Prezidentin istirahət saatlarında

 

PREZİDENT İSTIRAHƏT SAATLARINDA

QKTC prezidenti Rauf Denktaş haqqında

 

Dövlət başçıları, siyasi xadimlər siyasi əməyin ağırlığını yüngülləşdirmək üçün necə deyərlər, özlərində yeni qüvvə toplamaq, mənəvi təlabatlarını ödəmək xatirinə müxtəlif peşələrlə məşğul olurlar. Kıbrısa yola düşməmişdən əvvəl öyrənmişdim ki, Quzey Kıbrıs Cümhuriyyətinin  prezidenti Rauf Denktaş foto həvəskarıdır. Bu qarışıq anlarda, siyasi gərginlik gündən-günə artdığı bir vaxtda da fotoaparatını əlindən yerə qoymur.

1971- ci ildə türk orduları Kıbrıs adasına köməyə getmişdir. Ötən yüzilliklərdə adada üsyan da olub, qiyam da. Amma milli zəmində toqquşmalar olmayıb. İlk zəmində toqquşmalar bizim yüzilliyin məhsulu olub. Avropanın “xəstə adam” adlandırdığı Osmanlı imperiyasının ərazisi olan adanı 1878- ci ildə Böyük Britaniya işğal etdi. İngilis müstəmləkəçiləri adada öz hömnranlıqlarını qoruyub saxlamaq üçün milli münaqişə toxumu səpməyə başladılar. Nəticədə yunanlar türklərə ikinci dərəcəli xalq kimi baxmağa başladılar. Bu da türkləri qəzəbləndirir, öz haqqları uğrunda mübarizəyə səsləyirdi. 1960- cı ildə Böyük Britaniya adını müstəqil respublika kimi tanımağa məcbur olsa da onun əkdiyi nifaq toxumu uzun illər qan tökülməsinə səbəb oldu. Qarabağın dağlıq hissəsini Xristian dünyasının yardımı ilə yaradılmış oyuncaq Ermənistan respublikasına birləşdirmək istəyən millətçilərin “matsum” sədaları nə qədər günahsız qanların axmasına səbəb olursa Qrihasın başçılığı ilə adını Yunanıstana birləşdirmək istəyənlərin “enozis” bağırtıları bir o qədər qan tökülməsinə şərait yaradıb. Yalnız 1974- cü ildə Yunanıstandan gəlmiş qara zabitlərin köməyi ilə adadakı türk icmasına divan tutmağa başlanmışdır. Adanın təxminən üçdə birində yaşayan türklər yüzdə üç faizinə sıxışdırılmışdır. Türk ordularının köməyi türkləri fəlakətdən qurtardı.

Lakin Sandallar, Muratak, Atlılar və başqa köylərdəki toplum məzarlıq xalqın qəlbində yara kimi qaldı. Bu məzarlarda 16 günlük Seldun Ali Faiq də, 15 aylıq Betiç Hüseyn də, 65 yaşlı Rehmə Camal da uyuyur. Elə ailə var ki, ondan 15 nəfər öldürülüb. Bu soyqırımın dəst-xətti 1918-20- ci illərdə Ermənistanda və Xocalıda baş verən soyqırıma çox yaxındı.

Türkiyə öz haqları uğrunda döyüşən soydaşlarına yardım etdi. Lakin dünyanın qüdrətli dövlətləri Kıbrıs türklərinin azadlıq əzmini embarqolarla, hədələrlə qırmaq istədilər. R. Denktaş silahla qazanılmış müstəqilliyi 18 il gərgin siyasi dialoqlarla qorudu.

Adama elə gəlir ki, ağır və gərgin siyasi dialoqlar, təzyiqlər, təqiblər R. Denktaşı qaraqabaq, bədbin bir insana çevirə bilər. Şəxsi tanışlıqdan sonra görürsən ki, elə deyil. Bu ilin avqust ayının sonlarında Lefkaşada R. Denktaşla görüşdük (AXC sədrinin müavini Arif Rəhimovla birlikdə). Onunla incəsənətdən, xüsusən çəkdiyi şəkillərdən söhbət etmək istəyirdim. Vaxt isə məhdud idi. Qısa vaxtda R. Denktaş siyasi xadim kimi danışmağa üstünlük verdi. Odur ki, söhbətimiz siyasi yöndə getdi. Həmin söhbət zamanı R. Denktaşın dediklərini kiçik ixtisarla oxucularımıza təqdim edirəm:

 – Gəlişinizdən məmnun olduq. Qaqazda gedən qovğaları diqqətlə izləyirik. Azərbaycanın müstəqillik qazanması bizə qol-qanad verdi. Hürriyyətdən sonrakı saldırılarınız, qovğalarınız bizi üzmüşdü.

Hürriyyəti, baxımsızlığı qazandıqdan sonra mücadilə bitməz. Haqqımızı sonadək qorumaq, səbrlə dayanmaq lazım. Qazanılmış hürriyyəti qorumaq üçün də mücadilə lazım. Türkiyə baxımsızlığını imperialist güclərə  qarşı verdiyi mücadilə ilə qazandı. 70 ildir onun baxımsızlığını paramparça etmək üçün uğraşırlar. Amma türk xalqı və türk milləti öz baxımsızlığına sahib çıxmış, mücadiləni davam etdirmişlər.

Siz də baxımsızlıq üçün səbr etdiniz. Lazımi anın vaxtı çatanda mücadiləyə qalxdınız. Türk dünyasının birləşməsini önləmək üçün, yeni yaranan türk cümhuriyyətlərini parçalamaq üçün içərinizdə çaxnaşmalar saldılar. Bizim də başımıza o qovğalar gəlib. Bizi tanımamaq üçün dünyanın imperialist gücləri birləşdi. Ruma (yunana) yenidən hakim durmaq üçün təkyanlı qərarlara bir uğram verildi.

Bunun çarəsi tuzaqları (təpələri) vaxtında görməkdir. Türklük dünyasının birliyini qurmaqdır. Bu birlik təmasla, kominikasyonla olur. Biz bunlara hazırız. Nə qədər yapıla biləriz. Ticarət açıdan, ekonomi açıdan, kültüral açıdan biz sizlərə nə verə biləriz?! Bunları iyi dəyərləndirəlim. Qazıoğlu arkadaşımız ora üçün uzman olmağa başlamışdır. Burada bir arkadaşımız vardır. Canla-başla uğraşırlar.

Amerika dünyanı təkit etməsəydi biz indi dünyaca tanınmış ikinci türk dövləti olardıq. Bunu bizə çox gördülər.

Biz xoş niyyətlə neçə ildir rumlularla bir ortaq dövlət yaratmaq üçün danışıqlar aparırıq. Amma rumlular dünyanı yanında gördüyünə buna getmirlər. Bizi cəzalandırmaq üçün, bizi qurtardığına görə Türkiyəni cəzalandırmaq üçün əllərindən gələni əsirgəmirlər. Bizim də çətinliyimiz var. Amma əyilmirik.

Hürriyyət zor qazanılan, qolay qeyb edilən bir şeydir. Ümidsizliyə düşməyin. Düşərsinizsə hürriyyətiniz qayb olar. Sizlər güclü insanlarsınız. Güclü liderləriniz var. Onun üçün bu mücadilədə başara biləcəksiniz.

Elçibəyə bizdən salam söyləyin!

Rauf Denktaş Nyu-Yorkda bir ay sürmüş danışıqlardan gəlsə də yenidən oktyabrın sonlarında keçiriləcək danışıqlara hazırlaşırdı. Odur ki, vaxtını çox almadıq. Ayrılanda prezident özünün çəkdiyi foto-şəkillərdən tərtib etdiyi nəfis foto-albomu bağışladı. Quzey Kıbrısın şəhər və kənd mənzərələrini, insanlarını, təbiətini əks etdirən foto-albomu onu göstərir ki, R. Denktaş nikbin bir insandır. Həmin foto-albomdan bir neçə şəkli də qəzetimizin səhifəsində yerləşdiririk. Qoy oxucularımız prezident – fotoqrafın yaradıcılığı ilə də tanış olsunlar.

 

Əli Şamilov

“İncəsənət” qəzeti

25 noyabr 1992- ci il

 

Səh.3

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol