Sel arxeoloqun bələdçisidir

SEL ARXEOLOQUN BƏLƏDÇİSİDİR

May ayında yağan leysan yağışlar xalq təsərrüfatına xeyli zərər vurdu. Son onillikdə çaylar belə daşmamışdı. Sel yalnız çay yataqlarındakı əkinləri, qurğuları yumadı. Yamaclarda salınmış tarlalarda yarğanlar açdı, qum-çınqılı axıdıb əkin sahələrini örtdü.

Dağlar qoynunda yerləşən Şahbuz rayonunun Mahdudoba kəndi də bu leysanlardan xeyli zərər çəkdi. Kəndin sakinləri isə mütəşəkkilliklə selin yaratmış olduğu çətinlikləri aradan qaldırdılar. Günlər yenə də adi qaydasında davam edirdi. Bu gün də camaatın şəxsi davarlarını otarmaq növbəsi Vaqif İbrahimova çatmışdı. O, örüşü yaxşı tanıyırdı. Sürünü kəndin cənubundakı yamacda – hamının Çobanulayan adlandırdığı sahədə otarırdı. Hava rütubətli olduğundan davarlar quzeydə rahat otlamırdılar. Odur ki, Vaqif tez-tez sürünün istiqamətini dəyişməyə tələsirdi. Yenə də tələsik yamacı aşmaqda olan keçiləri qaytarmağa qaçanda ayağı quyuya düşdü. Özünü düzəldib diqqətlə ayağının düşdüyü quyuya baxdı. İlk baxışda elə bildi ki, bu köhnə bir təndir yeridir. Keçiləri qaytardıqdan sonra gəlib diqqətlə və səliqə ilə quyunun ağzını təmizlədi.

Məlum oldu ki, təndir hesab etdiyi böyük bir küpdür. Ətrafı da diqqətlə nəzərdən keçirdi. Selin yuyub yarğan açdığı yerdə də bir böyük küp qırılmışdı.

Biz kənddə olanda artıq tapılmış küplərdən ikisini kəndə gətirmişdilər.

Şahbuz rayon mədəniyyət şöbəsinin müdiri B. Qurbanov bildirdi ki, bu küpləri yeni təşkil etdikləri diyarşünaslıq muzeyinə aparacaqlar.

Mahmudoba kəndində Azərbaycan SSR EA Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri Vəli Əliyevlə görüşdük. O da bizim kimi kəndin ərazisində tapılmış küplərlə maraqlandığı üçün gəlmişdi. Tapıntı haqqında məlumat verməsini xahiş etdikdə dedi:

Təsadüfən aşkara çıxmış küplər orta əsrlərdə istehsal edilmişdir. Bu qırmızı məişət günləri yerli ustaların məhsuludur. Küplərdən birinin hündürlüyü 1,05 metrdir. Köbəsinin diametri isə 2,55 metr olan bu məişət qabları alçaqdabanlı olub sadə qoşa yapma kəmərlə üç yerdən bəzədilmişdi. Ağzının diametri iç tərəfdən 26 santimetr, çöl tərəfdən isə 36 santimetrdi. Apardığımız müşahidələrdən bu qənaətə gəldik ki, Mahmudoba kəndindən təxminən 2-3 kilometr aralıda, dağ yamacında yerləşən Çobanulayanda qədim dövrlərdə və orta əsrlərdə terras üsulu ilə əkilmiş üzüm bağları mövcud imiş. Həmin yerdə üzüm bağlarını təmin edəcək qədər su mənbəyi yoxdur. Görünür ya göl düzəldilibmiş, ya da haradansa arxlarla su gətirilirmiş.

Diqqətimizi küplər cəlb etsə də kəndin ərazisində ilk kəşfiyyat xarakterli axtarışlarımız bizə daha qədim dövrə dair materiallar verdiş İbrahim Vəliyevin ev tikərkən aşkara çıxardığı gün qəbirlər, kəndin ərazisindən tapılıb Şahbuz diyarşünaslıq muzeyinə qoyulmuş alət və avadanlıqlar, axtarış zamanı əldə etdiyimiz maddi-mədəniyyət nümunələri sübut edir ki, Mahmudoba kəndi ərazisində tunc və ilk dəmir dövründə yaşayış olub. Eramızdan əvvəl II-I minilliyə aid maddi-mədəniyyət nümunələrinə Şahbuz rayonu ərazisində ikinci dəfədir ki, rast gəlirik.

Təsərrüfat işləri görülərkən əvvəllər də burada daş qutu qəbirlər qurudulmuş və bir sıra abidələr aşkara çıxarılmışdır. Çox təəssüf ki, bu haqda vaxtında mütəxəssislərə məlumat verilməmişdir. Kəndin ərazisindən tapılmış gil qablar əsasən boz və qara rəngdə olub Naxçıvanın son tunc vəilk dəmir dövrünün mədəniyyəti ilə səsləşir.

Kəndin ərazisindən tapılmış monoxrom və boyalı qablar və cilalı qablar isə orta tunc dövrünə aiddir. Dən daşları, həvəngdəstələr, sürtgəclər və s. isə qədim Naxçıvan əkinçilik mədəniyyətini xarakterizə edən əmək alətləridir. Bütün bunlar sübut edir ki, tunc və ilk dəmir dövründə Mahmudoba kəndi ərazisində yüksək əkinçilik, heyvandarlıq mədəniyyətinə malik tayfalar məskunlaşıbmış.

Bu yerlərin gözəl havası, bol sulu və otlu yaylaqları, məhsuldar torpaqları görünür, daha qədimdən insanların diqqətini özünə cəlb edibmiş. Tapılmış ilk nümunələr göstərir ki, Mahmudoba kəndi ətrafında geniş arxeoloji qazıntı işləri aparmaqla tariximizin maraqlı bir dövrünü öyrənmək olar.

Bu yerlərdə geniş arxeoloji işlərə nə vaxt başlanacaqdır, - s u a l ı n a  N a x ç ı v a n arxeoloji ekspedisiyasının rəisi tarix elmləri namizədi V.Əliyev də dəqiq cavab verə bilmədi. Çünki ekspedisiyanın II Kültəpədə və muxtar respublikamızın başqa yerlərində planlaşdırılmış hələ çox işi vardır. Odur ki, belə təsadüfi abidələr aşkara çıxanda lazımdır mütəxəssislərə, xüsusən Naxçıvan MSSR Dövlət Tarix muzeyinə vaxtında xəbər verilsin. Maddi-mədəniyyət abidələrimizin məhvinin qarşısı alınsın və tariximizin qaranlıq səhifələri aşkarlansın.

 

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti,

30 iyun, 1983-cü il, sayı 151.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol