şəkillərinin elmi təsnifini vermiş... Ədəbiyyatşünaslıqda yeni poetik forma məsələləri əksəriyyəti düşündürdüyü vaxt Ə.Abidin hecayi şe’r tariximizin öyrənilməsi sahəsində atdığı ilk addım şe’r tariximizin, onun poetik-texniki vasitələrin tarixilik baxımından tarixi-müqayisəli metod əsasında öyrənilməsinə çox qiymətli bir çağrış idi".37

Əslində Ə.Abidin bu məqalələri xalqı öz kökündən ayırmaq istəyənlərə, kosmopolitlərə, "sosialist mədəniyyət" adı altında ruslaşdırma siyasəti yeridənlərə qarşı bir mübarizə idi. Dövrün ideoloji burulğanına düşərək köhnə "nəzmi sifətləri"ni sufi şe’ri, "iylənmiş, qohulanmış", "ibtidai", "qəyri-mədəni" hesab edən M.Quliyevlərə, Ə.Nazimlərə, A.Şəfilərə, M.Rəfilərə və b. təsir göstərə bilmək üçün belə dərin məzmunlu araşdırmaları ortaya qoymağın özü bir qəhrəmanlıq idi. çünki həmin dövrdə rəsmi mövqə, mətbuat "biz üzümüzü Füzulilərə, Nəsimilərə, Vaqiflərə, Mirzə Fətəlilərə, Hüseyn Cavidlərə deyil, Verxarnlara, Uitmenlərə, Jül Romenlərə, Maykovsklərə və bütün dünya klassiklərinə çeviririk"38 əhval-ruhiyyəsindəydi.

Millətsevərliyinə, vətənpərvərliyinə görə tə'qib edilən, işdən çıharılan Ə.Abid həmin dövürdə mətbuatda da tənqid hədəfinə çevrilmişdi. Onu marksis metodlarına yiyələnməməkdə, Donghalmın təlimini marksizimə qarşı qoymaqda, pantürkizmdə qınayırdılar.39 Ə.Abid və dövrünün oğlu idi. Mühit ona da öz tə'sirini göstərirdi. Hadisələrə marksizim-leninizm metodları ilə yanaşanda, tarixə sinfi mübarizə baxımından qiymət verəndə çoxulu yanlışlığa yol verirdi. O yerdə ki, ideoloji məsələni ön plana çəkməyə çalışırdı, onda elmi və məntiq üzərinə kölgə düşürdü. Onu nəinki 20-30-cu illərdə, hətta 80-cı illərdə "marksizm matarialist konsepsiyası ilə tanış" olmaqda təqsirləndiriblər.40 Hər şeyə-ədəbiyyata, mədəniyyətə, hətta danışıq dilinə belə sinifilik baxımından yanaşıldığı bir vaxtda Ə.Abid yazır: "Atalar sözü, bilməcə, nağıl, mahnı kimi ədəbi növlər də işçi xalq sinifinin iqtisadi bədii zövqünə aid ünsürləri əhatə edən məhsullar olduğu kimi əşirət rəislərinin, xan və bəylərin, ümumiyyətlə əşirət aristokratiyasının həyatına, qəhrəmanlıq müharibələrinə aid mədhanəmələr də az deyil".41

Azərbaycan türkcəsinin Horasan, Dərbənd, Kərkük, Doğu, Anadolu və Güney Qafqazda yayıldığını söyləyən Ə.Abidin əsasən 7 hecalı 4 misralı şe’r şəklinin türk xalqları yaşayan bütün bölgələrində yayıldığını, eyni kökdən şahələndiyini sübut etməklə kifayətlənmir, qaynaqlara söykənərək Əlcəzairdə də bizimlə eyni bir dildə danışan oğuzların olduğu haqda bilgi verir.

Azərbaycan mətbuatında Iraq türkmanlarının hoyradları haqqında ilk bilgi verən də Ə.Abid olmuşdur. Dövrün ictimai-siyasi vəziyyəti bu mövzunun aktuallaşmasına imkan verməmişdir.* 1960-cı illərin sonlarında R.Rzanın, Q.Paşayevin məqalələri, hüsusən ikinci müəllifin ardıcıl fəaliyyəti Iraq Türkmanlarına diqqəti artırmışdır. Bayatılarımızdakı quş, heyvan, çiçək, meyvə, çay, dağ, göl adlarını da diqqətdən qaçırmayan araşdırıcı bu qənaətə gəlir: "Azərbaycanın əski ozanları ilə yeni el şairləri tərəfindən yaradılan bayatılar-bunları yaradan şəxsiyyətlərdəki mədəni səviyyənin ibtidailiki nəzərə alınınca yüksək dərəcədə şairanə bir qiymətə malik olan qismətləri də az deyildir".42

Azərbaycanda folklorşünaslığa dair onlarla kitab, yüzlərlə məqalə çap olunub. Nədənsə bu sahədə ilk qələm sınayan şəhs tamamilə unudulub. Belə ki, Ə.Abidin "Azərbaycan folkloru"43 əsəri diqqətdən kənarda qalıb. Makinada yazılmış, üzərində yenidən işlənmiş, düzəlişlər edilmiş, vərəqləri dəyişdirilmiş mətn 64 səhifədir. Elmi ictimaiyyətin diqqətini cəlb etmədiyinə görə "Azərbaycan folkloru"nun dahili bölgülərini burada verməyə ehtiyac duyuruq: I. Giriş, 2. Epos, 3.Dastan, 4. Nağıllar, 5 Mənzum əsərlər, 6. Folklor yaradıcıları, 7. Sovet dövrü folkloru.

Mənzum əsərləri aşağıdakı daxili bölmələrə ayırır: bayatı, qoşma, dastan, divan-yaxud divani, təcnis, manı-türkü, tərifnamə, dəyişmə bağlama yahut qıfılbənd, bədiyə, gəraylı-varsağı, nəsihət, gözəlləmə, ustadnamə, vücudnamə, əlifnamə, cığalı, müxəmməs, dodaqdəyməz.

Folklor yaradıcıları bölməsindəki Qurbani, Xəstə Qasım və Qapanlı Aşıq Hüseyn haqqında ayrılıqda danışılır.

"Heca vəzninin tarixində" sinifilik prinsipi ilə yanaşmaya e'tiraz edən Ə.Abid "Azərbaycan folkloru" əsərlərini belə başlayır. "Folklor əməkçi xalq kütləsinin meydana gətirdiyi ədəbiyyatdır". Dəmək mühit öz işini görür. Ə.Abid də iki il öncə söylədiklərinin əksinə gədir. Ardınca isə "Kitabi-Dədə Qorqud"dan bəhs edəndə yazır: "Dədə-Qorqud eposları yalnız xalq kütləsi arasında deyil, əşirət rəislərinin çadırlarında da çalınıb söylənirmiş". Bu cür əks fikirlərin özünə yer tapmasına baxmayaraq əsər elmi cəhətdən bişkindir.

Folklorun formalarını çox zəngin olduğunu, uzun bir inkişaf yolu kəçərək çağdaş şəkil aldığını yazan araşdırıcı hər janrın tarixinə nəzər salmaqla yanaşı, Əmin janrın ən yaxşı nümunələrini də təhlil edir. Epos bölməsi tamamilə "Kitabi-Dədə Qorqud"a həsr edilmişidr. Bu əvəzsiz abidəyə sayğı ilə yanaşan Ə.Abid başqa janrlardan bəhs edəndə də onun "Kitabi-Dədə Qorqud" və ya "Oğuznamə"lərlə bağlılığına diqqət yətirir. "Folklor yaradıcıları" bölməsi də bu baxımdan diqqəti cəlb ədir. Ozan, ozanın Cəmiyyətdəki və folkorumuzun inkişafında inkişafında rolunu geniş təhlil edir. Hətta orta yüzilliklərdə yaşamış Kərəm, Koroğlu, Aşıq Qərib və b. dastan qəhrəmanlarının "Oğuznamə" ən'ənələrindən bəhrələndiyini geniş təhlil edir. Dastanlarımızdan söhbət açarkən yazır: "Ymumiyyətlə, xalq dastanlarında sıx bir rabitə vardır. Dastanların daxili təkamülü gedişinin bir ana xətt üzərində irəlləməsi bütün dastanları bir-birinə bağlamışdır. Əski mə'nada ibtidai dastan yeni mə'nada yarım dastan, yaxud yarım nağıl mahiyyətində olan "Kitabi-Dədə Qorqud" eposları istər mövzuların verimi e’tibarı ilə dastançılığın başlanığıcı halındadır".44

Ə.Abid "Dastan" bölümündə "Əsli Kərəm"in, "Aşıq Qərib"in, "Şah İsmayıl"ın adını çəkməklə kifayətləndiyi halda "Koroğlu" və "Qaçaq Nəbi"yə geniş yer ayırır. "Koroğlu"nu dastanlarımızın ən qədimi sayır, "Azərbaycan türklərinin ədəbiyyat tarixi" əsərinin ilk cilidində də "Koroğlu" dastanını miladi on ikinci yüzilliyə aid edir.45

Ə.Abid "Azərbaycan folkloru" əsərinin aşağıdakı abzasla tamamlayır: "Xalq ədəbiyyatının dili zəngin bir dildir. Azərbaycan dilinin ən billurlaşmış şəkilidir. Dilimizin bütün morfoloji xüsusiyyətləri və bu xüsusiyyətlərin inkişafı nəticəsində dəyişmələrini mükəmməlləşmələrini asanlıqla görmək mümkündür"46...

Folklorşünaslığımızın bu günkü inkişaf səviyyəsindən baxanda Ə.Abidin əsərləri sadə görünə bilər. Amma 20-ci illərdən baxanda müasirlərindən nə qədər öndə olduğu aydın gözə çarpır. O, folklorşünaslığımızı yalnız məhdud bir bölgə səviyyəsində öyrənmək istəmirdi.

Ymumi türk kontəksində öyrənir, ona dünya folklorşünaslığı baxımından nəzər salırdı. Elə buna görədir ki, bir çox fikir və mülahizələri bu günlə ayaqlaşır, ona yenidən nəzər yetirməyə və inkişaf etdirməyə ehtiyac duyuruq. Onun folklorşünaslığa dair əsərlərinin bəziləri işıq üzü görməsi də folklorşünas alimlərimizin əsərlərində tə'sirini hiss edirik. Bu özünün şifahi söhbətlərinin, oxuduğu mühazirələrinin təsirindəndir, yoxsa həbs ediləndən sonra əsərlərindən bəzilərinin yararlanıb qaynaq göstərməməsindəndir? sualına isə gələcək araşdırmalar cavab verəcəkdir.

QAYNAQLAR

I. Güney Qafqaz Hərbi Dairəsi Hərbi Tribunalının 1962-ci ilin dəkabrın 24-də Ə.A.Əhmədova bəraət verilməsi haqqında 9/n/62 N-li arayış. Arayışın sür'əti şəxsi arxivimizdədir.

2. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivi. Ə.A.Əhmədovun istintaq işi, N 32796. Ə.Abidi uşaqlıqdan tanıyan Azərbaycan Politexnik Institutunun türk dili müəllimi, dosent Ələsgər Əliyevin 1930-cu ilin aprelin I-də KQB müstəntiqinə verdiyi izahatdan.

3. Ağayev I. "Iki rejimin qurbanı - Əli Abbas Müznib", "Xalq" Qəzeti, 1998, 4 fevral.

4. Azərbaycan Elmlər Akademiyası Əlyazmalar Institutunun arxivi. Ə.A.Əhmədovun şəxsi işi.

5. Yenə orada və 1912-20-ci illərdə Bakıda Türkcə yayınlanan Qəzet və dərgilər.

6. 4-cü qaynaq. Abid Əhmədovun "Maarif nəzarətinə bir sual". 7. 2-ci qaynaq.

8. Şamilov Ə. Əmin Abidin Sovet dövrü publisistikasında ədəbiyyat məsələləri, 1972-ci il, 2 dəkabrda Azərbaycan Dövlət Universitətində və 1973-cü il, 24 apreldə Azərbaycan Pedaqoji Institutunda Azərbaycan tələbələrinin I Respublika elmi konfransında ohunmuş məruzələr, Şamilov Ə.Əmin Abidin publisistikası, Diplom işi. ADU-nun jurnalistika fakültəsində 1973-cü il 10 iyunda müdafiə edilmişdir və fakültənin arxivində saxlanılır.

9. Abbasov A.Ə."Kommunist" qəzeti Azərbaycan Sovet ədəbiyyatının partiyalılığı və həlqiliyi uğrunda mübarizədə. (Filologiya elmlər namizədi alimlik dərəcəsi almaq üçün yazdığı dissertasiya) Bakı, 1965, s.26. M.Ə.Rəsulzadə adına BDU-nin əsas kitabxanası.

10. "El şairi Aşıq Qərib" "Komminist" qəzeti, 1923, 16 noyabr, N259.

11. "Maarif və Mədəniyyət" jurnalı, 1926, N2-3, s.17.

12. Azərbaycan EA Əlyazmalar Institutunun arxivi. Əhmədov Ə. A. şəxsi işi.

13. Abid Əmin. Türk xalqları ədəbiyyatında mani nəvi və Azərbaycan bayatılarının xüsusiyyəti, "Azərbaycan öyrənmə yolu" dərgisi. 1930,  N4-5, s.11.

14. "Kommunist" qəzeti, 1923-cü il, 12 oktyabr, N231.

15. "Azərbaycan Sovet ədəbiyyatşünaslığının bibloqrafiyası. (Tərtib edəni: Məcid Fərzəliyev) Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1973, s.5.

16. Vəliyev V. Azərbaycan şifahi xalq ədəbiyyatı (Dərslik) Bakı, ADU nəşriyyatı, 1970, həmin kitabın təkminləşdirilmiş nəşri. Azərbaycan folkloru. Bakı, "Maarif" nəşriyyatı, 1985 və başqaları.

17. Babayev I.Əfəndiyev P. "Azərbaycan şifahi xalq ədəbiyyatı" (Dərslik) Bakı "Maarif" nəşriyyatı 1970, həmin kitabın təkmilləşdirilmiş nəşri, Bakı 198

Əfəndiyev P. Əmin Abid Xalq yaradıcılığı haqqda. "Azərbaycan folklorşünaslığı məsələləri" (məqalələr toplusu) Bakı, ADU nəşriyyatı. 1983, s. 17.

18. Təxmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər) Bakı "Elm" nəşriyyatı. 1972. Yenə həmin müəllifin Dədə Qorqud boyları haqqında. "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər". II cild, Bakı, 1963, Cəmşidov Ş. Kitabi-Dədə Qorqud. Bakı "Elm" nəşriyyatı. 1978. Vəliyev I. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı "Maarif" nəşriyyatı 1992. Nəbiyev A. Azərbaycan-özbək folklor əlaqələri. Bakı, "Yazıçı" nəşriyyatı 1978. Ramazanov Y. Azərbaycan dilində yazıb-yaradan erməni aşıqlar. Bakı, 1977. və b.

19. Əfəndiyev P. Əmin Abid xalq yaradıcılığı haqqında. "Azərbaycan folklorşünaslığı məsələləri". (məqalələr toplusu) ADU nəşriyyat 1983 s. 17.

20. Şahbazov Ə. "Istanbul Darülfununda Azəri Ədəbiyyatı". "Yeni fikir" qəzeti 1926, 9 yanvar.

21. Azərbaycan Dövlət Ədəbiyyatı və Incəsənət arxivi. Əmin Abid fondu. Fond. 170

22. Abid Ə. Türk əl ədəbiyyatına elmi bir baxış (Oğuznamə) "Dan yıldızı" dərgisi 1929 N5 (29) s. 30-32 N8 (32) s. 28-29, Yenə onun "Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr" "Azərbaycan öyrənmə yolu", dərgisi 1930, N3 s. 48-52.

23. Bu mövzuda başqa məqaləmizdə söhbət açmışıq. Bah: Şamilov Ə. Pədoqoq, alim Əmin Abid. "Azərbaycan müəllimi" qəzeti 1982, 2 iyul N53 (3657), Dastanın ilk Azərbaycanlı tədqiqatçısı. "Azərbaycan" dərgisi, 1987, N4 s. 179-182. Əmin Abid "Kitabi-Dədə Qorqud" haqqında "Milli folklor" dərgisi, (Ankara) 1997, N38 və b.

24. Abid Ə. "Ədəbiyyatda "Mollaxana kulturası", "Komminist" qəzeti, 1927, 8 fəvral.

25. Abid Ə. "Heca vəzninin tarixi (ədəbiyyat təoriyası haqqında)", "Maarif işçisi" jurnalı 1927, N3, N4, N6-7 s. 50-55 s. 58-61 s. 45-62.

26. Ə.Abid "Heca vəzninin tarixi (ədəbiyyat tərrosiya haqqında)", "Maarif işçisi" dərgisi 1927, N3, 6-7 s. 50-55 s. 58-61 s.

27. Yenə orada, s. 50.

28. Yenə orada, ikinci məqalə, s.60.

29. Yenə orada, üçüncü məqalə, s.45.

30. Ə.Abid "Heca vəzninin tarixi. s. 61.

31. Yenə orada, s.62.

32. Abid Ə. "Türk xalqları ədəbiyyatında mani nəvi və Azərbaycan bayatılarının xüsusiyyətləri", "Azərbaycanı öyrənmə yolu" dərgisi, 1930, N4-5, s.16.

33. Yenə orada, s.13.

34. Yenə orada, s.15

35. Nəbiyev Azad "Azərbaycan-Özbək folklor əlaqələri", "Yazıçı" nəşriyyatı, Bakı, 1978. s.94-95.

36. Ramazanov Yusif "Azərbaycan dilində yazıb-yaradan erməni aşıqları" Bakı, 1977. s.109.

37. Əliyev M. "Ədəbi tənqid və vəzn probləmi" Azərbaycan sovet tənqidinin probləmləri, ADU nəşriyyatı, Bakı. 1983, s.80-81.

38. Gülən adam sərbəst şe’r haqqında ilk söz", "Maarif işçisi" jurnalı.

39. Nazim Ə. "Türk ədəbiyyatında pantürkizim və kamalizm ələyhinə" "Inqilab və mədəniyyət" dərgisi. 1991, N3-4, s. 59-62, s. 27-30. "Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti öz sıralarını yenidən qurur... Ədəbiyyat cəbhəsində" dərgisi, 1930, N4, s.29, Mehdi H. Qırmızı qalibiyyət, "Hücum" dərgisi, 1930, N5-6, s.2 və b.

* V.Vəliyev məqalənin yazıldığı dövrü nəzər almadan "Ə.Abidin bu məqaləsi ədəbi ictimayətə o qədər təsir etməmişidr" yazmışdır. (Bax. Azərbaycan Ədəbiyyatı. B. ADU nəşriyyatı, 1970 s.71.

42. Abid Ə. "Türk xalqları ədəbiyyatında mani nəvi və Azərbaycan bayatılarının xüsusiyyəti", "Azərbaycanı öyrənmə yolu" jurnalı. 1930, N4-5, s.36.

43. Abid Ə. "Azərbaycan folkloru. (Xalq ədəbiyyatına ümumi bir baxış)" Azərbaycan Dövlət Ədəbiyyyat və Incəsənət arxivi fondu 170, siyahı I, saxlama vahidi 9.

44. Abid Ə. "Azərbaycan folkloru (Xalq ədəbiyyatına ümumi bir baxış) Azərb. Döv. Incəs. Arxiv fond 170. siyahı I saxlama vahidi 9. 25. Yenə orada, s.6.

45. Abid Ə. "Azərbaycan folkloru (Xalq ədəbiyyatına ümumi bir baxış)", Azərbaycan Dövlət Ədəbiyyat Incəsənət Arxivi fondu 170, siyahı I, saxlama vahidi 9.

46. Yenə orada, saxlama vahidi: 1-2.

Çap olundu: Folklorçu Əmin Abid. “Milli folklor” dərgisi (Anka­ra,)1999, sayı 42, səh.75-82, sayı 43, səh.70-77.

* Azərbaycan Enskilopediyasının qurup rəhbəri

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol