Məmmədtağı Zehtabi

MƏHƏMMƏDTAĞI  ZЕHTABİ

Türk Dünyasının Məşhurları-02

Coşğun vətənsevər və millət fədaisi, tarixçi-filoloq Məmmədtağı Zehtabinin ömür yolu və yaradıcılığı...Әli Şamil

 

Göndərmə 21.01.2011 12:36:14 UTC

Güncəlləmə 21.01.2011 12:36:14 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=3c12a58e-6cd7-45e0-853f-91b10e6533e2


Coşğun vətənsevər və millət fədaisi, tarixçi-filoloq Məmmədtağı Zehtabinin ömür yolu və yaradıcılığı...Әli Şamil

Məhəmmədtağı Məmmədəli oğlu Zehtabi 1923-cü ilin dekabrın 13-də Güney mahalının Şəbüstər şəhərində kirişçi ailəsində doğulub. Bu şəhərdə doğulmuş çoxlu alim və şairlər Şəbüstəri ləqəbilə məşhurdurlar.

Məhəmmədtağı 1930-cu ildə hökümətin təzə açılmış məktəbdə oxumağa başlamış və oranı 1936-cı ildə bitirərək 1938-ci ildən təhsilini Təbrizdəki Firdovs mədrəsəsində davam etdirmişdir. Mədrəsədə ozuduğu illərdə şeir yazmağa başlayan Məhəmmədtağı həmyerlisi, satirik şeirlərilə xalqının məhəbbətini qazanmış Mirzə Əli Möcüz Şəbüstərinin təsirilə yazdığı satirk şeirlərini 1941-ci ildə Təbrizdə çıxan “Azərbaycan” və “Xavəri no” qəzetlərində çap etdirmişdi. Yaradıcılığa farsca başlasa da, ilk şeirlərini qəzetlərdə fars dilində çap etdirsə də az sonra ana dilində yazib-yaratmaga başlamışdı. İkinci Dünya Savaşında güneydən gələ biləcək faşizm təhlükəsindən qorunmaq adı altında Sovet ordusunun 1941-ci ilin avqustunda İrana daxil olması, bu ordudakı Azərbaycan ziyalılarının Təbrizdə, Urmiyədə, Zəncanda, Ərdabildə və başqa şəhər və kəndlərdə apardığ iş, anadilli mətbuatın, teatrın, konservatoriyanın yaradılması yerli aydınları ana dilində yazıb-yaratmağa və tarixlərinə sahib çıxmağa həvəsləndirmişdi.

1943-cü ildə mədrəsəni bitirən Məhəmmədtağı Təbrizdəki Füyuzat adına оrta məktəbə daхil оlmuş və оranı bitirdikdən sоnra 1941-ci ildə Təbrizdə Rüşdiyyə məktəbdə müəllim işləməyə başlamışdır. O istər mədrəsədə oxuduğu, istərsə də müəllim işlədiyi illərdə, yəni 1941-45-ci illərdə Təbrizdə Hacı Yusif Şüarın təşkil etdiyi kursda ərəb və Müsyo Jozes Qoyiendienin katоlik kilsəsində açdığı kursunda fransız dilini öyrənmişdi.

1945-46-cı illərdə, yəni Milli höku¬mət vaхtı Təbrizdə Azərbaycan Demokrat Firqəsi Gənclər Təşkilatına rəhbərlik etmiş, gəhclərin maariflənməsi və təşki¬latlanması üçün əlindən gələni əsirgəməmiş Məmmədtağı həm də Təbrizdə yeni açılmış, milli dildə təhsil verən unversitetə qəbul olunmuşdur. Yeni yaranmış mühitin təsirilə Məmmədtağı ana dilində, Kirişçi imzasıyla yazdığı “Cavanlar” şerini 1945-ci ildə “Azərbaycan” qəzetində çap etdirir.

1946-cı ilin dekabrın 12-də Milli hökumət qan içində boğulduqda və bu hökümətin tərəfdarlarına qəddarlıqla divan tütülduqda 23 yaşlı Məmmədtağı iki il gizli yaşamış,içtimai-siyasi fəaliyyətini davam etdirməyə çalışmışdı.

Məmmədtağı Zeytabi İranda diktaturanın hökm sürdüyünü, nəinki içtima-siyasi fəaliyyətlə məşğul olmağın, heç ali təhsil almağın belə mümkün olmadığını gördükdə 1948-ci ildə azadfikirlilər ölkəsi kimi tanıdılan SSRİ-yə qaçmağı qərara alır. Çox çətinliklə də olsa istəyinə nail olur.

Sovet Azərbaycanına gələn Məmmədtağının ümidləri puça çıxır. Sərhədi keçən kimi onu həbs edirlər. Onu özünə məsləkdaş saydığı “Tudə” və “Azərbaycan Demokrat Firqəsi” belə müdafiə etməmişdi.Onu Sovet sərhədlərini pozmaqda suçlayaraq həbs etmiş və Sibir həbsxanalarına göndərmişlər. Ancaq bu cəza da gənc şairi ruhdan salmamış, həbsxanada olarkən yazmışdı:

Azad doğulan insana qandal nə gərəkdir?

Qandalları qırmışlara zindan nə deməkdir?

Dünya nələrin var? Əfsanələrin var?

Biçarə bəşər ölçüyə gəlməz kədərin var.

3 il həbs cəzasına məhküm olmuş Məmmədtağı Zehtabinin Sibirə gedişi və dönüşü 4 il çəkmişdir. O, Sibirdə Rus dilini dərindən öyrənmiş, hətta Sovet ümumtəhsil məktəbində oxuyaraq orta təhsil attestatı da almışdı.

Həbsdən sonra yenidən Bakıya dönən gənc şairin 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Son kursda oxuyarkən onu tələbəsi olduğu ali məktəbin şərqşünaslıq fakültəsinin ərəb dili bölümünə ərəb dili və ədəbiyyatı fənnindən dərs deməyə dəvət edirlər.

1971-ci ilədək Bakıda yaşayan və universitetdə dərs deyən Zehtabi “Əbu Nəvasın həyatı və yaradıcılığı” mövzusunda araştırma da aparır. Araşdırmalarını uğurla başa vurduğuna görə ona 1970-ci ildə filologiya elmlər namizədi elmi dərəcəsi verirlər.

Sovet rejiminin ikiüzlü siyasətindən cana doyan Zehtabi 1971-ci ildə İraqa mühacirətə gedir. O, Bağdad Unversitetində əski türk və fars dillərində dərs deyir. Az zamanda kollektivin hörmətini qazanır, tələbələrin sevimlisinə çevrilir. Onu Bağdad Unversitetində prоfеssоr seçillər.

Unversitetdə dərs deməklə yanaşı içtimai-siyasi fəaliyyətini də davam etdirən Zehtabi şah rejimindən qaçıb xarici ölkələrdə təşkilatlanan həmyerliləri ilə sıx əlaqə qurur. Hətta onların Berlində üç ayda bir nəşr edilən “Ərk” jurnalına redaktor seçilir.

Bağdadda ayda bir dəfə beş dildə nəşr olunan “İmmihad yolu” qəzetinə də redaktorluq etməklə yanaşı bu qəzetdə ardıcıl şeir və məqalələrini çap etdirsə də İraqdakı rejimlə də barışa bilmir.

İraqda yaşadığı illərdə Zehtabinin Berlində “Bəzz qalası”, İstanbulda “Celik əfsanəsi”, Bağdadda fars dilində yazdığı “İran şahlarının 2500 illik cinayətləri” və ana dilində yazdığı “Pərvanənin sərgüzəştləri” kitabları işıq üzü görür. İraqda yaşadığı 8 ildə nə qədər senzor nəzarəti altında olsa da yaradıcılığının ən məhsuldar dövrü olur.

İranda baş verən qarışıqlıq Zehtabini və mühacirətə getmiş bir çox içtimai-siyasi xadimi, elm adamını ruhlandırır. Onlar vətənlərini demokratik bir ölkəyə çevirmək, xalqlarının firavan yaşamasını təmin etmək üçün vətənə dönürlər.

1979-cu ilin iyunun 23-də, 31 illik ayrılıqdan sonra vətənə dönən Zehtabi siyası burulğana düşür. Belə bir qarışıq vaxtda Zehtabi içtimai-siyasi fəaliyyətini davam etdirməklə yanaşı Təbriz Unversitetində türk və ərəb dillərindən dərs deməyə başlayır. Bağdadda çap olunmuş “Pərvanənin sərgüzəştləri” şeirlər kitabını 1980-ci ildə Təbrizdə də nəşr etdirir.

Şairin Pəhləvi rejiminin nəinki rəsmi dairələrdə, hətta məktəblərdə və küçədə belə ana dilində danışılmasına etiraz olaraq yazdığı “Sən osan, mən buyam” adlı şeiri İslam rejimi zamanı da dillər əzbərinə çevrilir. Zehtabi yazır:

Su deyibdir mənə əvvəldə anam, ab ki yoх,

Yuхu öyrətdi uşaqlıqda mənə, хab ki yoх.

İlk dəfə ki, çörək verdi mənə, nan demədi,

Əzəlində mənə duzdanə nəməkdan demədi.

Uzun illər xalqın başına olmazın oyununu açmış şah və tərəfdarları ölkədən qaçsa da İranda bir qarışıqlıq hökm sürürdü. Xalq kütlələri kimi haqlı, kimin haqsız olduğunu, kimlərin arxasınca getməyə meyilli olduğunu görən Zehtabi bərk narahatlıq keçirir. O, aydın görürdü ki, din xadimləri hakimiyyəti ələ aldıqdan sonra verdiklərə vədə əməl etməyəcək, İranda yaşayan xalqlar yenə də fars dilində yazıb-oxumaq zorunda qalacaq, demokratik islahatların heç biri həyata keçirilməyəcək. Odur ki, var gücüylə xalqını ayıltmağa çalışır. “Fars dili İranda yaşayan başqa millətlərin dilindən üstütdürmü?” adlı kitabçasını yazaraq Tehranda və Təbrizdə nəşr etdirir.

Yeni hakimiyyətə gələn din xadimləri Zehtabinin apardığı təblığatın onların yeritdiyi siyasətlə uyğun gəlmədiyini görərək 1981-ci ildə onu həbs edirlər. Dörd illik istintaqdan sоnra hər hansı bir təşkilatın və siyasi partiya ilə bağlılığını sübut edə bilmədiklərindən azadlığa buraxırlar. Zehtabı ölkədəki müxalif fikirlilərə qəddarlıqla divan tutulduğunu, islam rejimi mövqeyini möhkəmlətdiyini görür və mübarızə metodunu dəyişir.

Şəbüstərdə ata mülkündə yaşayan Zehtabi zahidanə bir həyat sürmür. Keçmiş mübarizələrin tarixini dərindən öyrənir və təhlil edir. Görür ki, ana dilində təhsil görməmiş, milli şürua yiyələnməmiş insanlar silahlı mübarizə yolu ilə də olsa qalib gəlsələr də milli dövlət qura birmirlər. Qısa müddətdə qazanılmış uğurlar da əldən çıxır. Odur ki, Şəbüstərdə və Təbrizdə kurslar açaraq gənclərə ana dilini, milli tarixi öyrətməyə başlayır.

Təbrizdə 1991-ci ildə “Azərbaycan dilinin qramatikası” və “müasir Azərbaycan ədəbi dilinin fonetikası”, 1992-ci ildə “Elm ül maani(semantizm) və “Müasir Azərbaycan dilinin morfologiyası”, 1993-cü ildə “Qoy olsun on!” adlı hekayələr kitabını nəşr etdirir.

Zehtabiyə böyük şöhrət qazandıran isə iki cildlik “İran türklərinin əski tarixi” kitabı olmuşdur. “Varlıq” jurnalında və b. mətbuat orqanlarında onlarla məqalə, hekayə və şeir çap etdirən, gənc nəsilə ana dilinin düzgün yazı qaydalarını öyrədədn Məmmədtağı Zehtabı 1998-ci ilin dekabrın 23-də Avropa səfərindən qayıtdıqan bir gün sonra Şəbüstərdəki ata-baba mülkündə şübhəli şəkildə dünyasını dəyişmişdir. Onun səpdiyi toxüm isə yalnız İran türkləri arasında deyil Türk dünyasında yavaş-yavaş cücərməkdədir.


 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol