Əli Şamilov
DOĞMА ЕLLƏR: QAŞQAYLAR
İrazda, Zaqros dağlarının әtәklәrindә, 20-60 kilometr enindә, 500-1000 kilometr uzunluğunda bir әrazi zolağında yaylaq-qışlaq hәyatı sürәn qaşqaylar ilin 3-4 ayını köç yollarında keçirirmişlәr. Yaşadıqları yurdu (evi) qara çadır adlandırırlar. (Qaşqaylarda qara yalnız rәng anlamında deyil. Qara qovurma, qara qurud, qara ney vә b. qara ilә bağlanan çox söz işlәdilir. Qara ney bizim qara zurna ilә Özbәklәrin gәrәnayına oxşar bir musiqi alәtidir. Bir metrdәn çox uzunluğu olan bu musiqi alәtindәn әn çox toylarda böyük nağara ilә birlikdә istifadә edilir).
Qara çadırın üst hissәsi keçi qәzilindәn sıx toxunmuş keçәdәn, çıq, ya çit adlandırılan yan hissәlәri isә qamış vә keçi qәzilindәn hazırlanır. Keçi qәzili yuna nisbәtәn gec çürüyür vә yağış yağanda tüklәr şişәrәk su buraxmır. El adәtәn elbәy tәrәfindәn bir ailә kimi idarә olunub. Ona görә dә qaşqaylar arasında sinfi mübarizә deyilәn şey olmayıb. Böyük qoyun sürülәri, at ilxısı, qaramalı, gözәl çadırları olan birisi, tәbii fәlakәt, sel gәlmәsi, qışın sәrt keçmәsi vә s. nәticәsindә müflislәşsә, bütün el yığışıb ondan öz yardımını әsirgәmir. Müflislәşәnә hәrә bir toğlu, dana, yorğan, çadır, qab-qazan vermәklә onu dilәnçi vәziyyәtinә düşmәyә qoymayıblar. Ağılsızını, bacarıqsızını, şikәstini dә el yola verib. Qaşqaylar bir-birini dolandırmaqla kifayәtlәnmәyib, yaylağa, qışlağa gedәndә yol boyundakı kәndlәrin, qәsәbәlәrin kasıb tәbәqәsinә pulsuz şor, qatıq, ayran, pendir, әt, yun, dәri vә s. veriblәr. Bunu da bir savab iş sayıblar. 1962-ci ilin yayında Mәhәmmәd Rza Pәhlәvinin torpaq islahatı ilә bağlı verdiyi qanun yazda yaylağa, payızda qışlağa köçәn qaşqayların yaşam tәrzini dәyişdirdi. 216.984 kvadrat kilometrlik geniş bir әrazidә daim hәrәkәtdә olan Qaşqay eli oturaq hәyata keçmәk mәc - buriyyәtindә qaldı. Bu da o qәdәr asan baş vermәdi. Qarşıdurmalar da oldu, qan da töküldü. Amma hökumәtlә hökumәtlik etmәk mümkün olmadı. Qaşqayların әn sıx yaşadıqları yer Fars ostanıdır. Firuzabad şәhәrindә yaşayanların da 70-80 faizi qaşqaylardır. Mәrkәzi Şiraz olan Fars ostanında, Yәzd, Kirman, İsfahan, Çahar-Mahalu Bәxtiyari, Kuhgiluyә vә Buyer-Əhmәd, Xuzistan vә Hürmüzqan ostanlarında da toplu halda yaşayırlar. Yüzillәr boyu farsların arasında yaşamalarına baxmayaraq, qaşqaylar hәlә dә bizim fars vә әrәb dillәrindә işlәtdiyimiz bәzi sözlәri türkcә işlәdirlәr. Mәsәlәn, bizim "sahib" dediyimiz sözә onlar "әyә" deyirlәr. "Əyә" - "yeyә" sözü bizdә dә işlәdilir. Şair әvәzinә yırçı, şeir deyәn әvәzinә yırlayan vә s. deyirlәr. Axşam Azәrbaycandan gәlәn qonaqların şәrәfinә Nәsir Əkbәrinin bağında toplantı vardı. Toplantıya 30-dan çox ziyalı qatılmışdı. Onlardan Manoçehr Kiyanini ilә Atatürk Kültür Mәrkәzi Başkanlığının 1999-cu il martın 18-20-dә Elazığ şәhәrindә keçirdiyi türk dünyasında Novruz şölәnindә tanış olmuşduq. Manoçehr Kiyani ilә sonralar bir neçә elmi toplantıda da görüşdük. Qaşqayların tarixi, etnoqrafiyası, folkloru ilә bağlı bir neçә kitabı vardı. Hәtta istәdik ki, onun qaşqay folkloru ilә bağlı yazıları әsasında AMEA Folklor İnstitutunda bir “Qaşqay folklor antologiyası” kitabı da çap edәk. İşә başlamaq istәyәndә gördük ki, Manoçehr Kiyani folklor materiallarını toplayıb çap etdirәrkәn pasportlaşdırmadığı bir yana, fars dilinә tәrcümә edәrkәn dә sәrbәstliyә yol verib. Bu da institutumuzun qaydalarına uyğun gәlmәdiyi üçün başlanmış iş yarıda qaldı. Manoçehr Kiyanini Bakıya da teztez gәldi. AMEA Fәlsәfә vә Hüquq İnstitutunda doktorluq müdafiә etdi. Mәnim diqqәtimi çәkәn Manoçehr Kiyaninin xanımının adının Turan olması idi. XX yüzildә dövlәt siyasәtindә fars milliyәt - çiliyi hakim olduğu bir zamanda valideyn - lәrin qızlarına Turan adını qoymasını cәsarәt tәlәb edirdi. Toplantıya qatılanlar arasında Kavә İrәvani, Qulamrza Rәncbәr İgdir dә vardı. Söhbәt zamanı öyrәndim ki, onlar soyadlarını qaşqay eli içәrisindәki İrәvani vә İgdir tayfalarından alıblar. Yәni indiki İğdır vә İrәvan bölgәsinin adlarından. Mәclisdә ağsaqqal şair, “Gaşqay sözlüyü”nü hazırlayan Əsadullah Mәrdaniyә dә hörmәtlә yanaşırdılar. Mәclisdә uşaq әdәbiyyatını inkişaf etdirmәyә çalışan gәnc qadın yazarlarla da tanış olduq. Tanışlıq vә ürәk sözlәrimizi söylәdiklәrikdәn sonra Əfşin Hatәmidәn, Əli Bәhmәn - yarıdan, Sasan Kәrimidәn, Sәid Gorqinpur, Milad Şәhriyaridәn, Xosro Setorkniadan ibarәt gәnc musiqicilәr qrupu gözәl bir konsert tәşkil etdilәr. Konsertdә qaşqay mahnılarından başqa bir mahnı eşitmәdim. Şirazda qaşqay evlәrindә qonaq olarkәn kәndimizi xatırladan çox şeylә rastlaşırdım. Tәxminәn 1960-cı illәrdә kәndimizdә birinin evinә Gәncәdәn, Bakıdan, İrәvandan vә b. yerlәrdәn bir qonaq gәlәndә hamı oraya toplaşar, söhbәt edәr, yeyib-içib gedәrdilәr. Sonra növbә ilә qonağı evlәrinә dәvәt edәrdilәr. Hәr dәfә dә qonaq hansı evә gedәrdisә, adamlar da oraya, qonağın başına toplaşardılar. 1980-ci illәrdә bu әnәnәnin aradan qalxdığını gördüm. Qaşqaylarda isә bu әnәnә hәlә dә yaşayır. Kimin evinә gedirdiksә, oraya xeyli adam gәlirdi. Gәlәnlәr hәm dә xanımları, övladlarını da gәtirirdilәr. Ev sahibinin dәvәt etmәdiyi, bәzәn tanımadığı bu adamların gәlişindәn rahatsızlıq duyduğunu hiss etmәdim. Əksinә, xoşhal olduğunu gördüm. Şiraz Universitetinin salonunda tәşkil edilmiş konsertә dә qaşqay geyimindә getdim. Musiqicilәrdәn bәzilәri ilә Girәsunda tanış olmuşduq. Bir müsiqiçinin әlindәn tutub sәhnәyә gәtirdiyi (deyәsәn, gözlәri görmürdü) ağsaqqalı salondakılar ayağa durub sürәkli alqışladılar. Aparıcı elan etdi ki, Fәrhad Qorqinpurun qaşqay musiqisinin tәbliğindә vә müsiqiçilәrinin yetişmәsindә rolu böyükdür. Onun övladları da musiqiçidir. Fәrhad Qorqinpur bir neçә mahnı çaldıqdan sonra onu gәlәndә olduğu kimi ,gedәndә dә alqışlarla yola saldılar. Sonra ansambl sәhnәyә çıxdı. Girәsundan tanıdığım İbrahim xan Kohendli Purun “Koroğlu” dastanından oxuduğu gözәl “Beş durna” mahnısı hәr kәsi kövrәltdi. Gur sәslә, qәhrәmanlıq ruhunda oxunan bu mahnıda hәzin bir kәdәr vardı. Dara düşәn qәhrәman dәrdini durnalara deyir, onlardan dara düşdüyünü dәlilәrinә xәbәr aparmalarını istәyir. Konsertә әksәriyyәti ailәli gәlmişdi vә çoxu da, xüsusәn xanımlar qaşqay milli geyimindә idi. Musiqiçilәr iki-üç saat öncә hәmin salonda konsert versәlәr dә yorğunluqları hiss edilmirdi. İranda olduğum müddәtdә iştirak etdiyim konsertlәrdә adәtәn kişi musiqiçilәr arasında qadınları, qadın musiqiçilәr arasında da (qadın musiqiçilәr çalıb-oxuyan konsertlәrә adәtәn kişilәr buraxılmır. Qonaq olduğumuzdan hәrdәn mәnim belә konsertlәrdә iştirakımı görmәzdәn gәlirlәr) kişilәr olmur. Şirazdakı qaşqay musi - qiçilәri arasında iki gәnc qız ifaçı vardı. Özü dә o qәdәr dә çox örtünmәmişdilәr. İranda rejim qadınların saçının görünmәsini qadağan elәsә dә, qaşqay xanımları küçәdә olduğu kimi, orkestrdә çalanda da saçlarının yarısı görünürdü.
Çap olundu: Doğma ellər: qaşqaylar, “Vətəndaş cəmiyyəti”, jurnalı 2018-ci il, isayi 7(118), iyul, səh.38-39. http://cssn.gov.az/documents/VC%20jurnalı-iyul-2018.pdf |