PARTİYANIN SADİQ ƏSGƏRİ
Ömrünü mənalı işə, ümumxalq işinə həsr edən, Sovet hakimiyyətinin qələbəsi və möhkəmlənməsi uğrunda yorulmadan mübarizə aparan mətin kommunistlərdən Heydər Sadıq oğlu Vəzirov haqqında çox az yazılıb, çox az deyilib. Onun adının əbədiləşdirilməsi üçün də az iş görülüb.
1893-cü ildə Naxçıvan qəzasının Nehrəm kəndində doğulmuş Heydər Sadıq oğlu Vəzirov Naxçıvan şəhərindəki realnı məktəbdə təhsil almış, sonra İrəvandakı seminariyaya qəbul olunmuşdur. O, seminariyada oxuya-oxuya gimnaziyanın səkkizinci sinfini bitirmək haqqında itahan vermişdir. Lakin 1914-cü ildə başlanan birinci dünya müharibəsi Heydər Vəzirova təhsilini davam etdirməyə imkan verməmişdir. Onu hərbi mükəlləfiyyətə cəlb etmişlər. Zabitlər hazırlayan məktəbi bitirdikdən sonra H. Vəzirov unter-zabit kimi döyüşən orduya yollanmışdır. Lakin bu müharibə 21 yaşı yenicə tamam olmuş gənc zabitin heç də ürəyindən deyildi. Çar ordusunda H. Vəzirov kimi müharibəyə nifrət edənlər çox idi. Xüsusilə müharibə başlanandan sonra bolşeviklərorduda təbliğatı daha da gücləndirmişdilər.
1915-ci ilin may ayında Qalitsiya yaxınlığında çar ordusunun böyük bir birləşməsi əsir düşür. Gənc H. Vəzirov da bu əsirlər arasında idi. Lakin əsirliyin acö üzü gənc zabiti ruhdan salmır. O, tezliklə alman dilini mükəmməl öyrənir, marksizm klassiklərinin əsərlərini orijinaldan oxuyur.
Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra Leninin imzaladığı Sülh dekretinin sədası qısa müddətdə vətəndən uzaqda olan hərbi əsirlərə də çatdı. 1918-ci ilin mart ayında Brestdə bağlanmış sülh müqaviləsində hərbi əsirləri dəyişmək haqqında razılığa gəlindi. Müqavilənin imzalanmasına baxmayaraq Almaniya əsirlərin ilk dəstəsini sentyabr ayında yola saldı.
Səmimi və təvazökar bir insan olan H. Vəzirov həmin günləri xatırlayaraq öz tərcümeyi-halında yazır ki, birinci xəstə və yaralı hərbi əsirləri yola saldılar. Onların arasında 30 nəfər həmyerlim və mən də var idim. Çətin və üzücü yola səyahətindən sonra noyabr ayında gəlib Batumiyə çatdıq.
Inqilabdan sonra xarici ölkələrdən hərbi və iqtisadi yardım alan yerli burjuaziya oyuncaq hökümətlər təşkil etmişdi. Belə hökümətlərdən biri də Zaqafqaziya komissarlığı idi. Lakin bu komissarlığın ömrü uzun olmadı. Parçalanaraq üç oyuncaq milli dövlətə çevrildi. Müsavat höküməti özünü müdafiə edəcək qüvvələr təşkil etmək üçün çar ordusunun zabitlərindən istifadə edirdi. əsirlikdən yenicə gəlmiş H. Vəzirovu da müsavat höküməti təcrübəli mütəxəssis kimi səfərbərliyə aldı. O, burada zabitlər hazırlayan məktəbdə təlim-məşqlərə rəhbərlik edir, gənclərə hərbi elmin sirlərini öyrədir, Əliheydər Qarayev, Çingiz İldırım, Mirzə Davud Hüseynov kimi inqilabçılarla müntəzəm əlaqə saxlayırdı. H. Vəzirov zabitlər hazırlayan məktəbdə bolşevik təbliğatı aparırdı. Elə bunun nəticəsi idi ki, 1920-ci ilin aprel ayında müsavat parlamentinə təslim olmaq haqqında ultimayum təqdim ediləndə H. Vəzirovun başçılığı ilə kursantlar bank, dəmir yol stansiyaları və sair mühüm strateji obyektləri mühasirəyə alıb müsavat hökümətinə əl-qol açmağa imkan vermədilər.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra da H. Vəzirov zabitlər hazırlayan məktəbə başçılıq etdi. Müsavat dövründə məktəbə daxil olmuş kursantların əksəriyyəti oranı bitirdikdən sonra Qızıl Orduda xidmətə başladılar. Bu kursantların bir çoxu yüksək əsgəri rəşadətinə görə sonralar orden və medallarla təltif olundu, yüksək əsgəri rütbələrə layiq görüldü.
1920-ci ilin iyun ayında Sov.İKP üzvlüyünə qəbul edilən H. Vəzirov inqilabın nailiyyətlərinin qorunması və möhkəmlənməsi uğrunda əzmlə işə girişdi. Gəncə və Qarabağda baş verən müsavat qiyamlarının yatırılmasında göstərdiyi hünərə görə mükafatlandırıldı. Təcrübəsini, bacarığını nəzərə alaraq ona daha bir məsul vəzifə tapşırıldı. 1921-ci ildən hərbi məktəbin rəisi və hərbi komissarı olan H. Vəzirov 1922-ci ildən Azərbaycandakı hərbi məktəblərin rəisi və komandiri təyin edildi.
H. Vəzirov hərbi kadrlar hazırlamaqla yanaşı, tez-tez dövrü mətbuatda çıxış edir, Azərbaycan dilində məqalələryazırdı. Bu məqalələrdən gələcəyin zabitləri bir dərslik kimi istifadə edirdilər.
1923-cü ildə xarici kapitalın yardımı ilə gürcü menşevikləri əksinqilabi qiyam qaldırdılar. Həmin çətin anlarda H. Vəzirov Azərbaycan zabitləri məktəbi kursantlarından və müəllimlərindən hərbi hissə təşkil edib əksinqilabi qiyam qaldırdılar. Həmin çətin anlarda H. Vəzirov Azərbaycan zabitləri məktəbi kursantlarından və müəllimlərindən hərbi hissə təşkil edib əksinqilabi qiyamın yatırılmasına yollandı. Qiyam qısa müddətdə yatırıldı. Göstərdiyi igidlik və hünərə görə H. Vəzirov həmin dövrün ən yüksək mükafatına – Qırmızı bayraq ordeninə layiq görüldü. Onun başçılıq etdiyi ordu hissəsi – zabitlər məktəbi də həmin ordenlə təltif olundu. Döyüşdə fərqlənən ayrı-ayrı zabit və kursantlar da mükafatlandırıldı.
Az sonra H. Vəzirov Azərbaycan SSR xalq hərbi komissarı və Azdiviziyanın hərbi komissarı təyin edilir. O, həmin illərdə Kürdəmirdə, Qarabağda və Göyçayda baş qaldırmış quldur dəstələrinin ləğv edilməsində yüksək əsgəri rəşadət göstərir. Göyçayda azğınlıq edən quldur dəstəsini ləğv etmək isə gündən-günə uzanırdı. Quldurlar bəzən həftələrlə, aylarla dağlarda gizlənir, qəfildən görünüb vəhşilik edirdilər. Odur ki, Azərbaycan partiya təşkilatı Göyçay qəzasındakı quldur dəstələrinə qarşı mübarizə aparmaq və torpaq məsələsini həll eymək üçün 1925-ci ildə H. VəzirovGöyçay Qəza İcraiyyə Komitəsinə göndərir. Tapşırılan işin öhdəsindən bacarıqla gələn H. Vəzirov iki il sonra Gəncə Qəza İcraiyyə Komitəsinin sədri kimi işə başlayır.
1929-cu ildə onun Azərbaycan Sosialist Şura Cümhuriyyəti xalq torpaq komissarının müavini vəzifəsinə irəli çəkirlər. Bu həmin illərdi ki, ölkəmizin hər yerində kollektivləşmə uğrunda mübarizə gedirdi. Kollektiv təsərrüfatın üstünlüklərini izah etmək, əksinqilabi ünsürlərə qarşı mübarizə aparmaq lazım idi. Bu vəzifəni H. Vəzirov ləyaqətlə yerinə yetirdi. Məhz buna görə də 1931-ci ildə onu Zaqafqaziya xalq torpaq komissarı vəzifəsinə irəli çəkdilər.
1932-1933-cü illərdə Zaqafqaziya Dövlət Plan Komissionun sədrinin müavini işləyən H. Vəzirov 1933-cü ilin fevral ayının 7-dən 1937-ci ilin yayınadək Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsində işləmişdir. Lənkəranın subtropik zonaya çevrilməsində, kənd təsərrüfatının maşın və mexanizmlərlə təmin edilməsində, yeni suvarma kanallarının çəkilməsində, ümumiyyətlə, sosializm quruculuğunda əlindən gələni əsirgəməmişdir. H. Vəzirov ali çağırış SSRİ Ali Sovetinin deputatı kimi də mühüm işlər görmüşdür.
Partiyanın sadiq əsgəri H. Vəzirov hansı vəzifədə işləməsindən asılı olmayaraq ona tapşırılan işi ləyaqətlə yerinə yetirmişdir. Arzu edərdik ki, bu mətin kommunistin xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görülsün, onun mənalı həyatı gənclərimiz üçün bir örnəyə çevrilsin.
Əli Şamilov
“Sovet Naxçıvanı” qəzeti
29 iyun 1984-cü il, sayı 152 (13.890) |