Uzağlığı doğuran misralar və ya Gültəkin kimdir?



ÜZAĞLIĞI  DOĞURAN  MISRALAR

VƏ  YA   “GÜLTƏKİN” KIMDIR?

Əli Şamil
«Buzlu cəhənnəm” kitabı İstambul kayabal-güresin mətbəəsin­də 1948-ci ildə latin qrafikasi ilə basilmişdir. Müəllifi Gültəkindir. Ancaq kitabı yayına müəllif deyil, taninmiş siyasi xadim, müsavat partiyasinin katibi mirzə bala hazirlamiş, ona “Gültəkin” başliqli geniş bir ön söz də yazmişdir. Orada deyilir: “Azərbaycan tür­künün milliyet, hürriyet ve istiklal uğrunda kizil emperyalizmine karşi kanli savaşini şiir vadisinde temsil eden mücahitlerden muha­cirette yetişenlerin başinda gültekin gelir. Gültekinin hüriyyet ve istiklal haykiran şiirleri 1923-1928 yillarinda İstanbulda  resul­zade mehmet emin bey tarafindan neşr olunan “Yeni Kafkasya” mecmuasinda çikmiştir. Bazilari daha o zamanlar, rus emprya­lizmi ile çarpişan esir milletler tarafindan kendi dillerine tercüme edilmiş ve bir örnek alinmiş bu şiirler, milli azerbaycan neşriya­tinin sekizincisi olmak üzere, 1928 de İstanbulda çikan  “istiklal uğrunda” adli şiirler mecmuasinda toplanmiştir”.
“Mühacirətdə yetişən millətçi azəri şairləri” seriyasindan yayinlanmiş İlk kitab “Buzlu cəhənnəm”dir. Tərtibçi birinci şerin adini da kitabın üz qabiğina çixarmişdi.
Nəşrin varliğindan 1990-ci illərdə xəbər tutsam da, əldə edə bilməmişdim. Kitabın diqqətimi çəkməsinin bir səbəbi vardi. Hələ Azərbaycan dövlət universitetində oxuduğum illərdə (1968-73) Əmin Abidin ömür yolu, yaradiciliği ilə maraqlanirdim. 1926-36-ci illərdə Azərbaycan mətbuatinda dərc etdirdiyi dərin məzmunlu elmi məqalələrinə heyran qalmişdim. Onun xidmətinin layiqincə qiymətləndirilməməsi məni narahat edirdi. Ancaq nədənsə onun ömür yoluna işiq saçacaq, ipucu olacaq bir sətirə belə rast gəlmirdim. Bu boşluğu doldurmaq üçün Əmin Abidi taniyanlara müraciət etmək qərarina gəldim. Dərin biliyinə sayğim olan professor Abbasi Zamanova üz tutduqda, “mən Bakı Pedaqoji Texnikumunda oxuyanda (1927-29) Ə.Abid orada müəllim idi, ancaq bizim kursa dərs demirdi. Sonra oradan uzaqlaşdı. Çox savadli, yüksək mədəniyyətli insan idi. Gültəkin imzası ilə şerlər yazmışdı” - deyə məlumat verdi.
Uzun illər Abbasi Zamanovdan başqa bir kimsədən Ə.Abidin Gültəkin imzası ilə şerlər yazdiğini bir daha eşitmədim.
Qafqazda türkcə çap olunan qəzet və jurnallari diqqətlə gözdən keçirdim. 1913-1919-cu illərdə «Məktəb” , «Dirilik”, «Övraqi nəfisə” jurnallarinda Abid, Abid Mütəllibzadə, Abid Mütəllib oğlu, Abid alp Mütəllib oğlu imzası ilə, 1923-25-cu illərdə “kom­munist” qəzetində, “gənc pedaqoq”, “şərq qadini” jurnal­larin­­da  Əmin Abid imzası ilə şerlərə, hekayələrə, məqalələrə və tərcümə­lərə rast gəldim. Araşdirici Qulam Məmmədli isə “Babayi-Əmir” jurnalindaki Qozqurab, Qozqurabbəy imzasinin da Əmin Abidə aid olduğunu söylədi. Sonralar çap etdirdiyi “imzalar” kitabında da bunlari Əmin Abidin imzası kimi göstərdi. Gizli imzalarin, dövri mətbuatin gözəl bilicisi kimi tanidiğim Qulam Məmmədli də Ə.Abidin Gültəkin imzası ilə şerlər yazdiğindan xəbərsiz idi.
Cəfakeş araşdirici Rasim Tağiyev 1976-ci ildə Azərbaycan ea əlyazmalar institutunda Əmin Abidin şəxsi işi ilə taniş olmağima köməklik göstərdi. İlk dəfə Ə.Abidin öz əli ilə yazdiği bir neçə anketi, tərcümeyi-hali, əsərlərinin siyahisini və s. oxudum.
Ə.Abid 1912-1919-cu illərdə “kəlniyyət”, «Leylək”, «Məzəli”, «Molla Nəsrəddin”, «Sovqat”, “Azərbaycan” və b. qəzet-jurnallarda şer və məqalələr, Türkiyədə çixan «İnci”, «Syus”, «Şebab”, «Yarin İstanbul” «Xidməti ümumiye” jurnallarinda şerlər çap etdirdiyini göstərmişdi. Əldə etdiklərim haqqında hər dəfə Abbasi Zamanova danişib, Gültəkin imzasina rast gəlmədiyimi söyləyəndə yalniz bir cavab alirdim: “yaxşi axtarmayibsan. Get axtar, tapacaqsan!”
Türkiyədə olarkən (1992-1997) kitabxanalarda apardiğim axta­riş­lar, tanidiğim insanlarla söhbətlərimdə, «Buzlu cəhənnəm” kitabı­nin izinə düşməyə imkan vermədi. Azərbaycan kültür dərnəyinin hazirladiği cib dəftərçə­lərində, təqvimlərdə və s. Gültəkinin şerlə­rindən gen-bol istifadə edilirdi. Dərnəyin yaşli üzvləri belə bir kitabın olduğunu söyləsələr də, özlərində olmadiğini, təkrar çap etdirdikləri şerləri isə qəzet və jurnallardan aldiqlarini söyləyirdilər. Mehmed Kəngərli, Əhməd qaraca da Gültəkinin Əmin Abidin imzası olduğunu yəqinliklə söyləyirdi. Qaynaq göstərmələrini xahiş etdikdə: “biz  elə bir yazılı qaynaq göstrə bilmərik. Məmməd Əmin və Fövzi Aküzüm kimi xocalarimizdan eşitdiklərimizi deyirik. Onlar da bunu hər yerdə söyləməzdilər. Inandiqlari adamlara belə yavaşdan deyərdilər” - cavabini almişdim.
Gültəkin imzası ilə dərc olunmuş şerlər üsyankar ruhu, döyüş­kənliyi ilə  Əmin Abidin digər çap olunan şerlərindən kəskin bir şəkildə seçilirdi. M.Ə. Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyati” əsərində Gültəkinə yüksək qiymət verərək yazır: “millətin parlaq gələcəyinə böyük ümidlər bağlayaraq hüriyyətə susamiş, mübarizə həyəcaninin gərginliyini daşiyan bu igidlərin əsil qəhrəmanliği ilə bizi  həqiqi mə’nada taniş edən ş’er bolşevik senzurasindan azad olaraq mühacirətdə nəşr edilən Azərbaycan ədəbiyyatidir. Bu ədəbiyyatda,
 Istiqlal, o yaşayan millətin qəlbində can
 Istiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.
Istiqlal, o sönməyən  müəbbəd bir məşalə
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!
 Deyən, Gültəkin adini daşiyan alovlu şairin yazılari xüsusi yer tutur. Gültəkinin şerlərində biz həqiqi, milli-inqilab mübarizə­sinin nəşidələrini  görürük.
 
…Gültəkinin yaninda milli mühacirət şəraitində yaşayan və yurdsevərlik ideyalarini tərənnüm edən başqa şairlər də vardi. Bunlardan sənan və yayicili kərimi göstərə bilərik”.
M.Ə. Rəsulzadə Gültəkinin milli azadliq ruhu aşilayan şerlərinə yüksək qiymət verərək “bayrağim və istiqlalim”, «Buzlu cəhənnəm” şerlərini bütövlükdə əsərinə daxil etmişdir.
Əhməd Cəfəroğlu “Azərbaycan ədəbiyyatinda istiqlal mücadilə­sinin izləri” əsərində yazır: “Gültəkin bəyin şerlərinin qüvvət və gücü, deyə bilərəm ki, siyasi mətbuatimizdan daha çox rəğbət görə bilmişdi. Ən yaxşi bəzi şerləri bəstələnib İstanbul əhalisi arasında bu gün də tərənnüm edilməkdədir”.
M.Ə.Rəsulzadənin və Ə.Cəfəroğlunun Əmin Abidin yaradiciliği ilə yaxindan tanişliğina şübhəmiz yoxdur. Amma onlar da Ə.Abidin Gültəkin imzası olduğuna dair kiçik işarə belə verməmişdilər.
Odur ki, yazılanlarla kifayətlənmir, Gültəkinin kitabıni axtarir­dim. İstanbulda Azərbaycan respublikasinin baş konsulu işləyən şair Abbasi Abdulla, Gültəkinin «Buzlu cəhənnəm” kitabıni 1990-ci illərdə türkiyədən Bakıya apardiğini, kitabın üzqabiğindaki şəkli “ulduz” jurnalinda çap etdirdiyini söylədi. Ipucu tapsam da, kitabın əlimə keçməsi Abbasi abdullanin konsulluqdan çixib Bakıya qayit­masinadək uzandi.
Türkiyə radiosunun “Azərbaycanin səsi” redaksiyasinin müdiri, ədəbiyyatimizin gözəl bilicisi və təbliğatçisi seyfəddin altayli da Gültəkinin «Buzlu cəhənnəm” kitabıni axtardiğimi bilirdi. O, 1997-ci ildə “İstiqlal uğrunda” adli bir kitabın surətini mənə bağişladi. 1928-ci ildə İstanbulun orxaniyyə mətbəəsində ərəb qrafikasi ilə basil­miş kitabı mühacirətdə olan Azərbaycan siyasi xadimləri hazirla­mişdilar. “milli Azərbaycan nəşriyyati” seriyasindan buraxi­lan sək­kizinci kitab “İstiqlal uğrunda”dir. Şerlər toplusuna geniş müqəd­dimə yazılmiş, sonunda isə “Yeni Kafkasya” dərgisindən alinmiş “inqilab nəğmələri” və “azəri-türk” dərgisindən alinmiş “usta əli və şerləri” məqaləsi verilmişdi.
Bu nüsxənin dəyərini artiran oradaki avtoqrafdir. Müsavat par­tiya­sinin qurucularindan olan Abbasi kazimzadə 18 dekabr 1932-ci ildə avtoqrafla “İstiqlal uğrunda”ni muxtar bəyə bağişlayib.
“İstiqlal uğrunda” kitabına kamal imzali müəllif geniş müqəd­dimə yazıb. Tərtibçi, şerləri haradan aldiği, müəlliflərin şəxsiy­yətləri haqqında heç bir bilgi verməmişdir. Müqəddimədə və “inqilab nəğmələri” məqaləsində Gültəkinin yaradiciliğina geniş yer ayirilib. Şerlər doqquz bölümdədir. Alti bölümün hər birinin başlanğicinda Gültəkinin şerlərindən alinmiş bənd və misra­lar var. Şerlər yazarlara görə deyil, mövzuya görə qruplaşdirilib.
Kitabda Gültəkinin 20, Əhməd Cavadin 9, sənanin 6, Azəriza­dənin 2, Məs’ud Səfvətin 2, Ə.Yusifin, İsmayil Zühutinin, Usta Əlinin, Gülsərənin, H.Həmidzadənin, Nafiə Şükrünün hərəsinin 1 şeri var. 2 şerin altina “… xanım”,  bir şerin altına “b” imzası, üç şerin altına isə üç nöqtə və ya * * * işarəsi qoyulub.
«Buzlu cəhənnəm” kitabında çap olunan şerlər («Buzlu cəhənnəm” şerinin önə çixarilmasini, “Sevimli Bakı” şerinin əlavə edilməsini nəzərə almasaq) “İstiqlal uğrunda”da Gültəkin imzası ilə çap olunan şerlərlə (hətta sira ardicilliği da) eynidir. “Buzlu cəhənnəm”ə ön söz kimi yazılmış “Gültəkin” məqalə­sindəki fikir və mülahizələr “İstiqlal uğrunda” kitabının müqəd­diməsində Gültəkin haqqında deyilənlərlə üst-üstə düşür. Yoxsa “İstiqlal uğrunda”ya müqəddimə yazan kamal “Buzlu cəhənnəm”i toplayib nəşrə hazirlayan, “Gültəkin” başliqli ön söz yazan mirzə baladir.
Bəs Gültəkin kimdir? Gültəkin Əmin Abiddirmi?
Suallara cavab tapmaq üçün Gültəkin imzası ilə çap olunan şerlərlə Əmin Abidin əlimizdə olan şerlərini və faktları tutuşdurmağa başladiq. Ə.Abidin həbsindən (1938) sonra yalniz bir dəfə onun şairliyindən söz açilib və şerlərindən nümunələr verilib. Cəfər Rəmzi İsmayilzadə Bakıvə abşeron şairlərinin şerlərini topladiği “deyilən söz yadigardir” kitabında (1981) Ə.Abidin adina “ayrilarkən”, “nişansiz nişanliya”, “vərəmli qiz” və iki dördlük çap etdirib. Şerlərin haradan alinmasi haqda heç bir qaynaq göstərməyib. “ayrilarkən”in “İstanbuldan” qeydilə “kommunist” qəzetinin 1923-cü il 12 oktyabr sayinda,”nişansiz nişanliya” şerinin isə “şərq qadini” jurnalinin 1923-cü il n 2, s. 18-də çap olunduğundan, “vərəmli qiz” şerinin əlyazmasinin isə əlyazmalar institutunda əliAbbasi müznibin fondunda (fond 23) saxlandiğindan xəbərdardiq. Sonda verilmiş iki dördlüyü isə Ə.Abidin böyük qardaşi ə.a.müznibin yazdiğini nəinki qohumlari, ədəbiyyat həvəskarlarinin çoxu bilirdi. Qohumlarinin evində ə.a.müznibin bir şəklinin arxasindaki aftoqrafi görmüşdüm. Orada yazılmişdi:
 Ayinədə öz surətü simami görəndə, 
 
Yarəb, utanib qərq oluram bəhri-həyayə.
Sən nəiysə həya eyləməyib xəlqə deyirsən:
Bəndə yaradib yollamişam dari-fənayə.
 Şəkli ə.a.müznib sibir sürgünündə olarkən (1911-13) çəkdirib­miş. Görünür, diqqətsizlikdən c.rəmzi bu dördlükləri Ə.Abidin hesab edib. 
 
1990-ci illərdən sonra çap olunan kitablarda Gültəkindən sonra ya mö’tərizədə, ya da səhifənin ətək yazısinda Əmin Abid yazılmaqla kifayətlənilirdi.
Əlimdə bu qədər qaynaq və bilgi olmasina baxmayaraq, Gültəkin imzasinin Əmin Abidə aid olduğuna şübhə ilə yanaşirdim. Şübhələrim isə əsassiz deyildi:
20-30-cu illər ə.cavad türkiyədə çap olunan şerlərinə görə Azərbaycan mətbuatinda  kəskin tənqid edilirdi. Amma bu məsələdə Əmin Abidə gözün üstə qaşin var” - deyən yox idi.
Ə.Abidin öz əlilə doldurduğu anketlərdə və yaradiciliq tərcümeyi-halinda  Gültəkin imzası ilə şerlər yazdiğini və ya şer, hekayə, tərcümə və məqalələri çap olunan qəzet-jurnallar arasında “Yeni Kafkasya” dərgisini göstərmirdi.
Əmin Abidin əlyazmalarinin, xüsusən də bədii yaradiciliq nümunələrinin - şer, mənsur şer, hekayə və tərcümə­lərinin qorunub saxlandiği respublika ea əlyazmalar institutunun əliAbbasi müznib fondunda «Buzlu cəhənnəm”  kitabındaki şerlərdən birinin də əlyazmasi yoxdur.
“Buzlu cəhənnəm”dəki şerlərdən birinin altinda “qəzvin 28 mayis 1924”, ikisinin altinda isə “Ərzurum 1925”, “Ərzurum 1926” qeydləri var. Ə.Abid  vyanada, budapeştdə elmi ezamiyyətdə olduğunu yazır. Amma Qəzvin və ərzurumda olduğu haqda isə heç bir qaynaq yoxdur.
Ə.Abid 1938-ci ildə tutulub, güllələnib. Gültəkinin son şeri isə 1926-ci il tarixi ilə çap olunub. Gültəkin Ə.Abiddirsə niyə 1926-38-ci illərdə bir dənə də olsun şer yazmayib?
Şəkillərdən və xatirələrdən Əmin Abidin obrazi yaddaşima zəif göründüyündən qalin gözlük taxan, sakit təbiətli, astagəl, necə deyərlər, suyu da üfürə-üfürə içən, ehtiyatla davranan bir alim kimi hopmuşdu. Gültəkin isə Xəlil Rza Ulutürk kimi çilğin, yüksək səslə bağiran bir şair tə’siri bağişlayirdi.
Tələbəlik illərində Ə.Abid haqqında bilgi əldə etmək üçün onu taniyanlarla və qohumlari ilə tez-tez görüşürdük. Belə axtarişlarin birində tələbə yoldaşim İsrafil Qurbanovla Hüseyn Necdətin evini tapdıq. Gəncliyində şerlər yazan və dövri mətbuatda çap etdirən hüseyn necdət Əmin Abidlə əmi-qardaşoğludan çox, yaşlari arasında fərq azliğindan və səmimi münasibətlərindən qardaş kimi olmuşdular. Hüseyni taniyanlar deyirdilər ki, atasi Əliabbasi Müznib, əmisi Əmin Abid həbs olunanda onun da həyati təhlükə qarşisinda imiş. Arvadi Valentina Aleksandr qizi pozdşevanin vəzifəli qohumlari hüseyni DTK-nin caynağindan qurtarmişdilar. Buna baxmayaraq, hüseyn necdət bir müddət Bakıdan kənarda yaşamali, sürgün həyati keçirməli olmuşdu.
Hüseyn necdət 13-14 ildi ki, vəfat etmişdi. Buna baxmayaraq, mühasib işləyən v.a.pozdşeva ailə arxivinin bir qismini qoruyub saxlaya bilmişdi. Burada Ə.Abidin də əlyazmalari, əsərlərinin makina yazısi vardi.
Tapintimiz haqqında M.F.Axundov adina respublika kitabxanasında tez-tez görüşdüyümüz Azərbaycan dövlət ədəbiyyat və incəsənət arxivinin direktor müavini Qulam Məmmədliyə bilgi verdik və sənədləri arxiv üçün almasini xahiş etdik. O da bizə təşəkkürünü bildirib, arxivin əməkdaşlarindan Maarif Teymurov və Bibixanım Hüseynovani göndərərək v.a.pozdşevadan 1970-ci ilin oktyabrin 23-də sənədləri və fotoşəkilləri aldirdi. Burada da Əmin Abidin Gültəkin imzası ilə  şerlər yazdiğina, eləcə də həmin imza ilə çap olunmuş şerlərin əlyazmasina rast gəlmədik.
Bəs Gültəkin kimdir? Sualina cavab tapmaq üçün m.ə.rəsul­zadənin, m.b.məmmədzadənin və başqa mühacir ictimai-siyasi xadimlərin həyat və yaradiciliqlarini gözdən keçirirdim. Lakin yenə heç bir nəticə əldə edə bilmədim.
Bir təsadüf  yenidən Gültəkinin şerləri üzərinə qayitmağima və onlara yeni gözlə baxmağima səbəb oldu. Uzun illər əlçatmaz saydiğim bir iş 1998-ci ildə reallaşdi. Əmin Abidin Azərbaycan milli təhlükəsizlik nazirliyinin arxivində saxlanan istintaq materiallari ilə taniş oldum. Buradaki sənəddə Əmin Abidin İstanbul universitetində oxuyarkən Məmmədəmin Rəsulzadə və başqa mühacir siyasi xadimlərlə tez-tez görüşdüyü, onlarin toplantilarinda iştirak etdiyi, “Yeni Kafkasya” dərgisində antisovet şer və məqalələr çap etdirdiyi  yazılıb.
Ə.Abidin İstanbulda təhsil alarkən tələbə yoldaşi Nafiə ilə evləndiyini də bilirdim. Onun Bakıda və Tbilisidə çap olunan “Maarif və mədəniyyət”, “Maarif işçisi”, “Dan yildizi” jurnallarinda Nafiə Abid imzası ilə bir neçə şer və hekayəsini də oxumuşdum. Lakin Nafiənin qizliqdaki soyadi, atasinin adi, ömür yolu haqqında heç bir bilgim yox idi. Ərinin həbsindən heç bir ay keçməmiş (1938-ci il 11 avqust) həbs edilən Nafiə xanımın istintaq materiallarindan 1903-cü ildə yanya şəhərində (indiki yunanis­tanda) doğulduğunu, kiçik yaşlarinda İstanbula  köçdüklərini, atasi Əhməd Şükrünü erkən itirdiyindən anası zəhranin Tevfik Tanurə ərə getdiyini, buna görə də soyadinin Tevfik Tanur olduğunu öyrəndim. Bu kiçik qeyd də mənə yardimçi oldu. “İstiqlal uğrunda” kitabındaki “Qardaş sevgisi” şerinin müəllifi Nafiə Şükrünün  elə Nafiə Abid olduğunu öyrəndim.
Beləliklə, Gültəkinin Ə.Abidin imzası olduğunu söyləməyə imkan verən faktları siraladim:
Nafiə Şükrünün “İstiqlal uğrunda” kitabındaki şeri “Azərbaycanin millətpərvər şairi Gültəkin bəyə” qeydilə çap olunub. Sonunda da “15 kanun-i sani 1925”  tarixi qoyulub. Şer aşağidaki beyt ilə başlayir: 
 Əsiyor şərqin o munis rüzgari
 
Qafqaziyanin yaşil yamaclarinda. -
 Və:
 
 Yalniz sən deyilsən o yurda vurğun, 
Bən də Abidiyəm o şən məbudun. - beytilə tamamlanir.  Son misradaki “Abidiyəm” sözünü iki anlamda qəbul etmək olar. Birincisi müstəqim mənada - ibadətlə məşğul olan, ikincisi Əmin Abidin adı anlamında. Yeniyetməlik və ilk gənclik çağlarinda Əmin Abid yazılarinin altinda “Abid”, “Abid Mütəllibzadə” və s. imzası qoyub. Nafiə xanımın Gültəkinə müraciətlə yazdiği şerdə “Abid” sözünü işlətməsi, bizcə, təsadüfi deyil.
Istintaqda “Yeni Kafkasya” dərgisində antisovet şerləri və məqalələrinin çap olunduğunu Ə.Abid etiraf edib. Bu dərgidəki ən üsyankar, antisovet şerləri Gültəkin imzası ilə çap olunub.
Ə.Abidin imzası ilə “Gənc pedaqoq” jurnalinda çap olunmuş “Qürbətdən məktub” şeri hər iki kitabda çap olunmuş “Anneme” şeri ilə həm məzmunca, həm də üslubca eynidir. Məs.:
       Azerbaycan benim gözelim, anne!
       Azerbaycan benim emelim, anne!
       Git onun bayrağina yüzünü sür de,
       Rusun çiğnediği toprağini öp.
                 Azeri Oğlunun Büyük Ümidle
                 Gömdüğü üç rengli bayrağini öp.
       Belki de ölürüm qürbetde, anne!
       Ruhumsa qalmasin hasrette, anne!
                                                                                “Anne”
 
 

 

 

 

Qiş gəlir, bahar gəlir
 
Ayva gəlir, nar gəlir.
Çox üzülmə su kibi,
Gözlədiym yar gəlir…
 
Annə, sən gözlə bəni,
Gözlə, dörd gözlə bəni.
Könlüm yazıqdir şimdi,
Üzmə bir sözlə bəni.
                                  “Qürbətdən Məktub”
 Şairin eyhamla söylədiyi “gözlədiyim yar gəlir”- ifadəsi Azərbaycanin azadliq və müstəqilliyinə işarədir.
 
Belə oxşarliği “Şərq qadini” jurnalinda çap olunmuş “Nişansiz nişanliya” şerilə “Ağla, gözel gelin” şeri arasında da görmək olar. Məs.:
 Xanım qiz, başina örtdüyün qara
 
 Matəmi eşqinin bir siyahimi?
Şimdi yas tutan hər öksüz məzara,
Məzlum əsirlərin bitməz ahimi?!
                                    “Nişansiz nişanliya”
 Axşam yayilirken öksüz bendeye, 
Çemberekendinde yükselt sesini.
Qucaqla mezari sen “vaten” deye,
Millet duysun solan daş nefesini.
                …Gitmeden  elinin kinasi, gelin,
                    Ellə beraber tut bu yasi, gelin!…
                                                                               “Ağla gözel gelin”
 «Dirilik” jurnalinin 1914-cü il 5-ci sayinda Abid Mütəllib­zadə imzası ilə çap etdirdiyi bir dördlükdə yazır:
 
      Yuxlamişdim dün gecə, gördüm deyirlərkin mənə 
          Tutmaq istərsən cahanda sən də gər ali məqam,
          Qəflət etmə! Qalx ayağa, düşmən bidindən
          Intiqam al, intiqam al, intiqam al, intiqam!
 Hər iki kitabda çap olunmuş “Bayrağim və istiqlalım” şerində isə yazır:
 Kaldikca  ruslarda diyarim benim, 
Intikam  olacak şüarim benim!
Və yaxud:
Biz dalğalar yenen gencleriz
Geliriz, yaşariz, ölür  gideriz…
Korkmayiz denizden, firtinalardan,
Korkmayiz ne topdan, ne  de mezardan,
Bulunduqca nefesimiz,
“istiklal” deyəcək yuce sesimiz…
                                      Qizil rus şairinə.
 

 1914-cü ildə intiqam almağa səslədiyi düşmənin adini  çəkmirdisə 1924-25-ci illərdə yazdiği şerlərdə düşmə­ninin rusiya olduğunu qəzəblə göstərir və xalqi ondan intiqam almağa çağirirdi. Özü də bu intiqam şəxsi intiqam deyil, vətəninin istiqlali, azadliği uğrunda bir çarpişmadir. 

Belə qarşilaşdirmalari “Kommunist” qəzetində çap edilmiş “Benim yazım” şerilə kitablara daxil edilmiş “Aldi, gitti” və b. Serlər arasında da aparmaq olar. Onlar arasında nəinki dil, üslub, formaca bir yaxinliq var, hətta bəzən ifadələr, epitetlər də təkrarlanir. Adama elə gəlir eyni şerin ayri-ayri parçalari, yaxud eyni mövzuda ayri-ayri qəzet və jurnallar üçün yazılmiş şerlərdir. Bakıda çap olunan şerlərdə fikirlər daha çox eyhamla, örtülü deyildiyi halda, türkiyədə çap olunan şerlərdə  misralar siyasi çağiriş kimi səslənir.
Gültəkinin şerlərindən Bakıni yaxşi tanidiği və Bakıda baş verən hadisələrdən xəbərdar olduğu aydinlaşir. Əmin Abid də 1898-ci ildə  Bakıda doğulub, Bakıda yaşayib, 1918-ci ildə təhsil almaq üçün İstanbula gedib.
Hər iki kitabda çap olunan şerlər türkiyədə yazılıb çap olunduğundan Bakıda əlyazmalarina rast gəlinmir. Yaxud müəllif irticadan ehtiyatlanaraq şerlərin əlyazmalarini məhv edib.
M.ə.rəsulzadə, m.b.məmmədzadə, ə.Cəfəroğlu Ə.Abidi sovet irticasindan qorunmaq üçün Gültəkinin şəxsiyyətini müəyyənləşdirə biləcək  bir işarəyə belə yer qoymayiblar. Buna görə də Azərbaycanda Əmin Abidin Gültəkin olduğunu bilməyiblər.
Ə.Abid irticadan qorunmaq üçün işə girərkən doldurduğu anket və yazdiği tərcümeyi-halda Gültəkin imzası ilə şerlər yazdiğini və “Yeni Kafkasiya” ilə əməkdaşliq etdiyini, Qəzvində, Ərzurumda olduğunu gizlədib.
Ə.Abid Azərbaycanda orxan, turfan Abidələrini, “Oğuznamə”ləri öyrənən ilk peşəkar araşdiricilardan idi. Buna görə də onun Gültəkin ləqəbini götürməsi inandirici görünür. Tarixi şəxsiyyət Gültəkin kiçik qardaş olduğu kimi, Bakıxanlarinin nəslindən olan Əmin  Abid də ailənin son beşiyi - üç qardaşin kiçiyi idi.
1926-ci ildən sonra Bakıya dönərək burada var gücü ilə ideyalarini elmi məqalələrində təbliğ etdiyindən bədii cəhətdən o qədər də güclü olmayan şerlər yazıb çap etdirməyə görünür vaxt sərf etməyib. Təbi gələndə üç-beş şer yazıbsa o da təqiblərdə, köçlərdə itib-batib və ya irtica qorxusundan məhv edilib.
Son olaraq: 1904-cü ildə şuşada doğulan, Bakı Dövlət Universitetində oxuyan Qara Hüseynov 1927-ci ildə (Əmin Abid həmin vaxt universitetdə dərs deyirdi. - Ə.Ş.) Türkiyəyə getməli olur. O, Türkiyədə Azərbaycanin azadliği və müstəqilliyi uğrunda çalişir, Hüseyn Bayqara kimi taninir. O, 1975-ci ildə İstanbulda çap etdirdiyi “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitabınin sonunda əli dəyənəkli, ayaği çariqli, şalvarinin dizləri yamaqli, əyni çuxali, başinda qoyun dərisindən papaq olan bir kişinin şəklini verib. Səklin altinda isə yazıb:
 

         “bir istiqlal yolçusu… 

    …ve siz ey ölümün korkunç yolunda
    yürürken, “bahti”da çürüyən genclər…
                                                            Gültəkin (Əmin Abid)
                                                            Azərbaycan şairi”
Şer kitablarda belə nəşr olunub:
 Ve siz, ey ölümün korkunc yolunda
 
 Demir addimlarla yürüyən genclər!
Siz, ey bir-bir taleyin gizli qolunda
Yürürken bahti da çürüyen genclər.
 
 

 

 

 

H.baykaranin kitabında verilmiş çoban şəkli Ə.Abidin oxumağa getdikdən sonra gözlüksüz çəkdirdiyi tək şəklidir.
 
(Çox təəssüf ki, H.Bayqaranin “Azərbaycan Istiqlal Müba­rizəsi tarixi” kitabı 1994-cü ildə Bakıda çap olunanda həmin səhifəni verməyə ehtiyac duymayiblar). Ə.Abidi yaxindan taniyan h.bayqaranin əsəri bizim şübhələrimizə son qoydu.
“Buzlu cəhənnəm”i yenidən nəşr etmək, ədəbi ictimaiyyətin diqqətini unudulmuş şairimizə yönəltmək istədik. Bu günün gözüylə baxsaq, dili oxucu üçün ağir, vəzni bir qədər pozuq, bədii dəyəri o qədər də yüksək görünməyən şerləri çap etməyə, İlk baxiş­da ehtiyac yoxdur. Düşündük ki, bu şerlərdəki coşğun yurdsevərlik, döyüşkən ruh, milli şüurun oyanmasina və formalaşmasina güclü təsir göstərə bilər. “sovet ədəbiyyati” adlandirdiğimiz dövrün şerlərindəki pafosla, tərənnümlə, mədhiyyə ilə, hətta, “günəşin şimaldan doğduğunu” söyləyən misralarla taniş olan oxucu qoy keçmişinə nifrət və qəzəblə baxmasin. Həmin dövrdə millətinə və xalqina üzaqliği gətirən şerin olduğunu görüb qürur duysun.
Kitabı nəşrə hazirlayarkən üç bölümə ayirdiq. Birinci bölümə «Buzlu cəhənnəm”  kitabında, ikinci bölümə qəzet və jurnallarda çap olunan, üçüncü bölümə isə əlyazmalar institutunda əliAbbasi müznib fondunda (fond 23) olan şerləri daxil etdik. M.b.məm­mədzadənin xatirəsinə hörmət əlaməti olaraq onun çap etdirmiş olduğu kitablarin bir çox texniki cəhətlərini də saxladiq. Istər “İstiqlal uğrunda”, istərsə «Buzlu cəhənnəm” kitabınin üz qabiğinda müəllifini müəyyənləşdirə bilmədiyimiz rəssamin gözəl bir əsəri verilib. Şəkildə bir əlində qolundaki buxovlarin qiriqlarini, o biri əlində Azərbaycanin üç rəngli, ay-ulduzlu bayrağini tutmuş gənc təsvir olunub. Arxa fonda da Azərbaycan bayraqlari əzəmətlə dalğalanir.
«Məktəb” , «Dirilik” jurnallarinda və “İqbal” qəzetində çap olunmuş şerlərin əksəriyyətini Ə.Abid nə məqsədləsə köçürərək “dördlüklər” adi altinda toplayib. Bunlari daha bitkin saydiq. Şerləri ərəb qrafikasindan əlyazmalar institutunun əməkdaşi, Bakıvə abşeron şairlərinin həyat və yaradiciliğini öyrənən sona xəyal çevirdi.
 Universitetdə oxuduğumuz illərdə tələbə yoldaşım Müştəba  Əliyev “Babayi-Əmir” jurnalinda “Şapalaq”, “Şapalaqmi-Çomaq­mi?”, “Zorba çomaq” və s. rubrikasi altinda “qozqurab bəy” imzası ilə çap olunmuş şerləri köçürüb mənə bağişlamişdi. Imkandan yararlanaraq, onu da kitaba daxil etdik. Beləliklə, Əmin Abidin bizə bəlli şerlərindən ibarət bir toplu yaratdiq. Türkiyədə çixan «Şebab”, «İnci”, «Syus”, «Yarin İstanbul” jurnallarinin əldə olmadiğindan, “Kəlniyyət”, «Məzəli”, «Leylək”, «Molla Nəsrəddin” jurnalla­rindaki gizli imzalari müəyyənləşdirə bilmədiyimizdən orada çap olan şerləri kitaba daxil etdə bilmədik.
Kitabda və əlyazmada ətək yazılari ərəb rəqəmləri ilə verilmişdir. Onu olduğu kimi saxladiq. Yeni əlavə etdiyimiz qeyd və şərhləri * işarəsi ilə verdik.
«Buzlu cəhənnəm” kitabında olduğu kimi əksər şerlərin sonunda yazılma tarixini göstərdik. Sonunda yazılma tarixi olmayan şerlərə qəzet və jurnallarda  çap olunan şerlərin sonuna isə dərc olunduğu tarixi qoyduq. 1916-1919-cu illərdə yazıldiğini güman etdiyimiz şerlərin isə dəqiq yazılma tarixini bilmədiyimizdən tarixsiz verdik. Ə.Abidin başliqsiz və tarixsiz bir məqaləsindən seçilmiş “Turan elləri”, “Arxasiz vətənə düşmən yaraşir”, “Bu gün qərbin göy­lərin­də”…, “Şərqə irəli”, “Şərqin səmasindan qanlar damlayor” şerlə­rinə başliqlari mətnlərdən seçərək kitabın ümumi ruhuna uyğunlaş­dirmağa çalişdiq. Bu günkü oxucu üçün anlaşilmaz hesab etdiyimiz sözlərin izahini son səhifədəki lüğətdə verdik.
Kitab elmi-tənqidi nəşr kimi nəzərdə tutulmasa da, dövrün ab-havası haqqında təsəvvür yaratmaq üçün şerlərin dilini olduğu kimi saxladıq. M.Hadinin,  H.Cavidin Ə.A.Müznibin və b. Yaradi­cili­ğindan təsirlənən Ə.Abidin şer dilində ortaq türk dilinə bir meyillilik var. Yəni onun şer dili xx yüzilin önlərinədək işlədilən osmanli ədəbi dili adlandırılan dil deyil.
Əbdülhəq  Hamidə, Tofiq Fikrətə şerlər həsr edən Abid yalnız onların yaradiciliğindan deyil, Namiq Kamalın, Mehmet Akif Ersoyun, Mehmet Emin Yurdaqulunun, Ziya Gögalpin və b. Yaradiciliğindan da təsirləndiyi şerlərindən aydin görünür.
Ə.Abidin hələ türkiyədə oxumağa getməmişdən yazıb çap etdirdiyi və çap etdirmədiyi şerlər İsmayil bəy Qaspıralınən, Əlibəy Hüseynzadənin ideologiyasının poetik formasıdır.
«Buzlu cəhənnəm” kitabının yeni nəşrini Azərbaycan Xalq  Cümhuriyyətinin 81-ci illiyinə hədiyyə kimi nəzərdə tutmuşduq. Heyf ki, maliyyə çətinliyi ucbatından bunu gerçəkləşdirə bilmədik.
Yaranmiş çətinliyi Bakıda doğulub boya-başa çatan, Bakıli təəssübkeşliyi ilə seçilən tənzilə xanım aradan qaldiraraq, kitabın nəşrini öz üzərinə götürdü. Ona və bu kitabın hazirlanmasinda bizə yardimçi olmuş adini çəkdiyimiz və çəkmədiyimiz bütün soydaşlara təşəkkürümü bildirirəm. Kitabın hazirlanmasinda vəzifə bölgüsünün sərhəddi olmadi. Burada əməyi olan hər bir şəxs redaktə işindən tutmuş, şərhlərin yazılmasinadək iştirak etdi. Kitab kollektiv əməyin məhsuludur.
Ə.Abidin gənclik illərində yazdiqlarinin bir qismi, yəni İlk qələm təcrübəsinin məhsulu olan şerləri bir xeyirxah insanin sa­yəsində işiq üzü gördü. Bəs onu məşhurlaşdiran elmi araşdirmalari necə? Onlarin da işiq üzü görməsinə yardimçi olan tapılacaqmi?
                                             
Çap olunub: Gültekin- Emin Abid. Buzlu Cehennem, Günəş nəşriyyatı, Bakı, 1999
 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol