Alim instiki

ALİM İNSTİKİ

Əli Şamil

AMEA Folklor İstitutu Xarici

Əlaqələr Bölməsinin müdiri

 

Elmin sahələri getdikcə şaxələnir. Bir zaman ədəbiyyatşünaslığa daxil olan folklorşünaslıq indi öz daxllındə onlarla budağa ayrılır. İnsan ömrü isə bir sahəni bütövlükdə deyil, hətta onun bir böləməsini öyrənməyə çatmır.

Kamran Əliyev elm aləminə ədəbiyyatşünas kimi gəlmişdi. Hamımız onu romantizmin araşdırıcılarının öndəgedənlərindən biri kimi tanıyırdıq. 1980-ci ildə XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri” mövzusunda namizədlik, 1990-cı ildə  isə “XX əsr Azərbaycan romantizminin obrazlar sistemi”mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. Mövzu ilə bağlı “Hüseyin Cavidin şəxsiyyəti və poetikası”, “Hüseyin Cavid: həyatı və yaradıcılığı”, “Azərbaycan romantızmıinin poetikası” kimi dəyərli əsərlər yazdı.

Hamımız gələcəkdə də elmi axtarışlarını bu yöndə davam etdirəcəyini düşünürdük. Lakin gözləmdədiyimiz halda onun yönü dəyişdi. 2000-ci ildə Azərbaycan MEA Folklor İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyətə başladı. Gənc, enerjili və məhsuldar yaradıcılığı olan alim yeni iş yerində xeyli susdu. Bunu ədəbiyyatşünaslıqda folklorşünaslığa keçidin yaratdığı təlatüm kimi də qiymətləndirmək olardı. Qəflətən püskürən vulkan kimi folklorşünaslığa dair bir-birindən sanballı əsərlər ortaya qoydu. Qəribəsi də bu idi ki, o yeni mövzulara müracət etmədi. Necə deyərlər ələk-vələk edilmiş mövzuda yeni fikirlər söylədi.

“Kitabi Dədə Qorqud”, “Koroğlu” dastanları yalnız Azərbaycanda deyil, dünyada da öyrənilmiş, haqqında yüzlərlə monoqrafiya, minlərlə məqalə yazılmış möhtəşəm əsərlərimizdəndir. Bu əsərləri haqqında yeni söz demək də çətindir. Kamran Əliyevin dastanlarımız haqqında yazdıqları yalnız araşdırıcıları deyil sadə oxucunu belə heyrətləndirdi. Düşündü ki, onun da oxuduğu dastanda görə bilmədiklərini Kamran Əliyev necə görüb?! Əslində bu zəhmətin bəhrəsi olsa da arxasında araşdırıcı instiki durur. Çalışdığı sahədə inistiki olmayan mütəxəssis nə iş görürsə, nə yazırsa onlar keçmiş qəliblər çərçivəsində olur. Yaradıcılıq instikti ola bilənlər bu qəliblərdən kənara çıxıb yeni fikir deyə bilir.

Kamran Əliyev folklorşünaslığa gəldikdən sonra “Eposun petikası: “Dədə Qorqud” və “Koroğlu” kitabını nəşr etdirməklə, bu mövzuda araşdırmaqla kifayətlənmədi. Folklorun başqa janırlarını da gözdən keçirdi. “Məhəbbətin faciəsi: faviə və dasta”, “Atalar sözləri və aforizmlər” kimi dəyərli məqalələrini yazdı. Buradakı yeni baxış da folklorıünaslar üçün yeni yol açdı.

Adyutoriyanı sevən, bildiklərini öyrətməyə çalışan, katır yetişdirməyə önəm verən pedaqoq üçün akademiya sanki bir buxov rolunu oynayırdı. 2012-ci ildən isə “Folklor və yazılı ədəbiyyat” şöbəsində müdir keçəndən sonar bu yöndə də fəaliyyətini gücləndirdi. Gənc alimlərin yetişməsi üçün kiçik iş otağını böyük aiditoriyaya çevirdi. Sadə, səmimi söhbət təsiri bağışlayan sözləri gənclərə istiqamətverici, yolgöstərici oldu.

Gəncləri bərkə çəkmək, elmi müzakirələrə hazırlamaq üçün  ardıcıl elmi konfranslar təşkil etdi. Onları həm də kollektiv işləməyə alışdırdı. Nəticə isə uğurlu oldu. “Eposşünaslıq: problemlər, mülahizələr”, “Folklor və yazılı ədəbiyyat, I kitab”, “Firidun bəy Köçərli: şifahi və yazılı ədəbiyyat”, “Folklor və yazılı ədəbiyyat, II kitab”, “Bəxtiyar Vahabzadə və folklor” kimi toplular yarandı.  

Alimlər var ki, olduqca dəyərli araşdırmalar ortaya qoyurlar. Lakin məktəb yarada bilmirlər. Kamran Əliyev isə öz məktəbini də yarada bildi. AMEA-nın nəzdində  magistr hazırlanmasına imkan verilməsi Kamran Əliyev kimi pedaqoq alimlərə imkan verəcək ki, davamçılarını hazırlasınlar, öz məktəblərini yaratsınlar.

 

07.03.2018

Çap olundu: Alim instiki, Kamram Əliyev-65, “Kaspi” nəşrləri, “Zərdabi LTD” MMC, Bakı, 2018, səh. 131-133.

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol