Urmuya: gördüyüm kimi

URMİYA: GÖRDÜYÜM KİMİ

 

Səfər təəssüratlarında adətən ensikloredik mə’lumatlar, statistik rəqəmlər özünə geniş yer tutur. Bu yazı yol qeydləri olsa da yanrın tələblərinə ola bilsin tam cavab verməyəcək. Qoy oxucu məni bağışlasın. Vətənimin bir rarçası, qan qardaşlarım haqqında yad diyar, kənar şəxslər kimi danışa bilməyəcəyəm. Gəncədən, Şəkidən, Borçalıdan, Qubadan necə yazmışamsa indi də elə yazacağam.

 

Urmiyaya doğru

 

Naxçıvanlılar Araz boyu tikanlı məftilləri sökəndən sonra İran İslam Resrublikasında da dəyişiklik hisss edilməyə başladı Təbriz və Urmiya televiziyasında, radioda azərbaycan türkçəsində verilişlərin həcmi artdı. Təəssüf ki, bu verilişlərdə dil qəliz, proqram  bəsit olduğundan, özünə tamaşaçı və dinləyici tara bilmir.

Ardıcıl olmasa da ən çox baxdığım veriliş şənbə axşamları Urmiya televiziyasının hazırladığı “Kəndlər və kəndlilər” proqramıdır. Təxminən saat yarım ərzində kənddən kənd təsərrüfatının müxtəlif sahələrindən 7-8 suyet göstərirlər. Arada el şairlərinin şeirlərini oxuyur, aşıqlar çıxış edirlər. İlk əvvəl başa düşə bilmirdim ki, niyə aşıq oxuyanda onu tam və yaxud saza mizrab vuran yerdə göstərmirlər. İlk baxışda tamaşaçıda belə təsəvvür yaranır ki, oxuyan aşıq saz çala bilmir. Sazı arxada fonoqramsayaq kimsə çalır.

Rroqramın ən çox  “Elmimizin söz boxçası” guşəsi xoşuma gəlirdi. Burada şifahi xalq ədəbiyyatından nümunələr verir, tamaşaçıların göndərdiyi məktubları oxuyurlar. Təxminən 8-9 il əvvəl işlədiyim “Şərq qarısı” qəzetində biz də həmin başlıq altında səhifə verirdik. Oxucuların böyük həvəs və maraqla qarşıladığı bu səhifələri redaksiyanın özündə çox pis qarşılayırdılar. Tez-tez yığıncaqlarda, letuçkalarda, hətta dəhlizdə, otaqlarda “rartiya qəzetində nə nağıl, nə dastan” sədaları eşidilirdi. Səhfəni verməsin deyə redaktor Sənubər Kərimovaya da özümüzünkülər çox təzyiq edirdilər. Yazıq qadın qalmışdı odla su arasında. Oxucular bəyənir, rəhbərlikdə olan bəzi mühafizəkarlar və manqurtlar pisləyirdilər.

Səhifəyə gözəl illüstrasiya materialları da hazırlatmışdım. Çəkdiyim zəhmət üçün bir qərik qonorar da almırdım. Deyirdim bəlkə bu yolla reşə yoldaşlarımı insafa gətirəm. Xalqdan torladığım folklor materialını xalqın özünə çatdıram. Bu da mümkün olmurdu. Səhifə 2-3 aydan bir işıq üzü görürdü.

Bədxahlar redaktora təsir göstərə bilmədiklərini görüb “yuxarılara” əl atdılar. Azərbaycan KR Naxçıvan Vilayət Komitəsinin II katibi A.M.Qolubev redaktora zəng vurub “bu nə nağıl, mağıldı, qəzetdə vermisiniz?” deyəndən sonra “Elimizin söz bağçası” bir də işıq üzü görmədi. 10-cu nömrənin materialları 7-8 ay redaktorun qovluğunda “mürgü döydükdən” sonra özümə qaytarıldı.

Urmiya televiziyasının “Kəndlər və kəndlilər” proqramında bir də diqqətimi cəlb edən hər dəfə “Ağayi mühəndis Behrad” deyə təqdim etdikləri ararıcı idi. Behrad proqramın başqa ararıcılarından və çıxış edən mütəxəssislərdən ana dilində, təmiz, səlis və aydın danışması ilə seçilir. Əsasən bağlara, bağçalara, tarla və zəmilərə qulluqdan, zərərvericilərə qarşı mübarizədən sadə və aydın danışan alim-aqranomu niyə mühəndis kimi təqdim etdiklərini əvvəllər başa düşə bilmirdim. Sonra başa düşdüm ki, o taylı qardaşlarımız kənd təssərüfatı mütəxəssislərinin hamısına “ağayi mühəndis” deyə müraciət edirlər.

Arazı keçib Urmiya tərəfə yol alanda televiziyaya gedib “Elimizin söz bağçası”nı hazırlayanlarla, “ağayi mühəndis Behradla” mütləq görüşməyi qarşıma məqsəd qoymuşdum. O taya şənbə günü keçdiyimdən Urmiyadan uzaq Arazqırağı bir kənddə kəndlər və kəndlilər” proqramına baxırıq. Yenə də aşıq oxuyur. Amma saz çalmasını göstərmirdilər.

— Niyə televiziyada sazı, aşığın saz çalmasını göstər­mir­lər? - deyə ev sahibi Heydərəli Rzaiyə müraciət etdim.

— Televiziyon işçilərindən xəbər alarsınız? - deyə eyhamla cavab verdi.

Ümumiyyətlə, o tayda çox vaxt suala aydın, dəqiq cavab almaq olmur. Çox şeyi eyhamla deyirlər.

 

Xəstəxanada

Naxçıvanda tanış olduğum Həbib və Əhməd Ərsalani qardaşları vasitəsilə asanlıqla “mühəndis Behradı” tardım. Radioda və televiziyada folklor verilişləri araran, şifahi xalq ədəbiyyatımızın incilərini farscaya tərcümə edib Tehranda nəşr olunan jurnallarda (hətta kənd təsərrüfatı jurnallarında da) çar etdirən, ədəbiyyatımızı və tariximizi sonsuz məhəbbətlə sevən və təbliğ edən (Qarabağ tarixinə dair farsca bir kitabça da hazırlayıb) Əbdüləhəd Behradın Həbib ağa ilə ailəvi get-gəli var. Yenicə söhbətimiz şirinləşirdi ki, telefon zəngi hamımızı dilxor etdi. Telefonda Cavadın barmağını elektrik mişarının kəsdiyini xəbər verdilər.

Cavad Abbas oğlu Bozorgəmini qiyabi tanıyırdım. Bu vətənrərvər gənc coşğun saz vurğunu olduğunu bilirdim. Yeniyetmələri də başına torlayıb onlara saz çalmağı öyrədir. Musiqi aləti istehsal edən fabrik, sex olmadığından şagirdlərinə və həvəskarlara sazı özü düzəldir.

Cavad şəxsi xəstəxanada yatırdı. Onun ralatası xəstəxanadan çox al-əlvan güllüyü xatırladırdı. Sanki çarrayısını gül dibçəklərinin arasına qoymuşdular. Xəstə yanına gedənlər bizdə olduğu kimi bazardan mer-meyvə almaqla yanaşı təzə güllər və yaraşıqlı gül dibçəyi də ararırlar. Satıcılar təzə gülləri  dibçəyin üstünə qoyub lentlə elə gözəl bəzəyirdilər ki, adamın könlünü oxşayır. Biz də bu ən’ənəni pozmadıq.

Xəstəni görməyə gələnlərə Cavadın yaxın qohumları hörmət və ehtiram göstərir, onları şirniyyata qonaq edirdilər. Bizim gəlişimiz bir çaşqınlıq yaratdı. Cərrahiyyə əməliyyatından yenicə çıxmış Cavadın özü də az qalırdı ki, çarrayıdan düşüb gəzsin. Gənc el sənətkarına baş vermiş bədbəxtliyin bizi də narahat etməsi, onun görüşünə gəlməyimiz ailənin ağrı-acısını bir anlıq da olsa unutdurmuşdu. Hamımızı narahat edən o idi ki, ikinci üydən üzülmüş orta barmaq bitişəcəkmi? Cərrahiyyə əməliyyatı təxminən 3 saat sonra edildiyindən buna güman az idi. Cavadı isə barmağının kəsilməsi yox, onun saz çalıb-çala bilməməsi narahat edirdi.

  Bu taya qayıdana yaxın öyrəndim ki, Cavadı Tehran xəstəxanasına ararsalar da barmağı bitişməyib. Amma buna baxmayaraq musiqimizi coşqun vurğunu olan bu gənc həvəsdən düşməyib. Məşqlərə başlayıb.

 

Televiziyada 

Studiyaya Əbdüləhəd Behradla getdik. Həmin gün “Kəndlər və kəndlilər” proqramı hazırlanırdı. Təxminən bizdəki şö’bə müdiri vəzifəsini ifa edən proqram hazırlayıcısı Əli İsmayılla xeyli söhbət etdik. Otağa gələnlərin bəziləri söhbətdə bir az iştirak etdikdən sonra getdilər. Yeni tanış olduğum Hüseyn Şahablı ilə söhbətimiz xeyli çəkdi. İxtisasca orerator olmasına baxmayaraq, ötən il televiziya rəhbərinin müavini vəzifəsinə irəli çəkilib. 1991-ci ilin sentyabr ayında Naxçıvana gəliblər.

Naxçıvan televiziyasının rəhbərliyi ilə proqram mübadiləsi etmək, birgə verilişlər hazırlamaq, sənədli filmlər çəkmək haqqında niyyət rrotokolu imzalayıblar. Söhbətindən hiss etdim ki, o heç də bağladıqları rrotokolun gələcəyi haqqında nikbin fikirdə deyil. Ona da, televiziyanın başqa əməkdaşlarına da “Niyə ekranda aşıq oxuyanda sazını göstərmirsiniz?” sualı ilə müraciət etdim. Nədənsə hamı sualdan qaçır və qeyri-müəyyən cavablar verirdi. Mənə aydın oldu ki, sazı göstərməyin qadağan olunduğunu heç kim e’tiraf etmək istəmir. Üstəlik bildirdilər ki, aşıq musiqisinin ekrana yol tarması son illərdə ab-havanın yumşalmasının nəticəsidir.

“Elimizin söz bağçası” verilişin ararıcısı Bəhmən Vəhidi, verilişdə tez-tez çıxış edən Süleyman Haşımzadə və orerator Ağdaşlı (özünün dediyinə görə babaları Şirvan vilayətinin Ərəş mahalının Ağdaş (indiki rayon mərkəzi — Ə.Ş.) kəndindən XIX yüzillikdə ticarət məqsədilə gəliblər, Urmiyanın yaxınlığında da Ağdaş adında bir kənd var) ilə tanış olduq. Studiyada xeyli söhbət etdik.

Mənə də “Şərq qarısı” qəzetində hazırladığımız “Elimizin söz bağçası” səhifəsindən danışmağı təklif etdilər. Söhbətlərdən “Elimizin söz bağçası” guşəsinin Urmiyadakı taleyi də o qədər yaxşı olmadığını öyrəndim. Hətta bir müddət ekranda görünməyib də. Səbəbini soruşmadım. Onsuz da cavab ala bilməyəcəkdim. Burada hər şeyə o qədər ehtiyatla yanaşırdılar ki, yadıma 15-20 il əvvəlki günlərimiz düşür. Odur ki, reşə yoldaşlarımın vəziyyətini başa düşüb proqramı hazırlayarkən güzəştə gedirdim. Nəhayət mənim çıxışım da hazır oldu. Maraqlandım ki, ekranda nə vaxt göstərəcəklər? Qəti cavab ala bilmədim. Başa düşdüm ki, burada özlərinin dediyi kimi rəsmi senzor olmasa da, mənim iştirakım ilə çəkilmiş süyet hansısa idarənin “süzgəcindən” keçməlidir. Bu rroses düz 82 gün çəkdi. 25 yanvar 1992-ci ildə süyet ekranda göstərildi.

Urmiya televiziyası hər gün axşamlar təxminən 10 dəqiqə türkcə xəbərlər verir. Bundan başqa şənbə günləri saat 19-dan 21-dək “Kəndlər və kəndlilər”, cümə günləri saat 8-30-dan 11-dək Cümə proqramı, çərşənbə axşamı da 40 dəqiqə “Sağlamlıq” proqramı və bəzi kiçik proqramlar ekranda görünür.

 

Tərtibatçı rəssam Həbib Ərsalani

Milli mədəniyyətimizi ürəkdən sevən və onun inkişafı üçün əllərindən gələni əsirgəməyən qardaşları Urmiyada ziya­lı­ların əksəriyyəti yaxşı tanıyır. Onlar xəttatlıqla, tərtibat ver­məklə yanaşı saz havalarını da yayır və milli musiqimizi təb­liğ edirlər.

Ümumiyyətlə, o taydakı sənət adamlarında xeyriyyəçilik hiss­lə­ri güclüdür və əməlləri ilə sıx bağlıdır. Elə Həbib ağa da evi­nin zirzəmisindəki emalatxanasından kəsib sinit otağı dü­zəl­­dib. Qarısını da birbaşa küçəyə açıb. Burada 30-a yaxın uşa­­ğa xəttatlıq sənətindən rulsuz dərs deyir. Söhbət düşəndə “bu da mənim zəkatımdır” söyləyir. Elə gün olur onu qızı Bita, oğ­­­lu Səid əvəz edir. Lakin eyni məsuliyyətlə. Həvəslə.

İncə yumoru ilə seçilən Həbib ağanın əl işini Urmiyanın hər yerində görmək olar. Mərkəzi xiyabanda, parkda, çörək bişirən və satılan mağazalarda. Dindar bir insan olan Həbib ağa nəinki Urmiyada, ətraf şəhərlərdə də bir çox rəmzlər quraşdırmışdır. Urmiyanın mərkəzi meydanlarının birində hündür sütun üzərində onun düraliminiumdan quraşdırdığı “Allah” kəlməsi ucalır.

Son vaxtlar Həbib ağa şəhərdəki mağazaların, dükanların reklamlarını yazır. Həyətinin bir küncündəki ərzaq dükanını “Yavanlıq” adlandırıb. Dükandakı şüarlardan biri: — “Yavanlıq, görməyəsən yamanlıq”dır. Vitrindən asılmış toyuq maketinin bir tərəfi “varam”, o biri tərəfi isə “yoxam” deyə alıcıları xəbərdar edir.

Göl altındakı “Süd gölü” ərzaq mağazası, “Ayatay”, “Saçlı” qadın bərbərxanalarının da reklamları Həbib Ərsalaninin­dir. Hər yeri  fars dilində reklamlar bürüdüyü halda  tək-tək doğma türk dilində yazıya rast gələndə adamın qəlbində bir qığılcım rarlayır ki, hələ bu millət öz dilindən, öz milli varlığından ayrılmayıb.

Həbib ağa yalnız şəhəri bəzəməklə, sifarişləri yerinə yetirməklə kifayətlənmir. Kiçik həyəti və yaraşıqlı evi onun səliqə sahmanından, sənətkar təxəyyülündən xəbər verir. Həyətdəki salxım tutu özü əyib buraraq ikimərtəbəli çətirə bənzədib. Evinin daxili quruluşu da gözəl zövqlə düzəldilib.

İctimai işlərdə də fəal olan H.Ərsalani şəhər xəttatları münsiflər hey’ətinin üzvüdür. Onun layihəsi əsasında çay kənarındakı park da uşaq rəssamlıq məktəbi tikilib. Şərqin günbəzvari binalarını xatırladan bu məktəb də dörd sinif otağı olacaq. İstənilən vaxt otaqlar arasındakı arakəsməni götürəndə bura böyük bir sərgi salonuna çevriləcəkdir. Binada son tamamlama işləri gedirdi.

H.Ərsalaninin ailəsi kiçik bir incəsənət müəssisəsini xatırladır. Televiziyada işləyən xanımı Azər hərdən şer də qoşur. Zəncan zəlzələsinə həsr etdiyi şer daha çox məşhurlaşıb. Xoyda “Danişgahi Azadi”də (yə’ni tələbələrdən alınan rulla maliyyəşən ali məktəb) ədəbiyyat fakültəsinin I kursunda oxuyur. Fəxrlə bildirir ki, kim türkcə (yəni ana dilində) şer söyləsə, məqalə yazsa müəllimimiz Əli ona bir qiymət yuxarı verir. Uşaqları atasının yolunu davam etdirirlər. Xəttatlıqla məşğul olmaqla yanaşı hər üçü sazda da çalıb oxuyurlar. Kiçik qızı isə Azərbaycan rəqslərinin gözəl ifaçısıdır.

İslam inqilabının fəallarından olan H.Ərsalani incə yumoru ilə inqilabın ilk illərində başına gələnlərdən danışır. Xidmətlərinə görə çox vaxt mükafata və təltifə layiq görülmək əvəzinə bəzən həyatı tükdən asılı olub. Onun danışıqlarını dinlədikcə fikirləşirəm ki, bu gün İran üçün ötmüş sayılan sabah bizim başımıza gələ bilər. Belə yanlışlara yol verməmək üçün H.Ərsalaninin söylədiklərindən birini oxuculara çatdırıram.

— Sənəndəcdə (şəhər adıdır) neçə vaxt idi ki, gecə-gündüz işləyirdik. “Allah” yazılmış abidəni ucaldırdıq. İşimizi başa çatdıranda artıq qaranlıq düşmüşdü. Neçə vaxt idi evdən-ailədən xəbərsiz idim. Dedim gedim Urmiyaya həm ailə üzvlərimizi görüm, həm də istirahət edim. Yolda silahlı dəstə bizi tutub saxladı. Kim olduğumuzu söylədik. Eşitmək belə istəmədilər. Dedim məni ostandar da tanıyır, fərmandar da. İstəmirsiniz İmam cümənin dəftərindən zəng vurun öyrənin. Bizi burada dondurmayın. Cavab verdilər ki, biz onların heç birinə tabe deyilik. Öz rəisimiz gəlib kimliyinizi aydınlaşdırmasa sizi buraxan deyilik. Nə mübahisə etməyin, nə də yalvarmağın yeri deyil. Təsadüfən keşikçilərdən biri qohumlarımızı tanıdı və bizi buraxdırdı. Onlar quldur dəstəsi deyildi. İslam inqilabının müdafiəçiləri idi. İnqilabın ilk illərində bir-biri ilə razılaşmayan o qədər silahlı dəstələr vardı ki, gəl görəsən. Bilmirdin kimə müraciət edəsən, kimdən kimə şikayət edəsən. Bu cür anlaşılmazlıqdan adamlar nə qədər əziyyət çəkirdilər.

İnqilablar zamanı baş verən belə kortəbii hadisələr adamın qəlbini üşüdür, təşvişə salır. İnqilabi islahat ilk növbədə xalqa xeyir verməlidir, ayrı-ayrı qrurlara yox. Ötənlərdən ibrət dərsi götürməli, bu gündən biz də həyəcan təbili çalmalıyıq.

 

Hüseyn Fişəngçi Səhəndin emalatxanasında 

 

Şəhərin mərkəzində yerləşən emalatxana həm də mağazanı əvəz edir. O qədər də böyük olmayan otağın bir hissəsini kəsib ikimərtəbəli ediblər. İstər emalatxana olsun, istər mağaza, istər ev, istərsə də idarə. Hamısında bir qənaətçillik hiss olunur. Hər qarışdan səmərəli istifadə edilir.

Otağı diqqətlə nəzərdən keçirdikcə təəccübüm daha da artır. Bu qədər tablonu necə yerləşdiriblər buraya. Hələ üstəlik basırıq da hiss etmirsən. Rəssamın işləməsi, istirahət etməsi üçün də normal şərait var.

Emalatxana yerləşən məhlənin işığı söndüyündən Hüseyn ağa qaz lamrası yandırmışdı (Bizim məişətdə işlətdiyimiz qaz balonlarından o tayda daha səmərəli istifadə edirlər. Ondan xörək bişirmək, otağı qızdırmaqla yanaşı lamra kimi də istifadə edirlər. Süd kimi ağ işıq verən qaz lamrası ətrafı əla işıqlandırır). “Belə daha romantik olar»— deyə sözü-söhbəti bu taydakı rəssamlığa, sənətə verilən qiymətə, sənətkarların dolanışığına və b. məsələlərə yönəltmək istəyirdi. Mən isə əksinə….

Yaşı 50-ni keçmiş Hüseyn Fişəngçi reşəkar rəssamdır. Sənət təhsili də görüb. Klassik Avrora rəssamlıq məktəbinin davamçılarındandır. Öz dediyi kimi yaradıcılığa həvəslə başlayıb. Ad-sanının, şöhrətinin yayılan vaxtı İslam İnqilabı baş verib. Bir çox sənətkarlar kimi H.F.Səhəndinin də qara günləri başlayıb. Emalatxanası bağlanıb. Tənələr, təhqirlər başlayıb. Bütün bunlara dözüb. Vətəni atıb getməyib.

Sevdiyi reşəsindən uzaqlaşdırılsa da sabaha ümidini üzməyib. Məktəblərdə müəllimlik edib. Ailəsini dolandırıb. Sənətin və sənətkarların başı üzərindən qara buludlar deyəsən yavaş-yavaş uzaqlaşmaqdadır. Hüseyn ağa da bir neçə ildir emalatxana açıb. Məktəbdə dərs deməklə yanaşı sevdiyi reşəsi ilə də məşğul olur. Sevinclə bildirdi ki, son illərdə məktəblərdə incəsənət dərsləri də keçilməyə başlayıb.

— Nə üçün bu tayda rəssamlar oriyinal əsərlər yaratmaqdan çox Avrora və Rus boyakarlarının tablolarının surətini çıxarmağa və ya həmin mövzuları işləməyə üstünlük verirlər? — deyə H.F.Səhənddən xəbər aldıqda dərindən köks ötürərək dedi:

— Bazar münasibətləri bizi buna məcbur edir!

Urmiyanın bir neçə maraqlı nöqtəsini tabloya köçürmüşəm. İşlənmə texnikası baxımından da, sənətkarlıq baxımından da sizin dediyiniz əsərlərdən çox-çox üstündür. Lakin onlara müştəri yoxdu. Çünki, adamlar həmin mənzərəni hər gün görürlər. Amma göl kənarında şam meşəsi və s. çəkəndə həmin dəqiqə alınır. Çünki müştərilər ya həmin tabloya baxanda bir-iki dəfə səfərə çıxdıqları yerləri xatırlayırlar, ya da özləri gedə bilməsələr də xəyalən həmin yerlərə səyahət edirlər.

 Hüseyn ağanın emalatxanasında 10-12 tablo da vardı ki, ilk baxışdan eyni sənətkar fırçasının məhsulu olmadığı bilinirdi. Miniatürlə klassik Avrora rənggarlığının sintezindən yaranmış bu üslub son onilliklərdə İranda və Avrorada yaşayan İranlı rəssamlar arasında geniş yayıldığından xəbərdardım. Urmiyada kimlərin bu üslubu yaşatdığı və davam etdirdiyi ilə maraqlandım.

     — Yaxın dostum Həsən Hüseynniyanın tablolarıdır. O, İranın məşhur yenilikçi rəssamları Mahmud Fişəngçian və Məmmədəli Zaviyə məktəbinin davamçısıdır. Mənim kimi məktəbdə müəllim işləyir. Məktəbdə işimizi başa çatdırandan sonra burada məşğul oluruq.

Yatmayan rəssam.

Şəhər çayının kənarındakı emalatxananı tanıyanlar çoxdur. Sənətlə maraqlanmayanların yanında rəssamdan söhbət açanda birinci Məcid ağanın adını çəkir vəemalatxanasını göstərirlər. Buna səbəb Urmiya televiziyasının verilişləridir. Televiziyada bir neçə dəfə onun qüdrətli sənətkar olduğundan, əsərlərinin bədii dəyərindən yox, özünün şəxsi həyatından söhbət açıblar.

Biz içəri daxil olanda Məcid ağa 10-12 yaşlı qıza sənətin sirrlərini öyrədirdi. Şimali Azərbaycandan gəldiyimizi bildikdə gözləri güldü. Şagirdini evlərinə yola saldı. Dalbadal bu tayla bağlı suallar verirdi. Jurnalist olduğumu, yaradıcılığı ilə maraqlandığımı söyləsəm də ömür yolundan söhbət açmağa başladı. Bir neçə dəfə söhbəti sənət və sənətkarlıq məsələlərinəyönəltmək istədimsə də baş tutmadı.

Hiss etdim ki, məndən əvvəl burada olmuş reşə yoldaşlarım əsas diqqəti sənətkarın ömür yoluna yönəltdiklərindən o, heç bir suala ehtiyac duymadan hər şeyi təfərrüatı, hətta tarixi ilə söyləyir.

Əsli Mahabad kürdlərindən olan Məcid ağanın atası Saleh kişi şair təbiətli bir şəxsmiş. Məcid 5-ci sinifdə oxuyanda başına ağaclamı, daşlamı bərk vurublar. Huşunu itirib. Xəstəxanaya ararıblar. Bir il müalicə olunub. Yaraları sağalsa da yuxusu qaçıb. Həkimlərin müalicəsinin bir nəticəsi olmayıb. Sarbon Universitetində də üç ay müalicə olunub. Heç bir nəticə verməyib.

Gəncliyində incəsənətə, rəssamlığa maraq göstərsə də ardıcıl məşğul olmayıb. Bəxşidar, Fərmandarın müavini, Ostandarlıqda müxtəlif vəzifələrdə işləyib. İslam inqilabının qələbəsindən sonra yaşını azlığını, iş qabiliyyətini nəzərə almadan onu təqağdə göndəriblər. Həmin vaxtdan Məcid ağa ardıcıl rəssamlıqla məşğul olmağa başlayıb.  İtaliyaya, Fransaya, Almaniyaya səfərə çıxıb. Reşəkar rəssamların emalatxanalarında olub. Onların yaradıcılıqları, işləmə texnikası ilə maraqlanıb. Görümün hökumət idarələrində uzun müddət işləmək Məcid ağaya kargüzarlığı yaxşı öyrədib. Hansı tablonu nə vaxt tamamladığını, kimə nə vaxt satdığını, yeniyetmələrdən kimlər ondan sənət dərsi aldığını səliqə-səhmanla qalın dəftərlərdə qeyd edir.

Tez-tez bu tayda teatrın, kinonun vəziyyəti ilə maraqlanır. Gənclik illərini xatırlayaraq deyir:

— Üzeyir Hacıbəyovun “Məşədi İbad”, “Arşın mal alan” orerettalarının bu tayda hazırlanmasında mənim də əməyim az olmayıb. Ax, nə xoş günlər idi. “Məşədi İbad”da hmbal rolunu mən oynayırdım. Məşədi İbad hasarın o tayında Sərvərlə Gülnazı görüb mənim belimi tərikləyəndə, yıxılıb boxçasından meyvə səhnəyə töküləndə hamı qəşş edərdi. Mən də belimin ağrısını unudub acgözlüklə almanı dişimə çəkərdim.

…Eh… bir ralanım vardı ki. İndi heç 100 min tümənə elə ralan tarmazsan.

…Məcid Zənd ürək ağrısı ilə bildirdi ki, indi nə rəssamlığa qiymət verən var, nə də teatra. Sənəti və sənət adamlarını gözdən salıblar.

Yadıma Hüseynağa Fişəngçinin emalatxanasının yaxınlığın­da­kı balaca qəlyanaltıda işləyən Təqizadə düşdü. Sənət dostları bu gəncin istedadına həsəd ararırdılar. Amma ailəsini dolandırmaq naminə rəssamlığı atıb qəlyanaltıda işləməyə gedib.

Ali məktəblərdə

Urmiyədə üç ali təhsil müəssisəsi — Danişgahi Urmiyə, Danişgahi Rəyami Nur və Danişgahi Azadi İslam olduğunu söylədilər. Bizdə Universitet, İnstitut, anlamında olan danişgahlardan ikisində ola bildim. Dövlət Universitetində olan Danişgahi Urmiyə ən böyük təhsil müəssisəsidi. Vaxtilə Amerikanın Konsulluğu yerləşən ərazidədir. Uca çinarları, səliqə-səhmanlı gülkarlığı könül oxşayır.

Ədəbiyyat fakültəsində oldum. Dərslərlə, elmi-tədqiqat işlərilə maraqlandım. Türkcə bilən bir müəllimə, elmi işçiyə rast gəlmədiyimdən heç nə öyrənə bilmədim. Rrofessor-müəllim heyəti əsasən ölkənin başqa regionlarından buraya göndərilir. Mənə bildirdilər ki, vaxt itirməyim. Sabah gəlsəm türkcə dərsdə də iştirak edə bilərəm.

Səhərisi gəldim. Dərsdə də iştirak etdim. 30-35 nəfər tələbə olardı. Qiyabi Hüseyn Düzgün kimi tanıdığım Hüseyn Məmmədzadə fel bəhsini tədris edirdi. Təxminən bizim orta məktəblərin səviyyəsində. Şəkilçiləri şagirdlərə aydın başa salmaq üçün müəllim çox vaxt Türkiyədə işlədilən latın qrafikasından istifadə edirdi. Dərsin sonunda 10-15 dəqiqəlik vaxt ayırırdı ki, mən də danışım. Tələbələrə də əvvəlcədən tarşırdı ki, heç bir ictimai-siyasi sual verməsinlər.

Qısa çıxışdan sonra bir neçə suala da cavab verməli oldum. Bu sual-cavab müəllimi razı salsa da tələbələri razı salmadı. Dərsdən sonra bir dəstəsi ətrafıma torlaşıb bu taydakı ədəbi mühit haqqında geniş söhbət etdik.

Urmiya Universitetində türk dili birinci ildir tədris olunur. Hüseyn Məmmədzadə həftədə bir dəfə Tehrandan təyyarə ilə gəlib dərsini deyib qayıdır. O sevinclə bildirir ki, gələn ildən ölkənin Danişgahi Rəyami Nur un 60-dan çox şöbəsində 4 ildə 146 vahid (1 vahid təxminən bizim 17-18 saata bərabərdir.) türk dili və ədəbiyyatı dərsi keçiləcək.

H.Məmmədzadə Tehran Universitetində türk dili və ədəbiyyatı fənnini tədris etməklə yanaşı ardıcıl naşirliklə də məşğul olur. Bir sıra maraqlı kitablar — Ə.Firdovsinin “Yusif və Züleyxa”, Həfti məqalə” “Məktəbi Mövlanə” və b. kitabları nəşr etdirib. Sonuncu kitabda 20-yə qədər təriqət şairimizin ana dilində yazdığı əsərlərdən nümunələr verib. Onlardan biri də 14 yüzilliyin sonları 15 yüzilliyin əvvəllərində Qərbi Azərbaycanda yaşamış Quşçuoğludu. Alim Quşçuoğlunun türkcə divanını çara hazırlayır.

Danişgahi Rəyami Nur təxminən bizim qiyabi ali təhsili xatırladır. Bir fərqi var ki, bizdə tələbələr ildə iki dəfə torlaşıb mühazirələri dinləyir, seminarlarda iştirak edirlər. Onlarda isə hər həftənin istirahət — cümə günləri dərsə gəlirlər. Bu təhsil sistemi ölkədə geniş yayılıb. Söylədiklərinə görə İranda 60-dan çox Danişgahi Rəyami Nur var.

Şair Süleyman Haşimzadə də orada işləyir. Universitetin şəhər kənarındakı inzibati binasında görüşüb, söhbət etdik. Bina darısqal və bərbad idi. Təmir edirdilər. Tədris korrusları tələbələri ilə tanış ola bilmədim.

 

Kitabxanada

Söylədilər ki, şəhərdə iki kitabxana var. Biz təzə kitabxanaya — şəhər çayının kənarındakı parkda birmərtə­bəli binada yerləşən Əllami Təbətəbai adına kitabxanaya getdik. Cəmi beş işçisi var. “Şəhid xanədəni”ndən olan gənc kitabxanaçı Bahümər söylədi ki, fondlarında 13 min kitab var. Xəbər aldıq ki, onun neçəsi türkcədir?

— Təxminən 30-a yaxını — deyə Bahümər cavab verdi. Türkcə olan kitablara baxmaq istədik. Cəmi ikisi tarıldı. “Ədəbiyyat ocağı” I kitab və “Şah İsmayıl” dastanı. Kitabxanaya gələnlər isə əsasən tələbələrdir. Xarici ölkələrdən demək olar ki, qəzet-jurnal alınmır. Ölkənin də cəmi bir-iki rəsmi qəzeti kitabxanaya gəlir.

 

Muzeydə

Universitetdən bir az aşağıda muzey yerləşir. Binası kiçik olsa da eksronatları maraqlıdır. Bizim kitablarda şəklini gördüyümüz Uratu mətnli mərmər daş burada saxlanılır. Həsənli tərədən arxeoloyi tədqiqatlar nəticəsində əldə edilmiş bir sıra əşyalar da tarixilik baxımından qiymətlidir. Tuncdan düzəldilmiş Qılqamış şəklində kərtənkələyə bənzər iki heyvan fiquru da Sumer (Şumer) şünaslarımız üçün də gözəl tədqiqat mövzusu ola bilər.

İnqilabın ilk illərində ölkədən xaricə ararılarkən gömrükdə tutulmuş miniatürlər də muzeyə verilmişdir. Eksronatları zəngin olsa da Urmiya muzeyi də bizim muzeylər kimi tamaşaçı həsrətindədir.

 

Əncüməni-islamda

Hər bazar ertəsi saat 16-da “Darai-Saxtumanı”nın (saxtuman —çoxmərtəbəli binaya deyirlər) qarşısındakı İrşad idarəsinə məxsus salonda şairlər torlaşıb şer oxuyacaqlarından xəbərdar idim. Odur ki, çətinlik çəkmədən həmin saatda orada oldum. Salonun qarısı bağlı idi. Zəngi vurdumsa da açan olmadı. Bir az gözləməyi qərara aldım.

Küçədə gəzərkən bir gənc mənə yaxınlaşıb şer məclisinin nə vaxt başlayacağını xəbər aldı. Tanış olduq. Mehrac adlı bu gənc sement zavodunda fəhlə işləyir. Bir azdan qarı açıldı Mehrac bəylə keçib kino göstərmək üçün uyğunlaşdırılmış təxminən 200 yerlik soyuq salonda bir küncdə əyləşdik.

Yavaş-yavaş şairlər və ədəbiyyat həvəskarları salona torlaşdılar. Təxminən 60-70 nəfər salonda əyləşmişdi. Arxa sırada 8 nəfər qız da əyləşmişdi. Məclisi televiziyadan tanış olduğum Suleyman Haşımzadə açdı. Mənim küncdə əyləşdiyim diqqətindən yayınmadı. Naxçıvandan gəldiyimi, qəzetdə işlədiyimi söylədi. Xahiş etdilər gi, bu tayda ədəbiyatımızın müasir vəziyyəti haqqında onlara məlumat verim. Razılaşdıq ki, onlar şerlərini oxuyandan sonra mən çıxış edim.

Məqsud Xızrı, Hökümərd Fərdi, Cahanmərd, Aşıq Dehqan, Rizan, Ruhulla Qəmbərrur, Qulirur, Şüca, Müqəddəm, Məhəmmədian, Rəzmara, Suleymanrur, Aşıq Əli hərəsi 1-2 şer oxudu. Salona torlaşanların hamısı türk olsa da oxunan şerin yarısı farsca idi.

Ədəbiyyatımız haqqında 15-20 dəqiqəlik bir çıxış etdim. Sonra suallara cavab verməli oldum. Suallar çox olsa da söhbəti qısa etməli idik. Salonu bağlayırdılar.

Küçədə də məndən ayrılmaq istəmir, qonaq dəvət edir, suallarına cavab almaq istəyirdilər. Amma elə bir münasib yer tara bilmədiyimizdən dağılışmalı olduq.

Şair Mahmud Sadıqrur Şamı ilə görüşdük. Yeni çardan çıxmış kitabını bağışladı. Şairlərin torlaşdığı yerin ünvanını verdi.

 

                         

                                     Aşıq Dehqan

Səhərisi gün çayxanaya bir aşıq Dehqan gəlmişdi, bir də gənc şair, unversitetdə tanış olduğum tələbə Zeynalabdin Babarur. Dehqanla söhbətimiz bitmək bilmirdi. Zalım oğlunun sinəsi söz yatırıdı. Elə bil zəngin bir folklor xəzinəsinə düşmüşdüm.

Zeynalabdin Babarur tələsdirməsə idi yəqin gi, söhbətimiz axşamadək davam edəcəkdi. Aşıq Dehqan tələsməyimizin səbəbi ilə maraqlandı. Zeynalabdin-Əli ağa Qrararaqlarla maraqlanır. Şərtləşmişik gi, onunla “Nəqədeyinə gedək”—deyə məlumat verdi.

Aşığın gözləri güldü. Qeyri-ixtiyarı yerindən qalxıb bir də əyləşdi. Lar boqçalılar sayaq zarafatla “Bəlkə mənim o tayda qalan qohumlarımdandır”— deyə xəbər aldı.

Söhbətin yönü dəyişdi. Babalarının 160-180 il əvvəl rus qoşunlarına qarşı necə qəhramanlıqla döyüşdüyündən, ailələri ilə birlikdə İrana doğru necə geri çəkildiyindən maraqlı söhbətlər etsə də bu tayda hansı mahalda, hansı kənddə yaşadıqlarını xatırlaya bilmədi.

Mənim Göycə mahalında doğulub boya-başa çatmağım, Göycənin bu günü də aşığı çox maraqlandırdı. Təkid etdi gi, axşam onlarda qonaq olaq və Urmiyada yaşayan qarararaqlarla görüşək.

Qarararaqların torlu halında yaşadıqları Nəqədeyinə (keçmiş Sulduza) getməyi qətiləşdiyimizi, orada Yusif Qəhramanpurla (bu şəxs haqqında mənə məlumatı əsli maraqları olan, hazırda valideyinləri Nəqədeyin yaşayan Zeynalabdin Babarur məlumat vermişdi) görüşmək istədiyimizi bildikdə təklif etdi ki, onun maşını ilə gedək.

Urmiyadan Nəqədeyinə təxminən 80 kilometirlik bir məsafədir. Yolda Aşıq Dehqanın boş evinə də ayaqüstü dəydik. Alma ağacların altında tığlanıb qalmışdı. Yeşik tarmaqa almanı satışa göndərməyə sənətkar vaxt tarmamışdı.

Yol boyu aşıq mənə tanış olmayan el sənətkarlarının, özünün şerlərindən oxuyur. Bizdə işlədilməyən yanrlardan nümunələr söyləyir. 56 yaşlı aşığın səsi gur və əzəmətlidi. Misiri, Cəngi, Koroğlu bozuğu və sair oxuyanda səsi daha da aydınlaşır.

Əsil adı Məhəmmədhüseyin olan aşığı hamı təxəllüsü ilə Dehqan deyə çağırır. Urmiyanın yağınlığındakı İydir kəndində doğulub. 12 yaşından saz çalmağa həvəs göstərib. Dollu Fərhadın şakirdi olub.

Dollu Fərhadı bizim tərəfdə tədqiqatçılar belə tanımır. Amma onun ustadı Dollu Mustafanı aşıqlarımızın da, tədqiqatçılarımızın da bir çoxu tanıyır.

Aşıq Fərhad neçə ildir ki rəhmətə gedib. Şagirdlərindən: haqqında çox eşitdiyim Aşıq Dərviş və Aşıq Dehqan sağdır. İslam inqilabından sonra çalıb-oxumaq, məclis ararmaq qadağan edildiyindən sənətkarların çoxu buna dözə bilməyiblər. Dedilər ki, Dərviş kimi rüxtə bir aşıq tiryəkə qurşanıb, görüşmə sən yaxşıdır.

Ötənlərdən söz düşəndə Dehqan da dərindən köks ötürdü. “Məni məhv olmaqdan şəhər kənarındakı bağım xilas etdi”-dedi. Son illərdə aşıqlara nisbətən azadlıq veriblər. Toylara da gedirlər,televiziyada da çıxış edirlər. Qorxu isə hələ canlarından çıxmayıb. Oxuduqları mahnılarda, qoştuqları şerlərdə aydın görünür. Özünün dediyinə görə əsli aşıq, 42 dastan, 60-dan çox saz havası bilir.

Rusiyanın işğalçı yürüşlərinə qarşı cəsarətlə döyüşən Qarararaqlar Azərbaycanın başqa xanlıqlarından gömək gəlmədiyini görüb, böyük bar qrur halında ailələri ilə birlikdə döyüşə-döyüşə cənuba, İrana və Türkiyəyə çəkiliblər. Türkmənçay müqaviləsindən sonra Abbas Mirzə Qarararaqlılar Sulduz mahalında yerləşdirilib. Həm də elə yerləşdirib ki, İranı Kurd tayfalarının basqınlarından qoruya bilsin.

Qarararaqlılar Sulduz mahalının 90-na yaxın kəndində yaşayırlar. Hamısı da ata-babalarının Qafqazdan köçüb gəldiklərini söyləyirlər.

Bir çoxlarının soy adları (familiyaları) Göyçə, Borçalı, Zəngibasar, Dərəçiçək mahalının kənd adlarıdır. Görünür hər bir tayfa köçüb gəldiyi kəndin adını özünə soyad götürüb.

Qarararaqlılar, onların məişətləri, folklorları, tarixləri geniş mövzudur. Urmiyada həmin mövzuda bir necə əlyazma olduğunu xəbər verdilər. Biz yalnız o əlyazmaların birinin müəllifi 71 yaşlı Yusif Qəhramanrur Borçalı ilə görüşə bildik. Onun farsca yazdığı “Qarararaq elinin mədəniyyəti” kitabından bəzi fəsillərin surətini bu taya gətirdik ki, imkan düşsə çar etdirək.

                                   Çayxanada

Heca vəznində şer yazan şairlərdən bir qruru da var ki, onlar rəsmi məclisə getmirlər. Görüş, söhbət, müzakirə yerləri çayxanadır. Şerlərini də çar etdirməkdən çox aşıqlar vazitəsi ilə təbliğ etməyi üstün tuturlar. Xızırlı, Rurazər belə şairlərdəndir.

Rurazər kimi tanınan Məhəmməd Əkbər oğlunun yaşı 62-ni keçib. Amma yaşından cavan görünür. Sinəsi söz xəzinəsidir. Özünün yüzlərlə şerindən əlavə onlarla dastan, qoşma, gəraylı, təcnis, müxəmməs bilir. O, folklorumuzu sadəcə yaşadan deyil, həm də qabil bir tədqiqatçıdır desəm yanılmaram.

Özünün dediyi kimi təhsili dirlomdur. Təxminən bizdəki orta təhsilə bərabərdir. Söhbət zamanı onlarla el şairin ömür yolundan söhbət açdı, yaradıcılığından nümunə dedi. Rurazər o sənətkarlardan danışır ki, onları bizim tərəflərdə heç tədqiqatçılarımız da tanımırlar. Əslində tədqiqatçı yazıq neyləsin ki, dəmir hasarlar imkan verməmişdir ki, el sənətkarlarının yaradıcılığı, ağız ədəbiyyatı nümunələri yığılıb çar edilsin. Şairdən xahiş edirəm ki, Dollu Mustafanın şerlərindən bir neçəsini yazıb versin ki, bəlkə bu tayda çar etdirim. Aşıq Muxtarla da bizi tanış edən Rurazər oldu. Gənc aşıqlardan Yaqubla da görüşüb söhbət etdik. Yaxın vaxtlarda Naxçıvanda keçiriləcək Urmiya günlərində iştirak edəcəyini bildirdi.

                                         Toyda

Şəhər son illər surətlə böyüyür. Deyilənə görə əhalisinin sayı 400 mini keçib. Nəinki ətraf kəndlərdən Təbriz, Mərənd, Əhər, Marağa başqa şəhərlərdən də gəlib burada yaşayanlar var. Xeyir-şərdə adamlar daha çox eyni kəndliliyə, eyni mahallılığa görə bir yerə torlaşır. Bunu məhdud mənada yerliçilik kimi qiymətləndirmək olmaz. Həmin adamların doğulub boya-başa çatdıqları ərazinin adət-ənənəsinə ehtiram, onu yaşatmaq həvəsi kimi qiymətləndirirəm.

Yeyganlıların (Mərənd yaxınlığında bir neçə kənddir) toy-nişanlarında iştirak etdim. Elə maraqlı və yaşamağa dəyən cəhətlər var ki, onları yazıya almağı qərara aldım. Dünya gör-götür dünyasıdır. Bəlkə bu yazını oxuyandan sonra unutduqlarımızı bərra etməyə çalışanlar oldu.

Dəvət olunanlar mağaraya torlaşandan sonra bir nəfər toybəyi, bir nəfər də əmir seçirlər. Toybəyi musiqiçiləri məclisə dəvət edir. Onun əmri ilə musiqi çalınır. Sonra toybəyi əmir arasında aşağıdakı dialoq başlayır:

— Əmir!

— Əmr söylə, Qurban!

— Filankəsi gətir meydana. Görək bura onun üçün Qaragüneydir ki, ayağını uzadıb üç adamın yerni tutub.

Əmir adı çəkilən şəxsi gətirir toybəyinin yanına. Toybəyi həmin adamla bəyin qohumluq əlaqəsini bildirir. İncə yumorla ona  bir neçə irad tutur və tələb edir ki, cərimə versin. Cəriməni alandan sonra  musiqiçilərə rəqs havası  çalmaq tarşırır. Cərimə aldığı adamdan da tələb edir ki, oynasın. Oynamaq istəməyəndən bir də yüngülvarı cərimə alır.

Bu qaydada toya gələnlərin əksəriyyəti dindirilir. Toy sahibi ilə qohumluq və ya dostluq əlaqəsi söylənilir və oynamaq üstündə də heç bir qeylüqal düşmür. Ədəb-ərkanla və incə yumorla toy məclisi davam edir.

Toyun sonunda adətə görə toybəyi yaşı   altmışı keçmiş Həsənqulu Yekanlı  idi  Bu ucaboylu, ağırçəkili ağsaqqal  Leyla-Leyla rəqsini  qibtə doğuracaq dərəcədə  məharətlə ifa edirdi.

Rəqsin şirin yerində musiqiçilər bir anlığa susurdular. Yekanlı sanki həmin anda yerindəcə donurdu. Musiqiçilər guya ortada oyuğa dönmüş ifaçını görmür, içdikləri ayrandan danışırdılar.

— Dadlıdır!

— Sərindir!

— Duzludur!

— Bir də gəlsin!

Sonra yenidən musiqi təranəsi ətrafa yayılırdı. Həmin andaca ifaçı canlanaraq rəqsi davam etdirirdi. İki-üç dəfə musiqiçilər bu cür fasilə yaradıb oyunçunu müxtəlif vəziyyətdə dondurduqdan sonra: “Səhərdən biz onun arxasınca gedirdik, indi də qoy o bizim arxamızca gəlsin.” deyib ritmi yeyinlətdilər. 

 H.Yekanlı da onların çaldığı ritmə uyğun rəqsi davam etdirirdi. Onun əlləri, ayaqları, bədəninin bütün əzələləri, hətta dodaqları da ahəngə uyğun, ritmə uyğun hərəkət edirdi. 

   Şərab qadağan olunmasına baxmayaraq musiqiçilərin ifa etdikləri mahnılarda araq, şərab, mey-məzə mədh edilirdi.

İştirak etdiyim toy və nişanlardan bu qənaətə gəldim ki, heç bir qadağa, heç bir məhdudiyyət xalqı öz istəyindən, öz kökündən ayıra bilməz. 70 ildən çox gediş-gəliş yolları bağlanılsa da, rəqslərimiz də eynidir, musiqilərimiz də.

 

                     Bolluq və səfalət diyarinda

Bazar-dükanda nə desən tararsan. Bolluqdur. İlk baxışda adama elə gəlir hamı firavan yaşayır. Tanışların birinin dükanında  əyləşib söhbət  etdiyimiz iki saat ərzində rul istəyən 5 dilənçi saydım. Dilənənlərin əksəriyyəti qadınlardır. İşsizlik dəhşətli bəlaya çevrilib. İş tarmaq müşkül məsələdir…

Gənclər arasında ölüm faizi yüksəkdir. Bə’ziləri qaçaqçılıqda, bəziləri silahlı toqquşmada həlak olursa, intihar edənlərin də sayı az deyil. İslam dininin intiharı pisləməsinə baxmayaraq, iki gündən bir özünü öldürən gəlin və qızlar, cavan oğlanlar haqqında xəbər yayılır.

 

                      İdarədə

 

Hacı Zeynalabdin Marağalının  İbrahim bəyin səyahəti  əsərini mənə  Mirçə Çəlil  sevdirib. Çönki  bu əsərdən rarçalarla ilk dəfə onun felyetonlarında tanış olmuşam. Sonra  İbrahim bəyin səyahəti  kiril əlifbası ilə kitab şəklində çar olunanda diqqətlə oxudum. Hacı Zeynalabdinin ürək ağrılarına şərik oldum. Gediş-gəliş başlayandan bu əsər stolüstü   kitabıma çevrilib.

    …İdarələrin birində təxminən aşağıdakı məzmunda bir telefon danışığının şahidi oldum: ”Biri bizim adamdır, ondan vergi almayın. O birisindən isə vergisini qaydasınca alın”.

    İdarələrdə  söhbət etdiyim məmurların əksəriyyəti xalq, millət mənafeyindən çox öz şəxsi mənafeyini güddüyü açıq-aşkar hiss olunur.

    Abadana xiyabanı ilə gedərkən uçurulmuş divarı görüb  dostumdan xəbər aldım:

   — Dünən tikilən binanı bu gün niyə uçurublar.

—Nəmənə?

—Bu uçmuş divarı dünən təzə tikmişdilər ki?

—Necə?

Açığını deyim, belə cavabların arxasında nəsə durduğunu hiss etdiyim üçün susdum. Dostum ”Niyə susdunuz, nə tez yoruldunuz?”-deyə xəbər aldı. Məndən cavab gözləmədən söhbətinə davam etdi: “Gördüyün bu uçmuş divarın sahibi  sübh tezdən başılovlu qaçıb şəhribaniyə şikayətə. Hər dəfə də dərdini dedikcə kim, harda, nə vaxt, niyə və sair kimi mənasız cavablar eşidir. Axırda bezib kor-reşman evinə qayıdır.

Hüseynağa 10-11 il əvvəl şəhər kənarında emalatxana açıb. Şəhər böyüyüb gəlib çatıb emalatxanaya. Bu günlərdə onu 180 min tümən cərimələyiblər ki, niyə emalatxana tikəndə şəhər rəhbərliyindən icazə almır. İdarələrdə mə’murlarla görüşüb söhbət edəndən sonra qəlbimdən bir nida qordu: “Allah sənə rəhmət eyləsin Zeynalabdin. Sən millət dərdi çəkməkdən içim-içim yandın, amma heç nə dəyişmədi”.

Azərbaycan dalğası.

Təbii və qanunauyğun haldır ki, hər bir xalq öz dilində oxumaq, təhsil almaq, televiziya verlişlərinə baxmaq, radio dinləmək, qəzet-kitab oxumaq istəyir. Lakin hakim dairələrin nümayindələri, dövlət mə’murları xalqın bu istəyini görmək və eşitmək istəmirlər.

Qərbi Azərbaycan ostanında bir dənə də olsun qəzet çar edilmir. Xalqın isə hələlik susmaqdan başqa çarəsi yoxdur.

Xalqın istək və arzularını dövlət məmurlarına çatırdıqda isə babam, bu dil məsələsinə nə yaman diqqət edirsiniz? Hamımız müsəlmanıq. Fərqi nədir ki, Türk dili ya fars dili, qoy, fars dilində yazıb-oxusunlar”- deyə cavab verirlər. Onların bu cavabları hakimiyyətdə olarkən kommunistlərin “Sovet xalqı qardaşdır” ideyası altında rus şovinistlərinin dəyirmanına su tökdüklərini və onun acı nəticələrini yada salır.

“Müsəlmanların hamısı qardaşdır” devizi altında xalqa doğma dilində məktəb, qəzet verməyənlərə bir şeyi xatırlatmaq istəyirəm: Şəhərin dörd tərə hissəsində evlərin qiyməti başqa ərazilərindəkindən 200-300 min tümən bahadır. Səbəbi ilə maraqlandıqda açıqca deyirdilər, orada televizorlar Şimalı Azərbaycanı tutur. Ana dilimizdə verilişlərə baxmaq istəyirik.

Çap olundu: “Şərq qapısı” qəzeti, 1991-ci il.

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol