Nemət Rəhməti ilə müsahibə

NEMƏT RƏHMƏTİ: ƏLAQƏLƏRİMİZƏ TƏKAN OLDU

 

Tanıtma: Nemət Rəhməti. Özünün dediyinə görə Urmiya əsilzadələrindəndir. 37 yaşı var, subaydır. Uzun müddətdir mühacirətdədir. Almaniyanın Hamburq şəhərində yaşayır. Universitetin şərqşünaslıq fakültəsində türkologiyadan dərs deyir. Onun təşəbbüsü ilə Azərbaycan dili və ədəbiyyatı kursu təşkil edilib. İndi universitetdə 60 nəfər gənc Nemət bəyin rəhbərliyi ilə dilimizi, ədəbiyyatımızı öyrənir. 1990-cı ilin noyabrında İstambul şəhərində keçirilən birinci millətlərarası Azərbaycan türk dərnəklərinin qurltayında müəyyənləşmiş üç mərkəzin (Bakı, İstambul və Hamburq (Avrora) rəhbərlərindən biri də N.Rəhmətidir. İkinci dəfədir ki, Muxtar resrublikamıza gəlir. Birinci dəfə AXC-nin I qurultayından sonra, bir də indi.

 

— Nemət bəy, Araz boyu çəkilmiş tikanlı məftillərin, mühəndis qurğularının sökülməsini harada eşitdiniz və sizə necə təsir bağışladı?

Naxçıvan adını nəinki Alman mətbuatında, heç Avrora mətbuatında, radio və televiziyasına çəkildiyinə rast gəlməmişdim. 1990-cı ilin yanvar ayının 1-də Alman televiziyası naxçıvanlıların sərhədlərdəki tikanlı məftilləri sökdüklərini xəbər verdi. Açığını deyim ki, xəbərə şübhə ilə yanaşdıq. Çoxumuz sevindiyimizdən şok vəziyyətinə düşdük. İnana bilmirdik ki, quş səkə bilməyən sərhəd qurğularını sökmək olar. Bu hadisə elə bil öləziləyən közü yelpiklədi. Sönməkdə olan vətən hisslərini alovlandırdı. Assimilyasiya olmaqda olan həmvətənlərimiz də elə bil yuxudan ayıldılar. Başa düşdülər ki, onlar vətənsiz deyillər. İlk təəssürat Almaniyada yaxşı oldu. Çünki həmin vaxtda Berlin divarları sökülürdü. Əvvəl faktı vermişdilər, sonra başladılar təbliğata. Guya Azərbaycanda islam fundamentalizmi güclənir, bütün mitinqlərin, nümayişlərin, sərhəd sökmənin mənası ondan ibarətdir ki, Azərbaycanda da, İranda olduğu kimi bir rejim yaradılsın. Bakı qırğını baş verəndə bütün təbliğatların əsil mənasını aydın başa düşdük. Ondan sonra biz mühacirətdə olan azərbaycanlılar da hərəkətə gəldik. Səfirliklər, nümayəndəliklər qarşısında toplantılar keçirdik, küçə yürüşləri təşkil etdik. Almaniyada əlimiz çatan yerlərə — qəzet və jurnallara, radio və televiziyalara, ictimai-siyasi xadimlərə müraciət etdik. Həqiqəti faktlar və sənədlərlə göstərdik. Onlar həqiqətin yayılmasında, aşkarlanmasında bizə yardımçı oldular. Amma gec idi. Bakıda yüzlərlə həmvətənimiz həlak olmuş və yaralanmışdı. Ən pisi  isə odur ki, xalqın mübarizlik, döyüşkənlik əhval-ruhiyyəsi bədbinliklə, kədərlə əvəz olunmuşdu.

Sərhəd məftillərinin sökülməsi, Bakı qırğını mühacirətdə olan azərbaycanlıları fəallaşdırdı, biri-birinə yaxınlaşdırdı desəm, yəqin edin ki, yanılmıram. Bu hərakat mühacirətdə olan azərbaycanlı qruplarının həm bir-biri ilə, həm də vətənlə əlaqəsini möhkəmlətdi.

— Kommunist reyimi laxlayandan, sərhəd simləri söküləndən sonra gəlib-gedənimiz xeyli artıb. Dünyanın müxtəlif ölkələrində yaşyan azərbaycan türkləri Osmanlı türkləri müxtəlif missiyalarla Azərbaycana gəlirlər. Siz buna necə baxırsınız? Özünüz hansı məqsədlə gəlibsiniz?

Bu məni ən çox düşündürən və və narahat edən məsələdir. Gediş-gəliş çox gözəldir. Dünya gör-götür dünyasıdır, deyiblər. Əgər uzun müddət vətən arzulayıb görə bilməyiblərsə indi buna şərait yaranıb deyə gəlirlərsə çox gözəl, qoy gəlsinlər. Əgər iş adamları çətin vəziyyət olan Azərbaycana kömək məqsədilə gəlirlərsə bu haqda düşünmək, ölçüb-biçmək lazımdır. Baxmaq lazımdır ki, onları kimlər göndərib və arxalarında hansı qüvvələr durub. Qorxuram ki, yağışdan çıxıb yağmura düşəsiniz. Rusiyanın istismarına qarşı çıxıb vuruşub qan töküb ondan azad olandan sonra başqa daha bir əzazilin istismarına məruz qalasınız, onun caynağından da qurtula bilməyəsiniz. Dünyanın varlı dövlətləri, varlı adamları Avrorada, Amerikada, lap elə Türkiyədə yaşayan türklərin əli ilə Azərbaycanı parça-parça, hissə-hissə zavod-zavod, fabrik-fabrik alarlar. Bir də ayılarsınız ki, burada yaşayanlara heç nə q  a l m a y ı b, s o s i a l i z m i şəxsi mülkiyyət hissini korşaldıb. Bu gün xammalı ərzağa və s. dəyişirsiniz. Heç kim bu alqı-satqıda nə qazanıb nə itirdiyiniz haqqında düşünmür. Əhalinin əksəriyyəti yalnız bir şey düşünür: mənim qarnım tox olsun. Su qiymətinə verilən xammal xalqın ümumi malıdı. O ki qaldı mənim gəliş-gedişimə ötən dəfəki gəlişimdə Azzərbaycan EA əməkdaşları ilə görüşmüşdük. Xahiş etmişdilər ki, Hamburq Universiteti ilə onlar arasında əlaqə yaradım. Deyəsən onların arzuları reallaşıb. Hamburq Universitetinin səlahiyyətli nümayəndəsi kimi Azərbaycan EA ilə əməkdaşlıq haqqında müqavilə bağladıq. Bu müqaviləyə əsasən azərbaycanlı tələbələr və aspirantlar Hamburq Universitetində təhsil alacaqlar, alimlər isə laboratoriyalarda alman mütəxəssisləri ilə birlikdə müştərək işləyəcəklər.

O ki qaldı Naxçıvanda başqa görmək istədiyim və görəcəyim işlərə, yaxşı olar ki, həmin məsələ barədə üçüncü gəlişimdə söhbət edək.

Elə üçüncü görüşün arzusu ilə sizə xoşbəxtlik arzulayıram.

 

Müsahibəni arardı: Ə.Hüseynoğlu        

 

“Şərq qarısı” qəzeti, 31 dekabr 1991

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol