Abbas Zamanov haqqında

Əli Şamil

Azərbaycan Milli Ensiklopediyasının qrup rəhbəri

 

Reallıqla hesablaşıb sabahı

düşünən insan

 

Abbas Zamanovun kitablarını və məqaqələlərini çox oxumuşdum. Üzünü də tez-tez  universitetdə görürdüm. Bizim kursa dərs demədiyinə görə məni tanımırdı. Şəxsi tanışlığımıza səbəb Əmin Abid oldu.

Jurnalistika bölməsi filologiya fakültəsinin nəzdində yaradıldığından ixtisas dərslərindən başqa, bütün fənləri eyni proqram əsasında keçirdik. Bir çox mühazirələri isə filologiya fakültəsinin tələbələri ilə birgə dinləyirdik. Birinci kursda Vaqif Vəliyev “Şifahi Xalq Ədəbiyyatı”, Mir Cəlal Paşayev “Ədəbiyyatşünaslığın əsasları”, Firuz Sadıqzadə “Azərbaycan ədəbiyyatı tarixi (qədim və orta əsrlər)”, Zinyət Əlizadə və Aydın Əbilov “Azərbaycan dilinin qrammatikası“ fənlərini tədris edirdilər. Şifahi xalq ədəbiyyatı fənnindən başqa, o birisi fənlərdən pis-yaxşı dərslik var idi.

Vaqif Vəliyevin oxuduğu mühazirələrin sonunda yazdırdığı ədəbiyyat siyahısının bir qismi 20-30-cu illər mətbuatıydı. Məşğələlərə hazırlaşanda əski qəzet və jurnalları səhifələməli, qeydlər götürməli olurduq. Vəli Xuluflunun, Hənəfi Zeynallının, Atababa Musaxanlının, Salman Mümtazın, Əmin Abidin və b. məqalələrindəki mülahizələr daha çox diqqətimi çəkirdi. Həm də izimdə bir narahatlıq, etiraz oyadırdı. Öz-özümə sual verirdim ki, niyə “Kitabi-Dədə Qorqud“un  Azərbaycanda ilkin araşdırılması H. Araslının adı ilə bağlanır? Axı, H. Araslının bu mövzuda ilk yazısı 1938-ci ildə işıq üzü görübsə, Ə. Abid, A. Musaxanlı 1928-30-cu illərdə həmin mövzuda yazıblar. Niyə H. Araslı üzündən öncə yazanların xidmətini dəyərləndirməyib? “Kitabi-Dədə Qorqud”un Azərbaycanda üyrənilməsini H.Araslı ilə baülamaq Qorqudşünaslığımızı 10 il geri atmırmı?

Bu və buna bənzər suallarımıza yalnız bizə mühazirə oxuyan deyil, başqa professor və müəllimlərimiz də aydın cavab vermir, hər şeyi 1937-ci il irticasyla bağlamaqla yaxalarını kənara çəkirdilər. Bütün bunlar isə məni və mənim kimi gəncləri daha da qıcıqlandırır, yeni axtarışlar apamağa, topladığımız materiallarla bir-birimizi tanış edib, fikir mübadiləsi etməyə həvəsləndirirdi. Bu mübahisələrdə bəzən də aşırılıq edib yaşlı nəsli ədəbi oğurluqda, qorxaqlıqda qınayırdıq. Əslində bunun bir səbəbi də olayların iştirakzısı olan araşdırıcıların mübahisələrdən qazması, səmimi olmamaları, suzlarını boyunlarına almamaları, yazışma mətbuatda keçmişə azıq qiymət verməmələri idi. Qaranlıq qalan məsələ isə daha çox söz-söhbət yaradırdı.

İkinci kursda oxuyanda (1969-70) Əmin Abid ömürlüyünü istəyilə, qohumlarına, onu tanıya biləcək adamları aramağa başladım. Prof. Abbas Zamanov da müraciət etdiyim insanlar sırasındaydı. O, bəzi başqa müəllimlərimiz kimi, məni başından eləmədi. Əksinə, otağına dəvət etdi və Sorğu-suala tutdu. Sorğu-sualı mənim haralı olmağım, hansı kursda oxumağımla deyil, Ə.Abidin hansı məqalələrini oxumağımla, hansı kitabxanalarda olmağımla, diqqətimi məqalələrdəki hansı fikirlərin çəkdiyi ilə bağlıydı. Sonra Ə.Abidin məqalələrindən əlavə kimlərin hansı məqalələrini oxumağımla maraqlandı. Oxuduğum və bildiyimi dedim. Abbas müəllim: “Hə, elə bildim təkcə Əmin Abidi oxuyursan” - dedi. Onun bu eyhamının mənasını sonralar anladım.

Abbas müəllim Əmin Abidi Bakı Pedaqoji texnikumunda oxuyarkən, yəni 1927-29-cu illərdə gördüyünü xatırladı. Onun dedikləri yadımda belə qalıb:  “Texnikumda ədəbiyyat dərsi deyirdi. Olduqca savadlı, təmkinli, azdanışan bir insandı. Yaşlı müəllimlərimiz ona böyük sevgiylə yanaşardılar. 29-30 yaşı olmasına baxmayaraq, danışığından, davranışından 50-60 yaşlı adam təsiri bağışlayardı. Bizim kursa dərs demirdi. Ona görə yaxından tanımırdım. Bir-iki dəfə qruplarımızı birləşdirəndə mühazirəsinə qulaq asmışdım.

İstanbul Universitetində oxuyanda bir şairə ilə evlənmiş və onu da Bakıya gətirmişdi. Deyirdilər güzəl qadındı. Mən görməmişdim. Amma mətbuatda şer və hekayələrini oxumuşdum. Səhv etmirəmsə, Nafiə Abid onun imzası idi. Qəzet və jurnalları səhifələsən, tuş gələrsən.

Əmin Abid az sonra texnikumdan getdi. Sonralar görmədim. Bir də 1937-də tutulduğunu eşitdim. Çox savadlı alim, güzəl insan idi. İndi də qəzet və jurnallarda, arxiv yazılarına rast gələndə heyraqnlıqla oxuyuram. Çalış onları bir yerə topla”. Abbas müəllimin bu məsləhəti məni daha da həvəsləndirdi.

Xatirələri və qəzet-jurnallardakı məqalələr əsasında onun ömür  yolunu izləməyə Çalışırdım.  1937-də tutulanlara rəsmi bəraət verilsə də, onlardan hələ də ehtiyatla danışırdılar.

Get-gedə Abbas müəllimlə münasibətlərimiz yaxşılaşdı. Ə. Abid haqqında əldə etdiyim bilgilərlə bərk maraqlanırdı. Nüvbəti görüşümüzdə o, Ə.Abidin “Gültəkin“ imzası ilə şerlər yazdığını söylədi. Mən Bakı kitabxanalarında olan qəzet və jurnalları, Əlyazmalar fondunu, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivini çox axtardım. Ə.Abidin şerlərini, hekayələrini,  zap olunmamış məqalə və kitablarını oxudum. Amma onun “Gültəkin“ imzası ilə çap olunan bir sətrinə belə tuş gəlmədim. Hər dəfə Abbas müəllimə Ə.Abidin “Gültəkin” imzası ilə şer yazmadığını söyləyəndə o, eyhamla gülümsəyərək: “Yaxşı axtarmayıbsan. Get axtar, tapacaqsan” - deyirdi. Onun eyhamının arxasında nə durduğunu bilməsəm də, sözünün ciddiliyinə inanır və axtarırdım. Bilirdim ki, Abbas müəllim boş yerə belə qətiyyətlə hükm verməz.

1973-cü ildə Universiteti bitirib təyinatla Naxçıvandakı “Şərq Qapısı” qəzetində işləməyə göndərilsəm də, Abbas Zamanovla əlaqəmi kəsmədim. Abbas müəllimin işlədiyi Azərbaycan Dövlət Universitetinin “Sovet Ədəbiyyatı” kafedrasından “20-30-cu illərdə ədəbi irsə münasibət (Əmin Abidin yaradıcılıüı əsasında)” namizədlik dissertasiyası yazmaq üzün mövzu gütürməyim də bizim tez-tez görüşməyimizə şərait yaradırdı. Abbas müəllim mənim araşdırdıüım düvrü ən yaxşı bilən mütəxəssislərdən idi. Gah Bakıda, gah Naxçıvanda görüşəndə vaxt tapıb axtarışlarım, tapıntılarım haqqında ona bilgi verirdim. Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Əmin Abidin ”Ədəbiyyatımız tarixində Sabirin müvqeyi“ məqaləsini tapdığımı bildirəndə təəccüblə: “Həyat və yaradıcılıüı ən geniş tədqiq edilən ədiblərimizdən biri Sabirdir. Gör onun haqqında belə bir sanballı yaz, diqqətlərdən kənarda qalıbsa, onda gör o birilərin üyrənilməsi nə yerdədir ?! “-dedi və məsləhət gördü ki, öncə radio və televiziyada, bu haqda bilgi verim, sonra geniş elmi məqalə yazım. Mən onun tapşırıüına əməl etdim.

“Şərq Qapısı” qəzetində “Partiya həyatı” şöbəsində işləsəm də, mədəniyyət, ədəbiyyat, incəsənət mövzusunda yazmağa daha çox meyilli idim. Çalışırdım ədəbiyyat və incəsənətlə bağlı tədbirlərdə fəal iştirak etməklə yanaşı, həm də tədbirlərin təşkilatçıları sırasında.

1984-cü ildə H.Cavidin anadan olmasının 100 illiyi təntənə ilə qeyd edilirdi. Naxçıvan mətbəəsinin avadanlığı əski və yararsız olduğundan, qəzetimizin xüsusi buraxılışları, yəni qurultaylara, yubileylərə həsr olunan nömrələri nisbətən yaxşı çıxsın deyə, Bakıda çap olunurdu. H.Cavidə həsr edilmiş yubiley nömrəsini hazırlayanlardan biri də mən olduğum üzün qəzetin çapı ilə əlaqədar Bakıya gələn heyətin tərkibində mən də vardım. ”Sovet Naxçıvanı” və “Sovetskiy Naxiçevan” qəzetlərinin H.Cavidin 100 illiyinə həsr olunmuş nömrələrini götürüb Azdramaya gəldim. Təntənəli yubiley yıüıncaüı burada keçirilirdi. Gətirdiyim qəzetləri tanıdığım alimlərə, yazıçılara və şairlərə paylayırdım. Qəzetləri Abbas müəllimə verəndə ötəri gözdən keçirib: ”Halal olsun. Yaxşı hazırlayıbsınız”- dedi və əlavə etdi: - “Türkiyədən qonağımız var. İbrahim Bozyel. H.Cavid yubileyinə hazırlanan materialların hamısından nümunə qoy. Qəzetləri də əlavə et, gətir bağışla İbrahim Bozyelə”.

Mən yubiley münasibətilə hazırlanmış qoltuq çantasına döşnişanı, stolüstü medalyon, bloknot və qəzetləri qoyub gətirdim. Abbas müəllim mən İbrahim Bozyellə tanış etdirə, qoltuq çantasını ona verməyə şərait yaratdı. İbrahimlə bu ötəri söhbət yollar açılandan sonra onunla mənim aramda  dostluüa, ailəvi gediş-gəlişə səbəb oldu.

Aradan heç on gün keçməmiş Abbas müəllim xəbər göndərdi: “Gömrükdə İbrahim Bozyeldən qəzetləri alıblar. H.Cavidin 100 illiyi tədbirlərində fəal iştrakıma görə mənə verilmiş qoltuq çantasının içərisinə yenə döşnişanı, stolüstü medal, yubiley kitabçaları, proqram və qəzetləri qoyub göndərdim”. 1992-ci ildə İ.Bozyel Naxçıvana gələndə gümrükdə onu necə incitdiklərini, qəzet və kitabları əlindən aldıqlarını və Abbas Zamanovun isə Azərbaycan SSR Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xəttilə həmin şeyləri yenidən göndərdiyini söylədi. 

Abbas Zamanov adamlarla söhbətlərində, münasibətində elə bir əhvali-ruhiyyə yaradırdı ki, adam çətinə düşəndə, məsləhətə ehtiyac duyanda ona müraciət etməkdən çəkinmirdi. Elmi rəhbərim Qulu Xəlilov olsa da Abbas müəllimlə də tez-tez məsləhətləşirdim. Tələbəlik illərindən mövzu üzərində işlədiyimdən disertasiyanı tamamlamaqda o qədər də çətinlik çəkmədim. Onu bitirib elmi rəhbərimə oxumağa verdim. Xatirini istədiyi, əzizlədiyi adamlarla sərt davranan, onları kobud sözlərə “qonaq edən” Qulu müəllim dissertasiyanı oxuyandan sonra çox mülayimliklə və mehribanlıqla təxminən belə dedi: “Çox əziyyət çəkibsən. Heyif ki, zamanın ruhunu tuta bilməyibsən. Mən elmlər doktoruyam. Bu gün sənin yazdıqlarının altına imza qoysam, nə çap edərlər, nə də müdafiəyə buraxarlar. Apar onları yumşalt. Əmin Abid və onun kimilərini tutdurub əsərlərini mənimsəyənlər hələ saüdı. Başına bir oyun açarlar anandan əmdiyin süd burnundan gələr. Sənə bir pantürkist damğası vurarlar ömrüboyu altından çıxa bilməzsən. Hökumətin də üzdə “bəraət vermişəm” deməsinə çox aldanma. Apar dissertasiyanın üzərində yenidən işlə. Ortaq türk ədəbiyyatı məsələlərindən qaç. Ürəyindən olmasa da, bəzi yerlərdə yumşaq tənqid et. Nəbadə, “ədəbiyyatşünaslığımızda birinci dəfə Əmin Abid bu fikiri söyləmişdi” deyib başqalarını qıcıqlandırasan! Bol-bol sosializm realizmi terminlərini işlət. Dissertasiyanın kafedrada müzakirədən, müdafiə şurasından, VAAK-dan keçməsini istəyirsənsə, Əmin Abidi bir türkçü kimi yox, sosializm  realizmi uğrunda mübariz kimi təqdim et. Dissertasiyadakı faktlarını, fikir və mülahizələrini isə saxla. Allah qoysa, doktorluq müdafiə edəndən sonra məqalələrində əridərsən. Ona kimi də yəqin zaman dəyişər”.

Qulu müəllimin xeyirxah məqsədlə söylədikləri xatirimə dəydi. Kiçik mübahisədən sonra qovluğumu qoltuğuma vurub getdim. Başqa vaxt olsaydı, Qulu müəllim elə söz deyərdi dəymişim dura-dura kalım tökülərdi. Amma indi demədi. Xeyli ölçüb biçdikdən sonra qərara gəldim: “Dissertasiyanı oxumağa Abbas Zamanova verim. Bəlkə o mənə kömək edə”. Abbas Zamanov onda Universitetin Sovet Ədəbiyyatı kafedrasında professor idi. Onsuz da kafedraya müzakirə üçün təqdim etsəydim, Abbas müəllimə də oxumağa verəcəkdilər. Disertasiyanı Abbas müəllimə verəndə Qulu müəllimlə aramızda olan söhbət haqqında heç nə demədim. Dedim: ”Abbas  müəllim, müzakirəyə təqdim etməzdən, istəyirəm Sizin fikirinizi bilim”. Abbas müəllim qovluğu aldı. Naxçıvana nə vaxt dönəcəyimlə maraqlandı. 3-4 gün gözləyə biləcəyimi söyləyəndə: ”Məni tələsdirmə. Mövzu mənim üçün olduqca maraqlıdır. Elə-belə müzakirədə iki-üç kəlmə söz demək xatirinə oxumayacam. Diqqətlə oxuyacam. Sən rahat get. Naxçıvandan İsa, Fərman tez-tez gəlir 10-15 günə oxuyub, qeydlər edib, onlardan biriylə göndərəcəm”.

Bir ay keçdi. Abbas müəllim dissertasiyanı göndərmədi. Zəng vuranda isə soyuq -soyuq: “Oxumağa hələ vaxtım olmayıb”- dedi. Bu minvalla 6 aydan çox keçdi. Hər dəfə zəng vuranda eyni cavabı aldım. Bakıya gələndə onu yenə gördüm. Dissertasiya haqqında fikirini xəbər aldım: ”Görünür, qocalmışam, oxuya bilmirəm. Gəlsənə sən oxuyasan, mən qulaq asım”- dedi. Razılaşdıq. Evlərinə getdim. Çay-çörəkdən sonra dissertasiyanı oxumağa başladım. Abbas müəllim hərdən mürgü vururdu. Mənim də oxumaq həvəsim qaçmışdı. Bunu Abbas müəllim də hiss edirdi.”Çar senzurası və “Molla Nəsrəddin” jurnalı” məqaləsinin adını Əmin Abid özü dəyişib, yoxsa jurnalda məqalənin adını dəyişiblər? - deyə xəbər aldı. - “Abbas müəllim, Abidin məqaləsinin əlyazmasında da, makina yazısında da məqalənin adı “Çar cəlladlığı və “Molla Nəsrəddin jurnalı”dır. Görünür, “İnqilab və mədəniyyət” jurnalında məqaləni çapa hazırlayanda “cəlladlığı” sözünü “senzurası” sözü ilə əvəz ediblər” - dedim. ”Hə, yaxşı, oxu”- dedi. Mən yenidən oxumağa başladım.

Dissertasiyanın birinci fəslini, yəni, folklorla bağlı hissəni oxuyurdum. Abbas müəllim isə üçüncü fəsildən sual verirdi. Təəccüb qaldım: Abbas müəllim dissertasiyanı oxumayıbsa, bəs bunları haradan bilir?

Əmin Abidin “Kitabi-Dədə Qorqud”la bağlı araşdırmalarını təhlil edəndə yenə Abbas müəllim mövzudan uzaqlaşdı. Üçüncü fəsillə bağlı sual verdi. Təxminən belə xəbər aldı: “Sabirdən mən də çox yazmışam. Ə.Abidin” Sabirin ədəbiyyat tariximizdə mövqeyi” məqaləsindəki fikirlərindən istifadə etməmişəm ki?..” Abbas müəllimin nəyə işarə etdiyini başa düşsəm də, sadəlövhcəsinə: “Çox təəssüf ki, Siz həmin məqaləyə rast gəlməyibsiniz. Rast gəlsəydiniz, yəqin çap etdirərdiniz. Bundan ədəbiyyatşünaslığımız qazanardı”-dedim.

Açıq-aydın hiss edirdim ki, Abbas müəllim dissertasiyanı diqqətlə oxuyub. Mənim bir çox ədəbiyyatşünaslarımızı ədəbi oğurluqda ittiham etməyimdən də xoşu gəlməyib. Yorulduüumu bəhanə edib oxumağa davam etdirmədim. Çay süfrəsi arxasında 30-50-ci illərin çətinliklərindən, alimlərin başına açılan oyunlardan, H.Hüseynovun intihara sürüklənməsindən, özünün təqiblərə məruz qalmağından xeyli söhbət açdı. Duranda mən dissertasiyanı da götürdüm. Abbas müəllim heç nə demədi.

Sonralar Qulu müəllim dissertasiyanı yenidən işləmədiyimə görə məni danlayırdısa, Abbas müəllim bu mövzuda heç nə demirdi.

1985-ci ildə İliç (İndiki Şərur) rayonundakı Cəlilkənd kəndində ilk zaüdaş tipli məktəbin azılışının 100 illiyi tamam olurdu. 1887-ci il iyulun 7-də Qori Müəllimlər Seminariyasını bitirən Cəlil  Məmmədquluzadəni İrəvan quberniyasının Uluxanlı kəndinə müəllim göndərirlər. Həmin il oktyabrın 13-də isə onu Baş Noraşen kəndinə müəllim keçirirlər. O vaxtdan 1890-cı il yanvarın 15-dək burada müəllim işləyən Cəlil Məmmədquluzadə “ Çay dəsgahı “ alleqorik dramını da burada yazır.                                       

1985-86-cı illərdə Baş Noraşen kənd məktəbinin və Mirzə Cəlilin anadan olmasının 100 illikləri tamam olurdu. Naxçıvanda aydınlar bu yubileyə qədər kənddəki əski məktəb binasında xatirə muzeyinin yaradılması təşəbbüsi ilə çıxış edirlər. Bu işdə Mirzə Cəlilin araşdırıcısı İsa Həbibov xüsusilə fəallıq göstərirdi. Muzeyin açılışı haqqında rəsmi qərar olmadığından, vəsait də ayrılmamışdı. Rayon Partiya Komitəsinin I katibi Tahir Əliyev kommunal təsərrüfatı idarəsinin və kənd sovetinin müdirlərin təzyiq göstərərək həmin məktəbin binasını qısa müddətə təmir etdirdi.

Kütləvi tədbirlər hazırlamaqdan, muzeylər yaratmaqdan xüsusi züvq alan, qarşıya zıxan problemləri məharətlə aradan qaldıran Abdulla Qurbanovun da rayon tarix-diyarşünaslıq muzeyinə rəhbərlik etməsi işin xeyrinə oldu. Muzeydəki şəkil və səndlərin çoxunun pozitivini, Mirzə Cəlil haqqında məqalələr çap olunmuş jurnalları filologiya elmləri namizədi, Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutun müəllimi İsa Həbibbəyli verdi.

Mirzə Cəlilin şərəfinə Cəlilkənd adlandırılan Baş Noraşen kəndindəki köhnə məktəb binasında 1987-cı ildə xatirə muzeyi açıldı. 

Muzeyin açılışına Bakıdan da bir qrup aydın: Azərbaycan EA-nın müxbir üzvü Abbas Zamanov, yazıçılardan Anar, Əkrəm Əylisli, məktəbin məzunu, Azərbaycan Dövlət Universitetinin professoru Həsən Şirəliyev də dəvət edilmişdilər. Hamı ağsaqqal, mütəxəssis kimi Abbas müəllimə hörmət və etiramla yanaşırdı. Abbas müəllim xatirə muzeyinə daxil olanda binanı gözdən keçirib Tahir Əliyevə müraciətlə: “Binanın ikinci mərtəbəsini niyə sökdürübsünüz?” - dedi. Tahir Əliyev duruxdu. Biz Abbas Zamanovun başını söhbətə qatıb oradan araladıq. Hamımız bilirdik ki, dörd otaqlı bu bina birmərtəbəli olub. Son illərdə də bərbad hala düşmüşdü. Dövlət vəsait ayırmasa da, Tahir Əliyev sovxoz direktorlarına, rayondakı idarə və müəssisə rəhbərlərinə təzyiq göstərərək, binanı təmir etdirib muzey üçün yararlı hala gətirtmişdi. Biz başa düşürdük ki, Abbas müəllim skleroz xəstəliyinin təsirilə belə sual verir.

Müdafiədən əl çəksəm də, Ə.Abid haqqında araşdırmalardan əl çəkməmişdim. Odur ki, Abbas müəllimin, huşunun dağınıqlığından yararlanmaq istəyərək: “Abbas müəllim Əmin Abidin “Gültəkin” imzası ilə şerlərinə arxivlərin heç birində rast gəlmədim. Bəlkə DTK-nın arxivində ola?” - deyə xəbər aldım. Bayaqdan dalğın olan Abbas müəllim, duruxdu. Bir az sonra əsəbiliklə: “Mən nə bilim, get bax, öyrən!” - dedi.

Abbas müəllim ədəbiyyat tariximizin qaranlıq səhifələri ilə bağlı çox şey bilirdi. Çox təəssüf  ki, Sovet irticasının xofundan onları nə yaza, nə də deyə bildi. Çünki azacıq etirazı, düşündüklərinin az bir qismini demək cəhdi başını bəlaya salırdı. Ona görə də axına qarşı üzmək istəmirdi. Reallıqla hesablaşır, vəziyyətə uyğun hərəkət edir, şəraitin verdiyi imkandan yararlanaraq sabahın kadırlarını yetişdirirdi. Onun Ərzurumdakı Atatürk Universitetinə, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımıza, kitabxanalara yorulmadan Bakıda çıxan kitabları yollaması da sabahı düşünmək demək idi.

 Azərbaycan müstəqillik əldə etdi. Türkiyəyə yollar açıldı. Kitab, qəzet, jurnal gətirilməsi asanlaşdı. Azərbaycan şairlərinin 1928-ci ildə İstanbulda əski əlifba ilə çap olunmuş “İstiqlal uğrunda“ şerlər toplusu ilə, “Yeni Qafqaz” dərgiləri ilə, eləcə də Mirzə Balanın 1948-də İstanbulda çap etdirdiyi Gültəkinin “Buzlu cehennem” kitabı ilə və başqa qaynaqlarla tanış olmaq imkanı əldə etdik. DTK arxivindəki bəzi sənədlərlə araşdırıcıların tanış olmasına icazə verildi. 1998-ci ildə həmin arxivdə Ə.Abidin istintaq materialları ilə tanış olanda onun “Gültəkin” imzası ilə şerlər yazdığını yəqinləşdirdim. Onda Abbas Zamanovu yada saldım, ürəyimdə: “Ruhu şad olsun. Yurdu abad olsun!” deyə ona dua oxudum.

 

 

Çap olunub: Reallığı nəzərə alan insan. «Müasirləri Abbas Zamanov haqqında» (məqalələri toplusu). «Çinar-Çar» nəşriyyatı, Bakı, 2003, səh.289-296.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol