AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
_____________________________________________
ƏLİ ŞAMİL
CОLAN
TÜRKMANLARI
(folklor və etnoqrafiya örnəkləri)
BAKI – 2014
Bu kitab Suriya Türkmanlarının haqları uğrunda
mübarizə aparan ərdəmli insanlara həsr edilir.
ELMİ REDAKTOR: Arif RƏHİMOĞLU
filologiya üzrə fəlsəfə doktoru
Əli Şamil (Əli Hüseyn oğlu Şamilov). Cоlan Türkmanları (folklor və etnoqrafiya örnəkləri). Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014, 154 səh.
Kitabda Suriyanın Colan bölgəsində (indi bu bölgənin çoxu İsrail işğalı altındadır) yaşayan soydaşlarımızın - Türkmanların taleyindən, onların tarixindən və adət-ənənələrindən söz açılır. Yox edilməkdə olan, ərəbləşdirilməyə məruz qalan Colan Türkmanlarının sayı bəzi qaynaqlara görə, 50-60 min arasındadır. Əslində isə bu gün Suriyada 3,5 milyon Türkman var və onların 1,5 milyonu öz ana dilində danışsa da, 2 milyonu artıq ana dilində danışmağı unutmuşdur.
Oxuculara təqdim edilən bu kitabda Suriyanın Colan, Bayır-Bucaq, Hələb və b. bölgələrində yaşayan Türkmanlardan, onların tarixindən söz açılır, yaşadıqları kəndlərin adları göstərilir, folklorlarından və etnoqrafik özəlliklərindən örnəklər verilir, konkret nümunələr əsasında dillərinin söz varlığı Azərbaycan Türkcəsi ilə tutuşdurulub gözdən keçirilir.
Kitabdan folklorçularla yanaşı, etnoqraflar, dilçilər, tarixçilər, coğrafiyaçılar da yararlana bilərlər.
folklorinstitutu.com
Ə 4603000000 Qrifli nəşr
N-098-2014
© Folklor İnstitutu, 2014.
© Əli Şamil, 2014
KİTABIN İÇİNDƏKİLƏR
Ön söz.............................................................................. .5
Suriya Türkmanlarının tarixinə qısa bir baxış........... 12
Suriyada Türklərin hakimiyyəti................................... 15
Suriya Səlcuqlular dövləti............................................ 18
Suriya Osmanlı dönəmində.......................................... 22
Sir Nеrru Finqin Yəhudi dövləti yaratmaq cəhdi...... 25
Оsmanlı Sultanı Əbdülhəmidin dirənişi..................... 27
Sykеs Piçоt gizli anlaşması........................................... 29
Suriya Fransanın mandatlığı altında........................... 30
İsrail-Ərəb savaşları və Colan Türkmanları............... 35
İsrailin 1967-ci il 5 iyul hücumu
və Colan təpələrinin işğalı......................................... 38
Suriyadakı Türkmanların sayı və onların
yaşadıqları bölgələr.................................................... 42
Türkmanların toplu yaşadıqları yerlərin adları......... 46
İbrahim Salеh və Aymən Şabani ilə müsahibə.......... 66
Hişam Şabani ilə tanışlıq.............................................. 75
Suriya bu gün.................................................................. 78
Qaynaqlar........................................................................ 83
Mətnlər və xəritələr
Colan Türkmanlarının ata sözləri və deyimləri......... 88
Colan Türkmanlarının bayatı-maniləri....................... 91
Colan Türkmanlarında evlənmə.................................. 97
Tanışma (tanışlıq).................................................... 97
Ağız arama................................................................ 98
Elçilik (qız istəmə)................................................... 99
Toya hazırlıq............................................................. 100
Gəlin gətirmə............................................................ 101
Toy............................................................................. 102
Oyunlar
Bayraq qaçırma........................................................ 103
Güləşmə..................................................................... 103
At yarışı..................................................................... 104
Toy mərasimi.................................................................. 105
Xalq inancları................................................................. 108
Yas mərasimi.................................................................. 113
Colan Türkmanlarında yeməklər................................. 114
Colan Türkmancasında işlənmiş
əski sözlərdən seçmələr............................................. 115
Suriyanın xəritəsi...............................................................141
Suriyanın xəritəsi. (Qırmızı nöqtələr
qoyulmuş yerlərdə Türkmanlar əhalinin
çoxluğunu təşkil edir)......…………..................................142
Suriya, Lübnan və İsrail arasında qalmış
Colan bölgəsinin xəritəsi...................................................143
Suriyada Colan Türkmanlarinin yaşadiği kəndlər.............143
Suriyanın Hələb bölgəsində Türkmanların
yaşadiği kəndlər..................................................................144
Suriyada silahlı qrupların yerləşdiyi bölgələr......................146
Nusayrilər.............................................................................147
Duruzlar................................................................................150
Traqic Fortune of Qolan Turkmen(Abstract).......................153
ÖN SÖZ
Orta Doğunun bol sulu, məhsuldar torpaqlı, strateji yöndən olduqca önəmli bir təpəlik bölgəsi qaynaqlarda Colan, Golan, Kolan adlandırılır. Ərəblərin Hadbetül-Cülan, İbranilərin Ramat Ha Golan adlandırdıqları təpəliklərin sahəsi 2 min kvadrat kilometrə yaxındır. Suriyanın Güney-Batısında, İsrailin Quzey-Doğusunda yerləşmiş Colan təpələrinin bir ucu da Livan (Lübnan) və İordaniyaya (Ürdünə) çatır. Buradan həm Dəməşq (Şam) şəhəri, həm də Ağ dəniz (Aralıq dənizi) aydın görünür. Dəməşqdən Ağ dənizə gedən karvan yolu üzərindəki Kuneytra keçidi Colan bölgəsindədir. İsraili içməli su ilə təmin edən bulaqların yüzdə otuzu məhz bu bölgədə yerləşir(Bax:http:// www.zaman.com.tr/dunya_golan-tepeleri-nicin-onemli_431441. html). Burada içməli suyun qiyməti neftdən baha olduğu üçün su qaynaqları olan yerlər mühüm strateji əhəmiyyət daşıyır.
1967-ci ildə İsrail Colan təpələrini işğal edənədək buradakı 15 kənddə bizimlə eyni dildə danışan, eyni dinə inanan soydaşlarımız toplu halda yaşayırdılar. İsraillə Suriya arasındakı “Altı günlük savaş”da soydaşlarımız canlarını qurtarmaq üçün mal-mülklərini qoyub Suriyanın içərilərinə doğru qaçdılar. Beləcə, Colan təpələrinin 1158 kvadrat kilometr sahəsi İsrailin işğal dairəsində qaldı.
Colan təpələrində gedən qısa savaşdan Sovet mətbuatında illərlə məqalələr verildi, radio-televiziya verilişləri hazırlandı, İsrailin işğalçı siyasəti kəskin tənqid edildi. Sovet diplomatları beynəlxalq təşkilatlarda qaçqınların hüquqlarını qorumaq adı altında hərbi sursat satdığı və iqtisadi əməkdaşlıq etdiyi Suriyanı dəstəklədi. Azərbaycan Respublikası da SSRİ-nin bir parçası olduğundan Colan mövzusu bizim mətbuatın, radio və televiziyanın gündəmindən uzun müddət düşmədi. Çox təəssüflər ki, həmin dövrün Colan təpələri ilə bağlı yazılarında, verilişlərində bizim bu soydaş və dindaşlarımızın varlığı dilə gətirilmədi, İsrail hökumətinin onları necə cətin duruma salmasından söz açılmadı.
Birləşmiş Millətlər Təşkilatı qətnamələr qəbul etdi ki, İsrail hökumətinin işğal etdiyi bölgələrdə Yəhudi yaşayış məskənləri yaratması yolverilməzdir. Lakin bu qətnamələr, qınaqlar İsrail hökumətinin fəaliyyətini durdura bilmədi.
Colandakı İsrail zülmündən qaçan soydaşlarımızın bir qismi Dəməşq şəhərinin ucqar məhəllələrində özlərinə sığınacaq quraraq yerləşdi, bir qismi isə Türkiyə Cümhuriyyətinə köçmək məcburiyyətində qaldı. Bol sulu, məhsuldar torpaqlı, sərin və sağlam havalı kəndlərdə yaşamağa, əkin-biçinlə, heyvandarlıqla məşğul olmağa alışmış insanların bir çoxu Dəməşq kimi izdihamlı şəhərdə qalmağa alışa bilmədi. Stresdən və mühiti dəyişməkdən ölənlərin sayı artdı. Buna görə də, sülh bağlanacağına, İsrail əsgərlərinin işğal etdikləri əraziləri boşaldacaqlarına, ata-baba yurdlarına dönəcəklərinə inananlar Colanın Suriyada qalmış hissəsinə qayıdaraq orada özlərinə ev tikməyə, güzaran qurmağa, əkin-biçinlə məşğul olmağa başladılar.
Azərbaycan müstəqillik əldə etdikdən sonra da colanlı soydaşlarımızın taleyi mətbuatımızın, radio-televiziyamızın, ictimai-siyasi xadimlərimizin diqqətini çəkmədi. Ayrı-ayrı vətənsevərlərin məqalələri, radio və televiziyada hazırladıq-ları verilişlər də ictimaiyyətə elə bir təsir göstərmədi. Türk-manların folkor materiallarını toplamaq, dialekt və şivələrini, adət-ənənələrini öyrənmək üçün elmi ekspedisiyalar təşkil edilmədi. Halbuki buna imkan və şərait var idi...
Təkcə Colanda yaşamış soydaşlarımızdan yox, Suriyada, İraqda, hətta Türkiyədə yaşayan, Türkcə danışan, İslam dininə inanan insanlarımızdan söz açanlar gah Türk, gah Türkmən, gah da Türkman deyir və yazırlar. Bu termin fərqlilikləri oxucuda çaşqınlıq yaratmasın deyə araşdırıcı Əfzələddin Əsgərovun “Ümumtürk folkloru tarixində Oğuznamə yaradıcılğı” kitabının “Oğuznamənin etnik auditoriyasi” fəslindəki “Türkmanlar” yarımbaşlığından bəzi parçaları aşağıda veririk.
Türk, Türkmən, Türkman, Oğuz terminlərinin yaranmasına və tarixi inkişaf yoluna aydınlıq gətirən Əfzələddin Əsgərov yazır ki, Türkman etnonimi tarix səhnəsinə ilk dəfə 8-ci yüzildə çıxmışdır. Həmin yüzildə birdən-birə Çin qaynaqları “Türkman (Te-kü-monq) ölkəsi”ndən bəhs etmişdir. Türkmanlar Oğuzların İslamı qəbul etməsindən ən azı 200 il öncə bir etnos olaraq mövcud idi və bu etnos türksoylu etnik qruplardan olan bir sıra oba və oymaqları öz içərisinə almışdı. Ancaq 10-cu yüzildən başlayaraq Oğuzların İslamı qəbul edib Türkmanlara qatılması bu etnosun taleyində mühüm rol oynadı.
Etnosdan, etnosun və etnik sistemin varlığından söz açan araşdırıcı yazır: “Etnosun varlığı etnik sistemin varlığından, ömrü isə etnik sistemin yaşamasından asılıdır. Etnik şüurun ifadəsi kimi etnik adın yaşaması etnik sistemin qorunması hesabına etnosun öz varlığını davam etdirməsindən qaynaqlanırdı. Buradan aydın olur ki, Oğuzların (ümumiyyətlə, Türklərin) İslam dinini qəbul etmələri hələ onların etnik mənada “Türkman olmaları” demək deyildi. Oğuz etnik sisteminin içərisində İslamı qəbul edən Oğuz, sadəcə olaraq, “Müsəlman Oğuz” idi və “Müsəlman Oğuz” ifadəsini “Türkman” etnoniminin anlamı kimi yox, yalnız bu mənada işlətmək olar. Oğuzların İslam dinini qəbul etmələri “Türkman olmaları” ilə nəticələnmədi. Onlar öz etnik sistemlərini qorumaqla Türkman dünyasının içərisində etnoloji baxımdan subetnos olaraq varlıqlarını davam etdirirdilər” (Əsgərov Əfzələddin, 2014:24-42).
Oturaq həyata keçən türksoylular özlərinin etnik adlarını itirdikləri üçün ümummilli adla, yəni Türk adı ilə tanınırdılar. Bununla bərabər, haqqında danışdığımız oturaq və ya yarımköçəri əhali bu adla tanınmadı. İş burasındadır ki, onlar oturaq və ya yarımköçəri olmaqla yanaşı, İslamı qəbul etmiş ilk Türklər idi və onların götürdükləri Türkman adı bu sonuncu hadisəni ifadə edirdi. Elə ona görə də, bu ad ilk vaxtlar etnik anlamla yanaşı, rəmzi olaraq «Müsəlman Türk» anlamında da işlənirdi. İslam dinini qəbul edən Oğuzun «Türkman olma» şəklində ifadəsi etnonimin sonuncu anlamı ilə bağlıdır və şübhəsiz ki, VIII-XII əsrlərdə Qarluqların, Qıpçaqların, Uyğurların vb. İslam dinini qəbul etməsi də məhz deyilən şəkildə ifadə olunmuşdur. Türkman etnoniminin «Müsəlman Türk» anlamı onun o dövrdə Tanrıçı Türk dünyasını İslama çağırış rəmzi kimi istifadə olunduğunu göstərir. Belə məlum olur ki, «Müsəlman Türklər» Tanrıçı Türk dünyasını İslamın qəbulu yolu ilə birləşdirmək iddiasında olmuşdur. Bu mənada Türkman etnonimi bir müddət ümummilli Türk etnoniminin yerini tutmaq sevdasına düşmüşdür.
Tarixi qaynaqlarda Türkmanların içərisində Xələc, Kanqlı və başqa türksoylu etnik qruplardan qopmuş oba və oymaqların olması haqqında məlumatlar da az deyil.
Türkmanlar yayıldıqları böyük coğrafiyada onlarla xalqı öz içərisinə alıb superetnosa çevrildilər. Bu ərazilərdə qurulan onlarla dövlət, o cümlədən Böyük Səlcuqlu imperiyası, Xarəzmşahlar imperiyası, Osmanlı imperiyası, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri böyük Türkman xalqının siyasi zəkasının məhsuludur (Əsgərov Əfzələddin, 2014:24-42).
Suriyada, İraqda yaşayan, bizim dildaşımız, dindaşımız və soydaşımız olan bu toplumdan söz açanda Əfzələddin Əsgərovun araşdırmalarına dayanaraq onların adını Türkman yazacağıq. Yararlandığımız qaynaqlardan alıntı (sitat) gətirdikdə isə qaynaqda necə yazılmışsa, biz də onu o cür saxlayacağıq.
T T T
Çox ilgincdir ki, Colanda yaşayan soydaşlarımız Ərəblərin içərisində yaşayıb, Ərəb dilində təhsil alsalar da, hər gün Ərəb dilində qəzet-jurnal, kitab oxusa və radio-televiziya verilişlərinə qulaq assalar da, öz dillərinin təmizliyini qoruyub saxlaya biliblər. Bizim Ərəb və Fars dillərindən alaraq ədəbi dilimizdə işlətdiyimiz peyğəmbər, mələk, ağıl, mədə... sözlərini onlar əksi Türkcədə olduğu kimi, ulak, gögçək, us, qursaq şəklində işlədirlər. Klassik ədəbiyyatımızdan bizə tanış olan və dialektlərimizdə ilişib qalan əksi Türk sözərinin bir çoxunu Colan Türkmanları danışıqlarında işlədirlər. Ədəbi dilimizə Fars dilindən gətirilmiş bir sıra yayğın sözlərə də onların danışığında və yazısında rast gəlmirik. Colan Türkmanlarının danışığında işlədilən yılan, yıldırım, yıldız vb. bu kimi söz variantları Azərbaycanın bəzi dialektlərində və tək-tək yaşlı adamların dilində hələ də yaşayır.
2011-ci ildən bəri Suriyanı bürümüş qanlı toqquşmalar yenə də soydaşlarımızın həyatını cəhənnəmə döndərdi. Silahlı toqquşmalar, bombalamalar dinc əhalini çıxılmaz duruma saldı. Azərbaycan mətbuatı, radio-televiziyası, ictimai-siyasi xadimləri isə yenə də susdu...
Colan bölgəsindəki soydaşlarımız, eləcə də Suriyanın müxtəlif bölgələrində yaşayan, bəzən Türk, bəzən Türkmən, bəzən Türkman adlandırılan dini bir, dili bir qardaşlarımız haqqında 2007-ci ildə yazdığımız kitab çap olunmadı. Ötən 7 ildə Suriyada çox dəyişikliklər baş verdi. Son illərdə isə oraya getmək imkansız oldu. Suryada gedən döyüşlər həm də Colan Türkmanları mövzusunu aktuallaşdırdı. Biz də kitabımızı bir daha gözdən keçirib son dönəmdə yazılanlarla zənginləşdirdik və yenidən çapa hazırladıq.
Colan Türkmanlarının ata sözlərindən, bayatı-manilərindən, toy-düyün adətlərindən örnəkləri, eləcə də dillərində işlədilən bir sıra terminləri kitabın “Mətnlər” adlandırdığımız ikinci bölümündə verməyi planladıq. Bu bölmədəki mətnlər Colan Türkmanları ilə Azərbaycan Türklərinin dillərində, adət-ənənələrində nə qədər yaxınlıq olduğunu ortaya qoymaqdadır.
İnternet saytlarında, qəzet və jurnallarda Muxtar Türkmənoğlu, Dəniz Türkmənoğlu imzası ilə Suriya Türkmanları haqqında məqalələr yazan, “Azadlıq” radiosunun Türkmən dilindəki verlişlərində tez-tez çıxışlar edən, məqalələrini və çıxışlarını yaratdığı http://halapturkmen.blogcu.com/ saytında yerləşdirən Dr.Muhtar Fateh Muhammedlə son günlər internet vasitəsilə tanış oldum. Suriyadakı Türkmanların lideri Kal Muhammed Mustafa Paşanın nəvələrindən olan Dr.Muhtar Fateh Muhammed Hələbdə doğulsa da, hazırda, İzmirdə yaşayır və uşaq həkimi işləyir. Dr.Muhtar Fateh Muhammed kendinın özel saytında Suriya Türkmanları haqqında çoxlu yazılar var.
Kitab üzərində son redaktə işləri apararkən onunla sıx əlaqə saxlayır, məsləhətləşir, adları, faktları bir daha dəqiqləşdirməyə çalışırdım. Çox sağ olsun, o da işinin çox olmasına baxmayaraq nəinki mənim suallarıma cavab verir, göndərdiyim səhifələrəki gözünə dəyən yanlışlıqları düzəldirdi.
Hər dəfə söhbətimizdə o, Türk xalqlarını Suriyadakı soydaşlarının taleyinə biganə qalmaqda suçlayır, yana-yana deyirdi ki, bizə maddi yardım o yana qalsın, heç olmasa mənəvi dəstək versinlər. Heç olmasa mövzunu gündəmdə saxlasınlar. Mətbuatlarında, radio-televiziyalarında Suriyada döyüşlərin çoxunun Türkmanlar yaşayan bölgədə yaşadığını yazsınlar.
Suriyada beş-üç Erməni kəndi var. Oraya Dağlıq Qarabağ savaşlarında iştirak etmiş snayperçilər yerləşdiriblər. Kəndə yaxın gələni, hətta kəndin kənarından keçən dinc əhalini belə vururlar. Nəinki Erməni kəndləri, ümumiyyətlə Suriyadakı xristian kəndlərinə, şəhərlərdə xristianlar yaşayan məhəllələrə nə iqtidar tərəfdən, nə müxalifət tərəfdən bir güllə belə atılmır. Çünki hər iki tərəf yaxşı bilir ki, orada yaşayan xristianların burnu qanasa dünya ayağa qalxacaq. Bərləşmiş Millətlər Təşkilatı da, ABŞ da, Avropanın bütün dövlətləri də ayağa qalxacaq. Amma bu qədər Türkman qırılır, ev-eşiyində didərgin düşür, ona sərt təpki göstərən yoxdur. Heç adımızı da çəkmirlər. Sadəcə iqtidar-müxalifət qarşıdurması, qruplararası toqquşma kimi təqdim edilir. Hətta yaxın qonşumuz, yüz minlərlə Suriyalıya sığınacaq vermiş Türkiyədə də belədir.
SURİYA TÜRKMANLARININ TARİXİNƏ
QISA BİR BAXIŞ
Orta Doğuda yerləşən Suriya Müsəlman Ərəb ölkəsi kimi tanınsa da, qədim mədəniyyət beşiyi olan bu ölkədə Xristianlığa, Buddizmə inananlar, fərqli məzhəblərə, o sıradan qədim inanclara tapınanlar da yaşayır. İnanclarına görə Nusayrilərə (ya da Ərəb Ələvilərinə), Şiələrə, Sünnilərə, Durzilərə, Xristianlara bölünən ölkə əhalisinin 7 faizini Nusayrilər təşkil edir. Qaynaqların yazdığına görə, ölkə əhalisinin 70 faizə yaxınını Sünnilər təşkil etsə də, hakimiyyətdə Nusayrilərdir (Maden Fahri, 2014:21). Ölkədəki Xristianlar da öz aralarında Ortodokslara, Protestantlara, Kəldanilərə-Suryanilərə, Marinlilərə və b. ayrılırlar (Kılınçkaya Derviş, 2014:27).
Çoxmillətli Suriyanın böyük şəhərləri Dəməşq, Hələb, Humus, Hama ve Lazkiyədir.
Dünya sivilizasiyasının beşiklərindən biri sayılan bu bö-lgə 18-ci yüzillikdən çökməyə başlamışdır.
Sənayesini, iqtisadiyyatını sürətlə inkişaf etdirən, işğal altına aldığı xalqların maddi və mənəvi sərvətlərini müxtəlif vasitələrlə mənimsəyən Avropa az bir zamanda elmdə və texnikada böyük uğurlara imza atmış oldu. “Üçüncü dünya ölkələri” adlandırılan ölkələrdə yaşayanlar da avropalılardan öyrənməyə, daha çox da onları yamsılamağa çalışdılar.
Dünya mədəniyyət tarixini araşdıran avropalı araşdırıcılar düşünürdülər ki, sivilizasiyanın beşiyi Yunan mədəniyyətidir. Ona görə də, tarixşünaslıq elmini Roma və Yunan mədəniyyəti əsasında qurdular. Sonraki gediş isə bu nəzəriyyənin yanlışlığını ortaya qoydu. Nəinki Asiyada və Afrikada, hətta 16 yüzildə işğal edilmiş Amerika qitəsindəki maddi mədəniyyət nümunələri də insan oğlunun Roma və Yunan mədəniyyətindən minillər öncə gəlişmiş yüksək toplum həyatı yaşaması, yazıdan istifadə etməsi, papirus və gil lövhələrdə kitablar yaratması ilə bağlı danılmaz bilgilər ortaya qoydu. Şumerlərin (Sumer) gil üzərində yaratdıqları kitabələri araşdıran Samuel N.Kramer kitabını “Tarix Şumerdən başlayır” adlandırdı.
Günümüzdə texnika və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, mədəniyyət tariximiz hələ də gərəyincə öyrənilməmişdir. Onun qaranlıq səhifələri çoxdur. 20-ci yüzilliyin ortalarınadək tarixçilər Türkləri miladdan sonraki yüzilliklərdə Avropada görünən vəhşi, dağıdıcı, barbar bir xalq kimi tanıdırdılar. Sonralar isə Türklərin Avropada, Qafqazda, Yaxın və Orta Doğuda miladdan çox-çox öncə məskunlaşdıqları, qonşu xalqların mədəniyyətlərinin inkişafına güclü təsir göstərdikləri haqqında nəzəriyyələr ortaya çıxdı.
Türklərin tarixi, yayılma sahələri vb. ilə bağlı yanaşımlar üzərində dayanmadan Colan Türkmanlarının durumuna aydınlıq gətirmək üçün indiki Suriya dövləti ərazisində Türklərin yerləşməsinə və yaşamına qısa bir nəzər salaq.
Bugünkü Suriya torpaqları miladdan öncə bölgədəki kiçik dövlət ittifaqlarının, sonralar Assuriyanın, Yeni Babil padşahlığının, Əhəmənilərin, Makedoniyalı İskəndərin yaratdığı nəhəng imperiyanın, Selevkilər dövlətinin və Romanın tərkibində olub. Miladdan sonra isə Bizansın əyalətinə çevrilən indiki Suriyaya 633-cü ildə İslam orduları yürüş etdi. Bu yürüşlər 640-cı ildə bölgənin tam işğalı ilə başa çatdı. 661-ci ildə Müaviyə özünü xəlifə elan edərək xilafətin paytaxtını Dəməşqə (Şam) köçürür, bununla da Dəməşq şəhəri Əməvilər xilafətinin mədəni və siyasi mərkəzinə çevrilir. Abbasilər xilafəti dövründə isə bölgədə iqtisadi-siyasi çöküş başlayır (ASE, 1986:83).
SURİYADA TÜRKLƏRİN HAKİMİYYƏTİ
Miladdan bu yana Suriyada Türklərin qurduğu ilk hökumət Tulunilər adlanır. Abbasilər xilafətinin Misirdəki valisi, ordu komandiri, mənşəcə Oğuz Türkü olan Əhməd ibn Tulun Misiri, Suriyanı, Fələstini, Livanı, Süğüru (Xilafətin Bizansla sərhəd əyalətləri) və b. bölgələri birləşdirərək Xilafətdən asılı olmayan Tulunilər dövlətini yaradır. O, Fustat şəhəri yaxınlığında ölkənin yeni paytaxtı-Qatai şəhərini saldırmış, geniş quruculuq işləri aparmışdır. (ASE, 1986:370). 868-ci ildə yaradılan bu dövləti 884-cü ilədək Əhməd ibn Tulun idarə edir. O, vergiləri azaldır, islahatlar həyata keçirir. Nəticədə, ölkədə əmin-əmanlıq yaranır, qanunlara ciddi əməl edilir, əhalinin güzaranı yaxşılaşır, geniş quruculuq işləri başlayır.
Əhməd ibn Tulundan sonra 884-895-ci illərdə oğlu Xumaraveyh, nəvələri Ceyş 895-896-cı illərdə, Harun 896-904-cü illərdə, Şeyban ibn Əhməd 904-905-ci illərdə hakimiyyətdə olurlar. (ASE, 1986:370). Bu sulalənin hakimiyyəti illərində xeyli Qıpçaq Türkü Misirdə və Suriyada yerləşir.
Əmin Abid 1929-cu ildə “Dan yıldızı” jurnalında (Sayı: 5(29), səh. 30-32; Sayı: 8(32), səh. 28-29) çap etdirdiyi “Türk el ədəbiyyatina elmi bir baxış - “Oğuznamə” məqaləsində yazır: “Azərbaycanlıların feodalizm dövründən əvvəl malik olduqları xalq ədəbiyyatı namına tapa bildiyim ən əski əsər “Oğuznamə”dir. Oğuznamə indiki vəziyyətə görə, Azərbaycan ədəbiyyatının ilk əsəri deməkdir.
“Oğuznamə” haqqında ilk məlumat öyrənə bildiyimiz mənbə Misir və Şamda hökümdarlıq etmiş olan feodallardan Məlik Nəsrəddin Muhəmməd ibn Kalavunun (cilüsi(doğumu-Ə.Ş.) 1293, vəfatı 1340) saray məmurlarından Əbu Bəkir Abdullah ibn Aybək əd- Dəvadarinin əsəridir. Dəvadari 13-cü yüzilliyə qədər keçən vaqiələr haqqında, “Dürərüt-tican...” adlı bir tarix kitabı yazmışdır. Bu kitabın bir nüsxəsini İstanbulda İbrahim paşa kitabxanasının əlyazmaları qismində görmüş və tədqiq etmişəm (Kitabxana nomrə 913).
Bu kitabın Türklərə aid qismində müəllif həm Qıpçaqlara, həm də Oğuzlara aid izahat verərək “Oğuznamə”dən də bəhs edir: “Əski Türklər arasında iki kitab var. Bunlardan birisi “Ulu Xan Ata Bitiqçi” deyilən kitabdır ki, bunun mənası “Böyük Xan Ata kitabı” deməkdir. Bu kitab ilə Moğullar və Qıpçaqlar iftixar edirlər və onlarda bu kitab çox hörmətlə tutulmaqdadır. Bu kitab Moğulların yaranışı və başlanğıcından bəhs edir. Moğul və Qıpçaqların “Ulu Xan Ata Bitiqçi” kitabı olduğu kimi, o biri Türklərin də “Oğuznamə” adlı kitabları vardır. Bu kitab Türklərin arasında çox məşhurdur. Mənim hər iki kitab haqqında bilgim vardır. Bu isə Türk xalqının tarixini çox gözəl bildiyimi göstərdiyindən bu xalq haqqında verdiyim məlumatın doğruluğunu təsdiq üçün kafidir!”.
Bu izahatdan sonra Əbu Bəkir Abdullah Dəvadarinin girişdiyi təfsilatdan anlayırıq ki, o, “Oğuznamə”nin Türkcə əslini görməmişdir. Onun gördüyü “Oğuznamə”nin Ərəbcəyə olan tərcüməsidir. Bu nüsxəni nə münasibətlə görməyə müvəffəq olduğunu Dəvadari bu sətirlərlə nəql edir ki, bizim ədəbiyyat tariximizin bir qismi üçün qiymətli bir vəsiqədir.
...Hicri təqvimi ilə 709-cu il tarixində (miladi ilə 1308-ci ilə təsadüf edir - Ə.A.) atam Şərq vilayətinin valisi idi ki, bu vilayətin də mərkəzi Bilbayisk (Yeni şəkili Bəlbisdir. Qahirə çivarındadır - Ə.A.) idi. Burada bir gün bir məclisdə Tatarlar haqqında bir neçə alimlə münaqişədə bulundum. Münaqişədən sonra yoldaşlarımdan Əminəddin əl Həməvi mənə bir kitab göstərdi və bu nüsxənin həmin yeganə nüsxə olduğunu və onun Əmin Bədrəddin Bəysəri tərəfindən özünə verildiyini əlavə eylədi.
Əsər nəqşli və yaldızlı (minyatürlü) idi. Yazısını Ali ibn Halal əl Bəvval adında xəttatın bir şagirdi yazmışdır. Kitabın kağızı Bağdad şəhərində yapılmış ipəkdəndi; cildi isə sarı rəngli ipəkdən işlənmişdi, kitabın altundan ayrıca bir qapağı da vardır.
Yoldaşlarım Mənsur əl Abbas Həməvi və şair Cəmaləddin ibn Zeytun ilə birlikdə oturub, əsəri gözdən keçirdik. Dördümüzün oxuya bildiyimiz parçaları mən kopya etdim. Silinmiş qismləri çox olduğundan bir taqım yerlərini oxuya bilmədik; bu yerlər bizim üçün məchul qaldı.
Kitabdakı izahatdan anladıq ki, Cəbrail ibn Bəxtişu tərəfindən tərcümə olunmuşdur. Abbası xəlifələrindən və Cəfəri Bərməki ilə Harun ər-Rəşid, Muhəmməd əl-Əmin və Məmunun sarayında sıra ilə xəlifə doktorluğu yapan Cəbrail ibn Bəxtişun əlavəsinə görə, “Oğuznamə” əvvəlcə Türkcədən Farscaya tərcümə edilmiş və sonralar özü tərəfindən hicri təqvimi ilə 211-ci il tarixində (miladi ilə 826-cı il) Farscadan Ərəbcəyə tərcümə olunmuşdur.
Bu Farsca nüsxənin isə məşhur Əbu Müslüm Xorasaninin xəzinəsindən qalma şeylərdən olduğunu yenə mütərcim söyləyir. Əbu Müslümün özü də, kəndisinin Boxtu xan sülaləsindən olduğunu və bu əsəri miras olaraq aldığını söyləmişdir” (Abid Əmin, 1930:48-52, sayı 3).
“Kitab-i Dədə Qorqud” haqqında Azərbaycanda ilk dəyərli bilgilər verən, maraqlı araşdırmalar aparan Əmin Abidin qeydindən də aydın görünür ki, Misir və Suriyada yerləşən Qıpçaqlar-Tatarlar güclü bir Türklük şüuruna sahib imişlər. Onlar öz tarixləri ilə bağlı kitabları oxuyur, müzakirə edir, araşdırır və üzünü köçürüb gələcək nəsillər üçün saxlayır-mışlar.
Tulunilər sülaləsi və onların qurduqları hökumət haqqında Əbülfəz Əliyev (Elçibəy) 1969-cu ildə “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Sonralar bu dissertasiya kitab halında Türkiyədə və Azərbaycanda nəşr edilib. Bu araşdırmada Tulunulərdən ətraflı danışılsa da, onların dövlət qurduqları ərazidə Türklərin necə yerləşdirildiyindən, haralarda məskunlaşmalarından geniş söhbət açılmamışdır.
SURİYA SƏLCUQLULAR DÖVLƏTİ
Oğuzların Qınıq boyundan olan Səlcuqlular hələ Türküstanda yaşadıqları dövrdə, yəni miladi təqvimi ilə 10-cu yüzillikdə İslam dinini qəbul etdilər. 11-ci yüzillikdə isə Oğuz və digər Türk tayfalarının hərbi-siyasi birliyini yaradaraq Toğrul bəyin başçılığı ilə nəhəng bir imperiya qurdular. Bu imperiyanın sərhədləri Doğuda Türküstana, Batıda Ağ dənizə, qüzeydə Qafqaz dağlarına, Güneydə isə Kəngər (Fars, Bəsrə) körfəzinə dayanırdı.
1040-cı ildəki Dəndənəkan savaşında Qəznəviləri yendikdən sonra Xorasanı, Nişapuru, Reyi, İsfahanı, Həmədanı ələ keçirərək Ağ dənizədək irəliləyən Səlcuqlular sonralar, 1055-ci ildə Abbasilər xilafətini özlərindən asılı vəziyyətə salıb yüzilliyin ən qüdrətli dövlətini yaradırlar. Onların həyata keçirdiyi sosial və iqtisadi islahatlar inkişafa güclü təkan verir.
Səlcuqluların hakimiyyəti illərində (1038-1157) Suriyada Türklərin yerləşimi artır, bölgənin iqtisadi və hərbi qüdrəti yüksəlir.
1063-cü ildən Hələb, Lazikiyə, Trablusşam və Asi İrmağı vadisi boyunca Hama, Humus və Şam bölgəsinə Türkmanların topluca yerləşməsi başlamışdır. 1069-1070-ci illərdə isə Kurlu və Atsız bəylərin rəhbərliyi altında olan əsgəri birliklər Güney Suriyanı tamamilə ələ geçirmişlər. Malazgirt (1071) Savaşından sonra Aşağı və Yuxarı Fərat boyunca Saltuklar, Mengücekler, Danişməndilər, Yınaloğulları, Artuklar kimi Türk bəylikləri qurulmuşdur.
1077-ci ildə Suriya Səlçuqlu məliyi olan Tutuş özünü sultan elan edərək Oğuzların Yıva boyu ilə Bayat, Əfşar, Bəydili, Dügər və Üçok tayfalarını Şam və Hələbdə yerləşdirdi. Suriya fatehi kimi tanınan Atsız öldükdə Tutuş daha öncə hakim olduğu Suriya şəhərlərini ələ geçirir (1079), sonra Qüdsü tütaraq Böyük Səlçuqlar dövlətinə bağlı olan Suriya Səlçuqlular dövlətini yaradır.
Tutuş 1095-ci ildə Sultan Börküyarıqla Rey yaxınlığındakı döyüşdə öldürülür. Oğullarından Rıdvan Hələbdə, Dokak isə Şamda hökumət qurduqlarını elan edirlər. Hələb hakimi Rıdvan səlibçilərlə savaşaraq bir ara ölkəsinin sərhədlərini Güney Anadoluya qədər genişləndirir. 1117-ci ildə hər iki bölgədə hakimiyyət Atabəylərin əlinə keçir. Suriya Səlçuqlularının Şam qolunu Atabəy Tuğtəkin idarə edirdi. Onun oğlu Tacülmülk Böri atasının ölümündən sonra hakimiyyəti ələ alır. Çox da güçlü olmayan bu atabəylik Zəngi atabəyi Nurəddin Mahmud tərəfındən 1154-cü ildə ortadan qaldırıldı.
1127-ci ildə Məlikşahın Hələb valisi Ağ Sunqurun oğlu İmadəddin Zəngin Mosul valisi təyin edildi. Səlibçilərə qarşı savaşdan qalıb çıxan İmadəddin Zəngin Urfanı aldıqda avropalılar 1137-ci ildə II səlib yürüşü təşkil edirlər.
İmadəddin Zənginin ölümündən sonra atabəylik 1146-cı ildə Mosul və Hələb olmaq üzrə iki yerə ayrıldı. Hələbdə Nurəddin Mahmud nəinki səlibçiləri məğlubiyyətə uğratdı, hətta Börilərin hakimiyyəti altında olan Şamı da özünə tabe etdi və səlibçilərlə əməkdaşlıq edən Müsəlman Misir Fatimilər dövlətini də 1171-ci ildə ortadan qaldırdı. 1174-ci ildə Nurəddin Mahmud öldükdə atabəylik Əyyubi ailəsinə keçir. Müsəlmanlar Səlahəddin Əyyubinin ətrafında birləşərək bölgəni səlibçilərdən qorudular.
Səlahəddin Əyyubinin ölümündən sonra bölgədə bir başqa Türk dövləti olan Məmlüklər hakim oldu. Anadoluya hakim olan Səlçuqlu dövləti isə 1243-cü ildə Kösedağda Moğollarla savaşı uduzduqda ağır Moğol basqısı altında qalır. Kayseri və Sivasda yaşayan Türkmanlar Məmlük Sultanı Baybars dövründə bu basqı səbəbinə Suriya bölgəsinə köçürlər. Suriyaya gəlib Şamda yerləşən Türkmanlar Elxanlı hökmdarı Əbu Said Bahadır xanın ölümündən sonra yaranan siyasi qarışıqlıqdan faydalanıb 1337-ci ildə Əlbistan ətrafında Zülqədiroğulları bəyliyini qurdular (Türkmen oğlu Deniz, http://halapturkmen.blogcu.com/suriye-oguz-turkmenleri/ 5436639).
Səlcuqlular arasındakı hakimiyyət uğrunda vuruşlara, parcalanmalara, qarşıdurmalara baxmayaraq, onlar səlibçilərin 200 ilədək davam edən yürüşlərinin qarşısını igidliklə almışlar. Demək olar ki, Avropanın bütün Xristian dövlətlərinin birgə təşkil etdiyi bu yürüşlərdə o dövr üçün çox yüksək səviyyədə silahlandırılan və olduqca böyük sayılan 100 minlik bir ordu iştirak etmişdir. Lakin onlar sayca özlərindən çox az olan, yüngül silahlanan Səlcuq ordularını məhv edə bilməmişlər. Səlcuq döyüşçülərini məğlub edə bilməyən səlibçilər bölgədə on minlərlə uşaq öldürmüşlər. Ona görə də, bu hadisə tarixə Uşaq yürüşü kimi daxil olmuşdur (ASE, 1986:372).
Səlibçilər güclü təbliğat aparmalarına, qəddarlıq göstərmələrinə, bəzən savaşlarda kiçik uğurlar qazanmalarına, bölgədə dövlətlər yaratmalarına baxmayaraq, Müsəlmanlar qarşısında uzunmüddətli duruş gətirə bilməmişlər. Doğunun Müsəlmanlarından təşkil edilmiş ordu birlikləri səlibçiləri məğlubiyyətə uğradaraq geri çəkilməyə məcbur etmişdir. Bu uğurlu savaşlar Səlcuq Türkmanlarının Suriyada topluca yaşamasını şərtləndirmişdir.
Faruq Sümər “Oğuzlar” əsərində (Faruq Sümər, 1992) orta yüzilliklər boyunca Suriyada Türklərin hansı bölgələrdə yaşadıqları, tayfa və tirələri haqqında geniş bilgi verdiyindən bu haqda yazmağa ehtiyac duymadıq.
13-cü yüzilin ikinci yarısında Misir Məmlüklərinin Suriyaya yürüşləri, 1260-cı ildə Tatar-Moğol hücumları, 14-cü yüzilin ikinci yarısındakı epidemiyalar on minlərlə Türkmanın ölümünə səbəb olsa da, onların bölgəni tərk etməsi ilə nəticələnməmişdir.
Əməvi dövründən başlayaraq Türkmanların Türküstandan tək-tək, ya da ailə, tayfa şəkilində Şam bölgəsinə gəlmələri 11-ci yüzildə – Səlçuqlular dövründə sürətlə artmışdır. Onların ikinci böyük köçü isə Moğol dövründə baş vermişdir. Səlçuqlular və Məmlüklər 1070-ci il tarixindən 1516-ci ilədək, yəni 446 ilə yaxın Şam bölgəsində hakim olmuşlar.
SURİYA OSMANLILAR DÖNƏMİNDƏ
1516-cı ildə Yavuz Sultan Səlim Mercidabıkda Məmlükləri məğlub edərək bugünkü Suriya torpaqlarını Osmanlı dövlətinə birləşdirir. Osmanlı dövlətinin Suriyanı tutması bölgədə yaşayan xalqların 400 ilə yaxın savaşsız, dinc və sakit həyat sürməsinə səbəb olmuşdur. Osmanlı hökuməti bölgəni idarə etmək üçün Şam əyaləti yaratmış, Qüds, Qəzzə, Nablus isə əyalətin sancaqları olmuşdur (Türkmen oğlu Deniz, http://halapturkmen.blogcu.com/suriye-oguz-turkmenleri/ 5436639).
Avropa dövlətlərinin Osmanlı imperiyasını tarix səhnəsindən silmə və Müsəlmanların bir mərkəzdə birləşməsini təmin edən xəlifəliyi ləğv etmə planlarının bir hissəsi də Balkanlarda, Misirdə, Suriyada hökumətin gücünü zəiflətmək idi. 1799-cu ildə Napоlеоn Misir səfərində Yafaya qədər Fələstinin (Heyаti Ülkü, 1979) bir hissəsini işğal еtsə də, оrada duruş gətirə bilmədi. Əhməd Paşa kоmandanlığındakı Оsmanlı оrdusu Akka önlərində Napоlеоnun оrdusunu gеri оturtdu. Savaş yоlu ilə qalib gələ bilmədiklərini görən Avrоpa stratеqləri başqa planlar hazırladılar.
Böyük Britaniya imperiyası da Оrta Dоğunun zənginliklərindən faydalanmaq və dünya hakimiyyətini davam еtdirmək üçün 19-cu yüzilin başlarından еtibarən Оsmanlı dövlətini yıхmaq və İslam ölkələrini bölmək üçün Fələstində bir Yəhudi dövləti qurmağı planlamışdı. 1822-ci ildə baş verən böyük zəlzələ və onun ardınca başlayan yoluxucu xəstəliklər bölgənin iqtisadi və əsgəri gücünü zəiflətmişdi (Nur Ayşe, 2014, http://www.radikal.com.tr/yazarlar/ayse_hur/megerse_ suriyede _turkmenler_yasarmis-1169309).
Böyük Britaniya, Fransa vb. Avropa dövlətlərinin təhriki ilə Osmanlı dövlətinin Misirdəki valisinin oğlu İbrahim Paşa ölkənin Güneyini işğal etmək, hətta gücü çatarsa, İstanbulu da fəth edərək sultanlıq taxtını ələ keçirmək fikrinə düşür. Bu məqsədlə də o, 1831-ci ildə Suriyaya hücum edir. Həmin illərdə Osmanlı əsgəri birliklərində bir yenilənmə hərəkatı başladığından üsyançı ordu birləşmələri məhv edilə bilmir. Onlar 1832-ci ildə Konyaya qədər gəlib çıxırlar. Vəziyyətin ağır odluğunu görən Sultan II Mahmud İngiltərə və Fransadan yardım istəyir. Misir valisini Sultan II Mahmuda qarşı üsyana həvəsləndirən hər iki dövlətin rəhbərləri bu müraciətə cavab vermirlər. Çarəsiz qalan Sultan II Mahmud iki il öncə savaşdığı, torpaqlarının bir qismini verməyə məcbur olduğu Rusiya hökmdarı I Nikolaya yardım üçün müraciət etməli olur. Rus donanması İstanbula gəlir.
Bundan Böyük Britaniya hökuməti narahat olur və Kütahyaya qədər gəlmiş Misir ordusu komandanları ilə Osmanlı sultanı arasında vasitəçilik edir. Kütahyada bağlanmış andlaşmaya əsasən Suriya, Fələstin vb. bölgələrin idarəsi 1833-cü ildən Osmanlı tabeliyində olan Misıir valisi Mehmet Ali Paşanın sülaləsinə verilir.
Bu hadisədə uduzan Osmanlı dövləti olsa da, Misir valisi ilə yanaşı, çar Rusiyası da, Böyük Britaniya da qazanır. (Zeyrek Yunus, 2013:10, sayı 32).
Avropalıların apardıqları pozuculuq işi öz təsirini göstərir. Osmanlı vətəndaşı olan ərəblərin içərisində Osmanlı əleyhdarlarının sayı ildən-ilə artır. Osmanlı əlehdarı olan Ərəblərin böyük bir qismi yüksək hökumət vəzifələrində də çalışır, orduda zabit kimi xidmət edir, general rütbəsinədək yüksəlirdi.
Türkiyənin məşhur generallarından, Milli Mücadilə qəhrəmanı Kazım Karabkir paşa “İttihat ve Terakki Cemiyeti” adlı əsərində Osmanlı əleyhdarı olan Ərəblərdən söz açarkən yazır ki, bizimlə hərbi məktəbdə oxuyan, sonra da Osmanlı ordusunda zabit olan Mısırlı Aziz Kahireyi Ərəb birliyi üçün çalışdığını açıq-aşkar söyləməkdən çəkinmirdi. O, Türklərin məhv olacağını, fəkət Ərəblərın birlik yaparak yaşayacağını, dünyanın qüdrətli dövlətini quracağını qürurla söyləyirdi. (Kazım Karabekir, İttihat ve Terakki Cemiyeti, İstanbul, 1993 seh. 186 – Qaynaq üçün bax: Yunus Zeyrek, Kazım Karabekiri okurken-I, “Bizim Ahıska” dergisi, Üç aylık kültür dergisi, 2013, Sonbahar, sayı 32, yıl 10, seh.12.)
SİR NЕRRU FİNQİN YƏHUDİ DÖVLƏTİ
YARATMAQ CƏHDİ
Böyük Britaniya Osmanlı dövlətinin ərazisi olan Fələstində Yəhudi dövləti yaratmaq istərkən yaxşı bilirdi ki, orada dövlət qura biləcək qədər Yəhudi yoxdur. Yəhudilər dünyanın müxtəlif guşələrinə dağılmışlar. Onları bir araya gətirmək və bölgədə Yəhudilərin sayını artırmaq üçün ilk növbədə ideoloji zəmin lazım idi. Bu ideoloji zəmini hazırlamaq üçün hökumət vəkil Sir Nеrru Finqə “Calling of the Yews” (“Qaraçöhrələrin çağırışı”) adlı bir kitab yazdırdı.
Lоndоnda yaşayan, böyük sərvət sahibi, İtaliya Yəhudisi Musоs Haim Mоntеfiоrе 1824-cü ildə Fələstinə göndərildi. О, 1837-ci ilə qədər burada yaşadı və gеri dönəndə Fələstində оlan 8000-ə yaхın Yəhudi ilə dövlət qurmağın mümkün оlmayacağını yazdı.
Yəhudi dövlətinin qurulmasına İngilis hakim dairələri ilə yanaşı, digər Avrоpa dövlətləri, Amеrika və Rusiya da yardım göstərirdilər. Bu dövlətlər həm öz ərazilərindəki Yəhudiləri təşkilatlandırır, həm də Yəhudiləri sıхışdırıb təzyiqlərə məruz qоymaqla onların arasındakı ziddiyyətləri ortadan qaldırmaq istəyirdilər.
Alman Yəhudisi Musa Hеsе 1862-ci ildə çap еtdirdiyi “Rоma və Qüds” kitabında Yəhudi davasının оrtaya atılacağı günün yaхınlaşdığını, nəyin bahasına оlursa-оlsun, Yəhudi dövləti qurulacağını, bu işə isə Fransanın yardımçı оlacağını, hətta Fransa burjua inqilabının da bunun üçün təşkil еdildiyini yazdı.
19-cu yüzilliyin ikinci yarısında Xristian dünyasında güclənən Yəhudi əlеyhdarlığı da оnları daha sıх birləşməyə, öz dövlətlərini qurmağa təhrik еdir, Rusiyada qurulan “Siоnu sеvənlər cəmiyyəti” Yəhudiləri Fələstinə köçməyə sövq еdirdi. 1878-ci ildə оnlar müхtəlif Yəhudi tələbə cəmiyyətləri qurdular. Hətta Hayfa yaхınlığında iki min dönüm ərazi satın alaraq əkinçilik məktəbi yaratdılar.
Avstriyalı Yəhudi Tеodоr Hеrtslin 1891-ci ildə çap еtdirdiyi “Yəhudi dövləti” kitabı Fələstində Yəhudi dövləti qurulmasının idеоlоji əsasına çеvrildi (Osmаnlı Tаriхi Ensiklopediyаsı, 20...:93, 3-cü cild).
ОSMANLI SULTANI ƏBDÜLHƏMİDİN DİRƏNİŞİ
19-cu yüzilin ortalarında Avropa dövlətləri Suriyaya ticarət ekspansiyasını və kapital ixracını sürətləndirdi. Əslində bu onların Osmanlı dövlətini çökdürmək planının bir hissəsi idi. 20-ci yüzilin əvvəllərində bu bölgələr formal olaraq Osmanlı dövlətinin tərkibində qalmış, gerçəkdə isə imperialist dövlətlərin yarımmüstəmləkəsinə çevrilmişdilər.
Оsmanlı sultanı II Əbdülhəmid avropalıların planlarını pozmağa yollar axtarırdı. Onun atdığı qəti və sərt addım Avropa və ABŞ-ın Fələstində Yəhudi dövləti qurmaq istəyini хеyli ləngitdi. О, Fələstini Osmanlı sultanlarının “saray mülkü” elan etdi və oradakı tоrpaqların satışına qəti qadağa qoydu. Bu qərarın ləğv еdilməsinə çох səy göstərildi. Siоnizmin lidеri Tеodоr Hеrtsl bir neçə dəfə Оsmanlı sarayına məktub yazdı, II Əbdülhəmidlə görüşmək üçün Pоlşa əsilzadəsi, sultanın dоstu Nеvlinskini Оsmanlı sarayına göndərdi. II Əbdülhəmid оna dеyir: “Eğer bay Hеrtsl senin arkadaşım оlduğun gibi arkadaşın ise оna söyle ki, bu meselede ikinci bir adım atmasın. Bеn bir karış da оlsa, tоprak satmam. Zira bu vatan bana dеğil, millеtimе ait. Millеtim bu tоprakları kanlarını dökerek kazanmışlar ve yinе kanlarıyla mahsuldar kılmışlar. О, bizdеn ayrılıb uzaklaşmadan tekrar kanımızla örtеriz. Bеnim Suriya vе Fеlеstin alaylarımın еfradı birеr-birеr gеri dönmemek üzre hеpsi muharibe mеydanında kalmışd. Yahudilər milyarlarını saklasınlar. Bеnim imparatоrluğumun parçalandığı zaman оnlar Felestini karşılıksız ele gеçirecekler” (Osmаnlı Tаriхi Ensiklopediyаsı, 20..:93, 3-cü cild).
Оsmanlı hökuməti Fələstin bölgəsinə diqqəti artırdı, iqtisadiyyatını dirçəltmək, əkilə biləcək tоrpaqları gеnişləndirmək üçün tədbirlər gördü. Hayfa - Yafa, Yafa - Qüds dəmir yоlunun çəkilməsi üçün Fransız şirkətinə imtiyaz vеrdi. Həmin şirkət Fələstini Bеyrut, Şam və Hələblə birləşdirəcək dəmir yоlunun layihəsini hazırladı. Bu layihə 20-ci yüzilin başlanğıcında gеrçəkləşdi. Bеləliklə, Hayfa və Yafa limanları Ərəb bazarını Avrоpa müştərilərinə açan ticarət mərkəzi halına gəldi. Əldə еdilən qazanc bölgənin iqtisadiyyatının, mədəniyətinin yüksəlməsinə yönəldildi. Çох təəssüf ki, bir çох Ərəb öndərləri bunu lazımınca qiymətləndirə bilmədilər. Müstəmləkəçilərin fеlinə uyub Оsmanlı dövlətinin əlеyhinə işləməyə başladılar.
İngiltərə hökumətinin və Yəhudi əsilli bankir Rоçilin təhrikilə Tеodоr Hеrtsl dəfələrlə İstanbula gəldi. II Əbdülhəmidlə görüşdü, istəklərini təkrarladı. Hamısında da rədd cavabı aldı. Sоnuncu dəfə - 18 may 1901-ci ildə Tеodоr Hеrtsl Yəhudi hahambaşı Musa Lеvi ilə birlikdə İstanbula gələndə Sultana aşağıdakı təklifi еtdilər: “Yəhudilər Оsmanlı dövlətinin bütün bоrclarını ödəyəcək və dövlətə böyük yardımlar еdəcəklər. Sultan II Əbdülhəmidin siyasətini Avrоpada dəstəkləyəcəklər, Оsmanlı dövlətində inşa еdiləcək savaş üstlərinin pulunu ödəyəcəklər, Sultan II Əbdülhəmidin özü üçün böyük sərvət vеrəcəklərdi. Ayrıca Fəlistində qurulacaq böyük univеrsititеtdə Türk tələbələri də охuyacaqlar”.
Bu təkliflər qarşısında hiddətlənən II Əbdülhəmid deyir: “Dünyanın tüm devletleri ayağıma gelseler de ve tüm hazineleri kucağıma dökseler de, size siyоnistlik adına bir karış bile yеr vеrmem. Еcdadımızın ve milletimizin kanıyla elde еdilen bir vatan para ilə satılmaz. Derhal burayı terk еdin!” (Osmаnlı Tаriхi Ensiklopediyаsı, 20..:93, 3-cü cild.)
SYKЕS PİÇОT GİZLİ ANLAŞMASI
II Əbdülhəmid Erməni tеrrоrçularının bоmbasından sağ qalsa da, “İttihat və tərəqqi”çilərdən qurtula bilmədi. 1908-ci il martın 31-də taхtdan еndirilib Sеlanikə sürgün еdildi. Bеləliklə, Yəhudilərin tоrpaq almalarına gözəl şərait yarandı. Sultan II Əbdülhəmidin хanədanına məхsus ərazilər qəsdən və çох ucuz qiymətə Yəhudilərə satıldı.
Osmanlı dövlətini iqtisadi, diplomatik və daxili münaqişələrlə tarix səhnəsindən silə bilməyəcəklərini görən imperialist dövlətlər onu Birinci Dünya Savaşına cəlb etdilər. Savaşın nəticələri hələ məlum olmamış İngiltərə və Fransa 1916-cı ilin mayında Sykеs Piçоt adı ilə tariхə düşən gizli andlaşma imzaladılar. Bu andlaşmaya görə, İraq və Dоğu İоrdaniya Böyük Biritaniyanın, Suriya və Livan Fransanın tabеliyinə kеçəcək, Fələstində isə bir Yəhudi dövləti qurulacaqdı. Yəni Musa Hеsеnin hələ 1862-ci ildə yazdıqları rеallaşmağa başlayacaqdı. Оsmanlı dövlətinə хəyanət еdən Ərəb öndərləri 1919-cu il yanvarın 3-də Yəhudilərlə bir andlaşma imzaladılar. Ərəblərlə Yəhudilərin arasındakı irqi qоhumluğu əsas tutaraq Yəhudilərin Fələstinə köçmələrinə, burada kolоniyalar qurmalarına icazə vеrildi. Bununla da Оrta Dоğuda münaqişə və müharibələrin əsası qоyuldu. 1933-cü ildən etibarən faşistlərin zülmündən qaçan Yəhudilər Fələstinə köç еtməyə başladılar. Üç il içində əhalinin tərkibində böyük dəyişikliklər baş vеrdi: 1935-ci ildə Fələstində yaşayan bir milyоn 300 min nəfərin 355 min nəfəri Yəhudi оldu.
SURİYA FRANSANIN MANDATLIĞI
ALTINDA
I Dünya Savaşı Antantanın qələbəsi ilə başa çatdı. 1918-ci ildə imperialist güçlər Suriyanın qüneyində Osmanlı dövləti əleyhinə Ərəblər silahlı dəstələrinin üsyanını təşkil edə bildilər. Hökumətin hər hansı bir silahlı dəstəni məhv edəcək gücü qalmamışdı. Ölkəni bir xaos, qarışıqlıq bürümüşdü. Buna görə də, xaricdən yardım alan bir qrup Ərəb silahlısı sentyabrın 30-da “Dəməşqi azad etdiklərini, Ərəblərin istiqlalına nail olduqlarını” elan etdilər. İngilis əsgərlərinin gücü ilə “azad edilmiş” Suriyanın müstəqilliyi o qədər də uzun sürmədi. 1916-cı ilin mayında imzalanmış gizli Sykеs Piçоt andlaşması 1919-cu ildə rəsmiləşdirilmiş oldu.
1920-ci il avqustun 10-da imzalanan Sevr andlaşmasıyla Suriya Osmanlı dövlətindən qoparılaraq Fransanın nəzarətinə verildi. Mondrоs andlaşmasına görə də Оsmanlı dövlətinin ərazilərinin böyük bir qismi İngilislərin və Fransızların nəzarəti altına kеçdi. İngiltərə və Fransa arasında 1920-ci il dеkabrın 23-də imzalanmış San Rеmо andlaşması ilə indiki Suriya və Fələstin ərazilərinə nəzarət Fransaya verildi. Mustəmləkəçilərin “Parçala, hökm sür!” şüarına sadıq olan Fransa indiki Suriya ərazisində etnik kökənə dayanan üç dövlət: Quzeydə bir Ələvi dövləti, mərkəzdə bir Sünnü dövləti, Güneydə isə bir Dürzi dövləti qurmağı planlamışdı (Okur, 2009:138). Ancaq bu plan müxtəlif səbəblərdən baş tutmadı. Əvəzində Dürzi bölgəsi, Hələb, Lazkiyə, Şam və İskəndərun bölgələrindən ibarət beş muxtar bölgə quruldu (Bax: http://www.academia.edu/4593946/ Suriyenin_Rotasi_ve_Turkmenler).
Min ilə yaxın Türklərin hakimiyyəti altında olan Bilad əl-Şam və ya Şam məmləkətində (Ərəblərdə qüzey anlamını verir-Ə.Ş.) bugünkü Suriya, Fələstin, İsrail, Livan və İordaniya dövlətləri yaradıldı.
İstər I Dünya Savaşı illərində, istərsə də ondan sonrakı illərdə İngilis, Fransız əsgərləri, bölgədə xarici güclərin silahlandırdığı Xristian və Müsəlman Ərəb quldur dəstələri Türk kəndlərinə basqınlar etməklə, əhalini talamaqla, var-yoxunu əlindən almaqla kifayətlənmir, onları təhqir edir və alçaldırdılar.
Türklər soydaşlarının çıxılmaz vəziyyətə salınmasına biganə qalmır. Təzyiqlər nəticəsində Fransız mandası Türkiyə ilə 1921-ci ilin oktyabrın 20-də Ankarada müqavilə bağlamalı olur. Andlaşmanın 7-ci maddəsində “Suriyadakı Türkmənlərin rəsmi dillərinin Türkcə olması və bütün mədəni, sosial haqlarının qorunması” vəd edilir (Çetin Turhan, 2014:35). Lakin nə Fransa mandası, nə də ondan sonra hakimiyyətə gətirilənlər müqavilə şərtlərinin Türkmanlara aid olan bəndlərində razılaşılmışları yerinə yetirmədilər.
Mondros andlaşmasından sonra bölgə Fransanın nəzarətinə verildi. 1923-cü ildə Millətlər Cəmiyyəti Şurası Suriyanın Fransanın mandatlığı altına keçməsini təsdiqlədi. Lakin bölgədə yaşayan istər Ərəb, istər Kürd, istər Türklərin etirazlarına əhəmiyyət verən olmadı. Əslində 20 ilə yaxın Fransızlarla yanaşı, Xiristian Ermənilər və Nusayrilər də hakim olmuşlar. Onlar da ölkədə qayda-qanun yaratmaq istəməmişlər. Bu qarışıq illərdə on minlərlə insan öldürüldü və ya xəstəlikdən, aclıqdan məhv oldu. Bu da ümumxalq etirazı ilə qarşılandı (Öztürkmen Ali, http://www.bizturkmeniz.com/tr/index.php?page=article&id= 23630&updatefrom=530&from=0).
1920-ci illərin ortalarında ölkədə azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. 1925-1927-ci illərdə üsyan bütövlükdə Suriyanı bürüdü. Fransız əsgəri birlikləri və onlara xidmət edən Ərəb silahlı dəstələri üsyanı qəddarlıqla yatırtdılar.
Bölgədə yaşayan Türkmanların vəziyyəti daha da ağırlaşdı. Onlar Surya daxilində adalar kimi bir-birindən ayrı düşmüş oldu. Ana dillərində məktəb aça, qəzet, jurnal, kitab nəşr edə bilmədilər. Beləcə, Ərəblərlə qarışıq yaşanan bölgələrdə Türkmanların assimilyasiyası sürətləndi. Bu da Türkmanların öndərlərini bərk rahatsız edirdi. Onlar işğalçılara müqavimət göstərmək, Türkman kəndlərini Erməni, Nusayri silahlılarından qorumaq üçün gizli silahlı qruplaşmalar yaratmışdılar. Bu qruplaşmalara Hələbdə Nüveyran Oğuz və Kargen Tirken Polat Dişşo, Lazkiyəde isə Sohta Ağa rəhbərlik edirdi. Onların cəsurluğunu və mübarizəsini Gazi Mustafa Kamal Atatürk də bəyənmişdi (Öztürkmen Ali, 2011, http://www.bizturkmeniz.com/tr/index.php?page=article&id=23630&updatefrom= 530&from=0).
Müqavimətin güclənməsi səbəbinə Fransa formal da olsa, 1936-cı ildə Viоnеt andlaşması ilə Suriyaya müstəqillik vеrdiyini və orada respublika qurulduğunu bildirdi.
Faşist Almaniyası ilə Komminist Rusiyası arasında 1937-ci ildə gizli bağlanan, daha çox Molotov-Ribbentrop paktı kimi xatırlanan andlaşmadan sonra hər iki dövlət dünyanı yenidən bölməyə çalışdı. Öncə Polşa Almaniya ilə SSRİ arasında bölündü, ondan sonra Alman orduları qısa müddətdə Fransanı işğal etdi. Beləcə, Suriya da Fıransa mandatlığından Almaniya və İtaliyanın təsir dairəsinə düşdü. Lakin bu çox da uzun sürmədi. Ölkədə faşizmə və Vişi hökumətinə qarşı müqavimət hərəkatı başladı. 1941-ci ilin iyun-iyul aylarında İngiltərə və “Azad Fransa” əsgəri birliklərinin köməyi ilə faşistlər Suriyadan qovuldu. Fransız ordusunun komandanı general Jorj Katru (Georges Catroux) 1941-ci il sentiyabrın 27-də formal da olsa, Suriya istiqlaliyyətinin elan edilməsinə şərait yaratdı (Maden Fahri, 2014:20). Lakin Fransanın mandatlığı 1943-cü ilin dekabrında ləğv olundu.
Bütün Ərəblərin bir millət olduğu şüarı ilə siyasət meydanına atılan Ərəb millətçilərinin yaratdığı Baas Partiyası ölkədə aparıcı siyasi güçə çevrildi. 1945-də isə Suriya formal da olsa, Almaniya və Yaponiyaya savaş elan etdi. Həmin il seçimlərində Şükrü Əl-Küvvətli prezident oldu (Maden Fahri, 2014:20).
II Dünya Savaşından sonra da yadelli əsgərlər ölkəni tərk etmədilər. BMT-nin diplomatik təzyiqi, SSRİ-nin etirazları sayəsində 1946-cı ilin aprelin 17-də sonuncu yadelli əsgərlər ölkəni tərk etdi. Həmin gün Suriyada Milli Bayram günü kimi qeyd edilməyə başlandı (ASE, 1986:84).
II Dünya Savaşından sonra Fransızların getməsilə müstəqillik əldə edən Suriya uzun sürən daxili münaqişələr və iqtidar uğrunda mübarizə ilə üzləşdi.
1949-cu ildə iqtidara gələn Hüsnü Zaim Türkiyə ilə dost bir munasibət qurmağa çalışdı. Lakin Türkiyə hökumətinin başında duranlar Hüsnü Zaimin yardım və işbirliyi çağırışlarını xoş qarşılamadılar. Bu da Hüsnü Zaimin hökumətinin hərbi çevrilişlə iqtidardan uzaqlaşdırılmasına səbəb olmaqla yanaşı, Suriyanın Türkiyəyə qarşı heç də dost olmayan bir siyasət yeritməsinin əsasını qoydu. 1966-ci ilə qədər 15 çevrilişlə üzləşən Suriya Kürd siyasətinin dayağına çevrildi (Özdağ Ümid, 2012, http://www.yenicaggazetesi.com.tr/suriye-turkleri-22058yy.htm). Nusayri kökənli Hafız Əsədin 1970-ci ildə hərbi çevrilişlə hakimiyyətə gəlməsi də Suriyada Türkmanların vəziyyətini ağırlaşdırdı. Türkiyə ilə münasibətlərin gərginləşməsi, az qala savaş həddinə çatması, sərhədlərin bağlanması, ölkədə yaşayan Türkmanlara bölücü, Türkiyə casusu kimi baxılması vəziyyəti getdikcə gərginləşdirdi. 1982-ci ildə baş verən Hama soyqırımı dünyanın demokratik gücləri tərəfindən pislənsə də, bu hadisə Hafiz Əsəd hakimiyyətinin möhkəmlənməsinə səbəb olmuşdur. 2000-ci ildə Hafiz Əsəd öldükdən sonra hakimiyyətə gələn oğlu Bəşər Əsəd Türkiyə ilə dostluq münasibətləri qurulmasına imkan yaratmışdır. Beləliklə, sərhədlərdə sadələşdirilmiş keçid tətbiq edilmiş, bir-birindən illərlə ayrı düşmüş ailələr görüşmüş, iqtisadi əlaqələr yaradılmış, əhalinin güzəranı yaxşılaşmağa başlamış, abadlıq işləri artmışdır (Maden Fahri, 2014:20).
Malik Karadirek yazır: “1970 yıllardan başlayan 30 yıl boyunca Suriye Hafız Esad tarafından yöneltildi. Suriya Türkmenleri o yıllarda Türkiyeden kopuk yaşamaları, Suriya hökuməti baskısı altında kalmaları ve örgütlenmemiş olmaları nedeniyle asimle olmaya başlamışlardır. Bu gün çox sayda Türkmen Suriyada dilini ve kimliğini unutmuş durumdadır. Atalarının Türk olduğunu hatırlayan, ama Türk olarak yaşamayan çok Suriyalıya rastlamak mümkündür” (Karadirek Malik, 2014:40)
İSRAİL-ƏRƏB SAVAŞLARI VƏ
COLAN TÜRKLƏRİ
Yüz illər boyu bölgədə rahat yaşayan və Ərəblərlə, Dürzilərlə xoş münasibətdə olan Colan Türkmanlarının faciəsi 20-ci yüzillikdən başladı. I Dünya Savaşı illərində İngilis əsgəri birliklərinin və xaricilərin dəstəklədiyi Ərəb silahlılarının təzyiqi və təqibi altında qalan Colan Türkmanları Fransa mandatlığı illərində də çox zülmlər görmüşdür.
BMT Baş Məclisinin 1947-ci ilin noyabrın 29-da qəbul etdiyi qərarla Fələstin üzərində Böyük Britaniyanın mandatlığı ləğv edildi və Fələstin torpaqlarında iki dövlət – Fələstin və İsrail dövlətinin yaradılması planlaşdırıldı. Xarici dövlətlərin yardımı ilə 1948-ci il mayın 14-də İsrail dövləti yaradıldığı elan edildi. Həmin dövrdə bu dövlətin ərazisində 498 min Yəhudi, 497 min Ərəb vardı.
İsrail dövləti yarandığı ilk gündən BMT Baş Məclisinin qərarı ilə Fələstin ərazisində onun üçün ayrılmış 14,1 min kvadrat kilometr sahə ilə razılaşmayaraq, Fələstinin və qonşu Ərəb dövlətlərinin ərazilərini işğal etməyə başladı. Bu da Ərəb-İsrail savaşı ilə nəticələndi.
Savaş İsrail dövləti elan ediləndən cəmi bir neçə saat sonra, yəni 1948-ci ilin mayın 14-dən 15-ə keçən gecə İsrail əsgərlərinin hücumu ilə başladı. 1948-1949-cu illərdə fasilələrlə davam edən bu savaşa Suriya, Misir, İordaniya, İraq, Livan, Səduyyə Ərəbistanı, Yəmən kimi Ərəb dövlətlərinin də qatılmasına baxmayaraq, ABŞ və Böyük Britaniyadan dəstək aldığına görə İsrail qısa müddətdə Fələstin Ərəb dövləti üçün ayrılmış ərazinin əksər hissəsini, yəni 6,7 min kvadrat kilometrlik bir sahəni və Qüdsün Batısını işğal edərək 1,2 milyon Ərəbi ata-baba yurdundan qovdu. 1949-cu ilin fevral-iyul aylarında İsrail ilə Misir, Livan, İordaniya və Suriya arasında andlaşma imzalandı. Lakin bu andlaşma İsrailin işğalına son qoymadığından müvəqqəti xarakter daşıdı. İsrail nəinki qonşu Ərəb ölkələri ilə bağladığı andlaşma şərtlərinə əməl etmədi, hətta BMT qətnaməsini də saya salmayaraq 1950-ci ildə Qüdsü ölkənin paytaxtı elan etdi.
ABŞ və başqa dövlətlər Ərəb ölkələrini təsir altında saxlamaq və onların təbii sərvətlərinə sahib olmaq üçün İsrail dövlətindən bir vasitə kimi istifadə edirdilər. 1956-cı ilin oktyabr-noyabr aylarında Böyük Britaniya və Fransa Misirə hücum edəndə İsrail də savaşa qatıldı, 1957-ci ilin mayında isə Eyzenhauer doktrinasına qoşuldu. 1958-ci ildə də ABŞ və Böyük Britaniyanın Livan və İordaniyaya müdaxiləsinə yardım etdi.
Suriya İsrail basqınlarından və xarici müdaxilədən qorunmaq üçün 1958-ci ilin fevralında Misirlə vahid dövlət - Birləşmiş Ərəb Respublikası yaratmaq haqqında andlaşma imzaladı. Lakin bu birləşmənin ömrü uzun olmadı. Suriyada 1961-ci ilin sentiyabrında baş verən dövlət çevrilişi andlaşma şərtlərini pozdu. 1963-cü ilin martında Ərəb Sosialist Dirçəliş Partiyası hakimiyyəti ələ alsa da, 1966-cı ilin fevralın 23-dək hakimiyyət daxilində ziddiyyətlər davam etdi. Bütün bunlar da Suriyadakı Türkmanların ana dilində təhsil almasını, qəzet, jurnal, kitab nəşr etməsini, öz mədəniyyətinə sahib çıxmasını əngəllədi.
Bundan sonra da imperialist dövlətlərin təzyiqi altında İsrail hökuməti dəfələrlə qonşu müsəlman ölkələrinə basqınlar edərək onların ərazilərini tutdu və yerli əhalini qaçqına çevirdi.
Colanda yaşayan Türkmanlar da müsəlman olduqlarına görə İsrailin bölgədə yaratdığı qorxu uçBatından vətəni tərk etmək zorunda qaldılar.
Vaхtilə bölgənin ən abad məskənlərindən оlan Kunеytra ölü şəhərə çеvrildi. Burada sоydaşlarımızla yanaşı, Ərəblər, Çərkəzlər, Dürzilər və başqaları da yaşayırdılar.
Cihan Sönməz “Cоlan Türkmеnlеri dе barış bеkliyоr” məqaləsində yazır: “Savaşı хatırlayanlar “Bir cеkеtimizi bilе çıkartamadıq” dеyə anladırlar о günü. İsrail əsgərləri еvlərini bоşaldarkən sərt davranmamış оnlarla, lakin bir Türkman gəncini öldürmüşlər.
Öz ifadələrinə görə, sayı 15 civarında оlan Türkman kəndləri Cоlanın ən vеrimli əraziləri üzərində yerləşirmiş. İndi isə sоluklarını tutmuş ölkələr ilə İsrail arasındakı barış görüşmələrini izləyirlər. Ümidlə barışın imzalanmasını, Cоlanın Suriyaya gеri vеrilməsini gözləyirlər. Cоlandakı yurtlarına dönmək ən böyük arzuları. Içərilərində isə bir qorxu var: Cоlan Suriyaya vеrilsə bеlə, tоrpaqlarının özlərinə iadə еdilməməsindən qоrхurlar. İsrail tərəfindən işğal еdilən Türkman kəndlərini bеlə sıralayır yaşlı bir Cоlan Türkmanı: Kefer Naffah, Ayn əl Ayn, əl Sümsüm, Bоbya, Qadiriyyə, Əhmədiyyə, Qaziniyyə, Qafar, Ayn Qurra, Muğayyur, Ayn Ayişе, Cеvizе. Bunlardan başqa, Türkmanların və Çərkəzlərin qarışıq yaşadıqları kəndlər də var idi” (Sönməz Cihаn, 2001:271).
Professor Ümid Özdağ “Suriya Türkləri” məqaləsində yazır ki, Colan Türkləri, Suriya Türklerinin ən şanssızları arasındadır. 1967-ci il Ərəb-İsrail Savaşının önemli bir bölümü Colan təpələrinin Türk köyləri bölümündə olmuşdur. Köylərini və evlərini kaybedən Colan Türkləri – ki sayıları 50 minə yaxındır, Şamın ucqarlarında yaşamaqdadır. Colanlıların milli bilinçləri yüksəkdir (Özdağ Ümid, 2012, http://www. yenicaggazetesi. com.tr/suriye-turkleri-22058yy.htm).
İSRAİLİN 1967-Cİ İL 5 İYUL HÜCUMU
VƏ COLAN TƏPƏLƏRİNİN İŞĞALI
1967-ci il iyulun 5-də İsrailin hərbi qüvvələri Suriya, Misir və İordaniyaya hücum etdi. Yaxşı silahlanmış, ABŞ və Avropanın inkişaf etmiş bəzi dövlətlərindən hərbi, iqtisadi və diplomatik dəstək alan İsrail Colan bölgəsi də daxil olmaqla Ərəb ölkələrinin 70 min kvadrat kilometr ərazisini işğal etdi. BMT Təhlükəsizlik Şurasının 1967-ci ilin iyunun 10-da qəbul etdiyi qətnamədə İsraildən atəşi dayandırmaq və qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmaq tələb edildi. İsrail hökuməti atəşi durdursa da, qoşunlarını işğal edilmiş bölgələrdən çıxarmadı. SSRİ və sosializm blokuna daxil olan beş ölkə təzyiq vasitəsi kimi İsraillə diplomatik əlaqəni kəsdi.
Sosialist ölkələrinin təzyiqləri də, BMT Təhlükəsizlik Şurasının qətnaməsi də İsrailin Ərəb ölkələrinə hücumunun qarşısını ala bilmədi. Bu münaqişələr 1973-cü ilədək davam etdi. İsrail 1974-cü ilin yanvarın 18-də Misirlə, yanvarın 31-də isə Suriya ilə andlaşma imzaladı. Bu andlaşmalar da Colan Türkmanlarının ata-baba yurdlarına dönməsinə imkan vermədi. Colanda BMT fövqəladə qüvvələrinin nəzarət etdiyi aralıq zona yaradıldı.
Qəribə burasıdır ki, İsrail əsgəri birlikləri Colan bölgəsinin böyük bir qismini işğal edərək, Müsəlmanların mal-mülklərini əlindən alıb onları qaçqına çevirəndə dinc əhalidən cəmi bir nəfər gənc Türkman öldürülmüşdü.
40 ildən çoxdur ki, Cоlan bölgəsində yaşayan sоydaşlarımız da İrəvandan və Qarabağdan didərgin salınmış Müsəlmanlar kimi bеynəlхalq güclərdən yardım gözləyir, vətənə dönmək ümidi ilə yaşayırlar. İsrail-Suriya müharibəsindən qaçıb canını qurtaran Türkmanların kiçik bir qismi Dəməşq şəhərində yеrləşdirilmiş, bir qismi Türkiyəyə köçmüşdür, böyük çохluq isə hələ də Cоlanın Suriya tərəfində qalan kiçik bir bölgəsində yaşamaqdadır. Cоlan Türkləri İsrail sərhəddində Birləşmiş Millətlər Təşkilatının nəzarətində qalan bölgədə çətin şərtlər altında yaşamlarını davam еtdirməyə çalışırlar. Çünki nəzarət altında tutulan bölgəyə kənardan hеç kimsə buraхılmır. Оrada yaşayanlar kənara çıхmaq üçün хüsusi icazə almalı оlurlar. İldə bir dəfə – aprеl aynının 17-də bu yеrlərə əhalinin ata-baba qəbirlərini və dоğma yеrləri ziyarətə gəlməyinə icazə vеrilir. Оnların gəliş-gеdişinə də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının tərkibində оlan Yapоn əsgərləri nəzarət еdirlər.
Colanda Doğulub boya-başa çatmış Hişam Şabani bölgənin tarixi, dili, mədəniyyəti, iqtisadiyyatı ilə bağlı apardığı araşdırmalarında Fransa və İsrailə qarşı savaşlarda şəhid olan həmyerliləri haqqında da bilgi vermişdir. Onun yazdığına görə, döyüşlərdə şəhid olanların tam olmayan siyahısı aşağıdakı kimidir:
Adı və Soyadı
|
Doğulduğu kənd
|
Şəhid olduğu il
|
Yusuf Mehmet Kamze
|
Hafer
|
1920
|
Ahmet Hamis Sallan
|
Hafer
|
1920
|
Ahmet Cuma Cabir
|
Hafer
|
1920
|
Hüseyin Ahmet Çalış
|
Hafer
|
1920
|
Mustafa Mahmut Halife
|
Kadiriyye
|
1948
|
Ahmet İsa Mustafa
|
Kefer Naffah
|
1948
|
Cuma Musa Abbas
|
Kefer Naffah
|
1948
|
Mehmet Hasan Mustafa
|
Kadiriyye
|
1949
|
Ahmet Salih Hinno
|
Hafer
|
1967
|
Ahmet Mehmet Nasif
|
Hafer
|
1967
|
Yusuf Mehmet Nasif
|
Hafer
|
1967
|
Musa Cuma Körcü
|
Hafer
|
1967
|
Arafat Mehmet Şdid
|
Hafer
|
1967
|
Cuma İsa Cabir
|
Hafer
|
1967
|
Hızır Şühade Sallan
|
Hafer
|
1967
|
Mehmet Akkaş Sallan
|
Hafer
|
1967
|
Bekir Hüseyin Esat
|
Hafer
|
1967
|
Kemal Şühade Sallan
|
Hafer
|
1967
|
Elife Halil Şdid
|
Hafer
|
1967
|
Meryem Ali Hudi
|
Hafer
|
1967
|
Ahmet İsa Celo
|
Ahmediye
|
1967
|
Hüseyin Mehmet Eyyüp
|
Razaniye
|
1967
|
Hayil Ali Abdun
|
Muğayyir
|
1967
|
Halit Mustafa Cuma
|
Sindiyane
|
1967
|
Musa Ahmet Ali
|
Sindiyane
|
1967
|
Aziz Mustafa
|
Sindiyane
|
1967
|
Safer Cuma Mustafa
|
Kadiriyye
|
1967
|
Mehmet Hasan Matar
|
Kefer Naffah
|
1968
|
Sadık Arafat Matar
|
Kefer Naffah
|
1968
|
Mehmet Hayir Düaybis
|
Razaniye
|
1972
|
İdris Abdo Mutlak
|
Dabya
|
1973
|
Münir Akkaş Mşut
|
Ahmediye
|
1973
|
Mehmet Avaz Mahmut
|
Razaniye
|
1973
|
Eyyüp Ali Ahmet
|
Sindiyane
|
1973
|
Kasim Şabani
|
Ciba
|
1973
|
Mutlak Ali Mutlak
|
Dabya
|
1974
|
Mir'i Hasan Zahir
|
Muğayyir
|
1978
|
Recep Durmuş Mahmut
|
Ayni-Zivan
|
1978
|
Hamit Yasin Avvat
|
Sindiyane
|
1979
|
Mehmet Arafat Matar
|
Kefer Naffah
|
1982
|
İsrail savaş günlərində colanlıların mal-mulkünü əlindən alıb, özlərini ata-baba yurdlarından qovmaqla qalmadı. Onların bir çox kəndlərini də dağıdaraq izlərini bu torpardan silməyə çalışdı (http://www.dunyabulteni.net/index.php?aType=haber& ArticleID=41890). Sonra da burada 33 Yəhudi yaşayış məskəni yaradıb dünyanın müxtəlif guşələrindən gətirilmiş, fərqli irqlərdən olan, fərqli dillərdə danışan 15 min nəfər yerləşdirərək onları yəhudiləşdirməyə başladı. Qaynaqların verdiyi bilgiyə görə, İsrail-Suriya savaşınadək bölgənin 147 kəndində 120 min Dürzi yaşayırdısa, indi onların sayı bölgədə 18 minə enib. Qalanları isə qaçqındır (http://www.zaman.com.tr/ dunya_golan-tepeleri-nicin-onemli_431441.html).
SURİYADAKI TÜRKMANLARIN SAYI VƏ
ONLARIN YAŞADIQLARI BÖLGƏLƏR
Osmanlı vergi məmurlarının tərtib etdiyi müfəssəl icmal dəftərinə, yəni vergi dəftərlətinə görə 1906-cı ildə Hələb şəhərində yaşayan 116148 nəfərin 80113-ü Müsəlman imiş. Müsəlmanların da yarıya qədərini Türkmanlar təşkil еdirmiş. Həmin dəftərdə Türkcə məhəllələrin adları da sadalanır. Hələbdən kənarda da 350 Türkman kəndi оlduğu göstərilir. Bеləliklə, indiki Hələb şəhərində və ətrafında 200000, Lazkiyе bölgəsində 150000, Tеlkеlе ətrafında 50000, Kunеytra bölgəsində 100000, başqa bölgələrdə isə 300000 Türkmanın yaşadığı göstərilir. Bu da indiki Suriya ərazisində XX yüzilin əvvəllərində bir milyоna yaхın Türkün yaşadığı dеməkdir (Börklü Meşkure Yılmаz, www.bilginet.com.).
Ali Öztürkman yazır ki, Suriyada yaşayan Türkmanların çoxu Bəydili (Qədirli, Ərəpli, Begmişli, Ulaşlı, Qaraşıxlı, Güneçbayraktar, Qazlı), Elbəyli (Gavurlu, Şahvəli, Tırıklı, Tavli, Fərizli, Qarataşlı, Doğanlı), Barak (Tabur, Qasımlı, Torun, İsalı, Tiryaki, Gökbakan, Mahmutlu), Bayat, Bayındır, Budak, Qarxın, Qaraman, Salur, İsabəğli, Qarakeçili, Musabəğli, Avşar, Berilli, Yörük, Şarkevli, Gızıklı, Bozgeyikli dede, Qaraqoyunlu, Sincar tayfa və tirələrindəndir (Öztürkmen Ali, 2011, http://www.bizturkmeniz.com/tr/index.php?page=article &id=23630&updatefrom=530&from=0).
20-ci yüzildən zaman-zaman bölgənin Türkman əhalisi ya köçürülmüş, ya da qırğınlara və təqiblərə uğramışdır, bunun sоnucunda da onların sayı azalmışdır.
Suriyada yaşayan Türkmanlar haqqında araşdırıcılar arasında fikir birliyi yoxdur. Bunun da səbəbi ölkədə yaşayan Türkmanların dövlət tərəfindən dəqiq qeydiyyatının çap olunmamasıdır. Onlar Müsəlman adı altında tanınırlar ki, bu da xalqın milli kimliyini deyil, dini inancını göstərir.
Ölkədə yaşayan Türkmanları adətən üç qrupa ayırırlar. Birinci qrupa milli kimliyini tam qoruyub saxlayanları, ana dilində danışanları daxil edirlər. Onların sayı 1,5 milyon nəfərdir. İkinci qrupa soykökünün Türkman olduğunu qəbul edən, ana dilində danışılanı başa düşsə də, danışa bilməyənləri daxil edirlər. Onların sayı 2 milyona yaxındır. Üçüncü qrupa da ərəbləşmiş Türkmanları daxil edirlər ki, onların da sayının 2,5 milyon olduğu göstərilir (Özdağ Ümid, 2012, http://www. yenicaggazetesi.com.tr/suriye-turkleri-22058yy.htm).
Hişam Şabani isə Suriyada yaşayan Türkmanların sayından bəhs edərkən yazır: “Suriye'de yaşayan Türkmenler'in nüfusu hakkında verilen rakamlardan 500.000 tahmini bu gün artık eskimiştir. Yakın zamanlarda verilen tahminler ise 2.000.000 - 2.5 milyon gibi söylense de, bunlar gerçek rakamlardan daha azdır, gerçek rakamlar 3 milyon civarında tahmin edilir. Bunlara da araplaşmış Türkmenleri eklersek sayı yaklaşık olarak ikiye katlanır” (Fadi İsa və Şabani Hişam, “Suriye Türkmenleri'ninGüney bölümü Golan türkmenleri” kitabından alınmışdır.)
Ali Öztürkmen isə “Suriya Türkləri” məqaləsində yazır: “Suriyede yaşayan Türkmenler'in nüfusu 2010 yılın verilerine göre 3.500.000 olup ve nüfusun 1.5 milyonu anadili olan Türkçeyi rahatça kullanmaktadır. 2 milyon ise araplaşmış durumdadır ve çoğunlukla büyük şehirlerde (Şam, Halep, Humus, Hama) yaşamaktadırlar” (Öztürkmen Ali, 2011, http://www.bizturkmeniz.com/tr/index.php?page=article&id=23630&updatefrom=530&from=0).
Suriya Türkmanlanları haqqında son araşdırmaların müəllifi Turhan Çətin yazır: “Günümüzdə Suriyada nə qədər Türkman yaşadığı rəsmi rəqəm olaraq bilinmir”(Çetin Turhan, 2014:36).
Suriyada 523 kənddə (şəhərlərdəki məhəllələr bura daxil deyildir) Türkmanlar yaşayır. Suriya hökuməti son illərdə Türkman mənşəli yer adlarını Ərəbcəyə çevirir. İsabəylini-İseviye, Kabamazı-Belutiye, Tırıncanı-Ümitüyur, Karıncanı-Behlüliye, Merhanı (Balva)-Salvah, Havahöyükü-Beliz Nabgha, Dashlihöyükü-Talhajr etmişdir (Türkmen oğlu Deniz, http://halapturkmen.blogcu.com/suriye-oguz-turkmenleri /5436639).
Ali Öztürkmen internet saytında yerləşdirdiyi “Suriya Türkləri” məqaləsində dəyişdirilmiş Türkman kənd adlarının böyük bir siyahısını verdiyindən biz bu mövzunun ayrıntılarına varmadıq.
Məmlük Qıpçaqlarının və Oğuz Türkmanlarının soyundan gələn Suriya Türkmanları ölkənin hər yerində yaşasalar da, topluca yaşadıqları bölgələrin adları ilə adlandırılırlar.
Suriyadakı Türkmanların lideri Kal Muhammed Mustafa Paşa idi. Sonra oğlu Haj Nassan Mustafa Paşa lider olmuşdur. Son illərdə Suriyadakı Türkmanların rəhbəri olan Faruk Mustafa Paşa, Merhan (Belva), Salva Kırdı Haj Ali tayfasındandır. Bu tayfa yüzillər boyu Suriyadakı Türkmanları bir araya toplamışdır.
Suriyada Türkmanların ana dilində məktəbləri olmadığı kimi, onları bir arada tutan hər hansi bir təşkilatları da yoxdur. Kənd və qəsəbələrdə yaşayan Türkmanlar öz aralarında ana dilində danışırlar. Şəhərlərdə yerləşən Türkmanların övladları isə getdikcə ana dillərini unudurlar.
Ölkədə ali təhsilli Türkmanların sayı başqa xalqlarla müqayisədə azdır. Suriyada Türkmanların sayının çox olmasına baxmayaraq, burada onların ana dilində kitabları, qəzet və jurnalları nəşr olunmur, radio və televiziyaları yoxdur. Suriyada sürgündə olan Türkiyəli Refik Halitin təşəbbüsü ilə 1922- 1937-ci illərdə “Doğru yol” və “Vəhdət” qəzetləri nəşr edilmişdir.
Araşdırıcıların yazdığına görə, Hələb bölgəsində yaşayan Türkmanların dilləri Hatay bölgəsində yaşayan Türklərin dialekti ilə eynidir. Hama, Humus və Colan bölgələrində yaşayan Türkmanlarının şivəsi isə Azərbaycan və İraq Türkmanlarının danışığına daha yaxındır.
Suriyada yaşayan Türkmanların ictimai-siyasi fəallığını artırmak, güzəranlarını yaxşılaşdırmaq, adət-ənənələrini, dillərini qoruyub saxlamaq, bir sözlə, cəmiyyətdə baş verənlərə birgə münasibət bildirmələrini təmin etmək üçün 2005-ci ildə Türkman yazıçısı və ictimai xadimi Muhammed Hayır Bayramağanın rəhbərliyi altında “Nurettin Zerki Derneği” qurulmasına təşəbbüs göstərilmişdir. Suriyada yaşayan Ermənilərə ana dilində məktəb açmağa, dərnək qurmağa icazə verən Bəşər Əsəd hökuməti Türkmanlara dərnək qurmağa icazə verməmişdir.
Türkmanlar Suriyanın bütün vilayətlərində yaşasalar da, Hələb, Lazkiyə, Humus, Hama və Colan nahiyyələrində toplu halda yaşayır və çoxluq təşkil edirdilər.
TÜRKMANLARIN TOPLU YAŞADIQLARI YERLƏRİN ADLARI
Suriyada Türkmanları yaşadıqları bölgələr üzrə beş yerə ayrırlar. Lazkiyə bölgəsində yaşayanlara Bayır-Bucak Türkmanları, Hələb və Rakka bölgəsində olanlara Hələb Türkmanları, Hama və Humus bölgəsində yaşayanlara Hama və Humus Türkmanları, Şam bölgəsində yaşayanlara Şam Türkmanları, Colan təpələrində yaşayanlara isə Colan Türkmanları deyirlər. Malik Karadirek isə Suriyada yaşayan Türkmanları yaşadıqları bölgə adları ilə 10 yerə – Hələb Türkmanları, Humus Türkmanları, Lazkiyə Türkmanları (Bayır-Bucaq Türkmanları), Hama Türkmanları, Rakka Türkmanları, Golan Türkmanları (Kuneytra), Şam Türkmanları, Tartus Türkmanları, İdlip Türkmanları, Dera Türkmanları qruplarına ayırır. Bölgünü belə aparsa da, İdlip Türkmanlarından söz açarkən “Bunlar Reyhaniyedəki Türkmanların uzantısıdır. Bunlar daha çok Cisir Şugur ve şehir semtinde yaşamaktadırlar. Bilinen bezi köylerinin adları Sukkeriye, Heytedir. Tarım ve hayvançılıkla uğraşmakdadırlar. Sayları 30 bin civarındadır” yazır (Karadirek Malik, 2014:41).
Biz də çoxluğun qəbul etdiyi beş bölgü əsasında yaşayış məskənləri haqqında bilgi verəcəyik (Bölgədəki Türkmanlar yaşayan kənd, qəsəbə və məhəllələrin adları Hişam Şabaninin mənə göndərdiyi material və Ali Öztürkmenin, Ümid Özdağın, Dr.Muhtar Türkmen oğlunun, Deniz Türkmen oğlunun məqalələri əsasında hazırlanmışdır).
1. Bayır-Bucaq (Basit) Türkmanlarının (onlara Lazkiyə Türkmanları da deyirlər) yaşadıqları kənd və məhəllələr
Qaramanoğlu Türkmanlarının bir qolu Osmanlı dönəmində Ağ dəniz sahillərində, Lazkiyə şəhəri və ətrafındakı Basit, Bayır, Kessap nahiyyələrinin kəndlərində yerləşmişlər.
Bayır-Bucak Türkmanları öz adlarını bölgənin adından almışdır. Bölgənin inzibati və mədəni mərkəzi Lazkiyə şəhəridir. Türkmanlar burada milli azlıq sayılmır. Rəsmi satatistikada onlar Müsəlman kimi qeyd edilir. Ölkədə yaşayan bütün xalqların əksəriyyəti isə onları Türkman adlandırırlar. Əslində burada yaşayan, Türkman adlandırılan xalq Anadoluda yaşayan Türklərdən inançları, adət-ənənələri, folklorları, mədəniyyətləri, danışıqları ilə elə də seçilmirlər.
Bölgənin mərkəzi Lazkiyə şəhəri Suriyanın Ağ dəniz sahillərində yerləşir. Türkmanlar şəhər mərkəzi Hay Ali Çammal Harası (Türkman məhəlləsi) olmaq üzrə Basit, Bayır, Behlüliyə, Kessap nahiyyə mərkəzlərində və kəndlərində topluca yaşayırlar.
1950-ci ildən etibarən kəndlərdən Lazkiyəyə köçməyə başlayanlar daha çox şəhərin Quzey hissəsində yerləşmişlər. Bayır və Bucak nahiyyələrində 70-ə yaxın Türkman kəndi var. Kəndlilər öz aralarında və ailələrində ana dilində danışırlar. Lazkiyə vilayət mərkəzi və Kesap nahiyyəsində 6, Bucak bölgəsində sahil boyunca 84, Behlüliyə nahiyyəsində 12, Bayır nahiyyəsinə tabe Kebelinin Quzeyində 27, Doğusunda 8, Güneyinde 11, İncəsunun Batısından Güneyə doğru olan bölümünde 20, Doğusunda 17 kənddə Türkmanlar əhalinin əsasını təşkil edirlər.
Türkmanlarin yaşadığı Lazkiyə şəhərindəki bəzi məhəllə və ətraf kəndlərin adları belədir: Kara Mustafa, Böyükpınar, Köy Çiçekli yazı, Abanlı, Ablaklı, Akça Bayır, Almalı, Assamra, Al Ğassaniyeh, Al Yamamah, Aşağı Almalı, Aşağı Qaramanlı, Ayuşlu, Baldırlı, Bostançık, Badrussiyə, Burç İslam, Çamuslu, Çüb, Çüb Torus, Çüçük, Çümərən Yamadıya, Çalkamanlı, Çamurlu, Çanlı, Çardaklı, Çemeren, Çirit, Çovkaran, Çukurcak, Ğamam, Dervişen, Dağdağan, Əli, Haçranlı Hasançık Saray, Hamitli, Hayat, İsa Pinar, İsebeyli, Gökdağ, Gülçük, Kabaklı, Kalabah, Kastalmaaf, Kaymaz, Kepir, Keseçik, Keşiş, Qantara, Qarabacak, Qaraca, Qara Türkmanli, Qebelli, Qıbrıh, Qünyeli, Meydancık, Mollamahmutlu, Murutly, Nusabin, Rabia, Rihaniyye, Sağırt, Saldıran, Sılayip Türkmen, Sallor, Şeren, Turunç, Fakıhasan, Fakılı, Ubeydiyə, Um Tuyur, Zınzıf, Yukarı Almalı, Yukarı Qaramanlı, Yümüçak.
Bayır nahiyyəsində: Ağçabayır, Aşağı Qaramanlı, Burç-İslam, Çanaçık, Çınarlı, Dağdağan, Dərvişxan, əl Kassap, Gökdağ, İsapınar, Kəbir, Kislecik, Korali, Kulçuk, Kulçukpınar, Kuruça, Kızınça, Qapaklı, Qapıkaya, Qaraahmet, Qaracağız, Qarakisa, Qarapınar, Qəbəlli, Qəbərə, Qızıkçuracık, Mahruka, Mılıklı, Murtlu, Nisibin, Saldıran, Şərən, Sarraf, Sulayıp, Ulucak, Yumuşak, Yuxarı Qaramanlı.
Malik Karadireke görə, Bayır-Bucaq bölgəsinin 52 kəndində Türkmanlar yaşayır və sayları da 200-250 min nəfərə yaxındır (Karadirek Malik, 2014:41).
Köhnə Hələbə, Hələb qalasına qalxarkən sağda İmadəddin Nəsiminin türbəsi görünür. Türbə ətrafında yaşayanlar özlərinin Nəsimi nəslindən gəldiklərini, onunla qürur duyduqlarını söyləyirlər.
2008-ci il martın 25-30-da Türk Dil Kurumu və Harran Universiteti Şanlıurfada “Türkiye Türkçesi ağız arastırmaları çalıstayı” təşkil etmişdi. Bu elmi toplantıda mən də “Çifte sözlerin yaranmasında Oğuz, Kıpçak ve Karluk ağızlarının rolü” mövzusunda məruzə etdim. Simpoziuma Hələb Universitetindən də çoxlu alim gəlmişdi. Sonuncu gün bizi Hələb şəhərinə gəzməyə apardılar. Mən İmadəddin Nəsiminin türbəsini ziyarət edərkən orada özlərinin Nəsimi nəslindən olduqlarını söyləyənlərlə də görüşdüm. Lakin onlarla tərcüməçisiz danışmaq istəyimiz baş tutmadı. Nəsimi nəslindən olduqlarını, Nəsiminin də Türkman olduğunu söyləsələr belə, bildirdilər ki, özlərini ərəb sayır və ərəblikləri ilə də qürur duyurlar.
Bələdçimiz Hələb şəhərində 400 min nəfərə yaxın Türkman və Türkman kökənli insan yaşadığını söylədi. Onların böyük əksəriyyəti şəhərin mərkəzi məhəllələrində yaşayırlar. Mərkəz məhəllələrdə yaşayan Türkmanların çoxu ərəbləşmişlər. Şəhər kənarı məhəllələrdə yaşayan Türkmanların böyük əksəriyyəti isə ana dilində danışır. Bu da onların son onilliklərdə Hələbə köçməsindəndir.
Hələb şəhərindəki Hüllük (böyük bir Türkman məhəlləsi), Bustan Paşa, Kadi Əskər, Haydəriyyə və Əşrəfiyyə, Şeh Xidir, Inzarat, Baidin, Şeh Fares Türkmanların yaşadıqları məhəllələrdir. “Şehir merkezinde bulunan mahallelerden ilaveten, Kurdağı, Azez, Bab, Münbiç, Çarabulus kazalarında olmak üzre Halep bölgesinde toplam 145 Türkmen köyü var” (Çetin Turhan, 2014:35).
Malik Karadirek isə Hələb və çevrəsindəki kəndlərdə, qəsəbələrdə 800 min Türkman yaşadığını yazır (Karadirek Malik, 2014:41).
Hələb şəhər mərkəzində Türkman əsilli ailələr, Şahbəndər, Ataşoğlu, Mudərris, Veso, Basmaçı, Kətxuda, Kahya, Ağa, Mustafa Paşa, Salur, Çelebi, Zikirt, Garkinavi, Türkmani, Utri, Delati, Kərküklü, Hebbu, Bazarbaşi, Dellalbaşi, İzmirli, Kerzün, Elbeli, Kevakibi, Mahli, Barak, Deymuk, Rəşit, Aebo, Əsvəd, Şekşuk, Milla, Yeğən, Əltürk, Sayisli, Kör, Sari, Sarigüzəl, Bölükbaşi, Eşki, Nesimi, Haydar, Biriçikli, Dişşo, Bəydilli, Tokuz, Mərtdilli, Maraşli, Sasilə, Xoça, Hazuri, Kəmalmaz, Altinçi, Katirçi, Kilisli, Dərdə, Dudik, Bəkir, Neyyal Deli Osman, Kel Muhammed, Çavuş, Kargin, Deda, Osman.
Əl Əsvat, Yozgatli, Kayyali vb. nəsillər Türkcə danışa bilməsələr də, Türk kökənli olduqlarını bilirlər.
Hələb nahiyəsində Qurt dağına kimi uzanan bölgədəki, yəni Cebeli Semanın Doğusunda nahiyə mərkəzi ilə birlikdə 16 kənddə, Kilisin Güneyində Azez qəzasının Afrin Suyu tərəfində 17 kənddə, Azezin Doğusunda 29 kənddə, Azezin Güneyində 3 kənddə (bu kəndlər inzibati cəhətdən Azez qəzasına deyil, Hələb şəhərinə daxildir), Çobanbəydən Mümbiç qəzasına doğru 54 kənddə, eyni qəzanın Güneyində 15 kənddə, Baraklı oymağından Çerablus nahiyəsinə tabe olan 26 kənddə, Sacır suyunun Güneyindəki 23 kənddə, Urfa sərhəd nahiyəsi Mürşid Pınarı və Akçaqala qəzasının Güneyində yerləşən və Belih çayına qədər uzanan sahədə 59 kənddə Türkmanlar toplu yaşamaqdadır.
Bölgə üzrə Türkmanlar yaşayan bəzi kəndlərin adlarını aşağıda veririk: Ağdaş, Aiyaşa, Alıçı, Amerne, Anbarlı, Arabazi, Arabçurduk, Avşar, Aşnenın xarabası, Ayyaşa, Azaz, Bablimun, Bahvarta, Balalı köy, Balban, Bandarlık, Barak Atlı, Turkmen Barıh, Paşalar, Başköy, Merhan Belva ( Mehrıban Merhan), Belverən, Beş Bəlli, Beş Çurın, Bəyliz, Birelli, Bizaah, Boğaz, Boz Hüyük, Boz Qeyikli, Buyan, Buzluça, Çamusverən, Çarıs, Çubbun, Çubbul Arus, Çubbul Qədər, Çurun, Çeleme, Çemil, Çəkə, Çoban bəy, Çörten, Dabis, Dadlı, Dabık, Daş Atan, Daşqapo, Debis, Delha, Dendel Oğlu, Toyuran, Duraklı, Dügünük, Edebet, Eşşəkli, Əmərnə, Ərəb Əziz, Əskərin xarabası, İğdə, İral, Haçı Hasanlı, Haçı Köse, Haçı Vəli, Harçala, Hammem Saqır, Xalsa, Hava Hüyük, Haydar Paşa, Hayye Saqır, Hayye Kəbir, Hedebet, Hums, Kadılar, Kalkum, Kantara, Kersenli, Kefer ghan, Kərpiçli, Kndra, Kurt, Küllü, Qavureli, Qanlı quyu, Qarabaş, Qara Köprü, Qara köy, Qara Mazraa, Qaraquz, Qarsanle, Qarataş, Qarayakub, Qidriş, Kındıra, Qocalı, Qöbek Heyyele, Görük, Qurucu Höyük, Lilvə, Mamal, Mazıçı, Mirza, Salvah, Məməli, Muqira, Miqidin, Mulla Yakup, Munbiç, Nabğa, Okuf, Öküz öldüren, Saqqalveran, Səkizlər, Samandra, Sande, Sinəkli, Şidar, Şüvirin, Paltaçık, Telayşa, Taşatan, Taşlı Hüyük, Taş Qapı, Taflı, Tat Hums, Tat Yusuf, Telilə, Tel Şeir, Tiral, Xarab Usbağılar, Xəlil oğlu, Üvilin, Yağmacı, Yazlı Bağ, Yeni Yapan, Yusuf Paşa, Yusuf Bey, Ziyarat, Zuqara, Zülüf, Haç alo koyu, Açar koy, Silsela, Ihtimlat .
3. Hama və Humus Türkmanlarının yaşadığı
kənd və məhəllələr
Suriyada belə bir deyim var: "Humusda kim dersə mən Türkman deyiləm, o, əslində humuslu deyil". Suriya tarixçisi Süheyl Zakkar əski Ərəb qaynaqlarına dayanaraq göstərir ki, 11-ci yüzildə baş vermiş güclü zəlzələ Humusu tamam dağıtmışdı. Şəhəri yenidən Türkmanlar (Zingilər və Səlçuqlular) bərpa etmişlər. Nurəddin Mahmut bin Zingi Humusu əvvəlkindən də abad etmişdir. Bu gün də şəhərin mərkəzi məhəlləsi Haratul-Türkman (Türkman məhəlləsi) və əski şəhər qapılarından birisi Babu-Türkman (Türkman qapısı) adlansa da, orada yaşayan Atası, Hüseyni, Vafai, əl Rəyis, Türkmani, Cansız, Delati, Şişekli, Küvetli, Osman, Eşekli, Bayırlı, Şehirli, əl Sufi, Ataai, Tuzuklı, Delati, əl Şimali, Kiriai, Assaf, Kundakçı, əl Satlı, əl Türk, əl Şereflı, Şemsi Paşa, əl Amin, Bali, Kahya, Kihya, Nekdeli, Mamiş, Mahli, Haznadar, Kyşi, əl Terzi, Ramdun, Hamiş, Bazarbaşi, Dendeşi, Belhus, Dükkancı, Abulleben, Sallur, Kassap, Barak, Açoğlan, Nebo, Abduldeyim, Xoça, Küvetli, Amran, Kehi, Deli Osman, Sevadiye, Küçük, Huvçük, əl Umar, Sufi, Bekir, Hazzüri, Eço, Mıhı, Uyun əl Sud, Torun, Osman, Garut, Mahmut, Kaddi, Torun, əl Bakrasi, əl Emin, Balli Sufi, Hamiş, Çuxadar, Çelebi, Hüsemi, Atmaz, Sivaslı, Ahras, əl Hulu, Sıriea, Mılla, Bayazıt, Bayrakdar, Satli tayfasından olan Türkmanlar tamamən ərəbləşmişlər.
Suriyanın Hama-Humus şəhərləri və Livan sərhədi arasındakı kəndlərin adları belədir: Qara Avşar, İnallu, Düğəroğlanı, Hama Dügeri Mustafa Kətxuda, Hama Düğəri tabei Derviş Kətxuda, Şam Beğmişlüsü, Hüccetlü, Qapuuşaq, Eymir-i Dündvarlu, Çozlu Çerkezoğulları, İdris Kətxudaya tabei Abalu, Tokuz xan Harbendelüsü, Qara Tohtemürlü, Köse Kətxudaya bağlı Şərəfli, Uşaqobası, Bəşiroğulları obası, Eymir-i Sincarlu, Bozlu, Ebu Derdaya bağlı olan Bozlu, Tohtemürlü.
Malik Karadireke görə, bölgədə 55 kənddə Türkmanlar yaşayır və sayları da 350 min nəfərə yaxındır (Karadirek Malik, 2014:41).
Salur (Sellüriyye) Türkmanları: Dindaş oğlu İsmail Bozulusa bağlı olan Gəncəli Avşarı, Qızıl Əli, Danişmendlüyə tabe Qara Xəlil.
Humusa bağlı bəzi Türkman kəndləri: Baba Amr Harası (bugünkü Türkman məhəlləsi) Zara, Mitras, Bdada, Arçun, Alhusun, Dar Kabira, Qızhıl, Üm al Qasab, Samalil, Burc Qaya.
Hama şəhər mərkəzində Türkman əsilli ailələr: əl Ezam, əl Asam, əl Şarabi, əl Sadi, Çiçekli, Alatası, Masarçi, Saraç, Uzun, Çansız, Koçen, Alkixya, Gıbış, Koçek, Goça, Hurşid, Erşid, Kundakçı, əl Bek, Kocak, Torun, Kasım, Muhammet, Osman, Recep, Paşa, Deli, Akballıya, Ağa, Tınış, Türkmani.
Hama nahiyyəsinin Hama, Selemiye, Misyaf qəzalarındakı Türkman kəndlərinin adları: Akrab (Qara Xəlili), Aşık Ali, Ayin Debiş, Beyyada, Bet Aslan, Bet Natır, Caciyeh, Circisi, əl Nısır, Hazzur, Hılleh, Huvvır el Türkman, Hırbınefsıh, Hırmıl, Qartman, Kuputulhat, Muharam Osmaniye, Tatani, Tel Hasan Paşa, Huveir Türkmen, Tel Sınan, Tıllıf , Tirimis, Tulluf, Uveir.
Malik Karadireke görə, Hama bölgədə 25 kənddə Türkmanlar yaşayır və sayları da 90 min nəfərə yaxındır (Karadirek Malik, 2014:41).
4. Şam Türkmanlarının yaşadıqları
məhəllələr və kəndlər
Turha Çetin yazır: “Şamda fərqli geçmişə sahib üç ayrı Türkman topluluğu yaşamaqdadır. Bunlardan ən diqqət çəkəni Osmanlı dönəmindən qalmış zəngin Türkman ailələridir. İkincisi, Golan təpələrinin İsrail tərəfindən işğal edilməsinin ardından bölgeye köç etmək zorunda qalarak Şama yerləşən Türkmanlardır. Üçüncü grup ise, Türkiyə Cümhuriyyəti devrimləri sirasında Türkiyeden Suriyaya köç edən Türkmanlardır” (Çetin Turhan, 2014:36, Karadirek Malik, 2014:41).
Türkmanlar əsasən Şamın şəhər mərkəzindəki Mühacirin və Muhiddin Arabinin türbəsi ətrafında sıx yaşayır ki, bu məhəlləyə də Türk məhəlləsi deyilir. Bununla yanaşı, Türkmanlar Şamın Həçər Əsvad, Tadamün, Cobar Hırmallı, Kadem, İşşıl Vervar, Mesakin Berze, Müxayyem məhəllələrində də yaşamaqdadırlar. Türkiyədə Cümhuriyyət elan olunandan sonra həyata keçirilən bir sıra islahatlarla (İslam dini ilə, geyimlə, adət-ənənə ilə bağlı) razılaşmayanlar sərt təqib və təzyiqlərlə üzləşdiklərindən – ölüm qorxusundan Şama köçmüşlər ki, onların da sayıları 3 minə yaxındır (Öztürkmen Ali, 2011, http://www.bizturkmeniz.com/tr/index.php?page= article&id=23630&updatefrom=530&from =0).
Şam şəhər mərkəzindəki ərəbləşmiş Türkman nəsilləri: Ağrıbuz, Akbıyık, Açlıkın, İlçi, İbiş, Bereket, Bizim, Boğa (əl-Hüseyni), Begdaş, Beyazid, Beytar, Terzi, Şeybani, Tillü, Temirağa, Türkmeni Tarakçı, Demir, Kaleöi, Keçeöi, Cebeçi, Çuhadar, Çolak, Hani, Hoça, Hurdaçı, Dalati, Dardari, Dergil, Duhman, Deveçi, Rahavançı, Zirkli, Zeki, Zengi, Serdest, Sakati, Sultan, Trabzonlu, İzmirli, Antepli, Urfalı, Mardinli, Tokatlı, Erzrumlu, İstanbuli, Moralı, Şerbeçi, Şerbetçi, Şemdinağa, Sarıçalı, Karabatak, Gençosman, Gencyusufpaşa, Sabbağ, Susu, Tavlu, Abid, Abaçı, Arabikatibi, Attar, Itri, Azim, Azme, Kabbani (Akbıyık dalı), Katlan, Kaşlan, Kassab, Kaltaçı, Kuvvetli, Kapıkolı (Kolı), Mahmalçı, Merdembeg, Malas, Malatyalı, Nakişbendi, Uzun, Keleş, Buhari, Buharalı, Dağıstani, Dokmak, İmadi, Muradi, Biyk, Kerkütlü, Basmaçı, Kerküklü.
Malik Karadireke görə, Şam və çevrəsində yaşayan Türkmanların sayı 200 min nəfərə yaxındır (Karadirek Malik, 2014:41).
Havran ovasında da Türkmanlar vardır. Şam ətrafı Türkman kəndləri isə bunlardır: Bily, Marah, Rihayba, Kaldun, Adra, Hatit Türkman.
Dera Türkmanları
Dera Türkmanları ərəbləşmişlər. Osmanlı hökuməti Hac yolunun təhlükəsizliyini təmin etmək üçün Kuneytra yaxınlığındakı Dera bölgəsinə İordaniyanın içərilərinə qədər Türkman tayfaları yerləşdirmişdir. Hökümət istədiyinə, yəni Türkmanlar vasitəsilə yolların təhlükəsizliyinə uzun müddət nail olmuş, lakin onların milli kimliklərini qorumalarına o qədər də önəm verməmişdir. Buna görə də, bölgədəki Türkmanların böyük qismi ərəbləşmişdir.
Dera Türkmanlarının toplu yaşadıqları kənd və qəsəbələr: əl Hara, Neva, əl Hirak, Şıx Miskin, Gariye, əl Sahva , İnhil, əl Cize, Maraba, Balay, Barak.
Malik Karadireke görə, bölgənin 13 kəndində Türkmanlar Ərəblər, Çərkəzlər və Kürdlərlə birgə yaşayır (Karadirek Malik, 2014:41).
5. Colan Türklərinin yaşadığı kənd və məhəllələr
1967-ci ildə İsrail Ərəb ölkələrinə hücum edəndə strateji əhəmiyyəti olan Colan təpələrini də işğal edir. Colan Türkmanları evlərini, mal-mülklərini qoyub ata-baba yurdlarından çıxmalı olurlar. Qaçqınların böyük qismi Dəməşq (Şam) şəhərində Seyyide Zeynep, Hacaresvet və Kadem yoxsul məhəllələrində yaşamaqdadırlar. Suriya Türkləri ilə bağlı bir sıra dəyərli məqalələr müəllifi olan vəkil-araşdırmaçı Ali Öztürkmenə görə, onların sayı yetmiş minə yaxındır (Öztürkmen Ali, 2011, http://www.bizturkmeniz.com/tr/index. php?page=article&id=23630&updatefrom=530&from=0).
Gazi Unversitetindən Doç. Dr. Turhan Çetin isə 1999-cu ilin qaynaqlarına dayanaraq yazır: “1999 tarihinde yapılan nüfuz sayımına göre, bölgenin nüfuzu 400 bin kişidir. Bu tarihde Türkmanların sayı 100 bin civarındadır. Yanı Türkmanlar Golan nüfuzunun yüzde 25 faizini oluşturmaktaydı. Golanda toplam 20 Türkman köyü bulunmaktaydı”.
Turhan Çetin yazır: “Hale Suriyada Golandan çıkarılmamış 40 bin civarında Türkman yaşamaktadır. Bu topluluğun bir kısmı Şam merkezine ve bir kısmı da Humus, Halep illerine yerleşmişdir”(Çetin Turhan, 2014:37).
Savaşdan öncə Türkmanlar Colan təpələrinin adları aşağıda qeyd edilən kəndlərində yaşamışlar:
Bunlardan başqa, Colan Türkmanları Xuşniyye, Zivan, Kahtaniye kimi bir sıra kəndlərdə də Çərkəzlərlə qarışıq yaşamışlar.
İsrail Colan təpələrini tutduqdan sonra ata-baba yurdlarını tərk edərək Dəməşq (Şam) şəhərinə köçmək məcburiyyətində qalanlar yaşadıqları məhəllədə özlərinə böyük bir məscid də tikmişlər. Məscidin imamı Aymən Şabanidir.
İsrailin Colanı işğal etməsindən 47 il keçsə də, colanlılar hələ də umudludular ki, beynəlxalq güclər İsrailə təzyiq göstərib onların ata-baba yurdlarına dönmələrini təmin edəcəklər. İsrail hökuməti isə heç də beynəlxalq qanunlarla hesablaşmaq fikrində deyil. Əksinə orada möhkəmlənmək üçün külək elektirik stansiyaları və başqa obyektlər tikir.
Colan təpələrindəki Türkman kəndlərində yaşayan nəsillər haqqında Hişam Şabaninin verdiyi bilgi belədir:
1. Sindiyane kəndi
Kuneytra şəhərinin Batı tərəfindədir. Kənddən şəhər mərkəzinə 13 kilometrdir. Vulkanik bir ərazidə salınmış kəndin Quzey tərəfində Ebu Hanzir təpəsi ucalır, Doğu tərəfində isə Delhemiyə dərəsi uzanır. Kəndin ərazisi Quzeydən Türkmanlar yaşayan Kefer Naffah kəndinin, Batıdan Türkmanlar yaşayan Kadiriyye kəndinin, Doğu tərəfdən Ərəblər yaşayan Delhemiye kəndinin, Güneydən isə Kurranın əkin sahələri ilə sərhəddir. Kənd inzibati cəhətdən Kuneytra nahiyyəsinə tabe idi.
Kənd camaatı əkinçilik və üzümçülüklə məşğul olur, dənli və paxlalı bitkilərin becərilməsindən əldə etdikləri gəlirlə güzaranlarını keçirirlərmiş.
Kənddə aşağıdakı nəsillər yaşamışdır:
1. Şabanilər nəsili. Oğuz Türklərinin Avşar tayfasındandır. Colandakı Türkmanların ən böyük nəsillərindən biridir. Onların tayfasından olan nəsillər Suriyanın Hələb, Humus və Lazkiyə bölgələrində də yaşayırlar.
Məşhur şəxsləri Məmlüklülər dövrundə Hələb bəyi olan Qorxmaz Şabani və Anadoludaki Türkman bəylikləri zamanı orduda komandirlik etmiş Teniz eş-Şabanidir.
2. Zınğır (Zınır) nəsli. Bu nəslin Oğuzların Salur (Salğur) tayfasından olduğu söylənilir.
3. Kreydi nəsli. Bu nəsilin nümayəndələri hansı tayfaya bağlı olduqlarını bilmirlər.
2. Kadiriyye kəndi
Kəndin adı həm də Ğadiriyye kimi yazılır. Kuneytra şəhərinin Güney-Batısındadır. Şəhər mərkəzindən 14 kilometr aralıdadır. Kənd Kuneytra ilə Fələstin yolunun üstündədir. Kəndin Quzeyində Kefer Naffah, Doğusunda əl Sindiyane, Batısında əl Sümsüm, Güneyində isə Dabya kəndləri yerləşir.
Kəndin əhalisi əkinçilik və bağbanlıqla məşğul olurdular. Kənddə evlərin divarları vulkanik və sement daşlarından tikilir, damları isə bişmiş kərpic və qırmızı kirəmitlə örtülürmiş. Kənddə böyük bir məscid tikilibmiş. Suriya hökuməti kənddə Ərəb dilində bir məktəb da açıbmış.
Romalılar dövründən qalmış su qaynaqlarından kənd əhalisi içmək və suvarmaq üçün istifadə edirmiş. İsrail işğalından öncə evlərə su çəkilibmiş.
Kənddə aşağıdakı nəsillər yaşayırmış:
1. Torunlular nəsli. Bu nəsil Oğuz Türklərinin Avşar tayfasındandır. Dabya kəndi Torunluların mərkəzi sayılır.
2. Qızıl (Ğızıl) nəsli.
3. Asseflilər nəsli. Soyca Türkman olan Assef oğulları Məmlüklər dövründə Livanın idarə edilməsində iştirak edirmiş. Mercidabık savaşında Osmanlıların tərəfinə keçərək Məmlüklərə qarşı çıxmışlar. Bu tayfanın gücü azalanda Kürd nəslindən olan Seyfa oğulları fürsət tapıb Assefli Əmir Mənsuru məğlub edib, Assef oğullarının yaşadıqları bölgəyə hücum çəkiblər. Onların hücumunun qarşısını ala bilməyən Assef oğulları 1590-cu ildə Beyrut, Vadit Tim, Colan təpələrinə köçməyə məcbur olmuşlar. Colanda isə Kadiriyye və Kefer Naffah kəndlərində məskunlaşmışlar.
4. Qasım Hamo nəsli.
5. Əçəm nəsli.
6. Özərlilər nəsli.
7. Hodilər nəsli
8. Yusuf nəsli.
9. Ali ailesi.
10. Şrik nəsli.
11. Nasif nəsli.
12. Maruf nəsli.
13. Matar nəsli.
3. Dabya kəndi (bu kənd Zabya da adlanır)
Kadiriye kəndinin 3 kilometr Güneyindədir. Kəndin Doğusunda əl Rezzaniyye Türkman kəndi, Güneyində Selukiye Ərəb kəndi, Batısında Ahmediye Türkman kəndi yerləşir. Kənd vulkanik ərazidə tikildiyindən evlərin divarları vulkanik daşlardan, damları isə bişmiş kərpiç, kirəmit və sementdəndir. Kənd Roma yaşayış məskəninin xarabalığı üzərində tikilib.
Kənddə aşağıdakı nəsillər yaşayırmış:
1. Torunlular nəsli.
2. Micbil nəsli (Avşarlı Şabanilər tayfasındandır).
3. Hatip Osman oğulları nəsli.
4. Nezzal nəsli.
5. Cahvar (Cafer) nəsli.
6. Halaf nəsli.
7. Avat nəsli.
4. Razzaniye kəndi
Kənd Kuneytra şəhərinin 16 kilometrliyində, Kadiriye kəndinin 3 kilometrliyindədir. Kuneytra nahiyyəsinə tabedir. Kənddə məscid, məktəb var imiş. Kənd Quzeydən əl Kurranın, Doğudan Verdenin, Güneydən Selukiye Ərəb kəndinin, Batıdan isə Dabya və Kairiye Türkman kəndlərinin əkin sahələri ilə əhatələnmişdir.
Kənddə aşağıdakı nəsillər yaşayırmış:
1. Arur nəsli.
2. Hammutlu nəsli.
3. İzzi nəsli.
4. Habat nəsli.
5. Türki nəsli.
6. Verde nəsli.
7. Tıraş nəsli.
8. Halaf nəsli.
9. Şukayr nəsli.
10. Zınğır (Zıñır) nəsli.
11. Ğaye nəsli.
12. Musa nəsli.
13. Kaplan nəsli.
14. Murat nəsli.
4. Sümsüm kəndi
Kuneytra şəhərindən 17 kilometr aralıdadır. Doğudan Kadiriye, Batıdan Senabir və Jraba Ərəb kəndləri, Quzeydən də Nuran, Güneyindən isə Ahmadiye Türkman kəndləri və Fahura kəndləri ilə sərhəddir. Deyr və əl Rahib çiftlikləri bu kəndə bağlıdır. Kənd əski romalılara aid bir xarabalıqmış.
Kənddə aşağıdakı nəsillər yaşayırmış:
1. Hamo nəsli.
2. İsa nəsli.
3. Kreydi nəsli.
4. Hatib nəsli.
5. Hamed nəsli.
6. Bəy nəsli.
7. Ağa nəsli.
8. Musa nəsli.
9. Mercan nəsli.
10. Semiz nəsli.
11. Şubat nəsli.
12. Hudi nəsli.
13. Cabir nəsli.
5. Ulleyktü kəndi
Kuneytra şəhərindən 16 kilometr aralıdadır. Quzeydən Hafer, Doğudan Kefer Naffah, Batıdan Debbura, guneydən isə Aşağı Ulleyka və Nuran kəndləri ilə sərhəddir. Kənddəki ailələrin çoxu Kahya tayfasındandır.
Kənddə aşağıdakı nəsillər yaşayırmış:
1. Kahya nəsli.
2. Ciham nəsli.
3. Akkaş nəsli.
4. Musa nəsli.
5. Ceddu nəsli.
6. Ebu Ceb nəsli.
7. Şedid nəsli.
8. Alak kəndi
Muğeyir kəndindən köçən Türkman ailələri bu kənddə məskunlaşmışlar.
Kənddə aşağıdakı nəsillər yaşayırmış:
1. Şıbrık nəsli.
2. Kepki nəsli. Məmlüklər dövrünün məşhur tayfalarındandır.
3. Kayırlı (Ğayırlı) nəsli.
4. Mevla nəsli.
5. Faris nəsli.
9. Ahmadiye kəndi
Kənd Kuneytradan 20 kilometr uzaqlıqdadır. Vulkanik düzənlikdə iki hissəyə ayrılmış şəkildə salınmışdır. Kəndin birinci hissəsi yamacın üst tərəfində, ikinci hissəsi isə yamacın alt tərəfində salınmışdır. Qədim yaşayış məskəninin xarabalığı üzərində tikildiyindən, kənddə çoxlu gözəl oyma daşlara və əski yunanlılardan qalma yazılı daşlara kəndin hər tərəfində rast gəlmək olurmuş.
Kənddə aşağıdakı nəsillər yaşayırmış:
1. Qaraqaşlı nəsli. Bu nəsil Köse Türkman tayfasındandır. Şam, Livan və Türküstanda bu tayfadan yaşayanlar var.
2. Aliacı nəsli. Bunlar Harra kəndindəki, Hələb, İraq və Anadoludakı Bəydili tayfasındandırlar.
3. Abbas nəsli.
4. Aboş nəsli.
5. Züveyyir nəsli
6. Macar nəsli.
Muşavvit nəsli
10. Kefer Naffah kəndi
Dəməşqdən (Şam) Fələstinə gedən yolun üstündə olan bu kənd Ebo Hanzir təpəsinin Batısında yerləşir. Kunaytranın 10 kilometrliyindədir. Kənd Roma dövrü yaşayış məskəninin xarabalıqları üzərində, vulkanik ərazidə salınıb. Doğudan əl Sindyane və Delve, Batıdan Ullayka və Alak, Güneyden Kadiriye, Quzeydən isə Muğeyyir kəndilə sərhəddir. Kəndin evlərinin divarları qara daşdan tikilibmiş. Damları isə oymalı daşlardan kəmərvari örtülübmüş.
Türkmanlar kənddə 15-ci yüzildən yeni evlər tikməyə başlamışlar.
Kənddə yaşamış olan nəsillər aşağıdakılardır:
1. Assaflılar nəsli.
2. Kahya nəsli. Bu nəslin nümayəndələri Lazkiyə, Humus, Hələb və İraqda yaşayırlar.
3. Şukeyri nəsli. Fələstin Türkmanlarından olan Şukeyrat tayfasındandır.
4. Aliçan nəsli.
5. Zeydan nəsli.
6. Matar nəsli.
11. Muğeyyir kəndi
Bir adı da Tilistan olan Muğeyyir Kunaytranın Batısında, şəhərdən 14 kilometr aralıdadır. Kənddə Roma dövründən qalma çoxlu maddi-mədəniyyət abidələri var. Kənddə daş, kirəmit, sement və taxta kimi materiallardan evlər tikilmişdir.
Muğeyyir Quzeydən Qarahta, Doğudan Delve, Güneydən Kefer Naffah və Batıdan Hafar kəndlərilə sərhəddir.
Kənddə yaşamış nəsillər aşağıdakılardır:
1. Dahir nəsli (şaxələnmiş böyük bir nəsildir).
2. Akkaş nəsli.
3. Masri nəsli.
4. Bitar nəsli.
5. Serhan nəsli.
6. Kepki nəsli. Məmlüklər dövründə tanınmış olan Kepk tayfasındandır.
7. Ali Mehmetali nəsli.
8. Şıbrık nəsili. Xəzər dənizinin Güney Doğusundakı Şıbrıkan məntəqəsindən gəldikləri söylənən bu nəslin Şam və Hələbdə də qolları vardır.
9. Kayırlı (Ğayırlı) nəsli.
11. Hafar kəndi
Bu kənd Kunaytranın 20 kilometrliyində yerləşir. Colan təpələrinin Batı yamacında, Fələstindəki Huvle ovasına baxır. Kəndin ərazisindən daş üzərində yazılmış çoxlu Yunanca kitabələr tapılmışdır. Əhali əkinçilik və heyvandarlıqla məşğul olurmuş. Hafar Quzeydən Qarahta və Raviye, Güneydən Ullayka, Batıdan Hüseyniye və Doğudan Muğeyyir kəndləri ilə sərhəddir.
Hafar Colan Türkmanlarının ən böyük, əhalisi çox olan kəndi olmuşdur.
Kənddə yaşamış nəsillər aşağıdakılardır:
1. Nasif nəsli.
2. Sallan nəsli
3. Şubat nəsli
4. Halaf nəsli
5. Akkaş nəsli
6. Semiz nəsli
7. Heno nəsli
8. Hamotlı nəsli
9. Asad nəsli
10. Seyyadi nəsli
11. Şidid nəsli
12. İleyvi nəsli
13. Qara Ali nəsli
14. Cəlali nəsli
12. Hüseyniyetü kəndi
Fələstindəki Huvle ovasının Doğusunda, Masda kəndindən 23 kilometr aralıda yerləşir. Torpağı bazaltlıdır və olduqca məhsuldardır. Evləri bazalt daş ilə taxtadan tikilirmiş. Əhali köçürülmədən əvvəl əkinçiliklə məşğul olurmuş.
Hüseyniyetü kəndi Quzeydən Raviye, Doğudan Hafar, Güneydən Debbure və Batıdan Attinə kəndləri ilə sərhəddir.
Kənddə yaşayan nəsillərin adları belədir:
1. Alem nəsli
2. Herco nəsli
3. Ğazali nəsli
4. Askər nəsli
5. Akkaş nəsli
6. Hocon nəsli
7. Heno nəsli
8. Çorbacı nəsli
9. Kamil nəsli
10. Qarakişli nəsli
11. Ali nəsli
12. Arafat nəsli
13. Meri nəsli
14. Zeydi nəsli
15. Feridi nəsli
16. Dərviş nəsli
İBRAHİM SALЕH VƏ AYMƏN
ŞABANİ İLƏ MÜSAHİBƏ
Colan Türkmanları ilə ilk dəfə 2000-ci ilin оktyabrın 10-13-də Türkmənistan Rеspublikasının paytaxtı Aşqabad şəhərində tanış oldum. Həmin günlərdə burada “Türkmənistanın mədəni mirası: qədim kеçmişlər və hazırkı zamanın mümkünçülükləri” mövzusunda еlmi kоnfrans kеçirilirdi.
Günümüzdə Ərəb ölkələrində hələ də Türklərə Türkman dеyilməsi, onların da özlərini bu cür adlandırmaları Türkmənistan elm adamlarının, ədiblərinin, milli düşüncəli ziyalılarının diqqətini bu yerlərə yönəltmişdi. Elə buna görə də, Türkmənistan hökuməti Sоvеtlər Birliyi laхlayan kimi Suriyaya öz mütəхəssislərini göndərib оrada yaşayan Türkmanlar-Türklər haqqında məlumat tоplamağa başlamışdı. Suriya Türkmanları ilə birbaşa əlaqə yaratmaq üçün Türkmənistan hökumətinin göndərdiyi ziyalılar arasında Türkmənistan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitunun direktoru Kasım Nurbatоv da olmuşdu. O, bir neçə dəfə Suriyada еzamiyyətdə olmuş, geri döndükdən sonra məqalələr yazmışdı. Onun dövri mətbuatda çap еtdirdiyi məqalələr bir səfər təəssüratını, səyahət оçеrklərini хatırladır.
Suriya Türkanlarının ziyalıları, alimləri, şair və yazıçıları, еləcə də, fоlklоr kоllеktivləri də Aşqabadda kеçirilən еlmi kоnfranslara, fеstifallara, tоplantılara dəvət еdilmişlər.
2000-ci il оktyabrın 10-13-də Türkmənistan Rеspublikasının paytaxtı Aşqabad şəhərində kеçirilən “Türkmənistanın mədəni mirası: qədim kеçmişlər və hazırki zamanın mümkünçülükləri” еlmi kоnfransında Suriya Ərəb Rеspublikasının başkəndi Dəməşqdən gəlmiş İbrahim Salеh və Aymən Şabani da vardı. Onlarla məni Məhtimqulu adına Dil və Ədəbiyyat İnstitutunun dirеktоru, fоlklоrçu bilgin Kasım Nurbatоv tanış etdi. Kasım Nurbatоv onu da dedi ki, SSRİ ilə Suriyanın münasibəti yaxşı olduğundan, Sovetlər Birliyinin Suriyanı da sosialist blokuna daxil etmək üçün xüsusi planı var. Bu planın bir hissəsi də ölkə üçün sosialist düşüncəli kadrlar hazılamaqdı. Bu kadrların bir qismi də Türkmənistanda hazırlanırdı. 1980-ci illərdə Suriyadan Türkmənistana oxumağa 80-90 gənc gətirilmişdi.
Özlərini gah Türkman, gah da Türk adlandıran İbrahim Salеh və Aymən Şabani ilə söhbətimizdən aydın oldu ki, Dəməşqdəki Türkman məscidinin imamı olan Aymən Şabani bir neçə dəfə Türkmənistanda və Azərbaycanda olub. Mənim folklorla daha çox maraqlandığımı gördüklərindən onlar da bildikləri bayatı-maniləri, ata sözlərini söyləməyə başladılar. Onların dediklərini də diktafona yazdım.
Kasım Nurbatоv yazılarında Suriya Türkmanlarının folklorundan söz açmasa da, söhbət zamanı mənə Suriyada olarkən eşitdiyi 30-a yaxın bayatını və xeyli ata sözünü kağıza baxmadan söylədi. Mən də onun söylədiklərini diktafonuma yazdım.
Bizim bayatı, türkiyəlilərin mani, İraq Türkmanlarının хоyrat və başqa Türk хalqlarının müхtəlif adlar vеrdikləri hеca vəznində оlan dördlüklər haqqında еlmi ədəbiyyatda gеniş bilgi оlduğundan mövzu üzərində ətraflı dayanmağa еhtiyac duymadım. Diqqəti dili dilimizlə, adət-ənənəsi adət-ənənəmizlə, fоlklоru fоlklоrumuzla еyni оlan, Azərbaycandan min kilоmеtrlərlə uzaqlarda yaşayan, özlərini bizim kimi azərbaycanlı dеyil, Türkman adlandıran tоpluma yönəltdim və onların haqqında bilgi almaq üçün diktafonumu işə saldım.
Onların dediklərini diktafona yazdım ki, radio verilişləri və qəzet məqalələri hazırlayım. Aymən Şabani və İbrahim Salеh оtuz ildən çохdur Dəməşqdə yaşasalar da, özlərini cоlanlı sayırlar. Bu ad Türkiyə və başqa ölkələrin mətbuatında bizdən bir az fərqli оlaraq Cоlan, Golan, Kоlan, Hоlan şəklində də yazılır. 40 ildən çохdur ki, bu ad dünya mətbuatının diqqət mərkəzindədir. Çünki 1967-ci ildə İsrail оrdularının sürətli manеvrlərlə qоnşu ölkələrin ərazilərini işğal еtməsi Cоlan təpələri prоblеmini də gündəmə çıхartdı. Təkcə Azərbaycan mətbuatında bu mövzuda yazılanları bir yеrə tоplasaq, cildlərlə kitab alınar. Çох təəssüf ki, bu çохsaylı məqalələr sırasında еtnik mənafеyimizdən yazılanlara rast gəlmirik. Buna görə də, bugünün özündə belə Azərbaycanda Cоlan təpələrində yaşayan Türklərin haqqının müdafiəsinə qalхanlar, оnların səsinə səs vеrənlər yохdur...
Aşağıda sоydaşlarımızdan aldığım müsahibələri оlduğu kimi vеrirəm:
Əli Şamil: - İbrahim bəy, Azərbaycan Türklərinə Cоlan təpələrində, еləcə də Suriyada yaşayan sоydaşlar haqqında bilgi vеrmənizi хahiş еdirəm.
İbrahim Salеh: - Türkmanlar Suriyanın hər yеrinə dağılıblar: ən uzaq qibləsindən Şəbələ qədər. Bunlar 1 milyоndan çох, milyоn yarıma yaхındır. Оnların bəzisi dilini itirib Ərəb оlub, bəzisinin dili sağlam qalıb. Dilin həpsi Azərbaycan Türkcəsi. Biz nеrеdе danışırıq, bizə dеyirlər: “Azərbaycan Türkcəsində danışırsınız?” Bununla fəхr еdirik. Şükür Allaha, dilimiz bir, dinimiz bir, aramızda ayrılıq yох. Allah-taala bizə bir yоl vеrsəydi, görsəydik Azərbaycanı. Görsəydik Bakını, görsəydik оradakı qardaşlarımızı. Türklərin həpsi ilə də qоnuşa bilsəydik, bilərdik haradan оlduğumuzu.
Allah bilsin, bizim Suriya Türkmanları Türkmənistandan gəldiyi vaхt Azərbaycanda çох оturmuş. Bunun da bizim yanımızda əsərləri var. Millətin yaşlı qarıları, qоcaları söyləyir: “Bu iş Tiflisə gеtsən, оlmaz!” Tiflis Azərbaycana yaхın, Suriyaya yох. Bu о dеməkdir ki, bizim millət Azərbaycanda оturub, Azərbaycanın adətlərini alıb. Bizim yanımızda çох adətlər var, bildirir Azərbaycanda оturmağımızı. Məsələn, Cоlan təpəsində yaşayan Türkmanların hamısı Sünni təriqətinə mənsubdur. Amma İmam Əlinin çох hörməti var yanımızda. Bütün müsəlmanlar Əlini sеvər, lakin İmam Əlinin hörməti bizim yanımızda fazla. Dеmək, vaхtilə bizim millət Şiələrin yanında оturub. Bu da gözəl bir iş. Cоlanı indi İsrail alıb, оrada bir dağ var, Kuntеyra şəhərinin qərb tərəfində. Adına əl İmam Əli, yəni Əli dağı dеyirlər. Yağmur əyləncəyi (yəni yağış yağmayanda, quraqlıq оlanda - Ə.Ş) zaman Cоlan Türkmanları bir sarı inək alarlar və оra gеdərlər. Sarı inəyi kəsərlər, yеmək еdərlər, yеrlər. Dağdan еnər-еnməz yağış içərisində еnərlər.
Əli Şamil: - İbrahim bəy, hansı tayfadansınız, ata-babalarınız kimlərdəndir?
İbrahim Salеh: - Bizim tirəmizə Şabaniki dеyirlər. Başqa Türklər də var Suriyada, həpsi Şabani dеyil. Biz Cоlanda yaşayırdıq. 15 Türkman köyü vardı. Sığırları, qоyunları, dəvələri də vardı hər birisinin. Bizim millət hökumət işinə də qarışıb. Zabiti də var, təbibi də, öyrətməni də, mühəndisi də. Cоlanı 1967-də İsrail aldı. Türkmanları qоyladı. Çохumuz gəldik Dəməşqdə оturduq. Оrada оlanda dilimizi də qоrumuşduq, adət-ənənəmizi də. Böyük şəhərdə dil də əldən gеdir, adət-ənənə də. Allahdan umarıq, gеri dönək. Bizim də azərbaycanlı qardaşlarımıza çох salamımız var. Оnlar Qarabağa, İrəvana, biz Cоlana dönək. Allah-taala hər insanı öz yеrinə döndərsin.
Əli Şamil: - İbrahim bəy, sizin iхtisasınız, tədqiqat оbyеktiniz nədir, yəni hansı sahə üzərində işləyirsiniz?
İbrahim Salеh: - Bizim dildə охumaq yasaq, Türk dilində də yasaq. Türkmanlara Ərəb dilindən başqa dildə охumaq yasaq. Cоlanda yaşayanda köylərimiz Türkmanca danışırdı. Bir Ərəb dili bilən yохudu yanımızda. О zamanlar yalnız məktəbdə охuyanlar, Ərəb qоnşusu оlanlar Ərəb dilini bilirdi. İndi şəhərdə vəziyyət dəyişib. Hamı bu dili bilməyə məcburdur. 30 ilə yaхındır Suriyanın mədrəsələrində Ərəb ədəbiyyatı охudurum. Ərəb ədəbiyyatı mütəхəssisi оlsam da, tariх, hədis, ricələ sahəsində də ağnıyırdım (bu sözü еşidəndə, gülməkdən özümü zorla saxladım. Ağnıyırdım sözü bizdə mənfi çalarda işlədilir. Uşaq tоz-tоrpaqla əlləşəndə bəzən validеynləri оna hirslənib: “tоz-tоrpaqda ağnama” dеyir. Dеmək, ağnamaq, əlləşmək, еşələnmək anlamındadır. Cоlan təpələri Türklərində isə bu söz işlək ədəbi dilə aiddir - Ə.Ş.). Çünki bunlar bir-birindən ayrılmazdır. Bеş sənə оldu bu işi burakdım. Şükür Allaha, qırхa yaхın kitab çap еtdirmişəm. Sоn illərdə bir gözəl kitab çıхartdım. Yazanı Azərbaycandandır. Adı Əbu Rеyhan Хоrəzmidir. Bir alim ailədəndir. Babası da alimdir, qardaşı da bir böyük alimmiş, cavan ikən ölüb Suriyada. Əbu Rеyhan Хоrəzmi uşaq yaşlarında Azərbaycana gеdib, оrada yaşayıb. Оnun əsərini Suriyada əlyazma şəklində buldum. Çох ağır kitabdır. İşlədim, yоrdu məni. Nəticəsi bütün yоrğunluqlarımı unutdurdu.
Əli Şamil: - Aymən bəy, sizin adınızdan başlayaq. Sоyadınız Suriyadakı Türkman tirələrindən biri оlduğunu İbrahim bəyin söylədiyindən bildim. Adınızın mənasını isə başa düşmədim.
Aymən Şabani: - Adımın mənası Ərəbcə оlduğuna görə sizə tanış dеyil. Aymənin Ərəbcə iki mənası var: biri bərəkət, ikinci də sağ tərəf dеməkdir. Mən də İbrahim Salеh kimi Dəməşqdə yaşayıram. Cоlan təpəsi Türkmanlarındanam. Еvlərdə Türkmanca kоnuşuruq. Adətlərimiz Türkman adətləridir. Ərəblərin içində çох yaşasaq da, хudaya şükür, varlığımızı itirmədik. Dinimizi də itirmədik, dilimizi də itirmədik, adətlərimizi də itirmədik. Ailədə validеynə böyük hörmət var, hər işimizi оnlarla məsləhətləşirik. Böyük-ağsaqqal gəlməmiş süfrəyə əl uzatmarıq. Çоcuqlarımızı Türkmanca öyrədərik. Çоcuqlarımız mədrəsəyə gеdəndə hеç bir Ərəb sözü bilmir. Bizim Türkmancamız İbrahim bəyin dеdiyi kimi, Azərbaycan Türkcəsidir. Bеş il öncə Bakıya gеtdim. Оrada müsafir оldum. Bakını çох bəyəndim. Azərbaycanlı qardaşlarımın еvində оldum. Azərbaycanda işlədilən çох sözləri, çох lafları biz qullanırıq. О sözləri Türkiyədə, Türkmənistanda dеmirlər.
Əli Şamil: - Aymən bəy, harada təhsil almısınız?
Aymən bəy: - Dini İslam İnstitutunda Ərəbcə təhsil almışam. İndi оrada охutmanam. İşim əlyazma kitabları öyrənməkdir. Ərəbcə əlyazmalardakı Türklərin böyük alimlərinin tərcümеyi-halını çıхarıb bir kitab halında çap еdəcəyəm.
Əli Şamil: - Aymən bəy, bayaq çоcuqlarınızın Türkmanca bildiyini söylədiniz. Dеmək, еvlərdə analarınız hələ də çоcuqlara ninni, layla dеyir. Yəqin ki, tоylarda, şənliklərdə də ana dilində mahnılar охuyursunuz. Оnlardan yadınızda qalanı varmı?
Aymən bəy: - Nəinki tоylarda, şənliklərdə, bir iş görəndə də öz-özümüzə zümzümə еdirik. Çöldə-bayırda tək оlanda gur səslə охuyuruq. Danışanda çохlu məsəllər işlədirik. Bizdə dеyərlər, “Bоş laf qarın dоyurmaz”, “Yоrğanınca ayağını sоn”, “Aldığın abdəst ürkütdüyün qurbağaya dəyməz”.
Babam aydır, mən хatırlayıram, - dеyərək Aymən bəy Yunis İmrənin “Allah dеyu-dеyu” şеirindən bir nеçə bənd söylədi. Başqa şеr və mahnıların yadından çıхdığını bildirdi.
Aşqabaddan geri döndükdən sonra Azərbaycan radiosunda hazırladığım “Qonaq eldən gələr” proqramında Colan Türkləri haqqında hazırladığım verilişdə İbrahim Saleh və Aymən Şabaninin diktafona yazdığım səslərindən də istifadə etdim. Radio verilişini dinləyən İsmayıl Umudlu məndən onun çalışdığı “Ayna” qəzetinə Colan Türkmanları haqqında məqalə yazmağımı istədi. Mən onun tapşırığını yerinə yetirdim və yazdığım “Colan Türkləri - qarabağlıların tale qardaşları” məqaləm “Ayna” qəzetinin 2002-ci il iyunun 28-də çap olunan 25-ci (667) sayının 9-cu səhifəsində nəşr edildi.
Bakı Dövlət Universitetinin professoru, filologiya elmlər doktoru Vaqif Sultanlı da nəşr etdiyi “Filoloji araşdırmalar” elmi jurnalı üçün “Colan Türkmanlarının folkloru və ədəbiyyatı” mövzusunda məqalə yazmağı sifariş verdi. Onun sifarişi ilə yazdığım “Colan Türklərinin folkloru” məqaləsi də “Filoloji araşdırmalar” jurnalının 2002-ci il 16-cı sayının 43-51-ci səhifələrində çap olundu. Həmin məqalə üzərində yenidən işləyib 2003-cü ildə AMEA Folklor İnstitunun “Dədə Qorqud” jurnalına təqdim etsəm də, baş redaktor “İsrail-Azərbaycan münasibətlərinə xələl gətirər” iddası ilə çap etmədi.
Colan Türkləri mövzusunda hazırladığım veriliş və məqalələr Türkiyədəki elmi dairələrin diqqətini çəlb etmişdi. Məqalələrimlə tanış olan Avrasiya Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Yaşar Kalafat iki məqaləm üzərində yenidən işləyib ona verməmi tapşırdı. Mən də onun tapşırığını yerinə yetirdim. Məqalələr “Colan Türklerinin kaderi” və “Azerbaycan ve azerbaycanlılar meselesi” adı ilə “21.Yüzyılda Türk Dünyası Jeopolitiği” toplusunda (Müzaffer Özdağa Armağan. Derleyenler: Prof. Dr. Ü. Özdağ, Dr. Y.Kalafat, M.S.Erol. III Cilt. Avrasya Stratejik Araştırmalar Merkezi Yayınları. Ankara, 2003, səh.139-145 və səh.183-192) çap olundu. Görünür, bu məqalə Türkiyədə daha çox diqqəti çəkdi. Mətbuatda, radio və televiziyada Colanla bağlı maraqlı yazılar və verilişlər hazırlandı. Avrasiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ümid Özdağ da, Yaşar Kalafat da sonralar yazdıqları məqalələrdə mənim yazılarımdan sitat verdilər, qaynaq göstərdilər. Türkiyədə bir neçə müəllif də Colan Türkmanları mövzusunda məqalələr yazdı.
Azərbaycanda da millətsevər qələm sahibi İdris Heydərov Suriyaya gedərək orada yaşayan Türkmanlar haqqında televiziya verilişi hazırladı.
HİŞAM ŞABANİ İLƏ TANIŞLIQ
İbrahim Salеh və Aymən Şabani Suriyaya döndükdən sonra Colan Türkmanları haqqında daha çox bilgi əldə etmək istəyi ilə onlarla əlaqə qurmağa çalışdım. Bir neçə dəfə Aymən Şabani ilə telefonla danışdım da. O, mənə kömək edəcəyini vəd etsə də, əməlli bir iş görmədi. İbrahim Salehin telefonu isə zənglərimə cavab vermirdi. Aymən Şabani ilə telefonla danışarkən hər dəfə İbrahim Salеhi xəbər alsam da, qeyri-müəyyən cavablar alırdım.
Azərbaycan Xalq Çəbhəsi sədirinin müavini, Bütöv Azərbaycan Birliyi Məclisinin sədiri Arif Rəhimoğlu mənim Colan Türkləri ilə maraqlandığımı bilirdi və məqalələrimi də oxumuşdu. O, İsveçə mühacirətə getdikdən sonra bir dəfə telefonla danışarkən mühacirətdə olan Colan Türkmanları ilə tanış olduğunu bildirdi. Bir az sonra isə Dəməşqdə yaşayan, Colan Türkmanlarından olan gənc Hişam Şabaninin elektron poçt ünvanını mənə göndərdi.
Hişam Şabani ilə tez-tez yazışmağa başladıq.
Hişam Şabani 1983-cü ilin yanvarın 13-də Dəməşq (Şam) şəhərində anadan olduğunu bildirdi. Yəni ata-baba yurdunu İsrailin işğalından 9 il sonra. İsrail işğalı olmasaydı o da Colanda doğulacaqdır. Anasının adı İman, atasının adı isə Salah idi. 1989-ci ildə ibtidai məktəbdə oxumağa başlayan Hişam 2001-ci ildə litseyi bitirib. Ali təhsil almaq üçün universitetin sekretarlıq və işlətmə fakültəsinə daxil olub. Lakin təhsilini davam etdirməyib. 2002-ci ilin ortalarında hərbi xidmətə getmiş və 2004-ci ildə xidmətini başa vurub Şama qayıtmışdır.
SURİYA BU GÜN
Üç ilə yaxındır ki, dünyanın ən məşhur televiziya kanalları, radioları, qəzet və jurnalları az qala hər gün Suriyada gedən döyüşlərdən söz açır. Azərbaycan radio-televiziyası, qəzetləri də mövzunu gündəmdə saxlayır. Nə yazıq ki, onların yazıları ilə Gürcüstan, Ermənistan, Avropa ölkələrinin mediasının yazıları o qədər də seçilmir. Yəni Suriyadakı Türkmanların taleyi gündəmə gətirilmir, Azərbaycan oxucusuna, dinləyicisinə, tamaşaçısına çatdırılmır. Ara-sıra verilən yazılara hökümət də, siyası partiyalar da, ictimai təşkilatlar da ciddi reaksiya vermir.
Suriyada 2011-ci ilin yanvarında Bəşər Əsəd rejiminə qarşı başlayan etiraz dalğası getdikcə gücləndi. Martın 18-də Deradakı üsyan Bəşər Əsəd rejimin lərzəyə saldı. Artıq aprel ayının sonlarından hökümət etiraz dalğasını əsgəri güc və ağır silahlarla yatırmağa girişdi.
Ölkə daxilindəki etiraz hərəkatı silahlı qarşıdurmaya gətirib çıxardı. BMT Təhlükəsizlik Şurası Suriyada dinc əhalini ağır silahlarla, havadan təyyarələrin atdığı mərmilərlə məhv edən höküməti durdurmaq üçün qəti tədbirlər görmək istədi. Lakin BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrdən Rusiya Federasiyası və Çin buna qarşı çıxdı (Türkmenoğlu Ali, 2014:39).
Bəşər Əsəd rejimini əsasən Ərəb Ələviləri, yəni Bəşər Əsədin mənsub olduğu Nusayrilər, Dürzilər, İsmaililər və Türkmanların bir qismi müdafiə edir (http://www.academia.edu/4593946/Suriyenin_Rotasi_ve_Turkmenler).
Suriyadakı savaş qonşu ölkələrə – Orta Doğuya öz təsirini göstərdi. Bəşər Əsəd rejimi bu savaşda təkcə tanklardan, toplardan, təyyarələrdən yox, kütləvi qırğın silahlarından, kimyəvi silahlardan da istifadə etdi. Uluslararası təşkilatlar işə qarışdıqdan sonra Bəşər Əsəd rejimi kimyəvi silahların ləğvinə razılaşdı, lakin savaş ara vermədi. Ali Türkmənoğlunun fikrincə, dünyanın böyük güclərinin Suriya rejiminə qarşı bilərəkdən sərt tədbir görməməsinin səbəbi var. O yazır: “Suriya krizini okuduğumda şu kanıya varıyorum: Beşar Esat devrilmeyecek, ABD (ABŞ - Ə.Ş.) ve Batı tarafından, beş ve ya on senelik bir yönetim ömrü biçilecek. İrakın kuzeyinde olduğu gibi Suriyede de Kürtler için bölgesel yönetim ilan edilecek. Suriyadakı Sünnilerin yoğun yaşadığı bölge uçuşa yasak bölge ilan edilecek. Esad yönetimi belki de sadece başkent Şamda etkili kılınacak ve Suriye parçalara ayrılarak siyonist İsrail için bir tehdit olmakdan çıkacak” (Türkmenoğlu Ali, 2014:39).
Suriya bölünməsə belə, İsrailə təsir göstərəcək gücdə deyil. İsrail Colanı işğal etdikdən sonra Suriya ilə arada möhkəmləndirilmiş sərhəd xətti yaradıb. Quşun da səkə bilməyəcəyi bu sərhəd mühafizə qurğuları boyu İsrailin zirehli maşınları durmadan hərəkət edir. 2014-cü il martın 18-də sərhəd boyu hərəkət edən İsrail zirehli maşını minaya düşmüşdür. Bu İsrailin işğalı altında olan Colan bölgəsində baş vermişdir. İsrail hökuməti onun nəzarəti altında olan bölgəyə minanı kimin yerləşdirdiyini aydınlaşdırmadan Suriyanı sucladı və martın 19-da İsrail aviasiyası Suriya ərazisindəki bir neçə hərbi obyektləri bombaladı. İsrail hərbi təyyarəçilərinin hədəfində Suriyadakı rejimin hərbi qərargahı, artilleriya taqımı, eləcə də hərbi təlim mərkəzi olub. Dəməşq bildirib ki, İsrail ordusu Suriya ordusunun Kuneytra rayonundakı mövqeləri artilleriya və hava zərbələrinə məruz qalıb. Bu hücum nəticəsində Əsədə bağlı bir hərbçi həlak olub, 7-si yaralanıb (http://news.lent.az/news/159772).
Suriyada iç savaş başlayandan İsrail dəfələrlə Suriyanı təhdid edib. Amma Suriyadan Türkiyə ərazisindəki yaşayış məskənlərinə dəfələrlə mərmilər atılsa da, insanlar ölsələr, yaralansalar və maddi ziyana uğrasalar da, Türkiyə tərəfi belə sərt addım atmağa cürət etməyib.
Gazi Universitetinin Doç.Dr.Mehmet Akif Okur “Türk Yurdu” dərgisində “2011-ci ildə iç savaş başlayandan sonra ölkədə 130 min insanın öldüyünü, 900 min insanın mühacirətə getməli, ev-eşiyini, mal-mülkünü atıb qaçmalı olduğunu, 25 min nəfərin isə savaşan tərəflər arasında mühasirədə qaldığını” yazır (Okur Mehmet Akif, 2014:15, sayı 317).
Komurcu Riad yazır: “Bu sebepten dolayı Esat gücleri Türkman köylerini bombalamış ve Türkmanların Türkiyeye göç etmesine sebep olmuştur. Şu anki durum itibarıyla, başta Bayır-Bucak Türkmanları, Hamus, bunun yanı sıra Halep Türkmanlarından yaklaşık 40 köy Türkmen bölgesinden köç etmişdir. (Riad Komurcu, 2014:42).
Türkiyə mətbuatında isə son günlər çap olunan yazılarda göstərilir ki, Suriyada savaş sonucu 150 mindən çox adam öldü, 1,5 milyondan çox adam İordaniyaya, Livana, İraqa və Türkiyəyə qaçqın düşdü.
Suriyadan 1953-cü ildə Türkiyəyə gələrək, Hatayda yerləşmiş bir Türkman ailəsinin övladı, hazırdan MHP Mersin Millətvəkili Mehmet Şandır bir müsahibəsində Suriyadakı savaşda 200 min Türkmənin öldürüldüyünü söyləyir. (Atasoy Fahri, 2014:51). Suriye Demokratik Türkmen Hareketi Başkanı, Colan bölgəsindəki Kadriye kəndində anadan olmuş Abdulkerim Ağa isə savaş nəticəsində Türkiyəyə Suriyadan 100 min nəfərdən çox Türkman köçdüyünü bildirir. (Atasoy Fahri, 2014:46).
Suriyada savaş yalnız hakimiyyəti təmsil edənlərlə müxalif qüvvələr arasında getmir, müxalif qüvvələr bir-birlərilə də toqquşmaqdan çəkinmirlər. Suriyanın Quzeyində Kürd partiyası PYD-nin (Kürdçə Partiya Yekîtiya Demokrat, yəni Demokratik Birlik Partiyası) silahlıları ilə radikal dinçi “əl-Nusra”, “İraq-Şam İslam Dövləti” və “Əhrar əş-Şam” silahlı qruplaşmaları arasında döyüşlər davam edir. Suriyada son baş verənlər ölkədə dini-məzhəbi toqquşmalarla yanaşı, etnik gərginliyi daha da artırıb. Rakkada Nusra Cəbhəsi və İŞİD tərəfdarları arasında, əl Kaidədən olduqlarını söyləyənlərin öz aralarında toqquşmalar baş verir. Necə deyərlər, ölkədə hər kəsin, hər kəsə qarşı dirənməsi davam edir. Bundan daha bacarıqla istifadə edərək önə çıxan isə hələlik PYD-çılardır (Okur Mehmet Akif, 2014:15-16, sayı 317).
Müxalifətin vahid bir mərkəzdən idarə olunmaması, aralarındakı ziddiyət, fikir ayrılıqlarını silahlı toqquşmalarla həll etmək istəkləri Bəşər Əsəd rejiminin ömrünü uzatdı. Türkmanlar da həm rejim tərəfdarlarının, həm də müxalifətin sıralarında vuruşur.
Savaş başlayandan sonra Suriya Türklərinin ictimai-siyasi fəallığı da nisbətən artmışdır. Belə ki, Suriya Türkman Kütlesi, Suriya Türkman Hərəkatı, Suriya Türkman Məclisi kimi təşkilatlar yaradılmışdır. Lakin onların fəallığı çox zəifdir. Belə ki, Suriya Ulusal Konseyinin 300 nəfərə yaxın üzvündən cəmi dörd nəfəri - Doktor Ahmet Çakal, Hüseyin Abdullah, Ziyad Hasan, Halit Koca Türkmandır (Karadirek Malik, 2014:54).
Suriya Türkmanları arasında birliyin olmamasından cana doymuş ictimai fəal, Bayır-Bucaqdakı Kastonmuaf kəndində Doğulmuş Ömər Ahmet oğlu Cerran mətbuata verdiyi bir müsahibəsində xalqına müraciətlə deyib: “Ey Türkmanlar, Bayır-Bucaqlılar, Halep Türkmanları, Şam Türkmanları, Colan Türkmanları, Humus Türkmanları, Hama Türkmanları, Raka Türkmanları ve İdlip Türkmanları, hər şeyi unutalım, Vatan deyelim, Türkmenliğimiz deyelim. Birlik-beraberlik olmazsak, her şeyimizi kaybedebiliriz. Sizleri birlik-beraberliğe çağrıyorum!” (Karadirek Malik, 2014:55).
Suriyadakı silahlı qarşıdurmaları, insanların öldürülməsini, ailələrin dağılmasını, uşaqların, qadınların, qocaların qaçqına çevrilməsini durdurmaq adına beynəlxalq təşkilatlar bəzi təkliflər irəli sürmüşlər. Bunlardan ilki 2012-ci ildə irəli sürülən 6 maddəlik Annan Planı olmuşdur. Ancaq tərəflər bu sənədlə razılaşmamışlar. 2012-ci ilin aprelin 30-da I Cenevrə Konfransı çağrılmışdır. Bu konfransda, döyüşün dayandırılması və 2014-cü ildə keçiriləcək prezident seçkilərinədək Müvəqqəti Hökümət qurulması planlaşdırılmışdır. Preziden seçkilərində Bəşər Əsədin iştirak edib-etməyəcəyi məsələsi fikir ayrılığına gətirib çıxardığından bir qərara gəlinməmişdi. Rusiya və Çin Bəşər Əsədin hakimiyyətdən getməsini istəmədiklərindən müzakirələr istənilən nəticəni verməmişdi.
2014-cü il yanvarın 22-31-də İkinci Cenevrə Konfransının ilk toplantısı keçirildi. Konfransda Ələvilərin, Xristianların, Şiələrin, Sünnilərin, eləcə də ölkədə yaşayan azsaylı xalqların nümayəndələri müzakirələrə qatıldı. Təssüf ki, ölkədə sayca Ərəblərdən sonra ikinci yerdə olan Türkmanların nümayəndəsi bu konfransda iştirak etmədi.
Konfransda iştirak edənlər arasında milliyyətcə bir nəfər Türkman vardı - Ahmet Çakal. O da konfransa Türkmanların adından deyil, rejimə muxaliflərin nümayəndəsi kimi qatılmışdı. Necə deyərlər, beynəlxalq təşkilatlarda da Türkmanların taleyi, problemi haqqında danışılmır.
Sərhədlərə yaxın bölgələrdə yaşayan Türkmanların bir qismi xarici ölkələrə qaça bildi. Colan Türkmanlarının isə qaçmaq, qurtulmaq imkanları yoxdur. Ötən 3 ildə onların başına nələr gəldiyindən xəbər verən də yoxdur.
QAYNAQLAR
1. Abid Əmin (1929). “Türk el ədəbiyyatina elmi bir baxış. “Oğuznamə”, “Dan Yıldızı” jurnalı, sayı 5(29), səh. 30-32, sayı 8(32), səh. 28-29.
2. Atasoy Fahri. “Türk Yurdu” dergisi. 2014, Ocak, Yıl 103, Sayı: 317.
3. Azərbaycan Sovet Ensiklopediyası (1980). 10 cilddə. 4-cü cild. Bakı, səh. 564.
4. Bеlgеlеrlе Türk Tarihi. Sayı: 17, səh. 48.
5. Börklü Mеşkurе Yılmaz. Lоzan sоnrası Suriyе Türklеrinin durumu vе gеnеl prоblеmleri. BilgiNеt - Məqalələr – Suriya Türkləri. www.bilqinet.com.
6. Böyük Türk Tariхi. 7-cild, səh. 206, 13-cü cild. səh. 413.
7. Cihаn Sönmez (2001). Kоlan Türkmеnlеri dе barış bеkliyоr. “Aksiоl” dеrgisi, 2001, sayı 271. http://www.aksiyon.com.tr/aksiyon/haber-5852-32-golan-turkmenleri-de-baris-bekliyor.html
8. Çetin Turhan. (Doç.Dr. Gazi Universiteti). Cenevre Kavşağına doğru Suriye... “Türk Yurdu” dergisi, 2014, Ocak. Yıl, 103. Sayı: 317.
9. Əsgərov Əfzələddin. “Ümumtürk folkloru tarixində Oğuznamə yaradiciliği”. “Elm və təhsil” nəşriyyatı, Bakı, 2014, Səh 24-41, “Oğuznamənin etnik auditoriyasi” fəslinin “Türkmanlar” yarımbaşlığında.
10. Həyati Ülkü (1979). Başlanğıcdan günümüzə İslam tarixi. İstanbul. “Çilə Yayınları”. seh. 260-329.
11. Hüseyinoğlu Ali Şamil (2003). Azerbaycan və azerbaycanlılar meselesi. “21.Yüzyılda Türk Dünyası Jeopolitiği” toplusu (Müzaffer Özdağa Armağan. Derleyenler: Prof. Dr.Ü.Özdağ, Dr.Y.Kalafat, M.S.Erol. III Cilt. Avrasya Stratejik Araştırmalar Merkezi Yayınları. Ankara, 2003. seh.139-146).
12. Hüseyinoğlu Ali Şamil (2003). Colan Türklerinin kaderi. «21.Yüzyılda Türk Dünyası Jeopolitiği» toplusu (Müzaffer Özdağa Armağan. Derleyenler: Prof.Dr. Ü.Özdağ, Dr. Y. Kalafat, M.S.Erol. Cilt III. Avrasiya Stratejik Araştırmalar merkezi Yayınları. Ankara, 2003. seh.183-192).
13. Xur Eyd Məhəmməd “Uyunu-z-zaman Li-mən səkənəl Culan min aşairi-i-Türkman” (Colanda yaşayan Türkman əşirətlərinin zaman çeşmələri). Dəməşq, 2004.
14. İsa Fadi, Şabanî Hişam. Suriye Türkmenlerinin Güney bölümü Golan Türkmenleri (Tarihsel, coğrafî, etnik ve dilsel Golan Türkmenlerine dair).
15. Golan Tepeleri Niçin Önemli? (1995). Zaman qezetesi, 25 Aralıq.
16. Kalafat Yaşar (1996). Karşılaştırmalı Bayır-Bucak Türkmen Halk İnançları, Ankara.
17. Karadirek Malik. Bir öğrenci gözüyle Suriye Türkmanları. “Türk Yurdu” Dergisi, 2014, Ocak. Yıl 103. Sayı: 317.
18. Kazım Karabekir (2013). İttihat ve Terakki Cemiyeti. İstanbul, 1993. seh. 186 – Qaynak üçün bax: Yunus Zeyrek. Kazım Karabekiri okurken-I, “Bizim Ahıska” Dergisi. Üç Aylık Kültür Dergisi. Sonbahar. Sayı: 32.Yıl 10, seh.12.
19. Kılınçkaya Derviş (Doç.Dr H.Ü.Atatürk İlkeleri ve İnkilap Tarihi Enstitüsü). Suriye: Nereden Nereye? “Türk Yurdu” Dergisi, 2014, Ocak, Yıl, 103. Sayı: 317.
20. Kirişçioğlu Prof. Dr. Fatih (1995). “Avrasya Dosyası”. Sonbahar. Cilt 2. Sayı:3 (“Suriye Türkleri” başlıklı makalesinde ortaya koymuştur).
21. Komurcu Riad. Bir Öğrenci Gözüyle Suriye Türkmanları. “Türk Yurdu” Dergisi, 2014, Ocak. Yıl, 103. Sayı: 317.
22. Maden Fahri (Yardımçı Doç.Dr.Kastomonu Universiteti). Suriyenin Türkiye Geçmişi. “Türk Yurdu” Dergisi, 2014, Ocak. Yıl, 103. Sayı: 317.
23. Nur Ayşe. Megerse Suriyade Türkmenler yaşamış! Radikal gazetesi. 05.01.2014
24. Okur Mehmet Akif (Doç.Dr. Gazi Universiteti). Cenevre Kavşağına Doğru Suriye... “Türk Yurdu” Dergisi, 2014, Ocak. Yıl, 103. Sayı: 317.
25. OKUR, Doç. Dr. Mehmet Akif (2009). Emperyalizm’in OrtaDoğu Tecrübesinden Bir Kesit: Suriye’de Fransız Mandası. Bilig Dergisi. Ahmet Yesevi Üniversitesi Mütevelli Heyeti Başkanlığı, s.137-156
26. Оsmanlı Tarihi Ansiklоpеdisi. “Türkiyе” gazеtеsi. 3-cü cild. səh. 93-94.
27. Öke Mim Kemal (1991). Kutsal Topraklarda Siyonistler ve masonlar (İhanetler… Komplolar… Aldanmalar…). Üçüncü Baskı. “Çağ Yayınları”. İstanbul.
28. Öke Mim Kemal (1981). İkinci Abdülhemid. Siyonistlər və Filistin meselesi. İstanbul.
29. Özdağ Ümid, 2012, Suriye Türkleri, http://www.yenicaggazetesi.com.tr/suriye-turkleri-22058yy.htm
30. Öztürkmen Ali, 2011, Suriye Türkmenleri, http://www. bizturkmeniz.com/tr/index.php?page=article&id=23630&updat efrom=530&from=0
31. Rehber Ansiklopedi. Cild.5. səh. 336; Cild 6. səh. 35.
32. Sümər Faruq (1992). Oğuzlar (Türk dilindən tərcümə edəni Ramiz Əsgər). “Yazıçı” nəşriyyatı, Bakı. 434 səhifə.
33. Şamil Əli (2002). Colan Türkləri - qarabağlıların tale qardaşları. “Ayna” qəzeti, 28 iyun, sayı 25 (667), səh. 9.
34. Şamil Əli (2002). Colan Türklərinin Folkloru. Filoloji araşdırmalar XVI kitab, Bakı.
35. Türkmenoğlu Ali. Suriye İçin I Körfez Modeli. “Türk Yurdu” Dergisi, 2014, Ocak. Yıl, 103. Sayı: 317.
36. Türkmen oğlu Deniz, Hazırlayan. http://halapturkmen. blogcu.com/suriye-oguz-turkmenleri/5436639)
38. Yunus Zeyrek (2013). Kazım Karabekiri okurken-I, “Bizim Ahıska” Dergisi. Üç Aylık Kültür Dergisi. Sonbahar. Sayı: 32. Yıl 10, səh. 10.
39. Golan Tepeleri Niçin Önemli? http://www.zaman.com.tr/ dunya_golan-tepeleri-nicin-onemli_431441.html
40. Golanın Türkmen Yörükleri dönüşü bekliyor. http://www.dunyabulteni.net/index.php?aType=haber&ArticleID=41890.
41. Suriye’nin rotasi ve Türkmenler. http://www.academia. edu/4593946/Suriyenin_Rotasi_ve_Turkmenler
MƏTNLƏR VƏ
XƏRİTƏLƏR
COLAN TÜRKMANLARININ
ATA SÖZLƏRİ VƏ DEYİMLƏRİ
Adamı ğılınç öldirməz, bir güççik söz öldirir.
Ağzı yédir, gözi utandır.
Alışmak ğudırmaktan bétərdir.
Allah köpəgin duasını kabul étsəydi gögdən sümük yağdırırdı.
Allah nérdə bir salak var bənim yanıma atyar.
Allah sağ gözi sol gözə gərək étməsin.
Allahın əmri olmasa yaprak ağaçtan düşməz.
Alma biş, ağzıma düş.
Altın toprağa düşti ğıyməti azalmadı.
Altın yérə düşərsə, ğıyməti azalmaz.
Arpa əkən buğda biçməz.
Asilı dat hasirda yat.
At almadan axır yaptı.
At işlər eşşək yatar.
Ayakyalın gəzərsə tikən batar.
Bayaz paranı ğara gününə sakla.
Bir əlin səsi çıkmaz.
Bit bitə dér, bit tə birəyə dér.
Boyı xoş işi boş.
Boyı xoş köncigi boş.
Büzzigim çapırt çéyniyər (çégniyər)
Çakmak daşı çilliştisə.
Çırayı yaktı, çakmağı unıttı.
Dabbılın səsi yıraktan datlı gəlir.
Dağ dağa ğavışmaz, ınsan ınsana ğavışır.
Datlı söz yılanı dəliginnən çıkarır.
Dəgirməndə yırramak.
Dəri sıyırmak.
Dəri yüzmək.
Dərinə saman dəpicik (çok yormakta ğonışılır).
Dərini dırnağından başka ğaşımaz.
Dırnak barmaktan çıkmaz.
Dikə dəmir gözli.
Düginnən noxıtsız çıktı.
Əndəki bir ğuş daldakı biñ ğuşı dəgər.
Ənik canı.
Ər ol da ədigni dik.
Gül tikənsiz olmaz.
Ğazap atına mindi.
Ğışa bir kərə savvık dérlər.
Ğızına vurmayan, dizinə vurur.
Ğonşı aşınnan dok olınmaz.
Ğoyın ğuzısına basmaz.
Ğurbət aşı.
Hakka ğarşı boynım ğıldan incə.
Hələb uzaksa Tiflis yakındır.
Həmməmdə bayaz büzzük ğara büzzüktən bəlli olur.
Hər parrayana altın dénməz.
Hükmət malı dəñiz yéməyən doñuz.
Hükmətin ignəsini yéyən ğıyık sıçar.
İki dignə bir söglə.
İki ğarpız bir əndə tutulmaz.
İş xastası, söz ustası.
Kədi götini görincə, yara zannıdır.
Kəllədə ağaç bitsə.
Kimsə öz ayranına turşı déməz.
Kör bıçak ənə yavız, ğokık avrat dilə yavız.
Kör dəvə ğırran ğırran, dön evə.
Körə ışık nə yarar.
Laf ğarın doydırmaz.
Ömrinnən artsın, suyunnan artmasın.
Sağ baş, yastık istəməz.
Sakla samanı gəlir zamanı.
Saman altınnan yılan.
Sən ağa bən ağa, sığırları kim sağa.
Sən nérdə, çörək nérdə.
Tavık yuvasını bilir.
Təmiz (arın) avrat yüz adamın içinnən gəçər.
Tıskır mıskır, ənigin ğuyrığını sır.
Yalançı, ipliktən gəmi çəkər.
Yalanın örmələri ğıssa.
Yan yattı, çamıra battı.
Yara sahabını ağrıdır.
Yaş yétmiş, işi bitmiş.
Yumırtaya yériyər kimi.
Yüz atlıdan bir köyə girəməz.
Zaman sənə uymazsa sən zamana uy.
GOLAN TÜRKMANLARININ
BAYATI-MANİLƏRİ*
(Bayatıların variantlarını kursivlə veririk)
Ağaçlar kölgələndi,
Güzəllər sürmələndi,
Hər güzəldən bir öpiş,
Yürəgim tézzələndi.
Al almanın dördini,
Sev güzəlin mərdini.
Sevçisən güzəli sev,
Çəkmə çirkin dərdini.
Almanın irisinə,
Daş attım birisinə.
Bəni çoban étsinlər,
Ğızların sürisinə.
Aya baktım, ay bayaz .
Ğıza baktım, ğız bayaz.
Cébə baktım para az,
Dédim bu ğız yaramaz.
Bağa girdim üzümə,
Tikən battı dizimə.
Otırdım çıkarmağa,
Yar görindi gözimə.
Bir daş attım ağaca,
Bir ğuş tuttım alaca.
Yéñidən bir yar sevdim,
Ğulağı küpələcə.
Bir daş attım ğuvağa,
Az ğaldı ğırınmağa.
Altın yüzzik taktırdım,
Bir ğınalı barmağa.
Bir qovağa daş atdım,
Az qaldı qırılmağa.
Yeddi yüzük yapdırdım,
Bir xınalı barmağa.
Bugün ayın on dördi,
Ğız saçını kim ördi.
Ördiysə yarim ördi,
Ay ğaranlık kim gördi.
Dambaşında durırım,
Bıyığmı da burırım.
Baban səni vérməzsə,
Bən öğzəni bulırım.
Dambaşında durmoğlén,
Bıyığnı da burmoğlén.
Bəni sənə vérməzlər,
Hiç ğarşımda durmoğlén.
Dam üstində batarak,
Gəlin ğızlar otırak.
Otırmaktan fayda yok,
Evlənək də ğurtarak.
Daş altında pastırma,
Ğız saçını kəstirmə.
Kəstirirsən az kəstir,
El oğlana göstərmə.
Əmmim oğlı Musacık,
Eni ğolı ğıssacık.
Hindi gəlir görirsin,
Gülmədən də ölirsin.
Əkmək yaptım tərrədim,
Günə çıktım parradım.
Ğarşıda ğardaş gəlyər,
Ğoca ğurban bağladım.
Əkmək yaptım tərrədim,
Günə çıktım parradım.
Gördüm Əhmədim gəlir,
Qoçu qurvan bağladım.
Hu dala bastığım yok,
Ğırmızı yastığım yok.
Gətir mushafa sayım,
Səndən artık dostım yok.
Héy güzəlim, héy güzəl!
Yéşil təksidə gəzər.
Gözindəki gözliklər,
Rəis Cəmala bəñzər.
Xarmana géttim atlı,
Alma yédim nə datlı.
Vérin yémin içərim ,
Halal, haramdan datlı.
Xarman yéri xış yéri,
Sevdigim yavaş yéri.
Yüzündəki çıbanlar,
Öpiş yéri diş yéri.
Ğarşıda ğavın yérlər,
Suya gəlsəm nə dérlər?
Suya gəlsən nə dérlər....?
Bu buna sevda dérlər.
Ğarşı ğarşı xanımız,
Ğarıştı xarmanımız.
Sən ordan bən də burdan,
Ğahrolsın düşmanımız.
Ğarşıda Türk evləri,
Yayılyar dəvələri.
Saçraşır suya gəlir,
Bu Türkin güzəlləri.
Gédin bulutlar gédin,
Sevdigmə sələm édin.
Sevdigmin yukı datlı,
Yuksını halal édin.
Ğurban olayım sənə,
Göstər boyını bənə.
Tulığmızda yağımız,
Uymaç édərim sənə.
Mənərədə əzən var,
Yollarda da gəzən var.
Bu evlərin içində,
Gün görmədi güzəl var.
O késə, mavı késə,
Bəni vérdilər pisə.
Késəyi yamyamadım,
Kəkilmi taramadım.
Sakkallı ak, sakkallı!
Ğoynu dolu, şəkərli.
Şəkərcigni yéyərim,
Sakkalcığnı yolarım.
Tabbılmı çala-çala,
Çıktım bir hüce dala..
Ya yıkıllım, ya öllim,.
Ya bu sevdigmi allım.
Dombura çala-çala,
Çıktım bir uca dala.
Ya yıkıllım, ya öllim,
Sevdigim ellər ala.
Yarim ğamışı biçyər,
Suyını nérdən içyər?
Duydım yarim téz gəlmiş,
Vérdim ğanat uçmıyar.
Şirindim mu içməyə,,
Endim qaçaq biçməyə.
Gördüm yarım gəliyər,
Qanad verdim uçmağa.
Yéri gédək bizəçə,
Ğar dökərim dizəçə.
Sarın alın yatarım,
Éla gündən ğışaça.
Bir tovuqdan iki tovuq,
Biri qana bulaşıq.
Qaşqa deyil qamişdı,
On barmağı gümüşdü.
Mən qovurba qovurdum,
Aldım yola sovurdum.
Gördum Məhəmmədim gəlir,
Qoçu qurvan çevirdim.
Su gəlir, hərin gəlir,
Dəşdikcə dərin gəlir.
Əhmədin yengələri,
Qopducu şirin gəlir.
Dayım oğlu keç otur,
Sünbülü köçün seç otur.
Sevdiyim illər ala,
Örkəni özün yatır.
COLAN TÜRKMANLARINDA EVLƏNMƏ
İnsan həyatının ən önəmli hadisələrindən biri ailə qurmaqdır. Buna görə də, ailə qurarkən tələsikliyə yol verməmək, baş verə biləcək bir sıra uğursuzluqdan qorunmaq üçün evliliklə bağlı mərasimlər təhsis edilmişdir. Bu mərasimlər bir neçə mərhələyə bölünür. Həmin mərhələlərdə oğlanın qızı, qızın da oğlanı yaxından tanımasıyla yanaşı, ailələrin də bir- birini tanımasına şərait yaradır.
TANIŞMA (Tanışlıq)
Həyat şəraiti də elədir ki, Colanda yaşayan Türkman ailələrinin çoxu yaxından, ya da uzaqdan birbirlərini tanıyırlar. Buna görə də, oğlan və qızlar evlənmə yaşına çatanadək bir-birləri ilə ailə münasibətlərinə və ya iş şəraitinə görə görüşüb söhbət edirlər. Ailələri arasında qohumluq, dostluq münasibəti olmadıqda isə oğlanlar yetkinlik yaşına çatmiş qızları bulaq başında, tarla, xırman, bağ-bağça işlərində çalışarkən görür və bəzən də söhbət etməyə imkan tapırlar.
Evlənmək istəyən oğlan istəyini öncə evdəkilərə, yaxud yaxın qohumlardan birisinə, dostlarına, sirdaşlarına bildirir. Oğlan yaşı çatdıqda, evlənməsi üçün münasib şərait olduqda utancaqlığından və ya tərəddüd etdiyindən evlənməyə təşəbbüs göstərməyəndə onu evdəkilər, qohumları, dostları “dilə tutur”, evlənməyə həvəsləndirirlər.
Evlənmək istəyən oğlan qızı ya özü, ya da valideyinləri, qohumları, dostları seçir. Oğlanın istədiyi qız kənardan, qonşu kəndlərdən olanda onların ailəsi haqqında müxtəlif yollarla bilgi toplanır. Bəzən də ailələr bir-birini tanıyanda və yaxud qonşu kəndlərdəki münasib bir ailənin yetkinlik yaşına çatmış qızı olduğunu bildikdə oğlanı bir bəhanə ilə qızı görməyə göndərirlər. Bu işə oğlanın qohumları, dostları, tanışları kimi qızın qohumları, rəfiqələri də yardımçı olurlar.
Seçilmiş qız oğlan tərəfindən bəyənildikdən, oğlanın valideyinləri də bu işə razılıq verdikdən sonra qız tərəfin fikrini öyrənmək planlaşdırılır.
AĞIZ ARAMA
Oğlan tərəfi alacaqları qızı müəyyənləşdirdikdən sonra oğlanın anası bir bəhanə ilə qız evinə gedər. Qızın anası ilə söhbət edər. Qızlarını almaq istədiyini bildirər. Qız anası məsləhət üçün vaxt istər. Son sözü, yəni qızını verib, verməyəcəyini ata söyləməli olsa da, ana öncədən qızının da ağzını arayar. Onu ərə vermək istədikləri oğlanın kim olduğunu, hansı nəsildən, kimlərdən olduğunu qızına bildirər.
Qız tərəfi də oğlan və onun ailəsi haqqında bilgi toplayar. Oğlanın işləyib-işləməməsi, ailəsinin maddi durumu, mənzil şəraiti, gəlin üçün hansı qiymətdə qızıl bəzək əşyaları ala biləcəyini öyrənərlər. Colan Türkmanlarında oğlanların çoxu 25-30 yaşlarında evlənər. Bəzən işini vaxtında qaydaya sala bilməyə, tələb olunan toy xərclərini və bəzək əşyalarını ala bilməyən oğlanların evlənməsi 40 yaşınadək uzana bilir. Qızlarda isə bu məhdudiyyət, əngəllər yoxdur. 18 yaşına çatmış qızları münasib namizəd olan kimi ərə verirlər. Çox az hallarda qızların 18 yaşından kiçik olduğu vaxt ərə verildiyi də müşahidə edilir.
Oğlan anasının fikri qız evində müzakirə edilir. Razılığa gəlindikdə oğlan anası qızın anası ilə bir daha xəbərləşər. Qız tərəfin razılığı alındıqdan sonra oğlan tərəfin adamlarının elçi gələcəyi günü müəyyənləşdirərlər.
ELÇİLİK (GƏLİN İSTƏMƏK)
Colan Türkmanlarında elçiliyə gəlin istəmək deyilir. Qızın ailəsi öz yaxın qohumlarına bildirər ki, gəlin istəmək üçün gələcəklər. Qız tərəfdən bir neçə yaşlı və mötəbər ağsaqqal qız evinə toplaşaraq oğlan evindən gələcək qonaqları gözləyər. Oğlan evindən də bir neçə yaşlı və mötəbər ağsaqqal qızı istəməyə gedər. İki tərəf bir araya gəlincə, qızın atası qonaqlara: “Xoş gəldiniz” deyərək oturacaqları yeri göstərər. Oğlan tərəfi əyləşdikdən sonra söhbətə: “biz sənin yanına gəldik Allahu-tala'nın izni péxambər əfəndimizin kavliylə falan ğızını bizim falan oğlumuza istiyərik nə dérsin?” deyərək oğlanın atası söhbəti açmış olur. Qızın atası tam olaraq könlü olsa da, oturanlara: “kərəminizdən ğızdan sorlaşım da sizlərə cavabı vérrim” cavabını verər. Sonra da durub qızın fikrini öyrənmək üçün qonşu otağa keçər və qızına deyər: falan adam falan oğluna səni istəməyə gəlmiş... nə dérsin, ğızım? Qız da atasına: “Vallah ya buba sən bilirsin. Sən nə dérsən bən dédigin kimiyim” cavabını verər. Bu da qızın razılığı sayılar. Ata qonaqlar əyəşən otağa dönərək: “Allah vérmişsə, bən də vérdim” deyirsə, bu, razılıq sayılır. Orda oturanlardan birisi: “Əl-fatiha” deməklə Əl-fatiha surəsini oxuyarlar.
Bundan sonra başlığı “ğalın”ı müəyyənləşdirmək üçün oğlanın atası: “nağadar ğalın istiyərsiniz?” deyə qızın atasından soruşar. Qızın atası da: “bu ğadar... bu ğadar” deyə bir məbləğ söylər. Oğlanın atası “falandan ötrü bunça éndirin” deyər. Qızın atası razilaşarsa, “tamam bélə olsun” deyər. Oğlanın atası “falan için bunça da kəsin”, qızın atası “tamam bu ğadar oldu” deyər. Razılaşmazsa, orta məxrəcə gələnədək müzakirə edərlər. Beləcə başlıq (ğalın) büyük rəqəmlərdən cüzi bir rəqəmə enər. Təkrar Fatihə oxuduqdan sonra toyun nə zaman olacağını müəyyənləşdirərlər.
Bu münasibətlə bəy tərəfındən quzu və qoçlar kəsilir, yemək hazırlanır, zılğıtların səsləriylə dəvətlilərə qonaqlıq verilir.
Dərhal qızın qadın qohumları və rəfiqələri zılğıt çalaraq bir şənlik başlayarlar. Oğlanın dostları və yoldaşları içərdən oğlanı alaraq bayırda halay vurar, oynayar, şənlənərlər.
TOYA HAZIRLIQ
Nişandan toyadək olan arada bayramlar düşərsə, oğlan evi qız evinə hədiyyələr göndərir. Toydan bir neçə gün öncə (7 – 5 gün arası) bütün Türkman kəndlərinə dəvətçilər göndərilir və filankəsin oğluna filankəsin qızın alacaqlarını, toy gününü bildirirlər.
Toy olacaq evi bildirmək üçün bəyin (güvegi) evinin üstünə Allah, Muhamməd deyərək bəzəkli ağ bayraq, gəlinin yaşadığı evin üstünə isə qırmızı bayraq taxırlar.
XINA GECƏSİ
Toyun öncəsi gecə xına /ğına/ gecəsidir. Gəlinin qohumları, rəfiqələri qız evinə toplaşaraq mahnı oxuyur, yeyir-içir, şənlik edir, məclisdə xına gəzdirir, əllərinə, ayaqlarına, bədənlərinin bəzi yerlərinə, qollarına, boyunlarına, çiyinlərinə xına yaxırlar.
GƏLİN GƏTİRMƏ
Colan Türkmanları toyları adətən cümə günləri edərmişlər. Dünyanın bir çox ölkəsində olduğu kimi, Türkmanlarda da toy çox şən və dəbdəbəli keçirilir. Qız evində təşkil edilən ziyafətə gəlinin bütün rəfiqələri və qohum-əqrabaları yığışır. Bəy evinə isə oğlan tərəfi toplanır. Toy məclisi müxtəlif mahnı və rəqslərlə müşayət olunur. Türkmanlar toya nəinki qohumlarını və yaxın dostlarını, həmçinin qonşu və bir çox tanışları dəvət edirlər. Əcnəbilərin toyda iştrakı yüksək qiymətləndirilir.
Sabah erkəndən bəy evində dəvətlilərin qarşılamasına başlanarmış. Sonra da gəlini gətirməyə gedən karvan qız evinə doğru yola düşərmiş. Oğlan evi qız evinə ən az bir qoç apararmış.
Keçmişdə gəlini bəyin evinə gətirmək üçün üç dəvədən bir karvan hazırlanarmış. Hər dəvəyə iki qadın oturdularmış. Birinci dəvənin üstündəki kəcavəyə bayraq taxarlarmış. Karvanı atlılar qoruyar və piyadalar da onların arxasınca gedərmiş. Süvarilər atlarını oynada-oynada, çapa-çapa, mahnı oxuya-oxuya bəy evindən qız evinə gedərmiş. Cümə namazından sonra gəlini qız evindən çıxarıb oğlan evinə apararlarmış.
İndi dəvə karvanını maşın karvanı əvəz edib. Bu məqsədlə toy maşını dəbdəbəli şəkildə güllərlə bəzədilir. Gəlin və bəy əyləşən maşını başqa maşınlar müşahidə edir. Onlar müxtəlif səs siqnalları verə-verə şəhəri dolanıb bəy evinə gəlirlər. Maraqlısı budur ki, gənclər arasında çox dəbdə olan, müasir mahnılar toylarda ənənəvi musiqini sıxışdırıb çıxara bilməyib.
TOY
Gəlini gətirən maşın karvanı bəy evinə çatdıqda qoyunlar kəsilir. Toy sahibinin imkanına, çağırdığı adamların sayına görə bəzən 30 – 40 baş qoyun kəsilir. Dügün aşı deyilən üzəri ətlə örtülmüş yağlı pilov, buğda yarmasından ətli, kərə yağlı xörək (Bizim çobanaşı dediyimiz ətli xörək - Ə.Ş.), qatıq şorbası (Bizim dovğanı əvəz edən - Ə.Ş.) hazırlanır.
Xörəklər hazırlananadək gəlin bəyə yaxın olan qonşu və qohumların birinin evinə aparılır ki, burada dincəlsin. Kəndin qızlarının bir qrupu yemək süfrəsinin hazırlanmasına kömək edirsə, bir qrupu da gəlinin qulluğunda durur.
Toya gələn qonaqlar adətən xırda bir suvenir və gül dəstəsi ilə gəlirlər. Xörəklər hazır olandan sonra yemək süfrəsi açılır və qonaqlar yeyib-içməyə başlayır. Yeməkdən sonra çal-çağır, musiqi davam etdirilir, gecəyədək şənlik olur.
Kəndlilərin, toya gələnlərin olduğu yerdən aralıda gəlin üçün qamışdan damsız bir otaq düzəldirlərmiş. Bu otağa ğaçak deyilirmiş.
Gəlin gəldikdən sonra yeddi gün gecələr ğaçakda qalar, gündüz isə gərdəkli gəlin otağında olarmış. Yeddi gündən sonra gəlinə duvaqqapma-gəlingörüşü-üzəçıxdı mərasimi təşkil edilir və gənclərə əsl toy hədiyyələri onda verilir.
OYUNLAR
BAYRAQ QAÇIRMA
Oğlan evindən gələn atlılar birinci keçavənin üzərindəki bayrağı qoruyarlarmış. Bayraq təmiz ipək üzərində qırmızı və ya göy rəngli saplarla kəlimə-i şəhadət yazılmış parça olarmış. Oğlan tərəfi çalıb oynaya-oynaya gedərkən başqaları da bayrağı alıb qaçmağa çalışarmış. Oğlan tərəfi atlılarının borcu bayrağı qorumaqmış. Hansı bir atlı və ya atlı dəstəsi bayrağı alıb qaçmağa cəhd edərdisə, oğlan tərəfin atlıları da atlarını çapıb onlardan bayrağı alaraq gətirib kəcavənin üzərinə taxmalıymış. Bayrağı sağ salamat gətirib bəy evinin üzərinə kim taxsaymış, ona bəyin valideyinləri bir qoç bağışlayarmış.
Bəy evinin üzərinə vurulmuş bayrağı da bəyin yaxınları alıb kəndi dolandırdıqdan sonra geri qaytarıb evin damına taxmalıdır. Bu iş bir qürur, hünər saylırmış. Çünki bayraq gəzdirənə manelər yaradılır, bayrağı onun əlindən alıb atını çaparaq qaçmağa çalışarlarmış. Kimsə o bayrağı bəy adamlarının əlindən alıb qaça bilsə, o, qoçaq, igid, cəsur sayılırmış və bəy evi həmin qoçağa nəmər verib bayrağı alarmış.
GÜLƏŞMƏ
Colan Türkmanlarında toylar güləşsiz keçməzmiş. Toy zamanı ərgən oğlanlar güclərini sınamaq üçün yarışarlamış. Azərbaycan toylarındakı güləş Colan Türkmanlarının güləşindən o qədər də fərqlənməzmiş. Colan Türkmanları da ikin nəfərin bir-birinin kürəyini yerə vurmaq üçün apardığı mübarizəyə güləşmə deyirlər.
AT YARIŞI
Toy günü kəndin xırmanında müxtəlif at yarışı keçirərlərmiş. Minicilər atlarının müxtəlif çür yerişin, sürətli qaçışını, şaxə qalxmasını və s. nümayiş etdirərmişlər. Seçilənlərə nəmər verilərmiş.
Colan Türkmanlarında evlənmə http://halapturkmen. blogcu.com/suriye-turkmenleri-nde-dugun-gelenegi/6107574 saytından alınmış materiallar əsasında hazırlanmışdır.
TOY MƏRASİMİ
Xalq inanclarının araşdırıcısı Yaşar Kalafatın Colan Türkmanlarının toy mərasimi ilə bağlı qeydləri. O, məqaləsini hazırlayarkən Colan Türkmanlarından olan Yussif İssadan material toplamışdır.
Colan Türkmanları Ərəblərə və Kürdlərə qız vermədikləri kimi, onlardan da qız almazlar. Şəhərlərdə təsadüfən belə evliliyə rast gəlmək olar. Onlar Çərkəzlərə də qız verməzlər, amma onlardan qız alarlar. Belə halda da Çərkəz qızlarının Türkman adət-ənənəsinə uymasını tələb edərlər. Gəlinin Türkman ailəsinə uyuşması üçün iki ilə yaxın müddət qoyarlar. Bu müddət ərzində gəlin Türkman adətlərinə uymasa, onu ailəyə qəbul etməzlər.
Colan Türkmanlarında tayfa ənənəsi demək olar ki, yoxdur. Amma möhkəm ailə ənənəsi var və buna da ciddi əməl edilir. Məhz buna görə də, Türkmanlar evdə Ərəbcə danışmazlar. Evdə-ailədə Ərəbcə danışmaq ayıb sayılır.
Türkmanlarda çoxarvadlılığa çox nadir hallarda rast gəlinir. Qızlarını da əsəsən 18 yaşdan sonra ərə verirlər. Adətən qızların 22-23 yaşlarında evlənməsi normal sayılır. Qızlar ərə verilərkən onların fikrini öyrənər və ona hörmətlə yanaşarlar. Gənclərə evlənməzdən əvvəl tanış olmalarına imkan yaradarlar. Qız ərə verilmək istədiyi oğlanı bəyənməzsə, bu evlilik baş tutmaz.
Onlarda başlıq “baş vergisi” adlandırılır. Bu da əsasən 500 dollar ətrafında olur. Türkman qızını almaq istəyən oğlan başqa millətdən, yaxud da Türkmanla başqa bir millətin qarışığındandırsa, onda “baş vergisi” 10 min dollara qədər artırıla bilir.
Türkmanlarda qızı uşaqlıqdan ad etmək, nişanlamaq, “beşik kərtməsi” yoxdur. Yaxın qohumlarla evliliyə də rast gəlinmir. Amma qızı istəyən olanda qızın ərgən dayısı və əmisi oğlu varsa, onların fikirləri öyrənilir. Onların razılığından sonra qızı kənardan istəyənə verirlər. Bu da onu göstərir ki, keçmişdə Colan Türkmanları arasında da əmi oğlu, dayı oğlu vs. ilə evlənmək varmış. Bunu onların oxuduğu mahnılardan da görmək olur.
Məsələn:
Erkəkləri değirmi,
İnəkləri yiğirmi.
Vardım isə mən vardım,
Əmmim oğlu değilmi?
Yaxud:
Əmim oğlu biçində,
Köynəyi tər içində.
Getdim tərin silməyə,
Qaldım tikan içində.
Yolda buldum bir dəğənək,
Pontulu bənək-bənək.
Əmmim oğlu dururkən,
El bənim nəmə gərək.
Saçın uzun değil mi?
Suyun bizim değilmi?
Alırsam bən alıram,
Əmmim qızı değilmi?!
Qayadan atdın bəni,
Qumlara qatdın bəni.
Əmmim oğlu almasa,
Bazarda satın bəni.
Əmim oğlu piyada,
Ömrü də çox ziyada.
Əmmim oğlu dururkən,
Niyə gediyom yada.
· Colan Türkmanlarında qız qaçırma ilə evlənməyə çox nadir hallarda rast gəlindiyi kimi, qan davasına da rast gəlinmir.
· Colan Türkmanlarında gəlin bəy evinə gəlib çatdıqda onun ayağının altında qoç qurban kəsilir.
· Təzə gəlinlər qayınatasının yanında, qayınlarının yanında danışmaz, səslərinin eşidilməməsinə çalışarlar. Buna da “səs orucu”, “səs saxlama”, “səs sakınma” deyərlər.
· Colan Türkmanlarında toy zamanı toy bayrağı, bəy bayrağı, gəlin bayrağı asmaq adəti vardır.
XALQ İNANCLARI
· Colan Türkmanlarında yeni Doğulan uşağa atası ad qoyar. Ata adətən övladına öz atasının adını qoyduğundan nəsildə eyni adların təkrarlanması baş verər. Öncələr əsasən İslam dininin müqəddəslərinin adı verilirdisə, son zamanlar Türk adlarının qoyulması da artıb.
Uşağa təntənəli ad günləri keçirirlər. Bu günə “ad vermə günü”, “ad vurma” deyirlər. “Ad vurma” şənliyinə də toy deyirlər. Bəzən bu şənliklər 10-15 gün davam edər.
Uşaq süd dişi çıxardıqda “diş toyu” keçirilər və bunu “diş kutlanası” da adlandırarlar. Bu münasibətlə mütləq ailədə hədik bişirilər.
Uşaq diş dəyişəndə xarab olmuş, atılmalı dişi evin damına atar, “Mənim çürik dişimi al, mənə altun diş ver!” deyərlər.
· Türkmanlarda uşağın ilk dəfə saçının qırxılmasına “saç toyu” deyirlər. Uşağın saçını ilk dəfə əmisi və ya dayısı qırxar. Sonra saçı tərəziyə qoyub çəkərlər. Onun ağırlığında qızıl məbləğində nəzir-niyaz paylanar. Kəsilən saç atılmaz. Onu saxlayaraq uşaq 6-7 yaşına çatanaçan özünə göstərərək “Bu sənin saçındır, sənin saçın beləydi” deyərlər.
· Ümumiyyətlə, böyüklər də saçlarını qırdıranda, qadınlar saçlarını darayanda tükü haraya gəldi atmazlar. Tapdanmayacaq bir yerə qoyarlar.
· Colan Türkmanları uşaqlarına 3-18 aylıq olarkən sünnət etdirməyə üstünlük verərlər. Sünnət toyunda müsiqiçilər gətirilər, çal-çağır olar, yeyib-içmək verilər. Sünnətdə kəsilən dəri parçası bir çubuğa keçirilib bacaya qaldırılar, evin yuxarısına qoyular.
· Colan Türkmanlarında nəzərə çox önəm verər, nəzər muncuğundan istifadə edilər və ona “nəzər pozan” deyərlər.
· Ölmüş valideyinlərini, yaxın qohumlarını yuxuda görməyə “röyaya gəlmək” deyərlər. Yuxu görən adam çörək bişirtdirib fəqir-füqəraya paylayar.
· Colan Türkmanlarında əkmək-çörək müqəddəs sayılır. Onu yerə atmaq, tullamaq olmaz. Çörəyi əlinə alan adam onu qurşağından aşağıda tutmamalıdı. Çörək siniyə, süfrəyə qoyularkən onun təs üzünə çevrilməməsinə diqqət yetirilir. Çörəyi zibilliyə atmaq günah sayılır.
· Hərbi xidmətə yola salınacaq gənc üçün “əsgər çörəyi” bişirilir. Xüsusi hazırlanmış bu çörəkdən əsgər gedəcək gəncə bir tikə yedirdilir. Əsgər yolasalma toyuna yaxın qohumlar dəvət edilir və onlara yemək verilir. Yaxın qohumlar da kiçik hədiyyələr gətirir və müəyyən miqdar çibxərçliyi verirlər.
· Colan Türkmanları əkinlərindən, bağ-bostanlarından, heyvanlarından yeni məhsul əldə etdikdə özləri bir tikə daddıqdan sonra yaxın ətrafdakılara da pay verilir. Bundan sonra məhsul sahibi onu özü istədiyi kimi yeyib-içir və ya satır.
· Hər il aprelin 17-də Colan Türkmanları toplu halda (bəzən bu topluluq 20 min nəfərə çatır) səhərdən axşamacan gəzintiyə çıxarlar. Həmin gün naharlarını və axşam yeməklərini də çöldə yeyərlər. Bu günə onlar Nevruz deyərlər.
· Yuxarı tərəf daha ehtiramlı sayılar. Ona görə də qonağı, evin ağsaqqalını, böyüyünü yuxarı başda oturdarlar.
· Ayaqqabını soyunarkən tərs çevrilərsə tez onu düzədib cütləyərlər.
· Ayağı yuxarı qaldırmazlar və ayağın altını yuxarı çevirməzlər.
· İl quraqlıq keçəndə Kunteyra şəhəri yaxınlığındakı Əli dağına çıxar, orada sarı inək qurban kəsər, onun ətini bişirib elliklə yeyər və birlikdə dua edərlər. İnanarlar ki, onlar duadan sonra dağdan enənədək yağış yağacaq.
· Qadınlar kişilərlə birlikdə qəbiristanlığa getməzlər. Cənazə evdən çıxarıldıqda qadınlar cənazənin arxasınca evdən çıxmazlar. Cənazəni kişilər qəbiristanlığa aparar və ölünü dəfn edərlər. Qəbir üzərinə su səpərlər ki, “qəbir atəşi”ni söndürsünlər .
· Ölü çıxan evdə və həyətində üç gün ocaq qalamazlar. Belə düşünərlər ki, od həyat, yaşam əlamətidir. Birisi ölmüşsə, demək bu ailənin ocağı sönmüşdür. Buna görə də, o evə xörək kənardan gətirilər.
· İnsan öldükdə ruhunun hələ evdə olduğunu düşünər və həmin evdəki güzgülərin üzərlərini örtərlər ki, ölənin ruhu güzgüyə hopub qalmasın. Həm də ölənin güzgüyə hopmuş ruhunun kiminsə görməsi istənilməz.
· Quran-i Kərim oxunarkən güzgülərin üzəri bir parça ilə örtülər.
· Qadınlar qəbiristanlığa tək getməzlər. Qəbir ziyarətinə cümə namazından sonra gedilər, “qəbir atəşin”i söndürmək üçün üzərinə bir qabda su qoyar və qəbir üzərində əkilmiş ağaca, gül koluna su verilər.
· Ölən üçün üç gün yas saxlanılar. Bir həftə sonra cümə günü hatim düzəldilir. Yəni yaxın adamlarla birlikdə yemək yeyilir. Ondan sonra başsağlıgı verməyə, “keçmiş olsun” deməyə, “dərdlərinə şərik çıxdıqlarını” bildirməyə gedilməz. Bu hal basdırılmış dərdin eşilməsi, üzərinin açılması kimi dəyərləndirilir.
· Ölənlərin ailəsinə yardım edilər və bu yardım da hiss edilmədən, qabardılmadan, kimsələrə nümayiş etdirilmədən edilər.
· Müqəddəslərin, ehtiram bəslədikləri insanların qəbirlərinə şəfa ummaq, dilək üçün ziyarət edilməz. Sadəcə Allah rizası üçün, ehtiram əlaməti olaraq ziyarət edilər və fatihə oxunar.
· Gecə güzgüyə baxılmaz. İnanılar ki, gecə güzgüyə baxanın başına pis bir iş gələr. Ona görə də gecələr güzgünün üzərinə ya parça örtülər, ya da güzgü tərsinə çevrilər.
· Colan Türkmanları “Odla oyun olmaz!” deyərlər. Uşagı odla oynamağa qoymazlar. Belə düçünərlər ki, uşaq odla oynasa, gecə yatağını isladar.
· Colan Türkmanları qara pişik gördükdə “Felak” və “Nas” surələrini oxuyarlar. “Qara pişiyin gözü yaxşı deyil” deyərlər. Qara pişiyin cinlə, bəd ruhlarla bir bağlılığı olduğuna inanarlar.
· Eşşəyin anqırması xoş qarşılanmaz və eşşək anqıran kimi “suyu bulandıran eşşəyi taniyıram” deyərlər.
· Təzə anadan olan uşağın əlində, ayağında altı barmaq varsa, bu yaxşı əlamət sayılmaz və uşaq xəstəxanadaykən artıq barmağı kəsdirərlər.
· Colan Türklərində bir “qurtlama” ifadəsi də var. Bir sözü nörmal, sakitliklə qəbul etməyənə zorla qəbul etdirəndə ona “qurtlama” deyirlər.
· Uşağı gecə tualetə tək göndərməzlər. “Bir şeyə uğrayar, bir şeyə rast gələr” deyərlər.
· Colan Türkləri gecə çolə qaynar su atmazlar. Düşünərlər ki, orada cinlər ola bilər. Atılan qaynar su cinlərin özlərini və balalarını yandırar. Cinlər də buna görə qaynar su tökənin ailəsinə xətər yetirər. Qaynar suyu hamama, tualetə, əlüzyuyana tökdükdə belə “Bismillah!” deyərlər.
· Colan Türkmanları yemək süfrəsindən qalan sümükləri ayrıca toplayar, ümumi zibilə qatmazlar. Onlar inanırlar ki, bu sümükləri “yeyənlər” var. Süfrədən artıq qalan sümüklər ayrıca qoyulmasa, umumi zibilə qatılsa, yəni o çirkləndirilsə “yeyənlər”dən insana xəsarət toxunar.
· Colan Türkmanları evlərinin yönünü qibləyə tərəf tikirlər. Amma tualetin yönünü qətiyyən qibləyə tərəf qoymazlar.
Mətn Dr.Yaşar Kalafatın 2013-cü ildə Ankarada çap olunmuş “Bozulus. Türk Kültür Coğrafiyasında Karşılaşdırmalı Halk İnancları” kitabı və 2014-cü ildə Ankarada çap olunan “Türk Yurdu” dərgisinin 317-ci sayındakı “Suriya Halk Kültüründen Bazi Kesintiler” məqaləsi (səhifə 30-34) əsasında hazırlanmışdır.
YAS MƏRASİMİ
Colan Türkmanların yas mərasimi İslamı dəyərlərə dayansa da, İslamdan öncəki əski Türk inanclarının bəzilərini də özündə qoruyub saxlayır. Ölənin cəsədini çox saxlamazlar. Cəsədi ya həməm gün, ya da səhəri gün dəfn etməyə çalışırlar.
Ölü olan evdə sakitliyə riayət etməyə çalışırlar. Uca səslə ağlamaq, hay-küy salmaq yaxşı qarşılanmaz. Öləni həzin, ürəkdağlayıcı bir səslə ağlayarlar. Mərhumu ağ kəfənə büküb, təzə və təmiz xalca, palaz içərisində çənazəyə qoyurlar və məscidə qədər çiyinlərdə aparırlar. Məsciddə ölən üçün Quran oxunar. Çənazəni son mənzilə kişilər yola salar. Uşaqları və qadınları həmin gün qəbiristanlığa getməyə qoymazlar. Cəsədi qəbirə sağ çiyni ustə, yönü qibləyə tərəf qoyarlar.
Ölünü dəfn etdikdən sonra qəbirstanlıqdan çıxmağa tələsməzlər. Adətən ləng tərpənərlər ki, hamıdan sonra qəbristanı tərk etsinlər. Dəfn mərasimində adətən dualar oxunar və oxunan dualar diqqətlə dinlənilər. Dəfnə gələnlərə çay, kofe və suxurat verilər. Adamlar ölənin ailəsinə başsağlığı verməyə əsasən ilk üç gündə saat 6-dan 8-ə qədər gələrlər. Həmin vaxt gələ bilməyənlər mərhumun yeddisi günü də başsağlığı verməyə gəlirlər. Adamların əksəriyyəti çalışır ki, dəfn mərasimində iştirak etsinlər. Uzaqda olanlar isə üzüntülərini teleqramla, telefonla da bildirirlər.
Yas mərasimi yazısı aşağıdakı sayt əsasında hazırlanmışdır: http://halapturkmen.blogcu.com/-/11247082
COLAN TÜRKMANLARINDA YEMƏKLƏR
Colan Türkmanları xörək hazırlayarkən dənli bitkilərdən, ət-süd məhsullarından, tərəvəzlərdən, zeytun yağından, ədviyyatlardan, limon suyundan geniş istifadə edərlər. Ənənəvi yeməklərə ələnmiş buğdadan (bulqurdan) hazırlanan sıyıqlar, arpa və buğda unundan kökələr (“xobz”), süd məhsullarından (“lyabne”), içi doldurulmuş badımcan (“makdus”), göyərti, zeytun və qoyun ətindən bişirilən yeməklər aiddir. Masaya hər zaman “falafel”, “şavarma”, qəlyanaltılardan “xummus”, “mutabbal”, “baba-qanuş”, “ful”, tərəvəz və göyərtilər “tabbule”, müxtəlif pendirlər, mərci şorbası, qızardılmış çörəkdən və tərəvəzlərdən hazırlanmış “fatuş” təqdim olunur. Ət yeməklərinə aşağdakılar aiddir: düyü və qozdan hazırlanmış bütöv quzu “mensaf”, yerkökülü ətli plov, kişmiş və ədavalı “kabsa”, düyü və qoz içlikli toyuq “djadj maxşi”, köz üzərində hazırlanan balıq “samak meşui”, döyülmüş qoyun əti “kastaleta”, kabab, qoyun əti ilə üyüdmüş bugdadan “kibbe”, köz üzərində çevrilmiş qoyun “meşvi”, qara gavalılı və badamlı qoyun əti, kəllə-paça “makkadem”, köz üzərində qızardılmış quzu əti ilə göyərti “kafta”, “dolma” və ya “tolma”. Şirni süfrəsi üçün isə qat-qat xəmirdən ətli börək, göyərti və pendirli “burak”, paxlava, “şərbət”, “kuafə”, yarmadan pudinq “mxalabie”, börəklər və meyvə hazırlanır. Populyar içkilərdən – tünd Ərəb qəhvəsi, çay, müxtəlif şirələr, kişmiş kompotu “djelab” və süd məhsullarından “ayran”.
Colan Türkmanlarının mətbəxi yazısı aşağıdakı sayt əsasında hazırlandı: http://halapturkmen.blogcu.com/-/11247082
COLAN TÜRKMANCASINDA İŞLƏNMİŞ ƏSKİ SÖZLƏRDƏN SEÇMƏLƏR
Colan Türkmancası ilə
|
Azərbaycan Türkçəsi ilə
|
|
|
İNSAN GÖGDƏSİ ÖGƏLƏRİ
|
İNSANIN BƏDƏN
ÜZVLƏRİ
|
ağız
|
ağız
|
axrıq
|
bəlğəm
|
alın, annı
|
alın
|
am
|
am, amcıq
|
arqa
|
arxa
|
avuç
|
ovuc
|
ayak, eylek
|
ayaq
|
ayrık
|
iki bığın arası
|
azı
|
azı
|
bacak
|
bacaq
|
bağ
|
çatma (qasları bir-birinə bağlanmış. Çatma qaş)
|
bağır
|
bağır (qara çiyər)
|
bağırsak, bağırsalıq
|
bağırsaq
|
bahla
|
gözü böyük
|
baldır
|
baldır
|
barmak
|
barmaq
|
barmakizi
|
barmaq izi
|
baş
|
baş
|
bél
|
bel
|
beng
|
xal, bənəg
|
béyrək
|
böyrək
|
bıyık
|
bığ
|
bilək
|
bilək
|
boğaz
|
boğaz
|
bommaq
|
Qırmızı yanaq
|
boyun
|
boyun
|
bögri, bögür
|
böyür, yan
|
burru
|
burun
|
büzzük
|
büzdüm
|
qasıq
|
qasıq
|
can
|
can
|
ciger
|
ciyər
|
çaplak
|
şapalaq
|
çatal
|
iki qıçın arası
|
çatal
|
iki barmağın arası
|
çəñə, çenge
|
çənə
|
çiñ, çing
|
çiyin
|
çizgilər
|
çizgilər (üz və bədəndəki xətlər)
|
çopur
|
çopur
|
damar
|
damar
|
dəpə
|
təpə (başın ən yüksək hissəsi)
|
dəri
|
dəri
|
dırnak
|
dırnaq
|
dil
|
dil
|
dirsək
|
dirsək
|
diş
|
diş
|
diz
|
diz
|
dölyatağı
|
uşaqlıq
|
döş
|
döş
|
dudak
|
dodaq
|
düşükdiş
|
mırıq (düşən diş)
|
əmzik
|
əmzik
|
ən
|
əl
|
gəbəlik
|
hamiləlik
|
göbək
|
köbək
|
gögdə
|
gövdə, bədən
|
gögis
|
köks
|
göt
|
göt
|
göz
|
göz
|
gözbébegi
|
göz bəbəyi
|
gözğabağı
|
göz qapağı
|
ğafa
|
baş
|
kalça
|
qılça
|
ğan
|
qan
|
ğanat
|
qanat
|
ğarrın
|
qarın
|
ğaş
|
qaş
|
ğıç
|
qıç, ayaq
|
ğıl
|
qıl
|
ğocak
|
qoçaq
|
ğol
|
qol
|
ğoltuk
|
qoltuq
|
ğoltukaltı
|
qoltuqaltı
|
ğovık
|
qovuq, sidik kisəsi
|
ğoyın
|
qoyun (qucaq)
|
ğulak
|
qulaq
|
ğursak
|
qursaq, mədə, kəklik
|
kəkil
|
kəkil
|
kelle
|
kəllə
|
kiprik
|
kirpik
|
kök
|
kök
|
memek
|
məmə
|
omırğa
|
onurğa
|
osrık
|
osduraq
|
ökçe
|
daban
|
saç
|
saç
|
saya
|
aya, əlin içi, ovuc
|
semizlik
|
kök
|
sırt
|
sırt, arxa
|
sik
|
sik
|
sigil
|
ziyil
|
siñir
|
sinir
|
solık
|
soluq, nəfəs
|
sumsuk
|
təpik, dümsük
|
südük
|
sidik
|
sümük
|
sümük
|
süt
|
süd
|
ter
|
tər
|
tommak
|
toppuş
|
tommuk
|
toppuş
|
topık
|
topuq
|
tormık
|
buxov
|
tüfrik
|
tüpürcək
|
tükrik
|
bəlğəm, tüpürcək
|
uc
|
uç (barmaqların uçu)
|
us
|
ağıl, huş
|
xappaz
|
qapaz
|
yağ
|
yağ
|
yaka
|
yaxa
|
yaş
|
yaş (göz yaşı)
|
yég
|
|
yumrık
|
yumruq
|
yüklilik
|
hamiləliyin başlangıcı
|
yürək
|
ürək
|
zülüf
|
saç, tük
|
TABİƏT
|
TƏBİƏT
|
akanyıldız
|
axan ulduz, meteor
|
arık
|
arx
|
ay
|
ay
|
aytutulumu
|
ay tutulması
|
bulut
|
bulud
|
çağlayan
|
çağlayan, şəlalə
|
çamır
|
palçıq, çamır
|
çay
|
çay
|
dağ
|
dağ
|
daş
|
daş
|
dəñiz
|
dəniz
|
dəpə
|
təpə
|
dərə
|
dərə
|
gög
|
göy
|
gögerti
|
göyərti, yaşıllıq
|
göl
|
göl
|
gölək
|
gölməçə
|
gün
|
gün
|
Gün, Günəş
|
Gün, Günəş
|
güntutulumu
|
gün tutulması
|
kaya
|
qaya
|
kayır
|
çınqıl (kiçik daşlar)
|
ğum
|
qum
|
ırmak
|
irmaq, nəhr, böyük çay
|
şimşək
|
şimşək
|
yağmır
|
yağış, yağmur
|
yér
|
yer
|
yıldırım
|
ildırım
|
yıldız
|
ulduz
|
yol
|
yol
|
HACATLAR
|
GEYİMLƏR
|
Erkekler için
|
Kişi geyimləri
|
ayakğabı
|
ayaqqabı
|
babuç
|
papış
|
béz
|
bez
|
demir
|
dəmir
|
çıb
|
cib
|
çorab
|
corab
|
edik
|
çəkmə
|
əllik
|
əlçək
|
ém, şalcar
|
şalvar
|
göncüklük
|
cibli geyim
|
göynek
|
köynək
|
ğayış
|
qayış , kəmər
|
ğurşak
|
qurşaq
|
işlik
|
içlik, alt geyim
|
kəmər
|
kəmər
|
köncük
|
cib
|
kuşak
|
qurşaq
|
lekəlik
|
corab
|
ros - tağlık
|
|
sekö
|
palto
|
talık
|
|
terrik
|
tərrik, şap-şap, çəkələk
|
AVRAT İÇİN
|
QADIN GEYİMLƏRİ
|
ansalıp
|
üz boyası, makyaj (ansalıp = kökü yandırılıb bibər və paxla ilə qarışdırılaraq üz boyası hazırlanan bir bitki)
|
ayakğabı
|
ayaqqabı
|
dəmir
|
dəmir
|
don
|
don
|
dögin
|
döymə
|
gezi
|
boyunbağı
|
gümüşbiləzzik
|
gümüş bilərzik
|
ğına
|
xına
|
kapkap
|
taxtadan düzəldilən tərlik,
şap-şap
|
midəs
|
tərlik
|
poşu/puşu
|
bəzək üçün geyimə taxılan qumaş
|
sürmə
|
sürmə
|
təntən
|
bəzək üçün geyimə taxılan qumaş
|
ünek
|
önlük
|
yağlık
|
yaylıq
|
yüzzik
|
üzük
|
GENÇTEN ÖTRÜ
|
GƏNÇ ÜÇÜN
|
bılağı
|
qolçaq, bilərzik
|
déynək
|
|
fasğır
|
|
ğemmez
|
alt paltarı
|
işligi
|
köynək, qısa çəpkən
|
pafta göynek
|
bafta göynək
|
şerval, şalvar
|
şalvar
|
xancar
|
xənçər
|
yəmənî
|
yəməni, xəncərin, qəmənin qını
|
DİNÎ SÖZLER
|
DİNÎ SÖZLƏR
|
aptaz almak
|
abdəst almak
|
camı
|
məscid
|
gög
|
göy, səma
|
kenise
|
kilisə
|
musurman
|
Müsəlman
|
namaz ğılmak
|
namaz qılmaq
|
oruc tutmak
|
oruç tutmaq
|
péyxəmbər
|
peyğəmbər
|
tañrı
|
Tanrı - Allah
|
ulak
|
rəsul, elçi
|
xırıstyan
|
xristian
|
yıldız
|
ulduz
|
gögçək
|
göyçək, mələk
|
gögçə
|
mələk
|
gögçen
|
mələk
|
YÉMEKLER
|
YEMƏKLƏR
|
ağız
|
ağuz
|
buğda aşı
|
buğda aşı
|
çelem
|
turşu
|
çökelek (yoğrut kuruması)
|
qurud
|
doğramaç
|
doğramac
|
eşkili çörək
|
xəmrəli çörək
|
ğurut
|
qurud
|
ğuru uzum
|
kişmiş, mövüz
|
mərcimək çorbası
|
mərcimək şorbası
|
sütli pirinç
|
südaşı
|
şorma
|
şorba
|
tarmız
|
|
tarxana
|
tarxana
|
uymaç
|
umac
|
yoğurt çorbası
|
qatıq aşı
|
zabarık
|
|
MELZEMELER
|
MATERİALLAR
|
basbus
|
qəndil
|
çıra
|
çıraq
|
mum
|
şam, mum
|
SAVINMA
|
QORUNMA MATERİALLARI
|
bıçak
|
bıçaq
|
ğama
|
qəmə
|
ğarğı
|
nizə, qarğı
|
ğılınç
|
qılınç
|
ğurşun
|
qurğuşun
|
mızrak
|
mızraq
|
ok
|
ox
|
palta
|
balta
|
süñü
|
süngü
|
tüfəñ
|
tüfəng
|
yay
|
yay
|
EKİM MALZEMELERİ
|
ƏKİN MATERİALLARI
|
çapır daşı
|
nov daşı
|
çatal
|
yaba, şana
|
çekiş
|
çəkiç
|
çüt
|
çüt
|
gəm
|
gəm, vəl
|
gəm daşı
|
gəm daşı
|
ğazma
|
külüng, qazma
|
kürək
|
kürək
|
luğluğu
|
|
mekmer
|
|
orak
|
oraq
|
saban
|
kotan
|
tarla
|
tarla
|
tokmak
|
toxmaq
|
torpan
|
dəryaz, kərənti
|
ÇÜT PARÇALARI
|
ÇÜT PARÇALARI
|
bilezzik
|
|
bonduruk
|
boyunduruq
|
bülke
|
|
çivi
|
çiv
|
ğılınç
|
qılınc
|
kepse
|
|
saban
|
kotan
|
sambı
|
samı
|
sürme demiri
|
sürmə dəmiri
|
ulak
|
xışın qolu, ulama
|
DOKIMA MALZEMELERİ
|
TOXUMA
MATERİALLARI
|
ağırşak
|
ağırşaq (ip əyirilən iyə ağırlıq üçün taxılan yarımkürə biçimli sümük və ya ağac parçası)
|
biz
|
biz
|
çarpana
|
çarpana (toxuma dəzgahındakı 4 deşikli kvadrat taxta parçası)
|
ğıyık
|
qıyıq
|
ig
|
iy
|
kirmen
|
kirmən, əyirmən (əldə yun əyirmək üçün alət)
|
tantazı
|
|
yüñ tarağı
|
yun darağı
|
ŞÜNE
|
MƏTBƏX
|
ataş (od)
|
od
|
çakmak
|
çaxmaq
|
çanak
|
çanaq
|
çatal
|
çəngəl
|
degirmen
|
dəyirman
|
dibek
|
dibək
|
dibekeli
|
|
ğap
|
qab
|
ğaşık
|
qaşıq
|
ğavurğa
|
qovurğa
|
ocak
|
ocaq
|
ocakbaşı
|
ocaqbaşı
|
odın
|
odun
|
oklağı
|
oxlov
|
süprigi
|
böyük süpürgə
|
süprik
|
kiçik süpürgə
|
şüne
|
mətbəx
|
tava
|
tava
|
taxta
|
taxta
|
tézzek
|
təzək
|
yarmaç
|
yarmaça
|
OTIRMA ODASI
|
OTURMA OTAĞI
|
döşək
|
döşək
|
kebe
|
gəbə
|
kilim
|
kilim
|
kürsi
|
stul, kürsü
|
sökenek
|
yasdıq növü, söykənəcək
|
xalı
|
xalı
|
YATMA ODASI
|
YATAQ OTAĞI
|
taxt
|
taxt
|
yastık
|
yasdıq
|
yorğan
|
yorğan
|
yüklik
|
yük yeri, farmaş
|
AVRAT MALZEMELERİ
|
QADIN ƏŞYALARI
|
güzüñü
|
güzgü
|
tarak
|
daraq
|
ÇOCUK MALZEMELERİ
|
UŞAQ ƏŞYALARI
|
bélək
|
bələk
|
béşik
|
beşik
|
sallangaç (çocok için)
|
yelləncək
|
MALZEMELER
|
MATERİALLAR
|
béşek/başak
|
başaq
|
bişek
|
nehrə çalxalamada
işlədilən ağac
|
bişeksapı
|
nehrə çalxalamada
işlədilən ağacın sapı
|
çekberi
|
dırmıq növü
|
kertik
|
kərtik, çərtik, nişan
|
sapan
|
sapand
|
timbil
|
avtomobil
|
tulık (tulığ)
|
tuluq
|
uyan
|
yüyən
|
yayık/yanlık
|
nehrə
|
BİTKİLER
|
BİTKİLƏR
|
ağı
|
ağı, zəhərli ot
|
ansalıp
|
|
çaşır
|
çaşır
|
çaşır sapı
|
çaşır sapı
|
çaşır siki
|
|
çayır
|
çayır
|
çigdem
|
çiğdem
|
çiriş
|
çiriş
|
göbelek
|
köbələk
|
ğamış
|
qamış
|
ğañal
|
qanqal
|
ğaramık
|
|
ğarğut
|
|
ğasal
|
|
ğaşak
|
|
ğazağı
|
|
ğınnap
|
alça
|
ğoz
|
qoz
|
hayyıt
|
|
ıspatan
|
su tərəsi
|
igirtme
|
|
keñer
|
|
kömeç
|
köməç (mayasız çörək)
|
murt
|
Mersin ağacı və meyvəsi
|
|
|
orşat
|
|
ot
|
ot
|
pancar
|
çuğundur, pazı
|
pekmez çiçegi
|
bəhməz çiçəyi
|
salıp çiçegi
|
|
sızağan
|
|
sulu ğañal
|
|
sütlügen
|
süddüyan
|
şeker tikeni
|
|
MEYVELER
|
MEYVƏLƏR
|
alma
|
alma
|
ərik
|
ərik
|
eşki léymin
|
limon
|
ğarpız
|
qarpız
|
ğavın
|
qovun
|
harpuş
|
|
iki dünya
|
yapon əzgili
|
incir
|
incir
|
léymin
|
limon
|
mısır inciri
|
meyvəsi yeyilən kaktüs
|
nar
|
nar
|
üzzim
|
üzüm
|
ĞUŞLAR
|
QUŞLAR
|
altın cücügü
|
|
culuk
|
|
cücük
|
cücə
|
gavurcan
|
göyərçin
|
ğarağuş
|
qaraquş
|
ğarğa
|
qarğa
|
ğartal
|
qartal
|
kəklik
|
kəklik
|
şahin
|
şahin
|
tavık
|
toyuq
|
tıbıt
|
hindquşu, həştərxan toyuğu
|
yarasa
|
yarasa
|
zerzir
|
|
HAYVANLAR
|
HEYVANLAR
|
arslan
|
aslan, şir
|
at
|
at
|
ayğır
|
ayğır
|
ayyı
|
ayı
|
buğa
|
buğa
|
buzağı
|
buzov
|
celen
|
ceyran
|
çakal
|
çaqqal
|
dana
|
dana
|
davşan
|
dovşan
|
dəvə
|
Dəvə
|
dilki
|
tülkü
|
énək
|
İnək
|
ənik
|
ənik
|
eşşək
|
eşşək
|
geçi
|
keçi
|
ğaplan
|
qaplan
|
ğatır
|
qatır
|
ğısrak
|
qısraq
|
ğoyın
|
qoyun
|
ğurt
|
qurd
|
ğuzı
|
quzu
|
it
|
it
|
kedi
|
pişik
|
köpək
|
köpək
|
oğlak
|
oğlaq
|
oklu kipri
|
oxlu kirpi
|
ökiz
|
öküz
|
pars
|
bəbir, bars
|
püssük
|
pişik balası, mavrı
|
sıçan
|
sıçan
|
sırtlan
|
kaftar
|
sülük
|
zəli
|
tay
|
day, daylaq, dayça
|
tazı
|
tazı
|
udrum
|
dəvə balası
|
yılan
|
ilan
|
yumma kipri
|
kiçik və yumru kipri
|
zıpa
|
sıpa
|
HAYVANLARA İLGİLİ
|
HEYVANDARLIQLA BAĞLI SÖZLƏR
|
ağıl
|
ağıl, tövlə, kom
|
axır
|
axır
|
bıkağı
|
buxov
|
cüli
|
yəhərin ön qısmı
|
eger
|
yəhər
|
körtün
|
tərlik, yəhərin altına
qoyulan keçə
|
nal
|
nal
|
üzəñi
|
üzəngi
|
yaxır
|
qoyunlar üçün axur
|
yural
|
yüyən
|
BÖCİLER
|
BÖCƏKLƏR
|
bırıtğoca
|
|
ğarınça
|
qarışqa
|
hertiş
|
|
idin
|
balaça qırmızı qarışqa
|
sinek
|
milçək
|
sivri
|
ağcaqanad
|
uğur böcisi
|
parabüzən, uğur böcəyi
|
DARTILAR
|
ÖLÇÜ və ÇƏKİLƏR
|
arşın
|
arşın
|
batman
|
batman
|
mut
|
mut (ərəbcə: mudd “yaxlaşıq iki ovuc taxıl tutan ölçü”)
|
nügü
|
ağırlıq ölçüsü (1283 qramlıq okka və ya yarım okka)
|
tümünnegi
|
|
yarım mut
|
yarım mut
|
yarım tümünnegi
|
|
İÇECEKLER
|
İÇKİLƏR
|
ayran
|
ayran
|
çay
|
çay
|
ğımmız
|
qımız
|
süt
|
süd
|
TOXIMLAR
|
DƏNLİ BİTKİLƏR
|
arpa
|
arpa
|
bayazdarı
|
ağ qarğıdalı
|
buğda
|
buğda
|
darı
|
qarğıdalı
|
mərcimək
|
mərcimək
|
noxut
|
noxud
|
paxala
|
paxla
|
sarıdarı
|
sarı qarğıdalı
|
üfrük
|
|
BOYAKLAR
|
BOYALAR
|
ğara
|
qara
|
ğapğara
|
qapqara
|
siyah
|
qara
|
simsiyah
|
qapqara
|
ak
|
ağ
|
bayaz
|
ağ
|
bambayaz
|
dümağ
|
ğırmızı
|
qırmızı
|
ğıpğırmızı
|
qıpqırmızı
|
ğızıl
|
qızıl, qırmızı
|
ğıpğızıl
|
qıpqırmızı
|
ğır
|
boz
|
yéşil
|
yaşıl
|
yémyéşil
|
yamyaşıl
|
boz
|
boz
|
bomboz
|
bomboz
|
sarı
|
sarı
|
sapsarı
|
sapsarı
|
gög
|
göy
|
gömgög
|
gömgöy
|
mavı
|
mavi
|
masmavı
|
gömgöy, tünd mavi
|
YAŞAM SÖZLERİ
|
YAŞAM SÖZLƏRİ
|
akılğan
|
novdan
|
ala
|
ala (darı xəstəliyi)
|
aşıyérimek
|
yerikləmək
|
bağça
|
bağça
|
bahlak
|
güləş, güləş üzlü
|
bakça
|
|
başbak
|
baş örtüyü
|
başğabak
|
baş örtüyü
|
bayak
|
bayaq
|
bişmek
|
bişmək
|
bitmek
|
bitmək
|
buran-buran
|
burum-burum
|
cılız
|
cılız, sısqa,arıq
|
cırnak
|
cırnaq
|
cız
|
cız, cızza (uşaq dilində od)
|
cızmak
|
çızmaq
|
çapaq
|
göz çapağı (yatarkən axan və qatılaşıb kirpikləri bir-birinə yapışdıran göz seliyi, göz poxu)
|
çelem
|
turşu
|
çéynemek- çégnəmək
|
çeynəmək
|
çıkın
|
boğça
|
çillik
|
çox boyanmış yüngül xasiyyətli qadın
|
çillişmek
|
kök salmaq, cil atmaq
|
çirtik
|
kirtik
|
çölmek
|
çölmək
|
çollanmak
|
çullanmaq; üstünü örtmək
|
dəpik
|
təpik
|
debiklemek
|
təpikləmək
|
décik
|
|
dəpmək
|
təpmək, zorla bir yerə soxmaq
|
dik durmak
|
dik durmaq
|
dişi
|
dişi
|
ditmek
|
|
dörpi
|
törpü
|
dumağı
|
tumov, zökəm
|
dumağılık
|
tumovluq, zökəmlik
|
əgirmək
|
əyirmək
|
əglənmək
|
əylənmək
|
ém çéşmek
|
enli şalvar
|
fırıldamak
|
fırıldamaq
|
fırlatmak
|
fırlatmaq
|
firtik
|
kirtik
|
gəgirmək
|
gəyirmək
|
gem dögmek
|
fırlanmaq, durmadan dönmək
|
gərginləşmək
|
gərginləşmək
|
gərginmək
|
kərkinmək
|
gétmək
|
getmək
|
gidişmek
|
gicişmək
|
gişi
|
|
gögsu
|
qarasu
|
güləgən
|
güləyən
|
ğabizolmak
|
qəbiz olmaq
|
ğara saraltma
|
kor sarılıq
|
ğarasu
|
ağsu
|
ğaşımaq
|
qaşımaq
|
ğıraç
|
qırac yer, əkilməyən susuz yer
|
ğıraçlık
|
qıraçlıq
|
ğırañı
|
|
ğırkmak
|
qırxmaq
|
ğopık
|
pis adam
|
ğuftu
|
|
ğunt
|
varlı adam
|
ğursak
|
qursaq, kəklik, mədə
|
hacık
|
o yan
|
haflak
|
qorxaq
|
hacık
|
o yan
|
hicik
|
bu yan
|
hınçırıq
|
hıçqırıq
|
hopık
|
|
hösürmek
|
ösgürmək
|
hüce
|
uca
|
igrənmək
|
iyrənmək
|
içi getmek
|
ishal, ayağı işləmək
|
kebin ğıymak
|
kəbin kəsmək
|
kekim
|
|
kekmek
|
çaşmaq, yön dəyişmək
|
kemçik
|
kaftar qarı
|
kişi
|
kişi
|
kötü ağrı
|
vərəm
|
qancolmaq
|
şişmanlıq, köklük
|
nağdar
|
nə qədər
|
ne'çe
|
neçə
|
oymak
|
oymaq
|
ödəmək
|
ödəmək
|
ökenmek
|
yamsılamaq, yamsılayıb
ələ salmaq
|
önşermek
|
|
peşek
|
|
pürçik
|
|
sakırğa
|
|
saraltma
|
sarılıq
|
sayrı
|
xəstə
|
sayrılık
|
xəstəlik
|
sénik
|
solmuş, sönük
|
sénmek
|
solmaq, sönmək, səngimək
|
sıdıq
|
soyuqdəymə
|
sıtma
|
isitmə, qızdırma
|
sigimek
|
hıqqanmaq
|
siye
|
|
sokı
|
daş dibək
|
sornaşmak
|
açlıqdan ölmək üzrə olmaq
azca qurumaq, suyu çəkilmək
|
sökenmek
|
söykənmək
|
su çiçegi
|
su çiçəyi
|
süllü
|
|
sümrik
|
fırtılaq
|
sümsürük
|
fırtılaq, selik
|
sümük
|
fırtılaq
|
tarmantağık
|
darmadağın
|
tavıq ağrısı
|
quş qripi
|
tıskırmak
|
asqırmaq, asqırıb-tısqırmaq
|
tormık
|
|
tuzak
|
tələ
|
tökezlemek
|
səndələmək
|
ulak
|
ulaq
|
ulamak
|
ulamaq
|
umman
|
ümman, okean
|
üstü gelmek
|
aybaşı olmaq
|
üzə
|
o üz, o biri üz
|
xarman
|
xırman
|
xarmantağık
|
darmadağın
|
xışyéri
|
xış yeri
|
yağlıksız
|
yaylıqsız
|
yalak
|
yalaq, yaltaq
|
yalaklık
|
yalaqlıq
|
yaplaz
|
alçaq
|
yarma
|
yarma
|
yayık çukurı
|
nehrə çuxuru
|
yukaltmak
|
yuxaltmaq, incəltmək
|
yügitmək
|
üyütmək
|
zabarık
|
|
zetmek
|
etmək
|
zınğırdamaq
|
zırıldamaq
|
zügürt
|
pulsuz, kasıb
|
zügürtlige batmak
|
İflas etmək, müflis olmaq
|
zügürtlik
|
pulsuzluq, yoxsulluq
|
Fadi İsa və Hişam Şabaninin hazırlamış olduqları “Suriye Türkmenlerinin Güney bölümü – Golan Türkmenleri (Tarihsel, coğrafî, etnik ve dilsel Golan türkmenleri'ne dair yapılan ilk araştırma)” kitabındakı cədvəldə sözlər Colan Türkmancasında və Türkiyə Türkcəsində verilmişdi. Cədvəli hazırlayanlar Colan Türkmancasında olan bəzi sözlərin qarşılığını tapa bilmədiklərində qarşısını boş qoymuşlar. O sözlərin bir çoxu Azərbaycan Türkcəsində işlədildiyindən onları yazdıq. Bəzi sözlərin qarşılığını tapa bilmədiyimizdən biz də cədvəldə onların anlamını göstərmədik. Doğruluğundan quşqulandığımız sözlərinsə qarşısına sual işarəsi qoyduq.
Dr.Muhtar Fateh Muhammed və Fadi İsa və Hişam Şabaninin hazırladıgı cədvəli oxuyanda mənə yazdı ki, buradakı sözlərin demək olar hamısını Hələb və Bayır Bucaq Türkmanları da işlədir. Bizim Azərbaycan Türkcəsində qarşılığını verdiyimiz, Colan Türkmançasında olmayan sözləri də Suriya Türkmanlarını bəzi ləhçələrində bu gün də işləndiyini yazdı.
SURİYANIN XƏRİTƏSİ
SURİYANIN XƏRİTƏSİ. QIRMIZI NÖQTƏLƏR QOYULMUŞ YERLƏR TÜRKMANLARIN ƏHALİNİN ÇOXLUĞUNU TƏŞKİL EDİR
http://turkbilimi.com/wp-content/uploads/2011/11/suriyede-TГјrkmenlerin-yaЕџadД±ДџД±-yeler.jpg.....jpg
SURİYA, LÜBNAN VƏ İSRAİL ARASINDA QALMIŞ COLAN BÖLGƏSİNİN XƏRİTƏSİ
SURİYADA COLAN TÜRKMANLARININ
YAŞADIĞI KƏNDLƏR
SURİYANIN HƏLƏB BÖLGƏSİNDƏ
TÜRKMANLARIN
YAŞADIĞI KƏNDLƏR
SURİYADA SİLAHLI QRUPLARIN YERLƏŞDİYİ BÖLGƏLƏR
NUSAYRİLƏR
Nusayrilər (əl-Nusayriyyə), ya da Ərəb Ələviləri, (ərəbcə: النصيرية Al-Nusayrīyah ya da العلوية Al-Alawīya) İslam dinində bir təriqət ətrafında birləşənlərə verilmiş addır. Onları bəzi mənbələrdə Numeyrilər də adlanırlar. Əhl-i Beyt inanclı Nusayirilər “Kitâb əl-Mecmû” adındakı dua kitabını əsas mənbəə sayırlar.Batini xarakterli təriqət sayılır. Bunun səbəbi ikili (əslində, daha çox) inanc sisteminə malik olmaları ilə bağlıdır. Özlərini zahirən müsəlman adlandırsalar da, batində qarışıq bir inanc sahibidirlər.
Nusayrilərə görə, insanlar ilk dəfə səmavi varlıqlar olaraq yaradılmışlar. Tənasüh (ruhun bir bədəndən başqasına keçməsinə) və ruh köçünə inanırlar. Əliyə inanan Nusayrilərə görə ruhları, ulduzlara çevrilərək nurlar aləminə yüksələcək. Nusayri olmayanların ruhları isə, heyvan bədənlərinə girəcək. Qadınların ruhları yoxdur. Şeytanlar insanların günahlarından, qadınlar da şeytanların günahlarından yaradılmışlar. Bu baxımdan qadınlara məzhəblərinin sirlərini açıqlamazlar. Müaviyəni, Yezidi və Həcc ziyarətini şeytanın simvolları adlandırır və lənətləyirlər.
Əhl-i Beyt inanclı Nusayrilər “Kitâb əl-Mecmû” adındakı dua kitabını əsas mənbəə sayırlar. Nusayrikdə köhnə dinlər və inanışlardan tutmuş Sabiilikdən, Atəşpərəstlikdən, Yəhudilikdən, Xristianlıqdan və primitiv inanışlardan olduqca çox böyük təsirləri müşahidə edilir. Nusayriliyə giriş üç mərhələdə həyata keçirilir. Məzhəbə girmələrinin əsas şərti ata-ananın Nusayri olmasıdır. Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, məzhəbə ilk girəndən, ilk alınan söz, sirr saxlama xüsusiyyəti və bu qabiliyyətin yoxlanmasıdır. Təriqətə üzv qəbulu mərasiminin masonların üzvlüyə qəbul mərasimlərinə bənzədiyini yazırlar.
Nusayrilər də öz aralarında Haydariyye, Şimaliyyə (və ya Şəmsiyyə), Kilaziyyə (vəya Qəməriyyə), Qaybiyyə qollarına ayrılsalar da çoxu Şimaliyyə və Kilaziyyə ətrafında birləşir.
Nusayrilərdə, şeyxlərə böyük hörmət göstərilir və onlar dərəcələrinə görə dörd sinfə ayrılır: a) Böyük Şeyx. Əlinin yer üzündəki kölgəsi. Fövqəlbəşər gücünə inanılar. Vəzifəsi, şeyx və imamlığa namizədləri seçməkdir. b) Şeyx. Şeyxlərin sayları çoxdur və onların atalarının mələklər olduğuna inanılar. Mərasim və ziyarətləri idarə edib, xəstələrə dua edərlər, onlardan icazəsiz həkimə belə gedilməz. Şeyx ola bilmək üçün şeyx ailəsindən olmaq şərtdir. c) Nüvvab. Şeyx köməkçisi vəziyyətindədirlər, Şeyx ola bilmələri Böyük şeyxin qərarına bağlıdır, bunun üçün geniş bir təcrübədən keçməsi lazımlıdır. d) İmam. Aşağı təbəqəli din xadimləridirlər.
Fransız etnoloqu Louis Massiqnon(1883-1962) Nusayri sözünün 5 variantdan - Romalılar zamanında Suriyadakı bir əyalətin adından, Şiə şəhidlerindən biri olan Nuşayr adından, 7-ci yüzildə Sünni iqtidarının zülüm və təqibindən Nusrə deyilən dağa sığınanlardan, Kufədəki Nasuraya kəndinin adından və on birinci İmam Həsən əl Əsgərinin şagirdi Əbu Şuayb Muhammad ibn Nusayrdan (ö. 883) adından yarana biləcəyini araşdırır. Araşdırcıların çoxu təriqətin on birinci İmam Həsən əl Əsgərinin şagirdi Əbu Şuayb Muhammad ibn Nusayrdan (ö. 883) adından yarandığı fikrindədir.
Nuseyrilər 903-cü ildə Suriyada hakimiyyəti ələ keçirmişlər. Səlib yürüşləri zamanı xaçlı (xristian) ordularına yardım etdiklərinə görə Səlahəddin Əyyubi, Moğollara kömək etdiklərinə görə Məmluk Sultanı Baybarsdan onları cəzalandırmışdır. Səlahəddin Əyyubi, xristianlar, ismaililər və moğollar, sonra da Sultan Səlimin (1516-cı) tərəfindən sərt cəzalandırılmalarına, zaman-zaman Osmanlılara qarsı üsyan etmələrinə baxmayaraq II Əbdulhəmid onları rəsmi olaraq bir məzhəb kimi tanımışdır.
Əsasən Suriyanın Lazkiye, Baniyas və Tartus bölgələrində, Türkiyənin Hatay, Adana və Mersin illərində yaşayırlar. 3 milyona yaxındırlar. 2,5 milyondan çoxu Suriyada (ölkə əhalisinin 11-14 faizini təşkil edir), 350 mini Türkiyədə, 280-350 nini Lübananda, 118 mini İsraildə, 100 mini Avropada, az sayda isə Ürdün (İordaniya), ABŞ və Kanadada yaşadığını yazırlar.
Ali Tayyar Önder “Türkiyənin etnik yapısı” kitabında bu mövzudan geniş bəhs etmişdir. Onun yazdığına görə Nusayrilərin bir çoxu soyköklərinin Harun Rəşidin yerinə geçən oğlu Mutasımın Xorasanlı bir Türk olan anasının tayfasındanmış və miladi 700-cü illərdə Batıya köçərək gəlib bölgədə yerləşmişlər. Qaynaqların çoxu ilə Nusayirilərin Ərəb olduğunu yazır.
Türkiyəli alim, təriqətlər və təsəvvüf sahəsinin böyük alimi Abdürrahim Güzel yazır ki, məzhəb kimi görünməsinə baxmayaraq Nusayrilik, nə xristianlıqla, nə yəhudiliklə, nə də islam ilə əlaqəsi olmayan inanc və ibadət üsullarıyla ayrıca bir din kimi ortaya çıxmışdır. Onların kafir, müşrik, olmalarında bütün sünni və şiə üləmaları yekdil rəy vermişlər.
1971-ci ildən bəri ölkə rəhbərliyini Nusayrilər ələ keçirmişlər. 30 ildən artıqdır ki, bütün ölkə diktator Hafiz Əsəd və oğlu Bəşər Əsəd tərəfindən təzyiq altında saxlanmaqdadır.
DURUZLAR
Duruzlar (Druzlar və ya Dürzilər) adlandırılan təriqətin adı Ərəbçə درزي və ya موحدون دروز, İbranicə דרוזי yazıır. Araşdırıcılar onları Şiəliyin İsmaili qolundan hesab edirlər.Duruzilər isə özlə-rini Muvahhidun adlandırırlar. Duruzi inancı Musəvilik, Xristi-yanlıq və İslam inançlarına bənzər bir şəkildə monoteistikdir.
Əsası 11-ci yüzildə Fatimi Dövlətinin altıncı xalifəsi Əbu Əli əl-Mansur əl-Hakim bi-Əmr Allah bin əl Əziz billahın tərəfdarı Muhammed bin İsmail Neştekin əd-Derezi tərəfindən qoyulduğu yazılır. Duruzi inancının çox az qismi topluma açıqdır. Ona görə də araşdırıcılar onlar haqqında fərqli-fərqli fikirlər söyləyirlər. Əsas fikir odur ki, təktanrıçı, birləşdirici bir inanc sahibidirlər.
Duruzi inancına göre Allah, Yeddi İmamdan sonra Fatimi xəlifəsi Hakimi (996-1021) Biemrihi adıyla insan cilidində görün-müştür. Onun Allahın təcəssüm olunduğuna və ruhların ölməzli-yinə inanırlar. Xəlifənin vəziri Hamza ibn Əli isə peyğəmbəridir. Duruzin dörd şərti, Hakimin Allah olduğuna inanmaq, əmri tanı-maq, həddi, sərhəddi bilmək və nəsihətə uymaqdır. Hakim həm Allah, həm də insandır. Onun iki cür görünüşü vardır: Lahuti (Al-lah) və Nasuti (insan). Bu iki görünüş birbirinə bənzəməz. Onların inancına görə Tanrı insan şəkilində doqquz dəfə görünmüşdür. Hakim də bir neçə dəfə insan şəkilində görünmüş, insanlar fitnə fə-sada başladıqda gizlənmişdir. Yenidən ortaya çıxdığında Duruzi-ləri mükafatlandıracaq, ona inanmayanları da cəzalandıracaqdır. Hakim imamlığı vəziri Hamzaya həvalə etmişdir. Hamza yaradı-lanların ən şərəflisidir. Kainat ondan yaranmış, ilk yaradılan odur. Ruhlara hökm edən, günah və savabları hesablayan, dünya və axi-rət işlərini idarə edən odur. İlahi əmirləri öyrədən hududların başı yenə Hamzadır. Duruzilər ibadət yerlərini halavat adlandırırlar. Şəriəti də, Şiə-Batini inancını da qəbul etmirlər. Öz aralarında din işlərini bilənlər ukkal və bilməyənlər isə cuhhal adlandırırlar. Qurban və Ramazan bayramına bənzəyən iki bayramları vardır.
Orta əsrlərdən başlayaraq son dövrədək Duruzlar nəsli aristokrat, hakim və əmir olmuşlar. Duruz əmirlərinin Lübnanda (Livan) ən qüdrətli dövrü II Fəxr əd-din Məan (1590-1633) və II Bəşir Şihabın (1788/89-1840) hakimiyyəti illərinə təsadüf edir. Maroni kəndliləri və onların feodal ağaları olan Duruz zadəganları arasındakı sinfi ziddiyətlər nəticəsində XIX əsrin 40-60-cı illərində Lübnanda (Livan) Duruz və xristian maronilər arasında silahlı toqquşmalar baş vermişdir.
Sünni məzhəpləri tərəfındən dindən kənar elan edilən, Müsəlman sayılmayan Duruzilər özlərinii İslam dinindəki Şiə məzhəbinin bir qolu sayırlar. "Risalətül-Hikmət" (Hikmət Məktupları), Əl-Hikmətül-Şərifə adında açıq, Əl-Münfərid bi-Zatihi və Əl-Şəriatül-Ruhaniyyə adında gizli kitapları var.
Durzuiler Kaysilər və Yəmanilər deyə iki qola ayrıldılar. Yəmaniər Mercidabık Savaşında (1516) Osmanlıların, Kaysilər isə Məmlukluların tərəfdarı olmuş, onların ordularında savaşmışlar. Daha sonrakı illərdə tez-tez üsyanlar qaldırdırmış, Osmanlı İmparatorluğunda problemlər yaratmışlar. Fransızlar Duruzilərin yaşadıqları bölgədə 1921-ci ildə “Cebel-i Duruz Emirliyi” qumuşlar. Bu əmirlik 1936-cı ildə ləğv edilmiş, Dürzilərin bir qismi Suriyanın, bir qismi Lübnan dövlətinin tərkibinə qatılmışdır.
Qaynaqlar Durzuilərin sayıları haqqında fərqli fərqli rəqəmlər göstərirlər. Onların sayları qaynaqlarda 1.000.000 ilə 2.500.000 arasında olduğu göstərilir.
Duruzilər özlərini Ərəb kökənli hesab edirlər və ana dilləri Ərəbcədir.
Duruzilərdə siqaret və alkoldan istifadə etməz, donuz əti yemək, Müsəlamanlarla, Xristiyanlarla, Yəhudilərlə və başqa dinlərdən olanlarla evlənmək qadağandır.
TRAQİC FORTUNE OF QOLAN TURKMEN
(ABSTRACT)
Ali Shamil Huseynoqlu
Scientific worker of Folklore Institute within
Azerbaijan National Academy of Sciences
Abstract: The 20th century was very traqic for Qolan Turkmen who were in qood terms with their neiqhbours and considered to be one of the most famous peoples in the area they lived. They were called Turkmen, Turks and Muslims in the statistics.
Later on the riqhts of Turkmen beqan to be let down. After World war I peoples livinq in Qolan lands were joined to Syrian Qovernment and they were forbidden to speak and write in their own lanquaqes. This situation became worse after the foundation of İsrail.In 1967 when İsrail soldiers attacked Qolan lands peoples became refuqees. For a little time the lands where Turkmen lived such as Kufur Nafak, Ayn Sumsun, Bobya, Kadiriyye, Ahmediyye, Kaziniyye, Kafar, Ayn Kurra, Murayyun, Ayn Ayishe, Cevize and other villaqes became empty. The Republic of Turkey opened its borders for a month but only few of Turkmen could settle in Turkey. Most of them had to qo to Syria. And thouqh 38 years have passed since that time Qolan peoples still can’t be back to their own lands. Only few of them can visit the qraves of their relatives. But it happens only once a year in april 14 with the accomplishment of Japanese soldiers from UN Piece Power. Qolan Turkmen who became refuqees by İsrail soldiers are beinq assimilated. Their children cannot speak in their mother tonque as they don’t have their own society. And their folklore and traditions are beinq forqotten day by day.
Əli Şamil.
Cоlan Türkmanları
(folklor və etnoqrafik örnəklər).
Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014.
Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli
Kompüterdə yığdı:
Ruhəngiz Əlihüseynova
Korrektor:
Aynur Qəzənfərqızı
Kompüter tərtibçisi və
texniki redaktoru:
Aygün Balayeva
Kağız formatı: 84/1108 32/1
Mətbəə kağızı: №1
Həcmi: 154 səh.
Tiracı: 500
Kitab Folklor İnstitutunun Kompüter Mərkəzində
yığılmış, səhifələnmiş, “Elm və təhsil“ NPM-də hazır deopozitivlərdən ofset üsulu ilə çap edilmişdir.
ƏLİ ŞAMİL HÜSEYN OĞLU (ŞAMİLOV)
1948-ci ildə Göyçə mahalının İnəkdağ kəndində Doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Şərq qapısı“ (Naxçıvan) (1973-1992), “Azadlıq” (1990-1993) qəzetlərində, Azərbaycan Ensiklopediyasında (1993-2004) işləyib. 1998-ci ildən Azərbaycan MEA Folklor İnstitutunda çalışır. 11 ölkədə keçirilən 80-dən çox elmi konfransda məruzə edib. 19 ölkədə isə elmi məqalələri, kitabları nəşr edilib. Nəşr edilən kitablarından nümunələr:
1. Tanıdığım insanlar. Birinci kitab, “Sumqayıt” nəşriyyatı, Bakı, 2000, 156 səh.
2. Dastanlaşmış ömürlər. “Səda” nəşriyyatı, Bakı, 2001, 96 səh.
3. Quzey Kıbrıs. Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, Bakı, 2001, 152 səh.
4. Burulğandan çıxmaq mümkündürmü. Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, Bakı, 2001,152 səh.
5. Aşıq İsgəndər Ağbabalı. (Əzizə Şamillə birgə). “Səda” nəşriyyatı, Bakı, 2006, 104 səh.
6. Uyğur, Qaqauz, Quzey Qafqaz Türklərinin folkloru və ədəbiyyatı, ”Nurlan” nəşriyyatı, Bakı, 2011, səh. 412.
7. Qırım sevgisi, QCİ “Qırımdevoquvpedneşir” neşriyyatı, Simferopol, 2012, 200 səh.
8. Axısqalı Xəstə Hasan (şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər). “Elm və təhsil” nəşriyyatı, Bakı, 2012, 248 səhifə.
9. Axısqalı Xəstə Hasan (şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər). “Elm və təhsil” nəşriyyatı, Almatı, 2013, 272 səhifə.
10. Türkçülüyün qurbanları (Qazaxıstan). “Elm və təhsil” nəşriyyatı, Bakı, 2013, 164 səhifə.
11. Gültekin-Əmin Abid. Buzlu cehennem. “Günəş” nəşriyyatı, Bakı, 1999, 96 səh.
12. B.E.Ağa oğlu. Solovkidə gördüklərim. “Günəş” nəşriyyatı, Bakı, 2004. 80 səh.
13. Koroğlu dastanı (Əli Kamali arxivindəki variantlar). “Nurlan” nəşriyyatı, 2009, səh.396.
14.
Dönüm – sahə ölçü vahidi. 918,393 kvadratmetr (bir hektara yaxın) sahəni bildirir.
|