Ata yolu
Əmək kollektivləri, rayonlar, şəhərlər, vilayətlər, respublikalar arasında sosializm yarışı, qabaqcıl təşəbbüslərin və səmərəli təkliflərin təbliğ olunması və həyata keçirilməsi beynəlmiləl əlaqələri formalaşdırmaq, inkişaf etdirmək, zəhmətkeşləri dostluq və qardaşlıq ruhunda tərbiyələndirmək üçün, bunun əsasında millətlərin və xalqların bir-birinə yaxınlaşması üçün qüdrətli vasitədir. Nəticədə qabaqcıl təcrübə harada meydana gəlirsə gəlsin, bütün respublikaların zəhmətkeşlərinin sərvətinə çevrilir, beləliklə, SSRİ zəhmətkeşləbeynəlmiləl birliyi hissini, vahid ailə hissini möhkəmləndirir.
(“Zəhmətkeşlərin beynəlmiləlçilik tərbiyəsini hər vasitə ilə təkmilləşdirməli” mövzusunda keçirilən respublika seminar-müşavirəsinin materiallarindan.)
Məmmədlə doğulub boya-başa çatdığı Culfa şəhərində görüşdük. O, buraya əzuniyyətə gəlmişdi. Məmməd hərbi xidmətdən, təhsil aldığı ali məktəbdən, müvəqqəti yaşadığı, işlədiyi şəhərdən növbəti məzuniyyətə gəlmişdi. Daimi yaşadığı Daşkənd şəhərindən gəlmişdi ki, ata-anasını, dost-tanışlarını görsün. Uşaqlıq və gəncliyini keçirdiyi şəhərdə doyunca gəzib-dolansın. Məmməd 2.500 nəfərdən artıq işçisi olan Daşkənd dəmiryol deposunun həmkarlar ittifaqı yerli komitəsinin sədridir.
...Culfada Umurzaq Aqilovu hamı yaxşı tanıyır. Qocaman maşinist Umurzaq gənclik çağlarında Naxçıvan sərhəd qoşunlarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra Naxçıvanda Anaxanımla evlənmiş və ömürlük burada qalası olmuşdur.
Məmməd ailənin ilk övladıdır. 1950-ci ildə Culfa şəhərində doğulub. 38 nömrəli dəmiryol orta məktəbini bitirib. Maraqlı tərcümeyi-halı var.
Məmməd orta məktəbi bitirdikdən sonra Araz dəryaçasının tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Bir ildən artıq orada işləyib. Hərbi komissarlığın göndərişi ilə avtomobil sürücüləri hazırlayan kursda təhsil alıb. 1969-ci ilin oktyabr ayının 31-də Culfada valideynləri ilə görüşüb hərbi xidmətə yollanıb. Əsgəri xidmətə Amur vilayətində başlayıb. Gah sürücü işləyib, gah da sərhədlərimizin keşiyində dayanıb. Hərbi xidməti başa vurduqdan sonra Culfaya qayıdıb. Culfa dəmiryol hissəsində əmək fəaliyyətinə başlayıb. 1973-cü ildə onu Rostov vilayətinin Taqanroq şəhərindəki elektrovoz maşinisti hazırlayan məktəbə göndərirlər. Iki ildən sonra onu təyinatla Krasnodar diyarına – Qafqaz deposuna maşinist köməkisi göndərdilər.
Məmməd əmək fəaliyyətinə başladığı ilk gündən kollektivin hörmətini qazanır. Işgüzarlığı, ictimai işlərə marağı ilə seçilir. Onu ilk komsomol təşkilatına katib seçirlər. 1976-cı ildə isə deponun kommunistləri Məmmədə böyük etimad göstərib. Sov.İKP üzvü namizədliyinə qəbul ediblər. Elə həmin ilin dekabr ayında baş vermiş bir hadisə həyat yolunu tamam dəyişib.
Məmməd atasınınn doğulub boya-başa çatdığı Özbəkistana getməli oldu.
Daşkənd şəhərində - depoda maşinist köməkçisi işləməyə başladı. Səmimiyyəti, işgüzarlığı, çevikliyi ilə qısa müddətdə böyük kollektivin nüfuzunu qazandı. 1977-ci ilin noyabrında keçirilən hesabat-seçki yığıncağında gənclər onu təşkilat katibi seçdilər. 1978-ci ildə Özbəkistan LKGİ XXI qurultayının nümayəndələri sırasında Məmmdə Umurzaq oğlu Aqilovun da adı var idi.
Məmməd işləyə-işləyə Daşkənd dəmiryol texnikumunun teplovoz və teplovoz təsərrüfatı şöbəsini də bitirdi. Elə burada da ailə qurdu. Depoda işləyən Valentina ilə evləndi. Indi iki oğlu var; Nəriman və Ruslan.
Məmməd məzuniyyətini adətən Culfada keçirmək istəyir. Ancaq həmişə də məzuniyyətinin başa çatmasına 3-5 gün qalmış geri qayıdır. Atasının doğulduğu Səmərqənd (indiki Nəvai) vilayətinin Xatırçı rayonunun Tasmaçı kəndinə gedir. Atasının qoumları ilə də görüşür.
Məmmədin Daşkənddə işləməsi xatırçı ilə Culfa arasında bir körpü yaratmışdır. Indi ikinci bir körpü də yaranırş culfa lokomotiv deposu Daşkənd deposu ilə müntəzəm əlaqə saxlayır. Hər iki kollektiv bir-birinin iş təcrübəsini öyrənir. Istehsalata tətbiq edir. Irəli sürülən səmərələşdirici təkliflər hər iki kollektivdə eyni vaxtda həyata keçirilir. Bu da min manatlarla dövlət vəsaitinə qənaət etməyə şərait yaradır.
1981-ci ilin mart ayından isə Daşkənd deposunun kollektivi Məmməd Umurzaq oğluna daha böyük etimad göstərərək onu həmkarlar ittifaqı yerli komitəsinə sədr seçmişlər. Bu məsul vəzifə Məmmədin imkanlarını daha da genişləndirmişdir. Məmməd məzuniyyətə gəldiyi günlərdə Culfa lokomotiv deposunun kollektivi ilə - uşaqlıqdan yaxşı tanıdığı maşinistlərlə, təmirçilərlə görüşmüş, çalışdığı kollektivlə Culfa lokomotiv deposu arasında yarış şərtlərinin müqaviləsini hazırlamışdır.
Məmmədin kiçik qardaşı Əqil də 1982-ci ildə əsgəri xidməti başa vurduqdan sonra qardaşının yanına gedib Daşkənd lokomotiv deposunda 6 aylıq maşinist köməkçisi kursunu bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb.
Özbəkistandan Azərbaycana gəlib 30 ilə yaxın Culfa – Mincivan, Culfa – Noraşen istiqamətində tatarlarla səfərə çıxan maşinist Umurzaq Aqilovun indi iki övladı – Məmməd və Əqil Daşkənd lokomotiv deposunda çalışır.
Əli Şamilov,
“Sovet Naxçıvanı” qəzeti
2 fevral 1985-ci il, sayı 28 (14.066), səh. 2 |