Solovkidə gördüklərim
 
 
 
 
 
 
 
B.E.Ağa oğlu
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
SOLOVKİDƏ GÖRDÜKLƏRİM
 
 
 
 
 
(Elektron variantı)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
B a k ı – 2 0 0 4

 

 

 

 Çapa hazırlayanı:
 
 
Əli Şamil Hüseyin oğlu
 
Redaktorları:
 
 
 Safruh, Səfalı Nəzərli
 
Bilgisayarda yığanı:
 
 
Tünzalə
 
 
 
Korrektoru:
 
 
Ofelya Yunis qızı
 
Bilgisayarda tərtibat verəni:
 
 
Məhəbbət
 
 
 
 
 
 

 

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
Bu kitab Azərbaycançılıq
 
 
davasının şanlı əskəri
 
 
Mehmet Kəngərliyə
 
 
ithaf olunur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Siz ey zindanlarda çürüyən, öz soydaşlarının təpikləri altında inləyən, döyülən, söyülən, hər cür təqiblərə məruz qalan vətənpərvərlər!
 
 
Siz ey birlikdə xalq cəbhəsinin əsasını qoydu- ğumuz insalar–İbrahim İbrahimli, Sərdar Cəlal oğlu, Sülhəddin Əkbər və başqaları!
 
 
Vaxt gələcək Sizin də dediklərinizi, yazdıqlarınızı beləcə arayıb-axtaranlar, çapa hazırlayanlar, gəncliyə çatdırmaq istəyənlər tapılacaq!
 
 
     Sizlərin hünərinə alqış!

 

 

 

 
 
 
 
 
84(Az)
 
 
Ş 21
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ş 21       B.E.Ağa oğlu. Solovkidə gördüklərim.
          “Günəş”, Bakı, 2004, 80 səh.
 
 
 
 
 
 
Kitaba 1923-1929-cu illərdə siyasi baxışlarına görə həbs edi­lə­rək Ağ dənizdəki Solovki adalarına göndə-rilmiş soydaş­larımızı acı taleyindən bəhs edən xatirələr və bir neçə kiçik qəzet məqaləsi daxil edilmişdir. Şəxsiy-yətini müəyyənləşdirə bilmədiyi­miz müəllif vətənin və millətin azadlığı yolunda savaşa atılan insanların başına bolşeviklərin açdığı müsibətləri təsvir etməklə adlarını eşitmədiyimiz və ya son illərdə eşitməyə başladığımız qəhrəmanlara sözdən bir abidə qoymuşdur.
 
 
 
 
 
Ş 4700000000   Qrifli nəşr
 
 
            M 056-2004
 
 
İSBN 5 – 89600 – 045 – 6
 
 
 
 
 
 
 
 
 Şamil Ə., 2004

 

 

“BİLDİRİŞ” QƏZETİ AZƏRBAYCANA

 GƏTİRİLDİ
 
 
 
 
 
 
Osmanlı İmperiyası Birinci Dünya Savaşında məğlub oldu. Lakin xalq bununla razılaşmadı. Anadoluda Mustafa Kamalın başçılığıyla yeni bir hərəkat başladı. Türklər öz üstəqilliklərini qorumaq uğrunda Antanta və onun himayə etdiyi qüvvələrə qarşı ölümdirim savaşına atıl-dılar. Bu işdə özlərinə xarici ölkələrdə də dəstək axtarmağa başladılar. Savaşdan məğlubiyyətlə çıxmış, ölkədə vətəndaş qarşıdurmasını son həddə çatdırmış Sovet Rusiyası bu işdə gənc Türkiyəyə münasib müttəfiq oldu. Qara dənizdən Antanta qüvvələrinin təzyiqini azaltmaq üçün Rusiya Türkiyənin müvəqqəti də olsa güclənməsini istəyirdi. Bu ona çar Rusi-yasının işğal dairəsində olmuş, indi azadlıq əldə edərək öz dövlətlərini qurmaq istəyən xalqları yenidən əsarət boyun-duruğu altına salmaq, iqtisadi cəhətdən önəmli olan bölgələri yenidən tutmaq üçün lazım idi.
1920-ci ilin aprelində Rusiyanın XI Ordusu “Ana­doluda dö-yüşən türklərə köməyə gedirik” adıyla Azərbaycan Xalq Cüm-huriyyətini işğal etdi. Azərbaycanla kifayətlən­məyib qısa müd-dətdə Qafqazı bütövlükdə öz təsir dairəsinə saldı. Lakin burada möhkəmlənmək Rusiya üçün problemə çevrildi.
Avropa dövlətlərinin təzyiqi altında sıxılan gənc Tür­kiyə də Sovet Rusiyasının güclənməsini həm istəyirdi, həm də bundan ehtiyat edirdi. Rusiyanın Antanta blokundan çıxması Avropa dövlətlərinin diqqətini Türkiyədən yayın­dıraraq Sovet Rusi-yasına yönəldirdi. Türkiyə strateqləri nə qədər “Biz Osmanlı dövlətinin varisi deyilik, əksinə, onun düşməniyik” desələr də yaxşı bilirdilər ki, yeniləşən Rusiya gücləndikcə onları sıxış-dıracaq. Buna görə Türkiyə Sovet Rusiyasına ikili münasibət bəsləyirdi. Sözdə əbədi dostluq­dan bəhs etsə də, altdan-altdan Rusiyaya təzyiq vasitələri hazırlayırdı. Keçmiş Rusiya ərazi-sindən Türkiyəyə qaçıb antisovet baxışlarını gizlətməyən ictimai-siyasi xadimlərin dərnək qurmalarına,  qəzet-jurnal nəşr etmələrinə şərait yaradırdı. Azərbaycan Xalq Cümhuriyyətinin məğlubiyyətindən sonra Türkiyəyə mühacirət etmiş soydaşlarımız burada daha yaxşı təşkilatlanmışdılar.
İki ildən çox parakəndə fəaliyyət göstərən ictimai-siyasi xa-dimlərimiz M.Ə.Rəsulzadənin gəlişilə təşkilatlan­mağa başla-dılar. 1922-ci ildə İstanbulda “Yeni Kafkasya” adlı jurnal nəş-rə hazırlandı. Ayda iki sayı çap olunan jurnalın fəaliyyəti 1927-ci ilədək, yəni 100 sayadək davam etdi. Mühacirətdə nəşr edilən əksər qəzet, jurnal və kitablara redaktorluq etmiş Mirzəbala Məmmədzadə “Yeni Kaf­kasya”nı “yalnız azərbay-canlıların deyil, rus əsarəti altın­dakı bütün türklərin” jurnalı[1] adlandırırdı.
İctimai-siyasi xadimlərimizin Türkiyədə çap etdir­dik­ləri qə-zet və jurnallar haqqında son onillərdə xeyli araşdır­ma apa-rılıb. Lakin hələ çox qaranlıq məsələlər də qalır. Azər­baycanda mühacirət mətbuatından və ədəbiyyatından yazan araşdırıcı-larımız ara-sıra “Bildiriş” qəzetindən bəhs etsələr də, onun haqqında ciddi araşdırmaya rast gəlmirik. Xaləddin İbrahimli “Azərbaycan siyasi mühacirəti” kitabında yazır: “1930-cu il 7 avqustdan etibarən Azərbaycan mühacirləri ilk siyasi həftəlik qəzet olan “Bildiriş”in nəşrinə başladı. Bu qəzetin imtiyaz sahibi də A.Kazımzadə, məsul müdiri Kamal idi.(1931-ci ildən məsul müdir M.B.Məmmədzadə oldu)”
 
 
 
Türkiyədə isə Səbahəttin Şimşir “Azərbaycanlıların Türkiyədə siyasi və kültürəl fəaliyyətləri” kitabında[3] “Bil­diriş” qəzetinə 4 səhifədən çox yer ayırıb. Bu kitab 1999-cu ildə müəllifin tarix elmləri doktoru adı alması üçün hazırladığı dissertasiya əsasında yazılıb. “Bildiriş” qəzetini Ankarada olarkən Mehmet Kən­gər­linin ofisində görmüşdüm, amma onu diqqətlə oxumağa imkan tapmamışdım. 2003-cü ilin martında Mersində Novruz bayramına həsr olunmuş konfransda məruzə edənlər sırasında mən də vardım. Oradan qayıdarkən bir neçə gün Ankarada yubanmalı oldum Vüsalə Rauf qızı Mehmet Kəngərlinin gəlişimdən xəbər tutduğunu və məni görmək istədiyini bildirdi. Türkiyədə ali təhsil almış, mühacirət mət-buatımızın tarixindən doktorluq dissertasiyası yazmaq üçün Qazi Universitetində təhsilini davam etdirən Vüsalə Rauf qızı və “Türkiyənin səsi” radiosunun Azərbay­can redaksiyasının rəhbəri Seyfəddin Altaylı ilə birlikdə M.Kəngərlinin görüşünə getdik. Söhbətimiz həmişəki kimi çox uzaqlardan başladı. Xatirələr dilə gəldi. Söz gəlib ömrün vəfasızlığına çatanda mən M.Kəngərlidən onda olan əlyazmaları və sənədləri Azər-baycan arxivlərinə bağışlamasını xahiş etdim . Həmişəki kimi “yox” demədi.
Biz getməyə hazırlaşanda “Bildiriş” qəzetinin səliqə ilə sax-lanmış dəstini gətirtdirdi və “Azərbaycana apar” dedi. Onun bu fikrə düşməsinin səbəbkarı V.Rauf qızı olmuşdu. Lakin       S.Altaylı buna imkan vermədi. Qəzetin ona da lazım oldu-ğunu, CD-yə köçürmək istədiyini bildirdi. M.Kəngərli qəzet dəstini saxladı və mənə: “Sonra Vüsalədən yollayaram” dedi.
O, sözünə sadiq qaldı. 2003-cü ilin qışında “Bildiriş” qəze-tinin dəstini Vüsalə xanımdan yolladı. Qəzeti AMEA Əlyaz-malar İnstitutuna bağışlamağı qərarlaş­dırsaq da oradakı yazılar diqqətimi çəkdi. Xüsusən də “Solovkidə gördüklərim” adlı xatirələr.
Mövzu mənə tanış idi. Rus yazıçısı Oleq Volkovun   1980-ci illərdə qəzet və jurnallara verdiyi müsahibələrdə,    1989-cu ildə Moskvada çap etdirdiyi “Zülmətdə” romanında müsavat-çıların aclıq aksiyasını təsvir etməklə, soydaşlarımızın hünə-rindən yazmaqla çoxlarımızı heyrətləndirmişdi.
Amma mən də əksər oxucular kimi Oleq Volkovdan 53 il əvvəl N.İ.Kiselyov-Qromovun Şanxayda 200 səhifəlik “Lageri smerti v SSSR”[4] kitabının və B.E.Ağa oğlunun 1930-cu ildə “Bildiriş” qəzeti səhifələrində “Solovkidə gördüklərim” adlı xatirəsinin çap etdirdiyini bilmirdim. Onu da bilmirdim ki, N.İ.Kiselyov-Qromov Rusiyadakı vətəndaş müharibəsində Novorossiyskidə yaralı halda bolşeviklərə əsir düşüb. Həqiqi ad və familiyasını gizlədərək özünü Qızıl əsgər Karpov kimi təqdim edib. Sovet hökuməti ona inanıb vəzifə verib. O da əvvəl Quzey Qafqazın müxtəlif böl­gələrində, sonra da Solovki sürgün düşərgəsində rəhbər vəzifələrdə çalışıb. Oradan da xaricə qaçaraq bolşeviklərə qarşı mübarizəyə başlayıb.
N.İ.Kiselyov-Qromovun kitabında da müsavatçıların aclıq aksiyası, xüsusən həkim Cahangir Ağayevin faciəli taleyi geniş təsvir edilib. Həmin hadisələrin iştirakçısı olmuş bir    soydaşımız  – B.E.Ağa oğlu da başlarına gələni qələmə alaraq 1930-cu ildə “Bildiriş” qəzetinin 14 sayında “Solovkidə gördüklərim” adı altında çap etdirib.
Öncə “Solovkidə gördüklərim”in müəllifi B.E.Ağa oğlunun şəxsiyyəti ilə maraqlandım. Axtarışım bir nəticə vermədi. Oxuduğum qaynaqlarda Solovkidə həbsdə olmuş yazıçı, jurnalist və ictimai-siyasi xadimlər sırasında B.E.Ağa oğlu imzasıyla yazıb-yaradana rast gəlmədim.
Solovki haqqında oxuduqlarım isə bişkin bir qələmin məhsulu, yetkin və mübariz bir siyasi xadimin xatirələridir. Mühacirət mətbuatımızın və ədəbiyyatımızın araşdırıcısı olan tanışlarım da bu işdə köməyimə çata bilmədilər. Məcbur qalıb Mehmet Kəngərli ilə əlaqə saxladım. O da, “dəfələrlə bu sualı mən də vermişəm. Amma bir cavab ala bilməmişəm” dedi.
Azərbaycan mühacirlərinin fəaliyyətləri ilə bağlı bir neçə kitab yazmış, Türkiyədəki Balıkəsir Universitetinin müəllimi, Doç.Dr.Səbahəttin Şimşir də B.E.Ağa oğlunun şəxsiyyətini müəyyənləşdirməkdə bizə yardımçı ola bilməsə də “Solovkidə gördüklərim”i kitabça kimi nəşrə hazırlamaq qərarına gəldim. Qəzeti səhifələyərkən Solovki ilə bağlı 4-5 kiçik yazı da diq-qətimi çəkmişdi. Mövzuca yaxın olduqlarından onları da kitab-çaya əlavə etməyi lazım bildim. Düşündüm ki, bu həm araşdı-rıcılarımızın diqqətini özünə çəkər, həm də gənclərin vətənpərvərlik tərbiyəsinə təsir göstərər.
Xatirələri çapa hazırlayarkən müəllifin dil və üslubuna toxunmamağa çalışsam da buna tam əməl edə bilmədim. Oxu-cularımızın əhval-ruhiyyəsini nəzərə alaraq bəzi sözləri və şəkilçiləri bugünkü ədəbi dilimizin yazı qaydalarına uyğun-laşdırdım. Çətin anlaşılan sözlərə isə səhifənin    aşağısında – ətəkyazıda izah verdim. Belə sözlər mətində dəfələrlə təkrar-lansa da, kitabçanın kiçikliyini nəzərə alaraq hər sözün izahını bir dəfə verməklə kifayətləndim. Əslində ötən yüzilliyin əvvəl-lərindəki yazı üslubumuz “Solovkidə gördüklərim” müəllifinin yazı üslubundan o qədər də fərqlənmir. Həmin illərdə elə Tür-kiyədə də təxminən bu cür yazıblar. Dediyim odur ki, bu gün “Solovkidə gördüklərim”i Türkiyədə çapa hazırlamalı olsalar, bəlkə məndən çox ətəkyazısı verməli olardılar.
“Bildiriş” qəzetinin dəsti səliqəli saxlanılıb. Lakin zaman öz işini görüb. Qəzeti səhifələdikdə və ya əl vurduqda kağız qırılıb tökülür. Respublikamızda qəzetin nüsxələrinin çox olmadığını nəzərə alaraq orada gedən yazılar haqqında oxuculara geniş bilgi verməyə çalışdım. Bu bəlkə bir qədər də qəzeti səhifələməyə ehtiyacı azaldar.
Qəzet 1930-cu ilin 7 avqustundan həftənin pərşənbə[5] gün-ləri çap olunmağa başlayıb. İlk saydakı baş məqalə adsızdır. Məqalənin sonunda isə “Bildiriş” yazılıb. İkinci saydan baş-layaraq baş məqalələrə ad qoyulub. 1930-cu ilin Birinci Kanun[6] 18-də çap olunan 20-ci sayındakı “Vandervelde və Rusiya” adlı baş məqaləsinə M.B. imzası qoyulub və sonadək də bu qaydaya əməl edilib. Əlimizdəki dəstdə sonuncu qəzet – 58-ci sayıdır. O da 1931-ci ilin Eylülün[7] 10-da çap olunub. Burada qəzetin bağlanacağına dair heç bir qeyd yoxdur. Qəze-tin 1931-ci il Temmuzun[8] 30-da çap olunan 52-ci sayından başlayaraq 1931-ci il Eylülün 10-da çıxan 58-ci sayınadək ardıcıl M.B.Məmmədzadənin “Lenin milli siyasəti. Azərbay-canda nə nəticələr verdi?” məqaləsinin səkkiz parçası verilib. Məqalənin sonuncu parçasının altında “arkası var” yazılıb. Buna əsaslanıb əlimizdəki qəzetin tam dəsti olmadığını söyləsək yəqin ki, yanlışlığa yol vermiş olarıq. Çünki, “1931-ci ildə Türkiyədəki Azərbaycan siyasi mühacirləri SSRİ-nin təzyiqi ilə ölkədən çıxarıldığından” və orada nəşr edilən “siyasi mətbuatın da fəaliyyətinə uzun müddət fasilə verildiyi”[9]ndən xeyli yazılıb.
Latın əlifbasıyla, A-2 formatda çıxan qəzetin baş məqaləsində deyilir: “Bu gündən etibarən hər həftə müntəzəm intişar[10] edəcək olan “Bildiriş” qəzetəsi yakın, uzak və orta Şərqdə, bilhassa[11] Türk dünyasında cəriyan edən siyasi, milli harsi[12] və ictimai hərəkətlər haqqında mövsuk[13] məlumat verməklə türk əfkari ümumiyyəsini[14] tənvirə[15] çalışacaqdır.
Türk dünyasının yeganə müstəqil dövləti və Şərqin yeganə cümhuriyyəti olan Türkiyədəki aləmşumul[16] islahat hərəkətini tərviçlə[17] “Bildiriş” bu xüsusda və Türkiyənin aləlumum[18] iktisadi harsı, ədəbi və ictimai yenilikləri haqqında oxucularına məlumat verəcəkdir.
“Bildiriş” Azərbaycan, Türküstan, Edil[19]-Ural, Şimali Kafkasya, Krım, Gürcüstan və Ukraynada cərəyan edən hadisələri bildirməklə bərabər Sovet Rusiyasına aid siyasi, iqtisadi, ictimai hayat safhalarını gösteren vakalar[20] haqqında dahi karilərini[21] tənvir edəcəkdir.
“Bildiriş” İran, Afqan, Hint gibi şark məmləkətləri haqqında məlumat verəcəyi gibi, Misir, Suriyə, Filistin, Hicaz gibi ərəb dünyasındakı vekayia ait dahi kendi sütunlarında yer verəcək və Avrupada ceryan edən mühüm havadisi kaydetməyə çalışacaqdır”[22].
Qəzet elə ilk sayından verdiyi vədə sadiq qalır. Birinci səhifəsində “Sovyet Rusiyasında”, “Amerikada QPU[23]” “Kafkasyada siyasi vəziyyət”, “Son xəbərlər”, “Yeni Rus-Çin ihtilafımı?”, “İki ayda 18000 mevkuf”[24] yazıları və bir elan verilmişdir. Elanda yazılıb: “Solovkidə gördüklərim… Solovki mənfasında[25] bulunmuş Azərbaycan istiqlalçılarından bir gencin maraqlı xatirələrini gələcək nüsxəmizdə okuyunuz!”
Qəzetin verdiyi elanlar da maraqlıdır. İlk sayından sonadək axırıncı səhifəsində “Odlu yurt” jurnalı üçün abunə kam-paniyası aparılıb. Lakin “Azərbaycan, Gürcüstan, Şimali Kaf-kasya, Türküstan və Ukrayına istiqlalçıları tərəfindən ayda bir dəfə fransızca nəşr edilən “Prometey”, “Ayaz İshaki bəyin baş mühərrirliyi ilə çıxan, Edil-Ural və Krımın istiqlalına yardım edən “ Milli yol” və “Krım türklügü istiqlal fikrini tervic edən “Emel” məcmuəsinə ilk saydan başlayan abunə kampaniyası 1930-cu il Eylülün 18-dək davam etmişdir.
Qəzetin redaksiyası İstanbuldakı “Panqaltı şafak sokağı, No 60”da yerləşir və Orhaniyyə mətbəəsində cap olunurmuş. İlk sayından “imtiyaz sahibi: A.Kazımzadə, məsul müdiri:Kamal” olduğu göstərilir. 1931-ci ilin Haziranın[26] 11-dən həmin ilin Avqustosun 13-dək məsul müdür B. Süleyman, sonrakı saylarda isə “umumu nəşriyyat və yazı işləri müdiri: Mirzə Bala” olduğu yazılır.
 “Mirzə Bala”, “M.B.” və b. imzalar M.B.Məmmədzadənin olduğu araşdırıcılara yaxşı məlumdur. “Bildiriş”də də əsas imzalar “M.B.Məmmədzadə”, “Mirzə Bala”, “M.B.”dır. Bu onu göstərir ki, qəzetin əsas ağırlıq yükünü o daşımışdır. Hətta qəzet “məsul müdüri: B.Süleyman” yazanda belə baş məqalələrin altındakı imza “M.B” olmuş və M.B.Məmmədzadə imzasıyla silsilə məqalələr çap edilmişdir. O, qəzet nəşrə başlayandan fəal əməkdaşlıq etsə də, bir ara müvəqqəti “məsul müdir: B.Süleyman” olmuşdur.
Qəzetin əsas rubrikaları bunlardır: “Azərbaycanda”, “Sov-yet Rusiyasında”, “Türkiyə daxilində”, “Kırımda”, “Şimali Kafkasyada”, “Edil-Ural elində”, “Kazak-Kırğız elində”, “Tür-küstanda”, “İranda”, “Ukraynada”, “Rusiyada”, “Sovyet-lərdə”, “Son xəbərlər”, “Müxtəlif xəbərlər”, “Beynəlmiləl həyat”.
M.B.Məmmədzadə “Bildiriş” qəzetini M.Ə.Rəsulzadə nəşr etdirdiyini yazır. Lakin qəzetdə M.Ə.Rəsulzadənin imzasına rast gəlinmir. Bir neçə silsilə yazını çıxmaqla məqalələrin əksəriyyəti imzasızdır. “Beynəlmiləl həyat”(1930, 7 Ağustos, sayı 1), “İran parlamentosu”(1930, 18 Eylul, sayı 7), “Afqa-nıstanda”(1930, 25 Eylul, sayı , “Sovyetlər və Avropa arasında hərb olacaqmı? (Sovyet dövləti bu xususda nələr düşünür və nasıl hazırlaşır?)” (1931,12 Mart, sayı 32), “Qızıl Ordunun bugünkü vəziyyəti”(1931, 19 Mart, sayı 34), “Rusiyanın ixracatı və Türkiyə”(1931, 2 Nisan, sayı 35), “Azərbaycanda və Gürcüstanda milliyət mücadiləsi”(1931, 14 Mayıs, sayı 41 ) və başqa məqalələrin həcmi böyük olsa da sonunda imza qoyulmayıb.
Qəzetdə ən çox imzası görünən müəllif                      M.B.Məmmədzadədir. Hər nömrədəki baş məqalədən başqa “Ədəbiyyat cəbhəsində”( 1930, 14 Ağustos, sayı 2), “Ərzaq nədən verilmiyor?”(1930, 28 Ağustos, sayı 4), “Ukrayna və istiqlal mücadiləsi” (1930, 25 Birinci Kanun[27], sayı 21), “Sağ, sol, orta” (1931, 8 İkinci Kanun, sayı 23), “Kalanizator” (1931, 15 İkinci Kanun, №24), “Pantürkizmi təhlükəlidirmi?” (1931, 21 Mayıs, sayı 42), “Azərbaycan kommunist firqəsində (yeni milliyətçilik)” (1931, 2 Temmuz, sayı 48) və b. böyük həcmli məqalələri ilə yanaşı “Azərbaycanda köylü hərəkatı” və “ Lenin milli siyasəti. Azərbaycana nə nəticələr verdi?” kimi irihəcmli əsərlərini də burada çar etdirmişdir. Yaxın keçmişimizi öyrənmək baxımından bu gün də aktuallığını itirməyən “Azərbaycanda köylü hərəkatı” əsəri qəzetin 1931-ci il İkinci Kanun 15-dəki 24-cü sayından başlayaraq ara vermədən, 1931-ci il Nisanın[28] 9-dakı 36-cı sayınadək davam etmişdir.
Qəzetdə Kırım haqqında yazılar yalnız sayca çoxluğuna görə deyil, mövzu aktuallığı və faktların zənginliyi ilə diqqəti çəkir. Onlardan “Kırımın qara günü”(1930, 27 İkinci Teşrin[29], sayı 17 və 1930, Birinci Kanun, sayı 18), “Sovyet Rusiyasının son vəziyyəti və bolşeviklər nədən hərbə gediyorlar?” (1931, 26 Şubat[30], sayı 30 və 1931, 5 Mart, sayı 31), “Kırım istiklal davasının səbəbləri və əsasları” (1931, 9 Nisan, №36 və 1931, 16 Nisan, sayı 37) məqalələri Kırımlı Cafer Seyit Ahmet, “Kırımda vəziyyət” (1931, 19 Şubat, sayı 29) məqaləsi isə H.Avcı köylü imzasıyla çap olunmuşdur.
“Çin şark şimendiferləri[31] məsələsi”(1930, 11 Eylul, sayı 6), “Rus-Yapon itilafının[32] hedefi”(1930, 2 Teşrini evvel, sayı 9) məqalələrinin altından H. D. və 1931-ci il 4 Haziranındakı 44-cü sayından başlayıb 1931-ci il 25 Hazirinındakı 47-ci sayında bitən “Başkurtıstan məsələsi və başkurt hərəkatı (Şamson Tipeyefin əsəri münasibətiylə)” məqaləsindəki “Yazan: Başkurtıstanlı Abdülkadir” imzalarının olması onu göstərir ki, qəzetin çapında maddi sıxıntıları olmasına baxmayaraq redaksiyanın yüksək səviyyəli müəllifləri varmış.
“Bildiriş”in 10-cu sayından (1930, 9 Teşrini əvvəl) baş-layaraq 28-ci sayınadək (1931, 12 Şubat) ikinci və üçüncü səhifələrin padvalını əhatə edən “ Çekist Ağabekofun ifşaatı” məqaləsi çap olunub. Bu əslində həmin il xaricdə ingilis, fransız və alman dillərində çap olunmuş bir kitabın tərcü-məsindən parçalardır. Kitabın müəllifi Ağabekof 1918-ci ildə kommunist partıyasına daxil olub, “1920-dən 1930-un Hazira-nına kadar Moskvada QPU-nun xarici şöbəsinin Şərq qismi rəisligində bulunmuş və ahirən Türkiyə, Yunanıstan, Suriyə, Filistin və Mısırdakı QPU işlərini yoklamak və idarə etmək için sureti mahsusda[33] xaricə göndərilmişdir. Bir müddət Tür-kiyədə qaldıqdan sonra Sovyetlərə qəti münasibətini alenen[34] bildirmək və Besedovski gibi siyasi “avdet etmeyen”lərlə təşriki[35] məsai[36] edərək Stalin rejimi ilə mücadilə etmək məq-sədilə Haziranın   26-da İstanbuldan Parisə hərəkət edən Ağa-bekof, kendi xatiratını, on senəlik QPU-dakı fəaliyyətini və əcnəbi məmləkətlərdəki QPU-nun metod və sistemini” faktların dililə ifşa etmişdir.
Redaksiya kitabı tərcimə edərək qəzet səhifələrində   hissə-hissə verməsinin səbəbəni belə izah edir: “Sovyetlərin gərək daxili və gərək xarici siyasətlərini, bilxassa Şərq məmləkətlərindəki fəaliyyətlərinin iç yüzünü göstərməsi etibirilə şayan dikkat[37] olan bu əsərdən istifadə etməyə başlarkən şunu da qeyd etməliyiz ki, əsli erməni olan və Şərq lisanlarını, o cümlədən, mükəmməl Türkcə bilən Ağabekof Pa-risə gitmədən səkkiz ay İstanbulda ticarət odası azası[38] sıfa-tıyla çalışmış, buradan Türkiyə, Surya, Mısır və s. Yakın Şərq məmləkətləri işlərini idarə etmişdir.
QPU haqqında Ağabekof tərəfindən verilən məlumatda Rusiyada yaşayan türklərə, Kafkasyaya, Türkiyəyə, İrana, ərəb məmləkətlərinə ait çox enteresan məlumat görüləcəkdir. Bu məlumat içərisində Ənvər Paşa ilə Leninin gizli planı, Türküstan üsyanı və Ənvər Paşanın şəhadəti daha vardır”
Ənvər Paşanın “Leninlə gizli planı” və ölümü ilə bağlı məsələlər oxucularımız üçün maraq doğuracağını düşün­düyü­müzdən bü məsələyə daha çox diqqət yetirəcəyik. “Ural çeka-sından 1921 senesinde Moskovaya gələrək Əfqan və İran səfirlərinin,….Türkiyə səfarətinin əvraqlarını[39] tədqiqə məmur edildiyindən, bu səfarətlərə aid fəaliyyətləri qeyri-kafi gördüyü üçün QPU-ya bir proje tatbiqi üçün xariciyyə komissarlığının Yaxıın və Orta Şərq şöbəsinə təyin edildiyindən, fəqət orada QPU-nun əmrinə itaət etməyincə Türküstanda olan əqrabası nəzdinə getmək fikrinə düşdüyündən” söz açan Ağabekof    1922-ci ildən Daşkənd çekasında fəaliyyətə başlayır. Türküs-tanda Cahangir ləqəbilə tanınan Kurşirmatdan, Fuzail Mak-sumdan və Lokayların hökümdarı İbrahim bəyin fəaliyyə-tindən söz açdıqdan sonra Ağabekof Ənvər Paşa haqqında yazır: “Ənvər Paşa Bakıda vukubulan Birinci Şərq Millətləri Konfransından[40] sonra Türküstana gedərək basmaçıları təşkil edəcək, onları bir qüvvət halında birləşdirdikdən sonra Əfqanıstan tarikiylə və Şərk millətlərinin xilası şüarı altında Hindistan üzərinə sövq edəcəkdir.
Ənvər Şərq millətləri arasında olan nüfuzuna istinadən Lenindən rica etmişdi ki, Türklərlə həmirq olan Türküstan xalqını təşkil edərək Hindistan üzərinə sevketməsinə müsa-adə[41] eyləsin. Lenin razı olmuşdu. Fəqət Lenin və Ənvər başqa-başqa qayələr təqib ediyorlardı. Ənvər təşkil edəcəyi hərəkətlə müttəfiqləri qorxutmaq və Türkiyənin təqsiminə[42] mane olmak istəmişdi. Lenin bu hərəkətdən bolşevikliyin genişlənməsini və İngiltərə iqtidarının kırılmasını ümid etməkdə idi. Bu surətlə hərakat Avropanın nəzər diqqətini cəlb edərək Sovyet hökümətinə cahan ihtilalına girişmək imkanı verəcəkdir.
Ənvər Buxarada hərarətlə qarşılandı. Ənvər Buxara sokaklarından keçərkən Buxara qadınları hörmət əlaməti olaraq çarşaflarını başlarından atıyorlardı. Buxarada türkiyəli zabitlərdən ibarət əski dostlarını bulan və Buxaranın istiqbalından ümid alan Ənvər vəziyyətdən istifadə etmək fikrinə düşdü.”
 
 
 
 
 
 
 
 
Ənvər Paşanın Bakıda qarşılanması və Sovet xüsusi xidmət orqanlarının qurduqları tələlər haqqında da Ağabekofun xatirələrində olduqca maraqlı məlumatlar var. Ağabekof Reysihin xatirələrinə əsaslanır. Reysih də 1920-ci ilin sen-tyabrında Bakıda keçirilən Şərq Xalqlarının Birinci Qurul-tayında iştirak etmişdi. Sonralar Sovet höküməti tərəfindən həbs olunmuş və Ənvər Paşanın yardımı ilə həbsdən azad edilmişdir. Bundan sonra çekada işə girib Türküstanda milli düşüncəli insanlara olmazın divanını tutmuşdur. Ağabekof da belə bir adamın xatirələrinə əsaslanaraq yazır: “Moskvadan Bakıya gələn Ənvər ümumi mənzili ziyarət etdi. Ənvəri görüncə bütün Şərq Kommunistləri üzü üstə yerə qapandılar. Ənvərin əlini və əlbisəsini öpməyə başladılar.”[44] Bu kiçik parça onu göstərir ki, Ənvər Paşa yalnız millətçilər arasında deyil hətta onlara əks cəbhədə dayanan kommunistlər arasında da böyük nüfuza malik imiş.
Çekanın tapşırığı ilə Ağabekofa kağız pul və saxta pasport verib Buxaraya yola salırlar. Çar Rusiyası or­dusunun istefada olan zabiti Azadof pasportuyla Buxaraya gələn və orada işə düzələn Ağabekof fəaliyyətini belə təsvir edir: “Buxara höku-mətinin hərbiyyə naziri, gənc buxaralı Arif idi. Bu adam Buxara inqilabından sonra kommunist fırkasına daxil olmuşdu. Onun müavini, sabiq çar ordusu zabitlərindən tatar Tamarındı. Ərkanı hərb komissarı olan kommunist Kutsner ilə dost oldum və OQUP üçün çalışacağına dair imza verdim. Bu komissarın yardımı və mənim çalışmam sayəsində məni kəşfiyyat qismini təşkil etməyə məmur etdilər. Gizli olaraq çeka məmurlarından gətirdərək Buxaranın müxtəlif şəhərlərinə (işə-Ə.Ş.) təyin elətdim. Bu vasitə ilə xoşbaxt bir təsadüf əsəri olaraq Buxara hökümətinin bütün istixbarat[45] və kəşfiyyat təşkilatı əlimə keçdi. Buxara höküməti adıyla biz artıq istədiyimizi yapmağa müqtədirdik”
 
 
 
 
 
 
 
 
Ənvər Paşanı məhv etmək üçün Sovet çekistlərinin planı əsasında Ağabekof saxta Rəsulof pasportuyla tacir kimi kəndləri dolaşıb onun yerini müəyyənləşdirməli olur. İstədiyinə nail olan Ağabekof yazır: “…İki gün sonra Ənvər Paşanın bulunduğu qışlağa yetişmişdik. Biz basmaçıların toplandıqları, yeyib-içib, yatdıqları bir çayxanada yerləş­dik… Hərəkət etmək lazım idi. Osipofla Əbdurrəhmanı mal gətirmək bəhanəsiylə Dennauyə göndərdim. Onlar verdiyim məlumatı yerinə götürəcəkdilər. Beş gün təkbaşına basmaçılar arasında qaldım. Əbdürrəhman gəldi və xəbər gətirdi ki, Ənvəri tutmaq üçün Dennauyə süvari divizyon dəvət edilmişdir. Divizyon gəlincəyədək Ənvəri gözdən kayb etməmək lazım idi.
…Ertəsi gün Ənvər Paşanın öldürüldüyü haqqında xəbər gəldi. Mənim vəzifəm artıq bitdi.
…Budenof nəfəri qılınc darbəsiylə Ənvər Paşanın başını və omuzunun bir kısmını qoparmışdı. Onun yanında bir də Quran düşüyordu. Ehtimal Ənvər Paşa taarruza[47] keçərkən Quranı əlində tutuyormuş.
Quran Taşkent OQPU-suna göndərilərək “Ənvər Paşa işi”nə talik olundu.”
 
 
 
 
 
 
 
 
1926-cı ildə Bakı-Ənzəli yoluyla Tehrana gedən və orada fəaliyyətə başlayan Ağabekofun Azərbaycanla bağlı söylədiyi fikirlər bu gün də Rusiya siyasətində aparıcıdır. O, Təbrizdə işləyən müsavatçıların məktublarını ələ keçirmək üçün İran poçt məmuru Minasyanı ruşvətlə ələ aldığını təfsilatıyla təsvir etdikdən sonra yazır: “Kürtlər ümumiy­yətlə İrakdan Kafkasyaya gedən yol üzərində oturmuşlardır, gələcək İngilis Rusiya müsademesində[49] hər iki tərəf üçün kürtlərin pozisyonu böyük əhəmiyyəti haiz[50] olacaqdır.
Bunu da əlavə edəlim ki, kürt milləti mükəmməl bir hərb materialıdır….1927 sənəsində Sovyet ərazisində bulunan bir ovuc kürtlər üçün ”müstəqil cumhuriyyət” elan etmək qərarına gəldi. Bu vasitə ilə digər kürtlərin dahi təvəccühünü[51] Sovyetlərə tərəf çəkmək düşünülmüşdü.
…Azərbaycan Avropa ilə başqa yol bulunca (müəllif söhbət açdığı dövrdə Təbrizdən Trabzona yol, rabitə xətti çəkilməsi, eləcə də İrakda olan İngilis müstəmləkəçilərinin oradan Urmiyaya yol çəkməyi planlaşdırdıqlarını nəzərdə tutur — Ə.Ş.) Rusiyadan asılı olmamaya başlayacaqdır. Bu iqtisadi nüfuzumuz qaybolunca şübhəsizdir ki, siyasi nüfuzumuzu dahi kayb edəcəkdi[52].”
“Bildiriş” qəzetinin 74 il önçə kitabdan ixtisarla verdiyi bir çox məsələlər hələ də aktuallığını itirməmişdir. Onun indiyə-dək dilimizə çevrilməməsi və çap olunmaması təəssüf doğurur.
“Bildiriş”in 72 il öncə çəkdiyi harayı nə yazıq ki, milləti-mizə rəhbərlik etmək iddasında olan (əslində Rusiyanın tapşırıqlarını canla-başla yerinə yetirən-Ə.Ş.) kommunistlərimiz nə eşitmək istədilər, nə də yazdıqlarını oxuyub nəticə çıxardılar. Qəzet 1931-ci il avqustun 6-da “Azərbaycan hesabına böyük Ermənistan” məqaləsində yazırdı: “Lenin milli siyasətinin” bir eseri tecellesi olaraq Ermənistana ilhaq edilən Zəngəzurdan sonra sıra şimdi Qarabağla Gəncəyə gəlmişdir….İki Ermənistan, biri Suriyada digəri Erivanda…Ortadakı ərazi üzərində də kürt hərəkəti. Sonra Erivanla Kilikya, Kürdüstanı qolaylıkla yutabilir…
Sovet höküməti Azəri kommunistlərinin tam bir cəhalət, aciz və korluklarından bilistifadə Azərbaycanın Zəngəzur vilayətini, Göyçə ətrafıyla Qazax qəzasından bir çox əraziyi ermənilərə vermişdir. Bu yetmiyormuş gibi Azərbaycanın müqəddəs bir parçasını təşkil edən Qarabağda muxtar bir erməni cumhuriyyəti təşkil eylədi. Sovyet hö­kuməti Kafkasya xaricində olan ermənilərin Azərbaycandan ayrılıb bu yerlərə toplanmasına var qüvvəsiylə yardım etdi və hələ də etmək-dədir. İrandan, İrakdan, Avropadan və Rusiyadan bu türk yurduna dolmağa başladılar.”
Vətəninin gözəl bir guşəsinin də əldən gedəcəyini görən müəllif fikirlərini isbatlamaq üçün başqa mənbələrə deyil, məhz kommunistlərin öz yazdıqlarına istinad edərək “Zarya Vostok” qəzetinin 140-cı sayından aşağıdakı parçanı stat gətirir: “Muxtar Dağlıq Qarabağ əyalətində daşnaklar hakim vəziyyətdə olub erməni kommunistləri tərəfindən himayə edil-mişlərdir.” Müəllif narahatlıqla bildirir ki, Qa­rabağ erməni təşkilatını idarə edən Qaragözov və tərəfdarları Qarabağın Ermənistana ilhaqını tələb edirsə, kommunist liderlərindən Tevadros, Mirzəbekyan və tərəf­darları isə daha irəli gedərək Qarabağla yanaşı Gəncənin də Ermənistana ilhaq edilməsini istəyirlər.
Müəllif yazır: “Erevan ilə Kilikyanın təşriki mesai etdiyi sahə yalnız burası deyildir. Erevanda kürt institutu, kürt məktəbləri, kürt qəzeti təsis olunduğu nəzərə alınarsa Kilikya ilə Erevanı ayıran sahə məsələsində dahi müştərək olduqları anlaşılmış olur.”
Ermənilərin Azərbaycan ərazilərini müxtəlif vastələrlə işğal etmələri ilə kifayətlənməyib yerli sakinləri sıxışdırıb ata-baba yurdlarından çıxarmaları, onların tarixi abidələrini məhv et-mələri də qəzetin diqqətindən yayınmayıb. Belə ki, “Erevanda mühüm hadisələr” başlıqlı yazıda İrəvandakı Göy məscidi sökmək istəyərkən müsəlmanlarn buna qarşı çıxdığını, nüma-işçiləri dağıtmaq üçün silahlı qüvvələrdən istifadə edildiyini və toqquşma zamanı qan axıdıldığını xəbər verir.
Təbrizdə 400 bolşevikin yaydığı bəyannaməyə imza atan-ların əksəriyyətinin erməni olduğunu yazan[53] qəzet Sovet irticasından qaçıb İrana sığınan soydaşlarımızın faciəsini də daim diqqət mərkəzində saxlayır. Gah 1918-1920-ci illərdə Naxçıvanın erməni basqınlarından qorun­masının təşkilatçı-larından olan miralay Kəlbalı xanın[54] öldürüldüyündən və Təbriz şəhərində dəfn edildiyindən, gah da Təbrizdə 24 saat ərzində 800 kafkasyalı mühacirin silah gücünə bir yerə toplanılaraq ölkədən çıxarıldığından, bu işə Rus konsulunun nəzarət etdiyindən[55] yazır.
Qəzetin “Azərbaycandakı vəziyyət” rubrikası altında verdiyi məlumatlar da olduqca diqqətiçəkəndir. Burada üsyanlar, partizan dəstələrinin fəaliyyətləri, Sovet irtica­sından qaçıb qurtulmaq istəyənlərin çəkdikləri zillətlərdən geniş bəhs edilir. 1930-cu ilin Birinci Kanunun 18-də çap olunan 20-ci sayında yazır: “Sarı Qafar Gəncənin dağlıq Qabaq köyündən cəsarəti ilə maruf Pirverdinin və Göyçəli Qurbanın qrupuyla birləşdikdən sonra 100-dən fazla bir qüvvətə malik olmuşdur… Sarı Qafarın qorxusundan kommunistlər, komsomollar, kolxoz məmurları ilə kolxoz təşkilatına mənsub olanlar köydən harice çıkmıyorlar… Digər partizanlardan aktiv fəaliyyetlerində davam edən maruf Molla Əhmədin(Hacı Axundun) qrupudur.”
Azərbaycanın ayrı-ayrı bölgələrində gah güclənən, gah zəyifləyən kəndli hərəkatını diqqət mərkəzində saxlayan qəzet yazır ki, yerli hərbi qüvvələr və milis aciz qaldığından Rusiyadan əlavə qüvvələr gətirir. Bu qüvvələr də yerli əhalini qəddarlıqla öldürür. Qəzet öldürülənlərin adlarını da dərc edir.
“Azərbaycanda bolşevik vəhşəti”[56] məqaləsində Cəbrayıl qəzasının Hacı kəndindən Müzəffər, Alış, Eliş və Bahadur bəyin, Qaraxanbəyli kəndindən Emin və Əlinin, Xalfeşə kəndindən Sarı xanın və başqalarının güllələndiyini, meyidlərinin quyuya atılaraq üzərlərinə neft töküb yandırdıqlarını, Naxçıvanın Keçil kəndindən 17 qadın olmaqla 70 nəfərin güllələndiyini və 30 nəfərin qaçıb Təbrizə gələ bildiyini yazır. Gəncə vilayətinin Ziyatlı kəndində isə səyyar cəza məmurları Əlibaba Zeynalabdin oğlunu, Atakişi Məşədi Həsən oğlunu, İbrahim Yusif oğlunu, Həsən Məmməd oğlunu, Qazi Həsən Əli oğlunu, Yusif Məşədi Məmməd oğlunu, Yusif Hüseyin oğlunu güllələtdiklərini qəzet soydaşlarına ürək ağrısıyla xəbər verirdi.
 
 
 
 
 
 
 
 
Naxçıvanı bürümüş və yerli höküməti iflic vəziyyətinə salmış kəndli üsyanı haqqında qəzet yazırdı: “Təslihatca qızılların (Qızıl Ordu adlandırılan Sovet Ordu hissələri nəzərdə tutulur-Ə.Ş.) mükəmməl olduqlarına və köylünün paslı tüfənglə müsəlləh olduqlarına baxmayaraq bir neçə şiddətli müsademədən sonra bütün Naxçıvan vilayəti asilər əlinə keçdi.
Nəhayət, Kafkasyanın müxtəlif şəhərlərindən Qızıl Ordu top, mitraliyoz, tank və zəhərli qaz cəlbinə ehtiyac hiss olundu.
Köylülər dağlara çəkilməyə məcbur olurlar. Fəqət məmləkət terrorizə edilmişdi. Hər yerdə və hər köydə komu-nistlər amansızcasına imha edilməkdədir.
Belə bir zamanda Qızıl Orduda olan Azəri, gürcü, erməni əsgərlərləri köylülər əleyhinə getməkdən imtina edirlər. Qızıl Ordu ricata başlayır. Sovet hökuməti təcili olaraq komunistlərdən, rus ameledən, milislərdən mürəkkəb bir qüvvət vücuda gətirir. Bu zaman başalyan ərzaq hazırlığı yoxsul, ortabab və s. köylüləri də müqavimətə sövq edir. Asilərin miqdarı artır və qızıllar Şahbuz; Nurkiyad-Qala (ad yanlışdır. Hansı kənd nəzərdə tutulduğunu müəyyənləşdirə bilmədik.-Ə.Ş.), Tivi, Keçili kimi köyləri asilərə verəmyə məcbur olurlar. Hal-hazırda mahallı komunistlər köylərə qarşı çıxmaqdan tamamilə imtina etmiş olduqlarından Rusiyadan yeni rus qüvvəti və çekstlər gətirilmişdir”
 
 
 
 
 
 
 
 
Sovet xüsusi xidmət orqanları yerli kommunistlərdən üçlüklər və beşliklər təşkil edərək əhalidən silahları toplayırdı. Silahlarını könüllü verənlər də cəzalandırılırdı. Onlar bu silahtoplama kampaniyası ilə kifayətlənmir daha kütləvi cəza tədbirlər həyata keçirirdilər. Bu tədbirlər kütləvi həbslər və güllələnmələrlə başa çatırdı. Qəzet belə tədbirlərin biri haqqında yazır: “Azərbaycandan Rusyaya 50 vaqon köylü sürüldü. Partizanlar 5 vaqonu qurtardılar.”
 
 
 
 
 
 
 
 
Mədəniyyət, maarif məsələlərini də daim diqqətdə saxlayan qəzetin əməkdaşları təhsil sahəsindəki nöqsanlarla bağlı olduqca maraqlı məqalələr nəşr etmişlər. Sovet xüsusi xidmət orqanları tələbə Nigar Rəfibəylinin evində axtarış aparılarkən onun bir şerinin əvvəlindəki “Şimaldan günəş doğmasını bəkləyənlərə” qeydinə rast gəlmişlər. Qeyd yalnız xüsusi xidmət orqanlarını deyil o zamanın hakim dairələrini bərk narahat etmişdir. Bu narahatlığın sorağı qısa müddətdə Türkiyədə “Bildiriş” qəzetinə də çatmışdır.[60] Bəkir Çobanzadə kimi bir alimin Krımdakı fəaliyyətinə görə “etiraf” yazmağa məcbur etdirilməsi və bu “etiraf”ın Azərbaycan mətbuatında çap etdirilməsi,[61] eləcə də Ruhulla Axundov, Əli Nazim, Hacıbaba Nəzərli və b. yazıçı və şairlərimiz haqqıqda qəzet səhifələrində verilmiş qeydlər bu günün oxucusu üçün olduqca maraqlıdır.
Rabitənin zəif inkişaf etdiyi, Sovet xüsusi xidmət orqanları bütün bəndi-bərəni kəsməyə çalışdığı bir dövürdə belə bir qəzetin çapa hazırlanması böyük qəhrəmanlıq idi. Müəlliflər birbaşa yerlərdən informasiya almaqla yanaşı “Pravda”, “Zar-ya Vostok”, “Kommunist”, “Bakinski raboçi”, “Seqodniya”, “Dni”, “Za svaboda”, “Tayms”, “Nyus xroniki” və b. mətbuat orqanlarından da bacarıqla istifadə edirdilər. Bolşeviklərin mətbuatından eyniylə alınıb çap olunan yazı “Bildiriş” də tamam əks mənanı verirdi.
Əziz oxucu indi söz sənindir. B.E.Ağa oğlunun 1930-cu ildə yazdığı “Solovkidə gördüklərim” adlı xatirələri sənin qarşındadır. Oxuyarkən qarşına tez-tez, yəni hər parçanın sonunda tarix-il, ay, gün və qəzetin sayı çıxanda yarımçıq qaldığına görə narahatlıq keçirmə. Bir anlıq fasilə edərək həmin günləri düşün.
Əziz araşdırıcı, qaynaq göstərmək lazım gələndə əziyyət çəkməyəsən deyə xatirələri qəzetdəki kimi çapa hazırladım. İstəmədim ki, arxivlərdə saatlarla vaxt itirəsən.
Əziz gənclər, bu kitabçada yazılanlar şərəfli ömür yaşamış babalarının sən yaşdakı fəaliyyətidir. Onlar min bir məşəqqət çəksələr də zülmə boyun əymədilər. Adlarını tariximizə qızıl həriflərlə yazdılar. Firavan həyat naminə yaltaqlıq və məddahlıq edənləri isə tarix qaranlıqlara qərq etmişdir. Nəvə-nəticələri belə onların adını çəkməkdən utanır. Elə yaşa ki, sabah sənin nəvə-nəticən adını çəkməkdən utanmasın, əksinə adınla qürür duysun.
 
 
 
 
 
Əli Şamil
 
 
 
Sözardı: Kitabçanı mətbəəyə göndərməmişdən bir daha tanış mütəxəssislərlə əlaqə saxladım. Filoligiya elmləri nami-zədi, mühacirət mətbuatımızın və ədəbiyyatımızın yorulmaz araşdırıcısı Nikpur Cabbarlı M.B. Məmmədzadənin “Qurtu-luş” (Berlin) jurnalında çap olunmuş “Kahramanlarımızın esaret dastanları” məqaləsinin fotosurətini mənə yolladı.[62] Orada B.E.Ağaoğlu və onun “Solovkidə gördüklərim” əsərin-dən də bəhs edilir. Oxucularımız üçün maraq doğura biləcə-yinin nəzərə alıb bir parçanı burada veməyi münasib bildim. Bu qayğı və diqqətinə görə Nikpur Cabbarlıya təşəkkür edirəm.
 
 
 
Baş egmediniz siz hak yiyenlere,
 
 
Dediniz: yaşamaz Azeri haksız.
 
 
Sisi kesmek için inen hancere
 
 
“Hürriyet isteriz” diye yazdınız.
 
 
 
“Buzlu Cehennem”den
 
 
Gültekin
Tam 12 il bundan əvvəl, 1925-in Martında şair Gültekin, kahraman istiklal mücahitlerimizin Şimal Denizindeki Solovki adalarına sürülmelerine tahsis etddigi heyacanlı şiirine “Buzlu Cehennem” adı vermişdi. Şair bu küvvetli şiirinde “soukla yakan buzlu cehennem”e hitab ederek onlara merhemet etmesini diliyordu. Fakat, aynı zamanda “ölümün korkunc yolunda demir addımlarla yürüyen” ve “bir taliin gizli kollarında yürürken bahtı da sürüyen gencler”i hak yeyenlere baş egmedikleri için, Azerinin haksız yaşayamıyacağını haykırdıkları ve kesmek için inen hanceri “hürriyet isteriz!” diye yazdıkları için şair o yigit ve kahraman gencleri tebrik ediyordu.
Bu kahramanlarımızın esir ve mahkum vatanda istilaya karşı hürriyet ve istiklal uğrunda savaşları ve bu yüzden “Buzlu Cehennem”e sürülmeleri tesiri altında yazılmışdır. Günler geçdi, vatanda ve mühacirette davam eden istiklal savaşı üzerine “Buzlu Cehennem”deki savaş da ilave olundu. “Buzlu Cehennem”den yavaş-yavaş haberler gelmege başladı. Azerbaycan istiklal davasının böyük mücahitlerinin “Buzlu Cehennem”den gösterdikleri cesaret dastanları hakkında gelen haberler vaktile Milli Azerbaycan Metbuatı tarafından neşr edildi. Bu neşriyalar arasında Solovkiden dönüb hudud hari-cine çıka bilenlerden B.E.Ağa oğlunun “Solovkide gördüklerim” “Bildirişin” 14 sayında tefrika edilmişdir. Bunlardan başka müstakimen Avropa matbuatında neşriyat yapan ecnebiler oldu. Bütün bu haber, havadis, hatirat ve materiallar her bir ağızdan “Müsavatçıların böyük kahra-manlıkları”nı, zülme barbarlığa boyun egmediklerini, hak-larını, Hürriyetlerini mudafaa, haysifet ve şereflerini muhafızı için ölmekten bile korkmadıklarını teyid etmekte idiler”
 
 
 
 
 
 
 
 


 

 

 

 

I

 
 
 
 
 
 
 
 
 
AZƏRİ GƏNCLİYİ VƏ İSTİLA
 
Qara rus kabusundan yenicə xilas olmuş gənc cümhuriyyətimizin üzərinə çökən qızıl rus kabusunu bütün Azərbaycan dərin bir nifrətlə qarşılamışdı. Məmləkətin hər tərəfindən qızıl imperializmə qarşı müsəlləh[64] üsyanlar başlanırdı. Qarabağ, Şəki, Zaqatala, Kürdəmir, Salyan və Lənkəran qan və atəş içərisində qıvranırdı. Və bu müdhiş müqavimət tarixində Gəncənin göstərdiyi rəşadət Azərbaycan istiqlalı üçün edilən mücadilə tarixinin ən şanlı bir səhifəsini işğal etməkdədir. Bu mücadilə zamanı bolşeviklər qadınlara, qocalara və südəmər cocuqlara belə aman vermədilər. Dağlarımız, dərələrimiz və çəmənlərimiz ana, ata və qardaşlarımızın müqəddəs qanları ilə al rəngə boyanmışdı. Bolşevik rus çekası hər tərəfə ölüm saçırdı.
Fəqət, biz, hələ uşaq ikən görürdük ki, millətimiz ruhdan düşmür və “Müsavat” firqəsi aldığı yaralardan sağalaraq yeni qüvvə ilə mücadiləyə davam edirdi. Gənclik, məktəb gəncliyi bundan necə uzaq qala bilərdi?
Azəri gəncliyi, bolşeviklərin qanlı terroruna rəğmən bütün qüvvəti ilə “Müsavat” ətrafında birləşərək hafi[65] təşkilat həyatına atıldı. Mücadiləyə atılan gəncliyin şövq, iradə və tərbiyəsində başlıca rol oynayan Mirzəbala, Rəhim Vəkilli, Abdulvahap, Hülusi və digərləri idi. Bunların ismi gənclik arasında böyük hörmətlə qarşılanır.
1923-cü ildə bu gəncliyin ilk qrupu “çeka” da ilk imtahanı verirdi. Təşkilat kəşf olunmuş[66] və aşağıdakı arkadaşlar tutulmuşdu:
 
 
 
 
1.Abdulvahap (tələbə), 2.Rəhim (tələbə), 3.Məhməd Sadıq Hülusi (tələbə), 4.Nəsrullah (tələbə), 5.Ağa Kərim (tələbə), 6.Qurban (tələbə), 7.Əbdürrəhman Dai (gənc şair), 8.Salman (tələbə), 9.Ağa Səlim (zabit), 10.Əli Həsən (mürəttib), 11.Məşədi (mürəttib), 12. Hacı Baba v.s.
Bu qrupun “çeka”da məruz qaldığı məzalimi[67] təsvir etməyə heç bir qələm müktədir olmaz. Bunların hüriyyət[68] və istiqlal uğrunda çəkdiklərini bolşevik “çeka”sını görməyənlər qətiyyən təsəvvür edə bilməzlər. Hər gün onları dəmir çubuqlarla bayılıncaya qədər döyər, ayıldıqdan sonra yenə işgəncələrinə davam edərdilər. Bundan sonra onları revolverlə qorxudur, güllələməyə aparır, qaranlıq və sulu zirzəmilərdə yeməksiz, susuz və hamamsız saxlayırdılar.
1923-cü ildə buraxılanları bir aydan sonra yenə tutdular. Bu dəfə “Müsafat” firqəsinin gizli mətbəəsi və o mətbəədə çap olunan “İstiqlal” qəzetindən xəbər tutdular, həbs olunanların sayı artdı. Tarixdə misli görünməmiş vəhşət və işgəncə bu qəhrəman arkadaşları 1927-ci ildə aclıq aksiyası keçirməyə məcbur etdi. Nəhayət, bir ildən sonra onların bir qisimini Rusiya zindanlarına, böyük bir qismini isə şimalın buzlu dənizində olan Solovkiyə sürgün etdilər.
Bu ilk gənclik karvanının qəhrəmanlığı bütün gənclik üzərində dərin bir iz buraxdı. Hər kəsdə milli hiss, intiqam hissi baş qaldırdı. Xüsusilə də universitetlərin və digər ali məktəb tələbələrinin bu ilk karvanının dillərdə dastan olmağa başlayan qəhrəmanlıqlarından sonra hərəkətə gəlməyə başladı. Xatırlayıram ki, bir gün bir tələbə dostum müqəddiməsiz olaraq məni tutdu!
- Gedək, dedi.
- Hara?
- Qardaşlarımızın getdiyi yolla, onların bayraqları əlimizdə olaraq, ardınca.
Ali məktəblərdə qızğın bir faəliyyət başladı. Oradan liseylərə, hərbi və s. məktəblərə də keçdi və biz artıq güclü fəaliyyətə gəlmişdik. Xaricdən aldığımız “Yeni Kafkasya” və s. nəşriyyat vasitəsilə özümüz nəşr etdiyimiz risalə[69] və qəzetələrlə konfrans və xüsusi dərslərlə bolşevizm tərbiyəsinə qarşı milli tərbiyəni, milli ruhu və istiqlal eşqini davam etdirməyə səy edirdik.
1924-ci ildə yaydığımız bir bəyannamədə belə deyilirdi:
- Azərbaycanın övladları!
Məmləkətimiz üzərindən dəfələrlə tarixi küləklər keçmişdi. Atalarımızın və ulu babalarımızın bu əziz müqəddəs torpaqları qanlarla boyanmışdı. Fəqət hər zaman onlar bu vətəni və bu milləti qəhrəmanca müdafiə edərək yenə qəhrəmanca ölməyi baçarmışlar. Sizə məlumdur, neçə il əvvəl bu torpaqlar müstəqil millətimizin vətəni olub, amma indi Azərbaycan əsir və məhkumdur. Onun qəhrəman övladları Solovkilərdə və Sibiryalarda can verirlər. Azərbaycan, bu rusların ayaqları altında inildəyən Azərbaycanın qurtuluşu sizin əlinizdədir. Şimalın ən uzaq kuşəsinə göndərilmiş qardaşlarımızdan ibrət alın. Onlar vətən və millət qarşısında vəzifələrini gördülər. İndi növbə sizindir.
 
 
 
 
 
(1930, 14 Ağustos, sayı 2.)
 
 
 
 
 

 

 

 

 

II

 
 
 
 
 
 
 
 
 
NASIL ÇALIŞIYORDUQ,
NASIL TƏVKİF
 
 
 
 
 
 
 
[70] EDİLDİK
 
 
 
 
 
1927-ci ilin Temmuzunda orduya müraciətlə nəşr və tovzi[71] edimiş bəyannamədə deyilirdi ki:
- Azərbaycanın qəhrəman arkadaşları! Sizin vətəniniz artıq müstəqil deyildir. Siz artıq Azərbaycan istiqlalını və Azərbaycan bayrağını müdafiə etmirsiniz. Azərbaycan Rusiyanın müstəmləkəsi, siz də onlara qulluq göstərən birisisiniz. Sizin istiqlal və hüriyyətiniz rus və qızıl ordunun cizmələri[72] altında inləməkdədir. Onlar sizin vətəninizi istila, millətinizi isə əsir etdi. Azərbaycanın həqiqı və əsl əsgərləri olan qardaşlarınız yüzlərlə Azərbaycan üçün Qarabağ və Lənkəran üsyanlarında canlarını verərkən ümidvar idilər ki, siz onlardan sonra Azərbaycanın namusunu və şərəfini müdafiə edə biləcəksiniz.
Azərbaycan əsgərləri! Daşımaqda olduğunuz bayraq, türk millətinin əbədi düşməni və vətənimizi istila edən əcnəbi bir qüvvətin bayrağıdır. O bayrağı atın, bir neçə il öncəyə qədər vətənimiz üzərində yüksəlmiş olan üçrəngli Azərbaycan bayrağını yüksəldin.
1925-ci ilin iptidalarında[73] bizim üçün əmələ arasında çalışmağa geniş bir meydan açılmışdı. Əmələyə oxuyub-yazmaq öyrətmək üçün bütün tələbənin səfərbərliyə alınmasından bilistifadə[74] biz Bakı petrol ocaqlarında on minlər təşkil edən türk əmələsi arasında yaşamışdıq.
Əmələ ilə məşğul ikən bir tərəfdən müdhiş bir terror və təzyiq altında və min bir ehtiyac və mərhumiyyətlər içində orta əsr kölələri kimi “darbəli”[75] olaraq 11-15 saat çalışan türk əmələsinin dərdlərini və kədərlərini yaxından öyrənməyə, onlara oxuyub-yazmaqla bərabər milli-vətəni fikirlər aşılamağa müvəffəq olmuşduq.
Fəqət 1925-ci ilin Nisanından Eylülünə qədər müdhiş təvkifat mövsümü başlamışdı və onların arasında Bakı Universitetinin Tibb fakültəsindən olan qrupda biz də vardıq.
Şəxsən mənim daxil olduğum qrup içərisində tibb fakültəsindən: Mir Həsən Tağızadə, İsmayıl Əhmədzadə, Ş.Güləhmədzadə, B.Babazadə və ali mühəndis məktəbindən Mustafazadə kimi arkadaşlar bulunmakda idi.
Bu sürətlə bizim Solovkiyə kademe olaraq “Çeka” həyatımız başlamışdı, bodrum[76] həyatı, qaranlıq, rətib[77], üfunətli zindanlarda günlərlə işıqdan, havadan, yeməkdən, hətta sudan belə məhrum bir cəhənnəm həyatı başlamışdı.
Bizim həyatımızı dəmir çubuqlardan, orta əsr məngənələrindən və ağır işgəncələrdən bir qədər qoruyan o zaman “Yeni Kafkasiya”nın açmış olduğu nəşriyyat olmuşdu. Bunu çekstlər açıq etiraf edirdilər və bizdən imza alaraq “Yeni Kafkasya” nəşriyyatını təkzib[78] etmək üçün var qüvvələrini sərf etmişdilər.
Bizi dəmir çubuqlardan və işgəncə makinələrindən uzaq tutdularsa da, mənəvi təzyiqlərini azaltmadılar. Bizə kitab və qəzet oxumaq belə yasaq olduğu kimi atalarımızı, ana və yerlilərimizi təvkif etmək sürətilə bizə təşkilat əsrarını[79] açmağa icbar[80] etmək istəyirdilər. Fəqət, qətiyyən müvəffəq olmayacaqlarını görüncə bizimlə məşğul olan Petrovu sürəti mahsus da[81] Tiflisdən dəvət olunan Moroz əvəz etməyə başladı.
Bizdən əvvəlki qurupun Petrovdan çəkdiklərini indi biz Morozdan çəkməklə ağır imtahana çəkildik. Çekstlərin       qeyri-insani və vəhşi müamilələri[82] haqqında mütəəssir[83] bir fikir yeritmək üçün zənnimcə bu vaqiə kafidir. İsmaıyl adlı arkadaşlarımız işgəncədən xilas olmaq üçün özünü üst qatdan atmaq sürəti ilə intihara məcbur qalmışdı, İsmayılı tanıyanlar təsəvvür edə bilərlər ki, çekistlərin vəhşətləri qarşısında dəmirdən iradəyə malik olmaq belə kafi deyildi. Yeddi aylıq qaranlıq və münfərit[84] rətib zindan həyatında çəkdiyimiz işgəncələr bizi insan şəklindən belə çıxarmışdır. Bu müddət zərfində[85] o hadisələrin şahidi olduğum mən, çeka heyətinin hər ictimaindən[86] sonra on ər, onbeş ər[87] qrup halında mücahidlərin[88] necə güllə qarşısına düzülmək üçün gətirdiklərini görürdük. O cümlədən bir partizan qrupu rəisi Salman bəy başda olmaqla 15 kişilik karvan ilə “Azərbaycan köybirliyi” cəmiyyətinin mühasibəcisi Əli İsgəndərzadə başda olmaqla ikinci bir qrup ölümə götürülmüşdü.
Səkkiz aylıq məhkumiyyətdən sonra bizi Bakının Şamaxı məhəlləsində olan mərkəzi həbsxanaya gətirdilər və burada “işlərimizin” Moskvaya göndərilmiş olduğunu bizə elan etdilər. Biz həbsxana həyatına başlamışdıq. Burada bizi ayrı-ayrı, hər adamı bir otaqda bağladılar. Məhbəsin müdiri Pçimyans adlı birisi idi. Bununla biz mücadiləyə[89] qərar verdik və aclıq qrevi təhdidi altında tələb etdik ki: bizə birər karyola,[90] 15 gündə bir banyo, gündə otuz dəqiqə gəzmək imkanı verilsin. Tələblərimiz qəbul olundu.
Məhbəsdə biz miqdarı[91] minləri keçən azəri kəndliləri ilə danışmağa müvəffəq olmuşduq. Bunlar ağır vergilərə qarşı protest edən və vergiləri verməkdən boyun qaçırmış kəndlilər idi ki, müxtəlif qəzalardan gətirilmişdilər.
Onlar fürsətlərdən istifadə edərək bizim ətrafımıza toplanıb dərdlərini bizimlə bölüşərək deyərdilər ki:
 
 
 
 
 
(1930, 21 Ağustos, sayı 3.)
 
 
 
 
 
 
 
 
 
 
III
 
 
 
 
 
 
 
 
 
SOLOVKİYƏ DOĞRU
 
 
 
 
 
- Bizə ümid verən siz və sizin mücadilələrinizdir. Övladlarımızın bu qəhrəmanlıqları ilə biz fəxr edirik. Vətənimizin rus istilasından xilası üçün etdiklərimiz mücadiləni bütün Azərbaycan xalqı təkdis etməkdədir[92].
Kəndlilərimizin bu sözləri bizə çəkdiyimiz və çəkəcəyimiz bütün möhnətləri unutdurur, bizdə birə iki qat ruh oyandırır.
Onlar istiqlal dövrünü həsrətlə xatırlayaraq Rəsulzadə Məmmədəmin bəyin harada olduğunu soruşur və Azərbaycanın ruslardan nə vaxt xilas olacağı haqqında bizdən cavablar almaq istəyirdilər.
Onlara başa salırdıq, onları dinləyirdik. Bolşeviklərin Azərbaycandakı siyasətlərini, ümumən kəndlərdəki siyasətlərini xüsusən də, şəhərədək “Müsavat”ın məqsəd və qayəsini izah edir, bu yolda nə qədər qurbanlar verdiyimizi anladırdıq.
Məhbəsdəki fəaliyyətimiz sayəsində bütün kəndlilər ətrafımızda birləşmişdi. Fəqət, bu vəziyyət uzun müddət davam edə bilməzdi. Məhbuslar müdiri İbrahimov bu təmaslarımızdan məlumat aldıqda bizləri şiddətli tədrici tabi[93] tutmağı əmr etdi. On aylıq məhbus həyatından sonra Solovkiyə sevkimiz[94] üçün Moskvadan əmr gəldi.
On mart 1926-cı il bizim həyatımızda tarixi bir gündür. Azərbaycan münəvvər gəncliyi sovetlərin mənfələrini təşkil edən Şimalın buzlu dənizindəki cəhənnəm adası Solovkiyə ikinci karvanı göndərirdi.
Arkadaşlarımız Güləhmədzadə ilə İsmayıl Əhmədzadə Bakı həbsxanasında qaldılar, bizi isə istasyona apardılar. Məhbəsdən bizi kəndlilərimiz göz yaşları ilə ötürdülər.
- Sizdən əvvəl gedən qəhrəman gəncliyə Azərbaycan köylüsündən salamlar aparın…
Demişlər və ağlamışlar. Kim bilir daha nələr söyləyəcəkdilər. Fəqət, ağarmış o möhtəşəm saqqalları üzərinə tökülən göz yaşları bir hıçqırıqla boğulduqlarını gösdərirdilər.
İstasyonda bizi böyük bir izdiham gözləyirdi. Ana­larımız, yerlilərimiz, qohum və əqrabalarımız, qardaşlarımız onlarla bərabər, universitet tələbə və taliblər… Bunlardan ayrılmaq lazımdır. Fəqət ən diqqətə layiq olan şey onların ağlamağı idi. Bu qətiyyən qorxudan deyildi. Bu belə olsadyı əvvəla kimsə buraya gəlməzdi. Və sonra qorxudan olsaydı bizə verilən hədiyyə və xatirələr arasında Misakı Milliimizi təşkil edən “Musavat” proqramı ilə bacılarımızdan biri tərəfindən ipəkdən tikilmiş üçrəngli istiqlal bayrağımız və bir ananın verdiyi altun qablı bir Quran-i Kərim ola bilərdimi?
Bilhassa analarımızın qürurla duruşu, Azərbaycan qadınının nə böyük fədakarlıqla müqtədir olduğunu isbat edirdi. Onlar övladlarını Azərbaycan üçün, haqq və hüriyyət yolunda ölümə göndərirdilər.
Qatar hərəkət etmədən toplananlara müraciət edərək birər-birər bu maalda nitqlər söylədik, dedik ki:
- Biz əziz Azərbaycanımızı və Sizləri müvəqqəti tərk eliyirik. Biz yenə qayıdacağıq. Məyus olmayın. Azərbaycan oğullarının qüdrətli əlləri əsarət zəncirlərini mütləq qıracaq və vətənimiz üzərində toplanmış qara buludları dağıdacaq­dır. Azərbaycana olan eşqimizi söndürəcək və bizi bu müqəddər cidal[95] yolundan alacaq heç bir qüvvət yoxdur. Nə Solovkilər, nə də Şimal dənizinin buzlu adaları bizim əzmimizi qıra bilməz. Biz gedirik. Fəqət bizi yeniləri əvəz edəcək və ruslar vətənimizi tərk edincəyə qədər mücadilə davam edəcək.
Qatar hərəkət etdi.
Arxamızdan:
- Allah köməyiniz olsun…
Səsləri gəlirdi və biz də onlara “Azərbaycanın istiqlal marşı” ilə cavab verirdik.
Biz böyük və tarixi vəzifə ifa etməkdə olduğunuzu dərk etməklə getməkdə olduğumuz cəhənnəmin dəhşətlərini tamamilə unutmuşduq. Vaqonda Naxçıvandan sürülən on beş azəri milliyətçisi vardı. O cümlədən: Kələntərli Cabbar, B.Səfizadə, Muradxan Naxçıvani, Abbasqulu, B.Həmid Kəngərli, Səlimzadə v.s..
Bunlar da Solovkiyə sürgün edilməkdə idi. Qatar sürətini artırdıqca Bakı da bizdən uzaqlaşırdı. Bakı tamamilə gözdən itdiyi zaman birdən hamımızı bir hiss bürüdü. Arkadaşlardan biri:
- Şarkı… şarkı…
Və biz:
- “Ağlama sən, gəlib vətən!” şarkısını oxuduq… Yeis[96] dağıldı. Bir neçə milli mahnıdan sonra kefimiz yerinə gəlmişdi.
Yalamanı, Dərbəndi keçdik... İndi Maxaçkala adını daşıyan Şəmil qalaya yaxınlaşdıq. Oradana Vladiqafqaza hərəkət etdik. Qatar dayandı. Bizi həbsxanaya apardılar. Biz bir kamerada 20 azəri idik. Gündüzü istirahət etdikdən sonra yanımıza on inquş gətirdilər. Başlarında İnquşeti­yanın sabık şeriat alayı komandanı Qazı Molla olan bu karvan inquş milliyətçiləri idi. Bizi bir neçə dəqiqədən sonra qardaş kimi birləşdirmək üçün heç bir təvəssülə [97] ehtiyac yox idi. Biz dərdləşməyə başlamışdıq. Siyasi nəzəriy­yələrimizi şərh edirdik. Qafqazın əsir vəziyyətlərindən, mənfəət və səadətlərimizin müştərək olmasından, istiqbalda daha sıx birləşmək ehtiyacından baxışlar açılmışdı… Axşam, yoxlamadan sonra Qazı Mollanın ricası üzərinə “Azərbaycanda milli hərəkat” haqqında bir konfrans verdik. Böyük bir əlavə və diqqətlə dinlənən konfrans çox təkdir olundu.
Məndən sonra Qazı Molla Şimali Qafqazda bilavasitə İnquşetiyada milli istiqlal hərəkatı haqqında məlumat verdi.
Vladiqafqaz həbsxanasında bir həftə qaldıqdan sonra bizi Rostova doğru sövq etdilər[98]. Bizi böyük bir təzahüratla[99] yola salan yeni qardaşlarımız naminə söz deyən Qazı Molla:
- Siz və biz müştərək vətənimiz olan Qafqazın hüriyyəti üçün çalışırdıq. Siz yalnız Azərbaycanın deyil, Dağıstan-Şimal Qafqazın dahi istiqlal bayrağını yüksəldən qəhrəmanlarsınız. İnanın ki, aullarımızda, Qafqaz dağlarının ən yüksək zirvələrində Azərbaycan gəncliyinin rəşadəti mədh olunmaqda və dualar etməkdədir…
Biz Rostovda dahi bir həftə qaldıqdan sonra Mosk­vaya getdik. Burada istasyondan yayaq[100] olaraq getdiyimiz maaruf[101] Taqanka həbsxanasında, sovet zəncirində inləyəın digər məhkum millətlərin Solovkiyə gedəcək mübarizələrini gözləyirdik. Yerləşdiyimiz siyasi kamerada başda şair Tkaşalaşvili olmaq şərti ilə gürcü millətçilərinə təsadüf etdik. Bizə o saat çay hazırladılar. Çaydan sonra rus eser, menşevik, anarxist v.s. siyasi məhbuslarla tanış olduq.
Burada üç həftə qaldıqdan sonra bizi Solovkiyə doğru yola saldılar.
 
 
 
 
(1930, 28 ağustos, sayı 4.)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
IV
 
 
 
 
 
 
 
 
 
SOLOVKİNİN QAPISINDA
 
Bizi Taqankadan Moskva istasyonuna “Qara qarğalar” da gətirdilər. Bu, qara rəngdə, qapalı pəncərəsiz bir makinə olub Moskvada kürək cəzasına[102] məhkum olunanlar üçün kullanır[103]. Gürcü şairi Tkeşeleşvili daxil olmaqla gürcü millətçiləri də bizimlə bərabər idilər. Mənfayə sürülənlərə məxsus “İstalpin vaqonlarında” dörd günlük yolçuluqdan sonra 27.IV.1926 da Şimal dənizinin sahilində “Kem mənfilər qərargahına” yetişdik. Burada ilk karvan­dan: 1. Salman Rəhimzadə, 2.Qurban Musazadə, 3. Məşədi, 4. Hacıbaba Cəbioğlu qardaşlarımızı gördük.
Birinci karvana daxil olan: 1.Nəsrullah İsrafilzadə, 2.Ağakərim Əlizadə, 3.Ağasəlim, 4.Şair Əbdürrəhman Dai, 5.Əlihəsən Babazadə, 6.Ağaməhəmməd İbrahimli kimi qardaşlarımız Şimal dənizində duran Solovki adasındakı qərargahda idilər.
 

***

 
Biz artıq sovet mənfəəsini təşkil edən Solovki cəhənnəmində mənfə həyatına başlamışdıq. Bu həyatı təsvir etmədən və gördüklərimi, şahidi olduğum qeyri-insani vəhşətləri kayda girişmədən və Solovkinin özü ilə oxucularımızı tanış etmədən, Solovkinin çarlıq dövründəki vəziyyətindən bir qədər bəhs etmək istəyirəm. Mövcud rejimi yıxmaq və devirmək istəyən ixtilal[104] təşkilatları ilə şiddətli və imansız mücadilə edən rus çarlığı, ixtilal təşkilatlarına mənsub olanları Arxangelsk, İrkutsk, Tomsk, Saxalin və s. kimi uzaq şərq və şimal vilayətlərinə sürürdü.
Rus imperatorluğunun sürgün və vəhşət məhəllələrindən ən mərif olanları Petropavlovsk və Şlisserburq qalaları idi. Bunlar da ən məruf və ən qorxulu ixtilalçıları tutardılar. Məsələn: maruf dekabristlər, xalkçılar, ixtilalçı sosialistlər və bu qalalara və çarlıq üsuli idarəsinə qarşı nifrətlərini mücip[105] olur və o qalalarda çürüyənlərə xalqın hörmət və təvəccühünü[106] artırırdı. 1917-ci ildə Rusiyada ixtilalarının ibtidalarında bu qalalara nifrət bəsləyən xalq məzkur qalaların qapılarını açaraq bütün məhkumlarını xilas etmişdi. Bolşeviklər iş başına gəldikdən sonra Petropavlovsk və Şlisserburq qalalarına aid çox əsərlər yazdılar. O sıralarda çarlıq dövründə bu qalalardakı vəhşət, iztirab, işgəncə və s. təsvir olunmaqda idi. Daha müəssir[107] olmuq üçün bolşeviklər bu qalaları muzey edərək qapılarını hamıya açıq etdilər.
Bolşeviklər bununla bir neçə məqsəd təqib edirdilər. Əvvəla, xalqa eski[108] idarənin vəhşətlərini xatırlamaq, sonra da bolşeviklərin məhbəsləri imha[109] edərək əvəzində mədəniyyət müəssisələri təsis etdikləri haqqında bir fikir oyatmaq idi. Bolşeviklər, məhbəsləri, qalaları, menfaları imha edərək, zəncirləri qıraraq bütün xalqa və millətlərə hüriyyəti tam verdiklərini bu hərəkətləri isbat etmək istəyirdilər.
Belə göstərmək istəyirdilər ki, yalnız bolşevizm rejimində hər kəs və hər millət sərbəst nəfəs ala bilər və yalnız bolşevizm sayəsində hüriyyətə qovuşmuşdur. Amma həqiqətən beləmi idi? Qalaları yıxan, zəncirləri qıran bolşeviklər millətlərə və Rusiyada yaşayan millətlərə sərbəst nəfəs almaq, öz həyatını istədiyi kimi qurmaq kimi hüriyyət və imkanı verirdilərmi? Bu məsələ üzərində düşünmək faydasız deyildir. Sovet rejiminin on üç illik tarixinə bir nəzər salsaq, çar məhbəs və qalaları əvəzində, onların dəhşət və vəhşətlərini unutduracaq yeni bolşevik zindanlarının nə sürətlə artdığını və bunları nə sürətlə doldurduqlarını görmüş oluruq. Milyonları keçən qatilləri, mühakiməsiz cinayətləri bir tərəfə buraxsaq belə Sibiriyaya, Turxan ölkəsinə, Urala, Novonikolayevskiyə, Podalskiyə və s. yerlərə sürgün olunan insanların miqdarı hesaba gəlməyəcək qədər dəhşətlidir. Bu mənfələrin içində, yalnız Rusiyada deyil, bütün cahanda maruf Solovki bolşeviklərin ciddən şah əsərləridir. Bu həqiqətən də dastanlarda söylənən “gedər-gəlməz diyar” təşkil edir.
İndi bu daimən kiş, daimən gecə, gedər-gəlməz diyarı təsvirə səy edəlim.
 
 
 
 
(1930, 4 Eylül, sayı 5.)

 

 

 

 

V

 
 
 
 
 
 
 
 
 
“KEMDE” İLK GÜNLƏRİMİZ
 
 
 
 
 
 
 
 
 
Bizi qamçılarla ağac daşımağa sürüklədilər
 
 
 
 
 
Biz Solovkinin özünə getməzdən öncə “Kem” qərargahında iki ay qalaraq heyvan kimi qamçılanaraq, gündə 14-15 saat ac, susuz, buz və qar içində çalışacaqmışız…
Ümumiyyətlə, “Kem”, Solovkidə və Şimali qütbünə yaxın məntəqələrdə məhkumiyyətlərini bitirənlər üçün son aylarını keçirəçək bir yer olduğu kimi yeni məhkumlar kaflesinə[110] də mənfə həyatına alışmaq üçün bir “məktəbdir”. Bizi, “Kem”in 12 kilometrliyində olan Murman dəmiryolunun ən böyük stansiyalarından birində yerləşdirdilər. Bu yerin adı lap əskidən Papaslar adası olub, ihtilaldan sonra İhtilal adası adını daşıyırdı. Burada yerləşən karvanımız 600 nəfərdən ibarət idi. Məhkumları bölüklərə aldılar. Biz 20 nəfərdən ibarət olan azərilər də dördüncü bölüyə düşdük. 1924-cü ildə gəlmiş birinci karvanımızdan qardaşlarımız daha ayrı bölüyə düşdülər.
Biz qucaqlaşdıq, öpüşdük və ağlaşdıq… Bunlar məhkumiyyətlərini bitirmiş, son aylarını keçirmək üçün Solovkiyə gəlmişdilər. Biz isə yolun hələ ibtidasında idik. İndidən təsəvvür edirdik ki, ölənlərimiz, bu vəhşi müamilə və vəhşi iqlimə dözə bilməyərək ölənlərimiz bir tərəfə, qalanlarımızın isə nə hala düşəcəklərini bu qardaşlarımızın simalarından öyrənə bildik. Onlar o qədər dəyişmiş, o qədər solmuş, o qədər üzülmüşdülər ki… Buzlu cəhənnəmin bütün dəhşət və vəhşətlərini çəkmiş, keçirmiş olan bu darülfün gəncliyi birər ihtiyara bənzəyirdi. Bu mənzərənin bizlərə icra etmiş olduğu təsir altında qarşımızda duran mənfa həyatının bizdə vücuda gətirəcəyi maddi mənəvi təxribat qarşısında hamımızın içi dönmüşdü. Solovkili qardaşlarımız isə gülürdülər. Onlar vətəndən soruşurlar.
- Gəncliyin ruhu nə haldadır… Necə çalışırlar? Necə hazırlaşırlar?… Milli mücadilə davam edirmi?… Maarif və hars sahəsindəki fəaliyyət artırmı?
Və bizdən müsbət cavablar aldıqda yenə qəhqəhələrlə gülərək sevinirdilər;
- Bunlar kafidir… Ötənləri unudun. Hər şeyi unudun. Yalnız bir Azərbaycanı onun zəncirlərini qırmağa çalışan yorulmaz gəncliyi xatırlayın, - dedilər.
Heç dərdləşib görüşməmidik ki, birdən
- Diqqət!..
Səsi eşitdik.
Köhnə dostlar o saat qalxıb cəbhə aldılar. Biz də onları təqib etdik. Təbii ki, biz buna yabançı idik. Bu yabançılığımızın ilk qurbanı dostlarımızdan ekonomist Cabbar Kələntərli oldu. Bölük zabiti əlindəki qamçı ilə dostlarımızın üzünə və başına vurmağa başladı. Və sonra:
- İşdən sonra bütün yeniləri bayıra, soyuq altına tullayın, yalnız öyrəndikdən sonra içəri buraxın, - deyə əmr verdi.
Bizi önbeşər kişilik müfrəzələr[111] halında isgələyə apardılar. Burada böyük bir kereste[112] meşə emalatxanası var idi. İsgələdə olan gəmidən 12-15 arşın uzunluqda olan ağacları bu emalatxanaya daşımalı idik. Məktəb skamya­sından alınmış və çürümləri vətənlərinin hüriyyət və istiq­lalından başqa bir şey olmayan gənclər isgələdən emalat­xanaya qədər olan 100-150 metirlik məsafəni, çiyinlərində ağaclar olduğu halda apararkən sovet mənfasının nə demək olduğunu anlamağa başlamışdı.
Hüriyyət və istiqlal: insanın və millətlərin ən təbii haqqı olan bu nemətlər nə qədər yüksək şeymiş…
Azərbaycanımızı istila edən, onun üzərinə bir kabus kimi çökmüş rus qüvvəsi bizə daha ağır işgəncələr verməklə bizi qorxutmaq, hüriyyət və istiqlal fikirlərindən vaz keçirtmək istəmişdi. Halbuki bu tədbirlər daha da əks nəticələr verirdi. Bu mənfalarda Sovet rejiminin, köhnə çar rejimi kimi, bir zülm və vəhşət idarəsindən ibarət olduğu bütün çılpaqlığı ilə meydana çıxırdı. Və hüriyyətə olan həsrət, istibdad və zülmə olan nifrət o nisbətdə artırdı.
Axşama doğru qərargaha avdet edərkən növbətçi zabit doğurdan da əmrini tətbiq etməyə başladı. Bizi dışarda sıraya düzərək “əsgəri” təlim öyrətməyə başladı. Bu zaman belə bir hadisənin heç vaxt unutmayacam. Zabit:
- Sağdan sıra ilə sayın!… əmrini verdi. 1,2,3,4,5,6…. səsləri eşidilirdi. Bu səslər 40 və 41-də kəsildi. Zabit əmrini təkrar etdi. Say yenə 40 və 41-də dayandı. Ondan sonra gələn 42-ci isə özündən əvvəlkini gözlədiyindən susurdu.
Zabit vəhşi bir canavar kimi 41-ci məhkumun üzərinə atılaraq əlindəki qamçı ilə vurmağa başladı. Qana bulaşan zavallını soyundurdular və kartserə apardılar.
Bu zavallı Hatko adlı bir Dağıstanlı olub, rusca bilmədiyindən nömrəsini söyləməmişdi və bu üzdən də qızıl müstəbidin cəzasına məruz qaldı.
Üç saatlıq “təlim”dən sonra bizə istirahət verildi.
Bölüyümüzə döndüyümüz zaman qardaşlarımızın gülüşləri ilə rastlaşdıq:
- Bura Sovetlərin əməli-həyat darülfünüdür. Burada hər şey öyrədirlər. Hətta ölməyi də… Bütün bunlara təhəmmül[113] etmək, ruhdan düşməmək şərti ilə insan həyatdan ümidini kəsməyə bilər – dedilər. Doğurdan da gülünc idi.
Arkadaşlarımız yüksək təhsil görmüş mühəndislər, miralay, avukat, ekonomist, pedaqoq, qismən də tələbə, zabit, tüccar və mühərrir idilər. Bunlara ağac daşımağı, ormanda çalışmağı və s. öyrətmək – gülünc idi.
Solovkidən dönmüş olan qardaşlarımız bizə Solovki həyatını və mənfadakı rejim və vəhşətləri anlatmağa başladılar. Keçirəcəyimiz kürək işgəncələri mərhələlərini necə keçirdiklərini nə kimi qeyri-insani vəhşət və dəhşətlərlə üzləşəcəklərini, işgəncələri birər-birər təsvir etdikcə gözümüzün önünə gələn cəhənnəm bizi bir an içində titrədirdi. Fəqət bu yalnız bir anlıq idi.
Fəqət unutmamalıyıq ki, biz Azərbaycanın tarixini yazmaqdayıq. Və biz tariximizin bu fəslini mütləq doldurmaqla mükəlləfiz. Bu bizim vicdani borucumuzdur. Bütün vəhşətlərə qəhrəmanca gögüs vermək Azərbaycan gəncliyinin sarsılmayan əzmini göstərmək, yalvarmamaq, heç bir zaman yalvarmamaq və ölürkən də türk gəncinə yaraşan bir igidliklə ölmək lazımdır…
Bu sözləri söyləyən qardaşımız indi yoxdur. Onun Şimalın buzları içində yalvarmadan, məfkurəsindən ayrılmadan qəhrəmanca can vermiş olduğunu mən o gündən bir neçə il sonra öyrəndim.
 
 
 
 
 
(1930, 11 Eylül, sayı 6.)
 
 
 
 
 
 
 
 
 
VI
 
 
 
 
 
 
 
 
 
ÖLÜMLƏ ÜZ-ÜZƏ
 
 
 
 
 
 
 
 
 
Vücudumuzu zəhərləyən yeməklər… Gündə 18-19 saatlıq iş… Bir arkadaşımız şəhid düşdü
 
Gözlərdə atəş göründü. Ürəklərimizdə sönməyən müqəddəs atəş tutuşmuşdu. Kafiləmizə mənsub biri:
- Qardaşlar!… Azərbaycanın uğrunda, onun qurtulu­şu, istiqlalı üçün böyük və parlaq milli zəfərə qədər davam edəcək bu müəzzəm mücadilə naminə biz mənfa həyatımızın bütün məhrumiyyətlərinə, iztirablarına təhammül edəcəyik. Öləriksə, bütün milli idealımız yaşanması, təhəkkük[114] etməsi üçün ölmüş olarıq. Yaşasın Azərbaycan!…”
Biz sevinc və ruh yüksəkliyi üçində ayrılıb yerlərimizi işğal etdik və yatmağa hazırlaşdıq ki, sabahkı “işə” qədər bir dincələk. Qaldığımız yer digər məhkumlarınkı kimi bir-biri üzərində olan iki sıralı barakalardı. İki yüz adamlıq olan bu barakalarda 350 adam yerləşdirilmişdi. Bu şərait içərisində hər adama dörddə bir arşın yer düşürdü.
Darlıq, üfunət, taxta qurusu, bit və s. mikroblar hakimiyyət sürdüyü bu yerdə sabaha qədər bir böyrü üzərində yatmaq öz-özlüyündə bir işgəncə təşkil etməkdə idi.
Sabahın saat 5-nə doğru:
- Qalxın!…
Səsi eşitdik. Bu böyük növbətçinin səsi idi.
 
***
 
Yuyunmaq, geyinmək və çay içmək üçün 1 saat vaxt verildiyindən biz acele olaraq geyinib yuyunduqdan sonra çaya isti su almaq üçün sıraya durmağa qoşduk. Fəqət sıra bizə və bizdən sonrakılara yetişmədən saat altı zəngi çalındı, bölüyə qayıtdıq.
Birdən:
- Diqqət!
Komandası eşidildi. Bu səs bütün bölüklərin komandanı Orlovun gəlişini xəbər verirdi. Gənc bir çekist olan Orlov, izdihamlı bir maiyyətilə bərabər bölüklərə yaxınlaşdı. Yoxlama başladı.
Yoxlamadan sonra tam saat yeddidə hər bölük ayrı qrupalara taksim[115] edilərək, əsgərlərin mühafizəsi altında, işə sövq edilirdilər. İşlər müxtəlifdir: ağac və kereste emalatxanalarında, ormanlarda, isgələlərdə, istasyonlarda. Bilhassa Norveç və İngilis kimi əcnəbi gəmilərini boşaldıb yüklətmək və s. şayət iş az, məhkum çox olursa məhkumları, orta əsr barbarlarında olduğu kimi bazara çıxardıb Şimali Rusiya və Karelya kəndlilərinə satarlar. Bunlar çekstlərə müəyyən məbləğ pul verib, məhkumu bazardan bir heyvan kimi alıb və onu gecə-gündüz yenə heyvan kimi işlədirdilər. Hər məhkum müəyyən miqdarda iş görməyə məcbur idi. O, proqramı yerinə yetirməyənlər qovularaq digərləri alınardı.
Məhkumlar saat birdə yeməyə çıxarılır. Yeməkdə hər məhkuma bir funt yarım çörək və bir də balıq şorbası verilirdi. Fəqət bu şorba mikrob qaynağından başqa bir şey deyildi. İylənmiş balıqlardan çıxan qurdlar şorbanı qaraltmaqda idi.
Bəzən də şorbalar ölmüş qoca atların ətindən hazırlanırdı. Yorğun, xəstə və işə yaramayan ölümə məhkum atların ətləri məhkumların yeməyini təşkil etməkdə idi.
“Kem” məhkumlar qərargahının rəisi, o zaman, Fedyakof namında birisi idi. Tam mənası ilə qaniçən bir cəllad olan bu komunist hər kəsdən çox münəvvərlərə qarşı bir kin bəsləməkdə, onlara etdiyi işgəncələrdən dərin zövq duymaqda idi. Onun əmri ilə bir neçə münəvvər Karelya ormanlarında məhv edilmişdi.
Bu gün adəti üzrə maraqlı bir hadisə oldu. Yenə ölmək üzərə olan bir at kəsmiş və ətindən bir parça Fedyakofa göstərilmişdi.
Fedyakof bu əti tamamilə müvafiq görmüş, yeməklərin bu ətdən bişirilməsini əmr etmişdi.
Mətbəxdə bişirildiyi zaman ətdən qurdlar çıxmış, bunun üzərinə əti xəstəxana həkiminə aparmışlar. Həkim isə bu ətin çox zəhərli olduğunu və yeməyə işlənməməsini məsləhət görmüşdü. Fedyakof bundan xəbər tutunca rəzalət qoparmışdı. Həkim Mamuniyə müraciət edib demişdi:
- Alçak. Mən bu ət yarar dedikdən sonra nə cəsarətlə yaramaz deyə hökm verirsən?
Fedyakofun əmri ilə həkimi vəzifəsindən çıxararaq qaranlıq otaqda oturtdular. Və burada yeddi gün, yeddi gecə, ac və susuz tutdular.
Məhkumlar yeməyi bitirmədən saat üçə doğru yenə düdük eşidildi.
Yenə sıraya durduq. Komanda verildi. Bizi yenə işə sürüdlər. Yenə isgələ, əcnəbi gəmiləri, kareset emalatxanası, yük dolu vaqonlar və s.
İş başlanır. 15-18 arşın uzunluqda qalın ağaclar, 6-7 put ağırlıqda kisələr, gənc siyasi məhkumların arkasında, çiynində vaqonlardan anbarlara, anbarlardan vaqonlara, gəmilərdən emalatxanalara, emalatxanalardan gəmilərə… daşınmağa başladı. İşlərini qurtaranlar saat 8-9-da qərargaha qayıdırlar. Bitirməyənlər isə gecə saat 12-yə, 1-ə qədər işləməyə davam edirdər.
Axşam saat 9-dan sonra yoxlama qurtaranda, tam yeməyə başlanırdı. Yeməyi bitirmədən yenə…
- Çıxın!
Səsi gəlirdi. Çıxırdıq. Bizi “darbəli” dedikləri fövqəladə işə aparırdılar.
Bizi qərargahdan 4 km məsafədə olan “Rus norveçoles” (Rus-Norveçi orman şirkəti) idarəsinin olduğu yerə aparırdılar. Burada olan Albatras adlı böyük bir transatlantik vapuru sabaha qədər boşaltmaq məcburiy­yətində qalırdıq. Bu işi gördüyümüz zaman sabah olurdu. Bizi qərargaha gətirməkdən başqa bir isgələyə sövq etdilər və çalışmağa məcbur eylədilər. Burada ikinci bir vapurun yükünü boşaltmalı idik. Öylə üzəri qərargaha döndük, saat üçdə yenə işə.
“Kem”də olduğumuz dördüncü günü, 1926-cı ilin Mayısın 2-də arkadaşlarımızdan Kəngərli (avukat Kəngərlinin qardaşı) qardaşının gözləri önündə çiynində götürdüyü şalbanı (ağacı) aşıraraq altında qaldı. Onu qərargahın xəstəxanasına apardılar. Biz işdən qayıtdığımız zaman o, ölmüşdü. Bu bizim ilk qurbanımız oldu. Fəqət bizlər həp öylə olmuyacaqmı idik? Bunu hamımız bilirdik, gündə 18-19 saat ağır, qüvvətimiz fövqündə olan iş, mikroblu balıq şorbaları, zəhərli, iylənmiş at əti… Zalım və amansız iqlim, müdhiş, orta əsr rejimi, bir böyrü üzərində quru yerdə 2-3 saatlıq yuxu… Bütün bunlar bizim də Kəngərli arkadaşımız kimi olacağımızdan xəbər vermir­dimi?…
Bu bir növü təsəlli vasitəsi idi. Fəqət arkadaşlarımıza qarşı son vəzifəmizi yerinə yetirmək lazım idi. Biz onu öz milli amalımıza müvafiq bir şəkildə basdırmaq istəyirdik. Bu xüsusda ricada bulunduq. Gürcü məhkumlarla xəstəxananı idarə edən məhbus doktorların yardımı ilə arkadaşımızı aldıq. O gün biz iki qismə bölünmüşdük. Gənclər həp işə gedəcək və dəfn mərasimində iştirak edəcək yaşlı arkadaşlar əvəzində dahi çalışacaqlardır. Bizə yalnız bu şərt ilə müsaidə etmişlərdir.
Bir az yaşlı arkadaşlarımız, əsgər mühafizəsi altında qərargahdan 7 km məsafədə şəhidimizi dəfn etmişlərdi. Karelya ormanlarında torpağa gömülən bu vətən mücahidi bizə bir şeyi təlkin edirdi:
- Siz də gələcəksiniz. Bizləri bu işgəncə və ölüm adasına bir daha Azərbaycana dönməmək üçün gətirmişdilər.
Axşam, yoxlamadan sonra şəhid olan arkadaşımızın qardaşına “baş sağlığı”na getdik. Ona bəyanı taziyət etmək, ona təsəlli vermək lazımdı. Amma kimsə bir söz deyə bilmirdi.
Hər kəsi bir qəm və yesi bürümüşdü.
 
 
 
 
 
 
 
 
 
(1930, 18 Eylül, sayı 7.)
 

 

 

 

 

VII

 
 
 
 
 
 
 
 
 
BİZ ÇILPAQ, XƏSTƏ VƏ ƏLİL BİR
 
 
 
 
HALA DÜŞMÜŞDÜK…
 
 
 
 
 
 
 
 
 
İnsanlar sinək kimi qırılırdı… İki aydan sonra bizləri
 
 
 
 
ayıraraq üç tərəfə sövq etdilər
 
Mənfa həyatının ağır və məşəqqətli günləri bir-birini təqib edirdi. Biz iki həftə olurdu ki, hamama getmək sırasını gözləyirdik. Nəhayət bu gözlədiyimiz böyük gün gəlib çatdı. Bir gün, axşam yoxlamadan sonra 350 adamdan ibarət olan bölüyümüzü alıb hamama apardılar.
Bizi 100 adamlıq qruplara ayrıdılar. Hər qrup 10 dəqiqə çimib çıxdı. Girdiyimiz hamam yalnız 30-40 adamlıq idi. Məcburən bir qismimizin yuyunmasını gözləmək lazım gəlirdi. Qapı ağzında ilıq və soyuq su almaq üçün 2 bilet verilirdi. İçəridə isə hər adama yarım vedrə isti, yarım vedrə soyuq su verilirdi ki, köhnə, dibi deşik vedrələrdə bu su da heç iki dəqiqə də qalmırdı. Biz yuyunmağa başlamadan 10 dəqiqənin tamam olduğunu böyük komandanın fit səsi xəbər verdi. Və biz yuyunmadan çıxmağa məcbur olduq. “Kem”də olduğumuzun bir ayını artıq bitirirdik. Az-çox Sovet mənfəsinin xüsusiyyətlərini, şəraitini öyrənməyə çalışırdıq. Hər şeydən əvvəl tüfəng dibciklərindən, dəmir çubuqlardan, qamçılardan, gecəni sabaha qədər soyuq havada durmaqdan və qaranlıq karserlərdən qorunmaq lazım idi. İşə gedərkən, iş zamanında bu hadisələr çox təkrar edilirdi. Elə vaxt olurdu ki, zəif arkadaşlardan bəzisi gücü çatmayan işlərdən imtina edir və onun daha yüngül bir işə göndərilməsini rica edirdilər. Belə hallarda zavallı məhkuma “simulyant” (yəni yalandan özünü zəif göstərən) deyə döyməyə başlayırdılar. Ondan sonra onu karserə oturdub yeddi-səkkiz saat 40-50 dərəcəli gecə soyuğunda durmağa məcbur edirdilər. Əgər məhkum “veriləcək hər növ işdən boyun qaçırmayacağını” söz verməsə, ölüncəyə qədər bu ağır rejimə tab gətirməli idi.
Belə ağır şərait altında biz az bir zamanda insan şəklindən çıxmağa başladıq. Saçlarımız uzanmışdı, üzümüzü tük basmışdı. Paltarımız yox idi. Yırtıq paltarda, yırtıq ayaqqabılar və zalım təbiətlə amansız insanların qamçıları altında gündən-günə məhv olmaqda idik. Çiyinlərimiz, omuzlarımız, sırtımız, əllərimiz yaralanmış, qabarlanmışdı. O dərəcəyə gəlmişik ki, məktub yazmaq üçün əlimizə qələm ala bilmirdik. O qədər zəifləmişdik ki, bir dəri, bir sümük halında idik.
Bu ölüm qərargahına gəldiyimiz zaman, təmiz geyinmiş, təraş olunmuş olan bu münəvvərləri, indi yarıçılpaq, yarıyalın ayaq, soyuqdan simsiyah, acından və ağır işlərdən sihatının çoğunu itirmiş, birər malul görürdünüz. Aynaya baxdığımız zaman özüumüzü tanımayacaq bir hala gəldiyimizi görürdük. Halbuki ilk günlər biz Solovkini görməyə gələn “Avropalı heyətlərə” bənzəmişdik.
Arkadaşlar şaka ilə bu vəziyyətimizi unutdurmaq istəyərkən, artıq şənlik və şatarətin artıq getmiş olduğuna şahid olmuşduq. Hərkəsın vücudunda bir nişan vardı. Bəzisi yaralanmışdı. Bəzisinin qolu qırılmışdı, əli, barmağı qırılmışdı. Buzların üzərində yürürkən düşənlər, ağacların altında qalanlar əlil vəziyyətində idilər. Hələ yeməkdən, hamamsızlıqdan, işgəncələrdən müxtəlif xəstəliklər tutanlar ayrıca bir qrup təşkil etməkdə idilər. Ona görə biz çox zaman qərargah xəstəxanasını ziyarət etməyə məcbur qalırdıq.
Bu, yeni məhkumlardan ibarət olan xəstəxana səlahiyyət və hüquqca məhdud olsa da, yenə imkanı dairəsində, xəstələri 2-3 gün işdən azad etməklə yardıma koşuyordu. Bu işdə ən çox iş görən doktor Vigobski, doktor Mobş və məhkum tibbiyyətlər idi. Hər gün xəstəxana qapısında 250-300 adamdan ibarət qəflə görmək mümkün idi. O zaman xəstəxanada 2 həkim və 3 tibbiyəli tələbə var idi. Bunu da qeyd etmək lazımdır ki, xəstəxanada çalışan 3 tibb tələbəsindən ikisi azərbaycanlı idi.
Doktorlardan Mobş xəstəxananın idari işlərinə nəzarət edirdi. Doktor Vigobski 2 tələbə ilə bərabər xəstəxanada yatan 300 xəstə ilə məşğul olurdu. Üçüncü tələbə isə xəstələri qəbul etməklə məşğul olurdu.
Doktorlara böyük bir ehtiyac hiss olunduğu üçün tibbdən anlayan hərkəsi xəstəxanaya alırdılar. Bu vasitə ilə araya bir çox “yabançı təbib”lər də düşürdü.
Belə bir şərait içərisində hər kəsin xəstə və mühtacı tədavi olduğu bir zamanda xəstələrin halı yaxşı deyildi, tam mənası ilə tədavi olunmadan qayıdırdılar. Xəstəxanada yatanlar iyiləşmədən çıxarılırdı. Çünki yer az, doktor yox, ilac bulunmuyor, xəstə də saysız-hesabsız idi. Bunun nəticəsində ölənlərin hesabı olmurdu.
1927-ci ilin tifos salğınında insanlar sinək kimi qırılmışlardı. Qərargah rəisi Fedyakof ölənlərin yalnız gecələr çıxarılmasını əmr etmişdi. Karelya ormanları minlərlə mücahidin məzarlığına çevrilmişdi.
 
***
 
Kemdə 2 ay arkadaşlarımızla bərabər qaldıqdan sonra ayrılmaya məcbur olduq. Bizi 3 qismə ayrıdılar. Məni, iki azəri qardaşımla bərabər adadan kaç kilometroda olan “Rus-Norveç-Les” (Rus-Norveç-kereste şirkəti)nə göndərdilər. Burada dolu vapurları boşaldacaq, ağac, kereset ilə dolduracaqdıq. İkinci qrupumuzu Solovki adasına göndərdilər, üçüncü qrup isə Kem də qaldı.
Bizim ayrılmamız çox həyəcanlı olmuşdu. Hər kəs ürəkdə bu ayrılığı yaşayırdı. Gözlərdə yaş var idi:
- İnşallah, bir gün vətəndə görüşəcəyik!… şarkısını oxuyaraq ayrıldıq.
 
 
 
 
 
(1930, 25 Eylül, sayı 8.)
 
 
 
 
VIII
 
 
 
 
 
 
 
 
 
PAPAS ADASINA YENİDƏN MİLLİYYƏTÇİ
 
 
 
 
İKİ QRUP GƏTİRİLDİ
 
 
 
 
 
 
 
 
 
Bu qruplar Azərbaycanın ən münəvvər və idealist
 
 
 
 
 oğullarından ibarətdi.
 
 
 
 
 
“Rus-Norveç-Les”də işlər bitdikdən sonra biz azəriləri oradan götürüb Karelya ormanlarında ağac və meşə hazırlamaq üzərə, dörd bir tərəfə dağıtdılar. Mən Kemin 200 kilometr cənubunda olan bir karesete emalatxanasına düşdüm.
Bu müddət zərfində Solovkidə bulunan və bizdən əvvəlki birinci qrupa mənsub azərilər Kem qərargahında Papas adasına gətirilmişlərdi, oradan Azərbaycana sövq olunacaqdılar. Fəqət bu qrup hərəkət əmri almadan 1927 ilin qışında vətəndən yeni bir qrupun gəldiyini gördü. Otuz kişidən mürəkkəb olan bu qrupun en çox tanıdığım azaları bunlardı:
1) Vəkil Rəhim bəy - İstiqlal dövrü Azərbaycan Millət Məclisi azalarından və Azərbaycan Darülfününün şark fakültəsindən məzun.
2) Baharlı Məhməd Həsən bəy - Kiyev İqtisad fakültəsindən məzun. “İqtisad” məcmuəsi müdiri və Azərbaycan iqtisadiyyatı, etnoqrafik coğrafi və tarihinə aid türkcə mühüm bir əsərin müəllifi.
3) Babazadə Əbülfəz - Azərbaycan Darülfününün məzunu, qüvvətli bir mühərrir.
4) Hacızadə Əhməd bəy - tarix fakültəsindən məzun, mühərrir, sabiq milli ordu zabitanından.
5) Əli Yusif bəy - Parisdə sinas politikten məzun, şair və mühərrir.
6) Bədəlbəyli Müseyib bəy - Azərbaycan Darülfününü tarix şübhəsindən məzun.
7) Vəkilli İsfəndiyar bəy - müəllim
8) Muin Niyazi bəy - şair və müəllim
9) Sultanzadə Mehdi bəy - Miralay
10) İmanzadə Sadıq- zabit
11) Rizabəyli Nəsrüllah bəy - zabit
12) Bəkdəmirzadə Muhsin bəy - zabit
13) İbrahim Azəri - zabit, Azərbaycan Dövləti Teatrının dram aktyorlarından
14) Xəlilzadə Teymur bəy - təyyarəçi
15) Dadaşzadə Əlihüseyn bəy - təyyarəçi
16) İsrafilzadə Süleyman bəy - həkim və s.
 
Bu qəhrəman qardaşlırımızı Kemdə bulunan qrup və bizim ikinci qrupdan qalmış qardaşlırımız istiqbal etmişlərdi. Bu qəflədən az bir qismi 5 ilə məhkum edilmişdi, əksəriyyəti isə bu vəhşi və zalım təbiətin qan içən çekistləri əlində 10 il kürək həyatı keçirməyə məhkum idilər.
Daha yarım yıl olmayan mühakimiyyət həyatımızda ( bu ölüm və işgəncə adasının nə demək olduğunu anlayan bizlər), bu yeni qurbanlarımızın 10 ili necə keçirəcəklərini yaxşı bilirdik.
Üçüncü qrup cəhənnəm həyatına başlamışdı. Eyni rejim, işgəncə, həqarət, qamçı, aclıq, 18-19 saatlıq iş, soyuq, xəstəlik və s…
1927 Nisanında, Moskvadan gələn bir əmir üzərinə birinci qrup “sərbəst” buraxılmışdı. Bu qrupun ən yüksəkdən gedən şəxsiyyəti olan Nəsrullah İsrafilzadə və Əbdülrəhman Dai məvkufən[116] Ural mənfa qərargahına sövq edildilər. Onlar orada üç il yaşayacaqlardı. Digərləri Sovetlər daxilində, istədikləri yerdə yaşamaq haqqını haiz[117] olmaq üzərə sərbəst buraxılmışdılar. Yalnız Azərbaycan dövlət mətbəəsi baş mürəttibi Babazadə Əlihəsən üç il Azərbaycanda yaşamaq şərtilə sərbəst buraxılmışdı.
Üçüncü qrupqısa bir müddət ücün Papas adasında qaldıqdan Soloveki adasına sevk olundular.
Bunlar Şimal dənizinin heç bir zaman buzu əriməyən, soyuqdan və qaranlıqdan başqa bir xüsusiyyətə malik olmayan adalarda vəhşi mənfa rejiminə daha alışmadan 1928 senesində 100 kişidən ibarət ibarət dördüncü bir qrup gətirildi. Bunlar Azərbaycanın Bakı, Qarabağ, Gəncə, Səlyan, Lənkəran kimi qəzalarında təvkif edilmiş və Bakı çekasında illərcə işgəncə görmüş millətçilərdi.
Bu qrupun içində yaxından tanıdıqlarım bunlardı:
1) Abdul Abdulzadə - mühəndis
2) Məhmədhəsən B. Baxşəli - tələbə
3) Tahirbəyli İslam B. - doktor
Dördüncü qrup Papas adasında 3 kilometr məsafədə karantində yerləşirdi. Karantindən sonra onları sıraya düzüb işə göndərmək istədikləri zaman onlar getməkdən imtina etdilər. Çekistlər heç bir təhdidləri qəhrəmanlarımızın əzmini sarsıtmadı. Və qərarlarını dəyişdirmədi.
Dördüncü azərbaycanlılar qrupunun bu cəsuranə protesto və çıxışları bütün məhkumlar üzərinə dərin təsir buraxdı. Yavaş-yavaş digər məhkumlar arasında dahi işdən imtina edilənlər görünməyə başladılar. Qərargah müdriyyəti azərbaycanlı mücahidlərin etdikləri hərəkatın nümayiş­kəranə olduğunu və digər məhkumların dahi itaətsizliyinə səbəbiyyət verdiyini nəzəri etibar alaraq azərbaycanlıların təcridini qərar verdilər. Və onlar “hazırlıq imtahanı”na məruz tutmadan ölüm və işgəncə adası Solovkiyə sövq etdilər.
 
 
 
 
 
 
 
 
 
(1930, 2 Teşrini Əvvəl, sayı 9.)
 
 
 
 
 
 
IX
 
 
 
 
 
 
 
 
 
HÜRİYYƏT VƏ İSTİQLAL QƏHRƏMANLARININ MƏZARI OLAN “BUZLU CƏHƏNNƏM”
 
 
 
 
 
 
 
 
 
Solovki nədir və haradır?
 
 
 
 
İldə 9 ay qış, gündə 20 saat gecə.
 
Dünyada “sosializm cəmiyyəti” yaratmış olan “Sosia­list Sovet Cümhuriyyətinin” hüriyyət və istiqlal mücahidi millət sevənlərə təsis etmiş olduğu Solovki mənfası, 1923-cü ildə sabiq Solovetskiy monastır yerində təsis edilmişdir.
Petroqraddan 800 kilometr şimalda, buzlu Şimal dənizinin yaratmış olduğu və rusların Ağ dəniz dedikləri körfəz bir qrup adalardan ibarət olan Solovki, Rusiyanın Karelya cümhuriyyətinə tabedir. Adaların biri-birindən arası 15-20 kilometrdir. Yalnız Kont adası dedikləri yer 120 kilometr uzaqdadır. Adaların ən böyüyü Solovki adı ilə məşhur Solovetski olan bütün adaların mərkəzi idarələri burada yerləşmişdir.
Adaların ən şimalda olmasından buralarda dəhşətli soyuqlar hökm sürərək ildə 9 ay qış, 3 ay payıza bənzəyən bir mövsüm olurdu. Birinci Təşrindən etibarən başlayan qışdan yer 4-5 metir qalınlığında qarla örtülürdü. Və bu Temmuz ayına qədər davam edirdi. Həyat, hərəkət dayanırdı və qara[118] ilə olan hər bir münakalat kəsilir. Adalar arasında buz üzərində hərəkət olunan bu zamanda soyuq 35-40 dərəcəyə çatırdı. Kanuni Əvvəl, Kanuni Sani, Şubat və Mart aylarında isə soyuğun dərəcəsi 50-ni keçirdi.
Bu qış mövsümündə günlər son dərəcə qısalır, gecələr 19-20 saatdan az, gündüzlər 4-5 saatdan çox olmurdu. Sabah saat 10-11-də açılır və alaqaranlıq halında davam edən gündüz saat 3-4 radələrində bitir. Bundan sonra o, bir gün saat 11-ə qədər uzun, qaranlıq, ən mühümü isə soyuq, şaxtalı gecələr başalyırdı.
Dəniz donduğu üçün bütün qış müddətində Kem mənfasının bulunduğu qara ilə və bütün dünya ilə adaların əlaqələri və münasibətləri tamamilə kəsilmiş olurdu.
Məhkumların Solovki adasındakı həyatları Kemdəkindən fərqli deyildi. Eyni rejim, eyni iş, eyni hərəkət, işgəncə, qamçı, tüfəng dibcikləri, üfunətli və rütubətli zirzəmilər, qurdlu balıq şorbaları, eyni fövqəladə, 17-18 saatlıq iş davam edirdi. Kemdən fərqli olaraq 1 şey varsa, o da məhkumların 40 dərəcə soyuqda çılpaq və yalın ayaq bir halda olmalarıdır.
Belə bir cəhənnəm şəraitində içərisində məhkumların ölümlə qarşı-qarşıya duracaqları təbiidir. Fəqət, belə bir qeyri-müsavi bir mücadilədən ölümün müzəffər çıxacağını söyləmyə lüzum yox idi? Zavallı insanlar məhv olmağa başlayırlar.
Bu cəhənnəm həyatından salamat qalmağa müvəffəq, qüvvətli orqanizmə malik olanlar isə bilavasitə əlil və şikəst halına gəlirdilər. Bu məhv olan insanlar kimdir?
Bunlar, haqq, ədalət və elm aşiqləri insanlardırlar. Həyatlarını elmə, fənnə, bəşəriyyətə, məzlumalar, əsir və məhkumlara aid etmiş, hüriyyət və istiqlalları əlindən alınmış, vətənləri istila edilmiş, millətlərinin qurtuluşu üçün həyatlarını, gəncliklərini, canlarını qurban etmiş fədakar insanlardır. Onlar Sovet cəhənnəmindən millətlərini qurtarmaq üçün çarpışan, millətlərinə müstəqil bir həyat, müstəqil mövcudiyyət, müstəqil bir hars və mədəniyyət təmin etmək istəyən professorlar, ədiblər, şairlər, müharrirlər, mühəndislər, doktorlar, avukatlar, müəllimlər, zabitlər, tələbələr, tacirlər, köylülər və fəhlələrdir… ki, Rusiyanın hər tərəfindən və Rusiya istilası altında olan Ukraynadan, Türküstandan, Qafqazın hər bucağından, Krımdan. Azərbaycandan, Gürcüstandan, Kazan və Başqırdstandan buraya sövq olunmuşdular. Burada türk, gürcü, şimali kafkasiyalı, ukraynalı, erməni, yəhudi, sovet əsarətində boğulan və qurtarmağa can atan hər millətdən minlərlə insan vardı. Fənqət bunların içərisində ən ağır vəziyyətdər olanlar biz cənublular idik. Azərbaycan, ümumiyyətlə Kafkas və Krım iqlimi ilə tam bir təzad təşkil edir. Şimal, özü-özlüyündə bir mənfa və məhbəs ikən bunların üzərinə digərləri ilə müştərək olduğumuz çeka, bodrum, işgəncə, vəhşət, aclıq, qamçı və s. əlavə olunmuşdur.
Dəmir əllər, çəlik, koğuşlar, istiqlal atəşi ilə yanan gözlər bu cəhənnəmdən sönməyə, qüvvətini itirməyə başlar, xilqətdən nəşəli olan ukraynalı qəhrəman və atəşli azərbaycanlı, Kafkas dağlarının hür və serazat[119] kartları olan dağlılar, şən və hüriyyətpərvər gürcü, yığıt türküstanlı, gözəl və sevimli Krımın nəcib oğulları, Don və Kubanın kazakları, İdil və Uralın mücadilədən yılmayan[120] və məğlubiyyətlərdən məyus olmayan türküm burada quru bir skletə dönmüş bir halda, “yaşasın istiqlal” deyə can verirdi. Onlar vətənlərinin üfüqlərində hüriyyət və istiqlal günəşinin doğuşunu görmədən buzlu cəhənnəm olan Solovkidə məyus olmaqla yenə məğlub deyildilər.
Doğrudur, vətəndən uzaq, zalım bir təbiət içərisində, istilik və günəş üzü görmədən, ağır, qeyeri-insani bir rejim altında ölmək çox ağırdır. Gözləri yaşlı yollara baxan analar, atalar üçün bu daha ağırdır. Qoy o yaşlar axsın, o gözlər boş yerə yol gözləsinlər. Buzlar içərisində çoxdan donub qalmış olan mücahidə, qoy anası həmşərisi, yavuqlusu, gözlərini əbədi olaraq bağlayana qədər gözləsin…
Bütün bunlarla bərabər o şəhidlər məğlub deyildilər. Məğlub o zalımlardı ki, haqqın və həqiqətin şərik əli olan müqəddəs məfkurə qüvvətinə qamçı və silahla məğlub edilə biləcəklərini zənn edirdilər.
 
 
 
 
 
(1930, 9 Teşrini Əvvəl, sayı 10.)
 
 
 
 
X
 
 
 
 
 
 
 
 
 
İCBARİ İŞLƏRİN ƏN MÜHÜMLƏRİ…
 
 
 
 
SOLOVKİDƏ OLAN ORMAN İŞLƏRİ VƏ
 
 
 
 
KARESTE HAZIRLIĞI
 
 
 
 
 
 
 
 
 
Ormanların bataqlıqlarında məhv olan 20000-lərlə məhkum
 
Solovkidə icbari mənfa işlətmələrinin ən mühümləri ormanlarda ağac və kareste hazırlığıdır. Məhkumların 70 faizi bu məqsəd üçün Karelya ormanlarında istifadə edilirdi. Kareste hazırlığını təhsis edilmiş məntəqə cənubi və şimali olmaqla iki qismə ayrılırdı. Cənub qismi Kem şəhərindən başlayıb Petrozavodskiyə qədər Murman dəmiryolu xətti ilə üzü cənuba doğru idi. Bu məntəqəyə Letnyaya reçka, Sapoka, Mayquba, Sireja, Maselskaya, Velikaya Kuba, Medvejya qora, Tunquda kimi yerlər daxil idi.
Şimal qimi Kem şəhərindən başlayıb Murman şəhərinə doğru, yenə Murman dəmiryolu xətti ilə üzü şimala doğru idi. Bu məntəqəyə Vonqa, Böyük Pum, Kiçik Pum gölü, Kandalaşka, Pul ozera, Taybula, Murmansk kimi yerlər daxil idi və məhkumlar bilavasitə bu yerlərdə çalışırdılar.
Solovki adalarında və Kem mənfa qərargahında olan məhkumlar, həmçinin bu yerlərə sövq olunurdular. Murmanskdan başlayaraq qərbə doğru, Finlandiya hüduduna cənubi Petrozavodskiyə qədər uzanan Karelya ormanlarında Haziran ayına qədər çalışan məhkumların miqdarı 20000-i keçirdi.
Bundan başqa “Dövlət Kareste Emalatxanaların”da, “Novıy ostrov”da olan “Severoles” emalatxanalarında məhkumlar çalışırlar.
Məhkumların başlıca icbari işlərindən Maada Kem-Uhta və Parendovo yolunun inşaatında çalışan məhkumlardır. Kem ilə Uhta arasında çəkilən şosse yolunun uzunluğu 160 kilometr, Kem ilə Parendovo arasında isə 82 kilometrdir. Bataqlıqlara doğru və bataqlıqlar içində keçən bu yollar icbari yolların ən ağırı və güclüsüdür. Bu işlərdə minlərlə insan məhv olurdu. Minlərlə həyat sönüb gedirdi.
Ulson (Solovki mənfalarının mərkəzi idarəsi) Moskva ticarət idarəsi olan “Mostorq”dan və dəmiryolları ağac kereşte şöbəsi “Jelles”dən sifarişlər alıb və bu sifarişləri Karelya ormanlarında məhkumların qüvvəti ilə hazırlanmağa məcbur edir. Hazırlanan bütün material Rusiyadan xaricə ixrac olunur. Bilavasitə Norveçə və ingilis olmaq üzərə əcnəbi vapurlar gəlir və bütün materiallar bu vapurlara yüklənirdi. Bu sürətlə Solovkiyi dolduran millətpərvərlərin vəhşicəsinə istismarı və Karelya bataqlıqları ilə Solovki buzları arasında məhv olmaları nəticəsində, qamçı və tüfəng dərbələri altında əldə edilən bu materiallardan Moskva külliyyəti ixracat yaparaq o pulu “dünya məhkumlarını qurtarmağa” sərf edir.
Hüriyyət və istiqlal istədiklərindən ölümə məhkum olunan insanların əməklərinin məhsulu olan bu karestelər inşaat ixracatından hasil olan pul, həqiqətdə isə daha çox millətləri məhkum və əsir etməyə daha çox zəngin məmləkətdə istila və istismar etməyə sərf etməkdədirlər. Bu orman işləri, bu kereste hazırlığı nə şəkildə və nə şərait altında cərəyan etməkdədir. Bu cəhəti imkan daxilində təsvir edəcəyəm.
Hər nahiyəyə 800-dən 1500-ə qədər məhkum sövq olunmaqdadır. Bu məhkumun ormanın bunlara təsis edilmiş hissəsinə gətirincə təcili surətdə inşa edilmiş iki qatlı inlərə yerləşdirilirdi. Hər məhkum səhər yarım arşın yer alırdı. O, bu qədər yerdə əşyalarını qoyub, orturmalı və yatmalı idi.
Məhkumlara çalışmaq üçün lazım olan alətlər verilirdi və sonra onları hissələrə ayırırdılar. Bir hissəsi ormanda ağac kəsib təmizləyəcəkdi. İkinci hissə bu sürətlə hazırlanmış ağacları dəmiryol xəttinə aparacaqdı.
Sabah saat dörddə növbətçinin fit səsi altında yataqdan qalxırdılar. Saat 5-ə qədər hamı geyinib, yuyunub, sıraya durub, isti su alacaq, çay düzəlditb içəcək və tam saat 5-də yoxlanmaq üçün sıraya duracaqdı. Yoxlanma saat 6-da bitirdi. Saat 6-da məhkumlar lazımi vəsaiti ilə bərabər əsgəri hissənin mühafizəsi altında yola çıxırdılar. Yol bir saatlıq idi. Tam saat 7-də iş başlayırdı. Tam mənası ilə faciə burada başlayırdı. Balta və s. alətlər götürən insanlar 2 saatdan sonra yorulur, əlləri qabarlanır, qolları artıq işə yaramırdı. Halbuki verilmiş “dərsi” hazırlamaq lazımdır. Fəqət dərs çox böyük və məhkumun qüvvəti xaricində olduğunu 5 saat, 8 saat, hətta 12 saat keçir, insanlar isə “dərs”in yarısını belə hazırlaya bilmirdilər. Dəmiryoluna aparılacaq materialların proqramda təsbit olunmuş miqdarı emal edilmiş odun və s. hazırlanmışdır…
Axşam saat ondur. Ancaq məhkumların yalnız bir qismi “dərs”i hazırlaya bilmişlər; əksəriyyəti isə işləməkdədirlər. “Dərs”lərini hazırlayanlar onbaşıdan bir vəsiqə alırlar. Bu yazı ilə işlərini bitirən məhkumlar yemək ala bilirdilər. Fəqət yeməyə başlayıncaya qədər saat 12 olur. Əgər doktora ehtiyac hiss olunursa, gecə saat birə qədər sıra gözləmək lazım gəlirdi. Saat birdə yatağa gələ bilənlər müstəsna olaraq bəxtəvər adlandırılırdı. Çünki saat 4-də işə çıxmaq üçün heç olmasa 3 saat istirahət edə biləcəkdilər.
“Dərs”lərini bitirməmiş olan zavallılar sabaha qədər ormanda qalıb proqramı yerinə yetirməyə məcbur olurdular. Gecə soyuq qırx dərəcədən az deyildi. Məhkumlar isə ormanda çalışmağa davam edirdilər. Sabaha doğru işlərini bitirincə orada yemək yemələrinə müsadə olunurdu. Onları barakalara buraxmırdılar, yeməkdən sonra, tüfəng dibçiklərinin darbələri altında yeni başlayan günü “dərs”ini hazırlamağa məcbur edirdilər.
“Dərs”i vaxtında hazırlayanlara gündə 2 girvəngə yarım bişmiş siyah çörək, 1-2 misqal şəkər tozu və həftədə dördü balıqdan, ikisi ətdən olmaq şərtilə altı şorba yeməyi verilirdi. Ormanda işlər davam etdiyi müddət məhkumlar hamam görmürdülər.
İşlərini vaxtından gec bitirən məhkumlara gündə yalnız bir girvəngə çörək verilirdi. Onlara isti yemək verilməsi yasaq idi.
Murman limanlarından və Solovki adalarından Norveç və İngilis vapurları ilə Avropa və Amerikaya ixrac olunan və Moskvaya milyonlar təmin edən karestelər Karelya ormanlarında, məhkum insanlar tərəfindən bu şəkildə izah olunurdu.
Dəmir sinirlər, çəlik orqanizmlər belə bu ağır şəraitə təhəmmül edə bilməyərək, az bir zamanda quru bir skletə çevrilir və çalışma istidadının yüzdə yetmiş, yüzdə həştadını tamamilə itirirdilər.
Ümumiyyətlə, ormandakı işlərin sonuna doğru sağ qalmış olan məhkumların hamısı şikəst və əlil halda olurdu. Bu işəncələrdən xilas olmaq üçün çox zaman məhkumlar əllərindəki balta ilə barmaqlarını, əllərini yaralayır, hətta kəsirdilər.
1927-28-ci illərdə bu şəkildə xilas olma üsulu geniş miqyasda məhkumlar tərəfindən tətbiq olunmaqda idi.
 
 
 
 
 
 
 
 
 
(1930, 16 Teşrini Əvvəl, sayı 11.)
 
 
 
 
 
 
 
 
 
XI
 
 
 
 
 
 
 
 
 
35-40 DƏRƏCƏ SOYUQDAN DONUB ÖLƏN YARIMÇILPAQ İNSANLAR
 
 
 
 
 
 
 
 
 
Tsınqa və “toyuq korluğu” kimi şimal xəstəlikləri
 
 
 
 
minlərlə məhkumu məhv edən tifos salqını
 
 
 
 
 
Əllərindəki balta və s. silahlarla özlərini yaralayıb əlil edənlərə “samorup - özü-özünü kəsən” adı verilmişdi. Bu kimilərin miqdarı yüzləri keçməkdə idi. Məhkumların bu qurtuluş metodu hakimləri qorxuya saldı. Ulson idarəsi bunun önünə keçərək lap şiddətli tədbirlər görülməsini əmr etdi.
Ulson rəisi Martineli tərəfindən doktorlara və onların müavinlərinə kəskin əmr olundu ki:
- Öz-özlərini yaralayanlar işdən azad edilməsin və tibbi yardım göstərdikdən sonra yenə ormanlara göndərilsinlər. Əmr eyniylə icra olunurdu və əlləri, qolları, ayaqları kəsilənlər ormanda çalışmağa davam edirdilər. Çox təbiidir ki, belə bir qeyri-insani şərait içərisində bu kimilər yüzlərlə məhv olurdular. Əllərin və ayaqların donmasından, xəstəliklərdən və s.-dən məhv olanlar az deyildi. Bir gün iki yüz məhkumun soyuqdan donduqlarına şahid olmuşdum. Bu hadisə 1928-ci ilin əvvəllərində orman məntəqəsinin “Letnyaya reçka” məhəlində baş verdi. Sabah qanuni əvvəlin 5-ində işə çıxararkən məhkumlar geyim və ayaqqabı tələb edirdilər. Ayaqqabılar cırıq, geyimlərdən isə məhkumların bədənləri görünürdü. Belə geyimlə 35-40 dərəcə soyuqda bataqlıq ormanlarda işləmək çətin idi. Məhkumlarn tələbi rədd olundu və deyildi ki, hamı bərabər və eyni zamanda “dərs”lərini etməyincə geyim verilməyəcəkdir. Məhkumları səhər yarımçılpaq və yarımyalın vəziyyətdə ormana apardılar. Soyuq şiddətini bildirirdi. Axşama yaxın soyuğun dərəcəsi 30-35-i keçdi. Tam mənası ilə donub ağaca dönmüş zavallı məhkumlar “dərs”lərini öyrənməkdə davam edirdilər. İlin sonuna doğru məhkumlardan böyük bir qrup donub öldülər. İşdən gedərkən yolda yüzdən artıq məhkum yol üzərində can verdilər. Mənzillərə qayıdanlar isə rahat gedirdilər. Bir saat sonra mənzillərdən don vurmuş məhkumların fəryadları eşidilirdi. Bunları Solvoki xəstəxanasına aparmış, orada əllərini, qollarını, ayaqlarını qoyaraq qayıtmışdılar. Donmuşları xəstəxanaya aparmaq üçün nəqliyyat yox idi. Ölənləri qəbirstana göndərmək üçün adam azlığı vardı. Donmuşları dəniz sahilində “sıraya” düzmüşdülər. Dondan ölənləri yüzlərlə bir yerdə basdırırdılar. Donanların çox azı olurdu ki, yüngül bir əməliyyatla canını qurtarırdı.
Sovet Rusiyasının ixrac etdiyi orman məhsulları Solovki, Kem və Murman ormanlarında belə bir şərait içərisində və məhkum millətlərin ən qiymətli və ən münəvvər övladlarının həyatı bahasına belə hazırlanmaqda idi.
Ən qorxunc bəlalardan biri də məhkumlar arasında müdhiş sürətlə artan xəstəliklər idi. Orman işləri sahsində hökm fərman olan xəstəliklərdən ən qorxuncları tif və şimala məxsus tsınqa idi. Tsınqa yemək yaxşı olmadığı və orqanizm lazımi qida almadığı və bu üzdən zəif olduğu zaman yoluxurdu. Orman sahəsində hakim olan xəstəliklərdən biri də yenə orqanizmin zəifliyi və bütün enerji ehtiyatının tükənməsi zamanı yaranan “toyuq korluğu” adlı bir xəstəlik idi.
1927-28-ci illərin qışında tif epidemiyası bütün məhkumları istila etmişdi. Təbib yox, əlac yox. Bu şərait altında minlərlə məhkum Karelya ormanlarında məhv olurdu.
Tsınqa ilə “toyuq korluğu” xəstəlikləri ilə müalicə üçün yaxşı yemək fermenti çox olan yeməklər: süd, kartof, lahne, təzə ət kimi yeməklər lazım idi ki, çekistlər isə bunları fikirləşməyən insanlar olduğundan, məhkumlar da bu cür yeməklərə həsrət idi. Beləliklə, bu xəstəliklər minlərlə məhkumu məzara göndərdi.
1929-cu ilin qışında cənub və şimal mütakalarında müdhiş tif hakimlik etməyə başladı. Nahiyələrin birində bu xəstəliyin dəhşətlərinə və onunla necə mübarizə aparacağına şəxsən şahid olmuşam.
Tul ozera və Taybula Kemdən 600 kilometr şimalda olub mintəkəyi baridə içərisində idi.
Epidemiya 400 məhkumun yerləşməkdə olduuğu ümumi mənzildə başladı. Xəstələrin qızdırması qırx dərəcəni keçirdi. O qədər çox xəstə vardı ki, insan kimə yardım edəcəyini bilmirdi.
Yarım metr yerdə, bir-birinin qoynunda sıxlaşaraq yatmağa məcbur olan zavallılar arasında xəstələri sağlamdan necə və haraya təcrid edə bilərdik. Xəstəlik birindən o birinə keçirdi.
Bir neçə gün içərisində məhkumların hamısı xəs­tələndi.
Bunlara yardım etmək, ölümdən qurtarmaq heç ol­masa sağlamlarını ayırmaq, xəstələrini isə təcrid etmək üçün müdryiyyətə müraciət eidik, bizə cavab olaraq dedilər ki:
- Ölülər hamısı ölsün. Yeni gələn məhkumlar karvanına yer tapa bilmirik.
Bəli müdriyyət belə düşünürdü. Təbiidir ki, xəstələrin hamısı məhv olmuşdu. 1929-cu ildə tif xəstəliyi amansız müdhiş bir vəziyyət yaratmışdı.Təbiidir ki, xəstələrin hamısı məv olmuşdu.1929 senesi tifoz salğını amansız, müdhiş birsalğındı.
Bütün həyatında Uslon ilk dəfə idi ki, bu kimi amansız epidemiyaya şahid olurdu.
Salğının əmələ qüvvəsini müdhiş surətdə azaltdığı üçün Moskva belə bu məsələ ilə ciddi surətdə əlaqədar olmaya başlamışdı. Çünki bunun nəticəsində Karelya ormanlarında və Solvokida orman “istehsalı” düşür və ixracat azalırdı.
Son günlərdə bəzi tədbirləri almaq istədilər, fəqət onlardan hes bir nəticə əldə edilmədi. Eridemya lazımı qədər məhkumu alıb götürdükdən sonra zəifləməyə başlamışdı.
Rusiyanın Avropa və Amerikaya və dünyanın dörd bir tərəfinə ixrac etdiyi karestelərin həqiqi qiyməti bunlar, Karelya ormanlarında minlərlə məhv olan hüriyyətpərvərlərin həyatları və qanlarıdır.
 
 
 
 
 
(1930, 23 Teşrini Əvvəl, sayı 12.)

 

 

 

 

XII

 
 
 
 
 
SOLOVKİ HEYƏTİ İDARƏSİ İLƏ MƏHKUMLARIN MÜNASİBƏTLƏRİ, QIZIL NƏFƏRLƏR MƏHKUMLARI HİMAYƏ ETMƏYƏ BAŞLADILAR
 
 
 
 
 
 
 
 
 
Kareyla ormanlarında məzar qazan kimdir?
 
Q.P.U.-nun rəislərindən başlamış məmur və qızıl əsgərlərə qədər hamı məhkumlara müdhiş və təhlükəli bir düşmənə baxan kimi baxırdılar. Qızıl əsgərlərdəki olan “siyasi dərslərdə” bu məhkumlara qarşı dərin bir kin və husumət[121] oyatmaq məqsədilə məhkumları əmələ, köylü və qızıl əsgərlərin azı düşmənləri olaraq göstərir, bunlara yeni bir zavallı insanlara qarşı amansız davranmağı, mərhəmət əsəri göstərməyi və silahı daima hazır tutmağı tövsiyyə edirdilər.
Fəqət, 1923-cü ildən 1928-ci ilə qədər beş il ərzində bu kəndli və əmələdən yetişmə qızıl nəfərlər, komunistlərin və Q.P.U.-dan gəlib və “siyasi rəhbərlik” edənlərin yalan söylədiklərinə qane olmağa başladılar. Onlar məhkumlar arasında minlərlə köylü, yüzlərlə əmələ, on minlərlə köylü ilə əmələlərin övladları olan münəvvərləri görüncə komunistlərin təlqin etdikləri “iman” sarsılmağa başladı. Bunlar, bu qızıl nəfərlər köylü və əmələ məhkumlarla çabuk[122] tanışdılar və nədən sürüldüklərini öyrənincə heyrətlərini gizlədə bilmədilər. Əmələlər fabriklərdə maaşların artırılmasını istədikləri üçün sürgün edilmişdilər. Köylülər isə məhsullarını hökumətə vermədiklərə görə məhkum olunmuşdular. Bu və bunun kimi aslan köylü olan qızıl nəfərləri həyəcana gətirən səbəblər yox deyildi.
Qızıl nəfərlər, çekist və komunist “siyasi rəhbər”lərin təlqinatı ilə “ihtilal və hüriyyət əlehdarı” deyə tanıdıqları siyasi məhkumlarla dahi təmasa gəlirlərdi. Ormanlarda, istasyonlarda, limanlarda və emalatxanalarda çalışarkən bu məhkumları mühafizəyə məmur olan bu qızıl əsgərlər və kiçik komanda heyəti şiddətli əmrlərə baxmayaraq məhkumlarla iyi rəftar etməyə başlayırlardı. Bu hal bahusuz, 1927-ci ildən etibarən daha bariz bir şəkil almağa baş.lıyırdı. Çox zaman “dərslərini ikmal etməmiş” məhkumları döymək əmrinə itaət etməkdən imtina edən qızıl əsgərlər, “bu işi yapmaq imkanı xaricindədirlər” deyə özlərinin qənaətlərini söyləməyə qədər varırdılar. İşlərini bitirmədikləri üçün gecə 35-40 dərəcə soyuqda sabaha qədər durmağa məhkum edilən zavallıları çox zaman əsgərlər ormandan alıb mənzillərə götürür və gecə cəzasına protest edildilər.
Məhkumlar Q.P.U. və komunist rüesasının[123] qeyri insani vəhşətlərindən qorunmaq üçün qızıl nəfərlərdən bir qədər himayəyə görməyə başlamışlardı. 1928-ci sənəsi başlarında bu hərəkət öylə bir şəkil almışdı ki, məhkumları qızıl əsgərlərin əlilə icbar etmək mümkün olmadı.
Petrovun komandasında olan “xüsusi Solovki alayı” tərxis olunaraq Solovkidə məhkum bulunan sabiq Q.P.U. məmurlarından və xüsusi Solovki alayından qalma kiçik zabitlərdən mütəşəkkil yeni “nəzarət komandası” təşkil olundu. Bu gündən etibarən “nəzarətçi çekstlərin” bu vaxta qədər görünməmiş, eşidilməmiş zülmləri və işgəncələri başladı. Məhkumların həyatı təhəmmül edilməyəcək bir hala gəlmişdi. Döyürlərdi, gecə sabaha qədər qırx dərəcə soyuqda qalmağa, donub ölməyə məcbur edilirdilər, yeməkdən məhrum edilirdilər…
Bu işgəncə və vəhşətlərdə ön ayaq olanlar şimal məntəqəsi orman işləri müdiri çekist Balşakov, nəzarət komandası rəisi Naumenko, nəzarətçilərdən Cabatarov, Petrov, Jelikovski və s. idi.
Bu kimi “fədakarlıq” müqabilində bir “mükafat olaraq” on illik məhkumiyyəti olan Bolşakov iki il sonra beşillik məhkumiyyəti olan Namuenko bir il yarım sonra sərbəst buraxıldılar və “nəzarət” məmuriyyətlərində davam edirdilər. İştə Q.P.U.-nun kəndisinə sadiq qul və kölələri bu surətlə əldə etməyə başladı.
 
***
 
İbtidada, qərargahda heç bir iş yoxdu. Məhkumlar birər funt (girvəngə) əkmək alır, işsiz olaraq yaşayırdılar.
Fəqət bir müddət sonra Frenkil ismində bir məhkum məhbusların Karelya ormanlarında istifadə edilməsi xüsusunda bir proje tərtib edərək qərargah müdriyyətinə təqdim etdi. Onu mühafizə altında proje ilə bərabər Moskvaya göndərdilər. Moskvada Q.P.U.tərəfindən təsvip[124] olunan bu proje üzərinə Uslan nəzdində xüsusi bir istehsal-ticarət şöbəsi təsis edildi və Frenkil dahi bir şöbəyə müdir təyin edildi. İki il sonra Frenkil “Sovet hökumətinə hizmətlərindən” dolayı əfv olunaraq məzkur şöbədə sərbəst bir “vətəndaş kimi” məmur olaraq qaldı.
Rrojesinin suya düşməməsi və Sovet hökuməti nəzdində etimadını qayb etməmək[125] üçün bu, dünkü bizim kimi məhkum Frenkil, orta əsr cəlladlarına rəhmət oxutduracaq bir cəllad olmağa başladı. Təhəkküm, təzyiq, işgəncə insanın qüvvət və imkanı fövqündə heyvan kimi işlətmələr onun əmri ilə, projenin tətbiqi üçün vaqe olurdu. Bu prinsipsiz, mərhəmətsiz və hər bir isnanın hisslərdən məhrum olan sakat[126] ruhlu Frenkildir ki: Karelya ormanlarında məhv olan onminlərlə günahsız hüriyyət və isnaniyyət qəhrəmanlarının sinək kimi qırılmalarının məsuliyyətini o, yox olan vicdanı üzərində daşımaqdadır.
Bu adam axıdılan məsum qanlar, göz yaşları, on minlərlə qurbanlar və Karelya ormanlarını dolduran məzarlıqlar müqabilində Q.P.U.-nın təvəccühünə nail olub hüriyyətini əldə etdi və indiyə qədər Uslan idarəsini bu vəhşicə istismar şöbəsində müdir sifətilə zavallı məhkumlara Karelya ormanlarında məzar qazmaqda davam edirdi.
 
 
 
 
 
(1930, 30 Teşrini Əvvəl, sayı 13.)
 
 
 
 
 
 
XIII
 
 
 
 
 
 
 
 
 
KOREYLANIN YERLİ ƏHALİSİ İLƏ MƏHKUMLARIN MÜNASİBƏTLƏRİ
 
 
 
 
 
 
 
 
 
Aclığa məhkum olan Korelyalılar məhkumlardan
 
 
 
 
intiqam alırlar
 
 
 
 
 
 
 
 
 
Məhkumlar Q.P.U. ilə necə mücadilə edirdilər
 
 
 
 
 
Uslon təşkilatında təsis olunan ticarət istehsal şöbəsi getdikcə işlərini genişləndirməyə başladı. 1927-ci sənədən etibarən isə Karelyanın yerli orman və kareste əmələsinin meydandan çıxardığı əsrlərdən biri yerli Karelya əhalisinin məişətini təmin edən ormançılıq tamamilə mənfa idarəsi Uslon əlinə keçməklə yerli əhali tam mənası ilə aclığa məhkum oldu. Uslonun ixtiyarında olan on minlərlə əmələ qüvvəti vardır. Karelyalılar bununla necə rəqabət edəcəkdilər? Bu surətlə Karelyada işsizlik ümumi bir şəkil almışdır. Bu işsizlər bir tikə əkməyə həsrət qalmış, dilənməkdədilər.
Bunu da qeyd etməlidir ki, orman işləri meşə və kareste emalı Karelya əhalisinin əsas işlərini təşkil edib, başqa yaşamaq mənbəyi mövcud deyildi. Ona görə yerli əhali məhkumlara qarşı dərin bir kin bəsləməkdə, onlara bir düşmən kimi baxmaqdadırlar. Onlar məhkumların bu işlərdə qətiyyən əlaqəsi olmadığını, bu zavallı insanların buraya Q.P.U. tərəfindən zorla sürülmüş olduklarını, bütün məsuliyyətin iştə bu Q.P.U. idarəsinə aid olduğunu təsəvvür etmirdilər.
Yerli əhalinin məhkumlara olan husuməti o raddəyə[127] gəlmişdi ki, Solovkinin orman işlərindən və ya mənfa qərargahından müvafiq olaraq məhkumları tutub Q.P.U.-ya təslim edib, müqabilində iki çervon alırdılar. Bu vəziyyət Q.P.U. və Uslon idarəsinin işinə çox gedirdi. Çünki bu şərait içərisində məhkumların qaçıb Karelya xaricinə çıxmaqlarına və Finlandiya hüduduna yetişmələrinə qətiyyən imkan yoxdur.
Çünki mənafdan qaçmaq və Fin ərazisinə irtica etmək üçün Karelyanı qət etmək lazım idi. Bədava əmələ qüvvəti ilə Korelyada olan Sovet dövlət müməssilləri[128] dahi əlaqədar olmağa başlamışdır. Onlar Uslondan mütəəssis, usta və əmələ “satın almağa” girişdilər. Ona görə Q.P.U. Solovkiyə mümkün qədər çox məhkum göndərməyə, mümkün qədər para qazanmaq məqsədilə 1928-dən etibarən məhkəmə qərarı ilə məhkum olanları sürməyə şuru etdi[129].
Demək olar ki, Uslon dövlət içərisində bir dövlətdir. Bu təşkilat Karelya əmələsinin bilavasitə yaşamaqdan məhrum etmiş, hər sahənı əlindən almışdır. Kem və Solovki dairələrindən xaric olan məntəqələr belə getdikcə, mənfiləri istismar idarəsi olan Uslonun əlinə keçmiş, məhkumlardan ibarət “bedava əmələ qüvvəti” kafile halında “satılmış olduqlar” Şimalı Divinan məntəqəsinə, Zıryan ölkəsinə, Peçyora sahillərinə göndərilməkdə idi. Altı sənə zarfında otuz min məhkum yerləşən Solovki mənfa qərargahında artıq məhkumların miqdarı əlli mini ötmüşdür.
Peçyora sahillərində petrol istehsalı ilə məşğul olmaq və bu məqsədlə Solovki məhkumlarından istifadə etmək projeləri meydana gəldi və Peçyoradan Soroka qədər yenə məhkumların əli ilə dəmiryol xətti inşa etmək düşünüldü.
Bu sürətlə getdikcə Kareyla əhalisinin iqtisadi vəziy­yəti ağırlaşmaqda idi. Və buna münasibətdə yerli əhalinin məhkumlarla olan ədavətləri şiddət kəsbetməkdədədir.
Uslon Karelyada istilanı öylə müdhiş sürətlə yapmaqdadır ki, Karelya əhalisinə məmləkətlərini buraxıb başqa bir yerə köçməkdən başqa bir yol qalmamışdır. Ən yaxın zamanda Karelyalıların ailələrini alaraq iş axtarmaq və yaşamalarını təmin etmək məqsədilə Rusiya daxilinə dağılacaqlarını bəkləmək[130] lazım gələcəkdir. Karelyanın mərkəzi icra heyətilə komissarlar sovetinə Solovki idarəsinin əmirlərini icradan başqa bir iş qalmayacaq, və Muxtar Korelya Cümhuriyyəti əvəzində Muxtar Solovki meydana gələcəkdir.
 
***
 
İnsan qüvvətinin fövqündə olan ağır işlər, vəhşi rejim məhkumların məruz qaldığı hərəkət və işgəncələr, uzaq şimalda olan qəhrəmanların özlərini müdafiəyə vadar edirdi və bu məqsədlə çarələrdən olan “aclıq qrevi”nə müraciət edirdilər. “Ya ölmək və ya bir az da olsa hallarını yaxşılaşdırmaq”.
- İştə aclıq qrevindən bəklənən budur.
Solovkidə ilk aclıq qrevini 1924 sənəsində gürcü millətçiləri elan etmişdilir. O zamankı motif: mənfa qərargahındakı ağır rejim, məhkumlarla olan fena və qaba münasibətlər və icbar işlərdən ibarət idi.
Gürcülərdən sonra, 1924 sənəsinin ortalarında azərbaycanlılar aclıq qrevi elan etdilər. Vəhşət, barbarlıq, hərəkət və işgəncələrə qarşı qrev elan edən bu qəhrəmanlar Azərbaycandan Solovkiyə sürülmüş ilk qrup idi.
Darülfün tələbələrindən ibarət olan bu qrup burada türkə xas olan cəsarət və igidliyini isbat etdi. Uslon idarəsinin rəisi Noktevin vəziyyətlərinin iyiləşdirəsəyi xüsusundakı vədlərinə baxmayaraq qəhrəman arkadaşla­rımız aclığı şərəflə davam etdirirdilər. Onlar Noktevin sözlərinə etimad etmirdilər. Çünki o, quru vədlərdə bir kaç dəfə məhkumların müqavimətini kolaylıqla qırmışdı. Aclıq qrevi iki həftə davam etdi. Bu qrev nəticəsində filhakıqa[131] azərilərin vəziyyətində bir qədər dəyişiklik oldu.
Fəqət bu dəyişiklik müvəqqəti bir zaman üçün idi.
 
 
 
 
 
(1930, 6 İkinci Teşrin, sayı 14.)
 
 
 
 
 
 
XIV
 
 
 
 
 
 
 
 
 
SOLOVKİDƏ ACLIQ QREVLƏRİ. QƏHRƏMAN MÜCAHİDLƏRİMİZ ZÜLMƏ VƏ TƏHƏKKÜMƏ
 
 
 
 
HEÇ BİR ZAMAN BOYUN ƏYMİR,
 
 
 
 
DAİM ÜSYAN EDİRDİLƏR
 
 
 
 
 
 
 
 
 
Məhkum millətlərin sarsılmaz təsənnüdləri
 
Gürcü və azərilərdən sonra Ukrayna və Rus anarxistləri aclıq qrevi elan etdilər.
1927 sənəsi başlarında, aralarında vəhdət və təsanütü pozmaq üçün Uslon idarəsi gürcüləri müxtəlif qruplara ayrıraraq, hər qrupu bir-birindən təcridə qərər verdi. Bu qərara qarşı protest olmaq üzrə gürcülər yenidən aclıq qrevi yapdılar. Bu aclıq tam üç həftə davam etdi və nəticədə bir gürcü avukatı vəfat etdi. Nəhayət, Q.P.U. gürcülər haqqında olan qərarlarını ləğv edərək gürcü millətsevənlərin bərabər yatıb durmalarına müsadə etdi.
Eyni, 1927 sənəsinin qışında Solovkiyə Azərbaycan­dan 30 nəfərlik bir millətsevən qəfilə gətirilmişdi. Bunlar vəhşi rejimə təhəmmül etməyərək aclığa qərar verdilər. Fənqət bu qrev zülm və təhakküm idarəsini qətiyyən rahatsız etməmişdi.
1928 sənəsində Azərbaycandan Solovkiyə 100 qurban daha gətirildi. Bunların arasında: təbib, müəllim, mühərrir, mühəndis, zabit, darülfün tələbəsi və sabiq milli Azərbaycan parlamenti azalarından mühüm simalar vardı. Solovkidə gördükləri vəhşətləri qətiyyən təsəvvür etməyən və Q.P.U. idarəsindən kəndiərinə qarşı insaf və mədəni rəftar tələb edən bu qrup ölüm aclığı elan etdi. Bu qrupun qəti ölüm qərarı Solovkidə bulunan bütün azərilər tərəfindən qəbul olundu və qrev ümumi bir şəkil aldı. Qrev tam 22 gün davam etdi. İnsanlar acından bütün-bütünə bir skletə döndülər. Haqlarında bir cüzi təhfifat yapıldısada, demək olar ki, bu aclıq qrevlər heç bir şey dəyişmədi. Biləkis Azərbaycan, gürcü və ukrayna millətsevənlərinin bu inadla müqavimət və mücadilələrini Q.P.U. idarəsinin bunlar haqqında daha vəhşicəsinə və barbarcasına tədbirlər almağa sövq edirdi. Hər bir bəşəri, insani hiss və duyğulardan mərhum bulunan bolşeviklərdə insanın insanı tələblərinə qarşı vəhşi bir istehzadan başqa bir şey mövcud deyildir. Aclıq qrevləri onsuz da qələbəlik olan Solovkidə nüfuzu azalda bilirdi ki, bunu çekistlər alqışlarla qəbul edirdilər. Nəzərlərində şəxsin qiyməti, şəxsiyyət və əhəmiyyəti olmadığı üçün aclıq protestlərinin mədəniyyət dünyasında yapdığı təsiri bolşevik qafası qətiyyən qəbul etmirdi. İnsana qarşı asgari[132] bir hörmət hisslərindən belə təcərrüd[133] etmiş olan ruslar hər bir haqq və hüquqdan məhrum məhkumların üzərində istədiklərini yapmayı, haqq və hüriyyət istəməkdən qeyri, heç bir günahı olmayan, Solovkidə isə yalnız insanı müamilə tələb edən on minlərlə münəvvər isnanları heyvan kimi arabalara qoşmağı və qırx dərəcəli soyuq buzlar içərisində süründürməyi “inqilabi bir vəzifə” adetmək­dədilər.
Aclıq qrevlərinin nəticəsi nə qədər qeyri müsmir[134] olursa olsun, çekistlərin müamələri nə qədər şiddət kəsbetsə etsin, meydanda böyük bir qazancımız vardı: o da şərait nə qədər ağır olursa olsun, qəhrəman dostlarımızın ruhdan düşməməsi, zülüm, təhəkküm və haqsızlığa boyun əyməməsi və hər yerdə, hər zaman vəhşiliyə qarşı üsyan edib köpürməməsidir. Bunu yalnız biz, Azərbaycan, Gürcü, Ukrayna, Şimali Qafqaz, Türküstan, Qırğız, Krım, Kazan, Başqırd millətsevənləri yapıyoruz. Bunu, məhkum millətlərin mücahidlərində olanların ölməz ruhu, bu yenilməz azmı, bu böyük və müqəddəs məfkurə qüvvətini bütün komunistlər və çekistlər dəfələrlə etiraf edirlərdi.
Məmləkətlərin eyni qaba qüvvə tərəfindən istila edilmiş, millətləri əsir, hüriyyətləri çalınmış, Solovkidəki vəhşət və işgəncələri müştərək çəkməkdə olan məhkum millətlərin qəhrəman mücahidləri arasında sıx və sarsılmaz bir təsanüd və vəhdət vardır. Təqib etdikləri qayə və müştərək düşmən olanları candan qardaş yapmışdır. Öylə zamanlar olurdu ki, bir azəriyə yapılan haqsızlığa qarşı Türküstanlı, Şimali Qafqazlı, Gürcü, Ukraynalı, Krım, Kazan və Başqurdtürkü teni vahid[135] kimi üsyan edib protest edərdilər. Bir qrup ukraynalı bir gün ormandakı işlərini axşama qədər yerinə yetirmədiyindən səhərə qədər ormanda qırx beş dərəcə qılınc kimi kəsici soyuqda qalmağa icbar edilmişdi.
Bu vəhşi müamiləyə qarşı protest olmaq üzrə bilcümlə[136]məhkum millət mücahidləri ertəsi günü işə çıxmaqdan imtina etmiş, çekistlərin təhdidlərinə baxmayaraq bir daha bu vəhşətin təkrar edilməyəcəyi haqqında yalan da olsa vait[137] almışdılar. Bu hadisələr məhkumların vəziyyətlərini iyiləşdirmirdisə də da , məhkum millətlərin ruslara qarşı müştərək nümayişlərini təşkil etmək etibarilə çox qiymətli idi.
Solovkidəki cəhənnəm həyatına baxmayaraq qəhrəman mücahidləri, böyük və müqəddəs məfkurə qüvvəti, milliyət və hüriyyət insanı heç bir zaman tərk etməmişdir. Onlar, əsir və məhkum vətənləri üzərində hüriyyət və istiqlal günəşinin bir gün mütləq doğacağına, kəndiləri görməsələr belə, vətəndə qalanların və gələcək nəslin bu hüriyyəti mütləq görəcəklərinə dərin bir inam bəsləməkdədirlər. O zaman o, hüriyyət və istiqlal günləri Karelya ormanlarında, şimal tundralarında və şimal dənizinin o ərimək bilməyən, günəş və hərarət görməyən buzları arasında canlarını fəda edən qəhrəman gəncliyin xatirəsi təqdis olunacağına onlar o Solovki məhkumları dərin və sarsılmaz bir iman bəsləməkdədirlər.
Məmləkətdə göz yaşları dindiyi, ahu eninlər kəsildiyi, vəhşət və barbarlığın hakimiyyətinə bir nəhayət verildiyi, millət əbədi və müqəddəs hüriyyət içində asudəcə dərin bir nəfəs aldığı zaman, hansı bir ailə, hansı bir ana, hansı bir baba, hansı bir bacı və nişanlıdır ki, əldə etmiş olduğu milli hüriyyətin və bu hüriyyət içərisində təmin olunan ümumi milli və xüsusi səadətlərin, Solovkinin buzları arasında donub qalmış, Karelya ormanlarının bataqlıqlarında sevə-sevə can vermiş olanların qanları bahasına qazanılmış olduğunu düşünməsin?!…
Solovkidə ölənlər ayrı-ayrı şəxsiyyətlər deyildi. Orada can verənlər məhkum bir millətin vücudunun ən qiymətli bir hissəsini təşkil edən və o millətin qollarına və ayaqlarına vurulmuş zəncirləri qırıb almaq uğrunda çarpışmış və bu yolda şəhid düşmüşlərdir. Müştərək milli məfkurə uğrunda, milliyyət, hüriyyət və istiqlal üçün, müsafat və ədalət kimi müqəddəs haqlar üçün can verən bu igidlər vətəndən bir parça, millətdən bir hissədir.
Fərdlər ölür, cəmiyyət və millət yaşayır və onunla bərabər fərdlərin daşıdıqları böyük məfkurələr dahi daimi bərhəyat qalır. Onlar qətiyyən ölməmişdir. Çünki ona vücud olan millət sayılır. Və sağ olduqca da Solovkidə verdiyimiz, verməkdə olduğumuz və verəcəyimiz qurbanlarda ləyamüt[138] qəhrəmanlardır. Onlar millətin qəlbində, xəyalında, ruhunda, tariximizin hər səhifəsində, ədəbiyyatımızın sətirləri arasında, saz aşıqlarının telləri arasında məmləkətin hər şəhərində, kəndində, daşında, dağında və irmağında yaşayacaqdırlar. Və gələcəyin mütləq məsud olmağa şübhə olmayan nəsillər hər yerdə və hər an onları görəcək və hörmətlə diz çökərək onların müqəddəs həyatları önündə ağlayacaqdırlar.
Böyük, tarixi və əbədi düşmənlərimiz “heç bir zaman unutma” deyə əmr edəcək və bizi daima ayıq bulunmağa, dostumuzla düşmənlərimizi təfrik etməyə sövq edəcək olan işdə bu qəhrəmanların şanlı qəhrəmanlıq dastanları ilə dolu böyük mücahidələrinin müqəddəs xatirəsi olacaqdır.
Onların ölənlərinə rəhmətlər… Sağ bulunanlarına isə onların müqəddəs davalarını davam etdirənlərə atəşli salamlar.
 
 
 
 
 
(1930, 13 İkinci Teşrin, sayı 15.)
 
 
 
 
 
 
 
 
 
 
 
 

İKİ AYDA 18000 MEVKUF

 
 
 
 
 
Maruf Besedovskinin Avrupada nəşr ettdigi “Barba”(Mücadilə) qəzetəsinin verdigi məlumata görə nisan və Mayıs ayları zarfında Moskva, Leninqrat, Ukrayna, Azərbaysan və Gürcüstanda Q.P.U 18000 milliyətpərvər tevkif edərək Şimal dənizində olan Narım və Solovekiye sevkeylemişlər.Ural mahbeslerinde yaşıyan minlərlə məhbuslar qeyri insani şərait altında yaşamaqdadırlar.
Vaxtıyla Ankarada, Tehranda və Parisdə Sovet hökümətini təmsil edən maruf bolşeviklərdən Midivaninin dahi mahbuslar arasında olduğu qeyd olunmaqdadır.
 
 
 
 
 
(1930, 7 ağustos, sayı 1.)
 
 
İKİ AZƏRBAYCANLI SOLOVKİDƏN
FİRAR ETDİ
 
8 avqust tarixində Finlandiya qəzetlərinin verdiyi məlumata görə, Solovki mənfasından yenidən bir neçə adam firar etmiş və Finlandiya hüdudunu keçməyə müvəffəq olmuşdu. Qaçan adamların ikisi azərbaycanlı, dördü erməni idi. Bunlar vaxtilə inqilab əleyhdarlığı cürmilə ittiham edərək bilahere Qafqazdan Solovkiyə sürgün olunmuşdular. Solovkidə çalışmaq üçün Karelya ormanlarına göndərilən mənfilər, vəhşicəsinə müamilə və çəkinməz həyat şəraitinə dözməyərək növbətçini öldürməklə canlarını qurtarmışlar. Ormanlar içərisində dörd gün gecəli-gündüzlü ac və pərişan bir halda dolaşdıqdan sonra artıq aclığa dözə bilməyərək ormandan çıxmağa və qarşıda olan bir kəndə getməyə qərar vermişdilər.
Fəqət, qarşıdakı kəndin bir rus kəndi olduğu üçün fikirlərindən dönmüş və yenə irəliləyərək Finlayndiya sərhəddini keçmişlər. Menfilərin dediyinə görə sərhəd yaxınlıqlarında olan rus kəndləri Solovkidən qaçan menfiləri pul müqabilində dərhal Sovet hökumətinə təslim edirlər.
 
 
 
 
(1930, 14 Ağustos, sayı 2.)
 
 
 
 
 
SOLOVKİDƏN QAÇAN QAZAX-QIRĞIZLAR
 
 
 
 
 
 
 
 
 
Solvokidə on minlərlə Türküstanlı, Kafkasyalı,
 
 
 
 
Azəri, Krımlı və İdil Urallı türklər məhv olurdu.
 
Kazan və Başqırdlı (Edil-Ural) Türk kardeşlərimizin istiqlal davasını müdafiə edən “Milli yol” məcmuəsinin bir Təşrini sani nüsxəsində Solovkidən Finlandiyaya firar edən üç kazak-qırğız türkünün bəyənatlarını nəşr etmişdir. Bunlarda Ural nehrinin Xəzər dənizinə tökülən yerindəki Quriyef şəhərindən 30-35 yaşlarında Sarı balası Hacı Əhməd, ikinci Astarxanın zəngin balıqçılarından, 30-35 yaşlarında Osman oğlu Mirzə, üçüncü Quriyef şəhərindən Gənc Əhməd oğlu Umud əfəndilərdir.
Kazak-qırğız türk qardaşlırımızın hüriyyət və istiqlal üçün çalışan bu qəhrəman türklər Solovkiyə sürgün edilmiş, orada balıqçı olduqlarından bir motörle balıq almağa icbar edilmişlər. Bir yol taparaq Finlandiyaya qaçan qardaşlarımızın Solovkidəki həyat haqqında tük ürpədici bəyənatları vardır.
Onların anlatdıqlarına görə, Solovkidə on minlərlə Türküstanlı, Azərbaycanlı, Şimali Kafkasiyalı, Krımlı,          İdil-Urallı türklər vardır. Fəqət bunlar bir-birlərindən çox aralı yaşadıqlarından görüşə bilməmişlər. Əsasən, işləri on il və fazla olanlar Solovkidə, az işləri olanlar isə Arxangel vilayətinin müxtəlif yerlərində olurdular. Bunların bulunduqları yerdə 361 kazanlı türk varmış. Azərbaycan türklərindən, Dağıstan-Kumuk türklərindən, Krım türklə­rin­dən bir çox adlar söyləməkdədir. Saf Osmanlı türkcəsi ilə danışan və Kafkasiyanın müxtəlif yerlərindən gətirilmiş bir çox erməni adları zikr olunmaqdadır. Solovkiyə gətirilən 1250 azəri, gürcü, dağıstanlı və ermənidən yarısı keçən yaz məhv olmuşdular. Finlandiyada azəri və ermənilərdən Solovki firarisi mövcuddur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(1930, 13 İkinci Təşrin, sayı 15.)
 
 
 
 
 
SOLOVKİDƏ AZƏRİ MİLLƏTÇİLƏRİ
 
 
 
 
 
 
 
 
 
Ölümə sövq olunan qəhrəmanlarımızın mətanəti
 
 
 
 
hər kəsi heyrətə gətirirdi
 
Gilan (Şimali İran mühabiri) məhsusumuz benderi Pəhləvidə[140] Kafkasyadan İrana sürgün edilmiş bir qrup İranlı türk ilə görüşmüşdü. Bunlardan bir buçuk sənə[141] Solovkinin Kem qərargahında olanları demişdilər ki:
- Azərbaycandan gələn münəvvərlər qəfləsi ilə görüşə bildik. Hər daim olduğu kimi, ölümün qoynunda dahi bir-birimizi qardaş kimi qarşıladıq. Ruhları çox yüksək, qürur və əzimləri qətiyyən sarsılmamışdı. Onları ölümün tam içərisi demək olan Solovki adasına göndərəcəklərdi. Bu xəbəri onlar “Azərbaycan İtiqlal marşı” ilə qarşıladılar. Azərbaycan mücahidlərində olan yılmayan mətanətə və məfkurə qüvvətinə hər kəs heyrət edir və onları təqdir ilə qarşılayırlardı. Ölümü istihfaf ilə qarşılayan onlar çekstlərə qətiyyən boyun əymirlər.
İçərisində xəstə olanlar dahi vardı. Q.P.U. doktorları onlara baxır, kəndi islərində doktor var, amma ilac bulamiyorlar. Biz orada ikən azəri qəhrəmanlardan birisi vəfat etdi, bu Xasay Kərimzadə ismində, milli Azərbaycan Ordusu zabitlərindən Qarabağlı bir gəncdi. Məzarın üstündə bir taxta üzərində bu sözlər yazılmışdı:
- Azərbaycan istiqlalı uğrunda şəhid olan “Musa­vatçı” bir türk məzarı.
 
 
 
 
(1930, 4 Birinci Kanun, sayı 18.)
 
SOLOVKİDƏ CƏZA VƏ EDAMLAR
 
 
 
 
 
 
 
 
 
Bir fərarinin dediklərindən
 
Solovki mənfasından qaçan Finlandiyaya iltica edən bir menfi “Seqodnya” qəzeti mühabiri ilə vuku bulan bir mulakatında Solovki mənfasından bəhs edərək ordakı ağır həyat şəraiti bu cür anlatmışdı:
Hər şeydən əvvəl bunu qeyd etməliyəm ki, Solovki orman və kareste işləri icbari əməklə yapılmaqda idi. Bunun əksini iddia edənlərin sözünə etimad etməyən doğru deyildir. Bir neçə illik mənfa həyatında bu işlərdə könüllü və sərbəst işləyən heç bir nəfərə belə təsadüf etmədim.
Bu icbari əmək prinsipi bilcümlə “siyasi” menfilərdə tətbiq edilməkdə və minlərlə siyasi menfilər ən ağır və təhammül edilməyəcək şəraitdə çalışmaqda idilər. Şimali Rusiyanın bütün ormanları Q.P.U.-nun tabeliyində idi. Orman trostları ilə aktlaşdırılmış müahede mucibincə əmələ qüvvətini, yəni menfiləri Q.P.U.-ya verməkdə və təbiətilə buna müqabilində pul almaqda idi. Sabahleyin çox erkən isə işə qaldırılan menfilər arasındakı qocalar və xəstələr ümumi müamilə görür və ötəkilər kimi ağır işlərdə çalışırdılar.
Şiddətli soyuqlarda qışlıq əlbisədən məhrum bulunan menfilər yurdlarına dönərkən mühakkaq təsbit edilmiş iş proqramlarını iqmal etməlidilər. Fəqət, iş planı bir isnan qüdrəti fövqündə olduğu üçün, əksəriyyətlə tətbiq edilmir və edilməyincə menfilər şiddətli cəza görürlər. Qeyri insani işgəncələr belə bir fayda təmin etməyincə qurşuna düzməkdə heç bir məhzur görmürlər. Qurşuna düzülənlər haqqında yalnız ayda bir dəfə olmaq şərtilə ümumi məlumat verilir və miqdarı mümkün mərtəbğr tənqis edilirdi.
Menfilər axşap[142] yurdlarda yaşamaqda idilər, hər yurdda yerləşdirilmiş 500-1000 menfi bol miqdarda odun olmasına rəğmən çox çətin isinə bilirdilər. Yataq naminə heç bir şey mövcud deyildir. Menfilərin bəzisi iskəmlə, bəzisi də yerdə yatmaqdadır. Sihiyyə işləri tamamən mövcüud deyildir. Xəstələr heç bir yardım görmürlər. Bir istisna olmaq üzrə. Yalnız Leybursk məntqəsində çalışan iki min kişi üçün kiçik doqquz yataqlı bir xəstəxana vardır ki, o da doktorsuzidur.
İaşə məsələsi də son dərəcə fəcidir. Menfilərin aldığı çörək 300 qramdan artıq deyildi. Yağ, hətta bitki yağı naminə belə bir şey mövcud deyildi. İştə, bu ağır və çəkinməz şərait nəticəsindədir ki, hər gün onlarca adam ölməkdə və yüzlərcə adam xəstə düşməkdə idi.
 
 
 
 
 
(1931, 26 mart, sayı 34.)
 
Solovkidə tifoz
 
“Morninq post” qəzetəsinin məlumatına görə Rusiyanın şimal əyalətlərində, bilhassa Arxangel və Solovkidə tifoz salğını peyda olmuşdur. Salğının Solovki və Arxangeldə daha şiddətli bir şəkil almış olduğu kaydolunur.
 
 
 
 
Solovki və Arxangeldə rus olmayan millətlərin münəvvərləri dolu bir mənfa olduğu bəllidir.
 
 
 
 
 
 
 
 
 
(1931, 10 eylul, sayı 58.)
KİTABIN İÇİNDƏKİLƏR
 
“Bildiriş” qəzeti Azərbaycana gətirildi................................ 5
 
 
 
 
 
Solovkidə gördüklərim
 
Azəri gəncliyi və istila....................................................... 27
Nasil çalişiyorduq, nasil təvkif edildik.............................. 30
Solovkiyə doğru................................................................ 33
Solovkinin qapisinda......................................................... 37
“kem”de ilk günlərimiz..................................................... 40
Ölümlə üz-üzə................................................................... 43
Biz çilpaq, xəstə və əlil bir hala düşmüşdük...................... 48
Papas adasina yenidən milliyyətçi iki qrup gətirildi........... 51
Hüriyyət və istiqlal qəhrəmanlarinin
məzari olan “Buzlu cəhənnəm”..............................................54
İcbari işlərin ən mühümləri… 
Solovkidə olan orman işləri və kareste hazırlığı.....................57
35-40 dərəcə soyuqdan donub ölən yarımçılpaq insanlar.......60
Solovki heyəti idarəsi ilə məhkumların münasibətləri, qizil nəfərlər məhkumları himayə etməyə başladılar......................64
Korelyanın yerli əhalisi ilə məhkumların münasibətləri........ 67
Solovkidə aclıq qrevləri. Qəhrəman mücahidlərimiz
zülmə və təhəkkümə heç bir zaman boyun əymir,
daim üsyan edirdilər.......................................................... 70
 
 
 
 
 
Əlavələr
 
İki ayda 18000 mevkuf..................................................... 75
İki azərbaycanli Solovkidən firar etdi............................... 75
Solovkidən qaçan qazax-qirğizlar..................................... 76
Solovkidə Azəri millətçiləri............................................... 77
Solovkidə cəza və edamlar................................................ 78
Solovkidə tifoz.................................................................. 79
 

[1] Məmmədzadə Mirzə Bala, Milli Azərbaycan hərəkatı, Bakı, 1992, səh. 185.
[2] İbrahimli Xaləddin. Azərbaycan siyasi mühacirəti.”Elm” nəşriyyatı, Bakı, 1996, s.120
[3] Şimşir Səbahəttin.Azerbaycanlıların Türkiyede siyasi ve kültürel fealiyyetleri.(1920-1991) . “Azerbaycan kültür  dernegi yayınları № 49.” Ankara, s.57-61
[4] Mehmetzade M.B. Kahramanlarımızın esaret dastanları. “Qurtuluş”(Berlin), 1937, sayı 28, s. 752
[5] cümə axşamı
[6] Birinci Kanun və ya Kanuni Əvvəl hicri təqvimində ay adı. Miladi ilə dekabra uyğun gəlir. Kanuni  Sani-İkinci Kanun, eləsə də Tişrini Əvvəl-Birinci Teşrin, Tişrini Sani-İkinci Teşrin kimi də yazılır
[7] sentyabr
[8] iyul
[9] İbrahimli Xaləddin Azərbaycan siyasi mühacirəti.”Elm” nəşriyyatı, Bakı, 1996, s.120
[10] yayılma, yayılacaq, çap ediləcək
[11] xüsusən
[12] mədəniyyət
[13] inanılan, mötəbər
[14] içtimaiyyətin fikri
[15] aydınlışdırma, işıqlandırma
[16] dünya üçün əhəmiyyətli
[17] işə salma, keçirmə
[18] umumiyyətlə
[19] Edil və ya İdil-Volqa sayının adları
[20] hadisələr
[21] oxucuların
[22] “Bildiriş” 1930, 7 Ağustos, sayı 1,s.1
[23] QPU- qısaldılmış şəklidir. Bütövlükdə Obyediniyonnoye Qosudarstvenneye Politiçeskoye Upravleniyedir.Baş Dövlət Siyasi İdarə deməkdir.Sonralar KQB kimi tanınan və məşhurlaşan  təşkilat dəfələrlə adını dəyişmişdir.1930-cu illərdə bu təşkilət qısaca olaraq QPU kimi deyilir və yazılırdı
[24] tutuklk, məhbus
[25] sürgün yeri, həbisxana
[26] iyun
[27] yanvar
[28] aprel
[29] noyabr
[30] fevral
[31] dəmir yolu
[32] anlaşma
[33] хцсуси олараг
[34] ачыг шякилдя
[35] ortaq etmə
[36] çalışma
[37] diqqəti çəkən
[38] nümayəndə, üzv
[39] yazılı kağızlar, sənədlər
[40] Bakıda 1920-ci ilin sentyabrında keçirilən Şərq Xalqlarının Birinci Qurultayı nəzərdə tutulur
[41] komək
[42] bölünmə, hissələrə ayrılma
[43] Çekist Ağabekofun ifşaatı. “Bildiriş” qəzeti,1930, 23 Teşrini Əvvəl,sayı 12, səh.3
[44] Çekist Ağabekofun ifşaatı. “Bildiriş” qəzeti,1930, 30 Teşrini Əvvəl,sayı 13, səh.2
[45] xəbər bilmə
[46]Çekist Ağabekofun ifşaatı. “Bildiriş” qəzeti,1930, 30 Teşrini Əvvəl,sayı 13, səh.2
[47] hücum
[48] Çekist Ağabekofun ifşaatı. “Bildiriş” qəzeti,1930, 30 Teşrini Əvvəl,sayı 13, səh.3
[49] çarpışma
[50] sahib, yiyə
[51] rəğbət, meyil
[52] Çekist Ağabekofun ifşaatı. “Bildiriş” qəzeti,1930, 11 Birinci Kanun,sayı 19, səh.3
 
[53] İranda bolşevik fəaliyyəti. “Bildiriş” qəzeti, 1931, 13 Ağustos, səh.1.
[54] K. Əli xan Naxçıvanlı (İranda bir Azəri miralayı şəhit düşdü və cənazəsi Təbrizdə mərasimlə qaldırıldı.) “Bildiriş” qəzeti, 1931, 20  Ağustos, sayı 55, səh. 3.
[55] İranda olan mültecilər. “Bildiriş” qəzeti, 1931, 3 Eylul, sayı 57, səh. 1.
[56] “Bildiriş” qəzeti, 1931, 22 İkinci Kanun, sayı 25, səh. 1.
[57] “Bildiriş” qəzeti, 1931, 16 Temmuz, sayı 50, səh.1.
[58] “Bildiriş” qəzeti, 1930, 13 İkinci Təşrin, sayı 15, səh.1.
[59] “Bildiriş” qəzeti, 1931, 27 Ağustos, sayı 56, səh.1.
[60] “Bildiriş” qəzeti, 1931, 5  Şubat, sayı 27, səh.1.
[61] “Bildiriş” qəzeti, 1931, 25  Haziran, sayı 47, səh.3-4.
 
[62] Mehmedzade M.B. Kahramanlarımızın esaret dastanları. “Qurtuluş”(Berlin), 1937, sayı 28, s. 752
[63] Mehmedzade M.B. Kahramanlarımızın esaret dastanları. “Qurtuluş”(Berlin), 1937, sayı 28, s. 752
[64] silahlı
[65] gizli
[66] aşkarlanmış
[67] zülümləri
[68] azadlıq
[69] kitabça, məcmüə
[70] tutulmaq
[71] paylama
[72] çəkmələri
[73] əvvəllərində
[74] sözün əvvəlinlə işlədilir və əsasən ilə bağlayıcısını əvəz edir
[75] Bəla evi
[76] zirzəmi
[77] rutibətli
[78] yalana çıxarmaq,inkar etmək
[79] sirrini
[80] zor,məcbur
[81] məxsus surətdə, xüsusiylə
[82] rəftarları
[83] təsirli
[84] tənha
[85] ərzində
[86] yığınçağından
[87] 10-15 kişi
[88] mübarizə aparan
[89] mübarizəyə
[90] hər birinə bir çarpayı, tək yataq
[91] sayı
[92] müqəddəs tutmaqdadır
[93] təcrid etmək, ayırmaq
[94] yola salınmamız, göndərilməmiz
[95] savaş
[96] intizar, təklikdən doğan qüssə, kədər
[97] yaxınlığa
[98] göndərdilər
[99] toplantıyla, nümaişlə
[100] ayaqla, piyada
[101] tanınan, məşhur
[102] keçmişdə gəmilərdə avar çəkdirilənlər, yəni ağır səza
[103] istifadə edilir
[104] üsyan, qarışıqlıq
[105] səbəb
[106] hörmətini, rəğbətini
[107] təsirli
[108] keçmiş
[109] qapatmaq,ləğv etmək
[110] dəstəsinə
[111] ayrılmış dəstələr
[112] taxta
[113] dözmək
[114] həqiqi olduğu meydana çıxması
[115] ayrılaraq
[116] həbsxanada saxlanmaq şərtilə
[117] sahib olmaq
[118] quru ilə,sahillə
[119] sərbəst
[120] usanmayan, yorulmayan
[121] düşmanlıq
[122] teə
[123] rəhbərlərinin
[124] təsdiqlənən
[125] itirməmək
[126]şikəst, mərhum
[127] həddə, dərəcəyə
[128] təmsilçiləri
[129] maraq göstərdi, həvəsləndi
[130] gözləmək
[131] həqiqətən
[132] ən azı
[133] uzaqlaşma, sıyrılma
[134] yararlı, verimli
[135] bir bədən
[136] bütün
[137] vəd
[138] ölümsüz, ölməz
[139] Naxçıvanın  Şabuz, Tivi, Keçil və b. kəndlərində baş vermiş qiyamla bağlı xəbər textiki xətadan başlıq qoyulmadan bu məqalənin ardı kimi verilmişdi. Onu ixtisar etdik.
[140] Pəhləvi limanında
[141] ilyarım
[142] taxta,ağac
 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol