Azadlıq uğrunda şəhid olan Altay pələngi-Osman Batur

AZADLIQ UĞRUNDA ŞƏHİD OLAN ALTAY

PƏLƏNGİ – OSMAN   BATUR

ƏliŞamil

AMEA Folklor İnstitutu

 

Özət

Osman İslam oğlu Batur 1889-cu ildə Doğu Türküstanın (indiki Çin Xalq Respublikası Sintizyan-Uyğur muxtar rayonu) Altay vilayəti Öndiqara bölgəsinin Göytoğay kəndində anadan olub. Bölgəni idarə edən Homindon hökumətinin xalqın mənafeinə zidd qanunlarına  tabe olmayaraq dağlara çəkilib və silahlı müqavimət hrəkatının əsasını qoyub. Həmyerliləri Zelebay Telci, Nurgocay Batur, Kaseyin Batur, Canım Han Hacı, Süleyman Batur, Musa Mergen Aktepe, Sulibay, Ökürbay, Nogaybay, Ahid Hacı, Halil Teyci, Karakul Zalin və b. ona qoşulub. Beləcə bölgədə hökumətə qarşı etiraz silahlı üsyana çevrilib.

Az bir zamanda üsyançıların sayı otuz min nəfərə yaxınlaşıb. Onlar Altay bölgəsini Homindon hömümətinin məmurlarından və silahlı qüvvələrindən təmizləyərək Altay Müvəqqəti Xalq Cümhuriyyəti qurublar. Hökumətə rəhbər isə Osman Batur seçilib. 1944 – 1945-ci illərdə, Tanrı Dağlarının qüzeyindəki bölgələr işğalçılardan azad edib. Çin zülmündən azad edilmiş üç bölgə birləşdirilərək Doğu Türküstan höküməti yaradılıb. Osman Batur həmin hökumətdə (fevral 1947- sentyabır1949) hərbi rəhbər, vali, koalisyon hökumətin üzvü vəzifələrini yerinə yetirib.

Dünyanın yenidən bölüşdürülməsi Doğu Türküstan Hökümətinin varlığına SSRİ ilə yeni yaradılan Çini təsir dairəsinə alan SSRİ-də Doğu Türküstanı müstəqil dövlət kimi görmək istəmirdi. Odur ki, Doğu Türküstan Hökümətinin rəhbərlərini danışıqlara cəlb edərək onları yeni yaradılan Çin Hökümətinə tabe olmağa razı salmağa çalışıb.  göndərdiyi hərbi sursatın və mütəxəssislərin köməyi ilə bölgəyə hücum edib. Yeni-yeni dirçəlməkdə olan hökumətin rəhbərləri xəyanət nəticəsində təyyarə qəzasına salınaraq məhv edildiklərində Çin Xalq Ordusuna qarşı müqavimət  ləğv edərkən, minlərlə insanı öldürüb, həbsxana və sürgünlərə göndərib.  Osman Batur isə kiçik bir qüvvə ilə döyüşü davam etdirərək dağlara çəkilib.

1951-ci il fevralın 19-dək davam edən bu müqavimət hərəkatı Kamambal dağlarının qoynundakı Kayız gölü yaxınlığında Osman Batur əsir alındıqdan sonra zəifləsə də, tam dayanmayıb. Urumçidə qurulan məhkəmədən sonra Osman Batur 1951-ci il aprelin 29-da xalqın gözü qarşısında güllələnib.

Açar sözlər: Osman İslam oğlu Batur, Altay Müvəqqəti Xalq Cümhuriyyəti, Doğu Türküstan Cümhuriyyəti.

 

Giriş

Osman Baturdan söz açacağımız məqalədə tez-tez Türküstan, Şərqi Türküstan, Doğu Türküstan terminlərini işlədəcəyik. Bu terminlər haqqında ensikilopediyalar, internet saytları geniş bilgi versə də, mövzu ilə yaxından tanış olmayan oxucularımızı nəzərə alaraq Türküstan haqqında geniş bilgi verməyi lazım bildik.

Orta yüzillərdə Doğuda Altay dağlarından başlayıb Batıda Xəzər dənizinə və Volqa (İtil) sayının aşağı axarlarınadək uzanan böyük bir ərazi Türküstan, yəni  türklərin yaşadığı yer adlandırılıb. Sahəsi təxminən 6 milyon kvadrat kilometrdən çox olan sahənin Güney sərhədləri Kopet,Hindikuş, Kuenlin dağlarından, Qüzeyi isə İrtış çayının Ob çayına töküldüyü ərazidən, yəni Qazaxıstan və Sibir çöllərindən keçir. Türküstan öz daxilində də iki yerə Doğu Türküstan və Batı Türküstana ayrılır.

Keçmişdə Doğu Türküstandan söz açanlar ərazisinin 1,82 kvadrat kilometr olduğunu yazırdılar. Son dönəmin qaynaqlarında bölgənin ərazisinin  1,65 milyon kvadratkilometr göstərilir.Köçəri mədəniyyətinin beşiyi sayılan bu geniş və rəngarəng bölgədə qüdrətli imperiyalar, kiçik dövlətlər yaranmış, ömürlərini başa vurduqdan sonra tarix səhnəsindən silinmişlər. Türküstanlıların tarixən ən böyük və təhlükəli rəqibi bu çinlilərin ulu babaları olmuşlar. Birinci (Batı) Xan sülaləsinin (miladdan öncə 206 - miladın 204-cü ili) hakimiyyəti illərində qonşu xalqlara hərbi basqınlarla yadda qalmışdır. Miladın birinci yüzilində Doğu Xan İmperatorluğu da babalarının yolu ilə gedərək Cunqariyaya və Doğu Türküstana işğalçı yürüşlər etmişdir. Məlumdur ki, təsir əks-təsirsiz qalmır. (ASE, 1987:51, 10 cild).   Qüzeydən gələn köcəri xalqların basqınlarından qorunmaq və karvan yollarını mühafizə etmək üçünÇin İmperatorlarımiladdan öncə 215-ci ildən Böyük Çin Səddini tikmək məcburuyyətində qalmışlar. On milyonlarla insanın həyatı bahasına başa gəlmiş bu müdafiə qurğusu Çin Xalq Respublikasının başkəndi Pekinin yetmiş kilometrliyindən keçir. 4-5 min kilometr uzunluğu, 6,6 metr (bəzi yerlərdə 10 metir) hündürlüyü olan, divarının qalınlığı aşağıda 6,5 metr, yuxarıda 5,5 metr olan, gözətçi bürcləri, dağ keçidlərində isə qalalarla möhkəmləndirilən, günümüzdə belə insanların heyrətləndirən müdafiə qurğusunu(ASE, 1978:304, 2 cild) türk döyüşçüləri dəfələrlə keçərək imperatorlarını xərac ödəməyə məcbur etmişlər. Sonrakı yüzillərdə də çinlilər və mancurlar Doğu Türküstanı bir neçə dəfə işğal etsələr də, orada çox duruş gətirə bilməmişlər. Məşhur Talas müharibəsində (751) məğlub olan Çin orduları 18-ci yüzilədək bir daha Doğu Türküstana qələbə ilə başa çatan yürüş etməmişlər.http://www.oguz-news.net/tur/?p=3532

 Çingiz xanın Çini işğalıisə 1279-cu ildən 1368-ci ilədək, yəni Min sülaləsi hakimiyyətə gələnədək davam etmişdir.Mancur mənşəli Sin sülasləsi 1644-ci ildə Min sülaləsinin hakimiyyətinə son qoymuşdur. Uzun illər türklərin əsarəti altında qalan və onlara xərac verən çinliləri 1644-1912-ci illərdə mancur sülaləsindən olanlar idarə etmişlər. Bugünkü Çin Xalq Respublikasında milli azlıq olaraq tanınan və milli haqqları uğrunda mübarizə aparan mancurların dilini Ural-altay dil qrupunun Altay qoluna daxil edirlər. Hazırki Rusiya Federasiyasında yaşayan mancurlar isə tunquz  adlandırılırlar. Bu kiçik xalq Çin imperiyasını idarə etməklə qalmayıb, hətta Çin səddindən kənarda Doğu Türküstanda olan türk xalqlarını da əsarətləri altına almışlar. Hakimiyyətdə olan mancurlar çinliləşmiş, çin dövlətinin mənafeyini qorumuşlar (ASE, 1984:452).

18-ci yüzildə feodal pərakəndəliyi, daxili didişmələr o yerə çatmışdır ki, Çindən yardım istənilmişdir. Bu imkanı əldən qaçırmayan Çin orduları  1759-ci ildə Doğu Türküstana daxil olmuşdur. Emine Kiziltaş “Dünden Bugüne Doğu Türkistan “Shinkyang” məqaləsində yazır ki,  Çin istilasıyla Doğu Türkistan`a giren Mançur kuvvetleri, genç -yaşlı, kadın erkek demeden bir milyondan fazla insanı katletmişlerdir... Mançur istilasının devamında Çin kuvvetleri, nerdeyse tüm halkın malını, mülkünü alıp bazı şehirleri ateşe vermişler ve ülkeyi Çin toprağı haline getirmek için çok sayıda Çinli göçmeni buralara getirerek yerleştirmişlerdir. General Kao-Chi, 1763 senesinde Çin İmparatoruna gönderdiği resmi raporunda Doğu Türkistan`da 1.200.000 kişinin öldürüldüğünü, 300.000 kişinin Çin`in iç taraflarına sürgün edildiğini, 12.500 ailenin de yerlerinin değiştirildiğini bildirmişti. Aynı zamanda Türk mimarileri tahrip edilmiş, şehirlerin isimleri Çince isimlerle değiştirilmiş, Doğu Türkistan halkı Çince okumaya ve Uygur kadınları Çinlilerle evlenmeye zorlanmış, tüm Türklerin rütbesi ne olursa olsun herhangi bir Çinli`nin karşısında ayağa kalkmak veya atından inerek saygı göstermeye zorlanmıştır.KatledilenTürklerintümganimetleriiseÇinligöçmenlerarasındatahsisedilmiştir.Birçoktarihi, mimarieserleri; saray, hükümetkonaklarıvecamileritamamenyıkmışlaryerineÇinmimarisindenkaleler, kışlalaryaptırmışlardır.ÇinkılıkkıyafetiTürkistan`damecburi hale getirilmişvebunlarınyanındaçokçeşitliağırvergilerkonulmuştur. http://www.academia.edu/6817332/D%C3%BCnden_Bug%C3%BCne_Do%C4%9Fu_T%C3%BCrkistan

Çin işğalına qarşı zaman-zaman üsyanlar baş qaldırmışdır. Buna 1763-cü ildəki Hamidullah bəyin başçılıq etdiyi müqavimət hərəkatını, 1819 -1826-ci illərdəkiCihangir xanın, 1830-cu ildə Yusuf Hocanın, 1846-cı ildə Muhammet Hocanın, 1855-ci ildə Veli Han Törenin rəhbərlik etdikləri üsyanları nümunə göstərmək olar.(Türklük, 1991:21), (Şamil Əli, 2011:30).

Bölgədə işğalçılara qarşı nifrət və qəzəb güclü olsa da, feodal pərakəndəliyi, sənayenin və iqtisadiyyatın inkişaf etməməsi, cəhalət müstəqil və güclü dövlətin yaranmasına imkan verməmişdir. 1864-cü ildə Yakup bəyin yaratdığı Sərqi Türküstan İslam Dövləti də 11 il sonra tarixə qovuşmuşdur. Belə ki, 1877-ci ildə Yakup bəyin qəflətən ölü­mündən sonra taxt-tac uğrunda gedən savaşlar ölkənin parça­lan­masına və yenidən işğal altına düşməsinə ıərait yaratmışdır.1884-ci il noyabrın 18-də imperatorun verdiyi əmrlə Doğu Türküstan Çinin 19-cu vilayətiə –Sincianqa(Şincanq,  Xinjianq da yazılır-Ə.Ş.) çevrilmişdir.Bu da çin dilində “yeni sərhəd”, “yeni xətt”, “yeni qazanılan yer” deməkdir. (ASE, 1984:452, 9-cu cild, Cengiz, 1997:1405).

17-ci yüzildən portuqallar, ispanlar, hollandlar, ingilislər Çinə hərbi yürüşlər təşkil etmişlər. Böyük Britaniyanın hücümü qarşısında dura bilməyən Çin orduları Çin İmperatorluğunun 1842-ci ildə alçaldıcı sülh müqaviləsinə qol çəkməsinə, Hankonqu İngilislərə verməsinə səbəb olur. Çin 19 yüzildə Avropanın inkişaf etmiş dövlətlərinin təsiri altında olmasına baxmayaraq işğalçi siyasətindən də əl götürmür. Tez-tez Doğu Türküstana hücumlar edir. Bölgəni təsir dairəsində saxlamaq üçün hərbi birliklərdən istifadə edir, etiraz hərəkatlarını qəddarlıqla yatırır.

Doğu Türküstanın Çinin 19-cu əyaləti elan ediləmsindən beş il sonra dağlar qoynunda bir oğlan uşağı dünyaya gəlir. Valideynlərinin Osman adı verdiklər bu uşaq böyüyəndə vətənin azadlığı uğrunda canından keçir və adını tarixə yazdırır.

1.    Osman Baturun şəcərəsi, uşaqlıq və gənclik illəri

 Osman Batur uzaq keçmişin adamı deyil. Onu görənlər, yaxından tanıyanlardan yaşayanlar hələ də var. Amma onun haqqında keçmiş dövrün qəhrəmanlarından dastan danışırlarmış kimi danışırlar. Yazılarda da bu üslub hakimdir. Həqiqətlə sevgidən doğan tərənnümü bir-birindən seçmək o qədər də asan olmur. Bizə inandırıcı görünməyən hadisələri şahidlər gördüklərini və mötəbər insanlardan eşitdiklərini təkidlə bildirirlər.   Osman Baturun 10 yaşında at minməkdə, ov etməkdə mahir olması, 12 yaşında Böke Baturun partizan dəstəsinə qoşulması, ondan döyüş sənətinin sirlərini öyrənməsi, Böke Baturun ona:  Mənim sənə verəbiləcəyim başqa bir şey qalmadı. Mənim işim bitdi. Artıq mənə ehtiyacın olmayacaq. Fəqət millətimizin sənə ehtiyacı var... Kafirlərin  sayları Təkləməkan çölündəki qum dənələri qədər olsa belə bir gün biz yenə onları çöllərin o biri tərəfinə atacağıq  - vəsiyyəti, (Hacımelek Abdurrahman, 2010: sayı 7)  eləcə də çinlilərin təyyarəsini kəməndlə yerə salması haqqında xatirələr və məqalələr dastanları yada salır.  

Onun hünəri ilə yalnız doğulub boya-başa çatdığı bölgədə yaşayanlar  deyil, Türk Dünyasının vətənpərvərləri, dünyanın cəngavərlik eşqi ilə yaşayan gəncləri də qürur duyurlar. Adı Osman, Ospan, atasının adı isə  Silam, İslam kimi yazılan  vətənsevər cəngavər 1889-cu ildə Altay vilayətinin Öndiqara bölgəsinin Göytoğay rayonunun Kürti kəndinin Aral yaylağında ortabab kəndli ailəsində  doğulub. (Yavuzer Hiyatı, 2012:12),  (Şamil Əli, 2010).

Osman Baturun babası kəndin mollası olub. Keçmişdə adətən doğum və ölüm qeydiyyatları məscidlərdə, din xadimləri tərəfindən aparılırdı. Bəzən də oxumaq-yazmaq bilən adamlar evdəki qiymətli kitabların titul səhifələrinə ailə üzvlərinin doğum-ölüm illərini, mühüm tarixi hadisələri qeyd edirdilər. Nədənsə günümüzədək araşdırıcılar Osman Baturun doğulduğu gün və ay haqqında bilgiyə rast gəlməyiblər. Araşdırıcılar onun soykökünün qazaxların Orta cüzünün Altay bölgəsində yaşayan Kerey tirəsindən olduğunu yazırlar. Kerey tirəsinin Molki nəslində isə Osman İslam oğlunun xatirələrdə yaşayan nəsil şəcərəsi isə belədir: Kocamkul-Taqanak-Arik-Maşan-Aytuvqan-Begalı-Töles-Rayımber-Rayıs-Silam(İslam)-Ospan(Osman). Osmanın atası kənddə əkin-biçinlə məşğul olmaqla və mal-qara saxlamaqla yanaşı, uşqalara Qurani-Kərimi oxumağı da öyrədərmiş. Dayıları Hamit ilə Turan isə bölgədə keçirilən igidlik sınağı yarışlarına qatılar, adətən mükafat qazananlardan olarmışlar (Yavuzer Hiyatı, 2012:12).  Üç cüzə bölünən qazaxlar bu gün toplu halda Qazaxıstan Respublikası ilə yanaşı, Qırğızıstanda, Özbəkistanda, Rusiya Federasiyasında, Çin Xalq Respublikasında və b. ölkələrdə yaşayırlar. Bu gün onların fərqli ölkələrdə yaşaması təəccüblü görünə bilər. Əslində isə o yerlər dövlətlər arasında bölünməsə, bir bütün şəkilində olar.

Altay bölgəsi 19-cu yüzildə Rusiya ilə Çin arasında bölündüyündən Osman İslam oğlunun ailəsi Çinin işğal dairəsində yaşamalı olmuşdur. İslam və Qayşa (Ayşa) xanımın nigahından Osman və Dəlixan doğulur. Osman kiçik yaşlarında atasından Quran oxumağı, şəriəti öyrənsə də, ömrünün çoxunu əkinçiliklə, yaylaqda və qışlaqda heyvan bəsləməklə keçirir. 1930-cu illərdə monqollar onu həbs edirlər. O dostu Akiya ilə birlikdə həbsxanadan qaçır, sərhəddə yaxalanıb Bayan-Ölgeye göndərilir. Ancaq yenidən zindandan qaçır (Yavuzer Hiyatı, 2012:13). 

İki arvaddan yeddi oğlu və yeddi qızı olan Osman böyük ailəsini də əkinçilik və heyvandarlıqdan əldə etdiyi gəlirlə keçindirmişdir. Onun həyat yolu ilə Səttarxan Sərdari-millinin taleyi ilə oxşar cəhətləri də var. Belə ki, Məşrutə hərəkatı başlamasaydı, Təbrizdə döyüşlər getməsəydi Səttarxan mömin bir insan kimi ömrünü yaşadığı şəhərdəcə başa vuracaqdı. Eyni zamanda Çin məmurları da məscidləri bağlatmağa, Qurani Kərimi və dini kitabları yasaqlamağa, əhalidən tüfəngləri yığmağa başlamasaydı, Osman da, bəlkə, ömrünün sonunadək heyvandarlıqla məşğul olan sadə bir kəndli olaraq qalacaqdı.

3.    Osman Baturun  yaşadığı mühit

Çin Avropanın güçlü dövlətlərinin təsir dairəsində olmasına baxmayaraq, Doğu Türküstanda da işğalçılıq siyasətini davam etdirirdi. 1864-1872-ci illərdəki Qansu üsyanı, 1895-ci ildə Şansidəki salurların üsyanları da Çin müstəm­ləkəçilərinə qarşı mübarizənin davam etdiyindən xəbər verirdi.

1894-cü ildə Yaponiya Çinə savaş elan edir. Bu savaşda nəinki Yaponiya Çinin bir sıra əyalətlərini öz təsir dairəsinə sal­dı, hətta Almaniya, Fransa, Böyük Britaniya və Çar Ru­siyası Çinin bir sıra ərazilərini “icarəyə götürmək” adı altında ələ keçir­miş­dilər. (ASE, 1984:352, 10-cu cild). 1901-ci ildə imperialist dövlətlər ilə bağlanmış “Yekun protokolu” Çin imperiyasının yarımmüstəmləkə vəziyyətini qanuniləşdirmişdir.

Dünyada baş verən hadisələri diqqətlə izləyən, Çində mancur sülaləsinin hakimiyyətinə son qoymağa çalışan vətənsevərlər 1894-cü ildə Sun Yat Senin rəhbərliyi ilə Sinçjunxoy İnqilabi Təşkilatını yaradırlar. Onların bir il sonra başlatdıqları silahlı mübarizə məğlubiyyətlə nəticələnir. Təşkilatın öncüllərindən bir qısmı cəzalandırılır və bəziləri də xarici ölkələrə mühacirət etməli olur.1905-ci ildə Sun Yat Sen məsləkdaşlarını toplayaraq Yaponiyada  Tunmenxoy(Birləşmiş İttifaq) Partiyasını yaratdıqlarını elan edirlər. 1912-ci ildəisə ölkədəki vətənsevər qüvvələr tunmenxoyçularla birləşərək Qomindan (Çin Xalqının Milli Partiyasının qısaldılmış adıdır.-Ə.Ş.)yaradırlar. Onlar qısa bir zamanda toparlanaraq monarxiyaya-Sin sülaləsinin hakimiyyətinə son qoyurlar. Çin Respublikası yaradıldığı elan edilir. Ölkədə vəziyyət daha da gərginləşir, hərcmərcliyə son qoyulmur. Qomindan partiyası qadağan edilir və rəhbərləri xaricə mühacirət etməli olur. 19-ci yüzilin sonlarında və 20-ci yüzilin başlarında Çindəqarışıqlıq yaranmasına, hakimiyyətdəki boşluğa, Respublika elan edilməsinə baxmayaraq, Doğu Türküstan azadlığına qovuşa bilmir. 191-ci ildə Doğu Türküstana çanişin (genel vali) təyin edilən general Yang Zung Sin Ürümçidə əyləşir, müstəqil siyasət yürütməyə çalışır və bölgəni hərbi qüvvələrin gücü ilə idarə edir. Çin hərbi birlikləri isə Kralçılara və Respublikaçılara bölünür. Altay bölgəsindəki hərbi birliklər özlərini Respublikaçıların tərəfdarı saydıqlarından çox vaxt çanişinin əmirlərinə əməl etmirdilər.

Türküstanda oxumuş, milliyətpərvər bir insan olan Abdulkadir Damolla Kaşğarda yeni üsulla təhsil verən bir məktəb, 1914-cü ildə  isə Osmanlı dövlətindən Kaşğara göndərilən  giritli Ahmet Kemal bəy Artuş qəsəbəsində Darül Muallimini-İttihadi-Osmani məktəbini açırlar. Çədidçilərin bölgəyə axını da öz təsirini göstərir. Yeni məktəblərin açılmasında, bölgə əhalisinin dünyağörüşünün inkişafında tatar müəllimlərinin və tacirlərinin də rolu böyük olur.Əhalinin  savadı və milli şüuru yüksəlir.  Qəddarlığı ilə ad çıxaran canışinYang Zung Sinə 1928-ci ildə sui-qəsd edilir. (Göktürk Hamit 1993, özəl sayı 1, http://www.hurgokbayrak.com/yeni_sayfa_150.htm)

Doğu Türküstanda üsyanlar, qiyamlar baş versə də, vətənsevərlər azadlıq mübarizəsini alovlandırmağa çalışsalar da, bir nəticə əldə edilmir. Xalqda birlik, mübarizə əzmi olmadığına görə müstəmləkə zülmü davam edir. Rusiyada 300 illik Romanovlar sulaləsinin devrilməsi Doğu Türküstanda da bir qarışıqlıq yaradır. Vətənsevərlər arasında fikir ayrılığını dərinləşdirir. Boşleviklər silahlı üsyan yolu ilə 1917-ci ildə hakimiyyəti ələ aldıqda müstəmləkəçilik siyasətindən əl çəkəcəkləri, sülhə nail olacaqları, sosila ədalət bərpa edəcəklərini vəd etsələr də, əməldə “Dünya inqilabı” adı altında Rusiyanın müstəmləkəçlik siyasətini davam etdirirdilər.

Çində hakimiyyəti ələ almış homindonçular SSRİ ilə münasibətləri yaxşılaşdırıb ölkədə möhkəm bir hökumətə nail olmaq üçün nəinki kommunistlər, bütün solçu düşüncəlilərlə mülayim davranmağa çalışırlar. Hətta Çini imperialist qüvvələrin təzyiqindən qurtarmaq üçün  1923-cü ild Milli İnqilabi Ordu da yaradırlar. Sovetlər bu orduya yardım edir. 1924-cü ildə Çin ilə SSRİ arasında müqavilə bağlanır. Sin Yat Senin ölümündən sonra, yəni 1925-ci ildə ölkədə milli inqilabın başlandığı elan edilir. Lakin bu inqilabın da, Sovet-Çin müqaviləsinin də ömrü o qədər də uzun olmur. Qomindançılar solçulardan uzaqlaşaraq millətçi qüvvələrlə birləşir və güclü mərkəzləşmiş dövlət yaratmaq üçün 1926-1927-ci illərəd ölkənin quzeyinəhərbi yürüşlərə başlayırlar. Bu yürüşə general Çan Kay Şi başçılıq edirdi. O, döyüşlərdə uğur qazanmasından ruhlanaraq 1927-ci ilin aprelin 12-də çevriliş edərək hakimiyyəti ələ alır. Çin Milli İnqilab Ordusu Doğu Türküstanı işğal etməklə kifayətlənməyib keçmiş Rusiya ərazilərinə doğru hərəkət etdi. Çin-Çançun dəmiryolunun tutulması keçmiş müttəfiqlərin- SSRİ və Çinin məhəlli müharibəsi ilə nəticələndi. Beləcə SSRİ 1929-cu ildə Çinlə diplomatik əlaqələrini kəssə də, ölkəni təsir dairəsinə daxil etmək, zəiflətmək üçün daxildə ziddiyətlər yaratmağa, narazı qüvvələri dəstəkləməyə başladı.

Bu da öz təsirini göstərirdi. Ölkənin Güneyində və Mərkəzi bölgələrində Çin Kommunist Partiyasının rəhbərliyi altında Qızıl Ordu birlikləri və yerlərdə hakimiyyətinin özəkləri- sovetlər yaradılırdı.  Hətta 1931-ci ilin noyabrında Juytsaundə (Sayansi əyalətində) Çin Sovet Hökuməti də elan olunmuşdu. Qomindançılar baş verən üsyanları yatırmaq üçün dörd dəfə bölgəyə ordu yeritməli olmuşdu.(ASE, 1984:353, 10-cu cild).

Doğu Türküstanlılar da öz haqlarını tələb etməyə başlayır. Bütün bölgələrdə işgalçılara qarşı müqəddəs cihad elan edilir.Çin sərhəddindəki Gaziyane Kumul şəhərində Salih Dorga və cəsur sərkərdə Hoca Niyaz Hacının rəhbərliyi ilə 1931-ci ilin yazında üsyan başlayır.Az bir vaxtda  Kumul vəətrafı işğalçılardan təmizlənir. İki ilə yaxın davam edən üsyan öz müsbət nəticəsini verir. Bölgələr işğalçılardan azad olur. Buxara və Kazan mədrəsələrində təhsil almış, SSRİ-ni, Türkiyəni, Misir, Səduyyə Ərəbistanını, Hindistanı gəzmiş, elm və dövlət adamları ilə görüşmüş, araşdırmalar aparmış Kulca qazısı Sabit Damolla bütün milli liderləri bir araya gətirərək Doğu Türküstan İslam Cumhuriyyətini elan etməyə qərar verir. 1933-cü ilin noyabrın 12-də Kaşğarda Doğu Türküstan İslam Cumhuriyyəti qurulur və qəhrəman bir insan olan Hoca Niyaz Hacı hökumət rəhbəri seçilir.  Az bir zamanda CümhuriyyətinAyulduzlu Gökbayrağı ucaldılır və hökumət üzvləri konustitusiyanı elan edirlər.

Həmin günlərdə 44 yaşı tamam olan, cəsur insan və vətənsevər Osman Batur  ictimai-siyasi həyatdan uzaq durur.

Yeni dövlətin yaranması dindarlara qarşı qəddar münasibətilə seçilən, ateist ideologiyalı SSRİ-ni bərk narahat edir. Türküstanda basmaçı hərəkatını tam yatıra bilməyən Sovet ideoloqları və dövlət adamları yaxşı başa düşürlər ki, qonşuluqda yaranmış İslam dövləti Türküstana güclü təsir edəcəkdir. Bu dövləti beşikdəcə boğmaq üçün yollar axtarırlar. Böyük Britaniya da əsarətdə saxladığı Hindistanın, xüsusən pakistanlıların Doğu Türküstandan nümunə görürüb azadlıq mübarizəsinə qoşulacağından qorxur. 1931-ci ildə Yaponiyanın Quzey-Doğu Çini işğal etməsinə baxmayaraq, Çin Doğu Türküstanı əldən vermək istəmir. Avropanın  sənayecə inkişaf   etmiş dövlətləri də Doğu Türküstanın onların müstəmləkələrinə də pis nümunə olacağını düşünürlər. Beləcə Doğu Türküstan bölgədə təklənmiş vəziyyətdə qalır.

SSRİ 1934-cü ilin fevralın 25-də siyasi savadsızlığından və dövlətçilik bacarığının olmamasından istifadə edərək ona yarı xoş, yarı zor 11 maddəlik bir müqaviləyə qol çəkdirir. Doğu Türküstan hökuməti isə martın 2-də keçirdiyi toplantısında bu müqaviləni tanımadığını bildirir. Bundan istifadə edən SSRİ bölgəyə ordu yeridir. Baş Nazir Sabit Damollanı həbs edərək edam etdirir. Hökumət üzvlərinin bir qismini də həbs edib KQB zindanlarına göndərir. Bəziləri də həbsdən yaxa qurtarıb xaricə qaçır. (Göktürk Hamit 1993, özəl sayı 1, http://www.hurgokbayrak.com/yeni_sayfa_150.htm)

SSRİ-nin bölgədəki özbaşınalığına müqavimət göstərə bilməyən Çin hökuməti də onunla dil tapmağa çalışır. Vəziyyətdən çıxmaq üçün 1933-cü ildə Şen Şit Say başda olmaqla əyalət hökuməti SSRİ iləmədəni və ticarət əlaqəsi yaradılması haqqında müqavilə bağlayır. Əslində bu müqavilə əyalətin şərikli idarə olunmasında SSRİ-nin iştirakını təmin etmiş olur(ASE, 1984:452).  Doğu Türküstanın zəngin yeraltı sərvətlərinə imperialist dövlətlər göz dikmişdilər. SSRİ isə bölgəyə nəinki Avropanın inkişav etmiş müstəmləkəçi dövlətlərini, heç Çini də buraxmaq istəmirdi. 1934 – 1943-cu illərdə Sovet geoloqları bölgədə beş volfram, iyrmi dörd neft, on üç qalay, otuz iki qızıl, yetmiş kömür (Urumçinin güneyindəki ehtiyatı 600 milyon ton olan kömür yatağı xüsusilə əhəmiyyətli idi), iki amonyak, on üç kükürt, qurğuşun, dəmir, civə və b. yataqlar kəşf etdilər. Həmin dövrdə SSRİ-də uran yataqları kəşf edilməmişdi. Dünya inqilabı adı altında yeni ölkələr işğal etməyə can atan Sovetlər üçün uran yataqlarının tapılması daha çox önəmdaşıyırdı. (http://www.academia.edu/6817332/D%C3%BCnden_Bug%C3% BCne_Do%C4%9Fu_T%C3%BCrkistan) Doğu Türküstanın ayıq, vətənsevər insanları isə sərvətlərinin işğalçılar tərəfindən mənimsənilməsi ilə razılaşa bilmirdilər. Ona müqavimət göstərirdilər. Buna görə də SSRİ xüsusi xidmət orqanlarının və hərbi hissələrinin əməkdaşları qısa bir zamanda Sintsizyanda 60 min nəfəri məhv edir, minlərlə insanı həbsxanalara və sürgünlərə göndərir. Buranı da Sovetlərdə olduğu kimi idarə etməyə çalışırlar. Dinə, imkanlı adamlara qarşı sərt tədbirlər görürlər. Bu da xalq kütlələrinin haqlı etirazına səbəb olur.

2.Osman Baturun üsyana başlama səbəbi

 Maddi sərvətlərinin istismarına o qədər də sərt müqavimət göstərməyən Doğu Türküstanlılar məscidlərin bağlanmasına, Quranı-Kərimin ayaqlar altına və ya oda atılmasına dözə bilmirlər. Etiraz hərəkatı getdikcə güclənir. Baymırza Hayıt yazır ki, Kaşqarda polis idarəsinə rəhbərlik edən Mavlanov bir gündə altı min nəfəri güllələtmiş, üç yüz mindən çox Doğu Türküstanlını həbs etdirmiş, və on mindən çox ailənin malını, mülkünü müsadirə etdirmişdir. (Hayıt Baymırza, 1995:332-335) Rus və Çin işğalçılarının bir-birindən o qədər də seçilməyən müstəmləkəçilik siyasəti yerli xalqların qəzəbini artırırdı. Xalq üsyanlarının baş verəcəyini aydın görən hökumət məmurları əhalidə olan ov tüfənglərini belə alırdı (Şamil Əli, 2011:30).

Osmanın atası və ailəsindən bəzi kişilər, qohumları, kəndliləri silahlarını Çin əsgərlərinə təhvil verməli olurlar. Osman İslam oğlu isə: “Bu gün silahımızı alanlar, sabah canımızı da alarlar. Mən silahımı çinlilərə vermərəm. Güçləri çatır, gəlib alsınlar!”, - deyir (Hacımelek Abdurrahman, 2010: sayı 7) və 1940-cı ildə dağlara çəkilir. Onun fikrinə şərik çıxan və ona ilk qoşulan dostu Süleyman və böyük oğlu Şerdiman olur.Qısa zaman içərisində Osman bəyin ətrafına  Zelebay Telci, Nurgocay Batur, Kaseyin Batur, Canım Han Hacı, Süleyman Batur, Musa Mergen Aktepe, Sulibay, Ökürbay, Nogaybay, Ahid Hacı, Halil Teyci, Karakul Zalin və başqaları qoşulur(Çinaroğlu Vedat, Çetinoğlu Oğuz, http://www.hurgokbayrak.com/yeni_sayfa_310.htm, http://dgskty.blogspot.com).

Silahını çinlilərə təhvil verən qoca  İslam kişi oğluna tutduğu yolda xeyir-dua verir  və oğlunu qoruması üçün Allaha dua edir. Anası Ayça xanım isə: “Mən oğlumu bu günlər üçün doğmuşam. Çinlilər yüzillərdir qoyun boğazlayan kimi bizi öldürürlər. Bizim canımız, bizdən öncə ölənlərin canından daha qiymətli deyildir. Bizdən sonrakıların yaşaması üçün oğlum, mən və digər evladlarım da ölməyə hazırıq!”, - deyir (Hacımelek Abdurrahman, 2010: sayı 7).

Beləcə 1940-cı ildə Göytoğay dağlarında Sintzsyan valisi Şen Şit Sayın yeritdiyi siyasətin əleyhinə Osman İslam oğlunun başçılığı ilə qazaxların üsyanı başlamış olur. SSRİ-Almaniya müharibəsi bu üsyanı daha da şiddətləndirir. Belə ki, müharibənin başlanğıcında alman ordularının sürətlə irəliləyərək SSRİ-nin ərazilərini işğal etməsi Sovetləri Uzaq Doğudakı hərbi birliklərinin böyük qismini Avropa cəbhəsinə göndərməyə məcbur edir.  Homindon hökuməti yaranmış vəziyyətdən yararlanaraq siyasətində bir dəyişiklik edir.

Almaniya və Yaponiya ilə ittifaqa girib SSRİ-yə müharibə elan etməsə də, əvvəlki dost münasibətini də saxlamır. Sərbəst siyasət yeritməyə çalışır. Sovet rəhbərliyinin başı nə qədər Avropa cəbhəsinə qarışsa da, Uzaq Doğudan da əl götürmür, orada baş verənləri diqqətlə izləyirdi. Onlar da Homindon hökumətinə qarşı açıq savaş elan etməsələr də, ölkədəki hakimiyyətdən narazı qüvvələri, milli azlıqları  dəstəkləyərək hökumətə qarşı qaldırmağa çalışırlar (Şamil Əli, 2011:31). Osman İslam oğlunun başlatdığı üsyan isə Sovet rəhbərləri üçün göydəndüşmə olur. Sovet xüsusi xidmət orqanları Osman İslam oğluna açıq və gizli kömək göstərməklə yanaşı, onu nəzarətlərində saxlamaq üçün yanında casuslarını saxlayırlar. Bu casuslar Osman İslam oğlunun etimadını qazanaraq onunla birlikdə döyüşsələr də, Moskvaya və Sovetlərin Baykal Ordu Birləşməsinin komandanlığına vaxtlı-vaxtında hesabatlar göndərirlər.

3. Göytoqayın çinlilərdən təmizlənməsi və düşmənlərin onun ailə üzvlərini qəddarlıqla öldürməsi

Sovetlərin əlində oyuncaq olan Doğu Türküstan valisi, general Şen Şit Say  SSRİ-nin İkinci Dünya Savaşında çətin vəziyyətə olduğunu gördükdə qorxuya düşdür. 1943-cü ildə Sovetlərdən uzaqlaşıbÇan Kay Şi hökuməti ilə gizli və açıq danışıqlar aparır. Çan Kay Şi hökuməti bölgəyə hərbi birliklər və məmurlar göndərir. Şen Şit Sayı vəzifədən götürüb general U Cing Çini Urumçiyə vali göndərdi.  Güclənən yeni hökumət Sovet yanlılarını ölkədən xaric edir və kommunistləri, sosialistləri təqib etməyə başlayır.Bu da SSRİ rəhbərliyini bərk əsəbləşdirir. İli bölgəsində hökumətdən narazı qüvvələri qızışdırır. SSRİ-də din adamlarını həbs etdirən, sürgünlərə göndərən, güllələdən hökumət İli vilayətində din xadimi Ali xan Törənin başladığı müqavimət hərəkətini dəstəkləyir.

Belə gərgin günlərdə Osman Batır kimi cəsur insanlar da Sovetlərin işinə yarayır. Ona açıq və gizli köməklik göstərir. Beləcə Osman İslam oğlunun rəhbərlik etdiyi partizan dəstəsinə  qoşulanların sayı sürətlə artır. Müqavimət hərəkatının üzvləri İli vilayətini Çin işğalçılarından azad etməklə kifayətlənmirlər, qonşu bölgələrin azadlıqsevər insanlarına da kömək edirlər.

Osman Batur min nəfərlik döyüşçüsü ilə Göytoqay şəhərini çinlilərdən azad edir. Lakin hərbi sursat istehsal edən zavodları olmadığından əllərindəki patron və mərmilər də qurtarır. Partizan savaşına alışmış silahlı dəstə şəhərin müdafiəsini təşkil edə bilmir. Göytoqayı çinlilər yenidən tuturlar. Osman İslam oğluna kömək etdiyinə görə əhaliyə divan tutulur. Yüzlərlə insan öldürülür və həbsxanalara salınır. 

Düşmənləri  Osman İslam oğlu ilə birlikdə döyüşən qardaşı Dəlixanı əsir alaraq öldürməklə kifayətlənmirlər. Savaşa qatılmayan dinc insanlara da olmazın divanını tuturlar. Xüsusən partizan hərəkatına qoşulanların ailələrinə və qohumlarına qarşı çox qəddar rəftar edirlər. Osmanınikinci arvadından doğulmuş üç oğlu və beş qızını çinlilər əsir almışdılar.Onlardan atalarına qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdılar. Lakin bunun bir nəticə vermədiyini, Osman İslam oğlumun partizan savaşını davam etdirdiyini görüb 18 yaşlı qızı Kabirya ilə 14 yaşlı oğlu Baybollanı anaları Mameyin gözü qarşısında doğrayırlar. 11 yaşlı oğlu Kariy və 9 yaşlı qızı Sariyanı isə diri-diri 20 metr dərinliyindəki quyuya atırlar.  Övladlarının qəddarlıqla öldürülməsinə dözə bilməyən anaMamey xanım ağlını itirərək özünü çaya  ataraq intihar edir. Qaynaqlar Osman Baturun övladlarından səkkizinin qəddarlıqla öldürüldüyunu xəbər verir(ÇINAROĞLU Vedat, ÇETİNOĞLU Oğuz, http://www.hurgokbayrak.com/yeni_sayfa_310.htm, http://dgskty.blogspot.com).

4. İli, Tarbagatay  və AltayınHomindonçulardan azad edilməsi

Almaniyanın SSRİ-nin Avropa hissəsini sürətlə işğal etməsi ölkə rəhbərliyini çətin vəziyyətə salır, bütün diqqət alman ordularını durdurmağa və güclü dövlətlərlə dil tapıb müttəfiqlik müqavilələri bağlamağa yönəldiyindən Doğuda baş verənlər ikinci plana atılır. Sovetlər Böyük Britanya və ABŞ-la münasibətlərini qaydaya saldıqdan, alman ordularının sürətli hücumunun qarşısı alındıqdan sonra Doğuya diqqət artır. Bu məsələdə az qala SSRİ-nin bir bölgəsi kimi idarə olunan, rəsmi sənədlərdə isə müstəqil dövlət kimi göstərilən Monqolustan Xalq Respublikasından istifadə edir.

SSRİ Döğu Türküstanın zəngin yeraltı sərvətlərini, filiz yataqlarını, xüsusən də atom silahı əldə etmək üçün lazım olan uran yataqlarını ələ keçirmək məqsədilə Homindon hökumətinə müxalif olan güclərdən, xüsusən silahlı müxalifətdən istifadə etməyi planlayır. Planını həyata keçirmək məqsədilə Monqolustan Xalq Respublikasının rəhbərlərindən bacarıqla istifadə edir. Çünki, onlar  Doğu Türküstanda yaşayan yerli xalqlara psixoloji baxımdan daha yaxın idilər. Yerli xalqlar da ruslardansa monqollara daha çox inanırdılar.

Monqolustan Xalq Respublikasının baş naziri, marşal Xorlogiyn Çoybalsan (08.02.1899-26.01.1952) bu işdə xüsusi fəallıq göstərir. O, gizli danışıqlar və açıq görüşlərlə Osman Baturun rəğbətini qazanır. Sovetlərin və Monqolların yardımı öz təsirini göstərir.  Döğu Türküstanda əsarətdən qutulmaq istəyən xalqların və müxtəlif siyasi dünyagörüşlü partiyaların və ictimai təşkilatların hökumətinə qarşı etirazı güclənir. İlk dəfə Doğu Türküstanın Gülca(Yining) şəhəri Qominqonçulardan azad edilir. Osman İslam oğlunun partizan dəstəsi 1943-cü il  iyulun 22-dək döyüşdə böyük uğur qazanır. Qısa bir zamanda İli, Tarbagatayvə Altay vilayətləri  çin hərbi birliklərindən təmizlənir. Maraqlı burasıdır ki, Doğu Türküstanlıların azadlıq mübarizəsini Qominqonçular üsyan adlandırırdılarsa Çin Kommunistləri əksinə hərəkatı alqışlayır və onu Üç Vilayət İnqilabı adlandırırdılar.

 Bulqunda təşkil edilən təntənəli toplantıda Osman İslam oğlu Batur-Bahadur, qazaxların xanı elan edilir. 400 nəfərlik dəstəsi ilə Urumçiyə gələn Osman Baturu İsa Yusif Alptəkinin təşkilatçılığıyla qarşılayırlar (Hacimelek Abdurrahman,http://www.yucedevlet.com/buyuk-kahraman-osman-batur-ve-dogu-turkistan-cihadi-uzerine.html).

5. Sovet və Monqolustan rəhbərlərinin Osman Baturdan istifadə etmə cəhdləri

Homindonhərbi birlikləri və polis qüvvələri üzərində Osman Baturun parlaq qələbəsi Sovet rəhbərliyinin diqqətindən yayınmır. Bir neçə il öncə milli qüvvələri məhv etməkdə yerli hökumətə yardımçı olan Sovet xüsusi xidmət orqanları və hərbçiləri indi onları keçmiş müttəfiqinə qarşı savaşa həvəsləndirir. 1943-cü il oktyabrın 6-da Sovetlərin yüksək rütbəli hərbçisi Paxomovun rəhbərliyi ilə 40 nəfərlik heyət Osman Baturla gizli görüş keçirir və şəxsən özünə  27 silah, 2600 patron, 10 mauzer, min patronla birlikdə ingilis avtomatı, ərzaq verirlər. Osman Batur bu hədiyyələrin onu ələ almaq, Sovet hökumətinin əlində oyuncağa çevirmək olduğunu anladığından onlara 38 at, 8 xalça, 137 qram qızıl bağışlayır (yvision.kz/yv/151191).

Sovetlər Osman Baturla birbaşa əlaqə qurmaqda ehtiyatlı davranırdı. Yaxşı bilirdilər ki, azad ruhlu bu insanı kiminsə, hansı siyasi qüvvəninsə əlində alətə çevirmək heç də asan deyil. Odur ki, şəxsi münasibətlərdən, dostluqdan istifadə etməyə çalışırlar. Monqolustan hökumətinin rəhbəri Suxa Baturun oğlu  Qalsını da bu işə qoşurlar. Monqolustan hökuməti hətta Osman Baturun doğulduğu kəndin sakinlərindən 360 ailəni Homindonçuların soyqırımından qurtarmaq üçün onları öz ölkəsində yerləşdirir və normal yaşamalarına şərait yaradır (yvision.kz/yv/151191).

1944-cü ilin fevralın 25-də Bulqunun Kobdu çayına tökülən yerdəki sərhəd məntəqəsində(zastavada) Monqolustanlı marşal Çoybalsanın,  Monqolustanın Daxili İşlər Naziri Şaqorjanın, onun Sovetlər tərəfindən göndərilmiş məsləhətçisi Qrediyevin, SSRİ-nin Monqolustandakı səfiri İvanovun, Baykal Cəbhəsinin komandiri Rubinin, bölgədəki Sovet kəşfiyyatının rəhbəri Lanpanikin və b. qeyri-rəsmi şəxslərin iştirakı ilə Osman Baturla görüş keçirilir (yvision.kz/yv/151191). Görüş zamanı Çoybalsan ona Monqolustanın sərhədçilərini nədən öldürdüyünü xəbər aldıqda qətiyyətlə və açıq bir cavab alır: “Onlar mənim igidlərimə sorğu-sualsız atəş açdı, mən də onlara eyni cür-atəşlə cavab verdim. Mənim atdığım güllələr dəqiq olduğundan sərhədçilər ölmüşlər”.

Çoybalsan ondan “siz kimi düşmən hesab edirsiniz?” deyə xəbər aldıqda o da, “Dinimə, xalqıma kim qarşı gəlirsə,  o mənim düşmənimdir!” deyir. Çoybalsan ondan gələcək planlarını xəbər aldıqda isə “Bizdə necə bir plan olsun?  Ata yurdumuz Altayı, anamız İrtışı dörd bir yandan mühasirəyə alan düşmənin ayaqları altında əzilirsə neçə-neçə qiymətli igidimiz həbsxanalarda zülüm görürsə, bizim onları azad etməkdən başqa nə planımız ola bilər ki?!” cavabını alır(Yavuzer Hiyatı, 2012:15).

Heç bir cəbbəxanası olmayan, silah və hərbi sursatı əsasən düşmən üzərinə basqınlarla qənimət kimi ələ keçirən Osman Batura  Suxa Baturun oğlu Qalsının adından 395 beşatılan, iki min güllə, 30 yüngül pulemyot, 6 ağır pulemyot, 45 avtomat, iki min patron hədiyyə edilir (yvision.kz/yv/151191).

Osman Batur əldə etdiyi hərbi sursat və kəşfiyyat məlumatları ilə Homindonçulara qarşı daha qətiyyətlə mübarizə aparır və savaşlarda uğurlu qələbələr qazanır.  Həmin illərdə Sovet mətbuatı da Osman Batur və onun döyüş şücaətindən xoş xəbərlər yayır. Sovet siyasi işçiləri Bulqunda Doğu Türküstan hərbi komitələri üçün “Ağ ev” yaratmışdılar. Burada Sovet siyasi işçilərinin “Ağ ev”ə toplaşanlara nə təlimat verdikləri bilinməsə də, bu təlimatlar Osman Baturla Üç Vilayətin  rəhbərlərindən general Dalelxan Suqirbayev arasında ziddiyyət yaradır(Kapkızı Esenqul, 2009).

1944-cü il  martın 5-də Monqolustan Xalq Respublikasının baş naziri, marşal  Xorlogiyn Çoybalsan Osman Baur uçun ağ keçədən gözəl bir yurd qurdurur və ona ölkəsinin ən yüksək rütbəsi olan “Baturxan” rütbəsini verir. Osman Batur isə Xorlogiyn Çoybalsanın təkliflərini nəzakətlə rədd edərək: “ Hələlik mən açıq səma altında yaşamaq istəyirəm, kiminsə tabeçiliyinə keçmək istəmirəm, xüsusən də Çinin”. Marşal Xorlogiyn Çoybalsan Osman Baturun  planlarından vaxtında xəbər tutmaq, onun mübarizəsini Sovetlərin istədiyi istiqamətə yönəltmək üçün Noqay Şımşırulu  onun yanına müşavir göndərir (yvision.kz/yv/151191).

Sovetlərin Osman Batura yardım etməsinin arxasındakı gizli planların üstü çox-çox sonralar açılır. SSRİ bölgədəki uran yataqlarının istismarına başlamışdır. Osman Batur rusların qızıl, gümüş yataqlarını deyil “qara torpağ”ı aparmalarından şübhələnərək Urumçidəki Amerika konsulluğundan bu məsələni aydınlaşdırmağı  xahiş edir. Konsulluq nümayəndəsi də həmin əraziyə aid olan “qara torpaq”dan nümunə götürüb tərkibinin yoxlanması üçün ABŞ-a göndərir (Kapkızı Esenqul, 2009).Bundan xəbər tutan Sovet rəhbərliyi bərk əsəbləşir.

Osman Batur xalq arasından çıxmış, partizan savaşını gözəl mənimsəmiş bir döyüşçü idi. Onun siyasətlə, dövlətin idarə olunması ilə o qədər də işi yox idi.  Odur ki, verilən yüksək adlara, vəzifələrə qətiyyən meyl göstərmirdi. Onun ətrafında yerləşdirilmiş casuslar isə durmadan Moskvanı məlumatlandırırdılar.

Homindon hökuməti isə belə düşünürdü ki, Sovet sərhədlərində mövqelərini möhkəmlətsə, silahlı müxalifətin xaricdən yardım almasının qarşısı alınar və beləliklə, onlar asanlıqla zərərsizləşər. Sovet kəşfiyyatı çinlilərin bu planından xəbər tutduqlarından Osman Baturun Homindonçılar üzərinə hücuma yönəldir.

1944-cü ilin yayında Qəni və Əkbər baturların partizan dəstələri də Osman Baturun rəhbərliyi altına keçir.  Osman Batur partizan hərəkatı rəhbərindən böyük bir ordu komutanına çevrilir. O, qısa bir müddətdə İli və Tarbaqata bölgələrini homindonçulardan nəinki təmizləməklə kifayətlənmir, hətta oranın idarəolunmasını da təşkil edir (yvision.kz/yv/151191).

Bəzi qaynaqlar isə  Monqol ordularının komandiri Çoybalsanın və Sovet generalı Popovun Osman Baturla görüşdən sonra ona 1000 tüfəng, 20 plemyot və onun patronlarını, hətta iki təyyarə və 200 döyüşçü verdiyini və bu qüvvələrini yardımı ilə  çinlilərin əlində olan Bulqun qalası, eləcə də Şinqil, Koktoqay rayonları, bir sözlə Altay diyarınınhomindonçulardan təmizləndiyini yazır (www.inform.kz/rus/article/2197557).

Çinlilərin Sintszyan – yeni torpaq adlandırdıqları böyük bir bölgəni etnik üsyanlar  bürümüşdü. Uyğurlar, qırğızlar, tatarlar, taciklər, monqollar da öz haqları uğrunda savaşa atılmışdılar. Lakin onlar arasında fikir, iş birliyi yox idi. Çinin şimal-qərbi Sovetlərin təsiri ilə idarəolunmaz hala gəlmişdi.

6. Doğu Türküstan kaolisiya hökumətinin yaranması

Milli azadlıq hərəkatının əsası qazaxların təşkil etdiyi Osman Baturun ordusu sayılırdı. Ona görə də 1944-cü il noyabrın 12-də Alixan Törə Saquninin (milliyyətcə özbək olan, bütövlükdə adı və soyadı Alixantörə Şakirxantörəyev olan dövlət adamının böyük qardaşı Alimxantörə də Doğu Türküstan Xalq Məclisinin üzvü olmuşdur. Çox vaxt ad oxşarlığından hər iki qardaşı bir adam kimi qeyd edirlər. – Ə.Ş.) başçılığı ilə Gulcada qurulan Doğu Türküstan Cümhuriyyəti Osman Batura Milli Qəhrəman adı verir və Altay Diyarına general-qubernator təyin edir.  O silahlı qüvvələrin komandiri Dalelxan Suqibayevə müavin təyin edilir, ailəsi qırmızı kərpicdən tikilmiş evə köçürülür, Sovet konsulu oğluna velosiped və başqa qiymətli hədiyyələr bağışlayır.

Döğu Türküstan hərbi birliklərinin Çin ordusunu məğlub edərək Manas çayının sahilinə qədər irəliləməsi Çan Kay Şini də, Sovet rəhbərliyini də qorxuya saldı. Sovetlər qorxdu ki,  sərhədlərində yeni güclü bir türk dövləti yaranarsa, özbəklər, qazaxlar, qırğızlar, xakaslar və b. xalqlar da birləşib müstəqil dövlətlərini yaratmağa ruhlandırar. Zəif, daxili çəkişmələrdən xilas ola bilməyən Çin rəhbərləri də bölgənin zəngin təbii sərvətlərilə ölkəəni dirçəltmək istəyirdilər.

Ali xan Törə də savaşı davam etdirmək, Urumçini çinlilərdən təmizləmək istəyirdi. Şincan Əyalət Hökuməti SSRİ rəhbərliyinə savaşın dayandırılması üçün vasitəçilik etməsini xahiş edir.  Sovet rəhbərliyi də bu xahişi yerinə yetirir və savaşın durdurulmasını istəməyən, ölkəsinin azadlığı və müstəqilliyi uğrunda mübarizəni sonadək davam etdirən hökumət rəhbəri  Ali xan Törəni danışıqlar adı ilə çağırtdırır və KQB əməkdaşlarının əlilə oğurladıb həbs etdirir. Hökumətdəki kadrlar arasındakı fikir birliyinin olmaması Osman Batur kimi siyasətdən uzaq, döyüşlərdə cəsur olan insanları ruhdan salırdı.

Osman Batur evi də, vəzifəni də qoyub yenidən çölə üz tutur. Qara İrtışın sahillərinə gəlir. Orada özünə yurd belə qurmadan açıq havada yaşayır və azadlıq mübarizəsini davam etdirir.Onu təkidlə geri çağırdıqda isə belə cavab verir: “Mən qarda da, bürküdə də vətənim üçün savaşmışam. Meyvəsi isə qızarır. Siz mənə təklif etdiyiniz vəzifəni Dalelxana verin. Mən qazağam və sizin oyununuzda oynayaraq sizin oyuncağınıza çevrilməyi düşünmürəm” (yvision.kz/yv/151191).

Sovet generalı Viktorov polkovnik Doskeyev vasitəsilə  Osman Batura “Müstəqillik uğrunda mübarizə” ordeninin I və II dərəcələrini, qiymətli hədiyyələr göndərir. O isə uzun müddət Doskeyevlə görüşmək belə istəmir. Görüşdükdə isə ona: “Mən mübarizə aparmıram ki, Qızıl Ordu güclənsin. Burada vaxt itimədən özününkülərin yanına qayıt. Bu oyuncaqları da özünüzə götürün. Mən Döğu Türküstanın azadlığı uğrunda sonadək döyüşəcəm”  (yvision.kz/yv/151191).

7. İosif Stalinin “nadan türk”, “ictimai quldur” adlandırdığı Altay pələngi üçün qurulan sui-qəsdlər

Osman Baturun bu ipə-sapa yatmayan, sərbəst hərəkətləriİosif Stalini özündən çıxarır və Altay pələngini  “nadan türk”, “ictimai quldur” adlandırır. Monqolustan rəhbərliyinə göstəriş verir ki, Osman Baturu aradan götürsün (Türkqızı Nərmin,http://www.yalquzaq.com/?p=19156).Onlar da bir zamanlar Osman Baturla birlikdə döyüşmüş  Teskembaya təlim keçib göndərirlər.  Teskembaya münasib məqam tapıb Osman Baturu öldürmək istərkən onun zəhmindən özünü itirir.

Adətən Türküstanda yaşayanların əksəriyyəti boydan kiçik, bədəndən zəif olurlar.Osman İslam oğlu isə 1 metr 85 santimetr ucalığında idi. Onun qısa və qalın boynu, qalın çatma qaşları, yarı qapalı qıyıq gözləri, heybətli görünüşü var idi.Çox az danışan, özünə olduqca inamlı, istədiyi işi həyata keçirəcəyinə əmin bir insan olub. O, keçmiş silahdaşı  Teskembaya deyib: “Nəyə baxırsan? Silahı at və otur. Bilirəm  səni məni öldürməyə göndəriblər. Danış görüm səni kim göndərib və məni niyə aradan götürmək istəyirlər?”.

Teskembay qorxusundan ona verilən tapşırığı təfsilatı ilə Osman Batura desə də, Osman Batur onu öldürtmür. Keçmiş silahdaşına deyir:  "Sən məni öldürmək istəsən də, mən səni öldürməyəcəyəm. Sən bilirsən ki, qazax heç vaxt monqol və sartlara (özbək) silah qaldırmaz, onları nahaqdan öldürməz" (yvision.kz/yv/151191)).

Osman Batura sui-qəsd etməsi üçün onun ən yaxın qohumunu seçsələr də, bu da baş tutmur. O, sui-qəsdin üstünü vaxtında açır. Tale elə gətirir ki, onun yaşadığı yurdu gülləboran etsələr də, Osman Batur sağ qalır.

1946-cı ildə SSRİ-nin istəyi ilə  Doğu Türküstan Cümhuriyyəti ilə Şincan Əyalət Hökuməti birləşdirilərək Şincan Birləşmiş Əyalət Hökuməti yaradılır.  Zhang Zhizhong  rəis Ahmetcan Kasımov isə müavin təyin edilir. Daşkənddə və Moskvada partiya təhsili alan, kommunist ideologiyalı Ahmetcan Kasımov və onun məsləkdaşları Sovetlərlə sıx bağlı olmuşlar. Buna görə də yeni qurulan hökumətin ömrü çox da uzun olmamışdır.

Osman Batur və Ali Bəyahim, U Cung-Şin vəAhmetcan Kasımovun rəhbərlik etdiyi hökuməti qəbul etməmiş, çinlilər və ruslara qarşı mübarizəni davam etdirmişlər. Buna görə də Çin Mərkəzi Hökuməti məcbur qalıb 1947-ci ilin əvvəllərində bu hökumətə  ilk dəfə üç Türküstanlını: Dr. Məsud Sabriyi (1887 -1952) Vali, İsa Yusuf Alptəkini HökumətdəBaş katib və Canım Han Hacıyı MaliyəNaziritəyin edir. Onlar hökuməti Sovet tərəfdarlarından təmizləməyə başlayırlar. Ahmetcan Kasımov və Sovetlərin tərəfdarı kimi tanınan rəhbər işçilər SSRİ sərhəddinə yaxın olan İli vilayətinə qaçırlar. Vəziyyətin belə dəyişməsi Sovet rəhbərliyini bərk narahat edir.

SovetlərAltay vilayətindəki volfram vəqızıl mədənlərini işlətməyə başlayır. Osman Batur onlara mane olmur. Lakin bu da Sovetləri qane etmir. Osman Baturun nəzarətində olan bölgələri Sovet və monqol təyyarələri bombalayır. Vəziyyətin getdikcə gərginləşdiyini görən Osman Batur Çinin millətçi hökumətinə müraciət edir. 1947-ci ilin mayin 18-də Urumçidə keçirilən danışıqlarda Çin hökumət məmurları Osman Batur ilə danışıqlar aparır, ona və Ali Bəy Rahimyə Sovet əsgərlərini, kommunistləri və Sovet tərəfdarlarını  Altay, İli və Tarbağatay bölgələrindən qovmaq üçün  silah verəcəklərini vəd edilər. Lakin Çin Hökuməti vədinə əməl edə bilmir. Belə ki, cənubda kommunistlərin hakimiyyəti ələ almaları ölkəninhər yerində bir qarışıqlıq yaradır.  Beləcə Osman Batur ilə Ali Bəy Rahimyə vətəni müdafiə etmək üçün silah, hərbi sursat verən olmur. (http://www.hurgokbayrak.com/yeni_sayfa_152.htm)

Altay Müvəqqəti Xalq Cümhuriyyəti rəhbərliyinə seçilən Osman Batur 1944-1945-ci illərdə, Tanrı Dağlarının quzeyindəki Doğu Türküstan qazaxlarının yaşadığı bölgələri də Çin istilasından qurtararaq, 1945-ci ilin oktyabrından 1947-ci ilin fevralına qədər üç vilayətdən təşkil olunan Doğu Türküstan Hökumətinin hərbi və mülki rəhbəri kimi valilik, 1947-ci ilin fevralından 1949-cu ilin sentyabrınadək Doğu Türküstan Cümhuriyyəti koalisiya hökumətinin üzvü  vəzifələrini yerinə yetirir.

8.Osman Baturun yenidən partizan savaşını seçməsi

Çoxsaylı nizami ordunu saxlaya bilməyəcəyini görən Osman Batur çinlilərə qarşı döyüşmək üçün yenidən dağlara çəkilir. Qazax və uyğurlardan süvaridəstələr hazırlayaraq döyüşlərə atılır.

Osman Baturun mübarizəsi yalnız Sovetlərin diqqətində deyildi. Dünyanın imperialist güclərinin əksəriyyəti ondan öz mənafeləri üçün istifadə etməyə çalışırdılar. Amerikanın Urumçidəki konsulunun köməkçisi Duqlas Şakaranını Osman Batura 100 dunqan (Çində yaşayan, müsəlman xalq) döyüşçü göndərməsi də bunun nəticəsidir (yvision.kz/yv/151191).

Sovet liderləriDoğu Türküstan hökumətinin rəhbərlərini Moskvaya dəvət edərək onları Mao-Tsunun rəhbərlik etdiyi Çin Kommunist hökumətinə tabe olmağa çağırır. Doğu Türküstan rəhbərləri isə Sovetlərin onlara əvvəllər verdiyi vədləri xatırladır, Doğu Türküstanın müstəqilliyini qoruyacaqlarını bildirirlər. Onları vətənə gətirən təyyarəni Sovet hərbçiləri Qazaxıstan sərhəddi üzərində vururlar. Təyyarədəkilərin hamısı həlak olur. Həmin günlərdə Çin Xalq Ordusu Doğu Türküstan üzərinə basqın edir. Homindonçular silahlarını Çin Xalq Ordusuna təhvil verərək onlarla birlikdə döyüşməyə hazır olduqlarını bildirirlər.

Lakin Osman Batur Homindon Hökumətini qəbul etmədiyi kimi, Çin Xalq Ordusu komandirlərinin əmrinə də tabe olmur. Vətəninin azadlığı uğrunda partizan müharibəsini davam etdirir.

TarqabatayAltaylardan çıxarılan Osman Baturun komandanlığında bir zaman otuz min nəfərlik bir hərbi birlik vardısa, 1950-ci ildə onu ətrafında dörd-beş minlik bir toplu qalır ki, bunun da bir qismini qadınlar, qocalar, uşaqlar, bir sözlə, dinc əhali təşkil edir.

Çin Xalq Ordusu onun hərbi sursatı tükənməkdə olan, sayı azalmış döyüş dəstəsini Qansu diyarının Xayzı əyalətinə doğur sıxışdırır. Osman Batur qarlı Tibet dağlarında, keçilməz aşırımlarda, dağlarda Çin Xalq Ordusunun ağır silahlardan, tanklardan, toplardan istifadə edə bilmədiyindən yararlanıb döyüşü davam etdirir. Lakin Çin Xalq Ordusunda  səfərbərliyə alınmış milyonlarla insan vardı. Ona görə də çinli komandirlər böyük itkilər verməsinə baxmayaraq, Osman Baturu dağlara doğru sıxışdırır.

9.Osman Baturun əsir alınması və güllələnməsi

Osman Batur yalnız özü və döyüş dostları ilə birlikdə Kamambal dağına doğru çəkilmir. Onun ətrafında özünün və döyüş dostlarının ailə üzvləri, arvad-uşaqla birlikdə 3-4 min nəfərə yaxın insan və onların bəslədikləri heyvan sürüləri olur. Sovetlər Birliyindən yardım alan Çin hökuməti nizami ordu yeridərək Doğu Türküstanın vilayətlərini işğal etdikdən sonra 1950-ci ilin noyabrında Osman Baturun yaşadığı bölgəni mühasirəyə alır. Hərbi sursatları qurtardığından və qar-buz dağ keçidlərini tutduğundan onlar çinlilərin mühasirəsini yarıb qurtula bilmirlər. Çin Xalq Ordusunun silahlı dəstələri tez-tez onların yurdlarına basqınlar edir. Çin Xalq Ordusunun səkkiz alayı 1951-ci il fevralın əvvəllərində Gez Kurt bölgəsinə edilən basqından qazaxların bir qismi qurtula bilir.

Osman Baturun qızı Azpay və bir çox qadın-qız Çin Xalq Ordusu hərbçilərinin əlinə keçir. Bundan xəbər tutan Altay pələngi təkbaşına qadın və qızları qurtarmağa yollanır. Çinlilər cəbhə xəttini keçib buz bağlamış Kayız gölünə doğru irəliləyir. 200 nəfərlik çinli hərbçisi ilə təkbaşına döyüşür. Atının büdrəyib yıxılması onun vəziyyətini ağırlaşdırır. Patronu qurtarana qədər döyüşür. Son anda qamçı ilə onu tutmaq istəyən çinlinin üzünü yaralayır. Kamambal dağlarının keçidlərinin qarla-buzla bağlandığı bir yerdə, fevralın19-da Çin Xalq Ordusunun hərbçiləri Osman Baturu əsir alaraq Tunq-Huanq şəhərinə aparırlar. Əlləri və ayaqları zincirlənərək zindana atılır. Osman Batura hər gün ağır işgəncələr verərək onlara kömək edən insanların adlarını, dağlarda döyüşənlərin yerlərini öyrənmək istəyirlər.

1951-ci il fevralın 21-də Çin Xalq Respublikasının radiosu və informasiya agentlikləri Osman Baturun tutulduğunu xəbər verir (Hacımelek Abdurrahman, 2010: sayı 7).

Osman Batur işgəncələrə dözümlülüyü ilə də düşmənlərini heyrətə salır. Bir neçə il əvvəl alqışlarla qarşılandığı Urumçi şəhərinə gətirilir. Onu at üstündə küçələri gəzdirərək: “Türkləri Çin əsarətindən qurtaracam deyən adamın halına baxın!”, - deyə car çəkdirdikdə Osman Batur da hər küçədə: “Mən ölə bilərəm, amma dünya durduqca mənim millətim mübarizəsini davam etdirəcək!”, - deyə bağırır. 

İki aya yaxın davam edən istintaq və məhkəmə sonunda, yəni 1951-ci il aprelin 19-da ona qulaqları və qolları kəsilməklə ölüm hökmü oxunur. Hökmün icrası aprelin 29-da yerinə yetirilir. Xalqa qəhrəmanını öldürərək göz dağı vermək üçün zorgücünə Urumçi meydanına toplayırlar. Həmin gün Osman Baturun öldürülməsinə etiraz edənlər şəhər çevrəsindəki meşə zolaqlarına od verdiklərindən hər yeri tüstü bürümüş, qapqara olmuşdu.

Cəlladlar xalqın gözü qarşısında “Altay pələngi” ləqəbi qazanmış Osman Baturun qulaqlarını və qollarını kəsdikdən sonra əsgərlərə əmr verilir ki, onu güllələsinlər.

Osman Baturun “Allahu Əkbər” səsinə güllə səsləri qarışır.  Son nəfəsində namaz qılırmış kimi dizləri üstə düşür, sonra da alnı yerə dəyir.

Sonuc

Osman Batur güllələndikdən sonra da oğulları Şerdiman, Nimetullah və Nəbi partizan müharibəsini davam etdirirlər. Onlar odlu və avtomatik silahların mövcud olduğu müasir dövrdə belə bəzən düşmənə qarşı orta yüzillərdə olduğu kimi, qılıncla, başına mıxçalar çalınmış dəyənəklərlə döyüşürlər. Onların mübarizəsi 1953-cü ilə qədər davam edir. Çin Kommunist Partiyasının rəhbərləri onlarla danışıqlara getmək məcburiyyətində qalır. Danışıqlarda gəlinmiş razılaşmaya əsasən Osman Baturun cəsədi oğlanlarına verilir. Oğlanları da cəsədi islami qaydada və yüksək ehtiramla Göydoğay bölgəsinin Kürti kəndində dəfn edir və üzərində abidə ucaldırlar.

Sonralar Çin təyyarələri bir neçə dəfə bu abidəni bombalayır (Hacımelek Abdurrahman, 2010: sayı 7).

Doğu Türküstanın azadlığı uğrunda gedən mübarizəni dərindən öyrənən və  “Köç” adlı roman yazan Qodfey(Qofedey) Lias deyir ki, Osman Batur 4-5 yüz il öncə, yəni təyyarələrin, zirehli maşınların, avtomat silahların kəşfindən öncə  yaşamış olsaydı, sözsüz, Monke, Cingizxan, Əmir Teymur kimi böyük sərkərdə olacaqdı (Godfrey Lias, (1992).

Türkiyədə Yusuf Ziya ArpacıkınOsman Batur”(2009),  Hasan Sağındık –Urgana Doğrunun Osman Baturun xatirəsinə 2009-cu ildə “Altay qartalı Osman Batur”, Ömer Kulun “On yıla sığan efsanevi ömür-Osman Batur” adlı nəfis tərtibatlı kitabları və onlarla qəzet jurnal məqaləsi çap olunmuşdur.

Osman Baturun silahdaşları düşmən qüvvələri tərəfindən məhv edilsə də, çinlilər və sovet rəhbərliyi onların istəklərini tamamilə yox edə bilmirlər. 1955-ci ildə 1,6 milyon kvadratmetrlik bir ərazidə Sintszyan-Uyğur Muxtar Rayonu yaradıldığını elan etmək məcburiyyətində qalırlar.

Çin hökuməti uzun illər Osman Baturun adının çəkilməsini qadağan etməsinə baxmayaraq, 2009-cu ildə Urimçidə milli zəmində baş verən toqquşmada Osman Batur və silahdaşlarının adları şüarlar kimi səsləndirilir.


Qaynaqlar

1.    Ahmedoğlu Derviş Enes. (2012). İslam Büyükleri Doğu Türkistan Kahramani-Osman Batur, Gülistan Dergisi,  (http://www.gulistandergisi.com/dergi_oku.php?id=1198).

2.    ASE. (1978). Azərbaycan Sovet Ensiklopediyası,  II cild, Bakı.

3.    ASE. (1984). Azərbaycan Sovet Ensiklopediyası,  VIII cild, Bakı.

4.    ASE. (1987). Azərbaycan Sovet Ensiklopediyası, X cild, Bakı.Altay Qartalı Osman Batur.

5.    Hayıt Baymırza. (1995). Doğu Türkistan devletlerinin milli mücadileleri  tarihi, TTK Basınevi, Ankara.

6.    Çınaroğlu Vedat, Çetinoğlu Oğuz. (2012).  Doğu Türkistanın yetiştirdiği devlet adamları Osman Batur (1890 - 29 Nisan 1951),Hür Gökbayrak, Doğu Türkistanın sesi, http://www.hurgokbayrak.com/yeni_sayfa_310.htm,http://dgskty.blogspot.com/, http://maltepeturkocagi.org.tr/dosyalar/dokuman/osman_batur/osman_batur.htm

7.    DoğuTürkistanTarihi (HunlardanGünümüze) http://www.oguz-news.net/tur/?p=3532

8.    DoğuTürkistan tarihindekurulanTürkdevletleri, http://www.hurgokbayrak.com/yeni_sayfa_152.htm)

9.    Hacimelek Abdurrahman. (2012).  Büyük Kahraman Osman Batur ve Doğu Türkistan Cihadı Üzerine. (http://www.yucedevlet.com/buyuk-kahraman-osman-batur-ve-dogu-turkistan-cihadi-uzerine.html)

10.    GünTürk. (2006). Osman Batur,       http://guneyturkistan.wordpress.com/2006/04/03/osman-batur/  http://www.tarihtendersler.com/nbk.asp?shf=1&id=55&id1=&id2=&id3=&mk_id=109

11.    Godfrey Lias. (1992). Göç. Çev. Mehmet Çağrı, İstanbul: Boğaziçi yayınları.

12.    Göktürk Hamit. (1993). Doğu Türkistan İslâm Cumhuriyeti Nasıl Kuruldu. Doğu Türkistan Sesi.11 Özel Sayı 1.http://www.hurgokbayrak.com/yeni_sayfa_150.htm

14.    Kızıltaş Emine. “Dünden Bugüne Doğu Türkistan “Shinkyang”. http://www.academia.edu/6817332/D%C3%BCnden_Bug%C3%BCne_Do%C4%9Fu_T%C3%BCrkistanKul Ömer,“Osman Batur Han – On Yıla Sığan Efsane Ömür” Kitabı Hakkında Ömer Kul Beyefendi İle Mülakat, (Abdurrahman Hacimelekle demeç), Yuce devlet dergisi, http://www.yucedevlet.com/osman-batur-han-on-yila-sigan-efsane-omur-kitabi-hakkinda.html

15.    Osman Batur. tr.wikipedia.org/wiki/Osman_Batur 

16.    Osman Batur kimdir? (2008). Doğu Türkistan http://www.doguturkistan.com.tr

17.    Оспан Батыр Силамулы.(2009).www.inform.kz/rus/article/2197557

18.    Оспан-Батыр. Жизнь и смерть в борьбе за независимость Восточного Туркестана (2012, 21 avqust) rus.azattyq.org/content/Ospan_Batyr_Book/1771976.htmlКазахстан,

19.    Оспан Батыр. http://www.kazakh.ru/talk/mmess.phtml?idt=102194

20.    Оспан Батыр. Белые пятна истории. Сообщество «О Казахстане».yvision.kz/yv/151191

21.    Şamil Əli.(2010). Türk dünyasının məşhurları: Osman Batur.http://www.trtazerbaycan.com/trtworld/az/newsdetail.aspx?haberkodu=df02b812-8443-4148-8284-f014dd46cd88,http://ali-shamil.tr.gg/Osman-Batur.htm,Osman Batur-Qəhrəman Türk, "Birlik" jurnalı, 2014-cü il, yanvar, sayı 01 (14), səh. 53-54.http://www.az.atxem.az/Birlik%20dergisi/jurnal-birlik%20-%2001%20-%2014.pdf

22.    Şamil Əli. (2011). Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı, “Nurlan” nəşriyyatı, Bakı.

23.    Türkqızı Nərmin.Osman Baturun ölümü – “Günəşin söndüyü gün” http://www.yalquzaq.com/?p=19156

24.    Yusuf Ziya Arpacık. (2009). Osman Batur ve asrın ibretli olayları, İstanbul, İlteriş yayınları.

25.    Yavuzer Hiyatı. (2012). 20. Yüzyılda Altaylarda yeni bir Gürşad- Osman Batır, Aydın dergisi, sayı 8. 

OSMAN BATUR THE TIGRE OF ALTAI – BEEN KILLED FOR INDEPENDENCE

Ali Shamil

alishamil@yahoo.com

 

Abstract

 Osman Batur son of Islam was born in the village of Goytai in the territory of Ondigara of province of Altai of Eastern Turkestan (region of Sinszian-Uygur of present Chine).  Gomindon government laid the basis of armed resistance not obeying the rules, contrary interests people  and upping to mountains.  His neighbors ZelebaiTelji?NugrojayBatur, Janim Han Haji. Suleiman Batur, HaseinBatur, Musa MergenAktepe, Sulibai, Okurbai, Nogaibai, Ahid haji, HalilTejy, Karakul Zalinetc also common to him. And so the protest anti government turned on  armed resistance.

In a short time the number of rebels increased approximately thirty thousands. They cleaning the territory of Altai from armed resistance and officials of Gomindongovernment  created the Provincial National Republic of Altai. The leader of this republic was Osman Batur. He freed the territory on northern of Tanri Mountains from invaders in 1944-45 y. Three territories freed from Chines thyranny, were combined and created the Government of Eastern Turkestan. Osman Batur performed the mission of (from feburary of 1947 untill September of1949) military leader, governor and members of the coalition states. 

In a newly drawn world map, Russia and Chine didn’t want the existence of Eastern Turkestan. So leaders of this government tried convince submit the new created government of Chine. Osman Batur retreated to mountains continuing the struggle with small force.   

After captivity of Osman Batur the Kayiz lake near the Kamambal mountain in feburary of 1951, this  resistance didn’t stop. After court in Urumchi Osman Batur was shot at public in 29 April 1951 year.

Key words: Osman Batur the son of Islam, The Provincial National Republic of Altai, The Government of Eastern Turkestan

ОСМАН БАТУР – ТИГРА АЛТАЯ СТАВШИЙ ШАХИДОМ РАДИ СВОБОДЫ

 

Али Шамиль Гусейноглы

alishamil@yahoo.com

 

Резюме

Осман ИсламичБатур родился в селе Гёйтогай на территориОндигара, Алтайской области Восточного Туркестане (автономный район Синцизяна-Уйгура нынешней Китая)   Гоминдонсакое государство поставил оснований вооруженного сопротивление не подчиняя на законы, противоречащие интересам народа и поднялись горах. Его земляки: ЗелебайТелджи, НургоджайБатур, КасейнБатур, Джаным Хан Хаджы, Сулейман Батур, Муса МергенАктепе, Сулибай, Окурбай, Ногайбай, АхидХаджы, Халил Тейджи, КаракулЗалин и др. тоже подчинялись ему. И так, протест против государство превратилось в  вооруженное  сопротивление.

В течении короткого времени, число повстанцах увеличилось на  триста тысяч. Они очистили  Алтайскую территорию от вооруженных сил и чиновникахГоминдонского государство и создали Алтайскую Временную Народную Республику. Руководителем этого государства был выбран Осман Батур. Он освободил территории в северной части Танрыдаглары от захватчиков в 1944 – 1945-х г. Освободил три зоны  от китайской тирании, комбинировались и создано государство Восточного Туркестане. Осман Батур выполнял миссию (с февраля 1947-го года до сентября 1949-го года) военном лидерам, гкбернаторам, и членам коалиционного государства. 

На новойкарте мира России и Китая не хотели видеть существование Восточного Туркестана. И так, лидеры этого государства пытались подчинить вновь созданной государстве Китая. Осман Батур отступил в горы,  продолжая борьбу с небольшим отрядом.

После того как Осман Батур попал в плен около озеро Кайыз в высокогорье Камамбал в феврале  1951-го года,  сопротивление не остановилось.  После суда в Урумчи Осман Батур был застрелен при свидетелях  29-го апреля 1951-го года.

Ключевые слова:Осман ИсламичБатур, Алтайское Временное Народное Государство, Восточная Туркестанская Республика.

Çap olundu:Azadlıq uğrunda şəhid olan Altay pəhlivanı- Osman Batır, Pof.Dr. Hacali Necefoğluna Armağan. (Düzenleme kurulu: Doç,Dr.Vladimir Pidvoynıy, Doç.Dr.Aziz Alekberli, Safiye Özkaya, Ali Şamil, Aynur Gazanfarkızı), İzmir, 2016-cı il, səh.51-72

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol