AZƏRBAYCAN QAQAUZLARI
Əli Hüseyn oğlu (Şamilov)
Azərbaycan ensiklopediyası qrup rəhbəri
Azərbaycan, Bakı.
Azərbaycan türkləri ilə qaqauzların tarixi ilişkiləri dərindən öyrənilməyib. Ümumi şəkildə hər iki xalqın soykökünün oğuzlarla bağlı olduğunu yazan araşdırıcıların sayı isə olduqca çoxdur. Oğuz kökündən gəlsədə istər Azərbaycan türklərində, istərsədə qaqauzlarda qıpçaq elementlərinin olduğu danılmaz faktdır.
Tarixin dərin qatlarına endikcə ortaqlıqlar da artır. Orta yüzilliklərdən isə ayrılmalar, uzaqlaşmalar sürətlənir. Buna baxmayaraq izlər tam itmir.
Doqquz ilə yaxın davam edən Səfəvi və Osmanlı toqquşmasından sonra 1590-cı ildə anlaşma olur. Səfəvilər Quzey Batıda Böyük bir bölgəni itirməli oldu. Osmanlı imperiyası yeni ələ keçirdiyi bölgədə vergi toplanmasını qaydaya salmaq üçün siyahıya alma keçirdi. Həmin siyahıya alma dəftərlərindən biri «İrəvan əyalətinin müfəssəl dəftəri» adlanır. İstanbulda Başbakanlıq arxivində saxlanılan bu sənədi akademik Ziya Bünyadovla tarix elmləri namizədi Hüsaməddin Məmmədov (Qaramanlı) 1996-cı ildə Bakıda «Elm» nəşriyyatında kiril əlifbasında çap etdiriblər. Bu qiymətli qaynağın 210-cu səhifəsində İrəvan əyalətinin Karni nahiyəsində Qaqauz adlı kəndin olduğu göstərilir. Sonralar həmin ərazilər Səfəvi və Osmanlı müharibələri nəticəsində əldən ələ keçir. Osmanlı imperiyası 1728-ci ildə həmin bölgəni yenidən ələ keçirdikdə vergi toplanmasını qaydaya salmaq üçün yenidən siyahıya alma keçirir. Təəssüf ki, burada Qaqauz kəndinin adı yoxdur. Sofiyada Kiril və Mefodi kitabxanasında saxlanılan «Dəftəri sicili livayi Rəvan» araşdıra bilmədiyimizdən bu qiymətli bəlgədə Qaqauz adlı kəndin və eləcə də Qaqauzlarla bağlı toponimlərin olub, olmadığını öyrənə bilmədik.
Rusiya imperiyası Birinci Pyotrun vəsiyyətlərinə sadiq qalaraq qonşu ölkələri zəiflədir və onların torpaqlarını işğal edirdi. Beləliklə 19-cu yüzilin önlərində artıq Azərbaycan türkləri də qaqauzlar da Rusiya imperiyasını ərazisinə qatılmışdılar. 150 ildən çox eyni dövlətin tərkibində olsalar da birbaşa əlaqələri demək olar ki mövcud olmamışdır. Mətbuatda, elmi ədəbiyyatda gedən kiçik qeydləri nəzərə almasaq Azərbaycan qaqauz əlaqələri 1970-ci illərdən dirçəlməyə başlamış 90-cı illərdə daha da artmışdır.
İkinci Dünya Savaşı ərəfəsində Sovetlər Birliyi Faşist Almaniyası ilə dünyanı yenidən bölüşdürmə haqqında gizli anlaşma imzaladı. Tarixə Molotov və Rodontrop anlaşması kimi daxil olmuş bu bəlgədən sonra Sovet Orduları Batı Ukraynası, Batı Belarusiya adlandırdıqları bölgələri zor gücünə işğal etdi. Bessarabiya da Sovetlər Birliyinə qatıldı . Yeni işğal olunmuş bölgələrdə şəxsi mülkiyyət mövcud idi. Sovetlər Birliyində isə 20 illik təqiblərdən .həbslərdən, sürgünlərdən , bir sözlə zorakı həyatı keçirilmiş tədbirlərdən sonra şəxsi mülkiyyət ləğv edildi. Hər yerdə sosialist təsərrüfatı qurulmuşdur.
Sovetlər Birliyi yeni işğal etdiyi bölgələrdə, eləcə də qaqauzların yaşadığı bölgədə zor gücünə sosialist təsərrüfatları. Kəndlərdə kolxozlar, sovxozlar, artellər yaratmaqla başladı. l941-ci ildə Faşist Almaniyasının Sovetlər Birliyinə hücumu Alman qoşunlarının sürətli yürüşü bu işi yarıda qoydu. 1944-cü ildə Sovet qoşunları Almanları geri oturtmağa başladı. Qaqauzlar yaşayan bölgə yenidən Sovetlər Birliyinin əlinə keçdi. Müharibə gec başa çatdığına, eləcə də yerli sakinlərin təsərrüfat sosialist quruculuğuna keçidi bir az ləngidi.
İkinci Dünya Savaşı bitdikdən sonra Sovetlər Birliyi yeni işğal etdiyi bölgələrdə sosialist təsərrufatı qurmaq üçün uzun illik təcrübəsinə əsaslanaraq öncədən müqavimət göstərə biləcək insanları güllələtdi. Beləliklə növbəti terroru həyata keçirilməli oldu. Onlarla qaqauz ailəsi bu qəddar siyasətin qurbanı oldu. Ailə başçılarını itirdilər, torpaq, mülk sahibləri güllələndi və həbs edildi. Bu azmış kimi onların ailə üzvləri də vətəndən uzaqlara sürgün edildi. Heç bir şəraiti olmayan yük vaqonlarında uzaq yola çıxmış sərnişinlərin çoxu yolda soyuqdan, acından, xəstəlikdən məhv oldu.
Sürgün olunan qaqauz ailələrindən 100-ə yaxını Azərbaycana da gətirildi. Onların çoxu Bakı şəhərinin yaxınlığındakı Maştağa qəsəbəsinin yanındakı daş karxanasının baraklarında yerləşdirildi. Yerli əhali ilə əlaqəsi əngəllənən, daimi komendant nəzarətində olan qaqauzların fiziki işə yararlıları daş karxanasında işlədilirdi.
Qaqauzlar yalnız Azərbaycanda deyil Quzey Qafqaza, Qazaxıstana, Orta Asiyaya sürgün edilmişdilər. Sosializm quruluşuna əngəl ola biləcəyi düşünülən insanların güllələnməsi, sürgün edilməsi, həbsi təsərrufatı iflic vəziyyətə salmışdır. Necə deyərlər torpağı əkməyə, yetişən məhsulu biçməyə əmək alətləri, bacarıqlı işçilər qalmamışdır. Bölgəni aclıq, səfalət, xəstəlik bürümüşdü.
Qəribəsi budur ki, sürgündəkilər qaçıb doğma vətənlərinə gələ bilmədikləri halda aclığın, yoxsulluğun əlindən qaçıb xilas olmaq istəyən qaqauzların bəziləri sürgün olunan doğmalarının, qohumlarının yanına gəlirdilər. Beləliklə, Azərbaycana qaqauzların 2-ci qrupu gəlib yerləşməyə başlamışdır. Azərbaycanda havaların xoş keçməsi, qışın o qədər də sərt keçməməsi, hətta qış aylarında belə çöldə yeməli meyvələrin olması, iş yerinin mövcudluğu onların burada qalmaqlarına və yaşamaqlarına şərait yaratmışdır.
Stalinin ölümündən sonra cəmiyyətin qüsurları tək bir adamın adına yazmaqla sosializm sisteminin ömrünü 35 ilə yaxın uzatdılar. Orta Asiyaya. Qazaxıstana elliklə sürgün olunmuş Balkanlara, Qaraçaylara Çeçenlərə, İnquşlara doğma yurdlarına qayıtmağa icazə verilirdi. Həbsdə olanlara amnistiya verilirdi. Sürgündə olan qaqauzlarda vətənlərinə dönmək icazə verilirdi. Qaqauzların vətənə dönmə vəziyyəti sürgün olunanlardan xeyli fərqli idi. Onların sürgün olunmasında soydaşlarından, əqrabalaraından belə, vasitə kimi istifadə etmişdilər. Onları sürgün etdirənlər indi geri dönməsinə, tez-tez üz üzə gəlməsinə razı ola bilməzdilər. Amma zaman öz işini görürdü.
Qısa müddətə Bakı ətrafında, Yevlaxda yaşayan qaqauzların əksəriyyəti vətəninə döndü. Ölənlərin qəbirləri qaldı, bir də Azərbaycanlılara ərə getmiş qadınlar. Qarışıq nigaha girmiş qadınların sayı 40-ı keçirdi. Stalinin ölümündən sonra rejim də xeyli yumşalmışdı. Bütün bunlara baxmayaraq qaqauzlar haqqında bilgi olduqca az idi. Ailə qurub Azərbaycanda qalan və ya müəyyən səbəbdən geri dönməyən qaqauzların əksəriyyəti savadsız olduğundan vətənlərini, millətlərini təbliğ edib tanıda bilmirdilər.
Qaqauzların Azərbaycanda tanınmasına və sevilməsinə səbəb burada qaqauzların Azərbaycana ezamiyyətə gələn qaqauz şairləri, yazıçıları, elm xadimləri bir sözlə aydınları oldu. Onların televiziya və radioda çıxışları, qəzet və jurnallara verdikləri müsahibələr Azərbaycanlılara güclü təsir göstərdi. Azərbaycan aydınları da qaqauzlar haqqında televiziya və radioda, qəzet və jurnallarda daha çox bilgi verməyə başladılar.
Azərbaycan-qaqauz ədəbi əlaqələri geniş bir mövzu olduğundan ona toxunmayacağıq. Bu mövzuda lap azacıq xidmətləri olmuş insanlara da minnətdarlığımızı bildirməklə Azərbaycan qaqauzları mövzusuna dönəcəyik.
Yeni ictimai fikir formalaşdığı dövrdə bütün Sovetlər İttifaqında olduğu kimi Azərbaycanda da məmurlar özlərində güc tapıb Moskvanın başı üstündən qaqauzların Bakının ali məktəblərində oxumaları üçün yer ayırdılar.
1988-ci ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk dili tərcüməçisi bölümünə müsabiqədən kənar 2 qaqauz tələbəsi qəbul edildi. Bununla da Azərbaycana qaqauzların yeni köçü başladı. Sonrakı illərdə Bakıya oxumağa gələn qaqauzların sayı 50-yə qədər artdı. Onlar Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alırdılar.
1993-cü ildə Azərbaycanda baş vermiş qiyam, milli demokratik hökumətin devrilməsi nəinki qaqauzların, həm də az saylı türk xalqlarının Bakıya gəlməsini əngəllədi. Qısa fasilədən sonra qaqauz gəncləri Bakıdakı polis akademiyasında oxumağa göndərildi. Bakıya ali təhsil almaqla göndərilən tələbələrin seçilməsində və onların təhsilində bir çox yanlışlığa yol verilmişdi. Bu da nəzərdə tutulan məqsədin tam həyata keçməsinə əngəl olmuşdu. Beləki Qaqauzstanda oxumağa göndərilən tələbələrin seçilməsinə demək olar diqqət yetirilməmiş, heç bir prinsip gözlənilməmişdir. Milli şüurdan uzaq, savadı və biliyi olduqca zəif olan gənclərin müsabiqədən kənar təhsilə göndərilməsi işə ziyan vurmuşdu. Onların bir çoxu qarşılarına qoyulmuş vəzifəni tam anlamamış və yalnız diplom almağa çalışmışlar.
Eləcə də Azərbaycanda da bu tələbələrə xüsusi bir proqram əsasında, keçmiş Sovet xarici tələbələri üçün hazırlanmış proqram əsasında dərs keçirilmişdi. Həmin proqram isə Sosializmin nailiyyətləri adı altında yalnız Rus mədəniyyəti, rus ədəbiyyatı təbliğ olunurdu. Belə bir proqram əsasında təhsil almış tələbələrin çoxunda milli şüur oyanmırdı. Bu da ayrıca bir mövzu olduğundan geniş şərhdən vaz keçirik.
Bakıya təhsil almağa gələn tələbə qızlardan bəziləri əfqana, fələstinliyə, ərəbə və başqa Afrikalı tələbələrə ərə getdiyi kimi az bir qismi Azərbaycanlı gənclərə ərə getdilər. Bundan başqa ali məktəbi bitirdikdən sonra vətənində münasib iş tapa bilməyəcəyini düşünüb Bakıda qalanlar da olmuşdu.
Beləliklə, Azərbaycanda qaqauz diasporunu aşağıdakı kimi qruplaşdırmaq olar.
1. 1946-cı ildə sürgünə göndərilənlərdən evlənib qalanlar.
2. Qohumlarının yanma yaşamağa və işləməyə gedənlərdən evlənib qalanlar.
3. 1988-ci-1992-ci illərdə ali məktəblərdə oxumağa göndərilənlərdən Bakıda qalanlar.
1997-ci ilin Mayın 10-da çox çətinliklə olsa Bakıda yaşayan qaqauzların cəmiyyətini yaratmaq məqsədi ilə onları bir araya gətirməyə cəhd göstərdik. Qəzetlərdə və radioda da elan verdik. Çox təəssüf ki bu toplantıya qaqauzların yarısından azı qatıldı. Rəsmi qaynaqların verdiyi bilgiyə görə hazırda Azərbaycanda 43 qaqauz yaşayır. Bakıda ali məktəbi qurtarmış qeydiyyata düşmədən burada qalan və işləyənlər bu statistikaya düşməyiblər.
Ötən iki ildə bir neçə dəfə cəhd göstərilsə də hələ də Azərbaycanda qaqauz cəmiyyəti, birliyi və ya bir ictimai - siyasi qurumu yaradılmayıb. Hansı ki, Kazan tatarlarının, Axıska türklərinin, rusların, yəhudilərin və b. xalqların cəmiyyətləri fəaliyyət göstərir.
Bakıda yaşayan və görüşüb söhbət etdiyimiz qaqauzların ana dillərini bilir və adət və ənənələrini qoruyub saxlayırlar. Son 50 ildə onların Vətənlə əlaqə saxlaya bilməsələrdə folklor nümunələrini də yaşadırlar. Qaqauz folklorçuları və etnoqrafları üçün Bakı qaqauzları öyrənilməli bir mövzudur. Bunu nəzərə alaraq Bakıda yaşayan tanıdığımız qaqauzların siyahısını məruzəyə əlavə edirik.
Qaynaqlar
1. Azərbaycan tarixi. Azərbaycan E A. Nəşriyyatı. Bakı, 1961. səh. 279-281.
2. Fərzəlibəyli Ş. F. Azərbaycan və Osmanlı İmperiyası. Bakı, 1994.
3. Алиев Ф.М. Антииранские выступление и борьба против Турецкой оккупации в Азербайджане в 1 половине 18-го века. Баку, 1975.
4. Мустафазаде Т.Т. Азербайджан и Русско-турецкие отношения в первой трети 18-го века. Баку, 1993.
5. Ефендиев О.А. Азербайджанское государство Сефевидов в 16 веке.
6. Kirzioglu Fehrettin M. Osmanlıların Kafkas ellerini fethi. (1451-1590). Ankara l993.
7. Kutukoglu B. “Osmanlı-İran siyasi munasibetleri (1578- 1612). İstanbul, 1993.
8. İstanbul , Başbakanlıq Arxivi , sayı 628, 633, 637, 681, 727, 895, 901.
9. İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri akademik Ziya Bünyadov və tarix elmləri namizədi Hüsaməddin Məmmədov (Qaramanlı) “Eim” nəşriyyatı , Bakı 1996.
10. Yenə orada, səh 171.
11. Yenə orada, səh.12-165.
6.Sofiya, NBKM OAK 155/29
7. Birinci Pyotrun vəsiyyətnaməsi, “Elturan” (milli məsələlər jurnalı) 1993, sayı 1-2(3). səh 33. Bakı
8. “Birja” qəzeti 1997-ci il 23 aprel.
9. Ofeliya Yunis qızı. Sürgün qorxusu içimizdən çıxmayıb, “525-ci qəzet”, 1997-ci il 21 may sayı 21 (150)

Azərbaycanda Respublikasında yaşayan qaqauzların siyahısı (10.V.1997-ci il)
10.
№
|
Adı
|
Atasının adı
|
Qızlıq familiyası
|
Hazırkı familiyası
|
Doğulduğu yer və il
|
Telefon nömrəsi
|
1.
|
Tudora
|
Tudorna
|
Tülü
|
Mustafayeva
|
Vulkaneş 1926
|
|
2.
|
Anna
|
Petrovna
|
Valantir
|
Abbasova
|
Vulkaneş 1926
|
|
3.
|
Mariya
|
Dmitrievna
|
Baurçulu
|
Əsgərova
|
Vulkaneş 1926
|
44 13 04
|
4.
|
Vasilisa
|
Qeorqevna
|
Rayçu
|
Vezumaeva
|
|
|
5
|
Yelena
|
İliniçna
|
Kirilova
|
Orucova
|
Vulkaneş 1956
|
75 78 84
|
6.
|
İvanka
|
Dimitirevna
|
Kirilova
|
Kamalova
|
Vulkaneş 1931
|
67 44 58
|
7.
|
Anna
|
Dimitirevna
|
Papazoğlu
|
Orucova
|
Vulkaneş 1932
|
23 26 79
|
8.
|
Aleksandra
|
Nikolaevna
|
Dimitirova
|
Ömərova
|
Vulkaneş 1928
|
|
9.
|
Mariya
|
Pavlovna
|
Topal
|
|
Vulkaneş 1930
|
|
10.
|
Mariya
|
Nikolaevna
|
Deli
|
Əliyeva
|
Dizginçili 1929
|
|
11.
|
Sanda
|
Dimitirevna
|
Dizginçili Karayeri
|
|
Vulkaneş 1930
|
76 62 27
|
12.
|
Fyodora
|
Petrovna
|
Kirioqlu
|
|
Kıpçak 1927
|
|
13.
|
İrina
|
Fyedorovna
|
Putarova
|
Qasımova
|
Bakı 1962
|
72 95 55
|
14.
|
Anastasiya
|
Petrovna
|
Arnaut
|
|
Vulkaneş 1925
|
|
15.
|
Elena
|
Nikolaevna
|
Baqayan
|
|
Vulkaneş 1937 ölüb
|
25 02 45
|
16.
|
Vasilani
|
Nikolaevna
|
Baqayan
|
Həmidova
|
Vulkaneş 1930
|
|
17.
|
Feodora
|
Qeorqevna
|
Similidi
|
İsmayılova
|
Vulkaneş 1934
|
|
18.
|
Olqa
|
Nikolaevna
|
Kaksamen
|
|
Vulkaneş 1934
|
|
19.
|
Anna
|
Nikolaevna
|
Kaksalon
|
Kərimova
|
Vulkaneş 1932
|
|
Bakıda oxuyan qaqauz tələbələrin siyahısı (Əlifba sırası ilə)
№
|
Adı
|
Atasının adı
|
familiyası
|
Doğulduğu yer və il
|
Oxuduğu universitet və illər
|
|
1
|
Afanasiy
|
Afanaseviç
|
Qermek
|
Vulkaneş
|
|
|
2
|
Aleksandra
|
|
Arnaut
|
Baurci
|
BDU-nun filologiya fakültəsi 1991-1995-ci illər
|
|
3
|
Alena
|
Fyodrovna
|
Sarandi
|
Avdarma
|
BDU-nun tarix fakültəsi 1991-1995-ci illər
|
|
4
|
Andrey
|
|
Stomatov
|
Komrat
|
BDU-nun tarix fakültəsi 1990-1991-ci illər
|
|
5
|
Anjela
|
|
|
Vulkanest
|
1990-1993-ci illər
|
|
6
|
Anna
|
Qeorqevna
|
Qarcu
|
Tomay
|
BDU-nun tarix fakültəsi1990-1995 -ci illər
|
|
7
|
Anna
|
|
Gumuslu
|
Kiriyet-Lunga
|
BDU-nun Filologiya fakültəsi 1990-1994
|
|
8
|
Anna
|
Kirilovna
|
Paşeşlyu
|
Kriet-lunqa
|
|
|
9
|
Artur
|
|
Kuroglo
|
Kisinev
|
BDU-nun Tarix fakültəsi1990-1993-cü illər
|
|
10
|
Avanasiy
|
|
|
Vulkanest
|
|
|
11
|
Ayuda
|
İliniçna
|
Sarı
|
Beşalma
|
|
|
12
|
Dina
|
|
Romanenko
|
|
M.F.Axundov
adına PDİ
|
|
13
|
Elena
|
Dimitri
|
Kısa
|
Vulkaneş
|
BDU-nun Şərqşünaslıq fakültəsi türk bölümü 1991-1995
|
|
14
|
Elena
|
|
Ratkova
|
Baurci
|
BDU-nun filologiya fakültəsi 1991-1995-ci illər
|
|
15
|
Evdakiya
|
Petrovna
|
Romanenko
|
Beşalma
|
1991-1995-ci illər
|
|
16
|
Fedora
|
İvanoviç
|
Arnaut
|
Dimitirovka
|
BDU Şərqşünqslıq fakültəsi turk bölümü 1988-1993-cü illər
|
|
17
|
Fedor
|
|
Popaz
|
Baurci
|
BDU-nun Filologiya fakültəsi 1989-1993-ci illər
|
|
18
|
Fedor
|
Afanasyeviç
|
Vlah
|
Kazayak
|
BDU-nun Filologiya fakültəsi 1989-1993-ci illər
|
|
19
|
Fyodr
|
İvanoviç
|
Konaz
|
Baurçi
|
|
|
20
|
Qeorgiy
|
Qeorqeviç
|
Tufar
|
Vulkanesti
|
BDU-nun filologiya fakültəsi 1989-1993-ci illər
|
|
21
|
Güllü-Valentina
|
İvanovna
|
Karanfil
|
Tülüköy
|
|
|
22
|
İqor
|
|
Savastin
|
Komrat
|
BDU-nun Tarix fakültəsi 1990-1993-cü illər
|
|
23
|
İrina
|
İliniçna
|
Roqova – Sarı
|
Beşalma
|
BDU-nun Tarix fakültəsi1990-1995-ci illər
|
|
24
|
İlya
|
Mixaylovic
|
Kozmalı
|
Avdarma
|
|
|
25
|
İvan
|
Petroviç
|
Zavriçko
|
|
|
|
26
|
Leonid
|
Deamidoviç
|
Qarqalik
|
Avdarma
|
BDU-nun Beynəlxalq Əlaqələr fakültəsi1991-1995-ci illər
|
|
27
|
Lubov
|
|
Kior
|
Cadir-Lunga
|
1990-1995-ci illər
|
|
28
|
Lubov
|
Popovich
|
|
Vulkanesti
|
BDU-nun filologiya fakültəsi 1989-1993-ci illər
|
|
29
|
Lyubov
|
Poneviç
|
|
Palesenine
|
|
|
30
|
Lyubov
|
Vladimirovna
|
Kara
|
Çadır- Lunqa
|
BDU-nun Hüquq fakültəsi
|
|
31
|
Ludmila
|
İliniçna
|
Sarı
|
Beşalma
|
Azərbaycan Politexnik İnstitutu 1996-2000-ci illər.
|
|
32
|
Mariya
|
|
Dmitrioglo
|
Baurci
|
BDU-nun Filologiya fakültəsi 1989-1993-cü illər
|
|
33
|
Mariya
|
İvanovna
|
Kirovic
|
Avdarma
|
BDU- nun Tarix fakültəsim 1990-ci il
|
|
34
|
Mariya
|
|
Mixailova
|
Kürdoqlu
|
BDU-nun Filologiya fakültəsi 1996-cı il
|
|
35
|
Mariya
|
|
Ostrioglo
|
Baurci
|
1991-1995-ci illər
|
|
36
|
Maya
|
Mixailova
|
Dülger
|
Kazakliya
|
BDU-nun Tarix fakültəsi1996-cı il
|
|
37
|
Mixail
|
|
Stoyanov
|
Çeşmə
|
|
|
38
|
Oleq
|
|
Kissa
|
Komrat
|
BDU-nun huquq fak 1990-1993-cü illər
|
|
39
|
Pavlik
|
|
|
Vulkanist
|
|
|
40
|
Roman
|
|
Marunevic
|
Komrat
|
BDU-nun Tarix fakültəsi1994-cü il
|
|
41
|
Sonya
|
İvanoviç
|
Kostova
|
Vulkanest
|
|
|
42
|
Svetlana
|
|
Kurdoğlu
|
|
BDU-nun Şərqşünaslıq fakültəsi 1994-cü il
|
|
43
|
Svetlana
|
|
Telpiz
|
Baurcu
|
1991-1995-ci illər
|
|
44
|
Tatyana
|
Mixailovna
|
Qaydarçı
|
Avdarma
|
1991-1995-ci illər
|
|
45
|
Valentina
|
|
Karanfil
|
Etuliya
|
1991-1995-ci illər
|
|
46
|
Valentina
|
|
Telpiz
|
Baurci
|
BDU-nun Filologiya fakültəsi 1991-1995-ci illər
|
|
47
|
Valentina
|
Petrovna
|
Stolnova-Karanfil
|
Çeşmə
|
M.F.Axundov adına Pedaqoji Dillər İnstitutu
|
|
48
|
Vanya
|
|
|
Düzgince
|
|
|
49
|
Vladimir
|
İvanoviç
|
Kiroviç
|
Avdarma
|
|
|
50
|
Volodya
|
|
Kirovic
|
Avdarma
|
1991-1995-ci illər
|
|
51
|
Yekatirina
|
|
Kirçu
|
Vulkaneş 1973
|
BDU-nun Jurnalistika 1991-1995-ci illər
|
|
52
|
Yelena
|
|
Ratkova
|
Baurçu
|
BDU-nun Şərqşünaslıq fakültəsi 1994-cü il
|
|
53
|
Zinaida
|
Qeorqevna
|
Quboqlo
|
Cadir-Lunga
|
BDU-nun Tarix fak 1990-1994-ci illər
|
|
54
|
Zinaida
|
|
Çavdar
|
Kıpçaq
|
|
|
|