Sənətkarın Bakı həsrəti- Kərim Sidqi Ruhi

SƏNƏTKARIN BAKI HƏSRƏTİ- Kərim Sidqi Ruhi

 

1990-cı ilin noyabrında Təbrizdə Cəlil Mükəbbirlə tanış olduq. Bir gün sonra Təbrizdə yaşayan rəssamlardan Murtuz Sadiq Naxçıvanlı, Kərim Sidqi Ruhi, Mirmahmud Ələvi Vahid, Pərviz İzzətpənah və Cavadla Cəlilin evində görüşdük. Gecədən keçənədək söhbət etdik. Bu söhbətlər nə onların, nə də mənim yanğımı söndürə bildi. Onlar heykəltəraşlarımız haqqında bilgi əldə etmək istəyirdi, mən də onlar haqqında sonrakı səfərlərimdə Təbrizli sənətkarların ömür yolları, yaradıcılıqları ilə daha yaxından tanış ola bildim. Kərim Sidqi Ruhi sayılıb-seçilən rəssamlardan biridir. Avropa boyakarlıq məktəbinin ənənələrini yaşadır. İxtisasca ədəbiyyat mütəxəssisi olan, ömrünün gənclik çağlarında bir neçə il Böyük Britaniyada yaşayan Kərim Sidqi Ruhi sənət dərsini Davud İmdadiandan alıb. Hazırda Parisdə yaşayan, İranda rəngkarlıqla miniatürlərin sintezi əsasında tablolar yaradan D. İmdadianın sənət yolunu davam etdirənlər çoxdur. Amma nədənsə Kərim bəy ustadının üslubunu yaşatmamış, klassik Avropa Rəssamlıq məktəbinin getmişdir. Yağlı boya ilə işlədiyi tablolarda natürmortlar, təbiət mənzərələri üstünlük təşkil edir.

Kərim bəyin içində bir Bakı yanğısı da var. Rəsmi bir nümayəndə heyətinin tərkibində 1991-ci ildə Bakıya gəlib.

Hələ üstəlik Opera və Balet Teatrında Ü. Hacıbəyovun “Leyli və Məcnun” əsərinə də baxa bilib. Amma tamaşaya sonadək baxa bilməyib.

Kərim Sidqi Ruhinin içində isə Bakının muzeylərində gəzmək, teatrlarında tamaşalara baxmaq, rəssamları və heykəltəraşları ilə şəxsən görüşmək yanğısı varmış. Get-gəlimiz artdıqca Kərim Sidqi Ruhinin arzularını reallaşması da yaxınlaşır.

Yaşı 50-ni haqlamış müəllim-rəssam əsərlərinin bir neçəsinin foto surətini ayrılanda bizə bağışladı. Biz də onları tamaşaçıların mühakiməsinə veririk.

 

Əli Şamil

“İncəsənət” qəzeti, may-iyun 1997-ci il

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol