Əli Şamil Hüseyin oğlu
Bakı-Azərbaycan
QARABAŞLARDAN (SUMER) QARAPAPAQLARADƏK(TÜRK)
İLBAŞI BAYRAMI
Özet: Azərbaycanda yeni il astronomik təqvimlə geçə ilə gündüzün bərabərləşdiyi yaz bərabərliyi deyilən vaxtda qeyd edilib. Rusiya Qafqazı işğal edəndən sonra Azərbaysanda rəsmi təqvim dəyişdi. Lakin xalq hökümətə boyun əysə də, adət-ənənəsindən də əl götürmədi.Yasaqlara baxmayaraq evlərdə hər il Novruz bayramı təntənə ilə qeyd edilirdi.
Sovetlər Birliyinin çöküşündən sonra Azərbaycanda, Qazaxıstanda,Qırğızıstanda, Özbəkistanda, Türkmənistanda, Tacikistanda Novruz bayrmı dövlət səviyyəsində rəsmi qeyd edilməyə başlandı. Türkiyədə, Kuzey Kıbrısda, eləcə də Rusiya Fedarasiyasına daxil olan Tatarıstanda, Başkırdıstanda və başqa türk bölgələrində də Novruz bayramı öz yaşamını bərpa elədi.Bu mövzuda araşdırmaların, elmi konfransların da sayı artdı.
Qaynaqlarda şumerlər, sumerlər, qarabaşlar və s. adlanan xalqın yeni ili qeyd etməsilə Azərbayçanlıların bayram mərasimləri arasındakı oxşarlıq diqqətimizi çəkdi. Soykökümüzdə iştirak etmiş, Türküstandan, indiki Rusiya Federasiyasının güneyindən ta Tirkiyə və İranadək yayılmış Qarapapaqlarla sumerlərin yeni ili qeyd edilməsinin oxşarlıqlarını araştırdıq.
Anaxtar kəlimələr: sumer, şumer, qarabaş,q rapapaq, türklər, qıpçaklar, yılbaşı, Novruz bayramı.
Giriş
Sovetlər Birliyinin çöküşü milli şüurun oyanmasına, insanlarda milli özünüdərkə münbit şərait yaratdı. Peşəkarlar da, həvəskərlar da coşğun bir sevgiylə mənsub olduqları xalqların tarixini, ədəbiyyatını, mədəniyyətini araşdırmağa başladılar. Onlar yadelli ağlalığın uzun illər bu sahədə yaratdığı boşluğu sanki doldurmağa girişmişdilər.
1985-1989-cu illərdə istər tarixdən, istərsə törələrdən bəhs edən yazılarda bir ehtiyatlılıq vardı. Bunu Novruz bayramı ilə bağlı çap olunmuş onlarla məqalədə də aydınca görmək olar. Yazılarda əsas diqqət Novruz bayramının İslam dini ilə heç bir bağlılığı olmadığına yönəldilirdi . Bu, bir təbiət hadisəsinin - Baharın, yazın gəlişinin, təbiətin oyanmasının insanlar tərəfindən qeyd edilməsidir-deyilirdi ən çox.
1990-cı illərdən sonra çap olunan məqalələrdə isə Novruz bayramı istər dini, istər mifoloji, istər etnoqrafik yöndən araşdırılır. Bir az da qətiyyətlə deyə bilərik ki, bəzi müəlliflər ifrata vararaq, elmi əsasdan uzaq təəssübkeşlikdən doğan məqalələr çap etdirdilər Novruzla bağlı.
Diqqəti çəkən cəhət budur ki, Sovetlər Birliyində yaşayan türk-müsəlman araşdırıcılar rejimin qorxusundan Novruz bayramının obyektiv öyrənilməsinə diqqət yetirə bilmirdilər. Türkiyəli araşdırıcılar üzərində bu baskı yox idi. Ancaq onlarda da bir susqunluq vardı. Türkiyədə Novruz bayramına diqqətin artması Sovetlər Birliyinin çöküşü ilə eyni vaxta düşür.
Ötən qısa müddətdə istər Türkiyədə, istərsə əski Sovetlər Birliyinin müsəlman xalqları yaşayan bütün bölgələrində onlarla elmi konfrans keçirilmiş, respublikaların əksəriyyətində Novruz bayramı rəsmi dövlət bayramı kimi qeyd edilməyə başlamışdır.
Ötən 10-12 ildə Novruz bayramı ilə bağlı çap olunan məqalələr toplansa, cildlərlə kitab alınar. Son zamanlar çap olunan araşdırmalarda Novruz bayramının təsviri və mifoloji köklərinə diqqət yetirilməsi önə çəkilir. Bəzi oxuculara elə gəlir ki, Novruz bayramı ilə bağlı hər bir məsələ öyrənilib, araşdırılıb.
Problemə müxtəlif yönlərdən yanaşanda isə hələ öyrənmədiyimiz çoxlu məsələlər ortaya çıxır. Hər bir xalq onunla eyni bölgədə qonşu kimi və ya qarışıq halda yaşayan xalqların dilindən, mədəniyyətindən, törəsindən nəysə alır və onlara da nəysə verir. Bu qarşılıqlı təsir dillərin, mədəniyyətlərin, ədəbiyyatların zənginləşməsinə xidmət edir.
Novruz bayramı ilə ilgili materiallar toplanıb araşdırılarkən bölgəsəlliyə daha çox diqqət yetirilir. Amma bir az diqqətli yanaşanda eyni bölgədə yaşayan, eyni millətdən olan iki qonşu kəndin sakinlərinin ləhcələrində fərqlər olduğu kimi, onların Novruz bayramını qeyd etmələrində də qabarıq görünməyən fərqlər üzə çıxır. Bu cüzi, hiss olunmaz fərqlər toplumun mənsub olduğu etnosun keçib gəldiyi ilsıraya, tarixi yola işıq salır. Məhz buna görə də Türk xalqlarının soykökündə iştirak edən etnoslardan birinin - Qarapapaqların Novruz bayramını necə qeyd etmələrinə diqqət yetirməyə çalışacağıq.
Öncə: Qarapapaqlar kimdir?
Kütləvi nəşrlərdən olan Azərbaycan Sovet Ensiklopediyasının(ASE) III cildində Qarapapaqlar haqqında yazılır: “Azərbaycanlıların etnoqrafik qrupu. Azərbaycan SSR-inin qərbində (əsasən Qazax rayonunda), qismən Gürcüstan, Ermənistan SSR-də, çox hissəsi xaricdə (Türkiyə və İranda) yaşayır. SSRİ-də yaşayan Qarapapaqlar azərbaycanlılarla qaynayıb qarışmışlar. Məişətlərindəki bəzi yerli xüsusiyyətlər tədricən aradan qalxmışdır. Qarapapaqlar Türkiyə və İrana 19 əsrin əvvəllərində köçmüşlər. Onlar əkinçilik və qismən maldarlıqla məşğul olurlar; zəngin xalq ədəbiyyatları var. Dindar Qarapapaqlar müsəlmandırlar. Azərbaycan SSR Qazax rayonundakı Qarapapaq kəndinin adı Qarapapaqlarla əlaqədardır” (ASE,1979:64).
Bu məlumatdakı Rusiya strateqlərinin əsarət altına aldıqları xalqları əritmək siyasəti üzərində geniş dayanmayacağıq. İşğal etdiyi bölgələrdəki türkləri tatar, özbək, qazax, qırğız, azərbaycanlı, kumuk və s. deyə ayırdığı halda “qarapapaqların azərbaycanlılarla qaynayıb qarışmaları, bəzi yerli xüsusiyyətlərini tədricən aradan qaldırmaları”nda bir sətiraltı təəssüf hissi gizlədilir.
Soykökümüzdə iştirak edən hər bir türk tayfasını ayrıca bir xalq kimi formalaşdırmağa çalışan Rusiya strateqləri Sovetlər Birliyi dönəmində sözdə çarizmi inkar etsələr də, əməldə həmin siyasəti davam etdirirdilər. Hətta 1926-cı ildə əhalinin siyahıya alınmasında Ermənistan SSR-də qarapapqlar ayrıca xalq kimi göstərilirdi. Onların Gürcüstanda və Azərbaycanda yaşayan soydaşları isə türk kimi təqdim edilirdi.
Soykökümüzdə iştirak edən qarabörklülər, qaraqalpaqlar, qarapapaqlar, qaragözlülər və s. tayfalar haqqında istər tarix kitablarında, istərsə də sorğu kitablarında xeyli bilgi var.(Dünya xalqları, 1998:93) Bir-birindən az-çox fərqli olmasına baxmayaraq, bir az diqqətli oxucu börk, papaq, qalpaq sözlərinin eyni anlam daşıdığını gördüyü kimi, bu ad altında tanınan soyun da tarixən keçdiyi yolun eyniliyini müşahidə edə bilər. Ona görə bu məsələ üzərində də geniş dayanmayacağıq.
Miladi XI yüzildən başlayaraq, Qafqazda Qıpçaqların sayı artmağa başladı. Buna təbii artım deyil, bugünkü Rusiyanın güneyində - Əski Dəşti Qıpçak adlanan çöldən toplum halında dəvət edilmələr səbəb oldu. Oğuzların yürüşləri qarşısında tab gətirə bilməyən gürcü çarları onlara qarşı döyüşmək üçün onların soydaşlarını dəvət etdilər. Beləliklə, yeni gələn nəsil burada zəifləuən, əriməyə doğru gedən türklərlə birləşərək güclü hərbi qüvvəyə çevrildilər və Oğuzlarla uzun müddət savaşdılar.
Dəşti-Qıpçaqdan dəvət edilən qıpçaqlar bir neçə tayfadan ibarət idi. Bu tayfalar arasında Qarapapaqların nüfuzu müəyyən zaman kəsimində gah zəifləmiş, gah da güclənmişdi. 19 yüzildə Qarapapaq elinə aşağıdakı tirələr daxil edilir: Böyük Çobankərə (159 ailə, 988 nəfər), Saraşlı (90 ailə, 541 nəfər), Dəmirçilər (31 ailə, 228 nəfər), Kərimbəyli (55 ailə, 357 nəfər), Qafarlı (58 ailə, 652 nəfər), Şeyxlər (34 ailə, 232 nəfər), Qarabağlı (12 ailə, 68 nəfər), Cəfərli (16 ailə, 82 nəfər), Əli-Şərurlu (12 ailə, 75 nəfər), Gödəkli (24 ailə, 158 nəfər), Cam milli (10 ailə, 65 nəfər), Çaxırlı (57 ailə, 308 nəfər), Kərkibaşlı (13 ailə, 72 nəfər) (Şopen,1852:136). XVII yüzilin sonlarında Səfəvilər Qafqazda mövqelərini gücləndirmək və Osmanlı dövlətini bölgədə sıxışdırmaq üçün Həmədan ətrafından Qarapapaqların bəzi tirələrini Qafqaza köçürmüşdülər.
Beləliklə, XI yüzildən başlayaraq indiki Ermənistan Cümhuriyyətinin ərazisində, Gürcüstan Cümhuriyyətinin doğusunda, Azərbaycan Cümhuriyyətinin batısında - yəni müəyyən bir bölgədə Qarapapaqlar toplu şəkildə yaşamışlar. Bölgədə yüz illər boyu onlara qarşı çıxacaq bir güc olmadığına görə öz soydaşları ilə savaşmalı olmuşlar.
Gündən-günə hərbi gücü artan Rusiya Qafqaza yürüş edəndə Qarapapaqlar onlara şiddətli müqavimət göstərmişdilər.
Döyüşlərdə qalib gələn(Osmanlı və Qacar dövlətlərini məğlub edən) Rusiya Qarapapaqları tam halda yüzillər boyu yaşadıqları bölgədə saxlaya bilməmişdir. Onların bir qismi döyüşə-döyüşə güneyə çəkilmiş, Osmanlı və Qacar dövlətlərinin ərazilərində məskunlaşmışlar.
Qacar xanədanının vəliəhdi Abbas Mirzə 1828-ci il Türkmənçay anlaşmasından sonra onları Sulduz mahalında (indiki Nəqədeydə) yerləşdirmişdi. Qarapapaqların Osmanlı dövləti ərazisinə köçləri isə 19 yüzilin önlərindən başlasa da, XX yüzilin 20-ci illərinədək (1948-ci ilədək davam edən tək-tək köçləri nəzərə almırıq) davam etmişdir. Çar Rusiyasının məmuru İ.Şopenin 1831-ci ildə apardığı siyahıya almada yalnız İrəvan xanlığı ərazisində Qarapapaqların sayı 8445 idisə (Ələkbərli, 2002:59), Ermənistan SSR-in 1926-cı il əhalinin siyahıyaalınmasında onların sayı 326-ya enmişdir.
Sovetlər Birliyi sərhədləriniı qapayıb, özünü dəmir halqaya saldığından Qarapapaqların da əqrabaları, soydaşları ilə əlaqəsi kəsilmişdir.Lakin onlar öz adət-ənənələrini unutmamışlar.
Hörmətli araştırıcımız Fehreddin Kırzıoğlunun qarapapaqlarla bağlı çox dəyərli əsərləri (Kırzıoğlu, 1972) olduğuna görə bu mövzuya da toxunmayacayıq. Buraya toplaşan araştırıcıların türkologiyiada böyük nüfuzlarını nəzərə alaraq, kiçicik bir məsələni onların diqqətinə çatdırmaq istəyirəm.
Sumerli şair Ludingirra nədən şikayətlənir?
Son zamanlar əski mətnlərin oxunuşu ilə ilgili dəyərli əsərlər çap olunduğundan ən tanınmış araşdırıcılarımızın, elmdə nüfuz sahiblərinin əsərlərinə də yeni baxışla yanahmanın vacib olduğunu düşünürəm. Sayın Muazzez İlmiye Cig uzun illər gil tabletləri bir yerə torlayaraq mətinləri Türkcəyə çevirib “Sumerli Ludingirra” kitabını çap etdirib. Son 6 ildə üç dəfə çap olunan kitabın üçüncü nəşrilə tanış ola bilmişik. Ludingirra ”Yaşam öyküsü”ndə özü və nəsli haqqında qədərincə bilgi verdiyindən əlavə qaynağa ehtiyac duymadıq.
Kitabdakı bəzi parçalar günümüzdə yazılanlarla uyğundur . İnanmaq olmur ki, 4000 ilə yaxın bir vaxt keçsə də adət-ənənəmizdə bu qədər oxşarlıq var.
Ludingirra kimdir və nədən narahatdır? Bu suala çavab şairin gil lövhəlr üzərində yazdığı birinci tabletdəki mətnlərdə belə təsvir olunur:
“ Ben bir Sumerli ögretmen,şair ve yazarım. Yaşım yetmiş beşi bulduğundan öğretmenliği bıraktım çoktan; fakat şairlik ve yazarlığım ölünçeye kadar sürecek herhalda.
Bu yaşamöykümü daha çok gelecek kuşaklar için yazmaya başladım.Bizim ulusumuz,dilimiz, geleneyimiz, soysal yaşantımız, sanatımız unutulyor artık.
Bu güzel ve uygar ülkemize her taraftan göz diktiler....kökü binlerce yıl önceye dayanan ulusumuz yoruldu,dayanamayacak hale geldi ve içimize yavaş yavaş sızıp bizi yeyen yabançıların kucağına bırakıverdi kendini. Onlar yönetiyor bizi şimdi....Hep korkuyorum, bir gün gelecek, adımız da uygarlığımız da unutulaçak. Biz ne yaptık, ne başardıysak hersini onlar üstlenecekler.
Bu durum beni yıllardan beri üzüyordu...
Ben bu yaşa kadar birçok olaya tanık oldum. Arşiv ve kitaplıklarda araştırma yapdım. Büyüklerimden, çevremden bilgiler topladım.” (Cig, 2000:12-13)
Ludingirranın “Yaşadığım şəhər Nippur” adlandırılan ikinci tabletdəki yazısında da diqqəti çəkən bir çox məqamlar var.O doğulduğu ölkə, yaşadığı şəhər, milliyəti və s. haqqında olduqca dəyərli bilgi verir: ”Ben tam bir Nippurluyum. Şimdi bana ”başta Sumerliyim” dedin,şimdi de “Nippurluyum” diyorsun; ne demek bu diye soruyorsunuz herhalde. Sumer benim ülkem, Nippur da doğup büyüdüyüm şeher. Hatta, babamın dedesi bile burada dogmuş ve yaşamış. Arkadan dedem ve babam da onu izlemiş. Sizin anlayacağınız, ben dördüncü kuşağam burada yaşayıram.
Bu ülkeye atalarım binlerce yıl önce göç etmişler. Nerden,neden göç ettiklerini, o zaman yazı bilmediklkrinden yazmamışlar. Fakat atadan ataya söylene söylene kulağımıza gelen bazı öyküler var. Yazımız icat edilip bir hayli gelişdikden sonra, meraklı saray yazıçıları ve arşivcileri,şu veya bu konuyu yazarken biraz değinmişler bunlara. Kuzey doğu yönündeki dağlık bir ülkeden gelmişler.
...Fakat bu yolçuluk hiç de öyle kolay olmamış.Geldikleri yer çok uzakmış; yolda aşılması pek zor dağlar varmış. Hayvanları, çoluk çocukları, çadırları ile yıllar sürmüş bu köçleri.Yollarda bazen yiyecek, bazen su bulmamışlar; çeşitli hastalıklara tutulmuşlar. Ölenler, kalanlar olmuş.
...Tanrı tarafından seçilmiş bir ulus olduğumuzdan kuşkum yok. Hatta atalarımızdan gelen bir söze göre, biz Sumerliler “yeryüzünün tuzu” imişiz” (Cig, 2000:14-15)
Qarabaşlar kimdir?
Bunu aydınlaşdırmaq üçün aşağıdakı parçalara diqqət yetirmək yetər. Ludingirra yazır: "Benim şeherim Nippuru bütün Tanrılarmızın babası və kralı olan yüce Enlil kurmuş. Biz "Karabaşlılar”ın bir kısmını buraya yerleştirmiş. Geri kalanlar da öteki Tanrılarımızın kentlerinə dağılmış. Her kentimiz bir Tanrının deneıtimi ve koruması altındadır. “Biz, karabaşlılar” deyince şaşırdınız herhalde: haklısınız kuşkusuz. Bir az garib bir ad, bir ulus için. Nereden kendimize bu adı vermişiz deye yaptığım araştırmalar və söylentilerden çıkardığım sonuca göre, atalarımın buralara göç etmədən önceki oturdukları yerlere komşu topraklarda sarı saçlı, mavi gözlü insanlar yaşayormış. Herhalde onlardan kendilerini ayırmak için bu adı koymuşlar. Sarı saçlı, mavi gözlü insan nasıl olur, bir türlü gözümde canlandıramıyorum, pek hoş olacağını da düşünmüyorum. Benim ülkemde böyle birini heç görmedim. Biz kara saçlı, kara gözlüyüz, fakat sakın derimizin de kapkara olduğunu sanmayın. Biraz buğday rengine benzer tenimiz.
Nippura değişik bir çok insan dolu. Hepsi de “Nippurluyum diye övünmek için geliyor. Çünkü Nippurlu olmak, burada yaşamak büyük bir gurur kaynağı ülkemizde. O, Sumerin başta gelen kenti, fakat onu başkent olarak düşünmeyin” (Cig,2000:15).
Qarabaşlarla qarapapaqlardakı oxşarlıqlar.
Ludingirranın “Yaşam öyküsü” tablet 3-dəki bəzi parçaları son illərdə çap olunmuş və toplanmış folklor nümunələri ilə müqayisə edək:
1.Ludingirra yazır:” Biz, karabaşlılar” deyince şaşırdınız herhalde: haklısınız kuşkusuz. Bir az garib bir ad, bir ulus için. Nereden kendimize bu adı vermişiz deye yaptığım araştırmalar və söylentilerden çıkardığım sonuca göre, atalarımın buralara göç etmədən önceki oturdukları yerlere komşu topraklarda sarı saçlı, mavi gözlü insanlar yaşayormış. ”...
Qarabaşlarla qarapapaqların oxşarlığını danmaq olmaz. Bu oxşarlıq yalnız ad oxşarlığında deyil. Ludingirranın təsvirinə gəlin diqqət yetirək: "Biz kara saçlı, kara gözlüyüz, fakat sakın derimizin de kapkara olduğunu sanmayın. Bir az buğdayı renge benzer tenimiz" yazıldığı vaxtdan min illər kesçə də, sanki bizlərin təsvirini verib. Qıpçaq kökənli saydığımız Qarapapaqlar da, qaraqalpaqlar da, qaragözlər də eyni görünüşdədir.
Şumerlərdən günümüzədək gəlib çatan barelyefləri - şəkilləri incəliyən sənətşünaslar bu qənaətdədirlər ki, onların başlarındakı-saçlarının uzantısı deyil, başlarına qoyulmuş zərif yundan toxunmuş papaqlardır. Bu fikir də onu göstərir ki, elə Qarabaşlar da, Qarapapaqlar eyni anlamdadır.
2. Ludingirra yazır:”... atalarımın buralara göç etmədən önceki oturdukları yerlere komşu topraklarda sarı saçlı, mavi gözlü insanlar yaşayormuş...”
Ludingirra sanki Şumer dövrünü - 4 min il öncəni deyil, XI yüzilin qıpçaq çölünü, orada qarapapaqlarla Slavların qonşu yaşadığı zamanı təsvir edib.
3. Ludingirra yazır:”... Bu ülkeye atalarım binlerce yıl önce göç etmişler. Nerden, neden göç ettiklerini, o zaman yazı bilmediklcrinden yazmamışlar. Fakat atadan ataya söylene söylene kulağımıza gelen bazı öyküler var. Yazımız icat edilip bir hayli gelişdikden sonra, meraklı saray yazıçıları ve arşivçileri, şu veya bu konuyu yazarken biraz değinmişler bunlara. Kuzey doğu yönündeki dağlık bir ülkeden gelmişler.”
Bu gün hansı türk toplumundakı insanı dindirsen, babalarının oraya gəlmə olduqlarını söyləyirlər.Hətta turklərin Altaydan köçdükləri haqqında elmdə özünə geniş yer tapmış nəzəriyyə də Ludinqirranın dörd min il öncə yazdıqları ilə uyğundur.
4.Ludingirra yazır:"Onlar oyun oynayıp giderken, birden bire garip giysiler içinde, bazıları maska takmış, bazıları yüzlerini, gözlerini boyamış birileri giriverdi alana hoplayıp zıplayarak, takla atarak, birbirlerinin üzerine binerek türlü maskaratlıklar yapamaya başladılar. Herkes gülmekten katılyordu". (Cig, 2000:19)
Bu günün yazılarında: “Bayram günlərində cavanların və uşaqların ən çox sevdiyi və çox yayılmış oyunlarından biri də “Kos-Kosa”dır... Bir nəfər zirək və hazırcavab oğlana tərsinə kürk geydirərlər, üzünü möhkəm-möhkəm unluyur, başına bir uzun motal papaq qoyur, ayaqlarının altına ayaq formasında ağac sarıyırlar. Boynuna zınqırov salır, paltarının altından qarnına yastıq bağlayır, bir çömçəni qırmızı bəzəyib, əlinə verir və qapı-qapı gəzdirib oynadaraq pul toplayırlar”. (Azərbaycan folklor,1968:224)
“Yaz bayramı ilə əlaqədar tamaşaya qoyulan oyunlardan biri “Kosa-gəlin” yaxud “Kosa-kosa” adlanır. Bu tamaşada aşağıdakı şəxslər iştirak edir: kosa, onun köməkçisi olan ikinci bir kosa və keçi; çox zaman isə həmin köməkçi kosanın əvəzinə səhnəyə yalançı pəhləvan çıxır. Yalançı pəhləvan sirklərdə gördüyümüz klounu xatırladır. Əsas kosa geyinib tamaşaya hazırlaşır, üzünə maska taxır, başına uzun şiş papaq qoyur, uzun ləbbadənin altından yorğan qurşaq sarıyır, zınqırovlar asır, çömçə götürür, üzünə taxdığı maskada isə kosalıq, dazlıq əlamətləri aydınca özünü göstərir.”(Babayev,1970:93)
“Kosa - Bir ənənə olaraq Kəvsəc, Novruz, Kosa-kosa mərasim şənlikləri və bir sıra el tamaşalarında iştirak edən baş surətin adı qədim şaman - qam sənəti və əski çağların inamları ilə bağlı olub qocalmış günəş tanrısının yer üzündəki əvəzini təmsil edən bu surət sonralar mərasim tamaşalarında köhnə ilə və qış fəslinin şikəst və çirkin bir obrızında təcəssüm olunurdu… onun görkəmində şaman geyiminin rəmzi əlamətləri güclü olmuş, o sifətinə yaş yumşaq ağac qabığı və ya keçədən hazırlanmış saqqallı maska taxıb başına uzun, şiş təskulah qoymuş və əyninə yoluq ağ ləbbadə geymiş, bu surətin qurşağına və boynuna kiçik zınqırovlar düzülür, belinə çömçə, süpürgə və sümük asılırdı. Rusların “koşşey” sözü bilavasitə bu deyimlə bağlıdır. Deyim bəzi qaynaqlarda kousəc, küsə, kösə kimi səslənir.
…Oyun iştirakçıları onunla birlikdə dəf çala-çala ev-ev, qapı-qapı gəzib əylənmiş, ətrafdakıları yazın gəlişi münasibətilə təbrik etimişlər. Həmən el oyunu 1917-ci ildə Bakıda ilk dəfə teatr səhnəsində oynanılmışdır.” (Aslanov,1984:110-111)
Oljas Süleymenov “ Az-ya” əsərində sumerlərin qud sözüni buynuzlu heyvan, öküz kimi mənalandırır. (Süleymenov, 1993:119). Prof.Dr.O.N.Tuna ise daha çox qaynaqlara dayanaraq sumerce gud sözünü sığır,öküz, boğa bürcü kimi izah edir. (Tuna, 1997;7) Novruz bayramında Qodu-qodu da gəzdirirlər. Bəlkə buradakı qud,gud sözu sonralar qodu şəklinə düşüb? Axı Novruz bayramı da buğa bürcundə olur. Bəlkə qud.gud şərəfinə qoşulmuş mahnılar, keçirilən mərasimlər sonralar insanların yaddaşında qudu,qodu kimi qalıb?
5. Ludingirra yazır:"Evlerde güzel yemekler pişirildi, bereket ve bolluk gelsin diye daha çok yumurta və yumurta yemekleri yapıldı. Her kes neşe içindeydi, mutlulukdan adeta uçuyordu"(Cig,2000:21).
Bu günün yazılarında:“Bayrama 15 gün qalmış yumurta döyüşdürərlər.
...İlin axır çərşənbəsində bir yerə yumurta, bir yerə cövhər, bir yerə kömür basdırar, niyyət edərlər, yumurta kömür ilə yazılsa niyyət pis, cövhər ilə yazılsa niyyət yaxşı olar. sonra bunları yerdən çıxarıb ərik ağacının dibində basdırarlar.” (Azərbaycan folklor,1968:253-254)
“Martın 21-i baca-baca günü olur. Camaat qırımzı yumurta boyayır. Kim kimin xətrini istəyir rəngbərəng yumurta, şirni-zad götürüf bayramlaşır. Uşaqlar boyunlarına torba asıf qonşuların qapılarını döyüf deyirlər: “baca-baca payımı ver.” (Azərbaycan folklor, 1968:223)
“...yumurta boyamaq və onları birbirinə tokuşturmak I Şah Abbas devrindən qalmıştır və şimdi isə İranın hər yerində bu oyunlar Novruz bayramında oynanılır. Fransalı Şarden, İran hatıraları adlı kitabında şöylə yazır ki, Novruz bayramında ən yayğın, oyunlarından birisi “yumurta dövüştürmək”dir. Bu oyunda iki kişi birer yumurta alarak, uc-uca tokuştururlar və hansının yumurtası kırılarsa, çatlarsa, o qaybetmiş sayılır. Şah Abbasın ən sevdiği oyunlardan birisi buymuş və Şardenin yazdığına göre Şah Abbas Novruz bayramlarında əmir verirmiş ki, İsfahan şeherini çılçırakla bezesinler ve özü akşam üzerine pazara çıkarmış və bir gün önceden şahın şehir gezisine çıkacağını haber verirlermiş. şahın emri ile boya çatmış, güzel gencleri mağazaların dışında tutarlarmış və Şah Abbas hər bir gəncə yetişdiğinde onunla yumurta döyüşdürürmüş. Şah Abbas hər bir gence yetişdiyinde onunla yumurta döyüşdürür və eger kaybettiyse mütlaka o gence büyük bir hediyye bağışlarmış.” (Azimi,2000:71-72)
“Kırım Türkleri arasında 12 mart gününde (köhnə təqvimlə - Ə.Ş.) “Amel” denir bu günde yumurta pişirirlir. Pişen yumurta ile bir nevi fala bakılarak, o yılın nasıl geçeceğii tayinedilmeye çalışılır. inannışa göre, yumurtanın içi kısmen boşsa veya yarımsa o yıl kıtlık olacağına inanılır. Daha sonra da “Arişke” denilen tavuk eti, tavuk suyu, patates, hamur və yumurtadan oluşan yemek hazııırlanarak yenir.” (Yıldız, 2000:366)
Gördüyümüz kimi, Novruz bayramı ərəfəsində yumurta döyüşdürmək və qatar qoymaq geniş yayılmış bir adət idi. Bu zaman çoxlu yumurta sınır. Sınmış yumurtanı isə uzun müddət saxlamaq mümkün deyildi. Məhz buna görə də yumurtadan çoxlu çeşiddə yeməklər hazırlanırdı. Məsələn, qayğanaq, ballı qayğanaq, yumurta yağa salma, çırpma, silkmə, qovurmalı çırpma, soyutma, küldə kabab və s.
Hətta baca-baca gəzənlərin ən hörmətlisinə, nişanlı oğlanlara da boyanmış yumurta hədiyyə verərdilər.
6. Ludingirra yazır: "Bu ara şunu söylemeden geçemeyeceğim, biz ozan ruhlu bir milletiz, herhalde her konuyu şiir şeklinde yazmaktan çok hoşlanıyoruz" (Cig, 2000:21).
Bu günün özündə də dünyanın əksər xalqları Türkləri şair xalq kimi tanıyır.
7. Ludingirran yazır:"...Tanrı tarafından seçilmiş bir ulus olduğumuzdan kuşkum yok. Hatta atalarımızdan gelen bir söze göre, biz Sumerliler “yeryüzünün tuzu” imişiz” (Cig, 2000:21).
Peyğəmbərimiz Məhəmməd Ə.S. haqqında hədislərdə deyilir: “Türklər sizə toxunmadıqca siz onlara toxunmayın, çünki onlar çox xeşin (tünd, döyüşkən) təbiətli millətdirlər.” Və ya başqa bir hədisdə deyilir: “Hərblər, fitnə-fəsad artdıqca Allah bu ümmətə bir ordu yollayacaqdır. Onlar ata minməkdə ərəblərdən daha üstün, silah işlətməkdə onlardan daha mahirdirlər. Allah bu dini onlar vasitəsilə təzədən yüksəldəcəkdir.” (Altaylı, 2000: 5)
Sumerlərdən günümüzədək Novruz mərasimində şamançılıq izləri
Qarapapaqların yeni ili qeyd etmələrindən aydın görünür ki, onların mərasimləri bayat, qayı, qacar, əfşar və b. boyları Novruz bayramından o qədər də fərqlənmir. Onlar da çərşənbələri qeyd edir, tonqal qalayır, su üstündən atlanır, qulaq falına çıxır və s. Bütün bu oxşarlıqları sadalayıb vaxtınızı almayacağıq. Qarapapaqlarda fərqli görünənlərə diqqəti cəlb etməyə çalışacağıq. Bunlardan birisini "külfə ilə danışmaq", o birisini isə ruhlara "quş kimi münasibət bəsləmək" adlandıracağıq.
"Çərşənbə axşamı (Qarapapaqlar yaşayan bölgələrdə bu günə "tək günü" də deyilir) qaranlıq basan kimi bir nəfər nisbətən ürəkli qadın evin təndir damına gedər, külfənin qarşısında durub deyərmiş: "Ay Bacıxanım, hacı Kərim sağ olsun, mənə qardaşımdan, atamdan bir xəbər..." Guya bu zaman külfədən səs gələrmiş. Həmin qadın niyyət edib yatarmış. Əgər yaxşı yuxu görsə, onun niyyəti qəbul edilmiş sayılarmış". (Səmimi,:3)
Burada bir məsələyə diqqət yetirək. İstər Ağbabada, istər Göyçədə, istər Nəqədeydə təndir torpağa basırılmış, yəni yerin içində olur. Külfə isə təndirdə yanmaya şərait yaradır. Yəni oranı hava ilə təmin edən bir lülədir. Sanki külfə yer altına uzanmış bir yoldur.
İnsanların niyyət edib külfəyə sözlərini deməsi onların yer altı dünyanın varlığına inancından xəbər vermirmi? zamanından qalmayıb ki?!
Axı Qamlara - Şamanlara görə ruhlar həm də yer altında yaşayırlar. Yer altında yaşayan ruhlara sözünü, səsini çatdırmaq üçün külfə, yəni təndirn lüləsi bir vasitə hesab edilmirmi?!
“Qədim türk inamında yerin bir gün yarılacağı, göyün uçacağı fikri hakimdir. ”Göy öz eksini Türkün “ocaq”, ”yuva” , ”yurd” dediyi barnağında, yəni cadırın qurğusunda tapmışdır.Çadırın qübbesinin ortasında olan ve müqeddes sayılan ocağın dumanının çıxdığı başa veya nefeslik, eyni vaxtda göyün zirvesile, yəni Tanrıyla birbaşa elaqeye de imkan yaradırdı....
Türklər kainatı silindr şəkilli və qübbəli bir xaqan otağına oxşatmışlar. Kainat Göytürk və uyğur xaqanlıqları dövründə də silindrşəkilli, qübbəli hökmdar otağına oxşadılırdı. Daha doğrusu, xaqanın əyləşdiyi otaq qübbəyə oxşadılaraq tikilirdi. Kurqanların da qübbəli şəkildə qurulması heç də təsadüfi deyil. Qıpçaqlarda kurqanların müqəddəs sayılması və onların yanında dayanıb tanrıya dua edilməsi keçmişlərdə müqəddəs hesab edilən ulu dağlarda göy tanrıya dua edib qurban kəsən, nəzir verən atalarımzın mirasınıın davamının ifadəsidir. Türk barınağı olan çadırın tavanının qübbə şəkiildə tikilib göyə oxşadılması ona ululuq sifətini qazandırmaq fikrindən bəhrələnirdi.
Qazax və qırğızlarda, eləcə də qarapapaqlarda börklərinin yuxarıya sarı uzanaraq dağ şəklini alması və nazilərək yüksəlməsi də ululamağın müsexesləməsi, özgə bir ifadədir. Hun və Göytürk dövründə görülən keçə çadırların qübbəsinin ortasında həm içəri işıq düşsün, həm də ocağın dumanı eşiyə çıxsın deyə bir deşik açıldığı bilinməkdədir. Qıpçaqların kurqanları müqəddəs dağlara oxşatmağı və kurqanın təpəsində kərpiclə çadırın tavanına oxşar qübbə yaratmaları da ululamağın özgə bir nümunəsidir. Qədim türklərə görə çadırın qübbəsiniin üstündə qoyulan baca tanrı ilə əlaqə, tanrıdan müjdə almaq vasitəs idi.” (Altaylı.:5-6)
20-ci yüzilin ikinci yarısnadək Göyçədə, Ağbabada, İğdır və başqa bölgələrdə tikilən ev damlarının da üstü çadır qübbəsi kimi olur və orada baca qoyulurdu. Novruz bayramında şal sallamaq, qurşaq atmaq, torba gəzdirmək, ifadələri ilə yanaşı, bir “baca-baca gəzmək” ifadəsi də var.Bacadan şal, torba sallayaraq pay alınır. Ev sahibi sanki şəxsi adama deyil, payı tanrıya verir.
Gördüyümüz kimi, baca göy tanrısı ilə əlaqə vasitəsi olduğu kimi, külfə də yeraltı dünya ilə əlaqə vasitəsi sayılırmış.
Başqa bir misal: - Ruhlar haqqında əksər dinlərdə geniş bilgilər var. Qarapapaqlar da 700-800 ildən bəzi İslamı qəbul etsələr də, onların Novruz bayramında ruhlara münasibəti şamançılıqdakı münasibətə oxşayır. Qarapapaqlarda Novruz bayramının axırıncı çərşənbəsində doğmalarını yoluxmağa gəlmiş ruhlar quş kimi təsəvvür edilir. Həmin axşam əsasən ölü bayramı kimi qeyd edilir. Məs: "Ölü bayramı Novruz bayramının axırıncı çərşənbəsi olur. Ölü bayramına kimi ev-eşik təmizlənir, yorğan-döşək eşiyə tökülür. Təndir damının tufarrarı xal-xal unnanır. Əvin damları hamarlanır. Bayram günü əvdə yaxcı yeməy, çörəy pişir, yeddi cür mer-meyvə alınır. Günorta kimin təzə ölüsü varsa, yığılıf qəbrinin üstə gedif ağlıyıllar. Sora əvə gəlif yaxçı yeməy verillər. Axşama yaxın pütün əvlərdə yaxçı halva çalıllar, aş pişirirlər. Bunu ona görə edirlər ki, ölülərin ruhu əvə gələndə pis oluf getməsin, şad getsin. Ölülərin ruhu axşam şər tüşməmiş gəlif gedir. Gərəy bu vaxt əvdən qoxu çıxa".
Başqa bir mətndə isə bu mərasim bir az da dəqiqləşdirilir: "Axırıncı tək günü hər evdə-ocaqda qazan asılar, ulu babalar yad edilərdi. Çünki bu gün ulu babaların ruhları bacaya dolanar, evə diqqət yetirər, evdə bu vaxt qazan asılmaması, hay-küy evin ətrafına dolanan ulu babanın ruhuna xoş gəlmədiyindən o perikir, bir də öz ocağının başına dolanmağa gəlmir." (Səmimi, :7)
Ruhun quş kimi təsvir olunması yalnız qaqapapaqlar yaşayan bölgələrdə deyil türklərin yaşadığı əksər bölgələrdə müşahidə edilir. Araşdırısı Güllü Yoloğlu yazır:”Tıva türklərinin inamına görə can(sünezin) müxtəlif quşlara...çevrilə bilir... “Məlik Məmməd” nağılı və onun aid olduğu başqa türk variantlarında da canın quşa çevrilməsinin şahidi oluruq.Canın quş cildində olması inamı el bayatılarında bu gün də qalmaqdadır:
Mən aşıq yara canım,
Zay etdi yara canım.
Tutun qoyun qəfəsə,
Göndərin yara canım.
Göründüyü kimi bayatı... can üstündə olan adamın dilindən oxunur....son arzusu budur ki,o öləndən sonra çıxan canını (quşu) tutub qəfəsə qatsınlar və yarına göndərsinlər” (Yoloğlu,1999:119)
Qarapapaqlar yaşayan bəzi bölgələrdə külək çərşənbəsi adlandırılan çərşənbə axşamı aş, xəşil bişirib damın üstünə, qalaq başına qoyarlar. Quş gəlib niyyət üçün qoyulmuş aşdan, xəşildən hansı tərəfə aparsa, niyyət edən insan sevgilisini, butasını həmən tərəfdə axtarardı. (Şamil,: 3)
Qobustan qayaüstü təsvirlərində ilbaşı
Qarapapaq qarabaş paraleli bizə imkan verir ki,”Novruz bayramının farsların təsiri altında türklərin qeyd etdiyi” hökmünü verənlərə bir az diqqətli olmaları gərəkliyini xatırladaq. Belə ki, son illər Bakının 60 kilometrliyindəki Qobustan yazılı daşları araşdırıcıların diqqətini özünə çəkir. Bu qayaüstü rəsm və yazılarda baharın gəlişini əks etdirən təsvirlərin olduğunu söyləyən araşdırıcıların sayı gündən günə artır. Biz isə həmin araşdırıcılardanonlardan yalnız birini - mərhum dosent Hikmət Məmmədzadənin fikirləri ilə sizləri tanış etməklə yetərlənirik. Texnika elmləri namizədi, elektronikanın nəzəri əsaslarını öyrənən araşdırıcı Hikmət Məmmədzadə yazır: "Göründüyü kimi, Yazılıdağdakı (müəllif Qobustandakı Yazılıdağı nəzərdə tutur - Ə.Ş.) 14 nömrəli qayanın üzərində Novruzun gəlişi səhnəsi əks olunmuşdur: Günəş Qoç bürcünə daxil olur, əvvəlcə Buğa, sonra isə Maral bürcləri üfüqdən çəkilib yox olurlar. Əllərini yuxarı qaldırmış buynuzlu antroqomorf təsviri isə (II) Qoç bürcü obrazında təsvir olunan Göyün-Tanrının özüdür.
Üzünü qara rəngli Marala (12) tutan Tanrı əllərini yuxarı qaldırıb hər iki əli ilə maralı qorxudaraq, onu qovur və beləliklə yeni ilin uğurlu gəlişini təmin edir.
Göründüyü kimi, hələ I minilliyin ortalarında Yazılıdaşda Novruzun gəlişini əks etdirən insanlar Göy haqqında ətraflı astronomik bilgilərə malik olmuşlar". (Məmmədzadə, 2000:120)
Sonuc
Bütün bunlar onu göstərir ki, qarapapaqlar Novruz bayramını qeyd edərkən əski çağlardakı inanclardan bu gün də istifadə edirlər. Qamlıd inanclarının Novruzla çuğlaşması heç də təsadüfi deyil. Bu günün özündə də tuvalılar, altaylılar bizim Novruz bayramı kimi qeyd etdiyimiz bayrama "Çildayak bayramı", "Yılbaşı" ilə yanaşı, "Kamlık bayramı" da deyirlər.(Yuguseva,2000:166)
“Sümer və türk tillərinin tarihi ilgisi”ni araşdıran pofessor Osman Nedim Tuna yazır:
“Türklerin en az m. ö. 3500 lerde Türkiyenin Doğu bölgesinde bulunduğu tesbit edilmişdir...
Türk dilinin zamanımızdan 5500 yil önce müstakil ve iki kollu bir dil olaraq varlığı ispatlanmışdır. Eger doğuşdan Sümerlerle temasa geldikleri zamana kadarki çözülme hızı sabit ise, ilk türkce ve ya ana türkcenin muazzam bir zaman önce yaşamış olması gerekir. Bu sonuc benim ... ileri sürdügüm “yaşı en pinti hesaplara göre 8500-dür” (s. 52-55) ifademle karşılaştırıla bilir. Şimdi, bu rakam doğrulanmaktadır. Çünkü ana türkçeden ana doğu ve batı türkçesine kadar geçen zamanı da hesaba katasak, bu devreden zamanımıza kadar geçen 5500 yılın ikiye katılması mümkündür.
Bugün, yaşayan dünya dilleri arasında, en eski yazılı belgelere sahip olan dil, türk dilidir. Bunlar, çivi yazılı Sümerce tabletlerdeki alıntı kelimelerdir”. (Tuna,1997:49)
Tanınmış şumeroloq Osman Nedim Tunanın dil tarixi üzərində apardığı araşdırmalardan gəldiyi qənaətlə bizim etnoqrafik materiallar əsasında əldə etdiyimiz nəticələr uyğundur.
Sonuc olaraq deyə bilərik ki, dünya ilə nə qədər qaynayıb-qarışsaq da, qonşu xalqlardan nə qədər öyrənsək də, davranışımızda, danışığımızda, mərasimlərimizdə uzaq keçmişimizdən nəyisə yaşadırıq. Son yüzilliklərdə Rusyanın təhriki ilə ermənilər müsəlmanları yurd-yuvalarından bir neçə dəfə didərgin salıb, soyqırımına məruz qoysa da qarabaşlar 1988-ci ilədək indiki Ermənistan Respublikasının Kafan rayonunun Zeyvə, Baharlı, Qovuşuq və b. kəndlərində və Ə. Axundovun yazdığı kimi”Qarabaşlı qəbiləsi indiki Qarabaşlı adlı qədimdən xarabalığa çevrilmiş yerdə(indiki Qubadlı rayonunun ərazisi-Ə.Ş) yaşayırdılar. (Axundov, 2003:7). Xatirələrim.Azərbaycan Milli Ensiklopediya Nəşriyyatı, Bakı Bu kiçik, bəlkə də ilk baxışda diqqəti çəkməyən detallarda xalqımızın tarixi yoluna işıq sala biləcək, ip ucu ola biləcək izlər gizlənib.
Kaynaklar
Axundov, Ə. (2003) Xatirələrim. Azərbaycan Milli Ensiklopediya Nəşriyyatı, Bakı.
Altaylı, S. Azərbaycan Türkcəsində işlədilən bəzi deyimlərin tarihi ve sosyolji xarakteri. 2003-cü ilin yanvarın 9-11-dəBakıda kuçirilən “Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə”mövzusunda Uluslararası Folklor konfransındakı məruzəsi.
Altaylı, S. (2000) Ön söz yerinə. Əli Şamil. Tanıdığım insanlar. Bakı.
Aslanov, E. (1984) El-Oba oyunu, xalq tamaşası. “İşıq” nəşriyyatı. Bakı.
Azərbaycan folklor antologiyası. (toplayanı və tərtib edəni Əhliman Axundov). (1968) Birinci kitab. “Azərbaycan SSR EA nəşriyyatı”, Bakı.
Azərbaycan Folklor Antologiyası. Ağbaba folkloru.(toplayanı əv tərtib edəni Sücəddin Ağbabalı) (1997) III cild. Azərnəşr. Bakı.
Azərbaycan Sovet Ensiklopediyası. (1979) III cild. Bakı.
Azimi, Hekime (2000) “Novruz töreni və Azərbaycanlılar arasında icra olunması. Türk Dünyasında Novruz .(üçüncü uluslararası bilği şöleni) 18-20 mart 1999 Elazığ Atatürk Kültür Merkezi Başkanlığı. Ankara. Babayev İ. Əfəndiyev P. (1970) Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı
Dünya xalqları (Ensiklopedik məlumat kitabı) (1998) AE nəşriyyatı, Bakı.
Ələkvərli, Əziz. (2000). QərbiAzərbaycan.İkinci kitab.(Zəngibasar, Gərnibasar, Qırxbulaq mahalları) “Ağrıdag” nəşriyyatı, Bakı.
Cig, Muazzez İlmiye. (2000). Şumerli Ludingirra (Keçmişə Dönük Bilimkurgu). 3. Basım Analiz Basım Yayın Tasarım Uyğulama LTD . ŞTİ. Beyoğlu - İstanbul. Mart.
Kırzıoğlu F. (1953) Kars Tarixi, Isil Metbeesi, Istanbul
Kırzıoğlu (1992) Qipcaqlar, Turk Tarix Qurumu Yayinlari, Ankara
Kırzıoğlu (1972) Qarapapaqlar. Ərzurum.
Məmmədzadə, Hikmət. (2000) “Kitabi-Dədə Qorqud və soykökümüzün qaynaqları”. Bakı.
Tuna, Osman Nedim (1997) Sümer ve türk dillerinin tarihi ilgisi ile turk dilinin yaşı meselesi. Ankara.
Səmimini, Tacir şəxsi arxivində. Novruz mərasimləri (makina yazısı) səh. 3.
Süleymenov, Oljas. (1993) Az-ya.
Şamil, Əli. Bu rəvayətin Göyçə və Nəqedey bölgəsindən toplanmış variantları da müəllifin şəxsi arxivində var.
Şopen İ. (1852.) İstoriçeskiy pamətnik sostoəniə Armənskoy oblast (Grivanskoy qubernii) v gpoxu prisoedineniə k Rossiyskoy imperii, SPB.Azərbaycan Dömlət Nəşriyyatı,Bakı.
Yıldız, Naciye (2000)“Kırım Türklerinde Nevruz” Türk Dünyasında Novruz .(üçüncü uluslararası bilği şöleni) 18-20 mart 1999 Elazığ Atatürk Kültür Merkezi Başkanlığı. Ankara.
Yoloğlu,Güllü. (1999) Dədə Qorqud yaşı. Yeni nəşriyyat evi. Bakı.
Yuquseva, Nadya. (2000) Altay Türkmenlerinde hakaslarda cildayak. Uluslararası Novruz simpoziumu bildirileri 21-23 mart 2000, Ankara.
Ali Shamil Hussein oglu
“Famous Men of Turkic Peoples” Group Leader
Azerbaijan National Encyclopaedia
NOVRUZ HOLIDAY - FROM GARABASHS TO GARAPAPAGS
Abstract: New Year in Azerbaijan is celebrated on March 21 by the chronology of Christianity and at the time of the so-called vernal equinox when day and night are equalized by the astronomic calendar. When Russia occupied the Caucasia the calendar was officially changed in Azerbaijan. Though Azerbaijani people submitted to the government they did not break their tradition. In spite of the prohibitions The Novruz holiday was solemnly celebrated annually at every home.
When the Soviet Union fell down the Novruz holiday started to be celebrated officially in Azerbaijan, Kazakhstan, Kyrgyzstan, Uzbekistan, Turkmanistan, Tajikistan, and solemnly in Turkey, Northern Cyprus, as well as in Tataristan, Bashkirdistan and other regions of the Russian Federation. Investigations and scientific conferences increased in number.
In sources similarity between New Year celebrations of the people called shumers, sumers and garabashes, and holiday celebrations in Azerbaijan drew our attention. Garapapags taki
ng part in the genesis of Azerbaijanis and spreading from Turkistan, the south of the present Russian Federation to Turkey and Iran also investigate similarities between the New Year celebrations with shumers.
Key Words: Sumer, shumer, garabash, garapapag, the Turks, the Gipchaks, New Year’s Eve, Novruz holiday
Ali Şamil Quseyn oqlı
sotrudnik Ensiklopedii Azerbaydjana
PRAZDNIK NOVRUZ-NOVIY QOD OT KARABAŞEY(ŞUMEROV) DO KARAPAPAXOV(TÖRKOV)
Rezöme: V Azerbaydjane novıy qod po xristianskomu kalendarö otmeçaöt 21 marta, a po astronomiçeskomu v denğ vesenneqo ravnodenstviə. Posle zaxvata Rossiey Kavkaza, v Azerbaydjane kalendarğ ofiüialğno bıl izmenen. Odnako narod ne perestaval sledovatğ svoim tradiüiəm. Nesmotrə na zapretı, ejeqodno kajdaə semğə torjestvenno otmeçala prazdnik Novruz. Posle raspada Sovetskoqo Soöza, prazdnik Novruz v Azerbaydjane, Kazaxstane, Kirqizii, Uzbekistane, Turkmenistane i Tadjikistane stal otmeçatğsə ofiüialğno na qosudarstvennom urovne. Prazdnik Novruz stali torjestvenno prazdnovatğ i v Turüii i na Severnom Kipre, a takje vo vxodəhix v Rossiyskuö Fedearüiö Tatarstane, Başkirii i v druqix reqionax. Stalo rasti çislo nauçnıx konferenüiy i issledovatelğskix rabot na gtu temu. V istoçnikax naşe vnimanie privleklo sxodstvo prazdnovaniə novoqo qoda şumerami, sumerami ili qarabaşami s prazdniçnımi meropriətiəmi v Azerbaydjane. Qarapapaqi, zaselivşie territoriö ot Turkestana (öjnoy çasti nıneşney Rossiyskoy Federaüii) do Turüii i İrana, imeöhie svoe mesto v qenetike azerbaydjanüev, takje imeöt sxodstvo v prazdnovaniəx novoqo qoda s sumerami.
Klöçevıe slova: sumerı, şumerı, qarabaşi, qarapapaqi, turki, qıpçaqi, novıy qod, prazdnik Novruz.
Çap olunub: Karabaşlardan (Sumer) Karapapaklara (Türk) kadar yılbaşı bayramı. «Bilge» (Ankara) dergisi, 2004 Nevruz (Bahar), 40, səh.29-37., Karapapaklarda Nevruz şöleni. “Bilge”(Ankara) dergisi, 2007, mart, sayı 50, səh. 84-89, Qarabaşlardan(Şumer) Qarapapaqlaradək(Türk) ilbaşı bayramı. “Dədə Qorqud” jurnalı, 2009-cu il, sayı 1(30), səh. 98-111.
|