Akademik Çingiz Qacarın “Xalqa məktubu”na münasibətim
Əli Şamil Akademik Çingiz Qacarın “Xalqa məktubu”na münasibətim http://turkustan.info/2017/03/16/akademik-cingiz-qacarin-xalqa-m%c9%99ktubuna-munasib%c9%99tim/ 16 Mart 2017 15:54 Xəbər xətti Əli Şamil “Akademik Çingiz Qacarın XALQA MƏKTUBU – Özəl” məqaləsini Turkustan.info saytında oxudum. Məqalənin dili əvvəlki müsahibəsi ilə müqayisədə çox səlis və aydındır. Mətbuat haqqında qanuna görə, bu yazı http://turkustan.info saytina deyil, müsahibə dərc olunan sayta göndərilməliydi. “Akademik Çingiz Qacarın XALQA MƏKTUBU – Özəl” məqaləsində bəzi fikirləri var ki, onlara mən fərqli yanaşıram. 1. Akademik Çingiz Qacar ağsaqqal, dünyagörmüş bir elm adamıdır. Yazısında nəvələri yaşda olan jurnalistlər haqqında “həyasız gənclər”, “oğlan uşaqları” ifadələrinin işlədilməsi, müsahibə sözünü dırnaq arasında verməsi, jurnalıstlərin “müsahibə”ni hansı məqsədlə” aldıqlarını vurğulamasını nə ağsaqqala, nə alimə yaraşdırmıram. 2. “Görünür, oğlan uşaqlarının avtoriteti, nüfuzu mənimkindən böyük imiş” ifadəsi də yerinə düşmür. Heç kim gənc jurnalistlərin “avtoritetinin, nüfuzunin” akademik Çingiz Qacardan böyük olduğunu deməyib. 3. Akademik Çingiz Qacar yazır: “Belə fikri gənclər Çaldıran savaşı haqda dediyim sözlərdən çıxarıblar – o uzaq zamanlarda Azərbaycanın ən böyük düşmənlərindən biri türklər olub”. Tarixi mövzuda neçə kitab müəllifinin belə bir cümlə işlətməsi oxucunu düşünməyə vadar edir və həmin kitabların müəllifliyini şübhə altına alır. Çünki Çaldıran savaşında nə Azərbaycan Dövləti vardı, nə də Türkiyə. Savaş Osmanlı və Səfəvi sülalərinin qurduqları dövlətlər arasında gedirdi. Hər iki dövləti idarə edənlərin, orduda döyüşənlərin də böyük əksəriyyəti türklər idi. Buna görə də, türklərlərin azərbaycanlılara düşmənçiliyindən söz açmaq məntiqsizdir. 4. “Ümumiyyətlə söhbət mənim müasir türk estrada musiqisini bəyənmədiyimdən və onun bizim musiqiyə güclü təsir göstərdiyindən başladı.Mən dedim ki, biz uzun müddət SSRİ-nin daxilində olanda belə bizim musiqiyə rus musiqisinin təsiri bir o qədər də olmamışdı. Burada isə 10 il kifayət oldu ki, Azərbaycan musiqisi özünəməxsusluğunu itirsin”. Məntiqdən uzaqdır. Heç kimə demək olmaz ki, filan musiqini sev, filan musiqini sevmə. Akademik Çingiz Qaçara da heç kim “müasir türk estrada musiqisini bəyən” demir. “Onun bizim musiqiyə güclü təsir göstərdiyini” də danmırıq. Görünür, Akademik Çingiz Qacarın xəbəri yoxdur ki, son 25 ildə Azərbaycanda iqtisadi vəziyyət ağır olduğundan, musiqiçilərimizə qayğı və diqqət yetirilmədiyindən Türkiyəyə nə qədər yüksək ixtisaslı musiqiçimiz gedib. Onlar Türkiyədə böyük işlər görüblər və hər yerdə də onların fəaliyyəti yüksək qiymətləndirilir. Sərhədlər aşıldığından, qadağalar, senzura aradan götürüldüyündən Azərbaycan musiqiciləri dünyanın hər yerindəki musiqiçilərlə əlaqə saxlayır, onlardan istədiklərini öyrənir və öz əsərlərini də yayırlar. “Biz uzun müddət SSRİ-nin daxilində olanda belə bizim musiqiyə rus musiqisinin təsiri bir o qədər də olmamışdı” fikri də həqiqətdən uzaq və keçmişə aludəliliklə bağlıdır. SSRİ dövründə Azərbaycan estradasının rus – Sovet estradasından təsirləndiyinə dair rus dilində kifayət qədər ədəbiyyat var. Azərbaycan musiqiçiləri də bunu qürurla yazırdılar. İndi onu inkar etmək və ya inkar etməyə çəhd göstərmək doğru deyil. 5. Akademik Çingiz Qaçar yazır: “ Məgər Azərbaycanı çox sevmək günahdır?” Axı onu heç kim Azərbaycanı sevməkdə günahlandırmır. Bəs nədən bu qənaətə gəlib? Yaxud yazır: “Məni pisləyənlərdən bir şeyi soruşmaq istərdim – siz özünüz Türkiyə üçün nə etmisiniz?” Anlaya bilmirəm, Azərbaycan vətəndaşı Türkiyə üçün nəsə etmədiyinə görə nədən suçlanmalıdır!? Azərbaycan vətəndaşı Azərbaycan üçün çalışmalıdır. Azərbaycanla Türkiyə arasındakı münasibətlər isə hökümətlər səviyyəsində həll edilir. 6. Akademik Çingiz Qaçar Türkiyə üçün gördüyü işləri sayır. Bunları saymağın nə dərəcədə doğru olub-olmadığını bilmədiyimdən susmağa üstünlük verirəm. Bəlkə, bu görülən işlər hərbi əhəmiyyətlidir? Bəlkə də onu heç mətbuatda hallandırmaq olmaz?
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol