Əyilməzlik timsalı – Ə l i n c ə
Muxtar respublikamız tarixi abidələri, mineral suları, axar-baxarlı dağları ilə ta qədimdən səyyahların diqqətini özünə cəlb etmişdir. Qədim və orta əsr əlyazmalarında da bu yerlər haqqında xoş sözlərə tez-tez təsadüf edilir. Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra bu qədim diyarın sorağı daha uzaqlara yayıldı. Muxtar respublikamıza səyahətə çıxmaq istəyənlərin sayı ildən-ilə artdı. Ötən bir ildə ölkəmizin müxtəlif şəhərlərinin 500 nəfər sakini qədim diyara turist səfərinə çıxmış, bağlar diyarı Ordubadda, Culfanın mineral bulaqlarında, səfalı Batabat yaylağında və s. yerlərdə olmuşlar.
Doğma diyarı daha yaxşı tanımaq eşqi ilə istirahət günlərində səyahətə çıxan muxtar respublika sakinlərinin də sayı ildən-ilə artır. Ötən bir ildə 4 min 200 pioner və məktəbli respublika gənc turistlər stansiyasının xidmətindən istifadə edərək muzeylərə baxmış, tarixi abidələrlə tanış olmuş. Ordubad şəhərinə, Əlincə qalasına, Batabat yaylağına, Badamlı və Sirab mineral sular zavodlarına və s. yerlərə səyahətə çıxmışlar.
əməkdə və təhsildə yüksək nəaliyyətlər qazananlar da istirahət saatlarını təbiətin qoynunda – səyahətlərdə keçirməyi sevirlər. Bu ilin ötən ayları ərzində 4 min 986 nəfər fəhlə və kolxozçu ziyalı, tələbə, xidmət işçisi Naxçıvan səyahətlər və ekskursiya bürosunun xidmətindən istifadə edərək muxtar respublikamızın tarixi abidələri ilə tanış olmuş, muzeylərə baxmış, mənzərəli yerlərində dincəlmişlər. Yaxşı istirahətdən sonra qazanılan əmək qələbələrinin sayı da artır.
Partiya və hökümətimiz zəhmətkeşlərin asudə vaxtının yüksək səviyyədə keçməsinə daim diqqət yetirirlər. Sov. İKPMK-nın iyun (1983-cü il) plenumundakı məruzəsində K.U. Çernenko yoldaş demişdir: “...Tərbiyə işində möhkəm nəticələr o yerdə əldə edilir ki, harada bu iş adamların həyat fəaliyyətinin bütün cəhətlərini, o cümlədən onların məişətini, asudə vaxtını, ailə münasibətləri sahəsini əhatə edir. Asudə vaxt daha zəngin və maraqlı olmalı, insan qabiliyyətinin inkişafına kömək etməli, müasir həyat ahənginin doğurduğu psixoloji gərginliyi aradan qaldırılmalıdır”.
Əməkdə və təhsildə əldə etdikləri yüksək nailiyyətlərdən sonra asudə vaxtını şən və mənalı keçirmək istəyənlərə kömək məqsədilə muxtar respublikamızın tarixi abidələri, görkəmli yerləri haqqında “Gəz, tanı, istirahət et!” rubrikası altında məqalələr dərc edəcəyik. Oxuculardan xahiş edərdik ki, öz arzu və təkliflərini bildirsinlər.
“Gəz, tanı, istirahət et!” rubrikası altında verəcəyimiz ilk yazı xalqımızın yenilməzlik və məğlub edilməzlik timsalı, dünyanı sarsıdan Teymurləng ordusuna 14 il baş əyməyən Əlincə qalasına həsr edilir.
N a x ç ı v a n – C u l f a şosesi Çeşməbasar kəndindən sonra haçalanır. Sola ayrılan yol Əlincəyə gedir. Çeşməbasar və Güznüt kəndlərini keçəndən sonra yolun sol tərəfindən kiçik bir çay görünür. Bəzən köpüklənə-köpüklənə axan, bəzən də quruyan bu çay Xor gədiyində görünməz olur. Bu da təsadüfi deyil. Bir az diqqət yetirsəniz gədikdə yolun sağ və solunda kəhriz quyularınıgörərsiniz. Bu ali kəhriz deyil. ərəzin, Güznüt, Çeşməbasar və s. kəndlərin əkin sahələrini, bağlarını su ilə təmin etmək üçün Xor gədiyinin altında tunel vurulub, Əlincə çayının suyunun keçməsinə yol açılıb. Bel, külünglə qazılmış tuneli çəkənlərin hünərinə bu gün heyran qalmamaq olmur.
Xor gədiyindəki bu tunel babalarımızın işgüzarlığından, yer altında istiqaməti dəqiq müəyyənləşdirmək bacarığından, yüksək əkinçilik mədəniyyətindən xəbər verir. Gədikdə maraqlı yalnız tunel deyildir. Buradan İlanlıdağ bütün gözəlliyi görünür. Əlincə qalasınadək uzanan yolda bu dağ yolçuya “yoldaş” olur.
Bənəniyar, Saltax, Noraşen kəndlərinin başı üzərindən ucalan Gen dağını keçdikdən sonra Əlincə dağı görünür. Dağı aralıdan seyr etmək və dincəlmək üçün Noraşen kəndində 10-15 dəqiqəlik fasilə elan etmək olar. Elə oradaca yolun sağındakı yeməkxanada siz milli xörəklər sifariş verə bilərsiniz. Gəzintidən qayıdanadək sifariş verdiyiniz xörəklər hazır olar.
Sərt qayaları və qəribə görünüşü ilə ilk baxışda diqqəti cəlb edən Əlincə dağının zirvəsindəki qalaya əsasən üç yerdən – Xanağa kəndindən, Qazançı kəndi yaxınlığından və dağın qərb yamacından çıxmaq mümkündür. Bunlardan ən münüsibi və rahatı dağın qərb yamacındakı dərə ilə qalxan cığırdır. Vulkan mənşəli dağın hündürlüyü 1811 metrdir. Sərt qayaların arasındakı dərə ilə üzüyuxarı qalxdıqca qədim qala divarlarının qalıqlarına rast gələcəksiniz. Qalanın əsas divarı isə nisbətən salamat qalmışdır. Bişmiş kərpicdən tikilmiş divarı keçdikdə qarşınızda geniş meydan açılacaqdır. Teymurləng ordusuna baş əyməyən igidlər bu meydana sığınmış, özlərinə daldanacaq qurmuşlar. Sığındıqları qalanın möhkəmliyinə əmin olan igidlər tez-tez qaladan çıxıb Teymurləng ordusunun dəstələrinə hücumlar edib, pusqu qurub düşmənə təlafat veriblər.
Qalanın tikilmə tarixi müəyyənləşdirilməmişdir. Ehtimal ki, erkən orta əsrlərdə bura möhtəşəm qala olmuşdur. Bir çox tarixi mənbələrdə, eləcə də xalqımızın əvəzsiz abidəsi “Kitabi – Dədə Qorqud” da qalanın adı dəfələrlə çəkilir. Qalada yuxarıya pillə-pillə müdafiə divarları, qala yolunda isə keşikçi məntəqələri, bürc və səngər qalıqları durur. Qalan rəislərin və sərkərdələrin yaşadıqları bişmiş kərpicdən tikilmiş binaların və başqa yardımçı tikililərin xarabalıqları görünür. Tarixi mənbələrə görə Şahtaxtı adlanan bu sahədə 600 süvarini yerləşdirmək mümkünmüş. Qalada 7-dək hovuz qazılmış, onları su ilə doldurmaq üçün qayadan xüsusi arxlar çəkilmişdir. Çox təəssüf ki, bu hovuzların dərinliyini müəyyənləşdirmək istəyən “səyyahların” atdığı daşların ucbatından indi onlarda su qalmamışdır. Yalnız hovuzların birində indi də su qalır. Ehtimal ki, bu hovuzlar qala sakinlərini həmişə yox, çətin anlarda su ilə təmin edirmiş. Qalada yaşayanları su ilə təmin edən isə dağın şərq yamacında Xanağa kəndinin üstündəki qədim kəhriz olmuşdur.
Qala divarlarını keçib Xanağa kəndinə doğru endikdə yaşayış evlərinin qalıqlarını və eləcə də dərənin sağ və sol yamaclarındakı qala divarının yerlərini görmək mümkündür. Görünür ki, müdafiəçilər əsasən burada yaşayırmışlar və kəhriz də buradadırş baxımsızlıq üzündən kəhrizin suyu gah gəlir, gah da quruyurdu. Suyu saf və təmiz olan bu kəhriz haqqında xalq arasında belə bir əfsanə dolanır ki, bu adi su deyil, düşmənlərin öldürdüyü insanların göz yaşıdır.
Ötən illərdə Xanağa kəndinin gəncləri təşəbbüs qaldıraraq kəhrizi təmir etdilər. Indi kəhrizin suyu ilboyu axır. Bu kəhrizin maraqlı quruluğu var. Kəhriz quyularının hər birinin üstündə yaşayış binasının qalıqları görünür. Respublikamızın başqa yerlərində olduğu kimi, burada da kəhriz quyuları şaquli istiqamətdə qazılmayıb. Vəhşi heyvan yuvası kimi9 maili gedir və yer altında yenidən dönür. 2 – 3 döngədən sonra kəhrizin mənbəyinə çıxır. Görünür ki, qala müdafiəçiləri su mənbəyini düşməndən gizlətmək üçün kəhrizi bu üsulla qazmışlar. Xanağa kəndinin üstündəki qala düşmən hücumuna tab gətirməyəndə müdafiəçilər yuxarı – Şahtaxtına çıxarlarmış. Gecənin qaranlığından, düşmənin geri çəkilməsindən istifadə edib aşağı enər, yalnız məlum olan quyulardan düşüb kəhrizlərdən su götürürlərmiş.
Aşağı qala divarının içərisində olan yaşayış binalarından əsasən ikisi nisbətən salamat qalmışdır. Bunlardan biri maraqlı memarlıq quruluşu olan məsciddir. Bina tam bərpa edilmişdir. İkincisi isə məscid binası yaxınlığında aşkara çıxarılmış bina qalıqlarıdır. Tədqiqatçıların fikrincə burada silah düzəldilirmiş.
Məscidə və silah düzəldilən binaya baxdıqdan sonra Əlincə çayını keçib xanəgaha mütləq baxmaq lazımdır. Çayı keçəndən sonra yolun solunda kiçik bir bina var. Bu kənd çayxanasıdır. Yorğunluğunuzun çıxması üçün burada dincələ bilərsiniz. Çayçı İsmayıl sizə kəkotu, zirə, yarpız, qantəpər və sair otlardan hazırlanmış çaya qonaq edər.
Inqilaba qədər Xanağa kəndi Əlincə çayının sağ sahilində yerləşirmiş. Sovet hakimiyyəti illərində ağ günlərini yaşayan kənd böyümüş, genişlənmiş, çayın sol sahilində də yaraşıqlı binalar ucaldılmışdır. El arasında “Şüyxin türbəsi” adlanan gözəl memarlıq kompleksi Əlincə çayının sol shilində anağa kəndinin üstündəki dərədə yerləşir. Türbənin yaxınlığından kəhriz axır. Dərə boyu tut, qoz və söyüd ağacları əkilmişdir.
Tədqiqatçıların fikrincə Nəsiminin müəllimi Fəzlullah Nəimi bu xanəgahda dəfn edilmişdir. Binanın XIII əsrə aid olan tikintisi türbə binasıdır. XV əsrdə türbənin ətrafında xanəgah binaları tikilərək onun əvvəlki formasını xeyli pozmuşdur.
Təbiət həvəskarları da burada özləri üçün maraqlı müşahidələr apara bilərlər. Xanağa kəndinin içərisində Əlincə çayının sağ sahilində qayadan bir üzüm tənəyi sallanır. Çayxanadan bu üzüm tənəyi aydın görünür. Tənəyin nə vaxt əkildiyini xatırlayan yoxdur. Maraqlıdır ki, xəstəliklərə, quraqlığa həddən artıq davamlı olan bu üzüm tənəyinin məhsuldarlığı sabitdir. Bir də təbiət həvəskarlarını mağazanın yaxınlığındakı istiot kolu maraqlandıra bilər. Kəndin ərazisində belə kol bir neçə yerdədir. Muxtar respublikamız üçün nadir olan bu bitkini öyrənməyə dəyər.
əlincə qalasına iki günlük səyahətə çıxanlar isə ikinci gün Qazançı kəndi yaxınlığındakı buzxanaya, Berdik və Çətəndaş dağındakı buzxanalara, Xoşkeşinlə Xanağa kəndləri arasındakı mineral bulaqlara və s. baxa bilərlər. Maraqlı burasıdır ki, ən isti keçən dövrlərdə belə bu buzxanalarda – mağaralarda buz bu qışdan o qışa qalır.
Əlincə qalası ətrafındakı təsərrüfat da qalanın adı ilə “Əlincə” sovxozu adlanır. Sovxoz əməkçiləri əsasən heyvandarlıq və əkinçiliklə mə.ğuldurlar.
Əli Şamilov,
“Sovet Naxçıvanı” qəzeti
31 iyul 1984-cü il, sayı 178 (13. 916) |