Əlişir Nəvai

Türk Dünyasının Məşhurları- 51

ƏLİŞİR NƏVAİ

SİNYAL:     BAND

SES: Əziz və istəkli dinləyicilər, “Türk dünyasının məşhurları” proqramında bu gün sizlərə  yazdığı əsərləri ilə Türk xalqlarının ortaq babasına çevrilən, böyük mütəfəkkir, filosof, şair və dövlət xadimi Əmir Əlişir Nəvainin həyatı və onun yaradıcılığından söz açacağıq.

 Adı Nizaməddin Mir Əlişir olan şair, alim və dövlət adamı dünyada ləqəbi ilə, yəni Nəvai kimi tanınmışdır.  O, bir müddət Səbzəvar vilayətinin hakimi olmuş Qiyasəddin Kiçginə Bahadurun oğludur. Atası daşıdıağı vəzifələrə görə müxtəlif şəhərlərdə yaşamalı olmuşlar. Nizaməddin Mir Əlişir də 1441-ci il fevralın 9-da Herat şəhərində doğulmuşdur. Kiçik yaşlarından fitri istedadı ilə seçilən Nizaməddin Mir Əlişirin hərtərəfli təhsil görməsi üçün atası dövrün tanınmış şair və ədibləri, xüsusən türk ədəbiyyatı qarşısındakı böyük xidmətləri ilə seçilən Həsən Ərdəşiri və o illərin şöhrətli şairi Lütfini oğluna müəllim təyin etmişdir.

Sonralar Nizaməddin Mir Əlişir Heratdakı, Məşəddəki və Səmərqənddəki mədrəsələrdə dövrün ən məşhur müdərrislərindən də dərs almışdır. Onun şairlik istedadı 12-yaşında olarkən hiss edilməyə başlamış, 15 yaşında isə şeirlər əl-əl gəzmişdir. Buna görə də çox az ədibin nail ola biləcəyi uğura 21 yaşında, yəni 1464-1465-ci illərdə imza ataraq ilk divanını - şeirlər toplusunu hazırlamışdı. Cığatayca yaxdığı “Bədaye ül-bidayə” divanı türk dünyasının hər yerində tərcüməsiz həvəslə oxunmuşdu.   

Atasının tütduğu mövqeyə görə Xorasanda hökümdar sarayında təlim-tərbiyə görməsi onun gələcək həyat yolunu müəyyənləşdirmişdi. Gələcəyin istedadlı alimi, şairi və dövlət adamı olan Hüseyin Baykara ilə bir  sarayda böyümələri, birlikdə təhsil almaları da Nəvainin istedadının cilalanmasında böyük rol oyanmışdır. Gənc şair demək olar ki, maddi sıxıntı nə olduğunu bilməmiş, istədiyi kitabı alıb oxumağa, dövrünün məşhur elm, sənət adamlarıyla görüşüb söhbət etməyə imkanı olmuşdur.

İmkanlarının belə geniş olmasına baxmayaraq o əyləncələrə, saray intiriqalarına və b. şeylərə vaxtını xərcləməmişdi. Diqqətini ən çox elmi biliklərə, həyat məsələlərini, dövlət idarəçiliyini öyrənməyə həsr etmişdir.

 

SİNYAL :    BAND

SES: Çox gənc yaşlarında, yəni 1468-ci ildə Xorasan hakimi olan Hüseyin Baykara yaşıdı və yaxın dostu Əlişir Nəvaiyə də sarayda məsul vəzifə vermiş, öncə ən etibarlı  adamı kimi möhürdar təyin etmiş, 1472-ci ildə isə vəzirliyəirəli çəkmiş, əmir tituluna laiq görmüşdür.

Sultan Hüseyn Bayqaranın elmli, ziyalı, nüfuzlu adamlara,–alimlərə, şairlərə, musiqiçilərə, rəssamlara, xəttatlara qayğı göstərməsi, onlara himayədarlıq etməsi Əlişir Nəvainin də əl-qolunu açmışdır. O, qısa bir zamanda zəngin saray kitabxanası yaratmışdır. Burada yalnız kitablar toplanmır, yeni kitablar yaradılır, elm və mədəniyyət xadimləri müzakirələr aparırdılar. Saray kitabxanası dövrünün araşdırma mərkəzi rolunu oynayırdı.

Bu araşdırmalar, müzakirələr də hökümətin gündən-günə qüdrətlənməsinə, Əlişir Nəvainin isə xalqın köməyinə yetən, əməlisaleh şəxs, nəcib insan kimi ad-san qazanmasına şərait yaradırdı. Onun xidmətlərindən biri də ölkədə böyük tikinti işlərinin aparılmasına qayğı göstərməsi, bu mühüm sahəyə rəhbərlik etməsi olmuşdur.

Gənc yaşlarından höhumət qulluğunda işləyən Əlişir Nəvai məmur özbaşınalığına, ədalətsizliyə, zorakılığa qarşı olmuşdur. Bu da var-dovlət hərisi olanların xoşuna getməmişdi.  İntriqalardan bezərək 1478-ci ildə vəzir vəzifəsindən çıxmış və saraydan uzaqlaşmışdır.  Lakin hökümdarın həmişə Əlişir Nəvai kimi ağıllı və tədbirli bir insana ehtiyacı olduğuna görə onunla əlaqəsini kəsməmişdi.

SİNYAL :     BAND

SES: Siz, Qorqud Ata verilişini dinlәyirsiniz

SES: Saraydan uzalqaşdıqdan sonra Əlişir Nəvai bədi və elmi yaradıcılıqla daha aktiv məşğul olmaq imkanı qazanmışdır. 1476-1483-cü illərdə ana dilində yazdığı şeirlərini “Nəvadir ül-nahiyyə” divanında toplamışdır.  Farsdilli poeziyanın hakim olduğu, hətta türk hökümdarlarının sarayında belə farsca yazıb-yaratmaq, şeir söyləmək  şərəf sayıldığı bir zamanda Əlişir Nəvainin türkcə yazıb-yaratmasını suyun axınına qarşı üzmək kimi dəyərləndirmək olar. Onun ana dilində yazdığı şeirlər o qədər axıcı, rəvan və yüksək sənətkarlığı ilə seçilirdi ki, farsca yazan şairlər belə onun ustalığına, dilinin şirinliyinə heyranlıqlarını gizlədə bilmirdilər.

Əlişir Nəvai yalnız şeir yazmaqla kifayətlənmir, türk xalqlarının ləhcələrini öyrənir, dil tarixi ilə maraqlanlr, arxaikləşən, məhəlliləşən bir çox sözü şerə gətirməklə onların aktivləşməsinə şərait yaradır, bununla ədəbi dili zənginləşdirmiş olurdu.

Şərq ədəbiyyatının janrlarına incəliklərinə qədər bələ olan şair o dövrədək işlədilən 21 şeir növünün 16-dan istifadə etmişdir. Onun fəlsəfi düşüncəsinin məhsulu olarn lirik və epik əsərləri, ədəbi-bədii səviyyəsinə görə də şah əsərlər sırasına daxil olmuş və dünya ədəbiyyatı tarixində özünəməxsus dəstxətti, üslub əlvanlığı ilə seçilmişdir.

Yaxın dostu Əbdürrəhman Caminin məsləhəti ilə Nizami Gəncəvinin farsca yazdığı “Xəmsə”  əsərinə cavab kimi türkcə qələmə aldığı beşliyi Əlişir Nəvai yaradıcılığının zirvəsi sayılır. Beşliyin birinci əsəri olan, didaktik səciyyəli “Mömünlərin heyrəti”ni 1483-cü ildə bitirir. Bu əsərdə də Nizaminin “Sirlər xəzinəsi”ndə olduğu kimi ədalət, təvazükarlıq, qənaət, ədəb, vəfa, düzlük kimi insani sifətlər təriflənilir, hiylə, kin-küdurət, xəbislik, zülüm, cəhalət və b. mənfi xüsusiyyətlər pislənilir.

Əlişir Nəvai “Xəmsə”sinə daxil etdiyi “Fərhad və Şirin”i, “Yeddi səyyarə”ni və “Leyli və Məcnu”nu 1484-cü ildə, “Sədd-i İsgəndər”i  1485-ci ildə tamamlayır. Bu nəhəng və qüdrətli əsər türk xalqlarının ədəbiyyatında yeni ədəbi hadisə kimi qiymətləndiirilməklə yanaşı, türk poeziyasına yeni ədəbi güvvələrin də gəlişinə səbəb olur.

 SİNYAL :   BAND

SES:  Əlişir Nəvai 1487-ci ildə Astrabad vilayətinə hakim təyin edilir.  Lakin o yaradıcılığa daha çox bağlı olduğundan  Astarabadda az bir müddət işlədikdən sonra Heratar qayıdır. Dövlət işlərindən uzaqlaşaraq həyatını bədi yaradıcılğa və elmi axtarışlara həsr edir.

Onun “Mühakimət ül-lüğəteyn”, yəni iki dilin müqaisəsi əsəri orta əsrlərdə böyük hadisə kimi qarşılanır. Fars dilinin meydan suladığı, hakim olduğu bir dönəmdə Əlişir Nəvainin elmi əsaslarla  fars dili ilə türk dilini müqaisə edərək türk dilinin zənginliklərini ortaya qoyması hamını heyrətləndirir.

Bu kitabı ilə o, türk gənclərini  ana dilində yazıb-yaratmağa ruhlandırır.

Əlişir Nəvainin 1491-ci ildə tamamladığı “Məcalis-ün nəvais”, “Nəfis məclislər” təzkirəsində 15 yüzildə yaşamış 400-dən çox şairin həyatı haqqında məlumat və şeirlərindən nümunələr verilmişdir. Bu möhtəşəm əsəri araşdırıcıların orta əsr ədəbiyyat ensiklopediyası adlandırmaları heç də təsadüfi deyildir. Yazıldığı vaxtdan 520 ildən çox keçsə də bu gün belə elmi əhəmiyyətini itirməmişdi.

Cığatayca bədii nəsrin ilk kamil nümunəsi sayılan “Məhbub ül-qulub”, yəni “Ürəklərin sevgisi” əsərində dövlət idarəçiliyi və ailə məişət məsələləri haqqında həyat təcrübəsini hekayələr şəkilində  oxucuya çatdırmışdır.

Fəlsəfi görüşlərində sufilikdən təsirlənən Əlişir Nəvai təbiəti bir xəziə, onu dərk edən insanları isə xoşbəxt saymışdır.

Ömrünün müdrük çağında daha məhsuldar işləyən şair, filosof, alim elə böyük bir ədəbi irs qoymuşdur ki, elmi-texniki tərəqqinin inkişaf etmiş çağında elmi tədqiqat inistutlarının belə onun qədər əsər yarada bilməməsinə heyrətlənməmək olmur.

Əlişir Nəvai özünü türk xalqının oğlu sayır, xalqının dili, mədəniyyəti və ədəbiyyatı ilə qürur duyurdu. Ona görədir ki, yüzillər boyu Azərbaycan şair və alimləri Nəvaini özlərinə doğma bilmişlər. Nəinki orta yüzilliklərd, hətta 19-cu yüzildə belə Azərbaycan şairlərnindən Nəvainin təsiri ilə çığatayca şeirlərər yazanlar da olmuşdur.

1926-ci ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayında Əlişir Nəvainin anadan olmasının 500 illik yubileyini qeyd etmək üçün komissiyanın yaradılması da türk xalqlarının ona olan məhəbbətinin nümünəsi idi.    

 

   Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)

 

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol