Dövlitmihimmid Azadi sufi filozov gibi

Ali Şamil Hüseyin oğlu,
Azərbaycan Milli Elimlər Akademiyası Folklor
İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri


DÖVLƏTMƏMMƏD AZADİ BİR SUFİ-FİLOSOF KİMİ

Dünaynın elm və sənət beşiyi kimi tanınan Şərq XVIII yüzildən çökməyə başladı. Avropa dövlətləri odlu silahların istehsalının artırmaqla, gəmiçiliyin inkişaf etdirməklə yeni torpaqlar  işğal etdi. Müstəmləkələrdən gətirdikləri xammalı sənayenin inkişafına təkan verdi. Bu yüksəliş özünü elmdə və təhsildə də göstərdi.

Şərqdəki ara savaşları, yeniliyə qarşı mühafizakar münasibət, sənayenin inkişafına əngəllər Türkistani da çöktürürdi. Rusiya güzeydən Türkistana doğru irəliləyir, Hindistanı müstəmləkəsinə çevirmiş İngiltərə də oraya doğru can atırdı. Xivə xanlığı ilə Əfşarların hakim olduğu bu günkü İran dövləti arasındakı savaşlarsa ara vermidi. Böyük türdmən şairi və filosofu Dövlətməmməd Azadi də belə gərgin və siddiyətli günlərdə yaşayırdı. İslam dininin soltanı-həzrəti İbrayım Edhem, İslam dininin həm də ariflərin soltanı, pirlərin piri, vəlilərin vəlisi Bəyazit Bistami, kəramət və halət yiyəsi Əbül Fazil Saraxsı(Saraxs baba), həzrət Saraxs babanın şagirdi, kəramətli pir Əbu Seyit Əbül Xeyri, Quri –Şərifə heyratamiz təfsir yazan, Heratın piri adını alan, kəramətli pir həzrəti Xoca Abdulla Ensari, kəramli pir həzrəti Əbül Həsən Harakani, kəramətli pir həm də məşhur alim Fəxrəddin Əttar Nişapuri kimi sufilərini ənənəsinə sadiq qalan Dövlətməmməd Azadi Xivədə təhsilini başa vurduqdan sonra ata-baba yurdu Ətrəkə qayıdaraq burada öyrəndiklərini söydaşlarının balalarına öyrətməyə, insanları düzlüyə-doğruluğa, ədalətli, əməksevər olmağa əsərlər yaradırdı.

İndiki Türkmənis­ta­n Respublikasının Ətrək bölgəsindəki Göklən bo­yu­­nun (tay­fasının) Gərkəz nəslindən, ziyalı bir ailədə dünyaya göz açan Dövlətməmmədin əsərlərinin çox az bir qismi zəmanəmizə qədər gəlib çatmışdır. Nə yazıq ki, Sovet təbliğatının təsiri ilə filosof-şairin dünyagörüşü lazımınca öyrənilməmişdir.

Şairin istər günümüzədək gəlib çatan şeirlərindən, istərsə “Vəzi-Azad” ad­lı di­dak­tik-fəlsəfi poemasından onun sufi ənənəsinə sadiq bir sənətkar olduğu ortaya çıxır. Qabusnamənin, Siyasətnamənin, Əxlaqi-Nasirin ənənəsini davam etdirərək əruz vəzninin failatun-failatun-failat bəh­rində yazdığı “Vəzi-Azad  əsərin həcmi 6 min beytə yaxındır. Şa­ir  bu əsərində əda­lət­li cə­miyyət, yetkin və­təndaş və milli dövlət ideyalarını irəli sür­üb, necə deyərlər bir növ, mən­zum konstitusiya yazıb, özünün fəl­səfi, əx­la­qi və sosial görüşlərini ortaya qoyub.

Şair-filosof elm və alimdən söz açarkən mənəvyyat məsələlərinə diqqəti artırmış alimin cəmiyyətə və dövlətə təsirini xüsusilə vurğulayıb. Sözü ilə əməli düz gəlməyən alimi alimi-biəməllər”­ adlandırıb və onları cəmiyyət üçün nadandan daha qorxulu hesab edib.

Var, riyazət düzünə nəfsini sal,

 Əyrisini göndəri ver bu mahal.

 

                  Biriyazət göndərilməz, ey əxi,

                  Olsa hərçənd kimsə alim rasihi.

 

                  Bəs közərməz bir ağac od görməsə,

                  Kim, dükkan içrə onu qızdırmasa.

 

      Nəfsi-zalimə riyazət – od, bilin,

                  Olsa ol əyri, riyazəta salın.

 

                  Kim közərsə, tapdı ol mənzil, məqam,

               Əyri yetməz mənzilə, hasil-kəlam

İnsana yüksək dəyər verən insan qəlbini  Allah evi adlandıran şair yazır:

 

Bu könül Tanrı düzəldən xanədir.

         Kim pozarsa, Tanrıdan biganədir.

 

                  Bu könül tanrı öyüdir, yox güman,

         Kim pozar – Tanrı bilən olar yaman.

 

         Bu könülün xanəsin hər kim pozar,

         Onun üçün atəşi-duzəx güzar.

 

         Kəbə viran etməkdən min mərtəbə

         Bir könül yıxmaq yamandır, ey dədə.

 

         Könül almaqlıq vəlilər huyidir,

         Yıxmaq onu birəhmlər kuyidir.

Xorasan şah Abdullahi-Tahirin ziyarətinə gəlməyən iki dəvrişdən Əhmədi-Hərb və Mühəmməd Əsləm oğlu Tusidən də ilhamla söz açır.

 

Həzrəti Musa bilə bir mərdi-xudanın bəyanı

          

                  Həzrəti Musa xudadan istədi,

                  „Bir sevər dostunu mən görsəm“ dedi.

 

                  Haq dedi ona: „Filan yol üzrə var,

                  Bir sevər dostum gələr, sən onu gör“.

 

                  Tanrı əmrin rast tutub, vardı yola,

                  Dostu birlə uğraşıb, qayıdıb gələ.

 

                  Gəldi onda bir igid kim, xoş zəban,

                  Qol tutub dedi: „Bizə ol mehman!“.

 

1225          Həzrəti Musa bilə vardı öyə,

                  Dostluğu nə ərkənin yəni duya.

                  Məhəzərdən gətirib ol xoş təam,

                  Yeyin deb durdu ədəb birlə tamam.

                           

                  Yemədi Musa təamı işbu hal,

                  Dedi kim: „İllətliyəm, hazir məlal“.

 

                  Ol dedi: „Dərdinə olarmı dəva,

                  Səy edib tapsam, xuda versə şəfa“.

 

                  Dedi Musa kim: „Tapılmaz dərisi,

                  Kim, məgər kindir, məşəqqətdir bəsi“.

 

1230          Ol igid əl-hal ilə sordu onu,

                  „Qəni-adəm“ deb xəbər verdi onu.

 

                  Yəni adəmin tamah qəni ola,

                  İşbu qəni illətə geri qıla.

 

                  Ol igidin bircə oğlu var imiş,

                  Ol oğulu çox əziz saxlar imiş.

   

                  Ol oğulu öldürüb, gətirdi qan,

                  Aytdı: „Adəm qanıdır bu, ya filan“.

 

                  Gördü oğlanın anası işbu xun,

                  Atası öldürənin bildi yəqin.

 

1235          Sözlədi ol: „Demədin neçin mana,

                  Öldürəndə yardım edəydim sana.

 

                  Qol-ayağın oğlanın qapar idim,

                  Mən dəxi həm çox səvab tapar idim.

 

                  Məhrum etdin bu səvabdan nə səbəb,

                  Çün səvab qısqanması sizdən əcəb“.

 

                  Bildi Musa kim, buların sevgisi –

                  Bu səbəbdir Tanrı qatında bəsi.

 

                  Can verərmiş Tanrı mehmanı üçün,

                  Qulluq eylərmiş oşol subhanı üçün.

                            

1240          Həzrəti Musa dua qıldı haqqa:

                  „Halıma qılgil nəzər“ deb mütləqa.

 

                  Müstəcəb etdi duasın ol zaman,

                  Mürdə yatan oğlana haq verdi can.

 

                  Ol zamanda cümləsi şad oldular,

                  Bir-birinin kİmdiyini bildilər.

 

                  Sən dəxi tutgil əziz mehmanını,

                  Ver ona, istər isə tən-canını.

                         ***

                  Qullarına yarı qılğıl, ey xuda,

                  Malı-baş mehmanına qılsın fəda.

 

1245          Yüz əvəz var birinə hər loxmanın,

                  Qılma zayiq cümlə ehsanın onun.

 

                  Dostların dəftərinə adını sal,

                  Canın al iman ilə razi-əcəl.

 

 

Vəzi-Azad”ın son fəslində Azadi dərvişlərin cəmiyyət həyatın­dakı rolu və vəzifələri barədə məlumat verib. Şairin „Bir patyşa bir derwüşiň katyna gelip sözleşeni“ gəldiyi nəticə də olduqça önəmlidir:

Patyşalaryň ezizi ol bolar,

Ylm eýesine zyýarata geler.

Ylm eýesinden ýamanrak ol bolar,

Patyşalar zyýarat getirer.

(Padşahların hörmətlisi odur ki, elm sahibini ziyarətə gedə, Elm sahibinin hünərlisi odur ki, padışahları ziyarətinə gətirə)

İnsayı yüksək dəyərləndirən, xeyirxahlığı və insansevərliyi inanclardan və etiqadlardan üstün tutan şair „Suw bermekligiň pazylatynyň beýany“nda deyir:

         Ger suwarça kimse kapyr suwsuzy –

         Bir ýyly roza tutandek ol heman,

         Bes, sogap tapgaý oşol, tutma güman.

(Kimsə bir kafir susuzu suvarsa belə bir il oruc tutanın savabı qədər savab qazanar)

        ...Kim suwarsa bir mynapyk suwsuzyn,

      Tapgaý altmyş ýyl sogabyn şeksizin.

(Kim dinindən dönmüş suzuza su versə altmış il namazqılanın savabını qazanar)

...Kim suwarsa bir musulman bendäni,

        Kyldy ýetmiş gul azat ol, eý gany.

(Kim bir müsəlman suzua su versə yetmiş qul azad etmənin savabını qazanar)

Şair yalmız inzanları deyil bağın-bağçanın, əkin biçinin də suvarılmasını savab sayaraq yazır:

....Bir agaç, ýa bir semer, ýa gaýry şeý,

     Kim suwarsa, eýlese olary haýy –

   Baglagaý Hak ýedi dowzah işigin,

    Jennete dahyl kylar jan-u tenin.

(Kim bir ağacı, bağı-bağçanı suvarsa Haqq yeddi cəhənnəmin qapısını bağlayıb cənnətin qapılarını onun üzünə açar.

Vəzi-Azad” bir sıra orijinal fikirlər söyləyən sair XVIII əsr türk­mən cəmiyyətinin mənzərəsini güzgü kimi əks etdirib. Elə buna görədir ki, Vəzi-Azad” bu gün də öz aktuallığını itir­məmiş, gənc nəslin tərbiyəsində mü­hüm rol oynayır.

Buna görə də məruzəmizdə Dövlətməmməd Azadinin sufi görüşlərindən söz açacağıq.

 

 

 

 


Tezisi çap olundu: Dövletmammet Azadi-pelsepesçi sopı (səh.72), Dovletmammet Azadi as a sufi-philosopher (210),  Довлетмаммед Азади как философ-суфист (стр. 341), Dövletmammet Azadi XVIII asır Türkmen durmuşı-Dovletmammet Azady and Turkmen lıfe ın the XVIII century- Довлетмаммед Азади и жизнь Туркмен XVIII века.  (Halklara ylmy maslahatyn nutuklarynyn gysgaça beyanı 2012-nji yylyn 14-15-nji maıy), Aşgabat, 2012.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol