TÜRKMƏN YAZIÇISI YAQUB NƏSIRI YARADICILIĞINDA AZƏRBAYCAN
Ali Şamil Hüseyin oğlu
Azerbaycan Milli İlimler Akademisi Folklor Enstitüsü
Uluslar arası İlişgiler Bölmesi
Bakı- Azerbaycan.
Xülasə: Tanınmış Türkmən şairi Yaqub Nəsirli 1889-cu ildə Bakı şəhərində anadan olub. Şairin 1910-cu ildə dolanışıq ardınca 1910-cu ildə Türküstanın carco vilayətinə gedib. 1918-1922-ci illərin qarışıq dövründə orduda xidmət edib. əsgəri xidmətdən təxris olunduqdan sonra Aşqabada gələrək “Türkmənistan” qəzetində məsul katib işləyib. 1924-cü ildə onu Moskvadakı jurnalis kadırları hazırlayan məktəbə göndəriblər. Bir il sonra geri dönən Yaqub Nəsiri 1925-1929-cu illərdə Aşxabatda map olunan “Bolşevik”, “Pioner”, “Türkmən mədəniyyəti” jurnallarına redaktorluq edib. 1930-cu ildə onu Moskvadakı Lomonosov adına Unverisitetin jurnalistika fakültəsinin 2 kursuna qəbul ediblər. Unversitetin son kursunda oxuyarkən onu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mətbuat bölməsində işləməyə göndəriblər. Bakıda rəhbər vəzifədə işlədiyi vaxt aspiranturada oxuyub və “Azərbaycan kolxozçusu” qəzetinin redaktor müavini işləyib. 1935-ci ildə yenidən Aşxabada qayıdan Yaqub Nəsiri ömrünün sonunadək orada yaşadı.
Yaradıcılığa şeirlə başlayan Yaqub Nəsiri “Türkmənistan” qəzetində 1923-cü ildən hekayə və povestlərini çap etdirməyə başlayıb.
Türkmənistan ədəbiyyatında nəsrin inkişafinda böyük rolu olan Yaqub Nəsiri ömrünün sonunadək şeir yazmaqdan da uzaqlaşmamışdır.
Yaqub Nəsırı yaradıcılığında Azərbaycan mövzusu qırmızı xətlə keçir. Yazıçı yalnız Azərbaycanı, orada baş verənləri xatırlamaqla kifayətlənmir. Azərbaycan ədəbiyyatında baş verən dəyişiklikləri, yeni yaranan şeir formalarını da türkmən ədəbiyyatına daşıyan sənətkar kimi tanınan Yaqub Nəsiri müasirlərinin yaradıçılığına da güclü təsir göstərmişdir.
Məruzədə Türkmən yazıçısı Yaqub Nəsiri yaradıcılığında Azərbaycan mövzusu təhlil ediləcəkdir.
Açar sözlər: Yaqub Nəsiri, XX yüzil Türkmən ədəbiyyatı, Azərbaycan.
AZERBAIJAN IN THE CREATIVITY OF TURKMAN WRITER YAGUB NASIRI
Prominent Turkman poet Yagub Nasiri was born in Baku in 1889. He went to the province Jarjo in Turkustan in 1910 in order to earn his living. Between 1918-1922 the time of controversies Yagub Nasiri made his military service. On finishing his military service he went to Ashgabad and started working as editor responsible in the newspaper “Turkustan”. Nasiri was sent to the school in Moscow which prepared journalists in 1924. A year later he came back and became editor of the journals “Bolshevik”, “Pioneer”, “Turkman culture” published in Ashgabad between 1925 and 1929. In 1930 he was accepted to the second course of the faculty of journalism in the university called after Lomonosov in Moscow. While studying on the final course Nasiri was invited to work in media section of the Azerbaijan Communist Party Central Committee. He worked as the assistant editor in the newspaper “Azerbaijani collective-farmer” and had his post graduate studies while working in a leading position in Baku. In 1935 Yagub Nasiri returned to Ashgabad and lived there until his death.
Yagub Nasiri who started his literary activities with his poems published his stories and narrative tales in the newspaper “Turkmenistan” in 1923. Having a great role in the development of prose style in Turkman literature Yagub Nasiri never ceased writing poems.
The topic Azerbaijan occupies strong place in Yagub Nasiri creativity. The writer does not satisfy himself with only remembering the events in Azerbaijan but also brings the novelties appeared in Azerbaijan and newly created poem forms into Turkman literature. Yagub Nasiri made a great influence on the creativity of his contemporaries as wells.
The article explores the topic Azerbaijan in the creativity of Turkman writer Yagub Nasiri.
Key words: Yagub Nasiri, XX century Turkman literature, Azerbaijan
Xəzər Universitəsi, 27-29 May 2011-ci ildə “Azərbaycan Dünya Ədəbiyyatında” Beynəlxalq Simpozium |