Əbdürrəşid İbrahimin(İbrahimov)

ƏBDÜRRƏŞİD İBRAHİM(İBRAHİMOV)

Türk Dünyasının Məşhurları-21

Şair, publisist, səyyah Əbdürrəşid İbrahimin(İbrahimov) ömür yolu və yaradıcılığı...Əli Şamil

 

Göndərmə 30.06.2011 10:08:18 UTC

Güncəlləmə 30.06.2011 10:08:18 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=8415829b-a0a5-4e61-8a1b-ac876fb07cec

 

Buxaradan Sibirin Tobolsk vilayətinin Tara kəndinə sürgün edilmiş özbək Ömər burada müəllimlik edən başqırd Afifə xanımla ailə qurur. Bu aliənin 1857-ci il aprelin 23-də bir oğlu olur. Yeni doğulan körpəyə Əbdürrəşid adını verdilər. Gənclik illərində və kecmiş Rusiydakı qəzet-jurnallarda çap etdirdiyi məqalələrində familyası İbrahimov kimi yazılır.

İlk təhsilini anasından alan Əbdürrəşidi sonra yaxınlıqdakı başqırd kəndi olan Elmanda oxumağa göndərirlər. O, məktəbin ən seçilən şagirdlərindən olur, Quran oxumağı, İslami bilikləri, ərəb dilini öyrənir. İti yaddaşı ona qısa zamanda türk ləhcələrini yadda saxlamağa imkan verir.

1871-ci ildə anasının ölüm xəbərini eşidərək Tara kəndinə qayıtmaq istəyir. Yoldaykən atasının da ölüm xəbərini eşitdiyindən kəndə dönmür. Bölgənin mərkəzi sayılan və mədrəsəsi olan Tümenə gedir. Mədrəsədə oxuduğu zaman kiçik qardaşını da yanına gətirir.

Tümendən Kışkara, oradan da Kazana gedir. Osmanlı dövləti ilə Rusya arasında 1877-1878-ci illərdə gedən savaşda müsəlman və türklərin xəlifələrinin ordusunda, yəni Osmanlı ordusunda döyüşməli olduğunu təbliğ etdiyinə görə gənc Əbdürrəşid İbrahimovu Kazanda həbs edirlər. Bir ildən sonra əməlində ciddi bir cinayət tərkibi tapa bilmədiklərindən geri dönməyə, yəni Orenburqa getməyə icazə verirlər. O zamanlar Orenburq Rusiyanın sürgün yeri kimi tanınırdı. Əbdürrəşid bu illərdə yazdığı şeir və xatirələrini “Həbsxana əsrarı” kitabında toplayaraq çap etdirir.

Çılğınlığıyla seçilən, daima öyrənməyə və gəzməyə can atan Əbdürrəşid gah varlı bir qazağın uşağına fərdi dərs deyir, gah Akmulla vilayətində mollalıq edir, gah da Orenburda müxtəlif işlərdə çalışaraq güzaranını təmin etməyə çalışır. Təhsilini almaq, elmi biliklərə yiyələnmək marağı ilə o, Məkkə-Mədinəyə getmək, oradakı müqəddəs yerləri ziyarət etmək və orada oxumaq istəyir. Ona ziyarətə getmək üçün xeyriyyəçilərin verdikləri pulla İstanbula kimi gələ bilir. Buradan da Həcc ziyarətinə gedən bir tatarın qulluqcusu kimi Məkkəyə yola düşür.

Ağasının xidmətçisi kimi Məkkə və Mədinədəki müqəddəs yerləri ziyarət edən Əbdürrəşid geri qayıtmır. Mədinədə qalıb təhsil almaqla yanaşı, ziyarətə gələn müsəlmanlarla sıx əlaqə yaradır, onlardan gəldikləri yerlər, o yerlərin təbiəti, iqtisadiyyatı, əhalinin milli tərkibi haqqında bilgi toplamaqla yanaşı, zəvvarların bəzilərilə dostlaşır. Gələcəkdə Asiya və Avropaya səyahətlər zamanı Haccda tanış olduğu insanlar ona yardımçı və məsləhətçi olurlar.

Məkkə və Mədinədə beş il təhsil aldıqdan sonra, yəni 1884-cü ildə yenidən Sibirə dönür. O dövrdə keçmiş Rusiyadan Həccə gedənlər və geri dönənlər xəlifənən əyləşdiyi İstanbulda yolüstü durub, necə deyərlər viza alırdılar. Həmin müddətdə də buranın iqtisadiyyatı, mədəni həyatı ilə tanış olurdular. Əbdürrəşid İbrahim də bir müddət İstanbulda qalır, Əhməd Vəfik Paşa, Müəllim Naci, İzmirli İsmail Hakkı kimi tanınmış şəxsiyyətlərlə görüşərək fikir mübadiləsi edir. Sonra Odessadan keçərək doğulduğu Tara kəndinə qayıdır. Ondan mədrəsədə müəllimlik etməyi, mədrəsənin nüfuzunu qaldırmağı xahiş etdilər. Az müddətdə dərin savadı, insansevərliyi ilə çoxlarının hörmətini qazanır. Kasıb, imkansız və arxasız olsa da, varlı bir ailənin qızıyla evlənir. Bu evlilikdən Münir, Qədriyyə və Fevziyə adlı üç övladı olur.

Əbdürrəşidin ağır və məşəqqətli bir ömür yolu seçməsilə xanımı da razılaşır və onun arxasınca dünyanı dolaşır.

Əbdürrəşid ailə qurduqdan heç altı ay keçməmiş tələbələrinin bir neçəsi ilə birlikdə yenidən Həcc ziyarətinə yola düşür. Ziyarəti uğurla başa vurduqdan sonra tələbələrini oradakı mədrəsələrə yerləşdirib özü yenidən vətənə qayıdır. Burada yeni tipli məktəb, o dövrdə üsuli cədid adlanan məktəb açır. Bölgədə bu tip məktəblərin proqramı və dərslikləri olmadığından onları Kırımdan, İsmayıl bəy Kaspıralıdan alıb gətirir. Sibirin ucqar bir guşəsində müəllimlik etsə də, müntəzəm Cəmalləddin Əfqani, Şəhabəddin Mərcani, Rzaəddin Fəxrəddin, İsmail bəy Qaspıralı kimi şəxsiyyətlərlə məktublaşır.

1890-cı ildə dərs dediyi üsuli-cədid məktəbinin 10 məzununu da alıb yenidən İstanbula gəlir. Şagirdlərini buradakı Darüşşəfəq və Darüt tədris məktəblərinə qoyur ki, Avropa tipli təhsillə tanış olsunlar və elm öyrənsinlər. Özü isə Ufa şəhərinə qayıdır. Burada rus dilindən imtahan verib şəhadətnamə aldıqdan sonra yenidən Orenburqa dönür. 1891-ci ildə Orenburq Ruhani Məclisi tərəfindən qazı – şəriət məhkəməsi təyin edilir. Orenburq Şəriət Məhkəməsinin sədri Həcc ziyarətinə gedəndə isə onu sədr seçirlər.

Məmurların hər addımda xalqı incitdiyini, qanunlara əməl etmədiklərini gördükdə şikayət üçün Rusyanın başkəndi S.Peterburqa gedərək naziliklərdə olur, islahatların vacibliyini onlara başa salmağa çalışır, hökumətə yaltaqlanan bir çox din xadimlərini islami dəyərlərdən uzaqlaşmaqda suçlayır. Din xadimləri isə Əbdürrəşidi xalqı hökümət əleyhinə üsyana təhrik etməkdə suçlayırlar. Vəziyyətin gərginləşdiyini, onu hər an həbs edə biləcəklərini gördükdə İstanbuldan uzaqlaşır.

1895-ci ildə yenidən İstanbula gələn Əbdürrəşid “Livaul-Hamd” və "Çolpan Yıldızı" adlı kitabçalarını çap etdirərək gizli yollarla Rusyaya göndərir. Kitabçada müsəlman xalqlarının hüquqlarının Rusiyda tapdağından söz açır və onların əsərətdən qurtulmaları üçün Osmanlı dövlətinə köç etmələrinin vacib olduğu fikrini aşılayır. Bu fikirlə Rusiyada yaşayan müsəlman, türk ziyalılarının böyük əksəriyyəti razılaşmırlar. Çünki onlar ata-babalarının yaşadıqları yerləri qoyub getməyin əleyhinə idilər. Buna görə də köçüb getməyə deyil, güclərini azadlıq mübarizəsinə səfərbər etməyə üstünlük verirdilər. Lakin Əbdürrəşid İbrahimin əsəri öz təsirini göstərir. 70 minə yaxın müsəlman Rusiyaya köç edir.

1896-cı ildə Avropaya gedən Əbdürrəşid İbrahim İsveçrədə Rus sosialistləri ilə görüşür. İnsan haqları məsələsinə baxışda onların fikirləri üst-üstə düşdüyü aydınlaşır.

Əbdürrəşidin insan haqları məsələsini qabartması Abdülhamit rejimini də qorxuya salır. Onun fəaliyyətini məhdudlaşdırmağa çalışırlar. Vəziyyətin gərginləşdiyini görən Əbdürrəşid 1897-ci ildə Misiri, Hicazı, Fələstini, İtaliyanı, Avstriyanı, Fransanı, Bolqarıstanı, keçmiş Yuqoslaviyanı, Batı Rusiyanı, Qafqazı, Xarəzmi, Batı və Doğu Türkistanı, Yeddi Su vilayətini, Sibirin bir çox bölgələrini gəzərək doğulduğu kəndə qayıdır. Orada da duruş gətirməyərək Yaponyaya gedir.

3 illik səyyahətdən sonra Əbdürrəşid İbrahim yenidən St. Peterburqa qayıdaraq Azərbaycanlı müəlliflər də fəal iştirak etdiyi “Mirat” jurnalını çıxarır.. 1902-ci ildə yenidən Yaponiyaya gedərək orada Rusiya əleyhinə təbliğat aparır. Yaponyada olarkən Osmanlı sultanı Abdülhəmidə məktub yazaraq iki dövlət arasında sıx əlaqələrin olmasının vacibliyini vurğulayır, ictimai-siyasi vəziyyəti anladır, müsəlmanlığın yayılması üçün münbit şərait olduğunu göstərdi və bu işdə ona yardımçı olmasını xahiş edir.

Əbdürrəşid İbrahimin Yaponyadakı fəaliyyətinin Rusiya üçün çox təhlükəli olduğunu görən Rusiya səfiri onun ölkədən çıxarılmasını tələb edir. Buna görə Əbdürrəşid yenidən İstanbula dönməli olur. Rusiya Xarici Siyasət İdarəsi Əbdürrəşid İbrahimdən yenə də əl çəkmir. Onun Rusiyaya təhvil verilməsini tələb edir. Osmanlı hökuməti 1904-cü ildə bu tələbi yerinə yetirməli olur. Odessaya gətirilən Əbdürrəşid İbrahim həbs edilir. Ölkə müsalmanlarının etirazından qorxuya düşən hökumət onu 15 gün sonra həbsdən azad eməli olur.

Əbdürrəşid İbrahim təqib və təzyiqlərdən qorxaraq xaricə qaçmaq əvəzinə Kazana gedərək orada ziyalılar və iş adamlarıyla görüşdükdən sonra St. Peterburqa gəlib bir mətbəə açır. Bu mətbəədə dini və siyasi əsərlər çap edri. Əsarət altında olan türk, müsəlman xalqlarının birliyinə nail olmaq üçün türkçə "Ülfət" adında jurnal nəşrə başlayır. 85-ci sayından sonra polis jurnalı bağladanda o, 1906-cı ildə ərəbcə "Tilmiz" adlı bir jurnal, həmin jurnal bağladıldıqda isə 1907-ci oldə qazaxca "Serke" adı jurnal nəşr edir.

O, yalnız qəzet, jurnal, kitab çap etməklə, məqalələr yazmaqla, məscidlərdə xütbələr oxumaqla qalmır, qorxusuz bir cəngavər kimi təşkilati işlər də görür. İlk toplantısı Oka çayı üzərindəki bir gəmidə gizli, ikincisi, 1906-cı il yanvarın 13-də keçirilən Rusiya Müsəlmanlarının qurultaylarının fəal təşkilatçılarından biri və “İttifak nizamnaməsi”ni hazırlayan Ə.İbrahim olmuşdur. Onun “Aftonomiya” kitabçasında Rusiya müsəlmanlarına muxariyyat verilməsinin vacibliyi əsasləndırılmışdır. Hətta Dövət Dumasında müsəlman millət vəkilləri kitabçadan yararlanmışlar.

1908-ci ilin sentyabrın 16-da Kazana gələrək ailəsini burada yerləşdirən Ə.İbrahim ikinci böyük səyahətinə başlayır. Ufa, Çilebiy, Kızılyar [Petropavlovski], Omski, Tomski, İrkutskini keçərək Moğolistana gəlir. Oradan Mançuriyaya keçib Buddistlərin lideri Dalay Lama ilə görüşdükdən sona Harbin vilayətiniə gedir. Əbdürrəşid Viladivostoku keçib gəmiylə Yaponiyaya çatır. Orada yeddi ay qadıqdan sonra Koreya, Çin, Sinqapur, Hindistana kimi ölkələri gəzib, Osmanlı dövlətinə daxil olan vilayətləri keçib 1910-cu ildə yenidən Həcc ziyarətində iştirak edir.

Həcc ziyarətindən sonra yenidən İstanbula dönərək 1912-ci ildə Osmanlı vətəndaşlığını qəbul edən Ə.İbrahimin səfər gündəlikləri Əşrəf Ədip bəyin köməyilə “Alem-i İslam” adıyla çap olunur.

Mehmet Akiflə, Ənvər Paşayla və başqa onlarla dövlət adamı, sərkərdə, yazıçı, şairlə dostluq edən Ə.İbrahim gah Trablis savaşına, gah Balkan savaşına qatılır, gah Birinci Dünya Savaşında Rusiyadan Almanlara əsir düşən müsəlmanlardan əsgəri birliklər yaradaraq xəlifə ordularına köməyə göndərir.

1918-ci ildə İstanbuldan başlayaraq Ukraynanı, Almaniyanı, Litviyanı, Doğu Türkistan və Rusyanın bir çox vilayətlərini gəzdikdən, bolşeviklərlə danışıq aparmağa gələn müsəlman, türk liderlərinə dövlət adamlarına tərcüməçilik etdikdən, necə deyərlər sosialistlərin yalan və saxtakarlıqlarını gördükdən sonra yeni qurulmuş Türkiyəyə gəlir.Burada da onun səmərəli fəaliyyət göstərməsinə imkan verilmədiyini gördükdə bir müddət Konyanın Böyrüdəlik kəndinə gələrək burada ictimai-siyasi, elmi fəaliyyətdən uzaq bir ömür sürür.

Sakit və rahat həyata alışmamış Ə.İbrahim 1933-cü ildə 76 yaşında təkrar Yaponiyaya gedir. 1937-ci ildə müsəlmanların aldıqları torpaq sahəsində bir məscid tikdirir. Məsciddə islamı təbliğ edən və müsəmanları birliyə çağıran Ə.İbranim 1944-cü il avqustun 17-də dünyasını dəyişir.

Onun keşməkeşli həyatı isə insanlığa bir nümunə olaraq qalır.

 


 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol