Əmin Abid. Azərbaycan türklərinin ədəbiy­yatı tarixi

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

___________________________________________

                                                                                                    

 

ƏMİN ABİD

 

 

 

 

AZƏRBAYCAN TÜRKLƏRİNİN ƏDƏBİYYATI TARİXİ

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2016


 

 

Layihə rəhbəri:               Muxtar KAZIMOĞLU

AMEA-nın müxbir üzvü

 

Elmi redaktor:                fil.ü.f.d. Rza XƏLİLOV

 

Tərtibçilər və

ön söz müəllifləri:           fil.ü.e.d., prof. Bədirxan Əhmədov

 Əli Şamil.

 

 

 

 

Əmin Abid (Əhmədov). Azərbaycan türklərinin ədəbiy­yatı tarixi, Bakı, Elm və təhsil, 2016, -240 səh.

 

Kitaba 1938-ci ildə, 40 yaşı tamam olmamış güllələnmiş, repressiya qurbanı Əmin Abidin əsərləri daxil edilmişdir. Qorqudşünas, folkorçu, nəzəriyyəçi və ədəbiyyat tarixçisi alimin elmi əhəmiyyətini bu gün də qoruyub saxlayan, indiyədək çap olunmamış çoxcildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini, “Heca vəzninin tarixi”, “Türk xalq ədəbiyyatinda mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti”, "Ki­tab-i Dədə Qorqud"la bağlı məqalələrini, türkçənin təkamülü və folk­­lorla bağlı digər araşdırmalarıını oxuyanlar müasirlərinin onun araş­dır­malarını neçə mənimsəyərək öz adlarına çap etdirdiklərinin şahidi olacaqlar.

 

A 4603000000 Qrifli nəşr

          N-098-2016

 

© Folklor İnstitutu 2016

© Əli Şamil, Bədirxan Əhmədov 2016

ÖN SÖZ

 

Kommunizm ideologiyası ilə insanları xoşbəxt gələcəyə apa­­racaqlarını vəd edən bolşeviklər silah gücünə hakimiyyəti ələ aldılar. Onların idarəetmə təcrübəsi olmadığı kimi, yeni qurluşda ailə, əxlaq, mədəniyyət, idarəetmə necə olacağı haqqında aydın təsəvvürlərləri də yox idi. Odur ki, müxtəlif xalqların, millətlərin yü­zillər boyu formalaşmış adət-ənənəsini, həyat tərzini, mədəniy­yətini, əxlaqını və s. qəbul etməyərək yenisini yaradacaqlarını vəd etdilər. Hakimiyyəti ələ alanlar arasında yeni yaradacaqları proletar ailəsi, proletar mədəniyyəti, proletar adət-ənənəsi, pro­le­tar ədəbiyyatı haqqında fikir birliyi yox idi .

Var olanı burjua-mülkədar mədəniyyəti sayaraq qəbul etmək istəməyənlər dayaqsız, özülsüz yenisini yarada bilmirdilər. Yazılı ədəbiyyatı saray ədəbiyyatı, burjua-mülkədar ədəbiyyatı adlandır­dıq­larında ona qarşı inkarçı mövqedə dururdular. Folkloru isə öz­lə­­rinə dayaq nöqtəsi hesab etir, orada "zəhmətkeşlərin", "əməkçi xalqın" fikirlərinin toplandığı tezisini irəli sürdülər. Halbuki, şifa­hi xalq ədəbiyyatı bir sinfin, bir qrupun deyil, xalqın butün təbə­qələrinin dünyagörüşünü özndə əks etdirirdi.

Bolşeviklərin şifahi xalq ədəbiyyatına daha çox diqqət yetir­diyini, yeni quracaqları mədəniyyəti folklora bağlamaq istədiklə­rini görən bəzi Azərbaycan ziyalıları da bundan istifadə edərək öz milli-mənəvi sərvətlərini öyrənmək və təbliğ etmək yolunu tutdu­lar. Hətta rəhbər partiya-sovet işçiləri belə yeni yaradılacaq prole­tar mədəniyyətində folklorun rolundan bəhs edən məqalələr yaz­mağa başladılar. Vəli Xuluflu xalqın haqsızlığa, zülmə boyun əy­məyən, döyüşlərdən həmişə qalib kimi çıxan qəhrəmanı “Koroğ­lu” haqqında dastandan qollar toplayaraq çap etdirdi, Hənəfi Zey­nallı nağılları, tapmacaları öyrəndi, Hümbət Əlizadə aşıq şeirlə­rini və “Koroğlu” dastanının qollarını toplayırdı, Salman Mümtaz əlyazmaları toplayaraq, onların bir çoxunun əsasında hazırladığı kitabları ərəb və kiril əlifbasıyla çap etdirirdi. Onlarıın araşdır­maları və nəşr etdirdiklərii kitablar maraqla qarşılanırdı. Sovet hakimiyyətinn ilk illərində Əmin Abid də heca vəzninin, baya­tıların keçdiyi tarixi yoldan, eləcə də “Kitab-i Dədə Qorqud”dan bəhs edən olduqca dəyrli araşdırmalarını nəşr etdirirdi.

Xalqımız üçün olduqca dəyərli işlər görən, adını çəkdiyimiz və çəkmədiyimiz əksər araşdırmaçılarımız kimi Əmin Abid də çox gənc idi. Onlar elmi axtarışlara yeni başlasalar da yüksək pe­şəkarlıqları, vətənsevərlikləri, millətpərvərlikləri ilə seçilir və el­mi araşdırmalarında Avropa metodlarına üstünlük verirdilər.

 Əmin Abidin böyük qardaşı və yolgöstərəni Əliabbas Müz­nib haqqında dəyərli araşdırmaların müəllifi professor İslam Ağa­yevə bu ailənin soykökü haqqında olduqça maraqlı bilgilər ver­mişdir. O, AMEA Əlyazmalar İnstititu arxivinin 23-cü fondunda olan 9/146-cı qovluqdakı Əliabbaas Müznibin özkeçmişindən bir parçanı kitabına daxil etmişdir.(Ağayev İslam, 2000:5) Əliabbas Müznib Gəncənin müsəlman əhalisinə qəddarlıqla divan tutmuş rus generalı Sisyanovun baş Bakının Qoşa qala qapısı yaxın­lı­ğın­da qılıncla vurulandan sonra baş verən hadisələrdən söz açarkən yazır:“...Hüseyinqulu xan Bakıdan çəkildikdə xanın əqvam və əqrabasına rus qoşunları tərəfindən şiddətli cəzalar verilmişdir. Həbs, sürgün, edam edilməkdən müzayiqə olunmamışdır... Qətli-am şəhərdə həftələrlə davam etmişdir. Colum-cocuqlar qılıncdan keçirilmişdir. “Yeddi ev bir küvəcə möhtac oldu”- zərbül-məsəli bu tarıcı hadisənin şahidi idi”. (Ağayev İslam, 2000:5)

Əliabbas Müznibin arxivi ilə yaxından tanış olan professor İslam Ağayev yazır: “Bu faciəli hadisələr dövründə Ə.Müznibin bütü nəsli çar qoşunları tərəfinfən şiddətli cəzalara düçar olur. Bütün nəsil qırılır. Təkcə altı aylıq Novruz babası sağ qalır”. (Ağa­yev İslam, 2000:5)

Xan soyundan olmasına baxmayaraq çox kasıb bir həyat ya­şa­yırlar. Ataları Mütəllib daşyonan işləməklə, anaları Reyhan da evdə yasdıq və başmaq üzlərinə tikmə vurmaqla, uşaqlara və qa­dınlara Qurani-Kərimi oxumağı öyrətməklə ailəni dolandırmışlar.

Doğulanda Zeynalabdin adı verilən, sonralar Əmin Abid ki­mi tanınan şair və araşdırıcı 1898-ci ildə Bakıda anadan olmuş­dur. Anasının evdə açdığı kursda ilk biliklərə yiyələndikdən sonra Bakıdakı III Aleksandr Oğlan giminaziyasını bitirmişdir.

Təhsilini İstanbulda davam etdirmək istəyən Əmin Abid Bi­rinci Dünya Savaşı başladığına görə Rusiyanın müharibə apardığı ölkənin paytaxtına təhsil almağa gedə bilmir. Qardaşı şair, naşir, tərcüməçi, araşdırıcı Əliabbas Müznibin yanında “Babai-Əmir” və “Dirilik” jurnallarında işləyir.13-14 yaşlarından dövrü mət­buatda şeir, hekayə və məqalələrini çap etdirən Əmin Abid Ru­siya Birinci Dünaya Savaşında məqlub olduqdan, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra İstanbula pedoqoji təhsil almağa gedir. 1921-ci ildə təhsilini başa vurub vətənə qayıtdıqdan sonra onu yenidən İstanbul Darülfününda oumağa və Azərbaycan ədəbiyyatının tarixinə dair araşdırmalar aparmağa göndərilər.

İstanbulda oxuduğu illərdə oradakı qəzet və jurnallarda şeir­lərini və elmi məqalələrini nəşr etdirir. Azərbaycan mühacirlə­rinin İstanbulda nəşr etdirdikləri “Yeni Kafkasiya” jurnalında gizli imza ilə nəşr etdirdi antisovet şeirləri onu oxucular və siyasətçilər arasında məşhurlaşdırır.

İstanbulda oxuduğu illərdə özü ilə eyni fakültədə oxuyan, milliyətcə alban (arnaut) Nafiə Əhməd Şükrü qızı ( Nafiə kiçik ikən atası vaxtsız vəfat etdiyindən anası .....ərə gedir. Buna görə də Nafiə xanım atalığının soyadını qəbul etməli olur) ilə evlənir. Azərbaycan hökumətinin təqaüdi ilə universitetdə oxumaqla yanaşı İstanbulun, Qəzvinin, Ərzurumun və Avropanın bir sıra şəhərlərinin kitablarında axtarışlar aparır, Azərbaycan türklərinin ədəbiyyatı tarıxını yazmağa başlayır.

Avropa metodları ilə yazdığı əsərin son cildini 1926-cı ildə ta­mamlayaraq universitetin professorlar heyətinə təqdim edir. “Azəri ədəbiyyatı tarixi” adlandırdığı 335 səhifəik əsər İstanbul Universitetinin professorlar heyəti tərəfindən yüksək qarşılanır. Zaqafqaziya Sovet Federativ Sosialist Resbublikaları Mərkəzi İcraiyyə Komitəsinin Tbilisidə nəşr olunan “Yeni fikir” qəzetinin İstanbul müxbiri Əli Şahbazov yazır: “Kitabın sahibi Əmin Abid yoldaşımız səkkiz sənədən bəridi İstanbulda bulunmaqdadır. Da­rül­müəllimin Aliyeyi bitirdikdən sonra Darülfünunda Azərbaycan Şura hökumətinin təxsisatı ilə təhsilə başlamış və eyni zamanda İstanbulun zəngin kitabxanalarında mütəvazianə bir surətdə tətə­bəata davam eyləmişdir. Məruz qaldığı bir çox fəqir və səfalətə rağmən davamlı bir şey nəticəsində Azəri ədəbiyyatına dair şa­yandiqqət bir çox yeni materiallar əldə etmişdir...

Bu mühüm əsəri vücuda gətirməyə çalışmaqla Azəri mədə­niyyəti tarixində görülən böyük boşluğu Əmin Abid yoldaşımız qismən doldurmuş bulunuyor. Darülfünunda qəbul edilən əsəri kitabının son əsrə aid yalnız bir cildidir. Ümumi əsər altı cilddən ibarətdir. Azəri ləhcəsinin zühur etdiyi tarixdən əsrimizə qədər Azərbaycanda cərəyan edən fikir və ədəbi hərəkat son sosioloji metodlar nəzər etibarı alınaraq müqayisəli təhlil və tərtib üsulla­rına əsasən təqdim edilmişdir" (Şahbazov Əli, 1926:9 fevral).

Əli Şahbazov elə həmin məqalədə əsərin xülasəsinin nəşr olu­nmaq üçün gənc macar şərqşünası Margit Pallu tərəfindən tər­cümə edildiyini, Əmin Abidin Bakıya gedib əsərini "Maarif ko­missarlığına təqdim" edəcəyini və "Maarif komissarlığı müsəy­yə­rindən dolayı Əmin Abid yoldaşımıza təqdir medaliyəsi" veri­ləcəyini yazırdı.

Ə.Abid İstanbulda oxuyarkən bir neçə elmi məqaləsini də Bakıdakı “Maarif və mədəniyyət” jurnalında çap etdirmişdi. Və­tənə döndükdən sonra pedaqoji texnukumda, universitetdə dərs deməklə yanaşı ciddi elmi araşdırmalar aparır. Elmi nəşrlərdə, məcmuələrdə və mətbuatda o dövür üçün çox aktual olan mə­qalələr dərc etdirir, kitablar tərtib edib edir.

Sovet hökuməti ateizi əldə bayraq edərək dinə qarşı sərt mü­barizəyə başlamışdı. M.F.Axundovun əsərlərindən bu işdə səmə­rəli istifadə etməyə çalışırdılar. Özlərini Sovet ideologiyasının bayraqdarı sayan Azərbaycan ziyalıları Mirzə Fətəlini burja-ticarət sinfinin yazıçısı kimi tənqid etsələr də onun yübileyini də keçirir, əsərlərini toplayıb nəşr etdirməyə can atırdılar. Bu məq­sədlə Əmin Abidi Tbilisiyə göndərmiş, M.F.Axundovun arxivinin Bakıya gətirilməsinə, katoloqunun və əsərlərinin nəşrə hazırlan­masına onu da cəlb etmişdilər.

Əmin Abid də bu işi şərəflə görmüş, M.F.Adundovun arxi­vini elmi əsaslarla tərtib etməklə yanaşı, oradakı sənədlərin ka­to­loqunu hazırlamış, dövrü mətbuatda Mirzə Fətəlinin irsi haqqında olduqca dəyərli məqalələ nəşr etdirmişdir.

Dövrü mətbuatda folklorumuzla bağlı “Heca vəzninin tarixi” (Abid Əmin, 1927: sayı 3, sayı 4 və sayı 6-7), “Türk el ədə­biyyatına elmi bir baxış, (Oğuznamə. Prof. Samoyloviçə)”, (Abid Əmin, 1929: sayı 5(29), səh. 30-32, sayı 8(32), səh.28-29), “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr”, (Abid Əmin, 1930: sayı 3(8), səh. 48-52), “Türk xalqları ədəbiy­yatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri”, (Abid Əmin, 1930: sayı 4-5) və b. önəmli məqalələrini nəşr etdirən Əmin Abidin o dövr ücün olduqca dəyərli bir əsəri-“Türk xalqlqrının ədəbiyyatı tarixi” nəşr edilməyib və uzun illər araş­dırıcıların diqqətindən kənar qalıb.

 Əmin Abid folklorla bağlı nəşr etdirdiyi məqalələrində “Türk xalqlqrının ədəbiyyatı tarixi” əsərinin birinci cildinin əl­yaz­masından geniş istifadə edib. Bəzi məqalələrində əsərinin müx­təlif cilidlərini qaynaq göstərsə də bu əsərini çox da qabart­mayıb. Azərbaycandan folklorumuzla bağlı nəşr etdiridyi ilk mə­zaləsi “Heca vəzninin tarixi”ndə əsərindən parçalar var.

Araşdırıcı bu məqaləsində Azərbaycanda ilk dəfə heca vəz­ninin tarixi dərindən və elmi əsaslarla öyrənilməklə yanaşı, nəzəri məsələlərə də geniş yer verib.

Vəzni dilin məhsulu hesab edən, “hər ictimai zümrənin öz ilk şeirinə verdiyi ahəngi dilin ümumi ahəngindən ayrılan ünsür-əlamətlər məcmuəsi” adlandıran Ə.Abid “Türklərin şeir musiqi­sini axtarmaq üçün nə Ərəbistanın qızğın çöllərinə, nə də İranın tozlu obalarına getmək lazım deyildir: sözlərin dilimizə çevril­məsi, bunun fəlsəfəsini anlamaq üçün yetərlidir",- yazırdı .

Araşdırıcının fikrincə, türklərin "bədii zövqlərini doyurmaq məqsədilə yaratdıqları şeir "savaşlarda qəhrəmanlıq göstərən igid­lər və cəsur tayfa başçılarına həsr etmişdir ki, bunlar da “saz cinsindən telli çalğılarda çalınaraq yüksək səslə söylənilirdi. Das­tanların sözlərinən çalğının havası (melodiyası) verilir və bu su­rətlə oxunan sözləri bir vəzn qazanmış olur". (Abid Əmin, 1927: 50, sayı 3(23).

Buradan aydın olur ki, qədim türk dastanları az-çox ahəngli bir şəkildə olmuş, bu ahəngi yaradan isə cümlə başında və so­nunda nidanın əlavəsi, cümlələrin sonlarına vurğuların salınması, cümlə və ifadələrin təkrarı və sairdir. Zaman keçdikcə bunlar cilalanaraq heca vəznini formalaşdırmışdır. Araşdırıcı daha qə­dim qaynaqları önə çəkərək Orxan-Yenisey abidələrində də 7 hecalı şeir şəklinin olduğunu söyləyir və nümunələr verir. Əmin Abid yazır ki, heca vəzni formalaşarkən öncə qısa ahənglər yara­dan vəznlər meydana gəlmişdir. Çünki dilin ibtidai formasında birdən-birə güc və mürəkkəb parçalı vəznlər yarada bilməz.

Əmin Abidə görə heca vəzninin formalaşdığı ilk dövrdən başlayaraq ən geniş yayılan forma yeddilik olmuşdur. Bu da özü­nü iki şəkildə göstərir. Yeddi heca çox vaxt altı hecalı ilə qarışıq işlənib. Gah yeddi hecalı dördlüklərin üçüncü misrası altı hecalı olub, gah da altı hecalı dördlüklərin dördüncü misrası yeddi hecalı. Yeddi hecalı vəzn inkişaf etsə də altı və səkkiz hecalıları tam sıxışdırıb aradan çıxarmamışdır.

Heca vəznində olan ilk şeir nümunələrində qəti və müəyyən bir şəkil olmadığını söyləyən Ə.Abid eyni vəzndə gah durğuyla, gah da durğusuz işləndiyini və "oxunarkən bütün misralarda kəlmələrin müəyyən yerdə bitməsindən doğan ahəngin" şeirin bədii dəyərini artırdığını söyləyir. Başdan sonadək durğusuz oxunan misraları isə "bir nəsr parçası" adlandırır və "diqqət edil­diyi zaman ilk mənzumələrdə bu ümumi ahəngdə qulağın xoşlan­dığı yumşaq bir dərəcə "olmadığı, əsgər yürüşündən hüsula gələn mütərət səslərə bənzədiyi" qənaətinə gəlir.

Onun fikirincə, qısa vəznlərdə təravətli səslər az duyulur; dil inkişaf etdikcə uzun vəznlər formalaşır. Bu da şeirin bədii dəyə­rini artırır. Sübut üçün Kaşqarlı Mahmudun "Divan"ına nəzər salaraq mənzum parçaların çoxu qısa vəzndə-əsasən yeddi hecalı olduğu qənaətinə gəlir. Uzun vəznli beytlər isə azdır. Burdan anlaşılır ki, 950 il öncə türk ədəbiyyatında heca vəzninin bir çox növü varmış, zaman keçdikcə onlardan bəziləri aradan çıxmış, bəziləri də təkmilləşərək daha da cilalanmışdır. Sıradan çıxanlara 12 hecalı şeiri nümunə göstərilir.

Ə.Abid "Divan"dan götürdüyü 13 və 15 hecalı şeirlərin dur­ğuları üzərində dayanır. Birincidə yeddinci hecadan sonra bir durğu olduğu halda, ikincidə dörd durğu olduğunu, bu durğuların üçünün dörd hecalı, sonuncunun isə üç hecalı olduğunu söyləyir. "Divan"dakı 6-dan 15 hecayədək olan şeir parçalarını araşdıraraq aşağıdakı qənaətə gəlir: "Bu gün çox inkişaf edən on bir hecalıya heç bir nümunə yoxdur. Demək on bir vəzn bu zamanlarda hələ çox tətbiq edilməmişdir".

Araşdırıcı heca vəzninin ən geniş yayılmış forması olan on birliyin formalaşması zamanını aydınlaşdırmağa çalışır və türklə­rin batıya yürüşlərini, ərəb və fars ədəbiyyatı ilə yaxından tanış olmalarını və ondan bəhrələnmələrini göz önünə gətirərək yazır: "Türk ədəbiyyatı yalnız mövzu (motiv) etibarı ilə deyil, ümumi texniki etibarı ilə də ayrı və yabançı olan yeni bir ədəbiyyat qarşısında bulundu. Heca vəzni gərək xalqın müxtəlif sinifləri və gərək də əşirət aristokratı ədəbiyyatında yeganə vəzniykən ərəbin əruzu üzərində yeni bir şeir abidəsi yüksəlməyə başladı". Buna nümunə olaraq Yusif Has Acibin (Balasaqunlunun) 1069-1970-ci illərdə yazdığı 6500 beytli "Qudadqu bilik"i göstərir".

 Ə.Abid əldə edə bildiyi nümunələr üzərində apardığı qarşı­laşdırmadan aşağıdakı qənaətlərə gəlir:

a) Xətainin şeirləri Azərbaycanda çoxdan unudulduğu halda daha çox ideoloji əhəmiyyət daşıdığından Türkiyədə "Təkyə dər­gah"ları tərəfindən 1920-ci illərədək (yə'ni dərgahlar Atatürk hö­kuməti tərəfindən bağlananadək) yaşadılmışdır.

b) Xətai on bir hecalı şeirdən daha çox istifadə etmişdir.

c) Xətainin heca vəznində yazdığı şeirlər Yunis İmrə heca­sının yanında sönük və ibtidaidir. Baxmayaraq ki, ondan əsrlərlə sonra yaşayıb.

ç) həyatı və şəxsiyyəti əfsanələrə qarışan Kərəmdən sonra heca vəzni Azərbaycanda sürətlə inkişaf edib.

Kərəmi "Şərqi oğuz türkcəsinin heca sahəsində yetişdirdiyi Füzulisi" hesab edən, onun sayəsində on bir hecalı şeirin ədəbiy­yatımızda inkişaf etdiyini söyləyən Ə.Abid səhifənin ətək yazı­sında "Kərəm haqqında ayrıca araşdırma"sı olduğunu göstərir. Çox təəssüf ki, bu günədək həmin araşdırmanın izinə düşə bil­məmişik.

Hecanın inkişafında Anadoluda yetişən Qaracaoğlan, Kuhi, Dərdli, Qul oğlu, Aşıq Əmrah kimi el şairlərinin xidmətlərini yük­sək qiymətləndirən və onlardan nümunələr verən araşdırıcı xalq şeirinin III Sultan Əhməd sarayına Səlim tərəfindən zəif şəkildə daxil olduğunu Qafqaz və Azərbaycan xanları sarayında isə qüvvətli bir inkişafa nail olduğunu göstərir. Bunun da səbəbini M.P.Vaqif kimi sənətkarlarda görür. Ə.Abid yazır: "Bizim ədəbi sahəmizdə on bir hecanın 17-18 əsrlərdə çox məqbul olması, Xətai ilə başlayan, Kərəmlə şəxsiyyət qazanan hərəkətin nəticə­sidir. Vaqifin hecası aşina olduğu klassik ədəbiyyat tərbiyəsi do­layısı ilə Xətai və Kərəmdən çox fərqli və pişkindir"(Abid Əmin, 1927:61, sayı 6-7).

Hətta Türkmən şairi Mahtumqulunun heca vəznində yazdığı şeirləri belə gözdən qaçırmayan, ona da elmi qiymət verməyə çalışan Ə.Abid Türkiyə ədəbiyyatındakı dəyişiklik haqqında yazır: "Namiq Kamal-Əbdülhəq Hamid məktəbi ilə "Sərvət-i Fünun" nəsri tərəfindən yaşadılan Avropaçılıq şeirin musiqisini və ümumi görünüşünü dəyişdiyi halda vəzn nöqteyi nəzərindən bir təsir yapmadı. Əski sarayın ənənəvi əruzu təmadi etdirildi". Ə.Abidə görə "Şair Məhəmməd Əminin zühurundan sonra öncə Türkiyədə, sonra bizdə heca vəzni işlədilməyə başlandı. Bu dəfə Oğuz şeirindəki heca əski ədəbiyyatımızın təkamülü nəticəsində təsir altında bulunmaqla bərabər şair Məhəmməd Əminin hecasının tətbiqi deməkdir”. (Abid Əmin, 1927: 61, sayı 6-7).

Araşdırıcının folklorumuzla bağlı ikinci məqaləsi 1929-cu ildə Tbilisidəki “Dan yıldızı” jurnalında "Türk el ədəbiyyatına el­mi bir baxış. "Oğuznamə" (Abid Əmin, 1929: sayı 5(29), səh. 30-32, sa­yı 8(32), səh.28-29) adıyla nəşr edilmişdir. Bu Azərbaycanda “Ki­tab-i Dədə Qorqud”la bağlı ilk sanballı araşdırmadır. Əmin Abid ondan iki il öncə də başqa bir məqaləsində “Kitab-i Dədə Qor­qud” haqqında yazmışdı: “Dədə Qorqud kitabının bu nüsxə­sinin (Drezden nüsxəsi nəzərdə tutulur-B.Ə., Ə.Ş.) hər nə qədər müsəl­manlığın oğuzlar tərəfindən qəbulundan sonra köçürüldüyü mə­lum olsa da, fəqət mündəricatı istər mövzu, istər yazı üslubu eti­ba­rilə olsun tamamən vəznli nəsr dövrünün xarakterini göstərir”.

Məqalədə diqqət çəkən bir qeyd var: "Azərbaycanlıların feo­dalizm dövründən əvvəl malik olduqları xalq ədəbiyyatı naminə tapa bildiyimiz ən əski əsər "Oğuznamə"dir. "Oğuznamə" indiki vəziyyətinə görə Azərbaycan ədəbiyyatının ilk əsəri deməkdir". Bu fikri üzərinə işarə qoyan müəllif həmin səhifənin altında ya­zır: "Son günlər çapdan çıxan "Ədəbiyyatdan iş kitabı" adlı dərs kitabında mənim ilk dəfə olaraq irəli sürdüyüm bu fikri eynilə kopya edilmiş və məndən alındığına aid heç bir işarə qoyulma­mışdır. Halbuki bu fikri 27-ci ildə Bakı Darülfünunda verdiyim məruzədə irəli sürdüyüm kimi, yenə də eyni sənədə Bakı Pe­daqoji Texnikumunda və 28-ci sənənin başlanğıcında Bakı Maa­rif Evi Ədəbiyyat Dərnəyində "Azərbaycan ədəbiyyatının başlan­ğıcı" mövzusunda verdiyim məruzədə təkrarlamışdım. Bundan başqa 1927-ci ildə Ruhulla Axundov yoldaşa təslim etdiyim "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" adlı əsərimdə uzun-uzadı izah edilmişdir". (Abid Əmin, 1929:30 sayı 5(29).

Hənəfi Zeynallı, Abdulla Şaiq və Atababa Musaxanlının 1928-ci ildə nəşr etdirdiyi “Ədəbiyyatdan iş kitabi”nda “Kitab-i Dədə Qorqud”dan bəhs edilməsi onu göstərir ki, dastanı öyrən­məyə Azərbaycan araşdırıcılarının marağı varmış. A. Musaxanlı yazır: “Hekayədə (“Kitab-i Dədə Qorqud nəzərdə tutulur” – B.Ə., Ə. Ş.) təsvir edilən məhəllə Şərqi Anadolunu və Azərbaycanın cənub-qərb mənzərə və məhəllələrini xatırlatmaqdadır. Əski Oğuz­ların timsalı olan bu əsər lisan şivəsi etibarilə azəricəyə pək yaxındır. Tarixi və ədəbi qiyməti qayət böyük olan bu əsərin lisani xüsusiyyəti çox az tədqiq edilmiş, leksikona (lüğətə) və tərkibə (cümlə quruluşuna) aid lisani nöqtələri nəzərə alınarsa, bunun azəricə olması ehtimalı artmış olur. “Kitab-i Dədə Qor­qud” lisan və mündəricəsi ilə ilk azəri əsəridir demək caizdir” (Zeynalli H., Şaiq A., Musaxanli A., 1928).

Atababa Musaxanlının iki səhifəlik “Qərb türkcəsi və “Ki­tab-i Dədə Qorqud” məqaləsini diqqətlə nəzərdən keçirdikdə bu gənaətə gəldik ki, dastanla yaxından tanış olan hər bir azərbay­canlı belə fikri söyləyə bilər. Qeyddən açıq-aydın görünür ki, Ə.Abid Azərbaycanda “Kitab-i Dədə Qorqud”un ilk araşdırıcısı olduğunun xatırladılmasını istəyir.

Əmin Abidin qeydi sual doğurur: nədən kitabı Ruhulla Axundova vermişdir?

Buna aydınlıq gətirməyə ehtiyac var; məlumdur ki, Ruhulla Axundov 1927-ci ilin yanvarında Azərbaycan Dövlət Nəşriy­ya­tı­na direktor təyin edilmişdi. O, həmin vaxt "Maarif və mədə­niy­yət" jurnalına da redaktorluq edirdi. Üç ay sonra isə, yəni 1927-ci ilin martın 27-də isə onu Azərbaycan Xalq Maarif Komissarı təyin edirlər. Ruhulla Axundov nəşriyyat direktoru olanda da, nazir işləyəndə də “Azərbaycan türklərinin ədəbiyyat tarixi” kitabını çap etdirmək imkanı vardı. Bizə görə Əmin Abid əsərini Ruhulla Axundova nazir vəzifəsinə təyin edildikdən sonra verib. Əli Şahbazov da “Yeni fikir” qəzetindəki məqaləsində Əmin Abi­din “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini nazirliyə verəcəyini və “təqdir medaliyası alacağını” yazırdı. “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini Ruhulla Axundovla bağlı arxivlərdə tapa bilmədik.

ADMƏİ arxivinin 170-ci fondundakı (Əmin Abidin əsərləri və onunla bağlı sənədlərin çoxu bu fanddadır-Ə.Ş.) "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"ni diqqətlə incələdikdə bu qənaətə gəldik ki, Ruhulla Axundova verilən həmin əsərin surətidir.

A-5 formatlı kağıza, qara mürəkkəblə və səliqəli xəttlə ya­zılmış "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" 316 səhifədir. Oradakı “Birinci söz”ün sonunda “İstanbul 1922–Bakı 1927. Əmin Abid” yazılıb. Əlyazmanın böyük bir qismi “Kitab-i Dədə Qor­qud”dan bəhs edir.

Adətən çoxcildlik əsərlərin ön sözündə kitabın neçə cilddən olacağından, tərtib prinsiplərindən söz açılır. Nədənsə, Əmin Abid bu ənənəyə sadiq qalmayıb. Bir az da ideoloji yöndə olan “Birinci söz”də ədəbiyyat tariximizə dair materialların az oldu­ğun­dan, bu yöndə geniş araşdırmalar aparılmadığından gileylə­nib. Azərbaycan türkcəsində danışanların geniş bir əraziyə yayıl­dıqlarından onların yaratdıqları ədəbi məhsulların toplanmasının çətinliyindən söz açan araşdırıcı səmimi etiraf edir ki, "Azər­baycan türklərinin ədəbiyyatı tarixi" əsərini yazarkən əldə edə bildiyi mətnlərə və qaynaqlara dayanıb.

"Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərini Əmin Abid aşağıdakı başlıq və yarımbaşlıqlara ayırıb: 1.Fehrist (1.Bi­rinci söz, 2.Başlanğıc: Azərbaycan – azəri-oğuz təbirləri haqqın­da ümumi bir tədqiq, 3.Rusiya, Avropa, Türkiyə və Azərbaycan mətbuatında ədəbiyyatımıza aid yapılan tədqiqatlar haqqında təhlili biblioqrafiya), 2.Mədxəl (1. Azərbaycan və Qafqaz türk­lərinin mənşələrinə qısa bir baxış: ( a) Əski oğuz türklərinin yaşadığı yerlər, b) İqtisadi həyat, c) “Totem”çilik, d) hakim olan dinlər), 2. Əski oğuzlarda ədəbi həyat ( e) Ağız ədəbiyyatı, ə) Yazılı ədəbiyyat, f) Vəznli nəsr və heca vəzni, g) İlk heca vəznləri, ğ) Xalq şairləri), 3. Birinci parça (Əşirət dövrü) (1.Qafqaz və Azərbaycanda ədəbi həyatın başlanğıcı, 2.Yabançı ədəbiyyatların təsiri, 3.Xalq ədəbiyyatının əski dövrləri, 4.Çadır ədəbiyyatı: əşirət aristokrasisinin vücuda gətirdiyi ədəbiyyat, a) “Oğuznamə”: mövzusu və mahiyyəti, b) “Oğuz xan” mənqəbəsi, c) “Həzrət əl-risalət min kəlamət Oğuznamə əl-məşhur atalar sözü”, ç) Miladi XII əsrdə “Koroğlu” mənqəbəsi), 4.İkinci parça (Əşirət dövrü ilə dərəbəylik dövrü arasındakı keçid zamanı) 1.Azərbaycan və Qafqazın ərəblər tərəfindən istilası, 2. “Quran ədəbiyyatı”nın ədəbiyyatımıza təsirə başlaması, 3.İslamlaşmış “Oğuznamə”, 4.“Kitab-i Dədə Qorqud əla lisan taifeyi-Oğuzan”, a) Drezdendəki mətn və onun ətrafında yapılan tədqiqlərin ma­hiyyəti, b) “Qorqud”un şəxsiyyəti və Mavərayi-Xəzər türkləri, Başqırd-Oğuz türkləri və Anadolu – Azərbaycan türklərinin arasındakı mövqe və nüfuzu, c) Qorqud mənqəbələrinin bəhs etdiyi yerlər bizim indiki məmləkətlərimizlə ləhcəmizin yayıldığı sahələrdən ibarət olduğuna aid tədqiqlər, ç) Qorqudun əsəri haq­qında ümumi təhlil: mündəricatı, dilcə mahiyyəti, bədii qiyməti, qeyri-islami hüviyyəti, NəticəƏlavə (mətnlər).

Başlıq və yarımbaşlıqlarını gözdən keçirdikdə Əmin Abidin folklora nə qədər önəm verdiyi açıq aydın görünür. Kitab “Azər­baycan türklərinin ədəbiyyatı tarixi” adlansa da, orada yazılı ədəbiyyat adına Orxan-Yensey abidələrindən və Kaşqarlı Mah­mu­dun “Divan-i lüğət-i it Türk”ündən söz açılır. Demək olar ki, kitabın səksən faizi folklordan bəhs edib. Əlavə (mətnlər) böl­məsində isə “Kitab-i Dədə Qorqud”un ön sözündən və boyla­rından parçalar verib. Araşdırıcının o dövrdə yazdıqları uzun illər Azərbaycan qordudşünaslığının təməl fikirləri olub.

O, “Kitab-i Dədə Qorqud”un dəyərini bildiyinə görə onunla bağlı araşdırmalar aparmaq, məqalələr yazmaqla kifayətlən­mə­miş, elmi ictimaiyyətin diqqətini mövzuya yönəltmək üçün 1927-ci ildən başlayaraq Bakı Darülfünunda, Bakı Pedaqoji Texniku­munda, Bakı Maarif Evi Ədəbiyyat Dərnəyində məru­zələr etmiş, əsərini nəşr edilməsi, universitetlərdə tədri olunması üçün Ru­hulla Axundovla vermişdir.

Bu qənaətdəyik ki, Əmin Abid “Kitab-i Dədə Qorqud”un Drezden nüsxəsinin Azərbaycanda ilk araşdırıcısı olmaqla yanaşı, həm də kitabı ilk dəfə Azərbaycana gətirən və onu nəşrə hazır­layan olmuşdur. "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"ndə "Dədə Qorqud" boylarından bir neçəsinin məzmunun verilməsi də bunu deməyə əsas verir. Lakin Ə.Abid "Kitab-i Dədə Qor­qud"u nəşrə hazırlasa da, repressiya olunduğundan onun nəşrini görməmişdir.

Əmin Abidin "Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri" (Abid Əmin, 1930: sayı 4-5) adlı araşdırmasını heca vəzninin tarixinin öyrənilməsinin davamı hesab etmək olar. "Azərbaycan Tədqiq və Tətəbbö Cə­miyyətinin nəşrə hazırladığı "Bayatılar" kitabına "Ön söz" kimi nəzərdə tutulmuş bu araşdırmada Ə.Abid yalnız Azərbaycan bayatıları ilə kifayətlənmir, janrın inkişaf yolunu izləyir, Turfan, Altay, Özbək, Mişar, Kazan, Krım, Anadolu, Qaqauz, Dağıstan, İraq türkləri arasında geniş yayılmış heca vəznindəki 7 hecalı, 4 misralı beş min dördlüyü qarşılaşdırır, maraqlı elmi nəticələr ortaya qoyur. Öncə bu mövzuda yazan Hammerin, İqnat Kuno­şun, V.V.Radlovun, M.F.Köprlüzadənin, Haşım Nahidin, Sədad­din Nizhət və Məhəmməd Fəridin, Ə.Züfərin və Q.Yunusun, M.A.Abbaszadənin, Firidun Köçərlinin, Y.Vəzirovun (Çəmənzə­minli), Salman Mümtazın, İsmayıl Hikmətin fikirlərinə öz müna­sibətin bildirir. Həmin illərdə folklorşünaslığımızda belə geniş və elmi araşdırmaya az-az rast gəlinir. Adları çəkilən araşdırıcıların əsərlərinin sadalanması və qaynaqların göstərilməsi o dövr üçün folklorşünaslarımızı istiqamətləndirmək mahiyyəti daşıyırdı.

1928-ci ilin oktyabrında bitirdiyi araşdırmada Ə.Abid əsasən mətn üzərində işləyib. Yəni özü ciddi toplama işi ilə məşğul ol­mayıb. Yalnız hərdən tələbələrindən və tanışlarından topladığı ba­yatılardan da istifadə edib. Məqaləni aşağıdakı bölmələr üzrə araşdırıb:

I. Mədxəl

II. Bayatımı, manimi?

III. Başqa türk və tatar xalqlarının maniləri içində bayatının xüsusiyyətləri

IV. Bayatıların başqa nəzm şəkillərilə müqayisəsi

V. Bayatılarla əlaqədar olan xalq ənənələri

VI. Bayatılarda qadın yaradıcılığı

Ə.Abid yalnız bayatı, mani sözlərinin mənşəyini, janrın tex­nikasını öyrənməklə kifayətlənmir, tarixi keçmişimizə baş vurur, Orxan abidələrindəki 7 hecalı nəzm parçalarının bayatılarımızın inkişafında roluna nəzər salır. O, "Divan-i luğət-it-türk"ü, "Qu­dadqu biligi" və b. qaynaqları gözdən keçirərək yazır: "Qudadqu bilig" sahibi məsnəvi tərzində yazdığı əsərində "bu sözü dinlə, manidir", – dedikdən sonra maniyi məsnəvi şəkilində deyil, qitə şəkilində yazır, sonra təkrar məsnəviyə başlayır. Demək olar ki, "Qudadqu bilig" zamanında türklər arasında mani adında nəzm şəkli olmuşdu və bu manilər də yalnız tək qitə halında tənzim edilmişdir" (Abid Əmin, 1930:16, sayı 4-5). Bu kimi qaynaqlara dayanan araşdırıcı türklərin yaşadıqları mühtəlif bölgələrdə dörd­lük­lərə ayrı-ayrı adlar verilməsini belə izah edir: "Bizim əldə etdiyimiz nəticəyə görə bayatı təbiri kimi öləng, çır, türkü, əşülə adları da mənaca şərqi demək olduğundan bunlar da digər türk xalqlarında maninin bəstəsinə verilmiş ad kimi sayılmalıdır" (Abid Əmin, 1930:13, sayı 4-5)..

Ə.Abid bir çox mülahizələrində nüfuzlu elm xadimlərinin fikirlərinə əsaslanır, onların xidmətlərini yüksək qiymətləndirərək yazır: "Hər halda mani növünün Orta Asiya xalqları arasında Altaya qədər geniş bir sahədə "Divan-i luğat-it-türk"ün yazılış tarixindən çox əvvəl yaşadığı haqqında Kovalski kimi bizdən çox daha səlahiyyətdar bir mütətəbbinin fikri ayrıca diqqət ediləcək bir nüktədir"(Abid Əmin, 1930:15, sayı 4-5).

Tuyuğun bir janr kimi formalaşmasında rübainin təsir fikrilə razılaşmayan Ə.Abidə görə tuyuğ janrının formalaşmasına mani-bayatı təsir etmişdir. Odur ki, "Divan-i luğat-it-türk"dəki yeddi hecalı mənzumələrin bayatılarımızla fərqli cəhətlərinin olmasını təbii sayır və oradakı qoşma mənasında işlədilən qoşuq sözünün bu gün bizim başa düşdüyümüz heca vəzinli bir şeir şəkli deyil, ümumiyyətlə şeir, qəsidə, rəcəz mənasında işlədildiyini göstərir.

Qaynaqlardan aldığı nümunələri yalnız formalarına, heca­sının sayına görə deyil, daxili qurluşuna görə də qarşılaşdırır. Bu qənaətə gəlir ki, Xoca Əhməd Yəsəvinin "Divan-i hikmət"indəki yeddi hecalı şeirlərdə misralar 3-4 durğusu ilə verildiyinə görə "Divan-i luğat-it-türk"dəki şeir parçalarına daha yaxındır.

Şeirin daxili qurluşuna da çox önəm verən Ə.Abid folklor­şünaslığımızda ilk dəfə olaraq bu məsələni qoyurdu. Onun araş­dırmasının ən geniş və həcimcə böyük bölməsi də məhz buna həsr edilib. Bayatı və manilərdə misraların 6 və 7 hecalı olmasını eləcə də qafiyə, rədif, cinas və ahəng məsələsini diqqətlə öyrənib. T.Kovalskinin maniləri vəzn və ahəngə görə üç qrupa ayırması ilə razılaşmayıb.

Bir-birilə qafiyələnən misralardakı durğuların bölgüsünə 14, sərbəst misra adlanan, yəni qafiyələnməyən üçüncü misranın durğularının bölgüsünə 24 nümunə verib. Misralarda durğuların çoxluğunu poetik qüdrət, musiqililik kimi qiymətləndirib, Azərb­aycan bayatılarının daha zənginliyi qənaətinə gəlib.

Ömrünü ümumtürk ədəbiyyatının araşdırılmasına həsr etmiş Ə.Abidin müəllimi M.F.Köprülüzadə ilə mübahisəyə girməsi "Azərbaycan bayatılarında 9 növ cinasa rast gəlinirsə, türk ma­nilərində çinas çox azdır yazması” məhəlliçilik təsiri bağışlayır. Onun bu fikrini qəti hökm kimi qəbul etmək çətindir. Çünki 20-ci illərdə istər Azərbaycanda, istərsə də başqa türk ölkələrində ma­nilər, bayatılar, çırlar və b. hələ geniş toplanıb nəşr edilməmişdir. Əlaqələrimizin genişləndiyi, kitablar və başqa qaynaqları əldə etməyin asanlaşdığı bir dövrdə problemə yenidən qayıtmaq, Ə.Abi­din başladığı işi davam etdirmək bu gün də qarşıda duran problemlərdəndir.

Şeirimizdə vəzn, ritm və s. məsələlərlə dərindən məşğul olan prof. Məhəmməd Əliyev bu sahədə Ə.Abidin xidmətlərini qiy­mətləndirərək yazır: "Ə.Abid demək olar ki, hecanın əksər şəkil­lərinin elmi təsnifini vermiş... Ədəbiyyatşünaslıqda yeni poetik forma məsələləri əksəriyyəti düşündürdüyü vaxt Ə.Abidin hecayi şeir tariximizin öyrənilməsi sahəsində atdığı ilk addım şeir tari­ximizin, onun poetik-texniki vasitələrin tarixilik baxımından tari­xi-müqayisəli metod əsasında öyrənilməsinə çox qiymətli bir ça­ğırış idi" (Əliyev Məhəmməd, 1983:80-81)

Əslində Ə.Abidin bu məqalələri xalqı öz kökündən ayırmaq istəyənlərə, kosmopolitlərə, "sosialist mədəniyyəti" adı altında rus­­laşdırma siyasəti yeridənlərə qarşı aparılan intellektual müba­rizənin tərkib hissəsi idi. Dövrün ideoloji burulğanına düşərək köhnə, "nəzmi sifətləri"ni sufi şeiri, "iylənmiş, qoxulanmış", "ib­ti­dai", "qeyri-mədəni" hesab edən kommunist M.Quliyevlərə, Ə.Na­zimlərə, A.Şəfilərə, M.Rəfililərə və b. təsir göstərə bilmək üçün belə dərin məzmunlu araşdırmaları ortaya qoymağın özü bir qəhrəmanlıq idi. Çünki həmin dövrdə rəsmi mövqe, mətbuat "biz üzümüzü Füzulilərə, Nəsimilərə, Vaqiflərə, Mirzə Fətəlilərə, Hü­seyn Cavidlərə deyil, Verxarnlara, Uitmenlərə, Jül Vernlərə, Ma­yakovskilərə və bütün dünya klassiklərinə çeviririk" (Gülən Adam, 1929) əhval-ruhiyyəsindəydi.

Millətsevərliyinə, vətənpərvərliyinə görə təqib edilən, işdən çıxarılan Ə.Abid həmin dövrdə mətbuatda da tənqid hədəfinə çevrilmişdi. Onu marksist metodlarına yiyələnməməkdə, pantür­kizm­də qınayırdılar (Nazim Əli, 1929:59-62 sayı 3-4). Ə.Abid də dövrünün adamı idi, mühit ona da öz təsirini göstərirdi. Hadi­sələrə marksizim-leninizm metodları ilə yanaşanda, tarixə sinfi mübarizə baxımından qiymət verəndə yanlışlığa yol verirdi. O yerdə ki, ideoloji məsələni ön plana çəkməyə çalışırdı, onda elmi və məntiq üzərinə kölgə düşürdü. Onu nəinki 20-30-cu illərdə, hətta 80-cı illərdə "marksizm materialist konsepsiyası ilə tanış" olmaqda təqsirləndiriblər. Hər şeyə-ədəbiyyata, mədəniyyətə, hət­ta danışıq dilinə belə sinfilik baxımından yanaşıldığı bir vaxtda Ə.Abid yazırdı: "Atalar sözü, bilməcə, nağıl, mahni kimi ədəbi növlər də işçi xalq sinfinin iqtisadi bədii zövqünə aid ünsürləri əhatə edən məhsullar olduğu kimi, əşirət rəislərinin, xan və bəy­lərin, ümumiyyətlə əşirət aristokratiyasının həyatına, qəh­rəmanlıq müharibələrinə aid mədhnamələr də az deyil" yazırdı.

Azərbaycan türkcəsinin Xorasan, Dərbənd, Kərkük, Doğu Anadolu və Güney Qafqazda yayıldığını söyləyən Ə.Abidin əsa­sən 7 hecalı 4 misralı şeir şəklinin türk xalqları yaşayan bütün böl­gələrində yayıldığını, eyni kökdən şaxələndiyini sübut edir.

Azərbaycan mətbuatında İraq türkmanlarının xoyratları haq­qında ilk bilgi verən də Ə.Abid olmuşdur. Dövrün ictimai-siyasi vəziyyəti bu mövzunun aktuallaşmasına imkan verməmiş­dir. 1960-cı illərin sonlarında professor Rüstəm Əliyevin radio və te­levizyadakı çıxışları, Rəsul Rzanın, professor Qəzənfər Paşayevin məqalələri, xüsusən ikinci müəllifin ardıcıl fəaliyyəti İraq türk­manlarına diqqəti artırmışdır. Bayatılarımızdakı quş, heyvan, çi­çək, meyvə, çay, dağ, göl adlarını da diqqətdən qaçırmayan araş­dı­rıcı bu qənaətə gəlir: "Azərbaycanın əski ozanları ilə yeni el şair­ləri tərəfindən yaradılan bayatılar-bunları yaradan şəxsiyyət­lərdəki mədəni səviyyənin ibtidailigi nəzərə alınınca yüksək də­rəcədə şairanə bir qiymətə malik olan qismətləri də az deyildir" (Abid Əmin, 1930: 36, sayı 4-5)

Azərbaycan Qorqudşünasları Əmin Abidin ən çox “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr" (Abid Əmin, 1930:48-52) sayı 3(8) məqaləsindən istifadə ediblər. Lakin dövrün təz­yiqlərindən ehtiyatlanan ədəbiyyatşünaslar yararlandıqları mən­bəni göstərməkdən ehtiyatlanıblar.

Əmin Abid “Kitab-i Dədə Qorqud”dakı “Baybörənin oğlu Bam­sı Beyrək boyu” və “Basat Təpəgözü öldürdiyi boyu” Də­və­da­rinin “Dərril-tican”dakı “Təpəgöz” hekayəsilə qarşılaşdırılır, hər iki boyun “Təpəgöz” hekayəsinin əsasında yarandığını söylə­yir. Bu paralellərə uyan araşdırıcı Dəvadərinin ərəbcəsini gör­düyü “Oğuznamə”nin V-VI əsrdə yazıya köçürüldüyü fikrini irəli sürür.

Araçdırıcıya görə “Kitab-i Dədə Qorqud” eposunun adı əvə­zində yazılmış “Kitab-i Dədəm Qorqud əla-lisan tayifeyi- Oğu­zan” (Oğuz türklərinin dilində Dədəm Qorqudun kitabı) cüm­ləsi “Oğuznamə”nin şərqdə, istər yazılı, istərsə də şifahi şəkildə yal­nız oğuzlar arasında deyil, ərəblər, farslar və başqa xalqlar ara­sın­da da geniş yayılmasından xəbər verir. “Kitab-i Dədə Qorqud”u köçürən katib bu eposun müxtəlif dillərdə tərcüməsi ilə tanış ol­duğu üçün oxucu çaşmasın deyə əsərin üzərində “Oğuz türklə­rinin dilində Dədəm Qorqudun kitabı” sözlərini yazmışdır.

“Kitab-i Dədə Qorqud”un azərbaycanlı araşdırıcılarının ək­sə­riyyəti dastanın Azərbaycanla bağlılığını sübuta çalışarkən bö­yük rus şərqşünası, akademik V.V.Bartoldun 1930-cu ildə dərc etdirdiyi “Türk eposu və Qafqaz” məqaləsindəki “Qorqud adı ilə bağlı olan epik silkin Qafqaz mühitindən kənarda yaranmış oldu­ğunu təsəvvür etmək çətindir”16 cümləsinə istinad edirlər. Hal­buki Ə.Abid 1928-1929-cu illərdə yayınladığı məqalələrində ya­zırdı: “Qorqud kitabındakı mənkəbələrin cərəyan etdiyi coğrafi yerlər də əski Azərbaycan sahəsinin dəxi tamamilə daxil olduğu göstərilməkdədir. Masalların içində zikr olunan və zəmanəmizcə məlum olan yerləri başdan ayağa qədər gözdən keçirəlim. Mardin qalası, Bayburt hisarı, Ağ hisar, Ağbaza, Gürcüstan ağzı, Göyçə dənizi, Gəncə, Dəmirqapı, Qara Dərbənd, yaxud Darvand... Bu yerləri xəritə üzərində bir-birinə bağlasaq bu nəticəni əldə edərik: İndi Şərqi Anadolu adlanan, əski Ermənistan və Qara dənizdən Dərbənd şəhərinə qədər uzanan bir sahə... Cənubi Qafqaz da bu­raya daxildir. Bir də hər nə qədər ad zikr olunmuşdusa da vaqə­lərin gedişindən Şimali İranın da bu sahənin cənub ətəyini təşkil etdiyini təxmin edəriz. Məsələn, Dərbənd və Gürcüstana kafirləri çapıb yağma etməyə gedərkən axar sulardan keçildiyindən bəhs edilir ki, heç şübhəsiz bunlar Kür və Araz nəhirləri ilə qollarıdır”.

80-ci illərdən başlayaraq ədəbiyyatşünas Ə.Şamilin, B.Əh­mə­dovun araşdırmalarında Ə.Abid yaradıcılığına sıx-sıx müra­ciətlər edilmiş, əsərləri elmi dövriyyəyə daxil edilmişdir. Əmin Abi­din elmi məqalələri nə sağlığında, nə də sovet dövründə nəşr edulməmişdir. Bu ağır işi ilk dəfə professor Bədirxan Əhmədov görərək 2007-ci ildə Şərq-Qərb nəşriyyatında “Abid Əmin. Seçil­miş əsərləri” (Abid Əmin, 2007) adıyla böyük tirajla nəşr etdir­mişdir.

“Azərbaycan türklərinin ədəbiyyatı tarixi” indiyədək nəşr edilmədiyindən həmin əsərin əlyazmasının latın əlifbasına çevril­miş variantını, eləcə də folklorla bağlı 1920-30-cu illərdə çap olunmuş məqalələrini bu kitaba daxil etdik. Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivinin 170-ci fondunda, yəni Əmin Abidin əsərləri saxlanan fondda latın əlifbası ilə makinada yazılmış 64 səhifəlik “Azərbaycan folkloru” adlı bir mətin də var. Bu araşdırmanın Əmin Abidi ola biləcəyi şübhə doğurduğundan onu kitaba daxil etmədik.

Əmin Abid yaşadığı dövrdə belə millətimizin adı türk, dili­mizi adı türkcə yazılsa da, onun rəsmi sənətlərində milliyəti türk kimi göstərilsə də, kadır anketlərində milliyəti qrafasının qarşı­sın­da öz xətti ilə türk yazsa da, həmin dövrün Türkiyə aydınlarının təsirilə əsərində Azəricə ifadəsini işlədib. Biz orjinala sadiqlik naminə onları və bu gün dilimizdə işlədilməyən ərəb kəlimələrini də dəyişmədik.

İnanırıq ki, bu kitab araşdırmaçılarımıza və milli dəyərli ziyalılarımıza gözəl hədiyyə olacaqdır.

 

Professor Bədirxan Əhmədov,

Əli Şamil.

 

Qaynaqlar

1. Abid Əmin (1927). Heca vəzninin tarixi (Ədəbiyyat teoriyası haqqında). “Maarif işçisi” jurnalı, sayı 3(23), səh.50-55, sayı 4, səh. 58-61, sayı 6-7 səh. 45-62.

2. Abid Əmin.(1929). Türk el ədəbiyyatına elmi bir baxış, (Oğuznamə. Prof. Samoyloviçə), “Dan yıldızı” jurnalı, sayı 5(29), səh. 30-32, sayı 8(32), səh.28-29.

3. Abid Əmin. (1930). Türk xalqları ədəbiyyatında mani nö­vü və Azərbaycan bayatılarının xüsusiyyətləri. "Azərbaycanı öy­rənmə yolu" jurnalı, sayı 4-5.

4. Abid Əmin. (1930) Əşirət dövründəki Azərbaycan ədə­biyyatına dair vəsiqələr. ”Azərbaycanı öyrənmə yolu” jurnalı, sa­yı 3(8), səh. 48-52.

5. Abid Əmin. (2007).Seçilmiş əsərləri (Tərtib edəni və ön sözün müəllifi filolologiya elmləri doktoru Bədirxan Əhmədov). “Şərq-Qərb” nəşriyyatı, Bakı,

6. Ağayev İslam.(2000) Əliabbas Müznib (həyatı, yaradıcı­lığı, mücadiləsi), “Elm” nəşriyyatı, Bakı.

7. Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti öz sıralarını ye­ni­dən qurur. (1930) “Ədəbiyyat cəbhəsində" jurnalı, sayı 4, səh. 29;

8. Əliyev Məhəmməd. (1983). Ədəbi tənqid və vəzn prob­lem. “Azərbaycan sovet tənqidinin probləmləri”, ADU nəşriyyatı, səh.80-81, Bakı.

9. Gülən Adam.(1929). Sərbəst şeir haqqında ilk söz. "Maa­rif işçisi" jurnalı, sayı 1.

10.  Nazim Əli. (1929). Türk ədəbiyyatında pantürkizm və kamalizm əleyhinə. "İnqilab və mədəniyyət" jurnalı, sayı 3-4, səh. 59-62; sayı 5, səh. 27-30.

11.  Mehdi Hüseyn. (1930). Qırmızı qalibiyyət. "Hücum" jurnalı, sayı 5-6, səh.2 və s.

12.  Şahbazov Əli. (1926). “İstanbul Darülfünunda Azəri ədəbiy­yatı”. "Kommunist", 9 fevral.

13.  Zeynalli Hənəfi, Şaiq Abdulla, Musaxanli Atababa. (1928) Ədəbiyyattan iş kitabı, Azərnəşr, Bakı.

 

 

 

 

 

Əmin Abid

İstanbul Darülfununu ilə Darülmüəllimi

Aliyəsindən məzun

 

 

 

 

AZƏRBAYCAN TÜRKLƏRİNİN ƏDƏBİYYATI TARİXİ

 

 

 

Birinci kitab

 

Bu gün Azəri türkcəsi dediyimiz ləhcə ilə danışan Qafqaz, İran, Xorasan və İraq türklərinin ədəbi və fikri həyatları haqqında təhlillər


Fehrist

1. Birinci söz

2. Başlanğıc: Azərbaycan-azəri-oğuz təbirləri haqqında ümu­­mi bir tədqiq.

3. Rusiya, Avropa, Türkiyə və Azərbaycan mətbuatında ədə­biyyatımıza aid yapılan tədqiqatlar haqqında təhlili biblioqrafiya

 

Mədxəl

§ 1. Azərbaycan və Qafqaz türklərinin məişətlərinə qısa bir baxış

a – Əski oğuz türklərinin yaşadığı yerlər.

b – İqtisadi həyat

c – Totemçilik

d – Hakim olan dinlər

 

§ 2. Əski oğuzlarda ədəbi həyat

e – Ağız ədəbiyyatı.

ə – Yazılı ədəbiyyat

f – Vəznli nəsr və heca vəzni

g – İlk heca vəznləri

ğ – Xalq şairləri

 

Əşirət dövrü

(Birinci parça)

1.  Qafqaz və Azərbaycanda ədəbi həyatın başlanğıcı

2.  Yabançı ədəbiyyatların təsiri

3.  Xalq ədəbiyyatının əski dövrləri

4.  Çadır ədəbiyyatı: əşirət aristokrasisinin vücuda gətirdiyi ədəbiyyat

a)  “Oğuznamə”: mövzusu və mahiyyəti

b) “Oğuz xan” mənqəbəsi

c)  “Həzrət əl-risalət min kəlamət Oğuznamə əl-məşhur atalar sözü”

d)  miladi XII əsrdə “Koroğlu” mənqəbəsi

 

İKİNCİ PARÇA

Əşirət dövrü ilə dərəbəylik dövrü arasındakı keçid zamanı

1.  Azərbaycan və Qafqazın ərəblər tərəfindən istilası

2.  “Quran ədəbiyyatı”nın ədəbiyyatımıza təsirə başlaması

3.  İslamlaşmış “Oğuznamə”

4.  “Kitab-i Dədə Qorqud əla lisan taifey-i Oğuzan”

a)  Drezdendəki mətn və onun ətrafında yapılan tədqiqlərin mahiyyəti.

b) “Qorqud”un şəxsiyyəti və Mavəray-i Xəzər türkləri, başqırd-Qırğız türkləri və Anadolu – Azərbaycan türklərinin arasındakı mövqe və nüfuzu

c)  Qorqud mənqəbələrinin bəhs etdiyi yerlər bizim indiki məmləkətlərimizlə ləhcəmizin yayıldığı sahələrdən ibarət olduğuna aid tədqiqlər

d) Qorqudun əsəri haqqında ümumi təhlil: mündəricatı, dilcə mahiyyəti, bədii qiyməti, qeyri-islami hüviyyəti

 

5.  Nəticə

6.  Əlavə (mətnlər)


BİRİNCİ SÖZ

 

Azərbaycanlı türklərin ədəbiyyatı tarixi bu vaxta qədər bü­tün təkamül xətləri nəzərə alınaraq metodik bir təhlilə məruz qal­mamışdır. Ləhcəmizin genişliyi nisbətində ümumi tədqiqlər ya­pıl­madığı kimi müqayisəli üsullara istinad etmədən nəşr olunan mətn-“texte” və materiallar da kafi miqdardə bulunmuyor. Böyle bir vəziyyət qarşısında tam bir tərkibi əsər vücuda gətirmənin qo­lay olmadığı hər kəscə düşünülə bilir. Bunun üçün təqdim olunan əsəri məmləkətimizdə yapılan ədəbi əməliyyələr gözilə ölçmək icab edər.

Böylə çuraq bir sahədə çalışmanın güclülüyünü biz mühiti­mi­zin verdigi cəsarətlə göstərməğə çalışdıq. Bu cəsarəti isə mar­ksiz­min Azərbaycanda təsisindən sonra inkişaf edən istehsal qüv­vələri sayəsində qurulan yeni mədəniyyətə borcluyuz. Bu mədə­niyyətə xidmət məqsədilədir ki, bu əsər meydana çıxdı. Bununla Azərbaycan proletariatının qurmaqda olduğu mədəniyyət binası­na verilən bir ovuc mahiyyətində xidmət edə bilmiş olursaq nə mutlu...

Azərbaycanlıların ədəbiyyatı tarixisinin böylə başlı-başına bir mövzu olaraq tədqiq edildigi qərib görünə bilir. Fəqət bir az səmimi düşünülüncə ortada bir ğərabət qalmaz. Türk ədəbiyyatı tarixinin bir silsilə halında tədqiq edilməsinin lazım olduğunu qəbul edənlərdəniz. Bununla bərabər türk ədəbiyyatını müxtəlif dövrlərə, müxtəlif ləhcələrə ayırıb da – ümumi təkamül xəttini buraxmadan tədqiq etmənin daha qolay bir yol olduğu qənaətin­dəyiz. Bu gün istişraq aləmində yalnız bir ləhcənin ədəbi məhsul­ları ilə, hətta bir dilin müəyyən bir dövrünün tədqiqi ilə məşğul olan mütəxəssislər də yox degil. Ləhcəmizin hakim olduğu dai­rənin böyüklügü də düşünüləcək olursa, Azərbaycan türklərinin mənsub olduğu camiənin ədəbiyyatı, dili, sənəti, etnoqrafiyası, musiqisi və nəqş tarixinin əlaqədar olduğu başqa türk ləhcələri məhsullarının ümumi gedişi nəzərə alınan şəraitlə tədqiq edilmə­sində bir bəs qalmaz. Bilxassə ki, bu türk zümrəsi bu gün ayrıca mütəşəkkil bir dövlətə malikdir.

Biz əsərimizi öz xalqımız üçün yazdıq.

İşçi – kəndli sinfinin səviyyəsini daima nəzərə alaraq təhlil üsuluna çox əhəmiyyət verdik. Bunun üçün təhlillərimizi də əcə­mi dərəcədə xalqlaşdırmağa qeyrət etdik.

Tədqiqlərimizdə tənqidi və ciddi – dialactugue sistemə də ria­yət edilərək ədəbiyyatımıza yer-yer təmas edən nəşriyyat, mətn­lər və tədqiqlər ilə qarşılaşdırılmışdır. Bununla şəxsi ehtira­sı­mızı söndürmək üçün kimsəyə hücum etmək qayəsi ağlımızdan belə keçməz; məqsədimiz kütlənin özünü də mühakiməyə sövq etməkdir.

Kitabımızda ənfəs – hökmlərdən mümkün olduğu qədər sa­qınmağa çalışdıq. Türkoloji sahəsində daha gənc olduğumuzu dərk edərək tədqiqat əsnasında bilxassə mətnlər ilə elmi hüviy­yətlərini isbat etmiş səlahiyyətdar müstəşrəq və türkoloqların ədə­biyyat və etnolojimizə aid vaqe olan tədqiqlərinə də çox əhə­miyyət verildi.

Ədəbiyyatımız sahəsində tədqiqi qolaylaşdırmaq üçün kitab­xanalarımızda mövcud olmayan, yaxud az bulunan mətnləri, kita­bımızın sonuna ayrıca bir əlavə şəklində dərc ediyoruz. Hər cildin sonundakı əlavə ancaq o cildin bəhs etdigi dövrlərə aid məh­sullardır.

Azərbaycanda türkoloji həyatı yeni başladığından bu gün istədiyimiz materiallar əlimizdə bulunmuyor. Bu cəhətdən kitabın ehtiva etdigi əskiklik, ancaq zaman keçdikcə bulunacaq yeni və­siqələrlə itmam edilə biləcəkdir. Əsərimizin qüsurunu göstərənlər və yeni material əlavə edənlər, bizə yapacaqları eyilikdən çox, inqilabi Azərbaycan mədəniyyətinə xidmət etmiş olacaqdır.

 

Əmin Abid

İstanbul 1922 – Bakı 1927


BAŞLANĞIC

 

AZƏRBAYCAN-AZƏRİ-OĞUZ TƏBİRLƏRİNİN MƏN­ŞƏ­Yİ­ İLƏ İNTİŞARI HAQQINDA ÜMUMİ BİR TƏDQİQ

 

Ədəbiyyatımızın qədim dövrlərinə soxulub də təhriyyat ilə məşğul olunduğu zaman təsadüf edilən əngəllərdən birisi də “Azər­baycan” təbiri ətrafında hərəkət etməkdir. Yeni təşkil edilən Cumhuriyyətimizə də bu adın verilməsi, kəlmənin müxtəlif dövr­lər­də qarışıq mənalar almasını mocib ediyor ki, təbirin iradəvi mövqeyini bir qat daha gücləndiriyor. Fəqət biz ədəbiyyat tari­ximizin elmi mahiyyətdə olmasına çox əhəmiyyət verdigimiz üçün tədqiqatımız əsnasında bu kibi əngəlləri də elmi mənşələrə bağ­lamaq məcburiyyəti hasil oldu; bu müqəddimənin bir tətəbbö­namə mahiyyətində olmasına səbəb də bu məcburiyyətdir.

 

Etnolojimiz haqqında yapılan tədqiqlərə bir baxış

Qafqasın cənub-şərq ətəgində yaşayan türklər, siyasi bir heyət halını alaraq “Azərbaycan” adında bir hökumət təşkil etdikdən sonra fikri həyatın mühüm bir cəbhəsi xalqımızın və məmləkətimizin tarixi mövqeyini təyin üçün böyük bir əlaqə göstərməgə başladı. Yeni bir mədəniyyətin quruluşu ərəfəsində böylə əlaqələr həpi faydalı mənaları daşısa da, fəqət ümumi zehniyyətlərin yanlış görüşlər üzərində qurulması, gözlənilən fay­dalardan çox əsassız tələqqilərin tutunmasını dəvət edər.

Xalqımızın etnik mahiyyəti haqqında tətəbböatda bulunan­ların əksəriyyətlə ilk qərinələrin dərinliklərinə dalaraq şimal-qərbi İran torpağının “Midiya”, “Atropateni”, bizim indiki siyasi sər­hədlərimiz içində bulunan yerlərin “Arran”, “Albaniya”, “Ağ­van”, “Qaspi” adlarilə yad edildigi dövrlərdə burada yaşayan in­sanları belə bugünkü cumhuriyyət mənasında olan “Azərbaycan” kəlməsi ətrafında tədqiq etdikləri az degildir. Gərək bu müxtəlif adlar ətrafında və gərək buralarda vaxtilə yaşamış əski xalqlar ətrafında bu günkü elmi tələqqilərin qayət gülünc bulduğu bir qaç “iştiqaq pəhləvanlıqları” yapılmaqdadır. Hər kəs tələffüz etibarilə bir-birinə az-çox bənzəyən kəlmələri qarşılaşdıraraq bunlardan türk işinə, daha doğrusu, bir hökm verə bilmək, öz işlərinə ya­rayacaq bir məna çıxarmağa çalışıyor.

Eyni zamanda ötədən bəri əski dövrlərə aid rəvayət və les­randlərdə qərib təhlillər sayəsində tarixi vəziyyəti bir mahiyyət verilərək türkləşdirmiyor; bu surətlə Qafqasın indiki türk əhali­sinə – əski olsun da nə olursa olsun – saxta və uydurma bir mənşə yaratmaqdır.

Göz önündə əsrin məlumdan-məchula gedən metodik tarix­çiligi duruyorkən Azərbaycanda ilk insanın kim olduğunu ara­maqla məşğul olmaq[1] nəticəsiz şeylərlə uğraşmaq deməkdir.

Hətta bəzi tədqiqatda çox iləri gedilərək Zərdüştün indiki azərbaycanlı kibi türk olduğu iddia ediliyor[2] və nəhayət, bu nəti­cəyə varılıyor; azərbaycanlılar atəşpərəstdir və siqə olaraq da bu göstəriliyor: dərəbəglik dövründə bir çox şairlərin “Azər”, ya­xud “Azəri” məxləsini qəbul etməsi, yaxud əhalimiz arasında Nov­ruz bayramı və çərşənbə mərasimləri kibi ənənələrin yaşaması...

Hökumətimizin Azərbaycan kəlməsi ilə yad edilməsi və özümüzə “azərbaycanlı”, yaxud “azəri” deyilməsi də bu növ mühakimə yürüdənlər üçün birər qüvvətli vasitə olmuşdur. Yenə eyni mühakimənin təsiri ilədir ki, Qafqas və Azərbaycanda oturan türklərə dediyimiz “azəri” kəlməsini məxləs olaraq qollanmış olan “qeyri-azərbaycanlı”ları öz sahəmizə almaqla yanlışlıqlara düşməkdən kəndilərini qurtarmıyanlar da vardır[3].

Özümüzə son zamanlarda “azəri” adını verdigimizi görərək babasının adı “Azər” olduğu üçün İbrahim peyğəmbəri türk gös­tərəcək dərəcədə gülünc və mənasız hərəkətlərdə bulunanlar da görünüyor[4].

Bu vaxta qədər yapılan tədqiqlər əsnasında: birisi qədim dövr­lərdən zamanımıza; o biri zamanımızdan əski əsrlərə doğru yürüyən iki hərəkət xətti hiss edilməkdədir. Yalnız Azərbaycan kəlməsi ətrafında dönüb dolanan hər iki xəttin gəlib dayandığı bir nəticə nöqtəsi var: qurduğumuz dövlətin həqiqi adı “Azərbaycan” və bu dövlətin hakim olduğu yerlərdə oturan türklər (şimal-qərbi İranda yaşayan türklər kibi) “azəri”dir; azərilər də atəşpərəstlik sistemi ilə əlaqədardır.

 

Xalqımız nələr degil?

Yuxarıda xalqımız və məmləkətimiz haqqında yapılan ümu­mi tədqiqlərin “ləbbi” ni göstərməgə çalışdıq. Bundan sonrakı sətirlərimizdə beynəlmiləl türkoloji həyatının qəbul etdigi vəsiqə­lərə istinadən məmləkətimizin həqiqi çevrəsini ortaya çıxarmağa çalışacağıq. Fəqət qövmi və etnoqrafik təhlilə başlamadan əvvəl nələr olmadığımızı göstərməklə daha qolay bir yol getmək istə­yəcəgiz. Mətbuatımıza məqalə və kitab halında əks etmək bir çox rəvayət kuməələri, hənuz tarixi mahiyyət almamışdır; bunun üçün bu rəvayətləri vaqeə tərzində qəbul etmək yanlışdır. Zaman keç­dikcə əldə ediləcək yeni vəsiqələr sayəsindədir ki, bu əfsanələr haqqındakı fikirlər tovzih ediləcəkdir. Madam ki, tədqiqlər zama­nımızın vəsiqə olaraq qəbul etdigi hadisələrə istinad etməlidir. Məsələ, midyalıların türk-turanlı olduqlarını göstərən mənbələr çoxdursa da, bunlar hənuz beynəlmiləl elm tərəfindən qəbul edi­ləcək dərəcədə hüquqiyyət alamamışdır. Binaən-əleyh qəti olaraq “bizim babalarımız midiyalılardır”, – deyəməyiz.

Zərdüştün bir azərbaycanlı (şimali İranlı) olması bizim tari­ximizi qətən əlaqədar etməz. Əvvəla: Zərdüştün türk olduğu haq­qında hənuz bir kəşf yapılmadı; saniyən: Zərdüşt qədim Azər­bay­can torpağında yetişmiş olsa da, o vaxtlar buradakı türk millətinə mənsub xalq kütlələrinin həyatı haqqında tarixi vəsiqələrə malik olmadığımız üçün bu torpaq üzərində qurduğumuz cəmiyyətdən əvvəl yaşayan bir cəmiyyətin dini tələqqiləri, ictimai üsulları və qurduğu dövlət bizim tariximiz demək degildir; bunlarla ancaq bizim əski cəmiyyət və mədəniyyətimiz üzərinə yapdıqları təsir dərəcəsinə görə əlaqədar ola biliriz.

 

Azərbaycan nərəsidir?

Bütün Şərq və Qərb mənbələri tarixində Azərbaycan kəlmə­silə yad olunan torpağın sərhədlərini müttəhidən bu şəkildə gös­təriyorlar.

Şərqdə Gilan və Muğan, şərqi-cənubidə Əl-Cabal, Qərbdə əski Ermənistan, Qərbi-cənubidə əski Assur torpağı, indiki əl-Cəzirə və Mesapotamiyanın şərq cəhəti, Şimalda Aran-Arran (indiki Qafqaz qitəsi)[5]. Bu göstərilən yerlərin xəritədə mövqeyini təyin edərsək, indiki İran sərhədi daxilində olan Şimali Aras çayı qapsayan ərazinin olduğu qəti surətdə anlaşılır.

Müxtəlif zamanlarda ərəb və moğol istilası əsnasında olduğu kibi “Azərbaycan” adı altında Şimali-qərbi İran ərazisi ilə bərabər əski Ermənistan, Şimali İraq də Qafqaz kibi bəzi qonşu torpaq­ların da bir hakimiyyət altında birləşməsindən hasil olan zəhab nəticə­sində qarışıqlıq yapan, yaxud Təbəri kibi müəyyən bir za­manın sərhədini göstərən müəlliflərin fikirlərini ehtiyatla qarşıla­maq lazımdır. Ümumi tələqqiləri az-çox tələqqilərimizə yaxın olan, son əsrlərdən qalan vəsiqələr də bu xüsusda bizə yardım edi­yor. O cümlədən Qarabağ xanlığının tarixinə aid bir əsər vü­cuda gətirən Seyid Məhəmməd Mehdi Qafqas feodalları dövrün­dəki Gəncə xanlığının sərhədlərini qeyd edərkən Azərbaycanın yalnız Təbriz həvalisinə aid bir ad olduğu fikrini bu sətirlə təyid ediyor: “...və dəxi həmişə məskənləri və məhəlli-iqamətnesinlər; Gəncə şəhəri olub təmamiyi-vilayəti-Gəncə onlara mütəəlliq olub,Gürcüstanla onların sunur-sərhədi Sınıq Körpü Yuxarı Sivri Daş və Azərbaycan ilə sərhədləri Ərəs çayı və Xudafərin körpüsü olub Gəncədə daim sakin və hakim olublar...” “Asar-ül-Cəmal” əlyazması, vərəq 9 b (tədqiq etdiyimiz nüsxə şair Müznibin* xüsusi kitabxanasındadır). Şair Salman Mümtaz “Asarul-Camal” tərəfindən yazıldığını qeyd ediyor (Molla Pənah Vaqif – səhifə 4), yanlışdır.

Arasdan Qafqas dağlarına qədər Xəzər dənizinə mücavir olaraq uzanan ölkə isə yenə əski mənbələrə görə müruri-zamanla Aqvan, Albaniya, Aran, Qapı və Qafqas adlarını daşımışdır[6].

 

Hökumətimizin Azərbaycan adlanması

Son əsrlərdə bəzi Rusiyalı və Avropalı mühərrirlər onları təq­lidən məhəlli müəlliflərin – vaqe olan nəşriyyatında bizim öl­kə­nin adı da tək-tük “Azərbaycan” deyə qollanılmağa başladı. Məş­hur akademik V.V.Bartold son zamanlarda cərh etmişdir[7]. Qa­yət məhdud olan bu nəşriyyata rəğmən ta son yıllara qədər əha­limiz özünü torpaq etibarı ilə Qafqaslı bilmişdir. Qafqas təbiri da­ha müntəşir olmuşdur. Nəhayət, 1919-da Tiflisdə təşkil edilən Seym* adında kapital ideyasının az vaxtda dağılması mütəaqib gürcü və ermənilər kibi Seymdə bulunan türk üzvlər bizim də tə­sis etdigimiz siyasi heyətə bir ad aramışlar. Fəqət bizdən daha mütərəqqi olan qonşularımız gürcülər ilə ermənilərin doğru ola­raq sırf etnik nöqteyi-nəzərindən öz yeni dövlətlərinə gürcü və er­mə­ni cümhuriyyətləri adını verdikləri halda türk üzvlər höku­mətimizə bir ad vermək üçün qərib mühakimələr yürütmüşlərdir.

Əski çürümüş islamı elmlərdən olan “elmi-kəlam”da bir “kəbirən-səğirən” məsələsi var: Seymdə bulunmuş türk üzvlər də hökümətimizə “Azərbaycan” adını verərək həman-həman “kəbi­rən-səğirən” üsulunda bir mühakimədə bulunmuşlardır:

a) Şimal-Qərbi İranda yaşayan türk xalqının oturduğu yerin adı Azərbaycandır.

b) Bizim Şərqi-cənubi Qafqasda yaşayan əhali də qərbi-şimali İrandakı türklərin eynidir.

c) Binam əleyh Şərqi-cənubi Qafqasda oturan türklərin məm­ləkətlərinin adı da Azərbaycandır[8].

Qövmiyyat məlumatı bir tərəfə dursun dövlət məfhumunu böy­lə idrakdan aciz olduğunu göstərən bu tərzi-mühakimə əsri­mizin hakim olan sxolastik prinsipləri qarşısında çürük və məna­sız qalır.

 

Atəşgədələr bizim malımız da degil

Bizim atəşpərəstliklə əlaqədar olduğumuzu önə sürən mü­hər­rirləri yanıltmaqda amil olan səbəblər içində Azərbaycan təbiri olduğu qədər Bakının Suraxanı kəndindəki atəşgədələrin varlığı da amildir.

Biz atəşkədə təşkilatilə də münasibətdar olduğumuz nəzə­riyyəsini yenə əhalimizin ictimai təkamülünə istinadən cərh edə­cəgiz. Bu vaxta qədər türkoloq və müstəşriqlər tərəfindən yapılan tədqiqlər əsnasında Azərbaycan və Qafqas türklərinin atəşpərəst olduqları hənuz meydana çıxmamışdır. Əgər Qafqas və Azərbay­cana hicrət edən türklər buradə Zərdüştün dinini qəbul eyləmişsə mühacirətlərinin başlanğıcından qəti surətdə müsəlman oluncaya qədər keçən zaman içində bunların yenidən bir çox atəşpərəstlik müəssisələri vücuda gətirmələri icab edərdi.

İkincisi, daima bir insani məddü-cəzir hərəkətinə məruz bu­lu­nan Qafqas və Azərbaycan İraqa, əski Ermənistana, Şərqi Ana­doluya atəşkədələr diyarından köçən türk qəbilələrinin getdikləri yerlərdə də atəşkədə təşkilatı qurmaları lazım gəlirdi; halbuki, tarixi materiallar bunu da bizə göstərmiyor.

Bu vaxta qədər yapılan bütün tədqiqlərdəki gərək Suraxanı, gərək Təbriz atəşkədələrinin əslən hindli olan məcusilərə aid ol­ması haqqında mütəhəd bir cəbhə bulunuyor; eyni zamanda yaxın keçmişə qədər atəşkgədələrə ibadət məqsədilə gələn ziyarətçilərin də bunlar olduğunu qeyd ediyorlar[9]. O cümlədən Edqar Bloşenin bu mövzuya toxunduğu zaman əldə etdigi nəticə də diqqətə layiq bir şeydir. Ona görə tarixi qəti surətdə bəlli olmayan bir zamanda Zərdüştün dininə mənsub atəşpərəstlər Azərbaycandan qalxaraq Abşeron yarımadasına gəlmişlər və orada dənizdən iki fərsəx qə­dər içəridə məşhur Bakı atəşkədəsini təsis etmişlərdir[10]. Dünya fikriyyatının əlaqədar qisminin də göstərdigi vəchlə indiki vəsi­qələrə istinadən Təbriz civarındakı və Bakıdakı atəşgədə binaları bizim mazimizdən qalan öz mədəni miraslarımız ədd olunamaz. Buna görə bizi yaşadığımız torpaq­lara bağlayan, yaxud torpaq­larımızı bizə mal edikən hadisələri bugünkü ictimai-iqtisadi həqi­qətlərin qoynunda aramalıdır.

Qövmi vəziyyətimizə görə yuxarıda təmas etdigimiz kibi məm­ləkətimizə Azərbaycan adı verilməsinin doğru olmadığını önə sürən akademik Bartold ölkəmiz üçün həqiqi və tarixi ad ola­raq Aran-Arranı göstəriyor[11].

Doğrudur, məmləkətimizin əski adlarından biri də “Arran”­dır. Fəqət “Arran” təbirinin də bizim cəmiyyətimiz tərəfindən ve­rildigi qətiyyətlə məlum degildir. Bunun üçün biz özümüzü “Ar­ran” təbirinə də nisbət edəməyib: bənligimizi etnik vəziyyəti­miz­də aramamız lazımdır.

Tarixi mənbələrin bizə qətiyyətlə söylədigi kibi Şimali İran və Qafqaz torpaqlarına gələn türklər: hunlar və Oftalit-Eftalit kibi qollarıdır (miladi 618-91: Dugini, “Ümumi hunlar tarixi”, tərcü­məsi)[12].

Hunlarin ümumi hicrətləri əsasında Mərkəzi Avropaya qədər gedişlərində olduğu kibi Qafqas və İranda da köçəbə üsulları ilə nə şəkildə etnik bir təsir yapdıqları aydın olaraq tarixcə məlum degildir. Bunlardan sonra ög müəsər xəzərləri görüyoruq (miladi III-IV əsrlər). Xəzərlərin uzun zamanlar Cənubi Qafqas və Şimali İran əyalətlərinə basqın yaparaq çapovulçuluqda bulunduqları da məlumdur; ərəb xəlifələri Yezid və Hişam zamanında xəzərlərin ərəblərlə olan müharibələrinə həqq bizim torpaqlar səhnə ol­muş­dur (miladi 720-799) 4.

Xəzər sahilindəki qövmlər ilə Şimali İrandakı fəqir əhaliyi, erməni və gürcü kəndlərini uzun müddət atəş və qan içində bura­xan istilaçı xəzərlərin Qafqas və Şimali İranın qövmiyyatı üzə­rində təsir yapdıqları, heç olmazsa sonradan gələn türk xalqlarına bir zəmin hazırladıqları inkar ediləməz1.

Xəzər istilası müəssər olmaqla bərabər bunlar da özlərindən sonra ölkəmizə mühacirət edən türkləri öz əşirətləri içində ərit­mə­dilər. Bilkəs Şərqdən – Mavərənnəhrdən axın-axın gələn türk qövm­lərinin vücudə gətirdikləri xalq əksəriyyəti içində türkləri əriyüb ortadan qaldırdılar2.Qafqasın türk qisminə, Şimali İrana, əski Ermənistan və indiki Gürcüstana, Əl-Cəzirəyə, eyni zamanda müştərək bir bənlik verən türklərin bir səhifə əşirət və qəbilələr­dən mürəkkəb olduğu tarixcə məlumdur: tərəkəmələr, bayatlar, səlcuqlar, qaraqoyunlular, ağqoyunlular, təkələr, saluq­lar, qanqlı­lar, ilbəklər, çitaqlar, çavdarlar, qaramanlar, qarakeçi­lər, qarapa­paq­lılar, çəpənilər, yumudlar, afşarlar, qacarlar və i.a.

Bu müxtəlif qəbilələrin yaşadıqları yerlərdə az-çox fərqli ləh­cələrə malik olmuş və müxtəlif zamanlarda müxtəlif adlarla hö­kümətlər vücudə gətirmişlərsə də bunların həpsinin oğuz ca­miə­sinə mənsub olduğu haqqında bütün elmi mənbələr müttəhiddir3.

Hicrətdən əvvəlki dövrlərdən başlayan əsrlərdən zamanımı­za qədər məmləkətimizin mütləq əhalisini təşkil edən bu oğuz­lardır4. Ədəbiyyatımız tarixinin gəlişi və ləhcəmizin keçirdigi tə­kamül dövrləri də bunu açıqdan-açığa göstəriyor. Zaman keçdik­cə oğuzların başqa qövmlər, qəbilələr tərəfindən həzm edildigini tarix bizə göstərmiyor.

Hunların, Aftalitlərin, xəzərlərin məmləkətimizdəki haki­miy­­yət­ləri maddi istehsal şərtlərinə istinad etmiyordu. Bunların həyat üsulları təfili (parazitçilik – red.) və müstəhlək idi. İstə­dik­ləri kibi basqınlar yaparaq burada torpağa yerləşən köçəbə və zəif olan çalışıcı cəmiyyətlərin məhsullarını silüb süpürüyorlardı. Hal­buki, oğuzlar tamamilə bunların əksinə olaraq bir həyat quruluşu qəbul etmişlərdi. Bu da istilaçıların yaşayış şəkillərinə nisbətlə istehsal üsullarına və iqtisadi əsaslara istinad edən bir quruluşdu.

Tarixi vəsigələrin göstərdiginə görə oğuzlar gəlib yerləşdigi torpaqlar üzərində hunlar və xəzərlər kibi keçici külək (ruzgar) təsiri buraxmazlar; özləri əkib-biçdilər və müstəhsəl olaraq ya­şadılar. Bu surətlə ibtidai olsa da mədəniyyətlərini sapanlar ilə (xış­lar ilə) toprağa işlədilər, o qədər ki, vəhdət və ölüm gətirən qan­lı moğol istismarı belə onların sapanlarını torpaqdan ayırmadı və məmləkətimizin etnik çöhrəsini qətiyyən dəgişdirmədi. Bu iq­tisadi quruluş sayəsindədir ki, bir bu qədər yıldan bəri oğuz türk­ləri Şimali İran, Qafqasda mütləq bir əksəriyyəti ilə yerli, daha elmi bir təbir ilə əkinçi (çiftci) olaraq yaşamaqdadırlar.

“Oğuz” təbirinin son əsrlərə qədər Qafqas türkləri arasında ya­şadığı haqqında belə əlimizdə vasiqə vardır. Səyyah Oleari 1637-ci il tarixində İrandan dönüşü əsnasında ziyarət etdigi Dər­bənd şəhərində əhalidən bura oğuzlarına aid məlumat toplamışdır. Oleari eyni zamanda oğuzların məşhur “Oğuznamə”lərindən bir par­ça olan “Dədə Qorqud” mənqəbələrinin də burada yaşadığını söyləyir1.

Olearidən sonra Dərbənddə oğuzlar haqqında məlumat top­layan köhnə knyazlardan D.Kantemirdir ki, 1722-ci ildə əski Rusiya çarı Böyük Petro ilə bərabər Dərbəndi ziyarət etmişdir. D.Kantemirin Dərbənd ziyarətinə aid əlyazmalarından istifadə edən Fren oğuzların o civardakı izlərindən bəhs ediyor2.

Əlimizdə bulunan ədəbiyyatımızın qədim vəsiqələri də gös­təriyor ki, təkamül nəticəsində olaraq az-çox fərqlər iraə etməklə bərabər əsrlərcə əvvəl danışılan dil bizim bu gün danışdığımız dilin eynidir.

Havi olmaqla bərabər islamiyyətdən əvvəl türklər içində ya­şayan bir çox ənənə və ayinləri, ictimai tələqqiləri də ehtiva edər. Bilxassə bu cəhətlər ərəb dilinin türklər arasında yeni-yeni inti­şa­ra başladığı bir dövrün qara xarakterlərini göstərdigindən və eyni zamanda miladi IX əsrin başlanğıcında Abbasi xəlifələrin­dən Harun-əl Rəşidin həkimbaşısı Cəbrail ibn Bəxtşu tərəfindən ərəb­cəyə tərcümə edilən “Oğuznamə”nin bir hissəsi olduğundan1 o za­manlar Şimali İranın və Qafqasın əhalisi və etnoqrafiyası haq­qında verdigi məlumat diqqəti cəlb edəcək bir şeydir.

Bundan başqa öz zamanlarında Şimali İranla Qafqasın cə­nubundan, Anadolunun Şərqi tərəflərindən ibarət olan məmləkət­lərinə – öz qövmlərinin adına izafətən – oğuz degildigi də bizə göstərdigi için nəzərimizdə daha böyük bir qiyməti vardır.

Mövzularının vüqu bulduğu yerlər: Qərbdən Mardin, Bay­burd, Trabzon, Qara dəniz; şimaldən: Gürcüstan, Bərdə, Gəncə və Dəmir qapu, Qara Dərbənddən (qara Dərbənd) keçən bir xəttin təhdid etdigi topraq içində olan “Dədə Qorqud” kitabının məm­ləkətimizə əskidən oğuz degildiginə aid bir çox parçanı burada nəql ediyoruz:

“...Böylə degəc qız Beyrəki aşiqiəmişdi aydır: – Əgər səni həsardən aşağa yorğanlə salındırcaq olursəm babanə, ananə ver­cəq olursəm bəni bunda gəlüb həlallığə alurmisən, didi. Beyrək and içdi: qılıncımə toğranayın, oxumə sancılayın, yer kibi kərti­ləyin, topraq kibi savrulayın, sağlığə varcəq olursəm oğuzə gəlüb səni halallığə almazsım, – didi” (səhifə 53).

“Beyrək aydır: gördüm ki, qızlar bu qaftanlə məni tanıdılər, qalın Oğuz bəgləri dəxi tanırlar didi. Görəyim Oğuzda mənim dostum, düşmənim kimdir, didi” (səhifə 59).

“Bir gün olə düşəm öləm, sən qaləsən, yay çəkmədin, ox at­mədın, baş kəsmədin, qan dökmədin, qanlu Oğuz içində çöldi əlim­dən yarınki gün zaman dönüb, bən ölüp sən qalıncaq tacım təx­­tim sana vermiyələr sonı aldım ənəmlədim oğıl, – didi” (səhifə 69).

“Şahbaz ayğırını çəkdirdi bütün bindi. Xəsmini, qovmini ayırdi evini qurdı, Oğuzdan köç eylədi Bərdəyə, Gəncəyə varub və­tən tutdı. Toquz tümən Gürcistan ağzına varub qondı, qaravul­luq eylədi, yad kafər gəlsə başın Oğuza ərməğan göndərdi (səh.132).

Qan Turalı ayıdar: yığılsun Oğuz illəri, mana yarar, qız bul­ma­dım (səhifə 96).

Anlaşılır ki, çox əvvəllər babalarımızın yaşadıqları topraq­larda öz saf tələqqiləri hakim olduğu zamanlar məmləkətlərinə böylə Oğuz adı vermişlərdir. Fəqət sonralar zaman keçdikcə ərəb dinindən bir çox ünsürlər alaraq daha qüvvətli bir surətdə inkişaf edən – Avropa türkoloqlarının təbiri mocibincə “müsəlman İran­lılıq yavaş-yavaş bunların üzərinə təsir yapmağa başladı; bu təsiri o biri tərəfdən ərəb də qüvvətləndirdi. Qövm, qəbilə adı ortadan qalxdı. Hər kəs özünə yalnız müsəlman dedi. O qadar ki, “Dədə Qorqud” kitabında adamların, qəhrəmanların adları Buğac, Salur Qazan, Yügrük, Domrul, Beyrək, Qarçar kibi türkcə ikən, son­ra­lar babalarımız müruri-zamanla Həsən, Hüseyn, Əli, Vəli oldu. İştə bu qüvvətin təsirləri altındadır ki, əski iranlılıq yenə xortladı: köhnə “Azərbaycan” adı Cənubi oğuzların məmləkətinə təkrar yapışdırıldı. Halbuki, Dədə Qorqud əsərində Gəncə, Bərdə, Dər­bənd kibi şəhərlərimizdən bəziləri açıqdan-açığa təşriq edildigi halda “Azərbaycan və “Atəşkədə”lərdən qətiyyən bəhs edilməz.

Əlimizdə bulunan ədəbiyyatımızın əsrdidə vəsiqələri də dil və ləhcə təkamülü nəticəsində olaraq az-çox fərqlər göstərməklə bərabər əsrlərcə əvvəl danışılan dilin bizim bu gün danışdığımız dilin eyni olduğunu göstəriyor: bu dil də oğuz türkcəsidir.

Füzuliyə öz şairimiz diyoruz: halbuki o heç bir zaman “Azər­­baycan” degilən torpaqda yaşamamışdır. Məlum olduğu vəchlə Füzuli İraqda yetişmiş bir simadır. Böylə olduğu yerdə ona öz şairimiz deməməmiz lazım gəlir; lakin bu hərəkət doğru olamaz, o bizim şairimizdir. Çünki dili, ləhcəsi, bütün səciyyəsi (xarakteri) ilə bərabər bizimki kibidir. Yəni o da bizim kibi oğuz­dur.

Bürhan-əd-dini ədəbiyyatımızın böylə şəxsiyyətlərindən ədd ediyoruz. Halbuki bu da “Azərbaycan” deyilən yerdən degil, Anadolunun Sivas vilayətində doğub böyümüşdür. Bunu da qəbul etməməmiz icab edər, fəqət Bürhanəddinə öz şairimiz diyoruz, çünki ana dili oğuz dilidir və o da oğuzdur1.

Yuqarıdan bəri yapdığımız təhlillərin də göstərdigi vəchlə bi­zim topraqlarımızda yaşayan türklər hal-hazırda Xorasanda, Təb­­riz civarında, İçəri İranda, İraqda, Kürdüstanda və bütün Qaf­qasda yaşayan türklər kibi oğuz camiəsinə mənsubdur. Bu camiə­nin müxtəlif qismlərinin ayrı-ayrı adları olan türklərdən yaşama­ları, onların dil və ədəbiyyatlarının bir-birinə yabançı olduğunu icab etdirməz. Nasıl ki, İraq, İran və Qafqasdakı türklərin bu vax­ta qədər yaratdıqları ədəbiyyata tamamilə yekparə bir çöhrə ərz etmişdir.

Bu əsaslara və bugünkü vəziyyətə görə Dərbənddən Bağda­da, Xorasandan Qara dənizə qədər yayılan geniş topraqlar üzərin­də yaşayıb da eyni dil və ləhcə ilə danışan türklərin yaratdığı ədəbiyyat bizim ədəbiyyatımız deməkdir. Kitabımızın proqramı içinə aldığı ədəbi sərhədlər yuxarıda adları yad edilən yerlərə dayanan xətlərdir.

Yer adlarına gəlincə əsərimizdən yalnız bugünkü coğrafi tə­birləri qollanacağız. Avropa müstəşriqləri kibi rus mötəbərlərin­dən V.V.Bartold və Türkiyə alimlərindən Köprülüzadə Məhəm­məd Fuad qarışıqlığa meydan verməmək üçün son yazılarında Şimal-Qərbi İranı – “Azərbaycan”, bizim indiki cümhuriyyə­ti­mizin tutduğu yerləri “Arran” təbiri ilə göstəriyorlar. Biz isə “Azər­baycan” kəlməsi ilə Şimal-Qərbi İranı qəsb etməklə bərabər hökumətimizin hakim olduğu topraqları əhalimizcə daha müstə­məl olan Qafqas təbiri ilə yad edəcəgiz.


ƏDƏBİYYATIMIZA AİD YAPILAN

TƏDQİQLƏR HAQQINDA

 

TƏHLİLİ BİBLİOQRAFİK MƏLUMAT

 

Ədəbi dövrlərin tədqiq və təhlilinə başlamadan əvvəl üsula riayət edərək biblioqrafiya məlumatı vermək məcburiyyətindəyiz. Bunun üçün bu vaxta qədər Avropa, Türkiyə, Rusiya və Qafqasda ədə­biyyatımız haqqında yapılan nəşriyyatı gözdən keçirəcəgiz. Bu xüsusdakı təhlillərimiz qısa olmaqla bərabər ümumidir; Azəri tədqiqinin müxtəlif dövr və şəxsiyyətləri üçün iləri sürdüyü iddia və nəzəriyyələr isə öz bəhslərində vəsiqələr ilə qarşılaşdı­rıla­caq­dır.

I. Avropada yapılan tədqiqlər:

§1.Ədəbiyyatımızın ilk dövrlərinə aid mühüm bir vəsiqə olan və dünyada yalnız bir nüsxəsi bulunan “Kitabi-Dədəm Qor­qud əla-lisan taifey-i oğuzan”1 haqqında alman alimlərindən Fley­­şerin Drezden kitabxanası yazmaları üçün tərtib etdiyi kata­loq­da ibtidai məlumatı vardır.

§2. Yenə alman türkoloqlarından Dits tərəfindən Drezden­dəki Qorqud kitabı ayrıca kopiya edilmişdir. Bu nüsxə Berlin Kral kitabxanasında pe-ça kataloqunda 203 numerədədir. Dits, eyni zamanda Qorqud kitabından “Basatın Təpəgözü öldürməsi” əfsanəsini almancaya tərcümə edərək mətn – teksti ilə bərabər 1815-ci ildə nəşr etdigi şərqiyyat materiallarına aid “Den Kwurdi­geiten non Azien” adlı əsərində basdırmışdır.

§3. Hiyoldeke – Hijoldege adında bir alman aliminin 1859-cu ildə “Qorqudun yazma nüsxəsini kopiyə etdigini və mühüm qismlərini almancaya tərcümə eylədigini, fəqət bir çox yerlərini oxuyamadığı üçün təb” etdirməkdən vaz keçdigini akademik V.V.Bartold söyliyor.

§4. Münixen darülfünununda rus və ingilis dil və ədəbiy­yatları professoru olmuş və 1833-1835-ci il tarixlərində Qafqasda yaşamış olan Fredrix –fon-Bodenştedt Freidrich Fon Bodenstedt-in alman dilində nəşr eylədigi iki mənzum əsəri var:

I – “Mirzə Şəfinin təranələri” – Die Lieder des Mirza Schaffi”-dir (ilk dəfə olaraq Berlində 1851-ci il tarixində təb olunmuşdur)

II – “Mirzə Şəfinin miraslarından” – “Aus dem ach lafte des Mirza Saffi” adlı kitabıdır (ilk təbi 1891-ci il Berlin)

Hər iki əsərin daşıdığı ad, ilk baxışda onların dərəbəglik dövrü şairlərimizdən məğzub Mirzə Şəfi əsərlərindən tərcümə olun­duğu zəhabini veriyor; hətta ilk əsər Almaniyada nəşr edil­digi zaman bir çox mənbə tərəfindən böylə tələqqi olunmuşdur. Bunun üçün Bodenştedt ikinci kitabının sonuna əlavə etdigi uzun izahat ilə şaye olan bu fikri rədd və cərh eyləmək məcburiy­yə­tində qalmışdır.

Bodenştedt kitablarındakı bütün şeirlərin özünə aid oldu­ğunu açıq bir dil ilə qeyd ediyor. İki əsərinin mündəricatı içində yalnız bir qitənin Mirzə Şəfidən tərcümə eylədigini qəti surətdə söyləyor1 də qitənin əslini də nəşr ediyor.

Bu fikri sonralar Brokhauzun nəşriyyatından olan almanca ensklopediya da təyid ediyor2.

A.Krımski də əsərlərində bu xüsusa yaxlaşırkən tərəddüd göstərməklə bərabər, Bodenştedtin Mirzə Şəfidən tərcümə etmə­digini də əlavə ediyor3.

Göz önündə bu tədqiqat duruyorkən “Xudayi-nabat” olaraq ədəbiyyat tarixi ilə məşğul bəzi mühərrirlər eyni yanlış fikirləri tədqiq və təhqiq etmədən bizim mətbuatımızda da əvirüb-çevirüb nəşr ediyorlar4.

Həqiqi vəsiqələrə degil, ağız şayiələrinə və romantik təh­lillərə istinad edən bu kibi nəşriyyat bir taqım yanlış tələqqilərin intişarından başqa bir şeyə yaramaz.

“Bodenştedtin tərcümə etdigi və Mirzə Şəfiyə aid olduğunu iddia eylədigi qitəyə gələlim: O, Mirzə Şəfinin əlyazısı ilə olan bu qitənin kalişesini “Mirzə Şəfinin miraslarından” adlı kitabının 207-ci səhifədə nəşr ediyor.

Halbuki, Bodenştedt bu qitəyi Mirzə Şəfiyə mal etməkdə qətən yanlışdır. Bu qitənin Füzuliyə aid olduğunu və Füzulinin müntəşir mətbu” divanından bulunduğunu qeyd ilə onun “Mirzə Şəfidən heç bir şey tərcümə etmədigini iddia edə biliriz. Bu su­rətlə A.Krımskinin Mirzə Şəfidən Bodenşteddə az-çox şeylər qal­dığı haqqındakı fikri də öz-özünə qiymətini itirmiş olur1.

O halda Bodenştedin əsərləri Mirzə Şəfinin adını Avropaya tanışdırmaqdan başqa, ədəbiyyatımız tarixi nöqteyi-nəzərindən yapmış bir vəzifəyə malik degildir.

Bodenştedtin “Mirzə Şəfinin təranələri” adlı əsəri 1880-ci il tarixində N.İ.Enfert tərəfindən ruscaya də tərcümə edilmişdir.

§5.Qərb aləminə şeirimizin müəyyən bir dövrünü dərli-toplu tanıdan ilk əsər deyə biliriz ki, “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” ki, Adolf Berje sahib-cənabi­nin ehtimalı ilə mətbu olunubdur, sənə 1867-ci ildə Leypsiq şə­hərində” kitabəsi altında nəşr olunan risalədir.

Başlıqdan anlaşıldığı kibi əsər Adolf Berje – Adolf Berge adında birisi tərəfindən tərtib edilmişdir. Bu mühərrir alman müəl­limlərindəndir. Bir aralıq Qafqasda bulunmuş və özünün ki­ta­bına yazdığı müqəddəmədə söylədiginə görə Mirzə Fətəli Axun­dovun yardımı ilə ədəbiyyatımızın o dövrünə aid bir çox şeir­lərini toplamış və bunları məcmuə halında türkcə olaraq təb etdirmişdir.

“Məcmueyi-əşar” bu qisimlərdən ibarətdir: “Əşari Vaqif” sərlövhəsi altında Vaqifin heca və əruz vəznində yazılmış əlli altı şeirini, ondan sonra “Əşari Zakir” adilə Zakirin müxtəlif vəznin­də qırx bir parçasını, Cəfərquluxanın iki mənzuməsini, Mirzə Mehdinin bir hecasını, Məsihatın bir müxəmməsini, Valehin üç, Kərbəlayi Abdullacan oğlunun iki, Baba bəg, Mirzə Fətəli və Meh­di bəgin birər mənzuməsi ilə, Aşıq Pərinin Mirzəcanla mü­şairə tərzində yazdıqları bir mənzuməni ehtiva edər.

Bu mənzumələrdən başqa risalədə almanca bir müqəddəmə ilə bəzi ad və istilahlar haqqında iki bəçək səhifəlik izahat də vardır. Müqəddəmədə Vaqif, Zakir, Məsihi, Qənbər, Kərbəlayi Abdulla Cəhani, Babi bəg, Mehdi bəg, Mirzə Fətəli Axundov və Aşıq Pərinin tərcümeyi-halları və ədəbi həyatları bəsit və qısa bir surətdə təhlil edilmişdir1.

§6. Bunlardan sonra Avropada kitab halında nəşr olunan təd­qiqlər Mirzə Fətəli Axundovun pyesləridir (bunlar öncə ruscaya (1853), sonra da Mirzə Cəfər adında bir iranlı tərəfindən əcəmcəyə tərcümə edilmişdir)

Fətəlinin əsərləri Avropada ilk olaraq ingilis müstəşriq­lə­rin­dən Lostirencin diqqətini cəlb etmiş və Mirzə Cəfərin tərcüməsi əsas ittixaz edilərək ingiliscəyə çevrilmişdir. Fətəli Axundovun əsərləri Avropada əsl bundan sonra məşhurət qazanmışdır. Müx­təlif məmləkətlərdə müxtəlif lisaniyyat və ədəbiyyat alimləri tərəfindən tədqiq və nəşr edilmişdir.

Barbiyer de Meynaz – Barbier de Meynaz sərfiyyətlə “He­ka­yəti-İbrahim Xəlil kimyagər” (Paris, “jurnal-du Aziatik”, 1886), A.Silliyer – A.Cillier tərəfindən “Mürafiə vəkillərinin he­ka­yəti” ilə “Sərgüzəşti-vəziri Xani Sərab” (1889), Estoqholm* fi­loloji cəmiyyəti nəşriyyatı içində “Hekayəti xırs quldurbasan” (1889) basılmışdır. Professor Varmund – Varmund tərəfindən əcəmcə tərcümə və kiçik izahat ilə bərabər “Hekayəti Müsyo Jor­dan” təb edilmişdir (Vyana, 1889)2.

Bunlardan başqa Nikolay Kulak adında birisinin Fətəlinin ko­mediyalarını almancaya tərcümə etdigini Köçərli əlavə ediyor.

Fətəli Axundovun əsərləri yalnız tərcümə edilməklə qalma­mış, Adolf Berjenin verdigi məlumata görə eyni zamanda alman səhnələrində təmsil də edilmişdir3. Yenə Adolf Berjenin izahatına görə, Fətəli Axundovun “Nəbatati-Müsyo Jordan”ı ilə “Məstəli şah”ı Adolf Berjenin qardaşı Karl Berje tərəfindən fransızcaya tərcümə edilmişdir4.

§7. Alman müstəşriqlərindən Karl Funinin Azərbaycan (Şi­mal-Qərbi İran) türklərinin ləhcəsinə aid iki məqaləsi var (Ber­lin­dəki şərq dilləri seminariyasının nəşr etdigi məcmuənin 6-7-ci cild­ləri). Bunlardan başqa Fridrix Kizenin şərqi oğuz ləhcəsi haq­qında fransızca İslam ensiklopediyasında bir məqaləsi mövcuddur ki, hər iki tədqiqat dil tarixi etibarı ilə tədqiqə layiq fikirlərə ha­vidir.

§8. Türk ədəbiyyatı ilə məşğul olan ingilis müəllimlərindən Mister Gibbin Osmanlı şerinin tarixinə aid əsərində Bürhanəddin, Nəsimi, Füzuli haqqında izahat vardır. Fəqət Gibb şərqi oğuz ləhcəsinin, keçdigi səhifələrə və doğurduğu ədəbiyyatının ümumi təkamülünə lüzumi qədər aşina olmadığından əsərinin bizə təmas edən parçaları təzkirə məlumatı mahiyyətindədir. Füzulinin qə­zəl­lərindən bir neçəsi, “Leyli və Məcnun”undan bir parçasını, Bür­hanəddin və Nəsiminin mənzumələrindən bir neçəsini mən­zum olaraq ingiliscəyə tərcümə eyləmişdir.

§9. Müvərrix Hammer də ədəbiyyatımızın bəzi dövrlərinə aid qısa və bəsit olmaqla bərabər bir çox mənzum mətnləri də almancaya tərcümə etmişdir.

§10. İngilis müvərrixlərindən Mister Riyo tərtib etdigi ka­taloqunda Xətainin məsnəvisindən Füzulinin “Leyli və Məc­nun”un­dan və Məsihinin “Vərqa və Gülşa”sından beş-on sətirlik qısaca bəhs edər.

§11. Məşhur macar müstəşriqi Vamberi nəşr etdigi küçük bir əsərində bizim Şərqi Oğuz ləhcəsinə təmas ediyor. Vamberi bu əsərində Sultan Məcid Qənizadənin “Axşam səbri xeyir olar” pye­sinin bir parçasını nəşr etdirmişdir. (Leid, 1901). Bu tədqiq yalnız filolojiyi əlaqədar edər.

§12. Fətəli bin Kəlbəli Qacarın Xorasan civarında Əliayan oğuzların Salur, Təkə və Sarık kibi qəbilələrinin ləhcələrini təd­qi­qən vücudə gətirdigi “Behcət-ül lüğat” haqqında macar müstəş­riq­lərindən Tyuri Yutefin (Thüry Lqrseftöt) macarca küçük bir risaləsi vardır (Budapest-1903) Bu da lisani bir qiymətə malikdir.

 

TÜRKİYƏDƏ YAPILAN TƏDQİQLƏR

 

1. Türkiyədə ədəbiyyata aid vaqe olan əski nəşriyyatda bi­zim ləhcəmiz ədəbiyyatına təmas edən qism haman-haman Füzuli ətrafında vücudə gələn tədqiqlərdir. Əbülziya Tofiqin 1293-cü il tarixində yazdığı “Nümuneye-ədəbiyyate-Osmaniyyə” də Füzuli­dən qayət qısa bəhs edər. Kitaba Füzulinin “Şikayətnamə”si ko­piyə edilmişdir.

2. Şəhabəddin Süleyman “Tarixe-ədəbiyyate-Osmaniyyə” ad­lı kitabında (İstanbul, Sxcaqiyan mətbəəsi,1328) Füzuliyə bir çox səhifələr ayırmışdır (səhifə 72-110). Şəhabəddin Süleyman ədə­biyyat müvərrixi olmadığından təhlilləri şairanə hissiyatın ifa­dəsi şəklindədir.

3. Məhəmməd Fuad Köprülüzadə ilə Şəhabəddin Süley­ma­nın müştərək yazdıqları “Yeni Osmanlı tarixe-ədəbiyyatı” (İstan­bul, şirkəti-mürəssibə mətbəəsi – 1334) adlı əsərlərində Qazi Bür­hanəddin (səhifə 169-173), Füzuli (səhifə 263-275) haqqındakı izahat romantik bir qiymətə haizdir.

4. Faiq Rəşadın “Tarixe-ədəbiyyate-Osmaniyyə”sindəki Nə­simi (səhifə 114-119) ilə Füzuli haqqında (səhifə 346-369) mə­lumat verərək şeirlərindən nümunələr alıyor. Məlumatı təzkirə mahiyyətindədir.

“Kitabi-Dədəm Qorqud əla-lisan taifey-i oğuzan” nüsxəsinin fotoqrafı alınaraq İstanbulda Kilisli Müəllim Rifətin müsəh­həh­ligi ilə basılmışdır (İstanbul, mətbəəyi-Amirə 1332). Müəllim Ri­fə­tin istinsax əsnasında oxuyamadığı bir çox kəlmə və ifadələrin yanında yapdığı təshihlərin bir çoxu yanlışdır. Çünki Qorqud ki­tabının dili bizim şərqi oğuz ləhcəsi olduğundan xalqımızın indi belə qollanmaqda olduğu bir çox kəlmə və ifadələri Müəllim Rifət ləhcəmizi bilmədigi üçün bunları yanlış olmadığı halda Os­manlı ləhcəsinə görə təshih etmişdir. Bu isə elmə doğru bir hə­rəkət sayılamaz.

5. Qorqudun kitabı haqqında müdəqqiq müəllim M.Cövdətin 1334-cü il nəşr etdigi (Yeni məcmuənin fövqəladə nüsxəsi, səhifə 1338-ci ildə çıxmış bir tədqiqnaməsi olduğu kibi, 1338-ci ildə çıxmış olan “Dərgah” məcmuəsində yenə bu mövzuya aid ikinci bir məqaləsi var. M.Cövdət bu məqalələrində Qorqud kitabının “Oğuznamə” ilə olan münasibəti və Qorqudun şəxsiyyətini tədqiq ediyor; verdigi məlumat, mövzunun yalnız bəzi cəhətlərini aydın­laşdırıyor.

6. İstanbul Darülfünunda türk lisaniyyatı professoru Nəcib Asim “Misirdə yazılmış bir türkcə kitab” sərlövhəsini daşıyan bir məqaləsində dərəbəglik dövrü şairlərindən Zəririn əsərləri haq­qında küçük ölçüdə məlumat veriyor. (Darülfünunun ədəbiyyat fakültəsi məcmuəsi, sayı I, İstanbul, 1334). Müəllif Zəririn əsər­lərinin şərqi oğuzlara aid olduğunu bəzi lüğətlərdən çıxarıyor. Bu məqalə lisaniyyat nöqteyi nəzərindən yapılmış bir tədqiqdir.

7. Ədəbiyyatımızın tarixini çox əlaqədar edən yeganə mənbə akademik Köprülüzadə Məhəmməd Fuadın nəşriyyatıdır. Köprü­lü­zadə ilk elmi əsəri olan “Türk ədəbiyyatında ilk mütəsəvviflər” (İstanbul,1918) adındakı kitabında məhdud sətirlə bizim ləhcə­mi­zin yayıldığı sahədən Dövlətşah Səmərqəndi təzkirəsinə istinadən şair-mütəsəvvif Həsənoğludan bəhs etmişdir (səhifə 200-201 mətn və haşiyə).

Bundan sonra Köprülüzadə “Azəri ədəbiyyatı tarixi” adı altında altı məqalə nəşr etdi (İstanbul, “Türk dünyası” qəzetəsi, 1919). Bu məqalələrdə məmləkətimizin coğrafiyası, xalqımızın qövmi-mahiyyəti və ləhcəsi haqqında qısa məlumat veriliyor. Ədəbi şəxsiyyətlərdən Həsənoğlu və Qazi Bürhanəddindən müx­təsər bir surətdə bəhs ediliyor.

Bu məqalələrin Həsənoğlu və Bürhanəddin qismlər ufaq bir dəgişikliklə “Dərgah” məcmuəsində təkrar basıldı (“Dərgah, İstan­bul, 1337, səhifə 8, 1338, səhifə 180)

Köprülüzadənin “İqdam” qəzetəsində (İstanbul, 1338) Hə­bibiyə aid iki məqaləsi var. Sonradan bu məqalələr böyüdülərək Həsənoğlu haqqındakı məqaləsi ilə bərabər təkrar nəşr olun­muş­dur (Ədəbiyyat fakültəsi məcmuəsi, nisan 1925).

1924-cü ildə Şərq kitabxanası tərəfindən basılan Füzuli di­vanında professorun bir müqəddiməsi var. Burada dil və ədə­biyyatımızın Füzuliyə qədər olan təkamülünə və Füzulinin xüsusi və ədəbi həyatından qısaca bəhs ediliyor.

Köprülüzadə bütün bu yazılarını Nami adlı bir şair haq­qın­dakı tədqiqi ilə bərabər “Azəri ədəbiyyatına aid tədqiqlər” sərlöv­həsi altında “Azərnəşr”in ehtimami ilə təb” etdirdi (Bakı, 1926).

1918-ci ildən 1926-cı ilə qədər professorun ədəbiyyatımız haqqında yapdığı tədqiqlər yalnız 56 küçük səhifə tutuyor.

Türkoloji cəbhəsində cahanşümul bir şöhrəti olan Köp­rü­lü­zadənin tərkibi mahiyyətdə olan bu əsəri çox qiymətlidir.

8. Müəllifi Qafqaslı olmaqla bərabər İstanbulda yazıldığı üçün, qüdrətli hekayəçilərimizdən Yusif Vəzirovun “Azərbaycan ədəbiyyatına bir nəzər” adlı risaləsini Türkiyədə yapılan tədqiqlər arasında yad etmək lazım gəldi.

Vəzirov əsərini İstanbulda ikən Köprülüzadənin “Türk dün­yası”ndakı yazılarının nəşrindən sonra yazdı (1337). Əsər üç hissəyə bölünmüşdür:

Birinci hissə: müqəddimə, şifahi və yazılı ədəbiyyatımız şifahi ədəbiyyatımız ilə Nəsimi, Xətai, Füzuli, Vaqif, Mirzə Fətəli Axundov, Zakir, Şirvanlı Seyid Əzim,Sabir, yeni dövr.

İkinci hissə: “Osmanlıda (?) yetişmiş azərbaycanlı müəllif­lər”.

Üçüncü hissə: “Rusiyada yetişmiş azərbaycanlı müəlliflər”.

Risalənin sonuna “Osmanlı oxucuları üçün müxtəsər lüğət” əlavə etmişdir. “Bir neçə söz” sərlövhəli birinci müqəddimə siya­si bir mahiyyətdədir. İkinci müqəddimə tarixi və biblioqrafik bir çöhrə göstərir. Bundakı qərib mühakimələri ayrı-ayrı şərh edəcək degiliz; yalnız bəzi ana xətlər üzərində durmaq məcburiyyətin­də­yiz. Müqəddimənin bir yerində belə bir cümlə var: “İndi bizim ilə bərabər ədəbiyyatımızın mühiblərini maraqlandıran bir məsələ var. Əcaba, əsl azəri ədəbiyyatının başlanğıcını kimdən və hankı zamandan saymalı?” (səh.6). Müəllif bu sualına “Şifahi və yazılı ədəbiyyatımız”ın sonunda cavab veriyor: “Zənnimizcə Azərbay­can ədəbiyyatının başlanğıcını əhəmiyyətsiz məlumatlara istina­dən təyin etmək olmaz. Bizcə yazılı ədəbiyyatın başlanması yazılı əsərlərin meydana gəlməsində degil, ədəbiyyatı qüvvətli bir sima, iqtidarlı bir qələm başlaya bilər. Bunun üçün madam ki, əldə etdi­gimiz məlumat lazımı dərəcə ədəbi tariximizin əvvəllərini təsvir edə bilmir, yazılı ədəbiyyatımızın banisi olaraq ancaq Nəsimini göstərə bilərik” (səhifə 11).

“Şifahi ədəbiyyatımız” haqqında beş səhifəlik ibtidai məlu­matdan sonra müəllif yazılı ədəbiyyatımızı Nəsimidən yəni hicri VIII əsrdən başlayır; bu surətlə oğuz ləhcəsinin vücudə gəlmə­sindən hicri VIII əsrə qədər keçən çox böyük zaman içində vücu­də gələn ədəbi məhsulatı yox ədd ediyor. Görülüyor ki, əsər tamamilə keyfi bir hərəkətin səmərəsidir.

Bu günkü türkoloji sistemlərin bizə göstərdiginə görə ədə­biyyat tarixi bir mühərririn malı degildir ki, onu istədigi kibi alıb-satsın. Elm bir xalqın ədəbiyyatı tarixini, arzu etdigi zamandan və ya şəxsdən başlamaq səlahiyyətini hənuz heç bir müəllifə ver­mə­mişdir; ictimai bəniyyənin təşkili ilə ədəbiyyat da doğmuş de­mək­dir.

Vəzirov Nəsimi ilə Xətai, Füzuli ilə Vaqif arasındakı əsr­lərin ədəbi simasını təyin için də nəfəs tükətmək istəməyərək bir “heyfa ki” ilə “idareyi-məsləhət” üsulunu təqib ediyor. Bulundigi hissələrdən belə əhl-mütəxəssis tərəfindən yazılmış bir əsər olma­dığı açıqca anlaşılan “Azərbaycan ədəbiyyatına bir nəzər” zehni şaşıracaq yalan-yanlış bir taqım ibtidai məlumat külçəsidir.

Professor Nəcib Asimin dərəbəgilk dövrü şairlərindən Ha­mi­di haqqında yazdığı “Məchul bir şair: Molla Hamidi” sərlöv­həli məqaləsi (“İqdam” qəzetəsi, 1921) “Qaraman” tarixində ve­rilən məlumatdan xülasə”dir (Bu tarixin verdigi məlumat kitabı­mızın gələcək bəhslərindəndir).

1922-ci ildə İstanbulda yenə dərəbəglik dövrü şairlərimizdən – Bürhanəddinin bir qism mənzumələri “Divani-Qazi Bürhanəd­din” ünvanı altında basılmışdır. Bu kitab İngiltərə müştəriqlər Cə­miyyəti üzvlərindən professor Zuvian tərəfindən “Bürhanəddin” Britiş muzeyindəki yeganə yazma divanından kopiyə edilmiş par­çalardan ibarətdir ki, İstanbulda Amerikan Dil Məktəbi müdiri Fred­­fild Qursel tərəfindən nəşr olunmuşdur. “Mətbu” nüsxə üç qis­mdir:

a) “Əl-qəzəliyyat”də səkkiz dənə (tamam və yarım olaraq) qəzəl,

b) “Əl-rübaiyyat” qismində igirmi dənə rübai,

c) “Əl-tuyuğat”də yüz on səkkiz dənə tuyuq vardır.

Yapraqların bir tərəfində mətn, köhnə imlası ilə o biri tə­rəfində indiki imla ilə basılmışdır. Bu əsərdə Bürhanəddinin hə­yat və sənəti cənab Şəhabəddin tərəfindən doqquz səhifəlik bir mü­qəddimə də təhlil edilmişdir ki, bir çox yanlışlıqla doludur. Mət­nin dəyərli yerləri lüzumi qədər oxunmamışdır.

İstanbul orta məktəb müəllimlərindən Rafət Evəni adında bir zat “Azərbaycan şairləri” sərlövhəsi ilə iki məqalə nəşr etdi (“Türk yurdu” məcmuəsi, 1341, eylül və tişrini əvvəl nüsxələr). Baş­lıca Berjenin əsəri ilə “Riyazül-aşiqin”, “Təzkireyi-Nəvvab”­dən istifadə etmişdir. Metod bilmədigi və məlumatı olmadığı halda bir ədəbiyyat tarixi yazmaq qəbul olacağını zənn edəcək dərəcədə zavallı olan bu müəllim Xorasandan Bayburda qədər geniş bir ərazi tutan ləhcəmizi və dolayısı ilə ədəbiyyatımızı çox kiçildərək “Qarabağ, Şirvan, Şəki” olmaq üzrə üç yerə ayırıb. Məqalələrdə Vidadi, Vaqif, Ağabəgim ağadan qayət ibtidai bir surətdə bəhs ediliyor. Uzaqlarda oturub də bir qaç kitab oxumaqla bir millətin ədəbiyyatı tarixi yazılmıyacağı fikrini bu hərəkət də bütün gülünclüyü ilə göstəriyor.

Türkiyənin məşhur naşirlərindən Süleyman Nazif: əvvəlcə “Pə­yam-sabah” qəzetəsi ilə “Sərvət-fünun” məcmuəsində nəşr et­digi Füzulinin həyat və əsəri haqqında bəzi məlumat və tədqiqa­tını “Füzuli” sərlövhəsi altında ayrıca bir kitab halında basdırdı (İstanbul, yeni mətbəə, 1926). Füzulinin məzhəbinə aid Türkiyə­də yapılan münaqişənin bir qütbü olan Süleyman Nazifin bu ki­tabı eyni zamanda bir cavabnamə mahiyyətindədir.

İstanbul “Məktəbi-bəhriyyə” müəllimlərindən İbrahim Eşqi­nin Füzuliyə aid kiçik risaləsi 1338-ci ildə İstanbulda Füzulinin “şiə-sünni”liyi haqqında açılan münaqişə əsnasında yazılmış və Füzulidə məzhəb qeydi aramaqlığın mənasız olduğunu iddia edər.

İstanbul Darülfünununda təhsil edərkən son əsrin 1925-ci il tarixinə qədər bütün fikri və ədəbi cərəyanlarını mühitin müsai­dəsi nisbətində – iqtisadi, ictimai nöqteyi-nəzərdən təhlil edərək 400 səhifəlik böyükcə bir cild halında verdigimiz “Lisaniyyə-te­zi”ni də yapılan tədqiqlər arasında göstərə biliriz (İstanbul Darül­fünunu, ədəbiyyat fakültəsi rəyasəti nəzdindəki yazmalar arasında məhfuzdur). O vaxta qədər ədəbiyyatımızın bu dövrünə aid Tür­ki­yədə başqa bir tədqiq nəşr edilməmişdir.

Yenə son cərəyanları haqqında İstanbulda nəşr olunmuş iki tətəbbönaməmiz var (“Türk yurdu” məcmuəsi, on beşinci* sənə, numero 15-16). Bunlar bir tədqiq silsiləsinin müqəddiməsidir. Son­rakı qismlərin – kommunistlik töhmətilə məcmuədə basılma­sı­na izn verilmədiyi için yarımçıq qaldı.

“Sərvət-fünun” məcmuəsində ədəbiyyatımızın son cərəyan­la­rına aid iki məqaləmiz daha var: biri Fətəli Axundov dövründən Bakı türkoloji qurultayına qədər davam edən fikri cərəyanları xülasə edər (“Qafqas türklərində fikri cərəyanlar”, “Sərvət-fü­nun” 23 eylül 1926). İkinci məqalə “1905 inqilabının ədəbiyyatı­mıza yapdığı əkslərə aiddir (“Misralarında bombalar daşıyan bir şer” – “Sərvət-fünun, 16 Kanuni-əvvəl; 1926). Ankarada çıxan “Hə­yat” (1927, numero 16) məcmuəsindəki Füzulinin bu vaxta qə­dər məchul olan “Söhbətül-əsmar” adındakı əsərinə aid məqa­lə­miz də bu cinsdən küçük bir tədqiqdir.

 

RUSİYADA YAPILAN TƏDQİQLƏR

 

Əski Peterburq Darülfünununda adyunkt ikən L.Budaqov Azərbaycanda oturan türklərin ləhcəsinə və bu ləhcənin sərfinə aid əsəri ilə1 Mirzə Kazm bəyin2 türk-tatar dillərinin sərf və nəhvi haqqındakı kitabı və M.Lazarevin müxtəlif türk ləhcələrinin rus­caya lüğətinə aid əsəri daha çox dilimizin tarixini əlaqədar edən tətəbbö namələrdir.

A.Krımskinin ifadəsinə görə Lazarevski institutu professor­la­rından L.E.Lazarevin 1862-ci ildə “Розбор поемы Мухаммед Фузули: Лейла и Меджнун” sərlövhəsi altında Füzulinin “Leyli və Məcnun”una aid bir əsər yazmışdır. Bu kitab əlyazması ha­lında imiş.

Rus imperatorluq arxeoloji cəmiyyətinin şərq şöbəsi məc­muəsinin3 8,9,19,20-ci cildlərində “Kitabi Dədəm Qorqud əla-lisana taifey-i oğuzan” haqqında akademik V.V.Bartoldun: 20-ci cildində də Qorqudun tarixi siması haqqında K.İnostrantsevin; 9-cu cildində Qoqolun hüveyyəti haqqında A.Tumanskinin; 10 və 13-cü cildlərində Qorqud haqqında xalq mənqəbələrinə aid A.Di­vaevin tətəbbönamələri vardır.

Yenə eyni məcmuənin səkkizinci cildində “Duxə Qocə” oğlı Dumrul”, on birinci cildində “Dirsə xan oğlı Buğac xan”, XIV cild. “Salur Qazanın evinin yağmalandığı” on ikinci cildində Sa­lur Qazanın evi yağma edildigi, XV cildində “Qam Burə bək oğlı Bamsı Beyrək”in hekayələri Bartold tərəfindən ruscaya tərcümə edilərək türkcə mətni ilə bərabər nəşr edilmişdir.

Bunlardan başqa yenə Bartoldun “Живая старина” məc­muə­sinin üç və dördüncü cildlərində də Qorqud haqqında yazısı vardır. Bütün bu tədqiqlər Qorqudun gərək əsəri, gərək həyatının müxtəlif cəbhələrinə ayrı-ayrı təmas edər; hiç birisi ümumi təhlil əsəri degildir.

A.Krımski türkiyəli türklərin tarix və ədəbiyyatına aid yaz­dığı məşhur əsərində bizim sahəmizə qayət səthi bir surətdə mə­lumat veriyor: “Füzuli, Xətai, Məsihi, Qövsi Təbrizi, Vaqif, Mir­zə Şəfi, Fətəli Axundov kibi şəxslərin hər biri haqqında bir neçə sətirlik məlumat verməklə iktifa etmişdir1.

Türkiyə ədəbiyyatı qismində də Bürhanəddinə aid məlumat veriyor. Krımski onun siyasi və hərbi tərcümeyi-halı ilə mühər­rirligi haqqında Gibb, Müller və Hammerə istinadən qısa izahat veriyor və Bürhanəddinin yigirmi dənə rübaisi ilə on iki dənə tuyuğunu ruscaya nəzmən tərcümə etmişdir.

Bundan başqa XVI əsr ədəbiyyatına həsr edilən bəhsdə Füzulini təhlil ediyor: Onun “Bəngü badə”sini, divanını, “Leyli və Məcnun”u ilə “Şikayətnamə”sini müxtəsər bir surətdə gözdən keçirmişdir. “Şikayətnamə”nin ruscaya tərcümə etdigi bir parçasını da məqaləsinə əlavə etmişdir.

 

AZƏRBAYCANDA YAPILAN TƏDQİQLƏR

 

1. Mirzə Yusif Nersesov tərəfindən Vaqif və müasirlərinin əsərlərindən tərtib edilmiş bir məcmueyi-əşarı var. Vaqifin heca və əruz vəznilə yazılmış altmış bir dənə şeirini havidir. Vaqifdən başqa daha yigirmi dörd şairin qitələrindən nümunələr göstəriliyor. Bunların içində Vidadi, Mirzəcan, Aşıq Pəri, Baba bəydən bir çox nümunə alınmışdır. Məcmuənin başında Vaqifin farsca yazılmış tərcümeyi-halı vardır; kitab yazma nüsxə halındadır. (Bizim gördügümüz iki nüsxədən biri şair Məhəmməd Səid Ordubadi, o biri şair Əli Abbas Müznib yoldaşların xüsusi kitabxanalarına aiddir).

2. F.Köçərlinin rusca olaraq «Литература Азербайджан­ских татар» adlı risaləsi, Vaqif, Zakir, Mirzə Fətəli Axundov, Həsən bəg Məlikov və Ahi haqqında nisbətən təfsilat veriyor: 1903-cü il tarixinə qədər ədəbiyyatımızın müxtəlif sahəsində yalnız Qafqaz türklərində yetişən şəxsiyyətləri də qısa sətirlərlə yad ediyor. Köçərlinin bu əsəri tərcümeyi-hal risaləsi olmaqla bərabər bir çox ənfəs (subyektiv) hökmləri də az degildir (Tiflis, 1903).

3.Vaqifin mənzumələrindən bir qismi Qafqasya şüərasından Molla Pənah Vaqifin ələ düşən əşarı” sərlövhəsi altında Haşım bəg Vəzirov tərəfindən 115 səhifəlik küçük bir risalə həcmində basılmışdır (Bakı, 1908). Məcmuə Haşım bəg qələmi ilə yazılmış Vaqifin tərcümeyi-halını də havidir.

4.Məhəmməd bəg Mirzə Sərdan Qarabaği tərəfindən tərtib edilən “Riyazül-aşiqin” 1306-cı ildə İstanbulda təb edilmişdir. Dərəbəglik dövründə Qarabağda yetişən şairlərin qısa tərcümeyi-halları ilə şeirlərindən nümunələr ehtiva edən bir təzkirədir. “Riyazül-aşiqin” iki “Rövzə” ilə bir “Bağçə”ya bölünmüşdür. Bi­rinci rövzə müəllifin yaşadığı tarixdən əvvəl ölən şairlərə, ikinci rövzə müasirlərə, “Bağçə”də müəllifin “Əhval və nətayeci-xə­yali”nə həsr edilmişdir. Halbuki təb edilən birinci cild bu fehristi havi degildir. Bu cild Əbül-fəth Tutidən Bakıya qədər yetişən şairləri alıyor.

5.F.Köçərli Mirzə Fətəli Axundovun doğum günündən yüz yıl keçməsi münasibəti ilə yazdığı küçük risaləsi Mirzə Fətəlinin tərcümeyi-halına aiddir; ayrıca “Sərgüzəşti-Mərdi Xəsis”i təhlil edər (Tiflis, Kultura mətbəəsi, 1911). Bu risalənin mündəricatı Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adındakı əsərində daha müfəssəl olaraq bulunur.

6. Yenə F.Köçərlinin “Balalara hədiyyə” adı altında tərtib etdigi risalə (Баку, 1912) xalq ədəbiyyatımızın cocuqlara məxsus bir qism materiallarını havidir. Bu cəhətdən çox qiymətli olan əsər əski şairlərdən bəzilərinin qırıq-sökük bir nəzm texnikasıyla yazılmış olduğu hekayələrin əlavə edilməsi ilə qiymətcə xələldar olmuşdur.

7. Nəvvab Mir Möhsün bin hacı Mir Əhməd Ağası Ağamir­za­də Qərabağinin “Təzkireyi-Nəvvab”ı Vaqifdən etibarən hicri 1309-cu il tarixinə qədər Qarabağda yetişən şairlərə aid bir təz­kirədir. Təzkirə iki qismdir: birincisi 1309-cu ildən əvvəl ölənlərə, ikincisi o tarixdə yaşamaqda olan şairlərə aiddir: hər şair haqqında bir neçə sətirlik bəsit və ibtidai bir şəkildə yazılmış tərcümeyi-hal ilə bir qaç şeir dərc edər. 1913-cü ildə Bakıda təb olunan bu təzkirə çox mənasız olaraq farsca basılmışdır: şairlərin tərcümeyi-halları da əcəmcə yazılmış, əcəmcə şeiri olan şairlərin əcəmcə şeirlərindən də nümunə alınmışdır: hətta bir şairin şeirləri tərtib edilərkən əvvəlcə əcəm dilində yazılanlar, sonra türkcə olanlar qonulmuşdur.

8. “Azərbaycan ədəbiyyatı” sərlövhəsinə Salman Mümtazın Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Nişat Şirvani, Məhəm­məd Hüseyn xan Müştaq, Qövsi, Kərbəlayi Allahi Arif, Nitqiyi-Şir­vani, Qasım bək Zakir, Mirzə Şəfi Vazeh, Seyid İmaməddin Nə­simi haqqındakı risalələrinə əlavə etdiyi müqəddəmələr müəl­lifin öz ifadəsinə görə yigirmi beş sənədən bəri yapdığı tədqiqat və tətəb­böatinə (Ağa Məsih Şirvani, müqəddəmə, səhifə 4) rəğ­mən çox qarışıq və ibtidaidir. Şaşırıcı bir dərəcədə olan bu qarı­şıq­lıq öz bəhs­lərində vəsiqələrlə qarşılaşdırılacaqdır. Risalələr “Kom­mu­nist” qəzetəsi tərəfindən (Баку, 1925-1926) təb edilmişdir.

9. Ədəbi fəaliyyətinin dörd yüz illigi münasibətilə Füzuli haqqında “Azərbaycan ədəbiyyat cəmiyyəti”nin basdırdığı (Баку, 1925) risalə, müxtəlif şeir və məqalələrdən tərtib edilmişdir. “Ziynəti-nuşirəvan”ın təhlili müstəsna olmaq üzrə, risalə, Füzuli haqqında yazılmış şairanə “mədhnamə”lər külliyatıdır. Bunlarda əksəriyyətlə məxəzlər göstərilməməsinə rəğmən – Fatıq Rəşadın “Tarixi-ədəbiyyati-Osmaniyyə”si ilə Şəhabəddin Simanın Os­man­lı ədəbiyyatına aid əsərləri və Əbdülziya Tofiqin “Osmanlı ədə­biyyatı nümunələri” adlı əsərindəki Füzuliyə aid məlumatdan kopiyə edilmişdir. Bu cəhətlər öz bəhsində göstəriləcəkdir.

10. 1925-ci ildə “Azərnəşr”in həmiyyətilə basılan Firudin bək Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adı altında iki cilddə – dörd hissə olan əsəri müəyyən dövrlərin ədəbiyyat tarixi ədd ediləməz. Əsrlərdən bəri yaşayan təzkirəçilik üsulunun mütəmadisidir. Zatən müəllif müqəddəmədə izah etdigi kibi əsərini şəkil cəhətindən Lütfəli bəg Azərin “Atəşkədə” adlı təzkirəsinə bənzətmək istədigini qeyd ediyor və əsərin mahiy­yətini də “Tainki bizim Azərbaycan şüəri və üdəbamızın əşar və asarı və özlərinin nam və nişanları unudulub əbnayi-vətənin xa­tirindən bilmərrə çıqmasun” cümləsi ilə izah ediyor. Görülüyor ki, mühərrir ədəbiyyat tarixinin, mədəniyyət tarixinin mühüm bir cəbhəsi olduğundan belə xəbərsizdir.

Yenə əski təzkirələrdə olduğu kibi, ədəbiyyat məfhumu haq­qında ehtiva etdigi başlanğıcı – köhnə ədəbiyyat tələqqisi nəticəsi olaraq bir çox... hökmlərlə dolu olan bu əsər, material cəhətindən – bir çoxu ədəbiyyat tarixini əlaqədar etməyəcək şəxslərin əsər­ləri olmasına rəğmən çox zəngindir.

11. A.Zeynallı yoldaşın atalar sözünə aid əsəri (Bakı, 1926) külli miqdarda, ləhcəmizin doğurduğu məsəllər ilə eyni bir mü­qəd­dəmədən mütəşəkkildir. Xalq ədəbiyyatımızın mühüm bir cəb­həsini aydınladan bu əsər, bu vaxta qədər ədəbiyyatımıza aid yapılan işləmələrin (əməliyyə) ən qiymətlisidir.

12. ”Kommunist” qəzetəsinin nəşriyyatından olan “Əkinçi” risaləsi Həsən bəg Məlikov Zərdabinin tərcümeyi-halına aiddir. Ayrıca Həsən bəgin bir məqaləsini havidir (Баку,1926).

 

X X X

Kitab halında basılan bu nəşriyyatdan başqa bir çox qəzetə və məcmuələrimizdə, ədəbiyyatımızın müxtəlif səhifələri və müx­təlif şəxsləri haqqında Sabirin külliyyatına yapılan əlavələr kibi ədəbi təhislər ilə tərcümeyi-hallarda ümumi tədqiqat əsna­sında gözdən keçirilməsi icab edən materiallardandır. Fəqət bütün bu tədqiqlər – Rusiya, Avropa və Türkiyədəki nəşriyyat da daxil olmaq üzrə ədəbiyyat tariximizin bütün təkamül səhifələrini təhlil etməkdən uzaqdır. Bizim göstərdigimiz mənbələrin bir çoxu, Azər­baycan ədəbiyyatını belə yad etmədən başlı-başına bir hərə­kət nəticəsidir.

Daha çox ədəbiyyatımız müdəqqiqlərini bilxassə bizim mə­də­niyyətimiz tarixinə yabancı olan Qərb mühitinə qolaylıq təşkil edəcək bu biblioqrafik izahatdə təmas edilən əsərlərin çıxartmış olduqları nəticələr, kitabımızın müxtəlif bəhslərində mətnlər və bu xüsusdə yapılan digər tədqiqləri müqayisə edərək əzəmi də­rəcədə şani (obyektiv) mühəsilələrə bağlanmışdır.


MƏDXƏL

 

AZƏRBAYCAN VƏ QAFQAS TÜRKLƏRİNİN MƏN­ŞƏYİNƏ QISA BİR BAXIŞ

 

Kitabımızın başlanğıc qismində söylədigimiz vəchlə, Məsudi kibi ərəb müəllifləri tərəfindən təsbit edilib də, elmi qüdrəti bey­nəlmiləl şərqiyyat aləmi tərəfindən təsdiq ediən Bartoldun təyid edişinə görə, bizim əhalimiz oğuz qövmləri camiəsinə mənsubdur. Bu oğuzların Qafqas və Azərbaycanda daha əşiri bir həyat yaşar­kən daşıdıqları ədəbi tələqqilərin tədqiqindən əvvəl onların bizim ölkələrə gəlmədən, yəni Orta Asiyadakı ümumi vəziyyətləri haq­qında qayət qısa olsa da məlumat vermək lazımdır.

 

Əski oğuzların yaşadıqları yerlər

VIII əsrin ilk yarısında dikilən Orxon abidələrindəki kitabə­lər mövzu etibarilə oğuzlardan çox bəhs edər; bu kitabələrdə “oğuz”dan başqa bir də “Doqquz oğuz” təbiri vardır. Çox zaman bu doqquz oğuzlar oğuzlardan ayrı bir camiə olaraq qəbul edil­mişdir. Fəqət sonralar oğuzların və doqquz oğuzların eyni olduğu qənaəti hasil olunmuşdur. “Orxon abidələrindən “Gün Təkin” adı­na olan birinci abidənin şimal yüzində “Yolluğ Təkin” in iza­hatı da bu qənaəti təyir etməkdədir. “Yolluğ Təkin” doqquz oğuz­lar ilə bir yıl içində beş dəfə müharibə etdigini söylədikdən sonra bu müharibələrin vüqu bulduğu yerləri birər-birər sayıyor və bu əsnada eyni təbiri oğuz kəlməsilə ifadə ediyor. Bu surətlə doqquz oğuz oğuzlardan bir şöbə olduğu qəbul edilən oğuzlar – yenə Or­xon abidələrinin yazısından anlaşıldığına görə – ilk zamanlar Tu­la-Tuğla nəhri hövzəsində yaşamışlardır. Zaman keçdikcə Çinə və sair yerlərə köçən oğuzlardan mühüm bir qismi A.Tuman­ski­nin ifadəsinə görə1 bir aralıq “Seyram, Almalıq, Köçüldağ, Ulu­dağ və İssığ-göl sahəsində yaşamışlardır. Zaman keçdikcə Çinə və sair yerlərə köçən oğuzlardan mühüm bir qismi A.Tuman­ski­nin ifadəsinə görə bir atalıq “Seyranı, Almalıq, Köçüldağ, Uludağ və İssıg-göl sahəsində yaşamışlardı. Oğuzlar buradan sonra Sey­hu­nun (Sır-Dərya) aşağı cəhətlərinə sığışmışlardır və Mavəray-i Xəzri sahəsinə qədər dağılmışlardı.

Bu sahələrdə böyük bir əksəriyyət ilə yerləşən oğuzlar öz­lərinə mərkəz olaraq “Yeni cənd – Yeni kənd” şəhərini təsis etmişlərdir1. Əşirət dövrü cəmiyyətləri kibi bir-birini boğazlayıb məhv etməklə məşğul olan oğuzlar, Seyhun və Mavəray-i Xəzər sahəsində də tutunamayıb şimal-qərbə və cənuba axına keçdilər. Bir qol Xəzərin şimalındakı yolu təqib edərək Şərqi Rusiya torpaqlarına hicrət etdilər. O biri qolu da Xəzər dənizinin şərq tərəflərinə və İranın şimali-qərb ölkələrinə endilər2. VII əsrdə Əməvi dövlətinin əsgərləri İranın qərb cəhətlərini istila edərkən buralarda yaşayan oğuzlara rast gəlmişlərdi3. Bu tarixdən əvvəl bu cəhətlərdə oğuzların bulunub-bulunmadığı haqqında məlumat verən başqa bir məxəz hənuz bulunamadı. Bununla bərabər İbn əl-Əsirin miladi VII əsrdə İranda ərəblərin oğuzları gördüklərinə aid məlumatına istinadən oğuzların və bu əsrdən əvvəlcə də ora­lara gəlib yerləşdigi ehtimalı da xatirə gələn şeylərdəndir.

Bu tarixdən sonra Xorasandan əski Ermənistana qədər uza­nan yerlər Oğuzların axınlarınə, köçəbə sitəmində istilalarına mey­dan olmağa başladı.

 

 

Əski oğuzlarda iqtisadi həyat

Gərək feodalizm, gərəksə kapitalizm dövrlərindən bizə qalan vəsiqələr, ümumiyyətlə, olduğu kibi oğuzların iqtisadi həyatları haqqında da haman-haman heç məlumat vermiyorlar. Bunun üçün qədim zamanlarda əhalimizin iqtisadi yaşayışlarını və təsər­rüfat sistemlərini tədqiq edə bilmək çox çətinləşiyor. Bu cəhət­dəndir ki, əski oğuzların iqtisadiyyatı haqqında çox az məlumat əldə edə bildik.

Seyhun hövzəsinə gəldikdən sonra, ümumiyyətlə köçəbə hə­yatını davam etdirməklə bərabər oğuzlar içində “kəndçilik”, “şə­hərçilik” həyatları da başlamışdı. Sır-Dəryanın aşağısında Ye­ni­kənd adında bir idarə mərkəzi belə təsis etdiklərini yuxarıda izah etmişdik.

Kəndçilik ilə məşğul olan zəif, ibtidai bir surətdə ziraətçiliğ və heyvan bəsləyiciliklə iştiğal ediyorlardı. Bəslədikləri qoyun və dəvə sürülərindən aldıqları məhsulları Mavərənnəhr və Xarəzm əhalisi kibi qonşu qəbilələrin istemalları ilə dəgişdiriyorlardı1.

Oğuz qəbilələri bəsit bir şəkildə olsa da qonşu məmləkətlər­lə ticari münasibətdə bulunuyorlardı. Bilxassə, İran və Bizans mallarının Şərqi Asiya pazarlarına nəqlində oğuzlar vasitə olduğu kibi Çin və Tibetin yetişdirdigi müşk və ənbər kibi əmtəənin də Şərq saraylarına satılmasını təmin ediyorlardı. Kəndin sənətinə müsaid şəraitə ehtiva edən hüquq verilmiyordu ki, istehsalat inki­şaf etsin; bu sinif xalq başdakı dərəbəgləri tərəfindən istismar edil­mişdi. Bunlar ümumi iş qüvvətini bir tərəfdən şərqdən gələn təzyiqlərə qarşı müdafiə aləti, o biri tərəfdən şimal qəbilələrini yəğ­ma və qarət için vasitə olaraq qollanıyorlardı. Bu yəğma və qarətçilik Oğuz arasında, mövzuların Azərbaycan və Qafqası isti­lalarına qədər davam etmişdir.

 

Əski oğuzlarda “totem”çilik

İqtisadi həyatın inkişaf etmədigi ibtidai qövmlər kibi əski oğuz qəbilələrində də bir çox qərib ənənə və adətlər olmuşdur ki, bugünkü proletariat nöqteyi-nəzərində bunlar çox mənasız qalır. Fəqət tədqiqlərimizi nöqsan buraxmamaq üçün bu xüsusda da qısaca məlumat vermək icab ediyor.

Əski oğuzların bəzi ənənələri haqqında müxtəlif mənbələrə istinadən tədqiqat yapan Köprilizadənin topladığı qiymətli məlu­ma­tı eynən nəql ediyoruz:

“Türklərin ən keyfi və oynadıqları rollar etibarilə ən mühüm qismini təşkil edən oğuzlar, “Üç oq” və “Boz oq” namlərilə başlı­ca iki zümrəyə ayrılıyorlardı; bunlardan ibtidai təfsilatilə bəhs edən Mahmud Kaşğəriyə görə oğuzlar yigirmi iki boya, “Came-ət-təvarix”ə nəzərən də yigirmi dört boya ayrılırlar. Üvfi “Ca­meül-hekayat”ində başlıca on iki boydan bəhs edir ki, “Üç oq”­lar­la “Boz oq”lar həqiqətən ayrı-ayrı on ikişər boydur. Bu tərzi-təqsim, İbn-əl-Əsirdə də mövcuddur. Daha əski “Hyünəğ-nu”­larda* gördigimiz – yarısı sağ və yarısı sol qola münqism olmaq üz­rə – yigirmi dörtli təqsimatın izlərinə “Tu-kyu”larda təsadüf olunduğu kibi, səlcuqilərdə, Misir türklərində, Osmanlılarda, xü­la­sə oğuz şöbələrinin təşkil etdikləri müxtəlif dövlətlərdə haman-haman daima rast gəlinir. Əski oğuz boylarının qəbilələrinin əs­kəri – dini mahiyyətindəki şülənlərində Oğuz xanın altı şah­zadəsinə istinad edən bu yigirmi dörtli təqsimata görə, hər boyun oturacaq yerləri və yiyəcəkləri “Sükun” – yəni ət parçası müəy­yən olduğu kibi, hər boyun da ayrıca onqonu (totemi) və sürü­lə­rini təğriq üçün “təmğa” (damğa)ları vardır. Ənənəyə görə bu təş­kilatı Gün xanın vəziri Yenikəndli Əmirqıl xacə yapmışdır. Oğuz­ların milli rəngləri si­yah (qara) idi. Oğuz xanın altı oğulla­rından Gündən ayrılan züm­rənin totemi şahin, sünüki “sağ qəri yəğrin”, “Ay”ınkilərdə totem qartal, sunük “Sağ aşğəlu”, “Yıl­dız”ınkilərdə totem “tavşancıl”, sünük (uyaku-qaburğa), göglərdə totem “əsənğur”, sünuk “sol qəri bəğrin”, “Dağ”ınkilərdə totem “çaqır”, sünuk “sol aşğəlu”, “Dəniz”dən gələn qəbilələrdə totem “Üç quş”, sünuk “ucaylə”dir.

“Şahin”ini təqdis edən oğuz qəbilələri bunlardır: qayı, bayat, ələyə evli, qara evli, qartalı totem ədd edənlər: yazır, dügər, dudurğa, yayırlı; “tavşancıl” quşını alanlar: Afşar, qırıq, bəkdili, qarqın; “əsənğur”ı alan qəbilələr: bayandır, pəçənə, çavdar, çə­pə­ni; “çaqır”ı qəbul edənlər: salur, imur, alayunlu, ürkər; “Üç quş” alanlar: yikdir, bükdüz, yıva, qanıq qəbilələri1.

Yuxarıda göstərilən quşlara qətiyyən toxunulmazdı. Çünki onlar müqəddəs sayılırdı. Yalnız müəyyən vaktda dərəbəgləri tə­rəfindən tərtib edilən ümumi ov mərasimlərində bunlar ovlanır, xü­susi mərasimlərdə yeyilirdi.

 

Əski oğuzlar arasındə hakim olmuş dinlər2

Qərbi Asiyanı Şərqi Asiyaya bağlayan uzun yollar yalnız müx­təlif qovmlər, ya hökümətlər arasında ticarəti, yaxud müha­ribə və mühacirətləri təmin etmiyordı; bu yollar vasitəsi ilə ilk əsrlərin ictimai və mənəvi tələqqiləri, dinləri bol-bol yaratılan məz­həbləri də qəbilədən-qəbiləyə nüfuz ediyordı. Bu yolların köçəbə əşirətləri içinə soxulan din propağandıçıları sayəsində oğuzlar müxtəlif din dəgişdirmişlərdir. Şamanilik sıra ilə yerini başqa dinlərə vermişdir.

Bu dövrlər haqqında ən çox məlumat verən ərəb mənbələri də bu xüsusda qarışıq məlumat verməkdədir. Bununla bərabər Çin sərhədləri boyunca yayılan “doqquz oğuzlar” içində hicri VI əsrdə manixeizm dininin yayıldığını ərəb müəlliflərindən Məsudi xəbər veriyor. Bu məlumatə görə manixe izm doqquz oğuzların ancaq mərkəz və şəhərlərində hakimdi; əksəriyyəti təşkil edən köçəbə xəlq içində yenə əski şamanizm tələqqiləri yaşayordu.

Hətta bu aralıq oğuzlar içinə səyahət edən ərəb təmim ibn Bəhr əl-Mətinin nəqlinə baxılırsa şəhər mədəniyyəti xaricində qalan kənd xalqının çoxu mazdəizmi qəbul eyləmişdir.

İran mühərrirlərindən Qəzvininin kosmoqrafiyaya aid əsəri­nə istinadən V.D.Smirnovun verdigi məlumata görə Slav məmlə­kətinin cənubunda yaşayan kimaklar kibi oğuzlar da xristianlığı qəbul etmişlərdir. Eyni mənbəyə görə kimakların ölkəsində olan bir qayədə dizi üstünə oturmuş birisinin dizləri ilə ayaqlarının yeri və bir cocuğun ayaq ləpiri ilə bir mərkəb ayağının izi vardır. Oğuzlar bu işarətləri İsaya aid zənn edərək o izləri ziyarət edər­lərmiş.

Müstəşriq Kovalson Bizans missionerlərinin oğuzlara qədər gəldiklərini nəzərə alaraq, xristianlığın buralarda intişarının nes­torilər vasitəsi ilə olduğunu yazıyor.

Yuxarıdan bəri verilən izahatı təhlil edən Bartold, oğuzların bir zamanlar Yəqubi dinini də qəbul etdiklərini söylüyor1.

Oğuz qəbilələri bu surətlə mənasız din gurultularının içində oyuncaq kibi dönüb dolaşırkən, ərəb ordusu qılınclarının ağzında islam dinini gətirdilər. Ərəb mənbələrinə görə miladi VIII əsrin ikinci yarısında Şərqi Türküstan doqquz oğuzlarından ayrılıb da Xəzər sahilinə qədər enən oğuzlar bu əsrdən etibarən ərəb dinini qəbul etməgə başlamışlardır1.

Müsəlmanlığın oğuzlar arasına girişi birdən-birə olmamış­dır; yeni gələn qəbilələr yeni dinlə təmasa gəldikcə köhnə dinlə­rini buraxmışlardır. Zatən oğuz köçü ərəb dininin sağa-sola sal­dır­dığı zamanlar da davam ediyordı. Ərəb ordularının İranda tə­sa­düf etdikləri oğuz boyları da İran qövmləri ilə bərabər islamiyyəti qəbul ediyordu. Oğuz ellərinin bir qismi çoxdan müsəlman ol­duğu halda sonradan gələn bütpərəst oğuzlar da yavaş-yavaş qar­daşlarının qəbul etdigi dinə keçiyorlardı. Bartoldun oğuzların is­lam olmuş məmləkətlərə X əsrdə hicrət etdigi haqqındakı fikri, sonradan bu kibi qaçqın axınlara aid olmalıdır. Hətta bütpərəst oğuzlarla müsəlman olmuş oğuzların mənasız olaraq yeni din üçün boğuşduqları da çox olmuşdur.

Hicrətdən sonrakı əsrlərdə gələn bütpərəst oğuzlar Xəzərin cənub sahilindən keçən yolu təqib edərək o vaxt müsəlman olmuş Azərbaycan, Qafqasa gəlib yerləşdilər. Artıq burada qəti surətdə müsəlman olaraq yaşayorlardı.

 

Əski oğuzlarda ədəbi həyat: ağız ədəbiyyatı

Oğuzlar hənuz Çin sərhədlərindən ayrılmadıqları zamanlar belə geniş surətdə ağız ədəbiyyatına malikdilər. İçinə bir çox növləri alan ağız ədəbiyyatı yapılan tədqiqlərə görə öncə vəznli bir nəsr halında olmuşdur. Ədəbiyyata aid parçalar cinsindən tellər çalğılar çalınaraq yüksək səslə söylənirdi. Dastanların söz­lərinə çalğının havası verilir və bu surətlə oxunulan sözlər bir vəzn qazanmış olurdu.

Ağız ədəbiyyatına aid dastan və mənqəbələrin özləri də az-çox ahəngdar bir şəkildə idi: cümlələrin sonlarına bir taqım zəif səclər qonulması, kəlmə və fellərin sıx-sıx təkrar edilməsi, yaxud bəzi nida ədatının cümlə başında və yaxud sonuna dəfələrlə əla­vəsi adətən ibtidai bir vəzn və qafiyə deməkdi. İlk yazılar, ədə­biyyat nümunəsi olan Orxon kitabələrinin1 ifadəsi və ondan çox sonra kopiya edilmiş “Kitabi-Dədəm Qorqud əla lisan taifeyi – Oğuzan”ın üslubi vəznli nəsrin izlərini daşıyan nümunələrdir.

 

Yazılı ədəbiyyat

Ağız ədəbiyyatının yanında ibtidai olsa da oğuzların arasın­da qədim zamandan bəri yazının və yazılı ədəbiyyatın varlığı məlumdur. “oğuz-türkmən ləhcəsinin on iki əsr əvvəlki şəklindən bizə qalan Orxon kitabələrindəki üslub və ifadə olduqca işlənmiş bir yazı ədəbiyyatının təkamül etməyə başlayan dövrü əsərlərin­dən olduğunu göstəriyor. Daha yaxından görə bilmək üçün Orxon kitabələrindən bir neçə parçasını bu günkü türkcəmizlə bərabər buraya nəql ediyoruz:

“Türk oğuz bəgləri!.. – Budun!.. Eşidin: Öze tenri basmasar, asra yer telinməsər, türk budun!.. İlinin, törənin kim artıtı?.. Od­çisi türk budun ertiz. O gün güngün üçün igidmiş Bilgə kağanın ermiş, barmış. Özgü ilin kəndü yanıldığ, yabalıq gigürtik. Yaraq­lıq qandan gəlipən yaya ilətdi? Sonkilik qandan gəlipən, sürə ilət­di? Ayduq ötükən yış budun! Bardıq ilkərü quri ğaru. “...Türk o gur budun kəntü budunum erti. Tənqri yeyər bulcaqın üçün yağı bultı. Bir yılğə biş yoli sonuşdımız. İniki toğu balaqda sonuş­dı­mız. Kül təkin azaman aqığ binip uplayu təkdi. Altı erin sançdı. Sonşisində yetinç erin qılıncladı.

İkinti Quşliğaqda oğuz birlə sonuşdımız. Kül təkin az yazı­ğın binip uplayu tekip bir erin sançdı. Tuquz erin gerü tuqudı. Oğuz budun anda öləni.

Üçinç yol...nda Oğuz birlə sonuşdımız. Kül təkin az ağığın binip təkdi. Sançdı. Süysin sançdımız. Elin altımız.

Türtünç Çuşbaşında sonuşdımız. Türk budun azaq qamaşdı yablaq bu... biri yə üzmiş ermiş. Süysin Kül Təkin ağıtıp tünrə bir oğış alpağu ol erin tuna təkin yuğındə ekirüb öldürtimiz.

Beşinç Ezkənti qazında Oğuz birlə sonuşdımız. Gül təkin az yağıqın binin təkdi. İki erin sançdı. Balıqğa barmadı. Oğuz anda öldürtimiz. Qurğu yışsap yazısı oğuz qaru su taşıqdımız”.

Bu günkü türkcəmizə təbdil:

Türk Oğuz bəgləri!.. Millət!.. Eşidin: Üstdə (yuqarıda) gög batmayıncə, altda yer çökməyincə, türk milləti! Ölkəni, törəni kim dağıtdı?.. Türk qovminin hakimi idiniz.. Əql və tədbirlər ilə sizi yetişdirmiş olan Bilgə Kağan gəlmiş və getmiş. Eyn ölkənə öz yanlışlığını, pisligini gədirdin. Yaraqlılar nərədən gəlib sizi apardı? Süngülülər nərədən gəlib sürərək apardı? Müqəddəs öl­kən ormanı milləti! Getdiniz iləri, getdiniz geri”.

“... Doqquz Oğuz milləti öz millətim idi. Gög yer bulandığı için yağı oldu. Bir yılda beş yol hərb etdin. İlk dəfə Toğu balığdə hərb etdik. Kül Təkin azman ağ atınə binüb huplayaraq hücum etdi. Altı adamı deşdi. Əskər içində yeddinci adamı qılıncladı.

İkinci Quşlığaqdə Oğuz ilə müharibə etdin. Kül Təkin az­man atınə binərək hücum etdi. Bir adamı deşdi. Doqquz adamə toqudı. Oğuz qovmi oradə öldü.

Üçüncü yol...də oğuzlə müharibə etdin. Kül Təkin azman aq atinə binip saldırdı. Deşdi. Əskərini də dəgişdin. Elini aldın.

Dördünci Çoş (nəhrdir) başında hərb etdin. Türk millətinin ayaqları yoruldu. Qorqdu. Bəriyə iləriləmişdi. Əskərini Kül Təkin dağıdub tunrə minüb bir əsil Alqağu on adamı Tunğə təkinin dəfn mərasimində dutub öldürdin.

Beşinci Azkəndi yaqınlığında Oğuzlə hərb etdin. Kül Təkin azman atınə binüb hücum etdi. İki adamı deşdi. Balığə getmədi. Oğuzı oradə öldürdin. Qələyi alub yazın oğuzın arqası sıra əskər çıqardın1.

 

Heca vəzni

Zaman keçdikcə türkcənin təkamülü vəznli nəsrdən öz vəz­nini vücudə gətirdi. Bu gün hecə vəzni dedigimiz vəzn meydana çıxdı. Hecanın ilk təcəllisi atalar sözündə görülüyor. Əksəriyyətlə iki, bəzən dörd bölmədən ibarət olan bir sözü birər küçük mən­zumə şəklini ərz edər. Əski sözindən bir çoxunu bizə qədər nəql edən vasitə bundan bin yıl qədər əvvəl Kaşğarin Mahmud bin Hüseyn adında bir zat tərəfindən “Divani lüğat – it-türk” ünvanilə yazılmış lüğət kitabıdır1. Bir fikir edinmək məqsədilə bundakı atalar sözündən bir neçəsini olduğu kibi burayə nəql ediyoruz:

Qul yəği

it böri

(qul yağı, it bori (qurt)

-----------------

Alıtcı aslan

Birinci siçğan

(Bürc verən aslan, bürc alan siçan)

------------------

“Oğlan yilksiz

Oğlan bilksiz”.

(Oğlan iliksiz, oğlan biliksiz)

------------------

Erkəc əti əm bulur

Eckü əti yel bulur

(Erkəcik əti dərman olur, keçinin əti yel olur)

------------------

Tatsız türk bulmaz

Başsız bork bulmaz

(“Tat”sız türk olmaz, başsız börk olmaz)

 

İlk heca vəznləri

Yuxarıda qeyd etdigimiz məsələlərin göstərdigi kibi heca vəzni meydana çıxarkən əvvəlcə onun qısa ahənglər doğuran vəznləri vücudə gəlmişdir. Bu vəznlər üç ilə yeddi arasındadır. İlk dəfə qısa vəznlərin vücudə gəlməsi pək təbii idi. Çünki çox bəsit bir dərəcədə olan dil, birdən-birə güc və mürəkkəb parçalı (duraqlı) vəznləri yaratamazdı.

Heca vəzninin təşkilindən sonra təqib etdigi təkamül xətti üzərində vücudə gələn vəznlərə nisbətlə ən çox yayılan şəkli yed­di hecalı olur. Bu vəzn əsrlərcə əski dastanlarla yaşadı, təkamül etdi və iki türkü şəkli aldı: birisi “duraq”sız yeddi hecalı, ötəkisi iki duraqlı idi ki, bunun ilk parçası dört, ikinci parçası üç hecadan ibarətdi.

Yeddi hecalılar çox qollanılmaqla bərabər, altı hecalı vəzn­lərə də qarışıq olaraq işləmişdir. Məsəla, yeddi hecalı vəznlərdə yazılan dastan qitələrinin dördüncü misrası altı hecalı olur; yaxud əksinə olaraq altı hecalı vəznlə yazılan qitələrin dördüncü misrası yeddili olur. Məsələn, “Divani-lüğat it-türk”in göstərdiyi əskitürk dastanlarından bir qitəsini buraya alıyoruz; altı heca ilə dizilən bu qitənin dördüncü misrası yeddilidir:

Əğdi qızıl bayraq

Toğdı qara təbraq

Yetişü gəlib uğraq

Toquşub anın keçitməz.

(Açıldı qızıl bayraq, doğdu (yucaldı) qara topraq,

Yetişüb gəldi uğraq, onunla toquşmağə başladıq)

Ən əski dastanlardan bizə qalan nümunələr “Divani lüğat it-türk”in zəbt etdigi dastan parçalarıdır. Alpər Tunğa haqqındakı Sağu – mərsiyə “təngqut”lar və “yəbağut”ların müharibələrinə aid dastanlarla bir çox başqa nəzm parçalardan ibarət olan bu əksik dastan nümunələri haqqında professor Karl Brokilmanın bir tətəbbönaməsi var.1 Bunun də göstərdigi vəchlə bu dastanlardan yalnız birisi səkkiz hecalıdır. Bunlardan başqa on iki-on üç-on beş hecalı bir neçə misra da vardır. Demək olur ki, ilk dövrlərdə altı, yeddi və səkkiz hecalılardır1.

Orxon abidələrindəki yazılar vəznlə nəsr olduğu kibi rus müdəqqiqlərindən F.Korşın tədqiqi sayəsində bunların içində vəznli mənzumələr olduğu da anlaşılmışdır2. Ondan nəqlən bura­ya iki nümunə alıyoruz ki, yeddi hecalı vəznlərdir:

Bilgə kağan bitigin

Yolluğ tikin bitidim

Buncə barqağ bad badzın

Özi Kağan atısı

Yolluğ tikin mən ay

Artqı tört gün turun

Bitidim, badztım”.

“Bilgə kağan kitabəsini bən Yolluğ Təkin yazdım. Bu qadar ev-eşigi, bəzəgi, rəngi, xaqanın canişini olan bən Yolluğ Tekin bir ay dört gün durub yazdım və bəzədim”. Bu mənzum parça Bil­gə Kağan adına olan abidənin qərb-cənubi cəhətində yazı­lıbdır.

Buncə bitik bitincə

Gül Təkin atısı

Yolluğ səkin bitidim

Yigirmi gün olurub

Bu taşqa bu tamğa qop

Yolluğ Təkin bitidim.

“Bu qadar yazı-pozuyı Gül Təkinin qardaşı, yaxud bacısı oğlu bən Yolluğ Təkin yazdım. Yigirmi gün oturub bu daşa bu tamğayı qoyaraq bən Yolluğ Təkin yazdım”. Bu parçada Gül Təkin adına dikilən abidənin şərq-cənubi tərəfində yazılıbdır.

 

Xəlq şairləri

Ağız ədəbiyyatının xəlq ənənələri içində yayılmasına başlıca səbəb xəlq şairləri olmuşdur. Əski oğuzlar bunlara “ozan”1 deyər­lərdi. Ozanlar əllərində qopuz2 deyilən telli çalğı “eldən-elə, bəg­dən-bəgə” gəzərlərdi3. Getdikləri yerlərdə saz çalaraq əsatirə və əfsanələri yüksək səslə oxurlardı. Ahəng cəhətindən çox zəif olan əfsanələrə, çalğının ahəngi sayəsində bir şeir, bir bəstə ahən­gi ve­riyorlardı. Bunlar dügünlərdə, qonaqlıqlarda, başqa yığın­caq­larda çalar, oxur və hətta orada bulunanları nüktəli sözlərlə təhlil belə edərlərdi.

Ozanlar yalnız çalğıçı-müğənnilik yapmazlardı. Cocuq do­ğul­duğu zaman ad qoymaq, ölüm vüquində dəfn mərasimlərini idarə etmək kibi ictimai vəzifələr də görürlərdi.

Bütün bu vəzifələri yapan ozanlar eyni zamanda dərəbəg­lərin məddahı idi. Əşirət və qəbilə rəislərinin feodalizm aristo­kratisinin qurduqları “şülənbəglik, qonaqlıq, ov mərasimi ilə yuğ-qam ayinləri əsnasında4 feodallar haqqında dizilən mədh, dastan və mənqəbələrini oxuyaraq ozanlar dualar yapan ozanlardı. Oğuz­lar Azərbaycan və Qafqazda yerləşdikdən sonra də “ozançılıq” çox müddət yaşamışdır. Zaman keçdikcə ozanın ictimai və bədii vəzifələri dəgişməklə bərabər, ozan təbiri də əhalimiz arasında qalxdı. Sonradan saz çalub, söz deyən aşıqlar, yığıncaqlarda “bəd­yəçilik” yapanlar, xanəndələr və məddah-dərvişlər həp bu ozanın müxtəlif dövrlərdə almış olduğu şəkillərdir.


ƏŞİRƏT DÖVRÜ

 

Birinci parça

 

ƏŞİRƏT DÖVRÜ QAFQAS VƏ AZƏRBAYCANDA

ƏDƏBİ HƏYATIN BAŞLANĞICI

 

Qafqas və Azərbaycana gələn köçəbə türklər ilk zamanlar əhəmiyyətsiz bir azlıq – əqəliyyət təşkil ediyorlardı. Zaman keç­dikcə yeni-yeni gələn başqa oğuz qövmləri sayəsində İranın bü­tün şimal qismi ilə Qafqazda qüvvətli və mütləq bir əksəriyyət vücudə gətirdilər1. İrana gələn oğuzlar yalnız məmləkətimizin şimal parçasında və Qafqazda yerləşməklə qalmıyorlardı. Eyni za­manda İranın içərilərinə doğru da soxulub oralarda dutunu­yor­lardı. Hətta İranın içərilərinə doğru da soxulub oralarda dutunu­yorlardı. Hətta İranın qərb sərhədini keçib də İraqa, Anadoluya, Şimali Suriyayə qədər nüfus ediyorlardı.

Bunlar əksəriyyət etibarilə Azərbaycan və Qafqas topraq­la­rında otlaqdan-otlağa, yaylaqdan-qışlağa qona-köçə əşiri həyatla­rını davam etdirirkən nəhr, göl, dəniz sahillərində də iskan edi­yorlardı, toprağa yerləşiyorlardı və həyatlarını müstəqər (durucı) bir çalışma sayəsində qazanmaq üsulunu yavaş-yavaş qəbul ediyorlardı. Bu sürətlə zaman ilərilədikcə oğuzlar köçəbəlikdən kənd (köy) həyatına doğru gediyorlardı. Daha doğrusu, əşiri cəmiyyət həyatını tərk edərək dərəbəglik dövrəsinə giriyorlardı.

 

Yabançı qarşısında

İstər Azərbaycanda və Qafqazda yerləşən türklər, istərsə mütəmadi bir surətdə hərəkətdə bulunan, yaxud yeni gələn əşirət və qəbilələrin özlərilə gətirdikləri əski iqtisadi bədii tələqqilər iki ayrı “kultura” təsiri qarşısında qalmışdı: Sasani “.....” ilə ərəb “......”.

Bu vəqtlər Sasani sülaləsi hakimiyyətini ğayib etmək üzrə bu­lunmaqla bərabər pəhləvi mədəniyyətinə dəvam edib gediyor­dı. İran qövmləri arasında hakim olan farscadan başqa pəhləvi ləhcəsi də çox yayılmış və qüvvətli bir ədəbiyyata malik ləhcə idi ki, oğuzların yayıldığı yerlərdə də hakim olan pəhləvicə idi. Mis­ter Braunun (əcəm ədəbiyyatı tarixi) ifadəsinə görə Sasanilər za­ma­nında pəhləvi ləhcəsinə tərcümə olunan əski yunan və hind əsərləri buralarda müntəşir olduğu kibi Zərdüştün “Avesta”sı da Azərbay­can və Qafqaz atəşkədələri ətrafında vücudə gələn təşki­latların “müqəddəs kitabı” idi. Müxtəlif ictimai və dini tələqqilərə malik gərək mutəkkin, – gərək köçəbə olsun – əslən “turani” və “arani” olan qövmlər arasında vaqe mülul və nüfuz sayəsində pəh­­ləvi mə­də­niyyətinin ünsürləri ümumi say etibarilə daha zəif olan oğuz əşi­rətləri arasına girməgə başladı; fəqət bu təsirin hiç bir zaman onları tamamilə qapladığı iddia ediləməz. Çünki pəh­ləvi mədəniy­yəti yeni təşəkkül etməyə başlayan islam mədəniy­yəti ilə sarsı­lı­yor; “Avesta”nın ehkamı yerində “Quran ədəbiy­yatı” qaim oluyordı.

Çox qüvvətli olan “Quran ədəbiyyatı” bir tərəfdən fars və pəh­ləvilərini boğarkən o biri tərəfdən də oğuzları öz qanadı altına alıyordı. Bununla bərabər bu maddi və mənəvi qarışıqlıq içində türklər yenə çöl həyat sistemlərini yaşayorlardı. Müsəlmanlığı qə­bul etməklə bərabər ərəb ədəbiyyat və bədiiyyatına yabancı olan kö­çəbələr, o dərəcədə də İran qövmləri ədəbiyyatının təsirindən uzaqdı. Bunlar öz bədii ehtiyaclarını təyin edərkən Orta Asiyadan sürükləyüb gətirdikləri öz ağız ədəbiyyatlarını dəvam etdiriyor­lardı.

 

Xəlq ədəbiyyatı – çadır ədəbiyyatı

Əşirət dövründə şifahi mahiyyətdə başlayaraq sonralar qis­mən yazılı bir şəkil alan xəlq ədəbiyyatının bütün məhsulları işci-kəndli sinfinin malı ədd olunamaz. Xəlq əfsanə və əsətirlərində zəfi mövzu (motiv) çox azdır. Olsa-olsa yalnız dil və şəkil etiba­rilə xəlq ədəbiyyatının səciyyəsini daşıyırlar. Haman-haman cüm­ləsi rəislərin, xanların, bəglərin şücaət və dəvalarından onların ölümündən hasil olan təsirdən bəhs edər. “Qorqud əfsanələri buna gözəl bir misaldır”.

Bu mahiyyətdə xəlq ədəbiyyatı yalnız mənqəbələrdən ibarət degildir. Bir çox atalar sözü və sairə belə var ki, feodallar ətrafın­da təşəkkül etmişdir. Məsəla bin yıl əvvəl yaşadığı “Divani lüğat it-türk”in dərc etməsindən anlaşılan bir atalar sözü alıyoruz ki, təmamilə əşirət aristokrasinin ruhunu ehtiva ediyor:

Alplar birla uruşma

Bəglər ilə turuşma.

mənası:                        “Qəhrəmanlar ilə vuruşma

Bəglərə söz qaytarma”.

 

Göndə irıq yoq

Bəgda qıyıq yoq.

mənası:                        “Göndə çatlaq yox,

bəgdə sözdən dönmək yox”.

“Kitab-i Dədə Qorqud”un göstərdigi bu məsəl də eyni mahiyyətdədir:

Qaravaşa (qarabaşə) ton geydirsən qarı olmaz.

Əşirət bəgləri ətrafında vücudə gələn bu ədəbiyyatla saray padşahları ətrafında yaradılan divan-saray ədəbiyyatı arasında psi­xo­loji cəhətdən heç bir fərq yoxdur. Xəlq ədəbiyyatının çər­çivəsi içində olan mübdələrin həpisi, əşirət bəgləri tərəfindən is­tismar edilən kəndli-işçi sinfinin ədəbiyyatı ədd ediləməz. Bun­dan dolayı əşirət bəgləri ətrafında doğan ədəbiyyata biz sarayın ilk şəkli olan əşirət bəg və xan çadırlarına izafətən “çadır ədə­biyyatı” diyoruz.

Kütləvi xəlq ədəbiyyatının ilk dövrlərinə aid qədim vəsiqə­lərə malik olmadığımız kibi1 çadır ədəbiyyatı haqqında da hənuz bol material bulunmamışdır. Bu ədəbiyyatın ən eyi nümunəsi sonradan “Oğuznamə” adını alan mənqəbələr məcmuəsidir.

 

“Oğuznamə”

Bizə qədər gəlməyən “Oğuznamə”nin mahiyyəti haqqında ilk məlumat verən Misirdə hökmdarlıq etmiş olan Məlik Nəsi­rəd­din Məhəmməd bin Qlavunın (cilusi 1075- vəfatı 1123) adamla­rından Əbubəkr Abdullah bin Aybək əl-Dəvadaridir. Bu adam XIII əsrə qədər keçən vaxtlar haqqında yazdığı tarixində “Oğuz­na­mə”yi böylə anlatır: “Başqa türklərin “Oğuznəma” (“Oğuz­na­mə”) adında bir kitabı vardır. Bu kitab onların arasında məşhur­dur. Onların əhvalları ilə mənşələri və ilk hakimləri haqqında mə­lumatı ehtiva edər1. Onların böyükləri Oğuz denilən bir adamdır.

Dəvadari “Oğuznamə”nin türkcəsini görməmişdir. O ərəb­cə­yə tərcümə edilmiş bir nüsxədən istifadə etmişdir ki, bu ərəbcə nüsxədə 793 tarixində (hicri 211) tərcümə olunmuşdur. “Oğuz­namə”nin ərəbcə nüsxəsi haqqında Dəvadari bu izahatı veriyor: “Atam hicri 809 (miladi 1291) tarixində idarə mərkəzi Bilbays-Belbis (Qahirə civarındadır) olan şərq vilayətinin valisi idi. Tatarlar haqqında bir neçə alimlə yapdığım münaqişədən sonra yoldaşlarımdan Əminəddin əl-Həməvi bana bir kitab göstərdi: bu kitabın yeganə bir nüsxə olduğunu onun Əmin Bedrəddin Baysəri tərəfindən özünə verildigini əlavə eylədi. Əsər nəqilli və təzhibli idi. Yazısını Əli ibn Hilal əl-Əbvab adında Zatın bir şagirdi yaz­mışdı. Kitabın kağızları Bağdad şəhərində yapılmış ipəkdəndi. Cil­di də sarı rəngdə bir ipəkdən işlənmişdi; kitabın ayrıca altun­dan bir qapağı var idi. Yoldaşlarım Mənsur əl-Abbas, Əminəddin əl-Həməvi və Belicin şairi Cəmaləddin ibn Zeytun ilə birlikdə oturub əsəri gözdən keçirdik. Dördümüzün oxuya bildigimiz par­çaları bən kopiyə etdim. Bir tağım yerlərini oxuya bilmədik. Kitabı tərcümə edənin Cəbrail bin Bəxtiniz” (vəfatı 895) adında bir doktor olduğu öz dilindən yazılmışdı. Bu kitabın əvvəlcə türk dilindən əcəmcəyə tərcümə etildigini və sonradan özünün hicri 211 tarixində əcəmcədən ərəbcəyə tərcümə etdigini qeyd etmişdi. Bu əsər Əbu Müslüm Xorasaninin (vəfatı 719) xəzinəsinə aid şeylərdəndir. Əbu Müslimin özü də Buxtu xan sülaləsindən olduğunu və bu əsəri miras olaraq aldığını söyliyormuş.1

Abbası xəlifələrindən Harun əl-Rəşidə (doğumu 730- ölümü 775) uzun müddət doktorluq yapan və bir çox əsərlər vücudə gətirən Cəbrail bin Bəxtişunin yazdığından anlaşıldığı kibi əsərin 793 tarixində farscadan ərəbcəyə, ondan daha əvvəl türkcədən farscaya tərcümə edildiginə baxılırsa, türkcə “Oğuznamə” nüsxə­sinin V-VI əsr radələrində bulunduğunu qeyd etmək lazım gəlir ki, zamanımıza qədər keçən vaxtlar içində ortadan yox olmuşdur.

Bu qiymətli kitabın yalnız bir neçə parçası bizə qədər gələ bil­mişdir. Bunu da bizə Əbubəkr Abdullah Dəvadari xəbər veriyor.

“Oğuznamə”nin mündəricatı haqqında bildirdiyi qısa məlumat ilə Davadari kitabın oğuz türklərinin zühuri, ilk həyatları və ilk hökmdarları haqqında izahatdan ibarət olduğunu göstərdiyi kibi bu əsərdə bir çox hekayə – mənqəbə bulunduğunu da söyləyor.

Dəvadarinin gördügü “Oğuznamə”nin içində türklərin and üsu­li, Altun Xan, Arslan hekayəsi, Ulu ay anacı, Ulu ay atacı, Ulu Qara dağ, uşaq hekayəsi, qartal hekayəsi və sairə kibi mənqəbələr vardır.

Bunlardan başqa Davadari “Oğuznamə”də “Təpəgöz” əfsanə­sinin mövcud olduğunu də söyləyor. Mumileyh əfsanəsinin möv­zu­sunu bu surətlə anlatıyor; bugünkü cəmiyyətimizə hakim olan əql və məntiqin qəbul edəmiyəcəgi bir şəkildə xürafi mahiyyət­də­dir. Biz buraya ancaq mühüm vəsiqə olduğu üçün alıyoruz: “Oğuz­namə” adlanan bu kitabda onların (yəni oğuzların) “Dəpagöz” (“Təpəgöz”) dedikləri bir adamın sərgüzəşti var. Təpəgöz, onların məmləkətlərini yığub dağıtmış və böyüklərini öldürmüşdür.

Oğuzların köhnə etiqadlarınə görə “Təpəgöz” əcaib bir adam imiş, təpəsində tək bir gözü varmış. Ona nə qılınc, nə də nizə işlə­məzmiş. Annəsi Böyük dənizin cinlərindən imiş. Atası də qoca­man bir adammış; o qədər ki, başına on üç qoyun dərisindən bir papaq geyərmiş. Bunun kibi bir çox hekayələri vardır ki, bizim zəmanı­mı­za qədər oğuzlar arasında yaşamışdır. Bu heka­yələri bilikli adam­lar qopuz çalaraq əzbərdən nəql edərlər. Nə­hayət, türk­lərin için­də yetişən Ərəs (Uruz) oğlu Bəsat adında bir qəh­rəman öldürmüşdür.

Bir qız varmış. Onu yenən (basan) adama gedəcəgini elan etmiş imiş. Kimsə də onu yenəməmişdi. Ərəs oğlu Basat qızı yendi və qızlə bərabər atası Ərəsin yanına gəldi; atasına qızı yendigini xəbər verdi. Atası də cavab olaraq: “Mən öylə sandım ki, Təpə­gözü öldürmüşsən!” – dedi. Basat bu sözün üzərinə haman getdi və Təpəgözü əqlin qəbul etməyəcəgi xürafi bir şəkildə öldürdi1. Dəvadarinin bir hekayə tərzində göstərdigi bu mövzu əlimizdəki “Kitab-i Dədə Qorqud”da iki ayrı hekayədir. “Kitab-i Dədə Qor­qud”dakı “Təpəgöz” əfsanəsində Basatın qız ilə mücadiləsi yox­dur. Böylə qızı yendikdən sonra almaq mövzusi “Qam Burə bəg oglu Bamsı Beyrək” əfsanəsindədir. Bu əfsanədə Bamsı Bey­rək adında bir qəhrəman “Yəkət Bay Bicanın qızı Banı Çiçək ilə guləş yaparaq qızı basır və ondan sonra onunlə nişanlanır.

“Kitab-i Dədə Qorqud”da üçüncü “Oğuznamə” olaraq göstə­rilən bu hekayənin mövzuini Əbubəkr Abdullah Dəvadarinin ərəbcə nüsxədə oxumuş olması “Qam Burə bəg oğlu Bamsı Bey­rək” əfsanəsinin “Oğuznamə”də bulunduğunu göstərir.

Qızla olan güləş haqqında Dəvadarinin verdigi məlumat “Qor­qud” kitabındakı Bamsı Beyrək hekayəsinin yalnız bir qis­mi­ni təşkil edər. Halbuki Təpəgöz haqqında göstərdigi mövzu ki­tabın səkkizinci hekayəsi olaraq “Basat Təpəgözi öldürdigi boyını bəyan edir” sərlövhəli altında müfəssələn vardır.

Dəvadarinin bu iki xürafəyi anlatması sayəsindədir ki, bu gün məlum olan “Kitab-i Dədə Qorqud əla-lisan taifey-i oğu­zan”ın məşhur “Oğuznamə”nin bir parçası olduğu qəti surətdə anlaşılmışdır. Bundan başqa “Qorqud” kitabındakı ifadələr də bu kitabın oğuznaməyə bağlı olduğunu göstərir. Kitabda bulunan on iki əfsanədən altısının sonunda o hekayəyə “Oğuznamə” deyildi­gini göstərən sözlər vardır ki, imlasını olduğu kibi mühafizə edə­rək buraya alıyoruz:

“Dədəm Qorqud boy boyladı, söy söylədi bu oğuznaməyi düzdi qoşdı böylə didi:

Onlər dəxi bu dünyayə gəldi keçdi, karvan kibi qondı köçdi, onləri dəxi əcəl aldı, yer gizlədi fani dünya yenə qaldı” – (səh.20).

“Dədəm Qorqud gəlübən boy boylədi söy söylədi bu oğuz­naməyi düzdi qoşdı, böylə dedi” (səhifə 37). “Dədəm Qorqud” gəldi şadlıq çaldı, boy boyladı, söy söylədi iğazi əsərlər başınə nə gəldigini söylədi, bu oğuznamə Beyrəkin olsun didi (səhifə 67).

Dədədm Qorqud gəlübən şadlıq çaldı bu “Oğuznamə”yi düz­­dü qoşdu. Şöylə didi: İmdi qanı didügim bəg ərənlər, dünya mənim diyənlər, əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı. Gə­limli gedimli...” (səhifə 86).

“Dədəm Qorqud gəlübən boy boylədi söy söylədi bu oğuz­namə Yeknəgin (yəni hekayə qəhrəmanı Yeknəgin) olsun didi” (səhifə 119).

“Dədəm Qorqud gəlübən şadlıq çaldı bu oğuznaməyi düzdi qoşdı Bəkil oğlı İmranın olsun didi. Qazilər başinə nə gəldügi söylədi”. (səhifə 142)

Bu vəsiqələrdən də anlaşıldığı vəchlə “Oğuznamə” adı altın­da bizə qalan “Kitab-i Dədə Qorqud”ın hər əfsanəsidir. Bu surətlə “Qor­­qud”da on iki “Oğuznamə” var deməkdir. Halbuki Dəvada­ri­nin yuxarıda göstərdigimiz izahatı “Oğuznamə” adında kitabın bir çox əfsanələrdən mürəkkəb bir kolleksion olduğunu meydana qoyuyor.

Oğuznamənin türkoloji aləminə qalan yalnız dörd parçasıdır:

1 – “Oğuz xan” mənqəbəsi

2 – Həzrət əl-Risalət min-kələmat oğuznamə əl-məşhur atalar sözi”.

3 – “Koroğlu” hekayəsi

4 – “Kitabi-Dədəm Qorqud əla-lisan taifey-i oğuzan”.

 

 

 

Oğuz xan mənqəbəsi

Oğuznamənin çoxdan bəri məlum olan bir parçası oğuz türklərinin rəisi ədd edilən Oğuz xanın həyat və mücadilələri haqqında şayə” olan mənqəbədir. Bu mənqəbə müsəlmanlıq daha türklərin arasında yayılmadan çox əvvəl də yalnız oğuzlarca degil, moğollar kibi qonşu qovmlərcə də məlum və məşhurdu. Keşiş Jan Planon Moğolustanda səyahət edərkən (1246) Oğuz xanın “İt Birağ” qəbilələri ilə olan müharibəsi haqqındakı əfsanəyi eşitdigini söyləyor1.

Bu mənqəbələrin moqol istilasına qədər moğollar arasında yaşadığını görüyoruz. Moğolların Azərbaycanı istilaları əsnasında onların nağılcılarının oğuz dastanını nəql etdigi və Əbdülhəq bin Süleyman adında azərbaycanlı bir müəllif tərəfindən bu mənqəbənin moğollardan toplanıldığı məlumdur.

Oğuz xanın doğduğu gündən ölüncəyə qədər keçirdigi macəraları nəql edən bu mənqəbə bir çox xürafi və qeyri-təbii hadisələr ilə dolu olduğundan burada mövzunu izah etməgə lüzum görülmədi2.

Yalnız onu qeyd edəlim ki, Əbdülhəq bin Süleyman əl-Azər­baycanının hərəkətindən anlaşıldığı vəchlə bu dastan dərəbəglik dövründə də bizim Azərbaycan və Qafqaz türkləri arasında məruf olmuşdur.

“Həzrət əl-risalət min-kələmat Oğuznamə əl-məşhur atalar sözü.

Alman türkoloji alimlərindən Diezin 1815 tarixində şər­qiy­yata aid təb” etdirdigi material kolleksionunda (Denkurırdik citen von Asien, II, Berlin, 1815) “Həzrət əl-Risalət min-kələmat oğuz­namə əl-məşhur atalar sözü” adında bir risalə də vardır. Bu, oğuzlara aid əski atalar sözü məcmuəsidir. Diezin əsərini əldə etməgə müvəffəq olan müdəqiq M.Cövdət bu məsələlərin özündə bulunduğunu böyle anlatıyor: “Mühərriri-aciz, yüzə yaxın bir yekun tutan bu məsəlləri istinsax etdigim cəhətlə “Kitab-i Dədə Qorqud”a xidmətən nəşri niyyətindəyəm. Hicrətin dördüncü əsrində cari zərb-məsəlləri də bir məxəzi-ərəbidən topladım” (“Yeni məcmiyə”, İstanbul-1334)

Bunları görməgə nail olmaqla bərabər “Kitabi-Qorqud”da bir neçə atalar sözünə təsadüf etdik; bunların risalədə imdi əhali­mizcə unudulan bu atalar sözlərini əski imlasilə buraya nəql edi­yoruz:

– “Yad oğlı sağlaməğlə oğul olməz, böyüyəndə Salur gedər gördüm deməz” (səhifə 3)

– “Qərə eşşək başınə üyən ursən qatır olmaz” (səhifə 3)

– “Qəravaşə ton geydirsən qadın olmaz” (səhifə 3)

– “Əski pambuq bez olmaz” (səhifə 3)

– “Qərə düşmən dust olmaz” (səhifə 3)

– “Oğul kimdən olduğun ana bilür” (səhifə 4)

– “Ğafil başın ağrısın bunu bilür” (səhifə 4)

– “Öksüz oğlanın dili acı olur” (səhifə 143)

– “Oğuzun arsızı türkmənin dəlisinə bənzər (səhifə 139)

– “At ayağı külək olur

Ozan dili çevik olur” (səhifə 9).

– “Yalnız yigit alp olmaz

Yovşan dibi bərk olmaz” (səhifə 139).

 

Koroğlu hekayəsi

Son zamanlar vüqu bulan tədqiqlər sayəsində şimdi böylə qüvvətlə yaşayan «Koroğlu» hekayəsinin əski oğuz köçəbələrinə məxsus olduğu meydana çıxmışdır. Bu hekayət bilxassə ingilis müdəqqiqlərindən Haduzkonun Qafqaz türkləri arasında Koroğlu haqqında yapdığı qiymətli tədqiqatdan sonra başlamışdır. Bu zat 1840 tarixində məmləkətimiz əhalisi içində yaşayaraq Koroğlu mənqəbəsinin şayan-diqqət bir tərzdə geniş və əski bir şəklini bulub nəşr etmişdir.

Axirən bu xüsusda təhlildə bulunan etimad ediləcək tatar müvərrixlərindən Zəki Velidi də bu mənbəqənin gök türklərə mən­sub əski oğuz əşirətlərinə aid olunduğunu və bunun bəzi id­diaya görə XVI əsrdə degil islamiyyətin intişarindən əvvəl Sasa­ni­lər zamanında Xorasan hövzəsində oğuz köçəbələri ilə iran­lı­ların boğuşduğu dövrlərdə vücude gəldigini söyləyir. Bu tarix­lərdən sonra davam edən mühacirət sayəsindədir ki, Azərbaycan, Qafqaz və Anadolu əhalisi içində yayılmışdır.

Koroğlu mənqəbəsi yalnız bu saydığımız yerlərdə qalmamış, diyardan-diyara dönüb dolanan köçəbə əşirətlər sayəsində özbək və qazaq qovmlarında da intişar etmişdir.1 Sasanilər devrindən zamanımıza qədər keçən böyük zaman içində hasil olan iqtisadi, siyasi dəyişikliklər də bu hekayənin mövzusunda da bir çox degi­şikliklər yapılmışdır. Hələ İstanbulda gərək daşbasması, gərək mətbəə basmasilə təb edilən «Koroğlu» hekayəsi qayət mənasız bir şəkildə təhrif edilmişdir. Bunlarda mövzu – Anadolunun müəyyən bir qismində vaqe olmuş kibi göstəriliyor. Halbuki Ha­duz Konun tədqiqinə görə əsil mövzu Xorasan civarında yaşayan bir türk sərhəd beginin acəmlərlə olan müharibəsinə aiddir.

«Oğuznamə»nin bizə qalan mühüm qismlərindən biri də «Kitab-i Dədə Qorqud əla-lisan taifeyi oğuzan» adı altında top­lanılan lesrandlar məcmuəsidir: fəqət bunlar islamlaşmış «Oğuz­namə»nin bir qismi olduğundan «Qorqud» kitabını ərəb dilinin əhalimiz arasında yapmağa başladığı ictimai təsirləri gözdən ke­çirdikdən sonra tədqiq edəcəgiz: fəqət islamlaşmış «Oğuznamə» müsəlmanlığın mütazu bir şəkil aldığı dövrün degil, ilk istimalə dövrünün xarakterlərini təmsil etdigindən burada ərəb istilasının ilk zamanlarını qısaca gözdən keçirəcəgiz.

 

 


İKİNCİ PARÇA

 

ƏŞİRƏT DÖVRÜ İLƏ DƏRƏBƏGLİK DÖVRÜ ARASINDAKI KEÇİD ZAMANI

 

Qafqas və Azərbaycanın ərəblər tərəfindən istilası

Daha çox tarixlə əlaqədar edəcək bu mövzu haqqında biz burada qayət qısa məlumat verəcəjiz: Ərəbistan çöllərini qapsa­yan islamiyyət, xəlifə Ömər zamanında qonşu dövlətlərə də tə­cavüzə keçdi. Daxilən dərəbəglik sisteminin doğurduğu anarşi yüzündən xaricən də şimaldən axan Xəzər türklərinin mütəmadi axınları ilə bərbad bir hala gələn İranın Sasanilər dövləti bu təcavüz sayəsində ortadan qalxdı; ərəb orduları Azərbaycan və Qafqasə girdi. Hicri 22 tarixindən sonra məmləkətimiz ərəb isti­lası altında bulunmuşdur. O vaxta qədər “Albaniya” adilə yad edilən bizim şərq-cənubi Qafqaz qitəsi “Aran” adını aldı. “Aran” adına müsəlman sikkələrində ancaq 708-709 tarixlərindən etiba­rən təsadüf edilməkdədir ki, bu də ərəb xəlifəsi Birinci Vəlid (705-715) zamanı deməkdir1.

Qafqas şimalən Dərbəndə qədər ərəblərin işğalı altında bulu­nuyordu; burada onların qüvvətli orduları hakimdi. Artıq yuxa­rı­da zikr edilən tarixdən sonra məmləkətimiz Ərəbistanın bir vila­yəti ədd ediliyordu və bütün idari işlər Bağdad hökuməti tərə­fin­dən vali mənsəbində nəsəb olunan bir məmur mədəvi edilmişdi. Bu məmurlar vasitəsi ilədir ki, məhəlli işçi əhalinin istehsalatı, ipəgi, duzu, yunu və sairəsi əlindən alınaraq böyük miqdarda vergi şəklində mərkəzə göndəriliyordu. Mərkəzin Azərbaycan və Qafqazlılara tətbiq etdigi siyasət sayəsində islam dini əhalimiz arasındə VII əsrin ikinci yarısı və VIII əsrin başlarındə özünə qəti bir mövqe qazandı.

 

 

“Quran” ədədbiyyatının ədəbiyyatımız üzərində

təsirə başlaması

Yuxarıda da söylənildigi vəchlə islamiyyət xalqının bütün sinifləri tərəfindən birdən qəbul edilməmişdir. Bartoldun verdiyi izahat kibi, əvvəlcə “Müstəqər” (оседлый) zümrələr içində yayıl­mışdır. Bir yerdə uzun müddət yaşamayıb da oraya-buraya qonub köçən köçəbə qism arasındə müsəlmanlıq daha sonralar yerləşə bilmişdir.

Bu nöqteyi-nəzərdən deyilə bilir ki, islam dini öncə kənd və qəsəbə əhalisi tərəfindən qəbul edilmiş və bundan sonra kənd və qəsəbələr islam kulturasını tərvic edən birər islami mənbə və mərkəz olmuşdur.

Köçəbəliyi buraxıb da dərəbəglik həyatına girən kənd və qəsəbə əhalisi yavaş-yavaş köçəbəlik ruhunda olan ictimai tələqqilərini tərk etməgə qoyuldu. Topraq işləməgə və bu surətlə tifili (паразительный) yaşamaqdan uzaqlaşmağa başladı. İbtidai bir şəkildə iqtisadi və təsərrüfi əsaslara istinad edən yeni bir həyata girməklə bərabər kənd və qəsəbə əhalisi, fikriyyat cəhətin­dən əski psixolojilərinə tamamilə zidd bir sahəyə tökülüyordu.

Daima at belində çapoulcılığa, yəğmagərliyə alışan yeni cə­miyyətin xalqları o sərt və dürüşt çölli ruhlarını bəsləyən vu­rub-öldürmək ədəbiyyatı yerində “Quranın müsəkkən” (pareporigue) ədəbiyyatı qaim oluyordu.

Xilafət mərkəzi olan Bağdad mədəniyyəti də hər cəhətdən yeni dinin istilası altına girən məmləkətlərin əhalisi üzərinə yük­ləniyordu; xalqın bütün mənəviyyatı Bağdada bağlanıyordı. O bi­ri tərəfdən də toprağa yerləşən əhali arasında islami şəkildə tədris üsuluna istinad edən müxtəlif dərəcəli təhsil müəssisələri, zaviyə­lər, məscidlər yapılaraq “Quran ədəbiyyatı”nın birər orqanı halına salınıyordı. Bu kibi təşkilatlar sayəsində xalq qərun və səta tələq­qilərilə qarışıq bir haldə olan ərəb zövqi, ərəb kainatı görüş tərzi aşılanıyordı.

Bu vaxta qədər köçəbəlik səciyyəsini daşıyan həmasət das­tanları yerinə, əhali yavaş-yavaş Quranın surələrini anlamadığı təqdirdə dinləməgə alışdırılıyordı. Bir tərəfdən saf türkcə ilə xalq və çadır ədəbiyyatları ilərlərkən1, o biri tərəfdən də Quran ədəbiy­yatı bütün şöbələri ilə bərabər inkişaf ediyordı. İlk dövrlərdə heç şübhəsiz köçəbəlik tələqqi və ənənələri daha çox faiz dutuyordu. İslami ünsürlər ictimai bəniyyədd xəfif və az bir mövqeyə ma­likdi.

Bu islami hərəkət xalq siniflərinə yeni-yeni tələqqilər ver­məklə bərabər, ümumi məxiləfə yaşayan ənənələr ilə bərabər ədə­bi mövzuları də islamlaşdırıyordı. Əlimizdəki Qorqud mənqə­bə­ləri “Oğuznamə”nin az-çox islamlaşmış bir qismidir.

Bütün mövzuları Qafqas və Azərbaycan torpaqlarında vücu­də gələn vaqeələrə aid olan və ədəbiyyatımızın ilk dövrlərini aydınlatmaq üçün mühüm bir material təşkil edən Qorqud kitabı tamamilə bu dövrün ümumi xarakterlərini ehtiva etdigindən, onu bu qismdə tədqiq etmək icab etdi. Müsəlmanlıqdan əvvəlki etiqad və etiyadların izlərini daşıyan “Oğuznamə”* ərəb dininin tutun­masını mütəaqib qüvvətli bir surətdə inkişaf eyləyən Quran ədə­biyyatının təsiri altında yerini İslami bir şəkildə doğan başqa xalq mübdələrini tərk edərək meydandan qalxmışdır: qismən də islami bir şəkil alaraq uzun müddət yaşamışdır.

Oğuz mənqəbələrinin ədəbiyyatımızdan qalxması, islamiy­yətin başlanğıclarında olmamışdır. Bunlar müsəlmanlığın intişa­rından sonra da çox zamanlar qüvvətlə yaşamışdır. Azərbaycan və Qafqas türkləri içində on səkkizinci əsrə qədər davam etdigini bizə bir çox vəsiqə göstəriyor. Əski azərbaycanlı müəlliflərindən Əbdülhəq ibn Süleyman oğuznamə mənqəbələrinin moğolların məmləkətimizi istilasına qədər yaşadığını qeyd ediyor.

Türkiyənin kitabiyyat müəlliflərindən Bursalı Məhməd Tahir məxəz göstərmədən oğuznamənin XVI əsrə qədər əhalimiz arasında yaşadığını bu sətirlərlə göstəriyor: “Türk qövminə mən­sub iqdam haqqında yazılan milli tarixlərin ən dəgərlisi əldə bu­lu­nan bəzi imarələrə nəzərən oğuznamə olmaq lazım gəlir. Bu tarixi-kəbir hicrətin bin tarixinə qədər Azərbaycan tərəfində möv­cud olduğu bəzi vəsaiqlə müsbət isə də bugünkü gündə əlimizdə mövcud degildir1. Məhəmməd Tahirin ümumi rəvayətlərin təsiri altında qalaraq tarix adilə göstərdigi oğuz mənqəbələrinin yaşa­dığı tarix, hicrətin bin tarixini də təcavir etmişdir. Yəni hicri X (miladi XVI) əsrdən sonra da onlar Azərbaycan və Qafqas əhalisi arasında yaşamışdır.

Oğuz mənqəbələrinin XVII əsrin ilk yarısında böylə əhali­mizcə ağızdan-ağıza dolaşmaqla məlum olduğu haqqında vəsiqə­yə malikdir. Kitabımızın başlanğıc qismində söylədigimiz kibi 1638-də Dərbəndə gələn alman səyyahı Aleari ilə 1722 tarixində yenə eyni şəhəri ziyarət edən Qantəmir oğuz mənqəbələrinin o tarixdə yaşamaqda olduqları haqqında məlumat veriyorlar. Bu su­rətlə son zamanlara qədər indiki nağıllar kibi – əhalimiz arasında yaşayan oğuz mənqəbələri müxtəlif səbəblərlə bilxassə xalqın uc­qar kəndlərdə yaşayan təbəqələri içində böylə qüvvətli bir su­rətdə inkişaf edən quran ədəbiyyatının təsiri altında yerini islami bir şə­kil­də olan xalq mübdəələrinə tərk edərək əski simasilə mey­dan­dan qalxmışdır və qismən də islami bir şəkildə xalq arasındə ya­şamışdır ki, bu şəkildən bizə qalan məşhur Qorqud hekayələridir.

 

Kitabi-Dədə Qorqud əla-lisan taifeyi-oğuzan”

Bundan yüz yıl əvvəl Avropada, otuz yıl əvvəl Rusiyada ge­niş bir surətdə elmi maraq oyandıran bu kitab haqqında son za­manlarda Türkiyədə də tək-tük tədqiqlər yapıldığı halda Qafqas mətbuatında heç də bir diqqət cəlb etməmişdir. Berlin Kral kitab­xanasından fotoqrafı alınaraq İstanbulda Kilisli müəllim Rifət tərəfindən təb edilən kitabın mətni bir çox yanlışlıqlara havidir. Müəllim Rifət istinsax əsasında mənasını anlayamadığı kəlmə ifa­dələrin yanında yapdığı təshihlərin bir çoxu doğru degildir. Çün­ki Qorqud kitabının dili bizim Qafqas və azərbaycanlıların qonuşduğu şərqi oğuz ləhcəsi olduğundan bizim indi belə qol­landığımız bir çox kəlmələri ifadələri Müəllim Rifət bilmədigi üçün bunları yanlış olduğu halda Osmanlı türkcəsinə görə təshih etmişdir. Məsəl üçün bir qaçını göstərəlim:

38-ci səhifədə böylə bir cümlə var: “bir gün olə (........) dü­şəm öləm, yerimdə yurdumdə kimsənə salmıyə”. Bundə “düşəm, öləm” kəlmələrini (...........) şəklində təshih ediyor; halbuki bizim ləhcəmizdə düşim-öl”üm (....................) tərzində qollanılır.

65-ci səhifədə”dəki sənin yüzinə mən gülmərəm” cümlə­sin­dəki “yüzünə” kəlməsini “yurdunə” şəklində tamamilə səhv ola­raq təshih edilir; halbuki bu ifadə indi belə bizim ləhcəmizdə vardır. “Şillə” (sillə) kəlməsini də anlamıyan müəllif (qətiyyən yanlış) işarətilə göstərmişdir.

Halbuki “mərə noldunuz, didi, bir şillə birinə, bir şillə birinə urdı” (səhifə 143) cümləsinin özü də göstəriyor ki, “şillə kəlməsi bizim ləhcəmizin hazırda belə yaşayan kəlmələrindəndir.

Qorqud kitabının Drezdendəki yazma nüsxəsini bilizzat gö­zi­lə görən və tədqiq edən Bartold mətndə kitabın adı “Kitabi-Dədəm Qorqud əla-lisan taifey-i oğuzan” olduğunu söyliyor1. Müəllim Rifət isə “Dədəm”dəki zəmir ədatı “m”-i atmış “tayfə” kəlməsini də Osmanlı ağzına görə “taefe” yazmışdır.

Kitabımızın biblioqrafi qismində yad etdigimiz Qorquda aid bütün mənbələr Bartoldun ilk məqaləsindəki qısa sətirlər müstəs­na olmaq şərtilə Qorqud kitabının dil və ədəbiyyat tarixi nöqteyi-nəzərindən əhəmiyyət və qiymətini təhlil edəcək ümumi mahiy­yətdə degil; biz burada bütün bu tədqiqləri gözdə tutaraq Azər­baycan və Qafqaz türkləri ədəbiyyatının ən qiymətli vəsiqələrin­dən olan Qorqud kitabını ümumi bir təhlilə məruz buraxacağız.

 

Drezden kitabxanasındakı mətnin yazıldığı tarix

“Qorqud” kitabının mətn-teksti Drezden kitabxanasının XVI əsr əlyazmaları arasında hifz edilməkdədir. Demək olar ki, yaz­ma­ların kataloqunu tərtib edən Fleyşer mətnin bu əsrdə yazıl­dı­ğına qənaət hasil etmişdir. Bartold da mətnin yazıldığı tarixi araş­dırarkən həmən-həmən eyni nəticəyə vasil olur. Mumileyh deyir ki, mətnin son səhifələrindən birində “Osman paşanın ölüm tarixi 993” (miladi 1585) tərzində bir qeyd var. Bu qeyddən də əlyaz­ma­sının o vaxtlar (yəni 1585 radələrində), yaxud az sonra yazıl­dığı istixrac edilə bilər1.

Halbuki, bizcə bir kitabın mətni xaricində gəlişi gözəl qeyd edilən bir vəfat tarixi, o kitabın yazılmış və yazıldığı tarix ilə əlaqədar olmaz. Bunun üçün mətnin yazıldığı tarixi, böylə bir ölüm tarixindən çıxarmağa çalışmaq doğru nəticə verməz.

Əski türk ailələrində bir adət vardı: birisi doğdumu və ya öldümü və yaxud zəlzələ, aclıq, xəstəlik, istila kimi mühüm hadi­sələr zühur etdimi; vəqənin tarixi, ailənin böyüyü yaxud oxumaq biləni, bir-iki sətirlə evdə bulunan la-əli-əl-yəqin bir kitabın (əksəriyyətlə Quranın) başına ya sonuna qeyd edərlərdi.

Osman paşa adında zatın ölümünün qeydi də bu surətlədir. Bu kibi qeydlər üçün mütləqa kitabın qədim və yaxud yaxın zamana aid olduğuna baxılmaz. Ola bilir ki, Osman paşanın vəfat tarixi qeyd edilən mətn çox qədim bir zamanda yazılmışdır.

“Qorqud” kitabını öz kataloqunun XVI əsrə mənsub yazma­lar içində qeyd edən Fleyşeri aldadan səbəb də bəlkə bu sətirlik qeyddir.

Akademik Köprülüzadə müəyyən bir vaxt göstərməyərək bu yazmanın Osmanlı dövlətinin təşkilindən sonra təsbit edilmiş olduğunu iddia edir1. Burada təsbit kəlməsi istinsax mənasına ol­mayıb da şifahi vəziyyətində ikən kağız üzərinə qonulduğu məq­sədilə qollanılırsa, o halda bir az düşünmək lazım gəlir. Çünki Əbubəkr Abdullah ibn Aybək əl-Dəvadarinin verdigi məlumat mocibincə – Qorqud kitabındakı mündəricat “Oğuznamə” adı al­tında çox əvvəllər türkcə olaraq təsbit edilmişdir. Sonralar fars­caya, farscadən də ərəb dilinə tərcümə olunmuşdur ki, Dəva­darinin XIV əsrin başlarında gördüyü “Oğuznamə”nin ərəbcə tərcüməsidir. Dəvadarinin Osmanlı dövlətinin hənuz təşkil etmək üzrə bulunduğu tarixlərdə yaşadığını də əlavə edərsək, kitabın daha əvvəllər təsbit qəbul etməmiz lazımdır. O halda bu tərzi-ifadəyi biz ancaq əldəki kitabın Osmanlı dövlətinin quruluşundan sonra kopiyə edildigi şəkildə qəbul etmək məcburiyyətindəyiz.

Osmanlı dövlətinin təşgilinin mütəaqib kopiya edildiyi fikri­ni verən yeganə vəsiqə “Qorqud” kitabının iki cümləsidir:

“Qorqud” ata ayıtdı axır zamanda xanlıq gerü Qayidə dəkə kimsənə əllərindən almıyə axır zaman olub qiyamət qopuncə. Bu didügi Osman nəslidir işdə sürilüb gidəyüdir” (səhifə 3). Bir də Qam Burə bəg oğlı Bamsı Beyrək” hekayəsində “İstanbul” kəl­mə­sinin yad edilməsidir. “Bay Burə bəg yeni bir ağlı doğduğu za­man bazırganlarını çağıraraq əmr veriyor:

“Varın Rum ilinə mənim oğlım içün yəxşi içün ərməğanlər götürin mənim oğlım boyuncə – didi. Bazırganlər dəxi gecə-gün­düz yolə girdilər, İstənbulə gəldilər, dan-danışuğ ilə yəxşi ərmə­ğanlər aldılar” (səhifə 39).

Bu iki cümlədən birincisi daha qüvvətli bir vəsiqə təşkil edər. Həqiqətən Qorqud kitabının başında görülən cümlə, kitabın Osmanlı hökumətinin təşkilindən sonra yazıldığını degil – kopiyə edildigini göstərir. Yazıldığı tarixi isə XVI əsrə qədər iləri götür­mək doğru olamaz. Təb edilən mətnin havi olduğu yanlışlarə rəğ­mən, dilinin ünsürləri bu fikri təyid etdigi kibi, ayrı bir vəsiqə də mütaliəmizi qüvvətləndirir.

Əski Osmanlı padşahlarından İkinci Muradın zamanı (doğu­mu 1388, vəfatı 1438) olan XIV əsrin sonları ilə XV əsrin baş­larında yazılmış “Tarixi-Ali-Səlcuq”da Qorqud haqqında bu mə­lumatı verir ki, xürafi mahiyyətdən sərf-nəzər edərək qiymətli vəsiqə olduğu üçün buraya alıyoruz:

“Rəsul-əleyhüssəlam zəmanına yaxın zəmandə Bəyat Bo­yun­dən Qorqud ata qopdı, kəndü qovminin bəlgəsidi, nə di­yərsə olurdı, ğayibdən xəbərlər söylərdi həqq-təali onun könlünə ilham edərdi, ayıtdı, axır zəmandə gerü xanlıq Qayiyə verilüb kimsə əllərindən almıyə dedi, didigü Osman rəhmətullah nəslidir”.

“Tarixi-Ali Səlcuq”ın göstərdigi vəsiqəni eynilə “Qorqud” kitabının Drezden nüsxəsinin başlanğıcında da buluyoruz: “Rə­sul-Əleyhüssəlam zəmaninə yəqin Bəyat boyundən Qorqud ata derlər bir ər qopdı. Oğuzın ol kişi tamam bilicisiydi. Nə dersə olurdı, ğayibdən dürlü xəbər söylərdi, həqq-təala onun könlinə ilham edərdi. Qorqud ata ayıtdı axır zəmandə xanlıq gerü Qayığə dəgə kimsənə əllərindən almıyə axır zəman olub qiyamət qo­punca. Bu dedigü Osman nəslidir işdə sürülüb gidəyüdir”.

Görülüyor ki, “Tarixi-Ali Səlcuq”un nəql etdigi məlumat “Qorqud” kitabının müqəddiməsindən başqa bir şey degil. O hal­da “Tarixi-Ali Səlcuq”un XV əsrin ilk yarısında yazıldığınə ba­xılarsa, “Kitab-i Dədə Qorqud”un XVI əsrdə yazıldığını iddia edənlərin hökmlərindəki məntiqsizlik öz-özünə meydanə çıxar. Bu surətlə degilə bilir ki, Qorqud kitabı “Tarixi-Ali Səlcuq”dan əvvəl yazılmışdır.

Qorqud kitabının XVI əsrdən çox əvvəl yazıldığını təyid edən vəsiqələrdən biri də kitabın tamamilə köçəbəlik səciyyəsini göstərən mövzularıdır. Bu köçəbə səciyyəsi isə daha əski dövr­lərin sifətidir.

Dəvadari fikri də bunu nəqş ediyor: əldəki Qorqudun bir qis­minin belə havi olan Oğuznamənin ərəbcəsini XIV əsrdə görmüş­dür. O halda türkcəsi daha əvvəl yazılmışdır.

 

Dədə Qorqud kitabının başqa nüsxəsi

Bəzi mənbələrin rəvayətinə istinadən Dədə Qorqudun hic­rətə yaxın əsrlərdə yaşadığı düşünüləcək olursa, Qorqud kitabının bu mətndən əvvəl yazılmış qədim bir nüsxəsinin varlığı ehtimalı ilə yüz-yüzə qalıyoruz. Əlimizdəki nüsxəsinin ifadəsi də bu ehtimalı qüvvətləndirməkdədir.

Diqqət ediləcək olursa, görülür ki, Qorqud kitabının mövzu­larını nəql edən və mütəkəllim mövqeyində olan Qorqudun özü degil, ayrı bir adamdır. Kitabın tanıtmadığı bu adam Dədə Qor­qud qaib bir şəxs olaraq göstəriyor və eyni zamanda “Oğuznamə” adı verilən hər hekayəni Qorqudun bilizzat düzdügünə aid açıq cümlələrlə izahat veriyor.

“Dədəm Qorqud boy boyladı, söy söylədi, bu oğuznaməyi düzdi, qoşdı” (səhifə 2,37,67,86,119,142).

Qorqudun bu hekayələri həm yazı ilə, həm də şifahi bir tərzdə düzdügü ehtimali xatirə gələ bilər, bəlkə də Qorquddan nəq­lən ilk dəfə yenə başqa birisi tərəfindən kağız üzərinə qonul­muşdur. Hər halda Qorqudun yaşadığı tarix rəvayət şəklində olaraq göstərilən IX əsrlə Drezdendəki yazmanın yazıldığı tarix olaraq göstərilən XVI əsr arasında keçən yeddi yüz yıllık bir məsafəyi-rəvayət qəbildən belə olsun, düşünəcək olursaq, hər hal­da Drezden nüsxəsindən əvvəl bu kitabın – yəni təkbaşına “Ki­tabi-Qorqud”un yazılmış olduğu və Drezden nüsxəsinin də az-çox dəgişiklə kopiyə edildigini qəbul etmək lazım gəlir.

Bu nöqteyi-nəzəri Qorqud kitabının havi olduğu ictimai ənənələr də qüvvətləndiriyor: mövzulardakı qadın tipi, erkəklərin qadınlarla müamiləsi, şamanilik dövrünə aid türk tələqqilərinin nisbət etibarı ilə böyük yer tutması, islam dininə az əhəmiyyət verildigi, adam adlarının belə qeyri-islami olması “Kitab-i Dədə Qorqud”un müsəlmanlığın yeni-yeni intişara başladığı zaman­larda yazılmış bir əslə malik olduğunu aydın bir surətdə göstərir.

 

Qorqud kimdir?

Qorqud kitabının lisanı və ədəbi mahiyyətini təhlilə başla­ma­dan əvvəl onun şəxsiyyətini təyin etmək daha faydalı olur.

Qorqudun surətinə aid ilk məlumat verən öz kitabıdır. Qor­qudun kitabını kopiyə edən adam, kitabın başında Qorqudun hic­rə­tinin ilk əsrlərində Bayat qəbiləsindən yetişdigini bu sətirlərlə izah ediyor: “Rəsul əleyhüssəlam zəmaninə yəqin Bayat boyin­dən Qorqud ata derlər bir ər qopdı. “Oğuz bilicisiydi nə dersə olurdı”.

Bu ifadəyə baxılırsa Qorqudun VI əsrə yaxın zamanlarda yaşadığını qəbul etmək lazım gəlir. Bu nöqtə üzərində çalışan A.Tumanski köhnə Xivə xanlarından Əbülqazi Bahadurın yazdığı “Şəcərəyi-ətrak”ə istinadən böylə bir təhlil yapıyor: “Qorqud, Sa­lur Qazanın müasiridir. Halbuki Salur Qazan Məhəmməddən üç yüz il sonra yaşamışdır. Buna görə Qorqud da hicrətin üçüncü əsrində yaşamış deməkdir”.

Yenə Tumanskinin verdigi məlumata görə: Seyhunun aşağı cəhətlərinə gəlüb yerləşən oğuz türkləri öz qəbilələri içində İnal adında birisini rəis seçirlər. Qorqud Ata da müşavir oldu. Qorqud ondan sonra daha dörd xana1 xidmət etmişdir ki, bu zamanlar Abbasi xəlifələrinin hakimiyyəti dövrünə təsadüf ediyor. Qorqud Ata doxsan beş yıl yaşamışdır”.

“Qorqud kitabı” ilə “Tarixi-Ali Səlcuq”un, Qorqudun yaşa­dığı zaman haqqındakı məlumatlarına yaxlaşan bir rəvayət daha var; Buna görə Dədə Qorqud, ərəb xəlifəsi Əbubəkr zamanında Türkistandan Ərəbistana getmiş və guya orada müsəlman dinini qəbul eyləmişdir. Bu müxtəlif rəvayət zaman etibarı ilə bir-birinə yaxın olsa da, aralarında yenə xeyli məsafə vardır. Bir də Tumanskinin müşavir sifətilə göstərdigi Qorqudun bizim Qorqud da olub-olmadığı da müvaxəzə ediləcək bir şeydir.

Rus müstəşriqləri içində Qorquda ilk əhəmiyyət verən Bar­tolddur. Bu xüsusdə 1894-cü ildə nəşr etdigi birinci məqaləsində əfsanəvi (легендарный) Qorqudun tarixi bir şəxsiyyət olub-olmadığı haqqında yapdığı tədqiqatda ərəb tarixçilərindən İbn əl-Əsirə istinadən Bayatların mənsub olduqları oğuz zümrəsinin vaqtilə başında durmuş olan Qorqud bin Əbdülhəmidi yad ediyor.

1911-də rus İmperatorluq Arxeoloji Cəmiyyətinin şərq şöbə­si nəşriyyatında Qorqudun tarixi həyatını araşdıran K.İnostrant­sev İbn əl-Əsir ilə XII əsr müəlliflərindən İmadəddin İsfəhani, Cürcani və Qəzviniyə istinad edərək Qorqud adında tarixdə rol oynamış siyasi bir şəxsiyyət arayor; o da kəndisindən on bir yıl əvvəl V.V.Bartold tərəfindən xatırladılan Qorqud bin Əbdülhə­midi buluyor.

Qorqud bin Əbdülhəmid sonradan cənuba axan müxtəlif oğuz qəbilələrinin daha əvvəlcə köçüb də bir qismi indiki İranın şimalını işğal edən Səlcuq imperatorluğunu təşkil edən əski oğuz rəislərindən Sultan Səncərin ordusunu məğlub və Xorasan ordu­sunu alt-üst etdikləri zaman 1153-1154-də (B.A.) Trokovski: qə­dim dövrlərdə Mavəray-i Xəzər cəhətləri; A.Müller: İslam tarixi) oğuzların “Boz oq” qisminin rəisi olmuşdur1.

Инострантсев tədqiqatının sonunda nəhayət bu nəticəyə va­rıyor: “Biz əfsanəvi Qorqudun şəxsiyyətində oğuzların tarixi hə­yat­larının ən mühüm anında, onların başında duran tarixi Qorqu­dun əksini görüyoruz” (Rus İmperatorluq Arxeoloji Cəmiyyətinin şərq şöbəsi nəşriyyatı, cild 20).

Bəzi ədəbiyyat müvərrixləri ilə türkoloqlarda tühaf bir psi­xoloji var: xalq arasında az-çox əfsanələşmiş bir şəxsiyyətin hə­qiqi hüviyyətini bulmaq istədikləri zaman haman xanların, paşa­ların şəcərələrini araşdırmağa başlayırlar. Onun başqa xalq si­niflərindən bir fərd xatırlarına pək də güclən ilə gəliyor. Tama­milə əski burjua fikri tərbiyəsinin saiqəsilə hasil olan bu tələqqi İnostrantsevi də Oğuz xanlarının silsiləsi içində dolaşmağa məcbur etmişdir.

İkincisi: Vaqeən V.V.Bartold ondan çox əvvəllər və ilk dəfə olaraq Qorqud bin Əbdülhəmidi xatırlatmışdısa da, bizim Qor­qudun qəti surətdə bu zat demək olduğunu iləri sürməmişdi. İnostrantsevin bu fikri qəti bir şəkilə soxmasından sonra Bartold özü Dədə Qorqud ilə Qorqud bin Əbdülhəmid arasında eyniyyət bulmanın yanlış olduğunu izah etdi2.

Ümumi tədqiqlər tərəfindən Qorqudun Qorqud bin Əbdül­həmid olmadığı fikrini qəbul edildigi üçün Dədə Qorqud əfsanəvi bir mahiyyətdə qalıyor. O halda Qorqudu bu mahiyyət içində tədqiq eyləmək icab edər.

 

Əfsanəvi Qorqud

İqtisadi həyatın inkişaf etmədigi ibtidai cəmiyyətlərdə böyük taşğınlıqlarla təbariz edən zəkalar, o cümlədən qəhrəmanlar, cə­miyyətin fəlsəfəsinə görə böyük məziyyətləri olan padşahlar, mü­hüm rollar oynamış alim və şairlər xariqüladə, daha doğrusu mavərayi bir qüvvət kibi təsir yapardı. Sınırları üzərində rişələr duyan əvam, öz məxiləsi sayəsində bu həqiqi insanların məziy­yətlərini daha çoğaltır və onları daha mübaliğəli bir surətdə gös­tərirdi. O qədər ki, zaman keçdikcə, nəsil dəgişdikcə bu həqiqi hüviyyətə malik olan adamlar tamamilə ziyalı bir mahiyyət almış olurdu. Böylə bir şəkil alanlardan bizə qədər bir iz qalmışsa və yaxud tarixi mənbələronun haqqında vəsiqələri havisə, o vaxt xəyallar arasından böylə şəxsləri seçmək qolay olur; əgər bu və­siqələr mövcud degil isə ədəbiyyat tarixi onlar haqqında yaşayan xatirələrə, rəvayətlərə qolaylıqla inanamaz.

Pəki, tanılmıyacaq dərəcədə şəxsləri bəzəyən əvam, məxiləsi bir şəxs haqqında əfsanə uydururkən, zəbeini həqiqətən yaşamış olan adamlardan almıyormı? Məsəla, biz biliyoruz ki, məşhur “Ley­li və Məcnun” mənqəbəsinin qəhrəmanı Məcnun ərəb şairlə­rindəndir (Tarixi-ədəbiyyati-ədəbiyyə, professor Məhəm­məd Fəh­­mi). Əhməd Yasəvi, Yunis İmrə tarixi simaya malik olduqları halda şəxsləri əfsanə haləsi içində tamamilə gizlənmiş kibidir. Ana­dolu türklərincə məşhur əfsanəvi qəhrəman Bottal Qazi yenə yaşamış bir tipdir (Köprülüzadə: “Türk ədəbiyyatında ilk mütə­səv­­vüflər”). Ərəb simalarından İmam Əli ilə Hüseyn birər möv­cud olduqları halda haqlarında bu qədər geniş əfsanə silsiləsi uy­durulmuşdur. Məşhur Nəsrəddin Xoca haqqında böyük bir mən­qə­bə ədəbiyyatı yaradılmışdır. Füzuli haqqında İraq oğuzları ara­sında mənqəbələr yox degil; cahil xalq şairin qəbrini pir sayar, ora­ya nəzirlər-mumlar gətiriyorlar (Əli Suad, “Səyahətlərim”), hət­­ta şair Namiq Kamal haqqında da İstanbulda xeyli lesrandlar vardır.

Xalq yaradıcılığına aid bu kibi hallar düşünüldügü zaman Qorqudun yaşamış bir adam olduğu zəhabi hasil oluyor. Bilxassə ki, bu gün Qorqudun qəbri də vardır.

Qorqudun şəxsiyyəti haqqında əfsanəvi olaraq bizə ən bol məlumat verən kitab “Dədə Qorqud”un özüdür. Bundakı mənqə­bə­lərdə Qorquda verilən mənqəbələr tərkib edildigi zaman Qor­qudun iki mühüm sifət sahibi olduğu meydana çıxar: birisində ötədə-bəridə qopuz çalaraq qəhrəmanlar və xanlar-bəglər haqqın­da hekayə düzüb qoşan bir ozan: məddah, müğənni; ikincisində xalqın, hətta rəislərin hörmət etdigi və dinlədiyi əql və mühakimə sahibi bir şeyxdir.

Qorqudun ozanlığını kitabın bu parçaları eyi göstəriyor: “Dədəm Qorqud gəldi şadlıq çaldı, boy boyladı, söy söylədi, qazi ərənlər başınə nə gəldügin söylədi” (səhifə 67). “Dədəm Qorqud gəlübən boy boyladı, söy söylədi, bu boy dəli Dumrulun olsun, məndən sonra alb ozanlar söyləsün, əlin açuq, comərd ərənlər dinləsün, didi” (səhifə 95).

“Doqquz tümən” sifətilə yad edilən Gürcüstandan hər yıl “altun-aqçə” olaraq vergü alan Bayındır xanə bir yıl vergi yerinə bir at, bir qılınc, bir çomaq göndərilmiş, bundan mütəəsir olan Bayındır xanın qarşısında yenə Dədə Qorqudı görüyoruz; o, bu­rada, xanın qəmini dağıtmaq için çalğı çalıyor, sonra onun mü­şaviri kibi dərdləşməgə başlayor. Qorqudın sözilə Bayındır xan bu vergiyi qəbul ediyor və Bəkil adında bir yigitə veriyor; onu Oğuz məmləkətinin şimal sərhədi olan Gürcüstan hüdudinə bəkci olaraq göndəriyor.1

Bu parçanın də göstərdigi kibi Qorqudun dərəbəglik çadı­rında da böyük mövqeyi varmış. Oğuzların böyük düşməni olan Təpəgöz ilə müqavilə yapmaq için də Qorqud göndəriliyor. Ba­cısını (qız qardeşini) evlənmək üçün istəyən adamı öldürən Dəli Qarcar adında bir qəhrəmanın bacısını istəmək üçün Qorqud gön­dəriliyor və müvəffəq oluyor.

Əhali bir çox işlərini, fikirlərini ona məsləhət eylərmiş, onun rəhbərligindən istifadə edərlərmiş. “Qorqud Ata Oğuz qövmünün müşkilini həll edərdi. Hər nə isə olsa Qorqud ataya tanışmıyıncə işləməzlərdi. Hər nə ki buyursə qəbul edərlərdi. Sözin tutub ta­mam edərlərdi” (səhifə 3). Cocuqlara ad verən də Dədə imiş. “Am­ma oğlan nə qədər götürdülərsə türmədi gerü aslan yatağınə vardı gerü tutub gətürdilər, Dədəm Qorqud gəldi, aydır, oğlanım sən insansən, heyvanlə müsahib olməğıl, gəl yəxşi at bin, yəxşi yigitlər ilə eş yürüt, didi. Olu qardaşım adı Qıyan Səlcukdır, sənin adın Bəsat olsun, adını mən verdim, yaşinı Allah versün, didi” (səhifə 120)

Əski ozanların sifət və mahiyyətləri düşünüləcək olursa, yu­xarıda göstərilən siniflərin həpsi bir insanda toplanırdı. Ozanlar yalnız dərəbəglərin məddahı, çalğıçısı, müğənnisi degildi, onlar eyni zamanda xürafat nəşr edən bir ruhani, kəramət satan bir müx­bəm mahiyyətdə idi. Bu cəhətdən kitabda mühakimə və dəra­yəti sayəsində Qorquda verilən həkim və müşavirlik sifəti də ozanların məziyyətlərindəndir. Buna görə kitabın verdigi müxtəlif sənətlərdən Qorqudun bir ozandan (şair-molla) başqa bir şey ol­madığı görünüyor.

Kitabın heç bir yerində Qorquda aid qəhrəmanlıq cəngavər­lik, xanlıq, bəglik ətif olunmuyor. İnostrantsev düşüncəsinə görə Dədə Qorqudunqəbilə rəisi olan Qorqud bin Əbdülhəmidin mü­ruri-zamanla əvam məxiləsində almış olduğu əksi ədd edəcək olursaq, uzman Qorqudun bir hökmdar ikən söylənə-söylənə çal­ğıçı bir molla halına girdigini qəbul etməmiz lazım gəlir. Halbuki, kitabda Qorquda ətif edilən qüdsiyyət, mənqəbələrin qəhrəmanı olan xan və bəglərin hiç birisinə verilmiyor.

Tarixi mənbələrin də Qorqudun nüfuzu haqqında az-çox məlumat vermələri onun tamamilə yaşamış bir şəxsiyyət olduğu haqqındakı mənfi fikirləri cərh ediyor1. Bilxassə “Came-Ət təva­rix”i-Saci Rəşidəddin əl-Təbib, Qorqudun Qaraxoca adında bir zatın oğlu olduğunu qeyd ediyor. O halda şair, həkim, şeyx, mol­la, çalğıçı, dərəbəglik məddahı və oğuznamə müğənnisi sifətlərini havi olan bir ozan şəklində qəbul edəcəklər.

 

Qorqud adının məşhur olduğu yerlər

Yaxın əsrlərə qədər Qorqudun şöhrəti Sır-Dəryadan Şərqi Anadoluya qədər böyük bir sahəyə yayılaraq hakim olmuşdur. Onun bu geniş yerlərdəki nüfuzunun dərəcəsini qolaylıqla seçə bilmək üçün bu sahəyi təşkil edən Sır-Dərya hövzəsi şimal türk­ləri dairəsi, Şərqi Anadolu ilə Azərbaycan – Qafqazdakı nüfuz və mövqeyini ayrı-ayrı təyin etməgə çalışağız:

I.Sır-Dərya hövzəsində oğuz türkmənləri arasında Qorqud haqqında mənqəbələr ğayət yoxdur. Bu mənqəbələr, ümumi pro­letariat tələqqilərinə görə inanılmayacaq dərəcədə xurafi olduğu üçün bunları uzun-uzadıyə izah etməkdən ictinab etdik1. Yalnız bunu qeyd edəlim ki, səyyah Şuller ilə Divayev və Konstanayevin izahatına Qorqudun qəbri pək möhtərəm ədd ediliyormış. Ərəb dininin əfsanəvi təsiri altında qalan ibtidai qəbilələr onun qəbrini ziyarət edib, şəfayət dilərlərmiş.

A.Divayev Qorqudın qəbri ilə bulunduğu yer haqqında mə­lu­mat veriyor. 1894-də nəşr etdigi müşahidəsində, o cümlədən diyor ki:

Taşkənddən Qazalınsığə gedən dəmiryol üzərində Xorxut adında bir postə istasyonı var. Bu istasyonun bir verst yarım uzaqlığında Dədə Qorqudun qəbri bulunur ki, istasyon ona iza­fətən bu adı almışdır. Qəbr xarab bir türbə halındadır. Seyhun nəhrinin tam sahilindədir. O biri tərəfdə çar əsgəri təşkilatının 12 numerolu istehkamına (fort) yaxındır. Türbənin çıraqçı denilən baxıcıları vardır.

Xalq arasında təzimar bir yeri olan Qorqudun qüdsiyyətinə dair bir məsəl də var; Tumanskiyə görə Seyhun hövzəsindəki türkmənlər arasında “Qorqudun gövərini qazma!” məsəli 1896-cı il tarixinə qədər yaşayırmış. Bartold bu məsəlin Qorqudun öz qəbrini hazırlanan bir çox qəbrləri qəbul etməyərək – araması haqqındakı xalq əsatiri ilə əlaqədar olduğunu söyliyor. Bütün bu mənbələrin verdigi məlumata görə türkmənlər arasında Qorqud yalnız bir “şeyx” yaxud “vali” mahiyyətində olaraq tanılıyor. Özbək xanın islam dinini qəbul etməsi haqqında “Tarixi-Dust sultan”dan nəqlən Əbdülqadirin qeyd etdigi əfsanədə Qorqudun türkmənlər tərəfin­dən bir şeyx kibi tələqqi olunduğunu göstəriyor.

§2.Qorqudun qırğız türkləri arasında tanındığının Divayev, başqırdlarça məlum olduğunu Velyaminov xəbər veriyorlar. Vel­yaminov türkmənlər arasında Qorqudun özü üçün xatırlanan qəbirlərdən qaçması” haqqındakı əfsanənin Qırğız steplərində kö­çəbələr arasında məlum olduğunu qeyd ediyor. Və əsatirin qır­ğızlar arasındakı şəklini nəşr edərək onlar tərəfindən Qorqudun möhtərəm bir zat tanıldığını söyliyor.

Əslən başqırdıstanlı olan Əbdülqadir türkmənlər arasında məruf olan “Qorqudun qəbrinin qazma” məsələsinin Qırğız-Qa­zaxlarda da olduğunu söyliyor və Qorqud nüfuzunun Əbubəkr Dibayevin xalq şeirləri məcmuəsindən aldığı bir məsəl ilə qazaq-qırğız baqşılarının (xalq şairlərinin) əsərlərində əks eylədigini yazıyor, şeiri biz də ondan nəql ediyoruz1.

Su basında Süleyman

Su ayağı ayır Qorqut

Belaylərdi sin qorqıt

Aydaçı birmən dəpərim

Türkistandə tumək bab

Sayramdağı sansız bab

Otrar dağı otuz bab

Ən ülkəni arslan bab

Qaraxan ata övliya

***

Su ayağı ir Qorqut

Fala getdi sin Qırqıt

Baqsı piri iməsən bin

Közindi sal qolım tut

Sizdən mədət, tələyimən.

Sunaq ata övliya

Sizdən mədəd, tələyimən

Qorqud ata övliya.

Daha aşağıda görəcəkimiz kibi Qorqudın nüfuzu, əsərlərinin ən çox intişar etdigi yer bilxassə Seyhundən cənub və şərqə doğru yürüyən bir xətt üzərində oturan şərqi oğuzların yaşadığı yerlər­dir. Almalıq, Sayram sahəsindən Seyhun həvalisinə köçərək bu­rada payməkt belə təsis edən oğuzlar, buralarda ən çox təmas etdikləri qırğızlar və başqırdların əsnafı olmuşdur. Eyni zamanda oğuzlardan bir qolun şimali Xəzərdən, Volqa hövzəsindən keçdigi də nəzərə alınırsa “Tarixi-düst Sultan”ın Saray şəhəri ya­xınlığında mövcudiyyətini söylədigi Qorqud astanası – əgər Dədə Qorqud ilə əlaqədar isə – mühacir oğuzların oralara qədər Dədə­nin nüfuzunu yapmaları da ehtimaldan uzaq degil.

V.V.Bartold dəxi (Rus imperatorlıq arxeoloji cəmiyyətinin şərq şöbəsi nəşriyyatı cild 9, səhifə 272-273) də oğuz cameəsinə mənsub olan türkmənlər ilə qırğızlar arasında yaşayan Qorqud haqqındakı xatirələri qarşılaşdırdıqdan sonra bu nəticəyə vasil oluyor: “Gərək türkmən, gərəksə qırğız rəvayətləri müştərək bir mənbədən gəliyor. Qırğızlarasa Aşağı Seyhunun qədim sakinlə­rindən (oğuzlarından) keçmişdir”.

Əbubəkr Abdullah bin Aybək əl-Dəvadariyə müraciət edə­cək olursaq, tamamilə Bartoldun fikrini təyid edəcək olur. Yuxa­rıda da izah etdigimiz kibi Dədə Qorqud hekayələri oğuznamənin bir qismidir, “Oğuznamə” də oğuz türklərinə aiddir.

§3. Qorqudun şöhrətini daşıyan yerlərdən birisi də Anadolu­dur. Şübhəsiz, Azərbaycan yolu ilə İçəri Anadoluya qədər yayılan oğuz qəbilələrinin digər qismi eyni mənşədən aldıqları bədii ənə­nələri Anadolu topraqlarına da nəql edəcəklərdi. Bu surətlə Qorqud hekayələri də Anadolu türkləri içinə yayılaraq əsrlərcə yaşamışdır.

Qorqud hekayələrinin Anadoluda məşhur olduğunu – “mət­bu sahədə ilk dəfə” önə sürən yenə Bartolddur. Mumileyh XV əsrdə yazılan “Tarixi-Ali Səlcuq”un qeydinə baxaraq, mənqəbə­lərin burada da yaşadığını qeyd ediyor.

Bundan sonra Türkiyəli bir-iki müdəqqiqin nəzərini cəlb edən Qorqud hekayələrinin Anadoluda yayıldığı haqqında hənuz layiqilə ümumi bir tədqiq yapılmamışdır.

Müəllim M.Cövdət Qorqud hekayələrindən birini bilizzat eşit­digi bu sətirlərlə söyliyor: “Küçüklügündə babamın xidmətin­də bulunan bayındırlı Məhəmməd Cavuş Təpəgöz hekayəsini bana tatlı-tatlı anlatırdı” (“Yeni məcmuə”nin fövqəladə nüsxəsi, səhifə 90, İstanbul, 1334). Qorqudun Anadoludakı nüfuzunu görə bilmək üçün daha səlahiyyətdar olan bu amilin izahatını buraya olduğu kibi nəql ediyoruz.

“Başlı-başınə uzun bir tədqiqə möhtac olan oğuz dastanı və “Dədə Qorqud” kitabı həqqində möhtac olan oğuz dastanı və “Də­də Qorqud” kitabı həqqində burada müxtəsərən belə məlumat ve­rəcək degiliz; yalnız Yunisdən əvvəlki Anatolı həyatının imkan mər­təbəsində tam və həqiqi bir lövhəsini ərz və təsvir edə bilmək üçün o devrdə bu mənqəbələrin (Dədə Qorqud) arasında fövqəla­də şaye olduğı oğuz ozanlarının o mənqəbələri əllərində qopuz­lərlə tə­rənnüm etdiklərini də əlavə etməliyiz. Türklərin əski das­tanı dövr­lərinə aid olan bu müştərək məhsullər Anadoluda alplıq həyatının hökmran olduğı zamanlərdə, təbii, xarüqələrə məczub, ibtidai ruhlu insanları fövqəladə əlaqədar və mütəhəssis ediyordı. Əsrlərdən bəri davam edən o əski temalər dəgişməməklə bərabər, zaman və mə­kan etibarilə mənqəbələrdə vücudə gələn bəzi zəruri yeniliklər daha ziyadə təcəssümi dəvət etməkdə və zatən pək əskidən bəri onun zəvqini almış olan xəlq üzərində daha eyi bir təsir icra elə­məkdə idi. O devrə aid bütün o xəlq əsərləri, yaxud dini-əxlaqi moi­zə və hekayələr, “Battal Qazi” kibi qəhrəmanlıq mənqəbələri “Dədə Qorqud” hekayələri yanındə çox sönük və təsirsiz qalıyor­lardı. Bir cümlə ilə xülasə etmək istərsək alplar devri Anatolusu­nun bütün sücayayi-zevqiyyə və əxlaqiyyəsi əl bariz olaraq bu əsərdə görmək mümkün oldığını söyləyə biləriz. “Oğuznamə” ünvanilə də yad edilən bu hekayələrdən bəziləri, mə­səla içlərdən ən şayan-diqqəti olan və müxtəlif Avropa alim­lə­ri tərəfindən yunan əsarətindəki “SİKLON”lərlə böyük bir rabitə görülən o məşhur “Təpəgöz” mənqəbəsi hala Anatolunın bəzi köylərində yaşamaq­dadır” (Türk ədəbiyyatında ilk mütəsəvviflər, səhifə 279-283).

İnostrantsev Türkiyə tarixi şəxsiyyətləri tərəfindən Qorqud adının özlərinə ad olaraq qollanılmasında böylə “Dədə Qorqud” hekayələrinin intişarının təsirini buluyor1. Zaman keçdikcə Qor­qudun təsiri Anadoluda azalmağə başladı. Ehtiva etdigi yüksək şai­ranə qiymətinə rəğmən Qorqud mənqəbələrinin Osmanlı türk­ləri arasında son zamanlara qədər əski qiymətini mühafizə edə­məməsində amil olaraq 1896-da Bartold bu cəhətləri göstəriyor: Osmanlılarca türk kəlməsi adə və sögüş mənasına qollanılmağa başladıqdan sonra tamamilə köçəbə həyatının ruhilə yaradılan dastan əlbəttə öz qiymətini ğayib etmək məcburiyyətində idi1

 

Qafqaz və Azərbaycan türkləri arasında Qorqudun nüfuzu

Oğuz dastanları məlum olan vəsiqələrə görə XII əsrdə böylə əhalimiz arasında məruf olmuşdur. Moğolların istilası zamanında yaşamış olan Əbdülhər ibn Süleyman əl-Azərbaycani Oğuznamə mənqəbələrinin indiki Şimali İran topraqlarında ağızdan-ağıza dolaşdığını qeyd ediyor. Qorqud haqqında bulunan rus müstəşriq­ləri oğuz dastanına aid Qorqud mənqəbələrinin XI-XII əsrlərdə Səlcuq imperatorluğunu quran oğuz qəbilələri vasitəsilə bizim tərəflərə gəldigini iləri sürüyorlar. Halbuki, ərəb müəlliflərindən Məsudiyə görə Azərbaycanda oğuzların köçəbə bir halda yaşa­dıq­ları tarixi əsrdən çox geri götürmək icab edər.

Bu xüsusda rus müstəşriqlərinin aşina olmadığı Əbubəkr Ab­dullah Dəvadarinin izahına baxılacaq olursa oğuznamə möv­zularının daha Orta Asiyada ikən oğuzlar arasında məruzə olduğu görülür. Bu nöqteyi-nəzərdən Qorqud mənqəbələrinin bu adla olmasa da başqa adla oğuznamə adilə şayə olduğu şübhəsizdir; bundan dolayı Qorqud mənqəbələrinin Səlcuq oğuzları vasitəsilə qərbə (bizim ölkəmizə) endiyi haqqında ortaya atılan nöqteyi-nəzər qəbula layiq görülməz.

Oğuz mühacirətini təqib edən uzun əsrlərdə hekayələrin xalq arasındakı mövqeyinə və keçirdigi təkamül səhifələrinə aid əli­mizdə heç bir vəsiqə yoxdur. Eyi bir tədqiq nəticəsində Xorasan və İran kitabxanalarında bunlara aid məlumat əldə etmək ehtimalı yox degil.

Bununla bərabər Qorqud hekayələrinin son əsrlərə qədər Azərbaycan və Qafqaz türkləri arasında yaşadığı haqqında az-çox materiala rast gəliyoruz.

Yuxarıda da yer-yer söylədigimiz kibi alman səyyahlarından Oleari İrandan dönərkən 1638-ci ildə Dərbəndi ziyarət etmişdi. Oleari bu vaxtlar Dərbənd əhalisi içində Qorqudun ruhani mahiyyətində bir “ozan” tanıldığını izah ediyor və diyor:

“Dərbənddə bana Qorqud haqqında verilən məlumatdan baş­qa xalq oğuzlar barəsində də bilxassə onların məşhur qəhrə­manlarından Qazan ilə zövcəsi Burla xatun haqqında da məlumat hekayə ediyorlərdi1.

“Burla xatun” adı haqqında tədqiqat yapan V.V.Bartold bu ada hiç bir yerdə hətta Seyhun sahilindəki türkmənlər arasındakı rəvayətlər içində böylə təsadüf etmədigini söyliyor. Burla xatu­nun yalnız Dədə Qorqud hekayələrindən birisində “Salur Qazanın evi yağmalandığı” mənqəbəsində bir rol sahibi olduğuna baxılır­sa, Olearinin Dərbənd xalqı arasında Qorqud hekayələrinin məruf olduğu haqqındakı fikri təyid edilmiş olur.

Yenə Olearinin verdigi məlumat Qorqud hekayələrinin Qaf­qaz və Azərbaycan türkləri arasında XVII əsrə qədər yaşadı­ğını göstəriyor2.

 

Qorqudun Dərbənddəki qəbri

Səyyah Oleari 1638-ci ildə Dərbənddə Dədə Qorqudun qəb­rini gördüyünü qeyd ediyor; daha o zamanlar bu qəbr, ziyarət­çi­lərin üzərində çox mum yaxmalarından bozulmuş imiş.

Oleari ilə müasir olan məşhur türkiyəli Səyyah Evliya Çələ­bi də Dərbəndə gəldigi zaman orada Dədə Qorqudun qəbrini ziyarət etdigini söylüyor; bu qəbrin cahil əhali tərəfindən böyük bir adam sanılaraq ziyarət etməkdə olduğunu, hətta şirvanlıların buna etiqad etdiklərini bu sətirlərlə yazıyor:

“Ziyarətgahi-Çəbəl Ərbəin”ə, yəni Qırxlar məqamı: qırx ədəd qəbri – əzim olub ziyarətgahi-inamdır. Ziyarətgahi-Dədə Korxut ulu sultandır. Şirvanlılar bu sultana mütəqəddirlər3.

Görülüyor ki, Qorqudun Seyhun sahilindəki əski Oğuz pay­taxtında olduğu kibi Dərbənd şəhərində də qəbri varmış. Bu da əski əvam tələqqilərindən doğan bir işdir: bir xalq arasında havi və mənəvi mühüm rollar oynayan şəxsiyyətlər getdikcə əfsanəvi bir mahiyyət alır və cəmiyyət içində müxtəlif yerlərdə ona qəbr yapılırdı; adətən bunlar köhnə şəkildə bir abidə mahiyyətində olurdu və bu surətlə onun adı məmləkətin müxtəlif parçalarında yaşamış bulunurdu. Əski Anadolu şairlərindən Yunis Emre adın­da Anadolunun bir çox yerlərində qəbr vardır (Köprülüzadə, ilk mütəsəvviflər).

 

Burla Xatunun Urmiyyədəki qəbri

Dədə Qorqud kitabının qəhrəmanlarından Qazanın zövcəsi Burla Xatunun qəbrinin də Azərbaycan şəhərlərindən Urmiyədə bulunduğunu yenə Oleari söylüyor1.

Oğuz adının Qorqud mənqəbələrinin XVIII əsrdə də məm­ləkətimizdə yaşadığı yenə nadir vəsiqələrdən olaraq Fren (Fren) adında birisinin qeydləri izah ediyor.

1722-ci ildə əski Rusiyə çalarından Böyük Petro ilə bərabər Dərbəndə gələn köhnə knyazlardan D.Kantemir də bu şəhərdə əha­lidən oğuzlara və Qorquda aid xatirələri toplayıb qeyd et­mişdir2.

Frendən sonra bu xüsusda yazılı olaraq başqa bir vəsiqə bilamiyoruz.

Qorqud hekayələrinin Qafqas və Azərbaycanda qüvvətlə ya­şamış olduğunu göstərən vəsiqələrin ən eyisi “Kitab-i Dədə Qor­qud”un özüdür.

 

Qorqud mənqəbəsinin bəhs etdigi yerlər bizim

məmləkətimizdir

Qorqud kitabındakı bütün vaqiələr tamamilə bizim ləhcə­mizin yayıldığı yerlərdə olmuşdur. Əsərdə zikr edilən yer adları bunlardır: “Aladağ, Qazılıq dağ, Bayburd hasarı, Mərdin qələsi, Tatyan qələsi, Ağsaqa qələsi, Unən qələsi, Qara dəniz sahilində Düzmürd qələsi, Əlincə qələsi, Dərəşam ucı, Tumanın qələsi, Aq hisar, Trabzon, Qan İqazə1, Gürcüstan ağzı, Gəncə, Bərdə, Kökcə dəniz, Dəmür Qapu (Dəmir Qapı), Dəmür Qapu Dərbəndi, Qərə Dərbənd (Qara Dərbənd).

Bu kəlmələrdən başqa yalnız bir yerdə “Rum ili” təbiri ilə “İstənbul” kəlməsinə təsadüf ediliyor ki, o da tamam bir heka­yə­tin vaqe olduğu yerlərdə degil, yalnız hədiyyə almaq üçün gedi­ləcək yer olaraq göstəriliyor ki, Rum eli əcəmlərin “Diyari-Rum”un­dan başqa bir şey degildir.

Bir də Türküstan kəlməsi keçiyor; o da, Qazana bir sifət ve­ri­lirkən qollanılır: “Bayandır xanın göyküsi, Tulu Qumun yav­ru­su, Türkistanın dirəqi, ümmət sayının aslanı, Qərə Çuğın qaplanı, Qonur atın ayası, Xan Uruzun babası, xanım Qazan” – (səhifə 60).

Yuxarıda saydığımız yer adları içində bəzi dağ və qələ adları indiki coğrafi xəritə üçün yabancı isə də, bir çoxları məlumdur: Bayburd və Mardin, Trabzon Anadolunun şərqindədir, Qorqud kitabında oğuzların “kafərlər” ilə olan müharibələri əsasında” Bay­burd və Trabzon yad edilməkdədir.

Anladılan hekayələrin mövzusu bu şəhərlərin Bizans impe­ratorluğunun hakimiyyəti altında olduğu zamanlarda tərtib edil­mişdir. Daha qəti olaraq göstərmək üçün bu şəhərlərin adlarını kitabın cümlələri ilə tutuq edəlim:

“Bazərganlar yaraq gördülər, gecə gündüz diməyüb yüridi­lər, nagah Parəsarın Bayburd hasarınə gəldilər məgər ol gün kafərlərin ağır günləridi, hər biri yeməkdə içməkdə idi, birini dəxi götürib qopuz çaldırərlərdi” (səhifə 50). Trabzon də böylə yad ediliyor: “Qanlı Qocə urı turdı ağ səqqəllu pir qocələr yanınə bu­raqdı, iç oğuzə girdi qız bulmadı, tolandı Tış Oğuzə girdi bul­ma­dı, tolandı Trabzona gəldi, məgər Trəbuzan təkurının (təkfurının) bir əzim görkəmlü məhbub qızı vardı” (səhifə 97).

Hekayələrdən məlum olduğuna görə oğuzlar Gürcüstandan hər yıl vergi alıyormış. Bir il gürcülər vergi yerinə bir at, bir qı­lınc, bir çomaq göndərmişlər. Oğuzların xanı Bayındır, bunları Bəkil adında bir qəhrəmana verərək “Oğuz elinə qaravul” gön­dərdi. O da Oğuzdan köç elədi, Bərdəyə, Gəncəyə varıb vətən tutdı, Toquz tümən Gürcistan ağzına varub qopdı, qarovulluğ eylədi, yad kafər gəlsə başın Oğuzə ərməğan göndərdi (səh.132)

“Ağam Qazan sası dinlü Gürcistan ağzında oturırsan ordun üstinə kimi qorsən?” (səhifə 22).

Dərbənd şəhəri də bir çox yerdə yad ediliyor. Bir fikir ver­mək üçün yalnız bir şəklini alıyoruz: “Bazərgan aydır, Yəkət-Yəkət, bəg Yəkət, sən bənim önəm əglə, sözüm dinlə, on altı ildir kim, Oğuz içindən getmiş idin, dan-danışuğ kafər malın Oğuz bəglərinə gətürər idin, Pasın Qərə Dərbənd ağzınə düşən vermiş idin, onun qalasın beş yüz kafiri üzərimizəqoyuldı. (səhifə 40).

Göstərdigimiz bu parçalardan anlaşılıyor ki, Qorqud kitabı­nın tərtibi əsnasında oğuzların yaşadığı yer bir tərəfdən sərhəddi-Bayburd Trabzon sahəsi; o bir tərəfdən Gürcüstan, Bərdə, Gəncə, Dəmir Qapu (Qara Dərbənddən (Dərbənd) keçən xətdir. Hekayə­dəki mövzulara görə oğuzların yalnız qərb və şimal sərhədləri məlum oluyor. Şərq və Cənub sərhədlərindən heç bəhs edilmiyor. Bununla bərabər “Kitab-i Dədə Qorqud”un bütün mövzularının bizim şərqli oğuz ləhcəsinin hakim olduğu yerlərdə vaqe olduğu açıq və qəti bir surətdə anlaşılıyor.

Bartold mövzuların əski Ermənistan yüksəkliklərində vaqe olduğunu qeyd ediyor; bu fikir qəbul edilə bildigi təqdirdə əski Ermənistan sərhədini Dərbəndə qədər göstərmək lazımdır. İnos­trantsevin də eyni fikri tədqiq etmədən təkrar etməsinə rəğmən əsərin mövzularına meydan olan yerlərin tamamilə dilimizin sər­hədləri içində olmasına, kitabın aşağıda təhlil edəcəyimiz dilinin mahiyyətini və Qorqudun Bayat qəbiləsindən olduğunu əlavə edərsək, əlimizdəki “Kitab-i Dədə Qorqud”un bizim ədəbiyyatı­mız məhsullarından ədd edilməsinə heç şübhə qalmaz1.

 

Qorqudun kitabı bir hökmdara ithaf edilmişdir

Kitabın yazılış tərzi qəti olaraq bütün hekayələrin dolayısilə kitabın bir hökmdar adına ithaf edildigini göstəriyor. Bu hökm­darın adı kitabın bir yerində belə yad ediliyor: bunun için kim olduğu məlum degil. Yalnız bu hökmdar hər yerdə “Xan” kəl­məsilə yad ediliyor. Tək-tük “sultan” sifətilə xitab olunuyor.

Qorqud kitabındakı müqəddimə parçaları, gərək hekayələrin həpsi “xanım hey...” xitabilə başlıyor. Bu cəhətdən “Min bir gecə” hekayələrində gecə başlamalarınə çox bənziyor. Hər hekayə nəti­cədə əski bir molla tərəfindən yapılan dua kibi “xan”ın ömürlərinə dua ediliyor, ona “Məhəmməd”dən “şəfaət” diləniyor. Bundan ki­ta­bın bir xan adına yazıldığını çıxarmaq olduğu kibi əskidən çadır və sonradan saraya da mal olan xan və bəg qonaqlıqları əsnasında bir xana xitabən söylədigi ehtimalı da uzaq degildir.

Fəqət əsərin ümumi yazılış tərzi kitabın xan adına yazıldığı ehtimalını daha çox həqiqətə yaxlaşdırıyor. Bunu göstərən hekayə qanundakı “xeyirli dua”lardan sərf-nəzər xan adına yazıldığını göstərmək üçün yalnız bir nümunə göstərəlim:

“Qərə ölüm gəldikdə keçət versün sağlıq ilə sağırın dövlətin həq artursin ol öndə kim yucə tənri dust olub əni mədəd irsün, yum verəyin xanım, yerlü qərə tağların yığılmasun, kölgəlicə qaba ağa­cın kəsilməsin, qamən aqan görkli suyın qurıməsun, qanadlərin uclərı qırılməsun, çaparkən ağboz atın büdrəməsün, çalışəndə qərə polat üz qılıcın gödəlməsin, dürtüşərkən ala kəndərin ufanməsün, ağ birçəklü anan yeri behişt olsun, ağ səqqallu baban yeri uçmağ olsun, həq yandıran çırağın yana tursun, qadir tənri səni namərdə möhtac eyləməsün” (səhifə 20-21).

Kitabda ara-sıra görülən “Sultan” kəlməsi ilə də yenə eyni hökmdarə xitab ediliyor:

“Məgər sultanım genə yazın buğayı saraydən çıxardılər, üç kişi sağ yanındən, üç kişi sol yanındən dəmür zəncirlər bəğli tutmışlərdi”.

“Məgər sultanım, Dirsə xanın oğlancığı üç dəxi ordı uşağı aşuq oynərlərdi”.

Bu təhlilləri təqib edərkən Qorqud hekayələrinin Drezden­dəki nüsxəsinin bir hökmdarın xüsusi arzusu ilə toplanmış olduğu da xatirə gələ bilir. Qorqud kitabının daha çox izahatı ehtiva edən ayrı bir nüsxəsi bulunduğu təqdirdə şübhəli cəhətlərin bir çoxu aydınlaşmış olacaqdır.

 

Qorqud Kitabının mündəricati

Dədə Qorqud kitabı doğrudan-doğruya mənqəbələrlə başla­maz; başqa dörd səhifəlik bir müqəddəməyi havidir. Bu müqəd­dimə göstərdigi xüsusiyyət etibarilə – üç ayrı mövzudan mürək­kəbdir. Doqquz sətirdən ibarət olan birinci parçada Qorqudun Ba­yat qəbiləsindən olduğu, onun oğuz qəbilələri içindəki mövqeyi, Dədənin izahına görə hakimiyyətin Qayı – Osmanlı nəslinə keçməsi izah olunuyor. Kitabın təbini idarə edən Kilisli müəllim Rifət bu qismin Osmanlılar zamanında bir “mühərriri-məchul” tərəfindən əlavə edildigini qeyd ediyor (Kiatbın fehrist qismi).

İkinci qism Dədə Qorqudun dilindən yazılmış dörd küçük moizədir. Tamamilə nəsihətamiz fikirlərdən ibarət olan bu moi­zə­lərdə islamiyyətin təsiri qüvvətlidir. Kitabın ithaf edildigi hökm­dara bol-bol “dua”lar vardır.

Üçüncü parça bir ozanın dilindən qadınlar haqqında söylən­miş nəsr halında bir şeirdir. Ozan burada qadın tiplərini – əxlaq etibarilə dörd yerə ayırıyor. Əski cəmiyyət dövrlərində qadın haq­qında olan ümumi tələqqilərə eyi bir nümunədir1. Müqəddəmədən sonra mənqəbələr başlıyor. Buradə mənqəbələrin mövzularını xülasətən gözdən keçirəcəyiz:

§1. “Dirsə xan oğlı Buğac boyı”: Bayandır xan ənənə üzrə toy qonaqlıq yaparaq oğuz bəglərini qonaq çağırmışdı və gələcək qonaqlar üçün üç növ otaq hazırlatdırmışdır: oğlu-qızı olmayanlar için – qara otaq; oğlu olanlar için – ağ otaq; qızı olanlar için – qızıl otaq. Qonaq gələn Dirsə xanı – cocuğu olmadığından qara otaqdə, qara keçə üzərində oturtdular və ona qara qoyun yəxnisi təqdim etdilər. Bundan mütəəsir olan Dirsə xan zövcəsini çağı­raraq məruz qaldığı həqarətin səbəbi o olduğunu söyliyor və hiddətləniyor. Qadın ona bir qonaqlıq verməsini təklif ediyor. O də qəbul ediyor. Bundan sonra bir oglu oluyor. Oglan büyü­dük­dən sonra qüvvətli bir dəliqanlı oluyor. Dirsə xan bir gün buğa ilə buğrasını (erkək dəvə) boğuşdururkən buğa oğlana saldırıyor. Oğ­lan da üç yumruqla buğanı yerə sərib başını kəsir. Göstərdiyi qəhrəmanlıqdan olaj - bu vaxta qədər adsız yaşayan gəncə Qor­qudun iştirakı ilə Buğac adı verilir. Bundan sonra Buğacı qırx arkadaşı çəkəliyorlar, gəlib də Dirsə xana yalandan oğlunun kən­disinə sui-qəsd hazırladığını söylüyorlar. Dirsə xan ov bəhanəsilə ovda bulunan oğlu arxasınca çıxar və ovda oğlunu vurur; öldi diyə evə dönər, məsələyi qarısınə anlatır. Qadın haman oğlunu aramağə çıqar; yaralı bir haldə bulub evə gətirər; eyi edər. Fəqət qırx adam yapdıqları rəzalətin anlaşacağı qorxu­silə Dirsə xanı bağlayaraq kafər ilinə tutsaq götürərlər. Annəsinin əxbarı üzərinə Buğac silahlanıb gedər və atasını qurtarar.

§2.Salur Qazanın evi yəğmalandığı boyu”: Salur Qazan oğlu Uruzı üc yüz əskərlə evi və xəzinəsi üzərində bəkçi bura­xaraq Oğuz bəgləri ilə bərabər ova çıxar, bunu xəbər alan “sası dinli kafər” böyük bir ordu ilə gəlib Qazanın oğlunu və bəkci əskərləri əsir edərlər; zövcəsi və qızları ilə bərabər xəzinə və sürülərini yəğma edib götürərlər. Bundan başqa Qazanın Qapılar Dərbəndindəki on bin qoyununu da almaq üçün əksər göndəriyor. Fəqət bunların bəkcisi olan Qaraca çobanın qardaşları ilə bərabər göstərdigi müqavimət sayəsində sürülər qurtuluyor.

Qazan ovu burakıb evə döndügü zaman heç bir şey bulamaz. Qaraca Çobana qoşar. Çoban vəqəyi ona anladır. Qazan Çobanla bərabər kafərə gedir. Onun arxasından Dəmir Qapu Dərbəndində Dəmir Qapıyı alan Qıyan Səlcuq oğlı Dəli Dondar ilə Qalın Oğuz bəgləri gəlirlər. Düşmənlə müharibəyə başlarlar. Məğlub edib əsirlərlə bərabər yəğma edilən bütün malları istirdad edərlər.

§3. “Bay Burə bəg oğlı Bamsı Beyrək boyu”: Bay Burə bəgin oğlu bir gün əglənirkən yanına bazərganlar gəlir və Dər­bənd­dən Oğuz bəglərinə gətirdikləri malların Unən qalası (Gür­cüstanda) kafərləri tərəfindən yəğma edildigini söylər. Bay Burə dönər. Bazərganlar Bay Burə bəgin yanına gəlirlər və oğlunun yapdığı qəhrəmanlığı anladırlar. Bunun üzərinə atası qonaqlıq yaparaq oğluna Dədə Qorqud vasitəsilə Bamsı Beyrək adı qo­yuyorlar. Çünki, ənənə mocibincə “ol zamandə bir oğlan baş kəsməsə, qan tökməsə ad qoyməzlərdi”.

Bundan sonra Bamsı Beyrək maral ovuna çıxar. Yolu bir otağa düşər. Bu otağın öz “beşik kərtmə” adaxlısı Banı Çiçəgin ol­duğunu anlar və qızı görmək istər. O hər kəsə görünməz derlər. Özünü qızın dayısı deyə təqdim edən bir qadın oğlana at qoşusı, ox atmaq və güləş təklif edər. Həpsində Bamsı Beyrək qazanır; o vaxt qadın özünü Banı Çiçək olduğunu açar. Beyrək də barma­ğındakı yüzügi çıxarub qızın barmağına keçirər; dönüb atasınə məsələyi anladır. Atası qızın qardaşı Dəlü Qarcarın bacısını istə­yəni öldür­məkdə olduğunu izah edər. Bunun üzərinə Qalın Oğuz bəglərini toplayub məsləhət edərlər və qızı istəmək üçün Dədə Qorqudu göndərirlər. O isə Qorqudu öldürməgə qalxışır. Qorqud “şeyxligi” sayəsində önünə keçər. Dəlü Qarcar müqabil olaraq bin at, bin qoç, bin dəvə, bir quyruqsuz köpək istər. Bay Burə bəg hazırlar göndərər. Qızdan oğlana bir qırmızı qaftan gəlir. Fəqət arqadaşları bunu qısqanırlar. Ona kötülük yapmaq fikrinə düşər­lər. Bamsı Beyrək dügün odasında yoldaşları ilə bərabər əşirət yayarkən Bay­burd hasar kafərlərinə xəbər veriliyor. Onlar da gecələyin basqın yaparaq birəki otuz doqquz arqadaşı ilə bərabər əsir alırlar.

Ertəsi sabah bu xəbər hər tərəfə yayılır. Fəqət Beyrəgin nərədə olduğu bilinməz. On altı yıl keçər. Bir gün Yalançı oğlı Yalancıq vaxtilə Beyrəgin kəndisinə hədiyyə etdigi kömləgi qana bulaşdırıb gətirir; onun Qara Dərbənddə öldürüldüyünü söylər, kömləgi tanırlar. Matəm elan edilir. Yalançı oğlı özü qızı almağa təşəbbüs edər.

Bamsı Burə bəg sərhədlərə adamlar göndərər. Bir qism bazərganlar də Bayburd hasarına gəlirlər. O əsnadə kafərlər ye­yib-içib Beyrəgə qapuz çaldırırlarmış. Beyrək də çalğı ilə bərabər sevgilisi Banı Çiçəgin və ata-anasının eşqini tərənnüm ediyor­muş. Sözlərdən onu tanıyırlar.

O biri tərəfdən kafər bəginin qızı də Beyrəgə aşiq olmuş. Onu almaq şərtilə Beyrəgi hasardan qaçırır. Bunu xəbər alan kafərlər arxasından qırx atlı çıqarırlarsa bulamadan dönərlər Bey­rək yolda bir ozana təsadüf edər; ozan Yalancı oğlı ilə Banı Çiçəgin dügününə gedəcəgin söylər. Beyrək də ondan kopuzu alıb dügünə gəlir. Orada qopuzu çalaraq nüktəli şeirlər söylər. Qazan bəgin diqqətini cəlb edər. Onun Beyrək olduğu anlaşır və Bay Burə Bəgə “muştuluq” gedər.

Bamsı Beyrək Yalançı oğlunu öldürmək istər, Yalancı oğlu gə­lüb onun qılıncı altından keçər; Beyrək də onu əfv edər. Qazan bəg Beyrəgin dügününü yapmağa təşəbbüs edər. Fəqət Beyrək Bay­­burd hasarında əsir arqadaşlarını qurtarmayınca dügünü qəbul etməyəcəgini önə sürür. Oğuzlardan bir qaç atlı götürüb hasara hü­cum edər və dustaq yoldaşlarını qurtarar; geri dönüncə dügünü olur.

§ 4. “Qazan oğlu Uruzun əsir olması” boyu: Qazan oğlu Uruzun baş kəsib qan dökmədigi üçün tac-taxtından məhrum olacağı ehtimalı ilə mütəəssir olur. Uruz da ona atam olduğun halda sənin bir cəngini görmədim ki, bən də ögrənmiş olam deyir. Atası haman üç yüz atlı ilə bərabər alıb oğlunu ova götürər. Bunlar çəmənlər üzərində çadır qurub işrət edərlər, sərxoş olub yatarlar. O əsnada Tatyan qələsindən “qara tonlu” kafərlər onlara hücum edər və Uruzu əsir edib götürürlər. Bundan sonralar xəbər­dar olan Qazan, oğlunu qurtarmaq üçün Dərbəndə gəlir. Yapdığı müharibədə yaralanaraq çətinligə uğrarken arxasından əskərlə bərabər Oğuz bəgləri gəlir və Qazanın zövcəsinin iştirakı ilə hərbə girişərək onları qurtarırlar.

§5. “Duxə Qocə oğlu Dəli Domrul” boyu: Dəli Dumrul adın­də bir qəhrəmanın qüvvətinə güvənərək Əzrayıl ilə müca­diləsinə aiddir. Nəticədə Əzrayıl qalib gəlir. İslam xürafatı ilə dolu bir mənqəbədir.

§ 6. “Qanlı Qoca oğlu Qan Turalı” boyu: Qan Turalı İç Oğuzda Taş Oğuzdə istədigi binici və hərb edici qızı bulmaz. Nəhayət, Trabzon Təkfurunun qızını bəgənir. Halbuki, bu qızı almaq üçün Təkfurun bəslədigi üç canavarı (arslan, buğa və buğrayı) yenmək lazım gəlirdi. Qan Turalı bunu qəbul edərək ca­navarların üçünü də yenər və qızı alar. Dügün yapar. Fəqət təkfur peşiman olur. Arxasından ordu göndərər. Ordunu Qan Turalı ilə zövcəsi Selcan Xatun birlikdə dağıdıb məğlub edərlər.

§7. “Qazılıq Qocə oğlı Yegnək” boyu: Qazılıq Qoca Ba­yın­­dır xandan alaraq Qara dəniz sahilindəki Düzmürd qələsi tək­furunə saldırır; fəqət məğlub və əsir olur. On altı sənə əsarətdə qa­lır. Oğlu Yeknək on beş yaşınə girincəyə qədər atasının əsir ol­du­ğunu ondan saxlarlar. Böyüyüncə bunu ögrənir və Bayındır xa­nın müsaidəsilə ordu toplayaraq Düzmürdə gəlir və atasını qurtarır.

§8. “Basat Təpəgözü öldürdügü boyu”: Təpəgöz degilən bir adam oğuzlara düşmən kəsilir. Bu adam xurafi şəkildə qüv­vətə malikmiş. İnsan yeyirmiş. Oğuzlar bundan qurtulmaq üçün Dədə Qorqud vasitəsilə gündə iki adam, beş yüz qoyun vermək şərtilə müqavilə yaparlar. Bir gün hərbdən dönən Basatın yanına bir qarı gəlir; bir danəcik olan oğlunun Təpəgözdən qur­tarmasını rica edər. Basat da silahlanıb gedər. Xürafi mahiyyətdə olan bir çox xariqüladəliklərdən sonra, Təpəgözin tək gözünü dələr, nəha­yət başını kəsər. Bu surətlə oğuzları təhlükəli bir düşmandan qur­tarır. Bu mənqəbədə islamiyyətin xürafi təsiri var.

§ 9. “Bəkil oğlu İmranın boyu”: Bəkil adındə bir qəhrə­man ovda ikən bacağı qırılır. Bunu hiss edən düşman təkfur üzə­rinə hücum edər. Oğlu İmran üç yüz yigidlə qarşı çıxar. Fəqət düş­man qüvvəti qarşısındə zəif olur. Cəbrail ona yardım edər və qalib çıxar. Bunda da ərəb dininin xürafi tərbiyəsi mövcuddur.

§10. “Uşun Qoca oğlu Səkrək boyu”: Ənənə mocibincə Uşun Qocanın böyük oğlu Əkrək Qazandan axın diləyor. Kökcə dənizə doğru gəlir. Qara tonlu kafərlərlə hərb edər; Əkrəgi Əlincə qələsinə əsir edərlər. Bunu küçük qardaşı Səkrəkdən saxlarlar; nə­hayət böyüdükdən sonra xəbər alır; Qardaşını qurtarmağa get­mək istər. Annəsi, atası buraxmaz. Onu evləndirərlər. O də qızla öz arasına qılıncını qoyar və görüşməz; doğru qardaşının əsir ol­duğu yerə gəlir. Qələdən çıxarılan əsgərlərin həpsini öldürər. Nə­hayət, əsir olan Əgrəkə derlər ki, bu gələn adamı sən öldürürsən, səni azad edəriz. Əgrək də qəbul edər və Səkrəkə qarşı çıxar. Bu­radə iki qardaş bir-birlərini tanır. İkisi birləşir, kafərləri məğlub edərlər.

§11. “Salur Qazanın dustaq olub oğlu Uruz çıxardığı bo­yu”: Ov əsnasında yorulub uyuyan Qazan Tumaten qələsi tək­furi tərəfindən basılaraq əsir edilir. (....). Zaman sonra oğlu Uruz böyüyür və ordu ilə bərabər atasını qurtarmağa gedər. Təkfur, əsir Qazanı da onlara qarşı çıxarır. Qazan da kəndisini tanıtmadan Oğuz pəhləvanları ilə mücadiləyə girişir. Bir çoxlarını silahdan təcrid edər. Nəhayət meydana oglu Uruz gəlir. Onunla da mü­cadilə edər. Uruz Qazanı umuzundən yaralar. Bunun üzərinə kən­disini tanır. Bundan sonra həpsi birləşərək kafərləri əzərlər.

§12. “İç Oğuz Taş Oğuz asi olub Beyrək öldügü boyu”: Qazan xan ənənə mocibincə İç Oğuz bəgləri ilə Taş Oğuz bəg­lərinə qonaqlıq verərdi. Fəqət bir dəfə yalnız İç Oğuz bəglərini çağırdı. Bundan Taş Oğuz bəgləri darıldılar və Qazanın yanınə gəlməzlər. Dəvət üzərinə də Taş Oğuz bəglərinin rəisi Uruz get­məz. Beyrəki də öz tərəflərinə çəkmək istərlər, qəbul etməz. Uruz onun bacağını qoparır; Beyrək ölür. Bunu gəlib Qazana xəbər verirlər. Qazan da ordu toplayıb gedər. Nəticədə Uruzun başını uçururlar. Taş Oğuzlar də Qazana təkrar ittihaq edərlər.

 

“Qorqud” kitabının dilcə mahiyyəti

Əsər səciyyə etibarilə bu gün Şərqi Oğuz ləhcəsi deyilən Azər­baycan türkcəsinin ümumi xətlərinə havidir. Kitabdakı bəzi kəlmələr və fel şəkilləri bu günkü ləhcəmizdən düşmüşsə də əhə­miyyət etibarilə bu kəlmələrə ədəbiyyatımızın müxtəlif dövr­lərə aid məhsullarında təsadüf edilməkdədir. Yalnız kəlmələrin məna­sı degil cümlədəki mövqeyini xüsusi təbir və ifadələrin əksərisi şəkil etibarilə indi böylə xalq dilində yaşıyor:

“Oğuz bəgləri bir yerə gəlüb yığnaq olmağə başladı” (səhifə 7). “Qərə qoyun yəxnisindən önə gətürin yersə yesün, yeməzsə tursun getsün” (səhifə . “Bunlər böylə edəcək Bay Burə bəgin acığı tutdı” (səhifə 21). “Semiz qoyun, arıq toğlı bayırdə qalsə qurt gəlüb yeməzdi” (səhifə 33). “Bəli baş kəsdi, qan tökdü, adam axtardı”, (səhifə 41). “Adaqlusinə aparın görsün ol yəxşi bilür zi­ra ol dikübdür” (səhifə 50). “Səxt olmıyayım on altı ildir kim ba­bayın tutsağıyın ata-anayə, qavmə qardaşə həsrətəm” (səhifə 52). Xanını Qazandan mana buyruq oldu, mana kimsə tolaşmaz (səhi­fə 51). “Gurəşdə mən səni basmadımmı” (səhifə 64). “Beyrəkin ata­sınə anasınə muştuluğə çapar getdi” (səhifə 65). “Əmcəgin ağ­zınə verdi bir sürdi olancə südini aldı” (səhifə 121).

“Qorqud” da bəzi kəlmələr var ki, bu gün onları biz qollan­maqla bərabər, onların bir çoxuna məşhur Melioranskinin XIII əsrdə Azərbaycan qitəsində yazıldığını iddia etdiyi “Kitab həli­yə­tül-insan və həmbətül-lisan”da təsadüf ediyoruz.

“Qorqud”un bir çox təbirləri pək əskidir. Məsəla, “gerçək­lərin üç atız (otuz) on yaşını toldursəyin” on otuz on yaşındə tol­sun” cümlələrinin yüz və bin saylarının yad edilişi cəhətindən Or­xon kitabələrinin ifadəsinə yaxlaşıyor.

Kitabın kəlmələri ümumiyyətlə xalis türkcədir. Ərəbcə və farscə kəlmələr qayət azdır. Hətta bu gün bütün adlarımız ərəbcə olduğu halda Qorquddakı adamlar üç müstəsna ilə həp türkcə ad daşıyorlar. Diqqət ediləcək bir şey olduğu üçün kitabdakı bütün adları buraya nəql ediyoruz:

Burlə Xatun, Çiçək, Selcan Xatun, Dersə, Buğac, Bay Burə bəg, Bayındır, Salur, Qazan, Ulaş, Uruz, Yapuğ, Qiyan, Selcək, Don­dar, Qarabudaq, Qaragünə, Beyrək, İlek, Qoca, Alp Ərəp, Bam­sı, Dəli Qarcar, Qısır Yengə, Uşun Qoca, Mahaq, Əmən, Səkrək, Yekrək, Tərs Uzamış...

“Qorqud” kitabının türkcəmizin ümumi quruluşu etibarilə göstərdigi əskikligi daha qolay ayırd edə bilmək üçün burada sərf-nəhvini qısaca tədqiq edəcəgiz:

Şəxsi zəmirlər: bən-mən, sən, o-ol, biz, siz, an-lərdir.

Məsdərlər hazırda qollandığımız şəkildədir. Tək-tük təcili məsdərlərə də rast gəliniyor: “Mana bir qız alı ver kim mən yer­dən turmadın...” Müzare: “Asl maddənin sonuna “ur” “ar” lahə­qə­lərinin (?-B.Ə.) əlavəsilə hasil olan müzare”, “Qorqud”da qarı­şıqdır. Bu gün “ar” əlavəsilə yapdığımız müzare, Qorqud də urlə və “ur”la həqəsilə yapdığımız “ar”lə təşkil edildigi də vaqedir.

Halın təşkilində Osmanlı türkcəsində olduğu kibi əsl maddə­nin sonuna “yor” gəlməz; “ir-ur” (Bilürmisiz Qazana necə heyf eyləmək gərək).

Nəqli-mazisi şəklində “miş” lahəqəsi yerinə “üb”, mənfisin­də “məyub”, “mayub” qollanılır (qan tökübdür, çələdi alibdır). Ha­liyə rəbt siğəsi “rək-raq” degil, “ub-ubən-uban”dır. (Kabən kob məni ol yigidə versən), (Dədəm Qorqud gəlübən şadlığ çal­dı), (ət basuban qan sıxıruz).

Əmri-mazi yalnız məsdərin asl maddəsindən ibarət qalmı­yor. Sonunə “gil”, “ğıl” alıyor (Qərə ayğırın cilavsini mana tutğıl yigit), (Dört yanını kafər bəğlədi, bölmü bilgil). Bugünkü ləhcə­mizdə isə “gilən-ğılan” şəklindədir. Mənfi şəklində son lahəqədə əvvəl “mə-ma” gəliyor.

İzafətdə müzafi-əleyhin sonuna “n” (sağır nun) yerinə “n”-də buluyoruz.

Müzareyi-mütəkəllim şəklində “rin”, “yayın”, mənfisində “məzin” ədatını alır. “Mən sana bu ağaclə yemək pişüririn”. “Əgər mənim evimi qurtaracaq olursə səni əmiraxur eyləyəyin”. “Mən yerindən də adam ögməzin”.

Müzareyin müxatibi-cəmisi “siniz”lə degil “siz” ilə yapılı­yor. Bu şəkil indi belə əhalimiz ağzında yaşamaqdadır. “Xoşmı­ğız-əsənmisiz”.

Rəbti siğalarındə təqibiyyə halı “-icə-incə” olmaz”, -cək,      -gəc” alır. “Böylə dekəc Qazanın əqli başından getdi”. “Dəstmalı gözinə səlcək gözi açıldı”. İkinci şəkil hala yaşıyor.

Müzarenin iltizamiyi-siqəsində mütəkəllim bəzən “əyin-ayın”, -yəm-iyəm, bəzən də indiki kibi yalnız “m” alır. “Qız qal­qə oynayə mən qopuz çalım”. “Ağan Qazanın namusunu sındı­rayınmı”, “görəyim, Oğuzda mənim dostum, düşmənim kimdir?

Müzarenin nəqli-mazisinin -dən, -dan yerinə bəzən –“dın”-dır. “Mana bir qız alı ver kim mən yerimdən turmadın ol turgəc gərək”.

Məful-əleyh məful-müə yerində də görüyoruz: “Qılıcə toğ­ra­nayım”. Məfuli-müə ədatı bəzən “lən”dir. “Sağilən solunə göz gəzdirdi”. Müzaf-ileyhin sonundə “-n”, yerinə -“n”də yazılıyor. “Qərə ayqırın cilavsi”.

Sifət nisbəti indi olduğu kibi “-çi” degil “-ci”dir: “aqınca”, “muştılıqcı”.

Zərflər: incə, niyə, ardıncə, dəkin (dək, qadar, bəlli qaru (geri), qəçən-qaçan.

Kəlmələrin fail, məfulin cümlədəki yeri ləhcəmizin indiki şəkli kibidir. Tək-tük kəlmələr də bəzi hərflər dəyişikdir. Bilmək məsdərinin “-K”yi, “-ğ”dır: “binməğ” kimi. “Kiçik” kəlməsinin sonundakı kaf qoydur: “Kiçi” deyə qollanıyor. Bizim qaranlığ dedigimiz kəlmə “qarankulı” şəklində qollanılıyor.

Kəlmələrin tərkibində az-çox fərq seçilə bilməklə bərabər ki­tabda müstəqər bir imlanın bulunmayışı, bir kəlmənin müxtəlif şəkillərdə yazılması, sərfcə təhlili gücləndirməkdədir. Bununla bərabər bu gün ədəbi türkcəmizə görə görülən fərqlər əvam türk­cəsində tamamilə mövcuddur.

 

Qorqudun bədii qiymətləri

“Qorqud” kitabı, ümumiyyətlə xəlqiyyat sahəsində qalan əsərlər içində ən çox bədii qiymətlərə malik olandır. Akademik Bartold bu əsəri Anadolu türklərinin məşhur “Battal Qazi” mən­qə­bəsi ilə müqayisə etdigi zaman “Qorqud” kitabını daha yüksək və daha şairanə buluyor.

Əsər başdan sonuna qədər qısa cümlələrlə yazılmış səlis bir ifadəyi havidir; cümlələrin qısalığına bir çox kəlmə və sifətlərin təkrar edilməsi və zəif olsa də səcilər yazılması ibtidai bir mənzum ahəngi veriyor. Bu ahəng etibarilə Qorqudun çox yarısı nəzm ilə nəsr arasındə xüsusi bir şəklə malikdir. Bu şəkl za­ma­nında daha çox musiqi ilə bərabər söylənildiyini, yaxud ahəngdar bir səslə oxunulduğunu ifadə edər. Ümumiyyətlə, “nağılçılıq” ümumilik bütün psixolojisini havidir. Təkrar və səciləri bugünkü zövqü böylə oxşayacaq dərəcə tamlıdır.

İfadəyə ədəbi qiymət verən təşbihlər də ayrıca diqqəti cəlb edər. Məsəla:

Qoşa badam sığmayan tar ağızlım

Küz əlmasinə bənzər al yanaqlım –

parçasında ağızın kiçikligini “qoşa badam” sığmayacaq ifadəsi ilə izahı, sevgili yanağının son bahar almasınə bənzədilməsi çox ori­jinal bir təşbihdir. “İgitlərim, Əzrailin gözüni öylə qorxutdım ki, gün qapuyi qodı tar bacadən qaçdı” kibi qüvvətli ifadələr də az deyildir.

Əsər dastanı – Epigue*– bir mahiyyətdə olmaqla bərabər için­də lirik parçalar də az degildir:

“Qarğı cida cida oynadanlar vardı gəldi

Altun cida oynadanə yarəb, noldı?

Qaraqoç atə binənlər vardı gəldi

Bədoy atlı bir oğulə yarəb noldı?

Nökər gəldi, naib gəldi

Yalnuz bir oğulə yarəb noldı?

 

Ğafillücə gözəl başın kəsdürəsən

Ağ bürcəkli (birçəkli) anam oğul deyərkən

Başım bəxti Qazan div ağıldəsən

Qayıdübən baba gerü döngil

Altun ban evinə sürüb varğıl

Qarıcıq olmiş anamə umud olğıl

Qərə gözlü qız qərtaşumı ağlatmağıl

Qəricıq olmış anamı sızlatmağıl

 

Anam mənim içün gög geyüb qərə sarınsun

Qalın Oğuz elində yasım tutsin

Mənim başım sənin yalınə qurban olsun.

Lirik parçalar yanında həsdən uzaq qismlər də çoxdur: Qan Turalı adında bir gənc də evlənmək istərkən qızda aradığı məziy­yətlər cümləsindən “Mən qanlu kafər ilinə varmədin ol varmış, mana baş gətirmiş ola” – diyor. Selcan Xatun adında bir qadın bir erkək cəngavər kibi hərb ediyor, qılınc vuruyor. Kitabda olan qadın tipi ilə islami qadın tipi çox fərqlidir.

Qeyri-islami ünsürlərdən birisi də qurdun müqəddəs tanın­ma­sıdır. Məlum olduğu üzrə qurd əski türk ənənələrinə görə bir totem dərəcəsindədir. Kitabda da bu tələqqi “qurda qurban olmaq dərəcəsində görülüyor ki, islamiyyətə ziddir: “Sudan keçdi. Bu gəz bir qurdə tuş aldı. Qurdun yüzü mübarəkdir. Qurdlən bir xəbərləşin didi” (səhifə 26).

“Ordumın xəbərin bilürmisin degil mana

Qərə başım qurban olsun qurdun sana” (səhifə 67).

Kitabda içkiçilik təbii bir ənənə şəklindədir. Şülənlərdən, qonaqlıqlardə bol-bol şərab qollanılıyor: “Toquz qarə gəzzin, örmə saçlı, əlləri biləkdən qınalı, parmakları nigarlı boğazlari birər quş kafər qızlari al şərabı altun ayağlə Qalın Oğuz bəglərinə gəzdirərlərdi (səhifə 21 və 40,68,113,143). Birisi öldügü zaman at quyruğu kəsmək, mavi (gök) əlbisə geymək, yüz yırtmaq, adətləri də oğuzların müsəlman olmadan əvvəlki ənənələrinin təmadisidir.

Bununlə bərabər islamiyyətin törətmiş olduğu “mollalıq” psixolojisi də kitabdə az degildir.


N Ə T İ CƏ

 

Azərbaycan türklərinin əşirət dövründə, müsəlmanlığın intişa­rın­dan əvvəlki zamanlarda malik olduqları ədəbiyyat qədim Orta Asi­ya oğuz ədəbiyyatının davamı deməkdir. Ehtiva etdigi xarakte­ri­sinin tələqqilər, lisani mahiyyət və bədii qiymətləri tamamilə step-çöl köçəbələrinə aid olan ümumi ədəbi görüş məhsullarının eynidir.

Əşiri ədəbiyyatımız ictimai sinifçilik nöqteyi-nəzərindən iki ay­rı xətt təqib etmişdir; bu da o zamankı siyasi və ictimai həyatla əla­qədar olaraq doğmuşdur ki, birisi kəndliləri və bütün müstəqil ya­şayanları içinə alan aşağı xalq təbəqəsinə aid ədəbi xətt: ikincisi də əşirət aristokrasisinin zövq və həyatını tərənnüm və nəşr edən xətt­dir. İki zidd sinfin malı olan bu ədəbiyyatlar dil etibarilə birdir. Bu­gün bunların xalq ədəbiyyatı adı altında yad edilməsi sırf bu cəhət­dəndir.

Əşirət ədəbiyyatı şəkil etibarilə nəsr halında bulunuyor. Fəqət bir taqım səbəblər və fel kəlmələrinin təkrarlanması ilə bir xüsusiyyət qazanan bu nəsr az-çox havi olduğu ahəng sayəsində nəzmə yaxlaşmış bir mahiyyətdədir. Bu kibi məhsullar musiqinin əlavəsilə daha ahəngdar bir şəkil alırdı. İlk mənzum əsərləri vəznli atalar sözü təşkil edir. Gərək bunlardakı və gərəksə yavaş-yavaş meydana çıxan milli vəzn, bu gün “heca vəzni” dedigimiz vəzn idi.

Ümumiyyətlə, əşiri ədəbiyyatımız köçəbəligin bütün psixo­lo­jisini daşıyır; ən çox bəhs etdigi mövzu” cəngavərligə, biçinçi­ligə, silah qollanmağa, ov ovlamağə aiddir. Bu dövrün məlum olan yeganə əsəri “Oğuznamə”dir ki, hicrətin ilk əsrlərində bir külliyyat halında təsbit edilmişdir. Misirli müvərrix Əbubəkr Abdullah Dəvadarinin Oğuznamənin mündəricatı haqqında ver­digi qısa izahat onun də bu mövzuların bir məcmusundan başqa bir şey olmadığını göstərən bu nöqteyi-nəzərdən oğuznaməyə dastani tarix deyən türkoloqlar də var.

İctimai sistem etibarilə əhalimiz əşirət həyatından sıyrılaraq dərəbəglik üsuluna başlarkən, hətta başladıqdan çox sonra də islam dininin qorxunc istilasına rəğmən əşirət ədəbiyyatımız daha uzun müddət xalq arasındə yaşamışdır.

Ucra kəndlərdə əski səciyyəsini bütün mənası ilə mühafizə etdigi halda birər islamiyyət ocağı halina keçməgə başlayan bö­yük kənd və qəsəbələrdə bu ədəbiyyat yavaş-yavaş müsəlman­lı­ğın təsiri altına girdi bir çox islami ünsürlər və etiqadlar əski ağız ədəbiyyatımızın bütün məhsullarında göründügü kibi oğuznamə­nin mövzuları (motiv) da islamlaşmış bir şəkil aldı. Bununla bərabər əski elementlər tamamilə qalxmış demək degildi; bunun için islamlaşmış Oğuznamə, müsəlmanlıq dərəbəgliginə keçən əski cəmiyyətin istimalə girən devrinin xarakterlərini haizdir. Bu yarım şamani, yarımislami oğuznamədən bizə yenə hər biri ayrı-ayrı “Oğuznamə” adını tanıyan on iki mənqəbə qalmışdır ki, bu gün Qorqud kitabı sərlövhəsi altındə mərufdur.

Bir ozandan başqa bir şey olmayan Qorqudun məcmuəsi – bizə qədər gələn vəsiqələr nöqteyi-nəzərindən Azərbaycan türklə­rinin yazılı ədəbiyyatına aid ilk əsərdir. Dədə Qorqudun bir ozan sifətilə bu mənqəbələri davam etdirməsi və ona yeni bir tema əlavə etməsi, oğuznamə adını daşıyan hekayələrin Qorqud adında izafətən şöhrətinə mocib olmuşdur.

Bu mənqəbələr xalq sinifləri tərəfindən məqbul görülməklə bərabər bütün mövzu və səciyyə etibarilə əşirət aristokrat sinfinin yaratdığı çadır ədəbiyyatı məhsuludur. Qəti nəzm şəklini ehtiva etməməklə bərabər yuxarıda yad edilən vəznli və səcəli nəsr üçün gözəl bir nümunə təşkil edər.

Hicri I əsrin ilk rübündə qəti surətdə müsəlman yapılan Azər­baycan və Qafqaz türkləri arasında bir tərəfdən Quran ədəbiyyatı geniş surətdə yerləşirkən, digər tərəfdən də yüksək bir şeriyyətə malik oğuznamə hekayələri ta miladi XVIII əsrə qədər əhalimiz arasında müxtəlif dəgişikliklərə uğrayaraq qüvvətlə yaşamışdır.

Yüksək qərə mağlarım

Sana yəylaq olsun.

Souq-souq sularım

sana içət olsun.

Tavlə-tavlə şahbaz atlarım

Sana bikət olsun.

Dənlügi altun ban evim

Sana kölgə olsun.

Qatar-qatar dəvələrin

Sənə yüklət olsun.

Ayağındə ağcə qoyunım

Sana şülən olsun.

Gözin kimi tutarsə

Könlin kimi sevərsə

Sən onə varğıl

İki oğulcığı öksüz qomağıl.

Zamanındə mədəni inkişafın ibtidailigi nəzərə alınmaqla bərabər denilə bilir ki, “Dədə Qorqud” kitabı ümumi heyət etibarilə yüksək bədii və ədəbi qiymətləri olan tipik bir əsərdir.

 

Qorqud kitabında qeyri-islami ünsürlər

Kitabın əsl ilk nüsxəsi islamiyyətin intişarı başlanğıcındə yazıl­sa da, bir çox əski türk ünsürlərini daşımaqdadır. Bu hal hər şeydən əvvəl kitabdə qadınlara ayrılan ictimai mövqedə gözə çarpır. Beyrək adındə bir gənc kəndisinə alınacaq qızda binicilik, atıcılıq kibi mə­ziy­yətlər arayır: “Baba mana bir qız alı ver kim, mən yerdən tur­ma­dın ol turgəc gərək mən qərəqoç atımə binmə­din ol binməğ gərək. Mən qırımə varmədin ol mana baş gətürmək gərək (səhifə 44). Beyrək adında bir ərkəgə təsadüf edən bir qadın, erkəkə ova çıxmaq, at yarışdırmaq, ox atmaq, güləşmək təklif ediyor (səhifə 43). Yalancı oğlı Yalıncığın dügünində erkən çalğıçılar (ozanlar) çalğı çalıb nüktəli şərqi söyliyorlar; qızlar, qadınlar də oynuyorlar (səhifə 62).

 

Orxon kitabələrindən bir parça

Bilgə qağan adınə olan abidənin şərq cəbhəsindən

“...Toquz Oğuz mənim budunum erti. Tənri yer bulğaqın üçün, özinə güni təkdik üçün, yağı bultı. Bir yılqa tört yolı so­nuşdım. Əniligi Toğı Balığda sonmuşdım. Tuğla ökizin yüzti ke­çip süsi... İkindi Andarğudə sonuşdım. Süsin sancdım. Elin altım. Üçünc Çuşbaşında sonuşdım. Türk budun azaq qamaştı. Yabalıq bultaçı erti. Özə yaya gəligimə süsin ağıtım. Öküş altıçı andə tirilti. Apdə Tunra Yılpağu atı bir oğışığ Tonatəkin yuğında Əgirə toqıdım. Törtinc özgəndi qadında sonuşdım. Süsin andə sancdım. Yabartıdım... yaşımə Amağı qurağın qışladıqda yut bultı. Yazınə Oğuz tapa sölədim. İlki Su taşıqmış erti. İkin su abdə erti. Üç Oğuz süsi basa ölti. Yavağ yabır bultı. Tiyin alğılı gəlti. Oğuz sı­nar süsi əbəgi bartığ yolğılı bardı. Sınar süsi sonuşgili gəlti. Bir az ertimiz, Oğuzlar. Tənri güc bir tük üçün anda sancdım. Ya­badım. Tənri yarlı qoduq üçün mən qarqonduq üçün türk budun qazğamış ertinç. Mən inlikü bunça başlayu qazğanmadım. Tirik budun öltəçi ertin tinc, yuq bultaçı erti...

...Özə tənri, aydıq yer, sub eçim qağan Quti tapqılmadı ertinc Toquz Oğuz budun yerin süsin idip Tabğac qaru bardı. Tabğaç budun yerinçi kəlti. İkidin teyisən... budun yazqılatı... Bir ye Tabğaçda atı, kusı yuq bultı. Bu yerdə meta qul bultı. Mən özim qağan olatuğım üçün türk budunuğ...

...Toquz Oğuz bəgləri! Budunum! Bu sabamın ədəküti eşid, qatığadı tinlə. İlgərü gün toğu sıqa, bir girü gün ortu sınəru qurı­ğaru gün batısıqına, yırğaru tük ortu sıpəru anda içəriki budun qop mana görür mən bunça budun qop əytədim. Ol amatı yağı yuq Türk qağan Ötükən yış öldursar. İltə yük-yoq. İlgərü Şandun yazıqa təki suladım. Taluyqa kiçik təgmədim”.

 

Əski türk şerlərindən nümunələr:

Alp ər Tunğa adındə bir qəhrəmanın ölümü münasibətilə bun­dan doqquz yüz əlli yıl əvvəl tərtib edilmiş bir dastandır. Bu dastan 1073-də yazılan “Divani-lüğəti-it türk”də vardır:

Alp Ər Tunqa öldimü

İssiz atun qaldımu

Üzlən ucin aldımu

İmdi yürək yırtılur.

 

Üzlən qamığ kövrədi

Ərdən arığ səfrədi

Yuncıq yavuz türədi

Ərdəm bəki çərtilür.

 

Ökrə-yüki mindağ oq

Munda əzən bildağ oq

Ətsa atun əğrab oq

Təflər başı gərtülür.

 

Öpşib ərən burlayu

Yırtar yaqa urlayu

Sıqrıb onı yurlayu

Sığtıb gözi örtilür

 

Könlüm için örtədi

Yetmiş yaşığ qartədi

Keçmiş özün irtədi

Tün kün keçib irtilür

 

Bəklər atın arğurub

Qazğu anı turğurub

Mənkəzi yüzi sar ğurub

Kər kim ənkər turtılur.

 

Üzlən yarağ güzətti

Oğrı tuzaq üzətti

Bəklər bəkin əzitti

Qacğa qalı qurtılur

 

Üzlən güni səğirtür

Yelinkuq kücin kəqərtür

Ərdil ajun səfərtür

Qacsa taqı ərtilür

 

Atsa oqın kəp kərib

Kimtür anı yığdacı

Tağığ etib uğrasa

Özü qoyı yırtılur.

 

Bilna bogu yoncıdı

Atun atı yancıdı

Ərdəm atı tıncıdı

Yerna səkib sürtilür

Av ovlamaq şeri:

İğriq başı qazlayu

Sağraq tədlu gözləyü

Saqınc quzı gizləyü

Tün gün bila sefinəlim.

 

Yigitlərin işlətü

Yığac yemiş irğətü

Qulan keyik avlatü

Yadırım qılıb evinəlim.

 

Cağrı birib quşlatu

Tayğın edib tişlətü

Tikli tonquz teşlətü

Ərdəm bila ögünəlim.

 

Göglər qamuğ tuzuldı

İğri indiş tizildi

Sənsiz üzüm üzüldü

Gəlgil əmül oyinalım.

 

Tutsun minüb səgirtsin

Əsizligin əmürtsin

İtgə keyik qaytarsın

Tutmış sanı üminəlim

Bəzi pərakəndə misralar:

Tuncı yağar bulutı, altun tamar arığ

Aqsa anın aqını qandı mənim qanığ.

 

Urmuş atun bu suğın qılmış anı balığ

Əmsəm ənkər tilanıb sızda bulur yaqığ

Tərkən qatun qutınqa tökür məndin tuşuğ

Ayğıl sizinin tabuğçı utanür yengi tabuğ

 

Əlikim arığ qırcatur oq başağı

Oğıs aldığ tərnəlik uza kub qaşağı

Unkudu nələg yalvarmadının qaç qama bir dinin tavar

Qolu məliğ bulub qatındının qanın əmdi bir suvar.

 

Ötrü turub yağdı əngər kiş oqı çığılğar

Aydım aşığ qılğu eməs sən taqı yalğar.

 

Əski bir ozanin qadınlar haqqında fikirləri

Bu parça Qorqud kitabının başına qonulmuşdur: əski imlasile buraya alıyoruz:

Qərilər (qarılar) dört dürlüdür; birisi solduran soydır, birisi tolduran toydır, birisi evin tayağıdır (dayağıdır), birisi incə söy­lesən bayağıdır.

Evin tayağı oldır ki, yazıdan yəbandan (yabandan) evə bir qo­naq (qonaq) gəlsə ər adət (evin erkəgi) evdə olmasa ol ani yedirər, içirər ağır (ər ağırlar) əzizlər göndərər ol Ayişə, Fatimə sayıdır.

Gəldik olkim solduran soydır: sabah deyincə yerindən uru turar əlin yüzün yumadin (yumadan) toquz bizləməz ilen bir külük yoğırd (yoğurd) küzlər toyunca tıqə-basə (tıqa-basa) yer, əlin bögrünə urar aydır: bu evi xarab olasi (olası) arə varalıdan berü dəxi qərnım (qarnım) toymadı yüzim gülmadi, ayağım pəşmaq (başmaq) yüzim yaşmaq (yaşmaq) görmədi diyar ay öləydi bu öləydi birinə dəki varəydim umarimdən yəxşi o barıq olaydı diyar.

Gəldik olkim tolduran toydır dəprənəncə yerindən uru turdı əlin yüzin yumadan obanın ol ucından bu ucına bu ucından ol ucına çarpəşdirdi, qodu qıldı, dən dənlədi öylə dencə gəzdi əylə­dən sonra evinə gəldi gördi kim oğrı köpək yenə taqe evini bir-birinə qatmış Tavuq kümsine sığır tamınə dürşmiş qonşularınə çağırır ki, qız zəlxə (Zalixa), Zibeydə, Ürüyde, can qız, can Paşa, iynə Mələk, Qutlu Mələk ölməgə, itməgə getmişdim yatacaq yerim genə bu xarab olasıydı, noleydi, bənim evimə bir ləhzə baqaydınız, qonşu haqqı tanri haqqi deyü söylər.

Gəldik ol kim necə söylərsən bayağıdır. Evinə yazıdan yabandan bir udlu qonaq gəlse ar adam evdə olsa ona disə ki, tur ətmək gətür yiyəlim bu da yesün disə bişmiş ətməgün bəqası ol­maz yemək gərəkdir. Övrət ayıdar neyliyəlim bu yıqlacaq un yoq, ələk yoq, dəvə degirmaninden gəlmədi diyər, nə gəlürsə bənim sağrimə gəlsün deyü alin… Urar yönün ona və sağrısın ərinə döndərər. Pək söylərsək birsini qoymaz ərin sözünün qulağına qoymaz, ol növ peyğəmbərin eşşəgi əslidir».

Xanım hey Salur Qazanın evi yağmalandığı bayını bəyan edər.[13]

 

«Qorqud» mənqəbələrindən bir nümunə (öz imzasilə)

Bir gün Ulaş oğlı Tulu quşın yavrusu bizə miskin ümidi, ümmət sayının aslanı Qaraçuğın qaplanı, qonur atın ayası, Xan Uruzun ağası, Bayındır xanın köyküsü Qalın Oğuzun devleti, qalmış yigit arxası Salur Qazan yerindən turmışdı. Toqsan başlı evlərin qərə yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala qalı, ipək düşəmişdi (döşəmişdi), səksən yerdə badyələr qorulmışdı, altun əyağə sürahilər düzülmüşdi.

Toquz qarə gözlü xub yüzlü saçı ardinə uzlu, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqlari nigarlı məhbub kafər qızlari Qalın Oğuz bəglərinə sığrəq sürüb içərlərdi.

İçüb-içüb Ulaş Salur Qazanın alnına şərabın itisi çıqdı, qə­bad­dı üzərinə çökdi, ayıtdı: Ünüm inləyin bəglər, sözüm dinləyin bəglər yata-yata yanımız ağridi, turə-turə belümiz qurıdı. Yürü­yəlim a beglər, av avlıyalım, quş quşlıyalım sığın-keyik yıqulum qayıdalım otağımızə düşəlim yeyəlim içəlüm xoş keçəlim.

Qıyan Səlcuq oğlı Dəli Tondar aydır: Bəli Xan Qazan məs­lə­hətdir. Qaragünə oğlı Qarabudaq aydır: Ağam Qazan məsləhət­dir. Anlar eylə digac at ağızlu, Gürcüstan ağzində oturərsən ordın üstünə kimi qorsən.

Qazan aydır: Üç yüz yigitlən oğlum Uruz mənim evim üstinə tursun didi. Qonur atın çəkdirdi bütün bindi. Təpəl qaşğə ayagırnə Tondar bindi. Gəg bədöyüsin tartdırdı Qazan bəgün qarındası Qaragünə bindi. Ağ bədöyüsin çəkdirdi Bayındır xanın yağısın basan Şir Şəmsəddin bindi.

Parəsarın Bayburd həsarından parlıyub (uçan) Beyrək boz ayğırına bindi. Qonur atlı Qazana keşiş diyən Bəg Begnək turı aygırına bindi. Saya darsəm dükətmə olməz. Qalın Oğuz bəgləri bindi. Ələ tağə ələ ləşgər avə çıqdı.

Kafərin casusi casuslədi vardı kafərlər urgunı Şökli Məlikə xəbər verdi. Yeddi bin qaftanın ardı yerenctəlü, yarmədən qarə sap­lu, sasi dinlü, din düşməni alacə atlu kafər bindi yılğadı dün bucağından Qazan begin ordusuna gəldi, altun baş evlərin kafər­lər çarpdılar, qazə bənzər qızı-gəlini çıqrışdırdılar, tövlə-tövlə şəhbaz atlarını bindilər, qatar-qatar qızıl dəvələrini yetədilər, ağır xəzinətini, bol aqçesini yağmalədilər, qırq ince bellü qızile boyu uzun Burla Xatun yesir getdi. Qazan bəgün qarıcıq almış qarə dəvə boynundan asılu getdi. Xan Qazanın oğlı Uruz beg üç yüz yigitlən əli bağlu boyını bağlu getdi. İlek qoca oğlı Sarı Qılmaş Qazan begün evi üzərində şəhid oldı.

Qazanın bu işlərdən xəbəri yoq.

Kafər aydır: Begler Qazanın tövlə-tövlə şahbaz atlarını bil­mi­şüz, altun aqçasını yağmalamışuz. Qırq yigitlan oğlu Uruzı tut­saq etmişüz. Qatar-qatar develerini yetəmişüz, qırq incə bellü qız­nan Qazanın həlalını tütmışız. Bu heyfləri biz Qazana etmişüz, dedi.

Kafərin biri aydır: Qazan bəgdə bir heyfimiz qaldı. Şöklü Məlik aydır: Mərə, Aznaur, nə heyfimiz qaldı. Kafər aydır: Qaza­nın Qopular Dərvəndində on bin qoyunı vardır. Şol qoyunları dəxi götürsək Qazana ulu heyf edərik didi. Şökli Məlik aydır: Altı yüz kafər varsın gətürsin didi.

Altı yüz kafər atlandı qoyunın üzərinə ilğar vardı. Gecə yatırkən Qaracıq Çoban qarə qayğulu vaqeə gördi. Vaqeəsindən sərmərdi uru turdı. Qabangüci, Demirgüci – bu iki qardaşı yanına aldı ağılın qapusini bərkitdi, üç yerdə dəpə kibi taş yığdı, ələ qüvvətli sapandın əlinə aldı.

Nagahdan Qaracıq Çobanın üzərinə altı yüz kafər qoyuldı. Kafər aydır:

Qaranqu axşam olanda qayğulu çoban

Qarla yatmur yağanda çaqmaqlu çoban

Südi piniri bol qaymaqlu çoban

Qazan begin denlügi altun ban evlerini biz yıqmışuz, qariciq ana­sını biz götürmişiz, ağır xəzinə bol aqçasıni biz yağmalamişüz. Qa­za bənzər qızı gəlini biz yesir etmişüz, Brə Çoban arağından, ya­qınından bəri gəlgil, baş endirib bağır basğıl biz kaferə səlam ver­gil, öldürməyelim, Şökli Məlikə səni ilatalüm sana beglik adı verəlim.

Çoban aydır:

Ələ-qırı söyləmə mere itim kafər

İtümilə bir yalaqda yundum içən azğun kafər

Altundaki alağa atun nə ögərsən

Alə başlu keçimcə gəlməz manna

Başındağı tuğulğani nə əgərsən mərə kafir

Başımdağı börkümçe gəlməz mana

Altmış tutam göndərini nə əgərsən murdan kafər

Qızılcıc dəganəgimcə gəlməz mana

Qızılcacını nə əgərsən mərə kafər

Əgri başlu çomağımca gəlməz mana

Belində toqsan oqun nə əgərsən mərə kafən

Ələ qollu sapanımca gəlməz mana

İrağından yəqinindən bərü gəlgil yigitlərin zərbini görgil andan ötgil, – dedi.

Bitəklif kafərlər at təpdilər, ox səpdilər.

Ərənlər urnı Qaracıq Çoban sapanının əyasına taş qodı atdı. Birin atandan ikisin, üçin yıqdı, ikisin atanda üçin, dördün yıqdı. Kafərlər gözünə qorxu düşdü. Qaracıq Çoban kafərin üç yüzini sapan taşilə yerə buraxdı. İki qardaşı uca düşdi, şəhid oldı. Ço­banın taşı dükəndi, qoyun diməz, keçi diməz sabanın ayasına qor atar, kafəri yıqar.

Kafərin gözi qorqdı dünya-aləm kafərin başına qaranku oldı, aydır: Yarımasun, yarçımasun bu çoban bizim hepimiz qırar ol­muş dedilər. Dəxi turmıyub qaçdılar.

Çoban şəhid olan qardaşların haqqına qodı. Kafərlər leşin­dən bir böyük dapə yığdı çaqmaq çaqub od yaqdı dəxi kəpənək­gindən qurumsu edüb yarasına basdı: Yolın qıyısın alub oturdu ağladı, sıqladı aydır: Salur Qazan, bəg Qazan ölümisən, dirimisən bu işlərdən xəbərin yoqmıdır, dedi.

Məgər, xanım, ol gecə Qalın Oğuzun dövləti, Bayındır xanın köyküsi Ulaş oğlı Salur Qazan qara qayğulu vaqeə gördi, Sarmər­di urı turdı, aydır: Bilirmisən, qarındaşım Qaragünə duşımdə nə göründi, qara qayğulu vaqeə gördüm yumrığında malın şahın bə­nim quşımı alur gördüm, gögdən ildırım ağban evim üzərinə şa­qər gördim, dəvəm qara pusarlıq ordımın üzərinə tökülür gördüm, quduz qurtlar evimi dəlir gördüm. Qara dəvəm aksam dir qurur gördüm. Qorğu kibi qara saçım odamaz gördüm, uzanıban gözimi örter gördüm. Biləgümdən on barmağımı qanda gördüm. Necə kim bu duşı gördüm şundan bərü əqlim, usım dirə bilmən, xanım qardaş mənim bu duşımı yorğıl manna dedi.

Qaragünə aydır:

Qara bulıt dedigin sənin dövlətindir. Qarile yağmur dedigin ləşkərdir. Saç qayğudur. Qan qarədir. Qalanın yorə bilməz, allah yorsun, dedi.

Böylə digəc Qazan aydır. Mənim avımı bozma ləşkərimi tə­qitmə bən bu gün gög ata qaqərəm üç günlük yolı bir gündə alı­ram öylə olmadın yurdın üstinə varərəm əgər sağdır, asandır ax­şam olmadın genə bən sana gəlürəm. Ordım sağ asan degil isə ba­şınuza çarə edin. Mən dəxi getdim, dedi. Qonır atın mahmuzladi.

Qazan bəg mahmuzlədi yola getdi gəli-gəli yurdunın üzərinə gəldi gördikim uçarda quzğun tazı tüşmüş yüranda qalmış.

Qazan beg burada yurdlan xəbərləşmiş görəlim xanın nə xəbərləşmiş, Qazan aydır:

Qum qumlayım, quma yurdım

Qulanla sığın, keyikə qonşu yurdım

Səni yağı nireden darılmış gözəl yurdım

Ağ ban evim gələndə yurdı qalmış

Qaracıq anam oturında yeri qalmış

Oğlım Uruz ox atanda puta qalmış

Oğuz bəgləri at çapanda meydan qalmış

Qara mudbaq dikiləndə ocaq qalmış

Bu halları gördigində Qazanın qaradiymə gözləri qan-yaş toldı. Qan tumrıları qaynadi, qara bağri sarsildı qarakür atını öncələdi, kafər keçigi yola düşdi, getdi.

Qazanın önünə bir su gəldi, Qazan aydır: Su haq didarın görmişdir. Bən bu suyla xəbərləşim, dedi. Görəlim, xanım, nicə xəbərləşdi, Qazan aydır:

Çığnam-çığnam qayalardan çıqan su

Ağac gəmiləri oynadan su

Həsənlə Hüseynin həsrəti su

Bağ və bostanın ziynəti su

Ayişə ilə Fatimənin nigahı su

Şahbaz atlar içdigi su

Qızıl dəvələr gəlib keçdigi su

Ağ qoyunlar gəlüb çevrəsində yatdığı su

Ordımın xəbərin bilürmisən degil mana

Qara başım qurban olsun suyım sana dedi.

Su qaçan xəbər versə gərək.

Sudan keçdi. Bu göz bir qurda tuş oldu. Qurd yüzi müba­rək­dir, qurdlan bir xəbərləşim, dedi. Görəlim xanım nə xəbərləşdi. Qazan aydır:

Qaranqu axşam olanda güni toğan

Qarilə yağmur yağanda ar kibi turan

Qaraqoc atlari keşneşdiren

Qızıl dəvə gördiginde butrəşdirən

Ağca qoyun gördigində quyrıq çırpub qamçılayan

Arqasını urub bərk ağılın ardın sökən

Qarmə yükəc semüzin alub tutan

Qanlu qiyruq üzüb çap-çap yudan

Avazı qaba köpəklərə qoca salan

Çaqmaqlu çəpə çobanlari dünlə yükreden

Ordımın xəbərin bilürmisən degil mana

Qara başım qurban olsun qurdım sana, dedi.

Qurd qaçan xəbər versə gərək.

Qurtdan dəxi keçdi. Qaraca Çobanın qara köpəgi Qazana qarşu gəldi. Qara köpəkləm xəbərləşdi, görəlim xanım nə xəbər­ləşdi. Aydır:

Qaranqu axşam olanda vaf-vaf ürən

Acı ayran töküləndə çap-çap içən

Gələn xırsızlari qorqudan

Qorquduban şamamasilə ürkidən

Ordımın xəbərin bilürmisən degil mana

Qara başım sağlığından eyilürlən edim köpək sana. dedi.

Köpək qaçan xəbər versən gərək.

Köpək Qazanın atının çap-çap düşər. Sək-sək səklər. Qazan bir tumar ilə köpəgi urdı. Köpək çəkildi, gəldiyi yola getdi. Qa­zan köpəgi qolayı Qaraca Çobanın üzərinə gəldi. Çobanı gördü­gündə xəbərləşdi. Görəlim xanım nə xəbərləşdi. Qazan aydır:

Qaranqu axşam olanda qayğulu çoban

Qarla yağmur yağanda çaqmaqlu çoban

Ünüm inlə, sözüm dinlə

Ağban evim şundan keçmiş, gördigini degil mana

Qara başım qurban olsun, çoban, sana. – dedi.

Çoban aydır: ölmüşmiydin, itmişmiydin Qazan, qanda gəzir­din. Bizə dedin Qazan, dün yoq, öteli gün idin bundan keçdi qa­riciq anan qare dəvə boynında asılu keçdi, qırq ingə bellü qızilə halalın boyu uzun Burla Xatun ağlıyuban şundan keçdi, qırq yigitlən oğlın Uruz başı açuq, yalın ayaq kafirlərin yanınca tutsaq getdi. Tavla-tavla Şahbaz atlarin kafər binmiş, qatar-qatar qızıl dəvələrin kafər binmiş, altun-altun bol xəzinəni kafir almış.

Çoban böylə digəc Qazan ah etdi. Əqli başından getdi. Dün­ya-aləm gözünə qaranqu oldı, aydır: Ağzın qurusun çoban dilin çürsün çoban. Qadir sənin alnına qada yazsun çoban, dedi.

Qazan böylə degac çoban aydır:

Nə qarqarsan bana ağam Qazan

Yoxsa köksündə yoqmıdır iman.

Altı yüz kafər dəxi mənim üzərimə gəldi. İki qardaşım şəhid oldu. Üç yüz kafər öldürdüm. Qəza etdim, Semüz qoyun, arıq toq­lı sənin qapundan kafərlərə vermədim üç yerdə yaralandım, qara başım yüklədi, yalkuz qaldım. Suçum bumıdır, dedi. Çoban aydır:

Qonur atın vergil mana

Altmış tutam göndərini vergil mana

Aq alaca qalqanını vergil mana

Qara polat üz qılıncın vergil mana

Sadağında səksən oqın vergil mana

Ağ tozlıca qəti yayın vergil mana

Kafərə mən varayın, yenidən toğayın, öldüreyin yükümlə, alnım qanın bən sileyim, ölürsəm sənin uğruna bən öləyim, allah təala qorsə evini bən qurtarayım, dedi. Çoban böylə degəc Qaza­na təhər gəldi. İləri yürüyürdü.

Çoban deki Qazanın ardından yetdi

Qazan döndü, oğul, çoban, qendə gidərsin, dedi.

Çoban aydır: Ağam Qazan sən evin almağa gedirsən mən da­xı qarındaşımın qanın almağa gedərəm dedi.

Böylə degəc Qazan aydır: Oğul, Çoban qarnım acdır, hiç kəs­nən varmıdır yeməgə, dedi.

Çoban aydır: bəli, ağam Qazan, gecədən bir quzu bişürüb­dürdim gəl bu ağac dibində enəlim yəyalım, dedi.

Endilər, çoban təğarcığı çıqardı, yedilər.

Qazan fikir eylədi, aydır: əgər çoban bilə olmasa Qazan kafəri alməzdi, deyərlər, dedi. Qazana qeyrət gəldi. Çobanı bir ağaca sare-sare möhkəm bağladi. Əyalandı, yürüyü verdi.

Çoban aydıra: mərə çoban, qarnın acıqlamışkən gözünə qübar etməmiş ikən bu ağacı qoparı gər. Yoxsa səni qurtlar-quşlar yer dedi. Qaraca çoban zərb eylədi. Qaba ağacı yeriylə-yurduyla qopardı. Arqasına aldı. Qazanın ardına düşdü.

Qazan baqdı gördi çoban ağacı arqasına almış gəlür. Qazan aydır: Mərə, çoban bu ağac nə ağacdır.

Çoban aydır: Ağam Qazan bu ağac ol ağacdır kim sən kafəri basarsan, qarnın acığər. Mən sana bu ağacla yemək pişürərin, dedi.

Qazana bu söz xoş gəldi. Atından endi. Çobanın əllərini çözdi. Alnından bir öpdi, aydır: Allah mənim evimi qurtaralcaq olarsa səni əmir-axur eyləyəyin, dedi. İkisi böylə yola girdi.

Bu yana Şöklü Məlik kafərlərlə şin-şadman yeyüb-içib out­rar­dı, aydır: Bəglər bilürmisiz Qazana necə heyf eyləmək gərək. Boyı uzun Burla Xatunı götürüb sığraqa sürdürmək gərək, dedi.

Boyı uzun Burla bunu eşitdi. Yüregilə canına odlar düşdi. Qırq incə bellü qızun içinə girdi üket verdi, aydır: Qanqunıza yapışurlarsa Qazan Xatunu qanqınızdır deyü qırq yerdən avaz verəsiz, dedi.

Şöklü Məlikdən adam gəldi. Qazan bəgün xatunu qanqınuz­dır, dedi. Qırq yerdən avaz gəldi. Qanqusudır bilmedilər. Kafərə xəbər verdilər. Birnə yanışdıq, qırq yerdən avaz gəldi. Bilmədik qanqısıdır, dedilər.

Kafər aydır: Mərə, varın Qazanın oqlı Uruzı tartun çengele asun qiymə-qiymə ağ ətindən çəkün qarə qavurma pişürdib qırq beg qızına iletün. Hər kim yedi ol degil, hər kim yemədi oldur. Alun gəlün sığraq sürsin, dedi.

Boyı uzun Burla xatun oğlının yamacına gəldi. Çağırıb oğlına söylər, görəlim xanı mnə söylər. Aydır:

Oğul, oğul, ay oğul,

Bilürmisən nələr oldı?

Söyləşdilər fısıl-fısıl

Kafərin felin tuydum

Dənalügi altun ban evimin qəbzəsi oğul

Qaza bənzər qızımın gəlinimin çiçəgi oğul.

Oğul, oğul, ay oğul

Toquz ay tar qarnımda götürdigim oğul

On ay deyəndə dünyaya gətürdigim oğul

Tolləməsi beşikdə bələdügim oğul.

Kafərlər tərs tanışmışlar Qazan oğlı Uruzu həbsdən çıqardın bunmazdan aq orğanla asun, iki talusından çengele sancub qiymə-qiymə ağ ətindən çəkün qarə qovurma edüb qırq beg qızına iletün, hər kim yedi ol degil, hər kim yemədi ol Qazan xatünıdır. Çəkün döşegimizə gətürəlim, sığraq sürdürelim demişlər. Sənin ətündən oğul yeyayınmı, yaxsa sası dinlü kafərin döşəginə girəyinmi, ağan Qazanın namusunu sındırayınmı, necedin, oğul hey dedi.

Uruz aydır: Ağzın qurusun ana, dilün çürisin ana, ana haqqı tanqi haqqi denilmişdi, salqubəni yerimdən turaydım, yeqanla boğa­zından tutaydım qabı öncəm altına salaydım ağ yüzini qarə yerə də­pəydim, ağzunla burnundan qan şorladaydim. Can tatlu sapa gös­tereydim. Bu nə sözdür. Saqın, qadın ana. Mənim üzərimə gəlmi­yəsən, mənim üçün ağlamıyasan, qo bəni ana çengele ursunlar, qo ətimdən çəksünlər, qara qavurma etsünlər, qırq beg qızının önünə ilətsünlər, onlar bir yedigində sən iki yegil səni kafərlər bilməsünlər, tuymasunlar. Ta kim sası dinlü kafərin döşəginə varmıyasan, sığra­ğın sürmiyəsən, atam Qazan namusını sımayasan, saqın, dedi.

Oğlan böylə degəc buldır-buldır gözünün yaşı revan oldı. Boyı uzun belli Burla Xatun boynıla qulağın aldı düşdi. Küz alması kibi al yanağın tutdı, yırtdı. Qarğu kibi qare saçını yoldı. Oğul, oğul deyüban zarlıq qıldı, ağladı.

Uruz aydır:

Qarın ana,

Qarşım alub ne bögürərsən

Nə bozlarsan, nə ağlarsan

Bağrımlə yürəgim nə tağlarsan

Keçmiş mənim günimi nə nə andırarsan

Heya ana!

Ərəbi atlar olan yerdə

Bir qulunı olmazmi opur

Qızıl dəvələr olan yerdə

Bir köşegi olmazmı olur

Ağca qoyunlar olan yerdə

Bir quzıcığı olmazmı olur

Sən sağ ol qadın ana

Babam sağ olsun

Bir mənim kibi oğul bulmazmı olur, dedi.

Qazan aydır: Qaraciq Çoban anamı kafərdən diləyəlim. At ayağı altında qalmasun, dedi.

At ayağı külek, ozan dili çevik olur. Qazan kafərə çağırub söyləmiş, görəlim xanım, nə söyləmiş, aydır: - Mare Şöklü Məlik deklügi altun ban evlərimi gətürübdürirsən sana kölgə olsun. Ağır xəzinət, bol aqçam götürübdirirsən sana xərcliq olsun. Qırq incə bellü qızla Burla Xatunı götürübdirirsən sana yesir olsun. Qırq yigidlen oğlım Uruzu götürübdirirsən qulın olsun. Tavla-tavla Şah­baz atlarim götürübdirirsən sana binət olsun. Qatar-qatar də­və­­lərim göturubdirirsən sana yuklat olsun. Qarıcıq anam göturub­dirirsən mərə kafir anamı vergil mana. Savaşmadin, uruşmadin qayıdayım. Görü dönim, gedeyim, bəllü bilgil, dedi.

Kafər aydır: Mare, Qazan, dənlügi altun ban evini gətürmi­şin bizimdir. Qırq incə bellü qızla boyı uzun Burla Xatunu gətürmişiz bizimdir. Tavla-tavla şahbaz atlarin qatar-qatar dəvə­lərin gətürmişiz bizimdir. Qaricıq ananı gətürmişiz bizimdir. Sana verməziz. Yayxat keşiş oğlına verəriz. Yayxat keşiş oqlından oqlı toğar biz anı bana ğırım qorız, dedilər. Böylə degəc Qaraciq Çobanın acığı tutdu. Totaqları təbsərdi. Çoban aydır:

Mərə dini yoq əqilsin kafər

İssi yoq derneksiz kafər

Qarşı yatan qarlı qara tağlar

Quruyubdur otı bitməz

Qanlu-qanlu ermaqlar

Quruyubdur diyə ayrı gəlməz

Şahbaz-şahbaz atlar

Qariyübdir qulun verməz

Qızıl-qızıl dəvələr

Qariyübdir köşək verməz

Mare kafər Qazanın anası

Qariyübdir oğul verməz.

Dölün olmaqdan safan versə, Şökli Məlik, qara gözlü qızın varsa, gətir Qazana ver, mərə kafər sənin qızından oğlı toğsun, siz anı Qazan bege qırım qoyasız, dedi.

Böylə degec anasının qərarı qalmadı. Yürüyü verdi. Qırq incə bellü qızın içinə girdi.

Kafərlər Uruzı alıb qənarə dibinə gətürdilər. Uruz aydır: Mare kafər aman, tanrinin, birliginə yoqdır güman. Qoy məni bu ağacla söyləşəlim, dedi. Çağurub ağacə söyləmiş, görəlim xanım, nə söyləmiş:

Ağac-ağac dersem sana, ərlənmə ağac

Məkkə ilə Mədinənin qapusu ağac

Museyi-kelimin əsası ağac

Böyük-böyük suların köprisi ağac

Qara-qara dənizlərin gəmisi ağac

Şah Mərdan Əlinin Düldülünün əyəri ağac

Zülfüqarın qınının qəbzəsi ağac

Şah Həsənlə Hüseynin yetəgi ağac

Əgər ərdir, əgər Ömər tür qorxusu ağac

Başın elə baqır ölsəm başsız ağac

Dibin ələ baqır ölsəm dibsüz ağac

Məni sana asarlar, götürmə ağac

Götürcək olarsan yigitligün səni tutsun ağac

Bizim eldə gərək idin ağac

Qara hindu qullarıma buyuraydım

Səni para-para toğrıyalardi ağac

Ondan etdi:

Tavla-tavla yığlananda atum yazıq

Qartaş saqlıyanda yoldaşıma yazıq

Yumruğunda talbinəndə şahin quşuna yazıq

Begliqə toymadın canıma yazıq

Yigitliginə usanmadın özümə yazıq, dedi.

Yumru-yumru ağladı. Yanıq cigərcigini tağladı. Bu mahalda Sultanım Salur Qazanlam Qaraciq Çoban çapar yetdi.

Çobanın üçyaşar təpə dərisindən sabanın eyasıdır. Üç keçi tobundan Sabanının qollaridi. Bir keçi tabundan çatla yovcıdı. Hər atanda on iki batman taş atardı. Atdığı taş yerə düşməzdi. Yerə dəxi düşsə toz kibi savrulardı. Üç yoladıq taşı düşdigi yerin otı bitməzdi. Semiz qoyun, arıq toğlı bayırda qalsa qurt gəlib yeməzdi. Sabanın qorqusundan. Eylə olsa Sultanım Qaraciq Çoban Saban canlatdı. Dünya-aləm kafərin gözinə qaranqu oldı. Bu mahalda Qalın Oğuz begleri yetdi, xanım, görəlim, kimlər yetdi: Qara dəvə ağzında qadir verən Qara buğa dərisindən peşəgin yapuğı olan, acığı tutanda qara taşı kül eyləyən, bıgın ensesinde yeddi yerdə dügen ərənlər avreni Qazan begin qartaşı Qaragünə çenar yetdi. Çal qılıcın qardaş Qazan yetdim, dedi.

Bunun ardınca görəlim xanım, kimlər yetdi:

Demür Qapu Dervendindeki demir qapuyı dönüb alan altmış tutam ale göndərigin ucında ar yügriden Qıyan Salcuq oglı Dəlü Dondar çapar yetdi. Çal qılıcın ağam Qazan yetdim, dedi.

Bunun ardınca görəlim xanım, kimlər yetdi:

Həmidlən Mərdin qalasın dəlüb yıqan dəmür yaylı Qıpçaq Məlikə qan qusduran gəlübən Qazanın qızın ərliklə alan Oğuz ağ saqqallu qocalari görəndə ol yigidi təhsinləyən al məxmuri şal­varlı, atı bəhri qotazlı Qaragünə oğlı Qarabudaq çaap yetdi. Çal qılıcın, ağam Qazan yetdim, dedi.

Bunun ardınca görəlim kimlər yetdi:

Düstursızca Bayandır xanın yağisin basan altmış bin kafərə qan qusduran ağ-boz atının yelisi üzərində qar turdıran Qaflət Qo­ca oğlı Şir Şəmsəddin çapar yetdi. Çal qılıcın ağam Qazan yetdim, dedi.

Bunun ardınca görəlim, xanım, kimlər yetdi:

Parasarın Bayburd hasarından parlayıp uçan ap-alacə gərdə­ginə qarşu gələn yeddi qızın Umudı Qalın Oğuz ayğırcısı, Qazan bəgin inağı, boz ayqırlı Beyrək çapar yetdi. Çal qılıncın, ağam Qazan yetdim, dedi.

Bunun ardınca görəlim, xanım, kimlər yetdi:

Çaya çalmalu, çalqara quş ərdəmlü, qurqurma qoşqulu qula­ğı altun köpli qalın oğuz bəglərini bir-bir atından yıqıcı Qazlıq Qoca oglı Yek Yekinek çapar yetdi. Çal qılıcın ağam Qazan, yekt­dim, dedi.

Bunun ardınca görelim, xanım kimlər yetdi:

Altmış örkec dərisindən kürk eyləcə topuqlarını örtməyən altı ökəc dərisindən külah etsə qulaqlarini örtməyən qolı, budu xərancə, uzun baldırlı, incə, Qazan begün tayısı, at ağızlu Uruz Qoca çapar yetdi. Çap qılığın bəgüm Qazan yetdim, dedi.

Bunun ardınca görelim kimlər yetdi:

Barıban peyğəmbərin yüzini görən, gəlübən Oğuzda səba­hasi olan acığı tutanda bıqlarından qan çıqan, bığı qanlu Bekdüz Əman çapar yetdi. Çal qılıncın, ağam Qazan, yetdim, dedi.

Bunun ardınca görelim kimlər yetdi:

Kafərləri it ardına burağıb xorliyan eldən çıqub. Ayğır gözlü suyundan at yüzdürən alli yeddi qalanin kimidin alan Ağ Məlik Çeşmə qızına nigah edən Sonı Saldal Məlike qan qusdıan,qırq cübbə bürünüb otız yeddi qala beginin Məhbub qızlarini çalub bir-bir boyının qucan, yüzində, todağında öpən əlin qoca oğlı Alb Ərən çapar yetdi. Çal qılıncın ağam Qazan yetdim, dedi.

Saymaqla Oğuz bəgləri tükənsə olmaz. Həp yetdilər, arı sudan abdest aldılar. Ağ alınlarini yerə qoydular. İki rükət namaz qıldılar. Adı görkli Məhəmmədə salavat gətirdilər. Bitek təklif kafərə at saldılar. Qılınc çaldılar. Gumur-gumur naqaralar degildi, burəməsi altun tuc borular çalındı.

Ol gün cigərində alan ər yigitlər bölürdi. Ol gün bir qiyamət savaş oldı. Meydan tolu baş oldı. Başlar kəsildi, top kibi. Şahbaz-şahbaz atlar yükredi, nalı düşdi. Ala-ala göndərilər süslədi, qara polat üz qılınclar çalındı, yelmağı düşdü. Uc yeləkli qayın oqlar atıldı, dəmrəni düşdü. Qiyamətin bir günü ol gün oldı. Beg nö­kərdən, nökər bəgdən ayrıldı.

Taş Oğuz bəglərilə Dəli Tondar sağdan depdi. Cilasun yigit­lərlə Qaragünə oğlı Dəli Budaq soldan dəldi. İç Oğuz bəglərilə Qazan düna dəldi. Şökli Məliki bir gətirdiyəni atdan saldı. Qafil­licə qara başın alub kesdi. Qaxışdı alaca qanın yer yüzinə dökdi. Sağ tərəfdə Qara Tükən Məlikə qıyan Səlcuq oğlı Dəli Tondar qarşu gəldi. Sağ yanını qılıcladı yerə saldı. Sol tərəfdə Buğacıq Məlikə Qaragünə oğlı Dəli Budaq qarşu gəldi. Altı yerli kürz ilə dəpəsinə qatı tuqa urdı. Dünya-aləm gözinə qaranqu oldı, at boynın qucaqladi, yerə düşdi.

Qazan begin qartaşı kafərin tuğilə sancağın qılıcladi, yerə saldı. Dərələrdə, dəpələrdə kafərə qırğun girdi. Təşnə quzğun uşdı, on iki bin kafər qılından keçdi, beş yüz oğuz yigitləri şəhid oldı.

Qacanını Qazan bəg qomadı, aman diyəni öldürmədi. Qalın Oğuz bəgləri toyum oldı.

Qazan bəg ordısını, oğlanını, uşağını, xəzinəsini aldı, geri döndi. Altuntəktində yenə evini dikdi. Qaraciq Çobanı əmirakur eylədi. Yeddi gün, yeddi gecə yemə-içmə oldı. Qarabaşqul qırq qırtaq oglı Uruzun başına azad eylədi. Cilasun qoc yigitlərə qa­labə ölkə verdi, şalvar, cübbə, çuqa verdi.

Dədə Qorqud gəlübən boy boyladı, söy söylədi, bu oğuz­na­meyi düzdü, qoşdı, böylə dedi: qani dedigüm beg ərənlər, dünya mənim diyənlər, əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldı. Gəlimlü, gedimlü dünya axır, son ucı ölümlü dünya.

Yum verəyim xanım: qarnı tağların yığılmasun. Kölgəlicə qaba ağacın kəsilməsün, qamən açan görklü suyın qurımasun. Qadir tanrı səni namərdə möhtac etməsün. Çaparkən ağ-boz atın büdrəməsin. Çalışında qara polat üz qılıncın gödəlməsün, dartışarkən ala gön­dərin avanmasun. Ağ saqqallü baban yeri uçmaq olsun. Ağ birçəklü anan yeri behişt olsun. Axır, sonı ari imandan ayırmasun. Amin diyənlər didar görsün. Ağ alnunda beş kəlmə dua qıldıq qəbul olsun, Allah verən ömrün uzalmasun. Yığışdırsun dürüşdürsün, günahlarını adı görklü Məhəmməd Mustafa yüzi suyına bağışlasun.


LÜĞƏT

 

A

aristokrasis – aristokrat, zadəgan

anarşi – anarxiya

 

B

basılmışdır – çap olunmuşdur

bəniyyəd – tayfa, qəbilə

biləks – əksinə

binaən-əleyh – ona görə, o səbəbə görə

birər – bir-bir

bilxassə – xüsusilə

behcət – sevinc, şadlıq, gözəllik

bulunmaq – tanınmaq, üzə çıxmaq

 

V

vaqe – ortaya çıxan

vaqiə – hadisə, əhvalat

vazeh – açıq, aydın

vəqə – ciddi əhəmiyyət verən, yüksək qiymətləndirilən

vəsaiq – material, sənəd, vəsiqə

vəsiqə – sənəd, fakt

 

Q

qaim – mövcud olan

qansamaq – əhatə etmək

qac – çox

qalay – asan

qəmət – büsbütün, tamamilə

qərin – 1) yaxın qonşu; 2) bir şeyə nail olan

qollanmaq – yazılmaq, hallanmaq

qovmi – qəbilə, tayfa, bir xalqın müəyyən qrupu

qüdsiyyət – müqəddəslik aləmi

 

Ğ

ğayət – 1) son, nəticə; 2) son məqsəd; 3) son dərəcə

ğərabət – qaranlıq

ğərib – göydəndüşmə, uyğun gəlməyən

ğeyrət – qeyrət etmək, çalışmaq

 

D

dizilən – yazılan, tərtib edilən

dügün – toy

 

Ə

əvam türkcəsi – saf xalq dili, dialekt

ədd etmək – sona çatdırmaq

ədd olunamaz – iddia olunmaz

ədəmi – böyük

ənfəs – subyektiv

əski – qədim

əcəmcə – farsca

əşirət – ibtidai

 

Z

zaviyə – 1) guşə, bucaq; 2) təkyə, hücrə

zəhab – getmə, yola düşmə

zəfi – zəiflik, gücsüzlük, acizlik

ziraətçilik – əkinçiliklə məşğul olma

 

İ

iqamətnamin – yaşayış yeri

iqdam – məqsədə çatmağa çalışmaq, istədiyini əldə etməyə səy etmək

izafətən – artırma, əlavə etmə

iktifa – kifayət etmə, təmin olunma

imarə – bir tərəfə əyilmə, meyl etmə

imhasində – məhvində, yox edilməsində

intiqal – nəql olunma, yerini dəyişmə, keçmə

intişar – yayma

iskan – yerləşmək, məskunlaşmaq

istinsax – surətini çıxarma, yeni nüsxə yaratma

istasyon – stansiya

istimalə – təsəlli vermə

istirdad – geri istəmə, geri alma

istixrac – ehtimal

istişraq – elm, tədqiqat

icab – 1) lüzum, ehtiyac; 2) labüdlük, zərurilik

iştiqaq – sözün mənşəyi ilə məşğul olanlar

 

Y

yabançı – yad, xarici

yaxlaşırkən – yaxınlaşarkən

yanmaq – etmək, iş görmək

 

K

kəbirən-sağirən – böyüklü-kiçikli, hamı

kəndilərini – özlərini

kibi – kimi

köy – kənd

kötülük – pislik

köçəbə – köçərilik

 

G

gömlək – köynək

k– göy, mavi

 

L

ləbbini – məzmununu, əsasını

lesrandlərdə – əfsanələrdə

lisan – dil

 

M

mavərayi – bir şeyin arxasında, o tərəfdə olan

masal-naqın mazi – keçmiş, tarixi

məfvi – köçəri olmayan, oturaq

mədxəl – giriş, müqəddimə

məğzub – qəzəbə gəlmiş, gözdən düşmüş

mənqəbə – boy, hekayə

məcburiyyət – bağlılıq

mərkəb – minik heyvanı, at, eşşək

məruf – məşhur, şöhrətli, tanınmış

məxləc – 1) yekun, xülasə; 2) təxəllüs

məcəllə – kitab, məcmuə

məcusi – zərdüşt dinindən olan, atəşpərəst

məhfuzfur – qorunmuş, saxlanmış

muntəzu – müntəzəm

mutlu – xoşbəxt

müstəqər – oturaq

müstəmriq – şərqşünas, tədqiqatçı alim

murəkkən – məskunlaşma

müsaid – 1) imkan yaradan; 2) kömək edən

müvərrix – araşdırıcı, tarixçi

müntəşir – nəşr olunmuş

müdəqqiq – tədqiq edən

münəqəddir – qadir olan

mütəkənlim – danışan, natiq

müttəhidən – əlbir olaraq

mütəhəssis – həssas

mütəməkkin – təmkinli

mütəqaib – təqib edən, arxasından gələn

mütəhəd – əhd bağlanmış

mutə – birləşmiş

mütəsəvvif – sufilik

müxbəm – mübhəm, gizli

mühəssilə – hasil edən, əmələ gətirən, tələbə

müşairə – şeirləşmə, deyişmə

 

N

namlı – adlı

nasıl – necə

nəşi etmək – göstərmək, təsvir etmək

nemsə – alman

nerə – hara

nestori – xristian təriqəti

 

P

propaqanda – təbliğat

 

S

saqınmaq – çəkinmək

step – çöl

soğuq – soyuq

son bahar – payız

sınır – sərhəd

 

T

taqım – qrup, hissə

təbariz – nəsil, nəsəb

təbir – söz, üsul, tərz

təb edilən – çap olunan

təqsim – düzüm, bölmə, hissələrə ayırma

təyid – göstərən, təsdiq edən

təmadi – uzanma, sürmə

tələqqi – qiymətləndirmə, hesab etmə

tətəbbönamə – nəşr, yayma

təcavir – təcavüz

təhfiyyat – redaktə, rəsmi yazılar

tutuq – müqayisə, tutuşdurma

tutunalayıb – qərar tutmayıb

 

U

ufaq – kiçicik, zəif

ucra – ucqar

 

F

fehrist – kitabın içindəkilər

fərsəx – məsafə, ölçü

 

X

xürafi – uydurma, həqiqət olmayan

 

H

havi – əhatə edən

həvali – ətraf, yan

hənuz – hələ, hələlik

həp – bütün

hüviyyəti – əsl, mahiyyət

 

Ç

çuraq – çətin

çöhrə – rəng, sima, üz

 

C

camiə – məscid

cəhr – 1) yaralama; 2) biabır etmə

cins – qism, növ

 

Ş

şimdi – indi

şani – obyektiv


M Ə Q A L Ə L Ə R

 

 

HECA VƏZNİNİN TARİXİ

(Ədəbiyyat teoriyası haqqında)

 

Vəzn dilin məhsuludur, hər ictimai zümrənin, öz ilk şeirinə verdiyi ahəng, dilinin ümumi ahəngindən ayrılan «ənsar ele­ment»­lər məcmusudur. Türklərin şeir musiqisini axtarmaq üçün nə Ərəbistanın qızğın çöllərinə, nə də İranın tozlu ovalarına get­mək lazım deyildir. Sözlərin dilimizə çevrilməsi bunun fəlsəfəsini anlamaq üçün yetişər.

Məlum olduğu üzrə türk qövmlərinin hənuz ibtidai cəmiyyət həyatı yaşarkən, bədii zövqünü doyurmaq məqsədilə yaratdığı şeir, ancaq müharibələrdə yararlıq göstərən qəhrəmanların sərgüzəştləri, əşirətli sürü kimi idarə edən rəislərin mədhləri kimi mövzuları nəşr eyləyən masallardan dastanlardan ibarətdir. Bunlar saz cinsindən telli çalğılar çalınaraq, yüksək səslə söylənirdi. Dastanların sözlə­rinə çalğının havası (melodiyası) verilir və bu surətlə oxunan söz­lər, bir vəzn qazanmış olurdu. Dastanların özləri də az-çox ahəng­dar bir şəkildə idi: cümlələrin sonlarına bir takım zəif səcilər ko­nulması, cümlə və siğələrin təkrar edilməsi və yaxud bəzi nida ədatının cümlə başına və ya sonuna dəfələrlə əlavəsi, adəta ibtidai bir vəzn və qafiyə deməkdir. Zaman keçdikcə türkcənin təkamülü, bu ahəng hərəkətlərindən öz vəznini yaratdı. Bu gün heca vəzni dediyimiz vəzn meydana çıxdı.

Şeirimiz tarixinin başlanğıcı olan bu vəznli nəsr dövründən bizə qədər gəlmiş vəsiqə çox azdır. XIX əsrin başlarında Alma­niyada Drezden kitabxanasının əlyazmaları içində «Kitabi-Də­dəm Qorqud ala lisan-i tayife-i Oğuzan»[14] adında bir kitab bu­lundu.[15] Dünya ədəbiyyat mənbələri içində bunun başqa bir nüsxəsinə hənuz rast gəlinməmişdir. Yazıldığı tarixi ilə yeni və kopya edəni (məstənsəx-peresçik) məlum olmayan bu kitab əv­vəllər başlı-başına bir əsər olaraq tanınmışdı. Halbuki, sonralar 10 il qədər əvvəlisi, Misir, İstanbul kitabxanalarında bulunan Əbubəkr Abdullah ibn Aybək əl Dəvadari adlı birisinin ərəbcə bir tarix kitabı, bunun Oğuz türklərinin ortadan itən «Oğuznamə» adlı mənqəbələr kitabının bir paçası olduğunu meydana çıxardı.[16]

«Dədə Qorqud» kitabının bu nüsxəsinin hər nə qədər müsəlmanlığın oğuzlar tərəfindən qəbulundan sonra kopya edil­diyi məlum olursa da, fəqət mündəricatı istər mövzu, istərsə yazı üsulu etibarilə olsun, tamamən vəznli nəsr dövrünün xarakterini göstərir. Daha yaxından görə bilmək üçün buraya imlasına toxunmadan bir neçə nümunə alırız:

«Qaranqu axşam olanda vaf-vaf ürən!

Acı ayran tökiləndə çap-çap içən!

Gələn xırsuzları qorqudan!

Qorquduban şəmatəsilə ürküdən!

Ordumın xəbərin bilürmisin, değil bana!

Qara başım, sağlığında eyilüklər edəm, köpək sana!» (səh.27)

 

«Salqum-salqum tan yelləri əsdigində

Saqqallu boz ac turğay sayradıqda,

Bədəvi atlar issin görüb oğradıqda,

Saqqalı uzun tat əri banladıqda,

Ağlı, qaralı seçilən çağda,

Qalın Oğuzun gəlini-qızı bəzənən çağda,

Köksi gözəl qaba tağlara gün dəgəndə,

Bəg yigitlər cilasınlar bir-birinə qoyulan çağda». (səh.12)

«Bəri gəlgil, başım bəxti, evüm təxti!

Evdən çıqub yüriyəndə səlvi boylum!

Topuğında sarmaşanda qara saçlum!

Qurulu yaya bənzər çatma qoşlum!

Qoşa badam sığmayan tar ağızlum!

Güz almasına bənzər al yanaqlım!» (səh.8)

 

«Qadın ana! Qarşum alub nə bögrərsən?

Nə bozlarsan, nə ağlarsan?

Bağrımla yürəgim nə tağlarsan?

Keçmiş mənim günimi də andırarsan?

Hey, ana! Ərəbi atlar olan yerdə

Bir qulunı olmazmı olur?

Qızıl dəvələr olan yerdə

Bir köşəgi olmazmı olur?

Ağca qoyunlar olan yerdə

Bir quzıcığı olmazmı olur?

Sən sağ ol, qadın ana! Babam sağ olsun!

Bir mənim gibi oğul bülünmazmı olur!». (səh.57)

 

«Qarşı yatan qara tağım yıqılubdır,

Ozan, sənin xəbərin yoq.

Kölgəlicə qaba ağacım kəsilübdir,

Ozan, sənin xəbərin yoq.

Çalma, ozan, ayıtma, ozan,

Qaraluca mən qızın nəsinə gərək, ozan?»[17] (səh.58)

Vəznli nəsrdən yavaş-yavaş heca vəzni doğmağa başladı. He­canın ilk təcəllisi, qədim atalar sözündə görülür. Əksəriylə iki, bə­zən dörd bölmədən ibarət olan bir qismi atalar sözü kiçik bir mən­zumə şəklini ərz edər. Ən əski atalar sözlərində bir çoxunu bizə qə­dər nəql edən vasitə, bundan min il qədər əvvəl Mahmud əl-Hüseyn əl-Kaşqari adında bir zat tərəfindən yazılan «Divan-ül lüğət-üt türk» adında bir lüğət kitabıdır.[18] Heca vəzninin təka­mülünə aid ilk səfhalar haqqında qəti bir fikir vermək məqsədilə bundakı mənzum atalar sözündən bir neçəsini əski imlasilə burada nəql ediyoruz:

«Qul yağı, it buri (qurt)».

«Alımçı Arslan,

birimci siçan».

(Bürc verən Aslan, bürc alan siçan)

 

«Erkəc əti em bulur (blur)

əsgu əti yel bulur»

(Ərkəcin əti dərman olur, keçinin əti yel olur)

 

Oğlaq yeləksiz, oğlan bələksiz

(Oğlaq iliksiz, oğlan biliksiz).

 

«Alplar bırla erşma

Beklar bırla trışma»

(Qəhrəmanlar ilə vuruşma, bəylər ilə duruşma)

 

«Tatsız terk bulmas

Başsız berk bulması»

(Tatsız türk olmaz, başsız börk olmaz)

Miladi 634-732 tarixlərində rəkz olunan Orxon abidələrin­dəki kitabələrin bir çox parçaları vəznli nəşr olduğu gibi, rus türkoloqlarının tədqiqi sayəsində, bunların içində vəzinli mən­zumələr olduğu da anlaşılmışdır.[19]

Bundan da kiçik bir nümunə alıyoruz ki, yeddi hecalı vəzn­lərdir:

 

Bilgə kaqan bitikin

Yolıq tigin bitidim

Buncə barqağ badızın

Özi kaqan atası

Yoluq tigin mən ayı

Altıqa tört gün turup

Bitdim, bad ırtım…

(Bilgə xaqan kitabəsini bən, Yoluğ Təgin yazdım. Bu qədər ev barqı, bəzəgi, rəngi xaqanın canişini olan bən, Yoluğ Təgin bir ay dört gün durub yazdım və bəzədim).

Yuxarıda qeyd etdiyimiz misalların da göstərdiyi kimi heca vəzni meydana çıxarkən əvvəlcə onun qısa-qısa ahənglər doğuran vəznləri vücuda gəlmişdir. Bu vəznlər üç ilə yeddi heca arasın­dadır. İlk dəfə qısa vəznlərin vücuda gəlməsi pək təbii idi. Çünki çox bəsit bir dərəcə olan dil birdən-birə güc və mürəkkəb parçalı (duraqlı) vəznləri yaratmazdı.

Heca vəzninin təşəkkülündən sonra təqib etdiyi təkamül xətti üzərində hasil olan vəznlərə nisbətlə ən çox yayılan qismi yeddi hecalılar oldu.

Bu vəzn əsrlərcə əski dastanlarla yaşadı, təkamül etdi və iki türlü şəkil aldı: birisi duraqsız yeddi hecalı, o birisi iki draqlı idi ki, bunun ilk parçası dörd, ikinci parçası üç hecadan ibarətdir.

Yeddi hecalı çox kullanılmaqla bərabər, altı hecalı vəznlərlə bərabər qarışıq olaraq da işlənmişdir. Məsələ, yeddi hecalı vəzn­lərdə yazılan dastan qitələrinin dördüncü misrası altı hecalı olur, yaxud əksinə olaraq altı hecalı vəznlə yazılan qitələrin dördüncü misrası yeddili olur.

«Divan-ül lüğət-üt türk»ün göstərdiyi əski dastan parçala­rının əksəriyyətlə yeddi hecalı olduğu halda altı və yeddi heca­lıların nümunələri də var. Bu qitə o cümlədəndir:

«Oğdı qızıl bəyraq,

Toğdı qara torpaq,

Yetüşü gəlib oğraq,

Toqquşub anın gecitmez».

(Açıldı qızıl bayraq. Yüksəldi qara torpaq. Yetüşüb gəldi oğraq, onunla toquşmağa başladıq).

Ən əski mənzum dastanlardan bizə qədər qalan nümunələr «Divan-ül lüğət-üt türk»ün zəbt etdiyi dastan parçalarıdır. «Alp ər Tonqa» haqqındakı mərsiyə «Təkqut» və «Yabaku»ların müharibələrinə aid dastanlarla bir çox başqa mənzum parçalardan ibarət olan bu mənzumələr haqqında professor Karl Brokkelman tətəbbönamələr yazmışdır. Onun da göstərdiyi vəchlə bu dastan­lardan yalnız birisi səkkiz hecalıdır. Demək olar ki, yeddi he­calılar inkişaf etdiyi zamanlar altı və səkkiz hecalı vəznlər də şeirə tətbiq ediliyordu. «Divan-ül lüğət-üt türk»ün göstərdiyi nümunə - dördüncü hecadan sonra olmaq üzrə-iki durağa havidir.

İlk heca vəznlərində qəti və müəyyən bir şəkil yoxdur. Eyni vəznin gah duraklı, gah duraksız olaraq kullanıldığı görülür. Bütün qiymətli musiqinin verdiyi ahəngdən alan vəznin yabançı bəstədən sıyrılmağa başladığı mütərəddid zamanında bu çöhrəyi göstərməsi təbiidir. Bunun üçün də bir vəzndə yazılmış mənzum bir parçada iki şəkil gözə çarpar:

Birisi doğrudan doğruya misranın başından sonuna qədər oxumaqla hasil olan ifadə şəkil o biri də oxuyarkən bütün misralarda kəlmələrin müəyyən yerdə bitməsindən doğan ahəngdar şəkil. Birinci şəkildə, ikinci qədər mənzum səlislik yoxdur. Bu ancaq bir nəsr parçası deməkdir. Vəznin mütəşəkkil bir təzahürü deyil, ibtidai bir şəkildir. İkinci şəkil ki, buna duraklı şəkil diyoruz - nəzmin ümumi ahəngini meydana çıxaran qüvvədir.

Diqqət edildiyi zaman ilk mənzumələrdə bu ümumi ahəng də qulağın xoşlanacağı yumşaq bir dərəcədə deyil. Bunlardan doğan ritm əsgər yürüşündən hasil olacaq tatlılığı hiss edəməz: yalnız bir çox kəlmələrin yuvarlanıb getdiyini duyar. Bu kimi sifətləri daşıyan vəznlərdə çöl və steplərdə köçəbəliklə ömr keçi­rən əhalinin sərt mücadələsi ruhu hakimdir. Yuxarıda göstərdiyi­miz əski mənzum nümunələrdə bu, hiss edildiyi kimi aşağıdakı parçalarda da barizdir. Ətraflı səslər, qısa vəznlərdə az duyulur; uzun vəznlər bu xüsusda daha gözəl nümunə təşkil edər.

Mahmud-bun əl-Hüseyn əl-Kaşqarinin «Divan-ül lüğət-üt türk»ündə (1073 tarixində yazılmış) göstərdiyi mənzum parçala­rın çoxu vəznli beytlər də vardır. Bundan da anlaşılır ki, daha o zamanlar, doqquz yüz əlli il əvvəl türk qövmləri ədəbiyyatında bir çox heca vəznləri varmış ki, zaman keçdikcə bunlardan bəzi­ləri ortadan qalxmış, bəziləri daha mütəkamil bir şəkil almışdır. «Divan-ül lüğət-üt türk» də on iki hecalı yalnız bir misra var:

«Əlinim arığ kırca tur ok başaqı»

Təmiz əlim oxun ucu ile dəlindi.

Bu misrada durak səkkizinci hecadadır. On ikilinin bu şəkli zamanımıza qədər yaşamışdır. Bəlkə, bu vəzn də duraksız olaraq kullanılmışdır; bu şəkildə duraklı olsa da havi olduğu ahəng çox zəifdir.

On üç hecalı (Durak yeddincidən sonradır).

«Tər kən qatun qutunqa təgurməndin qoşuğ

Ayğıl sizin tabuğçi ətnür yengi tabuğ»

(Xatun qadına bəndənbir nəğmə yetir,

de ki, sənin qulluqçun yeni bir qulluq istəyir).

 

«Tunçı yağar buğut altun tamar ağır

Aqsa anın aqını qandı mənim qanığ».

(Bulutlarımız təmiz damardan daima altun yağdırır.

Onun nəhri axsa, bana sevinc gəlir).

 

«Urmuş azun busuğun qılmış annı baliğ

Ömsəm önkər tılanıb siz da bulur yaqığ».

(Dünya ona bir pusu qurdu və ona yara vurdu

Yarası için əlac aradı və şəfa yağını sizdə buludu).

 

On beş hecalı:

«Ötrü turub yağdı önkər kişi oki cığlıvar

Aydım asığ qılğu əməs sən tağa yalvar».

(Qarşımda durub ok yağmuru yağdırdı

Dedim: sənə bu fayda verməz, gəl yalvar).

Bu vəzndə durakların ayırdığı parçalar üç dördlük ilə bir üçlükdən ibarətdir.

«Divan-ül lüğət-üt türk»ün təsbit etdiyi mənzumələr içində, altı hecalıdan on beş hecalıya qədər bir çox nümunələr olduğu hal­da bu gün ən çox intişar edən on bir hecalıdan heç də nə yoxdur. De­mək olar ki, on birli vəzn bu zamanlarda hənuz çox tətbiq edil­mə­mişdir. Bu vəznin inkişafını, mütəaqib əsrlərdə aramaq icab edər.

Heca vəzni yaranmağa başladığı ədəbiyyatda təkamül edərək ilər­lərkən, ilk dövrlərdə bir-birinə zidd iki sinfin şeiri tərəfındən qə­bul edilmişdir. Əski türk qövmləri aşırı cəmiyyət həyatı ya­şar­kən hü­su­la gətirdikləri ədəbiyyatın ümum məhsullarına burjua ədə­biyyat alim­ləri xalq ədəbiyyatı deyirlər. Halbuki diqqətlə baxılacaq olursa, bu ədəbiyyatı tamamile xalqın malı add etmək doğru ol­maz. Atalar sö­zu, bilməcə, nağıl, mani kimi ədəbi növlərdə işçi xalq sinfinin iq­ti­sadi, bədii zövqünə aid ünsürləri ehtiva edən məh­sullar olduğu kimi, əşirət rəislərinin, xan və bəylərin, ümumiyyətlə əşirət aristokrasisinin həyatına, qəhrəmanlığına, müharibələrinə aid mədhnamələr də az deyil. Əldə olan vəsiqələrə görə əski məhsul­larm ən çoxu bu aristokrat sinif tərə-fındən meydana gəlmişdir. Hətta aşağı sinfin ən tipik ədəbi növü olan atalar sözlərində belə bu sinif psixologiyasımn hakim olduğunu görürük. Məsəla:

«Alplar birla uruşma,

Beklar birla turuşma”

(Mənası: qəhrəmanlar ilə vuruşma, Bəylərə söz qaytarma).

«Gönda ərk yok

Bəgda qık yok»

(Mənası: Göndə çatlaq yok, bəydə sözündən dönmək yok).

Eyni surətdə ən əski ədəbi vəsiqələrimizdən sayılan və bizim mənsub olduğumuz əski Oğuzlara aid olan Orxon abidələrindəki kitabələr də Bilgə kağan kimi bir xan ilə Gültəkin kimi bir qəh­rəman bəyin tərcümeyi-halını göstərən dastan şəklindədir.

Əşrəf aristokratiyasmm ətrafmda vücuda gələn bu ədəbiy­yatla saray padşahları ətrafinda yaradılan Divan-saray ədəbiyyatı arasmda psixoloji cəhətdən heç bir fərq yoxdur. Bunun üçün əşi­rət bəyləri ətrafında doğan ədəbiyyata biz sarayın ilk şəkli olan əşirət bəy və xan çadırlarına izafeyi çadır ədəbiyyatı deyirik.[20]

İslamiyyət Orta Asiya türkləri arasında bir din şəklində tutun­duq­dan sonra, maddi həyat etibarilə köçəbəlik mənəvi tələq­qilər cəhətindən şamaniliyə bağlı olan əşirət yığınlarının kəndi prinsipləri nöqteyi-nəzərindən kulturize etməklə mümkündür. O, bir tərəfdən istilası altına aldığı qövmləri əski tələqqi və etiqad­larından uzaqlaş­dırarkən, digər tərəfdən də tamamilə islami ma­hiyyətdə olan ictimai müəssisələrini qoruyurdu. Bu siyasət sayə­sindədir ki, o tarixə qədər davam edən türk ədəbiyyatı, yalnız motiv etibarilə deyil, ümumi texnika etibarilə də ayn və yabançı olan yeni bir ədəbiyyat qarşı­sm­da bulunuyordu. Heca vezni gərək xalqın müxtəlif sinifləri və gə­rək­sə əşirət açistokrasisi ədəbiyya­tında yeganə vəzn ikən, ərəbin əru­zu üzərində yeni bir şeir abi­dəsi yüksəltməyə başladı.

Əruz vəzni ilk dəfə aristokrat sinifində bəlirdi. Bütün varlığı ilə Bağdada mərbut olan bu sinif, yeni təşəkkül edən saray üçün əruzu qəbul etdi. Bu surətlə zühur edən Saray ədəbiyyatı İraq və mü­səlman olmuş İran mədrəsələrində təhsil edən ədib və şair­­­lər sayəsində getdikcə genişləyən bir hərəkat zatı təqribən qoyuldu.

Əruz iskolastik ədəbiyyatın elmi aləmincə məlum olan ilk əsəri «Kudadqu bilig», Akademik V.V.Bartoldun əldə etdiyi nəti­cəyə görə Kaşqərdə hökumət sürmüş olan Qaraxaniər hökmdar­landan Tafğac Buğra Qaraxan Əbu Əli Həsən ibn Süleyman Arslan Qaraxan adına ithaf edilən «Kudadqu bilik» 1069-1070 radələrində Yusif Has Hacib nam bir zat tərəfmdən yazılmışdır.[21] 6500 beyt qədər bir həcm tutan bu əsər «Şahnamə» kimi «Fəulən, fəulən, fəulən, fəul» vəznindədir.

Əruz vəzni saray ətrafında vücuda gələn bütün mənzum məh­sullara zəminə olurkən, heca vəzni də çadır ədəbiyyatı sahə­sində qiy­məti azalmağa üz tutmaqla bərabər, kendi təbii seyrində davam edirdi; hətta bu vaxta qədər əvami və təşkilatsız bir tərzdə irəlilərkən əruzun sarayına müqabil özünə təkyəyi müdafiə mər­kəzi bulmuşdu.

Müsəlmanlığın intişarindan sonra bizzat islam dininin və onun əks-ələməlindən ibarət olan təsəvvüfün rəvac bulması üçün müəyyən təşkilat şəklində qurulan təkyələr ətrafında yaradılmağa başlanan ədəbiyyatın şeiri isə heca vəznini qəbul etdi. Ancaq bu təşkilat sayəsində heca vəzni yazılı ədəbiyyat sahəsində əruzla mücadələyə davam edə bildi.

Türkçəliyin ümumi xarakteri göz önünə gətiriləcək olursa, heca vəzninin onlarca məqbul görünməsinin mənası kolaylıkla anlaşılır. Qayəsi daha böyük bir əksərinə məfkurəvi təlqinlərlə təsir yapmaq olan təkyə təşkilatı, xalq ruhunu nəzərə almaq və xalq ədəbiyyatı elementlərini kullanmaq məcburiyyətində idi. Bunun üçün təkyə şeiri milli xalq vəzni olan heca ilə yaradılırdı.

Heca vəznini ilk dəfə olaraq Yəsəvi təkyəsində buluyoruz. Yə­səvilik təriqəti üzrə doğan ədəbiyyatın məhvəri miladi on ikin­ci əsrdə yaşamış şair, həkim Əhməd Yəsəvinin «Divan-i hikmət» adı altında toplanılan əsərləridir. Əhməd Yəsəvi hecayı kullan­maq­la bərabər, ona daha əski zaman məhsullarındakı vəziyyə­tindən ayıran mütəkamil bir şəkil verməmişdir, onun əsərlərində də ətraflı misrayi-ahəngdən mərhum bulunaraq ibtidai texnikayı mühafızə etməkdədir. Bununla bərabər vəznin təkyələrdə tutul­ma­sma və aynca on iki hecalı vəznin şaye bulmasına yardım et­mişdir. «Divan-i hikmət»də ən çox kullanılan vəzn yeddili ilə on ikililərdir. Hecanın bundan 800 il əvvəlki şəklini yaxından görə bilmək məqsədilə Əhməd Yəsəvinin iki mən-zuməsini buraya alıyoruz. Birinci parça duraksız yeddilidir:

On səkkiz min aləmdə,

Heyran bulğan aşiqlər,

Tapmaq məşuq sorağın,

Sərsan bulğan aşiqlər.

 

Hər dəm başı örülüb,

Gözü xəlqə tirtulub,

Hər hötyö çur kulub,

Kiryan bulğan aşiqlər.

 

Göyüb yanub kül bulğan,

Eşqdə bülbül bulğan,

Kisti kursə fövl bulğan,

Mərdan bulğan aşiqlər.

 

Yol üstündə xak bulğan,

Sinələri çak bulğan,

Zikrin itib pak bulğan,

Nalan bulğan aşiqlər.

 

Himmət qövrin bağlağan,

Yürək bağrın bağlağan,

Fəryad urub ağlağan,

Giryan bulğan aşiqlər.

 

Kahi yüzü sarğarıb,

Kahi yolda gərib,

Təsbihləri ya həbib,

Cövlan bulğan aşiqlər.

 

Əhməd, sihnəm aşiq bul,

Sidqinin burla sadiq bul,

Dərgahığa layiq bul,

Canan bulğan aşiqlər.

Bu hikmət on ikilidir, üç durağı hayizdir. Zamanımızda da bilhassa Osmanlı türkləri ədəbiyyatında kullanılmaqdadır.

 Xəzər babam saldı məni o şəbu yoluğa,

İndin sonra dərya bulub taştım, dostlar.

 

Haqqa yanıb mömin bulsan tayət qılğıl,

Tayət qılğan hak didarın kurar, dostlar.

Yüz min bala başa tüşsə, inkərağə qıl

İndən sonra eşq sərini bular, dostlar!

 

Aşiqləri zar inkəraban yoluğa girdi,

Hər nə cəfa tiksə, ani haqdan bildi.


Razı bulub yer astığa hazır buldıı,

Zar yığlaban səhərlərdə türar, dostlar!


Aya, dostlar, hiç bilmədim, mən bölümni,

Səadətiğa bağlamadım mən belimni.

 

Qeyb sözdən hiç yığmadım mən tilimni,

Nadanlığım məni rüsva qıldı dostlar.

 

Gicə-gündüz biqəm diyirdim, zikrin etmay,

Cəhd eyləbən tuni guni fikrin timay.


Məhəbbətni bazarında onu satmay,

Nəfsim məni yüz min təam tilar, dostlar!

 

Nəfsinini sən öz rainə qoyma zinhar,

Yımay-içmay taəm birlə bulqıl bidar.

 

Axır bir gün körsətküsi sana didar.

Bidar bulğan anda didar görər, dostlar!

 

Aya, ğafil haq zikrini tildən koyma,

Dünyalıqdan bir zərrəsin kulğa alma.

 

Ərənlərin arkasından hər kəz qalma,

Yolğa kərkan axır murad tapar, dostlar!

 

Xacə Əhməd, bəndə bulsan yığılan, yorkıl,

Məhəbbətini məclisinə özün orğıl.

 

Qiyamətin şiddətindən matəm qurkıl,

Matəm qurğan sərdən xəbər alar, dostlar!

Əhməd Yəsəvi dövründə on ikili vəznin çox intişar etdiyini biz hicri 630 tarixində yazılmış «Yusif və Züleyxa» qissəsinə aid bir mənzumədə də görürük. Bu qədim mənzumənin mətni 1889 tarixində Almaniyada basılmışdır[22]. Vəzn etibar ilə çox əksik­lik­ləri ehtiva edən bu mənzumə bir çox yerində duraksızdır (öz qədim imlasilə alındı):

Məlakninin qulağına eşituldi,

Ol oğlanı almaqlığa deyür imdi.

Andan sonra bu məkama hazır gəlgil,

Tilimi malı nemətə sitqıl imdi.

 

Andan son kərə əlli yıl tamam keçdi,

Vədə bitdi deyib tilim sönür imdi.

Qoşa mazar anda məcmuh olmuş idi,

Cümləsi kuyu uzra uçarlar imdi.

 

Firiştələr irtiqada bilimdi,

Oq alıb quşı atmağa varur imdi.

Anı gora malın doğru qaldı heyran,

Anı görüb bixud olub düşər imdi.

Heca vəzni bilxassə Yumıs Əmrə və müasirləri sayəsində bir dövrə girdi. Məlum olduğu üzrə yeddinci əsrdə (Miladi tarixlə XIII əsrdə) yaşamış olan böyük mütəəssif şair Yunus Əmrə heca­nın bir çox vəznini kullanmışdır. Yunus Əmrəyə qədər zəif və cılız bir şəkildə gələn heca, onda tamamilə yeni bir çöhrə ərz etdi. Əsərlərində qədim hecanın ibtidai etradı hiss olunmaz. Yunus Əmrənin hecası heca ahəngli deyil, misrası ahəngə malikdir. Bundan dolayı heca rüşdünü Yunusda bulmuş denilə bilir. O qədər ki, bu gün Qafqaz və Türkiyə ədəbiyyatında belə, Yunusun bundan altı yüz il əvvəlki hecası kimi vəzndə hakimiyyətə çox az təsadüf edilir. Böyük şairin əsərləri, mövzumuzu çox əlaqədar etdiyi üçün kullandığı bütün vəznlərdən birər nümunə almaqla istədiyimiz faydayı təminə çalışacağız.

1) Beş hecalı:

Yar yürəğim yar,

Gör ki nələr var,  

Bu xalq içində

Biza gülər var.

 

Girdik bu yola

Eşq ilə bilə,

Qəriblik elə

Bizi salar var.

 

Bu yol uzaqdır,

Mənzili çoxdur,

Keçidi yoxdur,

Dərin sular var.

 

Hər kim mərdanə

Gəlsin meydana.

Qalmasun cana

Kimdə hünər var.

 

Yunus, sən bunda,

Meydan istəmə.

Meydan içində

Mərdanələr var.

2) Altı hecalı. Bu nümunədə üçüncü hecadan sonra durak vardır:     

Şeyximin elləri,

Uzaqdır yolları.

Açıltnış gülləri,

Dərməyə kim gəlir?!

 

Şeyximin özünü,

Sevərəm sözünü,

Görməyə kim gəlir?!

Şeyximin elini,

Sevərəm evini,

Ol səbil əlini,

Öpməyə kim gəlir?!

 

Əhdilə vəfalar,

Zövqilə-səfalar,

Bu yolda səfalar,

Çəkməyə kim gəlir?!

 

Şəhidin donını,

Yumazlar qanını,

Dost üçün canını,

Verməyə kim gəlir?!

 

Ah ilə göz yaşı,

Yunusun haldaşı,

Zəhər bişən aşı,

Yeməgə kim gəlir?!

 

3) Yeddi hecalı:

Sağa qalasın bunda,

Eksiz varasın anda,

Nicə yapasın sonda,

Qoyolar qiyaməti?

 

İsrafil surin ora,

Ölənlər turi kelə,

Baş açıq yalın ayaq,

İstiyələr ol rəqti.

 

Zəbanilər gələlər,

Sər atı götürələr,

Tartuşubən yortələr,

Fəğanlar ölə qatı.

 

Yunus, günahın çoxdur,

Sən ağlar isən haqdır,

Yarın sana gərəkdir,

Məhəmməd şəfaatı.

 

4) Səkkiz hecalı:

Qarlı dağlarmı aşdın?

Dərin ırmaqlarmı keçdin?

Yarından ayrımı düşdün?

Niçin ağlarsın bülbül hey?

 

Hey nə yavuz inilsrsin,

Bənim dərdim yenilərsin,

Dostu görməkmi dilərsin,

Niçin ağlarsın bülbül hey?

 

Qanadın aça bilirsin,

Açuban uça bilirsin,

Həbablar keçə bilirsin,

Niçin ağlarsın, bülbül hey?

 

Qalalı şehrinmi yıkıldı?

Ya nam-u yarınmı qaldı?

Qürbətdə yarınmı qaldı?

Niçin ağlarsın bülbül hey?

 

Qədrin bilinməzmi oldı?

Xətrin sorulmazmı oldı?

Ol dost görünməzmi oldı?

Niçin ağlarsın bülbül hey?

 

5) On hecalı:

Hiç qulağsız siz quşlarmı uçar?

Mürşid kişilər doğru yol açar!

Mürşidsiz kişi qalırmış naçar?!

Var bir kamilə, sor: niyə gəldin?

 

Ey Yunus Əmrə sən bu ev kudi,

Kendi nəfsinə ver sənin idi.

Bilirim dimə sən də gəl imdi,

Var bir kamilə, sor: niyə gəldin?

 

6) On bir hecalı, duraklı:

Eşq imamdır bizə, könül cəmaat,

Dost yüzi qiblədir daim salavat,

Can səcdəyə vardı, dost hicranına,

Yüz yerə oruban idər münucat.

 

7) On bir hecalı, duraksız:

Aşiqləri tamusi yandırmaya,

Uçmağına bular baş indirmayə,

Yeddi tamu bir ahə qatlanmaya,

Yeddi dəniz eşq odun söndürməya.

 

Cövzə qaçmaz kərya gibi var,

Bəçqu gibi iki bulundurmıya,

Musa gibi çobanlıq itməyincə,

Kəlim div Tura göndərmiya.

 

8) On dört hecalı, iki duraklı:

Bən dərvişəm diyənə bir on idəsim gəlir,

Tanıyıban şimdidən varub yetəsim gəlir,

Sərat kıldan incədir, kılıcdan kəskincədir,

Varub onun üstüna, evlər yapasım gəlir.

 

Altında qaya vardır içi nar ilə pürdir,

Varub ol kölgəlikdə bir az yatasım gəlir.

Tən eyləmək xocalar xatiriniz xoş olsun,

Varuban ol tamuda biraz yanasım gəlir.

 

9) On altı hecalı:

Dinü-milht sorarisən aşiqlərə din nə hacib?

Aşiq kişi xarab olur, aşiq bilməz din, dəyanət!

Aşiqlərin könlü, canı məşuqu yanında olur,

Ayrı surətdə qılır kim işləsin zindi itaət.

Yunus Əmrədən sonra da Türkiyə təkyələrində qüvvətlə in­ki­şaf eden heca vəzninin ilk zamanlar Azərbaycan və Qafqaz oğuzla­rın­da nə şəkildə olduğuna aid əlimizdə vəsiqə yoxdur. Ya­zılı ədə­biy­yatımızda heca nümunələrinə Xətaidə təsadüf ediyo­ruz. Xətainin maddi və mənəvi tərbiyə etibarilə ərəb və əcəm kul­turalarının kəli­tə­sindən hüsulə gələn bir padşah olmasına rağmən xalq üçün də əsər yazmışdır. Onun bu hərəkəti məfkurəvi bir xalqçılıq deyil, kən­di din və dövlət prinsiplərini aşağı təbəqə əhali arasmda yerləşdir­mək məqsədiləydi. Əsərlərini siyasi fəaliyyətinə yardımçı olaraq yaz­dı. Xətai bu qayəsində çox müvəffəq olmuş şəxsiyyətlərdəndir. Türkiyədə bir kaç yıl əvvəl qapadılan təkyə-dərhag təşkilatları sa­yəsində Xətainin əsərləri Anadolu elinin hər tərəfəinə yayılmışdır.

Xətainin əsərləri bizim əhalimizcə daha çox zaman əvvəl unudulmağa başlandığı halda, Türkiyədə indi bilə yaşamaqdadır. Onun hecası əsrlərlə sonra yetişdiyi halda Yunisinkilərin yanmda çox sönük və ibtidaidir. Xətai Yunusa nisbətlə on bir hecalıları da­ha çox kullanmışdır. Mövzuudan sərf-nəzər, təxtiqasını göstər­mək üçün bir parçasını buraya nəql ediyoruz:

Allah bir, Məhəmməd haqq, tanrı birdir,

Ərənlər üstündə biligin nurdur.

Cənnəti əlada bir dərgah vardır,

Biz də ol dərgahdan ayrılmayalım.

 

Sevdigimiz bizim, onlar da bilsin,

İnsaf əhli olan insafa gəlsin,

Bir olsun, birlik olsun, dirlik olsun,

Biz gitdiğimizdən ayrılmayalım.

 

Qaba-saba olsun haman yük olsun,

Əridəlim könül evin pak olsun,

Şah Xətaiyim nəfsimiz haqq olsun,

Biz də nəfsimizdən ayrılmayalım.

Asıl bizdə hecanm inkişafı məşhur xalq şairi Kərəmdən sonra­dır. Həyat və şəxsiyyəti mənqəbəvi-leqendarnıy bir mahiy­yət alan Kə­rəm, Şərqi Oğuz türkcəsinin heca sahəsində yetiş­dirdiyi Füzulisidir.[23]

Onun sayəsində heca vəzni, hecanın bilxassə bu gün çox inkişaf edən on birlisi, bizim ədəbiyyatımızda da yerləşərək in­kişaf etdi. Kərəmin hecası Xətaininkindən qüvvətlidir. Yunus Əmrə ilə başlayan hərəkatın təkamülü ədd edilə bilər.

Əsərləri hər kəscə məlum olan Kərəm ilə Anadolunun ye­tişdirdiyi Qaracaoğlan, Aşıq Ömər, Gövhəri, Dərdli, Quloğlu kimi şairlər sayəsində heca vəzni bitkin bir hal aldı. On altıncı və on yeddinci əsrin adamlan olan bu şairlərin əsərləri bizim xalqca məchul olduğundan bir fikir edinmək məqsədilə hər birindən birər mənzumə dərc ediyoruz:

Qaracaoğlandan:

Behey, ala gözlü dilber,

Senin göğnün seyrandadır!

Ben ağlarım, sen gülersin,

İman senin nerendedir?     ,

 

Kaşlann kurulu yaydır,

Yüzün bedirlenmiş aydır,

Koynuna girmek kolaydır,  

Hesap, gülün derendedir.

 

Güzel bell olur tacından,

Hiç yük ağlarmı bacından,

Dünyada densiz ucundan,

Sefil baykuş virandadır.

 

Qaracaoğlan der, vardığım,

Dertli sinemi deldiğim,

Suç senin değil sevdiğim,

Sana meyil verendedir.

 

Gövhəridən

Ey sitəmkər, döri-eşqində sənin,

Bu çəkdiyim dərdi bir mövla bilir.

Açılmaz nazından qönçə dəhanın,

Nə yaz, bahar bilir, nə şita bilir.

Kim öyrətdi bilməm böylə mətadı,

Haqdan bulsun əcəb kimdir ustadı,

Gördiginə qıla çeşmi-cəladı,

Nə biganə bilir, nə aşina bilir.

 

Dərdi dərunimə olaydı məhrəm,

Sədhəzar çövrindən çəkməzdim ələm,

Nəqşi divarmıdır bilməm bu sitəm,

Nə cəfada kamil, nə vəfa bilir.

 

Bu dərd-i eşqə kim biz mübtəlayız,

Loğman olsa dəva etməkda aciz,

Nə anlar bu haldan zahid və vaiz,

Kəndi çəkdiyini mübtəla bilir.

 

Gövhəri, qəm çəkmə ol saçı leyla

Bir gün səndən betər olur binəva

Eşq adamı edər Məcnun-u rüsva

Zalım, nə şah bilir, nə gəda bilir.

 

Dərdlidən:

Xərabə qul olduq bizim aləmdə,

Bünyad olsaq da bir, olmasaq da bir.

Düşdün çarə nədir dərdə aləmdə,

Azad olsaq da bir, olmasaq da bir.

 

Eşq oduna yanmış cigər kababız,

Hicr ilə ağlamış didə pürabız,

Yıkılmış, yapılmış xanə xərabız,

Abad olsaq da bir, olmasaq da bir.

 

Bir Şirin əlindən eşq meyin içdin,

Haq ild batili fərq edib seçdin,

Varlıq dağlarını dəldin də keçdin,

Fərhad olsaq da bir, olmasaq da bir.

 

Ey Dərdli, aləmdə bir şah deyiliz,

Haqdan həqiqətdən agah deyiliz,

Təriqi-israra həmrah deyiliz,

İrşad olsaq da bir, ohnasaq da bir.

 

Quloğludan:

Əcəb nə diyardan uçub gəlirsiz?

Bir xəbər sorayım durun, durnalar.

Sevgili dilbərimdən nə bilirsiz?

 Bana bir təsəlli verin, durnalar.

 

Qasım gün əyyamın sakın fövt etmən,

Vaqtsız çıkıb da yollara gitmən,

Avçılar duyarlar çağrışıb ötmən,

Sağ, əsən mənzilə erin, durnalar.

 

Könlün pərişandır, tellərin əgri,

Dayanmaz cevrinə aşiqin bağrı,

Əzm edib çəkilin Bağdada doğru,

Çöllərin səfasın sürün, durnalar.

 

Quloğlu, dəmbədəm içimdə dolun,

Məst edər aşiqi ol tatlı dilin,

Mardin dağlarına uğrarsa yolun,

İmamlara yüzlər sürün, durnalar.

 

Aşiq Ömərdən:

Dedim: Dilbər didələrin qan olmuş.

Dedi: Çok ağladım sel yarasıdır.

Dedim: Gərdənində çiftə danələr.

Dedi: Zülfüm dəymiş, tel yarasıdır.

 

Dedim: Yarı sevən muradın almış?

Dedi: Bəni sevən sərini qoymış!

Dedim: Dilbər, yanaqların al olmuş.

Dedi: Çiçək takdım, gül yarasıdır.

 

Dedim: Bu Ömərin əqlini aldın.

Dedi: Sevdiginə peşmanmı oldun?

Dedim: Dilbər, niçin saraldın, soldun?

Dedi: Çəkdicəgim dil yarasıdır.

Heca vəzninin xalq arasında başlı-başma bir ədəbiyyat yarat­ması, sarayların məddah ədəbiyyatının xoşuna gitmiyordu. Ərəb və əcəm harslarmm nöqtəsi-nöqtəsinə türk səciyəsinə tətbiq etməyə çalışan sxolastik aristokrat sinfı, aşağı xalq təbəqəsinin də onları nümunə ittixaz etməsini tələb ediyordu. Hətta heca vəzninə xaneyi-təbii xarab eyləyən bir qüvvət kimi baxan vəhbilərin hü­cumları da az olmadı. Fəqət siniflərin inkişafa başlayan ümumi həyatları, heca vəzninin ortadan qalxmasını, hətta saray ədəbiy­yatına belə nüfiız etməsini təmin etdi. Bu mayədədir ki, Türki­yədə üçüncü Sultan Əhmədin saraymda yaşayan Nədim:

Sevdiyim, bəndənə düşərsə xidmət,

Qapında qul olmaq canıma minnət,

Görə idim səndə buyi məhəbbət,

İsədiyim budur sən bivəfadan –

şəklində heca vəznində türkülər yazmağa məcbur olduğu kimi, Qarabağ xanının sarayında oturan Vaqif də ən lirik parçalarını heca vəznilə yazıyordu. Müqayisə edildiyi təqdirdə Qafqaz və Azərbaycan xanları sarayında heca vəzni daha quvvətli bir inki­şafa nail olmuşdur. Vaqifin qüvətli şairliyi nəticəsində heca vəz­ni, müasirlərinin haman həpsi tərəfmdən kullanılıyordu.

Vaqifdə heca vəzninin yalnız on birisi var. Əksərisi iki du­raklıdır. Üç durakı ihtiva edən on birli azdır. Bizim ədəbi sa­həmizdə on birli hecanın on yeddi və on səkkizinci əsrlərdə çox məqbul olması Xətai ilə başlayan və Kərəmlə qüvvət və şəx-siyyət qazanan hərəkatın nəticəsidir. Vaqifin hecası aşina oldu­ğu klassik ədəbiyyat tərbiyəsi dolayisilə - Xətai və Kərəmdən çox fərqli və bişkindir. Qafqaz və Anadoluda heca ədəbiyyatının qüv­vətləndiyi zamanlarda məvərayi Xəzər köçəbə türkmənləri ara­sında da heca vəzni əski seyrini davam etdiriyordu. Fəqət bizim ədəbiyyatımızdakı hecadan çox geri və ibtidai qalmışdı. Bu sifət o dövrün mehvəri olan Məxdumquluda da barizdir:

Çox yigitlər gəlib keçdi cahandan,

Niyyətinə görə iqbal bulmadı.

Zərdişi kəc qəhvə çərxinin,

Artəri şad bulan-oylan gəlmədi.

 

Gündə kəfən biçər bu əcəl həyat,

Bir bəladır həp qurtarmaz bu səyyad,

Bilə-bilə aşar, düşər adəmzad,

Bir gün gördüyümüz arka kalmadı.

 

Bir dəyişli xanədir dünya özü,

Nəsihətim dinlə, eşit bu sözü,

Əcəl yetəb, adam yumursa gözü,

Guya bu dünyaya gəldi gəlmədi.

Türkiyədə tənzimatı mütəaqib ədəbiyyatda başlayan və Na­miq Kamal-Əbdülhaq Hamid məktəbi ilə «Sərvəti-Fünun» nəsli tərəfın­dən yaşadılan Avropaçılıq şeirin mövzusunu və ümumi görünüşünü dəyişdirdiyi halda vəzn nöqteyi-nəzərindən bir təsir yapmadı. Əski sarayın ənənələri davam etdirildi. Heca az çox iş­lədilməklə bərabər, əruz ədəbi mənzum nəşriyyatın haman haman yeganə vəzni oldu.

Ticarət kapitalizmi dövründə bizim şeirimizə hakim olan qəzəl və qəsidəçilik də əruzla davam ediyordu. 1900-dən sonra do­ğan yeni ədəbiyyatımızın hər sahəsində opera və mizah ədə­biyyatı müstəsna olmaq üzrə başlayan Türkiyə ədəbiyyatının təqlid sayə­silə vəzndə Namiq Kamal, Hamid və “Sərvəti-Fünun” ədəbiyyatı təsirində olaraq əruz tərcih edilirdi. Türkiyədə şair Məhəmməd Əminin zühurundan sonradır ki, öncə Türkiyədə, sonra bizdə heca vəzni kullanılmağa başladı. Bu dəfə Şərqi Oğuz şeirindəki heca - əski ədəbiyyatımızın təkamülü nəticəsində təsiri altında bulunmak­la bərabər şair Məhəmməd Əminin hecasının tətbiqi deməkdir.

Şair Məhəmməd Əmin kəndisinə qədər kullanılan heca vəzn­lə­rinə bir çox vəznlər əlavə etdi, bizzat bunları tətbiq etdi. On yeddi, on səkkiz hecalı vəznlərdə mənzumələr belə yazdı. Fəqət bu müx­təlif vəznlərdən bu günkü ədəbiyyatda (8+5) on üç və (7+4) on birli tutuna bildi ki, bunlar - on birli və on dördlü nisbətlə az kullanılıyor.

 

«Maarif işçisi» jurnalı, 1927-ci il, sayı 3(23), səh.50-55, sayı 4(24), səh.58-61, sayı 6-7(26-27), səh. 45-62.


TÜRK EL ƏDƏBİYYATINA ELMİ BİR BAXIŞ. «OĞUZNAMƏ»

 

Professor A.Samoyloviçə

 

Azərbaycan xalq ədəbiyyatının başlanması, burada, türk əşirətləri ilə, feodallıq başlandığı zamanlara təsadüf edir. Miladi beşinci əsrin başlanğıcında sasanilər İranın şimal-şərqi sərhədləri Tokiyo imperatorluğunun hakimiyyətinə dayanırdı.

Bu sərhədlər boyunca yaşayan və Ceyhun-Seyhun nəhrlərini qaplayan Oğuz qəbilələri eyni zamanda Tokifo imperatorluğunun sərhəddini gözətləyirdi.[24] Oğuzlar bu sahələrdə əksəriyyətlə köçəri halında yaşamaqla bərabər qismən də torpağa yerləşərək ziraət təsərrüfatına istinad edən bir həyat sürürlərdi ki, bu təsərrüfat şəkilli sayəsində Yeni kənd adı ilə bir köy də təsis etmişlərdi.[25] Beşinci əsrin sonlarına doğru Almalıq dağ tərəflərində yaşayan başqa türk qəbilələri, Ceyhun- Seyhun otlaklarını əldə etmək üçün hücum edərək, oğuzları maldarlıq təsərrüfatı üçün müsaid olan zəngin otlaq yerlərindən qovmağa qalxmışdılar, oğuzların bir qismi şimali Xəzər ticarət yolu ilə cənubi Ruiya ətəklərinə keçdilər bir qismi də Orta Asiyayı Bizans sərhədlərinə bağlayan ticarət yolunu təqib edərək, Şərq və Şimali İranın sulak və otlak yerlərini qapmağa başladılar.

Ərəbistanda Əməvi hakimiyyətinin ilk zamanlarında (hicri birinci əsrdə) cahangir ərəb orduları İranı istila etdikləri zaman, İra­nın şimal-şərqində bu ordularla üz-üzə gəlmiş və onlarla dəfələrlə çarpışmışdır. Hicri 150-ci il sənədə İstazsiz adlı bir oğuz əşirət bəyinin idarəsi altında balta və lapatkalarla silahlanmış oğuzların, ərəbləri Şimali İranda məhv etdikləri tarixcə məlumdur.[26] İştə hicrətdən çox əvvəl İrana axmağa başlayan bu oğuz türkləri yavaş-yavaş indiki cənubi və şimali Azərbaycanı əski Aranı, əski Ermə­nistanı, şərqi Anadolu öz təsərrüfatlarına müsail bir yer olaraq bulunmuşlardı və buralarda köçəri həyatlarını qurmuşlardı.

Bakı Darülfünunun siyasi iqtisad professoru Berin cəmiy­yətin üst quruluşu məhsullarından, onun bazasının xarakterinin, bütün cəb­­həsində olmasa da bir çox cəhətlərdən çıxara bilmək müm­kün olduğunu qeyd edir.[27] Əlimizdə yeganə vəsiqə olan “Qorqud kita­bı”­nı bu əsasa istinad edərək, gözdən keçirsək, ərəb cahangirlərinin istilasından əvvəl və bundan sonra Azərbaycan türkləri arasında həyatın nə kimi istehsal şərtlərinə istinad etdiyini anna xətləri ilə çıxara biləriz.

“Qorqud kitabı”nın havi olduğu məlumata görə türklərin həya­tında ilk rol oynayan təsərrüfat şəkili ovçuluq və maldarlıq təsər­rüfat şəkillidir. Ovçuluq indii olduğu kimi bir fərdin tətbiq etdiyi şə­kildə deyildi. Tamamilə ictimai bir mahiyyətdə idi. Bir əsirət, ya­xud bir çox qəbilə yağımının iştirakı ilə yapılan ov mərasimi, bir is­tehsal şəkilindən başqa, bir şey deyildir. Əldə edilən ovların isteh­la­kında o insan yığını müştərək olaraq istifadə edirdi. İctimai ov ümu­miyyətlə bir əsirət böyügü bəy, yaxud xan tərəfindən idarə edilirdi.

Sasi degilən Gürcüstan ağzında yaşayan və məmləkətini Trab­zondan Dərbəndə qədər genişləndirən Xanlar xanı Bayandur xan ilə Qazanxan[28] Xorasandan Trabzona qədər uzanan əski Azər­baycan torpağlarında yaşayan «İç oğuzları», «Taş oğuzları» və «Qolan oğluzları», sıx-sıx böyük ovlara sürüklədikləri anlaşılmaq­dadır.[29] Bu ovlarda at sürməyi və silah qullanmayı bilən hər kəs iştirak edirdi. Bu sürətlə yaşadıqları sahələrin mərkəzlərində müda­fiə qüvvəti, bu zamanlarda az olduğundan sərhədləri əski Ermə­nistana dayanan əski Bizansın Rum qəbilələri Azərbaycan köçəri­lərinə ən çox bu zamanlar basqın yapılardı. Bu hal məişəti çətinləş­dirdiyindən getdikcə qəbilə qüvvələrinin mühüm qismi müdafiə üçün mərkəzi yurdda bıraqılırdı ki, bu da getdikcə maldarlıq və ziraətçilik təsərrüfatının artmasına səbəb olurdu.[30]

Türklər Azərbaycan torpaqlarında feodalizm dövrünə girdik­dən sonra da Selcuqlarda Ağqoyunluların və Qaraqoyunluların saray feodal və əmirləri tərəfindən də bu ovçuluqların ictimai deyil, xüsusi məqsəd və şəkildə davam etdirildiyini biliriz[31] ki, bu hərəkət Qafqaz xanlıqlarını zamanına doğru əyləncə mahiyyətini almışdır. Ovçuluq təsərrüfatı yanında Azərbaycanlıların ilk dövr­lərində inkişaf edən tə­sə­rüffat şəkillərindən birisi də maldarlıqdır, heyvan bəsləməklə mey­dana çıxan istehsal şərtlərinə istinad edən bu təsərrüfat şəkili, Azər­baycanda, qəbilə rəisləri ətrafında inkişaf etdiyi görülməkdədir. Ar­tıq bu dövrdə qəbilə rəisləri yaxud əşirət bəyləri siyasiləşmiş bir mal­dar mahiyyətindədir. Qazan xan bütün oğuz bəyləri ilə ovda ikən gürcülər Dərbəndə basqın yaparaq, onun ordakı on min qoyununu yağma edirlər.[32]

Mali mülkiyyət haqqına sahib olan qəbilə rəisləri ilk dövr­lərdə, istismar etdiyi qəbilələri, yalnız özündə mərkəzləşdirdiyi maldarlıq istihsalatından faydalandırırlardı. Bu üsulun ən xarakterik təzahürləri şölən ilə ev yağmalamaq mərasimləridir. Azərbaycan türkləri ara­sında ilk zamanlar, bu mərasimlər uzun müddət yaşamışdır.

Şölənlərdə əşirət rəisi tərəfindən minlərcə heyvan kəsilir toylar (bizdə toyun əski mənası qonaqlıq olmuşdur) yapılırdı. Bütün qəbilələr bu toylardan istifadə edərdi. Ev yağmalamaq da iqtisadi əsasa malik bir mərasim idi. Əşirət rəisi çapıb çaldığı şeyləri və qəbilələrin istismarı ilə əldə etdiyi malları sənədə bir, yaxud iki dəfə qəbilə bəylərinə yağma edilirdi.

Əşirət rəisi, qəbilə bəylərini çağırır, yeyərlər, içərlərdi və sonra rəis öz qadınının əlindən tutub çadırından çıxardı və bəylər bütün çadırdakı şeyləri, malları qarət edib bölüşdürərdi. Hər bəy qazandığı malları götürüb öz qəbilələri arasında paylaşdıradı.

«Ev yağmalamaq» mərasimində rəisin topladığı sərvət, ta­mamilə qəbilələrə keçdiyindən qəbilələr üçün iqtisadi böyük bir əhəmiyyəti haizdi. Hekayə edildiyinə görə, Azərbaycan əşirət rəislərindən Salur Qazan bir yağmaya Azərbaycanlıların Taş oğuz qələlərinin iştirak etdirmədiyindən, Taş oğuzlarla İç oğuzlar arasında müharibə çıxmışdır.[33]

Bu təsərrüfat üsulları özünə uyğun bir cəmiyyət şəklinə ma­lik­dir. Qəbilələrdən hər biri ayrı-ayrı bəylər tərəfindən idarə olu­nur­du, bu bəylər də bir əşirət rəisinə tabe olurlardı. Bu rəis də Bəy-xan, yaxud xaqan adlarından birini alırdı. Bu surətlə qəbilə ailələri bütün təsərrüfat işlərində istismar edilmiş bulunurdu. Qə­bilələrin həpsi birər istehsal vasitəsi məqamında sayılırdı. Bundan başqa qəbilələr, qeyri yad qəbilələrin istihsalından da istifadə edirlərdi.

Zaman keçdikcə Seyhun-Ceyhun vadilərindən gəlməkdə da­vam edən yeni oğuz qəbilələri, ilk Azərbaycanlıları qüvvətləndir­məyə başlamışdır ki, bunlar da yavaş-yavaş torpağa yerləşərək, ziraət təsərrüfatına keçmişlər və bu gün məlum olan Azərbaycan kəndlərinin vücuda gəlməsinə səbəb olmuşlardır.

Oğuz türkləri, yuxarıda göstərildiyi kimi, gəlib Azərbay­canda yerləşirkən, özlərilə bərabər malik olduğu şifahi ədəbiyyatı da buralara gətirmişlərdir. Bu ədəbi məhsullar, məmləkətimizdə qurulan iqtisadi həyatın inkişafı şəkilləri sayəsində məhəlliləşmə­yə üz qoydu və bu surətlə məmləkətimizdə xalq ədəbiyyatı vü­cuda gəlməyə və inkişaf etməyə başladı.

Azərbaycanlıların feodalizm dövrində n əvvəl malik olduk­ları xalq ədəbiyyatı namına tapa bildiyim ən əski əsər “Oğuzna­mə”dir. Oğuznamə indiki vəziyyətə görə, Azərbaycan ədəbiy­ya­tının ilk əsəri deməkdir.[34]

«Oğuznamə» haqqında ilk məlumatı öyrənə bildiyimiz mənbə Misir və Şamda hökümdarlıq etmiş olan feodalllardan Məlik Nəs­rəddin Muhəmməd bini Kınavınün (cilüsi 1293-vəfatı, 1340) saray məmurlarından Əbu Bəkir Abdullah bini Aybədid Dəvadarinin əsəridir. Dəvadari 13-cü əsrə qədər keçən vəqələr haqqında, «Kənz əd-dürər və cami əl-qürər"("Dürlər xəzinəsi və se­çilmişlərin dür­ləri") adlı bir tarixi kitabı yazmışdır. Bu kitabın bir nüsxəsinin İs­tan­bulda İbrahim paşa kitabxanasının əl yaz­ma­la­rı qismində gör­müş və tədqiq etmişəm. (Kitabxana nomrə 913)[35]

Bu kitabın türklərə aid qismində müəllif həm qıpçaqlara, həm də oğuzlara aid izahat verərək «Oğuznamə»dən də bəhs edir:

«Əski türklər arasında iki kitab var. Bunlardan birisi «Ulu xan Bitqiçi» deyilən kitabdır ki, bunun mənası Böyük xan Ata kitabı deməkdir. Bu kitab ilə moğullar və qıpçaqlar iftixar edirlər və onlarda bu kitab çox hörmətlə dutulmaqdadır. Bu kitab moğulların yaradılmışları başlanğıcından bəhs edir, moğul və qıpçaqların «Ulu xan Bitqiçi» kitabı olduğu kimi o biri türklərin də «Oğuznamə» adlı kitabları vardır. Bu kitab türklərin arasında çox məşhurdur. Mənim hər iki kitab haqqında biliyim vardır. Bu isə türk xalqının tarixini çox gözəl bildiyimi göstərdiyindən bu xalq haqqında verdiyim məlumatın doğruluğunu təsdiq üçün kafidir!».

Bu izahatdan sonra Əbu Bəkir Abdullah Dəvadarinin giriş­diyi təfsilatdan anlayırız ki, o, «Oğuznamə»nin əsli türkcəsini görməmişdir: Onun gördüyü «Oğuznamə»nin ərəbcəyə olan tər­cüməsidir. Bu nüsxəyi nə münasibatla görməyə müvəffəq oldu­ğunu Dəvadarı bu sətirlərlə nəql edir ki, bizim ədəbiyyat tari­ximizin bir qüsmi için qiymətli bir vəsiqədir.

...Hicri 709 tarixində ( miladi 1308-ci ilə təsadüf edir-Ə.A.) atam Şərq vilayətinin valisi idi ki, bu vilayətin mərkəzi Bilbayisk (Yeni şəkili Bəlbisdir. Qahirə çivarindədir - Ə.A.) idi. Burada bir gün bir məclisdə tatarlar haqqında bir neçə alimlə münaqişədə bulundum. Münaqişədən sonra yoldaşlarımdan Əminəddin əl Həməvi mənə bir kitab göstərdi və bu nüsxə həmin yeganə nüs­xəsi olduğunu və onun Əmin Bədrəddin Bəysəri tərəfindən özünə verildiyini əlavə eylədi.

Əsər nəqşli və yaldızlı (minyatürlü) idi. Yazısını Ali ibni Halal əl Bəvval adında xəttatın bir şagirdi yazmışdır. Kitabın kağızı Bağdad şəhərində yapılmış ipəkdəndi; cildi və sarı rəngdə ipəkdən işlənmişdi, kitabın altundan, ayrıca bir qapağı da vardır.

Yoldaşlarım Mənsur ül Abbas Həməvi və şair Cəmaləddin ibn Zeytun ilə birlikdə oturub, əsəri gözdən keçirdik. Dördümü­zün oxuya bildiyimiz parçaları mən kopya etdim. Silinmiş qis­m­ləri çox olduğundan bir taqım yerlərini oxuya bilmədik; bu yerlər bizim üçün məchul qaldı.

Kitabdakı izahatdan anladıq ki, Cəbrail ibni Bəxtişu tərə­fin­dən tərcümə olunmuşdur. Abbası xəliflərindən və Cəfəri Bərməki ilə Harun ül Rəşid, Muhəmməd ül Əmin və Məmunun sarayında sıra ilə xəlifə doktorlığı yapan Cəbrail ibni Bəxtişun əlavəsinə görə «Oğuznamə» əvvəlcə türkcədən farscaya tərcümə edilmiş və sonraları özü tərəfindən hicri 211 tarixdə (miladi 826) farscadan ərəbcəyə tərcümə olunmuşdur.

Bu farsca nüsxənin isə məşhur Əbu Müslüm Xorasanın xə­zinəsindən qalma şeylərdən olduğunu yenə mütərcim söyləyir. Əbu Müslümün özü də, kəndisinin Boxtuxan sülaləsindən ol­duğunu və bu əsəri miras olaraq aldığını söyləmişdir.

Bu izahatdan sonra Əbu Bəkir Abdulla Dəvadari «Oğuzna­mə»­nin mövzu və mündərəcatı haqqında məlumat vermək istə­kən; «Burada bu qövmin ilk dəfə xruclarını və onlara aid umrun iqtidasını zikr etmək istərdik ki, bu xüsusda öz kitablarında da məlumat vardır. Fəqət onların bəziləri şəri şərifcə caiz deyildir” qeydini əlavə edir. Dəvadarinin buraya qədər vəsiqə olaraq al­dığımız məlumatı üzərində duralım.

Cəbrayıl ibni Bəxtuşunun verdiyi məlumata görə ounun ərəb­cəyə tərcümə etdiyi farsca «Oğuznamə» Əbu Müslüm Xora­sanın xəzinəsinə aid olmuşdur. Halbu ki, Abbasi hökumətinin təşkilinə kömək edən Əbu Müslüm Xorasani bu hökumətin II xəlifəsi Əbu Cəfərül Mənsur tərəfindən (hicri 137) sənədə qətl edilmişdir. Demək olar ki, «Oğuznamə»nin farsca tərcüməsi 137-ci il tarixdən əvvəl mövcud idi. Hələ Əbu Müslüm Xorasanın o kitabın ailə­sindən özünə miras qaldığını söyləməsi farsca nüsxə­nin öz yaşını dolduran sənədlərdən əvvəl olduğunu göstərmişdir.[36]

O halda farsca «Oğuznamə»nin tərcümə edildiyi zamanın ərəb dilinin Ərəbistanda yeni-yeni zühr etdiyi zamana təsadüf etdiyi aydınlaşmış olur.

Halbu ki, o biri, tərəfdən Dəvadarinin «Oğuznamə»də türklərin mənşəyi haqqındakı məlumata aid izahat vermək istədiyi halda şə­riə­tin caiz görmədiyini qeyd etməsi «Oğuznamə»nin hənus ərəb is­lam feodalizm içinə girməyən oğuz türklərinin müsəlmanlığa zidd olan həyatı görüş tərzlərinin xarakterinin havi olduğunu göstərir. Də­vadarinin bu izahatını farsca «Oğuznamə»nin Əbu Müslüm Xo­rasanın ailəsinə aid olduğu məlumatını yanına gətirincə və bu ailənin hicri tarixinin ilk illərində yaşadığını düşününcə farscaya tərcümə edilmiş «Oğuznamə»nin islamiyatın zühurundan əvvəl yazılmış bir kitab halında mövcud bulunduğunu qəbul etmək lazım gəlir.

Farsca «Oğuznamə»nin Xorasanlı bir türk olan Əbu Müslüm Xorasaninin kitabxanasında tapılması da bizə açıq olaraq göstərir ki, «Oğuznamə»nin farsca tərcüməsi Xorasan sahələrində vaqe olmuşdur. Eyni zamanda tətəbböönaməmizin başlarında qeyd etdiyimiz kimi daha hicrətdən çox əvvəl oğuz türklərinin İranın şimal-şərqi sərhədlərində yaşadıqları və bunların iranlılarla iqti­sadi münasibətində bulunduqları[37] da düşünüləcək olursa «Oğuz­namə»nin farscaya tərcümə tarixini oğuzların İrana yavaş-yavaş yaqaşdıqları zamana qədər götürmək icad edər.[38]

Bundan da anlaşıldığı vəchlə «Oğuznamə» oğuz türklərinin hicrətdən əvvəl başlayıb, hicrətdən sonra da qüvvətlə davam edən indiki Azərbaycan torpaqlarına köçmələri əsaslarına uyğun ola­raq, inkişafa başlayan el ədəbiyyatının ilk əsəri olmuşdur.

«Oğuznamə»nin bu tarixdən sonra, ziraətçilik tərərrüfatı şəklinə əsaslanmağa başlayır. Azərbaycan türk kütlələri arasında nə şəkildə davam etdiyinə və zamanımıza qədər köylərimiz ara­sında nə tərzdə yaşadığına aid bula bildiyimiz vəsiqələrin təhlili ilə «Oğuznamə»nin mahiyyətini göstərən izahatı gələcək məqa­ləmizə buraxırıq.

Qafqaz və Azərbaycan xalqı arasında bir ədəbi əsər olduğu və onun məhəlli iqtisadi şərait içində az-çox şəklini dəyişdirərək son əsrə qədər yaşadığı barəsində əldə edə bildiyimiz vəsiqələr bunlardır:

1. "Layden"dəki şərqiyyətə aid əlyazması kitablarından istifadə edən müsəmirik Brokelman Əbdulhəq ibni Süleymanın Azərbaycan əhalisi arasında uyğus mənkəbələrindən bəzilərini toplayıb bir məcmur halında yazdığını, onun öz əsərindən çıxar­mağ istismar etmək surəti ilə qeyd edir. Əbdul Həqq ibni Süley­manül Azərbaycanı miladi XIII əsrdə yaşamış tarixçi mühərririlə­rimizidəndir. O halda bu məlumat bizə «Oğuznamə»nin XIII əsrdə Azərbaycan arasında intişar etmiş bulunduğunu göstərir…

2. 1633 tarixindən etibarən, Rusiyyə, Qafqaz və İranda səya­hət yaparaq tədqiqatda bulunan alman səyyahlarından Sakso­niyalı Olearus səyahəti əsnasında Dərbənd şəhərinə də uğramışdır. Olea­rusun Dərbəndə gəlişi 1638 sənəsində olmuşdur. Yazmış olduğu səyahətnamədə Dərbəndə gəldiyi tarixdə, Dərbəndin türk ailəsinə məxsus uzun boylu və yarım silindir şəklində qəbirləri havi olan məşhur qəbirstanı haqqında da məlumat verməkdədir. Bu məlumat içində kəndisinə Dərbəndə uğuzların müharibəsi ilə «Oğuznamə»nin qəhrəmanlarından Salur Qazan və zövcəsi Burla Xatun haqqında şayi olan əfsanələrində hekayə edildiyini qeyd edir. Səyahətnamədə o cümlədən deyilir ki:

«...Bu qəbirlər haqqında əhali bu tarixi nəql edirlər: guya qədim zamanlarda Məhəmməd Peyğəmbərdən az sonra Hindis­tanda Qazan adlı bir padşah olmuş, mənşəcə uğuz millətindən idi. Bu milətdə məvara Elburusda, Təbərəstanda sakin idilər».

«...Qazanın Dağıstan ləzgiləri ilə müharibəsi çıxmış, ləzgilər bir neçə gün arasında məruf olanların qəbirləri üzərində yuxarıda söylənildiyi kimi yarım silindir şəklində nişanlar qoyulmuşdur».

«...Dərbəndin dəniz sahilinə doğru bir qəbiristan daha var ki, orada 40 ədəd qəbir mövcud olub ətrafına divar çəkilmiş, üzərinə də bayraqlar (ələmlər) tikilmişdir. İranlılar bu qəbiristana cəhl mənnan, türklər və tatarlar isə qırxlar adını verir».

Burada da yenə müharibədə ölmüş 40 şahzadə və müqəddəs adam gömülmüşdür.

Bu sətirlərin bir vəsiqə halında əlimizdə bulunan “Oğuzna­mə”­­­nin nağıllarında Qazanın Şimali Qafqazda dərəbəyləri və gür­cülərlə göstərilən müharibələri yanına qoyunca “Oğuznamə­də”ki na­­ğılların miladi XVII əsrə qədər xalqımız arasında yaşadığını isbat edir.

3. 1722-ci ildə Dərbənddə olan əski Rus imperatoru Böyük Pyo­tur ilə Dərbəndə gələn knyaz D.Kantemir dəxi, Dərbənd əhali­sinin həyatına aid xatirələr tutmuşdur. Əlyazması halında olan bu xatirələrə istinad edən müdəkkik Firən xalq arasında və hisarlar üzərində uğuz mənkəbələrinə aid xatirələr bulunduğunu qeyd edir.[39]

4. «Qorqud kitabı» da bu xüsusda bizə bir çox vəsiqələr ver­məkdədir. Burada yalnız bir neçəsinə isnad edəcəyik: kitabın baş­lanğıcında bu cümlələrə təsadüf ediriz (imla eyni ilə): “Məhəmməd zamanına yaxın Boyat boyundan Qorqud Ata deyirlər bir ər qopdu. Oğuzun ol kişi tamam bilicisi idi. Nə deyir olurdu.”[40] Bundan da anlaşılır ki, Qorqud adlı zat, Azərbaycan türklərinin bir qolu olan və Azərbaycan musiqi və ədəbiyyatında mühüm rollar oynayan Bayat qəbiləsinə mənsubdur. O biri tərəfdən Qorqudun bir “Oğuz­namə” müğənnisi olduğunun düşünərkən “Oğuznamə”nin Azər­bay­canda mühüm mövqeyi olduğu izah edilmiş olur.

5. “Qorqud kitabı”ndakı mənkəbələrin cərəyan etdiyi coğrafi yerlərdə əski Azərbaycan sahəsinin dəxi tamamilə daxil olduğu göstərilməkdədir. Masaların içində zikr olunan və zəmanəmizə məlum olan yerləri başdan ayağa qədər gözdən keçirəlim: Mardin qələsi, Baybut hisarı, Aqhisar, Trabizon, Qara dəniz, Qadılq dağ, Abxaza, Gürcüstan ağzı, Göyçə dənizi, Gəncə, Dəmir qapı, Qara Dərbənd, yaxud Dərvand...

Bu yerləri xəritə üzərində bir cizgi ilə bir-birinə bağlarsaq bu nəticəyi əldə edəriz:

İndi Şərqi Anadolu adlanan əski Ermənistan və Qara dənizdə Dərbənd şəhərinə qədər uzanan bir sahə Cənubi Qafqaz da buraya daxildir. Bir də hər nə qədər ad zikr olunmuşdursa da vəqələrin gedişindən Şimali İranın, Cənubi Azərbaycanın da bu sahənin cənub ətəyini təşkil etdiyni təxmin ediriz. Məsələn, Dərbənd və Gürcüstana kafərləri çapıb yağma etməyə gedərkən, axar sulardan keçildiyindən bəhs edilir ki, heç şübhəsiz bunlar Kür və Araz nəhrləri ilə qollarıdır.

«Qorqud kitabı» «Oğuznamə»nin bir hissəsi olduğundan, bu halda «Oğuznamə»nin Azərbaycanda məhəlli bir rəng alaraq, intişar etdiyini göstərir. Bir də yuxarıda göstərildiyi kimi, Azər­baycan türkcəsinin yayıldığı yerlərdə cərəyan edən nağılların hər birinə «Oğuznamə» deyilməsini də əlavə etsək bu cəhət bir qat daha qüvvət qazanmış olur. “Qorqud kitabı”ndakı nağılların ço­xu­nun sonunda “Oğuznamə” adı anıldığı kimi (səh. 20-86-119 və sair). Gürcüstan padişahları ilə Oğuzların müharibəsini təsvir edən «Salur Qazanın evinin yağmalandığı» nağılı da «Dədəm Qorqud gəlibən boy-boyaladı, soy söylədi, bu “Oğuznamə”yi düz­dü, qoşdu» cümləsi ilə bitirməkdədir.

6. “Oğuznamə” müğənisi olan Qorqudun kitabda bir ozan ola­raq göstərilməsi də bizim üçün vəsiqə təşkil edir. Məlum oldu­ğu üzrə ərəb feodalist cəmiyyət quruluşu, hənuz əski türklərcə qəbul edilmədən əvvəl müxtəlif türk və tatar qəbilələri bir azda dini sifəti havi olan el şairlərinə qam, baxsı dedikləri kimi Oğuz­lar da ozan deyirlərdi.[41]

Bu ozan təbiri bizim aramızda, ta indiyə qədər yaşamışdır. Hazırki halda, xalq ədəbiyyatımızda belə, buna bol-bol təsadüf et­məkdəyiz. Vəsiqə olaraq bir neçə xalq türküsü aldık:

Atam ozan olubdur,

Dərdə dözən olubdur.

Quş dili bilməz canım,

Ərizə yazan olubdur.

Naxçıvan

 

Evimə ozan gəlib,

Pərdəni pozan gəlib.

Gündüz olan işləri,

Gecə yazan gəlib.

Gəncə

 

Qızım-qızım qızına,

Qızımı verəm ozana.

Ozan axca qazana,

Qızım gecə bəzənə.

Şəki[42]

7. Əski Alman şərqiyyatçılarından Fon Ditsin, 1815-ci sənə­sində təb etdirdiyi Şərq materialları güllüyyatı içində “Həzətür­risalə min qəlimati Oğuznamə əl məşhur” “Atalar sözü» adlı bir risalə də vardır.[43]

Bu risalə adından da məlum olduğu üzrə «Oğuznamə»nin havi olduğu atalar sözlərindən yapılma bir məcmuədir. Bundakı atalar sözlərindən əlimizdə olanlardan bəziləri az-çox şəkilini dəyişdirməklə indii də Azərbaycan xalqı arasında yaşamaqdadır.

Oğuznamədə: «İgidlik et, dənizə at! Balıq bilməsə xaliq bilər».

Azərbaycanda indiki şəkili:«Yaxşılış et, at dəriyaya, balış bilməsə xalıq bilər».

Bu kimi atalar sözü də, «Oğuznamə»nin Azərbaycanda intişarı təyin etməkdədir.

8. XVII əsrin türk səyyahlarından Evliya Çələbi öz səya­hətnaməsində Dərbənd şəhərinin «ziyarətgahı çəbəlil ərbəin», yəni qırxlar məkandan bəhs edərkən Qorqud Atasının qəbrini bu qəbiristanda gördüyünü aşağıdakı sətirlərdə qeyd etməkdədir:

«...Qırx ədəd qəbri əzim olub ziyarətgahı ənamdır, (ziyarət­gahı Dədə Xurxud ulu sultandır). Şirvanlılar bu sultana müətək­kiddirlər”.[44] Bu qeyddə anlaşıldığına görə, Qorqudun xatirəsi əski Azərbaycanlılar arasında qüdsi bir mahiyyət almışdır. Qorqudun böylə əhəmiyyət qazanması, onun çox geniş ölçüdə nüfuza malik olduğunu göstərir ki, bu da onun “Oğuznamə” nağıllarını eldən-elə gəzərək çalıb oxuması sayəsində vicudə gəlmişdir.

9. “Oğuznamə” nağıllarının qəhrəmanlarından Qazan ilə zöv­cəsi Burla xatun adına Cənubi Azərbaycanda iki qəbir bu­lun­ması da «Oğuznamə»nin Azərbaycandakı mövqeini göstərən və­siqələrdəndir. Bu qəbirləri gözü ilə görən alman səyyahı Olearius bu cəhəti aşağıdakı sətirlər ilə izah edir:

«...Qazan öldürüldükdən sonra Təbriz civaridə Aci nəhr kə­na­rında dəfn edilmişdir. İndii də[45] onun qəbrini orada görmək olur. Urmiya qələsi civarında onun zövcəsi Burlanın qəbrini də mənə göstərdilər».[46]

Burlaxatunun şəxsiyyəti haqqında tədqiqat yapan akademik Bartold bu vaxta qədər məlum olan tarixi simalar arasında Burla Xatun adına təsadüf edilmədiyini və bu adın yalnız «Qorqud ki­tabı»nda bulunduğunu, türk tarixi haqqındakı geniş tətəbbööatinə istinadan qeyd etməkdədi.[47]

10. «Oğuznamə» adı haqqında yapılmış qıssa bir tədqiqdə fi­kirimizi təyid edəcək bir qiyməti vardır. Türk kitabiyyat mutəxəs­sislərindən Burusali Məhəmməd Tahirin yaddulları içində mənbə­sini göstərmədiyi bu parçaya təsadüf edirik. Lisan və imlası ey­nən mühavizə edilmişdir: «...Türk qövmünə mənsub əqvam haq­qında yazılan Milli tarixlərin ən dəyərlisi, əldə bulunan bəzi əma­rə­lərə nəzərən,(«Uğuznamə») olamaq lazım. Bu tarixi qəbirin hic­rətin bin tarixinə qədər Azərbaycan tərəfilərində mövcut oldu­ğu bəzi vəsaiyiklə müsbət isə də bu gün əlimizdə mövcud deyildir.[48]

Bursalı Məhəmməd Tahir hər nə qədər «Oğuznamə»yi yan­lış olaraq tarixi qəbir şəklində qəbul edirsə də Azərbaycan top­raqlarında «Oğuznamə» deyilən bir şeyin yaşıdığını, müdəkkiklər arasında ilk dəfə hifs etmiş olduğu için yazısının hər halda bir xüsusiyyəti vardır.

Yuxarıdan bəri izah etdiyimiz bu vəsiqələr, «Oğuznamə» nağıllarının hicri tarixinin ilk əsrlərindən başlayaraq XVIII əsrə qədər Azərbaycanlılar arasında yaşadığını qəti surətdə isbat et­mək­dədir.[49]

Bu qüvvətli vəsiqələrə istinad edərək “Oğuznamə”yi Azər­baycan xalq ədəbiyyatında məhsul sayma icab etdiyi kimi, havi olduğu tarixi qiymət etibarilə də ədəbiyyatımızın ilk əsəri olaraq qəbul etmək lazım gəlir.

 

«Dan yıldızı» jurnalı, 1929, sayı 5(29),

səh. 30-32, sayı 8(32), səh. 28-29.


ƏŞİRƏT DÖVRÜNDƏKİ AZƏRBAYCAN ƏDƏBİYYATINA AİD VƏSİQƏLƏR

 

"Kitabi Dədəm Qorqud əla-lisan tayifeyi Oğuzan"

Adı ərəb və farsca olaraq "Oğuz tayfasının dilində Dədəm Qorqudun kitabı" olan bu əsər Azərbaycan və Şimali İranda ya­şa­yan türklərin ədəbiyyatına aid ən əski vəsiqədir. Bunun ətraflıca tədqiq və təhlili əşirət dövründəki ədəbiyyatımızın mühüm bir cəbhəsinin aydınlaşmasına səbəb olacaqdır.

Bu əsər ilk dəfə XIX əsrin başında Qərbi Avropa alimləri tə­rə­findən dar planlı, qısa nəşriyyatda elm aləminə bildirmişdir. On­dan sonra Rus alimləri, Türkiyə müdəqqiqləri tərəfindən müxtəlif qayələrlə gözdən keçirilmişdir. Aşağıda bu xüsusda daha müfəssəl izah edəcəyiz. Burada yalnız bunu söyləyəyim ki, tədqiqlərdə "Kitabi Qorqud" son zamanlara qədər başlı-başına bir əsər olaraq göstərilirdi. Fəqət Misirdə yazılmış bir tarixin meydana çıxması bu fikri tamamilə dəyişdirdi. Böylə ki, "Kitabi Qorqud" ayrıca bir kitab olmayıb əski oğuzlara aid olan "Oğuznamə"nin bir parçasıdır. Buna görə Qorqudun əsəri ətrafında bibliqrafik və təhlili məlumata başlanmadan əvvəl "Oğuznamə" üzərində durmaq məcburiyyətin­dəyiz. Biz bu qədər bu mühüm əsər haqqında bu vaxta qədər ya­pılan tədqiqlərin adətən xülasəsini göstərcəyiz.

 

"Oğuznamə"

Cahan Türkologiyasının ictimai və iqtisadi həyatlarını çox zəif və az tədqiqi etdiyi oğuz türklərinin "Oğuznamə" adında dastanı bir kitabları olduğu ötədən bəri məlumdur.

Oğuz daha Azərbaycan və Qafqaza gəlmədən əvvəl, yəni Tür­küstan steplərində köçəri bir həyat sürərkən xalq şair və həkimi demək olan ozanlar əşirətdən-əşirətə dolaşaraq çadırlarda qurulan şülən-bəylik qonaqlıqlarda[50] və başqa xalq yığın­caq­larında oğuzların mənkəbələrini bəstələr ilə oxuyaralardı.[51] Bu mənkəbələr başqa türk şöbələrinin yaratdığı əfsanələr kimi əv­vəlcə şifahi bir şəkildə olaraq bütün xalq içində yayılmış və yerləşmiş bulunurdu. Sonradan kağız üzərinə gömülmüşdür ki, "Oğuznamə" adının bir yerə toplandıqdan sonra verilmək ehtimalı daha çoxdur. Qüvvətli bir ehtimala görə "Oğuznamə" adının ya əcəm müvərrixləri və yaxud da əcəmləşmiş türk tarixçiləri tərəfindən verildiyi qənaətindəyiz.

Mövzuları əsrlərcə yaşayaraq xalqın bədii ehtiyaclarını tə­min edən "Oğuznamə" müsəlmanlıqdan əvvəlki etiqad və ehti­yatların izlərini daşıyardı.[52] Zaman keçdikcə müxtəlif səbəblərlə bilxassə ərəb dininin yerləşməsini mütəaqib qüvvətli bir surətdə inkişaf eləyən Quran kulturasının təsiri altında "Oğuznamə"nin dastanları yerini İslami bir şəkildə olan başqa xalq "məbəd"lərinə tərk edərək meydandan qalxmışdır.

Oğuz mənkəbələrinin, xalq ədəbiyyatından qalmış islamiy­yətin başlanğıclarında olmamışdır. Bunlar müsəlmanlığın intişa­rından son­ra da çox zamanlar qüvvətlə yaşamışdır. Azərbaycan və Qafqaz Oğuzları içində XVIII əsrin ikinci yarısına qədər da­vam etdiyini bizə bir neçə vəsiqə isbat edir. Türkiyənin kitabiyat müəlliflərindən Bursalı Məhəmməd Tahir məxəz göstərmədən, «Oğuznamə»nin XVI əsrə qədər xalq arasında yaşadığını bu sə­tirlərlə qeyd edir: “Türk qövmünə mənsub əkvam haqqında ya­zı­lan milli tarixlərdən ən dəyərlisi əldə bulunan bəzi imarələrə nə­zə­rən «Oğuznamə» al­maq lazım gəlir. Bu tarixi kəbir hicrətin bir tarixinə qədər Azər­baycan (Qərb-Şimali İran) tərəfində mövcud olduğu bəzi vəsaiklə müsbət isə də bu günkü gündə əlimizdə mövcud deyildir.[53] Mə­həm­məd Tahirin ümumi rəvayətlərinin tə­siri altında olaraq tarix[54] adı ilə deyiriz.

Göstərdiyi Oğuz mənkəbəsi izlərinin yaşadığı tarix XVI əsr sərhədini keçdiyini görürük. Bizim əhalimiz arasında XVII əsrdə o mənqəbələrin yaşadığı 1638 tarixində Dərbənd şəhərini ziyarət edən səyyah Oleari XVIII əsrdə mövcud olduğunu 1722-ci ildə köhnə Rusiya çarı Böyük Pyotrun knyazlarından Kantemirdən nəqlən qeyd edir. Zəmanəmizdə yaşayan xalq məsəlləri (nağılları) səlahiyyət sahibi türkoloqlar tərəfindən tədqiq edilirsə əski mən­qəbələrimizin təsirlərinin bulunduğunu tapmaq və yaxud onların başqa şəkillərə girdiyini görmək ehtimaldan uzaq deyildir.

 

«Kitabi Qorqud»u «Oğuznamə»yə bağlayan vəsiqə

“Oğuznamə”nin mahiyyəti haqqında bizə ilk məlumatı verən Misirdə hökmdarlıq etmiş olan Məlik Nəsrəddin Məhəmməd ibni Klavununun (cilusu 1075, vəfatı 1123) adamlarından Əbu Bəkir Abdullah ibn Aybəkid Dəvadaridir[55]. Bu adam on üçüncü əsrə qə­dər keçən vakələr haqqında Misirdə yazdığı tarixində «Oğuz­namə»ni böylə anlatır: “Başqa türklərin «Əğiznamə» («Oğuz­na­mə») adında bir kitabı var. Bu kitab onların arasında çox məş­hur­dur. Onların əhvallarını ilə mənşələr və ilk hakimləri barəsində mə­lumat ehtiva edir. Onların böyügü Oğuz deyilən bir adamdır...”

Dəvadari “Oğuznamə”nin türkcəsini görməmişdir. O, ərəb­cəyə tərcümə edilmiş bir nüsxədən istifadə istifadə etmişdir ki, bu ərəbcə nüsxə də 793 tarixində (hicri 211) farscadan tərcümə olun­muşdur. “Oğuznamə”nin ərəbcə tərcüməsi haqqında Dəvadari bu izahatı verir: “Atam hicri 709-da (miladi 1291-də) idarə mərkəzi Bilbas (Belbis-Qahirə civarındadır-Ə.A.) olan Şərq vilayətinin valisi idi. Tatarlara aid bir neçə alim yapdığı münaqişədən sonra yoldaşlarından Əminəddin-il Həməvi mənə bir kitab göstərdi. Bu kitabın yeganə nüsxə olduğunu və onun Əminə Bədrəddin Bayasiri tərəfindən özünə verildiyini əlavə elədi.

Əsər naxışlı və təzhibli idi. Yazısını Əli ibni Hilaləl Bavaq adın­da xəttatın bir şagirdi yazmışdı. Kitabın kağızları Bağdad şəhə­rində yapılmış ipəkdən idi. Cildi də sarı rəngə ipəkdən işlən­miş idi. Kitabın ayrıca altundan bir qapağı var idi. Yoldaşlarım Mənsur-əl-Əbbas, Əminəddin-il Həməvi və Bəlikin şairi Cəma­ləddin ibn Zey­tun ilə birlikdə oturub əsəri gözdən keçirdik. Dör­dümüzün oxuya bildiyimiz parçaları mən kopya etdim. Bir taqım yerlərini oxuya bilmədik. Kitabı tərcümə edənin Cəbrayıl binin Bəxtuşu (vəfatı 795) adında bir doktor olduğu öz dilindən yazıl­mışdır. Bu kitabın əvvəlcə türk dilindən farsacaya tərcümə edil­diyini və sonradan özü­nün hicri 211 tarixində farscadan ərəbcəyə tərcümə etdiyini qeyd etmişdir. Bu əsər Əbu Müslüm Xorasanın (vəfatı 719) xəzinəsinə aid şeylərdən idi. Əbu Müslüm özü də Buxtu xan sülaləsindən olduğunun və bu əsəri vərasət olaraq aldığını söyləyirmiş” [56].

Abbasi xəlifələrindən Harun-əl Rəşidə (doğumu 730, ölümü 775) uzun müddət doktorluq yapan Cəbrayıl bini Bəxtuşunun yazdıqlarından anlaşıldığı kimi, əsərin nəyə görə ondan əvvəl türkcədən farscaya 793 tarixindən ərəbcəyə tərcümə edildiyinə baxılarsa tərcümə “Oğuznamə” nüsxəsinin beşinci-altıncı əsrlərdə bulunduğunu qeyd etmək lazım gəlir ki, o vaxtdan bəri keçən uzun müddət içində ortada yox olmuşdur. Bu qiymətli kitabın yalnız bir neçə parçası bizə qədər gələ bilmişdir. Bunu da bizə Əbu Bəkir Abdullah Dəvadari xəbər verir.

«Oğuznamə»nin mündəricatı haqqında bildirdiyi qısa məlu­mat ilə Dəvadari kitab, oğuz türklərinin zühuri, ilk həyatları və ilk hökmdarlarına aid izahatdan ibarət olduğunu göstərir və bu əsərdə bir çox hekayə bulunduğunu da söyləyir. Onun göstərdiyi «Oğuz­na­mə»nin içində türklərin “And üsulu”, «Altun xan», «Arslan he­kayəsi», «Ulu Ay anası», «Ulu Ay atası», «Ulu Qara dağ», «Uşaq hekayəsi», «Qartal hekayəsi» və sair kimi mənkəbələr vardır. Bun­lardan başqa Dəvadari «Oğuznamə»də «Təpəgöz hekayəsi»nin möv­cud olduğunu da söyləyir. Bu hekayənin mövzusu əqil və məntiqin qəbul etməyəcəyi bir şəkildə xurafi mahiyyətdədir. Biz buraya ancaq mühüm bir vəsiqə olduğu üçün alırız. Dəvadari ərəbcə «Oğuznamə» nüsxəsində gördükləri «Təpəgöz hekayəsi»­nin mövzusunu bu surətdə anladır: «Oğuznamə» adlanan bu ki­tab­da onların (yəni oğuzların) Dəbəgöz (Təpəgöz) dedikləri bir ada­mın sərgüzəşti var. Təpəgöz onların məmləkətlərini yıxıb dağıtmış və böyüklərini öldürmüşdür. Oğuzların köhnə etiqadına görə Tə­pəgöz əcaib bir adammış. Təpəsində tək bir gözü var imiş. Ona nə qılınc nə də nizə işləməzmiş. Anası böyük dəniz cinlərindənmiş. Ata­sı da qocaman başlı bir adammın. O qədər ki, başına 13 qoyun dərisindən bir papaq geyərmiş. Bunun kimi bir çox məşhur heka­yələri vardır ki, bizim zəmanəmizə qədər oğuzlar arasında yaşa­mışdır. Bu hekayələri bilikli adamlar qopuz çalaraq əzbərdən nəql edərlər. Nəhayət türklərin içində yetişən Ərs (Oruz) oğlu Busat adında bir qəhrəman Təpəgözü öldürmüşdür. Bu vəqiə də böylə ol­muş: bir qız varmış, onu yənən (basan) adama gedəcəyini söyləmiş imiş. Taliblərdən kimsə onu basmamış idi. Əsr oğlu Busat qızı yəndi və qızla bərabər atası Ərsin yanına gəldi. Və atasına qızı yən­digini xəbər verdi. Atası da cavab olaraq: Mən də öylə sandım ki, Təpəgözü öldürmüsən - dedi. Busat bu sözün izlərinə haman get­di və Təpəgözü əqlin qəbul etməyəcəyin xurafi bir şəkildə öldürdü.

Dəvadarinin bir hekayə tərzində göstərdiyi mövzu əlimiz­də­ki «Kitabi Qorqud»da iki ayrı hekayədir. “Kitabi Qorqud”dakı «Təpəgöz» hekayəsində Busatın qız ilə mücadiləsi yoxdur. Böylə qızı yendikdən sonra almaq mövzusu Kanbura bəy oğlu Bamsı­birik hekayəsində vardır. Bu hekayədə «Bamsıbirik» adında bir qəhrəman Yegit bəy Beycanını qızı Banuçiçək ilə güləş yaparaq qızı basır və ondan sonra onunla nişanlanır. «Kitabi Qorqud»da üçüncü hekayə olaraq göstərilən bu hekayənin mövzusunu Əbu­bəkr Abdullah Dəvadarinin oxumuş olması, «Kambura bəy oğlu Bamsıbirik» hekayəsinin də «Oğuznamə»də bulunduğunu gös­tərir. Qız ilə oğlanın güləşi haqqında Dəvadarinin verdiyi mə­lu­mat Qorqudun kitabındakı «Bamsıbirik hekayəsi»nin yalnız bir qismini təşkil edir. Halbuki, Təpəgöz haqqında göstərdiyi mövzu­su kitabın səkkizinci hekayəsi olaraq «Büsat Təpəgözü öldürdüyü boyunu bəyən edər» sərlövhəsi altında müfəssələn vardır.

Dəvadarinin bu iki xürafayi anlatması sayəsidədir ki, bu gün məlum olan «Kitabi Dədəm Qorqud əla lisan tayifeyi Oğuzan”ın məşhur «Oğuznamə»nin bir parçası olduğu qəti surətdə anlaşıl­mışdır. Bundan başqa “Qorqud” kitabındakı ifadələr də bu kitabın «Oğuznamə»yə bağlı olduğu göstərir. Kitabda bunlunan 12 he­kayədən 6-sının sonunda o hekayəyə «Oğuznamə» deyildiyini göstərən sözlər var.

«Dirsə xan oğlu Bağac xan» hekayəsinin sonunda bu cümlə var: «Dədəm Qorqud boy boyuldu, soy soyuldu, bu «Oğuzna­mə»yi düzdü-qoşdu, böylə dedi: «Onlar dəxi bu dünyaya gəldi- keçdi, karvan kimi qondu köçdü».

«Salur Qazanın evi yığmalandığı» hekayəsinin son sətir­lərində böylə deyilir: «Dədəm Qorqud gəlibən boy boyuldu, soy soyuldu, bu «Oğuznamə»yi düzdü-qoşdu».

«Baybura bəy oğlu Bamsıbirik» hekayəsi də böylə bitir: «Də­­dəm Qorqud gəldi, şadlıq çaldı, boy boyuldu, soy soyuldu, qazı ərənlər başına nə gəldigini söylədi. Bu “Oğuznamə” birgin olsun dedi».

«Qazanın oğlu Uruzun əsir olması» hekayəsinin sonunda: Dədər Qorqud gəldi şadlıq çaldı, bu «Oğuznamə»yi düzdü-qoşdu.

«Qazılıq Qoca oğlu Yegənig boyunda» deyilir ki, Dədəm Qorqud gəlib boy boyuldu, soy soyuldu, bu «Oğuznamə» Yegən­gin olsun dedi.

 «Bəgil oğlu İmran» hekayəsinin sonunda da bu cümlə oxu­nur: «Dədəm Qorqud gəlib şadlıq çaldı, bu «Oğuznamə»yi düz­dü-qoşdu, Bəgil oğlu İmranın olsun dedi, qazılar başına nə gəl­diyinin söylədi».

Bu parçalar eyni zamanda «Oğuznamə» adına həm Oğuz mənqəbələrinin ümumi məcmuəsinə, həm də oğuzlardan hər bəy, xan və yaxud qəhrəman ətrafında vücuduna gəlmiş tək mən­kəbəyə verildiyini də göstərir.

Zəmanəmizə qədər gələn «Oğuznamə» parçaları: «Qoruqud kitabı» ilə «Oğuz» mənkəbəsi və «Hazətür risalə min kəlməti Oğuznamə”dir.

 

Qorqud kitabı haqqındakı tədqiqlərə aid biblioqrafiya

«Kitabi Dədəm Qorqud əla lisan tayifeyi Oğuzan”ın yeganə yazma nüsxəsinin Almaniyada Drezden kitabxanasında bulundu­ğunu öz kataloqlarında xəbər verən alimlərdən Aleymerdir. Bu nüsxə Drezden yazmaları içində Fleyşer kataloqunda 86 nömrə ilə mükəyyidir. XIX əsrin başlarında yenə Alman mütəkkik­lərin­dən Dits bu nüsxəyə kopya etmişdir. Bu kopya Berlin kitabxa­nasında Perça fehrüstündə 203 nömrədə mükəyyədir. Bundan başqa Dits yazma nüsxədə bulunan hekayələrdən «Basatın Təpə­gözü öldürdü boynu bəyan edər» əfasanəsinin mətnini almancaya tərcüməsi ilə bərabər şərqiyyətə aid material koleksiyonunun için­də 1815-ci ildə nəşr eyləmişdir. Akademik Bartoldun söylə­di­yinə görə Niyoldeki nam bir alim də 1859-cu ildə yazma nüsxəyi tamamilə kopya etmiş və əhəmiyyətli yerlərini almancaya tər­cü­mə etmişsə də bir çox yerlərini anlamadığı üçün tam etməmişdir.

Bundan sonra «Dədə Qorqud» haqqında çox geniş tərzdə rus alimləri tədqiqatda bulundular. 1894-cü ilə 1911 tarixləri arasında başda akademik Bartold olduğu halda Tumanski İnostronev və Qazax alimi Dibayev tərəfdən bir çox məqalələr nəşr edilmişdir ki, bunların mahiyyəti öz bəhslərində təhlil ediləcəkdir.

Vaxtı ilə İstanblada təşkil edilmiş «Asar İslamiyyət və milli­yət tədqiq əncümən» Berlin kitabxanasındakı kopya edilmiş nüs­xənin fotoqrafını çıxararaq Kilisli müəllim Rüfət mərifəti ilə kitab halında basdırılmışdır. (Mətbəəyi Amirə 1332, miladi 1916).

Müəllim Rüfətin istinsax əsasında oxuyamadığı bir çox ifadə və kəlmələrin yanında yapdığı təhsislərin bir çoxu yanlışdır. Çün­ki «Kitabi Qorqud»un dili bizim Azərbaycan ləhcəsi olduğundan bizim indi belə qullandığımız bir çox kəlmələri və ifadələri müəllim Rüfət bilmədiyi üçün bunları yanlış olmadığı halda, Osmanlı türkcəsinə görə təshih eləmişdir.[57] Yazma nüsxəyi bizat görən və tədqiq edən Bartol mətndə kitabın adını «Kitabi Dədə Qorqud əla lisani taifeyi Oğuzan» deyə göstərir.[58] Halbuki, Rüfət dədəm degin zəmir ədatı «m»-yı atmış və tayifə gəlməsini də osmanlı ağzına görə taifə yapmışdır.

Bu xüsusda türkiyəli müəllimlərdən M.Cövdətin 1334 və 1338-də yazılmış iki kiçik məqaləsi, bundan sonra Köprülü­za­dənin kitabalarında bir neçə qısa haşiyəsi vardır. Ən son tədqiq Əbdül­qədir adında başqırdıstanlı bir gəncin «Türkiyyat məcmuə­si»ndə «Kitab Dədə Qorqud» haqqında sərlövhəsi ilə yazdığı məqaləsidir. Bu məqalə əksik bir bibiloqrafi ilə bərabər qırğız və başqırd türkləri arasında Qorqud haqqında yaşayan əfsaqələrdən bəhs edir.

Yuxarıda yad edilən bütün mənbələr Bartoldun ilk məqalə­sində qısa sətirlər müstəsna olmaq şərti ilə “Qorqud kitabı”nın dil və ədəbiyyat tarixi nöqteyi-nəzərindən əhəmiyyət və qiymətli təhlil edəcək ümumi mahiyyətdə deyil. Biz burada bütün bu tədqiqləri gözdə tutaraq onu ümumi bir təhlil məruz buraxacağız.

 

Drezdendəki mətnin yazıldığı tarix haqqında

“Qorqud kitabı”nın mətni Drezden kitabxanasının XVI əsr yazmaları arasında hifz edilməkdədir. Demək olur ki, yazmaların kataloqunu tərtib edən Fleyşer mətnin bu əsrdə yazıldığına qənaət hasil etmişdir. Bartolda mətnin yazıldığı tarixi araşdırarkən haman-haman eyni nəticəyə vasil olmuşdur. Böylə ki, mətnin son səhifələrindən birində Osman paşanın vəfat tarixi 993-cü ildir (miladi 1585), tərzində mövcud bir qeydi görən Bartold deyir ki, bundan da əlyazmasının o vaxtlar (yəni 1585 illərində) yaxud az sonra yazıldığı istiğrac edilə bilər[59].1

Halbuki, bizcə bir kitabın mətni xaricində gəlişi gözəl qeyd edilən bir vəfat tarixi o kitabın yazılışı və yazıldığı tarix ilə əlaqədar olmaz. Bunun üçün mətnin yazıldığı tarixi böylə bir ölüm tarixindən çıxarmağa çalışaq doğru nəticə verməz.

Əski türk ailələrində bir adət var idi: birisi doğuldumu, və ya öldümü və yaxud zəlzələ, aclıq, xəstəlik, istila kimi mühüm hadisələr zühr etdimi, vaqiənin tarixi ailənin böyüyü və yaxud oxumaq biləni bir-iki sətirlə evdə bulunan ləyəttyin bir kitabın (ələl-əksəri Quranın) başına və ya sonuna qeyd edilirdi. Osman paşa adlı zatın ölümünün qeydi də bu surətlədir. Bu kimi qeydlər üçün mütləqa kitabın qədim və yaxud yaxın zamana aid olduğuna bakılmazdı. Ola bilər ki, Osman paşanın vəfat tarixi qeyd edilən mətnin çox köhnə bir zamanda yazılmışdır.

«Kitabi Qorqud»u öz kataloqunun XVI əsrdə mənsub yazmaları içində qeyd edən Fleyşeri aldadan səbəb də bəlkə bu bir sətirlik qeyddir. Akademik Köprülüzadə müəyyən bir vaxt göstərməyərək bu yazmanın Osmanlı dövlətinin təşkilindən sonra təsbit edilmiş olduğunu iddia edir.[60]

 Burada təsbit kəlməsi istinsas mənasına olmayıb da şifahi vəziyyətdə ikən kağız üzərinə qonulduğu məqsədi ilə qullanılırsa, o halda bir az düşünmək lazım gəlir. Çünki Əbu Bəkir Abdullah ibni Aybekir Dəvadarinin verdiyi məlumat mövcibincə “Kitabi Qor­qud”­dakı mündəricat «Oğuznamə» adı altında çox əvvəllər türkcə olaraq təsbit edilmişdir. Sonralar farscaya və IX əsrdə fars­cadan ərəb dilinə tərcümə olunmuşdur ki, Dəvadərini XIV əsrin başla­rın­da gördüyü «Oğuznamə»nin ərəbcə tərcüməsidir. O hal­da, bu tərz­də ifadəyi biz ancaq əldəki kitabın Osmanlı dövlətinin təhsizindən sonra kopya edildiyi tərzində qəbul etmək məcburiy­yətindəyik.

Osmanlı dövlətinin təşkilini mütəaqib kopya edildigi fikrini verən yeganə vəsiqə «Kitabi Qorqud»un iki cümləsidir: «Qorqud ata ayıtdı: Axır zamanda xanlıq geri kayiya degə kimsənə əllə­rindən almiyə, axır zaman ölüb qiyamət qopunca. Bu dedigi Os­man nəslidir işdə sürülüb gedəyürdür (səh.3). Bir də «Bayburə bəg oğlu Bam­sıbirik hekayəsi»ndə İstanbul kəlməsinin yad edil­məsidir. Bayburə bəg yeni bir oğlu doğduğu zaman bəzirganları çağıraraq əmr verir: «Barın Rum elinə mənim oğlum üçün yaxşı ərmağanlar gətirin bö­yüncə» dedi. Bəzirganlar dəxi gecə-gündüz yola girdilər. İstanbula gəldilər. Dam danışıq ələ yaxşı ərma­ğanlar aldılar (səh. 39).

Bu iki cümlədən birincisi daha qüvvətli bir vəsiqə təşkil edir. Həqiqətdən “Qorqud kitabı”nın başında görülən cümlə kitabın Osmanlı hökumətinin təşkilindən sonra yazıldığını deyil, kopya edildiyini göstərir.

“Qorqud” mətninin yazıldığı tarixi XVI əsrə qədər irəli gətir­mək doğru olmaz. Mətindəki dilin ünsürləri bu fikri təyin etdiyi kimi ayrı bir vəsiqədə mütaliəmizi qüvvətləndirir. Əski Osmanlı padşahlarından ikinci Murad zamanı (doğumu 1388, vəfatı 1438) olan XIV əsrin sonları ilə XV əsrin başlarında yazılmış «Tarixi-Ali Səlcuq» Dədə Qorqud haqqında bu qayıbdan xəbərlər söylərdi. Həq­qi tənəzər edərək qiymətli vəsiqə olduğu üçün buraya alırız. “Rəsul əleyhsəlam zamanına yaxın zamanlarda Bayat boyundan Qorqud ata qopdu. Kənd və kövminin birgəsi idi. Nə dersə olurdu. Qayıbdan xəbərlər söyləyirdi. Haqq tala onun könlünə ilham edərdi. Etdi axır zamanda görü xanlıq kayeya verilib, kimsə əllərindən almiyədi, dedigi Osman Rəhmətullah nəslidir”.[61]

«Tarixi ali Səlcukun» göstərdiyi vəsiqəyi eyni ilə “Qorqud kitabı”nın Drezden nüsxəsinin başlanğıcında da buluruz: “Rərsul əleyhsalam zamanına yaxın Bayat boyundan Qorqud ata deyilən bir ər qopdu. Oğuzun ol kişi tamam bilicisi idi. Nə dirsə olurdu. Qayıbdan dürlü xəbərlər söylərdi. Haqq-tala onun könlünə ilham edərdi. Qorqud ata etdi axır zamanda xanlıq, gəri kayıya degə, kimsənə əllərindən əlmiyə, axır zaman ölüb qiyamət qopunca, bu dedigi Osman nəslidir, işdə sürünüb gediyor”.

Görülür kü «Tarixi ali Səlcuk»un nəql etdiyi məlumat “Qorqud kitabı”nın müqəddiməsindən başqa bir şey deyildir. Bu halda «Tarixi ali Səlcuq»un XV əsrin ilk yarısında yazıldığına baxılırsa, «Kitabi Dədəm Qorqud»un XVI əsrdə yazıldığını iddia edənlərin hökmlərindən zəiflik öz-özünə meydana çıxar.

“Qorqud kitabı”nın XVI əsrdən çox əvvəl yazıldığını təyid edən vəsiqələrdən biri də “Qorqud kitabı”nın tamailə köçəbəlik səciyyəsini göstərən mövzularıdır.

Dəvadarinin fikridə bunu nəkz edir. Əldəki “Qorqud”un bir qisminə böylə havi olan «Oğuznamə»nin ərəbcəsini daha XIV əsrdə görmüşdür. O halda türkcə daha əvvəl yazılmışdır.

Demək olur ki, «Qorqud kitabı», «Tarixi ali Səlcuq»dan əv­vəl yazılmışdır. Buna görə Drezden nüsxəsinin kopya tarixinin XV əsrin gerisində qalan əsrlərin içərisində aramaq lazımdır.

 

“Azərbaycanı öyrənmə yolu” jurnalı,

1930, sayı 3(8), səh. 48-52.

 


Xalq ədəbiyyatı və incəsənəti

 

TÜRK XALQ ƏDƏBİYYATINDA MANI NÖVÜ VƏ AZƏRBAYCAN BAYATILARININ XÜSUSİYYƏTİ

(Beş bin bayatı-manı üzərində yapılmış bir tətəbönamədir)

 

Manı və həyatının tarixi təkamülü. Turfan, Altay, Özbək, Mi­­şər, Kazan, Kırım, Anadolu, İrak və Dağıstan manılarına bir ba­xış. Azərbaycan bayatılarının bir xüsusiyyəti: oyandırma və xi­tab tərzləri, qafiyədə cinaslamalar, vəzn tipləri, üçüncü misraların xarakteri. – Bayatılarda ictimai qiymətlərin təzahür şəkilləri, bayatı motivlərində əşirət dövri ilə feodalizm, kapitalizm və in­qi­labi cəmiyyət quruluşlarının ədəbi üslubu. Bayatıların başqa nəzm şəkillərilə əlaqəsi. Bayatılarla əlaqədar xalq ənənələri. Ba­yatılarda qadın yaradıcılığı.

 

Mədxəl

Türk xalqları ədəbiyyatında bol məhsullu müstəqil bir ədəbi nevi olan manı-bayatı haqqında türkoloji aləmi çox az tədqiqə malikdir. Bu xüsusda ilk əlaqə göstərən Avstriyalı Hammerdir ki, qərb ədəbiyyatına aid yazdığı əsərində Anadolu manılarından müxtəlif nümunələr göstərmişdir. Ondan sonra manıdan bəhs edən Macar müstəşri1lərindən akademik İqnats Kunoşdur ("Os­man­lı Türkləri xalq mənzumələri", Budapeşt, 1889; "Türk xalq ədəbiyyatı", İstanbul, 1925). Kunoş əsərlərində yalnız manıdan nümunələr göstərməklə kifayətlənməmişdir. Bu nümunələrin çoxu Anadolu manılarına aiddir. Az bir qismi də Cihan mühari­bəsi əsnasında Rusiyə ordusuna mənsub olub da Macarlara əsr düşən tatar əsrlərindən toplanmış Kazan və Kırım manılarıdır.

Rus türkoloqlarından məşhur V.Radlovun Türk xalq ədəbiy­ya­tına aid küllüyatında təhsilsiz olaraq göstərdigi yüzlərcə manı nü­munəsi tamamilə Kunoşun əsərlərindən kopya edilmişdir. ("Türk tayfalarının xalq ədəbiyyatı nümunələri", S.Peterburq, 1899)

Manı haqqında az-çox tədqiqə polyak şərqiyyatçılarından professor Tadeyş Kovaliskinin əsərində təsadüf olunur. Manıya həsr etdigi üç səhifəlik izahatında Anadolu manılarını vəzn etiba­ri­lə təhlil edərək nəticədə üç tip manı olduğunu iddia etmişdir ("Türk xalq nəzmlərinin şəkilləri üzərində tədqiqlər", Krakovi, 1921).

Bu xüsusda yapılan tədqiqləri tarix sırası ilə təqib edərsək Köprülüzadə Məhəmməd Fuadın da saz aşıqlarından bəhs edər­kən manı haqqında da izahat verdigini görürüz. Özündən əvvəlki alimlərə nisbətlə daha geniş olan bu izahatında mudəqiq manının dörd və altı mısradan ibarət yeddi hecalı vəzndə olduğunu və əsas fikrin sonuncu beytdə bulunduğunu qeyd etməkdədir. Köprülüza­dəyə görə altı misralılar hər zaman cinaslı olur, dörd misralılarda tam cinas olması şərt dəgildir. Hətta çox az olaraq beş və altı hecalı manıların da bulunduğunu qeyd edir. Bu məqalədə ma­nılara istinad edən xalq əgləncələrindən də ayrıca bəhs edilmək­dədir (Saz şairləri. "Tənin" qəzetəsi, İstanbul, 1922).

Köprülüzadə başqa bir məqaləsində yenə manıdan bəhs edər­kən onun ən əski nəzm şəkli olduğunu qeyd etməkdə və bunların bir-birilə birləşməsi və təkamül etməsi sayəsində koşma, dastan, türkü, varsağ, türkü sağo nevlərinin vücudə gəldigini irəli sürməkdədir. Yenə bu alimin nöqteyi-nəzərinə görə Azərbaycan türk ədəbiyyatında tuyuğ nevinin vücudə gəlməsi pəhləvilərə aid nəzm şəkillərindən olan pəhləviyyat, yaxud fəhləviyyat ilə manı­nın birləşməsi sayəsində olmuşdur (Qoşma tərzi, "Yeni məcmuə", İstanbul, 1923 və İstanbul Darülfünunu təkrirləri, 1925 ).

Türkiyəli mühərirlərdən Haşım Nahid İraq türklərinə aid yazdığı məqalələrdə İraq manilərindən bəzi nümunələr göstərərək onlardakı təhəəssüs və təfəkkür tərzindən bəsit bir şəkildə bəhs etmişdir.

Mühərririn qeydinə görə manılarda birinci misranın qısa olması, manıyı çağıran adamın adını söyləməsi üçündür (İrak türkləri. "İkdam" qəzetəsi, İstanbul, 1338 və "Türk yurdu" məc­muəsi, Ankara, 1339).

İstanbul Darülfünunu Məzunları Cəmiyyətinin nəşr etdigi "Manılar" risaləsi, yalnız havi olduğu mətnlər etibarilə diqqətə layiqdir. Bunlar akademik Kunoşun Macarıstanda basdırdığı əsərlərdən seçilərək kopya edilmişdir (Manılar. İstanbul, 1339).

Türkiyyat aləmində mühüm mətnlər nəşr etməklə tanınmış Ki­lisli müəllim Rüfətin topladığı yüzlərcə manılar ancaq xam ma­te­rial halındadır (İstanbul Darülfünun Kütübxanəsi, yazmalar qismi).

Manı haqqında bəsit bir izahata müəllim Səddədin Nüzhət və Məhəmməd Fəridin əsərlərində təsadüf edirik. Bunların verdigi məlumat mənbə göstərməklə bərabər Köprülü- zadənin fikirlərinin ibtidai şəkildə kopyasından başqa bir şey dəgildir (Konya vilayəti, xəlqiyyat və hərsiyyatı, Konya, 1926).

Özbək mühərrirlərindən Ə.Züfəri və G.Yunusun bu xüsusda əsərləri və Türkistanda şaye olan manılar etibarilə dəyərə malik­dir (El ədəbiyyatından əşulələr. Səmərqənd, 1927).

Bizdə də bayatı ilə əlaqədar az-çox nəşriyyat yapılmışdır. Müəllim Abbaszadənin kitabçasında (Bakı, 1918, ikinci təbi), müəllim Bünyadzadənin "Kəşgül" adlı şərqilər məcmuəsində (Bakı, 1915) və "Dağarcıq"ında (Bakı, 1917), Firudin Köçərlinin "Balalara hədiyyəsi"ndən (Bakı, 1912), Y.Vəzirovun "Azərbay­can ədəbiyyatına bir nəzər" adlı əsərində (İstanbul, 1337) yalnız bayatı mətnlərinə təsadüf edilməkdədir. Bu qəbildən əski Azər­baycan Ədəbiyyat Cəmiyyətinin nəşr etdigi "Bayatılar" kitabça­sında yalnız mətnləri havidir (Bakı, 1926).

Səlman Mümtaz "Aşıq Abdulla" adlı bir şairdən bəhs edər­kən bayatı haqqında da qısa izahat verir. Çox qarışıq olan bu iza­hatda ilk mısrada şairin öz adına zikr etməsi haqqında olan iddia, Haşım Nahidin fikrindən kopyə edilmişidir. İkincisi, bayatının Oğuz­ların Bayat şöbəsinə nisbətlə adlandırılması fikri də Köp­rülü­zadənin daha əvvəlcə söylədigi fikrinin ("Türkiyyat məcmuə­si", cild 1, səh. 205) təkrarı deməkdir. Səlman Mümtaz kitabça­sında beş yüzə qədər bayatının Aşıq Abdullanın olmasını göstər­məkdədir ki, bununla şərik olmaq qabil degildir. Mühəririn bu korkunc yanlışlığı kitaba "Azərnəşr" tərəfindən ilavə olunan mü­qəddimədə açıq bir surətdə göstərilmişdir.

İsmayıl Hikmətin də yazılarında manılara aid təhlillərə təsadüf edilir. Bu mühərir eyni cinsdən manıları bir çox adlarla ayrı-ayrı olaraq qeyd etmişdir. Eşq şərqiləri, manılar, şikəstələr, bayatılar, izdivac şərqiləri, ölüm şərqiləri... Bəstə (musiqi) adı ilə nəzm şəkili adlarının qarışdırıldığı bu bölgünün özü belə bu tədqiqin nə qədər keyfi olduğunu göstərməkdədir. Sərlövhənin altında qeyd edilən izahat ictimai, ədəbi tədqiqdən ziyadə şairanə təhssüslərə daha yaxındır (Azərbaycan ədəbiyyatı tarixi, birinci cild, Bakı, 1928).

Bu ümumi biblioqrafinın mündəricatından da açıq bir surət­də anlaşılır ki, manı-bayatı haqqında elm aləmində aparılan təd­qiqlər bu ədəbi nevin keçirdigi tarixi təkamülü, hər ləhcə daxi­lində qazandığı orijinallığı, texniki xüsusiyyətləri sınıfların idea­lizəsilə olan əlaqəsini, ictimai mevqeyini, türk nəzminin qəmmi (koliçestvennıy) inkişafındakı rolunu, etnoqrafik qiymətinin bir tərkib (sintez) halında qavramaqdan çox uzaqdır.

Məmləkətimizdə gündən günə artan folklor tədqiqatlarının və təsis olunmağa başlayan elmi ədəbiyyatçılığın verdigi cəsa­rətlə, hiss olunan boşluğu bu iş təcrübəsi ilə-vəlo-qismən olsun doldurmaq qayəsini təqib etdik. Bunu da hər şeydən əvvəl qeyd etməli ki, bu tətəböönamə daha səlahiyyət sahibi olan alimlərin tədqiqlərini nəzərə aldığı kibi, Azərbaycanı Ögrənən Cəmiyyət tərəfindən toplanılıb da tərəfimizdən tərtib edilən beş minə qadar Azərbaycan bayatısı ilə bir çox digər türk xalqlarının manılarına istinadən meydana çıxmışdır.

 

II

Bayatımı, manımı?

 

Tədqiqimizi kolaylaşdırmaq üçün hər şeydən əvvəl bayatı adı üzərində durmaq icab edər.

Türk ədəbiyyatının müxtəlif şöbələri ilə məşğul olanlar çox gözəl bilir ki, ümumiyyətlə heca vəzni yeddilisi ilə yaradılan dörd mısralı müstəqil mənzumələr, yalnız Azərbaycan sahəsində bayatı adını daşımaqdadır. Halbuki bu nəzm şəkli yalnız Azərbaycan türk ədəbiyyatına münhəsir bir şəkil degildir. Bu nəzm şəklinə çox qədim zamanlardan ta indiyə kibi həmən-həmən bütün türk ləhcə­lərində təsadüf edilməkdədir və müxtəlif ləhcələr müxtəlif adlarla tanınmaqdadır. Məsəla, qərb (osmanlı) ləhcəsində mani,[62] çöl Kı­rım türkcəsində cınğ,[63] Kazan ilə cənub Kırımcada cır,[64] Özbək­cə­də əşulə, yaxud aşulə[65], İraq türklərində türkü,[66] qırğız və qa­zax­larda kayım ölənğ,[67] yaxud aytıspa[68] kibi xüsusi adlar almaqdadır.

Bunlara rəğmən, tədqiqat əsnasında bəzi ləhcələrdə müştə­rəkən manı işlədildiginə də rast gəlirik. Qərb türkləri kibi bu gün şimali Rumıniyada, Bessarabiyada yaşayan Qağauz türkləri belə bu nevi manı adlandırmaqdadır.[69]

Azərbaycan köylərinin bəzisində belə bayatılara manı-məni-mahnı-mahnu-mahna deyildiginə təsadüf etməkdəyiz. Əsərimizin havi olduğu binlərcə bayatıların mevzusu içində bayatı kəlməsi qul­lanılmadığı halda, manı, mahnı kəlməsini ehtiva edən nümu­nələr vardır:

Mahnı mahnının başı,

Mahnı bilməyən naşı.

Gəl bura mahnı deyax,

Qərib yerin yoldaşı. (Zaqatala)

Xalq arasında bu mənzumə nevinin müxtəlif ad qazanması, ya müxtəlif zamanlarda müxtəlif əşirətlər tərəfindən adın dəgiş­dirilməsindən, yaxud birisinin mevzucə, o birinin musiqicə qiy­mətindən irəli gəlir.

Əksəriyyətlə bayatılar bir bəstənin rəfaqətilə söylənilir. Bu­nun üçündür ki, Azərbaycanda daha çox musiqiyi təzahür etdirən adı intişar etmişdir. Türklərdə ümumiyyətlə mənzum nevlərin bəstə adları ilə hər zaman yayıldığını ilavətən düşünəcək olursaq, bayatı təbirini bu nəzm nevinin musiqisinə verilmiş bir ad olduğu haqqındakı fikri qəbul etmək lazımdır. Necə ki, bizdə bayatı bəstəsilə (havasilə) söylənilən manılar, gərək şərq və gərəksə də digər türklərdə ayrı-ayrı bəstələrlə söylənilməkdədir. Hətta Azər­baycanın özündə də bir manı güftəsi, bayatı, bayatu çobani, şi­kəstə, Qarabağ şikəstəsi, Şirvan şikəstəsi, Salyan şikəstəsi və Lenkaran şikəstəsi...[70] kibi müxtəlif bəstələrlə söynəlilməkdədir.

Bundan başqa Kafkas və Şimali İran türklərinə aid müsiqi bəstələri arasında Bayati Kürd, Bayati Qacar, Bayati İsfahan, Bayati Şiraz... kibi adlarla yad edilən bəstələr də vardır. Bu cihət­ləri qeyd edərək bu nəzm şəklinə bayatı adının Oğuzların bayat qəbiləsi tərəfindən verildigini və dolayisilə Azərbaycan bayatı­la­rında musiqi və ədəbiyyatın qüvvətli olduğunu iddia edən Köp­rülüzadə M.F.: "Əski Osmanlı musiqisində də bayatı pək məşhur və mutəmmim bir məqamdır" deyir.[71]

Bizim əldə etdigimiz nəticəyə görə bayatı təbiri kibi öləng, cır, türkü, eşulə adları da mənaca şərqi demək olduğundan bun­larda digər türk xalqlarında manının bəstəsinə verilmiş ad kibi sa­yılmalıdır. Hələ bir az aşağıda tədqiq edəcəgimiz üzrə bundan doqquz yüz sənə əvvələ aid "Kudatqu bilik" məni adilə dörtlə­mələrdən bəhs etməsini də düşünəcək olursaq və burada türk xalqlarının nəşət etdigi ölkələrində "Kudatku biliy"in yayıldığı sa­hələr olduğunu xatırlasak, o vəkt musiqi yüzündən müxtəlif adlar alan bu nevin - güftə etibarilə - ümumi və müştərik adını manı olarak qəbul etmək icab edər. Zaman keçdikcə bəzi türk qəbilələ­rində manı adı unutulmuş, yerinə musiqi adı kayım olmuşdur.

Manı təbirinin mənası bəzi müstəşrikləri əlakədar etmişdir. İlk dəfə olarak akademik A.Samoyiloviç Nəvayinin tuyuğları haq­qında nəşr etdigi qiyəmtli tətəbböönamədə ("Müsülman dün­ya­sı", Petroqrad, 1917) bir vəsilə ilə məni kəlməsindən bəhs edərkən "Müasir Osmanlı və Azərbaycanlılar mani deyə yazarlar" qeydini ilavə edir.

Kovalski də maninın məadan gədliginə qətiyyətlə qanedir.[72] Daha sonra manı haqqında nəşr etdigi məqalədə mani kəlməsinin əslini türkcədə zən etməyən Köprülüzadə dəxi ərəbcənin məni, məa kəlməsindən gəldiginə inanır.[73]

Halbuki, bu müstəşriqlərdən yüzlərcə sənə əvvəl yetişən Ev­liya Çələbi bu xüsusu qəti bir şəkildə göstərməkdədir. On yed­dinci əsrin adamlarından olan bu səyyahın səyahətnaməsində bul­duğu­muz bir fəqərə onun zamanında maninın Anadolu köylərində aldığı adı, mənaca çıplak bir şəkildə meydanə qoyur. Evliya Çə­ləbi ma­nılardan göstərdigi nümunələrin adını doğrudan-doğruya məni şəklində qeyd edir ki, səyyahın ifadəsini eynilə buraya nəql etdik:

"... Sahibi Pərhiz, şəhbaz bir yigit kalkmış, üryan atına bəs­mələ ilə timar ediyor Yedərgən bir savvti həzin ilə makamla şu beyti söylədi:

Öyləmi halım fələk,

Dil bilməz zalım fələk,

Qəsdin can bağçasından,

İki nihalim fələk.

Bu tərz ilə mütəsəvvüfanə, fələkdən şikayət eləyirdi. Həkir heyrətdə kalarak bu beytdən təfəül kəsd etdim. Yenə məniyə ağaz edərək şunu söylədi:

Baba kitab ilə sən,

Uğraşma nafilə sən,

Bundan bir iş eylə,

Anda yana biləsən.

Digər məni:

Lalanin dünyası nə,

Aldanma dünyasinə,

Dünya bənim diyənin,

Dün getdik dün yasinə.

Bunları öylə qəribanə və cigər-suz bir səda ilə okuyub ağladı (Evliya Çələbi səyahətnaməsi, cild 1, səhifə 211). Evliya Çələbi­nin göstərdigi nümunələrin bu gün belə Azərbyacan bayatıları içində yaşadığını yuxarıdakı izahata ilavə edəcək olursaq, artıq bu nevin Kırım, Qaqauz türklərində olduğu kibi cənub türklərində də adının manı və bunun da ərəbcə mənidən gəldigi haqqında ortaya sürülən fikir haqqında heç bir şübhə qalmamış olur. Məni kəl­məsinin mani halına keçməsi isə ayn hərfinin türk ağzına görə dəgişməsindən başqa bir şey deyildir.

Manılar məlum olduğu üzrə heca vəzninin yeddilisilə yazı­lır. Bu şəkilə türk ədəbiyyatının çox əski devilərinə aid məhsulları arasında da təsadüf ediriz. Türk ədəbiyyatının elmə məlum olan ilk vəsiqəsi Orxon abidələrinin mənsur kitabələri içində mənzum parçaların da olduğnu ilk dəfə akademik F.E.Korş xəbər verdi.[74]

Bilgə kağan bitigin

Yolug tikin bitiqin

Bunca barkag badızın

Özi kağan atısı

Yolug tikin mən ayı

Artıgı tort gün türup

Bitidim, badıztım...

"Bilgə kağan" abidəsi, qərbi-cənub tərəfi.

Yeddi hecalı ibtidai bir vəzni havi olan bu parça, şəkildən məhrumdur.[75] Bu dövrlərdə Orxon sahəsində yaşamış əsərlərdən başqa nümunələr bulunmuş olsaydı, abidələrin diyilişi tarixindən sonra ümum nəzmilə bərabər yeddi hecalılarda hasıl olan dəyişikliyi qolaylıqla təqib etmək olacaqdı.

Abidələrdən sonra əlimizdə olan "Divan-i lüğat ül-turk"dəki mənzumələr arasında da yeddi hecalı bir çox mənzum parçalar vardır[76].

Kitabın üç cildi içində ayrı-ayrı qitələr və beytlər halında olan bu mənzumələri son vəktlərdə alman müstəşriklərindən professor Karl Brokilman[77] tədqiq edərək toplamış, mevzu və şəkilcə bir-birinə yaxın və mütəmmim olan qitələri bir-birinə bağ­layarak bütöv mənzumələr halına qoymuşdur. Qayəmiz bunların təsnif və tərtibi olmadığından bu cəhəti nəzərə almıyarak burada Brokilmanın, mənzumələri adlandırmaq üçün qəbul etdigi bölmə­lərinə riayət edəcəgiz. Mənzumələri tədqiq edincə bunlardan Alp Ər Tunqa ilə məchul bir qəhraman haqqındakı mərsiyələr, Uyğur­larla müharibə, Yabakutlarla müharibəyə aid dastanlar, av mən­zumələri, oğru bir yoldaş haqqındakı mənzumə ilə bir bəyzadəyə qəsidə və bunlardan başka yigirmi iki parça müxtəlif qitələr həp həcanın yeddilisi vəznində və həm də qitə halındadır.

"Divani lüğat üt-turk"dəki bütün mənzum nümunələr göstə­rir ki, bundan səkkiz yüz qədər il əvvəl, turk nəzmi, qəti olaraq, dört mısralı qitə halında təmərküz etmişdir. Gərək bunlara və gərəksə ən ibtidai cəmiyyət həyati yaşayan turk xalqlarındakı əsərləri şəklinə istinad edərək turk nəzmində vahidi kiyasinin qitə olduğu qəbul edilməkdədir.

Bayatı-manının texnikası da bu iddiayı qüvvətləndir­mək­də­dir.

Ərəb və əcəm ədəbiyyatının türk ədəbiyyatı üzərində təsirini tədqiq etdikdən sonra müstəşrik Kovalski türk ədəbiyyatının da qarşılıqlı olaraq ərəb və əcəm ədəbiyyatının üzərinə təsir yapdı­ğını və hətta rübai nevində manıların təsiri olduğunu irəli sürür və deyir ki: "Bu vəktə qədər əcəm ədəbiyyatının orjinal məhsulu sayılan rübainin mənşəyi haqqında qəti bir şey məlum degildir. Bu nev, ədəbiyyatda qəsidə, qəzəl və məsnəvi ilə bərabər doqqu­zuncu əsrdə birdən birə zühur etmişdir ki, nə ərəb, nə də əcəm ədəbiyyatının əski dövrlərində özünə bənzər bir nevə təsadüf edilməmişdir".

Bundan sonra Kovalski böylə bir sual verir: "Nədən türk dörtləməsi ilə əcəm rübaisi arasında qarşılıqlı münasibət bulun­masın? Biz iki uyğun hadisə olaraq əcəm və ərəb ədəbi şəkilləri arasında rübaini, bir də türk xalq mənzuməsi içində dörtləməyi biliriz, türk dörtləməsinin əcəmininkindən çıxdığına aid söz belə olmaz. Halbuki, rübainin doğuşunda türk təsirinin varlığı haqqında bu mümkündür".[78]

Kovalski bundan sonra manı şəklinin ərəb ədəbiyyatına da təsiri olub olmadığını ehtimalını xatırlayır ki, həqiqətən ərəbiyyat mütəxəssislərini əlaqədar edəcək bir xatırlamadır.

Hər halda manı nevinin Orta Asiya xalqları arasında Altaya qədər geniş bir sahədə "Divan-i lüğat ül-türk"ün yazılışı tarixin­dən çox əvvəl yaşadığı haqqında Kovalski kibi bizdən çox daha sə­lahiyətdar bir mutəxəssisin fikri ayrıca diqqət ediləcək bir nöqtədir.

"Divani-i lüğat ül-türk"dəki yeddi hecalı mənzumələrlə im­di­gi bayatı-manılar arasında quruluş etibailə fərk olması təbiidir. Çünki bu kitabdakı qitələr, müəyyən bir mövzu ilə bağlanan, bir-birinin arxasından gələn və bir-birini itmam edən təcnissiz sadə qitələrdir. Bu qitələrdə üç ilk mısraları bir-biri arasında dördüncü mısralar, qitələrin dördüncü mısraları arasında qafiyədardır. Hə­mən əksərisi bu şəkildə olduğu halda tək-tük qitələrdə xüsusi bir şəkil göstərir. Məsəla, professor Karl Brokelmanın əsərində bu­lunmayan bu iki qitənin dört mısrası da qafiyədar olmaqla xüsusi bir şəkil ərz edər.

Altı hecalı qitə:

..........................

.........................

......................

..........................

Yeddi həcalı qitə.

................................

..............................

...............................

.................................[79]

(Divan-i lüğat üt-türk. birinci cild. səh. 317 )

Bu nümunələr kibi "Divan-i lüğatüt-türk"də görülən qitə şəklindəki mənzumələrin, o vəktlər xüsusi bir adla yad edilib haq­qında məlumat bulunmadı. Bu kibi tək başına görülən qitələrin başka mənzumə parçası olduğuna aid ayrıca izahata təsadüf edilmədi. "Divan-i lüğat-üt-turk"də qoşma mənasına gələn koşuk təbirinə təsadlüf edilir ki, bu da şeir, kəsidə, rəcəz mənasında göstərilir. Bu xüsusda yalnız "Kutadqu bilik"də küçük bir qeyd var. Yazılış tarixi etibarilə "Divan-i lüğat üt-turk"lə hə­mən bir zaman göstərən "Kutadqu bilik" feodal islam cəmiyyə­tinin icabı olan əruz vəznilə məsnəvi şəklində yazılmışdır[80]. Son zamanlar professor Samoyloviç[81] "Kudatku bilik"də təsadüf edilən əruzli qitələrə, daha o zamanlar məni adı verildiginə nəzər diqqəti cəlb edir və misal üçün bu parçayı göstərir:

Bu sözqa baka görsə məni bu söz

Eşit işqa tutgil əya könqlü töz

Ər anda əri ol kamuğ niqqa ərk

Bolub kılğu yerdə özin tutsa bərk

Taki ərda yekrak əran ol trur

Min arzu bolub bu özin tid sa tərk.[82]

İzahı: Bu sözə bakıb görsün bu söz mənidir. Eşit və işə tət­bik et ey düz könüllü. Ər onda ərdir ki, özünü hamı yaxşılığın üs­tündə hakim bulub mevkeyində özünü bərk duta. Bir də ərlər içində ən yaxşı ər odur ki, bir arzusu olduğu halda özünü uzak duta.

Manı-bayatının keçmişini işıklandırmaq üçün bu vəsiqə böyük bir qiyməti havidir. "Kudatku bilik" sahibi məsnəvi tərzin­də yazdığı əsərində, "bu sözü dinlə, mənidir" dedikdən sonra məniyi, məsnəvi şəklində dəgil, qitə şəklində yazır, sonra təkrar məsnəviyə başlayır. Demək olur ki, daha "Kudatku bilik" zama­nında türklər arasında məni adında nəzm şəkli olmuşdur və bu mənilər də yalnız tək qitə halında tənzim edilmişdir.

O vəktlər türklər arasında məni adının həca vəznilə yazılmış qitələrə də verilib verilmədigini bu vəsiqədən çıxarmaq (istıxrac etmək) mümkün dəgil. Buna baxılırsa, əruz vəznilə yazılmış qitə məni sayılmaqdadır. Əgər bu ikinci şəkil qəbul edəcək olursak belə, yenə manının əski mövqeyini aydınlaşdırmaq üçün vəsiqəvi qiymətini itirməz.

Əsrin məhsulu olan "Kudatku bilik" mütakib miladi on iki və on üçüncü əsrlərdə türkcə rübailər yazıldığını son tədqiqat meydana koymuşdur.

Halbuki digər tərəfdən türk ədəbiyyatı tarixi boyunca zama­nımıza doğru gəldikcə xalq ədəbiyyatı ilə aristokrak ədəbiyyatı arasında daima qarşılıqlı təsri olduğunu görürüz. Bu təsir sayə­sində olarak məni kəlməsinin zaman irəlilədikcə mövqe dəgişdir­digini iddia etmək olur. Əvvəlcə, məni adı əruz vəznində yazılmış qitələrə verilərək ondan da hica vəznində yazılmış qitələrə keç­digi ehtimalı varid olduğu kibi, bunun əksi də xatirə gəlməkdədir. Hər halda bu xüsusda qəti olaraq bir fikir söyləməyə əlimizdəki vəsiqələr müsayid olmamaqla bərabər məni kəlməsinin türkcə olmayışı bu təbirin də əruzlə bərabər türk ədəbiyyatına daxil olduğu fikrini hasil etməkdədir, yəni məni adının ilk dəfə əruzlə yazılmış qitələrə verildigini kəbul etmək lazım gəlir.

Havi olduğu yeddi hecalı mənzum parçalar haqqında yuka­rıda məlumat verdigimiz "Divani lüğət ül-türkdən" sonra bu vəz­nin­də bizə qədər gələn əsər hicri altıncı əsrdə ölən Xoca Əhməd Yəsəvinin "Divani hikmət"idir. "Divani hikmət"in bir çox mən­zumələri hicanın yeddilisi ilə və qitələrdən mürəkkəb sisilə halın­da yazılmışdır diqqət edərsək Əhməd Yəsəvinin işlətdigi yeddili­nin şəkli ilə "Divan-i lüğət ül-türk"in havi olduğu yeddi­lərin şəkili arasında qüvvətli bir yaxınlıq var. Hər ikisində bəzi durak-təktisiz mısralar istisna edilmək şərtilə yeddi hecalının 3+4 şək­linin havidir. Bunlar da eyni surətlə qitələrin üç ilk mısraları öz aralarında, dördüncü mısraları qitələrin dördüncü mısraları ara­sında qafiyədardır; ifadə də cinas sənətindən uzak bir tərzdədir.

Yeddi hicalının təkamülini göstərmək üçün bir neçə qitə nəql ediriz:

On səkiz min aləmdə

Heyran bolğan aşıklar

Tapmak maşuk surağın

Sərsan bolğan aşıklar.

 

Hər dəm başı ürkülüb

Gözü xalqa tirmülüb

Hu-hu tiyüv çörgülüb

Giryan bolğan aşıklar.

 

Küyüb yanıb kül bolğan

Əşkdə bülbül bolğan

Kişi görsə kul bolğan

Mərdan bolğan aşıkar.

Demək olur ki, "Divani lüğət üt-türk"ə təkəddüm edən za­manlardan Əhməd Yəsəvinin yaşadığı dövrə qədər hecanın yed­dilisi, şəklən böyük bir xüsusiyyət göstərməmişdir. Fəqət burada bir cəhət nəzəri-diqqəti cəlb etməkdədir. Məlum olduğu üzrə Əhməd Yəsəvi bütün divanını hica vəznilə yazmışdır. Bununla da məqsədi Köprülüzadənin dedigi üzrə, heç şübhəsiz islam feoda­liz­minin tələqqilərini geniş xalq kütləsi arasında nəşr etmək ol­muşdur və bunun üçün xalq zevkinin malı olan heca vəznini qəbul etmişdir. O halda diyilə bilir ki, Əhməd Yəsəvi zamanında Orta Asiya türkləri heca vəznilə bir çox xalq mənzumələrinə malik olmuşdur. Hələ bu xalq mənzumələri içində yeddi hecalı çox modada olmuş olacak ki, mühitin ədəbi təsiri altında Əhməd Yəsəvi də yeddili vəzninə çox əhəmiyyət vermişdir. Şübhəsiz, bu günkü bayatı – mani zaman keç­dikcə lisani karakterini yeniləşdir­di­gindən onların bu dövrdən kal­ma kısımları olub-olmadığı haq­qında bir fikir söylənmiyəcəkdir.

Əhməd Yəsəvidən zamanımıza və məmləkətimizə doğru gəlincə manilərlə əlaqədar olan ədəbi bir hadisəyə rast gəliriz. O da Azərbaycan ədəbiyyatında tuyuğ nevinin zühurudur. İstər rus, istər Avropa türkoloqlarınca bu vaxta qədər rəd ediləmiyən Köp­rülüzadənin nəzəriyyəsinə görə tuyuq nevi cənubi Xəzər sahil­lərində yaşayan müstəşrik Klieman Novarca müsəlman pəhləvisi ləhcəsilə[83] konuşan bir kısım farsların Oraməni ilə mani nevinin birləşməsindən hasil olmuşdur.[84] Bu amilə görə mani nevi özünü bilxassə tuyuqun təcnis kısmında göstərməkdədir. Bu nöqteyi-nəzərə görə Moğol istilasından əvvəl, yəni miladi on üçüncü əsrə təkəddüm edən zamanlarda manilərdə cinas sənəti özünü göstər­məgə başlamışdır. Bu zamanlarda maninin digər türk və tatar xalqlarında nə cür təkamül şəkli göstərdiklərini və nə kibi aldarla yad edildiklərini göstərən vəsiqələrə hənuz təsadüf etmədik.

Yalnız bildigimiz bir şey var: hicri (630) tarixində şimal türklərinə mənsub olduğu zənn edilən Əli adlı bir şair tərəfindən "Yusif və Züleyxa" qissəsi də on iki hica ilə yazılmasına rəğmən bu da dörtləmə şəklindədir.[85]

Ümumiyyətlə, demək olur ki, hicrətin ilk əsrlərində Türk xalqları mənzum ədəbiyyatında dörtləmələr, yeganə nəzm şəkli olarak inkişaf etmişdir. Bu tərzdə mənzumələr zaman-zaman qərbə axıb gedən türk qəbilələri tərəfindən Şərqi Asyadan Mavərayi Xəzər sahələrinə və şimal məmləkətlərinə nəql edildigi kibi Şərqi Asyayı əski Bizans hökumətinə bağlayan ticarət yolunu təkib ilə Şimali İran, Azərbaycan, əski Ermənistan topraklarına axan Oğuz boyları vasitəsilə də bizim ölkələrə gətirilmişdir.

 

 

 

III

Başka türk və tatar xalqlarının "mani"ları içində  

Bayatının xüsusiyyəti

 

Tadeuş Kovalski "Türk xalq nəzm şəkilləri haqqında tətəb­bö­lər" adlı qiymətli əsərində Turfan türkləri ədəbiyyatını tədqiq edər­kən bunlarda qitələrin iki, yaxud üç mısralardan ibarət olduğunu qeyd etməklə bərabər mənzum əsərlər arasında bilxassə yeddi hicalı dörtləmələrin daha çox inkişaf etdigini qeyd edir[86]. Onun göstərdigi misallarla verdigi izahatdan anlaşıldığına görə Turfan dörtləmələri ilə bayatı arasında texnika etibarilə xeyli fərk vardır:

U Kocada sən bolsan

Bu hocada man bolai.

Anar güli san bolsan

Yupurmaki man bolai.

Görüldügü kibi, mevzu etibarilə bizim bayatılara yaxın olmasına rəğmən qafiyəcə fərqlidir: vəzn mani vəzni olmaqla bərabər qafiyə şəkli 1 + 3 və 2 + 4-dür. Şəkilcə adəta məsnəvi tərzini göstərən dörtləmələr də vardır ki, bunlarda rədif onların qafiyələrinin qitəvi şəklə koymuşdur:

Alma xənni elip bar

Yəcinkunha selip bar.

Alma xandak kaidə bar

Bir diyeninhə paida bar.

Ümumiyyətlə, müstəşriqin verdigi izahata görə: Turfan dörtləmələri şəkilcə bu xüsusiyyətləri göstərir:

1. Məsnəvi şəklində qafiyəli dörtləmələr

2. Üç ilk mısraları qafiyəli, dördüncü sərbəst

3. İkinci və dördüncü mısralar qafiyəli, birinci və üçüncü mısralar sərbəst. Bu çox təmim etmiş şəkildəndir.

4. Birinci, ikinci və dördüncü qafiyəli, üçüncü sərbəst. Bu şəklin də çox inkişaf etdigini Kovalski söyləyir. Bayatının quru­luşuna çox bənzəyən bu şəklin müqayisə üçün yeddi hica ilə ya­zılmış nümunəsi əldə ediləmədi. Hər halda mani-bayatının imdiki şəklini təkamül etmiş bir şəkil olarak kəbul edərsək, yuxarıda sayılan şəkillərin, maninin ibtidai şəkillərindən ibarət olduğunu qəbul etmək lazım gəlir. Bu xüsusda, "Divani lüğət ül-türk"dəki nümunələr də yardım etməkdədir.

Altaylıların mənzum əsərlərində də ən çox yeddi və səkkiz hicalı qitələrin əsas olduğunu yenə Kovalski qeyd etməkdədir ki, məşhur Altay xalq dəstanı "Murat-Pi" də yeddi hica ilə yazıl­mış­dır. Bu müdəkikin əsərində görülən nümunələr Altay dörtləmələ­rinin quruluşca Turfan məhsullarına daha yaxın olduğunu göstərir.

Tübalardun kurlarun

Tomül ayak cuhain.

Tomül ayak mal tapsdan

Tüsman paiha sadain.

Yalnız bir fikr vermək üçün kısa bir nümunəyi kafi gördü­yü­müz Altay dörtləmələrini dərindən tədqiq edən Kovalski yeddi hicalı dört­lə­mələrdə səkkiz şəkil bulunduğunu qeyd edir ki, qafi­yələrində gö­rülən fərqlər-bayatıları da əlaqədar etdigindən – bu­rada xülasə edildi.

1. 2 + 4. Birlə üçüncü mısralar sərbəst

2. 1 + 3 və 2 + 4.

3. 1 + 2 + 4, üçüncü mısra sərbəst

4. Dörd mısrası da eyni qafiyədədir.

5. 1 + 3. İkinci və dördüncü mısralar sərbəst.

6. 1 + 4. İkinci və üçüncü sərbəst.

7.1 + 2. Üçüncü və dördüncü mısralar sərbəst.

8. 1 + 4 və 2 + 3.

Turfan və Altay sahəsindən qərbə doğru gəldikcə gərək şi­mal xalqlarından, gərəksə Türkistan və Anadoluda olan dörtlə­mə­lər, Azər­baycan bayatılarına daha yaxın bir quruluş göstərmək­dədir. Özbək xalq ədəbiyyatında əşulə, yaxud aşulə adını taşıyan və yeddi hicalı vəznində olan dörtləmələr bizim bayatıların ha­man eynidir.

Arıq tola su akar

Su tekidə qum axar.

Sevgənin taşlab getsə

Mənğə ğülüb kim baxar.

At minsən həm oynaymən

Minməsəm həm oynayməm

Sevüb alğan yarımğa

Min baxsam həm toymaymən.

 

Bağın bolsa kura kıl

Oğlun bolsa molla kıl

Mollaliğə gönməsə

Sətənlərğə cörə kıl.

Şimali Tatar xalq ədəbiyyatında da mani-bayatı şəklində dörtləmələr çox inkişaf etmiş bir haldadır. Akademik İqnats Kunoş bunlardan bəhs edərkən deyir ki: "...Tatar beytlərinin türk beytlərinə pək müşabəhti vardır. Ən ziyadəsi dört sətirlik olub hər söylədigləri beytin bir ruhu vardır"[87]. Kazan və Edil boyu tatarları arasında bu dörtləmələrə cır adı verilir. Bayatılarla müqayisə məqsədilə aldığımız bu bir neçə nümunə Kazan tatarlarına aiddir:

Altın baldak al kaşlı

Gümüş baldak, gül kaşlı

Cilama çi ciyısan

Olmi sini kim taşlı.

 

Alda bolur çağı biz

Güldə bolur çağı biz

Biz cırlamıya kim cırlasın

Biznin şundi çağı biz.

 

Altın baldak, incu kaş

Giyəsin bolsa sandık aş

Sipnin giyük bolsa bolur

Sahralarda sandugac.

Qafiyəcə quruluş etibarilə bayatının eyni olan bu şəkillər­dən başka tərzlərdə də təsadüf edilir. 3 və 4-cü mısraların qafi­yə­li, birinci və ikinci mısraların sərbəst olduğunu göstərən nümunə:

Uramlardan uzğan çakda

Nigə bizgə kirmədin

Qarşı çıxıb alır idim

Sin ignin bilmədin.

Kazan cırlarının bu kibi xüsusiyyət göstərməsinə rəğmən ən çox təsadüf edilən nevləri bayatı şəklindəki qafiyə tərzidir.

Şimal xalqlarından Mişer ədəbiyyatında mani şəkli vardır ki, bunlara məhəlli təbirilə çun deyilir.

İki yolnın arası

Biz qayandan barası

Bara tura ismətışda

Tuğan ilin qalası.

 

Alma çibar atmını

Alma çığa sandınmı?

Qara qaşın qarlağaçım

Səfər yörük qayatdınmı?

Mişerlərin çunlarında şəkilcə xüsusiyyət göstərən nevilər də vardır; o cümlədən aşağıda göstərilən nümunə yukarıdakı mis­al­lardan ayrılır:

Batır atımnın tağası

Bakır bolmi nə bolsun

Çitdə yürğən yalğız başım

Qərib bolmi nə bolsun.

Kırım xalq ədəbiyyatında cıng adı altında yad edilən dört­ləmələr texnikaca bizim bayatı-maninin haman-haman eynidir:

Ata minərsin, ata

Gəl oynata, oynata

Axıs sənin babannı

Yapacarım zarin xayin - ata.

 

Raxı irtum tabaxdan

Elva yedim tabaxtan

Nə xayırlı günümüş

Yarım gördüm sabaxtan.

Kırım cırlarında bəzən qafiyənin yeri dəgişir. Bunlar içində yalnız 2 və 4-cü mısralar arasında qafiyədar olan nevlər də vardır.

Mani şəkli qərb-şimali sahəsində də özünə gəniş bir mevki bulmaqdadır. Bessarabiyada şakin Qaqauzların[88] xalq ədəbiyya­tında mani böyük bir mevkeyə malikdir. Qaqauz manilərində diqqətə layık olan bir cəhət var ki, o da onların bir çoxunun bizim bayatıların eyni olmasıdır. Bizdə işlətilən bayatıların bir çoxu onlarda da vardır və mani adını daşımaqdadır. Radloffun göstər­digi nümunələrdən buraya yalnız bir neçəsini nəql ediriz:

Tüfəngim atılmayır

Bahalı satılmayır.

Bu uzun gecələrdə

Yalnız yatılmayır.

 

Gögdə yıldız əllidir.

Əllisi də bəllidir.

Səvişən qızların

Tomballarından bəllidir.[89]

 

Kala böyür saz olur

Saz açılıb yaz olur

Bən yarıma gül deməm

Gülün ömrü az olur.[90]

Qaqauzların mani şəkillərində qafiyə, göstərilən nümunlərdə olduğu kimi müəyyən bir tərz göstərməz. Radloffun nəql etdigi nümunələrin də birinci ilə üçüncü, ikinci ilə dördüncü mısralar qafiyədar olan şəkilləri də vardır.

Akademik İqnats Kunoşun nəşr etdigi risalələrlə Anadolu türklərinin vake olan nəşriyyatları da mani nevinin Rumeli və Anadolu xalq ədəbiyyatının çox bol məhsullarından olduğunu göstərir. Bu sahələrdə bu nev yalnız mani adı altında yad edilir. Bunlar texnikaca Azərbaycanan cinas saz bayatılarından fərqli olmaqla bərabər Qaqauz manilərinə daha yaxındırlar. Kunoş məcmuəsinə bunlardan 400 dənə toplaya bilmişdir. Buraya aldı­ğımız nümunələr bu məcmuədəndir:

Bu gün pazar ertəsi

Yandı yürək ortası

Əyil bir kez öpəyim

Ayrılıqdır ötəsi.

 

Qarşıda tikili daş

Cift gəzər iki qardaş

Böyüyü almaz tiraş

Kiçigi pırlanta taş.

 

Dəniz içində sarayım

Səni kimə sorayım

Sənsiz keçən ömrümü

Bən ömrümü sayayım?

 

Əlin əlimdə dəgil

Kılınc belimdə dəgil

Yara getmək istərəm

Höküm əlimdə dəgil.[91]

Azərbaycan bayatılarının texniki xüsusiyyətini göstərmək üçün yuxarda göstərdigim materialları araşdırmaq məqsədilə türk və tatar ədəbiyyatını tədqiq etdigim zaman bayatı-mani nevinin bu gün ingilis imperializminin pəncəsində əzilən İrak və Əlcəzirə türkləri arasında da çox məruf olduğuna aid material buldum.

İrak türkləri xalq ədəbiyyatında bayatı-maninin nə qədər çox olduğunu oralara səyahət edən Haşim Nahid adlı bir mühərrir bu sətrlərlə izah edir:

"...Saz şairlərinin tərənnüm etdigi bu şeirlər, həmən ümumiy­yətlə ikişər (beyt), yəni dördər mısradan ibarətdir. Bunlar o qədər məbzuldur (boldur) ki, əgər toplatdırılıb bir araya gətirilsələr cild­lər təşkil edər"[92]. Yenə bu mühərririn izahına görə mani İrakda türkü adı ilə adlanmaqdadır. Bu zatın göstərdigi mani nümunələri, Azərbaycan bayatılarının bütün xarakterilə orada yaşadığını göstə­rir. Gərək qafiyələrdə təcnis sənətinin bulunması, gərəksə bayatının başlanması şəkli tamamilə bizim bayatıların eynidir.

Məlum olduğu üzrə Azərbaycan bayatılarının birinci mısra­sının başında ümumiyyətlə bəzi nidalı kəlmələr, işarətli kəlmələr təkrar edilir ki, bunların qiyməti vəznin ölçüsünə daxildir. "Əzi­zim ey", "Mən aşik" kibi kəlmələr o cümlədəndir. İrak, türkü-bayatıla­rında da birinci mısra bu kibi oyandırma işarətləri üçün yarım bir şəkil göstərir.[93] Hər nə qədər Haşim Nahid bu tətəb­bönaməni işlərkən istifadə etdigi məqaləsində bu yarım mısra haqqında izahat verməyirsə də, yenə eyni mühərririn İstanbulda təhsildə ikən oxu­du­ğum bir yazısında bu yarımmısranın bəzən nidalı bir kəlmə ilə, bəzən də türküyü söyləyənin adını işlətməklə tamamladığı haqqın­da məlumat verdigini xatırlayıram. Tamamilə Azərbaycan türkcə­sinə havi olan aşağıdakı nümunələr İrak bayatılarındandır:

Su səni...............

Su gögərtmiş susəni.

Keçmə namərd körpüsündən

Qoy götürsün su səni[94].

Daldasına ......................

Gün vurmuş daldasına.

Namərd aslan olursa

Sığınma daldasına.

 

Namərdə mərd .............

Kim deyər namərdə mərd?!

Onda qiyamət qopar,

Baş əyər namərdə mərd.

 

Gecəylə gündüz kimin,

Mum yanar yıldız kimin.

Hər yadıma düşdükcə,

Mən ərirəm duz kimin.

 

Dağlar - dağımdır mənim,

Qəm ortağımdır mənim.

Dindirmə kan ağlaram,

Yaman çağımdır mənim[95].

Kumuq türkçəsilə Dağıstan əhalisi arasında da mani nevi inkişaf etmiş haldadır. Bunlar ümumi kuruluşca Azərbaycan ba­yatılarına çox yaxın bir şəkil göstərməkdədirlər:

Barbar gəltir, bar gəltir,

Bazarda satar əltir.

Qaşın bulan gözünü,

Arası çətir-çətir.

 

At mindim alaşasın,

O gör yekdim qaşqasın.

Alsam səni alırman,

Alman səndən başqasın.

 

Tar tırfırıq tar sokmak,

Tartajım biləgindən.

Tamurlanğan terəksən,

Tapmadın yürəgimdən.

 

Qapqara qara yaşman,

Qaralığım yaşırman.

Sən mağa gəlməsən də,

Sağa gəlib baş vurman.[96]

Azərbaycan bayatılarının bütün türk və tatar xalq maniləri içində göstərdigi xüsusiyyətləri bu surətlə xülasə etmək olar:

1. Bir dəfə qitələrdəki birinci mısralar oyandırıcı, daha doğ­rusu nəzər-diqqəti cəlb edəcək bir mahiyyətdədir. Əksər bayatı­ların əzizim, əzziyəm, əziziəm, əziziyəm, əzizim ey, əziziyəm ey, aşıkam, mən aşık, mən aşığam, eyləmi... kibi kəlmələrlə başla­ması yalnız Azərbaycan türkçəsi ilə danışan Şimali və Cənubi Azərbaycanla İrak və civarında oturan türklərin xalq ədəbiyyatına məxsus bir şəkildir.

Azərbaycanlılar arasında yaşamış ən əski nağıllardan ibarət olan "Qorqud ata" mənbəkələrinin (leqenda) cümləsi "xanım hey..." xitabı ilə başlar. Xitab və oyandırma kəlmələri və nidaları bilxassə uzadılarak söylənilir. Bu daha ziyadə dinləyicilərin diq­qətini söyləyiciyə toplamaq üçün olacakdır. Hətta xitabi mahiy­yətdə olmayan kəlmələr oyandırma mahiyyətində olan bir şeydir. "Əsli və Kərəm" mənqəbəsindəki "Aldı Kərəm, bakalım nə dedi", təkrarlamaları da eyni mahiyyətdədir. Necə ki Anadolu xalq ma­nilarında bu kibi xitab və oyandırma parçaları olmamasına rəğmən, mani bəstə ilə söylənilirkən ona da ayrıca bir oyandırma parçası ilavə olunur. "Konya vilayyəti xalqiyyatı və hərsiyyatı" adı altında bir külliyyat nəşr edən müəllim Sədəddin Nuzhət ilə Məhəmməd Fərid Konyada manilər söylənirkən tam ölçüdə olan birinci mısranın başına bir də bir gəl aman kəlmələrinin ilavə edildigini və bunların uzadılarak söynəlidigini qeyd edirlər.[97]

Azərbaycan bayatılarının oyandırma kəlmələri ilə başlayan şərqiləri də vardır. Bunlar yuxarıda yad edilən digər türk şöbə­lərindəki manilərdən başlama etibarilə fərqsizdir.

2. Azərbaycan bayatılarında xüsusi bir tərzdə qafiyələr də görülür. Bir çox bayatıların qafiyələri sadə və tam bir şəkildədir. Rədifli olanlar da çoxdur. O biri türk şöbələrindəki mani şəkili kibi bunlardan başka bir də qafiyələri səscə bir-birinə bənzəyən nevlərə də təsadüf edilir. Bunlar da qafiyə yarım sayılır; məsələn:

Ocağa qazan asdım,

Ay mənim əziz dostum,

Hər nə dedin sən dedin,

Mən nə dedim, sən küsdün?

 

Yaxud:

Yayıldığın ucu yaşıl,

Dindirmə dilim çaşır.

Sabah bayram günüdür,

Qolun boynumdan aşır.

 

Və yaxud:

Gedən qara çuxalı,

Getmə qara çuxalı.

Əylən qonağım ol,

Sabah belə çıxarıx.

Bu şəkillər türk nəzmində qafiyənin ən əski tipidir. Halbuki bayatıların bir də qafiyəcə təcnis-omonim sənətinin havi olan ne­vi vardır ki, bu şəkil başka türk manilərində yoxdur. Azərbaycan kibi Cənubi Azərbaycan, İrakda yaşayan bayatılarda da bu nev cinaslı bayatılara çox təsadüf edilir. Təcnislər əksəriyyətlə ləfzi-cinas halında olur.

Azərbaycan bayatılarındakı cinaslamaların meydana çıkara bildigim şəkilləri bunlardır:

1. Qafiyə olarak alınan kəlmə, müəyyən məful halında ikiyə ayrılmaqla yapılan cinas şəkilli:

Əzizim Ordubada,

Salmasdan Ordubada.

Sərkərdə qoçak olsa,

Heç verməz ordu bada.

2. İki kəlmənin yan-yana gəlməsi ilə hasil olan tələffüz şəklinə, bir kəlməyi sərfin bir halına salmaqla uyğunlaşdırarak meydana çıxan cinas şəkli:

Əziziyəm salmasa da,

Yol gedər Salmasa da.

Xəlvət ağlar gözlərim,

Aləmə salma sada.

3. Başlı-başına ayrı tələffüz qiymətlərində olan dört kəlmə­nin ikişər-ikişər birləşəmsindən hasil olan bir tələffüzlü cinas şəkli:

Əzizim kəsad olmaz,

Mərd əli kəsad olmaz.

Yüz namərdin çörəyin,

Doğrasan kasa dolmaz.

4. Rədifli cinas şəkli:

Mən aşıq, odu keşdi,

Qalyanın odu keşdi.

Gözün kor olsun avçı,

Ceyranlar odu, keşdi.

5. Tələffüzcə bir-birinin eyni olan kəlmələrdən yapılma cinas şəkli:

Əziziyəm, Karabağı,

Cəncənin Karabağı.

Bir cüt tərlanım getdi,

Boynumda karabağı.

6. Müəyyən bir məfhul halında olan isimlə, bir feildən yapılma cinas şəkli:

Əziziyəm salma-sa,

Bu yol gedər Salmasa.

Bəndə-bəndəyə neylər,

Allah gözdən salmasa.

7. İki kəlmə ilə üç kəlmənin karşı karşıya gəlməsilə hasil olan cinas şəkli:

 

Yol düşdü, kamal, yeri,

Rəfikdən kam al, yeri.

Kamal sərf eylə aşık,

Düşdükcə kam al, yeri.

8. Bayatı qafiyəli olduğu rədifli cinas şəkli:

Üzündə xal kimindi?

Getdigim yol kimindi?

Ləblərin sal ağzıma,

Dəhanın bal kimindi.

9.Həm qafiyə və həm də rədifdə cinas şəkli:

Əzziyəm yarım gilə,

Yeməgə yarım gilə.

Baş ayağa minnət eylər,

Getməgə yarım gilə.

Radloff türk xalq ədəbiyyatına aid böyük küllüyatın Osmanlı ləhcəsinə aid olan cildində İqnat Kunoşdan nəqlən göstərdigi yüzlərcə maniləri[98] iki kısma ayırmışdır: mani sərlöhəsi altında 302 dənə ələladə mani qeyd edilmişdir. İkinci kısımda 229 dənə kiçik mənzum parçalar cinaslı manilər sərlöhəsi ilə göstərilmişdir. Bu kısımda göstərilən manilər istər qafiyəcə, istərsə mısraların ədədicə bizim cinaslı manilardan çox fərqlidir. Bu parçalar: dört mısradan - səkkiz mısrayə qədər böyüklikdə mənzuməciklərdən ibarətdir. Bir çoxlarının qafiyələrində cinas olmadığı halda yanlış olarak cinaslı sayılmışdır.[99] Bizim bayatılarla qarşılaşdırmaq kolay olmaq üçün buraya ən xarakteristik bir-iki nümunə aldıq:

Abalar,

Kısa-kısa abalar.

Sən bənimsən, bən sənin

El nafilə çabalar.

Bu qitəyi Radloff cinaslı olarak göstərir; halbuki bunda ci­nas yokdur. Aşağıdakı nümunələr cinaslıdır, fəkət şəkli bir xüsu­siyyət havidir:

Adana,

Ahbab ilə ye, iç, əylən,

Duşmana mal adama.

Canımı kurban edəyim,

Asilzadə adama.

Altı mısralıya nümunə:

Ara bana,

Keç gönül arabana,

Yoruldum, yolda qaldım,

Binəyim arabana;

Əsmərdən aldım arzum

Bir bəyaz ara bana.

Səkkiz mısralıya nümunə:

Dağıdır,

Sular çaylar, dağıdır.

Çıkdım bir dağ başına,

Sordum bu nə dağıdır?

Dedim: şu də nə dağı?

Dedi: Fərhad dağıdır!

Alsam yarı qarşıma.

Bəlki qəmim dağıdır.

Bu misallardan açıkcasına anlaşılır ki, Radlofun Kunoşun yalnış təsiratına qapılarak cinaslı manilər deyə göstərdigi tama­milə başka mahiyyət də mənzumcıklardır. Mani deyə göstərilən beş yüzə qədər mənzum parça arasında yalnız on bir dənəsi qu­ruluşca İrak bayatılarını (sadələrini) xatırlatır.

3. Azərbaycan bayatılarının göstərdigi xüsusiyyətlərdən biri də mısraların göstərdigi bölmə şəklidir. Tadueş Kovalski əsərində maninin vəzn və ahənginə aid verdigi məlumatda mani nevinin vəznində üç tip bulur:

a) yeddi hicalı mısrası 4 + 3 durğulu olanlar.

b) mısraları 3 + 4 durğulu olanlar.

c) mısrası 2 + (3 + 2) və 2 + 5 durğulu olanlar.

Halbuki Kovalskinin çıxardığı nəticə bəncə çox əksikdir. Təd­qiq əsasında Azərbaycan bayatılarının vəzn etibarilə on dört şəkil göstərdigini meydana çıxara bildim ki, Kovalskinin çıxar­dığı nəticəyə görə çox böyük bir yekun tutur.

Bunu da əvvəlcədən qeyd edəlim ki, qafiyəli havi olan bi­rinci, ikinci və dördüncü mısralar eyni müəyyən bölmələrə malik olduğu halda, üçüncü mısra daima xüsusi bölmələr göstərir. Bu cəhət də aşağıda ayrı olarak tədqiq edilmişdir.

Azərbaycan bayatılarında əldə edə bildigim vəzn xüsusiy­yətlərindəki bölmələr bunlardır:

1. Mısraları 3 + 2 + 2 şəklində olan bayatılar.

Sağalah + qardan + doymaz,

Xəstələr + nardan + doymaz.

Bənim xumarlı gözlərim,

Baxdıkca + yardan + doymaz.

 

2. Mısraları 3 + 4 şəklində olan bayatılar:

Zülfünü + daramısan,

Yumusan + daramısan.

Çox da gögçək degilsən,

Gönlümə + yaramısan.

 

3. Mısraları 4 + 3 şəklində olan bayatılar:

Kalyanından + çəkmərəm,

Doldurmaram + çəkmərəm.

Bir əlim gəncin üstə,

Şahmar vursa + çəkmərəm.

 

4. Mısraları 3 + 1 + 2 + 1 şəklində olan bayatılar:

Əzizim + vay + mənim + çün,

Dəryalar + say + mənim + çün.

Mən ölsəm sənə qurban,

Sən ölsən + vay + mənim + çün.

 

5. Mısraları 3 + 3 + 1 şəklində olan bayatılar:

Getmərəm + ləzgiyə + mən,

Baxmaram + özgəyə + mən.

Yar mənim öz yarımdır,

Vermərəm + özgəyə + mən.

 

6. Mısraları 3 + 2 + 2 şəklində olan bayatılar:

Mollanın + azan + yeri,

Məscidi + azan + yeri.

Dilim ilə yalaram,

Ayağın + gəzən + yeri.

 

7. Mısraları 2 + 2 + 2 + 1 şəklində olaln bayatılar:

Əldə + qəlyan + kibi + gəz,

Çöldə + tərlan + kibi + gəz.

Analığı unutgilən,

Özün + ceyran + kibi + gəz.

 

8. Mısraları 3 + 1 + 3 şəklində olan bayatılar:

Əzizim + nar + şirindir,

Həyvadan + nar + şirindir.

Qohum-qardaş bir yana,

Hamıdan + yar + şirindir.

 

9. Mısraları 2 + 2 + 1 + 2 şəklində olan bayatılar.

Maşın + gəlir + boş + gəlir,

İçi + dolu + quş + gəlir.

Oğlanın dolu dəsmalı,

Yarına + necə + xoş + gəlir.

 

10. Mısraları 1 + 2 + 2 + 2 şəklində olan bayatılar:

Mən + aşik + yaman + olur,

Ay + gəlir + orman + olur.

Sındırma yar gönlünü,

Yar + ahı + yaman + olur.

 

11. Mısraları "2 + 3 + 2" şəklində olan bayatılar.

Aşıq + qaralar + məni,

Xalın + qaraldar + məni.

Yatmışdım xəyalınla,

Basdı + qaralar + məni.

 

12. Mısraları 1 + 3 + 3 şəklində olan bayatılar:

Yük + üstündə + yumurta,

Ay + qız məni + unutma.

Ay qız məni unutsan,

Göz + yaşını + kurutma.

 

13. Mısraları 4 + 2 + 1 şəklində olan bayatılar:

Əzizinəm + qara + mən,

Oxumuşam + qara + mən.

Yar üzünə bxmaqdan,

Oldum üzü + qara + mən.

14. Mısraları 2 + 2 + 3 şəklində olan bayatılar:

Könlüm + quşu + dondadı,

Üçüb + qona + qondadı.

Ay yalnız yatan oğlan,

Mənim + gözüm + səndədi.

Azərbaycan bayatılarında üçüncü mısranın göstərdigi xüsu­siy­yətlər:

Bayatıları quruluşundakı xüsusiyyətləri yuxarıda təfsilatilə izah edərkən dörd mısra içində bir, iki və dördüncü mısralar bölmələri ilə bir-birinin eynini göstərdigi halda, üçüncü mısranın bu mısralardakı bölmə şəkillərindən uzak kaldığını gördik.

Tədqiqimiz təmam olmaq üçün bayatılardakı üçüncü mısra­ların xüsusiyyətlərini də meydana çıxarmaq lazımdır. Bu tədqiqi material üzərində təkib edə bilmək üçün misalları yenə yukarı­dakı bayatıların üçüncü mısralarından seçdik. O biri misallar da kitabımızın içindəki materiallardadır.

1. 2 + 2 + 2 = mənim + xumar + gözlüm

2. 1 + 2 + 2 + 2 = mən + ölsəm + sənə + qurban

3. 1 + 2 + 1 + 3 = yar + mənim + öz + yarımdır

4. 2 + 2 + 1 + 2 =qohum + qardaş + bir + yana.

5. 3 + 1 + 3 = sındırma + yar + qəlbini

6. 3 + 4 = yatmışdım + xəyalınla

7. 1 + 1 + 2 + 3 = ay + qız + məni + unutsan.

8. 1 + 3 + 3 = yar + üzünə + baxmaqdan

9. 1 + 3 + 2 + 1 = can + verirsə + qıza + ver

10. 1 + 2 + 4 = mən + səndən + ayrılmaram

11. 2 + 1 + 2 + 2 = bülbül + tək + ağlar + aşıq

12. 2 + 3 + 2 = çıxım + sinənin + üstə

13. 3 + 1 + 2 + 1 = üzündə + bir + busə + ver

14. 1 + 1+ 2 + 1 + 2 = bu + qız + bizə + yar + olmaz

15. 1 + 3 + 1 + 2 = dul + arvatdım + ər + dutdum

16. 3 + 2 + 2 = otağı + xəlvət + eylə

17. 1 + 1 + 2 + 2 = gəl + bir + qol + boyun + olaq

18. 2 + 1 + 1 + 3 = çox da + qaş + göz + eləmə.

19. 1 + 1 + 2 + 2 + 1 = hər + nə + desən + qıza + de

20. 4 + 3 = dadanmamış + kəkliyim

21. 3 + 1 + 1 + 2 = dəryada + bir + gül + bitib

Üçüncü mısranın göstərdigi xüsusiyyətin ədədcə çox olma­sına səbəb heç bir mısra bölgüsünə tabe olmadan təkbaşına sər­bəst olmasıdır. Bölgülərin çoxu o biri üç mısranın bölmələrinin eynidir. Bu eyniyyət heç bir zaman müəyyən bölgülü bayatılarda görünməyir. Yəni üçüncü mısra bayatılarda heç bir ümumi şəklə tabe dəgildir.

Üçüncü mıranın başqa bir xüsusiyyəti də kəmiyyətcə kısa və uzun olmasıdır. Bəzi bayatılarda üçüncü mısra ümumi vəzndən azalır.

Bu azlıq altı hecadan aşağı enməz. Bəzi bayatlıarda da üçün­cü mısra vəzndən ümumi uzun olur. Səkkiz hecalı olanlar çoxdur.

Üçüncü mısrası altı hecalı olanlara misal:

Yarım çıxdı qabaqdan,

Şəvki gəldi damaqdan.

Bir öpüş ver alım,

Dildən, dişdən, dodaqdan.

Üçüncü mısra səkkiz hecalı olanlara misal:

Əzizim sərpa çalar,

Av uzun sərpa çalar.

Niqab götürüldü üzündən.

Görüldü sərparçalar.

Üçüncü mısrası altı hecalı olanlara daha az təsadüf edilir. Üçüncü mısrası uzun olanlar ona nisbətdə daha çoxdur. Belə olmasına səbəb üçüncü və dördüncü mısralarda toplanan ana fikrin əsas məksədin kütləvi bir surətdə təsir yapmasıdır. Bunda bayatının musikisinin də təsiri olmaq ehtimalı var. Dəstənin sona doğru coşğun şəkil alması güftəyə təsir yapır.

4. Azərbaycan bayatılarında dördüncü mısraların xüsusiyyəti:

Ümumiyyətlə dördüncü mısralar vəzncə yeddili olduğu hal­da bəzən bunlarda bir vəzn taşkınlığına təsadüf edilir. Bu taş­kınlığın da musiki sayəsində vücuda gəldiginə qane olmaq olur.

Dördüncü mısralarda taşkınlık mısranın bəzən nəsr halına salacak şəkildə tamam bir cümlə halındadır.

Əzizinəm gözü yandı,

Kababın közü yandı.

Oğul öldü, göz çıxdı,

Gəlin öldü, elin bir üzü yandı.

Və yaxud:

Əzizinəm yaxşudur,

Yaxşı danış, yaxşı dur.

Yaxşı igidin yurdunda,

Pis oğlun kaldığından, qalmadığı yaxşıdır.

Bəzi bayatılarda da dördüncü mısranın çaşqınlığı doğru ölçülü mısralara ayrı bir parça ilavəsi ilə olur. Məsəla, aşağıdakı bayatıda dördüncü mısranın başına yalnız bir ay bivəfa xitabı ilavə olunmuşdur:

Sən gedəni il oldu,

Yandı bağrım kül oldu.

Sənilən üçan quşlar,

Ay bivəfa, oxudu bülbül oldu.

Ümumiyyətlə bayatılar içində dördüncü mısrası bu kibi xü­susiyyət göstərən azdı. Yerivan sahəsində söylənilən bayatı­larda mısranın sonuna bir də hakışda nidası ilavə olunur. Bu nida bəzən bütün mısraların sonunda təkrar edilir.

Azərbaycan bayatıları bütün türk və tatar mahnıları içərisin­də mövzu etibarilə xüsusiyyətə malikdir. Tədqiq əsasında onların xalq ədəbiyyatı nevləri içində ictimai və iqtisadi hadislər qarşı­sında çox həssas olduğu anlaşılmaqdadır. Hər nə qədər əlimizdə olan baya­tıların üstündən əsrlər keçməklə onların texnikasında olduğu kibi məvzununda da aşınma və xarablık hasil olmuşdur; fəkət bununla bərabər bayatılarda müxtəlif cəmiyyət quruluşla­rının və müxtəlif sınıfların dünyagörüşü tərzini seçmək mümkün bir haldadır.

Sıra ilə əşirət dövründən başlayıb feodalizm, kapitalizm və inqilabi cəmiyyət quruluşlarının izləri, bayatıların buniyəsində özünə yer bulmuşdur. Bu kibi bayatılarda bu quruluş şəkilləri ya doğrudan doğruya məğzu halındadır, ya da baytının ifadə şəklin­də, təşbeh və dekorasiyasındadır. Hər iki şəkil həyat əsasının (bazasının) əsərdə təcəllisindən başqa bir şey dəgildir. İzahımızı vəsiqələrə bağlamaq üçün əşirət dövrini alalım. Əşirət cəmiyyət quruluşunun ən tipik cəhəti, köçərilik halında iktisadi ehtiyacları təmin etmək sistemidir. Bu sistem hər nə qədər qədim dövrə aidirrəsə də Azərbaycanda imdi belə təsadüf edildigindən baya­tılarda bütün çıplaklığı ilə yaşamaqdadır.

Aşıq, el gəli dağlar.

Dibi kölgəli dağlar.

Oturdum yol ağzında,

Haçan eli gəli, dağlar.

Yaxud:

Əzizim şah İsmayıl,

Nişanlısı gögçək İsmayıl,

Bəhar fəsli gəlibdir,

Gəl dağa köçək, İsmayıl.

Kibi bayatılar əşirət həyatının çizgilərini havidir.

Bir qism bayatılarda feodalizm quruluşunun bütün zəvki hakim bir şəkildə yaşamaqdadır. Qızına elçi gələn ana tələb edə­nin yüksəgligində ölçü olarak xan ilə bəyi işlədir:

Qızım, qızlar ağası,

Başında var tuması.

Qızıma elçi gəlibdir,

Xanlar, bəylər ağası.

Feodal təbəqəsi bü nev bayatılarda pərəstiş əlayıq bir mevqi dutduğu halda, feodalların zülm və işkəncəsindən şikayət edən bayatılar daha çoxdur. Feodalizm dövrində aşağı təbəqənin bil­xas­sə kəndlilərin necə istismar edildigi göz önünə gətirilirsə, aşağı xalq təbəqəsinin məhsulu olan bayatlırada onlara qarşı du­yulan üsyanın tərənnüm edilməsi təbii görünür. Hər tərəfdən gələn feodal təziqləri qarşısında el vicdanı gözəl hayqırır:

Mən aşıqam, xan eylər,

Xan divanın xan eylər.

İki yumruq bir başa,

Görüm hansı xan eylər.

kibi bayatılarda şikayət və üsyan ruhunu daşıyan istismar edilmiş xalq, feodalların yürüşündə belə tənqidə layiq cihətlər görür.

Burdan bir ağa getdi,

Sallandı bağa getdi.

Qaşından, qabağından,

Qar yağ-yağa getdi.

Feodallar yalnız ərkəkləri dəgil, eyni zamanda qadınları da bir irz və namus düşmanı olaraq alçaqçasına istismar etmişlər ki, bu əziyyət qarşısında xalq psixolojisi gah sərzənişgar və gah da üsyankar bir şəkildə meydana çıkmışdır.

Duvar üstə at gedər,

At gedər, bərat gedər.

Yaxşı qızın cəhizi,

Bəglər çün xalat gedər.

Hələ qızların kəndli və rəiyyət ailələrindən çıxardılıb bəg və xanlara peşkəş seçilməsi bayatılarda facianə təsvir edilməkdədir.

Evdə budağ meşədir,

Gedirsən, hey meşədir.

Qız götürüb qaçmaq,

Nə binamus peşədi.

Bin dürlü əzab və əziyyət içində zavallı xalq kütləsi feoda­lizm zamanında kimə iltica etdi? Ya əllərini yuxarı qaldıraraq göz­lərini gögə digdilər və bədbinlik, ümüdsüzlik dolu manılar qoşdular, yaxud da bayatılarda olduğu vəchilə yenə feodalların özlərinə yalvardı və yapılan zülmləri xanların özlərinin belə tə­həm­mül edəmiyəcəgi bir şəkildə olduğunu ağa, xanlara izah etdi.

Əzizim, ağa xan,

Ağa sultan, ağa xan.

Bu zülmə xan dözməz,

Əgər gögdən yağa xan.

Yavaş-yavaş feodalizm quruluşundan çıxıb da kapitalizm cəmiyyəti quruluşuna girən xalq yenə eyni surətdə həyatından şikayətçidir. Sərmayənin hakimiyyəti, burjuaziyanın dirçəlməsi, məhəlli şovinizmin inkişafı yenə xalqın istismar edilməsini mucib oldu və bayatılar sızlamağa başladı.

Qaşının yayına bax,

Üzünün ayına bax.

Çəkdigi zəhmətinə,

Aldığı payına bax.

Ticarət inkişaf edir. Sərvət və zənginlik mevqe qazanır. Əf­kari ümumiyyədə pulun miqdarı ictimai mevqedə ölçu sayılmağa başlayır. Yoxsul təbəqə həyatda səadəti, rahəti, eşqi və hər şeyi pul ətrafına yığılmış şəkildə görür. Bu bayatı bu görüş tərzini ətraflıca izah edir.

Bən aşıqam, qullu ol,

Nökərli ol, qullu ol.

Rahat yaşamaq üçün,

Bu dünyada pullu ol.

Ticarət kapitalizminin inkişafı ilə şəxsi ticarət də artır. Ehtikar (spekulyasiya) başlayır. Başlarda ticarət qayğusu çoxalır.

Əzizim, Gəncədə,

Şamaxıda, Gəncədə.

Tüccar oldum yük bağladım,

Malım qaldı Gəncədə.

Burjuaziyanın hakimiyyəti ilə milliyyətçilik hissləri artır, Azərbaycan əhalisi içində böyük fəlakətlərə səbəb olur. Türk-ərməni burjuaziyası bir-birini boğmağa başlayır. Meydana 18 mart 1918-ci il hadisələri çıxır. Ortada məhv olan yenə yoxsul təbəqə olur. Xalq bayatısı dərhal bu cihətlə də əlakədar olur:

Əzizim, Həsən dayı,

Göndərsin bizim payı.

Arzum mənim budur,

Gəlməsin o "Mart ayı"...

Yaxud:

Dar ağacı quruldu,

Dibində qan duruldu.

Gedin deyin keşişə,

Ermənilər qırıldı.

Sora bayatı inqilab dövrinə girir. Xalq əsarət və istismardan qurtulur. Təbii haqqına, torpağına nail olur, geniş və sərbəst nəfəs almağa başlayır və hüriyyətdən hasil olan bir şadlıqla bayatılar bağırır.

Əlimdən qaşıq düşdü,

Yenə qarışıq düşdü.

Gəldi Şura hökuməti,

Aləmə işıq düşdü.

Zavallı xalq əski devirlərdə o qədər çəkmiş idi ki, Şura zamanında belə feodalizm və kapitalizm dövrlərini xatırlayır və ruhunda intiqam hissi qabarır.

Şura çoxdan olaydı,

Torpaq əldə kalaydı.

Ağadan, xandan, bəydən,

İntiqam alaydı.

Bayatılar eyni zamanda inqilabi cəmiyyətə məxsus nəslin yaranması üçün təşviq edici bir şəkil alır:

Fəhlə, kəndçi balası,

Quraq Şura binası.

Gəlin komsomol olaq,

Ataq köhnə libası.

İctimai inqilab məmləkətdə yeni bir mədəniyyəti qurmağa başlayır. Hər yer sənayeləşməgə yüz qoyur. Kəndlər sosialistləşir. Xalq müxəyyələsi bu hadisəni bir sadət xariqəsi kibi görür.

Bakıda furqun gəlsin,

Yük dolu furqun gəlsin.

Harda deyilmişdi bu,

Kəndlərə vaqon gəlsin.

Xülasə, bu gün aprel inqilabından səkkiz il keçdigi halda sosialist cəmiyyəti quruluşunun üzərində geniş bir ölçüdə baya­tılar meydana gəlməkdədir. Qüvvətlə başlanan bu hərəkat sayə­sində az zaman sonra bayatılar da yeni cəmiyyətimizin xüsu­siy­yətinə bağlı olaraq tamamilə yeni bir təkamül səhifəsi meydana çıxacağı daha imdiki nümunələrdən belə anlaşılmaqdadır.

Məlum olduğu üzrə bayatılarda əsas qayə, məqsəd ikinci beyt­də toplanır. İkinci beytsə əsas mövzudan tamamilə uzak mis­ralar halındadır. Hətta bu iki mısra belə bəzən aralarında ayrı-ayrı mahiyyətdə bulunur. Birinci mısra ümumiyyətlə oyandırma və yaxud xitab nidasından sonra ancaq ikinci misradakı qafiyəyi, yaxud rədifli qafiyəyi havidir. İkinci misra isə başlı başına bir mevzunu ehtiva edir. Məsəla:

Əzizinəm qara mən,

Oxumuşam qara mən.

Yar üzünə baxmaqdan,

Oldum üzü qara mən.

Mısraların mənaca bu tərzdə olmasına səbəb bəstəsi (hava­sı)dir. Bayatı bəstə ilə bədahətən söylənilən nevidir.

Mənaca birinci mısranın tamamilə ayğırı gedişi yalnız parça­nın musikisni təmin etmək üçündür. Bunlar təkrarlanıncaya qədər saz şairləri beynində əsas məqsədi nəql edən parçanı hazırlamış olur.

Bu nəzm şəkili ümumiyyətlə bədahətən söylənilən mənzu­mə­lərin xarakteristik cəhətidir. Halbuki bu şəkil ifadə də başka bir tərz də var. O da dört mısranın dördünün də mövzuca bir-birinə bağlı olan şəklidir. Məsəla:

Əzizim, maralım yar,

Ceyranım, maralım yar.

Necə insafın rəva gördü,

Qul təki saralım yar.

Əski ədəbiyyat nəzəriyyəsinə aid kitablarda yek ahəng deyilən bir tərz ifadə isə çox azdır.

İfadədəki sənət etibarilə Azərbaycan bayatılarının bir xüsu­siy­yəti vardır. Qafiyəyə bağlı olaraq havi olduğu hər dürlü kəlmə oyuncaqları xaricində fikri sənətkaranə işləmək qabiliyyətinə malik bayatılar az dəgildir. Məsəla:

Əzizim, minaya qədər,

Xalın minaya qədər.

Ay var bir günə dəyməz,

Gün var min aya dəyər.

Nəzm yaradıcılığında böyük rol oynayan tədai (assosiasiya) də bayatıda mühüm bir qiymətdədir. Yatmış "ceyran"ı görən aşıq dərhal səvgilisin xatırlayır:

Bən aşıq, elə bildim,

Bən sizi belə bildim.

Yatmış ceyranı gördüm,

Yar yatıb elə bildim.

Bayatıları gözəlləşdirən sifətlərdən biri də təşbehlərdəki zə­riflikdir. Bu şəkil bayatılar da çoxdur. Səvgilisindən doymadığını aşığın yağan yağmurların yer tərəfindən əmildigi halda doyma­ması ilə kiyas etməsi nə qədər dadlıdır:

Qızıl gül uyum-uyum,

Dərim qoynuma qoyum.

Yağış yağar yer doymaz,

Mən səndən necə doyum.

Bayatılarda nəzərə çarpan bir sənət də heca vəzninə verilən qiymətdir. Bir çox bayıtlarda heca tammailə imalə və züxaf kibi qüsurlardan azadədir ki, bu günkü şairlərdə belə ifadə tərzi çox azdır. Qüvvətli bir vəznə malik olan bu bayatı eyni zamanda çox da sənətkaranədir.

Mən aşıq, hindi zülfün,

Gərdənə mindi zülfün.

Dəstələ qoy qoynuna,

Qan eylər indi zülfün.

Bayatılarda bəzən görülən ədəbi məhfumlar ilə sənət tələq­qi­ləri tamamilə iskolastik və klassik ədəbiyyata aid ədəbi görüş­lərə uy­­ğundur. Heç şübhəsiz bayatının inkişaf və təkamül səhi­fələrini göz­dən keçirirkən əski mədrəsə-saray ədəbiyyatının təsi­rin­dən kur­tul­madığını da ayrıca qeyd etmək icab edir, bunun əksi olduğu kibi.

Xülasə olaraq deyə biləriz ki, Azərbaycanın əski ozanları ilə yeni el şairləri tərfindən yaradılan bayatılar-bunları yaradan şəx­siy­yətlərdəki mədəni səviyyənin ibtidailiyi nəzərə alınınca yüksək dərəcədə şairanı bir qiymətə malik olan qismləri də az dəgildir.

Azərbaycan bayatılarının bir xüsusiyyəti də onların hayiz olduğu etnoqrafik qiymətlərlə nəhr, heyvan, quş, çiçək, meyvə adlarıdır.

 

Bayatılarda bəhs edilən yer adları:

Bakı, Gəngə, Qarabağ, Şəki, Şirvan, Salyan, Təbriz, Qaşan, Tehran, Bağdad, Kərbala, Məşəd, Ağcabədi, Ərzincan, Qəzvin, Fi­rəng (Fransa), Tiflis, Xoy, Salmaz, Ordubad, Şuşa (Kala), Mə­rənd, Xorasan, Nəcəf, Dağıstan, Gürcüstan, Mısır, Rey, Rum, Şam, Dərbənd, Cavad, İrəvan, Naxçıvan, Əsgəran, Bərgüşad, Qa­raman, Xankəndi, Şərur, Qafkaz, Yəmən, Şiraz, Ərəş, Lən­kə­ran, Həmədan, Gilan, Ərdəbil, Xudafərin, Muğan, Keçibəi, Qazax, Dilican.

 

Bayatılarda bəhs edilən çay, nehr adları:

Aras (Aras haqqında ğayət çox bayatılar vardır), Kür, Ar­paçayı.

 

Bayatılarda zikr olunan heyvanlar:

Maral, ceyran, at, qoyun, quzu, qurd, aslan, dəvə, kəl, eşşək, köpək, camış.

 

Bayatılarda zikr olunan quşlar:

Bülbül, tərlan, kəklik, laçın, ördək, qaz, toyuq, fərə, beçə, çaylaq, tuti.

 

Bayatılarda bəhs edilən çiçəklər:

Gül, bənövşə, qızılgül, qərənfil, mixək, nərgiz, susəni.

 

Meyvələr:

Qavın, narınc, şaftalı, nar, alça, şamama, alma.

 

IV

Bayatıların başqa nəzm şəkillərilə münasibəti

 

1. Türk ədəbiyyatı tarixi ilə məşğul bütün alimlərin təsdiqi üzrə türk nəzm şəklində əsas ölçü: qitə (dörtləmə)dir. Bayatı-manı nevi, qitə halında bir vahiddir. Tədqiqə girişincə bu vahidin silsilə halında başqa bir nəzm nevinin vücuda gəlməsinə səbəb olduğunu görürüz. Bu gün xalq arasında yaşayan türkü və qoşmalar mövzuca birləşdirilmiş bir çox bayatı-manıların bir-birinə bağlanmasından başqa bir şey dəgildir. Bunlar, zaman keçdikcə vəznlərini və qafi­yələrinin yerini dəgişdirmişdir. Tadueş Kovalskinin iddiasına görə hazırda bir çox xalq türküləri varmış ki, hər biri bir çox qitələrdən təşkil edilmiş birər mənzumə şəklində yaşadığı halda, bunların hər birisinin birər manı halında ayrı-ayrı xalq ədəbiyyatında yaşadığını da İqnats Kunoşın topladığı materiallara istinadən söyləyir. Və yenə bu alimin qeydinə görə bəzən bu dörtləmələr daha uzun bir sisilə halında bir birilə bir dastan şəklində birləşirlər.

İddia sahibinin özü tərəfindən nəşr olunan Anadolu hay­dud­larından "Çakırcı" dastanı o cümlədəndir.

2. Bayatının (bədiyə[100]) nevi ilə çox sıx münasibəti vardır. Bədyə də müstəqil dörtləmə halında olur, yalnız vəzncə bəzi vəxt bir birindən ayrılır. Bədyə yeddi hica ilə qoşulduğu kibi ümu­miyyətlə 11 hica ilə, bəzən də 14 və 15 hicalı ilə söylənilir. Vəzn hər nə şəkildə olursa olsun əksəriyyətlə dörtləmənin ilk iki mıs­rası yardımçı bir mahiyyətdədir. Bunda əsas məqsəd ikinci beytdə olur.

3. Bayatının əcəm isxolastik (mədrəsəvi) ədəbiyyatının rübai şəkli ilə olan əlaqəsidir. Müstəşrik Kovalski rübailərin, manıların təsiri altında vücuda gəldigi ehtimalını irəli sürür.

(Bu xüsusda tətəbönaməmizin baş tərəflərində məlumat ve­rildigindən bura təfsilə lüzum görülmədi) Bu ictimali hər nə qə­dər tənqid edənlər də olursa rubai vəzninin cəviz (qoz) oyunu zamanında bir cocuğun ağzından eşidildigini vəsiqə göstərənlər­dəndir. Hər halda türk xalq ədəbiyyatının əski zamanlarda belə farscaya tərcümə edildigi məlumdur. Daha "Oğuznamə" nağılla­rının hicri 211 (miladi 826) tarixindən əvvəl farscaya tərcümə edildigini Abdulla Davadarı qeyd etməkdədir.

Akademik Bartold, ərəb mənbələrinə istinadən, hicri ilk əsrlərdə ərəb feodal orduları İranı istila etdigi zaman İranın şimal-şərqi sahəsində Oğuz türklərilə baş başa gəldigini söyləyir ki,[101] bu da daha o vəktlər iranlıların manı nevinə malik olduğunu gös­tərir. Bu cihətlər nəzərə alınarsa, Kovalski kibi ciddi bir müdə­qiqin önə sürdügü nöqteyi-nəzəri imdilik qiymətini bir hərəkət olaraq kabul etmək lazım gəlir.

4. Bayatının təsiri bilxassə tuyuğ nevi üzərində hiss edil­mək­dədir. Tuyuq əruzun Failatin failatin failun (failat) vəznilə yazılır, müstəqil dörtləmələrdən ibarətdir. Nə ərəb və nə də əcəmari sto­kratik ədəbiyyatında olmayan bu nevi, yalnız feodal türk ədə­biyyatında yaşamışdır. İmdiki materiallara görə, elm aləmincə ilk tuyuq yazan Azərbaycan şairlərindən Burhanəddin sayılmaqdadır. XIV əsrdə yaşamış Burhanəddinin yeganə yazma külliyatı Lon­donda Britich Mouzeum əlyazmaları içində bulunmaqdadır. Bu külliyatın havi olduğu tuyuqlardan 12 danəsini şərqiyyat aləmin­də ilk dəfə olaraq rusca tərcüməsilə bərabər Melioranski nəşr etmişdir.[102] Bəzi qəzəlləri də ingiliz müstəşərkilərindən Mister Gippin məruf "Osmanlı şeir tarixi" adlı əsərində dərc edilmiş­dir.[103] Külliyatın cüzvi bir qismi də İstanbuldakı "Kolej Ame-kran" müdiri Fired Fild Godsei tərəfindən nəşr olunmuşdur[104] ki, bundakı tekstlər (mətnlər) inanılmayacaq dərəcədə yanlışlıqlarla dolu olduğu, bu xüsusda olan nəşriyyatda qeyd edilməkdədir. Burhanəddinin xeyli tuyuğları da bu külliyata nəql edilmişdir.

Azərbaycan ədəbiyyat və elm müəssəsələrinin bu Azərbay­can şairinin heç olmazsa əsərinin kopyasından məhrum oluşu, nümunələrimizi yenə bu yanlışlıqlı təbidən aramığa bizi məcbur etdi. Aşağıda nəql etdigimiz bir neçə tuyuğ tıbkı xalq bayatısı kibi cinaslı qafiyələrə malikdir:

Tuyuğ - 1.

.................................

..................................

..................................

.................................

Tuyuğ - 2.

.................................

.................................

.................................

.................................

Burhanəddindən sonra Azərbaycan ədəbiyyyatında ən çox tuyuq yazan Nəsimi olmuşdur.

Nəsiminin tuyuğlarını tədqiq edən Köprülüzadə "Nəsiminin tuyuğları arasında bizim bildigimizə görə, cinaslısı yokdur", qey­dini ilavə edir.[105] Halbuki, bən bu xüsusda möhtərəm ustadımla iştirak edəmiyəcəgim. Çünki Nəsiminin əsərlərini tədqiq edərkən cinaslı tuyuğlara da təsadüf etdim. O cümlədən aşağıdakı tuyuğ­ları göstərə bilərəm:

.......................................

.......................................

......................................

..................................... [106]

 

.....................................

........................................

..........................................

............................................. [107]

Tuyuğ nevini Azərbaycan şairlərindən sonra və onların təsiri altında olaraq Nəvayi, Babur kibi cığatay şairlərində təsadüf ediriz. Bilxassə Nəvayinin tuyuğları içində də cinas sənətinə əhəmiyyət verildigi görülür.

Yarəb, ol şöhdu şəkər yaləb mudur

Ya məgər şöhdu şəkər yaləb mudur

Canıma peyvəstə navuk atğalı

Qəmzə okın qaşığa yaləb mudur.[108]

Bu qısaca nümunələrdən görülür ki[109], Azərbaycan bayatıları ilə Azərbaycan tuyuqları arasında texnika etibarilə çox yaxınlıq vardır. Akademik Köprülüzadə tuyuğların qafiyəsindəki cinasla­rın əski türk manılarından gəlmiş olduğunu iddia edir. Ona görə hicri beşinci əsrdə (miladi on birinci əsrdə) cənubi Xəzər sahilinə gələn Oğuz əşirətləri buralarda farscadan başqa bir ləhcəyə malik olan xalq ilə münasibətə girişdilər. Bu xalqın arasında musiqi ilə söylənilən dörtləmələr vardır ki, bunlara Fəhləviyyat - pəhləviy­yat adı verilirdir. Bu Pəhləviyyatlar türk manılarilə birləşmiş və tuyuğlar vücuda gəlmişdir.[110] Bilxassə Azərbaycan bayatılarında cinas sənətinin bulunması və tuyuğ nevinin də yenə Azərbaycan ədəbiyyatında zühur etməsi nəzərə alınarsa, bu fikrin elmi qiy­mə­ti anlaşılmış olur. Xülasə olaraq demək olur ki, bayatı nevi eyni zamanda iskolastik bir nəzm nevi də yaratmışdır. Bu da İrana hicrət edən türk qəbilələrinin məhəlli fars əşirətləri ilə başladığı ictimai və iqtisadi münasibətlərin sayəsində meydanə gəlmişdir.

 

V

Bayatılarla əlaqədar olan xalq ənənələri

 

Xalq arasında bəzi adət və ənənələr var ki, bayatılara bağlanmış bir şəkildədir. Bunlardan yalnız üçünü əldə edə bildik.

1. Azərbaycanda xalq arasında bir fala baxmaq tərzi var ki, daha çox qadınlar arasında caridir.

Qadınlar bir yerə toplanır. Hər kəs sıra ilə içində mətləb tutar, yəni şübhələndigi bir şey və ya bir hadisənin nə nəticə ilə zühura çıxacağını qəsd edər. Sonra qadınlardan biri bir bayatı söylər. Bu bayatının məvzuyi ilə qadının tutduğu mətləb birlikdə təlif təhlil edilərək dutulan mətləblərin gələcəgi təyin olunur. Bu mərasimə Bakıda bayatı çəkmək deyərlər.

Bu ənənə Azərbaycan qəzalarında bir az fərqlidir. Qadınlar bir araya toplandıkdan sonra su ilə dolu güvəc, yaxud bir qab gətirirlər. Hər kəs onun içinə özünü təmsil edən bir şey atar və qabın ağzını qaparlar. Onun başında şeyləri tanımayan bir qadın oturtulur, mərasimi o idarə edər. Qabın içindəki şeyləri birər-birər çıxarmağa başlayaraq kimsəyə göstərmədən hər şey üçün bir bayatı söylər. O şey kimin isə bayatının məvzuyi onun falı əd edilir. Bəzilərinə çox qərib məvzular təsadüf edər ki, bu da onlar arasında böyük bir əgləncəyə səbəb olur.

Bu adətin Anadolu xalqı arasında da az-çox fərqlərlə yaşadı­ğını "Konya vilayəti xalqiyyat və hirsiyyatı" kitabında görmək­dəyiz.[111]

2. Əski Azərbaycan xalq adətinə görə ailənin bir fərdi öldügü zaman o evdə ərkəklər üçün olduğu kibi, qadınlar üçün də matəm məclisi açılırdı. Ərkəklər məclislərində "Quran" oxunur, fatihələr ithaf olunur. Bəzən buna mərsiyəxanların "Kərbəla vəkə­si"nə aid matəm qəsidələri də ilavə edilirdi. Halbuki qadınların matəm məclisi başqa bir xüsusiyyəti havidi.

Qadın məclisində də bu mərasimlər olmaqla bərabər onlarda ayrıca oxşama və yaxud ağı mərasimi də vardır. Bu oxşamada ölən adamın anası, bacısı, xülasə yaxınlarından birisi yüksək bir səslə və həzin bir bəstə hava ilə məvzu, mərasimlə əlaqədar olan bayatılar söylər.

Bakıda, ümumiyyətlə, mərasimlər bu bayatı ilə başlar:

Umdum, hay umdum,

Su dibində qum idim.

Mənim ki, heç kəsim yoxdu,

Səndin mənim umudum.

Ondan sonra əgər ölənin başqa əqrabasından ölən varsa, sıra ilə eyni surətdə bayatılar söylər. Məclisdə bulunan başqa qadınlar da iştirak edərlər. Daha əvvəlcə ölüm vaqesinə məruz qalmış ma­təm­­dar qadınlar da öz matəmlərini yeniləşdirirlər və bayatı söy­lə­yə­rək ağlaşırlar. Bəzi matəm məclislərində oxşama mərasimini idarə etmək üçün bu xüsusda mütəxəsis olan qadınlar çağrılır. Ölü sahibi əvəllcədən ölənin sənət və sifətlərini ona izah edər, o da bu sifətlər haqqında təkərləməli mənsur oxşamalar qoşar və bayatıya keçərək ölü mənsublarını təziyətə gələnləri ağlatmaqda müəssər olurlar:

Bura hamam yeridi,

Qolum camam yeridi.

Ağlasın dərdi olanlar,

Dərdin təmam yeridi.

Belə qadınlara Azərbaycanda müxtəlif adlar verilir. Bakıda yedəkçi, bəzi qəzalarda ağıçı deyirlər. Matəm məclisində söylənilən bayatıya bəzi yerlərdə ağı da deyilir.

Mərasim, ölüm tarixindən etibarən bir həftə sürər. Həftənin hər günü ölü sahibi qadın evdə oturur və baş sağlığına gələnləri qə­bul edər. Yanına hər yeni şəxs gəldikcə onların yanında oxşa­ma­yı təkrar edər. Yeddi gün sonunda ölünün həftəsi çıxdıqda son­ra hər həftə pəncşənbə günləri ölü üçün cümə axşamı mərasimi açılır və bu günlərdə bayatılarla axşama qədər mərasim davam edər. Bu şəkildə mərasim qırx gün sürər.

Yedəkçilər para ilə tutulduğundan bunlar ümumiyyətlə Bakı burjuaziyası ilə başqa yerlərin ağa və bəy ailələrində fəaliyyət göstərirlər. Yoxsul ailələrdə bu vəzifəyi yuxarıda göstərildigi kibi ailə mənsubları görürlər. Bu sətirləri qaralarkən Bakının İçəri şəhər əhalisindən Kəblə Rübaba adlı bir yedəkçi qadın həyatda bulunur. Özü, bu ixtisasla qazandığı para ilə bir neçə dəfə Kər­ba­layi ziyarətə getmişdir. Bakıda yetişmiş məşhur yedəkçi qadın­lardan bundan üç il əvvəl ölmüş yenə İçəri şəhərdə Qız ana ilə, on sənə qadar əvvəl ölmüş və Taza Pir civarında yaşamış Kəblə Umu zamanının ən şöhrət qazanmış yedəkçilərindən olmuşdur.

Bayatıların toy (düyün) mərasimələrində də böyük mevqeyi var. Qadın dügünlərinin istər adi çalğı gecələrində, istərsə xına gecəsi və gəlin gəlmə gecəsində qadın qavalçı çalıb vəziyyətə aid baytılar söylər. Bu bayatılarda mevzu: gəlin ilə gögəyin tərifləri, səadət təmənniləri, gənc qızların ihtirasını qıcıqlayan təmayüllər və sayirədir.

 

VI

Bayatılarda qadın yarıdıcılığı

 

Bayatılara istinad edən xalq ənənələrini gözdən keçirirkən gördük ki, bu ənənələrin qəhrəmanları ümumiyyətlə qadınlardır. Qadınların bayatılarla bu qədər əlaqədar olmaları, heç şübhəsiz onların intişarında qadın payının kiçik olmadığını göstərir. Müxtəlif mərasimlərdə davam etdirməklə bayatıların qüvvətlə yaşamasına qadınlar mühüm səbəb təşkil etdigi kibi, muhəqqəq bayatıların yaranmasında da onların rolu vardır. Bir çox bayatılar qadın dilindən söylənmişdir. Hər nə qədər bu nev bayatıların bir qismi ərkəklər tərəfindən düzülmüş olsa da, fəqət bir çoxunun qadınlar tərəfindən qoşulduğunu qəbul etmək lazım gəlir. Məsəla:

Qardaş mənim gülümdür,

Gülümdür, bülbülümdür.

Ölsə bacılar ölsün,

Qardaş ölmək zülümdür.

Qadınlara məxsus şeirlərin bayatılarda zikri də, bu fikri bir qat daha qüvvətləndirir.

Qardaş mənim mələyim,

Cibimidə ignəyim.

Köçəndə köçüm qardaş,

Düşəndə kölgəligim.

Evlad eşkinə aid bayatılarda da qadınların ruhu, haləti nəzərə çarpar. Ölüm hadisəsi bilxassə qoçuluk zamanlarında vaqe olan qətl münasibəti ilə söylənilən bayatıların qadınlar tərəfindən söylənildigi çox barizdir:

Qalalar, hay qalalar,

Laçın orda balalar.

Analar bala verməz,

Bərkə-zora salalar.

Yaxud:

Araz aşanda mələr,

Kür qavuşanda mələr.

Analar balasından,

Ayrı düşəndə mələr.

kibi baytılar eyni mahiyətdədir. Ərkəklərin papaqlarına eşq bəslə­mək əski qadınların tipik səvgilərindəndir. Bu bayatı o psixolojiyi taşımaqdadır:

Qurbanam boz börkünə,

Qonupdu toz börkünə.

Orda bəd nəzər çoxdu,

Bir dua yaz börkünə.

Bakının Novxanı məhəlləsi əhalisindən səksən iki yaşlı Reyhan Adına qızı adlı bir ixtiyar qadının verdigi məlumata görə, Bakıda bayatı qoşmaqda ən qüvvətli olan Təbrizli qadınlardır. Bu izahatın özü də bayatılarda qadın yaradıcılığının böyük hissəsi olduğunu göstərir. Bunlardan başqa bayatıların çox zaman layla-ninni yerində olaraq qadınlar tərəfindən işlədilməsi də bu nevin inkişafında qadın rolunun az olmadığını isbat edir.

 

Bakı, oktyabr, 1928

“Azərbaycanı öyrənmə yolu” jurnalı,

1930-cu il, sayı 4-5 (9-10), səh.9-42


İÇINDƏKILƏR

 

Ön söz (B.Əhmədov, Ə. Şamil).................................... 3

Azərbaycan türklərinin ədəbiyyati tarixi......................... 22

 

Məqalələr

Heca vəzninin tarixi........................................................ 144

Türk el ədəbiyyatina elmi bir baxiş. «Oğuznamə».......... 167

Əşirət dövründəki Azərbaycan ədəbiyyatina

aid vəsiqələr.................................................................... 181

Türk xalq ədəbiyyatinda mani növü və

Azərbaycan bayatılarının xüsusiyyəti............................. 192

 


Əmin Abid (Əhmədov).

Azərbaycan türklərinin

ədəbiyyatı tarixi,

Bakı, Elm və təhsil, 2016.

 

 

Nəşriyyat direktoru:

Prof. Nadir Məmmədli

 

 

Kompyuterdə yığdı:

Aygün Balayeva

 

 

Kompyuter tərtibçisi və

texniki redaktoru:

Ramin Abdullayev

 

 

 

Kağız formatı: 70/100 1/16

Mətbəə kağızı: №1

Həcmi: 15 ç/v

Tirajı: 300

 

 

 

Kitab Azərbaycan MEA Folklor İnstitutunun

Kompyuter Mərkəzində yığılmış,

“Elm və təhsil” NPM-də

ofset üsulu ilə çap olunmuşdur.

 



[1] “Azərbaycan” – Məhəmməd Baharlı, Bakı, 1921. səh. 31.

[2] “...köçəbəlik ilə mübarizə, torpağa mərubiyyət, bağ və bağça salmaq, körpü tikmək, xəstəlik, soğuq ilə mücadilə, torpaqçılıq, türk məcəllisi, qaranlığın və cəhalətin məğlubiyyəti – iştə Zərdüştün və muğların başlıca ehkamları!” Ərəb istilasından əvvəlki mədəniyyətimizin iqtisadi və siyasi səbəblərlə degil, “Zər­düştün dini” sayəsində doğduğu qənaətində olan mühərrir başqa bir yerdən: “Ərəb istilası Zərdüştün atəşi ilə bərabər ölkəmizin mədəniyyət işığını da söndürdü” – diyor. Tariximiz haqqında azəri müəlliflərinin əsərləri: Y.Vəzir (“Maarif və mədəniyyət” məcmuəsi, Bakı, 1926). Yenə eyni mühərrir “Azər­baycan ədəbiyyatına bir nəzər” adlı risaləsində.

[3] Y.Vəzirov (Azərbaycan ədəbiyyatına bir nəzər. səhifə 85. İstanbul 1337) ilə Sal­man Mümtaz (“Maarif və mədəniyyət” məcmuəsi, Bakı, fevral 1923) süla­lə­cə Qəstəmonili olan X əsrin ərlərindən İbrahim Çələbiyi “Azəri” məxləsini daşıdığı üçün azərbaycanlı ədd ediyorlar. Bu fikrin tamamının əsassız olduğu tarixi vəsiqələrə istinad edərək məqalələrimizdə isbat edilmişdir. (“Maarf iş­çi­si” məcmuəsi, Bakı, 1925 və “Türk yurdu” məcmuəsi, İstanbul, Təmuz 1924)

[4] Mahmud Məmun “İqdam” qəzetəsi (baş məqalə) İstanbul, 21 Tişrini – əvvəl, 1926.

[5] Domurqan, Bartold, İbn-Fəqih, Cəmaləddin Mustofi “Mirat əl-buldan”, Saci Nasiri, “Gənc daneş” müəllifi Məhəmməd Təqi və sairə. Abbasi hökumə­ti­zə­manikə təmas edən Əcəm və ərəb müəllifləri də eyni şeyi ifadə edirlər (Köp­rülüzadə Məhəmməd Fuad – “Türk dünyası” – 1919)

*Şair Əliabbas Müznib Ə.Abidin böyük qardaşıdır. 1937-ci ildə repressiya qurbanı olmuşdur. (B.Ə.).

[6] В прежние историческое периоды река Аракс отделяющая теперь Кав­казский Азербайджан от персидского была резкой етнографической гра­ницей, отделявшей Иранскую Мидию от яфетической, по термина­логии Н.Я.Марра, Албании./Краткий обзор истории Азербайджана, стр.138/.

[7] Краткий обзор истории Азербайджана: место прикаспийских областей в истории мусульманского мира.стр.139-147, Баку 1925

* Zaqafqaziya Seymi nəzərə tutulur. (B.Ə)

[8] Mustəşriq V.V.Bartoldun bu xüsusda yurutdugü fikri həman-həman bu hali ehtiva ediyor “...но термин Азербайджан избран потому, что когда установ­ливалась Азербайджанская республика, предполагалось, что персидский и этот Азербайджан составят одно целое, так-как по составу населения, они имеют очень большое сходство. Но этот основании было принято название Азербайджана, но конечно теперь, когда слова Азербайджана и особый республики, приходится путатся и спрашивать, какой Азербайджан имеет­ся в виду: Азербайджан персидский или этот Азербайджан. («Место при­каспийских областей в истории мусульманского мира». Стр.57)

[9] “Qızıl qələmin (sayı 4,Bakı 1924) 1920-ci illərdə Bakıda basılmış rusca “Sə­nayeyi-nəfisə” məcmuəsindən nəqlən göstərdigi məxəzlərdən: akademik Do­ren, professor Berezin, ingilis misyonerlərindən Hanovoy, Renyeps, Bro­nev­ski, Emixvald, Petsoldt, Cakıvlu, gənc daneş sahibi Səməd Təqi, “Təqdim əl-buldan-Nasiri”, “Fərhəng-əncüməni-ara”, “Ayineyi-İskəndəri” atəşkədələrin an­caq məcusi hindlilərə aid olduğunu tədqiq və müşahidələrlə istinadən qətiy­yətlə söylüyorlar ki, “Qızıl qələm”in yürütdügü bəzi hökmləri, kəndisinin gös­tərdigi bu mənbələr belə çürüdüyor.

[10] Edqar Bloşenin “Məzdəizmin türklərin etiqadları üzərindəki təsiri adındakı tə­təbbönaməsinin tərcüməsi (“Milli tətəbbö” məcmuəsi, sayı I, səhifə 142, İs­tan­bul,1331).

[11]“... эсли нужно было бы придумать термин для всех областей, которые обединяет сейчас Азербайджанская республика, то скорее всего можно было бы принят название Арран”. («Место прикаспийских областей в ис­то­рии мусульманского мира.стр.57.)

[12] Dugnis “Xəzər” təbirini “Xozar” şəklində qəbul ediyor, tədqiq ediləcək bir şeydir.

4 Əbül Fərac, Porfir, Loqonfur, Teofanə istinadən Dugins (tərcümə)

1 Azəri ədəbiyyatında türkcənin təkamülü. Əmin Abid (“Maarif və mə­də­niyyət” məcmuəsi numero 2-3, Bakı 1926).

2 Xəzərlərin imhasində Bizanslılar və ruslarlə bərabər Qafqazı istila edən Səl­cuq türkmənlərinin də rolu olmuşdur. Köprülüzadə Məhəmməd Fuad. Tür­ki­yyə tarixi, səhifə 35.

3 Abbasi xəlifələrinin əskəri təşkilatında bulunan və əski Ermənistan ilə Xorasan arasında iqamət edən türkmənlərdən bəhs edərkən tarixçi Dugins ərəb müvərrixlərindən İbn əl-həmas və İbn əl-Əsirə, Bizans müvərrixlərinə istinad edərək onların ğoz-ğuz-uz-oğuz olduğunu təyid eyliyor. [Arteq türkmənləri-hunların ümumi tarixi tərcüməsi – on ikinci bab]. İran mənbələrində də bu müvzuya aid məlumata təsadüf ediliyor. Şah İsmayılın oğlu Sam Mirzə Ağqoyunlulardan bəhs edərkən böylə diyor: “İn taife ra ağqoyunlu quyənd və çenançe dər kotabe-təvarix məstur əst. Əcdad-e işan dər zəmane – oğuz xan ke qəbl əz zuhur-e İslam bude və əz əqsayi-məşriq təşəkkor be İran kəşidsənd və bər əksər vilayəti-məşriq kəşte dər Hüdud Diyarbəkr rəxte-iqamət əndaxtənd”. (Töhfeyi_Sami, Sultan Yəqub bəhsi)

4 Akademik V.Bortold miladi VI əsrdə Çin sərhədlərindən Qara dənizə qədər uzanan böyük sahədə hakim olan türk qövm və qəbilələrinin oğuzlardan ibarət olduğunu qəti surətdə qəbul ediyor (Fransız və islam ensiklopedisində “ğuz” maddəsi və Bakı türkoloji qurultayında oxunduğu rapor ilə “Записки васточ­ного отделиния русского имперского археологического общества, том УШ, Петербург 1894 г.). Professor Köprülüzadə Məhəmməd Fuad həman bütün əsərlərində bizim qovmi mahiyyətimizə təmas etdigi zaman köçəbə oğuz­ların müxtəlif zamanlarda İranın Şimali vilayətləri, Azərbaycan, Cənubi Qafqaz, İraq, Hələb həvalisi və bütün Anadoluda yerləşməklə onlara qəti bir etnik çöhrə verdiklərini qeyd ediyor. (türk ədəbiyyatımızda mütəəssüflər. Türki­yə tarixi, Azəri ədəbiyyatına aid tədqiqlər).

1 Səyyah Olearidən nəqlən Kozubski: Е.И.Козубскии: Истории города Дербента. Темирхан-шура.1906.

2 “...Signa antigia hierogbyphica et alia scripta Ogusiana gual in muro urbis et monumentis sunt observata...” (Sichwald, Reuseete.B.II.,s.212).

Bartoldun “Yenə Qorqud haqqında məlumat” sərlövhəli məqaləsindən nəqlən.

1 “Oğuznamə” haqqında kitabımızın “Çadır ədəbiyyatı” qismində əlavə izahat verilmişdir.

1 Таким образом происходит распадение огузов на три народности, из которых две ранше подчинились оседлой жизни, а третья оседает в настояшее время. Эти народности – османы , азербайджанцы и оставшиеся в Средней Азии потомки огузов – туркмены. «В.В.Бартольд. Обзор истории тюркских народов..Баку,1925. Стр.138

1 Drezden kitabxanası. Yazma, numero 86.

1 Aus dem achlaffe des Mirza Schaffi pag.190.

2 Brochaus: Konversationg, Lexukon. Baxınız “Bodenştedt” maddəsinə.

3 «Боденштедт дал не перевод, а переделку, в которую внес очень много своего собственного повидимому, от подлинного млиафии осталось у Боденштедта совсем мало» / А.Крымский. История Турции и литературы, том.2,стр.140./

4 Firidun bəg Köçərli Bodenştedt haqqında yazdığı haşiyədə Berlin şəhərində “Qəzəlliyyate-Mirzə Şəfi” ünvanında öz əşarını çapa verübdir” – tərzində bir qeyd varkən, əsərinin mətnində buna tamamilə zidd olaraq “Almaniyada Mirzə Şəfinin məcmuəsi (Bodenştedt) adlı şəxsin ehtimamilə nemsə*dilinə tərcümə olunubdur – deyə hökm veriyor. (“Mirzə Fətəli Axundov” risaləsi – səhifə 4, Tiflis – 1911) və (Azərbaycan ədəbiyyatı tarixi materialları, I cild, 2-ci hissə, səhifə 476-477)

Köçərlinin təsirinə qapılaraq Vəzirov**də Fazil Mirzə Şəfinin şeirlərinin məc­muəsi alman dilinə tərcümə olunaraq ədib Botenştedt ehtimami ilə basıl­mış­dır”. –diyor. Salman Mümtaz da eyni yanlışlığı daha müğəlləq bir şəklə sal­mış­dır. (Azərbaycan ədəbiyyatı, Mirzə Şəfi Vazeh, müqəddimə)

* Alman

** Y.V.Çəmənzəminli nəzərdə tutulur (B.Ə.)

1 Qitələrin müqayisəsi kitabımızın gələcək cildlərindəndir ki, burada Mirzə Şəfi haqqında müfəssəl məlumat da vardır.

1 Salman Mümtaz nəşr etdigi Vaqifin külliyyatına yazdığı müqəddimədə Adolf Berjedən bəhs edərkən diyor ki, “Azərbaycan şairlərinə dair Germaniyanın Leypsiq şəhərində basdırdığı məcmuəsində Vaqifin tərcümeyi-halından bəhsedici bir sətir də olsun yazmamışdır (Azərbaycan ədəbiyyatı, sayı 2, səhifə 4, Baku, 1925). Möhtərəm Mümtazın tədqiq etmədən atdığı hökmlər özünü burada da müdhiş bir yanlışlığa sürükləmişdir. Berje kitabına yazdığı on dörd bəçək səhifəlik almanca müqəddimənin altı səhifəsini (səhifə VI-XI) Vaqifin tərcümeyi-halına vəqf etmişdir. Hətta ən çox Vaqifin tərcümeyi-halından bəhs etmişdir. Daha qəti sübut etmək üçün nasıl başladığını da göstərəlim: “Achund Molla Penach Vakif, son des Muhti Aga vard im Kasachschen Districhte um das Yanz 1160 der Hidshra (1717) geboren...

* Stokholm

2 F.Köçərli: Azərbaycan ədəbiyyatı tarixi materialları (I cild, 2-ci hissə, səh. 498 və “Fətəli Axundov” risaləsi).

3 ”Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarı məcmuəsi” almanca müqəddəmə, səhifə 13.

4 “...Fətəli Axundovun ən eyi komediyaları “Botanim Müsyo Jordan” ilə məşhur sehrbaz “Məstəli şah”dır. Bu əsərləri bənim qardeşim Karl Berje fransız dilinə tərcümə edərək, Peterburq Ermitajının müdiri müsyo Jillesə təslim etmişdir. Müdir komediyaları özünün Qafqaza yapdığı səyahəti haqqında yazdığı əsəri ilə bərabər nəşr etmək istiyordı. Fəqət Jillesin ansızın ölməsi nəticəsində bu əsərlər də ortadan qayib olmuşdur. Çünki öldükdən sonra əlyazısı ilə olan əsərlər bulunamamışdır (Berje əsəri, müqəddəmə, səhifə 14).

* Əsərin əlyazmasında 15-ci il göstərilir, ancaq bu mexaniki səhv ola bilər. 1925-ci il daha uyğun gəlir. Məcmuə əlimizdə olmadığından Ə.Abidin mə­qa­ləsinin nəşr tarixini də müəyyələşdirə bilmədik (B.Ə.).

1 Л.Будагов: Практическое руководство турецко-татарского Азербай­джан­ского наречия, Москва 1857.

2 Köprülüzadə (Azəri ədəbiyyatı tarixi, dördüncü məqalə – “Türk dünyası”, İs­tan­bul, 1919) bu adı Mirzə Qasım bəy göstəriyor. Doğrusu Mirzə Kazım bəg­dir.

3 Записки восточного отделения русского императорского археологи­ческого обшества

1 Заметка об азербайджанской литературе «Турции и ее литературы», Москва 1910, стр. 138-141.

1А.Туманский: «О Китаби-Коркуд», Затлки востог обдел. император. русск. археологических обшества. IX том стр.270.

1 Eyni nəşriyyatın doqquzuncu cildində (səhifə 272-276) Bartoldun məqaləsi.

2 Akademik Bartold oğuzların bu hərəkətini qıpçaq türklərinin təzyiqi altında vu­cudə gəlmiş deyə göstəriyor: “Что эти тюрки (огузы) менше находились под влиянием восточно-азиатской културы, подтвердается тем, что вслед за ними стали двигатся с севера на юг тюрки менее культурные : это дви­же­ние кыпчагов с берега Иртыша и Кргизов с берегов Енисея. Очень вереят­но, что под влиянием этого движения огузы стали переходить юж­нее, в Рерсию, кыпчаги заняли их место. «Обзор истории тюркских на­родов. Стр.135.»

3 İbn-Əsirə istinadən Köprülüzadə (“Türkiyə tarixi” – səhifə 136)

 

1 Köprülüzadə Məhəmməd Fuad – Türkiyə tarixi, II səhifə 133.

* Çox güman ki, həyulələrdə yazmaq istəmişdir. Həyulə – 1) qədim fəlsəfədə materiya, qismi 2) xəyal, vahimə 3) qeyri-adi (B.Ə.)

1 “Türkiyə tarixi”, səhifə 142-143.

2 Ədəbiyyatımızın hər dövrəsinə təsiri olduğu üçün bu din haqqında məlumat lazım görüldü.

1 Əbu Duləfə görə oğuzların bir ibadətgahında İsanın və Məryəmin rəsmləri olmazdı. Oğuzlar dinləri haqqında müfəssəl məlumat üçün baxınız – Bartold­dan tərcümə: Orta Asiyada moğal fütuhatınə qədər xristianlıq (“Türkiyyat məcmuəsi, İstanbul, 1925)

1 İbn əl-Əsirdən nəqlən akademik Köprülüzadə: “Türkiyə tarixi”, səhifə 134.

1 Akademik Köprülüzadə: “Türkiyə tarixi”, (səhifə 46). Eyni fikri akademik Bartold da təyid ediyor: «...Огузы которым относиться орхонские надписи» / Образ истории тюркских народов, Стр.133.Баку,1925.

1 Tomsen və Radlova istinadən professor Nəcib Asim (Orxon abidələri, səhifə: 112-113, 124-126)

1 “Divan lüğat-it türk” dəki atalar sözlərini İstanbul Darülfünuni profes­sor­larından Nəcib Asim toplayaraq “əski savlər” adı ilə bir risalə halında nəşr etmişdir (İstanbul, 1338)

1 Brokelmanın tədqiqi türkcəyə də tərcümə edilmişdir (ədəbiyyat fakültəsi məcmuəsi: Aqustos – tişrini – əvvəl 1339).

1 Heca vəzninin tarixi haqqında “Maarif işçisi” məcmuəsində təfsilatlı mə­qalələrimiz var*.

*Bax. Əmin Abid, “Heca vəzninin tarixi. “Maarif işçisi”1927, №3, səh.50. Mə­qalənin davamı həmin məcmuənin 5,6,7-ci saylarında çap olunmuşdur (B.Ə.)

2 «Древнейших народных стих турецких племен» Ф.Корш.Записки вос­точ.отдел.русск.археологических общ., том. XIX.

1 Fərhəng şüuri və Süleyman Özbəgi Əl-Buxarinin “Lüğəti-Çığatay”i.

2 Qopuz Oğuz qövmlərinin telli çalğısıdır. Qədim oğuz ənənə və adətlərini bizə nəql edən “Kitabi-Qorqud”da qopuzdan başqa bir çalğı yad edilmiyor. Hər mövzu də qollanılan qopuzdur.

3 “Kitabi_Dədə Qorqud”, səh 4.

4 Türkiyə ictimaiyyatçılarından Ziya Göyalp aşağı təbəqə xalqın da bu mərasimlərdə iştirak etdigini söyləyor: “Bir gün Xanlar xanı, yaxud bəglər bəgi bir toy, yaxud bir şülən yaparaq bütün eli dəvət edirdi. Bunlar yeyüb içdikdən yeni əlbisələr geyüb bürcləri də verildikdən sonra dəvət sahibinin təklifilə evində hər nə varsa ümumi dəvətlilər tərəfindən yəğma edilərdi. Bu hal də göstəriyor ki, el daim bir kommunist həyatı yaşayan xaricə qarşı bir ailə-oğuz cəng təşkilatını mühafizə edən qapalı bir cəmiyyətdi” (“Türk mədəniyyəti tarixi”, səhifə 16, İstambul, 1926)

Fikri qərəzlə olaraq kommunistligi “yəğmagərlik” şəklində göstərən Ziya Gö­yalp bu xüsusda əldəki vəsiqələrin əksini göstəriyor. Bu mərasimlərdə dərə­bəgləri tərəfindən istismar edilən kəndin sinfi iştirak etmək haqqından məh­rumdu: yalnız baş xan ilə qarısı və əşirət bəglərinə məxsusdu. Bu məxsusdə eyni məlumat verən “Kitabi-Dədə Qorqud”un müxtəlif yerlərində mərasim­lərin xan və bəglər tərəfindən tərtib edildigi və burayə “reislərin, hərbdə ya­rarlığı görülən “qəhrəman”ların dəvət edildigi açıq olaraq göstəriliyor. Xalq zümrəsinə mənsub olanlardan ancaq “qopuzci” ilə “ozan”lar iştirak edərlərdi; o də yuxarıya yaltaqlıq yapdıqları üçün.

1 Mütləq əksəriyyəti doğuran mühacirətlər XIII əsrə qədər davam edən oğuz axınları sayəsində hasil olmuşdur. Buralara sonrakı bəhslərdə yaxınlaşacağız.

1 Bu günün xalq ədəbiyyatı məhsulları islami bir şəkildə olduğu üçün əsəri­mizin mütəaqib cildində tədqiq edilmişdir.

1 “Dürrəl-tican” nəqlən M.Cövdat. “Əbubəkr Abdullah Dəvadari”nin kitabı İstanbulda “Damad İbrahim paşa” kütübxanəsi əlyazmaları içində 913 nöm­rədə qeyd olunmuşdur. Bu kitaba ilk diqqət cəlb etdirən Misirli Əhməd Zəki paşanın “Arxiv dü Aziyatik”dəki məqaləsidir. Türkcə mətbuata ilk əksi etdirən İstanbul Darülmüəllimini – ibtidaisi müəllimlərindən M.Cövdətdir. Bu zatın bu xüsusa təmas edən iki məqaləsi var: (“Yeni məcmuə”nin fövqəladə nüsxəsi – 1334 və “Dərgah” məcmuəsi 1338). Bundan sonra professor Köp­rülüzadə “Türk ədəbiyyatında ilk tədqiqlər” adlı əsərində (İstanbul, 1918) bu kitabdan istifadə etmişdir (səhifə 279-281).

1 “Dürr əl-Tican”dən nəqlən Hüseyn Namiq

1 Eyni məxəz

1 Türk ədəbiyyatı trixi – Akademik Köprülüzadə. səhifə 64, İstanbul 1926).

2 Oğuz mənqəbəsini nəql edən ən eyi mənbələr bunlardır: Şəcəreyi-tərakimə-Əbülğazi Bəhadir, Tac əl-təvarix-Rəşidəddin əl-təbib, Kutadqu bilik-Radlov, türk ədəbiyyatı tarixi-Köprilizadə. Radlovun nəql etdigi mənqəbə Parijdə “Библиоте-Насионал»də olan uyğurca yazılmış yeganə nüsxədən alınmışdır. Bu, oğuzların islam dinini qəbul etmədən yazılmış şəklidir.

1 Türk ədəbiyyatı tarixi: Köprülüzadə. səh.68.

1 «Место прикаспийских областей в истории мусльманского мира». Стр.27.

1 «Однако, мы видим, что эти тюки-огузы сохраняют свой язык, свою национальность и даже предание о родоначальнике всех огузов, Огуз хане. «Обзор истории тюркских народов. «Стр, 125.В.В.Бартольд.

* Dəvadaridə qıpçaqlara aid “Ata Bitikçi”, oğuzlara aid “Oğuznamə” ətrafında fikir yürüdərkən müsəlmanlığa müxalif olduğunu böylə anlatıyor: “Bu taifenin zühur edişlərini; əhvallarını izah etmək istiyorum: fəqət bunların bir çoxu şəriətə uyğun degildir”. “Dürər əl-Tican”dən nəqlən Hüseyn Namiq (“Yeni məcmuə”, İstanbul, cild 4, sayı 89).

1 “Türk dərnəgi” məcmuəsi: sayı I, İstanbul 1927. Bursalı Məhməd Tahir də bir çox Osmanlı tarixçiləri kibi “Oğuznamə”yi tarix kitabı olaraq göstəriyor. Biz onun Şimali İranda “Oğuznamə”nin yaşadığı dövr haqqında verdigi məlu­ma­tını başqa səyyah və mühərrirlərin ifadələri təyid etdigi üçün “Oğuznamə” mən­qəbələrini qasid etmək istədigi fikri ilə alıyoruz. Vaqeən “Səlcuqnamə” Sahibi Yazıçıoğlu Əli, “Cami-Cəm Ayin” mühərriri Həsən bin Mahmud Baya­tı, “Behcətül-təvarix” müəllifi Şükrullah kibi yazıçılar “Oğuznamə” adında ayrıca tarixi bir əsərdən bəhs edirlər. Onların yad etdikləri “oğuznamə”nin oğuz mənqəbələri olub-olmadığı vazeh olaraq məlum degildir. Osmanlı müəl­liflərinin bu xüsusda yapdıqları fikir qarşılığı haqqında Köprülüzadə Məhəm­məd Fuadın “Türk ədəbiyyatında ilk mütəsəvviflər” kitabında qiymətli bir tən­qidi var (səhifə 278-279) Haşiyə. Son əsrlərdə bəzi Osmanlı müəllifləri Os­man­lı türklərinin tarixinə aid yazdığı əsrlərə oğuznamə adı vermişlər. Lütfi paşa adında bir zatın bu cinsdən oğuznamə adında bir tarixi var. Türkistanda yetişən “Dana Ata adında bir şair də “Oğuznamə” adında mənzum bir əsər yaz­mışdır. Bu xüsusda baxınız: A.Samoyloviç: Материалы по среднеазиат­ско – турецкой литература. – «Записки Вос­точн. отделения император. русск.археологического общества».том. XIX.

1 Иностранцев də eyni ərəbcə sərlövhəni qoyur və ruscaya da böylə tərcümə ediyor: «Книга о моей Деде Коркуде на языке племенем Огузов» (Коркуд в истории и легенде – записки восточного отделении русск. имер. археол. об-ва, том.ХХ.вып. I,стр. 40-46)

1 Китаби Коркуд Записки вост.отд.русск. импер.археол. общества, том VIII,стр.209-218

1Türk ədəbiyyatı tarixi – Böyük qism, cild I, səhifə 59.

1 «Коркуд Ата прожил 95лет и служил следиющим ханам Имань Яви, Дуйли – Кайю, Ирки Туману и Каплы-Яули. А.Туманский.Записки вост. отдел. русск. импер. археологическ общества.том.IX.

1 İbn əl-Əsirə istinadən Инострантсев.

2 Fransızcə “İslam ensiklopediyası”, “Quz” haqqında məlumat. Bartoldun bu fikrini Köprülüzadə qeyd ediyor – “Türk ədəbiyyatında ilk mütəsəvviflər”, sə­hi­fə 282, haşiyə; Başqırdıstanlı Əbdülqadir də Köprülüzadənin fikirlərini mə­xəz göstərmədən təkrarlıyor (Türkiyyat məcmuəsi, cild I, səhifə 214, İs­tanbul 1925.)

1 .Kitabi-Dədə Qorqud: səhifə 131.

1 Caminin “Nüfxatül-əlis” adında əsəri hicri 901 tarixində “Nəsayəm əl-mə­həb­bət mən əl-futut” – sərlövhəsi altında türkcəyə tərcümə edən Əlişir Nəvai Qor­qud haqqında bu məlumatı veriyor: Qorqut Ata əleyh ül rəhimə türki ulusi arasında şöhrəti andın ər Tuğraqdur ki, şöhrət nəmə ehtiyacı bulğay məşhur mundağdur ki, necə yıl uzidin burunqını necə yıluzidiyi sonınqını kəlürni deyb­dür ki, kob muğət-amiz məğzliğ sozlar arada bar” Yazma nüfxatul-əpis” tərcüməsindən nəqlən Bartold: Rus imperatorlığ arxeoloji cəmiyyətin şərq şöbəsi nəşriyyatı, cild XX.

1Oğuz türkmənləri arasında yaşayan xurafi mənqəbələr üçün müraciət mən­bələri: Amerikalı səyyah Şullerin Türküstan səyahətinə aid əsəri. V.V.Bartold ilə A.Divayevin rus imperatorlıq arxeoloji cəmiyyətinin şərq şöbəsi nəşriyyatı. cild 9-10. V.V. Velyaminovın Başqırd yadigarları – Труды восточн. отдел Археологическ.обшества,том.IV.

1 Qırğız və Qazax türkləri arasında Qorqudun nüfuzuna aid təfsilat üçün baxınız: Türkiyyat məcmuəsi, səhifə 216-217, İstanbul 1925.

1 Əski Osmanlı padşahlarından ikinci Bayazidin oğlu şahzadə Qorqudı misal göstərən İnostrantsev diyor ki: «Возможно, что именем своим этот принц объязан тому распространению в эту эпоху сказанный о предках осман­ского народа-огузов» (зап.вост.етд.археол.обиз.том.ХХ)

1 Записки вост. отд. русск.импер.арх.об.том YIII

1 Olearidən nəqlən T.B.Козубски: Е.И. Козубский: «Истории города Дер­бента (Темир-хан шура, 1906)

2 В XVIII в, как видно из слов Олеария, и среди турецкого (азербай­джанского) населения, Закафказа, еще не были забыти предания имев­щия, повидимему, некоторые сxодство с содержанием книги о Коркуде (Зап.вост.мтд.имп.русск.археолог.об.т.XIX стр.73-75, 1909)

3 Evliya Çələbi səyahətnaməsi: ikinci cild, səh.312.

1 В.Урмии показывали могилы тени Казан бека главного героя того же цикла, Бюрле Хатун, имя который нигде, кроме Олеари и Китаби Деде Коркут, не ветречаются» (Краткий обзор истории Азербайджана, стр.146)

2 Nəqlən Akademik Bartold.

1 Kilisli müəllim Rifətin oxuyamayıb da şəklini təsbit etdigi bu kəlməni Bartold Drezden nüsxəsində «Qan Abxazə” şəklində oxumuşdur.

1 Türkiyəli müdəqqiqlərdən M.Cövdət bu xüsusda yazdığı bir tətəbbönamədə Dədə Qorqudun və əsərinin bizim dil və ədəbiyyatımız sahəsinə aid olduğu cə­hətini bitərəf bir vicdanla izah ediyor: “Oğuznamə”nin nisbət edildigi bu zat “Kitabi-Dədə Qorqud”u bu zatın yaza bilməsi üçün heç degilsə Təbriz, Ərzrum tərəfində dəxi yaşamış olması lazım gəlir” (“Dərgah” məcmuəsi, İstanbul, 1338).

1 Bu parça kitabımızın sonundakı mətnlər qismində kopiyə edilmişdir.

* epik

[13] «Xanım» kəlməsilə bir hökmdara xitab olunur.

[14] Ərəbcə olan bu sərlövhə «Oğuz qövmi dilində Qorqudun kitabı” deməkdir. Oğuzlar (bilxassə miladi altıncı əsrdən zamanımıza qədər türk millətinin, Orta və Qərbi Asiya xalqlannın mədəniyyəti tarixində mühüm rol oynamış böyük bir qoludur. Türkolojinin bugünkü vəziyətinə görə Şimali İran ilə Qafqazda yaşayan bizim türklərin doğru adı Oğuzdur).

[15] Əsərin birincisinin nüsxəsi Drezden kitabxanasında Fleyşer kataloqunda 26 nömrə ilə müqəyyəddir. XIX əsrin başında Alman türkoloqlarından Diez tərəfindən bundan kopya edilmiş başqa bir nüsxəsi Berlin Kral kitabxanasında Perça kataloqunun 203 nömrəsində qeyd olunmuşdur. Bu ikinci kopyanın foto­qrafı alınaraq İstanbulda kitab halında basılmışdır.

[16] Dərriltıcan - yazma, İstanbul, İbrahim paşa kitabxanası, 913.

[17] Oğuz türkcəsində ozan xalq şairi deməkdir. Bunlar qopuz denilən əski sazı çalaraq mənkibə və dastan oxurdular. XİVəsirə qədər bizim məmləkətimiz ilə Şimali İrandakı Azərbaycanlı türklər arasında da bunların yaşadığını bilyoruz.

[18] Hicri 164 tarixidə yazılan “Divani lüğət it türk”dəki atalar sözlərini İstanbul Darülfununun professorlarından Nəcib Asim toplayaraq “Əski savlar” adında bir risalə nəşr etmişdir. İstanbul, mətbə nömrə 1338. Şərqi oğuz türkcəsinin hələ yaşamaqda olan məsəllərini yoldaş H.Zeynallı çox qiymətli bir əsər olaraq basdırmışdır.(Bakı, 1926) ki, bunların içində mənzum olanları da var.

[19] Mənzuməsinin müxtəlif cildlərində bu xüsusda təhlillər vardır. Записки восточного отделения императ Русского археологического обюества.

[20] Çadır ədəbiyyatı şeirində uzun əsrlər hakim olan heca vəzni, türk cəmiy­yətinin əşirət dövründən dərəbəylik dövrünə doğru irəliləməsi ilə yerini yavaş-yavaş islamiyyətin gətirdiyi əruz vəzninə tərk etməyə başladı.

[21] Bu kitabın ilk nüsxəsi tarixçi Hammer tərəfındən İstanbulda alınaraq Vya­nada ümumi kitabxanaya veriimişdir. Nüsxə 1439-da uyğur hərflərilə Heratda kopya edilmişdir. Sonradan ərəb hərflərilə yazılmış iki nüsxəsi daha bulundu ki, biri də Qahirədə Xədiviyə kitabxanasındadır.

[22] Zeitschrift der Deutschen Morgenlandischen Gesellsahaft. 63, 1889.

[23]Kərəm haqqında ayrıca tədqiqatımız var

[24] Memoire sur lethnografie de le Perse: Khanikaff, səh.82.

[25] Akademik V.Bartold: «Mesto prikaspiyskix oblastey v istorii musulman­skoqo mira» i «İstoriə turkskix narodov Srednıy Azii»

[26] Ibn-El-Athir: Ye Yivre de la creation et de lhistaire, VI, səh. 68.

[27] Prof. Berin «Obşie predposılki feodalizma», Baku, 1920 q.

[28] XVII əsrdə Qafqaza gələn alman səyyahlarından Oliarius Qazan xanın qəbrini Təbrizdə gördüyünü söyləyir.

[29]Qorqud kitabı”, səh. 21

[30] Ziyarətin yüksəlməsində, heyvanlar üçün qışlıq azuqə ehtiyatı yığmaq məcburiyyət dəxi əsaslı səbəb olmuşdur. İdarədən.

[31] Akademik Köprülüzadə Məhəmməd Fuad: «Selcuqlar zamanında türk mə­dəniyyəti».

[32] «Qorqud kitabı», səh.120.

[33] «Qorqud kitabı», səh.165

[34] Son günlərdə çapdan çıxan «Ədəbiyyatdan iş kitabı» adlı dərs kitabına Mu­saxanlı Atababa imzalı bir məqalədə mənim ilk dəfə olaraq,irəliyə sürdüyüm bu fikri eyni ilə kopya edilmiş və məndən alındığına aid heç bir işarət qoyul­mamışdır. Halbu ki, fikri 27-ci ildə Bakı Darülfünunda verdiyim məruzədə irəli sürdüyüm kimi, yenə eyni sənədə Bakı Pedoqoji Texnikumunda və 28-ci sənənin başlanğıcında Bakı Maarif Evi ədəbiyyat dərnəyində «Azərbaycan ədəbiyyatının başlanğıcı» mövzusunda verdiyim məruzədə təkrarlamışdım. Bundan başqa 1927-ci ildə Ruhulla Axundov yoldaşa təslim etdiyim «Azərbaycan türkləri ədəbiyyatı tarixi» adlı əsərimdə uzun-uzadı izah edilmişdir.

[35] Bu kitab haqqında ilk yazı-yazan Misirli Əhməd Zəki Paşa adlı birisidir. Məqaləsi «Arhive d’Aciatigue» dədir. Türkcə mətbuatda ilk əks etdirən İstan­bul müəllimlərindən M.Cövdətdir. (“Yeni məcmuə”nin fövqəladə nüsxəsi 1334 və «Dərgah» məücmuəsi 1338) Bundan sonra Köprülüzadə də bu əsərdən istifadə etmişdir. (Türk ədəbiyyatında ilk mütəsəffəflər. səh. 279-80). Ggənc müdəkkiklərdən Hüseyn Naminin “Yeni məcmuə”nin son nüsxəsində ilk mə­qaləsi bu xüsusa həsr olunmuşdur.

[36] Əbu Müslümün ailəsinin həmin kitabı Əbu Müslümün həyatda olduğu bir zamanda əldə etmiş olması da qeyri-mümkün deyildir. İradədən.

[37] Akademik V.Bartold: Mesto pri Kaspiyskiy oblastev v istorii musal­man­skoqo mira, str. 23.

[38] Müəllifin göstərdiyi səbəblərə oğuzların İrana yanaşdıqlarından çox zaman sonra tərcümə edilmiş olmasına mane olmaz.

[39] Signa antigue hiaroglorhica et seripta Ogusiana gual in muro urbis et monumentis sunt observata Eichwald, Reise ete B II, s. 212

[40]Qorqud Ata kitabı” səh.3.

[41] Akademik Köprülüzadə Məhəmməd Fuad. Türk ədəbiyyatının mənşəyi. “Milli tətəbilər məcmuəsi”, cild 2. say 4, 1331.

[42] Əmin Abid. Türk ədəbiyyatında bayatı-mani növü. Azərbaycan tədqiq və tətəbbi cəmiyyətinin tapşırığı ilə hazırlanmış bayatı güllüyyatına əlavə edilmiş tətəbböönamə.

[43] «Denkur digkeiten von Asien» II 399 sg. Berlin 1815

[44] Səyyahətnameyi Evliya Çələbi; ikinci cild, səh. 312.

[45]Yəni 1636 sənəsində - Ə.A.

[46] Səyyah Oleariusun yuxarıda zikr olunan səyahətnaməsi, səh. 489.

[47] Bakia “Sulcuknamə” sahibi Yazıçı oğlu Əli, «Cami cəm ayini» mühərrir Hə­sən ibni Mahmud Bəyatı «Behcət-üt-təvarix» müəllifi Şükrüllah, kimi yazıçılar, «Oğuznamə» adında tarixi bir əsərdən bəhs edirlər. Onların yad etdikləri «Oğuz­namə»nin bizim «Oğuznamə» olub-olmadığı aydın olaraq, məlum deyildir. Türk­cəyəli müəllifin bu xüsusda yapdıqları fikir qarşılığı haqqında Köprülü­zadənin mühüm bir tənqidi vardır. Türk ədəbiyyatında ilk mütəsavvifləri, səhifə 278-279. Haşiyə: son zamanlarda bəzi Osmanlı müəllifləri öz tarixinə aid yaz­dıqları əsərlərə «Oğuznamə» adı vermişlərdir. «Lütfi paşa» adlı birisinin «Oğuz­namə» adında tarixi bir əsəri olduğunun Köprülüzadədən öyrəniriz. Əski Türkis­tanlı şairlərdən Dana Atanın da “Oğuznamə” adında mənzum bir əsəri oldu­ğu­nun akademik Samoyloviç söyləyir. Baxınız.

[48] «Türk dərnəyi məcmuəsi» sayı I, İstanbul 1337.

[49] Azərbaycanın Proletar Yazıçılar Cəmiyətində açılan ali dərəcəli ədəbiyyat seksiyasında idarə etdiyim məşğuliyyətlər əsasında «Oğuznamə»nin mündəri­catını təmin edərkən gənclərdən birisi bu mövzulardan bəzilərinin indi belə köylülərimiz arasında yaşadığını söyləmiş və yaxında bunu təsdiq edib verə­cəyini vəd etmişdir.

[50] Bəzi Türkiyəli müdəqqiqlər şülən və yaxud şilan adlanan qonaqlıqları ümu­mi, yəni xalqa da şamil olaraq göstərir. Halbuki, biz bu mərasimlərin yalnız bəylərlə, ağalara məxsus olduğunun görürüz. Bu xüsusda aşağıda təfsilat var.

[51] Süleyman Özbəgil Buxarı «Lüğəti cığatay, fərhəngi şüuri» və «Dərriltican» Əbubəkir Əbdullah Davadari.

[52] Əbubəkir Əbdullah Davadaridə qıpçaqlara aid “Ətabətiqci”, oğuzlara aid «Oğuznamə» ətrafında fikir yürütürkən mövzularını müsəlmanlığı müxalif ol­duğunu izah edir: «Bu tayfanın zühur edişlərinin, əhvalatlarının izah etmək is­tə­yirəm. Fəqət bunların bir çoxu şərafətli şəriətə uyğun deyildir». “Dərrili­tican” yazma, İstanbul, İbrahimpaşa kitabxanası, 913.

[53]Türk dərnəgi” məcmuəsi, sayı 1, İstanbul, 1927.

[54] Bursalı Məhəmməd Tahirdə bir çox əsgi Osmanlı tarixçiləri kimi «Oğuz­namə»­yi tarix kitabı şəkilində göstərir. Onun Şimali İranda «Oğuznamə»nin yaşadığı haqqındakı verdiyi məlumatıbaşqa səyyah və mühərrirlərin ifadələri təyid etdiyi üçün «Oğuznamə» mənkəbələrinin kəsd etmək istədiyi fikri ilə alırız. Vaqan «Səl­cüqnamə» sahibi Yazıçı oğlu Əli, “Cami-Cəmi ayin» sahibi Hüseyn bini Mahmud Bayatı, «Behcətürt təvarix» müəllifi Şükürullah kimi yazıçılar «Oğuznamə» adın­da ayrıca tarixi bir əsərdən bəhs edirlər. Onların yad etdikləri «Oğuznamə»ni oğuz mənkəbəlri məcmuəsi olub olmadığı aydın bir surətdə məlum deyildir.

Osmanlı müəlliflərinin bu xüsuda yapdıqları fikri qarışıqlıq haqqında Köprü­lüzadə Məhəmməd Fuadın «Türk ədəbiyyatında ilk mütəsavviflər» kitabında qiymətli bir tənqid var. (s. 278-279)

Son əsrlərdə bəzi Türkiyəli müəlliflər Osmanlı Türklərinin tarixinə aid yazdıbı əsərlərə «Oğuznamə» adı vermişlər. Lütfi Paşa adında bir zaman bu cinsdən «Oğuznamə» adında bir tarixi var. Türküstanda yetişən Dana Ata adından bir şair də «Oğuznamə» adında mənzum bir əsər yazmışdır. Bu xüsusda baxınız: A.Samayloviç: Materialı po srednıe Aziatskoy i Turetskoy literature. «Zapiski Vostoçnı. Otd. İmper. Russkiy arxeoloq. o-va, tom. XIX vıp. 1

[55] «Dərriltican»

[56] «Dərriltican». Bu müxəzəlilik diqqət cəlb etdirən Misirli Əhməd Zəki Paşa­nın «Arxio-do Azaitik» dəki məqaləsidir. Türkcə mətbuatda ilk əks etdirən İs­tan­bul Dəril Müəlliminin ibtidaisi müəllimlərindən M.Cövdətdir. Bu zatın bu xü­susa ilə iki məqaləsi var. “Yeni məcmuə”nin fövqaladə nüsxəsi 1334, «Dər­gah məcmuə”si 1338. Bundan sonra professor Köprülüzadə «İlik mütəsəfiffə­lər»ində (İstanbul 1918) bu əsərdən istifadə etmişdir. (səhifə 279-281) Bar­toldun «Kitabi Qorqud»a aid yazdığı bir çox yazılarından o vaxta qədər bu kitabı görmədiyi anlaşılır.

[57] Məsələn şilə (şillə) kəlməsini müəllif qətiyən yanlış işarətlə göstərilmişdir. Halbuki, «Mərə noldunuz diyü bir şillə birinə, bir şillə birinə urdu» (səhifə 143) cümləsinin özü də göstərir ki, şillə kəlməsi bizim ləhcəmizin hazırda belə yaşayan kəlmələrindəndir. 65-ci səhifədə «Dəxi sənin yüzünə bən gəlmərəm» cümləsindəki yüzünə kəlməsini yurduna şəklində tamamilə indi olaraq təshih edir. Halbuki, bu ifadə indi belə, bizim ləhcəmizdə var.

[58] Bartold. Yeşyo izvestiye o Korkude. Zapiski Vostoçnoqo otd. Russ.arx obş. tom. XIX, str.73-75. İnasrantsev də eyni ərəbcə səlövhəyi qoyur və ruscada beylə tərcümə edir: “Kniqa o moem Dede Korkuda» na yazıke plemeni Oğu­

zov» Zapiski t. XX str. 40-46.

[59] «Kitabi Korkud». Zapiski Vost. otdel. tom, 8. str. 203-218.

[60] Türk ədəbiyyatı tarixi, cild I, səh.59

[61] Tekst «Tarixi ali Seldcuk» po rukopisi Aziiyatskoqo muzeya, 590. V. str. 27. Nəqlən akademik V.Bartold.

[62] Kunoş: Oszman-Terek nejəkeltesi guüyemenu, Budapeşt, 1889

Köprülüzadə Məhəmməd Fuad. Saz şairləri, "Tənin" və "İkdam" qəzetələri, İstanbul, 1922, S.Nizhət və Məhəmməd Fərid. Konya vilayəti xalqıyyat və hərsiyyatı, Konya, 1926, Prof. A.Samoyloviç. Çetverostişiə-tuyuqi Nevai, "Musulğmanskiy mir, vııpusk 1, Petroqrad, 1917.

63 Akademik İqnats Kunoş. Türk xalq ədəbiyyatı, səhifə 170-172, İstanbul, 1925. Pofessor Çobanzadənin verdigi şifahi məlumata görə həm cənubi, həm də şimali Kırımda bu nevə manı denilməkdədir.

64Şeyx Südeyman Özbəgi it Buxari. Lüğət cığatay və türk Osmani, Ə.Zufəri və G.Yunus. El ədəbiyytından eşulələr.

 65Haşım Nahid. İraq türkləri, "Türk yurdu" məcmuəsi, sayı 1, cild 10.

66 Radlov.Obrazüı narodoy literaturı törskix plemen, çast 1.

67 Akademik Samayloviçin yuxarıda zikr olunan əsəri.

68 Radlovun yuxarıda zikr olunan türk xalq şeirlərinə aid küllüyatının 10-cu cildi.

69 "Türkiyyat məcmuəsi", cild 1, səh.205.

 

 

 

 

 

 

[70] Azərbaycan operasının aktyorlarından H.Sarabski (şifahən).

 

[72] An. Linin. K voprosam formalğnoqo izuçeniə pogzii tureükix narodov". Vos­tokovedene, t. 1. str. 166, Baku 1926 q. Bu əsər Kovalskidən ruscaya xüla­sə halında tərcümə olunmuşdur.

33 Türk ədəbiyyatında qoşma tərzi. "Yeni məcmuə", sayı 78, İstanbul, 1923

 

[74] Записки восточного отделения императ Русского археологического обшества. Т.XII, вып.2-3, стр. 78, 1899

[75]Bu xüsusda Azərbaycan mətbuatında mənbə: Əmin Abid. Heca vəzninin tarixi. “Maarif işçisi” məcmuəsi, nömrə 3, 4 və 6, Bakı, 1927. 

[76] “Divani lüğəti it türk” 1083-1085 tarixlərində Kaşqarlı Mahmud ibn il Hüseyin tərəfindən yazılmış türkcədən ərəbcəyə bir lüğətdir.

[77] Ostasiatische Leitschriti. Jahrg. 8, 1920.

[78]K.An.Lininin yukarıdakı zikr olunan xülasələri. səh. 157

[79] Heca vəzninin yeddisilə yazıldığı idda edilən bu qitəyi təhlil edərkən onun əruz vəzninin failatun failat vəzninə də uyğun olduğunu anladım. “Divani lüğət it türk”iə nəzimlərində əruz olub olmadığı tədqiq ediləcək bir mövzudur.

[80] “Qudatku bilik” hicri 462 tarixdə Balasaqun əhalisindən Yusif Hacib adlı bir şair tərəfindən türkcə yazılmış bir əsərdir.

[81] Четверостишя туйуги неваи. «Мусульманский мир» вып.I, стр. 6, 1917.

[82] P. Rodloff. Das Kudatko bilik. Thcil, II, s. 296-297

[83]Yournal Asiatique” t.16, p. 372, Paris, 1910

[84] tuyuq şəkli “Yeni məcmuə”, nömrə 79, İstanbul, 1923.

[85] Zeit schrift der Deutschen Morgenləndischen.Gəselləchaft, 1889.

[86] Səhifə 123

[87] Kunoş. Türk xalq ədəbiyyatı. Səh. 166, İstanbul təbi, 1925.

[88] Qaqauzların mənşəi hakkında tədqiqat yapan Radloff izahatını bu sətirlərlə xülasə edir: “Гагаузы потомки тюрков или узов(Огузов) кочевавщих ког­да-то в южно-русских степях», Образцы народой литературы тюркских племен, час. X, стр.XIX, С.Петервург, 1904 г.

[89] Bu bayatının Azərbaycandakı şəkili:

Göydə yıldız əllidi,

Əllisi də bəllidi.

Yeddi igit içində,

Mənim yarım bəllidi.

[90] Bu bayatının Azərbaycandakı şəkili:

Mən aşiqəm yaz olur,

Bülbül gülə saz olur.

Sənə gülüm demərəm,

Gülün ömrü az olur.

[91] Kunoşun məcmuəsilə Sədəddin Nuzhət və Məhəmməd Fəridin “Konya vilayəti xalkiyyat və hərsiyyatı”, Konya, 1926.

[92] Haşim Nahid. İraq türkləri, “Türk yurdu” məcmuəsi, səh. 85, Ankara,1339.

[93] Radloffın Türk xalq ədəbiyyatına aid küllüyatının həsr etdiyi “Osmanlı amniləri arasında”, cild 8, on iki dənəsinin misraları bu şəkildədir.

[94] Azərbaycanda bunun əşi vardır.

[95] Bu bayatı eynilə azərbaycanda vardır.

[96] Dağıstan Kumuk mani nümunələri tələbəmdən, Qusarlı Əzəmətzadə Mustafa yolda tərəfindən verilmişdir.

[97] Səhifə 152

[98] Образцы народой литературы тюркских племен, част. VIII, стр.436-535, С.Петервург, 1904 г.

[99] Baxınız: eyni məxəzdə 2,3,8 və digər parcalar.

[100] Gərək ki - bədiyədən alınmışdır.

[101] B.B.Bartold: Mesto prikaspiüyskix oblastey v istorii musulğmanskaqo mira, Baku, 1925

[102] P.M.Melioranski: Vostoçnıə zametki, S.P. B: 1895, str. 131-152

[103] Laydan (Hollanda) təbi, 1909

[104] Amirə matbəəsi, 1292

[105] İstanbul Darulfununi təkrirləri, 1924

[106] Nəsimi Divanı, 1260 İstanbulda basılmış nüsxəsi, səhifə 178.

[107] Eyni nüsxə səhifə 175

[108] "Mizanul evzan"dan nəklən professor Samoyloviç: "Nəvainin tuyukları", səhifə 3 və 11; Petroqrad 1917

[109] Tuyuğ nevi başlı başına bəhsimizin məvzuyi olmadığından burada yalnız bir neçə sətirlik izahat verməklə iktifa etdik. Bu xüsusda müfəssəl məlumat almak istəyənlər baxsın:

a) Melioranskiy. .Otrıvki iz divana Axmed Burxanadina Sıvaskoqo. S.P.B. 1895

b) A.Samoyloviç. Çetverostişiə - tuyuqi Nevai, “Musulman mir”, v 1917

s) Köprülü zadə Məhəmməd Fuad: "Tuyuk ədəbiyyatında tuyuk şəkli" - "Yeni məcmuə", İstanbul, 1923

ç) Əmin Abid: "Şair Burhanəddinin tuyuğları", "Maarif və Mədəniyyət" məc­muəsi, №4-5, Bakı, 1927

[110] M. Köprülünün “Yeni Məcmuə”dəki məqaləsi.

[110] Səhifə 152-154

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol