"Koroğlu" dasdanı. Əli Kamali arxivindəki variantlar

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

_______________________________________

 

 

 

 

 

 

 

 

 

 

“KOROĞLU”

DASTANI

 

(Əli Kamali arxivindəki variantlar)

(Elektron nəşr)

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2015


 

 

 

Vəkil, folklorçu Əli Kamali

 


Əlİ Kamalİ

 

1944-cü il martın 30-da İranın Əraq ostanındakı (vilayət) Qərağan bəxşinin (rayon) Bəndəmir kəndində anadan olan Əli Əkbər oğlu Ka­mali kiçik yaşlarında mollaxanada, sonra isə Savə və Tehran şə­hərlərində təhsil almışdır. 1966-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib əsgəri xidmətə getmiş, orada iki il hüquqdan dərs demişdir. Əsgəri xidməti başa vurub yenidən Tehran Universitetinə dö­nərək fövqü lisans (magistraturanı) bitirmişdir.

1971-ci ildən Tehranda ədliyyə vəkili kimi işə başlamış və birinci də­rəcəli ədliyyə vəkilliyinə yüksəlmişdir. Uşaqlıqdan ədəbiyyata bö­yük maraq göstərən, gəncliyində "Nəflə", "Ağ kamal" imzaları ilə şeir­lər ya­za­raq "Tevfiq" dərgisində çap etdirən Əli Kamali 1979-cu il­də Teh­ran­da nəşr etdirdiyi satirik şeirlər kitabına da «Nəflə» adını ver­miş­dir. İran İs­lam İnqilabının onda doğurduğu ovqatın təsirilə inqilab gün­lə­rin­­də küçə və meydanlarda söylənilən şüarları topla­ya­raq 1981-ci ildə kitab kimi nəşr etdirmişdir.

İnqilabın yaratdığı mühitdən istifadə edən ziyalılar fikirl­ərini xalqa çatdırmaq üçün çoxlu qəzet və jurnal nəşr etməyə başlayırlar. Əli Ka­ma­li də «Varlıq» jurnalı ətrafında birləşən ziyalılıra qoşulur. Boya-başa çat­dığı bölgənin folklorunun, mədəniyyətinin diqqətdən kənar qal­dığını gö­rərək var gücüylə bu işə girişir. XVIII yüzilliyin ikinci ya­rısında yaşa­mış, əsasən heca vəznində şerləri yazmış Telimxanın adının heç bir kita­ba düşməməsi, şeirlərinin toplanıb nəşr edilməməsi Əli Kamalini bir və­təndaş kimi nara­hat edir. Əraq ostanındakı Nübəran (keçmiş Mələz­ğan) bəxşinin Mara­ğa (Mərəğey) kəndindən olan Telim­xan şerilərini top­­lamağa başlayır. "Varlıq" dərgisinin 1360-cı il (miladi 1981) 25-ci sa­yında "Qara buluddan çıxan ay- Telimxan" məqaləsini professor Qulam­hüseyn Bekdilinin "Yeni tapıntılar və mədəni irsimizə bir nəzər" adlı təq­di­matı ilə çap etdirir. Həmin vaxtdan ta 1989-cu ilədək "Varlıq"da ardı­cıl araşdırmaları işıq üzü görür.

100-ə yaxın dastan, nağıl və unudulmaqda olan el şairinin, aşığın əsə­­rini toplayan və topladan, onları nəşrə hazırlamağa çalışan Əli Ka­mali 1996-cı il avqustun 1-də Tehranda ürək xəstəliyindən dün­ya­sını də­yişir və təəssüf ki, uzun illər üzərində işlədiyi və nəşrə hazır­ladığı «Te­limxan di­vanı»nın, «Dastanlar»ın işıq üzü görməsinə nail ola bilmir.

Çapa hazırladığımız «Koroğlu» dastanı da onun arxivindəki on­lar­la materialdan biridir.

 

AMEA Folklor İnstitutu Elmi Şurasının

qərarı ilə nəşrə hazırlanıb

 

 

 

ÇAPA HAZIRLAYANI

VƏ ÖN SÖZ :                 Əli ŞAMİL

 

ELMİ REDAKTORU: Əfzələddin ƏSGƏROV

                                         filоlogiya üzrə fəlsəfə doktoru

 

     RƏYÇİ:                                Elçin Abbasov

                                         filоlogiya üzrə fəlsəfə doktoru

 

 

“Koroğlu” dastanı (Əli Kamali arxivindəki variantlar), Bakı, 2015. – 438 səh.

 

Kitaba daxil edilmiş “Koroğlu” dastanının variantları üçüncü dəfə-dir nəşrə hzırlanır. İxtisasca hüquqşünas olan və ömrünün sonunadək Tehranda vəkil işləyən Əli Kamalinin arxivindən alınmış bu mətnlər ilk baxışda qüsurlu görünür. Çün­ki söyləyicinin üslubu, həvəskar toplayı-cıların yazı­ya aldıqları mətnlər və hə­min mətnləri çapa hazırlayanların etdikləri düzəlişləri olduğu kimi saxlanıb. Yaranmış qarışıqlığa ön söz və izahlarda aydınlıq gətirilib. Əslində, bu nəşr geniş oxucu kütləsi üçün deyil, folklorçular, etnoqraflar, dia­lektoloqlar, türk dillərinin tarixini araşdıranlar, sosyoloqlar, kulturoloqlar  üçün nəzərdə tutul­ub.

 

                                                                     ©Əli Şamil, 2015.


“KOROĞLU” DASTANININ (ƏLİ KAMALİ ARXİVİNDƏKİ VARİANTLAR) ELEKTRON NƏŞRİNƏ ÖN SÖZ

 

“Koroğlu dastanı (Əli Kamali arxivindəki variantlar)” kitabı AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə 2009-cu ildə Ba-kıda “Nurlan” nəşriyyatında nəşr edildi[1] və araşdırıcılara paylandı. Tirajı az olduğundan tələbatı ödəmədi. Buna görə də Folklor İns-titutu “Azərbaycan dastanları, Azərbaycan Folkloru Külliyyatı”nı nəşr edərkən “Koroğlu” dastanı (Əli Kamali arxivindəki vari-antları)” XIVcildə daxil etdilər[2].

Türkiyədə, İranda, Türkmənistanda, Özbəkistanda, Qazaxıs-tandan, Tatarıstanda, Balkanlarda və b. bölgələrdə yaşayan alim dostlarım dəfələrlə məktub yazıb, sifariş göndərib “Koroğlu dastanı (Əli Kamali arxivindəki variantlar)” kitabını istədilər. İmkanım daxilində onların xahişini yerə salmamağa çalışdım. Kitabın hər iki nəşrinin tirajı qurtardığına görə təkrar nəşrə ehtiyac yarandı. Kitabı xarici ölkələrə göndərmək xeyli maddi vəsait tələb edirdi. Həm də vaxt itkisi yaradırdı. Bunu adadan qaldırmaq üçün Türkiyənin Sivas şəhərində yaşayan və oradakı Cumhuriyət Uni-versitetində işləyən folklorcu alim Doğan Kayanın xahişi ilə kitabın elektron nəşrini hazırladım. Bu həm nəşriyyat, həm göndərmə xərclərinə qənaət etməyə şərait yaradır, həm də vaxt itkisini aradan qaldırır.  

Elektron nəşri hazırlayarkən əvvəlki nəşrlərin ön sözləri əsa-sında yeni bir ön söz yazmağa da ehtiyac duydum.

...1973-cü ildə Azərbaycan Dövlət Unversitetini (indiki Bakı Dövlət Universiteti) bitirəndə məni təyinatla Naxçıvandakı “Şərq qapısı” qəzetındə işləməyə göndərdilər. A-2 formatda, həftədə altı dəfə nəşr edilən, adının altından Naxçıvan MSSR Ali Soveti Rəya-sət Heyətinin, Naxçıvan MSSR Nazirlər Sovetinin  və Sov.İKP Naxçıvan Vilayət Komitəsinin orqanı o olduğu göstərilən qəzeti əslində vilayət partiya komitəsi idarə edirdi. Ona görə də yazılar əsasən kommunist partiyasının qərar və qətnamələrinin təbliğinə, komminist partiyasının göstərişlərinin necə yerinə yetirildiyinə həsr edilirdi. Uzaq keçmişdən, ədəbiyyatdan, hətta tibbdən, təbiət elmlərindən yazadnda da mütləq kommunist partiyasının qərar və qətnamələrindən, yaxud partiya rəhbərlərinin məruzə və çıxış-larından stat vermək lazım idi.  

Mən də hamı kimi bu qaydalara əməl etməli idim. Qəzet əməkdaşının redaksiyanı tapşırığı ilə yazdığı məqaləni şöbə mü-diri, məsul katib, redaktor müavini və ya redaktor oxuyub düzə-lişlər etdikdən sonra mətbəəyə göndərərdilər. Mətbəədə hazırlan-mış səhifələri, korrektorlar, novbətçi redaktorlar da oxuyub imza-layırdılar. Qəzetin redaktorları senzor təlimatlarını az qala əzbər bilirdilər. Onlar adətən partiya komitələrinin plenum və ya büro üzvləri olur, necə deyərlər partiya rəhbərlərinin əhval-ruhiyyəsinə uyğun məqalələrin çap olunmasını təmin edirdilər. Buna baxma-yaraq hər gün senzor oxuyub möhürünü vurmasa qəzeti çap etmək olmazdı. Bunları sadalamaqda Sovet dövründə ideoloji məsələyə, ən kiçik çap məhsuluna belə ciddi nəzarətin olduğunu diqqətə çatdırmaqdır.

Belə bir mühitdə istədiyin fikiri söyləmək, istədiyini yazıb çap etdirmək mümkünsüz idi. Ona görə də bəzi cəsarətli müəlliflər bə-zən fikirlərini eyhamla, sətiraltı mənalarla oxucuya çatdırmağa çalışırdılar.

Məni də redaksiyanın tapşırığı ilə kolxoz, sovxozlardan, kənd sovetlərindən, partiya təşkilatlarından, sənaye müəssisələrindən, ti-kintidən, məktəblərdən yazmağa göndərirdilər. Tapşırığı yerinə yetirdikdən sonra imkan tapıb qocalardan, qarılardan, aşıqlardan  folklor nümunələri də toplayırdım. Aşıqlarla da tez-tez görüşür-düm. 1980-ci illərdə aşıq Həmid Ağamalıyev “Koroğlu” dasda-nından aşağıdakı gəraylını söylədi:

 

Bir qıznаn cəngə çıхdım,

Kəmənd аtıb tutdu məni.

Tаnrı qəzəbinə gəlmiş,

Bir yumruğа yıхdı məni.

 

О, еlə bir qızıydı,

Özü mənnən хırsızıydı,

Yumruх vurmаğı аzıydı,

Diz аltında sıхdı məni.

 

Аtım аtınа yеtmədi,

Şеşbər аtdım tutmаdı,

Kоrоğlu gücü çаtmаdı,

Yаlvаrdım burахdı məni.

 

Аşıq Həmid 1925-ci ildə Ermənistan  SSR-nin Əzizbəyov rayonunda anadan olmuşdu. Gənclik illərində Naxçıvana köçərək o zamankı İliç (indiki Şərur) rаyоnunun Təzəkənd kəndində yaşa-yırdı. Ondan topladığım şeirdən açıq-aydın görünürdü ki, Koroğlu  özündən də güclü bir qızla qarşılaşıb.

Aşıq Həmidi və bölgədəki aşıqları çox sorğu-suala tutsam da  Koroğlunun hansısa qızla qarşılaşdığı haqqında rəvayət, dastan toplaya bilmədim. Azərbaycanın ustad aşıqlarının çoxunun isə hət-ta Aşıq Həmidin söylədiyı şeirdən, Koroğlunun hansısa bir qızla “cəngə çıxdığından” xəbərləri yox idi.

Həmin illərdə məşhur olmayan bəstəkarların mahnısının efirdə səsləndirilməsinə, ekranda göstərilməsinə icazə verilmədikdə onlar çox vaxt yazdıqları məhnıları xalq mahnısı adıyla oxuyurdular. Aşıqlar da bu metoddan istifadə edirdilər. Özlərinin şeirlərini  bəzən məşhur klassik aşıqların adına oxuyurdular. Aşıq Həmid də yaradıcı aşıqlarımızdan idi, özü də şeirlər yazır, məclislərdə oxuyurdu. Lakin yazdığı şeirləri mətbuatda çap etdirə bilmirdi. Düşünürdüm ki, Koroğlunun hansısa cəngavər bir qızla cəngə çıxması haqqında dastan olsaydı asanlıqla unudulmazdı. Yəqin Aşıq Həmid öz yazdığı gəraylını “Koroğlu” dastanından nümunə kimi çap etdirmək istəyir.

Sonralar həmin şeirin aşağıdakı variantına araşdırmaçıla-rımızın kitablarında rastlaşdım:

 

Yоlum düşdü Gürcüstаnа,

Dəli qız аrаdı, tutdu məni.

Tаnrı qəzəbinə gəlmiş,

Yumrıхnаn yıхdı məni.

 

Bilmirəm nеcə qızıydı?!

О dа mənnən хırsızıydı!

Yumruх vurmаğı аzıydı,

Diz аltındа sıхdı məni.

 

Qılıncı vurdum tutmаdı,

Şеşbəri аtdım yеtmədi,

Kоrоğlunun gücü çаtmаdı,

Yаlvаrdım burахdı məni.

 

Mənim üçün qəti aydın oldu ki, gəraylını Aşıq Həmid qoş-mayıb. 1982-ci ildən “Şərq qapısı” qəzetində folklor materialla-rını toplayıb çap etmək üçün “Elimizin söz boğçası” səhifəsi açma-ğı planlaşdırmışdıq. Lakin belə bir səhifənin qəzetdə özünə yer tapması heç də asan edyildi. Həinki vilayət partiya komitəsinin işçiləri, hətta qəzetimizin bəzi əməkdaşları, özünü “mətin kom-munist” sayanlar da partiya qəzetində nağıl, dastan, lətifə, tapma-ca, bayatı və s. verilməsini xoş qarşılamırdılar. Müqavimətə bax-mayaraq ara-sıra “Elimizin söz boğçası” səhifəsini çap etdirə bilirdik.

“Elimizin söz boğçası” səhifəsi çap olunanda qəzeti oxuyan-ların sayı da çoxalırdı. Səhifə ətrafında xeyli müəllif toplaya bi-lmişdim. Bəzən özümün topladığım folkor nümunələrini saxlayır, kənardan göndərilənləri çap etdirirdim ki, onlar həvəslənsin, topla-yıcıların sayı artsın.

Naxçıvan Televizya və Radiosunun əməkdaşı, jurnalist Əli Həsənov da Koqoğlunun “gücü çatmayan” qızla döyüşü haqqında şeri gətirəndə də belə etdim. Onun topladığı şeir Aşıq Həmidin söylədiyi  gəraylı ilə eyni idi. Gəraylını “Elimizin söz boğçası”  səhifəsində çap etdik. Düşünürdüm ki, gəraylıyı oxuyanların yadına Koroğlunun qızla görüşü rəvayəti, qolu yada düşər və redaksiyaya göndərərlər. Lakin heç yerdə bir iz tapa bilmədim.

1990-cı ildə İran İslam Respublikasına gediş-gəliş başlandı. Mən də tez-tez İrana gedir, hər gedişimdə də folklor nümunələri toplamağa çalışır, xüsusən də “Koroğlunu bir yumruğa yıxan xırsız qız”la bağlı qolu axtarırdım.

Savənin Bəndəmir kəndində doğulub Tehranda vəkil işləyən və bölgədən çoxlu folklor nümunələri toplayan Əli Kamali ilə görüşəndə də Aşıq Həmiddən eşitdiyim gəraylını yada saldım. Ondan bölgədən topladığı folklor nümünələri arasında “Koroğlunu bir yumruğa yıxan qız” haqqında rəvayət olub-olmadığını soruşdum. Mövzumuz çox uzandı. Nəticədə o, Koroğlu dastanı ilə bağlı topladığı bəzi qaynaqları mənə verdi. Mən də həmin materialları AMEA Folklor İnstitutunun arxivinə verdim ki, araşdırıcılarımız yararlansın.

1996-cı ildə Əli Kamali dünyasını dəyişdikdə anladım ki, onun arxivindəki folklor nümunələrinin işıq üzü görməsi--nəşri qeyri-müəyyən bir vaxta qaldı. AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılovdan xahiş etdim ki, Əli Kamalinin arxivindən gətirdiyim materiallar əsasında bir kitab yarırlayaq. O da, bu işi məhə həvalə etdi və mövzunu şöbənin iş planına saldı.

Mənim üçün çətin olsa da işə başladım. Qarşıya çıxan problemləri aradan qaldırmaq üçün türk xalqlarının folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əfzələddin Əsgərlə bəzən saatlarla müzakirələr apardıq. Mətnin üzərində işi 2003-cü ildə başa çatdırdım. Kitabın hazırlanmasını tələsdirən Hüseyin İsmayılov mətinlər çapa hazır olduqda susqun mövqe tutdu. Kitabın nəşri bu ilin planından o biri ilin planına keçirildi. 2009-cu ildə isə gözləmədiyim halda “Koroğlu” dasdanı (Əli Kamali arxivindəki variantlar) kitabı surətlə çap olundu[3].

Kitab haqqında dövri mətbuatda maraqlı rəylər yazıldı.

  Azərbaycan türkcəsinin orfoqrafiyasına uyğun çap etdir-diyimiz  kitabda bəzi yanlışlıqlara və uyğunsuzluqlara yol verdi-yimizi gördük.

Aşıq Əliəkbər Qurbani dastanı Qəzvin, Savə türklərinin ləhcə-sində danışdığından bəzi sözlərdə bizim alışdığımız, ədəbi dildə normal sayılan səslər eşidilmir.  Əvəzində səs uzadılır. Məsələn, bizim “şəhər” dediyimiz və yazdığımız sözü aşıq  [h] səsini işlət-mədən, [ə] səsini isə uzadaraq deyir. Biz onu orfoqrafiyamıza uyğun olaraq “şər” səklində yazmışdıq.  “Şər” sözü də böhtan, iftira anlamında başa düşülür. Bu da oxucunu çaşdırır. Ona görə də bu nəşrdə oxucunun asan başa düşməsi üçün “şəhər” sözünü “şə-ər”,  kövşən sözünü kööşən, gətirəm sözünü gəərəm, sonra sözü-nü soora, istəyirəm sözünü istiirəm və s.  kimi verməyi münasib saydıq.

Köhnə nəşrdə məhəlli sözlər, dialekt sözlərinin bəziləri ərəb və ya fars sözləri kimi izah edilməyə çalışılmış və ya ərəb-fars sözləri yanlış çevrilmişdir. İnstitutumuzun elmi işçisi Səkinə Qaybalıyeva kitabın sözlüyü üzərində yenidən diqqətlə işləyərək bu yanlışlıqları aradan qaldırmağa çalışmışdı.

Azərbaycanda kiril əlifbasından latın qrafikalı əlifbaya keçil-dikdə makina və bilgisayarların klavyaturaları Azərbaycanda işlə-dilən makina klavyaturalarına uyğun şəkildə latın qrafikasına uyğunlaşdırılmışdı. Bu da mətnləri internetdə yerləşdirərkən və ya internetlə başqa bir yerə göndərərkən çoxlu dolaşıqlıq  yaradırdı. Bəzən bu dolaşıqlıq o qədər çox olurdu ki, mətn  oxunmaz hala gəlirdi. Azərbaycanda bu nöqsanı aradan qaldırmaq üçün klavyatura rəsmi surətdə “Times New Roman” şrifti əsasında quruldu.

“Koroğlu dastanı” (Əli Kamali arxivindəki variantlar) kitabı müxtəlif şriftlərlə yığıldığından onu internet saytlarında yerləş-dirmək problem yaradırdı. Bu problemi aradan qaldırmaq üçün kitabın mətnini “convertor” proqramıyla “Times New Roman” şriftinə keçirdik. Nəticədə “j” hərfi gah “c”, gah “y” kimi; “ö” hərfi “ğ” və ya “ü”  kimi görünməyə başladı. Dolaşıqlığın qarşısını almaq üçün  Səkinə Qaybalıyeva Gülnar Mirzəyeva ilə birlikdə kitabı yenidən diqqətlə oxuyaraq səhvlərini də aradan qal-dırdılar. Dialektoloq, filologiya üzrə fəlsəfə doktoru Nigar Həsən qızı yenidən mətnləri oxudu və düzəlişlər etdi. Kitabın elektron nəşrini hazırlayarkən bizə yardımçı olanlara minnətdarlığımızı bildiririk.

 Əli Şamil

10.03.2015

 

 


 

«KOROĞLU» DASTANININ

ƏLİ KAMALİ ARXİVİNDƏKİ VARİANTLARI

 

Tehranda vəkil işləyən Əli Kamalinin (1944-1996) 1991-ci ildə qo­nağı oldum. Ofisin bir tərəfində yüzə yaxın qovluq vardı. Bun­lar ofisdəki məhkəmə üçün hazırlanan yaşıl rəngli qovluqlardan fərq­lənir­di. Müştərilərinin məh­kəmə işləri ilə bağlı qovluqları rəfə dikinə yığılmış və ar­xa­la­rın­­dakı ağ kağızda nömrələr yazılmışdı. Ağ rəngli kağızdan hazırlanmış qovluqlar isə ay­rı­ca bir rəfdə üst-­üstə qalan­mışdı.

Biz ədəbiyyatdan, folklordan, tarixdən söhbət edəndə Əli Ka­mali əl atıb üst-üstə qalan­mış qovluqlardan birini götürdü. Açaraq ora­dakı vərəqlərə baxdı. Fikrinin doğ­ru­luğu­nu isbatlamaq üçün oradan parçalar oxumağa başladı. Qovluqların bir neçəsində XVIII-XIX yüzillərdə yaşamış Telimxanın şeirləri, şeirlərin makina yazıları və xət­tatların səliqə ilə köçürdükləri mətnlər vardı. O, bu qovluqlara daha çox önəm verir və onlara tez-tez müra­ciət edirdi. Anladım ki, ciddi-cəhdlə Telim­xan diva­nını çapa hazırlayır. Divana geniş izahlar və söz­lük də yaz­­ıb.

Qovluqların bir neçəsində də «Koroğlu» dastanının əlyazmalar, çap üçün hazır­ladığı mətnlər, maqnitofon lentinə yazılmış kasetlər vardı.

Əli Kamali ilə söhbət edərkən qovluqlardakı materialların bəzi­lərinin surətini çıxa­rıb mənə verirdi ki, Azərbaycan mətbuatında çap etdirim və ya məqalələrimdə istifadə edim. Mən də onun ar­zu­larını yerinə yetirməyə çalışırdım. Həmin illərdə mətbuatda Telim­xanın bir neçə şeirini çap etdirməklə haqqında bilgilər də ver­miş­dim.

Onun verdiyi materiallar mənim üçün çox önəmli olsa da çap etdirməyə o qədər də səy göstərmirdim. Düşünürdüm ki, Əli Ka­ma­li­nin zəhmətinin bəhrəsi olan bu material­ları özü çap etdirər. Buna maddi imkanı da vardı, böyük həvəsi də. Topladığı ma­te­rial­la­rı çap etdirmək üçün Azərbaycan türkcəsinin yazı qaydalarını özün­dən yaxşı bilən­lərdən, Tehranda yaşayan gənclərin gücündən istifadə edirdi.

1996-cı ilin avqustun 31-də qəfil ölüm Əli Kamalini yaxaladı. Dəfnində iştirak edə bilməsək də, bir qrup ziyalı ilə birlikdə qırxın­da iştirak etmək üçün Tehrana və do­ğul­du­ğu Bəndəmir kəndinə getdik[4].

Əli Kamalinin yasından geri döndükdən sonra mənə ver­miş olduğu folklor nümunə­lərini Azərbaycan MEA Folklor İnsti­tu­tu­nun arxivinə vermək istədim. Arzu edir­dim ki, folklorşünas­la­rımız həmin materiallardan araşdırmalarında istifadə edəcək­lər.

AMEA Folklor İnstitutunun direktoru, f.e.d. Hüseyn İsmayılov mənə Əli Ka­malini Azər­baycan Respublikasında daha yaxşı tanıtmaq üçün bir kitabça hazırlamağı tapşırdı. Az vaxtda tapşırığı yerinə-yetirsəm də kitabça çap edilmədi. Əvəzində mənim 1997-ci il üçün iş planıma “Kor­oğ­lu” dastanının Əli Ka­ma­li arxivindəki nüsxələrinin araşdırılması və nəşrə hazırlanması” mövzusu daxil edildi. Be­lə­lik­lə, beş ilə yaxın mən və bu işə könüldən yardım edənlər Əli Kamali arxivindəli “Koroğlu” dastanı ilə bağlı materiallar üzərində işlədik.

Dastanı nəşrə hazırlamaq o qədər də asan olmadı. Çünki Əli Kamali peşəkar folklorçu deyildi. Ali hüquq təhsili almış, yüksək ixtisaslı vəkil vətənpərvər bir insan idi. Ətrafındakı dar dü­şün­cə­li­lərin «Türklərin ədəbiy­yat və folkloru yoxdur. Bu dildə gözəl bədii nümunələr yaratmaq olmaz!» dedi-qoduları, tənələri olmasaydı heç folklorla maraqlanmazdı. Başını aşağı salıb vəkilliklə ailəsinin güzaranını təmin edərdi. Haqsızlığa dözməyən millətsevər Əli Kamalini tənələr doğulub bo­ya-başa çatdığı bölgənin ədəbi nümunələrini toplamağa təhrik et­mişdir. Sanki zəngin bir xəzinə ilə rastlaşdığını görən gənc hü­quq­şünas sonra­lar dairəni genişləndirmiş, İranın güneyində və do­ğu­sunda yaşayan türklərdən də folk­lor nümunələri toplamağa baş­la­mışdı.

İranda islam inqilabından sonra türkcə qəzet və jurnalların nəş­ri, xüsusən də “Varlıq” jurnalı onu bu sahədə ardıcıl işləməyə hə­vəslən­dirmiş­di. Həmişə deyirdi ki, xarici ölkədə hü­quq təhsili al­mış və doktor­luq dissertasiyasını müdafiə edərək İra­na qayıtmış Həmid Nütqinin ədəbiy­yatımız, dilimiz, tariximiz haqqında mə­qa­lələri ona ana dilini dərindən öyrənməyə güc­lü tə­kan göstər­miş­di. “Varlıq” jurnalı Əli Kamalinin ömür yolunu də­yiş­mişdi.

Savə, Həmədan, Qəzvin, Xorasan, Şiraz və b. böl­gə­lər­dən XVII-XX yüzil­lərdə yaşamış şairlərin, aşıqların heç yerdə çap olunmamış şeirlərini, dastanlar, nağıl­lar, bayatılar, atalar söz­lə­ri və s. toplamağa başlamışdı. Özü gedə bilmədiyi yer­lərə baş­qa­la­rını gön­dərmiş, onların məsrəflərini ödəmiş, söyləyicilərə də hə­vəs­­ləndirmək üçün müəyyən məbləğdə pul vermişdi[5]. Bunu Aşıq Əliəkbərin söhbətindən aydın görmək olur. “Koroğlu” dastanı­nı lentə yazarkən aşıq yarı za­rafat, yarıgiley verilən pulun az olduğunu bildirir.

Topladığını araşdırmağa səy göstərən, «Varlıq» jurnalına 20-dək məqalə yaz­an, bir kitab çap etdirən Əli Kamali nə yazıq ki, uzun il­lər üzərində işlədiyi və nəşrə hazır­la­dığı «Telimxan divanı»­nın, «Dastan­lar»ın işıq üzü görməsinə nail ola bilməmişdir[6].

Sağlığında Əli Kamalinin topladığı materiallar və elmi fəaliy­yəti Azərbaycanda, Türkiyə­də, İranda, İsveçdə yaşayan ziyalıların və elm adamlarının da diqqətini özünə çəkmiş, haqqında məqalələr ya­zılmışdır. Lakin onun topladığı materialların nəşri çox ləng get­mişdir. Səbəbi də Ə.Kamalinin bu işlə davamlı məşğul ola bilmə­məsi idi. Ki­tab­lar çap etdirmək və ailəsini dolandırmaq üçün vax­tının çoxunu vəkilliyə həsr edir, insanların haq­qını qoruyurdu.

 Ölümün­dən sonra isə onun arxivi araş­dı­rı­cı­la­rın üzünə bağ­lan­dı.

Ə.Kamalinin doğulub boya-başa çatdığı bölgə Mərkəzi İranda yer­ləşsə də, daha çox Savə şəhərinin adı ilə tanınır. XX yüzilin baş­lan­ğıcınadək burada soykökü Xələc, Əfşar və Şahsevən tay­fa­la­rına bağlı türklərin 800-ə yaxın kəndi olmuşdu. Yüzil­liyin son­la­rı­na yaxın isə hökumətin yeritdiyi siyasət və şəhərləşmə nə­ti­cə­sin­də kənd­lərin sayı 450-yə enmişdi[7]. Ə.Kamali folklor material­la­rı­nın çoxunu məhz bu kəndlərdən toplamışdı.

Şahsevənlər deyəndə, öncə nəzərimizə Azərbaycan Respublika­sın­da və İran İslam respublikasının Savalan dağı ətrafında toplu yaşayan Şahsevənlər gəlir. La­kin İran İslam Respublikasının ayrı-ayrı bölgə­lərində də şahse­vən­lərin yaşadığını unutmamalıyıq. Şah­sevənlərin hamısı­nın soy­kö­­kü eyni tayfalara dayanmır. Səfəvi hökm­darı I Şah Abbasın (1587-1629) siyasi məqsədlərlə formalaş­dırdığı Şahsevən elləri ay­rı-ayrı tayfalardan ibarətdir. Belə ki, Azər­baycanda Şahsevən eli dur­sunxocalılar, məstalıbəylilər, zər­cər­dlilər, quzatlı­lar, inanlılar, rza­bəylilər, poladbəylilər, talışmika­yıl­lılar, novruzbəylilər, qoca­bəy­­lilər və b. tayfa, tirə və qoldan ibarətdirsə,[8] Savə bölgəsində ya­şa­yan Şahsevən eli əfşar, xələc, ba­yat, qaraqoyunlu, dögər, mosul, boz­çalu, əlqutlu, lək, aruxlu, inan­lı, satlı, çələ­bi, sulduz, qarluq və b. tayfa və tirələrdən formalaşıb[9].

400 ilə yaxın bölgənin əsas gücü olan, elat həyatı yaşayaraq yay­da yaylağa, qışda qışla­ğa köçən şahsevənlərin tayfa qanunları XX yüzillikdən zəifləməyə başlayır və onlar İkinci Dünya Sava-şından sonra tədricən oturaq həyata keçirlər.

 Qafqaz Rusiya tərəfindən işğal ediləndən sonra Azərbaycanın qu­zeyi ilə güneyi arasın­da əlaqələr zəifləsə də, tam kəsilməmişdi. Am­ma Xorasan, Şiraz, Savə ətrafın­da yaşayan türklərlə əlaqələr, demək olar ki, tamamilə kəsilmişdi. Həmin bölgələrdə yaşa­yan qa­car­ların, qaş­qay­ların, şahsevənlərin, əfşarların, xələclərin və b. tay­faların dia­lekt­ləri, folkloru, adət-ənənələri layiqincə öyrənilib təhlil edilməmişdi.

Azər­bay­can müstəqillik əldə etdikdən sonra da əlaqələrimizi la­zı­mi səviyyədə qura bilmə­dik. Hələ də araşdırıcılarımız hə­min böl­gə­lərə ekspedisiyaya gedib material­lar toplaya bilmirlər. Buna görə də Əli Kamalinin topladığı materiallardan yarar­lan­maq ol­duq­ca önəm­lidir.

Əli Kamalinin arxivində gördüyüm «Koroğlu» dastanının ma­terial­larını aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Qara mürəkkəblə, səliqəli xətlə A-4 formatlı kağıza yazılmış, üzə­rində işlənmiş bir mətn. Mətnin ilk iki səhifəsi əlyazmanın pas­por­tu rolunu oynayır. Birinci səhifənin başında «tarix 12.4.1353» (miladi 3 iyul 1974-Ə.Ş.) yazılıb. Ardınca nəzmlə 14 mis­ra­da dastanın yazıya alınma səbəbi və şəraiti təsvir edilir.

Yazacağam mən bu hekayəti bu gün qardaşuma,

İki ildür ki, salub dörd dəfə minnət başuma.

Əhd edüb üç gecədə vəxtimi dutdum özüm,

Yazmuşam, var bu kitab içrə nə həngamə sözüm –

misraları ilə başlayan nəzm bitdikdən sonra nəsrlə yazır: «Ay das­ta­num oxuyan və talib olan din qardaşlarum! «Koroğlı» dastanı 12 məc­lisdür. Hər məclisi bir dastan, eşidməli hekayətlər var. 11 das­tanunı yazmuşam. On ikiminci cildi ta kənun ya­zıl­ma­muş­dı. Bu tarixdən onı yazaram».

Buradan aydın olur ki, «duste-əzizəm, ağaye Qulamhəsən, fər­zənde Məhəm­məd­həsən, sakene Musaxanı Bulağı» deyə ta­nı­dı­lan şəxsin sifarişi ilə yazılmış “Koroğlu” dastanı­nın bu qolu  üç gecəyə yazdığı və «bu hekayət ta kənun heç aşıq bilməyüb».

Üzərindəki üç tarix isə mətnin yazıya alınmasının 2 ilə yaxın çək­diyini göstərir.

Bu qeydlərlə yanaşı katib özünü nəzm parçasında «taniyullar mə­ni, aləmdə cəhan əncüməni», nəsrlə isə İslam Əfşar Xələci kimi təq­dim edib. Əlyazmada «tarix 29.8.1354» (miladi 20 noyabr 1975-cı il-Ə.Ş) və  “İslam Əfşar. Fi tarixe 9.8.1354”  qeydləri var.

Əlyazma­dakı şeirlərdən ikisində Əfşarın adı aşağıdakı kimi hal­lanır:

Sözlərümi Əfşar çəkər əşarə,

Oxuyanlar şerü-qəzəl diyəllər.

          * * *

Əşarı yazulur Əfşar Zəmanı,

Oxu sən xəttüinşanı, Koroğlı.

Birinci beytdən anlaşılan budur ki, kimsə dasdanı söyləyib, Əfşar da “çəkər əşarə”, yəni yazıya alıb.

Əfşar bu dastanı heç bir aşığın bilmədiyini yazması inandırıcı görünmür. Fikrimizi aşağıdakı misralar da isbatlayır.

Koroğlı yetişüb bu saət cana,

Vurun, çapun, dəlilərim, hər yana,

Desün Abbas bu sözləri yazana,

Ondan bircə xəbər alun gətürün.

          * * *

Mənəm həqiqət aşığı,

Məclislərün yaraşığı,

Abbasun qəlbi, işığı,

Dua oxur səhər sənə.

 “Desün Abbas bu sözləri yazana” və “Abbasun qəlbi, işığı” mis­raları açıq-aydın dastanı Aşıq Abbasın söylədiyini və hətta mis­ra­lar arasında özünü də tanıtdığını göstərir. Dastanı heç bir aşığın bilmədiyi fikrini «Koroğlınun Türkmən səfəri» qolunun yazan katibin: «Qərar bu­dur, dastan əvvəldən ta axıracək yazulsun. Çün Aşıq Cunun Çam­lı­bel­dən qəhr edüb getmişdi  Türkmən vilayəti­nə, onun das­ta­nun yaz­muşam. Aşıq Abbas nəvarə salub» qeydi də puça çıxarır.

  Bunlar da əsas verir ki, Əf­şar dastanı ya Aşıq Abbasın özündən, ya da lent yazısından qələmə alıb. Yazıya alınan qolu Aşıq Abbas bilirmişsə demək o da adını bilmdiyimiz ustadından öyrənibmiş. Çox təəssüf ki, «aləmdə cəhan əncüməni» olan İ.Ə.Xələcini nə biz tapa bildik, nə də Əli Kamali ilə birgə işləyənlər.

«Koroğlınun Türkmən səfəri» qolunun başlanğıcındakı katib qey­­dində mətnin nə vaxt, harada, kimdən topladığı və kim tərə­fin­dən yazıya aldığı haqqında bir bilgi yoxdur. «Koroğlınun Türk­mən səfəri ki, on birminci dastandur, dübarə yazaram» qeydin­dən be­lə anlaşılır ki, 10 qol yazılıbmış. İndi isə 11-ci qol yazılır. “Dübarə ya­zaram» ifadəsini isə anlaya bilmədik. Bilmədik dastanı yazıya alan 11 qo­lun hamısını dübarə-ikinci dəfə yazıb, yoxsa yalnız 11-ci qolu ikin­­ci dəfə yazıb. Bu mətn Əfşarın yazıya aldığıyla dil-üslub ba­xı­mın­dan yaxın olsa da, mövzuca bir-birindən fərqlənir.

«Dastan-i Koroğlu və Nigar xanım» əlyazması «Eşidənləri və ağa­ye Kəmalinin saluğuna» qeydilə bitir. Buradan aydın olur ki, Əli Kama­linin sifarişilə yazılıb. Amma nə vaxt, harada, kimdən top­ladığı və kim tərəfindən yazıldığına dair heç bir bilgi yoxdur.

2. «Koroğlu» dastanının bir neçə qolu da düz xətli məktəbli dəf­tərinə qara mürək­kəblə, səliqəli şəkildə yazılıb. Savə ətrafında ya­şayan türklərin ləhcəsində yazıl­dığından və üzərində düzəlişlər edil­diyindən çətin oxunur. Əlyazmadakı «Dastan-i Koroğlu  və Nigar xa­nım», «Eyvazın durna gətirməyə getməsi», «Koroğlunun Şilat səfə­ri» məclisləri - qolları tam, «Koroğlunun Sərdar paşa das­ta­nı» isə ya­rım­çıq­dır. Nə vaxt, harada, kimdən toplandığına və ki­min yazıya al­dığına dair heç bir qeyd yoxdur.

3. 20-30 il əvvəllər qələmə alınmış 18 səhifəlik bir qarışıq əl­yaz­ma­nın sonunda Əleyi xan Qasimi qeydi var.

Bun­dan başqa 20 səhifəlik «Koroğlunun .... qurtarmaq das­ta­nı», 24 səhifəlik «Dastanı Eyvaz ki, istir gedə ... kuhuna», 43 səhifəlik «Eyvazın durna gətirməgə getməsi», 35 səhifəlik «Ko­roğ­lunun Eyvazı gətirmək dastanı», 30 səhifəlik «Koroğlu Aşıq Cü­nundan Eyvaz xanın ...», 17 səhifəlik «Koroğlunun Şilad şə­hə­rin­dəki ....», 17 səhifəlik «Koroğludan şeirlər», 2 səhifə «Koroğlunun İs­tambul səfəri», 12 səhifə başlıqsız əlyazmalarda ta­ri­xə və yazıya ala­nın adına, soyadına rast gəlmədik.

4. A-4 formatlı kağıza qara mürəkkəblə, səliqəli xətlə kö­çü­rül­müş, hər biri 25 səhifə «Koroğlunun Türkmən səfəri» və «Aşıq Cü­­nu­nun Çəmlibeldən qaçması» qolları yazılmış və sonda «Söy­lə­yən: Əf­şar» qey­di verilmişdi. Bu qeyddən belə anlaşılır­dı ki, Əfşar söy­ləyib, kimsə ya­zıya alıb. Mətnin dili bugünkü yazılı ədəbi dili­mi­zə çox yaxındır. Bu da mətnin Əfşardan yazıya alındığına şübhə do­ğurur. Görünür mətni çapa hazırlayan diqqətsizlik edib. “Sözlərimi Əfşar çəkər əşara” və “Desün Abbas bu sözləri yazana” misralarına diqqət yetirməyib.

Hüseyn Məmmədxani Güneylinin Ə.Kamali ilə birgə iş­lə­di­yin­dən xəbərdardım. Ona görə də 2003-cü il yanvarın 9-11-də Bakıda keçi­rilən «Ortaq türk keçmişindən or­taq türk gələcəyinə» folklor konf­ran­sına gəlmiş H.M.Güneyliyə məndə olan əlyaz­maları gös­tər­dim. Səliqəli xətlə köçürülmüş əlyazmaların onun olduğunu, 1990-1995-ci illərdə Ə.Kamalinin tapşırığıyla çap üçün ha­zır­la­dı­ğı­nı söylədi. Re­daktə zamanı ədəbi dil normalarını əsas gö­tür­dü­yü­nü, mətnlərin dil-üslubunu qorumadığını bildirdi.

Əli Kamalinin arxivində gördüyümüz əlyazmaların bizdə surəti ol­mayanları da var. Onların da söyləyicidən qələmə alındığını, yox­­sa hər hansı bir əlyazmadan köçürüldüyünü müəyyənləşdirə bil­mədik.

5. Hər biri bir saatlıq 7 kasetə «Koroğlu» dastanının qolları kö­çü­rü­lüb. 4 qolun hər biri bir kasetə yerləşdirilib. Kasetlər kö­çü­rü­lər­kən başlanğıcında və sonunda səs qırıq­lığı yaranıb. Bu hala ka­setin bəzi yerlərində də rast gəlinir. Söyləyənin kimliyi kaset­lərdən bi­lin­mir.

Dolaşıqlıqlara aydınlıq gətirmək üçün söyləyici ilə görüşmək la­­zım idi. Onu tap­maq isə o qədər də asan olmadı. Uzun illər sooraq­­ladıqdan sonra H.M.Güneyli söylə­yici­nin Aşıq Əliəkbər ol­du­ğu­nu yazdı. Teh­randa 2004-ci ilin dekabrında keçirilən simpoz­iu­ma ge­dərkən Aşıq Əliək­bərlə də görüşməyi planlaşdırdım. Deka­brın 31-də ədəbiy­yatı­mızın və dilimizin vurğunlarından H.M.Gü­neyli, Dər­viş Bəhrəvan İnal­lı, Əskər Yaşıllı və Aşıq Əhədlə birlikdə ha­zır­da Kərəc yaxınlığındakı Səidabad kəndin­də yaşayan aşıqla gö­rüş­dük. Aşıq Əliəkbər Qurbaninin çalıb-oxumasını, danı­şı­ğını len­tə almaq üçün özümüzlə kamera və dik­tofon da götür­müş­dük. Yax­şı ki, «Koroğlu» dastanı­nın lentdən kağıza köçürdü­yümüz mətni və aşığın Əli Kamali üçün söylədiyi lentlər də yanımızda idi.

Lentdən kağıza köçürdüyümüz mətndəki pərakəndəliyi və an­la­şıl­mazlığı aradan qaldır­maq üçün Aşıq Əliəkbərə müraciət etdik. Bi­zi mehriban və qonaqpərvər qarşıla­yan aşıq yazıya aldığımız mətn­ləri eşi­dəndə yad-yad üzümüzə baxırdı. Sanki bu mətn­lər­dən onun heç xə­bəri yoxmuş. Aşıq Əliəkbər dastanı yazıya aldığımız kimi söylən­mə­­diyini bildirdi. Lentləri səsləndirmək zorunda qal­dıq. Aşıq hey­rət­lən­di. Səmimi etiraf etdi ki, 1986-1988-ci illərdə söy­lə­dik­lərini unu­dub.

Biz ondan lentə qulaq asarkən anlaya bilmədiyimiz və fikir do­la­şıqlığı olan parça­ları yenidən söyləməsini xahiş etdik. Aşıq lent­də­kindən nisbətən fərqli bir variant danış­mağa başladı. Onun söy­lədiklərini yenidən lentə köçürsəydik çapa ha­zır­la­dı­ğımızdan fərqli bir variant yaranacaqdı. Dastanı yenidən söyləməyə isə aşığın həvəsi və vaxtı yox idi.

Aşığın yardımı ilə kağıza köçürdüyümüz mətndəki pərakən­də­li­yi və anlaşılmazlığı ara­dan qaldıra bilməyəcəyimizi gördük. Odur ki, das­tanı kimdən öyrəndiyini, məhəlli söz­lərin mənasını xəbər al­dıq və bəzi parçaları təkrar söyləməyi xahiş etdik. Aşıq Əli­əkbər Qur­bani ustadının Savənin Səngək Mərəğeyi kəndindən (Telimxan da bu kənd­də doğulub) Aşıq Əbülqasım olduğunu və ondan 20-ci yüzilin 50-ci illərində 18 das­tan öyrəndiyini söylədi.

Aşıq Əliəkbərdən «Koroğlu qarı ilə harada görüşüb?» – deyə so­ruş­duq. “Əlyaz­malar­dakı mətnlərdə- “Dastan-i Koroğlu və Nigar xanım”­da və «Koroğlunun Türkmən səfəri»ndə Koroğlunun qarı ilə görüş­düyü yazılıb. Siz isə «Bu Koroğlunun Dəmirçi­oğlu sə­fə­riy­di ki, ərz elədim» qolunu danışarkən Koroğlunun qarı ilə gö­rüş­düyünü söylə­yir­­siniz» – deyə xəbər aldıqda gülümsəyərək dedi ki, ora­da elə bir yan­lışlıq yox­dur. Koroğlunun qarı ilə, çərçi ilə gö­rüş­lə­ri və ona bən­zər ikinci dərəcəli süjetlərin hansı qolda söylənməsi məc­lisdəkilərdən, vaxtdan və aşığın ovqatından asılıdır. Məc­lis iki gün davam edəcəksə aşıq da «Koroğlunun durna səfərinin dastanı pa­yama çatır»ı başla­yıbsa, ona Koroğlunun qarı ilə, çərçiylə gö­rüş­mə­sini və ya əlavə bə­zək­lər ver­mə­yə imkanı olmur. Dastanın kiçik qol­larını danışdıqda isə vaxtı doldurmaq üçün belə əlavə edirik.

Məclisdə əyləşənlər yaşlı, oturuşmuş adamlar olanda da, kənddə tək yaşayan el ağbir­çəyi olanda da “onun xətrinə dəyər – deyə qarı ilə gö­rüşməsini danışmırıq. Aşığın özünün ovqatı ciddi olanda da Al­lah­dan, peyğəmbərdən, igidlikdən, düzlükdən, doğruluq­dan oxu­maq­la vaxtı doldurur, şən əhvalda olduqda isə o cür gülüş doğuran par­ça­lara üstünlük verir.

Məclisdə kimlərin əyləşdiyinə də aşıqlar çox önəm verirlər. Ko­roğ­lu və onun dəliləri­nin adını dəyişməsək də, düşmənlərinin adı məc­lisdəki nüfuzlu bir şəxsin adıy­la eyni olduqda ona hörmət əla­mə­ti olaraq dəyişir, əsasən də həmqafiyə başqa bir adı çəki­rik. Bə­zən ça­lıb-oxuduğum vaxt məclisə Cəfər adlı bir nüfuzlu şəxs daxil ol­duğu­nu pıçıltıyla mənə çatdırıblarsa, ondan sonra Cəfəri Səfərlə əvəz­ləmişəm.

Ayrı-ayrı məclislərdə dastan danışarkən adlarda bu cür də­yi­şik­liyə rast gəlsən, bil ki, məclisdə əyləşən nüfuz sahiblərinin adıyla bağ­lıdır.

Aşıq Əliəkbərin dediklərini bütün variantlara tətbiq etmək ol­mur. Belə ki, istər onun danışdığı «Bu da Eyvazın durna səfərinin das­tanıdı ki, payama çatır» qolunda, istər­sə əlyazmadakı «Eyvazın dur­na gə­tirməyə getməsi» qolunda söhbət Hasan paşa­dan getdiyi hal­da, birdən mövzu dəyişir. Dəliləri meydanda asmağa gətirəndə Kor­oğlu:

 

Sənə deyim Cəfər paşa,      Və ya:   Sənə deyim Cəfər paşa,

    Mustafaxan yoldadı.                        Bu meydan yaxçı meydandı. –deyə oxuyur.

Əlyazmadakı «Bu dastan Aşıq Cünunun qaçmağı dastanıdı»­da Yumuğ Əhməd de­yir: «Qaz və ördək bu mahalda tapulmaz. Ərz­u­rum­da Cəfər paşanun göllü bağunda ola. Ora da gidmaq müş­kül­dür. Çox çətin dağlar qabaqda var. Xətərli yolları vardur və bir də Cəfər paşa bir qudrətli paşadur. Koroğlı gəlüb dəliləri çağurub dedi:

Kim gidə bilür Ərzurumdan Cəfər paşanun bağundan qaz və ördək gətürə?»

Bura­da da şeirlər Cəfər paşaya müraciətlə söylənilir. Sonda yenə də Hasan paşadan söh­bət gedir.

«Dastan-i Koroğlu və Nigar»da Nigar xanım Çənlibelə çatanda onu qarşılayan dəli­lər arasında Eyvazı nişan verməsini Koroğludan xa­hiş edir. Buradan belə aydın olur ki, Nigar xanım Eyvazın şan-şöh­rətindən xəbərdardır. Əksər variantlarda isə övladı olmadı­ğı­na görə Koroğlu gedib Eyvazı gətirir və Nigar da onu oğulluğa gö­tü­rür. Belə fərqli­lik­lərə ayrı-ayrı aşıqların söylədiklərində deyil, bir aşı­ğın söylədiyi ayrı-ayrı qol­larda da rast gəlinir.

Aşıq Əliəkbər Həmzənin Qıratı aparmasından sonra Ko­roğ­lu­nun narahatlığını təs­vir edəndə Nigar xanımın dilindən deyir: «Bo­lu Sər­dar, Koroğlu çox narahatdı. Bu söz­dərin­nən əslən giriftarlığ tüğyan eliir, beləsi. Yığılın bunun ürəgin alın. Qırat əlin­nən gedif, di­vana ola­caxdı». Aşıq «dəlilərin başı», sərdar kimi ta­nıt­dığı Bolu Sərdar haq­qında «Bu da Eyvazın durna səfərinin das­ta­nıydı ki, pa­yama çatır» qolunu danışar­kan ikibaşlı danışır. Durna ovuna Ey­vazla birlikdə Dəmirçioğlunun, İsabalının, Bolu Sərdarın getdiyini söyləyən aşıq Bolu Sərdarın iki tərəfə işlədiyini söz­arası qeyd etməklə qalmır, son­da Eyvazın dilindən deyir:

Bolu Sərdar burdan qaçup,

Başımıza bəla açup.

«Bu dastan da Koroğlunun Bolu Sərdarı axtarmağıdı» qolunda isə Koroğlunun dəlilə­rə Bolu Sərdarı axtarıb tapmalarını əmr edən­də Dəmirçioğlu və dəlilərin bir çoxu onu tanımadıqlarını deyirlər. Ko­roğlu Bolu Sərdarı axtarmağa gedəndə İstan­bul­da qar­şı­la­şır­lar. Ko­roğ­lu onu tanısa da Bolu Sərdar Koroğlunu oxşadır. Am­ma tam yə­qinliklə Koroğlu olduğunu deyə bilmir. Bolu Sərdar Çən­libelə hücum etməyə qoşun toplayanda Eyvazla Dəmirçioğlu onun dəstəsinə qoşu­lur. Bolu Sərdar isə on­lar­ın Koroğlu də­li­lə­rin­dən olduğunu tanımır.

Uzun illərlə apardığımız müşahidələrdən və Aşıq Əliəkbərin söh­bətlərindən bu qəna­ətə gəlmişik ki, aşıqlar dastanın əsas sü­je­ti­ni yad­da saxlayır, ikinci dərəcəli detal­lardan isə məclisin və özü­nün əhval-ruhiyyəsinə uyğun olaraq istifadə edirlər. İkinci dərəcə­li su­rətlərin adlarını hansı qola münasib bilirlərsə, orada da işlədirlər.

Çapa hazırladığımız variantda:

Səfər oldu Dağıstana,

Mənimnən gedən gəlsin,

Namərd meydana girməsin,

Mərd badəsin içən gəlsin.

– kimi şeir parçalarına, eləcə də Türkmənistan ifadəsinə dəfələrlə rast gəlinir. «Kor­oğlu» dastanının Paris və Təbriz nüsxələrilə mü­qa­yisəli təhlili onu göstərir ki, istər Dağıs­tan, istərsə Türkmənistan bu­günkü inzibati ərazi vahidləri anlamında deyil, dağ­lıq yer, türk­mən­lər yaşa­yan yer anlamında işlədilir. Bunu bilməyən Aşıq Əli-ək­bər dasta­nı da­nışarkən türkmənlərdən söhbət açanda onu Türk­mənistanla uyğun­laşdır­mağa çalışaraq «Türkmənsəhra» ifa­də­lərini işlədir. Nəşrə hazır­ladığımız variantlarda Eyva­zın Qaşqay türk­mənlərindən olduğu özünü qabarıq büruzə verir. Bu da əsas verir ki, movzu üzərində yeni araşdırmalar aparılsın.

Əli Kamali arxivindəki “Koroğlu” dasdanı ilə bağlı olan materialları gözdən keçirdikdə aşağıdakı qənaətə gəlmək olur:

1.Aşıq Əliəkbərin lentə söylədiyi qollar bunlardır: «Bu, Ko­roğ­lu­nun Çəmlibelə gəlməg­idi və Ərəp Reyhanı görməgidir», «Bu da Ko­roğlunun dəgirmanda Qıratı Həmzə­yə verməgi və onu geri al­magı­dır», «Bu, Koroğlunun Nigar səfəriydi ki, dastanı Nigarı getdi gətirə», «Bu da Koroğlunun Eyvaz dastanıydı ki, getdi Eyvazı gətirdi», «Bu, Kor­oğlunun Dəmirçioğlu səfəriydi ki, ərz elədim», «Bu da Eyvazın durna səfəri­nin dastanıydı ki, payama çatı», «Bu da Eyvazın Türk­mənə getməgidi və ata, anası­nı toyuna dəvət et­mə­gidi», «Bu dastan da Koroğlunun Bolu Sərdarı axtarmağıdı».

Qolların adlandırılması «Kitabi-Dədə Qorqud»un boylarının adı­nı, M.Füzulinin «Leyli və Məcnun» poemasının fəsillərinin baş­lıq­larını və b. orta əsr qaynaqlarını yada salır. Məzmunca da bir ox­şarlıq var. Belə ki, «Dədə Qorqud» boylarında olduğu kimi, Aşıq Əliəkbər də bir neçə qolun sonunda dastanın adını çəkir. Aşı­ğın söylədiyi qol­ların heç birində “Aşıq Cünun” adı çəkilmir. Bu­nu diqqətsizlik kimi qiymət­ləndir­mək olmaz. Çünki söyləyici bir ne­çə də­fə kitabda Aşıq Cünunun adı olduğunu, lakin yaşa­dığı bölgədə ya­yılmış «Koroğlu» dastanlarında belə bir adın olmadığını söy­lə­yir.

İranda «Koroğlu» dastanının bir neçə nəşri var. Onlardan ən geniş yayılanı Teh­­randakı İbn Sina nəşriyyatında çap ediləndir[10]. Bu kitabı Qulamhüseyn Sədri Əfşar hazırlayıb. 1347-ci ildə (miladi 1968) işıq üzü görən kitab Hümmət Əlizadənin nəşri[11] əsasında hazırlanıb. Bakıda 1941-ci ildə Azər­­nəşr­də çap olunmuş kitabı əsasında çapa hazırlanıb.

Lakin İslam Əfşar Xələcin yazıya aldığı qollarda Aşıq Cünun hadi­sələrdə fəal iştirak edir, şeirlər söyləyir, çalıb oxuyur. İ.Ə.Xə­ləci öz şeirlərini də yazıya aldığı qol­da verir və başqa bir qey­dində bunu aşıqların da oxuduğunu söyləyir. Bu da onu göstə­rir ki, bölgədə hələ də «Koroğlu» dastanının qolları forma­laş­maq­da­dır. Aşıqlar və el şairləri mövzu ilə bağlı şeirlərini dastana əlavə edə bilirlər.

Aşıq Əliəkbər Koroğlunun İrana gəlmədiyini bir neçə dəfə vur­ğu­layır. Onun Ərzu­rum ətrafında yaşadığını və Osmanlıya səfər et­di­yini söyləyir. «Bu da Koroğlunun Eyvaz dastanıydı ki, getdi Ey­va­zı gə­tirdi» qolunu danışanda Türkmənsəhradan söz açır. Ər­zu­rum ətrafın­da yaşayan Koroğlu İrandan keçmədən Türk­mən­səh­ra­ya gedə bilməz­di. Bu da onu bir daha göstərir ki, aşığın söylədiyi və əlyazmalardakı variant­lar­da Türkmənistan, Türkmənsəhra, Tə­kə Türkmən məlum bir coğrafi məkan deyil, ümumiy­yətlə, türk­mən­lərin yaşadığı yer anlamın­dadır.

2. İstər Aşıq Əliəkbərin söylədiyi, istərsə də əlyazmalardakı va­riant­larda Yumuğ Əhməd, Qulu bəy kimi maraqlı obrazlar var. Koroğlu Nigar xanımı gətirərkən yolda Qulu bəyin ox atmağına hey­­ran olur. Onu zorla atasından ala bilməyəcəyini gördükdə Ni­gar xanım işə qarışır. Ata­sını, anasını dilə tutaraq Qulu bəyi özünə qar­daş kimi Çən­li­belə gətirir. Yumuğ Əhməd və Qulu bəyin adıyla bağ­­lı ayrıca qollar olmasa da, onlar ək­sər qollarda ən fəal iş­ti­rak­çı­la­rdır.

Kor­oğlu dəlilərindən bəzilərinin adının sonuna “balı” sözü əla­və edilir. İsabalı, Eyvazbalı, Əhmədbalı və b. Görünür, balı sözü­nün də xüsusi bir anlamı, mənası var.

3. Bir qolda Çənlibeldə olduğu, hadisələrdə fəal iştirak etdiyi gös­tərilən dəli başqa bir qolda hələ Çənlibelə gəlməmiş təsvir edi­lir. Məs: İsabalı Nigar xanımın xidmətçisi kimi onun məktubunu Çən­li­bel­də Koroğluya gətirir. Başqa variantda Nigar xanımı gətir­mə­yə ge­dəndə Koroğlu Çənlibeldə nizam-intizamı qorumağı İsabalıya həvalə edir.

4. Bölgədə aşıqlar əsasən çögür çalırlar. Onlar “saz” sözünü əsasən mu­siqi aləti anla­mında işlədirlər. Onlar çöür, çöqür, çögür kimi tə­ləf­füz etdikləri musiqi alətinə tək-tək hal­larda saz da de­yirlər. Ehtimal ki, Əfrasiyab Bədəlbəylinin «Musiqi lüğəti» kita­bın­da yazdığı: «ço­ğor-beş simli qədim Azərbaycan musiqi aləti»[12]nin izahı da çögürə aiddir.

Azər­baycanda geniş yayılmış qoltuq sazdan azacıq böyük olan çögürün qolu nis­bə­tən uzun, sinə taxtası isə bizdə olduğu kimi nis­bətən qabarıq yox, düzdür. Əsasən sək­kiz simlidir.

5. Bölgənin aşıqları bizlərdə olduğu kimi, sazın kökünü tez-tez də­yiş­mirlər. Havaların əksəriyyətini şur kökü üstündə oxuduq­la­rın­dan ritmi dəyişməklə effekt yaradır­lar. Buna görə də dastanda şeirlərin əksəriyyəti gəraylıdır, qoşmaya az-az rast gəli­nir. Divani, mü­xəmməs, təcnis və b. şeir növlərinə isə demək olar ki, rast gəlin­­mir.

6. Aşıq misralardakı heca fərqini musiqinin ahəngilə tən­zim­lə­yir. Buna görə də bəzi misra­lar özündən əvvəl və ya sonra gə­ləndən nəinki bir-iki heca, bəzən dörd-beş heca fərqli olur.

Çapa hazırladığımız mətnlərdə Koroğlunun nəsli və qohumları ilə bağlı maraqlı fakt­lar var. Belə ki, «Dastan-i Koroğlu və Nigar xa­nım» qolunda evində qonaq qaldığı qarı Koroğlunu hədələyəndə deyir:

Yedigün boynuna almaz,

Heş kim belə qılıc çalmaz,

Əmisi Şabannan qalmaz,

Bir utanmaz vardur üzi.

 

 Zöörə deyər baxsın süzə,

Əbəs qonax oldu bizə,

Dədəsi miləxor Mirzə,

Qırat üssə çıxdı gözi.

«Koroğlunun Türkmən səfəri» qolunda da deyilir:

Yalan sözündən utanmaz,

Yedigün boynuna almaz,

Əmisi Şəbannan qalmaz,

Heş yoxdur utanan üzü.

 

Mən qurbanam ala gözə,

Xəşm eyləyüb baxdı bizə,

Atasıdur Xacə Mirzə,

Qırat üstə çıxdı gözü.

 

Koroğlıdur, Rouşən xanay,

Mənim bu cismimə canay,

Qeys qızı Səlbidür anay,

Qırat vurub sınıb dizi.

Dedi: –Koroğlı, mən səni kamilən tanudum. Sən Rouşən Əli xan Xacə Mirzənün oğ­lu və nəsəbi Səlbi xanum Qeysəri- Rumin qızı və əmisi adı Şəban xan. Qırat vurub nənə­sün dizi çatılub».

Belə faktların sayını artırmaq olar. Variantlarda Ərəb Reyha­nın, Mus­tafa bəyin də tərcümeyihallarına, Koroğlu və Eyvazla qohum­luqlarına diqqət yetirilir. Azərbaycanda çap olunan variant­larda Ko­roğluya darda yardım edən, qarşılaşdıqda isə “Koroğlunu çaya basan” Gizir oglu Mus­tafabəy haqqında Əli Kamali arxivindəki variantlarda da maraqlı bilgilər var. Belə ki, Təkə Türkmən elindən olduğu söylənilən qəhrəman Mus­tafa bəy Qəcər kimi tanıdılır.  Ko­roğlu adıyla məşhurlaşan Rövşən isə sadə bir ilxıçı oğlu deyil, əsil­zadə bir nəslin-Əli xan Xacə Mirzənin və Qeysəri- Rumun qızı Sə­lbi xanı­mın övladı olduğu haqqında maraqlı fi­kir­lər söylənilir.

Dastançılıq ənənələrimizdə qəhrəmanlar sadə xalqdan deyil, əsil­zadələrdən seçilir. Qəhrə­man hətta kasıb bir ailənin övladı kimi təs­vir edilsə də, sonda onun hansısa bir əsilzadə­dən olduğu, müx­tə­lif səbəb­lərdən kasıb ailəyə düşdüyü təsvir edilir. Bu baxımdan Əli Ka­mali arxivindəki «Koroğlu» dastanının variantlarında qəh­rə­ma­nın əsilzadə kimi göstərilməsi təbii görünür.

Nəşrə hazırladığımız variantarda sinfi mübarizə özünü göstər­mir. Koroğlunun dostları arasında xanlar, paşalar, tacirlər də var, kasıb-kusub da. Yəni Koroğlu bir orta əsr cəngavəridir. Onun dost­ları və düş­mənləri var. Onlar da hər təbəqədən ola bilər. İnsanlara sinfi mü­na­si­bətə görə deyil, şəxsi münasibətə görə qiymət verir. Hətta Koroğ­lunun qorxusundan Çənlibeldən qaçmış Aşıq Cünunu geri qaytaranda Türkmənbaşı ərklə ona deyir: “Əgər sənə çəb baxa (yəni Koroğlu-Ə.Ş.) gözdərin çıxardaram. Və bəd Koroğlu heç vədə mənsiz Çam­libeldə dura bilməz”.

Əli Kamali arxivində ciddi araşdırma aparmağa imkanı­mız ol­ma­yıb. Ola bilsin ki, orada başqa mətnlər də vardır. Aşığın söy­lə­diyi «Koroğlunun durna səfəri payama çatır» qolundakı bir gə­ray­lı­da «Topu tüfənglər atuldu» misrası var. Bu da Koroğ­lunun tüfəng çıxdıq­dan sonra meydandan çəkilməsi fikrilə uyğun gəlmir.

Əli Kamali arxivindən alınmış materialları çapa hazırlayarkən üç fəslə ayırdıq.

Birin­ci fəsildə Aşıq Əliəkbər Qurbaninin lentə söylədiklərini ol­du­ğu kimi kağıza köçürmə­yə çalışdıq.

İkinci fəslə müxtəlif xətlə yazılmış əlyazmaları-əski əlifbadan latın əlifbasına çevril­mişləri daxil etdik. Bunlar ləhcələrdə yazıl­dı­ğın­dan bir-birindən xeyli fərqlənir­di. Biz dialektoloji mətn ha­zır­la­mağı qar­şımıza məqsəd qoymadığımızdan “Koroğlu” dasta­nı­­nın Təb­riz va­rian­tını çapa hazırlamış E.Tofiq qızı onları ortaq bir məx­rəcə gətir­di. Mətnşünaslıqla və dialektologiya ilə məşğul olan araş­dırıcılar lazım gəlsə, Folk­lor İnstitutunun arxivindən istifadə edə bi­lərlər.

Üçüncü fəslə Ə.Kamalinin rəhbərliyi ilə H.M.Güneylinin çap üçün hazırladığı iki qolu - əski əlifbadan latın əlifbasına çevrilmiş mət­ni daxil etdik. Bu da müasir ədəbi dilimi­zə uyğun olduğundan elə bir izahlara ehtiyac olmadı.

Çalışmışıq ki, aşığın dastanı necə söylədiyi, mətnin necə yazıya alındığı və çapa necə hazırlandığı haqqında təsəvvür yaradaq.

«Koroğlu» dastanın kasetdən yazıya kö­çürərkən alışmadığımız ləhcədə söylənən səsləri anlamaqda çətinlik çəkirdik. Lentə bir neçə dəfə qulaq asdıqdan sonra aşığın səsinə alış­dıq. Amma bəzi səsləri yazarkən problemlə rastlaşdıq. Çün­ki əlif­bamızda bu səslərin işarələri yoxdur. Odur ki, səs əlifbamızda han­sı hərfə daha yaxın səslənirdisə, o cür yazdıq.

Söyləyicinin özü də səsləri iki, bəzən üç şəkildə deyir. Məs: məgər-məyər, ayax-ayaq, ağıl-əqil, cavannığ-cavannık-cavan­nıx, heç-heş, vilayət-vəlayət, Eyvaz-Eyvəz-Ayvəz, duşmən-düş­man, üç-üş və s. Söz sonunda səs düşür. Məs: gəl əvə­zinə gə, dükandan əvəzinə dükanda, Allah əzəzinə Alla, Vallah əvəzinə Valla və s. deyir. Söz or­tasında səs düşür. Məs: şəhər əvə­zinə şəər, kövşən əvəzinə kööşən, sonra əvəzinə soora, gətirəm əvəzinə gəərəm və s. söz ortasında səs artır. Məs: nərə əvəzinə nəhrə.

Ümumiyyətlə, “Koroğlu” dastanının çapa hazırladığımız nüsxə­lə­rində Azər­baycan türkcəsinin doğu və güney dialektlərinə məx­sus olan bir çox xüsusiyyətlər özünü göstərməkdədir. Bu xüsu­siy­yət­lər daha çox fonetik səviyyədə səs əvəzlənmə­ləri ilə sə­ciy­yə­lə­nir. Mə­sələn:

u-i: Koroğli, unutmuşdilar

ü-i: gülirəm, düşdi

ı-u: sazuni, basub, qalasun, danuş, salub

i-ü: məclisün, sifarişün, versünnər

y-g: gənə, dimdigünnən, əgməz

L səsinin d-ya (doymazlar-doymazdar), d səsinin t-ya (ad-at), z səsinin s-ya (olmaz-olmas), ç səsinin ş-ya (açdı-aşdı) çev­ril­məsi də xarakterikdir.

Dilimizə xarakterik olan səs əvəzlənməsindən başqa diftonqlar da var. «Kor­oğlu»nu söyləyən də diftonqlardan- qovuşuq səsdən ge­niş istifadə edir. Mətni dialek­toloji baxımdan deyil, folklorçular üçün hazır­ladığımızdan onları xüsusi işarələrlə vermə­dik. Söz so­nun­da n səsilə y səsinin qarışığı kimi tələffüz edilən səsi y hərfilə ver­dik.

Bəzi sözlər isə bugünkü ədəbi dilimizdən fərqli olaraq orta yüz­il­lik­lərin ədəbi dilin­­dəki kimi işlədilir. Məs: qaranlıq əvəzinə qa­ran­quluq, otlayır əvəzinə otuşur, öp­mək əvəzinə öpməlik, ikisi əvə­zinə ikiləri, çalğıçı əvəzinə çalçı və s. Onları da ol­du­­ğu kimi sax­ladıq.

Aşıq Əliəkbər dastanı danışarkən ərəb sözlərini heç də fars söz­lərindən az işlətmir.

Aşığın danışığı aydın başa düşülür. Lakin onun dediklərini olduğu kimi yazıya köçürüb oxuduqda anlaşılmazlıq yaranır. Mət­nə xələl gətirməmək üçün aydınlıq gətirən əlavə söz və ifadələri [ ] işa­rəsi arasında verdik.

 Mətni çapa hazırlayanda çatışmayan, aydın olmayan parçaları də­qiqləşdirmək üçün Aşıq Əliəkbərlə görüşdükdə onun bizə da­nış­dıq­larını və izahlarını { } işarəsi arasında verdik. Aşıq oxuyar­kən mət­­­ni aydınlatmaq və ya musiqinin ritminə uyğun olaraq söy­lədiyi söz və ifadələri ( ) işarəsi arasında yazdıq. Aşığın mövzudan kənara çı­xıb izahlar verdiyi yerlərdə * işarəsi qoyaraq söylədik­lə­ri­ni sə­hi­fənin ətək yazısına keçirdik. Lentdəki mətnlərin başlanğı­cın­da, içə­risində və sonunda səs qırılıb fikir tamamlanmayan yerlərə üç nöq­tə qoyduq.

Lentlər üzərində işimizi bitmiş hesab etdiyimizdən onları AMEA Folk­lor İnstitutunun arxivinə bağışladıq ki, lazım gə­lən­də dil tarixçi­ləri, dialektoloqlar, etnoqraflar həmin ma­terial­lar­dan istifadə edə bilsinlər.

Mətn anlaşıqlı olsun deyə ərəb, fars sözlərinin və bəzi məhəlli söz­lərin lüğətini hazırladıq. Eyni sözlər təkrarlanmasın və hər sə­hi­fə­nin ətəyində çox yer tutmasın deyə sonunda sözlük verdik.

Bütün bunlar yəqin ki, araşdırıcılarımız üçün dastanı yenidən in­cələməyə şərait yaradacaqdır.

Dastanı nəşrə hazırlayarkən H.M. Güneylinin çapa hazırladığını Sə­kinə Qaybalıyeva, qalan əlyazmaları isə Lalə Cavanşir və Neda Nə­cəfi əski əlifbadan latın əlifbasına çevirdilər. Yalnışlıqlara yol ve­rilməsin deyə mətnlərin oxunuşunu H.M.Güneyli və Aqşin Ağ­kə­mərli ilə yenidən yoxladıq. Lakin bu oxunuşlar və yoxlamalar da qa­needici deyildi. AMEA Folklor İnstitutunun 2005-ci ildə çap et­di­yi «Koroğ­lu» dastanını oxuyanda tərəddüd etməkdə haqlı ol­du­ğu­muz təsdiq­lən­di. Mərhum araşdırıcı Dilarə Əliyevanın başladığı işi gənc mətnşünas Elnarə Tofiq qızı tamamlamışdır. Bu nəşri mü­kəm­məl sayaraq nəşrə hazırladığımız mətni yoxlamaq üçün ona ver­dik. Elnarə xanım gərgin əməyi sayəsində çoxlu yalnışlıqları ara­dan qaldırdı. Biz də onun oxuyub düzəltdiyi variantı əsas kimi qə­bul edərək nəşrə verdik.

Dastanın çapa hazırlanmasında f.e.n. Əfzələddin Əsgərov yaxın­dan iştirak etdi və oxuyaraq dəyərli məsləhətlər verdi. Şərq­şü­naslıq İnstitutunun əməkdaşı f.e.n. Elmira Fikrətqızına da bizə gös­tər­diyi köməyə görə minnətdarlığımızı bildiririk.

                                                                                      Əli Şamil

15.09.2005

 


Aşıq Əlİəkbər

  Aşıq Əliəkbər Zəbiulla oğlu Qur­ba­ni 1932-ci ilin iyunun 2-də Qəzvin osta­nı­nın (vi­la­yət) Bunizəhra mahalının İpək kən­din­də do­ğulmuşdur. Soydaşları ara­sında ya­şa­yan rə­va­yətlərə görə, ulu ba­­ba­ları el­lik­lə Mu­ğan­dan Şiraz ətra­fına, XVIII yüz­il­liyin son­la­rın­da isə Qəz­vinə köç­müş­lər. Aşığın babası Sər­xoş İpək kən­dində do­ğu­lub və orada dün­yasını də­yişib.

  Əli­­ək­bər Qurbani əsgəri xidmətini başa vurduqdan sonra Tehrana gəlir. Burada Savənin Səngək-Mərəğey (Telimxan da bu kənddə doğulub) kəndindən olan Aşıq Əbülqasımla ta­nış olub. Aşıq gənc Əliəkbərin saza-sözə marağını, iti yaddaşını, həssas müsiqi duyumunu görüb onu özünə şagird edib. Az bir zamanda aşıqlıq sənətinə yiyələnən və bir necə il ustadı ilə birlikdə məclislər aparan Əliəkbər 18 dastan, onlarla saz havası, yüzlərlə şeir öy­rənib.

1980-ci illərin ikinci ya­rı­sın­da Əli Ka­mali ilə tanış olan Aşıq Əliəkbərin həyatında yeni bir dönəm başlayıb. Aşıq «Kor­oğ­­­lu» dasdanının bir neçə qolunu və Telimxanın on­larla şeiri­ni məclislərdə, insanlara deyil, Əli Kamalinin tapşırığı ilə maqnitafon kasetinə danışıb. Yazdırdığı ksaetləri də Əli Kamaliyə verib.

Ömrünün sonunadək Kərəc yaxınlığındakı Səidabad kəndində yaşayan Aşıq Əliəkbər 26 mart 2011-cı ildə dünyasını dəyişib. Biz onunla görüşənda Meh­­di və Bəhmən adlı iki oğlu və dörd qızı, nəvəsi var idi.

 

 

 

 


Aşıq Əliəkbərin söylədikləri

(Lentdən köçürülmüşdür)

 

Bu, Koroğlunun Çəmlibelə gəlməgidi

və Ərəb Reyhanı görməgidi

 

{Bəli, Koroğlının atası Əli bir şahın yanında at becərərdi. Bir gün gör­di bir bulağdı, bulağın suyu çoşdu gəldi, coşdu gəldi, bu bulağdan at çıxdı[13] çölə. At çıxdı çölə, qarışdı ilxıların içinə. Ye­ridi bir dənə madyan­nan nəzdiklik oldi, getdi, gənə girdi o bu­lağın içinə.

Koroğlunun atası ki, meytərliğ elərdi, [yadında] saxladı. Göz­­dədi, gözdədi ta bu at doğdı. Həmin at ki, bulağdan gəl­miş­di, döl tutmuşdu, doğdu. Gördi bir təhərdi, [qulun] bir par­ça ətdi, qıçları çıxıb, başı çıxıb, bir bədrix, pis şeydi. Dedi, nəmə mən bunu bu cür aparsam, şahın yanına yamanı gələr, deyər, bu­nu sən hardan tapmısan, gətimisən? Bədi gələr mənnən. Bu­nu mən gizlədərəm, deyərəm, o at ölü doğdu, atdım qurd-quş yedi.

 Bunu gizlətdi ilxıların içində. Ta bu at gəldi vəsilə yetdi, bəəd, gəldi. O ayrı məmləkətdən şaha qonax gəldi. Qonax gəldi, dedi:

– Mənim atdarımı, sən gəlibsən ha, görmüşən ki, mənim atda­rım necədi? Sən  də bir atdarııy gətir, görüm nə cürdi.

[Şah] meytərə dedi:

– Gedərən, beytərin mənim atdarımdan bir dənə götürrən gəllənən. Bu şah da baxa, görə mənim atdarım pəs nə cürdi.

Bu dedi, xub, dəryadan çıxma atdan döl tütmuşam, buni gə­tirim. Getdi o atı gətdi. O, atı gətirəndə istiirdi şaha yaxçılıq elə­sin. Şah baxdı-gördü o atın qiyafəsi pisdi. O şah bu şaha dedi:

– Elə atdarın budu? Heş dərdə dəyməz. Biz bu cür atdarı atarıy qurd-quş yəər.

O, şahın yanında Koroğlunun atası Əliyə bir şey demədi. Ge­dən­nən soora dedi:

– Sən mənim abrımı apardın. Mən onun atdarın o məm­lə­kət­də görmüşdüm. Bu gəldi mənim atdarım vurdu yerə, xarab elə­diy. Səniy mən mücazat eliyəcəm gözlərin çıxaralar.

Dedi:

– Gəl mənim gözümü çıxartma.

Dedi:

– Olmaz. Gərək çıxadam.

Bunun iki gözün də çıxartdı. Çıxartdı, dedi:

– Xub, dünyada insanın dərdə dəyəni gözdi. Bədəninin ya­rı­sı, sultanı gözdi.

Dedi:

– Bə sən mənim gözümi çıxartdın, mənə hədiyə olaraq o at­dar ki pisti, onu ver mənə.

Dedi:

– Onu veriy, bu aparsın.

O, Düratnan Qıratı, oğlu Roşanı da götdü şəərdən çıxdı. Hə­lə indi o şəərin adı deməmişəm nəymiş, o şəərin adı Toqat. Şəəri-To­qat­dan çıxdı, haydı gediri. Gəldi [oğluna, başına gətiri­lənləri söy­lədi və] dedi:

– Gedirik, hər yerə ki çatdıx, mən sənə deyərəm.

Gəldi, dedi:

– Bu yer nə cür yerdi?

Dedi:

– Ata düzdi. Hər yer düzdi. Nə dağ var, nə daş var. Elə ba­xır­san düz görükir.

Dedi:

– Burda baş saxlıya bilmənik.

Bir qədir getdilər, dedi:

– Bala, bu nə cür yerdi?

Dedi:

Dədə, bura da təpə-təpədi. Təpəsi çoxdu, dağ deyi.

Dedi:

– Burda da baş saxlıya bilmərik.

Çatdılar bir dərbəndə. Dedi:

– Bura?

Dedi:

Ata bura? Dağın başı gedib çox göyə. Dərbənddi, ayrı yana yol yoxidi gedə.

Dedi:

Ha, bura bizim yerimizdi.

Buranın adını qoydu burda, Çəmlibel. Burda düşdülər. Dedi:

Bala, dolanı gör, burda qəmiş (biz deyərih, qəmiş) vardı?

Dedi:

– Bu dağdı, dağın başında qəmiş çıxıbdı.

Dedi:

– Orda su olar.

Dedi:

Ata, su yoxdi.

Dedi:

Çıxar, qeyri -mümkündi su çıxmıya.

O bulağın da ki, (ərz eləmişəm buracək) doqquz ay suyu qu­rur­du, üç ay gələrdi.

Dedi:

– Ata, su yoxdi. Susuzdan öldük, süyumuz qurtarıp.

Dedi:

– Bala, bu bulağı əş.

Oğlan bir az oranı eşələdi, su coşdı.

Dedi:

– Coşanda mənə xəbər elə. Su gəldi çıxdı, mənə xəbər elə, bir içim ver mən içim, vurum üzümə. Ama özün içmiyə ha! Ağa, içəəy məriz ollay. Mənə xəbər elə.

Bu oğlan çox zirək idi. Dedi, görən, nə var bu suda?! Ağa, bu suda bir səbəb varmış, bir hüsn varımış, bir möcüzə varımış. Ko­roğlu bunu eşər, bir onda görər bulağın suyu qeynağa gəldi. Ya­vaş-yavaş bu su cuşur. Bu su vəxti ki, gələr yuxarı, görər belə da­ğıdı. Əl vurar, görər belə dağdı, qeyniir. Əlin çəkər. Çəkənnən soora [bir də] vurar görər buzdu su, çox buzdu. Dırnaxları istiir tö­külə, bu qədri buzdu. Bir muc vurar dodağına. O, içənnən soora deyər:

Ata, gəldi su.

Dedi:

Çıxdı? Apar məni suyun üstə.

Apardı qoydu suyun üstə. Atası əylir [su] içər. Bir az vurdu üzünə. Baxdı gördi heş nə görmür, möcüzəsi yox. Dedi:

– Bala, işdiy bu sudan?

Dedi:

– Bəli ata, bir qurtum.

Dedi:

Balam, sən apardıy. Mənim gözüm açılardı ki, keşdi. Səniy bu fırsatnan səsiy çoxalar. Səniy səsiy iki ağaşdan [eşidilər], nəh­­rə çəkən daşlar titrər. Hər kəsin qulağına nəhrən dəyə, huş­dan gedər. İndi burda daş yığginən istəb-atdar bağlanan yer qa­yırək.

Daş yığdılar, üstünü örtdülər, atdarı saldılar bura.

Dedi:

– Bala, sən, atdarı becər. Elə elə ki, gün düşmüyə töylənin içi­nə, heş yerdən düşmiyə.

Bəəd, oğlan beçərdi. Bir neçə günnən soora [atası] dedi:

Bala, məni apar görüm atdar necədi.

[Atası] gəldi. Əvvəl Qıratın qulağınnan əlini dayadı, sürtdü, sürtdü belinə. Gördü yox, bir şey yoxdı. Gəldi Duratın qulağı­nın yanınnan əlini sürtdü, sürtdü belinə, üstünə çatanda at be­li­ni bu cür elədi, diksindi. Əlini saxladı, dedi:

– Çıx gör işıx düşür?

Dedi:

– Bir iynə qədər atın dərisinə işıx düşür.

Dedi:

O bir tikə atı zəlil eliyipdi. Ged onu tut.

Bəəd, tutandan soora dedi:

Xub, indi buları minginən, sür. Əvvəl minginən, sür salgi­nan düzdiğa, torpaxlığa.

İkisin də sürdü. Dağa saldı, daşa saldı, getdi dolandı gəldi, gör­di eybi yox. Heç yerdə dayammırlar. Ama Durat torpaxlığa ça­tanda bu cür yetmir. İşıx bunu zəlil eliyibdi. Atdarın birin adın qoydu Durat, o birin Qırat. Buranın adı Çəmlibelidi, Çar­dax­lı Çəmlibel.}

O zaman, nə bilim məmuro, pasko, ədli-divan yoxumuş ki, hər kəs hər kəsəymiş. Bəəd, Koroğlunun adı, əsli adı Roşandı. De­yir, dədəsin gözün Sərdar paşa çıxartdı, o vəsətdən deyillər, «Ko­roğ­lu». Yəni dədəsi korumuş. Hələ bəzi yerdə də deyillər, «Kəroğ­lu», xeyir!

Çəmlibeldə ki, Koroğlu sükunat tutar. Atası bir gün vəsiyət elər: «Bala, tək burda qalmax müşküldü, sən tək heş iş görə bil­məy. Sən heş kəsə ayax sala bilməy. Düşman üstüyə ayax salar, əliy­nən zindəgin alar. Xoş ömrüy alar. Əliynən qoymaz səniy bir dənə mal qala, dünya malınnan. Heş zadıy olmaz. Əgər sən, balam, yalqız bu Çəmlibeldə günüy keçirdə bilməy. Düşmən sənə ayax salar, günuy qara eylər. Yalquz cavan dünyada xar olar. Bir kəs olmasun dünyada [yalqız]. Əgər əslan olay qa­rış­qa­lar sənə dov deyər. Məgər beş dənə, on dənə, iyirmi dənə, nə qə­dər başarran dovriyə el yığ. El gərək elnən sürünə. Sən əlində heş zad yox. Əgər ateşi tuzağ olay yandıra bilməy heş kəsi. Cəm­şidi cəm olay sənə saellər, sənə yolçular qarama vurar, ba­şı­ya. Pəs dayan nəsihət eliyim sənə. Bala, dünyada bu cür gü­za­ran elə. Sən hər şəərdən, hər məmləkətdən, hər gövşənnən, hər gü­zardan beş dənə layıx oğlan, dürüs cavan yığ dovriyə, burda is­tiirən qərar tutay. Sənə budur vəsiyyətim, bala. Qoy deyim bi­lə­yəy. Dünyada nəsihətdərim qalsın qulağıyda. Böyük sözüylə get­məyən böyük bəlaya düşər». Bu sözdərdən aldı Əli oğlu Rouşənə görək nə deyir.

 

Sənə qurban, Roşan oğlum,

Tək igidin adı olmaz.

Gün batınca axşam, oğlum,

Şənin şokəti olmaz.

 

Düşman onu tez xar eylər,

Hər tərəfdən el car eylər,

Hər nə dadı-fəryad eylər,

Bir kimsədən ümdad olmaz.

 

Yalquz igit yeyər çox qəm,

Günməgün olar əğli kəm,

Ürəgində dərdü-vərəm,

Loğman gələ dərman olmaz.

 

Yalquz cavan coşa-daşa,

Dərya kimi başdan aşa,

Hər yerdə doğru danışa,

Sözündə etibar olmaz.

 

Yalquz igit bu dünyada,

Keçən günün salar yada,

Car çəkər ki, çat ümdada!

Ümdadına yetən olmaz.

 

Yalquz igit dura bəxti,

Qurdursalar kürsü-təxti,

O Cəmşidin cəvan vəxti,

Hökmünün fərmanı olmaz.

 

Roşan balam, bu dünyada,

Atay sözün sal sən yada,

Beş gün bu fani dünyada,

İtər gedər adıy olmaz.

 

Atası sözlərin bəyan eylədi. Bəyan eyləyənnən necə müddət soora atasının dünyadan əli üzüldi. Koroğlunun atası ölənnən soora gördü yox, atası dedigi sözdər buna əsər eliir gündə.

Xub, mən tək bu çöldə, mən bu məmləkətdə nə cür baş sax­larum? Amma düştü Koroğlı çöllərə. Əvvəli səfər ki, ayaq qoy­dı şəəri İstambula. Gördü nəmə? Dəstə-dəstə cavannar Osman tor­pağında duruplar. Biri dava eliir, biri kasıplığ eliir, hərəsi bir iş tu­tup. Gəldi bir meydanda gördü bir ittə cavan oturup. Bular dör­dü seçilip bir tərəfə, beşi seçilip bir tərəfə. Bular biistilah is­til­lər hücum bağlıyalar hara? Ayax salalar, deyillər, bu dağda bir adam gəlip, cavandı, adına Roşan deyillər. Yollar kəsir tən­ha. Yığılayın, gedə­yin bunu beyinnən aparax. Koroğlı bilmirdi, bu­lar tanımırdı. Yeridi, buların içində bir cavan varıdı, xoş hey­kəl, enlikürək, dedi:

Cavan, məni də yoldaş eləriz, öziyzə? Mən də siziynən gə­lim? Deyillər, o çox yerləri qarət eliyip, çox bazırqannar so­yı­rı. Tək adamdı, hər kəsə dov deyir.

Dedilər:

Niyə gəlməysən? Hardan gəlmişəy, hara gedirəy? Nə məm­lə­kətin adamıyay?

Dedi:

Mən, Sərdar paşanın şəərinnən gəlmişəm, Çələbidən. Şəərin adı Çələbiydi. Əlxas, Çələb. Çələbidən gəlmişəm. Mən də bili­rəm bu yolları kəsiri. Gəlin mən də sizə imdad olum, gedəyin. Mən də bu dağların bələtəm yoluna.

Ağa, beş dənə bu dəlilərdən qoşuldu, bir də Koroğlı özünü vu­rup buların cildinə. Amma buların içinə bir dənə varıdı, heş kəs­dən utammaz, heş sözünnən qammaz. Elə adı Heş­kəs­dən­utam­mazıdı. Çox mərt cavanıdı. Dağı aşdı. Ağa, dedi:

Xub, deyillər, o cavan ki Roşandı, bunda nəmənə hünər var?

Koroğlu istiirdi bilindirə bulara ki, bular görə qorxullar, ya yox? Dedilər:

Valla, hünərin biz görməmişik, indiyə dəva eləməmişik. De­yillər, bir dəli nəhrə səsi var. Çağıranda dağudaş titrər. Adam bihuşt olar. Belə degillər.

Dedi:

Yoo, baba, ya? Məndə də indi səs çoxdı. Çığırım siz titirəriz?

Dedilər:

Xub, səniy səsiy ki, biz görmüşük heş danışa bilmirəy!

Ağa, Koroğlu əlini qoydu qulağına bir nəhrə çəkəndə heş bil­mədi bu beş nəfər nə vaxt düşüp. Ağa, buların tamam qol­la­rını qol-qoluna bağladı, şəmşir çəkdi başları üstə durdu. Huşa gəti­rənnən sonra dedi:

Bax, qoyun sizə təərif eliyim mən kiməm. Mən həmin ada­mam. Gəlin mənimnən, həmbab olun. Bu tacirləri, bu paşaları qoy­muyax hökümran ola xəlxa, tutak, təxtan salak, hö­küm­lə­rini əlindən alak. Binəva, biçaranı qoymuyak zəlil ola. Bular xəl­xa zü­lüm eliyip, hamı mərdumu bərd eliyiplər. Yığılıplar öz­lə­rini eşqi-nuş eliillər, gündə eşri-işrətə məşquldular. Başlar kə­sək, qannar tökək, bazırqannar talıyak, paşaları təxtən salak. Qoy binava-biçara göz aça, xoş gün görə. Bu nə zülmidi, hər şəərdə, hər guşada bir paşa oturup təxtinə?! Tamam mərdumu bəd­­bəxt eliyip qol-qola bağlıyıp... Alıp Koroğlu bu sözdərdə bə­­yan eliirdi. «Gəlin buları əldən - ayaxtan alak». Götürüp bu söz­­dərdən beş dənə[14] deyir:

 

Sizə deyim, beş dəlilər,

Gəlin yığılak biz yinə.

Şirlər kimin quruş çəkək,

Tamam meşələr titrinə.

 

Təxtən salak paşa, xanı,

Başa qoyak qoç oğlanı,

Keçirdək bir xoş douranı,

Daldalanak bir-birinə[15].

 

Mənim dayım Ərəp Reyhan[16],

Dünyadır adına heyran,

Çəmlibeldə tutak döyran,

Qəmli göylümüz sevinə.

 

Paşaları təxtən salak,

Bazırqanun malun alak,

Şəərlərinə talan salak,

Rəhm etmiyək heş birinə.

 

Xoş cavannarım, xoş olun,

Yığılın əlli beş olun,

Mey içib də sərxoş olun,

Savaşmayın bir-birinə.

 

Necə ki qış boran eylər,

Boran eylər, külək eylər,

Davanı da ürək eylər,

Bac verməyin heş ölümə.

 

Koroğluyam, cida sallam,

Düşmannardan qəsas allam,

Qıratımı yola sallam,

Əzəl Arzulum yoluna.

 

Sözü tamam eliyənnən soora, dəlilər yığıldı [Koroğlunun] ba­şı­na, [dedilər]:

Qoş Koroğlu, xub, hardan gedəy, hardan vuray, hardan ça­pay? Nə dügümüz var, nə yağımız var, nə ögəcimiz var? Nə cür güzaran eliyək?

[Koroğlu] dedi:

Olardan heş qorxmuyun. Elə bu gün əlan mərdi–mey­dan­dı.

Ağa, sizə hardan xəvər verək? Deyər, hələ hayannan ba­zır­qan yük bağlamışdı, dəvəynən gəlirdi tamam yükü dügüymüş, ya­ğumuş. İş gör hardan rast gələ. Koroğlu çıxar gərdanələri kə­sər. Dəliləri beş-beş yollar hər tərəfdə. Amma görər biritdə ta­cir gəlir, zaranqu-zırınq, səsi götürüp. Geçər tacirin yolun üs­tün­də [deyər]:

Ay bazırqanbaşı, yüküy nədi?

Deyər:

Dügüdi, tədarükatdı.

[Deyər]:

Hara aparırsan, dügünü?

Deyər:

– Gedirəm Təbrizə.

Deyər:

Xub, olar bu dügüynən satay bizə?

Deyər:

Bu dügü tikə satılmaz. Ya hamısını al, ya da kı çəkil dala.

Koroğlu deyər:

Məyə mən bir nəfər neçə batman dügü yəərəm? Neçə binək dügü yəərəm? Beş-altı çəllək dügüynən ver.

Dedi:

Deyirəm ki, ya çəkil dala, ya hamısını al, – deyəndə Ko­roğlu gördü bu çox yekkə danışır, dedi:

Sən sarvanay, ya bazırqan?

Dedi:

Mən elə bazırqanam!

Şeşbərə əl elədi, qulunçunnan vuranda, deyər, altı ayıydı ba­zır­qan get­di dədəsi yanına. Dəlilərə dedi:

Yükləri çəkin.

Ağa, qatırda yükləri çəkiblər Çəmlibelə əndirdilər. Dəlilərə dedi:

Hansıız aşpaz bələtiyz?

Dəlilərin birisi dedi:

Mən.

Ağa, [həmən dəli] dügünü elə o cür töküp qazana, otu vurup dibinə. Su tökmüyüpdü [qazana, ona görə də qazan] çax-çax çaqqıldıırdı.

Koroğlu dedi:

Bu nəmənə?

Dedi:

Pişənə gec olur, qourğa elləm.

Dedi:

Dəli külbaş, çəkil dala.

Ağa, dəlinin biri bir tulux suyu doldurup qazana. Bilinmədi aş oldu, baş oldu, nə oldu, işim yox. Amma Koroğlu bir gün dedi:

Bu cür güzəran olmaz, gərək bir dənə aşpaz tapak. Aşpaz aşpaz şəklində ola.

Dolandılar, [Koroğlu] xəbər aldı, [öyrəndi]: Bəli, Laçın şəə­rində bir dənə aşpaz var. Oranın paşasının aşpazıdı. Əgər qəza pişirə adam, istir barmağın yəə. Koroğlu dedi:

Hər zülümdu, gərək o aşpazı mən yetirəm.

Ağa, dəlilərdən minip ata üş-dört danə, girdi Laçının şərinə. Bax­dı-gördü tamam küçə-bazarda nəmənə dolanıllar, qo­lu­bağ­lı­dı ki, ağlıya-ağlıya. Başlarınnan şallağnan vurullar, aparıllar. Ko­roğlu yeridi irəli:

Qardaş, buları hara aparırıyz?

Dedi:

Bu şəərdə, paşa hökm eliyipdi, bu şəərin gərək dövrində ta­mam xəndək qazalar. Düşman ayax salmıya bu şəərə. Apar­ram indi orda xəndək qazalar.

Dedi:

Bulara xəndək qazdırıp pul da veririyz?

Dedi:

Xub, yox, bular bərdədi.

Koroğlu dedi:

Məni də isdiəllər orda xəndək qazam?

Dedi:

Niyə istəməzdər.

Ağa, Koroğlu gəldi buların içinə, görə buların fərmanverəni kim­di. Burda baxdı-gördü, bəli, bir nəfər durup biistila sər­kar­gər­dədi, fərman verir. Götürüp Koroğlu burda deyir:

Bu fərmanı kim verip?

Deyər:

Paşa! Paşa, dəstür verip.

rtip Koroğlu burda bu paşaynan nə cür çıxışır başa. Al­dı Koroğlu bu sözdəri deyə:

 

Şəəriyə vəlvələ sallam,

Şeşpəri başıya çallam,

Təxtiyi əliynən allam,

Xəlxi belə zülmə salma.

 

Laçının xoş cavannarı,

Öldürün paşa, xannarı,

Qoymuun sürə dourannarı,

Əllərinnən douran allam.

 

 Paşa indi bimar ollay,

Öz dərdiyə düçar ollay,

Tapılmaz dərdiyə ilac,

Gəzərəy tapmay ölümü.

 

Paşa əlan təxtiy allam,

Əliynən şovkətin sallam,

Başıya bir şeşpər çallam,

Bağlaram daldan qolıyı.

 

Koroğlu Dəli Həsənə,

Ərsəni təng edər sənə,

Şeşpəri vursun sinəyə,

Kəsərəm dodax- diliyi.[17]

 

Koroğu bu sözdəri burda dedi. Ağa, şəəri saldılar vəlvələyə. Ça­pan çapdı, yıxan yıxdı, qovan qovdu. Ağa, nə qədir xaru-ba­ru libasu tarac eliyiplər, töküplər. Bu şəərdən də on dənə dəli yığ­dı başına. Gəldilər Çəmlibeldə düştülər. Ağa, Koroğlu dedi:

Dəlilərim, indi gəlin sizə bir nəsihət eliyim, bir vəsiyət eliyim. Görün mənim günüm nədi, mənim güzarım nədi, mənim işim nədi? Qoymarızın bir dənə bazırqan keçə, bir dənə tacir keçə, bir dənə karvan keçə. Malların allız, tamamını tarac elərüz, talan elərüz. Bu dünyada gərək hamı bir sanıla, hamı bir yek sanıla. Nəki bir dənə paşa çıxa təxtə qırx min cəmiyyəti özünə dov eliyə. Qoymam bir dənə paşa, xan qala.

Ağa, ərz eylədim bunun [Koroğlunun] Ərəb Reyhan Ağ­tən­gə­də dayısıydı. Bunun atın adı Quziyəydi.... {Ərəp Reyhanın ata­sın adı Cəngiz idi. Atası ölənnən soora anası getdi bir ərəbə. On­nan oğlan gəldi dünyaya. Oğlan gəldi dünyaya, dedilər, «bu­nun adını nə qoyak?» Anasın adı Reyhan idi. Dədəsi çünki ərəp­di, nənəsi əcəm bunun adını qoydular Ərəp Reyhan. O da belə yol kəsərdi, Koroğlıdan dala qalmazıdı. Koroğlınun dayı­sıy­dı}[18].

Koroğluynan miyanəsi heş vaxt yox idi. Əlbəttə, Koroğlu bir gün səfər elədi Ağtəngəyə, iki dənə dəlisiynən. Dəlilərin biri yol­­da dedi:

Qoş Koroğlu, bu dağı biz nə cür aşay?

Dedi:

Bu dağlar ki, bir şey dəyi. Gərək aşak. Gedək mən dayıma bilindirəm ki, onun elə bacısı məstər əlində böyümüşdü. Mənim ana­mın atasının adına Məstər Əli deyərdilər, beləsinə.

Məstər[19] Əlinin bir belə şanı-şokəti varıdı. Bəli, ağa, Koroğlu çatur [Ağtəngəyə]. Ərəp Reyhan çıxmışdı çöldə şikara. Gəzə-gəzə gəldi həmin təngədən keçə. Ərəp Reyhan baxdı gördü bir dənə atdı, at üstə durup yolun üstündə. Amma Koroğlu eşit­miş­di dayı­sın adı­nı, bu günəcən görməmişdi ruxun. Dəlilərin o iki­­sinə ki, ərz elədim ki, dəlilərnən gəlirdilər, [Koroğlu] bulara de­mişdi: «Gedin şəərdən bir qutu qəza gətirin[yeyək], gəzək gö­rək hardadı mənim dayım».

Ərəp Reyhan dedi:

Oğlan, cavan, hardan gəlip hara gedənəy?

Koroğlu baxdı, gördü bunun gözləri elə eyni bunun gözünə oxşuur, qolları elə [eyni] bunun qoluna oxşuur, ruxsarı bunun rux­sarına oxşuur. Amma bu durup at üstündə. Koroğlu həmişə ki, at üstə durardı, çəp tərəfindən baxardı dala. Niyə? Rast6 tə­rəf­dən baxaydı düşman gələydi da əli olmazdı hərbəyə gedə. Çəp tərə­fin­dən baxanda əli amədəydi. Adam gərək rast tə­rə­fin­dən baxanda bir zadı çıxarda bilməz yanından, bu xiyaldaydı. Koroğlu baxdı-gördu bu çəpəlliydi həmişə. Rast tərəfə baxur ki, çəp əliylə rasta tez şeşpər çəkə. Koroğlu dedi: «Elə bax­maz­dar». Aldı Koroğlu bu sözü Ərəp Reyhana deyri:

 

Ərəp Reyhan, Ağtəngədə

Yatıp indi mənim dayum.

Gəlir ondan hər cəngədə,

Yetip indi mənim dayum.

 

Dayum adı Ərəp Reyhan,

Aləm ona olup heyran,

Budu dağlar, budu meydan,

Əgər olsan, mənim dayum.

 

Aduy söylə, cavan oğlan,

Ollay tutduğuya peşman,

Dostan, ya ki mənə düşman?

Əgər olsan, mənim dayum.

 

Koroğluyam, bu çöllərdə

Adım düşmüüri dillərdə.

Qılışlar yatıp qınnərdə,

Cəng eliyək, mənim dayum.

 

Ağa, Koroğlu şəmşir atdı, o, əmut tutdu. O, şəmşir atdı bu sipər tutdi. Deyər söbdən günortaya ta bular savaşıplar. Biri birinə payıx çıxmadılar. Eyvaz ki yox idi yanında, o zaman Də­mirçioğlu yox idi. Amma gördü bu bunun əl-ayağın yığıp. Be­lə ki, çəp əlinnən şeşpər vurur bunun süpərinin üstünnən, kəl­lə istiir dibinnən oynıya. Üz oldu Koroğlu xuya dönə. Birdən düş­tü, xub, mən qalxannan ki, istifadə görmürəm, əmutdan is­ti­fadə gör­mürəm, qılışdan istifadə görmürəm. Hər nə verrəm mənnən qabax bu amədə başdı. Mən niyə o əslə hərbəmnən xərc eləmirəm?! Əslə hərbəsi nəmənəydi bunun? Əslikarı hər­bə­si düşmana məhlum elərdi, hərifə məlum elərdi. Koroğlu birdən bu­na gül vurdi. Dedi:

Qardaş, iki nəfər dava eliyə bir yerdə, düşman ola bir yer­də, ayə, gərək o tək adamın üstünə də car gələr?

Dedi:

Yox, kimsənədən car gəlmir?!

Dedi:

Niyə? Mən də təkəm, sən də. Sən niyə noinən xəbər elədin, bir elə daldan atdı gəlir mənim soorağıma.

Dedi:

Hanı?

Belə baxanda Ərəp Reyhan, nəhrəni çəkəndə Koroğlu, elə bil altı aydı [Ərəp Reyhan] ustalmışdı. [Koroğlu atdan düşüb] kəməndi aşdı. [Ərəb Reyhanın] qolların bağladı. Xəncəri çəkdi, elə bunun döşün üstündən zirəhi dağıtdı. Gördü, bəli, pulək boy­­nunda gö­turup yazılıp: «Ərəp Reyhan Məstər Sərdarın oğlu»[20].

Koroğlu burda tanuyupdu xoş o, beş o, on beş. Amma bur­dan gəlip şəərə dəliləri də götürüp. Ərəp Reyhan dedi:

Hər vaxt işin girə düştü, düşman ayağ aldı üstiyəy bu Yumuğ Əhməd deyəllər ki, Yumuğ Əhməd Koroğlunun qasi­diydi. Bunun nənəsi uşaxlıxda dizini əzmişdi, qurudini apar­mışdı. O idi insanın dizində bu qapalağ olmuya, bu zanu qa­ca bilməz. Oydi vardı qaçurdu. Bu qoymur adam qaça. Onun nənəsi əzmişdi. Əyər yola düşəydi, yorulma bilməzdi. Onda da bunun nənəsi uşaxlıxda deyər buna həmişə pələy sütü ve­rər­miş. Bunun nənəsinin biistilah Ərəp Reyhan ki, burda Yumuğ Əhmədi verdi buna, dedi:

Bu yol kəsər. Uşaxlıxda bunun nənəsi pələy sütü çox verər­miş. Oymuş bu pərvəriş yemişdi. Xiz bağladı misli pələng ki­mi.

Ağa, Koroğlu burdan gəlip. Yumuğ Əhmədi verdi buna, gö­tü­rüplər gəliplər.


Bu da Koroğlunun dəyİrmanda Qıratı Həmzəyə verməgİdİ və onu gerİ almağıdı

 

[Koroğlu, dəliləri] Çəmlibeldə qərar tutmuşlar. Bir gün Ko­roğlu dedi:

Biz, xub, olmaz hamını öyəc yeyək, ət yeyək. Görək, xuda buğda yaradup. Əkiplər, biçiplər, [bişiriplər] aparıplar çöldə [yeyiblər]. Çörək insanın dizinin qüvvətidi, çörək insanın qo­lu­nun qüvvətidi. O yerdən ki çörək var, hes zad yox. Durun dən apa­­rak, dəgirmannarda dartayk. Əvvəl bilmirdilər dəgirman nə cür­dü. Tökürdülər daş üstə əzirdilər, bir zülmnən. Koroğlu dü­şüp şəərlərə, tacirlərə gələn buğdanı qarət eliirdi. Çəmlibelə gö­tü­rüp [gətirirdi]. Bir gün Koroğlu üz oldı ki, dəlilərim, kim bə­lətdi bu yerlərdə, bu civarlarda dəgirmana? Dəlilərdən heş soorağı çıx­madı. Koroğlu özü durup minip Qıratı dəlilərə dedi:

Mənim atımcak gedəyn, dəgirmana bələt olayun. Siz gəlin dal­dan, dən gətirin dəgirmanda dartak.

[Koroğlu] düşüp yola. Dağı-təpəni aşup, ağa, gəlip yetişip ta Xoy-Səlmasın yaxunnuğuna. Bir kənd var, Alicək deyəllər. Hə­ləm nəmədi adı?! Alicəkdi! Oranın adamı çox bilər, çox muzu olar. Bunun [Koroğlunun] da Qıratını eşitmişdilər. {Çapırdılar, talıyır-dılar, karvannarın qabağını kəsirdilər. Xannar, paşalar, bəzirgannar zara gəlmişdilər. Koroğlunun Qıra­tının adı dəlilə­rinin adınnan çox çəkilirdi. Tokat xanı vəziri, vəkili yığdı yanı­na məsləhət elədi. Koroğlunu gücdən sal­ma­ğın, məğlub etməyin yollarını aradı. Məsləhət gördülər ki, Qıratı gətirsələr Koroğlu belə hərəkət eliyə bilməz.}

Bir dənə paşa-xan[21] demişdi: «Ədə, o atı hər kəs gətirə mənə, bir dənə qızim var, o qızı verrəm ona. Hər kəs o atı gətirə”. {Kim gedər bu atı gətirər? Bu, Koroğlı hər bir işdəri görür, bu atnan görür. Həmzə bir dənə keçəl adamıdı. Bu dedi: «Mən ge­də­rəm gətirərəm, amba bir şərtnən».

Xan dedi:

Şərt nədi?

Həmzə dedi:

Qızın Tona xanımdı, gərək onu əlini verəsən mənə.

Dedi:

Xub, əgər sən getdiy Koroğlunun Qıratını gətdiy, Tona xa­nı­mın əlini verrəm sənə. Sən də o atın dəhnəsini ver mənə.

Bu şərtdən soora Həmzə gəldi ta Çəmlibelə. Dəlilərdən gördi bir nəfər gəlir, dedilər:

Oğlan, hara gedirən?

Dedi:

Mənim ərbabım məni qovub, yaxçı at becərrəm, meytərliğ əlimnən gəlir.

Dedi:

Xub, Qoş Koroğlıya deyək, görək bunu saxları? İstiiri [at] becərə.

Gəlib [Koroğlıya] dedilər, bir dənə belə oğlan gəlib, deyir mən at becərrəm. Dedi:

Götürün gəlin bura, onu.

Götdü-gəldi. Dedi:

Oğlan, sən nə cür at becərrən?

Dedi:

Qurban, atdarın sən xərcin ver mənə, icazəsin ver mənə, mən deyərəm nə cür.

 Bu qaldı. Yer elədi ki, özünə atdarı becərə. Bir müddət bu atdarın xörəginnən kəsdi. Gündə ki, üş kilo arpa yeyirdi Qırat, bu iki kilo tökürdü, bir kilosun oğururdu. Qəxt elirdi, vermirdi. At günbəgün dalda qalırdı. Lavır – arığ oldı. Koroğlu gəldi baxa ata. Gördü atda atdıx qalmıyıf, ayağ üstə gücnən durur. Dedi:

Oğlan, əgər bu cür at becərməyiydi mən səni neylirdim? İşiydi, əgər bir dənə şeşpər çalum, gedəy atay yanna?

Dedi:

Qurban, siz o çür at becərriz, o dərdə dəyməz.

Dedi:

Necə?

Dedi:

At becərirdiyiz, yol [gedən at] becərmirdiyiz ki? İcazə ver mən innən belə becərim, gör nə cür.

 Koroğlu icazə verdi. Gördü, vədə vermişdi mən atı neçə günə gərirrəm, o gün yaxınnaşupdu. Atdarın yemini bol elə­di.}[22] [Atlar yedilər kökəldilər. Həmzə Koroğluynan bağladığı şərtə əməl elədiyinə görə Koroğlu onun işinnən razı qaldı.]

Koroğlu gələr dəgirmanın başına, girər içəri: «Dəgirmançı!» Səs olmaz. «Dəgirmançı!» Səs olmaz. «Dəgirmançı» səs olmaz, «Dəgirmançı!» səs olmaz. Dəgirmançı da neçə günümüş un gəl­mi­rimiş, dan gəlmirmiş. Dəgirmanda xurəyi xapdaydı, dur­murdu yuxudan.

[Koroğlu dedi:]

Ay qardaş, dur ayax ustə gör nə olupdı.

[Dəgirmançı:]

Dən gəlip?

Dedi:

Bəli.

[Dəgirmançı:]

Neçə gündü dən gəlmiyip. Mənim gözdərim... Baxtım bəs ki soldı. Mənim gözdərim çöllərə baxa-baxa xəmin bük oldi. Hanı dəniy?

[Koroğlu] dedi:

Gəlmişəm hələ dəgirmanı tapam, onda gedəm.

Dedi:

Baba, get. Eviyə yel-gün ot düşsün. Mənə xapdan əlan gə­lip­di, dən ki, gəlmiyip, heş səniy?

[Koroğlu dedi:]

Heş səniy doluyanıyda su yox, dən üyüdə ki?!

[Dəgirmançı:]

Əlan, bağlaram tənirə dolar. Yeri dəgirman üçün dən gət gəl, neçə gündü daşdar...

[Keçəl Həmzə Qıratın mehtəri olduğuna görə o da Ko­roğ­luy­nan dəyirmana gəlmişdi.]

Həmzə Keçəl buna dedi, keşdi dəgirmançıya dedi:

Ay dəgirmançı, əgər sən bu kişinin başını qal eliyəy, mən bu atı aparam? Nə qədər sənə [dən] yetirrəm. Gündə mən o məm­ləkətdən dəni yollarık gəli bu məmləkətə. Səniy də­gir­ma­nıy boş qalmaz, xatırcam olgınan. Amma bu şərti ki, bir cür elə, bunun başını qal elə, biz bu atı aparak.

Amma Koroğlı üz oldu ki, baxtı əlan gəlir, dəlilər altı öküz yük­lüyüplər gətiirlər dəgirmana. O yannan da bir kişi bir yük gö­türüp gəlir dəgirmana. Koroğlu dedi:

Ay dadaş, mən nobatı tutmuşam. Qoy mən danum dar­tum, sonradannan sən dart.

Dedi:

Qardaş, dəgirman mənim özümindi, sənə dəxli yox!

[Koroğlu dedi:]

Dəgirman sənin özüyün də ola nobatnandı, qardaş. Qədim za­mannan deyəllər: «Dəgirman nobatnandı, qəndin şirnisi toy­da nabatnandı. Qoy dəgirman dolana nobatnan».

Dedi:

Dəgirman mənim özümündü. Özüm gərək dartam əvvəl.

 Ağa, bunun «həni» onun «yoxu». Koroğlu birdən bir dənə şeş­pər bunun quluncunnan vuranda kürəgi həş bilmədi nə cür sindi. Elə bil üç aydı yuxlamışdı.

 Dəgirmançı baxdı, gördu bu haldadı dedi:

Qardaş, niyə onu öldürdiy?

Dedi:

Sən də istiirsən gedəy onun yanına?

Dedi:

Yox, qardaş, mən əbəda elə iş görməm. Amma xub, pəşi­man ollay bu işə.

Koroğlu dəlisinə dedi:

Xub, bu da kı yuxladı, dəni gətirin dartun bura. Bu, çünki yek­kə danışdı. Bəəd, aparıb bu pulları tök onun başı üstə, ayıldı, get­sin dərdinə ilac eləsin.

Ağa, ki sən öləyn, bu yannan Koroğlu dedi:

Mən gərək özüm duram, görməmişdim dəni nə cür də­gir­man dartır.

Ağa, dəgirmançı girdi donquzduxda bilinmədi [dəyirmanın] miləsinə nə qəyirdi. Ağa, bu dəgirman [daşdarı bir-birinə] yatmırdı. Daşıdı da, tarakı-tarak buğdanı bütün səpirdi çölə, əvvəl bir az yaxşı səpdi. [Koroğlu] dedi:

Baba, buğdaydı ki, öz məmləkətimizdə bu cür yəərdik, bu niyə dartmır?

Dəgirmançı dedi:

Ay başıma daş oldu.

[Koroğlu dedi:]

Nə olup?

Dedi:

Bəli, alt daşın əyaxdakı mili tərsə düşüp. Heş noinən qov­zi­ya bilməm onı.

Koroğlu da indi durup, dayanıp, Qıratı bağlıyıpdı qapıya da. [Dedi:]

Gəl, qardaş onun alt daşının milin qovzıyak, buni götürək ge­dək o yana.

Ağa, girdilər içəri, [dəyirmançı görsətdi] Koroğlu miləni çə­kib aşağı. Dəgirman [daşdarı] yatdı bir-birinin üstə. Koroğlu çıxdı çölə baxdı-gördü xeyir aa..., Qırat yox! Bir nəfər minip atı, dəmdi sürə. Qəyitdi dedi:

Köpəyoğlu dəgirmançı, bu sənin hiiləy idi. Tutup də­gir­man­­çının qışlərinnən, ağa, dəgirman dolanəndə [də­yir­man­çı­nın] başını qoydu dəgirmanın daşı üstə. Də­gir­man­çı­nın kəl­lə­si­ni dəgirman [daşı] elə o cür ün elədi tök­dü çölə. Gördü xeyir [bu da işə yara-madı.] Qıratı gedəcək. Qıratı aparacaq bu. Götü­rüp burda Keçəl Həmzəyə görək nə cür deyər:

 

Qıratım gedər əlimnən,

Dünya başıma dar oldı.

Qurtarmam dərdi-zülümnən,

İşim vay, ahu-zar oldı.

 

Qıratımı elə sürmə,

Elə sürüp yola sürmə,

Mimməmişəy belə sürmə,

Dünya başıma dar oldı.

 

Qıratım gör yola gedər,

Düşmannarım çox şad edər,

Dəlilər çox səvaş edər,

Ay başıma küllər oldı.

 

Düşmannarum ayax salar,

Dəlilərim pək dağılar,

Əcəp günüm vay-zar olar,

Qəm karvanı məni aldı.

 

Koroğlu, düşmə təşvişə,

Baxma bu çərxi- gərdişə,

Yayım dolandı vay qişə,

Yaz günündə boran oldı.

 

Sözü tamam elədi. Gəldi girdi dəgirmanın içinə. Qaldı adava. Də­girmançı da ölüp. Dedi: «Qoy indi dəgirmançılıq eliim daa» Də­girmanın unundan- zadınnan bir az sürtdü üzünə-gözünə. Bas­tı toz bunu. Heş bilmədi külbaş nə kül tökə gözünə. Burda qal­maxda. Biçən gördi gəlmir dən. Heç yerdə heş zad yoxdu. Çıx­dı dəgirmanın başına. Baxırdı sağa-sola. Gördi xeyir, heş zad yox. Deyir:

Qırata çəkərdiy qəmçi,

Gözdəriyə doldu nəmçi.

İndi oldıy dəgirmançi,

Hey çağır sən dən, Koroğlu.

Vur başıya yan, Koroğlu.

 

Qıratını apardılar,

Başına qara saldılar,

Dəlilərin qocaldılar,

Baxtın oldun zar, Koroğlu,

Ay Koroğlu, ay Koroğlu.

 

Burda çıxacəkdir canum,

Qıratdur mənim imanum,

Qalmadı tabu-təvanum,

Gəday oldin, xan Koroğlu,

Xan Koroğlu, xan Koroğlu.

 

Qıratını sürdün düzə,

Kəvavı yandırdın közə,

Şirbahadı Ceyran qızə,

Ay Koroğlu, ay Koroğlu,

Vur başıya, yan, Koroğlu.

 

Paşalar eşidər bilər,

Dəlilərin tamam gülər,

Qıratsız belin bükülər,

Zar Koroğlu, zar Koroğlu,

Çağır gəlsin dən, Koroğlu.

 

Burda sözdəri tamam elədi. Dəlilər gəldi bunun [yanına]:

Qoş Koroğlu, nə olup?

Dedi:

  Qıratı aparıplar, əldən getdi Qırat.

[Dəlilər dedi:]

Hara getdi?

Dedi:

Getdi Arzulum şəərinə. Arzulumda[23] da aparacaxdılar paşa qı­zı Ceyran xanım vardı, ona. Həmzə apardı Ceyran xanımı ala.

 Bir gün, iki gün, dəlilər başındaydı yığıldı, gördü xeyir, bu cür olmaz. Günü gündən betər keçir. Qıratsız məyə bu paşalığı eli­yə bilir, Qıratsız məyə, bu sərdarlıq eliyə bilir. Əbəda başa gə­lən dəyil. Dedi: «Bu dəgirman mənə necə dəgirmançılıq oldı, neçə səfər oldı, kaşı dən dartmağa getmiyaydim. Əcəp küllər ələndi başıma».

[Dəllər gedib Nigar xanıma xəbər verdilər ki, Koroğlu də­yir­man­çılıq eliyir, Çəmlibelə gəlmir.]

{Nigar xanım gələr Koroğlunun yanına, deyər:

Qoş Koroğlu, niyə bu cür qəmnaksan, niyə bu hala dü­şüp­sən? Öz halında dəgilən?

Koroğlu deyər:

Nigar xanım, məni dindirmə. Gözü xumar, ala gözdüm.

Burda bu sözdəri deyər:

 

Gecəni sövə-sövə axşama,

Gətirdi başıma bala gözdərin.

Eşqin cünunu tək düşdüm çöllərə,

Bükdü mənim belim elə gözdərin.

 

İki dağ arasında yalqız qalmışam,

Saralmışam, heyva kimi solmuşam,

Fərağ daşı dəyip xurd-xurd olmuşam,

Lütf eylə, gətirsin ala gözlərin.

 

Bu dünyada çox- cox yedim qalmadum,

Gül kimi mən saralıban-solmadum,

Əvvəlinnən kəsə munis olmadum,

Salıbdı yadıma ala gözdərin.

 

Koroğlunun Qıratıydı hünəri,

Çəkərdi dağlardan həmişə səri,

Vuranda şeşpəri tökərdi səri,

Qalmışdı kəllədə ala gözdəri.

 

[Nigar Koroğluya çox dəlil- nəsihət elədi ki, dəliləri başsız qoy­masın, Çəmlibelə qayıtsın. Koroğlu deyir:]

 

Əndin gəldin, ardı dağlar belinnən,

Hanı mənim məmləkətim, elim, yar?!

Göyül sevən göyçək olur dünyada,

Xalx ki bilmir, sən bilirsən halım, yar!

 

Kim görüpdü Yusifi-Züleyxanı?!

Leyli-Məjnun, Fərhad-Şirin bəs hanı?

Sənsiz mən neyliirəm dünya malını?

Üzülməsin damağından əlim, yar!

 

Könül quşu havalarda seyr eylər,

Təbib gəlməz, yaralarım qoyr eylər,

Bir tərəfdən qohum-qardaş cövr eylər,

Bir tərəfdən düşmən büküp belim, yar!

 

Çoxları dünyadan kamın almadı,

Bivəfaydı, Süleymana qalmadı,

Əhd eylədim can ağzımda qalmadı,

Arzum budu görüm səni, ölüm, yar!

 

Nigar xanım durur gidər.[Bolu Sərdar] oturur Çəmlibeldə. Bo­lu Sərdar dəlilirin başıydı. [Nigar xanım] çağırır:

Bolu Sərdar, Koroğlu çox narahatdı. Bu sözdərinnən əslən gi­rif­­tarlığ tüğyan eliir, beləsi. Yığılın, bunun ürəgin alın. Qırat əlin­­nən gedif, divana olacaxdı.

Bolu Sərdar gəlir bunin yanına diyər:

Giriftarlıx nədəndi? Dərdin, mərəzin nədəndi? Nə olifdi sən ağ­­lııran?

Deyər:

Bolu Sərdar, mənim dərdim ilacı Qıratdı! Əsilkar Qıratdı! Qı­­ratı ki minirdim tamam cəlallı paşalar hürküşürdü, qorxuunnan gecələr yatmırdı. Qıratım əlimnən gedip, mənəm ki qal­mı­şam.

Deyir:

Qırat ki gedip əlinnən, ta yanı heç at tapılmaz bir belə ilxı­nın içində?

Deyir:

Yox!}

[Nigar xanımın, Bolu Sərdarın, dəlilərin çox dəlil- nə­si­hə­tin­dən sonra Koroğlu] Ağa, Yumuğ Əhmədi çağırdı, [dedi]:

Yumuğ Əhməd! Gedərəy Arzuluma, baş tab gör bu Qıratı hara aparıplar, Qıratımı harda saxlııplar. Qıratıma kimlər mey­tər­lığ eliir, Qıratıma kimlər qəza verir. Onun xərci kişmiş idi. Onun xərci yonca-saman dəyildi. Əy dad, əcəp kül ələndi ba­şı­ma.

Dəlilər yığıldı başına. İstiirdi dəlilərdən səlah eliyə, görə kim ge­dər bu atın soorağına, baş tapa. Yumuğ Əhmədi məhlum eli­yip­ti. Götürüp dəlilərdən görək necə səlah eliirdi:

 

Gəlin indi, dəlilərim,

Mənə nəsihət eyliyin.

Aparıplar Qıratımı,

Siz mənə təsmək eliyin.

 

Qıratım verdim müftünə,

İşim düşübdü dügünə,

Həsrət qallam bir xoş günə,

Düşmannarım, şad eyliyin.

 

Qıratsız mən qala bilməm,

Bazırqannar çapa bilməm,

Qıratsız mən yata bilməm,

Siz də nəsihət eyliyin.

 

Doldurun şərap tuluğu,

Verin buna siz quruğu,

Gətdi əgər muşduluğu,

Siz də bunu şad eyliyin.

 

Yumuğ Əhməd, dur, düş yola,

Baxmıyasay sağa, sola,

Qıratumu saldum yola,

Dür atımı qır eyliyin.

 

Koroğluya nə qəm düşdi,

Qəm üstünə bir qəm düşdi,

Fələk mənə xələt bişdi,

Siz də əzalığ eyliyin.

 

Sözü tamam eliyinnən soora, Yumuğ Əhmədə dedilər:

Dur düş yola. Nə yerdədi xəbər gət.

Yumuğ Əhməd düşür [yola]. Gecə-gündüzə [qatıb] çatdı Ar­zu­­lumun şəərinə. Gördü bəli, Arzulumda çaldı-çağırdı, oyındı. Nə əciri bəsat düzəldiplər. Bura yetişdi, ora yetişdi, məğsədi buy­­di Keçəl Həmzəni görə. Keçəl Həmzə məylis başında otur­muş­­du. Bəzəmişdilər, ta [atı] aparmışdı da! Paşalar cəm vur­muş­­du səlahlaşırdılar:

Bu oğlan nə cür bu atı gətirip? Əslə əcibidi? Bu atı fələyi-fir­­dos gedəydi ordan gətirə bilməzdi. Bu nə oyunnan gətirip bu atı? Səlah eliyin görək? Nə cür gətdi bu atı?

Koroğlu qəm içindəydi[24].

Dedi:

Gətdim daa. Sizin nə işiiz var. Qəralımız buydu: Atı mən gə­ti­rəm, qızı verəyiz mənə.

O zaman da söz bir idi. Toy düzətmişdilər. Yumuğ Əhməd girdi məylisin başında, dedilər:

– Bu cavan hardan gəlip, hara gedrəy? İndi çöldə keşik qo­yup­lar, olmuya Koroğlu dəliləriynən?

Dedilər:

Baba, bu tezliknən ola, bir [belə] ağac o yol gələ bilməz. O atdar ki, bu dağlardan çıxa bilməz. Bu, Qıratıdı hər yolu kəsirdi.

Yumuğ Əhməd dedi:

Koroğlunun o atını gətirmişiz siz bura?

Dedilər:

Bəli.

Dedi:

Ay evi onun tikilsin, inşalla, dədə, yandır baxaxdan. O Qırat gedip, onun da çırağı keçip, onnan da umuduğuz olmasın. O bir də gələcax xəlxnən nəvərd eliyə, xəlxnən həm nəvərd ola? Olmaz! Bunu biliy, xatircəm olıy, əsla!

Koroğlu gördü xeyir, baş-başa qoşmur, olmuyupdu ilac. Narahat olup, nə qədir qəm bunu alup, görüp Yumuğ Əhməd­dən gələn olmur, gedən olmur. Ayıldı söb bu sözləri deyir. Də­li­lə­rə görək nə deyir:

 

Başıya döndügüm qoçax dəlilər,

Dahı mənim dərdimə çara dəgi.

Əgər gəlsə, Loğmanınan, İsgəndər,

İşim gün-gündən keçip yarə dəgi.

 

Çəkildi sinəmə kölgəli dağlar,

Açıldı, koşlandı ucalı dağlar,

Bəzəndi necə alışan otağlar,

Tapılmaz dərdimə bir çara dəgi.

 

Sərkeşlədim sinəmdəki dağları,

Gedər indi bədənimnən qannarı,

Kərkuzadan keçən uca dağları,

Çəkələr dərdimə bərabər dəgi.

 

Gedib əldən, Yumuğ Əhməd neyniyim?

Pulat başım dəmir alum çeyniyim,

Tapılmasa Qırat, axı neyniyim?

Dəxi çərxi- fələk mənə yar dəgi.

 

Atluydun, əcəb oldun piyada,

Koroğlunun dərdi həddən ziyada,

Çağırram, bir kimsə yetişməz dada,

Dahı çərxi- fələk mənə yar dəgi[25].

 

Gəlin indi, dəlilərim,

Gedirəm, Alla saxlasun.

Uzax düşüpdü yollarum,

Gedirəm, Alla saxlasun.

 

Gedirəm özüm gətirəm,

Öz dərdim özüm bitirəm,

Xoş danışam, şirin güləm,

Onu pəs kimlər saxlasun?

 

Qıratımı aparuplar,

Düşmannarım şad oluplar,

Dəlilər başda qaluplar,

Dəlilərim çox ağlasun.

 

Gedirəm atı gətirəm,

Düşmannan xərac götürəm,

Özümü bura yetirəm,

Dəlilər məni saxlasun.

 

Koroğluyam, budur sözüm,

Qırata qurbandı gözüm,

Sizə qurban ollam özüm,

Düşmannar bizi yoxlasun.

 

Sözü tamam elədi, düştü yola. Nəğildə mənzil olmaz, əğətdə söz. O zamanda ayinən, bu zamanda gününən, badi-sərsərinən, abı-qövsərinən, fətir yeməy ola gətir. Baharın əriyi, tutu, tə­bərriyi. Qoyaran boğaza. Ağıza qoynan gedər boğaza. Yetişdi Ar­zuluma. Nə noinən mən bu Qıratı aparum? Dedilər: Bu toy­da görək aşıx var? [Koroğlunun] bir cürə sazı varıydı. Du­ra­tı çöl­də bağladı, cürə sazı saldı çiyninə.

[Məclis dedi:]

Ay... aşıx gəlip!

[Dedilər:]

Aşıx kimdi?

[O biri dedi:]

Aşığu-məşux gəlip.

[Üçüncüsü dedi:]

Ağa, tapıy bu aşığı gətirin bu məylisə, dəm tuta.

Toydu da, toyda aşıx olur. Gəldilər, [dedilər:]

Aşığ toy çallay?

Dedi:

Bəli! Hər toyda mən söhbət elərəm, dəm tutaram.

Dedilər:

Gəl, gedək burda bir toydi. Aşıx, bu toyda çal. Pənci- dü şa­hə düşər, ənamıyı al.

[Dedi:]

Göz üstə dəgi.

Gəldi, girdi məylisə. Xub, o zaman bəy ki, xəlxin içinə gə­ləy­məzdi, (məsələn: ayrı yerdə bəy bəzənip da.) Girip məylisə bax­dı bu cavannara. Hələ Qıratı gətirmiyip [onu düşünür ki] istiir bur­da cavan kimdi, xoş-sima, istiirdi tuta gətirə özüyçin. Baxdı bu məylisin əninə-uzununa, sağına-soluna. [Məclisdə dedilər:]

Aşıx, nə məkannan gəlmişəy? Burda bir dəm tutginan. Bu ağayannar şad ola, gülə. Nə qədir də ənam istəsən, gözüm üs­təydi. Çəşm peşkəş elərik.

Koroğlu baxdı məylisə götürüp bu sözdərdən deyir, məylisin içində:

Ey ağalar, sizə tərif eyliyim,

İşi xam dünyadan zar olur, gedər.

Biliyməsin nəsihətin özgənin,

Gülün dövürünü xar alur, gedər.

 

Binəsiyət yola getmək bəladı,

Urəgimə vuran köynə yaradı,

Bilməz onun mənzilgahı haradı?

Yolların üstündə sar olur, gedər.

 

Dağı-daşı Məcnun kimi teyliyəy,

Misri qılıç beldən alay sövliyay,

Düşmannardan qəsas alay dövliyay,

Başı kəsməmiş qan alur, gedər.

 

Oğrun-oğrun yarasına düşmüşəm,

Yola düşüb qəm şərbəti işmişəm,

Yaxçı-yaman bu dünyada seşmişəm,

İsgəndər tək gəlip bac alur, gedər.

 

Toybəyini bəziyin siz toylara,

Bəziyənnər düşər uzaq yollara,

Tər hənası xəzab olar əllərə,

Rəngini almamış xəzan olur, gedər.

 

Qoş Koroğlu sözün desin bəylərə,

Didəm nəmi axdı döndü sellərə,

Qıratımı bir salaydım yollara,

Bədovun almamış bac alar, gedər.

 

Sözdəri tamam elədi. Məylisdə, çalırdılar, çağırırdılar, şadıy­dı, toy idi. Həlbət də bu məylisdə toy ki, tükəndi, rəsmilər bəyi apa­rardılar ya hamama, ya gəlincıxa. Koroğlu çıxdı çölə bir de­di:

Biz istiirix bu bəydən bir ənam alax. Bu bəy harda qalup?

 Dedilər:

Bəy otağundadı.

[Dedi:]

Xub, məni apara bilməyizmi bəy otağına?

Dedilər:

Niyə? Buyur!

Koroğlu gəlip (Keçəl Həmzə [Koroğlunu] görüncək bildi da, ta­nırdı) əlin qoydu Keçəl Həmzə başın ortasına. Barmağın, [ba­şı­nın ortasına qoymaqla demək istədi:] yəni heş səsiy çıxartma. [Dedi:]

Ay bəy, bizə bir ənam eliyəsən?

Dedi:

Aşıx, bəy için də beş dənə bir dəm tud! Əgər sən istiirsən bəy­dən ənam alay, xub, beş dənə dəm tutginan. Bəy də sənə bir ənam iltifat elər.

Dedi:

Ha, olsun göz üstə dəgi.

Keçəl Həmzə bir durdu çıxdı çölə. Koroğlu dedi:

Bəs necə, mən istiirəm beş dənə bəy üçün sööbət eliyəm, bəy ge­dir çölə?

Dedilər:

Əlan gəlir.

Ağa, Həmzə gedip Qıratı görə nə haldadı, bunu nə cür göz­dür­lər. Gördülər Keçəl Həmzə gəlir, neçə nəfər cavan, [dedi:]

Ay Həmzə, hara gedirəy?

Dedi:

Gedirəm görəm bu at yonça-saman yeməz. Buna gərək kiş­miş, noxud verəyiz.

Dedilər:

Baba, dəsturdu paşadan, gərək heş kəs bu atın yanına get­mi­yə.

Dedi:

Bi nəfər ki, özüm gətimişəm, bir mənnən savayı deyip: «heş kəs getmiyə!» Mən gərək gedəm.

Keçəl Həmzə gəldi bir atın yalına əl çəkdi. Atın o yanına, bu ya­nına keşdi, qulağına dedi: «Ağan gəlip». Ağa, qayıdıp dala, dedi:

Xub, yaxşı saxlıın da, burda qalmağı bunun salah yoxı. Həm­zə dedi:

Sabahnan gərək bunu buradan çıxardax, aparax ayrı yana. Koroğlu mümkündü gələ, bilə at burdadı başımız qovğaya qala. Gərək aparağ atı.

Gəldi yenə girdi məylisə.

[Dedilər:]

Xub, aşıx beş dənə dəm tut, bu bəy üçün görək nə olacax?

[Koroğlu dedi:]

 

Beş kəlam deyim Həmzəyə,

Həmzə, mən görə gəlmişəm.

Sözümü demə kimsəyə,

Özün sən bilə gəlmişəm.

 

Həmzə, mən yola düşmüşəm,

Ölüm şərbətin işmişəm,

Dəlilərdən çox küsmüşəm,

Mən səni görə gəlmişəm.

 

Həmzə, gözlə kim bilməsin,

Düşmannar məni görməsin,

Dəlilərim heş bilməsin,

Dəlilər gülə gəlmişəm.

 

Həmzə, mənim dərdim yetər,

Günvəgündən olar betər,

Qıratım olubdu dütər,

Kişmişin yiyə gəlmişəm.

 

Həmzə, onu yoxlamışay?

Yoxlayıbda, saxlamışay?

Heç onu yaraxlamışay?

Sərkəşi belə gəlmişəy!

 

Həmzə, durdum sənə qarşı,

Geymişəy sən al qumaşı,

Minək bir düşmənə qarşı,

Sən məni bilə gəlmişəy.

 

Əlində var toy hənası,

Çoxdur Koroğlu hərası,

Şad olur bəyin anası,

Həmzə, mən toya gəlmişəy.

 

Sözü tamam eliyənnən soora, ağa, Həmzə bir pulu verip. Həm­zə dedi:

Qardaş, sən hara gəlib, hardan gedənəy?

Dedi:

Mən aşığam, hər yerə gedərəm.

Dedi:

Mən bir at gətirmişəm, bunu sən tanıray?

Dedi:

Vəli bilmirəm, nədi məyə? O... Koroğlunun Qıratını sən gətirmişəy?

Dedi:

Bəli.

Dedi:

Baba, mən ki buna inanmam.

Neçə nəfər də durup bunun dövründə, aşığın.

Dedi:

Mən ki buna heç inanmam.

Dedi:

Necə inanmay?

Dedi:

Yox, hər kəs deyə mən bavar eləməm. Sən Qırat gətimişəy? Məyə Qırat quzudu, tutay boynunnan gətrəy, kişi?!

Dedi:

Gətirmişəm də.

Dedi:

Mən bilmənəm, sən bu atı gətimişəy!

Dedi:

Gə gedək gör. Görəy bavar eylərəy?

Dedi:

Gedəy görüm.

[Qarovullar] dedilər:

Baba, bunu hara aparırsan, olmaz?

Dedi:

Baba, bu aşıxdı. Bu məyə Qıratın yaxununa gedə bilir?!

Gətdi Həmzə bunu Qıratın yanına.

Dedi:

Buda haa, bax!

Koroğlu baxub Qıratın yanına çatdı. Keşdi bir sağına, bir soluna. Qıratın gözdərinnən eydir-eydir yaş tökülür. Bir sağına bax­dı, bir soluna baxdı. Ağa, Keçəl Həmzə demişdi:

«Əhdimə vəfa eləmişəm»[26]. Üzəngini tutub, [Koroğlu] rikaba aya­ğını qoydu üzəngiyə.

Dedilər:

Kişi, bu nəyə minir?

Dedi:

Bu [at] mənsiz getməz. Getməz bu. Bu, Koroğlu dəyki gedə. Bir mən bunu bilirəm, o adətidi ki, Koroğlu bunu nə cür mi­nir­di, sürürdü. Ta onu nişanə var bədənində bu atun. Bir yerinə əl vur­maya, təkan yeməz yerindən, əsla.

Dedi:

Necə yanı?

Dedi:

Görəy, bir nişana, əlamət verəyin gedə. Qoy minsin. Min qar­daş, görəy gedər?!

Koroğlu rikabını basdı. Koroğlu aşdı atın belinə. Dedi:

  Di getsin daa, niyə getmir?

 Xub, atı da vurmasan [getməz] aa, bilirdi daa. Boynuna əl vu­ran getdi at da.

Dedi:

Getsin daa? Gördüzü?!

[Koroğlu dedi:]

Qardaş, budu Koroğlunun Qıratı? Valla, mən bilmirəm, sən bu­nu gətimişəy? Qırat, baba, məyə hər kəsə minik verər? Yox, baba, bu Qırat dəəy!

Dedi:

Baba, səsini çıxartma. Mən Ceyran xanımı almışam, Qıra­tın mehriyəsinə, şirbahasına, necə?!

Dedi:

Mubarəy olsun, almışay. Bu, Qırat dəyi!

Ağa, atın üstündə görək Koroğlu Qırata nə deyi:

 

Mən səni deyip gəlmişəm,

Qıratım, dur, covlan salak.

İndi qədriiy bilmişəm,

Düşmannardan qəsas alak.

 

Qəza üz verər insana,

İnsan qalır yana-yana,

Aşnalıx vermə hər nadana,

Burda bir aşnalıx salak.

 

Qıratım, sən göyə qalxan,

Göyə qalxan, yerə çalxan.

Buluttək dəryadan qalxan[27],

Göydən yerə yağış salak.

 

Qıratımın gözü işdə,

Koroğlu qaldı təşvişdə,

Necə ki zərgər gümüşdə,

Almagına quruş salak.

 

 Sözləri tamam eliyənnən soora Koroğlu, Keçəl Həmzə Qıra­tın rikabını tutub dedi:

  Söz idi ki, demişdim. Deyəllər: «Əhdi mi vəfa!»

Ağa, rikab basdı Koroğlu şəərdən çıxıb. Ceyran xanımi da gə­ti­riblər. Yol üstə gətirirdilər gəlini. Koroğlu bir cövlan verdi, qa­yıt­dı dala: Köpəgoğlu, mənim ürəgimdə sən rəhimlər qoy­muş­dun, rəhim eliyim sənə? Sən mənə rəhim elədiiy?!»«

[Koroğlu] bir şəmşir çəkəndi beşi yatdı, beşi qaşdı, beşi uşdi. Əl atıp Ceyran xanımın kəmərinnən tutub dedi:

Həmin bu Yumuğ Əhmədə layixdi ki, gəlip-görup.

Ağa, çəkib tərkinə, ley quşu kimin vurup, necə ki, al quş vu­ra alıncını, ağa, göylərə qovzanıp. Qırata məgər çata bilirdilər. Ağa, yetişdi Çəmlibelə. Dəlilər düştülər bunun əl-əya­ğına, sağa-sola. Gördülər Koroğlu gəlir. Amma bir dənə də qız gə­tirir tərkində, gəlin xəlxi.

[Dedilər:]

Xub, Qoş Koroğlu, nə cür getdin, nə cür gəldin, yollara bax­dın, dağları yıxdın, daşları kəsdiy? Qıratı nə cür gətdiy?

Dedi:

Gətdim daa. Aparan elə özi verdi gətdim. Aparan oğlan qal­dı özi didara. Amma qaldı orda didara. Bu gecə, yanı Ceyran xa­nım onun gedəcəydi toy otağına. Verəcəğəm Yumuğ Əhmədə!

Ceyran xanım Keçəl Həmzəni bəyənmiyəcəğidi ki. Məlum idi ke­çəl adam. Fitnəsi çox idi, amma cavannıx yox idi ki?

Yumuğ Əhməd baxub Ceyran xanımın gözünə, Ceyran xa­nım baxıb Yumuğ Əhmədin üzünə deyər elə burda bir-birinə pəşənnəşiplər. Koroğlu burda dəliləri yığdı başına. Ceyran xa­nı­mın da toyunu tutub. Burda Koroğlu, beş günnən soora xoş oluplar dəlilərnən, sərxoş olup...

 


Bu, Koroğlunun Nİgar səfərİydİ kİ,

getdİ Nİgarı gətİrdİ

 

O nəvarda ərz elədim «Koroğlunun durna səfərinin da­s­ta­nı» payana çatur. Bu dasıtan da bir dasıtanıdı ki, gedir Nigar xa­nımı görə. Osman torpağında o da Cəfər paşanın qızıydı.

Bəəd, bir gün Koroğlu oturmuşdu Çəmlibeldə, dəliləri ba­şın­da. Neçə dənə cəlalınan (Hələ Eyvazı gətirməmişdi). Bir sail gəl­di qapısına. Hər nə apardı almadı. Dedi:

Gərək sahibi-xanə özü gəlsin çölə.

Koroğlu durdu getdi çölə, [dedi:]

Ay sail, nə istiirəy? Hər nə istiirəy al, get!

Dedi:

Bir belə sən özün ööyrəy, bu cəlalıynan, bir belə dəlilər ba­şıy­da, novçələr başıyda, bu qüdrətiynən, məgər səndə munis yoxdi?

Dedi:

Xeyir.

Dedi:

Ha...a...a. Pəs, bu layiğə görə, bu şənə görə, bu şokətə görə səniy mən, İstambulda bir Cəfər paşa var, onun bir qızı var, adına Nigar xanım deyəllər. O, qırx günnən- qırx günə gələr gül ba­ğına. Gül bağında qırx incə qızdarnan gül görsədi dərəllər. Gül­lərin apa­rıp ərağın çəkəllər. O, dərdlərə dərman elər. Nigar xa­nım həmişə qırx günnən- qırx günə gəlir o bağa. İki gün bağın için­də gəzər. O, sə­­nə layixdi, əgər gedib gətirə bilsəy.

Amma bu dərviş bu sözü deməkdə Koroğlu... çox eşqi-ateşi vur­du bunun başına. Kəllədən dırnağa qəral almırdı. Dedi:

Xub, əgər gülümovla mən gedəm bu sözün yalan ola, səni...

Dedi:

Əgə yalan oldu, mənim əcəl peymanım çala başıma. Sözdi ki, sənə deyirəm. Amma hər adamın işi dəyi, o qızı gedib o yol­dan gətirmək. Çox yollar, çox dağlar, çox təpələr gərək aşay.

Dedi:

Hər nəmənə olsun, mən gedərəm bu yolları.

Koroğlu tamam dəliləri yığdı başına (O zaman da dahi Də­mir­çioğlunun vücutu yoxuydu, Eyvaz da yoxudu). Bolu Sər­da­rı­dı, İsəballıydı, Yumuğ Əhməd idi. Bir dəlisinin adı Dilan­na­maz, Tanrıtanımaz idi, Gedəlverməz, Alöldürməzdi, bu də­li­lər­dən idi. Bəəd, Koroğlunun bu işiydi, hər yana gedəydi-səfərə bir şad­dığ edərdi gedərdi. Deyərdi: «Şaddığnan gedəm, şaddığnan gəl­ləm. Əgər qəmnən gedəm, qəmnən gəlləm». Yığmışdı dəlini ba­şına, is­ti­irdi şaddığ eliyə. Dəlilərdən istiir rüxsət ala, düşə yola, ge­də Ni­gar soorağına. [Deyir:]

 

Gəlin indi, beş dəlilər,

Mən gedirəm yar almağa.

Bir-birinnən xoş dəlilər,

Göylümə dildar almağa.

 

Göydə gedən quba qazdar,

Gedər, qənətini tozdar,

İstambulda xurda qızdar,

Qızdardan ilqar almağa.

 

Tufandı dağların yeli,

Qıratım kəsdirər yoli,

Bulbul sövər qonça güli,

Gül üstündə xar almağa.

 

Göylümü tütubdur qubar,

Yollara yoxdu eytibar,

Yolum gözdər xanım Nigar,

Nigardan ilqar almağa.

 

Qızdara gedəllər elçi,

Belimdə əyri qılınçi,

Yumumcu olallar elçi,

Elçidən dildar almağa.

 

Bağçalar gətirir barı,

Gedər göylümün qubarı,

Koroğlunun Nigar yarı,

İstambuldan yar almağa.

 

Sözdəri tamam eliyəndən soora, ağa, düştü yollara. Dərəni-tə­pəni tey eliyip ta gəldi İstambulun şəərinə. Çatar-çatmaz gördü bir böyük bağıdı. Nigar xanım həmişə gələrdi o bağın içinə, qırx dana qıznan. O bağda cəşn tutardılar, çalardılar-ça­ğırar­dı­lar. [Nigar] bağbana demişdi:

Bağban, bağı bəzərən, gülləri sularan, təxtləri quraran, mən gə­ləcəğəm qızdarınan bu gün bağa. Dünən gecə bir yuxu gör­müşəm. Göylüm mənim çox pərişandı.

Bağban dedi:

Nigar xanım, mən də bir yuxu görmüşəm. Göylüm mənim bir az pərişandı. Amma bağ içində güman elləm bir şey yoxdı. Ta­mam qızılgüllər açılıbdı, bulbullər cəh-cəh vurur. Amma ye­mə­li bir şey yoxdı. Miivə vaxtı dəgil.

Bahar fəsliydi. Koroğlu bəəd, çatmışdı ki, bağın dorünə. Dolanırdı-gəzirdi İstambulun doorünü, görə bu bağ hardadı, Ni­gar gələ o bağa. Bir qoca kişi baxdı, gördü yükləyip gəlir bir qa­tırı. Bilin­mir arpadı, bilinmir buğdadı, nəydi? Gəlirdi yo­luy­nan. Çatdı, [dedi:]

Ay qoca əmi, uğur olsun.

Dedi:

Uğurun xeyir olsun.

Qoca bir baxdı Koroğlunun sibillərinə. Çaxmak kimi vur­muş­du eyni qulaxları dalına, misli yal kimi Qıratın üstündə. Qo­ca baxdı, dedi: «Hay cavannıx. Cavannıx yaxçı olar, oğul, bil ca­vannığın qədrini».

Dedi:

Qoca əmi, məgə sən cavanıy nə?

Dedi:

Həə, mən də cavanıydım, sənin kimiydim. Amma qocalıx be­lim əgip.

Dedi:

Qoca əmi, istiirəm bir söz xəbər alam?

Dedi:

Buyur!

Dedi:

Deyillər, Cəfər paşanın bir bağı var. Qızdar gələr o bağa. O bağ hardadı?

Dedi:

O, böyük ağacı görrən? Bağın içində, səlm ağacı?

Dedi:

Bəli.

Dedi:

O ağac bağın vəsətindədi. Qızdar gələr o bağın içinə. Amma qoymazdar heş kəsi o bağa, elə ki səni! Çünki bir qə­ri­bə cavanay! Onnan soora, atın hara boşdaray?

Dedi:

Atımnan işiy olmuya. Mən istiirəm gedəm o bağa. Mən aşi­ğəm. Görürsən, sazım var çiynimdə. Əgər o bağda, mən icazə versəyiz, Nigar xanım üçün beş dana sööbət eliyəm, bir ənam alam, keçəm gedəm.

Dedi:

Oğul, məgər Nigar xanım elə hər gələn aşığı bağa qoyar?! Ni­gar xanım özdərində çalçı var, çağırçı var. Qəribəni qoy­mazdar o bağa.

Dedi:

Xub, qoymaz, qəyidib gedərəm daa. Bir şey istəməm ki, mən. Ağlım başımdadı, başım ləşimdədi, sözüm döşümdədi, ge­də­rəm daa.

Dedi:

Elə həmin bağdı ki, deyirəm. Nigar gələr o bağa.

Ağa, qoca rədd olannan soora Koroğlu Qıratı əndi, bu­xov­la­dı, hörüklədi. Bir böyük gülşən çimən idi, çimənzara. Dolandı, ba­ğın gəldi qapısına.

İndi Nigar xanım neçə dənə qıznan dolup bağın içinə, ça­lıl­lar, çağırıllar, hey gəzillər. Bu yavaş-yavaş girdi bağın içinə. Bax­dı gördü bəli, Nigar xanım təxt üstündə oturup. Amma nə cür, zülflərin töküp çiyninə, nə cür? Eyni aya, günə deyər: «Sən çıx­ma, qoy mən çıxım, ulduznan davaçıdı».

Nigar xanım baxdı bağbana [dedi]:

Ay bağban, gə bura görüm.

Bağban gəldi.

[Nigar xanım dedi:]

De gi, mən məgər sənə deməmişdim bağı xəlvət elə, mən gə­­ləcəğəm bağda cəşni tutam qızdarınan? Ürəgim qubar tutup. Bu cavan hardan girip bu bağa?

Dedi:

Valla, xanım başıya and olsun, çıqqaya and olsun, mən bağ­da heş kəs qoymamışdım qala. Qızdar gəlib, ardınca bağın qapı­sın açıq qoyup.

Dedi:

Məgər qapı açıx oldu, hər kəs gələr həyət içinə, bağ içinə? Tu­tun buni bağdan çıxardın çölə! Atın çölə bunu, qoymiyin bağ­da dolana.

Ağa, qızdar gəldi, [Koroğlunun] dördü bu qolunnan, dördü o qo­­­lın­nan [tutub] (Koroğluydu daa, qızdar da yeyip, əfiyip) [dedi­lər:]

Oğlan, bu bağdan çıx!

Yalandan bu cür vurullar quluncuna, [deyillər:]

Hay, bu bağdan çıx!

Koroğlu gülür. Nigar xanım da təxt üstə baxır.

Deyər:

Səbr eliyin, xanımnan mən iki kəlmə danışum, gedərəm daa.

[Qızdar dedilər:]

Xanımnan nə danışıran, oğlan? Xanım icazə vermir atası üzü­nə baxa danışa, sən istiirən xanımnan danışay?

Bağbana [Koroğlu] deeri:

Bağbançı, sən bu qızdara deginən.

Bağban deeri:

Mən nə deyim? Xanım deyir, gedəy görək bu bağdan! Çıx bağ­dan, mənim üçün söz olur.

Dedilər:

Oğlan, çıx ged bu bağdan. Əlan xanımın vəxti yoxdi. Sən xa­nımnan danışay, sözün var? Get, xanımın ayrı yerdən qonağı gə­lir bura. Bəəd, iki saatdan soora gəl.

Koroğlu dedi:

Baa qızdar, mən üş gündü, üş gecədi gəzirəm bu bağı tap­mı­şam. Cəfər paşanın qızı dəgil məgə bu?

Dedilər:

Niyə?

Dedi:

Bunun adı məgə Nigar dəyi?

Dedilər:

Niyə?

Dedi:

Xub, mənim buna bir ərzim var. İcazə siz verin mən bunuy­nan danışum, mən onda gedərəm.

Dedilər:

Olmiyəcək, xanım icazə vermir.

Tutdılar genə qolunnan bunun, çəkələr, ordan qovalar, çıxa­dələr qapıdan gedə.

Aldı Koroğlu, bu sözdəri deyir:

 

Qızdar, mən bir bazurqanam,

Cinsi-tucara3 gəlmişəm.

Bu sözdərə allanmanam,

Açux bazara gəlmişəm.

 

Mən gəlmişəm gohər alam,

Gohərə bir məhək çalam,

Muşdəriyəm baxam, alam,

Sərrafam, kanə gəlmişəm.

 

Sövəllər açux bazarı,

Muşdəri görməz azarı,

Dolanam dükan, bazarı,

Açux dükanə gəlmişəm.

 

Dərdim olupdur ziyada,

Eşqin salıbdır irada,

Qələndər düşübdü yada,

Şokət-şana gəlmişəm.

 

Koroğluyam, bu bağdayam,

Həm soldayam, həm sağdayam,

Eşk otuna əlovdayam,

Yanup hənara gəlmişəm.

 Sözdəri tamam eliyənnən soora qız dedi:

Qoyun gəlsin, görüm sözü nədi?

Yavaş gəldi Nigar xanımın ruburusunda durdu. [Nigar xa­nım] Dedi:

Xub, pəs niyə sən, oğlan, mərifətin yoxdı? Heç kami-ərkani əğ­lin yoxdı? Bu heekəl, bu qəvara səndə var, niyə pəs salam ağ­ziy­da yoxdi?

Deyir:

        Xanım, qulax as, qoy deyim[28].

Deyər:

Xanım, mən verdim salam, sən eşitmədiy. Dübara salam ver­rəm, beləyəy. Görüm sən məni qəbul elərəy, burda qonax sax­laray?

Dedi:

Xub, ədabnan dayan, belə baxma mənə, qəşəng danuş, qəşəng yeriş, qəşəng əyləş.

[Koroğlu deyir:]

 

Xanım, gələy səlamlaşak,

Səlam üstə kalam olsun.

Bir-biriynən həlallaşak,

Mənnən sənə səlam olsun.

 

Xanım, sənə verrəm səlam,

Səlamımda olsun kəlam,

Sənnən gərək bəyan alam,

Onda səndə iman olsun.

 

(Xanım), Dilimdə vardur səlamum,

Səlamda vardur kəlamum,

Sənnən bir ruxsat alamum?

Ruxsətində iman olsun.

 

Heykəl, himayül beliydə,

Səlamun vardur diliydə,

Şanələr gəzər teliydə,

Tel üstündə nişan olsun.

 

Qızılgülü xar eyləmə,

Xar üstündə zar eyləmə,

Koroğlunu car eyləmə,

Səndə söhbət bəyan olsun.

 

Bəli [Nigar xanım], dedi:

Bir belə sənin təərifin eliillər, Koroğlu, Çəmlibeldə, çox qa­ray­san.

Dedi:

Xanım, ərz elədim ki, sən də çox qıy baxıray. Baxdı, dedi: Xanım, al sözümü deyim. Qoy deyim gör mən qarayam? Neçə zat­dar əlamətdir qaradı, gərək atay çölə?

[Dedi:]

Nədi, oğlan, qara olan sənnən savayı?

Dedi:

Qulağ as, tutum deyim, sözüm:

 

İlqim-ilqim çiyniy üstə,

Saşların qara dəgilmi?

Tökülübdür döşlər üstə,

Tellərin qara dəgilmi?

 

Baxa billəm gözləriyə,

Yaman olmam sözləriyə,

Eşq dayandı dizləriyə,

Gözdərin qara dəgilmi?

 

Maral kimi baxışlarıy,

Kəklik kimi yerişləriy,

Çatma çəkilib qaşlarıy,

Qaşların qara dəgilmi?

 

Savalanda qar bitibdi,

Bağçalarda bar bitibdi,

Döşləriydə nar yetibdi,

Başları qara dəgilmi?

 

Bulbul qonuru güllərə,

Süsənnərə, sünbüllərə,

Mayil oldum o xallara,

Xalların qara dəgilmi?

 

Gətirəllər ağ otağa,

Alallar səni rəvağa,

O bağçadan belə bağa,

Gülləri qara dəgilmi?

 

Koroğluya demə qara,

Baxanın əğlin apara,

Ürəgimə vurdun yara,

Yaralar qara dəgilmi?

Qız deyir:– Xub, sən də mənə dedin: «qıy baxıram?» Qoy qıy­ba­xan­na­rı deyim, gör nəcələr qıy baxar. Mənə demə qıy ba­xı­ray? Gör, in­di al bu sözdərinən:

Mənə demə qıy baxıray,

Ovçular qıya baxallar.

Qıya baxam, allam canuy,

Xirxədən qıyə atallar.

 

Gəlir bura çox cavannar,

Cavannar olmaz nadannar,

Mənə də baxannar annar,

Nadannar qıya baxallar.

 

Açulubdu bağlu bazar,

Ürəklərə düşüb azar,

Bulbul necə bağda gəzər,

Bağbannar qıya baxallar.

 

Görən bu dünyada səfa,

Səfalarda vardı cəfa,

Sərraflar göhərə baxa,

Sərraflar qiya baxallar.

 

Görmüyüpdü məni atam,

Bu işlərə tamam matam,

Nigar, sənsiz necə yatam?!

Yatannar qıya baxallar?

 

Qızlar dolup bağın içinə, almadan, heyvadan, bağıdı daa, mi­ivə dərələr, gətirələr[29] qoyalar miz üstə, Koroğlu yesin. Ko­roğ­lu girdi bağa, bir qədər dolandı. Gəldi bağın ayağında gördü bir ağac var. Bu ağac o qədər xuramandı, daldalandı bu ağaca. Ko­­roğlu bir quluncun dayadı ağaca, baxdı bağa. Nigar xanım gör­dü, Koroğlu getdi ağacın divində oturup quluncun dayuyu ağa­ca, baxur bağ içinə. Səsləndi:

Ay Qoş Koroğlu! Amandı ordan dur, ora atamın di­dar­qa­hı­dı. Əgər hər kəs o ağacın dibində otura, atam bilə, dərisin so­yar ba­laca barmağına qeyd elər. Dur ayağ üstə, ordan gəl. Heş kim sənə o ağaca təkiyə verməz, atam. O, atamın yadiqarıdı. O, ağa­cı əkip, o ağac ildə üş dəfə bar verər. Bir barın alıplar, də­rip­lər, xə­zan olup. Dübarə açılıp gülləri. Genə miivə gətirip, ye­ti­rip barın. Əlan da istiir genə qonça vura. Dur ağacın divinnən. Kim­sə bil­mə­sin. Əgər atama desilər, sənin üçün də yaman olur, mə­nimçün də.

Koroğlu deyir:

Baba, mən ağacı yemirəm ki?! Adam bu ağacın altında otu­rup ürəgi açılışur, xoş olur.

Dedi:

Söz diki deyirəm.

Nigar xanım gəlib Koroğlunun ruburusunda durup istiir Ko­roğ­lunu bu ağacın divindən qovzıya, apara.

Deyər:

Çəmlibeldən gələn oğlan,

Bu yer sənin yerin dəgi.

Eşq otuna yanan oğlan,

Bu gül sənin gülün dəgi.

 

Atam gəlir indi bağa,

Baxır həm sola-sağa,

Kəsəllər yolda sadağa,

Sənin qurbannığın dəgi.

 

Hər kəs burada əyləşə,

Əyləşə, danışa, dilləşə,

Dilləşə yaxçı gəpləşə,

Bu dilləşmək sənin dəgi.

 

Bu bağ bizim bağımızdı,

Köhnə sevkə dağımızdı,

Gələn seyrangahımızdı,

Bu seyrangah sənin dəgi.

 

Nigar deyər. düştüm elə,

Şana vurdum siya telə,

Gümüş kəmər incə belə,

Belə kəmər sənin dəgi.

Koroğlu dedi:

Ta mən bir cut yatmıyam burda, durmanam.

Nəmənə Nigar xanım yalvardı buna:

Oğlan, dur bu ağacın divinnən. Ayrı ağac var, ayrı yer var­dı.

Dedi:

Olmaz.

Uzanıp, eyni bir ələm kimi. Qızdarı çağırdı Nigar xanım:

Bu yuxuya düştü, elə götürüüz bunu, elə təxtiiynən qov­za­rız, bağın qapısından qoyarız çölə.

Ağa, bu getmişdi şirin yuxuya, Koroğlı. Qızdar gəldi, ağa, qırx incə qızdar. Qırx incə qız tökülüb biri qıçınnan, biri qo­lun­nan Koroğlunu çəkə-çəkə sürütdədilər, apardılar bağdan çölə. Yu­xuda qoydular bayıra. Qapısını da bağın bağladılar, gəldilər.

...Ağa, gün düşmüşdü Koroğlunun üzünə. Ağa, qafilanın yo­lu açılmışdı, bağın kinarınnan gedirdi. Qədim zəng asardılər də­və­nin boynunnan. Zəng zanqıllırdı, səslənirdi. Ağa, birdən bu yu­xudan oyandı. Gördü yolun qırağında düşüp. Nə bağı, nə ava­dannığı, heş kəs yox. Durdu gözün ovcaladı, otdu. Gördü qa­fılalar düzülür yola. Koroğlu gicələ-gicələ gəldi bağın döv­rün­nən. Düşürdü qafila bu yolun üstündə. Xoş seyrangahıdı, bu­lağıdı. Bulağın üstündə xoş səfa yeridi. Amma Koroğlu bax­di bağa, gördü bağda sər-sida daha yoxdu, misli ki bir nəfər gəl­miyip bağa. Qafilələr, bazırqanbaşı üz oldu, baxdı Ko­roğ­lu­ya. Birdən piçilləşdilər, biri-birinə, gəldi dedi:

Bazırqanbaşı, bu o adam dəgil Aruzulum gərdanasında bi­zim yolumuzu kəsmişdi, bac istiirdi?

Biri baxdı, dedi:

Yox, baba, adam-adama çox oxşar.

Dedilər:

Bu, özüdü. Əy əlan yeridi bunu tutayun.

Ağa, bazırqannar gəldi yaxuna, [dedilər:]

Ay cavan, bura da dediyin yol gəlmişəy, yol başı kəsəy? Bur­da da bizdən istiirən sən malı tarac-qarat eliyəy?

Dedi:

Baba, mən məgər yolbaşı kəsənəm? Hər kəsi gördüyüüz bi­ri-birinə oxşar oğrudu o, yolkəsəndi, bac alandı? Hər kəsin saq­qalı oldu, adamın babası olmaz ki? Dünyada adam-adama çox oxşar. Miivə dünyada bir dəyi ki?!

Dedilər:

Ölən-qalayın sən o adamay!

Koroğlu gördü xeyir aa, bular tanııllar daa. Necə hoş eləsin? Gö­türüp burda Koroğlu dedi:

O adamın nəyidi adı axı? O kimidi, nə cür adamıdı?

Dedilər:

[Əlini Koroğluya tərəf uzadaraq] Bu cür! Neçə nəfərnən gələridi, yolu kəsəridi, tamam malını-dövlətini əlinnən alardı, ta­rac edərdi, gedərdi. Çox birəhmidi.

Dedi:

Baba, o Koroğluymuş.

Dedilər:

Aha!!!

Koroğlu dedi:

Qoy deyim. Mən dəgiləm, baba! O, Koroğludu! Bizdən də o çox mal tarac edip. Bizdən bu ğət mal aparup, bu ğət bizdən ca­vannar yorup. Əlan, mənim özümə o zəman, Rum səfərinə tü­carətə getmişdim, bir dənə şeşpər vurup, bu quluncumnan, hə­nuz da arxam üstə yata bilmirəm. O zamannan adını eşi­dən­də bədənim titrər. Biçarə eliyip malımızı, təracımızı tamam əli­miz­dən aldı. Tərac elədi, getdi. İndi özüm də düşmüşəm bu li­vas­da o şəərlərdən, bu şəərlərə. Qədim cinslərdən allam, bəlkə ye­nə bir sirvət gətirəm ələ, ruzuqarum dolansın. Adlu- sanlu ba­zır­qa­nudum.

Dedilər:

Sən hası şəərdə ollay? Neçə, biz bir belə yük bağlamışuq, tü­carət eləmişik, səni görməmişik?!

Dedi:

        Mən Burzuda ollam. Burzuya təşrif gətirin?

Deydilər:

Adını eşitmişik.

Dedi:

Xub, inşalla gəldizin Burzuya, orda mənim adımı xəbər al­lı­yızun.

Deyəllər:

Xub, ismi- şərifin nədi?

Dedi:

Mənim adım Tarıtanır Dilannamaz.

Dedi:

Bu nə adıdı sənə qoyuplar?

Dedi:

Xub, xeer görməsin ata-anam. Bir ad qoymuublar ki mənə, xal­xa xoş gələ.

Ağa, buları bu noynən başınnan əkdi, getdi. Koroğlu do­la­nır­dı, xub, fürsət ələ gətirə ağa, bu Nigarı qovzıya. Dolandı dü­kanı, bazarı, şəəri, gəldi bağın guşəsinə. Dayanmışdı, gördü, bə­­li, bir dəstə qız sudan gəlir. Baxdı bu qızdar içinə. Götürüp bu qızdara beş dana deyir, gedip bağda Nigara deyələr kimdi bu.

 

Su yolunnan gələn qızdar,

Nigar xanım bu yerdəmi?!

Cigərim başında közdər,

O bulbullər bu güldəmi?!

 

Gedin, siz Nigara diyin,

Amma tərifim eyliyin,

Muşdulux yara yetirin,

Nazdı yarım bu yerdəmi?!

Dedilər:

Sən kiməy?

Hələ indi Nigar da bunun eşqindən divana olup, deyir: «Kaş rədd eləməyəydim. Durup gedip daa».

Deyər:

Gözəl sövən göyçəy olur,

Açılır gül-çiçəy olur,

Mənim sözüm gərçəy olur,

Göyçək yarım bu yerdəmi?!

[Qızdar dedi:]

Kimdi səniy yarıy, biz bilmirik ki?

Deyər:

Baxırıyzın bir-birinə,

Qaş atırız bir-birinə,

Bulbul qonmuyup gülünə,

Əsmə, gülüm, bu yerdəmi?!

Dedilər:

Oğlan, qızıyn adı nədi?

Deyər:

Yara qurban mənim canum,

Tökülüpdü yolda qanum,

Adıdır ay Nigar xanum,

Nigar xanum bu yerdəmi?!

[Qızdar dedi:]

Baba, Nigar Cəfər paşanın qızıdı. Hər yetənə ki, onu ver­məz­dər. Sən onun əlinə şokət vermişəy, şeer bağlamışay, qəzəl de­yirəy.

Dedi:

Sizin işiyiz nədi, siz mənim ərzimi yetirin.

Dedilər:

İsmi- şərifin?

Dedi:

Çəmlibeldə var bəsatım,

Hər kəsə var amanatım,

Koroğludur mənim atım,

Nazlı yarım bu yerdəmi?!

 [Qızdar dedi:]

Çəşm, deyərik daa. Biz gedərik, əgər gördük xanımı, de­yərik.

Nigar xanım da bu bağdan çıxaydı qırx gün bu bağa gəl­məz­di. Qızdar düzülmüşdü yola. Koroğlu da dolana-dolana gəlirdi şəə­rin içinə. Dedi: «Xub, mən nə eliyim? Bir də bu qız bağa [gələ]. Əcəb yerdə tuş aşdım. Kaş mən oturmuyaydım ağacın di­vində. Məni bağban bu günə saldı. Bağban gətdi atdı bu çölə. Mən gedim gərək o bağbanı tapum, danışdurum».

Dolana-dolana gəldi bağın içinə. Gördü bağban gül bağlıırı, [dedi:]

Ay bağban qardaş?!

Dedi:

Oğlan, sən hardayay? Apardılar, qoydular qızdar [səni] çö­lə. Sən gedənnən soora  xanım bu ğət narahat olup, bu ğət göz­də­rinnən yaş töküp, tamam o təxti-təvaris isladıp ağlamaxdan. Na­rahat oldi, tapa bilmədi, durdu getdi qəsrinə.

Dedi:

Bağban, bular məni aparanda sən niyə qoydiy?

Dedi:

Mənim cürət yoxumidi gələm yaxına, oğlan.

Deyir:

Bağban...

Sənə deyim, bağbanbaşı,

Niyə qoydun yarım getdi?!

İşində oldun çox naşı,

Cəsətimnən canım getdi.

 

Yara qurban mənim canum,

Olmadı dini- ərkanum,

Yollarda töküldü qanum,

Əlimnən ərkanım getdi.

 

Mən gəlmişdim bu məkana,

Yandı bağrım döndü qana,

Fürsət verməm bazırqana,

Mallı bazırqanım getdi.

 

Dəlilərim Çəmlibeldə,

Bulbulun arzusu güldə,

Nigaranam mən bu yerdə,

Necə Nigar xanım getdi.

 

Koroğluydum qanarudum,

Eşk otuna yanarudum,

Bu bağçada bimarudum,

Təbip- pərəstarım getdi.

 

Bu sözləri bəəd deyənnən soora, bağban dedi:

Narahat olma, Qoş Koroğlu, əlan gəlir bağa. Əgər gəl­mə­sə də onun da qəralı tutmaz. Qeyri -mümkündü gəlmiyə bağa, gə­lər.

Dəlilər gözdədilər, gördülər Koroğludan xəbər olmadı. De­miş­di mən neçə günə gəllən. Əslində nə gələn, nə gedən. Heş kim­nən xəbər olmadı. Dəli­lər yeyirdi-içirdi, dağıdırdı, yıxırdı, ta­cirləri talıırdılar. Birdən iyir­mi­si dolurdu bir kəndə. Yu­xu­day­dı, xalx da bilmirdi. Davarı, malı, həşəmi çapırdılar.

Koroğlu baxdı, gördü Nigardan xəbər olmiri. Dedi: «Gedərəm taaları­nın dalına. Ya aparram, ya da tutullam daa». Gəl­di, taaların dalında hey do­la­nar­dı, gecələr gələrdi yatardı. Bir gün nigahbannar, qarovullar [dedilər:]

Ay oğlan, sən burda köşkən salmışay, mənzil eləmişəy? Bura məgər köşküsaraydı, mənzilqahdı? Bura şah hərəminin qa­pısıdı! Cəfər paşanın hərəmgahıdı. Dur, burdan get! Əgər ba­şın cidaya keçməmiş.

Dedi:

Mən neyniyim, Cəfər paşanın bura taalarıdı?! Mənə nə vardı? Bura Cəfər paşanın taalarıdı mənə nə var?! Köşkisarayısıdı mə­nə nə var?! Məgər hər kəs indi talar saldı, qəsr saldı tək onun olur? Xeyir, ağa, divardan o üzə onunkidi. Bura heş kəsə rəf­ti yox, mən burad qalmışam.

[Dedilər:]

Oğlan, başın qovğaya batırma, dur, burdan get!

Dedi:

Mən elə gəlmişəm başım qovğaya qatam.

Bu hənnaxdaydılar Nigar xanım pəncərədən baxdı. Amma [Koroğlu] libasın əvəz eləmişdi. [Nigar] görü bir nəfər gəlip, bur­da, divarın divində– tələb eliyip. [Dedi:]

Kimdi bu cavan?

Dedilər:

Bilmirix, xanım, hər nə eliirik də getmir.

Birdən baxıb, Koroğlu burda [görcək] görək nə deyir, Nigar xanıma. Deyər:

Mən səni görə gəlmişəm,

Paşa qızı, paşa qızı.

Zülflərin hörə gəlmişəm,

Paşa qızı, paşa qızı.

 

Sən buradan qovma bizi,

Danışmadın doğru sözü,

Yolda qoydun iki gözü,

Paşa qızı, paşa qızı.

 

Paşa qızı, mən qaş atdum,

Sən qaş atdun, mən qaş atdum,

(Mən) Səni özümə tuş atdum,

Paşa qızı, paşa qızı.

 

Eşqin başımnan getmiyip,

Məhəbbət qəlbim ditmiyip,

Bulbul gülü incitmiyip,

Paşa qızı, paşa qızı.

 

Çəmlibel məkanımdı,

Mənim dini imanımdı,

Sövdügüm Nigar xanımdı,

Paşa qızı, paşa qızı.

 

Mən gəlmişəm bu çöllərə,

Coşqun-coşqun bu sellərə,

Şanayı vurdun tellərə,

Paşa qızı, paşa qızı.

(Yandırır aləmi közi.)

 

Yanır isöb dan ulduzu,

Kamannadıy vurduy bizi,

Danışmadın doğru sözü,

Paşa qızı, paşa qızı.

 

Özüm gəlmişdim o bağa,

Bulbul qonurdu budağa,

Mənə kəsmədiy sadağa,

Paşa qızı, paşa qızı.

 

Koroğluyam, hay salaram,

Hay salaram, hay alaram,

Səni alıp apararam,

Paşa qızı, paşa qızı.

 

Sözdəri tamam eliyənnən soora, Niyar xanım pillələrdən ənib, gə­lib aşağa, yapaşdı Koroğlunun qolunnan, yannaşdı [dedi:]

Oğlan, məgə qəm kasası calanıb başıya? Sən hələy burda dur­muşay? Mənim atam əgər gələ–görə burda səni, səniy o ba­la­ca tikəy o dırnağına qeydə olar, qiymə-qiymə doğrallar. Bil­lən neylərəy? Sən gedərəy şəərdən çölə. Piyada gəlmişəy, atnan?

Dedi:

Atnan. Atım var, xanım.

Dedi:

Mən də bir at götürrəm, əlan meytərdən allam. Deyərəm: «Könlümü qubar tutub, istiirəm bir çıxam çölə». Meytərdən bir at allam. Məni tənha qoymazdar çölə. İki-üş nəfər yanımca at­la­nanda qüdrətiy var olarnan cədəl eliyəy?

Dedi:

Bəli!

Dedi:

Xeyli xub! Getginən, hər yerdədi atıy tapginan. Mən gəl­ləm gecə ora.

Ağa, Koroğlunu bu cür rədd eliyib başınnan[30]. Koroğlu do­la­na-dolana gəldi Qıratın yanına. [Qırata belə dedi:]

 

Qıratım, dur düş yollara,

Bu çöldə yalquz qalmuşam.

Uzax-uzax mənzillərə,

Daldalanıp mən dolmuşam.

 

Nigar mənim belim büküp,

Qəddi kamın olup yıxıp,

Dağlara ordular çıxıp,

Yollar üstə tək qalmışam.

 

Gəlmir dəlilərin səsi,

Gülə var, bulbul həvəsi,

Yaman olur yar təhnəsi,

Dahi indi qocalmışam[31].

 

Dağ üstündə duman qaldı,

Göylümdə arzuman qaldı,

Yardan mənə nişan qaldı,

Qəmə şaduman olmuşam.

 

Koroğlu, dəlilər gülər,

Təhnəli söz qəddin bükər,

Dahi məgər Nigar gələr,

Qəmə mən düçar olmuşam.

 

Burda Koroğlu Qıratı minip düştü şəərin kinarına. Gəzə-gə­zə gəldi ta şəərin vəsətində dayandı. Nəzər saldı bir şəərin içinə, gör­dü bir vəlvələ-di, bir qovğadı, [dedi:]

Ay cavannar, ay xannar, nə aləmdi, nə sovdadı?

Dedilər:

Nigar xanum gedip dünən söb şikara neçə dənə qu­lam­nan. Dağdan gəlmiyip hələ. Cəfər paşanın gözü yoldadı. İndi istii­ri san görə, qoşun çıxara dağa, görələr Nigar hardadı.

Koroğlu dedi:

Ay bəxtim yatdı, heey... Kaş mən o yerə ki, nişan vermişdi gəl­miyirdi, mən dedim Nigar xanım gəlməz. Mən belə bil­mə­dim. Əcəp işlər gəldi başıma, zəhrləri qatdım aşıma.

Durup Qıratı qəytərdi dala, gəldigi yerə. Baxdı gördü çığ tə­kin bu çölü qoşun tutup, eyni nigan kimi. Saldı bu ki­na­ray­nan Qı­ratnan gedirdi, qoşun kəsdi bunun qabağını:

Ay oğlan, hardan gəlip, hara gedirəy?

Dedi:

Yolum düşüp Hindustana.

Dedi:

Bu çöldə neçə dənə atlıynan qız görmədiy?

Dedi:

Xeyir, məgər o qız kimdi?

Dedilər:

Cəfər paşanın qızı Nigar xanım çıxıpdı dağda şikara, iki gün­dü tapılmırı.

Dedi:

Gələr, baba, şirin ərkək dişisi olmaz. Gələr hər yerdə olsa.

Dedilər:

Xeyir, deyillər mümkündü Çəmlibeldə bir Qoş Koroğlu var, olmuya gəlip o aparıp? Neçə gün bunnan qabax bir bağ­ban deyirdi: «Bir cavan gəldi bağ içinə. Nigarnan danışdı, pey­man bağladı, əhd eylədi, ilqar verdi, ilqarın belə bağladı. İndi ol­muya o Koroğluymuş gəlipdi? Neçə dana qızdardan da xəbər alıp­dı.

Dedi:

Şayət də Koroğlu olmuş ola.

Dedi:

Koroğluyu görsəyiz tanuruz?

Dedilər:

Görməmişik. Deyillər, Koroğlu bu cür rəşid, dilavər oğ­lan­dı. Bir dəli nəhrəsi var, çəkəndə yer o göy titirər.

Dedi:

Baba, belə zad olmaz.

Dedi:

Belə deyillər.

Koroğlu dedi:

Bəs olar kimdi gəlir?

Bu qoşun belə baxanda bir nəhrə çəkəndə qoşun tamam huş­dan getdi. Ağa, Koroğlu Qıratı salıb dağlara, təpələrə, daş­la­ra. Ağa, vurup dağı biri-birinə. Qırat şeyhə çəkir, Koroğlu nəh­rə çə­kir. Götürüp dağlarda səsliir, Nigarı gəzir görək dağlara nə deyir:

 

Qarşı yatan qarlı dağlar,

Yarım bu yerə gəldimi?

Başın çatıp qoşa dağlar,

Yarım bu yerə gəldimi?

 

Dağa gələn{ağrımasın} ayaxları,

Coşqun-coşqu bulaxları,

Nigar xanum dodaxları,

Dəydi bu suya gördümi?

 

Bu dağlarda çiçək vardı,

Çiçək üstə gərçək vardı,

Yardan görən göyçək vardı?

Göyçək bu yerə gəldimi?

 

Axtarıllar o Nigarı,

Getdi göylümün qubarı,

Siz biləysiz xuda, tarı,

İman bu yerə gəldimi?

 

Koroğlu yalquz qalupdı,

Saralup gülü solupdı,

Nigarım necə olupdı?

Sonalar çölə gəldimi?

 

Sözdəri tamam eliyənnən soora, ağa, [Koroğlu] hey dağları gə­zirdi, daşları gəzirdi. Gəldi dağın kəlləsinə baxdı, dəmanədən gör­­dü, bəli, bir çeşmənin ustündə bir at yayluur, otuşur. Qıratı sal­­dı, gəldi çeşmənin başına, gördü Nigar xanımdı. Atın hö­rü­gün vurup bulağın başına. O çağın qızı Misri qılış belində, ti­ri-xətəng çiynində başın qoyup atın yəhərinin üstünə, qoyup aya­ğı­nı yerə, atın dəhnəsi biləgindədi, gedib xurəyi-xaba. Koroğlu geş­di sağa, geşdi sola, baxdı gördi şirin yuxudadı. Dedi:

Xub, gedim kami-busəyi alım, görüm nə cür ləzzət verər[32]

Bəəd, Koroğlu gəldi qızın başı üstə. Gördü, bəli, qız yatıp, ne­cə ceyran bu cür yuxlamaz. Yuxudadı. Amma Nigar xanım gö­zü­nün dibinnən (baxırdı). Bir gözü yuxudaydı, bir gözü ayıx. (Gör­dü) Koroğlu başı üstə durup. Götürüp burda görək Ko­roğ­lu nə deyir Nigar xanıma, Nigar xanım görək nə deyəcək?! Aya, durar yuxudan, ya yox!

Bulağ üstə yatan yarum,

Aşnalıx sənnən istiirəm.

Qızılgülə batan yarum,

Aşnalıx sənnən istiirəm.

 

İncə beldən qucun mənə,

Danışam-dilləşəm sənə,

Bir sarmaşam busa mənə,

Ögməlik sənnən istərəm.

 

Tutam əldən, qucam beldən,

Ayrı düştüy sən də eldən,

Mən də tutdum belə əldən,

Getməlik sənnən istərəm.

 

Bulağ üstə yuxlama sən,

Göylüm mənim yoxlama sən,

Busaları saxalama sən,

Şirinnik sənnən istərəm.

 

Koroğlunu al damaxdan,

Ağ buxax, qəymax dodaxdan,

Al qucağa bir yanaxdan,

Aşnalıx sənnən istərəm.

 

Ağa, Koroğlu bunuynan danışıp-dilləşir, Nigar xanım yuxu­dan durup dedi:

Qoş Koroğlu, hardan gəldin, hara getdiy?

Dedi:

Şəərin içində qovğadı, vəlvələdi. Amma gəzillər, əgər məni tap­salar, hər tikəmi boynuya qiydə eləllər. Deyillər, «Koroğlu gə­lib bunu götürüp qaçup». Onda da deyillər, «Koroğlunu gör­mə­mişik, tanımaruk». Amma mən işdərindəydim. Doğru de­yillər görməmişdilər, tanımadılar. Deyillər, «Bağban görüp, ve­rip qızı aparıb». Biçarə bağbanı gətirmişdilər şəərin içinə. Cəfər pa­şa istintağa çəkmişdi. O cavanın rənginnən, boyunnan, ru­xun­nan gərək mən deyəyn. Mən qaldım o bağbanın halına. Ala göz­düm, dur gedək.

Nigar xanımnan Koroğlu düşüplər yola. Ağa, dərədən, tə­pə­dən, coşqun çaylardan keçiplər. Gəldilər ta Laçın şəərinə. Laçın şəə­rində Koroğluynan Nigar xanım gəzirdilər dükanı, bazarı. Ya­raxlanmışdılar, ikiləri də məradınə libasındaydılar. Qoş Ko­roğ­lu baxdı bu şəərə, gördü bəli, xiyavanın kinarında bir qoca ki­şi oturub ağluur. Çox halı məxşuşdu.

Dedi:

Qoca əmi, niyən ağluuran?

Dedi:

Valla, başım mənim bəlalıdı. Hökm eliyib paşa burda, mə­nim darı-dünyada, mülki-Süleymanda bir oğlum var, oğ­lu­mu əlim­nən alır. Deyir: «Dağlara istiirigin ordu qoyak. Koroğlu Çəm­libeldən [gəlib] şəərləri çapırı, yerləri talıırı. Hər yerdə, hər kəs öz şəərində bir didəvan qoya, Koroğlu gələndə gözdiyə şəərə gir­miyə. Darı-dünyada bir oğlum var mənim. Oğlum indiyə çöl gör­müyüp, nə yerə, nə göyə heş yerə getmiyip. Budi ki, oğlanımı mə­nim öldürəllər, gözümün fərağında qalar, keçər mənim çı­ra­ğım.

Amma bu yannan Koroğlu dedi:

Qoca, heş ağlama, hər kəsin oğlu ölsün, səniy oğlun ölməz. Ge­dək, görüm oğluyun adı nədi?

Bəli, düştü gəldi, baxdı-gördü qocanın oğlı bir bağın içində bağ suvarır. Girdi bağa dedi:

Qoca, budu oğluuy?

Dedi:

Bəli!

Dedi:

Oğlan, səniy adıy nədi?

Dedi:

Mənim adım Qulubəgi.

Dedi:

Xub, əgər bu Koroğlu gələ, tapıla, bu yollarda sən ni­gah­ban­nıx verəy, nə nişanıy var? Nə əlamətlərsən, bu yollarda ver­rəy? Şeşpərbazay? Əmudbazay? Şəmşirbazay? Görüm nəynən sən cəngi-cədəlin çoxdu?

Dedi:

Qurban, mən olarnan işim yox. Mənim tirim xəta getməz.

[Dedi:]

Nəynən?

Dedi:

Tir-kamannan, yay varım, çillə varım.

Dedi:

Get tir-kamanıyı gətir gəl, görüm.

Gəlib tir-kamanın götürüb, yayın götürüb, çilləsin götürüb [getdi.] Ağa, Koroğlu xəncərin qoydu ikiyüz qədəmlixdə [dedi:]

Sən vurduy, o xəncər getdi, mən billəm, sən rəşid oğlansan.

Koroğlu də rədd olanda elə vurdu, heş bilmədi xəncər nə vaxt get­di. Koroğlu xəncəri götdü, dedi:

Oğlan, vur mənim üzüym gedə.

Dedi:

Barmağında, ya yerdə?

Dedi:

Barakalla, barmağımda məgə üzük gedər?

Dedi:

Saxla!

Vurdu, barmağınnan da üzük getdi.

Dedi:

Bərəkalla!

Dedi:

Vur, bu yoldaşımın da barmağında üzük gedə.

Nigar xanım qorxdu, dedi:

Yox! Gəldi o dəymədi?

Nigar xanım elə əli atın dəhnəsindəydi, oynadırdı birdən gör­dü ox dəydi üzüyün qaşı getdi Nigar xanımın bar­ma­ğın­dan. Kaman keşdi atın ovsarında o çərmə. Baxdı, dedi:

Barakalla! Bu cavan çox öyməli cavandı. Yaxçı cavandı, sax­lanmalı cavandı.

Koroğlu Nigara dedi:

Bunu biz aparak.

Dedi:

Məgə verər qoca?

Dedi:

Allam qocadan.

Dedi:

Qoca, bunu yolla gələ məim yanımda qala. Nə ğədir də ənam verrəm. Yollama dahı Koroğlu yolu üstünə. Əgə gedə Ko­roğlu yolu üstünə, bunu öldürəllər. Gözüy fərağından doy­may, çırağın keçər, beliy bükülər. Qoy mən bu oğlanı aparım.

Qoca dedi:

Xeyir, zəhmət çəkmişəm, oğul böyütmüşəm. Mən neçə verəm bu oğlanı sən aparay. Gözümün qanşarında dolanur. Əgər Qulubəgim mənim bir gün olmuya, mənim çırağım keçib.

Koroğlunun gözü düşmüşdü dedi:

Billəy qoca, verəyin də aparram, verməsəy də aparram.

Nə qədir Koroğlu yalvarur [qoca] qulaq asmır. Götürüp Ko­roğ­lu bu sözdərinən istiir Qulubəgi ala. Deyər:

 

Canım qoca, gözüm qoca,

Qulubəgi mən aparram.

Yata bilməm gündüz-gecə,

Qulubəgi mən aparram.

 

Qulubəg dəlilər başı,

Dərilərə var savaşı,

Vurur necə üzük qaşı,

Oxlarına mən qutarram.

Dedi:

Vermərəm sənə Qulubəgi.

Dedi:

        Dedim ki, verəy də aparram, verməsəy də.

 

Məkanımız Çəmlibeldi,

Ağzımdakı şirin dildi,

Gül üstündə bu bulbuldu,

Qulubəgi mən aparram.

Dedi:

Əbəda bu iş olmuyandı.

Deyər:

Keçər çaylar Tonasınnan,

Tonasının sonasınnan,

Allam bunu anasınnan,

Verməsəy də, mən aparram.

 

Koroğludur mənim adum,

Hər yerdə vardı fəryadum,

Verməsən, çıxar indi dadum

Dad çəkib allam, aparram.

 

Koroğlu sıçrayıb Qıratın belinə yapışdı oğlanın əlinnən. Bu çək­di, oğlan çəkdi. Oğlan baxdı Koroğlunun üzünə, baxdı ata­sı­nın üzünə. Atanın gözləri doldu yaşnan. Nigar xanım qocanın ha­lına yandı, dedi:

Qoş Koroğlu, zülümnən iş olmaz, gücnən iş olmaz. Qoy xoş­luxnan alak, aparak.

Koroğlu dedi:

Mənim əgər bir tərəfdən zülmüm olmasa, işim pis getməz. Ol­du xoşduğ, olmadı tuşduğ.

Nigar xanım dedi:

Yox, bu dəyi. Zəmanənin işi bu dəyi. Hər yerdə bəddiy ol­maz. Həmişə bir xoşduğ elə, qoy xoşduğ eləsilər. Bədliyə bədliy eləl­lər. Qocanın gözləri dolup yaşnan. Oğlanın əlini Koroğlu boş­lamır. Gö-türüp Nigar xanım Koroğlunun baxur əlinnən oğ­la­nı ala. Koroğ-lunun bu cür aparmağına Nigar nəsihət elir. Bu cür ki, adam yığmaz novça başına. Görək Nigar xanım nə de­yir:

 

Qulubəgin xoş anası,

Qoy aparak Qulubəgi.

Göllərdə gəzər sonası,

Qoy aparak Qulubəgi.

 

Çəmlibeldə bağça vardı,

Bağçalarda zağça vardı,

İndi neçə novça vardı,

Qoy aparak Qulubəgi.

 

Dağların başıdır duman,

Gətirdiy göylümə güman,

Sən bilənsən axur zaman,

Qoy aparak Qulubəgi.

 

Yollara tökəllər dağ-daş,

Oğlar-oğlar sinər çox baş,

Qulubəg Nigara qardaş,

Qoy aparak Qulubəgi[33].

 

Burda sözdər tamam oldu. Bəəd əz, tamam olandan soora, ağa, qoca dedi:

Qoş Koroğlu, adıyı eşitmişdim. İndi ki sən Qoş Ko­roğ­lu­yay, səni and verirəm başda Allahı-digara, mənim darı-dün­yada bir də-nə oğlumdı. Səni [and] verirəm pərvərdigara, bu oğ­lanı apa­ran, incitmiyən.

Dedi:

Qoca, məgər mən aparıram yığıram başıma, adam öl­dü­rü­rəm? Məgər mənim cəlladxanam var, qəssabxanam var? Ta­mam dəliləri yığıram başıma. Bular əlan burda neçə nəfər zülm eliir. Bir oğlun var yolluya səniy dağların gecələrini nigahbannı ve­rə. Ko­roğ­lu gəlir şəər-ləri talıır. Xub, orda Kor­oğ­lunün dəliləri gə­lə, sənin bir dənə oğlan orda neyliyəcək? Ya ölümə gedəcək, ya yarala­nacax. Pəs, mən qoy bunu aparam orda bunu sərdar elə­rəm.

Ağa, Koroğlu götürüp Qulubəgi də Nigar xanımnan üz qoy­du­lar Çəmlibelə. Çəmlibelə çatar-çatmazıdılar Nigar ay dedi:

Çəmlibel haradı? Gəl gedək mən ki, bilmirəm nə qədir yol kəs­mişik, yol gəlmişik bilmirəm ki, haradı?

Koroğlu götürüb indi Nigar xanıma deyir:

Çəmlibelin başında bir uca Qara dağ getmişdi yuxarı, başı qül­ləydi. Həmişə dəlilərin ikisi o qüllədən baxardı. Hər tərəf gö­rü­kərdi. Dəlilər qüllə başında baxırdı. Koroğlunun gözü sa­taş­dı. O zaman da dürbin yox idi. Aynaynan nişana verərdilər. Ay­na dolandırardılar. [Koroğlu Nigara Çəmlibeli belə təqdim edir:]

 

Ala gözdü Nigar xanum,

Bu görükən Çəmlibeldi.

Sənə qurban şirin canum,

Ağzumda danışan dildi.

 

Çəmlibelin başı uca,

Gedip-gəlməz cavan-qoca,

Görükəllər ulduz gecə,

O, görükən Çəmlibeldi.

 

Çəmibeldə xoş hava var,

Başımızda çox dava var,

Quşlar üçün yoşava var,

Bu görükən Çəmlibeldi.

 

Coşqun olur bulaxları,

Buz bağlıyar qıraxları,

Sərin sulu yaylaxları,

Bu görükən Çəmlibeldi.

 

Çəmlibeldə toy tutaruk,

Toy üstündə boy tutaruk,

Paşalardan mal tutaruk,

Bu görükən Çəmlibeldi.

 

Dəlilərim başdan-başa,

Coşqun çaylar coşa-daşa,

Mən deyənnər gəldi başa,

Bu görükən Çəmlibeldi.

 

Koroğluyam bu yerlərdə,

Adım qalıpdı dillərdə,

Tacirlər çapdım yollarda,

Hər tərəfə çıxan yoldu.

 

Sözləri tamam elədi Nigar xanıma. Dəlilər töküldülər şəərdən çö­lə. Koroğlunu cəlalınan pişvaz eliyiplər. Dəlilər yığılıp Ko­roğ­lunun douruna xəbər alıllar Qoş Koroğludan:

Nə cür getdin, nə cür gəldin?

Götürüb Koroğlu axır sözləridi dəlilərə deyə:

Qulağ asın, dəlilərim, görün bu yollara nə cür gedey, nə cür gə­ley:

Gəlin indi, dəlilərim,

Nəsihətim budur sizə.

Qalmıya qəlpdə sözlərim,

Nəsihətim budur sizə.

 

Hər tərəfdən yolu kəsin,

Qara yellar kimi əsin,

Düşmannarı daldan basın,

Nəsihətim budur sizə.

 

Bazırqannar gəlir yoldan,

Alın mallarını əldən,

Qoymuyun çıxa bir yoldan,

Nəsihətim budur sizə.

 

Bu dağlarda bəla vardır,

Bəla üstə bəla vardı,

Yollar üstə qada vardır,

Budur nəsihətim sizə.

 

Aşığ tapak, dəmlər tutak,

Dəm üstündən qəmlər atak,

Şad olağun, toylar tutak,

Budur nəsihətim sizə.

 

Bağçalarda gül açulur,

Yaxçı yamannar seçilir,

Başlar gələr, ləş biçilir,

Budur nəsihətim sizə.

 

 Sözlərini Koroğlu dəlilərə dedi. Bu cür dava eləriz, bu cür istiyəriz mal çaparız bu işlərdən görürüz.

Öyəşdər öldürüplər, qoyunnar kəsiplər. Biri çəpi-rasa. Nigar xanımı cəlalıınan gətdilər Çardaxlıbelində alaçıx vurulup, cə­la­lıı­nan toy tutublar. Toy bəsatı. Ağa, dəlilər düşüb bura. Qu­lu­bəgi də­lilərə sərdar elədi. Dedi:

Dəlilərim, Qulubəg sizə sərdardı. Qulubəgin bir hüsnü var, bir qüdrəti var, hər yana tiri-xətəng ata, oxu qəyitməz dala...

Bəli, bu Koroğlunun Nigar səfəriydi ki, dastanı Nigarı getdi gə­tirdi. Bu dastan da payana çatur .

 

 


BU, KOROĞLUNUN EYVAZ DASTANIYDI Kİ,

GETDİ EYVAZI GƏTİRDİ

 

...Neçə illər, neçə günnər, neçə aylar keşdi aradan. Yaddı [Ni­gar xanım], yuxusunda gördü bir yuxu gəldi gözünə, [ona de­yirlər]:

Nigar xanım, sən evlad üzünə həsrət ollan, sonsuz ol­lan. İndi görsən əgər sənə bir ilac olsa, ilacın var, ilacında əlacın var.

Amma Nigar xanım yuxudan durub gözdəri doldu yaşnan, çox ağlıırdı...

Koroğlu çıxdı Çardaxlının dağının üstünə. Dəlilərdən xəbər aldı:

Dəlilərim, gələn yoxdi, gedən yoxdi?

Dedilər:

Qoş Koroğlu, heş kəs gəlmii. Nə bir tacir, nə bazırqan.

Dedi:

Dəlilərim, gedin Çəmlibelin dovrəsinə. Tamam baxun, görün, hansı səmtə, səfərə bulud durub?[34]

Dəlilərdən gəldilər, dedilər:

Qoş Koroğlu, Nigar xanım çox ağlıırı, çox pərişandı.

Koroğlu gəldi, üz oldı:

Nigar, nədən ötrü sən ağlııran? Nə olıpdı?

Koroğlu burda xəbər alır:

Niyə ağlııran?

Görək Nigar xanım cavap verə buna. Söznən Koroğlu xəbər alı:

 

Ala gözlü Nigar xanım,

Ağlama, Nigar, ağlama.

Sənnən ötrü çıxar canım,

Sinəmi çəp-ras dağlama.

 

Gözəllər ki ağlamazlar,

Sinə, cigər dağlamazlar,

Axı qəmi saxlamazlar,

Belə qəmi sən saxlama.

 

Əlləriyi qucaxladuy,

Barmaxların taraxladuy.

Qulubəgi qonaxladuy,

Ağlama, Nigar, ağlama.

 

Çəmlibeldə əzizəy sən,

Gün içində xoş güzəy sən,

Danışmaxda bir qızəy sən,

Ağlama, gəlin, ağlama.

 

Koroğluyam, lafı vurram,

Əcəmi, ərəbi yorram.

Duşmannardan bacı allam,

Ağlama, xərac, ağlama.

Sözdəri deyənnən sonra Nigar xanım götürüb deyər:

Ay Koroğlu, bir belə bac alay, bir belə xərac alay, bir zada çat­­maz. Heş dərdimizə dəyməz. Bir zərrə mənə Çəmlibel-Çar­dax­lı mənim qəlbimə əsər eliyə, eliyən dəgi.

[Koroğlu xəbər aldı]:

Aa, nədən ötrü? Dərdiy nədi?

Dedi:

Buna görə, insanın gərək dari-dünyada bir sonu ola. Özün­nən soora bel bağlıya, el için el saxlıya. Nədən ötrü yalquz qala, yal­quz gedə buna görə? Dünyada insanın evladı olmasa, dün­ya­dan nabud gedər. Özü öldi, daha adı da öldi. Deyəllər ki, igid ölər adı qalar, siğir ölər gönü qalar. Biz də həmçiniy. Götürüb Ni­gar bu cür ağlu-ur, deyər:

Dad fələk, səniy əliynən,

Əcəp mənim belim bükdüy.

Aldıy şoukəti əlimnən,

Qəddim əydiy, belim bükdüy.

 

Yurdumuzda son olmadı,

Qızılgüllərim solmadı,

Susən üstə gül olmadı,

Əcəb mənim evim yıxdıy[35].

 

Ardımızda uşax ağlar,

Sinəmizi fələk dağlar,

Bizdən soora kimlər ağlar?

Soora ağlıyan olmadı.

 

İnsanın bir adı qalur,

Özü gedər, malı qalur,

Mal üstə evladı qalur,

Dağ oldu, şoukət olmadı.

 

Mənim canım qurbət eldə,

Qəmim yaxçı yatıb dildə,

Sonum yoxdı Çəmlibeldə,

Yurdumda bir son olmadı.

 

Nigar indi genə ağlar,

Sinəsin çəp-rast dağlar.

Oğul-qızdar mənə ağlar,

Soora ağlıyan olmadı.

Bu sözdəri dedi. Amma nəmə? Burada götürüb görək Ko­roğ­lu bu Nigarın dərd alıb sinəsinə nə cür olub?[36]

Amma istədi çıxa çölə. Hər vaxt bir yana pur xətər səfər olay­dı Qırat şeyhə çəkərdi getməzdi. Üş dəfə Qıratı mindi Çəm­li­beldən çıxa. Qırat şeyhə çəkdi qeyitdi dala.

Dedi:

– Bu səfə mənə yorğundu, bu səfər mənə puzğundu. Mən ge­də bilməm bu yolları. Ay, niyə Qulubəgi yola salmam?! Dedi:

Qulubəgim!

Dedi:

Bəli, Qoş Koroğlu.

Dedi:

Minnəy Ərəb atı, üz qoyay hər məmələkətə dolangınan. Bir şani-şoukət oğullu gördüy, bir cavanı-xoşsima gördüy, öz qüd­rətiydə, öz şoukətiy də gör. Mənə gəl de, gedək onu gətirək. Gö­rək, bizim sovdamız harada olur?

Amma Qulubəgi minib Ərəb ata, yollar kəsib, dağlar aşub, təb­­bə çıxıb, dərə yıxıb, üz qoyub hara? Təkə-Türkəmən elinə. Yo­lu basub çatdı Təkə-Türkəmənə. Baxdı gördü Təkə-Tür­kə­mən için­də tutuplar halay. Nə cür çalıllar, nə cür deyillər, nə cür oxullar. Ağa, Qulubəgi atdan əndi, qarışdı bular içinə. Misli ha­lay gedilər. Bu da bir dəsmal aldı ələ, [başladı] oynamağa. To­yudu daa.

Dedilər:

Bu cavan hardan gəlip, belə qəşəng oynur? Oğlan, sən har­dan gəlib, hara gedənay?

Dedi:

Valla, mən də çıxmışam çölə, düşmüşəm elə, gəlmişəm bu öl­kəyə. Mən Kişmir elinnən gəlmişəm.

[Dedilər:]

Kişmirdən bura gəlmişəy?

[Dedi:]

Bəli.

[Dedilər:]

Çox əziz, mootərəm qonaxsan. Oğlan, nə dindəsən? Tə­sən­nü­sən, şiəsən, kimsən?

Dedi:

Bəli, mən müsəlmanam, mən də tabei-Quranam.

[Dedilər:]

Çox sağ ol.

Ağa, bular tamam sünnidi. Bu da sünniydi. Həlbəttə, Ko­roğ­lu osmanpərəstdi. Ağa, burda toy tükəndi o gecə məylis qurul­du. Yığıldılar, böyük alaçığdı Türkəmənsəhra tamam. Bütün ala­çığ vuruplar. Keşdilər alaçığa. Oturmuşdular. Bular, bu ğət qo­nağa qəvə-qəlyan verələr ta qonax özü deyə «bəsdi». Amma bəəd əz in dedilər:

Burda, bir beş kəlam bir aşığ ola, dəm tuta. Bir sööbət tuta, gö­rək nə cür olur.

Amma Qulubəgi dedi:

Əgər icazə versəy, mənim bir sazım var, cürə sazım. Söz ki bil­məm, bu Koroğlunun sözdərinnən beş dənə bələtəm. İcazə ver­səyiz deyərəm, sööbət tutaram.

Dedilər:

Xub, buyur. Deyillər, bir Koroğlu var, çox yollar kəsiri, ba­zırqannar talıırı, görməmişik. De, görək nə cür oğlandı o?

Qulubəg sazı aldı çiyninə, götürüb bu sözdərdən deyiri:

 

Çəmlibeldə uzaq mənzil,

Tutan dağlar Koroğludu.

Gül üstündə şeyda bulbul,

Gəzən bağlar qoç oğludu.

 

Qara yellər kimi əsər,

Gündə qırx beş öyəş kəsər,

Duşman üstə ottar tökər,

Yandırar çox əlovludu.

 

Barakallah! Daa nə, bu Koroğlunun bir belə qudrəti var? Bu­nun bir belə cəlali-qudrəti var?

Dedi:

Bəli, qurban:

 

Dəliləri var başında,

Duşmən durmaz savaşında,

Cəngi-cədəlin qarşında,

Davada çox qoç oğludu.

 

Barakkalla! Adını eşitmişdik, bir belə tərifin bilməmişdik.

Dedi:

Xeyir.

Qıratın döşünə yatar,

Uca dağa şeşbər atar,

Hər kim düşmən dəyə yatar,

Yanar, otti-əlovludu.

[Dedilər:]

Barəkkalla! Pəs, bunu gərəy, görəy biz. Pəs, bizim ca­van­nar­da yoxdu?

[Dedi:]

Mən ki, görmürəm sizin cavanlarda.

 

Qulubəgəm, görmüşəm mən,

Danışdurub bilmişəm mən,

Qudrətini sövmüşəm mən,

Hər davada Koroğludu.

 

İndi, xeyli xub. Ay, məylisdə durannar, [dedilər:]

– Bir cavan var dursun ayaq üstə. Bu cavan onu təərif eləsin. Gö­rək onun boyunda, onun bəsində cavan olar?

İki dəfə mey dolandırdı bu toyun böyigi: «Hər kəs içir meyi, mən­nən ala içə. Bu aşıx onun boyunu görə, Koroğluynan hə­rif­di».

Ağa, qəssab Əli vardı, oğlu Eyvaz 16-17 yaşındaydı, otu­rur­du məylisdə. İki səfər baxdı ağasının üzinə, [ işarəylə dedi]:

Ata, rüsxət ver, alım camı.

Atası dedi:

Otur yerə. Bu camın bir bəlası var.

Üç dəfə dedi [atası cavab verdi]:

Otur yerə. Meylərin meyxanası var.

Dördmüncüdə tağət eləmədi, dedi:

Ata, rüxsət istiirəm.

Dedi:

Dur, oğul.

Durub məylisin sərdarından cam aldı, işdi. Durdu ayağ üstə. Qu­lubəgi baxdı bunun boyuna, gördü: «Evin tikilməsin, Yu­sif­di, Misirdə Zileyxanı axtarır. Xudaya, mən bunu nə cür ad de­yim, gedək Nigar xanımın yanına. Bunu oğul eləsin özünə». Qu­lubəg bunu, burda görək nə cür təərif eliirdi. Deyir:

 

Xoş camallı, Yusif camal,

Yusifdən sən pay almışay.

Xudam sənə salıb nəzər,

Daldalanıp yar almışay.

 

Dünyada sən tayın yoxdi,

Qaşlar xədəng, kibrik oxdi,

İnşallah ki, duşman yoxdi,

Duşmannardan bac almışay.

 

Xudam sənə nəzər salup,

Cavannığı paydan alup,

Yusif belə şöhrət alup,

Yusifdən şöhrət almışay.

 

Təkə-Türkəman elində,

Tərifin mərtlər dilində,

Əyri qılıncın beliydə,

Duşmannan qəsas almışay.

 

Qulubəgəm, deməm yalan,

And içərəm, andım inan,

Koroğluya gətir iman,

Koroğludan pay almışay.

 

Bax, bu sözü deyəndə, Koroğlunun adı gələndə Eyvaz nə cür coş­dı, eyni bulud kimi qaralıp [dedi:]

Ay oğlan, qonağıdın bu sözü dedin. Vəillaəlan başın bu dar­vazadan asardım, nəəşin o darvazadan asardım. Get, dua elə, qo­nağay. Koroğlunu bir belə təərifliisən?

Götürüp Eyvaz görək nə deyir:

Amma mən görməmişəm Koroğlunu. Deyillər, Ko­roğ­lu­nun bir nəhrəsi var, çəkəndə adam huşdan gedir. Əgər mən onu gö­rəm, billəm nə noynən öldürrəm?! Burda Eyvaz görək nə de­yir Koroğluya:

Koroğlunu öymə bizə,

Onun bizə nişanı var.

Təpəni əndirrəm düzə,

Onun bizə gümanı var?

 

Koroğlu gəlsin buraya,

Ləşini sallam araya,

Başın batırram qaraya,

Dahı mənə bəyanı var.

 

Bizə deyəllər Türkəmən,

Bac verər bura Çinu-Yəmən,

Açılıbdı nə gül-çəmən,

Bulbul üçün fəğanı var.

 

Öyəşləri boyun-boyun,

Mələşir quzu-qoyun,

Ortalığa düşər oyun,

Ortada oynamağı var.

 

Bu sözləri de, Eyvaza,

Koroğlunu çəkmə gözə,

Bilindirmə özün bizə,

Tülkiyə nə əslanı var.

 

Ağa, [Eyvaz] Koroğlunu qəşəng tülki elədi. Burda baxdı, yax­çı söhbətlərdən, yaxçı şoukətlərdən. Dedi:

Baba, mənə də belə deyirlər. Görmüşdüm onu toylarda. O da elə dəlisi çox var başında. Amma günə bir belə davar öl­dü­rür.

Dedi:

Davar öldürmək mərddik deyil. Əgər gəldi, burda mənim­nən hərif oldiysa, onda hesafdı, –  Eyvaz bunu dedi.

Amma Qulubəg düşüb yola. Yolun amanını nə cür kəsirdi, yel­lər kimi əsirdi. Yetir, ha yetir. Ağa, gəlib dərələrdən, tə­pə­lər­dən çıxıb gəldi daa. Dedi: «Mən ki, bu yolları gəlmişəm, bu yol­la­rı yormuşam. Hələ gedim bir ata-anama sərkeşdiğ eləyim, bə­ədən gedərəm».

Ağa, bu gəlib çatdı evə. Anası-atası durub onu pişvaz elədi, [dedilər:]

Balacan, hara getdiy, harday gəldiy?

Dedi:

Anacan, atacan, həmin Qoş Koroğluydu ki, deyirdim...

[Dedilər:]

Deyənə görüm, əə....

[Dedi:]

Birçəgi var, amma nə fayda!

[Dedilər:]

Niyə?

Dedi:

Nə fayda? Oğul yoxu, oğulsuzdu.

[Dedilər:]

Necə oğulsuzdu?

Dedi:

Oğulsuzdu daa.

[Dedilər:]

Bu altı ildə burdan gedirdilər. O yanındakı qızdan uşağı yox?

Dedi:

Əsla, son yoxudu.

Dedi:

Balacan, sən indi ol ona son.

Dedi:

Anacan, olmaz. Çünki mənə deyib: «qardaş», Nigar mənə bacıdı.

Deyir:

Pəs indi hara gedirəy?

[Dedi:]

İndi istiirəm gedəm, Koroğluya deyəm, Türkəmənsəhra çö­lün­də bir dənə Eyvaz addı oğlan var. Onu görmüşəm.

Anasına, atasına da bəli, Qulubəg [Eyvazı] bu cür təərif eliir. Deyir:

 (Atacan), Dünyada cavan çoxumuş,

Belə cavan görməmişdim.

Qaş xədəng, kiprik oxumuş,

Belə Yusif görməmişdim.

 

Cəmalı dunyanı alup,

Dunyanı ləngərə salup,

Xudalıqdan bir pay alup,

Belə cəlal görməmişdim.

 

Xuda ona nəzər salup,

Nəzər salup, kamal alup.

Qüdrətin, şoukətin alup,

Belə şookət görməmişdim.

 

Qulubəgdi, görüb özi,

Danışdırup, bilib sözi,

Yolda Koroğlunun gözi,

Belə yollar yormamışdım.

 

Ağa, sözdəri tamam eylədi Qulubəg, durdu duşdü yola. Gəl­di, ta çatdı Koroğlunun yetişdi yanına, mənzilinə. Koroğlu de­di:

Oğulcan, hara getdiy, hardan gəldiy, görmüşəy?

Dedi:

Ay, görmüşəm. Qoç Koroğlu, nə cavandı, görmüşəm. Sə­niy heykəliyə, ziynətiyə yaraşur. Səniy cəlalıya-şoukətiyə yara­şur.

[Dedi:]

Xub, hardadı?

Dedi:

Qurban, Türkəmənsəhrada.

[Dedi:]

Nə cürdi?

Dedi:

Qulağ as, bu dillərnən deyərəm nə cürdi. Dəlilərə deyin toy bə­satı düzəltsilər. Şanu-şoukət bəzəsilər. [Dedi:]

 

    (Qoş Koroğlu) Özüm çıxdım dağdan-daşa[37],

Yollarda çox karvan gördüm.

Dağı çıxdım vurdum başa,

Cilovda sarıvan gördüm.

 

Yolda gedər bazırqannar,

Oynuşurdu pəhlivannar,

Görükdü bir xoş cavannar,

Ortada pəhlivan gördüm.

 

Kamalı aldı tez bizi,

Şəhlalandı ala gözi,

Qəssab oğliydi Eyvazi,

Eyvazi xoş cavan gördüm.

 

Gəzdim Çin ilə Maçını,

Göydə dolanır laçını.

Başa qoyub əraxçını,

Çin üstündə kaman gördüm.

 

Məylisində toy qurmuşdı,

Yusif tək camal almışdı,

Aləm ona mat qalmışdı,

Zileyxa pərişan gördüm.

 

Qulubəgəm, söz demişəm,

Söz demişəm, döz demişəm,

Danışmışam, mən öymişəm,

Sənə bir xoş nişan gördüm.

Koroğlu dedi:

Dəlilərim, sərdarlarım, öz ellərim! Toy başluyun, şadlığ edin, bəsat tutun, yola varıram.

Dedi:

Nə cür gedirəy gətirəy?

Dedi:

Gətirrəm!

Dedi:

Qurban, bu cür gətirə bilməy. Əgər dəlilərdən də gedəyn gə­tirə bilməy! Onun atası çodardı, qəssapdı. Davar alır, davar sa­tır. Məgər sən çovdar olay, davar almağa gedəy. Onun şəərinə do­lanay, olarda qalay, oğlanı görəy, firqəynən alay. Amma qəs­sab nuqəyiridi atası.

Durup Koroğlu çodar libasını geyip əyninə mindi Qırata. Hay kəs, hay get, hay yol. Hay kəs özüni yetirdi Çəmlibeldən ha­ra? Təkə-Türkəmən elinə[38]. Qıratı bir uzax məkanda sax­la­dı[39]. Minip atın belinə üş dəfə çıxdı təpənin üstünə. [İstədi] at­nan gedə. Gördü yox, başa gəlməz. Amma burda Qıratı dal­da­la­da saxladı. Dərənin içində buxovunu vurdu Qıratın. Çodar kür­kini saldı çiyninə, yavaş-yavaş [getdi irəli]. Hava da çisgin idi, yağış başdamışdı. Bir az yovşannan, odunnan dərdi, ot elə­di, özin qurudub. Hava açılışdı. Yavaş-yavaş gəldi qəssabın ya­nı­na. Qəssab Əlinin ki, həmin Qulubəg nişan vermişdi.

[Dedi:]

Ay əmi, Alla qüvətin versün. Ay əmi, Alla köməgin versin.

[Əmi dedi:]

Nə məkannan gəlirəy, nə məkana gedirəy?

Dedi:

Əmi, mal alıram, heyvan alıram, davar alıram, çodaram.

Dedi:

Mən də qəssabam, davarın var?

Dedi:

Xeyir, ağa, alıram mən.

İndi Eyvaz da yatıp sürünün dalında. Atası qoyunnarı otduur, hay gəlir.

Dedi:

Sizin Aranın davari eşitmişəm yaxçı heyvandı. Yaxçı törüür, yax­çı bala verir. Əgər gəlmişəm icazə verəy, beş-on dənə sən­nən heyvan alam aparam, yadiqarluq, damazdığ üçün.

Dedi:

Budu baa heyvannar, tut daa.

Yapışdı Koroğlu, üç-dördünü baxdı, dedi:

Neçiyədi?

Dedi:

Fərz beş quruş.

Bu, on beş quruş verdi.

Dedi:

Bə necə? Malıyın-puluyun dəlisiyən? Niyə on beş quruş verdiy?

Dedi:

Əmican, bu mallar bizim Aranın davarlarınnan yaxçıdı. Budu ki, mən qiymətin də verrəm. Sizdən əlaan aldığımı mən o məm­ləkətdə on beş belə vermişəm, otuz beş belə sataram.

Amma Eyvaz çatdı bunun yanına, baxdi, dedi:

Atacan, bu nə deyir?

Dedi:

Bala, davar alır, davar kəsir.

Dedi:

Yox, davar alan belə olmaz ki?

Dedi:

Alır daa, necə olmaz?

Dedi:

Bunnan çoodar olmaz!

Dedi:

Divanə olma.

Dedi:

Valla, ata, çoodar bu cür olur? Çoodarı bu vəd görən iki tü­mən üs­tə alar. Bu elə deyirən beş, on beş verir.

Dedi:

Bala, lavıd bunların arasında davarın qiyməti var ki, alır daa.

Dedi:

Yox. Götürüb bu sözdəri deyiri:

 

(Atacan), Özün salıb, bu araya,

Bu qılıxda çoodar olmaz.

Başıy salma macəraya,

Bu qılıxda çoodar olmaz.

 

Yol gəliri yerişliiri,

Gözü kamanda işliiri,

«Beş-beş» deyir bağışlıırı,

Bu qılıxda çoodar olmaz.

 

Bunun vardı aşnalığı,

Aşnalığı, arxalığı,

Harda məlum çoodarlığı,

Bu qılıxda çoodar olmaz.

 

Kim deyir ki, qoyun alur,

Qoyunu ayırır salur,

Pullarını verir, sayur,

Bu qılıxda çoodar olmaz.

 

O, Qulubəgdi deyibdi,

O görübdü, bu deyibdi,

Nigar xanım çox öyüpdi,

Bu qılıxda, çoodar olmaz.

 

Davarı gəl tökək düzə,

Gözü qamır baxır bizə,

Nigar mayıldı Eyvaza,

Bu qılıxda çoodar olmaz.

Dedi:

Oğlan, nə deyirsən, Eyvaz kimdi, Nigar kimdi, Qulibəg kim­di? Mən çodaram. Mal alıram, mal satıram. Oğul, sən na­danay?!

Atası dedi:

Balacan, bu sözlər nədi? Bu yalandı, gördün ki, mal alır?!

Dedi:

        Ay ata, bu gözdər tanır, bu mal alan dəgi. Atacan, mən bili­rəm bu kimdi.

  Xub, məlum olur, aşa tökən gələr qaşığa, bilinir daa. Xub. Da­var­ları alır, pulunu verir, tamam-kamal.

Deyir:

Ay oğul, köməkləşək bu təpənin dalına aşak. Bu davarları mə­nimnən köməkləş aparaq. Soora qeyit bura.

Qəssab Əli dedi:

Oğulcan, sür bu qoyunnarı. Bu çoodarnan rədd elə, qayıt[geri].

[Koroğlu dedi:]

Bir qədr mənə köməkləşə bu qoyunnarı, qeyitir.

[Qəssab Əli] dedi:

– Oğul, sür!

Ağa, Eyvaz qoyunu rədd elədi sürüdən. Elə dağı, təpəni aşırdup...

[Koroğlu] dedi:

Oğul, mənim bir atum da var. Qoy bu atı da mən bixo­vu­nu açum. Bir az sən bu təpədən aşağuda gözdə, atın döşündə qo­yun­narı aparram. Oğul, gördüy mən çodaram?!

Eyvaz dedi:

Həyə, dədəy ərvanna. Sən tutan quşu mən uçurtmuşam. Sə­nə xiyal mən bilmirəm? Çoodarın atı olur, atnan davar alar? At­nan gələr, qoyun alar? Ay ata, ağlııy əldən verdiy. Xub, elə bir belə tə­ə­­rif eliil­lər. Mən bildim, əyə, bu Koroğludu. Hissabını no­xud təki döşüürəm.

Gəldi, qoyunnarı aşıtdı təbənin dalına. Gəldi atın yoxunına. [Koroğlu] dedi:

Oğul, bu rikabı saxla, mən minim bu atı.

 Ayağın qoydu rikaba, əl atdı Eyvazın biləginnən yapışıb bir neyit gəldi, gördü, xeyir, yerdən qovzanmır. İki neyit gəldi, gör­dü o dəyil, üç neyit gəldi, o dəyil. Ay nənəsi oğlu ha!.. Götürüb yal­varır indi Koroğlu, «gə gedək», [deyir:]

 

Sənə qurban, Xan Eyvazım,

Eyvaz, dur gedək, dur gedək.

Sənə budur şirin sözüm,

Düşmanın bağrın qan edək.

Eyvaz dedi:

O dəgi.

[Koroğlu deyir:]

Eyvazım, sən qoçaxlannay,

Qoçaxlanıb əyaxlannay,

Rəngə batıb boyaxlannay,

Eyvaz, dur gedək, dur gedək.

 

Çıxmışam dağlara qarşı,

Baxıram gözdər qamaşı,

Ol sən dəlilərin başı,

Eyvaz, dur gedək, dur gedək.

Dedi:

O günü görməy.

Deyər:

Çöləri şirlər səsliiri,

Cəngəlləri həvəsliiri,

Nigarım səni istiiri,

Eyvaz, dur gedək, dur gedək.

Dedi:

O günü görməy.

Genə Koroğlu zərb gəldi, neyit gəldi. Gördü olmur daa. Deyər:

Göldə süzər laçın, sona,

Boyu bəsdə, qəddi mina,

Nigar sənə olar ana,

Eyvaz, dur gedək, dur gedək.

Dedi:

O dəgi.

[Koroğlu dedi:]

 

Koroğlu şəddəsin bağlar,

Çardaxlıda uca dağlar,

Nigar xanım deyər, ağlar,

Eyvaz, dur gedək, dur gedək.

Eyvaz dedi:

Orası dəgi. Bixud özüyü yorma.

Koroğlu dedi:

Pəs, gəlmirəy, qoy boşluum çıx get. Mən deyirdim: bəlkə sən gə­ləy, mənim şan-şookətim çoxa baxa.

Elə [Koroğlu] əyildi ki, bunun - [Eyvazın] əlini buraxa, ağ­zı­nı tutdu qulağınnan bir nəhrə çəkəndə huşdan getdi. Qırat di­zi­ni vurdu yerə. Koroğlu adət idi. Eyvazı çəkib tərkinə rəş­məy­nən belin bağladı. Aşdı Qıratın belinə, rikab basa Qırata, qəs­sab çatdı. Qəssab Əli gördü haa... bəna istiirdi getdigetdədi. Əlaan is­tiirdi gedə, bu dəqə gedə. Dedi:

Ay nənəsi oğlu, qoymam səni Eyvaz aparay. O günü gör­mə­rəy. Məgər ki, başım bədənnən gedə. Burda görək qəssavnan nə deyişif:

---------------------------

--------------------------

Budur sənə sözüm çodar,

Qoymaram Eyvaz aparay.

 

Eyvazımın boyu bəstə,

Çıxır müxənnətin üstə,

Veriblər bir kəmərbəstə,

Qoymaram Eyvaz aparay.

 

Eyvazımın adı vardı,

Şəkər kimin dadı vardı,

Anasın fəryadı vardı,

Qoymaram Eyvaz aparay.

 

Çini-Maçun camalına,

Mayuldur qoşa xalına,

Verməm dünya malına,

Qoymaram Eyvaz aparay.

 

Şəərlərə bu talan salur,

Duşmannardan qəsas alur,

Başın gedər, ləşin qalur,

Qoymaram Eyvaz aparay,

 

Bu qəssabın balasıdı,

Balası, dürdanəsidı,

Göylərin sitarəsidi,

Qoymaram Eyvaz aparay.

 

Ağa, nə qədər buların çəkməkeşində, [Qəssab Əli] dedi:

Qeyri-mümkündü, verəm Eyvazı, sən aparay.

[Aldı Koroğlu nə dedi:]

Canım qəssap, gözüm qəssap,

Eyvazı qoy mən aparum.

Yerə salma sözüm, qəssap,

Eyvazı ver, mən aparum.

 

Eyvazı dur yola sal,

Alan qoyunnar dala al,

Eyvazimnən pul ala, al,

Verginən Eyvaz aparum.

 

Eyvaz mənim qüdrətimdi,

Şan içində şoukətimdi,

Çəkdim zəhmət, zillətimdi,

Verginən Eyvaz aparum.

 

Eyvazımın boyu bəstə,

Qəyməx dodax, dildi püsdə,

Olar dəlilərdən üstə,

Verginən Eyvaz aparum.

 

Eyvazı vermiyəy mənə,

Qaşların öymiyəy mənə,

Dünyanı vermiyəy mənə,

Vergnən Eyvaz aparum.

 

Mən Eyvazın atasıyam,

Atasıyam, xərasıyam,

Çəmlibelin ağasıyam,

Verginən Eyvaz aparum.

 

Koroğludur mənim adum,

Hər yerdə vardu fəryadum,

Əgər ola bir də dadum,

Verginən, Eyvaz aparum.

Dedi:

Nə fəryadun ola, dadıya mən çataram.

Pəs Eyvaz dedi:

Atacan, hələ ki, bu bir belə özün öyür, məni gəlib apara. Qoy mən gedim. Görüm bunun şəəri nə cürdü? Nə qovğaları var, nə bəlalar var başında? Nə keşməkeşdər var işində? Əgər yax­çi oldu yerim mən şəkənkədə dəyiləm, dəlilər sərdarıyam, gəl­ləm on günnən, iyirmi günnən, bir aydan bir görrəm səni, ge­dərəm. Əgər pis oldu, kimdi mənə dov ola? Ordan bir gün çı­xıb qaydaram, gəlləm.

Dedi:

Bala, Allaha tapşırdım səni. Pəs qeyit gedək bir rüsxət olayn, anaynan, eliynən, tayfaynan. Yığılsılar, sənə bir cəşni tut­sular. Sən axı qız istiirdin. Sənin burda adun qalur. Mən na­çar ollam. Deyəllər səhər el içində, Türkməndə: «Əli qəssab da­var satub, oğlun verib davarları dala alub. Oğlunu pula satub». Bu mənim üçün eybi naşayısta olar, qıyar-qiyamətə, – diyəllər mə­nə. Deyər:– Coşqun çaylar deyəllər, sel qinər məni. Amma xar olsun genə, el qinər məni. Qoy gedək bilsilər.

Koroğlu dedi:

Olsun.

Ağa, Koroğlu indi bu cəlaldadı, bu xiyaldadı, gərək Eyvazı apara. Görə burda da bir xoşsima cavan genə var, gözü tuta. Nəq­şəsi budu. Əvəzi davar cavan alır. Amma gəldi şəərin içinə ki, Eyvazın anası durub, [dedi:]

Ay qəssab Əli, mənim şanı-şokətim, mənim qanı-qüdrətim, niyə bəs davarları otuşmamışay? Günbatmamış yenişləmişəy?[40] Aa, nə olub ontarlığa, qəytəribsən?

Dedi:

Ay Zəyifə, bir bax sözə. Bir bax, Eyvaza. Eyvazım istiir ge­də səfərə.

[Zərifə dedi:]

Hara?

Dedi:

Bu ağa gəlib apara Çəmlibelə.

[Zərifə dedi:]

Çəmlibel hardadı?

Dedi:

Çəmlibel Çardaxlıda. Arzulum dağlarında. Osman tor­pa­ğın­da.

[Zərifə dedi:]

Ay atam yandı! Burdan Osmana? Mənim bir oğlum ola gedə Osmana?

Dedi:

Gedir daa. Daha aparur.

Ağa, o zaman ki, toy eliirdilər, o sərdar toyun içindəydi. Ya­vaş-yavaş kürkü çiynində gəldi yovuğa,[dedi:]

 –Qəssab Əli nədi? Cəmi oratmışan dovriyə?

Dedi:

Qurban, mənim bu oğluma...

[Sərdar dedi:]

Ay çodar qardaş, sən bunu istiirən aparay özüu üçün sər­kər­də eləyəy? Məgər sənin özündə oğul yoxdu?

Gözdəri Koroğlunun ildir-ildir yaşnan doldu.

Dedilər:

Bə necə ağlıırsan?

Dedi:

Ey əmican, mənim dərdimi eşmə. Deyər: dindirmə də­mir­çi­ni, dərd alıpdır içini, uçurtdun sən göyərçini. Mənim ba­şım bə­la­lıdı. Qoy deyim mən bunu nəyçyn aparıram. Aldı bu dil­lərdə Ko­roğlu görək nə deyri. Deyər:

Başım qatdım davalara,

Türkəməndə muradım var.

Özüm qatdım qovğalara,

Çəmlibeldə bir adım var.

 

Əcəli qoydum börkümə,

Büründüm çodar kürkünə,

Getdim Türkəmən içinə,

Minmək üçün Qıratım var.

 

Çəmlibeldə var bəsatum,

Dağılıbdır çox baratum,

Eyvaz olar amanatum,

Amanatdan qəsasım var.

 

Mən bunu oğul eylərəm,

Nabatu-noğul eylərəm,

Nigara çox söylərəm,

Belə qəşəng oğulun var.

 

Yusifin camalında,

Ağ üzü qoşa xalında,

Neynirəm dünya malında,

Bağışlaram, nə malım var.

 

Dəlilərin başçusudi,

Uca dağlar yolçusudi,

Qızdarın yumunçusudi,

Belə xoş cəlalım var.

 

Koroğluyam, hay salaram,

Paşalardan bac alaram,

Türkəməndə ad salaram,

Eyvaz təki oğulum var.

 

[Sərdar] – Xub, dəri-vağənyaxçı- deyir,-qoy apara.

Koroğlunun bu sözü tükənməkdə Nigar xanımın göz­də­rin­dən yaş axırdı: «Gəlmədi, necə pəs?! Koroğlu niyə ge­dib oğul sö­və gəlmədi». Hay ağlıırdı. Dəlilər buna dilalət verirdi:

Xanım, bu gün gəlmiyə səhər gəlir, səhər gəlmiyə, biri gün gə­lir.

Dedi:

Gün tükənməz. Amma niyə, Qoş Koroğlu niyə gəlməz?!

Amma Eyvaz istiirdi Təkətürkəmən elinnən üz qoya Çəm­li­be­lin torpa­ğı­na. Bunun bir dayıqızısı vardı. Adına Nərgiz xa­nım deyər­dilər. Çox gözəl qızı­dı. Belə baxdı, Koroğlu bir qaş at­dı, dedi:

        Elə bu da yaxçıdı, Eyvaz üçün aparam.

Birdən qəssab Əliyə dedi:

Qəssab Əli, olur ki, bir sözüm vardı sənə deyəm?

Dedi:

Buyur, Qoş Koroğlu.

Dedi:

Əyər rüxsət verəy? Mən Koroğlu burda Eyvazın bir toyun tu­tam, buna bir həmbab aparam?.

Güldü, qəssab Əli dedi:

Qoş Koroğlu bu sözü sən burda dediy, daha demə. Biz dul­lara toy tutarık, qızdara xeyr.

  [Koroğlu dedi:]

Bə necə?

Dedi:

Buna görə ki, dul iş başarur, amma qız başarmaz, qız be­cər­məz. Qızı elə-belə aparırık. Buna görə ki, toy tutmarık. Apar, Eyvaza hələ tezdi qız almağa. Bunu biz nişannamışık, de­mi­şik, amma hələ yox.

Ağa, bu yannan anası gətirib Eyvazın boynuna heykəl[41] sa­lır. Anası bu sözləri deyiidi:

Xoş camallı, boyli oğum,

Heykəlbağı sənə hördüm.

Baxar qıza toylu oğlum,

Toy içində səni gördüm.

 

Sən gedirəy uzax yola,

Dahı baxan sağ o sola,

Bulbul kimi qızılgülə,

Gül içində xarı gördüm.

 

(Eyvaz canum...) Balam, göydə arı vardı,

Tutub göylümü qubardı,

Şan içində balu vardı,

Bal içində şanı gördüm.

 

Soora anası belə dedi:

 

Qoyginan qızdar oynasın,

Danışıb sözdər dinnasın,

Sənnən soora kim oynasın,

Eyvaz xanın toyu vardu.

 

(Bala) Adun yapuşup dilimə,

Süsənimə, sümbülümə,

Özüm gələm görmiyə,

Nərgiz xanım toyu vardu.

Eyvaz dedi:

Anacan, hərdən gedip qeyidərəm, gəlləm. Qalmam ki mən Çəmli­bel­də.

Ağa, Koroğluynan Eyvaz düşüplər yola. Dərələri, təpələri aşıblar, yoğunnarı-yomuşları çıxıblar. Koroğlu Eyvaza gös­tə­rir­di bu şəər haradı, bu yol haradı. Tamam bu yolları görsədirdi. Ko­roğlu istədi Eyvazı imtahan eliyə yolda. Görə nə cürdi. Dedi:

Eyvaz, sən bu yol gəl, mən də aşım bu yol gəlim. Görək bu yol­ların ucu hara çıxır?

Eyvaz da indi bir dənə at götürüb Türkəmənnən. Koroğlu Qıratı saldı Eyvazdan qanşar, yetişdi Çəmlibelə. Dedi:

Dəlilərim, Eyvaz gəlir. Bu yolnan gedin Eyvazı imtahan eliyin.

Beş dənə qoçax dəli yolladı. Dedi:

Gedin yolunu kəsin deyin: «Biz qoymarıx gedəyn. Ya gərək bac verəyn, ya atını verəyn, ya da qoymarıx gedəy». Orda din­dirin, danışdırın görün bunun şokəti-şanı nədi.

Ağa, beş dənə nami dəlilərinnən, pəhlivanlarınnan, qo­çax­la­rın­nan seçip (bilirdi da, tutmuşdu Eyvazın qolunu) yolladı Ey­va­zın yolu üstünə. Eyvaz gəlirdi. Gəlib bir gərdanəyə çıxdı. Gör­dü, beş dənə atdı qanşardan gəlir. Hey baxır dala, Koroğlu gö­rək nə cür oldu? Ta atdılar yetişdi. Atdıların biri qaldı yolda, iki­si keşdi bu taya, ikisi o taya, [dedilər:]

Ay cavan oğlan, atıynan düş aşaağa.

[Dedi:]

– Niyə?

Dedilər:

– Niyə yox! Ədə, atdan düş aşağa, başın şeşbər yeməmiş.

Dedi:

Yəni nə ola? Məgər siz yol kəsəsniz?

[Dedilər:]

Bilmirəy çöllərin bəlası var?! Ya atıy ver qoy get, ya livasıy soy get. Daa qoymay keçəy.

Eyvaz dedi:

Çəkilin dala.

Bular deməkdə, Eyvaz deməkdə. Eyvaz dedi:

Olsun daa. Siz də siznən, mən də mənnən. Görək kimiynən olar.

Ağa, Eyvaz atdan enib aşağa. Bular indi at üstə.

Dedi:

Enin aşağı, enin atı alın daa.

Bular dedi:

Xeyir, atı özün boşda, get.

Eyvaz dedi:

Bular gəlip nə məkannan?

Tülkülər əslana gəlip.

Davalar çıxmır cannan,

Gör kimlər meydənə gəlip.

 

At çapannar yollar yorar,

Duşmən üstə bığın burar,

Şeşbər atar, qılıc vurar,

Gör kimlər covlana gəlip.

 

Girmiyin qannı meydənə,

Ağ bədəniiz batar qana,

Hər biriyiz hər bir yana,

Başlarız dovrana gəlip.

 

Başdan ataram şeşpəri,

Baxın belə, dönün gəri,

Köynə bazara müşdəri,

Müşdəri dükana gəlip.

 

Eyvazbalı yolda durup,

Duşmannarun qovup-yorup,

Eşidənnər ölüp, durup,

Ölülər nə cana gəlip.

 

Ağa, bularnan qoçax-qoçağa düşdülər. Elə hər birinə Eyvaz bir dənə yavaş şeşbər qoydü-qulucunnan yatırtdı dəliləri. Beşini də qol-qoluna bağladı, üzüqoylu saldı dərənin içinə. İstiirdi ge­də, bular güldü.

[Eyvaz dedi:]

Bə necə gülürüz oğlan, işiyzə?

Dedilər:

Eyvazxan, gə! Gəl, imtahanı pəs verdin. Bizi Qoş Koroğlu yol­lamışdı. Buna görə ki, səni imtahannan çıxadak. Amma sən dər­vaqən imtahanı pəs verdiy. Belə boyda, bu şokətdə biz atlı-san­nı görməmişdik. Dəlilərdə bu qüdrət heş vaxt yoxdu, Eyvaz xan. Dərvağən Alla çox görməsin səni anaya.

Eyvaz qəydib dala buların qollarını aşdı, dayandı bir az, de­di:

Xub, bu orda da mənə bir lətmək vurdi, çərəkə. Burda da mə­nə bir çərəkə vurdu. İndi mən qoy bunu imtahan eliyim, bu yol­larda.

Eyvaz atı qeytardı dala. Ağa, dəlilər dedi:

Pəs hara gedirəy?

Dedi:

Gediy, əlan mən də gedirəm bu bulağın üstündə, çeşmədə su içim, atın gözdərin yuum, gedərik.

Dəlilər dedi:

Qoy biz də gələk.

Dedi:

Yox, siz gedin.

Dəlilər nə mənə dedi, Eyvaz dedi: «Gedin!» Amma burda gö­türüp Eyvaz Koroğluya peyman yollurı:

Nənəsi oğlu, hələ indi məni imtahan elirəy. Götürüp görək bu dillərnən Eyvaz nə deyir. Dəlilərdən peyam yollur Ko­roğ­lu­ya:

 

Gəlin indi, qoçaxlarım,

Koroğluya peyam deyin.

Ağrımaz heş ayaxlarum,

Ağzımda xoş kəlam deyin.

 

Koroğluya deyin gəlsin,

Yaxçı-yamanımı bilsin,

Gedirəm qədrimi bilsin,

And içirəm Quran deyin.

 

Qalmam daa. Əgər yüz belə Koroğlu gələ, qeyri-mümkündi. Məni im­ta­han eliir?! Deyər:

 

Gəldim bura Türkəmənnən,

Arzum çıxmazdı belə cannan,

Xəracım gəlir Yəmənnən,

Bac almağa canım deyin.

 

Çoxlardan mən də bac allam,

Bac almasam mən qocallam,

Koroğludan da bac allam,

Ərzi-halım tamam deyin.

 

Mənə deyəllər: Eyvaz xan,

Qorxumdan titrər Türkəman,

Həmi İran, həmi Turan,

Sözlərimdən bəyan deyin.

 

Vah evin tikildi. Yalvar-yaxar, dəlilərin içində İsaballı çoxdanə idi, dedi:

– Bax, sən hələ buracan gəlmişəy Eyvaz xan. Əgər istiirən sən burdan qəyidəy. Koroğlunun ki, qüdrətini görmüşəy, şo­kə­ti­ni görmüşəy, dürüstü sənə fayiq ola bilməz. Orda səni yola sa­lıp­lar gəlmişəy. Qəyidəy dala, deyəllər: «İndi bu nə dəstə gül su­ya verdi, Koroğlu bunu heş saxlamadı. Ya xəyanət elədi, ya oğur­lux elədi. Bir işi vurdu suya, Koroğlu bunu saxlamadı. Pəs gəl sən osanma bu sözdərə. Koroğlu səni imtaan eliirdi çox zövq elə­ginən, şad olginən. Gəl mənim sözümü xar eləmə.  

İsaballı dedi:

– Əgər sən gedəy, özümü öldürrəm. Mənim canım sənə qur­bandı, Eyvaz xan.

Amma Eyvaz baxdı İsaballının rənginə, gözdərinin yaşına, dedi:

Xuda birdi, birliginə and olsun, siz Osmanız, biz sün­nüyük. Amma o Əli, şiələr ağasına and olsun, biz ona əbəs and iç­məz. And içək qəzəb elər. Ona and olsun, əgər Koroğlu səni yol­lamasa qeydacagdım?! Özü gələ, ayağnan gələ başnan qa­yı­da.

Amma Eyvaz düşüb yola, İsaballı qanşardan gəlib Ko­roğ­lu­ya xəbər verdi:

Qoş Koroğlu, Eyvaz gəlir, əlan indi yetişəcək, amma əcəl ca­mın içib gəlir.

[Dedi:]

Bə necə?

Dedi:

Bilmirəm! Narahat oldu sənnən. Biz getdik imtahana. Ham­mızın yıxdı, qollarını bağladı. Maşalla, bir-bira saldı.

Amma Koroğlu çox xoşnüt oldu. Nigar bəzənib əli döşündə du­rup, sağisi yanındadı, solundadı. Eyvaz bir böyük köynək ge­yip bəd Koroğlu dəlilərə deyə: «Durun, Eyvazı peşvaz eliyək». De­yər:

 

Sanda durun dəlilərim,

Eyvaz bizə qonax gəlip.

Bir-birinnən xoş dəlilərim,

İnciməyif əyax gəlip.

 

Yusifdən bir camal alup,

Boynuna (ana) heykəl salup,

Anasunnan dala qalup,

Bir Yusifi-Kənan gəlip.

 

Eyvazımın boyu bəstə,

İnciməyif ola xəstə,

Dodaq qəymax, dildi püstə,

Göydən yerə Quran gəlip.

 

And ola Kəlamullaya,

Salmam bunu təcəllaya,

Tapşırram mən Allaya,

Öz adına bəyan gəlip.

 

Coşkun olur, gəlir Tona,

Tonalarda çimər sona.

Nigardı Eyvaza ana,

Nigara nə oğul gəlip.

 

Koroğlunun yaşı budu,

Gəzmək üçün işi budu,

Dəlilərin başı budu,

Dəlilərə sərdar gəlip.

 

Sözləri ki, Koroğlu tamam eliyənnən soora, bəli, burda Eyvazı gə­tirip Nigar xanım bir dənə uzun köynək tikmişdi, ağa, saldı bu­nu üç dəfə köynəginin altından çıxartdı çölə, gətdi ya­xa­sın­nan saldı. Bəd əz üç dəfədən soora döşlərin salıf Eyvazın ağ­zına, Eyvaz mik vurancak gördü süd gəlib ağzına. Məzməzə elə­di Eyvaz, qəyitdi dala. Baxdılar gördülər Xudanın qüd­rə­ti­nən Ni­ga­rın döşdəri sütə gəlip. Bu da oldu, Nigara Eyvaz oğli. Nigar da, daha ağlamırdı. Burda, həlbətdə dəliləri xoş olub. Bəd əz xoş olannan soora, Koroğlu həlbətdə...

Bu da Koroğlunun Eyvaz dastanıydı ki, getdi Eyvazı gətdi, nə cəlalinan, nə qüdrətnən Çəmlibelə çıxatdı. Yığdı dəliləri ba­şı­na, dedi:

Mənim sözüm Eyvaz sözü. Eyvaz sözü Bolu Sərdar sözü[42]...

 


Bu, Koroğlunun Dəmİrçİoğlu səfərİydİ

ki ərz elədim

 

Koroğlu bilmirdi Dəmirçioğlu nə məkandadı, haradadı. Ağa, Koroğlu bir gün dedi:

– Dəlilərim, cəlallaşak mən çıxım bu çöllərə, bir ahəngər ta­pım, at nallayan tapım, gətirim atdarı nallıyak. Atdar əyaxdan dü­şüpdi, yol kəsmiiri. Heyvan da insan kimindi, insanın əgər baş­mağı olmasun (o zaman çarığumuş), çarığı olmasun əya­ğunda qədəmini ata bilməz. Amma heyvan da bu şikildi, nal ol­masun gedə bilməz. Düşüm mən bu çöllərə, bəlkə bir dəmirçi ta­pum, gələ atdarı nallıya.

Koroğluya üz oldu ki, İsaballı:

– Qoş Koroğlu, bir zaman atam mənim deyəridi: «Belə yer­lər­də, belə çöllərdə şəəri Hələpçədə bir nalbənt var. Yaxşı nəlbəntdi.

Hələpçə şəəri də hayandadı? Həlbətdə, bir Hələp var Su­riy­a­da­dı. Bir Hələp var İranda-Zəncan yanındadı. Bir Hələpçə[43] Tür­ki­yədədi. Hələpçədə bir nalbənt var, bu nalbəndi gərək gərəm[44].

 Gecəni gündüzə salıp, gündüzü gecəyə. Qıratınan yolhayol kə­sip ta gəlip, ağa, Hələpçəyə. Gedirdi bazarnan, xiyavannan. Ba­xırdı, o tay dükan, bu tay dükan. Gördü bir sənətkar gözə gəl­mir. Birisi bəzzazdı, birisi bəqqaldı, birisi dülgərdi, birisi sov­dagərdi. Dolandı gəldi bir qəri arvadın qapısında dayandı Ko­roğlu at üstündə gördü bu qəri cəhrə bulur. Dedi:

– Ay qəri ana.

Dedi:

– Nədi, oğul.

Dedi:

– Mən istiirəm bu şəərdə bir dəmirçi tapam, bu atımı nal­lat­dıram. Soorağın yoox?

Dedi:

– Oğul, şəərdən çıxan guşəyə, o dağın döşündə bir kənt var. Adı­na Saran deyəllər. Bu Saranın hamı kasıpları, sənətkarları bu şəərdədi. Amma o dəmirçi, ordadı. Dəmirçinin adı Usta Mə­mut­du. Şagirdi də öz oğlıdı, adına Həsən deyillər. Çox xoş ba­xış­lıdı, çox xoş yerişlidi. Amma o dəmirçidi at nallayan. Hala in­di bilmirəm, sənin atını nallıya, yox. Əgər dostum, gecə gör­dün yol uzaxtı yetə bilməy, qəyit genə sən gəl bura.

Dedi:

– Gözüm üstə.

Ağa, Koroğlu atı sürhasür çatdı dəmirçi qapısına. Gördü bə­li dəmirçi tazə kürəni qurup, atdarın nallarını düzüp dükanın çölünə. Koroğlu bir nəzər saldı. Dedi: «Xub, güman elləm o da budu». Atdan əndi [dedi:]

– Ay usda.

 Dedi:

– Bəli

Dedi:

– Xuda sənə bir yar olsun, mənim bu atımı nalla.

Dedi:

– Xub, atınnan sən gətir bura. Atın tor dəgil?

Dedi:

– Xeyr usta, bu atım mənim tor dəgil.

Dedi:

– Tor olsa durmaz, gərək əyaxların bağlıyak biz.

Ağa, Koroğlu baxdı-gördü bu nallardan qoyub çölə, amma bu nalların yönü çox uzundi.

Dedi:

– Ay usta, bu nallar çox böyükdü. Bir nal tap ki, üzə gələ.

Hər nalı götdü Koroğli bu cür ovkaladı tökdü yerə. Oğlan dal­da dəm basırdı, başı aşağdaydı. Bu cəlalda Koroğli dedi:

– Usta, bu nallar hələbidi. Bu nallardan fayda yoxdu.

Dedi:

– Ha.., oğul, o nalı ki sən istiirsən, Səbzivarın puladınnandı. Səb­zivarın puladı burada olmaz. Əgər olsa at əyağında qal­maz. O nallardan bizdə olmaz.

Dedi:

– Necə olmaz? Mən əgər Səbzivar puladınnan sənə versəm al­laran, nallaran sən?

 Dedi:

– Bəli!

Ağa, Koroğlunun belindəki əmüt-şeşpər Səbzivarın pu­ladınnanıdı. Dedi:

– Qoy bu şeşpəri kürəyə. Qoy, əriyə nal eylə sən.

Ağa, şeşpəri qoydu kürəyə. Basdılar dəmi, əritdilər. Koroğlu dedi:

– Nəmənə vardı nal eylə sən.

 [Dəmirçi] hamısını götdü nal eylədi[45]. Ağa, bu o şeşpərdən yeddi atın nalın saxt elədi. Ağa, atın Koroğlu əyax qıçın sax­la­dı, dəmirçi gəldi nallıya, gördü at mıxdı batır əyağinə dayam­mur. Dəmirçioğlu kürəni biraxdı, dedi:

– Çəkil, ay sən elə. Qoy atı mən saxlayım.

Ağa, Dəmirçioğlu atı eyni quzu kimi dörd qıçın da tutub dəs­tələdi, möhkəm bağladı. Atası qəşəng nallayıp durdu əyax üstə. [Koroğlu] dedi:

– Muzdiy nəğartə olur səni?

Dedi:

– Nəmənə versəy əlləriy dala qəytərməm. O, nallardan iki də­nə də versən mənə, mənim də bir atım vardı, o nallardan vu­rum ona.

Koroğlu dedi:

– Gəl, bu da iki nal səni.

Dedi:

– Dörd qıçı var.

Dedi:

– Gəl, iki də səni.

Dedi:

– Olsun, elə bunu pula biz keçərik.

Amma Koroğlu baxdı-gördi bu cavan əcəb yaraşır bunun nov­çalığına. O zaman, xub bərdə satardılar.

Dedi:

– Ay dəmirçi, olarsa bu cavanı verəy, gələ bizim ellərdə mənim dəlilərimə başçı ola?

Dedi:

– Bu cavan olmuya mənim çirağım keçər.

[Koroğlu söznən dediyinin təsiri olmadığın görüb, saznan dedi:]

 

Sənə deyim, dəmirçi bəg,

Qoy gələ bizim ellərə.

İşiiydə olma çoxda ləc,

Qoy düşə bizim ellərə.

Dəmirçi dedi:

– Oğlum, gedə, kim olar burda mənə dəm basa.

Deyər:

– Daa bu dükanı bağla. İşdən sənə şey çıxmaz. Özün də gəl sən orda, gəlmişən mənim yanıma.

Dedi:

– Xeyir.

[Koroğlu] dubara görək nə deyir:

 

Qiymətinə pul tökərəm,

Yollarına dür tökərəm,

Mən özüm buna nökərəm,

Qoy gələ bizim ellərə.

 

Dağda gələr kəlik səsi,

İncitmərəm heç bir kəsi,

Olsun dəlilər sərkərdəsi,

Qoy düşə bizim yollara.

Dəmirçi dedi:

– Xeyir olmyacax.

Dəmirçioğlu ximir-ximir baxur Koroğluya. Ürəgində deyər: «Ay ata, qoy mən gedim». Amma dilə deyə bilmiiri.

 

Adım mənim Koroğlıdı,

Başımda bəla lovlıdı,

Desilər Dəmirçioğlıdı,

Qoy düşə bizim ellərə.

Dedi:

– Olmaz, olmiyəcəy.

Dedi:

– Qoymirən?

Dedi:

– Yox!

Dedi:

– Bəs, xudahafiz. Amma gər qismət ola, gələ bir görə neçədi.

Koroğlu qeydəndə nəxşə çəkdi. Dedi: «Xub, mən buni, gəlip aparram». Koroğlu girdi nəxşəsinə. Dedi: «Qeyri- mümkündü mən bunu aparmıyam. Amma verə xoşduxnan, verməyə tuş­duxnan».

Gəlip [geri döndü, gördü] qəri də indi nəmənə var özünü bə­zi­yip-düzüyüp ki, bu (Koroğlu) gələ, bu oğlanı saxlıya. Xiyal eliir ki, Koroğlu cavandı. Amma baxır qəri olmuya nəvəd, nə­vəd­beş yaşındadı? Koroğlu çatdı, [dedi:]

– Ay qəri nənə.

[Qarı dedi:]

– Oğlan, bildiiy biz heç vaxt ev sahibinə demərik: «Qəri nə­nə». Bildiiy, bilmədiy? Amma bu səfər mənə demə: «qəri nə­nə», deginən sən «nazlı xanım», bilmirəy de, «gəlin xanım».

[Koroğlu dedi:]

– Bə necə sən gəlin xanımay?

Dedi:

– Mənim ərim oğlan yarağannan ölipdi. Qəm tozi qonup üzümə. İndi odi dahi sindim əvəz olup, mənim rixsarım bəd olup.

[Koroğlu dedi:]

– Olsun hər nəyəy.

Gecə oldu. O zaman şam yandırardılar, ya da balaca mişi çıraxlar­dan. ­Qə­ri gətirip surfa saldı, çörək gətdi. Koroğlu yeyib içib, durdu söb xırxasın zadın geyə, qəri indi qapını kəsdi. Dedi:

– Oğlan, qoymam gedəy. Bizim ellərdə ev sahab ta qonağa nə qədir demiyip «gedəyin» haqqı yox getməy. Gərək qalay. Əğəllən, kəmi-kəmi gərək altı ayı burda qalayın.

[Koroğlu dedi:]

– Başın xoş olsun, ay qəri! Mənim işim əcələdi. Gör nə qət əclədi mənim işim, atım yol getmirdi, nal yox idi. Nallamışam, gərək gedəm, mətləbə çatam.

[Qarı dedi:]

– Daa hardı mətləbiy? Mətləbiyə çatdıy daa! Atı nalladıy daa?!

[ Koroğlu] dedi:

– Yox, qəri, əslikar mətləbim qalup, genə qayıdaram.

[Qəri dedi:]

– Nə üçün genə? Məyə atının neçə qıçını nallamışan, neçə qıçı qalup?

[Koroğlu] dedi:

        Qışlarını nallamışam. Amma dəlilərdən birim qalıp.

 Qarı qoymur Koroğlu gedə. Görək Koroğlu burda nə deer qəri­yə. De­yər:

 

Qonaq oldum bir qəriyə,

Özgə xiyali olmasun.

Pəniri basar dəriyə,

Əgər rəngi saralmasun.

 

Bu qərinin vardı işi,

Bizimnən oldı gərdişi,

Düşüp otuz iki dişi,

Birdə nişanu olmasun.

 

Qərilərdən cavan qorxar,

Ayran kimi onu çalxar,

Gecə olsa, onnan qorxar,

Dərdə giriftar olmasun.

 

Kamıl olan qarı almaz,

Qarı alsa sonu olmaz,

Sonu olsa dala qalmaz,

İşi ahi–zar olmasun.

 

Qarı tək qonax saxlamaz,

Hər nə versən heç yoxlamaz.

Gecə yatsa, qucaxlamaz,

Qəlbində xiyal olmasun.

 

Koroğlu çıxdı gərdişə,

Bax qəridəki təşvişə,

Payızımız döndü qişə,

Baharımız zay olmasun.

 

Koroğlu atı mindi, düşdü yola. Qəridən xudafizlığ elədi. Ga­hı sağa, ga­hı çəprə, yetirhayetir özünü yetirdi Rum şəərinə. Ru­mun şəə­rin­də də bir paşa deyərdilər, o zaman hər yerdə bir şah varu­muş. Rum şə­ərində dolanırdı. Baxdı gördü burda bir bö­yük bağ var, içində də bir qəsr var. Amma nə qəsirdi. Gəl­miş­di yanı bir qız tapa Eyvaz üçün. Eyvaz növcavan idi[46]. Do­lanırdı bağın içi­ni, bağban gəldi.

 [Dedi:]

– Ay atdı əmi, yaxçı sən yaraxlısan, papaxlısan. Çıx bu bağ­dan. Bu bağ qədəğəndi. Hər kimsəni qoymazdar.

Dedi:

– Kimindi bu bağ?

Dedi:

– Meyti paşanındı. Meyti paşa hər kəs gələ bu şəərə, onu tu­tar. Xəbər alar. Görə hardan gəlib hara gedəndi. Üş gün saxlar. Əgə düşman dəy, boşlar gedə. Əgər düşmandı, salar zindənə. Ona bu qədr rənci verər, gəldi yola peşman olur.

Dedi:

– Bə niyə?

Dedi:

– Qoymur şəərinə bir özgəsi gələ, heç kəsi qoymazdar.

Dedi:

– Belə?

Dedi:

– Bəli!

Dedi:

– Mən aşiqəm, dəm tutaram, söhbət edərəm.

Koroğlunun bir dənə cürə sazı var. Həmişə böyük sərdarı var, sərdarının dibindədi.

Dedi:

– Qoy mən gedim Meyti paşadan sual eliyim, əgər Meyti paşa buyursa ki, aşıx gələ dəm tuta, gedərik. Pəs, atın boşda ba­ğın dalına.

Koroğlu atdan ənib buraxdı bağın dalına. Atın buxovun vur­du. Mey­ti paşaya da neçə yerdən tacirdan, bazırqannan gə­lip­lər, qonax­dı­lar tamam Meyti paşanın qəsrində. [Qonaxlar da] dedilər:

– Qurban burda indi bir dəmtutan olmyaydı, dəm tutaydı.

[Məclisdəkilərdən biri] dedi:

– Bir dənə aşıx gəzirdi, xiyavanda, sazı əlində.

Dedi:

Gediy, onu götürün gətirin bura.

[Gəldilər Koroğlunun yanına dedilər:]

Ay aşıx, səni Meyti paşa istiir. Gedəy orada bir dəm tutay.

Dedi:

– Göz üstə.

Amma Koroğlu qədəm yetirə-yetirə girdi məclisin içinə. Göz dolandırdı mərdumə. Olan, baxdi gördü, bular eyni dəvə nal­bəndə baxan kimi baxıllar bu Koroğluya. Amma bu aşıxlıx li­basındadı. Bir dənə tirmə variydı, onu həmişə əyninə geyərdi. Gi­yəndə xirqəsini əvəz elərdi Koroğlunun.

Dedilər:

– Dünyada adam adama çox oxşarmış. Çəmlibeldə bir Ko­roğlu addı var, tamam paşaları zadı talıyıp, bu elə ona ox­şuur.

Koroğlu dedi:

– Məgər elə hər dədəsi gözün çıxadan Koroğlu olur? Ko­roğ­lu­nun adı-sanı bizlərdə də deyilər. Koroğlu bir cəvandı ki, hər belə yerlərə çıxmaz. Tənha o heç vaxt çölə getməz. Onun də­li­lə­ri başındadı. Hər yerə istiyə gedə yedi min yeddi yüz yetmiş yed­di dəlisiynən [gedər].

Meydi paşa dedi:

– Ey, evin tikilsin, olara onda ta mal çatmaz ki?!

[Koroğluya dedilər:]

–Bir az oxu, qulaq asaq.

[Koroğlu aldı görək nə dedi:]

 

Əcəmnən bura gəlmişəm,

Buradı məkanım mənim.

Sizi görüb baş əymişəm,

Töküləcək qanım mənim.

 

Bu dünyada adam olur,

Adam olsa, nadan olur

Adamı alladan olur,

Yoxumuş ərkanım mənim.

 

Yollara çəkmişəm cada,

Hər tərəfdən tutur qada,

Eyvazim yetişir dada,

Yetişir imanım mənim.

 

Diyən olmaz Xan Eyvaza,

Baxın söhbətə, saza,

San verin gələn qıza,

Burdadı nişanım mənim.

 

Mən Eyvazın ağasıyam,

Ağ kağazın qarasıyam,

Neçə şəərin bəlasıyam,

Heç yoxdur gümanım mənim.

Dedilər:

– Maşalla, maşalla, aşıx. Çox qəşəng söhbətlər elədin, bu söh­bə­tiy­lə.

Bəəd, dedilər:

– Sabah gecələri burada bir toy var, o toyu başlıyacağık.

[Koroğlu dedi:]

– Olsun.

[Məclisdəkilər dedilər:]

– Aşıx, sən də burada qalasan. Bu toyu bir dəm tutay, çalay. Ne­çə quruş istiyə ənamın göz üstə. Nəmənə istəsən, verrik. Qə­şəng saz çalırsan, söhbətlər elə.

Koroğlu da ki, Allahdan istiir bir belə işlər ola. Burda qala, toy çala, nəzər sala görə, kimdi Eyvaza layıx burda qız.

Ağa, bu yerdən o yerə, o yerdən bu yerə özünü yetirdi, gəldi aş­bazın yanına, [dedi:]

Ay aşpazbaşı!

[Dedi:]

– Bəli.

[Dedi:]

– Mən aşığəm, bu xəlxnən şam yeyəm doymaram, bir elə da­mır tök mən burda yeyim şamım, özüm burda, kinarda.

Aşpaz dedi:

– Hələ səbr elə, qoy surfanı salalar. Qonaxlar şamın yerə. Sə­nə də şam verrik.

Dedi:

– Axı, mənim acınnan qıssa bağırsaxlarım uzun bağırsaxları ye­yir. Nəvağa durum? Bu qonax şamın yeyə, tükədə, mənə sən şam verəsən?

Dedi:

– Məgə sən hardan?

Dedi:

– Mən aşığam.

Dedi:

– Aşığ olma, aşığ ay, aşığ ay.

Dedi:

– Ay aşpaz, deyər: «Ərbabın malı çıxar, nökərin canı». Sən ni­yə canın çıxır. Toyçının malıdı verrəy mənə. Sən niyə na­ra­ha­tay?

Dedi:

– Sözdü ki, demişəm.

Ağa, Koroğlu nəzər saldı, öyəşdən basmışdılar qazana. Ət idi daa[47]... Ağa, nəzər saldı, bir surfa getdi gördü bir dənə qazan bo­şaldı. Aşpaz qazanı götdü o yana. Ağa, birdən baş qarnax ara­lışdı, qaranqulux oldu bir az. Koroğlu məcməəni tutdu cı­rağın işığına qaranquluğu saldı ocağ üstə. Aşpazı tutdu boy­nun­nan iki qıçın arasına basdı. İkiqat elədi, elə libasınan basdı get­di qazanın içinə. Məcməni qoydu üstünə. Otun divinnən, ağa, otun çıxartdı o rətt elədi dağ olub üzü örtülənnən. Ağa, əlin sal­dı öyəci çıxartdı silkələdi, bu qıçın çəkdi ağzına atdı, o qıçın çək­di ağzına atdı. Ağa, neçə nəfər baxırdı bunun şam yeməyinə. Evin yıxılsın, bu dev balasıdı? Məyə adam, bəşəri də bu cür şam ye­yər?! Ağa, burda çoxlar güldi. Çox cavannar [dedi:]

– Ay qardaş, nə xəbərindi? Məgər samannığa tor basıray? Elə ki, şam yeməzlər.

Dedi:

Qardaş, mən aşığam. Ta yeməsəm, deyə bilməm.

Ağa, bu söhbətlərdən gəldi. O, zamandı salmanlar surfa sa­lardı. Salmanı gəldi [səslədi:]

        Ay aşpazbaşı, aşpaz!

 Pəs, baba bu aşpazbaş necə oldi? Beşi dedi:

– Baba, da şam tükəndi qazanı dəmlədi getdi.

Beşi dedi:

– Çağırdılar getdi.

Xeyr, aşpaz tapılmır. Ağa, sudan tökdülər qaranquluğudu daa qazanın içinə, otu vurdular. Birdən bunun [yəni aşpaz] su qey­niyəndə şişdi gəldi üzrə, qolu düşdü çölə. Dedilər:

–Baba, aşpaz gör nə qədə nadandı qoyunu dərisiynən basıb qazana.

Ağa, bulub-buzub qeyniyirdi aşpazın gözdəri kanadan gəldi çölə. Koroğlu kənarda durmuşdu. Baxurdı. Dedi:

–Əh, eviynən, bu qoyun gör nə yaxçı qoyundı. Heyvanın ba­şın kəsmiyiblər basıblar qazana.

Baxdılar, gördülər bəla aşpazdı girip qazana. [Dedilər:]

– Evin tikilsin, bir belə soyuğumuş? Sən üşürmüşsəy, gir­mi­şəy isti qazana? Dur ayax üstə.

Ağa, xeyr aa. Aşpazı harda qoymuşan, harda gəzirən. Ağa, məylis dəyindi bir-birinə. Koroğlu dedi:

– Baba, da keçib gedib. Əyləşin dəm tutak.

Ağa, mərdum qeydib dala oturublar, aşıx söhbət elə görək. Yaxçı söhbət sən salırsan. Götürüb burada görək nə deyir gecə söy­bətində. Aldı sazın Koroğlu çiyninə, düşüb məylisə bu söy­bət­lərdən deyir:

Məylisdə əyləşən paşa,

Bu şəər nə toy-bayramdı.

Başlar dəyər daşdan-daşa,

Meydannarda qızıl qandı.

 

Cavannar meydanda olar,

Öləndə rəngləri solar,

Dünya görən kimə qalar,

Deyən, bəs, eydi, qurbandı.

 

Yaxçı-yaman bu dünyada,

Öləndə tez düşər yada,

Beş gün bu fani dünyada,

Adam həm zəmin alandı,

 

Hürmət etmiyin duşmana,

Aşpazu basıp qazana,

Şeytannara daldalana,

Şeytan xalxı alladandı.

 

Tapam, gəzəm nərgizini,

Aşux sövlüürü sözüni,

Meyti paşanın qızıni,

Eyvaz xana aparandı?!

 

– Baba, sən aşıx, məgə burda Eyvaz qız istiiri? Eyvaz kimdi? Biz bilmirk sən kimi deyirsən?

Deyər:

– Siz duşmanıyızı bilmiriz, bu biçara aşpazı basıp qazana?

Dedilər:

– Bilsək, balaca tikəsin qulağına qəydə elərik. Əvəzi aşpaz o qa­zannarı cüt eylərik. Onu da basarık qazana. Amma nə fayda bil­mirik, aşıx.

Dedi:

– Hay, namərtliy eliyip çox. Çox bivəfalıx eliyip. Amma Ko­roğlı bəəd sözü tükədənnən soora, gün açılır, gecə keçir. Toydu daa. Döyür sazandalar, halayçılar, oydu. Bir şaddıx eliillər. Biistila kürəkəndi dəə, o zaman görərdin alma atardılar, nar atar­dılar gəlin çıxanda, at qovardılar. Koroğlu dedi:

– Gəlin, at qovagın bu çöldə, bu toyda. Hər kəsin atı çox get­di o meydənə, ona gərək bir bar alması verək.

[Dedilər:]

– Xeyli xub, bar alması nədi?

 Dedi:

– Deyərəm onda. Bu yerlərdə tapılar bar alması.

Koroğlu keçib şəərdən çanax Qıratın buxovunu açıb, aşıp Qıratın belinə gəldi şəərə. Qırat bir saat gedəydi olar bir gün gedəyməzdi o yolı. Qiyafəsi də bəd qiyafəydi dəryadan çıx­maydı da[48]. Dedilər:

– Xub, aşıx, budu atıy? Öyrən?

Dedi:

– Budu daa.

[Dedilər:]

– Baba, bu atı at elə dərələrə. Bu at at dəy ki? Gətimişəy bu meydənə. Aşığın ki bu cür atı olmaz.

Dedi:

– Ağacan, budi ki var. Məgə mən satıram sizə buni, bəd­pə­sən­din, siz almuruz. Gəlin qovalayak daa. Hər kəsin atı keşdi bar alması ala.

Ağa, bular təxt elədilər atdarı bir uca dağ idi. Dağın döşünə hə­dəf qoydular. Bəyi apardılar o yerdə ki, hədəf qoymuşdular ora. Ağa, Koroğlu cida saldı ata. At quş kimi qeyqac aşdı. Çat­dı bəyin yerinə. Koroğlu atdan endi aşağı. Bular gördü evin ti­kil­sin hey çap, hey vur, iki saata ancax çatıldar bəyin yanına. İn­di gəlin də çıxıp (at üstündə o zaman gəli aparırdılar), nə cür at qo­vardılar. Dedi:

– Xub, indi qoy olar gələ burdan da at salak düzə.

Ağa, ordan da başladılar, Koroğlu [Qıratı] saldı cəmiyyət içi­nə. Ağa, istiir indi gəlini at üstündə tuta. Koroğlu indi bu söz­də­ri deyir[49]. Atı cidaya salıp, xəlx qorxurdu. Qırat da şeyhə çə­kir­di. Çarnal nə cür? Ayağı üstündə deyil, sütül gülləsidi daş ge­dir. Bunar dedi:

– Evin tikilsin, biz deyirdik bədqiyafa atdı. Bu atın əyaxları ye­rə gəlmir. Yernən dey, göynən gedir. Bu nə cür atdı?! Deyir «Bu­du, gəncə xəravədə yatar». Koroğlu istiir beş dənə [söz de­yən­nən sonra Qıratı] dolandıra, gəlini çəkə tərkinə. Amma Ko­roğ­lu­nun gözü çox pakdı. Hər yerdə bir qızı görəydi öz qızı kimi alar­dı, götürərdi gələrdi dəlilərinə. Deyər:

 

Bəzənipdi toy otağı[50],

Gedir bu toyun qonağı,

Üzündə qırmız duvağı,

Bəy, gözdəmə, gəlin gəldi.

 

Bəy istiiri alma ata,

Alma ata, narış tuta,

Toy eyləyir kam çata,

Çata bilməz kamın gəldi.

 

Aşıxlar toyları çalar,

Sazını döşünə alar,

Toyu çalar ənam alar.

Aşıx gözdər ənam gəldi.

 

.........................................

Gəzəndə danışır süzər,

Tar çalannar salar nəzər,

Tar çalginan, sazın gəldi.

Sözdəri Koroğlu tamam elədi. Bəəd, [sözünü] tamam eli­yən­nən soora atı dolandırıp bir elə çovlana, bir-belə çovlana birdən əl atdı gəlini qurşağınnan yapışıb çəkdi Qıratın tərkinə, şəərdən çıx­dı.

– Ay baba, tutun! Ay baba, vurun! U....u....u

Qırat tozu milləndi göyə. Kim idi Qırata çatan?! Gəlin deyər:

 

Damadın yatsın bəxti,

Tərsə olar onun təxti,

Bu çağında, cavan vəxti,

Əcəb toyun üstünə gəldi.

 

Bununki [ bəy] oldu bədbəxtin getdi. Koroğlu [gəlini] gö­­rüb hay gəl, hay gəl yetişip daa Çəmlibelə. İstiirdi çata-çatmaya, ağa, dəlilər çıx­dı pişvaza. Gördülər Koroğlu gəlir, amma tər­kin­də bir qız xəlxi var. Gəlin­di bu, toy eliip. Paa, evin tikildi, Ko­roğ­lu. Bu qızı harda tapmışay? Amma bunu görəndə Nigar xa­nım bir az çox məxşuşə düşdü. Dedi: «Haa...Bu cür pəs? Taqətin ol­madı? Neçə illər mən qaldım, dözdüm, sən dözə bilmədiy Qoş Ko­roğlu. Gördün, deyəllər kişinin bəfası yox?! Deyəllər arvad bi­bəfa olur!» Amma nadanıdı. Bu xiyal eləyir [Koroğlu] özü üçün gətirip.

 [Koroğlu dedi:]

– Yox, Nigar xanım, mən belə biinsaf dəyiləm, sənə göz­də­riyn yaşın tökəm, ürəgiyi pərişan edəm. Qoy deyim, bu gəlini ki­min üçün gətirmişəm. İndi üzünnən duvağın götürmür. Bu qız da oğlanı istəmirdi əsla. Elə birtərəfi gücə gəldi. Meyti pa­şa­nın qızıydı. Dəlilər rəcnən durdu sana. Gəlini qoyub otaxta, üzün­də qırmızı duvax, deyər:

– Xub, mən dəlilərim, bu qızı gətirmişəy. Bu toy günüdü, toy çal­mışam, pul əvəzinə almışam.

Nigar xanım güldü, dedi:

– Barakalla, aşixsən toy çalirsən, qəssabsən mal alirsən, bi­lin­mir nə firqədə gəzirsən!

[Koroğlu] dəliləri yığdı, rəc sanını bağladı, qoçaxları. Bu qı­zın üzündə duvax var götümür, duvağı götürə bilər. Qız duvax di­vinnən də baxır cavannara. Görə əlin qoya hansı cavanın çiy­ni­nə. [Koroğlu deyər:]

Sənə qurban, Xan Eyvazım,

Sənə həmdəm gətirmişəm.

Sənə qurban şirin sözüm,

Dinə ərkan gətirmişəm.

 

Eyvaz başın tikdi aşağa. Çox hüsnimalı cavan idi. İstəmirdi ba­xa anası Nigarın üzünə, Koroğlunun üzünə. Deyər:

 

Cavannarın həyası var,

Həyası var, səfası var,

Gözəllərin cəfası var,

Dinə iman gətirmişəm.

 

Bəslənir əmlik quzi,

Səhər söbin dan ulduzi,

Meyti paşanın qızı,

Sənə nişan gətirmişəm.

 

Aşpazı basdım qazana,

Yandı uzana-uzana,

Sazımı çaldım əzana,

Ahu-fəqan gətirmişəm.

 

Koroğlu toyunu çalup,

Çalıp orda ənam alup,

Pul yerinə gəlin alup,

Yaxçı-yaman gətirmişəm.

Sözləri tamam eliyənnən soora, ağa, Nigar xanım yeridi qan­şa­ra. Gəlini üzünnən duvağı götürəndə gördü on dörd gecəlik ay, mahi- tavan kimin çıxtı bulutastan. Bu qız baxtı bir ona, bir bu­na. Amma Eyvaz dedi:

– Nigar ana, çünki bu gözəli Qoş Koroğlu gətirip bunu mən al­mam. Bunu mən özümə yar eyləməm, qızı xar eyləməm, özü­mə dildar eyləməm. Bunu almam. Mənim taalıımda bir qız var. Bə­laynan, dəvaynan, gərək özüm gətirim. Dürüstü Qoş Ko­roğ­lu gətirip. Onu gərək özümə gətirəm mən.

Ağa, haala sizə hardan xəbər verək: Dəmirçioğlu[dan[51]. O] da in­di gəlip [Çəmlibelə]. [Çəmlibeldə] atdarı buraxıplar bu çölə, bə­dovlar içinə. Dəmirçioğlu gəldi qaranqulux gecədə girdi is­tə­bi­lin içinə. Hay atdarı əllirdi. Koroğlu gördü bir nəfər istəbil için­də gəziri. Bu da libasın əvəz elədi gəldi istəbil içinə. [Də­mir­çi­oğlu Koroğlunu tövlədə görsə də qaranlıq oluğundan və li­ba­sı­nı dəyişdiyindən onu tanımayıb] dedi:

– Ay qardaş, [sən burda–tövlədə ] nə gəzirsən?

Dedi:

–Sən nə gəzirsən?

Dedi:

– Mən meytərəm.

Koroğlu dedi:

–Yox qardaş, mən oğruyam.

[Dəmirçioğlu dedi:]

Necə oğruyay.

Dedi:

–Oğruyam daa. Mən gəlmişəm at aparam.

[Dəmirçioğlu dedi:]

–Kimin atun?

[Koroğlu dedi:]

Koroğlunun bu Qıratın.

Dəmirçioğlu dedi:

– Baba, mən meytərəm, bu Qıratun yox .

(İstiirdi Koroğlunu başın əkə, [özü Qıratı apara. Odu ki, dedi:]

– Ayrı atdardan tut apar.

Dedi:

– Yox, mən gərək bunu aparam.

Dedi:

– Pəs, qardaş, gəl elə ikimizdə bunu aparax.

Dedi:

– Olsun!

Koroğlu dedi:

– Bunu nə cür çıxardək, bu istəbdən?

Dedi:

– Aha, sən dalda dur, mən də burda.

Ağa, Dəmirçioğlu keşdi o üzə, rəşməni atdı Koroğluya, dedi:

– Oğlan, atın bilinnən bağla! Özün də bağla üstünə.

Ağa, [Dəmirçioğlu] bir təkan verəndə Koroğlu gördü at da ge­dir, məncənix kimi özü də. Əl atdı axiyədən yapışdı. Gənə bu çə­kəndə gördü axiyə istiir dibdən oynuya. Ah evin tikildi, tez əli­ni buraxdı damnan. [Dəmirçioğlu atı] çəkdi bacadan. Atı elə o cür salladı, o üzə. İkiləri də aşdı atın belinə. Koroğlu bunun tər­kində Dəmirçioğluynan. Ağa, rikab basdılar gecə. Koroğlu de­di:

– Qardaş, sür günçıxa Koroğlu gələr tuta, atamız yanar, be­li­miz bükülər. Rikab bas!

Dedi:

Baba, daa Koroğlu gəlib çıxa bilməz bura, hardan gelir...

Dedi:

Baba, mən onu tanıram gələr.

Dedi:

– Gələ bilməz. Gəl də bilsə, ala bilməz.

Dedi:

– Sən Koroğludan qorxmaray?

Dedi:

–Qorxaram? Yox! Koroğlunun nəyinnən mən qorxuram?

Bu dedi:

– Mən qorxaram.

Dedi:

– Nəsinən?

Dedi:

– Şeşpərinən. Pis şeşpər vurar adamın təpəsinnən.

Dedi:

– Mən şeşpərdən- zatdan qorxmaram. Deyillər, bir dəli səsi var, onnan qorxaram.

Koroğlu bu sözü ki, Dəmirçoğlu Həsənən eşitdi, dedi:

– Evin tikilsin, odu gəlir haa!

Dəmirçioğlu belə baxanda qulaği gəldi bunan ağzının tu­şu­na. Nəhrə çəkəndə huşdan getdi Dəmirçioğlu. Atdan ənib Ko­roğ­lu, ağa, bunun qəşəng qolini-qıçıni bağladı, çəkdi atın tər­ki­nə. Üz qoydu Çəmlibelə. Dəmirçioğlu dedi:

– Qolumu niyə bağlayın, aç qolumu daa!

Dedi:

– O qüvvəti mən səndə görmüşəm qoluy açam (Daha məndə nəh­rə qalmadı), mənim evim yıxılar.

Dedi:

– Yox, daha mərd igidin mərd olur. Gərək mərdanəlik olsun, aç qolumu.

Koroğlu açıp qolunu. Gördü Dəmirçioğlu belə puzğundu, rən­gi solup. Götürüb Koroğlu burda Dəmirçioğluun köylün alır. Bu sözdər­nən: mən səni o zamanda gördüm. Qıratın əl-əyax­la­rın ma­harladın, nə gür saxladın. Onda gözüm al quşu kimi səni alın­cı oldı. Oğlan, heç fikir eləmə. Mən səni əsir aparıram Çəm­li­belə? Yox! Yeddi min yeddi yüz yetmiş yeddi dəli indi ta­ma­şa­ya gəlir sə­niy. Dur gedək. Gör nə qovğadı, nə aləmdi?! İndi o Mey­ti pa­şanın qızı Telli xanımı da götürüb gəlib saxladıpdı. Gö­rək Də­mirçoğluna layıxdı bu? Götürüb Dəmirçioğlu bu sə­fər bu sözdəri görək eşidir Koroğludan narahatlıqla, bərtərəf olur. Deyər:

 

Dünyanı necə görmüşəm?[52]

Yatıp da gecə görmüşəm,

Səni mən şuca görmüşəm,

Dur, gedək bizim ellərə.

 

Paşalarla var savaşum,

Davalarda ağrur başum,

Sənndən ötrü bu göz yaşum,

Göz yaşum döndü sellərə.

 

Budur sənə nəsiyyətim,

Nəsiyyətim, vəsiyyətim,

Saxlamışam amanətin,

Bulbul kimi qon güllərə.

 

Koroğlu olmaz yeyinci,

Al quşun kimi alıncı,

Əlində əyri qılıncı,

Himayıl eylə bellərə.

 

Sözdəri tamam eylədi. Bəəd, gəlib yetişdilər Çəmlibelə. De­mə­di daa bu gəlmişdi at apara. Burda Koroğlu Eyvazı səslədi, dedi:

– Eyvaz canım, qonax gəlib, mey doldur, məzə doldur, saqi ola gəzə doldur.

Koroğlunun bu sözünnən Nigar xanım baxdı ku­la­fi­rən­gi­dən, gördü bəli, bu bir cavandı, Koroğlunun yanında durup, amma Koroğludan da döşü, nə qədir qulunçu ennitəhərdi. Da­ha Koroğlı üz eləmədi ki, bu kimdi. Eyvaz gəldi dedi:

– Qoş Koroğlu, cəlalı Koroğlu, bunu qonax gətirmişəy?

Dedi:

– Bəli, bu bizim əziz qonağımızdı. Gəlir siziynən minis ola. Bur­da deyə, burda danışa, burda gülə. Mayıl oldı burda qala.

Eyvaz qolunda bazubənd vardı nişanaydı, boynunda da bir gər­dənbənd. Rəsmi buydi bir-birini istiyəydilər, cəlalınan, iz­zət­nən, şokətinən, bir-birinə ehtiram qoya boynunnan gər­dən­bən­di çıxartdı saldı Dəmirçioğlunun boynuna. Dedi:

–Mən sərdarlığı sənə verrəm.

Dəmirçioğlu istəmədi, dedi:

–Yox, gərək öz mədənində, öz kanında hər kəs qal.

Gənə qəytərib verdi Eyvaz xana. Burda iki gün, üç gün qal­lan­nan soora Koroğlu dedi:

– Eyvazcan, get anaya de, toy otağın bəzəsin Dəmirçioğlu gə­lə görək Telli xanımı istəyər, ya istəməz. Əgər göylü olsa, çı­xa­rım əqdinə. Olmasa verəm burda Qulubəgə.

Amma Qulubəg də dolanırdı, atılırdı, düşürdü. Deerdi, yəqin ve­rəllə mənə.

Nigar xanım kulafirəngidən baxırdı. Dedi:

– Qoş Koroğlu, sən bu qızı hələ tuşat buna, görək bunu da qə­bul elər qız, ya yox!

Ağa, Nigar xanım gəlip qızın otağına, baxır sağına-soluna. Dəmirçioğlu baxtı qıza, baxtı Koroğluya. [Qız onun] əğlini əlinnən aldı, heç bilmədi harda qaldı. Min camalı çəkib bunun üç min üç yüz rəngbəndin cəm eylədi bir tərəfə. Qız baxtı. Ba­xan­da Dəmirçioğlu getdi hizar şöhlələrə, dedi:

– Yanı, bu qızı Qoç Koroğlu alar mənə?!

Koroğlu dedi:

– Bəyəndigindi?

Dedi:

– Qurban, əlin də səniy, peşkəş də səniy. Səniy əlində gərək cam ola mən mey içəm.

Dedi:

– Oğlan, səniçün saxlamışam. Eyvazım bunu almadı. Buna görə ki, dedi: «Çünki mən yuxuda görən qızın gedəcağam soorağına».

Burda toy tutdular, bəsat qurdular.

Ağa, sizə hardan xəvər verək, həmin Meyti paşadan. Meyti pa­şa [qoşun çəkib] dağın dövrün almışdı. Meyti paşa qoşun çək­di ki, gələ (Dedilər: «Bu Qoş Koroğluymuş») ki, qəsas ala bunnan. [Öz-özünə dedi:] Kişi səni şahraysan, hökmiy vardı, qüd­rətiy vardı, qoşunuy vardı. Bir dənə aşıx adam gələ aşpazıy basa qazana, gəlini götürə gedə? Səniçin [bu biabırçılıq] nə­yin­ki qiyamətə yəxəynən getməz. Bu da nə qədər qoşun götürüp dü­şüp yola. Bazırqan­nar­dan, tacirlərdən, şəərlərdən ləşkə-ləşkə fouc götürüp Çəmlibelin dov­rü­nə.

 Amma dəlilər uca dağlardan hərdən nigabannıx verərdilər. Baxdı­lar-gördülər Rum tərəfinən o qədir qoşun gəlir, günün üzün qubar alup. Nə cir bu qoşun? Məgər dalı üzülür? Ay­nay­nan nişan verdilər, Eyvazxan annadı. Koroğlunu götürüp ya­nı­na cağırır Xan Eyvaz.

–Qoç Koroğlu, dur gör nə yaman vaxtıdı. Bu qoşun gəlip bu çölə. İcazə verəyn, rüxsat verəyn qoşunu tarımar edək.

Koroğlu dedi:

–Yox bala, bu cür cəngə getməzdər. Gərək cəngə fikr elə­mək. Gedin görün atdarı nə rəngdi.

 Dedi:

–Qoş Koroğlu, tamammı atdarı qırmızıdır.

[Koroğlu dedi:]

–Haa..., Dağı-daşı qoymıyın, kəsin hər tərəfdən düzi. Qırmızı at dağda dura bilməz.

Eyvaz dedi:

– Qoş Koroğli, indi daha bizim xoş günümüz yox. Düşman bizi salıp araya. Durun atdar minək, bilək nə eyliirik.

Eyvaz deyir Dəmirçioğluynan:

 

Sənə qurban, Qoç Koroğlı,

Kaşı düşman min olaydı.

Salaq qovğayı-qovli,

Qızılgüllər saralaydı.

 

Düşmanı qeytərək dala,

Vurak indi qoşa xala,

Qoymiyin biri sağ qala,

Kaşı düşman yüz olaydı.

 

Qırım, qırım, qırım, qırım,

Dağlar üstə çürüm-çürüm,

Şeşpər atım, qılıc vurum,

Qılışlarda qan olaydı.

 

Başları alın bədənnən,

Arzusi çıxmır sinənnən,

Qoymuyun getsin vətənnən,

Uzax ellər yorulaydı.

 

Şeşpəri başa çalurum,

Fürsəti əldən alurum,

Adıma sikkə salurum,

Rəvacı kim pul olaydı.

 

Xan Eyvazam, baxma mənə,

Gül kimin qon yasəmənə,

Fürsəti vermə düşmənə,

Coşqun çaylar sel olaydı.

 

Ağa, sözləri ki, tamam elədi, Xan Eyvaznan Dəmirçioğlu iki­si girdi qoşun içinə. Görək bular nə deyirdi bir-birinə. Ağa, bir uca dağıdı, əlamət verdilər hər kəs çatdı dağın üstünə əlin qo­vzasın. Bunu Eyvaz Dəmirçioğluna deyər:

 

Sən o yannan, mən bu yannan,

Dəmirçioğlu, Dəmirçioğlu.

Arzunu çıxadak cannan.

Dəmirçioğlu, Dəmirçioğlu.

 

İndi Dəmirçioğlu deyər:

 

Sənə qurban Xan Eyvazım,

Vurginan mənim meydanım.

Sənə qurban ala gözüm,

Çıxmayıbdır mənim canım.

 

Gənə Eyvaz deyir:

 

Dağların başı dumandı,

Dəmirçioğlu, Dəmirçioğlu.

Göylümə yatıp gümandı,

Dəmirçioğlu, Dəmirçioğlu.

Arzum canda arzumandı,

Dəmirçioğlu, Dəmirçioğlu[53].

 

Götürüp indi Dəmirçioğlu deyir:

 

Sənə bilməm nələr oldu,

Xan Eyvazım, Xan Eyvazım.

Saraldı güllərin soldu,

Vur Eyvazım, vur Eyvazım[54].

 

Götürüp indi Dəmirçioğlu deyir:

 

Eyvaz xan, sən gəl meydana,

Meydanı döndərək qana,

Fürsəti vermə düşmana,

Xan Eyvazım, Xan Eyvazım.

 

Gənə Eyvaz deyir:

 

Bolu Sərdar burdan qaçup,

Başımıza bəla açup,

Güman elləm burda yatup

Dəmirçioğlu, Dəmirçioğlu.

 

Dəmirçioğlu görək nə deyir:

 

Sol əllə şeşpər ataram,

Sağ əllə başlar tutaram,

Harda olsa mən taparam,

Xan Eyvazım, Xan Eyvazım.

 

Ağa, sözdəri tamam eylədilər, girdilər qoşunun içinə. Alla gör­sətməsin, inqari ki, deyirdin doqquz dənə qurd vurub gəllə içi­nə, çobanı yoxdu gəllənin, [sürü] bölük-bölük [olup]. Ağa, tö­küplər bu düzə. Əsir olan əsir gedip, qaçan qaçıp. O zaman üç yüz min tümən verəydilər bir dənə surağı muş alaydılar-si­çan­de­şiyi tapay­dı­lar gizdənəydilər, tapa bilmirdilər. Amma qoşini tarımar elə­di­lər, tökdülər şəərlərə. Gəliplər bir uca dağın dö­şü­nə. Dəmirçioğlu dedi:

– Eyvaz, bir dənə söz dediy mənə. Mən belə naguman ol­dum.

Dedi:

– Necə?

Dedi:

– Boli Sərdar kimdi? Boli Sərdar dediyin burdan qaçup?

Dedi:

– Bolı Sərdar, çox pul qüvvəddəliymiş. Mən də görməmişəm. Deyillər, gedip burdan. «Bir nadan igid, bir nadan adam daş sa­lar quyya, amma yüz danə çıxada onu bilməz. Düşməni özün­nən ola insanı lova verər, başın bəlaya verər». Bu cür Qoş Ko­roğ­lu deyip.

Ağa, Koroğlı Qıratı minip gəlirdi, düşmana qanşar. [Düş­mən­nər] gördülər qaçannar bir ayaxdan atlı gəlir. Amma bu at­­lı eyni o aşıxdı. Dedilər:

– Baba, həmin aşığdı ki, bu çöldədi dolanır. Döörüni kəmən atın, salak araya.

 Ağa, bular yaralı-paralı kəmənd atıplar Koroğlını salalar araya. Koroğlu baxdı Eyvazı [Dəmirçioğlusu, İsaballısı və b. də­liləri yanında yoxdu]. Ürəgi çox püzqün oldu. Dedi: «Heç kim­sənə yalquz olmasın, yaman zaddı yalquzluq. Cavannarda, igid­lərdə Eyvazımdan imdad istə». Deyər:

 

Vətən uzax, mənzil kəsməz,

Xan Eyvazım, yetiş dada.

Yanmıya heç ürək əsməz,

Xan Eyvazım, yetiş dada.

 

Məni kəməndə salallar,

Canımnan qəsas alallar,

Başıma şeşpər çalallar,

Xan Eyvazım, yetiş dada.

 

Qollarımı bağlıyallar,

Gəncimizi talıyallar,

Qan kəsəsi çalıyallar,

Xan Eyvazım, yetiş dada.

 

Koroğlu kəməttə qalup,

Qıratı dərbəttdə qalup,

Minənnər səməttə qalup,

Xan Eyvazım, yetin dada,

Gəl imdada, gəl imdada.

 

Ağa, Eyvaz Dəmirçioğluynan atdara cida salıplar. Ağa, daş o dağ titriirdi, buların nəhrəsinnən. Çatanda gördü[lər Ko­roğ­lu­nun] əllər də, qol-qola bağlıyuplar, baştan aşır-kə­sip­lər, beldən biçinlər. Koroğluya dedilər:

– Divanıyən sən, kişi?! Hara gedirəy, hara çıxmışsan düşmən sə­ni halqalıya.

 Gətiripdi dəlilər yenə Çəmlibelə. Dübarə istiiridi toy məylisi tu­ta, şaddığ eliyə. Burda nə cür Koroğlu dəlilərdən uzr istiirdi, də­liləri nə cür təşviq eliirdi burda. İndi bu sözdərinən görək nə cür deyər, Qoş Koroğlu:

 

Gəlin, indi dəlilərim,

Bu meydan bizim olupdı.

Sizə vardı ərzi- halum,

Çoxlara zülüm olupdı.

 

Duşman gəldi burda qala,

Burda bizdən qəsas ala,

Başı düşdü qırmıqala,

Şəni-şokət xar olupdı.

 

Özüyz salduz dağu-daşa,

Kəmənd atduz başdan-başa,

Şeşpərləri vurduz başa,

Coşqun çaylar sel olupdı.

 

Çəmlibeldə dava oldı,

Düşmannarım ayax aldı,

Çox cavannar qəmə qaldı,

Çardaxlıya yol olupdı.

 

Qoş Koroğlı handa-handa,

Misri qılıc qalıb qında,

Ruzi məhşərin günündə,

Bir ədli-divan olupdı.

 

Ağa, sözləri tatmam elədi Koroğlı, bu kalamlarıdan dəliləri yığdı başına.

– Dəlilərim, bu düşman bizə ayağ aldı, indiyəcək düşman bu Çəm­libelin dörd ağaşdığına gələ bilməmişdi. Amma güman el­ləm Bolu Sərdar bu dağdadı. Əgər Bolu Sərdarı tapmasayız biz­də daha burda fürsət olmaz. Gəzin Bolu Sərdarı tapın!

Dəmirçioğlu dedi:

– Qoş Koroğlı, mən ki, tanımıram.

İsaballı dedi:

– Mən tanııram.

Qulubəgi dedi:

– Mən tanııram.

Dilannamaz, Tanrıtanımaz dedi mən tanııram. Dörd dənə də­lilərdən bilirdilər. Bolu Sərdar çox da rəşid idi. Amma hər yer­də düşmana xəbər verərdi. Koroğlı Dəmiçioğluna üz oldi ki, Də­mirçioğlu bir səfər bağlıyak düşək bu Arzuluma. Gərək biz bu Bolu Sərdarı bu dağda taparık, hansı şəərdə taparık? Əgər bu­nu tapmasak qərarımız durmaz.

Ağa, Dəmirçioğlu dedi:

– Cəlallı Qoş Koroğlu, hər davaya mənim meylim var, yol­lar­san [gedərəm. Amma] heç fikir eləmə, bu cəlaldan, boşda qoy gedə. Heyfin gəlmir düşək bir dənə nadanını ardıcək, onu gə­zək tapayın?

Koroğlı Dəmirçioğluna deyər:

– Dayan, qulaq as, qoy deyim, görün nadan nə cür işlər görər. Deyir:

Sənə qurban, Dəmirçioğlu,

Dünya kimə qalacaxdı?!

Sözlərim bəyandı, doğru,

Torpax bizi alacaxdı.

 

Mail olmuyun bu qumçağa,

Bu qumçaxdan o qumçağa

Nəşimiz gedər torpağa,

Məkanımız olacaxdı.

 

İzrayıl çanımız alar,

Cismimizə çəngəl salar,

Dünya məgər kimə qalar,

Paşalar xar olacaxdı.

 

İsgəndər gəldi qalmadı,

Məgər Günnən bac almadı?

Öləndə bir ad qalmadı,

Süleyman var olacaxdı.

 

Hökmündəydi dağ o daşlar,

Göydə uçan, gedən quşlar.

Qüdrətinnən o yağışlar,

Süleymana qalacaxdı.

 

Koroğlının belə vaxtı,

Yatmasın igidin baxtı,

Quruldu Cəmşidin taxtı,

 Sonu necə olacaxdı?

 

Bu, Koroğlunun Dəmirçioğlu səfəriydi ki, ərz elədim.

 

 

 

 

 


Bu, Eyvazın durna səfərİnİn

dastanıydı kİ, ərz elədİm

 

... [Koroğlu] Çəmlibeldəydi. Dəlilər dövründə, çıxmışdı və­rən­daza. Koroğlu nəzər saldı, bir dəlilərin içinə, göz do­lan­dır­dı, dedi:

 –Ay dəlilərim, novçalarum, qardaşlarum, qollarum! Ca­van­nı­ğıyzın qədrin bilin. Cavannığ əldən gedə dala qəyitməz, nə pu­lunan, nə söznən, nə cənginən, nə xoşluğnan. Heş noi ca­van­nığ dala qəyitməz. Cilovun cavannığın tutun. Cavannığ insanın di­zi­nin quvvəsidi, gözünün işığıdı, belinin sutunudu. Bilin ca­van­nığın qədirin.

Bu söhbət ki tükəndi, Dəmirçioğlu nəzər saldı, Koroğlunun gör­dü gözdərinnən-çeşməsinin qırağından ildir-ildir misli ki yaş axur. Üz oldu ki, Qoş Koroğlu, məgər cavannığ nə cür olar? Sə­nin cavannığın ta bizim cavannığın fərqi çoxdu? Buna görə sən cavan­nığın ki, sən zaya vermişəy, bu cəlali cəm eləmişəy?! Ba­zır­qannarınan atışmışay-tutuşmuşay, dərələrdə-təpələrdə cəng elə­mişəy, neçə gədiklərdə, qarlarda, dumannarda qalmışay, çiskin-borannarda qalmışay. Ta bu calali yığmışay başına. Amma biz ana­dan göz açalı, atadan dil biləli gəlmişik, sənin döv­rən­dəyik. Nə bir cəng eləmişik, nə bir cədəl eləmişik? Ca­van­nı­ğı­mız əlhəmdülla bərqərardı səniy dövrəndə.

Koroğlu üz oldu ki, bala, cavannığ bir vaxt əldən gedər heş bil­mərəy. Heç bilməy, nə oldu getdi cavannığ əliynən. Bu çan bir qatar durna göydə qatarlanıp gedir. Havalanıp nə cür?! Ko­roğ­lu baxdı dedi:

 –Haay cavannux... Necə olduy? Bu qatarlanan durnanı gö­rür­süz?

Dedilər:

Bəli!

Dedi:

Bu əlan yaylaxdan qayıdıp gedir qışlağa. Həsən paşanın ge­dir vəlayətinə. Həsən Paşa Osman torpağındadı. Böyük bağ­dı, tökülür o bağa. Mən cavan olanda bu durnalardan bir dənə qoy­mazdım göydə qədd aça, rədd ola bu köyşənnən.

Eyvaza bu söz o qədir giran gəldi, o qədir giran gəldi. Ey­vaz qəyitdi dala, gəldi evdə otdi. Üzüqoylu yatdı. Nigar xanım Ey­vazın anasıydı. Analığ üzündə aparmışdı bunu, Koroğlunun özündə övlat yoxudu. Üz oldu ki, Nigar xanım:

Xan Eyvazım, niyə bugün pərişanay?

Dedi:

 – Ana, atanın sözü oğul yanında çox giran gələr, buna görə ki, ata bizi xar eləyip.

[Nigar dedi:]

Necə xar eliyip?

[Eyvaz dedi:]

 – Mən cavandım göydə gedən durnanı qoymazdım keçə. Mənə bu söz giran gəlir. Rüxsət vermir mən gedəm bu dur­na­la­rı nəmənə var tamamını seyd eliyim gətirim.

Nigar xanım qəx vurdu gülməgə, dedi:

Bala, Qoç Koroğlu deyir bu sözünü, ürəginə alma. Ko­roğ­lu deyər: “Mən cavanıdım bu durnalardan bac alardım“ siz də al­uz. Amma istəmir siz onun başınnan bu çağında dağulayuz. Əgər bu çağında siz onun cəlalınnan tamam parakənd olayız onun ocağı bağlanar. Narahat olmaginan.

Dedi:

Xeyir, xeyir. Ağası sanaçan... qul olanın qulu qudurğan olur. Necə Koroğlunun əlində biz pərvəriş yemişik. Necə bu dur­nalardan biz gedib bac gətirə bilməyik.

Bəəd, Nigar xanım durdu gəldi Koroğlunun yanına.

[Dedi:]

 – Qoş Koroğlı, Eyvaz bu cür narahat olup. Eyvaza rüsxət ver.

Dedi:

 – Nigar, Eyvazım mənim yanımnan, əgə bir gün gedə, cə­la­lum dağılup. Eyvaz mənim gözümün işiğıdı. Qoymam Ey­vaz gedə. O biri novçalardan gedir getsin, Eyvazı qoymam.

Dəmirçoğlu üz oldu:

Qoç Koroğlu, əgər Eyvaz mənim yanımda olmasa mən heş zad eliyəyməm. Gərək Eyvaz mənim yanımda ola mən bir şəə­ri talana verəm.

Amma Nigar xanım bu qəd üz basup Qoş Koroğluya. Gö­tü­rüp bu sözdərnən Nigar xanım beş dənə Koroğluya deyir:

Koroğlu, qoy getsin.

Görək burda aldı nə dedi:

 

Sənə qurban, Qoç Koroğlu,

Eyvazı yola sal gedə.

Yalan dəgi sözüm doğru,

Eyvazı yola sal gedə.

 

Eyvaz dəlilərin başı,

Eylər davanı savaşı,

Başlarda vardı al quşı,

Eyvazı yola sal gedə.

 

Eyvazım şeşpər bağlasun,

Düşman cigərin dağlasun,

Dağı-daşı yaralasun,

Eyvazı yola sal gedə.

 

Eyvazımın qüdrəti var,

Qollarının qüvvəti var,

Getmək üçün rüxsəti var,

Eyvazı yola sal gedə.

 

Qan dolmuya ala gözünə,

Toz qonmuya ağ üzünə,

Bax bir Nigarın sözünə,

Eyvazı yola sal gedə.

 

Sözdər ki tamam oldı, Qoç Koroğlu gəldi meydənə. Baxdı Ey­vazın qamətinə. Durmuşdu ruburusunda Eyvaz, eyni söy­lə­tiiləri kimi. Dəmirçioğlu onun dalında, Bolu Sərdar[55] on­nan dala, bəəd Yumuğ Əhməd onnan dala[56]... Bular, tamam san­da durmuş­du. Dəlilər yeddimin yeddi yüz yetmiş yeddi nov­çasıydı Ko­roğlunun. Amma buların tamam başçısı Xan Eyvazıydı.

Koroğlu dedi:

 – Balam, mən bilmədi bu sözü dedim, şuxluğ elədim. Məgər göy­də gedən durnalardan yerdə insan atışur-tutuşur? O, göydə ge­dir, sən yerdə! O dağ, o təpə birsandı ona. Bəşər nə cür yerdən ona... Tir havalanıp çatmaz ona, xədəng havalanıp çatmaz ona. Mən siziynən şuxluğ elədim.

Eyvaz dedi:

Qoç Koroğlu, and olsun cəlalıya, rüxsət verməsən bu söz məni dələr, zəlil elər. Mən xar ollam, dəlilər içində sözümü utam. Demişəm gərək bu sözdən gedəm.

Amma [Koroğlu] gördü [Eyvaz] aramış tutmur. Bəəd, burda [dedi:]

Bəs, bala, gün batub, qoyun söb açıla. Söb mən sizi yola sallam gedin.

Koroğlu axşam günü hər vax boznux olanda bilərdi gecə qar gə­lər. Vurnuxur, külək bağlar, mahna elər, deyər:

Balam, qardı-çiskindi, borandı getmiyin. Hava xoş ola [gedərsiniz].

[Koroğlu fikirləşir, belə desə] bəlkə, bu söz Eyvazın başınnan açıla. Eyvaz qəral tutmur. Eyvaz gəlip evdə oturup, dəlilər dövründə, dedi:

        Sağı peyman![57] (Sağı Peymana dedi) Peyman, bir mey doldur.

Peyman bir mey doldurup gətdi. Nigar xanım calallı Koroğ­lu­nun sağ yanında oturmuşdu, sol yanında Eyvaz oturmuşdu, də­lilər ruburuda. Eyvaz baxdı Nigar xanımın gözünə, baxdı Ko­roğlunun üzünə gözlərinnən yaş sərazir oldi, ildir-ildir. Ni­gar qəyitdi dedi:

Eyvazım, niyə pərişanay, ağlııray?

Dedi:

Buna görə mən ağlaram ki, mənə rüxsət vermədi Qoç Koroğlu. Dedi:

(Anacan) Baxmaram boran-çiskinə,

Ağlaram, ana, ağlaram.

Ürəgim şüşədir sinə,

Ağlaram, ana, ağlaram.

 

Gərək düşəm səhər yola,

Baxam sağa, baxam sola,

Baxmam çiskin, boran ola,

Ağlaram ana ağlaram.

 

Düşmənə mən çıxam qarşı,

Ürəgimin var savaşı,

Başda oynar şeşbərbaşı,

Ağlaram, ana, ağlaram.

 

Dəmirçioğlu Həsəninən.

Dağlar başın pusanınan,

Düşmənlə qapışanınan,

Ağlaram, ana, ağlaram.

 

Həsən paşa qoymam qala,

Başına bir şeşbər çala,

Peymanəsi qannan dola,

Ağlaram, ana, ağlaram.

 

Məst olanda bulbulları,

Açılar qızılgülləri,

Xan Eyvazım, bu yolları,

Sinəmi çəp-raz dağlaram.

Sözləri tamam eliyənnən soora, bəəd, burda Nigar xanım bax­dı Koroğlunun üzünə, dedi:

Qoy söb açılsın calallana, saniyizi görün, dəlilərdən seçiy gedi.

Ağa, bəəd Dəmirçioğlunu o[58], İsaballını o, Xan Eyvazı seşdi bir tərəfə. Dedi:

Baxuy,Koroğlu indi bu sözdəri deyir, bəlkə buları qor­xu­da, getmiyələr. Görək burda, Koroğlu nə cür buları bu yol­dan min­sərif elirdi. Bəlkə Eyvaz bunun sözünə qulağ asa. Xeyir aa, Ey­vaz məgə qərar tuti?! Deyir:

Sənə qurban, Xan Eyvazim,

Boşdu bu dağın yolları.

Nabələdiz baş qutarmaz,

Beşdi bu dağın yolları.

 

Uca dağı duman tutup,

Qəyələr baş-başa çatup,

Ağur həramular yatup,

Ləşdi bu dağın yolları.

 

Dəmirçioğlu bizə nökər,

Hayxuranda qəddən sökər,

(Bala) At qaçar nal-mixin tökər,

Daşdı bu dağın yolları.

 

Qoş Koroğlu deyər, ağlar[59],

Sinəsini çəp-raz dağlar

Qar yağar zürbalar bağlar,

Qışdı bu dağın yolları.

Dedi:

Belə zülmat ola bu dağın yolları, səx-səx boran ola bu da­ğın yolları, əgər beş ağac yol ola, hərəsi qırx ağac ola ge­dərəm teyy eylərəm birini çıxardaram, – Eyvaz dedi, – Qəral tut­mu­ram, gərək gidəm.

Amma Koroğlu dedi:

Xub, hələ pəs indi gedirəy, qoy sənə nəsiyət eləyim. Nə­si­yə­tim budu: “Durnalar tökülə bağa, hovuz var, su şirindi içələr eyb olmaz. Bir az duz allız, bağda tökəriz hovuzun içinə. Durna­lar içər, pərvaz eliyə bilməz. Bəəd, durnaları tamam seyd edə­riz.

Bu sözi Koroğlu bəəd, deyənnən soora Eyvaz, İsaballı, Də­mir­çi­oğlı bular yığıldılar bir tərəfə, o Yumuğ Əhməd ki, yol kə­sər­di, dedi:

Mən də gedim, Qoş Koroğlu?

[Koroğlu dedi:]

Sən qal, sən burda lazıməy.

Amma Nigarın gözləri baxırdı Eyvaz xana, bahar bu­lu­tu ­təki. Gözdərinin yaşını ildir-ildir silirdi. Nigar baxtı Qoş Ko­roğlunun üzünə dedi:

Koroğlu, ruxsəti mən aldım, Eyvazım gedir. Amma Eyva­zın bu getməgində mənim gözüm çox qəm yaşı tökür. Eyva­zı­mın başına bəla gəlməsin?

Koroğlu dedi:

Əgər Eyvazım mənim yerişimnən dərk eləsin, əgər İsgəndər qoşunu ola, Eyvazımnan zərrə bac ala bilməz.

Onda da Dəmirçioğlu baxdı gördü bu sözi Eyvaza Koroğlu deyəndə. Dəmirçioğlu çox narahat oldu. Rəngindən bildi.. Ni­gar xanım harif idi. Koroğlu çox bəz zaddarı bilməzdi. Koroğlu birisini yıxəydi anı başını kəsərdi. Əgər yıxıləydi durardı yalvar­ma­ğa. Bu adəti var idi. Nigar bəəd götürüb Dəmirçioğluya gö­rək bu dillərnən nə deyir:

Dəmirçioğlu, adı bəlli[60],

Eyvazımı qoyma gözdən.

Duşman ola yüz o əlli,

Eyvazımı qoyma gözdən.

 

Eyvazım qoyma tək qalana[61],

Əcəl camını dolana[62],

Düşman buna daldalana,

Eyvazımı qoyma gözdən..

 

Eyvazı qoyma tək gəzə,

Duşmanın bağrını əzə,

Zülümə ikiyiz dözə,

Eyvazımı qoyma gözdən.

 

Geyin o zirəh yarağa,

Yoluyzda verrəm sadağa,

Dözə bilməm qəm fərağa,

Eyvazımı qoyma gözdən.

 

Səhər söbün Dan ulduzu,

Budur sənə Nigar sözü,

Baxar Həsən paşa qızı[63],

Eyvazımı qoyma gözdən.

 

Sözdər ki təmam oldı, bəəd, Nigar xanum bu sözdəri deyənnən soora, gün açıldı, gəldilər Çardaxlının meydanında durdular. Dağ çəkilmişdi, getmişdi göyə. Eyvaz dedi:

Qoş Koroğlı, məhz Təkətürkəmandaydım, dağa duman ya­tan­da atam deyərdi: “Davarı salak quzu qoynuna. Yəni, qu­zu gə­lə nənəsinin yanına. Hava açılışıp duman havanı açar.“ Atam de­yərdi: “Ya dumannı ilim olsun, ya alagöz qoyunum ol­sun, tu­man­nı gəlinim olsun, ilim mənə xoş gələr. Bizə duman yax­çiy­di. Yaxçi bilərdik dumanı dağ ola.“

Dedi:

Bala, o dumannarnan bu dumanın fərqi var. Bunnar boz du­mandı, pozğundu. Buranın qışı səxt olar, sizin arannan [fərq var]. Hələ gedin, Allaha tapşırdım beləyizi. Biri-biriyin ardıca gedin, ayrı düşmüyün.

Ağa, düşdülər yola. Ərəb atdara rikab basdılar, düşdülər dağı təpənin [canına]. Gəldilər bir [yerə, gördülər] böyük dağdı get­mişdi göyə. İldırım dağı deyərdilər. Amma hər yana do­lan­dılar gördülər yol yoxdu, at keçə bilmir. Pəs burdan nə cür olak, biz aşayk. Yolu azdık. Dəmirçioğlu deyər:

Bəli, Eyvaz, yolu azdık.

Burda Eyvaz götürüp dağlara beş dənə deyir, görək nə söz­dərdən deyir:

Qarşı yatan, qoşa dağlar,

Gərək Eyvaz aşa sənnən.

Şeşpər belə necə bağlar,

Gərək Eyvaz aşa sənnən.

 

Başıya bulut dolanur,

Sinəy tamam qarlanur,

Kəkliklər qakqullanur,

Gərək Eyvaz aşa sənnən.

 

Səx-səxdir qəyələrin,

Uzqun-uzqun dərələrin,

Gərək aşa sərələrin,

Gərək Eyvaz aşa sənnən.

 

Bu dağları çiçək bəzər,

Çiçək üstə bulbul gəzər,

Düşmən zülümümə dözər,

Gərək Eyvaz aşa sənnən.

 

Eyvaz düşüp burda yola,

Baxır, həm sağa, həm sola,

Qoymam düşmannar tək qala[64],

Gərək Eyvaz aşa sənnən.

 

Bu sözdəri deyənnən sonra ata rikab basdılar. Ağa, düşüplər yo­la. Gəldilər dağın bir buzğun zəmanəsiydi, cilğə yol açılırdı, yo­lu aşdılar. Çıxdılar dağın damanasına baxdılar. O zaman dür­bün-mürbün bu cür yoxuymuş. Baxdılar gördülər şəər düşüp bir düzdə. Hələp Osman torpağı Türkiyədədi, hayandadı mən bi­ləmirəm. Amma o tərəfdədi. Düzdədi bu şəər. Baxdılar gör­dü­lər bu şəərin ətrafı tamam sudu.

Dəmirçioğlu dedi:

Eyvaz, azmışıy yolu? Bura Həsən paşanın Duran şəəri dəyil. Bura Duran dəyəllər?!

Dedi:

Bura elə Duran şəəridi.

Dedi:

Əgə biz Duran şəərini tapmasak, durnaları da tapmak. Xar qəyidarık Koroğlunun yanına.

Burdan yetirhayetir, mənzilhamənzil çatdılar ta şəərin kinarı­na. Gördülər bir kişi iki dənə qatır yükü ot bağlıyup gəlir. Am­ma əlində bir dənə ağaşdı, bir əlində dəsmal oynuuru, tovluur gə­lir. Eyvaz dedi:

Dəmirçioğlu, bunnan xəbər al, gör Duran şəəri budu?

Dedi:

Ay dadaş!

Bu, cavap vermədi.

[Dedi:]

Ay yoldaş!

Bu cavap vermədi bə. Bir qədir gəldi rubarusunda durdi, dedi:

Qardaş, sənnən xəbər almıram məgə?

Dedi:

Ay dadaş, nə ola? Ay yoldaş, nə ola?

Dedi:

Bəs nə deyim?

Dedi:

Deginən: “Ay danə! Sözü deyirəm adama“. Bu cür xəbər al.

Dedi:

Bərəkalla, baba, səndəki şairən. Bura Durandı?

Dedi:

Bəli, bura Duran şəəridi.

Dedi:

Həsən paşa deyillər, bu Duran şəərində olar? Həsən paşa diridi?

Dedi:

Bəli, əlan şəər təlatumdadı, cimu-cuşdadı. Şəərdə san görüllər.

[Dedi:]

Nə üçün?

Dedi:

Deyillər, bu dağın o üzündə bir Cardaxlı var. Bir Koroğlu var. Tamam gədikləri basur, qəfləri kəsir, bazırqannarı çapur, yolları bağluur. İstiillər qoşun yiğələr, gedələr onun cəlalını dağı­da­lar.

Eyvaz dedi:

Əcəb yerdə səhər açmışıq, günümüz çıxmır. İnəgimiz do­ğub iki buzov: birisi ala, birisi boz. Biz gəlmişik burda durna apa­rak. Bular gəlir Koroğlunun cəlalın dağıda. Dəmirçioğlu, qoy bunu mən yolluyum gedə gedər-gəlməzə.

Dəmirçioğlu dedi:

Yo... yo...yox! Kasanı tıqqıllatma. Əsla.

Bunun bu dilin çox halı olmurdu. Dedi:

Qardaş, nə deyiriz?

Dedi:

        Deyirik, yanı əcəp bu Koroğlu çox namərd adamıdı? Çox zülm eləyif xalxa?

Dedi:

        Bizi də istiyələr, biz də bularnan gedərik köməgə?

Bəəd, bu sözdə ki, bunnan kömək, icazəsi-rüsxət istiidi, gedə Dəmirçioğlunnan ala, Dəmirçioğlu dedi:

Eyvaz can, səni mən tək qoyman gedən. Görmədin, anan nə dedi. Mən necə səni gözdən qoyup tək gedəyn?

Dedi:

Xub, düşman içidi. Hələ biz gedip bulara munis olak. Görək buların sözü haradı, hədəfi haradı.

Dedi:

Amma ged tez gəl, qalma.

Bular da girdilər həmin baği ki Koroğlu demişdi. İsaballıya dedilər: “Get, duz al, göt gə“.

İsaballı dedi:

Atnan gedim?

Dedi:

Səfey oğlu, atı aparran özün tanıtdırran... Atnan nəyə?! Xurcunu götür ged. De: “İstiirəm bir az duz alam, həşəmim var, aparam“.

Bəəd, xub. Dedilər, [xəbər alsalar], sən nə cür düz aparran dalında? Deginən, atımı hörükləmişəm çöldə, qatırım var yük­lüyəm aparam.

Ağa, [Eyvaz] bunu da yolladı [şəhərə]. Eyvaz gəldi girdi şəərin içinə. Gəldi gördü ki, böyük meydandı. Meydan qurulup. Ağa, düşmannar qollarında bazubənd, tamam əllərində şeşpər oy­nadıllar. Çaqqışır şeşpərlər bir-birinə. Eyvaz girdi yannan ləş­kərin içinə. Şəərin içində Həsən paşa oturup təxt üstündə. Vəzirinin birinin adı Sulduz idi. Sulduz vəzir dedi:

Qibleyi- aləm sağ olsun, deyillər, Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi başundadı. Əgər onda da onun bir novça dəlisi var, adına Eyvaz deyillər, Türkəmandı. O, çox qo­çaqdı. Əgər deyillər, o Eyvaz tutalar Koroğlunun cəlalı ba­şın­nan dağılıp, ocağı keçip. Eyvaz tək yeddi min yeddi yüz yet­miş yeddi qoşuna hərifdi. Biz bir cür elyəgin Eyvazı salağın tora.

İndi Eyvaz durup baxur, bular içində. Sulduz vəzir dedi:

Əgər Eyvazı tutak, Koroğlunu tutmuşuk. Amma da, deyillər, Eyvazda bir cür hüsnü camal var. Əgər on nəfər adamnan öl­dürə, tutay onun qanın bağışlar ona. Bir belə cavanı hüsnü var.

Eyvaz bir çan baxdı gördü kulafirəngidən qızıl alma əlində Dona xanum oynadur. Baxdı bir Eyvaz gözünün güşasınnan, bir gözüynən baxdı Dona xanıma, bir gözüynən Sulduz vəzirə. Vəzir dedi:

Ay cavan, nə məmləkətdən gəlmişəy buraya? Hayana gedirəy?

Dedi:

Valla, qurban, mən də eşitmişəm, bu Koroğlu tamam şəərləri talan eliyip, viran eliyip. Mən Turanzəminnən gəlmişəm. Əgər icazə verəyiz, rüxsət verəyiz, biz də qarışak sizə. Mənim necə dənə yoldaşım var, dostum var, familim var, elim var. Bizə çox zülüm eləyip. Bizə çox yovuxdu, sizə ki, çox uzaxdı hələ. Bizdən çox cəlallar dağıdup.

Bunu deyəndə bir dənə cavan pəəlivan idi meydanda, yeridi irəli, dedi:

Ay oğlan, o Eyvazı mən Burzu gədigində görmüşəm. Neçə il bunnan qabax kəsdilər bizim yolumuzu. Eyvaz həmişə həm çəp əlində şeşpər vurar, rast əlində cida vurar. O zaman mənə bir dənə şeşpər vurupdu kətdimnən, hələ necə aylardı, necə gün­nərdi hənuz cəraəti gəlir, yeri yaxçı olmuyup. Əgər mən Ey­vazı görsəm, təbəsinnən bu əmudu vuracağam başı buğda təki səpələnə.

Eyvaz güldü bu sözə. Gülməgində Eyvaz, buna görə güldi. Dedi:

Nə oğlan, güldiy?

Dedi:

Ay pəəlivan dadaş, məlumdu ki, sən bu cavannarın başı səney, sərkərdəsi səney. Xuda səni nəzərdən, gözdən saxlasın. O şeşpəri hələ görey nə cür vurup sənə, sən indiyə qalmışay? Vəilla o bir şey dəyi ki?! Türkəmən elində bir dava düşdü, mən onun yanındaydım, onun atası Əli qəssabdı, onun dayısı Ərəp Reyhandı[65]. Bir dava düşdi [Eyvaz] 14 yaşında bir dənə şeşpər dəvənin üstündə vurdu bir nəfərə, dəvəsiynən özü qarışdı biri-birinə. Sənə görəy nə cür vurup, sən qalmışay indiyə.

Dedi:

Yox, çoxçə rəşid oğlandı. Eyni sənin şikliydə cavandı. Eyni səniy hüsnüydə cavandı.

Dedi:

Xub, məni gör, onu gör daa. Mənə bax, ona bax. Məni gör onu gör şeşpərdə. Mən şeşpər vuram, o şeşpər vura. Mən cida vuram, o cida vura. Heç fərqimiz yox. Dedi:

Bu meydan, bu siz, bu biz. Amma mən əgə sizə kömək olam, tutarık onu.

Bu pəlivanın adına, ağa, Bədiizaman deyərdilər. Bədiizaman dedi ki, ay oğlan, gə bu meydanda bir savaşak, güləşək, mə­zə­rat eliyək, görək kimin qüdrəti çoxdı.

Bu sözdə Eyvaz güldü, dedi:

Axı, mən qəribəm. Siz qonağa bu cür eetiram qoyarız?

Dedi:

Yox, demirəm ki, səniynə dava eliyək, vurak biri birin naqist eliyək...

[Eyvaz dedi:]

...Elərəm, elə bilin Eyvaz mənəm. Eyvaz Koroğlunun hə­mi­şə sağ tərəfində gəzər. Şeşpərdə vuran həmişə adamın kət­tinnən vu­rar. Necə ki, baba, deyər, mənə şeşpər vurup necə il bunnan qabax, mənim hənuz da cəraəti gəlir. Qoy Eyvazın tərifin mü­şəx­xasatını eliyim görün nə cürdü. Deyər:

 

Eşidən, xannar, paşalar,

Elə bilin Eyvaz mənəm.

Qannı kasa başa calar,

Calar səsiyz Eyvaz mənəm.

 

Eyvaz Koroğlu dayağı,

Həm dayağı, həm oyağı,

Yolladı, gəlir əyağı,

Görə bilsəyz Eyvaz mənəm.

 

Eyvaz gələr bu meydana,

Meydanı döndərər qana,

Hərifnən cüt cövlana,

Gəzə bilsəyz Eyvaz mənəm.

 

Dayısıdı Ərəp Reyhan,

Puştunda var yaz o bayram,

Görən ona qalır heyran,

Heyran olsayz Eyvaz mənəm.

 

Eyvaz Türkəmən balası,

Koroğlu Eyvaz arxası,

Necə baxar Zileyxası

Baxa bilsəyz Eyvaz mənəm.

 

 Nigar olup ona ana,

Pərvanə şəmə dolana,

And içəyiz andun inana,

İnanasyız Eyvaz mənəm[66].

 

Dedi:

Xub, əgər rüxsət verəyiz, tamam şəərdə əziz, qoçax dayı­la­rım­nan, qoçax əmilərimnən orda kömək götürəm. Si­ziy­nən gələm harda cür olak? Gedəyin Koroğlunun qov­ğa­la­rı­nı, başınnan davalarını, dəlilərini dağıdagın, cəlalını ya­lan eliyək, xəl­xi rahat eliyək ki, gecələr xəlx göz yuxuya ver­mi­ri, baş yastı­ğa qoymuri, xalxın ruzigarını qarannıx eliyip başına.

Həsən paşa yeridi irəli:

Ay cəlallı oğlan, xoşsima oğlan yaxçı, danışdın. Mərifətiyə gö­rə gücün var, gücüyə görə əğlin var. Bizim şəərdə bir belənçik adam yox. Deyillər, o Eyvaz bir cavandı ki, ona adam 500 qə­dəm qalanda dizinin dayanası yıxılır. Həmi şöörəti onu alır, hə­mi qüvvəti...

[Həsən paşa dedi:]

İndi burda bir dənə cavan istərəm dura bu camı ala mən­nən sərxoş eliyə. Bu cavanınan pəncənərim eliyə. Əgər payıq ol­du bu cavana, billik ki, biz də Koroğluya payiğik. Bu cavan de­yər: “Elə bilin mənəm Eyvaz tuta bilsəyiz». Bu da ki, bu sözi deyir. Kimdi bu cavan?

Üş dəfə dolandırdı camı səs olmadı. Dördmüncü dəfədə bir Bədiizaman varıdı, Bədiizaman dedi:

        Qurban, bəndə! O, camı içərəm bir şərtinən?

[Dedi:]

        Nədi şərtin?

Dedi:

Budu şərtim, mən bu cavana payığ oldum Dona xanımın əlin qoyay əlimin içinə. Ola mənim munisim.

Dedi:

Ay cavan, mən dürüstü demişəm: “Mənim qızım Dona xanımı o cavana verrəm ki, Koroğlunun dəlilərindən bir dənə tuta, ya özüni tuta. Özüni ki, heş kimin hünəri dəyi. Dəli­lə­rin­nən, əgər tuta, mənim bu qızım onun ənamıdı. Mənim bu qızım onun caizəsidi. Əgər bu cavanı ki, gəlir meydənə bu ki, Koroğ­lu­nun novçası dəyi. Bu ki, Koroğlu dəlisi dəyi. Əgər ki, sən bu­nu payığ olan, yıxan, mən Dona xanımı verim sənə? Bir dənə bu cür cavannan?! (İndi Dona xanım kilafirəngidə baxur.) Xub, əgə gəldi bu cavan səni yıxdı, səniynən nəvərd oldu, gərək mən Do­na xanımı verəm bu cavana da? Bu söhbət nəydi deyrəy? Hər vəxt o deyili ki, Eyvaz, Eyvaz, o Eyvazı sən tutduyn o za­man mən bu qızı verrəm sənə.

Amma Koroğlu Çəmlibeldəydi. Nigar xanımnan dolanırdı bağın içində, dedi:

Nigar, Eyvazımın gözü mənim gözümün içindədi deyə hərasan gəzir. Eyvazıma, toz qonmuyaydı üzünə.

Nigar xanım dedi:

Yox, çünki adı-sannıdı, yadımızdan çıxmır.

Bəli, Həsən paşa üz oldu ki, a Bədiizaman, sən hələ biriynən nə­vərd elə, əgər payığ oldun, ayrı ənam sənə mən peşkəş elə­rəm. Səniy adın çıxardaram yuxarı, el içində. Bu da ki deyir, bir be­lə mən gəlmişəm, sizə istəsəyiz kömək olak, Koroğlunun ba­şın­nan cəlalını dağıdak.

Bular istiirdilər ki, girələr meydənə, Eyvaz baxdı-gördü Dona xanım pəncərədən baxır, eyni maral ovçuya baxır. Bunun əğlin əldən alır, nə cür alır? Götürüb burda Eyvaz beş dənə deyir, görək bu dillərnən necə deyir:

 

Dağda gələr maral səsi,

Neçə maral dağa baxar.

Budur ovçunun həvəsi,

Necə ona kəmənd atar.

 

Gözlərilə alır bizi,

Deyən söbün Dan ulduzu,

Kabab üstə odlu közü,

Canımı otlara yaxar.

 

Ucadur Çardaxlu dağı,

Ürəgimdə var soorağı,

Qurulur eyvanı, tağı,

Necə ki, Kəsraya[67] baxar.

 

Gör, necələrin necəsi,

Açılmaz gülün qonçası,

Yetişdi çillə gecəsi,

Necə ki, yəllaya baxar.

 

Eyvaz gəlir bu meydana,

Pərvanə şəmi dolana[68],

Necə ki saldı zindana,

Yusif -Zileyxaya baxar.

 

Dolandurdu Eyvaz bunu meydanda, bu hərifi. İndi Dona xa­nım da kulafirəngidə baxır. Əlində qızıl alma oynadır. Vəxti ki, Eyvaz bunu [Bədiizamanı] vurdu qoltuğuna ki, bunu gətirə Hə­sən paşanın təxtinin üstünə qoya. Ordan-kulafirəngidən qızıl al­manı pərtav elədi Dona xanım, dəydi Eyvazın döşünnən. Qız da demişdi dədəsinə “Hər vaxt mən bu qızıl almanı hər cavanın dö­şünnən vurdum, bil o cavanı istiirəm“. [Həsən paşa] bəxdi dedi:

Xub, əgər mən qızı verim buna, bu mənə puşt ola, biz Ko­roğ­lunun cəlalını dağıdarık. Qız da ki, bunu istiir. Pəs buna görə, budur mən Sulduz vəzirindən səlah eliyək, bu məsləhəti görək nə cür olur. Bu cavana mən vaxt verim, fürsət verim gedə tayfasun, atasun, əmisin, dayısın yığa bir yerə, bəəd əzin biz bu bu familliği eliyənnən soora hücumu bağlıyak Koroğlu soorağına.

İndi Eyvaz meydanda durup Həsən paşa söbət eliyəndən soora hay ləpənd vururdu, gülürdü “külbaşlar, düşman gəlip öz gözdərinizin qənşərində durup“.

[Hasan paşa dedi:]

Ay cavan, sən hardan gəlmişəy, nə məkannan gəlmişəy? Hansı məmləkətə gedirəy?

Eyvaz üz oldu:

Qurban, mən əsliyətim Türkmənsəhralıdı, Təkətürkəmən elin­­nən gəlmişəm. Türkəmənəm. Amma mən Turan şəərində bö­­yümüşəm. İndi gəlmişəm, yol azmuşuk. Gəlmişəm bura. Gör­­düm bu şəərdə, bu cür meydana gedir hər kəs, mən də gəl­dim bura. Xoşum gəlir, hər meydanda yığnağ ola, xoşum gəlir. İndi demə o Bədiizaman da uğda bağladı ürəgində, həlimdöyən küşküpu qaydasında. Dedi:

Mən bu cavanı pamal eləməsəm, heş zadım dünyada yoxdu.

Amma Dona xanım pəncərədən baxırdı Eyvaza. Eyvaz ba­xır­dı gülürdülər. Bunun misli ki [Bədiirzamanın] cigərinə çu­val­duz vurur­dular.

[Həsən paşa dedi:]

Bəəd, xub, biz hələ yığırık calaləşək. Mən şəərlərdən dəvət eli­rəm gələlər gedək. Sən də get ataynan, anaynan rusxət al. Əgə bu qızı istəsən verrəm sənə. Mən də gərək biləm səniy atay kim­di, anay kimdi?

Eyvaz güldü, dedi:

Qurban, mən gəlməmişəm qız almaga.

Dedi:

Dürüsti, elə hər cavan belə degər. Ama qız səni istiir, sənin rə­şitliğini görmüşəy, çox qabil cavanay. Gərək sən mənə puşt olay, dayaq olay.

Eyvaz dedi:

Məsələ dəyi, pəs mən gedim, atamnan, ananman salah eli­yim ta sizə xəbər.

Ağa, Eyvaz istiirdi ki, yola düşə burdan gələ. Dona xanım ba­xırdı kulafirəngidən. Eyvaz burdan aralananda baxdı Dona xa­nıma, bir beş dənə də burda deyir ho gəlir. Hələ özünü bü­ru­zə vermir ki, deyir:

Daldalardan baxan gözəl,

Qəlbim sənnən dolanmadı.

Sınıx köylüm yaxan gözəl,

Ot tutup qəlbim yanmadı?!

 

Pərvana dolanar şəmi,

Munis gedə, yiyər qəmi,

Saqlısan bağlı dükanı,

Muştərilər dayanmadı?!

 

Gedərəm burda qalmaram,

Hər kimsəyə ovsanmaram,

Ta almasam, mən qanmaram,

Ləbim sənnən ki qanmadı!

 

Məkanımız Çəmlibeldə,

Adım çox deyilir dildə,

Nigar anam gözü yolda,

Dahi yola dolanmadı.

 

Eyvaz gedər bu məkannan,

Eşq atəşi çıxmır cannan,

Qorxmaram paşadan, xannan,

Qəm kasəsi calanmadı.

 

Sözü burda deyənnən soora düşdü yola. Gəldi də bağın içinə.

[Yoldaşları Eyvazdan xəbər aldı:]

Baba, sən hardayan? Biz üç gündü, üç gecədi məətəlik, səni tutdular. Sən bəs hara getmişəy?

Dedi:

Heç qorxmuyun, mən haalə getmişəm bir dənə də bu dağda ov bəsləmişəm.

[Dedilər:]

Necə ov bəsləmişəy? Burda ki, dağ yoxdu?!

[Eyvaz] dedi:

Niyə? Elə bir dağıdı! Həsən paşanın qızı Dona xanım mənə alma vurupdı. O, da qızı verir mənə.

[Yoldaşları xəbər aldı:]

Məgə sən dedin, mən kiməy?

Dedi:

Yox, əbəda! Mən divanəydim?! Dedim, elə bilin Eyvaz mənəm. Eyvazı görün mənəm. Düşünmədilər.

[Yoldaşları dedilər:]

Xub, neyliyəgin durnalardan?

Ağa, duzu saldılar hovuza gecə, düz əriyip. Bu durnalar çə­mən­nən yedi, durna çəmən çox yeyər. Yedi gəldi sudan işdi. Ağa, təşnəliğ üz verdi, gənə gəldi işdi. Pürvaz eliyə bilmədilər da­ha. Diyər dörd nəfəridi bular, bavar elə bu dörd nəfər 300 dur­na seyd elədilər. Hər atdarın tərkinə bağladılar beş, on, iyir­mi dənə. Nigar xanım da demişdi: “Mən Eyvaza əgər toy elə­səm, durnanın telinnən, tükünnən yorqan-döşək tikdirrəm, dur­na­nın ətinnən qonağa şam verdirrəm, durnanın sümüyündən təxti hicrə qurdurram“.  Bunu da Nigar demişdi, Eyvaz xana.

Ağa, burda bular durnaları ki, tutdular bağladılar atdarın tər­kinə bağdan çıxdilər, neçə mənzil gəlmişdilər Eyvaz atı sax­la­dı, dedi:

Həsən! - Dəmirçioğluna, – mənim qardaşum.

Dedi:

Bəli, Eyvaz xan, nəmənədi? Nə kəlami düşdü nəzəriyəy? Nə oldı? Olmuya o qızı görmüşən qəlbin qalıp, əyax gedir, könül gəmir?

Dedi:

Yox, o dəyi! O qız ki mənə qismət ola o dəyil. Bir iş qaldı, xam elədik. Bizim bu durna aparmağımız bilirəy nəyə bənziir?

Dedi:

Yox! Nəyə bənziir?

Dedi:

Qoç Koroğlu deyirdi: “İsgəndər gedip qəyitməyip, kimlər gedip qəyitmiyip“ dürüstüdü. Dağları gördük, yolları gördük. Amma bizim bu durna aparmağımız inqar ki, bir dənə dul ar­va­dın toyuğun tülkü gedip ninnən çıxardıp aparıp. Eyni bu şi­kil­di.

[Dəmirçioğlu dedi:]

Neyniyək?

[Eyvaz dedi:]

Bir at qoymamışık. Gəl bir at qoyagın bu şəərdə. Bir nami-nişanə qoyagın bu şəərdə.

[Dəmirçioğlu dedi:]

Neyniyək? Bu sən nami-nişanə qoymuşay? O, pəlivanı vurmuşay yerə.

[Eyvaz dedi:]

Mən vurmuşam. Deməmişəm ki, mən Koroğlunun novça­sı­yəm.

[Dəmirçioğlu dedi:]

Pəs neyniyək?

[Eyvaz dedi:]

Qəyidin dala. Tamam bu bağda narınc ağaşdarını, turunc ağaşdarını yarıbeldən ikiqat eliyin. Bir dənə ağac qoymuyun sa­lim qala. Nəmənə var qırın tökün yerə.

Bolu Sərdar dedi:

Baba, bu böyüktərin cənayətdi. Xəlx ağac əkir, bəhrəsini xəlx yeyir, biz qırək tökək yerə? Hər işi biz gəldik görək? Bu söz­dərdən dedin başımıza bəla gətdiy. Bu söhbətdər nədi? Ri­şə­dən çıxar. Baba, deyəllər, bir ağac qət elə, bir adam öldürmüşəy. Biz­də ağac qırmaq, adam öldürmək elə birdi, heş fərqimiz yox!

Ağacın yenə mənim meydanımda quvru – Eyvaz dedi: – adamnan çoxdu.

[ Dedilər:]

Niyə?

[Eyvaz dedi:]

Adəm ki, çörəyin yesin, suyun işsin, dünyada heş bir şey eləməsin, o adam vəxti tükədip, o adam ölə yaxçıdı. Hələ bu na­rınc gətirip, bar verir, bərainki mən bu cür eliirəm o birüza adam­lara bir at qoyam gedəm. Mən rişədən çıxartmıram genə göyərər.

Ağa, bular giriplər tamam bu bağın içində nəmənə, nəhal varidi ikiqat elədilər. Bir dənə ağac salim qoymadılar qala. Dedi:

Xub, indi oldu əhsən! [Gəlin qırdığınız ağaşlardan ocaq qalıyıb durna ətindən kabab çəkək.]

[Bağda bir alaçıq qururlar] Keçiplər alaçığın içinə. Şərap tuluxları dolıydı şərapnan. Asıplar şərap tuluxların, ağacdan tö­küplər yandırıblar, durnalardan salıplar kabap, çırıkkıçırıkk qey­niirdi ətin kababı. Durnanın qoxusu götürmüşdü. Bu bağı ka­bab qoxusu almışdı başına. İki yüz qədəmlixdən gedəni ka­ba­bın qoxusu həlak eliirdi.

Ağa, bəd, Həsən paşanın bir dənə durnatutanı variydi. Adı­na deyərdilər Babuluk. Bu Babuluk girdi [saraya Həsən paşa dedi:]

Durna gəlip bağa?

Dedi:

Bəli! Beş-on gündü durna qəyidipdi. Yaylaxdan gəlip bağa.

[Həsən paşa dedi:]

 – Ay Babuluk, bu gün beş dənə mənə durna tutaray?

Babuluk Bayram dedi:

Qurban, bu gün kəmənd ataram çox tutaram.

Ağa, Babluk Bayram gəldi girdi bağın içinə. Evin tikilməsin, gördü ağaşdar tamam baş əgip. Yarı beldən xəm olup. [Öz-özü­nə dedi:] “Xudaya, bu gecə dolu gəlməyip bu bağa ki? Bə nə bu ağaş­darı iki qat olup:

Ay bağban (Bular bağa girəndə bağban qorxudan qaçmış­dı. Bilinmirdi harda gizdənmişdi), bağban?!

Bağbandan nəsə xəbər yox. Gördü belə səs gəlir, bağın için­də. Yavaş-yavaş gəldi alaçığın dalına. Gördü bular şərapları içil­lər, qəx-qəx vurullar, gülüllər. Durna ətinnən yeyillər, çə­kil­lər dişlərinə, sümüklərini atıllar çölə. Bir dənə də gəl sal­gi­nən, İsa­bal­lı. İsaballı biismila bulların aşpazıydı. Bolu Sərdar da ge­dir­di duzdan- zaddan gətirirdi. Xəbər gətirirdi düşman nə dedi. Ama bu biistila sütunu pənc[69] təkiydi. O yana deyirdi, bu yana de­yirdi. Amma Koroğlu da bunu tutar görək nə pis günə qoyar.

Amma bu elə birdən girdi içəri. Gördü dörd nəfər oturuplar, sibillər qulaxları dalında, eyni Lorustan kətxudası. Qızıl-qızıl vurur, gözdərinnən qan damır. Bu hövl elədi gəldi, dedi:

Salam! Bismilla.

Eyvaz harifidi, dedi:

Əleykümə bismilla, buyur içəri, qardaş, görüm. Hardan gəlip, hara gedənəy? Hardan vurup, haranı yıxana?

Dedi:

Qurban mən yıxan dəyiləm, vuran dəyiləm. Gedənəm, am­ma gələn dəyiləm.

Dedi:

Xub, gedənən da bura gəlməy?

Dedi:

Qurban bura gəlmişəy də, gedən dəyləm!

Dedi:

Niyə?

Dedi:

Bəraiki sizin sibilinizdən qan damır. Mən əyə burdan can qurtaram, gedəym əzrail can əlinnən qurtarmışam.

Eyvaz qəx vurdu gülməğa. Tutdu bunun belinnən, (bu cür)[70] qovzadı yuxarı, dolandırdı, dedi:

Biçara, səniy canıy mən almam ki? Mən adam canı allam, məni bu cür göydə dolandıra.

Qoydı yerə [dedi:]

Sən nəçi karəyən?

Dedi:

Qurban, mən durna tutaram.

[Dedi:]

Kimə?

[Dedi:]

Həsən paşaya.

[Dedi:]

 –Həsən paşa sənə bir zad verər durna tutay?

Dedi:

Ay baba, beş mənat.

[Dedi:]

Elə beş mənat?

[Dedi:]

Bəli.

[Dedi:]

Onda tutmayan nə?

Dedi:

Tutmuyay beş dənə bəmənək vurar başıma,-[deyər:]-»pəs niyə tutmamışan bu gün». Misli ki, xanımı getmişimiş ayrı məm­ləkətə–Burzustana, gəlip, indi istiillər bir az səfa eliyələr, qo­naxlıx var. Mənə dedi: “Get durna seyd elə.“ Durna da bağ­da heç yox. Bir dənə durna yox.

 Dedi:

Necə olup?

Dedi:

Hamısını siz tutmuşuz.

Dedi:

Biz bu bağda tutmamışıq, qardaş. Biz burda tutmamışık, Elçi dağında tutmuşuk, biz bunu.

Elçi dağı da Həsən paşanın Bulqar şəərinin üstündəydi. Miski əlan deyillər Bulqarıstan, o zaman Bulqarıymış da. Bəəd, dedi:

İşim yox, yoxdu daa. Gedə bilməm əliboş.

Dedi:

Yey hələ, bəlkə tapula bir dənə. Dörd-beş dənnən bir dənə sənə tutarıy aparran.

Eyvaz dedi:

Bir dənə durna qoyun bunun yanna. Sən bir belə aparmı­şay, vermişəy bu Həsən paşa yeyə durnaları, sənə heç vermiib ye­mişəy?

Dedi:

Qurban, əbəda. Mən bilmirəm, [durna əti] şor olur, turş olur, şirin olur, əsla!

Dedi:

Nəğar pul verər?

Dedi:

Beş mənat.

Dedi:

Beş mənat?[71]

Dedi:

Bəli!

Eyvaz əl elədi, cibinnən bir muş pul tökdü bunun cibinə, dedi:

Apar, xəşlə.

İran sikkəsi varıdı, Rus sikkəsi varıdı, ağa, Türkman sikkəsi, Osman sikkəsi hamınnan bunun cibindəydi. Dedi:

Apar xəşlə.

Bir də üş dənə durna verdi, dedi:

Apar, ver bunu Həsən paşaya, deginən daa bağında durna qalmayup. Görüp görəcəğin də budu, yeyip yeyəcəğin də budu. Yeyirən dişlərin arıtda, dahi gör­məyin. Onda da başıyız sağ ol­sun, bağında narış da görməyin biyil. Bunu de yaa!

Dedi:

Çəşm.

Ağa, dedi: Xudaya, bular əlindən qutarıp gedəydim can. Bular olmuya birdən məst ola, vuralar mən başım qulağımda qa­la, qulağım nəşimdə qala, nəşim döşümdə qala, qolum qıçım­da qala. Vurmuyalar mən nacar olam, calanam.

[Eyvaz] İsaballıya dedi:

Bir dənə piyalə tök ver bu içə.

Dedi:

Qurban, o nəmədi?

Dedi:

Bu, bu bir şey dəyil, sudu, qırmızı su.

Dedi:

Qurban, onnan mən bir məylisdə Həsən paşanın qonağı vardı çağırmışdı, işdim, belə tərsə-tərsə yol gedirdim. Qurban, o mənə saziş yeməz. Onu vermiyin mənə yaxçidi. Əvəzi, gedərəm yolu evimi tapmam.

Dedi:

Xub, bunnan işmə.

Ağa, durnaları bağladı çiyninə, dördün də[72] götdü o bağdan çıxdı. Amma Dəmirçioğlu dedi:

Eyvaz, bu adəm durnatutan dəyildi. Bu adəm getdi xəbərə. Amma gəlin çıxak şəərdən gedək.

Eyvaz çox məstidi. Həsən paşa bir dənə tərlanını[73] uçurt­muş­du, bu tərlanı da (Eyvaz) tutmuşdu, əlində saxlamışdı. Düş­müşdü elə məss...

 Dedi:

İşdəri bular hara qaçak? Yox baba, durnatutanıdı.

Dedi:

Xob, indi görrük daa. Qaranqulux gecədən ay bulutastan çı­xar məhlum olur.

Ağa, bu yetişdi, Həsən paşa da təxtin üstə oturmuşdu, gör­dü, bəli, gətirdi Babluk, Bayram gətdi, dedi:

Qurban tutmuşam üş dənə.

Dedi:

Barikalla, bu gün yaxşı seyd eləmişəy.

Həyə...ə... - dedi,- dədənin ərvanın-ürəyində,- mən seyd elə­mi­şəm.

Elə o beş mənatı verdi buna, dedi:

Apar.

Dedi:

Qurban, elə beş dənə də gətdim beş mənat, üş dənə gətdim beş mənat, bir dənə gətdim beş mənat? Yaxçı sultanəy otur­mu­şan təxtə, kərəmiy vura səni şəxtə, mən neynirəm girəm belə bəx­ta. Axı, bu, nə ənamiydi? Bax belə pullardan verərlər adama.

Ağa, (Həsən paşa) baxdı gördü əh bunun cibində Rum sik­kə­si, Arzurum sikkəsi, İran sikkəsi, Osman sikkəsi. Dörd-beş kişvərin sikkəsindən bunun cibində var.

[Həsən paşa xəbər aldı]:

Kim verdi bunu?

Dedi:

Durnalarıynan da umud ol. Daa bağda bir dənə durna yox­dı. Hamısını tutdular qırdılar. Mənə də dedilər: “Yediyin dişiyi arıt­ginan. Daa görüb-görəcəyin budu.“

Dedi:

Həmi?

Dedi:

Bəli.

Dedi:

Xeyli xub, kimdi bu?

Dedi:

Bilmirəm.

Ağa, kim gedər, kim getməz [bağdakılardan xəbər gətir­mə­yə]. Burda götürüb baxdı ki, bu təyə eliirdi ki, bir nəfəri yola sa­la. Ağa, bunun da qızı Dona xanımı bir dənə lut [oğlan is­tə­yirdi] ki, yeddi asimanda bir ulduzu yox idi, on dörd dəyir­man­da bir sıxım unu yox idi, qırx dənə kənddə bir arşın yeri yox idi. Bu yeridi irəli.

Dedi:

Qurban[74], mən bilirəm olar kimdi, nəyə gəliplər. Əgər Dona xa­nımı verəy, əlini mənim əlimin içinə, mən iki saata hər neçə nəfər ola qolun bağlaram. Əgər verməsəy, şəərin gedə ki heç. Ayrı kişvəri gedən, yığan, götürən dağıda, bir dənə salim qa­yıt­maz. İndi özün fikirii elə.

 [Dedi:]

Yanı bular kimdi?

Dedi:

Mən billəm bular kimdi. Deyər ki, şərab içirdilər tuluğnan, Koroğlu dəliləridi.

Dedi:

Baba, Koroğlu dəliləri bura məgə baş qutara bilir, burdan ora qırx mənzil yoldu. Hər mənzilin dörd ağaşdı. Dörd ağaşdan dörd ağaca məgər bular qırx mənzili tey eliyər, gələ bura. Bular guman eliyirəm bu şəərin dələduzunnandı. Üş-dörd nəfər yığılıb gedip bu bağa, bu kələknən.

Dedi:

Qurban, sözdi ki dedim, belələy indi görrəyn da.

Ağa, bunun hən deməği, onun yox deməği. Haala sizə deyək hardan, Eyvaz ki quş da əlində bu cür düşmüşdi, Dəmirçioğlu burda Eyvaza dedi:

Sizə demədim bu adam casuzdu? Bu adam durnatutan dəəy?!

O, da [Babul Bayram] bilmirdi, bədbəxt fəqət dedi:

Üş nəfər, dörd nəfər adam gəlip bağdadı, bu cür adam.

Bəəd, Eyvaz ki tərlan quşu əlində bağın içində durmuşdu, gi­cə­lənirdi alaçığın dovründə. Dəmirçioğlu üz oldi ki Eyvaz bu adam durnatutan dəyildi. Bu getdi ki, bizim bəndimiz suya ve­rər.

Dedi:

Xeyir, onnan casuz olmaz. Casuzun gözlərinnən məlumdi ki, bizim Bolu Sərdar kimi olur.

Bolu Sərdar narahand oldu. Dedi:

Yanı mən casuzluq elləm?

Dedi:

Xeyir, bir əccə, çox yox.

Amma burda da Həsən paşa bəxti ki, puli bu səyyat durna­la­­rı tutmuşdi, vermişdi buna dedi:

Bax bu pullardan vera.

Amma Həsən paşanın fikri o yerə dağıldı ki, əgər bular Ko­roğ­lu dəlisi ola, bular hüs gələlər şəər içinə. Bağda qalmaz­dar, durna tutalar. Sulduz vəzirə dedi:

Vəzir, axı vəzirən qara xəbərin, sən bir casuz yolla bu ba­ğa, görək bu bağda kimdi.

O yannan ərz elədim, həmin adam o zaman ki, ərz elədim yed­di asimanda bir ulduzu yox idi, doqquz dəyirmanda bir sı­xım uni. Əlli[75] xərabə kəndə bir arşın yeri yox idi. Əynindəki çu­xay­dı, əlindəki əsa. Bu yeridi irəli, dedi:

Qurban, əgər İsgəndər tipiynən gedə, oları tuta bilməz, gətirə bilməz. Məgər mən gedəm oları gətirəm.

[Paşa dedi:]

Sən nə cür gedirəy?

Dedi:

Şərt varı! Dona xanımın əlini qoyan mənim əlimin içinə.

[Dedi:]

Bərikalla, oğlan, mən qızı ona verrəm ki, o, Koroğlunu tuta, dəlilərinnən tuta.

Dedi:

Mən də elə dəlilərinnən tutaram da. Əgər Koroğlu dəliləri olsa, üçünün də qolunug bağlaram bağda, gəlləm xəbər verrəm, beləyə. Əgər də bu işə əncam vermədim, qüdrətim olmadı, başaramadım, öldür biləmi.

Sulduz vəzir dedi:

Qurban, bu sözün bimaliyətdi, deyir daa. Bunun bu bimali­yət deməğinnən sən də bir bimaliyyət imza ver daa. Yaz verginən “çəşm!“

[Paşa dedi:]

Deyəndə ki, qızı vermədin, deyəllər: “Paşanın, sultanın yala­nın olmaz, gücü olar, sözündə yalan olmaz.“

[Sulduz vəzir] dedi:

Qurban, burda bir iraddar tutarık, deyərik “qız gəlmir“. İş yoxdi ki!

[Paşa] dedi:

Verdim qızı. Sən get tut üçündə.

Ağa, bu bihuşdarı bağladı belinə, bir şişə darıyi bihuşti, bir də­nə də sitarı[76] var idi. Əllərinə hənaladı, dırnaxları qırmızı, gir­di bağın içinə. Ağa, bir ringi tutdi. Girdi bağın içinə, çaldı, atıl­dı, düşdi, oynadı. Amma bu məst adam aləti- musiqidən xoşu gə­­lər, gedər ona tərəf. Kar verdilər bağda bir tar səsi gəlir. Gör­dü­lər bir dənə tərkə, şux cavan oğlandı düşüb xiyabana çalırı, oy­­nuuru. Dedilər, onu çağırın gələ burda alaçığa. Dedilər:

Ay cavan, ay tarçalan, gə bura görək!

Ağa, bunu istədilər meydana. Otdu, o bir tarını zınqıllatdı. Bəəd, zınqılladannan soora, dedilər:

Ay oğlan, sən nəçi karəsən?

Dedi:

Qurban, mən də gəlləm sizintəkin ağaların yanına, beş pəncə tar çallam. Mey içən gərək tarınan mey içə, sazınan, ava­zı­nan mey içə. Xoş elərəm sizintəki ağaları. Pənci dü şaha verər, ge­dərəm xanəvadəmi dolandırram.

[Dedilər:]

Barəkalla, barəkalla. Xub, bir çal görək.

Bir az tıkkılatdı tarı, başını tovladı. Ağa, başı tovluyanda Eyvaz üz oldu:

Ay tarçalan, bə niyə başın tovladın?

Dedi:

Qurban, o cür ki siz mey içiriz, inqarı fil su içir!

[Dedilər:]

Necə? Oğlan, bizi fil elədin?

Dedi:

Qurban, çox təşəkkür eliyəy? Xuda nəkardan, demədim siz fil­siz. Meyi, qurban, elə içməzlər. Meyi gərək belə verən heç iş­mə­miş məst ola. Əgər piyalənin ixtiyarın verəyiz bəndəyə, bir mey dolandırram siz ərşi seyr eləriz.

Eyvaz dedi:

Piyaləni verin ona.

Piyaləni aldı əlinə. Amma Dəmiriçoğlu bildi bunun firqəyi varı. Dedi:

Eyvazcan, fürsəti verrən düşmana?

Dedi:

Bu nədi ki düşman ola?

Dedi:

Əh, düşman qarışqa boyda ol yüz dənə fili yıxər.

Dedi:

Necə?

Dedi:

Fürsətinən! Qoy deyim:

Sənə qurban, Xan Eyvazım,

Mey verən saqi dəgil bu.

Keçər çıraq, görməz gözün,

Çırağın yağı dəgil bu!

 

Meyini nə cür gəzdirir,

Tar çalır özün süzdirir,

Düşmannığın bilindirir,

Dosluxda bağı dəgil bu.

 

Tarını nə cür çaldurur,

Əğlimiz əldən aldurur,

Özün bizə dost bildirir,

Düşmannıxda bağudur bu.

 

Paşaynan danışupdu,

Eşk otuna alışupdu,

Özü bizə qarışupdu,

Əcəp düşman, yağudur bu.

 

Çardaxlının uca dağı,

Dəmirçioğlunun fərağı,

Sinəmə çəkilər dağı,

Sinəmizin dağıdır bu[77].

 

Söz ki tükəndi. Ağa, meyi bir siri dolandırdı. Bəədəz ki, do­lan­­dırandan soora dəmnən tökdü bihuşdarını şərap xumrası­na, təkan verdi. Dedilər:

Ay tarçı, bəs niyə meyə təkan verrəy?

Dedi:

Mey gərək bir siri töktün ardın ətəyində qaldı qarışdıran, bu səfər siridə xoş gələ. Meyin həmişə çöhəri yatar dibə.

Ağa ki, siz ola buları bu cür alladıb [içirtdi. Elə bil dəlilər] hey altı aydı bədbəxtlər bihuş düşüp.

Üz basdı Həsən paşanın yanına, [dedi]:

Qiblə- ələm sağ olsun, ədiyə vəfa elə, mənim cövrumə cəfa elə. Bax üçünün də qolun bağlamışam, dördünündə. İndi öldü­rür­­sən mənə nə, əfv eliirsən mənə nə, zindan eliirsən mənə nə. Do­na xanımın əlin ver əlimin içinə. Mən də mətləbimə çatum.

Dedi:

Xub, qoy mən gedim-görüm bağda. Sən şəd gəlmisən, yalan da­nışıray? Görməmişdən mən qızın əlin verim ələ, daa nə dərd­dəndi.

Sulduz vəzir dedi:

–Oğlan, mən demişəm ki, mən zəmanət elərəm əgər Həsən paşa qızı verməsə, mən qızı aldırram verrəm sənə. Heç fikir eləmə bu sözdərdən. Onu xatırcam bilginən. Olar qismət sənə, olmaz qismət sənə. Xülasə ki işimizdə yalan yox.

...Ağa, bu tərlan quşu da kimin əlindəydi? Eyvazın! [Eyvaz] birdən ayıldı, genə kəllə getdi yerə. Dəmirçioğlu az işmişdi. Bilir­di, əlan tökürdü yerə. Bir tikə içirdi qalanını tokürdü yerə. Də­mir­çioğlu ayıldı. Dedi:

Eyvaz, dur qoşun, duşman gəlip bağın dövrünü tutup.

Dedi:

Toy-bayramın vaxtıdı, gör nə haldayuk?

Ağa, bunun başdarın üstünə düşmən, kəmənd əllərində dur­muş­dular. Bu tərlan quşu Eyvazın əlində heş boşlamır gedə, bərk saxladı. Götürüp Dəmirçioğlu Eyvaza görək nə deyir:

 

Sən də şikar etdin bir şuxu tərlan,

Əgə sərxoşusan ayıl, Eyvaz xan.

Səni görən keçər başınan, cannan,

Əgə sərxoşusan ayıl, Eyvaz xan.

 

Yolda baxduk coşqun çaya, sellərə,

Əcəb gəldik düşdük qürbət ellərə,

Kamandarlar çillə aldı əllərə,

Ox kimin aləmə yayıl, Eyvaz xan.

 

Qazamatda bizi qonax eləllər,

Çəpi çalup şəmadətdən güləllər,

Bizim üçün sər-sədağa verəllər,

Onda ollik yaxçı sayıl, Eyvaz xan.

 

Qismət olar görən gedək buradan?

Qırat ayxıranda keçər Tonadan,

Ay kimi çıxmışan ərşi səmadan,

Gün kimi aləmə dağıl Eyvaz xan.

 

Dəmirçioğlu, bir qılıcın, bir atın,

Baxsan görükməz dahı məmləkətin,

Geydirillər səhər qanlı xələtin,

Olallar çox sənə mayıl, Eyvaz xan[78].

 

Ağa, bunu gətdilər qolubağlı Həsən paşanın meydanına. Həsən paşaya dedilər:

Xub, nə cür eliyək, səlahlaşun, görək bunu nə cür öldürək?

 Bir nəfər gəldi, elə o Bədiizaman. Gəldi ki, beləsinə o pəh­livani nam idi Bədiiəzaman. Bu gəldi Eyvazın ruburusunda dur­­du, dedi:

Əx, bu o gün ki gəldi mənnən nəvərd elədi o cavana oxşuur. Ol­muya o cavandı?

Dedilər:

Yox, baba, ya?! Bu burda tuturlar. O, hələ gedirdi elini, tay­fa­sını Turanzəmindən dəvət eliyə, gələlər, gətirə bura, hələ gə­lə­cax­dular.

Dedilər:

Dərvağən, oğlan, gör bu Babul Bayram nə cür tutdu bunu. Dərvağən əgə İskəndər gedə, buları tuta bilməz. Zəncir salırlar, kəmənd atırlar.

Baxublar bunlara çox qorxullar. Dona xanıma xəbər getdi: «Eyvazı tutuplar». Dona xanım gəldi, ruburuda durdu. Baxanda al­mayki atmışdı dəymişdi Eyvazın döşündən. Almanın yeri bu­nun döşündə bəlliydi. Baxdı, bildi. Dona xanım bildi həmən ca­vandı Eyvaz. Dedilər:

Xub, bunu nə cür öldürək, nə cür zindan eliyək.

Sulduz vəzir dedi:

Qurban, bilərəy nədi?! Əgər sən bunu öldürəy, hər kişfərdə ge­dəyn deyəyn mən Koroğlunun dəlilərini tutmuşam, öldür­mü­şəm, heş kəs inanmaz. Buna görə ki, heş kəsin qudrəti dəyildi bun­narı tuta. Sən bir iş gör. Buları zindan elə qırx gün. Eylam elə o şəhristanlara, o bazırqannara, o tacırlara, o xanı xavan­na­ra: «Sizi Koroğlu qarət eliyip, çapov eliyip. Tamamıyız gəlin ta­ma­şa­ya. Mən Toqat vəlayətində Həsən paşayam. Tutmuşam Ko­roğlunun dəlilərini, istiirəm filan gün dara çəkəm. Gəlin ta­ma­şaya, sizdə heysinin, ürəginiz xoş ola». Bular gələllər ta­ma­şa­ya sənin adın çoxa çıxar. Şanı-şovkətin yuxarı gedər. Hamı sul­tannar, paşalar sənə baş əyər.

Dedi:

Əhsən ki, vəzirim ey mənim. Yaxşı nəxşədir. Bu çox yaxşı nəxşə­di. Görüm qızım Dona xanım nə deyər.

Üz oldu:

Qızım, budu bizim duşmanımız, əsil duşmanımız. Deyirmiş “Gərək mən Həsən paşanın təxtini çövürəm başına. Səni əsir eliyəm. Sənin gözləriyi yetimlik yaşı dolduram.“ Buymuş. Sən nə səlah bilirəy, bunu öldürək, bala?

Qız qayıdıp görək burda atasına nə deyir:

Atacan, qulağ as qoy deyim beş dənə[79]:

Belənçik cavanın öldürməginə bais olmuyun, şəər talana ge­dər. Bunun ki, sabahı var. Deyillər, bunun puşdu, arxası daya­xı Ərəp Reyhan toycüynən gələr, Mustafa xan ləşkəriynən gələr, Ko­­roğlu qüvvəsiynən gələr, şəəri talan edər. Onda peşmannığı çə­kə­riz. Pəs bunu öldürməginə bais olmuyun. Ata, sal bunu zin­dana. Bir müddət zindanda qalsın, çıxsın. Bəlkə bu işlərdən tovbə eləsin, qayıt­sın dala.

Amma qız baxırdı Eyvaza, almayı ki vurmuşdu Eyvaza. Xoş gəlirdi beləsinə. Eyvazı saldılar zindana. Eyvaz gedip zin­da­na. Koroğlunun dörd qoçağı getdi zindana. Amma Koroğlu ge­cə yatmışdı, yuxuda gördü: Nigar xanım yanında dörd dənə di­şiinən araya gəldi, nə cür zivanə çəkir. Kəllədən dırnağa dərd suziş eliir. Ayıldı, [dedi]:

Ay Nigar xanım, Eyvaz tutuldu.

[Dedi:]

Yox, necə?

Dedi:

Mənim bu diş ağrım, Eyvazın qəlbidi. Eyvazımı tutdular. Demədimmi getmə, ey dadi-bidad. Götürüp burda bir beş dənə Koroğlu görək nə deyir:

 

Göndərdim durna ovuna,

Gəlmədi Eyvaz, gəlmədi.

Qurbanam mina boyuna,

Gəlmədi novçam, gəlmədi.

 

Halay-halaydan tutuldı,

Topu, tüfənklər atıldı,

Ya vuruldu, ya tutuldı,

Gəlmədi balam, gəlmədi.

 

Eyvaz gələ gülə-gülə,

Üzü bənzər qızılgülə,

Üç dənə qoçaxnan belə

Gəlmədi Eyvaz, gəlmədi.

 

Baxçada açılan güllər,

Bağrıma sancıldı millər,

Koroğlu, başına küllər.

Gəlmədi Eyvaz, gəlmədi.

 

Ağa, burda bu sözdəri bəəd, deyənnən soora, Niyar xanım dedi:

Ağlama, Koroğlu, narahand olma gələr.

Dedi:

Eyvazı tutdular, mən bilirəm. Ay Yumuğ Əhməd!

[Dedi:]

Bəli, Qoç Koroğlu!

[Dedi:]

Bura gəl, görüm.

Koroğlu çağırıb bunu [dedi:]

Yumuğ Əhməd, düşərəy yola, baxaray sağa, baxaray sola. Bax­­may dəryaya, coşqun çaya. Özün vurray dərə-təpəyə. Bax­may günnərə, baxmay aylara. Sallan gecəni yola, yolu gec­ə­yə. Bax­maray dağın uca ucaya özün sən yetirrən Pirmən qoca­ya. Ye­tir öziyi Toqat şəərinə. Yetig ol fəndi-feliyə. Gətir Eyvaz­dan mə­nə bir nama. Döndərrəm şəəri çalxaram qana.

Bu sözləri dedi Yumuğ Əhmədə. Xəbər gətir daa.

Yumuğ Əh­məd də, düşüp yollara. Amma nə cür yolu kəsirdi. Özün yetirhayetir.

İndi o yannan tamamı dəstur veriplər, elamiyə dağıdıllar tamamı şəərlərə, şəəristanlara: «Koroğlunun üş dənə novçə dəli­lə­ri­nən, dörd dənə tutuplar. Şəəri- Toqatda öldürürlər. Hər kəs ta­ma­şaya istiir gələ, gəlsin. Amma ayın on dördündə on beş ge­cə­lik ayın için­də buların nəşi qanaraya asıllar, cidaya vurullar, gə­lin tamaşaya». Ağa, bunun əyyarı namə dağıdırdı tamami məmləkət­lə­rə. Yumuğ Əhməd beş ağac varıdı çata Toqata, gördü bir nəfər, ağa, qucağında namə pitliyip gəliri. Dedi:

Ay dadaş, bura gə görüm.

Bu gəldi yovuğa, dedi:

Hara gedirsən? Hayannan gəlip hayana gedirsən?

Dedi:

Bu yannan gəlip, bu yana gedirəm, elamiyə dağıdıram.

Dedi:

Nə üçündü bu elamiyə?

Dedi:

Sən bilmirsən?

Dedi:

Xeyir, biz Bazırqandayık. Buralı dəyilik ki, bilək.

Dedi:

Koroğlunun dörd dənə dəlisi var, bilirsiiz?

Dedi:

Yox! Nə cürdü dəli?

Dedi:

Eyvaz, Dəmirçioğlu, Bolu Sərdar (Bulu Sərdar deyillər), İsa­ballı, tutmuşux zindandandı. İstiillər öldürələr. O şəərlərə ki, Ko­roğlu zülm eliyip, o Koroğlu tacirlərə ki, Koroğlu qarət ve­rip, oları dəvət eliyir gələlər, biz tutmuşuk. Oları cidaya vurak, mər­dum tamaşa eliyə gedə ahəstə yata gecə. Dükanı təxt elə­mi­yə. Yollarda həmişə gedə, qorxmaya yollardan.

Dedi:

Koroğlu ki yolları kəsirdi, deyillər Çardaxlıdadı, o Koroğ­lu­nu? Evin tikilsin, onu nə cür tutmuşuyuz? Özünü?

Dedi:

Dəlilərin!

Dedi:

Onun dəliləri içində bir dənə var, Eyvaz adlı bir cavan var, çox xoşsima, xoşrux. Görənin əqlin alır. Onu da tutmuşuyuz?

Dedi:

Əvvəl onun qolun bağlamışıy. Elədi, duşmandı. Həsən pa­şa­nın qızı Dona xanım mail olup ona. Gündə gedir zindanbana tap­şırır: “Onun qəzasını yaxşı elə. Buna sərt baxmaginan». Ama dədəsi bilmir. Onu da tutmuşuk.

Dedi:

Haa... Bəs o namərd Eyvaz deyilən, bax, mənim bu çəp tərə­fimə[80] Burzi gədigində səkkiz il qabax, mənə bir dənə şeşpər, əmud üstünnən hələ vurdu. Əmudi şeşpərxam elədi, keş­di kəttimə. Gör yeri nə cür qaralup. Hənüz də yaxşı olmuyup, su­zişi mənim kəlləmdən xəbər verir. Onu əgər tutmuşuyz, qa­day alım sənin, gözdəriyə qurban. Olar bu elamiyələri də bizim məmləkətə mən özüm aparam, nökəriy də varam. Sən gəlmə bir belə yolu. Sən gedək o zindanı[81] mənə görsət. Mən görüm onu. Belə gələ yavuğa, deyim:

Han... nənəsi oğlu, quluncum görsədim, deyim:–yadındadı Burzu gədigində şeşpərnən mənə vurdiy, dediy: “Şans elə çəp əlimnən vurdum, sağ əlimnən vuraydım gedərdin böyük babayn yanına.“ Mən o sedenin nənəsi oğlu. Dur burda, gör öl­dü­rən gün, mən sənə şeşpər vurram, neçə şeşpərlərdən.

Dedi:

Olsana, buları aparay dağıdan.

Dedi:

Gözüm üstə. Sən də bir belə yolu gəlmə, mən aparram dağıdaram. Sən də paşayıza deyəy, mən də gəlləm mərufluk eli­yəm salalar bunun beş-altı gün ölümünü dala. Bizim tamam şəər gəlsə, burda Həsən paşanın, bu qət tərifini elər, tamam borcu­nu-xərcini bizim tacirlər verər.

[Əyyar] dedi:

Gedək əvvəl Həsən paşa yananı. Ondan soora zindana, rüsxət alım, gedək.

Gəldi, Həsən paşa üz oldu.

Əyyar, niyə pəs qəyitdin? Namələri aparmadın?

Dedi:

Qurban, əyyardan əğyadı. Hər kəsdən bir rəfik kömək, imdad istər. Hər kəs öz babıynan. Bu da mənim babımdı. Bu Bazırqannan gəlip. Tacırmışlar. Yolları ayrı yerdən düşüp. Gə­lip bu şəərdə görə cins nirxi örgənə, görə neçiyədi, yüklərini bağ­lı­yalar gətirələr bura. Mən demişəm, biz tutmuşux Koroğlu dəli­lə­rini. Bu deyər: “Evin yıxılsın, bu yollar neçə ildi bağlıdı, heş kisənə gələ bilmirdi, siz necə tutmuşuyuz?“

Dedim:

Tutmuşuy daa! İndi deyər: «Bu elamiyələri mən aparram vəla­yə­timizdə dağıdaram, sən gəlmə dahi. Onda da bizim ta­cir­lər tamam Həsən paşanın xərcini verər. Mənim atam tacir­di. Ta­mam tacirlərin sərmayəsi mənim atamındı. Amma bu şərti ki, gedəyiz mən gözümnən görüm. Bir belə yolu gəlirik, bica ol­ma­sun», inanım. İndi rüsxət verəyin gedə qazamatda bu görə. On­da, buna da altı il əvvəl bir şeşpər vurup, buların malını ta­mam tarac eliyip. Bunun böyük dayısı Burcu gədiyində vurup, ölüp orda.

Dedi:

Xub, duşman duşmana gərək şəmadət eliyə. Götür, getgi­nən. Amma qoyma çox danışa. Baxsın, şamadət eləsin getsin.

Ağa, bu firqəni vurup gəldi, bilə bu zindanın yolu hardandı, qapısı hardandı, bağı hardandı. Amma burda bəəd, gələnnən soora, burda baxdılar zindanın boyuna. Bu Şaa Abbasın güm­bəz­dəri kimiydi, qədim. O da paca idi. Dedi:

Budu, burda.

Dedi:

Sən, qardaş, burda səsdən gələ qabağa de: “Eyvaz, Xan Eyvaz, didariyə gələn olup». Gələ bu qanşarda dura.

[Əyyar] çağıranda:

Ay Eyvaz!

Üş dəfə “Eyvaz xan, didariya gələn olup, gəl bir qanşara» dedi. Bu, [Yumuğ Əhməd] gəldi qanşara ruburu paca oldu, pa­canı götdü. Başın salladı aşağa. Eyvaz baxanda işarə elədi de­di: “Bilindirmə“. Başın çindiri, dedi:

Budu tutmuşuyuz?

Dedi:

Bəli! Bax gör, sən tanıran tutmuşay?

Həsən paşanın əyyarı dedi:

Bir qoy görüm dörd dənədi.

Dedi:

Mən o Eyvazı istiirəm.

Dedi:

Bax gör tanııran budı?

O, elə başını təpdi içəri əyyar, [Yumuğ] Əhməd xəncəri çək­di, dayadı başının gərdənəsına. Təkan verəndə kəllə xrıp üzül­dü cəmdəkdən, gurupadan getdi zindanın içinə. Gedəndə tappıl­da­dı. Tappıldayanda Dəmirçioğlu əl sürtü, gördü turup düşdü. Əl atan­da bu qulax gəldi əlinə. [Öz-özünə] dedi: «Labüd qarpız­dı». Dedi:

Eyvaz xan, gəlin bu gün cirəmizə qarpuz verirlər. Amma qulaxlı qarpuzdu bu. Necə qarpuzdu, qulağu var?

Amma bular dedi:

Gəlin qabağa.

Bular gəldi qanşara, baxanda gördülər, bəli, Yumuq Əhməd də gəlip. Eyvaz baxdı, gözdəri doldu qannan. Dəmirçioğlu gö­tü­rüp namə yazıp. Eyvaznan Dəmirçioğlu naməni...

Əgər Mustafaxannan kömək götürməsin, əgər özü gəlsin, əgər burdan bizi çıxada müşküldü. On dörd kişvərin cəmiy­yə­tin gəlib bura, tamaşacıdı. Xülasə, amma burda götürüp na­mə yazır Eyvaznən Dəmirçioğli. Görək nə naməsi yazır?! Eyvaz əv­vəl, sonda Dəmirçioğlu:

Qoş Koroğlu, Çəmlibeldə,

Dur görginən nə zamandı.

Seyr eylədik dağı-daşı,

Bilmədik çiskin-borandı.

 

Qurulupdu təxti-divan,

Yoxdu bizə heç ələman,

Dəriyə basıllar saman,

Zuva çəkir çox yamandı.

 

İmdad olmaz dahi bizə,

Cəng çixər dayanur dizə,

Turpax dolar indi gözə,

Deyərik axır zamandı.

 

Dahi gələn-gedən olmaz,

Bizə imdad edən olmaz,

Öldürələr qızı qoymaz,

Dəmirçioğlu pərişandı.

 

Deməyin anam Nigara,

Bağrın başı hizar para,

Əcəb oldum şümsitara,

Düşmanlarım şadımandı.

 

Eyvaz baxur uzax yola,

Həm sağa, həm də sola,

Koroğluya həsrət qala,

Gözlərim dolusu qandı.

 

 Sözləri tamam elədi. Bəəd, tamam eliyənnən soora Dəmir­çi­oğ­lu gəldi qabağa. Görək Dəmirçioğlu nə yazırdı? Ama Yumuğ Əh­mədə dedilər, yolu gecə-gündüzə sala, qoy­mu­ya yoldan bir zad qala. Götürüp Dəmirçioğlu bu sözdəri deyər:

 

Qan ağlar gözdərim mənim,

Qürbət eldə yaman qaldı.

Düşüp tavannan dizlərim

Yaxçı yerdə yaman qaldı.

 

Bir qılıcımdı, bir atım,

Harda qaldı məmləkətim,

Geymişəm qannı xələtim,

Dünyada bir iman qaldı.

 

Məni çəkəcəklər dara,

Nəşim olar para-para,

Kim olur xəbər apara,

Cəsət üstə canım qaldı.

 

Ləl verənnər göhər alur,

Səngi-məhək daşa çalur,

Zərbab olur, zərgər alur,

Dahi gözüm kanda qaldı.

 

Dəmirçioğlu bu dünyada,

Məni dahi salmaz yada,

Qoş Koroğlu, gəl piyada,

Qıratın ki yolda qaldı.

 

Sözü dedi ki, Koroğlu gələ. Yumuğ Əhməd düşdü yola, nə cür gəlirdi?! Yetirhayetir, tabi tir özünü yetirdi Çardaxlıya-Çəm­libelə. Qapıda nigahban gəzirdi, [dedi:]

Ay Yumuğ Əhməd, nə xəbər gətdin?

Dedi:

Xəbər alma yaman dərtdi.

[Dedi:]

Nə olup?

Dedi:

Tutuplar! Öldürəcəklər. Amma mən bir cür eləmişəm, bu­la­rın [öldürülməsini] beş gün salalar dala edamların. Dəmir­çi­oğ­­lunu indi dərisinnən soyullar gündə bir belə[82], saman basıllar.

[Dedi:]

Ay namərtdər.

[Yumuq Əhməd dedi:]

Eyvazı qız qoymuyup da şəkəncə verə. Qız qoymur haa. Amma pəs Koroğluya da mən naməni verəm, öldürür dəə. Mən nə cür eliyim?

Dedi:

Gedip dəstəmaz ala, namaz qıla[83]. Naməni qoy canamazın dibi­­nə. [Koroğlu] namazın qıla qəzapnak olmaz, ta namaz üstə bağışlar.

Yumuğ Əhməd naməni qoydu canamazın dibinə. Getdi bu [Koroğlu] namazı qıldı, tükədənnən sonra istədi canamızı qət­di­yə, gördü namə çıxdı. Baxdı naməyə dedi:

Ay Yumuğ Əhməd, bildigincək çək! Bura qoymasaydın na­mə­ni, öldürəcəgdim.

[Koroğlu xəbər aldı:]

 –Xub, nə cür?

[Yumuğ Əhməd] dedi:

Namə də yazıp da, Mustafa xannan kömək götü.

Ax, Koroğlu kəlləsi qızıp, coşa gəlip, ağzı kəfliir. Ala nələr deyir. Burda götürüp namənin dalın yazır.

Nə vəxtidi? Əvvəli xirməndi, biçinnər vəxtidi. Zəban halı de­yər: «Gedərəy Türkmənsəhranın çölünə, xər-xərmən böyük­dü, çox­du. Onun xərməni çox olur. Ona ot vurray, dal­da­lan­nan qərm olla. Ağ at minər Mustafaxan[84], qara kürdü çalm ba­şın­da­dı, şeşpər həmişə rast tərəfdə olar. Boynunda da bir qırmızı çər­ğət olar, bağlar çəpraz. Hər kəs mənə bədi-bira dedi [bil ki] Mus­tafaxan odu. Naməni verəysən». Namədə də bunu yazır:

 

Həsən paşa tutup Eyvazbalını,

Yazıram Türkmənnən dayilər gəlsin.

Neynirəm Eyvazsız dünya malını,

Yazıram, Türkmənnən dayilər gəlsin.

 

Həsən paşa üstümüzə yegindi,

Eyvaz dağı ürəgimdə dügündi,

Desələr ki, ruzi-məşər bugündi,

Yazıram, Türkmənnən dayilər gəlsin.

Dedilər:

Koroğlu, özün də bir vaxt gəllən, gedərən.

Dedi:

Özüm

Yomuşların at döşünə döşürrəm,

Ucalarun o cür, o cür aşurram,

Torpağını torba ilə daşırram,

Yazıram, Türkmənnən dayılar gəlsin.

 

Əynimə giyərəm ətləzdən tənə,

Ceynərəm puladı pünkürrəm genə,

Özüm çərxəkçiyəm düşərəm önə,

Yazıram, Türkmənnən dayilər gəlsin.

 

Bu sözləri demaxda verdi naməni. Yumuğ Əhməd yetirdi özü­nü Türkmənsəhraya. Dolandı-dolandı xəlx xərməndə. Üç yer­dən xərmənə ot vurdu. Əh, bu...

Hər kəs gəldi bir söz dedi, getdi. Hər kəs bir söz dedi, getdi. Bir çan gördü bir ağ atdı çıxıb gəldi. Həmin nəmı-nişanı Ko­roğ­lu vermişdi buna odi. Çatdı naməni verdi ona. Baxdı oxudı, de­di:

Koroğlu hər vaxt dəstəgi suya verəndə məni yada salar. İn­di gedərəy deyərəy sanıyı görər. Bu gün qoşun hərəkət elər. Yə­ni, tazənəfəs çatak. Bir gün qabax o çatdı, bir gün daldan soora mən çataram. Çatdız da şəərə, cidaya, bir böyük cidadı şəərin qıra­ğında. Ona şeşpər mən çatam vurram. Vurdum o cidanın ucu getdi siz hələ-hələ cəngi qatarız. Deyirəm, belə sizə.. Ko­roğ­luya de nagüman vurmasın. Bu gün hərəkət eləsin, bir gün san gör­sün, səhər biri gün də mən.

O gəldi bu cür dedi. İndi dəlilər durub amədədi, dana-dolux qaça suda o cür! Dedi:

 –Oynu mən aparmam cəngə o dəlini. İmtahamnan mən aparram dəli cəngə.

Deyir ki, mənim çörəyimi yeyir, burda müftə otururuuz. İmtahan elərəm biləgiizi apararam cəngə.

[Dedilər:]

Xub, nə cür imtahan elərən, elə görək.

Dedi:

Görün indi elərəm, ya yox!

Deyir:

İndi qaçıllar.

Dedi:

Mən mey verrəm o dəlilərə. Meyi içənnən soora əgə o halda de­yə “vurram-yıxaram“, söb durdu o halda oldu onu aparram. Deyir:

 

İçin-için dəlilərim, məst olun,

Saba-saba durandadı tamaşa.

Mal sahabı gəlir malın istiyər,

Məhşər günü olandadı tamaşa.

Cahanda heş kəsə demədim «bəli»,

Meydanda özümnən görmədim dəli,

Boynudu şaxəli, qıçı kündəli[85],

Xan Eyvazım (dar mıxına) gedəndədi tamaşa[86].

 

Qoş Koroğlu, adım mənim bəllidi,

Yeddi min yeddi yüz düşmən əllidi,

Altmış bədoy atım gümüş nallıdı,

Rikab üstə durandadı tamaşa.

 

Ağa, buları deyip bəəd əz, deyənnən soora götürüp Koroğlu dəlilər qaçırda beşi, altısı, onu. Dedi:

O cür? Yox. Təlimi cəng verir dəlilərə. Zimi qoyluub Qıratın be­linə tənafüc olup əlinə istiirdi çəkə. Bir qoca arvat baxırdı. Ha­mısınnan varıdı da yanında. Gördü belə çəkir, bu tənaf atın sər­keşin Qıratın belin qırar. Öz-özünə dedi: «Ey o halda deyim “Koroğlu yavaş çək“, bu çəkməz».

Dedi:

Ay Qoş Koroğlu, ölümlü səfərə gedirəy, bəlalı səfərə ge­di­rəy, davalı səfərə gedirəy. Mənim o beş dinarımı ver get, dey di­bin­də qallay, ölləy mənə borşdu ollay.

Bunu deyəndə qayıtdı Koroğlu başını saldı aşağı. Gör nağət borşlulux yaman olur?! Dedi:

Qəri, sənə mən nə pulu verməliyəm?

Dedi:

Heç.

Dedi:

Bəs niyə deyirən?

Dedi:

Bax, atın belinə! O qəzəb üstə çəkmişən, rəşmən atın belinə hara keçir. Bu üzə də çəkdiyin atın belini qırardın. O cür özü­mü təlabkar elədim, qolunun qüvvəsi alına (Heç müsəlman borş­du olmuya. Borşdu gör nə qədər pisdi).

Amma [Koroğlu] dəlilərə nəsihət eliyir. Görək nə cürə gedək, deyər:

Eyvaza kömək gedənnər,

Dörd bir yana, beş bir yana.

Şeşpər vurup qan edənnər,

Töküləcək ləş bir yana, baş bir yana.

 

Ərəp at döşündə yatun,

Əmut atun, şeşpər tutun,

Düşməni qol-qola çatun,

Qol bir yana, qış bir yana.

 

Yaz borannar yaz içində,

Qış küləklər qış içində,

Titrəyər ağız içində

Dil bir yana, diş bir yana.

 

Şeşpər gələ başdan aşa,

Belə dəyə şaqqullaşa,

Dağlardan daşlar quraşa,

Daş bir yana, baş bir yana.

 

Minin atdarın belinə,

Baxın gözümün selinə,

Rəhm etməyin qız-gəlinə,

Qəm bir yana, eşq bir yana.

 

Noldu, Koroğluya oldu,

Saraldı, gül rəngim soldu.

Gördüz, düşman purzur oldu

Vur bir yana, qaç bir yana.

 

Ağa, sözdəri burda Koroğlu deyip dəlilərə, tamam eliyənnən son­ra gəldi, Nigar xanımın yanına, [dedi:]

Ay Nigar xanım, qəm tozu oturup üziyə. Əgər rüsxət verəyn, ge­dərəm Eyvaz soorağına. Eyvazımnan gəlmiyipdi namə. Xə­bə­rin yox? Bilmirdi Nigar, dedi:

–Yox! Neçə gündü qəm içindəyəm, Qoş Koroğlu. Neçə gün­dü qəm içindəyəm, dəmirəm dəm içindəyəm, qəlbirəm kəm için­dəyəm, ələnərəm gözüm yaşı.

Deyər:

Nigar, ağlıyıp ağlama, cigərimi dağlama, qorxma, Eyvaza əza saxlama, gətirrəm xoş gündə.

Koroğlu, əlbəttə burda Nigara nəsihət elirdi, bu sözdərdə. Götürüp burda dübarə görək Nigar xanıma beş dənə nə deyir:

 

Gedirəm mən üzax yola,

Ağlama, Nigar, ağlama.

Gah baxran sağu sola,

Ağlama, Nigar, ağlama.

 

Eyvazım qalıp dərbəntdə,

Tutuplar boynu kəməntdə,

Nə şəərdədi, nə də kəntdə,

Özgəyə sən bel bağlama.

 

Dəlilərim düşüp yola,

Bulbullər hürküşüp gülə,

Qoymam qolu bağlı qala,

Çox ağlama, çox ağlama.

 

Qıratımı sallam kova,

Düşmannarı qovhaqova,

Kim gedir, mənnən bu dova,

Cigəriyi çox dağlama.

 

Qoymam düşmannar şad ola,

Eyvazıma fəryad ola,

Dəmirçioğlu ağlana,

Yarasını ağla bağlama.

 

Dəmirçioğlunun yarası var,

Başın min bir bəlası var,

Koroğlu tək ağası var,

Özgələrə bel bağlama.

 

 Sözdəri tamam elədi. İstiirdi gedə yola, dəlilərdən birəz saxla­dı. Gəlhagəldə dedi:

Ağa, biz nə cür yəək, nə cür içək, nə cür dolanak. Ceyran nə­nə gözəl deyərdilər, bu Nigarın həmsayasıydı, həm munisiydi dedi:

Qoş Koroğlu, Nigar halı pərişandı.

Dedi:

Mənim cürə sazım götür. Reyhanmişa Nigarın yanında deyə­rəy, Səməd dəlim vardı, Xacə Mərəm deyərlər, o çalar Ni­ga­rın göylün alar, xoşbəxt olar. Bisat vardı işlərində xacəydi. De­yir, “Nə oğlandı, nə qız, nə kişiydi, nə arvat, görən qalmışdı mat. Burda... Dəlilərə cirə məlum eliir, [deyir:]

 

Minin atın alasunu, gögini,

Göz görmüyə qannı meydan yegini,

Hər vəxtədə altmış batman dügini,

Yeyin, dəlilərim, ta mən gəlincək[87].

–Qurban, elə dügi yeyək?

[Dedi:]

Minin atın alasını, bozunu,

Göz görmüyə qannı meydan tozunu,

Hər dəfədə əlli yeddi quzunu,

Yeyin, dəlilərim, ta mən gəlincə.

 

Qurban, elə quzuynan o dügünü yeyək?

Dedi:

Yoo...qulaq asın!

Başımda var Xan Eyvazın fərağı,

Sinəmdə heç qoymam qala bu dağı,

Çekin o taşlara Kirmanşah yağı,

Yeyin, dəlilərim, ta mən gəlincə.

 

Qurban, yağı eləyək, dahi nə?

Dedi:

Aha...

Əynimə geymişəm qannı yarağı,

Tuturam Eyvazdan xoşlux soorağı,

Hər vəxtədə əlli xumra ərağı,

İçin, dəlilərim, ta mən gəlincə.

 

Qoş Koroğlu buları deyənnən soora, dedilər: «xub!» Qeyitdilər dedilər:

Xub, dəlilər amədədi, qaçır, durmur. Bu yolda getdi var, gəl­di yox, xiyal eləməyin. Yazup yeddi ləşkər şəərin dövrün alup. Şux­luğ işdi? Nə cür gedək ora, zoğnan, toy-bayrama getmirsiz ki?! Siz dayanın nəsihət eliyim beləyizə, deyir:

Meydənə girənnər tatlar,

Döyüş görən ürək çatlar,

Boynu uzun ərəp atlar,

Qaltaq qoyup minən gəlsin.

 

Bu meydan yaxçı meydandı,

Açılıpdur güləstandı,

Diyərizin toy-bayramdı,

Toy-bayrama gedən gəlsin.

 

Yolda çəkin zəhmətini,

Görün ondan nemətini,

İçəriz qəm şərbətini,

Qəm şərbətin içən gəlsin.

 

Yaxçı-yamanı siz seçin,

Öz boyuza xələt biçin,

Cəngi-cədəl candan keçin,

Öz canından keçən gəlsin.

 

Eyvazim qalıp dardadı,

Baxınca gözü yoldadı,

Əyağı gedir gordadı,

Gor evinə gedən gəlsin.

 

Koroğlu gedir davaya,

Başını qatır qovğaya,

Miskin olmaz bu bəlaya,

Bəlaya tuş olan gəlsin.

 

Sözünü deyənnən soora, ağa, dəlilərnən düşdü yola. Düşdü yola, bir qədir gəlmişdi ta beynirada bazırqan yük bağlamışdı, gedirdi. Dəlilərin birisinə dedi:

Rubut dəli, yeri bu bazırqannan xəbər al gör, hara yük bağlıyıp.

Yeridi [dedi:]

Bazırqanbaşı?

Dedi:

Bəli.

Dedi:

Hara yük bağlamısan? Hansı şəərə?

Dedi:

Valla, mən yük bağlamamışam. Gedirəm tamaşaya.

[Dedi:]

Harda?

Dedi:

Siz bilmiriyz?

Dedi:

Yox.

Dedi:

Koroğlunun dəlilərnən Toqatda tutuplar. İstiillər öldürələr beş günnən soora. Gedişmüşük ora, gedirik tamaşaya.

Dedi:

Gediriz tamaşaya? Qəm tamaşasına, şad tamaşasına?

Dedi:

Xeer, şad daa! Oları öldürələr, bizə zülm eliyib o.

Dedi:

Xub, dayanın, biz də ağamıza deyək, biz də gələk siznən.

Dedi:

Kimiyiz?

Dedi:

Odu haa...gediriz çatdı.

Bu qeyitdi gəldi dedi:

Valla, Qoş Koroğlu, bu cür deyillər.

Koroğlu dedi:

Bu cür deyillər, bəs yerişin qabağa.

Gəldilər qənşərə. [Dedi:]

Ay bazırqan.

[Dedi:]

Bəli.

[Dedi:]

Hara gedirəy?

[Dedi:]

Valla, gedirən Qoş Koroğlunun deyirlər dəlilərinnən üş nəfər tutuplar yolda. Toqatın şəərində öldürəcəkdilər. Gedərik tamaşa­ya.

Dedi:

Bu tamaşada sizə bir zad var?

Dedi:

Bəli. Biz şəmadət eliyəcəğık.

[Dedi:]

 Niyə?

[Dedi:]

Buna görə ki, Koroğlu bizə zülm eliyip. Zülm təhid! Zülm cinayət! Zülmü zilalət!

Dedi:

Xub, neyniyip?

Dedi:

Malımızı alıp, qarat eləyip, biçare eləyip.

Dedi:

Xub, onda Koroğlu orda gələ qarışa sizin içiyizə siz ona nə no eləriz?

Dedi:

Daa Koroğlu gələ bilir, cürət var gələ? Pəs, bir belə ləşkər orda mədatdı.

Dedi:

Ha?!

Dedi:

 –Mədatdı.

Dedi:

–Xub, əz. Siz mədat, mən kağız görək kim yazıla, kim pozula.

Dəstür verdi dəlilərə, şəmşirləri, çəkin şeşpərləri. Burda götü­rüp bazırqana Koroğlu gör nə deyir:

 

Başına döndüyüm, bazirganbaşı,

Qoymaram yoldan bac alan gedə.

Maliyi-dövlətin tarac eylərəm

Əliynən rüxsəti az alam gedə.

 

Sərvətiy-dövlətiy əliynən allam,

Başıya türməni ciziynən sallam,

İndi İzrailəm, canıyı allam,

Gərək bu dünyadan üzülən gedə.

 

Qara-qara uzax yollar kəsmişəm,

Meh yellərı kimin basıb əsmişəm,

Dağ-təpəni bir-birinə tökmüşəm,

Malıyı bu yolda tökəsən gedə.

 

Qoymaram sən çatay Toqat şəhrinə,

Yeti qərəg onda fəndi-felinə,

Qarışmadın Koroğlunun qəhrinə,

Amma şad olmay qəm alay gedə.

 

Ağa, tökülürlər bunnarın malini əlinnən alırlar. Qol- qıçını bağ­layıp, qoyan qaçıp, qoyan qalıp. Dedi:

Buların nəmənə malı var, ənvalı var alin əllərinnən. Qırxa dəs libası Toqat vəlayətinin tacir libası tikdirin, qoydurun ke­ca­­vələrin üstünə. Keçavələrinən götürün malı. Çatduzun To­qa­ta deyin: “Tacirik, gəlmişik. Bazırqanık. Bu firqəynən, nə­ba­də de­yə», biz tamaşaçıyıx».

Dedilər:

Yox, Qoş Koroğlu.

Ağa, buların cannısını öldürüplər, cansızı qaçıp. Mallarını tarac eliyiplər, qoyuplar qəcazəynən. Öz malları kimi düşüplər yola. Orda da bir cisr var idi. Cisirban gözlərdi həmişə. Beş min, on min nəfər gələrdi, çəkərdi körpünü [bir adam keçə bil­məz­di]...

Gəldilər, zad elədilər, bir qoca kişi çöldə buğda dərir. Demə ki buğda dərir?! Dedi:

Yerişin bu qocanın halını bir soruşak, Koroğlu dedi.

Atdarın əyağında dəm yeridi toz millənir. Çölü qubar götü­rüp. Yeridilər [dedilər]:

Ay qoca əmi, halıy necə, əmi?

Dedi:

Mənə demiyin qoca əmi. Mənə deyin gic əmi. Onda deyin ha­lın necə, əmi? Qoy, ocağı kor olsun bu Koroğlunun. Onda deyim, nə olsun gic oğlunun. Çox namərdimiş, çox biqəmimiş bu dünyada.

Koroğluya dedilər:

Eeee...Buna nəmənə eləmişiz?

 Dedi:

Qoyun dərdi var desin.

[Koroğlu dedi:]

Qoca əmi, sən neynəmişsəy? Sənə neyniyip Koroğlu? Səniy ürək doluluğuy nədi, Koroğluynan bu cür coşmuşay?

Dedi:

Ağa, mənim heş, Koroğlu mənə heş zad eləməyip. Nə ma­lım alıp, nə dükanım çapıp, nə zülm eliyip. Amma çox bibəfadı. Üş­ dənə dəlsin namərd Həsən paşa zindanda, şəkəncə divində, qa­zamatda bağlıyıpdı, döyüllər, söyüllər, dərilərin soyullar, Ko­roğ­lu elə öz halında yatıb. İmdadına yetmir biçaraların. Mən də bir qoca adam, ona görə narahat olmuşam. Deyər gərək “Ağa olan qul qədrin bilə, nə sərraf ola, zər qədrin bilə.“

Dedilər:

Qoş Koroğlu, söz bunundu, doğru deyər haa.

Dedi:

Qoca əmi xub, Koroğlu zülm eliyif xəlxə, tutuplar dəlilərin bağlıyıplar zindana, döyüllər, söyüllər, biz neyniyək? Zülm eləmiyəydi xəlxə.

Dedi:

Yox, Koroğlu zülm eliyip, o bicarələr neyniyip?

Dedi:

Xub, Koroğlu oların hünəriynən xalxı çapır, yığır.

Dedi:

Yox, o dəyi. Əqəllən gərək gedəydi onların imdadına. O biça­raları sabanan, biri gün öldürələr.

Dedi:

Xub, qoca əmi, bizim əlimizdən nə gələr? Əlimizdən elə bir iş gələr de biz eliyək?

Dedi:

İş gələr, necə gəlməz?! İş də olup gəlmiyə? Nə fayda, mə­nim dəlim yox başımda, novça (o zaman qoşuna dəli deyirdi)... Əgər beş dənə mənim səniy dəlilərdən dəlim olardı qolumda, bir dənə səniy atından atım olardı rikabımda, bir dənə o şeş­bər­dən olardı əlimdə, mən o Həsən paşanın təxtini qaranquluq elər­dim başına.

[Dedi:]

Bu çox dov gəlir bu qoca. Qoca əmi?

[Dedi:]

Bəli.

[Dedi:]

Xub, bu at yey olmaz bunnan? Bu düz düz olmaz bunnan? Şeşpər çağ olmaz bunnan? Mən də elə Həsən paşa, sən də elə qocayay da? Bu meydanda nəvərd eliyək!

Dedi:

Olsun! Ver bura!

Ağa, Koroğlu Qıratı heç kəsə verməzdi, dedi:

O, ərəb atdardan verin bir dənə buna.

Ərəb atdardan verdilər. Koroğlu dedi:

Min atı qoca.

[Qoca] atı mindi, rikab basdı ata düşə yola. Koroğlu dal­dan şeşpəri həvalə elədi. Bir çən şeşpər gün ardınnan gəlirdi, köl­gəsi düşdü atın qənşərinə. Qoca gördü bu şeşpər uğab kimi gə­lə dəyə kəlləsinə, kəlləsi tutya kimi səpələnər. [Qoca] at gedən yerdə keşdi atın qarnı altına. Şeşpər dəydi bu atın zinini siyirdi apardı. O, birinci siyirdi, atın dizi gəldi torpağa, toz milləndi göyə.

Dedilər:

Ay Qoş Koroğlu, bu biçarə neyləmişdi? Qocanın vurdun kəlləsi əzim-əzim dağıldı.

Dedi:

Çox özünnən uca danışırdı bu qoca. Qoy gedək aaa...

Bir anda gördülər toz rədd oldu, genə qoca atın belində dör vurdu, gəldi.

Dedi:

Xub, gördüy, imtahanı verdim?

Dedi:

Hə...

Dedi:

İndi sən o atı qovala, mən sənə şeşpər həvalə verim.

Dedi:

Olmuya bu da mən atı qovalıyım şeşpərnən vura, başım da­ğı­la?! Əcəl peymanəm dolup kasaynan, calana?

Dedi:

Qoca əmi, imtahanı pak verdiy, dayan qoy adım mərufluğ eliyim, kiməm mən. Qoca əmi qulağ as deyim:

 

Sənə deyim, qoca baba,

Qoca baba, necə olacax?!

Çəkəndə Misri qılıncı,

Daş ürəklər su olacax!

 

Düşman olupdu yomuncı,

Al quşu bizə alıncı,

Belə vuraram qılıncı,

Düşman tarı-mar olacax.

 

Çardaxlının bulaxları,

Buz bağlayup qıraxları,

Sərin-sərin yaylaxları

Eyvaz gəlip dolanacax.

 

Çardaxlıda qələm vardı,

Düşmannarda vərəm vardı,

Qul qədirin bilən vardı,

Ləşləş üstə qalanacax.

 

Deyəllər gün burdan çıxdı,

Burdan çıxdı, divdən çıxdı,

Həsən paşa qoşun yığdı,

Qoşun tarı-mar olacax.

 

Koroğlu gəlip meydənə,

Qıratı salıp covlana,

Fürsəti verməm düşmana,

Ləşləş üstə qalanacak.

 

Sözləri dedi. Bəəd, deyənnən soora, qocaya dedilər:

Bu buğda haracək sənindi?

Dedi:

Baa, bu çöldə çiyələr[88] var...

Dedilər:

Bizim çiyə-miyə başımız çıxmaz.

Ağa, daradılar bu çölə. Nəmənə, xəlxin xərməni, qocanın xər­mə­nin, buğdasın dərdilər buna böyük xərmən qoydular. Atdarı saldılar, çəmən idi. At ayağ üstə xərməni döydülər, yığdı­lar bir yerə.

Dedilər:

Yel gəlmiri sovurak, sovurmakın da öziyə.

Qoca dedi:

Mənə də bir at verin, mən də gərək gələm çəngə, davaya.

[Koroğlu dedi:]

Baba, sən hara?

Dedi:

Olmaz, olmuyacak. Mən də gərək gələm.

Ağa, bir at da verdilər buna. Qoca da bularnan düşdü yola.

Ağa, nəğildə mənzil olmaz, rəvayətdə söz. Bular yetirhaye­tir gəldilər ta orda cisr vurmuşdular. İstiirdi cisirbancı cisri çəkə. Ko­roğlu da o kəcavəynən gedirdi[89]. Qoca da indi olup olara sər­kərdə. Çatdı cisin qırağına. Qoca dedi:

Bir belə tox olmuşuzun? Cisri niyə çəkmişiyz? Qurun kör­pü­ni. İstiir qoşun gəlip keçə şəər içində tamaşaya.

Dedilər:

Dəstur gəlmiyip. Dəstur gələ biz cisri gənə vurak.

Cisrban getdi Həsən paşaya dedi:

Qurban, hələ o xəbəri ki eləmişdik, o bazırqan tayfasınnan bir cavan oğlan gəldi burda bir pəncənərm elədi getdi, dedi: “Turan şəərindən gəlmişəm. O gedip, tamam adamlı, sədalı səh­lan gəlir. Darı dəstəsi əlan gəlip cisrin qırağına. Cisrban da ki, çəkib cisr-körpüni.

Dedi:

Gedin vurun, qoynun gələ. Bir belə gəliblər indi gedələr, mənimçin nəyngi gəvarədi.

Amma indi Eyvaz zindanda olur, Dəmirçioğlu zindanda ağ­lıır, İsaballı oturub heş eyninə dəyi. Olar xub deellər bizi öl­dür­mül­lər, Bolu Sərdar ba həmçin.

[Dəlilər] gəldi körpünün qırağına. Cisrban körpünü ki, vur­du, bəəd Koroğlu dəlilərinə dedi:

Hər biriyiz, giriiz bu cəbələrin içinə. Qırx dənə dəlidən gey­dir­di cəbənin içinə. Üstünə oların qumaşınnan saldı bir tağa, möh­kəm bağladı. Keçirtdi bu taya. Bəəd dedilər:

Ay dadaş, pəs bular nəmənədi, gətirifsən?

Dedi:

Bular cinsdi-parçadı, gətimişəm. Çünki neçə kişvərin ca­ma­­atı bu şəərdədi. Buna görə gətimişəm. Bular öldürənnən soora Ko­roğlu dəlilərini mərdum aramış tapar. Şəərlərə ayağ açulur, get-gəl olur. Xəlx qorxur, getmir. Mətahımı görsədərəm. Ta­cir­lər ta mən burda gördülər, əgə pəsənd elədilər, madda bağlarık, get-gəl elərik. Çox yaxçı olar.

Dedilər:

Ay bərəkalla, bu tacir hamı fikri eliip, düşüp yola gəlip. Alla səni saxlasun. Çox yaxşı tacirmişən sən. Bu fikirləri eləyipsən.

Xəbər verdilər Həsən paşaya, bir dənə belənçik tacir gəlip burda, bu sözdərdən deyir. Dedi:

Xub, onu gətirin şəərin ortasına. Cinslərin aparın şəərdə hər ba­zarın ağzında, bir əmin dükanda bir cəbəsin qoyun. Bu də­li­lər öləndən soora, qoysun həraca, açsın cəbələrin, parçaların gör­sət­sin xəlxə.

Ağa, qırx dənə cəbə, tamam içində dəli yatıp, indi üstündə bir belə parça. Qoydular şəərlərin bir guşasına. Ağa, dəlilərin belində xəncər. Elə qoydular cəbəni rədd oldular, birdən cəbə­dən çıxdılar dəlilər. Ağa, [səbətdəki dəlilər] hərənin [yəni hər ki­min, hansı dükan sahibinin] ki, yanında durmuşdu, boynunu qırtdı, onun özünü basdı cəbənin içinə, onun libasın çıxardıb əyninə geydi. Ağa, onun ölüsünü basdı cəbənin içinə, tağəniə qoydu üstünə. Cəbəni qoydu dükana. Qırx dənə dəli elə bu cür elədi. Şəərin qırağını kəsdilər ki, qacanı olmuya, bir vəx şəəri görün nə toy-tiyəynən istiir mühasirə eliyə. Özü [yəni Koroğlu] də gəldi meydana. Durdu meydanda bu cür. Koroğluya da ki Mustafaxan demişdi: “Əl xətaya vermə, ta mənnən sənə xəbər“.

Bəəd dedilər: “Xub, indi vəxti-vədədi. Koroğlunun dəliləri gəlir dar ayağına, bir dənə aşıx tapıla, burda beş dənə oxuya. Beş dənə söz diyə, Həsən paşanın tərifinnən eliyə dəliləri gətirək dara“.

Gəldilər gördülər meydanda bir aşıx durup, sazı çiynində.

[Dedilər:]

Ay aşığ əmi...

[Dedi:]

Bəli.

[Dedilər:]

Söz çağıra bilərsən?

[Dedi:]

Bəli...

[Dedilər:]

Gə gedək orda Həsən paşa Koroğlunun üş dənə dəlisin tu­tup istiillər dara çəkələr, sən beş dənə orda söz çağıran neçə qu­ruş alarsan?

Dedi:

Valla, mən gəlləm orda Həsən paşanın tərifini elərəm. Ne­çə quruş söhbəti dəgil. Bədəzin onun üçün beş kələmə söhbət ey­lə­rəm. [Beş yüz tümən alaram.]

[Dedilər:]

Babacan, sənin məgər ağzında maligən bir kəlməsi yüz ­mən?

[Dedi:]

Bəli.

[Dedilər:]

Pəs, qoy Sulduz vəzirə deyək.

Gəldilər [Sulduz vəzirə dedilər:]

Sulduz vəzir!

[Dedi:]

Bəli!

Deyir:

Bir dənə aşık tapmuşuk. [Deyir:] «Gəlləm Həsən paşanı tərif elərəm, kələməsi yüz tümən-beş yüz tümən allam».

[Sulduz vəzir] üz oldu. [Deyir:]

Baba, belə zad olmaz. Bir belə camaat tökülüp gəlip bura. Əgər bir aşıx tapmıyıp, bunu tərifləməsə bu çoxa tamam olar. Gedin, xub, götürün gəlin.

Götdülər gəldilər meydənə. Eyvaz indi zindannan istiirlər çı­xar­dalar, darı bərpa eliyplər, gətirələr dar əyağına. Bəəd, Ko­roğ­lu bir baxdı sağa, bir baxdı sola gördü camaət movc vurup. Ha­mı gəlip tamaşaya. Həsən paşa dedi:

Bir beş dənə burda söz çağıray, məni tərifliyəyn? Bəəd, nə ğat ənamıy verrəm gedərsən.

Dedi:

Mən tey eləmişəm dünən, söb.

Dedi:

Xub, deginən.

Dedi:

Qurban, əvvəl pulumu allam, soora deyərəm.

Kişi, sən iştəməmişən muzd istiirəy?

Dedi:

Sözdü də deyim, deyərən demirdiy. Şah adama mənim gü­cüm çatmaz ki, deyər «xoş gəldiy».

Dedi:

Baba, verin pulu. Verin pulu məni tərif eliyə.

Dedi:

Bəçəşm:

Sənə deyim, Hasan paşa,

Neçə olar din o dinsiz?

İlqarı etmiyəy haşa,

Qaçay onda gecə-gündüz.

 

Bulaxlarda olur yarpuz,

Dayanmaz dinsiz o dinsiz,

Misri qılıç biçər başlar,

Neçə bostan tökər qarpuz.

 

Şəəriyə düşəcək qıran,

Daha olmaz hökmüy rəvan,

Açay onda inan alan,

Cigər yanar oddu, közsüz.

 

Şəşpərlər başda pər açar,

Pər açanda süpər açar,

Şölə çəkər çox bərq açar,

Deyən göydə yanır ulduz.

 

Şəəriyə qovğa salallar,

Talarıy da at çapallar,

Atlar döşünə qatarlar,

Heş bilmərən gecə-gündüz.

 

Koroğlu şəəriyən gələr,

Başıya gürzləri ələr,

Bağlanır budu kilsələr,

Yalvarar dilli o dilsiz.

 

Sözlərin tamam eliyəndən soora, [Həsən paşa] dedi:

Baba, bu cür aşıxdan mənim heş dərdimə dəyməz.

Pulun da ki almışdı [Koroğlu], çıxdı gəldi meydanda durdu. Duvara bir ağ libas geydi əyninə.

 [Həsən paşa] dedi:

Baba, bir aşıx gəzin, tapın. Bəlkə bu beş dənə desin, bizim dər­dimizə dəysin. Bu nəmənədi gəlip deyər. Heş bilmədin gecə-gün­düz, cigərin yanar odsuz-közsüz. Bir məni tərif eliyə.

Bəəd, gəldilər [dedilər:]

Ay aşıx əmi!

 [Dedi:]

Bəli!

[Dedi:]

Bu Koroğlu dəlilərindən istiillər tutublar dara çəkələr. Sən də bilirəy?

Dedi:

Bəli.

Dedi:

Gələy orda bir beş kəlmə deyəy? Həsən paşanı tərif eliyəy? Bir pulu allay, gedəy? Nə qədər allan?

Dedi:

Min tümən.

Dedi:

Baba, o dünənki beş yüz tümən alır, sən min tümən?

Dedi:

Onıynan mənim fərqim var. O, həpirbaba aşıxlardandı. Mən o aşıxlardan dəyləm.

Amma indi saz da sinixdı.

[Dedilər:]

Xub, elə gəl gedək, verrik.

[Dedi:]

Yox, hələ gəl gedək verrik dəyil, mən allam sözümü de­yə­rəm.

Ağa, gətdilər Həsən paşanın yanına.

[Dedi:]

Ay aşıx, mənim bu cəlalımı tərifliyəy, mənim bu şan-şovkə­timi tərifliyəy, nə qədir allay?

Dedi:

Demişəm ki, min tümən!

[Dedi:]

Xub, baba, bunun min tümənini verin, qoyun tərif eliyə.

Götürüp burda məsələn bunu tərifliir. Nə deyir görək. Aşıx pulun alıp, deyir:

Sənə deyim, Cəfər[90] paşa,

Bu meydan yaxçı meydandı.

Əlan ömrüy gedər başa,

Bu dovran axır dovrandı.

 

Əcəp qoyduy divanıyu,

Yığdın xanı, sultanıyu,

Tanımadıy düşmanıyu,

Əcəp qəlbin güləstandı.

 

Şəəriyə talan salallar,

Dini-imanıyı alallar,

Öziyi taxtan salallar,

Yeriy səniy xamuşandı.

 

Əlin üzülür dünyadan,

Həmişə var nadan adam,

Şeytandı səni alladan,

Şeytanıy köynə düşmandı.

 

Koroğlu yolları kəsir,

Gahi kəsir, gahi əsir,

Çiskin-boran kimi əsir,

Deyən şəərin zimistandı.

 

Sözlər ki, tamam olannan soora dedi:

Baba, bu aşığı da qovun, çıxa gedə peykanına. Bu nədi? Mən gətirməmişəm boran sala şəərimə, talan sala şəərimə. Bir aşıx tapın ki, məni tərif eləsin.

Dolandılar. Ağa, bu səfər [Koroğlu] gəldi gördü xeyir. Bu sə­fər gedə meydənə tanırlar bunu. Sazı sınıp boğazdan, tanırlar.

Xəbər aldı:

Ay mərdum, bu şəərdə sazbənd kimdi, sazqəyirən?

Dedilər:

Bir usta Bulut var, bu küçənin ətəyindədi. Qoca sazqə­yirən­di, sazbənddi. Qəyirir, düzəldir, yengi sazı var.

Koroğlu yeridi dükanın qapısına. Gördü usta dükəni təxtəliir, qıfl eliyə gələ.

[Dedi:]

Ay usta!

[Dedi:]

Bəli.

Dükanıyı təxtələmə.

[Dedi:]

Niyə?

Dedi:

Mən aşığam, bax mənə.

Dedi:

Bəli. Neyliim, sən aşığay?

Dedi:

Mənim sazım sınıp, bunu bəntləginən, çağlaginan mən gedim. Burda bir beş kərəm oxuyum. Misli ki cəşni tutublar, bir pənci dü şaha qazanam dəs müydəyi də verrəm.

Dedi:

Əlan mənim vəxtim yoxdu ki, mən də gedirəm tamaşaya. Ko­roğ­lunun dəlilərin dara çəkillər. Mən də gedirəm bu tama­şa­ya, görüm nə cür öldürüllər üş dənə dəlini. Deyillər, üş nəfər adam hücum eliyəndə şəəri çövürür. Mən bu sazı qayıramam. Qoy qala, dəliləri öldürənnən soora gəli, soora oturram burda. Üş günnən soora dükanı açaram. Onda sənin sazını qəyraram.

Dedi:

Kişi, mən əlan istiirəm, üş gündən sooranı neyliirəm. Ölünü ölənnən soora tabut gətirirsən neynirəm. Ölü quyulanıp. Tabutu hara aparran? Əlan qəyir mən gedim.

Dedi:

Əlan vaxtım yoxdu.

Dedi:

Usta, biləy nədi? Qəyirəy də qəyirtdirrəm, qəyirməsən də qəyirtdirrəm.

 [Koroğlu] tutdu ustanın boğazından təpdi içəri, qəytərdi dükana.

Dedi:

Nə cür eləmişəy sındırmışan?

Dedi:

Qulağ as, qoy sözdərnən deyim sözümü, deyir:

 

Baş götürüb əyağıya gəlmişəm,

Usta, sazım qəyir, yola sal məni.

Öziyi özümə usta bilmişəm.

Usta, sazım qəyir, yola sal məni.

 

Dağı əstim, daş üstünə mindirdim,

Dərə-təpə gəzdim, sərə dindirdim.

Sənilərdə sazım saldım sindirdim,

(Ay) Usta, sazım qəyir, yola sal məni.

[Usta dedi:]

 Baba, axı bu saz pis sınıb, bu, boğazdan qırılıpdı. Bu, olan dəyi.

Dedi:

Bilmirəm, gərək oldurasan.

 

Ustaların sözü olur özündə,

İşin eybi olmaz, baxa gözündə,

Dürdənəvşə vardı sazın üzündə,

Usta, sazım qəyir, yola sal məni.

Dedi:

Əcəp, valla, dürdənəsı da düşür itip. Mən bunu hardan tapım?

Dedi:

Usta sazın yaxçı olur yaxçısı,

Olmaz məgər səlmanının qəyçisi?[91],

Gedərmi turşamış qızın elçisi,

Usta, sazım qəyir, yola sal məni.

Dedi:

Ay aşıx, saz sınar, belə ki, sınmaz saz? Buu nə cür sındırmısay?

[Dedi:]

Bilmirəm.

Usta, məni bədovluyuf tovlama,

Tovluyupda daş təkin bilovlama,

Koroğluyam, dəliləri yovlama,

Usta, sazım qəyir yola sal məni.

 

Usta elə min-min eliirdi, gördü ustanın dükanında bir cürə saz var. Necə sazdı qəlbə yapışır. Tutdu ustanın bir əlini boğa­zın­nan, bir əlini iki ucunnan. Dizin dayadı, ağac sındırantəki basdı ikiqat elədi. Vurdu ustanı getdi micətin dibinə. Düka­nın­dan iki dənə saz götdü. Birini asdı bu çiyninə, birini asdı bu çiy­ni­nə. Gəldi mey­danda durdi. Bir göy livas geydi eyninə. [Həsən paşa dedi]:

Baba, bir aşıx tapın, qoyun bunu diyə, tərifliyə.

Gəldilər, gəzdilər. Gənə aşıxlar meydanına gəldilər. Gördülər bir dənə aşıx duruf meydanda, iki dənə saz salıf çiyninə.

[Dedilər:]

Ay aşıx!

[Dedi:]

Bəli.

[Dedilər:]

Sən aşiğən?

[Dedi:]

Bəli.

[Dedilər:]

İki dənə sazıy var?

Dedi:

Bəli. Birini gecə çallam, birini gündüz.

Dedi:

Xub, olar ki, gələy bu Həsən paşanı tərif eliyəyn? Elə gün­düz bir pulu alayn gedəy.

Dedi:

Necə olmaz!

[Dedilər:]

Nə qədə allay?

Dedi:

Bizimki qəralı dəyi. Nə mənə verip, verip.

[Dedilər:]

Ay barikalla, bu aşıx yaxçı aşıxdı. Xub, gəl gedək, Cəfər paşanın yanına.

Usta yeridi gəldi Cəfər paşanın yanına.

[Paşa dedi:]

Bizim elə gəlmişəy?

[Dedi:]

Bəli.

[Paşa dedi:]

Xub, mənim şəni-şovkətimə, bu zəhmətimə bir beş dənə söhbət eliyəy. Bu camaat gəlip. Ənamın da gözüm üstə, nə qədər alasan, deyəsən verrəm.

Dedi:

Qurban, bizlər ənam aşığı dəyilik. Beş dənə sənintəki ağa­la­ra söhbət eylərik, nəmənə ənam eyləsə eliyip. Amma qurban, mə­­nim sözümün amədi-nəyamədi var.

[Paşa dedi:]

Necə?

Dedi:

Mən elə bu sazda çalam amədi var sənə, bu sazda çalam yox.

Dedi:

Amədi olan sazda...

Dedi:

Yarı bunda çallık, yarı onda. Həm amədi ola, həm amədi olmuya.

[Dedi:]

Bu nə ola yani?

Dedi:

Elə bu curə yaxçıdı dəə.

Dedi:

Xub, pəs, usta, sən niyə göy rəng [geyibsən], belə səbsən, göyəy?

Dedi:

Qurban, mən nənəmin qoynunda olanda anam mənim yerik­liyip göy yoncaya. Çox yonca yeyip. Bu cür göy olmuşam daa.

[Dedi:]

Xub, yaxçı keçibaşını yemiyip?

Dedi:

Elə dəmdi keçibaşını yeyə. Əgər keçi mənim başımı yeyə, qurban, mən də adam başı yəərəm.

[Dedi:]

Necə adam başı yəərəy?

Dedi:

Qoy qurban, sözümü deyim daa.

Dedi:

Xub ey, de görək.

Deyər:

Aşıxlar sazların çalar,

Çalan yerdə ənam alar,

Eşidi çox kimsələr,

Başımız qova-qovdadı.

 

Sənə deyim, Cəfər paşa,

Mustafaxan yoldadı.

Şirlər cəngələ ulaşa,

Həm sağdadı, həm soldadı.

 

Gürzü dəyər cidalara,

Başlar dəyər qadalara,

Cırğa sallık qadalara,

Ləşkər tamam bu yoldadı.

 

Çarcadanı bağlıyarık,

Cigərləri dağlıyarık,

Qız-gəlini bağlıyarık,

Necə yollar adadadı.

 

Bu şəərlərə qovğa sallık,

Düşmannardan qəsas allık,

İsgəndər kimi bac allık,

Piyada dolhadoldadı.

[Paşa dedi:]

Aşıx, sən bac allan xalxdan? Gəlmiyiflər bac verələr?

Dedi:

Niyə?

Dedi:

Bəli dəə.

Koroğlu hayxurur sənə,

Bulbul getməz yasəmənə,

İndi bax güllü çəmənə,

Daşu dağlar nə dovdadı.

Dedi:

Ay baba, sənnən də ki fayda olmadı mənə.

Elə bu söhbətdəyidi, ağa, Mustafaxan bir cida vurdu. Xub, səsləndi cidanın başında şeşpər ki, bildi Mustafaxan gəlip. Koroğlu burda indi görək nə deyər:

 

Hay deyəndə haya basar,

Mustafaxan, cavan oğlan.

Huy deyəndə huya basar,

Mustafaxan, qəşəng oğlan.

 

Dağıldı cəlalıy səniy,

Ağ üzdə qoşa xal səniy,

Dünyada ay çox var səniy,

Mustafaxan, cavan oğlan.

 

Türkmənnən sən yola düşdüy,

Bazübənd idiy qola düşdüy,

Ördək kimi gölə düşdüy,

Mustafaxan, qəşəng oğlan.

 

Toqatın dövrünü alın,

Şəərinə qovqalar salın,

Tacirlərin bacın alın,

Mustafaxan, qəşəng oğlan.

 

Ağa, Koroğlu səsi gəlip nəhrəyə. Dəlilər dört tərəfdən şəəri al­dı­lar araya. Çaphaçap oldu, qırhaqır oldu, ağa. Dona xanım külafirəngidəydi. Eyvazın qolu bağlı, özünü pəncərədən atup. Ey­vazın qollarını açıp. Ağa, şəərdə qaçan qaçdı, qalan da iman gətdi. Tarac elədilər şəəri, yalan elədilər. Qoşun dayanup vədəsin gə­liplər həmin durnalar tutan bağda məskən tutdular. Məskən tu­tannan soora Koroğlu üz oldu ki, Mustafaxan, əgər sən gəl­mə­səydin, mənim Eyvazım gözümdən getmişdi. Amma Də­mir­çi­oğlu divan idi, üzünnən getmişdi, halı pərişanıydı. Üzünnən get­mişdi. Dərisin soymuşdular. Yaraları ət-qanı süzuşdaydı. Baxdı Kor­oğlu­ya Dəmirçioğlunun gözdəri doldu yaşnan. Ko­roğ­lu başın qoyup Dəmirçi­oğlu­nun dizinin üstünə bu söz­dər­dən görək nə deyir Dəmirçi­oğlu­na.

Ağlama, ey mənim dəlim,

İgidin qovğası olar.

Yıxdın qələyi- Xeybəri,

İgidin davası olar.

 

İgidin davası başda,

Qələm oynar qələm qaşda,

Dava düşüpdü savaşda,

İgidin arxası olar.

 

İgit gəzər dağı-daşı,

Durar düşmannara qarşı,

Dostağa qatar savaşı,

Savaşın qumaşı olar.

Yaxçı-yaman bu dünyada,

Keçən günü salan yada,

Şəərlərə saldırrık cada,

Get-gəlin fədası olar.

 

Yaralı igit utanmaz,

Canı yansa heç oyanmaz

Koroğlu sənnən ovsanmaz,

İgidin bəlası olar.

 

Sözdəri bəəd, deyənnən soora, burdan, ağa, yükləri bağlıyıplar, vəlayə­ti hara? Çəmlibelə! Həlbətdə, Koroğlunun burda Durna dastanı tükənir payana çatır.

 

 


Bu, Eyvazın Türkəmənə getməgİdİ və

ata-anasını toyuna dəvət etməgİdİ

 

...Ağa, qoşun Çəmlibelə gəlmişdi. [Koroğlu Eyvaznan Do­na xanımın toyunu eləməyə hazırlaşırdı.] Qoş Koroğlu gün açu­lur­dı söbhə yaxunudu, gözün aşdı gördü, bəli, havanın rəngi qı­za­rup, dağlar bulutdan bozarup. Əslən bir haldadı bu hal... Du­man tutub dağı. (Dərbəndin arasıdı axı, bu Çardaxlıbel) . Dedi:

Nigar xanım, gör Eyvazım yerindədi?

Nigar xanım getdi gəldi gördü Eyvaz yoxdi. Dedi:

Eyvaz yoxdi.

Dedi:

Get gör Dəmirçioğlu hardadı?

Gəldi gördü Dəmirçioğlu yatup.

Dedi:

Dəmirçioğlu yatup.

Dedi:

Get İsaballıya bax.

Getdi gördü İsaballı da yatıp.

Dedi:

Gəz dəliləri tap.

Gəldi dedi:

Hamı dəlilər yatıb öz yerində.

Dedi:

Yumuğ Əhmədi çağır gələ.

Yumuğ Əhmədi çağırdı gəldi, dedi:

Yumuğ Əhməd, duş dağa gör Eyvaz hardadı!

Yumuğ Əhməd də nənəsi uşaxlıda dizini ovcalamışdı. Bu dizi­nin qurudu almışdı əlinnən. Buna görə ki, yol kəsərdi, dü­şər­di yola atdı çata bilməzdi. Dedi:

Yumuğ Əhməd, gərək Eyvazı tapay. Söb açılıncak, gün çı­xıb, əlan batıncak, gecə keçib gün açıncak Eyvazı görmüyəm özün də gəlmə.

İndi Dona xanımı gətiriblər, Eyvaz qoyup hərəmsarasında. Ya­rı gecənin başı Eyvaz üz alıp, gedir Təkətürkəmən elində ata­sı qəssab Əlini dəvət eliyə, gələ Koroğlunun yanına ki, bilə Koroğlu tərif eliyə atasına ki, bunun Eyvazın bu cürü­dü...[Eyvazn Təkətürkmənə getməsindən xəbəri olmayan Ko­roğlu Yumuğ Əhmədə belə tapşırıq verir:]

 

Sənə deyim, Yumuğ Əhmət,

Eyvazım gedip əlimnən.

Vurmuram üzüyə minnət,

Bulbulum uçup gülünnən.

 

Dağdan gələr kəklik səsi,

Vardır Eyvazın havasi,

Eyvaz əlimin əsası,

Əsam düşüpdür əlimnən.

 

Eyvazım pəs nə yerdədi,

Bulbulun köylü güldədi,

Adı danışur dildədi,

Eyvazım düşmür dilimnən.

 

Eyvazımı apardılar,

Başımı qala saldılar,

Daha əlimnən aldılar,

Ayrı düşüpdü elimnən.

 

Koroğlunun çırağıydı,

Çırağıydı, sadağıydı,

O, puştumun dayağıydı,

Qəddi kəmandı belimnən.

 

Sözdəri tamam eliyənnən soora Yumuğ Əhməd düşdü çölə. Ağa, dağı-daşı şəərləri, Türkiyəni, ağa, gəzip Bulğarı, Laçını, vur­du biri-birinə. Yox idi ki [Eyvaz! Eyvaz] Türkəməndəydi dəə. [Yumuğ Əhməd] gördü gedib Eyvaz yoxdi, tapulmur.

...Qəssab Əli Eyvazın dədəsiydi. Bəəd, Eyvaz çatup atasının ya­nuna. Anası durup ayax üstə. Neçə dənə qurbannıx kəsiplər Eyvaza. Cəşni tutuplar Eyvazın boynuna. Dəlilər[92] tamam gəlip dorinə ki, at qovardılar. Eyvaz bir Ərəp at aparmışdı [Çəm­li­bel­dən]. Deyillər, uşaxlarnan Türkəmənsəhrada at çapırdılar. Biistila müsabiğa qoymuş­du­lar, öz dilimiz, Türkəman atdı­la­rıy­nan. De­yər Eyvaz bular­la, cavan­­narınan at çapır Eyvaz bu söz­dəri deyir:

Türkəmənin cavannarı,

Gəlin çöllərə at salak.

Gəzək dəşdi-biyabanı,

Düşmannardan qəsas alak.

Bu sözdəri Eyvaz deyir:

Gərək at qovak çöldə, görək kim-kimdən yaxçı at qovar.

Eyvaz da bir Ərəp at aparmışdı Çardaxlıdan yerdə-göydə əyağı durmazdı.

Dedilər:

Axı, qəssab Əlı oğlu, bizdə ki düşman yoxdi.

Dedi:

 – Niyə, adamın düşmanı olmaz? Düşmansız heç adam olmaz!

 

Adam ki, çox nadan olmaz,

Nadanı alladan olmaz,

Məgər indi düşman olmaz?!

Yıxak dahı düşmannarı[93].

 

Bu çöllərdə dava düşər,

Bulut keçər hava düşər,

Saz çalınır, nəva düşər,

Yoray onda cavannarı.

 

Türkəmənədə toy quragun,

Toy üstündə oynuyagun,

Çox xannarı dannıyagun,

Yaxçı Türkəman cavannarı.

 

Türkəməndə bədov vardı,

Dünya göylümə qubardı,

Nigar anam intizardı,

Gəzirəm biyabannarı.

 

Sözdəri deyənnən soora gəldi anasının yanna. Əli qəssab dedi:

Balacan, sən neçə müddətdə mənim tərkimi eylədin, getdiy Koroğluynan çapa-çova, qarətə.

Dedi:

Yox, atacan. Mən haram süt əmməmişəm haram yollara ge­dəm. ­Mən getdim Toğat vəlayətinə.

Dedi:

Toğat vəlayəti hardadı?

Dedi:

Çox uzağıdı. Getmişdim Toğat vəlayətinnən durna gətirəm. Gətirmişəm durna telinnən Nigar anam mənə döşək tikir, yor­ğan tikir, toy eliyə.

Dedi:

 –Balam, sənin məgər sövdügün var?

 Dedi:

 –Bəli.

Dedi:

Kimdi sövdügin?

 Dedi:

Həsən paşanın qızı Dona xanım.

Dedi:

Xub, balam, bu Dona xanım, hardan gətirmişəy?

Dedi:

Toğat vəlayətinnən. Toğat vəlayətinnən Həsən paşanın qızı­dı. Baxan deyər söb ulduzudu. Anacan, dur gedək.

İstiir anasın gətirə Çəmlibeldə toya. Deyir bu sözdərnən: Ana­can, dur əyağ üstə, gey toy libasını. Deyər:

 

Canım ana, gözüm ana,

Dur gedək, mənim toyumdı.

Yerə salma sözüm, ana,

Dur gedək, mənim toyumdı.

 

Toy otağımı bəzə sən,

Dovrəsinə gül düzəsən,

Gəlininən qız bəzə sən,

Dur gedək, mənim toyumdı.

 

Gül baxçada narım vardı,

Narım var, ilqarım vardı,

Dona xanım yarım vardı,

Dur gedək, mənim toyumdı.

 

Nigar gəlin başı bağlar,

Məni yada salıp ağlar,

Özü gəlin teli bağlar,

Dur gedək, mənim toyumdı.

 

Nigar Eyvazın anası,

Göllərdə çimər sonası,

Toya baxar cüt anası,

Dur gedək, mənim toyumdı.

 

Sözdərin tamam eliyəndən sonra, qəssab Əli dedi:

–Bala, mənim işim çoxdu. Hələ indi gəlmişəy Koroğlu sənə toy tutupdu, toy bəsatı başlıyıp. Mən də neçə dənə qoyun bur­da qoşaram, götür getginən toyuya. Biz də gəllik.

Dedi:

– Anacan, atacan, mən sizsiz toyu necə eliyəcəyəm? Oğlu gərək [ata, ana] bəy eliyə, bəy bəziyə. Mən necə dözüm.

...Amma gəzdi Yumud Əhməd Eyvazı tapmadı. Gələ də bil­mir Çəmlibelə. Nigar qərar tutmur. Getdi gördü, bəli, Dona xa­nım hiydəgahında, hərəmsarasında ağlıırı.

Dəmirçioğlu da tazə dərtdən ilaş tapmışdı. Yaraları çox axı bunun, döyindirmişdilər. Bular üz oldu. Əgər Eyvazdan sooraq olmadı, pəs neyniyək? Qızı verək Dəmirçioğluna?! Dəmirçioğlu da zəhmət çəkip bu yollarda. Qız belə gəlip, belə qeyidip get­məsin. Amma Dona xanım çox ağlıırdı. Necə yada salır, derdi:

Mən orda bir elə düşman içində qoymadım Eyvazın başından bir dənə tük kəm ola. Gəldi öz məmləkətində Eyvaz əldən getdi. “Qoş Koroğlu, sənə nə deyəllər: Ağa! Ağa o cür qul saxlar“?!

Amma Nigar xanım çox pərişan idi. Götürüp burda Dona xanım dübara görək nə deyir:

 

Toqatın tərkini etdim,

Gəlmədi, yarım, gəlmədi.

Elimin qəhrini etdim,

Gəlmədi, gülüm gəlmədi.

 

Şeyda bulbul uçup güldən,

Adı dahı düşüp dildən,

Bir quçmadı incə beldən,

Gəlmədi, yarım gəlmədi.

 

Gomanam düşdü ellərə,

Qanu döndərdi sellərə,

Yumuncu oldu yollara,

Gəlmədi, Eyvaz gəlmədi.

 

Çəmlibeldə çox qocaldum,

Saraldım gül kimi soldum,

Bilməmişdim munis oldum,

Gəlmədi, Eyvaz gəlmədi.

 

İndə gedim qara salum,

Özüm tordan-tora salum,

Ya ki ölüm gora salum,

Gəlmədi, Eyvaz gəlmədi.

 

Dona Eyvaz deyər ağlar,

Ağ üstündən qara bağlar,

Gül bağında gəzər zağlar,

Gəlmədi, bulbul gəlmədi.

 

Sözdəri bəəd tamam eliyənnən soora, burda Dona xanım çox ağlıırdı...

 [Atasınnan izin alıb] Eyvaz anasıynan, bəəd, neçə cavan­nar­nan gəlmişdilər toya. Gəldilər Çardaxlı Çəmlibelə. Neçə dənə ca­vannardan tökülüp gəlip. Meydan idi. Koroğlu təxti qurdu, ca­vannardan, dəlilərdən yığdı başına, toy eliyə.

Ağa, burda Türkəmənnən çox qonax gəlmişdi toya. Toy idi daa. Bəzənmişdilər. Amma Koroğlunun gözü yoldaydı kı, Yu­muğ Əhməd də gələ. Neçə vaxtdı gedip gəzir Eyvazı. Nə Ey­vazdan gəldi xəbər gətirə, nə Bolu Sərdardan. Qalıp çöldə. Bəəd bir­dən Eyvaz baxdı, gördü Yumuğ Əhməd yoxdu dəlilər içində. Dedi:

–Qoş Koroğlu, bəs Yumuğ Əməd hayandadı?

Dedi:

–Valla, sən gedəli yollamışdun çölə. Gedib hələ neçə müddə­t­di gəlmiyib. Bəəd, yoxdu daa.

Burda Eyvaz götürüp xəbər aldı:

–Bəs bu Yumuğ Əhməd necə olup?

 

Purcəlallı Qoş Koroğlı,

Necə olupdu Yumuğ Əhməd?!

Ağ üzündə qoşa xallı,

(Yollarda çəkirdi zəhmət.)

Necə olup Yumuğ Əhməd?!

 

Yumuğ Əhməd gəldi ora,

Başımıza vurdu qara,

Qəmimnən götdüm icara,

Heç almadı Yumuğ Əhməd,

Necə olup Yumuğ Əhməd?!

 

Yumuğ Əhməd bəfası var,

Bəfasının səfası var,

Yol çəkməgin cəfası var,

Necə olup Yumuğ Əhməd?!

 

Dəlilərdən dəxi nə var,

Tutup ürəgimi qübar,

Məgər öldürüp Bolu Sərdar?

Ölüp məgər Yumuğ Əhməd?!

 

Gedip Bolu Sərdarınan,

Gözdəri dolu qanınan,

Gələ çiskin boranınan,

Yumuğ Əhməd, Yumuğ Əhməd.

 

Yumuğ Əhməd toyda olmaz,

O olmasa, bu toy olmaz.

Bulbulum ki güldə qalmaz,

Necə olupYumuğ Əhməd?!

 

Eyvazı qəmnən qutardı,

Sinəsində çalan tardı,

Göylümnən getdi qubardı,

Qubarlandı Yumuğ Əhməd,

Toy çalındı Yumuğ Əhməd?!

 

Yumuğ Əhməd bu söhbətdə gəldi Arzurumda bazarı gəzirdi, birdən gözü sataşdı bir a yannan meyxanəyə. Gördü meyxa­na­da Bolu Sərdar oturup neçə cavannar dövründə. Danışıllar: “Bu cür gecə gedəyin, dəlilərin ikisini alladayın, başınnan dağı­da­yın. Hamısı­nın cəlalını dağıdagın“–Bolu Sərdar qərar qoyur.

Yumuğ Əhməd üz qoydi Çəmlibelə. Yetişdi Koroğluya bu sözləri deyir:

Salam olsun, Qoş Koroğlu,

Bolu Sərdar Arzurumda,

Sözlərim deyirəm doğru,

Bolu Sərdar Arzulumda.

 

Bolu Sərdar orda gəzər,

Bulbul kimi güldə gəzər,

Siziy zülmiyizə dözər,

Yatıp qalıp Arzulumda.

 

Arzulum yolu uzaxdı,

Bu yollar bizə fəraxdı,

Yumuğ Əhməd də qonaxdı,

Arzulumda, Arzulumda...

[Koroğlu dedi:- Qoy toyu yola verək sonra Bolu Sərdarla hesablaşarıq.] Rəsm idi toyda küştü qapardılar. Saldı bulardan küşdiyə ağa, birdənə-birdənə. Dəmirçioğlunun bədənində ya­ra vardı. Düşman çox yara vurmuşdu buna. Bədəni zəxm idi. Də­mirçioğlu hər cavana əlini keçirdirdi qaytarırdı pəncəsini dala. Amma Koroğlu bir baxtı Dəmirçioğluna, baxdı Eyvaza, ba­şın tikdi aşağa. Cavannarın birisi dedi:

Qoş Koroğlu, mərdi-meydandı gəlsin, pəncənərm qoyaq kəna­ra, küştü tutak.

Bu sözü eşitməkdə Koroğlunun gözdəri qanınan doldu. Saldı ba­şını aşağa. Bir baxtı Eyvaza, bir baxtı Dəmirçioğluna. Də­mir­çioğ­lunun bədənində yara yeri çox idi, yarası. Düşman şə­kən­cə ver­mişdi. Gözdəri doldu Dəmirçioğlunun qannan. Baxtı Ey­vaza, dedi:

Nə fayda, o günümdə gəlmədiiz kəmərbəzəncir tutayk. Baxır Eyvaza:

Eyvaz, qənim gətirmişən məni xar eliyəy?

Bu söz Eyvaza giran gəldi, dedi:

Dəmirçioğlu, ölməmişəm ki?!

Eyvaz durdu ayağ üstünə, [dedi]:

Hər cavan ki istiir pəncənərm eliyə, elə gəlsin mənimnən nəvərd eləsin.[Eyvaz Dəmirçioğlunu göstərərək deyir:]–Bu, yox, bu bizim tamam sərkərədəmizdi. Bunnan kimsə nəvərd eliyə bilməz, gördüyiz ki?! Bir bu cavannarın itiydi.

 Dedilər:

– Bu küşdiyə məlimin əli yox, yıxarık biz bunu. Amma baxtı Dəmirçioğlu Koroğluya, Koroğlu baxdı Eyvaza. Burda beş dənə Koroğlu Dəmirçioğluna deyə:

Məlul-məlul mənə baxma,

Dəmirçioğlu, Dəmirçioğlu,

Ciyərimə xəncər taxma,

Dəmiriçoğlu, Dəmirçioğlu.

 

Sənəy dəlilərin başı,

Durmuşdun düşmana qarşı,

Səniynən vardır savaşı,

Dəmiriçoğlu, Dəmirçioğlu.

 

Eyvazın toyu bugündi,

Yaralar canda dügindi,

Mərdi meydan tez bilindi,

Dəmiriçoğlu, Dəmirçioğlu.

 

Dəmiriçoğlu, mənə baxma,

Cigəriyə qəmlər atma,

Tutginan bir yerə basma,

Dəmiriçoğlu, Dəmirçioğlu.

 

Səniy toyun mən tutaram,

Bəsatdarı mən quraram,

Mey şərbəti dağıdaram,

Məst elərəm, Dəmirçioğlu.

Sözdəri tamam eliyənnən soora, ağa, neçə dənə cavan gəldi Dəmirçioğlı Həsənnən pəncə eliyə Dəmirçioğlu götdü qovzadı dolandırdı Eyvazın başına qoydu yerə. Dedilər:

–Babacan, dilinə görə bunun dilçəyi var, əhsən...


Bu dastan Koroğlunun Bolu Sərdarı

axtarmağıdı

 

... Koroğlunun dəlilərinin gözü yoldaydı. [Toqatdakı zindan­dan dəliləriy azad edib qayıtmasını gözlüyürdülər.] Ağa, sizə kim­nən xəbər verək, Bolu Sərdardan. Bolu Sərdar gedip Ar­zu­ru­ma. Nə xəbər verip? [Deyib:]Koroğlunun dəliləri başın­da [ge­dib Toqata. Çünki orda] əsil novça dəlilərinnən tutuplar. Mən də ordaydum. Vəxtən istifədə eləmişəm, qaçmışam. Ko­roğ­lu özü Çəmlibeldə deyi. Hücum eliyin şəəri alın.

Ağa, düşman bu tərəfdən üz qoyup [Çəmlibelə]. Hərat tərəfdən, Araz tərəfindən, Arzurum tərəfindən, ağa, tökülüplər Çəmlibelə. Dəlilər qappuşuplar, ağa, duşman çoxidi.

Bağlanılan sizə kimnən xəbər verək, Ərəp Reyhannan. Ərəp Reyhannan Koroğlunun əslən sözü bir gəlməzdi, siyi bir ərxə getməzdi Ərəp Reyhan. Mustafa xan Koroğlu dayısıydı. Mus­ta­fa xan qeyidip gəlmişdi daa. Mustafaxan nicat verdi burda. Bu­lar da iş görələr. Mustafa xan getdi Təkətürkəmənə daa.

Ərəp Reyhan çıxmışdı dağ-daşdı görə. (Təngə Quzyə deyəllər) Təngədən aşdı. [Ərəp Reyhanın] bir atının adı da Quzyəydi. Ağ­təngədə Ərəp Reyhan gördü Çəmlibeldə bir qov­qa var, şup. Ri­kap basdı Quzyəyə, gördü xub dəvadı. Ama Ko­roğlu özü yoxdi. Misli ki, hiş kis yox! Girdi şəərin içinə, gördü Bolu Sərdar dolanır tülki kimi. Ağa, qatıbdı düşməni-düşmənə özü dalda gülür.

Ağa, Ərəp Reyhan şeşpəri çəkip, gürzü çəkip qarışdı düşmən içinə. Dedi:

Mən düşmənəm, Koroğluynan yamanam. Eyvaznan ki, yaman dəyiləm?! Buna görə mən işimə əncam verirəm. Bir vaxt olar Koroğlunun ruxuna çəkərəm ki, bəli, əgər olmasaydım, şəərin talana getmişdi. Çəmlibel qırana getmişdi. Ağa, dəva-cida eliyip­lər, aralanıplar. Bəəd, aralanıp gedənnən soora, Ərəp Rey­han üş gün qaldı Çardaxlıda Çəmlibeldə.

Koroğlu dəlilərnən ha gəlhagəl, gəldilər durna ovunnan.

...Burda Eyvaz baxdı Nigar xanımın rüxsarına. Gördü Nigar xanım çox pərişandı. Üz oldu ki, ana, səni mən bu halda görmə­miş­dim, sən niyə bu cür pərişanay?

Çox ağlıırdı Nigar xanım. Götürüp Eyvaza [Nigar xanım] deyiri:

     Gözlə, atan bilməsin[94].

 

Sənə qurban, Xan Eyvazım,

Düşman bizə ayağ aldı.

Yolda qaldı iki gözüm,

Öz ellərim, yada qaldı.

 

Düşman girdi Çəmlibelə,

Adım düşdü dildən-dilə,

Dedim, bəlkə tez el gələ,

Baxar gözüm yolda qaldı.

 

Ərəp Reyhan pəs kim idi?!

Ürəgimdə dügün idi,

O gün deyən bu gün idi,

Gedən aylar yildə qaldı.

 

Gözəliy olmaz arxası,

Üzünnən getsin həyası,

Yar olsun başda xudası,

Adım dildən-dilə qaldı.

 

Çəmlibelin qarı çoxdı,

Baxçasının barı yoxdı,

Dövrünün düşmanı çoxdı,

Dövrəmizi düşman aldı.

 

Nigar xanım yol gözlədi,

Cigər başını közlədi,

Ərəp Reyhan iz izlədi,

İzginçilər üzdə qaldı.

 

Sözünü tamam eliyəndən sonra dedi:

Ərəp Reyhan çox kömək elədi bizə. Məllavəilla düşman bu­ranı qarət elədi, dəlilərdən də çoxu beyinnən getdi. Xub, kim bi­lirdi Koroğlu burdan gedib Toqat vəlayətinə?!

[Eyvaz] dəlilərin sanın gördü. Gördü heç kəs çıxmıyıp çölə. Bildi o cəngi-cədəldə Bolu Sərdar yoxdi. Ağa, burdan[başa düş­­dü ki,] Bolu Sərdar qaçup gizləndi. Harda? İstanbulun şəə­rində. Koroğlu dəliləri casusluq libasında çıxartdı şəərdən çölə. Dedi:

[Bolu Sərdar] hər yerdədi tapın gətirin. ...Qaçıbdı tutun gətirin.

 

Əlimnən çəkər haşa[95],

Çəkər özün başdan-başa,

Qoymuyun gedə dəlikli daşa,

Fəhratı tapın, çapın gətirin.

 

(Eyvazım) Sözüm deyim Eyvaza,

Kababı yatdırın közə,

Malını çəkin Təbrizə,

Dəyər dəyməzinə satın gətirin.

 

Özün salıp daşu–dağa,

Veripdi düşman dayağa,

Eyvazadı o sadağa,

Qolların çatın gətirin.

 

Koroğlunun bəxti vardı,

Göylündə bu bir qubardı,

Çan ölmərəm Eyvaz vardı,

Məslək* kimi satın gətirin.

 

Ağa, bu da [Bolu Sərdar] gedib üz qoymuşdu şəəri İs­tam­bulda Teymur paşaya. [Teymur paşa] şəəri İstambulun şahıy­dı. O zaman paşa deyərdilər. Teymur paşa da deyirdi: «Ko­roğlunun sirrini hər kəs mənə deyə, mən tovlu Koroğlunun evin yıxaram».

Bolu Sərdar sirtabyaz buna dedi:

Koroğlunun Eyvazın tutay çırağı keçip, Dəmirçioğlunu tu­tay evi yıxılıp. Amma onun bir bəd səsi var. Qıratın da kı, apa­ra­yız beli bükülüp.

Buları tamam demişdi.

... Baxdı, gördü dəlilərdən Bolu Sərdar yoxdu daa. Koroğlu dedi:

Gərək bunun özünü mən tapam.

Ağa, Koroğlu da geyinip ayrı libasa, düşüp çöllərə Bolu Sərdarı tapa. Gəlirdi bir çən gördü çərçi yolınan gəlir. Dedi:

Qardaş, sən kimsən?

Dedi:

Mən çərçiyəm. Bu kəndlə o kəndə çərçiliğ elərəm.

Koroğlu [öz-özünə] dedi: «Xub, elə mən də yaxçıdı çərçiliğ eliyim. Bunu çərçilix libasında tapım».

Dedi:

Çərçi qardaş, məni də şərik elərəy?

Dedi:

 –Çərçidən şərik çıxmaz. Özü də bir şey dəyil, bir xurcundu, bir az nabatdan- zaddan götürəy. Üzdənirax, üzüyüzə gülap, yed­di mədaristən uzax, bir ədəbanə ulax götürrəy. Bəli, bunu yük­lərəy, düşərən şəərə ollay çərçi.

[Öz-özünə] dedi:

Bularınan mən başara bilməm, becərə bilməm.

Götürüp çərçidən görək nə cür ulağı alur, üzdən irax, eşdənnərdən uzax.

Deyər:

Çərçim gəliray Həratdan,

Çərçim, mənə nəyiy vardı?

Noğuldan, qənddən, nabatdan,

Çərçim, mənə payıy vardı?

Çərçi dedi:

          Hər nə istiirəy xurcunumda var.

 

Qoy bir gəzim xurcunuyu,

Bilim, açım dügünüyü,

Yeyim nabat yeginiyi,

Çərçim, mənə nəyiy vardı?

 

Çərçilərin daş, tarazı,

Belə sənnən Alla razı,

Ver mənə bir çər saqqızı,

Çeyniyim gör əngim vardı?[96]

 

Çərçilərə buğda verin,

Buğda verin, uğda verin,

Alın cinsin suda verin,

Çərçiy, mənə nəyiy vardı?

 

Mən çərçilik başarmanam,

Başarsam da ki, becərmənəm,

Bolu Sərdardan danışmanam,

Çərçim, mənə xəbər vardı?

Çərçi deyir:

Valla, mən Bolu Sərdar, Molu Sərdar tanımam. Bu kənt­dən o kəndə [gedib mal sataram], mən bunuynan zindəgim do­landırram. Bir beş şaha tapam, alam.

Ağa, bu söhbətdəydi, Koroğlu əlini saldı çərçinin üzdən irax ulağınnan. Yəni xurcunu tuta. Palanıyla xurcunu birdən tutdu. Ağa, vurdu [ulağı] qoltuğuna gedirdi, ulağı da qovzamışdı, apa­rır. Çərçi gördü vurup [ulağı] qoltuğuna bu, olax balası kimi aparır.

Dedi:

Ay dadaş, hara aparran? Xurcunumu, ulağımı, hamı sirvətimi, dövlətimi aparıray?

Koroğlu boş elədi. Ulax üzdənirax palanı dibinnən düşdü. Palannan, xurcun qaldı qoltuğunda, Koroğlu getdi. Çərçi dedi:

Bu adamnan qorxmalıdı. Bu adamnan bəla yağır üz-gözün­nən. İstəmədik baba, bu xurcunnan, palanı. Qoy elə aparsın, xur­cunnan palan qoltuğunda qala.

Ağa, Koroğlu gəlip bunun [yəni eşşəyin üstündəki] xurcunu­nu atıp çiyninə, düşdü bu şəərdən o şəərə. Çərçilix çağı­rır­dı. Gi­rir­di meydanın ortasında, ağa, İstanbulun ortasında gə­zirdi, do­lanırdı ayrı libasda. Amma xub, Koroğlu Bolu Sərdar gö­yərdi tanırdı. Gördü Bolu Sərdar bir öddə cavan yığıp dövrünə misli ki, istiir üz aça, ayağ aça Çəmlibelə. Yəni cəng eliyə Ko­roğ­luynan, cədəl eliyə. [Öz-özünə] dedi: “Yaxçı yerdə tapmı­şam. Amma ki, yalquzam, özümü deyə bilməm, mən Koroğ­lu­yam. Bir qədir gəldi qabağa. Bolu Sərdar gəldi yaxına, baxan­cək Bolu Sərdarın tükləri kəlləsində çuvaldız kimi dayandı. Dedi:

Ay çərçi qardaş, sən Koroğlu dəgiləy?

Dedi:

Koroğlu kimdi?

Dedi:

Koroğlu, bu Çardaxlıda, Çəmlibeldə, o yanda məskanı var, şəni var, şovkəti var. Başında dəliləri var, o Koroğlu.

Dedi:

Yox, baba, mən çərçiyəm.

Götürüp bu hal gördü dəvərdir ki, şayət Koroğludu. Koroğlu gördü dövründə neçə nəfərlər var, düşmannığ eliyif xəlxa. Mümkündü burda hecə ölümə gedə. Deyər:

 

Mən olmuşam çərçi başı,

Bolu Sərdar, mən Koroğlu dəgiləm.

Çərçilər işində naşı,

Xəm olmaram, hər kimsənə əyiləm.

 

Düşmannarım mənim gələr dallardan,

Gahı baxar ucalardan, yollardan,

Soruşak biz dəlilərdən, hallardan,

Bolu Sərdar, mən Koroğlu dəgiləm...

 

Koroğlu buları deyənnən soora özü qeyidip dala, gəldi Çəm­libelə.

...Eyvaznan Dəmirçioğlu düşüp dağı-daşı gəzirdi. Gəldilər İstambul şəərinə ki, girdilər, bir gördülər qovğadı, iftizadı oba­şına peydadı.

Dedilər:

Baba, nədi? Bu şəərdə, nə olup?

Dedilər:

Bəli, bu şəərdə əlan, istiillər fövc yığalar, ləşkər yığalar, hücm bağlıyalar Çardaxlıda Çəmlibelə. Koroğlu var, Qoş Koroğlu! De­yər tamam yolları bağlıyıp, bazırqannar kəsip, bazırqannari so­yar, neçə şəələri talıyup. Əlan özdərinnən bir nəfər gəlip, bur­da deyər:

 –Koroğlunu, iki dəlisi var, oları kim tuta Koroğlunun çırağı keçip.

Dedilər:

–Əy...evin yıxıldı Bolu Sərdar.

Dəmirçioğlu dedi: –Bu bir belə düşmandı? Bir belə ətdi əzandı? O yək...

Eyvaz dedi:

Mən billəm, necə eliyək? Gəl biz də qarışak bulara. Bu­lar­nan qoşulak elə Çəmlibelə çatdılar ittila verək Qoş Koroğlya, o yan­nan dəlilər, bu yannan biz. Bir dənə salim qoymuyak qayıda.

Ağa, Bolu Sərdar, indi bular olup sərdar, biistilah fər­man­deh. Koroğlu, xub, durnalardan gətiriplər, telinnən, sü­mü­yün­nən, ətinnən. İstiillər neçə zamannardı zəhmət çəkip Xan Eyvaz bu yollarda, Nigar xanım yolunu gözlüyüp. Bu da [Bolu Sər­dar], bu yannan casuz olup, buların içinə hələ-hələ salıp. Bur­da, Eyvaz bilirdi ki, əgər bu Dəmirçioğluynan bahəm olsalar, pa­yıq omazlar. Amma bu Bolu Sərdar, burda əgər görə, Eyva­zı tanır. Eyvaz özünü vurup ayrı yola ki, bu bilmiyə. Ağa, bular dəstə bağladılar, gecə düşdülər yola. Eyvaz çəkdi atı Də­mir­çi­oğ­luynan düşdü bulardan qanşara. Yetirhayetir gəldilər Çəm­li­be­lə çatdılar. Koroğlu çıxdı dedi:

Pəs, Xan Eyvazım, tapmadıyz Bolu Sərdarı?

Dedi:

Qurban, özü əyağıynan gəlir.

Dedi:

Necə ayağıynan gəlir?

Dedi:

Bəli, gecə gəlirlər, hücm gətirirlər, şəbxum vuralar, Çəmli­be­lə şəbxum vuralar. Car gəlir.

Koroğlu dedi:

Hə...budur ki, deyər, daşda ahəg olmasa, çırtləməz.

Deyər:

İndi bulunacax bəndi,

Bağlanacax bəndi bərbər.

Yıxıləcək qala Xeybər,

Şeşpər indi açar pər-pər.

(Necə başlar biçək- tökək).

 

Dağı-daşı teyliyərik,

Cidaları sovlıyarık,

Düşmannarı qovluyarık,

Ləş-ləş üstə tökər sər-sər.

 

Deyər, vurak dağı-daşa,

Düşman kimlərə qarışa,

Ot tutup yana-alışa,

Deyən yandurur əydər.

 

Dügü- pilovu yeyəllər,

Məni hər yerdə öyəllər,

Adıma Roşan deyəllər,

At üstündə durup Yəl-yəl[97].

 

Sözü tamam eliyənnən soora [Koroğlu] dəliləri yığdı başına, dedi:

Hər tərəfdən ki, düşman gələ qoymuyun da qəyidə. Baxdı­yız gördüyüz at üstədilər, siz yerdə dava eliyin.

[Dəlilər dedi:]

Niyə?

[Koroğlu dedi:]

At üstəki düzdə dava eliyər, dağda dava eliyə bilməz. Gör­düüz yerdədi, siz at üstə minin.

[Dəlilər dedi:]

Niyə?

[Koroğlu dedi:]

O yannan gəlip yerdədi, yorğundu qaça bilməz. Qaçarız ardıyızca gələllər. İnqarı ki, elə beş dənə, beş dənə odey gəldi tez qayıdarız o gələnnəri vurruz, əldən allız genə qaçarız[98].

Nigar xanım çox pərişan idi. Ağlıırdı. [Koroğlu] deyir:

Nigar, niyə ağlııran?

Deyər:

Buna görə, mən Bolu Sərdarı öz Eyvazımnan çox istərdim xa­tırasın. Öz qardaşımdan çox istərdim xatırasın. Burda düş­man olup, düşman tökür məni sala əyağa, mən düşəm əllərə.

Qoş Koroğlu dedi:

Ağlama, Nigar, məgər ölüp mənim kimin sənin munisin ki, səni salalar əyağa? Qulağ as, qoy deyim:

 

Ağlama, Nigar, ağlama,

Mənim qəddim kaman olur.

Cigərimi sən dağlama,

Dəlilərim düşman olur.

 

Budur gülün bənövşəsi,

Gəlir dağlardan ay səsi,

Gülə var bulbul həvəsi,

Eyvazım pərişan olur.

 

Uca dağdan daş kəsilir,

Qələm üstə qaş kəsilir,

Şəmşir dəyir, baş kəsilir,

Yağış yağar yer yaş olur.

 

Çardaxlıya qoşun gələ,

Eyni dağda yağış çilə,

Düşür indi dildən-dilə,

Öz işinə peşiman olur.

 

Koroğluyam, vurram lafı,

Heç kimnən çəkmərəm qorxu,

Heç annamam pulat qapı,

Barmaxlarım mismar olur.

 

Sözləri dedi, Nigar xanımın könlünü aldı. [Koroğlu dedi:]

Nigarcan, heş qəm yemə, heç kəmsənə, Eyvazımız yandadı. Heş kəmsənə bizə ayax sala bilməz[99].

 

 

 

 


 

 

ƏLİ KAMALİNİN TOPLADIĞI VƏ SİFARİŞLƏ YAZDIRDIĞI MƏTNLƏR

 

Bismillahir Rahmanir Rəhim

 

Dastan-İ Koroğlı və Nİgar xanım

 

Günlərin bir gününnə, Nigar xanum Qoş Koroğlın əksini gör­di. Nigar xanum Koroğlın əksini görənnə bir gönyüldən min gönyülə aşiq oldu. Bir zad Koroğlıya yazdı: «Sən əgər igid­sən, gələsən məni İstambuldan aparasan». Verdi naməni nökə­ri­nə. Nökərin adı İsaballıydı, dedi:

 –İsa can, bu naməni aparay Çartaxlı Çamlıbeldə Qoş Koroğ­lıya verəy, cəvabun alay, gətirəy.

 İsa naməni aldı Nigar xanumnan, Çamlıbelin yolun gözlədi. Özünü Çamlıbelə çadduranda naməni Koroğlıya verdi. Koroğlı naməni oxudu. Cəvabunı İsaya verdi, dedi:

–Gəlləm, aparram.

Beləsinə, İsa xudahafizlik elədi. Koroğlı nökərləri yığdı, dedi:

 –Mən issiirəm gedəm Nigar xanumı İssambul şəhrinnən gəti­rüm. Mən gərək sizin böyügüzi məlum eliyəm.

 Saz Koroğlının gəldi əlinə, görək nəmə deyir:

 

Tuş oldum bir ala gözlü Nigara,

Tutsun toyun dəlilər, mən gəlincəy.

Urumunan Şama eyliyin xəbər,

Tutsun toyun dəlilər, mən gəlincəy.

 

Göreydim xanum Nigarın üzüni,

Öpeydim allunu, ala gözüni,

Çəkin şişə beş yüz əmnik quzuni,

Yeyin, dəlilərim, ta mən gəlincəy.

 

Qıratumu bağlamışam axura,

Gümüş piyalələr qaldı paxıra,

Beş yüz tümən xərc eyliyün çaxura,

İçin-için dəlilər, mən gəlincəy.

 

Koroğlı Qırati minib axırı,

Düşmənlərim daldan-dala baxırı,

Axar çaylar kimin tökün çaxurı,

Qəvvaz olın üzin, ta mən gəlincəy.

 

 Koroğlı sözünü təmam eylədi, dəlilərinnən xudafizlik eylədi, Çamlıbeldən çıxdı. İssambul şəhrini gözlədi. Axşamçağıda İssam­bula çaddı. Bir qəriyə tuş gəldi, dedi:

–Qərri nənə, mənə bir mənzil olar bu gecə?

 Qərri dedi:

 –Buyurın, balam, öz övüüzdü.

 Koroğlı qərrinin mənzilinə geddi, atunı bağlıyub, qərri taruf eylədi, övə geşdi, oturub Koroğlı dedi:

 –Qərri, mənim igirmi nəfər daldan qonağum gəlir.

 Nə qədər pul qərriyə verdi, dedi:

–Gedərsən bazardan yağ, dügi alay, gətirəy. Mənim otuz[100] nəfər qonağum daldan gəlir.

 Qərri bazara gəldi, yağ, dügi aldı. Qeyidib özüni övə çad­durdı. Ocağı odlıyub qazanı asdı. Qərrinin bir oğlı varudi, kör­pəyə gedərdi, gəlib.

 –Nənə, mənə çörək gəti.

 Qərri dedi:

 –Danışma, balam, pilov asmuşam.

 Oğlan danuşmadı, oturdı. Koroğlı gördi pilov bişib, qərri­nin əli çatsun, daa pilovdan qalmıyacəkdi. Koroğlı dedi:

–Qərri, qonaxlarumnan xəbər olmadı. Çıxginan dama, gör qonaxlar gəley?

Qərri dama çıxıb, bu yan–o yana baxır. Koroğlı özini qa­zanın yanuna çaddurdı. Qərrinin övünnən zərafi tapmadı pilovı tökə üssünə, yiyə. Qərrini surfası var idi dəridən, aşıdan çağar­muş­dı, mıxa vurmuşdu. Koroğlı surfanı mıxdan aşşağı gətürdi. Pilo­vı üssünə töküb neççə tikədə addi aşşağıya. Qərrinin oğlı gəldi övə, nənəsini damnan səslənni. Qərri aşşağıya gəlüb de­di:

–Nənnə, qazanumuz calanub.

 Qərri dedi:

–Balam, heş müsülmanın qazanı belə calanmasun.

 Qərri aldı görək oğluna nəmə deyir:

 

Sənə deyim, mənim balam,

Hardeydi bu tabdı bizi.

Əl qoyıb bizi yimağa,

Bu yərtan tükədər bizi.

 

Yedigün boynuna almaz,

Heş kim belə qılıc çalmaz,

Əmisi Şabannan qalmaz,

Bir utanmaz vardur üzi.

 

    Zörə deyər baxsın süzə,

Əbəs qonax oldu bizə,

Dədəsi miləxor Mirzə,

Qırat üssə çıxdı gözi.

 

Qərri sözün təmam eylədi, Koroğlı gördi qərri dədəsinnən başladı, yaxçı tanıır, dedi:

–Qərri, əlim ətəgin, gəl, bu pul, ged bazara, yağ, dügi al, götür, ged bişir qonşularıya da dağut, mənim dədəmnən işin olmasun. Mən yorulmuşam, palas varı ver, mən yatum.

 Qərrinin bir dənə yorğanı var idi, əvvəlki ərinnən qalmuşdi. Gəddi addı Koroğlınun başuna. Koroğlı yorğanı çəküb başına, yaddi. Süb durub əyağa, dedi:

 –Qərri, mənim atum burda qalsun. Mən gedirəm şəhər içinə, Nigarı tapam.

 Qərridən xudafizlik eyləyib çıxdı şəhər içinə. Soruşurdı, Nigar xanumın bəxçəsi harda olar, bir nəfər nişan verdi, dedi:

–O rubaruda ki, Nigar xanum bəxçədə, səni o bəxçəyə qoymazla.

 Koroğlı gəldi, bağın qapusuna çaddı. Bağın qapusunna du­ra­na yalvarub:

–Məni bu bağa qoyguna.

 Namay ki Koroğlıya Nigar gönnərmişdi, o naməni nişan verdi. Qapuçı irad tudmadı, dedi:

–Geş bağın içinə.

 Gördi Nigar xanum oturub hovuzu başunna, qırx dənə incə qız döörünnə. Koroğlı bir yekkə salam Nigar xanuma verdi. Nigar xanum Koroğlının salamunı almadı. Koroğlıya çox bədi gəldi. Saz gəldi sinəsinə, aldı görək nəmə deyir:

 

Salam verdim, salam almaz,

Görüm, tutsun salam səni.

Axçasız, pulsuz aşığam,

Pulum yoxdu alam səni.

 

Güllü bağlarda gəzərsən,

Cahallar barğun əzərsən,

Nigar, kağaza bənzərsən,

Qələm tudmaz yazam səni.

 

Xəzinəm yox, aqzun açam,

Dövlətim yox, tökəm seçəm,

Əlaş budu, alam qaçam,

Çamlıbelə salam səni.

 

Hansı dağların qarısan,

Hansı bağların barısan,

Nigar, Koroğlı yarısan,

Tanır külli-aləm səni.

 

Söz tamam oldı, Nigar xanum dedi:

–Koroğlı, bağışlagunan, tanumadum səni. Əksin özünnən [şəngdir]. Mən bir dənə libas tikmişəm sənə. Əhd eyləmişəm, sənin arxaya böyük olsun, verim qıççını kəssilər, küçük olsun, qıççı altuna taxda oturdsular. Əlaan qızlar gedəllər o libası gətirəllər.

Dedi:

–Qızlar o libası gədsin.

 Getdi qızlar libası gəddilər. Koroğlı başladı arxasuna giy­ma­ğa. Nigar xanum dedi:

  –Koroğlı, heyf sənə, gözümə bir az qərrə gəldi.

 Koroğluy bu sözdən bədi gəldi, dedi:

–Nigar xanum, əgər issəsən qərəlik eyb olsun, qulax ver, gör nəmə deyirəm.

Koroğlı sazı sinəsinə aldı, görək nəmə deyir:

 

Sən mənə qara deyərsən,

Qaşların qara dəgildi?

Tökülübdür dal gərdana,

Saşların qara dəgildi?

 

Açuldı həqqin eşiyi,

Aləmi tuddı işığı

Həsənü-Hüseyn beşigi,

Sərpuşi qara dəgildi?

 

Gözəllər bağda gəzəllər,

Bağrımın başun əzəllər,

Quran üssə xəd yazallar,

Xəd məgər qara dəgildi?

 

Koroğlyam, hərdə-hərdə,

Aq üzündə vardur pərdə,

Qara gözə siyah sürmə,

Çəkdigin qara dəgildi?

 

Söz tamam oldı, Nigar xanum dedi:

  –Koroğlı, baguşla, bilmədim.

 Koroğlı dedi:

    –Nigar xanum, mənim bir dənə ayrı eybim var, deyirəm, biləyə.

Gediblər otağa, deyillər, danuşıllar, gülilər. Nigar xanum əmr ver­di, Koroğlıya şam gəddilər. Koroğlı çırağı əlinə bir bu ya­nu­nan, gələn dəfə o yanunnan əlinə götürərdi, Nigar xanum dedi:

 –Koroğlı, çırağı salaray.

 Koroğlı dedi:

 –Mənim eybim elə budu, gecələr şukaram, gecələr gözüm görməz.

 Nigar xanum dedi:

 –Koroğlı, mənim əmim oğlu Bürzə bəg məni almışdı. Ged atıyı gətir bura, məni minnir, götür ged.

 Koroğlı qərrinin övünə gəldi, dedi:

 –Qərri, mən gedirəm Nigar xanumı götürəm qaçam.

 Pul qərriyə verdi, dedi:

 –Heş yerdə deməginən Nigarı Koroğlı apardı.

 Qərri dedi:

 –Mənim işim yoxdur, deməm heş yerdə.

Koroğlı xudafizlik eylədi, Nigar xanumun qələsinə gəldi. Nigar xanumu gecəni vəxtində atunun tərkinə minirdi, pəşiman oldu, dedi, qızın göynü ola, oğlanın göynü ola, münə, elə hamı apar­ram. Mən qoyum, gün çalsun, günnüzki günnə aparum, hamı gör­sün. Ama gün çalanacan qələ dörünnə dolannı. Gün çaldı, dedi:

 –Nigar xanum, bax gör hara çatmuşux?

 Nigar xanum dedi:

 –Öyün abad olsun, mənim öz qələmə!

 Koroğlı dedi:

 –Mən ki dedim, gecələr gözüm görməz mənim. Yenicə gö­züm işıxlansın, bu, Çamlıbelin yoludu.

Belədə qalub Koroğlı başladı gedməyə. Car çalublar İssam­bul şəhərinə, Nigar xanum yoxdu. Qərri dedi, gedərəm bir muş­du­lux allam. Gəldi dedi:

–Bürzə bəg sağ olsun, Nigarı Koroğlı göddü, geddi.

Bürzə bəg durdu. Car çəkdilər, yeddi yaşunnan yet­miş yaşuna çıxdılar Koroğlınun dalıca.

Nigar xanum Koroğlunın tərkinnən dolannı baxdı, gördi İssambuldan çıxan gəliy:

 –Hamu adludan qabax gələn əmim oğlu Bürzə bəgdi, çata­yu, öldürə biləyi ikimizi birdəyi.

 Koroğlı Nigar xanumı cəvabunna aldı görək nəmə deyir:

 

Başına dönnügüm, alagöz Nigar,

(Nigar), Necə biliy Bürzə bəgin özünü?

Əgər qəbul eyləyəsən Koroğlınun sözünü,

(Nigar), Necə biliy Bürzə bəgin özünü?

 

Meydana girəndə nərrə çəkərəm,

Mən deyim sənə, qanlı yaşlar tökərəm,

Qırram Osmanlunı, bir–bir üssə tökərəm,

(Nigar), Necə biliy Bürzə bəgin özünü?

 

Koroğlı deyər yolunna keşmişəm cannan,

(Qılıcı çəkərəm) Qorxum yoxdur mənim sultannan, xannan,

Qaşmanam mən heş vaxt belə meydannan,

(Nigar) Necə biliy Bürzə bəgin özünü?

 

Söz tamam oldı, Nigar xanumı ennirdi aşşağı, dolannı qo­şunın üssünə. Əvvəlki qılıçnan vurdu, Bürzə bəg atdan gəldi aşağı. Qoşun dalı qayıddı. Nigar xanumı tərkinə minnirdi, dedi:

 –Nigar xanum, necə oğlan gördü məni?

  Nigar xanum dedi:

 –Çox özünnən tərif eyləmə.

 Başladular gedməgə. Xəbər verək Firəng oğlunnan. Firəng oğlu Nigar xanumu issiirdi, vermirdilə. Firəng oğlu eşidmişdi Ko­roğ­lı gedib Nigar xanumı gətirə. Firəng oğlu qoşunı yığmış­dı, gəlmişdi, dərbənd varudu, dərbənddə turmışdı. Koroğlı yu­xa­rı baxdı, gördi Firəng oğlu dərbəndi kəsib. Firəng oğlu dedi:

 –Koroğlı, Nigarı ənnir aşağə atdan, özin səha-salim ged.

 Koroğlı aldı sazu görək nəmə deyir:

 

Hardeydin, çıxdın qarşuma,

Firəng oğlu, Firəng oğlu.

Nahaq qan salma başuma,

Firəng oğlu, Firəng oğlu.

 

Misri qılıc bağladuram,

Səni çəprast dağladuram,

İnni səni ağladuram,

Firəng oğlu, Firəng oğlu.

 

Koroğlı deyər dönnü baxdı,

Cigərim odlara yaxdı,

Qeyiddi Nigara baxdı,

Firəng oğlu, Firəng oğlu.

 

Sözün təmam eylədi Koroğlı.

Firəng oğlu dedi: –Mən Misri qılıc qabağuna davam gətirə bil­məm.

 Dedi:

 –Koroğlı, sənnən işim yoxdu, gəl geşginən.

 Koroğlı başladı gedməgə, Nigar xanum dedi:

 –Koroğlı, sən çox özünnən məən eləyirsən. Bizim tərəfdə sodəgər Haşum var. Gedər sizin tərəfdə sodəgərliyə. Əgər tuş gəldi, malunı böl- dedi.

Sən deyinən, Koroğlı sodəgər Haşumnan qorxardı. Dedi:

 –Nigar xanum, mən sodəgər Haşumı heş saymam.

 Bu söz deyilə, sodəgər Haşumın qafulası dərbənddən çıxdı. Nigar xanum dedi:

 –Koroğlı, sodəgər Haşum gəlir, malunı böl, görüm necə bölür­sən.

 Koroğlı geşdi sodəgər Haşumın qafülasinin qabağuna, dedi:

 –Qulax ver, sodəgər Haşuma gör nəmə deyirəm.

 Aldı sazun, Koroğlı görək sodəgər Haşuma nəmə deyir:

 

 Hardeydi, düşdi girimə,

Gəl bölək malı, sodəgər.

Nəhəxdən gedmə ölümə,

Gəl bölək malı, sodəgər.

 Sodəgər Haşum deyir:

Sənə diyim, Qoş Koroğlı,

Qorxmanam paşadan, xannan.

Geşmişəm sərinnən, cannan,

Gəl buradan geş, Koroğlı.

Koroğlı deyir:

Koroğlıyam, donnan–dona,

Qılış çəkməm beşdən ona,

Leşiyə quzğunlar qona,

Gəl bölək malı, sodəgər.

Sodəgər Haşum deyir:

Adumdu sodəgər Haşum,

Qoğaludur mənim başum,

Quldur oldürməkdir işim,

Gəl buradan geş, Koroğlı.

 

Sözü təmam oldı, Koroğlı sodəgər Haşumın qulağına dedi:

–Nigar xanumın yanunna məni xəcalət eyləmə.

Sodəgər Haşum dedi:

 –Koroğlı oldu sədaqətti?

 Dedi:

–Həyi, valla.

Dedi:

–Mənim malumnan əlini arala.

Nigar xanum dedi:

–Koroğlı, o oldı cəngi-zərqərə. Gəl, gedək.

  Başladular gedməgə.

 Gedhaged özlərini çaddurdular Çamlıbelə. Dəlilər tamam atdara miniblər, çıxdılar Koroğlı və Nigar xanumı peşvazuna. At gəzdirdilər, Koroğlı şad olub dedi, eşidənlər şad olsun, alub görək nəmə dedi:

Sənə diyim, Nigar xanum,

Bu gələn qardaşdur, gəlir.

Sənə qurban şirin canum,

Bu gələn qardaşdur, gəlir.

 

Nigar xanum dedi:

–Koroğlı, Eyvəz hansudu?

Koroğlı dedi, yəqin Nigar xanumın gözi düşdü Eyvəzə. Nigar xanumın cəvabunna Koroğlı aldı görək nə deyir:

 

Bax alluların beşinə,

On dördünə, on beşinə.

Humayül salub döşünə,

Bu gələn qardaşdur, gəlir.

Dedi:

–O hamudan yekkə kimsənə?

Koroğlı aldı görək nəmə dedi:

 

Dəli Mehtər dəlilər başı,

Axudma didənnən yaşı,

Koroğlınun qoş qardaşı,

Bu gələn qardaşdur, gəlir.

 

Söz tamam olub, Nigar xanum və dəlilər Koroğlıynan belə Çamlıbelə çaddular. Koroğlı başladı yeddi gecə, yeddi günnüz Nigar xanumın toyunı tudmağa.

Eşidənləri və ağayı Kəmalinin saluğuna.

 

 

 


BU DASTAN AŞIQ CUNUNUN QAÇMAĞİ DASTANIDI

 

12. 4. 1353

Yazaram mən bu hekayəti bugün qardaşuma,

İki ildür ki, salub dört dəfə minnət başuma.

Əhd edüb üç gecədə vəxtimi dutdum mən özüm,

Yazmuşam, var bu kitab içrə nə həngamə sözüm.

Yadigarı qalacak saxlasa hər kəs bu sözü,

Axtarur katibini vəxti- muəyyəndə özü.

Vari imkan həzün xəlqi-nihan dutsa məni,

Taniyullar məni, aləmdə cəhan əncüməni.

Afərin, təbi-rəvanımdan açub dərce-dəhan,

Edüb Əfşarı bu qoftar arada rütəb lisan.

Şöhrətün bilmişəm axirət şirin nohənün,

Mübarəkdü haman zülfə Məhəmmədhəsən.

Çün sifariş mənə təsir elədi bədəli-can,

Yazmuşam şad ola aləmdə haman tazə cəvan.

Vəssəlamu əleykum Əfşari.

Huvallahu

Ay dastanum oxuyan və talib olan din qardaşlarum!

«Koroğlı» dastanı 12 məclisdür. Hər məclisi bir dastan, eşid­mə­li hekayətlər var. 11 dastanunı ta kunun cüda-cüda yaz­muşam. Hər 11 cildin talib olanlarun ixtiyarinə qoymuşam. Və hala on ikiminci cildi ta kunun yazılmamuşdı, bu tarixdən onı ya­zaram. Və təmam ədəbiyyatunı və hekayəni bexatere fər­ma­yeşe duste-əzizəm, Ağayi Qulamhəsən fərzənde, Məhəm­məd­hə­sən sakini Musaxanınbulağı. Və ümidvarəm oxuyan vəxtə hər məclisdə və hər yerdə məni yadə salub duayi-xeyir gön­dər­sün. Çün bu hekayət ta kunun heç aşıq bilməyüb. Bəndə zərrə bi miqdar öz təbe şerim ilə yazdum. Çün o cəvanın məhəbbəti həmişə qəlbimə təsir egüb və yazmuşam.

Vəssalamu əleykum və rəhmətullah.

İslam Əfşar

Fitarixe 9.8.1354

Günlərin bir günü Koroğlı Çamlbeldə məclis qurub və hər tərəfdən xanlar, bəglər, paşalar və hər noqatəbaşı bəlli müh­tə­rəm şəxs varıydı, dəvət edmişdi. Hər gün yemaq-iç­maq­dan soora Aşıq Cunun olarçun çalurdi, qonaqlar xoş olurdular. Bir gün qo­naqlarun biri bir cami-şərab saqidən alub Aşıq Cu­nu­nə ve­rüb. Aşıq Cunun ruze əvvəldən şərab içməzdi. Bu cami qo­na­ğun əlindən alub dübarə özinə taruf edüb dedi:

Ay əziz qonaqlar, mən ta kunun ərəq içməmişəm.

 Qonaqlar dedilər:

 Sən Koroğlınun aşığısan, sinnün həştadə çatub, bir belə mərd adamun məclisində çalmusan və müzd aparmusan, vəli, əğ­lə gəlməmisən. Bunə görə ki, adəm dünyadə gərək özi öz və­zi­fəsinə aşina olar. Fihal biz sənə şərəb verdik, sən bizim əli­mi­zi dala vurdun şərabi içmədün.

Aşıq Cunun dedi:

Mən cəvan ömrümü Çamlıbeldə, bu Koroğlı qapusunda qo­caldmuşam. Vəli, bir cürə ərəq və şərab içməmişəm.

 Bu sözdə Koroğlı bir cami doldurub dedi:

Aşıq, sən qonaqları məyus eyləmə, al bu camı. Sən də bu mühtərəm qonaqlarumuzun səlamətluğınə çək başiyə, qonaqlar xoş olsun.

 Aşıq Cunun başun salub əşağə, camı almıyub. Koroğlıya ağur gəlüb. Sözi təkrar edüb. Aşıq əslən Koroğlınun sözünə bax­mayub. Koroğlı camı yerə qoyub, bir möhkəm kəşiydə vurub, aşığun qulağundan dutub məclisdən yazıya atdı.

Dedi:

Gid, ta səhər sənün hesabıya çataram.

Aşıq məclisdən çıxan zəman öz xəttini oxudi. Bildi ki, səhər Koroğlı əziyyət və azar edər. Fürsəti qənimət bilib çögurün gö­türüb gecə vəxti gəlüb Sıldırımdaş qaladan enüb, qərə­ti­kan­luq­dan keçüb, çahar dağli qəyələrdən  enüb, fərar  edüb gəldi səfi­də dəmi Ərzurum caddəsi kənarında bir qəyənün dibində pün­han olub. Səhər işıqlandı. Bu tərəfdən bir iddə  bazurgan yabu-qatır ilə çatub. Aşıq Cunun əyağə durub bazurganbaşıya bircə gərm  səlam verdi. Bazurganbaşı əleyk alub dedi:

Ay aşıq, burda niyə durmuşay?

Aşıq bina  elədi ağlamağa. Bazurganun ürəgi yanub dedi:

Ay aşıq, niyə ağluray?

Aşıq dedi:

Ay bazurganbaşı, mənim bu qocaluq çağumda dörd mərəz mənə üz verüb. Hamı bir-birindən dərdli.

Bazurganbaşı dedi:

Dərdün nədür?

Aşıq çögürun zilü-bəmin tutub görək nəmə deyir:

 

Sənə deyüm, xan bazurgan,

Dərdim başumdan aşubdur.

Bu məclisdə qocalmuşam,

Ürəgim başı şişibdür.

 

Cəvan ömrim gedüb bada,

Qocalmuşam bu arada,

Giriftaram bu dünyada,

Dərdü-qəmim qaruşubdur.

 

Bu mahaldan mən qaçaram,

Canü-başumdan keçərəm,

Qanat çağatsam, uçaram,

Yolum buradan düşübdür.

 

Aşıq Cunun edər havar,

Başunda şuru-qoğa var,

Məni səvar  edüb apar,

Nəfim sənə yetüşübdür.

 

Söz təmam oldu, dedi:

Ay sodagər, məni sən aparmasay, xülasə, ticarətün zər edər.

 Bazurgan dedi:

Hara aparum səni?

 Aşıq dedi:

Sənə deyüm, xan sodagər,

Mübarəkdür səfər sənə.

Məni özünlə sən apar,

Faydası çox yetər sənə.

 

Yükü-barun  hamı mühtac,

Gəl elə dərdimə əlac,

Sən elə rəfi -ehtiyac,

Xudam edər nəzər sənə.

 

Hacılar gidərlər Haca,

Vəli, baxmazlar muhtaca,

Mən elərəm çox iltica,

Duam edər əsər sənə.

Bazurgan dedi:

Mən qorxuram sənün şərün məni duta.

Aşıq Cunun dedi:

Məni səvar elə ata,

Ya Türkmənə, ya Kəlata,

Ya Ruma, ya ki, Şama ta,

Apar çatmaz xətər sənə.

 

Mənəm həqiqət aşığı,

Məclislərün yaraşığı,

Abbasun qəlbi, işığı,

Dua oxur səhər sənə.

 

Söz təmam olub, bazurganbaşı baxub tanudi, dedi:

 –Ay aşıq, sən Koroğlı aşıqlarundansan. Mən bilmərəm sənə nə olub ki, qaçuray və mən də səni nə unvan aparum. Səhər Ko­roğlı baş tapa, mənim ruzgarımı qara edər. Hala bilmərəm nə çarə edim.

Aşıq Cunun dedi:

Ay sodagər, qulaq ver, ta deyüm:

 

Bulbul azad olan vəxtə qəfəsdən,

Qənat vurur yetə öz məclisinə.

Xurd–xabi həram edər özinə,

Əli çata əqvamuna, əlinə.

 

Mən aşıqəm, bu dünyada yox malum,

Sənə qurban olsun, qocalan canum,

Koroğlı qorxusı pozub əhvalum,

Özümi vurmuşam xuda çölünə.

 

Xudam yetirübdür bu saət səni,

Az qalub aluşa ömrim xərməni,

Görürkən Koroğlı öldürür məni,

Ləşim salur Çamlıbelün çölünə.

 

Qorxusundan bilməm günüz–gecəni,

Gözüm görməz çala ilə ucanı,

Türkəmənə yetür məni-qocanı,

Yetür məni Türkəmənin elinə.

Söz təmam olub, dedi:

Ay sodagər, məni sən apar, bu qədər olsun çatum Türk­məndə Qəşqayi-Türkmən şəhərinə. Daha Koroğlı ora gələ bil­məz. Vəli, həft taq Süleymanə gəldim, gəlür məni tapar öldürür.

Bazurganbaşunun ürəgi yanub, aşığa dəstur dedi. Çarva­dar­lar götürüb atublar bir danə qaturun yügü üstünə. Mal-hevanı bina eylədilər surmağa. Dedi:

Ay aşıq, biz səni aparax, ta görək sənün şərün bizi nə vəxt dutsun?

 Xülasə, bina elədilər gidməgə. Gəl sənə kimdən xəbər ve­rüm, Çamlıbeldən. Koroğlı gecə aşığı məclisdən qovub, qonaq­lar dedilər:

Koroğlı, bu aşığa səhər bir kuşmal vergünən ki, laəql ömründə olsun.

Xülasə, o gecə Koroğlıya, məclisdəki qonaqlara acuğ bərzəx olub və əmma səhər tezdən gün çalub, genə yeddi min dəlilər yığılub gəlüb. Məclis quruldı, qonaqlar ilə məşqul olub yemağ-içmağa. Koroğlı dedi:

Gedün, Aşıq Cununa deyün gəlsün məclisə.

Bir nəfər gedüb gördi aşığun otağunda heç kəs yoxdur. Aşıq çögurün götürüb gedübdür. Xülasə, hər yandan aşıq soruşub, heç kəs bilmədi. Gəlüb Koroğlıya ərz elədi:

Aşıq bilməm hara gedüb. Otağunda heç kəs yoxdur və hə­mişə özi otağda olmasaydı çögürü olirdu. Vəli, nə özi var, nə çögürü.

 Koroğlı dedi:

Hətmən mənim abrum gidər.

Çün o zəman hər kəs məclis qurseydi, bir danə aşıq tapardı ki, o məclisdə çala və hər kəs tapa bilmidi, böyük eybdi. Xülasə, Koroğlı dəliləri çağurub dedi:

Görün, bu nanəcib aşıq hara gidi, onı gətürün.

Dəlilər hamusı Çamlıbeli dolanub, tapulmadı. Bir nəfər nigah­banlardan dedi:

Gecənün vəxti mən aşığı gördüm. Çögürun salub çiyninə, qərə Sıldırımdaş qalaya tərəf gedərdi.

 Dəlilər gəliblər bu xəbəri Koroğlıya verdilər. Koroğlı dedi:

Gedün dolanun, görün harda bərkünüb.

Dəlilər gəldilər Qərədaş qala yolunda gördülər bir adam izi burdan Sıldırımdaş qalaya tərəf gedüb. Xülasə, o iz ilə gəlüblər Sıldırımdaş qaladan keçüb Qərətikanluqdan və sıldırım qəyələ­dən keçüb izi götürdülər, ta Ərzurum caddəsinə yetürdülər. Əm­ma baxub gördülər bu caddə ilən tazə bazurgan yabu-qatır ilə keçub. Yolda çox at və qatur izi vardur. Dedilər, aşıq gəlüb bu caddədə, bu qatır sahibi ilə gedüb. Bu xəbəri dəlilər gəldilər Koroğlıya dedilər. Koroğlı rəngi-ruxi qərəlüb dedi:

 –Mənim aşığımi hər kəs aparsun, nə onun mal-əmlakını qarət edüb, özlərini xurd-bərzək qırram.

Bu sözi dedi, bir dəli nərə çəküb yedi min yetmiş yedi dəli Koroğlınu döörinə cəm olub dedilər:

Ay Koroğlı, genə nəmə olub ki, sən dəli nərə çəkdün?

 Koroğlı dedi:

Qulaq verün, ta deyüm nə olub. Dedi:

 

Dəlilərim, Aşıq Cunun qaçubdur,

Dolanun dağları, tapun gətürün.

Kəsilüb taqətim, ruhum uçubdur,

Dolanun bağları tapun gətürün.

 

Aşıq gidsün, təmaşadur, təmaşa,

Tapulmasun işim yetişməz başa,

Əgər gedüb girüb sıldırımdaşa,

Fərhadı aparun, qazun gətürün.

 

Atlularum səvar olsun mərdana,

Yolda gərək toz qaruşa dumana,

Ac qurd kimin çatun o bazurgana,

Atu-qatırını alun gətürün.

 

Fürsət əldən vermün, yoxdur məcalı,

Dolanun çölləri, şəhrü-mahalı,

Mərəndi, Kəlatı, şəhri-Xəlxalı,

Elam şəhrün yıxun, çapun gətürün.

 

At belində mərd-mərdanə yatun,

Yıxun mahallatı bir yerə qatun,

Səğiri, kəbiri qol–qola çatun,

Qızıl–gümüşünü alun gətürün.

 

Koroğlı yetişüb bu saət cana,

Vurun, capon, dəlilərim, hər yana,

Desün Abbas bu sözləri yazana,

Ondan bircə xəbər alun gətürün.

 

Koroğlı saz ilə dediklərini söz ilə dedi:

Ay dəlilərim, Aşıq Cununu gərək tapub gətirəsüz.

Bu tərəfdən on nəfər dəlilərdən ərəbi atdardan çəküblər ya­zı­ya. Möhkəm zinü bərk edüb təngi-zir tənglərün çəküb ama­də gid­maq olublar. Koroğlı hala gəlüb yerinə, sazun en­di­rüb sinə­si­nə görək qoç dəlilərə nəmə sifariş edər:

 

At belinə dolan, qoç dəlilərim,

Sizdən iki intizarum var mənim.

Təmam bir-birindən xoş dəlilərim,

İntizarda bu qərarum var mənim.

 

Məclisimi aşıq eyləyübdür xar,

Çamlıbeldən gecə edübdür fərar,

Əgər sizün varuuz namus ilə ar,

Aşıq edüb məclisimi xar mənim.

 

Dolanun hər tərəf, gəzün dünyanı,

Təbrizi-miskin, şəhri-Yəzd, Girmanı,

Aşığımdan ta kətürün nişanı,

Gətürəndə iftixarum var mənüm.

 

Koroğlının sözi varidür əsər,

Hər yana, hər tərəf eyliyün guzər,

Türkəmən şəhrinə eliyün həzər,

Qaşqayınan səru karum var mənim.

 

Söz təmam olub, dəlilər səvar olub, Çamlıbeldən çıxub, Sıldırımdaş qaladan enüb, yol başlanub caddə ilən sürət təmam ilə at başı salublar. Və əmma bazurganbaşı neçə aqac aralan­mış­dı, belə dalı baxanda gördi bir caddə ilən atlu gəlür. Atdarun əyağı altundan toz çıxub gögdə dumana qaruşur. Ba­zur­gan­lar bu həngaməni görəndə təmamun dodaqları qurudı. De­dilər, hətmən Çamlıbelün adamları bu aşığun dalıcək gə­lul­lər. Əgər çatsular, bizi küllü-pamal edillər. Çarə nəmədür?

Bazurganbaşı fourən bir danə sənduğ boşadub aşığı çögüri ilən sənduğə qoydı, aparub yoldan kənarə bircə çuxura qoydı. Dedi:

Ay bizi bəlayə verən, qal burda və səsün çıxatma ki, bizi və özüyü ölümə verdün.

Sənduğı orda qoyub, qeyri mal-qatırlara hərəkət verüb, bina edüb gitmağə. Bu tərəfdən atlular çatub, karvanları çəküb bar­bənd­ləri37 qırub yükləri təmamən yerə töküblər. Bazur­gan­başı qorxudan çəkilüb caddə kənarında dizlərini qucaqlıyub ba­xar­dı. Dəlilər təmam sənduğları dağudub hər tərəfi axtardılar. Aşığı tapa bilmədilər. Bazurganbaşı dedi:

Ay cəvanlar, siz nəmə axtarursız?

Dedilər:

Koroğlınun aşığı Çamlıbeldən qaçub, onı axtaruruk.

Bazurganbaşı dedi:

Ay cəvanlar, bu hikayətdən mənim bir cüzi xəbər varumdur. Qulaq verün, ta diyum. Mən caddəylə qafilə ilə gə­lür­dik. Çamlıbel tuşunda, caddə kənarunda bir danə aşıq çö­gü­rü əlində bircə səvar ilə danuşurdi. Biz ordan rədd olan­da ki, mən dalı baxdum, gördim o səvarə aşığı tərkinə çəkdi, Ərzurum caddəsi ilə gidillər. Haala bilmədüm daha kimdi. Xülasə, mətləb bu unvandur.

 Dəlilər dedilər:

Bəs niyə əvvəldən bu xəbəri vermədün?

 Bazurgan dedi:

Haçan, siz məndən sual elədüz ki, mən diyim. Mənə bir belə zərbət vurduz.

Dəlilər dedilər:

Bəs bir danə qatır yükü ilən gətirün gidək Çamlıbelə. Koroğlıya diyək ki, aşığı bazurgan aparmamuşdı. Bu qatırı da nişan verək ki, inansun.

Xülasə, bir danə qatır yükü ilə dəlilər gətürüb Çamlıbelə tərəf gidillər. Vəxti ki, nəzərdən itüblər, bazurgan gəlüb sənduğı çaladan çaxardub dedi:

Ay başibəlalı, az qalmışdı bizi girranə verə. Dur, sən­duğ­dan çıx, yazıya gedək.

Aşıq sənduğdan çıxub, gəlüb bircə qatıra minüb. Malları cad­də-təmam ilə sürdilər, gecə-günüz yol gəlüb Türkmən şəhə­ri­nə yetişdilər. Gəlüblər şəhərün içində Tuccar meyda­nun­da bar­xa­nəni açublar. Cəvanlar yığılub aşığun döörinə, dedilər:

Ay bazurgan, bu aşığı ver, biz aparax məclisə, toy məc­li­si­miz vardur, aşıq yoxumuz.

Bazurgan dedi:

Bu aşığı hər kəs apara, gərək yüz tümən mənə verə. Buna görə ki, mən bu aşığa yüz min tuman vermişəm.

Bu sözdə on nəfər Türkmən cəvanlarundan əl aparub ciblə­rin­dən biri on tümən çıxardub yüz tümən aşığun tuvanunı bazurgana verdilər. Aşığı gəturüblər toy məclisinə. Bəd az ye­maq-içmaq, dedilər:

Aşıq, çal-çağur görək, nə unvan çalursan.

Aşıq çögürünun ziyü-bəmin dutub aldı görək Türkmənün qeyrətlü cəvanlaruna nəmə dedi:

 

Bir mahaldan mən qaçmuşam

Gəlmişəm bu Türkəmənə.

Çox dərə-təpə açmuşam,

Gəlmişəm bu Türkəmənə.

 

Türkəmənün var cəvanı,

Hamı bir yerdən əhyanı,

Yaxşı sürüblər dööranı,

Gəlmişəm bu Türkəmənə.

 

Türkəmən şəhri basəfa,

Cəvanlarıdur bavəfa,

Yolda çox çəkmişəm cəfa,

Ta gəlmişəm Türkəmənə.

 

Dərə-təpələr açmuşam,

Can ilə başdan keçmişəm,

Canum götürüb qaçmuşam,

Gəlmişəm bu Türkəmənə.

 

Aşıq Cunun çalur sazı,  

Budur ki, sözümün düzi,

Yatmadum gecə-gündüzi,

Ta yetişdüm Türkəmənə.

 

Söz təmam olub, bir miqdar aşığa dööran verüblər. Vəli, aşığı xəstə görəndə dedilər:

Aşıq, məlumdur, sən yol gəlüb xəstə olmuşay. Dur əyağə, gid o biri otağda istirahət elə. Səbah xəstəluğun çıxsun, o vəxt gəl, çal, bir xoş olağ.

 Eyvəz xan – Qəşqayi-Türkmənün oğlu aşığı götürüb öz dəstgahlarına. Və əmma, aşıq burda və toylarda çalurdu. Cəvanlar xoş olub çox dööran vurudular. Bular burda qalsun, gəl sənə dəlilərdən xəbər verüm. Dəlilər bazurganı axtarandan soora bir danə qatır yükü ilə Çamlıbelə apardular. Koroğlıya dedilər ki, təmam mahalı illa bazurganı Türkmən caddəsində axtarduq, əsəri-aşıqdan tapa bilmədik. Bu qatırı də nişanə gə­tür­dük. Bazurgan dedi, bir nəfər aşığı səvar elədi Ərzuruma tərəf apardı. Biz də təmam Ərzurum və hamı dünyanı dolandık tapulmadı.

Koroğlı bu sözdə rəngi qərəldi və bəəd aqardı. Gidüb bir saət baş atub yatdı və bəəd əyağa durub o aşığı tapa bilmiyən dəlilərə görək necə söz dedi:

 

Getdi daha adu-sanun, Koroğlı,

Bundan belə ruzigarun necolur?!

Ümid oldum mən on nəfər nadana,

İtirdilər, indi başum gic olur!

 

Bütün adu-sanum xub oldı para,

Düşdi sirrim düşmən içrə aşkara,

İndi gəldüm mən ömrimdən bizara,

İşıq günüm qəranluqlu gecolur.

 

Hamı kəsdə namus olmaz, ar olmaz,

Dəlilərdən daha mənə kar olmaz,

Ağ serçələr aluçı quş, sar olmaz,

Vurucı quş dümdügündən kəc olur.

 

Əfşara tez deyün gəlsün yanuma,

Ondan səva bir şairi tanuma,

Dua edsün bu qocalmuş canuma,

Tez de gəlsün mənim vəxtim gec olur.

 

 Söz tamam olub, saz ilə dedigini söz ilə dedi. O aşığı tapa bilmiyən dəlilər dedilər:

Ay Koroğlı, əvvələn, biz dünyanı dolandık, aşığı tapa bil­mə­dik və bir də bir nəfər aşıq ki, qocalub qadere hərəkət də­gül, onun üstə bizə xiffət verürsən və halaanke, bir onı tapa bil­mədik. İndi qaçub gedüb, məgər aşıq qəhətidür? Bir danə cə­van aşıq tapub gətürək. Aşıq Cunun otuz ildür burda çalur, haa­la indi nə olub?

 Koroğlı dedi:

Ay naşı cəvanlarum, qulaq verün:

 

Cəvanluğun sizə deyüm yolunı,

Əvvəl gərək namus ola, ar ola.

Əhdə vəfa edər bütün kişilər,

İqrarunda gərək etibar ola.

 

İşıqlı ulduzlar gəlüb ay olmaz,

İqrarşekən adam, adam sayulmaz,

Bimərifət al günüyçün alunmaz,

Biərşədur yox olaya var ola.

 

Bu dünya insanı edər imtahan,

Düşər hər bəşər yaxçıyu-yəman,

Dünyada qeyrətli vicdanlu cəvan,

Qoymazlar ömrində var-kar ola.

 

Koroğlı da indi olub biçara,

Aşıq salur mənim sirrim aşikara,

Lazım olub xəbər verim Əfşara,

O da bu sözlərdən xəbərdar ola.

 

Saz ilə dediklərini söz ilə dedi. Dedi:

Ay cəvanlarum, qırx ildür bir nəfərin bu Çamlıbeldən xəbəri yoxdur. Təmam məmləkətlərdən məşhur olan bir qüd­rət­li mahal qələmə keçüb. İndi Aşıq Cunun gidub təmam məm­lə­kəti dolanur, Çamlıbelin olur olmazun deyər. Səhər hər tərəf­dən xanlar, paşalar baş tapub gəlüllər, bizim ruzgarımız birəhm olur. O vəxt rahatçuluq bizə həram olur. Odur ki, mənim ha­lum vuruşub.

 Bu sözdə on nəfər cəvanlardan Dəli Həsən, Tarıtanumaz, İsaballı... neçə nəfər pəhlivanlardan, ta on nəfər əcəg furən du­rublar atdarunı zinlədilər, dedilər:

Ay Koroğlı, əgər aşıq qənat çaxadub ölkə asimanə uçmuş ola, onı əvvələn endirüb gətürək.

 Forən səvar olublar, istədilər gitsinlər, Koroğlı dedi:

Ay dəlilərim, indi ki sizün xəyaluzdadur aşığı tapub gətü­rəsiz, qulaq verün, sizə neçə nəsihət varum, onı deyüm. Sazun alub sinəsinə, görək nəmə dedi:

 

Sizə deyüm, cəvanlarum,

Aşığı sizdən istərim.

Şir pəncəli aslanlarum,

Aşığı sizdən istərim.

 

Zəhmətlərim zaya keçüb,

Əqlu–huşim sərdən uçub,

Daxi işim qeybdən geçüb,

Aşığı sizdən istərim.

 

Sənə deyüm, İsabalum,

Sizə qurban malu–halum,

Qoymuyun müntəzir qalum,

Sizdən aşığım istərim.

 

Telli Həsən sənə qurban,

Tarıtanımaz mənə can,

Yümuq Əhməddən bu zəman,

Aşıqı səndən istərim.

 

Koroğlı intizar qalur,

Hirsindən rəngi saralur,

Aşıq gəlməsün xar olur,

Aşıqı sizdən istərim.

 

Söz təmam olub, Koroğlı çox sifarişlər edüb, dəlilərün yüz-gözlərün öpüb yola saldı. Dəlilər atdarı cöulanə gəturüb xuda­ha­vizluq edüblər, yüz döndərdilər məmləkətə tərəf sürət ilə atdarı qov­mağə. Koroğlı görəndə halı gəlüb yerinə, sazun alub əlinə gö­rək baqi-qalan dəlilərinə, xan və paşa olan qonaqlaruna nə­mə dedi:

 

Qoç igitlər at belinə dolublar,

Çamlıbeldən səfər idi hayana.

Atlarunun dırnaqundan, nalundan,

Toz qouzanur, qaruşubdur dumana.

 

Bilməm hansi şəhri dutar hədəfə,

Verur milləti yeksər tələfə,

Yüz gər döndərsölər Kəbə tərəfə,

Şivən səsi o mahala qalana.

 

İsaballı hər mahalda savaşa,

O mahalda tamaşa var, tamaşa,

Dedi ki, sözlərin eyləməz haşa,

Düşmən üstə yerişində mərdana.

 

Dəli Həsənin gur olur nərəsi,

Düşmən bağrun yarur dəlilər səsi,

Meydan ortasunun qumu, qəyəsi,

İldırım tək çəkər gökdə zəbanə.

 

Söz təmam olub, qonaqlar dedilər:

Koroğlı, bizim bağrumuzu yardun, daha bəsdür.

Xülasə, söz burda qaldı. Gəl sənə kimdən xəbər verüm, dəli­lər­dən. Çamlıbeldən çıxıblar hər tərəfdən və hər yandan ax­ta­rub tapa bilmədilər. Naçar qalub gəldilər Türkmən şəhərinə. Gələn vəxtə Qəşqayi-Türkməndə məclis qurmışdi. Təmam Türk­məndə olan xan və paşa hər tərəfdən izzətli, ucaboylı cəvanlar o məclisdə və aşıq Cunun da olarçün çalurdı və ça­ğu­rur­dı. Bu tərəfdən xəbər verdilər Qəşqayi-Türkmənə ki, Türk­mən sağ olsun, on nəfər səvarə neçə atludular, dərvazədə atla­run saxluublar, icazə istərlər. Qəşqayi-Türkmən dedi:

Eyvəz xanum, qonaq gəlür, oları pişvaz edün.

 Eyvəz xan və neçə nəfər nökərlərdən fourən durub əyağə gəl­di­lər. Bu tərəfdən də dəlilər at dalunda möhkəm durublar. Bir vəxt gördülər dərvazə açuldi, bir danə cəvan bu imarətdən ya­zı gəlür. Xudavənd bir belə cəvan yaradməyub. Dəlilər ha­musu bu cəvanun qədd-qamətinə və cəvanluğuna mat qalublar. Xülasə, Eyvəz xan dedi:

Qonaqlar, təşrif gətürün.

 Dəlilər atdarundan piyadə olublar. Nökərlər atdarı dutublar, Eyvəz xan qonağlar ilə gəlüblər. Daxili-məclis olanda dəlilər baxub­lar gözləri Qəşqayi-Türkmənə düşüb. Gördülər belə cə­van əslən məmləkətdə yoxdur. Xülasə, Türkmənbaşı qonaq­la­runan hal-əhval edüb dəstur verdi, şam gətirüblar. Beş danə məc­miyə təla təmam zurufati qızıldən və hər məcmədə ənva-əqsan xurakət var, iki nəfərə bir danə quzi biryanı. Xülasə, şam tükəndi. Qəhvə və qəliyan gəlüb, məşğul oldular. Qəşqayi dedi:

Mənim aşığım hardadur? Deyün, gəlsün, əziz qonaqla­ru­muz var, olarçün çalsun.

Bir nəfər gidüb o biri məclisdən aşığı çağurub. Aşıq Cunun zovq-şovq ilə gəlüb məclisə girəndə:

        Xərnək markoş ba mar şod coft,

Ğəza ləb xənde zəd səd afərin qoft[101].

Aşıq məclisə girəndə dəliləri gördi və dəlilər də aşığı bu saət görəndə nə dəlilərdə qüdrət oldı aşıqdən bir söz soruşa, nə aşıq qüdrət elədi ki, bir söz diyə. Və əmma Qəşqayi-Türkmən dedi:

Aşıq, dur əyağə, bir qədər çal, qonaqlarum xoş olsun.

Aşıq Cunun neçə müddətdür bu şəhərə gəlmişdi, özüni nişan verməmişdi və Çamlıbeldən tərif eləməmişdi. Öz-özünə dedi, əgər mən bu saət Çamlıbelün qüdrətündən bu məclisdə dimə­səm, səhər dəlilər Koroğlıa xəbər verüllər, aqibəte kar pis olur. Bu fikri edüb durub əyağə, sazun alub sinəsinə, görək Türk­mən vilayətində, məclisi-Qəşqayda oturan cəvanlar və xanlar və tazə varid olan qonaqlara nəmə deyir:

 

Çamlıbeldən sizə verüm bir xəbər,

Qurub möhkəm daşdan qala Koroğlı.

Qıratunı vura sıldırım dağa,

Dərəyə, təpəyə, yala Koroğlı.

 

Yığıb neçə başıbəlli cəvanlar,

Qorxusundan qaçar bəgü-xaqanlar,

Bacu–xərac verur ona sultanlar,

Namə yaza hər mahala Koroğlı.

 

Qorxudubdur bəgü, sultanı, xanı,

Nənələr doğmıyub belə oğlanı,

Gündə açar məclis, verür fərmanı,

Yeyər-içər, gəlür hala Koroğlı.

 

Aşıq qaçub Koroğlunun əlindən,

Bəlkə rahət ola onun dilindən,

Qasid gəlüb Çamlıbelün elindən,

Gəlür yəqin bu mahala Koroğlı.

 

Söz təmam olub. Aşıq Cunun bu tərifi edəndə söz onda Eyvəz xana bərg dəgdi. Daxi taqət eləmədi, otaqun taqçəsində danənişan çögürü alub sinəsinə basandan və qonaqlardan icazə alub aşıqın cəvabunda körək nəmə dedi:

 

Sənə diyum, Dəli Aşıq,

Bizə Türkəmən diyəllər.

Bu sözlər dəgül yaraşıq,

Bizə Türkəmən diyəllər.

 

Türkəmənin cəvanları,

Tozlı olur meydanları,

Saymazlar paşa, xanları,

Bizə Türkəmən diyəllər.

 

Aşıq, açma söz başunı,

Dimə Çamlıbel işini,

Çərçi soyandur qoşunı,

Bizə Türkəmən diyəllər.

 

Koroğlı gər gələ bura,

Başun keçirdərəm dara,

Ağ günün elərəm qara,

Bizə Türkəmən diyəllər.

 

Aşıqsan, olma divanə,

Laf eyləmə sən nadanə,

Dəgdi sözün Eyvəz xana,

Bizə Türkəmən diyəllər.

 

Söz təmam olub. Eyvəz xan və Qəşqayi bilmirdilər ki, bu qo­naa­lar Çamlıbeldən gəlüb bu aşığı axtarullar. Əmma Eyvəz xan sö­zi təmam olub, qonaqlar baxdular bir-birinə, gördülər heç gü­nə qudrət edüb danuşa bilməzlər. Başlarun salublar əşağə rəng-ruxları qərəldı. Eyvəz xan gördi qonaqlar pərişan ol­du­lar, de­di:

Ay əziz qonaqlarum, mən aşığun cəvabun dedüm, sizün ha­lı­nız təğyir tapdı. Siz hardan gələn, hara gidənsiz?

 Tarıtanmaz dedi:

Bircə çögürün mənə, ta ərz eliyüm hardan gələn və hara gi­də­nig.

Eyvəz xan danənişan çoqurü verdi Tarıtanımaza. Tarıtan­ı­maz çoqurün zilü-bəmini dutub görək özlərin necə nişan verür:

 

Başıya döndügüm, Türkəmənzadə,

Mərd igidün höösələsi dar olmaz.

Kəşkəşana çəkilməsin uca dağ,

Əglənübdür sinəsində qar olmaz.

 

Saxlamaz baala dağ özündə qarı,

Hər meevə gül aça gətürməz barı,

Bu ölkədə olmaz Xunsarun narı,

Türkəmən cəngəli barı nar olmaz.

 

Laf eləmək hər cəvana ar olur,

Kəc adamlar bu dünyada xar olur,

Həqq yolunı gidən varu–kar olur,

İnçəlsə dööləti, xaru–zar olmaz.

 

Çamlıbeldən Türkəmənə gəlmişik,

Hər mahaldan soorağunı almışık,

Aşığı biz bu məclisdə görmüşük,

Bu gecədə goftugudan kar olmaz.

 

Söz təmam olub. Tarıtanımaz aşığun Çamlıbeldən qaç­ma­ğu­nı, dəlilər onı axtarmağunı əvvəldən ta axirə Türk­mən­başına tə­rif edüb. Türkmənbaşı qah-qah gülüb dedi:

Bəh-bəh, bəs lazım olub biz Koroğlıya qonaq olak. Səhər tez­dən siz aşığı aparun və mənim salamımı Koroğluya yetirün. Və bəəd deyün Türkmən on nəfər ilə qonaq gəlür.

 Aşıq Cunun dedi:

Ay Türkmənbaşı, əgər mən gedəm, Koroğlı məni öldürür.

 Türkmən dedi:

Koroğlı mənimnən qardaşluqdur. Əgər sənə çəb baxa göz­lə­rini çağar­­duram və bəəd Koroğlı heç vədə mənsiz Çamlıbeldə du­ra bilməz, qorxma.

Xülasə, gecə keçüb təmam məxluq gedilir. Məclis boşalub, qo­naq­lar yat­dılar. Səhər olub yuxudan durdular. Bəəd əz ye­maq-içmaq­dan soora dəlilər icazə alublar atdaruna səvar olublar və bir danə at aşığa ver­dilər. Aşıq da minub, xudahafizluğ edüb, yüz döndərdilər şad-xur­rəm Çamlıbelə tərəf gəldilər. Ta Çam­lıbelə çatublar, nökərlər atdarı du­tub, dəlilər piyadə ol­dı­lar. Koroğlı aşığı görəndə höösələsi gəlüb yeri­nə, vəli bir si­bil­lə­rin burdi, dedi:

Ay dəlilərim, bu aşıq hara gidmişdi?

 Tarıtanumaz dedi:

Ay Koroğlı, aşığı Təkə-Türkməndən Türkmənbaşı məc­li­sin­də tapdık. Türkmənbaşı adı gələndə Koroğlı hirsinə dur elə­di, dırub məclisə giddi. Dəstur verdi, dəlilərə nəhar verdilər və bəəd sual elədi. Aşığa dedi:

Ay aşıq, tərif elə görək, hardan giddün, hara gəldün və Türk­mən mahalı necə mahaldur.

Aşıq Cununu sazun alub sinəsinə, görək məclisdə olan aqa­ya­nalara Koroğlınun cəvabunda nəmə deyir:

 

Türkəməndən xəbər verum mən sənə,

Türkəmənun var cəvanı, Koroğlı.

Özüm Türkəməndə göz ilə gördüm,

Türkəməntək mahal hanı, Koroğlı?

Koroğlı dedi:

- Danış, de görüm, nəmə gördün, kimsəni orda nişanə ey­lə­dün?

Aşıq Cunun dedi:

Gözüm düşdü orda bircə cəvana,

Qərəqaş, durnatel, mərdü-mərdana,

Bak eləməz, şiru-pələng aslana,

Nənə doğub tək oğlanı, Koroğlı.

Koroğlı dedi:

-Aya, bu cəvanlardan rəşiddür və qüdrəti bu dəlilərdən baş­dur?

Aşıq dedi:

-Qulaq ver, ta deyüm:

Bu ölkədə elə cəvan tapulmaz,

Qudrətu–quvvətün disəm sayulmaz,

Rüstəm gələ, əl başuna çatulmaz,

Bəgənməz sultanı, xanı, Koroğlı.

 

Dedi:- Koroğlu, bu qədər bil o cəvan tək cəvan gün altunda yoxdur. Belə cəvandur ki, necə onı nişanə eyləyüm:

Aşıq Cunun tanur yaxçı-yəmanı,

Sənə verrəm o cəvandan nişani,

Əşarı yazulur Əfşar zəmanı,

Oxu sən xəttü–nişanı, Koroğlı.

 

Söz təmam olub, saz ilə dedigini söz ilə dedi. Və təmam sər­gü­zəşti tərif edüb. Vəli bazurgan aparmağunı dimədi. Və bəəd de­di:

Türkmənbaşı on nəfər ilə gələcək sənə qonaq ola.

 Koroğlı Çamlıbeldə olan qonaqları dubar on gün dəvət elə­di, dedi:

Təkə-Türkməndən mənə qonaq gəlür. Siz də qalun ged­mə­yün.

 Xülasə, Koroğlı verdi yeddi min pərvar amadə edüb təmam aş­pəz­xanələrə düyi on xərvar ilə verdi. Çamlıbelə zinət verüb. Bir vəxt nigahbanlar səsləndi:

Ay Koroğlı, Türkmən caddəsi ilə on nəfər atlu gəlür. Atdarun nəlündən ot xərməntək caddəni rouşən edər.

 Fourən Koroğlı on danə gənçə dəstur verdi. Atlular çatan saəttə olarun qəbağunda qurban edublər. İzzəti təmam ilə Türk­mənbaşı on cəvan türkmən ilə varid oldilar. Koroğlı Ey­və­zi görəndə hezar afərin diyüb. Koroğlı Türkmən ilə görüş­di­lər. Hamı yer-yerindən did baz did edüb Koroğlı soruşdı, de­di:

Türkmənbaşı, bu Eyvəz xan sənün oğlundur?

 Türkmən dedi:

 –Eyvəz sənün qulamundur.

 Xülasə, burda yidilər-işdilər. Bəəd əz on gündən sonra Türk­mən dedi:

Ay Koroğlı, səhər biz murəxəs olacağıq. Vəli səhər nəhara qaz, ördək biryanı aşpəzlər hazir eləsün. Daha davar biryanı bəs­dür.

 Koroğlı gəldi aşpəzxanəyə, dedi:

Qaz və ördəklər harda vardur?

 Yumuq Əhməd dedi:

Qaz və ördək bu mahalda tapulmaz. Məgər Ərzurumda Cə­fər paşanun göllü bağunda ola. Ora da gidmaq müşküldür. Çox çətin dağlar qabaqda var. Xətərli yolları vardur və bir də Cə­fər paşa bir qudrətli paşadur.

Koroğlı gəlüb dəliləri çağurub dedi:

Kim gidə bilür Ərzrumdan Cəfər paşanun bağundan qaz və ör­dək gətürə?

Heç kəsdə qudrət olmadı. Tarıtanumaz dedi:

Mən gedərəm.

Türkmənün oğlu Eyvəz də dedi:

Mən Tarıtanumaz ilə gedərəm.

Koroğlı dedi:

Sən qonağay, lazım dəgül sən gidəsən.

 Eyvəz dedi:

- Mən gidərəm.

Koroğlı dedi:

Sənün gidmağun səlah dəgül.

 Xülasə, Tarıtanumaz atlanub gidə, Eyvəz də fourən gedub ərə­bi atı minüb gəldi, Koroğlıya dedi:

Mənim ağama xəbər vermün, ta biz gedək, gələk.

 Xülasə, Koroğlı hər tərəfə vardı ki, Eyvəz gedməyə. Gördi ki, gedir, dedi:

Bəs qulaq verün, sizə sifariş edüm.

 Eyvəz xan dedi:

Koroğlı, sifarişün nəmədür?

 Koroğlı dedi:

Gedər olduz Ərzuruma,

Tuşdur, bu dağun yolları.

Sağ caddəsi gedər Ruma,

Üçdür, bu dağun yolları.

 

Daqlarda aslan yatubdur,

Çəngəli qanə batubdur,

Kələ-kələyə çatubdur,

Ləşdür bu dağun yolları.

 

İsabalun götür nökər,

Atlar nalu–mıxun tökər,

Qul Əhməd məclisün çəkər,

Daşdur, bu dağun yolları.

 

Dağlarda vardur çox məğar,

Gərdəngahında yatub qar,

Müşküldür keçə bir səvar,

Qışdur, bu dağun yolları.

 

Söz təmam olub, Koroğlı dedi:

Muvazibətluq insanda böyük sərmayədur. Gedün, bu dağ­lar xətərli dağlardur. Məbada, xuda nəkərdə bir bərədə da­ra bənd olunar. Xülasə, muvazib olun.

Bu sözə Eyvəz xan taqət gətürmədi, Koroğlıya necə cəvab verdi:

Vəsfün vermə bu dağlarun, Koroğlı,

Türkəməndə mənə yəlil diyəllər.

Başı bəlli qırx min cəvan içində,

Mənə, valla, mərdi-əvvəl diyəllər.

 

Atı vurdum mən də sıldırım dağa,

Meydanda dolanam bir sola–sağa,

Düşmənimi sallam əldən əyaqa,

Meydan açan cəngü-cədəl diyəllər.

 

Atum sürüm dava günü meydana,

Sürsəm toz qouzanur çatar dumana,

Çəngəlim şir kimin boyaram qana,

Tanuyanlar gərək əcəl diyəllər.

 

Əgər qəsdən hücum edəm kəffarə,

Ağ günün elərəm düşmənün qarə,

Sözlərümi Əfşar çəkər əşarə,

Oxuyanlar şerü-qəzəl diyəllər.

 

Söz tez dəgər hər qeyrətlü cəvana,

Xüsusən bu sözlər mən Eyvəz xana,

Mənim sözüm deyün şerim yazana,

Türkəməndə mənə yəlil diyəllər.

 

Söz təmam olub, Tarıtanumaz Eyvəz xan ilə yüz döndərdilər Ər­zuruma tərəf gedmağa. Vəli, Türkmənbaşı hala bilməyir oğlu Ey­vəz hara gedüb. Xəbəri yoxdur, bülməz.

Ay əziz, qardaşlarum, bu dastan burda xatimə tapdı, yəni bu das­tan Aşıq Cunun qaçmaği dastanıydı. Yazdum, inşaəllah, əgər ömür oldı Tarıtanumaz ilə Eyvəz xanun qaz və ördək gə­tür­max das­tanun da talib olanlara yaza cəkəm.

 Vəssəlam, söz təmam.  

İslam Əfşar

Nəşrli müvərrixə 1 .8.53

 

Koroğlınun Türkmən səfəri

 

Qərar budur, dastan əvvəldən ta axıracək yazulsun. Çün Aşıq Cunun Çamlıbeldən qəhr edüb getmişdi və Türkmən vila­yə­tinə və onun dastanun yazmuşam. Aşıq Abbas[102] nəvarə sa­lub və vəxti ki Aşıq Cununu dübarə gətürdülər Çamlıbelə, Ko­roğ­lı ondan Türkmən vilayətün soruşdı. Aşıq Cunun Eyvəz xa­nı Koroğlıya tərif eləyüb. Koroğlı dedi:

 –Mən gərək özüm gedəm o cəvanı görəm, əgər mənim dər­di­mə dəgə, gətürəm.

Xülasə, o dastan yazılub. İndi be omide xoda Koroğlınun Türk­mən səfəri ki, on birminci dastandur, dübarə yazaram. Oxu­yan qardaşlar oxuyub şad olsunlar. Bəs be omide xoda tə­vəc­cüh edün.

*   *   *

Bismilləhiaala.

Koroğlı Aşıq Cunundan Eyvəz xanun vəsfo- safun eşidüb də­xi taqət gətürmüyüb bir dəli nərə çəküb, yeddi min yetmiş yed­di dəli hər tərəfdən tökülüb gəlüb, çahar ətraf Koroğlınu əha­tə edüblər. Ərz eylədilər:

– Ağa, gənə vaqə var, sənün qərarun kəsilüb?

 Koroğlınun adətidi, bir qərarıydı, hər mövqe bir iradə edən­dən qabaqdan bir nərə çəkərdi. Bu dəfə nərə çəküb dəlilər cəm olub cuya oldular. Koroğlı görək nəmə deyir:

 

Dəlilərim, Çamlıbeldən gedirəm,

Bu səfərdə bir niyyətim var mənim.

Əvvəl sizdən mən məşvərət edərəm,

Bu səfərdə bir həsrətim var mənim.

İsaballı dedi:

–Ağa, əvvələn niyyətün mübarəkdür. Buyur görək, nə kari–xeyr varundur ki, çox həsrəti var?

Koroğlı dedi:

Aşıq Cunun gedib, gəzib cahanı,

Çahar iqlim–Hərat, Şiraz, Kirmanı.

Türkəməndə görüb bircə cavanı,

Məlum olsun o söhbətim var mənim.

 

Aşıq Cunun götürüb oğlanun nə ünvan getməğun dedi:

 

Acığun gəlməsün sənün, Koroğlı!

Cəvanları Türkəmənin cəridür.

Tanusular səni hətmən tutallar,

Caddələri şiru-aslan yeridür.

 

Koroğlıyun təbi gəlüb görək Aşıq Cununa nəmə dedi:

 

Aqil olan divanətək danuşmaz,

Ot vurmasay yaşü-quru aluşmaz,

Qorxaq olan xeyrü-şərə qaruşmaz,

Həras yoxumdur, qüdrətim var mənim.

Dəlilər dedilər:

–Sən bir fərman versəy, biz itaət edərik. Haala əmrün nəmə­dür, buyurgunan.

Koroğlı dedi:

Gün çalanda Çamlıbelə vurubdur,

Qəvi düşmən qiyabunda durubdur,

Aşıq Cunun sözü məni yorubdur,

Yorulmuşam kəsalətim var mənim.

 

Söz təmam olub. Koroğlıyun halı böylədi. Əgər sözünün qa­ba­ğına söz gətürsəydin, ya tərəfi öldürərdi, ya üç gecə-gündüz baş atub yatardı. Bu dəfə dəlilərə dedi:

 –Gedin, mən minnur fikrim cumubdur.

 Dəlilər hamı dööründən dağılub. Koroğlı da gedib yatdı. İsaballı dedi:

 –Aşıq, Koroğlı yatdı. Əgər bu gün yuxudan dursun, sənə ənam verər. Vəilla, üç gündən sonra dura, əvvəl iki qulağı qaza və buna görə ki, sənə çox sifariş edib ki, bəzi mövqe mənim sö­zü­mə söz demə. Koroğlı oouqatı təlx olub, yatub. Təvəkkül ol Xu­daya ki, bu gün yuxudan dursun, vəilla, dedüm, neməti ta­mam­dur.

Aşıq Cunun da Koroğlınun adətin bilirdü. Vəli bu dəfə çox xo­fə düşüb çögürün alub əlünə, zilü-bəmin dutub görək necə Xu­dadan istiyir ki, Koroğlı bu gün yuxudan dura:

 

Sidqinən çağurram qədri-ilahi,

Yuxudan tez bu gün dura Koroğlı.

Qorxusundan gedüb ürəgim ahı,

Xof edirəm durub vura Koroğlı.

 

Sən agəhsən, onun yaman halı var,

Qüdrəti var, cəlalı var, malı var,

Ənkirü–mənkirün nə suvalı var,

Durır məni basar gora Koroğlı.

 

Yuxudan ayılub bu gün şad olsun,

Qoymagunan məniminən yad olsun,

Fikri bu barədən çox azad olsun,

Durub gözəl məclis qura Koroğlı.

 

Aşıq Cunun duasın et icabət,

Yetiş harayıma vahid-ü əhəd.

Bu gün Koroğlınu yatıbdur, oyat,

Qoyma üç gün yata, dura Koroğlı.

 

Söz təmam olub. Koroğlı yeddi saat yatmışdı. Aşığun duası isa­bət edüb Koroğlı yuxudan durdu. Bir dəli nərə çəküb dəlilər ha­mı tərəfdən tökülüb gəldilər dedilər:

–Ay Koroğlı, nə xəbər vardır?

 Koroğlı dedi:

– Aşıq Cunun hardadur, gəlsin.

Aşıq Cunun gəlüb Koroğlı üç danə axça Aşıq Cununa verub dedi:

– Ay aşıq, mən istərəm gedəm Türkəmənə. Sən Türkəmən yol­ların getmişey. De görüm, hansı caddə yaxıntəhərdür və han­sı xətər var və hansı bixətərdür?

Aşıq Cunun dedi:

– Koroğlı, dörd danə caddə var Türkəmənə gedər. Hər dör­dü­nün də vəsfini icazə versey saz ilə deyərəm ki, sən xoş olay.

 Koroğlı dəstur verdi, bir məclis qurub şərbəti-şərbət, ye­mağ-içmağ başlandı. Koroğlı dedi:

– Aşıq, de!

Aşıq Cunun sazını basıb sinəsinə çahar caddənin vəsfini belə deyir:

Çamlıbeldən Türkəmənə gedəndə,

Əvvəl çatar Ərcistana, Koroğlı.

Dörd yolu var Ərcistandan aralı,

Hər biri gedər bir yana, Koroğlı.

 

Məğribdən yol salma, xətəri çoxdur,

Vəli, bu yollardan çox-çox yovuqdur,

Dağ-daşdur, qardur-qışdur, souqdur,

Dağlar qərq olub dumana, Koroğlı.

 

Havaludur, basəfadur hər yeri,

Gülüstandu yolu, baği-İrəmi,

Yeddi yerdən yolu kəsüb hərami,

Yola qoymazlar quş qona, Koroğlı.

 

Toqat şəhri caddəsi də üç olur,

İkisi sərrastdur, biri piç olur,

Sərrast caddə axır gedər heç olur,

Gedən gedər biyabanə, Koroğlı.

 

Kəç olan caddədür Türkəmən yolı,

O caddədür dayim ticarət malı,

Üzülməz caddədən karvanun dalı,

Çox uzaxdır Türkəmanə, Koroğlı.

 

Aşıq Cunun deyər, budur nişanə,

Sol tərəf caddədür gedər Kirmanə,

Sağ caddədə gördün aşna biganə,

Yol vəsfini sən de ona, Koroğlı.

 

Söz təmam olub. Koroğlı yolları bildi. Vəli, gördü Aşıq Cu­nun çox yolları xətərli eylədi. Fourən durub ayaqa, bir dəst li­ba­si-bazurganluq geyüb, altundan misri qılıcı bağladı. Şəm­şi­rin və tə­mam əsləhədən müsəlləh olub Qırata minüb sazun alub əli­nə, görək Çamlıbeli kimə tapşurur ki, gələnəcək mi­va­zibət ey­lə­sün­lər.

 

Dəlilərim, mən gedərəm, gəlincək

Can kimi saxlayun bu Çamlıbeli.

Mən gedərəm xan Eyvəzun daluycak,

Xan kimi saxlıyun bu Çamlıbeli.

 

Yumuğ Əhməd sənə verim fərmanı,

Dəli Həsən görsün dəlilər sanı,

Gündə yiyün üç yüz şişək büryanı,

Çox əlvan saxlıyun bu Çamlıbeli.

 

Sifarişim budur dəlilərimə,

Əgər gedüm, mətləb gəldi əlimə.

Əgərçi gəlmədim, getdim ölümə,

Siz mizan saxlıyun bu Çamlıbeli.

 

Tökün, yiyün, Koroğlınun malıdur,

Vəsiyyətdür sizə sözüm dalıdur,

Sizə böyük bu gün İsaballıdur,

Bigüman saxlıyun bu Çamlıbeli.

Söz təmam olub, dedi:

–Dəlilərim, sizün sərkərdəəz bu gün İsaballıdur, sizə fərman ver­di, əncam verin. Və bir də heç tərəfə kimsə getməsün, ta mən gə­lincək. Vəssəlam.

Xudahafizluq edüb Qırata bir nəhib vırdı. Sıldırımqayadan atı­lub, Qərətikanlıqdan çıxdı, Daşqaladan rədd olub düşdi Şah­cadd deyilən Ərcistana tərəf getməgə.

Bu tərəfdən Koroğlı gəlüb bir saat günbatana qalmışdı, həm özü və həm Qırat xəstə olub. Bir balaca kəndə çatub, aduna Ta­hirabad deyərdilər, gəlüb Tahirabadın kənarına bircə dər­va­zəni dəxili-bab edib. Bu imarət bircə qərri arvadun ki, qırx il­di əri ölmüşdü. Bircə oğlu varıydi, altmış salə qocalmışdı. Və­li, əl və gözdən tabınakdı, heç arvad almamışdı. Oğlan həmişə əv­də, qərri yünı əgürürdü, haqqını alub o çolaq oğlan ilə maaş edər­di.

Qərri gəlüb dərvazaya, gördü bircə kişidür, bu kişilərcək və bir danə ata minübmiş bu atdar boyunnda. Təəccüb qalub dedi:

– Qonaq, nəmə fərmayişün var?

Koroğlı dedi:

– Mənim atum yorulub, özüm də acam. Əgər mümkün olur, bir qədər yemağ və içmağ mən özümə və bir miqdar arpa-sa­man bu atuma alay və pul verəm.

Qərri dedi:

– Baba, mən nə səni və nə atunu tox eliyə bilməm.

Koroğlı əl eylədi cibə, bir məbləğ ağ–sarıdan töküb qərrinün ətə­ginə. Qərri pulu görəndə dedi:

–Qonaqcan, xoş gəlmişey, səfa və qədəmün gözlərim üstə. Bu­yur içəri.

Koroğlı varid olub, dedi:

–Qərri nənə, dur bu pulları götur get qırx badman arpa al və bir danə də quzu büryanı. Miqdari çörək hazir eylə, indi mənim rə­fiq­lərim gəlür süzlərə. Biz bazurganluq varumuzdı, qafilə dal­dan gəlür.

 Qərri bir çəp Koroğlıya baxub dedi:

 –Məgər mən qərriyəm?! Mənim ərim üç aydır ölüb. Və on gün bundan qabağı çün bizim toyumuzun dağlardan səsi gə­lir­di, haala altı aydır ki, biz toy eyləmişdik. Mənim ərim ölüb.

 Koroğlı gördü bunun təməi-nəfsanisi cuşa gəlüb, dedi:

 –Bağışla, həqiqət sən tazə atdan düşən gəlin kimin. Mən əv­vəl sənə baxmadum görüm.

Qərri sözdəri eşidüb bina eylədi əzilməgə, hey qaş-göz tut­ma­ğa, dedi, əl-ayaqum hənasına bax. Axır Koroğlı dedi:

–Məgər gedmirsən arpa almağa?

Dedi:

–Gedirəm, əvvələn de görüm, məni alay, ya yox.

Koroğlı fikir eylədi, dedi, əgər deyim allam, bisərü-səda, bu zə­man aparur, vəli disəm almam, burda gərək şəərin dərsün tütak.

Dedi:

–Qərri, mən səni allam.

 Qərri deyəndə, dübaurə ki, acuğı gəlüb dedi:

–Sən mənə genə qərri dedün? Bir həyətüm, bir danə bağum var­dur.

 Koroğlı sazun alub əlinə, görək qərriyə necə cavab verüb:

 

Bu gün bir qərri gördüm,

Hənalı əl-ayağı var.

Gərək bu qərni mən alam,

Bir həyət, bir də bağı var.

 

Qərrinin acuğı gəlüb yüzün döndərdi o yana, dalun çövirdi Koroğlıya. Koroğlı dedi:

Qərri deyirəm tozlanur,

Gəlün deyirəm nazlanur,

Yüzüni məndən gizlədür,

Heç bilmirmi qonağı var?

Qərri dedi:

–Bilürəm, qonaq varum. Vəli mənim üç tovuq varum, na­harda qeyqanaq və beş danə geçi varum. Səhərlər hər şey verrəm sə­nə, burda yeyək-içək şad olağ.

Koroğlı dedi:

Gəzmişəm uzağ-yovuğu,

Çəkmişəm isti-sovuğu,

Gəlün varı üş tovuğu,

Naharda qayğanağı var.

Qərri gülüb dedi:

–Bir dəst rəxti-xab varum. İki qaşuq ağacdan və bir danə ça­naq ki, əlli ildür əslindən ərim gətürmişdi, saxlamışam. Onda iki­miz qəza yəərik.

 Koroğlı dedi:

Gəlün mənə verür cəvab,

İki qaşuq, bir rəxti-xab,

Sovün, daxi xanə–xərab,

Bir danə gər çanağı var.

Qərri dedi:

–Bu atı satgunan. Gəl, malı mala, canı cana qatağ, yeyək–içək, bir dööran edək.

Koroğlı dedi:

Koroğlı Qıratı sata,

Malını malunə qata,

Gözəlinən yiyib yata,

Bircə kiçik otağı var.

Söz təmam olub. Koroğlı dedi:

–Mən səni allam.

 Qərri xatircəm olub durub əyağə, geddi miqdari çörək və bir danə büryan və qırx batman arpa bazardan alub, verüb qa­baq­dan həmmal gətürüb. Həmmalə dedi:

–Buları apar, mənim ərim əvdə atunu bağlıyub həyatə. Vər ona, ta mən gəlim.

Həmmal buları gətürüb Koroğlıya verüb qayıtdı. Ta qərri ba­zardan bir qədər sürmə alub gəlüncə Koroğlı çörək ilə bür­ya­nı yedi və Qırat da arpanı tükətdi. Qərri gəlüb gördi, arpanı pak at yeyüb, qonaq da büryanı, çörəgi yeyüb, fəqət sümükdi qalur. Qər­ri bir gözaltı baxub dedi:

–Ay öyü abad, bu Koroğlıdur!

Gə­türüb qərri dedi:

–Bəs qonaqlar gəlmədi? Sən bu gün nə töör bir danə büryanı ye­dün və atun da qırx batman arpanı yedi? Əvvələn, mən səni in­di tanudum ki, sən kimsən.

Koroğlı dedi:

–Əgər rastdur, de görüm, mən kiməm? Mən büryanı ye­məmi­şəm. Hələ səbr eylədim sən gəley, yarım yeyək.

 Qərri dedi:

    –Namərd təmam yiyüb, o vaxt deyir yeməmişəm.

Baxdı gördü bu Koroğlıdur, dedi:

–Ay qonaq, sən namıdarı mən tanıram.

Koroğlı dedi:

–Nə töör tanıdın?

Qərri dedi:

İndi gör mən səni tanıram, ya yox. Götürüb görək nəmə dedi:

 

Təəccübəm, belə qonaq,

Hardan gəlüb tapub bizi?!

Mənə olub həlqə munaq,

Yalandur hər diyən sözi.

Koroğlu dedi:

– Necə yalandur, mən yalan danuşuram?

Qərri dedi:

Yalan sözündən utanmaz,

Yedigün boynuna almaz,

Əmisi Şəbannan qalmaz,

Heç yoxdur utanan üzü.

Koroğlı gördü ki, əmisin tanıır, dedi:

–Şəban kimdür?

Çəp baxdı qərriyə. Qərri dedi:

 

Mən qurbanam ala gözə,

Xəşm eyləyüb baxdı bizə,

Atasıdur Xacə Mirzə,

Qırat üstə çıxdı gözü.

Koroğlı dedi:

–Ay qərri, əgər burda bu sözlərdən desən-deməsən, mən səni tanu­mu­ray.

 Qərri dedi:

Qonaqım mənə yağıdur,

Axır təbləri vağudur,

Çaar iqlimin boyağıdur,

Nəzaf itirəndə mazi.

Koroğlı dedi:

-Əgər rast deyirsən, de görüm, mənim adum nəmədür?

 Qərri dedi:

Koroğlıdur, Rouşən xanay,

Mənim bu cismimə canay,

Qeys qızı Səlbidür anay,

Qırat vurub sınıb dizi.

Dedi:

–Koroğlı, mən səni kamilən tanudum. Sən Rouşən Əli xan Xa­cə Mirzənün oğlu və nəsəbi Səlbi xanum Qeysəri Rumin qızı və əmisi adı Şəban xan. Qırat vurub nənəsün dizi çatılub. Haala mən səni tanıram, ya yox?! Əgər boynuna almasay, əlan ge­də­rəm Türkmən­başıya xəbər verərəm, səni tutalar. Burda sə­nün atun misqalı bircə tümən quruş olur. Bəli, bu şəhrin xalqı sənilə düş­məndir.

Koroğlı dedi:

–Mən səni allam, genə nə ərz varındur?

 Qərinin qoşqunu boş oldu, dedi:

–Yox, amma bu atı gərək satay. Bu, bizim hamu zadımızı ye­yər tükədür.

 Koroğlı dedi:

...............................

Qərri girüb yer sala, Koroğlı dedi:

–Gözəl, hələ kəbin kəsilmiyib. İki yer sal.

 Qərri dedi:

 –Bir yer sallam, dalumuz bir-birinə dayansun.

Xülasə, hər tür yatdular, deyən özü bilsin nə ünvandır, eləcə ya­tublar. Səhər olub Koroğlı yuxudan durub vüzu alıb na­mazun qıldı. Qərri durub əyağə, sarı yağ götürüb neçə toxm murq ilə zirqəlyan çay gətürüb yedilər. Gördilər car çəkünlər, gəlün to­ya. Koroğlı dedi:

–Gözəl, kimün toyudur?

Dedi:

–Bir nəfər çadurpa oğlınun toyudur. Elin bəgi özündən onun toyun tutub. İndi o cardur ki, xalq gedə toya.

Koroğlı dedi:

–Bəs sən övdə oturmusan, aparum Qıratu satum gəlüm, ba­həm toya gedək.

Qərri dedi:

–Get, tez gəl.

Koroğlı dedi:

–Şayət şəhəri talomaya, gün batanda mən gəlləm.

 Qərri qəbul edib. Koroğlı atun yüyənün çəküb, gəldi bir kər­vansərayə, dalandara dedi:

–Bu atun yerünü mürəttəb eylə, qırx tas da arpa buna tök və bir miqdar pul verib.

Dalandar zövq-şövqlə məşğul olub ata xidmət eyləməgə. Ko­roğlı gəlüb hücrədə libasun əvəz edib. Bir aşığluğ libası ge­yüb, çögürün altundan salub getdi. Toy məclisində bircə tə­rəf­də oturub baxdı məclisə, gördü neçə cəvanlar gəlüllər.

Hər tərəfdən xanlar, bəglər və cəvanlar gəlüb, məclis mü­rət­təb olub. Dedilər:

 –Durun əyaqə, ehtiram edun Türkəmənbaşı təşrif gətürür!

Məxluq hammı durub əyağə. Koroğlı gördü bir qəvi heykəl şəxs gəlür, kəlləsi günbəd düvar, sibilləri binaguşdən keçüb, göz­ləri kasəxun kimi, ucaboy şəfi-cəvan, necə cəvan tayı heç məm­ləkəttə yoxdur. Qızıl həmayul salub, qızıldan kəmərbənd. Sağ tərəfində bir danə cəvan gəlür, güntək şüa verür, ağça, uca­boy, məstü-alagöz, qələmqaş. Əslən adam baxmağunan tox ol­maz. Bu cəvan pəhlü­vanun surəti on dörd geçəluğ ay kimin şö­lə­vər. Başunun tükləri durna teli tək çin-çin olub. Çox ucaboy cə­vandur. Koroğlı dedi:

 –Əgər bu Eyvəz ola, Aşıq Cunun həqvarı başarməyub vəs­fin verə, çox aşıq demağundan başdur.

Xülasə, gəlüblər məclisdə oturublar. Hamı məxluq cabəca otu­rub. Bir nəfər cəvanlardan əyağə durub dedi:

 –Türkmənbaşı sağ olsun, biz hər şəhərə getdik, aşıq ta­pul­ma­dı. Boş gəlmişik. İndi fərmayüşün nəmədür?

Türkmən dedi:

–Əgər aşıq tapulmaya, naçaram, Eyvəzi göndərəm Ərzurum vi­layətində bir əcəm aşığı gətürələr. Mən gedirəm, gün batanda məc­lisə gəlləm, gərək aşıq tapula,–bunu dedi, təmam yerli-ye­rin­dən əyağə durub Türkəmənbaşını yola saldular.

 Eyvəz qaldı. Cəvanlar yığılub Eyvəz başuna, misli-pərvanə şəm döörünə cəm olur. Bir nəfər dedi:

–Ay Eyvəz xan, bircə yekə adam məclüsün o başunda otu­rub, bir danə çögürü varudur.

Eyvəz dedi:

–Kimdür?

 Eyvəz baxub görüb qəribədür. Dedi:

–Qonaqcan? Dur çögürün və özün təşrif gətür bizim cə­lə­sə­mi­zə.

Koroğlı dedi:

–Mən aşıq dəgüləm.

Eyvəz xan güldi, dedi:

–Bəs o başı yekə nəmədür?

 Koroğlı dedi:

–Bu aşıq cəvabı verəndür.

Dübarə gəlüb dedi:

–Necə aşıq cəvabı verəndür?

Koroğlı dedi:

–Gər məclisdə aşıq oxusun və çalsun–çağursun, bu onun cə­va­bun verəndür. Mən lafçı adam dəgüləm. Mənim zatumda bir mis­qal ixtilaf yox. Sənə də ta məlum olur.

 Eyvəz xan sazı basub sinəsinə. Təmam məclisün cəvanları xurd-büzürk mütəvəcci olub görələr Eyvəz xan nəmə sual edir. Ey­vəz xan dedi:

Neçə sualum var cəvab verəndən,

O kimdür ki, ləşi yoxdur, başı var.

On əyağı, altı gözü, üç canı,

Aqzı yoxdur, vəli bircə dişi var.

Koroğlı sazunı çiynindən düşür, ruhsat səndədür. Görək Türk­mənzadənün necə cəvabun verdi:

 

Cəvabun ərz edüm, Türkəmənzadə,

Ayü-gündür, leşi yoxdur, başı var.

On əyağı, altı gözü, üç canı,

Xışu-bərzigərdür, bircə dişi var.

Eyvəz xan dedi:

O nəmədür dəgmə deyəndə dəgər?

O nəmədür dəgər dağ olsay əgər?

Nəmədür görsənməz bir-birin çəkər?

O nəmədür bir dalı, üç döşü var?

Koroğlı dedi:

O dodaqdur, dəgmə, deyəndə dəgər,

O töhmətdür, hətmən insanı əgər,

O varis qanıdur, bir-birin çəkər.

Təpədür bir dalı, üç də döşü var.

Eyvəz dedi:

Nə qüdrətdür, nərə çəkər gurlar,

O kimdür ki, dalu-döşün vurlar,

O nədür başı yanar təhi qurlar,

................................................

Cəvab dedi:

Xuda qudrətündən bulut gurlar,

O davuldur, dalu-döşün vurular,

O qəliyandur ki, küldən tutular,

...................................................

Eyvəz dedi:

O kimdür ki, hər nə veri qənadur,

O kimdür ki, hər yerdə çox fənadur,

Nədür issiz ölə qənat çaladur,

O nəmədür quyruğunda nişi var.

Koroqlı dedi:

O uşaqdur, hər nə varı qənaddur,

Məzur insandur, fikri fəsaddur,

Qərrişca öləndə qanad çağadu,

O əqrəbdür, quyruğunda nişi var.

 

Söz təmam olub. Bu sual-cəvabə hamı məclis xoş olub. Ey­vəz xan göndərüb atası məclisə gəldi, dedilər:

 –Ay Türkmənbaşı, bu aşıq çox yaxşı aşığdur. Eyvəz xa­nun­nan sual-cəvab edüblər, xülasə, məclisi şad–xurrəm edüblər.

Türkmənbaşı dedi:

 –Aşıq haralıdur, hara aşığıdur?

 Dedilər:

 –Bilmərik haralıdur.

Türkmənbaşı dedi:

–Aşuq, sən haralısan?

 Aşıq dedi:

–Türkmənbaşı, ehtiyac yoxumdur deyim haralıyam. Mən aşıq dəgüləm.

Türkmənbaşının acığu gəlüb dedi:

–Bəs o başı yekə nəmədür səndə?

 Koroğlı dedi:

 –Bu moxi yox, adam başıdur.

Türkmənün bədtər oqatı təlx olub, dübarə dedi:

–Aşıq, əgər sənün əsli-nəsəbünnən baxəbər oleydüm, verər­düm səni öldürür, digər çox bikəmal aşuğay.

Koroğlı gördi Türkmənün mətləbünnən hali dəgül. Sazı alub si­nə­sinə, görək nəmə deyir:

Mən aşığam, vilayətlər gəzərəm,

Görməmişəm sənün kimin kohənsal.

Böyükzadə olana belə söz dəgməz,

Zirəsi hər qədəri ola bikəmal.

Bu sözdə Türkmən bir fikir elədi, bir az höösələ tapdı. Koroğ­lı dedi:

Aşıq ağzı biri otdür, biri su,

Nijadı bəd olan olur iki xu,

Yüzdə bir pərdə var, adı abi-ru,

Bipərdə nişanı mənsay qərəmal.

 

Bu sözdə Türkmən şərməndə olub, başun salub əşağə, rəngi qı­zardı, dedi:

–Aşıq, ağzun qurban, de görüm.

Koroğlı dedi:

Böyügün rəsmidür yuxarı baxmaz,

Qədəmi fuladdur, payasi axmaz,

Sultan olan əyağun biraxmaz,

Əgərçi qəlbi karü-lal ola.

 

Türkmən daha xoşhal olub əl elədi cibiyə, yeddi danə lirə aşı­ğa verüb. Bu tərəfdən məclis adamları dedilər:

–Türkmənbaşı, nə xəbərdür, bir belə pulı bu aşığa verdün?!

 Türkmən dedi:

–Sizə mərbut degül.

Koroğlı dedi:

Əqli kəmlər fikr eləməz, danuşur,

Böyüklərün qəmdən qəlbi aluşur,

Dərya gedir dəryalərə qaruşur,

Aşıq o dəryadə verir pərü-bal.

Söz təmam olub. Dedi:

–Yaq gedər yaq üsdünə, yarma qalur yavan.

 Türkmənbaşa agah olub, bu aşığın bir mətləb varıdur. İn­san oqatı təlx olanda, deyillər, xuda onı şadman eyləsünlər. Çox tohi-təb tapar və rəhməti-cuşə gəlür, ələlxüssüs, Bö­yük­za­də­nün bu sözi. Türkmən dedi:

–Aşıq, əz qərar məlum, sən mali-dünyayə ehtiyac yoxundur. Sə­nün ayrı nəzər varun və əlan nəzərdə bəyan eləsi. Bu qədər bil hətmən bəraurdə edərəm. Məgər onı ki sənün mədd nə­zəründə ola, Türkmən vilayətündə tapulmiya və yainki fərahəm ol­sün qeyri-mümkündür.

Mən sənün hacətün rəva eylərəm. Hala de, görüm, əsli mət­lə­bin nəmədür? Tamamən təklif ilə gəlsün bu məclisdə oturan cə­vanlar da şad olsun və sən də canu-dil ilə çalub-çağaray, bizi xoş edəy

 Koroğlı fürsəti qənimət bilüb aldı görək nəmə dedi:

 

Bu saət, Türkmənbaşı,

Mən istərəm, ağa səndən.

Misali seldən, yağuşi,

Dürrü-mərcan yağa səndən.

 

Bu sözdən Türkmənbaşı çox şad olub dedi:

 –Əgər bu aşıq məndən məmləkət dərxast eləsün, verəcəgəm. Aşıq, de görüm, mənzurun nəmədür?

Koroğlı dedi:

Ot tapulmaz ocağumda,

Əlim qalub qucağumda,

Mən istərəm bu çağumda,

Düşməyəm irağa səndən.

Türkmən dedi:

–Heyf olsun ki, sənün övladun yoxdur. Bavər edun, ey məc­lis cəvan­la­rı, mənim iki oğlum olseydi, birini bu aşığə peşkeş edər­düm. Aşıq, de gö­rüm.

Koroğlı dedi:

Gər ən uca bir dağam,

Bilürəm Əlidür ağam,

Bircə sər çeşməli bağam,

Gəldim gül dərmağa səndən.

Dedi:

 –Aşıq, ismət sözün de görüm, mənim əlimdən acılur, ya yox?!

 Koroğlı gördi, Eyvəz xan məst əslan kimi keçdi atasınun sağ tə­rəfində oturdi. Koroğlı dedi:

Mən aşıq bu dööranam,

Yandırur ot gərək yanam,

Mühtac bircə oğlanam,

O ki geçüb sağa səndən.

 

Bu sözü aşuğ deyəndə Türkmən gördi bu çox böyük hi­ka­yət­dür. Dedi:

–Aşıq, bu mənim Eyvəzim əlavə, mənim gözümün çırağıdı. Bəl­kə bu məntəğənün cəvanlarunun işıqlı ayudur. Bu cə­vann­ar­dan dəstur verənləridi. Bu maalun iş yola salani, məclis qu­ra­ni Eyvəzdür. Məgər səndə o ləyaqət vardur ki, Eyvəzə bəra­bər?! Əvvələn ki, əgər Eyvəzün bir şoğl ki, münasib olmasa, Ey­vəz qəbul eləməz. Hala, de görüm, mən Eyvəzi sənə versəm, sən onuu ilə necə maamilə edəcəksən və bir də de görüm, sən ha­ra­lısan və adun nəmədür və nəsli-əslün nəmədür?

Koroğlı gördi, Eyvəzün rəngi açuluşur, qızarur və ağarur. Dedi, hətmən Eyvəz böyründən dağuluz.  Götürüb görək nəmə dedi, Eyvaz Xan ki:

Başıya dolanum gülüzlü oğlan,

Böyük dağlarda qar qalur oğlancan,

Cəvan mərdün höösələsi dar olmaz.

Baala dağun damənində qar olmaz.

 

Eyvəz xana bu sözdə bir az höösələsi gəlüb dedi:

 –Aşıq, sözin de.

 Koroğlı dedi:

İki sözdür bir- birinnən saruşur,

Dəva olur, cəng-cədəl qaruşur,

Bir otunan məmləkətlər alışur,

Xəşmin utan cəvan köhənkar olmaz.

Eyvəz bu sözə küllən xəşm eləmişdi, xəşmini utub, gültək çeh­rəsi açulub dedi:

 –Aşıq, de:

Çamlıbelidür əsl mənim məkanum,

Aləmə şöhrətdür bu adu-sanum,

Keçüb Koroğlınan keçən döranum,

İndi bilməm yox övlada var olmaz.

 

Bu sözdə məclis dəgdi bir-birinə. Dedilər:

–Ay uşaq, əcəb oldi, bu, Çamlıbel adamlarunandur. Gəlün bu­nu dutax salax zindana, o vəqt kağəz yazax Koroğlıya ki, sən əgər vaqeən qolçomaqe zərəngi, gəl Türkmənə, sənün adaş­la­run­dan birini tutmuşux zindandadur.

Türkmənbaşı dedi:

 –Haala danışmıyun, görüm adı nəmədür, dedi:

 –Aşuq, adun nəmədur, de görüm, Çamlıbeldən tərif elə, gö­rüm xəbər varun, nə unvandur?

 Koroğlı dedi:

Bir qasidi bir mahala girəndə,

Sifarişi gərək bu qərar ola.

Cəfa sözi mərd igidə yaramaz,

Həqiqət söz gərək aşikar ola.

 

Kifayətli cavan bilibdür səndə,

O, mənsəb sahibi bu Türkəməndə,

Ərz budur sənə, gəlmişəm mən də,

Gərəkər qasidi köhnəkar ola.

 

Koroğlı çox gedüb-gəzüb dünyanı,

Tapmıyıbdur ləyaqətli cavanı,

Onu edə dəlilərün sultanı,

Küllən Çamlıbelə o sərdar ola.

 

Türkmən bu sözə çox xoşı gəlüb, dedi:

–Əcəb, baxub gördi Eyvəz xanun rəngi açılub. Məsələn ki, bu hika­yətə nəzəri varıdur.

Türkmən dedi:

 –Aşıq, Koroğlı nə işə məşğuldur ki, bir belə adama möhtac olub?

Aşıq dedi:

Min-min ağac olmaz bir şam ağacı,

Hamı quşlar ola bilməz aluci.

Hər dəmirdən olmaz Misri qılıcı,

Polad isdər təmiz cohərdar ola.

Türkmən dedi:

 –Bərəkəllah, əhsən! Xoşum gəldi. Haala de görüm, Çam­lı­bel nə qərardur, basəfadır, ya yox.

Koroğlı dedi:

Çamlıbel bir uca sıldırım daşdur,

Qeyrəz Türkəməndən hamudan başdur,

O vəqt Koroğlıya, millətə xoşdur,

Eyvəz kimin cavan sipəhdar ola.

Türkmənbaşı dedi:

 –Xeyli xub, bəs vacib old bizə Koroğlınun Çamlıbelinə gəl­məg. Ziyarət və həm ticarət, beqoule qədimian görək, necə ma­haldur. Bəs indi durun gedün yatun. Səhər sənünlə biz neçə sə­varə Çamlıbelə gəllik.

 Aşıq dedi:

 –Türkmənbaşı, indi ki, lütf elədün, qulaq ver ərzim var.

 Türkmənbaşı dedi:

 –Danuş, arada daha sən bizimlə aşina oldun.

 Koroglının kefi gəlüb yerinə, sazı alub sinəsinün üstünə, gö­rək nəmə deyir:

Bir ərzim var sənə, Türkmənbaşı,

Mərd igitlər ələ verməz mahana.

Dəva günü coşğun bulut bək coşar,

İldırım tək çağub girər meydana.

 

İcazə ver Eyvəz mənilə gələ,

Girə bilməz hər kəs o Çamlıbelə,

Eyvəzün gəlmağun Koroğlı bilə,

Özü öz hesabın çəkər bəyana.

 

Böyüklərdə bu rəsmdir gidərlər,

Neçə gündən bircə didən edərlər.

Çox fərqi var qoruq ola caddələr,

Müşgülə qeyri- çarələr calana.

 

 

İcazə ver, Eyvəznən mən gidim,

Sizdə gəlmağizi baxəbər idim,

Qurbanluqlar kəsər qədəmbəqədəm,

Ögəc leşi caddələrdə qalana.

 

Söz tamam olub. Saz ilə dedigin söz ilə dedi. Dedi ki, Türk­mən­başı, əvvələn dünyadə rəsmidür cəvanı ki qüdrətmənd ola, la­zım bilər bir nəfər onı bir şouğlə tərufluğ edə. Cəvan şiru­mənd və kardan parti istəməz. Buyur, sözüm mətləbi dü­ba­rə Eyvəz xan özü mənim kəlamıma fi nəticə varı. Hər xan və xaqan və hər məmləkətdən paşalar, sultanlar və hər dəstə Çamlıbelə gə­lə­lər namə yazalar. Nobət gəlmağ Koroğlıdan alullar. O vəxt çox bac–xərac gəlürlər. Dünənnən ta bugünə kimdə qüdrət öl­mə­yub, bizdən icazə var. Əvvələn, Çamlıbelə əmma Eyvəz gəl­sün. Koroğlı bir ibrət aparsun, bilsün ki, Böyükzadələr bibak olul­lar və getməgə mətləb budur. Bu miğdar on gündən siz neçə at­luynan didən və təfrih Çamlıbelə təşrif gətirir. Koroğlı o vəxt­dür ücrətindən tirmə yollara salacağdır. Qədəmdə neçə qur­ban­luq­lar kəsər. Haala mən bəd danuşuram, ya xoş, onu da xuda bi­lir.

Ələlxüsus, Eyvəz çox pəsənd edüb, dedi:

 –Ağacan, mən səhər gedərəm, siz də on gündən soora gəlün, döyran edün.

Söz tamam olub, Türkmənbaşı qəbul edub. Ta qalsun sə­hərə, görək Eyvəz Koroğlıynan istər Çamlıbelə gedə, ata-ana, Türk­məndə olan cəvanlar, rüfəqalərindən necə üzr və xu­da­ha­fiz­luq istər. Ümide xuda onu da ayrı məqulda yazaram.

Qardaşlar, aşığun vədə-vəidləri və Eyvəzdən məğdur olmağı, ata­sı da razı olmağı səhər gün çalup. Munadi nida verdi ki, Türk­mən cəvanları cəm olsun, Eyvəz xan gedir müsafirətə, şa­yəd neçə muddət tul çəkə. Bu cara hər tərəfdən cəvanlar, rə­fiq­lər, aşinalar tökülüb gəlüblər. Eyvəz bir-bir hamıynan gö­ruş­ma­ğa başladı. Dedi:

Gəlün–gəlün rəfiqlərim,

Həlal edün mən Eyvəzə.

Rüfəqa-aşinalərim,

Həlal edün siz Eyvəzə.

 

Bu sözdə təmam ağladular, dedilər:

 –Sən hara gedirsən?

 Eyvəz dedi:

Həlal edün, həlallaşax,

Cəvanlari ki yoldaşıx,

Həqiqət ilə qardaşıx,

Həlal edün mən Eyvəzə.

 

Türkəmənün cəvanları,

Nizami sazumanları,

Səvari pəhlüvanları,

Həlal edün mən Eyvəzə.

 

Eyvəz iradə edüb gedər,

Türkəmənün tərkin edər,

Atacan, olasən pəkər,

Həlal elə sən Eyvəzə.

 

Söz təmam olub. Hamı cəvanlar yığılub görüşdülər və ana-ata­dan xudahafizluq edüblar. Koroğlı dedi:

 –Türkmənbaşı sağ olsun, səbr edün mən də gedüm atum gə­tü­rüm.

 Koroğlı getdi at gətürə. Eyvəz libasi-faxir geyüb, təmam tac-təlai başuna qoyub, durna telli taçun üstündən alub, qızıl hey­kəl humayunı çiyninə çəp salub, qızıl kəmərbəndi bağladı. Qı­zıl çəkmələrün geyüb, bir ərəbi ata səvar oldi. Xəlq təmam onun cəmalına məbhut qalmışdı. Bir vəxt gördilər aşıq bir at minüb gəlür. Dərvazanun qəbağunda dayandı. At belə uca, xoşxolq əslən ruzgarda belə at didə ruzgar görməyüb. Türk­mən­ba­şı və təmam Türkmənü məxluqi bu atun heykəl hər tərəfinə məb­hut qaldular. Türkmən soruşdi:

 –Aşıq, bu at özünündür, ya Koroğlı atıdur?

 Koroğlı dedi:

–Türkmən sağ olsun, bu Qıratdur, Koroğlınundur.

Türkmən dedi:

 –Aşiq, deyillər, Qıratta neçə xasiyyət var, gerçəkdüür?

 Koroğlı dedi:

 –Bəli, dörd xasiyyət vari. Xasiyyətlərin deyərəm.

Türkmən dedi:- De:

Koroğlı at dalundan sazunı əlinə alub, Qırata fərman verdi. Hər touri mən çaldum, o tür sən əyaq götür. Koroğlı məşğuli-di­mağ olub görək nəmə deyər və at necə dolanur:

 

Başıya dolanum yerişli-yollı,

Tavus bəzək, durna telli Qıratum.

Şirpəncəli, doşü mina sağulı,

Darçunlı, mixəkli, hilli Qıratum.

 

Nə yaxşı yaradub səni yaradan,

Qaşları nəqşdür, o ayi-paradan,

Hər cəngdə salum çıxən aradan,

Gümuş yəhər, qızıl nallı Qıratum.

 

Girəndə meydana özün itirməz,

Jad olanı öz belində götürməz,

Qəbağunda olan dəvam gətürməz,

On iki min adı bəlli Qıratum.

 

Varı Koroğlınun Qırata niyaz,

Dəryalər üstündən edər taxtü-taz,

Qırat Koroğlınu edüb sərfəraz,

Düşməninə kəsən yolı Qıratum

 

 

 

 


Eyvazın durna gətİrməyə getməsİ

 

Cəlali Qoş Koroğlı günlərin birisində oturmuşdu, tamam də­li­lər döyrəsində. Qoş Koroğlı bir zaman baxdı-gördi Eyvəz xan züm­rüdnişan taxtı üstündə oturubdur. Vəli Dəmirçioğlu, Də­li Hə­sən, bular da munı döyrəsindələr, neçə dənə dəlilərdən. Baxdı-gördi Eyvəz çox sadə nəzərə gəlir. Bərayin ki, Eyvəz yeddi min yeddi yüz altmuş[103] yeddi dənə dəlinin sərkərdəsidir. Baxdı-gör­di Eyvəz da bir nəfər bulardakı sadə oturub buların və­sə­tin­də. Amma Qoş Koroğlı bir ahı çəkdi. Öz ürəgində fikr elədi, mən bir dənə dəlilərdən yollıyam gedə Toqata, getsin, əlbəttə dur­na teli gətirə, mən tutam qızıl suyuna, tikəm Eyvəz xanın ba­şuna. Məlum ola, Eyvəz xan bu dəlilərin sərkərdəsidi. Əl­bət­tə, yel vuranda durna teli əsənnə elə-belə mən baxam, ləzzət apa­ram.

Durub ayağı üstünə, bir cam şərbəti doldurub döürə səs­lən­di:

–Mənim qardaşlarum, bir nəfər istərim bu camı mənim əlim­nən ala, içə, gedə Toqata, əlbəttə, durna teli gətirə, mən tutam tə­laya Eyvəz xan başuna tikəm. Yel vura, Eyvəz xan başunda elə-belə aparanda mən baxam, ləzzət aparam. Hər cavan-mərdi ha­zır mənim əlimnən bu cami-şərbəti alsun nuş eləsin.

 Koroğlı bir döürə dolandu dəlilərin içində. Eyvəz xanın nə­zə­ri Koroğlıda idi. Baxdı-gördi heç kim əlini uzatmadu. İki­min­ci döür­də Eyvəz xan özü durub ayağı üstünə əl uzaddı kasiyə. Qoç Ko­roğlı vermədi Eyvəz xana, rədd elədi Eyvəz xannan. Yəni ra­zı dəgildi, Eyvəz xan gedə. Razı dəgildi Eyvəz xan bir saat ya­nun­­dan gedə. Əlbəttə, üçüncü dəfə də Qoş Koroğlınun nəzəri Ey­vəz xana düşdi. Gördü ağ dəsti xəncər çağadub dayuub dö­şü­nə, bir əlin də uzadur Koroğlı tərəf, camı əlinnə şərbətin istər bil­sin. Baxdı-gördi, əgər vermiyə Eyvəz xana, Eyvəz xan müm­kün­dü özüni öldürə. Amma bu kası ki, əlində vardı, doluydu şər­bətnən, veribdir Eyvəzə. Eyvəz bu şərbət Koroğlınun əlindən nuş eliyibdir. Dəstur verdi didi:

–Mənim atum amadə eliyi.

 Dəmirçioğlı baxdı-gördi Eyvəz xan vaqeən bir belə dəliləri sər­kərdəsidi istər gedə, didi:

–Dahı mənim qalmağum fayda eyləməz, sənin də mənim də atum amadə eliyi.

Dəli Həsən baxdı-gördi bu iki sərkərdə buların içindən ge­də­ri, ərzişi yoxi dahı bular üçün, tələsdi:  

–Mənim də atum amadə eliyi.

Qoş Koroğlı baxdı-gördi üç dənə sərkərdələrinnən gedər, əgər xudanəkərdə bularçın bir kuçektərin pişaməd ola, didi:

–Mən hətmən biçarə ollam.

Bəs səsləndi:

–Uşaxlar, mənim sazımı gətiri!

Saz gətiriblər, deyər, Eyvəza bir neçə dənə dəlalət nəsihət ey­li­yim Eyvəz getmiyə bu səfərə, öz ürəgində. Əlbəttə, bu fikrlə, mən tavus teli gətirəm, tikəm Eyvəzın başuna, mənçün çətin bir iş dəgil. Qoş Koroğlı görək nə deyər:

 

Xan Eyvəzım, tərsad getmə,

Daşdur bu dağın yoları.

Boran olar, çiskin elər,

Yaşdur bu dağın yoları.

 

Qılıc oynaşar əllərdə,

Qalxan oynaşar qollarda,

Hərifi çoxdur yollarda,

Leşdir bu dağın yoları,

 

Sənə deyim olma nökər,

Nökər olan cəfa çəkər,

Atdar nal-mıxını tökər,

Daşdur bu dağın yoları.

 

Koroğlı ah çəkər ağlar,

Sinəsin çəp-ras dağlar,

Qar yağar kəmanə bağlar,

Qışdır bu dağın yolaru.

 

Eyvəz qulaq asmadu. Səvar olub ata yola düşdü. Əlbəttə, Də­li Həsən, Dəmirçioğlu Eyvəzı dalıycək. Bular şəhərdən çı­xıb­lər. Müddəti yola gəliblər, məşəqətdən səvara özlərinə yetir­di­lər İstambul şəhrinə, üç ağac, ya bir ağac qalan, xilasə, bir bağ var­du, benami Tokat gölü deyirdilər bura. Bu əndazə yaxçidu, ba­səfa yerdə yaxçı çeşmələr, dörd ətrafdan tökərdi gələrdi [dur­na­lar] bura. Buranı xünkar dəstur vermişdir, əlbəttə, vila elə­miş­dilər. Əlbəttə, vilanın çahar ətrafı da bağdu. Bular ye­tiş­di­lər bağı içinə. Gəliblər bu vilanın otağlarının birində oturublar. Nə­fəslərini tazə eyləyiblər. Nahar yeyiblər. Pəs əz nahardan son­ra Dəli Həsən baxdı-gördi bu əndazə, bu su başuna durna tö­küldü, hesaba gəlmədi. Amma çəkiblər ox-kamanlar və bir ne­çə dənə, xülasə, bu durnalardan vurublar. Amma vurandan soora gətiriblər otağı içində, buları amadə eliyiblər. Kəbab çək­mək­çin hər tərəfə baxdular, bağ həm tazə çün düzəlmişdi, tə­mam ağaşları tazə mumaydu. Xan Eyvəz səsləndi:

–Uşaxlar, dur gedi bu bağı içindən quri ağaçı tapa biliiz, gə­ti­riiz.

 Dəli Həsən didi:

–Nəmə, dədəmiz gəlib, zəhmət çəkib nəcarluq eliyib, qapı dü­zəl­dib? Rəhmətligi oğlı, görmir məgər bağ içi tamam tazə mu­madu. Bu qapulardan çağadım, sındırım burda, otağı içində ka­bab eləm. Elə haala biləxir İstambulli şah bir gün olar gələr, bu­ranı görər, ayrıdan qapı alar salar. Məgər qorxan yoxdur?

 Əl atublar Dəli Həsən qapulardan, pəncərələrdən çı­ğa­dub­lar. Gətiriblər sındırıblar otağın içində kəbabı çəkələr.

 Qalmaxdan olsunlar, amma xəbər kimnən verək, ağa, Qoş Ko­roğlıdan! Qoş Koroğlı əgləşmişdi Çardaxlı Çamlıbeldə. Əs­lan belə birdən səsləndi:

–Uşaxlar, mənim belə ürəgim qəmnak oldı, qəm tutdu məni. Mə­nim sazum gətiri.

Sazı gətiriblər Koroğlıçün. Koroğlı baxdı-gördi miqdari dur­na gögnən gediri, durnalar da qəmnak gediri. Amma beyti xa­tirinə gəlib söhbət elər. Qoş Koroğlı görək nə deyir:

 

Gögdən gedən beyt[104] durnalar,

Eyvəzdən xəbər olmadu?

Diqqəti sərxoş durnalar,

Eyvəzdən xəbər olmadu?

 

Durnam gedər düzüm-düzüm,

Boynu qənətinnən uzun,

Eyvəz mənim iki gözüm,

Eyvəzdən xəbər olmadu?

 

Tökülər çaya, çəmənə,

Arzumanı qalar mənə,

Durnacan, qalx havaya dönə-dönə,

Eyvəzdan xəbər olmadu?

Bu tərəfdən dəlilərdən yığışeylər Koroğlının döyrəsinə. Koroğlına baxdular gördilər çox narahatdu.

–Ağa əgər icazə versə, beyti yüz atla atlanağ. Bərayinki sən Eyvəzdən sarı narahat olay, biz səni narahatçuluğına dözə bilmək.

 Koroğlı deyir:

–Haala səbr eyləyün, görək nə cür olar.

 

Çartaxludur Çamlıbeli,

Açılıbdur qızılgülü,

Eyvəz Koroğlının şirin dili,

Eyvəzdən xəbər olmadu.

Dəlilərdən səsləndilər:

 –Qoş Koroğlı, əgər çinançı narahatay, dəstur verginən neçə dənə atlı atlanu.

 İcazə vermiri Koroğlı. Koroğlı burda qalsun, xəbər verək dəlilərdən.

Dəlilər qalublar burda, bir neçə gün. Bu vilada damın qa­pı­sın, pəncərəsin qoymadılar qala. Amma xəbəri verək bağ­ban­nan. Bağban bir gün, günbatan çağı durub ayağı üstünə. Bağın su nöübəsində gəlir bağı suvara. Gələndə, dahi bu vilaya tərəf getmədi. Əlbəttə, gəlib gedibdir bağı üstünə. Bur­da bir göləklər düzəltmişdilər. Didi: «Yaxçısı budur, mən bu gö­lə su bağlaram, bir sər xabim vuram. Çün o zamanı ayul­dum, şuru elədim su suvaram, damı yoxlıya bilməm.

 Onda gölə bağlıyıbdur bağban, belini qoyub yanuna. Bəna ey­lədi sər xab vurmağa. Yuxluyub, yarı gecə keçirdi–geçməzdi bağ­ban yuxusından ayulub. Amma ayulanda suyu bağladı, su gəl­di ayağə. Özü də suynan gəldi ayağə. Gələndə gördi təmam bu bağın tazə mumalaru əgilib suya səlam veri. Yəni dəlilərdən bu oldu Eyvəz, səsləndi:

–Qardaşlar, bizim ağacumuz burda tükəndi.

Ağaşı fikr eyliyən Dəli Həsən didi:

 –Qardaş, dahi ağaş yoxdur, gəli çıxax gedəx.

 Dəmirçioğlı didi:

–Məgər biz bura namə gətirməgə gəldik, çatan saat verək çıxıb gedək? Gəlmişik burda bir neçə gün israhatçılıq eliyək. Sən niyə bir belə narahata, Dəli Həsən?

 Bu cür deyəndə, durub gəlib bağın bir tərəfinə. Şəmşirinən xak təraşı alıb yerə tökmişdi. Bağban baxdı-gördi təmam bu tazə mumalar əgilibi suya səlam verilər, didi:

–Deyillər, ildə bir dəfə, xülasə, ağaş suya səlam verilə. O za­man əgər hər kəsin əqidəsi pak ola, nəzərinə gələ, görə bilə əlində bel ola, qazma ola, külüng ola diyə «qızıl», qızıl olar. Beli da­yadı qarnuna, didi: «Bel qızıl, bel qızıl!»

 Xülasə, beləsinə yuxu apardu. Amma səhər tezdən ayuldı, gördi xəbərcilər yoxdur, belə iki batman da palçux yapuşub. Qızıl–mızıldan xəbər yoxdur. Belə baxanda baxdı-gördi xeyr, bular söhbəti səlam vermək degil. Buları dibdən xak təraş elib­lər. Durub ayağı üstünə vilaya tərəf gəlməgə. Gəldi vilaya nəz­dik oldu. Gördü vilanın qapularınnan tutun verir çölə. Didi:

 –Hətmən, bu İsfahan lotularınan geçi–meçi tutublar, gə­ti­rib­lər burda yeyilər. Ərz eyləyim xidmətinə, bu bağı ağaşlarun da bular kəsiblər.

 Tamam bir miqdar vardı çata, bina elədi söyməgə:

 –Siz belə olmuşuz, gəliriz Cəfər paşanın bağında, aqacunu ta­mam xak təraş eləyib yerə tökürüz?

 Amma Xan Eyvəz səsləndi:

 –Dəli Həsən, qulağ as, gör bağban dədəyə, gör necə dua eylər.

 Gördülər, bəli, bağban əlini qoyub qulağına, sögə-sögə özü­nü yetirdi. Bulara qapudan baxanda baxdı-gördi üş nəfər bur­da oturub. Əslən, bu bir belə, bu yekəlikdə adam görmüyüb. İn­dicə birdən gəldi diyə, «salam» sözün itirdi, didi:

 –Bismillah?!

 Xan Eyvəz səsləndi:

 –Əleykəsəlam, bağban, biz cinik?

 Didi:

 –Yox! Vallah, mən ərz eləmədim, siz ciniz!

 –Keş gəl mənim yanımda otur!

 Keçib Xan Eyvəzı yanunda oturub. Əlbəttə, xub Xan Eyvəz be­ləsindən soruşdu:

 –Xub, bağban, sən bura nə vaxtlər gəliyə?

 Gələn elə burda ərz elədi:

 –Vallah, buranı o gün ki bünyadi bu bağ burda qoyulub, əv­vələn mən bağbanı olmuşam. On gündən, on iki gündən bir, həf­tədən gəlləm bağı bir suvarram, çıxaram gedərəm. Bu gün nö­bətində gəlmişəm, xülasə, görmişəm yerindən bağ tamam xak təraş olub. Eyb eləməz, olar keçər.

Müsəddən gənə ögrənib:

 –Bağban can, səni nə qədər hüquq alıy, bu ərbabınan, İs­tam­bul[105] padşahınnan?

 Didi:

 Vallah, mənə hüquq, mənə bir zad verməz, mən fəqət gəl­ləm. Hər zaman gəlləm burda üç dənə durna vuram, dörd dənə vu­ram, iki dənə vuram aparam üç qıran mənim haqqumu verər[106].

 Bu didi:

 –Şayət bir moqə on dənə apardu.

 Didi:

 –Əliyə üç qırana verər.

 Didi:

 –Bir moqə gəldi bir dənə apardı?

 Didi:

 –Elə üç qıran verər.

 Səsləndi: –Dəli Həsən!-didi:–Həsən can, bu durnalardan beş-on dənə ver bu bağban aparsun, bu məsləkdən qalmasun, gün­də üç dənə aparsun. Çün bu durnalara biz ox–kaman atmı­şak, dahi bir müddət gəlməzlər. Bu biçarə gələ, hər rayu­mi­sin­dən qalmasun. Gündə üç qıranun alsun, biləxərə bir üç qıran da biz verək. Beləsinə olmıya bir moqə, xudanəkərdə biləsinə İs­tambul paşa ixrac eliyə, işindən əl salu.

 Əlbəttə, Eyvəz bir ovucu tutan doldurub bağbanı ovcuna. Bağ­ban baxdı gördi Osman lirəsidi. Amma Dəmirçioğlı didi:

 –Pəs gəl mən də verim.

 Dəmirçioğlı da bir ovuc verdi. Dəli Həsən bulardan çox ver­di. Bağban töküb cibinə yavaş-yavaş gələrdi. Qapudan cıxdı, əl­bət­tə, öz ürəgində didi: «Pir didi, sizdən yandurum, aşıqlar dəs­tan eləsin ta qiyamətə desinlər. Siz gəliriz burda, yəni belə ol­mu­şuz, gəliriz aqaş təraşlıır, yerə tökürüz».

 Bağban çıxıb özüni yetirib xunkarın yanına. Durnaların leşi gə­tirib atu xunkarın bərabərində. Xunkar dəstur verdi, didi:

 –Bunu ənamını veri!

 Xub, üç qıran verdilər. Baxdı bu cibindəki üç qırana. Bu üç qı­ranı addı geddi.

Xunkar didi ki:

 –Bağban, məgər dəli olmuşay?

 –Xeyr, qurban, dəli olmamışam. Sən heç zaman bu ənamı bir tərəfən tənəzzül vermədi. Bağa getmişəm, Koroğlının dəli­lə­ri­nən üç dənə gəlmişdi bağa. Haala dilim tutuldu səlam verə bil­mə­dim, «bismillah» didim. Əgər səlam versəydim, bir qatır yü­kü mənə ləl-cəvahirat verərdilər. Mənə diyirsən sən həməşə mən­dən bu üç qıranı alanda dua elərdin, bu gün addın getdin.

Di­di:

 – Ərz elədim, səbr elə, ya bax,- çibini görsəddi xunkara. Xunkar gördi, xeyr, cibi doludur oğlanın.

 –Kim məgər vardı, bağda?

Didi:

 –Üç dənə Koroğlının dəliləri. Sağluğa tamam qapı pən­cə­rə­nin ağacunu çağadublar, yandurublar. Da hiş zad yoxdur. Bu gün şəhər də ki, bəğini də yandurallar.

Amma xunkar istədi neçə nəfər əyarlarından döyrəsinə, təğ­tə çala. Xülasə, biz gedək buları tutax. Bir cür tutax belələrini ki, Koroğlıya şikəstlik verək. Yığılıblar, gəliblər. Amma əyar və­zir varıydu. Əyar vəzir üç dənə bu tərəflərdən amadə elədi, di­di:

 –Siz ikiiz çalıız, biz oynarız.

 Bu oynayana didi:

Oynayın.

Didi:

- Oynıyan tənəbbazdır. Üç dənə mey dolduray, üçündə də içinə bihuşi darıdan dəxl elər, aparay verər. Bular üçləri, bir­dən-birə gələr yuxlaru. Üçləri də yıxılar, tutarık bilələrini.

 Eyvəz xan səsləndi:

 –Xub, qardaşlar dahi bəsdi, durna bundan çox olmaz, tel bun­dan çox olmaz! Dur yavaş-yavaş gedək biz, indi Koroğlı na­rahat olar.

Durubdular ayağ üstünə ayaxlarını qoyalar həlqeyi-rikaba, yola düşələr. Bu tərəfdən gördilər, bəli, bağın aşağı tərəfində müt­rüb­lərin sərsədası çıxdı, bezənbekub berəks. Eyvəz səs­­lən­di:

 –Qardaşlar, bular hətmən bizi bürgəliyən işlərdir ki, biz gəl­mi­şik. Gör bular da gəlüblər bizdən üç qıran alalar. Gəley, ge­dək buları məclisində bir dəfə oturak.

  Zamanı ki, buları tuddular. Dəmirçioğlı gəldi Eyvəzı başı üsü­nə baxdı gördi Eyvəz xan yatub. Amma bu əndazə Eyvəzə xu­davəndə cəmalı beləsinə vermişdi Eyvəzın cəmalın görəndə, mü­barizə apardı, ürəgi yandu. Eyvəz xan dur ayaq üstə. Də­mir­çi­oğlıya deyərdi:

Şikar eddim, tudum şuxi-tərlanı,

Əqlimi eylədi zayil, Eyvəz xan.

Şeyx Sənan kimi dinindən döndi,

Düşməni üstümüzə eylədi mail Eyvəz xan.

 

Oxu qoyub kamandara atallar,

Qulac qolu dal gərdana çatallar,

Musayı gələllər, bizi tutallar,

Əgər sərxoşisən, ayıl, Eyvəz xan.

 

Bəsdi, oğlan, bizə qıldın sən nazu,

Əcəl yorğanudur tutub üz-gözü,

Şəmsi Qəmər kimi görsədə üzü,

Gün kimin ağlama ayıl, Eyvəz xan.

 

Dəmirçioğlı der, haqdır yaradan,

Həqq saxlasun mərd igidi bəladan,

Hökm eyləsəm atlar keçər Tonadan,

Əgər sərxoşisən, ayıl, Eyvəz xan.

 

Amma Eyvəz xannan xəbər olmadu. Qoşun töküldü buların dörd ətrafuna. Dəmiçioğlu bina eylədi bulardan qırmağa. Vəli qoy­mazdı bular heç birləri, əlbəttə, Eyvəz xanın döürinə dolana. Bu­lardan miqdari qırıb cəng eyliyə-eyliyə. Əlbəttə, Dəmirçioğlu bağ­dan çıxıb qoşunu, xülasə, qatub şəmşirin qabağuna. Vəli, qo­şun baxdular gördilər əgər bir yerdə olsunlar hərif olmazlar. Üç-dörd böluk oldular. Qoşun, əlbəttə, bir-iki bölügün bu cən­gi­lərdə, o birlər gəldilər Eyvəznan Dəli Həsənin qollarunu bağ­lı­yublar, hər birisini çəkiblər öz atını üstünə. Amma bir miq­da­rı, xülasə, Dəmirçioğlı bu qoşunnan qırıb. Pəs əz bir miq­dar­dan sonra baxdı-gördi, xeyir dahi qol işdən düşdi, dahi qıra bil­mir, didi:

–Baba, bir nəfər də gəlsün mənim qolum bağlasun.

Bir nəfər göndərdilər gəldü Dəmiçioğlunı qolunu bağlıya, Də­mir­çioğluna didi:

–Otur yerə, qolı bağlıyum.

Baxdı bu kişiyə, didi, xudavənda, sezavardur, mən oturam ye­­rə bir nəfər gələ qolum bağlıya. Bunu çənəsinin dibini yüm­rüğ­nan vuranda başı dığırlandı, geddi kənardan düşdi yerə, didi:

–Baba, bu kimdi? Uşaxdu, sütəmər yollamısınız mənim qo­lum bağlıya. Ağıldan bir böyüg adam yollay.

Bir yekə adam tapdular, didilər:

–Əmo, sən gəl, get oğlanın qolunu bağla.

Didi:

–Onı kəlləsi hara gedə, mənimki hara gedəmmənəm. Məgər də­liyəm gedəm onın qolunu bağlıyam?! Sən gəl gedginən onı kəl­ləsi də mənim kəlləm də calqaxdu. Əslan mənim işim dəgil.

Amma bir nəfər bu yanda varudu, bu belə çox yekə–mekə idi. Vəli işliyə bilməzdi. Yemək yeirsə fəqət yaxçıdu, hərdən iki bat­­man yeyərdi, arvada əyilməz on iki ay. Evə gedəndə kötək vu­rardı, qovardı eşigə, beləsinə ki, işləmirsən gəlir evdə nəmi ax­taray bu didi:

–Xub, mən ki, dahi canumnan tox olmışam, mən gedərəm. Əgər mən munı qolunı bağladım, diyəllər, filankəs Koroğlı dəli­lə­rinin birisin qolunı bağlıyub. Əgər vurdu öldürdi, de ki, rahət olam.

Əğldən arvadın kötəkləməgi gəldi, didi:

–Dayan, mən qolıı bağlıyum.

Xülasə, Dəmirçioğlı baxdı gördi bu busuda dayanub. Əl­bət­tə, qolı bağlıyub bunu da çəküblər öz atunun üstünə, bu­lar get­məkdə olsunlar. Nəzdikdə İstambul şəhrini bular varid olalar. Bir zaman Eyvəz xan hava vurdı. Ayuldu, gördi belə Qaş­ğar­dan ticarət gəlir, Eyvəz xan tanurdı, bular içində bir tacirbaşu vardı, Əli tacirbaşı. Gözü sataşdı, baxdı-gördı üç dənə Koroğ­lı­nın sərkərdələrinnən bağlıyublar atdarı üstünə, aparıllar yavaş–ya­vaş. Gəldi Eyvəza tərəf, pəs necə bu cür. Didi:

 –Vallah, cərəyanumuzu heç soruşma. Güman bizi aparullar öldürələr. Əgər sən özi yetirə Koroğlıya, Koroğlı bizim dadu­mu­za çatar.

Xan Eyvəz səsləndi.

–Əlbəttə, bu rəisi-qoşun da müsəlman vəzirdi. Həm əyar idi, həm vəzirdi ki, vəzir didi:

–Bəli.

 Didi:

 –Bizi aparullar öldürələr, bizim arzumuz ürəgimizdə qalar. Mən bir neçə kəlam söz yazum bu kağaza, bu Əli tüccar hər­dəm bir bizim məmləkətə yolu düşərdi, bəlkə, inşallah, gedə bu ka­ğaz verə mənim anama. Mənim anam bu kağazınan məşğul ola. Mənim otumu pəramuş eliyə.

 Didi:

 –Eybi yoxdur, yazginan.

 Amma Əli tacir səsləndi:

 –Əli tacür, məndən yazginan, apar ver Koroğlıya, deginən özü­nü yetirməsə, bizi öldürəllər.

Görək Xan Eyvəz nə deyər. Eyvəz deyir:

 

Qoş Koroğlı, bəyan oldu halumuz,

Didar qaldı qiyamətə, bilmiş ol.

Pus dağuldı, talan getdi malumuz,

Didar qaldı qiyamətə, bilmiş ol.

 

Bizi tutdu neçə-neçə cüssələr,

Az qaldu qollarmuzu kəsələr,

İstambulda bizi dardan asalar,

Didar qaldı qiyamətə, bilmiş ol.

 

Eşitmədim, sərxoşudum, tuddular,

Qulac qolum dal gərdana çaddular,

İstambulda bizi dustağ eddilər,

Didar qaldı qiyamətə, bilmiş ol.

 

Eyvəz deyər, çıxmışdım mən ovuma,

Dov eylədim, heç kəs gəlməz dovuma,

Qoş Koroğlı, özin yetir hovuma,

Didar qaldı qiyamətə, bilmiş ol.

 

Əlbəttə, Əli tüccar yola düşdi. Əli tacir gəlməkdə, amma xəbər verək, əlbəttə, Qoş Koroğlıdan. Qoş Koroğlı çox narahat, bir dənə əyyarlarunan–dəlilərinnən vardı, benami Yumuq Əh­məd derdilər. Yumuq Əhməd çağurıb:

–Əhmədcan, gəli sən gedə bir Tokat gölünə, gör pəs bu uşaxlar niyə gəlmillər. Deginən, yatax salmadız, bizim cigərimiz tükəndi. Cigərimizi yağı əridi, pəs niyə gəlmiriz?

 Yumuq Əhməd didi:

–Mən getməm. Püşk atax bir nəfər düşsün getsin. Necə ham­mı müsafirət elər, məni yollıırsız?

Gətiriblər püşk atıblar. Əlbəttə o kəs ki, püşk gətirdi, Koroğ­lı işarə eylədi ona, istiirəm bu səfər Yumuq Əhməd gedə, bəra­yin ki, bu zirəngdi. Püşk çağardular Yumuq Əhmədçün. Püşkü gö­rən döürdə yola düşdi. Amma yola düşüb, ağa, əlbəttə, Çar­taxt­lı Çamlibeldən miqdari ara tutmuşdu.

Çamlıbelnən İstambulın ortalarında gedərdi. Bir zaman gör­di bir nəfər əlində bir kif belə qaçur, hesaba gəlmiyə. Gəlsə də qabağuna:

–Əmo, hara gedirəy,

Əlbəttə, Yumuq Əhməd soruşdu.

Bu qasid didi:

–Sənə nə məbuddu, mən hara gedirəm. Məgər mən sənnən soruşuram, sən hara gedirəy?

Didi:

–Xub, sən də soruş mən deyim. Adam vəxti ki, çöldə rəfiq oldu, xub dost oldu, bir-birinə, deyər hara gedirəm. Xub, mən gedirəm İstambula. Sən hara gedirey, qardaş?

Didi:

–Təmam məkanları gərək mən bir həftiyə gəzəm,–didi– bu kifin içində görürsən bu təmam kağazdu. Koroğlının üç dənə qoçaqlarunnan tutmuşuk. Əlbəttə, xunkar dəstur verib, elaniyə eli­yillər, təmam məkanlara dağudək. Bir neçə gün bundan son­ra təmam töküləllər, çahar ətrafdan gələllər. Əlbəttə, günlərin birisində Qoş Koroğlını bu üç dənə dəlilərin dara vurak. Hamı bilə biz Koroğlıya şikəstlik vurmuşux.

Didi:

 –Xub, qardaş, dahi bunun bir davası var, xub, olar necə adam­dur? Məgər üç nəfərçün ərz eliyəsiz təmam məmləkətlərə xəbər elirsüuz.

Didi:

–Necə üç nəfər adamdular?! Vəli bu əndazə, bular ye­kə­dilər, qəvi pəhlivandular! Yedi gününə Hindustana yollar dö­güb­lər. Bular məgər üç nəfərdilər? Əgər biz bu üç nəfəri öl­dürək, yeddi min yeddi yüz altmış[107] yeddi nəfərə biz şikəstlik ver­mişik.

Didi:

–Hay baba, yalannan?

Didi:

–Caançün, pəs bu üç nəfər nə cürdür?

Didi:

–Ərz elədim ki, bu üç nəfəri qəviligində heç pəhlivan yox.

Didi:

–Necə ağaş gətmişi İstambuldan buları?

–İstambuldan bura altı aqaşa gətmişəm, didi.

 –Bu altı ağacın hər ağacuna üş tümən verəm, olur on səkkiz tümən. Qeeydək, gedək, sən bu üç nəfəri mənə görsət və qeyit gəl.

 Bu bir fikr elədi, didi:

–Xub, mənə yol ortasunda bir on səkkiz tümən tapam, pis dəgil.

 Didi:

 –Vermiyə?

 Didi:

 –Gəl, ala qoy cibinə.

 On səkkiz tümən alub qoyub cibinə. Xülasə, Yumuq Əhməd bu məmuru qeytərdi dala. Fərraşla qeydiblər. Gəlhagəldə, nişan verdi, didi:

 –Odular, o siyah çaladadular.

 Didi:

 –Yox, kişi, gəl qanşara, qəşəng nişan ver.

 Keşdi, gəldi qanşarda didi:

 –Odu dana.

 Amma Yumuq Əhməd baxdı, gördi buları, üçlərin də salub­lar siyah çalada. Üçləri də zəncirə bağludır.

 Didi:

 –Buları, deginən, toyladınız?

 Didi:

 –Ağacan, bular bir girdəcik.

Didi:

 –Ağacan, sən mənim adamıma dəymir, on səkkiz tümən ver.

 Biçarə qaldı məcbur, didi:

 –Diirəm, bir belə yol mən gəlmişəm, hal indi dəymir on sək­kiz tümən verəm.

Əgildi buları diyə. Xülasə, Yumuq Əhməd əgiləndə şəm­şir­nən vurdu boynu düşdi, getdi quyuya. Kəllə taraq–taraqqunan quyu­ya düşdi. Əlbəttə, Dəmirçioğlı qanşardadu. Düşdi Də­mir­çi­oğlunı yanına. Əlin atdı tuta, gördi bəli, bir dənə kəllə saldular. Səsləndi:

 –Xan Eyvəz, bizə xilasə xəbərdarlıx verilər. Haala neçə gün qalub bizim dara çəkilməgimizə, bizim iqamə eyləməgimizə. Bizə deyillə sizün də kəllizi belə qopardaceyik.

Xan Eyvəz didi:

– Xub, bizə açux özin görsədür. Ay kəllə salan hər kəssən, əgər Qoş Koroğlını ayağı dəgər bu məmləkətə, onda məlum olar kəllə qopardan kimdir!

Yumuq Əhməd səsləndi:

–Qardaşlar, narahat olmayın, mənəm. Bir nəfəriiz öldürmü­şəm ki, on min dənə düşmən gələcəkdi.

–Bax a, Yumuxcan, sən ərz elədin. Belə, Yumuq Əhməd özin yetir Qoş Koroğlıya, deginən bizi öldürülməgimizə daxi bir zad qalmıyıb. Tez özini yetirsin bizə.

 Yumuq Əhməd bilafasilə bu fərraşın libaslarını soyunub gi­yüb əyninə qeyidüb gəldi şəhərə. Qeyitdiyi bu gəlməkdən ol­sun, xəbər verək Əli tacürdən. Əli tacüri Qoş Koroğlı yarı gecədə bir zaman gördi qapunı vurullar. Əlbəttə, nökərlərdən qapunı açdı­lar. Baxdı­lar, gördilər Əli tacürdür.

–Əli tacür, sən də gəlmiyə–gəlmiyə gələndə ya gecə, ya səhərə yovuq gələrsən bura?

Didi:

–Vallah, narəhətçüluğum var. Bir kağaz var, istiirəm verəm Qoş Koroğlıya.

Qoş Koroğlı kağaz adı gələndə hövül yuxudan ayılubdur. Dəstur verib çırağlar yandurublar. Kaqazı gətiribdir Əli tacir verib Qoş Koroğlıya. Mirzalardan çaqırddırub. Hər kəsə bu ka­­ğaz verdi görə, xülasə, bu kağazu oxudular. Gördülər çün ya­man xəbərdir. Koroğlıya yaman xəbər verəndə öldürərdi, hər kəs olaydu. Birisi didi:

 –Fransidi.

 Birisi didi:

 –Şikəstədi, biz oxuya bilmiyik bu kağazu.

 Bu tərəfdən Yumuq Əhməd yetişdi. Gördü Əli tacür kağaz gətirib mirzalar heç biri oxuya bilmiri.

 Didi:

 –Ağa, mən oxuyaram. Mən bir ayağım qoyaram qapıdan içəri, bir ayağum qapıdan çölə. Oxuyaram beləy.

 Didi:

 –Oxı!

 –Həri, oxııram, –didi. Özü biliri ki, mənim savatum bir belə yox­dur. Qaşdı çölə səsləndi:

 –Eyvəz Xan, canııçün biləyə dimməm. Gəl kağaz oxuginan.

 Didi:

 –İndi daxi verdilar oxusun.

 Mirzalar oxudu kağazu. Xülasə, Qoş Koroğlı baxdı, gördi bəli, Xan Eyvəzi və bu üç dənə sərkərdə ki, burdan getdilər, bu­ları tutublar. Eşidəndə Qoş Koroğlının tamam dünya başuna tirü-tar oldu. Səsləndi, təmam dəlilər yığıldılar döürəsinə. Götü­rüb əlin bir Həsən vardı, Dəli Həsən xeyr, bu da bir Həsəndi, Rum uşağıydu. Koroğlı ona dəstur verir, deyir:

 –Sən gedginən Təkə Türkmana, Qəcər Mustafa bəg vardu, Koroğlının dayusıdu. Bir kağaz yazaram, aparur beləyçü.

Qoş Koroğlı namə yazur Qəcər Mustafa bəgə:

 

Həsən paşa tutub Eyvəzbalunı,

Yaz, Təkə Türkmannan dayılar gələ.

Eyvəzsız neyliirəm dünya malını,

Yaz, Təkə Türkmannan dayılar gələ.

Amma Həsənə sifariş elədi:

  –Həsəncan, sənə qurban, dil cəvabı da deyər Qoş Koroğlı,–derdi–daxi mənim bundan yaman günüm heç olmaz.

 

Qoşunumı ucalardan aşuram,

Torpağunı torbaanan daşuram,

Başı belə sərkərdənin düşürəm,

Yaz, Təkə Türkmanan dayılar gəlsin.

 

Həsən paşa üstümüzə yəgəndi,

Eyvəz dağı cigərimdə dögündü,

Koroğlı deer: imdad güni bu gündü,

Yaz, Təkə Türkmanan dayılar gələ.

 

Əlbəttə, söz təmam olub, Həsən yola düşib Təkə Türkmana tə­rəf getməgə. Koroğlının carçusı var idi. Carçı səsləndi:

–Ged, car vurgunan, təmam dəlilər gəlsin, işim vardur.

 Təmam dəlilər yığılıblar, gəliblər, Qoş Koroğlının döyrəsinə dəstbəsinə durublar.

–Koroğlı, səni narahatçılığıya biz taqət eyliyə bilməyik. Hər əmrin var, əmr eləginən.

Amma Qoş Koroğlı alub deyər:

–İstərik Dağıstana gedək.

Koroğlı deyər:

Səfər oldu Dağıstana,

Məniminən gedən gəlsin,

Namərd meydana girməsin,

Mərd badəsin içən gəlsin.

Koroğlının dəlilər döyrəsinə yığılıblar, fitva bilənnən icazə istiilər, atlaşullar.

Qalxanı çəgən üzünə,

Dünya gəlməz gözünə,

Əcəl göynəgini özünə,

Xələt deyib biçən gəlsin.

 

–Qoş Koroğlı, sənə qurbanız. Hər zaman sən hər tərəfə əmr elə­mi­sən, məgər eləməmişik?! Biz əslən hazırıx təmam sənin yolunda ölümə gedək.

Amma Qoş Koroğlı deyər:

–Qulaq as. Bura ki, biz gedirik, burda cəng vardur, hərə zində­ganluğundan toxanı asub gələ bilər.

 

Mənəm bu çölün əslanu,

Tutub şöhrətim dünyanu,

Qılıc qəbzəsindən damıyan qanu,

Şərbət deyib içən gəlsin!

 

Koroğlı deer: dəmhadəmdir,

İslam dini xub möhkəmdir,

Dögüş dəgil, toy–bayramdur,

Toy-bayrama gələn gəlsin!

Elinə sözləri təmam olub. Burdan Həsənə qərar qoymuş­dular, Həsəncan, dayum Mustafa bəgdir, siz də İstambul gədi­ginə biz də İstambul gədiginə.

Cəlali Qoş Koroğlını təmam dəlilər döyrəsində istiilər hərəkət eyliyə. Amma Qoş Koroğlı baxdu gördi təmam atlanublar. Səs­ləndi ki, dəlilərim, mənim dünyada nə əndazə düşmən varım­dur. Sizin bir miqdariz qalu, bir miqdariz mənimnən gəley, istii­riz hamız mənimnən gəliri, yaxçı bağuşlamaz.

Bilər, çün bir miqdarı burda qalmağ, bir miqdar Koroğ­lı­nan yola düşüb, gəlhagəl gəliblər İstambul gədiginə. Qəcər Mus­­ta­fa bəg ki, dayısu olmuş ola, buynan qərar qoymuşdular İstambul gədiginə, gəldilər İstambul gədiginə. Qoş Koroğlı dəs­tur verdi, didi:

–Burda ordular qalandı və görək nə xəbərdi, burda.

Tökülüblər qalmağa. Koroğlı səsləndi. Əlbəttə, dəlilərinnən bir nəfər duray ayağı üstünə:

–Çün biz bu şəhəri rəsm rusumatuna əlan bilən deyilik. Bilmirik bular nə nəqş töküblər, aya bizi də tutalar, bizi də dəst­gir eyliyələr görək bu şəhri rəsm rusumatı nə cürdür? Bir nə­fər bu çöldə çobannan-çoluxdan, biçin dərənnən gərək tapay gətirə.

Hər cürdü dəliləri irisi durub ayaq üstə, əlbəttə, dolanıb bu çölü, baxdı-gördi bir nəfər qoca biçin dərir, səlam verdi.

–Əleekiməssalam.

–Qocam, Allah qüvvət versin, didi.

–Koroğlını, didi, gorbagör düşsün.

–Canum, Koroğlı sənə nəmə eliyib? Məgər sən nəmən Ko­roğ­lının əlinnən narahatay?

Didi:

–Vallah, əgər istiir rastünə mən sənçün tərif eliyim çoxa çəkər. Müxtəsər belə deyim, Qoş Koroğlını üş dənə sərkərdə­lə­rin­nən tutublar, gətiriblər. Üçləri də cəvandu. Bular, cümə günü öldürəcəkdilər. Mən buları xatirinə, mənim gözüm bun­la­rı nahəqq qanına sataşmıya, mən narahatçılıqumnan çıxmışam, gəl­mişəm, burda gecə–gündüz biçin dərirəm ki, mən şəhərə getmiyəm. Fəqət mən müsəlmanam, bu İstambulu içində cigə­rim kəbab olur. Hey yol gözlüürük Koroğlı gələcək. Vaqeən Ko­roğ­lını bir belə tərif elərdilər, tərifinə görə dəgməzmiş.

Amma dəli baxdı gördi, xülasə, bu qoca ki, söhbət elər belə çün lut madərzad və yapışdı, aldı qucağına.

–Ay cəvan oğlan, qoy mən donumı geyim, hara aparıray məni?

–Səni aparıram bir nəfərin yanına, söhbət eliyə.

Götürüb gəlir Koroğlını yanına. Qoş Koroğlını bərabərində oturub yerə. Qoca səlam verdi. Didi ki, qurban, qoca səni din­dir­ginən. Səsləndi:

–Qoca, məni Allah qüvvəti versin, burda nəmə eliiri?

Didi:

–Koroğlını dədəsi gorbəgör düşsün.

Didi:

–Baba, gecə tapub gətirənin bunan əlavə ağlı olmaz didi,–götür apar, rədd elə, getsin.

Didi:

–Yox qurban, şah zamanın axırı xoşdur.

 Əlbəttə, dəli didi:

–Narahat olma, onu tutdura biləni, qoca əmi, Qoş Koroğlı dünyanı qırıb, cəng eliyib, sənə ki bir zülüm çatmıyıb?

Didi:

–Vallah, Qoş Koroğlını bu əndazə mənimçün tərif elərdilər, mən tərif görmürəm beləsində. Bərayin ki, üş dənə dərəcə yek sər­kərdələrinnən tutublar, gətiriblər burda zindani eliyiblər, cü­mə bulları öldürəcəklər. Bu əndazə mən ah çəkmişəm, bu yo­la bax­muşam, cigərim təmam olub. Mən çün müsəlmanam, ürə­gim taqət eləmiri, üş dənə cəvan bular nahəqq öldürələr. Amma ona görə ki, gözüm oları nahəqq qanına dəgmiyə. O za­ma­na ki, buları gətiriblər şəhərə, gecə-gündüz bu çölü-biyaban­da­yam. Arvad-uşağumın üzünə həsrət olmuşam.

Amma Qoş Koroğlının bu sözdən çox xoşu gəldi. Səsləndi ki, qocadır, eybi yoxdur. İnşallah, səni narahatçılığu əvəzi biz səniçün xidmət elərik bundan belə. Amma baxdı-gördi burda çox qoşun vardur. Didi:

–Sən Koroğlını heç görmüşə sögürə?

 Ərz elədi:

–Xeyr, mən görməmişəm.

Didi:

–Elə sən məni gör, Koroğlını gör.

Ərz elədi:

–Pəs hətmən sən Koroğlısa?!

Didi:

–Bəli, Koroğlı mənəm, bu də mənim qoşunumdur. Amma biz çün bu şəhəri rəsminə bələd dəgilik, istədik səni çağırax so­ruşax, bu şəhrin rəsm-rusumatı nə cürdür? Biz nə cür varid ola billik bu şəhrə?

Amma Koroğlı alubdur əlinə bir saz, qocanın qəlbin şad eliiri. Gördük qocaçün söhbət elər, görək nə deyər:

 

Canum qoca, gözüm qoca,

Qoca, bu gün necə olacax?

Çəkəndə Misri qılıcı,

Çox ürəklər su olacax!

 

Pozaram yıqıntılarun,

Dağudaram tifaxlarun,

Sərin-sərin yaylaxlarun,

Eyvəz gəlib dolanacax!

 

Amma qoca Koroğlını bu söhbətlərinnən kef eliiri, hər nə qoca­nun yoruluğu vardı, çıxdı.

 

Koroğlı gədikdən atlar,

Baqrular yarılar, ürəklər çatlar,

Coşa gəlcək ərəb atlar,

Səhranı köpüklər yalanacax!

Səsləndi:

–Qocacan, sənə ərz elədim, bizə dəstur verginən. Aya, biz bu şəhrə nə cür varid ola bilək?

Didi:

–Sənə qurban, Qoş Koroğlı, əgər sən istiyəsən, bu hacatnan bu şəhərə gedə? Gündə iki saat qalan qapılar səni qorxunnan bağ­lanır, iki saat gün qovzananda qapı açılur. Heç zaman sən­nən gedib bi iş görə bilməz, da məgər iş sənin ticarətlik libasi giyə, libasi-cəngi üstündən. Bu dəlilərin də təmam iki bir, iki bir ça­pay. Bu atdarı üstünə benami ticarətlik səri, gecədən miqdari gedəndə varid bu şəhərə olay. Və əgərnə başara bilmiyə heç iş görə.

Əlbəttə, Qoş Koroğlı qocanı sözünnən çox xoşu gəldi. Səs­ləndi:

–Qoca, istiirəm səni rahat eliyəm bu xərmən dögməkdən. Bizim atdarımuz astadular. İcazə veriyə sənin xərmənini dögülə. Sən elə nəqdlən sizdən algunan.

 Qocanın xərmənnən dögüblər, gərzəlin də götürüblər. Bəli, dəstur verdi bu əndazə qocaya ənam verdilər. Qoş Koroğlı, əl­bət­tə, qocanın dəsturuna əməl eliyib. Durub ayağı üstünə gəlib gəzdi ki, İstambul qələsi olanda təmam bu nökərlər iki bir, iki bir hey çatullar, bu atdarı üstünə çatullar. Vəqti ki çatdular qa­pu­ya, Qoş Koroğlı qapunı daqqulbab elədi. Dərban səsləndi:

–Kimdi?

 Didi:

–Vallah, mən tacuram.

–Pəs, indi hardan gəlirey?

Didi:

–Vallah, biz ayrı şəhərdən çıxdik. Gün batmışdı çıxdik, idti­fa­qən bizə didilər indi çıxmıyaq, qalıız gecə çöldə. Gəlmişik, xü­lasə, burçə gəlmişik. Əgər sən icazə versən, müzahim olmasax, aş, çöldə qalmiyax, səzəvar dəgil çöldə qalmağumuz.

Didi:

–Vallah, sizi içəri gəlməgiz, ya gəlməməgiz mənimçün mü­hüm dəgil.

–Aş qapun.

Didi:

–Qapu açılmaz. Sənin məgər o zaddan xəbərin yoxdu?

Ərz elədi:

–Xeyr, məgər nə xəbərdi?

Didi:

–Vallah, Koroğlınıı qorxusundan gündən iki saat qalan qapı bağlanur, gündən iki saat qovzananda qapu açılur və mən heç günə başarmaram qapu açam.

Didi:

–Kişi, nadan olma, qapun aşgunan. Əgər Koroğlınıı adunı gə­tir­məseydin, biz gecəni səhər qalardix qapunıı dalında. Amma mən bir öng zəhmət çəkmişəm, mali–dünya yığdırmışam, tacir ol­muşam. İndi Qoş Koroğlı gələ, əgər mənim özümü də öldür­mə­yə də, mən gəlib qədimgi Məlik tüccar olmam. Təmam dar­li­gim qarət elərəm, didi, sərayında tutaram ətəgindən bir qiya­mət­də, aş qapun, mənim balalarıma rəhm elə.

–Osmanlı başına and olsun, qapunu aşmam.

Didi:

–Xub, qapını açmuray? Hələ bir əlıni gətirginən çölə, bir yolu çay məndən algunan.

Əlini gərib çölə, dərban baxdı-gördi Koroğlı ovucu hər nə qəd tuta doldurdu Osman lirəsiinnən. Əlin çəkdi içəri, baxdı, gör­di ovuc dolu-doldu Osman lirəsiynən. Bunu necə ömrü ki va­rıb tükənməz. Səsləndi:

–Ürəgim yandı biləyən.

–Amma biləyi fouri tamamilə çək içəri ki, heç kəs xəbəri ol­miya, bizdən.

Dedi:

–Gözümə minnət.

Qapını açıbdur, əlbəttə, Yumuq Əhmədə didi:

–Sən kəsginən dərbanın yanun. Olmuya dərban birdən baş tapa, qaça əlimizdən. Bizə heş zad eliyə bilməzlər, gedələr Eyvə­zi zindanda öldürələr. Onda suvay təmam dünya mənə veriblər mənim­çün ərz etmən yoxdur.

Yumuq Əhməd kəsib əlbəttə, dərvazəbanın yanın, qoymur təkan yiyə yerindən. Qatır gəldi tükənmədi, bir zaman dər­va­za­dan baxdı, gördi hər at ki, qapıdan rədd olur, bir miqdar gəlir qabağa, üstündən iki dənəsi bir yoğun düşür.

–Ay dədəm yandı, əcəm tacirbaşı, bular sənin malidünya­muş. Əlin ağrımasun, tükənmiyək. Əlan səhər olar.

Didi:

–Belə səninən biz söhbət eliirik, qaçır gedir içəri, eybi yoxdur.

Dəstur  vermişdi qoca, gediriz Şah Abbası var, İstambul şəhrinin içindən. Qafilə tükəndi, Koroğlı dəstur verdi, Yumuq Əhmədə didi:

–Öldür beləsini.

Didi:

–Gözüm oyular və didi, nəmənə pulu bulara o kişi mənə ver­di, o bizi madərhesabımızdur. Hər yerə gedərik pullarımız ve­rək ona, o xərşlər. Bizim üçün yolu vermən. Neçə il yaşamışay?

Didi:

 –Təqribən əlli dörd, əlli beş, əlli üç.

Didi:

–Çox ömür, əlbəttə, pulu ver mən.

Pulu alıbdur, bu biçarə dərbanı öldürdü. Dərban libaslaru Os­manlı libasıdu. Libaslarına girib, eynən kilid sancub belinə oldu dərvazəban. Gəliblər Qoş Koroğlının dəliləri, üz gəliblər yığı­lıblar həman Şah Abbasıya. Qoş Koroğlı bulara dəstur verdi, didi:

–Bura ba nəzdiki- sübhdü. Ürəgim istiir səhərçün, xinkarın hər neçə nigahbanı var öldürəyiz. Öziizdən nigahban qoyeez yerinə.

Tamam bu şəhərdə hər neçə nigahban vardı, bular öldü­rüb­lər. Özlərindən nigahban qoyublar yerinə. Hər nigah­ban öldü­r­dü­lər libasların geyirdilər əyinlərinə. Amma zindan dövrəsinə neçə dənə nigəhban qoyariz. Fəqət belə əgər bilsə yalvar-yaxar elər çağadarız. Beləsinə biz xutkarı tutub öldürə bilərik təmam dəsturlarına mubəmu icra elədilər.

Dəlilər Qoş Koroğlını görüncə, necə oldu o sübhüdü özünü yetirdi tarsaz əminin dükanı yanına. Əlbəttə, dəlilərə didi:

–Mən gedirəm, tarsazı dükanına. Mənim sazımu üzü bir az batıbdur, bir neçə dənə də sədəflərindən düşüb. Mən gedim sa­zun verim qeyirsinlər. Mən gərək aşıqların libasunda casus­luğ eliyəm, görəm hara haradu və nə xəbərdi?

Qoş Koroğlı aşıqlux libasunda özünü yetirdi tarsazı dükanının qarşıında oturdu. Tarsaz ol səhəri də gəlmişdi düka­na. Baxdı, gördi ədlbedil, xülasə, qapunu tutdu. Dəxi gün qa­pu­dan içəri düşmür.

–Hay ustamız, bu sazın düzəldən? Aşığam, gəlmişəm burda bir neçə dənə toy var, buları çalam. Sazum xərab olub. Bunı düzgünən.

Didi:

–Baba, çəkil kənara. Mürdəşür sənə, o sazıya da verüm, özü­yə də. Kişi əvvəli sübh sən bizim dükanımızın qapusın tutdun, da­hi tapulımır məgər aşıq de, sən təki.

Amma bu yerə oturanda şagirdin gözə sataşdı, gördi pal­to­vu dibinnən şəmşiri–zümrüd-nigar və ucu görüşür. Bildi, hey dad, bu adam qurddur, qoyun cildində gəlibdir. Səslədi:

–Ustacan, əvvəli sübh gəlib, qəribdi–biçaradu, pəs icazə, sazu­nu mən qeyirim.

Amma usta bir səxt sillə şagirdə üzünnən.

–Sən mənim şagirdim, mənə dəstur verir. Mən qeyirrəm özüm billəm, qeyirməm, qovaram gedər, özüm billəm.

Amma Koroğlı səsləndi:

–Usta, heyif olsun, bir neçə kəlam xatirimə gəlibdir, bilginən sazımı qeyirəsən.

 Koroğlı deyir:

Çamlibeldən mən buraya gəlmişəm,

Usta, sazum düzəlt, aram gedərəm.

Sınıb sazum, mən sərgərdan qalmuşam,

Usta, sazum düzəlt, aram gedərəm.

 

Endim gəldim İstambulu düzünə,

Mən aşıqəm şagirdinün gözünə,

Cərgə sədəflərdən doğra üzünə,

Usta, sazum düzəlt, aram gedərəm.

 

Yoluya qoymuşam bu şirin canı,

Bazara tökülər ustanı qanu,

Tanu, mənəm Çəmlibelin sultanu,

Usta, sazum düzəlt, aram gedərəm.

 

Mən səndən soruşdum: dəsturuz neçə?

Amma dəsturuzu Koroğlı eylədi heçə,

Hökm elərəm əlan Misri qılıca,

Usta, sazum düzəlt, aram gedərəm.

 

Əlbəttə, sözüm təmam oldu. Vəli, ustanu öldürüp, bu tərəf­dən baxdu, gördi şagird sazu düzəltdi. Mürəttəb elədi:

–Ağa, məni də öldürə?

Ərz elədi:

–Xeyr, səni öldürməm, vəli, bir şərtnən?! Əgər bu şəhərdə mən bir zaman gələm, görəm, xəbər tapam kuçekdərin sən mə­nim adum demiş, dörd nəfər bilər mən bu şəhərə gəlmişəm, bi­risi qocaydu, müsəlmandu öldürmədim, birisi dərvazabandı öl­dürdüm, birisi ustadu, birisi də sən.

Didi:

–Mənim ağzum daşdan bərkdi, bu sözlər əslan mənim ağzum­nan çıxmaz.

Sözləri təmam olub. Durub ayaq üstünə, gəlib mənzilə. Ko­roğlı səsləndi:

–Uşaxlar, vəz nə cürdür?

Ərz elədilər:

–Ağa, vəz çox mürəttəb, mürəzzəndir.

–Xub, mən istiirəm aşıqlıx libasında bir çölə çıxam, gör nə cürdür.

 Qoş Koroğlı bir dəs qərə libas geyib, üz-gözünə qarə yaxdı, çölə çıxıb. Xəbər verək Həsən paşa cəşn bepa eləmişdi ota­ğun­da. Xoşluq idu. Səsləndi:

–Vəzir, gedə bir dənə aşıq gətirə, bizim üçün sənət eliyə.

Əyar vəzir, çölə çıxanda baxdı-gördi bir qarə aşıq gələ, yekə qapqaradır, Mazəndəran kürələrindən çıxıb.

–Dadaş, sən aşığa?

Ərz elədi:

–Bəli, aşığam, məgər nə cüram?

Didi:

–Vallah, çox qarayay.

Didi:

–Hələ mən dudurğuyam, əgər pədurqa göreydi, ürəgi çatlar­du.

–Nə cür yəni sən dudurqiyay?

Didi:

–Haala mənim nənəm ağumuş, məən dədəm qaramuş, vay olar-dan ki, həm dədəsi qara olur, həm nənəsi.

–Xub, hər nəmiyə özüyə. Söz yaxçı oxuya biləə?

Didi:

–Xülasə, gərək məni aparay, oxuda, ta bilən sözlərim nəmədi.

Götürüb gəlib xünkarın yanuna. Xünkarın gözi sataşanda bu aşığa, bədəni titrəşdi:

–Tapmadın, bu aşığı tapub gətirdigin?

Didi:

–Məgər nə cürdür bu?

–Çox qaradur. Bir dənə ağ aşıq qəhəddi, sən tapay, gətirəy?

Didi:

–Vallah, şansa çıxdu, bu qədəruma gəldi, götürdüm gəldim beləsini.

–Xub, hələ söhbət eləsin, görək nə cür söhbət olır. Aşıq, söhbət elə bizimçün deyər.

Gözü möhnət Koroğlı, görək nə deyir. Koroğlı deyər:

 

Girmişəm aşıq pustuna,

Sövlə gəlirəm handan mən.

Çəkəndə Misri qılıcı,

Tökərəm qızıl qannan mən.

Həsən paşa didi:

–Vay-vay, bu aşıq özü qaradu, sözləri də nə qədər acudur. Aşıq, yaxçı söhbət eləginən!

–Çəşm.

Təpələr qabağunda duran,

Oxumu–yayumu vuran,

Təmam Osmanlunu qıran,

Ziyanam yüzdən, minnən mən.

 

Koroğlıyam, qorxum yoxdur,

Pərtəxçiyəm, sayım yoxdur,

Öldürəm, aşağum yoxdur,

Paşadan, bəgdən, xannan mən.

Səsləndi:

–Daa demə!

Didi:

–Eybi yoxdur, istəyir deməm. Mənim huququm verginən. Məgər canıya qənim oldu?!

–Nə qədər?

 Didi:

 –Huququm alay, üş kələmə demişəm, gəlməsə, iki yüz tümən.

–Məgər səən ki tiryak çəkən, misqal təraziinəndür?

Didi:

–Vermə, oxuyaram.

Çün oxumağunnan Həsən paşanın bədi gəldi, didi:

–Vəzir, hər nə qədər istiir ver, qoyma oxusun. Pir olay, inşal­lah. Əslan bunun bu əndazə sözləri acudur, təmam Koroğlıdanı deyir. Xub, sən Koroğlıdan demə!

Didi:

–Xub, mən Koroğlı sözlərinən ögrənmişəm.

Yola saldılar Koroğlınu. Koroğlı çıxıb özünü yetirib mən­zilə, didi:

–Uşaxlar, xilasə, tazə bələt olmuşam. Amma huququm da veriblər.

Yetişibdir bir dəs gög libas geyib, bir gög rəng sürtüb üzünə. Ginə vəzirə səsləndi:

 –Dur ayaq üstünə, dur aşıq tap gətir.

Durub ayaq üstünə xiyabana çıxanda baxdı, gördi bir gög aşıq gələr, belədi gömgög. Səsləndi:

–Qardaş, sən aşığa?

Ərz elədi:

–Bəli, məgər nəyimdir?

–Yox, belə pis dəgil. Çox gögə.

Didi:

–Mən girançuluxda başa düşmüşəm. O zaman çörək tapıl­maz və dədəmnən nənəm beçaralar gög ot yeyiblər. Bu gög ot­dan odur ki, mən olmuşam. Mən ot uşağıyam, çörək uşağı de­gi­ləm. Amma sözlərim sarıyanı qoxusudur.

Gedək, görək, götürüb gəlib. Paşa gördi bir dənə gög aşıq.

–Pəs, necə bu aşıq gögdür?

Didi:

–Gögdür daa, mən nəmiyə eliyim. Mən didim, niyə sən gögəy və sən deeri sözlərin sarıyanı qoxusudur.

–Geçib, gəlib söhbət eləsin.

 Koroğlı görək nə diir:

Sənədir Həsən paşa,

Avaz-avaz ürpərsən.

Osmanlını əqli kəm olar,

Bu çoxu aza verirsən.

 

Əlan dəlilərim durar,

Duranda bığların burar,

Beylə səni şəmşir vurar,

Təğyir asta sözə verərsən.

 

Həraşam səni dəstində,

Cəlladlar canı qəsdində,

Bizim Eyvəz xan üstündə,

Neçə bəgzadə verərsən?!

Amma səsləndi:

–Dur! Bunu da rədd elə getsin. Tapmayıb bu aşığunnan. Hər yerdə gedər qərə aşığnan gög aşıq tapıb gətirər.

 

Koroğlı sözün etməz haşa,

Şəmşirini çəkər daşa,

Sənə deyər: Həsən paşa,

Kəlləni bada verərsən!

 

Sözü təmam oldu. Durdu ayaq üstə, didi:

–Dur, bunun da məvacübün ver getsin!

Durublar ayağı üstünə, Koroğlınu vəzir mücəddədən həq- hüququn alub gəldi öz mənzilinə. Səsləndi:

–Uşaxlar, mən yakçı tapmuşam xunkarı mənzinilin. Əgər in­şallah müvəf­fəq olax, əlbəttə, qeyidib bu dəfə görək nə iş gördim.

Bir dəfə ağ libas geyibdir, üzünə ağ rənginən vurdu. Üzün ağardub, saz çiynində çıxıb xiyabana. Xunkar səsləndi ki, vəzir, bircə yaxçı aşıq gətirmədi, bu dəfə görək bizimçün nə cür aşıq tapub gətirə bilər. Vəzir xiyabanunna gəlirdi, baxdı, gördi bir aşıq gəlir, çox ağdur. Ərz elədi:

–Dadaş, sən aşığa?

Ərz elədi:

–Bəli, məgər necəyəm?

Didi:

–Vallah, sən çox ağa.

Didi:

–Vallah, mən dünyanı aşıq degiləm. Mən ölmüşdüm o dün­ya­daydum, mənə yer olmadı. Gəlmişəm Məhəmməddən bu dün­yaya.

Səsləndi ki, aşıqcan, elə o qarə aşıqlar səndi, o göy aşıq da sən­din, bu ağ aşıq da elə sənsən! Qurban, əgər sən Koroğlıyay, mənim cigərim kəbab oldu. Mən özüm müsəlmanam, mənə vaqeən de­ginən, əgər sən Koroğlıyay? Çox təkrar eliyəndən sonra, çün hər üç mərtəbəsində təkrar eləmişdi, sən Koroğlıyay, demişdi, xeyr. Vəli baxdı, gördi vəzir cani–dilindən xəbər alur, biləsindən, ərz elədi:

–Bəli, mən Koroğlıyam.

Amma vəzir bu əndazə xoşbəxt oldu. Əlbəttə, didi:

–Xub, sən ol gün mənə deseydi, nə sən zəhmətə qalardı, nə mən zəhmətə qalardum.

Vəzir beləsini götürdü gəldi, xunkar baxdı, gördi bir dənə aşıq gətirir, çox ağdur. Səsləndi ki, vəzir tapmaya bu aşığı tap­du­ğun­nan?

Didi:

–Qurban, bu qiyamət aşıqdur!

Vəzir, əlbəttə, şərabdan verib xunkarı xurduna. Xunkar məst oldu, səsləndi:

–Xub, aşıq söhbət eləsin, görək nə deyər.

 Koroğlı deyər:

Sənə diyü xunkar paşa,

Şəhrə vəlvələ sallam, inşallah.

Qıram Osmanlınu təmam eyləyəm,

İstambulda sikkə çallam, inşallah.

 

Çağuram Allah, vuram qılıcı,

Əli evladunun çox olar gücü,

İstambul içində dolanan gürcü,

Nökəri, mihtəri allam, inşallah.

 

Koroğlı diir: neynəmişəm, neynərəm,

Xəncərinən bağrun başun yeylərəm,

Osmanlını qırram təmam eylərəm,

Xunkarı təxtindən sallam, inşallah.

Xunkar deyər:

–Vəzir! Bu aşıq yaxçı söhbət elər, o birilərdən yaxçı söhbət elər.

Ərz elədi:

–Qurban, demədim bu aşığın məlumatı çoxdur.

 Koroğlını gecə vəzir qoymadı dahi gələ. Koroğlı gecə qalıb burda. Xunkar paşa səsləndi ki, vəzir aşıği qoymagünan gedə. Sübh əvvəli vəqt inşallah Koroğlını noçələrin dara çəkəndə bizim üçün oxusun, biz xoş olak.

Deyər:

–Mən gözümə minnət.

Əvvəli sübh dəlilər ayağı üstünə, gəliblər meydana. Amma xəbər verək, Koroğlı gördi dar qurulubdur. Amma Koroğlınu ah–nəhadunnan çəkildi: «Pərvərdigara, kaş mənim gözüm kor olay­dı, mən bu darı görmiyeydim». Amma Koroğlı oturub mey­da­nın bir guşəsində. Dəli Həsən gəliblər meydana. Dəli Həsən gözlərini zindanda bağlıyıblar, gətirirlər meydana, mey­dan­da beləsini dara çəkillər. Zaman ki, Dəli Həsən yetişdi mey­dana, gözü ki bağlıydu, baxdı, gördi sər-səda çoxdur. Bildi ki, bəli, bura meydandur, Həsəni gətiriblər. Həsən səsləndi:

–Aya, bir nəfər istiirlər öldürələr, möhlət vardur vəsiyyət eyliyə?!

Görək Həsən nə dir meydanda:

 

Göylüm istər qoç Koroğlı,

İndi girə bu meydana.

Çəkə batmanan qılıcı,

Meydanı döndərə qana.

 

Amma Koroğlı kənarda durmuşdu. Keyf elədi Həsənin sö­zün­nən. Ürəgində deyir, qorxma, burdayam, Həsəncan.

 

Mərdlər meydanda oturub,

Namərd şəmşirin götürüb,

Qıratı ağzı köpürüb,

Gəlir daşlana-daşlana.

 

Başuna qoyubdur börkü,

Mərd kişi meydanda gör kü,

Biz aslan, Osmanlılar tülkü,

Tülkü neynər bu aslana.

 

Həsən sözün deyər yana,

Yandı bağrum düşdü qana,

Bizim ikimizi öldür,

Dəyməginən Eyvəz xana.

 

Müsəlman vəzir indi bilir Koroğlı burda meydannadur. Səs­ləndi:

–Öldürməyə gedey, o yerlərdə bir dənə, bir dənə gətirey, üçü­nü də bir dəfə vurax.

Gəleylər bu tərəfdən Xan Eyvəzi gətirmədilər. Çün xan Ey­vəz Qoş Koroğlı çox istərdi. Didilər, bu qalsın axirə, axurda bunı öl­dürək. Koroğlınun cigərinə biz dağ çəkək. Dəmir­çi­oğ­lunu gətir­dilər. Dəmirçioğlu zaman kı yetişdi meydana, xunkar səs­ləndi:

–Vəzir, aşığumuza deginən, bir neçə kəlam söhbət eləsin, istiirik Koroğlı qoçaxlarun dara vurax.

 

Dəlilərim, bu gün meydan günüdür,

Gəlsin bu meydana beşi beşlərimiz.

Səf-səf olun düşmən bizi görməsin,

Girək bu meydana, beşi-beşlərimiz.

 

Xunkaru həvası cəmdədir, vəzir aşığə deyər gecəki təki söhbət eləmir.

Qədəm vurey bu meydanı izliyəy,

Düşmən bağrun mıxa çəkib duzluyay,

Dava günü bir-birinə gözliyey,

Arada qalmasın leşlərimiz.

 

Girəm dost bağuna gül dərəm dəstə,

Təbərrük eyləyüm yolluyum dosta,

Çək qılıclar, leş tök leş üstə,

Ta pasdan arınsun qılıclarımız.

 

Qoş Koroğlı deyər:

 

Getdim dahi bu candan,

Heç qorxmuram həştat belə meydannan,

Ya budur Eyvəz çəkəm zindandan,

Ya gedə başam başlarımuz.

 

Əlbəttə, dəstur verdilər məmurlara, gedey Koroğlını o bir qo­ça­qun da gətirey. Gəliblər Koroğlını Xan Eyvəzını zindan­dan gəti­rə­lər. Amma Qoş Koroğlınun gözü sataşdı Xan Eyvəza, ah-nəha­dun­dan çəkildi. Zəmani ki, Eyvəz gətirdilər meydana, Eyvəz səslən­di:

–Ağa, yan bir nəfər istiir öldüreyiz, icazə varı, bir kəlam söh­bət eliyə?

Uca dağlarun başunda,

Eliyəm ey havar, ey havar.

Tutubdur arzumu gələr,

Zülüm, ey havar, ey havar.

 

Mən gələndə ağladular,

Cigərimi dağladular,

Nagəhandan bağladular,

Qolum, ey havar, ey havar,

 

Gedey deyin: qardaşuma,

Rəhmi gələ göz yaşuma,

Nə bəla gəldi başuma,

Dilim, ey havar, ey havar,

 

Hanı gedibən gələnlər,

Baqrumın başun dələnlər,

Qürbətdə qərib ölənlər,

Ölüm, ey havar, ey havar.

 

Xan Eyvəz durar oturar,

Mevlasun dilə gətirər,

Mən öləndə kim götürər,

(Kəfənsiz) Canum, ey həvar, ey həvar.

 

Vəli, bu tərəfdən xəbər verək. Qəcər Mustafa bəg bu tərəf­dən qoşununan yetişib qapunun daluna, qapunu dəqq ül-bab elədi. Əhməd qapunun dalundan səsləndi:

–Kimey?

Didi:

–Yumuqcan, sənsən? Mən Mustafa bəgəm, gəlmişəm Ko­roğ­lınun köməginə.

Didi:

–Qaş get işə, burda hesad yox. Sən gəlmişey çapay. Bu şəhər bizim özümüz də izafə olmaz.

Hər qərar Mustafa bəg yalvardı–yaxardı:

–Yumuqcan, mənəm, mən Korolunun dayısıyam, aş qapını.

Didi:

–Qapını aşmam.

Amma Koroğlı meydana girən söhbətdir. Meydanda, əlbət­tə, Qəcər Mustafa bəg ki, Koroğlınun dayısudur. Nəzər bu yerə çat­dı, bu Yumuq dahi qapını aşmaz. Əlində şeşpər vardı. Şeş­pər pərtab elədi, gəlib meydanın vəsətindən düşdü yerə. Bir zaman Qoş Koroğlı baxdı gördi dayısunun şəşpəri gəldi mey­da­nın ortasında dəgdi yerə. Uşaxların birisinə işarə elədi, hət­mən Yumuq qapunu aşmur, getginən qapunu açsun. Amma Qoş Koroğlınun bu tərəfdən Qəcər Mustafa bəgi gəlməginnən, bu tərəfdən dəliləri salim görməginnən xoşbəxt olubdur. Alub­dur Qoş Koroğlı Qəcər Mustafa bəgi cəvanlığından tərif eliyə:

 

Gəldi xəyalumnan getdi,

Cavan oğlan Mustafa bəg.

Baqrum başun dəldi getdi,

Cavan oğlan Mustafa bəg.

 

Qoş Koroğlı əlbəttə, dayim Mustafa bəgin tərifin elərdi. Bir dənə dəlilərdən gəldi qapunu aşdu. Qəcər Mustafa bəg qoşunu­unan varid oldu İstambul şəhrinə:

 

Cidasunun başu qanlu,

Ağ otaxlı, əlvan xonlu,

Cəvanlıxda adlı-sanlı,

Cavan oğlan Mustafa bəg.

 

Hay deyəndə haya basar,

Hoy deyəndə gögdən asar,

Koroğlınu çaya basar,

Cavan oğlan Mustafa bəg.

Mustafa bəy varid oldu, əlbəttə, İstambul şəhrinə içinə. Qoş Ko­roğlı baxdu, gördi dörd ətrafı öz qoşunları alub. Ortaluq os­man­lı, eynə buqda­nı içində hər yerdə bir dənə çodar olar, yüz nəfər bir nəfər osmanlıdur. Qoş Koroğlı xoş oldu:

 

Dəli göylüm abdal olsun, dolaşsun,

Dəlilərim, bu gün meydan günüdür.

Bir tərəfdən mən şəhəri talaram,

Balaları qapı–qapı dilənsin.

 

Eyvəzı dərdindən mən oldum xəstə[108],

 

 


Koroğlınun Şilat səfəri

 

Koroğlı Şilat şəhrindəki Hüseynqulu xanunan dəva eylədi və Hüseyn­qulu xanı əsir edüb və Şilatı qarət edüb, yeddi min də­li­lər ilə gəlürdülar. Hüseynqulu xanun da qollarun bağla­muş­du­lar, gətürürdülər. On ağac Çamlıbelə çatan iki dağun arasunda bircə da dirəxtli, basəfa kənd var idi. Adı Fəzlabad idi. Bu kəndün yaxşı basəfa gərdişgahı var idi.

Əhməd paşa neçə nəfər səvarilərinən iki gündü gəlmişdilər Fəzlabadun çəmənlərində həvaxorluğa və çəmən üstündə ham­mı, bədəz, bircə rüb günortadan keçmişdi, naharlarun yemiş­dilər və yatmuşdular.

Bir nəfər Əhməd paşanun səvarilərindən təmiz yuxu­la­ma­muşdı. Gördi bir qoğa səsi gəlür. Fourən durub ayağə, hər tərəfə baxub bir kəsi görmədi. Dübarə durbin salub gördi Şilat cad­də­sində qoşunun gəlmağunun və atlularun qıçının yerə vurma­ğu­nun tozu asimana dayanur və hay-hu səsi Fəzlabad xəlqini dəh­şətə salub. Təmam damlardan Şilat caddəsinə baxub qorxu­şul­lar.

 Fourən gəlib Əhməd paşa çəməndə təxtinün üstündə tazə yat­mışdu, yuxu gördi, neçə qurd üstünə həmlə eylədi, o tərəf­dən bircə şir çatub o qurdları bərtərəf edüb əlindən alub. Eylə bu yuxu içində Əhməd paşanun o qoşunu görən səvarı Əhməd paşanı oyatdı, dedi:

 –Paşa sağ olsun, dur gör nə xəbərdür?!

 Əhməd paşa yuxu ki, görürdi, bunun xəbəri ilə tuş gəlüb. Hərasan durub ayağa səsləndi:

–Tez əsbabi–cəngi gətürün, atdara səvar olun. Əlan qoşun çatar.

 Bu tərəfdən kəndün koxası gördi çəməndə Əhməd paşa səvariləri ilə amadə olub, səsləndi:

 –Ay kənd xəlqi, arvad və uşaq! Gəlün, cəm olun Əhməd pa­şanın daluna. Bu qoşun ki, gəlür, bular qoymazlar sizlərə azar çata!

 Bu sözdə təmam kəndin uşaq, böyük və kiçik təmam öylə­rini bıraxub gəldilər Əhməd paşaya pənahəndə oldular. Əhməd paşa durbin saldı, gördi hay-hu yaxunda, gəlüllər, amma həd­di–hesabı yox. Ah-nəhadindən çıxub səsləndi:

 –Səvarilərim, çarə nəmədür?

 Səvarilərdən biri dedi:

 –Əhməd paşa, bu qoşun kimindür gəlür?

 Əhməd paşa dedi:

 –Mən bilmirəm.

 Vəli bu qoşundan salim can çağatmağluğ çox səadətdür. Dəstur verdi, dedi:

 –Durun küçənun ağzunda. Əgər qoşun istədi kəndə girə, əv­vəl yalvarun, doyyomən acuqlanun, sevvom gördüz qəbul eylə­mə­dilər, vuruşun. Ta mən görüm bu qoşunun sərdarı kimdür, har­dan gəlüb hara gedüllər.

O zaman rəsmidir hər kəs, istədi birinci sərdarın yanuna gedə, bircə namə yazardi vururdı bircə aqacun başuna, özünü vu­rurdu qoşunun içinə. Onu o namə ilən sərdarə çatdurardılar.

 Əhməd paşa bir namə yazıb vurub aqac başuna, yatub bir ata, hey urub qabağa giddi. Bu tərəfdən qoşun çatub, baş-baş­dur, əyaq-əyaq. Əhməd paşanun naməsün oxumadular, bax­ma­dular. Dəlilərdən biri, İsaballu onu tutub dedi:

 –Sən nəçi karəsən?

 Dedi:

 –Mən Çənlibelin azad şodəsiyəm.

 Bunu deyəndə İsaballı təəccüb qalub, dedi:

 –Bəs mən səni qoymam öldürələr. Sən get bizim böyügümüz yanına.

 Əhməd paşa dedi:

 –Sizin böyügüüz kimdür?

 İsaballı görək necə bundan sual-cavab eylədi. Böyüklərin qarşusunda İsaballı sazun alub əlinə, dedi:

 

De görüm, sən Koroğlını tanuray,

Bəyan eylə sən mənə sözün düznü.

 

Adın nədür, nə səmtinə yararay,

Pərdə qoyma sözün xurdü-rizini.

Əhməd paşa dedi:

Çamlıbelə mən bir dəfə gəlmişəm,

Mən görmüşəm Koroğlınun özünü.

O gün kü mən gəldim Qırat vurmuşdu,

Sındırmışdı anasınun dizini.

İsaballı dedi:

Girməmişəm nahəq bir kəs qanuna,

Düşmən gərək həqiqətnən tanuna,

Dur aparum Koroğlınun yanuna,

Koroğlunun orda sən gör özüni.

Əhməd paşa dedi:

Neçə gündü təmam olub əlifim,

Yeddi süvaridur mənim rəfiqim.

Kərəm eylə, çıxsun bu xəstəligim,

Oları tap, mən bir görüm üzüni.

İsaballı dedi:

O kəndin sərvəti küllən çapulur,

Bircə mahal küllən yağma yapulur,

Qorxma süvarilərin sənün tapılur,

Felən, qoşun dutub gedün döörəni.

Əhməd paşa dedi:

Əhməd paşa, adum mənim yazulub,

Bu babətdən ruzigarum pozulub,

Olsun süvarülərüm rişəm qazılub,

Mənim ruzigarum daha təng olur.

İsaballı dedi:

İsaballı deyir, bu sözüm tamam,

Əhməd paşa eyləmə sən fikrü-xam,

Hər səmitə, hər karidə, hər məqam,

İgid gərək rast danuşa sözünü.

Söz təmam olub. Dedi:

Əhməd paşa, dur gedək, Koroğlı indi yuxudan durub, görək səni tanuur?

Əhməd və İsaballı hər ikisi gəlib gördilər ki, Koroğlı dəstur verüb bir kimsə bu kəndə daxil olmuyub. Kənddən kənarda qo­şun tamam istirahətə məşğuldular.

 Dedi:

–Süvarilərin atdarunı alublar. Özlərini Koroğlınun çadırı ya­nın­da zindan edüblər. İsaballı çatub Koroğlıya ehtiram eylə­di, dedi:

– Ağa, bu kişini tanuray?

Koroğlı baxub, dedi:

– Ay Əhməd sodəgər sən hara, bura hara? Gəl otur görüm.

Əhməd sodəgər gəlüb Koroğlınun əlindən öpüb, götirüb Ko­roğ­lıdan süvarilərünün zindandan xilas olmağunu belə istü­yüb:

 

Başına döndügüm, sənün, Koroğlı,

Böyük mətləb varum, mən əlan səndən.

Qurban olsun bu can sənə, Koroğlı,

Qorxubdur bəgü–sultan, xan səndən.

 

Yeddi süvariynən gəldüm bu kəndə,

Səbrü gəldi, bu kəndə mən gələndə,

Adamlarum bu gün salublar bəndə,

Olar olubdular nagiran səndən.

 

Mənim adamlarum salublar dara,

Olardan olmuşam mən yüzi qara,

Olaru bağuşla, məni çək dara,

Kimsə yox girov çəkə qan səndən.

 

Qoç Koroğlı, Əhməd deyər bu zaman,

Bircə xəbər verüm sənə mən əlan,

Şilatun şəhrində Hüseynqulu xan,

Qoşun sanı görür, dutub yan səndən.

Dedi:

–Koroğlı sağ olsun, mən üç gün bundan qabaq gəldim bu süvarilərünən bu kəndə. Gələndə xəbər gəldi, mən xəbərə qulaq vermədim. Gəldikə, vəli, çatan gün eşitdüm ki, Şilata Hüseyn­qu­lu xan qoşun yığub, gələ Çamlıbelə. Mən süvarilərim ilə əh­di-peyman qooduq ki, əgər belə ola, biz burdan hamudan qabaq onun qoşununa cilogirluq edək. Buna görə süzin qoşunuz gələndə biz belə xiyal eylədik ki, Hüseynqulu xanun qoşu­nu­dur. Dəstur verdüm, süvarilər cilougirluq edələr. Olar hətmən təca­vüz edüblər. İndi olar iştibah edüb bilmiyüblər. Bitə­q­sir­dü­lər.

Koroğlı bu sözdə Eyvəz xandan soruşdu, dedi:

– Eyvəz xan, bu yeddi süvarə ki, zindan eyləmisən, bunları nə səbəbdən sən buları dəsgir eylədün.

Eyvəz dedi:

– Bular şəmşir çəküb bizim bu kəndə gəlmağımuza mane ol­du­lar. Odur ki, mən dəstur verdüm buları tutdular. Zindan eyləmişəm.

Koroğlı dedi:

–Əhməd paşa, rast danuşur. Gedin, o yeddi nəfəri gətirün, verün Əhməd paşanun təhvilinə.

 Fourən gedüblər yeddi nəfəri atdarı ilə gətirüb Əhməd paşaya verdilər. Əhməd paşa şad olub dedi:

– Koroğlı, hardan gəlüb, hara gedirsən? Şilat şəhrində Hü­seyn­qulu xan səninlə ədavətü var. Hətmən qoşun təhiyyə edür. Gələcəkdür.

Koroğlı sazı alub sinəsinə görək Əhməd paşaya necə cavab deyir:

Əhməd paşa, daha belə söz demə,

Çamlıbel bir yerdür didəbanı var.

Şadu–xürrəm otur, daxi qəm yemə,

Yetmiş min dəlinün hər gün sanı var.

 

Çamlıbeldə mənim varım Eyvəz xan,

Hər gün verər dəlilərimə fərman,

Xam xiyal etmişdi Hüseynqulu xan,

Əlimdə, ölmüyüb hənuz canı var.

Əhməd paşa dedi:

–Şilatdan gəlüriz, hanı bəs Hüseynqulu xan?

Koroğlı dedi:

Açılubdur Çamlıbelün gülləri,

Yıxmışam Şiladı, namərd elləri,

Yeddi gündür bağlu qalub əlləri,

Zindanımdan hər gün nagihbanı var.

Əhməd paşa dedi:

– Koroğlı, mən səndən bircə xahiş edim. Məni onun yanına aparay, mənim ona da bircə sözüm var.

Koroğlı dedi:

Tanur səni məgər Hüseynqulu xan?

Var nə sözün, sənün bu gün oniynan?

Dəstur verüm gətirsünlər mən əlan,

Tanuray, de görüm nə nişanı var?

Əhməd paşa dedi:

 –Koroğlı, Hüseynqulu xan tayifeyi- məcusdandur və özü bir bədşəkil, qəviheykəl, dürüst danuşan adamdur.

Koroğlı dedi:

– Barəkallah, haala sözün nəmədür.

Əhməd paşa dedi:

–Qulağuna mən diyüm. Vəli, özü burda oleydi, eşideydi, yaxçiydi.

Koroğlu dəstur verdi, Hüseynqulu xanun zincir ilə gətürdülər Əhməd paşa olan məclisə. Hüseynqulu xanun gözi Əhməd pa­şa­ya düşəndə şərm edüb o halətə başun salub aşağə. Əhməd paşa dedi:

 

Günlərün bir güni bircə otağda,

Oturmuşduğ neçə sultanu-xaqan.

Söhbət düşdü hər tərəfə o çağda,

Hər kəs öz nəzərün edərdi bəyan.

 

Çamlıbel söhbəti gəlüb miyanə,

Dedilər, dəyişüb bu gün zəmanə,

Koroğlı qocalub gəlibdür canə,

Bu sözə qovzandı Hüseynqulu xan.

 

Dedi: yaaran, gəlin eyliyək qiyam,

Qocalub Koroğlı alağ intiqam,

Dəlilər başundan dağulub tamam,

Çamlıbeli yıxağ, eyliyək viran.

 

Mən dedim, bu sözü demə divanə,

Çamlıbel bir yerdür, dönməz viranə,

Başarmıyan işi alma nişanə,

Qurur edüb olma bu sözdə nadan.

 

Dedi, çox qorxaqdur bu Əhməd paşa,

Mən dedüm, bu sözü gətürmə başa.

Qərətikanluqdan Sıldırımdaşa,

Geçə bilməz olay Samü-Nəriman.

 

Təmrüd eyləyüb Koroğlı sənə,

Əfv bəxşiş olur böyükdə gənə,

Xuda rizasına bağuşla mənə,

Mən edərəm dua sənə hər zəman.

Bu sözdə Koroğlı qeyrəti cuşa gəlüb dəstur verdi, Hüseyn­qulu xanın qollarun açdular. Bakəmali azad qılıblar. Çam­­lı­bel­də Kor­oğlı bir məclisi–şadluq qurub Əhməd paşa və Hüseyn­qu­lu xan və neçə nəfər əyan ilə neçə gün şad-xürrəm olub­lar. O vəxt Koroğlı oları mürəxxəs edüb özü ayrı elə daxil olub.

Vəssəlam, risə təmam.

 

 


 

Koroğlınun Sərdar paşa dastanı

 

Bir gün Koroğlı məclis qurmuşdı. Yeddi min yeddi yüz və yetmiş yeddi dəlilər səf-əndərsəf və neçə nəfər əyan və əşraf oturmuşdılar. Aşıq Cunun sazunı sinəsinə basub bu məclisün yaxçıluğun və İsaballınun sifarişün Koroğlıya belə hali edər:

 

Xəbər verim Çamlıbelün səfasun,

Hər mahaldan havalıdur, havalı.

Mərmərdən saldırub bürcü-qalasun,

Tutubdur şöhrəti küllü mahalı.

 

Koroğlı bir baxub aşuğa tərəf:

 

Koroğlınun hər mahalda əli var,

Fərmanuna yüz tərəfdən bəli var,

Əl şəmşirli, neçə yüz min dəli var,

Bu tərəfdən rahat olub xəyalı.

Koroğlı fikr eylədi dedi, hətmən bir hekayət var, mən bilmi­rəm. Dedi:

–Aşıq, rouşən danuş!

Soruş özündən dəlinün halunı,

Namərd meydanunda əgməz dalunı,

Kəsalətluğ tutub İsabalunı,

Neçə gündür yatıb, bəd olur halı.

Koroğlı dedi:

–İsaballı məgər bu məclisdə dəgül?

Aşıq dedi:

Qəhr eliyüb, bu məclisə gəlmədi,

Türfə verdüm, mənə baxub gülmədi,

Çox yalvardum, əsla məhəl almadı,

Gördüm yoxdur danışuğun məcalı.

Söz təmam olub, dedi:

– Koroğlı, İsaballı dedi gündür Koroğlı mənim sözümə cavab vermiyüb. Bu gün məclisdə sən mənim sözümü danuş. Əgərçi gənə Koroğlıdan mənə xəbər olmadı, Sıldırım qəyadan, Qərəti­kan­luğa aşaram. An vəxt Koroğlı bilür, mən hər nə soruşdum, dər­din nədür, dedi, Koroğlı özü bilür.

Bu sözdə Koroğlı qah-qah gülüb səsləndi:

–Qonaqlar məşğuli yemağ və içmağ olsunlar və qulax versün­lər mənim sözümə.

Təmam əyan-əşraf sakit olub, Koroğlı sazun alub sinəsinə, gö­rək nəmə deyir:

Dəlilərim, bu gün biri qəhr edüb,

Teztər durun, onı gedin, gətirin.

Qəzəbləndi, əgər bura gəlmağa,

İltimas-iltica edin, gətirin.

 

Bu sözdə təmam məclisdə oturanlar baxdular bir-birinə, dedilər:

–Koroğlı kimə fərman verür?!

 İsa başun salub aşağı. Koroğlı dedi:

 

Birizün həqqi yox baş tikə yerə,

Davtələb istərəm, gedə, gətirə,

Onu bu qəm həlakətə yetirə,

Sizlər durun, gedin, onı gətirin.

 

Sərdar paşa gördü Koroğlı cəngə çalışur və öz məclisində güc söz deyir, başun qovzadı, dedi:

  –Koroğlı, kimə fərman verüri, aşkar deginən. Səlah oldu gedər, səlah olmadı getməz.

Koroğlı bir çəp baxub Sərdara, dedi:

Sən mənə qonaqsan, uca danuşma,

Çamlıbelün sən işinə qaruşma,

Təvanludur bu söz, söz başun açma,

Hər qonağa deməm, gedin gətirin.

Sərdar paşa dedi:

–Heylə, əgər burdan çıxdım, bu sözün təlafisün açaram.

 

Koroğlınun bu yerişsüz sözüdür,

Yeddi min dəlisi və bir özüdür,

İsaballı onun bir sağ gözüdür,

Dəlilərim, gedin onı gətirin.

 

Söz təmam olub, Dəli Həsən durub ayağa dedi:

–Koroğlı, bu dəlilər necə ildir deyillər, İsaballı Koroğlınun sağ gözüdür, Eyvaz xan sol gözü. Hala ki, bu töürdür, biz gedək onı gətürək?

 Koroğlı bu sözdə görək nəmə dedi:

 

Dəlilərin əcəb nadan olubdur,

Bundan belə ruzigarun necolur?

Hər biri bir xəyalata dolubdur,

Fikrün gedər hətmən başın kəc olur.

 

Baala dağlar saxlamaz özündə qarı,

Sumax verməz bəhri-Savalan narı,

İncilün bərində əkmə çinarı,

Əkərsənsə, ərzi təhi necolur?

 

.......................çala bilməz qılıcı,

Hamıya tək ola bilməz alucı,

...................... ola bilməz vuruci,

Vurucı quş dimdigünnən kəc olur.

 

...................... alub bu sözü deyər,

Aslan olan pünhan sökübdür yiyər,

.................... gör səni dağudar, yeyər,

Hər nə yesə, genə gözü ac olur.

 

Söz burda tamam olub. Koroğlı bircə cam doldurub alub əlinə, dedi:

–Ay cəmaət, kimdir bu cami əlimdən ala, mərdanə başuna çə­küb içə və gedə mənim gözümün nuru İsaballını bu məclisə gətürə?

Yumuq Əhməd ayağa durub camı alub çəküb başuna, son­ra dedi:

–Ay Koroğlı, mən gedərəm, hər töür olar İsabalunı gətürrəm. Vəli bunnan əlbət bu məclisün dərhəm-bərhəmi

Olur. Bəs səbr eylə qonaqlar getsünlər, şayəd İsaballını mən gətirüm.

Bu sözdə təmam dəlilər dedilər:

–Bu, hesabi sözdür.

Çün, dəlilərin İsaballının mətləbindən xəbər varları idi. Vəli Ko­roğlının xəbəri yoxıydı. Koroğlı gənə fikrə gedüb görək bu əsrarə nəmə dedi. Çögürün alub sinəsinə hirsinnən qah-qah gülüb dedi:

 

Dəlilərim, sizə huşdar verirəm,

Yuxulanur çərxi-fələk dolana.

Bu havanun nəsimindən bilirəm,

Görürəm qovzanur rəngi solana.

Dəlilər dedilər:

 –Koroğlı nəmənə nəzərə alıb, əlbəttə, xətər yuxudur. Məgər nəmə olubdur?

Dedi:

Bu havanun nəsimindən bilürəm,

Pişamədin vermədən ölirəm,

Vicdan gedür mən hirsimdən gülirəm,

Az qalubdur heysiyyətim talana.

 

Dəlilər təmam özlərini cəm edüb Koroğlınun döürini tutub­lar, dedilər:

–Nəmə olub?

 Koroğlı dedi:

Düşmənlərim məkanımda yatubdur,

Yeriş edüb Çəmlibelə çatıbdur,

Bilməyənlər bilənləri atubdur,

Namus gedər, qeyrət az var çalana.

 

Dəlilər az qaldı ağlıyalar, dedilər:

–Koroğlı, axır de görək nəmə olub? Bizim ürəgimizdə huş qalmadı, nəmə olub? Koroğlı dedi: ...........

 

 

 

 

--------------------------

*Mətnin sonrakı səhifələri əlimizdə yoxdur

 

 

 

 

 

 

 

 

 

 

 

 

ƏLİ KAMALİNİN ÇAP ÜÇÜN

HAZIRLADIĞI MƏTNLƏR

 

 

Aşıq Cünunun Çəmlİbeldən qaçması

 

Bir gecə Koroğlu məclisdə nədənsə Aşıq Cünuna acıqlandı və onu məclisdən eşigə saldı. Aşıq Cünun öz-özünə dedi: “Koroğlunun yemək-işməkdən sonra başı ayırd olsa, bir daha yaxamdan tutub vuracaqdır, yaxşısı budur ki, fürsətdən fay­­dalanaraq aradan çıxım”.

Buna görə çögürü çiynində yola düş­tü və gəlib Daşqaladan endi, Qaratikanlıqdan keşdi, Sıldı­rım­qayalardan sovuşdu. Çox gələndən sonra Arzulum qırağına çat­­dı. Cadanın qırağında bir qayanın dibində gizləndi. Bir az­dan sonra bir tacir karvanı gəlib oradan keçdikdə aşıq Cünun ayağa qalxdı və qabağa yeriyib tacirbaşıya salam verdi. Onu görən bazurqanbaşı “əleykəssalam” deyib soruşdu:

Ay aşıq, burada neyləyirsən, nə üçün qaşqabağın aşağıdır?

Aşıq Cünun cavab verdi:

Tacirbaşı, dərdim bir-iki deyil. Mənim kimi olanın gərəkdə qaş-qabağı aşağı ola.

Tacirbaşı soruşdu:

Aşıq, sənin dərdin nədir?

Aşıq Cünun sazını kökləyib tacir başıya xitabən görək nə söyləyir!?

Sənə deyim, xan bazırqan,

Dərdim başımdan aşıbdır.

Günüm keçib qocalmışam,

Ürəyim başı şişibdir.

 

Cavan ömrüm gedib bada,

Qocalmışam bu arada,

Giriftar oldum, dünyada,

Dərdim qəmə qarışıbdır.

 

Çıxıb bu yerdən qaçaram,

Qanadım olsa uçaram,

Can ilə başdan keçərəm,

Qəm ürəyimdən daşıbdır.

 

Aşıq Cünun edər havar,

Başında şuru  qovğa var,

Məni savar edib apar,

Kömək ol, işim düşübdür.

 

Sovdagər bu sözləri eşidib dedi:

Aşıq, ticarətlə bu aşıqlıq tutmaz. Mən səni apara bilmərəm, bizdən əl çək.

Görək Aşıq Cünun sovdagərin bu sözünə nə cavab verir:

 

Sənə deyim, xan Sovdagər,

Mübarəkdir səfər sənə,

Sən məni özünlə apar,

Faydası çox yetər sənə.

 

Yükündə var tirmə qumac,

Qocalıb olmuşam möhtac,

Gəl, eylə dərdimə əlac,

Xudam eylər nəzər sənə.

 

Hacılar gedərlər haca,

Baxmazlar yoxsula, aca,

Mən eylərəm çox iltica,

Duamda var səmər sənə.

 

Sən məni mindirsən ata,

Aparsan Ruma, Şamata,

Ya Türkmən, ya da Kalata,

Apar, çatmaz xətər sənə.

 

Aşıq Cünun haqq aşığı,

Məclislərin yaraşığı,

Vardır qəlbimin işığı,

Uğurludur səhər sənə.

 

Tacirbaşı aşıq Cünunu tanıdı.Buna görə ona xitabən dedi:

Aşıq, sən Koroğlunun aşığı olan Aşıq Cünunsan. Mən bilmirəm nə üçün onun əlindən qaçırsan. Amma bilirəm ki, Koroğlu sənin mənə qoşularaq qaçmağın bilsə malımi qarət edərək özümun də dərimə saman doldurar.

Qoca aşıq sazını bağrına basaraq söylədi:

 

Bülbül azad olan çağda qəfəsdən,

Qanad vurar çata öz məhəllinə,

Yeməkdən, içməkdən üzər əlini,

İstəyər çata öz tayifa, elinə.

 

Bir aşığam, yoxdur dünyada malım,

Koroğlu qorxusu pozubdur halım,

Daha istəmirəm, yanında qalım,

Bir daha qayıtmam Çəmlibelinə.

 

Xudam yetiribdir bu saat səni,

Az qalıb alışa ömrüm xərməni,

İstəmə öldürə Koroğlu məni,

Leşimi sala Çəmlibel çölünə.

 

Qorxusundan seçməm gündüz-gecəni,

Gözüm görməz alçaq ilə ucani,

Qafiləyə qoşaraq bu qocani,

Aparıb çatdır Türkmənlər elinə.

 

Tacirbaşi razi olan deyildi. Amma Aşıq Cünun o qədər yal­vardi, yaxardi ki, tacirbaşi üzə qaldı və yetim çarvadarlara dedi:

Bu aşıqı götürüb bir qatırın yükünün arasına qoyun. Görək nə vaxt bunun şərri bizi də yaxalayacaq, özünü də?!

Çarvadarlar qoca aşıqı götürüb bir qatırın yükünün arasına qoyub yollandılar. İndi Aşıq Cünun tacirlərlə yol getməkdə olsun, görək Çəmlibeldə nə xəbər vardı?!

Sabah yenə Koroğlu məclis qurub dəlilərlə yemək-içməyə başlarkən Aşıq Cünunu istədi. Aşıq Cünundan haray olmadı. Onun çadırına adam göndərdi. Çadırında da tapılmadı. Gəlib Koroğluya,– «Nə özü çadırdadı, nə də qopuzu»,– söylədilər. Belə görən Koroğlu dedi:

Hər yerdə olursa, tapılıb gətirilməlidir.

Dəlilər hər yeri, hər dəlik-deşigi axtardılar. Ondan xəbər olmadı. Nəhayətdə gözətçilərdən biri dedi:

Yarı gecə çögürü çiynində Qara Sıldırımdaş qalaya sarı gedirdi. Bu xəbər Koroğluya verildi. Koroğlu dedi:

İzini tutub gedib onu tapmalısınız!

Dəlilər gözətçinin göstərişi ilə onun izini tutub gəldilər sıldırım qayalardan və qara tikanlıqlardan keçib Arzulum yo­lu­nun qırağına çatdılar. Yolda Aşıq Cünundan iz yoxuydu. An­caq çoxla at, qatır izi gördükdə bildilər ki, oradan bir kar­van keçibdir. Onlar bir-birlərinə dedilər:

Aşıq Cünun buradan keçən karvanla gedibdir.

Sonra geri qayıdıb bu xəbəri Koroğluya çatdırdılar. Bu xəbəri eşidən Ko­roğ­lu bahar buludu kimi var gücüylə bir nəhrə çəkdi. Onun bu ba­ğırması dağ-daşı titrətdi. Bütün dəlilər onun dövrəsinə top­laş­dılar. Koroğlu onlara xitabən söylədi:

 

Dəlilərim, Aşıq Cünun qaçıbdır,

Dolanın dağları, tapın gətirin.

Kəsilib taqətim, ruhum uçubdur,

Hər nə yaparsınız, yapın gətirin.

 

Aşıq getsə, tamaşadır tamaşa,

Tapılmasa, işim yetişər başa,

Bilsəz gedib girib sıldırım daşa,

Fərhad kimi daşı çapın gətirin.

 

Atlılarım, ata minin mərdana,

Yollar boyu qatın tozu dumana,

Hər yerdə yetişdiz o bazırqana,

Var- yoxunu alın, qapın gətirin.

 

Bazərgana vermək olmaz macalı,

Dolanın hər şəhəri, kəndi, mahalı,

Salması, Mərəndi, Xoyu, Xalxalı,

Ərdəbil, Sarabı çapın gətirin.

 

At belində mərdi-mərdanə yatın,

Yıxın obaları, bir-birə qatın,

Səğiri, kəbiri qol-qola çatın,

Qızıl-gümüşümü qapın gətirin.

 

Koroğlu az qalır qüssədən yana,

Dəlilərim, at çapırın hər yana,

Araz kimi çaya, dağa, arana,

Ondan bircə xəbər tapın gətirin.

Koroğlu sazla dediyi kimi söz ilə dedi:

Gərək Aşıq Cünun tapıla. Yoxsa, mənim abırım gedəcəkdir. Də­lilərdən on nəfər yaraqlanıb ata mindilər və Çəmlibeldən yol­lanmaq istədikdə Koroğlu bir daha sazını götürüb dəlilərə xitabən başladı:

At belinə çıxan, qoç dəlilərim,

Sizdən böyük intizarım var mənim.

Bir-birindən olan xoş dəlilərim,

Cünun etdi məclisimi xar mənim.

 

At çapın, axtarın bütün dünyanı,

Təbriz, Qaradağı, Şəki, Şirvanı,

Tez tapıb gətirin ondan nişanı,

Gətirməsəz dünyam olur dar mənim,

 

Suya dönüb qumsal yerdə batsa da,

Qubar olub buludlara çatsa da,

Duman olub uca dağa yatsa da,

Tapılmasa baş sizindir, dar mənim.

 

Koroğlu sözünə son qoyaraq onların getməsinə buyuruq ver­di. Dəlilər at belində Çəmlibeldən aşağı endilər və bazur­gan­ların getdigi yolu tutub at çapdılar. Tacirlərin karvanı uzax­laş­mış­dısa, onlara yaxınlaşdılar. Tacirlərdən biri dönüb da­lı­ya bax­dıqda gördü ki, arxada qoyduqları yolun üstündə toz- du­man göyə qalxır. Görün­düyü­nü tacirbaşıya göstərdi. Ta­cir­başı bildi ki, gələnlər Koroğlunu atlılarıdır. Onlar Aşıq Cünunu apar­ma­ğa gəlirlər. Buna görə Aşıq Cünunu bir sandıqda otur­dub san­dığı da yol qırağında bir çuxur yerdə gizlədərək aşığa de­dilər:

Səsin çıxartma ki, Koroğlunun dəliləri gəlirlər!

Karvan yoluna davam etdi. Dəlilər çatıb əllərindəki yaraq­la­rıyla yüklərin iplərini kəsərək yükləri yolun üstünə dağıtdılar. Bütün bağlıları axtardılar. Amma aşığı tapa bilmədilər.

Tacirlərin heş biri dillənə bilmirdi. Tacirbaşı da yolun qıra­ğında dizlərini qucaqlayaraq oturmuşdu. Dəlilər bütün yükləri ax­tardıqdan sonra dayanıb bir birinin üzünə baxmağa baş­la­dılar. Belə görən tacirbaşı irəli gəlib onlardan soruşdu:

Oğullarım, nə axtarırsınız?

Onlar dedilər:

Koroğlunun aşığı gecə ilə Çəmlibeldən qaçıbdır. Onu axta­rı­rıq.

Qoca tacir dedi:

Mənim bir balaca xəbərim vardır. Əvvəlcə soruşsaydız mən deyərdim.

Bunu eşidən dəlilər dedilər:

Biz belə bildik ki, sən onu öz matahların arasında gizlət­mi­sən. İndi ki belə deyil, de görək ondan nə xəbərin var?

Tacirbaşı başladı:

Biz Çəmlibelin qabağına çatdıqda bir qoca aşıq qopuzu da çiynində olaraq bu yandan Arzuluma sarı gedən bir atlıyla da­nı­şırdı. Biz onların yanından keçib bir az aralanmışdıq ki, mən dönüb geri baxdım. Qoca aşıq o atlının tərkinə minərək Arzu­lu­ma sarı yollandılar.

Bunu eşidən dəlilərdən biri dedi:

Amma biz bu sözü Koroğluya inandıra bilmərik. Bir qatır yü­kü bu matahlardan bizə ver. Biz onu Koroğluya aparıb inan­dı­raq ki, biz qafiləyə çatdıq. Amma Aşıq Cünun o qafilədə de­yil­di.

Tacirbaşı qəbul etməyə məcbur olub bir qatır yükü matah­lar­dan onlara verib yola saldı. Dəlilər Çəmlibelə sarı döndülər. Tacir­lər də dağılan matahları yoldan yığıb dəvələrə və qatırlara yük­lədilər. Aşıq Cununu da götürüb yola düştülər. Tacirlər gündə iki mənzil yol gedirdilər. Nəhayət, bir gün Türkmən elinə çatdılar. Yükləri düşürüb, matahları bazarda satmaq istə­di­lər. Türkmən cavanları qocaman aşığı tacirbaşının yanında gördükdə dedilər:

Tacirbaşı, bu gün bizim toy məclisimiz var. İcazə ver, bu aşıq bizim toyumuza gəlsin. Tacirbaşı dedi:

Mən bu aşığın yolunda çoxlu zəhmət çəkmişəm. Çoxlu matahım talanıbdır. Hər kim bunu toya aparmaq istəyirsə, mə­nim talanmış matahlarımın pulunu ödəməlidir. Bunu eşidən türk­mən cavannarı tacirin istədiyi qədər qızıl, gümüş verib, aşığı toya apardılar. Toy başlandı. Qoca aşıq çögürü götürüb ayağa qalxdı, onu kökləyib çalaraq sözə başladı:

 

Mən Çəmlibeldən qaçmışam,

Gəlmişəm Türkmən elinə.

Çox dərə- dağdan aşmışam,

Gəlmişəm Türkmən elinə.

 

Türkmənin qoca- cavanı,

Hamısı qeyrətin kanı,

Yaxşı qurublar dövranı,

Gəlmişəm Türkmən elinə.

 

Cünunam, çalaram sazı,

Heç vaxt deməm yalan sözü,

Bir edib gecə-gündüzü,

Gəlmişəm Türkmən elinə.

 

İndi Aşıq Cünun türkmən toylarında olsun çalmaqda-oxu­maq­da, görək Çəmlibeldə nə xəbər vardı. Dəlilər yükü üstündə bir qatırla Çəmlibelə gəldilər. Aşıq Cünunun tacirlərlə getmə­diyini söylədi­lər. Tacirbaşıdan eşitdiklərindən, yəni bir qoca aşıq bir atlının tərkində Arzuluma sarı getdiyindən söhbət sal­dılar. Bu sözləri eşidən Koroğlunun rəngi qaraldı. Acığından di­nə bilmədi. Bir az uzanıb yatdıqdan sonra onu tapmamış qa­yıdan dəlilərə xitabən dedi:

Getdi daha adın-sanın, Koroğlu,

Bundan sonra gör dövranın necə olur?!

On nəfər nadana tapşırdım işi,

Peşman oldum, daha başım gic olur.

 

Yerimi-yurdumu tapacaq əğyar,

Gizli sirrim daha olacaq aşkar,

Buna görə oldum canımdan bezar,

İşıqlı gündüzüm qara gecə olur.

 

Hər adamda namus olmaz, ar olmaz,

Seçilə, tanına yaxşı ilə yaman,

Cunun gedib sirrini etsə əyan,

Biləcəksiz gələn necə yaxşıdır.

 

Koroğlu sözünün sonunda əlavə elədi ki, keçən qırx ildə heş kim Çəmlibeldə xəbər bilməmişdir. Dünya üzündə alınmaz bir qala kimi tanınan Çəmlibel Aşıq Cünun getməsi ilə açılmış və hamıya tanınmış kimidir. Aşıq Cünun oba-oba, oymaq-oymaq dolanaraq Çəmlibeldə nə vardı, kimlər yaşayırlar, hətta say-hesabımızı da hamıya bildirəcəkdir. Bundan bu yana paşalar və sultanların əlindən dinc nəfəs çəkmək bizə çətin olacaq. Bu sözü eşidən dəlilər başa düştülər ki, Aşıq Cünunun getməsi neçəyə başa gələcəkdir. Buna görə Dəli Həsən, İsballı və neçə nəfər ayrisi ayağa qalxıf dedilər:

Aşıq Cünun su olub yerə batmışsa da, quş olub göyə uç­muşsa da onu tapıb gətirəcəyik. Sən arxayın ol.

 Onlar bu söz­ləri deyib, silahlanıb atlarını yəhərlədilər. İşi belə görən Koroğ­lu sazı götürübü dəlilərə xitabən belə söylədi:

 

Yola düşən, cavanlarım,

Aşığı sizdən istərəm,

Qoçaq, igid aslanlarım,

Aşığı sizdən istərəm.

 

Qorxuram iş-işdən keçə,

Əməgimiz gedə heşə,

Əqlim, huşum başdan uça,

Aşığı sizdən istərəm.

 

Sənə deyim, İsaballım,

Qoyma, yaman olsun halım,

İstəməm müntəzir qalım,

Aşığı sizdən istərəm.

 

Koroğlu qəmlərə dalır,

Qəzəbdən rəngi saralır,

Tez olun, vaxtınız daralır,

Aşığı sizdən istərəm.

 

Dəlilər yola düşmək istədilər, Koroğlu da onların üzündən-gözündən öpüb yola saldı. Dəlilər ildırım yeyinliyində sıçrayan atların belində Çəmlibeldən aşağı endilər. Koroğlu da qayıdıb, sazı götürüb və dövrəsində qalan dəlilərə xitabən başladı:

 

Qoç igidlər at belinə qalxdılar,

Çəmlibeldən yürüyürlər hayana?

Atlarının dırnağından, nalından,

Toz qovzanıb qarışacaq dumana!

 

İsaballı hər məhlədə savaşa,

O məhlədə tamaşa var, tamaşa,

Dedigi sözünə eyləməz haşa,

Düşmən üstə hücum edər mərdana.

 

Güclü olar Dəli Həsən nəhrəsi,

Düşmən bağrın yarar dəlilər səsi,

Meydan ortasının qumu-qəyəsi,

İldırım tək çəkər göydə zəbana.

 

Koroğlu sözünə son qoydu, gedən dəlilərin ardıyca baxdı. Onlar o qədər uzaxlaşmışdılar ki, daha gözdən itməkdə idilər. On­lar oba-oba, oymaq-oymaq, kəndbəkənd və şəhərbəşəhər hər yeri dolandılar, hər kəsdən sooraqlaşdılar, nəhayət gəlib Tür­k­mən elinə çatdılar. Qonaq olmaq üçün Türkmənlərin baş­çısı olan Qaşqay Türkmənin evin soruşdular. Qaşqay Türk­mə­nin evini Koroğlu­nun dəlilərinə göstərdilər. Dəlilər onun qapı­sı­na gəldilər. O gün Qaşqay Türkmən böyük bir məclis qur­muş­du. Çoxlu qonağı var idi. Dəlilər qapıçıdan içəri girmək üçün ica­zə istədilər. Qapıçılar türkmənə xəbər verdilər ki, on nəfər at­lı qonaq gəlibdi və içəri gəlmək istəyirlər. Qaşqay Türk­mən oğ­lu olan Eyvazı çağırıb dedi:

Oğul, qonaqları hörmətlə qarşılayıb içəri gətir.

Eyvaz onları qarşıladı. Onlar Eyvazı görüb onun gözəlliyinə, boyuna, yaraşığına və ədəb-ərkanına heyran qaldılar. Onlar bu günə kimi belə bir igid görməmişdilər. Eyvaz qonaqları içəri gə­tirdi. Dəlilər atlardan endilər. Nökərlər onlardan atları təhvil al­dı­lar. Eyvaz dəliləri məclisə gətirdi. Atası ayağa qalxıb onları öpüb, məclisin yuxarı başında oturtdu. Qonaqlara yemək-iç­mək gətir­t­di. Hamı yeyib doyduqdan sonra, Qaşqay türkmən nö­kərlərinə dedi:

Aşığı məclisə çağırın. İstəyirəm bir az çalıb-oxumaqla uzaq­dan gələn qonaqların yorğunluğunu çıxarsın.

Aşığın ardınca gedib onu məclisə gətirdilər. Aşıq Cünun şöqü–zövqlə məclisə girdikdə gözü Koroğlunun dəlilərinə düştü. Dəlilər də onu gördülər. Amma nə dəlilər onu dindirə bildilər, nə də o dəlilərə bir söz deyə bildi. Nəhayət, Qaşqay Türkmənin buyru­ğuna əsasən, sazı kökləyərkən öz–özünə belə dü­şündü ki, mən bu məclisdə Koroğludan deməsəm, dəlilər ge­dib Koroğluya deyərlər. Hardasa o da məni ələ keçirəcəkdir. Bəs bir iş görüm ki, onda mənim dərimi boğazımdan çıxart­ma­sın. Nəhayət, sözə başla. Görək Qaşqay Türkmənə və uzaq­dan-yaxından gələn qonaqlara Çəmlibeldən və Koroğludan nə deyir:

 

Çəmlibeldən sizə verim bir xəbər,

Qurub daşdan, tikib qala Koroğlu.

Qıratı vuranda sıldırım dağa,

Girişəndə çalhaçala, Koroğlu.

 

Yığıb necə başıbəlli cavanlar,

Qorxusundan qaçar bəy, paşa, xanlar,

Ona bac verərlər böyük sultanlar,

Namə yaza hər mahala Koroğlu!

 

Qorxudubdu çoxlu sultanı, xanı,

Analar doğmayıb belə oğlanı,

Bir dəfə də yeyər bircə azmanı,

Gələr Çəmlibeldə hala Koroğlu!

 

Aşıq qaçıb Koroğlunun əlindən,

Bəlkə birazca dincələ dilindən,

Qasid gəlib Çəmlibelin elindən,

Gəlir məni sizdən ala Koroğlu!

 

Aşıq Cünun sözünə son qoyuldu. Bu məclisdə olan qərib qo­naq­ların yanında Koroğlunu öymək Eyvaza ağır gəldi. Buna görə də öz çögürünü götürüb ayağa qalxdı və atasından icazə alıb görək Aşıq Cünunun sözlərinin cavabında nə deyir?

 

Sənə deyim, dəli aşıq,

Bizə də Türkmən degərlər.

Sözündə yoxdur yaraşıq,

Bizə də Türkmən degərlər.

 

Türkmənlərin cavanları,

Toz oluru meydanları,

Saymazlar paşa, xanları,

Bizə də Türkmən deyərlər.

 

Aşıq, açma söz başını,

Demə Çəmlibel işini,

Çərçi soyandır qoşunu,

Bizə də Türkmən deyərlər.

 

Qoç Koroğlu gəlsə bura,

Boynundan asaram dara,

Ağ günün eylərəm qara,

Bizə də Türkmən deyərlər.

 

Aşıq, gəl olma divana,

Bu sözləri qoy o yana,

Sözün dəydi Eyvaz xana,

Bizə də Türkmən deyərlər.

 

Eyvaz sözünə son qoydu. Aşıq Cunundan başqa bir adam qonaxların haradan gəldiyini bilmirdi. Eyvaz yerə oturduqdan son­ra qonaqların tərəfindən alqışlanmadığı üçün təəccübləndi və onla­rın üzlərinə baxdıqda onların acıqlı və qaşqabaqlı ol­du­ğu­nu hiss etdi. Bu vəziyyəti Eyvaz, atası və başqa yerli qo­naq­lar gözləmirdi. Buna görə Eyvaz özünü saxlaya bilməyib qo­naq­lardan soruşdu:

–Hörmətli qonaqlar, mən Aşıq Cununun sözünə cavabdan başqa bir söz demədim. Siz nədən incidiniz? Bir də buyurun gö­rək siz kimsiniz, haradan gəlmişsiniz. Buraya gəlməkdən məq­sə­diniz nədir?

Söz buraya çatdıqda Dəli Həsən Eyvaza dedi:

–Sazını mənə ver, haradan gəldiyimizi və kim olduğumuzu söyləyim.

Eyvaz sazı Dəli Həsənə verdi. Dəli Həsən sazı bağrına basa­raq dedi:

Başına döndüyüm, Türkmənin oğlu,

Mərd igidin hövsələsi dar olmaz.

Başı buludlara çatmayan dağın,

İl başabaş sinəsində qar olmaz.

 

Saxlamaz alçaq dağ özündə qarı,

Hər gül açan ağac gətirməz barı,

Olmaz hər ölkədə Savənin narı,

Hər adamda namus olmaz, ar olmaz.

 

Koroğlunun səsi dağları yıxar,

Namərd boğazını əlində sıxar,

Hər bir mərəkədən üzüağ çıxar,

Heç döyüşdə zəlil olmaz, xar olmaz.

 

Dəliləri ələ alsa yarağı,

Bəy – paşanın, xanın sönər çırağı,

Üstünə tökülsə min quldur, yağı,

Vurar, tökər, meydan ona dar olmaz.

 

Çəmlibeldən bura at çapmışıq,

Oradan qaçanı burda tapmışıq,

Çəmlibelə qaytarılar bu aşıq,

Burada qalması sizə var olmaz.

 

Dəli Həsənin sözü başa çatdı. Saz ilə dediyi kimi sözlə də dedi:

–Biz Koroğlunun dəlilərindənik! Çəmlibeldən qaçıb buraya gələn Aşıq Cünunu aparmağa gəlmişik.

Bu sözü eşidən Türkmənbaşı dedi:

Siz sabah Aşıq Cünunu apara bilərsiniz. Biz Koroğlunun el­çi­lərini əliboş yola sala bilmərik. Bu sözdəri eşidən Aşıq Cü­nun böyük Qaşqay Türkmənin yanına gəlib onun qulağına dedi:

–Mən bunlarla getsəm və siz orada olmasaz, Koroğlu icazəsiz buraya qaçıb gəldigimə görə mənim dərimi soyacaqdır.

Türkmənbaşı cavab verdi:

–Koroğlu mənimlə qardaşdır. Mən səni ona tapşıraram.

Nəhayət, qonaqlıq məclisi başa çatdı. Getməli qonaqlar get­di­lər. Dəlilər gecəni yatıb səhər çağı duraraq yola düşməyə ha­zır­laşdılar ki, Böyük Türkmən gəlib Aşıq Cünunu onlara və onların vasitəsilə Koroğluya tapşırdı. Dəlilər Aşıq Cünunu da gö­türüb Çəmlibelə sarı yola düştülər. Gecə-gündüz yol gəlib qırx gündən sonra Çəmlibelə çatdılar. Koroğlu Aşıq Cünunu gör­dükdə sevindi və onun haradan tapıldığını soruşduqda də­li­lər dedi:

–Necə getməlidisə, Böyük Türkmən elinə, getmişdi. Biz aşığı Bö­yük Türkmənin məclisindən tapdıq.

 Türkmən adı gələndə Ko­roğ­lunun hirsi soyudu. Dəlilərə yemək-içmək gətiddirdi. Aşıq Cünuna da üz tutaraq soruşdu:

–Aşıq, de görüm Türkmən eli necə el, bir o yanlarda nə xəbər var?

Aşıq Cünun sazı köynəkdən çıxarıb bağrına basaraq başladı:

 

Türkmənlərdən xəbər söyləyim sənə,

Türkmən tək mahəl hanı, Koroğlu?

Öz gözümlə Türkmənlərdə görmüşəm,

Çox igit, qoçaq, cavanı, Koroğlu.

 

Gözüm düştü orda bircə oğlana,

Ucaboylu, enlikürək, mərdana,

Üstün gələr hər qaflana, aslana,

Tarix görmüb bu oğlanı, Koroğlu!

 

Aşıq Cünun seçər yaxşı, yamanı,

Sənə verim o cavandan nişanı,

Yıxar Söhrabı, Rüstəmi-dəstanı,

Sami, Zalı, Nərimanı, Koroğlu!

 

Aşıq Cünun saz ilə oxuduğu sözləri bir daha Koroğluya ap açıq söylədi.

–Çəmlibelə qonaq gələcəkdir.

Bu sözləri eşidən Koroğlu Çəmlibeldə türkmən qonaqlarının gəl­məyinə görə hazırlıq gördü. Neçə gün yol gözlədilər, bir gün yo­la baxan gözətçilər uzaqdan on atlının Çəmlibelə sarı at çap­ma­sını gördülər. Atların ayaqları daşa dəydikcə caddənin to­zu­nun içində elə qor səpirdi ki, elə bil bulud arasında ildırım çaxırdı. At­lar gəlib Çəmlibelə çatdılar. Koroğlunun əmrilə on­la­rın qabağın­da neçə qurban kəsildi. Onlara çox ehtiram edildi. Ko­roğlu Böyük Türkmənin sağ yanında gedən cavanı gör­dükdə onun gözəlliginə, igidliginə mat qalmışdı. Nəhayət, gəlib Koroğlunun öz çadırında oturdular. Koroğlu Böyük Türkmən­dən – «bu Eyvaz xan sənin oğlundur?» – deyə soruşduqda Türk­mənbaşı dedi:

–Qardaş, Eyvaz sənin qulundur.

Türkmənlər on gün Çəmlibeldə qonaq olduqdan sonra Bö­yük Türkmən Koroğluya dedi:

–Qardaş, biz sabah Türkmən elinə sarı yola düşməliyik. Sən­dən istəgim budur ki, sabahki yeməgimizə qaz, ördək bir­yan elətdirəsən.

Koroğlu ona baş üstə dedi. Amma Çəmlibeldə qo­yun, quzu, qoç sürü ilə tapılsaydı da ördək, qaz bir dana də ta­pıl­mazdı. Koroğlu dəlilərin yanına gedib onlardan qaz, ördək haradan tapılacağını soruşduqda dəlilərin biri dedi:

– Buralarda elə bir zad tapılmaz. Qaz, ördək istəsək, gərək Arzulumda olan Cəfər paşanın dağından gətirək.

Bu sözü eşidən dəlilərdən biri dedi:

–Cəfər paşa çox adlı-sanlı bir paşadır. Onun çoxlu pəhlə­van­ları var. Habelə, Arzulumun yolları dağlıq və qorxmalıdır. Hər kəs o yollardan keçə bilməz.

Koroğlu dəlilərin içinə gəldi. Cəfər paşanın dağından kim qaz, ördək gətirə bilər, soruşdu. Heç bir igid hazırlıq göstərmədi. Təkcə Dəli Həsən irəli yeriyib dedi:

–Bu iş mənim işimdir. Mən gedib gətirə bilərəm.

İşi belə görən Böyük Türkmənin oğlu Eyvaz dedi:

–Yolu tanısaydım, mən tək özüm gedərdim. Tanımadığım üçün tək gedə bilməsəm də, Dəli Həsənilə getmək istəyirəm.

Koroğlu ona dedi:

–Yox, sən getmə, qoy Dəli Həsən özü tək getsin.

Nəhayət Dəli Həsən atlandı. O yola düştükdə Eyvaz da at­lanıb getmək istədi. Koroğlu gördü Eyvaz əl çəkən deyil. Buna görə ona da icazə verib sazı götürdü və Eyvaz xana xitabən belə söy­lədi:

 

Sənə deyim, Xan Eyvazım,

Döşdür bu dağın yolları.

Sağ caddəsi gedər Ruma,

Üçdür bu dağın yolları.

 

Dağlarda aslan yatıbdı,

Dırnağı qana batıbdı,

Kəllə-kəlləyə çatıbdı,

Ləşdir bu dağın yolları.

 

İgit gərək kəsib-biçə,

Dağı-daşı dəlib keçə,

Bağlanan yolları aça,

Coşdur bu dağın yolları.

 

Aslanlar kəsərlər yolı,

Keçən qorxudan tük salı,

Atlar tökər mıxı-nalı,

Daşdır bu dağın yolları.

 

------------------------------

------------------------------

Qaz, ördək, durnanı tutsan

Xoşdur bu dağın yolları.

Bu sözləri eşidən Eyvaz Koroğludan sazı alıb başladı:

 

Dağlarnan qorxutma məni, Koroğlu!

Mənə Türkmən elində yel deyərlər,

Başı bəlli qırx min cavan içində,

Qoç igitlər mənə əvvəl deyərlər.

 

Atımı vuraram sıldırım dağa,

Meydanda gəzərəm həm sol, həm sağa,

Düşməni salaram əldən ayağa,

Məni görçək gəldi əcəl deyərlər.

 

Dava günü at sürərsəm meydana,

Yerdən toz qovzanar çatar dumana,

Aslan tək dırnağım boyanar qana,

Yürüşümə cəngü-cədəl deyərlər,

 

Yüyürsəm hər zaman yağı-köffara,

Ağ günün onların eylərəm qara,

Meydanıma gələn güclü sərdara,

Məni tanıyanlar  «cahil»  deyərlər.

Eyvaz sözünə son qoyub Dəli Həsənlə Arzulumda Cəfər paşanın dağından ördək, qaz gətirməyə yollandılar.

 

Söyləyən: Əfşar

 


Koroğlunun Türkmən səfərİ

 

Aşıq Cünun Türkmənistan səfərindən qayıtdıqdan sonra Ey­vazın yaraşığını, igitligini və ərdəmini Koroğluya bildirdi. Ocağı kor olan Koroğlu ki, belə bir igidi tapıb özünə oğul elə­mək qəsdindədir aşıq Cünunun sözlərini eşidib öz-özünə dedi:

–Haradasa gedib onu gətirib özümə oğul etməliyəm.

Koroğlunun bir adəti varıydı, hər vaxt dəliləri bir yerə top­lamaq istəsəydi, bir nərə çəkərdi. Koroğlu Eyvaz barədə olan fikrini hamıya bildirərək onların da fikrini öyrənmək üçün bir nərə çəkdi. Dəlilər qaçaraq gəlib onun dövrəsinə toplaşdılar və «Buyuruğun nədir?» – deyə soruşduqda Koroğlu sazı bağrına basaraq dedi:

 

Gəlin, gəlin, dəlilərim, başıma,

Sizə görə söz–söhbətim var mənim.

İstiirəm siz ilə məsləhətləşəm,

Bilirsiz ki, bir həsrətim var mənim.

 

Aşıq Cünun gedib gəzib dünyanı,

Ərzurumu, bütün Azərbaycanı,

Türkmənlərdə görüb bircə cavanı,

Onu gətirmək niyyətim var mənim.

 

Ardıyca gedərəm mən eldən-elə,

Eyvazı taparam, tutaram dilə,

Oğul edib gətirrəm Çənlibelə,

Gəlməsə, gücüm–qüdrətim var mənim.

 

Dəlilər Koroğlunun sözünü eşitdilər. Aşıq Cünunu gətirməyə gedən dəlilər: – Aşıq Cünunun sözü düzdür- deyə, Koroğlunu Eyvazı gətirməyə getməyə daha artıq qurşadılar. Koroğlu dəlilərlə artıq danışıqlar apardıqdan sonra gecəni yataraq sabah səhər tezdən Türkmənistana yollanmaq qərarına gəldilər. Gecə yatmalı vaxt oldu. Koroğlu Aşıq Cünunu çağırıb dedi:

–Aşıq Cünun, səhər çağı mən gün çıxar-çıxmazda yola düş­mə­liyəm, məni yuxudan oyatmaq sənə baxır.

Aşıq Cünun «Baş üstə» dedi. Koroğlu öz yatağına getdi. Aşıq Cünun səhər çağı Koroğlunu oyadacağı üçün gecə yat­ma­ma­lıydı. Onun oyaq qalmağını görən gözətçilərdən biri:

–Aşıq, niyə yatmamısan? – soruşduqda aşıq cavab verdi:

–Səhər çağı gün çıxmamış Koroğlunu oyadacağam. Ona gö­rə gedib yatmamışam.

Dəli dedi:

–Sənin qaçmağının acığı Koroğlunun canından çıxmayıbdır. Özünü oyatmağı sənə tapşırdıqda, şübhəsiz, səni incitməyə bir mahna axtarır! Dua elə, sən çağıranda oyansa da, özünü yu­xu­luluğa vurub sonra «Məni oyatmadın» deyə, səni incitməsin.

Koroğlunun qəsdi belə bir zad olmasaydı da, bu söz aşıx Cünunu qorxutdu. Aşıq Cünun gecəni ayıq qalaraq bu sözləri tərənnüm edirdi:

Sən mənə kömək ol, qadir Allahım!

Bu gün tez yuxudan dura Koroğlu.

Qorxusundan çıxar göylərə ahım,

Qoyma qulağımı bura Koroğlu.

 

Deyirlər, acıqlı, yaman halı var,

Qüdrəti var, cəlalı var, malı var,

Durmasa başımın qalmaqalı var,

Basacaqdır məni gora Koroğlu.

 

Arzum budur, oyanarkən şad olsun,

Gözü aydın, ağzı dolu dad olsun,

Qoymaginən mənimlə o yad olsun,

Durcaq dar ağacın qura Koroğlu.

Nəhayət, dan ulduzu çıxdı, hava işıqlandı. Aşıq Cünun Ko­roğ­lunu oyatmağa gəldi. Bir dönə çağırdıqda oyandı. Ko­roğlu ya­raqlandı, sazını da götürüb Qıratın belinə qondu və bir nərə ilə dəliləri öz dövrəsinə topladı. Sonra Aşıq Cünunu yaxına ça­ğı­rıb neçə sikkə qızıl ona verərək soruşdu:

–Aşıq Cünun, sən Türkmən ölkəsinə getmisən. De görüm, mən hansı yoldan getsəm oraya tez çataram?!

Bu sorğunu eşidən Aşıq Cünun Koroğludan icazə alıb yol­la­rın necə olduğunu saz ilə söyləmək istədi və sazı kökləyib baş­ladı:

 

Çənlibeldən Türkmənə gedəndə,

Əvvəl çatar Ərcistana, Koroğlu.

Dörd yana ayrılır yol Ərcistanda,

Hər biri gedir bir yana, Koroğlu!

 

Məğribdən gedən yol çox-çox yavıxdır,

Amma ordan getmə, xətəri çoxdur,

Dağdır-daşdır, qardır-qışdır, soyuxdur,

Dağlar batıblar dumana, Koroğlu!

 

Yol gedir Təbəristanda üç olur,

İkisi düz gedir, biri piç olur,

Düz gedənlər gedir-gedir heç olur,

Gedir çatır biyabana, Koroğlu!

 

Tutub getməlisən o ayrı yolu,

O yol ilə gedir ticarət malı,

O yoldan üzülməz karvanın dalı,

Uzaqdır isə Türkmana, Koroğlu!

 

Aşıq Cünun deyir, budur nişana,

Ondan sağ yol dönür gedir Kirmana.

Sol caddədə görsən tanış, bigana,

Hər sirrin var söylə ona, Koroğlu!

 

Koroğlu haralardan keçəcəyini Aşıq Cünundan öyrəndi. Son­ra sazı kökləyib dəlilərə xitabən söylədi:

 

Dəlilərim, mən gedirəm, gəlincə,

Can kimi saxlayın bu Çənlibeli!

Mən gedirəm Xan Eyvazın dalınca,

Can kimi saxlayın bu Çənlibeli.

 

Dəli Həsən görsün dəlilər sanı,

Yumuq Əhməd, sənə verrəm fərmanı,

Gündə yeyin üç yüz şişlik biryanı,

Can kimi saxlayın bu Çənlibeli.

 

İstər orda mətləb gələ əlimə,

İstərsə gəlməyə, gedəm ölümə,

Tapşırığım budur hər bir dəlimə,

Can kimi saxlayın bu Çənlibeli.

 

Mənim başım sevdalıdır, qallıdır,

Hər kimsənin vəzifəsi bəllidir,

Sizə böyük bu gün İsaballıdır,

Can kimi saxlayın bu Çənlibeli.

Koroğlu tapşırıqlarını da bitirdi və dəlilərlə vidalaşıb Qıratı sürdü. Qırat sıldırım qayalardan sıçrayıb yel kimi Çənlibeldən uzaqlaşdı və o qədər çəkmədi ki, Çənlibeldən baxanların gö­zün­dən itdi. Qırat quş kimi uçurdu başı uca, il başabaş qar­lı dağ­ları arxada qoyurdu, daşqın çaylardan üzüb süvüşür­dü. Gəlhagəl, günlərin birində bir kəndə çatdı. Koroğlu həm özü, həm də Qırat çox yorğunudu. Buna görə Koroğlu bir qa­pı­nı döyüb orada dincəlmək istədi. Bir qarı arvad qapını açdı. Ko­roğ­lu: “Bura kimin evidir” deyə, soruşduqda qarı dedi:

– Bura mənim evimdir. Məndən başqa bir adam burada yaşamır.

Koroğlu qarı arvada dedi:

–Mən bir qərib yolçuyam, ac və yorğunam. Bu gecə bu evdə qonaq olmaq istəyirəm.

Qarı cavab verdi:

–Mən bir qaraləçək arvadam. Çoxdandır ərim ölubdur. Səni qonaq eləməyə bir zad yoxumdur.

Koroğlu əl atıb cibindən bir avıc qızıl çıxarıb qarı arvada verib dedi:

–Özündən bir zad istəməyirəm, bunlarla məni qonaq elə.

Arvad qızılları gördükdə gözləri parıldadı. Əl uzadıb qızılları ala-ala dedi:

–Çox xoş gəldin, içəri buyur.

Koroğlu dedi:

–Qarı nənə, verdigim qızıllarla on batman arpa alıb atıma yedirt! Bir az çörək və bir biryan olmuş quzu mənə al!

Qarı çəp-çəp Koroğluya baxıb dedi:

–Mən qarı deyiləm! Altı ay bundan qabaq ərə getmişəm. İki ay toydan sonra ərim ölübdür. İndi sən mənə qarı deyirsən?!

Koroğlu gördü ki, qarı deyəndə arvadın acığı gəlir, dedi:

–Xanım, bağışla, mən yorğun olduğum üçün əvvəlcə sənə diqqətlə baxmadım.

Bu sözü eşidən qarı əzilə-əzilə dedi:

–İndi ki bildin mən qarı deyiləm, de görüm, mənimlə evlən­məyə hazırsan?

Koroğlu cavab verdi:

–Səndən istədigim şeyləri alıb gətirincə mən də bir az fikir eləməliyəm.

Bu sözü eşidən qarı arvad tərmə-tələsik bazara geddi. On bat­man arpa ilə bir biryan pişirilmiş quzu və bir qədər çörək alıb bir hammala verdi və ondan istədi ki, onları onun evinə aparsın. Ham­mal yükləri evə gətirincə Koroğlu atını bir bucaq­da bağlayıb özü də uzanıb yatdı. Amma Koroğlu ilə evlənməyə can atan qarı bazarda dolanaraq bir az sürmə alıb gözlərinə çəkdi və bir qədər ənlik və kirşan alıb bəzənmək üçün evə gəldi. İçəri keçib Koroğlunun ya­nına gəlməmiş bir gizlin yerdə ənlik, kirşanla özünü də bəzəyib qıycana-qıycana Koroğlu olan otağa girdi. O, yolu gələ-gələ deyirdi:

–İndi qonaq mənim yolumu gözləyir ki, mən evə çatam və biryan olmuş quzu ətini birlikdə yeyərək evlənməgimiz üçün artıq danışaq.

Amma içəri girdikdə Koroğlunun qanısoyuqluqla yanaş­ma­sıyla üzbəüz oldu. Buna görə də dillənib dedi:

–Qonaq, indi məni alırsan, ya yox?!

Koroğlu dedi:

–Görürsən ki, mənim bir atım var, bir özüm. Var-yox pulum da elə o idi ki, verdim bazara apardın. Sənin də ki bir zadın yoxdur, bununla belə bu evlənmək nə dərdə dəyər?

Bunu eşidən qarı dedi:

–Qoy mən deyim nələr varımdır:

–Üç toyuğum vardır, gündə sənə qeyqanaq pişirrəm. Beş keçi varımdır ki, hər gün süd, qaymax yeyəcəksən. Bir dəst yor­ğan-döşək, iki ağac qaşıq, bir çanaq və başqa şeylər də varım­dır. Genə də görsək keçinə bilməyirik sənin atını satarıq.

Söz buraya çatdıqda Koroğlu sazı köynəgindən çıxarıb çala-çala başladı:

Bu gün bir qarını gördüm,

Xınalı əl-ayağı var.

Deyir, qızam, gəl al məni,

Bir həyəti, bir bağı var.

 

Qarı deyirəm, tozlanır,

Gəlin deyirəm, nazlanır,

Üzünə baxcaq gizlənir,

Heç bilməyir qonağı var.

 

Gəzmişəm iraq-yovuğu,

Çəkmişəm isti-soyuğu,

Gəlinin var üç toyuğu,

Naharda qeyqanağı var.

 

Gəlin mənə verir cavab,

Deyir, sevin, xanəxarab,

İki qaşıq, bir rəxt-xab,

Bir dana də çanağı var.

 

Deyir, qonaq atın sata,

Malını malıma qata,

Mənimlə də yeyib-yata,

Bircə kiçik otağı var.

 

Koroğlu bu sözləri oxuyarkən qarı o yan, bu yana göz gəz­dirib gördü ki, bazardan alıb göndərdigi biryan olmuş qu­zu­nun ətlərini yeyib tükədibdir, təkcə sümükləri qalıbdır. Aya­ğa du­rub atın arpasına baxdı, ondan da bir zad qal­mamışdı. Belə görən qarı, bu nə işdir, deyə çox düşün­dük­dən sonra ya­dı­na düşdü ki, deyirlər, Koroğlu hər oturumda bir davarın ətini bir­yan edib yeyir. Qıratı da on batman arpa ilə doymaz. Buna gö­rə qayıdıb Koroğluya dedi:

–Səni tanıdım, sən Koroğlusan! Yoxsa bir davarın ətini bir oturumda yeyə bilməzdin. Habelə, atın da o qədər arpanı tükə­də bilməzdi. İndi mənimlə evlənməyə hazır olsan, sözüm yox­dur, hazır olmasan, bu yerin adamlarının hamısı sənin qanına su­suzdurlar, çıxıb hamıya xəbər elərəm və onlar tökülüb sənin ətlə­rini diricə-diricə doğrayarlar. Koroğlu cavab verdi:

–Xanım, mən bir aşığam, Koroğlu hara, mən hara?!

Qarı söylədi:

Mən bilirəm ki, bu qonaq,

Hardan gəlib tapıb bizi.

Sözümə verməyir qulaq,

Yalandır dedigi sözü.

Koroğlu dedi:

–Qarı, mən nə üçün sənə yalan deyirəm, yoxsa səndən qorxu­ram?

Qarı başladı:

Düz sözü boynuna almaz,

Deyir, məndə yalan olmaz,

Əmisi Şabandır qalmaz,

Əcəb utanmazdır özü.

Koroğlu gördü ki, qarı arvad bunun əmsinin də adını bilir. Buna görə ona acıqlı-acıqlı baxdıqda qarı artırdı:

Mən qurbanam ala gözə,

Qəzəb ilə baxır bizə,

Atasıydı Xoca Mirzə,

Qırat üstə çıxdı gözü.

 

Adı qonaq, özü yağı,

Gözləridir qan çanağı,

Tacirsə neylir yarağı,

Aşığın olar bir sazı.

 

Mən tanıram Rouşən xanı,

Mənim bu cismimə canı,

Anan adı Səlbibanı,

Qırat vurub sınıb dizi.

O arvaddan bu sözləri eşidən Koroğlu dedi:

–Sağ ol xanım, bəllidir ki, çox ayıq və bilikli qadınsan. Sən də mən­dən keçsən, mən səndən keçmərəm! Qoy atı bazara apa­rıb sa­tım və pulu ilə hər nə gərəksə alım, qayıdım gedək kəbin kəs­dirək.

Bu sözləri eşidən qarı çox sevindi. Koroğlu da saz çignində Qı­ratı minib aradan çıxdı və bir daha qarının evinə dönmədi. Ko­roğlu çox yol getdikdən sonra bir gün Türkmən vilayətində Aşıq Cünun Eyvazı gördüyü şəhərə çatdı. Qıratı bir karvan­sa­ra­da yemləyib saz çignində şəhərə çıxdı. Xalqın danışığına, söz-söhbətinə qulaq asa-asa şəhərdə dolanırdı ki, bir toy məclisinin başlanmasından xəbər tapdı və axtara-axtara gedib o məclisi tapıb içəri girdi. Heç kəsi tanımadığı üçün nə dinirdi, nə də danışırdı. Sazı bir bucaqda gizlədərək gəlib-gedənlərə baxırdı.

Məclis qonaqlarla dolana yaxınıydı ki, gördü hamı ayağa durdu. Koroğlu da ayağa qalxıb yanındakı qonaqların birinə: Kim gəlir” deyə sual verdikdə, o cavab verdi:

– Türkmənbaşı gəlir.

Koroğlu qapıya göz tikmişdi ki, gördü bir ucaboylu, enlikürək, gözləri piyalə kimi, burma bığları da qulaqlarının üstün­dən arxaya aşırılmış yaşlı kişi qabaqda, bir gözəl-göyçək, boy­lu-buxunlu, qollu–biləkli igid də onun ardıyca məclisə girdi.

Oğlanın yaraşığına heyran qalan Koroğlu yanındakı qonaq­lardan: Bu igid kimdir deyə soruşduqda onun Eyvaz xan olduğunu söylədilər. Koroğlu ona baxdıqca artıq qanı qay­na­yırdı və öz-özünə deyirdi: Aşıq Cünunun haqqı vardır, olduğu kimi bu igidi tərif edə bilməyə. Günçıxandan günbatana bütün ölkələri dolansam belə bir igid tapanmaram”

Nəhayət, yemək-içməkdən sonra məclisin yuxarı başında oturan Türkmənbaşı toy adamlarından: “bəs niyə aşıq gəlməyib, aşıqsız da toy olarmı, soruşduqda cavab verdilər ki, şəhəri ­do­landıq, hər yerdən sooraqlaşdıq aşıq tapa bilmədik. Hamısının vaxtı alınmışdı. Hamısı başqa toylara getməyə söz vermişdi.

 Bu sözü eşidən qonaqlardan biri toy adamlarına üz tutaraq əlini Koroğlunun çigninə qoyub dedi:

Mənim yanımda oturan bu qərib qonağın da sazı vardır. Amma bilmirəm çalıb-oxumaq başarır, ya yox?

Toy adamları ona: “aşıqsan, dur ayağa” dedikdə Koroğlu ca­vab verdi:

–Yox qardaş, mən aşıq degiləm.

Bu sözü eşidən Eyvaz atasının üzünə baxdı. Böyük Türkmən başını qovzayıb bir bucaqda oturan Koroğluya dedi:

–Kişi, aşıq deyilsən? Niyə özünlə qopuz dolandırırsan?

Koroğlu bir az dizi üstə dikləndikdən sonra söylədi:

–Bununla aşıq cavabı verərlər, amma aşıqlıq etməzlər.

Bunu eşidən Böyük Türkmən dedi:

–Hansı aşığın cavabını verə bilərsən?

Koroğlu söylədi:

–Mənə fərqi yoxdur, hansı aşıq və hər kim olur olsun.

Bu söz Böyük Türkmənə ağır gəldi. Buna görə də nökərlərin­dən birini çağırıb dedi:

–Get, Eyvazın qopuzunu buraya gətir.

O qədər keçmədi ki, Eyvazın qopuzunu gətirdilər. Böyük Türk­mən Eyvaza dedi:

–Oğul, ayağa durub saz ilə bu qonaqdan neçə söz soruş. Görək necə cavab verəcəkdir?

Eyvaz: “Baş üstə” deyib saz əlində ayağa durdu. Belə görən Ko­roğlu da sazı köynəkdən çıxarıb ayağa qalxdı. Eyvaz məc­li­sin aşağı başında dayanan ortayaşlı, boylu-buxunlu, qollu-biləkli, bığları burma, ancaq tanımadığı aşığa xitabən başladı:

 

Aşıq, sualımın söylə cavabın,

O nədir ki, leşi yoxdur, başı var?

Altı göz, üç canı var, on ayağı,

Ağzı yoxdur, amma bircə dişi var.

Koroğlu cavab verdi:

Cavabın söyləyim, Türkmən oğlu!

Günlə ayın leşi yoxdur, başı var.

Onayaqlı, altıgözlü, üçcanlı,

Əkinçi xışıdır, bircə dişi var.

Eyvaz:

O nədir ki, dəymə deyəndə dəyər?

Hansı iki yoldaş bir-birin yeyər?

O nədir, deyilsə insanı əyər?

O nədir ki, bir dalı, üç döşü var?

Koroğlu:

O dodaqdır, dəymə deyəndə dəyər,

Dəgirman daşları bir-birin yeyər,

Töhmətdir vurulsa, insanı əyər,

Başdır, bir dalısı, üç də döşü var.

Eyvaz:

Nə qüdrətdir, nərə çəkər, guruldar?

O nədir ki, dal qabaqdan bir olar?

Nədir başı yanar, dibi quruldar?

O nədir ki, quyruğunda nişə var?

Koroğlu:

O buluddur, nərə çəkər, guruldar,

O göydür ki, dal qabaqdan bir olar,

Qəlyandır, baş yanar, dibi quruldar,

O əqrəbdir, quyruğunda nişə var.

 

Nəhayət, Eyvaz hər nə soruşdu, Koroğlu bir-bir cavab ver­di. Hamının qərib aşıqdan xoşu gəldi və Türkmənbaşıdan istə­dilər ki, aşıq­dan kim olduğunu soruşub toyda olanlara bildir­sin. Türkmən­başı Koroğ­luya xitabən: «Aşıq, sən kimsən, hara­­san?» soruşduq­da Koroğlu dedi:

–Xan sağ olsun, mən aşıq deyiləm, bir qərib qonağam.

Türkmənbaşı soruşdu:

–Bəs əlindəki qopuz nədir?

Koroğlu:

–Bu toxmaqdır, bununla çox başları əzmişəm, çox başları da əzəcəyəm.

Bu söz Türkmənə oxdan bərk dəydi. Buna görə də dedi:

–Bizlərdə qonağın hörməti çoxdur, yoxsa bu yekə-yekə danışmağına görə sənin qulağın burardım.

Koroğlu bu sözləri eşidib ayağa qalxdı və bir daha sazı kök­ləyib Türkmənbaşıya söylədi:

Mən qəribəm, vilayətlər gəzmişəm,

Görməmişəm sənin kimi kuhənsal.

Əsil kişilərə belə söz dəyməz,

Acı söz deyən olsa hər bikamal.

 

Bu sözdən Türkmənbaşının qaş-qabağı açıldı. Koroğlu da onu görüb sözə belə davam etdi:

Aşığın bir ağzı otdur, biri su,

Bədəsil olanlar olar iki xu,

Üzdə bir pərdə var, adı abi-ru,

Pərdəsizlə eyləməyin verü-al.

 

Böyük Türkmən bu sözlərdən daha da maraqlanaraq aşığın sözə davam etməsini istədi. Koroğlu da sözün davamında dedi:

 

Rəsmidir böyüklər yuxarı baxmaz,

Verdigin heç yerdə başına qaxmaz,

Sultan olan ölkəsini buraxmaz,

Əgərçi milləti ola karu-lal.

 

Türkmənbaşı cibinə əl atıb bir avıc cəvahir çıxarıb Koroğ­lu­ya vermək istədi. Koroğlu onun əlini qaytarmaq istəmədigi üçün ondan alıb məclisin aşağı başında olan kasıb yoxsullara sa­rı sovurub sözə davam etdi:

 

Bəzi adam var-dövlətə aldanar,

Tamahkar var görsə, hər zadı danar,

Arif olan mənim dərdimi qanar,

Niyə gərək gəzəm mahalbamahal?!

 

Türkmənbaşı belə gördükdə bildi ki, bu aşığın dünya malına ehtiyacı yoxdur. Bu ayrı məqsəd ilə gəzə–gəzə gəlib buraya çatıbdır. Buna görə də dedi:

–Aşıq, bəllidir ki, sən başqa bir zad axtarırsan. Sənin söz­lə­rindən elə xoşum gəldi ki, hər nə istəsən verəcəyəm. Hər nə istə­yirsən və bilirsən ki, Türkmən ölkəsində tapa bilərik, mən­dən istəyə bilərsən. Arxayın ol ki, əlimdən gələni əsirgəməyəcəyəm.

Bu sözləri eşidən Koroğlu fürsəti qənimət sayıb sözü başladı:

 

Sənə deyim, Türkmənbaşı!

İstərəm bir ağa səndən.

Nisan yağışı misali,

Dürri–mərcan yağa səndən.

 

Od tapılmaz ocağımda,

Əlim qalıb qucağımda,

Mən istərəm bu çağımda,

Düşməyəm irağa səndən.

 

Əsilsən, uca bir dağsan,

El içində üzü ağsan,

Güllü, bulaqlı bir bağsan,

Gəldim gül dərməyə səndən.

Söz buraya çatdıqda Eyvaz atasının sol tərəfindən durub sağ tərəfinə keçdi. Belə görən Koroğlu əlavə etdi:

 

Son sözüm budur Türkmana,

Arzum var sözüm inana,

Mən möhtacam o oğlana,

Keçdi indi sağa səndən.

 

Bu sözləri eşidən Türkmənbaşı dedi:

–Aşıq, bir söz de ki, uyarı olsun! Mənim bircə oğlum var, o da elə budur. Habelə bu oğlan bütün türkmən igidlərinin başçı­sıdır. Mən də versəm, türkmən igidləri razı olmazlar. Qonaq olmasaydın, bir söz də deyərdim, ancaq qonaq olduğun üçün ondan vaz keçirəm.

Bu sözü eşidən Koroğlu soruşdu:

–Türkmənbaşı, nə söz deyəcəydin? Çəkinmə, hər nə istər­sənsə söylə!

Türkmənbaşı dedi:

–Eyvazı yerdən tapmamışam ki, hər yoldan keçənə verə biləm! Nə adın–sanın bəllidir, nə haralı olduğunu söyləyibsən, sənə necə inanmaq olar?

Koroğlu dedi:

–Mən Çənlibeldən gəlmişəm, Eyvazı da Koroğluya oğul elə­mək üçün istəyirəm.

Bu söz bir az Türkmənbaşının acıq odunu söndürdü və bu söz­ləri eşitdikdən sonra Koroğludan istədi ki, Çənlibeldən və Koroğlu­dan söz açsın. Koroğlu bu sözü Türkmənbaşıdan eşidib başladı:

 

Hansı qasid Çənlibelə gedəndə,

Gərək sədaqətli, düz ilqar ola.

Əyri sözlər düz igidə yaramaz,

Həqiqət söz gərək aşikar ola.

 

Koroğlu çox gedib gəzib dünyanı,

Tapanmayıb Eyvaz kimi cavanı,

Onu edər dəlilərin sultanı,

Gərək Çənlibeldə o, sərdar ola.

 

Hər dəryanın olmaz inci-mərcanı,

Qılınc alsan onun poladın tanı,

Aramışıq bütün Təkə Türkmanı,

Yox Eyvaz tək polad, cövhərdar ola.

 

Çənlibel dövrəsi sıldırım daşdır,

Türkməni keçsək, hər yerdən başdır,

Koroğluya, dəlilərə o xoşdur,

O məkanda igit Eyvaz var ola.

 

Bu sözləri eşidən Türkmənbaşı dönüb Eyvazın üzünə bax­dıq­da Eyvazın belə bir zada razı olmasını duydu. Eyvaz da öz–özünə dedi:

–Aşıqla birlikdə Çənlibelə gedərik. Oranı və Koroğlunu ya­xın­dan görərəm. Ağlımız kəsərsə, bir iş görərik, kəsməzsə, qa­yı­dıb gələrik.

O özü ilə belə qərara gəldikdən sonra başını qovzayıb Koroğ­lu­ya dedi:

–Aşıq, gecəni yatıb dincəl, sabah beş-on nəfərlik bir karvan­la Çənlibelə sarı yola düşərik. Görək ora necədir? Həm də ya­xın­dan Koroğlu ilə tanış olarıq.

Koroğlu Türkmənbaşının sözünə cavab olaraq başladı:

–Türkmənbaşı, icazə ver, qabaqca Eyvaz mənimlə gəlsin Çən­libelə gedək. Sonra siz də gələrsiz. Çünki Çənlibelə gəlmək istə­yən qasid göndərərək gələcəyini bildirməsə, onu Çənlibelə yol ver­məzlər. Bir də ki, elə dünyada rəsmidir, bir böyük adam bir yerə getmək istəsə, əvvəlcə oraya elçi göndərib gedəcəyini bildirməlidir, yoxsa orada lazım olan hazırlığı görməzlər. Bu da hər iki tərəfə pis olar. Eyvaz mənimlə Çənlibelə gəlsə, sizin də gələcəginizi xəbər verərik. Koroğlu da orada hazırlıq gördürər, qurbanlıq hazırladar və siz gələndə ayağıız altında ipək parçalar döşətdirər. Eyvaz kimi igid oğlan da uşaq deyil ki, yançıya ehtiyacı olsun.

Bu sözlər Türkmənbaşının xoşuna gəldi. Eyvaz da belə bir səfərə getməyə hazırlığını bildirdigi üçün Türkmənbaşı dedi:

–Belədirsə, mənim sözüm yoxdur. Sabah yola düşə bilərsiniz.

Nəhayət, gecəni yatdılar, sabah Eyvaz tanımadığı aşıqla Çən­libelə getməli oldu. Bu xəbəri carçılar bütün şəhər əhlinə car­ladılar. Bütün şəhər əhli, xüsusilə, cavanlar Eyvazı yola sal­ma­ğa gəldilər. Belə bir vaxtda Eyvaz da sazını sinəsinə basaraq cavanlara xitabən belə söylədi:

 

Gəlin, gəlin, yoldaşlarım,

Halal edin siz Eyvazı!

Mənim əziz qardaşlarım,

Halal edin siz Eyvazı!

 

Gəlin sizlə halallaşım,

Bu aşığıyla yollaşım,

Çaylar keçim, dağlar aşım,

Halal edin siz Eyvazı!

 

Türkmənin cavanları,

Qeyrətli pəhləvanları,

Olun atam oğlanları,

Halal edin siz Eyvazı!

 

Çənlibelin yolları daş,

Olub bu aşığa yoldaş,

Gedəcəyəm ora birbaş,

Halal edin siz Eyvazı!

Eyvaz saz ilə dedigi kimi, söz ilə də haraya və nə üçün ge­dəcəyini söylədi. Yoldaşlarıyla qucaqlaşıb öpüşdü. Ata-ana­sı­nın əlindən öpüb öz atına mindi. Koroğlu da Qıratı gətirməyə get­mişdi. Elə ki onu gətirdi, hamı ona heyran qaldı. Çün o gö­zəl­likdə və o böyüklükdə atı o günə kimi onların heç biri gör­mə­mişdi. Belə görən Türkmənbaşı hələ də aşığın kim olduğunu bil­mədigi üçün ona xitabən soruşdu:

–Aşıq, bu atın adı var, ya yox? Mən indiyə kimi belə bir at gör­məmişəm.

Bu sözün cavabında Koroğlu dedi:

–Bu, Koroğlunun öz atıdır. Buna Qırat deyərlər.

Türkmənbaşı dedi:

–Eşitmişəm Qıratın necə yaxşı xasiyyəti vardır. Hətta özü də adam kimi dil bilir. Belədirmi?

Koroğlu dedi:

–Doğrudur, örnək olaraq bir xasiyyətini indicə göstərərəm.

Koroğlu bu sözü dedikdən sonra sazı köynəgindən çıxarıb Qırata xitabən söylədi:

–Qıratım, mən sazı çalacağam, sən də onun havasıyla oyna­ya­caqsan.

Sonra sazı çalmağa başladı. Qırat da onun sazu-avazıyla ayaq­­larını yerə döyürdü. Koroğlunun çaldığı havayla oxuduğu sözləri bunlarıydı:

Başına döndüyüm yerişli, yollu,

Üzü tavus, durna telli, Qıratım.

Dırnağı altında dağı titrədən,

Ala gözlü, qara yallı, Qıratım.

 

Nə yaxşı yaradıb səni yaradan,

Hər döyüşdə sağlam çıxan aradan,

Meydanı yağı düşmənə daradan,

Qızıl üzəngili, nallı, Qıratım.

 

Meydana girəndə özün itirməz,

Yad olanı öz belində götürməz,

Qabağında olan duruş gətirməz,

On iki min adı bəlli, Qıratım.

 

Döyüş meydanında şahinü-şəhbaz,

Dəryalar üstündə edən taxtü–tac,

Hər döyüşdə məni edən sərəfraz,

Ağ zini yaşıllı, allı, Qıratım.

 

Söz başa çatdı. Onları yola salan türkmənlər hər ikisini öpüb yola saldılar. Onlar neçə gün yol gəldilər. Nəhayət, Çənlibelə yaxınlaşdılar. İsaballı gözətçilərə tapşırmışdı ki, hər vaxt Ko­roğ­lu­nun gəlməyini gördülər, xəbər versinlər. Buna əsasən bir gün dəlilərdən biri İsaballının yanına gəlib dedi:

–İki atlı Çənlibelə sarı at çapırlar. Şübhəsiz ki, biri Koroğ­lu­dur.

Dəlilər onlar gələn tərəfə baxdılar. Atların ayağı altından qovza­nan toz buludlara qalxırdı. O atların birinin Qırat olma­sına söz yo­xudu. İsaballının əmriylə neçə qurbanlıq hazırlandı və onlar gəlib çatan kimi qurbanlıqlar kəsildi. Eyvazla Koroğlu hə­lə atdan yerə enməmişdilər ki, Eyvaz dəlilərə göz gəzdirdikdə Koroğlu soruşdu:

–Eyvaz, kimi axtarırsan?

Eyvaz dedi:

–İstəyirəm görəm Koroğlu bunların hansıdır?

Bu sözü eşidən Koroğlu sazı çıxarıb bağrına basdı və at üstündə olaraq Eyvaza xitabən söylədi:

 

Başına dolanım, əziz Eyvazım!

Koroğlu deyirlər, oğul, mənəm, mən.

Dəlilərin başçısıyam mən özüm,

Koroğlu deyirlər, oğul, mənəm, mən.

 

Sizin eldə yalan satdım özümə,

İndi şərməndəlik gəlir gözümə,

İndi inan bu həqiqət sözümə,

Koroğlu deyirlər, oğul, mənəm, mən.

 

Orda söyləmədim, dedim, bilməzsən,

Mənimlə yollarda deyib gülməzsən,

Türkməndən Çənlibelə gəlməzsən,

Koroğlu deyirlər, oğul, mənəm, mən.

 

Koroğlunun çatıb əlliyə yaşı,

Xanlar, paşalarla edər savaşı,

Səni eyləyərəm dəlilər başı,

Koroğlu deyirlər, oğul, mənəm, mən.

 

Koroğlu sözünü bitirər-bitirməz dəlilərin davranışından Ey­vaza aşığın Koroğlu olması bəlli oldu. Nəhayət, atlardan enib dəlilərlə öpüşüb görüşdülər. Nigar xanım Eyvazı öz yaxasından keçirtdi. O gündən Eyvaz Koroğluyla Nigarın oğlu sayılırdı.

 

 


SÖZLÜK

 


Abi-kövsər – cənnət suyu

Aqibəte-kar – işin nəticəsi, aqibəti

Amadə – hazır

Arameş – sakitlik, rahatlıq

Arzumənd –arzu, istək

Asiman –göy, səma

Aşina – tanış, dost

Atəşi tuzağ – cəhənnəm odu

Anvəxt – o vaxt

Ahəngər – dəmirçi

Azadşode – azad olmuş

Aya – sual ədatı (mı4)

Axiyə – atı bağlamaq üçün dirək

Bac – vergi, rüsum

Badi-sərsər –soyuq külək

Bak – qorxu, xof

Barbənd – yük ipləri, yol kəməri

Barxanə –yorğan-döşək, xalça-palaz, kilim və s. ev əşyalarının toplusuna verilən ad. Həm də o əşyaları yığmaq üçün divarda düzəldilən yük yerinə də deyilir.

Bavər – inam

Baala – uca, yüksək

Bakəmali – mükəmməl, tamamilə

Barat – yük

Bazərqan – tacir

Bexatere – ...... görə, üçün

Beqavle qədimian – keçmiş insanların deyiminə görə

Bezən-bekub-berəqs – eyş-işrıt məclisi, şənlik

Beçeşm – göz üstə

Benami – adlı

Beyinnən aparmaq – aradan aparmaq, məhv etmək

Beytərin, behtərin – ən yaxşı

Bəd – pis

Bədşəkil – pis görünüşlü

Bədtər – daha pis

Bədov – yaman, yüyrək

Bədrux – pis üzlü

Bədqıyafa – pis geyimli

Bəəd – sonra

Bəəd əz – sonradan

Bəəd əz in – bundan sonra

Bədpəsənd – bəyənilməyən, pis bəyənilən

Bənaən – əsasən, başlanğıc

Bəna-bina - başlanğıc

Bəsat – toy-büsat

Bərdə – qul, kölə, əsir

Bərainke – buna görə

Bələtəm – bilirəm

Bərzəx – boyun, bərzəx, hədd, sərhəd

Bihud, bixud – əbəs, nahaq yerə

Bimiqdar – azca

Biryanı – kabab, qızartma

Bimaliyət – faydasız

Biistilah – şərhsiz, burada: şərtsiz

Bica – yersiz

Biruza – açıq, aydın

Biləxir – nəhayət

Bilafasilə – fasiləsiz, sürətli, iti

Bibak – qorxusuz

Bimar – xəstə

Bünyad – əsas, təməl

Cabəca – yerbəyer

Cadda –yol

Calalana – parlama, parıltı, şüa

Car – səs, çağırma

Cəbə – səbət, qutu

Cədəl – mübahisə, qalmaqal, dava

Cəlal – böyüklük, ululuq, şöhrət

Cələsə –toplantı, məclis

Cəng – vuruş, döyüş

Cəngəl – meşə

Cəngi-cədəl – müharibə, dava, qalmaqal

Cəngi-zərqərə – farsca deyim, mənası sözlə savaş

Cərahəti – yara

Cəri – dəliqanlı, cürətli

Cəşn – qonaqlıq, şənlik, bayram

Cida mizraq, süngü

Cisr – bərə

Cisrban – bərə sahibi

Cilogirluq – qarşısını alma

Cirə – yemək, pay

Civar – ətraf, hədd

 Cuya –axtaran

 Cüda – ayrı

Çahar – dörd

Çadur pa – çadır gözətçisi

Çaar-cada – dörd yol

Çəp – sol

Çənd – neçə

Çəp-rast – çarpaz,  sol-sağ

Çıqqa – bir az

Çillə – burada: qırx gün

Çərəkə –dorddə bir

Çərm – gön, işlənmiş dəri, burada yüyəndəki dəri

Çərxəki – fırlanma

Çərğət – baş örtüyü

Çəşm – göz

Çoxdanə – çox bilmiş

Çinançe – belə ki

Damən, damənə, dəmanə – ətək, dağın ətəyi

Danə nişan – naxışlanmış

Dari-dünya – dünya evi

Daqqul -bəb – qapını döymə

Davtələb – könüllü

Dərhəm-bərhəm-qarmaqarışıq

Dəxül-bab – qapını döymə

Dərce-dəhan – yerləşdirmə

Dərxast – istək

Dərvağe – gerçəkdə, əslində

Dəstgir – tutuqlama, ələ keçir-mə

Dəst – əl

Dəstur – əmir, fərman, göstəriş

Dərxast – xahiş

Dərhəm- bərhəm – qarışıq, nizamsızlıq

Dərbənd – dağ keçidi

Did – bazdid edüb – gözdən keçirib, görüşüb

Didar – görüş, burada: gözləyə-gözləyə

Didargah – ziyarət yeri, görüş yeri

Didban – qarovul, keşikçi

Dide – göz

Didə ruzkar – yer üzü

Didəbanı – gözətçisi

Didəm nəmi – gözüm yaşı

Dirəxtli – ağaclı

Digər – burada: daha

Dürüsti – haqlısan

Dovvomən, doyyomən – ikinci-si

Dutər – tərli

Dübarə – ikinci dəfə, bir daha, yenə

Dürdənənəvşə – mirvari dənəsi sərpilmiş

Elamiyyə – elan

Eyd – bayram

Əbəd – burada: heç vaxt

Əsmə, əsmər – qara

Əlan – indi

Əcələ – tələsik

Əciri bəsat – şənlik

Ədli-divan – ədalət divanı, ədalət məhkəməsi

Ədlbedil – ədalətli

Əğət – həqiqət

ЂƏhli təsənnün sünnü

Əhyanı-əyan – aydın

Əqd – nigah, saziş

Əqəllən – ən azı

Əlan – bu an, bu vaxt, indi

Ələm – bayraq

Ənibal – mallar

Ənva-əqsan - növbənöv

Ərvah –ruh

Ərz – şikayət, dərd, söyləmə, bildirmə

Ərsə – meydan.

Əsbabi-cəngi – döyüş paltarı

Əslikar – əsilli

Əsrar – seirlər

Əza – təsəlli, yas

Əlxas – xüsusilə

Faiq, fayiq – üstün

Fələyi-firdos – cənnət küləyi

Fərar – qaçma, sovuşma

Fərmandeh – əmr verən, komandir, başçı

Fərmayeşe duste –dostun buyruğuyla

Fərzənde – övlad

Filhal –dərhal, indi

Firqə – dəstə, qrup

Finəticə – sonda

Fitarixe – tarixdə

Feelən – hazırda, hərəkətli

Fouc - bölük

Fourən – dərhal, anındaca

Gəllə – sürü, naxır, ilxı

Gomanam, begomanəm –– zənnimcə, belə güman edirəm

Gənc – xəzinə, dəfinə

Gərdanə – boyun, keçid, aşırım, gədik

Gərdəngah – dağın aşırımı

Gərdişgah – gəzməli, gəzinti yeri

Gərm – isti

Gir – düyün

Giran – ağır, dözülməz, çətin, əziz

Hamu zad – hər şey

Halaanke  – indiki

Heykəl – boy-buxunlu

Hezar, hizar – min

Həmbab – tay-tuş

Həmsaya  – qonşu

Həme  –  hamı, bütün

Hətmən  –  mütləq

Hənuz – hələdə

Həras – qorxu, həyəcan

Hərasan – diskinərək

Hərəmgah – hökmdar sara­yın­da kənar şəxslərin girməsi qa­da­ğan olan yer, qadınların ol­du­ğu yer

Hərəmsarı – hərəmlər saxlanı­lan yer

Həvaxorluğa – hava almağa, dincəlməyə

Hijdəgah – gərdək

Hicrə – bəzənmiş otaq

Xam – sadə

Xamuş – sakitlik, gözdən iraq

Xanevade – ailə

Xak- təraş – alt- üst

Xapdaydı – yuxudaydı

Xanə-xərab - evi yıxılmış

Xar – zəlil, həqir, alçaq, tikan

Xaru-bar – ərzaq, nemət

Xədəng – ox

Xəm – əyri

Xəm olmaq – əyilmək

Xərac – vergi

Xərvar-çəki vahidi (300 kq bərabərində)

Xəstə – yorğun

Xəşm – qəzəb, hirs

Xətərli – təhlükəli

Xiz – duran, oynayan, qalxan

Xırxa, xirqə – üst geyimi

Xoşnud – razı, məmnun, sevincək

Xoşxolq – xoşxasiyyət, xoş yaranmış

Xoşheykəl – xoş görünüşlü

Xu, xuy – xasiyyət, qılıq

Xub – yaxşı

Xureyi-xab – dərin yuxu, şirin yuxu

Xuda nəkərdə – Allah eləməsin

Xumra – şərab

Xunkar – zülmkar, qantökən

Xurak – yemək, xörək

Xurd-büzürk mütəvəcci – ki­çik­dən böyüyə diqqət kəsi­lib, maraqlanıb

Xurdü rizini – az-çox

Xurək xab – dərin

 İcabət – yerinə yetirmə

 İddə - qrup, dəstə

Idtifaqən – birdən, təsadüfən

 İftizadı – rüsvalıq, abırsızlıq

İqrarşekən – sözünə əməl et­mə­yən, qərarsız

İnqarı –  bu minvalla ki,

İsmət – təmizlik, ərdəm

İsmi-şərif – şərəfli, nəcib

İstəbil – tövlə

İştibah - yalnış, səhv

 İttila – xəbər, məlumat

Kami-ərkan –böyük arzular, böyük istəklər

Kamı-busə – arzulanan öpüş

Kan – quyu, mədən, burada: xəzinə

Kar – iş

Kasəxun – bir çanaq qan, burada: qanla dolu

Kari- xeyr – xeyir iş

Keşiydə – sillə

Kəmərbəzəncir – qurşaq

Kəminimdə – pusqumda, mA­rıq­da   

Kəm-kəm – az-az

Kəffarə – burada: kafirlər

Kəmərbəstə – belibağlı

Kəsalət –  tənbəllik

Kəc – əyri

Kəbir – böyük

Kişvər – ölkə

Kohənsal – yaşlı, qoca, keçmiş, qədim

Kohənkar – təcrübəli, ağıllı

Kuçektərin – ən kiçik

Küllən – tamamilə, bütünlüklə

Küllü pamal – alt- üst

Küşdi-koşdi – güləş

Qadere – təvan, güc, qüdrət

Qafıla – karvan

Qədəmlix – addımlıq

Qəvi – güclü, qüvvətli

Qəvi heykəl – möhkəm bədənli

Qəhr – qəzəb, pərtlik

Qəza – yemək

Qəvvaz – ox atan

Qeyri əz – ... başqa, savayı

Qeyd olmaq – qayğısına qalmaq

Qıyar-qiyamətə – burada qiya­mət günü

Qoftar – söhbət, danışıq

Qoftu-gu – söhbət, dialoq

Laəqəl – heç olmasa, az da olsa

Laf – söz, söhbət, danışıq

Lavıd - vacib, labüd

Ləc – ləng

Ləş, leş – bədən

Lətmək – kiçik zərbə, itki

Libası-faxir – fəxri geyim

Madərzad – lüt, anadangəlmə

Mahi-təvan – parlaq ay

Malikən –sahib olub

Mazi – keçmiş

Məbada – məbadə, yoxsa

Məbhut – heyran

Mədat – kömək, yardım

Məğdur – razı, qadir, əldə etmə, nail olma, mümkün

Mənzur – məqsəd

Məntəğə – rayon

Mərufluq – tanışlıq, burada: şahidlik

Məxsus – aid

Məxşuş – qəmli- kədərli, tutqun

Məradin – mərdlər

Məhlum – məlum

Məqulda – hissədə, parçada

Məllə və illa – və yoxsa, olma­saydı

Mərazat – ziyan

Mərbut – əlaqli, bağlı, burada: aid

Mərdanə – kişi kimi, mərd

Mərdum – insanlar, caamat

Mərəz – xəstəlik, dərd, bəla

Məqul – deyim

Mehriyə – başlıq, gəlinin toy başlığı

Mik etmək – sormaq, əmmək

Miqdari – bir az, bir qədər

Mina – cənnət quşu

Mişi – kiçik

Misl-inki – elə bil ki, sanki

Mivazibət – qayğı göstərmək

Miyanəsi – arası

Moxi – beyin

Mövc – dalğa, ləpə, dövrə  

Mouqə – vaxt

Munadi – əzan verən

Munis – ünsiyyət edən, adama yovuşan, dost

Muş –sıçan

Muvazibətluq – qayğıkeşlik

Muzu – hiyləgər

Mubəmu – tükdən-tükə,incədən –incəyə, təfsilatilə

Mücazat – tənbeh, cəza

Müntəzir olmaq– gözləmək

Müxənnət – düşmən

Müsəlləh olub – silahlanıb

Mürəttəb – düzəliş, qaydalı

Müsafirət – səfər

Müzd – maaş, zəhmət haqqı

Müamilə – ticarət sövdələşməsi

Müşəxxəsat – xüsusiyyət, seçilmiş, burada: tərif

Mücəddədən – yenidən

Mütəvəcci – maraqlanıb, diqqət kəsilib

Müvazibət – müvazimət

Müzahim olmaq – mane olmaq, narahatçılıq

Musəddən – cəftə, rəzə, qabağı kəsilmiş

Nabud – yox olan, məhv olan, heç nə

Namdar – adlı-sanlı, tanınmış

Nar – od

Naşayistə – yaraşmayan, layiq olmayan

Nəbər – vuruşma, çarpışma, döyüş

Nəvar – yazı lenti

Nəhadundan – içindən

Nəhib – qışqırıq, ağlama

Nəxşə, nəqşə – plan, xəritə

Nəsəb – kökü

Nəşrli müvərrixə –tarix, nəşr tarixi

Nəvəd – doxsan

Nəf – xeyir, fayda

Nəzdiklik – yaxınlıq

Nəzaf – təmiz

Nəcarluq – dülgərlik

Nigahban – qarovul, gözətçi, keşikçi

Nigin - üzük qaşı, qiymətli daş

Nigan – qiymətli

Nijad – soy, nəsil, irq, tayfa

Nirx – qiymət, dəyər

Noinən – nə cür, necə

Noqatə - yerlər, nöqtələr

Növcavan – gənc

Növçə – yeniyetmə

Paquşi - quş ayağı

Pamal – ayayqaltı, məhv olan, alt- üst

Porzur, puzur – güclü, qüvvətli

Payas – kök

Payiq, faiq – üstün

Payam – son, bitmə

Parti – qrup, hami

Pərtab etmək – atmaq

Peykar – döyüş, müharibə

Pəkər – kefsiz, qüssəli

Pəncə – beş, burada əl anla­mında

Pəncənərm etmək – vuruşmaq, ayaqlaşmaq

Pənci dü – beş-iki

Pərvar – bəslənmiş, burada davar anlamında

Pərvəriş – yetişdirmə, bəsləmə, böyümə (beşbarmaq)

Pəsənd –bəyənmə

Pəs – onda, bəs

Pəs vermək – geri qaytarmaq

Pərtab etmək – atmaq, tullamaq

Pərəstar – şəfqət bacısı

Peyam – xəbər, məktub

Piç – dolanbac, dolaşıq

Pilək – üzük, qolbağ, boyun­bağı

Pişaməd – hadisə, olay

Pişvaz etmək - qarşılamaq

Poşt – arxa, dayaq

Pust –dəri

Purcəlallı – çox cəlallı, təm-təraqlı

Rast – düz, doğru, sağ tərəf

Rəft – burada: dəxli

Rəxt-xab – yorğan-döşək

Rənc – əziyyət, incimə, işgəncə

Rəngi-ruxi – üzünün rəngi

Rəvac – keçərli

Rəvağ – burada gəlin gərdəyi anlamında

Rədd – iz, gediş

Rəşid – qorxmaz, igid

Rikab – üzəngi

Rişə – kök

Risə – cərgə zəncir

Rouşən – aşkar, aydın, işıqlı, səlis

Rubaru – üzbəüz

Rubut – ad

Rux – üz, sifət

Ruze əvvəl – əvvəl gün

Ruzigar – həyat

Ruzi məhşər – qiyamət günü

Rüfəqa – dostlar, yoldaşlar

Rütbi-lisan – şirin dil

Rüxsət – icazə

Sahibi-xanə – ev sahibi

Saxt – düzəltmə

Sail –soruşan, dilənçi, dərviş, yolçu

Salah – məsləhət

Sal, salə – yaş

Salim –sağ, salamat

Salmani – dəllək

Salman – köməkçi, xidmətçi

Sepidə dəmi – səhər çağı, səhər tezdən

Seri – sıra

Sevvom – üçüncü

Seyid – ağa, rəhbər, başçı

Seyd – ov

Səfa – əyləncə

Səfəndərsəf – cərgəbəcərgə

Sər - xabım vurdu – yuxum başıma vurdu

Səfəre-purxətər- çox qorxulu yolçuluq

Səha-salim – sağ-salamat

Səhlən –asanlıqla, çətinlik çəkmədən

Səzavar – layiq, uyğun

Səngi-məhək – yoxlama daşı, məhək daşı

Sərazir – başı aşağı, başdan - ayağa  

Sərdar – başçı, canişin

Sərə – Orta İran türkləri iki dərənin arasındakı ucalığın başına Sərə deyirlər

Sər ilə cannan – can-başla

Sərkargər – fəhləbaşı, briqadir, başçı

Sərkeş – baş qaldıran, üsyankar, inadkar

Sərpəncəli – əl-ayaqlı, cəld

Sərpuş – baş örtüyü

Sərkeş – üsyankar, inadkar, qürurlu

Sər-sida – səs-səmir, səs- səda

Səru-karum – əlaqəm, işim

Səfəre- purxətər – çox qorxulu yolçuluq

Səx, səxt – sərt, soyuq

Səğir – kiçik

Səvar – atlı

Səvar olmaq – minmək

Sibil –bığ

Six – şiş

Sinn - yaş

Sipər – qalxan

Sirtab, sir ta piyaz –sarımsaq­dan soğana və ya əvvəldən axıra

Sirvət – sərvət

Sitarə – ulduz

Sitar – simli musiqi aləti (hərfi: üç tar)

Sindim – yaşım

Siya, siyah – qara

Sud – fayda, qazanc

Surağe - muş – siçan deşiyi

Suziş – yanğı, ağrı

Suziş etmək – yanmaq

Sükunət tutmaq – yaşamaq, məskən salmaq

Sövdagər – tacir

Şayəd – ola bilər ki, bəlkə

Şane – daraq

Şani-şövkət – əzəmətli, qüdrətli

Şəbxum – gecə basqını

Şəddə – bağlı, topa

Şəhlalanmaq – şölələnmək

Şəkənkədə– nökər, qulluqçu

Şəmaədət – bədxahlıq, başqası­nın müsbətinə, dar gününə se­vinmə

Şəmşir – qılınc

Şərm –həya, utanc

Şərməndə olmaq, şərm etmək – utanmaq

Şikəstlik – sındırma, burada: ziyankarlıq

Şirumənd – utanc vicdanlı

Şoğl – iş, peşə

Şöhlə – şölə

Şuxluğ – zarafat, hənək

Şukar – şikayətçi

Şuca – şucaətli

Tabutir – qıvraq,cəld

Tabınak – təmiz, icazəli, boş

Tac təlai – qızıl tac

Taxt o taz çapmaq

Ta kunun indiyədək

Talar – sütun üzərində qurulmuş taxt, ev, talvar, zal, burada: saray

Taruf – hədiyyə

Tayifeyi məcustan – islam olmayan tayfa

Tey– xalis, qatqısı olmayan

Teyy – sarıma, bükmə, ərzində

Tey etmək – qət etmək

Təbərrük – bərəkət, nübar

Təfrih – gəzinti

Təkyə – söykənmə, istinad et­mə, dərvişlərin toplandığı yer

Təla - qızıl

Tərac – alt-üst

Təməi-nəfsanisi – nəfsani tama-hı

Təmrid – müqavimət, baş əyməmə

Tənab – örkən, çatı, kəndir

Təng - dar

Təh – dib

Tər təzə

Tərsa –  xristian

Təhiyyə – hazırlıq

Təvan – qüdrət, bacarıq, güc- qüvvət

Təvanlu – güclü, bacarıqlı

Təğyir – dəyişmə

Təsənnü – sünni

Təcəlla – görünmə, əks olunma

Tənha – yalnız, təkcə

Təkiyə – dayaq, böyük çadır, təkiyə

Tip – silahlı qoşun hissəsi.

Tir – yaydan atılan ox

Tiri-xədəng – yay-ox

Toxm murq – yumurta

Tul – uzun

Tour, tür – növ, çeşit

Türfə – tapılmayan, misli bərabəri olmayan

Uqab – qartal, qaraquş.

Uğda bağladı – müqavilə, sülh bağladı

Ücrət – zəhmət haqqı, mükafat

Varid – gələn, yetişən, daxil olan

Vahidi - əhəd – tək (Allaha işarədir)

Vaqə – hadisə, yerləşmə

Vəilla əlan – o andaca, xüsusilə indi

Vəli – amma ancaq, lakin

Vəsilə yetmək – vaxtı çatmaq

Vəsət – orta, mərkəz, köbə

Vücud – var olma, şəxs, varlıq

Yan – yalan, boş söz

Yaaran dostlar

Yəl – igid, qəhrəman, pəhləvan

Yəlda – ən uzun qış gecəsi, çillə gecəsi

Yəlil – azad

Zağ – qarğa

Zağça – qarğa balası

Zanu – diz

Zar – ağlayan

Zəbandil

Zəxm – yara

Zəxim qalın

Zəminə – əsas

Zəmin –  yer

Zənən qadın

Zərəngi zirəngsən

Zərbaf – qızıl sapla toxuyan

Zəraf, zurufa – qab

Zivanə –  ox

Zillət – zəhmət, əziyyət

Zin – yəhər, qantarğa

Zində – diri

Zindəgi – həyat, ömür

Zinləmək – yəhərləmək

Zirqəlyan – qəlyanaltı

Zirə – bitki

           


 

 

Dialekt sözləri

Adava – mat qaldı

Ağaşdıx – yolun uzunluq vahidi

Arıtmaq – təmizləmək

Aşıdan çıxarmaq – aşılamaq

Baş qanax – baş aşpaz

Binək – ölçü qabı, çəki vahidi

Bir çən – birdən

Birçəgi - saçı

Bulutastan – bulud arasından

Bu qəd, bu ğət  – bu qədər

Boznux –  tutqun

Calqax – təmiz, xalis

Cilğə – xırda yol, cığır

Cür, cur – qoşa, cüt

Çığ – qışqırıq, çığırtı, burada: gurultu

Çan – vaxt, zaman

Çərçi – xırdavat mallar satan

Çindiri – göstərdi

Çoodar – heyvan alıb-satan

Çuvalduz – qıyıq, döşək tikən iynə

Damır –abgərdən, böyük qulplu qab

Damazdığ – heyvanın artırılma-sı, (ehtiyat)

Davar – qoyun sürüsü

Deyindirmək – döyüntüyə sal-maq

Dəbərmək – tərpənmək

Dəhnə – cilov

Dəy – deyil

Ditmək – didmək, üzmək

Dudurğa – duru, açıq-aydın, ağ

Dov – hərbə-zorba

Dolannə – dalına

Doluna – dövrəsinə, ətrafına

Əccə – azca

Əğət – həqiqət

Əxi –axur

Ejdir-ejdir – damla-damla, gilə-gilə

Gədik – yol, cığır

Gəpləşmək – gaplaşmaq , danışmaq

Gülümovla – yığışıb, hazırlaşıb

Göynü – könlü

Heş kəmsənə – heç kimsə

Həpirbaba – bayağı

Həşəm – naxır

Hissab – hesab

Hüs – qəflətən, sakit

İzginçi – izləyən

İldir-ildir – gilə-gilə, damcı-damcı

Körpə – quzu

Köyşən – çöl

Kürə – burada: kömür kürəsi

Kəttinnən vurdu – başının ardından vurdu

Qal etmək – qatmaq

Qamır – göz zilləmək

Qanara – dar ağacı

Qaranqulux – qaranlıq

Qappuşmaq – güləşmək

Qəri – qarı

Qəhəd – yox

Qəh vurmaq – qəhqəhə çəkmək

Qıy baxmaq – çəp baxmaq  (çəpgöz)

Qışlarını – ayaqlarını

Qırmıqul, qırmıqala – qalmaqal

Qovzamaq – qaldırmaq

Qurud – burada diz qapağı. Ancaq bəzi bölgələrimizdə yay­da qatıq, ayran süzməsini yumru-yumru edib günəş al­tın­da qurudurlar ki, qışda qa­tıq məhsulları olmayanda on­dan istifadə etsinlər. Ona da qurud deyirlər.

Qucunmaq – sığınmaq

Quruş, qurriş – çığırmaq, nərə çəkmək

Quşmal vergünən – qulaqbur­ması ver, cəzalandır

Lov – alov

Mahna – bəhanə

Məncənix – qüllə

Muc – ovuc

Munu – bunu

Nadanay – nə danışırsan

Narış – narıngi (meyvə)

Nəğar – nə qədər

Nəmə – nə mənə, nə üçün

Nəğartə  – nə qədər

Nəvağa – nə vaxta

Neyit - birinə həmlə etmə, qorxutma

Omide –xoda – Allah xatirinə

Ontarlığ – otlaq

Oratmaq – toplamaq, yığmaq

Osanma -usanma, incimə

Ot – od

Otuşmamış – otarmamış

Otuşmaq – otlamaq

Ovsar – burada: atın beli

Öyəş, övəc – qoç

Paca – baca

Parakənd – dağınıq, pərakəndə

Pak, pək – yaxşı

Pasko – polis məntəqəsi, qərargah

Payıq, faiq – üstün

Pədurqa – tünd, qara, tutqun

Pənir – pendir

Pəşənnəşmək – burada: bir-birini bəyənmək

Piçilləşmək – pıçıldaşmaq

Pulək – nazik

Puzğun – pərişan, tutqun

Sarmaşam – sıx, sarmaşıq

Sağı – saqi, şərab süzən

Səx – sərt, uca

Səiyyə – burada südü sərmək anlamındadır

Sənirədi – səyirdi, sıçradı

Səva – savayı

Sukə – yamac

Söb – sübh, səhər

Sığır – ceyran

Şahı – pul vahidi

Şeyhə qalxdı – şahə qalxdı

Şirbaba – başlıq, gəlinin toy başlığı

Şəddə - qotaz, saçaq, salxım

Şəng – burada: keçi saqqal

Şəkəncə - işgəncə

Şukar – gözü zəif (gecə koru)

Tarı – tanrı

Taqə – parça bükümü, dəst

Təbə – təpə

Tərkə – nazik, incə

Təsmək –qapaz

Tipiynən – dibiynən, əsilli- köklü

Tovlu – iti, sürətli

Tor – çılğın

Turşamış qız (m)–ərə getməli vaxtı keçmişdir

Tutay – fidan (ağac)

Uzqun – dərin, uçurum

Vərəndaz – məşvərət

Xəra – xara (parça növü)

Xuraman –nazlı, qəmzəli

Yazı – çöl, bayır

Yarağan – xəstəlik

Yengi – yeni

Yeginiyi – yeməyini

Yərtan –yırtıcı

Yəyər – yəhər

Yoğunnarı-yomuşdarı – əyri-üyrü, dərə-təpə

Yumuncu – sir gizlədən, sirdaş

Yomuş – yoxuş, yamaclardakı əyri yol, çətin yol

Yovuq – yaxın  



İÇİNDƏKİLƏR

“Koroğlu” dastaninin elektron  nəşrinə ön söz.........................................5

Əli Kəmali arxivindəki «Koroğlu» dastanının

variantları (Əli Şamil)..............................................................................9

Aşıq Əliəkbərdən yazıya alınmış mətn.................................27

Bu, Koroğlunun Çəmlibelə gəlməgidi və Ərəp Reyhanı görməgidi.......28

Bu, Koroğlunun dəgirmanda Qıratı Həmzəyə verməgi                                         və onu geri almağıdır...............................................................................43

Bu, Koroğlunun Nigar səfəriydi ki, getdi Nigarı gətirdi.........................65

Bu, Koroğlunun Eyvaz dastanıydı ki, getdi Eyvazı gətirdi.....................98

Bu, Koroğlunun Dəmirçioğlu səfəriydi ki, ərz elədim..........................128

Bu, Eyvazın durna səfərinin dastanıydı ki, ərz elədim..........................158

Bu, da Eyvazın Türkmənə getməgidi və ata-anasını

toyuna dəvət etməgidi...........................................................................233

Bu dastan Koroğlunun Bolu Sərdarı axtarmağıdı.................................243

Əli Kəmalinin topladığı və sifarişlə yazdığı mətnlər.........253

Dastani-Koroğlı və Nigar xanım ..........................................................254

Bu dastan Aşıq Cünunun qaçmağı dastanıdı.........................................263
Koroğlunun Türkmən səfəri .................................................................286

Eyvazın durna gətirməyə getməsi.........................................................308

Koroğlunun Şilat səfəri.........................................................................343

Koroğlunun Sərdar paşa dastanı............................................................350

Əli Kəmali tərəfindən çapa hazırlanmış mətn...................354

Aşıq Cünunun Çəmlibeldən qaçması....................................................354

Koroğlunun Türkmən səfəri..................................................................371

Sözlük.....................................................................................388


“Koroğlu” dastanı

(Əli Kamali arxivindəki variantlar),

Elektron nəşri

Bakı, 2015.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Həcmi: 438 səh.

 

 

Kitab Azərbaycan MEA Folklor İnstitutunun

Kompyuter Mərkəzində yığılmışdır.

                                                     



[1] Koroğlu dastanı (Əli Kamali arxivindəki variantlar). “Koroğlu” dastanının Əli Kamali arxivindəki variantlari.(Ön söz.) “Nurlan” nəşriyyatı, Bakı- 2009, səh.396.

[2] Azərbaycan dastanları, Azərbaycan Folkloru Külliyyatı, XIV cild, Dastanlar, IV kitab, “Koroğlu” dastanı (Əli Kamali arxivində)”, Bakı, 2009-cu il.

 

[3] Koroğlu dastanı (Əli Kamali arxivindəki variantlar). “Koroğlu” dastanının Əli Kamali arxivindəki variantlari.(Ön söz.) “Nurlan” nəşriyyatı, Bakı- 2009, səh.396.

 

[4] Şamil Əli. Əli Kamali Tehranda və Bakıda. “Tanıdığım insanlar” kitabı, Birinci kitab, “Sumqayıt” nəşriyyatı, Bakı, 2000, səh. 110.

[5] Məmmədxani Hüseyin. Rəhmətlik Əli Kamali.(Əlyazma hüququnda) Tehran, 1993, səh.12, .Güneyli Məmmədxani Hüseyin. Ustad Əli Kamali əbə-diyyətə qovuşdu. «Ümide Zəncan» qəzeti, 1375-ci il, 21 şəhrivərd(11 sentyabr 1996), 1375-ci il, 28 şəhrivərd(18 sentyabr 1996)

[6]Şamilov Əli. Bakıya bir də dönməyinə əcəl aman vermədi. Müxalifət qəzeti, 1996, 21 avqust, 63 (463), s.8.

[7] Kamali Əli. Qara bulutdan çıxan ay-Telimxan. «Varlıq» jurnalı (Tehran), 1981, sayı 25, səh.51, Kemali Ali. Save türklərinin böyük şairi: Tilimhan-1, 2(Kara bulutdan çıkan ay). Aktaran nəşrə hazırlayan: Yavuz Akpınar. Kardaş edebiyyatlar (Erzurum), 1997, sayı 38, 39, səh.9-17, 26-29.

[8] ASE. X cild, «ASE» nəşriyyatı,Bakı,1987, s.478

[9] Kamali Əli. Qara bulutdan çıxan ay-Tilimxan. «Varlıq» jurnalı (Tehran), 1981, sayı 25, s.53

[10] Koroğlu (nəşrə hazırlayanı Qulamhüseyn Sədri Əfşar), İbn Sina nəşriyyatı, Teh­­ran,. 1347-ci il

[11] Koroğlu (nəşrə hazırlayanı Hümmət Əlizadə), “Azərnəşr”, Bakı, 1941.

[12] Bədəlbəyli Əfrasiyab. Musiqi lüğəti. «Elm» nəşriyyatı, Bakı,1969, səh.79.

[13] Aşıq Dəmirçioğlunun Çənlibelə gəlməsindən danışanda Qıratın dəryadan çıxmış atdan törədiyini deyir. Lakin kasetlərə dastanı yazdırarkən bu məsələdən söz açmır.

[14] Aşıq «bu sözdərdən beş dənə deyir» deyəndə beş şeir, beş bənd şeir söyləmir. Aşıq bu ifadəni şeir deyir anlamında işlədir.

[15] Birinci bənddəki ikinci və dördüncü misrada, eləcə də ikinci bəndin ikinci misrasında qafiyə pozulub.

[16] Aşıq sonrakı qolda Ərəb Reyhanın Eyvazın dayısı olduğunu söyləyir.

 

[17] Şeirin ilk bəndi və ya bəndləri yoxdu, qafiyə də pozulub.

[18] Aşıq Əliəkbər mənimlə söhbətində Ərəb Reyhanla bağlı bu parçanı əlavə etdi.

[19] Məstər sözünə aşıq belə izah verir: “Məstər, yəni birinin yanında nökər qalan. O da yanı bir sərdarın yanında nökər imiş”.

 

[20] Aşığın Ərəb Reyhanın nəslilə bağlı iki cümləlik informasiyanı buradan çıxardıq. Çünki əvvəldə bu informasiya var.

 

 

[21] Aşığı sonradan danışdıranda paşa-xanı Tokat xanı kimi təqdim etdi

 

[22] Aşıq Əliəkbərlə görüşəndə lentə Həmzənin Çənlibelə gəlişi, Koroğlu ilə görüşü, Qırata qulluq etməsi olmadığı halda bunlara aid işarələrin mövcudlu­ğu­nu bildirdikdə o bu parçaları əlavə etdi.

 

[23] Aşıq Qıratın oğurlanma planının Tokatda hazırlandığını söyləsə də burada atın  Arzuruma qaçırıldığından söz açır.

 

[24] Aşıq Koroğlunun qəm içində olduğunu desə də, söhbəti davam etdirmədiyin­dən cümlə yersiz görünür.

 

[25] Burada lentdə uzun bir fasilə var. Görünür, aşıq nə isə danışıb sonra şeir deməyə keçib.

 

[26] Lentdə Koroğlu ilə Keçəl Həmzənin dəyirmanda vədələşdiyi haqqında heç nə yoxdur. Aşığın söylədiyi bu ifadədən məlum olur ki, Keçəl Həmzənin Koroğlu ilə dəyirmanda vədələşdiyini danışmağı ya unudub, yaxud da danışıbmış, lentdən pozulub.

[27] Aşıq Qıratın dəryadan çıxdığı haqqında heç bir şey danışmasa da bu misrada Qıratın dərya ilə bağlılığı qorunub saxlanır

[28] Aşıq burada belə bir izah verir: “Hələ o kitabında var, deyər: «Salam verdim, salam almaz, Görüm kəssin salam səni»-xeyir, bu dəyil. Bizimki, sözdərimiz bu cür dəgil.

 

[29] Aşıq görünür bağbanın dilindən bahar fəsli olduğundan bağda meyvə olmadı­ğını söylədiyini unudub

 

[30] Aşıq burada Koroğlunun hansı səbəbdənsə vaxtında görüş yerinə gələ bilmədiyini danışmağı unudub. Şeiri söyləyəndən sonra Nigar xanımın görüş yerinə gələcəyinə Koroğlu şübhə ilə yanaşdığından gəlmədiyini vur­ğulayır.

[31] Aşıq Koroğlunun qocalığından bəhs edən şeiri də cavanlığında, sevgilisinin arxasınca gəldiyi zaman söylədiyi şeirlərə qatıb.

 

[32] Aşıq burada mətndən kənara çıxaraq deyir: «Ağa, deyər:

  Yaman olur yar görümü,

  İstəməzdər bir-birini.

  Yuxu sövər tez ölümü.

  Ölümnən yuxu qardaş.

  Belə çoşmaz, belə aşmaz,

  Sərçeşmələr belə daşmaz.

  Belə olur gülüm yaşmax, üzə vurulur yaşmaxlar.-burda Koroğlu hələ istiirdi bu iki kəlməni lətifə deyir. Biistilahi öz sözümüz kuçəbağısıdı.

 

[33] Şeirdən aydın görünür ki, Qulubəyi atasından ala bilmədiklərinə görə anası­nın yanına gedib ona minnət ediblər. Aşıq, görünür, bu epizodu danışmağı unudub.

 

 

[34] Aşıq burada belə bir izahat verir: “Hər yana bulud tutsaydı, Koroğlu səfərini gözdərdi o tərəfə. Qurd dumannı günü gözdüür”.

 

[35] Bundan sonrakı bəndlər də gəraylı olsa da. qafiyə dəyişir. Görünür, aşıq çaşaraq iki gəraylını birləşdirib

[36] Aşıq burada belə izah verir: “Həlbəttə o dastanda deyir: Bunun bir aşıx Cünu vardı. O getdi, Eyvazı gördü. Amma xeyir, bizim dastanlarda budu: Koroğlu özü çıxır çölə, gəzə”.

 

 

[37] Aşıq belə izah verir: “Qulu bəg indi tərif eliri”.

[38] Aşıq Təkətürkmənə belə izah verir: “Əlbəttə, Türkmənsəhra əlan da var. Düzdü, havası mülayimdi həmişə. Çünki sahil qırağıdı, alaçıq vurallar”.

[39] Aşıq belə izah verir: “Hala indi burda bu beş dənə söz həmi bizim dastannardadı. (Ağaya Kəmali, bir vəkt burda narahat olmuya) həmi o kitab [Aşıq kitab dedikdə Tehrandakı İbni Sina nəşriyyatının hicri 1347-ci ildə (miladi 1968) çap etdiyi «Koroğlu» kitabını nəzərdə tutur. Bu da Hümmət Əlizadənin hazırlayıb Bakıda 1941-ci ildə çap etdirdiyi kitabın Qulamhüseyn Sədri Əfşar tərəfindən ərəb əlifbasını çevrilmiş nüsxəsidir.-Ə.Ş.] dastanındadı. Heç fərqi yox. Ya bizim aşıxlar sinəbisinə o kitabdan bərçidə [bərçidə (f) - yığılmış,yığışdırılmış] eliyiplər, ya onlar bizdən bərçidə eliyiblər. Bu beş dənə söz olarıykıyna tutur. Bir bular tutur. Bir də dəgirman, atı aparıllar o. Day heş kəlamımız bizim onlarnan cür gəlmir. Kitabnan bir dənə yoxdi. İnşallah, nəvarları [ nəvar (f) - lent] qoyurız orda, zahir eliyəiz biliriz. Bəndə o gün ərz elədim, əlan [əlan (f) - indi] nəvardan istəmrəm qirtəm. Mən huri qafiyə cür yəməsin [huri qafiyə cur yeməsə - qafiyə düz gətirməsə anlamında-Ə.Ş.] sözi heş vaxt deməm”.

 

[40] Aşıq burada belə izah verir: “Gətirməğə Türkmənlər yenişlər deyər”.

 

[41] Aşıq burda belə izah verir: “Türkmənnər arasında hər kəs gedə bir uzax səfərə, heykəl deyərlər. Heykəl də odu ki, uşağa qurşax bağlallar, ona dua ya­zallar, muncux düzərlər dorünə. Heykəl bağı deyəllər. Heykəl sala boynuna”.

Aşıq dasdan danışarkən çüssəli, güçlü adam anlamında da heykəlli ifadəsini işlədir. Burada isə heykəl gənc oğlanın geyimi üzərindən taxılmış bəzək anlanında işlədir.

 

[42] Lent bitdiyindən səsdə qırıqlıq yaranır. Son ifadədən aydın görünür ki, Bolu Sərdar Koroğlu dəliləri arasında nüfuz sahibiymiş.

[43] Görünür aşıq Hələbçənin indiki inzibati bölgüyə görə İraqın Süleymaniyyə şəhəri yaxınlığında olduğunu bilmir.

[44] Aşıq burada şərh verərək deyir: Çünki mən də ad elədim gərək deyəm. Bir vaxt iradı tutumuyaiz ki, bu Hələpçə haradadı? Amma, Koroğlu İrana gəlmiyip. Hər kəs aşıx yalan deyə xuda onun boynunu vursun. İrana Koroğlu əyax basmıyıp

[45] Aşıq burada şərh verərək deyir: “Ağa, hələ orda deyillər, hay basdı, nalı atdı əydi çölə, nə bilim, pul verəndə sikkəni sürtdü getdi kisəsi. Ağa, bular əfsanədi. Məyə əldə də dəmir pulun sikkəsi gedər? Onun əli məgər əhəndəvaydı!?                 (ahənraba (f) - maqnit) Bizim işimiz yoxdu o söhbətdərnən”.

 

[46] Aşıq belə izah verir: “Amma buranın qızı Eyvazə qismət olmadı. Eyvazə qismət oldu, Dona xanım”.

[47] Aşıq burda şərh verərək deyir: “O zaman çilou kabab, nə bilim, çilou qiymə yoxudu ki”?

 

 

[48] Aşıq Qıratın törəməsi haqqında başqa yerdə danışmasa da, burada sözarası dəryadançıxma olduğunu söyləyir.

[49] Aşıq burada Koroğlunun dilindən söylənən şeiri deməyi unudub.

[50] Şeirin ilk bəndləri yoxdur.

[51] Görünür, aşıq Dəmirçioğlunun Qırata gözü düşdüyünü, onu oğurlamaq üçün Çənlibelə gəldiyini danışmağı unudub.

 

 

[52] Şeirin ilk bəndi yoxdur.

[53] Burda iki misra artıq olsa da aşıq onu musiqinin ritminə elə uyğunlaşdırır ki, misraların çox olduğu hiss olunmur.

[54] Burda Eyvazın dilindən deyilmiş bir bənd yoxdur.

[55] Aşıq Dəmirçioğlunun Çənlibelə gəlməsini danışarkən «Bolu Sərdar burdan qaçıb»misralı şeiri dediyini və Eyvazın, Dəmirçioğlunun Bolu Sərdarı tanımadıqlarını söylədiklərini danışdığını deyəsən unudub.

[56] Aşıq belə izah verir: “Deyərdilər, casusuydu bu. Gedərdi Koroğluya casusluq elərdi”.

 

[57] Aşıq belə izah verir: “Bir sağısı vardı, Peymanıdı adı”.

 

[58] Burada «o» və bağlayıcısı yerində işlədilir.

[59] Aşıq misraya belə bir şərh verir: “Yəni siz gəlməsiyiz gedəyiz gəlişəyiz mənim ocağım keçər”.

[60] Aşıq misraya belə şərh verir: “Nigar xanım buları Dəmirçioğluna deyir, ürəyi sinməsin Dəmirçioğlunun, niyə Eyvazı elə çəkirsiz ruxa”.

[61] Misrada qafiyə uyğun gəlmir.

[62] Aşıq misraya belə şərh verir: “Əlbəttə ki, əcəl kasası dolana fərq eləməz”.

[63] Nigar xanım Həsən paşanın qızı Tellini Dəmirçioğluna almalarını, yəni Telli xanımın gözü yolda qalacağına işarə edir.

[64] Aşıq misraya belə şərh verir: “Yəni, duşmanın tək bir dənəsini qoymuyam qala”.

 

[65] Aşıq Koroğlunun Çənlibelə gəlməsi qolunu danışanda Ərəb Reyhanın Koroğlunun dayısı olduğunu söyləyib. Görünür, Mustafaxan deməliymiş. Çünki Koroğlu Eyvazı xilas etmək üçün Türkmən elindən Mustafaxanı köməyə çağırır.

[66] Aşıq misraya belə şərh verir: “Külbaşdara aşkar aşdı dedi, bular düşünmədilər ki, bu Eyvazdı”.

 

[67] Kəsra-Sasani şahlarının sarayı, Tağı-Kəsraya işarədir

[68] Misra əvvəlki şeirdə var.

[69] Cəsus kimi anlamını verən bu deyim ordudan alınıb. Beşinci sütun-şöbə orduda informasiya toplamaqla məşğuldur.

[70] Aşıq əl işarəsilə göstərir.

[71] Aşıq belə izahat verir: “Mənat Türkiyə dilinnən nə ğartdı”?

 

[72] Görünür, aşıq öncə durnatutana üç durna verdiyini dediyini unudub. Ona görə dörd deyir, sonra yenə üç durnanı Həsən paşaya təqdim etdiyini söyləyir.

[73] Aşıq belə izah verir: “Tərlan quşu ey, qırğıya deyərlər”.

 

[74] Aşıq belə izah verir.:əmə bir kamançası varıdı, tarı

[75] Aşıq bir az öncə qırx xaraba kənd deyib

 

[76] Aşıq əvvəl kamança, tar dediyi halda, indi sitar deyir. Sonra yenə tar deyir. Bir sözlə musiqi alətlərinin adını qarışdırır.

[77] Şeirin birinci və ikinci bəndinin son misralarının rədif qafiyəsi son üç bəndlə uyğun gəlmir

 

[78] Aşıq misraya belə şərh verir: “Yanı səni görələr, qıymazdar öldürələr. Amma vay bizim üçin, bizi öldürəllər”.

 

[79] Aşıq bütün dastan boyu «deyim beş dənə» deyəndə şeir söyləyir. Bu dəfə isə Dona xanımın sözlərini nəsrlə deyir.

[80] Aşıq belə izah verir: “Quluncunu bu tərəf eliyəndə çox bilirdi, bu bir az qara rəng sürtmüşdü bu çəttinə”.

[81] Aşıq belə şərh verir: “Olar qazamat deyirdi”.

[82] Aşıq əl işarəsi ilə göstərir.

[83] Aşıq belə izah verir: “Namazınnan əl götürmürdü Koroğlu”.

 

[84] Mustafaxanın Türkmənnən çağrılması bizdə bu qənaəti yaradır ki, o, Eyvazın dayısı ola bilər. Aşıq isə Mustafaxanla Ərəb Reyhanı bəzən qarışdırır. Dastandakı Türkmənistanı günki Türkmənistan Respublikası və ya İran İslam Respublikasının türkmənlər yaşayan bölgəsi deyil. Türkmənlər yaşayan yer anlamındadır.  

[85] Aşıq misraya belə şərh verir: “Yəni zindandadı Eyvaz”.

[86] Aşıq misraya belə şərh verir: “Eyvazı ki, deyir aparıllar dara çəkələr, orda mən onda görəm o halı. Onda tamaşa eliir nə cürdü”.

[87] Aşıq misraya belə şərh verir: “Qəm tutmuyun. Yeddi min yetmiş yeddi dəlidi”.

 

[88] Aşıq belə izah verir: -Xət vurardılar, qədim yerlərə nişan-çiyə vurardılar.

 

[89] Aşıq belə izah verir: “Dəlilərdə tamam oları [yəni bazirganları] qırıp­lar. Livaslarını, mallarını əllərinnən alıp tamam gedirdi, çatırnan öz dəliləri də”.

[90] Aşıq bura kimi Həsən paşadan söz açdığı halda sonra Cəfər paşa deməyə başlayır.

 

[91] Aşıq misraya belə izah verir: “Yəni deyər usta, salmanı qeyçisiz olmaz. Usta dəyilsən, qəyirrən”.

 

[92] Aşıq burada belə izah verir: “Olar cavana dəli deyərdilər, Təkətürkəmən elində”.

[93] Şeirin ilk bəndləri yoxdur.

[94] Aşıq belə izah verir: “Amma, atası ki, dəyildi, oğulluq eləmişdi özünə”.

 

[95] Şeirin ilk bəndləri yoxdur.

[96] Aşıq misraya belə şərh verir: “Ver saqqız çeyniyim, görüm əngim tutar”..

[97] Yəl-yəl- yer adıdır. İslam dini yayılmağa başlayan ilk illərdə Yəl-yəldə cəsur bir atlı pəhləvan varmış. O, islam dinini yayan orduya qarşı döyüşdə İmam Əli tərəfindən öldürülür. Şərq ədəbiyyatında o, «Farıs Yəl-yəl» kimi xatırlınır. Şeirin son misrası ona işarədir.

[98] Aşıq belə izah verir: “Deyər, Koroğlu davanın təlimini üzdən irax itdən götdi. Bir yerdə itdər qovuşanda hey o itlər qovuşar, o bir iti qovalar. O, dönə basar, genə qaçar. Eyni bu cür”.

 

 

[99] Ağayi Kamali, mən dedim Koroğlu tamam sinəmdəydi, tökdüm əliyizə. Beş dənə saxladım ta onu demiyəciyəm. Bərai buna görə ki, bu sözdərin kəlamını buna deməzdər.}

[100] Bundan əvvəlki cümlədə iyirmidir

[101] Beytin tərcüməsi: “İlanboğan ilanla oldu yoldaş,

    Təsadüfən güldü ona yüz “afərin” dedi”.

 

[102] Məlayirli Aşıq Abbas Qulami Qumda lentə yazdırdığı dastanlar arasında «Koroğlu» da var. Ehtimal ki, söhbət ondan gedir.

[103] Adətən Koroğlunun dəlilərinin sayı yeddi min yeddi yüz yetmiş yeddi deyə göstərilir. Burada isə bir neçə dəfə altmış deyilir

[104] Ərəbcədən alınmış bu söz dilimizdə iki misralıq şeir anlamında işlədilir. Aşıq musiqisində, də dubeyti saz havası var. Durnalar uçarkən qarşıda bir başçı olsa da arxasında iki sıra düzülür. Sonralar beyt durnalar sözü arxaikləşdiyindən onu beş durnalar kimi yazmağa və söyləməyə başlamışlar ki, bu da yanlışdır. Birincisi, dilimizin qanunlarına görə, beş sayından sonra cəm şəkilçisi işlədilmir.

İkincisi, durnalar qatara düzüləndə beş-beş düzülüb uçmurlar, qatarda durnaların sayı çox olur.

[105] Əvvəldə Tokatdan söz getdiyi halda burada İstambul yazılır.

[106] Bağban indi ovçu kimi təqdim edilir.

[107] Adətən yetmiş yeddi deyilir. Burada bir neçə dəfə altmış və ya altmış yeddi deyilir.

[108] Bundan sonrakı səhifə yoxdur.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol