Vəli Xuluflu

Vəli Xuluflu

Türk Dünyasının Məşhurları-

Rusiya əsarətində olan türk xalqlarının azadlığı uğrunda mübarizədə şəhid olmuş Vəli Xuluflunun ömür yolu və yaradıcılığı... Əli Şamil

Göndərmə 16.04.2013 12:02:35 UTC

Güncəlləmə 16.04.2013 12:02:35 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=0ee59f29-de50-4cd0-b8ac-fe69bad532ea

 

Xuluf Kür çayının sağ sahilində kiçik bir Azərbaycan kəndi idi. 1970-ci illərdə Kür üzərində su elektirik stansiyası tikiləndə Xuluf kəndi dəryaçanın altında qaldığından xəritələrdən silindi. Gələcəkdə baş verənlərdən xəbərsiz Vəli isə doğulduğu kəndin adını özünə soyadı götürməklə sanki bu adı unudulmağa qoymadı.

Vəli Məmmədhüseyn oğlu Xuluflu 1894-cü il may ayının 26-da indiki Şəmkir rayonunun Xuluf kəndində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada aldıqdan sonra Rus işğalından sonra çarın xanımının şərəfinə Yelzavetpol adlandırılan qədim Gəncədəki «Mədrəseyi-ruhaniyyə» oxumuşdu.

Mədrəsənin əlaçı tələbələrində olan Vəli Xuluflu həm də ictimai-siyasi işlərdə fəal iştirak etmişdi. Elə ona görə də 1913-cü ildə təhsilini başa vurduqda onu həmin məktəbdə müəllim saxlamışlar. Quberniya mərkəzi olan Gəncədki ədəbi-siyasi mühütdə gündən-günə daha fəal insanlar yetişir. Müxtəlif fikir cəryanları Rusiyanın bu ucqar əyalət şəhərində də toqquşur.

Vəli Xuluflu milli dəyərlərə böyük önəm versə də, islami bilikləri və inancı kifayət qədər olsa da sosial-demokratların Rusiyanı xalqlar həbisxanası adlandırmasına, sovial ədalət, bərabərlik uğrunda mübarizə aparacaqlarına inanaraq onlarla bir çəbhədə mübarizəyə atılır. Hətta Azərbaycan Xalq Cümhuriyyəti qurulanda yeni qurulan hökümətə qarşı çıxır. Yenicə fəaliyyətə başlayan hökümətdən çox şey tələb edir. Xalqı da burjua-mülkədar höküməti adlandırdığı Azərbaycan Xalq Cümhuriyyətini devirib Sovet Sosialist Resbublikası qurmağa çağırıb.

1919-cu ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasını sıralarına daxil olan Vəli Xuluflu partiyanın rəhbərliyi altında xalqının xilas olacağına və firavan yaşayacağına inanıb. Onu gəncədən 1920-ci ilin fevralında Bakıda keçirilən Azərbaycan KP birinci qurultayında nümayəndə seçiblər.

1920-ci ilin aprelində bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətini silah güçünə devirəndə 26 yaşlı çılğın gənci olan Vəli Xuluflu böyük sevinç içərisində olub. Onu 1920-ci ildə Gəncə quberniyasında Qəza Partiya Komitəsinin katibi təyin ediblər.

1920-ci ilin mayın sonrlarında vətəninin bolşeviklər tərəfindən işğalına dözməyən azadlıqsevərlər Gəncədə silahlı üsyan qaldıraraq bolşevik əsgəri birliklərinin böyük qismini tərksilah etməklə şəhəri azad ediblər. Lakin Azərbaycanın başqa bölgələri də Gəncədəki kimi cəsarət və əzmkarlıq nümaiş etdirməyiblər. Bundan yararlanan bolşeviklər Gəncəyə yeni əskəri birliklər və könüllülər dəstəsi göndəriblər. Yerlilərdən ibarət könüllülər dəstəsinin təşkilində fəallıq göstərən Vəli Xuluflunu Həmid Soltanovun başçılıq etdiyi Fövqaladə Komissiyaya üzv təyin ediblər.

Vətənpərvərlərin güllənməsində, həbsxanalara göndərilməsində bu komissiyanın imzasında və göstərişlərindən bolşeviklər bacarıqla istifadə ediblər. Xalqın Ruslara qarşı nifrətinin daha da artmaması üçün bir çox cəza tədbirləri Fövqaladə Komissiyanın Azərbaycanlı üzvlərinin əli ilə həyata kecirilir.

Milli dəyərlərə sayqı göstərilmədiyinə etiraz etdiyinə görə 1921-ci ilin təmizləməsində Vəli Xuluflunu Kommunist Partiyasını sıralarından xaric edirlər. O, 1922-ci ildə Bakıya gələrək 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulmuş Universitetin Şərqşünaslıq fakultəsinə daxil olur.

Vəli Xuluflu tələbələr arasında fədakarlığı ilə seçilir, təhsilini davam etdirməklə yanaşı ictimai işlərdə çalışır, ədəbi-elmi fəaliyyətlə məşğul olur. 1924-cü ildə Yeni Türk Əlifbası Komitəsinin əməkdaşı kimi Səmədağa Ağamalıoğlu, Cəlil Məmmədquluzadə, Xalid Səid Xocayevlə birlikdə Şimali Qafqaza, Kırıma, Tatarıstana, Türküstana səfər edərək latın əlifbasına keçməyin vasibliyini təbliğ edir. Yazmış olduğu “Yeni Türk əlifbası” kitabı 1925-ci ildə Bakı da nəşr edilir.

Gəncədə baş verənlərdən ibrət dərsi götürən Vəli Xuluflu bir daha partiya-sovet təşkilatlarında rəhbər işə getmir. Elmi pedaqoji fəaliyyətlə məşğul olur.

«Bakı fəhləsi» kooperativ nəşriyyatında və «Azərnəşr»in bədii-ədəbiyyat şöbəsində çalışanda Vəli Xuluflu “Bayatılar”, “El aşıqları”, “Koroğlu” dastanı kitablarını nəşr etdirir. Maddi və mənəvi dəyərləri lazımınca dəyərləndirən Vəli Xuluflu bölgələrə gedərək materiallar tolayır, onları hazırlayaraq xalqa çatdırır.

Azərbaycanı Öyrənmə Yolu Cəmiyyətinin fəal üzvülərindən olan Vəli Xuluflu elmi işə böyük maraq göstərir. Bakıda keçirilən I Türkoloji qurultayda fəal iştirak edir. Belə zəhmətkeş və bacarıqlı kadıra bolşeviklərin böyük ehtiyacı olduğundan 1927-ci ildə onu yenidən kommunist partiyası sıralarına qəbul edirlər.

1929-cu ildə “Koroğlu” dastanlarının yenidən işlənmiş və təkminləşdirilmiş nüsxəsini, “Tapmacalar”, “İmla lüğəti” kitabını çap etdirən Vəli Xuluflunu elə həmin il Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda elmi katib işləməyə dəvət edirlər. O, bir müddət işlədikdən sonra həmin təşkilat bazlanılır. Az sonra yenidən təşkili edilən zaman isə onu Dil, Ədəbiyyat və İncəsənət İnstitutuna direktor vəzifəsində dəvət edirlər.

1929-1932-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda Vəli Xuluflu folklordan və əlifba məsələsindən uzaqlaşaraq vəzifəsinin qarşısına qoyduğu tələblərə görə ideoloji məsələlərə girişir. 1929-cu ildə “Panislamizm, imperializm və ruhaniyyət”, 1930-cu ildə “Din və qadın”, “Din və mədəni inqilab”, 1932-ci ildə “Məhərrəmlik münasibətilə” kitabçalarını çap etdirir.

Onun 1930-cu ildə nəşr etdirdiyi “Səlcuq dövlətinin tarixi qurluşuna dair” kitabı ədəbi ictimaiyyətin diqqətini çəkir. Kiatab haqqında qəzet və jurnallarda sanballı rəylər yazılır.

1933-cü ildə yenidən Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu ləğv edildikdən sonra Vəli Xuluflu bir müddət Mərkəzi Arxiv İdarəsinin müdürü, Dövlət Elmi Şurasının sədr müavini vəzifələrində çalışır.

1933-cü ildən Müttəfiq Respublikalarda SSRİ EA-nın şöbələri təşkil edilri. Sonralar bu şöbələr filial adlandırılır. 1940-ci illərdən isə sözdə müstəqil elmlər akademiyalarına çevilsə də yenə də SSRİ Elmlər Akademiyasının göstərişi olmadan sərbəst bir iş görmələrinə icazə verilmir.

Vəli Xuluflu da yeni yaradılmış SSRİ EA-nın Azərbaycan şöbəsinə mütəxəssisi vəzifəsinə dəvət edilir. O, həm də Yeni Türk Əlifbası Komitəsinin üzvü və yeni əlifbanın digər ölkə xalqları arasında yayılması üzrə bir təşkilatçı kimi tanınır. Zaqfederasiyanın 10 illiyində ictimai-elmi və ədəbi xidmətlərinə görə Vəli Xuluflu fəxri fərman və qızıl qol saatı ilə təltif olunur.

Xalqının qabaqcıl ziyalısı kimi tanına, kitabları nəşr olunan, ali məktəblərdə dərs deyən, qəzet-jurnallarda maraqlı məqalələri ilə oxucu rəğbəti qazanan, Azərbaycan Yazıçılar İttifaqının üzvü, professoru Vəli Xuluflu1937-ci ilin yanvarın 27-də həbs edilir. Evindən axtarış aparılarkən M.Ə. Rəsulzadənin xaricdə çap olunmuş “Rusiyada siyasi vəziyyət” kitabçası tapılır.

İstintaqdan aydın olur ki, o Azərbaycanı SSRİ-dən ayırmaq üçün fəal praktik iş aparır, evində Əli Kərimov, Bəkir Çobanzadə, Asan Reatov və b. ilə dövlət büdcəsini müzakirə edərək, Gürcüstan və Ermənistan budcələrinin Azərbaycanın hesabına formalışmasını müzakirə edir, Dağıstanın, Ermənistanın, Gürcüstanın türklər yaşayan bölgələrinin Azərbaycana birləşdirilməsini planlaşdırırmış.

Vəli Xuluflu istintaq zamanı Bəkir Çobanzadə və b. birlikdə Orta Asiya respublikalarının SSRİ-nin tərkibindən ayrılaraq Azərbaycan, Qüzey Qafqaz, Tatarıstan və Başqırdıstanla birlikdə müstəqil dövlətlərini qurmasının zəruridir isbatlamağa çalışır. Lakin elmi və məntiqi dəlilləri nə müstəntiqləri, nə də hakimləri qane etmir.

İstintaqdan sonra keçirilən 15-20 dəqiqəlik məhkəmə ona ölüm hökmü oxuyur. Elə həmin günün gecəsi, yəni 1937-ci ilin oktyabrın 13-də bir qrup məsləkdaşı ilə birlikdə Bakıda güllələnir.

1956-cı ildə bir çoxları kimi ona da bəraət verilir. Lakin Sovet orqanları bəraət veriləndən sonra da onun ölüm tarixini düzgün göstərmir, ailəsinə saxta arayışlar verir. Buna görə də uzun müddət sorğu kitablarında, ensiklopediyalarda onun ölüm tarixi fərqli göstərilir. 1991-ci ildə arxivlərin bir hissəsinin açılması bu saxtakarlıqları da üzə çıxardı.

Keşməkeşli həyat yolu keçmiş Vəli Xuluflunun adının əbədiləşdirilməsi üçün bakıda və Şəmkirdə adına küçə, orta məktəb və mədəniyyət evi verilmişdir.

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=