Azərbaycanın inkişafını əngəlləyən səbəblər

AZƏRBAYCANIN İNKİŞAF PRESPEKTİFLƏRİ VƏ BU İNKİŞAFI ƏNGƏLLƏYƏN SƏBƏBLƏR

Əli Şamil Hüseyin oğlu

AMEA Folklor İnstitunun

 xarici əlaqələr bölməsinin müdiri

 

ПЕРСПЕКТИВЫ РАЗВИТИЯ АЗЕРБАЙДЖАНА И ПРИЧИНЫ ПРЕПЯТСТВИЙ ЭТОГО РАЗВИТИЯ

 

PERSPECTIVES FOR PROGRESS OF AZERBAIJAN AND REASONS FOR ITS DETENTION

Ali Shamil Huseyn oglu                       

Azerbaijan National Academy of Sciences,

 Institute of Folklore,

Baku-Azerbaijan

Xülasə

Zəngin təbii sərvətə və büyük mədəniyyətə sahib Şərq dünyanın ən qaynar və gərgin bölgəsinə çevrilib. Azərbaycanda da onun yaxın qonşularında da münaqişələr ara vermir. Dünyanın ən uzaq guşələvindən, demokratik ölkələr adlanan yerlərdən gələn diplamatlar və hərbiçilər on illərdir bu münaqişələri söndürə bilmir. Əslində elə münaqişəni alovlandıran elə onlardır.

Azərbaycan çox saylı xalqların və etnik qrupların vətənidir. Dilindən və dinindən asılı olmayaraq onlar yüz illər böyu mehriban qonşuluq şəraitində yaşamışlar. Lakin müstəmləkiçilərin istər gizli, istər açıq həyata keçirdikləri planlar reallaşdıqca xalqlar və etnik qruplar arasında ziddiyətlər dərinləşmiş, onların zəngin təbi sərvətləri xaricilərə qismət olmuş, özləri səfalət içərisində yaşayaraq başqalarının istəklərini yerinə yetirməyə  məcbur olmuşlar.

Hələ bu azmış kimi, sərhədlər elə çızılmış ki, qardaş-qardaşla on illə boyu görüşə bilməmişdir. Sərhədlərin belə çızılması yalnız Azərbaycanda yaşayan və əhalinin əksəriyyətini təşkil edən türklərin değil, talışların, tatların, kürdlərin, ləzgilərin, avarların və b. xalqların da mədəniyyətinin inkişafına ağır zərbə vurmuşdur. Dünyanın ən kiçik və azsaylı xalqının mədəniyyətinə vurulan zərbə isə dolayısı ilə  ümumbəşər mədəniyyətinin itkisi deməkdir.

SSRİ dağıldıqdan sonra Azərbaycan nisbi müstəqillik əldə etdikdən sonra ölkədəki azsaylı xalqların hüquqlarının qorunması, dillərinin, mədəniyyətlərinin inkişaf etdirilməsi üçün 1992-ci ilin oktyabrında qanun qəbul edildi. Ölkədə baş verən qarışıqlıq və respublika iqtisadiyyatının çöküşü bu qanunun həyata keçirilməsinə imkan vermədi.

Azərbaycanın iqtisadiyyatının inkişafı bir çox sahələrdə olduğu kimi, ölkə əhalisinin rifahının yüksəlməsinə, elm və təhsildə irəliləyişə səbəb oldu. Lakin bütün bunlar kosmetik dəyişiklər təsiri bağışalyır. Əsaslı dəyişikliklər üçün Azərbaycanın inzibati və siyasi məkanda birliyi vacibdir.

Bu birlik isə mərhələlərlə həyata keşirilməlidir ki, dağıntılardan, itkilərdən uzaq olaq.

Məruzədə Azərbaycanın çoğrafi, inzibati-siyasi varlığının vacibliyindən və bunun azərbaycanlıların dünya mədəniyyətinə verə biləcəyi xeyirdən söhbət açılır.

Açar kəlimələr: Azərbaycan, Qafqaz, Rusya və İran, azsaylı xalqlar,  dünya mədəniyyəti.

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Slavyan Universiteti

“Azərbaycanşünaslığın aktual problemləri”

Beynəlxalq elmi konfrans

Bakı, 11-12 mart 2010-cu il

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol