ÇİNGİZ DAĞÇININ “KORKUNÇ YILLAR” ROMANINDA AZƏRBACANLI OBRAZI

Əli Şamil Hüseynoğlu

AMEA Folklor İnstitutu

 

ÇİNGİZ DAĞÇININ “KORKUNÇ YILLAR” ROMANINDA AZƏRBACANLI OBRAZI

 

Özət

 

Çingiz Dağçı ömrünün 64 ilini İngiltərədə keçirsə də, yazdığı əsərlərin əksəriyyətinin mövzusunu 21 il yaşadığı Kı­rımdan almışdır. Bunun səbəbini Zefer Karatay və Neşe Sarısoy Karatayın çəkdikləri “Cengiz Dagcı” sənədli filmindəki müsahi­bəsində və “Yansılarım” əsərində belə deyir: “Kırımı, Qruzufu, Məmişin bayını, Adaları, Ayu dağını, Gəlin qayasını xatırla­madığım heç bir günüm, sabahım olmayıb”. Roman­larında ən çox Rusiyanın kırımlılara etdiyi zülmdən söz açılsa da, ruslara qarşı kin, nifrət təbliğ edilməyib. Hətta insanlıq hissini itirmiş rus məmurları haqqında müəllifin dilində acı bir sözə rast gəlinmir. Onun əsərlərində hadisələrin Kırımda cərəyan etdiyi göstərilsə də, əslində Rusiyanın, Sovetlər Birliyinin əsarət altına aldığı xalqlara etdiyi zülm ümumiləşdirilmiş formada göstərilibr. Çingiz Dağçını oxuyan hər bir azərbaycanlı, özbək, qazax, qızğız, tatar, saka, ukraynalı və b. xalqların övladları sanki öz ata-babalarından eşitdiklərini orada görür. 

Yazıçının romanlarında bir bölgəçilik anlayışı yoxdur, möv­zuya ümumbəşəri yanaşma var. Çingiz Dağçının roman­larını oxuyarkən Afrikada, Asiyada, Güney Amerikada, Avstrali­yada yaşayanlar ingilis, fransız, ispan, portuqaliyalı müstəmləkə­çilərin, Doğu Türküstanlılar çinlilərin zülmlərini göz önünə gə­tirirlər.

Müstəmləkəçilərin adları, etdikləri zülmün forması fərq­li olsa da, mahiyyəti eynidir. Çingiz Dağçının böyüklüyü on­da­dır ki, zülm edənin, qalib görünənin məğlubiyyətinin, mənə­viyyat­sızlığının, məhvə məhkum olunduğunun səbəblərini inandırıcı dəlillərlə ortaya qoya bilir. 

Çingiz Dağçının əsərlərindəki insan surətləri, onların xa­rakteri rəssam palitrası kimi rəngarəngdir. Onlarla xalqın övlad­larından söz açan yazıçı birisindən çox, o birisindən az danış­masına baxmayaraq hər birinin yaddaqalan surətini yarada bilir. Bu baxımdan əsərdə adı belə verilməyən azərbaycanlı, ona yar­dım etməyə çalışmış kırımlını – Sadiq Turanı alman faşist­lərinə satmır. Bununla da işgəncələrə dözən, lakin xeyir­xahlarını sat­mayan azərbaycanlı onu işgəncələrlə öldürənlərdən mənən çox ucada durur. Eləcə də Sovet komissarlarının və zabitlərinin xə­bər tutsalar hamısını güllələyəcəklərini bildikləri halda göydən “güllə yağışı” yağdığı bir vaxtda ağsaqqallarının rəhbərliyi ilə namaz qılan özbəklərin təsviri oxucuda bu qənaəti yaradır ki, inam, əqidə yolunda ölənlər, əbədi yaşayanlardır.

Azərbaycanlılar da Çingiz Dağçını öz oğulları kimi sevi­yini bilmək üşün 2011-ci ilin sentiyabr və oktyabr aylarında Azər­baycan mətbuatında nəşr olunanları oxumaq yetərlidir.

Açar sözlər: Çingiz Dağçı, Rus zülmü, Kırım, Azərbay­can, Türkiyə, İkinci Dünya Savaşı.

 

Giriş

 

Çingiz Dağçı xatirələrində və türkiyəli Zəfər və Nəşə Sarısoy Karatayın çəkdikləri “Yurdunu kayb edən adam”  sə­nəd­li filmində yaradıcılığa başladığı ilk günləri yada salanda deyir ki, 1939-cu ildə quldurlar yuvası kimi tanıdılmağa çalışılan Bağçasaraydakı Gəray xanların sarayına getdim. Sarayın möh­təşəmliyi, tarixi keçmişi məni o qədər təsirləndirdi ki, “Söyləyin divarlar” şeirimi yazdım. Şeiri Akmescitdə-Simferapolda çap olunan “Ədəbiyyat” məcmuəsinə apardım. Redaktor, tanınmış şair Şamil Ələddin şeirimi oxuyub çap edə bilməyəcəklərini, onu çap üçün Azərbaycana göndərməyi məsləhət gördü. (Karatay Zefer, Karatay Neşe Sarısoy, http://www.youtube.com­/watch?v­=HHErGA1R5qo)

Maraq doğura bilər ki, nədən kırımlı gənc şairə şeirni Azərbaycana göndərməyi məsləhət görürdülər? Çünki Kırımda yaşayan türklər həmin illərdə üç yerə ayrılırdılar. Çöl deyilən bölgədə yaşayanlar noqay, yarımadanın güneyində yaşayanlar yalıboylular, Sudak, Kefe (Fedoseye) çevrəsində yaşayanlar tat adlandırılırdı. Yalıboylu və tat adlandırılanlar oğuz, noqay ad­lan­dırılanlar isə qıbçaq kökənli olduqlarından Kırım türklərinin danışığında və yazısında bir fərqlilik vardı.

Rusiya və Avropa yalıboyluları və tatları  da tatar adlan­dırsalar da, onların danışığı və yazısı Qazan və Volqaboyu ta­tarlarından çox Anadolu və Azərbaycan türklərinə yaxın idi. Buna görə də İsmayıl bəy Qaspıralının və b. kırımlı ədiblərin çap etdikləri qəzetlər, kitablar Azərbaycanda, Osmanlı dövləti əra­zisində geniş yayılırdı. Sovet hökuməti sözdə Rusiyanın yerit­diyi siyasətin əleyhinə olsa da, əməldə müstəmləkəçilikdən əl götürə bilmirdi. Kırım türklərini daha çox ehtiyyat etdikləri Tür­kiyədən və Azərbaycandan uzaqlaşdırmaq üçün noqay ləhcə­sini ədəbi dilə çevirmək üçün hər vasitədən istifadə edirdi. Qəzet və jurnal­ların, dərslik kitablarının “noqay” olaraq bilinən tatar­ların ləhcə­sində nəşr olunmasına səy göstərirdi.

1919-cu il martın 9-da Kırımın Qruzuf qəsəbəsində, yəni yalıboyu (sahilboyu) adlanan bölgədə anadan olmuş Çingiz Dağ­çı da ata-babaları kimi Azərbaycan və Anadolu dialektində da­nış­mışdır. Atası Əmirüseyin ata-baba kəndlərində ev tikərək ai­ləsi ilə oraya daşınır. 1931-ci ilin əvvəllərində onu həbs etsələr də, bir-neçə ay sonra azad edirlər. Çingiz Dağçı anası Fatmanın xatirələrinə dayanaraq atasının kolxoz təsərrüfatına çevrilmiş keçmiş üzüm bağlarındakı salxımları oxşayaraq ağladığını mə­mur­lara kimsə xəbər verdiyi üçün həbs edildiyini söyləyir. (Ka­ratay Zefer, Karatay Neşe Sarısoy, http://www.you­tube.­com/­watch?v=HHErGA1R5qo)

 

Əmirhüseyin Dağçının istintaq materialları ilə araşdırıcılar indiyədək tanış olmamışlar. Ona görə də həbsinin səbəbləri haq­qında qaynaqlara dayanan bilgi yoxdur. Lakin həmin illərin ic­timai-siyasi mənzərəsinə dayanaraq Əmirhüseyini kollektiv tə­sərrüfat quruculuğu əleyhinə təbliğatda və ya Milli Firqəyə üzv olmaqda suçlandığı qənaətindəyik. Çünki, həmin illərdə Kırımda  kollektivləşmə əleyhinə olanların həbs edilməsi və sürgünə gön­dərilməsi öləziməkdə, milli dünyagörüşlü insanın Milli Firqəyə üzv kimi istintaqa cəlb etməsi, istintaqa cəlb edilənlərin bir qis­minin həbsxanalara və sürgünlərə göndərilməsi, böyük bir qis­mini müxtəlif şərtlərlə, dillərindən iltizam almaqla azdlığa bu­rax­ması alovlanmaqda idi. İstintaqdan sonra dilindən iltizam alı­nınanlar sırasında Asan Səbri Ayvazovun, Osman Nuri Akçok­raklının, Bəkir Sıtkı Çobanzadənin və b. olması bizdə bu qənaəti yaradır ki, sadə əmək adamı olan Əmirhüseyin Dağçının da di­lindən iltizam almaqla həbsdən azad ediblər.

Həbsdən azad edilən Əmirhüseyini Dağçının ailəsi Qızıl­daşda yaşasa da, o, Akmescitdə (Simferapol) qalaraq dəllək iş­ləyir. Kirəladiyi darısqal, birotaqlı mənzilə ibtidai məktəbi bi­tirmiş Çingizi, sonrakı illərdə isə ailəsinin o biri üzvlərini – xanımı Fatmanı, qızları Tevidəni, Ayşəni, oğlanları Timuru, Ha­litiu də gətirir.  1937-ci ildə şəhərdə orta məktəbi bitirən Çingiz Dağçı Kırım Pedaqoji İnstitutunun tarix fakültəsinə qəbul olunur (Şamil Əli, 2011, 28 sentyabr).

Yeniyetməliyində Əlişir Nəvaini, Abdulla Tukayı, Bəkir Sıtkı Çobanzadəni sevə-sevə oxuyan Çingizə kiçik əmisi Seyid Ömər Dağçı türk yazıçısı Ömər Seyfəddinin hekayələrini də oxudur. Bütün bunlar onun milli ruhda böyüməsinə və dün­yagörüşünün formalaşmasına səbəb olur. Lakin Kırım Yazıcılar Birliyinin 1939-cu ildə keçirilən bir toplantısında onun “Sev­diyim Yalta” şeirinin kəskin tənqid olunması, millətçilikdə suç­lanması, şeirdəki “Verməm səni yad ellərə, Yalta” misrasına görə hesab sorulması gənc şairi bərk qorxuya salır. Ondan sonra Sovet rejimini və onun rəhbərlərini tərənnüm edən şeirlər, marş mətinləri yazmağa başlayır. (Karatay Zefer, Karatay Neşe Sarı­soy, http://www.youtube.com/watch?v=HHErGA1R5qo)

Çingiz Dağçının gənclik ilərində çap etdirdiyi “Gül”, “Sevdiyim Yalta”, “Kənd axşamları”, “Bahar sabahı”, “Qış”, “Verin atamın qılıncını mənə” və b. şeirlərini oxuduqda bu qə­naətə gəlmək olur ki,  İkinci Dünya Savaşında alman ordularına əsir düşüb, savaşdan sonra İngiltərədə yaşamasaydı, yəqin onlar­la tərənnümçü Sovet ədibindən biri olacaqdı. (Şamil Ali, 2012:­151).

1940-cı il dekabrın 22-də gənc ədibi ali təhsildən ayırıb əsgəri xidmətə aparırlar. Qısa müddətli hərbi kursu bitirdikdən sonra ona leytenent rütbəsi verib, moto-atıcı bö­lüyə komandir təyin edirlər. 1941-ci ilin avqustunda isə onların divizyası alman orduları ilə ilk savaşda darmadağın edilir, Çingiz Dağşı da əsir düşür. (Şamil Ali, 2012:151).

Müxtəlif əsir düşərgələrindəki yaşam savaşından sağ çıxaraq polşalı Reginya ilə evlənir və müttəfiqlərin tərəfinə ke­çir. Oradan İtalyaya, sonra da İngiltərəyə gedir. İngiltərədə çox çətinliklərlə üzləşdikdən sonra xanımı ilə birlikdə bir yemək­xana açır. Həyat yolunun çətinliyinə baxmayaraq, Çingiz Dağçının yaradıcılıq eşqi sönmür. Yazdığı heykayəni çap olunmaq üçün Türkiyədəki bir-neçə nəşriyyata göndərir. Onlardan “Varlıq” nəş­riyyatı gənc yazıçıya çavab verır və bildirirk ki, hekayənin dili türk dilinin ədəbi normalarına tam cavab vermir. Onu cid­di redaktə etmək lazımdır.

Çingiz Dağçı nəşriyyatın məsləhəti ilə razılaşır. Lakin bu dəfə də nəşriyyat ona bildirir ki, hekayənin həcmi kiçik oldu­ğundan onu kitab kimi çap etmək mümkün deyil. Nəşriyyatın cavabları onu ruhdan salmır, əksinə dana da ruhlandırır. Əlyaz­ma halında olan romanını makinada yazaraq “Varlıq” nəşriy­yatına göndərir. “Varlıq” nəşriyyatında şair Ziya Osman Saban romanı redaktə edir və iki kitab şəklində – “Qorxunc illər” və “Yurdunu kayb edən adam” adı altında 1956-1957-cı illərdə çap etdirir. (Karatay Zefer, Karatay Neşe Sarısoy, http://www.you­tube.­com/watch?v=HHErGA1R5qo) Bununla da onun Türkiyədə yazıçılıq həyatı başlayır və  bir-birinin ardınca Onlar da insandı” (1958), “Ölüm və qorxu günləri” (1962) , “O topraqlar bizimdi” (1966), “Kolxozda həyat” (1966), “Dönüş” (1968), “Gənç Temuçin” (1969), “Badam budağından asılı bəbəklər” (1970), “Üşüyən küçə” (1972), “Anama məktublar” (1988), “Mənim kimi biri” (1988), “Yoldaşlar” (1992), “Xatirələr” (1995), “Biz bərabər keçdik bu yolu” (1996), “Yansılar I” (1988), “Yansılar II” (1990), “Yansılar III” (1991), “Yansılar IV” (1993), “Yansılar V”, “Yansılardan qalan”, “Mən və içimdəki mən” (1994), “Halukun dəftərindən, London məktubları” (1996), “Xatirələrdə Çingiz Dağcı” (1998), “Bay Markusun köpəyi”, “Bay John Marpleyin son yolculuğu”, “Oy, Markus oy”, “Regina” (2000), “Röyalarda ana və kiçik Alimcan” (Bir Kırım hekayəsi) (2001). və b. əsərlərini “Varlıq” və “Ötükən” nəşriyyatlarında çap etdirir. (Şamil Ali, 2012:151).

2011-ci il sentyabrın 22-də Londonda dünyasını dəyişən ədibin cənazəsi Türkiyə hökumətinin səyi ilə gətirilib vətənində – Qızıldaş kəndində oktyabrın 2-də dəfn edilir. (İsmayıllı Sevda, 2011, “Azadlıq” radiosu).

   

1. Azərbaycan mətbuatı Çingiz Dağçı haqqında                                 

 

Çingiz Dağçı mühacirətdə yaşadığından, antisovet əsərlər yazdığından SSRİ-də onun adının çəkilməsi, əsərlərinin oxun­ması qadağan olunmuşdu. Bu qadağalara rəğmən, azadlıqsevər Azərbaycan ziyalıları arasında Çingiz Dağçıya böyük bir ehti­ram, sayğı və sevgi vardı. SSRİ çökdükdən sonra Azərbaycan ziyalıları Çingiz Dağçını bir-neçə dəfə vətənlərinə gətirməyə cəhd etsələr də, ədibin ailəsində olub-bitən acı günlərdən, xəs­təliyindən və qocalığından bu dilək gerçəkləşmədi. (Şamil Əli, 2011:7).

Azərbaycanda Çingiz Dağçı sevgisi yazarın vəfatının ilk günlərində qəzetlərdə yayımlanan məqalələrdən, internet saytla­rındakı yazılardan və radio proqramlarından da bilinirdi. Ölü­mündən bir il əvvəl də yəni, 2010-cu il 18 iyunda TRT Tür­kiyənin Səsi Radiosu ilə Azərbaycan İctimi Radiosunun birlikdə proqramı olan “Qorqud Ata” verilişində Çingiz Dağçının ömür yolu və yaradıcılığı dinləyicilərə təqdim edilmişdir. “525-ci qəzet” isə 2011-ci il 28 sentyabrda “Gözlənilən ölümün acısı və ya Çingiz Dağçı dünyadan köçdü(Şamil Əli, 2011:7),  2011-ci il 4 oktyabr tarixində  “Ünlü Kırım Tatar ədibi Çingiz Dağçı vətən torpağına tapşırıldı” (Şamil Əli, 2011:7), 2011-ci il 22 oktyabrdaOralarda kimlər var”, “Çingiz Dağçı” (Abdin Tofiq, 2011:7) və s. məqalələr çap olundu.

“Azadlıq” radiosu 2011-ci il 3 oktyabr tarixində  Yurdunu itirən adam” həyatını itirdi...” (İsmayıl Sevda, 2011, azadlıq.org), 2011-ci il 4 noyabrda Yazarklub “Rüyalarda ana ve küçük Alimcan” (http://yazarklub.org/?p=858), eyni zamanda tofigabdin.com, anl.az və s. saytlar, qəzet və jurnallar, radiolar Çingiz Dağçı haqqında geniş yazılar verdilər. Bütün bunlar azərbaycanlıların Kırım Türklərinə qarşı bitməyən sevgisini gös­tərirdi.

 

2. “Korkunç yıllar” romanındakı azərbaycanlının xa­rakterik xüsusiyyətləri

 

Çingiz Dağçı roman və xatirələrində dünyanın müxtəlif xalqlarının övladlarından soz açarkən azərbaycanlıları da unut­mamışdır. Onun ilk rastlaşdığı azərbaycanlı əsir düşərgəsində olmuşdur. Oxucunun nəzərində zülm, işgəncə və ölüm mənbəli olan faşist əsir düşərgələri eynidir. Əsirlərin hamısı da oradan qaçmağa can atırlar. Amma yazıçı nəinki ayrı-ayrı şəhər və böl­gələrdəki əsir düşərgələrininin, hətta eyni yerdə olan əsir dü­şərgələrindəki baraklar arasında fərq olduğunun oxucuya anladır. Özü də bu fərq o qədər kəskindir ki, insanlar ölümlə üzlə­şəcəkləri qorxusu altında da olsa bir barakdan o birisi baraka qaçmağa can atırlar.

İnsan dara, çətinə düşən kimi özünə bir dayaq, kömək, həmdərd axtarır. Əsir düşərgələrinə, hənsxanalara ilk düşənlər də orada valideyinlərinin, qohumlarının olmayacağını bildik­lərinə görə həmyerlilərini taplağa, onlardan məsləhət almağa, ilk anlarda onlara söğınmağa çalışır. “Korkunç yıllar” romanında əsir düşərgəsinə göndərilən Sadıq Turan qaranlır barakda həm­yerlilərini, kırımlıları səsləyir. Lakin ona kırımlılardan bir cavab gəlmir. Çox sonra “bağırma qardaş, burada Qırımlı bulamazsın” deyən bir səs eşidir. Səs sahibi onun yanına oturur və azərbay­canlı olduğunu söyləyir. (Dağçı Çingiz, 1989:190).  Özü də ac və ağır vəziyyətdə olan azərbaycanlı torbasından çörək çıxarıb ona verir. Azərbaycanlı Sadıq Turana təskinlik, öyüd verməklə yanaşı, onun daşçılarla, asfaltçılarla birlikdə işləməsinə əngəl olur. Ona “daşçı işi zordur, qardaş, dayanamazsın” deyir (Dağçı Çingiz, 1989:193). Sonra da özünün cəzalandırılması bahasına da olsa, onu mətbəxə qədər aparır, orada əsirlər arasında nüfuz sahibi olan, kırımlı İskəndərlə tanışlığına şərait yaradır. Belə­liklə, Sadıq Turanı aclıq və xəstəlikdən əziyyət çəksə də İsgən­dərin gizli yardımı ilə ölümdən qurtarır.

Sonralar mərkəzi komandanlıqda işləməyə aparılan Sadıq Turan əsir düşərgəsində su daşıyan azərbaycanlını belə təsvir edir: “Bir gün pencereden, sakalık eden(su daşıyan-Ə.Ş.) Azer­baycanlının yine su taşıdığını gördüm. Kumandanlığın yanından geçerken durdu. Sağ eli boynundaki ipte, kumandanlığın taş mer­divenlerine bakıyordu. Zavallının çok acıklı bir hali vardı! Boyu bir az uzamış gibiydi, yalınayaktı, vaktiyle güzel olan yü­zünde derin, ağır hastalık izleri görünüyordu şimdi. Yanındaki alman bir şeyler söylüyordu, o, almanı işitmiyor gibi, kuman­danlığın merdivenlerine bakmakta devam ediyordu. Sonra eğildi, kovalarını (su qablarının-Ə.Ş.) kaldırdı ve başı hala kumandan­lığa dönük, ştalağa doğru ağır ağır yürüdü. O günden sonra, ceplerimde ekmek taşıdım. Nihayet bir akşamüstü, çavuşla ahıra giderken, azerbaycanlıya aynı yolda rastladım. Gene aynı vazi­yet­teydi”. (Dağçı Çingiz, 1989:214).

“Korkunç yıllar” romanının qəhrəmanı Sadıq Turan təsvir etdiyi azərbaycanlını yaxından tanımır. Heç onun adını da bil­mir. Amma bir insan kimi darda qalmış dildaşı və dindaşına acı­yır. Özü də əsir olmasına rəğmən, ona yardım etməyə çalışır. “Ciblərində çörək gəzdirir” ki onu görəndə versin. Sadıq Turan yaxşı bilir ki, bu elədiyi yaxşılıq özü üçün pis nəticələr verə bilər. Almanlar onun yaxşılığından xəbər tutsalar, cəzalandı­rar­lar. Lakin o, cəzadan qorxsa da xeyirxahlığından əl götürmür.

Sadıq Turanda yaxşı tanımadığı, xasiyyətini bilmədiyi, dost­luq etmədiyi azərbaycanlıya qarşı içində səmimi bir sevgi və inam var. Hər dəfə görüşdükdə ona “salam, ağam” deyə mü­raciət edir. Azərbaycanlı da ona “salam, qardaşım” deyə cavab verir. Azərbaycanlı ilk görüşdən Sadıq Turana bir qardaş kimi güvənərək “Öyle bir tezkireye benim adımı da yazın, akşamüstü ekmekle bana verirsin…” deyir (Dağçı Çingiz, 1989:214).

Sadıq Turan alman qərargahında önəmli bir sima deyil. O da azərbaycanlı kimi əsirdir. Sadəcə alman dilini bildiyi üçün və yazı işlərini bacardığından almanlar gündüzlər onu qərargaha gətirib yazı işlərini gördürürlər. Bu yazı işləri arasında yerli mux­tarların alman komandirlərinə rüşvət olaraq verdikləri qida­ların əvəzinə şübhəli olaraq tutulanları buraxırlar. Azərbaycan­lının istədiyi “təzkirə” də belə bir sənəddir.

Azərbaycanlı “təzkirə” istəməklə qalmır, almanların qərar­gahında işləyən Sadiq Turanın yanında vaxtı ilə çoxunun gö­zün­də almansevər, almanlara sədaqətlə xidmət edən, əsirlər arasın­dakı qəddarlığı ilə ad çıxarmış kırımlı İsgəndərin əsir düşərgə­sindən qaçmasını alqışlayaraq deyir: “İskender kaçtı … Ahbap­ları olan polislerin yardımıyla kaçtı. Çok zalimdi, ama yiğitliğine yiğitti hani…” (Dağçı Çingiz, 1989:214). İsgəndər zalım kimi görsənib istədiyinə nail olmasını, əsir düşərgəsindən qaçmasını azərbaycanlı “igidlərin igidi” deyə qiymətləndirir.

Sadıq nikbin, xoş xasiyyət olmaqla yanaşı, həm də səmi­midir. Azərbaycanlının “təzkirə” istəməsindən çox qorxur: “Böy­le şaka yapma, ağam, korkuttun beni” deyir. (Dağçı Çingiz, 1989:215).

Azərbaycanlı Sadıq Turanın çox qorxduğunu görüb ona deyir: “Korkma, bir daha demem… Miras istemedim ya… Bir kağıt parçası… İsteyenin bir, vermeyenin iki yüzü kara- derler. Senin için şaka olan, benim için hayat veya ölümdür, bunu bil yalnız”. (Dağçı Çingiz, 1989:216).

Sadıq Turan da azərbaycanlı da yaxşı bilirlər ki, “bir kağıt parçası” adlanan “təzkirə” azadlığa gedən yolun başlanğıcıdır. Lakin bu yol çox, həm də olduqca təhlükəlidir. “Təzkirə” ələ keçərsə, almanlar hər ikisini işkəncə ilə öldürə bilər. Əsirlikdə olduğu günlərdə gördüyü işkəncələr onu qorxudur. O, içindəki tərəddüdləri belə təsvir edir: “Ne yapsın biçare, canını kurtar­maya çalışıyordu. Buna darılma olmazdı! Ama şimdiden sonra kendimi azərbaycanlıdan uzak tutmak en ihtiyatlı hareket ola­caktı. Evet, kararımı vermiştim. Azərbaycanlıdan uzak duracak­tım. Harp bitinceye kadar Şiltis’in odasında selamette yaşamak istiyordum. Harp çok uzun sürmezdi, biterdi ve her şey unutu­lurdu”. (Dağçı Çingiz, 1989:217). Hər şey onun düşündüyü ki­mi olmur. Nə savaş tez bitir, nə də olanlar qısa müddətdə unudu­lur.

Azərbaycanlıdan uzaq durmağa qərar verən, rahat yaşa­maq, sağ qalmaq istəyən Sadıq Turanın içindəki insansevərlik, xeyirxahlıq ona rahat yaşamağa imkan vermir. Daxilində gedən mübarizəni belə təsvir edir: “Ama, azərbaycanlı için, kalbimde yer yok derken kendi-kendimi aldatmıştım. O, aklımdan çıkmı­yordu. Daima, benimle beraberdi. Ondan kaçamıyordum. Bana çok dost gözükmeyen o insanı, niçin uzun uzadı düşünüyordum, bilmiyorum. Ben hep böyleyim galiba… Hayatta en çok sevme­diğim, korktuğum şeylerle tartışıyorum. O gün, kendimi, azər­baycanlıdan uzak tutmaya, pencereden bile bakmamaya, karar vermiştim, öyleyken, içim bir türlü rahat etmedi. Onu bulup meseleyi anlatmadan olmayacaktı”. (Dağçı Çingiz, 1989:217).

Tərəddüdlərə, qorxuya rəğmən Sadıq Turan komandan­lığın tələskənliyindən və diqqətsizliyindən yararlanaraq ilk für­sətdə azərbaycanlının da adına “təzkirə” yaza bilir. Koman­dir­lərin, alman əsgərlərinin Sadıq Turana alçaldıcı, şübhəli nəzər­lərlə baxdığı bir vaxtda onun “təzkirə” imzalatmasını böyük cə­sarət kimi dəyərləndirə bilərik. Alman əsgərinin ona qarşı müna­sibətini Sadıq Turan belə təsvir edir: “Pencereye yakın bir yer­deki masanın başında bir asker daha vardı. Kumandanlığa geleli iki gün oluyordu. Benim gibi bir esir parçasının almanlarla aynı odada oturmasına kızar görünüyordu, yanımdan, yüzüme hain hain ve yüksekten bakarak geçiyordu”. (Dağçı Çingiz, 1989:­221).

Sadıq Turanın azərbaycanlını azadlığa qovuşdura bilməsi üçün verdiyi “təzkirə” ələ keçir. Almanlar “təzkirə”ni necə əldə etdiyini öyrənmək üçün azərbaycanlıya işkəncə verdiklərində Sadıq Turan öz sonunun yaxınlaşdığını düşünür. Gördüklərini və düşündüklərini belə təsvir edir: “İki almanın arasında gövdesi çırılçıplak, beyaz yüzünde kanları kırmızı kırmızı akarak, ama dimdik başı, korkunç bakışlarıyla azərbaycanlı girdi. Almanlar­dan biri, yüzbaşı Buhun (qərargah rəisinin-Ə.Ş.) karşısında sert bir selam verdi, sonra uzun uzadı anlatmaya başladı. Azər­baycanlı, hiçbir tehlike görmüyormuş gibi iri gözlerini daha da açmıştı, odanın tavanına bakıyordu. Bana bile çevirmiyordu ba­şını. Kalbini, sanki zincirlere bağlayıp hayattan, insanlardan ay­rıl­mıştı. Ben, ondan çok kendimi düşünüyordum. Bana değil, ona ne olacaksa tez olup bitsin istiyordum. Kendi selametim için titriyordum yalnız. Kendi selametim için onun kanlı, çıplak göv­desine bakmıyor, bakmaktan korkuyordum”. (Dağçı Çingiz, 1989:222).

Azərbaycanlı verilən işkəncələrə mətanətlə dözməklə ya­na­şı, ölüm ayağında belə Sadıq Turana təskinlik verir. “Bakış­larıyla, korkma gardaş” deyə bilir. “İki alman arasında kahraman gibi duran” azərbaycanlının iradəsini qırmaq, dilini açmaq üçün ona verilən işkəncəni Sadıq Turan belə təsvir edir: “Almanlar, azərbaycanlının omuzlarından tuttular… Azərbaycanlı hala o korkusuz bakışlarla bakıyordu. Askerlerin biri masaya çıkıp bileklerinden (azərbaycanlının-Ə.Ş.) bağlanmış iplerin ucunu tavandaki halkalara geçirdikleri vakit, maksatlarını anladım. Domuz yüzlü alman, azərbaycanlının yanında, onun imanla dolu gözlerine bakarak, elindeki anahtarları sallıyordu. Onun sessiz, soğukkanlı duruşuna içerliyordu galiba, sövüyor, masada halka­lara ipleri geçiren almana bağırıyordu. İplerle azərbaycan­lıyı oda­nın orta yerine çektiler. O, daha hık demiyordu. Ben tit­riyordum. Ayağa kalkıp kapıya doğru yürüdüm. Şimdi, domuz yüzlü alman kudurmuş gibi haykırıyor, elindeki anahtarlarla azərbaycanlının kafasına, yüzüne vuruyordu. Uzun, beyaz yüzü boşlukta sallanıyor, başı arkaya sarkmış, kafasından, omuzların­dan aşağı kanlar sızıyordu. Bayılacak gibi oluyordum…” (Dağçı Çingiz, 1989:223).

Verilən işkəncələrə rəğmən, azərbaycanlıdan heç nə öyrə­nə bilməyən almanlar onu öldürməyə apardılar. Azərbaycanlı ağır işkəncələrdən sonra ölümə gedərkən də qürurunu sındırmır. Sadıq Turan onun ölümə getməsini belə dəyərləndirir: “Milleti­min evlatlarının böyle gurur ve iftiharla ölüme gidişini ilk defa olarak görüyordum”. (Dağçı Çingiz, 1989:223).

Bu cümleden de aydın görünür ki, Çingiz Dağçının millət anlayışı ilə bizim çoxlarımızın millet anlayışı fərqlidir. Biz azər­baycanlını bir millət, kırım tatarını başka bir millet biliriksə, Çingiz Dağçı onların ikisini də, hatta bütün türküstanlıları da öz millətindən saymaqdadır. Bu səbəblə də əsərində qırğızlardan da, özbəklərdən də, qazaxlardan da ilhamla söz açır.

Çingiz Dağçının şəhid kimi təsvir etdiyi azərbaycanlını qəddarlıqla öldürən alman əsgərlərini isə belə təsvir edir: “Öl­dürdüler… Almanlar, kolları dirseklerine kadar kan içinde dön­düler”. (Dağçı Çingiz, 1989:223).

Gündə onlarla insanın ölümünə şahid olan Sadıq Turan, azərbaycanlının öldürülməsini belə təsvir edir: “Bundan sonra, hayattan, ölümden, insanlardan korkmayacağıma yemin ettim”. (Dağçı Çingiz, 1989:223).

İstər əsirlik zamanında, istərsə də əsirlikdən sonra azərbay­canlının ölümünü unutmayan Çingiz Dağçı onun cəsarətindən ruhlanır, ağır günlərdə onu düşünür, onu özünə örnək alır.         

 

 3. Çingiz Dağçının “Korkunç Yıllar” romanında milli məsələyə baxış

 

Çingiz Dağçı bütün varlığıyla millətçi bir yazıçıdır. Lakin onun milliyyətçiliyi bu gün  “milliyyətçilik” termininə verilən izahdan fərqlidir. Bu gün “milliyyətçilik” terminiylə “şövinizm” termini arasındaki sərhəddi müəyyənləşdirmək çox çətindir. Çingiz Dağçının milliyətçiliyində başqa xalqları əzmək, məhv etmək, onları alçaltmaq və ya kölə halına gətirmək məqsədi yoxdur. Onun milliyyətçiliyinin arxasında əzilənlərin, haqsızlığa uğrayanların müdafiəsi vardır. Onun milliyyətçiliyi xalqını işğal­çılara, zalımlara qarşı mübarizəyə səsləməkdir. Düşündüklərini də ədəbi xırdalıqlarla, inandırıcı bir dil ilə oxucuya ötürür.

Yazara görə, ana dili, milli dəyərlər bütün qanunlardan, qaydalardan və qadağalardan daha yüksəkdədir. Milli dəyərlərə arxalanmayan qanun və qaydalar çürüməyə məhkumdur. Bunu kiçik bir hadisənin təsviri ilə anlada bilir.

1938-ci ilin qışında Odessada orta hərbi məktəbdə oxu­mağa başlayan Sadıq Turanı və yoldaşlarını Rumıniya sərhədinə yaxın bir yerə aparırlar. Bu o zaman idi ki, SSRİ Qərbi Ukrayna və Qərbi Belarusiyanı işğal etmək üçün faşist Almaniyası ilə gizli görüşlər keçirərək dünyanı yenidən bölüşdürməyə başlama­ğa can atırdı. 

Sadıq Turan üç ay sərhəd bölgəsində qaldıqdan sonra ye­nidən Odessaya dönür. 1940-cı il 9 avqust tarixində imtahan ve­rərək leytenant rütbəsi alır. “Bir hafta dinlendikten sonra 57. tümenden 94. taburun ikinci bölük kumandanlığına tayin edilen” Sadıq Turanı və “ayni taburun üçüncü bölük kumandanlığına getirilen arkadaşı Süleyman Azizin” arasında tez-tez maraqlı söh­bətlər, fikir mubadilələri olur. (Dağçı Çingiz, 1989:38)  1941-ci ilin yazında Akkerman yaxınlığındakı bir düşərgəyə gə­tirirlər.

SSRİ Almaniya ilə gizli anlaşma əsasında yeni torpaqlar işğal etsə də, qazandıqlarından nə o razı qalır, nə də Almaniya. Ona görə də hər ikisi sürətlə silahlanır, sərhəd xəttinə ordu toplayır, savaşa hazırlaşırlar. Savaşa təkcə hərbi texnika, ordu gətirməklə hazırlaşmırlar. Əsgər və zabitlər arasında ciddi ide­oloji iş aparılır, rus olmayanlara nəzarəti artırırlar.

Sadıq Turan bu olayı belə xatırlayır: “Birkaç azərbaycanlı, birkaç kırgız, tatar bir araya geldiğimiz zamanlar aramıza soku­lup gülümseyerek ne konuştuğumuzu, neden bahsettiğimizi so­rar­dı. Her türlü bahanelerle yalnız rusça konuştururdu bizi. Ba­zen güya şaka niyetiyle, yurttan gelen mektuplarımızın nasıl ya­zıldığına bakmak isterdi”. (Dağçı Çingiz, 1989:38).

Belə gərgin günlərdə iki dost, Süleyman Əzizlə Sadıq Tu­ran ana dili, milli məsələ movzusunda mübahisə edirlər. Süley­mana görə işğalçılar xalqların və millətlərin beyinlərini yuyub, onları manqurta, öz əmirlərini yerinə yetirən qullara çeviriblər. Sadıq Turan isə belə düşünmür. Onun fikrincə ana dilinin şirin­liyi, milli dəyərlər işğalçıların yüzillər boyu apardıqları təbli­ğat­dan da, onların qoyduqları qanundan da üstündür.

Süleyman Əziz fikirlərini isbatlamaq üçün onun bölü­yün­də olan Kərimi belə təsvir edir: “Bunu cahil bir köylüye anlata bilirmisin? Geçen hafta benim bölüğe bir er verdiler. Dördü kırgız, biri bizim vatandaş, adı Kerim. Üsküt köylüsü. Finlan­diya savaşında bacağından yaralanmış. Ordu disiplini iliklerine işlemiş… Bu akşam, tankların bulunduğu meydanda nöbet tu­tuyor. Herif karacahil, öldür derlerse öldürürüm, yak derlerse ya­karım diyor. Ben politikadan anlamam, yazı bilmem, ama göğ­süme bak, diyor, iki madalya kazandım, biri Kızıl bayrak, o biri Kızıl yıldız, diyor. Bu gibi şeyleri ona nasıl anlatırsın? Gazeteler Rusça mı çıkıyor, Tatarca mı, onun için hepsi bir. Dilin önemi yok onun için. O yalnız emir bilir. Emiri ise biz değil Ruslar ve­riyorlar”. (Dağçı Çingiz, 1989:38).

Sadıq Turan Süleyman Əzizin düşündüklərinin yanlışlı­ğı­nı, milli dəyərlərin əmr və qanunlardan ali olduğunu isbatlamaq üçün gecə olunca Kərimin qoruduğu tankların yanına gedəcəyini bildirir. Süleyman Əziz nə qədər çalışsa da, bu gedişin onun ölümü ilə nəticələnəcə biləcəyini anladsa da Sadıq Turan fik­rindən dönmür. Süleyman Əziz dostunun öldürüləcəyindən qor­xaraq ona hərbi sirr olan parolu deyir. Sadıq Turan isə inadından dönmür. Süleyman Əziz də gecənin qaranlığında onun arxasınca gəlir. Kərim qaranlıqda kiminsə yaxınlaşdığını hiss edərək onu dayandırmağa çalışır. Parolu soruşur. Sadıq Turan isə parol ye­rinə ana dilində ona müraciət edir. Bu an Kerim bütün qanunları unudaraq Sadıq Turanı səmimi qarşılayır və deyir: “Bereket ver­sin Tatarca cevap verdin, teğmen arkadaş. Vallah az kala ateş ede­cektim.”  Süleyman Əziz gəlib Kərimə acıqlandığında o ko­man­dirinə belə cavab verir: “Müslümanca konuştu Süleyman ağa. Ateş edemezdim ya!” (Dağçı Çingiz, 1989:49).

Bu kiçik hadisə bir çox məsələlərə açıqlıq gətirməkdədir.

Sadıq Turan hayatının bir anını belə təsvir edir: “Uzak­lardan kulaklarıma iniltili bir ses geliyor. Durup dinliyorum. Birçok fısıltı ve sesler içinden, neden bilmem, o ses bana, beni çağırıyor gibi geliyor”. (Dağçı Çingiz, 1989:85). Səs sahibini tapır. Bu ağır yaralı, ölüm ayağında olan bir Kazan katarının səsidir. O, Sadıq Turana sanki son nəfəsində vəsiyyət edir: “Harp etme… Bu zalim millet uğrunda kan dökme gar­daş… Kazanda okudum, doktor oldum… 1935’te beni, canımdan çox sevdiğim çocuklarımdan ve karımdan ayırıp götürdüler…Hapse attılar… Niçin? Bilmiyorum. Altı yıl, G.P.U. zindanlarında çü­rüdüm. İki ay önce hapishaneden alıp buraya getirdiler. İki Al­man kurşunu karnımı deldi…Biliyorum, doktor fayda etmez gardaş, Dinle beni!.. Sen harp etme…”(Dağçı Çingiz, 1989:87).

Sadıq Turan cəbhədə görüşdüyü qırğız Kılıçbaydan da, güllə yağışı altında komandirlərindən, ruslardan gizli, soydaş­larını ətrafına toplayaraq namaz qıldıran “Buharalı uzun boylu” özbək ləhcəsindən danışan, soydaşlarını Osmanı, Cevdəti, Xəlili ətrafına toplayaraq onları qoruyan, sərt xarakterli Mustafa Ağa­dan da, Berlindən gəlib əsir düşərgəsindəki tatar, qırğız, özbək, türkmən və b. türküstanlı adı altında birləşdirib kommunizmə qarşı döyüşəcək ordu yaratmaq istəyən Tokay bəyin də, onunla eyni dili danışan, ama başqa dini inancda olan karaimin də  haqqında böyük sevgiylə yazır.

 

4.Çingi Dağçıda insan sevgisi

 

“Korkunç yıllar” romanı Sadıq Turan və Çingizin dialoqu ilə başlayır. Romanda olayların davamı, Sadıq Turanın adından verilən xatirələr Çingiz Dağçının yaşadığı olaylardır. Çingiz Dağçı, Sadıq Turanı bir türk sevdalısı, necə deyərlər, İsmayıl bəy Qaspıralı düşüncələrinin daşıyıcısı kimi verir. Sadıq Turanın dilindən yazır: “…kampın  en kenarında yüksek dağ eteğindeki üç barakada, üç Türk bayrağı! Evet, Türk bayrağı!!! Bütün bay­raklardan yüksekte, bütün bayraklardan şanlı, bütün bayrak­lar­dan güzel üç bayrak!.. Türk bayrakları beni şaşırtmıştı. Evet, Türkler! Ama nasıl? Nereden? Hemen bayraklara koşmuştum, heyecan içinde Türk araştırıyordum. Üç baraka da ağızlarına kadar Türk doluydu. Genç, ihtiyar, çocuk, kadın, hepsi Türk, bizim Türkler, Kırımlılar..”  

Soydaşlarını canı qəlbdən sevən, türklüyü ilə qürur duyan yazıçı, işğalçı Rusiyanın, Sovetlərin təmsilçisi kimi təsvir etdiyi komissar Şişkovu belə dar ayaqda, əsir düşərgəsində almanlar komissarları güllələyəndə satmır. Yəni Şişkovun onun komissarı olduğunu almanlara demir. Bu yaxşılığın müqabilində belə Şişkov ona güzəştə getmir. İtalyadakı düşərgədə belə onu və əsir düşənləri addım addım təqib edir, onlar haqqında Sovet nüma­yəndəliyinə xəbər verməklə kifayətlənmir, “arzuolunmaz” saydı­ğı insanların oğurlanıb Sovet düşərgələrinə aparılmasını təşkil edir.  Sadıq Turanın Şişkovun da, “Onlar da insandı” romanın­da Kırım kimi cənnətə gəldikdən sonra yerli əhalisindən gör­dükləri xeyrxahlığın qarşısında onların evlərinə sahiblənən, on­ların həbs edilməsinə, sürgün olunmasına və güllələnməsinə ça­lışan Kala Mala ve İvanların da haqqında qəddarlıqla, nifrətlə da­nışmır. Sadəcə onların əməllərini təsvir etməklə mühakimə yürütməyi oxucunun öz ixtiyarına buraxır. (Dağçı Çingiz, 1990). Hətta milləti və özü ruslardan bu qədər pislik görməsinə bax­mayaraq Sadıq Turan cəbhədə ağır yaralı olan qus Qrişanı çöldə qalıb ölməyə və ya alman əsirliyinə düşməyə qoymur. Onu kü­rəyində hərbi xəstəxanaya qədər gətirir.

Kala Mala və İvan dövlətin yeritdiyi yanlış siyasət nəti­cəsində doğma yurdlarından qaçqın düşsələr də, Rusiyanın işğal­çılıq siyasətinə xidmət edirlər. Onlar Kırımın cənnət guşəsini, bağlarını, tarlalarını dağıtmağı, “Müslümanların atını, ineğini, ko­yunlarını, keçilerini satarak on tane, elli tane domuz almayı” planlayırlar. (Dağçı Çingiz, 1990:82).

Çingiz Dağçı soydaşlarının əsarətə düşməsini və qurtuluş yolunu belə təsvir tedir: “Tatar milletini, tarihin her döneminde, tek bir vücut halinde yaşamış görüyorum. Bundan dolayı, gelecekte, benim milletim ya kuvvetli, sağlam ve büyük olarak yaşayacak, ya da bütün mahvolacak diye düşünüyorum”. (Dağçı Çingiz, 1989:139).

  

Sonuç

 

Yazıçıların yaradıcılıq “laborotoriyaları” olduqca fərqlidir. Bəzi yazıçılar ümumbəşəri problemləri bir kəndin, kiçik bir bölgənin timsalında təsvir edirsə,  bəzilərinin də əsərlərində təs­vir olunan coğrafiya çox geniş olur. Təsvir olunan coğra­fi­yanın böyük və ya kiçik olması əsərin ədəbi dəyərinə təsir etmir. Əsəri yazıçının qələmə aldığı mövzunu necə işləməsi müəyyən­ləşdirir.

Çingiz Dağçı əsərlərinin coğrafiyası çox genişdir. Onun əsərlərində Kırımdan, Ukraynadan, Rusiyadan, Polşadan, İtaliya­dan, Almaniyadan, Güney Amerikanın Argentina və Uruqvay məmləkətlərindən bəhs edilir.

Yazıçı Kırımın kiçik Qızıldaş kəndində anadan olsa da,  əsərlərində Avropa, Asiya, Afrika, Amerika qitələrindəki hadisə­ləri sanki görmüş və o yerləri yaxşı tanıyırmış kimi təsvir edir. Bir insan doğulduğu, böyüdüyü, yaşadığı kəndi necə tanıyırsa, Çingiz Dağçı da dünyanı elə tanımaqdadır. Bu səbəbdən dün­yada baş verənləri Qızıldaşda şahidi olduğu olaylar qədər sə­mimi və inandırıcı bir üslubla oxucusuna çatdırır. Onun təsvir etdiyi coğrafiya geniş olduğu qədər əsərlərindəki millətlərin sayı da çoxdur. O millətlərin nümayəndələri arasında Kırımda yaşa­yan tatarlar, karaimlər, kırımcaklarla birlikdə, ruslar, azərbay­can­lılar, özbəklər, qırğızlar, ukraynalılar, almanlar, ingi­lis­lər, ital­yanlar və s. xalqların övladları da var. Bu insanların hər bi­rinin şəxsi xüsusiyyətləri və milli xarakterini oxucuya çatdır­maq üçün Çingiz Dağçı sözün gücündən bacarıqla istifadə et­mişdir.

 

 

Qaynaqlar

 

1. Abdin Tofiq. (2011). “Oralarda kimlər var: Çingiz Dağçı”, “525-ci qəzet”,  22 oktyabr, sayı 194 (3510), səh. 7.

2. Dağçı Çingiz. (1989). Korkunç yıllar, 16. Basım, Ötüken neşriyatı.

3. Dağçı Çingiz. (1990). Onlar da insandı, 15. Basım, Ötüken neşriyatı.

4. Şamil Ali. (2012). Kırım sevgisi, QCİ “Qırımdevoquv­ped­neşir” nəşriyyatı, Simferopol.

5. Şamil Əli. (2011). Gözlənilən ölümün acısı vəya Cingiz Dağçı dünyadan köçdü, “525-ci qəzet”, 28 sentyabr, sayı 176 (3492), səh. 7.

6. http://old.525.az/view.php?lang=az&menu=7&id=33721&type=1

7. http://www.anl.az/down/meqale/525/2011/sentyabr/201470.htm

8. Şamil Əli. (2011). Görkəmli kırım tatar ədibi Çingiz Dağçı vətən torpağına tapşırıldı, “525-ci qezet”,  4 okyabr, sayı 180 (3496), səh. 7.

9. http://old.525.az/view.php?lang=az&menu=6&id=33987&type=1

10.    Röyalarda ana ve kiçik Elimcan, http://yazar­klub.org/­?p=858,

11.    Karatay Zefer. Karatay Neşe Sarısoy. “Cengiz Dağcı” sənədli film, http://www.youtube.com/watch?v=HHErGA1R5qo

12.     İsmayıllı Sevda “Yurdunu itirən adam» həyatını da itir­di...”, “Azadlıq” radiosu, “İz” proqramı, http://www.azadliq­radiosu.­az/content/article/24347491.html

 

Ali Shamil Huseynoglu

 

Azerbaijanian image in the novel 

“Terrible years” of Chingiz Dagchi

 

Summary

 

This article was dedicated to literary analysis  of  the  novel named “Terrible years” by the famous writer, Chingiz Dagchi. Though Chingiz Dagchi lived all his life in England, the subjects of his major novels is Crime life. The main ideas in his novels are considered universal themes. The work “Terrible years” is about an unjust power (perhaps the Soviet regime), not in Crime. The  novel concludes with the idea that, who dies the sake of faith they are alive forever.

 

Key words: Emigration literature, Chingiz Dagchi, novel, literary analys

 

Cap olundu: Çingiz Dağçının “Korkunç yıllar” romanında azerbaycanlı obrazı, Müasir ədəbiyyat məsələləri(Mühacirət ədəbiyyatı araşdırmaları), 4-cü kitab, “Elm və təhsil” nəşriyyatı, Bakı, 2016-cı il, səh.152-170.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol