Əli Şamil Hüseyn oğlu
Türk müğənnisi Barış Manconu
xatırlayarkən
1998-ci il Kasımın 24-27-də Qüzey Kıbrıs Türk Cümhuriyyətindəki Doğu Akdəniz Universitetinin Kıbrıs Araşdırma Mərkəzi “İkinci Uluslararası Kıbrıs Araşdırmaları konqre” keçirdi. “Azərbaycan mətbuatında Quzey Kıbrıs” (1988-98) mövzusunda yazdığım bildiri ilə mən də bu konqreyə qatılmalıydım. Vaxtında toplantıya çatmaq üçün daha güvənli bildiyim Türk Hava Yollarının uçağına bilet almışdım. Uçaq Kasımın 23-də səhərə yaxın Bakıdan qalxıb İstambula enməliydi. Mən elə həmin gün oradan Kıbrısa uçacaqdım.
Uçaqda oturan kimi gözlərimi yumdum. Gecəni yuxusuz qaldığımdan, çoxsaylı yoxlamalardan deyil siyasi mənsubiyyətimə görə polislərin və gömrük məmurlarının vəzifələrinə dəxli olmayan sorğu-sualları qanımı qaraltmışdı. Onların həyasız, yaltaq sifətlərini görmək istəmirdim. Düşünürdüm ki, yenə də hakimiyyətdəkilərə yarınmaq istəyənlərdən hansısa biri gəlib məni ya geri çağıracaq, ya da mənasız suallarıyla əsəblimlə oynayacaq. Yuxuya getmək istədim. Amma kiminsə başımın üstünü kəsdirərək yerindən tərpənməməsi məni hövsələdən çıxarırdı. Əsəbiliklə gözlərimi açıb başımın üstündə durana baxdım. Barış Mançonu gördkdə çaşıb qaldım. Görünür mənim zəhər yağan sifətimin birdən-birə dəyişməsi onu da çaşdırdı. Mehribanlıqla salam verdi. Bir anda elə bil ağrılarım-acılarım unutdum. Xoş əhval-ruhiyyəsi mənə də təsir etdi. Mənə elə gəldi onunla çoxdanın tanışıyam. Əslində birinci dəfəydi üz-üzə gəlirdik. Həmişə televiziyada gördüyüm, radioda səsini dinlədiyim Barış Manço ilə yanaşıydıq.
Görünür mənim sözlü baxışlarım ona təsir etdi. Dərisinin rəngindən, dilindən, dinindən asılı olmayaraq dünyanın müxtəlif guşələrində yaşayan insanlarla tez ünsiyyət tapan, maraqlı televiziya verilişləri hazırlayan Barış Manço məndən daha cəsarətli çıxaraq “İstambulamı? “ deyə xəbər aldı. Əslində onunla söhbət etmək mənim də ürəyimdən keçirdi. Amma rahatsız etmək istəmirdim. Odur ki qısaca “Xayır! Kıbrısa” - dedim.
Barış Manço Kıbrıs haqqında bir neçə kəlmə xoş söz söylədikdən sonra oraya nə üçün getdiyimi xəbər aldı. Qazimağosada konqreyə katılacağımı bildikdə “Həqiqətlər xəyallarımızı önləyir 10-15 il öncə dünyanın çox yerinə gedə bilirdim. Sovetlər birliyindən başqa. Kimsə mənə “istədir. Bir vaxt “Bakıya, Taşkəndə, Səmərqəndə gedəcəksən!” desəydilər inanmazdım. İndi bunu mənim kimi tanınmış kişilər deyil, hamı edə bilir. Röyamda görə bilmədiklərimi həqiqətdə görə bilmirəm” - dedi. Həvəslə danışdığını görüb mən də söhbətə qoşuldum. 70-ci illərin sonlarında onun televiziyadakı konsertlərinə baxmaq üçün Naxçıvandan 80-100 kilometr aralıdakı Türkiyə ilə sərhəd kəndlərə getdiyimizi söylədim. 1978-ci ilin iyulunda Qaraçantalı kəndində (Enmənistan SSR-in Amasiya rayonu) onun televiziyadakı bir çıxışını xatırladım. Ağ paltar geymişdi, başına zəncilərin saçını xatırladan parik qoymuşdu. Zənci musiqisini araşdıran professoor kimi danışırdı. Barış Manço da həmin zənci professordan müsahibə alırdı. Ekranda yanaşı oturmuşdular. Barış yanında oturan “professora” fikrini geniş izah etməyə imkan vermir, tamaşaçını əsəbləşdirirdi. Sonra “zənci professordan” bir mahnı oxumasını xahiş etdi. Oxuyanda bildik ki, bu zənci professor elə Barış Mançonun özü imiş. İki geyimdə çəkib montaj ediblərmiş. Oxuyacağı Afrika mahnısını tamaşaçıya daha maraqlı etmək üçün belə edibmiş.
Barış Manço söhbətimi ruh yüksəkliyi ilə dinləyirdi. Bu zaman yoldaşları gəlib çıxdı. Salamlaşdılar. Onda anladım ki, Barış yoldaşlarını gözləyirmiş. O, məni yeni gələnləri göstərərək “Televizyonun bəyaz-siyah vaxtlarında ekranda bir verilişimə baxıb. İndi onu konuşurdu. Gör həmin vaxtdan nə kadar keçib? 30 il, yoxsa 31 il?! Amma hələ də məni xatırlayırlar”. Harada çalışdığımı xəbər aldı. Kıbrısdan dönəndə İstambulda ona telefon açmağımı istədi. Mən geri dönəndə İstambulda cəmi 3-4 saat olacağımı söyləyəndə təssüfləndi.
Vizit kartımı verdim. - “Bakıya gələndə mütləq telefon açıb görüşəcəm. Birgə televizyonda konuşarıq, ötənləri xatırlarıq”. - dedi.
- Bakıya nə vaxt gələcəksiniz? - deyə xəbər aldım. Cavab gözləmədən onun bir vaxt Azərbaycan televiziyasının müxbirinə verdiyi cavaba uyğun olaraq: “Çayımızı süzək, soyuyanadək gələrsiniz? - dedim.
Gülərək: “Bəklə! Bəklə!” deyərək yoldaşları ilə keçib arxa sırada əyləşdilər. Uzun illər mahnılarını sevə-sevə dinlədiyim, onu dinləmək üçün ağrılara-acılara qatışdığım, gediş-gəliş olmayanda görmək üçün həsrətini çəkdiyim, indi isə adicə, sadə bir insan kimi qarşıladığım Barış Manço ilə ilk və son görüşüm oldu.
Çap olundu: Türk müğənnisi Barış Mançonu xatırlayarkən. “İncəsənət” qəzeti, 1999, dekabr, sayı 9 (81), səh.11.
P.S. Gürcüstanlı tələbəlik dostum Osman Əhmədoğlu mənim məqaləmi qəzetdə oxudukdan sonra Barış Mançonun xatirəsinə həsr etdiyi məqaləni mənə göndərdi. Bilmədi o bu şeri hər hansı mətbuatda çap etdirib ya yox?
Barış Mançonun hatiresine
Bu dünyanın göz yaşları sellener,
Derdi – qemi öz içinde illener,
Ağrıları dile geler – dillener,
Son makama ne tez oldu yürüş oy,
Barış haray, Barış aman, Barış oy!
Hansı sözden ona çeleng höresen,
Hansı gülü yollarına seresen.
Dağlar niye yol vermedi göresen,
Haktan yağdı taleyine yağış oy,
Barış haray, Barış aman, Barış oy!
Hakdan gelen din – imanı soyledi,
“Unutma ki, dünya fani” söyledi.
“Veren Allah alar canı” söyledi,
Kelmeleri hak yoluna çağrış oy,
Barış haray, Barış aman, Barış oy!
Kainatı “barış” deyə dolaşan,
Hakka doğru yürüş deye dolaşan.
Arzumuza sarım – sarım sarmaşan,
Bir sel olub ümmanlara karış ol,
Barış haray, Barış aman, Barış oy!
Yeddilernen mahnı – mahnı doğuldu,
Yetmişyeddi göz yaşında boğuldu.
Aman Allah ne hicranlı nağıldı...
Kader kısmet sen yüz elleş, vuruş oy,
Barış haray, Barış aman, Barış oy!
Kahkaşana asimana karışan,
Gökler boyu yıldlz – yıldız sayrışan.
Toprak olan, Alosmana karışan,
Kısmet olsun, kıyametde görüş oy,
Barış haray, Barış aman, Barış oy!
Ver yüzüne layla çaldı qopuzum,
Dalğalandı, çalkalandı oğuzum.
Bir od aldı – yandı dilim ağızım,
Eldən gelən ozan babam – derviş oy,
Barış haray, Barış aman, Barış oy!
Adı – sanı sorağıdı Türkümün,
Yakınıdı – irağıdı Türkümün,
Şarkıları bayrağıdı Türkümün,
Ünlü sesin özümüze dönüş oy,
Haktan yağdı taleyine yağış oy,
Barış haray, Barış aman, Barış oy!
Barış oy!!! Barış oy!!!
Derviş Osman Ahmedoğlu
Gürcüstan Respublikası, Keşəli köyü
12 Şubat 1999
|