Andriyan Nikolayev
Türk Dünyasının Məşhurları-01
Türk xalqlarının ilk kosmonavt oğlu, milliyətcə çuvaş olan Andriyan Nikolayevin ömür yolu...
Göndərmə 1/17/2013 11:36:56 AM UTC
Güncəlləmə 1/17/2013 11:36:56 AM UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=1c0d39fa-8d05-460d-ab43-b731b9ae8279
Rusiya Federasiyasına daxil olan Çuvaşiya Respublikasının əhalisinin çoxunu çuvaşlar təşkil edir. Bundan başqa da onlar Rusiya Fedarasiyasının Tatarıstan, Başqırdıstan Respublikalarında, Samara, Simbirski, Orenburq, Saratov, Tümen, Kemerova və b. vilayətlərində, eləcə də Qazaxıstan respublikasında da toplu halda yaşayırlar. Sayları iki milyon yarıma yaxındır. Bu xalqın etnik kökünü suvarlar və bulqarlar təşkil edir.
Miladi 10-13-cü yüzillərdə Volqa-Kama Bulqarıstanının, 13-16-cı yüzildə Qızıl Ordanın və Kazan Xanlığının tərkibində olan çuvaşları 1551-ci ildə Kazan Xanlığının işğalından sonra Rusiyanın əsarət altına düşmüşlər. Bu da daha ağır və faciəvi sonluqla nəticələnmişdir. Rusiya missionerləri çuvaşları xristianlaşdırmaqla soydaşları olan, uzun illər birgə yaşadıqları, birgə dövlət qurduqları tatarlardan, başqırdlardan, qazaxlardan ayırmışdır.
Lakin çuvaşları assimilə etmək Rusiyanın hakimiyyət orqanlarının düşündüyü qədər də asan olmamışdır. Onlar böyük çətinliklərlə də olsa dillərini, mədəniyyətlərini, folklorlarını və s. qoruyub saxlaya bilmişlər.
Sovetlər Birliyinin üçüncü, dünyanın isə kosmosa çıxmış beşinci adamı olan Andriyan Qriqori oğlu Nikolayev 1929-cu il sentyabrın 5-də indiki Rusiya Federasiyasının Çuvaşiya Respublikasındakı Marinski-Posad rayonunun Şorşeli kəndində anadan olub.
Andriyan Nikolayevin uşaqlığı, yeniyetməliyi o qədər də xoş və firavanlıqlar içərisində keçməyib. 1930-cu illərdə həyata keçirilən kollektivləşmə ailənin bir parça toprağını və iş heyvanlarını alıbsa, 1937-ci ilin repressiyası xalqının az-çox savadlı və işgüzar insanlarını, 1941-1945-ci ilin savaşı isə əli silah tüta bilən kişilərinin, tarlada çalışan qadınlarının bir çoxunu məhv edib.
Andriyan Nikolayevin uşaqlığı aclıq-yalavaclıq içərisində, yeniyetməliyi müəllimlər çatışmayan məktəblərdə, böyüklərin əvəzinə tarlada işləməkdə keçib. Bütün bu çətinliklərə baxmayaraq, o, ruhdan düşməyib. Böyük əzimkarlıqla təhsilini davam etdirib. Kəndlərindəki natamam orta təhsil verən məktəbi bitirdikdən sonra Mari-Posad şəhərindəki Meşə Texnologiyası Texnikumunda oxuyub. 1947-ci ildə oranı uğurla başa vurduqdan sonra da əsgəri xidmətə yollanıb. Əsgəri xidmətini nümunəvi başa vurduqda onu Frunze adına Hərbi-Aviasya Məktəbinə oxumağa göndəriblər. Hərbi-Aviasya Məktəbini 1954-cü ildə bitirdikdən sonra SSRİ Hərbi Hava Qüvvələrində xidmətə göndərilib. Uçuşlarda göstərdiyi şücaət və texniki biliklərə dərindən yiyələndiyinə görə onu 1960-cı ildə kosmonavtlar hazırlanan qrupa daxil etmişlər.
Ötənləri xayırlayanda Andriyan Nikolayev təəccübünü gizlətmədən həmişə deyirmiş ki, özüm də bilmədim, necə oldu ki, mənə həm qırıcı təyyarə pilotluğu, həm də kosmosa uçmaq etibar edildi.
Dünyada ilk dəfə kosmosa uçan insan Yuri Qaqarinlə birgə Andriyan Nikolayev məşq edib. Son anda ilk dəfə kosmosa Yuri Qaqarinin göndərilməsi qərara alınıb. 1961-ci il aprelin 12-də Yuri Qaqarinin kosmasa uçuşu dünyada böyük maraqla qarşılanıb.
Bu uçuş SSRİ ilə ABŞ arasında kosmosun fəthi uğrunda rəqabəti dərinləşirib. SSRİ ikinci dəfə kosmaosa insan göndərməyi planlayanda German Titovla birlikdə Andriyan Nikolayev də məşq edib. Proqramı yüksək səviyyədə yerinə yetirib. Lakin kosmosa German Titovun göndərilməsi məsləhət bilinib.
ABŞ da rəqibini geridə qoymaq üçün kosmosa uçuşlar təşkil edib. SSRİ texniki imkanlar olmasa da, kosmosa uzunmuddətli uçuşlar planlayır. Bu, sanki insan üzərində təcrübə aparmaq kimi bir şey idi. Buna görə də kosmonavtları yerdə, kosmik şəraitə uyğun tək otaqlı palatalarda yerləşdirdilər. Bu eksperimental şəraitə ən çox dözərək “dəmir adam” ləqəbini qazanan Andriyan Nikolayev olur. Həmin eksperimentdən az sonra, yəni 1962-ci
Bu uçuş bir neçə cəhətdən önəmli idi. Andriyan Nikolayevdən bir gün sonra, yəni 1962-ci il avqustun 12-də “Vostok-4”lə Pavel Popoviç uçuşa başlayır. Dünayda ilk dəfə kosmik gəmilərin birgə uçuşu həyata keçirilir.
Andriyan Nikolayevin idarə etdiyi “Vostok-3” kosmik gəmisi 1962-ci il avqustun 11-15-də kosmosda olur. Dörd gündə Andriyan Nikolayev Yer kürəsi ətrafında 64 dəfə dövrə vurur. Bundan əlavə o, ilk dəfə kosmik gəmidə bağlandığı kreslodan ayrılaraq havasızlıq şəraitində gəminin daxilində hərəkət edir. Əslində, bu kreslo kosmanavtı kosmik gəmidən kənara atmaq, Yer kürəsinə göndərmək üçün nəzərdə tutulmuşdu. Andriyan Nikolayev kreslodan ayrıldıqdan sonra bir daha ona dönərək əyləşə bilməsə idi, üzun müddət gəmisi ilə birlikdə kosmosda qalmaq və ya fəzada sürtünmədən məhv olan gəmi ilə birlikdə ölmək təhlükəsilə üzləşməli idi.
Kosmosda ilk qrup uçuşu uğurla keçsə də, Andriyan Nikolayev üçün olduqca ağır olmuşdur. O, yerə endikdən sonra ayaq üstə duranda bədənində çəkisizlik şəraitində dövr etməyə alışmış qan ayaqlarına axmağa başlamışdır. Bədəninin yuxarı hissəsində qan azaldığından bənizi ayazıyıb, başı gicəllənsə də, özün toparlayaraq ayaq üstə dura bilmişdir. Onların kosmosa uçuşu bir də uzun müddət gizli saxlanan Sov.İKP. MK-nin baş katibi L.İ.Brejnevə sui-qəsd cəhdi ilə yadda qalmışdır.
Andriyan Nikolayev və Pavel Popoviç Moskvaya təntənə ilə qarşılanmaya və Sovet İttifaqı Qəhrəmanı adının təqdimedilməsinə gətirilərkən Sovet Ordusunun kiçik zabiti Viktor İlin bu qarşılanma mərasimindən istifadə edərək L.İ. Brejnevə atəş açmağa cəhd göstərmişdir.
Kosmonavtlar dəstəsində çalışan Andriyan Nikolayev N.Y.Jukovski adına Hərbi-Hava Mühəndisləri Akademiyasında oxumuş və oranı 1968-ci ildə uğurla başa vurmuşdur.
1963-cü il noyabrın 3-də dünyada ilk dəfə kosmosa qadın göndərilir. “Vostok-6” gəmisi ilə uçan Valentina Tereşkova ilə Andriyan Nikolayev evləndirilir. Bu evlilikdən Yelena dünyaya gəlir. Uzun müddət bu ailə xoşbəxtlik, məhəbbətlə qurulmuş bir ailə kimi təqdim olunur. Andriyan Nikolayev müsahibələrində və kitablarında ailəsindən, məhəbbətindən yazır. Xanımı və qızı ilə birlikdə dəfələrlə doğulub boya-başa çatdığı Şorşeli kəndinə gəlirlər.
Lakin bu alilənin ömrü səkkiz ili keçmir. Sonralar məlum olur ki, bu evliliyin də arxasında Sovet tibb mütəxəssislərinin bir eksperimenti dururmuş.
Andriyan Nikolayev “Soyuz-8” kosmik gəmisi ilə uçuşlara hazırlaşsa da, ikinci dəfə 1970-ci il iyunun 1-19-da “Soyuz-9” gəmisinin kapitanı kimi uçmalı olur. Onun V.İ.Sevastiyanovla birlikdə uçuşu 424 saat 59 dəqiqə çəkir. Birlikdə elmi-texniki və tibbi-bioloji araşdırmalar proqramını yerinə yetirirlər. Uçuşu uğurla başa vurduğuna görə ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı və Qızıl ulduz medalı verilir.
1970-ci ildə aviasiya general mayoru adına layiq görülən texnika elmləri namizədi Andriyan Nikolayev bir müddət kosmonavtların uçuşa hazırlanmasında iştirak etdikdən sonra ictimai-siyasi fəaliyyətlə məşğul olur. 6, 7 və 8-ci çağrış RSFSR Ali Sovetinin deputatı olan Andriyan Nikolayev 1982-ci ildən kosmanavtlar dəstəsindən ayrılır.
Bir sıra xarici ölkələrin örden və mükafatları ilə təltif olunan, Ayın arxa tərəfinin katerlərindən biri onun şərəfinə adlandırılır. Lakin Andriyan Nikolayevin milliyətcə Çuvaş olduğu heç vaxt vurğulanmırdı. Hansı ki, Sovet strateqləri SSRİ-də yaşayan xalqların arasında ayrıseçkilik olmadığını, beynəlmiləl bir ailədə yaşadıqlarını göstərmək üçün kosmonavtlardan birini arvadının soyadıyla yazırdılar. Çünki bu soyadı türk soyadıydı.
Bütün bunlara baxmayaraq, Andriyan Nikolayev ömrünün son illərində doğma yerlərə daha çox gedir, orada uzun müddət qalmağa çalışırdı. Ancaq, artıq həmin torpaqlarda onun doğmaları, yaxın qohumları qalmamışdı.
2004-cü il iyulun 3-də Andriyan Nikolayev Çuvaşiyada dünyasını dəyişdi. Qızı Yelenanın təkidinə baxmayaraq Çuvaş xalqı onun cənazəsinin Moskva yaxınlığındakı Ulduz şəhərciyində dəfn edilməsinə imkan vermədilər. Doğma kəndi Şorşeldə dəfn etdilər. Az sonra da qəbri üzərində onun kosmosa uçduğu gəminin formasında movzeley tikdilər.
Andriyan Nikolayev ilk uçuşundan sonra kəndlərinə alma ağac əkmişdi. Sonralar bu alma ağacının ətrafinda gözəl bir park yaratdılar.
Andriyan Nikolayevin ölümündən sonra isə bu parkın içərisində də böyük bir muzey yaratdılar. Bu muzey Andriyan Nikolayev adı daşısa da, ona məxsus əşyalar nümaiş etdirilsə də buraya gələnlər daha çox Çuvaş xalqının tarixi və mədəniyyətilə yaxından tanış ola bilirlər.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|