Cоlan Türk­man­ları (folklor və etnoqrafiya örnəkləri)

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

_____________________________________________

 

 

 

ƏLİ ŞAMİL

 

 

 

 

 

 

 

 

CОLAN

TÜRKMANLARI

(folklor və etnoqrafiya örnəkləri)

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2014

Bu kitab Suriya Türkmanlarının haqları uğrunda

mübarizə aparan ərdəmli insanlara həsr edilir.



 

 

ELMİ REDAKTOR:            Arif RƏHİMOĞLU

                                        filologiya üzrə fəlsəfə doktoru

 

 

 

Əli Şamil (Əli Hüseyn oğlu Şamilov). Cоlan Türk­man­ları (folklor və etnoqrafiya örnəkləri). Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014, 144 səh.

 

Kitabda Suriyanın Colan bölgəsində (indi bu bölgənin çoxu İsrail işğalı altındadır) yaşayan soydaşlarımızın - Türkmanların taleyindən, onların tarixindən və adət-ənənələrindən söz açılır. Yox edilməkdə olan, ərəbləşdirilməyə məruz qalan Colan Türkmanlarının sayı bəzi qaynaqlara görə, 50-60 min arasındadır. Əslində isə bu gün Suriyada 3,5 milyon Türkman var və onların 1,5 milyonu öz ana dilində danışsa da, 2 milyonu artıq ana dilində danışmağı unutmuşdur.

Oxuculara təqdim edilən bu kitabda Suriyanın Colan, Bayır-Bucaq, Hələb və b. bölgələrində yaşayan Türkmanlardan, onların tarixindən söz açılır, yaşadıqları kəndlərin adları göstərilir, folklorlarından və etno­qra­fik özəlliklərindən örnəklər verilir, konkret nümunələr əsasında dil­ləri­nin söz varlığı Azərbaycan Türkcəsi ilə tutuşdurulub gözdən keçirilir.

Kitabdan folklor­çu­larla yanaşı, etnoqraflar, dilçilər, tarixçilər, coğra­fiyaçılar da yararlana bilərlər.

 

folklorinstitutu.com

Ə 4603000000 Qrifli nəşr

   N-098-2014

 

© Folklor İnstitutu, 2014.

 © Əli Şamil, 2014


KİTABIN İÇİNDƏKİLƏR

 

 

Ön söz.............................................................................. .5

Suriya Türkmanlarının tarixinə qısa bir baxış........... 12

Suriyada Türklərin hakimiyyəti................................... 15

Suriya Səlcuqlular dövləti............................................ 18

Suriya Osmanlı dönəmində.......................................... 22

Sir Nеrru Finqin Yəhudi dövləti yaratmaq cəhdi...... 25

Оsmanlı Sultanı Əbdülhəmidin dirənişi..................... 27

Sykеs Piçоt gizli anlaşması........................................... 29

Suriya Fransanın mandatlığı altında........................... 30

İsrail-Ərəb savaşları və Colan Türkmanları............... 35

İsrailin 1967-ci il 5 iyul hücumu

   və Colan təpələrinin işğalı......................................... 38

Suriyadakı Türkmanların sayı və onların

   yaşadıqları bölgələr.................................................... 42

Türkmanların toplu yaşadıqları yerlərin adları......... 46

İbrahim Salеh və Aymən Şabani ilə müsahibə.......... 66

Hişam Şabani ilə tanışlıq.............................................. 75

Suriya bu gün.................................................................. 78

Qaynaqlar........................................................................ 83

 

 

Mətnlər və xəritələr

Colan Türkmanlarının ata sözləri və deyimləri......... 88

Colan Türkmanlarının bayatı-maniləri....................... 91

Colan Türkmanlarında evlənmə.................................. 97

Tanışma (tanışlıq).................................................... 97

Ağız arama................................................................ 98

Elçilik (qız istəmə)................................................... 99

Toya hazırlıq............................................................. 100

Gəlin gətirmə............................................................ 101

Toy............................................................................. 102

Oyunlar

Bayraq qaçırma........................................................ 103

Güləşmə..................................................................... 103

At yarışı..................................................................... 104

Toy mərasimi.................................................................. 105

Xalq inancları................................................................. 108

Yas mərasimi.................................................................. 113

Colan Türkmanlarında yeməklər................................. 114

Colan Türkmancasında işlənmiş

   əski sözlərdən seçmələr............................................. 115

Suriyanın xəritəsi...............................................................141

Suriyanın xəritəsi. (Qırmızı nöqtələr

qoyulmuş yerlərdə Türkmanlar əhalinin

çoxluğunu təşkil edir)......…………..................................142

Suriya, Lübnan və İsrail arasında qalmış

Colan bölgəsinin xəritəsi...................................................143

       Suriyada Colan Türkmanlarinin yaşadiği kəndlər.............143

       Suriyanın Hələb bölgəsində Türkmanların

       yaşadiği kəndlər..................................................................144

  Suriyada silahlı qrupların yerləşdiyi bölgələr......................146

  Nusayrilər.............................................................................147

  Duruzlar................................................................................150

Traqic Fortune of Qolan Turkmen(Abstract).......................153

 

 

 

 


ÖN SÖZ

 

Orta Doğunun bol sulu, məhsuldar torpaqlı, strateji yön­dən olduqca önəmli bir təpəlik bölgəsi qaynaqlarda Colan, Go­lan, Kolan adlandırılır. Ərəblərin Hadbetül-Cülan, İbrani­lə­rin Ra­mat Ha Golan adlandırdıqları təpəliklərin sahəsi 2 min kvad­rat kilometrə yaxındır. Suriyanın Güney-Batısın­da, İsrailin Quzey-Doğusunda yerləşmiş Colan təpələrinin bir ucu da Livan (Lübnan) və İordaniyaya (Ürdünə) çatır. Bura­dan həm Dəməşq (Şam) şəhəri, həm də Ağ dəniz (Aralıq də­nizi) aydın görünür. Dəməşqdən Ağ dənizə gedən karvan yolu üzərindəki Kuneytra keçidi Colan bölgəsindədir. İsraili içməli su ilə təmin edən bulaqların yüzdə otuzu məhz bu bölgədə yerləşir (Bax: http:// www.zaman.com.tr/dunya_golan-tepeleri-nicin-onemli_431441 .html). Burada içməli suyun qiyməti neftdən baha olduğu üçün su qaynaqları olan yerlər mühüm strateji əhəmiyyət daşıyır.

1967-ci ildə İsrail Colan təpələrini işğal edənədək bura­dakı 15 kənddə bizimlə eyni dildə danışan, eyni dinə inanan soydaşlarımız toplu halda yaşayırdılar. İsraillə Suriya arasın­dakı “Altı günlük savaş”da soydaşlarımız canlarını qurtarmaq üçün mal-mülklərini qoyub Suriyanın içərilərinə doğru qaç­dılar. Beləcə, Colan təpələrinin 1158 kvadrat kilometr sahəsi İsrailin işğal dairəsində qaldı.

Colan təpələrində gedən qısa savaşdan Sovet mətbua­tında illərlə məqalələr verildi, radio-televiziya verilişləri ha­zır­landı, İs­railin işğalçı siyasəti kəskin tənqid edildi. Sovet dip­lomatları bey­nəlxalq təşkilatlarda qaçqınların hüquqlarını qo­ru­maq adı altında hərbi sursat satdığı və iqtisadi əməkdaşlıq etdiyi Suriyanı dəstək­lə­di. Azərbaycan Respublikası da SSRİ-nin bir parçası olduğun­dan Colan mövzusu bizim mətbuatın, radio və televiziyanın gün­dəmindən uzun müddət düşmədi. Çox təəssüflər ki, həmin dövrün Colan təpələri ilə bağlı ya­zılarında, verilişlərində bizim bu soydaş və dindaşlarımızın var­lığı dilə gətirilmədi, İsrail hökumətinin onları necə cətin du­ruma salmasından söz açılmadı.

İsrail höküməti Colan təpələrini 1981-ci ildə öz ərazisi elan edərək, burada 33 yaşayış məskəni saldı. Xarici ölkələr­dən gətirilmiş 15 min nəfər Colanda yerləşdirildi, onlara İbrani dili öyrədildi. Dünyanın müxtəlif guşələrində yaşamış, maddi və mənəvi sıxıntıdan bezmiş, necə deyərlər, irqindən, dilindən asılı olmayaq, firavan yaşayış arzulayanlar çox keç­mədən burada yəhudi­ləşdirildi (Bax: http://www.zaman. com.tr/dunya_golan-tepeleri-nicin-onemli_431441.html). Onların arasında sənədlə­rini saxtalaş­dıraraq nənəsinin, babasının Yəhudi olduğunu gös­tərən Azər­baycandan getmiş Türk, Talış, Tat, Ləzgi, Avar, Kürd və b. xalqların nümayəndələri də vardı.

Birləşmiş Millətlər Təşkilatı qətnamələr qəbul etdi ki, İsrail hökumətinin işğal etdiyi bölgələrdə Yəhudi yaşayış məs­­kənləri yaratması yolverilməzdir. Lakin bu qətnamələr, qınaqlar İsrail hökumətinin fəaliyyətini durdura bilmədi.

Colandakı İsrail zülmündən qaçan soydaşlarımızın bir qis­mi Dəməşq şəhərinin ucqar məhəllələrində özlərinə sığı­nacaq quraraq yerləşdi, bir qismi isə Türkiyə Cümhuriyyətinə köçmək məcburiyyətində qaldı. Bol sulu, məhsuldar torpaq­lı, sərin və sağlam havalı kəndlərdə yaşamağa, əkin-biçinlə, heyvandarlıqla məşğul olmağa alışmış insanların bir çoxu Də­məşq kimi izdi­ham­lı şəhərdə qalmağa alışa bilmədi. Stresdən və mühiti dəyiş­məkdən ölənlərin sayı artdı. Buna görə də, sülh bağlanacağına, İsrail əsgərlərinin işğal etdikləri əraziləri boşaldacaqlarına, ata-baba yurdlarına dönəcəklərinə inananlar Colanın Suriyada qal­mış hissəsinə qayıdaraq orada özlərinə ev tikməyə, güzaran qurmağa, əkin-biçinlə məşğul olmağa başladılar.

Azərbaycan müstəqillik əldə etdikdən sonra da colanlı soy­daşlarımızın taleyi mətbuatımızın, radio-televiziyamızın, ic­ti­mai-siyasi xadimlərimizin diqqətini çəkmədi. Ayrı-ayrı vətən­sevərlərin məqalələri, radio və televiziyada hazırladıq-ları veri­liş­lər də ictimaiyyətə elə bir təsir göstərmədi. Türk-man­ların folkor materiallarını toplamaq, dialekt və şivələrini, adət-ənənələrini öyrənmək üçün elmi ekspedisiyalar təşkil edilmədi. Halbuki bu­na imkan və şərait var idi...

Təkcə Colanda yaşamış soydaşlarımızdan yox, Suriya­da, İraqda, hətta Türkiyədə yaşayan, Türkcə danışan, İslam di­ninə inanan insanlarımızdan söz açanlar gah Türk, gah Türk­­mən, gah da Türkman deyir və yazırlar. Bu termin fərq­li­likləri oxu­cuda çaş­qınlıq yaratmasın deyə araşdırıcı Əfzə­ləddin Əsgəro­vun “Ümum­türk folkloru tarixində Oğuznamə yaradıcılğı” ki­ta­bının “Oğuz­namənin etnik auditoriyasi” fəs­lin­dəki “Türk­manlar” ya­rım­başlığından bəzi parçaları aşağıda veririk.

Türk, Türkmən, Türkman, Oğuz terminlərinin yaranma­sı­na və tarixi inkişaf yoluna aydınlıq gətirən Əfzələddin Əsgərov yazır ki, Türkman etnonimi tarix səhnəsinə ilk dəfə 8-ci yüzildə çıx­mışdır. Həmin yüzildə birdən-birə Çin qay­naq­ları “Türkman (Te-kü-monq) ölkəsi”ndən bəhs etmişdir. Türkman­lar Oğuzların İslamı qəbul et­məsindən ən azı 200 il öncə bir etnos olaraq möv­cud idi və bu etnos türksoylu etnik qruplardan olan bir sıra oba və oymaqları öz içə­risinə almışdı. Ancaq 10-cu yüzildən başlayaraq Oğuzların İslamı qə­bul edib Türk­man­lara qatılması bu etnosun taleyində mühüm rol oynadı.

Etnosdan, etnosun və etnik sistemin varlığından söz açan araş­dırıcı yazır: “Etnosun varlığı etnik sistemin varlı­ğın­dan, öm­rü isə etnik sistemin yaşamasından asılıdır. Etnik şüu­run ifadəsi kimi etnik adın yaşaması etnik sis­te­min qorunması hesabına etnosun öz varlığını davam etdir­mə­sindən qaynaqla­nırdı. Bura­dan aydın olur ki, Oğuzların (ümu­miyyətlə, Türk­lərin) İslam dinini qəbul etmələri hələ onların etnik mənada “Türkman olma­ları” demək deyildi. Oğuz etnik sisteminin içərisində İslamı qə­bul edən Oğuz, sadəcə olaraq, “Mü­­səlman Oğuz” idi və “Mü­səlman Oğuz” ifadəsini “Türk­man” etnoni­mi­nin anlamı kimi yox, yalnız bu mənada iş­lət­mək olar. Oğuz­­­ların İslam dinini qə­bul etmələri “Türkman olma­ları” ilə nəticələnmədi. Onlar öz et­nik sistemlərini qorumaqla Türk­man dünyasının içərisində et­noloji baxımdan subetnos olaraq var­lıqlarını davam etdirirdilər” (Əsgərov Əfzələddin, 2014:24-42).

Oturaq həyata keçən türksoylular özlərinin etnik ad­larını itirdikləri üçün ümummilli adla, yəni Türk adı ilə ta­nı­nır­dı­lar. Bununla bərabər, haqqında danışdığımız oturaq və ya ya­rım­köçəri əhali bu adla tanınmadı. İş burasındadır ki, onlar otu­raq və ya yarımköçəri olmaqla yanaşı, İslamı qəbul etmiş ilk Türk­lər idi və onların götürdükləri Türkman adı bu sonuncu hadi­səni ifadə edirdi. Elə ona görə də, bu ad ilk vaxtlar etnik an­lam­la yanaşı, rəmzi olaraq «Müsəlman Türk» anlamında da iş­lənirdi. İslam di­nini qəbul edən Oğuzun «Türkman olma» şək­lində ifa­də­si etno­nimin sonuncu anlamı ilə bağlıdır və şüb­həsiz ki, VIII-XII əsr­lərdə Qarluqların, Qıpçaqların, Uyğur­ların vb. İslam di­nini qəbul etməsi də məhz deyilən şəkildə ifadə olun­muş­dur. Tür­kman etno­niminin «Müsəlman Türk» anlamı onun o dövrdə Tanrıçı Türk dünyasını İslama çağırış rəmzi ki­mi isti­fadə olun­duğunu gös­tərir. Belə məlum olur ki, «Mü­səlman Türklər» Tan­rıçı Türk dünyasını İslamın qəbulu yolu ilə birləş­dirmək iddia­sın­da ol­muşdur. Bu mənada Türk­man et­nonimi bir müddət ümum­­milli Türk etnoni­minin yerini tut­maq sevdasına düşmüş­dür.

Tarixi qaynaqlarda Türkmanların içərisində Xələc, Kanq­­­­lı və başqa türksoylu etnik qruplardan qopmuş oba və oymaq­ların olması haqqında məlumatlar da az deyil.

Türkmanlar yayıldıqları böyük coğrafiyada onlarla xalqı öz içərisinə alıb superetnosa çevrildilər. Bu ərazilərdə qurulan on­lar­la dövlət, o cümlədən Böyük Səlcuqlu imperiyası, Xa­rəzm­şah­lar imperiyası, Osmanlı imperiyası, Qaraqoyunlu və Ağ­qoyunlu dövlətləri böyük Türkman xalqının siyasi zəka­sının məhsuludur (Əsgərov Əfzələddin, 2014:24-42).

Suriyada, İraqda yaşayan, bizim dildaşımız, dindaşımız və soydaşımız olan bu toplumdan söz açanda Əfzələddin Əs­gəro­vun araşdırmalarına dayanaraq onların adını Türkman ya­zaca­ğıq. Yararlandığımız qaynaqlardan alıntı (sitat) gətirdikdə isə qaynaqda necə yazılmışsa, biz də onu o cür saxlayacağıq.

 

 

T T T

Çox ilgincdir ki, Colanda yaşayan soydaşlarımız Ərəb­lərin içərisində yaşayıb, Ərəb dilində təhsil alsalar da, hər gün Ərəb dilində qəzet-jurnal, kitab oxusa və radio-televiziya veri­lişlərinə qulaq assalar da, öz dillərinin təmizliyini qoruyub sax­laya biliblər. Bizim Ərəb və Fars dillərindən alaraq ədəbi di­limizdə işlətdiyi­miz peyğəmbər, mələk, ağıl, mədə... söz­lərini onlar əksi Türkcədə olduğu kimi, ulak, gögçək, us, qur­saq şəklində işlədirlər. Klassik ədəbiyyatımızdan bizə tanış olan və dialektlərimizdə ilişib qalan əksi Türk sözərinin bir çoxunu Colan Türkmanları danışıqlarında işlədirlər. Ədəbi di­li­mizə Fars dilindən gətirilmiş bir sıra yayğın sözlərə də on­ların danı­şığında və yazısında rast gəlmirik. Colan Türkman­larının danı­şığında işlədilən yılan, yıldırım, yıldız vb. bu kimi söz variant­ları Azərbaycanın bəzi dialektlərində və tək-tək yaşlı adamların dilində hələ də yaşayır.

2011-ci ildən bəri Suriyanı bürümüş qanlı toqquşmalar yenə də soydaşlarımızın həyatını cəhənnəmə döndərdi. Silahlı toqquşmalar, bombalamalar dinc əhalini çıxılmaz duruma sal­dı. Azərbaycan mətbuatı, radio-televiziyası, ictimai-siyasi xa­dimləri isə yenə də susdu...

Colan bölgəsindəki soydaşlarımız, eləcə də Suriyanın müx­­təlif bölgələrində yaşayan, bəzən Türk, bəzən Türkmən, bəzən Türkman adlandırılan dini bir, dili bir qardaşlarımız haq­qında 2007-ci ildə yazdığımız kitab çap olunmadı. Ötən 7 ildə Suriyada çox dəyişikliklər baş verdi. Son illərdə isə oraya get­mək imkansız oldu. Suryada gedən döyüşlər həm də Colan Türk­manları möv­zu­sunu aktuallaşdırdı. Biz də kitabımızı bir da­ha gözdən keçirib son dönəmdə yazılanlarla zənginləşdirdik və yenidən çapa hazırladıq.

Colan Türkmanlarının ata sözlərindən, bayatı-manilə­rin­dən, toy-düyün adətlərindən örnəkləri, eləcə də dillərində işlə­dilən bir sıra terminləri kitabın “Mətnlər” adlandırdığımız ikin­ci bölümündə verməyi planladıq. Bu bölmədəki mətnlər Colan Türk­manları ilə Azərbaycan Türklərinin dillərində, adət-ənə­nələrində nə qədər yaxınlıq olduğunu ortaya qoymaq­dadır.

İnternet saytlarında, qəzet və jurnallarda Muxtar Türkmə­noğ­lu, Dəniz Türkmənoğlu imzası ilə Suriya Türkmanları haq­­­qında məqalələr yazan, “Azadlıq” radiosunun Türkmən dilindəki verlişlərində tez-tez çıxışlar edən, məqalələrini və çıxışlarını yaratdığı http://halapturkmen.blogcu.com/ saytın­da yerləşdirən Dr.Muhtar Fateh Muhammedlə son günlər inter­net vasitəsilə tanış oldum. Suriyadakı Türkmanların lideri Kal Muhammed Mustafa Paşanın nəvələrindən olan Dr.Muh­tar Fateh Muham­med Hələbdə doğulsa da, hazırda, İzmirdə ya­şayır və uşaq həkimi işləyir. Dr.Muhtar Fateh Muhammed ken­dinın özel saytında Suriya Türkmanları haqqında çoxlu yazılar var.

Kitab üzərində son redaktə işləri apararkən onunla sıx əlaqə saxlayır, məsləhətləşir, adları, faktları bir daha dəqiq­ləşdirməyə çalışırdım. Çox sağ olsun, o da işinin çox olma­sına baxmayaraq nəinki mənim suallarıma cavab verir, gön­dər­diyim səhifələrəki gözünə dəyən yanlışlıqları düzəldirdi.

Hər dəfə söhbətimizdə o, Türk xalqlarını Suriyadakı soy­daş­larının taleyinə biganə qalmaqda suçlayır, yana-yana de­yirdi ki, bizə maddi yardım o yana qalsın, heç olmasa mənəvi dəstək versinlər. Heç olmasa mövzunu gündəmdə saxlasınlar. Mətbuat­larında, radio-televiziyalarında Suriyada döyüşlərin ço­xunun Türkmanlar yaşayan bölgədə yaşadığını yazsınlar.

Suriyada beş-üç Erməni kəndi var. Oraya Dağlıq Qarabağ savaşlarında iştirak etmiş snayperçilər yerləşdiriblər. Kəndə yaxın gələni, hətta kəndin kənarından keçən dinc əhalini belə vururlar. Nəinki Erməni kəndləri, ümumiyyətlə Suriyadakı xristian kəndlərinə, şəhərlərdə xristianlar yaşayan məhəllələrə nə iqtidar tərəfdən, nə müxalifət tərəfdən bir güllə belə atıl­mır. Çünki hər iki tərəf yaxşı bilir ki, orada yaşayan xris­tian­ların burnu qanasa dünya ayağa qalxacaq. Bərləşmiş Millət­lər Təşkilatı da, ABŞ da, Avropanın bütün dövlətləri də ayağa qalxacaq. Amma bu qədər Türkman qırılır, ev-eşiyində didər­gin düşür, ona sərt təpki göstərən yoxdur. Heç adımızı da çək­mirlər. Sadəcə iqtidar-müxalifət qarşıdurması, qruplararası toqquşma kimi təqdim edilir. Hətta yaxın qonşumuz, yüz min­lərlə Suriyalıya sığınacaq vermiş Türkiyədə də belədir.

 


SURİYA TÜRKMANLARININ TARİXİNƏ

QISA BİR BAXIŞ

 

 

Rəsmi qaynaqlarda bugünkü Suriya ərazisi 185,180 kvad­­rat kilometr, əhalisi 23,6 milyon (2010) olan bir Müsəl­man Ərəb ölkəsi kimi tanınır. Ölkə Doğudan İraq, Batıdan Ağ dəniz, Güneydən İordaniya və Quzeydən Türkiyə ilə sərhəd-dir. İsrail ölkənin bir hissəsini işğal etdiyindən indi Colan təpə­liklərində İsraillə də sərhədi vardır. İnzibati cəhətdən 14 vila­yətə - quberniyaya (muhafazaya) bölünür. Ölkənin baş-kəndi orta yüzillərdə Şam adlandırılan, avropalıların Damas-cus de­dikləri Dəməşq şəhəridir.

 Orta Doğuda yerləşən Suriya Müsəlman Ərəb ölkəsi kimi tanınsa da, qədim mədəniyyət beşiyi olan bu ölkədə Xris­tianlığa, Buddizmə inananlar, fərqli məzhəblərə, o sıra­dan qədim inanclara tapınanlar da yaşayır. İnanclarına görə Nu­sayrilərə (ya da Ərəb Ələvilərinə)[1], Şiələrə, Sünnilərə, Dur­zilərə[2], Xristianlara bölünən ölkə əhalisinin 7 faizini Nusa­yri­lər təşkil edir. Qaynaqların yazdığına görə, ölkə əhalisinin 70 fai­zə yaxınını Sünnilər təşkil etsə də, hakimiyyətdə Nu­say­ri­lər­dir (Maden Fahri, 2014:21). Ölkədəki Xristianlar da öz aralarında Ortodokslara, Protestantlara, Kəldanilərə-Surya­ni­lərə, Marinlilərə və b. ayrılırlar (Kılınçkaya Derviş, 2014:27).

Çoxmillətli Suriyanın böyük şəhərləri Dəməşq, Hələb, Humus, Hama ve Lazkiyədir.

Dünya sivilizasiyasının beşiklərindən biri sayılan bu bö-lgə 18-ci yüzillikdən çökməyə başlamışdır.

Sənayesini, iqtisadiyyatını sürətlə inkişaf etdirən, işğal altına aldığı xalqların maddi və mənəvi sərvətlərini müxtəlif vasitələrlə mənimsəyən Avropa az bir zamanda elmdə və tex­nikada böyük uğurlara imza atmış oldu. “Üçüncü dünya öl­kələri” adlandırılan ölkələrdə yaşayanlar da avropalılardan öy­rənməyə, daha çox da onları yamsılamağa çalışdılar.

Dünya mədəniyyət tarixini araşdıran avropalı araşdı­rıcı­lar düşünürdülər ki, sivilizasiyanın beşiyi Yunan mədəniy­yəti­dir. Ona görə də, tarixşünaslıq elmini Roma və Yunan mədə­niyyəti əsasında qurdular. Sonraki gediş isə bu nəzəriyyənin yanlışlığını ortaya qoydu. Nəinki Asiyada və Afrikada, hətta 16 yüzildə işğal edilmiş Amerika qitəsindəki maddi mədə­niy­yət nümunələri də insan oğlunun Roma və Yunan mədəniy­yə­tin­dən minillər öncə gəlişmiş yüksək toplum həyatı yaşa­ma­sı, ya­zıdan istifadə etməsi, papirus və gil lövhələrdə kitab­lar ya­ratması ilə bağlı danılmaz bilgilər ortaya qoydu. Şumer­lərin (Sumer) gil üzərində yaratdıqları kitabələri araşdıran Sa­muel N.Kramer kitabını “Tarix Şumerdən başlayır” adlandırdı.

Günümüzdə texnika və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, mədəniyyət tariximiz hələ də gərə­yin­cə öyrənilməmişdir. Onun qaranlıq səhifələri çoxdur. 20-ci yüzilliyin ortalarınadək tarixçilər Türkləri miladdan sonraki yüzilliklərdə Avropada görünən vəhşi, dağıdıcı, barbar bir xalq kimi tanıdırdılar. Sonralar isə Türklərin Avropada, Qaf­qaz­da, Yaxın və Orta Doğuda miladdan çox-çox öncə məs­kun­­­laşdıqları, qonşu xalqların mədəniyyətlərinin inkişafına güclü təsir göstərdikləri haqqında nəzəriyyələr ortaya çıxdı.

Türklərin tarixi, yayılma sahələri vb. ilə bağlı yanaşım­lar üzərində dayanmadan Colan Türkmanlarının durumuna ay­dınlıq gətirmək üçün indiki Suriya dövləti ərazisində Türk­lərin yerləşməsinə və yaşamına qısa bir nəzər salaq.

Bugünkü Suriya torpaqları miladdan öncə bölgədəki kiçik dövlət ittifaqlarının, sonralar Assuriyanın, Yeni Babil padşahlığının, Əhəmənilərin, Makedoniyalı İskəndərin yarat­dığı nəhəng imperiyanın, Selevkilər dövlətinin və Romanın tərkibində olub. Miladdan sonra isə Bizansın əyalətinə çevri­lən indiki Suriyaya 633-cü ildə İslam orduları yürüş etdi. Bu yürüşlər 640-cı ildə bölgənin tam işğalı ilə başa çatdı. 661-ci ildə Müaviyə özünü xəlifə elan edərək xilafətin paytaxtını Də­məşqə (Şam) köçürür, bununla da Dəməşq şəhəri Əməvilər xilafətinin mədəni və siyasi mərkəzinə çevrilir. Abbasilər xi­lafəti dövründə isə bölgədə iqtisadi-siyasi çöküş başlayır (ASE, 1986:83).

 

 

 

 


SURİYADA TÜRKLƏRİN HAKİMİYYƏTİ

 

Miladdan bu yana Suriyada Türklərin qurduğu ilk höku­mət Tulunilər adlanır. Abbasilər xilafətinin Misirdəki valisi, ordu komandiri, mənşəcə Oğuz Türkü olan Əhməd ibn Tulun Misiri, Suriyanı, Fələstini, Livanı, Süğüru (Xilafətin Bizansla sərhəd əyalətləri) və b. bölgələri birləşdirərək Xilafətdən asılı olmayan Tulunilər dövlətini yaradır. O, Fustat şəhəri yaxın­lığında ölkənin yeni paytaxtı-Qatai şəhərini saldırmış, geniş quruculuq işləri aparmışdır. (ASE, 1986:370). 868-ci ildə yaradılan bu dövləti 884-cü ilədək Əhməd ibn Tulun idarə edir. O, vergiləri azaldır, islahatlar həyata keçirir. Nəticədə, ölkədə əmin-əmanlıq yaranır, qanunlara ciddi əməl edilir, əhalinin güzaranı yaxşılaşır, geniş quruculuq işləri başlayır.

 Əhməd ibn Tulundan sonra 884-895-ci illərdə oğlu Xu­maraveyh, nəvələri Ceyş 895-896-cı illərdə, Harun 896-904-cü illərdə, Şeyban ibn Əhməd 904-905-ci illərdə hakimiy­yətdə olurlar. (ASE, 1986:370). Bu sulalənin hakimiyyəti illərində xeyli Qıpçaq Türkü Misirdə və Suriyada yerləşir.

Əmin Abid 1929-cu ildə “Dan yıldızı jurnalında (Sayı: 5(29), səh. 30-32; Sayı: 8(32), səh. 28-29) çap etdirdiyi “Türk el ədəbiyyatina elmi bir baxış - Oğuznamə” məqaləsində yazır: “Azərbaycanlıların feodalizm dövründən əvvəl malik olduqları xalq ədəbiyyatı namına tapa bildiyim ən əski əsər “Oğuznamə”dir. Oğuznamə indiki vəziyyətə görə, Azərbay­can ədəbiyyatının ilk əsəri deməkdir.

“Oğuznamə” haqqında ilk məlumat öyrənə bildiyimiz mənbə Misir və Şamda hökümdarlıq etmiş olan feodallardan Məlik Nəsrəddin Muhəmməd ibn Kalavunun (cilüsi(doğumu-Ə.Ş.) 1293, vəfatı 1340) saray məmurlarından Əbu Bəkir Abdullah ibn Aybək əd- Dəvadarinin əsəridir. Dəvadari 13-cü yüzilliyə qədər keçən vaqiələr haqqında, “Dürərüt-tican...” adlı bir tarix kitabı yazmışdır. Bu kitabın bir nüsxəsini İstanbulda İbrahim paşa kitabxanasının əlyazmaları qismində görmüş və tədqiq etmişəm (Kitabxana nomrə 913).

Bu kitabın Türklərə aid qismində müəllif həm Qıpçaq­lara, həm də Oğuzlara aid izahat verərək “Oğuznamə”dən də bəhs edir: “Əski Türklər arasında iki kitab var. Bunlardan birisi “Ulu Xan Ata Bitiqçi” deyilən kitabdır ki, bunun mənası “Böyük Xan Ata kitabı” deməkdir. Bu kitab ilə Moğullar və Qıpçaqlar iftixar edirlər və onlarda bu kitab çox hörmətlə tu­tulmaqdadır. Bu kitab Moğulların yaranışı və başlanğıcından bəhs edir. Moğul və Qıpçaqların “Ulu Xan Ata Bitiqçi” kitabı olduğu kimi, o biri Türklərin də “Oğuznamə” adlı kitabları vardır. Bu kitab Türklərin arasında çox məşhurdur. Mənim hər iki kitab haqqında bilgim vardır. Bu isə Türk xalqının tarixini çox gözəl bildiyimi göstərdiyindən bu xalq haqqında verdiyim məlumatın doğruluğunu təsdiq üçün kafidir!”.

Bu izahatdan sonra Əbu Bəkir Abdullah Dəvadarinin girişdiyi təfsilatdan anlayırıq ki, o, “Oğuznamə”nin Türkcə əslini görməmişdir. Onun gördüyü “Oğuznamə”nin Ərəbcəyə olan tərcüməsidir. Bu nüsxəni nə münasibətlə görməyə mü­vəf­fəq olduğunu Dəvadari bu sətirlərlə nəql edir ki, bizim ədəbiyyat tariximizin bir qismi üçün qiymətli bir vəsiqədir.

...Hicri təqvimi ilə 709-cu il tarixində (miladi ilə 1308-ci ilə təsadüf edir - Ə.A.) atam Şərq vilayətinin valisi idi ki, bu vi­la­yətin də mərkəzi Bilbayisk (Yeni şəkili Bəlbisdir. Qa­hirə çi­varındadır - Ə.A.) idi. Burada bir gün bir məclisdə Tatarlar haq­qında bir neçə alimlə münaqişədə bulundum. Münaqişədən son­ra yoldaşlarımdan Əminəddin əl Həməvi mənə bir kitab gös­tərdi və bu nüsxənin həmin yeganə nüsxə olduğunu və onun Əmin Bədrəddin Bəysəri tərəfindən özünə verildiyini əlavə eylədi.

Əsər nəqşli və yaldızlı (minyatürlü) idi. Yazısını Ali ibn Halal əl Bəvval adında xəttatın bir şagirdi yazmışdır. Kitabın kağızı Bağdad şəhərində yapılmış ipəkdəndi; cildi isə sarı rəngli ipəkdən işlənmişdi, kitabın altundan ayrıca bir qapağı da vardır.

Yoldaşlarım Mənsur əl Abbas Həməvi və şair Cəma­ləddin ibn Zeytun ilə birlikdə oturub, əsəri gözdən keçirdik. Dördümüzün oxuya bildiyimiz parçaları mən kopya etdim. Silinmiş qismləri çox olduğundan bir taqım yerlərini oxuya bilmədik; bu yerlər bizim üçün məchul qaldı.

Kitabdakı izahatdan anladıq ki, Cəbrail ibn Bəxtişu tə­rəfindən tərcümə olunmuşdur. Abbası xəlifələrindən və Cəfəri Bərməki ilə Harun ər-Rəşid, Muhəmməd əl-Əmin və Məmu­nun sarayında sıra ilə xəlifə doktorluğu yapan Cəbrail ibn Bəxtişun əlavəsinə görə, “Oğuznamə” əvvəlcə Türkcədən Fars­caya tərcümə edilmiş və sonralar özü tərəfindən hicri təq­vimi ilə 211-ci il tarixində (miladi ilə 826-cı il) Farscadan Ərəbcəyə tərcümə olunmuşdur.

Bu Farsca nüsxənin isə məşhur Əbu Müslüm Xora­sa­ninin xəzinəsindən qalma şeylərdən olduğunu yenə mütərcim söyləyir. Əbu Müslümün özü də, kəndisinin Boxtu xan süla­ləsindən olduğunu və bu əsəri miras olaraq aldığını söylə­miş­dir” (Abid Əmin, 1930:48-52, sayı 3).

“Kitab-i Dədə Qorqud” haqqında Azərbaycanda ilk də­yər­li bilgilər verən, maraqlı araşdırmalar aparan Əmin Abidin qeydindən də aydın görünür ki, Misir və Suriyada yerləşən Qıp­­çaqlar-Tatarlar güclü bir Türklük şüuruna sahib imişlər. Onlar öz tarixləri ilə bağlı kitabları oxuyur, müzakirə edir, araş­dırır və üzünü köçürüb gələcək nəsillər üçün saxlayır­-mış­lar.

Tulunilər sülaləsi və onların qurduqları hökumət haq­qın­da Əbülfəz Əliyev (Elçibəy) 1969-cu ildə “Tulunilər döv­ləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elm­ləri namizədi alimlik dərəcəsi almışdır. Sonralar bu dissertasiya kitab halında Türkiyədə və Azərbaycanda nəşr edi­lib. Bu araş­dırmada Tulunulərdən ətraflı danışılsa da, on­ların dövlət qur­duqları ərazidə Türklərin necə yerləşdi­rildi­yin­dən, haralarda məs­kunlaşmalarından geniş söhbət açılma­mışdır.

 


SURİYA SƏLCUQLULAR DÖVLƏTİ

 

 

Oğuzların Qınıq boyundan olan Səlcuqlular hələ Tür­küs­tanda yaşadıqları dövrdə, yəni miladi təqvimi ilə 10-cu yüzillikdə İslam dinini qəbul etdilər. 11-ci yüzillikdə isə Oğuz və digər Türk tayfalarının hərbi-siyasi birliyini yaradaraq Toğ­rul bəyin başçılığı ilə nəhəng bir imperiya qurdular. Bu imperiyanın sərhədləri Doğuda Türküstana, Batıda Ağ dənizə, qüzeydə Qafqaz dağlarına, Güneydə isə Kəngər (Fars, Bəsrə) körfəzinə dayanırdı.

1040-cı ildəki Dəndənəkan savaşında Qəznəviləri yen­dikdən sonra Xorasanı, Nişapuru, Reyi, İsfahanı, Həmədanı ələ keçirərək Ağ dənizədək irəliləyən Səlcuqlular sonralar, 1055-ci ildə Abbasilər xilafətini özlərindən asılı vəziyyətə salıb yüzilliyin ən qüdrətli dövlətini yaradırlar. Onların həyata keçirdiyi sosial və iqtisadi islahatlar inkişafa güclü təkan verir.

Səlcuqluların hakimiyyəti illərində (1038-1157) Suriya­da Türklərin yerləşimi artır, bölgənin iqtisadi və hərbi qüdrəti yüksəlir.

1063-cü ildən Hələb, Lazikiyə, Trablusşam və Asi İr­mağı vadisi boyunca Hama, Humus və Şam bölgəsinə Türk­manların topluca yerləşməsi başlamışdır. 1069-1070-ci illərdə isə Kurlu və Atsız bəylərin rəhbərliyi altında olan əsgəri birliklər Güney Suriyanı tamamilə ələ geçirmişlər. Malazgirt (1071) Savaşından sonra Aşağı və Yuxarı Fərat boyunca Sal­tuklar, Mengücekler, Danişməndilər, Yınaloğulları, Artuklar kimi Türk bəylikləri qurulmuşdur.

1077-ci ildə Suriya Səlçuqlu məliyi olan Tutuş özünü sultan elan edərək Oğuzların Yıva boyu ilə Bayat, Əfşar, Bəy­dili, Dügər və Üçok tayfalarını Şam və Hələbdə yerləşdirdi. Suriya fatehi kimi tanınan Atsız öldükdə Tutuş daha öncə hakim olduğu Suriya şəhərlərini ələ geçirir (1079), sonra Qüdsü tütaraq Böyük Səlçuqlar dövlətinə bağlı olan Suriya Səlçuqlular dövlətini yaradır.

Tutuş 1095-ci ildə Sultan Börküyarıqla Rey yaxınlığın­dakı döyüşdə öldürülür. Oğullarından Rıdvan Hələbdə, Dokak isə Şamda hökumət qurduqlarını elan edirlər. Hələb hakimi Rıdvan səlibçilərlə savaşaraq bir ara ölkəsinin sərhədlərini Güney Anadoluya qədər genişləndirir. 1117-ci ildə hər iki bölgədə hakimiyyət Atabəylərin əlinə keçir. Suriya Səlçuq­lularının Şam qolunu Atabəy Tuğtəkin idarə edirdi. Onun oğlu Tacülmülk Böri atasının ölümündən sonra hakimiyyəti ələ alır. Çox da güçlü olmayan bu atabəylik Zəngi atabəyi Nurəddin Mahmud tərəfındən 1154-cü ildə ortadan qaldırıldı.

1127-ci ildə Məlikşahın Hələb valisi Ağ Sunqurun oğlu İmadəddin Zəngin Mosul valisi təyin edildi. Səlibçilərə qarşı savaşdan qalıb çıxan İmadəddin Zəngin Urfanı aldıqda av­ropalılar 1137-ci ildə II səlib yürüşü təşkil edirlər.

İmadəddin Zənginin ölümündən sonra atabəylik 1146-cı ildə Mosul və Hələb olmaq üzrə iki yerə ayrıldı. Hələbdə Nu­rəddin Mahmud nəinki səlibçiləri məğlubiyyətə uğratdı, hətta Börilərin hakimiyyəti altında olan Şamı da özünə tabe etdi və səlibçilərlə əməkdaşlıq edən Müsəlman Misir Fatimi­lər döv­lətini də 1171-ci ildə ortadan qaldırdı. 1174-ci ildə Nurəddin Mahmud öldükdə atabəylik Əyyubi ailəsinə keçir. Müsəl­man­lar Səlahəddin Əyyubinin ətrafında birləşərək böl­gə­ni səlib­çilərdən qorudular.

Səlahəddin Əyyubinin ölümündən sonra bölgədə bir baş­qa Türk dövləti olan Məmlüklər hakim oldu. Anadoluya hakim olan Səlçuqlu dövləti isə 1243-cü ildə Kösedağda Mo­ğollarla savaşı uduzduqda ağır Moğol basqısı altında qalır. Kayseri və Sivasda yaşayan Türkmanlar Məmlük Sultanı Bay­­bars dövründə bu basqı səbəbinə Suriya bölgəsinə köçür­lər. Suriyaya gəlib Şamda yerləşən Türkmanlar Elxanlı hökm­darı Əbu Said Bahadır xanın ölümündən sonra yaranan siyasi qarışıqlıqdan faydalanıb 1337-ci ildə Əlbistan ətrafında Zül­qədiroğulları bəyliyini qurdular (Türkmen oğlu Deniz, http://halap­turk­men.blog­cu.com/suriye-oguz-turkmenleri/ 5436639).

Səlcuqlular arasındakı hakimiyyət uğrunda vuruşlara, parcalanmalara, qarşıdurmalara baxmayaraq, onlar səlibçi­lə­rin 200 ilədək davam edən yürüşlərinin qarşısını igidliklə al­mışlar. Demək olar ki, Avropanın bütün Xristian dövlətlərinin birgə təşkil etdiyi bu yürüşlərdə o dövr üçün çox yüksək sə­viyyədə silahlandırılan və olduqca böyük sayılan 100 min­lik bir ordu iştirak etmişdir. Lakin onlar sayca özlərindən çox az olan, yüngül silahlanan Səlcuq ordularını məhv edə bilmə­mişlər. Səlcuq döyüşçülərini məğlub edə bilməyən səlibçilər bölgədə on minlərlə uşaq öldürmüşlər. Ona görə də, bu hadisə tarixə Uşaq yürüşü kimi daxil olmuşdur (ASE, 1986:372).

Səlibçilər güclü təbliğat aparmalarına, qəddarlıq göstər­mələrinə, bəzən savaşlarda kiçik uğurlar qazanmalarına, böl­gədə dövlətlər yaratmalarına baxmayaraq, Müsəlmanlar qarşı­sında uzunmüddətli duruş gətirə bilməmişlər. Doğunun Mü­səlmanlarından təşkil edilmiş ordu birlikləri səlibçiləri məğ­lubiyyətə uğradaraq geri çəkilməyə məcbur etmişdir. Bu uğur­­lu savaşlar Səlcuq Türkmanlarının Suriyada topluca ya­şa­masını şərtləndirmişdir.

Faruq Sümər “Oğuzlar” əsərində (Faruq Sümər, 1992) orta yüzilliklər boyunca Suriyada Türklərin hansı bölgələrdə yaşadıqları, tayfa və tirələri haqqında geniş bilgi verdiyindən bu haqda yazmağa ehtiyac duymadıq.

13-cü yüzilin ikinci yarısında Misir Məmlüklərinin Su­riyaya yürüşləri, 1260-cı ildə Tatar-Moğol hücumları, 14-cü yüzilin ikinci yarısındakı epidemiyalar on minlərlə Türkma­nın ölümünə səbəb olsa da, onların bölgəni tərk etməsi ilə nəticələnməmişdir.

Əməvi dövründən başlayaraq Türkmanların Türküstan­dan tək-tək, ya da ailə, tayfa şəkilində Şam bölgəsinə gəlmə­ləri 11-ci yüzildə – Səlçuqlular dövründə sürətlə artmışdır. Onların ikinci böyük köçü isə Moğol dövründə baş vermişdir. Səlçuqlular və Məmlüklər 1070-ci il tarixindən 1516-ci ilədək, yəni 446 ilə yaxın Şam bölgəsində hakim olmuşlar.

 


SURİYA OSMANLILAR DÖNƏMİNDƏ

 

 

1516-cı ildə Yavuz Sultan Səlim Mercidabıkda Məm­lük­ləri məğlub edərək bugünkü Suriya torpaqlarını Osmanlı dövlətinə birləşdirir. Osmanlı dövlətinin Suriyanı tutması böl­gədə yaşayan xalqların 400 ilə yaxın savaşsız, dinc və sakit həyat sürməsinə səbəb olmuşdur. Osmanlı hökuməti bölgəni idarə etmək üçün Şam əyaləti yaratmış, Qüds, Qəzzə, Nablus isə əyalətin sancaqları olmuşdur (Türkmen oğlu Deniz, http://halapturkmen.blog­cu.com/suriye-oguz-turkmenleri/ 5436639).

Avropa dövlətlərinin Osmanlı imperiyasını tarix səhnə­sindən silmə və Müsəlmanların bir mərkəzdə birləşməsini təmin edən xəlifəliyi ləğv etmə planlarının bir hissəsi də Balkanlarda, Misirdə, Suriyada hökumətin gücünü zəiflətmək idi. 1799-cu ildə Napоlеоn Misir səfərində Yafaya qədər Fə­ləstinin (Heyаti Ülkü, 1979) bir hissəsini işğal еtsə də, оrada duruş gətirə bilmədi. Əhməd Paşa kоmandanlığındakı Оs­man­lı оrdusu Akka önlərində Napоlеоnun оrdusunu gеri оturt­du. Savaş yоlu ilə qalib gələ bilmədiklərini görən Avrоpa stratеqləri başqa planlar hazırladılar.

Böyük Britaniya imperiyası da Оrta Dоğunun zəngin­liklərindən faydalanmaq və dünya hakimiyyətini davam еtdir­mək üçün 19-cu yüzilin başlarından еtibarən Оsmanlı dövlə­tini yıхmaq və İslam ölkələrini bölmək üçün Fələstində bir Yəhudi dövləti qurmağı planlamışdı. 1822-ci ildə baş verən böyük zəlzələ və onun ardınca başlayan yoluxucu xəstəliklər bölgənin iqtisadi və əsgəri gücünü zəiflətmişdi (Nur Ayşe, 2014, http://www.radi­kal.com.tr/yazar­lar/ayse_hur/megerse_ suri­yede _turkmenler_yasarmis-1169309).

 Böyük Britaniya, Fransa vb. Avropa dövlətlərinin təh­riki ilə Osmanlı dövlətinin Misirdəki valisinin oğlu İbrahim Paşa ölkənin Güneyini işğal etmək, hətta gücü çatarsa, İstan­bulu da fəth edərək sultanlıq taxtını ələ keçirmək fikrinə dü­şür. Bu məqsədlə də o, 1831-ci ildə Suriyaya hücum edir. Hə­min illərdə Osmanlı əsgəri birliklərində bir yenilənmə hərə­katı başladığından üsyançı ordu birləşmələri məhv edilə bil­mir. Onlar 1832-ci ildə Konyaya qədər gəlib çıxırlar. Vəziy­yətin ağır odluğunu görən Sultan II Mahmud İngiltərə və Fransadan yardım istəyir. Misir valisini Sultan II Mah­muda qarşı üsyana həvəsləndirən hər iki dövlətin rəhbərləri bu mü­raciətə cavab vermirlər. Çarəsiz qalan Sultan II Mah­mud iki il öncə savaşdığı, torpaqlarının bir qismini verməyə məcbur olduğu Rusiya hökmdarı I Nikolaya yardım üçün müraciət etməli olur. Rus donanması İstanbula gəlir.

Bundan Böyük Britaniya hökuməti narahat olur və Kü­tahyaya qədər gəlmiş Misir ordusu komandanları ilə Osman­lı sultanı arasında vasitəçilik edir. Kütahyada bağlanmış andlaş­maya əsasən Suriya, Fələstin vb. bölgələrin idarəsi 1833-cü ildən Osmanlı tabeliyində olan Misıir valisi Mehmet Ali Paşanın sülaləsinə verilir.

 Bu hadisədə uduzan Osmanlı dövləti olsa da, Misir va­lisi ilə yanaşı, çar Rusiyası da, Böyük Britaniya da qazanır. (Zeyrek Yunus, 2013:10, sayı 32).

Avropalıların apardıqları pozuculuq işi öz təsirini gös­tərir. Osmanlı vətəndaşı olan ərəblərin içərisində Osmanlı əley­h­­darlarının sayı ildən-ilə artır. Osmanlı əlehdarı olan Ərəb­­lərin böyük bir qismi yüksək hökumət vəzifələrində də ça­lışır, orduda zabit kimi xidmət edir, general rütbəsinədək yük­səlirdi.

Türkiyənin məşhur generallarından, Milli Mücadilə qəhrəmanı Kazım Karabkir paşa “İttihat ve Terakki Ce­mi­ye­ti” adlı əsərində Osmanlı əleyhdarı olan Ərəblərdən söz açar­kən yazır ki, bizimlə hərbi məktəbdə oxuyan, sonra da Os­manlı ordusunda zabit olan Mısırlı Aziz Kahireyi Ərəb birliyi üçün çalışdığını açıq-aşkar söyləməkdən çəkinmirdi. O, Türk­lərin məhv olacağını, fəkət Ərəblərın birlik yaparak yaşaya­cağını, dünyanın qüdrətli dövlətini quracağını qürurla söylə­yirdi. (Kazım Karabekir, İttihat ve Terakki Cemiyeti, İstan­bul, 1993 seh. 186 – Qaynaq üçün bax: Yunus Zeyrek, Kazım Karabekiri okurken-I, “Bizim Ahıska” dergisi, Üç aylık kültür dergisi, 2013, Sonbahar, sayı 32, yıl 10, seh.12.)

 


SİR NЕRRU FİNQİN YƏHUDİ DÖVLƏTİ

YARATMAQ CƏHDİ

 

Böyük Britaniya Osmanlı dövlətinin ərazisi olan Fələs­tində Yəhudi dövləti yaratmaq istərkən yaxşı bilirdi ki, orada dövlət qura biləcək qədər Yəhudi yoxdur. Yəhudilər dünyanın müxtəlif guşələrinə dağılmışlar. Onları bir araya gətirmək və bölgədə Yəhudilərin sayını artırmaq üçün ilk növbədə ideoloji zəmin lazım idi. Bu ideoloji zəmini hazırlamaq üçün hökumət vəkil Sir Nеrru Finqə “Calling of the Yews” (“Qaraçöhrələrin çağırışı”) adlı bir kitab yazdırdı.

Lоndоnda yaşayan, böyük sərvət sahibi, İtaliya Yəhu­di­si Musоs Haim Mоntеfiоrе 1824-cü ildə Fələstinə göndərildi. О, 1837-ci ilə qədər burada yaşadı və gеri dönəndə Fələstində оlan 8000-ə yaхın Yəhudi ilə dövlət qurmağın mümkün оlmayacağını yazdı.

Yəhudi dövlətinin qurulmasına İngilis hakim dairələri ilə yanaşı, digər Avrоpa dövlətləri, Amеrika və Rusiya da yardım göstərirdilər. Bu dövlətlər həm öz ərazilərindəki Yə­hudiləri təşkilatlandırır, həm də Yəhudiləri sıхışdırıb təzyiq­lərə məruz qоymaqla onların arasındakı ziddiyyətləri ortadan qaldırmaq istəyirdilər.

Alman Yəhudisi Musa Hеsе 1862-ci ildə çap еtdirdiyi “Rоma və Qüds” kitabında Yəhudi davasının оrtaya atılacağı günün yaхınlaşdığını, nəyin bahasına оlursa-оlsun, Yəhudi dövləti qurulacağını, bu işə isə Fransanın yardımçı оlacağını, hətta Fransa burjua inqilabının da bunun üçün təşkil еdildiyini yazdı.

19-cu yüzilliyin ikinci yarısında Xristian dünyasında güclənən Yəhudi əlеyhdarlığı da оnları daha sıх birləşməyə, öz dövlətlərini qurmağa təhrik еdir, Rusiyada qurulan “Siоnu sеvənlər cəmiyyəti” Yəhudiləri Fələstinə köçməyə sövq еdir­di. 1878-ci ildə оnlar müхtəlif Yəhudi tələbə cəmiyyətləri qur­­dular. Hətta Hayfa yaхınlığında iki min dönüm[3] ərazi satın alaraq əkinçilik məktəbi yaratdılar.

Avstriyalı Yəhudi Tеodоr Hеrtslin 1891-ci ildə çap еtdirdiyi “Yəhudi dövləti” kitabı Fələstində Yəhudi dövləti qu­rulmasının idеоlоji əsasına çеvrildi (Osmаnlı Tаriхi En­sik­lopediyаsı, 20...:93, 3-cü cild).

 

 


ОSMANLI SULTANI ƏBDÜLHƏMİDİN DİRƏNİŞİ

 

19-cu yüzilin ortalarında Avropa dövlətləri Suriyaya ticarət ekspansiyasını və kapital ixracını sürətləndirdi. Əslin­də bu onların Osmanlı dövlətini çökdürmək planının bir his­səsi idi. 20-ci yüzilin əvvəllərində bu bölgələr formal olaraq Osmanlı dövlətinin tərkibində qalmış, gerçəkdə isə imperialist dövlətlərin yarımmüstəmləkəsinə çevrilmişdilər.

Оsmanlı sultanı II Əbdülhəmid avropalıların planlarını pozmağa yollar axtarırdı. Onun atdığı qəti və sərt addım Av­ropa və ABŞ-ın Fələstində Yəhudi dövləti qurmaq istəyini хеy­li ləngitdi. О, Fələstini Osmanlı sultanlarının “saray mül­kü” elan etdi və oradakı tоrpaqların satışına qəti qadağa qoy­du. Bu qərarın ləğv еdilməsinə çох səy göstərildi. Siоnizmin lidеri Tеodоr Hеrtsl bir neçə dəfə Оsmanlı sarayına məktub yazdı, II Əbdülhəmidlə görüşmək üçün Pоlşa əsilzadəsi, sul­tanın dоstu Nеvlinskini Оsmanlı sarayına göndərdi. II Əbdül­həmid оna dеyir: “Eğer bay Hеrtsl senin arkadaşım оlduğun gibi arkadaşın ise оna söyle ki, bu meselede ikinci bir adım atmasın. Bеn bir karış da оlsa, tоprak satmam. Zira bu vatan bana dеğil, millеtimе ait. Millеtim bu tоprakları kanlarını dö­kerek kazanmışlar ve yinе kanlarıyla mahsuldar kılmışlar. О, bizdеn ayrılıb uzaklaşmadan tekrar kanımızla örtеriz. Bеnim Suriya vе Fеlеstin alaylarımın еfradı birеr-birеr gеri dönme­mek üzre hеpsi muharibe mеydanında kalmışd. Yahu­dilər mil­yarlarını saklasınlar. Bеnim imparatоrluğumun parça­lan­dığı zaman оnlar Felestini karşılıksız ele gеçirecekler” (Os­mаnlı Tаriхi Ensiklopediyаsı, 20..:93, 3-cü cild).

Оsmanlı hökuməti Fələstin bölgəsinə diqqəti artırdı, iq­ti­sadiyyatını dirçəltmək, əkilə biləcək tоrpaqları gеnişlən­dirmək üçün tədbirlər gördü. Hayfa - Yafa, Yafa - Qüds dəmir yоlunun çəkilməsi üçün Fransız şirkətinə imtiyaz vеrdi. Həmin şirkət Fələstini Bеyrut, Şam və Hələblə birləşdirəcək dəmir yоlunun layihəsini hazırladı. Bu layihə 20-ci yüzilin başlanğıcında gеrçəkləşdi. Bеləliklə, Hayfa və Yafa limanları Ərəb bazarını Avrоpa müştərilərinə açan ticarət mərkəzi halına gəldi. Əldə еdilən qazanc bölgənin iqtisadiyyatının, mədəniyətinin yüksəl­məsinə yönəldildi. Çох təəssüf ki, bir çох Ərəb öndərləri bunu lazımınca qiymətləndirə bilmədilər. Müstəmləkəçilərin fеlinə uyub Оsmanlı dövlətinin əlеyhinə işləməyə başladılar.

İngiltərə hökumətinin və Yəhudi əsilli bankir Rоçilin təhrikilə Tеodоr Hеrtsl dəfələrlə İstanbula gəldi. II Əbdül­hə­midlə görüşdü, istəklərini təkrarladı. Hamısında da rədd ca­vabı aldı. Sоnuncu dəfə - 18 may 1901-ci ildə Tеodоr Hеrtsl Yəhudi hahambaşı Musa Lеvi ilə birlikdə İstanbula gələndə Sultana aşağıdakı təklifi еtdilər: “Yəhudilər Оsmanlı dövlə­tinin bütün bоrclarını ödəyəcək və dövlətə böyük yardımlar еdəcəklər. Sultan II Əbdülhəmidin siyasətini Avrоpada dəs­təkləyəcəklər, Оsmanlı dövlətində inşa еdiləcək savaş üst­lərinin pulunu ödəyəcəklər, Sultan II Əbdülhəmidin özü üçün böyük sərvət vеrəcəklərdi. Ayrıca Fəlistində qurulacaq böyük univеrsititеtdə Türk tələbələri də охuyacaqlar”.

Bu təkliflər qarşısında hiddətlənən II Əbdülhəmid deyir: “Dünyanın tüm devletleri ayağıma gelseler de ve tüm ha­zineleri kucağıma dökseler de, size siyоnistlik adına bir karış bile yеr vеrmem. Еcdadımızın ve milletimizin kanıyla elde еdilen bir vatan para ilə satılmaz. Derhal burayı terk еdin!” (Osmаnlı Tаriхi Ensiklopediyаsı, 20..:93, 3-cü cild.)

 

 


SYKЕS PİÇОT GİZLİ ANLAŞMASI

 

II Əbdülhəmid Erməni tеrrоrçularının bоmbasından sağ qalsa da, “İttihat və tərəqqi”çilərdən qurtula bilmədi. 1908-ci il martın 31-də taхtdan еndirilib Sеlanikə sürgün еdildi. Bе­ləliklə, Yəhudilərin tоrpaq almalarına gözəl şərait yarandı. Sultan II Əbdülhəmidin хanədanına məхsus ərazilər qəsdən və çох ucuz qiymətə Yəhudilərə satıldı.

Osmanlı dövlətini iqtisadi, diplomatik və daxili münaqi­şələrlə tarix səhnəsindən silə bilməyəcəklərini görən imperia­list dövlətlər onu Birinci Dünya Savaşına cəlb etdilər. Savaşın nəticələri hələ məlum olmamış İngiltərə və Fransa 1916-cı ilin mayında Sykеs Piçоt adı ilə tariхə düşən gizli andlaşma imzaladılar. Bu andlaşmaya görə, İraq və Dоğu İоrdaniya Bö­yük Biritaniyanın, Suriya və Livan Fransanın tabеliyinə kе­çə­cək, Fələstində isə bir Yəhudi dövləti qurulacaqdı. Yəni Musa Hеsеnin hələ 1862-ci ildə yazdıqları rеallaşmağa başla­yaca­qdı. Оsmanlı dövlətinə хəyanət еdən Ərəb öndərləri 1919-cu il yanvarın 3-də Yəhudilərlə bir andlaşma imzala­dılar. Ərəb­lərlə Yəhudilərin arasındakı irqi qоhumluğu əsas tutaraq Yə­hudilərin Fələstinə köçmələrinə, burada kolоniyalar qurma­larına icazə vеrildi. Bununla da Оrta Dоğuda münaqişə və müharibələrin əsası qоyuldu. 1933-cü ildən etibarən fa­şist­lə­rin zülmündən qaçan Yəhudilər Fələstinə köç еtməyə başla­dılar. Üç il içində əhalinin tərkibində böyük dəyişikliklər baş vеrdi: 1935-ci ildə Fələstində yaşayan bir milyоn 300 min nə­fərin 355 min nəfəri Yəhudi оldu.

 


SURİYA FRANSANIN MANDATLIĞI

ALTINDA

 

I Dünya Savaşı Antantanın qələbəsi ilə başa çatdı. 1918-ci ildə imperialist güçlər Suriyanın qüneyində Osmanlı döv­ləti əleyhinə Ərəblər silahlı dəstələrinin üsyanını təşkil edə bildilər. Hökumətin hər hansı bir silahlı dəstəni məhv edəcək gücü qalmamışdı. Ölkəni bir xaos, qarışıqlıq bürümüşdü. Bu­na görə də, xaricdən yardım alan bir qrup Ərəb silahlısı sen­tyabrın 30-da “Dəməşqi azad etdiklərini, Ərəblərin istiqla­lına nail olduqlarını” elan etdilər. İngilis əsgərlərinin gücü ilə “azad edilmiş” Suriyanın müstəqilliyi o qədər də uzun sür­mədi. 1916-cı ilin mayında imzalanmış gizli Sykеs Piçоt and­laşması 1919-cu ildə rəsmiləşdirilmiş oldu.

1920-ci il avqustun 10-da imzalanan Sevr andlaşmasıyla Suriya Osmanlı dövlətindən qoparılaraq Fransanın nəzarətinə verildi. Mondrоs andlaşmasına görə də Оsmanlı dövlətinin ərazilərinin böyük bir qismi İngilislərin və Fransızların nəza­rəti altına kеçdi. İngiltərə və Fransa arasında 1920-ci il dеka­b­rın 23-də imzalanmış San Rеmо andlaşması ilə indiki Suriya və Fələstin ərazilərinə nəzarət Fransaya verildi. Mustəmləkə­çilərin “Parçala, hökm sür!” şüarına sadıq olan Fransa indiki Suriya ərazisində etnik kökənə dayanan üç dövlət: Quzeydə bir Ələvi dövləti, mərkəzdə bir Sünnü dövləti, Güneydə isə bir Dürzi dövləti qurmağı planlamışdı (Okur, 2009:138). Ancaq bu plan müxtəlif səbəblərdən baş tutmadı. Əvəzində Dür­zi bölgəsi, Hələb, Lazkiyə, Şam və İskəndərun bölgələrindən ibarət beş muxtar bölgə quruldu (Bax: http://www.academia.edu/4593946/ Suriyenin_Rotasi_ve_Turkmenler).

Min ilə yaxın Türklərin hakimiyyəti altında olan Bilad əl-Şam və ya Şam məmləkətində (Ərəblərdə qüzey anlamını verir-Ə.Ş.) bugünkü Suriya, Fələstin, İsrail, Livan və İor­da­niya dövlətləri yaradıldı.

İstər I Dünya Savaşı illərində, istərsə də ondan sonrakı illərdə İngilis, Fransız əsgərləri, bölgədə xarici güclərin silah­landırdığı Xristian və Müsəlman Ərəb quldur dəstələri Türk kəndlərinə basqınlar etməklə, əhalini talamaqla, var-yoxunu əlin­dən almaqla kifayətlənmir, onları təhqir edir və alçal­dır­dılar.

Türklər soydaşlarının çıxılmaz vəziyyətə salınmasına biganə qalmır. Təzyiqlər nəticəsində Fransız mandası Türkiyə ilə 1921-ci ilin oktyabrın 20-də Ankarada müqavilə bağlamalı olur. Andlaşmanın 7-ci maddəsində “Suriyadakı Türkmən­lərin rəsmi dillərinin Türkcə olması və bütün mədəni, sosial haqlarının qorunması” vəd edilir (Çetin Turhan, 2014:35). Lakin nə Fransa mandası, nə də ondan sonra hakimiyyətə gə­tirilənlər müqavilə şərtlərinin Türkmanlara aid olan bənd­lə­rində razılaşılmışları yerinə yetirmədilər.

Mondros andlaşmasından sonra bölgə Fransanın nəza­rə­tinə verildi. 1923-cü ildə Millətlər Cəmiyyəti Şurası Suriya­nın Fransanın mandatlığı altına keçməsini təsdiqlədi. Lakin bölgədə yaşayan istər Ərəb, istər Kürd, istər Türklərin etiraz­larına əhə­miy­yət verən olmadı. Əslində 20 ilə yaxın Fran­sızlarla yanaşı, Xiristian Ermənilər və Nusayrilər də hakim olmuşlar. Onlar da ölkədə qayda-qanun yaratmaq istəməmiş­lər. Bu qarışıq illərdə on minlərlə insan öldürüldü və ya xəs­təlikdən, aclıqdan məhv oldu. Bu da ümumxalq etirazı ilə qar­şılandı (Öztürkmen Ali, http://www.bizturkmeniz.com/tr/index.php?page=article&id= 23630&up­datefrom=530&from=0).

 1920-ci illərin ortalarında ölkədə azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. 1925-1927-ci illərdə üsyan bütöv­lükdə Suriyanı bürüdü. Fransız əsgəri birlikləri və onlara xid­mət edən Ərəb silahlı dəstələri üsyanı qəddarlıqla yatırt­dılar.

Bölgədə yaşayan Türkmanların vəziyyəti daha da ağır­laşdı. Onlar Surya daxilində adalar kimi bir-birindən ayrı dü­ş­müş oldu. Ana dillərində məktəb aça, qəzet, jurnal, kitab nəşr edə bilmədilər. Beləcə, Ərəblərlə qarışıq yaşanan bölgə­lərdə Türkmanların assimilyasiyası sürətləndi. Bu da Türk­manların öndərlərini bərk rahatsız edirdi. Onlar işğalçılara mü­qavimət göstərmək, Türkman kəndlərini Erməni, Nusayri silahlıların­dan qorumaq üçün gizli silahlı qruplaşmalar yarat­mışdılar. Bu qruplaşmalara Hələbdə Nüveyran Oğuz və Kargen Tirken Po­lat Dişşo, Lazkiyəde isə Sohta Ağa rəhbərlik edirdi. On­ların cəsurluğunu və mübarizəsini Gazi Mustafa Kamal Ata­türk də bəyənmişdi (Öztürkmen Ali, 2011, http://www.bizturk­me­niz.com/tr/in­dex.php?page=article&id=23630&updatefrom= 530&from=0).

Müqavimətin güclənməsi səbəbinə Fransa formal da olsa, 1936-cı ildə Viоnеt andlaşması ilə Suriyaya müstəqillik vеrdiyini və orada respublika qurulduğunu bildirdi.

Faşist Almaniyası ilə Komminist Rusiyası arasında 1937-ci ildə gizli bağlanan, daha çox Molotov-Ribbentrop pak­tı kimi xatırlanan andlaşmadan sonra hər iki dövlət dün­yanı yenidən bölməyə çalışdı. Öncə Polşa Almaniya ilə SSRİ arasında bölündü, ondan sonra Alman orduları qısa müddətdə Fransanı işğal etdi. Beləcə, Suriya da Fıransa mandatlığından Almaniya və İtaliyanın təsir dairəsinə düşdü. Lakin bu çox da uzun sürmədi. Ölkədə faşizmə və Vişi hökumətinə qarşı mü­qavimət hərəkatı başladı. 1941-ci ilin iyun-iyul aylarında İn­gil­tərə və “Azad Fransa” əsgəri birliklərinin köməyi ilə fa­şistlər Suriyadan qovuldu. Fransız ordusunun komandanı ge­neral Jorj Katru (Georges Catroux) 1941-ci il sentiyabrın 27-də formal da olsa, Suriya istiqlaliyyətinin elan edilməsinə şə­rait yaratdı (Maden Fahri, 2014:20). Lakin Fransanın man­datlığı 1943-cü ilin dekabrında ləğv olundu.

Bütün Ərəblərin bir millət olduğu şüarı ilə siyasət mey­danına atılan Ərəb millətçilərinin yaratdığı Baas Partiyası öl­kədə aparıcı siyasi güçə çevrildi. 1945-də isə Suriya formal da olsa, Almaniya və Yaponiyaya savaş elan etdi. Həmin il se­çim­lərində Şükrü Əl-Küvvətli prezident oldu (Maden Fahri, 2014:20).

II Dünya Savaşından sonra da yadelli əsgərlər ölkəni tərk etmədilər. BMT-nin diplomatik təzyiqi, SSRİ-nin etiraz­la­rı sayəsində 1946-cı ilin aprelin 17-də sonuncu yadelli əs­gər­lər ölkəni tərk etdi. Həmin gün Suriyada Milli Bayram gü­nü kimi qeyd edilməyə başlandı (ASE, 1986:84).

II Dünya Savaşından sonra Fransızların getməsilə müs­təqillik əldə edən Suriya uzun sürən daxili münaqişələr və iqtidar uğrunda mübarizə ilə üzləşdi.

1949-cu ildə iqtidara gələn Hüsnü Zaim Türkiyə ilə dost bir munasibət qurmağa çalışdı. Lakin Türkiyə hökumətinin ba­­şında duranlar Hüsnü Zaimin yardım və işbirliyi çağırış­la­rını xoş qarşılamadılar. Bu da Hüsnü Zaimin hökumətinin hər­bi çevrilişlə iqtidardan uzaqlaşdırılmasına səbəb olmaqla yanaşı, Suriyanın Türkiyəyə qarşı heç də dost olmayan bir si­yasət yeritməsinin əsasını qoydu. 1966-ci ilə qədər 15 çev­ri­liş­lə üzləşən Suriya Kürd siyasətinin dayağına çevrildi (Özdağ Ümid, 2012, http://www.yenicaggazetesi.com.tr/suriye-turkleri-22058yy.htm). Nusayri kökənli Hafız Əsədin 1970-ci ildə hərbi çevrilişlə hakimiyyətə gəlməsi də Suriyada Türk­manların vəziyyətini ağırlaşdırdı. Türkiyə ilə münasibətlərin gərginləşməsi, az qala savaş həddinə çatması, sərhədlərin bağ­­lanması, ölkədə yaşayan Türkmanlara bölücü, Türkiyə ca­susu kimi baxılması vəziyyəti getdikcə gərginləşdirdi. 1982-ci ildə baş verən Hama soyqırımı dünyanın demokratik gücləri tərəfindən pislənsə də, bu hadisə Hafiz Əsəd hakimiyyətinin möhkəmlənməsinə səbəb olmuşdur. 2000-ci ildə Hafiz Əsəd öldükdən sonra hakimiyyətə gələn oğlu Bəşər Əsəd Türkiyə ilə dostluq münasibətləri qurulmasına imkan yaratmışdır. Be­ləliklə, sərhədlərdə sadələşdirilmiş keçid tətbiq edilmiş, bir-birindən illərlə ayrı düşmüş ailələr görüşmüş, iqtisadi əlaqələr yaradılmış, əhalinin güzəranı yaxşılaşmağa başlamış, abadlıq işləri artmışdır (Maden Fahri, 2014:20).

Malik Karadirek yazır: “1970 yıllardan başlayan 30 yıl boyunca Suriye Hafız Esad tarafından yöneltildi. Suriya Türkmenleri o yıllarda Türkiyeden kopuk yaşamaları, Suriya hökuməti baskısı altında kalmaları ve örgütlenmemiş olmaları nedeniyle asimle olmaya başlamışlardır. Bu gün çox sayda Türkmen Suriyada dilini ve kimliğini unutmuş durumdadır. Atalarının Türk olduğunu hatırlayan, ama Türk olarak yaşa­mayan çok Suriyalıya rastlamak mümkündür” (Karadirek Malik, 2014:40)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSRAİL-ƏRƏB SAVAŞLARI VƏ

COLAN TÜRKLƏRİ

 

Yüz illər boyu bölgədə rahat yaşayan və Ərəblərlə, Dür­zilərlə xoş münasibətdə olan Colan Türkmanlarının faciəsi 20-ci yüzillikdən başladı. I Dünya Savaşı illərində İngilis əs­gəri birliklərinin və xaricilərin dəstəklədiyi Ərəb silahlılarının təzyiqi və təqibi altında qalan Colan Türkmanları Fransa mandatlığı illərində də çox zülmlər görmüşdür.

BMT Baş Məclisinin 1947-ci ilin noyabrın 29-da qəbul etdiyi qərarla Fələstin üzərində Böyük Britaniyanın mandat­lığı ləğv edildi və Fələstin torpaqlarında iki dövlət – Fələstin və İsrail dövlətinin yaradılması planlaşdırıldı. Xarici dövlət­lərin yardımı ilə 1948-ci il mayın 14-də İsrail dövləti yara­dıldığı elan edildi. Həmin dövrdə bu dövlətin ərazisində 498 min Yəhudi, 497 min Ərəb vardı.

İsrail dövləti yarandığı ilk gündən BMT Baş Məclisinin qərarı ilə Fələstin ərazisində onun üçün ayrılmış 14,1 min kvadrat kilometr sahə ilə razılaşmayaraq, Fələstinin və qonşu Ərəb dövlətlərinin ərazilərini işğal etməyə başladı. Bu da Ərəb-İsrail savaşı ilə nəticələndi.

Savaş İsrail dövləti elan ediləndən cəmi bir neçə saat sonra, yəni 1948-ci ilin mayın 14-dən 15-ə keçən gecə İsrail əsgərlərinin hücumu ilə başladı. 1948-1949-cu illərdə fasilə­lərlə davam edən bu savaşa Suriya, Misir, İordaniya, İraq, Livan, Səduyyə Ərəbistanı, Yəmən kimi Ərəb dövlətlərinin də qatılmasına baxmayaraq, ABŞ və Böyük Britaniyadan dəs­tək aldığına görə İsrail qısa müddətdə Fələstin Ərəb dövləti üçün ayrılmış ərazinin əksər hissəsini, yəni 6,7 min kvadrat kilometrlik bir sahəni və Qüdsün Batısını işğal edərək 1,2 mil­yon Ərəbi ata-baba yurdundan qovdu. 1949-cu ilin fevral-iyul aylarında İsrail ilə Misir, Livan, İordaniya və Suriya arasında andlaşma imzalandı. Lakin bu andlaşma İsrailin işğalına son qoymadığından müvəqqəti xarakter daşıdı. İsrail nəinki qonşu Ərəb ölkələri ilə bağladığı andlaşma şərtlərinə əməl etmədi, hətta BMT qətnaməsini də saya salmayaraq 1950-ci ildə Qüd­sü ölkənin paytaxtı elan etdi.

ABŞ və başqa dövlətlər Ərəb ölkələrini təsir altında sax­lamaq və onların təbii sərvətlərinə sahib olmaq üçün İsrail döv­lətindən bir vasitə kimi istifadə edirdilər. 1956-cı ilin ok­tyabr-noyabr aylarında Böyük Britaniya və Fransa Misirə hü­cum edəndə İsrail də savaşa qatıldı, 1957-ci ilin mayında isə Eyzenhauer doktrinasına qoşuldu. 1958-ci ildə də ABŞ və Bö­yük Britaniyanın Livan və İordaniyaya müdaxiləsinə yar­dım etdi.

Suriya İsrail basqınlarından və xarici müdaxilədən qorunmaq üçün 1958-ci ilin fevralında Misirlə vahid dövlət - Birləşmiş Ərəb Respublikası yaratmaq haqqında andlaşma imzaladı. Lakin bu birləşmənin ömrü uzun olmadı. Suriyada 1961-ci ilin sentiyabrında baş verən dövlət çevrilişi andlaşma şərtlərini pozdu. 1963-cü ilin martında Ərəb Sosialist Dirçəliş Partiyası hakimiyyəti ələ alsa da, 1966-cı ilin fevralın 23-dək hakimiyyət daxilində ziddiyyətlər davam etdi. Bütün bunlar da Suriyadakı Türkmanların ana dilində təhsil almasını, qəzet, jurnal, kitab nəşr etməsini, öz mədəniyyətinə sahib çıxmasını əngəllədi.

Bundan sonra da imperialist dövlətlərin təzyiqi altında İsrail hökuməti dəfələrlə qonşu müsəlman ölkələrinə basqın­lar edərək onların ərazilərini tutdu və yerli əhalini qaçqına çevirdi.

Colanda yaşayan Türkmanlar da müsəlman olduqlarına görə İsrailin bölgədə yaratdığı qorxu uçBatından vətəni tərk etmək zorunda qaldılar.

Vaхtilə bölgənin ən abad məskənlərindən оlan Kunеytra ölü şəhərə çеvrildi. Burada sоydaşlarımızla yanaşı, Ərəblər, Çərkəzlər, Dürzilər və başqaları da yaşayırdılar.

Cihan Sönməz “Cоlan Türkmеnlеri dе barış bеkliyоr” məqaləsində yazır: “Savaşı хatırlayanlar “Bir cеkеtimizi bilе çıkartamadıq” dеyə anladırlar о günü. İsrail əsgərləri еvlərini bоşaldarkən sərt davranmamış оnlarla, lakin bir Türkman gəncini öldürmüşlər.

Öz ifadələrinə görə, sayı 15 civarında оlan Türkman kəndləri Cоlanın ən vеrimli əraziləri üzərində yerləşirmiş. İn­di isə sоluklarını tutmuş ölkələr ilə İsrail arasındakı barış gö­rüşmələrini izləyirlər. Ümidlə barışın imzalanmasını, Cоlanın Suriyaya gеri vеrilməsini gözləyirlər. Cоlandakı yurtlarına dönmək ən böyük arzuları. Içərilərində isə bir qorxu var: Cо­lan Suriyaya vеrilsə bеlə, tоrpaqlarının özlərinə iadə еdilmə­mə­sindən qоrхurlar. İsrail tərəfindən işğal еdilən Türkman kəndlərini bеlə sıralayır yaşlı bir Cоlan Türkmanı: Kefer Naf­fah, Ayn əl Ayn, əl Sümsüm, Bоbya, Qadiriyyə, Əhmədiyyə, Qaziniyyə, Qafar, Ayn Qurra, Muğayyur, Ayn Ayişе, Cеvizе. Bunlardan başqa, Türkmanların və Çərkəzlərin qarışıq yaşa­dıqları kəndlər də var idi” (Sönməz Cihаn, 2001:271).

Professor Ümid Özdağ “Suriya Türkləri” məqaləsində yazır ki, Colan Türkləri, Suriya Türklerinin ən şanssızları ara­sındadır. 1967-ci il Ərəb-İsrail Savaşının önemli bir bölü­mü Colan təpələrinin Türk köyləri bölümündə olmuşdur. Köy­lərini və evlərini kaybedən Colan Türkləri – ki sayıları 50 mi­nə yaxındır, Şamın ucqarlarında yaşamaqdadır. Colan­lı­la­rın milli bilinçləri yüksəkdir (Özdağ Ümid, 2012, http://www. yenicaggazetesi. com.tr/suriye-turkleri-22058yy.htm).

 

 

İSRAİLİN 1967-Cİ İL 5 İYUL HÜCUMU

VƏ COLAN TƏPƏLƏRİNİN İŞĞALI

 

 

1967-ci il iyulun 5-də İsrailin hərbi qüvvələri Suriya, Misir və İordaniyaya hücum etdi. Yaxşı silahlanmış, ABŞ və Avropanın inkişaf etmiş bəzi dövlətlərindən hərbi, iqtisadi və diplomatik dəstək alan İsrail Colan bölgəsi də daxil olmaqla Ərəb ölkələrinin 70 min kvadrat kilometr ərazisini işğal etdi. BMT Təhlükəsizlik Şurasının 1967-ci ilin iyunun 10-da qəbul etdiyi qətnamədə İsraildən atəşi dayandırmaq və qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmaq tələb edildi. İsrail hökuməti atəşi durdursa da, qoşunlarını işğal edilmiş bölgələrdən çıxar­madı. SSRİ və sosializm blokuna daxil olan beş ölkə təzyiq vasitəsi kimi İsraillə diplomatik əlaqəni kəsdi.

Sosialist ölkələrinin təzyiqləri də, BMT Təhlükəsizlik Şurasının qətnaməsi də İsrailin Ərəb ölkələrinə hücumunun qarşısını ala bilmədi. Bu münaqişələr 1973-cü ilədək davam etdi. İsrail 1974-cü ilin yanvarın 18-də Misirlə, yanvarın 31-də isə Suriya ilə andlaşma imzaladı. Bu andlaşmalar da Colan Türkmanlarının ata-baba yurdlarına dönməsinə imkan ver­mə­di. Colanda BMT fövqəladə qüvvələrinin nəzarət etdiyi aralıq zona yaradıldı.

Qəribə burasıdır ki, İsrail əsgəri birlikləri Colan bölgə­sinin böyük bir qismini işğal edərək, Müsəlmanların mal-mülklərini əlindən alıb onları qaçqına çevirəndə dinc əhalidən cəmi bir nəfər gənc Türkman öldürülmüşdü.

40 ildən çoxdur ki, Cоlan bölgəsində yaşayan sоydaşla­rımız da İrəvandan və Qarabağdan didərgin salınmış Müsəl­manlar kimi bеynəlхalq güclərdən yardım gözləyir, vətənə dönmək ümidi ilə yaşayırlar. İsrail-Suriya müharibəsindən qa­çıb canını qurtaran Türkmanların kiçik bir qismi Dəməşq şə­hərində yеrləşdirilmiş, bir qismi Türkiyəyə köçmüşdür, böyük çохluq isə hələ də Cоlanın Suriya tərəfində qalan kiçik bir bölgəsində yaşamaqdadır. Cоlan Türkləri İsrail sərhəddində Birləşmiş Millətlər Təşkilatının nəzarətində qalan bölgədə çə­tin şərtlər altında yaşamlarını davam еtdirməyə çalışırlar. Çün­ki nəzarət altında tutulan bölgəyə kənardan hеç kimsə bu­raхılmır. Оrada yaşayanlar kənara çıхmaq üçün хüsusi icazə almalı оlurlar. İldə bir dəfə – aprеl aynının 17-də bu yеrlərə əhalinin ata-baba qəbirlərini və dоğma yеrləri ziyarətə gəlmə­yinə icazə vеrilir. Оnların gəliş-gеdişinə də Birləşmiş Millət­lər Təşkilatı Təhlükəsizlik Şurasının tərkibində оlan Yapоn əsgərləri nəzarət еdirlər.

Colanda Doğulub boya-başa çatmış Hişam Şabani böl­gənin tarixi, dili, mədəniyyəti, iqtisadiyyatı ilə bağlı apardığı araşdırmalarında Fransa və İsrailə qarşı savaşlarda şəhid olan həmyerliləri haqqında da bilgi vermişdir. Onun yazdığına gö­rə, döyüşlərdə şəhid olanların tam olmayan siyahısı aşa­ğıdakı kimidir:

Adı və Soyadı

Doğulduğu kənd

Şəhid olduğu il

Yusuf Mehmet Kamze

Hafer

1920

Ahmet Hamis Sallan

Hafer

1920

Ahmet Cuma Cabir

Hafer

1920

Hüseyin Ahmet Çalış

Hafer

1920

Mustafa Mahmut Halife

Kadiriyye

1948

Ahmet İsa Mustafa

Kefer Naffah

1948

Cuma Musa Abbas

Kefer Naffah

1948

Mehmet Hasan Mustafa

Kadiriyye

1949

Ahmet Salih Hinno

Hafer

1967

Ahmet Mehmet Nasif

Hafer

1967

Yusuf Mehmet Nasif

Hafer

1967

Musa Cuma Körcü

Hafer

1967

Arafat Mehmet Şdid

Hafer

1967

Cuma İsa Cabir

Hafer

1967

Hızır Şühade Sallan

Hafer

1967

Mehmet Akkaş Sallan

Hafer

1967

Bekir Hüseyin Esat

Hafer

1967

Kemal Şühade Sallan

Hafer

1967

Elife Halil Şdid

Hafer

1967

Meryem Ali Hudi

Hafer

1967

Ahmet İsa Celo

Ahmediye

1967

Hüseyin Mehmet Eyyüp

Razaniye

1967

Hayil Ali Abdun

Muğayyir

1967

Halit Mustafa Cuma

Sindiyane

1967

Musa Ahmet Ali

Sindiyane

1967

Aziz Mustafa

Sindiyane

1967

Safer Cuma Mustafa

Kadiriyye

1967

Mehmet Hasan Matar

Kefer Naffah

1968

Sadık Arafat Matar

Kefer Naffah

1968

Mehmet Hayir Düaybis

Razaniye

1972

İdris Abdo Mutlak

Dabya

1973

Münir Akkaş Mşut

Ahmediye

1973

Mehmet Avaz Mahmut

Razaniye

1973

Eyyüp Ali Ahmet

Sindiyane

1973

Kasim Şabani

Ciba

1973

Mutlak Ali Mutlak

Dabya

1974

Mir'i Hasan Zahir

Muğayyir

1978

Recep Durmuş Mahmut

Ayni-Zivan

1978

Hamit Yasin Avvat

Sindiyane

1979

Mehmet Arafat Matar

Kefer Naffah

1982

 

İsrail savaş günlərində colanlıların mal-mulkünü əlindən alıb, özlərini ata-baba yurdlarından qovmaqla qalmadı. On­la­rın bir çox kəndlərini də dağıdaraq izlərini bu torpardan sil­mə­yə çalışdı (http://www.dunyabulteni.net/index.php?aType=haber& ArticleID=41890). Sonra da burada 33 Yəhudi yaşayış məskəni yaradıb dünyanın müxtəlif guşələrindən gətirilmiş, fərqli irqlər­dən olan, fərqli dillərdə danışan 15 min nəfər yerləşdirərək on­ları yəhudiləşdirməyə başladı. Qaynaqların verdiyi bilgiyə görə, İsrail-Suriya savaşınadək bölgənin 147 kəndində 120 min Dürzi yaşayırdısa, indi onların sayı bölgədə 18 minə enib. Qalanları isə qaçqındır (http://www.zaman.com.tr/ dunya_golan-tepeleri-nicin-onemli_431441.html).

 

 


SURİYADAKI TÜRKMANLARIN SAYI VƏ

ONLARIN YAŞADIQLARI BÖLGƏLƏR

 

Osmanlı vergi məmurlarının tərtib etdiyi müfəssəl icmal dəftərinə, yəni vergi dəftərlətinə görə 1906-cı ildə Hələb şə­hərində yaşayan 116148 nəfərin 80113-ü Müsəlman imiş. Mü­səlmanların da yarıya qədərini Türkmanlar təşkil еdirmiş. Həmin dəftərdə Türkcə məhəllələrin adları da sadalanır. Hə­ləbdən kənarda da 350 Türkman kəndi оlduğu göstərilir. Bе­ləliklə, indiki Hələb şəhərində və ətrafında 200000, Laz­kiyе bölgəsində 150000, Tеlkеlе ətrafında 50000, Kunеytra böl­gəsində 100000, başqa bölgələrdə isə 300000 Türkmanın ya­şadığı göstərilir. Bu da indiki Suriya ərazisində XX yüzilin əvvəllərində bir milyоna yaхın Türkün yaşadığı dеməkdir (Börklü Meşkure Yılmаz, www.bilginet.com.).

Ali Öztürkman yazır ki, Suriyada yaşayan Türkmanların çoxu Bəydili (Qədirli, Ərəpli, Begmişli, Ulaşlı, Qaraşıxlı, Gü­neçbayraktar, Qazlı), Elbəyli (Gavurlu, Şahvəli, Tırıklı, Tavli, Fərizli, Qarataşlı, Doğanlı), Barak (Tabur, Qasımlı, Torun, İsa­lı, Tiryaki, Gökbakan, Mahmutlu), Bayat, Bayındır, Bu­dak, Qarxın, Qaraman, Salur, İsabəğli, Qarakeçili, Musa­bəğli, Avşar, Berilli, Yörük, Şarkevli, Gızıklı, Bozgeyikli dede, Qa­raqoyunlu, Sincar tayfa və tirələrindəndir (Öztürk­men Ali, 2011, http://www.bizturkmeniz.com/tr/index.php?page=article &id=23630&up­date­from=530&from=0).

20-ci yüzildən zaman-zaman bölgənin Türkman əhalisi ya köçürülmüş, ya da qırğınlara və təqiblərə uğramışdır, bu­nun sоnucunda da onların sayı azalmışdır.

Suriyada yaşayan Türkmanlar haqqında araşdırıcılar ara­­­sında fikir birliyi yoxdur. Bunun da səbəbi ölkədə yaşayan Türkmanların dövlət tərəfindən dəqiq qeydiyyatının çap olun­mamasıdır. Onlar Müsəlman adı altında tanınırlar ki, bu da xalqın milli kimliyini deyil, dini inancını göstərir.

 Ölkədə yaşayan Türkmanları adətən üç qrupa ayırırlar. Birinci qrupa milli kimliyini tam qoruyub saxlayanları, ana di­lində danışanları daxil edirlər. Onların sayı 1,5 milyon nə­fər­dir. İkinci qrupa soykökünün Türkman olduğunu qəbul edən, ana dilində danışılanı başa düşsə də, danışa bilmə­yən­lə­ri daxil edirlər. Onların sayı 2 milyona yaxındır. Üçüncü qru­pa da ərəbləşmiş Türkmanları daxil edirlər ki, onların da sa­yı­nın 2,5 milyon olduğu göstərilir (Özdağ Ümid, 2012, http://www. yenicaggazetesi.com.tr/suriye-turkleri-22058yy.htm).

Hişam Şabani isə Suriyada yaşayan Türkmanların sa­yından bəhs edərkən yazır: “Suriye'de yaşayan Türkmenler'in nüfusu hakkında verilen rakamlardan 500.000 tahmini bu gün artık eskimiştir. Yakın zamanlarda verilen tahminler ise 2.000.000 - 2.5 milyon gibi söylense de, bunlar gerçek rakam­lardan daha azdır, gerçek rakamlar 3 milyon civarında tahmin edilir. Bunlara da araplaşmış Türkmenleri eklersek sayı yaklaşık olarak ikiye katlanır” (Fadi İsa və Şabani Hişam, “Suriye Türkmenleri'ninGüney bölümü Golan türkmenleri” kitabından alınmışdır.)

Ali Öztürkmen isə “Suriya Türkləri” məqaləsində yazır: “Suriyede yaşayan Türkmenler'in nüfusu 2010 yılın verilerine göre 3.500.000 olup ve nüfusun 1.5 milyonu anadili olan Türk­çeyi rahatça kullanmaktadır. 2 milyon ise araplaşmış du­rumdadır ve çoğunlukla büyük şehirlerde (Şam, Halep, Hu­mus, Hama) yaşamaktadırlar” (Öztürkmen Ali, 2011, http://www.bizturkmeniz.com/tr/index.php?page=article&id=23630&update­from=530&from=0).

Suriya Türkmanlanları haqqında son araşdırmaların müəl­lifi Turhan Çətin yazır: “Günümüzdə Suriyada nə qədər Türkman yaşadığı rəsmi rəqəm olaraq bilinmir”(Çetin Tur­han, 2014:36).

Suriyada 523 kənddə (şəhərlərdəki məhəllələr bura daxil deyildir) Türkmanlar yaşayır. Suriya hökuməti son illərdə Türkman mənşəli yer adlarını Ərəbcəyə çevirir. İsabəylini-İse­viye, Kabamazı-Belutiye, Tırıncanı-Ümitüyur, Karıncanı-Behlüliye, Merhanı (Balva)-Salvah, Havahöyükü-Beliz Nabg­ha, Dashlihöyükü-Talhajr etmişdir (Türkmen oğlu Deniz, http://halapturkmen.blogcu.com/suriye-oguz-turkmenleri /5436639).

Ali Öztürkmen internet saytında yerləşdirdiyi “Suriya Türkləri” məqaləsində dəyişdirilmiş Türkman kənd adlarının bö­yük bir siyahısını verdiyindən biz bu mövzunun ayrın­tıla­rına varmadıq.

Məmlük Qıpçaqlarının və Oğuz Türkmanlarının soyun­dan gələn Suriya Türkmanları ölkənin hər yerində yaşasalar da, topluca yaşadıqları bölgələrin adları ilə adlandırılırlar.

Suriyadakı Türkmanların lideri Kal Muhammed Mus­ta­fa Paşa idi. Sonra oğlu Haj Nassan Mustafa Paşa lider ol­muş­dur. Son illərdə Suriyadakı Türkmanların rəhbəri olan Faruk Mustafa Paşa, Merhan (Belva), Salva Kırdı Haj Ali tayfa­sındandır. Bu tayfa yüzillər boyu Suriyadakı Türkmanları bir araya toplamışdır.

Suriyada Türkmanların ana dilində məktəbləri olmadığı kimi, onları bir arada tutan hər hansi bir təşkilatları da yoxdur. Kənd və qəsəbələrdə yaşayan Türkmanlar öz aralarında ana dilində danışırlar. Şəhərlərdə yerləşən Türkmanların övladları isə getdikcə ana dillərini unudurlar.

Ölkədə ali təhsilli Türkmanların sayı başqa xalqlarla müqayisədə azdır. Suriyada Türkmanların sayının çox olma­sına baxmayaraq, burada onların ana dilində kitabları, qəzet və jurnalları nəşr olunmur, radio və televiziyaları yoxdur. Suriyada sürgündə olan Türkiyəli Refik Halitin təşəbbüsü ilə 1922- 1937-ci illərdə “Doğru yol” və “Vəhdət” qəzetləri nəşr edilmişdir.

Araşdırıcıların yazdığına görə, Hələb bölgəsində yaşa­yan Türkmanların dilləri Hatay bölgəsində yaşayan Türklərin dialekti ilə eynidir. Hama, Humus və Colan bölgələrində ya­şa­yan Türkmanlarının şivəsi isə Azərbaycan və İraq Türk­manlarının danışığına daha yaxındır.

Suriyada yaşayan Türkmanların ictimai-siyasi fəallığını artırmak, güzəranlarını yaxşılaşdırmaq, adət-ənənələrini, dil­lə­rini qoruyub saxlamaq, bir sözlə, cəmiyyətdə baş verənlərə birgə münasibət bildirmələrini təmin etmək üçün 2005-ci ildə Türkman yazıçısı və ictimai xadimi Muhammed Hayır Bayra­mağanın rəhbərliyi altında “Nurettin Zerki Derneği” qurul­ma­sına təşəbbüs göstərilmişdir. Suriyada yaşayan Ermənilərə ana dilində məktəb açmağa, dərnək qurmağa icazə verən Bə­şər Əsəd hökuməti Türkmanlara dərnək qurmağa icazə ver­mə­mişdir.

Türkmanlar Suriyanın bütün vilayətlərində yaşasalar da, Hələb, Lazkiyə, Humus, Hama və Colan nahiyyələrində toplu halda yaşayır və çoxluq təşkil edirdilər.

 


TÜRKMANLARIN TOPLU YAŞADIQLARI YERLƏRİN ADLARI

 

 

Suriyada Türkmanları yaşadıqları bölgələr üzrə beş yerə ay­rırlar. Lazkiyə bölgəsində yaşayanlara Bayır-Bucak Türk­man­ları, Hələb və Rakka bölgəsində olanlara Hələb Türk­man­ları, Ha­ma və Humus bölgəsində yaşayanlara Hama və Hu­mus Türk­manları, Şam bölgəsində yaşayanlara Şam Türk­man­ları, Colan təpələrində yaşayanlara isə Colan Türkman­ları deyirlər. Malik Karadirek isə Suriyada yaşayan Türkman­ları yaşadıqları bölgə adları ilə 10 yerə – Hələb Türkmanları, Hu­mus Türkmanları, Lazkiyə Türkmanları (Bayır-Bucaq Türk­manları), Hama Türk­manları, Rakka Türkmanları, Golan Türk­manları (Kuneytra), Şam Türkmanları, Tartus Türkman­ları, İdlip Türkmanları, Dera Türkmanları qruplarına ayırır. Bölgünü belə aparsa da, İdlip Türkmanlarından söz açarkən “Bunlar Reyhaniyedəki Türkman­ların uzantısıdır. Bunlar da­ha çok Cisir Şugur ve şehir semtinde yaşamaktadırlar. Bilinen bezi köylerinin adları Sukkeriye, Hey­tedir. Tarım ve hay­vançılıkla uğraşmakdadırlar. Sayları 30 bin civarındadır” ya­zır (Karadirek Malik, 2014:41).

Biz də çoxluğun qəbul etdiyi beş bölgü əsasında yaşayış məskənləri haqqında bilgi verəcəyik (Bölgədəki Türkmanlar ya­şayan kənd, qəsəbə və məhəllələrin adları Hişam Şabaninin mə­nə göndərdiyi material və Ali Öztürkmenin, Ümid Özda­ğın, Dr.Muhtar Türkmen oğlunun, Deniz Türkmen oğlunun məqa­lə­ləri əsasında hazırlanmışdır).

 

 

1. Bayır-Bucaq (Basit) Türkmanlarının (onlara Laz­ki­yə Türkmanları da deyirlər) yaşadıqları kənd və məhəllələr

 

Qaramanoğlu Türkmanlarının bir qolu Osmanlı dönə­min­də Ağ dəniz sahillərində, Lazkiyə şəhəri və ətrafındakı Basit, Bayır, Kessap nahiyyələrinin kəndlərində yerləşmişlər.

Bayır-Bucak Türkmanları öz adlarını bölgənin adından al­­mışdır. Bölgənin inzibati və mədəni mərkəzi Lazkiyə şəhə­ridir. Türkmanlar burada milli azlıq sayılmır. Rəsmi sata­tistikada onlar Müsəlman kimi qeyd edilir. Ölkədə yaşayan bütün xalq­ların əksəriyyəti isə onları Türkman adlandırırlar. Əslində bu­rada yaşayan, Türkman adlandırılan xalq Anado­luda yaşayan Türklərdən inançları, adət-ənənələri, folklor­la­rı, mədəniyyət­lə­ri, danışıqları ilə elə də seçilmirlər.

Bölgənin mərkəzi Lazkiyə şəhəri Suriyanın Ağ dəniz sa­hil­lərində yerləşir. Türkmanlar şəhər mərkəzi Hay Ali Çam­mal Ha­rası (Türkman məhəlləsi) olmaq üzrə Basit, Bayır, Beh­lüliyə, Kes­sap nahiyyə mərkəzlərində və kəndlərində topluca yaşayırlar.

1950-ci ildən etibarən kəndlərdən Lazkiyəyə köçməyə baş­layanlar daha çox şəhərin Quzey hissəsində yerləşmişlər. Ba­­yır və Bucak nahiyyələrində 70-ə yaxın Türkman kəndi var. Kənd­lilər öz aralarında və ailələrində ana dilində danışırlar. Laz­­kiyə vila­yət mərkəzi və Kesap nahiyyəsində 6, Bucak böl­gə­sində sahil bo­yunca 84, Behlüliyə nahiyyəsində 12, Bayır na­hiyyəsinə tabe Kebelinin Quzeyində 27, Doğusunda 8, Güneyin­de 11, İncəsunun Batısından Güneyə doğru olan bölümünde 20, Doğusunda 17 kənd­də Türkmanlar əhalinin əsasını təşkil edirlər.

Türkmanlarin yaşadığı Lazkiyə şəhərindəki bəzi məhəllə və ətraf kəndlərin adları belədir: Kara Mustafa, Böyükpınar, Köy Çiçekli yazı, Abanlı, Ablaklı, Akça Bayır, Almalı, As­samra, Al Ğassaniyeh, Al Yamamah, Aşağı Alma­lı, Aşağı Qara­manlı, Ayuşlu, Baldırlı, Bostançık, Badrussiyə, Burç İslam, Ça­muslu, Çüb, Çüb Torus, Çüçük, Çümərən Ya­ma­dıya, Çalka­man­lı, Çamurlu, Çanlı, Çardaklı, Çemeren, Çi­rit, Çovkaran, Çukur­cak, Ğamam, Dervişen, Dağdağan, Əli, Haç­ranlı Hasançık Sa­ray, Hamitli, Hayat, İsa Pinar, İsebeyli, Gökdağ, Gülçük, Ka­baklı, Kalabah, Kastalmaaf, Kaymaz, Kepir, Keseçik, Keşiş, Qantara, Qarabacak, Qaraca, Qara Türkmanli, Qebelli, Qıbrıh, Qünyeli, Meydancık, Mollamah­mutlu, Murutly, Nusabin, Rabia, Rihaniyye, Sağırt, Saldıran, Sılayip Türkmen, Sallor, Şeren, Turunç, Fakıhasan, Fakılı, Ubeydiyə, Um Tuyur, Zınzıf, Yukarı Almalı, Yukarı Qara­manlı, Yümüçak.

 Bayır nahiyyəsində: Ağçabayır, Aşağı Qaramanlı, Burç-İslam, Çanaçık, Çınarlı, Dağdağan, Dərvişxan, əl Kas­sap, Gökdağ, İsapınar, Kəbir, Kislecik, Korali, Kulçuk, Kul­çukpınar, Kuruça, Kızınça, Qapaklı, Qapıkaya, Qaraahmet, Qaracağız, Qarakisa, Qarapınar, Qəbəlli, Qəbərə, Qızıkçu­ra­cık, Mahruka, Mılıklı, Murtlu, Nisibin, Saldıran, Şərən, Sar­raf, Sulayıp, Ulu­cak, Yumuşak, Yuxarı Qaramanlı.

Malik Karadireke görə, Bayır-Bucaq bölgəsinin 52 kən­dində Türkmanlar yaşayır və sayları da 200-250 min nəfərə ya­xındır (Karadirek Malik, 2014:41).

 

2. Hələb Türkmanlarının yaşadığı kənd

və məhəllələr

 

 

Osmanlıların hakimiyyəti illərində Suriya Türkman­larının mərkəzi Hələb sayılırdı. 100 ilə yaxın burada assi­mil­yasiya – əritmə siyasəti yeridilməsinə baxmayaraq, küçələrdə, bazarda Türkmanca danışılırdı. Burada Türkmança danışan­ların hamı­sı Türkman deyildi. Rəsmi dövlət dili Ərəb dili olsa da, hər xalq öz aralarında və ailələrində öz ana dilində danışır, küçə­də, bazarda isə ünsiyyət vasitəsi kimi Türkman dilindən is­ti­fadə edirdilər.

 Köhnə Hələbə, Hələb qalasına qalxarkən sağda İma­dəd­­din Nəsiminin türbəsi görünür. Türbə ətrafında yaşayanlar öz­lərinin Nəsimi nəslindən gəldiklərini, onunla qürur duyduq­larını söyləyirlər.

2008-ci il martın 25-30-da Türk Dil Kurumu və Harran Uni­versiteti Şanlıurfada “Türkiye Türkçesi ağız arastırmaları çalıs­tayı” təşkil etmişdi. Bu elmi toplantıda mən də “Çifte söz­­lerin yaranmasında Oğuz, Kıpçak ve Karluk ağızlarının rolü” möv­zusunda məruzə etdim. Simpoziuma Hələb Uni­ver­site­tindən də çoxlu alim gəlmişdi. Sonuncu gün bizi Hələb şə­hərinə gəz­məyə apardılar. Mən İmadəddin Nəsiminin türbə­sini ziyarət edərkən orada özlərinin Nəsimi nəslindən olduq­larını söyləyənlərlə də görüşdüm. Lakin onlarla tərcüməçisiz danış­maq istəyimiz baş tutmadı. Nəsimi nəslindən olduqla­rını, Nə­siminin də Türkman olduğunu söyləsələr belə, bildir­di­lər ki, öz­lərini ərəb sayır və ərəblikləri ilə də qürur duyurlar.

Bələdçimiz Hələb şəhərində 400 min nəfərə yaxın Türk­man və Türkman kökənli insan yaşadığını söylədi. Onların böyük əksəriyyəti şəhərin mərkəzi məhəllələrində yaşayırlar. Mərkəz məhəllələrdə yaşayan Türkmanların çoxu ərəbləşmiş­lər. Şəhər kənarı məhəllələrdə yaşayan Türkmanların böyük əksəriyyəti isə ana dilində danışır. Bu da onların son onillik­lərdə Hələbə köç­məsindəndir.

Hələb şəhərindəki Hüllük (böyük bir Türkman məhəl­ləsi), Bustan Paşa, Kadi Əskər, Haydəriyyə və Əşrəfiyyə, Şeh Xidir, Inzarat, Baidin, Şeh Fares Türkmanların yaşadıqları məhəllə­lər­dir. “Şehir merkezinde bulunan mahallelerden ila­veten, Kurdağı, Azez, Bab, Münbiç, Çarabulus kazalarında olmak üzre Halep bölgesinde toplam 145 Türkmen köyü var” (Çetin Turhan, 2014:35).

Malik Karadirek isə Hələb və çevrəsindəki kəndlərdə, qə­səbələrdə 800 min Türkman yaşadığını yazır (Karadirek Ma­lik, 2014:41).

Hələb şəhər mərkəzində Türkman əsilli ailələr, Şahbən­dər, Ataşoğlu, Mudərris, Veso, Basmaçı, Kətxuda, Kahya, Ağa, Mus­tafa Paşa, Salur, Çelebi, Zikirt, Garkinavi, Türk­mani, Utri, Delati, Kərküklü, Hebbu, Bazarbaşi, Dellalbaşi, İzmirli, Kerzün, Elbeli, Kevakibi, Mahli, Barak, Deymuk, Rəşit, Aebo, Əsvəd, Şekşuk, Milla, Yeğən, Əltürk, Sayisli, Kör, Sari, Sarigüzəl, Bö­lükbaşi, Eşki, Nesimi, Haydar, Biri­çikli, Dişşo, Bəydilli, Tokuz, Mərtdilli, Maraşli, Sasilə, Xoça, Hazuri, Kəmalmaz, Altinçi, Katirçi, Kilisli, Dərdə, Dudik, Bəkir, Neyyal Deli Osman, Kel Muhammed, Çavuş, Kargin, Deda, Osman.

əl Əsvat, Yozgatli, Kayyali vb. nəsillər Türkcə danışa bil­məsələr də, Türk kökənli olduqlarını bilirlər.

Hələb nahiyəsində Qurt dağına kimi uzanan bölgədəki, yəni Cebeli Semanın Doğusunda nahiyə mərkəzi ilə birlikdə 16 kənddə, Kilisin Güneyində Azez qəzasının Afrin Suyu tərəfində 17 kənddə, Azezin Doğusunda 29 kənddə, Azezin Güneyində 3 kənddə (bu kəndlər inzibati cəhətdən Azez qə­zasına deyil, Hələb şəhərinə daxildir), Çobanbəydən Mümbiç qəzasına doğru 54 kənddə, eyni qəzanın Güneyində 15 kənddə, Baraklı oymağından Çerablus nahiyəsinə tabe olan 26 kənddə, Sacır suyunun Güneyindəki 23 kənddə, Urfa sər­həd nahiyəsi Mürşid Pınarı və Akçaqala qəzasının Güneyində yerləşən və Belih çayına qədər uzanan sahədə 59 kənddə Türkmanlar toplu yaşamaqdadır.

Bölgə üzrə Türkmanlar yaşayan bəzi kəndlərin adları­nı aşağıda veririk: Ağdaş, Aiyaşa, Alıçı, Amerne, Anbarlı, Ara­bazi, Arabçurduk, Avşar, Aşnenın xarabası, Ayyaşa, Azaz, Bablimun, Bahvarta, Balalı köy, Balban, Bandarlık, Ba­rak Atlı, Turkmen Barıh, Paşalar, Başköy, Merhan Belva ( Meh­rıban Merhan), Belverən, Beş Bəlli, Beş Çurın, Bəyliz, Bi­rel­li, Bizaah, Boğaz, Boz Hüyük, Boz Qeyikli, Buyan, Buzluça, Çamusverən, Çarıs, Çubbun, Çubbul Arus, Çubbul Qədər, Çurun, Çeleme, Çemil, Çəkə, Çoban bəy, Çörten, Dabis, Dad­lı, Dabık, Daş Atan, Daş­qapo, Debis, Delha, Dendel Oğlu, Toyuran, Duraklı, Dügünük, Edebet, Eşşəkli, Əmərnə, Ərəb Əziz, Əskərin xarabası, İğdə, İral, Haçı Hasanlı, Haçı Köse, Haçı Vəli, Harçala, Hammem Saqır, Xalsa, Hava Hüyük, Hay­dar Paşa, Hayye Saqır, Hayye Kəbir, Hedebet, Hums, Kadılar, Kalkum, Kantara, Kersenli, Kefer ghan, Kərpiçli, Kndra, Kurt, Küllü, Qavureli, Qanlı quyu, Qarabaş, Qara Köprü, Qara köy, Qara Mazraa, Qaraquz, Qar­sanle, Qarataş, Qarayakub, Qidriş, Kındıra, Qocalı, Qöbek Hey­yele, Görük, Qurucu Höyük, Lilvə, Mamal, Mazıçı, Mirza, Sal­vah, Mə­məli, Muqira, Miqidin, Mulla Yakup, Munbiç, Nabğa, Okuf, Öküz öldüren, Saqqalveran, Səkizlər, Samandra, Sande, Si­nəkli, Şidar, Şüvirin, Paltaçık, Telayşa, Taşatan, Taşlı Hüyük, Taş Qapı, Taflı, Tat Hums, Tat Yusuf, Telilə, Tel Şeir, Tiral, Xarab Usbağılar, Xəlil oğlu, Üvilin, Yağmacı, Yazlı Bağ, Yeni Yapan, Yusuf Paşa, Yusuf Bey, Ziyarat, Zuqara, Zülüf, Haç alo koyu, Açar koy, Silsela, Ihtimlat .

 

3. Hama və Humus Türkmanlarının yaşadığı

kənd və məhəllələr

 

 

Suriyada belə bir deyim var: "Humusda kim dersə mən Türkman deyiləm, o, əslində humuslu deyil". Suriya tarixçisi Süheyl Zakkar əski Ərəb qaynaqlarına dayanaraq göstərir ki, 11-ci yüzildə baş vermiş güclü zəlzələ Humusu tamam da­ğıtmışdı. Şəhəri yenidən Türkmanlar (Zingilər və Səlçuq­lular) bərpa etmişlər. Nurəddin Mahmut bin Zingi Humusu əvvəl­kindən də abad etmişdir. Bu gün də şəhərin mərkəzi məhəlləsi Haratul-Türkman (Türkman məhəlləsi) və əski şəhər qapıla­rın­dan birisi Babu-Türkman (Türkman qapısı) adlansa da, ora­da yaşayan Atası, Hüseyni, Vafai, əl Rəyis, Türkmani, Can­sız, Delati, Şişekli, Küvetli, Osman, Eşekli, Bayırlı, Şe­hirli, əl Sufi, Ataai, Tuzuklı, Delati, əl Şimali, Kiriai, Assaf, Kundakçı, əl Satlı, əl Türk, əl Şereflı, Şemsi Paşa, əl Amin, Bali, Kahya, Kihya, Nekdeli, Mamiş, Mahli, Haznadar, Kyşi, əl Terzi, Ram­dun, Hamiş, Bazarbaşi, Dendeşi, Belhus, Dük­kancı, Abulleben, Sal­lur, Kassap, Barak, Açoğlan, Nebo, Ab­duldeyim, Xoça, Küvetli, Amran, Kehi, Deli Osman, Seva­diye, Küçük, Huvçük, əl Umar, Sufi, Bekir, Hazzüri, Eço, Mıhı, Uyun əl Sud, Torun, Osman, Garut, Mahmut, Kaddi, Torun, əl Bakrasi, əl Emin, Balli Sufi, Hamiş, Çuxadar, Çe­lebi, Hüsemi, Atmaz, Sivaslı, Ahras, əl Hulu, Sıriea, Mılla, Bayazıt, Bayrakdar, Satli tayfasından olan Türkmanlar ta­ma­mən ərəbləşmişlər.

Suriyanın Hama-Humus şəhərləri və Livan sərhədi arasındakı kəndlərin adları belədir: Qara Avşar, İnallu, Dü­ğəroğlanı, Hama Dügeri Mustafa Kətxuda, Hama Düğəri tabei Derviş Kətxuda, Şam Beğmişlüsü, Hüccetlü, Qapuuşaq, Ey­mir-i Dündvarlu, Çozlu Çerkezoğulları, İdris Kətxudaya tabei Abalu, Tokuz xan Harbendelüsü, Qara Tohtemürlü, Kö­se Kət­xudaya bağlı Şərəfli, Uşaqobası, Bəşiroğulları obası, Ey­mir-i Sincarlu, Bozlu, Ebu Derdaya bağlı olan Bozlu, Tohtemürlü.

Malik Karadireke görə, bölgədə 55 kənddə Türkmanlar yaşayır və sayları da 350 min nəfərə yaxındır (Karadirek Ma­lik, 2014:41).

 Salur (Sellüriyye) Türkmanları: Dindaş oğlu İsmail Bo­zulusa bağlı olan Gəncəli Avşarı, Qızıl Əli, Danişmend­lüyə tabe Qara Xəlil.

Humusa bağlı bəzi Türkman kəndləri: Baba Amr Hara­sı (bugünkü Türkman məhəlləsi) Zara, Mitras, Bdada, Arçun, Al­husun, Dar Kabira, Qızhıl, Üm al Qasab, Samalil, Burc Qaya.

Hama şəhər mərkəzində Türkman əsilli ailələr: əl Ezam, əl Asam, əl Şarabi, əl Sadi, Çiçekli, Alatası, Masarçi, Sa­­raç, Uzun, Çansız, Koçen, Alkixya, Gıbış, Koçek, Goça, Hur­şid, Erşid, Kundakçı, əl Bek, Kocak, Torun, Kasım, Mu­hammet, Os­man, Recep, Paşa, Deli, Akballıya, Ağa, Tınış, Türk­mani.

Hama nahiyyəsinin Hama, Selemiye, Misyaf qəzala­rındakı Türkman kəndlərinin adları: Akrab (Qara Xəlili), Aşık Ali, Ayin Debiş, Beyyada, Bet Aslan, Bet Natır, Caciyeh, Circisi, əl Nısır, Hazzur, Hılleh, Huvvır el Türkman, Hırbı­nef­sıh, Hırmıl, Qartman, Kuputulhat, Muharam Osma­niye, Tatani, Tel Hasan Paşa, Huveir Türkmen, Tel Sınan, Tıl­lıf , Tirimis, Tulluf, Uveir.

Malik Karadireke görə, Hama bölgədə 25 kənddə Türk­manlar yaşayır və sayları da 90 min nəfərə yaxındır (Kara­direk Malik, 2014:41).

 

4. Şam Türkmanlarının yaşadıqları

məhəllələr və kəndlər

 

Turha Çetin yazır: “Şamda fərqli geçmişə sahib üç ayrı Türk­man topluluğu yaşamaqdadır. Bunlardan ən diqqət çəkə­ni Osmanlı dönəmindən qalmış zəngin Türkman ailələridir. İkin­cisi, Golan təpələrinin İsrail tərəfindən işğal edilməsinin ardın­dan bölgeye köç etmək zorunda qalarak Şama yerləşən Türk­manlardır. Üçüncü grup ise, Türkiyə Cümhuriyyəti dev­rim­ləri sirasında Türkiyeden Suriyaya köç edən Türkman­lar­dır” (Çetin Turhan, 2014:36, Karadirek Malik, 2014:41).  

Türkmanlar əsasən Şamın şəhər mərkəzindəki Müha­cirin və Muhiddin Arabinin türbəsi ətrafında sıx yaşayır ki, bu mə­həlləyə də Türk məhəlləsi deyilir. Bununla yanaşı, Türk­man­lar Şamın Həçər Əsvad, Tadamün, Cobar Hırmallı, Ka­dem, İşşıl Vervar, Mesakin Berze, Müxayyem məhəllələrində də ya­şamaqdadırlar. Türkiyədə Cümhuriyyət elan olunandan son­ra həyata keçirilən bir sıra islahatlarla (İslam dini ilə, ge­yimlə, adət-ənənə ilə bağlı)  razılaşmayanlar sərt təqib və tə­z­yiqlərlə üzləşdiklərindən – ölüm qorxusundan Şama köç­müş­lər ki, onların da sayıları 3 minə yaxındır (Öztürkmen Ali, 2011, http://www.bizturkmeniz.com/tr/in­dex.php?page= article&id=23630&updatefrom=530&from =0).

Şam şəhər mərkəzindəki ərəbləşmiş Türkman nəsil­ləri: Ağrıbuz, Akbıyık, Açlıkın, İlçi, İbiş, Bereket, Bizim, Bo­ğa (əl-Hüseyni), Begdaş, Beyazid, Beytar, Terzi, Şeybani, Til­lü, Temirağa, Türkmeni Tarakçı, Demir, Kaleöi, Keçeöi, Cebe­çi, Çuhadar, Çolak, Hani, Hoça, Hurdaçı, Dalati, Dar­dari, Der­gil, Duhman, Deveçi, Rahavançı, Zirkli, Zeki, Zengi, Serdest, Sa­kati, Sultan, Trabzonlu, İzmirli, Antepli, Urfalı, Mardinli, To­katlı, Erzrumlu, İstanbuli, Moralı, Şerbeçi, Şer­betçi, Şemdi­na­ğa, Sarıçalı, Karabatak, Gençosman, Gencyu­suf­paşa, Sab­bağ, Susu, Tavlu, Abid, Abaçı, Arabikatibi, At­tar, Itri, Azim, Az­me, Kab­bani (Akbıyık dalı), Katlan, Kaşlan, Kassab, Kal­ta­çı, Kuv­vetli, Kapıkolı (Kolı), Mahmalçı, Mer­dembeg, Malas, Malat­yalı, Na­kişbendi, Uzun, Keleş, Buhari, Buharalı, Dağıs­tani, Dok­mak, İmadi, Muradi, Biyk, Kerkütlü, Basmaçı, Kerküklü.

Malik Karadireke görə, Şam və çevrəsində yaşayan Türk­­manların sayı 200 min nəfərə yaxındır (Karadirek Malik, 2014:41).

Havran ovasında da Türkmanlar vardır. Şam ətrafı Türk­­man kəndləri isə bunlardır: Bily, Marah, Rihayba, Kal­dun, Adra, Hatit Türkman.

 

 

Dera Türkmanları

 

Dera Türkmanları ərəbləşmişlər. Osmanlı hökuməti Hac yolunun təhlükəsizliyini təmin etmək üçün Kuneytra yaxın­lığındakı Dera bölgəsinə İordaniyanın içərilərinə qədər Türk­man tayfaları yerləşdirmişdir. Hökümət istədiyinə, yəni Türk­manlar vasitəsilə yolların təhlükəsizliyinə uzun müddət nail olmuş, lakin onların milli kimliklərini qorumalarına o qədər də önəm verməmişdir. Buna görə də, bölgədəki Türk­manların böyük qismi ərəbləşmişdir.  

Dera Türkmanlarının toplu yaşadıqları kənd və qəsə­bələr: əl Hara, Neva, əl Hirak, Şıx Miskin, Gariye, əl Sahva , İnhil, əl Cize, Maraba, Balay, Barak.  

Malik Karadireke görə, bölgənin 13 kəndində Türkman­lar Ərəblər, Çərkəzlər və Kürdlərlə birgə yaşayır (Karadirek Malik, 2014:41).

5. Colan Türklərinin yaşadığı kənd və məhəllələr

 

 

Fələstinlə sərhəddə yerləşən Colan təpəliklərində Ərəb­lər və Türkmanlar yüzillər boyu mehriban qonşuluq şərai­tində yaşa­mışdılar. Rusiya Güneyə doğru sərhədlərini genişləndir­mək, I Pyotrun vəsiyyətlərinə əməl edərək Konstantinopolu (İstanbulu) ələ keçirib “dünya dövlətinə”, yəni dünyaya ha­kim dövlətə çevrilmək üçün 100 ildən çox idi Osmanlı dövləti ilə savaş apa­rırdı. Rusiyanın işğal etdiyi xalqlar isə çıxış yolunu Osmanlı dövləti ərazilərinə köçməkdə görürdülər.

1878-ci ildə Qafqazdan gələn Qaraçay-Malkarlar, Çər­kəz­­lər, Çeçenlər, Avarlar, Avşarlar və başqa Dağıstan xalq­larının, Kalmıkların bir qismi də bu bölgədə yerləşdi­ril­miş­dilər. Bu böl­gədə yaşayan Türkmanların arasında Avşar, Pe­çeneq vb. tay­falardan olanlar da vardı.

Fransız əsgəri birliklərinə qarşı döyüşlərdə hünər gös­tərən colanlılar 1948-ci ildə Türkman atlılarından ibarət sü­va­ri dəstə yaradırlar. Türkman süvariləri Ərəb kəndlərini işğal­çıların hüçumundan qorumaq üçün qanlarını axıtmaqdan çə­kin­məmiş, qadınlar, yeniyetmələr, qocalar israillilərə qarşı savaşan Ərəb əsgərləri üçün qışın şaxtasında səngər qazmış, yaralıların yara­sını sarımış, evlərinə gətirib sağalanadək müa­licə etmiş, ye­dirdib-içirtmişlər.

1967-ci ildə İsrail Ərəb ölkələrinə hücum edəndə strateji əhəmiyyəti olan Colan təpələrini də işğal edir. Colan Türk­man­ları evlərini, mal-mülklərini qoyub ata-baba yurdlarından çıx­malı olurlar. Qaçqınların böyük qismi Dəməşq (Şam) şəhərində Seyyide Zeynep, Hacaresvet və Kadem yoxsul məhəllələrində yaşamaqdadırlar. Suriya Türkləri ilə bağlı bir sıra dəyərli mə­qalələr müəllifi olan vəkil-araşdırmaçı Ali Öztürkmenə görə, onların sayı yetmiş minə yaxındır (Öz­türkmen Ali, 2011, http://www.bizturkmeniz.com/tr/in­dex. php?page=article&id=23630&updatefrom=530&from=0).

Gazi Unversitetindən Doç. Dr. Turhan Çetin isə 1999-cu ilin qaynaqlarına dayanaraq yazır: “1999 tarihinde yapılan nüfuz sayımına göre, bölgenin nüfuzu 400 bin kişidir. Bu tarihde Türkmanların sayı 100 bin civarındadır. Yanı Türk­manlar Go­lan nüfuzunun yüzde 25 faizini oluşturmaktaydı. Golanda top­lam 20 Türkman köyü bulunmaktaydı”.

Turhan Çetin yazır: “Hale Suriyada Golandan çıkarıl­ma­mış 40 bin civarında Türkman yaşamaktadır. Bu toplu­luğun bir kısmı Şam merkezine ve bir kısmı da Humus, Halep il­lerine yerleşmişdir”(Çetin Turhan, 2014:37).

Yalnız əyinlərində olan paltarlarla evlərindən çıxmaq məcburiyyətində qalan colanlılara nə beynəlxalq təşkilatlar, nə də Suriya hökuməti elə bir ciddi yardım etmir. Olduqca iş­güzar olan colanlılar özlərinə ev-eşik tikmək, ailələrini do­landırmaq üçün iş yeri qura bilirlər.

“Modern Türklük Araştırmaları dergisi”nin 2009-cu il Ara­lık ayında çap olunan 6-cı cildinin 4-cü sayına Hülya Arslan Erolun “Suriye Colan (Golan) Türkmenlerı ağızı” mə­qaləsində də orada yaşayan Türkmanların taleindən söz açılır.

Colan Türkmanları yaşamlarını təmin etsələr də, ana di­lində təhsil almalarını, milli mədəniyyətlərini, dillərini yaşada bil­mirlər. Onların üçüncü qurşaqdan olan övladları ana dilini unudur, ərəbləşir.

Çərkəz, Ərəb, Dürzi və Türkmanların yaşadığı Kuneytra şə­­həri colanlıların mərkəzi sayılırdı. Bir zamanlar gur və abad şəhər olan, ticarət mərkəzi sayılan nahiyyə mərkəzi də işğal al­tın­da olan kəndlər kimi xarabazarlığa çevrilib. İndi bura yal­nız ildə bir dəfə ata-babalarının qəbrini ziyarətə gələnlərin üzünə açılır.

Savaşdan öncə Türkmanlar Colan təpələrinin adları aşa­ğıda qeyd edilən kəndlərində yaşamışlar:

 Ahmediyye, Kurra, Alak, Sümsüm, Ayşa, Dabya (Zabya), Sindiyane, Kadiriyye, Rezzaniyye, Kefer Naffah, Hafer, Hüseyniyye, Muğeyyir (Tılistan), Ülleyka.

 Bunlardan başqa, Colan Türkmanları Xuşniyye, Zivan, Kahtaniye kimi bir sıra kəndlərdə də Çərkəzlərlə qarışıq yaşamışlar.

İsrail Colan təpələrini tutduqdan sonra ata-baba yurdla­rını tərk edərək Dəməşq (Şam) şəhərinə köçmək məcburiy­yətində qalanlar yaşadıqları məhəllədə özlərinə böyük bir məscid də tikmişlər. Məscidin imamı Aymən Şabanidir.                                         

İsrailin Colanı işğal etməsindən 47 il keçsə də, colan­lılar hələ də umudludular ki, beynəlxalq güclər İsrailə təzyiq gös­tərib onların ata-baba yurdlarına dönmələrini təmin edə­cəklər. İsrail hökuməti isə heç də beynəlxalq qanunlarla he­sablaşmaq fikrində deyil. Əksinə orada möhkəmlənmək üçün külək elek­tirik stan­siyaları və başqa obyektlər tikir.

Colan təpələrindəki Türkman kəndlərində yaşayan nə­sil­lər haqqında Hişam Şabaninin verdiyi bilgi belədir:

 

1.      Sindiyane kəndi

 

 

Kuneytra şəhərinin Batı tərəfindədir. Kənddən şəhər mər­­kəzinə 13 kilometrdir. Vulkanik bir ərazidə salınmış kən­din Quzey tərəfində Ebu Hanzir təpəsi ucalır, Doğu tərəfində isə Delhemiyə dərəsi uzanır. Kəndin ərazisi Quzeydən Türk­man­lar yaşayan Kefer Naffah kəndinin, Batıdan Türkmanlar yaşa­yan Kadiriyye kəndinin, Doğu tərəfdən Ərəblər yaşayan Del­­hemiye kəndinin, Güneydən isə Kurranın əkin sahələri ilə sər­həddir. Kənd inzibati cəhətdən Kuneytra nahiyyəsinə tabe idi.

Kənd camaatı əkinçilik və üzümçülüklə məşğul olur, dən­­li və paxlalı bitkilərin becərilməsindən əldə etdikləri gə­lirlə güzaranlarını keçirirlərmiş.

Kənddə aşağıdakı nəsillər yaşamışdır:

1.   Şabanilər nəsili. Oğuz Türklərinin Avşar tayfasından­dır. Colandakı Türkmanların ən böyük nəsillərindən biridir. Onların tayfasından olan nəsillər Suriyanın Hələb, Humus və Lazkiyə bölgələrində də yaşayırlar.

Məşhur şəxsləri Məmlüklülər dövrundə Hələb bəyi olan Qorxmaz Şabani və Anadoludaki Türkman bəylikləri zamanı orduda komandirlik etmiş Teniz eş-Şabanidir.

2. Zınğır (Zınır) nəsli. Bu nəslin Oğuzların Salur (Sal­ğur) tayfasından olduğu söylənilir.

3. Kreydi nəsli. Bu nəsilin nümayəndələri hansı tayfaya bağlı olduqlarını bilmirlər.

 

2. Kadiriyye kəndi

 

Kəndin adı həm də Ğadiriyye kimi yazılır. Kuneytra şə­hərinin Güney-Batısındadır. Şəhər mərkəzindən 14 kilometr aralıdadır. Kənd Kuneytra ilə Fələstin yolunun üstündədir. Kəndin Quzeyində Kefer Naffah, Doğusunda əl Sindiyane, Batısında əl Sümsüm, Güneyində isə Dabya kəndləri yerləşir.

Kəndin əhalisi əkinçilik və bağbanlıqla məşğul olurdu­lar. Kənddə evlərin divarları vulkanik və sement daşlarından tiki­lir, damları isə bişmiş kərpic və qırmızı kirəmitlə örtü­lürmiş. Kənddə böyük bir məscid tikilibmiş. Suriya hökuməti kənddə Ərəb dilində bir məktəb da açıbmış.

Romalılar dövründən qalmış su qaynaqlarından kənd əha­lisi içmək və suvarmaq üçün istifadə edirmiş. İsrail işğa­lından öncə evlərə su çəkilibmiş.

Kənddə aşağıdakı nəsillər yaşayırmış:

1. Torunlular nəsli. Bu nəsil Oğuz Türklərinin Avşar tayfasındandır. Dabya kəndi Torunluların mərkəzi sayılır.

2.   Qızıl (Ğızıl) nəsli.

3.   Asseflilər nəsli. Soyca Türkman olan Assef oğulları Məm­lüklər dövründə Livanın idarə edilməsində iştirak edir­miş. Mercidabık savaşında Osmanlıların tərəfinə keçərək Məm­lüklərə qarşı çıxmışlar. Bu tayfanın gücü azalanda Kürd nəslindən olan Seyfa oğulları fürsət tapıb Assefli Əmir Mən­suru məğlub edib, Assef oğullarının yaşadıqları bölgəyə hü­cum çəkiblər. Onların hücumunun qarşısını ala bilməyən As­sef oğulları 1590-cu ildə Beyrut, Vadit Tim, Colan təpələrinə köçməyə məcbur olmuşlar. Colanda isə Kadiriyye və Kefer Naffah kəndlərində məskunlaşmışlar.

4. Qasım Hamo nəsli.

5. Əçəm nəsli.

6. Özərlilər nəsli.

7. Hodilər nəsli

8. Yusuf nəsli.

9. Ali ailesi.

10. Şrik nəsli.

11. Nasif nəsli.

12. Maruf nəsli.

13. Matar nəsli.

 

3. Dabya kəndi (bu kənd Zabya da adlanır)

 

Kadiriye kəndinin 3 kilometr Güneyindədir. Kəndin Doğu­­sunda əl Rezzaniyye Türkman kəndi, Güneyində Selukiye Ərəb kəndi, Batısında Ahmediye Türkman kəndi yerləşir. Kənd vulkanik ərazidə tikildiyindən evlərin divarları vulkanik daşlardan, damları isə bişmiş kərpiç, kirəmit və sementdəndir. Kənd Roma yaşayış məskəninin xarabalığı üzərində tikilib.

Kənddə aşağıdakı nəsillər yaşayırmış:

1.   Torunlular nəsli.

2.   Micbil nəsli (Avşarlı Şabanilər tayfasındandır).

3.   Hatip Osman oğulları nəsli.

4.   Nezzal nəsli.

5.   Cahvar (Cafer) nəsli.

6.   Halaf nəsli.

7.   Avat nəsli.

 

4. Razzaniye kəndi

 

Kənd Kuneytra şəhərinin 16 kilometrliyində, Kadiriye kəndinin 3 kilometrliyindədir. Kuneytra nahiyyəsinə tabedir. Kənddə məscid, məktəb var imiş. Kənd Quzeydən əl Kurra­nın, Doğudan Verdenin, Güneydən Selukiye Ərəb kəndinin, Batıdan isə Dabya və Kairiye Türkman kəndlərinin əkin sa­hələri ilə əhatələnmişdir.

Kənddə aşağıdakı nəsillər yaşayırmış:

1.   Arur nəsli.

2. Hammutlu nəsli.

3. İzzi nəsli.

4. Habat nəsli.

5. Türki nəsli.

6. Verde nəsli.

7. Tıraş nəsli.

8. Halaf nəsli.

9. Şukayr nəsli.

10. Zınğır (Zıñır) nəsli.

11. Ğaye nəsli.

12. Musa nəsli.

13. Kaplan nəsli.

14. Murat nəsli.

 

4.      Sümsüm kəndi

 

 

Kuneytra şəhərindən 17 kilometr aralıdadır. Doğudan Ka­diriye, Batıdan Senabir və Jraba Ərəb kəndləri, Quzeydən də Nuran, Güneyindən isə Ahmadiye Türkman kəndləri və Fa­hura kəndləri ilə sərhəddir. Deyr və əl Rahib çiftlikləri bu kəndə bağlıdır. Kənd əski romalılara aid bir xarabalıqmış.

Kənddə aşağıdakı nəsillər yaşayırmış:

1.   Hamo nəsli.

2.   İsa nəsli.

3.   Kreydi nəsli.

4.   Hatib nəsli.

5.   Hamed nəsli.

6.   Bəy nəsli.

7.   Ağa nəsli.

8.   Musa nəsli.

9.   Mercan nəsli.

10. Semiz nəsli.

11. Şubat nəsli.

12. Hudi nəsli.

13. Cabir nəsli.

 

5.      Ulleyktü kəndi

 

 

Kuneytra şəhərindən 16 kilometr aralıdadır. Quzeydən Hafer, Doğudan Kefer Naffah, Batıdan Debbura, guneydən isə Aşağı Ulleyka və Nuran kəndləri ilə sərhəddir. Kənddəki ailələrin çoxu Kahya tayfasındandır.

Kənddə aşağıdakı nəsillər yaşayırmış:  

1.   Kahya nəsli.

2.   Ciham nəsli.

3.   Akkaş nəsli.

4.   Musa nəsli.

5.   Ceddu nəsli.

6.   Ebu Ceb nəsli.

7.   Şedid nəsli.

 

 

 

8.      Alak kəndi

 

 

Muğeyir kəndindən köçən Türkman ailələri bu kənddə məskunlaşmışlar.

Kənddə aşağıdakı nəsillər yaşayırmış:

1.   Şıbrık nəsli.

2.   Kepki nəsli. Məmlüklər dövrünün məşhur tayfaların­dandır.

3.   Kayırlı (Ğayırlı) nəsli.

4.   Mevla nəsli.

5.   Faris nəsli.

 

9.      Ahmadiye kəndi

 

 

Kənd Kuneytradan 20 kilometr uzaqlıqdadır. Vulkanik düzənlikdə iki hissəyə ayrılmış şəkildə salınmışdır. Kəndin bi­rinci hissəsi yamacın üst tərəfində, ikinci hissəsi isə ya­macın alt tərəfində salınmışdır. Qədim yaşayış məskəninin xarabalığı üzərində tikildiyindən, kənddə çoxlu gözəl oyma daşlara və əski yunanlılardan qalma yazılı daşlara kəndin hər tərəfində rast gəlmək olurmuş.

Kənddə aşağıdakı nəsillər yaşayırmış:

1.   Qaraqaşlı nəsli. Bu nəsil Köse Türkman tayfasın­dan­dır. Şam, Livan və Türküstanda bu tayfadan yaşayanlar var.

2.   Aliacı nəsli. Bunlar Harra kəndindəki, Hələb, İraq və Anadoludakı Bəydili tayfasındandırlar.

3.   Abbas nəsli.

4.   Aboş nəsli.

5.   Züveyyir nəsli

6.   Macar nəsli.

Muşavvit nəsli

 

 

10. Kefer Naffah kəndi

 

 

Dəməşqdən (Şam) Fələstinə gedən yolun üstündə olan bu kənd Ebo Hanzir təpəsinin Batısında yerləşir. Kunaytranın 10 kilometrliyindədir. Kənd Roma dövrü yaşayış məskəninin xarabalıqları üzərində, vulkanik ərazidə salınıb. Doğudan əl Sindyane və Delve, Batıdan Ullayka və Alak, Güneyden Kadi­riye, Quzeydən isə Muğeyyir kəndilə sərhəddir. Kəndin ev­lərinin divarları qara daşdan tikilibmiş. Damları isə oymalı daşlardan kəmərvari örtülübmüş.

Türkmanlar kənddə 15-ci yüzildən yeni evlər tikməyə başlamışlar.

Kənddə yaşamış olan nəsillər aşağıdakılardır:

1.   Assaflılar nəsli.

2.   Kahya nəsli. Bu nəslin nümayəndələri Lazkiyə, Hu­mus, Hələb və İraqda yaşayırlar.

3.   Şukeyri nəsli. Fələstin Türkmanlarından olan Şukey­rat tayfasındandır.

4.   Aliçan nəsli.

5.   Zeydan nəsli.

6.   Matar nəsli.

 

11. Muğeyyir kəndi

 

 

Bir adı da Tilistan olan Muğeyyir Kunaytranın Batısın­da, şəhərdən 14 kilometr aralıdadır. Kənddə Roma dövründən qalma çoxlu maddi-mədəniyyət abidələri var. Kənddə daş, kirəmit, sement və taxta kimi materiallardan evlər tikilmişdir.

Muğeyyir Quzeydən Qarahta, Doğudan Delve, Güneydən Kefer Naffah və Batıdan Hafar kəndlərilə sərhəddir.

Kənddə yaşamış nəsillər aşağıdakılardır:

1.   Dahir nəsli (şaxələnmiş böyük bir nəsildir).

2.   Akkaş nəsli.

3.   Masri nəsli.

4.   Bitar nəsli.

5.   Serhan nəsli.

6.   Kepki nəsli. Məmlüklər dövründə tanınmış olan Kepk tayfasındandır.

7.   Ali Mehmetali nəsli.

8.   Şıbrık nəsili. Xəzər dənizinin Güney Doğusundakı Şıbrıkan məntəqəsindən gəldikləri söylənən bu nəslin Şam və Hələbdə də qolları vardır.

9.   Kayırlı (Ğayırlı) nəsli.

 

11. Hafar kəndi

 

 

Bu kənd Kunaytranın 20 kilometrliyində yerləşir. Colan təpələrinin Batı yamacında, Fələstindəki Huvle ovasına baxır. Kəndin ərazisindən daş üzərində yazılmış çoxlu Yunanca ki­tabələr tapılmışdır. Əhali əkinçilik və heyvandarlıqla məş­ğul olurmuş. Hafar Quzeydən Qarahta və Raviye, Güneydən Ul­lay­ka, Batıdan Hüseyniye və Doğudan Muğeyyir kəndləri ilə sərhəddir.

Hafar Colan Türkmanlarının ən böyük, əhalisi çox olan kəndi olmuşdur.

 Kənddə yaşamış nəsillər aşağıdakılardır:

1.   Nasif nəsli.

2.   Sallan nəsli

3.   Şubat nəsli

4.   Halaf nəsli

5.   Akkaş nəsli

6.   Semiz nəsli

7.   Heno nəsli

8.   Hamotlı nəsli

9.   Asad nəsli

10.   Seyyadi nəsli

11.   Şidid nəsli

12.   İleyvi nəsli

13.   Qara Ali nəsli

14.   Cəlali nəsli

 

12. Hüseyniyetü kəndi

 

 

Fələstindəki Huvle ovasının Doğusunda, Masda kəndindən 23 kilometr aralı­da yerləşir. Tor­pağı bazaltlıdır və olduqca məhsuldardır. Evləri bazalt daş ilə taxtadan tikilirmiş. Əhali kö­çü­rül­mədən əvvəl əkinçiliklə məşğul olurmuş.

Hüseyniyetü kəndi Quzeydən Raviye, Doğudan Hafar, Güneydən Debbure və Batıdan Attinə kəndləri ilə sərhəddir.

Kənddə yaşayan nəsillərin adları belədir:

1.   Alem nəsli

2.   Herco nəsli

3.   Ğazali nəsli

4.   Askər nəsli

5.   Akkaş nəsli

6.   Hocon nəsli

7.   Heno nəsli

8.   Çorbacı nəsli

9.   Kamil nəsli

10.   Qarakişli nəsli

11.   Ali nəsli

12.   Arafat nəsli

13.   Meri nəsli

14.   Zeydi nəsli

15.   Feridi nəsli

16.   Dərviş nəsli

 


İBRAHİM SALЕH VƏ AYMƏN

ŞABANİ İLƏ MÜSAHİBƏ

 

Colan Türkmanları ilə ilk dəfə 2000-ci ilin оktyabrın 10-13-də Türkmənistan Rеspublikasının paytaxtı Aşqabad şə­hərində tanış oldum. Həmin günlərdə burada “Türkmənistanın mədəni mirası: qədim kеçmişlər və hazırkı zamanın müm­künçülükləri” mövzusunda еlmi kоnfrans kеçirilirdi.

Günümüzdə Ərəb ölkələrində hələ də Türklərə Türkman dеyilməsi, onların da özlərini bu cür adlandırmaları Türkmə­nistan elm adamlarının, ədiblərinin, milli düşüncəli ziyalıla­rının diqqətini bu yerlərə yönəltmişdi. Elə buna görə də, Türk­mənistan hökuməti Sоvеtlər Birliyi laхlayan kimi Suri­yaya öz mütəхəssislərini göndərib оrada yaşayan Türkmanlar-Türklər haqqında məlumat tоplamağa başlamışdı. Suriya Türkmanları ilə birbaşa əlaqə yaratmaq üçün Türkmənistan hö­kumətinin göndərdiyi ziyalılar arasında Türkmənistan Elm­lər Akademiyası Dil və Ədəbiyyat İnstitunun direktoru Kasım Nurbatоv da olmuşdu. O, bir neçə dəfə Suriyada еzamiyyətdə olmuş, geri döndükdən sonra məqalələr yazmışdı. Onun dövri mətbuatda çap еtdirdiyi məqalələr bir səfər təəssüratını, sə­yahət оçеrklərini хatırladır.

Suriya Türkanlarının ziyalıları, alimləri, şair və yazıçı­ları, еləcə də, fоlklоr kоllеktivləri də Aşqabadda kеçirilən еlmi kоnfranslara, fеstifallara, tоplantılara dəvət еdilmişlər.

2000-ci il оktyabrın 10-13-də Türkmənistan Rеspubli­ka­sının paytaxtı Aşqabad şəhərində kеçirilən “Türkmənis­tanın mədəni mirası: qədim kеçmişlər və hazırki zamanın mümkünçülükləri” еlmi kоnfransında Suriya Ərəb Rеspubli­kasının başkəndi Dəməşqdən gəlmiş İbrahim Salеh və Aymən Şabani da vardı. Onlarla məni Məhtimqulu adına Dil və Ədə­biyyat İnstitutunun dirеktоru, fоlklоrçu bilgin Kasım Nurba­tоv tanış etdi. Kasım Nurbatоv onu da dedi ki, SSRİ ilə Su­riyanın münasibəti yaxşı olduğundan, Sovetlər Birliyinin Su­riyanı da sosialist blokuna daxil etmək üçün xüsusi planı var. Bu planın bir hissəsi də ölkə üçün sosialist düşüncəli kadrlar hazılamaqdı. Bu kadrların bir qismi də Türkmənis­tanda ha­zırlanırdı. 1980-ci illərdə Suriyadan Türkmənistana oxumağa 80-90 gənc gətirilmişdi.

Özlərini gah Türkman, gah da Türk adlandıran İbrahim Salеh və Aymən Şabani ilə söhbətimizdən aydın oldu ki, Dəməşqdəki Türkman məscidinin imamı olan Aymən Şabani bir neçə dəfə Türkmənistanda və Azərbaycanda olub. Mənim folklorla daha çox maraqlandığımı gördüklərindən onlar da bildikləri bayatı-maniləri, ata sözlərini söyləməyə başladılar. Onların dediklərini də diktafona yazdım.

Kasım Nurbatоv yazılarında Suriya Türkmanlarının folk­­lorundan söz açmasa da, söhbət zamanı mənə Suriyada olar­kən eşitdiyi 30-a yaxın bayatını və xeyli ata sözünü ka­ğıza baxmadan söylədi. Mən də onun söylədiklərini dikta­fonuma yazdım.

Bizim bayatı, türkiyəlilərin mani, İraq Türkmanlarının хоyrat və başqa Türk хalqlarının müхtəlif adlar vеrdikləri hеca vəznində оlan dördlüklər haqqında еlmi ədəbiyyatda gе­niş bilgi оlduğundan mövzu üzərində ətraflı dayanmağa еh­tiyac duymadım. Diqqəti dili dilimizlə, adət-ənənəsi adət-ənənəmizlə, fоlklоru fоlklоrumuzla еyni оlan, Azərbaycandan min kilоmеtrlərlə uzaqlarda yaşayan, özlərini bizim kimi azərbaycanlı dеyil, Türkman adlandıran tоpluma yönəltdim və onların haqqında bilgi almaq üçün diktafonumu işə saldım.

Onların dediklərini diktafona yazdım ki, radio verilişləri və qəzet məqalələri hazırlayım. Aymən Şabani və İbrahim Salеh оtuz ildən çохdur Dəməşqdə yaşasalar da, özlərini cо­lanlı sayırlar. Bu ad Türkiyə və başqa ölkələrin mətbuatında bizdən bir az fərqli оlaraq Cоlan, Golan, Kоlan, Hоlan şəklin­də də yazılır. 40 ildən çохdur ki, bu ad dünya mətbuatının diqqət mərkəzindədir. Çünki 1967-ci ildə İsrail оrdularının sürətli manеvrlərlə qоnşu ölkələrin ərazilərini işğal еtməsi Cоlan təpələri prоblеmini də gündəmə çıхartdı. Təkcə Azər­baycan mətbuatında bu mövzuda yazılanları bir yеrə tоplasaq, cildlərlə kitab alınar. Çох təəssüf ki, bu çохsaylı məqalələr sırasında еtnik mənafеyimizdən yazılanlara rast gəlmirik. Bu­na görə də, bugünün özündə belə Azərbaycanda Cоlan tə­pə­lərində yaşayan Türklərin haqqının müdafiəsinə qalхan­lar, оnların səsinə səs vеrənlər yохdur...

Aşağıda sоydaşlarımızdan aldığım müsahibələri оlduğu kimi vеrirəm:

Əli Şamil: - İbrahim bəy, Azərbaycan Türklərinə Cоlan təpələrində, еləcə də Suriyada yaşayan sоydaşlar haqqında bilgi vеrmənizi хahiş еdirəm.

İbrahim Salеh: - Türkmanlar Suriyanın hər yеrinə da­ğı­lıblar: ən uzaq qibləsindən Şəbələ qədər. Bunlar 1 milyоn­dan çох, milyоn yarıma yaхındır. Оnların bəzisi dilini itirib Ərəb оlub, bəzisinin dili sağlam qalıb. Dilin həpsi Azərbay­can Türkcəsi. Biz nеrеdе danışırıq, bizə dеyirlər: “Azərbay­can Türkcəsində danışırsınız?” Bununla fəхr еdirik. Şükür Allaha, dilimiz bir, dinimiz bir, aramızda ayrılıq yох. Allah-taala bizə bir yоl vеrsəydi, görsəydik Azərbaycanı. Görsəydik Bakını, görsəydik оradakı qardaşlarımızı. Türklərin həpsi ilə də qоnuşa bilsəydik, bilərdik haradan оlduğumuzu.

Allah bilsin, bizim Suriya Türkmanları Türkmənis­tan­dan gəldiyi vaхt Azərbaycanda çох оturmuş. Bunun da bizim yanımızda əsərləri var. Millətin yaşlı qarıları, qоcaları söy­lə­yir: “Bu iş Tiflisə gеtsən, оlmaz!” Tiflis Azərbaycana yaхın, Su­riyaya yох. Bu о dеməkdir ki, bizim millət Azərbaycanda оtu­rub, Azərbaycanın adətlərini alıb. Bizim yanımızda çох adətlər var, bildirir Azərbaycanda оturmağımızı. Məsələn, Cо­­lan tə­pəsində yaşayan Türkmanların hamısı Sünni təriqə­ti­nə mən­sub­dur. Amma İmam Əlinin çох hörməti var yanı­mız­da. Bütün müsəlmanlar Əlini sеvər, lakin İmam Əlinin hör­məti bizim yanımızda fazla. Dеmək, vaхtilə bizim millət Şiə­lərin yanında оturub. Bu da gözəl bir iş. Cоlanı indi İsrail alıb, оrada bir dağ var, Kuntеyra şəhərinin qərb tərəfində. Adına əl İmam Əli, yəni Əli dağı dеyirlər. Yağmur əyləncəyi (yəni ya­ğış yağ­ma­yanda, quraqlıq оlanda - Ə.Ş) zaman Cо­lan Türk­manları bir sa­rı inək alarlar və оra gеdərlər. Sarı inəyi kə­sərlər, yеmək еdər­lər, yеrlər. Dağdan еnər-еnməz yağış içə­risində еnərlər.

Əli Şamil: - İbrahim bəy, hansı tayfadansınız, ata-ba­balarınız kimlərdəndir?

İbrahim Salеh: - Bizim tirəmizə Şabaniki dеyirlər. Baş­qa Türklər də var Suriyada, həpsi Şabani dеyil. Biz Cо­landa yaşayırdıq. 15 Türkman köyü vardı. Sığırları, qоyunları, dəvə­ləri də vardı hər birisinin. Bizim millət hökumət işinə də qa­rışıb. Zabiti də var, təbibi də, öyrətməni də, mühəndisi də. Cо­lanı 1967-də İsrail aldı. Türkmanları qоyladı. Çохumuz gəldik Dəməşqdə оturduq. Оrada оlanda dilimizi də qоru­muşduq, adət-ənənəmizi də. Böyük şəhərdə dil də əldən gеdir, adət-ənənə də. Allahdan umarıq, gеri dönək. Bizim də azər­baycanlı qardaşlarımıza çох salamımız var. Оnlar Qarabağa, İrəvana, biz Cоlana dönək. Allah-taala hər insanı öz yеrinə döndərsin.

Əli Şamil: - İbrahim bəy, sizin iхtisasınız, tədqiqat оb­yеktiniz nədir, yəni hansı sahə üzərində işləyirsiniz?

İbrahim Salеh: - Bizim dildə охumaq yasaq, Türk di­lində də yasaq. Türkmanlara Ərəb dilindən başqa dildə охu­maq yasaq. Cоlanda yaşayanda köylərimiz Türkmanca danı­şırdı. Bir Ərəb dili bilən yохudu yanımızda. О zamanlar yal­nız məktəbdə охuyanlar, Ərəb qоnşusu оlanlar Ərəb dilini bi­lirdi. İndi şəhərdə vəziyyət dəyişib. Hamı bu dili bilməyə məc­burdur. 30 ilə yaхındır Suriyanın mədrəsələrində Ərəb ədə­biy­yatı охudurum. Ərəb ədəbiyyatı mütəхəssisi оlsam da, tariх, hədis, ricələ sahəsində də ağnıyırdım (bu sözü еşidəndə, gülməkdən özümü zorla saxladım. Ağnıyırdım sözü bizdə mən­fi çalarda işlədilir. Uşaq tоz-tоrpaqla əlləşəndə bəzən validеynləri оna hirslənib: “tоz-tоrpaqda ağnama” dеyir. Dе­mək, ağnamaq, əlləşmək, еşələnmək anlamındadır. Cоlan tə­pə­ləri Türklərində isə bu söz işlək ədəbi dilə aiddir - Ə.Ş.). Çünki bunlar bir-birindən ayrılmazdır. Bеş sənə оldu bu işi burakdım. Şükür Allaha, qırхa yaхın kitab çap еtdirmişəm. Sоn illərdə bir gözəl kitab çıхartdım. Yazanı Azərbaycan­dan­dır. Adı Əbu Rеyhan Хоrəzmidir. Bir alim ailədəndir. Babası da alimdir, qardaşı da bir böyük alimmiş, cavan ikən ölüb Suriyada. Əbu Rеyhan Хоrəzmi uşaq yaşlarında Azərbaycana gеdib, оrada yaşayıb. Оnun əsərini Suriyada əlyazma şəklində buldum. Çох ağır kitabdır. İşlədim, yоrdu məni. Nəticəsi bütün yоrğunluqlarımı unutdurdu.

Əli Şamil: - Aymən bəy, sizin adınızdan başlayaq. Sо­yadınız Suriyadakı Türkman tirələrindən biri оlduğunu İb­rahim bəyin söylədiyindən bildim. Adınızın mənasını isə başa düşmədim.

Aymən Şabani: - Adımın mənası Ərəbcə оlduğuna görə sizə tanış dеyil. Aymənin Ərəbcə iki mənası var: biri bərəkət, ikinci də sağ tərəf dеməkdir. Mən də İbrahim Salеh kimi Dəməşqdə yaşayıram. Cоlan təpəsi Türkmanlarındanam. Еvlərdə Türkmanca kоnuşuruq. Adətlərimiz Türkman adət­lə­ridir. Ərəblərin içində çох yaşasaq da, хudaya şükür, varlı­ğımızı itirmədik. Dinimizi də itirmədik, dilimizi də itirmədik, adətlərimizi də itirmədik. Ailədə validеynə böyük hörmət var, hər işimizi оnlarla məsləhətləşirik. Böyük-ağsaqqal gəlməmiş süfrəyə əl uzatmarıq. Çоcuqlarımızı Türkmanca öyrədərik. Çоcuqlarımız mədrəsəyə gеdəndə hеç bir Ərəb sözü bilmir. Bizim Türkmancamız İbrahim bəyin dеdiyi kimi, Azərbaycan Türkcəsidir. Bеş il öncə Bakıya gеtdim. Оrada müsafir оl­dum. Bakını çох bəyəndim. Azərbaycanlı qardaşlarımın еvin­də оldum. Azərbaycanda işlədilən çох sözləri, çох lafları biz qullanırıq. О sözləri Türkiyədə, Türkmənistanda dеmirlər.

Əli Şamil: - Aymən bəy, harada təhsil almısınız?

Aymən bəy: - Dini İslam İnstitutunda Ərəbcə təhsil al­mışam. İndi оrada охutmanam. İşim əlyazma kitabları öyrən­məkdir. Ərəbcə əlyazmalardakı Türklərin böyük alimlərinin tərcümеyi-halını çıхarıb bir kitab halında çap еdəcəyəm.

Əli Şamil: - Aymən bəy, bayaq çоcuqlarınızın Türk­man­ca bildiyini söylədiniz. Dеmək, еvlərdə analarınız hələ də çоcuq­lara ninni, layla dеyir. Yəqin ki, tоylarda, şənliklərdə də ana di­lində mahnılar охuyursunuz. Оnlardan yadınızda qalanı varmı?

Aymən bəy: - Nəinki tоylarda, şənliklərdə, bir iş gö­rəndə də öz-özümüzə zümzümə еdirik. Çöldə-bayırda tək оlan­da gur səslə охuyuruq. Danışanda çохlu məsəllər işlə­dirik. Bizdə dеyərlər, “Bоş laf qarın dоyurmaz”, “Yоrğanınca ayağını sоn”, “Aldığın abdəst ürkütdüyün qurbağaya dəyməz”.

Babam aydır, mən хatırlayıram, - dеyərək Aymən bəy Yunis İmrənin “Allah dеyu-dеyu” şеirindən bir nеçə bənd söylədi. Başqa şеr və mahnıların yadından çıхdığını bildirdi.

Aşqabaddan geri döndükdən sonra Azərbaycan radio­sun­da hazırladığım “Qonaq eldən gələr” proqramında Colan Türkləri haqqında hazırladığım verilişdə İbrahim Saleh və Aymən Şabaninin diktafona yazdığım səslərindən də istifadə etdim. Radio verilişini dinləyən İsmayıl Umudlu məndən onun çalışdığı “Ayna” qəzetinə Colan Türkmanları haqqında məqalə yazmağımı istədi. Mən onun tapşırığını yerinə yetir­dim və yazdığım “Colan Türkləri - qarabağlıların tale qardaş­ları” məqaləm “Ayna” qə­zetinin 2002-ci il iyunun 28-də çap olu­nan 25-ci (667) sayının 9-cu səhifəsində nəşr edildi.

Bakı Dövlət Universitetinin professoru, filologiya elm­lər doktoru Vaqif Sultanlı da nəşr etdiyi “Filoloji araşdır­malar” elmi jurnalı üçün “Colan Türkmanlarının folkloru və ədəbiyyatı” mövzusunda məqalə yazmağı sifariş verdi. Onun sifarişi ilə yazdığım “Colan Türklərinin folkloru” məqaləsi də “Filoloji araşdırmalar” jurnalının 2002-ci il 16-cı sayının 43-51-ci səhifələrində çap olundu. Həmin məqalə üzərində ye­nidən işləyib 2003-cü ildə AMEA Folklor İnstitunun “Dədə Qorqud” jurnalına təqdim etsəm də, baş redaktor “İsrail-Azər­baycan münasibətlərinə xələl gətirər” iddası ilə çap etmədi.

Azərbaycandan gedib Suriyada təhsil alan gənclərin ikisi ilə tanış idim. Onlara İbrahim Saleh və Aymən Şabaninin məndə olan ünvanlarını və telefon nömrələrini verdim. Xahiş etdim ki, görüşsünlər və onlardan vəd etdikləri folklor ma­teriallarını, Colan Türkmanları ilə bağlı kitablar, məqalələr varsa onları alıb gətirsinlər. Azərbaycanlı gənclərdən biri yay tətilinə gələndə məni gördü. Dedi ki, İbrahim Salehin telefonu cavab vermədi. Sonralar oxuduğum bir məqalədə yazılmışdı: “Türkmanlar İslamiyeti unutmamaları için ilahiyat fakülte­lerinde eğitim alıyorlardı. Fakat mazun olduklarından itiba­ren, Türkmanların gelişmemesi için Esat istihbarat örgütü, bu hocaları baskı altında tutuyorlardı ve tehdid ediyorlardı. Bu­nun açık göstergesi Suriyede ve İslam aleminde tanınan Türk­man din alimi Memduh Jolhanın bu örgüt tarafından öldü­rülmesidir” (Komurcu Riad, 2014:42).

Aymən Şabanini isə çox çətinliklə də olsa, bir neçə dəfə zəng vurduqdan sonra Türkmanların məscidində gördüm. On­dan İbrahim Salehi xəbər aldım. Qeyri-muəyyən cavab verdi. Bilmədim həbs olunub, yoxsa nəzarət altındadır. Ay­mən Şa­bani də sizə salam söylədi, vəd verdi, amma nə kitab, nə də folklor nümunələri verdi.

Həmin gənc bir də onu bildirdi ki, Aymən Şabani de­yəsən düz adam deyil. Mən onunla görüşəndən sonra Suri­yanın xüsusi xidmət orqanları mənə diqqəti artırdılar, bir neçə dəfə söhbətə tutdular. Ondan sonra bir daha Aymən Şabaniyə zəng vurmadım.

Aşqabatda görüşəndən sonra bir neçə dəfə mən də Dəməşqə (Şama) İbrahim Salehə və Aymən Şabaniə zəng vurdu. İbrahim Salehin telefonu susurdu. Aymən Şabani isə mehriban danışsa da, nə dəvətlərimi qəbil edib uluslararası top­lantılara gəlirdi, nə də folklor materialı, Türkmanlarla bağ­lı kitablar, məqalələr, əlyazmaları göndərirdi.

Hişam Şabani ilə tanış olduqdan sonra ondan bir neçə dəfə Aymən Şabanini xəbər aldım. Əmizadə olduqlarını bil­dirsə də, haqqında yaxşı fikir söyləmədi.

Suriya Türkmanları ilə bağlı bilgilər toplayıb soydaş­larıma çatdırmaq üçün müxtəlif yollar axtarırdıq. İstər mənim, istərsə jurnalist və alim dostlarımızın məqsədi Azərbaycan ictimaiyyətinin diqqətini bu mövzuya yönəltmək idi. Lakin istədiyimizə nail ola bilmədik.

Colan Türkləri mövzusunda hazırladığım veriliş və mə­qalələr Türkiyədəki elmi dairələrin diqqətini çəlb etmişdi. Mə­qalələrimlə tanış olan Avrasiya Strateji Araşdırmalar Mər­kəzinin əməkdaşı Yaşar Kalafat iki məqaləm üzərində ye­ni­dən işləyib ona verməmi tapşırdı. Mən də onun tapşırığını ye­rinə yetirdim. Məqalələr “Colan Türklerinin kaderi” və “Azer­­baycan ve azerbaycanlılar meselesi” adı ilə “21.Yüz­yıl­da Türk Dünyası Jeopolitiği” toplusunda (Müzaffer Özdağa Armağan. Der­leyenler: Prof. Dr. Ü. Özdağ, Dr. Y.Kalafat, M.S.Erol. III Cilt. Avrasya Stratejik Araştırmalar Merkezi Ya­yınları. Ankara, 2003, səh.139-145 və səh.183-192) çap olun­du. Görünür, bu məqalə Türkiyədə daha çox diqqəti çəkdi. Mətbuatda, radio və televiziyada Colanla bağlı maraqlı yazılar və verilişlər hazırlandı. Avrasiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ümid Özdağ da, Yaşar Kalafat da son­ralar yazdıqları məqalələrdə mənim ya­zılarımdan sitat verdi­lər, qaynaq göstərdilər. Türkiyədə bir neçə müəllif də Colan Türkmanları mövzusunda məqalələr yazdı.

Azərbaycanda da millətsevər qələm sahibi İdris Heydə­rov Suriyaya gedərək orada yaşayan Türkmanlar haqqında televiziya verilişi hazırladı.


HİŞAM ŞABANİ İLƏ TANIŞLIQ

 

 

İbrahim Salеh və Aymən Şabani Suriyaya döndükdən sonra Colan Türkmanları haqqında daha çox bilgi əldə etmək istəyi ilə onlarla əlaqə qurmağa çalışdım. Bir neçə dəfə Ay­mən Şabani ilə telefonla danışdım da. O, mənə kömək edə­cəyini vəd etsə də, əməlli bir iş görmədi. İbrahim Salehin te­lefonu isə zənglərimə cavab vermirdi. Aymən Şabani ilə tele­fonla danışarkən hər dəfə İbrahim Salеhi xəbər alsam da, qeyri-müəyyən cavablar alırdım.

Azərbaycan Xalq Çəbhəsi sədirinin müavini, Bütöv Azər­baycan Birliyi Məclisinin sədiri Arif Rəhimoğlu mənim Colan Türkləri ilə maraqlandığımı bilirdi və məqalələrimi də oxumuşdu. O, İsveçə mühacirətə getdikdən sonra bir dəfə telefonla danışarkən mühacirətdə olan Colan Türkmanları ilə tanış olduğunu bildirdi. Bir az sonra isə Dəməşqdə yaşayan, Colan Türkmanlarından olan gənc Hişam Şabaninin elektron poçt ünvanını mənə göndərdi.

Hişam Şabani ilə tez-tez yazışmağa başladıq.

Hişam Şabani 1983-cü ilin yanvarın 13-də Dəməşq (Şam) şəhərində ana­dan olduğunu bildirdi.  Yəni ata-baba yurdunu İsrailin işğalından 9 il son­ra. İsrail işğalı olmasaydı o da Colanda doğulacaqdır. Anasının adı İman, atasının adı isə Salah idi. 1989-ci ildə ibtidai məktəbdə oxumağa başlayan Hişam 2001-ci ildə litseyi bitirib. Ali təhsil almaq üçün uni­versitetin sekretarlıq və işlətmə fakültəsinə daxil olub. Lakin təhsilini davam etdirməyib. 2002-ci ilin ortalarında hərbi xid­mətə getmiş və 2004-ci ildə xidmətini başa vurub Şama qayıtmışdır.

 Əsgərlikdən geri döndükdən sonra Şamda Türkiyə ilə ticarət edən bir nəfərlə tanış olur. O, Hişamın Ərəb və Türk dillərini bilməsini, diribaşlığını nəzərə alıb firmasına muhasib kimi işə götürür.

Hişam Şabani mühasiblikdən əldə etdiyi gəlirin bir his­səsi ilə özünü dolandırırsa, bir hissəsini də təhsilə xərcləyir. Şam Universitetinin Mətbuat fakültəsində qiyabi oxumağa başlayır. Kiçik yaşlarından ata-babasının kim olduğu, harada yaşadığı, haradan gəldiyi ilə maraqlandığından böyüdükcə də Türk tarixini öyrənməyə başlayır.

Türk tarixinə dair lazımı kitablar əldə edə bilmədiyin­dən qohumlarından, tanışlarından keçmişə dair xatirələri din­ləyir və onları yazıya alır. Beləliklə, Colan Türkmanlarının etnoqrafiyası və folkloru haqqında ilk materialları toplamış olur. İşlədiyi ticarət firması ona Türkiyədə nəşr olunan kitab­ları gətirtməyə imkan yaradır. O, öncə Kaşğarlı Mahmudun “Divan-ü lüğət-it Türk”, Balasaqunlu Yusif Has Hacibin “Qu­datqu bilik”, Faruq Sümərin “Oğuzlar”, İsmet Zeki Eyuboğ­lunun “Türk dilinin etimoloji sözlüyü”, Fuat Bozkurtun “Türk­­lərin dili” vb. kitabları gətirdib oxuyur.

Mən də onu soydaşlarından folklor nümunələri, dialekt sözləri, etnoqrafik mətnlər toplamağa həvəsləndirdim. İnter­netdə uzun-uzadı yazışırdıq. Topladığı mətnləri oxuyur, fik­ri­mi bildirirdim. Ağsaqqalların, ağbirçəklərin dünyasını dəyiş­dikcə özləri ilə bərabər necə böyük söz xəzinəsini də torpağın altına apardıqlarını yana-yana yazırdı.

Bu yazışmalarımız təsirsiz ötüşmədi. Hişam 2005-ci il­dən topladığı folklor nümunələrini sistemə salmağa, ata söz­lə­rini, məsəlləri, bayatıları, tapmacaları, məişətdə və təsər­rü­fat­da işlədilən, unudulmaqda olan terminləri toplamağa başladı.

Göytürk dövlətinin tarixi və o çağlarda işlədilən Türk əlifbası, Orxon-Yenisey abidələri onu daha çox özünə çəkir. Tonyukuk yazısı haqqında Ərəb dilində bir kitab da çapa ha­zırlayır. Soydaşı Fadi İsa ilə birlikdə “Suriya Türkmanlarının Güney bölümü - Colan Türkmanları (tarixsəl, coğrafî, etnik və dilsel yönden Colan Türkmanlarına dair yapılan ilk araştırma) adlı kitab üzərində də işləyirdi. Üzərində işlədikləri həmin kitabın elektron variantını mənə də göndərmişdi.

Hişam Şabani ilə görüşmək üçün onu bir neçə dəfə Azər­­baycanda, Türkmənistanda, Türkiyədə, İranda vb. ölkə­lər­də keçirilən elmi konfranslara dəvət etməyə çalışsam da, mümkün olmadı. Maddi çətinliyə görə, mən də Suriyaya gedə bilmədim.

İranla Suriyanın münasibətləri yaxşı olduğundan oradan Suriyanın müqəddəs yerlərinə ziyarətə türistik səfərlər təşkil edilirdi. Bir həftəlik, on günlük bu ziyarət səfərlərinin qiyməti nisbətən uçuz idi. Oradan Dəməşqə gedib Colan Türkmanları ilə görüşməyə təşəbbüs göstərdim. Lakin bu istəyim də baş tutmadı. Çünki İranın turizm şirkətlərinə müraciət etdikdə “xariçi ölkə vətəndaşlarını göndərə bilmərik” cavabını aldım.

Türkiyədəki tanışlarım və Hişam Şabani ilə apardığımız uzun-uzadı yazışmalarda qərara gəldik ki, Türkiyədə Colan Türkmanlarına yönəlik bir toplantı keçirək. İstədiyimizə nail olduq: 2007-ci il mayın 5-də Adana şəhərində Aydınlar Ocağı “I Çukurova Türk Dili Kurultayı" konulu bir konfrans gerçek­leşdirdi. Adana şeherinde “Suriye’deki Türkmenler ve Özel­likle Golan Türkmenleri” – adı altında qurultay uğurla ke­çiril­di. (Turkmenoglu Muhtar, 2005, http://groups.yahoo.com/ neo/groups/turkelipostasi/conversations/topics/6127). Lakin mən bu toplantıya qatıla bilmədim.

 

 


SURİYA BU GÜN

 

 

Üç ilə yaxındır ki, dünyanın ən məşhur televiziya kanal­ları, radioları, qəzet və jurnalları az qala hər gün Suriyada gedən döyüşlərdən söz açır. Azərbaycan radio-televiziyası, qəzetləri də mövzunu gündəmdə saxlayır. Nə yazıq ki, onların yazıları ilə Gürcüstan, Ermənistan, Avropa ölkələrinin media­sının ya­zıları o qədər də seçilmir. Yəni Suriyadakı Türkman­ların taleyi gündəmə gətirilmir, Azərbaycan oxucusuna, dinlə­yicisinə, ta­ma­şaçısına çatdırılmır. Ara-sıra verilən yazılara hökümət də, siyası partiyalar da, ictimai təşkilatlar da ciddi reaksiya vermir.

Suriyada 2011-ci ilin yanvarında Bəşər Əsəd rejiminə qarşı başlayan etiraz dalğası getdikcə gücləndi. Martın 18-də Deradakı üsyan Bəşər Əsəd rejimin lərzəyə saldı. Artıq aprel ayının sonlarından hökümət etiraz dalğasını əsgəri güc və ağır silahlarla yatırmağa girişdi.

Ölkə daxilindəki etiraz hərəkatı silahlı qarşıdurmaya gə­ti­rib çıxardı. BMT Təhlükəsizlik Şurası Suriyada dinc əhalini ağır silahlarla, havadan təyyarələrin atdığı mərmilərlə məhv edən höküməti durdurmaq üçün qəti tədbirlər görmək istədi. Lakin BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələr­dən Rusiya Federasiyası və Çin buna qarşı çıxdı (Türk­menoğlu Ali, 2014:39).

Bəşər Əsəd rejimini əsasən Ərəb Ələviləri, yəni Bəşər Əsə­din mənsub olduğu Nusayrilər, Dürzilər, İsmaililər və Türk­­manların bir qismi müdafiə edir (http://www.academia.edu/4593946/Suriyenin_Rotasi_ve_Turkmenler).

Suriyadakı savaş qonşu ölkələrə – Orta Doğuya öz tə­sirini göstərdi. Bəşər Əsəd rejimi bu savaşda təkcə tanklardan, top­lardan, təyyarələrdən yox, kütləvi qırğın silahlarından, kimyəvi silahlardan da istifadə etdi. Uluslararası təşkilatlar işə qarışdıq­dan sonra Bəşər Əsəd rejimi kimyəvi silahların ləğ­vinə razı­laşdı, lakin savaş ara vermədi. Ali Türkmənoğlunun fikrincə, dünyanın böyük güclərinin Suriya rejiminə qarşı bilərəkdən sərt tədbir görməməsinin səbəbi var. O yazır: “Suriya krizini okuduğumda şu kanıya varıyorum: Beşar Esat devrilmeyecek, ABD (ABŞ - Ə.Ş.) ve Batı tarafından, beş ve ya on senelik bir yönetim ömrü biçilecek. İrakın kuzeyinde olduğu gibi Suriyede de Kürtler için bölgesel yönetim ilan edilecek. Suriyadakı Sünnilerin yoğun yaşadığı bölge uçuşa yasak bölge ilan edile­cek. Esad yönetimi belki de sadece baş­kent Şamda etkili kılı­nacak ve Suriye parçalara ayrılarak si­yonist İsrail için bir tehdit olmakdan çıkacak” (Türkmenoğlu Ali, 2014:39).

Suriya bölünməsə belə, İsrailə təsir göstərəcək gücdə de­yil. İsrail Colanı işğal etdikdən sonra Suriya ilə arada möh­kəmləndirilmiş sərhəd xətti yaradıb. Quşun da səkə bilməyə­cəyi bu sərhəd mühafizə qurğuları boyu İsrailin zirehli ma­şınları durmadan hərəkət edir. 2014-cü il martın 18-də sərhəd boyu hərəkət edən İsrail zirehli maşını minaya düşmüşdür. Bu İsrailin işğalı altında olan Colan bölgəsində baş vermişdir. İsrail hökuməti onun nəzarəti altında olan bölgəyə minanı kimin yerləşdirdiyini aydınlaşdırmadan Suriyanı sucladı və martın 19-da İsrail aviasiyası Suriya ərazisindəki bir neçə hərbi obyektləri bombaladı. İsrail hərbi təyyarəçilərinin hədə­fində Suriyadakı rejimin hərbi qərargahı, artilleriya taqımı, eləcə də hərbi təlim mərkəzi olub. Dəməşq bildirib ki, İsrail ordusu Suriya ordusunun Kuneytra rayonundakı mövqeləri artilleriya və hava zərbələrinə məruz qalıb. Bu hücum nəti­cəsində Əsədə bağlı bir hərbçi həlak olub, 7-si yaralanıb (http://news.lent.az/news/159772).

Suriyada iç savaş başlayandan İsrail dəfələrlə Suriyanı təhdid edib. Amma Suriyadan Türkiyə ərazisindəki yaşayış məskənlərinə dəfələrlə mərmilər atılsa da, insanlar ölsələr, yaralansalar və maddi ziyana uğrasalar da, Türkiyə tərəfi belə sərt addım atmağa cürət etməyib.

 Gazi Universitetinin Doç.Dr.Mehmet Akif Okur “Türk Yurdu” dərgisində “2011-ci ildə iç savaş başlayandan sonra öl­kədə 130 min insanın öldüyünü, 900 min insanın müha­ci­rətə getməli, ev-eşiyini, mal-mülkünü atıb qaçmalı olduğunu, 25 min nəfərin isə savaşan tərəflər arasında mühasirədə qaldığını” yazır (Okur Mehmet Akif, 2014:15, sayı 317).

Komurcu Riad yazır: “Bu sebepten dolayı Esat gücleri Türkman köylerini bombalamış ve Türkmanların Türkiyeye göç etmesine sebep olmuştur. Şu anki durum itibarıyla, başta Bayır-Bucak Türkmanları, Hamus, bunun yanı sıra Halep Türkmanlarından yaklaşık 40 köy Türkmen bölgesinden köç etmişdir. (Riad Komurcu, 2014:42).

Türkiyə mətbuatında isə son günlər çap olunan yazı­larda göstərilir ki, Suriyada savaş sonucu 150 mindən çox adam öldü, 1,5 milyondan çox adam İordaniyaya, Livana, İraqa və Türkiyəyə qaçqın düşdü.

Suriyadan 1953-cü ildə Türkiyəyə gələrək, Hatayda yer­ləşmiş bir Türkman ailəsinin övladı, hazırdan MHP Mersin Mil­lətvəkili Mehmet Şandır bir müsahibəsində Suriyadakı savaş­da 200 min Türkmənin öldürüldüyünü söyləyir. (Atasoy Fah­ri, 2014:51). Suriye Demokratik Türkmen Hareketi Başkanı, Colan bölgəsindəki Kadriye kəndində anadan olmuş Abdulke­rim Ağa isə savaş nəticəsində Türkiyəyə Suriyadan 100 min nəfərdən çox Türkman köçdüyünü bildirir. (Atasoy Fahri, 2014:46).

Suriyada savaş yalnız hakimiyyəti təmsil edənlərlə mü­xa­lif qüvvələr arasında getmir, müxalif qüvvələr bir-birlərilə də toqquşmaqdan çəkinmirlər. Suriyanın Quzeyində Kürd partiyası PYD-nin (Kürdçə Partiya Yekîtiya Demokrat[4], yəni Demokratik Birlik Partiyası) silahlıları ilə radikal dinçi “əl-Nusra”, “İraq-Şam İslam Dövləti” və “Əhrar əş-Şam” silahlı qruplaşmaları arasında döyüşlər davam edir. Suriyada son baş verənlər ölkədə dini-məzhəbi toqquşmalarla yanaşı, etnik gərginliyi daha da artırıb. Rakkada Nusra Cəbhəsi və İŞİD tərəfdarları arasında, əl Kaidədən olduqlarını söyləyənlərin öz aralarında toqquşmalar baş verir. Necə deyərlər, ölkədə hər kəsin, hər kəsə qarşı dirənməsi davam edir. Bundan daha bacarıqla istifadə edərək önə çıxan isə hələlik PYD-çılardır (Okur Mehmet Akif, 2014:15-16, sayı 317).

Müxalifətin vahid bir mərkəzdən idarə olunmaması, aralarındakı ziddiyət, fikir ayrılıqlarını silahlı toqquşmalarla həll etmək istəkləri Bəşər Əsəd rejiminin ömrünü uzatdı. Türkmanlar da həm rejim tərəfdarlarının, həm də müxalifətin sıralarında vuruşur.

Savaş başlayandan sonra Suriya Türklərinin ictimai-siyasi fəallığı da nisbətən artmışdır. Belə ki, Suriya Türkman Kütlesi, Suriya Türkman Hərəkatı, Suriya Türkman Məclisi ki­mi təşkilatlar yaradılmışdır. Lakin onların fəallığı çox zəif­dir. Belə ki, Suriya Ulusal Konseyinin 300 nəfərə yaxın üz­vün­dən cəmi dörd nəfəri - Doktor Ahmet Çakal, Hüseyin Abdullah, Ziyad Hasan, Halit Koca Türkmandır (Karadirek Malik, 2014:54).

Suriya Türkmanları arasında birliyin olmamasından ca­na doymuş ictimai fəal, Bayır-Bucaqdakı Kastonmuaf kəndin­də Doğulmuş Ömər Ahmet oğlu Cerran mətbuata verdiyi bir müsahibəsində xalqına müraciətlə deyib: “Ey Türkmanlar, Bayır-Bucaqlılar, Halep Türkmanları, Şam Türkmanları, Co­lan Türkmanları, Humus Türkmanları, Hama Türkmanları, Ra­ka Türkmanları ve İdlip Türkmanları, hər şeyi unutalım, Vatan deyelim, Türkmenliğimiz deyelim. Birlik-beraberlik ol­mazsak, her şeyimizi kaybedebiliriz. Sizleri birlik-beraberliğe çağrıyorum!” (Karadirek Malik, 2014:55).

Suriyadakı silahlı qarşıdurmaları, insanların öldürülmə­sini, ailələrin dağılmasını, uşaqların, qadınların, qocaların qaç­qına çevrilməsini durdurmaq adına beynəlxalq təşkilatlar bəzi təkliflər irəli sürmüşlər. Bunlardan ilki 2012-ci ildə irəli sürülən 6 maddəlik Annan Planı olmuşdur. Ancaq tərəflər bu sənədlə razılaşmamışlar. 2012-ci ilin aprelin 30-da I Cenevrə Konfransı çağrılmışdır. Bu konfransda, döyüşün dayandı­rıl­ması və 2014-cü ildə keçiriləcək prezident seçkilərinədək Mü­vəqqəti Hökümət qurulması planlaşdırılmışdır. Preziden seçkilərində Bəşər Əsədin iştirak edib-etməyəcəyi məsələsi fikir ayrılığına gətirib çıxardığından bir qərara gəlinməmişdi. Rusiya və Çin Bəşər Əsədin hakimiyyətdən getməsini istəmə­diklərindən müzakirələr istənilən nəticəni verməmişdi.

2014-cü il yanvarın 22-31-də İkinci Cenevrə Konfran­sının ilk toplantısı keçirildi. Konfransda Ələvilərin, Xristian­ların, Şiələrin, Sünnilərin, eləcə də ölkədə yaşayan azsaylı xalq­ların nümayəndələri müzakirələrə qatıldı. Təssüf ki, öl­kədə sayca Ərəblərdən sonra ikinci yerdə olan Türkmanların nümayəndəsi bu konfransda iştirak etmədi.

Konfransda iştirak edənlər arasında milliyyətcə bir nəfər Türkman vardı - Ahmet Çakal. O da konfransa Türkmanların adın­dan deyil, rejimə muxaliflərin nümayəndəsi kimi qatıl­mış­dı. Necə deyərlər, beynəlxalq təşkilatlarda da Türkmanla­rın taleyi, problemi haqqında danışılmır.

Sərhədlərə yaxın bölgələrdə yaşayan Türkmanların bir qismi xarici ölkələrə qaça bildi. Colan Türkmanlarının isə qaç­maq, qurtulmaq imkanları yoxdur. Ötən 3 ildə onların ba­şına nələr gəldiyindən xəbər verən də yoxdur. 


QAYNAQLAR

 

 

1.  Abid Əmin (1929). “Türk el ədəbiyyatina elmi bir ba­xış. Oğuznamə”, “Dan Yıldızı jurnalı, sayı 5(29), səh. 30-32, sayı 8(32), səh. 28-29.

2.  Atasoy Fahri. “Türk Yurdu” dergisi. 2014, Ocak, Yıl 103, Sayı: 317.

3.  Azərbaycan Sovet Ensiklopediyası (1980). 10 cilddə. 4-cü cild. Bakı, səh. 564.

4.  Bеlgеlеrlе Türk Tarihi. Sayı: 17, səh. 48.

5.  Börklü Mеşkurе Yılmaz. Lоzan sоnrası Suriyе Türklе­rinin durumu vе gеnеl prоblеmleri. BilgiNеt - Məqalələr – Su­riya Türkləri. www.bilqinet.com.

6.  Böyük Türk Tariхi. 7-cild, səh. 206, 13-cü cild. səh. 413.

7.  Cihаn Sönmez (2001). Kоlan Türkmеnlеri dе barış bеk­liyоr. “Aksiоl” dеrgisi, 2001, sayı 271. http://www.aksiyon.com.tr/aksiyon/haber-5852-32-golan-turkmenleri-de-baris-bekliyor.html

8.  Çetin Turhan. (Doç.Dr. Gazi Universiteti). Cenevre Kavşağına doğru Suriye... “Türk Yurdu” dergisi, 2014, Ocak. Yıl, 103. Sayı: 317.

9.  Əsgərov Əfzələddin. “Ümumtürk folkloru tarixində Oğuznamə yaradiciliği”. “Elm və təhsil” nəşriyyatı, Bakı, 2014, Səh 24-41, “Oğuznamənin etnik auditoriyasi” fəslinin “Türk­manlar” yarımbaşlığında.

10.   Həyati Ülkü (1979). Başlanğıcdan günümüzə İslam tarixi. İstanbul. “Çilə Yayınları”. seh. 260-329.

11.   Hüseyinoğlu Ali Şamil (2003). Azerbaycan və azer­baycanlılar meselesi. “21.Yüzyılda Türk Dünyası Jeopolitiği” top­lusu (Müzaffer Özdağa Armağan. Der­leyenler: Prof. Dr.Ü.Öz­dağ, Dr.Y.Kalafat, M.S.Erol. III Cilt. Avrasya Stratejik Araştırmalar Merkezi Yayınları. Ankara, 2003. seh.139-146).

12.   Hüseyinoğlu Ali Şamil (2003). Colan Türklerinin ka­deri. «21.Yüzyılda Türk Dünyası Jeo­politiği» toplusu (Müzaffer Özdağa Armağan. Derleyenler: Prof.Dr. Ü.Özdağ, Dr. Y. Ka­lafat, M.S.Erol. Cilt III. Avrasiya Stratejik Araştır­malar merkezi Yayınları. Ankara, 2003. seh.183-192).

13.   Xur Eyd Məhəmməd “Uyunu-z-zaman Li-mən səkə­nəl Culan min aşairi-i-Türkman” (Colanda yaşayan Türk­man əşirətlərinin zaman çeşmələri). Dəməşq, 2004.

14.   İsa Fadi, Şabanî Hişam. Suriye Türkmenlerinin Güney bölümü Golan Türkmenleri (Tarihsel, coğrafî, etnik ve dilsel Golan Türkmenlerine dair).

15.   Golan Tepeleri Niçin Önemli? (1995). Zaman qeze­tesi, 25 Aralıq.

16.   Kalafat Yaşar (1996). Karşılaştırmalı Bayır-Bucak Türkmen Halk İnançları, Ankara.

17.   Karadirek Malik. Bir öğrenci gözüyle Suriye Türk­manları. “Türk Yurdu” Dergisi, 2014, Ocak. Yıl 103. Sayı: 317.

18.   Kazım Karabekir (2013). İttihat ve Terakki Cemiyeti. İstanbul, 1993. seh. 186 – Qaynak üçün bax: Yunus Zeyrek. Kazım Karabekiri okurken-I, “Bizim Ahıska” Dergisi. Üç Aylık Kültür Dergisi. Sonbahar. Sayı: 32.Yıl 10, seh.12.

19.   Kılınçkaya Derviş (Doç.Dr H.Ü.Atatürk İlkeleri ve İnkilap Tarihi Enstitüsü). Suriye: Nereden Nereye? “Türk Yur­du” Dergisi, 2014, Ocak, Yıl, 103. Sayı: 317.

20.   Kirişçioğlu Prof. Dr. Fatih (1995). “Avrasya Dosyası”. Sonbahar. Cilt 2. Sayı:3 (“Suriye Türkleri” başlıklı makalesinde ortaya koymuştur).

21.   Komurcu Riad. Bir Öğrenci Gözüyle Suriye Türk­manları. “Türk Yurdu” Dergisi, 2014, Ocak. Yıl, 103. Sayı: 317.

22.   Maden Fahri (Yardımçı Doç.Dr.Kastomonu Univer­siteti). Suriyenin Türkiye Geçmişi. “Türk Yurdu” Dergisi, 2014, Ocak. Yıl, 103. Sayı: 317.

23.   Nur Ayşe. Megerse Suriyade Türkmenler yaşamış! Ra­dikal gazetesi. 05.01.2014

24.   Okur Mehmet Akif (Doç.Dr. Gazi Universiteti). Ce­nevre Kavşağına Doğru Suriye... “Türk Yurdu” Dergisi, 2014, Ocak. Yıl, 103. Sayı: 317.

25.   OKUR, Doç. Dr. Mehmet Akif (2009). Emperya­liz­m’in OrtaDoğu Tecrübesinden Bir Kesit: Suriye’de Fransız Man­dası. Bilig Dergisi. Ahmet Yesevi Üniversitesi Mütevelli Heyeti Başkanlığı, s.137-156

26.   Оsmanlı Tarihi Ansiklоpеdisi. “Türkiyе” gazеtеsi. 3-cü cild. səh. 93-94.

27.   Öke Mim Kemal (1991). Kutsal Topraklarda Siyonist­ler ve masonlar (İhanetler… Komplolar… Aldanmalar…). Üçün­cü Baskı. “Çağ Yayınları”. İstanbul.

28.   Öke Mim Kemal (1981). İkinci Abdülhemid. Siyo­nistlər və Filistin meselesi. İstanbul.

29.   Özdağ Ümid, 2012, Suriye Türkleri, http://www.yenicaggazetesi.com.tr/suriye-turkleri-22058yy.htm

30.   Öztürkmen Ali, 2011, Suriye Türkmenleri, http://www. bizturkmeniz.com/tr/in­dex.php?page=article&id=23630&updat efrom=530&from=0

31.   Rehber Ansiklopedi. Cild.5. səh. 336; Cild 6. səh. 35.

32.   Sümər Faruq (1992). Oğuzlar (Türk dilindən tərcümə edəni Ramiz Əsgər). “Yazıçı” nəşriyyatı, Bakı. 434 səhifə.

33.   Şamil Əli (2002). Colan Türkləri - qarabağlıların tale qardaşları. “Ayna” qə­zeti, 28 iyun, sayı 25 (667), səh. 9.

Şamil Əli (2002). Colan Türklərinin Folkloru. Filoloji araşdırmalar XVI kitab, Bakı.

34.   Türkmenoğlu Ali. Suriye İçin I Körfez Modeli. “Türk Yurdu” Dergisi, 2014, Ocak. Yıl, 103. Sayı: 317.

35.   Türkmen oğlu Deniz, Hazırlayan. http://halapturkmen. blogcu.com/suriye-oguz-turkmenleri/5436639)

36.   Turkmenoglu Muhtar, 2005, http://groups.yahoo.com/ neo/groups/turkelipostasi/conversations/topics/6127

37.   Yunus Zeyrek (2013). Kazım Karabekiri okurken-I, “Bizim Ahıska” Dergisi. Üç Aylık Kültür Dergisi. Sonbahar. Sayı: 32. Yıl 10, səh. 10.

38.   Golan Tepeleri Niçin Önemli? http://www.zaman.com.tr/ dunya_golan-tepeleri-nicin-onemli_431441.html

39.   Golanın Türkmen Yörükleri dönüşü bekliyor. http://www.dunyabulteni.net/index.php?aType=haber&ArticleID=41890.

40.   Suriye’nin rotasi ve Türkmenler. http://www.academia. edu/4593946/Suriyenin_Rotasi_ve_Turkmenler

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

MƏTNLƏR VƏ

 

 

 XƏRİTƏLƏR


COLAN TÜRKMANLARININ

ATA SÖZLƏRİ VƏ DEYİMLƏRİ

 

 

Adamı ğılınç öldirməz, bir güççik söz öldirir.

Ağzı yédir, gözi utandır.

Alışmak ğudırmaktan bétərdir.

Allah köpəgin duasını kabul étsəydi gögdən sümük yağ­dırırdı.

Allah nérdə bir salak var bənim yanıma atyar.

Allah sağ gözi sol gözə gərək étməsin.

Allahın əmri olmasa yaprak ağaçtan düşməz.

Alma biş, ağzıma düş.

Altın toprağa düşti ğıyməti azalmadı.

Altın yérə düşərsə, ğıyməti azalmaz.

Arpa əkən buğda biçməz.

Asilı dat hasirda yat.

At almadan axır yaptı.

At işlər eşşək yatar.

Ayakyalın gəzərsə tikən batar.

Bayaz paranı ğara gününə sakla.

Bir əlin səsi çıkmaz.

Bit bitə dér, bit tə birəyə dér.

Boyı xoş işi boş.

Boyı xoş köncigi boş.

Büzzigim çapırt çéyniyər (çégniyər)

Çakmak daşı çilliştisə.

Çırayı yaktı, çakmağı unıttı.

Dabbılın səsi yıraktan datlı gəlir.

Dağ dağa ğavışmaz, ınsan ınsana ğavışır.

Datlı söz yılanı dəliginnən çıkarır.

Dəgirməndə yırramak.

Dəri sıyırmak.

Dəri yüzmək.

Dərinə saman dəpicik (çok yormakta ğonışılır).

Dərini dırnağından başka ğaşımaz.

Dırnak barmaktan çıkmaz.

Dikə dəmir gözli.        

Düginnən noxıtsız çıktı.

Əndəki bir ğuş daldakı biñ ğuşı dəgər.

Ənik canı.

Ər ol da ədigni dik.

Gül tikənsiz olmaz.

Ğazap atına mindi.

Ğışa bir kərə savvık dérlər.

Ğızına vurmayan, dizinə vurur.

Ğonşı aşınnan dok olınmaz.

Ğoyın ğuzısına basmaz.

Ğurbət aşı.

Hakka ğarşı boynım ğıldan incə.

Hələb uzaksa Tiflis yakındır.

Həmməmdə bayaz büzzük ğara büzzüktən bəlli olur.

Hər parrayana altın dénməz.

Hükmət malı dəñiz yéməyən doñuz.

Hükmətin ignəsini yéyən ğıyık sıçar.

İki dignə bir söglə.

İki ğarpız bir əndə tutulmaz.

İş xastası, söz ustası.

Kədi götini görincə, yara zannıdır.

Kəllədə ağaç bitsə.

Kimsə öz ayranına turşı déməz.

Kör bıçak ənə yavız, ğokık avrat dilə yavız.

Kör dəvə ğırran ğırran, dön evə.

Körə ışık nə yarar.

Laf ğarın doydırmaz.

Ömrinnən artsın, suyunnan artmasın.

Sağ baş, yastık istəməz.

Sakla samanı gəlir zamanı.

Saman altınnan yılan.

Sən ağa bən ağa, sığırları kim sağa.

Sən nérdə, çörək nérdə.

Tavık yuvasını bilir.

Təmiz (arın) avrat yüz adamın içinnən gəçər.

Tıskır mıskır, ənigin ğuyrığını sır.

Yalançı, ipliktən gəmi çəkər.

Yalanın örmələri ğıssa.

Yan yattı, çamıra battı.

Yara sahabını ağrıdır.

Yaş yétmiş, işi bitmiş.

Yumırtaya yériyər kimi.

Yüz atlıdan bir köyə girəməz.

Zaman sənə uymazsa sən zamana uy.

 


GOLAN TÜRKMANLARININ

BAYATI-MANİLƏRİ*

(Bayatıların variantlarını kursivlə veririk)

 

Ağaçlar kölgələndi,

Güzəllər sürmələndi,

Hər güzəldən bir öpiş,

Yürəgim tézzələndi.

 

Al almanın dördini,

Sev güzəlin mərdini.

Sevçisən güzəli sev,

Çəkmə çirkin dərdini.

 

Almanın irisinə,

Daş attım birisinə.

Bəni çoban étsinlər,

Ğızların sürisinə.

 

Aya baktım, ay bayaz .

Ğıza baktım, ğız bayaz.

Cébə baktım para az,

Dédim bu ğız yaramaz.

 

Bağa girdim üzümə,

Tikən battı dizimə.

Otırdım çıkarmağa,

Yar görindi gözimə.

 

Bir daş attım ağaca,

Bir ğuş tuttım alaca.

Yéñidən bir yar sevdim,

Ğulağı küpələcə.

Bir daş attım ğuvağa,

Az ğaldı ğırınmağa.

Altın yüzzik taktırdım,

Bir ğınalı barmağa.

 

Bir qovağa daş atdım,

Az qaldı qırılmağa.

Yeddi yüzük yapdırdım,

Bir xınalı barmağa.

 

Bugün ayın on dördi,

Ğız saçını kim ördi.

Ördiysə yarim ördi,

Ay ğaranlık kim gördi.

 

Dambaşında durırım,

Bıyığmı da burırım.

Baban səni vérməzsə,

Bən öğzəni bulırım.

 

Dambaşında durmoğlén,

Bıyığnı da burmoğlén.

Bəni sənə vérməzlər,

Hiç ğarşımda durmoğlén.

 

Dam üstində batarak,

Gəlin ğızlar otırak.

Otırmaktan fayda yok,

Evlənək də ğurtarak.

 

Daş altında pastırma,

Ğız saçını kəstirmə.

 

Kəstirirsən az kəstir,

El oğlana göstərmə.

 

Əmmim oğlı Musacık,

Eni ğolı ğıssacık.

Hindi gəlir görirsin,

Gülmədən də ölirsin.

 

Əkmək yaptım tərrədim,

Günə çıktım parradım.

Ğarşıda ğardaş gəlyər,

Ğoca ğurban bağladım.

 

 

Əkmək yaptım tərrədim,

Günə çıktım parradım.

Gördüm Əhmədim gəlir,

Qoçu qurvan bağladım.

 

Hu dala bastığım yok,

Ğırmızı yastığım yok.

Gətir mushafa sayım,

Səndən artık dostım yok.

 

Héy güzəlim, héy güzəl!

Yéşil təksidə gəzər.

Gözindəki gözliklər,

Rəis Cəmala bəñzər.

 

Xarmana géttim atlı,

Alma yédim nə datlı.

Vérin yémin içərim ,

Halal, haramdan datlı.

 

Xarman yéri xış yéri,

Sevdigim yavaş yéri.

Yüzündəki çıbanlar,

Öpiş yéri diş yéri.

 

Ğarşıda ğavın yérlər,

Suya gəlsəm nə dérlər?

Suya gəlsən nə dérlər....?

Bu buna sevda dérlər.

 

Ğarşı ğarşı xanımız,

Ğarıştı xarmanımız.

Sən ordan bən də burdan,

Ğahrolsın düşmanımız.

 

Ğarşıda Türk evləri,

Yayılyar dəvələri.

Saçraşır suya gəlir,

Bu Türkin güzəlləri.

 

Gédin bulutlar gédin,

Sevdigmə sələm édin.

Sevdigmin yukı datlı,

Yuksını halal édin.

 

Ğurban olayım sənə,

Göstər boyını bənə.

Tulığmızda yağımız,

Uymaç édərim sənə.

 

Mənərədə əzən var,

Yollarda da gəzən var.

 

Bu evlərin içində,

Gün görmədi güzəl var.

 

O késə, mavı késə,

Bəni vérdilər pisə.

Késəyi yamyamadım,

Kəkilmi taramadım.

 

Sakkallı ak, sakkallı!

Ğoynu dolu, şəkərli.

Şəkərcigni yéyərim,

Sakkalcığnı yolarım.

 

Tabbılmı çala-çala,

Çıktım bir hüce dala..

Ya yıkıllım, ya öllim,.

Ya bu sevdigmi allım.

 

Dombura çala-çala,

Çıktım bir uca dala.

Ya yıkıllım, ya öllim,

Sevdigim ellər ala.

 

Yarim ğamışı biçyər,

Suyını nérdən içyər?

Duydım yarim téz gəlmiş,

Vérdim ğanat uçmıyar.

 

Şirindim mu içməyə,,

Endim qaçaq biçməyə.

Gördüm yarım gəliyər,

Qanad verdim uçmağa.

 

Yéri gédək bizəçə,

Ğar dökərim dizəçə.

Sarın alın yatarım,

Éla gündən ğışaça.

 

Bir tovuqdan iki tovuq,

Biri qana bulaşıq.

Qaşqa deyil qamişdı,

On barmağı gümüşdü.

 

Mən qovurba qovurdum,

Aldım yola sovurdum.

Gördum Məhəmmədim gəlir,

Qoçu qurvan çevirdim.

 

Su gəlir, hərin* gəlir,

Dəşdikcə dərin gəlir.

Əhmədin yengələri,

Qopducu şirin gəlir.

 

Dayım oğlu keç otur,

Sünbülü köçün seç otur.

Sevdiyim illər ala,

Örkəni özün yatır.

 


COLAN TÜRKMANLARINDA EVLƏNMƏ

 

İnsan həyatının ən önəmli hadisələrindən biri ailə qur­maqdır. Buna görə də, ailə qurarkən tələsikliyə yol vermə­mək, baş verə biləcək bir sıra uğursuzluqdan qorunmaq üçün evliliklə bağlı mərasimlər təhsis edilmişdir. Bu mərasimlər bir neçə mərhələyə bölünür. Həmin mərhələlərdə oğlanın qızı, qızın da oğlanı yaxından tanımasıyla yanaşı, ailələrin də bir- birini tanımasına şərait yaradır.

 

TANIŞMA (Tanışlıq)

 

 Həyat şəraiti də elədir ki, Colanda yaşayan Türkman ailələrinin çoxu yaxından, ya da uzaqdan birbirlərini tanıyırlar. Buna görə də, oğlan və qızlar evlənmə yaşına çatanadək bir-birləri ilə ailə münasibətlərinə və ya iş şəraitinə görə görüşüb söhbət edirlər. Ailələri arasında qohumluq, dostluq müna­si­­bəti olmadıqda isə oğlanlar yetkinlik yaşına çatmiş qızları bu­laq başında, tarla, xırman, bağ-bağça işlərində çalışarkən gö­rür və bəzən də söhbət etməyə imkan tapırlar.

Evlənmək istəyən oğlan istəyini öncə evdəkilərə, yaxud yaxın qohumlardan birisinə, dostlarına, sirdaşlarına bildirir. Oğlan yaşı çatdıqda, evlənməsi üçün münasib şərait olduqda utancaqlığından və ya tərəddüd etdiyindən evlənməyə təşəb­büs göstərməyəndə onu evdəkilər, qohumları, dostları “dilə tu­tur”, evlənməyə həvəsləndirirlər.

Evlənmək istəyən oğlan qızı ya özü, ya da valideyinləri, qohumları, dostları seçir. Oğlanın istədiyi qız kənardan, qonşu kəndlərdən olanda onların ailəsi haqqında müxtəlif yollarla bilgi toplanır. Bəzən də ailələr bir-birini tanıyanda və yaxud qonşu kəndlərdəki münasib bir ailənin yetkinlik yaşına çatmış qızı olduğunu bildikdə oğlanı bir bəhanə ilə qızı görməyə göndərirlər. Bu işə oğlanın qohumları, dostları, tanışları kimi qızın qohumları, rəfiqələri də yardımçı olurlar.

Seçilmiş qız oğlan tərəfindən bəyənildikdən, oğlanın va­lideyinləri də bu işə razılıq verdikdən sonra qız tərəfin fik­rini öyrənmək planlaşdırılır.

 

AĞIZ ARAMA

 

 

Oğlan tərəfi alacaqları qızı müəyyənləşdirdikdən sonra oğlanın anası bir bəhanə ilə qız evinə gedər. Qızın anası ilə söhbət edər. Qızlarını almaq istədiyini bildirər. Qız anası məs­ləhət üçün vaxt istər. Son sözü, yəni qızını verib, vermə­yəcəyini ata söyləməli olsa da, ana öncədən qızının da ağzını arayar. Onu ərə vermək istədikləri oğlanın kim olduğunu, hansı nəsildən, kimlərdən olduğunu qızına bildirər.

Qız tərəfi də oğlan və onun ailəsi haqqında bilgi toplayar. Oğlanın işləyib-işləməməsi, ailəsinin maddi durumu, mənzil şəraiti, gəlin üçün hansı qiymətdə qızıl bəzək əşyaları ala biləcəyini öyrənərlər. Colan Türkmanlarında oğlanların çoxu 25-30 yaşlarında evlənər. Bəzən işini vaxtında qaydaya sala bilməyə, tələb olunan toy[5] xərclərini və bəzək əşyalarını ala bilməyən oğlanların evlənməsi 40 yaşınadək uzana bilir. Qızlarda isə bu məhdudiyyət, əngəllər yoxdur. 18 yaşına çatmış qızları münasib namizəd olan kimi ərə verirlər. Çox az hallarda qızların 18 yaşından kiçik olduğu vaxt ərə verildiyi də müşahidə edilir.

 Oğlan anasının fikri qız evində müzakirə edilir. Razılığa gəlindikdə oğlan anası qızın anası ilə bir daha xəbərləşər. Qız tərəfin razılığı alındıqdan sonra oğlan tərəfin adamlarının elçi gələcəyi günü müəyyənləşdirərlər.

 

ELÇİLİK (GƏLİN İSTƏMƏK)

 

 

Colan Türkmanlarında elçiliyə gəlin istəmək deyilir. Qı­zın ailəsi öz yaxın qohumlarına bildirər ki, gəlin istəmək üçün gələcəklər. Qız tərəfdən bir neçə yaşlı və mötəbər ağ­saqqal qız evinə toplaşaraq oğlan evindən gələcək qonaqları gözlə­yər. Oğlan evindən də bir neçə yaşlı və mötəbər ağsaqqal qızı istəməyə gedər. İki tərəf bir araya gəlincə, qızın atası qo­naqlara: “Xoş gəldiniz” deyərək oturacaqları yeri göstərər. Oğ­­lan tərəfi əyləşdikdən sonra söhbətə: “biz sənin yanına gəl­dik Allahu-tala'nın izni péxambər əfəndimizin kavliylə fa­lan ğızını bizim falan oğlumuza istiyərik nə dérsin?” de­yərək oğlanın atası söhbəti açmış olur. Qızın atası tam olaraq könlü olsa da, oturanlara: “kərəminizdən ğızdan sorlaşım da sizlərə cavabı vérrim” cavabını verər. Sonra da durub qızın fik­­rini öyrənmək üçün qonşu otağa keçər və qızına deyər: fa­lan adam falan oğluna səni istəməyə gəlmiş... nə dérsin, ğı­zım? Qız da atasına: “Vallah ya buba sən bilirsin. Sən nə dér­sən bən dédigin kimiyim” cavabını verər. Bu da qızın ra­zılığı sayılar. Ata qonaqlar əyəşən otağa dönərək: “Allah vér­mişsə, bən də vérdim” deyirsə, bu, razılıq sayılır. Orda otu­ran­lardan birisi: “Əl-fatiha” deməklə Əl-fatiha surəsini oxuyarlar.

Bundan sonra başlığı “ğalın”ı müəyyənləşdirmək üçün oğlanın atası: “nağadar ğalın istiyərsiniz?” deyə qızın ata­sın­dan soruşar. Qızın atası da: “bu ğadar... bu ğadar” deyə bir məbləğ söylər. Oğlanın atası “falandan ötrü bunça éndirin” deyər. Qızın atası razilaşarsa, “tamam bélə olsun” deyər. Oğlanın atası “falan için bunça da kəsin”, qızın atası “ta­mam bu ğadar oldu” deyər. Razılaşmazsa, orta məxrəcə gələ­nədək müzakirə edərlər. Beləcə başlıq (ğalın) büyük rəqəm­lərdən cüzi bir rəqəmə enər. Təkrar Fatihə oxuduqdan sonra toyun nə zaman olacağını müəyyənləşdirərlər.

Bu münasibətlə bəy tərəfındən quzu və qoçlar kəsilir, yemək hazırlanır, zılğıtların[6] səsləriylə dəvətlilərə qonaqlıq verilir.

Dərhal qızın qadın qohumları və rəfiqələri zılğıt çalaraq bir şənlik başlayarlar. Oğlanın dostları və yoldaşları içərdən oğlanı alaraq bayırda halay vurar, oynayar, şənlənərlər.

 

TOYA HAZIRLIQ

 

   Nişandan toyadək olan arada bayramlar düşərsə, oğlan evi qız evinə hədiyyələr göndərir. Toydan bir neçə gün öncə (7 – 5 gün arası) bütün Türkman kəndlərinə dəvətçilər göndə­rilir və filankəsin oğluna filankəsin qızın alacaqlarını, toy gününü bildirirlər.

Toy olacaq evi bildirmək üçün bəyin (güvegi) evinin üstünə Allah, Muhamməd deyərək bəzəkli ağ bayraq, gəlinin yaşadığı evin üstünə isə qırmızı bayraq taxırlar.

 

XINA GECƏSİ

 

Toyun öncəsi gecə xına /ğına/ gecəsidir. Gəlinin qohum­ları, rəfiqələri qız evinə toplaşaraq mahnı oxuyur, yeyir-içir, şənlik edir, məclisdə xına gəzdirir, əllərinə, ayaqlarına, bə­dən­lərinin bəzi yerlərinə, qollarına, boyunlarına, çiyinlərinə xına yaxırlar.

 

 

 

 

 

 

 

GƏLİN GƏTİRMƏ

 

Colan Türkmanları toyları adətən cümə günləri edər­miş­lər. Dünyanın bir çox ölkəsində olduğu kimi, Türkmanlarda da toy çox şən və dəbdəbəli keçirilir. Qız evin­də təşkil edilən ziyafətə gəlinin bütün rəfiqələri və qohum-əq­ra­baları yığışır. Bəy evinə isə oğlan tərəfi toplanır. Toy məc­lisi müxtəlif mah­nı və rəqslərlə müşayət olunur. Türk­manlar toya nəinki qo­humlarını və yaxın dostlarını, həmçinin qonşu və bir çox ta­nışları dəvət edirlər. Əcnəbilərin toyda iş­trakı yüksək qiymət­ləndirilir.

  Sabah erkəndən bəy evində dəvətlilərin qarşılamasına başlanarmış. Sonra da gəlini gətirməyə gedən karvan qız evi­nə doğru yola düşərmiş. Oğlan evi qız evinə ən az bir qoç apararmış.

Keçmişdə gəlini bəyin evinə gətirmək üçün üç dəvədən bir karvan hazırlanarmış. Hər dəvəyə iki qadın oturdularmış. Birinci dəvənin üstündəki kəcavəyə bayraq taxarlarmış. Kar­vanı atlılar qoruyar və piyadalar da onların arxasınca gedər­miş. Süvarilər atlarını oynada-oynada, çapa-çapa, mahnı oxu­ya-oxuya bəy evindən qız evinə gedərmiş. Cümə namazından sonra gəlini qız evindən çıxarıb oğlan evinə apararlarmış.

İndi dəvə karvanını maşın karvanı əvəz edib. Bu məq­sədlə toy maşını dəbdəbəli şəkildə güllərlə bəzədilir. Gəlin və bəy əyləşən maşını başqa maşınlar müşahidə edir. Onlar müx­təlif səs siqnalları verə-verə şəhəri dolanıb bəy evinə gəlirlər. Maraqlısı budur ki, gənclər arasında çox dəbdə olan, müasir mahnılar toylarda ənənəvi musiqini sıxışdırıb çıxara bilməyib.


TOY

 

Gəlini gətirən maşın karvanı bəy evinə çatdıqda qoyunlar kəsilir. Toy sahibinin imkanına, çağırdığı adamların sayına görə bəzən 30 – 40 baş qoyun kəsilir. Dügün aşı deyilən üzəri ətlə örtülmüş yağlı pilov, buğda yarmasından ətli, kərə yağlı xörək (Bizim çobanaşı dediyimiz ətli xörək - Ə.Ş.), qatıq şorbası (Bizim dovğanı əvəz edən - Ə.Ş.) hazırlanır.

Xörəklər hazırlananadək gəlin bəyə yaxın olan qonşu və qohumların birinin evinə aparılır ki, burada dincəlsin. Kəndin qızlarının bir qrupu yemək süfrəsinin hazırlanmasına kömək edirsə, bir qrupu da gəlinin qulluğunda durur.

Toya gələn qonaqlar adətən xırda bir suvenir və gül dəstəsi ilə gəlirlər. Xörəklər hazır olandan sonra yemək süf­rəsi açılır və qonaqlar yeyib-içməyə başlayır. Yeməkdən son­ra çal-çağır, musiqi davam etdirilir, gecəyədək şənlik olur.

  Kəndlilərin, toya gələnlərin olduğu yerdən aralıda gəlin üçün qamışdan damsız bir otaq düzəldirlərmiş. Bu otağa ğaçak deyilirmiş.

Gəlin gəldikdən sonra yeddi gün gecələr ğaçakda qalar, gündüz isə gərdəkli gəlin otağında olarmış. Yeddi gündən sonra gəlinə duvaqqapma-gəlingörüşü-üzəçıxdı mərasimi təş­kil edilir və gənclərə əsl toy hədiyyələri onda verilir.

 

 


OYUNLAR

 

 

BAYRAQ QAÇIRMA

 

 

Oğlan evindən gələn atlılar birinci keçavənin üzərindəki bayrağı qoruyarlarmış. Bayraq təmiz ipək üzərində qırmızı və ya göy rəngli saplarla kəlimə-i şəhadət yazılmış parça olar­mış. Oğlan tərəfi çalıb oynaya-oynaya gedərkən başqaları da bayrağı alıb qaçmağa çalışarmış. Oğlan tərəfi atlılarının borcu bayrağı qorumaqmış. Hansı bir atlı və ya atlı dəstəsi bayrağı alıb qaçmağa cəhd edərdisə, oğlan tərəfin atlıları da atlarını çapıb onlardan bayrağı alaraq gətirib kəcavənin üzərinə tax­malıymış. Bayrağı sağ salamat gətirib bəy evinin üzərinə kim taxsaymış, ona bəyin valideyinləri bir qoç bağışlayarmış.

Bəy evinin üzərinə vurulmuş bayrağı da bəyin yaxınları alıb kəndi dolandırdıqdan sonra geri qaytarıb evin damına taxmalıdır. Bu iş bir qürur, hünər saylırmış. Çünki bayraq gəz­dirənə manelər yaradılır, bayrağı onun əlindən alıb atını çaparaq qaçmağa çalışarlarmış. Kimsə o bayrağı bəy adam­larının əlindən alıb qaça bilsə, o, qoçaq, igid, cəsur sayılırmış və bəy evi həmin qoçağa nəmər verib bayrağı alarmış.

 

 

GÜLƏŞMƏ

 

 

Colan Türkmanlarında toylar güləşsiz keçməzmiş. Toy zamanı ərgən oğlanlar güclərini sınamaq üçün yarışarlamış. Azərbaycan toylarındakı güləş Colan Türkmanlarının gülə­şindən o qədər də fərqlənməzmiş. Colan Türkmanları da ikin nəfərin bir-birinin kürəyini yerə vurmaq üçün apardığı mü­barizəyə güləşmə deyirlər.

 

 

 

 

AT YARIŞI

 

Toy günü kəndin xırmanında müxtəlif at yarışı keçi­rər­lərmiş. Minicilər atlarının müxtəlif çür yerişin, sürətli qaçı­şını, şaxə qalxmasını və s. nümayiş etdirərmişlər. Seçilənlərə nəmər verilərmiş.

 

 

Colan Türkmanlarında evlənmə http://halapturkmen. blogcu.com/suriye-turkmenleri-nde-dugun-gelenegi/6107574 saytından alınmış materiallar əsasında hazırlanmışdır.

 

 


TOY MƏRASİMİ

 

 

Xalq inanclarının araşdırıcısı Yaşar Kalafatın Colan Türkmanlarının toy mərasimi ilə bağlı qeydləri. O, mə­qaləsini hazırlayarkən Colan Türkmanlarından olan Yus­sif İssadan material toplamışdır.

Colan Türkmanları Ərəblərə və Kürdlərə qız vermədikləri kimi, onlardan da qız almazlar. Şəhərlərdə təsadüfən belə evliliyə rast gəlmək olar. Onlar Çərkəzlərə də qız verməzlər, amma onlardan qız alarlar. Belə halda da Çərkəz qızlarının Türkman adət-ənənəsinə uymasını tələb edərlər. Gəlinin Türk­man ailəsinə uyuşması üçün iki ilə yaxın müddət qoyar­lar. Bu müddət ərzində gəlin Türkman adətlərinə uymasa, onu ailəyə qəbul etməzlər.

Colan Türkmanlarında tayfa ənənəsi demək olar ki, yox­dur. Amma möhkəm ailə ənənəsi var və buna da ciddi əməl edilir. Məhz buna görə də, Türkmanlar evdə Ərəbcə danış­maz­lar. Evdə-ailədə Ərəbcə danışmaq ayıb sayılır.

Türkmanlarda çoxarvadlılığa çox nadir hallarda rast gəlinir. Qızlarını da əsəsən 18 yaşdan sonra ərə verirlər. Adə­tən qızların 22-23 yaşlarında evlənməsi normal sayılır. Qızlar ərə verilərkən onların fikrini öyrənər və ona hörmətlə yana­şarlar. Gənclərə evlənməzdən əvvəl tanış olmalarına imkan yaradarlar. Qız ərə verilmək istədiyi oğlanı bəyənməzsə, bu evlilik baş tutmaz.

Onlarda başlıq “baş vergisi” adlandırılır. Bu da əsasən 500 dollar ətrafında olur. Türkman qızını almaq istəyən oğlan başqa millətdən, yaxud da Türkmanla başqa bir millətin qarı­şığındandırsa, onda “baş vergisi” 10 min dollara qədər artırıla bilir.

Türkmanlarda qızı uşaqlıqdan ad etmək, nişanlamaq, “be­şik kərtməsi” yoxdur. Yaxın qohumlarla evliliyə də rast gə­linmir. Amma qızı istəyən olanda qızın ərgən dayısı və əmisi oğlu varsa, onların fikirləri öyrənilir. Onların razılığından son­ra qızı kənardan istəyənə verirlər. Bu da onu göstərir ki, keçmişdə Colan Türkmanları arasında da əmi oğlu, dayı oğlu vs. ilə evlənmək varmış. Bunu onların oxuduğu mahnılardan da görmək olur.

Məsələn:

Erkəkləri değirmi,

İnəkləri yiğirmi.

Vardım isə mən vardım,

Əmmim oğlu değilmi?

Yaxud:

Əmim oğlu biçində,

Köynəyi tər içində.

Getdim tərin silməyə,

Qaldım tikan içində.

 

Yolda buldum bir dəğənək,

Pontulu[7] bənək-bənək.

Əmmim oğlu dururkən,

El bənim nəmə gərək.

 

Saçın uzun değil mi?

Suyun bizim değilmi?

Alırsam bən alıram,

Əmmim qızı değilmi?!

 

Qayadan atdın bəni,

Qumlara qatdın bəni.

Əmmim oğlu almasa,

Bazarda satın bəni.

 

 

Əmim oğlu piyada,

Ömrü də çox ziyada.

Əmmim oğlu dururkən,

Niyə gediyom yada.

 

·      Colan Türkmanlarında qız qaçırma ilə evlənməyə çox nadir hallarda rast gəlindiyi kimi, qan davasına da rast gəlinmir.

·      Colan Türkmanlarında gəlin bəy evinə gəlib çatdıqda onun ayağının altında qoç qurban kəsilir.

·      Təzə gəlinlər qayınatasının yanında, qayınlarının yanında danışmaz, səslərinin eşidilməməsinə çalışarlar. Buna da “səs orucu”, “səs saxlama”, “səs sakınma” deyərlər.

·      Colan Türkmanlarında toy zamanı toy bayrağı, bəy bayrağı, gəlin bayrağı asmaq adəti vardır.

 


XALQ İNANCLARI

 

 

·       Colan Türkmanlarında yeni Doğulan uşağa atası ad qoyar. Ata adətən övladına öz atasının adını qoyduğundan nəsildə eyni adların təkrarlanması baş verər. Öncələr əsasən İslam dininin müqəddəslərinin adı verilirdisə, son zamanlar Türk adlarının qoyulması da artıb.

Uşağa təntənəli ad günləri keçirirlər. Bu günə “ad vermə günü”, “ad vurma” deyirlər. “Ad vurma” şənliyinə də toy deyirlər. Bəzən bu şənliklər 10-15 gün davam edər.

Uşaq süd dişi çıxardıqda “diş toyu” keçirilər və bunu “diş kutlanası” da adlandırarlar. Bu münasibətlə mütləq ailədə hədik bişirilər.

Uşaq diş dəyişəndə xarab olmuş, atılmalı dişi evin damına atar, “Mənim çürik dişimi al, mənə altun diş ver!” deyərlər.

·      Türkmanlarda uşağın ilk dəfə saçının qırxılmasına “saç toyu” deyirlər. Uşağın saçını ilk dəfə əmisi və ya dayısı qır­xar. Sonra saçı tərəziyə qoyub çəkərlər. Onun ağırlığında qızıl məbləğində nəzir-niyaz paylanar. Kəsilən saç atılmaz. Onu saxlayaraq uşaq 6-7 yaşına çatanaçan özünə göstərərək “Bu sənin saçındır, sənin saçın beləydi” deyərlər.

·      Ümumiyyətlə, böyüklər də saçlarını qırdıranda, qadın­lar saçlarını darayanda tükü haraya gəldi atmazlar. Tapdan­mayacaq bir yerə qoyarlar.

·      Colan Türkmanları uşaqlarına 3-18 aylıq olarkən sün­nət etdirməyə üstünlük verərlər. Sünnət toyunda müsiqiçilər gətirilər, çal-çağır olar, yeyib-içmək verilər. Sünnətdə kəsilən dəri parçası bir çubuğa keçirilib bacaya qaldırılar, evin yu­xarısına qoyular.

·      Colan Türkmanlarında nəzərə çox önəm verər, nəzər muncuğundan istifadə edilər və ona “nəzər pozan” deyərlər.

·      Ölmüş valideyinlərini, yaxın qohumlarını yuxuda gör­məyə “röyaya gəlmək” deyərlər. Yuxu görən adam çörək bişirtdirib fəqir-füqəraya paylayar.

·      Colan Türkmanlarında əkmək-çörək müqəddəs sayılır. Onu yerə atmaq, tullamaq olmaz. Çörəyi əlinə alan adam onu qurşağından aşağıda tutmamalıdı. Çörək siniyə, süfrəyə qoyu­larkən onun təs üzünə çevrilməməsinə diqqət yetirilir. Çörəyi zibilliyə atmaq günah sayılır.

·      Hərbi xidmətə yola salınacaq gənc üçün “əsgər çörəyi” bişirilir. Xüsusi hazırlanmış bu çörəkdən əsgər gedəcək gəncə bir tikə yedirdilir. Əsgər yolasalma toyuna yaxın qohumlar dəvət edilir və onlara yemək verilir. Yaxın qohumlar da kiçik hədiyyələr gətirir və müəyyən miqdar çibxərçliyi verirlər.

·      Colan Türkmanları əkinlərindən, bağ-bostanlarından, heyvanlarından yeni məhsul əldə etdikdə özləri bir tikə dad­dıqdan sonra yaxın ətrafdakılara da pay verilir. Bundan sonra məhsul sahibi onu özü istədiyi kimi yeyib-içir və ya satır.

·      Hər il aprelin 17-də Colan Türkmanları toplu halda (bə­zən bu topluluq 20 min nəfərə çatır) səhərdən axşamacan gəzintiyə çıxarlar. Həmin gün naharlarını və axşam yemək­lərini də çöldə yeyərlər. Bu günə onlar Nevruz deyərlər.

·      Yuxarı tərəf daha ehtiramlı sayılar. Ona görə də qonağı, evin ağsaqqalını, böyüyünü yuxarı başda oturdarlar.

·      Ayaqqabını soyunarkən tərs çevrilərsə tez onu düzədib cütləyərlər.

·      Ayağı yuxarı qaldırmazlar və ayağın altını yuxarı çevirməzlər.

·      İl quraqlıq keçəndə Kunteyra şəhəri yaxınlığındakı Əli dağına çıxar, orada sarı inək qurban kəsər, onun ətini bişirib elliklə yeyər və birlikdə dua edərlər. İnanarlar ki, onlar duadan sonra dağdan enənədək yağış yağacaq.

·      Qadınlar kişilərlə birlikdə qəbiristanlığa getməzlər. Cənazə evdən çıxarıldıqda qadınlar cənazənin arxasınca evdən çıxmazlar. Cənazəni kişilər qəbiristanlığa aparar və ölü­nü dəfn edərlər. Qəbir üzərinə su səpərlər ki, “qəbir atəşi”ni söndürsünlər .

·      Ölü çıxan evdə və həyətində üç gün ocaq qalamazlar. Belə düşünərlər ki, od həyat, yaşam əlamətidir. Birisi öl­müşsə, demək bu ailənin ocağı sönmüşdür. Buna görə də, o evə xörək kənardan gətirilər.

·      İnsan öldükdə ruhunun hələ evdə olduğunu düşünər və həmin evdəki güzgülərin üzərlərini örtərlər ki, ölənin ruhu güzgüyə hopub qalmasın. Həm də ölənin güzgüyə hopmuş ruhunun kiminsə görməsi istənilməz.

·      Quran-i Kərim oxunarkən güzgülərin üzəri bir parça ilə örtülər.

·      Qadınlar qəbiristanlığa tək getməzlər. Qəbir ziyarətinə cümə namazından sonra gedilər, “qəbir atəşin”i söndürmək üçün üzərinə bir qabda su qoyar və qəbir üzərində əkilmiş ağaca, gül koluna su verilər.

·      Ölən üçün üç gün yas saxlanılar. Bir həftə sonra cümə günü hatim[8] düzəldilir. Yəni yaxın adamlarla birlikdə yemək yeyilir. Ondan sonra başsağlıgı verməyə, “keçmiş olsun” de­məyə, “dərdlərinə şərik çıxdıqlarını” bildirməyə gedilməz. Bu hal basdırılmış dərdin eşilməsi, üzərinin açılması kimi dəyər­ləndirilir.

·      Ölənlərin ailəsinə yardım edilər və bu yardım da hiss edilmədən, qabardılmadan, kimsələrə nümayiş etdirilmədən edilər.

·      Müqəddəslərin, ehtiram bəslədikləri insanların qəbirlə­rinə şəfa ummaq, dilək üçün ziyarət edilməz. Sadəcə Allah rizası üçün, ehtiram əlaməti olaraq ziyarət edilər və fatihə oxunar.

·      Gecə güzgüyə baxılmaz. İnanılar ki, gecə güzgüyə baxanın başına pis bir iş gələr. Ona görə də gecələr güzgünün üzərinə ya parça örtülər, ya da güzgü tərsinə çevrilər.

·      Colan Türkmanları “Odla oyun olmaz!” deyərlər. Uşa­gı odla oynamağa qoymazlar. Belə düçünərlər ki, uşaq odla oynasa, gecə yatağını isladar.

·      Colan Türkmanları qara pişik gördükdə “Felak” və “Nas” surələrini oxuyarlar. “Qara pişiyin gözü yaxşı deyil” deyərlər. Qara pişiyin cinlə, bəd ruhlarla bir bağlılığı ol­duğuna inanarlar.

·      Eşşəyin anqırması xoş qarşılanmaz və eşşək anqıran kimi “suyu bulandıran eşşəyi taniyıram” deyərlər.

·      Təzə anadan olan uşağın əlində, ayağında altı barmaq varsa, bu yaxşı əlamət sayılmaz və uşaq xəstəxanadaykən artıq barmağı kəsdirərlər.

·      Colan Türklərində bir “qurtlama” ifadəsi də var. Bir sözü nörmal, sakitliklə qəbul etməyənə zorla qəbul etdirəndə ona “qurtlama” deyirlər.

·      Uşağı gecə tualetə tək göndərməzlər. “Bir şeyə uğra­yar, bir şeyə rast gələr” deyərlər.

·      Colan Türkləri gecə çolə qaynar su atmazlar. Düşünər­lər ki, orada cinlər ola bilər. Atılan qaynar su cinlərin özlərini və balalarını yandırar. Cinlər də buna görə qaynar su tökənin ailəsinə xətər yetirər. Qaynar suyu hamama, tualetə, əlüzyu­yana tökdükdə belə “Bismillah!” deyərlər.

·      Colan Türkmanları yemək süfrəsindən qalan sümükləri ayrıca toplayar, ümumi zibilə qatmazlar. Onlar inanırlar ki, bu sümükləri “yeyənlər” var. Süfrədən artıq qalan sümüklər ayrıca qoyulmasa, umumi zibilə qatılsa, yəni o çirkləndirilsə “yeyənlər”dən insana xəsarət toxunar.

·      Colan Türkmanları evlərinin yönünü qibləyə tərəf ti­kir­lər. Amma tualetin yönünü qətiyyən qibləyə tərəf qoymaz­lar.

 

 

 

Mətn Dr.Yaşar Kalafatın 2013-cü ildə Ankarada çap olunmuş “Bozulus. Türk Kültür Coğrafiyasında Karşılaş­dır­malı Halk İnancları” kitabı və 2014-cü ildə Ankarada çap olunan “Türk Yurdu” dərgisinin 317-ci sayındakı “Suriya Halk Kültüründen Bazi Kesintiler” məqaləsi (səhifə 30-34) əsa­sında hazırlanmışdır.

 

 


YAS MƏRASİMİ

 

 

Colan Türkmanların yas mərasimi İslamı dəyərlərə da­yansa da, İslamdan öncəki əski Türk inanclarının bəzilərini də özündə qoruyub saxlayır. Ölənin cəsədini çox saxlamazlar. Cəsədi ya həməm gün, ya da səhəri gün dəfn etməyə çalı­şırlar.

Ölü olan evdə sakitliyə riayət etməyə çalışırlar. Uca səslə ağlamaq, hay-küy salmaq yaxşı qarşılanmaz. Öləni həzin, ürəkdağlayıcı bir səslə ağlayarlar. Mərhumu ağ kəfənə büküb, təzə və təmiz xalca, palaz içərisində çənazəyə qoyurlar və məscidə qədər çiyinlərdə aparırlar. Məsciddə ölən üçün Quran oxunar. Çənazəni son mənzilə kişilər yola salar. Uşaq­ları və qadınları həmin gün qəbiristanlığa getməyə qoymazlar. Cəsədi qəbirə sağ çiyni ustə, yönü qibləyə tərəf qoyarlar.

 Ölünü dəfn etdikdən sonra qəbirstanlıqdan çıxmağa tə­ləsməzlər. Adətən ləng tərpənərlər ki, hamıdan sonra qəbris­tanı tərk etsinlər. Dəfn mərasimində adətən dualar oxunar və oxunan dualar diqqətlə dinlənilər. Dəfnə gələnlərə çay, kofe və suxurat verilər. Adamlar ölənin ailəsinə başsağlığı vermə­yə əsasən ilk üç gündə saat 6-dan 8-ə qədər gələrlər. Həmin vaxt gələ bilməyənlər mərhumun yeddisi günü də başsağlığı verməyə gəlirlər. Adamların əksəriyyəti çalışır ki, dəfn məra­simində iştirak etsinlər. Uzaqda olanlar isə üzüntülərini tele­qramla, telefonla da bildirirlər.

 

Yas mərasimi yazısı aşağıdakı sayt əsasında hazırlanmışdır: http://halapturkmen.blogcu.com/-/11247082
COLAN TÜRKMANLARINDA YEMƏKLƏR

 

 

Colan Türkmanları xörək hazırlayarkən dənli bitkilər­dən, ət-süd məhsullarından, tərəvəzlərdən, zeytun yağından, ədviyyatlardan, limon suyundan geniş istifadə edərlər. Ənə­nəvi yeməklərə ələnmiş buğdadan (bulqurdan) hazırlanan sı­yıqlar, arpa və buğda unundan kökələr (“xobz”), süd məhsul­larından (“lyabne”), içi doldurulmuş badımcan (“makdus”), gö­yərti, zeytun və qoyun ətindən bişirilən yeməklər aiddir. Ma­saya hər zaman “falafel”, “şavarma”, qəlyanaltılardan “xum­­mus”, “mutabbal”, “baba-qanuş”, “ful”, tərəvəz və gö­yərtilər “tabbule”, müxtəlif pendirlər, mərci şorbası, qızar­dılmış çörəkdən və tərəvəzlərdən hazırlanmış “fatuş” təqdim olunur. Ət yeməklərinə aşağdakılar aiddir: düyü və qozdan hazırlanmış bütöv quzu “mensaf”, yerkökülü ətli plov, kişmiş və ədavalı “kabsa”, düyü və qoz içlikli toyuq “djadj maxşi”, köz üzərində hazırlanan balıq “samak meşui”, döyülmüş qoyun əti “kastaleta”, kabab, qoyun əti ilə üyüdmüş bugdadan “kibbe”, köz üzərində çevrilmiş qoyun “meşvi”, qara gavalılı və badamlı qoyun əti, kəllə-paça “makkadem”, köz üzərində qızardılmış quzu əti ilə göyərti “kafta”, “dolma” və ya “tol­ma”. Şirni süfrəsi üçün isə qat-qat xəmirdən ətli börək, gö­yərti və pendirli “burak”, paxlava, “şərbət”, “kuafə”, yar­ma­dan pudinq “mxalabie”, börəklər və meyvə hazırlanır. Po­pulyar içkilərdən – tünd Ərəb qəhvəsi, çay, müxtəlif şirələr, kişmiş kompotu “djelab” və süd məhsullarından “ayran”.

 

 

Colan Türkmanlarının mətbəxi yazısı aşağıdakı sayt əsasında hazırlandı: http://halapturkmen.blogcu.com/-/11247082

 

 


COLAN TÜRKMANCASINDA İŞLƏNMİŞ ƏSKİ SÖZLƏRDƏN SEÇMƏLƏR

 

 

Colan Türkmancası ilə

Azərbaycan Türkçəsi ilə

 

 

 

İNSAN GÖGDƏSİ ÖGƏLƏRİ

İNSANIN BƏDƏN

ÜZVLƏRİ

ağız

ağız

axrıq

bəlğəm

alın, annı

alın

am

am, amcıq

arqa

arxa

avuç

ovuc

ayak, eylek

ayaq

ayrık

iki bığın arası

azı

azı

bacak

bacaq

bağ

çatma (qasları bir-birinə bağlanmış. Çatma qaş)

bağır

bağır (qara çiyər)

bağırsak, bağırsalıq

bağırsaq

bahla

gözü böyük

baldır

baldır

barmak

barmaq

barmakizi

barmaq izi

baş

baş

bél

bel

beng

xal, bənəg

béyrək

böyrək

bıyık

bığ

bilək

bilək

boğaz

boğaz

bommaq

Qırmızı yanaq

boyun

boyun

bögri, bögür

böyür, yan

burru

burun

büzzük

büzdüm

qasıq

qasıq

can

can

ciger

ciyər

çaplak

şapalaq

çatal

iki qıçın arası

çatal

iki barmağın arası

çəñə, çenge

çənə

çiñ, çing

çiyin

çizgilər

çizgilər (üz və bədəndəki xətlər)

çopur

çopur

damar

damar

dəpə

təpə (başın ən yüksək hissəsi)

dəri

dəri

dırnak

dırnaq

dil

dil

dirsək

dirsək

diş

diş

diz

diz

dölyatağı

uşaqlıq

döş

döş

dudak

dodaq

düşükdiş

mırıq (düşən diş)

əmzik

əmzik

ən

əl

gəbəlik

hamiləlik

göbək

köbək

gögdə

gövdə, bədən

gögis

köks

göt

göt

göz

göz

gözbébegi

göz bəbəyi

gözğabağı

göz qapağı

ğafa

baş

kalça

qılça

ğan

qan

ğanat

qanat

ğarrın

qarın

ğaş

qaş

ğıç

qıç, ayaq

ğıl

qıl

ğocak

qoçaq

ğol

qol

ğoltuk

qoltuq

ğoltukaltı

qoltuqaltı

ğovık

qovuq, sidik kisəsi

ğoyın

qoyun (qucaq)

ğulak

qulaq

ğursak

qursaq, mədə, kəklik

kəkil

kəkil

kelle

kəllə

kiprik

kirpik

kök

kök

memek

məmə

omırğa

 onurğa

osrık

osduraq

ökçe

daban

saç

saç

saya

aya, əlin içi, ovuc

semizlik

kök

sırt

sırt, arxa

sik

sik

sigil

ziyil

siñir

sinir

solık

soluq, nəfəs

sumsuk

təpik, dümsük

südük

sidik

sümük

sümük

süt

süd

ter

tər

tommak

toppuş

tommuk

toppuş

topık

topuq

tormık

buxov

tüfrik

tüpürcək

tükrik

bəlğəm, tüpürcək

uc

uç (barmaqların uçu)

us

ağıl, huş

xappaz

qapaz

yağ

yağ

yaka

yaxa

yaş

yaş (göz yaşı)

yég

 

yumrık

yumruq

yüklilik

hamiləliyin başlangıcı

yürək

ürək

zülüf

saç, tük

 

 

TABİƏT

 

 

TƏBİƏT

 

akanyıldız

axan ulduz, meteor

arık

arx

ay

ay

aytutulumu

ay tutulması

bulut

bulud

çağlayan

çağlayan, şəlalə

çamır

palçıq, çamır

çay

çay

dağ

dağ

daş

daş

dəñiz

dəniz

dəpə

təpə

dərə

dərə

gög

göy

gögerti

göyərti, yaşıllıq

göl

göl

gölək

gölməçə

gün

gün

Gün, Günəş

Gün, Günəş

güntutulumu

gün tutulması

kaya

qaya

kayır

çınqıl (kiçik daşlar)

ğum

qum

ırmak

irmaq, nəhr, böyük çay

şimşək

şimşək

yağmır

yağış, yağmur

yér

yer

yıldırım

ildırım

yıldız

ulduz

yol

yol

 

 

HACATLAR

 

 

GEYİMLƏR

 

 

Erkekler için

Kişi geyimləri

ayakğabı 

 ayaqqabı

babuç

papış

béz

bez

demir

dəmir

çıb

cib

çorab

corab

edik

çəkmə

əllik

əlçək

ém, şalcar

şalvar

göncüklük

cibli geyim

göynek

köynək

ğayış

qayış , kəmər

ğurşak

qurşaq

işlik

içlik, alt geyim

kəmər

kəmər

köncük

cib

kuşak

qurşaq

lekəlik

corab

ros - tağlık

 

sekö

palto

talık

 

terrik

tərrik, şap-şap, çəkələk

 

 

AVRAT İÇİN

 

 

QADIN GEYİMLƏRİ

 

 

ansalıp

üz boyası, makyaj (ansalıp = kökü yandırılıb bibər və paxla ilə qarışdırılaraq üz boyası hazırlanan bir bitki)

ayakğabı

ayaqqabı

dəmir

dəmir

don

don

dögin

döymə

gezi

boyunbağı 

gümüşbiləzzik

gümüş bilərzik

ğına

xına

kapkap

taxtadan düzəldilən tərlik,

şap-şap

midəs

tərlik 

poşu/puşu

bəzək üçün geyimə taxılan qumaş

sürmə

sürmə

təntən

bəzək üçün geyimə taxılan qumaş

ünek

önlük

yağlık

yaylıq

yüzzik

üzük

 

 

GENÇTEN ÖTRÜ

 

 

GƏNÇ ÜÇÜN

 

 

bılağı

qolçaq, bilərzik  

déynək

 

fasğır

 

ğemmez

alt paltarı

işligi

köynək, qısa çəpkən

pafta göynek

bafta göynək 

şerval, şalvar

şalvar

xancar

 xənçər

yəmənî

yəməni, xəncərin, qəmənin qını

 

 

DİNÎ SÖZLER

 

 

DİNÎ SÖZLƏR

 

 

aptaz almak

abdəst almak

camı

məscid

gög

göy, səma

kenise

kilisə

musurman

Müsəlman

namaz ğılmak

namaz qılmaq

oruc tutmak

oruç tutmaq

péyxəmbər

peyğəmbər

tañrı

Tanrı - Allah

ulak

rəsul, elçi

xırıstyan

xristian

yıldız

ulduz

gögçək

göyçək, mələk

gögçə

mələk

gögçen

mələk

 

 

YÉMEKLER

 

 

 

YEMƏKLƏR

ağız

ağuz

buğda aşı

buğda aşı

çelem

turşu

çökelek (yoğrut kuruması)

qurud

doğramaç

doğramac

eşkili çörək

xəmrəli çörək

ğurut

qurud

ğuru uzum

kişmiş, mövüz

mərcimək çorbası

mərcimək şorbası

sütli pirinç

südaşı

şorma

şorba

tarmız

 

tarxana

tarxana

uymaç

umac

yoğurt çorbası

qatıq aşı

zabarık

 

 

 

MELZEMELER

 

 

MATERİALLAR

 

 

basbus

qəndil 

çıra

çıraq

mum

şam, mum

 

 

SAVINMA

QORUNMA MATERİALLARI

 

 

bıçak

bıçaq

ğama

qəmə

ğarğı

nizə, qarğı

ğılınç

qılınç

ğurşun

qurğuşun

mızrak

mızraq

ok

ox

palta

balta

süñü

süngü

tüfəñ

tüfəng

yay

yay

 

 

EKİM MALZEMELERİ

 

 

ƏKİN MATERİALLARI

 

 

çapır daşı

nov daşı

çatal

yaba, şana 

çekiş

çəkiç

çüt

çüt

gəm

gəm, vəl

gəm daşı

gəm daşı 

ğazma

külüng, qazma

kürək

kürək

luğluğu

 

mekmer

 

orak

oraq 

saban

kotan 

tarla

tarla

tokmak

toxmaq

torpan

dəryaz, kərənti 

 

 

ÇÜT PARÇALARI

 

 

ÇÜT PARÇALARI

 

 

bilezzik

 

bonduruk

boyunduruq 

bülke

 

çivi

çiv 

ğılınç

qılınc 

kepse

 

saban

kotan 

sambı

samı 

sürme demiri

sürmə dəmiri

ulak

xışın qolu, ulama

 

 

DOKIMA MALZEMELERİ

 

 

TOXUMA

MATERİALLARI

 

 

ağırşak

ağırşaq (ip əyirilən iyə ağırlıq üçün taxılan yarımkürə biçimli sümük və ya ağac parçası)

biz

 biz

çarpana

çarpana (toxuma dəzgahındakı 4 deşikli kvadrat taxta parçası)

ğıyık

qıyıq 

ig

iy 

kirmen

kirmən, əyirmən (əldə yun əyirmək üçün alət)

tantazı

 

yüñ tarağı

yun darağı 

 

 

ŞÜNE

 

 

MƏTBƏX

 

 

ataş (od)

od

çakmak

çaxmaq

çanak

çanaq

çatal

çəngəl

degirmen

dəyirman

dibek

dibək

dibekeli

 

ğap

qab

ğaşık

qaşıq

ğavurğa

qovurğa 

ocak

ocaq

ocakbaşı

ocaqbaşı 

odın

odun

oklağı

oxlov

süprigi

böyük süpürgə

süprik

kiçik süpürgə

şüne

mətbəx

tava

tava

taxta

taxta

tézzek

təzək

yarmaç

yarmaça

 

 

OTIRMA ODASI

 

 

OTURMA OTAĞI

 

 

döşək

döşək

kebe

gəbə

kilim

kilim

kürsi

stul, kürsü

sökenek

yasdıq növü, söykənəcək

xalı

xalı

 

 

YATMA ODASI

     

YATAQ OTAĞI

 

 

taxt

taxt

yastık

yasdıq

yorğan

yorğan

yüklik

yük yeri, farmaş 

 

 

AVRAT MALZEMELERİ

 

 

QADIN ƏŞYALARI

güzüñü

güzgü

tarak

daraq

ÇOCUK MALZEMELERİ

UŞAQ ƏŞYALARI

 

 

bélək

bələk

béşik

beşik

sallangaç (çocok için)

yelləncək

 

 

MALZEMELER

 

 

MATERİALLAR

 

 

béşek/başak

başaq

bişek

nehrə çalxalamada

işlədilən ağac

bişeksapı

nehrə çalxalamada

işlədilən ağacın sapı

çekberi

dırmıq növü

kertik

kərtik, çərtik, nişan 

sapan

sapand 

timbil

avtomobil

 tulık (tulığ)

tuluq 

uyan

yüyən

yayık/yanlık

nehrə

 

 

BİTKİLER

 

 

BİTKİLƏR

 

 

ağı

ağı, zəhərli ot 

ansalıp

 

çaşır

çaşır 

çaşır sapı

çaşır sapı 

çaşır siki

 

çayır

çayır

çigdem

çiğdem

çiriş

çiriş 

göbelek

köbələk

ğamış

qamış

ğañal

qanqal 

ğaramık

 

ğarğut

 

ğasal

 

ğaşak

 

ğazağı

 

ğınnap

alça

ğoz

qoz

hayyıt

 

ıspatan

 su tərəsi

igirtme

 

keñer

 

kömeç

köməç (mayasız çörək)

murt

Mersin ağacı və meyvəsi

 

 

orşat

 

ot

ot

pancar

çuğundur, pazı

pekmez çiçegi

bəhməz çiçəyi

salıp çiçegi

 

sızağan

 

sulu ğañal

 

sütlügen

süddüyan 

şeker tikeni

 

 

 

MEYVELER

 

 

MEYVƏLƏR

 

 

alma

alma

ərik

ərik

eşki léymin

limon

ğarpız

qarpız

ğavın

qovun

harpuş

 

iki dünya

yapon əzgili

incir

incir

léymin

limon

mısır inciri

meyvəsi yeyilən kaktüs

nar

nar

üzzim

üzüm

 

 

ĞUŞLAR

 

 

QUŞLAR

 

 

altın cücügü

 

culuk

 

cücük

cücə

gavurcan

göyərçin

ğarağuş

qaraquş

ğarğa

qarğa

ğartal

qartal

kəklik

kəklik

şahin

şahin

tavık

toyuq

tıbıt

hindquşu, həştərxan toyuğu

yarasa

yarasa

zerzir

 

HAYVANLAR

HEYVANLAR

 

 

arslan

aslan, şir

at

at

ayğır

ayğır

ayyı

ayı

buğa

buğa

buzağı

buzov

celen

ceyran

çakal

çaqqal

dana

dana

davşan

dovşan

dəvə

Dəvə

dilki

tülkü

énək

İnək

ənik

ənik

eşşək

eşşək

geçi

keçi

ğaplan

qaplan

ğatır

qatır

ğısrak

qısraq

ğoyın

qoyun

ğurt

qurd

ğuzı

quzu

it

it

kedi

pişik

köpək

köpək

oğlak

oğlaq

oklu kipri

oxlu kirpi

ökiz

öküz

pars

bəbir, bars

püssük

pişik balası, mavrı

sıçan

sıçan

sırtlan

kaftar

sülük

zəli

tay

day, daylaq, dayça

tazı

tazı

udrum

dəvə balası

yılan

ilan

yumma kipri

kiçik və yumru kipri

zıpa

sıpa

 

 

HAYVANLARA İLGİLİ

HEYVANDARLIQLA BAĞLI SÖZLƏR

ağıl

ağıl, tövlə, kom

axır

axır

bıkağı

buxov

cüli

yəhərin ön qısmı

eger

yəhər

körtün

tərlik, yəhərin altına

qoyulan keçə

nal

nal

üzəñi

üzəngi

yaxır

qoyunlar üçün axur

yural

yüyən

 

 

BÖCİLER

 

 

BÖCƏKLƏR

 

 

bırıtğoca

 

ğarınça

qarışqa

hertiş

 

idin

balaça qırmızı qarışqa

sinek

milçək

sivri

ağcaqanad

uğur böcisi

parabüzən, uğur böcəyi

 

 

DARTILAR

 

 

ÖLÇÜ və ÇƏKİLƏR

 

 

arşın

arşın

batman

batman

mut

mut (ərəbcə: mudd “yaxlaşıq iki ovuc taxıl tutan ölçü”)

nügü

ağırlıq ölçüsü (1283 qramlıq okka və ya yarım okka)

tümünnegi

 

yarım mut

yarım mut

yarım tümünnegi

 

 

 

İÇECEKLER

 

 

İÇKİLƏR

 

 

ayran

ayran

çay

çay

ğımmız

qımız

süt

süd

 

 

TOXIMLAR

 

 

DƏNLİ BİTKİLƏR

 

 

arpa

arpa

bayazdarı

ağ qarğıdalı

buğda

buğda

darı

qarğıdalı

mərcimək

mərcimək

noxut

noxud

paxala

paxla

sarıdarı

sarı qarğıdalı

üfrük

 

 

 

BOYAKLAR

 

 

BOYALAR

 

 

ğara

qara

ğapğara

qapqara

siyah

qara

simsiyah

qapqara

ak

bayaz

bambayaz

dümağ

ğırmızı

qırmızı

ğıpğırmızı

qıpqırmızı

ğızıl

qızıl, qırmızı

 ğıpğızıl

qıpqırmızı 

ğır

boz

yéşil

yaşıl

yémyéşil

yamyaşıl

boz

boz

bomboz

bomboz

sarı

sarı

sapsarı

sapsarı

gög

göy

gömgög

gömgöy

mavı

mavi

masmavı

gömgöy, tünd mavi

 

 

YAŞAM SÖZLERİ

 

 

YAŞAM SÖZLƏRİ

 

 

akılğan

novdan

ala

ala (darı xəstəliyi)

aşıyérimek

yerikləmək

bağça

bağça

bahlak

güləş, güləş üzlü

bakça

 

başbak

baş örtüyü

başğabak

baş örtüyü

bayak

bayaq

bişmek

bişmək

bitmek

bitmək

buran-buran

burum-burum

cılız

cılız, sısqa,arıq

cırnak

cırnaq

cız

cız, cızza (uşaq dilində od)

cızmak

çızmaq

çapaq

göz çapağı (yatarkən axan və qatılaşıb kirpikləri bir-birinə yapışdıran göz seliyi, göz  poxu)

çelem

turşu

çéynemek- çégnəmək

çeynəmək

çıkın

boğça

çillik

çox boyanmış yüngül xasiyyətli qadın

çillişmek

kök salmaq, cil atmaq

çirtik

kirtik

çölmek

çölmək

çollanmak

çullanmaq; üstünü örtmək

dəpik

təpik

debiklemek

təpikləmək

décik

 

dəpmək

təpmək, zorla bir yerə soxmaq

dik durmak

dik durmaq

dişi

dişi

ditmek

 

dörpi

törpü

dumağı

tumov, zökəm

dumağılık

tumovluq, zökəmlik

əgirmək

əyirmək

əglənmək

əylənmək

ém çéşmek

enli şalvar

fırıldamak

fırıldamaq

fırlatmak

fırlatmaq

firtik

kirtik

gəgirmək

gəyirmək

gem dögmek

fırlanmaq, durmadan dönmək

gərginləşmək

gərginləşmək

gərginmək

kərkinmək

gétmək

getmək

gidişmek

gicişmək

gişi

 

gögsu

qarasu

güləgən

güləyən

ğabizolmak

qəbiz olmaq

ğara saraltma

kor sarılıq

ğarasu

ağsu

ğaşımaq

qaşımaq

ğıraç

qırac yer, əkilməyən susuz yer

ğıraçlık

qıraçlıq

ğırañı

 

ğırkmak

qırxmaq

ğopık

pis adam

ğuftu

 

ğunt

varlı adam

ğursak

qursaq, kəklik, mədə

hacık

o yan

haflak

qorxaq

hacık

o yan

hicik

bu yan

hınçırıq

hıçqırıq

hopık

 

hösürmek

ösgürmək

hüce

uca

igrənmək

iyrənmək

içi getmek

ishal, ayağı işləmək

kebin ğıymak

kəbin kəsmək

kekim

 

kekmek

çaşmaq, yön dəyişmək

kemçik

kaftar qarı

kişi

kişi

kötü ağrı

vərəm

qancolmaq

şişmanlıq, köklük  

nağdar

nə qədər

ne'çe

neçə

oymak

oymaq

ödəmək

ödəmək

ökenmek

yamsılamaq, yamsılayıb

ələ salmaq

önşermek

 

peşek

 

pürçik

 

sakırğa

 

saraltma

sarılıq

sayrı

xəstə

sayrılık

xəstəlik

sénik

solmuş, sönük

sénmek

solmaq, sönmək, səngimək

sıdıq

soyuqdəymə

sıtma

isitmə, qızdırma

sigimek

hıqqanmaq

siye

 

sokı

daş dibək

sornaşmak

açlıqdan ölmək üzrə olmaq

azca qurumaq, suyu çəkilmək

sökenmek

söykənmək

su çiçegi

su çiçəyi

süllü

 

sümrik

fırtılaq

sümsürük

fırtılaq, selik

sümük

fırtılaq

tarmantağık

darmadağın

tavıq ağrısı

quş qripi

tıskırmak

asqırmaq, asqırıb-tısqırmaq

tormık

 

tuzak

tələ

tökezlemek

səndələmək

ulak

ulaq

ulamak

ulamaq

umman

ümman, okean

üstü gelmek

aybaşı olmaq

üzə

o üz, o biri üz

xarman

xırman

xarmantağık

darmadağın

xışyéri

xış yeri

yağlıksız

yaylıqsız

yalak

yalaq, yaltaq

yalaklık

yalaqlıq

yaplaz

alçaq

yarma

yarma

yayık çukurı

nehrə çuxuru

yukaltmak

yuxaltmaq, incəltmək

yügitmək

üyütmək

zabarık

 

zetmek

etmək

zınğırdamaq

zırıldamaq

zügürt

pulsuz, kasıb

zügürtlige batmak

İflas etmək, müflis olmaq

zügürtlik

pulsuzluq, yoxsulluq

 

Fadi İsa və Hişam Şabaninin hazırlamış olduqları “Suri­ye Türkmenlerinin Güney bölümü – Golan Türkmenleri (Ta­rihsel, coğrafî, etnik ve dilsel Golan türkmenleri'ne dair ya­pılan ilk araştırma)” kitabındakı cədvəldə sözlər Colan Türk­mancasında və Türkiyə Türkcəsində verilmişdi. Cədvəli ha­zır­layanlar Colan Türkmancasında olan bəzi sözlərin qarşı­lı­ğı­nı tapa bilmədiklərində qarşısını boş qoymuşlar. O sözlərin bir çoxu Azərbaycan Türkcəsində işlədildiyindən onları yaz­dıq. Bəzi sözlərin qarşılığını tapa bilmədiyimizdən biz də cəd­vəldə onların anlamını göstərmədik. Doğruluğundan quşqu­landığımız sözlərinsə qarşısına sual işarəsi qoyduq.

Dr.Muhtar Fateh Muhammed və Fadi İsa və Hişam Şa­ba­ninin hazırladıgı cədvəli oxuyanda mənə yazdı ki, buradakı söz­lərin demək olar hamısını Hələb və Bayır Bucaq Türkmanları da işlədir. Bizim Azərbaycan Türkcəsində qarşılığını verdiyimiz, Co­lan Türkmançasında olmayan sözləri də Suriya Türkman­ları­nı bəzi ləhçələrində bu gün də işləndiyini yazdı.


SURİYANIN XƏRİTƏSİ

 

 

  

 

 


SURİYANIN XƏRİTƏSİ. QIRMIZI NÖQTƏLƏR QOYULMUŞ YERLƏR TÜRKMANLARIN ƏHALİNİN ÇOXLUĞUNU TƏŞKİL EDİR

 

 

http://turkbilimi.com/wp-content/uploads/2011/11/suriyede-TГјrkmenlerin-yaЕџadД±ДџД±-yeler.jpg.....jpg

 

 


SURİYA, LÜBNAN VƏ İSRAİL ARASINDA QALMIŞ COLAN BÖLGƏSİNİN XƏRİTƏSİ

 

 

 

SURİYADA COLAN TÜRKMANLARININ

YAŞADIĞI KƏNDLƏR

 

 

SURİYANIN HƏLƏB BÖLGƏSİNDƏ

TÜRKMANLARININ

YAŞADIĞI KƏNDLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SURİYADA SİLAHLI QRUPLARIN YERLƏŞDİYİ BÖLGƏLƏR

 

 

  

 

NUSAYRİLƏR

 

Nusayrilər (əl-Nusayriyyə), ya da Ərəb Ələviləri, (ərəbcə: النصيرية Al-Nusayrīyah ya da العلوية Al-Alawīya) İslam dinində bir təriqət ətrafında birləşənlərə verilmiş addır. Onlar  bəzi mənbələrdə Numeyrilər də adlanırlar. Əhl-i Beyt inanclı Nusayrilər “Kitâb əl-Mecmû” adındakı dua kitabını əsas mənbə sayırlar. Batini xarakterli təriqət sayılır. Bunun səbəbi ikili (əslində, daha çox) inanc sisteminə malik olmaları ilə bağlıdır. Özlərini zahirən müsəlman adlandırsalar da, batində qarışıq bir inanc sahibidirlər.

 Nusayrilərə görə, insanlar ilk dəfə səmavi varlıqlar olaraq yaradılmışlar. Tənasüh (ruhun bir bədəndən başqasına keçməsinə) və ruh köçünə inanırlar. Əliyə inanan Nusayrilərə görə, ruhları ulduzlara çevrilərək nurlar aləminə yüksələcək. Nusayri olmayanların ruhları isə, heyvan bədənlərinə girəcək. Qadınların ruhları yoxdur. Şeytanlar insanların günahlarından, qadınlar da şeytanların günahlarından yaradılmışlar. Bu baxımdan qadınlara məzhəblərinin sirlərini açıqlamazlar. Müaviyəni, Yezidi və Həcc ziyarətini şeytanın simvolları adlandırır və lənətləyirlər.

Nusayrilikdə köhnə dinlər və inanışlardan tutmuş Sabiilikdən, Atəşpərəstlikdən, Yəhudilikdən, Xristianlıqdan və primitiv inanışlardan olduqca çox böyük təsirləri müşahidə edilir. Nusayriliyə giriş üç mərhələdə həyata keçirilir. Məzhəbə girmələrinin əsas şərti ata-ananın Nusayri olmasıdır. Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, məzhəbə ilk girəndən, ilk alınan söz, sirr saxlama xüsusiyyəti və bu qabiliyyətin yoxlanmasıdır. Təriqətə üzv qəbulu mərasiminin masonların üzvlüyə qəbul mərasimlərinə bənzədiyini yazırlar.

Nusayrilər də öz aralarında  Haydariyye, Şimaliyyə (və ya Şəmsiyyə), Kilaziyyə (və ya Qəməriyyə), Qaybiyyə  qollarına ayrılsalar da, çoxu  Şimaliyyə və Kilaziyyə ətrafında birləşir.

Nusayrilərdə, şeyxlərə böyük hörmət göstərilir və onlar dərəcələrinə görə dörd sinfə ayrılır: a) Böyük Şeyx. Əlinin yer üzündəki kölgəsi. Fövqəlbəşər gücünə inanılar. Vəzifəsi, şeyx və imamlığa namizədləri seçməkdir. b) Şeyx. Şeyxlərin sayları çoxdur və onların atalarının mələklər olduğuna inanılır. Mərasim və ziyarətləri idarə edib, xəstələrə dua edirlər, onlardan icazəsiz həkimə belə gedilməz. Şeyx ola bilmək üçün şeyx ailəsindən olmaq şərtdir. c) Nüvvab. Şeyx köməkçisi vəziyyətindədirlər, Şeyx ola bilmələri Böyük şeyxin qərarına bağlıdır, bunun üçün geniş bir təcrübədən keçməsi lazımdır. d) İmam. Aşağı təbəqəli din xadimləridirlər.

Fransız etnoloqu Louis Massiqnon(1883-1962)  Nu­say­ri  sözünün  5 variantdan - Romalılar zamanında Suriyadakı bir əyalətin adından, Şiə şəhidlərindən olan Nuşayr adından, 7-ci yüzildə Sünni iqtidarının zülm və təqibindən  Nusrə deyilən dağa sığınanlardan, Kufədəki Nasuraya kəndinin adından və  on birinci İmam Həsən əl Əsgərinin şagirdi Əbu Şuayb Muhammad ibn Nusayrdan (ö. 883)  adından yarana biləcəyini araşdırır.  Araşdırcıların çoxu təriqətin on birinci İmam Həsən əl Əsgərinin şagirdi Əbu Şuayb Muhammad ibn Nusayrdan (ö. 883)  adından yarandığı fikrindədir.

Nuseyrilər 903-cü ildə Suriyada hakimiyyəti ələ keçirmişlər. Səlib yürüşləri zamanı xaçlı (xristian) ordularına yardım etdiklərinə görə Səlahəddin Əyyubi, Moğollara kömək etdiklərinə görə isə Məmluk Sultanı Baybars onları cəzalandırmışdır.  Səlahəddin Əyyubi, xristianlar, ismaililər və moğollar, sonra da Sultan Səlimin (1516-cı) tərəfindən sərt cəzalandırılmalarına, zaman-zaman Osmanlılara qarşı üsyan etmələrinə baxmayaraq, II Əbdulhəmid onları rəsmi olaraq bir məzhəb kimi tanımışdır.

 Əsasən Suriyanın Lazkiye, Baniyas və Tartus bölgələrində, Türkiyənin Hatay, Adana və Mersin vilayətlərində yaşayırlar.  Sayları 3 milyona yaxındır.  Onlardan 2,5 milyona yaxını Suriyada (ölkə əhalisinin 11-14 %-ni təşkil edir), 350 mini Türkiyədə, 280-350 nini Lübnanda, 118 mini İsraildə, 100 mini Avropada, az qisminin isə Ürdün (İordaniya),  ABŞ və Kanadada yaşadığını yazırlar.

Ali Tayyar Önder “Türkiyənin etnik yapısı” kitabında bu mövzudan geniş bəhs etmişdir. Onun yazdığına görə Nusayrilərin bir çoxu soyköklərinin Harun Rəşidin yerinə keçən oğlu Mutasımın Xorasanlı bir Türk olan anasının tayfasındanmış və  miladi 700-cü illərdə  Batıya köçərək  gəlib bölgədə yerləşmişlər. Qaynaqların çoxu isə Nusayrilərin ərəb olduğunu yazır.

Türkiyəli araşdırıcı, təriqətlər və təsəvvüf sahəsinin böyük alimi Abdürrahim Güzel yazır ki, məzhəb kimi görünməsinə baxmayaraq Nusayrilik, nə xristianlıqla, nə yəhudiliklə, nə də islam ilə əlaqəsi olmayan inanc və ibadət üsullarıyla ayrıca bir din kimi ortaya çıxmışdır. Onların kafir, müşrik, olmalarında bütün sünni və şiə üləmaları yekdil rəy vermişlər.

1971-ci ildən bəri ölkə rəhbərliyini Nusayrilər ələ keçirmişlər. 45 ildən artıqdır ki, bütün ölkə diktator Hafiz Əsəd və oğlu Bəşər Əsəd tərəfindən təzyiq altında saxlanmaqdadır.

 

 

 

 

 


DURUZLAR

 

Duruzlar (Druzlar və ya Dürzilər) adlandırılan təriqətin adı Ərəbçə درزي və ya موحدون دروز, İbranicə דרוזי yazıır. Araşdırıcılar onları  Şiəliyin İsmaili qolundan  hesab edirlər.Duruzilər  isə özlə-rini Muvahhidun adlandırırlar. Duruzi inancı Musəvilik, Xristi-yanlıq və İslam inançlarına bənzər bir şəkildə monoteistikdir.

 Əsası 11-ci yüzildə Fatimi Dövlətinin altıncı xalifəsi Əbu Əli əl-Mansur əl-Hakim bi-Əmr Allah bin əl Əziz billahın tərəfdarı Muhammed bin İsmail Neştekin əd-Derezi tərəfindən qoyulduğu yazılır. Duruzi inancının çox az qismi topluma açıqdır. Ona görə də araşdırıcılar onlar haqqında fərqli-fərqli fikirlər söyləyirlər. Əsas fikir odur ki, təktanrıçı, birləşdirici  bir inanc sahibidirlər.  

Duruzi inancına göre Allah, Yeddi İmamdan sonra Fatimi xəlifəsi Hakimi (996-1021) Biemrihi adıyla insan cilidində görün-müştür. Onun Allahın təcəssüm olunduğuna və ruhların ölməzli-yinə inanırlar. Xəlifənin vəziri Hamza ibn Əli isə peyğəmbəridir. Duruzin dörd şərti, Hakimin Allah olduğuna inanmaq, əmri tanı-maq, həddi, sərhəddi bilmək və nəsihətə uymaqdır. Hakim həm Allah, həm də insandır. Onun iki cür görünüşü vardır: Lahuti (Al-lah) və Nasuti (insan). Bu iki görünüş birbirinə bənzəməz. Onların inancına görə Tanrı insan şəkilində doqquz dəfə görünmüşdür. Hakim də bir neçə dəfə insan şəkilində görünmüş, insanlar fitnə fə-sada başladıqda gizlənmişdir. Yenidən ortaya çıxdığında Duruzi-ləri mükafatlandıracaq, ona inanmayanları da cəzalandıracaqdır. Hakim imamlığı vəziri Hamzaya həvalə etmişdir. Hamza yaradı-lanların ən şərəflisidir. Kainat ondan yaranmış, ilk yaradılan odur. Ruhlara hökm edən, günah və savabları hesablayan, dünya və axi-rət işlərini idarə edən odur. İlahi əmirləri öyrədən hududların başı yenə Hamzadır. Duruzilər ibadət yerlərini halavat adlandırırlar. Şəriəti də, Şiə-Batini inancını da qəbul etmirlər. Öz aralarında din işlərini bilənlər ukkal və bilməyənlər isə cuhhal adlandırırlar. Qurban və Ramazan bayramına bənzəyən iki bayramları vardır.

Orta əsrlərdən başlayaraq son dövrədək Duruzlar nəsli aristokrat, hakim və əmir olmuşlar. Duruz əmirlərinin Lübnanda (Livan) ən qüdrətli dövrü II Fəxr əd-din Məan (1590-1633) və II Bəşir Şihabın (1788/89-1840) hakimiyyəti illərinə təsadüf edir. Maroni kəndliləri və onların feodal ağaları olan Duruz zadəganları arasındakı sinfi ziddiyətlər nəticəsində XIX əsrin 40-60-cı illərində Lübnanda (Livan) Duruz və xristian maronilər arasında silahlı toqquşmalar baş vermişdir.

Sünni məzhəpləri tərəfındən dindən kənar elan edilən,  Müsəlman sayılmayan Duruzilər  özlərinii İslam dinindəki Şiə məzhəbinin bir qolu sayırlar. "Risalətül-Hikmət" (Hikmət Məktupları),  Əl-Hikmətül-Şərifə adında açıq, Əl-Münfərid bi-Zatihi və Əl-Şəriatül-Ruhaniyyə adında gizli kitapları var.

Durzuiler Kaysilər və Yəmanilər deyə iki qola ayrıldılar. Yəmanr Mercidabık Savaşında (1516) Osmanlıların, Kaysilər isə Məmlukluların tərəfdarı olmuş, onların ordularında savaşmışlar. Daha sonrakı illərdə tez-tez üsyanlar qaldırdırmış,  Osmanlı İmparatorluğunda  problemlər yaratmışlar. Fransızlar Duruzilərin yaşadıqları bölgədə 1921-ci ildə “Cebel-i Duruz Emirliyi” qumuşlar. Bu əmirlik 1936-cı ildə ləğv edilmiş, Dürzilərin bir qismi Suriyanın, bir qismi Lübnan dövlətinin tərkibinə qatılmışdır.

Qaynaqlar Durzuilərin sayıları haqqında fərqli fərqli rəqəmlər göstərirlər. Onların sayları qaynaqlarda 1.000.000 ilə 2.500.000 arasında olduğu göstərilir.

Duruzilər özlərini Ərəb kökənli hesab edirlər və ana dilləri Ərəbcədir.

Duruzilər siqaret və alkoldan istifadə etməz, donuz əti yemək, Müsəlamanlarla, Xristiyanlarla, Yəhudilər və başqa dinlərdən olanlarla evlənmək qadağandır.

 

 

 

 


 OF QOLAN TURKMEN

 

Ali Shamil Huseynoqlu

Scientific worker of Folklore Institute within

Azerbaijan National Academy of Sciences

 

 

Abstract: The 20th century was very traqic for Qolan Turkmen who were in qood terms with their neiqhbours and considered to be one of the most famous peoples in the area they lived. They were called Turkmen, Turks and Muslims in the statistics.

Later on the riqhts of Turkmen beqan to be let down. After World war I peoples livinq in Qolan lands were joined to Syrian Qovernment and they were forbidden to speak and write in their own lanquaqes. This situation became worse after the foun­dation of İsrail.In 1967 when İsrail soldiers attacked Qolan lands peoples became refuqees. For a little time the lands where Turkmen lived such as Kufur Nafak, Ayn Sumsun, Bobya, Ka­di­riyye, Ahmediyye, Kaziniyye, Kafar, Ayn Kurra, Murayyun, Ayn Ayishe, Cevize and other villaqes became empty. The Republic of Turkey opened its borders for a month but only few of Turkmen could settle in Turkey. Most of them had to qo to Syria. And thouqh 38 years have passed since that time Qolan peoples still can’t be back to their own lands. Only few of them can visit the qraves of their relatives. But it happens only once a year in april 14 with the accomplishment of Japanese soldiers from UN Piece Power. Qolan Turkmen who became refuqees by İsrail soldiers are beinq assimilated. Their children cannot speak in their mother tonque as they don’t have their own society. And their folklore and traditions are beinq forqotten day by day.


Əli Şamil.

Cоlan Türkmanları

(folklor və etnoqrafik örnəklər).

Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014.

 

 

 

Nəşriyyat direktoru:

Prof. Nadir Məmmədli

 

 

Kompüterdə yığdı:

Ruhəngiz Əlihüseynova

 

Korrektor:

Aynur Qəzənfərqızı

 

 

Kompüter tərtibçisi və

texniki redaktoru:

Aygün Balayeva

 

 

 

Kağız formatı: 84/1108 32/1

Mətbəə kağızı: №1

Həcmi: 154 səh.

Tiracı: 500

 

 

Kitab Folklor İnstitutunun Kompüter Mərkəzində

yığılmış, səhifələnmiş, “Elm və təhsil“ NPM-də hazır deopozitivlərdən ofset üsulu ilə çap edilmişdir.

 

 


ƏLİ ŞAMİL HÜSEYN OĞLU (ŞAMİLOV)

1948-ci ildə Göyçə mahalının İnəkdağ kəndində Doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Şərq qapısı“ (Naxçıvan) (1973-1992), “Azadlıq” (1990-1993) qəzetlərində, Azərbaycan Ensiklopediyasında (1993-2004) işləyib. 1998-ci ildən Azərbaycan MEA Folklor İnstitutunda çalışır. 11 ölkədə keçirilən 80-dən çox elmi konfransda məruzə edib. 19 ölkədə isə elmi məqalələri, kitabları nəşr edilib. Nəşr edilən kitablarından nümunələr:

1.    Tanıdığım insanlar. Birinci kitab, “Sumqayıt” nəşriyyatı, Bakı, 2000, 156 səh.

2.    Dastanlaşmış ömürlər. “Səda” nəşriyyatı, Bakı, 2001, 96 səh.

3.    Quzey Kıbrıs. Azərbaycan Milli Ensiklopediyası Nəşriy­yatı, Bakı, 2001, 152 səh.

4.    Burulğandan çıxmaq mümkündürmü. Azərbaycan Milli En­siklopediyası Nəşriyyatı, Bakı, 2001,152 səh.

5.    Aşıq İsgəndər Ağbabalı. (Əzizə Şamillə birgə). “Səda” nəş­riyyatı, Bakı, 2006, 104 səh.

6.    Uyğur, Qaqauz, Quzey Qafqaz Türklərinin folkloru və ədəbiyyatı, ”Nurlan” nəşriyyatı, Bakı, 2011, səh. 412.

7.    Qırım sevgisi, QCİ “Qırımdevoquvpedneşir” neşriyyatı, Simferopol, 2012, 200 səh.

8.    Axısqalı Xəstə Hasan (şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər). “Elm və təhsil” nəşriyyatı, Bakı, 2012, 248 səhifə.

9.    Axısqalı Xəstə Hasan (şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər). “Elm və təhsil” nəşriyyatı, Almatı, 2013, 272 səhifə.

10.     Türkçülüyün qurbanları (Qazaxıstan). “Elm və təhsil” nəşriyyatı, Bakı, 2013, 164 səhifə.

11.         Gültekin-Əmin Abid. Buzlu cehennem. “Günəş” nəşriyyatı, Bakı, 1999, 96 səh.

12.         B.E.Ağa oğlu. Solovkidə gördüklərim. “Günəş” nəşriy­yatı, Bakı, 2004. 80 səh.

13.    Koroğlu dastanı (Əli Kamali arxivindəki variantlar). “Nur­lan” nəşriyyatı, 2009, səh.396.



[1] Bu haqda geniş bilgi üçün “Mətinlər və xəritələr” bölməsinə baxmalı

[2] Bu haqda geniş bilgi üçün “Mətinlər və xəritələr” bölməsinə baxmalı

[3] Dönüm – sahə ölçü vahidi. 918,393 kvadratmetr (bir hektara yaxın) sahəni bildirir.

[4]Suriya Kürdləri tərəfindən 2003-cü ildə qurulmuşdur.

* Colan Türkmancasında sözönü s səsi yerinə h səsi də işlənə bilir

[5] Colan Türkmanlarında toy sözü Azərbaycan türkcəsində şənlik anlamına uyğundur. Onlar ad günü şənliyinə də, sünnət şənliyinə də və s. toy deyirlər.

[6] Musiqi aləti

[7] şalvarı

[8] Necə hazırlandığını müəyyənləşdirə bilmədik

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol