Elxan Məmmədli haqqında

Əli Şamil

 QONAQ ELDƏN GƏLƏR

VƏTƏNSEVƏRLİYİN APARDIĞI YOL

 

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan  televiziyası və radiosu da  ciddi dəyişikliklər etdi. Milli dəyərlərimizə diqqəti artırdı, ekranda və efirdə yeni rubrikalar görünməyə başladı. Türk dünyasını tanıtmaq, uzun illər kəsilmiş əlaqələri bərpa etmək, soykökümüzü xatırlatmaq məqsədilə şair Əhməd Oğuz “Qonaq eldən gələr» proqramını hazırlamağa başladı. Bu proqramda Çin səddindən Adriatik dənizinədək Avrasiya məkanında toplum yaşayan türk ellərindən, onların tarixindən, etnoqrafiyasından, folklorundan, bu günkü yaşamlarından söz açılmağa başlandı.

Əlaqələrin zəiflədiyi, iqtisadi durumun ağır olduğu, Azərbaycana Televiziya və Radio Verilişləri Şirkətinin əməkdaşlarına ezamiyyə xərcləri verməyə imkanı olmadığı halda belə geniş bir ərazidən canlı səs, musiqi gətirmək o yana qalsın, hətta operativ informasiya əldə etmək belə olduqca çətin idi. Buna baxmayaraq veriliş maraq doğurdu və davam etdi. 1995-ci ildən “Qonaq eldən gələr» proqramını hazırlamaq jurnalist Əli Şamilə tapşırıldı. Ayda bir dəfə efirdə səslənən “Qonaq eldən gələr» proqramında Türk dünyasının ünlü elm, sənət adamları ilə yanaşı sıradan nəfərlər, əkinçilər, çobanlar, sürücülər, bir sözlə hər bir peşə sahibi sözünü deyir.

Milli dəyərlərimizə varlığı ilə bağlı olan Elxan Məmmədlinin 60 illik yubileyi günlərində “Qonaq eldən gələr» proqramına dəvət edilməsi heç də təsadüfü deyildir. Yarım saatlıq bir verilişdə onun türk dünyasına xidmətindən söz açılır. Aşağıda  Azərbaycan radiosunun “Qonaq eldən gələr»  proqramında 2006-cı ilin fevralında Elxan Məmmədli ilə  Əli Şamilin söhbətini veririk.

 

Aparıcı: Salam əziz dinləyicilər, sizləri xoş gördyk. «Qonaq eldən gələr» proqramı yenə efirdədir. Proqramımızın qonağı Elxan Məmmədlidir. Əslində Elxan Məmmədli qonaqdan çox ev sahibidir. Uzun illərdir onun hazırladığı «Sarıtel» proqramını sevə-sevə dinləyirsiniz. Onun televiziyada hazırladığı verilişlərə də böyük məhəbbətlə baxıbsınız. azərbaycan televiziya və Radio Verlişləri Şirkətində 15????? ildir böyük redaktor işləyən Elxan Məmmədli sadəcə proqramımızın qonağıdır.

Elxan bəylə  otuz ilə yaxındır tanışıq. O Borçalının Faxralı kəndində, mən Göyçə mahalının İnəkdağ kəndində doğulmuşam. Rusiya strateqləri uzunmüddətli planlarını 1921-ci ildə reallaşdıraraq Qafqazda ermənilər üçün bir dövlət yaratdılar. 100 ilə yaxındı bölgədə Türklər sıxışdırılaraq onların yaşadıqları ərazilərdə ermənilər yerləşdirilsə də Göyçə mahalının əhalisinin əksəriyyətini yenə də türklər təşkil edirdi. Buna baxmayaraq Göyçə mahalı inzibati vahid kimi Azərbaygana deyil Ermənistana daxil edildi.  Göyçə inzibati bixımdan Ermənistana daxil edilsə də orada yaşayan türklər  Azərbayjanla sıx bağlı olublar. Çünki, məktəbi bitirənlərin əksəriyyəti ali və orta ixtisas təhsili almağa Azərbayjana gediblər, ana dilli qəzet və curnalların, dərs kitablarının əksəriyyəi oradan gəlib, Azərbayjan radiosuna qulaq asıblar. Azərbayjanda baş verən hadisələrdən daha çox xəbərdar olublar, nəinki Ermənistanda. Dünyagörüşləri bax beləjə formalaşıb.

Gürjüstan isə bir növ kənarda qalıb. Oradan nə dərslik gəlib, nə də qəzet-curnal. Tbilisidən verilən radi proqramının vaxtı az və dalğasının ötürügülük güjü zəif olduğundan onu mütamadi dinləyənlərin sayı çox az idi. Əslində Güröüstanda və Ermənistanda yaşayan soydaşlarımız arasında iqtisadi, mədəni bağlılıq kəsilməkdə idi. Bu bağlılıq bir qohumların gəlib-gedişi, bir də aşıqlarımızın hesabına idi desək yanılmarıq. Göyçəlilər Aşıq Əmrahı, Hüsiyin Sarajlını, Aşıq Kamandarı sevə-sevə dinlədiklər, ömür yollarını əzbər bildikləri kimi Gürjüstanda yaşayan soydaşlarımıh da Göyçəni aşıqlarına görə tanıyıb sevirdilər.

Mən hələ orta məktəbm bitirib təhsil ardınja Bakıya gəlməmişdən, Elxan Məmmədli ilə görüşməmişdən əvvəl də Faxralı kəndi haqqında eşitmişdim. Buna görə aşıqlarımıza borjluyam.

Azərbayjan Dövlət Universitetinin curnalimtika fakültəsinə (Biz universitetə qəbul olanda curnalistika ixtisası filologiya fakültəsinin şöbəsi idi-Ə.Ş.)  qəbul olsam da filologiya fakültəsinin tələbələri ilə birlikdə  folklor ekspedisiyalarında iştirak etməyə həvəs göstərirdim. Hətta bir il qurup yoldaşım İsrafil Qurbanovla Quba rayonunda tatlar yaşayan kəndləri gəzərək tatja folklor nümunələri toplamağa da təşəbbüs göstərmişdik.

Torladığımız folklor nümunələrini universitetin folklor labarotoriasına verirdik. Həmin illərdə tədris müəssisələrində çalışan folklorçu alimlərlə Azərbayçan EA çalışan, folklorşünaslıqla məşğul olan araştırıjılar arasında bir soyuq münasibət vardı. Onda görüşəndə bir-birlərilə mehriban davransalar da arxada başqa söhbətlər edirdilər. Nejə deyim elmi müəssisədə çalışanlar tədris müəssisələrində çalışanları jiddi alim saymırdılar. Buna görəydi ki, tələbə vaxtı topladığımız folklar nümunələrini Azərbayjan EA Ədəbiyyat İnstitutunun folklor şöbəsinə aparanda bizi çox soyuq qarşılayır, toladıqlarımızı əhəmiyyətsiz bir şey kimi qiymətlənlirirdilər. Sanki bizə «Nəyə gəlibsiniz? Bura sizlik deyil? Lazım olan folklor materiallarını biz toplamışıq, daha heç nə qalmıyıb? Jiddi bir şey olsa biz bilərdik?» və buna  bənzər javaplar verirdilər.

Başqalarını deyə bilmərəm mənim üçün Elxan Məmmədlinin folklor şöbəsinə işə gəlməsilə  bu əhval-ruhiyyə yavaş yavaş dağıldı. O, bir bayatı, bir atalar sözü toplayana da diqqətlə yanaşır, onu həvəsləndirir, nejə deyərlər şöbənin qapılarını folklorumuzu yaşadanların, onu toplayanların üzünə açmağa çalışırdı. Bu mənim kimi gənjlərin ruhuna, əhval-ruhiyyəsinə uyğun olan bir yenilik idi. Elxanın bir folklor toplayıjısı kimi özündə yaşlılardan üstünlüyü onda idi ki, aşıq musiqimizi də, xalq musiqimizi də gözəl bilirdi. Aşıqla söhbət edəndə bəzən sazı əlinə alıb çalaraq fikrini çatdırırdı.

 Onunla tanışlığımız dostluğu çevrildi. Müntəzəm olaraq hazırladığı verlişlərə qulaq astım, məqalələrini oxudum, ona görə atası Hüseyinqulu müəllimlə tanış oldum, «Dədə Qorqud» ensklopediyasında çalışan Hüseyinqulu müəllimin sifarişilə oraya bir neçə məqalə yazdım da. Elxan bəyin yaşı 60 haqladı. Mənim də yaşım qarabaqarab onu izləyir. Ötən müddətdə bir vətəndaş, bir alim kimi Elxan Məmmədli hansı işləri görüb? Bu suala çavab almaq üçün onun özünə mürajiət edirik.

Elxan Məmmədli:-Adətən hər hansı bir sənətkara və aşığa yaradıjılıq yolu ilə bağlı sual verdikdə «Gözümü açanda saz gördüm», «gözümü açanda atamı sinəsində saz var idi» deyir. Bunu daha çox aşıqların övladları deyir. Əslinə qalanda, elə bizim bölgəmiz saz bölgəsidir, dastan bölgəsidir. Biz doğrudan da,  elə gözümüzü açanda eldə, obada, məjlislərdə həmişə sazı görmüşük. İlk nəvəsi olduğuma görə rəhmətlik babam həmişə məni özüylə dastan gejələrinə aparardı. Bu dastan gejələri də adətən toylarda olardı. Toyun bir gejəsi dastana həsr olunardı.  Axşamdan başlayıb ta sübhə qədər aşıq dastan danışardı. O günlər  indi  də yadıma düşəndə həm kövrəlirəm, həm də  sevinj hissi keçirirəm. Öz-özümə deyirəm: nə yaxşı ki o günlər varmış, mərifət dərslərini, o ədəb dərslərini, həm də dastan dərslərini oradan gördüm. Beləjə birinji sinfə getdim. Yenə də o anlar davam etdi. Əslində o an deyildi, böyük bir proses idi.  Yenə dastan gejələri davam edirdi. Atam saza-sözə həvəsimi görüb1953- jü ildə mənə bir saz aldı. Özü də yaxşı saz çalan idi, rəhmətlik. Siz yaxşı tanıyırdınız.

Əli Şamil:- Bəli! Allah  rəhmət eləsin. Folklora dair gözəl tədqiqləri vardı.

Elxan Məmmədli: - Yaxşı tanıyırsan ki, bizim kənd çox böyük bir kənddir, ayağından başına 7- 8 kilometir olar.  Atam kənddə məktəb direktoruydu. Vəzifə sahiblərinin saz çalmasına o zamanlar yaxşı baxmırdılar. Buna baxmayaraq heç vaxt saz çalmağından qalmadı. Nə vaxtsa verilişlərin birində dedim: «Atam «Orta Sarıtel»li oxuyanda kəndin ayağında kişinin səsi eşidilirdi. Babam  Məmməd Hüseynqulu oğlu, nənəm Yetər Bayram qızı da saz-söz xiridarları idilər. Onlar sinədəftər adamlar idi. Xalq ədəbiyyatımız, dastanlarımız, xüsusən də nənəmin sinəsindəki bayatılar, babamın bayatıları elə bil ki, mənə bir yol açırdı.  «Aşıq gördüyünü çağırar», «Niyyətin hara, mənzilin ora» deyiblər. Bu atalar sözləri də elə-belə yaranmayıb. Mən elə bilirə ki, bəlkə də böyuk alimlərin ən böyük tədqiqat əsərlərindən çox güjü var bu sözlərin, bu  atalar sözlərinin.

Əlli Şamil: - Elxan bəy, o bölgənin qaçaqarının, aşıqlarının, el şairlərinin təbliğində, oradan folklor nümunələrinin toplanmasında xidmətiniz çox olub. Topladığınız materialların hamısını çap etdiribsinix, yoxsa çap etdirmədikləriniz də var? Çap etdirməyibsinizsə səbəbi nədir?

Elxan Məmmədli: - Müssəlim kişi var idi, Aşıq Müsəllim. Gözəl bir kişi idi, özü də  osmanlı ağzında oxuyardı. Deyilənə görə o  üzdən gəlmişdilər. Biz tərəflərdə bu gün də Türkiyəyə «o üz» deyirdilər. Əsrin əvvəllərində onlar tayfalıqla gəlmişdilər. Mənim yadımda onun «Alı xan» dastanını danışmağı durur. Altmışınjı illərdə  səsyazma aparatlar təzə-təzə çıxmışdı. O vaxt bizim məktəbimizədə onnan birini vermişdilər. Müssəlim kişi on gejə bizim evimizdə dasan oxudu. Atam on gejə onin səsini yazdı.

  Aşıq Mürsəlin, Aşıq Hajı Nəsibin, hətta şair Nəbinin vaxtı ilə sazını tutan Sarban Bayramın

(Məhşur aşıq olub, vaxtıilə Quşçu İbrahimin də şəyirdi olub) mən oxumağını gördüm. Çox qoja bir kişi idi, çox müdrik bir insan idi.  Saza-sözə vurğunluğum onlardan gəlir. Şair Nəbi Borçalının babam  Məmməd Hüseynqulu oğlu ilə qohumluqları da var idi. Elə onların dilinin əzbəri həmişə Şair Nəbi olardı. Ömür boyu evimizdə onları eşitmişəm.

 Mənim  yeniyetməlik  illərimdə-1955- ji ildə Səməd Vurğun Faxralıya qonaq gələndə Şair Nəbinin serələrini  aşıqdan eşidir.  Atama həvalə edir ki, onun şerlərini toplasın. Osman Sarıvəlliyə də tapşırmışdı ki, ay Osman, ömür vəfa etməz birdən, mən olmasam Hüseynqulu müəlimə kömək edərsən şair Nəbi Borçalının şerlərini çap etsin.

Atam rəhmətlik Səməd Vurğun  tapşırığına əməl edərək minbir əziyyətlə o şerləri topladı. Lakin çapı çox uzun bir proses çəkdi.

Əli Şamil: - Şair Nəbinin şerlərini o dövrdə çap etmək  o qədər də asan deyildi. Nəinki çap etmək, hətta toplamaq da jəsarət tələb edirdi. O dövrdə folklor tamam  ideoloci yöndə gedirdi, sinfi mübarizəyə diqqət yetirirdilər, öndə ateizmin daşıyıjısı olan folklor nümunələri gedirdi. Şair Nəbinin şeiirlərində bir ürfan var idi,  islami əxlaq var idi, islami köklərə bağlı bir fəlsəfi yön var idi. Ona görə də onları çap etmək mümkün deyildi.

Elxan Məmmədli:- Atam  bu işlə 6 il məşğul oldu, hətta Qazağajan getdi. Vaxtıyla  bizim kənd orta məktəbdə müəllim işləmiş,  Qazağın Kəmərli kəndindən  olan Vəli Ləzgiyevin (İndi onun oğlu Mahmud Vəli oğlu nejə illərdir radioda çalışır, dostumdu, şairdir) t opladığı şeiirlərin əlyazmasını da əldə etdi.  Onun əlyazması bu saat məndədir. Hardasa Şair Nəbinin o dəftərçədə 60-a yaxın şeiiri var. Atam Şair Nəbini  şeiirlərini toplamaq üçün Borçalının çox ujqar kəndələrinə, güman gələn yerlərə qədər getdi. Bir az uzun çəkdi, bir az nəşriyyatdarda növbədə dayandı şair Nəbi. Osman Sarıvəlli bir az xəstə hal oldu, nəşriyyatlarda o vaxtı aşıq şeeri çap eləmək özü də bir az çətin idi.

 Əli Şamil: - O dövrdə dövlətin bir strategiyası, bir siyasəti var idi. O strategiya, o siyasət imkan vermirdi ki, o ürfan şerli, fəlsəfi məzmunlu şerlər çap olunsun. Məsələn, yadımdadır ki, Aşıq Ələsgər məşhurlaşmışdı deyə onun şeerləri təkrar-təkrar çap olunsa da oraya irfan şeerlərini daxil edə bilmirdilər. Qardaşı oğlu İmanın şerlərini isə məzmununa görə nəşriyyatlar heç yaxına buraxmırdılar. Hətta şeerlərinin əlyazması  toplanmış dəftərçəni «gördüm»deyən olmadı.

Elxan bəy, uşaqlıq illərinizdən, folklorçu kimi formalaşmanıza səbəb olmuş mühitdən söz açdınız. Xahiş edirəm dinləyijilərə təhsil illərininzdən-Azərbayjan Dövlət Universitetitinin Filologiya fakültəsinə  neçənji ildə daxil oldunğunuzdan, oranı neçənji ildə bitirdiyinizdən, oxuduğunuz bu mühit sizə nə verdiyindən söhbət açasınız.

Elxan Məmmədli:- 1962- ji ildə ailəmiz Faxralıdın Bakıya köçdü.  Ana nənəmgil də Bakı kəndəlrində qalırdılar. Ana nənəm və ana babam  rəhmətə getmişdir. Elə onlarda qaldıq və mən son sinfi də Bakıda - Əmirjan qəsəbəsində başa vurdum. Universitetə 1965-ji ildə daxil oldum. Bir az gej daxil oldum. O dövrdə Filologiya, Hüquq və Tarix fakültələrinə daxil olmaq çətn idi. Elə oldu ki, sənədlərimi əvvəljə qiyabi şöbəyə verdim vəqəbul olundum. Folkloru  bizə rəhmətlik  professor Vaqif Vəliyev deyirdi və çox gözəl insan idi.  İlk günlərdən və ilk məşğələlərdən mənə çox munis munasibət bəslədi, özünün gələjək yetirməsi kimi baxdı. Adətən  rayonlard yaşayan qiyabiçilərə folklr materialı toplamağı tapşırırdılar. Mən də şəhərdə yaşadığım üçün nəsə nəzəri bir şey götürmədim.  Dedim ki, Vaqif müəllim, mən Borçalıya gedəjəm, hər yay gedirəm və ordan mən də material toplamaq istəyirəm. Razılaşdıq. İnanın, bir həftə mən nənəmdən, babamdan bayatı yazdım. Siz onu bilirsiniz. Bir həfətə də 1200 bayatı yazdım.

 Əli Şamil: - «Azərbayjan bayatıları» kitabını Nizimi adına Ədəbiyyat İnstitutunun folklor şöbəsi çapa hazırlayanda bu bayatılar sizə gərək oldu. Kitabı tərtib edərkən iş yoldaşlırınız ən çox sizə mürajiət edirdilər. Hər bayatı üçün kartoteka yazılsa da variantlarını müqaisə edəndə,  kartotekadan axtarmaqdansa sizdən xəbər almağa üstünlük verirdilər. Çünki sizin yaddaşınıza bələddilər.

Elxan Məmmədli:-  Bayatı çox çətindir, yəni oxşar bayatılar çoxdur, eyni qafiyə ilə olan bayatılar çoxdur. Məzmunja bir-birinə yaıxın bayatılar da var. Onu doğrudan da seçmək çox çətindir, yəni  bir vərdiş söhbəti var. Elə bilirəm ki, vərdiş elədikjə təfəkkür inkişaf edir, yaddah möhkəmlənir. Universitetdə təhsil ala- ala da Bakının bir sıra müəssisələrində çalışırdım. Üçünjü kursu bitirdikdən sonra musiqi təmayüllü internat məktəbə tərbiyəçi müəllim keçdim. 1976-jı ildə isə Elmi Tədqiqat Pedaqoqika İnstitutunda  «Estetik tərbiyə» şöbəsi açıldı. Məni oraya işə götürdülər.

Əli Şamil: -Elxan bəy, görünür ki, musiqi məktəbində tərbiyəçi müəllim işləməyiniz  sizin sonra musiqiyə bağlılığınıza, musiqinin gözəl bilməyinizə şərait yaratdı.

 Elxan Məmmədli:- Elə bir münbit şərait yaranmışdır ki, musiqi müəllimləriylə  oturub dururdum. Daha çox muğam dərsi deyənlərlə, tar müəllimləri ilə, rəqs muəllimləri ilə oturub dururdum. Bir az da qarmon çalmışam. Rəqs dərslərində bir qarmon çalan oğlan vardı. Çox gözəl qarmon çalırdı,  mən də arabir götürüb onun qarmonunu çalırdı. Yəni beləjə günlərimiz keçirdi.  Misiqiyəamma marağım sönmürdü, təbii ki, artmalıdır. Folklor elə bir sahədir ki, ona əl qoydun, daha geri çəkmək olmur. Gərək ta ömrünün axırına qədər onun dalınja gedəsən. Beləjə folklor toplama işinə başladım. Pedaqoqika İnstitutundan sonra mən 1979-ju ilin iyun ayında Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə müsabiqə yolu ilə işə girdim.  Düz 15 il orada çalışdım. 1994- jü ilə Ədəbiyyat İnstitutunun nəzdində Folklor Elmi Mədəni Mərkəzi yaratdıqö Bildiyiniz kimi o mərkəz iki ildir folklor institutuna çevrilib.

Əli Şamil:- Ədəbiyyat İnstitutunda işlədiyiniz dövrdə artıq siz elmi işçi kimi Azərbayjanının bölgələrinə səfərlərə çıxırdınız, folklor materiallraı toplayırdınız, gətirib arxivə verirdiniz, pasportlaşdırırdınız. Folkor materialını toplamaq ilk baxışda çox sadə görünür, yəni get maqnitofonu tut, danışsınlar, gətir köçür. Bunun anjaq elə ağırlıqları, elə çətinlikləri var ki, onu yalnız o işi görən adamlar bilər, yəni peşəkar bilər. Oranın içərisini,   daxilini kənar adam bilmir.  Folklor materialı toplayarkən rastlaşdığınız çətinliklərdən, yaddaqalan, bir az da gülüş doğuran hadisələrdən birini dinləyijilərimiz üçün danışsanız çox gözəl olar.

 Elxan Məmmədli:- Əli müəllim, adam var fəxr edir ki, neçə xariji  ölkədə, dünyanın neçə məşhur şəhərində olub. Mən isə Azərbayjanı qarış-qarış gəzməyimlə fəxr edirəm. O da  institutun və Azərbayjan radiosunda hazırladığım «Bulaq» verlişinin sayəsində oldu. Elə ikisi bir-birini  tamamlayırdı, yəni folklor  ekspedisyası üçün gedəndə həmişə «Bulaq» yaddan çıxmırdı, reportiyoru götürürdüm özümlə. Radio üçün  verliş yazmağa gedəndə də folklor şöbəsi üçün  aşıqlardan dastan yazmasam, rəvayət toplamasam, bir bayatı gətirməsəm  keçinə bilməzdim.

Mən həm çox kədərlənirəm, həm də sevinirəm ki, vaxtilə mən iki dəfə Göyçədə ekspedisiyada oldum, folklor materialı topladım.  Bütün kəndləri demək olar ki, gəzdim. Sizin kəndinizdə də 1986-jı il idə odum. Aşəq Qənbərlə görüşdüm, onun ailəsində qaldıq və mən orda bildim ki, siz o kənddənsiniz. Deyəndə ki, sizlə dostuq, təbii ki çox gözəl qarşılamışdılar, bir az münasibət xoşlaşdı mənə qarşı. Orda da İnək dağı ilə bağlı bir rəvayət yazıdım, onu siz də yazmısınız. Marallar toplaşıb sağına gələrmiş o ağajın altına. Onlar mənim üçün bu gün də çox böyük xoş xatirələrdi. Amma bu xatirələr təkjə xatirə deyildir… Xalqımızın bədii yaradıjılığı, bayatısı, rəvayətləri, atalar şözəlri, əfsanələri, dastanları, aşıq şerləri toplanırdı. Beləjə-beləjə gəlib vərəq-vərəq üstünə qalandıqja kitab yaranırdı.

Əli Şamil:- Elxan bəy,  Bakıdan, rahat şəraitdən, ev-eşiyindən yüzlərlə kimometir uzaqlarda tanımadığın insanların qapısını döymək, mehmanxanası, yeməkxanası olmayan yerlədə Harada qalajağının, nə yiyəjəyini bilmədən səfərə çıxmaq hər kişinin işi deyil. Bunlar yalnız fiziki jəhətdən ağır deyildi, həm də bunların mənəvi problemləri var idi. Adamlardan söz çəkmək, onları danışdırmaq heç də asan deyil.

Elxan Məmmədli:-  Doğru deyirsiniz. Bir dəfə Yardımlıya ekispedisiyaya getmişdik. Ordan da biz çoxlu bayatılar topladıq. Dedilər ki, kənddə bir qarı var, çoxlu ağı bilir, bayatı bilir.  O vaxtı o qarının olardı bir yetmiş beş yaşı.  Bəhlul Abdulla, İsrafil Abbaslı bir yerdə getmişdik. Getdik həmin o kəndə, qadını tapdıq. Qadından xahiş etdik ki, bildiklərini söyləsin yazaq. Dedi: «Vallah, bayatı bilirəm» Mən vurğuladım ki, onda ağı desin. Bayatılar özünüz bilirsiniz ki, məzmun etibarı ilə çox zəngindir, vəsfhalları var, məhəbbət bayatıları var, qıfılbənd bayatıları var, ağılar var. Bunları çözələyəndə mənaja çox müxtəlifdir.  Ağı istədik . Ondan dedi: «Ay bala, vallah, mənə çox çətindir. Ağını mən bədahətən deyirəm, yəni hüzür məjlislərində, yas məjlislərində, kimsə dünyasını dəyişəndə. Allah uzuq eləsin, indi ölən yox, itən yox, ərimin də qırxı iki ay olar çıxıb. Mənim gözümün yaşı təz-təzə quruyub». Vəziyyətin belə hala gəldiyini görəndə bir az ərkyana dedim:”” “””Nənə, mələfən varmı?» Dedi: «Var». O elə bildi ki, biz yaşıllığa, göyənəyə sərib oturmaq istəyirik. Gətirdi. Eləmədim tənbəllik uzandım, mələfəni üstümə çəkdim, üz-gözümü də bağladım. Dedim: «İndə mən ölmüşəm, nənə! Ağıla məni.» Arvad elə buna bənd imiş. Göz yaşını sel kimi axıdıb, qıyya çəkib bir ağı dedi gəl görəsən. Bəhlul müəllim maqnitofonun düyməsini basdı. O mərasimdə təxminən qadın bizə bədahətən əlli ağı dedi.

Bəzən də sınaqlı günlər olur. Mənim yadımdadır, Qazaxda İkinji Şıxlı kəndində Aşıq Məhəmməd  vardı, Dərya Məhəmməd deyirdilər ona. Özü bu adla razılaşmazdı. Deyərdi: «Ay bala, Dərya sözünü curnalistlər özlərindən artırıb. Düzdür, mənim sinəm dəryadı, amma mən özümə o təxəllüsü qoymamışam». Məhəmməd çox gözəl aşıqlardan biri olub. O da Aşıq Sadıq Sultanovun yetirmələrindəndir.

Danışdırıb yazmaq istəyirdik. Əvvəljə o sınaqla başladı. Mənə təjnislərdən, dastanlardan suallar verdi. Gördüm yox, belə getsə bir şey yaza bilməyəjəyik. O bizi imtahana çəkir. Üstünü vurmadım. Çalışdım ki, suallarına javab verməklə söhbəti axarını salım. Əslində  onu da qınamırdım. Yadımdadı Aşıq Kamandardan yazan bir tədqiqatçı onun çaldığı havaların adını yazanda bir «Göyalı, göyçalı» saz havasının da adını çəkmişdi. Kitabda oxuyanda  çox təjjübləndim. Belə havanı nəinki eşitmişdim, bu heç aşıq havası adına da oxşamırdı. Kamandarla bir  kirvəlik qohumluğumuz da vardı. Həmişə Bakıya gələndə bir yerdə olurduq. Bu yazıyı oxuyandan sonra onu Bakıdı görəndə dedim: «Ay ustad, axı belə hava yoxdur, bu nə havasıdır?»

Aşıq Kamandar dedi: «Əşi, vallah, bezdirdi məni. Baxdım-gördüm nə danışıram elə yazır. Hansı havanı çalıram, adını bilmir. Heç fərqinə varmır  nə deyirəm. Axırda bir hava çaldım.  O məndən xəbər aldı ki, Kamandar bunun adı nədir?  Öz-özümə dedim, bir bunu sınayım görüm nə olasıdır. Dedim: « Göyalı, göyçalı». Bu da yazdı. Mən nə bilim kitaba yazajaq»

 Sonra özü ilə də danışdım, xətrin istədiyim bir müəllifdir. Kamandara Allah rəhmət eləsin, Həmin müəllifə də jan sağlığı. Belə məqamlar da var ki, aşıqlar adamı sınaja çəkir. O sınaqlardan da adam hardasa çıxanda, topladığı materiallar halal olur. O da etibar edir sənə. Dərya Məhəmmədin belə bir sınağından çıxandan sonra olduqja qiymətli materiallar topladıq.

Əli Şamil:- Elxan bəy, milli azadlıq hərəkatı başlayanda bizim ziyalılarımız böyük qismi çox ehtiyatlı davrvndılar. Çünki onlar qorxurdular, çəkinirdilər. Onların içərisində çox azı bu xalq hərəkatını alqışlayıb, bəyənib, təqdir eləyənlərdən oldu. Siz də ziyalılar arasında xalq hərəkatının  önjüllərindən biri oldunuz. Siyasi xadimi  olmağa jan atmadınız. Alim kimi xalq hərəkatının təqdir etdiniz və bunun bəhrəsini də gördünüz. Sərhədlər açıldıqdan sonra Güney Azərbayjana gedib  gəzdiniz, aşıqlarla görüşdünüz, folklor materialları toplayıb gətirdiniz. Orada folklorumuzun toplanması, nəşri hannında sizin fikirləriniz nejədir?

 Elxan Məmmədli:-Ömür boyu arzuladığım Təbriz, ömür boyu arzuladığım Arazdan o üzə keçəmək niyyətim baş tutdu. İki ildir gedirəm və ordan çox materiallar gətirmişəm. Rəhim Nəzərinin ifasında on iki saatlıq Abbas Tufarqanlının dastanını biz efirə verdik. Onun söylədiyi dastanı makinadan çıxarmışıq, istəyirəm ki, onun fərdi ifası kimi repertuarı kimi nəfis şəkildə çap eləyək. Bundan başqa da lentlərimdə nə qədər saz havası, dastan, aşıq şeri var. 5-6 nəfərlik bir qrup lazımdır ki, onları lentdən yazıya köçürüb sapa hazırlasın. O tayda Elxanın, Əlinin beş üç günlük səfərilə bir iş görmək olmaz. Oraya böyük qrupların uzunmüddətli ekspedisiyası lazımdır. Yaşlı nəsil öldükjə zəngin folklorumuz da itir. Bu itgi yalnız Azərbayjan folklorunun itgisi deyil, dünya mədəniyyətinin itgisidir.

Əli Şamil:- Əziz dinləyigilər siz Elxan Məmmədli ilə kiçik söhbətimizi dinlədiniz. Lakin bu söhbətdə onun yaradıjılığını tam əhatə edə bilmədik. Elxan bəy təjnis mövzusunda namizədlik dissertasiyası müdafiə edib, Azərbayjanda ilk dəfə təjnisləri toplayıb kitab şəklində çap edib. Bundan başqa iyimiyə yaxın aşıq şeir toplusunu nəşrə hazırlayıb, ön söz yazıb. Onlarla elmi məqalənin müəllifi,  uluslararası elmi konfransların iştirakçısıdır. Neçə ildir ki, Azərbayjan MEA Folklor İnstitutunda aşıq yaradıjılığı şöbəsinə başçılıq edir.  Millətinə, vətəninə, soykökynə bağlılıq Elxan Məmmədlini folklorumuzun yorulmaz araşdırıjısına və təbliğatçısına çevirib. Bu ana südüylə onun qanına, iliyinə, janına hopub. O, bu işə xoş güzaran, ailəsinin rahatlığı üçün gəlməyib. Buna görə də qarşısına çıxan çətinliklərə mətanətlə sinə gərib.

 

Çap olunub: Vətətsevərliyin apardığı yol. Elxan Məmmədli-60. «Ağrıdağ» nəşriyyatı, 2006, səh.146-158

          

                                                   

 

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol