"Şərq qapısı" qəzetindəki elmi publisistik məqalələr

 

 

 

İNCİ  XƏZİNƏSİ

 

Qəza tək dadıma bir çatanım yox!

Yanğın tək yanğıma can atanım yox,

Can versəm gözümün yaşından başqa,

Təşnə dodağımı isladanım yox.

 Rübainin yazıldığı vaxtdan min yüz ildən artıq keçir. Rüdəki bu dörd misrada kimsəsizliyini, tənhalığını, həmdəminin yalnız qəza və yanğın olduğunu yüksək bədii pafosla oxucuya çatdıra bilmişdir. Bu rübaisi ilə şair sanki feodalizm cəmiyyətinə, - sənətkarların, filosofların, dünyanın əşrəfi olan insanların bir heç kim9i küncə atılmasına üsyan səsini ucaltmışdır.

Şərqin Homeri adlandırılan Rüdəkinin əsərlərini azərbaycanlılar həmişə rəğbətlə qarşılamışlar. Bunu nəzərə alan Abbasəli Sarovlu tərtib və tərcümə etdiyi “İnci xəzinəsi”  kitabına Rüdəkinin üç rübaisini və bir neçə şeirini daxil etmişdir.

Akademik Mirzə İbrahimov “İnci xəzinəsi” kitabına yığcam və dərin məzmunlu müqəddimə yazmışdır. M. İbrahimov “Tükənməz xəzinə, solmaz gülüstan” adlı müqəddiməsində yazır:

­ Oxuculara təqdim olunan “İnci xəzinəsi” Şərq xalqları ədəbiyyatındakı böyük sərvət və nemətlərin ancaq cüzi bir hissəsi olmasına baxmayaraq, bu ədəbiyyatların zəngin və rəngarəng gözəllikləri barədə aydın təsəvvür yarada bilir.

Neçə illərdir ki, farsdilli ədəbiyyatın tərcüməsi ilə məşğul olan A. Sarovlu oxucuların mühakiməsinə verdiyi yeni kitaba 41 müəllifin 500- dən artıq şeirini daxil etmişdir. İstər klassiklərdə, istərsə də müasiri olduğu şairlərdən sənətkarlıqla etdiyi tərcümələr qəlb oxşayır. Bu onu göstərir ki, A. Sarovlu tərcümə işinə yaradıcılıqla yanaşmış, sətri tərcümədən qaçmışdır.

Kitaba şeirləri daxil edilən şairlərin bəziləri ilk dəfədir ki, azərbaycanlı oxuculara təqdim olunur. Yaxın və Orta Şərqdə fəlsəfi rübailəri ilə məşhur olan Əbu Səid Əbülxeyirin (963-1048) 26 rübaisi və “Dünyanın halı” şeiri daxil edilmişdir. Şifahi xalq ədəbiyyatından, zəngin bəhrələnən şair rübailərinin birində yazır:

 

Canan küsüb, mən həsrətəm yara indi,

Divanəyəm, günüm olub qara indi.

Gəlib məndən öyüd alar Məcnun özü,

Cünunluğum gör ki, çatıb hara indi.

Bu gün də xalq arasında dolaşan, tez-tez işlədilən “Kərki olub öz tərəfinə yonunca mişar ol, bir dəfə özünə, bir dəfə də özgəyə tərəf yon” atalar sözündən istifadə edən şair deyir:

 Külüng olma- zərbələrin daşı dələ,

Rəndə kimi möhtac qalma hər bir ələ.

Bu həyatda sən mişara bənzə ancaq,

Özün də ye, özgəni də saxla hələ.

A .Sarovlu orta əsr Şərq ədəbiyyatı haqqında oxuduqca geniş təsəvvür yaratmaq üçün yalnız lirik, aşiqanə və nəsihətamiz şeir parçaları seçib tərcümə etməklə kifayətlənməmişdir. Hakimlərin ədalətsizliyini, din xadimlərinin yalançı və riyakarlığını kəskin tənqid edən şeirlərə də geniş yer vermişdir. XI əsrin mütəfəkkir şairi çoxcəhətli zəngin yaradıcılığa malik, daim xalq kütlələrinin mənafeyini müdafiə edən, kəndli hərəkatının qızğın tərəfdarı Nasir Xosrovdan edilmiş tərcümələr bu baxımdan maraqlıdır. Fanatik dindarların və hakimlərin qəzəbindən çəkinməyən şair “Allahla mübahisə” şeirində yazır:

Sən yaradan gündən əzəl xilqəti

Əzaba atmısan gözəl xilqəti...

Sözüm çox olsa da demək çətindir,

Nəfəs çəkməyə də qorxuram indi.

Allahla mübahisə, ona qarşı etiraz səsi ucaltmaq, dini fanatizmin kök saldığı bir cəmiyyətdə əlbəttə, təhlükəli idi. Lakin mübariz şairi nə təqiblər, nə də ölüm hədləri qorxutmamış, sultanların və əmirlərin pisliyini, “məddah şairlər”in ikiüzlülüyünü tənqid etmiş, insanları məhsu yetişdirən “Kəndliyə sitayiş” etməyə çağırmışdır.

Kitabda fars dilində yazıb-yaradan Azərbaycan şairlərindən Q. Təbrizinin, X. Şirvaninin, N. Gəncəvinin, Məlikşüara ləqəbi qazanmış Baharın (1886-1951), Pərvin Etisaminin (1906-1941), Azərbaycan və fars dillərində yazıb-yaratmış Nəsimi, Füzuli kimi məşhur söz ustalarının əsərlərindən tərcümələr verilmişdir.

“İnci xəzinəsi”ndə SSr-də, İranda , Əfqanıstanda, Pakistanda yaşayıb-yaradan şairlərdən edilmiş tərcümələr də səlisliyi, rəvanlığı, mövzu aktuallığı ilə seçilir. Görkəmli Pakistan şairi Məhəmməd İqbalın vətən uğrunda döyüşlərdə həlak olmuş, nakam macar şairi Petefiyə həsr etdiyi şeir də maraqlıdır. Döyüşdən sonra cəsədi belə tapılmayan nakam şairin qəbrinin olmamasını gözəl mənalandıran M. İqbal deyir:

 

Sənə məzar- öz nəğməndir,

Sığınmısan qucağına.

Göylər oğlu sığınarmı

Qara torpaq qucağına.

S. Ayni, Ə. Lahuti, M. Tursunzadə, Ə. Qahhari və Jalənin şeirləri Azərbaycan dilinə dəfələrlə tərcümə edilmiş, kitab halında çap olunmuşdur. A.Sarovlunun adlarını çəkdiyimiz şairlərdən, eləcə də müasiri olduğu tacik şairlərindən də seçib tərcümə etdiyi şeirlər maraqla oxunur.

Kitabda şairlərin şəkillərinin  və qısa tərcümeyi-hallarının, yaradıcılıqları haqqında məlumatların verilməsi kitabın məziyyətlərini daha da artırır. A. Sarovlu farsdilli ədəbiyyatın mahir tərcüməçisi olmaqla yanaşı həm də dərin bilikli şərqşünas alimdir. Tərcümə işinə də elmi- nöqteyi nəzərdən yanaşır. Tərcümə edəcəyi əsərlərin variantlarını tutuşduraraq ən münasibini seçir. Bunu X. Şirvanidən, N. Gəncəvidən, İ. Nəsimidən, M. Füzulidən etdiyi yeni tərcümələrdən aydın görmək olur. Onun tərtib və tərcümə etdiyi “İnci xəzinəsi” şeir toplusu oxuculara təqdim edilmiş gözəl bir gül dəstəsidir - əbədi solmayan və təravətini heç vaxt itirməyən gül dəstəsi.

 

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti,

12 mart 1978- cil il,  sayı 60

 


 

 

 

QƏDİM ABİDƏ TƏDQİQ EDİLİR

 

Alman şərqşünası Henrix Fridrix Fon Dits 1915-ci ildə “Kitabi Dədə Qqorqud”un  Drezden kitabxanasında saxlanan nüsxəsi haqqında məlumat verməklə yanaşı “Təpəgöz” boyunu tərcümə edərək nəşr etdirmişdir. Alman şərqşünasından sonra yüzlərlə tədqiqatçı xalqımızın bu ölməz abidəsinə möraciət etmiş və onu möxtəlif baxımdan şərh etməyə çalışmışdır.

“Kitabi Dədə Qorqud” azərbaycan xalqının əvəzsiz tarixi abidəsi olsa da çox təəssüf ki, onun tədqiqinə Böyük Oktyabr sosialist inqilabından sonra mümkün olmuşdur.

Ötən 50 ildə 100-ə yaxın azərbaycanlı alim bu ölməz abidəyə müraciət etmiş, dastan haqqında samballı monoqrafiyalar və məqalələr yazmışdır. İndi fəxrlə deyə bilərik ki, dünya dədəqorqudşünaslarının ən görkəmli nümayəndələri respublikamızda yaşayıb yaradır. Şamil Cəmşidov dədəqorqudşünaslarının gənc nəslinə mənsubdur. Ölməz abidə haqqında 20-dən çox məqaləsi və iki monoqrafiyası çap olunmuşdur.

 “Elm” nəşriyyatının oxuculara təqdim etdiyi “Kitabi Dədə Qorqud” monoqrafiyası Ş. Cəmşidovun ikinci kitabıdır. 60-cı illərdən dədəqorqudşünaslıqla məşğul olan müəllif son monoqrafiyasında oxucuya çox qiymətli məlumat verir, indiyədək mübahisəli olan və qaranlıq qalan məsələləri aydınlaşdırır.

        “Kitabi Dədə qorqud”un nəşri və tədqiq tarixi” adlandırdığı 1 fəsildə müəllif dünya şərqşünaslarının xalqımızın bu qiymətli abidəsi haqqında dərc etdirdikləri əsərləri nəzərdən keçirir və abidənin Azərbaycandan almaniyaya necə gedib çıxdığı haqqında fikir yürüdür.

       Dastanın harada qələmə alınması, Qorqud atanın şəxsiyyəti və yaşadığı dövr indiyədək mübahisəli qalırdı. Ş. Cəmşidov orta əsr tarixçilərindən Övliya Çələbinin , İsgəndər bəy Münşinin, Şərəf xan Bidlisinin, A. A. Bakıxanovun və başqalarının əsərlərindən gətirdiyi sitatlarla və özünün ağıllı mühakimələri ilə sübut edir ki,xalqımızın əvəzsiz abidəsi Azərbaycanda qələmə alınmış, azərbaycanın bir çox şəhərlərini istila etmiş Özdəmir oğlu Osman paşa tərəfindən qənimət kimi bir çox qiymətli əlyazmalarla birlikdə Türkiyəyə, oradan da Almaniyaya aparılmışdır. Şirvana bəylərbəyi təyin edilən Osman paşa 933-cü ildə (Hicri) Təbrizi işğal etmişdir. Lakin Təbrizdə çox qala bilməmiş, şəhərdə baş verən iğtişaşdan və qızılbaşların yenidən başlanan hücumundan yaxa qurtarmağa çalışan türk ordusu xəstələnmiş Osman paşanı gəcavəyə əyləşdirib Van istiqamətində geri çəkilir. Osman paşa 933-cü ilin şəvval ayının 29-da (hicri) Əlbaq qəsəbəsində dəfn edilir. Bu tarix də “Kitabi Dədə Qorqud”un ilk vərəqindəki tarixlə düz gəlir.

       Türkiyə tarixində Osman paşalar çox olmuşdur. Ş. Cəmşidovun gətirdiyi dəlillər o qədər güclüdür ki,oxucunu həmin dəqiqə tutur. Əmin olursan ki, dastanın il vərəqindəki tarix məhz Özdəmir oğlu Osman paşanın vəfat tarixidir və bu ölməz abidə onun xəzinəsi ilə birlikdə Azərbaycandan gedib.

         Ş. Cəmşidov ağır zəhmətə qatlaşan, orta əsr müəlliflərinin verdikləri məlumatları dönə-dönə yoxlayıb, saf-çürük edən tədqiqatçı olmaqla yanaşı həm də bacarıqlı mətnşünasdır. Bu baxımdan tədqiqatçının abidədəki mətnləri müxtəlif variantlarla oxuyubizah edən müəlliflərlə mübahisəsi və eləcə də “İç oğuzun”, “Boz oq”, “Daş oğuzun” isə “Üç oq” olduğunu isbat etməsi də maraqlıdır. İndiyədək tədqiqatçıların əksəriyyəti fonetik yaxınlığı nəzərə alaraq “İç oğuzun”, “Üç oq”, “Daş oğuzun” isə “Boz oq” olduğunu yazırdılar.

      Ş. Cəmşidov fonetik yaxınlığa aldanmır, sintaktik və məntiqi təhlil apararaq, eləcə də oğuzlar haqqındakı qədim rəvayətlərdən gətirdiyi misallarla sübut edir ki, “İç oğuz” , “Boz oq” hakim, “Daş oğuz” və “Üç oq” isə ona tabe olan hissədir.

      Ərəb əlifbasında bəzi saitlərin yazılmaması, bəzi hərflərin isə yerindən asılı olaraq müxtəlif cür səslənməsi, bir-birinə oxşar işarələrin çoxluğu, nöqtələrin dəyişməsi ilə sözün dəyişməsi və eləcə də katib xətaları qədim və orta əsr abidələrinin oxunuşunu olduqca çətinləşdirir. Bu da bir sözün müxtəlif cür oxunmasına səbəb olur. Səhv oxunuş da tədqiqatçıları çaşdırır. Azərbaycanlı alimlərin əksəriyyətinin Şərur və Şərurun oxuduqları sözü türk tədqiqatçılarından Orxan Şaiq Şürükün və “Şirögüven”, “Giziroğlu Mühəmməd Fəxrəddin Şirokavan”, “Məhərrəm Ergin Şirogüven” və sair oxuyurlar.

Ş. Cəmşidov bu cür yanlış müddəaları rədd etmək üçün uzun müddət toponimika ilə məşğul olmuş, dastanda adı çəkilən coğrafi adları dəqiqləşdirərək oğuz elinin yaşadığı ərazini müəyyənləşdirməyə cəhd göstərmişdir. Müəllif oğuz elinin Dərbənddən “Gürcüstan ağzınadək” bir ərazidə yerləşdiyini göstərməklə kifayətlənmir, boylardan çıxış edərək göstərir ki, bu xalq heç də köçəri, bu il bu dağda, sabah o birisi dağda yaşamayıb. Onlar oturaq həyat keçirmiş, sabit əraziləri olmuş, bu ərazini də yağılardan qorumuşlar.

     Oğuz qəhrəmanlarının yaşadıqları, müdafiə edib qoruduqları və döyüşdükləri, səfərə çıxdıqları yerləri nəzərdən keçirən tədqiqatçı haqlı olaraq göstərir ki, oğuzların yaşayıb həyat sürdükləri ərazi heç də Şimali Qərbi anadolu deyil, Azərbaycandır. Həm də bu xalq cəsur, döyüşkən olsa da heç bir vaxtistilaçı, soyğunçu müharibələr aparmır. Əksər vaxt onlara hücum etmiş düşməni məğlub edib ev-eşiklərini, mal-dövlətlərini qarət edirlər.

     Ş. Cəmşidovun dastandakı qəhrəmanları tarixi şəxsiyyətlərə bənzədən, onları prototipi olduğunu söyləyən müəlliflərlə mübahisəsi də maraqlıdır.

       Əsəsrin məzmununu və ideyasını geniş, elmi surətdə təhlil edən Ş. Cəmşidov dastanın bədii xüsusiyyətlərini, bədii təsvir və ifadə vasitələrini də nəzərdən qaçırmamışdır. “Dədə Qorqud”dan sonra yaranan dastanlara göstərdiyi təsiri də geniş işıqlandırmışdır.

      Müəllifin müxtəlif mənbələrdən götürüb monoqrafiyaya əlavə etdiyi köməkçi mətn, miniatür və şəkillər kitabın məziyyətlərini daha da artırır. 

 

Əli Şamilov,

“Şərq qapısı” qəzeti, 31 dekabr 1978- ci il.

 

 


 

 

GÖZƏL  TÖHFƏ

 

    Görkəmli yazıçı jurnalist, böyük demokrat Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında neçə-neçə monoqrafiya çap olunmuş, əsərlərini təhlil və şərh edən yüzlərlə məqalə yazılmışdır.

     Mirzə Cəlilin yaradıcılığının geniş tədqiqi və təhlili ilə məşğul olanlardan biri də marksist tənqidçi Əli Nazim olmuşdur. Qısa, lakin mənalı həyat yolu keçmiş, istedadlı tənqidçi Ə. Nazim1932-1936- cı illərdə bir-birinin ardınca “Molla Nəsrəddin” haqqında “Realist, satirik və  sənətkar”, “Cəlil Məmmədquluzadə və yaradıcılığı”, “Molla Nəsrəddin haqqında bir neçə söz” və s. maraqlı əsərlər yazıb dərc etdirmişdir. Bu məqalələrdə vulqar sosioloji münasibətin təzahürləri özünü göstərsə də, qeyri-obyektiv müddəalar irəli sürülsə də həmin illərdə yazıçının yaradıcılığını, obrazlar aləmini öyrənmək baxımından yeni tədqiqatın başlanğıcı kimi qiymətlidir.

     Tarixə münasibət və tarixi şəxsiyyətin xidmətlərini qiymətləndirmək haqqında proletariatın dahi rəhbəri V. İ. Lenin gözəl deyib: “Tarixi xidmətlərə qiymət verərkən tarixi xadimlərin müasir tələblərə nisbətən vermədikləri şeyləri deyil, öz sələflərinə nisbətən verdikləri yeni şeylər əsas tutulur”.

       Əli Nazimin yaradıcılığına bu baxımdan yanaşdıqda onun əsərlərində nə qədər yeni fikrə, yeni təhlil üsuluna , hadisələrə, dövrünün nöqteyi- nəzərindən baxışlara rast gəlmək olar?! Bu axtarışlar həmişə müvəffəqiyyətlə nəticələnməsə də o, usanmaq, yorulmaq, geri çəkilmək nə olduğunu bilmədən axtarışlarını davam etdirib. Özünün nöqsanlarının üstündən də sükutla keçməyib.

    40 ildən artıq idi ki, oxucular mətbuatda marksist tənqidçi Ə. Nazimin imzasını görmürdülər. Onun istər dövrü üçün aktual, istərsə də bu günkü oxucu üçün maraqlı olan əsərləri 20-30-cu illərdə nəşr olunmuş müxtəlif qəzet və jurnalların səhifələrində səpələnib qalmışdı. “Yazıçı” nəşriyyatı xeyirxahlıq göstərərək Ə. Nazimin “Seçilmiş əsərləri”ni çap etmişdir. Kitaba müəllifin 1924-1936- cı illərdə Azərbaycan, rus, Avropa və Şərq yazıçı və şairləri haqqımda yazdığı məqalələri, ədəbiyyatımızın nəzəri məsələlərinə dair əsərləri, tamaşalar haqda rəyləri və SSR Yazıçılar İttifaqının I qurultayında və III plenumdakı çıxışları daxil edilmişdir.

       Rasim Tağıyevin tərtib, Əziz Mirəhmədovun redaktə etdiyi Əli Nazimin “Seçilmiş əsərləri” kitabında Şamil Salmanov yığcam, dolğun və maraqlı müqəddimə yazmaqla yalnız Ə. Nazimin ədəbi-tənqidi görüşləri haqqında deyil,20-30- cu illər Azərbaycan, eləcə də sovet ədəbi tənqidinin inkişaf yolunu izləməkdə və düzgün başa düşməkdə geniş oxucu kütləsinə istiqamət verir. Ə. Nazimin Plexanovun sənət nəzəriyyəsinin təsiri altında, eləcə də görkəmli ədəbiyyat nəzəriyyəçilərindən Perverzeyevin, Feriçenin yaradıcılığının təsiri altında yazıb-yaratmasının səbəblərini göstərir. Haqlı olaraq Ə. Nazimin rus tənqidi fikrini mənimsədiyi, onlardakı səhv görüşlərdən xilas ola bildiyi qənaətinə gəlir.

     “Seçilmiş əsərləri”nə Ə. Nazimin 40-a yaxın müxtəlif məqaləsi və çıxışı daxil edilmişdir. Məqalə və çıxışlarda sovet ədəbiyyatı, marksist-leninçi ədəbiyyatşünaslıq uğrunda mübarizə öz əksini tapmışdır. Proletar inqilabi cəmiyyətin inkişaf yolunu qəti müəyyənləşdirmişdi. Yeni cəmiyyətin ədəbiyyatı, incəsənəti necə olmalıdır, klassik irsdən nə götürmək, nəyi atmaq lazımdır? Bu suallara tam və qətiyyətlə cavab verən, aydın bir nəzəriyyə yox idi. Yeni cəmiyyətin ədəbiyyatı ilə yanaşı nəzəriyyəsi də yaranırdı. Burada bəzən səhv addımlar, yanlış müddəalar da olurdu. Bütün bunlara baxmayaraq yeni sənət yaratmaq uğrunda mübarizə qətiyyətli idi. Yeni ədəbiyyat yaratmaq uğrunda mübarizədə Ə. Nazim öndə gedir, onun nəzəri əsaslarını yaradırdı. Onun “Yeni həyat və yeni ədəbiyyat”, “Ədəbiyyatımı, xalqımı?”, “Ədəbiyyatımız və ədəbiyyat tariximiz”, “Bu günkü ədəbiyyatımız haqqında”, “Proletar ədəbiyyatının yaradıcı siması”, “Rekonstruksiya dövrü və millətlər incəsənətinin vəzifələri”, “Yeni üslub yaratmalıyıq” və sairə məqalələri bu baxımdan maraqlıdır.

     “Marks və Engelsin estetik görüşləri haqqında”, “Oktyabr və tənqidimiz”, “Klassikləri lenincəsinə öyrənməli” məqalələri göstərir ki, Ə. Nazimin dünyagörüşündə, eləcə də yaradıcılığında saflaşma, təmizlənmə dövrü başlanmışdır. Sosializm, realizm metoduna yaxın mövqedən çıxış edən müəllif maksizm-leninizm klassiklərinin sənət haqqında müddəalarından səmərəli bəhrələnir. Ədəbiyyatın beynəlmiləlçiliyini, ümumbəşərililiyini vacib sayır.

     İstedadlı tənqidçi, coşğunluqla proletar ədəbiyyatının yaranma tarixini öyrənir, tədqiq edir, gənc müəllifləri maksim Qorkidən, xüsusən də Mayakovskidən öyrənməyə çağırır.

      Nazim Hikmətin 1929- cu ildə Bakıda çap olunmuş ilk kitabını “ – Günəşi içənlərin türküsü”nü  “Günəşi içirik... Günəşləşirik” məqaləsində geniş təhlil və təbliğ edirdiş.

    Ə. Nazim yeni sovet ədəbiyyatının inkişafını, SSR xalqlarının ədəbiyyatının vəhdəti şəklində öyrənməyi məsləhət görürdü. Onun məqalə və çıxışlarında da mayakovskinin, tacik şairi Lahutinin, erməni şairi Çarensin, gürcü şairi Tabidzenin, türk şairi Nazimin adları eyni ilhamla çəkilir, yaradıcılıqları eyni aspekdtən təhlil edilirdi. O, SSR Yazıçılar İttifaqının III plenumumda söylədiyi nitqində demişdir: “Zənnimcə, biz sovet poeziyası haqqında danışdıqda Tacikistanın, Ermənistanın, Gürcüstanın və Azərbaycanın böyük şairlərinin təcrübəsindən istifadə etməliyik. Burada bizim aramızda böyük dramatik əsərlər yaratmış olan Hüseyn Cavid kimi böyük Azərbaycan şairləri vardır. Burada yoldaş Surkov dedi ki, Sovet poeziyası yalnız indi poetik dramlara keçmişdir. Bu doğru deyildir. O, yəqin bütün sovet poeziyasından xəbəri olmadığı üçün belə demişdir”..

    Əli Nazim qətiyyətli, cəsarətli, öz fikrini açıq deməyi sevən tənqidçilərdən olmuşdur. Mübahisəyə girişdiyi şəxsin nə nüfuzu, nə vəzifəsi, nə elmi titulu onu sözünü açıq və cəsarətlə deməkdən çəkindirməmişdir. Milli ədəbiyyatlar haqqında “İzvestya” qəzetində dərc olunmuş məqalələrə, Mirskinin düzgün olmayan müddəalarına qətiyyətlə və elmi cəhətdən əsaslandırılmış cavablar vermişdir.

    Ə. Nazim 20-30- cu illərdə respublikamızdan kənarda ən çox çıxış edən tənqidçilərdən olmuşdur. Onun Moskvada, Türkiyədə çap olunan qəzet və jurnallarda dərc olunmuş məqalələri bəzi yanlış müddəalarına və səhvlərinə baxmayaraq Azərbaycan ədəbiyyatını təblig cəhətdən qiymətlidir.

   Çox təəssüf ki, tərtibçilər “Seçilmiş əsərlərə” müəllifin bir sıra qiymətli məqalələrini daxil etməyib. Xüsusən M. F. Axundov haqqında məqalələrinin, “Molla Nəsrəddin” adlı iri həcmli əsərinin, “Şeirimiz və şüurumuzuzun xəstəlikləri” məqaləsinin İstanbulda nəşr edilən “Türk yurdu” jurnalında dərc olunmuş məqalələri kitabda olmaması oxucuda təəssüf doğurur.

    Kiçik nöqsanlarına baxmayaraq “Yazıçı” nəşriyyatının Ə. Nazimin “Seçilmiş əsərləri”ni çap etməsi təqdirəlayiqdir. Arzu edirik ki, nəriyyat bu xeyirxah başlanğıcı davam etdirsin. Başqa görkəmli ədəbiyyatşünasların əsərlərini də çap edərək oxucularını sevindirsin.

 

Əli Şamilov,

“Sovet  Naxçıvanı” qəzeti,

13 yanvar 1980- ci il, sayı 10.

 


 

 

AŞIĞIN VƏTƏN HƏSRƏTİ

 

Kiçik Qafqaz dağlarının dövrəyə aldığı Göyçə (Sevan) gölünü çox vaxt Zaqafqaziyanın incisi adlandırırlar. Füsünkar gözəllikləri ilə diqqəti cəlb edən bu yerlərdə vaxtı ilə Oğuz igidləri at oynatmış, yağılarla döyüşmüş, toy-düynlü, Ölümlü-itimli, acılı-şirinli ömür sürmüşlər. Ulu sənətkar DədəQorqud isə Oğuz igidlərini öz müdrik sənətilə əbədiləşdirib tarixə yoldaş etmişlər.

Dədə Qorquddan sonra da Göyçə çox-çox qanlı-qadalı günlər görmüş, çox döyüş meydanına çüvrilmişdir. Ozanlar Dədə Qorqud ənənlərini yaşadaraqdöyüşlərdə hünər göstərən, süfrə açıb çörək verən igidlərin şəninə dastan qoşmuşlar. Bu söz-söhbətin bir çoxu tarixlərin qaranlıq girdabında itib batsa da, bəziləri donunu dəyişərək əsrlərdən-əsrlərə keçib yaşamışdır. Əsrlər keçdikcə ozanları yanşaqlar, yanşaqları aşıqlar əvəz etmişdir.

Dədə Qorquddan çox-çox sonralar Göyçə gölünün ətrafında dağlar qoynundakı kiçik bir kənddə - Qızılvəngddə (Ermənistan SSR-in Vardenis rayonunun Çiçəkli kəndində) XIX əsrin ilk ilində kasıb bir ailədə bir körpə dünyaya gəlib. Ata-anasının sevincinə səbəb olan bu oğlan uşağı 14-15 yaşlarınadək yaşıdlarından o qədər də seçilməyib. Onun bacarığını, qabiliyyətini  ilk hiss edib duyan, istedadınıcilalayan Ağ Aşıq ləqəbi ilə şöhrət qazanmış, Dədəd Qorqud müdrikliyini yaşadan Aşıq Allahverdi olmuşdur.

Aşıq Allahverdinin eləcə də onun yetirmələrinin tərcümeyi-halları vaxtında qələmə alınmamış, şeirləri toplanmamışdır. Odur ki, həmin sənətkarlardan söhbət açanda xalq arasında gəzən rəvayətlərə istinad edilir. Göyçə mahalında söylənən rəvayətlərin birində deyilir ki, Ağ Aşığın ata-babası Naxçıvan mahalından olmuş, özü isə 200 ilə yaxın ömür sürmüşdür. Bu bizə Dədə Qorqudun 300 ildən çox ömür sürməsi haqqında olan rəvayəti xatırladır. Başqa bir tərəfdən də maraqlı burasıdır ki, Ağ Aşığın şagirdi olmuş Alı 110 ilə yaxın, Alının şagirdi Aşıq Ələsgər 105 ilə yaxın ömür sürmüşlər. Ələsgərin şagirdlərinin əksəriyyəti də uzun ömür sürənlər sırasında olmuşdur.

Müdrik ustaddan dərsini kamil alan Aşıq Alı gənc yaşlarında vətənindən uzaq düşmüşdür. Özününmü, yoxsa ondan sonra yaşayıb yaratmış aşıqların yaratmış olduqları “Aşıq Alının İstanbul səfəri” dastanda deyilir ki, sevgilisi Bəstinin varlı valideynləri qızlarını kasıb aşığa verməmək üçün böyük məbləğdə toy xərci istəmişlər. Aşıq da toy xərci qazanmaq məqsədilə Göyçə mahalından gəzə-gəzə İstambuladək getmiş, yolda neçə-neçə aşıqla deyişməli olmuş, başına min bir qəzavü-qədər gəlmişdir.

Əlbəttə, dastandakı bu süjet bizə tanışdır. Aşıq Qərib də sevgilisinə qovuşmaq üçün səyahətə çıxmalı, pul toplamaq məqsədilə şəhər və kəndləri dolaşmalı olur. Bu süjet istər Azərbaycan dastanlarında, istərsə də türkdilli xalqların dastan yaradıcılığında geniş yayılmışdır.

Aşıq Alının İstambula, eləcə də bir çox şərq ölkələrinə səyahəti şübhəsizdir. Bunu aşığın şeirlərindən də aydın görmək olur.

Nə qədər dolandım Turan elini,

Yenə öz tarpağım yadıma düşdü.

Sarı Nər yaylağı, Göyçə mahalı,

Öz gözəl oylagım yadıma düşdü.

və yaxud:

Bülbüləm qonmaram qeyri güllərə,

Yarım əl verməsin özgə əllərə.

Aşıq Alı düşdü tozlu yollara

Yolum düşdü Alosmana deyinən.

və yaxud:

Gəşd eylədim Bəsrə, Bağdad, Buxara

İndi də gəlmişəm ay, Yəməndəndir.

Eləcə də aşığın başqa vətən həsrəti hopmuş şeirləri dastanda söylənilənləri şübhə altına alır. Çünki dastanda deyilir ki, Aşıq İstambula səfər edərkən Ağrı dağını görmüş və ona ithafən demişdir:

Havalanıb ərş üzünə qalxıbsan,

Dağların sultanı nər Ağrı dağı.

Payızın, baharın olub zimistan,

Səndən əskik olmaz qar, Ağrı dağı.

-

...Aşıq Alı insanatın sirridir,

Tozun qalxıb İravanı bürüdü.

Axşam üstü bir tərəfin yeridi

Batırdın Axuranı, Pir Ağrı dağı.

Tarixin mənbələrindən məlumdur ki, 1840- cı ildə olmuşzəlzələ nəticəsində böyük Araratın zirvəsinin bir hissəsi uçmuş və dağın ətəyindəki Axura kəndini batırmışdır. Demək Ararat dağında zəlzələ olanda Aşığın 39-40 yaşı varmış. Dastanda isə deyilir ki, aşıq 18-20 yaşlarında olarkən Bəstini sevmiş və onunla evlənmişdir. Bu tarixi fakt və eləcə də aşığın başqa şeirləri göstərir ki, o, heç də sevgilisinə qovuşmaq üçün toy xərci toplamaq məqsədilə Şərq ölkələrinə səyahətə çıxmamışdır. Bizcə onun vətəndən uzaqlaşmasının səbəbini həmin dövrün ictimai-siyasi hadisələrində axtarmaq doğru olardı. Aşıq “Getdi” rədifli qoşmasında deyir:

Ay həzərət, gəlin sizə söyləyim,

Axdı eynim yaşı çay oldu getdi.

Nə ağa, nə nökər, nə bəy, nə paşa

Hamısı bir-birinə tay oldu getdi.

və yaxud da:

Necə oldu atam, necə oldu anam

Dağıldı hasarım, pozuldu xanam,

Yüksəldi qəfilə, qatır, barxanam

Bu yurddan, o yurda köçürəm bu gün.

Görəsən aşığın sakit həyatı niyə pozulmuş, nə üçün bu yurddan o yurda köçürmüş? Nə üçün ağa, nökər, bəy, paşa bir-birinə tay olmuş? Axı sinifli cəmiyyətdə bu yalnız talanlardan sonra, müharibələr dövründə mümkündür. Görəsən aşıq şeirlərində hansı müharibəni nəzərdə tuturmuş? Nə üçün aşıq zəmanəsindən gileylənib deyirmiş:

Görüm xarab olsun belə zəmanə,

Dərdi-möhnət məni gətirdi canə,

Axdı eynim yaşı, döndü ümmüna,

Ağlar Aşıq Alı silən olmadı.

Aşıq Alı uzun müddət doğulub boya-başa çatdığı eldən-obadan, gözəlliklər məskəni, igidlər oylağı, Göyçədən uzaq düşsə də bu yerlərin füsünkar mənzərəsini həmişə həsrətlə yad etmiş, gördüyü yeni mənzərələr, tanış olduğu yerlər onun qəlbini qubarlandırmış, vətən həsrətini alovlandırıb şeirə çevirmişdir.

Süsənli, sünbüllü tər bənövşəli,

Yaylaq,bizim yaylaqlara bənzərsən.

İçən ölməz sənin kövsər suyundan,

Bulaq, bizim bulaqlara bənzərsən.

-

...Aşıq Alı deyər üç gözəl dərə,

Çiçəkli, Şaqaylı, xoş gözəl dərə,

Əyricə, Vers dağı,  Baş Gözəl dərə,

Üç dağ, bizim dağlara bənzərsən.

Aşıq qürbətdə sevdiyi peşəsindən, sazından uzaq düşdüyünü yanıqlı dillə qeyd eləmiş, vətən həsrətilə qəlbi atlananda demişdir:

Könül tələb edir, ürək atlanır,

Gəşt eylə dünyanı, gəz vətənimdə.

Zəhmət çəkən bu dərdlərə qatlanır,

Coşur ürəyimdə söz vətənimdə.

-

Qürbət diyardayam, görünməz yurdum,

Həkimlər, loğmanlar bilməz dərdim,

Alagöz yaylağı, vəfalı yurdum,

Alardım əlimə saz Vətənimdə.

-

Alıyam söz deyib yaza bilmirəm,

Şad olub qürbətdə gəzə bilmirəm,

Hərcayi sözlərə dözə bilmirəm,

Alışsam, yanaram öz Vətənimdə.

Aşıq vətən həsrətli başqa bir şeirində deyir:

Yazıq Alı, pürğüm səni bürüdü,

Eynim yaşı sel-sel olub, yeridi.

Qürbət eldə yazıq canım çürüdü,

Neçə çərşənbələr, cümələr keçdi.

Aşığın bir çox şeirlərində tez-tez vətənini, doğulub boya-başa çatdığı eli-obanı istinad verməsi onu göstərir ki, bu şeirlərin əksəriyyəti vətəndən uzaqlarda olarkən yaradılmışdır.

Aşıq bir hərbə-zorbasının möhürbəndində deyir:

Mahalın Göyçədir, kəndim Qızılvəng,

Aşıq Alı birdir, birə-bir gərək.

 Və yaxud da başqa bir şeirində deyir:

Göyçə mahalımdır, Alıdır adım.

Ümidim, pənahım, mənim imdadım

Atəşliyəm, səni yandırar odum,

Eşq əhlində atəş az ola bilməz.

Vətənini sonsuz məhəbbətlə sevən, doğulduğu el-oba üçün burnunun ucu göynəyən aşıq yalnız bir şeirində 15-dən çox yer adını əbədiləşdirmiş, onları hər birinə məxsus epitetlərlə vəsf edərək demişdir:

Ərzəyin yaylağı gözəl oylağı,

Bir zaman yadıma Başlıbel düşər.

Ovqanın yaylağı, Şahmar bulağı,

Ağ manqal, Mıktökən, Alagöl düşər.

Aşıq Alının həyatı haqqında əlimizdə dəqiq məlumat olmadığı kimi şeirlərinin də yarandığı illər və ilkin variantları haqqında dəqiq məlumatımız yoxdur. Ağızdan-ağıza keçdikcə xeyli təhrifə uğramış, dəyişikliklər edilmişdir.

Onun oynaq gəraylıları, şux təcnisləri, insanı düşünməyə vadar edən bağlamaları, nəsihətamiz divanələri ağızdan-ağıza keçərək yaşamış, dilimizin saflaşmasına, zənginləşməsinə müsbət təsir göstərmişdir.

Aşıq Alı ustad sənətkar kimi iyirmiyə yaxın şagird yetişdirmiş , aşıq şeirinin müxtəlif janrlarında gücünü sınamış, səmərəli bəhrələnmiş, saz-söz sənətinə yeniliklər gətirmişdir.

Aşığın xidmətlərini yüksək qiymətləndirən Azərbaycan KP MK  onun anadan olmasının 180 illiyinin bayram edilməsi haqqında qərar  qəbul etmişdir. Bu qərar Aşıq Alı yaradıcılığının və onun ədəbi irsinin dərindən öyrənilməsinə böyük təkan olmuşdur.

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti,

18 sentyabr, 1981- ci il, sayı 222.


 

 

ZƏMANƏDƏN NARAZI AŞIQ

 

Azərbaycan aşıqlarının yaradıcılığında məhəbbət şeirləri əksəriyyət təşkil etsə də, dövrün haqsızlığını əks etdirən qoşmalar, gəraylılar, təcnislər, divanilər də az deyildir. Qurbani, Aşıq Abbas, Xəstə Qasım və başqa aşıqların yaradıcılıqlarından qalmış nümunələr arasında zülm və istismar dünyasını ifşa edən sətirlərə rast gəlmək olur. Bu da təsadüfi deyildir. Hər bir aşıq yaşadığı mühitdə ədalət, düzlük, doğruluq, insanpərvərlik kimi anlayışların öz real mənasını itirdiyini görəndə dərindən kədərlənir. Bunu görkəmli söz sərrafı, müdrik el sənətkarı Aşıq Alının yaradıcılığında da müşahidə edirik. Aşığın yaradıcılığında dövrün ictimai haqsızlıqlarından narazılıq öz əksini bu və ya başqa şəkildə tapmışdır. “Dolandırır” qoşması buna parlaq misaldır.Aşıq deyir:

Ay ağalar, gəlin sizə söyləyim,

Bilin bu dünyanı pul dolandırır.

Kəsilib məhəbbət, qalmayıb hörmət,

Dövlətli dalınca mal dolandırır.

Bəs “Bu dünyanı dolandırır” pul, mal-dövlət kimin əlində cəmləşmişdir. Həmin puldan, var-dövlətdən xalqın mənafeyi üçün istifadə edilirmi? – mal-dövlət sahiblərinin xalq arasında nüfuzu, hörməti necedir? Bu suala aşıq şeirlərinin ikinci bəndində çox aydın cavab verir!

Bu dünyanın şərbətini içməyən

Körpü salıb üstdən karvan leçməyən,

Evdə arvadına sözü keçməyən,

Kənddə koxa olub el dolandırır.

Aşığın sarkazmı çox güclü və öldürücüdür. Yüksək sənətkarlıqla xalq deyim tərzini şeirə gətirərək fikrini ustalıqla dinləyicilərə çatdıra bilir. Bu kiçik şeir yalnız Alının yaşadığı kəndin, mahalın deyil, XIX yüzilliyin, ümumiyyətlə sinifli cəmiyyətin mənzərəsini gözəl əks etdirir.

Düzdür aşıq dövrünün, zəmanəsinin haqsızlıqlarını görür, ona etirazını bildirir. Lakin bu haqsızlıqları sinifli cəmiyyətin doğurduğunu görə bilmir. Odur ki, tənqid hədəfini cəmiyyətə deyil, ayeı-ayrı fərdlərə yönəldir. Aşığın fikrincə haqsızlıqların, zülmün səbəbi tək-tək adamların qəddarlığı və nadanlığıdır. Odur ki, həmin qoşmasının son bəndində deyir:

Aşıq Alı, halın oldu pərişan,

Ağ üzündə xalları var hər nişan,

Binamus qohumdan, namuslu düşmən,

Öldürsə qəbrimdə gül dolandırır.

Aşıq Alının şeirlərində zülm, haqsızlıq əleyhinə notlar ictimai narazılıq motivləri güclü olsa da sənətkar tarixin inkişaf qanununa uyğunluqlarından yaxşı baş çıxarmadığından şikayətlənməklə kifayətlənir. Haqsızlığı doğuran kankret səbəbləri deyil, ümumi və mücərrəd şəkildə fələyi günahlandırır.

Fələk mənə cövr eylədi dünyada,

Yaxşı günüm yaman gündən az oldu,

Bəydən nəmər aldım, ağadan ənam,

       Müxtəsəri qazandığım bez oldu. – və yaxud da:

 

Vəfasız fələkdə etibar olmaz

Ağlayan kimsədə giridar olmaz,

Hər sevən kimsədə düz ilqar olmaz,

Çoxu çox danışdı, karın görmədim.

Aşığın “Görmədim” rədifli qoşması oxucuya M. P. Vaqifin həmin rədifli müxəmməsini xatırladır. Bu şeirdə Vaqif təsiri özünü qabarıqlığı ilə göstərsə də, aşığı qoşması “Görmədim” müxəmməsi qədər ictimai səciyyə daşıya bilmir. Aşıq deyir:

Viranə bağlara mən oldum bağban,

Almasın, heyvasın, narın görmədim.

Bivəfa sözündən çox çəkdim cəfa,

Bəslədim budağın, barın görmədim.

Bu mövzuya yenidən müraciət edən aşıq Alının şagirdi Ələsgər həmin rədifli qoşmasında daha irəli gedərək narazılığına güclü ictimai məna vermiş, zəmanəsinin haqsızlıqlarını bəy-xanların ədalətsizliklərini, şahidlərin imansızlıqlarını, “qazıların düz bazar olmadıq”larını və s. kəskin tənqid etmişdir..

Aşıq Alının “Bax” rədifli qoşması da bizə M. P. Vaqifin  məşhur qəzəlini xatırlatsa da, məzmunca Qasımbəy Zakirin “M. F. Axundova məktub” satirasına yaxındır. Zakir Qarabağda gördüklərini təsvir edirdisə aşıq Alı da yaşayıb yaratdığı, gəzib gördüyü yerlərdə müşahidə etdiyini təsvir edirdi.

Bu dünyanı mən tərcüman eylədim,

Bu çərxi gərdişin yollarına bax,

Satıcılar yalan yerə and içir,

Ortada oynayan dillərinə bax. – misraları Zakirin

Baqqal tərəziyə qoyar imanın.

Əsəl qiymətinə satar ayranın,

Qudurmuş it kimi tutar dörd yanın,

Deyən yoxdur Ali-Əbaya bir bax! – misralarını xatırladır. Bu cür paralelləri çox aparmaq olar. Aşıq Alı da boyaqçıların lələ, cövhərə aşqar qatmalarını, hacıların yoğun şal bağlayıb üzdə özlərini mömün. Xeyirxah göstərib daldala minbir fırıldağa əl atmalarını, sələmçilərin 5 verib sonra 10 almalarını, əllaf ilə baqqalın haqqını düz alıb yarımçıq verməsini, bir arşında yarım çələk qol vurmasını kəskin tənqid atəşinə tutur, bədəməl bənnaları, qalayçıları, dəmirçiləri, papaqçıları, kürkçüləri, pinəçiləri, çərçiləri, dəyirmançıları və s. peşə sahiblərini ifşa edir. Lakin aşığın bu şeiri neçənci ildə söyləmiş olduğu haqda əlimizdə heç bir məlumat yoxdur. Odur ki, eyni dövrdə yaşamış iki sənətkarın hansının o birisindən bəhrələnməsini söyləmək əlbəttə çətindir.

Aşıq Alını narahat edən yalnız ayrı-ayrı peşə sahibləri arasındakı fırıldaqçılar, xalqı aldadanlar deyildir. Nadanların, özündən razıların, dünyagörüşü məhdud, mədəniyyətdən, elmdən, savaddan uzaq olanların yekəxanalığı da aşığı qəzəbləndirir, onda zəmanəsinə narazılığı artırır. Aşığa görə bu cür adamlara meydan açan, onların qol-qanad atıb şaxələnməsinə şərait yaradan cəmiyyət, ictimai quruluşdur. Odur ki, deyir:

Aman Allah necə dözüm bu dərəd,

Hər yetən gədalar mənəm xan deyir.

Hərcayi danışar həddini aşar,

Alışdım, tutuşdum, Sultanam deyir.

-

Arif məclisində sayılmır insan,

Tülkdən törəyən olarmı aslan,

Misalı, forması, görnüşü insan,

Duruşu çaqqaldır, aslanam deyir.

Bu cür sifətlərlə yad edilən, həcv atəşinə tutulan görəsən hansı peşənin. Hansı vəzifənin sahibidir? Nə üçün el sənətkarı onların əməllərindən qəzəblənmişdir? Aşığın şeirinin möhürbəndində həmin peşə sahibləri cəsarətlə xalqa təqdim edilir.

Alı, sözün əzəl başdan yazılar,

Şeytandır, iblisdir, molla qazılar,

Bir gözəl görsələr yolun azarlar,

İmamın yolunda qurbanam deyir.

Bəzən aşıq həyatdan aldığı təəssüratını dinləyiciyə üstü örtülü, mücərrəd şəkildə, bəzən də açıq didaktik. Nəsihət şəklində çatdırır.

Bu dünyada mərdimazar çox olub,

Mərd iyidin gözü, könlü çox olub.

Qonşunu yox istəyən özü yox olub,

Onunçün elləri var istər könül.

Aşıq bəzən fikrini inandırıcı və dolğun çatdırmaq üçün  tarixə müraciət edir, dinləyicinin keçmişdən ibrət dərsi almağa çağırır, var-dövlət, şöhrət hərislərinin, “mənə-mənəm” deyən cahangirlərin, cah-cəlal içərisində yaşayanların da, qan dənizində boğulduqlarını, malın, pulun əsiri olub məhv olduqlarını söyləyir.

Necə oldu varçün qanlar tökənlər?

Əziz canının əl qumaşa bükənlər,

Unutmasın şərm-xəta əkənlər,

Biçən biçib, biçməyənlər biçəcək.

Odur ki, Alı nəsihət edir:

Mənəm deyən başa varmaz,mənəm demə, geridə dur.

Əl ki, gördün qan içində, çək ətəyin geridə dur.

Bəs zəmanədə necə yaşamalı, necə dolanmalı, ictimai həyatda necə iştirak etməli! – suallarına isə aşıq belə cavab verir:

Fələk mənə cövr eylədi dünyada,

Yaxüı günüm yaman gündən az oldu.

Bəydən nəmər aldım, ağadan ənam,

Müxtəsəri qazandığın bez oldu.

-

Mən xabı qəflətdə yatıb qalmadım,

Nakəs adamlarla ülfət qılmadım

Mülkı, vara, zərrə tamah salmadım,

Çox gördüm zər-ziba bir gün toz oldu.

-

Cavanlığım qeybe çıxdı əlimdən,

Həlqə oldu gündən-günə belimdən.

Yaxın, uzaq incimədi dilimdən,

Şükür həqqə əməllərim düz oldu.

-

Bir mürğ tək leyli-nahar hey uçdum,

Bilənlərdən bilmədiyim soruşdum,

Müxənnətlə, bimürrvətlə vuruşdum,

Nakəslərin dərdi artıb yüz oldu.

-

Gəlib gedir yaxşılar da yaman da

Qu tükündə, saman üstə yatan da,

Aşıq alı da qazandır cahanda?...

Səndən qalan qatar-qatar söz oldu.

Bu müdrük el sənətkarının, ustad aşığın estetik ideyalı, ömrünün qürub çağını yaşayan Alının keçdiyi 110 illik yola saldığı nəzərdir.

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti,

17 noyabr, 1981- ci il, sayı  271.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


AŞIQ ALININ USTADI KİMDİR?

“Sovet Naxçıvanı” qəzeti, 1983, 27 aprel, sayı 98 (13533).

 

SEL ARXEOLOQUN BƏLƏDÇİSİDİR

 

May ayında yağan leysan yağışlar xalq təsərrüfatına xeyli zərər vurdu. Son onillikdə çaylar belə daşmamışdı. Sel yalnız çay yataqlarındakı əkinləri, qurğuları yumadı. Yamaclarda salınmış tarlalarda yarğanlar açdı, qum-çınqılı axıdıb əkin sahələrini örtdü.

Dağlar qoynunda yerləşən Şahbuz rayonunun Mahdudoba kəndi də bu leysanlardan xeyli zərər çəkdi. Kəndin sakinləri isə mütəşəkkilliklə selin yaratmış olduğu çətinlikləri aradan qaldırdılar. Günlər yenə də adi qaydasında davam edirdi. Bu gün də camaatın şəxsi davarlarını otarmaq növbəsi Vaqif İbrahimova çatmışdı. O, örüşü yaxşı tanıyırdı. Sürünü kəndin cənubundakı yamacda – hamının Çobanulayan adlandırdığı sahədə otarırdı. Hava rütubətli olduğundan davarlar quzeydə rahat otlamırdılar. Odur ki, Vaqif tez-tez sürünün istiqamətini dəyişməyə tələsirdi. Yenə də tələsik yamacı aşmaqda olan keçiləri qaytarmağa qaçanda ayağı quyuya düşdü. Özünü düzəldib diqqətlə ayağının düşdüyü quyuya baxdı. İlk baxışda elə bildi ki, bu köhnə bir təndir yeridir. Keçiləri qaytardıqdan sonra gəlib diqqətlə və səliqə ilə quyunun ağzını təmizlədi.

Məlum oldu ki, təndir hesab etdiyi böyük bir küpdür. Ətrafı da diqqətlə nəzərdən keçirdi. Selin yuyub yarğan açdığı yerdə də bir böyük küp qırılmışdı.

Biz kənddə olanda artıq tapılmış küplərdən ikisini kəndə gətirmişdilər.

Şahbuz rayon mədəniyyət şöbəsinin müdiri B. Qurbanov bildirdi ki, bu küpləri yeni təşkil etdikləri diyarşünaslıq muzeyinə aparacaqlar.

Mahmudoba kəndində Azərbaycan SSR EA Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri Vəli Əliyevlə görüşdük. O da bizim kimi kəndin ərazisində tapılmış küplərlə maraqlandığı üçün gəlmişdi. Tapıntı haqqında məlumat verməsini xahiş etdikdə dedi:

Təsadüfən aşkara çıxmış küplər orta əsrlərdə istehsal edilmişdir. Bu qırmızı məişət günləri yerli ustaların məhsuludur. Küplərdən birinin hündürlüyü 1,05 metrdir. Köbəsinin diametri isə 2,55 metr olan bu məişət qabları alçaqdabanlı olub sadə qoşa yapma kəmərlə üç yerdən bəzədilmişdi. Ağzının diametri iç tərəfdən 26 santimetr, çöl tərəfdən isə 36 santimetrdi. Apardığımız müşahidələrdən bu qənaətə gəldik ki, Mahmudoba kəndindən təxminən 2-3 kilometr aralıda, dağ yamacında yerləşən Çobanulayanda qədim dövrlərdə və orta əsrlərdə terras üsulu ilə əkilmiş üzüm bağları mövcud imiş. Həmin yerdə üzüm bağlarını təmin edəcək qədər su mənbəyi yoxdur. Görünür ya göl düzəldilibmiş, ya da haradansa arxlarla su gətirilirmiş.

Diqqətimizi küplər cəlb etsə də kəndin ərazisində ilk kəşfiyyat xarakterli axtarışlarımız bizə daha qədim dövrə dair materiallar verdiş İbrahim Vəliyevin ev tikərkən aşkara çıxardığı gün qəbirlər, kəndin ərazisindən tapılıb Şahbuz diyarşünaslıq muzeyinə qoyulmuş alət və avadanlıqlar, axtarış zamanı əldə etdiyimiz maddi-mədəniyyət nümunələri sübut edir ki, Mahmudoba kəndi ərazisində tunc və ilk dəmir dövründə yaşayış olub. Eramızdan əvvəl II-I minilliyə aid maddi-mədəniyyət nümunələrinə Şahbuz rayonu ərazisində ikinci dəfədir ki, rast gəlirik.

Təsərrüfat işləri görülərkən əvvəllər də burada daş qutu qəbirlər qurudulmuş və bir sıra abidələr aşkara çıxarılmışdır. Çox təəssüf ki, bu haqda vaxtında mütəxəssislərə məlumat verilməmişdir. Kəndin ərazisindən tapılmış gil qablar əsasən boz və qara rəngdə olub Naxçıvanın son tunc vəilk dəmir dövrünün mədəniyyəti ilə səsləşir.

Kəndin ərazisindən tapılmış monoxrom və boyalı qablar və cilalı qablar isə orta tunc dövrünə aiddir. Dən daşları, həvəngdəstələr, sürtgəclər və s. isə qədim Naxçıvan əkinçilik mədəniyyətini xarakterizə edən əmək alətləridir. Bütün bunlar sübut edir ki, tunc və ilk dəmir dövründə Mahmudoba kəndi ərazisində yüksək əkinçilik, heyvandarlıq mədəniyyətinə malik tayfalar məskunlaşıbmış.

Bu yerlərin gözəl havası, bol sulu və otlu yaylaqları, məhsuldar torpaqları görünür, daha qədimdən insanların diqqətini özünə cəlb edibmiş. Tapılmış ilk nümunələr göstərir ki, Mahmudoba kəndi ətrafında geniş arxeoloji qazıntı işləri aparmaqla tariximizin maraqlı bir dövrünü öyrənmək olar.

Bu yerlərdə geniş arxeoloji işlərə nə vaxt başlanacaqdır, - s u a l ı n a  N a x ç ı v a n arxeoloji ekspedisiyasının rəisi tarix elmləri namizədi V.Əliyev də dəqiq cavab verə bilmədi. Çünki ekspedisiyanın II Kültəpədə və muxtar respublikamızın başqa yerlərində planlaşdırılmış hələ çox işi vardır. Odur ki, belə təsadüfi abidələr aşkara çıxanda lazımdır mütəxəssislərə, xüsusən Naxçıvan MSSR Dövlət Tarix muzeyinə vaxtında xəbər verilsin. Maddi-mədəniyyət abidələrimizin məhvinin qarşısı alınsın və tariximizin qaranlıq səhifələri aşkarlansın.

 

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti,

30 iyun, 1983-cü il, sayı 151.

 

 

Türkmən inciləri

 

Görkəmli türkmən şairi, türkmən ədəbiyyatının novator sənətkarı Maxdumqulu Fəraqinin anadan olmasının 250 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşdığımız günlərdə “Yazıçı” nəşriyyatı oxuculara gözəl bir hədiyyə - “Klassik türkmən şeri” antologiyasını təqdim etmişdir. Kitaba XVIII-XIX əsrlərdə yaşayıb yaratmış 5 türkmən şairinin şeirləri daxil edilmişdir. Şeirləri türkmən dilinin gözəl bilicisi, türkmən ədəbiyyatının yaxın dostuFəxrəddin Əliyev tərcümə etmişdir.

Antologiya Maxdumqulu Fəraqinin (1733-1782) şeirləri ilə başlayır. Türkmənistan tarixinin ən ağır dövrlərində, feodal dağınıqları, türkmən qəbilələrinin bir-biri mənasız və boş yerə vuruşduğu, dinc əhalinin İran şahları və qonşu əmirliklərin talanına məruz qaldığı bir dövrdə yaşayan M. Fəraqinin şeirlərindəki mübariz ruh xalqı daim birləşməyə, yağılara qarşı ölüm-dirim mübarizəsinə çağırmışdır.

Maxdumqulu üsyankar, mübariz ruhlu əsərlərlə yanaşı, lirik, intim şeirlərin də müəllifidir. Orta Asiyanın, Yaxın Şərqin bir çox şəhər və kəndlərinigözəl M. Fəraqi Azərbaycanda da olmuşdur. Onun respublikamızın gözəl guşəsi Şəkiyə həsr etdiyi şeirdə deyilir:

Gedək seyrə çıxaq Nuxa mülkünü,

Könlünü oxşayan yaylaqları var,

Dərib qoxulayaq qönçə gülünü

Yaşıl reyhanları, zanbaqları var

---

Təmiz havasında xəstə sağalar,

Qəribin, miskinin üzü ağ olar,

Bir fidan becərsən , dönüb bağ olar,

Əcəb ov etməli ovlaqları var.

                                  

Türkmən şeirinə yeni ruh gətirən, poeziya dilini xalq dilinə yaxınlaşdıran, heca vəznində gözəl şeirlər yaradan M. Fəraqinin yaradıcılığından bəhs edərkən filologiya elmləri doktoru Araz Dadaşzadə deyir: Maxdumqulu şeirləri ilə aşıqlarımızın, Vaqif və Vidadi şeirinin tipoloji əlaqələri də çox aydın müşahidə edilir. Maxdumqulunu oxuyarkən Abbas Tufarqanlının nəsihətçiliyi ilə də, Vidadinin kədəri ilə də rastlaşırıq.

Maxdumqulunun şeirləri ilə Azərbaycan oxuyucuları əvvəllər də tanış idi. 1960- cı ildə şairin “Şeirlər” kitabı çap olunmuşdur. Klassik türkmən antologiyasında dərc olunmuş Maxdumqulu şeirləri 60- cı ildə kitabda çap ediləndən orijinala yaxınlığı ilə fərqlənir. Bu da sözsüz ki, tərcüməçinin hər iki dili gözəl bilməsinin nəticəsidir.

Maxdumqulu məktəbinin ləyaqətli davamçısı olan Molla Vəli Kəminə (1770-1840) isə türkmən şeirinin satirik qolunu gücləndirmişdir. Onun satirasında ictimai məzmun da güclüdür. Şairin tənqid hədəfi bəylər, qazılar, oğrular və bir də zəhmətkeş kütləni kasıb, yoxsul vəziyyətinə gətirən cəmiyyətdir.

Kasıblıq Azərbaycan aşıq şeirində də ən geniş yayılmış mövzu olmuşdur. Hər bir sənətkar bu məsələyə öz münasibətini bildirmişdir. Kəminə isə daha bədii ifadə vasitələri taparaq deyir:

Gündə yüz yol qovsam uzağa getməz,

Yük tutub qapımda yatar kasıblıq. 

Kəminə satirik şeirlər yazsa da, əsasən lirik şair kimi tanınmışdır. Onun lirik şeirlərində XVIII-XIX əsrlərdə yaşayıb yaratmış Azərbaycan aşıq və şairlərinin şeirləri ilə tipoloji yaxınlıq vardır.

Antologiyada şeirləri dərc edilmiş şairlər arasında Seyidnəzər Seydi (1775-1836) mübarizliyi, vətənpərvərliyi və coşğunluğu ilə seçilir. Seydi şairdən çox el qəhrəmanını, yenilməz sərkərdəni xatırladır. Şairin şeirləri bizə Koroğlu dastanındakı qoşma və gəraylıları yada salır. Şair igidləri elini, obasını qorumağa, vətən ugrunda qan axıtmağa çağırır. Sanki Koroğluya çevrilib dəli nərə çəkərək deyir:

 Vətən deyib mindim Qırat belinə,

Ölərəm, geriyə dönmərəm, bəylər!

Uymaram düşmənin fitnə-felinə

Qandan göl yaradıb çimmərəm,bəylər!

-

...Vuruşa girəndə olaram aslan,

Gəlsə yüz min ləşkər salaream tufan,

Bir əlimdə toppuz, birində qalxan,

Mənə od vursalar, dinmərəm, bəylər!

 

Vətənin əmin-amanlığını təmin etmək, ağ gününü görmək, xoş dövran sürmək üçün şair birinci növbədə düşməni məhv etməyi lazım bilir. Odur ki, deyir:

Əgər işimizə mövlam yar olsa,

Gəlin düşmən üstə varalım, bəylər!

Hər kəs əsir tutub intiqam olsa

Onun nəmərini verəlim, bəylər!

-

Müxənnətlər qoy cərgədən üzülsün

Bədoyatlı ərlər səf-səf düzülsün!

Düşmənlərin bənd-bərəsi tökülsün,

Vuruşda şir kimi duralım, bəylər!

 

Şair – sərkərdə igidləri döyüşlərə səsləyərkən bir qaşıq qanından qorxanları, dar gündə ailəsini, elini atıb canını qoruyanları, yağıların yağlı dilinə , yağlı tikəsinə aldananları öldürücü satira atəşinə tutur. Onları hətta təhqir etməkdən belə çəkinmir.

 

Elə biizmlə bir olmadı, igidlər

Gəlin bu vətəndən çıxıb gedəlim.

Düşmənin yalına hürəyən itlər

Getməsə, xaltasın taxıb gedəlim!

Şeri oxuyanda aydın olur ki, şair vətəni tərk etmək istəyir. Ancaq ümumi ruhdan görürsən ki, vətənə qanı ilə, canı ilə bağlı olan bu el qəhrəmanı heç zaman vətəni tərk etməz, onu dar gündə qoyub qaçmaz.

Seydi sevgiyə də, vətənə də, dostluğa da sadiq və möhkəm olmuşdur. Şair dostu Zəlili əsri düşərkən Seydi yazırdı:

 

Bu necə bəxtdir ki, qalmaz yerindən                           

Vurdular töküldü qanım burnumdan

Qılınc başdan dəydi, nizə qarnımdan

Mərdliyi qalxantək tutdun, Zəlili.

 

Almanaxa yığcam və maraqlı ön söz yazmış (1852) və Mollanəfəsin (1810-1862) də xeyli şeiri verilmişdir. Kitabda dərc olunmuş şeirlər azərbaycan oxucularına o qədər doğma və yaxındır ki, onların tərcümə olunduğu hiss edilmir. Almanaxa yığcam və maraqlı ön söz yazmış professor P. Xəlilov haqlı olaraq qeyd edir ki, “XVIII-XIX əsrlərdə Azərbaycanda yaranan realist şeirin təşəkkül amillərinin yalnız bizim deyil, qardaş xalqların da ədəbi mühiti üçün qanunauyğunluğunu görüb, yeni yaradıcılıq metodunun tarixi əhəmiyyətini müəyyənləşdirməyə əsas verən faktla qarşılaşırıq. Nəhayət, bir də ona görə maraq doğurur ki, şairlərin şəxsi yaradıcılıq əlaqələri olmadan da ədəbi prosesin qanunauyğunluğu sayəsində müştərək motivləri müştərək bədii inikas vasitələrinin, oxşar obrazlar silsiləsinin, xüsusən qohumdilli poeziyada eyni janrların daha geniş yayılmasının şahidi oluruq”.

Tərcüməçi şairlər haqqında yığcam tərcümeui-hal verməklə kitabı daha da oxunaqlı etmişdir. Yəqin ki, bu almanax Azərbaycan-Türkmən ədəbi əlaqələrinin daha geniş öyrənilməsinə təkan olacaq və oxucuların rəğbətini qazanacaqdır.

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti,

30 oktyabr 1983-cü il, sayı 252


 

MARAQLI MÜDDƏALAR TOPLUSU

 

  Y. Məmmədəliyev adına NDPİ- nin müəllimi, gənc tədqiqatçı Arif Rəhimovun dövrü mətbuatda dərc olunan elmi məqalələrinin sayı o qədər çox olmasa da irəli sürdüyü müddəalar, şərh olunan məsələlər həmişə diqqəti cəlb edib. A. Rəhimovun “Midiya” və “Mağ” sözlərinin mənşəyinə dair” yeni bir məqaləsi Azərbaycan SSR Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı “Azərbaycan filologiyası məsələləri” toplusuna daxil edilmişdir.

Tarixin atası adlandırılan Heredot Midiyada 6 tayfanın – bus, paratagen, struxat, arizant, budi və mağların yaşadığını göstərir. Tədqiqatçılar isə Midiya tayfalarının iki dil qrupunda danışdığını söyləyirlər. !. Yerli dillər. . İran dilləri. Yerli dillərin hansı dil qrupuna daxil olduğu məsələsi isə uzun müddətdir mübahisə mənbəyinə çevrilmişdir. A. Rəhimov inandırıcı dəlillərlə sübut edir ki, mağlar başqa tayfaları özlərinə tabe edərək Midiya dövlətini yaratmışlar. Bu dövləti yaradan tayfa isə məhz türkdilli tayfa olmuşdur.

     H. Araslı, C. V. Qəhrəmanov, M. C. Cəfərov, M. Ş. Şirəliyev, T. İ. Hacıyev (məsul redaktor), A. Məmmədov kimi nüfuzlu alimlərin elmi redaktəsi ilə çapa hazırlanmış məqalələr toplusunu “Elm nəşriyyatı” 1983- cü ildə oxucuların mühakiməsinə vermişdir. Toplu Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyətə başlayan yeni “Ümumi və tarixi-psixoloji dilçilik” şöbəsinin təşəbbüsü ilə tərtib olunsa da, buraya dilçiliklə məşgul olan alimlərlə yanaşı tarixçilərin, arxeoloqların, coğrafiyaşünasların və başqa alimlərin də məqalələri daxil edilmişdir.

   Müxtəlif ixtisaslı tədqiqatçıların məqalələrinin bir məcmuədə toplanması heç də təsadüfi deyildir. Kitaba yazılmış yığcam və məzmunlu ön sözdə bu belə izah edilir: “Dil-ədəbiyyat, etnoqrafiya, tarix və mədəniyyətin elə məsələri vardır ki, onları yalnız kompleks şəkildə, yəni insan və cəmiyyət haqqında elmlərin bəlkə də hamısının metod, vasitə və nəticələrini cəlb etməklə öyrənmək mümkündür. Bu başqa xalqları tarixində olduğu kimi, Azərbaycan xalqının etnogenezisi məsələsində də məhz bu şəkildə - dilçilik, arxeologiya, tarix, mifologiya, etnoqrafiya, ədəbiyyat və hətta coğrafiya, iqlimşünaslıq və sair kimi müxtəlif predmetli elm sahələrinin həmrəy və birgə fəaliyyəti ilə həll oluna biləcək məsuliyyətli və zəruri problemlərdəndir”.

    “Azərbaycan filologiyası məsələləri” məqalələr toplusunda dilimizin erkən tarixinə aid faktlar, adət-ənənələr, inam və təsəvvürlərin izləri, yazılı və şifahi ədəbiyyat nümunələri, xalqımızın etnogenezisi ilə baglı məsələlər elmin son nəaliyyətləri əsasında yeni baxımdan şərh edilir. İrəli sürülən müddəalar, həm də polemik müddəalar güclü inam hissi, inandırıcı dəlillər və faktlarla möhkəmləndirilir.

   Bu məqalələrdə irəli sürülən qısa müddəaların əksəriyyəti sözsüz ki, yaxın gələcəkdə geniş tədqiqatların mövzusuna çevriləcəkdir. Bu müddəa və mülahizələr yalnız alimlər və mütəxəssislərin deyil, geniş oxucu kütləsinin də marağına səbəb olur. M. Mahmudovun “VI əsr ərəb şeirində işlənmiş bir Azərbaycan sözü haqqında”, V. Məmmədəliyevin “Quranda ümumtürk mənşəli sözlər”, Ə. Hüseynin “Avestada qədim Azərbaycan sözləri”, S. Əliyarovun “azərbaycanda bidəçilik hərəkatına dair ədəbi mənbələrin araşdırma təcrübəsindən”,  M. Yusifovun “Bahar bayramı haqqında ” və başqa məqalələr maarqla oxunur.

   Topluda M. Seyidov, T. Hacıyev, B. Aslanov, B. Budaqov, M. Mahmudov, S. Əliyarov, V. Qukasyan və başqa nüfuzlu alimlərlə yanaşı, imzası son illərdə mətbuatda görünən gənc tədqiqatçıların da yazılarına geniş yer verilmişdir

   “Azərbaycan filologiyası məsələləri” məqalələr toplusunda muxtar respublikamızın yetirmələri olan M. Mahmudovun, V. Məmmədəliyevin, M. Yusifovun, M. Novruzovunvə başqalarının da nməqalələri dərc olunmuşdur. Elmi aktuallığı ilə seçilən bu toplunu cəsarətli və maraqlı fikirlər toplusu adlandırmaq olar.

 

Əli Şamilov,

“Sovet  Naxçıvanı” qəzeti,

22 yanvar 1984- cü il,  sayı 18.

 

 

NAXÇIVANDA N.GƏNCƏVİNİN ƏSƏRLƏRİ İLƏ

SƏSLƏŞƏN DEYİMLƏR

 

N. Gəncəvinin əsərləri yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə həmçinin Avropada geniş yayılmışdır. Bu ölməz əsərlər dünyada nə qədər geniş yayılsa da, onun folklorlaşmış variantı Azərbaycandakı qədər heç yerdə yoxdur. Dahi şair qədim yazılı qaynaqlarla yanaşı, Azərbaycan folklorundan da geniş bəhrələnərək misilsiz sənət inciləri yaratmış, öz növbəsində isə bu sənət inciləri xalq arasında ağızdan-ağıza yayılaraq folklorlaşmışdır.

Bir həqiqəti də unutmamaq lazımdır ki, istər XII əsrdək, istər də sonrakı yüzilliklərdə yazılmış tarixə dair əsərlərdə əfsanə və rəvayətlər də özünə geniş yer tapmışdır. Elə buna görə də “Xəmsə”dəki bir çox folklor örnəklərinin xalqdan götürüldüyünü söyləyə bilərik. Bu gün xalq arasında mövcud olan bir çox rəvayət və əfsanələr də Nizami əsərlərinin folklorlaşmış variantıdır. Nizami kimi bir ustadın həm özündən sonrakı yazılı ədəbiyyata,  həm də şifahi xalq ədəbiyyatına həddindən artıq güclü təsir göstərməyi tamamilə təbiidir. Hətta xalq özünün yaratdıqlarını belə Nizami dühası ilə əlaqə sürməyə çalışmışdır.

Dahi şairin əsərləri ilə, xüsusən “Xosrov və Şirin”lə bağlı əfsanələr, rəvayətlər, bayatılar Naxçıvan ərazisində də olduqca çoxdur.

Bundan əlavə xeyli yer, çay, bulaq, qala adları da “Xosrov və Şirin” əsərindəki qəhrəmanların adı ilə bağlıdır.

Naxçıvan regionunun toponim və oykonimləri arasında Fərhadın adı ilə bağlı olanlar daha çoxdur. Fəehadın adı ilə bağlı ən əzəmətli abidələrdən biri Batabat yaylağındakı Fərhad evidir.  4 otaqdan ibarət olan abidə bəlkə də qəhrəmana hörmət əlaməti olaraq Fərhad evi adlanır. Əhəngdaşı qayanın üzərindəki kitabə pozulduğundan bu abidənin nə vaxt yaradıldığını, kimin əl işi olduğunu söyləmək mümkün deyil. Lakin Fərhad evinin yanından dərəyə baxanda köpüklənə-köpüklənə axan dağ çayı süd arxını yada salır. Onu da xatırladaq ki, Biçənək kəndinin sakinləri kənddən xeyli aralıdakı bir bulağı “Südlü” bulaq adlandırırlar.

Fərhadın adı ilə bağlı başqa bir abidə haqqında tədqiqatçı Arif Rəhimov araşdırmasında yazır: “Köhnə Vayxırın cənub qərbindəki “Quyuludağ” adlı bir yer vardır. Dağın şərq hissəsi 250-300 metrlik maili sal daşıdır. Bu sal daşın 160-170 metrliyində 2 metr eni, 11 metr uzunu olan bir yer hamarlanmış və orada iki quyu qazılmış bu pilləli quyular əsl möcüzədir. Ora ancaq şimal-qərb tərəfdən bircə yol var ki, bu yolla da bircə adam düşə bilər. Birinci quyuda 11 pillə var, ikinci quyuda 27 pillədən sonra səki görünür. Səki burularaq aşağıya doğru 16 pillə enir. Sonra pillələr qırılır və təxminən 2 metr uçurum gəlir. Uçurumun sonu yenidən səki ilə qurtarır və qabağa doğru gedən pilləli yol daş, torpaqla tutulmuşdur. Əfsanəyə görə bu quyuları Fərhad qazmışdır.

Arpaçaydan Sədərək kəndinin kövşənlərinə doğru uzanan qədim bir arx da Fərhadın adı ilə bağlıdır. Sədərək yaxınlığındakı başqa bir arx isə “Şir” arxı adlanır. “Şir” sözünün bir mənası da süd olduğu üçün bu arxın da məhz Nizami qəhrəmanları ilə bağlılığını güman etmək mümkündür.

Sədərək kəndinin başı üzərində bir dağ ucalır: Tejkar dağı. Dağ sərt daşlardan ibarətdir. Bitki örtüyü isə əsasən həmişəyaşıl ardıc kollarıdır. Ta qədimdən bu yerlərin sakinləri ardıc kollarını müqəddəs hesab etmişlər. El arasında belə bir əfsanə dolaşır ki, ardıc kolları hansısa qəhrəmanın külüngünün sapıdır. Qəhrəman özünü öldürmək istəyəndə külüngü havaya atıb köksünü irəli vermiş, külüng onun köksünə sancılmış, sapı isə yaşıllaşıb qol-budaq atmışdır. Elə ona görədir ki, ardıcın budağını kəsəndə qan axır.

Tejgar və Əjdahan dağlarında bitən ardıc kolları haqqında el arasında gəzən bu cür əfsanə N.Gəncəvinin “Xosrov və Şirin” əsərində Fərhadın ölüm səhnəsini xatırladır:

Döyünən qəlbini sözlər qanatdı,

Dağların başına külüngü atdı.

Külüngün dəstəsi sancıldı yerə,

Nəm topraq can verdi göyərtilərə.

Sədərək kəndindən xeyli yuxarıda – indiki Ermənistan SSR-in Yeğeqnadzor rayonunun Qovuşuq kəndi yaxınlığında da  Fərhadın adı ilə bağlı xeyli yer adları mövcuddur. Qovuşuqla Ələyəz kəndləri arasında Vəng adlandırılan qədim bir abidə var. Buraya yuxarı yaylaqlardan daşdan yonulub düzəldilmiş bir arx gəlir. Yaylaqla Vəngin arası sərt yamaclı dağlardır. ən çevik heyvan – qatır belə buradan çətinliklə keçir. Çox təəssüf ki, arxın yonulmuş daşlarını söküb ətraf kəndlərdə dəyirman novları düzəldiblər.

El arasında gəzən əfsanəyə görə Vəng Şirinin sarayı olmuşdur. Şirinin sarayları ilə əlaqəli yazılara bax daş arxı isə Fərhad Şirini təzə südlə təmin etmək üçün çəkmişdir. Çünki yaylaq vəsarayın arxasındakı sərt daşlar südün daşınmasına maneçilik törətmişdir.

Şahbuz rayonunun kənd Şahbuz kəndi yaxınlığındakı əzəmətli və möhtəşəm Şapur qalası da  “Xosrov və Şirin” əsərindəki Şapuru xatırladır.

 Ümumiyyətlə, Nizami Gəncəvinin əsərləri ilə bağlı rəvayət və əfsanələr Naxçıvanda geniş yayılmışdır. Müxtəlif variant və deyimləri olan bu əfsanə və rəvayətləri toplayıb tədqiq etməyə geniş ehtiyac duyulur.

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti,

 15 fevral, 1984, sayı 43 (13781).


 

 

YADDAŞLARDA YAŞAMIŞ İNCİLƏR

 

Azərbaycan aşıqlarının IV qurultayı qarşısında nəşriyyatlarımız xalq ədəbiyyatı nümunələrinin oxuculara çatdırılmasına diqqəti artırraq zəngin mündərəcəsi ilə bir-birindən seçilən kitablar çap etmişlər. Bele kitablarda biri də “Azərbaycan aşıqları və el şairləri” (“Elm” nəşriyyatı, 1983-cü il) adlanır.

Aşıq və el şairlərinin şeirlərindən ibarət onlarla toplu nəşr edilmişdir. Lakin bu topluların heç biri Azərbaycan aşıqlarının çoxsahəli yatradıcılığını  tam əhatə etmir. Mərhum folklorşünas M. Təhmasibin və folklorşünaslardan İ. Abbasov, B. Abdullayev, T. Fərzəliyevin redaktəsi ilə çapa hazırlanan iki cildlik “Azərbaycan aşıqları və el şairləri” kitabı əvvəlki nəşrlərdən istər əhatə dairəsi, istərsə dəbədii dəyəri ilə seçilir.

Kitabın birinci cildinə dolğun və yığcam müqəddimə yazan İ. Abbasov qeyd edir ki, kitabı 5 cilddə hazırlamaq nəzərdə tutulmuşdur. Lakin çoxcildliyin tərtibçisi, qocaman follorçumuz, filologiya elmləri namizədi Əhliman Axundov səhhəti ilə əlaqədər olaraq bu işi başa çatdıra bilməmişdir. Onun tərtib etdiyi mətn vəfatından sonra Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun müdiriyyəti və şifahi ədəbiyyat şöbəsinin əməkdaşları tərəfindən yenidən nəzərdən keçirilmiş, kitabı iki sanballı cilddə hazırlamaq məqsədə uyğun sayılmışdır.

Hər iki cildin mətnləri yenidən nəzərdən keçirilərkən redaktorlar cildlərin quruluşunda, nümunələrin aşıq şeirlərinin forma və şəkilləri üzrə düzülüşündə əsaslı dəqiqləşdirmələr aparmış, əsərləri verilən sənətkarların çoxu barədə yığcam məlumat yazmışlar.

Cildlər təkmilləşdirilərkən mövcud çap materiallarından, institutun folklor arxivində qorunan, həmçinin şöbə əməkdaşları tərəfindən ekspedisiyalar zamanı toplanmış nümunələrdən də geniş istifadə olunmuşdur. Müqəddimə müəllifinin təvazökarlıqla qeyd etdiyi “dəqiqləşdirmələr aparılmışdır” sözünün arxasında cildin redaktorları İ. Abbasovun və T. Fərzəliyevin ağır zəhməti, axtarışları durur. Bunu qabarıqlığı ilə göstərmək üçün bir fakta nəzər salmaq kifayətdir. Azərbaycan aşıqlarının mənəvi atası Qurbaninin “Sənə” rədifli qoşması dövrü mətbuatda 20 dəfədən çox çap olunmuşdur. Hələ ayrı-ayrı aşıqlardan və şeir həvəskarlarından toplanmış nümunələri  də bura əlavə etsək bu şeirin 30-a yaxın nüsxəsinə rast gəlirik. Bu nüsxələrdə bir-birindənfərqli cəhətlər də vardır. Bu fərqli cəhətləri tutuşdurmaq, bədii cəhətdən ən dəyərlisini seçmək lazım gəlir. Bunun üçün də folklorşünas Qurbani dövrünün etnoqrafiyasını, ideologiyasını, dilini və sairi bilməlidir. Kitabda dərc olunmuş əksər şeirlər üzərində bu baxımdan dəqiqləşdirmələr aparılıb.

Kitabda XVI-XIX əsrlərdə yaşamış 23 müəllifin onlarla şeiri dərc edilmişdir. Yaradıcılıqda öz dəsti-xətti, öz sözü olan, xalqın qəlbinə dərindən nüfuz etməyi bacaran bu sənətkarların yaratdıqları incilər yüzillikləri aşaraq, ağızdan-ağıza keçərək dövrümüzə qədər gəlib çatmış, bu gün zəngin el xəzinəsinə çevrilmişdir. Bu incilər yalnız Azərbaycan xalqının deyil, qonşu xalqların da mənəvi dünyasını bəzəmişdir. Milliyyətcə erməni, gürcü, ləzgi olan aşıqlar uzun müddət azərbaycanca yazıb yaratmışlar. Erməni folklorşünaslarının fikrincə Azərbaycan dilində yazıb-yaradan erməni aşıqlarının sayı 400-dən çoxdur.

Bu da səbəbsiz deyildir. Azərbaycanda ozan – aşıq ənənəsinin tarixi olduqca qədimdir. Ozanlarımızın yaratmış olduğu “Kitabi Dədə-Qorqud” dastanlar toplusu dünyanın bir çox dillərinə tərcümə edilmiş, hər yerdə də böyük rəgbətlə qarşılanmışdır.

Qədim tarixə malik ozan aşıq sənəti haqqında geniş və maraqlı məlumata oxucu yalnız kitabın müqəddiməsində rast gəlir. Kitabda yaradıcılığından nümunələr verilən sənətkarların isə bizdən ən uzaq dövrdə yaşayanı Qurbanidir. Yaxşı olardı ki,Qurbanidən əvvəl yaşamış, müqəddimədə şeirlərindən kiçik nümunələr verilmiş sənətkarların əsərləri də cildə daxil ediləydi. Bu, müqəddimə müəllifinin “elə həmin əsrdə (XII-XIV əsrlər nəzərdə tutulur – Ə. Ş.). Hovanes Yerzinqatsi, Hovanes Tlkurantsi kimi erməni şairlərinin həm də Azərbaycan dilində aşıq şeiri tərzində yazıb-yaratmaları Azərbaycan xalq şeirinin təsir dairəsini müəyyənləşdirir, onu orta əsrlərin ilk çağlarından başlayaraq geniş yayılan forma və şəkil olduğunu təsdiq edir” hökmünün təsirini gücləndirmiş olardı.

Çox təəssüf ki, kitabda bir çox sənətkarların – Ağ Aşıq təxəllüslü Allahverdinin, Xəstə Həsənin, Ululu Kərimin və b. Yaradıcılığından nümunələr vermək tamamilə unudulmuşdur. Kitabın redaktorları Kərim adlı iki el şairinin yaradıcılığını, həyat yolunu aydınlaşdırmış, birinin Vardanlıda, o birinin isə Cəbrayıl rayonunun Cəfərabad kəndində yaşadığı haqqında məlumat vermişlər. Lakin Mücrüm Kərimə aid edilən şeirlər sırasında XVIII-XIX əsrlərdə Şahbuz rayonunun Aşağı Remeşin kəndində yaşamış Ulului Kərim adlı el şairinin “Kim ola”, “Olmaz” şeiri verilmişdir. Görünür istər tərtibçi , istərsə də redaktorlar Ululu Kərimlə Mücrüm Kərimi eyniləşdirmişlər. Ümumiyyətlə eyni yüzillikdə və ya müxtəlif yüzilliklərdə yaşamış, eyni adlı və ya təxəllüslü sənətkarların yaradıcılıqlarının dolaşıq salınmasına tez-tez təsadüf edilir. Bu cür halları aradan qaldırmaq, xalq şeiri ruhunda yaradan sənətkarların əsərlərini tam şəkildə çap etmək üçün akademik nəşrin vaxtı çoxdan çatmışdır. Belə bir nəşrin uzun müddətdir ki, folklor həvəskarları da, orta və ali məktəb müəllimləri də, tədqiqatçılar da, geniş oxucu kütləsi də səbrsizliklə gözləyir. Belə bir nəşr Dədə Qorquddan bu günədək aşıq şeirinin keçdiyi yolun əhatə dairəsini izləməyə imkan verir.

 

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti,

6 mart 1984-ci il,  sayı 57.

   


 

 

 

Partiyanın sadiq əsgəri

(Heydər Sadıq oğlu Vəzirov)

 

Ömrünü mənalı işə, ümumxalq işinə həsr edən, Sovet hakimiyyətinin qələbəsi və möhkəmlənməsi uğrunda yorulmadan mübarizə aparan mətin kommunistlərdən Heydər Sadıq oğlu Vəzirov haqqında çox az yazılıb, çox az deyilib. Onun adının əbədiləşdirilməsi üçün də az iş görülüb.

1893-cü ildə Naxçıvan qəzasının Nehrəm kəndində doğulmuş Heydər Sadıq oğlu Vəzirov Naxçıvan şəhərindəki realnı məktəbdə təhsil almış, sonra İrəvandakı seminariyaya qəbul olunmuşdur. O, seminariyada oxuya-oxuya gimnaziyanın səkkizinci sinfini bitirmək haqqında itahan vermişdir. Lakin 1914-cü ildə başlanan birinci dünya müharibəsi Heydər Vəzirova təhsilini davam etdirməyə imkan verməmişdir. Onu hərbi mükəlləfiyyətə cəlb etmişlər. Zabitlər hazırlayan məktəbi bitirdikdən sonra H. Vəzirov unter-zabit kimi döyüşən orduya yollanmışdır. Lakin bu müharibə 21 yaşı yenicə tamam olmuş gənc zabitin heç də ürəyindən deyildi. Çar ordusunda H. Vəzirov kimi müharibəyə nifrət edənlər çox idi. Xüsusilə müharibə başlanandan sonra bolşeviklərorduda təbliğatı daha da gücləndirmişdilər.

1915-ci ilin may ayında Qalitsiya yaxınlığında çar ordusunun böyük bir birləşməsi əsir düşür. Gənc H. Vəzirov da bu əsirlər arasında idi. Lakin əsirliyin acö üzü gənc zabiti ruhdan salmır. O, tezliklə alman dilini mükəmməl öyrənir, marksizm klassiklərinin əsərlərini orijinaldan oxuyur.

Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra Leninin imzaladığı Sülh dekretinin sədası qısa müddətdə vətəndən uzaqda olan hərbi əsirlərə də çatdı. 1918-ci ilin mart ayında Brestdə bağlanmış sülh müqaviləsində hərbi əsirləri dəyişmək haqqında razılığa gəlindi. Müqavilənin imzalanmasına baxmayaraq Almaniya əsirlərin ilk dəstəsini sentyabr ayında yola saldı.

Səmimi və təvazökar bir insan olan H. Vəzirov həmin günləri xatırlayaraq öz tərcümeyi-halında yazır ki, birinci xəstə və yaralı hərbi əsirləri yola saldılar. Onların arasında 30 nəfər həmyerlim və mən də var idim. Çətin və üzücü yola səyahətindən sonra noyabr ayında gəlib Batumiyə çatdıq.

Inqilabdan sonra xarici ölkələrdən hərbi və iqtisadi yardım alan yerli burjuaziya oyuncaq hökümətlər təşkil etmişdi. Belə hökümətlərdən biri də Zaqafqaziya komissarlığı idi. Lakin bu komissarlığın ömrü uzun olmadı. Parçalanaraq üç oyuncaq milli dövlətə çevrildi. Müsavat höküməti özünü müdafiə edəcək qüvvələr təşkil etmək üçün çar ordusunun zabitlərindən istifadə edirdi. əsirlikdən yenicə gəlmiş H. Vəzirovu da müsavat höküməti təcrübəli mütəxəssis kimi səfərbərliyə aldı. O, burada zabitlər hazırlayan məktəbdə təlim-məşqlərə rəhbərlik edir, gənclərə hərbi elmin sirlərini öyrədir, Əliheydər Qarayev, Çingiz İldırım, Mirzə Davud Hüseynov kimi inqilabçılarla müntəzəm əlaqə saxlayırdı. H. Vəzirov zabitlər hazırlayan məktəbdə bolşevik təbliğatı aparırdı. Elə bunun nəticəsi idi ki, 1920-ci ilin aprel ayında müsavat parlamentinə təslim olmaq haqqında ultimayum təqdim ediləndə H. Vəzirovun başçılığı ilə kursantlar bank, dəmir yol stansiyaları və sair mühüm strateji obyektləri mühasirəyə alıb müsavat hökümətinə əl-qol açmağa imkan vermədilər.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra da H. Vəzirov zabitlər hazırlayan məktəbə başçılıq etdi. Müsavat dövründə məktəbə daxil olmuş kursantların əksəriyyəti oranı bitirdikdən sonra Qızıl Orduda xidmətə başladılar. Bu kursantların bir çoxu yüksək əsgəri rəşadətinə görə sonralar orden və medallarla təltif olundu, yüksək əsgəri rütbələrə layiq görüldü.

1920-ci ilin iyun ayında Sov.İKP üzvlüyünə qəbul edilən H. Vəzirov inqilabın nailiyyətlərinin qorunması və möhkəmlənməsi uğrunda əzmlə işə girişdi. Gəncə və Qarabağda baş verən müsavat qiyamlarının yatırılmasında göstərdiyi hünərə görə mükafatlandırıldı. Təcrübəsini, bacarığını nəzərə alaraq ona daha bir məsul vəzifə tapşırıldı. 1921-ci ildən hərbi məktəbin rəisi və hərbi komissarı olan H. Vəzirov 1922-ci ildən Azərbaycandakı hərbi məktəblərin rəisi və komandiri təyin edildi.

H. Vəzirov hərbi kadrlar hazırlamaqla yanaşı, tez-tez dövrü mətbuatda çıxış edir, Azərbaycan dilində məqalələryazırdı. Bu məqalələrdən gələcəyin zabitləri bir dərslik kimi istifadə edirdilər.

1923-cü ildə xarici kapitalın yardımı ilə gürcü menşevikləri əksinqilabi qiyam qaldırdılar. Həmin çətin anlarda H. Vəzirov Azərbaycan zabitləri məktəbi kursantlarından və müəllimlərindən hərbi hissə təşkil edib əksinqilabi qiyam qaldırdılar. Həmin çətin anlarda H. Vəzirov Azərbaycan zabitləri məktəbi kursantlarından və müəllimlərindən hərbi hissə təşkil edib əksinqilabi qiyamın yatırılmasına yollandı. Qiyam qısa müddətdə yatırıldı. Göstərdiyi igidlik və hünərə görə H. Vəzirov həmin dövrün ən yüksək mükafatına – Qırmızı bayraq ordeninə layiq görüldü. Onun başçılıq etdiyi ordu hissəsi – zabitlər məktəbi də həmin ordenlə təltif olundu. Döyüşdə fərqlənən ayrı-ayrı zabit və kursantlar da mükafatlandırıldı.

Az sonra H. Vəzirov Azərbaycan SSR xalq hərbi komissarı və Azdiviziyanın hərbi komissarı təyin edilir. O, həmin illərdə Kürdəmirdə, Qarabağda və Göyçayda baş qaldırmış quldur dəstələrinin ləğv edilməsində yüksək əsgəri rəşadət göstərir. Göyçayda azğınlıq edən quldur dəstəsini ləğv etmək isə gündən-günə uzanırdı. Quldurlar bəzən həftələrlə, aylarla dağlarda gizlənir, qəfildən görünüb vəhşilik edirdilər. Odur ki, Azərbaycan partiya təşkilatı Göyçay qəzasındakı quldur dəstələrinə qarşı mübarizə aparmaq və torpaq məsələsini həll eymək üçün 1925-ci ildə H. VəzirovGöyçay Qəza İcraiyyə Komitəsinə göndərir. Tapşırılan işin öhdəsindən bacarıqla gələn H. Vəzirov iki il sonra Gəncə Qəza İcraiyyə Komitəsinin sədri kimi işə başlayır.

1929-cu ildə onun Azərbaycan Sosialist Şura Cümhuriyyəti xalq torpaq komissarının müavini vəzifəsinə irəli çəkirlər. Bu həmin illərdi ki, ölkəmizin hər yerində kollektivləşmə uğrunda mübarizə gedirdi. Kollektiv təsərrüfatın üstünlüklərini izah etmək, əksinqilabi ünsürlərə qarşı mübarizə aparmaq lazım idi. Bu vəzifəni H. Vəzirov ləyaqətlə yerinə yetirdi. Məhz buna görə də 1931-ci ildə onu Zaqafqaziya xalq torpaq komissarı vəzifəsinə irəli çəkdilər.

1932-1933-cü illərdə Zaqafqaziya Dövlət Plan Komissionun sədrinin müavini işləyən H. Vəzirov 1933-cü ilin fevral ayının 7-dən 1937-ci ilin yayınadək Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsində işləmişdir. Lənkəranın subtropik zonaya çevrilməsində, kənd təsərrüfatının maşın və mexanizmlərlə təmin edilməsində, yeni suvarma kanallarının çəkilməsində, ümumiyyətlə, sosializm quruculuğunda əlindən gələni əsirgəməmişdir. H. Vəzirov ali çağırış SSRİ Ali Sovetinin deputatı kimi də mühüm işlər görmüşdür.

Partiyanın sadiq əsgəri H. Vəzirov hansı vəzifədə işləməsindən asılı olmayaraq ona tapşırılan işi ləyaqətlə yerinə yetirmişdir. Arzu edərdik ki, bu mətin kommunistin xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görülsün, onun mənalı həyatı gənclərimiz üçün bir örnəyə çevrilsin.

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti

29 iyun 1984-cü il, sayı 152 (13.890)

 


 

Əyilməzlik timsalı – Ə l i n c ə

 

Muxtar respublikamız tarixi abidələri, mineral suları, axar-baxarlı dağları ilə ta qədimdən səyyahların diqqətini özünə cəlb etmişdir. Qədim və orta əsr əlyazmalarında da bu yerlər haqqında xoş sözlərə tez-tez təsadüf edilir. Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra bu qədim diyarın sorağı daha uzaqlara yayıldı. Muxtar respublikamıza səyahətə çıxmaq istəyənlərin sayı ildən-ilə artdı. Ötən bir ildə ölkəmizin müxtəlif şəhərlərinin 500 nəfər sakini qədim diyara turist səfərinə çıxmış, bağlar diyarı Ordubadda, Culfanın mineral bulaqlarında, səfalı Batabat yaylağında və s. yerlərdə olmuşlar.

Doğma diyarı daha yaxşı tanımaq eşqi ilə istirahət günlərində səyahətə çıxan muxtar respublika sakinlərinin də sayı ildən-ilə artır. Ötən bir ildə 4 min 200 pioner və məktəbli respublika gənc turistlər stansiyasının xidmətindən istifadə edərək muzeylərə baxmış, tarixi abidələrlə tanış olmuş. Ordubad şəhərinə, Əlincə qalasına, Batabat yaylağına, Badamlı və Sirab mineral sular zavodlarına və s. yerlərə səyahətə çıxmışlar.

əməkdə və təhsildə yüksək nəaliyyətlər qazananlar da istirahət saatlarını təbiətin qoynunda – səyahətlərdə keçirməyi sevirlər. Bu ilin ötən ayları ərzində 4 min 986 nəfər fəhlə və kolxozçu ziyalı, tələbə, xidmət işçisi Naxçıvan səyahətlər və ekskursiya bürosunun xidmətindən istifadə edərək muxtar respublikamızın tarixi abidələri ilə tanış olmuş, muzeylərə baxmış, mənzərəli yerlərində dincəlmişlər. Yaxşı istirahətdən sonra qazanılan əmək qələbələrinin sayı da artır.

Partiya və hökümətimiz zəhmətkeşlərin asudə vaxtının yüksək səviyyədə keçməsinə daim diqqət yetirirlər. Sov. İKPMK-nın iyun (1983-cü il) plenumundakı məruzəsində K.U. Çernenko yoldaş demişdir: “...Tərbiyə işində möhkəm nəticələr o yerdə əldə edilir ki, harada bu iş adamların həyat fəaliyyətinin bütün cəhətlərini, o cümlədən onların məişətini, asudə vaxtını, ailə münasibətləri sahəsini əhatə edir. Asudə vaxt daha zəngin və maraqlı olmalı, insan qabiliyyətinin inkişafına kömək etməli, müasir həyat ahənginin doğurduğu psixoloji gərginliyi aradan qaldırılmalıdır”.

Əməkdə və təhsildə əldə etdikləri yüksək nailiyyətlərdən sonra asudə vaxtını şən və mənalı keçirmək istəyənlərə kömək məqsədilə muxtar respublikamızın tarixi abidələri, görkəmli yerləri haqqında “Gəz, tanı, istirahət et!” rubrikası altında məqalələr dərc edəcəyik. Oxuculardan xahiş edərdik ki, öz arzu və təkliflərini bildirsinlər.

“Gəz, tanı, istirahət et!” rubrikası altında verəcəyimiz ilk yazı xalqımızın yenilməzlik və məğlub edilməzlik timsalı, dünyanı sarsıdan Teymurləng ordusuna 14 il baş əyməyən Əlincə qalasına həsr edilir.

 

N a x ç ı v a n – C u l f a şosesi Çeşməbasar kəndindən sonra haçalanır. Sola ayrılan yol Əlincəyə gedir. Çeşməbasar və Güznüt kəndlərini keçəndən sonra yolun sol tərəfindən kiçik bir çay görünür. Bəzən köpüklənə-köpüklənə axan, bəzən də quruyan bu çay Xor gədiyində görünməz olur. Bu da təsadüfi deyil. Bir az diqqət yetirsəniz gədikdə yolun sağ və solunda kəhriz quyularınıgörərsiniz. Bu ali kəhriz deyil. ərəzin, Güznüt, Çeşməbasar və s. kəndlərin əkin sahələrini, bağlarını su ilə təmin etmək üçün Xor gədiyinin altında tunel vurulub, Əlincə çayının suyunun keçməsinə yol açılıb. Bel, külünglə qazılmış tuneli çəkənlərin hünərinə bu gün heyran qalmamaq olmur.

Xor gədiyindəki bu tunel babalarımızın işgüzarlığından, yer altında istiqaməti dəqiq müəyyənləşdirmək bacarığından, yüksək əkinçilik mədəniyyətindən xəbər verir. Gədikdə maraqlı yalnız tunel deyildir. Buradan İlanlıdağ bütün gözəlliyi görünür. Əlincə qalasınadək uzanan yolda bu dağ yolçuya “yoldaş” olur.

Bənəniyar, Saltax, Noraşen kəndlərinin başı üzərindən ucalan Gen dağını keçdikdən sonra Əlincə dağı görünür. Dağı aralıdan seyr etmək və dincəlmək üçün Noraşen kəndində 10-15 dəqiqəlik fasilə elan etmək olar. Elə oradaca yolun sağındakı yeməkxanada siz milli xörəklər sifariş verə bilərsiniz. Gəzintidən qayıdanadək sifariş verdiyiniz xörəklər hazır olar.

Sərt qayaları və qəribə görünüşü ilə ilk baxışda diqqəti cəlb edən Əlincə dağının zirvəsindəki qalaya əsasən üç yerdən – Xanağa kəndindən, Qazançı kəndi yaxınlığından və dağın qərb yamacından çıxmaq mümkündür. Bunlardan ən münüsibi və rahatı dağın qərb yamacındakı dərə ilə qalxan cığırdır. Vulkan mənşəli dağın hündürlüyü 1811 metrdir. Sərt qayaların arasındakı dərə ilə üzüyuxarı qalxdıqca qədim qala divarlarının qalıqlarına rast gələcəksiniz. Qalanın əsas divarı isə nisbətən salamat qalmışdır. Bişmiş kərpicdən tikilmiş divarı keçdikdə qarşınızda geniş meydan açılacaqdır. Teymurləng ordusuna baş əyməyən igidlər bu meydana sığınmış, özlərinə daldanacaq qurmuşlar. Sığındıqları qalanın möhkəmliyinə əmin olan igidlər tez-tez qaladan çıxıb Teymurləng ordusunun dəstələrinə hücumlar edib, pusqu qurub düşmənə təlafat veriblər.

Qalanın tikilmə tarixi müəyyənləşdirilməmişdir. Ehtimal ki, erkən orta əsrlərdə bura möhtəşəm qala olmuşdur. Bir çox tarixi mənbələrdə, eləcə də xalqımızın əvəzsiz abidəsi “Kitabi – Dədə Qorqud” da qalanın adı dəfələrlə çəkilir. Qalada yuxarıya pillə-pillə müdafiə divarları, qala yolunda isə keşikçi məntəqələri, bürc və səngər qalıqları durur. Qalan rəislərin və sərkərdələrin yaşadıqları bişmiş kərpicdən tikilmiş binaların və başqa yardımçı tikililərin xarabalıqları görünür. Tarixi mənbələrə görə Şahtaxtı adlanan bu sahədə 600 süvarini yerləşdirmək mümkünmüş. Qalada 7-dək hovuz qazılmış, onları su ilə doldurmaq üçün qayadan xüsusi arxlar çəkilmişdir. Çox təəssüf ki, bu hovuzların dərinliyini müəyyənləşdirmək istəyən “səyyahların” atdığı daşların ucbatından indi onlarda su qalmamışdır. Yalnız hovuzların birində indi də su qalır. Ehtimal ki, bu hovuzlar qala sakinlərini həmişə yox, çətin anlarda su ilə təmin edirmiş. Qalada yaşayanları su ilə təmin edən isə dağın şərq yamacında Xanağa kəndinin üstündəki qədim kəhriz olmuşdur.

Qala divarlarını keçib Xanağa kəndinə doğru endikdə yaşayış evlərinin qalıqlarını və eləcə də dərənin sağ və sol yamaclarındakı qala divarının yerlərini görmək mümkündür. Görünür ki, müdafiəçilər əsasən burada yaşayırmışlar və kəhriz də buradadırş baxımsızlıq üzündən kəhrizin suyu gah gəlir, gah da quruyurdu. Suyu saf və təmiz olan bu kəhriz haqqında xalq arasında belə bir əfsanə dolanır ki, bu adi su deyil, düşmənlərin öldürdüyü insanların göz yaşıdır.

Ötən illərdə Xanağa kəndinin gəncləri təşəbbüs qaldıraraq kəhrizi təmir etdilər. Indi kəhrizin suyu ilboyu axır. Bu kəhrizin maraqlı quruluğu var. Kəhriz quyularının hər birinin üstündə yaşayış binasının qalıqları görünür. Respublikamızın başqa yerlərində olduğu kimi, burada da kəhriz quyuları şaquli istiqamətdə qazılmayıb. Vəhşi heyvan yuvası kimi9 maili gedir və yer altında yenidən dönür. 2 – 3 döngədən sonra kəhrizin mənbəyinə çıxır. Görünür ki, qala müdafiəçiləri su mənbəyini düşməndən gizlətmək üçün kəhrizi bu üsulla qazmışlar. Xanağa kəndinin üstündəki qala düşmən hücumuna tab gətirməyəndə  müdafiəçilər yuxarı – Şahtaxtına çıxarlarmış. Gecənin qaranlığından, düşmənin geri çəkilməsindən istifadə edib aşağı enər, yalnız məlum olan quyulardan düşüb kəhrizlərdən su götürürlərmiş.

Aşağı qala divarının içərisində olan yaşayış binalarından əsasən ikisi nisbətən salamat qalmışdır. Bunlardan biri maraqlı memarlıq quruluşu olan məsciddir. Bina tam bərpa edilmişdir. İkincisi isə məscid binası yaxınlığında aşkara çıxarılmış bina qalıqlarıdır. Tədqiqatçıların fikrincə burada silah düzəldilirmiş.

Məscidə və silah düzəldilən binaya baxdıqdan sonra Əlincə çayını keçib xanəgaha mütləq baxmaq lazımdır. Çayı keçəndən sonra yolun solunda kiçik bir bina var. Bu kənd çayxanasıdır. Yorğunluğunuzun çıxması üçün burada dincələ bilərsiniz. Çayçı İsmayıl sizə kəkotu, zirə, yarpız, qantəpər və sair otlardan hazırlanmış çaya qonaq edər.

Inqilaba qədər Xanağa kəndi Əlincə çayının sağ sahilində yerləşirmiş. Sovet hakimiyyəti illərində ağ günlərini yaşayan kənd böyümüş, genişlənmiş, çayın sol sahilində də yaraşıqlı binalar ucaldılmışdır. El arasında “Şüyxin türbəsi” adlanan gözəl memarlıq kompleksi Əlincə çayının sol shilində anağa kəndinin üstündəki dərədə yerləşir. Türbənin yaxınlığından kəhriz axır. Dərə boyu tut, qoz və söyüd ağacları əkilmişdir.

Tədqiqatçıların fikrincə Nəsiminin müəllimi Fəzlullah Nəimi bu xanəgahda dəfn edilmişdir. Binanın XIII əsrə aid olan tikintisi türbə binasıdır. XV əsrdə türbənin ətrafında xanəgah binaları tikilərək onun əvvəlki formasını xeyli pozmuşdur.

Təbiət həvəskarları da burada özləri üçün maraqlı müşahidələr apara bilərlər. Xanağa kəndinin içərisində Əlincə çayının sağ sahilində qayadan bir üzüm tənəyi sallanır. Çayxanadan bu üzüm tənəyi aydın görünür. Tənəyin nə vaxt əkildiyini xatırlayan yoxdur. Maraqlıdır ki, xəstəliklərə, quraqlığa həddən artıq davamlı olan bu üzüm tənəyinin məhsuldarlığı sabitdir. Bir də təbiət həvəskarlarını mağazanın  yaxınlığındakı istiot kolu maraqlandıra bilər. Kəndin ərazisində belə kol bir neçə yerdədir. Muxtar respublikamız üçün nadir olan bu bitkini öyrənməyə dəyər.

əlincə qalasına iki günlük səyahətə çıxanlar isə ikinci gün Qazançı kəndi yaxınlığındakı buzxanaya, Berdik və Çətəndaş dağındakı buzxanalara, Xoşkeşinlə Xanağa kəndləri arasındakı mineral bulaqlara və s. baxa bilərlər. Maraqlı burasıdır ki, ən isti keçən dövrlərdə belə bu buzxanalarda – mağaralarda  buz bu qışdan o qışa qalır.

Əlincə qalası ətrafındakı təsərrüfat da qalanın adı ilə “Əlincə” sovxozu adlanır. Sovxoz əməkçiləri əsasən heyvandarlıq və əkinçiliklə mə.ğuldurlar.

 

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti

31 iyul 1984-cü il, sayı 178 (13. 916)


 

 

ÜLVİ HİSSLƏR İNSANI DƏYİŞIR

 

  Respublikamızın xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, rejissor Eldar Quliyevin adı kino həvəskarlarına yaxşı tanışdır. “Səmt küləyi”, “Sevinc buxtası”, “Babək”, “Nizami”, “Ürək... ürək...” və başqa filmləri ilə tamaşaçıların qəlbinə yol tapmış rejissor muxtar respublikamızda yeni film üzərində ciddi yaradıcılıq işi aparır.

Ordubad rayonunun Dırnıs kəndi C. Cabbarlı adına  “Azərbaycanfilm” kinostudiyasının çəkiliş meydançasına çevrilmişdir. E. Quliyev burada “Gümüşü gölün sirri” adlı film çəkir. Filmin yaradıcı qrupu sonralar öz işlərini Arpaçay dəryaçasında davam etdirəcəkdir.

Qəzetimizin müxbiri Ə. Şamilov quruluşçu rejissor E. Quliyevlə görüşüb kiik müsahibə almışdır.

Müxbir – Eldar müəllim, necə oldu ki, siz “Gümüşü gölün sirri” filminin kəndlə bağlı kadrlarını məhz Naxçıvanda çəkməyi qərara aldınız?

E. Quliyev – (Zarafatla) Naxçıvanın ayağı mənə düşür. İlk dəfə xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən “Babək” filmini Naxçıvanda çəkdim. Filmi bir ildə 25 ölkə aldı. “Babək” filmini çəkəndə irad tuturdular ki, nə üçün mən gözəl mənzərəli, yaşıllıqlı rayonları deyil, Naxçıvanın quru, müxtəlif rəngə çalan dağlarını fon kimi seçmişəm. Mən bununla tamaşaçılara demək istəyirdim ki, Vətənin heç nə bitirməyən daşı, kəsəyi də onun övladları üçün əziz olmalıdır.

“Gümüşü gölün sirri” filmi üçün respublikamızın bir çox yerlərini gəzdim. Laçında Qaragölə çıxdım, Qutqaşendə Bayraməli nohurana baxdım, Qubada, Qusarda, Şamxorda, Qazaxda və başqa rayonlarda oldum. Xalçaçılıqla məşğul olan gənc sənətşünüs Fəridin gəldiyi dağ kəndi mənim nəzərimdə Dırnısa daha çox oxşayır. Həm də “Babək” filmini çəkərkən gördüm ki, bu yerin adamları sənətə böyük məhəbbət bəsləyirlər. Bizə hər cür köməklik göstərirlər. Əminəm ki, “Gümüşü gölün sirri” filminin çəkilişində də nəinki dırnıslılar, bütün ordubadlılar bizə yaxından kömək edəcək, əllərindən gələni əsirgəməyəcəklər.

Müxbir – Filmin yaradıcıları haqqında nə deyə bilərsiniz?

E. Quliyev – Ssenarisini istedadlı yazıçı İsi Məlikzadə ilə mən yazmışam. İkinci dəfədir ki, ssenari sahəsində qələmimi sınayıram. “Nizami”  filmində də ssenari müəllifi İsa Hüseynovla mən idim. Filmin operatoru Rafiq Qənbərovdur. Rafiqin bu sahədə zəngin təcrübəsi olsa da ilk dəfədir ki, bir yerdə işləyirik. Rəssamı isə Respublika Lenin komsomolu mükafatı laureatı Mais Ağabəyovdur. Mais indiyədək 11 filmdə geyim üzrə rəssam və sairə işləyib. “Babək” və “Nizami” filmlərində onunla birgə işləmişəm. Bir-birimizin iş metoduna yaxşı bələdik. Filmin musiqisini isə hamımıza yaxşı tanış olan görkəmli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayev yazacaqdır. Müslüm ilk dəfədir ki, bədii filmə musiqi yazır.

Müxbir – Bir neçə kəlmə də filmin aktyor ansamblı haqqında məlumat versəniz oxucularımız üçün maraqlı olar. 

E. Quliyev – filmdə baş rolu – Fərid rolunu C. Cabbarlı adına “Azərbaycan film”  kinostudiyasının aktyoru Eldəniz Rəsulov oynayır. Eldəniz indiyədək “Sevinc buxtası” , “Babək”, “Nizami” filmlərində bir çox epizodik rollarda çəkiləndə mənimlə işləyib. İmkanlarına, bacarığına bələdəm. Fəridin həyat yolunu dəyişdirən, onu öz sadəlövh dünyagörüşü ilə “orbitdən” çıxaran Leyli roluna isə Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun  II kurs tələbəsi Yelena Siranova çəkilir. Bu Yelenanın və Eldənizin kinoda ilk böyük roludur.. Ümumiyyətlə, filmdə çəkilənlərin əksəriyyəti gənclərdir. N. B. Vəzirov adına Lənləran Dövlət Dram Teatrının rejissoru Kamil Zöhrabov Dəmir, M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının  aktrisaları Şükufə Yusifova – Səidə. Mətanət Atakişiyeva – Nərgiz, M. Əliyev adına Azərbaycan Dövlət İnstitutunun II kurs tələbəsi Etibar Rəhimov – Rza rollarında çəkilirlər. Filmdə tanınmış aktyorlardan respublikanın xalq artistləri Firəngiz Şərifova – Fəridin anası Fatma xanım, Həsənağa Turabov isə Ağazəki surətlərini yaradacaqlar.

Müxbir – Sizi tamaşaçılar əsasən yaxın və uzaq keçmişimizdən bəhs edən tarixi filmlər müəllifi kimi tanıyırlar. Necə oldu ki, indi lirik-psixoloji film çəkməyi qərara aldınız? 

E. Quliyev – Düzdür, mən son zamanlar tarixi filmlər çəkirdim. Lakin həmin filmlərdə də müasirlərimizi düşündürən bir çox məsələlərə cavab verməyə çalışırdım. Yaradıcılığımın ilk dövrlərində də psixoloji filmlər çəkməyə meyl göstərmişəm. Məni həmişə narahat edən laqeydlik, məhdud həyat tərzi olub. Həmişə mən insanları bu laqeydlikdən silkələyib, fəal həyat mövqeyində durmağa çalışmışam. İsi Məlikzadənin “Gümüşü gölün əfsanəsi” povestini oxuyanda hiss etdim ki, bu mövzuda məni narahat edən məsələləri daha qabarıqlığı ilə verə bilərəm. Odur ki, filmin ssenarisi üzərində birgə işləməyi xahiş etdim. Razılaşdıq. Film müasirlərimizin mənəvi-psixoloji anlarını göstərən, onları mənəvi kamilliyə çağıran bir əsər olacaqdır. Gənclərin xarakterinin formalaşmasına da yəqin ki, müəyyən təsir göstərəcəkdir.

Müxbir – Müsahibəyə görə çox sağ olun.

  

“Sovet Naxçıvanı” qəzeti,

14 avqust, 1984- cü il, sayı 189.

 

 

 

 


 

 

SƏNƏTKAR HAQQINDA SÖZ

 

    Yazıçı-dramaturq İmran Qasımov muxtar respublikamızla sıx bağlı sənətkar idi. Ömrünün sonunadək Vənənd seçki dairəsi seçicilərinin Ali Sovetdə nümayəndəsi olan İ. Qasımov görkəmli ictimai xadim, istedadlı yazıçı, gözəl dramaturq və publisist kimi respublikamızdan çox-çox uzaqlarda tanınırdı. Onun ədəbi-tənqid və ədəbiyyatşünaslığa dair əsərləri az olsa da bu əsərlərdəki fikir yükü dərin və geniş olmuşdu.

    Belə çoxsahəli yaradıcılığa malik bir sənətkar haqqında elmi fikir söyləmək çətin və məsuliyyətlidir. İ. Qasımovun yaradıcılığı haqqında yalnız respublikamızın deyil, qardaş respublikaların, eləcə də bir çox sosialist və kapitalist ölkələrinin ədəbiyyatşünas və teatrşünasları fikir söyləmişlər. Söylənilmiş fikir və mülahizələri toplayıb saf-çürük etmək onlara ədəbiyyatşünaslığın müasir səviyyəsindən nəzər yetirmək olduqca ağır işdir. Bu ağır və məsuliyyətli işin öhdəsindən filologiya elmləri namizədi Zəkiyyə Qiyasbəyli gəlməyə çalışmışdır.

   Z. Qiyasbəylinin oxucuların mühakiməsinə təqdim etdiyi “İmran Qasımov” (“Yazıçı” 1983) monoqrafiyasına akademik Mirzə İbrahimov və Azərbaycan SSR əməkdar incəsənət xadimi, tənqidçi Cəlal Məmmədov rəy vermişlər.

   Kitabın redaktoru, filologiya elmləri namizədi, tənqidçi Akif Hüseynovdur. Akademik Mirzə İbrahimov kitaba yazdığı “Ön söz”də  tədqiqatçının xidmətlərini aşağıdakı kimi xarakterizə edir:

     “...Bu monoqrafiyanın ən yaxşı cəhəti yazıçının fəaliyyəti haqqında dolğun təsəvvür yaratmasından, bizdə ədəbi prosesin, teatr və kino sənətinin işində müəllifin xidmətləri barəsində ətraflı məlumat verməsindədir...

   Zəkiyyə Qiyasbəylinin kitabının başqa bir məziyyəti mövzunun geniş, ədəbi kontestdə şərhidir. Belə ki, biz burada yazıçının fəaliyyətini ədəbi prosesin mənzərəsində izləyə bilirik. Onun yaradıcılığına, sovet ədəbiyyatının aktual, ümumi problemləri və partiyalılıq, müasirlik kimi yüksək estetik prinsipləri baxımından nəzər saldığını görürük. Həmçinin İmran Qasımovun sovet və xarici yazıçılarla əlaqələri, onun haqqında görkəmli sənət və ədəbiyyat xadimlərinin fikirləri ilə də tanış oluruq”.

    Müəllif monoqrafiyasını “Ədəbiyyatımız və müasirimiz”, “Fəhlə sinfi sənət güzgüsündə”, “Müharibə və ədəbiyyat”, “Bədii təsəvvürdən düşüncələrə və bədii təhlilə doğru” fəsillərinə ayırmışdır.

    Bu fəsillərin adı ilə ilk tanışlıqdan oxucuda belə bir təsəvvür yaranır ki, monoqrafiya təsvirçilikdən uzaqdır. Əsərin adı “İmran Qasımov” olsa da müəllif monoqrafiyasına yazıçının tərcümeyi-halını daxil etməyi də lüzumsuz bilir. Bunun əvəzinə birbaşa yazıçının yaradıcılıq “tərcümeyi-halı”nı tədqiq edir. Bu da monoqrafiyanın elmiliyini artırır.

   İ. Qasımovun yaradıcılığını ümumi sovet ədəbiyyatının nəhəng panoramı fondunda təhlil edən Z. Qiyasbəyli sənətkarın qidalandığı milli zəmini sovet və dünya ədəbiyyatının qabaqcıl və mütərəqqi ənənələrindən bəhrələndiyinin, özünün ədəbiyyata gətirdiyi yenilikləri oxucuya sadə aydın faktlarla çatdırır. Sənətkarın bədii tapıntıları, yaradıcılıq axtarışları haqqında söylədiyi müddəaları müəllif  Sovet ədəbiyyatının görkəmli nümayəndələrindən gətirdiyi sitatlarla təsdiq edir. “Təbiətin, insanın, ümumiyyətlə varlığın dialektikasını marksist təlimi mövqeyindən araşdıran, onu həyata və yaradıcılığa məharətlə tətbiq edən, zamanın isti nəfəsini duymaq, qəlb döyüntülərini eşitmək istedadına malik olan sənətkarın fəlsəfi traktat kimi səslənən, insana yanaşmağın mənasını xatırladan gənc nəslin mənəvi-estetik tərbiyəsində, vətəndaşlıq borcunu başa düşməsində mühüm rol oynayan” güclü bəşəri hisslər aşılayan əsərlərindən, dünyagörüşündən ilhamla söhbət açan Ç. Aytmatov yazırdı: “Sənin (İ. Qasımovun) dramaturgiyanda qaldırılan məsələlər müasir adamların, zamanın problemləri olub qəhrəmanların simasında böyük tarixə vəsiqə almışdır. Sən hər barədə öz dövrünün vətəndaşısan, həqiqət, xeyirxahlıq, gözəllik, məhəbbət, ölüm, harmoniya kimi daimi mövzular sənin yaradıcılığında aktual günümüzlə səsləşən əhəmiyyət kəsb edir. Bu, çox gözəldir!

   Sənin bəşəri ədəbiyyat haqqında anlayışın, düşüncələrin məni həmişə heyran edir...”

     Z. qiyasbəyli monoqrafiyada sənətkarın qələminə məxsus bütün yazıçıları, eləcə də onun haqqında deyilmiş fikirləri eyni ilhamla tədqiq etmişdir. Sənətkarın bütün janrlarda insan psixologiyasının qabarıqlığı ilə verməsini yüksək qiymətləndirmişdir.

   Monoqrafiya ilə tanışlıqdan sonra oxucu belə bir qənaətə gəlir ki, İ. Qasımov iri əsərlər yazmasa da yaradıcılığına məsuliyyətlə yanaşmış, istər nəsr əsərləri, istərsə də dram və ssenariləri, istərsə də publisistik əsərlərini eyni ilham və məhəbbətlə yazmışdır.

   Z. Qiyasbəylinin “İmran Qasımov” monoqrafiyası sənətkar haqqında yazılmış ən sanballı əsər kimi oxucuların diqqətini özünə cəlb etmişdir.

 

Əli Şamilov,

“Sovet  Naxçıvanı” qəzeti,

23 sentyabr, 1984- cü il, sayı 223

 


 

 

QƏHRƏMANLIQ  DASTANLARIMIZA  AİD

TƏDQİQATLAR

 

    Şifahi xalq ədəbiyyatımızın ən geniş yayılmış janrlarından biri də dastanlardır. Azərbaycan dastanları haqqında çox yazılıb. Görkəmli folklorşünas M. H. Təhmasibin “Azərbaycan dastanları” adlı geniş həcmli monoqrafiyası da çap edilmişdir. Lakin bütün bunlarla yanaşı dastanlarımızın, xüsusilə qəhrəmanlıq dastanlarımızın tədqiq olunması, öyrənilməsi cəhətləri çoxdur.

    Filologiya elmləri namizədi, dosent Rüstəm Rüstəmzadə də məhz bu sahəni tədqiq etməyə girişmişdir. Alim uzun müddətdir ki, qəhrəmanlıq dastanlarının toplanması və tədqiqi ilə məşğuldur və bu səmərəli axtarışlar öz bəhrəsini vermişdir. “Gənclik” nəşriyyatı bu yaxınlarda tədqiqatçının “El qəhrəmanları xalq ədəbiyyatında” kitabını çap etmişdir.

   Kitabda bizim eradan əvvəl mövcud olmuş Astiak, Tomris kimi əfsanəvi dastanlarla yanaşı, Cavanşir, Babək, Qara Məlik, Şah İsmayıl, Fətəli xan, Molla Nur, Qaçaq Nəbi, Qandal Nağı, Qaçaq Kərəm dastanları, habelə Sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsi uğrunda mübarizədə fəal iştirak edən, Böyük Vətən müharibəsində igidlik göstərən qəhrəmanlara həsr olunmuş dastanlarda geniş təhlil edilmişdir. Kitaba filologiya elmləri namizədi İsrafil Abbasovun yazdığı ön sözdə deyilir ki, Azərbaycan eposunun mühüm bir qolunu təşkil edən tarixi qəhrəmanlıq dastanlarının öyrənilməsi tədqiqatçıdan ən azı üç sahəni dərindən mənimsəməyi tələb edir. O, hər şeydən əvvəl, problemin daxili təbiətinə uyğun olaraq həm ayrı-ayrı ictimai-siyasi hadisələri özündə qoruyan rəsmi sənədləri izləməli, həm də folklorçuya aid ən ümdə keyfiyyətə - kənd-kənd, oymaq-oymaq dolaşıb şifahi ədəbiyyat nümunələrini tpolamaq səriştəsinə malik olmalı, həm də müasir sovet follorşünaslığının elmi-nəzəri müddəalarından bəhrələnərək mövzunun həlli ilə bağlı mülahizələri ümumiləşdirməyi bacarmalıdır.

   Kitab 6 fəsildən ibarətdir. Birinci fəsildə qəhrəmanlıq dastanlarının janr xüsusiyyətləri təhlil olunur. Müəllif görkəmli follorşünaslarla mübahisəyə girişir, qəhrəmanlıq dastanlarının bölgüsü məsələsini dəqiqləşdirməyə səy göstərir. Qəhrəmanlıq dastanlarını ərazilərə görə bölən görkəmli rus tədqiqatçısı V. İ. Çiçerovun fikri ilə razılaşmayan R. Rüstəmzadə aşağıdakı bölgünü təklif edir. 1. Kəndli hərəkatı ilə bağlı dastanlar, yaxud qaçaq dastanları; 2. İnqilabi dastanlar. 3. Hərbi dastanlar. Müəllifin bu bölgüsü Azərbaycan qəhrəmanlıq dastanları üçün xarakterikdir.

   R. Rüstəmzadə qəhrəmanlıq dastanlarını təhlil edərkən tez-tez eposlara və eləcə də dünya xalqlarının dastanlarına müraciət edir. Paralel müqayisələr aparır, əlaqələrinivə fərqli cəhətlərini göstərir. Kitabda XIX əsrin sonları, XX əsrin əvvəllərində çarizmə və yerli xan, bəylərə qarşı mübarizəyə qalxmış qaçaqların həyatından bəhs edən dastanlar daha genişliyi ilə təhlil edilir. Müəllif haqlı olaraq göstərir ki, həmin dövrdə qaçaqçılıq kəndli hərəkatının zaqafqaziyada yayılmış ən geniş formalarından biri idi. Məhz buna görə də geniş xalq kütlələri qaçaqları tərənnüm edir, onların şəninə mahnılar, dastanlar qoşurdular.

    Qaçaqların ən geniş fəaliyyət meydanlarından biri isə Naxçıvan və onun ətrafları idi. İki xarici ölkənin sərhəddində olan Naxçıvanda qaçaqlar daha fəal hərəkət edirdilər. Çünki çar qoşunları və polisləri onları təqib edəndə İran və Türkiyəyə keçə bilir, qısa müddətdə orada daldalandıqdan sonra yenidən geri qayıdırdılar. Məşhur Qaçaq Nəbi dastanının qollarının bir çoxu məhz Naxçıvanla bağlı olub, Naxçıvanda toplanmışdır. Bundan başqa Naxçıvanda qaçaqlıq etmiş Qorxmaz, Süleyman, Mirzalı, Budaq və başqaları haqqında da şeirlər, mahnılar qoşulmuşdur.

   Tədqiqatçı yeri gəldikcə bunlardan da istifadə etmişdir. Qaçaq qorxmaz haqqında toplanmış şeirdən iki bəndini kitabına daxil edən R. Rüstəmzadə Qorxmazın adını XIX əsrin məşhur qaçaqları Kərəm, Nəbi, Molla Nur, Qandal Nağı ilə bir sırada çəkilir. Qaçaq Qorxmaza həsr edilmiş şeirdə deyilir.

Dalımca yeridi pristav, kazak,

Yoxdur bir kimsəmiz ərizə yazaq.

Qohumdan, qardaşdan düşmüşük uzaq.

Ağla, Tellim, ayrılırsan elindən,

Tasma kəmər asılıbdır belindən.

-

Qorxmazam, mən oldum elimdən qaçaq,

Gəlməyib dünyaya mənim tək qoçaq.

Belə bir cəfaya düşmüşəm naçaq.

Ağla, Tellim, ayrılırsan elindən.

Tasma kəmər asılıbdır belindən.

   Kitabda inqilabi mövzuda yazılmış “Səttarxan”, “Qatır Məmməd” və başqa dastanlarla yanaşı, Böyük Vətən müharibəsi illərində yaradılmış “Kamal”, “Pəhləvan İsrafil”, “Əlimərdanlı Nəcəf” dastanları da geniş təhlil edilmişdir.

   R. Rüstəmzadə Qazax, Kirovabad və Gürcüstan zonasında yaşamış qaçaqların həyatı ilə bağlı dastanları olduqca geniş və hərtərəfli təhlil etmişdir. Bu onu göstərir ki, tədqiqatçı həmin ərazilərdə uzun müddət axtarış aparmış, XIX əsrdə rus mətbuatında yazıçıları, görkəmli ədiblərin yazılarını təhlil etmişdir. Naxçıvan ərazisində yaşamış qaçaqlar haqqında isə yalnız çap materiallarından istifadə olunmuşdur.

   Kitabın bir sıra məhdud cəhətlərinə baxmayaraq, o, Azərbaycan qəhrəmanlarına həsr olunmuş dastanları tədqiqata cəlb etmək və ümumiləşdirilmiş monoqrafiya halında təhlil etmək baxımından maraqlıdır.

 

Əli Şamilov,

“Sovet  Naxçıvanı” qəzeti,

30 noyabr, 1984-cü il, sayı 277.

 


 

 

 

Ata yolu

 

Əmək kollektivləri, rayonlar, şəhərlər, vilayətlər, respublikalar arasında sosializm yarışı, qabaqcıl təşəbbüslərin və səmərəli təkliflərin  təbliğ olunması və həyata keçirilməsi beynəlmiləl əlaqələri formalaşdırmaq, inkişaf etdirmək, zəhmətkeşləri dostluq və qardaşlıq ruhunda tərbiyələndirmək üçün, bunun əsasında millətlərin və xalqların bir-birinə yaxınlaşması üçün qüdrətli vasitədir. Nəticədə qabaqcıl təcrübə harada meydana gəlirsə gəlsin, bütün respublikaların zəhmətkeşlərinin sərvətinə çevrilir, beləliklə, SSRİ zəhmətkeşləbeynəlmiləl birliyi hissini, vahid ailə hissini möhkəmləndirir.

(“Zəhmətkeşlərin beynəlmiləlçilik tərbiyəsini hər vasitə ilə təkmilləşdirməli” mövzusunda keçirilən respublika seminar-müşavirəsinin materiallarindan.)

 

Məmmədlə doğulub boya-başa çatdığı Culfa şəhərində görüşdük. O, buraya əzuniyyətə gəlmişdi. Məmməd hərbi xidmətdən, təhsil aldığı ali məktəbdən, müvəqqəti yaşadığı, işlədiyi şəhərdən növbəti məzuniyyətə gəlmişdi. Daimi yaşadığı Daşkənd şəhərindən gəlmişdi ki, ata-anasını, dost-tanışlarını görsün. Uşaqlıq və gəncliyini keçirdiyi şəhərdə doyunca gəzib-dolansın. Məmməd 2.500 nəfərdən artıq işçisi olan Daşkənd dəmiryol deposunun həmkarlar ittifaqı yerli komitəsinin sədridir.

...Culfada Umurzaq Aqilovu hamı yaxşı tanıyır. Qocaman maşinist Umurzaq gənclik çağlarında Naxçıvan sərhəd qoşunlarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra Naxçıvanda Anaxanımla evlənmiş və ömürlük burada qalası olmuşdur.

Məmməd ailənin ilk övladıdır. 1950-ci ildə Culfa şəhərində doğulub. 38 nömrəli dəmiryol orta məktəbini bitirib. Maraqlı tərcümeyi-halı var.

Məmməd orta məktəbi bitirdikdən sonra Araz dəryaçasının tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Bir ildən artıq orada işləyib. Hərbi komissarlığın göndərişi ilə avtomobil sürücüləri hazırlayan kursda təhsil alıb. 1969-ci ilin oktyabr ayının 31-də Culfada valideynləri ilə görüşüb hərbi xidmətə yollanıb. Əsgəri xidmətə Amur vilayətində başlayıb. Gah sürücü işləyib, gah da sərhədlərimizin keşiyində dayanıb. Hərbi xidməti başa vurduqdan sonra Culfaya qayıdıb. Culfa dəmiryol hissəsində əmək fəaliyyətinə başlayıb. 1973-cü ildə onu Rostov vilayətinin Taqanroq şəhərindəki elektrovoz maşinisti hazırlayan məktəbə göndərirlər. Iki ildən sonra onu təyinatla Krasnodar diyarına – Qafqaz deposuna maşinist köməkisi göndərdilər.

Məmməd əmək fəaliyyətinə başladığı ilk gündən kollektivin hörmətini qazanır. Işgüzarlığı, ictimai işlərə marağı ilə seçilir. Onu ilk komsomol təşkilatına katib seçirlər. 1976-cı ildə isə deponun kommunistləri Məmmədə böyük etimad göstərib. Sov.İKP üzvü namizədliyinə qəbul ediblər. Elə həmin ilin dekabr ayında baş vermiş bir hadisə həyat yolunu tamam dəyişib.

Məmməd atasınınn doğulub boya-başa çatdığı Özbəkistana getməli oldu.

Daşkənd şəhərində - depoda maşinist köməkçisi işləməyə başladı. Səmimiyyəti, işgüzarlığı, çevikliyi ilə qısa müddətdə böyük kollektivin nüfuzunu qazandı. 1977-ci ilin noyabrında keçirilən hesabat-seçki yığıncağında gənclər onu təşkilat katibi seçdilər. 1978-ci ildə Özbəkistan LKGİ XXI qurultayının nümayəndələri sırasında Məmmdə Umurzaq oğlu Aqilovun da adı var idi.

Məmməd işləyə-işləyə Daşkənd dəmiryol texnikumunun teplovoz və teplovoz təsərrüfatı şöbəsini də bitirdi. Elə burada da ailə qurdu. Depoda işləyən Valentina ilə evləndi. Indi iki oğlu var; Nəriman və Ruslan.

Məmməd məzuniyyətini adətən Culfada keçirmək istəyir. Ancaq həmişə də məzuniyyətinin başa çatmasına 3-5 gün qalmış geri qayıdır. Atasının doğulduğu Səmərqənd (indiki Nəvai) vilayətinin Xatırçı rayonunun Tasmaçı kəndinə gedir. Atasının qoumları ilə də görüşür.

Məmmədin Daşkənddə işləməsi xatırçı ilə Culfa arasında bir körpü yaratmışdır. Indi ikinci bir körpü də yaranırş culfa lokomotiv deposu Daşkənd deposu ilə müntəzəm əlaqə saxlayır. Hər iki kollektiv bir-birinin iş təcrübəsini öyrənir. Istehsalata tətbiq edir. Irəli sürülən səmərələşdirici təkliflər hər iki kollektivdə eyni vaxtda həyata keçirilir. Bu da min manatlarla dövlət vəsaitinə qənaət etməyə şərait yaradır.

1981-ci ilin mart ayından isə Daşkənd deposunun kollektivi Məmməd Umurzaq oğluna daha böyük etimad göstərərək onu həmkarlar ittifaqı yerli komitəsinə sədr seçmişlər. Bu məsul vəzifə Məmmədin imkanlarını daha da genişləndirmişdir. Məmməd məzuniyyətə gəldiyi günlərdə Culfa lokomotiv deposunun kollektivi ilə - uşaqlıqdan yaxşı tanıdığı maşinistlərlə, təmirçilərlə görüşmüş, çalışdığı kollektivlə Culfa lokomotiv deposu arasında yarış şərtlərinin müqaviləsini hazırlamışdır.

Məmmədin kiçik qardaşı Əqil də 1982-ci ildə əsgəri xidməti başa vurduqdan sonra qardaşının yanına gedib Daşkənd lokomotiv deposunda 6 aylıq maşinist köməkçisi kursunu bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb.

Özbəkistandan Azərbaycana gəlib 30 ilə yaxın Culfa – Mincivan, Culfa – Noraşen istiqamətində tatarlarla səfərə çıxan maşinist Umurzaq Aqilovun  indi iki övladı – Məmməd və Əqil Daşkənd lokomotiv deposunda çalışır.

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti

2 fevral 1985-ci il, sayı 28 (14.066), səh. 2   

 


 

Sənədli və bədii lentlər ustası

 

Azərbaycan SSr əməkdar incəsənət xadimi, respublika Lenin komsomolu mükafatı laureatı Zaur Xasay oğlu Məhərrəmovun adı kino həvəskarlarına yaxşı tanışdır. İndiyədək onun 15- dən çox bədii, 50- yə kimi qısametrajlı filmi, 6 tammetrajlı sənədli filmi ekranlarda nümayiş etdirilmişdir.

Onun operator işi “Ad günü”, “Uzun ömrün akkordları”, televiziya filmlərində, “Uşaqlığın son gecəsi”, “Qızıl qaz” bədii filmlərində daha qabarıq hiss edilir.

Z. Məhərrəmov bu günlərdə muxtar respublikamıza gəlmişdir. Əməkdaşımız Əli Şamilov onunla görüşüb kiçik müsahibə almışdır.

 

Müxbir: Zaur müəllim, Naxçıvana bu dəfəki gəlişiniz nə ilə bağlıdır, hansı filmləri çəkəcəksiniz?

Z. Məhərrəmov: - Azərbaycanın böyük şairi, dramaturqu, həmyerliniz Hüseyn Cavidin anadan olmasının 100 illiyi ərəfəsində Azərbaycan KP MK- nın qərarı ilə Naxçıvanda Poeziya teatrı yaradıldı. Bu teatra dahi sənətkarın adı verildi. Poeziya teatrının qısa müddətdə qazandığı uğurlar sevindirici oldu. Burada göstərilən  “Mənim tanrım gözəllikdir, sevgidir”, “Ana”, “Azər” tamaşaları hamının diqqətini cəlb etdi. H. Cavid adına poeziya teatrının qazandığı müvəffəqiyyət muxtar respublikamızdan uzaqlara da yayıldı. Ötən il isə onların yaxşı işi respublika Lenin komsomolu mükafatı ilə qeyd edildi.

Mənim gəlişimin əsas məqsədi respublika Lenin komsomolu mükafatı laureatı olan kollektivin işindən, yaradıcılıq planlarından söhbət açan süjet çəkməkdir. Bu lentlərə tamaşaçılar “İncəsənət”kino-jurnalının 1985- ci il 2- ci nömrəsində baxa biləcəklər.

Qədim Naxçıvan həm də tarixi abidələr məskənidir. Memarlıq abidələrimizin ən gözəl inciləri bu diyardadır. Tarixi abidələrin bəzilərini lentə köçürəcəyəm. Gələcəkdə “Azərbaycanın tarixi abidələri” filmini yaradarkən indi çəkdiyim lentlərədən istifadə edəcəyəm.

Müxbir: - İlk dəfə Naxçıvana nə vaxt gəlmisiniz? Muxtar respublikamızın təbiətini, adamlarını necə tanıyırsınız?

Z. Məhərrəmov: - İlk dəfə Naxçıvana 1965- ci ildə gəlmişəm. Kinematoqrafiya institutunu iki ildi ki, bitirib operator kimi işə başlamışdım. O qədər də təcrübəm yox idi. Bakıda doğulub boya-başa çatsam da uşaqlığımın çoxu Ağdam rayonunun Qaradağlı kəndində, nənəmin yanında keçdiyindən kəndi, təbiəti yaxşı tanıyırdım.

Lakin Naxçıvan ilk səyahətdən məni özünə məftun etdi. Bu da səbəbsiz deyildir. Rəssam üçün, operator üçün burada o qədər rəng çalarları vardır ki, deməklə mümkün deyil. Sonralar mən çəkdiyim sənədli filmlərdə tez-tez Naxçıvana müraciət etdim. Muxtar respublikanı qarı-qarış gəzdim. SÜədərkdə də oldum, Batabatda da, Ordubadı, Şahtaxtını gəzdim. Bu səyahətlərim mənə zəngin material verdi. Çəkdiyim səndəli filmlər daşların qoynunda bağ becərən, məhsul yetişdirən naxçıvanlıların hünərindən, zəhmətindən söhbət açır. Yalnız onu deyim ki, ötən il Mosfilmin sifarişi ilə çəkdiyim geniş formatlı sənədli “Sovet Azərbaycanı” filminin ən diqqəti cəlb edən kadrları Naxçıvanda çəkilmişdir. Naxçıvanda olarkən şad xəbər eşitdim. Rejissoru və operatoru olduğum “Sovet Azərbaycanı” filmi Moskvada yüksək qiymətə layiq görülüb. Aprel ayının 27- də Moskvada Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinin ildönümünə həsr edilmiş təntənəli yığıncaqdan sonra həmin filmi göstərəcəklər.

Müxbir: Zaur müəllim, kinematoqrafiya sahəsində çalışanlardan az-az adam tapılar ki, Sizin kimi eyni həvəs və eyni ilhamla həm sənədli, həm də bədii filmlər çəksinlər. Bu nə ilə bağlıdır?

Z. Məhərrəmov: - Mən ilk yaradıcılığa sənədli filmlər çəkilişi ilə başlamışam. Sənədliliyin vurğunuyam. Real həyat həqiqətlərini, görünən faktları operator yozumunda şərh etmək, tamaşaçıya onun görmədiyi baxımı göstərmək mənim əsas məqsədimdir. Bununla yanaşı, bədii filmlərin çəkilişində də həvəslə iştirak edirəm. Necə deyim bədii film çəkəndə elə bil ki, istirahət edirəm. Istirahətdən sonra isə yeni həvəs, yeni ilhamla sənədli filmlərin çəkilişinə başlayıram. Mən bunu ilk dəfə “Uşaqlığın son gecəsi” filmini çəkərkən hiss etdim. Ona görə də tez-tez bədii filmlər çəkilişi ilə məşğul oluram və oradan özüm üçün əxz etdiyim bəzi şeyləri sənədli filmlərə tətbiq edirəm.

Adətən sənədli lent çəkən müəlliflər burada milli nhissləri aşılamaq mümkün olmadığından gileylənirlər. Mənsə öz təcrübəmdən görürəm ki, bu fikir düzgün deyil. Çəkdiyim sənədli filmlərin milliliyinə xüsusilə diqqət yetirirəm. Milli filmlər istər Ümumittifaq, istərsə də dünya ekranlarında müvəffəqiyyət qazanır.

Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1984- cü ilin may ayında “Kino-filmlərin ideya-bədii səviyyəsini yüksəltmək və kinematoqrafiyanın maddi-texniki bazasını daha da möhkəmlətmək tədbirləri haqqında” qərarları bizim də qarşımızda mühüm vəzifələr qoymuşdur. Bu vəzifələri həyata keçirmək üçün yüksək əzmkarlıqla çalışmalıyıq.

Müxbir: Xahiş edirik qarşıdakı planlarınızdan danışasınız. Gələcəkdə Naxçıvanla bağlı filmlər çəkmək fikriniz varmı?

Z. Məhərrəmov: - Bayaq dedim ki, uşaqlığım kənddə nənəmin yanında keçib. Mənim ən böyük müəllimim də elə nənəm olub. O, mənə həyatın, təbiətin dilini öyrədib. Ona görə də kənd, təbiət mövzusunda filmləri çəkməyi sevirəm. Bu ilin may ayında başlayacağımız “Azərbaycanın tarixi abidələri” filminin əsas kadrları Naxçıvanda çəkiləcəkdir. Film üç hissəli 6 qısametrajlı lentdən ibarət olacaqdır. Burada Gəmiqaya yazılarından tutmuş bu günkü memarlıq abidələrinə kimi uzun bir dövrün tarixini əks etdirməyə çalışacağam.

Bundan əlavə mən istərdim ki, Naxçıvanın relyefi ilə bağlı bir film çəkim. Çünki bu yerin torpağı, daşı çox qəribədir. 5-10 metrdə müxtəlif rəng çalarına rast gəlirsən. Film üçün gözəl ssenari lazımdır. Bu ssenaridə Naxçıvanın relyefi yalnız elmi dillə şərh edilməlidir. Onun bəddi boyaları rəssamın, yazıçının dili ilə, eləcə də bu torpaqda məhsul becərən əmək adamlarının dili ilə tərrənnüm olunmalıdır.

“Mirzə Kazım bəy” qısametrajlı filmini çəkəndən sonra bu qənaətə gəlmişəm ki, Naxçıvanın yetirməsi olan sərkərdələr, ictimai xadimlər, yazıçılar haqqında da həmin səpgidə filmlər çəkim.

 

Müxbir: Müsahibəyə görə çox sağ olun!  

Əli Şamilov,

“Sovet  Naxçıvanı” qəzeti

16 aprel 1985- ci il, sayı 88 (14.126)

 

 

 

 


 

ULULU KƏRİM HАRАLIDIR?

 

Ululu Kərim. Bu аdı çəkəndə tаnınmış fоlklоrşünаslаrımız bеlə iki cümlə ilə kifаyətlənmişlər. «XVIII əsrdə yаşаmış еl şаirlərimidəndir. Əsərlərinə müхtəlif çünklərdə tеz-tеz təsаdüf еdilir».

Çох təəssüf ki, еl sənətkаrının şеirləri sоn illərdə çаp оlunmuş kitаbçа və tоplulаrdа Vаrdаnlı Kərimin və Müçrüm Kərimin əsərləri kimi охuçulаrа təqdim еdilmişdir. Ümumiyyətlə, еyni аdlı və təхəllüslü sənətkаrlаyrın əsərlədinin, tərçümеyi-hаllаrının qаrışdırılmаsınа, dоlаşıqlığа yоl vеrilməsinə nəinki fоlklоrşünаslığımızdа, həttа ədəbiyyаtşünаqlığımızdа dа rаst gəlirik. Əsərləri yаzılı mənbələrdən bizə gəlib çаtаn sənətkаrlаrın ömür yоlunu, yаrаdıçılıqlаrını həmişə müəyyənləşdirmək mümkündür. Şifаhi хаlq ədəbiyyаtının nümаyəndələrinin ömür yоllаrını müəyyənləşdirmək, əsərlərini tоplаyıb üzv çıхаrmаq isə ildən-ilə çətinləşir.  Еlə bunа Ululu Kərimi numunа göstərmək оlаr. Bəlkə də 50-70 il əvvəl Ululu Kərimi şəхsаn tаnıyаnlаrlа söhbət еtmək оlаrdı. Bu gün isə həttа оnun оğlunu bеlə çətinliklə хаtırlаyırlаr. Еl sənətkаrının оğlunu görən, vəfаtını хаtırlаyаn isə yаlnız bir nəfər idi: Аşаğı Rеmеşin kənd sаkini Həmid Хudiyеv. Yаşı yüzü kеçmiş аğsаqqаllа iki dəfə—1980 və 1983-cü illərdə görüşdük- hər dəfə də H. Хudiyеv bir оnu хаtırlаdı ki, Ululu Kərimin оğlu Hеydər dəllək işləyirdi. 1906—1917 çi illər аrаsındа qоçа yаşlаrındа vəfаt еtdi.

Şаhbuzlu qоçаlаr аrаsındа Ululu Kərimlə bаğlı bаbаdаn аtаyа, аtаdаn оğulа kеçərək yаşаyаn bir nеçə rəvаyət dоlаşmаqdаdır- Аbbаsəli Аbdullаyеv (Yuхаrı Qışlаq), Zаl Rüstаm оğlu (Аşаğı Qışlаq, 1984-cü ildə vəfаt еdib), Таhаr Məmmədоv, Bеhbud Bеhbudоv (Аşаği Rеmеşin), Fеyzullа Hüsеynоv (Gеçəzur), Musа Nəçəfоv (Yеnikənd) və bаşqаlаrının söylədikləri rəvаyətlərdən аydın оlur ki, Ululu Kərim gənç yаşlаrışdа köçüb Rеmеşin kəndinə gəlmiş, ömrünün sоnunаdək də burаdа yаşаmışdır. Qəbri də Аşаğı Rеmеşindən bir аz аrаlıdа mövcud оlmuş Qızıl Qışlаq kəndinin qəbristаnlığındаdır. Еl şаirinin dоğulduğu yеd hаqqındа üç mülаhizə vаr 1. Qаrаbаğdа dоğulub, 2. Аlulu kəndindəndir (indiki Sisyаn rаyоnunun Sаlvаrtı kəndi), 3. Dаrаbаz (Sisyаn rаyоnu) qаrşısındаkı mеşəlikdə ха-rаbаlıqlаrı indiyədək qаlаn kiçik Ulu kəndindəndir.

Vахtı ilə Qаrаbаğ хаnlığının Nахçıvаn хаnlığı ilə sərhəd оlduğunu, indi də еl аrаsındа Gоrus, Qаfаn, Sisyаn rаyоnlаrının Qаrаbаğ аdlаndırılmаsınа əsаslanıb bu qənаətə gəlmək оlаr ki, rəvаyətlər аrаsındа еlə kəskin və təzаdlı fərqlər yохdur. Еhtimаl ki, indiki Еrmənistаn SSR-in Sisyаn rаyоnundа mövçud оlmuş Ulu kəndində dоğulаn Kərim yа Qаçаrın Qаrаbаğ хаnlığınа hüçumu dövrü, yа dа Rusiyа—İrаn mühаribələri(1803—1828) nətiçəsində yаrаnmış qаrışıqlıq dövrü (Kərimin Rеmеşinə köçməsinin bаşqа səbəbləri dа оlа bilər) Аşаğı Rеmеşin kəndinə köçmüşdür.

Rəvаyətlərdən, еləçə də sənətkаrın şеrlərindən аydın оlur ki, Ululu Kərimin müəyyən dini təhsili оlsа dа, аiləsini dоlаndırmаq üçün dəlləklik еdirmiş. Görünür, bu, еl şаirinin аtа-bаbа pеşəsi imiş. Çünki оğlu Hеydər, nəvəsi Kərimqulu və onun oğlu Hеdər də (hаzıyrdа İliç şəhərindа yаşаyır) dəllək işləmişlər.

Ululu Kərimin şеrlərini еyni təхəllüslü bаşqа sənətkаrlаrın аsərlərindən sеçmək üçün müхtаlif ərаəzilərdə yаşаyаn 30 аşığа mürаciət еtdik. Əksəriyyətinin fikrinçə «Yахşıdır», «Оlmаz», «Kim оlа?», «Bеynаmаz» rədifli ustаdnаmələr, «Dаrаyı bаğlаr» rədifli bаğlаmа Ululu Kərimindir. Çох təəssüf ki, mürаçiət еtdiyimiz аşıqlаrın hеç biri Kərimin dоğulduğu, yаşаdığı yеr, vəfаtı hаqqındа məlumаtа mаlik dеyildir. Bunun səbəbi isə аydındır. Ululu Kərim sаz çаlmаğı bаçаrsа dа, аşıq ənənələrini bilsə də, sаz götürüb аşıqlıq еtməmişdi. Özü еl-еl, оbа-оbа gəzib qоşduğu şеrləri təbliğ еtmədiyinə görədir ki, sənətkаrı yаlnız yаşаdığı rаyоndа хаtırlаyırlаr. Еl şаirinin qоşduğu bir nеçə nəsihətаmiz şеr аğızdаn-аğızа kеçərək аşıqlаrın rеpеrtuаrınа dахil оlmuş, bеləliklə həmin şеrlər gеniş yаyılmışdır.

Ululu Kərimisа хаlq şеirinin bir çох jаnrındа yаzıb yаrаtmışdır. Şаhbuz və Ваbək rаyоnlаrındа yаşаyаn qоçаlаrdаn tоplаnmış mаtеriаllаrdаn dа аydın görünür ki, аşıqlаrdаn tоplаnıb tоplulаrа dахil еdilmiş şеirlər sənətkаrın əsərlərinin tаm mətnləri dеyildir. Ululu Kərimin şеrlərini pеşəkаr аşıqlаrdаn dеyil, yаşlı şеr həvəskаrlаrındаn tоplаdığımızа görə çохlu fərqlər, vəzn, qаfiyə pоzğunluqlаrı vаr.

Sənətkаrın əsərlərinin vəzn,qаfiyаçə pоzulmuş şəkildə belə оlsа dа, Şаhbuz rаyоnundа yаyılmаsı ümid dоğurur ki, dаhа inаdlа tədqiqаt аpаrılsа, bu хеyirхаh işə çохlаrı qоşulsа, еl şаirinin daha çox əsərini tаpmаq оlаr, yа dа şеrlərinin çilаlаnmış mətnlərini.

Аşаğıdа еl şаirinin bir nеçəşеrini vеririk:

Şikаyətim vаr bu dünyаnın əlindən,

 Nеçə Sülеymаnlаr vаr idi, gеtdi.

Qışın hökmundən əsnəşir dаğlаr,

 Dаğlаrı əridən qаr idi, gеtdi.

Mulk də Sülеymаnа vəfа qılmаdı,

Lоğmаn dа dərdinə çаrа bulmаdı.

Nеçа pаdşаh gəldi, səndə qаlmаdı,

 Kəfəni bеlinа sаrıdı, gеtdi.

 Üz tutаrıq sübhаnа, səttаrа,

Müşkülə düşənə sаn еylə çаrə,

Çəkdi Zülfüqаrı vurdu Əntərа,

Zülfüqаrı vurаn vаridi, gеtdi.

Görməyəsən bu bеynəvа dünyаnı,

Nеylаmisən Rüstəm tаk nərimаnı,

Ərəsət аyаğı, hаqqın divаnı,

Kərim оnnаn хəbərdаridi, gеtdi.

********************

Аy аğаlаr, möcuz gördüm,

Mən Kеçilin yаylаğında.

Süsən, sünbül, tər bənövşə,

Bu Kеçilin yаylаğındа.

Üst yаnı Тохlucа qаyа,

Ахаr-bахarlıdı çаyа,

Gözəlləri аğcа mаyа,

Qız Kеçilin yаylаğındа.

Аlt yаnı Nursdu, Külusdü,

Mоllаsı yох, işi pisdi,

Kərim dеdi qızlаr küsdü,

Bu Kеçilin yаylаğındа.

**********************

Səndən хəbər аlım, а mоllа Sаdıq,

İbtidа dünyаyа gələn kim idi?

Çаhаr dəh məsumi, оn ini imаm,

Hаlаlı hаrаmı bölən kim idi?

Nеçədi Qurаnın zeri, zəbəri,

Аdəmi səfiyllаh, хаtəmdən bəri.

Nə rəngdi Cəbrаilin şаhpəri,

Оndаn qеyri göydаn еnən kim idi?

Sənə nəsib оlsun fitə ilə zəkаt,

Məni həcvə qоyub еylə məhəkаt,

Hаnsı nаmаzdı аltmış iki sаlаvаt,

Оnu dоğru, düziün qılаn kim idi?

Sən bir mоllаsаn həcvi günəndə,

Хəcаlət çəkərsən üzə gələndə,

Kərim həm divаnə, həm də dаnəndə,

Pilləkəndən еnib çıхаn kim idi?

 Birinçi iki şеirin Feyzulla Hüseynоvdаn, üçünçü şеirin isə M. Bаbаyеvdən tоplааmış vаriаntını охuçulаrа təqdim еtdik. Bunlаrdаn əlаvə Ululu Kərimin «Dаğlаr»,«Üəəmiqа»,«Yеddidi», «O əmir mаrif», «Dаrаyı bаğlаr» şеrləri  də pərakəndə, vəzn, qаfiyəsi pоzulmuş, bənd və misrаlаr çаtışmаyаn şəkildə tоplаmışıq.Yuхаrıdа аdlаrını çəkdiyim  şеrləri  tаm bilənlərdən, еləçə də Ululu Kərim hаqqındа məlumаtı оlаnlаrdаn хаhiş еdirik rеdаksiyаmızа mürаciət еtsinlər.

Əli ŞАMİLОВ, «Sоvеt Nахçıvаnı» qəzеtinin əmаkdаşı.

Çap olunub: 1.Ululu Kərimi axtaran tapar. “Sovet Naxçıvanı” qəzeti, 1985, 29 iyun, sayı 152 (14493).

2. Ululu Kərim haralıdır? «Qаbаqçıl» 22 mаrt 1986-cı il

 

 

DÜNYANIN İLK DASTANI

AZƏRBAYCAN DİLİNDƏ

 (Bilqamıs dasta­nı haq­qında)

 

 

Şərqdən keçərək Dəclə və Fərat çaylarının hövzəsində qüdrətli dövlət yaratmış şumerlər dünya ədəbiyyatında və incəsənətinə misilsiz incilər bəxş etmişlər. Onların yaratdığı ölməz abidələr şöhrətlənərək Yaxın Şərqdə yaşamış akkad, hett, hurrit və başqa xalqların dillərinə tərcümə edilmişdir. Məhz buna görədir ki, bizim günlərdən təxminən 4-6 min əvvəl yaradılan, gil lövhələr üzərində yazıya alınan qədim şumer dastanı –“Bilqamıs”-ı tədqiqatçılar çox vaxt dünyanın  ilk yazılı dastanı adlandırırlar.

“Bilqamıs” dastanının taleyi də “Avesta”nın, “Kitabi Dədə Qorqud”un taleyi kimi olmuşdur. Bu ölməz abidələrin beşiyi – ana vətəni Şərq olsa da onlara dünya şöhrəti qazandıran, elm aləmində tanıtdıran Qərb tədqiqatçıları olmuşlar. Avropa şərqşünaslarının səmərəli axtarışlarından, geniş tədqiqatlarından sonra ulu babalarımızın yaratdığı bu misilsiz abidələr Şərqdə ikinci həyatını yaşamağa, tədqiq və təbliğ olunmağa başlamışlar.

Bu abidələrin əksəriyyəti ilə xalqımızın varislik əlaqəsi olsa da onların dilimizə çevrilməsi, ümumxalq malı edilməsi gecikdirilmişdir. Sevindirici haldır ki, bu nöqsanların aradan qaldırılmasında ilk addımlar atılır. “Gənclik” nəşriyyatı bu yaxınlarda “Bilqamıs dastanı” kitabını oxucuların mühakiməsinə vermişdir. Yaxın illərdə Azərbaycan oxucuları “Avesta” və başqa ölməz abidələri də ana dilimizdə oxuyacaqlar.

“Bilqamıs dastanı”nı nəşr üçün İsmayıl Vəliyev hazırlamışdır. Oxucular indiyədək İ. Vəliyevi tədqiqatçı və şair kimi tanıyırdılar. Bu kitab isə İ. Vəliyevin tərcüməçilik məharətini aşkarladı. O. Yalnız dastanın mətnlərini nəzmlə oxucuya çatdırmaqla kifayətlənməmiş, bu qiymətli abidə haqqında yığcam və dərin məzmunlu ön söz də yazmışdır. “Gil lövhələrin dastanı” adlandırılan ön söz oynaq, şirin bir dillə qələmə alınmışdır. Odur ki, ilk cümlələrdən oxucunu ələ alır. Ön sözdə oxuyuruq:

-“ günlərin bir günündə metal emalatxanasında qəribə bir sifariş verildi. Bu sifariş başqalarına bənzəmirdi. Gil lövhələr üzərindəki işarələr metal üzərində əslinə uyğun döyülüb hazırlanmalı idi. Bunu emalatxanaya görkəmli ingilis şərqşünası Henri Raulenson qədim Şərqdə tapılan gil yazı işarələrinin oxunuşuna həsr olunmuş monoqrafiyası üçün sifariş vermişdi. Mis üzərində döymə işini kiçik yaşlarından ata və babasından öyrənən gənc Corc Smit yalnız qravüranı hazırlamaqla kifayətlənmədi, həmin yazıları oxumağa həvəs göstərdi, gil kitabın ayrı-ayrı lövhələrini ən yaxşı bərpaçasına və oxucusuna çevrildi. Bundan sonra gil lövhələrin oxucuları çoxalmağa başladı.”

C. Smit 1872-ci ildə Assuriyanın mərkəzi Nineviya şəhərində aparılan qazıntılardan tapılmış lövhələrin araşdırılması ilə məşğul olur. Bu lövhələrdə oxuduğu parçalar istər Smiti, istərsə də tədqiqatçıların hamısını heyrətləndirir. Dünya xalqları arasında geniş yayılmış “böyük daşqın” la bağlı rəvayətlər bu lövhələrdə də öz əksini tapmışdı. Bu o deməkdi ki, Nuhla – Böyük daşqınlar ağlı əfsanə və rəvayətlər “İncil” dən çox-çox əvvəllər ədəbiyyatda geniş yayılmış süjet imiş.

Tərcüməçi qısa ön sözdə sanki geniş tədqiqat aparır. “Bilqamıs dastanı”nda təsvir olunan Utnapişti obrazının Nuhla eyniləşdiyini, dastan qəhrəmanının taleyi ilə Dədə Qorqudun taleyi arasında bir yaxınlıq olduğunu söyləöyir və bu qənaətə gəlir ki, Şərq xalqlarısonrakı minilliklərdə yaratdıqları dastanlarında da “Bilqamıs”dan səmərəli bəhrələnmişlər. Bu da varisliyə gözəl sübutdur.

İ. Vəliyev tərcümə zamanı əsasən dastanın ən mükəmməl variantı hesablanan akkad dilinə tərcüməsindən istifadə etməyi lazım bilmişdir. Bununla yanaşı dastan qəhrəmanının adının dəqiqləşdirilməsinə də səy göstərmişdir. Gil lövhələri oxuyan tədqiqatçılar dastan qəhrəmanının adını Gilqameş, Qilqəmes, Vilqames kimi qeyd edirlər. İ. Vəliyev isə yazır: “Son dövrdə tədqiqatçılar şumer dilində çoxlu türkdilli xalqlara məxsus sözlər tapdıqlarına görə şumer dilini bu xalqlar ailəsinə mənsub edirlər. Qəhrəmanın adı gil lövhələrində müxtəlif cür oxunsa da tərcümələrinin hamısında onun mənası eynidir, yəni hər şeyi görən, hər şeyi bilən drməkdir”. Buna əsaslanan tərcüməçi dastan qəhrəmanının adını  “Bilgə” sözü ilə əlaqələndirib “Bilqamıs” kimi yazır. Dilimizdə “mış” şəkilçisinin olduğunu və adların bəzilərinin bu şəkilçi ilə bitdiyini nəzərə alsaq, onda “Bilqamıs” yox, “Bilqamış” şəklində oxunsa daha yaxşı olardı.

Şumerlərin yaratmış olduğu “Bilqamıs” dastanı bizim günlərədək tam şəkildə gəlib çatmamışdır. Dastanı bərpa etməyə çalışan tədqiqatçılar qismən yaxşı mühafizə edilmiş akkad və hett dillərinə tərcümələrdən geniş istifadə edirlər. Onu da qeyd edək ki, Azərbaycanda Qılqamış pəhləvanla bağlı maraqlı rəvayət və əfsanələr dolaşmaqdadır. Çox təəssüf ki, indiyədək bunlar toplanıb nəşr edilməmşdir. əgər belə bir toplu nəşr edilsəydi, bəlkə də “Bilqamıs dastanı”nın itmiş hissələrini, parçalarını azərbaycanlılar arasında yaşayan əfsanə və rəvayətlər arasında bərpa etmək olardı.

Kitabın sonunda verilmiş izahatda dastanda adı çəkilən tanrılar, ilahələr haqqında da məlumat verilir. Bu da kitabın məziyyətlərini artırır. Arzu edərdik ki, nəşriyyatlarımız bu xeyirxah ii davam etdirsinlər, qədim abidələri yüksək səviyyədə nəşr edib oxuculara çatdırsınlar.

Əli Şamilov

“Sovet Naxçıvanı” qəzeti

1985-ci il, sayı 184 (14.222), səh.4

 


 

 

Axtarış davam edir

 

Naxçıvanın təbii iqlim şəraiti ta qədimdən insanları özünə cəlb etmişdir. Bol sulu çayları, düzləri, dağları qədim insanları ərzaqla təmin etmişdirsə, təbii mağaraları onları vəhşi heyvanların hücumundan, qışın şaxtasından, yayın istisindən qorumuşdur.

Arxeoloqların uzun illər apardıqları axtarışlar nəticəsində sübut edilmişdir ki, muxtar respublikamızın ərazisi qədim insan məskənləri ilə zəngindir. Bu yerlərdə ilk tayfa birliklərinin, ilkin şəhər mədəniyyətinin yaranmasına dair tarixi faktlar mövcuddur. Arxeoloqları da məhz bu yerlərə cəlb edən qədim və orta əsr mədəniyyətinin izləridir. Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu muxtar respublikamızın tarixi abidələrlə zənginliyini nəzərə alaraq Naxçıvan arxeoloji ekspedisiyası yaratmışdır. Ekspedisiya hazırda II Kültəpədə qazıntı işləri aparır. əməkdaşımız Əli Şamilov ekspedisiyanın rəhbəri, həmyerlimiz tarix elmləri doktoru Vəli Əliyevlə görüşüb ondan müsahibə almışdır. Aşağıda həmin müsahibəni dərc edirik.

Müxbir Vəli müəllim, muxtar respublikamızda ilkin şəhər mədəniyyətini mövcudluğunu söyləyən ilk tədqiqatçılardan biri sizsiniz. Bu barədə oxucularımıza nə deyə bilərsiniz?

V.Əliyev – Əkincilik və heyvandarlıqla müntəzəm məşğul olan insanlar ticarət əlaqələrinin artması nəticəsində tədricən təbii sərvətlərdən, m i n e r a l l a r d a n  istifadə etməyə başlamışlar. Əl əməyinin məhsuldarlığının artması, satış üçün malların hazırlanması, peşələrin bir-birindən tədricən uzaqlaşması ilkin şəhər mədəniyyətinin təşəkkülünü sürətləndirmişdir.

Muxtar respublikamızın ərazisindəki II Kültəpə abidəsi9ndə bu izlər özünü qabarıqlığı ilə göstərir. II Kültəpə yalnız ilkin şəhər mədəniyyətini deyil, tariximizin böyük bir dövrünü özündə yaşadan əvəzsiz abidədir. Bu abidənin tədqiqi nəticəsində Azərbaycanda tunc dövründə ilk şəhərlərin yaradıldığını, Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrin olduğunu sübut edən çoxlu materiallar tapılmışdır. Naxçıvançayın və Cəhriçayın birləşdiyi yerdə yerləşən eramızdan əvvəl III minilliyə - eramızdan əvvəl I minilliyin əvvəllərinə aid olan II Kültəpə abidəsində 20 ilə yaxındırqazıntı aparırıq. Abidə 3 hektardan çox sahəni əhatə edir. Mədəni təbəqənin qalınlığı 12 metrdən artıqdır. Kür – Araz mədəniyyətinə aid olan alt təbəqədən müdafiə divarları, yaşayış evləri, təsərrüfat tikililəri, ocaq yerlərinin qalıqları aşkar edilmiş, tunc, gümüş və daş əmək alətləri, boz, qara, çəhrayı rəngli gil qablar, kömürləşmiş taxıl qalığı, heyvan sümüyü və sair tapılmışdır.

 

Ikini təbəqədə isə eramızdan əvvəl XX – XIX əsrlərə orta tunc dövrünə aid 3 metr enində qala divarları, dulusçuluq emalatxanaları, təsərrüfat tikililəri, məbəd qalıqları və sair aşkara çıxarılmışdır. Abidədən tapılmış heykəllər, əmək alətləri, tunc əşyalar, bəzək şeyləri, gil qablar və sair muzeylərimizi bəzəyir.

Müxbir: - Vəli müəllim, bu ilki ekspedisiyanız yarım aydan artıqdır ki, davam edir. Indiyədək nələri aşkarlayıb, öyrənə bilmisiniz?

V.Əliyev: – bu ilki işimiz də uğurlu olmuşdur. 1,5 metr qalınlığında mədəni təbəqə öyrənilib. Öyrənilən təbəqədə Kür – Araz mədəniyyətinə aid memarlıq abidələrinin qalıqları, eramızdan əvvəl III minilliyə aid dulusçuluq kürələri, ocaq qurğuları, dördkünc və dairəvi planda tikilmiş yaşayış binalarının qalıqları və sair aşkara çıxarılıb. Qazıntıda hər gün 20 nəfərdən çox fəhlə və arxeoloq çalışır. Onlar zərgər dəqiqliyi ilə hər xırda detalı təmizləyir, min illərlə torpaq altında qalmışəşyaları aşkarlayırlar.

Ötən illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun, Naxçıvan Elm Mərkəzinin, Naxçıvan Dövlət Tarix Muzeyinin, Y. Məmmədəliyev adına NDPİ-nin əməkdaşlarından Vilayət Kərimov, Mirhəşim Seyidov, Abbas Seyidov, Vəli Baxşəliyev, Əziz Novruzov, Fikrət Bağırov və başqaları ekspedisiyada fəal iştirak etmiş, dissertasiya və elmi məqalələrində II Kültəpədən tapılmış materiallardan geniş istifadə etmişlər.

Bu ilki qazıntıdan əldə edilmiş materiallar əsasında qəti fikir demək, onların elmi əhəmiyyətini söyləmək üçün müəyyən müddət keçməlidir. Həmin müddətdə arxeloqlar tapıntıları yaradıcılıq süzgəclərindən keçirib qəti fikir söyləyə bilərlər.

Bu yerlərin qocaman sakinləri çox vaxt II Kültəpəyə qədim Naxçıvan deyirlər. Bu da təsadüfi deyildir. Hazırki Naxçıvan şəhəri bu iki bu II Kültəpədən 12 kilometr cənubda yerləşir. Belə ehtimal etmək olar ki, qədimlərdə Naxçıvan şəhəri burada, Cəhriçayla Naxçıvançayın birləşdiyi yerdə imiş. Burada şəhərin inkişafı və müdafiəsi üçün hər cür şərait vardır. Görünür hansısabasqın və talandan sonra Naxçıvan şəhəri indiki ərazidə məskunlaşmışdır.

II Kültəpə tikinti materialı kimi əsasən möhrə və çiy kərpicdən , çay daşından istifadə edilmişdir. Eni və uzunu 30 santimetr olan çiy kərpilər naxçıvan memarlığının  yaşının 6-7 min il olduğunu sübut edir. 

Bu ilki qazıntı zamanı əldə etdiyimiz materiallar Kür-Araz mədəniyyətinin mənşəyini aydınlaşdırmaqda böyük rol oynadı. Mirasiya nəzəriyyəsinin tərəfdarları Kür-Araz mədəniyyətinin Qafqaza Hind-Avropa tayfaları tərəfindən gətirildiyini söyləyir və uzun müddətdir ki, bu fikri sübut etməyə çalışırlar. II Kültəpədəki bu ilki qazıntılarımızdan əldə edilmiş materiallar miqrasiya nəzəriyyəsinin  yanlış olduğunu, Kür-Araz mədəniyyətinin davamı olduğunu sübut etdi.

II Kültəpədə eneolit dövrü təbəqəsində tikinti qalıqları əsasən dairəvi plandadır. Kür-Araz mədəniyyətinə yaxınlaşan təbəqədə tikinti qalıqları düzbucaqlıdır. Bu iki qədim yerli mədəniyyətin bir-birinin davamı olduğunu göstərir.

Uğurlarımız sırasına antropomorf formalı ocaq qurguları tapılmasına da daxil etmək olar. II Kültəpədə indiyədək öküz başı, aypara formalı dairəvi ocaq qurğularına da təsadüf edilmişdir. Bunlar bu yerlərin qədim sakinlərinin totemlərə sitayişini sübut edir. Antropomorf  ocaq qurğusu isə insanın ilahi bir qüvvə kimi formalaşması ideyası ilə bağlı yaranıb. Antropomorf ocaq qurğusu bu dövrdə kahinlərin yüksək nüfuza malik olmasını göstərir.

Bunlardan əlavə daş bütlər, dördkünc dulusçuluq kürəsi ətrafında əldə edilmiş alətlər və sair tapıntılar bir daha sübut edir ki, Kür-Araz mədəniyyəti bura gəlmə olmayıb, eneolit mədəniyyətinin davamıdır.

Müxbir: - Vəli müəllim, xalqımızın tarixinin qaranlıq cəhətlərinin işıqlandırılmasında II Kültəpənin böyük rol oynadığından söhbərt adınız. Bu abidə ilə bağlı arzularınız, təklifləriniz...

V. Əliyev: - II Kültəpə abidəsi hələ tam öyrənilməyib, qarşıdakı illərdə də orada qazıntı işləri aparılacaqdır. Yazda və yayda sel suları artanda Naxçıvançay və Cəhriçay qədim abidəni yuyub aparıb. Kənd təsərrüfatı işləri görüləndə də abidəyə xeyli zərər dəyib. Ətraf kəndlərin sakinləri də mal-heyvan otaranda və başqa işlər görəndə abidəni uçururlar.

Hidromeliopatorlarımız xalqımızın tarixinin böyük bir dövrünü öyrənməklə əvəzsiz rol oynayan II Kültəpəni selin caynağından xilas etsələr, xeyirxah iş görmüş olarlar.

Müxbir: - Müsahibəyə görə sağ olun!

 

“Sovet Naxçıvanı” qəzeti

15 oktyabr1985-ci il, sayı 240 (14.278)

 

 

 

 


 

 

 

 

 

 

İKİNCİ MİRZƏ CƏLİL

 

M . S. Ordubadi  “Böyük ədiblə görüşlərim” xatirələrində yazmışdı: “XIX əsrin axırlarında... Naxçıvan ölkəsində tərəqqipərvər bir ziyalı təbəqəsi əmələ gəlirdi. Bu təbəqəyə...iki nəfər də Mirzə Cəlil adında tərəqqipərvər, gözüaçıq şəxsiyyət daxil idi.

Mirzə Cəlillərdən birisi Mirzə Cəlil Məmmədquluzadə, ikincisi də onun yaxın dostu, müəllim Mirzə Cəlil idi ki, Naxçıvan xalqı arasında Şürbi Mirzə Cəlil adı ilə məşhurdur. İkinci Mirzə Cəlil rus dili müəllimidir. O, daim şərab içib, şəhvət və bidətlərin inkişafına çalışan qarınqulu ruhaniləri, əmlakının gəlirini meyxanələrdə xərcləyən mülkədar, bəyləri, xanlrı, ikiüzlü, yaltaq ziyalıları tənqid etdiyi üçün adını Şürbi Mirzə Cəlil qoymuşdur.

Mən böyük ədibimiz Mirzə Cəlil Məmmədquluzadə ilə birinci dəfə Şürbi Mirzə Cəlil vasitəsi ilə tanış oldum. ...O, çox gözəl tar çalır və oxuyurdu...”

Ordubadinin xatırladığı Mirzə Cəlil Şürbi Cəlil Məmmədquluzadənin sadəcə olaraq dostu və müasiri deyildir. O, molla nəsrəddinçilərlə eyni cəbhədə dayanan, jurnalla əməkdaşlıq edən müəlliflərdən idi. Bunu “Molla Nəsrəddin” jurnalında redaktor köməkçisi işləmiş Məmmədəli Sidqinin məktubunda da aydın görmək olar. M. Sidqi Şürbiyə yazırdı: “Əzizim Mirzə! Dünən sizin kağızınızı aldım Nə qədər şad olduğumu Allah bilir. Əvvəl başdan onu deyim ki, sizin bu qədər müddətdə məktub yazmağınız məni nəhayət nigaran buraxmışdır... Hələ Mirzə Cəlil də gəlməyib, kənddədir, damağın olsa, bir məqalə yaz “Molla Nəsrəddinə!”.

“Molla Nəsrəddin” ədəbi məktəbinə daxil olan Mirzə Cəlil Şürbinin haqqında geniş tədqiqat aparılmışdır. Jurnalın 80 illik yubileyində Naxçıvanın ziyalı oğlu Mirzə Cəlil Şürbini xatırlamaq, onun barəsində oxuculara məlumat vermək arzusu ilə Əli Mirzəyevlə görüşdük. M. C. Şürbinin oğlu Ə. Mirzəyev 1935- ci ildən 1980- ci ilədək “Şərq qapısı”, “Sovet Naxçıvanı” qəzetində müxbir, məsul katib, redaktor müavini, redaktor vəzifələrində işləyib, fərdi təqaüdə çıxmışdır.

XIX əsrin sonu, XX əsrin əvəllərində yaşamış, Naxçıvanın ictimai-mədəni həyatında fəal iştirak etmiş Mirzə Cəlil Şürbi haqqında xatirələrini danışmağı xahiş etdikdə Əli Mirzəyev dedi:

-Atam vəfat edəndə mən uşaq olmuşam. Ona görə də çox şeyi xatırlaya bilmirəm. Atam haqqında mən anamdan və başqa qohumlarımdan eşitmişəm. Mənsur Sultanovda bir şeir dəftəri var idi. O dəftərdə atamın da şeirləri yazılmışdı. Mənsurun oğlu Əbülqasımla görüşsəniz o sizə kömək edər.

 - Əli müəllim, Cəlil Məmmədquluzdənin anadan olmasının 100 illiyi ərəfəsində “C. Məmmədquluzadənin naxçıvanlı müasirləri” adlı  bir kitab nəşr olunmuşdur. Bu kitabda atanız haqqında da məqalə dərc edilmişdir. Sonra kitab haqqında rəydə deyilirdi ki, atanızın şəkli səhv verilib. Buna sizin münasibətiniz necədi – deyə xəbər aldıqda Ə. Mirzəyev dedi:

-Atamı xatırlaya bilmədiyimdən şəklinin düzmü, səhvmi verildiyini də deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, atam Zülfüqar Hacıbəyovla yaxın dost olmuşdur. Onlar bizə tez-tez gələrdilər. Eşitdiyimə görə ya Zülfüqar Hacıbəyovun, ya da ki, Niyazinin arxicvində atamın şəkli var. Lakin Bakıya gedib bu məsələni dəqiqləşdirə bilmədim.

Mirzə Cəlil Şürbinin şeirləri yazılmış dəftərlə tanış olmaq həvəsi ilə Əbülqasım Sultanovla görüşdük. Səliqə ilə qorunub saxlanmış qəhvəyi rəngli meşin cildli dəftərçəni stolun üstünə qoydu. Təxminən 100-120 səhifəsi olan dəftər səliqə ilə yazılıb doldurulmuşdur. Söhbətdən aydın oldu ki, bu dəftər Mənsur Sultanovun atası Mirzə Əbülqasım Sultanovun qeyd dəftəridir. Dəftərin əvvəlində Mirzə Əbülqasım Sultanov rus dilində səliqəli xətlə öz tərcümeyi-halını yazmış, sonra isə ərəb əlifbası ilə tarixə, inqilabi hərəkata dair qeydlər və eləcə də müxtəlif şairlərdən seçmə şeirlər köçürmüşdür. Dəftərdə Şürbinin 6 şeiri vardır. Qori müəllimlər seminariyasında Cəlil Məmmədquluzadə ilə eyni vaxtda oxumuş Əbülqasım Sultanovun dəftəri səliqə ilə qorunub bu günədək saxlanmışdır.

Söhbət zamanı Mirzə Əbülqasımın nəvəsi Ə. Sultanov bildirdi ki, bu dəftərdəki ərəb əlifbası ilə yazılmış şeirləri filologiya elmləri namizədi İsa Həbibov müasir əlifbamıza çevirmişdir.

İsa Həbibovla yaradıcılıq “laboratoriya”sında görüşdük. Zənginliyi ilə heyrət doğuran bu laboratoriyada XIX əsrin ikinci və XX əsrin birinci yarısı ilə bağlı, xüsusən Cəlil Məmmədquluzadə və Naxçıvan mühitinə dair çoxlu sənədlərin, xatirələrin, foto-şəkillərin sürətləri var.. Tədqiqatçı alim ölkəmizin müxtəlif arxivlərində çalışaraq Naxçıvan mühitinə dair geniş material toplamışdır. Mirzə Cəlil Şürbi ilə maraqlandığımızı bildirdikdə:

-Bir az mənə vaxt verin Şürbiyə aid sənədləri gətirim, sənədlərin dili ilə danışaq, - dedi. 10-15 dəqiqə sonra stolun üstündə böyük bir qovluq var idi. Bu qovluqda Mirzə Cəlil Şürbiyə dair sənədlər toplanmışdır.  İ. Həbibov sənədləri ötəri nəzərdən keçirərək dedi:

-C. Məmmədquluzadənin müasirlərindən olan Cəlil Mirzəyev ziyalılar arasında Şürbi təxəllüslü şair kimi tanınmışdır. Aşiqanə qəzəlləri, maarifçi şeirləri, məktub, məqalə və tərcümələri onun məktub və ədəbiyyat sahəsində özünəməxsus unudulmaz xidmətlər göstərdiyini qabarıq şəkildə nəzərə çarpdırır. Keçən əsrin 90- cı illərindən etibarən o 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız Naxçıvan teatrında həvəskar aktyor kimi də çalışmışdır. Nümunəvi xalq müəllimi,  rus ədəbiyyatının tərcümə və təbliğ olunmasında xeyli əmək sərf etmiş, ateist görüşləri ilə seçilmiş ziyalı kimi tanınmışdır.

Bütün bunlara görə müxtəlif illərdə Ə. Sultanlı, A. Zamanov, R.Nəcəfov, İ. Maqsudov, M. Nəsirli və başqaları bu maarifçi ziyalının həyatından və çoxcəhətli fəaliyyətindən bəhs etmişlər. Lakin Şürbinin ömür və sənətkarlıq yolu indiyədək sistemli şəkildə öyrənilməmiş, onun tərcümeyi-halındakı faktlar dəqiqləşdirilməmiş, bunun başlıca səbəbi Cəlil Mirzəyevin həyatı, xatirə materialları əsasında işıqlandırılmasından  tutarlı arxiv sənədlərinə istinad olunmamasından irəli gəlmişdir. Halbuki Azərbaycan SSR EA Əlyazmalar İnstitutunun fondunda və ermənistan SSR Mərkəzi Dövlət Tarix Arxivində “Şərqi rus”, “İrşad” qəzetlərinin səhifələrində Şürbi ilə bağlı çoxlu materiallar mövcuddur.

Axtarışlar nəticəsində Şürbinin 16 şeirini, bir tərcüməsini, 3 məktubunu, 2 məqaləsini və müəllimlik fəaliyyətinə dair şəxsi işini əldə etmişik. Aydın olmuşdur ki, Şürbi heç də indiyədək yazıldığı kimi 1865-1866- cı illərdə deyil, 1874- cü ildə anadan olmuş, Qori müəllimlər seminariyasında yox,  İrəvan müəllimlər seminariyasında təhsil almış, Naxçıvan, Nehrəm, Şahbuz  və Vənənd məktəblərində müəllimlik etmişdir. O, C. Məmmədquluzadə, Ə. Sultanov, M. S. Səfərov, Ə. Süleymanov kimi yazıçı və müəllimlərlə dostluq etmiş, sıx əlaqə saxlamışdır. Şeir və məqalələrində maarifçilik ideyalarını təbliğ etmişdir. Cəlil Mirzəyev 1915- ci ildə Naxçıvan şəhərində vəfat etmişdir.

Naxçıvanın iknci Mirzə Cəlili, Şürbi təxəllüslü şair mətbuatımızın, teatrımızın, maarifimizin sıravi döyüşçüsü, açıq fikirli, istedadlı bir maarifçi olmuşdur. Onun bədii yaradıcılığı, pedaqoji fəaliyyəti, aktyorluğu hələ də geniş öyrənilməmişdir. Arzu edərdik ki, tədqiqatçılarımız bu sahəyə də diqqət yetirsinlər.

 

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti,

1986- cı il, 27 dekabr, sayı  297.


Yaddaşlarda yaşamış incilər

Azərbaycan aşıqlarının IV qurultayı qarşısında nəşriyyatlarımız xalq ədəbiyyatı nümunələrinin oxuculara çatdırılmasına diqqəti artırraq zəngin mündərəcəsi ilə bir-birindən seçilən kitablar çap etmişlər. Bele kitablarda biri də “Azərbaycan aşıqları və el şairləri” (“Elm” nəşriyyatı, 1983-cü il) adlanır.

Aşıq və el şairlərinin şeirlərindən ibarət onlarla toplu nəşr edilmişdir. Lakin bu topluların heç biri Azərbaycan aşıqlarının çoxsahəli yatradıcılığını  tam əhatə etmir. Mərhum folklorşünas M. Təhmasibin və folklorşünaslardan İ. Abbasov, B. Abdullayev, T. Fərzəliyevin redaktəsi ilə çapa hazırlanan iki cildlik “Azərbaycan aşıqları və el şairləri” kitabı əvvəlki nəşrlərdən istər əhatə dairəsi, istərsə dəbədii dəyəri ilə seçilir.

Kitabın birinci cildinə dolğun və yığcam müqəddimə yazan İ. Abbasov qeyd edir ki, kitabı 5 cilddə hazırlamaq nəzərdə tutulmuşdur. Lakin çoxcildliyin tərtibçisi, qocaman follorçumuz, filologiya elmləri namizədi Əhliman Axundov səhhəti ilə əlaqədər olaraq bu işi başa çatdıra bilməmişdir. Onun tərtib etdiyi mətn vəfatından sonra Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun müdiriyyəti və şifahi ədəbiyyat şöbəsinin əməkdaşları tərəfindən yenidən nəzərdən keçirilmiş, kitabı iki sanballı cilddə hazırlamaq məqsədə uyğun sayılmışdır.

Hər iki cildin mətnləri yenidən nəzərdən keçirilərkən redaktorlar cildlərin quruluşunda, nümunələrin aşıq şeirlərinin forma və şəkilləri üzrə düzülüşündə əsaslı dəqiqləşdirmələr aparmış, əsərləri verilən sənətkarların çoxu barədə yığcam məlumat yazmışlar.

Cildlər təkmilləşdirilərkən mövcud çap materiallarından, institutun folklor arxivində qorunan, həmçinin şöbə əməkdaşları tərəfindən ekspedisiyalar zamanı toplanmış nümunələrdən də geniş istifadə olunmuşdur. Müqəddimə müəllifinin təvazökarlıqla qeyd etdiyi “dəqiqləşdirmələr aparılmışdır” sözünün arxasında cildin redaktorları İ. Abbasovun və T. Fərzəliyevin ağır zəhməti, axtarışları durur. Bunu qabarıqlığı ilə göstərmək üçün bir fakta nəzər salmaq kifayətdir. Azərbaycan aşıqlarının mənəvi atası Qurbaninin “Sənə” rədifli qoşması dövrü mətbuatda 20 dəfədən çox çap olunmuşdur. Hələ ayrı-ayrı aşıqlardan və şeir həvəskarlarından toplanmış nümunələri  də bura əlavə etsək bu şeirin 30-a yaxın nüsxəsinə rast gəlirik. Bu nüsxələrdə bir-birindənfərqli cəhətlər də vardır. Bu fərqli cəhətləri tutuşdurmaq, bədii cəhətdən ən dəyərlisini seçmək lazım gəlir. Bunun üçün də folklorşünas Qurbani dövrünün etnoqrafiyasını, ideologiyasını, dilini və sairi bilməlidir. Kitabda dərc olunmuş əksər şeirlər üzərində bu baxımdan dəqiqləşdirmələr aparılıb.

Kitabda XVI-XIX əsrlərdə yaşamış 23 müəllifin onlarla şeiri dərc edilmişdir. Yaradıcılıqda öz dəsti-xətti, öz sözü olan, xalqın qəlbinə dərindən nüfuz etməyi bacaran bu sənətkarların yaratdıqları incilər yüzillikləri aşaraq, ağızdan-ağıza keçərək dövrümüzə qədər gəlib çatmış, bu gün zəngin el xəzinəsinə çevrilmişdir. Bu incilər yalnız Azərbaycan xalqının deyil, qonşu xalqların da mənəvi dünyasını bəzəmişdir. Milliyyətcə erməni, gürcü, ləzgi olan aşıqlar uzun müddət azərbaycanca yazıb yaratmışlar. Erməni folklorşünaslarının fikrincə Azərbaycan dilində yazıb-yaradan erməni aşıqlarının sayı 400-dən çoxdur.

Bu da səbəbsiz deyildir. Azərbaycanda ozan – aşıq ənənəsinin tarixi olduqca qədimdir. Ozanlarımızın yaratmış olduğu “Kitabi Dədə-Qorqud” dastanlar toplusu dünyanın bir çox dillərinə tərcümə edilmiş, hər yerdə də böyük rəgbətlə qarşılanmışdır.

Qədim tarixə malik ozan aşıq sənəti haqqında geniş və maraqlı məlumata oxucu yalnız kitabın müqəddiməsində rast gəlir. Kitabda yaradıcılığından nümunələr verilən sənətkarların isə bizdən ən uzaq dövrdə yaşayanı Qurbanidir. Yaxşı olardı ki,Qurbanidən əvvəl yaşamış, müqəddimədə şeirlərindən kiçik nümunələr verilmiş sənətkarların əsərləri də cildə daxil ediləydi. Bu, müqəddimə müəllifinin “elə həmin əsrdə (XII-XIV əsrlər nəzərdə tutulur – Ə. Ş.). Hovanes Yerzinqatsi, Hovanes Tlkurantsi kimi erməni şairlərinin həm də Azərbaycan dilində aşıq şeiri tərzində yazıb-yaratmaları Azərbaycan xalq şeirinin təsir dairəsini müəyyənləşdirir, onu orta əsrlərin ilk çağlarından başlayaraq geniş yayılan forma və şəkil olduğunu təsdiq edir” hökmünün təsirini gücləndirmiş olardı.

Çox təəssüf ki, kitabda bir çox sənətkarların – Ağ Aşıq təxəllüslü Allahverdinin, Xəstə Həsənin, Ululu Kərimin və b. Yaradıcılığından nümunələr vermək tamamilə unudulmuşdur. Kitabın redaktorları Kərim adlı iki el şairinin yaradıcılığını, həyat yolunu aydınlaşdırmış, birinin Vardanlıda, o birinin isə Cəbrayıl rayonunun Cəfərabad kəndində yaşadığı haqqında məlumat vermişlər. Lakin Mücrüm Kərimə aid edilən şeirlər sırasında XVIII-XIX əsrlərdə Şahbuz rayonunun Aşağı Remeşin kəndində yaşamış Ulului Kərim adlı el şairinin “Kim ola”, “Olmaz” şeiri verilmişdir. Görünür istər tərtibçi , istərsə də redaktorlar Ululu Kərimlə Mücrüm Kərimi eyniləşdirmişlər. Ümumiyyətlə eyni yüzillikdə və ya müxtəlif yüzilliklərdə yaşamış, eyni adlı və ya təxəllüslü sənətkarların yaradıcılıqlarının dolaşıq salınmasına tez-tez təsadüf edilir. Bu cür halları aradan qaldırmaq, xalq şeiri ruhunda yaradan sənətkarların əsərlərini tam şəkildə çap etmək üçün akademik nəşrin vaxtı çoxdan çatmışdır. Belə bir nəşrin uzun müddətdir ki, folklor həvəskarları da, orta və ali məktəb müəllimləri də, tədqiqatçılar da, geniş oxucu kütləsi də səbrsizliklə gözləyir. Belə bir nəşr Dədə Qorquddan bu günədək aşıq şeirinin keçdiyi yolun əhatə dairəsini izləməyə imkan verir.

 

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti

6 mart  1987-ci il, sayı 57 

 

 


 

 

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol